film fiction №16

55

Upload: fuad-algayev

Post on 26-Mar-2016

315 views

Category:

Documents


3 download

DESCRIPTION

 

TRANSCRIPT

Page 1: Film Fiction №16
Page 2: Film Fiction №16

BAŞ REDAKTORDANŞAHİN XƏLİL

STENLİ KUBRİKMƏDİNƏ CABBARLI

TƏBRİKLƏRGÜNEL SƏFƏROVA

TƏQVİMNİCAT ƏHMƏDLİ

TOM KRUZŞAHİN XƏLİL

VADİM YUSOVTURAN YAQUBLU

KİRA NAYTLİAYŞƏ ELEANOR

s.4

s.13

s.5s.9

s.17

s.22s.19

Page 3: Film Fiction №16

“HANNA VƏ BACILARI” FİLMİNDƏ MİKİ OBRAZININ EKZİSTENSİAL KRİZİSİZAUR BAXIŞLI

MÖHTƏŞƏM GETSBİ HAQQINDA MARAQLI MƏLUMATLARAYŞƏ ELEANOR

BRUNO DUMONTELMİDAR SÜLEYMANSOY

AMADEUSNİCAT ƏHMƏDLİ

DİSCONNECTFUAD ALQAYEV

AMERİKAN FİLM SƏNAYESİ-NİN STRUKTURUZƏHRA MƏMMƏDLİ

s.31

s.36

s.41s.39

s.43s.46

s.27

QUENTİN TARANTİNO FİLMLƏRİNİ ÖZƏLLİKLƏRİAYŞƏ ELEANOR

Page 4: Film Fiction №16

4

Film FictionDüz iki il öncə dostum Fuad Alqa-yevdən facebook-da bir cümləlik sual məktubu aldım – “Bəlkə elektron film jurnalı yaradaq?” Və cavabım gecik-mədi – “Yaradaq!”... Bu təklifi İstanbul-da yaşayan digər dostumuza – Mətləb Muxtarova da bildirdik. “John Lennon” haqqında bioqrafik kitab müəllifi olan daha bir dostumuz – Məcid Məcidli də bizə qoşuldu. Və beləliklə dörd nəfərlə jurnalın ilk sayı – “Film Fiction N1” işıq üzü gördü. Jurnal gözlədiyimizdən də yaxşı qarşılandı. Tv-lərin təqdim etdiyi, zövqlərinə inandığı dostların məsləhət verdiyi, ya da elə təsadüfən qarşısına çıxan filmləri izləyən ac kinomanlar üçün, kinosunun itkin düşdüyü bir ölkədə belə bir jurnal hədiyyə kimi idi... Çünki formatına görə ilk idi. Heç bir maddiyyat güdmədən tam təmən-nasız olaraq, işinə sevgi ilə yanaşan bir komanda işi idi. Və bəzi anlaşılma-zlıqları, fasilələri nəzərə almasaq, artıq oxuduğunuz 16-cı buraxılışla bərabər Film Fiction 2 yaşını tamamlayır. Jur-nal üçün qısa olsa da, Azərbaycan səviyyəsində, heç bir maddi dəstək olmadan 2 ildir jurnal hazırlanması çox böyük uğurdur. Kapitalizmin hegemon-luq etdiyi dünyada oxucunu, kinomanı, sənəti hər şeydən üstün tutmaq qürur işidir. Qürurluyuq! Çünki sənət for-matını qoruya bilmişik. Çünki dəfələrlə jurnalın səhmlərinə kifayət qədər yaxşı maddiyyat qarşılığı sahiblənmək istəyənlərə “yox!” deyə bilmişik. Çün-ki auditoriyasına görə Azərbaycanda rekord göstəricilərə imza atan ilk və yeganə jurnaldır – Film Fiction. Elektron formatın yaratdığı imkan-lar sayəsində dünyanın müxtəlif ölkələrində yaşayan, jurnalın daimi oxucuları olan həmyerlilərimizdən gələn məktublar, xoş sözlər bizi daha çox sevindirir. İşimizin məsuliyyətini dərk etmişik. Və məhz Film Fiction’la bərabər həvəskarlıqdan peşəkarlığa keçid etmişik. Və ümid edirik ki, hələ bərabər daha çox yaşlara qədəm qoya biləcəyik.Zövqümüzə güvəndiyiniz, oxucumuz olduğunuz və nəhayət, kino sənətini sevdiyiniz üçün hər birinizə ayrı-ayrılıq-da təşəkkür edirik!

Page 5: Film Fiction №16

5

Film Fiction

SENTYABR AYINDA JURNALIMIZINİKİ YAŞI TAMAM OLUR.BU SƏBƏBLƏ KİNO VƏ İCTİMAİXADİMLƏRİN JURNALIMIZA OLANTƏBRİKLƏRİNİ YAYIMLAYIRIQ.

FEHRUZ ŞAMIYEV“Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin sədri və “START” Beynəlx-alq Tələbə Filmləri Festivalının direktoru

“Film Fiction” Azərbaycan kino mühitində cəsarətli addımlardan biridir. Çünki bu elektron jurnal heç bir maliyyə dayağı olmadan özünü kino aləminə atıb. İndiyə kimi Azərbaycanda kino ilə bağlı müxtəlif nəşrlər olub. Amma elek-tron nəşr olmayıb. Bu da ondan irəli gəlir ki, indiki cavanların əksəriyyəti daha çox internet, kompüter vasitəsi ilə informasiyanı əldə et-məyə çalışırlar. Jurnalın bir neçə sayı ilə tanış olmuşam və maraqlı materiallar, tərcümələr oxumuşam. Məncə, jurnal daha geniş oxucu auditoriyasına sahib olmalıdır. Bu səbəbdən təkcə elektron variantda yayımlanmamalıdır. Əgər bu əziyyət çəkilirsə, jurnalın cəmiyyətə çıxması üçün digər aksiyalardan istifadə et-mək lazımdır. Məsələn, jurnalın bütün saylarını bir DVD-də toplayıb satışa çıxarmaq olar. Ya da müxtəlif mədəniyyət tədbirlərində və sər-gilərdə oxuculara təqdim edilə bilər. Bu addım jurnalın reklam olunmasında, daha çox oxucu qazanmasında uğurlu addım ola bilər. O ki qaldı bu işi həyata keçirən komandaya, onlara uğurlar arzulayıram. Kino sözü uzun illər idi ki, leksikonumuzdan az qala silinmişdi. Deməli, artıq bu sənətdə hansısa prosesler başlayıb ki, “Film Fiction” da ortaya çıxıb. İndi dayan-maq lazım deyil. “Film Fiction” komandasını və bütün kinosevərləri təbrik edirəm. Əsas odur ki, yorulmasınlar. Məqsədləri naminə yolların-da fasilə verməsinlər. Uğurlar!!!

AKTRİSA GÜNEL MƏMMƏDOVA“Jurnalın saylarını çox bəyənirəm. Burada nəinki görkəmli sənətkarlarımız haqqında yazılıb, hətta xarici kinematoqrafiya haqqında da geniş məlumat verilib. Bu çox sevindiri-ci haldır. Əfsuslar olsun ki, biz çox vaxt öz peşə xadimlərimizi qiymətləndirmirik. Amma bu jurnal onları unutmayıb. Bu jurnalla mütə-madi maraqlanıram. “Film Fiction” jurnalının yaradıcı heyətini və oxucularını səmimi qəlb-dən təbrik edirəm. İstəyirəm jurnal uzunömürlü olsun və mənim kimi kinomanları öz xəbərləri ilə sevindirsin. Uğurlar!!!

KİNOREJİSSOR CAVID TƏVƏKKÜLHörmətli “Film Fiction” jurnalının yaradıcıları, siz bütün isti sözlərə layiqsiniz. Jurnalın hər nömrəsi ilə tanış olmuşam və çox bəyən-mişəm. Sizə gələcəkdə bol-bol uğur arzu-layıram.

Page 6: Film Fiction №16

6

Film Fiction

JURNALİST NATİQ CAVADLIHörmətli “Film Fiction” jurnalı! Sizləri 2 senty-abr ad gününüz münasibətiylə təbrik edirəm. Kino bizim gerçəkliyimiz və bu gerçəklikdən doğan kədərlərimizi, sevgilərimizi göstərən, sabaha ümid, nikbinlik yaradan sənətdir. Jur-nalınızın kino, aktyor və aktrisalar haqqında, o cümlədən, rejissorlar barədə məlumatları, müsahibələri, məqalələrini maraqla oxuyuram. İstərdim ki, gələcəkdə jurnalın dizaynında dəy-işiklik olsun, o mənada ki, oxumaq asanlaşsın. Yeni filmlər barədə xəbərlər gözləyirik. Uğur-lar!!!

JURNALIST REYHAN SEVINCBütün təbriklər kollektivə düşür. Çünki əzi-yyətin çoxunu onlar çəkirlər. Azərbaycanda kino sahəsi üzrə dərgilər barmaqla sayılası qədərdir. Dünya kinosu, yerli kino haqqında ətraflı məlumat, top filmlərin siyahısı, afişa bölmələri hər bir kino sevərin məlumat-lanmasına imkan verir. Elektron dərginin uzunömürlü olacağına inanıram. Böyüyün, yaşayın və sevilin!

FİLMFİCTİON

AKTYOR RASIM CƏFƏROVElektron jurnal təşəbbüsünü çox bəyənirəm və sevindirici haldır ki, Azərbaycanda bu cür ideyalarla çıxış edən gənclər var və ən əsası həmin ideyalar reallaşmaqdadır. Sizi ona görə bəyənirəm ki, heç kimdən heç nə gözləmədən jurnalınızı dərc elədiniz. Elektron olsa belə. Dünyadan vurub Azərbaycandan çıxırsınız. Yaxşı mənada kinonu alt-üst edirsiniz. Bütün dünya məşhurları buradadır. Bizimkilər də onların arasında. Özümü də onların arasında görmək çox xoş oldu. Ən azından Bred Pitlə eyni jurnalı bölüşdüm. Arzu edirəm ki, bizim kino yaradıcıları dünya məşhurları ilə eyni fes-tivalları, bir çəkiliş meydançalarını bölüşsünlər. Sizin jurnal bu xəbərləri yazan ilklərdən olsun. Oxucunuz bol olsun! Saylarınız axarlı olsun! Təbriklər! Uğurlar!

SEVDA BABAYEVATeatrşünas, jurnalist, Mədəniyyətlər-arası Dialoq və Sosial Araşdırmalar Mərkəzinin rəhbəri

Müşahidələr göstərir ki, ideyaların yaranması və formalaşması üçün intellektuallar, energetik mərkəzlərin, onları təbliğ edən ixtisaslaşmış dərgilərin metod və vasitə kimi mövcudluğu, təbliğatı çox vacibdir. Yaradıcı insanların özünüifadəsi, azad fikir, ideya mübadiləsində münbit şərait, meydan rolunu məhz belə dərgilər oynayır. Bu baxımdan “Film Fiction” jurnalı artıq 2 ildir ki, meydan rolundadır. Dərginin, oxucuları istər yerli, istərsə də dün-ya kino yeniliklərindən məlumatlandırması, analitik düşüncəyə yer verməsi həmmövzu, həm də oxucu auditoriyasının genişliyindən xəbər verir. “Film Fiction” jurnalını ölkədəki yaradıcı gənclərin, art yazarların fəaliyyəti, inkişafı, tanıtımı üçün dəstək ruporu da say-maq olar. Və bu ruporu maarifləndirmə yolu-na yönləndirməyiniz ayrıca təqdir edilməlidir. Mədəniyyət dərgisi üçün 2 yaş balaca rəqəm deyil, amma çox da deyil. Hələ yolun başın-dasınız. Və hər şeyin başlanğıcı ikiqat əmək, əziyyət tələb edir. Maliyyədən doğacaq ruh düşkünlüyü də istisna olmayacaq. Bax, belə həssas məqamlarda həqiqi əzminiz, qərarlılıq dərəcəniz, prinsipiallığınız aydın olacaq. Bu yolda büdrəməyəcəyinizə inanıram. Uğur daim sizinlə olsun!

Page 7: Film Fiction №16

7

Film Fiction

TƏNQİDÇİ AYGÜN ASLANOVAMənim üçün “Film Fiction” jurnalı hər şeydən əvvəl kino haqqında bol və ətraflı informasiya deməkdir. Kinematoqrafiyanın qəhrəman-larının – aktyorların, rejissorların həyatları a-dan b-yə qədər yazılır. Düzdür, hamının internet kimi nəhəng bir məlumat bazası var. Amma o məlumatların hamısını araşdır-maq, içlərindən ən maraqlılarını seçmək, düzüb-qoşmaq nə deməkdir – çox yaxşı bilirəm. Bu işi görən uşaqları – jurnalın heyə-tini də qəhrəman hesab edirəm. Doğrudan, qəhrəmansınız. Yorulmadan, usanmadan artıq iki ildir, jurnal hazırlayıb yayırsınız. Təbrik edirəm hamınızı. İşləriniz avand olsun!

FİLM FİCTİON

KİNOREJİSSOR ƏLİ İSA CABBAROV“Film Fiction” öz formatında yeganə kino dərgisidir. Müəlliflər ilkə imza atıblar və azəri kino tarixinə düşüblər. Şahin bəyin adı tək bu jurnalla deyil, həm də məşhur film ensiklope-diyası ilə də artıq tarixdədir. Gənc olmaları-na baxmayaraq, jurnalın kollektivinin kinoya münasibəti təmənnasızdır. Bundan əlavə, onlar əsl kinonu qəlibdən ayıra bilirlər. Yalanın yox, həqiqətin yanındadırlar. Arzu edərdim ki, milli kinonun problemlərinə çox fikir versinlər, problemləri müzakirə etsinlər. Maliyyə dəstəyi haqda da peşəkar düşünmək lazımdır artıq. Bir də usanmasınlar, inciməsinlər, yollarından dönməsinlər. Uğurlar!

KİNOREJİSSOR İLQAR NƏCƏFMəncə, müasir Azərbaycan kinosu hələ də öz yolunun axtarışındadır. Ara-sıra uğurlar olsa da, rejissorlarımızın seçimlərində qey-ri-müəyyənlik var. Belə vəziyyətdə, peşəkar kino mətbuatının üzərinə çox böyük yük düşür. Bu məsuliyyətin müəyyən hissəsini “Film Fiction” daşıdığına görə, sizlərə minnətdaram. BRAVO uşaqlar! Yaşınız mübarək!

BƏHRUZ VAQİFOĞLU“Totem” teatr qrupunun rejissoru və ssenari müəllifi

Hər gün, hər ay və hər il addım-addım ink-işaf etməkdə olan Azərbaycan filmində “Film Fiction” jurnalının xüsusi yeri var. Azərbaycan kinematoqraflarının belə dərgilərə çox ehtiyacı var. Yaranma gününüz mübarək !!!

AKTYOR QURBAN MƏSIMOVMilli kinomuzun inkişafı naminə, eləcə də dün-ya kinosu haqqında kinosevərləri məlumat-landırmağı qarşısına məqsəd qoyan hər bir başlanğıcı alqışlayıram. Jurnalınızın 2 yaşı olmasına baxmayaraq, yetərincə sağlam körpədir. Ona, zamanla daha çox oxucu və pərəstişkar ordusu arzulayıram. Və buna inanıram. Şərəfli işinizdə sizə uğurlar!baycan dilində məlumat bazasıdır. Düz 2 ildir jurnal bu missiyanı daşıyır və bu uğurlu işə görə kollek-tivə təşəkkür etməklə təbrik edirəm!

Page 8: Film Fiction №16

8

Film Fiction

İNTİQAM HACILISsenari mərkəzinin rəhbəri

“Film Fiction” jurnalı Azərbaycanda çıxan ilk elektron jurnal kimi özünün 15 sayı ilə bu sahədə iş görməyin mümkün olduğunu nü-mayiş etdirib. Jurnalın yazarları gənc olma-larına baxmayaraq, peşəkar oxucu auditori-yası da toplaya bilibər. Bu isə ciddi işə dogru addımlamaq deməkdir. Yəni hədəf düzgün seçilib. Bu gün kinematoqrafiya sahəsində müstəqil şəkildə görülən hər bir layihə dəstəklənməlidir. Bütün bu işlər kinematoqrafi-ya sahəsində rəqabətə gətirib çıxaracaq. Rəqabət isə inkişafa stimuldur. “Film Fiction” jurnalı kinematoqrafiya sahəsində çalışan hər bir adam üçün dünya kinosu haqqında Azər-baycan dilində məlumat bazasıdır. Düz 2 ildir jurnal bu missiyanı daşıyır və bu uğurlu işə görə kollektivə təşəkkür etməklə təbrik edirəm!

