azƏrbaycan mİllİ elmlƏr akademİyasi …...İşin həcmi və quruluşu. İşin ümumi həcmi 47...

22
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI TORPAQŞÜNASLIQ VƏ AQROKİMYA İNSTİTUTU Əlyazması hüququnda ƏKBƏROVA ÜLKƏR ZAKİR QIZI LƏNKƏRAN VİLAYƏTİNİN CƏNUB-ŞƏRQ HİSSƏSİNDƏ SU EROZİYASININ TORPAQLARIN MÜNBİTLİYİNƏ TƏSİRİ 2511.01-“Torpaqşünaslıq” Aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın AVTOREFERATI BAKI-2016

Upload: others

Post on 19-Jan-2020

23 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …...İşin həcmi və quruluşu. İşin ümumi həcmi 47 cədvəl, 29 şəkil, ədəbiyyat siyahısı və əlavələr də daxil olmaqla 193

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI TORPAQŞÜNASLIQ VƏ AQROKİMYA İNSTİTUTU

Əlyazması hüququnda

ƏKBƏROVA ÜLKƏR ZAKİR QIZI

LƏNKƏRAN VİLAYƏTİNİN CƏNUB-ŞƏRQ HİSSƏSİNDƏ SU EROZİYASININ TORPAQLARIN MÜNBİTLİYİNƏ TƏSİRİ

2511.01-“Torpaqşünaslıq”

Aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın

AVTOREFERATI

BAKI-2016

Page 2: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …...İşin həcmi və quruluşu. İşin ümumi həcmi 47 cədvəl, 29 şəkil, ədəbiyyat siyahısı və əlavələr də daxil olmaqla 193

2

İş Azərbaycan MEA Eroziya və Suvarma İnstitutunun «Eroziyaya uğramış torpaqların monitorinqi və mühafizəsi» şöbəsində yerinə yetirilmişdir.

Elmi rəhbərlər: c.e.d., professor N.K.Mikayılov a.e.d. Y.C.Həsənov Rəsmi opponentlər: a.e.d., professor N.A.Ağayev a.ü.f.d., dosent V.H.Həsənov Aparıcı təşkilat: Bakı Dövlət Universitetinin Torpaqşünaslıq

kafedrası

Dissertasiyanın müdafiəsi “_07___” 06_ 2016-cı il saat “____” - da AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun nəzdində fəlsəfə və doktorluq dissertasiyalarının müdafiəsi üzrə D.01.041 Dissertasiya Şurası-nın iclasında keçiriləcəkdir.

Avtoreferata verilən rəylərin iki nüsxədə aşağıdakı ünvana göndərilməsi xahiş olunur.

Ünvan: Az1073, Bakı, M.Rahim küçəsi 5, faks +994(12)5383240, Şuranın elmi katibinə.

Dissertasiya ilə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun kitabxanasında tanış olmaq olar. Avtoreferat göndərilib “_____” _______________ 2016-cı il D. 01.041 Dissertasiya Şurasının elmi katibi, a.e.d., prof. A.P.Gərayzadə

Page 3: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …...İşin həcmi və quruluşu. İşin ümumi həcmi 47 cədvəl, 29 şəkil, ədəbiyyat siyahısı və əlavələr də daxil olmaqla 193

3

İŞİN ÜMUMİ SƏCİYYƏSİ

Mövzunun aktuallığı. Müasir dövrdə torpaqların eroziyadan qo-runması və eroziya ilə mübarizə torpaq ehtiyatlarından səmərəli istifadənin mühüm problemlərindən sayılır. Ona görə də torpaqların müxtəlif dərəcədə eroziya proseslərinə məruz qalması Respublikamız üçün səciyyəvi olan ekoloji problemlərdən biridir. Eroziya prosesi torpaq- iqlim şəraiti mürəkkəb olan Lənkəran vilayətində də geniş yayılmışdır. Burada relyefin dağətəyi maili düzənlik ərazilərində, xüsusən əkin sahələrində aqrotexniki və aqromeliorativ tədbirlərin düzgün həyata keçirilməməsi eroziyanın müxtəlif növlərinin inkişafına səbəb olmuşdur.

Lənkəran vilayəti respublika üzrə əhalinin torpaqla ən az təmin olunmuş zonalarından biridir. Bu isə torpaq ehtiyatlarının qorunması və münbitliyin artırılmasını tələb edir.

Son zamanlar torpaqların qorunması, onların münbitliyinin artırıl-ması istiqamətdə dövlət tərəfindən bir sıra qanunların verilməsi, o cümlədən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət proqramının” (2008) qəbul edilməsi torpaqların münbitlik göstəricilərinin tənzimlənməsi və baş vermiş torpaq-ekoloji dəyişikliklərin aradan qaldırılmasını tələb edir. Ona görə də bu sahədə geniş nəzəri və təcrübi elmi-tədqiqat işlərinin aparıl-masına böyük zərurət vardır. Bu baxımdan vilayətin torpaq fondundan səmərəli istifadə problemi və münbitliyin artırılması məqsədilə tədbirlər sisteminin işlənib hazırlanması aktual olub, böyük elmi və təcrübi əhəmiyyət kəsb edir.

İşin məqsədi və vəzifələri. İşin əsas məqsədi Lənkəran vilayətinin düzən və dağətəyi ərazilərində torpaq fondunun əsasını təşkil edən psevdopodzollaşmış sarı və suvarılan qleyli-sarı torpaqlarda geniş yayılmış su eroziyasının torpaqların münbitlik amillərini formalaşdıran başlıca parametrlərinə təsirinin qiymətləndirilməsi, onların qarşılıqlı əlaqələrinin yaxşılaşdırılmasından ibarətdir.

Bu məqsədlə aşağıdakı məsələlərin yerinə yetirilməsi vəzifə olaraq qarşıya qoyulmuşdur: Ərazidə geniş yayılmış psevdopodzollaşmış sarı və suvarılan qleyli-sarı torpaqların morfogenetik, aqrokimyəvi, aqrofiziki xüsusiyyətlərinin tədqiqi və eroziya prosesinin onlara təsirini araşdırmaq; torpaq nəmliyinin mövsümi dinamikasına eroziya prosesinin təsirinin müəyyən edilməsi; torpaqda qida maddələrinin mütəhərrik formalarının (NPK) mövsümi dinamikasının öyrənilməsi; torpaqda mikroorqanizmlərin fəallığının mövsümi dinamikada öyrənilməsi və onun fəallığına eroziya

Page 4: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …...İşin həcmi və quruluşu. İşin ümumi həcmi 47 cədvəl, 29 şəkil, ədəbiyyat siyahısı və əlavələr də daxil olmaqla 193

4

prosesinin təsirinin müəyyən edilməsi; eroziyaya uğramış torpaqlarda bitkilərin becərilməsi;torpaqların münbitlik göstəricilərinin dəyişkənliyinin səbəblərini təhlil etməklə münbitliyin artırılması üçün kompleks tədbirlərin tövsiyə edilməsi.

