transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · web viewƏgər tədiyyə balansının...

126
Xəbər bülleteni № 7 http://transparency.az/cnews/ Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7 Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38 E-mail: info©transparency.az Sentyabr 2015 Prezident dövlət xidmətlərinin göstərilməsini asanlaşdıran fərman imzalayıb 01.09.2015 Avqustun 31-də prezident İlham Əliyev dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində tədbirlərə fərman verib. Fərmanın giriş hissəsində qeyd olunur ki, bəzi dövlət qurumları müasir texnoloji yeniliklərdən istifadə etmədən, əhaliyə xidmətlərin göstərilməsi qaydalarını təkmilləşdirmədən, şəffaflığı təmin etmədən fəaliyyət göstərir: “Mənzillərdə, fərdi yaşayış evlərində və digər yaşayış sahələrində qeydiyyatda olan şəxslərin uçotunu həyata keçirən mənzil-kommunal istismar sahələrində informasiyanın toplanması, sistemləşdirilməsi, saxlanması və arxivləşdirilməsi kağız daşıyıcılar üzərində aparılır, məlumatların yenilənməsi qeyri-mütəmadi və sistemsiz şəkildə həyata keçirilir, elektron vasitələrdən istifadə edilmir”.

Upload: others

Post on 03-Feb-2020

4 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Xəbər bülleteni № 7http://transparency.az/cnews/

Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38

E-mail: info©transparency.az

Sentyabr 2015

Prezident dövlət xidmətlərinin göstərilməsini asanlaşdıran fərman imzalayıb01.09.2015

Avqustun 31-də prezident İlham Əliyev dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində tədbirlərə fərman verib. Fərmanın giriş hissəsində qeyd olunur ki, bəzi dövlət qurumları müasir texnoloji yeniliklərdən istifadə etmədən, əhaliyə xidmətlərin göstərilməsi qaydalarını təkmilləşdirmədən, şəffaflığı təmin etmədən fəaliyyət göstərir: “Mənzillərdə, fərdi yaşayış evlərində və digər yaşayış sahələrində qeydiyyatda olan şəxslərin uçotunu həyata keçirən mənzil-kommunal istismar sahələrində informasiyanın toplanması, sistemləşdirilməsi, saxlanması və arxivləşdirilməsi kağız daşıyıcılar üzərində aparılır, məlumatların yenilənməsi qeyri-mütəmadi və sistemsiz şəkildə həyata keçirilir, elektron vasitələrdən istifadə edilmir”.

Fərmanda vurğulanır ki, elektron xidmətlər ictimai həyatın bütün sahələrinin, eləcə də iqtisadiyyatın və sahibkarlığın inkişafında mühüm rol oynayır: “Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xüsusi razılıq (lisenziya), sertifikat və digər sənədlərin verilməsi prosedurlarının

Page 2: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

elektronlaşdırılması sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən işlərin səmərəliliyini daha da artıracaq”.

Sənədə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsində bu qaydalara riayət olunması təmin edilməlidir:

- arayışın “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) və digər informasiya sistemlərinin məlumatlarından istifadə edilməklə elektron qaydada tərtib edilməsi;

- arayışın vətəndaşların şəxsiyyət vəsiqəsi əsasında və əlavə heç bir sənəd tələb edilmədən hazırlanması;

- arayışın vətəndaşın müraciət etdiyi gün təxirə salınmadan verilməsi.

Fərmanın 2-ci bəndi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin etmək məqsədi ilə İqtisadiyyat və Sənaye Nazirliyinin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə “Elektron lisenziya” portalının yaratmasını nəzərdə tutur.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə isə fərmanla əlavə səlahiyyətlər verilir:

- yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi;

- şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması;

- taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi, taksi minik avtomobilləri ilə sərnişin daşınmasını həyata keçirən sadələşdirilmiş vergi ödəyicilərinə məxsus nəqliyyat vasitəsinə “Fərqlənmə nişanı”nın verilməsi”.

Daxili İşlər Nazirliyi bir ay müddətində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın formasını müəyyən etməli, arayışın “ASAN xidmət” mərkəzlərində və nazirliyin qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarında həyata keçirilməsini təmin etməlidir.

Page 3: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Dövlət Miqrasiya Xidmətinə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğulara baxılması zamanı yaşayış yeri üzrə qeydiyyata dair məlumatların və digər zəruri informasiyanın elektron qaydada mübadiləsini Daxili İşlər Nazirliyi ilə birlikdə təmin etmək tapşırılıb.

Nəqliyyat Nazirliyinə taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi və taksi minik avtomobillərinə “Fərqlənmə nişanı”nın verilməsi xidmətlərinin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsini təmin etmək həvalə olunub.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi taksi minik avtomobillərinin xarici tərtibatına və texniki göstəricilərinə dair tələblərin sadələşdirilməsi üçün müvafiq tədbirlər görməlidir.

Prezident Administrasiyası taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi məqsədi ilə normativ hüquqi aktlarda dəyişikliklər edilməsi barədə təkliflərini bir ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir.

Metroda köhnə kartlara gediş haqqı yüklənməsi dayandırıldı01.09.2015

Sentyabrın 1-dən Bakı metrosunda köhnə ödəniş kartlarına gediş haqqı yüklənməsi dayandırılıb. “Trend”ə açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib ki, “Metrokart”da gediş haqqı varsa, həmin məbləğdən sentyabrın 30-dək istifadə etmək olar. Oktyabrın 1-dən isə “Metrokart”ın istifadəsi dayandırılacaq.

Page 4: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Avqustun 8-dən “Bakı Metropoliteni” QSC-də vahid ödəniş kartı olan “Bakıkart” və “Bakıkart — məhdud istifadə üçün” kartları tətbiq olunur. “Bakıkart”ın (plastik kart) qiyməti 2 manat, 1 gediş haqqının qiyməti isə 20 qəpikdir. Qiyməti 20 qəpik olan “Bakıkart — məhdud istifadə üçün” kartına yalnız satın alınarkən 1, 2, 3 və ya 4 gediş yükləmək mümkündür. 1 gediş haqqının dəyəri 20 qəpikdir. Terminallarda bu növ kartların balansını artırmaq mümkün deyil.

Hesablama Palatası dövlət büdcəsini azaltmağı təklif edir01.09.2015

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov AZƏRTAC-a deyib ki, 2015-ci ilin birinci yarısında 34 nəzarət tədbirinin nəticələri ilə bağlı qərarlar qəbul olunub: “Bu tədbirlər 2012-2014-cü illər üçün dövlət büdcəsi xərclərinin müxtəlif dövrlər üzrə icrasını əhatə edib. Həyata keçirilən nəzarət tədbirlərinin nəticələri əvvəlki audit tədbirlərində müşahidə olunan meyllərin və rast gəlinən nöqsanların hələ də təkrarlandığını göstərir. Dövlət satınalmalarını tənzimləyən qanunvericilik aktlarının tələblərinin bu və ya digər aspektlərdən pozulması halları, demək olar, bütün nəzarət obyektlərinə xas olub. Həmçinin vəsaitin təyinatının dəyişdirilərək icra edilməsi halı da ən çox rast gəlinən meyllərdəndir. Bu hal təkcə xərclərin iqtisadi təsnifat kodunun dəyişdirilməsini deyil, həmçinin vəsaitin funksional fəaliyyətə aid olmayan tədbirlərə yönəldilməsini nəzərdə tutur.

İlin ilk 6 ayı üzrə əldə edilmiş nəticələrə görə, təmir-tikinti ilə bağlı fəaliyyətin təmin edilməsi zamanı yol verilmiş nöqsanların dövlət büdcəsinə bərpa edilmiş vəsaitlərin tərkibində ən böyük xüsusi çəkiyə malik olduğu müəyyənləşib.

Page 5: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Palatanın 2014-cü ildəki fəaliyyətinə dair hesabatın təqdimatı zamanı da qeyd etmişdik ki, tikintidə müqavilə qiymətinin mövcud müəyyən edilmə qaydası dəyişdirilməlidir. Çünki bu metodikada artıq xərclərin yaranması riski mövcuddur. Ümumiyyətlə, büdcə xərcləmələrinə dair bəzi normativ bazanın gücləndirilməsinə ehtiyac var”.

Palata sədri qeyd edib ki, nəzarət tədbirlərinin əsas məqsədi maliyyə inzibatçılığının gücləndirilməsi və hesabatlılığın artırlmasıdır: “Bunlar isə dövlət vəsaitlərinin istifadəsində qənaətlilik, səmərəlilik və nəticəliliyin yüksəldilməsinə xidmət edir. Nəzarət tədbirləri ilə bağlı görülmüş işlərin də qayəsini məhz bu prinsiplər təşkil edir. Yol verilmiş nöqsanlar nəticəsində vəsaitlərin müvafiq qanunvericiliyə uyğun olaraq audit obyektləri tərəfindən bərpa edilməsi, işlərin və xidmətlərin görülməsi fəaliyyətin əsas göstəriciləridir. Bununla yanaşı maliyyə inzibatçılığının pozulmasına yol vermiş vəzifəli şəxslərlə bağlı intizam-tənbeh tədbirləri, digər nəticə göstəriciləri kimi müvafiq qurumlar tərəfindən atılan addımlardandır. Mövcud qanun palata tərəfindən yalnız korrupsiya ehtimalı olan faktlara görə materialların hüquq-mühafizə orqanlarına göndərilməsini tələb edir. Audit tədbirlərinin nəticələrinə görə Hesablama Palatası, bütün hallarda, müvafiq kollegiya qərarında günahkar şəxslərin ciddi cəzalandırılmasına, qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlərin görülməsinə dair tələb qoyur. Lakin bu şəxsə hansı inzibati cəzanın verilməsi audit olunan struktur vahidinin rəhbərinin və mərkəzi icra hakimiyyətinin səlahiyyətlərinə aiddir”.

Vüqar Gülməmmədov deyib ki, növbəti ildə dövlət vəsaitlərinin istifadəsi ilə yanaşı proqnozlaşdırılmasına da ehtiyatlı yanaşmanın zəruriliyini əsas tutaraq palata öz təkliflərini 2016-cı ilin büdcə müzakirələrində nəzərə alınması məqsədilə Milli Məclisə təqdim edib: “Büdcə vəsaitlərinin səmərəli və qənaətli istifadəsinin bir yolu da həmin vəsaitlərin əsaslı planlaşdırılması və proqnozlaşdırılmasıdır. Başqa sözlə desək, xüsusilə bu həssas dövrdə tədbirlərin müəyyən edilmiş hədəf və vəzifələrə uyğunlaşdırılmasını təmin etmək vacibdir. Tədbir və hədəflərin uzlaşdırılması, eyni zamanda büdcənin qənaətli icrası, həmçinin dövlət borcunun optimal idarə edilməsi, son nəticədə Dövlət Neft Fondundan transfertlərin məbləğinin azaldılmasını, nəticəliliyin əldə olunmasını da təmin edər.

Növbəti ildə dövlət büdcəsinin xərclərinin büdcənin gözlənilən icrasından çox olmamaqla proqnozlaşdırılması, büdcə kəsirinin beynəlxalq səviyyədə qəbul

Page 6: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

olunan norma daxilində planlaşdırılması və örtülməsi daha çox daxili borclanma və digər mənbələr istiqamətində əməli tədbirlər görülməsi hesabına məqsədəuyğun olardı. Əsaslı xərclərlə yanaşı cari xərclərdə də azalma mənbələri mövcuddur. Belə ki, büdcədən maliyyələşən təşkilatlar öz büdcələrində hansı xərclərin artıq olmasını daha yaxşı bilirlər və buna görə də müvafiq təkliflə müraciət etməlidirlər.

Əsas məqsəd xərclərin azaldılması deyil. Büdcə xərclərinin müəyyən hissəsinin multiplikativ effektlə iqtisadi artıma dəstək olduğu nəzərə alınmalıdır. Xərclər dövlətimizin başçısının müəyyən etdiyi prioritet istiqamətlərin icrasını tam şəkildə təmin etməlidir. Bu istiqamətdə isə səmərəlilik və qənaətlilik meyarları önə çıxır”.

Neft 3 dollardan çox bahalaşıb01.09.2015

Sentyabrın 1-də AZƏRTAC-ın yaydığı məlumata görə, dünya birjalarında neft bahalaşıb. Nyu-York birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 3,33 dollar artaraq 47,76 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 3,61 dollar artaraq 52,67 dollar olub.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə London birjasında 50,54 dollardır.

Silahlı Qüvvələrə Yardım Fondunun ehtiyatı 593 min manat artıb01.09.2015

Silahlı Qüvvələrə Yardım Fonduna 1 sentyabr 2015-ci ilədək 66 milyon 526 min manat, 211 min 791 ABŞ dolları və 593 avro vəsait daxil olub. Məlumatı Müdafiə Nazirliyi yayıb.

Page 7: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Transparency.az bildirir ki, bir ayda Silahlı Qüvvələrə Yardım Fondunun ehtiyatı 593 min manat artıb. Avqustun 1-dək fondun hesabında 65 milyon 933 min manat, 211 min 791 ABŞ dolları və 593 avro vəsait vardı.

Prezidentin 17 avqust 2002-ci il fərmanı ilə yaradılmış fondun maliyyə mənbəyi Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.

Nazirlik elektron xidmət sorğusunun nəticələrini açıqlayıb01.09.2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) internet saytında (www.mlspp.gov.az) keçirilən interaktiv sorğunun nəticələrini açıqlayıb. Transparency.az-a verilən rəsmi məlumata görə, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi elektron xidmətlərdən istifadə edirsinizmi” sualını 2975 nəfərdən 2777 nəfər, yəni 93,3 faiz müsbət cavablandırıb.

Məlumatda deyilir ki, bu ilin yanvar-iyul aylarında ƏƏSMN-nin bütün elektron xidmətlərindən 1 milyon 272 min 164 dəfə istifadə olunub, bu da qeyd olunan dövrdə “E- hökumət” portalı üzrə ümumi istifadə sayının 17 faizi deməkdir.

Hazırda ünvanlı dövlət sosial yardımı sistemi də elektron əsaslar üzərində qurulur. Dövlət məşğulluq xidmətləri üzrə e-xidmətlərin artırılması sahəsində də iş aparılır.

Ekspertin fikrincə, hökumətin büdcə çətinliyi var

Page 8: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

01.09.2015

2016-cı ilin büdcə layihəsinin parametrləri hələ açıqlanmayıb. Transparency.az-a danışan iqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, Maliyyə Nazirliyi hər il sentyabr ayına qədər ictimaiyyəti növbəti ilin büdcəsinin konturları barədə məlumatlandırırdı: “Bu il isə ucuzlaşan neft və azalan dövlət gəlirləri büdcənin formalaşdırılması üçün mürəkkəb iqtisadi situasiya yaradıb. Rəsmi statistikaya görə, 2013-cü ildə dövlət büdcəsinin gəlirləri 19,5 milyard manat və ya 25 milyard dollar səviyyəsində icra olunub. Həmin il Azərbaycan tarixinə ən yüksək büdcə gəlirlərinin təmin olunduğu il kimi düşüb. Ötən il büdcə gəlirləri 2013-cü illə müqayisədə 1,1 milyard manat azalıb. Bu il üçün olan gözləntilərə görə, dövlət büdcəsinin gəlirləri 2013-cü illə müqayisədə 5 milyard manat və ya devalvasiyadan sonrakı məzənnə ilə 10 milyard dollar az icra olunacaq. Son 2 ildə büdcə gəlirlərində ciddi eniş baş verib.

Büdcə xərclərinə gəlincə, son illər ərzində büdcənin izafi xərclərlə yüklənməsi və onun rasional icra olunmaması növbəti il üçün büdcə proqnozlaşdırılmasını çətinləşdirir. Bu isə hökumətin orta və uzunmüddətli dövr üçün büdcə siyasətinin olmamasının nəticəsidir. Azərbaycanda növbəti il üçün dövlət büdcəsinin gəlirləri keçən ildə faktiki və cari ilin sonuna gözlənilən büdcə xərclərinin məbləği əsasında proqnozlaşdırılır. Bu isə o deməkdir ki, dövlət büdcəsi strateji məsələ olsa da, növbəti ilin büdcə siyasəti cari konyunktura əsasında müəyyənləşdirilir. Ona görə də dəyişkən neft qiymətlərinin şərtləndirdiyi xarici ticarət və büdcə balansının zəif göstəriciləri bazasında makroiqtisadi və sosial sabitliyi qoruyacaq, iqtisadi artımı təmin edə biləcək büdcəni proqnozlaşdırmaq hökumət üçün o qədər də asan olmayacaq”.

Müsavat Partiyasının parlament seçkisində namizəd göstərdiyi şəxslər01.09.2015

Page 9: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Bastainfo.com saytı Müsavat Partiyasının 1 noyabr parlament seçkisində namizəd göstərdiyi şəxslərin siyahısını dərc edib. Siyahı Müsavat Partiyası Məclisinin avqustun 29-da keçirilmiş sessiyasında təsdiqlənib:

8 saylı Binəqədi — Arzu Səmədbəyli9 saylı Binəqədi — Nemət Kərimli10 saylı Binəqədi — Gülağa Aslanlı12 saylı Qaradağ-Binəqədi-Yasamal — Rauf Ağa13 saylı Xəzər-Pirallahı — Niyaz Nəsir15 saylı Yasamal — İsa Qəmbər18 saylı Nərimanov-Nizami — Bahadur Salmanov21 saylı Nəsimi — Məzahir Məmmədli23 saylı Nəsimi-Səbail — Arif Bağırzadə24 saylı Nizami — Bəxtiyar Tariyev25 saylı Nizami — Zakir Məmmədzadə26 saylı Sabunçu — Tofiq Yaqublu27 saylı Sabunçu — Rafiq İsmayıl29 saylı Səbail — Nüşabə Sadıxlı30 saylı Suraxanı — Misir Məhəmmədoğlu31 saylı Suraxanı — Mustafa Hacılı33 saylı Xətai — Arif Hacılı34 saylı Xətai — Dilşad Nağıyeva38 saylı (Gəncə) Nizami — Cahangir Əmirxanlı39 saylı (Gəncə) Kəpəz — Akif Əsgərov43 saylı Sumqayıt — İkram İsrafil44 saylı Sumqayıt-Xızı — Vəfa Abbasova (Cümşüdlü)45 saylı Abşeron — Zahir Feyzulla46 saylı Şirvan — Elman Fəttah48 saylı Yevlax — Aydın Ələkbərov50 saylı Abşeron- Qobustan — Səxavət Soltanlı51 saylı Qusar — Bəxtiyar Əlimov

Page 10: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

52 saylı Quba — Müşfiq Mahmudov53 saylı Quba-Qusar — Yaşar İsrafilov54 saylı Şabran-Siyəzən — Mərdan Mehdili55 saylı Xaçmaz şəhər — Söhrab Əmrah56 saylı Xaçmaz kənd — Şövkət Ramazanlı57 saylı Kürdəmir — Baha Mikayılov59 saylı Salyan — Valeh Hümmətoğlu60 saylı Salyan-Neftçala — Mirzəağa Axund61 saylı Neftçala — Sabir Abuzarov62 saylı Saatlı — Namiq Kazımlı63 saylı Sabirabad — Yavər Gülməmmədov64 saylı Sabirabad — Əkbər Əliyev65 saylı Saatlı-Sabirabad-Kürdəmir — Rəhim Qubadov66 saylı Biləsuvar — Yusif Mehdi67 saylı Cəlilabad şəhər — Hidayət İsmayıl, Azər Əsgərov68 saylı Cəlilabad kənd — Davud Qurbanov71 saylı Masallı kənd — Xasay Fərzulla73 saylı Lənkəran şəhər — Mikayıl Əsədov74 saylı Lənkəran kənd — Yadigar Sadıqov75 saylı Lənkəran-Masallı — İmanverdi Əliyev77 saylı Astara — Tarif Əliyev78 saylı Lerik — Mübariz Salayev79 saylı İmişli — İltizam Əkbər81 saylı Beyləqan — Nəcəf Qaraşlı82 saylı Ağcabədi — Rəşid Nəcəfli84 saylı Füzuli — Osman Kazım85 saylı Şamaxı — Yasəf Ağazadə89 saylı Göyçay-Ağdaş — Namiq Hacıbəyli91 saylı Ucar — Zakir İsmayıl93 saylı Bərdə şəhər — Müsafir Cəmilli94 saylı Bərdə kənd — Dadaş Əhmədli95 saylı Tərtər — Xəqani Məmməd96 saylı Goranboy-Naftalan — Yusif Namazoğlu97 saylı Goranboy-Ağdam-Tərtər — Malik Həsənli98 saylı Şəmkir şəhər — Fariz Cəfərli101 saylı Göygöl-Daşkəsən — Səfər Hümbətov102 saylı Samux-Şəmkir — Etibar Əkbərov108 saylı Ağstafa — Başxanım Abbasova, Ayvazalı Oruclu

Page 11: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

109 saylı Balakən — Badruddin Varşayev110 saylı Zaqatala — Firudin Qazıyev117 saylı Oğuz-Qəbələ — Vaqif Davud120 saylı Cəbrayıl-Qubadlı — Razim Əmiraslanlı121 saylı Laçın — Fərəc Kərimli, Raqif Kərimli123 saylı Kəlbəcər — İsgəndər Həmidov124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd — Rövşən Atakişiyev125 saylı Zəngilan-Qubadlı — Nəsiman Yaqublu.

Müsavatın seçki qərargahının açıqlamasına görə, başqa dairələr üzrə namizədlərin müəyyənləşməsi istiqamətində iş davam edir.

Azər Mehtiyev: “Yaşayış yerindən arayış ləğv edilməlidir”01.09.2015

Avqustun 31-də prezident İlham Əliyev yaşayış yeri üzrə qeydiyyatın elektronlaşdırılmasını da nəzərdə tutan fərman imzalayıb. Fərmana əsasən, yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsində bu qaydalara riayət olunması təmin edilməlidir: arayışın “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin  və digər informasiya sistemlərinin məlumatlarından istifadə edilməklə elektron qaydada tərtib edilməsi; arayışın vətəndaşların şəxsiyyət vəsiqəsi əsasında və əlavə heç bir sənəd tələb edilmədən hazırlanması; arayışın vətəndaşın müraciət etdiyi gün təxirə salınmadan verilməsi.

Page 12: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi fərmanla yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi səlahiyyəti alıb.

Sənədi Transparency.az-a şərh edən iqtisadçı ekspert Azər Mehtiyev deyir ki, yaşayış yerindən arayış ləğv olunmalıdır: “Fərmanda da göstərildiyi kimi, yaşayış yerindən arayış heç bir başqa sənəd tələb edilmədən, yalnız şəxsiyyət vəsiqəsi əsasında verilirsə, onda arayışa nə ehtiyac var ki, şəxsiyyət vəsiqəsində vətəndaşın qeydiyyat yeri göstərilib. Əlbəttə, ola bilər ki, vətəndaşın qeydiyyat yeri və yaşayış yeri fərqli olsun. Bəs “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi nə üçündür? Qoy bu sistem bütün qurumlara və vətəndaşlara açıq olsun və arayış istəyən tərəf bu sistem vasitəsilə vətəndaşın yaşayış yerini dəqiqləşdirsin.

Prezidentin 31 avqust fərmanında nəzərdə tutulan yeni sistemin kəndlərdə necə tətbiq olunacağı da maraqlıdır. Kəndlərdə vətəndaşlara yaşayış yerindən arayışı rayon icra başçılarının kənd üzrə nümayəndələri verir. Kəndlərdə “ASAN xidmət” mərkəzləri yoxdur. İndi kəndlilər arayış üçün rayon mərkəzlərinə gedəcəklər? Əgər kəndlərdə olan icra nümayəndələrinin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə giriş imkanları olacaqsa, niyə bütün qurumların və vətəndaşların ona girişi olmasın?”

Seçkidə imza01.09.2015

Noyabrın 1-də keçiriləcək parlament seçkisində əsas mərhələlərdən biri namizədliyi təsdiqlənmiş şəxslərin xeyrinə imza toplanması olacaq. Transparency.az bildirir ki, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Bir seçici birdən artıq namizədin müdafiəsi üçün imza ata bilər.

Seçicilərin imzaları Seçki Məcəlləsində göstərilən qaydada toplanır. Bu məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının təlimatları da var.

Maddə 56. Namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması şərtləri56.2. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin imzaları toplanmalıdır.

Page 13: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

56.3. Hər bir imza vərəqəsində namizədin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri və ya tutduğu vəzifə (bu olmadıqda — fəaliyyət növü), yaşadığı yerin ünvanı, irəli sürüldüyü seçki dairəsinin adı (sıra nömrəsi) göstərilməlidir. Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, imza vərəqəsində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hansı maddəsi ilə məhkum olunduğu, həmin maddənin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir.

56.5. Namizədin müdafiəsi üçün imza toplanmasını müvafiq seçki dairəsi üzrə namizədi irəli sürmüş siyasi partiya, siyasi partiyaların bloku həyata keçirirsə, imza vərəqəsində namizədə aid məlumatlarla yanaşı, bu namizədi irəli sürmüş siyasi partiyanın, siyasi partiyalar blokunun adı göstərilir, namizədin ərizəsində belə məlumat olarsa, onun mənsub olduğu siyasi partiyanın adı və siyasi partiyada onun müvafiq statusu göstərilə bilər.

Maddə 57. Namizədin müdafiəsi üçün seçici imzalarının toplanması qaydası57.1. Dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. İmza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. Həmin qadağana əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, toplanmış imzaların etibarsız sayılması və namizədin qeydiyyatından, qeydə alınmış namizədlərin qeydiyyatından imtina üçün əsas ola bilər.

