qlobal maliyyə böhranının azərbaycan iqtisadiyyatı əsirləri · azərbaycanın tədiyyə...

9
Qlobal maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirləri Qubad İbadoğlu, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Dünya maliyyə böhranının milli iqtisadiyyatlara təsiri barədə danişarkən ilk növbədə böhran qabağı vəziyyət, sonra isə böhranın mövcudluğu şəraitində makroiqtisadi siyasətdə və biznes mühitində baş verən dəyişikliklər və onlara hökümətlərin, bizneslərin, ev təsərrüfatlarının reaksiyası dəyərləndirilməlidir. Belə ki, dünya iqtisadiyyatında böhranqabağı vəziyyət xüsusilə inkişaf etmiş ölkələrin maliyyə sektoru və kapital bazarlarında normal və ahəngdar fəaliyyətin pozulması, iqtisadi artım tempinin səngiməsi və iqtisadiyyatın iş yerlərini itirməsi statistikasının genişlənməsi ilə səciyyəvi olmuşdur. 2008-ci ilin ortalarından aparıcı olkələrdə ipoteka defoltları, bankların problemli kreditlərinin artması, istehlak xərclərinin və investisiyaların azalması, muşahidə edilmişdir. 2009-cu ilin ilk rübündə dünyanın əksər inkişaf etmiş olkələrində tənəzzul meylləri yaranmış, Ümumi Daxili Məhsul kəskin azalmış, əmtəə bazarlarında qiymətlər, maliyyə bazarlarında aparıcı indekslər aşağı şş, işsizlik artmışdır. Bu şəraitdə bir çox olkələrdə pul-kredit siyasəti əhəmiyyətli dərəcədə yumşaldılmış, dovlət xərcləri və budcə kəsirləri artırılmış, eyni zamanda maliyyə sistemi uzərində nəzarət gucləndirilmişdir. Bu məqsədlə məcmu qlobal tələbi dəstəkləmək üçün bir çox olkələrdə əlahiddə maliyyə stabilizasiyası və iqtisadiyyata yardım proqramları həyata keçirilmişdir. Qlobal böhran dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatı üçün də əhəmiyyətli risklər yaratsa da qonşu Cənubi Qafqaz ölkələri ilə müqayisədə Azərbaycan ötən ili müsbət yekunla başa vurmuşdur. Çünki, Azərbaycan iqtisadiyyatı qlobal böhranını neft ixracatından gələn gəlirlər hesabına akkumilyasiya olunmuş kifayət qədər sərbəst maliyyə resursları ilə qarşılamışdır. Bu, böhrandan oncəki dovrdə neft hasilatının və ixracatının artımı hesabına yaradılmış valyuta ehtiyatları sayəsində mümkün olmuşdur. Bütün bunlar nəticəsində Azərbaycan iqtisadiyyatının “təhlukəsizlik yastığı” rolunu oynayan valyuta ehtiyatları börhan dövrü üçün makroiqtisadi və maliyyə sabitliyinin təminatına çevrilmişdir. Azərbaycan iqtisadiyyatı qlobal böhrana yuksək dayanıqlılıq nümayiş etdirərək öz muvazinətini itirməməsinin, ÜDM-in yüksık artım dinamikasını qoruya bilməsinin digər səbəbi də Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi antiböhran siyasəti olmuşdur. Belə ki, daxili və xarici maliyyə mənbələrinin azalması şəraitində Mərkəzi Bank pul siyasətini ciddi şəkildə yumşaltmalı oldu, uçot dərəcəsi 15%-dən 2%-dək azaldıldı. 2009-cu il ərzində qanunvericilikdə bir sıra əlavə tədbirlər görüldü: sığortalanan əmanətlərin məbləği 5 dəfə artırılaraq 6 min manatdan 30 min manata çatdırıldı; bankların xarici borclarının qaytarılmasını təmin etmək üçün onlara zəruri yardım göstərildi; qanunvericiliklə banklara və sığorta təşkilatlarına kapitallaşdırma məqsədi ilə vergi güzəştləri tətbiq olundu (Nizamnamə kapitalına yönəldilən mənfəət vergidən azad edildi), mümkün itkilər üzrə banklardan maliyyə ehtiyatlanması daha da artırıldı. Bütün bu tədbirlər 2009-cu ilin birinci rübündə bank sektorunda müşahidə edilən gərginliyi aradan qaldırılmasına və onlarin likvidliyinin sabitləşdirilməsinə xidmət edirdi. Azərbaycan bank sektorunun beynəlxalq maliyyə bazarlarına məhdud səviyyədə asılılğı şəritində Mərkəzi Bankın yuxarıda sadalanan antiböhran tədbirləri və birbaşa maliyyə yardımları bank sistemini iflasdan qurtarsa da, bank sektorunun köklü problemlərini həll edə bilmədi, sığorta, qiymətli kağızlar və lizinq bazarında ciddi tənəzzül meylləri müşahidə olundu. Qlobal maliyyə böhranı dövründə əmtəə bazarlarında bəzi məhsulların, xüsusilə də neftin qiymətlərin ucuzlaşması səbəbindən valyuta daxilolmalarının, bundan başqa xaricdə yaşayan soydaşlarımızın sosial baxımdan xüsusi əhəmiyyət kəsb edən pul transferlərinin azalması nəticəsində Azərbaycan manatı devalvasiyası təzyiqləri ilə qarşılaşdı. 2009-cu ilin birinci rübündə xüsusilə şiddətlənən təzyiqlərə əhalinin devalvasiya gözləntilərinin də əlavə olunması milli valyutanın stabilliyini qorumaq üçün Mərkəzi Bankı xeyli resurslar sərf etməyə məcbur etdi və bununla əlaqədar olaraq yalnız ötən il ərzində Mərkəzi Bankın xalis emissiyası

Upload: others

Post on 03-Feb-2020

11 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Qlobal maliyyə böhranının Azərbaycan iqtisadiyyatı əsirləri · Azərbaycanın tədiyyə balansı üçün $2 milyard itki deməkdir. Nəzərə alsaq ki, neftin orta qiyməti

Qlobal maliyyə böhranının Azərbaycan

iqtisadiyyatına təsirləri Qubad İbadoğlu, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Dünya maliyyə böhranının milli iqtisadiyyatlara təsiri barədə danişarkən ilk növbədə

böhran qabağı vəziyyət, sonra isə böhranın mövcudluğu şəraitində makroiqtisadi siyasətdə və biznes mühitində baş verən dəyişikliklər və onlara hökümətlərin, bizneslərin, ev təsərrüfatlarının reaksiyası dəyərləndirilməlidir. Belə ki, dünya iqtisadiyyatında böhranqabağı vəziyyət xüsusilə inkişaf etmiş ölkələrin maliyyə sektoru və kapital bazarlarında normal və ahəngdar fəaliyyətin pozulması, iqtisadi artım tempinin səngiməsi və iqtisadiyyatın iş yerlərini itirməsi statistikasının genişlənməsi ilə səciyyəvi olmuşdur. 2008-ci ilin ortalarından aparıcı olkələrdə ipoteka defoltları, bankların problemli kreditlərinin artması, istehlak xərclərinin və investisiyaların azalması, muşahidə edilmişdir. 2009-cu ilin ilk rübündə dünyanın əksər inkişaf etmiş olkələrində tənəzzul meylləri yaranmış, Ümumi Daxili Məhsul kəskin azalmış, əmtəə bazarlarında qiymətlər, maliyyə bazarlarında aparıcı indekslər aşağı düşmüş, işsizlik artmışdır. Bu şəraitdə bir çox olkələrdə pul-kredit siyasəti əhəmiyyətli dərəcədə yumşaldılmış, dovlət xərcləri və budcə kəsirləri artırılmış, eyni zamanda maliyyə sistemi uzərində nəzarət gucləndirilmişdir. Bu məqsədlə məcmu qlobal tələbi dəstəkləmək üçün bir çox olkələrdə əlahiddə maliyyə stabilizasiyası və iqtisadiyyata yardım proqramları həyata keçirilmişdir.

Qlobal böhran dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatı üçün də əhəmiyyətli risklər yaratsa da qonşu Cənubi Qafqaz ölkələri ilə müqayisədə Azərbaycan ötən ili müsbət yekunla başa vurmuşdur. Çünki, Azərbaycan iqtisadiyyatı qlobal böhranını neft ixracatından gələn gəlirlər hesabına akkumilyasiya olunmuş kifayət qədər sərbəst maliyyə resursları ilə qarşılamışdır. Bu, böhrandan oncəki dovrdə neft hasilatının və ixracatının artımı hesabına yaradılmış valyuta ehtiyatları sayəsində mümkün olmuşdur. Bütün bunlar nəticəsində Azərbaycan iqtisadiyyatının “təhlukəsizlik yastığı” rolunu oynayan valyuta ehtiyatları börhan dövrü üçün makroiqtisadi və maliyyə sabitliyinin təminatına çevrilmişdir. Azərbaycan iqtisadiyyatı qlobal böhrana yuksək dayanıqlılıq nümayiş etdirərək öz muvazinətini itirməməsinin, ÜDM-in yüksık artım dinamikasını qoruya bilməsinin digər səbəbi də Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi antiböhran siyasəti olmuşdur. Belə ki, daxili və xarici maliyyə mənbələrinin azalması şəraitində Mərkəzi Bank pul siyasətini ciddi şəkildə yumşaltmalı oldu, uçot dərəcəsi 15%-dən 2%-dək azaldıldı. 2009-cu il ərzində qanunvericilikdə bir sıra əlavə tədbirlər görüldü: sığortalanan əmanətlərin məbləği 5 dəfə artırılaraq 6 min manatdan 30 min manata çatdırıldı; bankların xarici borclarının qaytarılmasını təmin etmək üçün onlara zəruri yardım göstərildi; qanunvericiliklə banklara və sığorta təşkilatlarına kapitallaşdırma məqsədi ilə vergi güzəştləri tətbiq olundu (Nizamnamə kapitalına yönəldilən mənfəət vergidən azad edildi), mümkün itkilər üzrə banklardan maliyyə ehtiyatlanması daha da artırıldı. Bütün bu tədbirlər 2009-cu ilin birinci rübündə bank sektorunda müşahidə edilən gərginliyi aradan qaldırılmasına və onlarin likvidliyinin sabitləşdirilməsinə xidmət edirdi. Azərbaycan bank sektorunun beynəlxalq maliyyə bazarlarına məhdud səviyyədə asılılğı şəritində Mərkəzi Bankın yuxarıda sadalanan antiböhran tədbirləri və birbaşa maliyyə yardımları bank sistemini iflasdan qurtarsa da, bank sektorunun köklü problemlərini həll edə bilmədi, sığorta, qiymətli kağızlar və lizinq bazarında ciddi tənəzzül meylləri müşahidə olundu.

Qlobal maliyyə böhranı dövründə əmtəə bazarlarında bəzi məhsulların, xüsusilə də neftin qiymətlərin ucuzlaşması səbəbindən valyuta daxilolmalarının, bundan başqa xaricdə yaşayan soydaşlarımızın sosial baxımdan xüsusi əhəmiyyət kəsb edən pul transferlərinin azalması nəticəsində Azərbaycan manatı devalvasiyası təzyiqləri ilə qarşılaşdı. 2009-cu ilin birinci rübündə xüsusilə şiddətlənən təzyiqlərə əhalinin devalvasiya gözləntilərinin də əlavə olunması milli valyutanın stabilliyini qorumaq üçün Mərkəzi Bankı xeyli resurslar sərf etməyə məcbur etdi və bununla əlaqədar olaraq yalnız ötən il ərzində Mərkəzi Bankın xalis emissiyası

Page 2: Qlobal maliyyə böhranının Azərbaycan iqtisadiyyatı əsirləri · Azərbaycanın tədiyyə balansı üçün $2 milyard itki deməkdir. Nəzərə alsaq ki, neftin orta qiyməti

1,8 mlrd. manat təşkil etdi. Bu pulların oyandığı rola nəzər salanda onu daha çox havaya atılmış gülləyə bəznzətmək və maliyyə böhranının təzyiqləri nəticəndə hökümətin itkiləri kimi qiymətləndimrək olar.

Ötən ilin yekunları əsasında aparılmış tədqiqatlar təsdiq edir ki, bu və ya digər səbəblərdən qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatına da negativ təsir gostərmiş və milli iqtisadiyyat bir sıra risklər ilə uzləşmişdir. Qlobal böhranın olkə iqtisadiyyatına təsiri əsasən neftin və digər qeyri-neft ixrac məhsullarının qiymətinin aşağı duşməsi, daxili əmtəə bazarlarında likvidlik probleminin yaranması, xüsusilə də qeyri-ticari sektorda təklif olunan məhsullar üzrə alıcılıq qabliyyətinin aşağı düşməsi səbəbindən əlavə dəyərin yaradılması prosesinin səngiməsi, ticari sektorun buraxılış qabliyyətinin və ixracat potensialının azalması, mill bank bazarına xarici kredit axınlarının kəskin məhdudlaşması, xaricdən pul transfertlərinin azalması, ev təsərrüfatlarında bank sektoruna inamın azalması və onların neqativ gozləntilərin artması vasitəsilə özünü gostərmişdir. Hökümətin müşahidə olunan belə neqativ tendensiyalara laqeyd münasibət bəsləməsi və seyrçi mövqeyi nəticəsində qlobal böhranın təsirindən Azərbaycan iqtisadiyyatı bir sıra risklərlə uzləşmişdir ki, onu da aşağıdakı kimi qruplaşdırmaq olar:

• davamlı makroiqtisadi artım tempinin yüksək sürətlə aşağı düşməsi (xüsusilə də qeyri-neft ÜDM-nin artım tempinin azalması);

• makro maliyyə sabitliyin pozulması (milli valyutanın devalvasiyası və inflyasiyanın yuksəlməsi);

• maliyyə sabitliyinin pozulması (bankların kredit portfelinin keyfiyyətinin əhəmiyyətli pisləşməsi və əmanətlərin bank sektorundan geri şəkilməsi, bankların odəniş qabiliyyətinin pisləşməsi, biznesin və ev təsərrüfatlarının kreditləşməsinin dayanması);

• iqtisadiyytda resessiyanın və cəmiyyətdə sosial deformasiyanın başlaması, mövcud iş yerlərinin itirilməsi.

Odur ki, bu risklərlə üz-üzə qalan 2009-cu ili Azərbaycan iqtisadiyyatı üçün ən çətin il kimi xarakterizə etmək olar. Belə ki, təzahürləri hələ 2008-ci ilin ikinci yarısından başlayan qlobal böhranın yaratdığı risklər Azərbaycan iqtisadiyyatında nominal ÜDM-in neqativ dinamikasını, adambaşına düşən ÜDM-in azalmasını, ÜMM-lə ÜDM arasında fərqin böyüməsini, qeyri-neft ÜDM-nin ümümi səviyyədən geridə qalan artımını, dövlət xərcləmələrinin ixtisarını, biznes mühitinin rəqabət qabliyyətinin aşağı düşməsinin, əhalinin gəlirlərinin artım tempinin azalmasını şərtləndirmişdir. Nəticədə Azərbaycan iqtisadiyyatında böhrandan əvvəlki 3 ildə müşahidə edilmiş orta illik 22%-lik iqtisadi artım sürəti 2009-cu ildə 9,3%-ə endi. İlk baxışdan bu artım dünyada tüğyan edən böhran şəraitində nəinki regional, hətta qlobal baxımdan kifayət qədər yuksək göstərici təsiri bağışlayır. Lakin unutmayaq ki, Azərbaycan hələ də xammal ölkəsi olaraq qalır və ÜDM-in artımı ölkə iqtisadiyyatının real vəziyyətini o qədər də adekvat ifadə etmir. Ötən il ölkə iqtisadiyyatının əsas ixrac məhsulundan - neftdən, daha doğrusu, onun qiymətindən asılılığını bir daha qabarıq şəkildə göstərdi. Belə ki, struktur təhlili göstərir ki, Azərbaycanda ÜDM-in üçdə iki hissəsi ixrac edilir və milli iqtisadiyyatın artımının yarıdan çoxu xarici tələb amilləri hesabına formalaşır. Bu baximdan ölkədə istehsal olunan neftin həcmi və onun dünya bazar qiymətlərinin dinamikası milli iqtisadiyyat üçün çox önəmlidir. Ötən il ÜDM-in real artımının 9,3% səviyyəsində qərarlaşmasında neft sektorunda formalaşan ÜDM-in 14,3%-lik və həcmcə ondan kiçik olan qeyri–neft ÜDM-nin 3,2%-lik artımı səbəb oldu. Qeyd edək ki, ÜDM-in real artımı istehsalın fiziki artım göstəricisidir və onun dinamikası sözsüz ki, ölkə iqtsadiyyatının aktivliyini əks etdirən göstərici kimi qəbul edilir. Ancaq iqtisadiyyatında xammal komponenti üstünluk təşkil edən ölkələr üçün fiziki həcmlərin artımını iqtsadiyyatın aktivliyi kimi səciyyələndirmək tam doğru olmazdı. Çünki həmin xammalın dəyişən qiyməti xarici faktorlarla, xarici tələblə müəyyənləşir və qiymətlər ucuzlaşdırda tamam başqa mənzərə yaranır. Bu isə ondan ibarətdir ki, Azərbaycanda UDM-in real artımı fonunda ölkənin müasir tarixində ilk dəfə nominal ÜDM-in 21,2%-lik azalması qeydə alındı, deflyatorun səviyyəsi 2008-ci ildəki 127,8%-dən, 78,8%-ə endi. Yəni daha çox məhsul və xidmətlər istehsal olundu, ancaq

Page 3: Qlobal maliyyə böhranının Azərbaycan iqtisadiyyatı əsirləri · Azərbaycanın tədiyyə balansı üçün $2 milyard itki deməkdir. Nəzərə alsaq ki, neftin orta qiyməti

onun müqabilində daha az vəsait əldə edildi. Daha ümumiləşdirici göstərici - adambaşına duşən ÜDM, 2008-ci ildəki 4604 manatdan ($5603), 2009-cu ildə 3917 manata ($4874) qədər azaldi. Azərbaycanda ÜDM-in nominal həcminin azalması neftin qiymətinin düşməsi və qeyri-neft sektorunun zəif inkişaf sürəti ilə bağlıdır.

Əsas makroiqtisadi göstəricilər Cədvəl 1.

2007 2008 2009

ÜDM , mln. AZN Artim tempi , %

28360,5 25,0

40137,2 10,8

34578,7 9,3

Adambaşına ÜDM , mln. AZN 2981 4603 3913

«Neft» ÜDM-i, mln.AZN Artım tempi , %

15411,7 36,8

22251,3 6,8

16257,3 14,3

«Qeyri-neft» ÜDM-i, млн.AZN Artım tempi , %

9533,9 11,4

15197,2 15,9

15683,2

İnflyasiya, % Orta illik

16,7

20,8

1,5

Əhalinin gəlirlərinin artım tempi, % 40,3 37,8 8,0

Orta aylıq əmək haqqı, AZN Artım tempi , %

214,0 42,0

274,4 24,2

298,0 8,6

Deflyator 121 127,8 78,8

2009-cu ildə Azərbaycanda faktiki bazar qiymətlərilə 34 mlrd. 579 mln. manatliq ÜDM istehsal edilib. Əvvəlki, 2008-ci ildə isə ölkədə 40 mlrd. 137 mln. manatlıq ÜDM əldə edilmişdi. Beləliklə, əgər maliyyə-iqtisadi böhran baş verməsəydi və 2009-cu ildə ortalama qiymətlər 2008-ci il səviyyəsində qalsaydi, onda ötən il nominal ÜDM-in həcmi 43 mlrd. 882 mln. manat təşkil edərdi. 2009-cu ildə nominal ÜDM-in baza və faktiki qiymətləri arasındakı fərq (43 mlrd. 882. mln manat - 34 mlrd. 579 mln. manat) 9 mlrd. 303 mln. manatdır ($11,6 mlrd). Bu, maliyyə-iqtisadi böhran nəticəsində Azərbaycanın əldən çıxartdığı, qazana bilmədiyi məbləğdir, dolayısı ilə itkisidir. Həmin bu itkilər özünü Dövlət Neft Fondunun və dövlət büdcəsinin planlaşdırılan gəlirlərinin azalmasinda, tikinti və digər biznes sahələrinin əldə edə biləcəyi qazanclarda göstərdi. Hesablamalr göstərir ki, neftin hər barelinin qiymətinin $10 düşməsi Azərbaycanın tədiyyə balansı üçün $2 milyard itki deməkdir. Nəzərə alsaq ki, neftin orta qiyməti 2009-cu ildə 2008-ci ildəki $96,5-dan, $62-a düşüb, nəticədə tədiyyə balansının profisiti hökumətin gözləntilərindən (hökümətin lkin hesablamalrına görə gözləntilər təxminən $16 mlrd. idi.) $5,8 mlrd. az olaraq $10,2 mlrd. səviyyəsinə enib.

Page 4: Qlobal maliyyə böhranının Azərbaycan iqtisadiyyatı əsirləri · Azərbaycanın tədiyyə balansı üçün $2 milyard itki deməkdir. Nəzərə alsaq ki, neftin orta qiyməti

02000400060008000

100001200014000160001800020000220002400026000280003000032000340003600038000400004200044000

1996 1997 1998 1999 2000 2001 2002 2003 2004 2005 2006 2007 2008 2009100102104106108110112114116118120122124126128130132134136138140

mln manat %%

Diaqram 1. Nominal ÜDM-in həcmi və real ÜDM-in artım tempi

2009-cu ildə ÜDM-in yarısını formalaşdıran sənaye sektorunda real artım 8,6% səviyyəsində olmuşdu. Əsas sənaye məhsulları olan xam neftin həcmi 13.5% artaraq 50.4 milyon tona, əmtəəlik təbii qaz hasilatı isə 16.3 milyard kub metrə çatmışdır. Ötən il ümumilikdə sənayenin əsas bölməsi olan mədənçıxarmada istehsalın həcmi əvvəki ili 12.5% üstələyib. Sənayedəki artım məhz mədənçıxarmadakı artım hesabına formalaşmışdi, çünki sənayenin digər iki bölməsində - emal sənayesi və elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölmələrində istehsalın müvafiq olaraq 7,7% və 10,8% azalması müşahidə edilib. Bunlara baxmayaraq sənaye sahəsində formalaşan ÜDM-in artımı 12,8% olmuşdur. Maddi istehsalın digər sahələrində - kənd təsərrüfatında ÜDM-in həcmi 3,5% artmış, tikintidə isə 8,2%-lik tənəzzül qeydə alınmişdı. Ümumilikdə UDM-in 64,1% iqtisadiyyatın istehsal (burada UDM-in artımı 10% təşkil edib), 28,3% xidmət sahələrinin payına düşmüş (+9,1%), məhsula və idxala görə ödənilmiş xalis vergilər isə ÜDM-in 7,6% -ni təşkil etmişdir (+1,8%).

Page 5: Qlobal maliyyə böhranının Azərbaycan iqtisadiyyatı əsirləri · Azərbaycanın tədiyyə balansı üçün $2 milyard itki deməkdir. Nəzərə alsaq ki, neftin orta qiyməti

2009-cu ilin yanvar-dekabr aylarında ümumi daxili məhsulun strukturu

6,7%

50,0%

7,4%

7,0%

1,0%

6,6%

2,0%

11,7%

7,6%

Kənd təsərrüfatı (6,7%) Sənaye (50,0%)Tikinti (7,4%) Ticarət və xidmətlər (7,0%)Mehmanxana və restoranlar (1,0%) Nəqliyyat (6,6%)Poçt və rabitə (2,0%) Sosial və fərdi xidmətlər (11,7%)Xalis vergilər (7,6%)

Diaqram 2. 2009-cu ildə ÜDM-in strukturu

ÜDM-in 50%-i sənayedə, 6,7%-i kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında, 7,4 %-i tikintidə, 6,6%-i nəqliyyat və anbar təsərrüfatında, 2,0%-i poçt və rabitədə, 7,0%-i topdan və pərakəndə ticarətdə, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri üzrə xidmətlərdə, 1,0%-i mehmanxana və restoran xidmətlərində, 11,7%-i isə sosial və digər xidmətlər göstərən sahələrdə istehsal olunmuşdur. Neftin dünya bazar qiymətinin ucuzlaşması neft sahəsinin ÜDM-dəki xüsusi çəkisinin 2008-ci ildəki 55,4%-dən 47%-ə saldı, nəticədə iqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 2008-ci ildəkinə nisbətən 7,5 faiz bəndi artaraq 45.4% təşkil etdi. Qeyri-neft ÜDM-nin 3,2%-lik artımına isə qeyri-neft maddi istehsal sahələri yox, xidmət sahələrində qeydə alınmış artımlar səbəb oldu, məsələn poçt və rabitə xidmətləri sahəsində 13,1%-lik artım, nəqliyyatdakı 9,3%, ticarətdəki 8,9%, sosial və digər xidmətlər sahəsindəki 7,7%-lik artımlar. Nominal ÜDM-in neqativ dinamikası fonunda DSK-nın məlumatına görə, ötən il Azərbaycan əhalisinin pul gəlirləri 2008-ci ildəkilə müqayisədə 8,0% artaraq 22,4 mlrd. Manata, adambaşına düşən gəlirlər isə 6,7% artaraq 2 537,1 manata (ayda 211,4 manata) çatdı. Ayrı-ayrı ölkələrin praktikasından və eyni zamanda mövcud aparıcı nəzəryyələrdən çıxış edərək, demək olar ki, əslində bir qayda olaraq nominal ÜDM-in azalması əsasən əhalinin gəlirlərinin azalması və işsizliyin artmasına gətirib çıxarır. Nəzərə alsaq ki, rəsmi məlumatlara görə, 2008-c illə müqayisədə ötən il daimi yaradılan iş yerlərinin sayı 35 min nəfər azalıb,eyni zamanda ixtisar edilmiş işçilərin sayı 3 dəfəyədək (2008-ci ildə 3037 nəfərdən 2009-cu ildə 8747 nəfərədək) artıb, bu halda əhalinin gəlirlərinin artımı ilə bağlı bəyan olunan rəsmi statistika şübhə döğurur. Digər tərəfdən də rəsmi statistika göstərir ki, əhalinin gəlirləri istehsal olunmuş faktiki ÜDM-də 14 faiz bəndi artaraq 64,8%-ə qədər yüksəldi. Halbuki həmin göstərici 2008-ci ildə 50,9% olub. Bu isə özlüyündə ötən il əsas fondlara, dövriyyə vəsaitlərinə və ümumilikdə məcmu yığıma yönəldilən vəsaitlərin azalması səbəbindən istehlakla yığım arasında paritetin pozulmasdan xəbər verir. Əslində bu dəyişiklik, yəni əhalinin gəlirlərinin ÜDM-dəki xüsusi çəkisinin artımı istehlak bazarlarına ciddi təzyiq göstərməli, iqtisadiyyatda mövcud qiymətləin orta səviyyəsinin yüksəlməsini də şərtləndirməli idi. Lakin, ötən il ərzində əhalinin gəlirlərinin əsas mənbəyi olan əmək haqlarının da orta hesabla 8,6% artaraq 298 manata çatması istehlak bazarlarında müvafiq qiymət artımlarına səbəb olmadı. Əhali əlindəki vəsaitləri daha qənaətlə xəclməyə üstünlük verdi.

Page 6: Qlobal maliyyə böhranının Azərbaycan iqtisadiyyatı əsirləri · Azərbaycanın tədiyyə balansı üçün $2 milyard itki deməkdir. Nəzərə alsaq ki, neftin orta qiyməti

Ötən il ölkədə müşahidə olunan deflyasiya və inflyasiya Azərbaycanda iqtisadi prosesləri yarıya böldülər. Belə ki, iİlin birinci yarısı deflyasiya, ikinci yarısı isə inflyasiya prosesləri şəraitində keçdi və aylıq istehlak qiymətləri indeksi 1,6 faiz bəndi (-0,8%, +0,8% arasında tərəddüd etdi) hüdudlarında dəyişərək illik +1,5% təşkil etdi. Qeyd etmək lazımdır ki, 2008-ci ildə inflyasiya 2007-ci illə müqayisədə 20,8% olub.