YAZAR MİRMEHDİ AĞAOĞLUİndiki halda ölkədə mədəni jurnalların çapı old-uqca çətin və rentabelsiz sahədir. Buna bax-mayaraq, bu sahədə maddiyyatı gözə almayıb çalışan, əmək sərf edən xeyli fədakar insanlar

NƏRMIN NÖQTƏJurnalist, kopirayter

Jan Lyuk Qadar deyirdi ki, filmdə giriş, orta və sonluq olmalıdır. Amma onların bu sırayla düzülməsi elə də vacib deyil. Lap elə həyatda-kı kimi. Azərbaycanda film sahəsində də belə oldu. İki il əvvələ kimi, kəndimizdə kinoçəkən-ləri gözləyirdik, amma “Film Fiction” onlayn jurnalının komandası onları qabaqladı. İlk olmağın məsuliyyəti də ağırdır. Amma ən ağırı odur ki, film haqda yazan jurnal üçün əcnə-bi filmlər barəsində informasiya tapmaq çox asandır. Çünki sərhəddi aşıb baxsaq, görərik ki, dünya kinosunun başına fırlananlar özlərini aşıblar. Biz isə gördüyümüz, görə bilmədiy-imiz, bizə göstərilən səbəblərə görə hələ də öz oxumuz ətrafında fırlanmağa məcburuq. Kino kimi adamlarıq. Kino kimi bir ölkədə yaşayırıq. Təpədən dırnağa mövzu içindəyik. Amma bu mövzuların az faizi işlənilir. Çox istərdim ki, Azərbaycan film sənayesinin inkişafına mane olan irili-xırdalı bütün amilləri montaj edib, kənara atsınlar. Biz də tamaşaçı kimi bir əlimizdə partlamış qarğıdalımız, o biri əlimizdə də “Film Fiction” jurnalımız, oturub mövzuları təkrarlanmayan yerli filmlərimizə baxaq və özümüzü oxuyaq.

Page 9: Film Fiction №16

9

Film Fiction

TƏQVİMHamının “Əhməd har-dadır?” filmindən tanıdığı Siyavuş Şəfiyev 1937-ci ildə anadan olub, amma

çox az adam bilər ki, aktyor uşaq vaxtlarından professional olaraq boksla məşğul olub. Oynadığı filmlər sırasında “O qızı tapın”, “Ni-zami”, “Ən vacib müsahibə”, “Nəsi-mi”, “Uşaqlığın son gecəsi”ni qeyd etmək olar.

“Cavid ömrü”, “Təxribat”, “Yalan”, “Girov” və digər filmlərdə uğurlu rollar yaratmış Vidadi Əliyev 1945-ci ildə anadan olub. Ümumiyyətlə, aktyorun ailəsi də xeyli məşhurdur – həyat yoldaşı Elmira İsmayılova xalq artisti, oğulları Elçin Əlibəyli teleaparıcı və rejissor, Oqtay Əliyev isə rejissor və produsserdir.

Məşhur rəqqasə və aktrisa Merilin Miller (Marilyn Miller) 1898-ci ildə anadan olub. Dünya şöhrətli Meri-lin Monro (Marilyn Monroe) da öz səhnə təxəllüsünü məhz həmin aktrisanın adından götürüb.

“Bəzən sadəcə bir xoş söz kifayətdir ki, göylərə uçasan. Əsas odur ki, bu söz insanın sağlığında dey-

ilsin.” Bu sözlərin müəllifi 1926-cı ildə anadan olmuş Yevgeni Pavlov-iç Leonovdur. Kianu Rivz (Keanu Reeves) 1964-cü ildə Beyrutda anadan olub. Adının açılışı “dərələrdən əsən sərin meh” anlamını verən Rivzin anası ingilis, atası isə havaylı və çinli idi. Gözəl və istedadlı Salma Hayek (Salma Valgarma Hayek Jimenez-Pinault) 1966-cı ildə qəribə adı olan Koatsakoalkos şəhərində doğulub. Atası ərəb olsa da, əsl katolik olan Salma ailəsinə qarşı gedərək, aktri-sa olmağa qərar verir.

1 2

Page 10: Film Fiction №16

10

Film FictionKeçən il Azərbaycanın itirdiyi Yaşar Nuri 1951-ci ildə anadan olub. Ad gününüz mübarək, dahi sənətkar!

Əgər barmaqla səmanı göstərərlərsə, yalnız ax-maqlar barmağa baxar”. Bu sitat məşhur “Ame-li” filmindəndir. Filmin rejissoru Jan Pyer Jene (Jean-Pierre Jeunet) 1953-cü ildə anadan olub.

Tim Börtnun məşhur “Betmen” filmində-ki obrazı ilə məşhurlaşan Maykl Kiton (Michael Keaton) 1951-ci ildə anadan olub. Baxmayaraq ki, əsl soyadı Duqlas-

dır (Douglas), aktyor digər kino ulduz Maykl Duqlasdan fərqlənmək üçün aktrisa Dayen Kito-nun soyadını özünə ləqəb götürür.

Renato Kastelliani 1913-cü ildə anadan olub. “Romeo və Cülyetta” filminə görə Qızıl Şir mükafatına layiq görülən rejissor Kann festivalının da

qalibi olub. “Parni iz Baku” ŞHK-ın üzvü Bəhram Bağırzadə 1972-ci ildə anadan olub. “Hər şey yaxşılığa doğru”, “Yuxu”, “Milli bomba”, “Yoxlama” film-lərində müxtəlif rolları canlandıran aktyorun uşaq ikən atası ilə çəkdirdiyi foto fərdi sərgis-ində də nümayiş etdirilib.

1940-cı ildə ekstravaqant və əslən Rom-adan olan rejissor Dario Arcento (Dario Argento) dünyaya gəlib. Daha çox qorx-ulu filmlər çəkən rejissorun işləri ekran

üzü görməzdən əvvəl psixoloq və hakimlərdən ibarət xüsusi senzura komissiyasından keçirdi.

3 5

4

7

Page 11: Film Fiction №16

11

Film Fiction“Üzeyir ömrü” filmində dahi Üzeyir bəyin obrazını yaradan Hüseynağa Atakişiyev 1949-cu ildə anadan olub. Aktyor olmaqla bərabər, həm də gən-

clər teatrında rejissor kimi də fəaliyyət göstərib. * Tamaşaçılara daha çox seriallardan tanış olan Halil İbrahim Ergün 1946-cı ildə anadan olub. Onlarla film və seriallarda rol almış aktyor Qızıl Portağal film festivalının ömür boyu şərəf mükafatına layiq görülüb.

1930-cu ildə SSRİ xalq artisti Nadejda Rumyantseva (Надежда Румянцева) anadan olub. “Qızlar”, “Balzaminovun toyu” kimi filmlərdə oynadığı rollarla

yanaşı, səsləndirdiyi kino qəhrəmanlarına görə də məşhurlaşıb – məsələn, “Qafqaz əsiri”ndə Nina. 1960-cı ildə doğulmuş ingilis aktyor Hyu Qrant (Hugh Grant) romantik komediya və melodram-larda daha çox rol alır. Çəkildiyi filmlər sırasın-da Hyu “Dörd toy və bir yas” filmini daha çox bəyəndiyini etiraf edib. Adam Sendler (Adam Sandler) 1966-cı ildə Bruklində doğulub. Aktyor müsahibələrdə bildirib ki, “Mən xaraktercə şən olduğum üçün komediyalarda çəkilməkdən zövq alıram”.

1914-cü ildə Robert Uayz (Robert Earl Wise) dünyaya gəlib. Rejissor “Yaşa-maq istəyirəm”, “Vest Sayd əhvalatı”, “Musiqinin səsləri” filminə görə “Oskar” mükafatına layiq görülüb.

“Ən əsas düşməniniz ən az axtardığınız yerdə gizlənər” – Rejissor Qay Riçinin “Revolver” filmi Yuli Sezarın bu kəlamı ilə başlayır. Rejissor 1968-ci ildə Londonda anadan olub. Böyük Britaniyanın məşhur simalarından olan Kolin Fört (Colin Firth) 1960-cı ildə anadan olub. Uşaqlıq illərini aktyor missioner nənə və babası ilə Nigeriyada keçirib və yalnız 5 yaşın-da Londona qayıdıb.

8

9

10

Page 12: Film Fiction №16

12

Film Fiction

Dünyanın ilk kino aktrisalarından olan Asta Nilsen (Asta Nielsen) 1881-ci ildə Danimarkada anadan olsa da, geniş tamaşaçı kütləsinin sevgisini oynadığı

səssiz filmlərə görə Almaniyada qazanmışdır. Səsli filmlər meydana gəldikdə isə sənətdən getmişdir.

2 dəfə “Oskar” mükafatı laureatı Klo-det Kolber (Claudette Colbert) 1903-cü ildə anadan olub. Kolber 1938-ci ildə Hollivudun ən çox qonorar alan və

ən yaxşı aktrisası seçilib. Gözəlliyi ilə çoxlarını valeh edən Jaklin Bisset (Jacqueline Bisset) 1944-cü ildə İngiltərədə dünyaya gəlib. Dünya şöhrətini aktrisaya “Na-poleon və Jozefina” filmində oynadığı Jozefina obrazı gətirib.

1957-ci ildə “Yağış adamı”, “Qladi-ator”, “Perl Harbor”, “Madaqaskar”, “Madaqaskar 2”, “Kod Da Vinçi”, “Başlanğıc” və digər onlarla məşhur

filmlərə musiqi bəstələmiş Hans Simmer (Hans Zimmer) anadan olub. “Kral Şir” animasiya film-inə yazdığı musiqiyə görə isə ”Oskar”a layiq görülüb. 1967-ci ildə doğulmuş Ceyson Stethem (Jason Statham) aktyor olmamışdan öncə professional idmançı və model kimi də uğurlar qazanmışdır. Hətta 1988-ci ildə suya tullanma üzrə ABŞ mlli komandasının tərkibində Seulda keçirilən Olimpiya oyunlarında iştirak etmişdir.

11

13

12

Page 13: Film Fiction №16

13

Film Fiction

Ukrayna kinosu 1896-cı ildən öz-başlanğıcını götürür, başqa sözlə dünyaya gəlib. Alfred Fedeskiyin çək-diyi və nümayiş etdirdiyi xronikalarla

tarixi hesablanan Ukrayna kinosu tamaşaçıların yaddaşında Aleksandr Dovjenko, Mark Donskiy, Leonid Bıkov, Boqdan Stupko və digər istedadlı incəsənət xadimlərinin yaratdıqları əsərlərlə qalacaq.

“Həyatda gözləmədiyim halda çox sillələr yemişəm – həm dostlarım tərəfindən, həm düşmənlərim tərəfind-ən, həm də ailəm tərəfindən... Gö-

zlənilməz sillələrə dözmək də hər oğulun işi deyil. Dözmək lazımdır, zaman keçdikcə, həyat özü bu sillələri geri qaytaracaq...” Siyavuş Aslan 1935-ci ildə anadan olub. * Tommi Li Cons (Tommy Lee Jones) 1946-cı ildə anadan olub. Məktəbi bitirdikdən sonra Harvard Universitetinə daxil olan Cons müsa-hibələrdə bildirib ki, onun otaq yoldaşı ABŞ-ın keçmiş vitse-prezidenti Albert Qor olub. * 1946-cı ildə Oliver Stoun (Oliver Stone) da dünyaya gəlib. Rejissorun ən məşhur film-lərindən biri 11 sentyabr hadisələrini əks etdirən “Ümumdünya Ticarət Mərkəzi” filmidir.

14

15

Page 14: Film Fiction №16

14

Film Fiction

Mikki Rurk (Mickey Rourke) 1952-ci ildə anadan olub. Əsl adı Filip Andre olsa da, anasının uşaq vaxtı aktoy-ru Mikki ləqəbi ilə çağırması bu adın

onda daimi qalmasına səbəb olmuşdur.

Nəinki Azərbaycan musiqisi, hətta kinomuzun inkişafında danılmaz töh-fələri olan Üzeyir Hacıbəyov 1885-ci ildə anadan olub. Dahi bəstəkarın

əsəri əsasında çəkilmiş “Arşın mal alan” filmi 86 dilə tərcümə edilmişdir.

Alman rejissoru Pabst aktrisa Qreta Qarbo (Greta Garbo) haqqında “Belə bir sima yüz ildə bir dəfə olur” söyləmişdir. Aktrisa 1905-ci ildə Stokholmda dünyaya gəlib.

Əsl adı Anna Mariya Luiza İtaliano olan Enn Benkroft (Anne Bancroft) 1931-ci ildə anadan olub. İtalyan əsilli aktrisa 1963-cü ildə ən yaxşı qadın

roluna görə “Oskar” mükafatına layiq görülüb. 1939-cu ildə məşhur rejissor Vladimir Menşov Bakıda dünyaya gəlib. Rejissorun ən möhtəşəm ekran əsəri “Oskar” mükafatına layiq görülmüş və bu günə qədər əksər tamaşaçılar tərəfindən ən yaxşı rus kinosu kimi qəbul edilən “Moskva göz yaşlarına inanmır” filmidir.

16

18

17

Page 15: Film Fiction №16

15

Film Fiction

Ceremi Ayrons (Jeremy Irons) 1948-ci ildə anadan olub. Aktoyrun “İndi isə, xanımlar və cənablar” filmində tərəf müqabili məşhur müğənni Patrisiya

Kaas olmuşdur.

“Tutsi”, “Tərcümənin çətinlikləri”, “Ruh ovçuları” kimi filmlərdən yaxşı tanınan Bill Mürrey (Bill Murray) 1950-ci ildə anadan olub. Mürrey qeyd etmişdir ki,

o, başqa hər yerdən qovlandığına görə aktyor olub. Frederik Berqbeder (Frederic Beigbeder) 1965-ci ildə Fransada anadan olub. Berqbeder özünü həm aktyor, həm də rejissor kimi sınasa da, daha çox “99 frank” əsəri və bu əsər əsasında çəkilmiş eyniadlı filmə görə tanınır.

1934-cü ildə heç bir təqdimata ehtiyacı olmayan Sofi Loren (Sophia Loren) dünyaya gəlib. Aktirsa haqda daha ətraflı “Film Fiction” jurnalının 15-ci

sayında oxumaq olar.

19 21

20

Page 16: Film Fiction №16

16

Film Fiction1961-ci ildə amerikalı aktrisa və prodüsser Bonni Hant (Bonnie Hunt) dünyaya gəlib. Daha çox “Bethoven” filmindəki roluna görə tanınsa da,

“Yağış adam”, “Cumanci”, “Yaşıl mil”, “Oğur-lanmış yay” filmlərində də aktrisa yaddaqalan obrazlar yaradıb.

1938-ci ildə məşhur aktrisa Romi Şnayder (Romy Schneider) Avstriyada dünyaya gəlib. Aktrisa oynadığı rollar-dan daha çox Alen Delonla olan qal-

maqallı və jurnalistlər tərəfindən şişirdilmiş eşq macərası ilə yadda qalmışdır. Məşhur amerikan aktyor Mikki Runi (Mickey Rooney) 1920-ci ildə Bruklində anadan olub. İlk dəfə 6 yaşında filmə dəvət alan Runi “Oskar” mükafatına da layiq görülüb.

1936-cı ildə Bakıda anadan olmuş Azərbaycanın xalq artisti Əminə Yu-sifqızı yaşını açıqlamaqdan boyun qaçıraraq, daim bir fikri xatırladır:

“Əsas sənəddə, kağızlarda yazılmış rəqəmlər deyil, əsas olan insanın özünü neçə yaşda hiss etməsidir”.

22

23

24

Page 17: Film Fiction №16

17

Film FictionSSRİ xalq artisti Sergey Bondarçuk 1920-ci ildə anadan olub. Rejissorun “Müharibə və sülh” filmi 1968-ci ildə

“Oskar” mükafatına layiq görülüb.

Tanınmış aktyor Maykl Duqlas (Michael Doug-las) 1944-cü ildə anadan olub. Eyni gündə, 25 il sonra (1969) aktyorun həyat yoldaşı, gözəl ak-trisa Ketrin Zeta-Cons (Catherine Zeta-Jones) doğulub. Hər iki Hollivud ulduzu dəfələrlə ailənin karyeradan əvvəl olduğunu qeyd edib və hazırda cütlüyün bir oğlu var.

1968-ci ildə Uil Smit (Will Smith) dünyaya gəlib. Bir dəfə Barak Obama demişdir ki, əgər onun haqda film çəkilsə, bu rola Uil daha çox yaraşar.

Məşhur britaniyalı rejissor Devid Sleyd (David Slade) 1969-cu ildə anadan olub. Rejissor karyerasına klipmeyker kimi başlayıb və Aphex Twin, System

of a Down, Stone Temple Pilots, Muse və digər dünya şöhrətli musiqiçilərin kliplərini ekran-laşdırıb. Talantlı aktrisa Linda Hemilton (Linda Hamilton) 1956-cı ildə anadan olub. Tamaşaçılar aktrisanı “Terminator 1, 2” filmlərində yaratdığı Sara Kon-nor obrazından daha yaxşı tanıyır.

25

26

Page 18: Film Fiction №16

18

Film Fiction1972-ci ildə anadan olmuş Qvinet Pel-trou (Gwyneth Paltrow) kino sənəti ilə yanaşı musiqini də çox sevir. Belə ki, o, həyat yoldaşı, Coldplay qrupunun

frontmeni Kris Martinlə (Chris Martin) məhz qrupun konsertində tanış olub, həm də özü “Mən gedirəm, ağlama” filmi üçün 4 saundterk ifa edib.