57.2. Seçici imzalarını Azərbaycan Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququ olan vətəndaşı toplaya bilər. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku seçici imzalarını toplayan şəxslə imza toplanması barədə müqavilə bağlaya bilər. Belə işin haqqı yalnız namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu hesabına ödənilə bilər.

57.3. Namizədin müdafiəsi üçün seçici imzaları tədris müəssisələrində, yaşayış yerlərində, eləcə də qanunla seçkiqabağı təşviqat aparılmasının qadağan edilmədiyi digər yerlərdə toplana bilər.

Page 14: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

57.4. Seçici imza vərəqəsində imza edərkən soyadını, adını, atasının adını, doğum tarixini, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini, imza etdiyi tarixi göstərir. İmza edən seçicilər barəsində qeyd edilməsi zəruri hesab olunan məlumatlar imza toplayan şəxs tərəfindən imza vərəqələrinə daxil edilə bilər. Göstərilən məlumatlar əllə yazılır və onların yayılmamasına təminat verilir.

57.6. Namizədin müdafiəsi üçün seçici imzaları toplanarkən imzalar imza vərəqəsinin üz və ya arxa tərəfində qoyulur. Belə olduqda, arxa tərəf vərəqənin üz tərəfinin davamı hesab edilir və təsdiqedici imzalar vərəqənin arxa tərəfində qoyulur.

57.7. İmza toplandıqdan sonra imza vərəqəsi imza toplayan şəxs və namizəd tərəfindən imzalanır. İmza toplayan şəxs imza vərəqəsinə imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini göstərir.

57.8. Namizəd siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülübsə, imza toplandıqdan sonra imza vərəqəsi imzaları toplayan şəxs və siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. İmzaları toplayan şəxs imza vərəqəsində imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini göstərir, müvafiq səlahiyyətli nümayəndə isə soyadını, adını, atasının adını və imza qoyulması tarixini göstərir.

57.9. Namizəd irəli sürmüş siyasi partiya, siyasi partiyaların bloku, seçicilərin təşəbbüs qrupu müvafiq seçki komissiyasına eyni şəxsin namizəd irəli sürülməsi haqqında yazılı məlumat verdikdən sonra namizədin müdafiəsi üçün seçicilərin lazım olan sayda imzalarını birgə toplaya bilərlər. Bu halda namizədin irəli sürülməsinin müdafiəsi üçün müxtəlif şəxslərin topladığı seçici imzalarının cəmləşdirilməsinə icazə verilir.

57.10. Namizədin irəli sürülməsinin təşəbbüsçüləri, namizədin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzalarının sayını hesablayır, seçici imzalarının toplanması nəticələri haqqında protokolu tərtib edir və imzalayırlar.

Page 15: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

57.11. Müvafiq seçki komissiyalarına təqdim edilən imza vərəqələri nömrələnməli və qovluq formasında səhifələnməlidir.

Maddə 59. İmza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünün seçki komissiyaları tərəfindən yoxlanılması59.1. Müvafiq seçki komissiyası bu Məcəllə ilə müəyyənləşdirilmiş sənədlərdə, hər bir namizədin imza vərəqələrində olan məlumatların düzgünlüyünü və namizədlərin irəli sürülməsi prosedurunun bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq seçki komissiyasının namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçicilərin bu Məcəlləyə uyğun olaraq təqdim etdikləri tərcümeyi-hala aid məlumatların və namizəd haqqında digər məlumatların düzgünlüyünü yoxlayır.

59.2. Müvafiq seçki komissiyası bu Məcəlləyə uyğun olaraq təqdim edilmiş məlumatların və faktların düzgünlüyünü yoxlamaq məqsədi ilə müvafiq orqanlara müraciət edə bilər. Həmin orqanlar seçki komissiyasının müəyyənləşdirdiyi müddətdə, lakin səsvermə gününə 40 gündən az vaxt qalmışsa, 1 gün müddətində yoxlamanın nəticələri barədə seçki komissiyasına məlumat verməlidir. Müvafiq seçki komissiyası öz qərarı ilə imza vərəqələrindəki imzaların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün ekspertlərdən ibarət işçi qrupları yarada bilər. Həmin işçi qruplarına bu qrupu yaradan seçki komissiyasının üzvü sədrlik etməlidir. Belə yoxlamaya Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi məbləğdə haqq ödənilməklə ekspertlər, müvafiq orqanların mütəxəssisləri sırasından ekspertlər, habelə əhalinin qeydiyyatını həyata keçirən xüsusiləşdirilmiş orqan və təşkilatların mütəxəssisləri cəlb edilə bilər. Onların rəyləri imza vərəqələrində olan məlumatların düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilir. Seçki komissiyaları imza vərəqələrində olan məlumatların düzgünlüyünü müəyyənləşdirmək üçün seçici siyahılarından və vətəndaşların qeydiyyat sistemindən istifadə edə bilərlər.

59.3. İmza vərəqələri yoxlanılarkən müvafiq seçki komissiyasında namizədlər, onların səlahiyyətli nümayəndələri, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Müvafiq seçki komissiyası imza vərəqələrinin yoxlanılması haqqında göstərilən şəxslərə qabaqcadan məlumat verməlidir. Seçki komissiyası namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun göndərdiyi şəxsin həmin tədbirlərdə iştirakına etiraz

Page 16: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

edə və ya maneçilik törədə bilməz. İmza vərəqələrində olan bütün imzalar yoxlanılmalıdır.

59.4. İmzaların yoxlanılması o vaxt dayandırılır ki, düzgün imzaların sayı namizədin qeydə alınmasına əsas verir və ya qalan imzaların sayı namizədin qeydə alınması üçün kifayət olmur. Yoxlamanın nəticələrinə görə seçici imzalarının düzgünlüyü və ya qeyri-düzgünlüyü təsdiqlənməlidir.

59.5. İmza vərəqələri müvafiq seçki komissiyasına təqdim edilənədək namizədi irəli sürənlərin imza vərəqələrində pozduqları imzalar o şərtlə yoxlanılmır və nəzərə alınmır ki, imza toplayanlar tərəfindən vərəqələrdə bu pozulmalar haqqında müvafiq qeydlər aparılsın.

59.6. İmza vərəqələri yoxlanılarkən eyni adamın bir neçə imzası aşkar edilərsə, yalnız bir imza etibarlı, digər imzalar isə qeyri-düzgün sayılır.

59.7. Bu Məcəllənin 59.6-cı maddəsində göstərilənlə yanaşı, aşağıdakılar qeyri-düzgün imzalar hesab edilir:

59.7.1. müvafiq icra hakimiyyəti orqanının arayışı yaxud bu Məcəllənin 59.2-ci maddəsinə uyğun olaraq seçki komissiyasının işinə cəlb edilmiş ekspertin rəyi əsasında seçki hüququ olmayan və məlumatları qeyri-düzgün göstərən seçicilərin imzaları;

59.7.2. namizəd irəli sürülməsi haqqında müvafiq seçki komissiyasına bildiriş göndərilənədək imza vərəqələrinə daxil edilmiş seçici imzaları;

59.7.3. bu Məcəllənin 57.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar etibarsız sayılmış imzalar;

59.7.4. müxtəlif şəxslərin adından bir şəxs tərəfindən və ya bir şəxsin adından müxtəlif şəxslər tərəfindən qoyulmuş imzalar;

59.7.5. imza vərəqəsinə əl yazısı ilə qoyulmayan və ya karandaşla qoyulan imzalar.

Page 17: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

59.8. İmza vərəqələrində seçici imzalarının qoyulması tarixində düzəliş edildikdə, bu imzalar o şərtlə düzgün sayılır ki, imza vərəqəsini təsdiq edən şəxslər həmin düzəlişləri təsdiqləmiş olsunlar.

59.9. İmza vərəqələri imza toplayan şəxsin, habelə namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin əl yazısı qaydasında imzası ilə təsdiq edilməyibsə və ya səlahiyyətli nümayəndənin imzası qeyri-düzgündürsə, imza vərəqələrində olan bütün imzalar etibarsız sayılır.

59.10. Bu Məcəllənin 59.7 — 59.9-cu maddələrində göstərilən hallar istisna olmaqla, imza vərəqələrində bu Məcəllənin tələblərinə uyğun gəlməyən yazı sırası aşkar edildikdə, yalnız bu sırada olan imza etibarsız sayılır.

59.11. Bu Məcəllənin 59.6 — 59.10-cu maddələrinə əsasən imzanın etibarsızlığı müəyyənləşdirilməyibsə, imzaların düzgünlüyü və ya imzaların sayının hesablanmasının düzgünlüyü yoxlanılarkən imza vərəqələrində müəyyənləşdirilmiş qaydada edilən düzəliş və qeydlər imzaların etibarsız sayılması üçün əsas götürülə bilməz.

59.12. Bu Məcəllənin 59.6 — 59.10-cu maddələrinə uyğun olaraq etibarsız sayılan imzalar çıxıldıqdan sonra qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olarsa, namizəd qeydə alınmır.

59.13. Hər bir namizəd üzrə imza vərəqələrinin yoxlanılması nəticələri haqqında işçi qrupunun rəhbəri, müvafiq seçki komissiyasının həlledici səs hüquqlu üzvü tərəfindən protokol tərtib edilir, imzalanır və qərar qəbul olunması üçün seçki komissiyasına təqdim edilir. Protokolda seçicilərin yoxlanılmış imzalarının sayı, habelə əsası qeyd olunmaqla etibarsız sayılmış imzaların sayı göstərilir. Protokol seçki komissiyasının müvafiq qərarına qoşulur. Protokolun surəti namizədin qeydə alınması məsələsinə baxan seçki komissiyası iclasının başlanmasına azı 24 saat qalmış namizədə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə verilir. İmzalar yoxlanılarkən lazımi sayda seçici imzalarının olmadığı aşkar edildikdə namizəd, habelə siyasi partiya, siyasi partiyaların bloku işçi qrupunun rəhbərinin təsdiq etdiyi protokolun surəti ilə yanaşı, seçici imzalarının etibarsız sayılmasının əsasları göstərilməklə müvafiq qovluğun nömrəsi, müvafiq imza vərəqəsindəki sətrin nömrəsi qeyd olunan yoxlamanın nəticəsi barədə cədvəlin surətini də almaq hüququna malikdir.

Page 18: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

MSK-nın təlimatları:Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsiQərar 9/83, Əlavə 1, Əlavə 1aAzərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqındaQərar 10/86-1, Əlavə 1, Əlavə 2Jurnalistə hökm oxundu01.09.2015

Sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Xədicə İsmayıla hökm oxunub. Ona 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Bundan başqa o, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib.

İttihama görə, Xədicə İsmayıl “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri kimi qulluq səlahiyyətlərindən sui-istifadə edib, Vergi Məcəlləsinin 101-ci maddəsinə (Gəlir vergisinin dərəcəsi) uyğun olaraq vergi ödəməkdən yayınıb, xidməti müqavilələr bağlatmaqla digərlərinin də az vergi ödəməsinə səbəb olub.

“Azadlıq” radiosunun məlumatına görə, məhkəmə Xədicə İsmayıla Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə bəraət verib.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də jurnalist Tural Mustafayevin şikayəti əsasında özünü öldürməyə cəhd həddinə çatdırmaq ittihamı ilə həbs olunub.

Page 19: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Sonradan jurnalistin işinə külli miqdarda mənimsəmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları əlavə edilib.

Xədicə İsmayıl 1976-cı ildə Bakıda anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Jurnalist fəaliyyətinə “Günaydın” qəzetində başlayıb, bir sıra KİV-lərdə, o cümlədən “Zerkalo”, “Exo” qəzetlərində, “Amerikanın səsi” radiosunda çalışıb. 2008-ci ildən “Azadlıq” radiosunda işləyir. 2008-2010-ci illərdə radionun Bakı bürosuna rəhbərlik edib.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi necə seçilir?01.09.2015

Azərbaycan parlamentinə seçki günü – noyabrın 1-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi də seçiləcək. Transparency.az bildirir ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əsasən, Ali Məclis 45 deputatdan ibarətdir. Ali Məclisin deputatları majoritar seçki sistemi ilə seçilirlər. Seçkilərin nəticələrinin düzgünlüyünü Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi yoxlayır və təsdiq edir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları seçmək və seçilmək hüququna malikdirlər.

Muxtar respublikanın ərazisində daimi yaşayan, yaşı 25-dən aşağı olmayan hər bir Azərbaycan Respublikası vətəndaşı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilə bilər.

Page 20: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Səlahiyyət müddəti ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının şəxsiyyəti Naxçıvan Muxtar Respublikasında toxunulmazdır.

Ali Məclis 31 deputatın səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri muxtar respublikanın ali vəzifəli şəxsidir.

Büdcə sənədləri kabinetdən prezidentə ötürüldü02.09.2015

Sentyabrın 1-də Nazirlər Kabineti baş nazir Artur Rasizadənin sədrliyi ilə toplanıb. İclasda 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2016-cı il və gələn üç il üzrə iqtisadi, sosial inkişaf konsepsiyası, proqnoz göstəriciləri müzakirə edilib.

Baş nazir Artur Rasizadə giriş sözündə deyib ki, gələn ilin dövlət büdcəsi layihəsi son dövrlər dünyada gedən qlobal maliyyə və iqtisadi proseslərdə müşahidə olunan dəyişkənliklər də nəzərə alınmaqla tərtib edilib. Onun sözlərinə görə, layihənin hazırlanmasında dövlət büdcəsinin sosial istiqamətli olması əsas götürülüb, əhalinin maddi rifahının yaxşılaşdırılması, ölkənin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi, qeyri-neft sektorunun inkişafına dəstək kimi mühüm amillərə xüsusi diqqət yetirilib.

Maliyyə naziri Samir Şərifovla iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev gündəlikdə duran məsələlərə dair məruzə ilə çıxış ediblər. Müzakirələrin yekununda Maliyyə Nazirliyinin əlaqədar nazirlik, komitə, idarə və təşkilatlarla birlikdə hazırladığı “Azərbaycan Respublikasının 2016-cı il üzrə dövlət büdcəsinin

Page 21: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin təqdim etdiyi “Azərbaycan Respublikasının 2016-cı il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilib. Həmin sənədlər və “Büdcə sistemi haqqında” qanununda nəzərdə tutulan müvafiq materiallar prezidentə təqdim ediləcək.

Bakı görüşündə iqtisadi əməkdaşlıq məsələləri də müzakirə olunub02.09.2015

Prezident İlham Əliyev sentyabrın 1-i Bakıda Rusiya xarici işlər naziri Sergey Lavrovu qəbul edib. Dövlət başçısı dünyada və regionda hadisələrin sürətlə inkişaf etdiyi bir dövrdə iki ölkənin həyata keçirdiyi mütəmadi məsləhətləşmələrin önəmli olduğunu qeyd edib: “Bunlar ölkələrimiz arasında bütün sahələri, o cümlədən siyasi, iqtisadi, energetika, humanitar sahələrdə əməkdaşlığı əhatə edən strateji tərəfdaşlıq münasibətlərinin ən bariz nümunəsidir. Biz ikitərəfli münasibətlərimizi bundan sonra da səmərəli və uğurla inkişaf etdirmək niyyətindəyik”.

AZƏRTAC-ın məlumatına görə, Rusiyanın xarici işlər naziri deyib ki, ölkəsi və Azərbaycan Cənubi Qafqazda, Xəzər dənizi hövzəsində strateji tərəfdaş ölkələrdir və beynəlxalq münasibətlərin bütün vacib və mürəkkəb məsələlərinin həlli ilə bağlı yaxın mövqelərə malikdirlər.

Page 22: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

İqtisadi sahədə əməkdaşlıq məsələlərinə toxunan xarici işlər naziri qeyd edib ki, beynəlxalq konyunkturaya baxmayaraq bu əlaqələr yüksələn xətlə inkişaf edir. O, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinin önəmini vurğulayıb.

Sergey Lavrov Rusiya Federasiyasına göndərilən Azərbaycan kənd təsərrüfatı məhsullarının həcminin artmasını məmnunluqla qeyd edərək bu qərarların Rusiyanın nəqliyyat şirkətlərinin beynəlxalq daşımalarının sayının artmasına da xidmət etdiyini deyib.

Parlament prezidenti toxunulmazlıq hüququndan məhrum etdi02.09.2015

Sentyabrın 1-də Qvatemala Konqresi məhkəmənin müraciətinə baxaraq prezident Otto Peres Molinanı toxunulmazlıq hüququndan məhrum edib. Transparency.az xəbər verir ki, parlamentin bu qərarı ilə prezidenti korrupsiya işi üzrə istintaqa cəlb etmək mümkün olacaq.

Hüquq mühafizə orqanlarının araşdırmalarına görə, prezident yüksək rütbəli məmurlarla birgə korrupsiya sxemi qurub, o cümlədən rüsumların azaldılması üçün iş adamlarından rüşvət alınmasına rəhbərlik edib. Bu korrupsiya qalmaqalı bir neçə aydır prezidentin istefası tələbi ilə kütləvi aksiyalara gətirib.

Sentyabrın 6-sı Qvatemalada prezident seçkisi keçiriləcək. Otto Peres Molina seçkidə iştirak etmir. Onun səlahiyyət müddəti gələn ilin yanvarında başa çatır.

Ekspertlər büdcə müzakirələri barədə danışdı02.09.2015

Page 23: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri”ni və “Azərbaycan Respublikasının 2016-cı il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”ni bəyənən qərar qəbul edib. Həmin sənədlər və “Büdcə sistemi haqqında” qanununda nəzərdə tutulan materiallar prezidentə təqdim olunacaq.

Sentyabrın 1-də sənədlərin müzakirəsində çıxış edən baş nazir Artur Rasizadə deyib ki, gələn ilin dövlət büdcəsi layihəsi son dövrlər dünyada gedən qlobal maliyyə və iqtisadi proseslərdə müşahidə olunan dəyişkənliklər də nəzərə alınmaqla tərtib edilib. Onun sözlərinə görə, layihənin hazırlanmasında dövlət büdcəsinin sosial istiqamətli olması əsas götürülüb, əhalinin maddi rifahının yaxşılaşdırılması, ölkənin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi, qeyri-neft sektorunun inkişafına dəstək kimi mühüm amillərə xüsusi diqqət yetirilib.

Nazirlər Kabinetinin 1 sentyabr iclasını Transparency.az-a şərh edən ekspert Qubad İbadoğlu büdcənin əsas parametrlərinin, gəlir və xərclərin açıqlanmamasına diqqət çəkib: “Çox təəssüf ki, Nazirlər Kabineti iclas keçirir, gələn il üçün büdcə layihəsini müzakirə edir, amma mətbuata onun hətta konturları ilə bağlı heç bir açıqlama verilmir. Elə bil ki, hökumətin müzakirə etdiyi büdcə xalqın, dövlətin deyil, hakimiyyətin büdcəsidir, onun bizə heç bir dəxli yoxdur”.

Digər iqtisadçı Rövşən Ağayev deyib ki, hökumətin iclasında baş nazir gələn ilin büdcəsinin sosial yönümlü olacağını vurğulayıb: “Ötən illərin büdcələri haqda “investisiya və sosial yönümlü büdcə” ifadəsi işlədilirdi. Görünür, bu il hökumət investisiya xərclərini kəskin formada qayçılayacaq”.

Son bir ayda 142-“Çağrı mərkəzi” 8,9 minə yaxın müraciəti cavablandırıb02.09.2015

Page 24: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Transparency.az-a verilən məlumata görə, 142 — “Çağrı mərkəzi” avqust ayında 8897 müraciəti cavablandırıb. Müraciətlərin 3702-i (41,6%) sosial təminat, 2104-ü (23,6%) əmək qanunvericiliyi, 1433-ü (16,1%) elektron xidmətlərdən istifadə, 943-ü (10,6%) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası və 715-i (8%) məşğulluq məsələlərinə aiddir.

Daxil olan müraciətlərin 92,2 faizi nazirliyin səlahiyyət dairəsinə dair məsələlərlə əlaqədar sorğu xarakteri daşıyıb və vətəndaşlara ətraflı hüquqi izahatlar verilib. 691 müraciətdə əmək və sosial təminat hüquqlarının müəyyən olunması məsələləri, təklif və şikayətlər əksini tapıb və onlar müraciət vərəqəsi tərtib olunmaqla araşdırılması üçün nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib.

Avqust ayında “Çağrı mərkəzi”nə daxil olan müraciətlərin sayı iyul ayı ilə müqayisədə 8,4 faiz, o cümlədən sosial təminat məsələləri üzrə 11,7 faiz, əmək qanunvericiliyinə əməl olunması məsələləri üzrə 10,2 faiz, tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası məsələləri üzrə isə 18,4 faiz,  məşğulluq məsələləri üzrə 1,6 faiz azalıb.

Nazirliyin elektron xidmətlərindən istifadə ilə bağlı müraciətlərin sayı isə 10,6 faiz artıb.

Naxçıvanın Dövlət Statistika Komitəsi 20 illik göstəriciləri açıqlayıb02.09.2015

Page 25: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Naxçıvan Muxtar Respublikasında yanvar-iyul aylarında ümumi daxili məhsul istehsalı 1995-ci illə müqayisədə 30 dəfə artaraq 1 milyard 294 milyon 428 min manat olub. Muxtar respublikanın Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalı 22 dəfə artaraq 2936 manata çatıb.

20 ildə sənaye məhsulunun həcmi 62 dəfə, əsas kapitala yönəldilən investisiyalar 183 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 5 dəfə, nəqliyyat sektorunda yük daşınması 13 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 66 dəfə, ixracın həcmi 110 dəfə, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 25 dəfə artıb.

1996-cı ildən 2015-ci il iyulun 1-dək muxtar respublikada 84 min 783 yeni iş yeri açılıb, bunun da 58 min 42-si və ya 68,5 faizi daimi iş yerləridir. Açıqlamaya görə, 1995-ci ildə muxtar respublikada bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 15,9 manat təşkil edirdisə, hazırda bu göstərici 393 manatdır. 2015-ci ilin yanvar-iyul aylarında əhali gəlirlərinin həcmi 1995-ci ildəki müvafiq göstəricini 31 dəfə üstələyərək 977 milyon 244 min manata, hər bir nəfərə düşən gəlirlər isə 24 dəfə artaraq 2 min 217 manata çatıb.

2015-ci ilin yanvar-iyul aylarında muxtar respublikanın istehlak bazarında əhaliyə 703 milyon 520 min manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilib. 1995-ci illə müqayisədə əmtəə satışının və pullu xidmətlərin həcmi 17,4 dəfə, o cümlədən pərakəndə əmtəə dövriyyəsi 16,7 dəfə artıb. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 25 dəfə artaraq 94 milyon 927 min manat təşkil edib.

Page 26: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Dərmanların keyfiyyətinə nəzarət yoxlamaları aparılır02.09.2015

Səhiyyə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb. Qeyd olunur ki, dərman vasitələri sahəsində milli tənzimləyici qurum olan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi istehsalçı müəssisələrdə və bazarda yoxlamalar aparır: “Son bir necə ayda 6 preparatın seriyasında normativ sənədlərin tələblərinə cavab verməmə faktı aşkarlanıb və satışına icazə verilməyib. Bu il 84 aptekdə reydlər aparılıb, nəticədə 4 aptekin qanunsuz fəaliyyəti üzə çıxıb. Apteklərin fəaliyyəti dayandırılıb, sahiblərinə inzibati protokollar tərtib edilib. Bundan əlavə qeydiyyatsız dərman vasitələrinin satışı, habelə reseptlə satışı aparılmalı olan dərman vasitələrini reseptsiz satan iki aptekin lisenziyası alınıb, bir aptekin fəaliyyəti dayandırılıb.

Yoxlamalar zamanı bazardan 361 adda (1370 qutu) qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatları müsadirə olunub.

Mərkəzdə əhalinin müraciət və şikayətlərinə də diqqətlə baxılır. Son bir necə ay ərzində 10 belə şikayətə baxılıb, 2 halda aptek müəssisəsində tələblərə cavab verməyən dərman preparatının satışı aşkar edilib”.

Lisenziyalı turizm şirkətlərinin sayı 284-ə çatıb02.09.2015

Avqust ayında Mədəniyyət və Turizm Nazirliyi üç şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verib. Nazirliyin rəsmi məlumatına görə, bunlar “Butterfly travel”, “Natali Travel”, “Express-TTS” məhdud məsuliyyətli cəmiyyətləridir. Bununla da ölkədə lisenziya əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 284-ə çatıb.

Page 27: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

REAL seçkiyə gedir (Namizədlər)02.09.2015

Respublikaçı Alternativ (REAL) Hərəkatı noyabrın 1-də keçiriləcək parlament seçkisinə qatılır. Sentyabrın 2-də bununla bağlı açıqlama yayılıb. Transparency.az-ın məlumatına görə, açıqlamada qeyd olunur ki, REAL Hərəkatı yarandığı gündən özünü hazırkı siyasi sistemə alternativ sayır: “Yaxın hədəflərimizdən biri sistemin çökəcəyi gün ölkədə çağdaş çağırışlara hazır, anlaqlı siyasi çevrənin ayaqda durmasına nail olmaq, belə bir çevrənin ardıcıl və təmkinli şəkildə inkişafı üçün mövcud hüquqi fürsətlərdən mümkün qədər yararlanmaqdır. Belə fürsətlərdən biri də seçkidir. Hüququn üstünlüyü prinsipinin işləmədiyi şəraitdə siyasi mədəniyyətin formalaşması üçün siyasi oyunçuların müzakirə səviyyəsini öz təşəbbüsləri ilə yüksəltmək borcu var. Bunun üçün siyasi hədəflər aydın göstərilməli, təməl əsaslandırma verilməli, “qırmızı cizgilər” çəkilməlidir. REAL Hərəkatı seçkiyə həm də bunun örnəyini göstərmək üçün gedir”.