Tədqiqatın obyekti. Tədqiqat 2009-2011-ci illər ərzində Lənkəran vilayətinin cənub-şərq hissəsinin ovalıq və dağətəyi maili düzənlik ərazilərinin psevdopodzollaşmış sarı və suvarılan qleyli-sarı torpaqlar areallarında aparılmışdır.

Elmi yeniliklər. İlk dəfə olaraq Lənkəran vilayətinin cənub-şərq hissəsinin ovalıq və dağətəyi ərazilərində torpaq fondunun əsasını təşkil edən psevdopodzollaşmış sarı və suvarılan qleyli-sarı torpaqların eroziyaya uğramamış və orta dərəcədə eroziyaya uğramış növlərinin morfogenetik göstəriciləri, aqrokimyəvi, aqrofiziki xüsusiyyətləri, torpağın rütubət ehti-yatı, əsas qida maddələrinin miqdarı, mikrobioloji fəallıq mövsümi, dina-miki və müqayisəli kompleks tədqiqatlar əsasında müəyyən edilmişdir. Tədqiqatın nəticələrinə əsasən torpaqların münbitliyinin bərpası məqsədilə aqromeliorativ tədbirlər sistemi işlənib hazırlanmışdır.

İşin təcrübi əhəmiyyəti. Əldə edilmiş nəticələrdən fermer təsərrüfatlarında intensiv istifadə olunan müxtəlif dərəcədə, o cümlədən orta dərəcədə eroziyaya uğramış torpaqların əkin qatında baş verən mənfi dəyişikliklərin geniş şəkildə yayılmasının qarşısının alınmasında və münbitlik amillərinin idarə edilməsinin elmi əsaslarla həyata keçirilməsində dəyərli vasitə ola bilər. Bu, həmçinin kənd təsərrüfatı bitkilərinin kök yayılan sahəsində torpaq göstəricilərinin təhlili zamanı onların optimal parametrlərdən tərəddüdünü müəyyən etməyə imkan verəcəkdir.

Lənkəran vilayətində meliorasiya olunmuş psevdopodzollaşmış sarı və suvarılan qleyli-sarı torpaqların tərtib edilmiş eroziya xəritə-sxem və xəritə materialları, orada fəaliyyət göstərən fərdi və kəndli-fermer təsərrüfatlarında suvarmadan istifadə hallarında eroziyaya qarşı ekoloji-meliorativ, tənzimləmə-nəzarət tədbirlərinin hazırlanmasında istifadə edilə bilər.

Tətbiqi. Tədqiqatın nəticələri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Lənkəran Regional Aqrar Elm Mərkəzinin Elmi Şurasında müzakirə edilmiş və istehsalata tətbiqi tövsiyə edilmişdir (protokol № 1, 09 yanvar 2014-cü il).

İşin aprobasiyası. Dissertasiyanın əsas müddəaları və müxtəlif aspektləri Eroziya və Suvarma İnstitutunun 2009-2013-cü illər elmi hesabatları və seminarlarında, Azərbaycan MEA Torpaqşünaslıq və

Page 5: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …...İşin həcmi və quruluşu. İşin ümumi həcmi 47 cədvəl, 29 şəkil, ədəbiyyat siyahısı və əlavələr də daxil olmaqla 193

5

Aqrokimya İnstitutunun seminarlarında müzakirə edilib, tədqiqat işinin nəticələri bir sıra yerli və xarici jurnallarda aprobasiyadan keçmişdir.

Nəşrlər. Dissertasiyanın əsas müddəaları 13 elmi əsərdə öz əksini tapmışdır. Onlardan üçü xaricdə çap olunmuşdur.

İşin həcmi və quruluşu. İşin ümumi həcmi 47 cədvəl, 29 şəkil, ədəbiyyat siyahısı və əlavələr də daxil olmaqla 193 səhifə kompüter yazısından ibarətdir. Dissertasiya işində 154 adda daxili və xarici ədəbiyyat mənbələrindən istifadə edilmişdir.

İŞİN ƏSAS MƏZMUNU

1. Lənkəran vilayətinin təbii-ekoloji şəraitinin səciyyəsi. Lənkəran vilayəti Azərbaycan Respublikasının cənub-şərqində yerləşir. Relyef və geoloji quruluşuna görə ərazi 2 hissədən ibarətdir: Talış dağları və Lənkəran ovalığı. Mürəkkəb quruluşa, müxtəlif formalaşma xüsusiyyətlərinə və qədim inkişaf tarixinə malik olan çay dərələri və terraslar Talış dağlarının relyefi və geomor-foloji quruluşunu daha da mürəkkəbləşdirmiş, onların kəskin parçalanmasına səbəb olmuşdur. Talış dağları çoxlu vadi və dağarası çökəkliklərə paçalanmış eroziyalı mürəkkəb relyef formasının yaranması ilə xarakterizə olunur.

Lənkəran bölgəsinin dağətəyi hissəsi terraslaşmış maili relyefi ilə səciyyələnir. Ərazi dördüncü dövrün və müasir dövrün akkumulyativ materialların toplanması nəticəsində əmələ gəlmişdir. Düzənlik və dağətəyi ərazi rütubətli subtropik iqlim (aralıq dənizi iqlim tipi) rayonu olmaqla, dəniz səviyyəsindən -28-500 m hündürlükdə yerləşir. Yağıntıların illik miqdarı 900-1600 mm-ə (bəzən 1800 mm) çatır. Havanın orta illik temperaturu 14,1-14,30C; nisbi rütubət 100-150%; illik buxarlanma 900 mm; illik rütubətlik göstərici (Md) >0,45 təşkil edir. Çay şəbəkəsinin sıxlığı yüksək olub 0,4-0,8 km/km2 -dir. Vilayətin iqlimi əsas etibarı ilə onun coğrafi mövqeyi, relyefi və Xəzər dənizinin təsiri altında formalaşmışdır (M.A.Müseyibov, 1998). Lənkəran vilayətinin bitki örtüyü çox zəngindir və yaxşı öyrənilmişdir. Ərazidə üçüncü dövrün qədim relikt və endemik bitki növləri qorunur. Dağətəyi və düzənlik ərazilərdə təbii bitki qrupları ilə yanaşı, yerüstü axınla rütubətlənən çoxillik subtropik plantasiyalar və mədəni bitki qrupları da əkilir.

Vilayətin torpaq örtüyü R.V.Kovolyov (1966), V.R.Volobuyev (1966),B.İ.Həsənov (1983), M.E.Salayev (1991), Q.Ş.Məmmədov (1990-2014), M.P.Babayev (2005), S.Z.Məmmədova (1989-2014), V.H.Hə-sənov (2005), Ş.B.Ağayev (1979), Y.C.Həsənov (2006), C.Ə.Şabanov (2001),

Page 6: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …...İşin həcmi və quruluşu. İşin ümumi həcmi 47 cədvəl, 29 şəkil, ədəbiyyat siyahısı və əlavələr də daxil olmaqla 193

6

Ç.M.Cəfərova, A.B.Cəfərov və b. tədqiqatçılar tərəfindən geniş öyrənilmişdir.

