inforex weekly#118

10
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°118 IYUl 2015 INFOREX PROQNOZ 1 2 DALGA ANALİZİ 8 TEXNİKİ ANALİZ

Upload: inforex

Post on 22-Jul-2016

223 views

Category:

Documents


1 download

DESCRIPTION

Inforex Weekly#118: treyderler ucun heftelik online Forex icmali

TRANSCRIPT

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°118 IYUl 2015

INFOREX PROQNOZ1 2 DALGA

ANALİZİ8TEXNİKİ ANALİZ

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

Günlük qrafikdə diapazonun aşağı xətti üzərində ticarət müşahidə edilir.Xəttin aşağı qırılması enişin sürətlənməsinə səbəb olacaq.Qayıdış isə diapazon daxilindəki hərəkətin bərpa olunmasına gətirəcək.

INFOREX WEEKLY TEXNIKI ANAlİZ1

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 2

İldə milyon dollarlıq maaş üçün neçə il oxumağa razı olardınız? