azƏrbaycan dÖvlƏt aqrar unİversİtetİ

40
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ AQRONOMLUQ İXTİSASI ÜZRƏ FİTOPATOLOGİYA KURSU

Upload: basil-huffman

Post on 01-Jan-2016

81 views

Category:

Documents


1 download

DESCRIPTION

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. AQRONOMLUQ İXTİSASI ÜZRƏ FİTOPATOLOGİYA KURSU. II Bölmə: Bitki xəstəlikləri. Mövzu 7 . Dənli –paxlalı və yonca bitkilərinin xəstəlikləri, onlarla mübarizənin başlıca prinsipləri. Kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov. - PowerPoint PPT Presentation

TRANSCRIPT

Page 1: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

AZƏRBAYCAN DÖVLƏT

AQRAR UNİVERSİTETİ

AQRONOMLUQ İXTİSASI ÜZRƏ

FİTOPATOLOGİYA KURSU

Page 2: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

II Bölmə: Bitki xəstəlikləri

Mövzu 7. Dənli –paxlalı və yonca bitkilərinin xəstəlikləri, onlarla mübarizənin başlıca prinsipləri

Kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov

Page 3: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

P L A N:

7.1 Dənli-paxlalı bitkilərin göbələk xəstəlikləri və onlarla

mübarizənin əsas şərtləri

7.2 Dənli-paxlalı bitkilərin bakteriya mənşəli xəstəlikləri və

onlarla mübarizə

7.3 Dənli-paxlalı bitkilərin virus mənşəli xəstəlikləri və onlarla

mübarizə

7.4 Yonca bitkisinin əsas xəstəlikləri və onlarla mübarizənin

başlıca prinsipləri

Page 4: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

1.İbrahim Cəfərov Tarla bitkilərinin xəstəlikləri. Bakı: «Elm», 2009, 326 s.2.İbrahim Cəfərov Fitopatologiya. Bakı: «Şərq-Qərb», 2012, 561 s.3. Гриценко В.В., Стройков Ю.М., Третьяков Н.Н. Вредители и болезни сельскохозяйственных культур. 2-е изд., перераб. М.: «Академия», 2010, 224 с.4. Ciancio, Aurelio, Mukerji, K.G. Integrated Management of Diseases Caused by Fungi, Phytoplasma and Bacteria, 2008, 450 p.5. Howard F.Schwartz, James R.Steadman Compendium of Bean Diseases. The American Phytopathological Society, 2005, 108 p.6. Mukerji, K.G Fruit and vegetable diseases, Springer, 2004, 562 p.7. Jorgen Stenersen Chemical Pesticides.CRC Press, 2004, 296 p.

Ədəbiyyat

Page 5: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ
Page 6: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Ascomycota

şöbəsi, Euascomycetes sinfi,

Erysiphales sırası, Erysiphaceae

fəsiləsi, Erysiphe cinsi

Bioloji qrupu:

Biotrof

7.1 Dənli-paxlalı bitkilərin göbələk xəstəlikləri və onlarla mübarizənin əsas şərtləri

Dənli-paxlalı bitkilərin unlu şehi – Erysiphe communisf. pisi (H.A.Dietr.) Jacz.

Page 7: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Xəstəlik yarpaq və paxlalarda baş verir. Göbələk ağ torlu örtük əmələ gətirir. Müəyyən müddətdən sonra örtük boz rəng alır.

Yarpaqlar qıvrılır və ölürlər.

Sirayətlənmiş cavan paxlalar toxum vermirlər. Vegetasiya dövrü göbələk konidi (anamorf) və kisə (teliomorfa) spor mərhələlərini

əmələ gətirir.

Konidi mərhələsi birhüceyrəli, rəngsiz, elliptik konidilərlə təmsil olunur. Onların ölçüləri 28-44 x 17-18 mkm-dir.