1924-cü ildə anadan olmuş və dünya üzrə milyonlarla qadını özünə valeh etmiş Marçello Mastroyanni (Marcello Mastroianni) heç də özü haqda müs-

bət fikirdə olmayıb. Belə ki, aktyor həm zahiri görkəmindən narazı olub, həm də tənbəl, zəif xarakterli və asosial şəxs olduğunu etiraf edib. 1934-cü ildə anadan olmuş Bricit Bordo (Brigitte Bardot) 60-cı illərdə seksual inqilabın əsasını qoyduğu düşünülür. Kinoaktrisa fəaliyyətinə xi-tam verən vegeterian xanım Bordo heyvanların hüquqlarını qorumaqla bərabər, müsəlman im-miqrantlar və homoseksuallar barəsində kəskin mənfi fikri ilə seçilir.

Məşhur rejissor Mikelancelo Antonioni (Michelangelo Antonioni) 1912-ci ildə İtaliyada anadan olub. 1995-ci ildə

kino sənətinə verdiyi töhfələrə görə “Oskar” şərəf mükafatına layiq görülüb. “Oskar” mükafatlı digər rejissor Robert Ben-ton 1932-ci ildə anadan olub. Eyni zamanda, filmlərə ssenari yazan Bentonun sənət işlərinə “Bonni və Klayd”, “Kramer Kramerə qarşı”, “Qəlbdə yer”, “Gecə sükunəti” və digərlərini nümunə göstərmək olar.

27

2829

Page 19: Film Fiction №16

19

Film Fiction“Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” kimi filmlərin rejis-soru Lətif Səfərov 1920-ci ildə Şuşada

dünyaya gəlib. Məşhur müğənni Şövkət Ələk-bərova ilə ailə həyatı qurmuş rejissor, həm də Kinemotoqrafçılar İttifaqının da əsasını qoyub.

Məşhur aktrisa Debora Kkerr (Deborah Jane Kerr-Trimmer) 1921-ci ildə anadan olub. Aktri-sanın Bert Lankasterlə (Burt Lancaster) “Ed-vard, oğlum” filmindəki sevişmə səhnəsi Ameri-ka kino sənəti institutu tərəfindən kino tarixində ən yaxşı səhnələrdən biri seçilmiş, kino özü isə bütün dövrlərin ən yaxşı 100 romantik film siyahısına daxil edilib.

Hər günün öz hökmü var. Eyni gündə minlərlə göz əbə-di bağlananda, bir o qədər də körpə dünyaya gəlir və öz həyat missiyalarını yerinə yetirməyə başlayırlar. Onlar-dan bəziləri həyatlarını kinoya bağlayır. Məhz belə insanlar barəsində qarşıdakı yazıda oxuya bilərsiniz - sentyabr ayın-da anadan olmuş dünya kino sənətinin tanınmış, sevilən, fərqlənən simaları və onlar haqda qısa informasiya. “Film Fiction” jurnalının 2 yaşına həsr olunmuş xüsusi təqvimi oxuyun və adını kino tarixinə yazanlarla tanış olun.“Rəngli fotolar yalnız insanın geyimini əks etdirir. Ağ-qara şəkillər isə onların qəlbini üzə çıxardır”. Ted Qrant

30

Page 20: Film Fiction №16

20

Film Fiction

STENLİ

KUBRİK

Stenli Kubrik 1928-ci il 26 iyul tarixində ABŞ-ın Nyu-York şəhərində dünyaya gəlmişdir. Uşaqlıq illəri Nyu-Yorkun şimal yaşayış məntəqələrindən sayılan Bronksda keçib. Atası Jak Leonard Kubrik həkim, anası Seydi Kubrik isə evdar qadın idi. Qeyd edək ki,valideynləri əslən yəhu-di olmuşlar. Bundan başqa, balaca Stenlinin özündən yaşca kiçik Barbara adlı bacısı da vardı. Kubrikin bioqrafı Cefri Koksa əsasən deyə bilərik ki, valideynlərinin yəhudi ənənəsi ilə ailə qurmaqlarına baxmayaraq, dindən uzaq olmuşlar və Stenli demək olar, sekulyar bir mühitdə tərbiyə almışdır. Şəxsi inkişafında atası Jak Kubrikin böyük təsiri olmuşdur. Dünya miqyasında rejissor, ssenarist, prodüss-er, kinematoqraf kimi tanınan Kubrik təəccüblü olsa da, peşəkar karyerasına “Look” jurnalında fotoqraf kimi başlamışdır. İçindəki fotoqrafiya məhəbbətinin qığılcımları on üç yaşında, atası ona “Graflex” fotoaparatı bağışlayanda yaran-

mışdır. Artıq 16 yaşında o, təhsil aldığı gim-naziyanın qəzetində çalışır və “Look” jurnalına çəkdiyi fotoları satırdı. Bir ildən sonra isə Stenli jurnalın işçi heyətinə qoşulmuşdur. Gənclik illərində Kubrik daha çox cazla maraqlanırdı və zərb alətləri ifaçısı olmaq arzusunda idi. 1941-1945-ci illərdə təhsil aldığı William Howard Taft gimnaziyasında aldığı zəif qiymətlər atasını həmişə məyus edirdi. Əslində atası Stenliyə çox güvənirdi və fərqlənmə bacarığının fərqində idi. Lakin buna baxmayaraq onun fotoqrafi-yaya olan eşqini də alqışlayırdı. Kubrik verdiyi müsahibələrində də məktəbə olan dırnaqarası “maraq”ını gizlətmirdi. Özünün dediyi kimi: “On doqquz yaşıma qədər heç bir kitabı həvəslə oxumamışam”. Bundan başqa, Kubrikin erkən ambisiyalarından biri beyzbol oyunçusu ya da yazıçı olmaq idi. Düşünürdü ki, əgər beyzbol karyerası uğurlu olmasa belə, möhtəşəm novel-lalar müəllifi ola bilərdi.

Çəkilən film musiqiyə bənzəyir, daha doğrusu o, ədəbi əsərdən çox, musiqiyə bənzəməlidir. Tükənməz ruhun və hisslərin if-adəsi olmalıdır... Bu duyğuların arxasındakı mövzu və məna isə sonranın işidir. Bəli, məhz bu fikirlər dünya kinematoqrafiyasının dahi şəxsiyyətlərindən sayılan Stenli Kubrikə məxsusdur.

Page 21: Film Fiction №16

21

Film FictionBəzən düşünürük ki, dahi rejissorların uşaqlıq arzuları, xəyal və istəkləri ancaq film-lər üzərində qurulur və artıq kiçik yaşlarından gözlərinin önündə çəkəcəkləri sənət əsərləri canlanır. Bəlkə də çoxunda belə olub. Amma Kubrik istisna təşkil edir. Belə ki, Kubrik uc-suz-buzaqsız kino dənizinə əllinci illərdə baş vurmuşdur. Çəkdiyi ilk filmlər, əsasən, dost-larının və yaxınlarının köməyilə ərsəyə gələn qısa sənədli filmlər olmuşdur. Rejissorun yarat-dığı ilk ekran əsəri 1953-cü ildə çəkilmiş “Qorxu və istək” (“Fear and Desire”) adlı hərbi mövzulu dram olmuşdur. 1957-1998-ci illər aralığında Kubrik on bədii film yaratmışdır. 1960-ci ildə baş rolunu əfsanəvi akyor Kirk Duglasın ifa etdiyi “Spartak” (“Spartacus”) filmi, 1962-ci ildə isə Vladimir Nabokovun eyni adlı əsəri əsasında şəkilmiş “Lolita” filmi ərsəyə gəlmişdir. “Lolita” filmi rejissorun yaradıcılığının şah əsərlərindən sayılsa da, vaxtilə bir çox dairələrdə narazılıqla qarşılanmışdır. Fransız ədəbiyyatı sahəsində professor olan Humbert Humbertin yeniyetmə qız Doloreslə (Lolita) yaşadığı sevgi macərası haqqında olan film rəğbətlə yanaşı ziddiyyətli fikirləri də ortaya çıxarmışdı. Filmdə əsas konf-likt Humbert və onun hisslərini qəbul etməyən cəmiyyət arasındadır. Bu ekran əsəri “Ən yaxşı uyğunlaşdırılmış ssenari” nominasiyasında Os-kar, dörd “Qızıl Qlobus” mükafatına (Ən yaxşı qadın rolu, Ən yaxşı kişi rolu, Ən yaxşı rejis-sor, Ən yaxşı ikinci plan rolu), James Meyson (H.Humbert) isə “ən yaxşı aktyor” nominasiyası üzrə BAFTA mükafatı qazanmışdır. Bundan başqa, Kubrik Venesiya Kino Festivalında bu filminə görə “Ən yaxşı rejissor” nominasiyası üzrə qalib olmuşdur. Onu da qeyd edək ki, Venesiya Kino Festivalı dünyanın ən qədim film festivalıdır və hər il Venesiyanın Lido adasında keçirilir. Əsərlə filmin arasında fərqlər çoxdur. Maraqlıdır ki, film hekayətin sonunda təsvir olunmuş səhnə ilə başlayır. –Siz, Kuiltisiniz? –Xeyr, mən Spartakam! Siz qulları azad etməyə gəlmisiniz? Belə güman olunur ki, rejissor burada bundan əvvəlki ekran işi “Spartak” olduğuna işarə edir. Həmçinin əsərdəki çox hadisələr ixtisar olunmuşdur. Hekayətdəki intim kontekstli hissələr ekranda senzura ilə bağlı öz əksini tap-mamışdır. Lolita rolunun ifası üçün çox aktrisa axtarışı edilmişdi, sonda isə Kubrik 1960-cı ildə şouların birində diqqətini cəlb etmiş gənc aktrisa – Syu Layonun (Sue Lyon) namizədliyini uğurlu

hesab edərək onu kinoya dəvət etmiş və onunla yeddi illik müqavilə imzalamışdır. Onu da qeyd edək ki, Layon bu rolda çəkilərkən 14 yaşı vardı. Aktrisa Syu Layon “Ən perspektivli gənc aktrisa” nominasiyası üzrə “Qızıl Qlobus” mükafatına layiq görülmüşdür. Və iki illik fasilədən sonra Kubrik 1964-cü ildə “Doktor Streynclav ,və ya bombalardan qorx-mayıb onları necə sevdim” adlı anti-militar satira ruhlu növbəti ekran əsərini yaratmışdır. Film “soyuq müharibə”nin qızğın çağların-da, Karib böhranından bir il keçdikdən sonra yaradılmışdır. Ümumilikdə hadisələr antikom-munist paranoyanın təsiri altında ABŞ gener-alı Cek Ripperin ətrafında cərəyan edir. Daha sonra SSRİ-yə atom hücumu təşkil edilir və filmdə onun nəticələrindən bəhs olunur. Kubrik bu filmi ilə qara komediyanın banilərindən olduğunu sübut edir. Filmdə Soyuq Müharibə satira mərkəzinə çevrilir. 1968-ci ildə Kubrik bəlkə də yaradıcılığının zirvəsi sayılan, elmi fantastika janrının parlaq nümunələrindən biri “Kosmik Odisseya 2001” filmini ərsəyə gətirir. Bu film 1991-ci ildə “ABŞ Milli Kino Reyestri”nə daxil edilmişdir və Amerika Kino İnsitutunun rəyinə əsasən, Hollywood tarixinin ən yaxşı elmi-fantastik ekran əsəri hesab olunur. Dünya miqyasında tanınan ekspertlərin rəyinə görə, dünya kino tarixinin ən uğurlu elmi-fantastik filmidir. Filmin adı da Kubrikin şəxsi təşəb-büsünə əsaslanır. Belə ki, “Odisseya” məhz qədim yunan mütəfəkkiri Homerin dastanının adından götürülmüşdür. Kubrik bunu öz sözləri ilə belə ifadə etmişdir: “Necə ki, yunanlar üçün onların ucsuz-bucaqsız dənizləri əfsanə dolu sirdir, bizim nəsil üçün də kosmos açılmamış bir sirdir” . 1971-ci ildə isə “A Clockwork Orange” çəkilir. Film ingilis ədib Entoni Bercessin 1962-ci ildə satirik antiutopiya janrında yazdığı eyniadlı əsərin əsasında çəkilmişdir. Qeyd edək ki, ro-manın müəllifi Bercessin həyatının bu dövründə ona beyin şişi diaqnozu qoyulmuş və cəmi bir il ömrü qaldığı deyilmişdir. Məhz bunu bildikdən sonra müəllif romanı yazmağa başlamışdır. Əsərin adı Londonun işçi əhalisinin aşağı təbəqələrindən olan yerli əhali – “kokni”lərin (Cockney) işlətdikləri ifadə ilə bağlıdır. Belə ki, yerli koknilərin yaşlı nəsilləri gördükləri an-laşılmaz və qəribə hadisələri, insanları, heç bir mahiyyət daşımayan, anlam verə bilmədikləri məfhumları “quraşdırılmış portağal kimi əyri” adlandırarmışlar. Bercess özü Malayziyada

Page 22: Film Fiction №16

22

Film Fictionyeddi il yaşamışdır, malay dilində “orang” sözü “insan” mənasını verir, ingilis dilində isə bir çoxlarının bildiyi kimi, “portağal” mənasını verir. Əsərin mərkəzində bir çox cinayətlər törətmiş gənc Aleks dayanır. O və tay-tuşlarından ibarət dəstəsi cinayətlər, zorlamalar, oğurluqlar həyata keçirmişlər. Onlar qoca insanlara hörmət etmir, qabaqlarına keçən hər kəsi təhqir etməkdən doymurlar. Həm filmdə, həm də romanda Kubrik və Bercess bizi Aleksin qorxulu dünyasının dərinliklərini kəşf etməyə çağırır. Düşünürəm ki, sonda film və roman müəllifləri bu məqsədə nail olmuşlar. Əsərdə Bercess tərəfindən ortaya qoyulan ideya bir cinayətkarın həbsxana cəzası ilə islah olmasınının mümkünsüzlüyüdür. Yəni müəllif belə vasitələrin heç bir xeyir vermədiyini vurğulayır. Əminliklə deyə bilərik ki, film Kubrikin vizitkartlarından biri sayılan ekran məhsuludur. Kubrikin növbəti görkəmli işləri “The Shin-ing” (”Parıltı”) 1980-ci ildə, “Full Metal Jacket” (“Dəmir gödəkçə”) 1987-ci ildə və nəhayət “Eyes Wide Shut” (“Geniş qapalı gözlərlə”) isə 1999-cu ildə Kubrikin kino külliyatına daxil olmuşdur. “Geniş qapalı gözlərlə” filmi Kubrikin yaradıcılığının son məhsulu sayılır. Film Artur

Şnislerin 1925-ci ildə yazdığı “Arzu” (“Traumno-velle”) əsəri əsasında çəkilmişdir. Həmçinin film 1999-cu ilin iyulunda, rejissorun ölümündən üç ay sonra ekran üzü görmüşdür. Kubrikin digər filmləri kimi bu film haqqında da tənqidçilərin fikri müxtəlif idi. Bəziləri onu Stenli Kubrikin ən uğursuz filmi adlandırırdı. Başqa tənqidçilər isə bu filmi “sonuncu şah əsər” sayırdılar. Filmin baş rollarını Nikol Kidman və Tom Kruz pay-laşırlar. Əvvəl də qeyd etdiyim kimi, Kubrik filmləri ekranlaşdırmaq tərzi ilə yanaşı, müraciət etdiyi hekayətlərin, leytmotivlərin mövzu və məz-mununa görə xüsusi fərqlənən yaradıcı insan-lardan idi. Məhz buna görə onu dəstəkləyənlərlə yanaşı onu sərt tənqid edənlər də az ol-mamışdır. Qırx altı illik karyerası boyunca on üç ekran əsəri yaratdığına inanmaq çətindir bəlkə də, əslində özüm də bu məlumatı kəşf etdiyim-də təəccübləndiyimi etiraf etməliyəm. On üçü də kinematoqrafiya tarixində iz buraxmış sənət əsərləridir. Sonda isə Stenli Kubrik haqqın-da bəzi maraqlı faktları nəzərinizə çatdırmaq istərdim.

