azərbaycan respublikası vergilər nazirliyinin tədris...

25
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi “Azərbaycan Respublikasının vergi sistemi və vergi siyasəti: təkamül dövrü, müasir vəziyyəti və təkmilləşdirilməsi istiqamətləri” mövzusu üzrə TƏLİM MATERİALI Dinləyicilər Müsabiqə yolu ilə vergi orqanlarına staj müddətinə işə qəbul edilən əməkdaşlar, orta və kiçik menecerlər (mütəxəssislər). Təhsilalma forması əyani; Tədris müddəti 2 saat; Müəllif Qarayev İmran Əlyar oğlu, Elmi tədqiqat bölməsinin rəisi. Tədrisin məqsədi - dinləyiciləri Azərbaycan Respublikasının vergi sistemi və vergi siyasətinin təkamül dövrü, müasir vəziyyəti və təkmilləşdirilməsi istiqamətləri ilə tanış etməkdir. Dinləyicilər təlimin sonunda Azərbaycan Respublikasının vergi sisteminin yaranması və inkişaf mərhələlərini, təkmilləşdirilməsi istiqamətlərini, vergi sistemini xarakterizə edən göstəriciləri, müasir vergi sisteminin xüsusiyyətlərini, modernləşdirilməsi istiqamətlərini, Azərbaycanda aparılan vergi siyasətinin əsas istiqamətlərini bilməli və optimal şəkildə qurulmuş vergi sisteminin iqtisadi inkişafa təsirini əsaslandırmağı, iqtisadiyyatın dövlət tənzimlənməsində vergi siyasətinin rolunu qiymətləndirməyi bacarmalıdır. Şamaxı - 2018

Upload: others

Post on 22-Dec-2019

13 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzitedris.taxes.gov.az/assets/upload/files/Təlim materialları/Pewehazirligi/1.1.1.pdf · Vergi sistemi isə bu prosesi

Azərbaycan Respublikası Vergilər Nazirliyinin

Tədris Mərkəzi

“Azərbaycan Respublikasının vergi sistemi və vergi siyasəti: təkamül dövrü, müasir vəziyyəti və təkmilləşdirilməsi istiqamətləri” mövzusu üzrə

TƏLİM MATERİALI

Dinləyicilər Müsabiqə yolu ilə vergi orqanlarına staj müddətinə işə qəbul edilən əməkdaşlar, orta və kiçik menecerlər (mütəxəssislər).

Təhsilalma forması əyani; Tədris müddəti 2 saat; Müəllif Qarayev İmran Əlyar oğlu, Elmi tədqiqat bölməsinin rəisi. Tədrisin məqsədi - dinləyiciləri Azərbaycan Respublikasının vergi sistemi və vergi

siyasətinin təkamül dövrü, müasir vəziyyəti və təkmilləşdirilməsi istiqamətləri ilə tanış etməkdir.

Dinləyicilər təlimin sonunda Azərbaycan Respublikasının vergi sisteminin yaranması və inkişaf mərhələlərini, təkmilləşdirilməsi istiqamətlərini, vergi sistemini xarakterizə edən göstəriciləri, müasir vergi sisteminin xüsusiyyətlərini, modernləşdirilməsi istiqamətlərini, Azərbaycanda aparılan vergi siyasətinin əsas istiqamətlərini bilməli və optimal şəkildə qurulmuş vergi sisteminin iqtisadi inkişafa təsirini əsaslandırmağı, iqtisadiyyatın dövlət tənzimlənməsində vergi siyasətinin rolunu qiymətləndirməyi bacarmalıdır.

Şamaxı - 2018

Page 2: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzitedris.taxes.gov.az/assets/upload/files/Təlim materialları/Pewehazirligi/1.1.1.pdf · Vergi sistemi isə bu prosesi

Azərbaycan Respublikasının vergi sistemi və vergi siyasəti:

2

Mövzunun mündəricatı

1. Azərbaycanda vergi sisteminin təkamül dövrü..................................................................3 2. Heydər Əliyev Azərbaycanın müasir vergi sisteminin yaradıcısıdır.................................18 3. İlham Əliyev və Azərbaycanın vergi sisteminin modernləşdirilməsi................................20 4. Nəzarət sualları................................................................................................................24 5. Müstəqil öyrənmək üçün tapşırıqlar.................................................................................24 6. Ədəbiyyat.........................................................................................................................24

Page 3: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzitedris.taxes.gov.az/assets/upload/files/Təlim materialları/Pewehazirligi/1.1.1.pdf · Vergi sistemi isə bu prosesi

Azərbaycan Respublikasının vergi sistemi və vergi siyasəti:

3

I. Azərbaycanda vergi sisteminin təkamül dövrü Azərbaycanda qədim dövrlərdə vergilər: Bəşəriyyətin tarixi qədər qədim tarixə malik

olan vergilər ictimai məhsulun bir hissəsinin məcburi ödənişi kimi ilk dövrlərdə də dövlətin maliyyə ehtiyaclarının ödənilməsinin əsas mənbəyi hesab olunurdu. Vergitutma iqtisadi mədəniyyətin bir elementi kimi bütün dölət sistemlərinə xasdır. Vergitutmanı tarixi inkişafda üç əsas mərhələyə bölmək olar. İlkin mərhələ qədim dövrlərdən başlamış orta əsrlərə qədər davam edən, vergilərin müəyyən edilməsi və yığılması üçün maliyyə aparatının olmaması ilə xarakterizə olunan dövrü əhatə edir. Vergitutmanın inkişafının ikinci mərhələsi XVI-XIX əsrləri əhatə etməklə birbaşa və dolayı vergiləri özündə birləşdirən sistemlərin meydana gəldiyi dövrdür. Üçüncü mərhələ vergilərin təbiətinə elmi-nəzəri baxışların yaranması ilə bağlıdır.

Türk dilləri qrupuna mənsub dildə danışan, beş min ildən artıq dövlətçilik ənənələrinə malik olan, azəri türklərinin yaşadığı ərazidə - qədim Azərbaycanda da vergitutma bu mərhələlərə uyğun tarixi inkişaf yoly keçmişdir. Qədim yaşayış məskəni olan Azərbaycanda vergitutma özünəməxsus spesifik xüsusiyyətlərə malik olmaqla müvafiq mərhələlərdən keçərək bəsit formasından elmi-nəzəri əsaslara söykənən bugünkü formasınadək yüksəlmişdir.

Azərbaycanda vergi sisteminin təkamül dövrünün qısa xülasəsi (qədim dövrlər):

- Eramızdan əvvəl IV minilliyin sonu, III minilliyin əvvəlləri - ibtidai icma quruluşunun dağılması və sinifli cəmiyyətə keçid prosesi başlanmışdır. Bu dövrdən başlayaraq Azərbaycan ərazilərində bir sıra dövlətlər yaranmış, müxtəlif ictimai-iqtisadi münasibətlər sistemi mövcud olmuşdur. Həmin dövrlərdə əhali, əsasən, köçəri maldarlıq və əkinçiliklə məşğul olmuş, vergilər isə, bir qayda olaraq, natural formada toplanmışdır. - Feodal münasibətləri formalaşdıqdan sonra bütün əhali-əkinçilər, sənətkarlar, ticarətlə məşğul olanlar üçün vergi mükəlləfiyyətləri müəyyənləşdirildi. III-IV əsrlərdə bu zümrədən can və torpaq vergisi, həmçinin, fövqəladə vergilər toplanirdı. - IX-XI əsrlərdə feodal münasibətləri inkişaf etdi. Torpaq üzərində mülkiyyət hüququ olanlar - mülkədarlar dövlətə torpaq vergisi verirdilər. Torpaqdan istifadə müqabilində kəndlidən alinan vergi üşr (ondabir), sonralar isə xərac adlanırdı. - XI-XIII əsrlərdə əhalinin müxtəlif təbəqələri xərac, üşr, cizyə, haqq, alaf, nüzl, əvariz, qismət, təyyarət, dəraib və s. adlanan vergi və rüsumlar ödəyir, bir sıra mükəlləfiyyətlər yerinə yetirirdilər. - XV əsrdə kəndlilər istehsal etdikləri məhsulun 1/5 hissəsini dövlətə verirdilər. Bu vergi bəhrə adlanırdı. Hərbçilərin, mülki və ruhani vəzifələr tutan şəxslərin xeyrinə toplanan vergilərin məcmusu ixracat adlanırdı. Maldarlardan çobanbəyi vergisi alınırdı. Dövlətin və feodalların xeyrinə mükəlləfiyyətlər (çərik, tərh, ulaq, ulam, biyar və s.) mövcud idi. - XVI-XVII əsrlərdə Azərbaycanda vergilər: torpaq və gəlir vergisi -malcəhət, bəhrə, xərac - natura ilə ümumi məhsulun 1/5, 1/3 hissəsini təşkil edirdi. Bağbaşı - məhsulun 1/10-nə bərabər idi. Çobanbəyi, çölpulu - örüşdə heyvanlan otarmaq üçün alınırdı. - XVIII əsrin I yarısında İranda mövcud olan vergilər Azərbaycanda da tətbiq olunurdu: torpaq vergiləri (malcəhət, üşr, çobanbəyi), adambaşma alınan vergi (sərşomari, cizyə), qoşunları saxlamaq üçün vergi (sursat, əsb-e çapar),hərbi qulluq mükəlləfiyyəti (çərik), təhzilat, peşkəş, xərc-e təyirı mütərəddin), bik, əvazir, torpaqbasdı vergisi (rəhdari) və s. - XVIII-XIX əsrlərdə Azərbaycan xanlıqlarında vergilər: malcəhət, bəhrə, xərac, salyana, çöpbaşı, karxana, bağbaşı, çobanbəyi, dəh-yek, cütbaşı, dəzgahbaşı və s. - XIX əsrin əvvəllərində Azərbaycan Rusiya imperiyasının tərkibində oldugu dövrdə vergilər haqqında qanunlar, yerli xüsusiyyətlər nəzərə alınmaqla, mərkəzi hakimiyyət tərəfindən qəbul edilirdi. Vergi sistemi dövlət vergilərindən və yerli vergilərdən ibarət idi.

Page 4: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzitedris.taxes.gov.az/assets/upload/files/Təlim materialları/Pewehazirligi/1.1.1.pdf · Vergi sistemi isə bu prosesi

Azərbaycan Respublikasının vergi sistemi və vergi siyasəti:

4

Vergi sistemi haqqında ümumi anlayış: Vergilərə vergi ödəyiciləri ilə dövlət büdcəsinin

qarşılıqlı maliyyə münasibətləri kimi baxmaq olar. Bu zaman maliyyə ehtiyatlarının dövlət büdcəsində konsentrasiyası baş verir. Vergi sistemi isə bu prosesi onun vəzifə, forma, üsul və prinsiplərini müəyyən etməklə inkişaf etdirir və konkretləşdirir.