Vegetasiyanın sonunda kisə mərhələsi baş verir. O, sarıtəhər və ya tünd-qonur kleystotesilərdən ibarətdir. Meyvə bədəni- kleysto-tesilər şarşəkilli, 160 mkm diametrli, çoxsaylı çıxıntılıdır (10-28 ədəd). Çıxıntılar rəngsiz, radikal yerləşmiş, küt uc budaqlarına

malikdir. Kisələr ellepsoidal, 4-6 askosporludur. Askosporlar birhüceyrəlidir, rəngsizdir, ölçüləri 16-22 x 9-12 mkm-dir.

Page 8: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Lərgəni (Lathyris pratensis L.)

Yem paxlalıları (Vicia fabae L.)

Vika (Vicia cativa L.)

Xəstəlik törədici noxuddan əlavə

yoluxur:

Page 9: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ
Page 10: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ
Page 11: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ
Page 12: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Avropa ölkələri

America

Kanada

Hindistan

Yeni Zelandiya

Yaponiya

MDB

Page 13: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Optimal temperatur 18-22°C

Nisbi nəmlik 60-80%

İnkubasiya müddəti 4-5 gün

Xəstəliyi ləngidir- güclü yağişlar

Xəstəliyin əmələ gəlməsi, may- iyun

Xəstəliyi şiddətləndirir, quru- isti hava

Page 14: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Aqrotexniki

Davamlı sort

Erkən səpin

Növbəli əkin

Bitki qalıqlarının məhv edilməsi

Kimyəvi

Tiovit djet 2kq/ha

Panç 0,1 l/ha

Valsaton 0,2 kq/ha

Kumulus 4 kq/ha

Page 15: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi,

Anamorfic fungi şöbəsi, Hyphomycetes

sinfi, Hyphomycetales sırası,

Dematiaceae fəsiləsi, Alternaria cinsi

Bioloji qrupu:

Hemibiotrof

Noxudun alternariozu - Alternaria alternata (Fr.) Keissl.

Page 16: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Mikroorqanizm məhv olmuş bitki qalıqlarında inkişaf edir, məxməri zeytuni örtük əmələ gətirir. Belə örtük göbələyin mitsel və konidilərindən ibarətdir. Konidilər zeytuni, qara

qonur, əkssancaqşəkilli, 3-6 eninə və 1 uzununa arakəsməlidir. Onlar dağılan zəncirlər əmələ gətirə bilirlər.

Vegetasiya dövrü göbələk konidilərlə yayılır.

Kosmopolitdir. Ölkəmizdə də bu xəstəlik qeydə alınmışdır.

Xəstəlik törədici geniş temperatur 18-280C həddində və yüksək rütubətdə inkişaf edir.

Noxud bitkisinə əhəmiyyətli zərər vura bilmir, lakin toxumların cücərmə qabiliyyəti azalır.

Yüksək aqrotexnika, əkin materialının saxlanma şəraitinə əməl edilməsi, bitki qalıqlarının məhv edilməsi zəruri

tədbirlərdəndir.

Page 17: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ
Page 18: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ
Page 19: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Göbələyin konididaşıyanları və konidiləri

Page 20: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Təsnifatda yeri:

Chromista aləmi, Oomycota şöbəsi,

Oomycetes sinfi, Peronosporales

sırası, Peronosporaceae fəsiləsi,

Peronospora cinsi

Müasir adı: Peronospora viciae

f.sp. pisi Boerema & Verh.

Bioloji qrupu:

Biotrof

Noxudun yalançı unlu şehi - Peronospora pisi Syd.

Page 21: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Xəstəlik 2 formada əmələ gəlir, diffuz və ya ümumi, lokal və ya yerli. Yoluxma nəticəsində yarpaqlarda, yarpaqyanlığı və

kasayarpaqlarda sarıtəhər və ya qəhvəyi ləkələr meydana çıxır.

Yarpağın alt tərəfində göbələyin konidi spormərhələsindən ibarət olan boztəhər- bənövşəyi örtük inkişaf edir. Paxlalarda sirayətlənmiş toxuma solğunlaşır, sonra tünd qəhvəyi çalara

malik olur.