Qlobal maliyyə böhranının neqativ təsirləri nəticəsində ötən il ÜDM-in yığıma gedən hissəsi, investisiya qoyuluşları kifayət qədər azaldı. Rəsmi məlumatlara əsasən əsas kapitala yönəldilən investisiyaların həcmi ötən il 18,7% azalaraq (2008-ci ildə müvafiq göstərici 34,4% artımla ifadə olunmuşdu) 7 mlrd. 359 mln. manat təşkil etdi. Nəticədə milli iqtisadiyyat xarici investisiyaların 1/3-ni itirdi, daxili investisiyaların həcmi də 14,2% azaldı. Daxili investisiyaların əsas mənbələrindən olan dövlət büdcəsinin xərcləri 28% azalaraq 2 mlrd. 678 mln. manat və ya ümumi investisiyaların 36,4%-ni təşkil etdi. Büdcə investisiyalarının azalmasının səbəbi daxilolmalar üzrə bütün il boyu büdcənin icra olunmaması idi. 2009-cu il üzrə icmal büdcənin gəlirlərini proqnozlaşdırılan zaman neftin hökumət tərəfindən hesablama bazası kimi istifadə etdiyi qiymət həddi (80 dollar ) özünü doğrultmadı. Dünya bazarında neftin ğtən il üçün orta qiymətinin 62 dollar olması reallıqda 2009-cu il büdcəsini gözlənildiyindən də gərgin vəziyyətə saldı. Xüsusi qeyd etmək lazımdır ki, 2009-cu il büdcəsinin 2008-cu il büdcəsindən zəif icrası Neft Fondundan dövlət büdcəsinə transfertlərin 2008-ci ildəkinə nisbətən 1 mlrd. 115 mln. manat artırılması, yəni 3 mlrd. 800 mln. manatdan 4 mlrd. 915 mln. manata çatdirılması fonunda baş verib. Lakin buna da baxmayaraq 2009-cu ildə dövlət büdcəsinin gəlir və xərcləri 2008-ci ilin göstəricilərindən aşağı səviyyədə icra olundu. İlkin məlumatlara görə, ötən il dövlət büdcəsinə 10 mlrd. 326 mln. manat yığmaq mümkün olub. Bu isə 2008-ci ildəkindən 4,1% və ya 438 mln. manat azdır. Büdcə xərcləri isə ötən il 2008-ci ildəkindən 1,9% və ya 112 mln. manat az olaraq, 10 mlrd. 568 mln. manat səviyyəsində icra olundu.

Diaqram 3. 2009-cu ildə büdcə xərcləmələri 2009-cu ildə büdcə daxilolmalarının 39,8 faizi və ya 4113,5 mln. manatı Azərbaycan Respublikasının Vergilər Nazirliyi, 10,8 faizi və 1112,7 mln. manatı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən təmin edilmiş, 47,6 faizi və ya 4915,0 mln. manatı Azərbaycan Respublikası Dövlət Neft Fondundan, 1,8 faizi və ya 184,7 mln. manatı sair mənbələrdən daxil olmuşdur. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən 2009-cu ildə toplanmış ümumi vəsaitlərin 56,6 faizini və ya 2327,7 mln. manatını qeyri-neft gəlirləri

Page 7: Qlobal maliyyə böhranının Azərbaycan iqtisadiyyatı əsirləri · Azərbaycanın tədiyyə balansı üçün $2 milyard itki deməkdir. Nəzərə alsaq ki, neftin orta qiyməti

təşkil edir ki, bu da proqnoza nisbətən 742,3 mln. manat və ya 24,2 faiz az, 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 70,0 mln. manat və ya 3,1 faiz çoxdur. 1

Ötən il Azərbaycanın xarici ticarət statistikası da ürəkaçan olmadı. Rəsmi statistikaya görə, xarici ticarət dövriyyəsinin 2,5 dəfədən artıq azalması qeydə alındı. Əgər 2008-ci ildə Azərbaycanın ixrac-idxal əməliyyatları $54 mlrd. 920 mln. təşkil edirdisə, ötən il bu göstərici $20 mlrd. 818 mln.-a qədər azaldı. İxracat ayrılıqda 3,2 dəfədən artıq - 2008-ci ildəki $ 47 mlrd. 756 mln.-dan 2009-cu ildə $14 mlrd. 698,5 mln.-a qədər azaldı. Azərbaycana idxal isə cəmi 14,6% azalaraq, $6 mlrd. 119 mln. təşkil etdi. Azərbaycan ixracatının əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, ölkənin aktiv ticarət saldosu qorunub saxlandi. 2009-cı ildə Azərbaycanın xarici ticarətində müsbət saldo $8 mlrd. 579 mln. təşkil etdi. Müqayisə üçün qeyd edək ki, 2008-ci ildə bu göstərici 4,7 dəfə çox olub və $40 mlrd. 593 mln. təşkil edib. Acınacaqlı vəziyyət ölkənin qeyri- neft ixracında müşahidə olundu. Qlobal tələbatın azalması və bunun nəticəsində qiymətlərin azalması keyfiyyətcə nisbətən aşağı olan Azərbaycan məhsullarinin rəqabətliliyini daha da zəiflətdi. Alüminium və ondan hazırlanan məmulatların ixracı 10 dəfə, kimya sənayesi məhsullarının ixracı 3 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlarin ixracı 2 dəfə azaldı, hətta meyvə-tərəvəzin də ixracında 10%-lik azalma qeydə alındı. Adambaşına düşən qeyri-neft ixracatı 2008-ci ildəki $167-dan 2009-cu ildə $124-a enib. Hesablamalara görə, Azərbaycan adambaşına qeyri-neft ixracatına görə, keşmiş sovet ölkələri üzrə orta göstəricidən geri qalır. Azərbaycanın xarici dövlət borcu 2009-cu ildə $420,7 mln. və ya 14% artaraq bu ilin 1-i yanvarına $3421,8 mln. oldu. Onun ÜDM-də payı 6,4%-dən 7,95%-ə yüksəldi. Adambaşına xarici borc isə $380,3-ə çatdı. 1 yanvar 2010-cu il tarixinə Azərbaycanın iqtisadi islahatların həyata keçirilməsi üçün cəlb etdiyi kreditlərin məbləği $326,91 mln. və ya ümumi öhdəliklərin 9,6%-i olub (bundan $61,96 mln. BVF-yə, $264,96 mln. DB-yə olan borcdur). Öhdəliklərin $3094,86 mln. (xarici borcun 90,45%-i) həcmində qalan hissəsi investisiya layihələri, o cümlədən: elektroenergetika sektorunda - $1359,8 mln., yol tikintisi və nəqliyyatda - $868,48 mln., su təchizatı və meliorasiyada - $309,81 mln., neft-qaz və kimya sahəsində - $207,34 mln, sosial sahədə - $153,94 mln, kənd təsərrüfatında - $124,78 mln. və başqa sahələr üzrə $70,71 mln. həcmində cəlb edilən kreditlərdir. Qlobal maliyyə böhranın bisnesə təsirləinə gəlincə, qeyd etməliyik ki, İqtisadi Tədqiqatlar Mərkəzinin apardığı tədqiqatlar göstərdi ki, sorğuya cəlb edilən 238 firmanın 80 faizə qədəri böhranın təsirlərindən əziyyət çəkib. Maliyyə böhranının mənfi təsirlərinə məruz qalan Azərbaycan şirkətlərinin 47,54 faizi bunu 2008-ci ildən, 52,46 faizi 2009-cu ildən hiss etməyə başlayıb. Tədqiqat göstərdi ki, sorğuya cəlb edilən şirkətlərin 33,8 faizinin satışdan daxil olan gəlirləri böhrandan sonra ildə 30 faizdən çox, 38,3 faiznin gəlirləi 5 faizlə 30 faiz arasında artırdısa, əskinə böhran dövründə 60,3 faiz şirkətlərin gəlirləri 5 faizlə 30 faiz arasında, 28,6 faiznin gəlirləri isə 30 faizdən çox aşağı düşmüşdür. Şirkətlərin məşqulluq göstəriciləri üzrə, vəziyyət eynilə satişdan əldə etdikləri gəlirlərin həcminə adekvat olmuşdur. Belə ki, əgər böhrandan əvvəl şirkətlərin 22,8 faizi tamştatlı işçilərinin sayını 30 faizdən çox, 33,3 faizi 5 faizlə 30 faiz arasında artırdisa, əksinə böhran dövründə şirkətlərin 60 faizi tam ştatlı işçilərin sayının 5 faizdən 30 faizədək, 20 faizi isə 30 faizdən çox istisar etmişdir. Tədqiqat göstərmişdir ki, böhrandan əvvəlki vəziyyətlə müqayisədə böhran dövründə eyni tendensiya şirkətlərin investisiya qoyuluşlarının azalmasında, istehsal etdiklləri malın və göstərdikləri xidmətin ucuzlaşmasında, baklardan aldıqları borcların istifadəsində də müşahidə olunmuşdur.