Page 23: Film Fiction №16

23

Film FictionMaraqlıdır ki, filmlərində hadisələrin cərəyan etdiyi yerlərin zəngin müxtəlifliyi Stenli Kubrikin aktiv səyahətçi olduğuna işarə edir. Buna görə də inanmaq çətindir ki, əslində rejissorun təyyarədə səyahət etmək, yəni uçmaq fobiyası olmuşdur. Hətta pilot lisenziyasına sahib olmağına baxma-yaraq, Kubrik İngiltərəyə köçdüyü andan etibarən təyyarə vasitəsilə səyahət etməkdən imtina edirdi, bunun əvəzinə gəmi ilə səyahəti daha təhlükəsiz hesab edirdi. “Spartak” filminin bütün çəkilişləri İngiltərədə baş verimişdir. Bundan başqa, hadisələrin Vyetnamda cərəyan etdiyi “Full Metal Jacket” filmi də İngiltərədə çəkilmişdir. “Eyes Wide Shut” filmində isə hadisələrin mərkəzi Nyu-Yorkdur. Bütün bunlar Kubrikin necə peşəkar bir insan olmağını sübut edir. İstedadlı insan-ların qəliblərdən kənar davranışları olduğu kimi, hadisələrə münasibəti və ya məsuliyyət hissi daha qabarıq olur bəlkə də. Əminliklə deyə bilərik ki, Kubrik kino tarixinin kiçik detalları belə gözdən qa-çırmayan nümayəndələrindən olmuşdur. Kubrik detallara həddindən artıq önəm verməsiylə yadda qalmışdır. Buna görə də loru dillə desək, aktyorlar ondan “az çəkməmişdilər”. Aktyorlar yorucu iş cədvəlinə uyğunlaşmalı və saatlarla bir epizodun uğurlu alınması üçün çalışırdılar. Təsadüfi deyil ki, “Eyes Wide Shut” filmi “Ən uzun çəkiliş müddəti ” kimi Gines Rekordu qırmışdır. Belə ki, çəkilişlər 400 gündən çox davam etmişdir. Sonuncu çəkdiyi doqquz filmdən yeddisi Oskara nam-izəd görülmüşdür. “Dr. Strangelove”, “2001: A Space Odyssey”, “A Clockwork Orange”, “Barry Lyndon” kimi filmləri “Ən yaxşı rejissor” nominasiyası üzrə Oskar qazana bilməmişdir. Bu, Oskar tarixindəki ən böyük ədalətsizliklərdən hesab olunur. Əslində bütün bu siyahını, Kubrik haqqında məlumatları uzatmaq da olar, lakin ən yaxşı sübut gö-zlə görəcəyiniz, hiss edəcəyiniz, müəyyən nəticələr çıxara biləcəyiniz yuxarıda adı çəkilən filmləri izləməkdir. Hər bir rejissorun qiymətli xəzinəsi məhz onun övladları – filmləridir...

Page 24: Film Fiction №16

24

Film Fiction

TOMKRUZ

-Tom Kruz – ambidekstrdi.-Avtoyürüş fanatıdır.-Televiziylardan birinə verdi-yi müsahibədə psixologiyanın öyrənilməsini nasizm adlandırıb. -Disleksiyadan əziyyət çəkib.-Uşaq ikən düzgün yetişməyən diş problemlərindən əziyyət çəkib. -“Mission: İmpossible” filminin ilk hissəsinə görə 70, ikinci və üçüncü hissələrinə görə 75 milyon qonorar alaraq, Hollivudun ən yüksək ödənişli aktyorlarından biri olaraq qalmaqdadır. -Oskar bəxtsizlərindən biridir. Aktyor 3 qat Qızıl Qlobus laureatı olsa da, bircə dəfə də Oskar laure-atı ola bilməyib.

Page 25: Film Fiction №16

25

Film Fiction

Tom – ailənin üçüncü övladıdır. Üç bacının yeganə qardaşıdır. Tomun anası aktrisa, atası isə mühəndis olub. Maddi sıx-ıntılar ilə əlaqədar ailəsi tez-tez evlərini dəyişirdi ki, bu da Tomun uşaqlığının ağır keçmə-si ilə nəticələnirdi. Tomun 12

yaşı olanda isə valideynləri boşandı. 14 yaşına qədər Tom ABŞ və Kanadada nə az, nə çox düz 15 məktəb dəyişdi. Nəhayət, ailə Nyu-Cersidə məskunlaşmaq qərarına gəl-di. Həmin ərəfələrdə Tom orta məktəbi bitirdi.

Aktyorluq karyerası 1981-ci ildə başladı. “Endless Love” filmində epizodik rol aktyorun böyük kinoda ilk addımı oldu. Ona məşhurluq gətirən ilk film isə 1983-cü ildə baş rolda çəkildiyi “Risky Business” filmi oldu.

1987-ci ildə Tom Mimi Rocerslə ailə həyatı qurur. Amma bu ailə həyatı cəmi 3 il davam edir. Aktyor “Days of Thunder” film-ində tərəf müqabili olan avs-traliyalı gözəlçə Nikol Kidmana aşiq olur və bu sevgi 1990-cı ildə iki ulduzun nigaha girmə-si ilə nəticələnir. Ulduz cütlük bərabər 3 filmdə rol alırlar.

Kidmanla nigah isə on il davam edir. 2001-ci ildə uzun söz-söh-bətlərdən, qalmaqallardan son-ra 2 övlad sahibi, Hollivudun ən məşhur cütlüyünün evliliyi sona çatır. Rəsmi boşanma isə 2004-cü ilin payızında baş ver-ir... Həmin il Tom artıq “Vanilla Sky” filmindəki tərəf müqabili Penelopa Kruzla eşq macərası

yaşayırdı. 2005-ci ildə Tom yeni sevgi etirafı edir... Bu dəfə də aktyorun sevgilisi aktrisa idi – Keti Holms. 2006-cı ildə Tom Kruz və Keti Holms evlənirlər. Bu aktyorun 3-cü rəsmi evliliyi olur. Bu nigahdan onların bir qız övladları dünyaya gəlir.

Page 26: Film Fiction №16

26

Film Fiction

KİRANAYTLİKira Naytli (Keira Christina Knightley) 1985-ci il mart ayının 26-da İngiltərənin Teddinqton şəhərində sənətçi ailəsində anadan olub. Onun anadan olması qəribə mərc əsasında baş verir. Belə ki, onun valideynləri - anası aktrisa Şer-man Makdonald və atası aktyor Uill Naytli öz aralarında mərc qoşurlar. Şerman karyerasını yarımçıq qoyub, dramaturgiya ilə maraqlanır. Əgər o, özünün birinci əsərini təqdim etsə, onda ailədə ikinci uşaq anadan ola bilər. Şer-man Makdonald mərcdə qalib gəlir və gələcək aktrisa Keira Knightley anadan olur. Kiranın özündən böyük Kaleb adlı bir qardaşı var. O, uşaqlıqdan aktrisa olacağına əmin idi. Bəlkə də artist ailəsində dünyaya göz açması onun bu arzusunu reallaşdırmağına kömək edirdi. Hələ üç yaşında olarkən valideynlərində old-uğu kimi, onun da şəxsi agenti olmasını istəyir. Valideynləri dərslərini yaxşı oxuduğu zaman Kira Naytli üçün agent tutacaqlarına söz verirlər. Balaca Keira tərs, inadkar və istədiyinə nail olan uşaq olduğu üçün dərslərini yaxşı oxuy-ur. Baxmayaraq ki, sözləri oxumaqda çətinlik çəkilən xəstəlikdən – disleksiyadan əziyyət çəkirdi. Lakin Keira bütün səyi ilə çalışır. Mək-təbdə fərqlənməyi sevir və bacardığı qədər digərlərindən seçilir. Məktəb tətillərində isə artistlik dərslərini öyrənir. Onun səyi layiqincə qiymətləndirilir və altı yaşında olanda artıq şəxsi agenti olur.O, 8 yaşında ölkəsində televiziya filmlərində oynamağa başladı. “A Village” (“Kənd”, 1994),

“Innoccent lies” (“Günahsız yalan”, 1995), “Treasure Seekers” (“Dəfinə axtaranlar”, 1996) və “Coming Home” (“Evə gələn”, 1998) kimi müxtəlif filmlərdə rol aldı. 1999 cu il də “Star Wars” (“Ulduz savaşları”) filminin ilkində Kraliça Amidala’nın yerinə keçən Sabe rolunda oynadı. Makiyajları tamamlandığında Padme Amida-la rolunu oynayan Natalie Portman’la özünü anaları belə bir-birilərindən ayıra bilməmişdi. Daha sonra aktrisanın çəkildiyi ilk ciddi rolu İngiltərə serialı “Oliver Tvist” olur. 2002-ci il də “Bend it like Bechkam” (“Bekham kimi oyna”) filmi ekranlara çıxır. Film çəkilişlərinə xərclənən maddi vəsaitdən 20 dəfə çox gəlir əldə edir və aktrisaya unudulmaz şöhrət gətirir. Keira 2002-ci ildə daxil olduğu məktəbdəki təhsili-ni yarımçıq qoyub, özünü bütövlükdə kinoya həsr edir. 2003-cü ildə amerikan prodüsser Jerry Bruckheineer ona “Pirates of the Carri-bean: The Curse of the Black Pearl” (“Karib dəniz quldurları: Qara Mirvarinin Lənəti”) film-ində baş rollardan birini verdi. Johnny Deep ve Orlanda Bloom’ la oynadığı bu film ilin ən çox izlənilən filmlərindən biri olur. Həmin ildə ro-mantik komediya janrında olan “Love actually” (“Həqiqətən sevgi”) filmində rol aldı. 2004-cü ildə onun növbəti filmi “Kral Artur” olur. Aktrisa rolu üçün 3 ay ərzində həftədə 4 gün ox atıcılığı və at minmə dərsləri aldı. 2005-ci ildə “Jaket” filminə çəkilir. Bu filmdə aktrisanın tərəf müqabili Adrien Brody olur.

Page 27: Film Fiction №16

27

Film Fiction

Page 28: Film Fiction №16

28

Film FictionElə həmin il Tony Scot’un rejissor olduğu, Domino Harvey adlı muzdlu qatilin həyatına əsaslanan “Domino” döyüş filmində rol aldı. Film indiyə qədər Naytlinin ən böyük kritik iflasa uğraması olmuşdur. Aktrisanın ən uğurlu filmi 2005-ci il istehsalı olan “Pride and Prejudice” (“Qürur və Qərəz”) filmidir. Bu filmlə o, Oskara namizəd olmuşdur.2006-cı il də Knightly, AM-PAS-a (Kinofilm İncəsənət və Elmlər Akademiyasına) dəvət edildi. Və eyni ildə “Pirates of the Caribbean: Dead Man’s Chest” (“Ölü adamın sandığı”) filmin davamına çəkilir. Aktrisa 2007-ci ildə 3 əsas filmdə baş rola çəkildi. İlk olaraq Allessandro Bar-riconun romanı əsasında çəkilmiş “Silk” (“İpək”) filmi olur. İkinci film Mc Evanın ro-manına əsaslanaraq çəkilən “Atonoment” filmi idi. Knightly bu filmdəki rolu ilə “Ən yaxşı dramatik aktrisa” kateqori-yasında Golden Globes və Bafta mükafatlarına namizəd olur. Ardınca “Pirates of the Carribean: At World’s End” (“Dünyanın sonu”) filmi olur. Knightly 2008-ci ildə nümay-işə girməsi gözlənilən “The Edge of Love” (“Sevginin kənarı”) filminin heyətinə qatılır. Filmdə Cillian Murphy və Sieanna Miller də iştirak etməkdə idi. Bu filmin ssenarisini Keiranin anası Sharman Macdonald yazmışdır. Mac-donald Keira üçün Caitlin rolunu yazsa da, aktrisa Vera rolunu oynamağı seçim edir.Naytlinin növbəti filmi 2008-ci istehsalı olan “The Duchess” (“Duşes”) filmidir. Filmdə 18-ci əsr ingi-lis aristokratlarından olan Georgiana Cavendish’in həyatından bəhs olunur. 2010-cu ildə Naytli üç müxtəlif filmdə baş rol oynadı. “Last Night” (“Son gecə”), “Never let me go” (“Məni heç vaxt tərk etmə”) və “London Boulevard” (“London bulvarı”).2011-ci ildə aktrisa, psixoanaliz dünyasının iki böyük nümayəndəsi olan Sigmund Freud və Carl Jung bioqrafiyasından bəhs edən “A Dangerous Method” (“Təhlükəli üsul”) filmində rol alır.2012-ci ildə aktyor Steve Carell ilə “Seeking a Friend for the End of the World” (“Qiyamət günü üçün dost axtarıram”) dramında rol alır. Bundan əlavə o, “Anna Karenina” filmində də baş rol ifaçısı olmuşdur. Kira film haqqında bunu demişdir: “Bu, inanılmaz dərəcədə çətindir. Əlbəttə ki, roman çox gözəldir, amma həcmi çox böyükdür və onu filmdə əks etdirmək çətin məsələdir. Ümid edirəm ki, bu işimiz də uğurlu olacaq.”Bir müddətdir rok musiqiçisi James Righton ilə birlikdə olan Naytli 28 yaşında dünya evinə girdi.

Page 29: Film Fiction №16

29

Film Fiction

VADİMYUSOVHİROŞİ TAKAHAŞİ’NİN VADİM YUSUBOV İLƏ SÖHBƏTİ

Andrey Tarkovski ilə necə tanış oldunuz?İnstitutda bir-birimizi tanımırdıq. O, diplom işi üçün filmini hazırlarkən, mənə özü ilə işləməyi təklif edəndə artıq bir müddət idi ki, “Mosfilm” studiyasında işləyirdim. O, kamera işi mənə aid olan bir neçə filmi izləmiş olduğunu və bir səhnə oyunundan hazırlanmış “Silindir və Skripka” filmində mənimlə işləmək istədiyini bildirdi. O vaxtlar təhsilimi hələ yeni başa vurub müstəqil operator kimi işləməyə başlamışdım.Tarkovski o zamanlar hələ tələbə idi…SSRİ-də bu cür hallara, adətən, rast gəlinməzdi – mən onunla tanış oldum, fikirlərini dinlədim və bu işi görməyə qərar verdim.İlk dəfə Tarkovski ilə görüşəndə onunla bağlı təəssüratlarınız necə oldu?Onun mənimlə necə əlaqə yaratdığını ətraflı olaraq xatırlamıram, ancaq onu görəndə məni hər şeydən qabaq heyrətləndirən onun üzü idi. Andron Konçalovski ilə gəlmişdi və çox gərgin idi, olduqca həssas və həyəcanlı bir adam kimi görünürdü. Geyimi yaxşı, hətta zərif, saçı isə qısa, düz və səliqəli idi. Mənə elə gəlir, onun yaxşı bərbəri var idi. O, indiki modanın nə tələb etdiyindən agah olan birinə oxşayırdı. Özündən yaşca böyüklərlə söhbət etmə qabili-yyəti kimi, onun görmüş olduğu yaxşı tərbiyə və davranışları da dərhal gözə çarpırdı. Siz ondan yaşca çox da böyük deyildiniz, amma kinoda artıq müəyyən qədər təcrübəniz var idi…Bəli. Bu gənc adam da mənimlə bir ustad, məsləhətçi və yaxud professor kimi rəftar edir-di. Onun ədəb və hörməti məni öz təsiri altında

buraxmışdı. Sonunda, mən “Silindir və Skrip-ka”nı çəkməyi qəbul etdim. Başa düşdüm ki, Tarkovski kimi biri ilə tanış olmaq bir şans zər-bəsi idi. VGIK-dəki tələbəlik vaxtlarımda mənim o cür dost-tanışlarım yoxuydu, bundan əlavə, onun film haqqındakı fikrini bəyənmişdim.Onunla sonuncu dəfə nə vaxt görüşdünüz?1983-cü ilin aprel ayında, Milanda, Kann kinofestivalından bir az əvvəl idi. O vaxt o və həyat yoldaşı Larissa film üçün təqdimat kom-paniyası keçirdirdilər. Milana getdim, çünki orada keçmişə aid nümayişlərdən birində “Sol-yaris” filmini göstərirdilər. Mən Andreylə onda görüşdüm. Tarkovskinin Milanda olduğunu öyrənəndə, dərhal ona zəng etdim və onu ziyarət etdim. Bu möhtəşəm bir görüş idi, Tar-kovski İtaliyada qalmaq üçün icazəsinin vaxtını yenicə uzatmışdı və beləliklə, biz səhərə qədər söhbət etdik… O, Romaya “Nostalgia“ filminin nümayişi üçün dəvət etdiyi dostları ilə məni tanış etdi, ancaq mənim vizamın vaxtı qurtar-maq üzrə olduğu üçün ora gedə bilmədim.Siz onunla ən uzun müddət işləmiş əmək-daşlarından birisiniz. Sizin Tarkovski ilə ilk və son görüşünüz arasındakı fərq nə idi? Müqayisə etmək çətindir. Onu deyə bilərəm ki, onu o qədər uzun zaman idi tanıyırdım ki… Təəssüratlar oxşar idi, biz köhnə dostlar olaraq görüşdük. Adam, biri ilə ilk dəfə görüşəndə onun xarici görünüşünə diqqət yetirir… Onunla son görüşümüzdə, Tarkovski əvvəl necə idisə elə idi: zərif. Ancaq paltarlarının növü və keyfi-yyəti fərqli idi. Xəz ilə cizgilənmiş, çox bahalı

