Aqronomluq ixtisasının “Bitki mühafizəsi” ixtisaslaşması üzrə
“Ümumi fitopatologiya” kursu
Mövzu 12. Euascomycetes sinfi göbələklərinin digər qrupları haqqında
P L A N:
12.1 Erysiphales sırası göbələkləri
12.2 Hypocrales, Sphaeriales, Diaportales, Clavicipitales sırasına
daxil olan göbələklərin səciyyəvi xüsusiyyətləri
ƏDƏBİYYAT
1. Cəfərov İ. Ümumi fitopatologiya. Bakı: Elm, 2007, 392 s.2. M.Timur Döken, Erkol Demirçi, Hüseyn Zengin Fitopatoloji. Erzurum: 2010, 256 s.3. Общая и сельскохозяйственная фитопатология / Ю.Т.Дьяков, М.И.Дементьева и др. М.: «Колос», 1984, 495 с. 4. Попкова К. Общая фитопатология. М.: Агропромиздат, 1989, 362 с.5. Семенкова И.Г., Соколова Э.С. Фитопатология. М.: Изд. Академия, 2003, 496 с.6. Чикин Ю.А. Общая фитопатология (часть 1). Учебное пособие - Томск: ТГУ, 2001, 170 с.www. google.ruwww.dic.academic.ruwww.hortnet.co.nz/www.flickr.com
Bu sıraya daxil olan göbələklər üçün qapalı meyvə bədəni-kleystotesi xarakterikdir, kisə kleystotesidə dəstə halında yerləşir, meyvə bədənindən yetişmiş askosporların atılması fəal gedir. Sıranın nümayəndələri ali bitkilər üçün obliqat parazitlər olub, «unlu şeh» xəstəliyini törədirlər. Mitsel yaxşı inkişaf etmişdir, ekzogen mən-şəlidir, özünəməxsus «əmziklər» -apressoriyalar vasitəsilə substrata möhkəmlənir. Apressoriyaların əsasından nazik hiflər çıxır, epider-mis toxumasına daxil olur, şarşəkilli qausstoriyalara çevrilir. Qausto-riyaların köməyi ilə göbələk qidalanmasını təmin edir. Sıraya yalnız bir fəsilə – Erysiphaceae daxildir. Lakin fəsilənin tərkibində kleystotesilərin çıxıntılarının quruluşuna, meyvə bədəni daxilində olan askların sayına görə müxtəlif olan cinslər mövcuddur.
Erysiphales sırası
Erysiphales sırası
Erysiphaceae fəsiləsi
Sphaerotheca cinsi
Podosphaera cinsi
Erysiphe cinsi
Leveillula cinsi
Microsphaera cinsi
Uncinula cinsi
Phyllactinia cinsi
Unlu şeh göbələklərinin kleystotesiləri: a –sfaeroteka (Sphaerotheca); b –erizife (Erysiphe); c – mikrosfaera (Mycrosphaera); ç – podosfaera (Podosphaera);
d – unsinula (Uncinula); e – fillaktiniya (Phyllactinia)
Sphaerotheca cinsinə daxil olan növlərin kreystotesi çıxıntıları
vegetativ hifləri xatırladır. Sphaerotheca pannosa f. persicae
şaftalı bitkisinin zoğ, yarpaq və meyvələrini yoluxaraq unlu şeh
xəstəliyini törədir. Xüsusilə yoluxmuş meyvələrdə yetişmə
gecikir, meyvələr əmtəəlik qabiliyyətini itirirlər.
Sphaerotheca pannosa f. rosae
Sphaerotheca pannosa f. persicae
Sphaerotheca mors-uvae
Sphaerotheca mors-uvae
Podosphaera cinsinə daxil olan növlərin kleystotesilərində
çıxıntılar sapşəkillidir. Ən əhəmiyyətli növ- almada unlu şeh xəstə-
liyinin törədicisi Podosphaera leucotricha Salm. cavan yarpaq və
saplaqları yoluxur. Örtük çox vaxt yarpağın alt hissəsində bükülür,
deformasiyaya uğrayır. Sirayətlənmiş zoğlarda əmələ gələn kleysto-
tesilərə görə unlu ağ örtük çirkli- boz rəng alır.
Podosphaera leucotricha
Podosphaera leucotricha
Podosphaera tridactyla
Podosphaera tridactyla
Erysiphe cinsinə daxil olan göbələklərin çıxıntıları sadədir,
asklar kleystotesidə bir neçədir. Bu cinsin əksər növlərinin ixtisaslaş-
mış formaları mövcuddur ki, onlar da yalnız müəyyən bitkiləri yolu-
xurlar. Morfoloji ixtisaslaşmış formalar çətin seçilir.