Müqayisəli tədqiqat göstərdi ki, iqtisadi böhran sahibkarlıq obyektlərinin satışdan gəlirlərinə, dövriyyə kapitalına, investisiya qoyuluşlarına neqativ təsir etməklə onların büdcə ödənişlərində də ləngimə riskini artırır. Qlobal maliyyə böhranı şəraitində yerli sahibkarlığın inkişaf etdirilməsi, onların birbaşa vergi yükünün azaldılması məqsədi ilə 2010-cu ildən mənfəət 1 Mənbə: www.maliyye.gov.az

Page 8: Qlobal maliyyə böhranının Azərbaycan iqtisadiyyatı əsirləri · Azərbaycanın tədiyyə balansı üçün $2 milyard itki deməkdir. Nəzərə alsaq ki, neftin orta qiyməti

vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilməsi, bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin azaldılmasına dair ötən ildə qanunvericiliyə dəyişikliklər edilmişdir. Ev təsərrüfatlarının yaşayış şəraitinə təsirinə gəlincə, qlobal maliyyə böhranı dövründə baş verən dəyişikliklər - ÜDM-in tərkibində istehlak xərclərinin dinamikası, infrastrurktura yönələn dövlət xırcləmələrinin azalması, yeni yaradılan iş yerlərinin tərkinində daimi iş yerlərinin artım dinamikasının aşağı düşməsi, ixtisar olunan iş yerlərinin sayının artması, istehlak kreditlərinin məhdudlaşması, xaricdən göndərilən pul baratlarının azalması - bu sahədə vəziyyəti xeyli pisləşdirmişdir. Bütün bunlar bir tərəfdən ev təsərrüfatlarının rəsmi gəlirlərinin artım tempinin aşağı düşməsini, digəır tərəfdən də onların sosial-iqtisadi tərəqqinin nəticələrinə çıxış imkanlarının azalmasını şərtləndirmişdir. Buna baxmayaraq rəsmi statistik məlumatlarda ölkədə yoxsulluğun səviyyəsinin 11 faizədək aşağı düşməsi gerçək vəziyyəti təhrif edir.

Rəsmi məlumatlara əsasən 2008-ci ilin yekunları ilə müqayisədə 2009-cu il ərzində yoxsulluq 13,2 faizdən 11 faizə düşmüşdür. Lakin, Azərbaycanda yoxsulluq həddinin hələ də yuxarı həddə olması bir reallıqdır. Bunu İqtisadi Tədqiqatlar Mərkəzinin 2009-cu ildə 3000 ev təsərrüfatı arasında apardığı sorğuların nəticəsi də təsdiq edir. Belə ki, rəyi soruşulanların 16 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşadığını bildirmişdir. Lakin burda obyektiv amillərin təsirini də nəzərdən qaşırmaq olmaz, belə ki, nəzərə almaq lazımdır ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərin əhalinin ümumi sayındakı xüsusi çəkisi 12% təşkil edir.

