dostum ay...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə almaniya faşistlərinin caynağına...

32
DOSTUM AY ÇEVİRƏNİ ƏZİZ SƏLAMİ

Upload: others

Post on 21-Feb-2020

7 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: DOSTUM AY...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu

DOSTUM AY

ÇEVİRƏNİ

ƏZİZ SƏLAMİ

Page 2: DOSTUM AY...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu

~ 2 ~

(C) 1984 S. Fischer Verlag GmbH, Frankfurt am Main. All rights reserved.

Published by Aziz Salami Berlin - Germany, 2015

E-mail: [email protected]

Page 3: DOSTUM AY...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu

~ 3 ~

ROSE AUSLÄNDER

1901 - 1988

Page 4: DOSTUM AY...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu

~ 4 ~

1941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin

caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu. O illərdə yaşadıqları, ölüm kölgəsi kimi ömrünün sonunadək onu izlədi və dondurucu nəfəsini onun bir çox şeirlərinə yaydı:

Yox unutmaram o yanmış illəri unutmaram göyqurşağını əzən o çəkmələri onların birləşməsi çevirsinlər deyə bizi oddan qızılgülə oddan kəpənəyə oddan qanada

O ölümlü, dəhşətli illər dünyanı onun gözlərində bir qorxu dünyasına çevirdi; bir qorxu ki, ondan qaçmaq, ondan gizlənmək mümkün deyil; bir qorxu ki, hava kimi insanın içinə dolur və onun hər anında varlığı duyulur:

Arxamda dünyanın nəfəsi Arayıram üzünü O durmuş aynada yanaqlarında qorxu var baxışı itmiş hardasa

Tükənməz bir qorxu içində yaşayan bir insan bu gündə, indidə yaşamır, nə zamansa baş verəcək bir fəlakəti, bir dəhşəti gözləyir. R. Ausländer’in bir çox şeirlərində də belə bir ruh vardır:

Page 5: DOSTUM AY...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu

~ 5 ~

Gözləyirik dünyanın kənarında oddan olayları Ayın parçaları caynağında tikanların İldırımın heroqlifi Gözləyirik o sözü

Şairin göylərlə, ulduzlarla, ayla dərin bağlılığını yerin dəhşətindən qaçmaq, qurtulmaq kimi də anlamq olar. Torpağı saran qorxunun vara bilməyəcəyi ayın, ulduzların uzaq işıqları onun bir çox şeirlərini istilik və toxtaqlıq verən bir dost yaxınlığı kimi bürümüşdür:

Ulduzların göylərin qarasından tökülməsi Ayın mahnısının könlümə enməsi Gecə söndürdü qorxumu gözləyirəm sevinclə gündüzü

Gəmilər əylənmək və rahatlanmaq üçün torpağın sularına lövbər atırlar. Torpaqda qorxu hökm sürərsə, insanın ruhu göylərə lövbər atmağa çalışacaqdır:

Qucaqlayır quzey küləyi qorxumu

Page 6: DOSTUM AY...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu

~ 6 ~

Lövbər atmışam göylərə mən Yer verir qoynunda mənə ulduzların yosunları ömür boyu

“Söz”, R. Ausländer’in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür; bir kiçik qayıq kimi, okeana tullanmış bir insan üçün; qayalara söykənmiş bir koma kimi, fırtınada yol azan bir yolçu üçün. Həm də o, bilir ki, dünyanı, həyatı və hər nəyi qavrayıb dillə anlatmaq üçün ancaq sözlərdən yardım almalıdır; ürkək, yüyənsiz və çətin ələ keçən sözlərdən:

Düşünür dünya məni və sorur Məni harada arayırsan məni harada tapacaqsan Mən minmişəm sözlərdən bir buluda söyləyirəm:

BURADA Artıq hər nə sözlərdədir. Qaranlıq da sözlərdədir, işıq da, bütün görünənlər və ruhumuzdan çox uzaqlarda olan və onu gecə-gündüz səsləyən gizli yaşama sirrləri də sözlərdədir:

Sözlər var işıqlıdır sözlər var qara bir sehirlə süzər məni Çıxarıb onlardan gizlənmiş işığı qoyaram qaranlıq könlümə yaşamaq böyləcə

Page 7: DOSTUM AY...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu

~ 7 ~

R. Ausländer üçün dünya Bilinməz’lər, Gizli’lər dünyasıdır və insan həyatının ən böyük dəyəri, dərinliyi və sevinci də bu Gizli’lər ardınca getməkdir; bu yolçuluq, bütün ağrı, acılarına baxmayaraq gözəldir:

Oxuyuram düşüncə işığında yazdığını o Gizli’nin gedirəm yeraltı çaylar ardınca dünyanın yollarında Yaralar alıram dəydiyim daşlardan yırtıcı heyvanlarla çarpışıram Belə olmalı söyləyir ardınca getdiyim səs