REAL-ın namizədləri:Natiq Cəfərli, icra katibi, iqtisadçı — 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi

Erkin Qədirli, İdarə Heyətinin üzvü, hüquqşünas — 16 saylı Yasamal seçki dairəsi

Xalid Bağırov, İdarə Heyətinin üzvü, hüquqşünas, vəkil — 24 saylı Nizami seçki dairəsi

Azər Qasımlı, İdarə Heyətinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru — 23 saylı Nəsimi-Səbail seçki dairəsi

Zöhrab İsmayıl, İdarə Heyətinin üzvü, iqtisadçı — 8 saylı Binəqədi seçki dairəsi

Cəsur Məmmədov, İdarə Heyətinin üzvü, siyasi elmlər magistri — 27 saylı Sabunçu seçki dairəsi

Page 28: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Vəfa Rüstəm, hüquqşünas — 15 saylı Yasamal seçki dairəsi

Mübariz Rəhimli, siyasi elmlər magistri — 19 saylı Nərimanov seçki dairəsi

Şadiman İsmayılov, informasiya texnologiyaları mütəxəssisi — 14 saylı Xəzər seçki dairəsi

Hafiz Babalı, iqtisadçı — 42 saylı Sumqayıt seçki dairəsi

Ramil Süleymanov, hüquqşünas — 41 saylı Sumqayıt seçki dairəsi

Kənan Məkanlı, iqtisadi elmlər magistri — 43 saylı Sumqayıt seçki dairəsi

Rafiq Muradov, politoloq — 107 saylı Qazax seçki dairəsi

Hacıbaba Bayramov, iqtisadi elmlər magistri — 52 saylı Quba seçki dairəsi

Azay Vəlixanov, iş adamı — 56 saylı Xaçmaz kənd seçki dairəsi

Əlayif Həsənov, hüquqşünas, vəkil — 92 saylı Zərdab-Ucar seçki dairəsi

Mikayıl Talıbov, müəllim — 77 saylı Astara seçki dairəsi.

REAL-ın dəstəklədiyi şəxslər:Ruslan İzzətli, D18 Hərəkatı — 33 saylı Xətai seçki dairəsi

Ülvi Həsənli, “Nida” Vətəndaş Hərəkatı — 9 saylı Binəqədi seçki dairəsi

Ramin Hüseynov, “Nida” — 18 saylı Nərimanov-Nizami seçki dairəsi

Elgiz Qəhrəman, “Nida” — 29 saylı Səbail seçki dairəsi

Nicat Əmiraslanov, “Nida” — 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi

Məzahir Şahvələdov, hüquqşünas — 86 saylı İsmayıllı seçki dairəsi.

Page 29: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

REAL Hərəkatı 2008-ci ildə yaradılıb. Qurumun lideri İlqar Məmmədov 2013-cü ildə İsmayıllıda hökumət əleyhinə iğtişaşlar təşkil etmək ittihamı ilə tutulub. Ona 7 il azadlıqdan məhrumetmə cəzası verilib.

Yaşayış yerindən arayış. Qanun onu qanunsuz sayır?02.09.2015

Bu həftə prezident İlham Əliyev yaşayış yeri üzrə qeydiyyatda yenilikləri nəzərdə tutan fərman imzalayıb. Fərmana əsasən, yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayış “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin və digər informasiya sistemlərinin məlumatlarından istifadə edilməklə elektron qaydada tərtib edilməli; vətəndaşların şəxsiyyət vəsiqəsi əsasında və əlavə heç bir sənəd tələb edilmədən hazırlanmalı; vətəndaşın müraciət etdiyi gün təxirə salınmadan verilməlidir. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi fərmanla yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi səlahiyyəti alıb.

Sentyabrın 1-də prezident fərmanını Transparency.az-a şərh edən iqtisadçı ekspert Azər Mehtiyev deyib ki, yaşayış yerindən arayış ləğv olunmalıdır. Bu gün isə Azər Mehtiyev hüquqşünas Asima Nəsirliyə istinadla yeni açıqlama yayıb: “Sən demə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 3-cü maddəsinə görə, ölkə vətəndaşından belə arayış istənilə bilməz. Qanunla yaşayış yeri bu sənədlərlə müəyyən edilir: Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 30 gündən artıq Azərbaycan Respublikasında yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə — onun qeydiyyata alınması haqqında vəsiqə; Azərbaycan

Page 30: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində — xüsusi nümunəli vəsiqə; Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində — müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar.

1997-ci il yanvarın 1-dən qüvvədə olan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna əsasən, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Mənim üçün maraqlıdır ki, yaşayış yeri haqqında arayışın verilməsi funksiyasının Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ötürülməsi barədə bəndi prezidentin fərmanına daxil edənlərin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanun barədə məlumatları yoxdurmu?”

Prezident dövlət xidmətlərinin göstərilməsini asanlaşdıran fərman imzalayıbAzər Mehtiyev: “Yaşayış yerindən arayış ləğv edilməlidir”Sabiq maliyyə naziri Rusiyanın iqtisadi gələcəyindən yazdı02.09.2015

Rusiyanın keçmiş maliyyə naziri, Vətəndaş Təşəbbüsləri Komitəsinin rəhbəri Aleksey Kudrin ölkənin iqtisadiyyatı ilə bağlı proqnoz verib. Transparency.az-ın məlumatına görə, “Kommersant” qəzetinə məqaləsində sabiq nazir yazır ki, 2020-ci ildə dünyanın ümumi daxil məhsulunda Rusiyanın payı ölkənin yeni tarixində ən aşağı göstəriciyə — 2,2%-ə düşəcək. 2014-cü ildə bu göstərici 3,3% olub.

Aleksey Kudrin yazır ki, 2016-cı ildən sonra Rusiya iqtisadiyyatı ildə 0,5-1,5% artacaq, bu isə durğunluq deməkdir.

Page 31: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Transparency.az bildirir ki, Aleksey Kudrin maliyyə nazir postunu 2000-2011-ci illərdə tutub, 2004-cü ildən həm də baş nazirin müavini olub. O, 2011-ci ildə Rusiya prezidenti, indiki baş nazir Dmitri Medvedyevlə yola getmədiyinə görə postunu itirib.

Bakının iki rayonunda, Abşeronda və Sumqayıtda icra başçısı dəyişdi03.09.2015

Sentyabrın 2-də prezident İlham Əliyev Bakının iki rayonuna yeni icra başçısı təyin edib. Dövlət başçısının sərəncamları ilə Asif Əsgərov Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı postuna, Eldar Əzizov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə keçirilib.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Nəsib Məhəməliyevə yeni post verilməyib.

Prezidentin digər sərəncamlarına əsasən, Zakir Fərəcov Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə isə İradə Gülməmmədova gətirilib. O, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini postunda çalışırdı.

Bakı-Tbilisi-Ərzurum kəməri ilə qazın nəqli bərpa edilib03.09.2015

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə mavi yanacağın nəqli bərpa edilib. Bunu APA-Economics-ə kəmərin Azərbaycandan keçən hissəsinin operatoru olan “BP-

Page 32: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Azerbaijan” şirkətinin sözçüsü Tamam Bayatlı deyib. Onun sözlərinə görə, hasilat və ixrac əməliyyatları normal qaydada həyata keçirilir.

Avqustun 24-də PKK terrorçuları qaz kəmərinin Qars vilayətindən keçən hissəsində partlayış törətmişdilər.

Bakı-Tbilisi-Ərzurum kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Uzunluğu 980 kilometr olan boru kəmərinin ildə 20 milyard kubmetrədək ötürmə gücü var.

Neftin qiymətində yeniliklər03.09.2015

AZƏRTAC-ın 3 sentyabr məlumatına görə, dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 1,61 dollar bahalaşaraq 45,95 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,73 dollar artaraq 50,27 dollar olub.

“AzəriLayt” markalı neftin bir barreli isə London birjasında 1,63 dollar ucuzlaşaraq 49,58 dollara düşüb.

Azərbaycanda hansı qadınlar icra başçısı olub? (Siyahı)03.09.2015

Sentyabrın 2-də prezident İlham Əliyev İradə Gülməmmədovanı Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edib. Transparency.az bildirir ki, həmin günədək Abşeron Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini olmuş İradə Gülməmmədova 2007-ci ildən bəri icra başçısı postuna təyin ediləni ilk qadındır. Ondan əvvəlki qadın kadr Sündüz Babayeva olub. O, 4 avqust 1995-

Page 33: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

ci ildə Dəvəçi (indiki Şabran) Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb, 28 iyun 2007-ci ildə postundan çıxarılıb.

İcra başçısı postunda (bu idarəçilik institutu 1991-ci ilin oktyabrında təsis olunub) çalışan ilk qadın Məlahət Xəlilova olub. AXC hakimiyyətindən öncə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Məlahət Xəlilova 4 iyun 1992-ci ildə postundan azad edilib.

Başqa bir qadın – AXC hakimiyyətinin kadrı Şahnaz Ələsgərova isə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini 24 avqust 1993-cü ilədək tutub.

Transparency.az icra başçısı olmuş digər qadınların siyahısını təqdim edir:

Dilrubə Camalova – Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı (23 avqust 1993-cü ildən 31 may 2000-ci ilədək);

Sədaqət Qəhrəmanova – Əli Bayramlı (indiki Şirvan) Şəhər İcra hakimiyyətinin başçısı (21 sentyabr 1995-ci ildən 18 aprel 2005-ci ilədək);

Səmayə Piriyeva – Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı (28 iyun 1999-cu ildən 28 iyul 2000-ci ilədək);

Fidumə Hüseynova – Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı (3 iyul 2003-cü ildən 6 aprel 2005-ci ilədək).

Mədəniyyət və Turizm Nazirliyi turizmin inkişaf strategiyası layihəsi hazırlayıb03.09.2015

Mədəniyyət və Turizm Nazirliyi “2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası” layihəsi hazırlayıb. Mct.gov.az-ın məlumatına görə, layihə Azərbaycanda turizm sənayesinin mövcud vəziyyəti, inkişaf potensialı, turizmin inkişafında hökumətin rolu, maraqlı tərəflər arasında potensial əməkdaşlıq formaları, bu əməkdaşlıqların uğurla qurulması metodları və bir sıra digər mühüm elementlər haqqında məlumat və tövsiyələri əks etdirir: “Azərbaycanı cəlbedici və uğurlu turizm məkanına çevirmək üçün dövlətin turizm siyasətinin dörd əsas strateji prinsip üzərində qurulmasını tövsiyə edən strategiya sənayenin inkişafı üçün əlverişli iqtisadi mühitin yaradılması, turizm məhsulunun

Page 34: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

müxtəlifliyi, sənaye standartlarının təkmilləşdirilməsi və ictimai marağın qorunması şərti ilə sənayenin inkişafı üçün zəruri stimullaşdırma, planlaşdırma, koordinasiya, araşdırma və statistik köməyin təmin edilməsinə dair müxtəlif təkliflər təqdim edir.

Bununla yanaşı sənəd institusional strukturun təkmilləşdirilməsi, infrastruktur inkişafının gücləndirilməsi, turizm təcrübəsinin müxtəlifliyi və marketinq və kommunikasiya sistemində peşəkarlığın artırılması olmaqla 4 əsas inkişaf istiqaməti haqqında geniş məlumat və dövlətin ölkədə turizmin daha əsaslı inkişafı üçün bu sahələrdə hansı məqsədlərə nail olmağa çalışmalı olduğu haqqında müvafiq tövsiyələr verir. “2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası” təsdiq edilməsi məqsədilə aidiyyəti quruma göndərilib və hazırda razılaşdırılma mərhələsindədir”.

Səhiyyə Nazirliyi narkomaniya xəstəliyinə düçar olmuş şəxslərlə bağlı statistika yayıb03.09.2015

Səhiyyə Nazirliyinin mətbuat xidməti dünya statistikasına əsaslanaraq bəyan edib ki, narkotiklərdən istifadə 2012-ci ildə 183 000 ölüm faktına səbəb olub: “Bu, 2011-ci illə müqayisədə aşağı göstərici olsa da, 15-64 yaş arasında olan gənc və orta nəsil üçün kiçik rəqəm sayıla bilməz”.

Azərbaycana gəlincə, rəsmi statistikaya əsasən, 2013-cü il üçün narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin ümumi sayı 28 376 nəfər olub: “Onların 4 nəfəri 15-17 yaş arasında, 1324 nəfəri 18-24 yaş arasında, 3850 nəfəri 25-29 yaş arasında olan şəxslərdir. 2014-cü il üçün narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin ümumi sayı 28 656 nəfər (15-17 yaş arasında olan 5 şəxs, 18-24 yaş arasında olan 1403 şəxs, 25-29 yaş arasında olan 3999 şəxs) təşkil edib.

Page 35: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

2014-cü ilin rəsmi statistik hesabatında toksikomanların ümumi sayı 152 nəfərdir”.

Nazirliyin açıqlamasına görə, ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 3 dövlət proqramı təsdiqlənib, 2 proqram tam başa çatıb, 2013-2018-ci illər üçün dövlət proqramı isə icra edilir.

İradə Gülməmmədovanın bioqrafiyası03.09.2015

Transparency.az 2015-ci il sentyabrın 2-də Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş İradə Gülməmmədovanın ömür yolunu təqdim edir.

Gülməmmədova İradə Akif qızı 1 oktyabr 1962-ci ildə Şuşa şəhərində anadan olub.1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini bitirib. Əmək fəaliyyətinə 1986-cı ildə Bakıdakı 6 saylı Uşaq Xəstəxanasında başlayıb, 1986-1995-ci illərdə Balakən Rayon Mərkəzi Xəstəxanasında işləyib, 1995-2006-cı illərdə Abşeron Rayon Uşaq Poliklinikasının baş həkimi olub.

2006-2014-cü illərdə İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyəti başçının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, 2014-cü ildən 2015-ci il sentyabrın 2-dək başçının 1-ci müavini vəzifələrində çalışıb.

Abşeron rayonunun sosial-iqtisadi inkişafında  xidmətlərinə görə 2012-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı, 3 nəvəsi var.

Page 36: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

İradə Gülməmmədova indi ölkədə icra başçısı postunu tutan yeganə qadındır.

Prezident paytaxtdakı iki məktəbə baş çəkib03.09.2015

Sentyabrın 3-də prezident İlham Əliyev Bakının Səbail rayonundakı 189-190 nömrəli orta məktəbdə həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov prezidentə bildirib ki, 190 nömrəli orta məktəb iki ildir 189 nömrəli məktəblə birləşib. Beş mərtəbədən ibarət məktəbdə 42 sinif otağı var. Orta məktəbdə 1500 şagird təhsil alır.

AZƏRTAC xəbər verir ki, sentyabrın 3-də İlham Əliyev paytaxtın Yasamal rayonundakı Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyə də baş çəkib. Dövlət başçısına bildirilib ki, hazırda liseydə 600 şagird təhsil alır. Onlardan 300 nəfəri dövlət hesabına yataqxanada qalır. Təhsil ocağına qəbul 7-ci, 8-ci və 9-cu siniflərdən aparılır.

Dövlət dilinin dili niyə gödəkdir?03.09.2015

      Bəkir Nərimanoğlu“Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun 17-ci maddəsinə görə, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəlikləri və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılmalıdır. Ancaq təcrübə göstərir ki, bu normaya heç də hamı əməl etmir. Məsələn, Transparency.az/cnews layihəsinin müşahidələrinə görə, Mədəniyyət və Turizm Nazirliyindən lisenziya almış 284 turizm şirkətinin böyük əksəriyyətinin adı xarici dildədir: “12 Travel”, “A La Carte

Page 37: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Travel” “Abdu-Travel” “ADN Travel”, “Aero Tour”, “AFN Travel”, “AİR Tour”, “AİS Tourism”, “Alean Company”, “Alpha Logistics and Tourism”, “Asklepiy”, “Best Tour”, “Biletx Travel, “Bluesky Travel”, “Butterfly Travel”, “Caprice Touristic Services”, “Carlton Travel Assistance”, “Caspian Line Business Travel Company”, “Detour”, “Easytravel”, “Europe Travel Assistance”, “Freestyle Safari”… Son iki ayda – iyul və avqustda lisenziya alan 12 şirkətin də çoxu xarici ad daşıyır: “Ze Tur”, “Luna Travel”, “Time To Travel”, “Mondo Travel”, “Natali Travel”.

Mərkəzi Bankdan lisenziya almış bəzi bankların da adına nəzər salaq: “Accessbank”, “Bank of Baku”, “Bank of Azerbaijan”, “Bank Silk Vey”, “Caspian Development Bank”, “Bank Technique”…

Problemlə bağlı fikirlərini bölüşən iqtisadçı alim, Milli Məclisin deputatı Əli Məsimli deyir ki, dövlət dilindən qanunlarda əksini tapan səviyyədə istifadə çox zəruridir: “Bununla belə, bir sıra hallarda “Dövlət dili haqqında” qanunun tələblərinə əməl edilmir və dilimizin statusu aşağılanır. Biz parlamentin iqtisadi siyasət komitəsində və plenar iclaslarda bu məsələni dəfələrlə qaldırmışıq. İş adamları arqument gətirir ki, istər Azərbaycanda, istərsə də xaricdə onların firmalarını, şirkətlərini əcnəbi dildə yazılmış adı ilə tanıyırlar, uzun müddətdir həmin adla fəaliyyət göstərib imic qazanıblar, ad dəyişikliyi olsa, hər şeyi sıfırdan başlamaq lazım gələcək. Amma bu arqument qanunun tələbləri qarşısında çox zəifdir. Söhbət dövlət dilindən gedirsə, qanun tam gücü ilə tətbiq olunmalıdır. Biz gedib başqa ölkədə adı Azərbaycan dilində olan qurum yarada bilərikmi? Axı hər ölkənin konstitusiya ilə təsbit edilmiş öz dili var və həmin dil işlədilir. Bəs Azərbaycanda niyə bunun əksi tətbiq olunmalıdır?”

Əli Məsimli qeyd edir ki, bu ilin birinci yarısında reklam qanunu müzakirə olunanda dövlət dili məsələsi parlamentdə yenidən gündəmə gəlib: “Reklam qanununda göstərilir ki, reklamda dövlət dilindən istifadə olunmalıdır. Sifarişçinin tələbinə əsasən isə reklam qurğularında yerləşdirilən mətndə dövlət dili ilə yanaşı xarici dildən də istifadə oluna bilər. Belə halda xarici dildə olan mətn dövlət dilindəki mətndən sonra yerləşdirilməli və tutduğu sahə reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox olmamalıdır. Azərbaycan dilinin konstitusion səviyyədə haqqını təmin etmək lazımdır və əcnəbi dildən dövlət dilimizə xələl gəlmədən ikinci planda istifadə etmək olar. Bu məsələni köklü şəkildə həll etməkdən ötrü hüquqi şəxslərin adlarının Azərbaycan dilinin

Page 38: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

normalarına uyğun olaraq yazılması məsələsinin işlək mexanizmi hazırlanıb tətbiq edilməlidir”.

Filologiya elmləri doktoru, Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli deyir ki, bir çox məmurlar, nazirliklər, təşkilatlar Azərbaycan dilinə sayğısızlıq göstərir: “Dövlət dili ilə bağlı sənədlərdə konkret tələblər var. Çox təəssüf ki, bütün bunlara baxmayaraq Azərbaycanda kommersiya təşkilatlarının çoxunun adı xarici dildə yazılır. Bunun müəyyən psixoloji əsasları var. Bəziləri hesab edir ki, ad xarici dildə olanda şirkətin müştərisi çox olacaq. Ancaq bu elə formada olmalıdır ki, dövlət dili qanunu ilə ziddiyyət təşkil etməsin”.

Qulu Məhərrəmli bildirir ki, ölkədə dil qanunvericiliyinin tələblərinə riayət olunmasına məsuliyyət daşıyan qurum yaradılmayıb: “Fransada, Baltik ölkələrində, Türkiyədə bu işlə dil qurumları məşğul olur. Azərbaycanda bu işlərin bir qismi Dilçilik İnstitutunun öhdəsindədir. Ancaq institut elmi-tədqiqat mərkəzidir. Düzdür, monitorinq şöbəsi yaradılıb, dilin sosial aspektləri ilə bağlı monitorinq aparılır, amma onun elə bir səlahiyyəti yoxdur ki, hansısa quruma desin bunu belə yox, belə yaz.

Çıxış yolu dil qurumu yaradılmasıdır: “Ya da Dilçilik İnstitutuna dil qanunvericiliyinin tələblərinə nəzarət səlahiyyəti verilməlidir. “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunda yazılır ki, bütün dövlət orqanlarının, müəssisələrinin, idarələrinin, təşkilatlarının vəzifəli şəxsləri qanunun pozulmasında təqsirkar olduqda məsuliyyətə cəlb edilirlər. Ancaq məsuliyyətin forması konkretləşməyib”.

Avqust ayı: ucuzlaşma da var, bahalaşma da03.09.2015

2015-ci ilin avqust ayında ərzaq məhsullarının qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz azalıb. Transparency.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, qeyri-ərzaq mallarının qiymətləri isə 0,1 faiz artıb. Ümumilikdə istehlak malları və xidmət tarifləri 0,1 faiz ucuzlaşıb.

Page 39: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Ay ərzində qarabaşaq yarmasının, sümüklü mal və qoyun ətinin, kərə yağının, şəkərin, bananın, almanın, armudun, üzümün, qarpızın, yemişin, xiyarın, şirin bibərin, badımcanın, kartofun qiymətlərində azalma, uzun düyünün, buğda ununun, makaron məmulatlarının, toyuq ətinin, balıq məhsullarının, yumurtanın, bitki yağlarının, limonun, kələmin, göyərtinin, pomidorun, göy lobyanın, çuğundurun, kökün, sarımsağın, baş soğanın, qara və yaşıl çayın, spirtli içkilərin qiymətlərində isə artım olub.

Müşahidəsi aparılan qeyri-ərzaq mallarından avqust ayı ərzində parçaların, inşaat materiallarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, məişət cihazlarının qiymətlərində artım, geyimin, dərmanların, minik avtomobillərinin, telefon aparatlarının qiymətlərində isə azalma qeydə alınıb.

Avqust ayında əhaliyə göstərilən pullu xidmətlərdən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma ucuzlaşıb, ali təhsil müəssisələrində təhsil isə bahalaşıb.

Korrupsiyada ittiham olunan prezident istefa verib03.09.2015

Qvatemala prezidenti Otto Peres Molina məhkəmənin onun barəsində çıxardığı həbs qərarından sonra istefaya gedib. Qərar prokurorluqda prezidentin büdcəyə bir neçə milyon dollar həcmində zərər vuran korrupsiya sxemində əli olduğu barədə şübhələrin yaranmasından sonra verilib.

Məhkəmə qərarına əsasən, prezident ifadə vermək üçün prokurorluğa gəlməlidir. Yalnız bundan sonra onun istintaq müddətində nəzarət altına alınacağı və ya azadlıqda qalacağı barədə qərar çıxarılacaq. Peres Molinaya ölkəni tərk etmək də qadağan olunub.

Page 40: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

İstintaqın versiyasına görə, Peres Molina və bir sıra digər yüksək vəzifəli dövlət məmuru ölkəyə gətirilən malların vergidən azad olunması müqabilində biznesmenlərin gömrüyə verdiyi rüşvətdən pay alırmış.

Neft Akademiyası Neft və Sənaye Universiteti adlandırıldı03.09.2015

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Akademiyasının Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılması barədə sərəncam verib.

Sentyabrın 3-də imzalanan digər sərəncamla Mustafa Baba oğlu Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.

Transparency.az bildirir ki, Azərbaycan Dövlət Neft Akademiyasının əsası 1887-ci il noyabrın 10-da şəhər dumasının qərarı ilə qoyulub – Bakı Texniki Məktəbi yaradılıb. 1918-ci ildə məktəb politexnikum adlandırılıb.

1920-ci il noyabrın 16-da Azərbaycan İnqilab Komitəsinin dekreti ilə Bakı Politexnik İnstitutu yaradılıb. 1923-cü ildən institut Məşədi Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutu adlandırılıb. 1930-cu ildə ad Azərbaycan Neft İnstitutuna dəyişdirilib.

1934-cü il oktyabrın 10-da təhsil ocağı Azərbaycan Sənaye İnstitutuna çevrilib. 1959-cu ildə ad yenidən dəyişdirilib – Azərbaycan Neft və Kimya İnstitutu yaradılıb.

1990-cı illərdə əvvəl Azərbaycan Sənaye Universiteti adlanan təhsil ocağı 23 ildir Azərbaycan Dövlət Neft Akademiyası kimi fəaliyyət göstərirdi.

İki hakim korrupsiyaya görə cəzalandırılıb04.09.2015

Page 41: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Məhkəmə-Hüquq Şurasının iclasında kadr məsələləri və digər təşkilati məsələlərə baxılıb. Rəsmi məlumata görə, səlahiyyət müddətləri başa çatan bir sıra məhkəmə sədrlərinin fəaliyyəti ilə bağlı təhlillər aparılıb, onların işinin yerində öyrənilməsinin nəticələri, yuxarı instansiya məhkəmələrinin rəyləri, Ədliyyə Nazirliyinin təqdim etdiyi məlumatlar müzakirə olunub. Həmin məhkəmə sədrlərinin fəaliyyəti məqbul bilinərək yenidən təyinatları məqsədəmüvafiq hesab edilib.

İclasda hakimlər barədə intizam icraatlarına da baxılıb. Kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Yasamal Rayon Məhkəməsinin hakimi Anar Rzayev və Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseyn Mirzəliyev töhmət alıb, vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiyinə görə bir hakim barədə intizam icraatı başlanıb.