Konididaşıyanlar qəhvəyi-bənövşəyi, dixotamik budaq- lanandır, konidilər sarıtəhər, ellipsoidal, ölçüləri 18-28 x

17-22 mkm-dir. Göbələk eyni zamanda cinsi spormərhələsində inkişaf edir və oosporlar verir. Onlar şarşəkilli, sarıtəhər-qəhvəyi,

qalın büzməli örtüklü, 30-35 mkm ölçülüdür.

İnfeksiyanın ilkin mənbəyi sirayətlənmiş bitki qalıqlarıdır. Patogen məhz oosporlarla bitki qalıqlarında qışlayır və

gələn il ilkin infeksiyanı törədir.

Page 22: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ
Page 23: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ
Page 24: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Göbələyin konididaşıyanları və konidiləri

Page 25: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Peronosporoz və ya yalançı unlu şeh xəstəliyi Avropa, Hindistan, Şimali Amerika, Afrika və Yeni Zellandiyada geniş yayılmışdır. MDB məkanında bitkinin becərildiyi bütün rayonlarda (Orta

Asiyanın bəzi ölkələri istisna olmaqla) rast gəlinir. Azərbaycanda noxud əkinlərinə zərər vuran ən geniş yayılmış xəstəliklərdəndir.

Peronosporozun inkişafına rütubətli soyuq hava (orta gündəlik temperatur 15-170C) zəmin yaradır.

D.S.Makaşova (1973) göstərir ki, xəstəlik güclü inkişaf edən zaman dən məhsulunun itkisi 25-75%, yaşıl kütlə 15-20% ola bilir.

Növbəli əkin dövriyyəsinə əməl edilməli, paxlalı bitkilər əvvəlki əkin yerinə 3-4 ildən qaytarılmalı, erkən müddətli səpinlər, toxumların

dərmanlanması önəmlidir. Toxumluq sahədə xəstəliyin ilkin simptomları göründükdə moniko bordo 4,0 kq/ha, kurzat 1,8 kq/ha, ridomil qold MS 2,0 kq/ha preparatlarından biri ilə çiləmə aparılır.

Page 26: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Təsərrüfatda yeri:

Fungi və ya Mycota aləmi, Anamorfic

fungi şöbəsi, Coelomycetes sinfi,

Sphaeropsidales sırası,

Sphaeropsidaceae fəsiləsi, Ascochyta

cinsi

Bioloji qrupu:

Hemibiotrof

Noxudun askoxitozuSolğun ləkəli askoxitoz – Ascochyta pisi Lib.

Tünd ləkəli askoxitoz- Ascochyta pinodes L.K. Jones.

Page 27: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

3

4

Solğun askoxitoz xəstəliyinin törədicisi Ascochyta pisi əsasən paxla və toxumları, az miqdarda isə gövdə və

yarpaqları yoluxur.

Tünd ləkəli askoxitozun törədicisi Ascochyta pinodes bitkinin bütün orqanlarını yoluxur. Göbələk yarpaqlarda

qabarıq, müxtəlifşəkilli, ölçülü, formalı tünd qəhvəyi ləkələr əmələ gətirir.

Ləkənin kənarında tünd çalar yoxdur, mərkəz tünddür. Gövdələr üçün kiçik, nöqtəli və ya uzunsov yaralar

xarakterikdir.

Piknosporlar rəngsiz, uzunsov (A.pisi), silindrik (A.pinodes), əyilmiş uclu, ikihüceyrəlidir. A.pinodes kisə mərhələsini tünd qonur psevdotesi kisələrlə əmələ gətirir. Kisələr sancaqşəkilli və ya silindrikdir. Hər kisədə adətən 8 ədəd rəngsiz həlqəli-

elleptik ikihüceyrəli askosporlar yerləşirlər.

Page 28: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ
Page 29: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ
Page 30: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ
Page 31: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ
Page 32: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

a-piknosporlar; b- piknid kəsikdə

Page 33: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

XƏSTƏLİK TÖRƏDİCİLƏRİN

YOLUXDUĞU BİTKİLƏR

Lərgə (Lathyrus pratensis L.)