Rose Ausländer torpaq kimidir. İnsanın yaraladığı, zəhərlədiyi torpaq bir zamandan sonra insana çörək və çiçək verir. Torpaqda nifrət yoxdur, torpaq öc almır. Torpaq ulu həyatdır, həyatın ürəyinin döyüntüsü bəsləməyə, çiçəkləndirməyə, cücərtməyə köklənmişdir və bütün bunların canında sevmək var; yaratmaq istəyi var. Və R. Ausländer’in ruhunun kökləri torpaqdadır:

Yanması sönməsi fırtınanın buludlar şişədən rəqs edən oynayan quşlar pəncərədə Bir uyum hər yerdə Unut sərt olanı bağışla yamanlığı

Page 8: DOSTUM AY...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu

~ 8 ~

Sev ölənləri

*** Bu kitabda gedən bəzi şeirlərə şair ad qoymamışdır. Oxucunun zehnində yer alıb qalsın deyə onlara ad verməyi üstün tutdum. Şairin dil və söz qurma özəlliyini dilimizə gətirməyə çalışdım. Haradasa bir yanlış varsa, bildirəni ürəkdən səlamlayıram.

2014

Page 9: DOSTUM AY...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu

~ 9 ~

İÇİNDƏKİLƏR:

Uşağım 12

Duz 13

Heykəltəraş 14

Kağız 15

Nəfəs 16

Sənin rəngin 17

Açılmaq 18

Söylə 19

Yol tapmaq 20

Belə 21

Ümid 22

Yaşama istəyi 23

Gizli işıq 24

Yaddaş 25

Yollar 26

Harda 27

Suçlu 28

Kəşf etmək 29

Zindanda 30

Şən səhər 31

Sonbahar 32

Burada 33

Qalan yoxdur 34

Bal tortusu 35

Mutluluq 36

Page 10: DOSTUM AY...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu

~ 10 ~

Arxamda 37

Mən varkən 38

Qaldırır zaman məni böyləcə 39

Gizli olanlar 40

Dincəlmək 41

Açıq pəncərə 42

Qaratoyuq 43

Belə olmalı 44

Quş 45

Bir yeniyetmənin röyaları 46

Hər zaman yenidən 47

Qardaşım quş 48

Gənclik 49

Arayırsan özünü 50

Rənglər 51

Luna 52

Səndə olan mələk 53

Axan ulduz 54

Tikanlar 55

Ağaclar üzərinə 56

Məktublar 57

Unutmaram 58

Röyamız 59

Bir od qala 60

Axşam 61

Bildir özünü 62

Page 11: DOSTUM AY...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu

~ 11 ~

Fırtınası səsinin 63

Gözləyirik 64

Ölkəm 65

Gecə 66

Yox onda təsəllimiz 67

Səhrada 68

Körpü 69

Dostluq 70

Unut ana 71

Yayın ad günü 72

Eşidirmisən 73

Qırılmış musiqi 74

Mutluluq ulduzu 75

Sönən qorxu 76

Ulduzdan ulduza 77

Ömür boyu 78

Bir daha 79

Burada 80

Yuvarlanır günəş 81

Düşən ulduz 82

Dönüş 83

Sev 84

Page 12: DOSTUM AY...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu

~ 12 ~

UŞAĞIM Gömdüm torpağa

hələ doğmadığım

uşağı

Tam bir

uşaqdı o

Page 13: DOSTUM AY...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu

~ 13 ~

DUZ

Bir dənəcik duzdur

qarışmış

gerçəyə

Gözyaşları

duzudur kədərin

Yelləmiş

torpağın duzunu

suyun yelləncəyi

Sürtmüş

ana dəniz

duzu canına

Page 14: DOSTUM AY...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu

~ 14 ~

HEYKƏLTƏRAŞ Yon bir daşdan

sən

ruhunu

Bir gövdə ki

ruhunun

sonu yox

Page 15: DOSTUM AY...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu

~ 15 ~

KAĞIZ

Kağızdır kağız

və həm də ki

bir yoldur

ulduzlara

rəmzlərə duyğulara

görünməyən sirrlərə

və bir də ki

insanlara

Page 16: DOSTUM AY...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu

~ 16 ~

NƏFƏS Yaşayırıq

nəfəsdən nəfəsə

Döyünür ürəyi

nəfəsdən nəfəsə

bütün bitkilərlə heyvanların

Biz

ona bağlıyıq

qarışırıq onunla

nəfəsinə torpağın

Page 17: DOSTUM AY...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu

~ 17 ~

SƏNİN RƏNGİN

Ağdır mənim rəngim

onda bütün

rənglər var

Yaz mənə

sən də rəngini

Mavi olsun istərəm

yaşıl olsun

ya qırmızı

Page 18: DOSTUM AY...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu

~ 18 ~

AÇILMAQ Artıq

ağaclar da

dolur tumurcuqla

Qucaqlayır hava

ana qollarıyla səni

Uyumaq istəyir

kədərin də

Danışmaq olar indi

qonşularla

çiçəklərlə

və gümüş yağışlarla

Artıq aşmaq olar

dünya ilə sənin

aranda olan sınırı

və aça bilərsən özünü

sınırı olmayana

