b. vahabzadй™
DESCRIPTION
B.Vahabzadənin "Azərbaycan" şeiriTRANSCRIPT
1925-2009
Mövzu:B.Vahabzadənin “Azərbaycan”şeirinin məzmunu
Məqsəd:
1.Şagirdlər “Azərbaycan”şeirinin məzmununu və əsas ideyasını başa düşdüyünü nümayiş etdirir.
2.Şagirdlərdə ifadəli oxu vərdişi dərinləşir.
3.Şagirdlərdə vətənpərvərlik hissləri güclənir.
İş forması:Kiçik qruplarla iş,siniflə birgə iş.
İş üsulu və növləri:Müəllimin izahı,əqli hücum,klaster,ifadəli oxu.
Təchizat:”Ədəbyyat” vıı sinif üçün dərslik,mövzu ilə bağlı şəkil və plakatlar,xəritə,sual kartoçkaları və iş vərəqləri.Pover Point proqramında hazırlanmış təqdimat,Ş.Ələkbərovanın ifasında “Azərbaycan”şeirinə həsr olunmuş musiqi parçası.
Şagirdlər “Bəxtiyar”,”Vətən”,”Sabir” və “Babək”adlı 4 qrupa bölünür.Davamiyyət yoxlanılır.Qrup liderləri özlərini təqdim edirlər.“Bəxtiyar”:
Isim, sifət döyüşlərdə çox zamankarıxar…
Fellərsə döyüşlərdən həmişəqalib çıxar.
Çox sevirəm igid kimi döyüşənKəlməni mən,
Sözü mən,Fel olmaq istəyirəm
Düzü, mən…
“Vətən”:Könlümün sevgili məhbubu mənim Vətənimdir, Vətənimdir, Vətənim.
“Sabir”:Bənzərəm bir qocaman dağa ki, dəryada durar! Nə qəm, uğratsa da bir gün məni ifnaya zaman, Mən gedərəmsə, məramim yenə dünyada durar!
“Babək”:
"40 il qul olmaqdansa, bir gün azad yaşamaq daha şərəflidi"
Keçmiş dərsin sorğusu
Keçən dərsdə öyrənilmiş mövzu üzərində iş zamanı şagirdlərlə oyun keçirirəm.Belə ki,sinifdəki bütün şagirdlər dairəvi şəkildə düzülür.Əlimə kiçik bir top alıram,o topu
şagirdlərdən birinə atıram.Topu alan şagird B.Vahabzadənin həyatına dair ilk məlumatları söyləyir,daha sonra topu
digər şagirdə ötürür.Beləliklə ,şairin həyat və yaradıcılığı müxtəlif şagirdlər
tərəfindən səslənir.B.Vahabzadə haqqında ən cox məlumat söyləyən şagird və onun
komandası qalib sayılır.
Aşağıda yazılmış sözləri ümumiləşdirsəniz,təsəvvürünüzə nə gələcək?
?
Şəki,Şirvan,Qarabağ
Gəzməyə qərib ölkəÖlməyə...yaxşı
Kür,Araz
Odlar yurdu
Qafqaz
Yeni dərs
Azərbaycan,sənsən mənimÜlviyyətim,şan-şöhrətim.Adın mənim öz adımdır,
Sənsiz mənim nə qiymətim?
Nəfəsimiz Babəklərin,Sabirlərin od nəfəsi.
Mahnımızda yaşar bizimBabaların ayaq səsi.
Biz tarixə sığınmadıq,Dünən varıq,bu gün varıq.
Biz keçmişə güvənərəkGələcəyə addımlarıq
Azərbaycan,mənim eşqim,Mənim andım,mənim anam.
Biz ikimiz bir torpağıq,Mən də sənin bir parçanam
Azərbaycan
Bəli, bugünkü mövzumuz Azərbaycanla bağlıdır.Daha doğrusu B.Vahabzadənin “Azərbaycan”şeiridir.
Bu günə qədər vətən mövzusunda olan bir sıra əsərlərlə tanış olmusunuz.Vətən haqqında dediyiniz fikirlər bunu bir daha təsdiq etdi.Həmin əsərlərdən biri də bu gün tanış olduğunuz “Azərbaycan”şeiridir.Bu şeirin müəllifi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri B.Vahabzadədir.Şairin bir çox əsərlərinin vətən,yurd,el-oba haqqında olmasının əsl səbəbi ondadır ki,o,həmişə Azərbaycan haqqında düşünmüş,öz əsərlərində bunu canlandırmış,doğma vətənini vəsf etmişdir.Vətəni ülviyyətim,şan-şöhrətim adlandıran şair vətənsiz özünün bir heç olduğunu göstərib.Xalqın tarixinə nəzər salaraq bu torpağın Babəklərin,Sabirlərin vətəni olduğunu vurğulayır.Bu baxımdan onun “Azərbaycan”şeiri hər biri oxucuya ünvanlanmış bir nəsihətdir.
Gəlin indi də Koroğlular,Babəklər yurdu olan məmləkətimizin bugünkü qəhrəmanlıq səhifələrinə diqqət yetirək!
Fərid Əhmədov
Mübarizİbrahimov
RamilSəfərov
SalatınƏsgərova
ƏlifHacıyev
ÇingizMustafayev
Qəhrəmanlarımız
Azərbaycanın milli qəhrəmanı, tanınmış
jurnalist, Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth etmiş fateh.
Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı zamanı şəhidlik zirvəsini fəth
etmiş fateh.
Azərbaycan jurnalistii, «Молодежь Азербайджана»
qəzetinin müxbiri, Azərbaycanın Milli Qəhrəmanı.
Azərbaycan hərbçisi.Azərbaycan bayrağını təhqir etdiyinə görə erməni zabitinə layiqli cəzasını vermişdir..