2.Tədqiqatın obyekti və metodikası. Tədqiqat obyekti olaraq Lənkəran vilayətinin cənub-şərq hissəsində eroziyaya uğramamış və orta dərəcədə eroziyaya uğramış psevdopodzollaşmış sarı və suvarılan qleyli-sarı torpaqlarda 20 ha sahədə 46 torpaq kəsimi qoyularaq (Şəkil 1, şəkil 2 (əlavədə)) götürülmüş torpaq nümunələrində analizlər ümumi qəbul olunmuş metodikaya əsasən aparılmışdır. Alınan nəticələrin dürustlüyü riyazi statistik (B.A.Dospexov) üsul ilə dəqiqləşdirilmişdir.

Torpaqların eroziyaya uğrama dərəcəsi genetik qatların və bitki örtüyünün dağılması S.S.Sobolev və K.Ə.Ələkbərov üsulu əsasında müəy-yənləşdirilmişdir. Tədqiqat ərazisində eroziyaya uğramamış torpaqlarla mü-qayisədə orta dərəcədə eroziyaya uğramış torpaqlar sahəsində torpaq profilinin qalınlığı qısalmış, torpaqların keyfiyyəti aşağı düşərək məhsuldarlığı azalmışdır.

3.Tədqiqat aparılan torpaqların morfogenetik göstəriciləri və aqrokimyəvi xassələri.

Psevdopodzollaşmış sarı torpaqlar. Bu torpaqlar rütubətli subtropik iqlim şəraitində dağətəyi düzənliyin Xəzərin qədim akkumulyativ törəmə terrasları və meylli şleyflər üzərində inkişaf etməklə kənd təsərrüfatında intensiv istifadə olunur. Torpaq sahələri qərbdən dağətəyi zolaqda dağ-meşə sarı və şərqdən sarı-qleyli torpaqlarla sərhədlənir. Psevdopodzollaşmış sarı torpaqlar Hirkan tipli şabalıdyarpaq palıd və qarışıq meşə (dəmirağacı-vələs-palıd) örtüyü altında formalaşır. Qranulometrik tərkibi gilli və ağır gillidir. Bu torpaqların əlverişsiz mikroaqreqat tərkibi, tərkibində törəmə mineralların, o cümlədən yüksək dispersli beydellitin olmasıdır. Eroziyaya uğramamış psevdopodzollaşmış sarı torpaqlarda profil boyu humus 0,30-2,86%, ümumi azot 0,028-0,168%, udulmuş ammonyak 6,40-38,90 mq/kq, suda həll olan ammonyak 4,10-12,60 mq/kq, nitratlar 1,45-6,85 mq/kq, ümumi fosfor 0,07-1,17%, mütəhərrik fosfor 8,60-30,30 mq/kq, ümumi kalium 2,32-2,90%, mübadilə olunan kalium 118,60-171,45 mq/kq arasında dəyişir. Eroziyaya uğramamış növlərinə nisbətən orta dərəcədə eroziyaya uğramış torpaqlarda profilin üst qatlarında humus 0,66-1,24%, ümumi azot 0,032-0,044%, udulmuş ammonyak 5,73-10,88 mq/kq; suda həll olan ammonyak 4,20-5,36 mq/kq; nitratlar 1,90-2,25 mq/kq, ümumi fosfor 0,06-0,07%, mütəhərrik fosfor 11,68-12,64 mq/kq, ümumi kalium 0,98-1,10%, mübadilə olunan kalium 65,40-74,37 mq/kq arasında kəskin şəkildə azalmışdır. Eroziyaya uğramamış torpaqlara nisbətən orta dərəcədə eroziyaya uğramış psevdopodzollaşmış sarı torpaqlarda udulmuş

Page 7: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …...İşin həcmi və quruluşu. İşin ümumi həcmi 47 cədvəl, 29 şəkil, ədəbiyyat siyahısı və əlavələr də daxil olmaqla 193

7

Şək.1. Xanbulan kəndi ətrafında çöl-torpaq tədqiqalarının aparılmasının ortofotoplanda xəritə-sxemi

Page 8: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …...İşin həcmi və quruluşu. İşin ümumi həcmi 47 cədvəl, 29 şəkil, ədəbiyyat siyahısı və əlavələr də daxil olmaqla 193

8

Cədvəl 1 Psevdopodzollaşmış sarı torpaqların fiziki-kimyəvi xüsusiyyətləri

Kəs

im №

-si

Gen

etik

qat

lar v

ə

dərin

lik, s

m-lə

Hiq

rosk

opik

nəm

lik,

%-lə

Fizi

ki g

il, %

-lə

Hum

us, %

-lə

Üm

umi a

zot,

%-lə

Müt

əhər

ik fo

sfor

, m

q/kq

Müb

adilə

olu

nan

kaliu

m, m

q/kq

Udu

l.əsa

s. cə

mi,

mq.

ekv.

pH-s

u

məh

lulu

nda

Eroziyaya uğramamış Aуvg 0-15 4,70 66,20 2,86 0,168 30,30 171,45 20,10 5,4 AУELg 15-35 4,20 65,70 1,84 0,112 28,00 148,35 27,75 5,5 BTg 35-51 4,74 75,40 1,05 0,070 20,25 143,45 29,05 5,8 B/Cg 51-72 6,30 76,30 0,88 0,056 12,08 140,06 30,45 6,0

1

Cg 72-105 5,20 73,10 0,30 0,028 8,60 118,60 29,40 6,3 Orta dərəcədə eroziyaya uğramış

AУvg 0-10 4,65 63,06 1,62 0,124 18,62 97,08 12,00 5,9 AУELg 10-23 4,58 64,35 1,18 0,080 15,36 83,10 14,55 5,9 BTg 23-43 5,12 76,50 0,96 0,050 8,15 78,25 18,10 6,0 2

B/Cg 43-70 5,16 74,00 0,65 0,033 5,00 62,72 26,00 6,3 əsasların cəmi 100 q torpaqda 8,10-13,20 mq.ekv., ümumi məsaməlik 2,15% azalmış və əksinə sıxlıq 0,08 q/sm3 artmışdır (Cədvəl 1).

Eroziya prosesi həm də torpaqda qida potensialını azaldır. Belə ki, eroziyaya uğramamış psevdopodzollaşmış sarı torpaqların 0-50 sm qatında humus ehtiyatı hər hektarda 125,54 t, ümumi azot 7,66 t, ümumi fosfor 9,08 t, ümumi kalium 185,33 t olduğu halda, orta dərəcədə eroziyaya uğramış növünün 0-50 sm qatında humus ehtiyatı hər hektarda 55,74 t, ümumi azot 3,17 t, ümumi fosfor 5,09 t, ümumi kalium 92,91 t azalmışdır. Optimal münbitlik potensialına malik olan bu torpaqlarda eroziya prosesi inkişaf edərək su-fiziki, aqrokimyəvi və bioloji potensialını təhlükə altında saxlayır. Psevdopodzollaşmış sarı torpaqlar çay bitkisinin əkildiyi əsas torpaq fondunu təşkil edir. Karbonatsız torpaqəmələgətirən süxurlar üzərində formalaşmaqla, torpaq profilinin turş mühit (pH=5,4-6,0) amilləri çay bitkisinin inkişafı və məhsuldarlığı üçün əlverişli potensial imkanlar yaratmışdır. Psevdopodzollaşmış sarı torpaqlarda qida maddələrinin dina-mikası və eroziyanın onlara təsiri. Münbitliyin formalaşması, bitkinin böyüməsi və inkişafında torpaqların əkin qatında əsas qida maddələrinin

