adam smit-xalqların sərvəti.pdf

827
Ümumi nəşr: 1086 Humanizm ideyasıının anlayışı və əmələgəlmə mərhələsi insan varlığının ən möhtəşəm ifadəsi olan sənət əsərlərinin mənimsənilməsi ilə başlayır. Sənət sahələri içərisində ədəbiyyat, zehni ifadələrlə zəngin olan sahələrdən biridir. Bu, əsasən hər hansı bir millətin, digər xalqlarin ədə- biyyatını və ya dərsliyini öz doğma dilində, daha dəqiq milli idrakı səviy- yəsində dərk etməsi, zəka və qavrama qüdrətini o əsərlər nisbətində artırması, inkişaf etdirməsi və yenidən yaratmasıdır. Bu nöqteyi-nəzərdən tərcümə fəaliyyətini əhəmiyyətli və mədəniyyət davamçısı olması məq- sədilə həyata keçirməkdəyik. Zəkasının hər cəbhəsini bu cür əsərlərin hər birinə istiqamətlənmiş xalqlarda, düşüncənin ən silinməz vasitəsi olan yazı və onun arxitekturası hesab olunan ədəbiyyat, bütün kütlənin ruhuna qədər işləyən və ruhuna sinən bir təsirə malikdir. Bu təsirdəki fərd və cəmiyyət xüsusilə, zamanda və məkanda bütün hüdudları aşacaq bir iradəlilik və məşhurluq göstərər. Bu nöqteyi-nəzərdən zəngin olan xalq, mədəniyyət aləmində daha yüksək idrak səviyyəsinə malikdir. Bu məq- sədlə tərcümə fəaliyyətini sistemli və diqqətli idarəetmək, türk dilini önəmli şəkildə qüvvətləndirmək, onun genişlənməsinə, inkişaf etdirilmə- sinə və irəliləməsinə xidmət etmək deməkdir. Bu yolda bilik və bacarıq- larını əsirgəməyənlərə dərin təşəkkürümü bildirirəm. Onların dəstəyi ilə beş il müddətində, heç olmasa, dövlət əlli ilə yüz cildlik, xüsusi təşəb- büslərin səyi və yenə dövlətin köməyi ilə, onun dörd-beş misli çox olmaq- la zəngin bir tərcümə kitabxanamız olacaq. Xüsusilə türk dilinin bu fəaliyyətdən əldə edəcəyi böyük faydanı düşünüb, indidən tərcümə fəaliy- yətinə yaxın maraq və istək göstərməmək, heç bir türk oxucusu üçün mümkün olmayacaqdır. 23 iyun 1941, Maarif Vəkili, Hasan Ali Yücel

Upload: taleh-soltanov

Post on 19-Dec-2015

43 views

Category:

Documents


0 download