Azərbaycan Milli Ordusunun giziri, Azərbaycanın Milli
Qəhrəmanı, Azərbaycanda "ilin
adamı"
İgid Azərbaycan zabiti, şəhid, "İgidliyə görə" medalı ilə təltif
edilib
AzərbaycanınZəngin təbiəti var.
Hündür dağları,mineral bulaqları,gur sulu çayları,
Sıx meşələri var.
Azərbaycan yeraltı və yerüstü Sərvətlərlə zəngindir.11 iqlimə xas olan əlamətlər
var bu ölkədə.İldə 2 dəfə məhsul verən torpaq neftlə,filizlə zəngindir.
Azərbaycan xalqının şanlı tarixivardır.Cavanşir,
Babək,Xətai,Koroğlu Kimi igid oğulları,Həcər,
Nigar,Sara xatun kimi mərd qızları
Var.
Vətənimiz həm də şeir sənət ocağıdır.Dünya
ədəbiyyatının böyük nümayəndələri olan
Nizami,Füzuli məhz bu torpağın yetirmələridir.
Azərbaycan xalqı zaman-zaman Çoxlu faciələrlə
üzləşmiş,bəlalara düçar olmuşdur.Bu
trpaqda qırğınlar,soyqırımlar
baş vermişdir.
Azərbaycanın cənab İlham Əliyev
Kimi dövlət başçısı var.
Azərbaycan
İş vərəqi 3
“Sabir”
Digər iki misranı bacardığınız kimi yaradıcı şəkildə davam etdirin:
Biz tarixə sığınmadıq,
_____________________
_____________________
İş vərəqi 4
“Babək”
Digər iki misranı bacardığınız kimi yaradıcı şəkildə davam etdirin:
Azərbaycan,mənim eşqim,_____________________
____________________
İş vərəqi 1
“Bəxtiyar”
Digər iki misranı bacardığınız kimi yaradıcı şəkildə davam
etdirin:
Azərbaycan,sənsən mənim
_____________________
_____________________
İş vərəqi 2
“Vətən”
Digər iki misranı bacardığınız kimi yaradıcı şəkildə davam
etdirin:Nəfəsimiz Babəklərin,
_____________________
_____________________
Tapşırıq
Test tapşırıqları.
“Bəxtiyar” qrupunun testləri
1.B.Vahabzadənin ilk şeiri və kitabı:
A)”Ana və şəkil”,”Mənim dostlarım”
B)”Mənim dostlarım” və “Ana və şəkil”
C)”Ana və şəkil”,”Keçmiş günlər”
D)”Çapey”,”Mənim dostlarım”
2.B.Vahabzadənin çap olunmuş kitabları sırasına daxil deyil:
A)”Ceyran”
B)”Muğam”
C)”Əbədi heykəl”
D)”Sadə adamlar”
3.B.Vahabzadə tərcümə etmişdir:
A)C.Bayron “Abidos gəlini”
B)Puşkin əsərlərini
C)Qoqolun əsərlərini
D)Lermontovun əsərlərini
“Vətən” qrupunun testləri
1.B.Vahabzadənin “Xəzan bülbülü” əsəri kimə həsr olunmuşdur?
A)İ.Şıxlıya
B)M.Hadiyə
C)S.Hüseynə
D)Ə.Hüseynzadəyə
2.B.Vahabzadə hansı pyesini “Dədə Qorqud”dastanı əsasında yazmışdır?
A)”Vicdan”
B)”Fəryad”
C)”Özümüzü kəsən qılınc”
D)”Yağışdan sonra”
3.B.Vahabzadənin tərcümə əsərini göstərin:
A)”Yevgeni Onegin”
B)”Abidos gəlini”
C)”Xosrov və şirin”
D)”Qaçaqlar”
“Sabir” qrupunun testləri
1.B.Vahabzadənin poemaları sırasında verilə bilməz:
A)”Əbədi heykəl”
B)”Dar ağacı”
C)”Muğam”
D)”Etiraf”
2.B.Vahabadənin ilk şeiri hansıdır və neçənci ildə çap olunub?
A)”Ana və şəkil” 1943
B)”Mənim dostlarım” 1949
C)”Azərbaycan” 1942
D)”Gülüstan” 1943
3.”1905-1906-cı illərdə erməni-müsəlman davası”əsərinin müəllifi:
A)M.M.Nəvvab
B)B.Vahabzadə
C)Ə.Məmmədxanlı
D)C.Məmmədquluzadə
“Babək” qrupunun testləri
1.B.Vahabzadə neçənci ildə,harada anadan olub?
A)Şəmkir-1924
B)Şəki-1925
C)Bakı-1923
D)Qazax-1922
2.B.Vahabzadənin əsərləri sırasında verilə bilməz:
A)”İkinci səs”
B)”Dar ağacı”
C)”Qızıl qönçələr”
D)”Əbədi heykəl”
3.B.Vahabzadənin dram əsərləri sırasında verilə bilməz:
A)”Özümüzü kəsən qılınc”
B)”Əbədi heykəl”
C)”Təzadlar”
D)”Şəbi-hicran”
Qiymətləndirmə cədvəli.
44 3 5 4Sabir
55 4 5 5 Babək
5 55 5 5Vətən
5 5 5 4 5 Bəxtiyar
Ümumi nəticə
Məntiq Müzakirə-lərdəIştirakı
Əməkdaşlıq
fəaliyəti
Tapşırığıyerinəyetirməbacarığı
Qrup-lar
Ev tapşırığı:
1.B.Vahabzadənin “Azərbaycan”şeirini əzbərləyin.
2.”Vətən haradan başlanır?”mövzusunda kiçik Esse yazın.