Page 9: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …...İşin həcmi və quruluşu. İşin ümumi həcmi 47 cədvəl, 29 şəkil, ədəbiyyat siyahısı və əlavələr də daxil olmaqla 193

9

rolu böyükdür. Ona görə də çay bitkisi altında istifadə olunan psevdopodzollaşmış sarı torpaqların əkin qatında azot, fosfor və kaliumun mütəhərrik formalarının dinamikası öyrənilmişdir. Tədqiqatda müəyyən edilmişdir ki, istər eroziyaya uğramamış, istərsə də orta dərəcədə eroziyaya uğramış psevdopodzollaşmış sarı torpaqlarda tədqiqat illərinin fəsilləri üzrə mənimsənilən qida maddələrinin miqdarı və ehtiyatı azalmışdır (Şək.3).

Şək.3. Psevdopodzollaşmış sarı torpaqlarda mütəhərrik qida maddələrinin dinamikası: I- Eroziyaya uğramamış; II- Orta dərəcədə eroziyaya uğramış

Mənimsənilən qida maddələrinin (azot, fosfor, kalium) azalmasının səbəbi onların çay bitkisi tərəfindən inkişafın müəyyən mərhələlərində müxtəlif səviyyədə mənimsənilməsi və eroziya prosesi nəticəsində itirilməsidir.

Suvarılan qleyli-sarı torpaqlar. Bu torpaqlar Lənkəran ovalığının dənizkənarı delüvial-allüvial çöküntüləri nəticəsində əmələ gəlmiş çay və yarğan konusvarı gətirmələrində yayılmışdır. Tədqiq olunan suvarılan qleyli-sarı torpaqlardan əsasən çay plantasiyaları və tərəvəz bitkiləri altında istifadə edilir. Suvarılan qleyli-sarı torpaqların təbii ekoloji şəraiti antro-pogen gərginliyə daha çox məruz qalmış, bu torpaqlarda eroziya prosesi, xüsusilə irriqasiya eroziyası geniş sahələri əhatə etmişdir. Düşünülməmiş antropogen təsirlər, düzən meşələrin başdan-başa qırılması, məhsuldar qüvvələrin ərazi təşkilində qeyri-bərabər yerləşdirilməsi, təsərrüfatlararası su anbarların, suvarma şəbəkələrin ləğv edilməsi, təbii dağıdıcı proseslərin (sel, subasma, daşqın) və s. səbəbindən kənd təsərrüfatı torpaqların deqradasiyasına və yararsız hala düşməsinə səbəb olmuşdur. Eroziyaya uğramamış suvarılan qleyli-sarı torpaqların üst qatlarında fiziki gilin miqdarı 50,46 - 52,60%, lil fraksiyası 17,80 - 20,85 %, orta dərəcədə

Page 10: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …...İşin həcmi və quruluşu. İşin ümumi həcmi 47 cədvəl, 29 şəkil, ədəbiyyat siyahısı və əlavələr də daxil olmaqla 193

10

Cədvəl 2

Suvarılan qleyli-sarı torpaqların fiziki-kimyəvi xüsusiyyətləri

Kəs

im №

-si

Gen

etik

qat

lar v

ə

dərin

lik, s

m-lə

Hiq

rosk

opik

mlik

, %-lə

Fizi

ki g

il, %

-lə

Hum

us, %

-lə

Üm

umi a

zot,

%-lə

Müt

əhər

ik fo

sfor

, m

q/kq

Müb

adilə

olu

nan

kaliu

m, m

q/kq

Udu

l.əsa

s. cə

mi,

mq.

ekv.

pH-s

u m

əhlu

lund

a

Eroziyaya uğramamış AUag 0-16 4,90 50,46 3,18 0,196 43,62 168,60 22,10 5,6 AУag 16-34 4,75 52,60 2,30 0,140 38,00 144,10 26,30 5,7 Bg 34-54 5,20 40,30 1,70 0,112 31,25 130,45 28,35 5,9 B/Cg 54-79 6,50 34,00 0,98 0,056 26,23 113,60 27,60 5,9

21

Cg 79-102 5,85 37,80 0,64 0,034 17,65 110,30 29,75 6,1 Orta dərəcədə eroziyaya uğramış

AУag 0-11 3,50 48,40 1,70 0,112 31,10 98,10 13,15 5,8 A/Bag 11-26 3,35 51,00 1,50 0,098 26,40 84,30 14,60 5,9 Bg 26-47 2,65 37,25 1,05 0,070 19,62 79,33 19,25 6,0 22

B/Cg 47-69 4,38 31,80 0,70 0,048 13,10 63,85 26,80 6,5

eroziyaya uğramış torpaqlarda isə uyğun olaraq fiziki gilin miqdarı 48,40-51,00, lil fraksiyası isə 16,75-20,40 % olmuşdur (Cədvəl 2).

Eroziyaya uğramamış suvarılan qleyli-sarı torpaqların üst qatlarında humus 2,30-3,18%, ümumi azot 0,140-0,196%, udulmuş ammonyak 26,80-34,40 mq/kq, suda həll olan ammonyak 12,30-13,84 mq/kq, nitratlar 7,10-9,25 mq/kq, ümumi fosfor 0,17-0,18%, mütəhərrik fosfor 38,00-43,62 mq/kq, ümumi kalium 2,44-2,65%, mübadilə olunan kalium 144,10-168,60 mq/kq, pH su məhlulunda 5,6-6,1, udulmuş əsasların cəmi 22,10-26,30 mq.ekv. (100 q torpaqda) arasında dəyişir. Tədqiq olunan suvarılan qleyli-sarı torpaqların orta dərəcədə eroziyaya uğramış növündə münbitlik göstəriciləri xeyli dəyişmişdir. Belə ki, eroziyaya uğramamış torpaqlara nisbətən orta dərəcədə eroziyaya uğramış növün üst qatlarında humus 0,80-1,48%, ümumi azot 0,042-0,084%, udulmuş ammonyak 10,38-15,40 mq/kq, suda həll olan ammonyak 5,51-6,00 mq/kq, nitratlar 1,90-2,10 mq/kq, ümumi fosfor 0,07-0,09%, mütəhərrik fosfor 11,60-12,52 mq/kq, ümumi kalium 1,04-1,19%, mübadilə olunan kalium 59,80-70,50 mq/kq, ümumi məsaməlik 1,94-1,88%, udulmuş əsasların cəmi 8,95-11,70 mq.ekv. azalmış, əksinə pH-ın su məhlulunda kəmiyyəti 0,2-0,4 vahid, sıxlıq 0,05-0,06 q/sm3 artmışdır.