Page 30: Film Fiction №16

30

Film Fiction

və zərif bir pencək geyinmişdi. Pencəyə toxun-dum, xəz ipək kimi yumuşaq idi. Mən dedim: “Andrey, bu çox əla stildədir.” Onun ayaqqa-bıları da yüksək keyfiyyətli idi. Onlara kiçik bir nəzər salanda belə, dərhal demək olardı ki, o, “kütlələrdən gəlmiş adam” deyildi. Onun üzündə də maraqlı bir dəyişiklik var idi.Yəni sizin təəssüratlarınız oxşar idi?Bir dəqiqə, mən indi xatırlayıram ki, onun pencəyi xəz ilə yox, şal parçası (kaşmir) ilə cizgilənmişdi… Orada, yəni Milanda, mənə elə gəlir, Andrey qeyri-adi bir vəziyyətdə idi, ona qəribə nəsə olurdu, o artıq qərbdə işləməyə qərar vermişdi. Larissa mənə dedi: “Vadim, biz bir də heç vaxt Rusiyaya qayıtmayacağıq.” Ancaq Tarkovski dərhal söhbətə qarışdı: “Ax-maq-axmaq danışma, özünü ələ al.” O, siyasi sığınacağı haqqındakı bütün eyhamları qısa kəsdi. Mən hiss edirdim ki, o vaxt sanki o daha qərar verməmişdi, hələ də tərəddüd edirdi. O, ən sirli hisslərini açmağa çalışdı, buna cəhd etdi, amma bacarmadı. Vəziyyətin necə anor-mal olduğunu başa düşürdü – biz dost idik, an-caq o sığınacaq tələb edirdi. Bu o demək idi ki, bizim dostluğumuz elə onda və oradaca bitirdi. Bütün bu məsələ xeyli qarışıq idi. Mümkündür ki, bu baxımdan onun fikirləri xüsusi olaraq yeni və fərqli bir istiqamətdə inkişaf edirdi. Ondan fərqli olaraq, mən SSRİ-də yaşayırdım, ora-dakı həyat şərtlərini bilirdim. Tarkovskiyə bu

barədə nə düşündüyümü dedim. Bizim söh-bətimiz, böyük ehtimalla, ona həll yolu tapmağı asanlaşdırdı. Bu, qərbdəki insanlar tərəfindən, həmçinin günümüzün rusları üçün anlaşılması çox çətin olan bir dilemmadır. O vaxtlar siyasi sığınacaq, ailəniz və dostlarınız ilə əlaqələri kəsmək mənasına gəlirdi. Adam öz həyatını tamamilə dəyişmək məcburiyyətində idi. Qərb-dəki insanlar səyahət edə bilirdilər. Onların da öz problemləri varıydı və hələ də var, amma onlar İtaliyaya, Yaponiyaya gedə bilirdilər… Bu, bizim sonuncu görüşümüz olacaqdı, biz bunu hiss edirdik, bu ab-havanı… Beləliklə, biz sevin-clə köhnə günləri yada saldıq…O sizə, elə o vaxt üstündə işlədiyi film haqqında nəsə dedi?Bəli, əlbəttə „Qurban“ filmi haqqında danışdı. Onun bu film üçün böyük ümidləri varıydı. Bir il sonra mən Romanı ziyarət edirdim və onunla telefonda danışırdım. Onunla bir görüş daha tə-yin etmək istədim. Ancaq bu mümkün deyildi. O, çox məşğul olduğunu söylədi. Mən hiss etdim ki, o öz ev adresini gizləyir. Sonra başa düşdüm ki, siyasi sığınacağı tələb edib. Mən görüş təşkil etmək üçün bir neçə yol təklif etdim, amma heç biri alınmadı. Mənə elə gəlir, Tarkovksi mənim KGB agentləri tərəfindən izlənildiyimdən və onların məni izləyərək onu tapıb, öz ölkəsinə qayıtmağa məcbur edəcəklərindən qorxurdu. O bundan qorxurdu, bu riski ala bilməzdi...

Page 31: Film Fiction №16

31

Film Fiction“İvanın uşaqlığı” filmində, məsələn yük maşını və almalar olan səhnədəki kimi, çoxlu “xəya-li” ünsürlər var. Bu cür görüntülər qərbdə çox “təzə” sayılırdı. Yeni bir termin dəyər qazanırdı: “sosialist sürrealizmi”. Bu tərz film görüntüləmə fikri siz, yoxsa Tarkovski tərəfindən ortaya atılmışdı?O vaxtlar biz “avant-garde” (yenilikçi) mühitdə yaşayırdıq. Biz artıq çoxdan Bunuelə, Godarda baxmışdıq və Kafkanı bilirdik. Buna görə də hər şey öz yerinə otururdu, bu çox vacib idi. Sosial-ist sürrealizmini bu film haqqında güclü bir təsvir kimi vurğulamazdım. O vaxtlar, ticari kinoda da olmaq üzrə, çoxlu eksperimental filmlər çəkilirdi. “Rublyov”u çəkərkən bizim üçün ən vacib film Kurosavanın “Yeddi samuray”ı idi. Tarkovski bu film haqqında çox yüksək düşüncələrə sahib idi. “Rublyov”da Kurosavadan bir çox “sitat” var. Tarkovski həmişə çox sevdiyi və bəyəndiyi rejissorların siyahısını tutardı. O siyahıdakı ad-ların ardıcıllığı zamanla dəyişdi, amma Bunuel, Godard və Kurosava daim zirvədə idi.İşi müddətincə Tarkovski operatora qarşı çox tələbkar idi?“İvanın uşaqlığı”nı çəkəndə, o çox gənc və

təcrübəsiz idi. Operatorun, səhnə tərtibatçısının və həmçinin də rejissorun rolu haqqında onun çox məlumatı yox idi. Ancaq mən heç vaxt onun müəllimi olmadım. “Rublyov” filminin çəkilişləri əsnasında birlikdə işlədik, axtardıq və araşdırdıq. O zaman artıq müəyyən qədər təcrübəyə sahibdik – bizim üçün bu xüsusilə maraqlı bir vaxtıydı. Biz həqiqəti axtardıq... Mən kinooperatoram, texnikəm, ona görə də deyə bilərəm ki, bu iş görülə bilər, mən bu tapşırığı öz üzərimə götürə bilərəm. Lakin, Tarkovski çox vaxt məhdudiyyətləri başa düşmürdü və bu

anlamazlıq onu cəsarətləndirirdi – o, işlərin öh-dəsindən gəlmənin asan olduğunu düşünürdü və çox cürətkar fikirlər çıxara bilirdi, o, hər hansı bir şeyi icad edə bilirdi, həm də tam azad hal-da. Konkret olaraq şəkillər (görüntülər, xəyali səhnələr) düşünmək – filmi eynilə bu cür çəkdik. Yeni bir film çəkmə üsulu və ya nəsə icad etmə-dik, amma tez-tez yeni ifadə yaratdıq. Əminəm ki, çəkiliş vaxtı texniki səviyyədə nisbətən yeni, təzə olan bir şey tapmışıq. Məsələn, meşədəki zabit və qadınla olan o səhnə yadınıza gəlir? Tarkovski demişdi ki, bu səhnə yer səviyyəsinin altından çəkilməlidir. Beləliklə, mən kamer-anı qəhrəmanımızı yerin içindən çəkə biləcək vəziyyətdə tutan bir şey düzəltdim. O zamanlar bu üslubdan istifadə edən filmlər yox idi. Bugün-lərdə isə, təbii ki, bu cür səhnələr tapmaq müm-kündür.Kino hər zaman texnologiyaya tabə olmağa məcburdur. Texnologiyada mütəxəssisləşərək, ondan filmin tərkibinə və ifadə gücünə təsir göstərmək məqsədi ilə istifadə etmək olar. Həm də bunun tərsi – texnologiya özü sənətkarın ifadə etmək istədiyi şeyi dəyişə bilər.Əlbəttə, operator ilə rejissorluq arasındakı

əlaqə olduqca maraqlıdır. Bu mənim üçün çox şəxsi bir problemdir. “Rublyov”da gördüyümüz iş, bitməyən axtarışlar və sınaqlar idi. Onu qeyd etməliyəm ki, hər birimiz öz həqiqətimizi tapmağı bacardıq. Filmin çəkilişi, film hələ buraxılmamışdan qabaq dəqiq və ətraflı olaraq düşünülmüş, planlaşdırılmışdı. Biz xeyli hazırlıqlıydıq. Dialoqlarla səhnələrin uzunluqları (müddəti) arasındakı qarşılıqlı əlaqəni ətraflı bir şəkildə planlamışdıq. Və “tracking” çəkimlər (tracking çəkim: kameranın yerə qurulmuş xü-susi platforma üstündə hərəkət edən bir cis-

Page 32: Film Fiction №16

32

Film Fictionmi, ona paralel hərəkət edərək izləmə-si) üçün – kameranın cismə olan məsafəsi ilə tracking müddəti arasındakı əlaqəni.“Solyaris” filmindəki kitabxanada havaya qalxma səhnəsini necə çəkdiniz?Amerikan metodundan əvvəlcədən xəbərimiz varıydı, ancaq bunun üçün aparaturamız yox

idi. O səhnəni çəkmək üçün öz yolumuzu tap-malıydıq. Uzun müddət fikirləşdik, bir çox şey yoxladıq və sonunda – inanıram ki – yaxşı bir şey ortaya çıxdı. Yeni bir metod filan kəşf etmə-dik, təbii ki. İşlətdiyimiz cihaz olduqca sadə idi.O səhnədə baş verənlərin effekti bir növ möcüzə idi. Bu, montaj effektləri və düzgün sinxronizasiya edilmiş kamera hərəkətləri ilə əldə edilmişdi.Orada sadəcə olaraq kamer-anın yeri dəyişirdi. Ən önəm-lisi, personajların hərəkətləri-nin sürəti ilə səhnələrin sayı arasındakı əlaqə idi. Bunu nizamlamalı, hazırlıq mərhələsində əvvəlcədən qurmalıydıq. Bəli, bunun indi sizin üçün şəklini çəkirəm.Cihaz sadə idi. Aktyorları saxlayan kran yuxarı qa-lxır, digəri, yəni kameranı tutan kran da qalxır. Ancaq aktyorları daşıyan kran, fon

dekorasiyasını əhatə edir – buna diqqət etmək məcburiyyətində idik. Biz həm də gördük ki, iki qaldırıcı hərəkətin ikisi də eyni olsaydı, nəticə olaraq effekt yumşaq alınardı. İki kranın da hərəkətində müəyyən bir uyuşma-zlıq (qeyri-paralellik) olması vacib idi. Amma əgər hərəkətlərdəki fərqlər həddindən artıq çox

olsaydı, o zaman da kran görünərdi.Kameranı elə özünüz hərəkət etdirdiniz?Bəli, dəfələrlə məşq etdikdən sonra. Başlarda, kran elek-trikli bir motor va-sitəsilə hərəkət etdi-rilirdi, ancaq bunun effekti güclü olmadı.“Silindir və Skripka” filmindən başlayaraq “Solyaris”ə qədər Tarkovskinin bütün filmlərində işlədi-niz. “Ayna” filmi-nin çəkilişində yer almadınız. Bu filmi niyə çəkmək istəmə-diniz? “Ayna”nın ədəbi əsası olan

“Bəyaz gün”ün ssenarisi ilə bağlı təəssürat-larınız necə idi? Bunu açıqlamaq çətindir. Düzdür, “Ayna”nı çəkmək təklifindən imtina etdim. Bunun bir neçə səbəbi var idi. Birincisi, mən əsasən də Tarkovs-ki ilə uzun müddət və çox işləmişdim. Operator və rejissor birlikdə çox uzun zaman

Page 33: Film Fiction №16

33

Film Fiction

işləyəndə, operator bəzən özünü öz ərazisində rejissor tərəfindən çox güclü təzyiq altındaymış kimi hiss edə bilir və bu film üçün yaxşı nəticə vermir. Təkcə bir film üçün çox uzun müddət boyunca birlikdə işləmək, xüsusilə qarşılıqlı əlaqələr baxımından zərərlidir. Təzyiq və sa-hiblənmə, yorğunluğa, usandırıcılığa yol açır. Əvvəl-axır adam tək işləməlidir. Tarkovski mənim ərazimi “işğal” edib. Aydındır ki, mən rejissorun rolunu bilməliyəm. Film seti elə yerdir ki, orada davamlı olaraq müzakirələr, bəzən atışmalar, fikir mübadilələri gedir. Rejissorun nə istədiyini anlamaq lazımdır. Amma mən onunla tamamilə razı olanda – əgər tələbləri ilə razı olsam – yavaş-yavaş onun quluna çevril-irəm. Bu, psixoloji bir problemdir. Çəkiləcək səhnənin necə olduğundan çox şey asılıdır. Bəzi hallarda operatorun rejissoru təsirləndirmə gücü olur. Ancaq bəzən də o, adicə maaş alan bir işçiyə oxşayır. Mən çox istədim ki, bərabər şərtlər altında işləyim, rejissorla uzlaşma halın-da olum, əlaqəmizdə bir harmoniya əldə edim. Operator və rejissor arasında yaxın psixoloji əlaqə hər halda kinoda ən mühüm şeydir. Bu əlaqənin əhəmiyyəti, evliliyin şəxsi həyatda oynadığı roldan daha böyükdür. Evlilikdə hər zaman psixoloji olaraq normal əlaqələrə yol açan müəyyən yüksək qaydalar olur, tarazlıq üçün həmişə normalar olur. Operator və rejissor arasında isə sıfır... Operator rejissorun ixtiyarını qəbul etdikdə, sonrakı addım, operatorun həyat yoldaşından daha yaxın olur. Mən müəyyən qədər təzyiqdən sonra həqiqətən də yorul-muşdum... “Ayna” filmində işləməkdən imtina etməyimin bir digər səbəbi də ssenarinin məf-humunu başa düşməməyim olmuşdu. Əlbəttə, ssenari ilə film iki fərqli şeylərdir, ancaq elə

ssenari mərhələsində, mətndə anlamadığım və qəbul edə bilmədiy-im nəsə önəmli bir şey görmüşdüm. İndi isə öz fikrimin bəraətində bir ziddiyyət olduğunu hiss edirəm, çünki daha sonra filmi ekranda izləyəndə, ssenaridə bəyən-mədiyim yerlər məni qıcıqlandırmağı artıq dayandırmışdı. Film və ssenari arasında böyük bir təzadlılıq var idi. Bugünün gözündən onu deyə bilərəm ki, fikirləri

ilə razı olmadığım biriylə işləyəndə, həddindən artıq usandırıcı bir döyüşdən keçməliyəm. Bun-dan əlavə, ssenarinin mövzusunda Tarkovskinin həyatından bioqrafik ünsürlər var idi. Hiss etdim ki, rejissorun şəxsi ifadəsi filmə və mənə qarşı çıxa bilər. Hazırlıq mərhələlərində, Tarkovski sanki mənim fikirlərimi, mənim qavrayış tər-zimi tamamilə aradan qaldırmaq, yalnız özünə məxsus görüntüsünü çəkmək istəyirdi. Mən düşünürdüm ki, bu, mənim üçün əlverişsiz olar. Üçüncü səbəb: çəkiliş başlayanda Tarkovskinin həyatında dərin dəyişikliklər baş verdi – həyat yoldaşı Larissanın təsiri çox gücləndi. Beləliklə, Tarkovski köhnə tanışlarının təsirini aradan qaldıraraq, yeni ailə həyatı ilə yola davam etdi. Buna görə mən o filmi çəkə biləcəyimi düşün-mədim.Tarkovskinin ən çox bəyənib, dəyər verdiyin-iz filmi hansıdır?Bu suala cavab verə bilmərəm. Mənim üçün kino çözüm yox, prosesdir. Məsələn, bir film izləyərkən, yalnız onun müəyyən bir hissəsi məni qane eləyir və bu qaneediciliyin dərəcə-si dəyişir. Sənət əsərlərini qiymətləndirməyə başlamamışdan qabaq, bir operator olaraq, ustalığın yaxşı olub-olmadığını yoxlayıram. Hər şeydən əvvəl, özümü işin fotoqrafiya qismindən məsuliyyətli hiss edirəm. Film laboratoriyada emal edilən vaxtı yata bilmirəm. Tarkovskinin hansı filmlərini ən çox sevdiyimi demək mənim üçün çətindir. Lakin aralarında mənim operator-luğunu etdiklərim, həyatımın unikal bir təcrübə-sidir. VGİK-də oxuyarkən, sənət əsəri yaratmaq işində iştirak etmək yalnız xəyallarımda var idi. Onun filmləri sayəsində əsl operator oldum və gerçək yaradıcılığın nə olduğunu anladım.