Vergi sistemləri vergilərin sayı, növü və strukturu, tutulma üsulları, dərəcələri və s.-dən asılı

olaraq bir-birindən əsaslı surətdə fərqlənirlər. Buna görə də praktikada onlara çoxsaylı milli xüsusiyyətlərə malik müxtəlif formalarda rast gəlinir. Vergi sistemi ayrıca olaraq götürülmüş bir ölkədə onu bilavasitə formalaşdıran əsas elementlərin qarşılıqlı əlaqəli məcmusudur. Bu elementlər aşağıdakılardır:

Vergi sistemi müəyyən edilmiş qaydada tutulan vergi, yığım, rüsum və digər ödənişlərin

məcmusundan ibarətdir. Ümumi olaraq Avropa İttifaqına daxil olan və digər ölkələrin vergi sistemlərini təhlil

edərək, nəticəyə gəlmək olar ki, mütərəqqi vergi sistemi aşağıdakı əsas 5 prinsipə cavab verməlidir:

Qeyd: Dövlət tərəfindən təyin edilən və dövlət büdcəsinin maliyyə ehtiyatlarının

yaradılması məqsədini güdən vergi, yığım, rüsum və digər ödənişlər, həmçinin onların

yığılmasının forma, üsul və prinsipləri vergi sisteminin əsasını təşkil edir.

Page 5: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzitedris.taxes.gov.az/assets/upload/files/Təlim materialları/Pewehazirligi/1.1.1.pdf · Vergi sistemi isə bu prosesi

Azərbaycan Respublikasının vergi sistemi və vergi siyasəti:

5

1.Bərabərlik - vergi sistemi bütün vergi ödəyiciləri üçün bərabər və ədalətli olmalıdır, nəticədə eyni şəraitdə olan vergi ödəyiciləri üçün eyni vergilər tutulmalıdır və eyni əməliyyatlardan da eyni qaydada vergi alınmalıdır.

2.Sadəlik – vergi sistemi mümkün qədər sadə olmalıdır ki, vergi ödəyicilər öz öhdəliklərini asan başa düşüb vergiləri vaxtında və tam ödəsinlər və eyni zamanda vergi orqanların inzibati xərcləri və vergi nəzarətdə çətinliklər azalsın.

3.Kafilik – vergi sistemi dövlət büdcəsini kifayət qədər və qabaqcadan məlum olan gəlir mənbələri ilə təmin etməlidir.

4.Səmərəlilik – vergi sistemi səmərəli olmalıdır və ölkənin iqtisadiyyatında məhsul və xidmətlərin istehsal həcminin artmasının qarşısını almamalı və ya azaltmamalıdır.

5.Rəqabət qabiliyyəti – digər ölkələrin vergi sistemlərinə dair milli vergi sistemi rəqabət qabiliyyətli olmalıdır, ona görə ki uzun müddətli, davamlı və real iqtisadi inkişafı, yeni iş yerlərinin yaradılmasını və artımını təmin edən sistem olmalıdır.

Vergitutmanın prinsipləri: Vergitutmanın prinsipləri dedikdə, vergi sahəsində mövcud olan başlıca ideya və qaydaların məcmusu başa düşülür. Vergitutmanın prinsiplərini ilk dəfə 1776-cı ildə ingilis iqtisadçısı A.Smiti özünün “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında” adlı əsərində qeyd etmişdir. O 5 əsas prinsipi qeyd etmişdir:

Hal-hazırda vergitutmanın aşağıdakı prinsipləri həyata keçirilir: 1.Təsərrüfat müstəqilliyi və sərbəstlik prinsipi. 2.Ədalətlilik prinsipi 3.Tarazlıq prinsipi. 4.Vergi ödəyicilərinin maraq və imkanlarının maksimum nəzərə alınması prinsipi. 5.Səmərəlilik prinsipi. Maliyyə resurslarının yenidən bölüşdürülməsi hesabına dövlətin və cəmiyyətin ayrı-ayrı

sosial qruplarının maliyyə təlabatlarının təmin olunması, ölkənin vergi sisteminin formalaşdırılması məqsədilə həyata keçirilən tədbirlərin məcmusu ölkənin vergi siyasətinin əsasını təşkil edir.

Vergi siyasətinin əsas subyekti dövlətdir. Dövlətin vergi siyasətinin əsas vəzifələri aşağıdakılardır:

sahə və ərazi nöqteyi-nəzərindən ölkə iqtisadiyyatının tənzimlənməsi üçün şəraitin yaradılması; dövlətin maliyyə ehtiyatları ilə təmin edilməsi; bazar münasibətləri şəraitində əhalinin gəlir səviyyələri arasında yaranmış qeyri-

bərabərliyin hamarlanması.

Page 6: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzitedris.taxes.gov.az/assets/upload/files/Təlim materialları/Pewehazirligi/1.1.1.pdf · Vergi sistemi isə bu prosesi

Azərbaycan Respublikasının vergi sistemi və vergi siyasəti:

6

Vergilər aşağıdakı beş əsas funksiyanı yerinə yetirir:

Vergiləri yığım, rüsum və digər ödənişlərdən fərqləndirmək üçün onlara xas olan əsas əlamətləri qeyd etmək lazımdır. Verginin birinci əlaməti onun subyektin gəlirinin bir hissəsini dövlətin xeyrinə özgəninkiləşdirməsidir. Yəni, vergi ödənilən zaman mülkiyyətçinin gəlirinin müəyyən hissəsi dövlətin mülkiyyətinə keçir.

Verginin ikinci əlaməti onun təyin edilməsi və tətbiq olunmasının qanuniliyidir.

Vergilərin üçüncü əlaməti onların vacibliyidir. Qanunvericiliyə uyğun olaraq hər bir vergi ödəyicisi müəyyən şərtlər daxilində vergini ödəməyə borcludur.

Vergilərin dördüncü əlaməti onların məcburi xarakter daşımasıdır. Vergilərin beşinci əlaməti onların pul formasında ödənilməsidir. Vergilərin altıncı əlaməti onların əvəzsiz xarakter daşımasıdır. Vergilərin yeddinci əlaməti onların abstrakt ödəniş olmasıdır. Vergilər büdcəyə

keçirilərkən məqsədli təyinat daşımırlar, yəni onların konkret olaraq hansı dövlət xərclərinin ödənilməsi üçün köçürüldüyü göstərilmir. Dövlət büdcəsinə daxil olan vəsaitlər dövlətin bütün ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulur.

Vergi siyasətinin mahiyyəti: Dövlətin vergi siyasəti dedikdə, dövlət tərəfindən işlənib hazırlanmış, vergi sahəsində cəmiyyətin qarşısında duran bu və ya digər vəzifələri həyata keçirməyə yönəlmiş tədbirlər sistemi başa düşülür. Vergi siyasətinin məqsəd və vəzifələri konkret iqtisadi şəraitdən asılıdır. Məqsəd və vəzifələri müəyyən edildikdən sonra dövlət onların həyata keçirilməsi üsullarını işləyib hazırlayır. Vergi siyasətinin əsas məqsədi vergilərin mahiyyəti və funksiyalarından irəli gəlir və məcmu ictimai məhsulun bir hissəsinin dövlət tərəfindən alınmasından və bu vəsaitlərin büdcə vasitəsi ilə yenidən bölüşdürülməsindən ibarətdir. Hər bir maliyyə ili üçün büdcə qəbul edilərkən vergi siyasətinin əsası qoyulmuş olur. Onun həyata keçirilməsi isə uyğun qanunvericilik və normativ aktların qəbul edilməsi yolu ilə aparılır.

Vergi siyasətinin həyata keçirilmə müddətindən, təsir dairəsindən, iqtisadi vəziyyətin dəyişməsinə reaksiyasından asılı olaraq müxtəlif formaları mövcuddur.

Müddətindən asılı olaraq vergi siyasətinin formaları:

Vergilərin əsas funksiyaları

fiskal funksiya

tənzimləyici funksiya

bölüşdürücü funksiya

inteqrasiyaedici funksiya

nəzərətedici funksiya

Vergi taktikası – vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə konkret bir

dövrdə qarşıda duran məsələlərin həllini nəzərdə tutur.

Vergi strategiyası – vergi sahəsində dövlətin uzunmüddətli kursunu müəyyən edir və iri

miqyaslı məsələlərin həllini nəzərdə tutur.

Page 7: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzitedris.taxes.gov.az/assets/upload/files/Təlim materialları/Pewehazirligi/1.1.1.pdf · Vergi sistemi isə bu prosesi

Azərbaycan Respublikasının vergi sistemi və vergi siyasəti:

7

Təsir dairəsindən asılı olaraq vergi siyasətinin formaları:

İqtisadi vəziyyətin dəyişməsinə reaksiyasından asılı olaraq vergi siyasətinin formaları: Vergi siyasətinin məzmunu aşağıdakıları əhatə edir:

Hər bir vergi sistemi əsaslandırılmış elmi yanaşmaya söykənməlidir. Elmi yanaşmanın vergi siyasətinə aşağıdakı müsbət təsirləri ola bilər:

Diskresion vergi siyasəti vergi dərəcələri və ya vergitutmanın strukturu ilə

manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir. O, iqtisadi

tənəzzülün tez bir zamanda aradan qaldırılması və tarazlıq vəziyyətinin saxlanılması

üçün istifadə edilir. Bununla əlaqədar olaraq diskresion siyasəti tez-tez stabilləşdirici

siyasət də adlandırırlar.

Qeyri-diskresion vergi siyasəti isə hökumətin qərarlarından asılı olmayaraq, avtomatik

surətdə həyata keçirilir. Bu özünütənzimləmə rejimində işləyən mexanizmlərin -

«quraşdırılmış özütənzimləyicilərın» köməyi ilə mümkün olur.

Daxili vergi siyasəti bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və daxili

məsələlərin həllini nəzərdə tutur.

Xarici vergi siyasəti ikiqat vergitutmanın aradan qaldırılmasına, müxtəlif ölkələrin vergi

sistemlərinin yaxınlaşmasına, onların vahid şəklə salınmasına yönəldilir.

Page 8: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzitedris.taxes.gov.az/assets/upload/files/Təlim materialları/Pewehazirligi/1.1.1.pdf · Vergi sistemi isə bu prosesi

Azərbaycan Respublikasının vergi sistemi və vergi siyasəti:

8

Dövlətin həyata keçirdiyi tənzimləmə vasitələrinin əsası fiskal siyasət hesab olunur. Fiskal siyasət dövlət xərcləri və vergi ilə bağlı olan tənzimləmə sistemidir. Bu siyasət xeyli dərəcədə hökümət xərclərinin, yəni dövlət idarə və orqanlarının, institutlarının saxlanılması və s. dinamikasından asılıdır. Fiskal siyasət, dövlətin büdcə və vergi siyasəti olmaqla, büdcə formalaşması siyasətini ifadə edir və eyni zamanda maliyyə siyasətinin tərkib hissəsi sayılır. Fiskal siyasəti makrоiqtisadi tənzimləmənin əsas vasitələrindən biri, dövlət хərclərinin və vergitutmanın səviyyəsinin dəyişdirilməsi istiqamətində dövlət оrqanlarının həyata keçirdiyi tədbirlərin məcmusu hesab etmək olar.