Page 11: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …...İşin həcmi və quruluşu. İşin ümumi həcmi 47 cədvəl, 29 şəkil, ədəbiyyat siyahısı və əlavələr də daxil olmaqla 193

11

Suvarılan qleyli-sarı torpaqlarda qida maddələrinin dinamikası və eroziyanın onlara təsiri. Bu torpaqlarda əsas münbitlik göstəriciləri illər və fəsillər üzrə xeyli dəyişir. Belə ki, eroziyaya uğramamış torpaqların 0-30 sm qatında tədqiqat illərinin yaz fəslində azotun mənimsənilən formalarının (NH3+NO3) miqdarı 44,86 mq/kq olmuşdursa, 2010-2011-ci illərdə 39,86-41,19 mq/kq təşkil etmişdir. Orta dərəcədə eroziyaya uğramış torpaqlarda qida maddələrinin mütəhərrik formalarının miqdarı tədqiqat illərinin fəsilləri üzrə daha çox azalmışdır Azot kimi fosfor və kalium ehtiyatı da fəsillər üzrə azalmışdır (Şək. 4). Bunun başlıca səbəbi bitkilər tərəfindən qida maddələrinin mənimsənilməsi, aqrotexniki qaydalara əməl olunmaması, eroziya prosesi və s. Nəticədə torpaqların münbitliyi və eroziyaya qarşı müqaviməti azalmışdır.

Şək.4. Suvarılan qleyli-sarı torpaqlarda mütəhərrik qida maddələrinin dinamikası: I- Eroziyaya uğramamış; II- Orta dərəcədə eroziyaya uğramış

Aparılan tədqiqatlardan müəyyən edilmişdir ki, nəmliyin miqdarı

suvarılan qleyli-sarı torpaqlarda yaz və payız fəsillərində çox, yay fəslində xeyli azalmışdır. Eroziyaya uğramamış torpaqların 0-60 sm qatında nəmliyin miqdarı tədqiqat illərinin yaz fəslində 31,3-35,6%, yayda 20,0-26,3%, payızda 28,8-34,6%, uyğun olaraq orta dərəcədə eroziyaya uğramış torpaqlarda 23,7-29,6%, 13,8-21,5%, 22,8-28,3% arasında dəyişmişdir.

4. Eroziyanın torpaqda mikrobioloji proseslərin intensivliyinə təsiri.

Mikroorqanizmlər üzvi qalıqların transformasiyasında, torpağın üzvi və mineral birləşmələrinin komponentlərindən müxtəlif adi duzların yaradılmasında, torpaq minerallarının parçalanmasında və yenilərinin yaradıl-masında, həmçinin torpaqəmələgəlmə məhsullarının akkumulyasiya-

Page 12: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …...İşin həcmi və quruluşu. İşin ümumi həcmi 47 cədvəl, 29 şəkil, ədəbiyyat siyahısı və əlavələr də daxil olmaqla 193

12

sında iştirak edirlər. Aparılan tədqiqatlardan müəyyən edilmişdir ki, psevdopodzollaşmış sarı torpaqların eroziyaya uğramamış növünün 0-10 sm üst qatında mikroorqanizmlərin ümumi sayı tədqiqat illərinin (2009-2010) yazında 2878-2588 min/q, yayında 2436-2088 min/q, payızında isə 2657-2301 min/q olduğu halda 20-40 sm qatda isə yazda 922-776 min/q, yayda 623-666 min/q, payızda 724-742 min/q olmuşdur. Fəsillər üzrə mikroorqanizmlərin ən çox fəallığı yazda, ən az isə yayda müşahidə olunmuşdur (şək. 5).

Şək.5. Mikroorqanizmlərin fəsillər üzrə dəyişilmə dinamikası (I-eroziyaya uğramamış, II-orta dərəcədə eroziyaya uğramış)

Rütubətli subtropik iqlimə malik olan Lənkəran vilayətində uzun

müddət çay bitkisi və tərəvəz altında istifadə olunan suvarılan qleyli-sarı torpaqların münbitliyi formalaşdıran və məhdudlaşdıran bir çox təbii və antropogen amillərin təsiri nəticəsində əsas münbitlik göstəricilərindən olan mikrobioloji fəallıq çox zəifləmişdir. Eroziyaya uğramamış suvarılan qleyli-sarı torpaqlara nisbətən orta dərəcədə eroziyaya uğramış torpaqların 0-10 sm qatında tədqiqat illəri üzrə yazda bakteriyalar 698-913 min/q (34,73-44,13%), sporlu bakteriyalar 213-223 min/q (36,72-39,96%), aktinomitsetlər 124-302 min/q (13,98-30,60%), mikroskopik göbələklər 13,00-19,00 min/q (25,49-37,25%) arasında azalmışdır. Bu torpaqlarda mikroorqanizmlərin miqdarı profil boyu və fəsillər üzrə də azalmışdır.

Aparılan tədqiqatlardan aydın olur ki, psevdopodzollaşmış sarı və suvarılan qleyli-sarı torpaqlarda nisbətən əlverişli temperatur və nəmlik şəraiti olmasına baxmayaraq mikroorqanizmlərin ümumi miqdarı çox deyildir. Bu da həmin torpaqlarda humusun miqdarının müəyyən qədər az olması, torpaq mühitinin turşuluğu və yuyulma rejimində (eroziya prosesi zamanı) mikroorqanizmlərin həyat fəaliyyətini zəiflədən zəhərli maddələrin dövri olaraq toplanması ilə əlaqədardır.

Page 13: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …...İşin həcmi və quruluşu. İşin ümumi həcmi 47 cədvəl, 29 şəkil, ədəbiyyat siyahısı və əlavələr də daxil olmaqla 193

13

5. Lənkəran vilayətində eroziya prosesinin öyrənilmə dərəcəsi. Son illər təbii dağıdıcı amillərlə (külək, sel, subasma, daşqın və s.) yanaşı eroziya prosesinin inkişafında ağac və kolların qırılması, həmçinin dağ-ətəyi, düzənlik ərazilərdə mal-qaranın intensiv otarılması, irriqasiya sistem-lərinin tələblərə cavab verməməsi, əkinçiliyin müasir elmi əsaslarla aparıl-maması, eroziya təhlükəli ərazilərdə eroziyaya qarşı əkin dövriyyəsinin tətbiq olunmaması eroziya prosesini sürətləndirmişdir. Bütün bunları nəzərə alaraq tədqiqat obyektində səthi və irriqasiya eroziyası istiqamətində lazımı tədqiqat işləri aparılmışdır.

Məlumdur ki, su eroziyasının əmələ gəlməsində başlıca amillərdən biri də iqlim şəraiti, xüsusən atmosfer yağıntılarının miqdarı və leysan xarakteridir. Bunu nəzərə alaraq tədqiqat obyekti olan Xanbulan kəndində yamacın uzunu istiqamətində salınmış çay plantasiyası sahəsində 2010-cu il may ayının 16-da düşmüş 33,9 mm yağıntının təsirindən yuyulan tor-pağın miqdarı qeydə alınmışdır.Müşahidə göstərdi ki, 1975-ci ildə salınmış çay plantasiyasında 2,0 mm/dəq intensivliyində düşən yağıntının təsirindən orta hesabla 45,2 m3/ha torpağın yuyulduğu aşkar edilmişdir.Nəticədə torpağın su-fiziki xassələri pisləşmişdir.