Page 34: Film Fiction №16

34

Film Fiction

AMERIKAN FILM SƏNAYESİNİNSTRUKTURU

Film sənayesi film istehsalı, yəni filmlərin hazır-lanması, onlara xüsusi effektlərin verilməsi, can-landırılması ilə məşğul olan sənayedir. Başqa sözlə, film sənayesi film istehsal edən şirkətlər, kinostudiyalar, kinematoqrafiya kimi texniki və kommersial institutlardan ibarətdir. 1920-ci illərdən fəaliyyətə başlayan ABŞ film sənayesi təkcə istehsal olunan filmlərin sayına görə dünyada birinci deyil, onun həm də dünya kine-matoqrafiyasının məzmunu və texnologiyasına, film istehsalının iqtisadi və mədəni aspektlərinə güclü təsiri olmuşdur. ABŞ-ın ən nəhəng film şirkətlərinin kinostudiyaları və ofisləri Hollivudda cəmləşdiyinə görə “amerikan kinosu” termini ilə “Hollivud” çox vaxt eyniləşdirilir.Hollivud termini real bir məkana, təbii ki, təx-minən bir əsr bundan əvvəl Los-Ancelosun şimalında peyda olmuş cəmiyyətə işarə edir. Əsasən, bu termin amerikan kinosunun bir-birilə qarşılıqlı əlaqədə olan 3 aspektinə istinad edir: sənaye, institusional və formal-estetik. Bir sənaye kimi Hollivud ilkin növbədə, uzun-metrajlı filmlərin hazırlanması ilə məşğul olan geniş və mürəkkəb kommersial müəssisədir. Bu film sənayesi, bir çox əyləncə və media müəs-sisələri kimi həmişə sənayenin bir neçə şirkət tərəfindən idarə edildiyi – oliqopolik struktura meyl edib. Kino sənayesi Paramount, Fox, War-ner Bros. kimi güclü kino studiyaları tərəfindən idarə olunub ki, bu studiyaların çoxusu hələ də sənayedə hökmranlıq edir. 1920-1940-cı illərdə “klassik” erada ən güclü studiyalar

sənayenin bütün fazalarını (istehsal, paylan-ma və nümayiş) kütlə üçün filmlər hazırlayan mürəkkəb sistemlə idarə edirdilər. Bu studiyalar müharibədən sonrakı dövrdə, monopoliyaya qarşı mübarizə, müstəqil film istehsalının yaran-ması, kommersial televiziyanın güclənməsi kimi bir sıra faktorlara görə sənaye üzərində kollektiv idarə güclərini itirdilər. Amma studiyalar yeni vəziyyətə uyğunlaşdılar və sağ qaldılar, 1970-ci illərdə yenidən gücləndilər və Yeni Hollivud üzərində nəzarəti ələ keçirdilər. İndi studiyaların film bölgüsü sadə bədii filmlərdən daha çox olsa da, onlar özləri Sony, Viacom, News Corp, Time Warner kimi kütləvi, transmilli multimedia kon-qlomeratlarının yanında ikinci dərəcəli köməkçi kimi çıxış edirlər. Amma hətta köməkçi kimi studiyalar qlobal əyləncə bazarında Hollivud filmlərinin şöhrətinə görə media konqlomerat-larının “əsas özəyini” təşkil edirlər. Hollivud filmlərinin geniş kütləni cəlb etməsinin səbəbi təkcə studiyaların iqtisadi gücü deyil, eləcə də filmlərin formal estetik keyfiyyətidir. Hollivud termininin üçüncü aspekti – formal es-tetik aspekti digərlərindən daha az dəyişmişdir, belə ki, Hollivud filmlərinin kinematoqrafik stili və təhkiyə strukturu yenilik və innovasiya zəru-rətinə baxmayaraq, onilliklər boyunca dəy-işmədən davam etmişdir. Başqa sözlə, bizim “Hollivud filmləri” adlandırdığımız filmlər 1920-ci illərin əvvəllərində necə idisə, indi də elədir.Amerikan film sənayesi üç böyük dövrə bölünür: studiya erası, tranzit dövr və müasir dövr.

Page 35: Film Fiction №16

35

Film Fiction

Studiya erası (1920-1940-cı illər) Studiya erası dövründə amerikan film sənayesi 8 şirkət – “böyük beşlik” (Paramount, Loews, 20th Century-Fox, Warner Bros və RKO) və “kiçik üçlük” (Columbia, Universal, United Art-ists) tərəfindən idarə edilirdi. “Böyük beşlik” şaquli birləşmiş şirkətlər idi: onlar öz filmlərini öz studiyalarında istehsal edir, filmlərini bazara çıxarmaq və teatrlara qoymaq üçün ABŞ-da və bütün dünyada ofislər şəbəkəsi yaratmışdılar. “Böyük üçlük” də “böyük beşlik” kimi eyni for-mada təşkil olunmuşdu, amma onlar eyni səvi-yyədə birləşməmişdilər. Columbia və Universal filmlər istehsal edir və yayırdılar, amma onların öz teatrları yox idi. United Artists isə əsasən film paylayan şirkət olsa da, aparıcı dünya ba-zarlarında az sayda teatra sahib idilər. Douglas Gomery-nin fikrincə, bu 8 studiya bütünlükdə filmlərin 3/4-nü istehsal edirdilər. Bu o deməkdir ki, bütün filmlərin 1/4-i 8 studiyadan kənarda hazırlanıb paylanılırdı.Studiya erasında müstəqil film istehsalçıları. 1920-1950-ci illər dövrü tarixə Poverty Row kimi düşmüşdür. Bu dövrdə bir sıra kiçik müstəqil kino studiyaları yaranmışdı. “Hər kəs tort yeməyi xoşlamır. Bəziləri çörək xoşlayır, hətta

bəziləri bayat çörəyi təzə çörəkdən daha çox sevir”. Bu sitatın müəllifi həmin dövrün məşhur studi-yalarından biri olan Monogram Pictures-in prezidenti Steven Broidy-di. Bu analogiyaya görə, yüksək səviyyəli müstəqil prodüsser-lərin filmləri və studiyaları, prestijli məhsulları amerikan filminin “tortunu”, standart studiya film istehsalı “çörəyi” və Monogram, Republic, Grand National, PRC və digər xırda şirkətlər də “bayat çörəyi” təmsil edir. Başqa sözlə, onlar aşağı keyfiyyətli film istehsal edirlər ki, onları “klassik” dövrün filmləri ilə qarışdırmaq olmaz. Məsələn, film tarixçisi Wheeler Dixon-a görə, Monogram filmlərinin əsas xüsusiyyətləri bayağı film seriyaları, bulanıq işıq effektləri, zəif səs elementləridir.Studiyaların film sənayesində dominantlıq etdiyi dövrdə az büdcəli film istehsalı özü 2 dövrə bölünür. Birinci dövr 1930-1939-cu illər Böyük Böhran dövrünü əhatə edir. B filmləri (az büdcəli) istehsal edən Monogram, Republic and Grand National kimi şirkətləri bu dövrə aid etmək olar. İkinci dövr isə 1940-1950-ci illəri əhatə edir. Bu dövrdə studiyalar tədricən B film-lərinin istehsalını azaldırdılar. 1940-cı illərin

Page 36: Film Fiction №16

36

Film Fiction ortalarında az büdcəli film istehsalı tənəzzülə başladığına görə Monogram və Republic kimi şirkətlər yüksək səviyyəli və Oskar mükafatına layiq görülən filmlər (Məs: “Sakit adam” (1951) filmi) istehsal etməklə A səviyyəli istehsalçılara çevrildilər.Poverty row dövrünün digər vacib hissəsi etnik film istehsalı idi. Etnik film istehsalı 1910-cu illərdə yaransa da, 1930-1940-cı illərdə özünün pik nöqtəsinə çatdı. Burada “etnik” deyəndə

təkcə müxtəlif millətlər nəzərdə tutulmur, bura həm də müxtəlif din, dil, irqdən olan tamaşaçılar aiddir. Beləliklə, etnik filmlərə Yəhudi (Yiddish pictures), Kanton dilli (Çinin cənubunda dialekt), hispanik, afro-amerikan və digər amerikan-lar üçün hazırlanan filmlər daxildir. Bu filmləri birləşdirən ümumi element o idi ki, onlar studi-yaların ingiliscə və ingilis dilli ağ tamaşaçılar üçün hazırladığı filmlərə qarşı dururdular.

Tranzit Dövr (1940-ci illərin sonundan 1960-cı illərin sonunadək)Müstəqil Amerikan Kino tarixinin ikinci dövrü 1948-ci ildə, ABŞ-ın Ali məhkəməsinin böyük studiyaları ticarəti məhdudlaşdırdıqları və rəqa-bətə son qoyduqlarına görə günahkar elan edən Paramount Decree (Paramount Dekreti) ilə başlayır. Bu qərar amerikan film sənayesinin strukturuna güclü təsir etdi, belə ki, o, studi-yaları öz teatr zəncirlərindən məhrum olmağa, eləcə də öz təsir güclərini itirməyə məcbur etdi. Studiyalar film industriyasına nəzarəti itirməmək üçün alternativ yollar axtarıb tapsalar da, Par-amount Decree 1910-cu illərdən hakim olan studiya sisteminin dağılması üçün vasitə oldu. Baxmayaraq ki, 8 studiyanın birgə gəlirlərinin 122 mln dollara qalxması ilə 1946-cı il Hollivud

üçün pik il olmuşdu, amma bu qiymətlərin uzun müddətdə belə qalxdığı son dövr oldu. Bir il sonra, 1947-ci ildə qiymətlər 89 mln dollara, 1949-cu ildə 37 mln dollara düşdü.Bu dövrdə kino sənayesində inkişaf filmlərin növlərinə (tarixi, müharibə, epik filmlər) təsir göstərirdi və bundan əlavə, kinorejissorlar əgər işlərini itirmək istəmirdilərsə, onlara deyilən tipdə film çəkmək məcburiyyətində qalırdılar. 1951-1960-cı illər arasında müstəqil şirkətlər

dövrün maliyyə cəhətdən ən uğurlu 10 fil-mindən 7-nə görə məsuliyyət daşıyırdılar: The Ten Commandments (De Mille, 1956); Around the World in 80 Days (M. Anderson, 1956); South Pacific (Logan, 1958); Bridge on the River Kwai (Lean, 1957); Spartacus (Kubrick, 1960); TheGreatest Show on Earth (De Mille, 1952) and This is Cinerama (Cooper and von Fritsch, 1952). Bridge on the River Kwai filmini çıxmaq şərtilə, yuxarıdakıların hamısı rəngli çəkilmişdi və The Greatest Show on Earth istisna olmaqla, bütün filmlər yeni texnologiyalardan istifadə edilməklə hazırlanmışdı.Bu dövrdə “exploitation” filmlər məşhurluq

qazanmağa başladı. Exploitation filmlər qa-dağan olunmuş mövzular haqda az gəlirli film-lərdir. Exploitation filmlərin tarixi kinonun tarixi ilə eyni olsa da, 1950-1960-cı illərdə bu filmlərin məzmunu kəskin şəkildə dəyişdi. Əvvəlki onil-liklərdən fərqli olaraq, bu dövrdə exploitation filmlərin əsas mövzusu cinsi yolla keçən xəstə-liklər, müxtəlif irqlərin cinsi əlaqəsi, homosek-suallıq, narkotikdən istifadə, evlilikdən kənar seksual əlaqələr, abort və doğuş kimi tabu məsələlər idi. Onların arasında ən məşhurları bu filmləridir: Cocaine Fiends (O’Connor, 1935), Reefer Madness (Gasnier, 1936), Assassin of Youth (Clifton, 1937), Mom and Dad (Beaudine, 1945).Müasir Dövr ( 1960-cı illərdən bugünədək)Əgər Paramount Decree və İkinci Dünya müharibəsindən sonrakı tənəzzül müstəqil amerikan kinosunun ikinci mərhələyə keçməsinə səbəb oldusa, 1960-cı illərdə onun inkişafına təsir göstərən faktorlar yenə də iqti-sadi faktorlar oldu və bu dəyişikliklər amerikan cəmiyyətində və mədəniyyətində əhəmiyyətli rol oynadı. Ölkə tarixində ən dəyişkən dövrlərdən biri olan 1960-cı illərin sonu Nyu-York və Çikaqo kimi nəhəng şəhərlərin küçələrindəki vətəndaş iğtişaşları, Robert Kennedy, Martin Luter King,

Page 37: Film Fiction №16

37

Film FictionMalcolm X kimi siyasi şəxslərin öldürülməsi, Vyetnamda müharibənin qızışması, SSRİ ilə “soyuq müharibə”nin davam etməsi, irqinə və seksuallığına görə sıxışdırılmış sosial qrupların (qaralar, geylər, lezbiyanlar) aktivləşməsi ilə xarakterizə edilirdi. Bütün bu faktorlar amerikan cəmiyyətində dəyişikliklərə səbəb oldu ki, bu da özünü həmin dövrün filmlərində əks etdirirdi. Belə ki, ən liberal filmlər (Stanley Kramerin sosial problem-li filmləri) 1950-ci illərin sonları-1960-cı illərin əvvəllərində çəkilmişdi.Ölkə sosial və mədəni inqilabın ortasında old-uğu vaxtda amerikan kino sənayesi bir sıra problemlərlə üzləşməli, amerikan sosial və mədəni fabrikindəki transformasiyalarla aya-qlaşmalı oldu. Bu problemlərə daxildir: bahalı filmlərin çəkilməsi ilə kassada pulun azalması, tamaşaçı sayının azalması (1971-ci ilin əv-

vəllərində tamaşaçı sayının həftədə 15.8 mln-a enməsi), teatrların sayında azalma, televiziya şəbəkələrinin teatr bazarlarına daxil olması və rəqabətə qoşulması və s. Ölkənin üzləşdiyi sosial və iqtisadi problemlər birləşdikdə onlar Paramount Dekreti-nin nəticələri ilə yenicə stabilləşmiş film sənayesinə digər bir təhlükə yaratdılar.1969-1970-ci illərdə yeni və daha ciddi durğun-luqla üzləşən sənaye hər istiqamətdə kömək axtarırdı. Onun köməyinə az büdcəli müstəqil studiyalar yetişdi ki, tezliklə Hollivud tarixində yeni dövr (1969-1975) başladı və bu dövr “Yeni Hollivud” və ya “Hollivud İntibahı” adlanır. Ex-ploitation film strategiyalarını, art-house film texnikalarını özündə birləşdirən Hollivud İntibahı filmlərini müstəqil film studiyaları ilə nəhəng studiyalar arasındakı yeni “evliliyin” məhsu-lu adlandıra bilərik. Yeni Hollivudun əvvəlki dövrlərdən əsas fərqi ondan ibarətdir ki, bu qısa vaxtda nəhəng studiyalar kinorejissorlara film hazırlama prosesinə nəzarəti ələ almağa imkan verdilər. Nəticədə, amerikan kinosu stilistik bax-

ımdan müxtəlif və daha güclü filmlərin istehsalı ilə xarakterizə olunan yeni bir mərhələyə qədəm qoydu.1950-ci illərin sonları və 1960-cı illərin əv-vəllərində film hazırlanmasında tam fərqli, anti-Hollivud yanaşma ilə John Cassavetes, Jo-nas və Adolfas Mekas, Shirley Clarke, Edward Bland, Alfred Leslie, Lionel Rogosin və Robert Frankın daxil olduğu yeni kinorejissorlar qrupu bir araya gətirildi. Müxtəlif Avropa dövlətlərində – Fransada Nouvielle Vogue, Britaniyada Free Cinema və İtaliya, Polşa, Sovet İttifaqında-kı kimi alternativ kino üçün oxşar cəhdlərdən təsirlənərək bu amerikan film hərəkatı “rəsmi” amerikan filmindən tamamilə ayrılmağa cəhd etdi. Bu kinorejissorlara görə azadlıq – Amer-ikan film sənayesinin təsiri və strukturundan tamamilə azad az büdcəli filmləri istehsal etmək və yayımlamaqdır.

1970-1980-ci illərdə ilk yeni müstəqil filmlərin peyda olması və kommersial uğur əldə etməsi bir daha göstərdi ki, amerikan film sənayesində-ki oliqopoliya (bu dəfə studiya konqlomerat-larından daha güclü olan) qeyri-mümkün idi. 1970-lərin sonlarında film sənayesinin kon-qlomeratlaşması yeniliklərlə dolu idi, kabel və ödənişli kabel televiziyası, evdə video və peyk televiziyası kimi yeni texnologiyaların inkişafı bədii filmlər üçün mənfəətli bazar yaratdı.Konqlomerasiyadan əvvəlki və sonrakı dövrün studiyaları arasındakı əsas fərq ailə əyləncəsi-nin” (“family entertainment”) inkişaf etmə-sidir. “Ailə əyləncəsi” termini burada, əsasən, uşaqlarla bağlı olan multimedia məhsullarına işarə edir və həm də demoqrafik və mədəni sərhədləri qıraraq daha geniş auditoriyanı cəlb etmək üçün çəkilən filmləri nəzərdə tutur.

Page 38: Film Fiction №16

38

Film FictionHarry Potter (2001-2011), Toy Story (1995-2010), Shrek (2001-2010) və Chronicles of Nar-nia (2005-2010) kimi tipik müasir Hollivud “ailə” filmlərinin hekayə dili aydın təhkiyə, performans, emosional keyfiyyətləri, optimist mesajları (film-in “xoşbəxt sonluq”la bitməsi) və geniş auditori-yaya uyğun olması ilə xarakterizə olunur.1980-ci illərin ortalarında Hollivud studiyalarının “ailə filmlərini” ictimaiyyətə qəbul etdirmək cəhdlərindən biri PG-13 reytinqi oldu. PG-13

o deməkdir ki, Motion Picture Association of America (MPAA) filmin 13 yaşdan yuxarı uşaqlar üçün uyğun olduğunu bildirir, amma ciddi qərar qəbul edib-etməməyi valideynlərin öhdəsinə buraxır. PG və ya PG-13 reytinqi artıq “action” filmlər üçün əsas şərtə çevrilib. Bütün dövrlərin ən yaxşı 30 filminin 60%-dən çoxu – The Simpsons Movie (2007), The Golden Com-pass (2007), Harry Potter and the Order of the Phoenix (2007) kimi PG-13 filmləridir.