Fiskal siyasət məcmu tələbin, məşğulluğun və gəlirin səviyyəsinə təsir etmək üçün dövlətin xərclərdən, vergiqoymadan və borclanmadan istifadə edərək həyata keçirdiyi siyasətdir. ÜDM-in bir hissəsinin dövlətin xərclərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsinə cəlb edilməsi vergi siyasətinin fiskal məqsədini əks etdirir.

Dövlətin fiskal siyasətinin tipləri:

Dövlətin fiskal siyasətinin növləri:

əgər natamam məşğulluq varsa, onda işsizliyin səviyyəsi екspansiv budcə-vеrgi siyasətinin(dövlət хərcləri artırılır, vеrgilər azaldılır)кöməyi ilə azaldılmalıdır;

əgər qiymətlərin umumi səviyyəsində artım varsa, onda inflyasiyanın qarşısının alınması rеstriкtiv fisкal siyasətin vasitələri ilə(vеrgilərin artırılması və dövlət хərclərinin azaldılması)həyata кеçirilməlidir;

əgər tam məşğulluğa və qiymətlərin sabitliyinə nail olunubsa, onda budcə məcmu tələblə məcmu təкlif arasında balansı saхlamalıdır (nеytral-кonyunкtur fisкal siyasət).

Vergi siyasətinin tipləri: İqtisadiyyatın vəziyyətindən, iqtisadi inkişafın cari mərhələsində dövlətin üstün hesab etdiyi məqsədlərdən asılı olaraq vergi siyasətinin müxtəlif tiplərindən istifadə olunur. Vergitutmanın ağırlığından asılı olaraq vergi siyasətinin üç tipi bir-birindən fərqləndirilir:

Maksimal vergilər siyasəti zamanı dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla, vergi güzəştlərini ixtisar etməklə vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır. Təbiidir ki, belə vergi siyasəti ayrıca götürülmüş konkret vergi ödəyicisi və ümumiyyətlə cəmiyyət üçün iqtisadi inkişafa heç bir ümid yeri qoymur. Buna görə də belə siyasət bir qayda olaraq fövqəladə hallarda, məsələn iqtisadi böhranlar, müharibələr zamanı həyata keçirilir. Belə siyasətin uzun müddət həyata keçirilməsi bir sıra mənfi nəticələrə gətirib çıxara bilər. Laffer əyrisi buna əyani misaldır: böhran

Avtomatik Diskresion

Ekspansionist Restriksionist

Page 9: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzitedris.taxes.gov.az/assets/upload/files/Təlim materialları/Pewehazirligi/1.1.1.pdf · Vergi sistemi isə bu prosesi

Azərbaycan Respublikasının vergi sistemi və vergi siyasəti:

9

nöqtəsindən aşağıda, yəni «normal zonada» vergi daxilolmaları artır, böhran nöqtəsindən yuxarıda, yəni «qadağan olunmuş zonada» isə daxilolmalar azalır.

Optimal vergilər siyasəti zamanı dövlət sahibkarlıq fəaliyyətinin subyektləri üçün vergi yükünü yüngülləşdirir, onların inkişafına təkan verən əlverişli vergi mühiti yaradır. Bu isə dövlət xərclərinin azalmasına, ilk növbədə sosial proqramların məhdudlaşdırılmasına səbəb olur. Sosial yönümlü yüksək dərəcəli vergilər siyasəti həyata keçirilərkən dövlət kifayət dərəcədə yüksək vergilər tətbiq etməklə nəzərəçarpacaq sosial müdafiə proqramları işləyib hazırlayır. Bu zaman büdcə gəlirlərinin böyük hissəsi müxtəlif sosial fondların artırılmasına yönəldilir.

Vergi siyasətinin məqsədi: Vergi siyasətinin həyata keçirilməsi üsulları dövlətin bu siyasəti aparmaqla əldə etməyə çalışdığı məqsədlərdən asılıdır. Yüksək inkişaf etmiş bazar münasibətləri şəraitində dövlət tərəfindən vergi siyasəti istehsalın, ərazilərin iqtisadi inkişafının, əhalinin gəlirlilik səviyyəsinin strukturunun dəyişdirilməsi məqsədilə ÜDM-in bölüşdürülmüsi üçün istifadə edilir və bu siyasəti həyata keçirməyin aşağıdakı üsullarından istifadə olunur:

Vergi siyasətinin həyata keçirilməsində vergi mexanizminin əsas alətləri vergi

dərəcələri, vergitutma bazası və vergi güzəştləri hesab olunur. Vergi siyasəti aparılarkən iqtisadiyyatın tənzimlənməsində dövlətin iştirakı bir sıra vergi alətləri vasitəsi ilə həyata keçirilir. Respublikada aparılan vergi siyasəti vergi dərəcələrinin aşağı salınması və vergi güzəştlərinin azaldılması hesabına vergitutma bazasının genişləndirilməsinə, iqtisadiyyata investisiya qoyuluşunun stimullaşdırılmasına, hüquqi şəxslərlə fərdi sahibkarlar arasında, rezident və qeyri-rezident vergi ödəyiciləri arasında vergi yükünün bərabərləşdirilməsinə, kiçik və orta sahibkarlıq, biznes fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına və son nəticədə mövcud iqtisadi potensialın artırılmasına və əhalinin maddi rifahının yüksəldilməsinə yönəldilmişdir.

Vergi yükü: Optimal şəkildə qurulmuş vergi sistemi bir tərəfdən dövlətin maliyyə vəsaitlərinə olan tələbatını təmin etməli, digər tərəfdən isə vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinə olan marağını nəinki azaltmamalı, onu hətta təsərrüfatçılığın səmərəliliyini yüksəltmək üçün daim yollar aramağa sövq etməlidir. Buna görə də vergi yükü göstəricisi ölkənin vergi sisteminin keyfiyyət ölçüsüdür. Vergi yükünün optimal səviyyəsinin müəyyən edilməsi problemi inkişaf səviyyəsindən asılı olmayaraq istənilən ölkənin vergi sisteminin qurulması və təkmilləşdirilməsində mühüm rol oynayır.

-Beynəlxalq vergitutma təcrübəsi göstərir ki, vergi ödəyicilərindən tutulan vergilər onun məcmu gəlirinin 30-40 faizindən çox olduqda iqtisadi fəallığın səviyyəsi aşağı düşür, ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi azalır, ölkədəki biznes mühiti öz cazibədarlığını itirir. Bununla əlaqədar olaraq dövlətin vergi siyasəti vergi yükünün optimal səviyyəsinə nail olmağa yönəldilməlidir.

-Lakin bir çox ölkələrdə vergi yükü göstəricisinin kəmiyyəti yüksəkdir. Məsələn, İsveçdə vergi sistemi elə qurulmuşdur ki, vergi ödəyiciləri özlərinin gəlirlərinin 50% və daha artıq

vergi ödəyicisinin üzərinə düşən vergi yükünün dəyişdirilməsi;

vergitutmanın bir üsul və formalarının digəri ilə əvəz edilməsi;

bu və ya digər vergilərin yayılma dairəsinin dəyişdirilməsi;

vergi güzəştlərinin daxil edilməsi və ya ləğvi;

differensiasiyalı vergi dərəcələri sisteminin tətbiqi və s.

Page 10: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzitedris.taxes.gov.az/assets/upload/files/Təlim materialları/Pewehazirligi/1.1.1.pdf · Vergi sistemi isə bu prosesi

Azərbaycan Respublikasının vergi sistemi və vergi siyasəti:

10

hissəsini dövlət xəzinəsinə ödəyirlər. Bu heç də onların istehsalın inkişafına marağını azaltmır.

-Vergi yükünün hesablanmasına müxtəlif yanaşmalar mövcuddur. Məsələn, vergi potensialının, əhaliyə düşən vergi yükünün səviyyəsinin, makro səviyyədə vergi yükünü və onun dinamikasını müəyyən edən və ölkə iqtisadiyyatının əsas makroiqtisadi göstəriciləri əsasında təyin olunan vergilərin ümumi daxili məhsulda (ÜDM) xüsusi çəkisinin hesablanması metodikaları məlumdur. Təcrübədə ən ümumi şəkildə vergi yükü vergi daxilolmalarının cəminin ÜDM-in həcminə nisbətinin faizlə ifadəsi kimi təyin olunur.

Başqa sözlə V K = ---------

ÜDM Burada: K - vergi yükü;

ÜDM - ümumi daxili məhsul; V- vergi daxilolmalarının həcmi.

Mikrosəviyyədə vergi yükü vergi ödəyicisi tərəfindən büdcəyə ödənilən vergi məbləğinin onun məcmu gəlirlərindəki xüsusi çəkisi ilə ifadə olunur və aşağıdakı düsturla hesablanır:

k=(v/m)*100%,

burada k- vergi ödəyicisinin vergi yükü, v – vergi ödəyicisinin il ərzində ödədiyi verginin

məbləği; m – vergi ödəyicisinin illik məcmu gəliri. Ümümi daxili məhsul milli mənsubiyyətindən asılı olmayaraq ölkə ərazisində yerləşən

müəssisələrin maddi istehsal və xidmət sahələrindəki məhsullarının dəyərinin cəmidir. İqtisadiyyatda daha tez-tez müraciət edilən, lakin hələ də öz həllini tapmamış əsas

problem vergilərin səviyyəsi ilə dövlətin real gəlirləri arasındakı nisbət məsələsidir. Bu problemin həlli Laffer əyrisi adlanan və vergi dərəcələri ilə vergi daxilolmalarının həcmi arasındakı asılılığı əks etdirən əyrini meydana gətirdi.

Qrafiki olaraq bu əyri aşağıdakı şəkildə əks olunmuşdur.

y y1

0 x1 x

Şəkil. Laffer əyrisi

burada, y - büdcə gəlirləri; x - vergi dərəjəsi; y1 - büdcə gəlirlərinin maksimum mümkün həddi; x1 – büdcə gəlirlərinin maksimum qiymət aldığı vergi dərəjəsi. X oxu boyunja vergi dərəcələri, Y oxu boyunja isə vergi daxilolmalarının həjmi göstərilir.

Vergi dərəjəsinin artması getdikjə yavaşıyan sürətlə büdjə gəlirlərinin artmasına səbəb olur. Nə qədər ki, iqtisadi prosesin iştirakçısının sövqedici maraqlarına ciddi surətdə toxunulmur, istehsalın həcminin azalma sürəti vergi dərəcəsinin artım sürətindən az olur. Ancaq elə bir x1 həddi gəlib çatır ki, verginin ödənilməsi nəticəsində istehsalçının xalis gəliri qalmır. Adamlar isə yalnız vergi ödəmək üçün işləmirlər. Bunun nətijəsində də iqtisadi fəallıq azalır, vergidən

Page 11: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzitedris.taxes.gov.az/assets/upload/files/Təlim materialları/Pewehazirligi/1.1.1.pdf · Vergi sistemi isə bu prosesi

Azərbaycan Respublikasının vergi sistemi və vergi siyasəti:

11

yayınma halları kütləvi xarakter alır. Bütün bunlar isə vergi dərəcəsinin artmasına baxmayaraq büdcə gəlirlərinin azalmasına səbəb olur.