Digər bir müşahidə sahəsində yamacın uzunu istiqamətində salınmış çay plantasiyalarında səthi su axınını nizama salmaq və torpaq səthinin yuyulmasının qarşısını almaq məqsədilə rayonun Xanbulan kənd bələdiyəsi ərazisində 2010-cu ildə psevdopodzollaşmış sarı torpaq sahəsində cərgələri 5-60 meyllikli sahədə yamacın uzununa salınmış çay plantasiyasında aparılmışdır. Təcrübələrin nəticəsi göstərdi ki, nəzarət variantında yuyulan torpağın orta illik miqdarı 39,7 m3/ha təşkil etdiyi halda, cərgələr arasında müvəqqəti su saxlayan zolaqlar şəklində düzəldilmiş variantdan yuyulan torpağın orta illik miqdarı 6,70 m3/ha olmuş, cərgələr arasında müvəqqəti torpaq tirələri düzəldilmiş variantdan isə torpağın yuyulması müşahidə edilməmişdir. Səthi eroziyanın mənfi nəticələri təkcə baş verdiyi ərazidə torpaqların münbitliyinin azalması ilə bitmir. Meylli ərazilərdə yuxarıdan aşağıya daşınan struktursuz materiallar aşağı hissədə olan münbit torpaqların üzərini örtərək onların aqronomik əhəmiyyətini azaldır, drenaj kanallarda, çaylarda, su anbarlarında lilin toplanmasına, onların iqtisadi səmərəliliyinin azalması, əlavə maliyyə vəsaitlərinin sərf olunmasına gətirib çıxarır.

Təhlil göstərir ki, ərazidə çay, naringi və s. çoxillik əkinlər əsasən yerüstü şırım üsulu ilə suvarılır və bu proses əsasən bitkilərin əsas vegetasiya dövrünü (may-sentyabr) əhatə edir. Bu da təsadüfi olmayıb, həmin dövrdə əraziyə düşən yağıntıların az (40-42 mm), əksinə mümkün buxarlanmanın (122-158 mm ) çox olması ilə sıx əlaqədardır.

Page 14: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …...İşin həcmi və quruluşu. İşin ümumi həcmi 47 cədvəl, 29 şəkil, ədəbiyyat siyahısı və əlavələr də daxil olmaqla 193

14

Respublikanın bir sıra rayonlarında olduğu kimi Lənkəran rayonunun suvarılan əkin sahələri üçün də irriqasiya eroziyası xarakterik sayılır. Lənkəran rayonunun Xanbulan kəndi ərazisində çay plantasiyası altında olan psevdopodzollaşmış sarı torpaq sahəsində müxtəlif su sərfinin irriqasiya eroziyasının əmələ gəlməsi və inkişafına təsiri öyrənilmiş, sülb axının miqdarı təyin edilmiş, torpağın qranulometrik və bəzi aqrokimyəvi tərkiblərinə təsiri araşdırılmışdır.

Aparılan tədqiqatın nəticələri göstərdi ki, selləmə şəklində suva-rmada sülb axının miqdarı 51,40 q/l olduğu halda, 2,5 l/san su sərf olunan sahədə 43,50 q/l, 2,0 l/san su sərfində isə 30,10 q/l olmuşdur.

Qranulometrik tərkib, humus və ümumi azot üçün ən az dəyişilmə və yaxud azalma 2,0 l/san sərfində tətbiq olunan suvarmalarda müşahidə edilmişdir. Belə ki, normallaşdırılmamış su sərfinə nisbətən 2,0 l/san su sərfində azalma lil (<0,001 mm) hissəcikləri üzrə üst qatda (0-5 sm) 0,90 %, fiziki gil (<0,01 mm) üzrə 0,50%, humus üzrə azalma 0,45% və ümumi azot üzrə isə 0,02%-dən çox olmamışdır. Bununla yanaşı R.V.Kovalyov (1966), Q.Ş.Məmmədov (2003-2007) və S.Z.Məmmədovanın (2003) baza materiallarına əsasən torpaq-eroziya xəritə-sxemi tərtib edilmiş və tədqiqat obyektləri göstərilmişdir (Şək.6).

6. Lənkəran vilayətində torpaqların eroziyadan mühafizəsi və

münbitliyin yaxşılaşdırılması üçün tədbirlər. Lənkəran ekoloji coğrafi vilayətinin cənub-şərq hissəsinində düzən və dağətəyi ərazilərində səthi, xətti və irriqasiya eroziyası növləri geniş yayılmışdır. Torpaq örtüyündə mövcud olan təbii münbitlik xassələrini qoruyub saxlamaq və itirilmiş torpaq münbitliyini bərpa etmək üçün eroziyaya qarşı yalnız bir-biri ilə əlaqəli olan və tamamlayan təsərrüfat-təşkilat, aqro-, meşə-, çəmən- və hidromeliorativ tədbirlərin davamlı kompleks tətbiqi ilə mümkündür.

Tədqiqat zamanı əldə olunmuş nəticələrə əsasən Lənkəran vila-yətinin dağətəyi və düzənlik hissəsində geniş yayılmış, uzun müddət çay və tərəvəz bitkiləri altında istifadə olunan psevdopodzollaşmış sarı və su-varılan qleyli-sarı torpaqların istehsalat şəraitində münbitliyin səviyyəsini məhdudlaşdıran amillərini bərpa edib artırmaq və eroziyaya uğramış tor-paqların yaxşılaşdırılması üçün aqrotexniki tədbirlər kompleks aparıl-malıdır. Yamaclarda torpağın münbitliyini mühafizə etmək üçün şum, əkin, kultivasiya işləri sahənin eni istiqamətində və ya horizontallar üzrə aparılmalı, xüsusi tədbirlərdən (kontur-meliorativ terraslaşdırma və s.) sonra vaxtilə mövcud olmuş çay plantasiyaları bərpa olunmalı və yeniləri salınmalı, səthi yuyulmanı azaltmaq və rütubəti saxlamaq üçün tirələr və şırımlar çəkilməlidir.

Page 15: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …...İşin həcmi və quruluşu. İşin ümumi həcmi 47 cədvəl, 29 şəkil, ədəbiyyat siyahısı və əlavələr də daxil olmaqla 193

15

Şək.6. Lənkəran vilayətinin torpaq-eroziya xəritə-sxemi Eroziyaya məruz qalmış yamac əkinləri normada gübrələnməli,

herikdən istifadə tamamilə dövriyyədən çıxarılmalı, tarlaqoruyucu, suqoruyucu və s. vaxtilə mövcud olmuş meşə zolaqları bərpa olunmalıdır. Rütubətlənmənin yüksək olduğu Lənkəran düzənliyində, xüsusilə suvarılan qleyli-sarı torpaqlarda aqromeliorativ torpaqqoruyucu tədbirlər sistemində əsas rol fitomeliorativ tədbirlərə- çoxillik otların səpilməsi, bufer zolağının yaradılmasına, izafi nəmliyi sahədən kənarlaşdırmaq üçün becərmə qaydalarına və hidromeliorativ tədbirlərə üstünlük verilməli- mövcud drenaj şəbəkələrində izafi su axınlarına nəzarət olunmalı, suvarma suları bitkilərin tələbatına, üzvi və mineral gübrələri isə tələb olunan normalara uyğun verilməsi təklif olunur.