Səlim Müslümov G20-nin toplantısında çıxış edib04.09.2015

Page 42: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov sentyabrın 3-ü Ankarada G20 qrupuna üzv və dəvət edilən ölkələrin əmək və məşğulluq nazirlərinin toplantısında çıxış edib. Nazirlikdən Transparency.az-a verilən məlumata görə, Səlim Müslümov Azərbaycandakı sosial-iqtisadi durumdan söz açıb. 2004-cü ildə Cənubi Qafqaz iqtisadiyyatının yarısının, 2014-cü ilin sonunda isə 75%-nin Azərbaycanın payına düşdüyünü qeyd edən nazir bildirib ki, son 12 ildə ölkədə ümumi daxili məhsul 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb: “Bu dövrdə 1 milyon 400 min yeni iş yeri açılıb, iqtisadiyyata 180 milyard dollar investisiya yatırılıb, strateji valyuta ehtiyatları xarici dövlət borcundan 10 dəfə çox olub. Həmçinin əhalinin gəlirləri inflyasiyanı üç dəfədən çox üstələməklə 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,6 dəfə çoxalıb, işsizlik səviyyəsi 10,6%-dən 4,9 %-ə, yoxsulluq səviyyəsi 44,7 %-dən 5%-ə düşüb”.

Nazir deyib ki, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, dinamik iqtisadi inkişaf, yeni texnika və texnologiyaların həyatın hər bir sahəsində geniş tətbiqi, yeni istehsal üsullarının meydana gəlməsi ölkənin əmək bazarında yüksək təhsil səviyyəsinə malik olan işçi qüvvəsinə tələbatı artırır və bu, ölkənin iqtisadi artımı üçün əsas şərtlərdən birinə çevrilir: “İşçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması və rəqabət qabiliyyətinin artırılması, kadr hazırlığı sisteminin təkmilləşdirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun təmin edilməsi və bütövlükdə insan kapitalının yüksək inkişaf səviyyəsinə nail olunması ölkədə dövlət məşğulluq siyasətinin əsas prioritet istiqamətidir. Bu gün qeyd olunan məqsədlərə nail olmaq üçün beynəlxalq və milli əmək bazarının tələblərinə cavab verən kompetensiyalar əsasında peşə və kvalifikasiya standartlarının tətbiqi işləri görülür. Bu baxımdan işçi bacarıqlarının formalaşdırılması, inkişafı və istifadəsi üçün əsas prinsipləri müəyyən edən “G20 Bacarıqlar Strategiyası” Azərbaycan üçün də olduqca aktualdır”.

Page 43: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Səlim Müslümov vurğulayıb ki, Azərbaycan Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda ölkələrdən biridir: “Hazırda Azərbaycan əhalisinin 28,5 faizi 15-29 yaşlı gənclərdir. 2014-cü ilin sonuna demoqrafik yük əmsalı 1990-cı ilə nisbətən 1,7 dəfə azalaraq 40 nəfər olub”.

Azərbaycanda 15-29 yaşda gənclər arasında işsizlik səviyyəsinin 9,7% olmaqla digər ölkələrlə müqayisədə xeyli aşağı olduğunu diqqətə çatdıran Səlim Müslümov bildirib ki, məhz bu səbəbdən Azərbaycan gənclərin məşğulluq problemlərinin həlli üzrə dünyada 10 lider ölkə sırasına daxil edilib.

Dollardan gələn təhlükə04.09.2015

         Qubad İbadoğluABŞ-ın Açıq Bazar Əməliyyatları üzrə Federal Komitəsinin (ABƏFK) sentyabrın 16-17-də nəzərdə tutulan toplantısında federal uçot dərəcəsinin artırılacağı ilə bağlı informasiyalar narahatlıqla müzakirə olunur. Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcələrini artırmaq qərarı verəcəyi təqdirdə dünya bazarında neftin daha da ucuzlaşacağı və Azərbaycan manatının dəyərini bir az da itirəcəyi ilə bağlı mövqelər sərgilənir.

Böyük ehtimalla ABƏFK-nın növbəti toplantısında belə qərar olmayacaq. Çox güman ki, FES faiz dərəcələrini ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində artıracaq: “ABŞ iqtisadiyyatında pozitiv meyllərin müşahidə olunması, xüsusilə də işsizliyin azalması, inflyasiyanın sabitləşməsi qərarın ləngiməsinə əsaslar yarada bilər.

Amerika iqtisadçıları belə bir qərarın dünya iqtisadiyyatına, xüsusilə də Çin kimi nəhəng ölkələrin bazarlarına təsirinin mümkün fəsadlarını da geniş müzakirə edirlər. Bu amil ABƏFK-nın qərarı növbəti iclaslara təxirə salmaq ehtimalını

Page 44: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

artırır. Federal uçot dərəcəsinin artımı dolların möhkəmlənməsi üçü potensial imkan yaradır, pul kütləsinin məhdudlaşmasına, faiz dərəcələrinin yüksəlməsinə xidmət edir. Yüksək faiz dərəcələri isə dolların digər valyutalara nəzərən möhkəmlənməsini və son nəticədə dollarla ödənilən əmtəələrin ucuzlaşmasını şərtləndirir.

Federal uçot dərəcəsinin artımı tədiyyə balansında yüksək kəsiri olan ölkələrin iqtisadiyyatına zərbə vurur. Mərkəzi Bankın açıqladığı informasiyaya görə, 2015-cü ilin 1-ci rübünün sonuna Azərbaycanın cari əməliyyatlar hesabında 58 milyon dollar məbləğində profisit yaranıb. Həmin göstərici 2012-ci ilin eyni dövründə 4 milyard 643 milyon, 2013-cü ildə 4 milyard 193 milyon, 2014-cü ildə 3 milyard 333 milyon dollar olub. Tədiyyə balansında kəsir tendensiyasının qərarlaşacağı halda federal uçot dərəcəsinin artımı Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. Çox şey dünya bazarında neftin qiymətindən, məhsul və xidmətlərin xarici ticarətinin müsbət saldosunun səviyyəsindən asılı olacaq. Əgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar. Əks halda isə federal uçot dərəcəsinin artımı Azərbaycan iqtisadiyyatının böhrana qarşı immunitetini bir az da azalda bilər. Odur ki, indidən milli bazarın iştirakçılarını bu qərarın mümkün təsirlərinə hazırlamaq lazımdır.

Sabiq prezident həbs edildi04.09.2015

Qvatemalanın sabiq prezidenti Otto Peres Molina həbs edilib. Xəbər sentyabrın 4-də yayılıb.

Transparency.az bildirir ki, Baş Prokurorluğun irəli sürdüyü ittihamlara görə, Molina yüksək rütbəli məmurlarla birgə korrupsiya sxemi qurub, gömrük rüsumlarının azaldılması üçün iş adamlarından rüşvət alınmasına rəhbərlik edib. Bu korrupsiya qalmaqalı avqust ayında vitse-prezident Roksana Baldettinin istefasına gətirib.

Page 45: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Sentyabrın 1-də Qvatemala Konqresi məhkəmənin müraciətinə baxaraq prezidentin toxunulmazlıq hüququnu qaldırıb. İki gün sonra Molina istefaya gedib.

Hazırda prezident səlahiyyətlərini vitse-prezident Alexandro Maldonado icra edir. Sentyabrın 6-sı Qvatemalada prezident seçkisi keçiriləcək. Yeni seçiləcək prezident səlahiyyətinin icrasına gələn ilin yanvarında başlayacaq.

Azı 1000 uşağa qoyulmuş ən populyar 8 ad04.09.2015

Transparency.az Ədliyyə Nazirliyinin rəsmi saytına istinadla bildirir ki, 2015-ci ildə Azərbaycan Respublikasında doğulmuş uşaqlara qoyulan ən populyar adların 5-i qız, 3-ü oğlan adıdır. Qız adları arasında birinci yeri Zəhra, oğlan adları arasında Yusif tutur. Yusif həm 2015-in, həm də son beş ilin ümumilikdə ən populyar adıdır. Bu ad 2011-ci ildən bəri 16246 uşağa verilib.

2015-ci ildə azı 1000 uşağa qoyulmuş ən populyar 8 adın 6-sı dini ənənədən gələn adlardır. Yalnız iki ad — Nuray və Aylin adları istisnadır.

2015-ci ilin ən populyar 8 adı:

Yusif — 2118 uşaq

Zəhra — 2062

Nuray — 1518

Əli — 1510

Hüseyn — 1497

Fatimə — 1332

Aylin — 1072

Zeynəb — 1008.

Page 46: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Ədliyyə Nazirliyi sabiq müsavatçılara məhkəməni nişan verdi04.09.2015

Ədliyyə Nazirliyi Müsavat Partiyasının 8-ci qurultayının nəticələrinin ləğvi ilə bağlı müraciətə cavab verib. Sabiq müsavatçı, şikayətin müəlliflərindən olan Əlövsət Əhədoğlu APA-ya bildirib ki, sentyabrın 4-də Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən cavab məktubu alıb: “Məktubda qeyd olunur ki, nazirlikdə partiyanın qurultayı ilə bağlı qeydiyyata alınmış dəyişikliklərin ləğvi üçün məhkəməyə müraciət olunmalıdır. Qurultayın nəticələrinin ləğvi üçün bütün imkanlardan istifadə edəcəyik”.

8-ci qurultayın nəticələrinin ləğvinə çağıran müraciət Ədliyyə Nazirliyinə avqustun 7-də olunub. Müraciəti sabiq müsavatçılar Ellada Məmmədli, Rövşən Dəmirli, Əlövsət Əhədoğlu, Rüfət Əliyev, Kamil Xəlilbəyli və başqaları, ümumilikdə 15 nəfərə yaxın şəxs imzalayıb.

Müsavat Partiyasının 2014-cü il sentyabrın 27-də keçirilmiş 8-ci qurultayında başqan seçkisi olub. Həmin seçkidə Arif Hacılı qalib gəlib. Bəzi müsavatçılar seçkidə pozuntular olduğunu iddia edib, nəticələri tanımayıb, növbədənkənar qurultay keçirmək istiqamətində çalışıb. Bundan sonra narazıların bir qismi partiyadan çıxarılıb.

“Kütləvi çıxarış” və mobil ofis kampaniyası ilə bağlı yeni rəqəmlər04.09.2015

Page 47: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Əmlak Məsələləri Dövlət Komitəsinin “kütləvi çıxarış” kampaniyasından sentyabrın 4-də Zərdab sakinləri yararlanıb. AZƏRTAC-ın məlumatına görə, kampaniyanın Zərdab rayonunda keçirildiyi müddətdə 400-dək sakinə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər göstərilib. 240-dək vətəndaşa dövlət reyestrindən çıxarış verilib, 160-dək vətəndaşdan daşınmaz əmlaka, həmçinin torpağa dair qeydiyyat üçün zəruri sənədlər qəbul edilib.

“Kütləvi çıxarış” kampaniyası vətəndaşların daşınmaz əmlaklarının dövlət qeydiyyatına alınması ilə bağlı bütün xidmətləri əhatə edir. Kampaniya bir sıra şəhər və rayonlarda, o cümlədən Gəncə, Şəki, Mingəçevir, Zaqatala, Şamaxı, Şirvan, Qusarda keçirilib. Bir ilə yaxındır davam edən sosial kampaniya çərçivəsində ümumilikdə 4 min 750-dək vətəndaşa xidmət göstərilib.

Komitənin mobil ofis xidmətləri də fəaliyyətini davam etdirir. Mobil ofislər qeydiyyat xidmətlərini vətəndaşların ünvanına çatdırır. Belə xidmətlər fərdi həyət evi, mənzillər, bağ evlərinin, torpaq sahələrinin, qeyri-yaşayış obyektlərinin ilkin və təkrar qeydiyyatı, daşınmaz əmlakın yüklülüyünə dair arayışların verilməsi ilə bağlıdır. Eyni zamanda daşınmaz əmlaka dair texniki pasportların tərtibi, dəyişdirilməsi, dəqiq çöl-ölçmə işlərinin aparılması həyata keçirilir. Ötən ilin aprel ayından tətbiq olunan mobil ofis xidmətlərindən 71 minə yaxın vətəndaş yararlanıb.

Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimi olub04.09.2015

Page 48: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Prezident İlham Əliyev sentyabrın 4-də Xızı rayonunda yeni inşa olunan Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimində iştirak edib. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlət  başçısına bildirib ki, “Şabran, Siyəzən və Xızı rayonlarında mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsinə daxil olan Xızı rayonu üzrə hazırlanan layihədə cəmi 12 min 579 hektar sahənin 9 min 609 hektarında meliorativ tədbirlər aparılmaqla yeni suvarılacaq torpaqların istifadəyə verilməsi və 2 min 970 hektarında mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulur.

Dövlət başçısına “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan “Şabran, Siyəzən və Xızı rayonlarında mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsi barədə də məlumat verilib. Diqqətə çatdırılıb ki, Xızı rayonu üzrə yeni suvarılacaq torpaq sahələrinə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar daxildir. Su yeni inşa olunan Taxtakörpü-Ceyranbatan və Samur-Abşeron kanallarından götürüləcək. Layihədə ümumi uzunluğu 269,7 kilometr, o cümlədən 200,3 kilometr qapalı və 69,4 kilometr açıq suvarma şəbəkələrinin tikintisi nəzərdə tutulur.

Bildirilib ki, Xızı rayonunda bu ilin sonunadək əlavə olaraq 3 min 715 hektar, o cümlədən 2 min 315 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi və 1400 hektar mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə meliorativ tədbirlərin başa çatdırılması nəzərdə tutulur. Bununla da 2015-ci ildə Xızı rayonu üzrə 7 min 111 hektar, o cümlədən 5 min 399 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi və 1712 hektar mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması təmin ediləcək. 2016-cı ildə isə layihənin başa çatdırılması üçün Xızı rayonunda 5 min 468 hektar ərazinin su təminatının yaxşılaşdırılması işləri həyata keçiriləcək. Yeni suvarılacaq torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün 1150 hektarda kollektor-drenaj şəbəkəsinin tikintisi nəzərdə tutulub.

İlham Əliyev “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində Siyəzən rayonunda yeni suvarılacaq torpaqlarda meliorativ tədbirlərin başa çatdırılaraq Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimində də iştirak edib.

Page 49: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Mərkəzi Bankın valyuta ehtiyatı 1 milyard dollardan çox azaldı04.09.2015

Avqust ayında Mərkəzi Bankın valyuta ehtiyatında azalma olub. Transparency.az Mərkəzi Banka istinadla xəbər verir ki, iyula nisbətən avqustda valyuta ehtiyatı 1 milyard 186 milyon dollar azalaraq 7 milyard 315 milyon dollara düşüb.

Afrikada 163 min milyonçunun 670 milyard dolları var04.09.2015

Cənubi Afrika Respublikası (CAR) milyonçuların sayına görə Afrika ölkələri arasında ilk sıradadır. “AfrAsia” və “New World Wealth” banklarının məlumatına əsasən, Yohannesburqda 23,4 min milyonçu yaşayır. Ümumilikdə isə bütün Afrika milyonçularının üçdə biri CAR-ın payına düşür.

AZƏRTAC  bildirir ki, siyahıda ikinci yeri 10,2 min milyonçunun yaşadığı Misir paytaxtı Qahirə, üçüncü yeri 9,1 milyonçunun qeydə alındığı Nigeriyanın paytaxtı Laqos şəhəri tutur.

Ümumilikdə isə Afrika qitəsində 163 min milyonçu yaşayır. Onların ümumi varidatı 670 milyard dollar təşkil edir.

Qusardakı əmək yarmarkasının nəticələri04.09.2015

Page 50: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Sentyabrın 4-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Qusar şəhərində əmək yarmarkası keçirib. AZƏRTAC xəbər verir ki, yarmarkaya rayonda fəaliyyət göstərən 30-a yaxın idarə, müəssisə və təşkilatlardakı 350 vakant iş yeri çıxarılıb. Təklif edilən işlərə görə əməkhaqqı 110-450 manat arasında olub.

Yarmarkada 62 nəfərə öz istəyinə və ixtisasına uyğun işə göndəriş verilib, 14 nəfər isə xalçaçılıq üzrə peşə hazırlığı kurslarına cəlb olunmaq üçün qeydiyyata alınıb.

Əmək yarmarkasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerləri də təqdim edilib. Bununla yanaşı peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılıb.

Hesablama Palatası dörd qurumda yoxlamaların nəticələri ilə bağlı qərarlar qəbul edib07.09.2015

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. Transparency.az bildirir ki, rəsmi məlumata görə, iclasda dövlət büdcəsindən Ağstafa Rayon İcra Hakimiyyətinə, onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara; Ucar

Page 51: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Rayon İcra Hakimiyyətinə, onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara; Dövlət Sosial Təminat Xidmətinin Xaçmaz Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən; Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin saxlanmasına ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə olunub. Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında bir neçə nəzarət tədbiri üzrə audit proqramları təsdiq edilib, bir audit tədbiri üzrə isə proqrama dəyişiklik olunub.

İşçilərə qarşı sövdələşməyə girən 4 nəhəng şirkətə 415 milyon dollar cərimə kəsilib07.09.2015

ABŞ-da məhkəmə “Apple Inc.”, “Google Inc.”, “Intel Corp.”, “Adobe Systems Inc.” şirkətləri və onların əməkdaşları arasında yaranan mübahisə ilə bağlı son qərarını verib. Mincom.gov.az bildirir ki, həm indiki, həm də keçmiş 65 min əməkdaş işəgötürənlərə əlbirlik ittihamı irəli sürüb. İddiaya görə, şirkətlər bir-birinin işçisini işə qəbul etməmək barədə razılığa gəlib, bu da şirkətlərə əməkdaşların əməkhaqqılarını azaltmağa imkan verib.

Məhkəməyə 2011-ci ildə müraciət edilib. Əməkdaşlar 2005-2009-cu illərdə əməkhaqqını azaldan şirkətlərin öz aralarında razılıq əldə etmələrindən şikayətçi olublar. Nəticədə məhkəmə kollektiv iddiaya görə ödəniləcək məbləği müəyyənləşdirərək şirkətlərin ümumilikdə 415 milyon dollar ödəməsi ilə bağlı qərar çıxarıb.

Page 52: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

“Layt” 1 sent, “Brent” 13 sent, Azərbaycan nefti 1 dollar 75 sent dollar ucuzlaşıb07.09.2015

Dünya birjalarında neft yenə ucuzlaşıb. AZƏRTAC xəbər verir ki, Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 1 sent ucuzlaşaraq 45,68 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 13 sent azalaraq 49,16 dollar olub.

London birjasında “AzəriLayt” markalı neftin bir barreli 1 dollar 75 sent ucuzlaşaraq 50,89 dollara düşüb.

Cəmil Həsənli Qazaxıstandan yazıb: “Monopoliya haqqında təsəvvür belə yoxdur”07.09.2015

Müxalif Milli Şuranın sədri Cəmil Həsənli “Azadlıq” qəzetinin 7 sentyabr sayında Qazaxıstandan yazıb. O qeyd edir ki, bir neçə gün öncə Qazaxıstanda olub, bu ölkədə gördüklərinə təəccüblənib: “Liberal iqtisadiyyat ayaq tutub yeriyir, monopoliya haqqında təsəvvür belə yoxdur. İstənilən iş adamı istənilən malı ölkəyə gətirə və qanunla icazə verilən istənilən malı ölkədən çıxara bilər.

Page 53: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Vergi və gömrük orqanlarında korrupsiya halları demək olar ki, aradan qaldırılıb. Ölkəyə daxil olan 20 tonluq meyvə maşını əlavə dəyər vergisi (ƏDV) və gömrük rüsumu ilə birlikdə 3200 dollara sənədləşdirilir. Təkcə bir faktın timsalında gömrük və vergidəki vəziyyəti təsəvvür edə bilərsiniz. Bananın bir kiloqramının pərakəndə satış qiyməti təngə hesabı ilə 80 sentdir, Azərbaycanda isə bu məhsulun qiyməti 3 dollar ətrafındadır. Avtomobil benzini orta hesabla 47-48 sentə bərabərdir. Dünya bazarında neftin qiyməti endiyi üçün hökumət benzinin pərakəndə satış qiymətinin aşağı salınmasının yollarını arayır.

Hüquq mühafizə, vergi və digər dövlət orqanlarının iqtisadi həyata müdaxiləsi qadağan edilib. Kvartal ödənişlə hər bir avtomobil sahibi taksi fəaliyyəti ilə məşğul ola bilər. Benzinə ƏDV 12 faiz ətrafındadır.

Gəlir vergisi bizneslə məşğul olan hər kəsi təmin edən sərfəli həddə müəyyən edildiyi üçün istisnasız olaraq bütün iş adamları, orta və kiçik biznes subyektləri həvəslə dövlətin vergisini ödəyirlər. Nəinki fiziki şəxslər, hətta hüquqi şəxslər belə gəlirin həcminə görə vergi ödəməli olurlar. Məsələn, 3 aylıq gəliri 50 milyon təngədən aşağı olan hüquqi şəxslər 3 faiz həcmində vergi ödəyir ki, bu da kiçik biznesin kütləviləşməsi üçün əlverişli şərait yaradır.

Kənd təsərrüfatını qaldırmaq üçün aqrar sahə ilə məşğul olanlara faizsiz kreditlər sistemi tətbiq edilir. Təsərrüfatları texnika, güzəştli yanacaq və suvarma şəbəkəsi ilə təmin etməkdə dövlət kəndliyə qayğısını əsirgəmir. Kənd təsərrüfatının dirçəldilməsi daxili bazarda ət, yağ, süd və digər ərzaq məhsullarının qiymətlərinə ciddi şəkildə təsir göstərir. Mal ətinin bir kiloqramı 4 dollar, qoyun əti, qazaxların geniş istifadə etdiyi at ətinin qiyməti isə bundan bir neçə sent yuxarıdır. Böhran başlayandan sonra aqrar sahəni dayanaqlı etmək üçün hökumət əlavə olaraq kənd təsərrüfatına 500 milyard təngə (20 milyard dollar) yardım proqramını işə salıb”.

Cəmil Həsənli yazır ki, son aylarda dünyanı bürüyən maliyyə böhranı təngəni də yerindən oynadıb: “Lakin əhalinin banklarda olan vəsaitlərini və bankların özünü böhrandan qorumaq üçün vətəndaşların banklarda olan vəsaitlərinin böhrandan əvvəlki kursa konvertasiya edilməsi qərara alınıb. Dövlət bu məqsədlə hələ bu ilin fevral ayında “Nurlu yol” adlandırılan antiböhran proqramı qəbul edib. Təngəni müdafiə etmək üçün müxtəlif maliyyə proqramları işlənib hazırlanıb. Əhalinin banklarda olan vəsaitləri 98 faiz həcmində sığorta edilib. Bankları

Page 54: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

müdafiə etmək üçün ehtiyat fonddan onlara 500 milyard təngə həcmində vəsait ayrılıb.

Xarici mütəxəssislərin geniş dairəsi iqtisadiyyatın, maliyyə sisteminin, təhsilin və səhiyyənin idarə edilməsinə cəlb edilib. İş yerlərinin qorunub saxlanması hökumət üçün prioritet istiqamət sayılır. Bu məqsədlə ayrı-ayrı müəssisələrə dövlətdən yardımlar göstərilir. Kənd təsərrüfatını böhrandan qorumaq üçün ərzaq məhsulları ilə bağlı dövlət satınalmaları bilavasitə yerli məhsullarla həyata keçirilir”.

Ailə büdcəsinə qənaət yolları07.09.2015

İqtisadçı ekspert Qubad İbadoğlu ailə büdcəsinə qənaət məsləhətləri paylaşıb. Transparency.az məsləhətləri təqdim edir:

- Mağazaya heç vaxt ac getməyin, yoxsa kassaya yaxınlaşanda görəcəksiniz ki, səbətinizdə çox da lazım olmayan bahalı ərzaqlar var;

- Maaş alan gün heç bir mağazaya girmədən, hətta ərzaq dükanına belə dönmədən birbaşa evə gedin. Həmin gün adam özünü Rokfeller kimi hiss edir və lazımsız xərcləmələr edir;

- Qarderob sarıdan qənaət etmək üçün çoxfunksiyalı geyimlərə üstünlük verin;

- Küçədə yolüstü xırda-xuruş almaq pis vərdişdir. Bu vərdişi tərgitmək üçün yanınızda az pul gəzdirin. Ya da iri nominalda pul götürün, bu halda onu xırdalamağa heyfiniz gələcək;

Page 55: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

- Büdcə çərçivəsindən çıxmaq istəmirsinizsə, növbəti dəfə artıq bir şey almaq həvəsi yarananda özünüzdən soruşun: “Bu mənə nə qədər vacib lazımdır? Mən bunu almadan keçinə bilərəmmi?” Belə olan halda özünüzə söz verin ki, bunu bir az gec, üç-dörd günə edəcəksiniz. Bu dövr ərzində ehtiraslar səngiyəcək və siz daha ayıq başla qərar verə biləcəksiniz;

- Bahalı kreditlər kasıblar üçün deyil. Odur ki, gündəlik xərclər üçün borca girmək lazım deyil. Yalnız iri alış-veriş edən zaman borc barəsində fikirləşməyə dəyər. Maşın almaq, biznes qurmaq, təhsili davam etmək üçün və s. Hər ay kənara müəyyən məbləğ qoymaqla ilkin məbləği toplamaq mümkündür;

Nəhayət, gündəlik xərclərinizə nəzarət edə bilmirsinizsə, aylıq olaraq qida, yol, xırda- xuruş üçün lazım olan məbləği müəyyənləşdirin. Sonra cəmi məbləği günlərin sayına bölün və beləliklə, gündəlik xərclərin məbləğini tapıb ona nəzarət edin. Əgər gün ərzində orta məbləğdən çox xərcləsəniz, deməli, balansı bərpa etmək üçün növbəti gün orta məbləğ həcmindən az xərcləməlisiniz.

Əmlak Məsələləri Dövlət Komitəsi elektron xidmət hesabatı yayıb07.09.2015

Əmlak Məsələləri Dövlət Komitəsi 2015-ci ildə vətəndaşlara müxtəlif fəaliyyət istiqamətləri üzrə 95 mindən çox elektron xidmət göstərib. Transparency.az-a verilən rəsmi məlumata görə, ümumiyyətlə indiyədək elektron xidmətlər vasitəsilə fiziki və hüquqi şəxslərdən 248 mindən çox müraciət qəbul edilib və təmin olunub.

Məlumata əsasən, komitənin yeni onlayn xidmətlərinin tətbiqi nəticəsində daşınmaz əmlakın təkrar qeydiyyatı prosesi tamamilə sadələşib: “Vətəndaşların əvvəllər qeydiyyatla bağlı vaxt sərf etdikləri hüquqi hərəkətlər indi onlayn rejimdə baş verir. Bununla da vətəndaşın qeydiyyat idarəsinə getmək, orada gözləmək və ya sənəd almaq üçün müraciət etməsinə ehtiyac qalmayıb. Komitənin elektron, SMS və onlayn xidmətləri məhz belə prosedurların aradan qaldırılması üçün yaradılıb.

Onlayn xidmətlərin tətbiq olunmadığı əvvəlki dövrlərdə vətəndaş ona məxsus daşınmaz əmlakı qeydiyyatdan keçirmək üçün 4 dəfə qeydiyyat idarəsinə gəlməli olurdu. Lakin indi bu yalnız 1 prosedurdan ibarətdir. Təkrar bazarda alğı-

Page 56: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

satqı əməliyyatlarından sonra bütün hüquqi hərəkətlər onlayn qaydada həyata keçirilir. Vətəndaş yalnız sonda çıxarışını götürmək üçün ərazi idarəsinə gəlir”.

Açıqlamaya görə, komitənin fəaliyyət sahələri üzrə 3 SMS və 31 elektron xidmət vətəndaşların istifadəsindədir: “31 elektron xidmətdən 21-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır”.

Korrupsiya qalmaqalı fonunda keçirilən seçkidə komediya aktyoru önə çıxıb07.09.2015

Korrupsiya qalmaqalı ilə silkələnmiş Mərkəzi Amerika dövləti Qvatemalada sentyabrın 6-da keçirilmiş prezident seçkisinin ilkin nəticələri açıqlanıb. Transparency.az xəbər verir ki, sabiq komediya aktyoru Cimmi Morales 27,89% səslə önə çıxıb. Hüquqçu və sahibkar, müxalif lider Manuel Baldison 20,93% səs toplayıb. Sabiq birinci ledi Sandra Torres 17% səslə üçüncüdür.

Heç bir namizəd 50%-lik həddi keçə bilmədiyi üçün oktyabrın 25-də seçkinin ikinci turu olacaq.

Prezident seçkisinin birinci turu ölkəni silkələyən korrupsiya qalmaqalı fonunda keçirilib. Sentyabrın 4-də Qvatemalanın sabiq prezidenti Otto Peres Molina həbs edilib. Baş Prokurorluğun irəli sürdüyü ittihamlara görə, Molina yüksək rütbəli məmurlarla birgə korrupsiya sxemi qurub, gömrük rüsumlarının azaldılması üçün iş adamlarından rüşvət alınmasına rəhbərlik edib. Bu korrupsiya qalmaqalı avqust ayında vitse-prezident Roksana Baldettinin istefasına gətirib.

Page 57: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Sentyabrın 1-də Qvatemala Konqresi məhkəmənin müraciətinə baxaraq prezidentin toxunulmazlıq hüququnu qaldırıb. İki gün sonra Molina istefaya gedib.

Hazırda prezident səlahiyyətlərini vitse-prezident Alexandro Maldonado icra edir.

Mərkəzi Bank rəsmisi nağdsız ödənişlərlə bağlı rəqəmlər səsləndirib07.09.2015

Azərbaycan Mərkəzi Bankı İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev APA-Economics-ə müsahibəsində nağdsız ödənişlər məsələsindən danışıb: “Son illərdə Mərkəzi Bankın elektron ödəniş sistemlərinin yaradılması istiqamətində aparılan məqsədyönlü islahatlar nəticəsində ölkədə ən müasir texnologiya və proqram təminatlarına əsaslanan arxitekturaya malik Milli Ödəniş Sistemi yaradılıb. Milli Ödəniş Sisteminin əsas komponentlərindən hesab olunan iri və təcili ödənişlər üzrə Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi 2001-ci ildən, xırda və daim təkrarlanan ödənişlərin elektron daşıyıcılarla həyata keçirilməsinə imkan verən Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi isə 2002-ci ildən istifadə olunur. Bu sistemlərin istifadəyə verilməsi ilə banklararası hesablaşmaların tam elektronlaşdırılmasına nail olunub. Vaxtilə həftələrlə vaxt aparan hesablaşma əməliyyatları hazırda bir neçə saniyə ərzində başa çatdırılır.

Milli Ödəniş Sistemi infrastrukturunun daha da genişləndirilməsi, regionlarda əhali və təsərrüfat subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarının artırılması məqsədi ilə Mərkəzi Bank Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə “Azərpoçt” layihəsi həyata keçirib. Nəticədə “Azərpoçt” MMC-nin geniş regional filial və şöbələrində maliyyə, o cümlədən nağdsız ödəniş xidmətlərinin göstərilməsinə imkan verən infrastruktur yaradılıb.

Page 58: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

2015-ci ilin 1 iyuluna ölkədə 926 filial və şöbəyə malik olan 43 bank, 1163 filial və şöbəsində maliyyə xidmətləri göstərilən “Azərpoçt” MMC və həmçinin 157 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir ki, bunlar da Milli Ödəniş Sisteminin əsas infrastruktur elementlərini təşkil edir.

İyulun 1-nə ölkədə emissiya edilmiş ödəniş kartlarının ümumi sayı 7 milyon ədədə yaxındır. Hazırda ölkədə Mərkəzi Bankdan alınmış lisenziya əsasında fəaliyyət göstərən “AzeriCard” MMC və “MilliKart” MMC, həmçinin 7 bank prosessinq fəaliyyəti həyata keçirir. Ölkə üzrə ümumilikdə 2716 ədəd bankomat və 78391 ədəd POS-terminalın əhatə olunduğu kart infrastrukturu formalaşdırılıb. Ölkədə 24 bank internet bankçılıq, 15 bank isə mobil bankçılıq xidməti təqdim edir”.

Alim Quliyev qeyd edib ki, yaradılmış infrastruktur imkanlarına və bütövlükdə əldə edilmiş nəticələrə baxmayaraq nağdsız ödəniş dövriyyəsi digər ölkələrlə müqayisədə aşağıdır: “Ölkədə nağdlaşma səviyyəsi yüksək olaraq qalır. İnkişaf etmiş ölkələrlə müqayisədə göstəriciləri nəzərə alaraq Mərkəzi Bank yaradılmış Milli Ödəniş Sistemi infrastrukturundan istifadənin genişləndirilməsi və dövriyyə göstəricilərinin yaxşılaşdırılması istiqamətində aktiv fəaliyyətini davam etdirir. Dövlət sektorunda fəaliyyət göstərən bütün kommunal xidməti təşkilatları, büdcə yığımlarının toplanılması ilə məşğul olan 12 dövlət orqanı, həmçinin stasionar və mobil rabitə xidməti göstərən 5 operator yaradılmış infrastruktura inteqrasiya olunub.

Hökumət Ödəniş Portalına inteqrasiya olunmuş təşkilatlar üzrə ümumilikdə 300-dən çox növdə xidmətlərlə bağlı ödənişlərin ölkənin bütün regionlarında “Azərpoçt” MMC-nin və 40-dan çox bankın 1800-ə yaxın ödəniş məntəqəsində nağd formada və portalın internet resursundan istifadə edilməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada qəbul edilməsi imkanları yaradılıb.

2015-ci ilin yeddi ayı ərzində sistemdə ümumi məbləğ 793,5 milyon manat olmaqla 16,1 milyon ədəd ödəniş tranzaksiyası emal olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sistemdə emal olunan əməliyyatların həcmi 26.5%, əməliyyatların sayı isə 6% artıb”.

Abdulla Abdullayev 13 il həbs cəzası aldı07.09.2015

Page 59: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamları Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov, Nadejda İlyasovanın mühakiməsi başa çatıb. APA-nın məlumatına görə, sentyabrın 7-də hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Abdulla Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Nadejda İlyasova 8 il şərti, digərləri 9 il şərti iş alıblar.

Hökmdə “AMAY” MMC-nin faktiki rəhbəri kimi göstərilən Abdulla Abdullayev və başqaları 2006-2008-ci illərdə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan 3 milyon 397 min manat məbləğində vəsaiti “AMAY”ın Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməkdə günahkar bilinib. İş Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə araşdırılıb.

Ötən il aprelin 4-də həbs olunan Abdulla Abdullayev Bakı İstintaq Təcridxanasında saxlanır. Qalan şəxslər zamində olublar.

İşğalçı rejim 19-cu qanunsuz aksiyaya hazırlaşır07.09.2015

Sentyabrın 13-də işğalçı Dağlıq Qarabağ rejimi “bələdiyyə seçkiləri” adı altında növbəti şou keçirəcək. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayaraq işğal edilmiş ərazilərdə yaradılmış separatçı rejimin təcavüz və irqi ayrı-seçkiliyin mütləq nəticəsi olduğunu vurğulayıb: “Qondarma “seçkilər”in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, Ermənistan status-kvonun saxlanması, işğalçı siyasətin və ilhaq niyyətlərinin möhkəmləndirilməsi üçün davamlı addımlar atır, silahlı münaqişənin siyasi həllində maraqlı deyil, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutub.

Page 60: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Azərbaycan ərazilərinin hərbi işğalının və etnik təmizləmə siyasətinin davam etdiyi zəmində bu qurama “seçkilər” Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və buna görə də bu “seçkilər”in heç bir hüquqi qüvvəsi  ola bilməz”.

Transparency.az bildirir ki, 13 sentyabr “seçkiləri” Azərbaycan torpaqlarının işğalı, etnik təmizləmələrlə qurulmuş separatçı Dağlıq Qarabağ rejimində 19-cu bu tip şou olacaq. 1991-ci ildən indiyəcən Dağlıq Qarabağda seçki adı altında 18 qanunsuz aksiya keçirilib: 6 “parlament seçkisi”, 5 “prezident seçkisi”, 5 “bələdiyyə seçkiləri”, 2 “referendum”. Dünya birliyi bu “seçkilərin” və “referendumların” heç birinin nəticəsini tanımayıb.

Ermənistan Silahlı Qüvvələri və separatçı hərbi birləşmələr 22 ilə yaxındır Azərbaycanın bütün cənub-qərbini (Xankəndi, Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayılı tam, Ağdərə, Xocavənd, Füzuli və Ağdamı qismən) işğal altında saxlayır.

Ali məktəbin adı necə olmalıdır: akademiya, institut, ya universitet?07.09.2015

Sentyabrın 3-də Azərbaycan Dövlət Neft Akademiyasının adı prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə dəyişdirildi. Ali təhsil müəssisəsinin institut, akademiya və ya universitet adlandırılmasının onun statusuna təsiri varmı? Transparency.az-ın sualını cavablandıran təhsil məsələləri eksperti Etibar Əliyev deyir ki, bütün ali məktəblərin adlarında eyniyyət, uyğunluq yaranmalıdır: “Neft Akademiyasının Neft və Sənaye Universitet adlandırılması çox düzgün addımdır.

Page 61: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Digərlərinin də adı dəyişməlidir. Qərbdə də ənənə formalaşıb ki, ali təhsil ocaqları universitet adlansın.

Akademiyada elmi tədqiqatlara böyük üstünlük verilir, fəaliyyətində təhsildən çox tədqiqat yer tutur. Bədən Tərbiyəsi və İdman Akademiyası, ya Rəssamlıq Akademiyası nə deməkdir? Elmlər Akademiyasında bütün elmlər üzrə tədqiqatlar aparılır. Onda belə çıxır Bədən Tərbiyəsi və İdman Akademiyasında da bədən tərbiyəsi və idman üzrə tədqiqat aparılır. Bu, paradoksdur.

İnstitut da tədqiqat xarakterlidir. ABŞ-ın Massaçusets Texnologiya İnstitutu dünya reytinqlərində öndədir. Büdcəsi Azərbaycanın büdcəsi qədərdir. İndi amerikalılar niyə onun adını akademiya eləmirlər? Akademiya olsa, təhsilin səviyyəsi qalxacaq? Əlbəttə, yox.

Mən Azərbaycanın bütün ali təhsil ocaqlarının universitet adlandırılmasının tərəfdarıyam, bunu doğru sayıram”.

Transparency.az bildirir ki, təhsil qanununa görə (Qanun), Azərbaycan Respublikasında ali təhsil müəssisəsi bir neçə formada ola bilər: ali kolleclər, institutlar, konservatoriyalar, akademiyalar, universitetlər və s. Transparency.az bildirir ki, hazırda Azərbaycanda 31 universitet, 12 akademiya, ixtisaslaşmış 5 ali məktəb, 3 institut, 1 konservatoriya var:Bakı Dövlət Universiteti

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Azərbaycan Tibb Universiteti

Azərbaycan Texniki Universiteti

Azərbaycan Dövlət İqtisad Universiteti

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Bakı Slavyan Universiteti

Page 62: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Azərbaycan Dillər Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Sumqayıt Dövlət Universiteti

Lənkəran Dövlət Universiteti

Gəncə Dövlət Universiteti

Mingəçevir Dövlət Universiteti

Azərbaycan Texnologiya Universiteti

Naxçıvan Dövlət Universiteti

Qərb Universiteti

Bakı Asiya Universiteti

Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti

Azərbaycan Universiteti

Qafqaz Universiteti

Xəzər Universiteti

Odlar Yurdu Universiteti

Bakı Avrasiya Universiteti

Bakı Qızlar Universiteti

Azərbaycan Kooperasiya Universiteti

Page 63: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Bakı Biznes Universiteti

Naxçıvan Özəl Universiteti

Bakı İslam Universiteti

ADA Universiteti

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası

Fövqəladə Hallar Nazirliyinin Akademiyası

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası

Əmək və Sosial Münasibətlər Akademiyası

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

Daxili İşlər Nazirliyinin Polis Akademiyası

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Bakı Musiqi Akademiyası

Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası

Azərbaycan Dövlət Dəniz Akademiyası

Milli Aviasiya Akademiyası

DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbi

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi

Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi

Page 64: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi

Bakı Ali Neft Məktəbi

Naxçıvan Müəllimlər İnstitutu

Azərbaycan Müəllimlər İnstitutu

Azərbaycan Turizm İnstitutu

Azərbaycan Milli Konservatoriyası.

Yanacağın bahalaşması gündəmə gələ bilər07.09.2015

        Samir Əliyev2013-cü ildə yanacağın bahalaşmasından əlavə qazanc götürməyi planlaşdıran hökumət çox keçmədi öz faydasını Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) transfer etməli oldu. O vaxt 7 illik fasilədən sonra yanacağın bahalaşması aksiz vergisinin artırılmasından doğmuşdu və vergi gəliri dövlət büdcəsinə çatmalı idi.

Nazirlər Kabinetinin 2 dekabr 2013-cü il qərarı ilə Aİ-95 markalı benzinin aksiz dərəcəsi 101%-dən 159%-ə, Aİ-92 və Aİ-80 markalı benzinlərin aksiz dərəcəsi 92% və 93%-dən 134%-ə qaldırıldı. Dizeldə 24%-dən 57%-ə artım oldu.

Sonradan dövlət öz qazancından imtina etdi və xeyri ARDNŞ-yə bağışladı. Nazirlər Kabinetinin 6 fevral 2014-cü il qərarı ilə Aİ-92 markalı benzinə tətbiq edilən aksiz vergisi 65%-ə endirildi. Aİ-80-də aksiz vergisi 66%-ə, dizeldə isə 18%-ə düşdü. Amma bu azalmalardan sonra yanacağın topdansatış qiyməti aşağı salınmadı. Səbəb ARDNŞ-nin şirkətdaxili qiymətlərinin artırılması oldu.

Page 65: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Nazirlər Kabinetinin 6 fevral 2014-cü il qərarından sonra Aİ-92 markalı benzin üçün şirkətdaxili qiymətlər tonu 290,44 manatdan 411,92 manata, Aİ-80 benzini üçün 290,44 manatdan 409,43 manata, dizel üçün 323,32 manatdan 430,19 manata qaldırılıb. ARDNŞ-nin benzindən qazancı 41%, dizel yanacağından isə 33% artıb.

Maliyyə Nazirliyinin 2014-cü il dövlət büdcəsinin icrasına dair hesabatında da bu qeyd edilir: “Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə aksiz üzrə 784,5 milyon manat proqnoza qarşı 740,3 milyon manat, yəni nəzərdə tutulduğundan 44,2 milyon manat az vəsait daxil olub. Aksiz vergisinin kəsirlə icra olunmasının əsas səbəbi daxili bazarda neft məhsullarının qiymətlərinin artması nəticəsində yaranan əlavə vəsaitin 2014-cü ilin yanvar ayından tam məbləğdə Dövlət Neft Şirkətinin şirkətdaxili qiymətlərinə aid edilməsi olub”.

2014-cü ildə ölkə üzrə 1,3 milyon ton benzin və bir o qədər də dizel istehlak olunub. Müxtəlif məlumatlara görə, Aİ-95 benzinin payı 10% civarındadır. Deməli, Nazirlər Kabinetinin 6 fevral 2014-cü il qərarının nəticəsi olaraq ARDNŞ-nin illik qazancı təxminən 280 milyon manat artıb. ARDNŞ bu vəsaiti itirməmək üçün hazırda benzinin ucuzlaşmasının əleyhinə çıxır, xarici bazarda itirdiyi gəlirləri də daxili bazar hesabına kompensasiya etmək istəyir.

Neftin ucuzlaşması fonunda büdcə gəlirlərinin azalmasının qarşısını almaq üçün aksiz vergilərinin yenidən artırılmayacağına təminat yoxdur. Hökumətdə büdcəni doldurmaq üçün vergi daxilolmalarının artırılması niyyəti açıq hiss olunur. Belə olacaqsa, yəni aksiz vergiləri artırılacaqsa, yanacağın yenidən bahalaşması gündəmə gələcək. Bu dəfə qazanc ARDNŞ-yə yox, dövlət büdcəsinə çatacaq. Bahalaşmanın zərərini isə əhali görəcək.

Prezident təmirdən çıxmış məktəbin vəziyyəti ilə tanış olub07.09.2015

Sentyabrın 7-də prezident İlham Əliyev Bakının Binəqədi rayonundakı 283 nömrəli orta məktəbdə həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısına məlumat verib ki, 283 nömrəli tam orta məktəbin binası 1988-ci ildə istifadəyə

Page 66: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

verilib. Ümumi ərazisi 24 min kvadratmetr olan məktəbin binası üçmərtəbəli 1 korpusdan, ikimərtəbəli 2 korpusdan və birmərtəbəli 3 keçiddən ibarətdir. Ümumilikdə əsaslı təmir edilən sahə 6,5 min kvadratmetrdir. Əsaslı təmir işlərinə 2015-ci il iyunun 1-dən başlanıb. Burada kommunikasiya, elektrik, su-kanalizasiya, istilik xətləri yenilənib. Binada 62 sinif otağı var.

Qeyd olunub ki, məktəbdə tədris birnövbəli rejimdə aparılır. Burada Azərbaycan və rus bölmələrində 1200 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 160 müəllim məşğul olur. 2014-2015-ci tədris ilində məktəbi bitirən 64 məzundan 47-si ali məktəblərə qəbul olunub, onlardan da yeddisi 600-dən yuxarı bal toplayıb. Məktəbin idman zalı da müasir səviyyədədir. Burada, eyni zamanda, iki futbol və bir voleybol meydançası da şagirdlərin ixtiyarına veriləcək.

Bakıda gömrük sammiti08.09.2015

Sentyabrın 8-i Bakıda Dünya Gömrük Təşkilatının 10-cu illik PICARD (“Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı”) konfransı başlayıb. AZƏRTAC xəbər verir ki, konfransa Azərbaycan da daxil olmaqla 53 ölkədən 241 nümayəndə, 21 beynəlxalq və regional təşkilat, o cümlədən 3 Nobel mükafatçısı qatılıb.

Konfransın ilk günü Nobel mükafatı laureatı, Harvard Universitetinin (ABŞ) professoru Erik Maskin “Niyə qlobal bazarlar inkişaf etməkdə olan ölkələrdə bərabərsizliyi azalda bilmədi?”, Beynəlxalq Vergi və Tərəqqi Mərkəzinin (Birləşmiş Krallıq) baş direktoru Mik Mur isə “Beynəlxalq əməkdaşlıq: ticarət və vergilərin müqayisəsi” adlı əsas məruzə ilə çıxış edəcəklər.

Sonra konfrans “Gömrük əməkdaşlarının təşviq edilməsi amilləri” və “Qlobal dəyər zəncirləri” adlı sessiyalarla işini davam etdirəcək, bu bölmələr üzrə məruzələr dinləniləcək.

Sentyabrın 9-da isə konfransın sessiyaları “Gömrük sahəsində yeniliklər”, “Qlobal dəyər zəncirləri”, “Gəlir və tarif məsələləri”, “Saxtakarlıq və faktlar” məsələlərinə həsr olunacaq. Həmin gün əsas məruzə ilə Nobel mükafatı laureatı, Arizona Dövlət Universitetinin (ABŞ) professoru Edvard K.Preskott çıxış edəcək.

Page 67: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Sentyabrın 10-da isə konfrans öz işini “Saxtakarlıq və faktlar”, “Mədəniyyət nümunələri üzərində mülkiyyət hüquqlarının qorunması”, “Gömrük risklərinin idarə edilməsi”, “Qeyri-formal ticarət” adlı sessiyalarla yekunlaşdıracaq. Həmin gün “Milli siyasi mühitin innovativ fəaliyyətə və kapitalın formalaşmasına təsiri” adlı əsas məruzə ilə Nobel mükafatı laureatı, Santa Barbarada (ABŞ) yerləşən Kaliforniya Universitetinin professoru Finn Kidland çıxış edəcək.

Hesab.az hesablama aparıb08.09.2015

Hesab.az onlayn xidmət portalından istifadə edənlərin sayı bilinib. AZƏRTAC portala istinadla xəbər verir ki, qeydiyyatdan keçərək onlayn ödəniş imkanlarından faydalananların sayı 185 min 540 nəfərə çatıb.

“GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan portal vasitəsilə istifadəçilər kommunal ödənişləri, həmçinin internet provayderlərinin əksəriyyətinin, mobil operatorların, kabel televiziyalarının və bir sıra bank kreditlərinin ödənişlərini həyata keçirə bilir.

Hesab.az portalının “Şəxsi kabinet” bölməsində qeydiyyatdan keçmiş hər bir istifadəçinin öz ödəmələrinin tarixçəsini aparmaq imkanı var. İstifadəçilər topladıqları bonuslarla müxtəlif kampaniyalarda iştirak edərək qiymətli hədiyyələr qazana bilərlər.

AXCP qurultay təyin edib08.09.2015

Page 68: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

AXCP Ali Məclisinin Rəyasət Heyəti sentyabrın 7-də partiyanın VI (IX) qurultayına hazırlıq məsələsini müzakirə edib. Qurultayın sentyabrın 27-də Bakının Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına mədəniyyət sarayında keçirilməsinə qərar verilib. “Azadlıq” radiosunun məlumatına görə, bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq.

1989-cu ildə ictimai-siyasi hərəkat kimi yaradılan Azərbaycan Xalq Cəbhəsi 1995-ci ildə partiyaya çevrilib. AXCP-nin ilk sədri mərhum prezident Əbülfəz Elçibəy olub. 2000-ci ildən partiyaya Əli Kərimli sədrlik edir.

Partiyanın bundan qabaqkı qurultayı 2010-cu il sentyabrın 25-də keçirilib.

Vaxtı keçmiş kreditlər: ən pis vəziyyət dörd regionda qeydə alınıb08.09.2015

Mərkəzi Bankın bu ilin avqustun 1-nə açıqladığı məlumatların təhlili göstərir ki, iqtisadi rayonlar arasında vaxtı keçmiş kreditlərin ən yüksək səviyyəsi Naxçıvan Muxtar Respublikasındadır. Transparency.az-a danışan iqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, həmin dövrə Azərbaycan üzrə vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə payı 6,4 faiz təşkil etdiyi halda Naxçıvan regionu üzrə bu göstərici 9,2 faiz olub: “Naxçıvan iqtisadi rayonundan sonrakı pis göstəricilər Şəki-Zaqatala (8,9 faiz), Lənkəran (8,6 faiz), Abşeron (7,8 faiz) iqtisadi rayonları üzrə qeydə alınıb.

Vaxtı keçmiş kreditlər üzrə yaranmış vəziyyət Naxçıvan, Şəki-Zaqatala, Lənkəran və Abşeronda sahibkarlıq mühitinin digər bölgələrdən əlverişsiz olduğunu göstərir. Həmin bölgələrdə bankların kredit portfelinin ölkə üzrə orta göstərici ilə müqayisədə daha da keyfiyyətsiz olmasının digər səbəbləri pis idarəçilik və sosial-iqtisadi sahədə geriləmələrdir”.

Page 69: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Rusiya hökuməti nazirlərə bahalı telefon, maşın və mebel qadağası qoydu08.09.2015

Rusiya hökuməti büdcə hesabına alınan mal və xidmətlərin dəyərinə məhdudiyyəti nəzərdə tutan sənəd qəbul edib. Novator.az xəbər verir ki, sənədə əsasən, federal dövlət orqanın rəhbəri və ya rəhbər müavini dövlət vəsaiti hesabına qiyməti 15 min rubldan (230 manat) artıq olan telefon və ya 2,5 milyon rubldan (38 min manatdan bir qədər çox) artıq dəyəri olan şəxsi avtomobil ala bilməz.

Sənəddə məmurların hansı materialdan mebel ala biləcəyi də göstərilib. Məsələn, yüksək rütbəli dövlət qulluqçusu özünə dəri kreslo o halda ala bilər ki, ondan aşağı vəzifəni tutan həmkarının heç olmasa parça ilə örtülmüş stulu olsun.

Saleh Məmmədov: “İkinci devalvasiya üçün heç bir əsas yoxdur”08.09.2015

1992-1993-cü illərdə Azərbaycanın maliyyə naziri olmuş Saleh Məmmədov “Yeni Müsavat” qəzetinin suallarını

Page 70: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

cavablandırıb. O qeyd edib ki, Rusiya-Qərb savaşı neftin qiymətinin azalmasına səbəb olub, nəticədə Azərbaycanın da gəlirləri azalıb: “İndi biz böhrandan daha az itki ilə çıxmaq haqqında düşünməliyik. Aydındır ki, neft gəlirlərinin azalması ölkəyə pul axınını azaldır, iqtisadi çətinliklər yaradır. Ancaq bu bir tərəfdən də insanları gücləndirməlidir. İnsan cəmiyyətdən və təbiətdən nə qədər müqavimət görürsə, onun potensial gücü bir o qədər artır. Yaponiyanın təbii sərvəti yoxdur. Buna görə də insanlar yaşamaq uğrunda mətinləşdilər, görün nə qədər yeni texnologiya yaratdılar. Azərbaycanda isə təbii sərvət çoxdur. Nefti, qazı yerin təkindən çıxarıb yaşamaq mümkündür. Ancaq neft-qaz qiymətləri düşən kimi cəmiyyət çətin durumda qalır”.

Sabiq nazir əlavə edib ki, Azərbaycanın böhrandan zərərsiz çıxmaq imkanları var: “2008-ci ilin qlobal iqtisadi böhran zamanı Azərbaycan hökuməti çox ciddi və düzgün addımlar atdı və nəinki zərər görmədi, hətta böhrandan faydalandı. Rusiya, Ukrayna isə çox yanlış addımlar atdılar, mərkəzi banklar prosesin qarşısını pul dövriyyənin azalması ilə önləməyə çalışdılar. Milli bankların rezerv normalarını, uçot stavkalarını yüksəltdilər, emissiyanı sakitləşdirdilər. Bizdə isə hökumət böhran başlayan kimi dövriyyədəki pulun həcmini artırmağa başladı. Bununla da qısa zamanda böhranın qarşısı alındı”.

Hökumətin indiki davranışlarına toxunan Saleh Məmmədov deyib ki, bir çox istiqamətdə doğru addımlar atılıb, ancaq bəzi məsələlərdə fərqli siyasət yürütmək lazımdır: “Son bir ildə ölkədəki pul bazasının həcmi 45 faiz azalıb. Bu, çox böyük siqnaldır. Böhran qiymətlərin düşməsi deməkdir. Qiymətlərin düşməsi pul təklifinin düşməsi ilə bağlıdır. İnsanların əlindəki pulun həcmi azalır və qiymətlər düşməyə başlayır. Qiymətlər düşdüsə, məhsullar satılmayacaq. Məhsul satılmırsa və ya aşağı qiymətə satılırsa, istehsal dayanacaq. Ona görə də əsas məqsəd inflyasiyanın qarşısını almaq deyil, əksinə, qiymətlərin düşməsinin qarşısını almaq olmalıdır. Azərbaycanda əmlakın və digər əksər məhsulların qiyməti ciddi şəkildə düşüb…

Mən devalvasiyanı da düzgün istiqamət saymıram. Azərbaycan kimi idxalı ixracından qat-qat çox olan ölkələrdə pulun dəyərinin qorunması çətin deyil. 20 ildir Yaponiya yenin kursunu aşağı salmaq üçün mübarizə aparır. Belə olsa, ixracat artar. Yaponiya ixracatının hamısı hazır məhsullardır. Qiymətlər bircə faiz qalxan kimi Yaponiya məhsulları dünya bazarında rəqabətə girə bilmir. 20 ildir Yaponiya öz pul vahidini dolların kursundan aşağı salmaq istəyir. Azərbaycanda da eyni proses gedib. İqtisadi inkişaf zamanı manatın kursu dollara nisbətdə

Page 71: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

qalxmalı idi. Mən dəfələrlə demişdim, kurs dollarla bərabərləşdirilməli, ya da artırılmalı idi. 30-40 ildir Sinqapur valyutasının kursu dollara nisbətdə 1,5-2 arasında dəyişir. Ehtiyac olanda azca qaldırır, sonra yenidən endirirlər.

İnkişaf etmiş ölkələrdən heç birinin tarixində 30-35 faizlik devalvasiya olmayıb. Devalvasiya 1-2 faiz həcmini aşmır. Çin kimi nəhəng ölkə ixracatın azalmasının qarşısını almaq üçün 1,5-2 faizlik devalvasiya etdi. Belə kiçik devalvasiya həm Azərbaycanın imicini qoruya, həm də Azərbaycana axa biləcək investisiyaları stimullaşdıra bilərdi.

İkinci devalvasiyaya gedilməz, məncə. Bunun üçün heç bir əsas yoxdur. Dünya təcrübəsində elə bir fakt görməmişəm ki, idxalı ixracından 2 dəfə, valyuta rezervləri ehtiyac duyulduğundan 5-6 dəfə çox olan, stabil iqtisadi inkişafa və reytinqə malik ölkə devalvasiyaya getsin.  Azərbaycan devalvasiyaya getməyə bilərdi. Nəinki getməyə bilərdi, əlindəki rezervləri düzgün istifadə etməklə indi də gəlir əldə edə bilər.

Mərkəzi Bankın 7,3 milyard dollar rezervi var. Beynəlxalq Valyuta Fondunun ölkələr üçün müəyyən etdiyi normaya görə, ehtiyat 3 aylıq idxalı təmin edəcək səviyyədə olmalıdır. Azərbaycanın rüblük idxalı 2,5 milyard dollardır. Bizim ehtiyat 2,5 milyard dollar olmalıdır, ancaq 7,3 milyard dollardır. Yəni bizim 5 milyard dollar artıq vəsaitimiz var. Biz bu valyutanı niyə yığırıq – valyutanın kursu düşəndə onu tənzimləmək üçün. Üstəlik, Neft Fondu və digər fondlarda 40 milyard dollarlıq rezerv var. Eyni zamanda başqa ölkələrə yatırılan sərmayələr var. Xeyli qızıl ehtiyatı var. Bu qədər rezerv ola-ola niyə onlardan istifadə edilməməlidir? Bunlar elə qara gün üçün toplanan ehtiyatlardır.

Bu gün Azərbaycanla bağlı heç bir embarqo yoxdur. 7,3 milyard dollar vəsait Mərkəzi Bankın əlindədir, 1 saata o vəsaiti istədiyi yerə köçürə bilər. Rezervlərin idarə olunması böyük elmdir. Neft Fondu, digər ehtiyatları da istifadə edə bilərik”.

Sabiq nazir deyib ki, Azərbaycan Türkiyəyə təxminən 16 milyard dollarlıq investisiya yatırıb: “Bu rəqəm bir qədər də artırılacaq. Ukraynaya, Gürcüstana böyük yatırımlar olub. Həmin rezervlərin hamısını hərəkətə gətirməklə bir çox problemi çözmək mümkündür. Bu gün manat bazasını 45 faiz azaltmışıq, digər tərəfdən də ölkəyə valyuta eyni qaydada daxil olur. Qabaqkı illərdə 10-15

Page 72: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

milyard artıq vəsait əldə edirdik və rezervlərin formalaşmasına yönəldirdik. İndi isə gələn vəsaiti rezervə göndərmədən istifadəyə yönəltmək olar”.

Sabiq nazir qeyd edib ki, Azərbaycanın böyük miqdarda borc almaq imkanları var. Azərbaycanın xarici borcu 4 milyard dollar civarındadır. İnkişaf etmiş bütün ölkələrdə xarici borclar ümumi daxili məhsuldan qat-qat çoxdur. - Dünya iqtisadiyyatının 70 faizi borclar üzərində qurulub. Bu gün 15 faizdən aşağı kredit verilmir. Qərb bazarlarında 20 trilyon istifadəsiz vəsait var. Onu 3-4 faizlə Azərbaycan gətirib ehtiyac olan sahələrə yatırtmaq olar. Bu pulları yerləşdirmək üçün heç Azərbaycan kimi stabil və risksiz ölkə tapa bilməyəcəklər”.

Dövlət Miqrasiya Xidməti avqustdakı pozuntuların statistikasını açıqlayıb08.09.2015

Avqustda Dövlət Miqrasiya Xidməti 2492 əcnəbinin Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərini pozması hallarını müəyyən edib. Onlardan 21-nin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 149 nəfərinə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb. 1844 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, 478 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul olunub.

Ay ərzində Azərbaycanın Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 9017 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan

Page 73: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Ötən ay olduğu yer üzrə qeydiyyatla bağlı 75 min 981 əcnəbinin müraciəti qeydə alınıb.

Xidmətin əməkdaşları ölkə ərazisində fəaliyyət göstərən 5 sahibkarlıq subyektində yoxlamalar aparıb. Həmin tədbirlər nəticəsində dörd sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin alınması qaydalarının pozulması halları aşkarlanıb.

Bakı Asiya Universiteti fəaliyyətini dayandırıb08.09.2015

Bakı Asiya Universiteti fəaliyyətini dayandırıb. Transparency.az Təhsil Nazirliyinə istinadla xəbər verir ki, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə qərar Elmi Şurada qəbul edilib.

Təhsil Nazirliyi 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirməsinə razılıq verib. Tələbələrin başqa ali təhsil müəssisələrinə yerləşdirilməsi sentyabrın 10-dək başa çatdırılacaq.

Ötən ay Təhsil Nazirliyinə nə qədər müraciət daxil olub?08.09.2015

Təhsil Nazirliyinin telefon məlumat mərkəzinə, kommutator xidmətinə daxil olan zənglərlə və vətəndaşların qəbulu mərkəzində 2015-ci ilin avqust ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Page 74: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Edu.gov.az-ın məlumatına görə, telefon məlumat mərkəzinə 9131 (2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə çox), kommutator xidmətinə 3000-ə yaxın zəng daxil olub. Vətəndaşların qəbulu mərkəzində isə 5619 vətəndaşa xidmət göstərilib.

Müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 813 vətəndaş sorğularına uyğun olaraq elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların qəbulu mərkəzində 950 sənəd (578 ərizə, 362 məktub, 10 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdə daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ümumtəhsil məktəblərinin I siniflərinə qəbul, xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu, müəllimlərin işə qəbulu və yerdəyişməsi, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, xaricdə təhsil üzrə dövlət proqramı ilə bağlı məsələlər əksini tapıb.

Prezident İlham Əliyevin yanında 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirilib08.09.2015

AZƏRTAC xəbər verir ki, sentyabrın 8-də prezident İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirilib. Dövlət başçısı müşavirədə çıxış edib.

Sentyabrın 1-də Nazirlər Kabinetinin iclasında 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2016-cı il və gələn üç il üzrə iqtisadi, sosial inkişaf konsepsiyası, proqnoz göstəriciləri müzakirə edilib.

Page 75: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Müzakirələrin yekununda Maliyyə Nazirliyinin əlaqədar nazirlik, komitə, idarə və təşkilatlarla birlikdə hazırladığı “Azərbaycan Respublikasının 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin təqdim etdiyi “Azərbaycan Respublikasının 2016-cı il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilib. Həmin sənədlər və “Büdcə sistemi haqqında” qanununda nəzərdə tutulan müvafiq materiallar prezidentə təqdim olunub.

Nazirlik rəsmisi: “Dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınıb”08.09.2015

Səhiyyə Nazirliyinin mətbuat xidməti Analitik Ekspertiza Mərkəzinin direktoru Fərid Əliyevin müsahibəsini yayıb. Transparency.az-ın məlumatına görə, Fərid Əliyev deyib ki, ölkədə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin sayı dörd min beş yüzdən artıqdır: “Bu dərman vasitələrinin qiymətləri mərhələli şəkildə Tarif Şurasında təsdiqləndikcə eyni preparatlar bütün ölkə ərazisində təsdiqlənmiş vahid qiymətlə satılacaq. İlkin olaraq 256 adda dərman vasitəsinin qiymətləri təsdiqlənib və bu qərar sentyabrın 15-dən qüvvəyə minir. Tarif Şurasının avqustun 25-də keçirilən iclasında isə daha 801 dərman vasitəsinin qiyməti təsdiqlənib. Beləliklə, elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib. Bunun nəticəsində hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46 faiz dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox endirilib. Bütövlükdə isə həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınıb”.

Nazirlik rəsmisi qeyd edib ki, keçən ilin analoji dövrü ilə müqayisədə dərman vasitələrinin idxalının həcminin hətta artması müşahidə edilir, əczaçılıq bazarından real qiymətindən 300-500% baha satılan dərman vasitələrinin

Page 76: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

çıxması isə alqışlanan haldır: “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin arasında eyni təsiredici maddəyə malik müxtəlif ticarət adları altında dərman vasitələri mövcuddur. Bunlar müxtəlif istehsalçılara aid olan eyni tərkibli, nisbətən baha və ucuz olan dərman vasitələridir. Bu da ölkə əhalisinin müxtəlif təbəqələrinin mənafeyinə xidmət edən haldır. Beləliklə, hər hansı bir dərman vasitəsinin dərman bazarından çıxması onun qıtlığına səbəb olmamalıdır, demək olar ki, hər bir dərman vasitəsinin eyni təsiredici maddəyə malik olan alternativi mövcuddur”.

Fərid Əliyev deyib ki, qiyməti təsdiqlənmiş bütün dərman vasitələri dövlət qeydiyyatına alınıb, onların keyfiyyət, effektivlik və təhlükəsizlik parametrlərinin tələblərə uyğunluğu təsdiqlənib: “Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi sisteminin yaranması ehtiyacı ondan irəli gəlirdi ki, bu günə qədər istehsalçı müəssisələr Azərbaycan Respublikası bazarı üçün qiyməti özləri müəyyən edirdilər və çox vaxtı bu qiymət qiymətlərə dövlət nəzarəti sistemi olan dövlətlərdə olan qiymətlərdən yüksək idi. Qiymətlərin tənzimlənməsi sistemi tətbiq edildikdən sonra bu cür hallara son qoyulacaq və dərmanların qiymətləri istehlakçılar üçün münasib olacaq”.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifədən çıxarılıb08.09.2015

Kənd təsərrüfatı nazirinin əmri ilə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova öz ərizəsinə əsasən vəzifəsindən azad edilərək Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Agro.gov.az-ın məlumatına görə, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin vəzifəsinin icrası müvəqqəti olaraq rəisin müavini Azər Süleymanova həvalə edilib.

Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi Söhrab Əliyev isə tutduğu vəzifədən çıxarılıb.

Nazirlər Kabinetinin orta yaşı08.09.2015

Page 77: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Azərbaycanın Nazirlər Kabinetində yer alan 42 nəfərdən 6-sı 70-80 yaş, 13-ü 60-70 yaş, 18-i 50-60 yaş, 4-ü 40-50 yaş arasında olan şəxslərdir. 1 nəfərin isə yaşı 40-dan azdır.

Transparency.az qeyd edir ki, hökumət üzvlərinin orta yaşı 59-a yaxındır:

baş nazir Artur Rasizadə — 80 yaş

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov — 78

Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev — 77

baş nazirin müavini Abid Şərifov — 75

baş nazirin müavini Elçin Əfəndiyev — 72

baş nazirin birinci müavini Yaqub Eyyubov — 70

energetika naziri Natiq Əliyev — 68

baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov — 67

daxili işlər naziri Ramil Usubov — 67

müdafiə sənayesi naziri Yavər Camalov — 66

səhiyyə naziri Oqtay Şirəliyev — 65

Page 78: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

nəqliyyat naziri Ziya Məmmədov — 63

baş nazirin müavini Əli Əhmədov — 62

rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov — 62

baş nazirin müavini İsmət Abasov — 61

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı — 61

ədliyyə naziri Fikrət Məmmədov — 60 yaş

ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov — 60

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova — 60

milli təhlükəsizlik naziri Eldar Mahmudov — 59

mədəniyyət və turizm naziri Əbülfəz Qarayev — 59

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev — 58

müdafiə naziri Zakir Həsənov — 56

kənd təsərrüfatı naziri Heydər Əsədov — 56

Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov — 56

xarici işlər naziri Elmar Məmmədyarov — 55

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev — 55

maliyyə naziri Samir Şərifov — 54

əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov — 54

fövqəladə hallar naziri Kəmaləddin Heydərov — 54

Page 79: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov — 54

Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov — 52

vergilər naziri Fazil Məmmədov — 51

gənclər və idman naziri Azad Rəhimov — 51

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov — 51

iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev — 50

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov — 50

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev — 48

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov — 46

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı — 45

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev — 44

təhsil naziri Mikayıl Cabbarov — 39.

“Gələn ilin büdcəsi lazımsız xərclərə yol verməyən bir büdcə olmalıdır”09.09.2015

Page 80: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

“Neftin qiyməti iki dəfədən çox düşüb. Ancaq biz yenə də inkişaf edirik”. Sentyabrın 8-də iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə çıxış edən  prezident İlham Əliyev belə deyib. Transparency.az-ın məlumatına görə, dünyada dərin iqtisadi və maliyyə böhranının davam etdiyini vurğulayan prezident deyib ki, ölkəni, ölkə iqtisadiyyatını dünyada gedən mənfi proseslərdən maksimum dərəcədə qorumaq gərəkdir: “Biz bunu bacarırıq və uğurla bacarırıq, ölkəmizi qoruyuruq. Ölkəmizin təhlükəsizliyini, sabitliyini, iqtisadi inkişafını təmin edirik”.

Dövlət başçısı Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, ölkədə sabitliyin möhkəmləndiyini deyib: “Bu müddət ərzində neftin qiyməti kəskin şəkildə aşağı düşüb. Şaxələndirmə, qeyri-neft sektorunun inkişafı ilə bağlı bu günə qədər atılan addımlar bizə kömək etdi ki, bu vəziyyətdən minimum itkilərlə çıxaq. Təbii ki, bizim gəlirlərimiz böyük dərəcədə azalıb. Keçən il neftin qiyməti 100 dollardan yuxarı idisə, bu gün 50 dollardan aşağıdır, iki dəfədən çox düşüb. Ancaq biz çalışırıq və çalışacağıq ki, Azərbaycan xalqı bundan əziyyət çəkməsin. Bütün sosial proqramlar, sosial infrastruktur layihələri icra edilir və insanların təhlükəsizliyi, sosial müdafiəsi təmin olunur. Bax biz bu xoşagəlməz mənzərə ilə üzləşmişik və çalışmalıyıq ki, 2016-cı ildə iqtisadi inkişafı təmin edək.

Bu il Azərbaycanda iqtisadi inkişaf çox sürətlidir. Gələn ay biz ənənəvi olaraq hökumətin geniş iclasında 9 ayın yekunlarını və bu inkişafı müzakirə edəcəyik. Ancaq 6 ayın yekunları deməyə əsas verir ki, biz bu ili çox yüksək nəticələrlə başa vuracağıq. Ümumi daxili məhsul təxminən 6 faiz, qeyri-neft iqtisadiyyatı 9 faizdən çox artıb. İnflyasiya çox aşağı səviyyədədir. Kənd təsərrüfatı 7,3 faiz,

Page 81: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

qeyri-neft sənayesi 14 faiz artıb. Yəni bu, böhranlı ildə əldə edilən nailiyyətlərdir və dünya miqyasında buna bənzər yüksək nəticələr görmək çox çətindir.

Nəyə görə? İlk növbədə bizim güclü siyasi iradəmiz var və biz öz siyasətimizi ancaq Azərbaycan xalqının maraqları üzərində qurmuşuq. İkincisi, biz uzun illər düşünülmüş iqtisadi siyasət əsasında islahatlar aparmışıq. Bu islahatları bu gün beynəlxalq maliyyə qurumları da yüksək qiymətləndirir. Bu il “Fiç” reytinq agentliyi Azərbaycanın sabit reytinqini bir daha təsdiqləyib. Bizim “BBB” səviyyəsində reytinqimiz var. Bu da çox böyük nailiyyətdir. Bunu geniş ictimaiyyət bəlkə də bilmir və mətbuatda da çox qısa bir xəbər kimi təqdim edilib. Halbuki bu, çox böyük hadisədir. İndi başqa ölkələrin kredit reytinqlərinə baxsınlar, hamısı aşağı düşür. Azərbaycanda bu reytinq sabitdir. Nəyə görə? Əvvəllər bizim uğurlarımızı bədxahlar, paxıllar neftlə bağlayırdılar. Deyirdilər ki, Azərbaycanda neft hasil olunur. Ona görə Azərbaycan inkişaf edir. Yaxşı, Azərbaycanda neft hasilatı artmır, düşür. Neftin qiyməti iki dəfədən çox düşüb. Ancaq biz yenə də inkişaf edirik. Qəbul etmək istəmirlər ki, bizim inkişafımızın təməlində düşünülmüş siyasət dayanır”.

Büdcə məsələsinə toxunan prezident bunları qeyd edib: “Gələn ilin büdcəsi real vəziyyəti nəzərə almalıdır. Gələn ilin büdcəsi daha çox sosial yönümlü büdcə olmalıdır. Əlbəttə ki, ən böyük prioritet təşkil edən investisiya layihələri də icra edilməlidir. Ancaq prioritet olmayan, o qədər də vacib xarakter daşımayan layihələri biz büdcə proqramına, investisiya proqramına salmamalıyıq. İsrafçılığa yol verilməməlidir. Maliyyə nizam-intizamı daha da gücləndirilməlidir və çalışmalıyıq ki, vəsaitə qənaət edək. Bütün ölkələr indi bu siyasəti aparır və biz də bu siyasəti daha da ciddi şəkildə aparmalıyıq.

Əvvəlki illərdə biz daha çox çalışırdıq ki, ölkə qarşısında duran bütün sosial-iqtisadi məsələləri tezliklə həll edək. Məhz ona görə biz bəzi hallarda o qədər də böyük prioritet təşkil etməyən layihələrə də vəsait ayırırdıq ki, inkişaf daha da sürətlə getsin. Çünki görüləsi işlər kifayət qədər çox idi. Ancaq bu gün biz əsas infrastruktur layihələrini icra etmişik, bəziləri davam edir. Burada köklü şəkildə çox ciddi dönüş yaranıbdır. Sosial infrastruktur layihələrinin bir çoxunu icra etmişik. Ölkədə sahibkarlığın, biznesin inkişafı üçün möhkəm zəmin yaradılıb — infrastruktur layihələri, kreditləşmə və əlbəttə ki, dövlət siyasəti. Ona görə biz gələn ilin büdcəsinə çox diqqətlə baxmalıyıq. Yenə də demək istəyirəm ki, orada ən əsas məsələlər öz həllini tapacaq.

Page 82: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

İlk növbədə qeyd etməliyəm ki, bütün sosial proqramlar ixtisarsız icra ediləcək. Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, burada heç bir ixtisar ola bilməz. Mən onu da qeyd etməliyəm ki, sosial infrastruktur layihələri icra olunacaq. Məktəb tikintisi, uşaq bağçalarının, xəstəxanaların tikintisi davam edəcək. Eyni zamanda sosial siyasətlə bağlı institusional islahatlar davam etdiriləcək.

İdarəetmə sahəsində islahatlar dərinləşməlidir. Korrupsiyaya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparılmalıdır. Bu yaxınlarda imzaladığım fərman əsasında “ASAN xidmət”ə yeni funksiyalar verilibdir. Mənzil-kommunal təsərrüfatının vəziyyətini hər bir Azərbaycan vətəndaşı bilir: nə qədər qanunsuz tələblər irəli sürülür, insanları nə qədər incidirlər. İndi “ASAN xidmət”də hər şey asan olacaq.

Nəqliyyat sektorunda da ciddi pozuntular var. İnsanları incidirlər, onların qarşısına əsassız tələblər qoyulur. Biz artıq bu sahənin bir hissəsini “ASAN xidmət”ə vermişik. Gələcəkdə də hər sahədə “ASAN xidmət”in standartları olmalıdır. Ona görə də gələn il hökuməti əlbəttə ki, böyük işlər gözləyir. Hökumət yeni situasiyada işləyəcək. Neft gəlirləri azalır, ona görə daha çox innovasiyalara üstünlük verilməlidir.

Sahibkarlığın inkişafı üçün əlbəttə ki, addımlar atılacaq və maliyyə sabitliyi təmin ediləcək. Mənim buna heç bir sübhəm yoxdur. Bizim maliyyə vəziyyətimiz sabitdir. Kifayət qədər valyuta ehtiyatlarımız var. Biz yenə də düşünülmüş siyasət apararaq valyuta ehtiyatlarımızı ildən-ilə artırırdıq. Bu il də biz Dövlət Neft Fondunun vəsaitini qoruyuruq. Düzdür, indi vaxtilə alınmış bəzi əmlakların qiymətlərinin düşməsi, xüsusilə avro, dollar məzənnələri arasında olan bəzi dəyişmələr elə fikir yarada bilər ki, bizim Dövlət Neft Fondunun ehtiyatları azalıb. Ancaq reallığa baxanda görürük ki, azalmayıb. Çünki qiymətləndirmə ilə bağlı və dünya valyuta kurslarının səviyyəsi ilə əlaqədar bəzi dəyişikliklər edilib. Ancaq biz gələn il də valyuta ehtiyatlarımızı, xüsusilə Dövlət Neft Fondunun ehtiyatlarını qorumalıyıq və qoruyacağıq.