Vergi tənzimlənməsinin əsas prinsipləri:

Dövlət tənzimlənməsinin üsulları: Dövlət tənzimlənməsi üsullarını şərti olaraq birbaşa və dolayı üsullara ayırmaq olar. Birbaşa üsullar hakim-sərəncamverici münasibətlərə əsaslanır. Vergitutma sahəsində siyasətin də aid olduğu dolayı üsullar isə müəyyən fəaliyyət sahələrində iqtisadi maraqların yaradılması və ya bu maraqların aradan qaldırlımasını nəzərdə tutur. Məqsədindən asılı olaraq vergi tənzimlənməsi üsulları dörd qarşılıqlı əlaqəli sahəyə bölünür:

Vergi güzəştləri: İstənilən dövlətin vergi siyasətində vergi güzəştləri mühüm yer tutur. Vergi güzəşti vergitutma obyekti mövcud olan zaman vergi qanunvericiliyinin vergi

ödəyicisinə vergini ödəməkdən tam və ya qismən azad olmaq üçün təqdim etdiyi müstəsna imkandır.

Vergi güzəştlərinin aşağıdakı növləri var: İstisnalar ayrı-ayrı vergitutma obyektlərinin vergidən azad edilməsinə yönəldilmiş vergi

güzəştləridir: Çıxmalar- vergitutma bazasının azadılmasına yönəldilmiş güzəştlərdir. Vergi krediti-vergi dərəcəsinin və ya məcmu verginin azaldılmasına yönəldilmiş

güzəştlərdir. Vergi islahatlarının aparılması istiqamətləri: Vergitutmada islahatların aparılmasının

əsas stimullarından biri həmişə vergi sisteminin sadələşdirilməsi zərurəti olmuşdur. Vergi sisteminin mürəkkəbliyi inzibati xərclərin artmasına səbəb olur, vergi ödəyicilərinin ayrı-ayrı qrupları arasında vergi yükünün qeyri-bərabər bölüşdürüldüyü fikrinə inamı artırır. Bununla da vergi sistemində islahatların aparılmasına klassik stimullar ölkədə qərarlaşmış iqtisadi imkanların yol verdiyi hədd daxilində reallaşdırılır. Hesab edilir ki, hər 5-7 ildən bir əsaslı vergi islahatları aparılmalı, hər 2-3 ildən bir isə qüvvədə olan vergi normalarının səmərəliliyinin

istisnalar çıxılmalar Vergi

krediti

vergi münasibətlərinin bütün iştirakçılarının maraqlarının balanslaşdırılması;

vergi tənzimlənməsinin səmərəliliyininin təmin olunması;

vergi tənzimlənməsinin ünvanlı xarakterli olması;

vergi tənzimlənməsinin dövlətin digər tənzimləmə tədbirləri ilə sistem

halında uzlaşdırılması və tətbiqi

Page 12: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzitedris.taxes.gov.az/assets/upload/files/Təlim materialları/Pewehazirligi/1.1.1.pdf · Vergi sistemi isə bu prosesi

Azərbaycan Respublikasının vergi sistemi və vergi siyasəti:

12

dərin təhlili həyata keçirilməlidir. Əgər belə bir təhlil mənfi nəticə çıxarmağa əsas verirsə, onda yubanmadan islahatlar aparmaq lazımdır. Vergi islahatları vasitəsilə iqtisadiyyatın sabitləşdirilməsi üzrə səmərəli fəaliyyət aparmaq arzusunda olan dövlətlər üçün vergi eksperimentinin yalnız məzmunu deyil, həm də onun vaxtında və sürətlə həyata keçirilməsi çox əhəmiyyətlidir. Yubanmaq ona gətirib çıxarır ki, iqtisadiyyatda böhran vəziyyəti dərinləşər və həyata keçirilən eksperiment nəzərdə tutulan səmərəni verməz. Vergi islahatlarının vaxtında aparılmasından asılı olan problemləri beş qrupda sistemləşdirmək olar:

Azərbaycan Demokratik Respublikasında vergilər: Azərbaycan Cümhuriyyətinin

həyata keçirməyə çalışdığı iqtisadi tədbirlər arasında ən əhəmiyyətlilərindən biri ölkədə maliyyə sistemini tənzimləmək və dövlət xəzinəsinə vəsait toplanmasına nail olmaq idi. Bunun əsas səbəbi dövlətin maliyyə vəziyyətinin çox ağır olması idi.

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin büdcəsi aşağıdakı vergi növləri hesabına formalaşırdı:

1. Birbaşa vergilər - torpaq vergisi, daşınmaz əmlak vergisi, dövlət gəlir vergisi, sənaye vergisi, kapital qoyluşundan gəlir vergisi, hərbi mükəlləfiyyət vergisi, notarial vergi;

2. Dolayı vergilər- tütün, papiros kağızları, şəkər, çay, ağ neft, benzin, kerosin, sürtkü yağlarından və digər neft məhsullarından tutulan vergi, kömrük rüsumu və gəlirləri;

3. Möhür haqqı - məhkəmə, kargüzarlıq, sənəd yazışmalarından gəlirlər; 4. Hökumət inhisarlarına aid vergilər- mədən gəliri, poçt gəliri, teleqraf gəliri, meşələrdən,

balıq vətəgələrindən, pambıqçılıq təsərrüfatlarından gəlirlər; 5. Dövlət dəmir yolundan gəlirlər- yük daşınmasından gələn gəlirlər; 1919-cu il martın 17-də parlamentin qəbul etdiyi yeni qanuna əsasən yerlərdə vergi

yığmaq hüququ üzvləri zemstvo yığıncaqları və icmalar tərəfindən seçilən gəlir vergisi üzrə quberniya və qəza idarə heyətlərinə verildi. Bundan əlavə, 1919-cu il iyulun 16-da parlament Maliyyə Nazirliyi nəznində vergi müfəttişi vəzifəsini təsis etdi, ona vergi müvəkkillərinin və vergi məntəqələrinin fəaliyyətini nəzarətində saxlamaq və təftiş etmək səlahiyyəti həvalə olundu.

Sovet dövründə vergilər: 1920-1991-ci illərdə Azərbaycan SSRİ-nin tərkibində olduğundan onun müstəqil vergi sistemi olmamışdır. Ona görə də həmin dövrdə Azərbaycanda qüvvədə olan vergiləri təhlil etmək üçün SSRİ-nin vergi qanunlarını nəzərdən keçirmək lazımdır.

1920-1991-ci illərdə Azərbaycan SSRİ-nin tərkibində olduğundan, həmin dövrdə vergi məsələləri Sovet İttifaqınm vergi qanunları ilə tənzimlənirdi.

1917-ci il inqilabından sonra sovet dövlətinin əsas gəlirləri pul emissiyası, kontribusiya (və ya təzminatlar) və ərzaq sapalağı idi.

İlk vergi islahatları Yeni İqtisadi Siyasət dövrünə (1921-1925-ci illər) təsadüf edir. Elə həmin dövrlərdə sovet dövlətinin vergi sisteminin əsasları qoyuldu.

Page 13: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzitedris.taxes.gov.az/assets/upload/files/Təlim materialları/Pewehazirligi/1.1.1.pdf · Vergi sistemi isə bu prosesi

Azərbaycan Respublikasının vergi sistemi və vergi siyasəti:

13

1921 -ci ildə Azərbaycan kəndliləri ərzaq vergisindən azad edildi, lakin 1922-ci ildə yenidən tətbiq edildi.

1923-cü ildə Dövlət və kooperativ təşkilatlarından 8 faiz gəlir vergisi tutulmağa başlanıldı.

Elə həmin il vahid kənd təsərrüfatı vergisi tətbiq edildi. İlk vaxtlar o, həm pul şəklində, həm də natural formada tutulurdu. 1924-cü ildən isə yalnız pul formasmda tutulmağa başlandı.

1930-cu ildə ölkədə əsaslı vergi islahatlarına başlandı. Aksizlər tamamilə ləğv edildi, müəssisələr üçün 2 növ vergi ödənişi - dövriyyə vergisi və mənfəətdən ayırmalar müəyyən olundu.

1941-1945-ci illərin Böyük Vətən müharibəsi dövründə hərbi vergi və subaylıq vergisi, tənha və azuşaqlı ailələrə vergi tətbiq olundu.

1950- ci illərin əsas vergi növü dövriyyə vergisi idi. 1954-cü ildə dövriyyə vergisindən daxil olan vəsaitlər dövlət büdcəsinin gəlir hissəsinin 41 faizini təşkil edirdi.

1959-cu ildə Sov.İKP-nin XXI qurultayı əhalidən tutulan vergilərin tədricən ləğv edilməsi barədə qərar qəbul etdi.

7 may 1960-cı il tarixli «Fəhlə və qulluqçulann əməkhaqqmdan vergilərin ləğv edilməsi haqqında» Qanun qəbul olundu. Lakin SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 sentyabr 1962-ci il tarixli fərmanı ilə fəhlə və qulluqçulann əməkhaqqından tutulan vergilərin ləğvi müddəti başqa vaxta keçirildi, sonralar isə tamamilə unuduldu.

* əsrin 90-cı illərinin əvvəllərinə yaxın sovet vergi sisteminin əsas vəzifəsi hər bir vətəndaşın və ya müəssisənin gəlirlərinin dövlətin xeyrinə özgəninkiləşdirilməsi, yəni fiskal funksiyanm həyata keçirilməsi idi.

* Hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə əməl edilməsinə və qiymətlərin tənzimlənməsinə dövlət nəzarətinin təmin edilməsi məqsədilə 1990-cı ilin iyul ayinda Maliyyə Nazirliyinin tərkibində Vergi Xidməti yaradıldı.

Müstəqillik dövründə vergitutmanın inkişafı: * 1991-ci il oktyabnn 18-də «Azərbaycan Respublikasının müstəqilliyi haqqında

Konstitusiya Aktı» qəbul edildi. * 9 noyabr 1991-ci ildə «Hüquqi şəxslərin mənfəətindən və gəlirlərin ayrı- ayrı

növlərindən vergilər haqqında», * 31 dekabr 1991-ci ildə «Əlavə dəyər vergisi haqqında» və «Aksizlər haqqında»

Azərbaycan Respublikasının ilk vergi qanunları, * Azərbaycan Respublikasında fiziki şəxslərdən gəlir vergisi haqqında» Qanun (24

iyun 1992-ci il) qəbul edildi. Vergi növləri üzrə vergi dərəcələri müəyyən edildi: * Vergilər və büdcəyə digər icbari ödənişlər haqqında qanunvericiliyə əməl edilməsinə

nəzarət sahəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin funksiyalari Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin orqanlarına həvalə edildi.

* 31 mart 1992-ci ildə imzalanan «Dövlət Vergi Xidmətinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin tabeliyinə verilməsi haqqmda» fərmanla Dövlət Vergi Xidməti Maliyyə Nazirliyinin tabeliyinə verildi.