Ötən il dünya iqtisadiyyatının yekunları göstərdi ki, iqtisadi artımı kredit və kapital axınından asılı olan inkişaf edən və böyüyən iqtisadiyyatların bir çoxu maliyyə böhranından ziyan çəkib, Azərbaycan maliyyə böhranının təsirlərinə daha az məruz qalmasının səbəblərindən biri də onun iqtisadi artımının kredit və kapital axınlarından daha az asılı olmasıdır ki, bunu da ölkədə yüksələn xətlə müşahidə oluan neft və qaz hasilatının və ixracatının artımı ilə izah etmək olar. Lakin bütün bunlara baxmayaraq tədqiqatlar göstərdi ki, qlobal maliyyə böhranın Azərbaycan iqtisadiyyatına makroqitisadi axınlarda olduğu kimi hərtərfli qayda, həm üfüqi, yəni bazarlar (əmtəə, maliyyə, valyuta, pul-kredit, qiymətli kağızlar) üzrə və həm də şaquli yəni iqtisadi agentlər (hökümət, biznes və ev təsərrüfatı) üzrə təsir etmişdir. Odur ki, qlobal böhran Azərbaycan hökümətin qarşısında duran iqtisadi artımda dayanıqlıq və maliyyə sektorunda sabitlik risklərinin adekvat idarə olunması üzrə problemləri daha da aktuallaşdırmışdır. Orta və uzunmuddətli dovrdə iqtisadiyyatın, məşğulluğun, budcə və ixrac gəlirlərinin yuksək dərəcədə diversifikasiyasına (şaxələnməsinə) nail olmaq, bu əsasda olkədə uzunmuddətli makroiqtisadi dayanıqlığı təmin etmək və millin iqtisadiyyatın beynəlxalq rəqabət qabliyyətini artırmaq olkə qarşısında duran əsas çağırışdır. Bu çağırışı nəzərə alaraq iqtisadi dayanıqlığın mühüm əsaslarından olan makroiqtisadi və maliyyə sabitlyinin möhkəmlənməsi, habelə qlobal böhranın iqtisadiyyata, biznesə və ev təsərrüfatlarına neqativ təsirlərinin aradan qaldırılması Azərbaycan hökümətinin qarşısında duran başlıca vəzifələrdən biridir.

Ötən 2009-cu ili Azərbaycan iqtisadiyyatı üçün ən çətin il kimi xarakterizə edir. Belə ki, təzahürləri hələ 2008-ci ilin ikinci yarısından başlayan qlobal böhranın yaratdığı risklərin foununda Azərbaycan hökümətinin adekvat reaksiyasına əsaslanan antiböhran tədbirlərinin vaxtında və sistemli şəkildə həyata keçirilməməsi son nəticədə milli iqtisadiyyatda nominal ÜDM-in neqativ dinamikasını, adambaşına düşən ÜDM-in azalmasını, ÜMM-lə ÜDM arasında fərqin böyüməsini, qeyri-neft ÜDM-nin ümümi səviyyədən geridə qalan artımını, dövlət xərcləmələrinin ixtisarını, biznes mühitinin rəqanbət qabliyyətinin aşağı düşməsinin, əhalinin gəlirlərinin artım tempinin azalmasını şərtləndirmişdir. Bu səbəblərdən də Azərbaycanda UDM-in real artımı fonunda ölkənin müasir tarixində ilk dəfə nominal ÜDM-in 21,2%-lik azalması qeydə alınmış, deflyatorun səviyyəsi 2008-ci ildəki 127,8%-dən, 78,8%-ə enmiş, adambaşına duşən ÜDM, 2008-ci ildəki 4604 manatdan ($5603), 2009-cu ildə 3917 manata ($4874) qədər azalmışdır.

Hesablamalar göstərir ki, 2009-cu ildə Azərbaycanda faktiki bazar qiymətlərilə 34 mlrd. 579 mln. manatliq ÜDM istehsal edilib. 2008-ci ildə isə ölkədə 40 mlrd. 137 mln. manatlıq

Page 9: Qlobal maliyyə böhranının Azərbaycan iqtisadiyyatı əsirləri · Azərbaycanın tədiyyə balansı üçün $2 milyard itki deməkdir. Nəzərə alsaq ki, neftin orta qiyməti

ÜDM əldə edilmişdi. Beləliklə, əgər maliyyə-iqtisadi böhran baş verməsəydi və 2009-cu ildə orta qiymətlər 2008-ci il səviyyəsində qalsaydi, onda ötən il nominal ÜDM-in həcmi 43 mlrd. 882 mln. manat təşkil edərdi. 2009-cu ildə nominal ÜDM-in baza və faktiki qiymətləri arasındakı fərq (43 mlrd. 882. mln manat - 34 mlrd. 579 mln. manat) 9 mlrd. 303 mln. manatdır ($11,6 mlrd). Bu, maliyyə-iqtisadi böhran nəticəsində Azərbaycanın əldən çıxartdığı, qazana bilmədiyi məbləğdir, dolayısı ilə itkisidir.

Yekun olaraq qeyd etmək isterdim ki: • Qlobal maliyyə böhranın Azərbaycan iqtisadiyyatına neqativ təsirləri heç də rəsmiləri

bəyan etdiyi kimi səngiməyib, bu istiqamətdə mənfi tendensiyaların davam etməsindən milli iqtisadiyyat, xüsusilə də biznes mühiti və ev təsərrüfatları hələ də əziyyət çəkməkdədir;

• Azərbaycan iqtisadiyyatının qlobal böhrana yuksək dayanıqlılıq nümayiş etdirərək öz muvazinətini itirməməsinin, ÜDM-in yüksək artım dinamikasını qoruya bilməsinin əsas səbəbi böhrandan oncəki dovrdə neft hasilatının və ixracatının artımı hesabına yaradılmış böhran dövründə “təhlukəsizlik yastığı” rolunu oynayan valyuta ehtiyatları olmuşdur.

• Azərbaycan iqtisadiyyatının qlobal maliyyə böhranından az təsirlənməsi digər tərəfdən də hökümətin ardicil və məqsədyönlü siyasətinin nəticəsi kimi deyil, milli iqtisadiyyatda artım tempinin kapital və maliyyə qaynaqlarında qidalanmaması və təbii resursların istismarı yüksəlməsi və xammal ixracatı ilə bağlıdır;

• Tədqiqatlar göstərir ki, hansı ölkələrdəki gizli iqtisadiyyatın səviyyəsi yüksək olub, həmin ölkələrin milli iqtisadiyyatında qlobal maliyyə böhranının rəsmi göstəriciləri neqativ təsiri ciddi hiss olunmayıb. DB-nin Azərbaycanla bağlı misiyasının açıqlamalarına görə, Azərbaycanda gizli iqtisadiyyatın ÜDM-də xüsusi çəkisi 60 faiz təşkil edir.

• Aparılan hesablamalara görə, maliyyə-iqtisadi böhran nəticəsində Azərbaycanın əldən çıxartdığı, qazana bilmədiyi məbləğ, dolayısı ilə itkisi 9 mlrd. Manatdan çox olub.