Suvarılan sahələrdə suvarma işlərinə başlamazdan əvvəl su və suvarma normaları təyin edilməli, irriqasiya eroziyasını aradan qaldırmaq üçün maili sahələrdə səthi hamarlama işləri aparılmalı, mütərəqqi suvarma üsul və texniki vasitələrindən geniş istifadə edilməlidir.

Page 16: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …...İşin həcmi və quruluşu. İşin ümumi həcmi 47 cədvəl, 29 şəkil, ədəbiyyat siyahısı və əlavələr də daxil olmaqla 193

16

NƏTİCƏ VƏ TƏKLİFLƏR

1. Aparılmış müqayisəli-kompleks və mövsümi dinamiki tədqiqatlar əsasında Lənkəran vilayətinin eroziyaya uğramamış və orta dərəcədə eroziyaya uğramış psevdopodzollaşmış sarı və suvarılan qleyli-sarı torpaqların morfo-genetik göstəriciləri, aqrokimyəvi, aqrofiziki xassələri, münbitlik potensialı, torpağın rütubət ehtiyatı, qida maddələrinin potensialı və mikrobioloji fəallığı öyrənilmişdir.

2. Tədqiqat zamanı müəyyən olunmuşdur ki, bu torpaqların eroziyaya uğra-mamış növləri ilə müqayisədə orta dərəcədə eroziyaya uğramış növündə humus, azot, fosfor, kaliumun miqdarının 25-48%-ə qədər azalması, həmin torpaqların aqrofiziki, aqrokimyəvi və bioloji xassələrinin pisləşməsinə səbəb olmuşdur.

3. Tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, eroziya prosesi qida maddələrinin mənimsənilən formalarının azalmasına təsir göstərmiş və orta dərəcədə eroziyaya uğramış psevdopodzollaşmış sarı torpaqlarda azotun mənimsənilən formaları 10-18 mq/kq, fosfor 9-11 mq/kq, mübadilə olunan kaliumun miqdarı isə 64-88 mq/kq aşağı düşmüşdür. Suvarılan qleyli-sarı torpaqlarda isə müvafiq olaraq azotun mənimsənilən formalarının miqdarı 22-24 mq/kq, fosfor 9-12 mq/kq, mübadiləli kaliumun isə 22-23 mq/kq azalması müəyyən edilmişdir.

4. Psevdopodzollaşmış sarı və suvarılan qleyli-sarı torpaqlarda mikroorqa-nizmlərin ümumi sayının yaz və payız fəsillərində artması, quraq yay fəslində isə azalması müəyyən edilmişdir.

5. Fond-kartoqrafik materiallarından və aparılmış tədqiqatların nəticələrindən istifadə edilərək Lənkəran vilayətinin ovalıq və dağətəyi torpaqlarında eroziyaya uğrama dərəcələri nəzərə alınmaqla 1:50000 miqyasında torpaq-eroziya xəritə-sxemi tərtib olunmuşdur.

6. Riyazi-statistik hesablamaların nəticələri göstərir ki, psevdopodzollaşmış sarı torpaqlarda humusla fosfor və humusla kalium arasında korelyasiya əmsalı r=0,96; r=0,98, suvarılan qleyli-sarı torpaqlarda isə müvafiq olaraq r=0,99; r=0,96 olmuşdur. Korelyasiya əmsalları göstərir ki, tədqiqatların nəticələri arasında korelyativ əlaqə çox sıxdır.

7. Tədqiqatın nəticələrinə əsasən tədqiq olunan torpaqların yaxşılaşdırılması üçün münbitlik parametrlərinin aqroistehsalat xüsusiyyətlərini özündə birləşdirən kompleks aqromeliorativ tədbirlər sistemi (suvarma, dərin şumlama, gübrələmə və sair) hazırlanmış və tətbiq olunması üçün fermer təsərrüfatlarına təklif edilmişdir.

Page 17: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …...İşin həcmi və quruluşu. İşin ümumi həcmi 47 cədvəl, 29 şəkil, ədəbiyyat siyahısı və əlavələr də daxil olmaqla 193

17

Dissertasiya mövzusu üzrə aşağıdakı işlər dərc olunmuşdur

1. Azərbaycanın Lənkəran zonasında eroziyaya uğramış torpaqların məhsuldarlığının artırılması yolları. Azərbaycan ETB və SBİ-nun Ə.S.Nərimanovun 100 illik yubileyinə həsr olunmuş “ Aqrar elmin zənginləşdirilərək təkmilləşdirilməsi əsasında ərzaq təhlükə-sizliyinin təmini problemləri” elmi-praktik konfransı materialları, Quba, 2011, s. 195-199 (həmmüəlliflə)

2. Lənkəran təbii vilayətinin iqlim xüsusiyyətləri və onların su ehtiyatlarına təsiri/ “Azərbaycan aqrar elmi” jurnalı, Bakı, 2011, № 2, s.189-191 (həmmüəlliflə)

3. Lənkəran təbii vilayətinin müasir landşaftlarının ekoloji vəziy-yətinə antropogen amillərin təsiri/ Azərbaycan landşaftlarının optimallaşdırılması, səmərəli təşkili və davamlı inkişafının müasir problemləri/ Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri, XVI cild, Bakı, 2011, 159-163 (həmmüəlliflə)

4. Экологические основы систем удобрений чайных культур на эродированных желтоземах Ленкоранской области Азербай-джана/Экологическое состояние природной среды и научно-практические аспекты современных мелиоративных техноло-гий. Рязань, 2012, с.324-330 (соавторство)

5. Lənkəran bölgəsində eroziya prosesinin formalaşması və inkişafında iqlim amillərinin rolu. Torpaqşünaslıq və aqrokimya jurnalı, Bakı-“Elm”-2013, s.474-478 (həmmüəlliflə)

6. Почвенно-ресурсный потенциал зоны рисоводства Республики Азербайджан и перспективы его использования. Рисоводства научно-производственный хурнал, 18/2011, Краснодар, с. 53-55 (соавторство)

7. Lənkəran vilayəti psevdopodzollu-sarı torpaqların aqrokimyəvi göstəricilərinə eroziya prosesinin təsiri və nəticələri. Azərbaycan aqrar elm jurnalı, Bakı, 2014, №2, s.181-182

8. Lənkəran düzənliyinin suvarılan qleyli-sarı torpaqlarında irriqasiya eroziyası və torpaqlardan səmərəli istifadə problemləri. Azərbaycan xalqının Ümummilli Lideri H.Əliyevin anadan olmasının 91-ci ildönümünə və Milli Qurtuluş gününə həsr olunmuş “Gənc alim-lərin kənd təsərrüfatında rolu: problemlər və imkanlar” beynəlxalq elmi konfransın materialları. Bakı, 2014, s.116-117

