azərbaycan milli metbexi
TRANSCRIPT
Azərbaycan
Respublikasının milli
mətbəxi
Azərbaycan milli mətbəxinin tarixi də
elə xalqın tarixi qədər qədimdir. Bir
çox Azərbaycan xörəklərinin adlarına
qədim yazılı mənbələrdə, səyyahların
xatirələrində rast gəlmək olur.
Ölkəmiz əsrlər boyu müxtəlif qəsbkar
dövlətlərin işğalçı hücumlarına məruz
qalıb parçalansa da, yenə böyük
iradə bahasına öz milli mədəniyyətini,
ədəbiyyatını, incəsənətini qoruyub
saxlaya bilimişdir.
Milli xörəklərimizin əksəriyyəti mal, qoyun və quş
ətindən hazırlanır. Döyülmüş ət ilə hazırlanan
xörəklər daha çox yayılıb. Milli xörəklərimizin
hazırlanmasında çox çeşidli balıq
növlərindən istifadə edilir. Süfrəmiz müxtəlif göyərti
və tərəvəzlərlə-badımcan, pomidor, bibər, kələm,
ispanaq, turşəng, çuğundur, turp, soğan, xiyar, yaşıl
lobya və s. zəngindir. Xörəklərimizdə ədviyyələrdən
zəfəran, cirə, raziyana, cirə, dəfnə yarpağı, keşniş
toxumu, həmçinin nanə, şüyüd, cəfəri, kərəviz,
tərxun, reyhan, kəklikotu və s. gen-bol istifadə
olunur. Abşeronda becərilən zəfəran ədviyyəsinə
xüsusi önəm verilir. Azərbaycan kulinariyasında
zəfəran əlavə edilməklə 50-dən çox müxtəlif növ
xörək və 10-dan çox şirniyyat məmulatı hazırlanır.
Azərbaycanlıların qədim milli
xörəyi olan dolmanın adı
xalis Azərbaycan sözündən-
“doldurmaq” felindən
götürülmüşdür. Yəni,
bükümü ət qiyməsi ilə
doldurmaq. Sonralar
dolmanın müxtəlif
bükümlərdən hazırlanması
onun bir çox çeşidinin
yaranmasına səbəb
olmuşdur.
DolmA
Azərbaycan milli kulinariyasinda
30-dan çox birinci xörək növü
var. Bunlara ətdən hazırlanmış
xörəklər (piti, küftə-bozbaş, şorba
və s.) göyərti və qatıqdan
hazırlanmış xörəklər (dovğa,
ovdux, doğramac və s.)
aiddir. Bəzi sulu xörəklərin hər
payı ayrıca qabda (piti), yaxud 1
neçə pay bir qabda (düşbərə,
sulu xingəl və s.) hazırlanır. Adi
şorbalardan fərqli olaraq sulu
Azərbaycan xörəkləri öz
konsistensiyasına görə daha
qatıdır, çünki bunların tərkibində,
1 qayda olaraq şorba az
miqdarda olur.
Bakıda qədimdən şəkərbura,
Bakı paxlavası, şəkər çörəyi və
s. şirniyyatlar hazırlanır. Şəki
şirniyyatı xüsusi yer tutur. Şəki
paxlavası, peşvənd, tel (tər
halva), qırmabadam və s.
məmulatların hazırlanmasında
düyü unu, şəkər, fındıq ləpəsi,
kərə yağı, yumurta ağı və
ədviyyat işlədilir.Karamelə
oxşar şirniyyatdan
Azərbaycanda şəkər pendir,
pərvərdə, qoz, fındıq və badam
qozinakları, keşnişli noğul,
qozhalvası və s. istehsal edilir.
Azərbaycanlılar adətən yeməkdən əvvəl çay içirlər-əsasən də qara-
məxməri çay. Bu gözəl adətin üstünlüyü orasındadır ki, o, yemək
verilənə qədər mədəni həzmə hazırlayır və xüsusilə böyük
qonaqlıqda adamlar arasında dərhal qarşılıqlı ünsiyyətin
yaranmasına imkan yaradır.
Çay çox vaxt heyva,
əncir, qarpız, ərik, gilas,
albalı, şaftalı, gavalı,
zoğal, qoz, böyürtkən,
tut, çiyələk mürəbbələri
ilə verilir. Dəmlədikdə
ona bəzən az miqdarda
çiçək tumurcuqları ilə
birlikdə qurudulmuş
kəklikotu, mixək, hil və
b. ədviyyələr qatılır ki,
bunlar da çaya xüsusi
ətir verir.
Azərbaycanlılar çörəyə: yuxa, fətir, lavaş, səngək, xamralı, təndir çörəyi və
s. müxtəlif formalı, qalınlıqda və hazırlanma üsuluna görə fərqli çörəklərə -
bizim masaların başlıca sərvətinə xüsusi həssaslıq və hörmətlə
yanaşırlar. Əgər süfrəyə çörək gəlibsə, azərbaycanlılar ona hörmət əlaməti
olaraq birinci əllərini çörəyə uzadırlar, hesab edirlər ki, çörək hər şeydən
irəlidir. Çörəyə Quran qədər hörmət edir və çörəyə and içirlər.
AZƏRBAYCAN ŞİRNİYATLARI
Azərbaycanın milli şirniyyat
məmulatı 3 qrupa bölünür: unlu,
karamelə oxşar və konfetə
oxşar məmulatlar. Unlu
şirniyyat məmulatına
şəkərbura, paxlava, şəkər
çörəyi, Bakı qorabiyyəsi,
Azərbaycan nanı, Ordubad
ruleti-dürməyi, Qarabağ kətəsi,
Quba tıxması, Lənkəran
külçəsi, Şamaxı mütəkkəsi,
Naxçıvan paxlavası və s. aiddir.
Undan hazırlanan milli şirniyyat
məmulatının 30-dan çox çeşidi
məlumdur. Bununla belə, hər
zonanın özünəməxsus xüsusi
Cincilim, ispanaq, çuğundur yarpağı,
nanə, badımcan, pomidor və s.-dən
"kətə", "suyuq", "dovğa", "əcəb-
sandal" və s. xörəklər və müxtəlif
salatlar hazırlanır. Bizim nahar
süfrəmizdə dənli və paxlalı
bitkilərdən "sıyıq", "plov", "qovurğa",
"hədik" və s. kimi yeməklər də layiqli
yer tutur. Lakin, ən gözəl xörək plov
sayılır. Azərbaycanda - tam əminliklə
düyünün vətənlərindən biri kimi
sayılan bir ölkədə - plovun 200-ə
yaxın növü var
Çörəyin müxtəlif çeşidləri də
hazırlanır. Bunların içində
təndirdə bişirilən Təndir
çörəyi xüsusilə sevilir
Azərbaycan mətbəxindən
danışarkən salatları da
unutmamaq lazımdır.
Salatlar minlərlə çeşiddə
hazırlanır. Ən çox seviləni və
məhşuru demək olarki
paytaxt salatıdır
Çərəzlər də
ölkəmizdə çox
sevilir və həmişə
süfəmizi
bəzəyirlər..
Azərbaycan mətbəxində başlıcası dadlı
xörəklər, ətirli içkilər və gözəl meyvələr
deyil, başlıcası - qonaqdır. Azərbaycanın
mətbəx fəlsəfəsinin əsasında qonaq
dayanır. Odur ki, xoş gəlmişsiniz, buyurun
qonağımız olun!!!
Son