“HANNA VƏ BACILARI”NDAMİKİ OBRAZININ EKZİSTENSİAL KRIZISIÇox az film var ki, onlara baxanda sanki kitab oxuyurmuşsan kimi bir hiss yaşayır insan. Vudi Alenin “Hanna və Bacıları” filmi də belələrindəndir. Kitab demişkən, qeyd edim ki, Alen bu filmi çəkməyi Tolstoyun “Anna Karenina” romanını oxuyandan sonra qərara alıb. Filmdə rejissorun ekzistensial baxışları öz əksini tapır. Ümumiyyətlə, Vudi Aleni rejissorların ən ekzistensialisti ad-landırırlar. Ekzistensializmin təsirini onun bir çox digər filmlərində də (məsələn, “Stardust Mem-ories”, “Sleeper”, “Love and Death”) açıq-aydın hiss etmək mümkündür. Bu filmdə Vudi Alen öz fəlsəfi fikirlərini Miki (Vudi Alen) obrazı vasitəsilə tamaşaçıya ötürməyə çalışır. Ona görə də bu yazıda mən, əsasən, Miki obrazını təhlil etməyə çalışacağam. Əslində bunu təhlildən daha çox, bir növ Mikinin ekzistensial fikirlərinin cəmləşdirilməsi kimi də qiymətləndirə bilərsiniz. Beləliklə, film haqqında heç bir əlavə məlumat vermədən (onsuz da sizin filmə baxacağınızı nəzərə alaraq) birbaşa keçirəm Mikinin ekzistensial krizisini təhlil etməyə.“Həyat, onu yaşamağa dəyərmi, ya yox? Bu, insanın qarşısında duran ən fundamental fəlsəfi sualdır.” Kamyu öz “Sizif Haqqında Mif”ini belə başlayır. Bu, filmdə Mikinin qarşısında duran əsas sualdır və film ərzində biz onun bu suala necə cavab tapmağa çalışdığını

Page 39: Film Fiction №16

39

Film Fiction

Page 40: Film Fiction №16

40

Film FictionƏn birinci ekzistensialistlərdən olan Kirxeqor belə bir hadisə rəvayət edir ki: “Bir nəfər çox huşsuz və özü-özündən uzaqlaşmış bir insan olur. Bütün həyatı boyu o, öz mövcud-luğundan bixəbər şəkildə ömür sürür və yalnız bir gün səhər yuxudan durub artıq ölü olduğunu görəndə öz varlığını dərk edir.”Hannanın keçmiş əri Miki ilə ilk dəfə tanış old-uğumuz səhnədə onu çox məşğul bir şəkildə görürük. O, televiziya proqramının prodüsseridir

və efirə yarım saat qala ortaya çıxmış problem-ləri həll etməyə çalışır. Sonrakı səhnədə biz onu keçmiş arvadı Hannanın evində görürük. O, öz əkiz oğullarının ad günü üçün hədiyyələr gətirib, amma cəmi iki dəqiqə vaxtının olduğunu deyir və bu verilişin onun bütün vaxtını aldığından gileylənir.Əlbəttə ki, elə ilk səhnədəcə Mikinin belə məşğul olduğunun vurğulanması heç də təsadü-fi deyil. Gündəlik gördüyü və vərdiş halına çevr-

ilmiş işlər Mikini öz-özündən uzaqlaşdırmışdır.Vərdişlərimiz və gündəlik rutin, varlığımız üzərindən asılmış böyük bir pərdə rolunu oynayır. Nə qədər ki, onlar öz yerindədir və lazımi qaydada funksiya göstərir, bizim, həyatın mənası haqda düşünməyə ehtiyacımız yox-dur. Həyatın mənası gündəlik vərdişlərimizdə təcəssüm olunur. Amma bizim avtomatik olaraq

qəbul etdiyimiz normalar və vərdişlərdən ibarət bu sosial quruluş dağılan kimi insan özünü çölə atılmış kimi hiss edir. Və bu norma və vərdişlərin verdiyi rahatlıq yox olduqda, insan öz varlığı və həyatın mənası ilə bağlı suallarla üz-üzə qalır.HipoxondrikMiki haqqında elə ilk səhnədəncə öyrəndiyimiz digər bir şey isə onun çox böyük bir hipoxondrik olmasıdır. Yəni o hər zaman öz sağlamlığı üçün narahatdır. Heç bir ciddi əsas olmadan, daim hansısa xəstəliyə tutulmasından şübhələnir və tez-tez həkimə müraciət edir. Qulağının zəif eşitməsindən şikayət etmək üçün həkimə gedəndə, həkimin onu görərkən ilkin reaksi-yasının “indi nə olub?” olması buna gözəl sübut-dur. Amma bu səfər hər şey o qədər də asan olmur. İlkin müayinədən sonra bunun daha ciddi bir şey ola biləcəyindən şübhələnən həkim Miki-nin hospitala gedib testdən keçməsini istəyir.

Bundan sonra beynində bədxassəli şiş ola biləcəyindən qorxan Mikinin vəziyyəti daha da çətinləşir. O, iş yerinə gəlir, amma fikrini öz işi üzərində cəmləyə bilmir. İş yoldaşı ilə söhbət edərkən o, belə bir fikir səsləndirir: “Bu gün səhər elə xoşbəxt idim ki. Mən xoşbəxt idim, amma öz xoşbəxtliyimi anlamırdım.” Bu, gündə-lik vərdişlərin və rutinləşmiş həyatın bizə verdiyi xoşbəxtlikdir, biz öz gündəlik işlərimiz arasın-da elə itib-batırıq ki, heç öz varlığımız haqda fikirləşmirik belə.Ekzistensial krizisKirxeqorun qəhrəmanı öz varlığını öləndən son-ra dərk etmişdi. Ondan fərqli olaraq Miki hələ ki, ölməyib, amma o, həyatında ilk dəfə ölümün bu qədər yaxın olmasını hiss edir və öz varlığı, həyatın mənası haqda fikirləşməyə başlayır. Beyin rentgeninin nəticələrini gözləyərkən Miki bir anlıq elə təssəvvür edir ki, həkim nəticələrin pis olduğunu deyəcək və bildirəcək ki, bunu

Page 41: Film Fiction №16

41

Film Fictionbunu müalicə etmək mümkün deyil. Amma belə olmur, rengenin nəticələri Mikinin tamamilə sağlam olduğunu göstərir. O, hospitaldan çıxır və küçə ilə qaçaraq sevincindən atılıb-düşür, amma sonra o, birdən dayanır və sanki bir anlıq fikrə gedir. Bu, Mikinin ekzistensial krizis yaşamağa başlamasını göstərən ilk əlamətdir. Daha sonra biz onu yenə də öz iş yerində, iş yoldaşı ilə söhbət edərkən görürük. Miki işdən istefa verdiyini elan edir və bu zaman onların arasında çox gözəl bir dialoq baş tutur:– Niyə daha işləmək istəmirsən? Axı sən xərçəng deyilsən.– Başa düşürsən, bizi nə təhlükə gözləyir? Sən başa düşürsən, hər şey necə mənasızdır? Bi-zim həyatımız, şou, bütün dünya, hər şey.– Amma sən ölmürsən axı.– İndi ölmürəm. Hospitaldan çıxanda mən çox sevinirdim, tamamilə sağlam olduğumu öyrənmişdim. Amma sonra birdən-birə elə bil ki, aydınlandım. Mən bugün ölməyəcəyəm, sabah ölməyəcəyəm, amma nə vaxtsa bu baş verəcək.– Sən bunu hələ indi bilmisən?– Yox, mən bunu həmişə bilirdim, amma həmişə də özümdən uzaqlaşdırırdım.Bundan sonra Miki daha şou hazırlaya bilməyəcəyini və ona dəqiq cavablar lazım old-uğunu deyir.

“Həyat mənasızdır; bu, insanın əldə edə biləcəyi yeganə mütləq bilikdir.” TolstoyBundan sonra Mikinin həyatın mənası və ya mənasızlığı haqda monoloqu başlayır. O, bir çox filosofları oxuduğunu, amma onların həyatın mənası haqda heç bir dəqiq məlumat verə bilmədiyini deyir.“Böyük düşüncə sahibləri ağla gələ biləcək bütün mövzular haqda milyonlarla kitab yazıblar, amma sonda aydın olur ki, onların heç birinin həyatın mənası ilə bağlı o böyük sual haqda bilikləri mənimkindən çox deyil.”Miki Sokratı, Nitsşeni, Froydu oxuduğunu, illərlə psixoanalitikin yanına getdiyini, amma heç bir nəticənin olmadığını deyir. Daha sonra o, bəlkə də hər şeyin şairlərin dediyi kimi olduğunu, yəni bu mənasızlıqdan yeganə çıxış yolunun sevgidə olduğunu düşünür. Amma öz keçmiş münasi-bətlərini xatırlayanda, sevgi barəsində də bəxti-nin gətirmədiyini anlayır.Beləliklə, fəlsəfə və psixoanalizin məna ax-tarışlarına heç bir kömək etmədiyini görən Miki dinlərə üz tutur. Əlbəttə, müasir dövrə qədər

insan olmağın məğzi və həyatın mənası allahın adı ilə bağlanırdı. Allah bizi yaradıb və biz onun bizdən istədiyi kimi yaşayıb cənnətə düşəcəyik. Bu fikir insanların bütün suallarına cavab verirdi və insanları sakitləşdirirdi.Froydun belə bir fikri var: “Reqress – insan psixikasının müdafiə mexanizmlərindən biridir. Bu zaman insan böyük təşviş, narahatlıqdan xilas olmaq üçün öz davranışının daha əvvəl-ki, infantil mərhələrinə qayıtmağa meyl edir.” Froydun, dini insan inkişafının ilkin mərhələləri ilə bağlamasını və dinin insanın hələ daxili və xarici güclərlə mübarizədə öz ağlından istifadə etməyə tam qadir olmadığı dövrdə yarandığını iddia etməsini nəzərə alsaq, məncə, bu fikirlə nə demək istədiyim aydınlaşır.Amma çətin ki, bu vəziyyətdə Mikini Froydun bu fikirləri maraqlandırsın. İlk öncə o, katolikliyə üz tutur. Rahiblə söhbəti zamanı Mikinin allaha inanmadığı ortaya çıxır:– Deməli siz allaha inanmırsız?– Yox, amma inanmaq istəyirəm. Mənə sübut-lar lazımdır, əgər mən allaha inana bilməsəm, deməli, həyatımın mənası yoxdur.Daha sonra Miki ailəsinin yanına gəlib katolikliyi qəbul etmək istədiyini bildirir. Onun ata-anası yəhudidir və onlar bu fikirlə barışa bilmirlər. Gəlin, Miki ilə atasının arasında baş tutan kiçik bir söhbətə nəzər yetirək:– Nədi, indi İsaya inanacaqsan?– Bilirəm gülməli səslənir, amma ən azından sınayacağam.– Niyə öz dinin yox?– Sən ölümdən qorxmursan?– Niyə qorxmalıyam ki?– Axı sən yox olacaqsan.– Hə, nə olsun? Indi mən varam, sonra yox olacağam.– Axı sən həmişəlik yox olacaqsan.Bundan sonra Miki buddizmə üz tutur, amma burda da o, öz istədiyini tapa bilmir. Artıq onun allaha inanması mümkün deyil. Nitsşenin sözləri ilə desək: “Allah ölüb, onu biz öldürmüşük.”“Yalnız bir həqiqi fəlsəfi problem var: İnti-har” KamyuFilmin sonlarına yaxın biz Mikinin özünü öldürmək istədiyi “flashback” səhnəsini görürük. O, allahın olmadığı dünyada yaşamaq istəmədi-yini deyir. O, tüfəngi alnına dayayır, amma bəxtdən tüfəng sürüşür və güllə ona dəymir. Sonra o, tələm-tələsik evdən çıxır və saatlarla küçələrdə gəzişir. Sonda bir kinoteatrda oturur və uşaqlığında dəfələrlə baxdığı bir filmə

Page 42: Film Fiction №16

42

Film Fictionbaxmağa başlayır. Və filmə baxarkən fikirləşir ki, bəlkə doğurdan da hər şey bu qədər pisdir. Bəlkə doğrudan da allah yoxdur və biz cəmi bir dəfə yaşayırıq və bu hər şeyin sonudur. Sən bu eksperimentin bir parçası olmaq istəmirsən? Mən öz həyatımı heç vaxt tapa bilməyəcəyim cavabların axtarışı ilə məhv etməməliyəm və nə qədər ki, sağam öz həyatımdan həzz al-malıyam.Ölümlə üz-üzə qaldıqda həyat dəyər qazanır. Ölümün mənası ondadır ki, o, bizə bu dəyəri kəşf etməkdə kömək olur.Sual budur ki, doğrudanmı, həyat onu yaşa-maq üçün hansısa mənaya sahib olmalıdır? Özünün “Sizif Haqda Mif”ində Kamyu fikirlərini belə yekunlaşdırır ki: “Yox, absurd nöqteyi-nəzərindən, əksinə, həyatın mənasız olduğu-na görə biz onu daha yaxşı yaşamalıyıq.”Bir də ekzistensial cərəyanı başa düşmək üçün Holi (Dianne Wiest) obrazına nəzər yetirmək istərdim. Holi filmdə ən çox dəyişilən və ən çox inkişaf edən obrazdır. Kinonun əvvəlində o, uğursuz narkoman kimi göstərilir və bacısı Han-nanın da köməkliyi ilə özünü müxtəlif işlərdə sınayır. Və sonda biz onun istedadlı bir yazıçıya (və çox güman ki, gələcəkdə uğur qazanacaq) çevrildiyinin şahidi oluruq.Holinin bu ink-işafının ekzis-tensializmlə bağlılığını daha yaxşı anlamaq üçün Nitsşenin “əbə-di dönüş” id-eyasına nəzər salmaq lazım-dır. Nitsşenin “əbədi dönüş” fikrinə əsasən, biz indi yaşadığımız həyatın tamamilə eynisini keçmişdə sonsuz dəfə yaşamışıq və gələcəkdə də sonsuz dəfə yaşayacağıq. “Əbədi dönüş” konsepsiyası məntiqi cəhətdən bir qədər prob-lemlidir, çünki əgər insanın indiki həyatı onun keçmişdəki həyatlarının dəqiq təkrarıdırsa, onda belə çıxır ki, bizim azad seçim imkanımız yoxdur. Amma əslində Nitsşe “əbədi dönüş” fikri ilə bizim həyata qarşı münasibətimizi dəy-işməyə çalışırdı, çünki yəqin ki, hər şeyin daimi olaraq təkrarlanacağı dünyada insan maksi-

mum dərəcədə düzgün yaşamağa çalışacaqdır. Bu cəhətdən “əbədi dönüş” ideyasını ən yaxşı izah edən filosofllardan biri Lyus İriqareydir. Onun fikrincə, “əbədi dönüş – bir insanın öz daxilindəki bütün proyekləri həyata keçirtmək imkanıdır.” Bir növ insanın öz-özünü klonlaması, “avto-doğum”. İnsanın dəfələrlə, təkrar-təkrar həyata gəlmə imkanı və bunun üçün anaya eh-tiyac yoxdur. İnsanın öz-özünü yenidən həyata gətirməsi. İriqarayın fikrincə, Nitsşenin çatdır-maq istədiyi fikir odur ki, insan öz həyatı ərzində dəfələrlə yenidən doğulur. Bu insana özünü dəyişməyə, inkişaf etməyə imkan yaradır. İnsan statik varlıq deyil, o, daim hərəkətdədir və bu hərəkətlilik onun inkişafını təmin edir.

Ekzistensializmin ən böyük nümayələrindən biri və onun bir cərəyan kimi formalaşmasına səbəb olmuş Sartrın da buna oxşar bir fikri var. Sar-trın fikrincə, “insanın varlığı onun məğzini qab-aqlayır.” Yəni ki, insan birinci var olur, öz-özüylə üzləşir, daha sonra hansısa bir məna, məğz əldə edir. Daha sadə dildə desək, insanın alnına yazılmış heç bir tale yoxdur. Platondan Hegelə qədər filosofların iddia etdiyi kimi, heç bir ab-strakt ideal insan tipi, heç bir həqiqət anlayışı

yoxdur. İnsan öz həyatının və özünün ağasıdır, o, özündən nə istəsə onu da düzəldə bilər.

Əlbəttə, bir yazıda ekzisten-sializm

cərəyanını tam əhatə etmək mümkün deyil və heç yazının məqsədi də o deyildi. Sonda yalnız onu qeyd etmək istərdim ki, bəziləri ekzistensial yanaşmanı fəlsəfi intihar adlandırırlar. Çünki yalnız bu cərəyanın nümayəndələri dünyanın mənasız olmasından çıxış edərək, sonda ona məna və dərinlik qazandırmağa çalışırlar.

Page 43: Film Fiction №16

43

Film Fiction

Amanda Seyfried, Rebecca Hall, Rachel McAdams, Keira Knightley, Blake Lively, Abbie Cornish, Michelle Williams, Natalie Portman, Eva Green, Anne Hathaway, Olivia Wilde, Jessica Alba və Scarlett Johansson Daisy Buchanan rolu üçün düşünülən adlar idi.