Page 19: DOSTUM AY...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu

~ 19 ~

SÖYLƏ

Söylə

sevimli dost

bilirəm

sehirləyə bildiyini

Tək bir

sözə çevir dünyanı

Bir dünyadır

sənin sözün

Page 20: DOSTUM AY...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu

~ 20 ~

YOL TAPMAQ Üzürəm gecələri

ulduzların irmağında

röyalarında mən varam

Uzanıram

tətil günlərində

ormanın kölgəsində

özləyirəm

məni aydınladan bir işığı

Yoluna

bir yol

tapım deyə

Page 21: DOSTUM AY...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu

~ 21 ~

BELƏ

Belə

olmalı

Olmamış kimi

heç zaman

Olmayacaq kimi

heç

zaman

Page 22: DOSTUM AY...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu

~ 22 ~

ÜMİD Keçmişdə bir evi

xatırlamaq

Axsayır ümidə doğru gedən

qırılmış

bu günün

Bəlkə bir gün

bir daha

bir sığıncaq olsun

bir insana

Page 23: DOSTUM AY...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu

~ 23 ~

YAŞAMA İSTƏYİ

Buraxıb getməmiş bizi

Mänade’lər *

İnsan olmuş

gizlicə

beynimizdə

Onlardır yürüdən

bizi yolumuzda

qovmaq olmaz ki

onları

* Mänade’lər:

Yunan mitolojisində şərab tanrısı Dionysos’la birlikdə olan qadınlar. Həyatdan son dərəcə zövq alanların simbolu.

Page 24: DOSTUM AY...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu

~ 24 ~

GİZLİ İŞIQ Sözlər var

işıqlıdır

Sözlər var

qara bir sehirlə süzər məni

Çıxarıb onlardan

gizlənmiş işığı

qoyaram qaranlıq

könlümə

Yaşamaq

böyləcə

Page 25: DOSTUM AY...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu

~ 25 ~

YADDAŞ

Daşlar sayır

addımlarını

onların yaddaşıdır

yolun sənin

Gedir səni

qaynaqdan

zirvəyə

Page 26: DOSTUM AY...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu

~ 26 ~

YOLLAR Gedilmək istərlər

“bir söz boyda” yeri sən də

Dümdüz çarpaz

eniş yoxuş

Tap ulduzlar ormanında

addımını

Sarar səni

kölgələrdə

aydınlıqlar

Get

sözlərin

yarğanında

Page 27: DOSTUM AY...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu

~ 27 ~

HARDA

Hardadır

cənəttim mənim

Evim idi

gecə ikən

Yoxsa

gördümmü röyada

Oyağam indi

səhrada

Qapanar gözlər

burada

qumlardır

mənim yerim

Page 28: DOSTUM AY...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu

~ 28 ~

SUÇLU Unudulmamış büsbütün

o cənnət ki

suçumuz

yoxdu orada

Gözəl idi alması

şirin idi

görmək öyrətdi bizə

onun suyu

Suçlu yaşayaq dünyada

sevək

yasaq sözləri

insanları

bu qorxulu göy altında

Page 29: DOSTUM AY...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu

~ 29 ~

KƏŞF ETMƏK

Bu gün səhər

kəşf etdim

özümü

Mən mənəm

soruram mən özümdən

nə etməli

Kəşf etmək istəyirəm

dünyanı

sözləri nəsnələri

və sənin

sevdanı

Page 30: DOSTUM AY...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu

~ 30 ~

ZİNDANDA Gətirdilər məni

zindana

bilmirəm nə üçün

Siz nəsiniz

bir heçdir şair olan

siz nəsiniz doğrudan

Hüceyrəmdə

oxuyurdum gənc qadına

əfsanə- şeirləri

öyrənirdi o rahatca

Şahmat fiquru düzəldirdik

yumşaqca çörək qırığından

oynayarkən

dəlikdən

baxırdı göz:

yasaqdır oynamaq

yasaqdır yazmaq oxumaq

Eşikdə on dəqiqə ola bilmək

və göyüzü

mavi bir nağıl idi

əl edirdi bir ağ bulud:

gözləyir anan səni

Page 31: DOSTUM AY...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu

~ 31 ~

ŞƏN SƏHƏR

Girirəm içinə

gözlərimin

yenidir

evi dünyanın

gizlidir qapalı bağçalara

və çaylara

açılan qapıları

Döşəyirəm içini

çiçəklənən gözlərimin

geyirəm sevdiyim

adları əynimə

yuyuram addımımı

sözlərin bulağında

Page 32: DOSTUM AY...~ 4 ~ 1 941-ci ildə, yəhudi olduğuna görə Almaniya faşistlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu

~ 32 ~

Sayğılı oxucular! Qaynağın haqqını qorumaq üçün bu internet toplusunda ancaq 20 şeir verməyə haqqımız vardır. Bütün şeirləri oxumaq üçün kitabı satın almaq lazımdır.