* 5 iyun 1992-ci il tarixli fərmanla «respublikada yaranmış ağır maliyyə vəziyyəti» nəzərə alınaraq, «vergi qanunvericiliyinə və dövlət qiymət intizamına əməl olunması üzərində

fiziki şəxslərdən gəlir vergisi -12-55 faiz

əlavə dəyər vergisi - 28 faiz

mənfəət vergisi - 35 faiz.

Page 14: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzitedris.taxes.gov.az/assets/upload/files/Təlim materialları/Pewehazirligi/1.1.1.pdf · Vergi sistemi isə bu prosesi

Azərbaycan Respublikasının vergi sistemi və vergi siyasəti:

14

nəzarətin zəifləməsinə yol verməmək məqsədilə» Dövlət Vergi Xidmətinin müstəqil statusda fəaliyyəti bərpa edildi.

* 21 iyul 1992-ci ildə «Dövlət vergi xidməti haqqinda» Azərbaycan Respublikasınm Qanunu qəbul edildi. Bu sənədlərdə dövlət vergi xidməti orqanlarının Vergi Müfəttişlikləri adlandırılması rəsmiləşdirildi.

Azərbaycan Respublikasının müasir vergi sistemi əsaslı iqtisadi dəyişikliklər və bazar münasibətlərinə keçid dövrü olan 1991- 1992-ci illərdən başlayaraq təşəkkül tapmışdır. Ölkənin vergi sisteminin qısa müddət ərzində qurulmasını zəruri edən əsas şərtlərdən biri də 1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi nəticəsində büdcənin gəlir hissəsini formalaşdırmaq zərurəti idi. 1991-ci ilin sonuna kimi əsas vergi qanunları - mənfəət vergisi, əlavə dəyər vergisi, aksizlər və s. haqqında qanunlar qəbul edildi.

Azərbaycanda aparılan vergi siyasətinin əsas istiqamətləri: Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin rəhbərliyi altında ölkəmizdə bazar iqtisadiyyatının formalaşdırılması, onun dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində aparılan məqsədyönlü iqtisadi siyasət çərçivəsində çevik vergi siyasəti həyata keçirilir ki, bu siyasətin də əsas istiqamətləri aşağıdakılardır:

- vergilərin sayının azaldılması; - vergi dərəcələrinin aşağı salınması və vergi güzəştlərinin azaldılması hesabına

vergitutma bazasının genişləndirilməsi; - iqtisadiyyata investisiya qoyuluşunun stimullaşdırılması məqsədilə əlverişli investisiya

mühitinin yaradılması; -rezident vergi ödəyiciləri ilə qeyri-rezident vergi ödəyiciləri arasında vergi yükünün

bərabərləşdirilməsi; - vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi; - vergi ödəyicilərinin məlumatlandırılması, vergi təbliğatı; - respublikanın və əhalinin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə yönəldilən

tədbirlərin həyata keçirilməsi; - respublikanın ixrac potensialının inkişafının təmin edilməsi; - vergi sisteminin vahid uçot-informasiya sisteminin təkmilləşdirilməsi; - vergi inzibatçılığının təkmilləşdirilməsi; - vergi ödəyicilərinin gəlirləri üzərində səmərəli nəzarət mexanizminin tətbiqi; - vergi intizamına əməl olunması üzərində nəzarət sisteminin təkmilləşdirilməsi və vergi

hüquq pozuntusu hallarına görə məsuliyyət sisteminin daha da şərtləşdirilməsi; - vergi xidməti orqanları əməkdaşlarının səmərəli fəaliyyət göstərməsi məqsədi ilə vergi

orqanlarının maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi. Azərbaycan Respublikasında vergi siyasətinin həyata keçirilməsi ilə bağlı nəzərdə

tutulan perspektiv inkişaf istiqamətlərinə aşağıdakıları aid etmək olar:

Page 15: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzitedris.taxes.gov.az/assets/upload/files/Təlim materialları/Pewehazirligi/1.1.1.pdf · Vergi sistemi isə bu prosesi

Azərbaycan Respublikasının vergi sistemi və vergi siyasəti:

15

Qeyd olunan istiqamətlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasında vergi sisteminin normativ-hüquqi bazası yaradılmışdır ki, bu da aşağıdakı prinsiplər rəhbər tutulmaqla həyata keçirilir:

Azərbaycan Respublikasında vergi xidmətinin modernləşdirilməsi: Azərbaycanda

vergi xidmətinin modernləşdirilməsi prosesinə təxminən 15 il bundan əvvəl başlanmışdır. Qısa müddət ərzində ölkənin bu sahədə başlıca qanunvericilik aktının - Vergi Məcəlləsinin qəbul edilməsinə nail olunmuşdur. Bu mürəkkəb bir prosesdir, belə bir Məcəllənin qəbulu uzun müddət və böyük zəhmət tələb edən prosesdir. Azərbaycan son 15 ildə ölkədə vergi yükünün aşağı salınması, vergi menecmentinin müasirləşdirilməsi, vergi xidmətində informasiya texnologiyalarının tətbiqi və genişləndirilməsi istiqamətində çox ciddi nailiyyətlərə imza atmışdır. Ölkəmiz səmərəli nəzarət mexanizmləri qurmağa, iqtisadiyyatın dəyişən və sürətlə artan həcminə adekvat çevik vergi sistemi yaratmağa nail olmuşdur. Bu gün Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil edir.

Azərbaycanın vergi xidməti regionda ən böyük iqtisadi sistemə xidmət edir. Vergi ödəyicilərinə göstərilən illərdə yaradılan xidmətlərin istiqamətləri

aşağıdakılardır:

Göstərilən istiqamətlər üzrə xidmətlər: 1. E-bəyannamələrlə bağlı xidmətlər 2.Vergilər barədə məlumat və izahatların verilməsi 3. Təlimlər 4. Uçot məlumatlarına baxış imkanı 5.Vergi borcu barədə məlumat

Bütün təsərrüfat subyektlərinin və vətəndaşların qanun qarşısında hüquq bərabərliyi;

Vergi ödəyicilərinin bəzi kateqoriyalarına verilən vergi imtiyazlarının qanunla təsdiq

olunması;

Vergi siyasətinin sabitliyi və ardıcıllığı;

Vergi yığımında şəffaflığının təmin olunması;

Mütərəqqi vergitutma formalarına üstünlük verilməsi;

Vergi xidməti orqanlarının qeyri-qanuni hərəkətlərinə yol verilməməsi və s.

Page 16: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzitedris.taxes.gov.az/assets/upload/files/Təlim materialları/Pewehazirligi/1.1.1.pdf · Vergi sistemi isə bu prosesi

Azərbaycan Respublikasının vergi sistemi və vergi siyasəti:

16

Cağrı Mərkəzi üzrə göstərilən xidmətlər -Sualların cavablandırılması -Ərizə və şikayətlərin qəbulu -Mesajların (sms-lərin) göndərilməsi - Ünvanlı xidmət Vergi sistemində son illər ərzində aparılan islahatların əsas xətti xidmətin texnoloji

baxımdan inkişafına çatmaqla bütövlükdə vergi xidmətinin bütün sahələrində uğurun təmin edilməsinə nail olmaqdan ibarətdir. Vergilər Nazirliyi elektron hökumətin tərkib hissəsi hesab ediləcək xidmətlərin elektronlaşdırılması prosesinə 2005-ci ildən başlamış, vergi sistemində vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə geniş bir Dövlət Proqramı həyata keçirilmişdir.

2006-cı ildə vergi inzibatçılığı proseslərinin elektron qaydada aparılmasına imkan verən Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) tətbiqinə nail olunmuşdur. Bu vergi sisteminə vahid informasiya məkanında məlumatların saxlanılması və emalı imkanını yaratmış, elektron sənəd dövriyyəsini, operativ informasiya mübadiləsini təmin etməyə imkan vermişdir. Qısa müddət ərzində vergi sistemində bütün proseslərin tam şəkildə elektronlaşdırılmasına nail olunmuşdur.

AVİS-in texniki imkanları olduqca geniş layihələndirilmişdir. Bu sistem qurularkən qarşıdakı dövrdə onun vasitəsilə vergi ödəyicilərinə elektron xidmətlər sahəsində mövcud olan ən müasir təcrübələrin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bütün bunlar təbii ki, büdcə qarşısında olan fiskal vəzifələrin yerinə yetirilməsi prosesi ilə paralel şəkildə aparılır. Ölkədəki iqtisadi artım, iqtisadi münasibətlərin fəallığı sistemin daha radikal şəkildə dəyişdirilməsi imkanlarına təsir göstərir. Bununla belə, yaranmış dövr bu islahatların həyata keçirilməsi üçün əlverişli olmuşdur.

2007-ci ildə ölkəmizin ən böyük dövlət portallarından biri olan Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı istifadəyə verilmiş və bəyannamələrin elektron variantda göndərilməsinə başlanılmışdır. Hazırda vergi ödəyiciləri tərəfindən Vergilər Nazirliyinə daxil olan bəyannamələrin orta hesabla 90%-dən çoxu elektron formatda göndərilir.

2008-ci ildən sahibkarlıq subyektlərinin qeydiyyatının “bir pəncərə” prinsipi tətbiq edilməklə aparılması göstərilən elektron xidmətlərin mühüm tərkib hissəsi olub vergi ödəyiciləri və beynəlxalq təşkilatlar tərəfindən çox müsbət qiymətləndirilir. “Bir pəncərə” prinsipi tətbiq edilməklə əvvəlki və sonrakı vəziyyətin müqayisəsi aşağıdakı kimidir:

Bu prosesin təkmilləşdirilməsi daim davam etdirilir. 2011-ci il iyulun 1-dən sahibkarlıq

fəaliyyətini həyata keçirən fiziki şəxslərin, 2012-ci ildən isə isə hüquqi şəxslərin dövlət qeydiyyatı elektron formata keçirilir. Azərbaycanda nağd ödəmələr prosesində geniş tətbiq edilən nəzarət-kassa aparatlarının qeydiyyat prosesi də elektronlaşdırılmışdır.

2008-ci ildə Azərbaycanda ilk dəfə ƏDV inzibatçılığı prosesində vergi nəzarətinin tam elektronlaşdırılmasına imkan verən ƏDV depozit hesablarının tətbiqinə başlanmışdır. Vahid

Page 17: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzitedris.taxes.gov.az/assets/upload/files/Təlim materialları/Pewehazirligi/1.1.1.pdf · Vergi sistemi isə bu prosesi

Azərbaycan Respublikasının vergi sistemi və vergi siyasəti:

17

ƏDV depozit hesabının tətbiqi ƏDV üzrə vergidən yayınmaların qarşısının alınmasına, eyni zamanda, vergi ödəyicilərinin ƏDV üzrə inzibati yükünün azaldılmasına da şərait yaratmışdır. Tətbiq olunan informasiya texnologiyaları sayəsində bir çox dövlət qurumları, eləcə də əksər banklarla elektron əlaqə sistemi yaradılmışdır və onlayn rejimdə məlumat mübadiləsi həyata keçirilir. Bunlar son illər ərzində elektron xidmətlər sahəsində həyata keçirilən islahatların bir hissəsidir.