Nut (Cicer arietinum L.)

Vika (Vicia sativa L.)

Mərcimək (Lens esculenta Moench.)

Lobya (Phaseolus vulgaris L. Sav.)

Page 34: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Askoxitoz Avropa ölkələrində, ABŞ və Kanadanın Şərq hissəsində, Yaponiya, Marokko, Cənubi Afrika, Yeni Zellandiya, Avstraliya kimi

ölkələrdə böyük zərər vurur. Rusiya Federasiyasının Qaratorpaq zonasında, cənub vilayətlərində və Sibirdə xəstəlik geniş yayılmış

və ciddi itkilərə səbəb olur. Azərbaycanda becərilən noxud əkinlərində xəstəliyin hər iki formasına rast gəlinir.

Bitkilərin sirayətlənməsi 40C-dən yuxarı temperaturda və 90%-dən yüksək rütubətdə baş verir. Askoxitozun güclü inkişafı kifayət qədər yağışlar yağanda və 20-250C temperaturada baş verir. Rütubətli və

quru havalar növbələşən zaman xəstəliyin inkişafı ləngiyir, 350C-dən yuxarı temperaturda isə tamamilə dayanır.

Xəstəliklə digər dənli paxlalı bitkilər yoluxsa da noxuda daha ciddi ziyan vurur. Zərərlilik toxumların cücərmə qabiliyyətinin aşağı

düşməsi, cücərtilərin yatması, məhsuldarlığın aşağı düşməsi, yaşıl noxudun dad keyfiyyətlərinin pisləşməsi ilə xarakterizə edilir.

Page 35: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

• Növbəli əkin• Sağlam toxum materialı• Davamlı sort• Bitki qalıqlarının məhv edilməsi

YÜKSƏK AQROTEXNİKA

• Bunker (60 qr/l tebukonazol)• Vial (60 qr/l dinikamazol M+60 qr/l

tiabenazol)• Vitaros (198 qr/l karboksin +198 q/l tiram)• TMTD (400 qr/l tiram)

TOXUMLARIN DƏRMANLANMASI

• Bakır WP (5 kq/ha)• Dikotan M -45 (4,7 kq/ha)• Ridozeb (6 kq/ha)

TOXUMLUQ SAHƏDƏ

ÇİLƏMƏLƏR

Page 36: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi,

Basidiomycota şöbəsi,

Urediniomycetes sinfi, Uredinales

sırası, Pucciniaceae fəsiləsi,

Uromyces cinsi

Bioloji qrupu:

Biotrof

Noxudun pası - Uromyces pisi (Pers.) de Baryi U. fabae (Pers.) DB. f. pisi-sativae Hirats.

Page 37: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Noxudun yarpaq və gövdəsində uredinosporlu dağınıq çəhrayı-qəhvəyi yastıcıqlar əmələ gəlirlər. Yayın sonuna yaxın həmin

orqanlarda telilərlə teliosporlardan ibarət tünd- qəhvəyi ləkələr formalaşırlar.

U.pisi ikievli göbələkdir. Aralıq sahib bitkisi südləyən (Euphorbia) bitkisidir. Südləyən bitkisində xəstəlik törədicinin yaz mərhələsi

spermaqoni və etsimərhələlər inkişaf edirlər.Uredinosporlar birhüceyrəli, şəffaf- çəhrayı, şarşəkilli, azsaylı ziyilciklərlə örtülüdür. Teliosporlar tünd-qonur, birhüceyrəli, qısa, rəngsiz, düşən ayaqcıqlı

və kiçik əmziklidir.

U.fabae f. pisi-sativae göbələyi birevlidir, inkişaf mərhələləri noxudun üzərində əmələ gəlir. Uredinalar şəffaf qəhvəyidir.

Uredinosporlar dairəvi, tək-tək, tikanlı, şəffaf qəhvəyidir. Telilər tünd qonur -qaradır. Teliosporlar birhüceyrəli, həlqəvi,

hamar, rəngsiz ayaqcıqdadır.

Page 38: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ
Page 39: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ
Page 40: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