Erysiphe pisi
Erysiphe pisi
Erysiphe
Leveillula cinsinin növləri inkişafın əvvəlində endogen, sonra
ekzogen mitsel formalaşdırırlar. Kleystotesi təpə hissədən basıqdır.
Bu cinsin göbələklərinin xüsusiyyətləri, mitselin yayılmasının xa-
rakterində özünü göstərir. Mitsel bitkinin toxuması daxilində inkişaf
edir və az-az ağızcıq vasitəsilə onun səthinə çıxır. Bu cinsin növləri
adətən quru, isti iqlim rayonlarında kətan, yonca bitkilərində unlu
şeh xəstəliyini törədirlər.
Leveillula taurica
Leveillula taurica
Microsphaera cinsinin göbələklərinin çıxıntıları meyvə bədənin
təpə hissəsində yerləşmişdir. Burada ən təhlükəli növ palıdda unlu
şeh xəstəliyinin törədicisi M.alphitoides göbələyidir.
Microsphaera alphitoides
Microsphaera alphitoides
Microsphaera alphitoides
Uncinula cinsinə daxil olan nümayəndələr də unlu şeh xəstə-
liyinin törədicilərdir. Ən təhlükəli növ üzüm bitkisində unlu şeh və
ya oidium xəstəliyinin törədicisi U.necator bitkinin yarpaq, zoğ,
gilələrini yoluxaraq məhsuldarlığa kəskin zərbə vururlar.
Uncinula necator
Uncinula necator
Uncinula necator
Uncinula necator
Phyllactinia cinsi göbələklərində iki tip çıxıntılar əmələ gəlir:
kleystotesinin təpəsində- nazik, zərif budaqlanan hif, selik ayırır və
onun mərkəzində şar formasında. P.suffulta çəkil, fındıq, tozağacı və
başqa ağac cinslərində parazitlik edir.
Phyllactinia populi
Phyllactinia fraxini
Phyllactinia populi - askosporlar
Bu sıranın göbələkləri üçün ətli və ya yumşaq, şəffaf və ya açıq rəngli peritesilər xarakterikdir. Peritesi mitselin səthində və ya substratın daxilində əmələ gəlirlər. Bu göbələklərin inkişaf tsiklində konidi mərhələsi mühüm əhəmiyyət kəsb edir. Bu mərhələ növün yaylmasında əsas rol oynayır. Konidi cinsi mərhələni tamamilə əvəz edir. Bir çox nümayəndələ-rində pleomorfizim məlumdur: onların inkişaf tsiklində çox zaman iki konidi tipi formalaşır. Bu mərhələdə onları anamorf göbələklərə aid edirlər (misal üçün fuzarium cinsində makro və mikro konidilər). Fitopatoloji baxımdan –Hypocreaceae fəsiləsi maraqlıdır. Hypocrea cinsinin nümayəndələri saprotrof olaraq oduncaqda, bitki qalıqlarında, qov göbələklərinin meyvə bədənlərində saprotrofluq edirlər. Nectriaceae fəsiləsinə daxil olan bəzi cinslər– Nectria, Calo-nectria, Gibberella müəyyən maraq doğururlar.
Hypocreales sırası
Nectria galligena
Nectria peziza –peritesilər
Nectria galligena –peritesilər
Sporodoxi konidilərlə
Sıraya daxil olan göbələklər saprotrofdurlar, onlar üçün bardaq formalı, sancaq şəkilli və ya silindrik asklarla tünd peritesilər xarak-terikdir. Peritesilər tək-tək mitsel və stromalarda müxtəlif quruluş-larda əmələ gəlirlər. Asklar adətən rəngsiz parafizlərlə növbələşirlər. Bitkilərdə xəstəlik törədən növlər içərisində gavalıda polistiqmoz və ya qırmızı ləkəlik xəstəliyinin törədicisi Polystigma rubrum ma-raq kəsb edir. Bu patogenin inkişaf tsiklində qeyri-cinsi çoxalma yoxdur. Meyvə bədəni-peritesi yarpaq toxumasına oturmuş stroma-larda inkişaf edir. Zərərliliyinə görə daha bir cins Phyllachora və onun nüma-yəndələri, məsələn, P.graminis- dənlilərdə qara ləkəlik xəstəliyinin törədicisi fitopatoloji baxımdan maraqlıdır.
Sphaeriales sırası
Polystigma rubrum
Polystigma rubrum
Sıranın göbələklərinin peritesiləri xarici görkəmcə Sphaeriales sırası nümayəndələrinin peritesiləri ilə oxşardırlar. Bu sıraya daxil olan bir neçə fəsilənin nümayəndələri praktik cəhətdən əhəmiy-yətlidir. Valsa cinsi mühüm əhəmiyyət kəsb edir. Bu cinsin göbələkləri müxtəlif ağac cinslərinin gövdələrində inkişaf edirlər. Onların konidi mərhələsi Cytospora cinsinə aiddilər və ağaclarda tufeyli quruma və ya sitosporoz xəstəliyinin əmələ gəlməsinə səbəb olurlar. Diaporthaceae fəsiləsinin cinsləri əsasən fitopatogen növlərdir. Glomerella cinsinə daxil olan nümayəndələr bir sıra bitkilərdə antrak-noz xəstəliyini törədən göbələklərin çanta mərhələsidir.