Page 18: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …...İşin həcmi və quruluşu. İşin ümumi həcmi 47 cədvəl, 29 şəkil, ədəbiyyat siyahısı və əlavələr də daxil olmaqla 193

18

9. Suvarılan qleyli-sarı torpaqlarda azotun mənimsənilən formalarının azalma səbəbləri. Azərbaycan MEA Gəncə bölməsi Xəbərlər məc-muəsi, №57, Gəncə-2014, s.50-53

10. Lənkəran vilayəti suvarılan qleyli-sarı torpaqlarında eroziya proseslərinin münbitliyə təsiri. Ekologiya və su təsərrüfatı jurnalı. Bakı, 2014, s.11-14

11. Torpaqların səmərəli istifadəsində coğrafi məlumat sistemləri (CMS) texnologiyalarının əhəmiyyəti. BDU Ümummilli lider H.Əliyevin anadan olmasının 91 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı, Bakı, 2014, s.392-396 (həmmüəlliflə)

12. Lənkəran vilayətində baş vermiş iqlim dəyişilmələrinin su eroziyasına təsiri. Azərbaycan aqrar elm jurnalı. Bakı, 2014, №4, səh.167-169

13. Influence of the erosion process on nutrient decrease in the psevdopodzolic-yellow soils of the Lankaran region. Annals of agrarian science journal, Tbilisi, 2015, Vol.13, №4, p.51-55 (www.agrscience.ge)

Page 19: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …...İşin həcmi və quruluşu. İşin ümumi həcmi 47 cədvəl, 29 şəkil, ədəbiyyat siyahısı və əlavələr də daxil olmaqla 193

19

Акперова Улькер Закир кызы

Влияние водной эрозии на плодородие почв юго-восточной части Ленкоранской области

РЕЗЮМЕ

В нашей республике одним из регионов, имеющих высокий

потенциал развития сельского хозяйства, является Ленкоранская природная область. В последние десятилетия, в связи с производственной деятельностью человека возросло антропогенное воздействие на природ-ные экосистемы, в том числе, и на почвенный покров. 43,3% почвенного покрова исследуемой области подверглось эрозии различной степени.

В 2009-2011 годах проведены комплексные почвенные иссле-дования на неэродированных и среднеэродированных псевдоподзолис-тых желтых и орошаемых желтоземно-глеевых почвах, распространенных на предгорных и низменных территориях Ленкоранской области. Целью исследований являлось изучение влияния процесса эрозии на морфо-генетическую диагностику и показатели плодородия, а также взаимосвязь этих параметров и пути повышения урожайности. Установлено, что в почвах под чайными плантациями в 0-10, 10-20 и 20-30 см слоях в дина-мике основных питательных веществ, влажности и показателях микро-биологичекой активности наблюдались изменения по сезонам. В неэро-дированных псевдоподзолистых желтых почвах под чайными план-тациями в 0-50 см слое запасы гумуса составили 125,54 т/га, а запасы об-щего азота 7,66 т/га, общего фосфора 9,08 т/га и общего калия 185,33 т/га.

В среднеэродированных псевдоподзолистых желтых почвах по сравнению с неэродированными запасы гумуса в 0-50 см слое умень-шились на 55,74 т/га, общего азота на 3,17 т/га, общего фосфора на 5,09 т/га и общего калия на 92,91 т/га. Определено, что наблюдается резкое уменьшение физико-химических показателей плодородия почв и эти про-цессы в почвах под чайными плантациями начиная с весны до осени отли-чаются также и по степени эродированности. Процессы эрозии повлияли также и на уменьшение естественной влажности и количество микроорга-низмов. Для повышения плодородия эродированных почв исследуемой территории подготовлена система комплексных агротехнических и агро-мелиоративных почвозащитных мероприятий и рекомендована для при-менения в фермерских хозяйствах.

Page 20: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …...İşin həcmi və quruluşu. İşin ümumi həcmi 47 cədvəl, 29 şəkil, ədəbiyyat siyahısı və əlavələr də daxil olmaqla 193

20

Akbarova Ulkar Zakir

IMPACT OF WATER EROSION ON SOILS FERTILITY IN THE SOUTH-EASTERN PART OF THE LANKARAN PROVINCE

ABSTRACT

One of the regions having a great economic potential for the Repub-lic`s agricultural development is Lankaran natural zone. Last decades the antropogen impacts on natural ecosystems in connection with the human`s economy action, including on soil cover increased. 43,3% of the zone soils exposed to erosion to a various degree. The complex soil researches were performed in the areas where the psevdopodzol-yellow and irrigated gleyey-yellow soils of the foothill and lowland zones in the Lankaran province weren`t eroded and were eroded to an average degree in 2009-2011. The research aim is to investigate an im-pact of erosion process on soils morphogenetic diagnostics, fertility pa-rameters and increase of the same parameters reciprocal relations and productivity. It was determined that dynamics of the main nutrient, natural humidity, parameters of microbiological actions at 0-10, 10-20 and 20-30 sm layers underriver soils change over the seasons. At 0-50 sm layer of uneroded psevdopodzolic yellow soils in which the tea plant is grown the humus supply is 125,54t/ha, total nitrogen is 7,66t/ha, total phosphorus is 9,08t/ha, total potassium is 185,33t/ha. At 0-50 sm layer of the soils eroded to a mean degree in comparison with the uneroded sort of psevdopodzolic yellow soils the humus supply is 55,74t,total nitrogen is 3,17t, total phosphorus is 5,09t, total potassium re-duced to 92,91t. It was defined that the physico-chemical fertility indica-tions of soils inclined to the sharp reduction and these processes differed for eroding degrees beginning from spring to autumn in the tillage layer of the soils under river. The erosion process caused reduction of the natural humidity and microorganisms in the research object. For the purpose of increase of the eroded soils fertility in the zone the complex agrotechnical and agromeliotative soil protector measures sys-tem was prepared and an application was recommended in the farmer econ-omy.

Page 21: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …...İşin həcmi və quruluşu. İşin ümumi həcmi 47 cədvəl, 29 şəkil, ədəbiyyat siyahısı və əlavələr də daxil olmaqla 193

21

Əlavə

Şək.2. Mamusta kəndi ətrafında çöl-torpaq tədqiqalarının aparılmasının ortofotoplanda xəritə-sxemi

Page 22: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …...İşin həcmi və quruluşu. İşin ümumi həcmi 47 cədvəl, 29 şəkil, ədəbiyyat siyahısı və əlavələr də daxil olmaqla 193

22

НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНА ИНСТИТУТ ПОЧВОВЕДЕНИЯ И АГРОХИМИИ

На правах рукописи

АКПЕРОВА УЛЬКЕР ЗАКИР кызы

ВЛИЯНИЕ ВОДНОЙ ЭРОЗИИ НА ПЛОДОРОДИЕ ПОЧВ ЮГО-ВОСТОЧНОЙ ЧАСТИ ЛЕНКОРАНСКОЙ ОБЛАСТИ

Специальность: 2511.01 – Почвоведение

АВТОРЕФЕРАТ

диссертации на соискание ученой степени доктора философии по аграрным наукам

БАКУ - 2016