Page 44: Film Fiction №16

44

Film Fiction

eonardo Di-Caprio Jay Gatsby rolunu

oynamaq istədi, çünki heç bir şeydən gələn adam fikrini bəyən-mişdi: “Tamamilə öz-özünü təxəyyülündən yaratmış bir xarak-terdir Gatsby, bir çox şəkildə şərh oluna biləcək xarakterlərdən. Onu ümidsiz bir ro-

mantik olaraq şərh edə biləcəyiniz kimi, təhlükəli bir qanqster olduğunu da düşünə bilərsiniz” deyir DiCap-rio.

om Buchan-an rolu üçün ilk olaraq Ben

Affleck düşünülsə də, eyni vaxtlarda başqa bir işi olduğundan rolu

qəbul edə bilmədi. Onun yerinə Bradley Cooper və Luke Evans düşünüldü, lakin rol Joel Edgerton’a verildi.

eonardo DiCap-rio və Tobey Maguire gerçək

həyatda da iki çox yax-ın yoldaşdır, lakin bu, birlikdə oynadıqları ilk film idi.

L

T L

Page 45: Film Fiction №16

45

Film Fiction

Page 46: Film Fiction №16

46

Film Fiction

BRUNODUMONT

Müasir fransız müəllif ki-nosunun ustalarından biri Brüno Dumondur. İlk tam-metraj filmi olan “İsanın həyatı” (1997) ilə Kann Kino festivalında “Qızıl kamera” qazanmağı ilə rejissor gələcək iddialarını ortaya qoymuşdu. Daha sonra festivallar üçün əvəzsiz filmlər çəkən rejis-sor üçün (“İnsanlıq” (1999) Kann Kino festivalında “Jürinin böyük prizi”, “29 Palma” (2003) Venesiya festivalında əsas yarış-ma iştirakçısı, “Flandriya” (2006) Kann festivalının “Jüri Qran-Prisi”, “Hors Sa-tan” (2011) Kannda əsas yarışma iştirakçısı) kom-promissiz tərzi, dini mövzu-ların müasir həyata uyğun-laşdırılması, zorakılıq və açıq-saçıqlığı xasdır.Aşağıdakı müsahibə onun müxtəlif dərgilərə müəyyən vaxtlarda verdikləri əsasın-da hazırlanıb.

Page 47: Film Fiction №16

47

Film Fiction Filmlərinizdə kəskin süjetli müharibə təs-virləri var. Bunun səbəbi nədir?Mənə sivilizasiyanın necə yaranmağı çox maraqlıdır. İnstinktlər, həyəcanlar, insan fiziologiyası daima cəlbedici olub. Filmlərim fiziolojidir, onlar özündə çox şeyi birləşdirir.

Onlar sərhədsiz arzular, qeyri-bərabər hisslər, ehtiras, xudbinlik, paxıllıq, düşmənçiliklə vəh-dətdədir. Müharinə – qadın və torpaq üçün həyata keçirilən müasir düşmənçilik metodudur. Adətən, müharibə səhnələri ilə təbiət peyza-jlarını bərabər verirsiniz...Bu, bilərəkdən edilmiş cəhddir. Təbiət, adətən, müharibə çılpaqlığında olmalıdır. Mənə bu vəh-dət maraqlıdır. Bu, ibtidai instinktləri hiss etmək üçün vacibdir. Kəskin qəddar səhnələr verməklə nə demək istəyiniz başa düşüləndir. Bəs nələri göstərmək istəməzdiniz?

Tamaşaçını zalı tərk etməyə sövq etmək olmaz. Sərhədləri bilmək və onlara əməl etmək lazım-dır.Niyə, adətən, qeyri-peşəkar aktyorlarla çalışırsınız?Bu iş xoşuma gəlir. Dəqiq komandalar verməyi

bəyənmirəm. Çəkilişdən öncə düşüncələrimi anladıb işimi bitirirəm. Mənə dəqiqlik lazımdır, ona görə də o adamları tapmaq üçün bir neçə il sərf edirəm. Onların psixologiyasını öyrənib işə başlayıram. Komplekslərdən azad olmaqları-na, maraqlarının təmin olunmasına şərait yaradıram. Peşəkar aktyor sadəcə mənə şəxsi-yyət kimi maraqlı ola bilir. Çəkilişləriniz necə gedir?Demək olar ki, bütün filmlərim natura çəkilişlərindən ibarətdir və doğulub böyüdüyüm rayonda aparılır. (Yalnız “Hadeveyk” filmi istis-nadır. Bu filmdə hadisələr Parisdə cərəyan edir.)

Aktyorlar da əsasən o ərazilərdə yaşayanlar olur. Özünüzü inanclı adam və ya filo-sof hesab edirsiniz? Mənə indi mistika maraqlıdır, çün-ki o, fəlsəfədən daha irəli gedib. Mistika bizə ətrafımızı anlamağa, bəzi suallara cavab tapmağa kömək edir. O, haradasa kinematoqrafi-yaya da yaxındır. İnsana dəyər vermək baxımından mən Şekspirlə İncili yanaşı qoyuram, hərçənd özümü çox da inanclı saymıram. Çünki İncil, sözsüz ki, bədii cəhət-dən mükəmməl kitabdır.

Page 48: Film Fiction №16

48

Film Fiction

KVENTİN TARANTİNO FİLMLƏRİNİN XÜSUSİYYƏTLƏRİ

Baş rol xarakterləri, xü-susilə Chevrolet və Cadil-lac olmaq üzrə, ümumi-yyətlə General Motors vasitələri istifadə edirlər.

Xarakterləri əsasən qapı ağızında, qapıları açarkən və bağlayarkən görüntülənir. Filmlərində şiddətin çoxu və əhəmi-yyətsiz xarakter dialoqları daha çox səhnə xaricində reallaşar.

Filmlərinin çoxunda çan-ta və çamadanlar əhəmi-yyətli rol oynayır.

Demək olar ki, bütün film-lərində Los Angelesdən bəhs olunur (“Kill Bill” istisnadır, amma yenə də Los Angelesdə keçən qısa bir səhnəsi var.)

Tez-tez qara kostyumlu, ağ köynəkli və qara qals-tuklu obrazlara yer verir

Page 49: Film Fiction №16

49

Film FictionKult filmlərə və seriallara nəzirə edir və mu-siqisindən istifa edir.

Bilvasitə də olsa əvvəlki filmləri ilə sıxlıqla əlaqələr qurar. Buna nümunə olaraq, Taranti-nonun bu şərhi var: “Pulp Fiction” filmində-ki John Travoltanın canlandırdığı xarakter ilə “Reservoir dogs” filmindəki Michael Madsenin canlandırdığı xarakter qardaşdır. Soyadları Vegadır, adları (Vincent və Vic) və tipləri (tünd saçlı və bənzər geyimli) bir-bir-inə bənzəyir.”

Xarakterlər əlləriylə bir şeylər edərkən çox yaxın çəkiliş etməsi Brian De Palma’nın tex-nikasını xatırladır. Bu səhnələr tez-tez təqlid edilir.

Biri səhnədən kənarda danışanda uzun müd-dət bir xarakterin üzünü yaxın çəkilişə alır: Bill danışanda The Bride-ın üzü və Marsellus danışarkən Butch’ın üzü. Polkovnik Landa danışarkən Shosanna’nın üzü.

Demək olar, bütün filmlərində xarakterlərin taxma adı vardır: “Pulp Fiction”da Honey Bunny və Pumpkin, “Reservoir Dogs”dakı

şəbəkə üzvləri və “Kill Bill”də Bill-in koman-dası.

Filmlərində tez-tez kiçik bir rolda oynayır: “Reservoir Dogs “da Mr. Brown, “Pulp Fic-tion”da Jimmie Dimmick, “Desperado”da yük maşınındakı adam, “Four Rooms”da Chester Rush, “From Dusk Till Dawn”da Richard Gecko, “Jackie Brown”da tele-fon səsyazmasındakı səs, “Kill Bill”də 88 şəbəkə üzvü, “Django unchained”da mədən işçisi.

“Kill Bill Vol.2”də The Bride kovboy çək-məsində gizlətdiyi ülgüclə tabutdan çıxır (yaxın məsafədən tabutu qıran yumruqdan sonra), “Reservoir Dogs”dakı Mr. Blonde çəkməsinin içində qulaq kəsmə səhnəsində istifadə etdiyi ülgücü daşıyır.

Rejissorluq etdiyi hər filmdə ən azı bir dəfə Wilhelm qışqırtısı səs effekti istifadə edilm-işdir.

Page 50: Film Fiction №16

50

Film Fiction

AMADEUSHər bir insan istedadlıdır. Sadəcə bəzilərində istedad payı daha qabarıq hiss olunur, digərlərində isə nisbətən az. Əsas odur ki, daxilindəki gücü görəsən, həm özün şəxsi potensialına əmin olasan, həm də ətrafdakıları inandırasan. Doğulduğun və yaşadığın dövrün, yerin əhəmiyyəti, qəribə də olsa, bir o qədər də deyil. Məsələn, Motsart (Wolfgang Amadeus Mozart). 18-ci əsrdə Avstriyada yaşayıb-yaradıb və şəksiz-şübhəsiz, dünya musiqi tarixinə öz dahiyanə əsərləri ilə adını yazdırıb. Yaxud da Miloş Forman (Milos Forman). Əslən çex, məşhur və sözün əsl mənasında, kinoları ilə həyatı ekrandan tamaşaçıya göstərən rejissor. Bəlkə də, hər iki şəxsiyyətin istedadının yekun nəticəsidir ki, onların tondemi “Amadeus” kimi filmin yaranmasına səbəb oldu. Amma hər şey yalnız istedadla bitmir... Avstriya, xüsusən də paytaxtı Vyana dünya musiqisinin mərkəzi hesab olunur. Bu fikir təsadüfdən yaranmayıb. Elə bu səbəb-dən də filmin baş qəhrəmanı, dünya şöhrət-li bəstəkar Antonio Salyeri (Antonio Salieri) İtaliyada anadan olsa da, böyük xəyallarının ardınca Vyanaya üz tutur və illər boyunca saray bəstəkarı olmaqla yanaşı, imperatorun ən etibarlı məsləhətçilərindən birinə də çevrilir. Artıq qeyri-adi istedadı ilə (5 yaşında simfoniya bəstələmişdi) xalq, eləcə də zadəgan ailələri arasında ad-san çıxarmış Motsart isə bilava-sitə imperator tərəfindən Vyanaya dəvət olunur və vyanalılar da bu istedad qarşısında heyran qalırlar. Burada əsas diqqətçəkən məqamlardan biri gənc Motsartın yüksək zadəgan ədəb-ər-kanına yaraşmayan hərəkətləri ilə yaşlı, san-

ballı saray əyanlarını özündən çıxarmasıdır. Həqiqətən də, nəinki davranışında, hətta sö-zlərində belə diqqətcil olmayan gənc bir çox hal-larda qıcıqlandırıcıdır. Xüsusən də Salieri üçün. Dünya şöhrətli, məşhur əfsanəyə görə (hansı ki, A.S.Puşkinin bədii təxəyyülünün məhsuludur və filmin əsaslandığı Piter Şafferin (Peter Shaffer) “Amadeus” əsərinin də əsas süjet xəttini təşkil edir), guya Salyeri Motsartın uğurlarına və iste-dadına paxıllıq edir və Tanrını ona qarşı niyə bu qədər ədalətsiz davrandığına görə ittiham edir. Salyeri zənn edir ki, Motsart ilahi musiqi yazır, onun əsərlərində ilahi bir qüvvənin əli var və buna görə də qatı katolik olmasına baxmayaraq, Tanrıdan imtina edir və Motsarta daha çox iste-dad bəxş etdiyi üçün ondan qisas alacağını vəd edir. Əslində isə özü Motsartın bir nömrəli din-ləyicisi olur. Daha dəqiq desək, Motsartın deyil, onun əsərlərinin, yaradıcılığının. Ən böyük qa-rşıdurma da buradadır. Daxili fırtına, iztirab və iki əks qüvvə – bir tərəfədən Motsartın hər bir (hətta müəllifin özünün bəyənmədiyi belə) op-era, vodevil və digər əsərlərinə valeh olan, hətta aşiq olmuş Salyeri, digər tərəfdən isə nanəcib hərəkətlərindən təngə gəlmiş, bu istedadın niyə məhz bu insana vəhy edildiyindən təəccüblən-miş və hiddətlənmiş qəzəbli Salyeri. Salyerinin məqsədi Motsartı aradan götürmək və onun ən son əsəri olan “Rekviyem”i mənimsəmək idi. Bu yolla o, Tanrıdan qisasını almış olacaqdı. Amma məqsədinə nail olmadı. Birbaşa nail olmadı. Motsart yorğunluqdan və yuxusuzluqdan elə öz yatağındaca 35 yaşında vəfat edir. Həyat yoldaşı və oğlunun gözləri qarşısında.

Page 51: Film Fiction №16

51

Film Fiction

Page 52: Film Fiction №16

52

Film Fiction

Məhz bu səhnə filmin baş qəhrəmanları arasın-da olan münasibəti aşkar edir. Günlərlə yuxusuz qalan və gecə-gündüz həddən artıq içki içdiyi üçün əldən düşən Motsart konsertlərin birində huşunu itirir və Salyeri onu evinə gətirir. Bir müddət sonra özünə gələn Motsart yanında Sa-lyerini gördüyü üçün çox təəccüblənir və hətta ona qarşı xoş olmayan, kinayəli münasibətinə görə üzr istəyir. Bütün gecə hər iki bəstəkar birlikdə “Rekviyem” üzərində çalışırlar. Lakin dahi Salyeri öz mükəmməl eşitmə qabiliyyəti və geniş təcrübəsinə baxmayaraq, Mostartın talantı və musiqi dəryası qarşısında aciz qalır. Motsartın diktəsi ilə musiqini nota köçürməyə çalışan Salyeri tez-tez duruxur, ya heyran, ya da çaş-baş qaldığı üçün gözləri yaşarır və bütün bu səbəblərə görə də xəyalında olduğu “Rekviyem”dən imtina etməyə belə hazır olur. Həqiqətən də, əsəri bitirmək hər iki bəstəkar üçün mümkünsüz olur – birinə əcəl imkan ver-mir, digərinə isə istedadı.

Salyeri ömrünün sonuna qədər özünü günahlandırır Motsartın ölümündə. Halbu-ki, onun ən əsas günahı musiqini dəlicəsinə sevməsi idi, musiqini digərlərinə qısqanması idi, musiqini özünə həyat yoldaşı seçməsi idi. Mot-sart isə onun musiqi dünyasına yad idi. Sadəcə

Tanrı Salyerini sınağa çəkdi. Salyeri öz təsəv-vürlərində Tanrıya qalib gəldi. Lakin onun cəzası hələ də davam edir, çünki o, Motsarta məğlub

oldu. Motsart musiqisi bu gün də qəlblərdədir. P.S. Həqiqətdə Salyeri Motsar-tın ölümündə iştirak etməyib. Belə ki, 1997-ci ildə İtaliya Ali Məhkəməsi bu məsələ ilə bağlı istintaq araşdırması həyata keçirir. Nəticələrə əsasən, Motsart öz əcəli ilə vəfat etmişdir və bu işdə Sa-lyerinin heç bir günahı isbat edilməmişdir.

Page 53: Film Fiction №16

53

Film Fiction

DİSCONNECTHaqqında yazacağım “Disconnect” filminin rejis-soru Henry Alex Rubin`dir. Bu il ərsəyə gəlmiş film ilk seanslardan artıq insanların marağı-na səbəb olub. “Disconnect” filmi mükəmməl kamera işi, rejissor manevraları, aktyor oyunu və s. bu tip filmə verilən dəyərlərdən yoxsuldur. Yəni marağa səbəb olan bu dəyər vahidlərindən heç biri deyil. Onda bəs niyə bu qədər müsbət rəylə qarşılanır? Cavab: ssenarisi əladır. Film 5 fərqli insanın internet həyatından bəhs edir. Bu insanların virtual həyatı timsalında isə internet şəbəkəsinin ən bərbad tərəfləri, gündəlik həyatında insanlara, düşüncələrinə, həyatlarına necə təsir etdiyi əla təsvir olunur. Filmin obra-zları, onların oynadıqları rollar haqqında yaz-mayacağam. Filmə baxarkən özünüz görəcək-siniz. “Disconnect” özündə internetdə artıq kütləviləşən uşaq pornoqrafiyası, uşaqların cinsi istismara məruz qalması kimi problemləri təsvir etdiyi kimi, real həyatdan küsmüş, özünə qapanıq gənc, ye-tişkin insanların da virtual həyatından bəhs edir. Həmçinin son dövrlərdə artan internet oğurluğu – bu şəbəkə vasitəsilə insanların şəxsi informasi-yalarını necə əldə etdiklərini, hansı yöndə isti-fadə etdiklərini və bunun bir insan həyatına, bir ailəyə necə təsir etdiyini də əla şəkildə Rubinin son filmində görə biləcəksiniz.Rejissorun bu işini ayaq üstə alqışlayıram. Belə bir film çəkmək böyük bir cəsarət işidir. Bizə isə belə filmlərə baxmaq və alqışlamaq düşür.

Page 54: Film Fiction №16

54

Film Fiction

Page 55: Film Fiction №16

email:facebook:

[email protected]/fiction.magazine

təşəkkür edirik