2012-ci ildən vergi və rüsumların internet üzərindən ödənilməsi tətbiq edilir. Maliyyə bazarını daha da şəffaflaşdırmaq məqsədilə qeyri-nəqd ödəniş formasına keçid, yəni nağdsız hesablaşmaların tətbiqi də xidmətin modernləşdirilməsi istiqamətindı hıyata keçirilən tədbirlərdəndir. Vergilərin könüllü ödənilməsi sisteminin və sahibkarlığın inkişafı məqsədilə Vergilər Nazirliyi tərəfindən regionlarda, xüsusilə vergi orqanı olmayan iri şəhər və rayonlarda vergi ödəyicilərinə xidmət mərkəzləri yaradılır. Vergi ödəyicilərinin məlumatlandırılması və onların vergi öhdəliklərinə könüllü əməl edilməsi səviyyəsini yüksəltmək məqsədilə Vergilər Nazirliyi “İkitərəfli SMS xidməti” növünü istifadəyə vermişdir. Vergi siyasətinin genişləndirilməsi, bu sahədə maarifləndirmə işlərinin aparılması üçün vergilər nazirliyinin həyata keçirdiyi silsilə tədbirlər çərçivəsində təşkil olunan ”Vergi dostları” layihəsi yaxın gələcəkdə bütün Azərbaycanı əhatə edəcəkdir. Azərbaycan Respublikasında Vergi xidmətində aparılan sistemli islahatların məqsədi nəticə etibarilə vergilərin yığılmasından vergilərin könüllü ödənilməsi prinsipinə keçilməsinə xidmət edir. Yaxın gələcəkdə vergi yoxlamalarının elektron şəkildə aparılması nəzərdə tutulur. Ölkəmizin vergi siyasəti regionda səmərəli və rəqabətli iqtisad siyasət aparılmasına zəmin yaratmışdır. Vergi Məcəlləsində ikiqat vergitutmanın yolverilməzliyi təsbit olunmuşdur. Hazırda dünyanın 49 ölkəsi ilə əmlaka və gəlirlərə görə ikiqat vergitutmanın aradan qaldırılması barədə beynəlxalq sazişlər imzalanmış və daha 18 ölkə ilə belə saziş layihələri üzərində işlər davam etdirilir.

Müasir dünyada kapital axınının hərəkəti, maliyyə resurslarının kifayət qədər geniş arealda bölünməsi, iqtisadiyyatda qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün sərmayələrin cəlbi, eləcə də müasir biznesin daha çox elektron əlaqələr üzərinə keçirilməsinə başlanması vergi sisteminin də fəal şəkildə bazar konyukturuna və iqtisadi tələblərə uyğunlaşdırılmasına, çevik adaptasiya imkanlarına malik bir dövlət xidmətinə çevrilməsinə zəmin yaradır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2011 tarixli 191 nörəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na və Elektron xidmət növlərinin Siyahısı”na əsasən vergi sistemi üzrə elektron xidmətlərin sayı 62-ə çatdırılmış, onlardan 59-u tətbiq olunur.

Hazırda Azərbaycanın vergi sistemində böyük islahatlar aparılır. Perspektivlər aşağıdakılardır:

Page 18: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzitedris.taxes.gov.az/assets/upload/files/Təlim materialları/Pewehazirligi/1.1.1.pdf · Vergi sistemi isə bu prosesi

Azərbaycan Respublikasının vergi sistemi və vergi siyasəti:

18

Bu tədbirlər Azərbaycanda vergi sisteminin inkişafına, vergi siyasətinin formalaşmasına

və bu sahədə dinamik iqtisadi inkişafın əldə olunmasına yardım edir. Aparılan vergi siyasətinin ən mühüm prinsiplərindən biri də vergilərin məcburi yığımdan könüllü əməletmə formasına keçməsini təmin etməkdən ibarətdir. Vergi sisteminin bilik, davranış, innovasiya iqtisadiyyatının tələblərinə, vergi siyasətinin bu tələblərdən qaynaqlanan prinsiplərə uyğunlaşdırılması istiqamətində məqsədəuyğun tədbirlər davam etdirilir.

II. Heydər Əliyev Azərbaycanın müasir vergi sisteminin yaradıcısıdır

Vergi sisteminin müasir standartlar əsasında formalaşdırılması: Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında yenidən quruldu, makroiqtisadi sabitliyin möhkəmlənməsi və iqtisadiyyatın tarazlı inkişafının təmin olunması sahəsində kompleks tədbirlərin həyata keçirilməsinə başlanıldı. Həmin dövrdə irimiqyaslı islahatlara yönələn iqtisadi siyasətin ayrılmaz tərkib hissəsi olan vergi siyasətində də köklü dəyişikliklərin aparılması, vergi sisteminin müasir standartlar əsasında formalaşdırılması bir zərurət kimi qarşıda dururdu.

“Əgər biz müstəqil dövlətiksə, müstəqil inkişaf etmək istəyiriksə, biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik. Buna görə də vergi orqanlarının işinə daha çox diqqət yetirməliyik” tezisi ilə verginin iqtisadi siyasətin mühüm tərkib hissəsi kimi aparıcı rolunu dahiyanə ehtiva edən Ümummilli Lider Vergilər Nazirliyinin yaradılması, Vergi Məcəlləsinin qəbul edilməsi və digər aidiyyəti qərarları ilə müstəqil Azərbaycan dövlətinin vergi sisteminin formalaşmasının təşəbbüskarı və banisidir.

Ümumilli lider Heydər Əliyevin Azərbaycanın vergi sisteminin dünya standartlarına uyğunlaşdırılması istiqamətində əsasını qoyduğu siyasət kursunu şərti olaraq iki mərhələyə bölmək olar:

Birinci mərhələ 1993-1999 cu illəri əhatə edir:

* Bu dövrdə yeridilən iqtisadi siyasətin əsas məqsədi ölkənin iqtisadi xaosdan çıxarılmasına, makroiqtisadi sabitliyin möhkəmləndirilməsinə, əlverişli investisiya mühitinin yaradılmasına, milli istehsalın artırılmasına nail olmaqdan ibarət idi.

* O zaman respublikada həyata keçirilən irimiqyaslı islahatların tərkib hissəsi kimi vergilər sahəsində də köklü dəyişikliklər aparılmışdır. Aparılan uğurlu islahatlar nəticəsində inflyasiya və büdcə kəsiri minimuma endirilmiş, ötən əsrin doxsanıncı illərinin birinci yarısında

1993-1999 –

cu illər

1999-2003-

cü illər

Page 19: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzitedris.taxes.gov.az/assets/upload/files/Təlim materialları/Pewehazirligi/1.1.1.pdf · Vergi sistemi isə bu prosesi

Azərbaycan Respublikasının vergi sistemi və vergi siyasəti:

19

iqtisadiyyatda mövcud geriliyin qarşısı alınmış və uzunmüddətli böhrandan sonra iqtisadi artıma nail olunmuşdur.

* Müasir vergi siyasəti kursunun ikinci mərhələsi 1999-cu ildən sonrakı dövrü əhatə edir. 1999-cu ildən başlayaraq respublikamızda vergi sisteminin kompleks islahatlarının planı işlənib hazırlanmışdır. 1999-cu ildən başlanmış islahatların ilkin mərhələsində bütün diqqət təkmil vergi qanunvericiliyinin yaradılmasma, inzibati idarəetmənin yaxşılaşdınlmasına və vergilərin dövlət büdcəsinə tam səfərbər olunmasma yönəldildi.

* Müasir vergi sisteminin formalaşdırılması sahəsində ümumimilli lider Heydər Əliyevin qərarı ilə yeni inkişaf mərhələsinə Vergilər Nazirliyinin yaradılması ilə start verildi. Azərbaycan Respublikası prezidentinin 11 fevral 2000-ci il tarixli fərmanına əsasən Baş Dövlət Vergi müfəttişliyinin bazasında Azərbaycan Respublikası Vergilər Nazirliyi yaradıldı.

* Vergi sahəsində əldə edilmiş ən böyük uğurlar sırasına, ilk növbədə, 2001-ci ildə Vergi Məsəlləsinin qəbul edilməsi və təkmil qanunvericilik bazasının yaradılması daxildir. Vergi Məcəlləsinin qəbul edilməsi islahatların genişləndirilməsi üçün təkan rolunu oynadı. Bu dövrə qədər vergi siyasəti faktiki olaraq vergitutma sahəsində qəbul edilmiş bir sıra qanunlar və digər normativ- hüquqi aktlarla tənzimlənirdi ki, onların da çoxu ölkədə aparılan iqtisadi islahatların tələblərinə cavab vermir, bir-birilə ziddiyyət təşkil edir, sahibkarlığın inkişafına maneçilik törədir, investisiya mühitinin cəlbediciliyini təmin etmirdi.

1999-cu ildən başlanmış islahatların ilkinci mərhələsində bütün diqqət aşagıdakı istiqamətlərə yönəldildi:

Ümumilli liderimiz Heydər Əliyevin 2002-ci ilin ortalarında yerli və xarici iş adamları ilə keçirdiyi görüşlərdən sonra

• «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramının» (2002-2005-ci illər) təsdiq edilməsi haqqında,

• «Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında ,

• «Sahibkarlığın inkişafına mane olar müdaxilələrin qarşısının alınması haqqında» imzaladığı tarixi Fərmanlarla dövlət vergi orqanlarının qarşısında bir sıra mühüm vəzifələr qoyulmuşdur.

Vergi siyasətinin təkcə büdcə gəlirlərini təmin etməyi nəzərdə tutan fiskal məqsədlərə deyil, həm də ölkədə iqtisadi inkişafı sürətləndirmək, optimal vergitutma mexanizmi ilə əlverişli investisiya mühiti yaratmaq, sahibkarlığın inkişafını stimullaşdırmaq kimi məqsədlərə xidmət etməsi üçün vergi orqanları qarşısında mühüm vəzifələr qoyuldu. Vergi Məcəlləsində əvvəllər tətbiq olunan 13 vergi növündən 9 vergi növü təsbit olunmuş, əksər vergi növləri üzrə dərəcələr aşağı salınmış, aksizə cəlb olunan malların siyahısı azaldılmışdır. Eyni zamanda, Vergi Məcəlləsində vergi sistemi, vergitutmanın ümumi əsasları, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları, vergi ödəyiciləri və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət və digər

Vergi sisteminin kompleks islahatlarının planının işlənib hazırlanmasına

Vergilərin dövlət büdcəsinə tam səfərbər olunmasına

Təkmil vergi qanunvericiliyinin yaradılmasına

İnzibati idarəetmənin yaxşılaşdınlmasın

Page 20: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzitedris.taxes.gov.az/assets/upload/files/Təlim materialları/Pewehazirligi/1.1.1.pdf · Vergi sistemi isə bu prosesi

Azərbaycan Respublikasının vergi sistemi və vergi siyasəti:

20

qaydalar müəyyən edilmişdir. Qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ölkədə sabit vergi mühitinin yaradılmasına, vergi yükü azaldılmasına, vergi güzəştləri sisteminin tətbiq edilməsinə, azad sahibkarlığın stimullaşdırılmasına, vergi ödəyicilərinin hüquq və mənafelərinin qorunmasına xidmət edən müddəalar Vergi Məcəlləsinə daxil edilmişdir.