Diaportales sırası
Cytospora sp.
Cytospora sp.
Cytospora sp.
Cytospora sp. – konidilər
Glomerella cingulata – antraknozun kisə mərhələsi
Glomerella cingulata – antraknozun kisə mərhələsi
Sıranın göbələkləri ağ və ya açıq, nadir hallarda tünd rəngli peri-tesilərə malikdirlər. Onlar şəffaf rəngli yumşaq və ya ətli konsis-tensiyalı açıq stromalara yüklənmiş olurlar. Askosporlar həmişə sap-şəkillidir, asklarda paralel topa şəkilində yığılmış və növbəli surətdə çölə atılırlar. Sıranın nümayəndələrinin əksəriyyəti çiçəkli bitkilərin parazitləridir. Claviceps purpurea çovdar və digər dənlilərdə xəstəlik törədi-cisidir. Bu xəstəlik inkişaf edən zaman yetişmiş dənlərin üzərində iri, bənövşəyi-qara sklerosiyalar əmələ gəlir. Onlar göbələyin qışlama mərhələsidir. Məhsul toplanışı zamanı həmin sklerosiyaların bir his-səsi dənin üzərinə düşür, digər hissəsi torpağa tökülür. Yazda sklero-siyalar qırmızı rəngli başcıqlı stromalara cücərirlər. Hər bir sklero-siyadan bir neçə stroma inkişaf edir. Asklar dartılı vəziyyətdə, askosporlar sapvaridir.
Clavicipitales sırası
Claviceps purpurea
Claviceps purpurea
Claviceps purpurea - sklerosiyalar
1. Kleystotesi tipli qapalı meyvə bədəni hansı göbələklər üçün xarakterikdir?
a) Erysiphales sırası göbələkləri üçün
b) Chytridiales sırası göbələkləri üçün
c) Penosporales sırası göbələkləri üçün
d) Microascales sırası göbələkləri üçün
e) Diaportales sırası göbələkləri üçün
Özünü yoxlama üçün mövzuya aid test sualları
2. Erysiphales sırasına mənsub göbələklər mədəni və yabanı bitkilərdə
hansı xəstəlikləri törədir ?
a) peronosporoz
b) dəmgil
c) unlu şeh
d) sürmə
e) deformasiya
3. Erysiphaceae fəsiləsinə mənsub olan cinslər bir-birindən nə ilə
fərqlənirlər ?
a) meyvə bədəninin quruluşu
b) mitselin və onun şəkildəyişmələrinin sayı
c) mitsel üzərində konididaşıyanların düzülüşü
d) kleystotesilərin çıxıntılarının quruluşu və meyvə
bədəni daxilində kisələrin sayı
e) kleystotesilərin rəngi və forması
4. Göbələyin inkişaf tsiklində kleystotesilərin rolu nədən
ibarətdir ?
a) əsasən göbələyin qışlamasını təmin edir
b) vegetasiya dövrü xəstəliyi yayır
c) II infeksiyanı törədir
d) göbələyin qeyri- cinsi çoxalmasında iştirak edir
e) vegetativ çoxalmanı təmin edir
5. Unlu şeh xəstəliklərinin inkişafında konidilərin başlıca rolu nədən
ibarətdir ?
a) göbələklərin qışlamasını təmin edir
b) göbələklərin qidalanmasını təmin edir
c) vegetasiya dövrü xəstəliyin təkrar yoluxmalarını
təmin edir
d) göbələklərin çoxalmasını təmin edir
e) xəstəliyin yayılmasında və qidalnmasında iştirak edir
6. Hypocreales sırasına mənsub olan göbələklərin peritesiləri harada
əmələ gəlir ?
a) mitsel buğumlarında
b) stromalarda
c) apotesilərdə
d) mitselin səthində və substratın daxilində
e) yalnız substratın daxilində
7. Hypocreales sırasına mənsub olan göbələklər qidalanma xarakterinə görə
hansı qrupa daxildir ?
a) biotrof
b) hemibiotrof
c) obliqat parazit
d) nekrotrof, biotrof
e) saprotrof
8. Antraknoz xəstəliyini törədən göbələklərin kisə mərhələsi Diaportales
sırasında hansı cinsə mənsubdur?
a) Valsa
b) Cytospora
c) Colletotrichum
d) Gloesporium
e) Glomerella