Azərbaycanın uğurlu inkişafı ilə bağlı heç bir problem görmürəm. Biz 2016-cı ildə də uğurla inkişaf edəcəyik, ölkə qarşısında duran bütün vəzifələri icra edəcəyik. Sadəcə olaraq hökumət ilin sonuna qədər, xüsusilə gələn ilin xərcləri, investisiya proqramı, maliyyə vəziyyətimiz ilə bağlı daha da ciddi işləməlidir, yeni təkliflər verilməlidir. Bir daha demək istəyirəm, ən əsas məsələ ondan ibarətdir ki, gələn

Page 83: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

ilin büdcəsi balanslaşdırılmış, reallığı əks etdirən və lazımsız xərclərə yol verməyən bir büdcə olmalıdır”.

Saleh Məmmədovun təklifləri09.09.2015

AXC hökumətində (1992-1993) maliyyə naziri postunu tutmuş Saleh Məmmədov “Yeni Müsavat” qəzetinə müsahibəsində Azərbaycanın iqtisadi durumunu təhlil edərək deyib ki, indi əsas vəzifə pul bazasının daraldılmamasıdır: “2006-2007-ci illərdə imkanlar genişlənəndə bütün dünya dövlətləri rezerv normalarını qaldırdı, pul bazasını daraltdı. 2008-ci ildə böhran başlayan kimi bir çox ölkələr, o cümlədən Azərbaycan pul bazasını genişləndirdi. Bu yolla da ölkəmiz böhrandan qurtuldu. İndi də ən vacib məsələ pul bazasının genişləndirilməsidir. Genişləndirici maliyyə siyasətinə keçmək üçün Mərkəzi Bank uçot dərəcəsini aşağı salmalıdır. Proses başlanıb və bunu davam etdirmək gərəkdir.

İkincisi, Mərkəzi Bank rezerv normalarını aşağı salmalıdır. Üçüncüsü, emissiyanı gücləndirməlidir. Bu gün qiymətlərin qalxması problem deyil. Əksinə, bu, vəzifə olaraq qarşıda durmalı, inflyasiya nisbətən genişləndirilməli, pul bazası çoxaldılmalıdır.

Dördüncüsü, büdcənin kəsirini xeyli artırmaq olar. Norma ümumi daxili məhsulun (ÜDM) 3 faizi qədərdir. Əgər ÜDM 60 milyard dollardırsa, deməli, büdcə kəsirini 1,8 milyarda qədər artırmaq olar.

Page 84: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Genişləndirmə siyasətini həyata keçirmək üçün pul lazım olacaq. Emissiya artanda manatın kursu ciddi surətdə düşə bilər. Ona görə də dollar təklifini maksimum artırmaq lazımdır. Bunun üçün ixracatdan maksimum istifadə oluna, eyni zamanda ekstra valyuta rezervlərindəki vəsaitin bir hissəsi cəlb edilə bilər.

Bütün bunlarla yanaşı ölkəyə xarici borc gətirilə bilər. Bu il 10-15 milyard xarici borc gətirmək mümkündür. 10-15 milyard kredit gətirib onu investisiya layihələrinə yönəldə bilsək, iqtisadi artım 10-12 faizə yüksələcək. Xarici kreditlər dövlətin nəzarəti altında iri layihələrə ayrılmalıdır. Azərbaycanda dəyəri 1 milyarddan yuxarı olan neçə layihə var ki, dayandırılıb. Onları həyata keçirmək gərəkdir. Təkcə infrastruktur layihələri deyil. Məsələn, neftin qiyməti düşür, bundan sonra da öncəki səviyyəyə yüksəlməsi çətin məsələdir. Xam neftdən və təbii qazdan minlərlə adda məhsul istehsal olunur. Bakı neftindən alına bilən məhsulları heç bir digər neftdən almaq olmur. Məsələn, ətir üçün istifadə edirlər, kompozit materiallar, armatur, müxtəlif digər tikinti materialları və sair istehsal edirlər. Həmçinin kiçik və orta biznesin inkişafı üçün kiçik layihələrin maliyyələşdirilməsi kimi layihələr var.

Bu il Azərbaycanda kənd təsərrüfatı ili elan olunub. Hökumət bu il nə iş görməsi ilə bağlı hesabat verməli, yeni strategiya müəyyən olunmalıdır. İsrail modelinin seçilməsi, məncə, Azərbaycan üçün çox uğurlu olar. Bu gün İsrail elmi yanaşma sayəsində kənd təsərrüfatında məhsuldarlığı ən yüksək həddə çatdırıb. İnsanlarımıza faizsiz kreditlər verilməli, ixracat artırılmalı, ixracata yol xərclərinin bir hissəsini hökumət üzərinə götürməli, minimum dövlət alış qiymətləri müəyyənləşdirilməlidir”.

Hansı bölgədən banklara nə qədər əmanət qoyulduğu açıqlanıb09.09.2015

Regionlar üzrə cəlb olunan əmanətlərdə ən az pay Naxçıvan iqtisadi rayonuna (4%) düşür. Mərkəzi Bank belə məlumat yayıb.

Page 85: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Əmanətlərdə digər iqtisadi rayonların payı belədir: Quba-Xaçmaz iqtisadi rayonu 6,6%, Şəki-Zaqatala iqtisadi rayonu 7,7%, Lənkəran iqtisadi rayonu 6,7%, Gəncə-Qazax iqtisadi rayonu 23%, Abşeron iqtisadi rayonu 30,4%, Aran iqtisadi rayonu 15,9%, digər iqtisadi rayonlar 5,6 %.

Bu göstəricilər Bakı istisna olmaqla hesablanıb.

Ehtiyatda olan hərbi vəzifəlilərlə bağlı rəsmi məlumat09.09.2015

Sentyabrın 9-da Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Qeyd olunur ki, Silahlı Qüvvələrin ali baş komandanının təsdiq etdiyi plana əsasən keçirilən Komanda Qərargah Hərbi Oyunlarına ehtiyatdan çağırılan hərbi vəzifəlilər də qatılıb: “Sentyabrın 6-dan başlayan hərbi oyunlar çərçivəsində birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsini yoxlamaq məqsədilə ehtiyatdan çağırılmış 6000 nəfərdən artıq hərbi vəzifəli toplanışa cəlb olunub. Döyüş hazırlığı çərçivəsində bu kateqoriyadan olan şəxsi heyətlə müxtəlif poliqonlarda real müharibəyə yaxın şəraitdə silah və hərbi texnikadan istifadə qaydalarına dair praktiki məşqlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və digər ixtisaslar üzrə hazırlıq təlimləri keçirilir”.

Sentyabrın 13-dək davam edəcək Komanda Qərargah Hərbi Oyunlarına 65000 nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu, Hərbi Hava Qüvvələrinin 40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi məqsədilə

Page 86: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib. Təlimlərdə hava kəşfiyyatının aparılması məqsədilə pilotsuz uçan aparatlardan istifadə olunur.

Səlim Müslümov gənclər arasında işsizliklə bağlı rəqəmlər səsləndirib09.09.2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Beynəlxalq Əmək Təşkilatı Bakıda “Gənclərin məşğulluğu üzrə siyasətlərin, proqramların və institutların qiymətləndirilməsi” mövzusunda beynəlxalq seminar keçirir. Nazirlikdən Transparency.az-a verilən məlumata görə, seminarda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, son 5 il ərzində ölkədə 15-29 yaşda gənclər arasında işsizlik səviyyəsi 11,8%-dən 9,7%-dək, 15-24 yaşda isə 14,9%-dən 13,5%-dək azalıb: “Bu uğurlara görə Beynəlxalq Əmək Təşkilatı Azərbaycan Respublikasını gənclərin məşğulluq problemlərinin həllində dünyada 10 lider ölkə sırasına daxil edib”.

Nazir əlavə edib ki, dünyada 15-24 yaşda işsiz gənclərin sayı 75 milyon nəfərdir: “Onların arasında işsizlik səviyyəsi dünya üzrə orta işsizlik səviyyəsini 2 dəfədən artıq üstələyərək 13,1% təşkil edir və bu rəqəmlər ildən-ilə artır: “Ötən həftə Ankara şəhərində G20 qrupuna üzv və dəvət edilən ölkələrin əmək və məşğulluq nazirlərinin toplantısında da gənclərin məşğulluq imkanlarının genişləndirilməsi məsələsi müzakirə olundu. Ankara bəyanatında G20 ölkələrində gənclərin işsizlik səviyyəsinin 2025-ci ilə qədər 15%-dək azaldılması hədəfi öz əksini tapıb. Yeri gəlmişkən qeyd edim ki, G20 ölkələrində 15-24 yaşda gənclərin işsizlik

Page 87: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

səviyyəsinin orta göstəricisi 20% (o cümlədən, İspaniyada 53%, Cənubi Afrikada 52%, İtaliyada 43%, Səudiyyə Ərəbistanında 31%) olduğu halda Azərbaycanda bu göstərici 13,5% təşkil edir”.

Nazir qeyd edib ki, Azərbaycan Respublikası Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda olan ölkələrdən biridir: “Azərbaycan əhalisinin 28,5%-i gənclərdir və 2014-cü ilin sonuna demoqrafik yük əmsalı 1990-cı ilə nisbətən 1,7 dəfə azalaraq 40 nəfər təşkil edib. Mövcud demoqrafik vəziyyət və bu sahədə perspektiv qiymətləndirmələr ölkədə iqtisadi inkişaf, demoqrafiya, təhsil və məşğulluq siyasətlərinin qarşılıqlı əlaqələndirilməsinin gücləndirilməsini zəruri edir. Bu gün gənclərin məşğulluğunun təmin olunması məsələsinin həlli təkcə gənclərin və onların valideynlərinin deyil, eyni zamanda dövlət orqanlarının və qeyri-dövlət təşkilatlarının üzərinə də düşür. Bütövlükdə gənclərin əmək bazarında üzləşdiyi çətinliklər bir tərəfdən işəgötürənlərdə gənc mütəxəssis haqqında, onun ixtisas səviyyəsinin, bilik, bacarıq və səriştəsinin işəgötürənlərin tələblərinə cavab verməməsi ilə bağlı stereotiplərin mövcud olması, digər tərəfdən isə gənclərdə əmək bazarına adaptasiya yolları haqqında düzgün təsəvvürün olmaması, həmçinin istehsalla bağlı deyil, daha çox humanitar peşə və ixtisaslara üstünlük verməsi ilə bağlıdır. Bu da gənclərin peşə yönümü, xüsusilə də məlumatlandırma sisteminin təkmilləşdirilməsi zərurətini ortaya qoyur.

Gənclərin məşğulluğunun artırılması, onların əmək bazarına adaptasiyasının asanlaşdırılması, iqtisadiyyatın tələblərinə cavab verən təlim proqramları əsasında müasir təhsil texnologiyalarının və üsullarının tətbiqi yolu ilə bilik və bacarıqlarının artırılması, zəruri səriştələrin aşılanması, peşə yönümü sisteminin təkmilləşdirilməsi, bu məsələlərə işəgötürənlərin maraqlarının artırılması və daha aktiv cəlb olunması istiqamətində tədbirlər həyata keçirilir. Bu gün qeyd olunan məqsədlərə nail olmaq üçün beynəlxalq və milli əmək bazarının tələblərinə cavab verən kompetensiyalar əsasında peşə və kvalifikasiya standartlarının tətbiqi üzrə işlər aparılır”.

Natiq Cəfərli Saleh Məmmədovun tezislərinə qarşı çıxdı09.09.2015

Page 88: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

İqtisadçı ekspert Natiq Cəfərli sabiq maliyyə naziri professor Saleh Məmmədovun mediada gedən fikirlərinə münasibət bildirib. Transparency.az saytı həmin münasibəti təqdim edir: “Saleh Məmmədov deyir ki, Azərbaycanın 50 milyard dollar ehtiyatı var, halbuki son rəqəmlərə görə, ehtiyat 40 milyard dollardan bir qədər çoxdur. Qeyd edir ki, ölkənin cəmi 6 milyard dollar borcu var, amma konsalidə edilmiş borc, yəni dövlət şirkətlərinin dövlət zəmanəti ilə aldığı borcla dövlətin özünün aldığı borclar 15 milyard dollardan çoxdur. Tək ARDNŞ-nin 7 milyard dollar civarında borcu var.

Sabiq nazir təklif edir ki, ölkə ciddi borclansın. Hətta 100 milyard dollara yaxın borc götürmək üçün imkanımızın olduğunu deyir: “Bu il 10-15 milyard kredit gətirib onu investisiya layihələrinə yönəldə bilsək, iqtisadi artım 10-12 faizə yüksələcək”.

Ölkəmizə son 10 ildə 110 milyard dollar investisiya qoyulub, pis idarəetmə, korrupsiya, nəzarətin zəifliyi nəticəsində bu vəsait ölkənin heç bir fundamental problemini həll etməyib. Bəli, 2700 məktəb tikilib, təmir edilib – paralel olaraq təhsilin keyfiyyəti düşüb, ali məktəblərə keçid balı minimuma enib. 500-dən çox xəstəxana tikilib, təmir edilib – səhiyyənin vəziyyəti lap pisləşib, insanlar müalicə üçün İrana-Turana getməkdə davam edirlər. 2000 kilometrdən çox yol çəkilib – amma iqtisadiyyatda mal və xidmət dövriyyəsi sürətlənməyib. Bir sözlə, 110 milyard dollar investisiya ölkənin heç bir fundamental problemini həll etməyib, çünki sistemdə olan problemlər öz həllini tapmayıb.

Hörmətli Saleh Məmmədov idarəetmə sistemində olan problemləri görmədən, bunları dəyişməyi təklif etmədən ölkəni yeni borc bataqlığına sürükləməyi təklif edir. Bir anlıq düşünün ki, yaxşı təhsili olmayan, səhhəti pis olan, gəlir-xərcini düzgün idarə edə bilməyən bədxərc bir insan təsadüfən əlinə düşmüş böyük məbləğdə vəsaiti xərcləyib bitirir, sonra da ciddi şəkildə borca girir. Əgər həmin

Page 89: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

insan həyat tərzini dəyişməsə, təhsilini, sağlamlığını düzəltməsə, bədxərcliyini azaltmasa, aldığı borcu da yandıracaq, puç edəcək. Nəticədə həmin insanın övladları uzun illər boyu işləyib borcları qaytarmalı olacaq. Saleh müəllimin təklifi çox təhlükəlidir, idarəetmə sistemi dəyişməsə, ölkənin borclanması gələcəyin də oğurlanması deməkdir.

Sabiq nazir təklif edir ki, alınan borclar dövlətin nəzarəti altında iri layihələrə ayrılmalıdır. Dövlət iqtisadiyyatda ən pis menecerdir, bunu dünyanın inkişaf tarixi dəfələrlə sübut edib. O, ədalətli və rəqabətli sistem qurmalı, hakim rolunu, təşəbbüsçü rolunu oynamalı, vergi və gömrük alətləri ilə iqtisadiyyatı stimullaşdırmalı, biznesin işinə müdaxilələrə son verməlidir. Dövlət iri layihələrin sponsoru, maliyyə qaynağı ola bilər, amma ixracata yönəlik layihələrdə və biznesin qurulması mərhələsində. Vəssalam. İdarəetməyə, biznesdə subyekt olmağa çalışmamalıdır.

Hörmətli Saleh müəllimin tezisləri və yanaşması ölkəmizin gələcəyi üçün ciddi təhdid yaradır, çünki indiki hökumət böyük məbləğlərdə borclanmaya getmək, bununla cari problemləri həll etmək istəyir. Bu yol Yunanıstan yoludur, bu borcları sonra millət qaytarmalı olacaq”.

1992-1993-cü illərdə maliyyə naziri olmuş Saleh Məmmədov avqustun 31-də “Yeni Müsavat” qəzetində məqalə ilə çıxış edib, bu həftə isə həmin nəşrə müsahibə verib. Saleh Məmmədovun həmin yazı və müsahibədəki tezislərinə Transparency.az da yer ayırıb:

Keçmiş maliyyə naziri hökumətə təkliflər verdiSaleh Məmmədov: “İkinci devalvasiya üçün heç bir əsas yoxdur”Saleh Məmmədovun təklifləri

П

İndoneziya OPEK-ə qayıdır09.09.2015

Page 90: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Neft ixrac edən ölkələri birləşdirən OPEK-in sıraları genişlənə bilər. Qurumun internet saytında yer alan məlumata əsasən, İndoneziya təşkilata yenidən üzv olmaq üçün rəsmi müraciət edib.

AZƏRTAC xəbər verir ki, İndoneziyanın müraciətinə OPEK ölkələrinin dekabrda Vyanada keçiriləcək illik toplantısında baxılacaq. 1962-ci ildə OPEK-ə üzv olan İndoneziya ölkədə neft hasilatının kəskin azalması və xərclərin yüksək olması səbəbi ilə 2009-cu ildə bu qurumda fəaliyyətini dayandırıb.

Transparency.az bildirir ki, OPEK 1960-ci ildə yaradılıb. Hazırda qurumun 12 üzvü var: Səudiyyə Ərəbistanı, Venesuela, İran, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Nigeriya, Qətər, Əlcəzair, Anqola, Ekvador.

Hansı dairədə nə qədər seçici var?09.09.2015

1 noyabr parlament seçkisi üçün 125 seçki dairəsinin 5386 məntəqəsində 5 milyon 93 min 289 seçici qeydə alınıb. Bəs ən çox və ən az seçici olan dairələr hansılardır? Transparency.az buna aydınlıq gətirib.

Seçki Məcəlləsinə görə, seçki dairələri seçicilərin orta təmsilçilik norması əsasında qurulur. Orta təmsilçilik norması qeydə alınmış seçicilərin ümumi sayının 125-ə bölünməsi yolu ilə müəyyənləşdirilir. İndiki orta təmsilçilik norması 40746 nəfərdir.

Qanunla seçicilərin sayı seçki dairələrində təqribən bərabər olmalıdır (orta təmsilçilik normasından 5 faizdən, yolu çətin və ucqar yerlərdə isə 10 faizdən çox (az) olmamaq şərti ilə).

40746 seçicilik orta təmsilçilik normasına ən uyğun dairələr bunlardır: 46 saylı Şirvan seçki dairəsi — 40569, 61 saylı Neftçala — 40848, 62 saylı Saatlı —

Page 91: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

40722, 63 saylı Sabirabad — 40616 , 88 saylı Göyçay — 40701, 99 saylı Şəmkir kənd — 40588.

Bəzi dairələr isə orta təmsilçilik normasını xeyli geridə qoyur: 9 saylı Binəqədi — 48053, 26 saylı Sabunçu — 49042, 123 saylı Kəlbəcər — 48365, 125 saylı Zəngilan-Qubadlı – 50579.

Ən az seçicisi olan dairələr isə 5 saylı Şahbuz-Babək (26980) və ərazisi işğal olunmuş 122 saylı Xankəndi (4913) dairəsidir.

Transparency.az seçki dairələri üzrə seçici sayını təqdim edir:

1 saylı Şərur-Sədərək — 37342

2 saylı Şərur — 41148

3 saylı Babək-Kəngərli-Naxçıvan — 41353

4 saylı Naxçıvan şəhər — 43820

5 saylı Şahbuz-Babək — 26980

6 saylı Culfa-Babək — 33449

7 saylı Ordubad-Culfa — 33467

8 saylı Binəqədi — 46835

9 saylı Binəqədi — 48053

10 saylı Binəqədi — 47766

11 saylı Qaradağ — 43752

12 saylı Qaradağ-Binəqədi-Yasamal — 41936

13 saylı Xəzər-Pirallahı — 43817

Page 92: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

14 saylı Xəzər — 44134

15 saylı Yasamal — 43403

16 saylı Yasamal — 39346

17 saylı Yasamal — 39577

18 saylı Nərimanov-Nizami — 42884

19 saylı Nərimanov — 45633

20 saylı Nərimanov — 44273

21 saylı Nəsimi — 33704

22 saylı Nəsimi — 38160

23 saylı Nəsimi-Səbail — 35678

24 saylı Nizami — 39800

25 saylı Nizami — 44535

26 saylı Sabunçu — 49042

27 saylı Sabunçu — 47974

28 saylı Sabunçu — 47603

29 saylı Səbail — 38393

30 saylı Suraxanı — 37111

31 saylı Suraxanı — 38957

32 saylı Suraxanı — 39006

Page 93: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

33 saylı Xətai — 44431

34 saylı Xətai — 42983

35 saylı Xətai — 38189

36 saylı Xətai — 43225

37 saylı Nizami (Gəncə) — 31943

38 saylı Nizami (Gəncə) — 33487

39 saylı Kəpəz (Gəncə) — 38059

40 saylı Kəpəz (Gəncə) — 41904

41 saylı Sumqayıt — 43081

42 saylı Sumqayıt — 41950

43 saylı Sumqayıt — 42915

44 saylı Sumqayıt-Xızı — 41750

45 saylı Abşeron — 46555

46 saylı Şirvan — 40569

47 saylı Mingəçevir — 37207

48 saylı Yevlax — 33747

49 saylı Yevlax-Mingəçevir — 36465

50 saylı Abşeron-Qobustan — 45129

51 saylı Qusar — 45869

Page 94: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

52 saylı Quba — 45165

53 saylı Quba-Qusar — 46940

54 saylı Şabran-Siyəzən — 49599

55 saylı Xaçmaz şəhər — 43714

56 saylı Xaçmaz kənd — 45907

57 saylı Kürdəmir — 42042

58 saylı Hacıqabul-Kürdəmir — 43736

59 saylı Salyan — 38196

60 saylı Salyan-Neftçala — 37568

61 saylı Neftçala — 40848

62 saylı Saatlı — 40722

63 saylı Sabirabad — 40616

64 saylı Sabirabad — 40034

65 saylı Saatlı-Sabirabad-Kürdəmir — 41984

66 saylı Biləsuvar — 47323

67 saylı Cəlilabad şəhər — 39157

68 saylı Cəlilabad kənd — 39558

69 saylı Cəlilabad-Masallı-Biləsuvar — 38525

70 saylı Masallı şəhər — 38894

Page 95: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

71 saylı Masallı kənd — 33695

72 saylı Yardımlı-Masallı — 38952

73 saylı Lənkəran şəhər — 35306

74 saylı Lənkəran kənd — 34492

75 saylı Lənkəran-Masallı — 38348

76 saylı Lənkəran-Astara — 37777

77 saylı Astara — 37824

78 saylı Lerik — 30093

79 saylı İmişli — 39524

80 saylı İmişli-Beyləqan — 41688

81 saylı Beyləqan — 35406

82 saylı Ağcabədi — 44762

83 saylı Ağcabədi-Füzuli — 38448

84 saylı Füzuli — 44624

85 saylı Şamaxı — 41117

86 saylı İsmayıllı — 40806

87 saylı Ağsu-İsmayıllı — 39014

88 saylı Göyçay — 40701

89 saylı Göyçay-Ağdaş — 38365

Page 96: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

90 saylı Ağdaş — 39990

91 saylı Ucar — 41592

92 saylı Zərdab-Ucar — 40381

93 saylı Bərdə şəhər — 42861

94 saylı Bərdə — 44730

95 saylı Tərtər — 37505

96 saylı Goranboy-Naftalan — 37852

97 saylı Goranboy-Ağdam-Tərtər — 34720

98 saylı Şəmkir şəhər — 33846

99 saylı Şəmkir kənd — 40588

100 saylı Şəmkir-Daşkəsən — 37005

101 saylı Göygöl-Daşkəsən — 41064

102 saylı Samux-Şəmkir — 44713

103 saylı Gədəbəy — 41501

104 saylı Gədəbəy-Tovuz — 44254

105 saylı Tovuz — 44682

106 saylı Tovuz-Qazax-Ağstafa — 46282

107 saylı Qazax — 43363

108 saylı Ağstafa — 42268

Page 97: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

109 saylı Balakən — 43112

110 saylı Zaqatala — 46223

111 saylı Zaqatala-Balakən — 45785

112 saylı Qax — 41542

113 saylı Şəki şəhər — 36905

114 saylı Şəki kənd birinci — 38036

115 saylı Şəki kənd ikinci — 36408

116 saylı Qəbələ — 42574

117 saylı Oğuz-Qəbələ — 45859

118 saylı Ağdam şəhər — 39422

119 saylı Ağdam kənd — 41236

120 saylı Cəbrayıl-Qubadlı — 45460

121 saylı Laçın — 44955

122 saylı Xankəndi — 4913

123 saylı Kəlbəcər — 48365

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd — 42859

125 saylı Zəngilan-Qubadlı — 50579.

Dövlət başçısı xidməti və mülki silahın ölkəyə gətirilməsi qaydasını dəyişdi10.09.2015

Page 98: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Prezident İlham Əliyev sentyabrın 9-da fərman imzalayaraq “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması qaydaları”nda dəyişikliklər edib. Transparency.az bildirir ki, qaydalardakı yeniliyə əsasən, xidməti silah və onun döyüş sursatını Azərbaycan Respublikasına səfərləri zamanı xarici dövlət və hökumət başçılarını, onların ailə üzvlərini, beynəlxalq təşkilatların rəhbərlərini, habelə xarici dövlətlərin və beynəlxalq təşkilatların vəzifəli şəxslərini müşayiət edən həmin dövlətlərin və təşkilatların mühafizə xidmətlərinin əməkdaşları öz xidməti vəzifələrini icra etmək məqsədi ilə Azərbaycan Respublikasına gətirə bilər.

Xidməti silahın və onun döyüş sursatının Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Xarici İşlər Nazirliyinin rəsmi müraciətinə əsasən Xüsusi Dövlət Mühafizə Xidmətinin verdiyi xüsusi icazə ilə həyata keçirilir. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti həmin xüsusi icazələr barədə Daxili İşlər Nazirliyinə məlumat verir.

Azərbaycanda qaçqın statusu almaq prosesi yeniləndi10.09.2015

“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması qaydası”nda yenilik var. Transparency.az xəbər verir ki, prezident İlham Əliyevin sentyabrın 9-da imzaladığı fərmanla qaydaya dəyişikliklər edilib.

Yeniliyə əsasən, şəxsiyyətini təsdiq edən müvafiq sənədləri və ya Azərbaycan Respublikasının ərazisinə qanuni girişə əsası olmayan qaçqın statusu almaq niyyətində olan şəxs beynəlxalq hüquq normalarına uyğun olaraq eyniləşdirmə və daktiloskopiya prosedurlarını keçir.

Page 99: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Şəxs (onunla birlikdə gələn ailə üzvləri) qaçqın statusu verilməsi barədə vəsatətlə müraciət etdikdə o, qaçqın statusu verilməsi məsələsi həll edilənə qədər Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilir və saxlanılır.

Qaydada yenilik onu “Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 16 dekabr 2014-cü il qanununa uyğunlaşdırmaq məqsədi ilə edilib.

Azərbaycan nefti 50 dollardan aşağı düşüb10.09.2015

AZƏRTAC neftin qiyməti ilə bağlı yeni məlumat yayıb. Qeyd olunur ki, Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 2,16 dollar ucuzlaşaraq 43,96 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,64 dollar azalaraq 47,18 dollar olub.

London birjasında “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 96 sent ucuzlaşaraq 49,85 dollar təşkil edib.

Dövlət Əmək Müfəttişliyi ötən ay 1687 hüquq pozuntusu aşkar edib10.09.2015

Page 100: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin avqust ayında əmək qanunvericiliyinin 1687 pozuntusunu aşkar edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Transparency.az-a verilən məlumata görə, əmək qanunvericiliyinin tələblərini pozan işəgötürənlərə inzibati cərimələr tətbiq olunub. Həmin cərimələrin 30,4 faizi, yəni 178 838 manatı artıq dövlət büdcəsinə ödənilib.

Rəsmi hesabata əsasən, əmək qanunvericiliyinin pozulması halları ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz, o cümlədən avqust ayında 13,8 faiz azalıb.

Avropa Parlamentində Azərbaycanla bağlı yeni layihə10.09.2015

Avropa Parlamentində Azərbaycanla bağlı qətnamə layihəsi hazırlanıb. Liberal demokratlar fraksiyasının (ALDE) təqdim etdiyi layihə “Azadlıq” qəzetinin 10 sentyabr sayında dərc olunub. Qətnamə layihəsində Azərbaycan hökumətinə siyasi məhbusları, o cümlədən Xədicə İsmayıl, Leyla Yunus, Arif Yunus, Anar Məmmədli, Rəsul Cəfərov, İntiqam Əliyev, Rauf Mirqədirov, Ömər Məmmədov, Tofiq Yaqublu, İlqar Məmmədovu azad etmək çağırışı yer alır.

Avropa Parlamenti Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyaları pisləyir, hakimiyyəti QHT qanunvericiliyinə yenidən baxmağa, Venesiya Komissiyasının bu barədə tövsiyələrini nəzərə almağa səsləyir.

Page 101: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Layihədə qeyd olunur ki, Azərbaycanla əməkdaşlıq paktının təsdiqlənməsi siyasi məhbusların azad edilməsi, QHT qanunvericiliyinə mürtəce dəyişikliklərin ləğvi, müstəqil mediaya, müxalifət qüvvələrinə, hüquq müdafiəçilərinə, gənclərə, sosial şəbəkə fəallarına təzyiqlərə son qoyulmasından sonra mümkündür.

Avropa Parlamenti Avropa Komissiyasını Azərbaycanda bilavasitə insan haqlarının müdafiəsi, vətəndaş cəmiyyəti ilə bağlı olmayan proqramların maliyyələşdirilməsi məsələsinə yenidən baxmağa və zərurət yaranarsa, maliyyələşməni dayandırmağa çağırır.

Qətnamə layihəsində Avropa İttifaqı Şurasına Azərbaycanda insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə ünvanlı sanksiyaların mümkünlüyü məsələsinə baxmaq çağırışı da yer alır.

Avropa Parlamenti Avropa İttifaqına üzv dövlətləri, həmçinin Avropa Xarici Siyasət İdarəsini Azərbaycandakı parlament seçkisini müşahidə etməkdən çəkinməyə çağırır. Layihə müəlliflərinin fikrincə, hazırkı şərtlər altında istənilən müşahidə missiyası mənasızdır.

Pensiyaçılar üçün ən yaxşı və pis ölkələrin siyahısı10.09.2015

Pensiyaçılar üçün ən yaxşı və pis ölkələrin adları açıqlanıb. Transparency.az xəbər Age İnternational təşkilatının hazırladığı reytinqin (Global AgeWatch) ilk 10 pilləsində bu ölkələr yer alır: İsveçrə, Norveç, İsveç, Almaniya, Kanada, Niderland, İslandiya, Yaponiya, ABŞ, Böyük Britaniya.Azərbaycan reytinqə salınmayıb.

Page 102: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Qonşu Gürcüstan 96 ölkə arasında 29-cu, Ermənistan 43-cü, Rusiya 65-ci, Türkiyə 75-ci yerdə dayanır.

Keçmiş SSRİ məkanından Estoniya 23-cü, Latviya 35-ci, Litva 63-cü, Belarus 64-cü, Ukrayna 73-cü, Moldova 77-cidir.

Dünyanın 7 ən güclü dövləti (G7) siyahısında olan Fransa pensiyaçı reytinqində 16-cı, İtaliya 37-ci yerdə qərarlaşıb.

Reytinqin son pilləsini Əfqanıstan tutur.

Age İnternational illik reytinqi pensiyaçıların səhhəti və həyat keyfiyyəti meyarlarına əsasən hazırlayır.

Meriya AXCP-yə qurultay üçün yer ayırdı10.09.2015

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının sentyabrın 27-nə təyin etdiyi VI (IX) qurultaya yer ayrılması üçün etdiyi müraciətə cavab verib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya bildirib ki, meriya qurultay üçün Bakının Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına mədəniyyət sarayını ayırıb. Onun sözlərinə görə, qurultayda 800-ə yaxın qurultay nümayəndəsi iştirak edəcək.

1989-cu ildə ictimai-siyasi hərəkat kimi yaradılan Azərbaycan Xalq Cəbhəsi 1995-ci ildə partiyaya çevrilib. AXCP-nin ilk sədri mərhum prezident Əbülfəz Elçibəy olub. 2000-ci ildən partiyaya Əli Kərimli sədrlik edir.

Prezident İlham Əliyev Nəsimi rayonundakı Texniki-Humanitar Liseyə baş çəkib10.09.2015

Page 103: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Sentyabrın 10-da prezident İlham Əliyev Bakının Nəsimi rayonundakı Texniki-Humanitar Liseydə təmirdən sonrakı vəziyyətlə tanış olub. AZƏRTAC bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısına görülən işlərlə bağlı məlumat verib.

Təhsil ocağının binası 1963-cü ildən istifadədir. Əvvəllər axşam məktəbi kimi fəaliyyət göstərən binada 2000-ci ilə qədər Dağıstan Universitetinin filialı yerləşib. Həmin il Texniki-Humanitar Lisey təsis olunub və bu binada fəaliyyətə başlayıb.

Liseydə 43 otaq var. Onlardan 24-ü sinif otağı, digərləri isə fənn kabinetləri və laboratoriyalardır. İdman zalı da müasir səviyyədə qurulub, təhsil ocağının həyətində geniş abadlıq və quruculuq işləri görülüb.

Qeyd olunub ki, liseydə tədris ikinövbəlidir. Təhsil ocağına qəbul beşinci sinifdən aparılır. Burada Azərbaycan və rus bölmələrində 1077 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 91 müəllim məşğul olur.

Texniki-Humanitar Lisey 2008-ci və 2014-cü illərdə ilin ən yaxşı məktəbi seçilib. 2014-2015-ci tədris ilində liseyi bitirən 112 məzunun hamısı ali məktəblərə qəbul olunub. Onlardan 17-si 600-dən yuxarı bal toplayıb.

Dairə, deputat, tarix10.09.2015

Page 104: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Milli Məclisin deputatları seçildikləri dairəni nə vaxtdan təmsil edir? Transparency.az siyahını təqdim edir:

1 saylı Şərur-Sədərək: Vasif Talıbov (1995-ci ildən)

2 saylı Şərur: İsa Həbibbəyli (2005)

3 saylı Babək-Kəngərli-Naxçıvan: Səttar Möhbalıyev (2005)

4 saylı Naxçıvan şəhər: Eldar İbrahimov (2005)

5 saylı Şahbuz-Babək: Siyavuş Novruzov (2005)

6 saylı Culfa-Babək: İsmayıl Hacıyev (2010)

7 saylı Ordubad-Culfa: Qüdrət Həsənquluyev (2010)

8 saylı Binəqədi: Oqtay Əsədov (2010)

9 saylı Binəqədi: Rafael Cəbrayılov (2005)

10 saylı Binəqədi: Madər Musayev (2005)

11 saylı Qaradağ: Ağalar Vəliyev (2010)

12 saylı Qaradağ-Binəqədi-Yasamal: Mixail Zabelin (2005)

13 saylı Xəzər-Pirallahı: Rauf Əliyev (2005)

14 saylı Xəzər: Mehriban Əliyeva (2005)

Page 105: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

15 saylı Yasamal: Etibar Hüseynov (2010)

16 saylı Yasamal: Abel Məhərrəmov (2005)

17 saylı Yasamal: Ülvi Quliyev (2010)

18 saylı Nərimanov-Nizami: Rasim Musabəyov (2010)

20 saylı Nərimanov: Adil Əliyev (2005)

21 saylı Nəsimi: Aytən Mustafayeva (2010)

22 saylı Nəsimi: Asim Mollazadə (2005)

23 saylı Nəsimi-Səbail: Ziyad Səmədzadə (2005)

24 saylı Nizami: Rövnəq Abdullayev (2005)

25 saylı Nizami: Sədaqət Vəliyeva (2010)

26 saylı Sabunçu: Fazil Mustafa (2005)

27 saylı Sabunçu: Qalib Salahzadə (2010)

28 saylı Sabunçu: Eldar Quliyev (2005)

29 saylı Səbail: Fuad Muradov (2005)

30 saylı Suraxanı: Sevinc Fətəliyeva (2010)

31 saylı Suraxanı: Fərəc Quliyev (2010)

32 saylı Suraxanı: Ağacan Abıyev (2005)

33 saylı Xətai: Hüseynbala Mirələmov (2005)

35 saylı Xətai: İqbal Ağazadə (2005)

Page 106: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

36 saylı Xətai: Səməd Seyidov (2005)

37 saylı Nizami (Gəncə): Aydın Abbasov (2005)

39 saylı Kəpəz (Gəncə): Xanlar Fətiyev (2010)

40 saylı Kəpəz (Gəncə): Musa Quliyev (2005)

41 saylı Sumqayıt: Leyla Abdullayeva (2010)

42 saylı Sumqayıt: Musa Qasımlı (2010)

43 saylı Sumqayıt: Muxtar Babayev (2010)

44 saylı Sumqayıt-Xızı: Hacı Salayev (2010)

45 saylı Abşeron: Arif Alışanov (2010)

46 saylı Şirvan: Azay Quliyev (2005)

47 saylı Mingəçevir: Aydın Mirzəzadə (2005)

48 saylı Yevlax: İlham Məmmədov (2005)

49 saylı Yevlax-Mingəçevir: Əli Hüseynli (2005)

50 saylı Abşeron-Qobustan: Zeynəb Xanlarova (2000)

51 saylı Qusar: Azər Badamov (2010)

52 saylı Quba: Vahid Əhmədov (2005)

53 saylı Quba-Qusar: Yevda Abramov (2005)

54 saylı Şabran-Siyəzən: Tahir Süleymanov (2010)

55 saylı Xaçmaz şəhər: Arif Əşrəfov (2010)

Page 107: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

56 saylı Xaçmaz kənd: İlham Əliyev (2010)

57 saylı Kürdəmir: Fərhad Qəribov (2005)

58 saylı Hacıqabul-Kürdəmir: Rafael Hüseynov (2005)

59 saylı Salyan: Əliağa Hüseynov (2010-cu il)

60 saylı Salyan-Neftçala: Fəzail Ağamalı (2005)

61 saylı Neftçala: Arif Rəhimzadə (1995)

62 saylı Saatlı: Cəlal Əliyev (1995)

63 saylı Sabirabad: Ceyhun Osmanlı (2010)

64 saylı Sabirabad: Rüstəm Xəlilov (2005)

65 saylı Saatlı-Sabirabad-Kürdəmir: Əhliman Əmiraslanov (2010)

66 saylı Biləsuvar: Xanhüseyn Kazımlı (2000)

67 saylı Cəlilabad şəhər: Malik Həsənov (2010)

68 saylı Cəlilabad kənd: Mirkazım Kazımov (2000)

69 saylı Cəlilabad-Masallı-Biləsuvar: Fəzail İbrahimli (2005)

70 saylı Masallı şəhər: Nəriman Əliyev (2010)

71 saylı Masallı kənd: Elmira Axundova (2005)

72 saylı Yardımlı-Masallı: Sabir Rüstəmxanlı (2000-2005-ci illəri çıxmaqla 1995)

73 saylı Lənkəran şəhər: Rüfət Quliyev (2005)

74 saylı Lənkəran kənd: Hadı Rəcəbli (2000)

Page 108: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

75 saylı Lənkəran-Masallı: Cavanşir Paşazadə (2005)

76 saylı Lənkəran-Astara: Ziyafət Əsgərov (2005)

77 saylı Astara — Aslan Cəfərov (2010-cu ildən)

78 saylı Lerik: İqbal Məmmədov (2010)

79 saylı İmişli: Əsabil Qasımov (2010)

80 saylı İmişli-Beyləqan: Çingiz Qənizadə (2010)

81 saylı Beyləqan: Ayaz Orucov (2010)

82 saylı Ağcabədi: Tahir Rzayev (2001)

83 saylı Ağcabədi-Füzuli: Aqil Abbas (2005)

84 saylı Füzuli: Bahar Muradova (2000)

85 saylı Şamaxı: Elxan Süleymanov (2010)

86 saylı İsmayıllı: Novruzəli Aslanov (2005)

87 saylı Ağsu-İsmayıllı: Ərəstun Cavadov (2005)

88 saylı Göyçay: Sabir Hacıyev (2005)

89 saylı Göyçay-Ağdaş: Şəmsəddin Hacıyev (2005)

90 saylı Ağdaş: Çingiz Əsədullayev (2005)

91 saylı Ucar: Elton Məmmədov (2000)

92 saylı Zərdab-Ucar: Jalə Əliyeva (2005)

93 saylı Bərdə şəhər: Zahid Oruc (2000)

Page 109: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

94 saylı Bərdə kənd: Gövhər Baxşəliyeva (2000)

95 saylı Tərtər: Sahib Alıyev (2010)

96 saylı Goranboy-Naftalan: Mahir Aslanov (2010)

97 saylı Goranboy-Ağdam-Tərtər: Gülçöhrə Məmmədova (2010)

98 saylı Şəmkir şəhər: Sahibə Qafarova (2010)

99 saylı Şəmkir kənd: Məlahət İbrahimqızı (2005)

101 saylı Göygöl-Daşkəsən: Rövşən Rzayev (2004)

102 saylı Samux-Şəmkir: Valeh Ələsgərov (2005)

103 saylı Gədəbəy: Sevinc Hüseynova (2010)

104 saylı Gədəbəy-Tovuz: Rafiq Məmmədhəsənov (2010)

105 saylı Tovuz: Qənirə Paşayeva (2005)

106 saylı Tovuz-Qazax-Ağstafa: İlyas İsmayılov (2005)

107 saylı Qazax: Əhməd Vəliyev (2010)

108 saylı Ağstafa: Nizami Cəfərov (2005)

109 saylı Balakən: Rəbiyyət Aslanova (2000)

111 saylı Zaqatala-Balakən: Kamilə Əliyeva (2010)

112 saylı Qax: Azər Kərimli (2000)

113 saylı Şəki şəhər: Yaqub Mahmudov (2005)

114 saylı Şəki kənd birinci: Əli Məsimli (2005)

Page 110: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

115 saylı Şəki kənd ikinci: Cavanşir Feyziyev (2010)

116 saylı Qəbələ: Fəttah Heydərov (1995)

117 saylı Oğuz-Qəbələ: Aqiyə Naxçıvanlı (2010)

118 saylı Ağdam şəhər: Bəxtiyar Əliyev (2000)

119 saylı Ağdam kənd: Bəxtiyar Sadıqov (2000)

120 saylı Cəbrayıl-Qubadlı: Astan Şahverdiyev (2005)

121 saylı Laçın: Nazim Fərəcov (2010)

122 saylı Xankəndi: Flora Qasımova (2010)

123 saylı Kəlbəcər: Cavid Qurbanov (2005)

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd: Elman Məmmədov (2000)

125 saylı Zəngilan-Qubadlı: İmamverdi İsmayılov (1995).

Vergi daxilolmaları azalıb10.09.2015

Bu ilin yanvar-avqust ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 565 milyon 375,8 min manat vəsait daxil olub, proqnoz tapşırığına 101,4 faiz əməl edilir.

Nazirlikdən Transparency.az-a daxil olan məlumata görə, hesabat dövründə vergi orqanlarında 52 897 vergi ödəyicisi qeydiyyata alınıb.

Page 111: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

Transparency.az bildirir ki, 2014-cü ilin yanvar-avqust ayları ilə müqayisədə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 279 milyon 525 min manat azalıb. Keçən ilin müvafiq dövründə büdcəyə 4 milyard 844 milyon 901,0 min manat daxil olmuşdu.

Müxalifətin bir hissəsi seçkidə iştirakdan imtina etdi10.09.2015

Müxalifətin bir hissəni birləşdirən Milli Şura 1 noyabr parlament seçkisində iştirakdan imtina edib. Azadliq.info-nun məlumatına görə, sentyabrın 10-da qəbul olunan qərarda bildirilir ki, Demokratik Qüvvələrin Milli Şurası avqustun 18-də hesabat yayaraq ölkədə seçkiqabağı mühitin olmadığını, mövcud siyasi şərait və seçki prosesini tənzimləyən hüquq normalarının rəqabət şəraitində, azad və ədalətli seçki keçirilməsinə imkan vermədiyini vurğulamış və vəziyyəti dəyişmək üçün tələblər irəli sürmüşdü: “Hökumət seçki kampaniyasına start verib. Lakin Milli Şuranın irəli sürdüyü konstruktiv və zəruri tələblərin heç biri nəzərə alınmayıb, ölkədə azad və ədalətli seçki mühitinin yaradılması üçün hər hansı addım atılmayıb. Siyasi mühit və seçki ilə bağlı hüquqi normalar xalqın iradəsini qismən də olsa ifadə edəcək seçkinin keçirilməsini mümkünsüz edir. Milli Şura bəyan edir ki, sadalanan problemlər olduğu kimi qaldığından bu seçkinin nəticələrinin Prezident Administrasiyasında müəyyən ediləcəyinə heç bir şübhə ola bilməz”.

Milli Şura 2013-cü ilin yayında yaradılıb. Qurumun sədri tarixçi professor Cəmil Həsənli, öncül şəxsləri AXCP lideri Əli Kərimli, sabiq deputatlar Gültəkin Hacıbəyli, İbrahim İbrahimli, hüquq müdafiəçisi Leyla Yunus, jurnalist Mehman Əliyev və başqalarıdır.

Avqustun 18-də Milli Şura bu tələbləri irəli sürmüşdü: seçkiqabağı mühitin demokratikləşməsi, seçki prosesinə cəmiyyətin və siyasi qüvvələrin inamının yaradılması, xalqın iradəsinin seçki nəticələrində ifadə olunması üçün repressiyalar dayandırılsın, siyasi məhbuslar dərhal azad edilsin, siyasi rəqiblərə və fikir müxtəlifliyinə qarşı təqiblərə son qoyulsun; real müxalifət qüvvələrinin fəaliyyətinə yaradılan qanunsuz maneələr ardan qaldırılsın, siyasi hüquqların məhdudlaşdırılmasına son qoyulsun, sərbəst toplaşmaq azadlığı ölkənin bütün ərazisində təmin edilsin; müstəqil mətbuata qarşı təzyiqlər dayandırılsın, jurnalistlərin peşə fəaliyyətinə görə üzləşdikləri qanunsuzluqlara son qoyulsun,

Page 112: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

TV-lərdə azad debatlar üçün şərait yaradılsın, müxalif namizədlər üçün ayrılmış pulsuz efir vaxtı artırılsın, namizədlər Azərbaycan reallığına uyğun pullu efir vaxtı ilə təmin edilsin; seçki komissiyalarının tərkibi real müxalifətin iştirakı ilə yenidən formalaşdırılsın, namizədlərin qeydiyyatı proseduru sadələşdirilsin və bununla bağlı yaradılan süni əngəllər aradan qaldırılsın, depozitlə namizədliyin qeydə alınması təmin edilsin, müşahidəçilərin səslərin sayılması prosesində iştirakı və protokolların əsli ilə təmin edilməsi həll olunsun.

Bölgələrdə əmək yarmarkası10.09.2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti sentyabrın 10-u Zaqatala şəhərində əmək yarmarkası təşkil edib. AZƏRTAC-ın məlumatına görə, yarmarkaya rayonda fəaliyyət göstərən 23 idarə, müəssisə, təşkilat və fiziki şəxslər 346 boş (vakant) iş yeri çıxarıb. Təklif olunan əməkhaqqı 115-274 manat təşkil edib.

Üç yüzdən artıq vətəndaşın iştirak etdiyi yarmarkada 107 nəfərə işə düzəlmək üçün göndəriş verilib. 10 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün qeydiyyata götürülüb.

Ağdam rayonunda da əmək yarmarkası keçirilib. Quzanlı Olimpiya İdman Kompleksində keçirilən yarmarkada 22 idarə, müəssisə və təşkilat 215 vakant iş yeri təqdim edib. İş yerləri üzrə 109-370 manat məbləğində əməkhaqqı təklif olunub. Yarmarkada iştirak edən 300-dək vətəndaşdan 78-i istəyinə və ixtisasına uyğun işə göndəriş alıb.

Azərbaycan Açıq Büdcə İndeksində mövqeyini yüksəldib

Page 113: transparency.aztransparency.az/alac/files/sentyabr 1.docx · Web viewƏgər tədiyyə balansının carı hesabının pozitiv saldosunu saxlaya bilsək, o halda narahatlıq az olar

10.09.2015

Dünyada dövlət büdcələrinin şəffaflığını qiymətləndirən Açıq Büdcə İndeksinin 2015-ci il raundunun nəticələri açıqlanıb. Azərbaycan 100 mümkün baldan 51 bal toplayaraq indeksin 2012-ci il raundunun nəticəsi (100 mümkün baldan 42 bal) ilə müqayisədə mövqeyini yaxşılaşdırıb. 2012-dəki qiymətləndirmədə iştirak edən 100 ölkə arasında Azərbaycan 58-ci yerdə qərarlaşmışdı, Açıq Büdcə İndeksi-2015-də 102 ölkə arasında 42-ci yerdə mövqe tutub. Ölkənin topladığı bal (51) qlobal ortalamadan (45) bir qədər yüksəkdir.

Açıq Büdcə İndeksi 140 sualdan ibarət olan Açıq Büdcə Sorğusunun 109 sualı əsasında tərtib edilir. İndeks 8 əsas büdcə sənədinin (büdcə öncəsi bəyanat, hökumətin büdcə layihəsi, təsdiqlənmiş büdcə, vətəndaş büdcəsi, aylıq və ya rüblük hesabatlar, yarım illik büdcə icmalı, illik yekun hesabat, audit hesabatı) hökumət və ali audit qurumu tərəfindən vaxtında və əhatəli şəkildə ictimaiyyətə açıqlanması səviyyəsini ölçür.

2014-cü ilin martından 2015-ci ilin sentyabrına qədər 18 ayda aparılan tədqiqat layihəsinin Azərbaycan üzrə tədqiqatçısı Kənan Aslanlı Transparency.az-a bildirib ki, Azərbaycanın mövqeyinin yaxşılaşmasının əsas səbəbi Maliyyə Nazirliyinin vətəndaş büdcəsini hazırlayıb ictimaiyyətə təqdim etməsi olub: “Bununla belə büdcə öncəsi bəyanat və yarım illik büdcə icmalı sənədlərinin beynəlxalq standartlara uyğun vaxtında hazırlanıb açıqlanmasına ehtiyac var. O da birmənalıdır ki, yalnız şəffaflıq dövlət maliyyəsinin səmərəli idarəetməsi üçün kifayət deyil və büdcə prosesində ictimai iştirakçılıq imkanlarının genişləndirilməsi də zəruridir. Azərbaycan büdcə prosesində ictimai iştirakçılıqla bağlı qiymətləndirmədə 100 mümkün baldan 19 bal toplayıb (qlobal ortalama 25). Bu sahədə vəziyyəti yaxşılaşdırmaq üçün Maliyyə Nazirliyi və Milli Məclisin iqtisadi siyasət komitəsi dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr edilmiş açıq ictimai dinləmələr keçirə bilər. Parlamentin və ali audit qurumu olan Hesablama Palatasının büdcənin formalaşması və büdcəyə nəzarət mərhələsində effektiv təsir imkanları gücləndirilməlidir. Milli Məclisin nəzdində ixtisaslaşmış büdcə tədqiqatları ofisi formalaşdırılmalıdır”.