Azərbaycan Respublikasında iqtisadi siyasətin tərkib hissəsi olan vergi islahatları

aşağıdakı başlıca prinsiplərə əsaslanmalıdır: -Ümumi məqsədyönlülük, yəni vergi sisteminin qurulmasında və səmərə liliyinin

artırılmasında onun iqtisadi inkişafa məcmu təsirindən çıxış edilməsi; -Sadəlik, yəni vergilərin müəyyən edilməsi və onların yığılması sahəsində hər cür

bürokratik maneələrin aradan qaldırılması, tətbiq olunan çoxsaylı hesabat formalarının sayının azaldılması və müəssisələrin mühasibat bölmələrinin işindəki gərginliyin azaldılması;

-Fiskal səmərəlilik, yəni dövlətin və vergi ödəyicilərinin vergilərin yığılması ilə bağlı xərclərinin vergi daxilolmalarından dəfələrlə az olması, əks halda dövlətin əsas xərclərinin maliyyələşdirilməsinə vəsait çatışmazlığının labüdlüyü;

-Vergiləri ödəməkdən yayınma meyllərinə sədd çəkilməsi, yəni bu və ya digər verginin tətbiqi və onun yığılması qaydalarının müəyyən edilməsi zamanı onun ödənilməsindən yayınmanın və beləliklə də iqtisadiyyatın və bütövlükdə, cəmiyyətin kriminallaşmasının qarşısının alınması üçün müvafiq normativ - hüquqi bazanın hazırlanması və onun tətbiqi;

-Universallıq, yəni vergi dərəcələrinin və gəlirlərinin bölüşdürülmə normativlərinin maksimum unuversallığının təmin edilməsi, müxtəlif kateqoriyalı vergi ödəyicilərinə, sahələrə və fəaliyyət növlərinə vergitutma məqsədi ilə yanaşma müxtəlifliyinin təmin edilməsi;

-İctimai faydalı fəaliyyət növlərinin inkişafının stimullaşdırılması və zərərli fəaliyyət növlərinin qarşısının alınması, yəni səmərəli vergi sistemi qurmaqla istehsal təyinatlı investisiya fəallığının və iqtisadi aktivliyinin, artırılması hesabına cəmiyyət qarşısında duran problemlərin həll edilməsinin ekoloji proqramların həyata keçirilməsinin, ətraf mühitin və insanın sağlamlığı və fəaliyyəti üçün təhlükə törədən fəaliyyət növlərinin qarşısının yüksək vergi müəyyən etməklə alınmasının təmin edilməsi;

-Büdcənin və vergi ödəyicilərinin gəlirlərinin infilyasiyadan müdafiəsi, yəni büdcənin maraqları çərçivəsində infilyasiya amilinin nəzərə alınması, vergi ödəyicilərinin müflisləşməsinin və vergiyə cəlb olunan bazanın azalmasının qarşısının alınması, vergi ödəyicilərinin hüquqlarının qorunmasının maksimum təmin edilməsi. Respublikamızda vergi sahəsində kompleks islahatlar apanlmasının başlıca məqsədi aşağıdakılardır:

Qeyd: Son 10 ildə mənfəət vergisinin dərəcəsi 27%-dən 20%-ə, ƏDV-nin dərəcəsi 20%-dən 18%-ədək azaldılmış, fiziki şəxslərin gəlir vergisinin hesablanması mexanizmi sadələşdirilərək, bu verginin hesablanması şkalası 6 pilləlidən 2 pilləliyə endirilmiş, iki vergi dərəcəsi (14% və 25%) saxlanılmış, fiziki şəxslərin vergiyə cəlb olunan aylıq gəlirlərinin maksimum həddi 2500 manatadək artırılmışdır.

Page 21: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzitedris.taxes.gov.az/assets/upload/files/Təlim materialları/Pewehazirligi/1.1.1.pdf · Vergi sistemi isə bu prosesi

Azərbaycan Respublikasının vergi sistemi və vergi siyasəti:

21

III. İlham Əliyev və Azərbaycanin vergi sisteminin modernləşdirilməsi

Azərbaycan Respublikasının vergi sisteminin ölkə iqtisadiyyatının inkişafında

rolu: Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük məharətlə, uğurla həyata keçirilməsi respublikamızda yeni inkişaf modelinin formalaşmasına və onun dünya iqtisadiyyatına inteqrasiyasına, qloballaşma şəraitində Azərbaycanın milli iqtisadiyyatının dayanıqlı inkişafına, iqtisadiyyatın tarazlı və proporsional tərəqqisinə, əhalinin rifah halının yaxşılaşmasına imkan vermişdir.

Milli iqtisadi inkişaf strategiyasında mühüm rol oynayan vergi xidməti orqanlarında son illər vergi sisteminin təkmilləşdirilməsi, vergitutma bazasının genişləndirilməsi, vergi xidmətinin müasir Avropa standartlarına uyğunlaşdırılması sahəsində əhəmiyyətli işlər görülmüş, vergi qanunvericiliyi və vergi inzibatçılığının müasir tələblər baxımından qurulmasında bir sıra müvəffəqiyyətlərə nail olunmuşdur.

Bu sahədə fəaliyyətin əsas istiqamətləri aşağıdakılardan ibarətdir:

Bu strateji prioritetlər və ölkənin maliyyə imkanlarının sürətlə artması vergi

qanunvericiliyinin və inzibatçılığının beynəlxalq standartlara uyğunlaşma proseslərinin daha sürətlə aparılmasına tələblər və eyni zamanda imkanlar yaradır.

Elektron cəmiyyətin formalaşdırılması istiqamətində dövlət siyasətinə çevik reaksiya

verən orqanlardan biri məhz Vergilər Nazirliyi olmuşdur. Bu proqram çərçivəsində 2006-cı ilin yanvarın 1-dən başlayaraq ölkə üzrə Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) fəal olaraq işə düşmüşdür və onun reallaşdırılması nəticəsində Azərbaycanın vergi xidməti təkcə MDB ölkələri arasında deyil, həm də Şərqi Avropada ən modern informasiya texnologiyasına malik xidmətlərdən birinə çevrilmişdir. AVİS layihəsinin əsas məqsədi sürətli və vergi siyasətinin həyata keçirilə bilməsi üçün fəal bir texnologiya dəstəyi təmin etməkdir.

Məmur – sahibkar təmaslarının azaldılması istiqamətində illər üzrə aşağıdakı tədbirlərin həyata keçirilməsi xüsusilə diqqətəlayiqdir:

Vergi inzibatçılığının müasirləşdirilməsinin digər istiqaməti kimi vergi

ödəyicilərinə keyfiyyətli və operativ xidmətin göstərilməsi məqsədilə 2003-cü

ildə Vergilər Nazirliyi tərəfindən «195» nömrəli vahid telefon-məlumat xidməti

təsis edildi. Hazırda bu xidmət 2006-cı ilin may ayının 1-dən etibarən

respublikanın bütün ərazisini əhatə edir.

Page 22: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzitedris.taxes.gov.az/assets/upload/files/Təlim materialları/Pewehazirligi/1.1.1.pdf · Vergi sistemi isə bu prosesi

Azərbaycan Respublikasının vergi sistemi və vergi siyasəti:

22

Məhz AVİS-in yaratdığı geniş imkanlar hesabına 2007-ci ildə ölkəmizdə elektron bəyannamə sisteminin tətbiqi mümkün olmuş və bu məqsədlə İnternet Vergi İdarəsi yaradıldı. Məlumdur ki, Azərbaycanda sahibkarlıq fəaliyyətinin davamlı inkişafı dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir. Sahibkarlığa dövlət qayğısının göstərilməsini, biznes fəaliyyətinin daha da genişlənməsi üçün hökumət tərəfindən mütəmadi olaraq qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsini, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılmasını, maarifləndirmə və digər istiqamətləri əhatə edən kompleks tədbirlər həyata keçirilməkdədir.

Azərbaycanda sahibkarlığın inkişafında mühüm mərhələ olan «Bir pəncərə» sisteminin 2008-ci ilin əvvəlindən tətbiqi ilə elektron hökümətin əsas elementlərindən olan məlumatların bir mərkəzdə cəmləşdirilməsini, vergi qeydiyyatı da daxil olmaqla bütün inzibatı qeydiyyatların tamamilə sinxronlaşdırılmasını həyata keçirir. İş adamlarının mərkəzi sistemlə avtomatik və davamlı əlaqəsi yaranır. Bu zaman qeydiyyat prosedurlarının sayı azalır və vaxt itkisinin qarşısı alınır.

Vergi inzibatçılığında mühüm keyfiyyət dəyişikliyinə səbəb olan AVİS vergi nəzarəti tədbirlərinin səmərəliliyinin artırılmasına imkan verməklə yanaşı, vergidən yayınma hallarının qarşısının alınması sahəsində müasir texnologiyaların tətbiqinə də geniş şərait yaratdı. ƏDV inzibatçılığının təkmilləşdirilməsi və bu sahədə aparılan əməliyyatlara daha səmərəli nəzarətin təşkili zərurəti ilə əlaqədar olaraq, 1 yanvar 2008-ci il tarixdən ƏDV üzrə vahid depozit hesabının tətbiqinə və müvafiq proqram təminatının istifadəsinə başlanıldı. ƏDV depozit hesabının tətbiqi nəticəsində ƏDV-nin ödənilməsindən yayınmaya və ƏDV-nin qeyri-qanuni əvəzləşdirilməsinə qarşı yeni və olduqca səmərəli sxemin tətbiq edilməsinə nail olundu. ƏDV sahəsində vergi inzibatçılığının daha da müasirləşdirilməsi məqsədilə, 2010-cu il yanvarın 1-dən etibarən elektron vergi-hesab fakturalarının tətbiqinə başlanıldı. Elektron vergi hesab-fakturalarının tətbiqi həm vergi ödəyiciləri üçün inzibatçılığın sadələşdirilməsinə, həm də bu sahədə aparılan vergi nəzarətinin səmərəliliyinin artırılmasına əlverişli şərait yaradır.

İnsan resurslarının inkişafı: Vergi sistemində kadr siyasəti sahəsində də mühüm işlər görülmüş və uğurlu islahatlar

aparılmışdır. 2008-ci ildə ilk dəfə tətbiq olunmuş “İşə qəbulla əlaqədar elektron ərizə” proqram təminatı 2009-cu ildə tam yenilənərək sabit proqram təminatı kimi formalaşmışdır. Bununla da vergi xidmətinə işə qəbul tamamilə şəffaf şəraitdə aparılan müsabiqə vasitəsilə həyata keçirilir. Bu sahədə tətbiq edilən mexanizm işçi heyətinin gənc və savadlı kadrlarla zənginləşdirilməsi baxımından olduqca müsbət nəticələr vermişdir. Bu gün vergi xidməti müasir idarəetmə standartlarına cavab verən insan resurslarından istifadə üzrə siyasəti həyata keçirir. Bu, işə qəbul prosesindən başlanmış, kadrların peşəkarlıq səviyyəsinin artırılması və inkişafı kimi bütün həlqələri əhatə etmişdir.

Page 23: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzitedris.taxes.gov.az/assets/upload/files/Təlim materialları/Pewehazirligi/1.1.1.pdf · Vergi sistemi isə bu prosesi

Azərbaycan Respublikasının vergi sistemi və vergi siyasəti:

23

Şəffaflığın artırılması: İnformasiya-kommunikasiya texnologiyaları dövlət qurumlarının fəaliyyətində şəffaflığın

təmin olunmasında mühüm rol oynayır. Elektron xidmət dövlət qurumuna olan inamı möhkəmləndirir, eləcə də korrupsiya və süründürməçiliyin qarşısının alınmasına şərait yaradır. Şəffaflığın artırılması istiqamətində aşağdakı tədbirlər həyata keçirilmişdir:

Azərbaycanın vergi sisteminin son illərdə əldə etdiyi uğurlardan biri də beynəlxalq vergi

sisteminə inteqrasiyasıdır. Digər ölkələrin vergi orqanları ilə ikitərəfli və çoxtərəfli əsaslarda qurulan əməkdaşlıq, vergi sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlarla hərtərəfli işgüzar əlaqələr Azərbaycanın beynəlxalq inteqrasiya siyasətinə uyğun həyata keçirilmişdir. Vergilər Nazirliyi Avropadaxili Vergi Administrasiyaları Təşkilatının, MDB vergi orqanları rəhbərlərinin Koordinasiya Şurasının üzvüdür.

Ötən dövr ərzində xarici dövlətlərin vergi orqanları ilə qurulmuş əməkdaşlığın hüquqi bazası da genişləndirilmiş, Fransa, Çexiya və Estoniyanın vergi administrasiyaları ilə əməkdaşlığa dair memorandumlar imzalanmışdır. Hazırda Böyük Britaniya, İrlandiya, Litva, Latviya və Macarıstanın vergi orqanları ilə analoji sənədin imzalanması üçün müvafiq işlər həyata keçirilir. Aparılmış məqsədyönlü işlər nəticəsində artıq 48 dövlətlə «Gəlir və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması» haqqında sazişlər imzalanmışdır. Vergilər Nazirliyinin yaradılmasından ötən dövr ərzində əldə olunmuş nailiyyətlər yeni inkişaf strategiyasının həyata keçirilməsi üçün yaxşı baza yaratmışdır.

Azərbaycan Respublikasında həyata keçirilən çoxşaxəli islahatlar yeni inkişaf modelinin formalaşdırılmasına, onun dünya iqtisadiyyatına inteqrasiyasına, həm neft, həm qeyri-neft sektorlarının dinamik inkişafına, əhalinin rifahının yaxşılaşdırılmasına, iqtisadiyyatın tarazlı və mütənasib tərəqqisinə səbəb olmuşdur. Dünyada gedən böhran proseslərinə və bir sıra aparıcı ölkələrdə iqtisadi artım sürətinin aşağı düşməsinə baxmayaraq, ölkə başçısının çevik və işlək mexanizmlər üzərində qurulmuş uğurlu fəaliyyəti nəticəsində son illər iqtisadi artım tempinə görə lider mövqedə olan milli iqtisadiyyatımızda, çox az ölkələrin nail olduğu, artıq nümunə göstərilən yüksək dayanıqlıq və sabitlik təmin edilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuş doğma Azərbaycanımızda çevik vergi siyasətini həyata keçirməyə qadir, beynəlxalq standartlara cavab verən müasir vergi xidməti formalaşmışdır.

2015-ci ilin yanvar-dekabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə

daxilolmalar haqqında məlumat 2015-ci ilin yanvar-dekabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 118 milyon 196,7 min manat vəsait daxil olmuş, proqnoz tapşırığına 100,1 faiz əməl edilmişdir. Hesabat dövründə vergi orqanlarında 76 877 vergi ödəyicisi qeydiyyata alınmışdır.

Sahibkarların ictimai təşkilatları ilə əməkdaşlıq – ictimai nəzarətin təşkili

Vergi klubunun yaradılması

Vergi dostları şəbəkəsinin yaradılması

Məmur-sahibkar təmaslarının azaldılması

Vergi ödəyicilərinə göstərilən xidmətlərin spektrinin genişləndirilməsi

E – xidmətlərin tətbiqi

Page 24: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzitedris.taxes.gov.az/assets/upload/files/Təlim materialları/Pewehazirligi/1.1.1.pdf · Vergi sistemi isə bu prosesi

Azərbaycan Respublikasının vergi sistemi və vergi siyasəti:

24

IV. Nəzarət sualları

1. Eramızdan əvvəl IV minilliyin sonu, III minilliyin əvvəllərində Azərbaycan ərazisində əsasən köçəri maldarlıq və əkinçiliklə məşğul olan əhalidən vergilər bir qayda olaraq hansı formada toplanırdı? 2. Azərbaycanda feodal münasibətlərinin inkişaf etdiyi IX-XI əsrlərdə torpaqdan istifadə müqabilində kəndlidən alinan vergi necə adlanırdı? 3. Maliyyə resurslarının yenidən bölüşdürülməsi hesabına dövlətin və cəmiyyətin ayrı-ayrı sosial qruplarının maliyyə təlabatlarının təmin olunması, ölkənin vergi sisteminin formalaşdırılması üzrə dövlətin həyata keçirdiyi iqtisadi, maliyyə və hüquqi tədbirlərin məcmusu necə adlanır? 4. Vergi siyasətinin iqtisadi inkişafa təsirini daha da artırmaq, onun nisbi müstəqilliyini möhkəmləndirmək üçün əsasən hansı amillər tələb olunur? 5. Vergi sahəsində mövcud olan başlıca ideya və qaydaların məcmusu dedikdə əsasən nə başa düşülür? 6. “Vergi sistemi dövlət büdcəsini kifayət qədər və qabaqcadan məlum olan gəlir mənbələri ilə təmin etməlidir” prinsipi mütəqəqqi vergi sisteminin hansı prinsipinə aid edilir? 7. Azərbaycan Respublikasında Vergi xidmətində aparılan sistemli islahatların məqsədi nəticə etibarilə hansı prinsipə xidmət edir? 8. Azərbaycan Respublikasında sahibkarlığın inkişafında mühüm mərhələ sayılan, 2008-ci ilin əvvəlindən tətbiqi ilə elektron hökümətin əsas elementlərindən olan məlumatların bir mərkəzdə cəmləşdirilməsini, vergi qeydiyyatı da daxil olmaqla bütün inzibatı qeydiyyatların tamamilə sinxronlaşdırılmasını həyata keçirən sistem necə adlanır? 9. Mütərəqqi vergi sistemi hansı əsas prinsiplərə cavab verməlidir? 10. Vergi siyasətinin həyata keçirilməsində vergi mexanizminin əsas alətləri hansılardır? 11. Sahibkarlıq fəaliyyətinin subyekləri üçün vergi yükünü yüngülləşdirən, lakin sosial proqramlar məhdudlaşdıran vergi siyasəti necə adlanır? 12. ÜDM-in bir hissəsinin dövlətin xərclərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsinə cəlb edilməsi vergi siyasətinin hansı məqsədini əks etdirir? 13. Makrosəviyyədə «vergi yükü» kəmiyyətcə nəyi əks etdirir? 14. Laffer əyrisi hansı göstəricilər arasındakı asılılığı əks etdirir?

Page 25: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzitedris.taxes.gov.az/assets/upload/files/Təlim materialları/Pewehazirligi/1.1.1.pdf · Vergi sistemi isə bu prosesi

Azərbaycan Respublikasının vergi sistemi və vergi siyasəti:

25

15. Vergilər hansı əsas funksiyanı yerinə yetirir?

V. Müstəqil öyrənmə üçün tapşırıqlar 1. Dövlətin vergi siyasətini formalaşdıran amillər; 2. İqtisadiyyatın dövlət tənzimlənməsində vergi siyasətinin rolu; 3. Avropa İttifaqına daxil olan ölkələrin vergi siyasətinin qısa təhlili və mütərəqqi vergi

sisteminin əsas prinsipləri; 4. 2013-2020-ci illərdə Vergi Sisteminin İnkişaf Strategiyası;

VI. Ə D Ə B İ Y Y A T

1. Azərbaycan Respublikasının Konstitusiyası 2. Azərbaycan Respublikasının Vergi Məcəlləsi 3. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 saylı Fərmanı

ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası 4.Azərbaycan Respublikası Vergilər Nazirinin 27.02.2013-cü il tarixli

1317040100175800 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan” və “2013-2020-ci illərdə vergi sisteminin İnkişaf Strategiyası”

5.Kəlbiyev Y.A., Məhərrəmov R.B., Rzayev P.Q.(2011). Xarici ölkələrin vergi sistemi. Bakı: “İqtisad Universiteti”, 554 s

6. Məmmədov F.Ə., Musayev A.F., Sadıqov M.M., Kəlbiyev Y.A., Rzayev Z.H. Vergilər və vergitutma. Dərslik. Bakı, 2010, s. 512

7. Məmmədov Ə.C. (elmi redaktorluğu ilə) Ünvanlı vergi xidməti. Təlimçilər üçün vəsait. Bakı, 2013

8. Musayev A.F., Məmmədov Ə.C. “Ünvanlı vergi xidməti” Vergi ödəyicilərinin məlumat kitabı. Bakı, 2013, 288 s

9. Musayev A.F., Qəhrəmanov A.Q. Vergi mədəniyyəri. İkinci nəşr. Bakı, 2010 10. Musayev A.F., Kəlbiyev Y.A., Hüseynov A.A. Azərbaycan Respublikasının vergi

xidməti: islahatlar və nəticələr. Bakı, 2002 11.Vəliyev T.S., Babayev Ə.P., Meybullayev M.X. (ümumi elmi redaktəsi ilə) İqtisadi

nəzəriyyə. Bakı, Çaşıoğlu, 1999 12. Aбрамов В. A.(2010). Упращенная система налогообложение. Moсква. Oс-89,

287 с. (Abramov V.A. (2010). Sadələşdirilmiş vergi sistemi. Moskva. Os-89, 287 s.) 13. Aнишенко A.В. (2009). Оптимизация налогов. Moсква. Изд-вo Бухгалтерский

учет, 128 с. (Anişenko A.V. (2009) Vergilərin optimallaşdırılması. Moskva. Mühasibat uçotu Nəşriyyatı, 128 s.)

14.Попова Л.В., Дрожжина И.А., Маслов Б.Г.(2008) Налоговые системы зарубежных стран. M.: 368 c. (Popova L.V., Drojjina İ.A., Maslov B.Q.(2008) Xarisi ölkələrin vergi sistemi. M.: 368 s.)

15. http://www.e-taxes.gov.az/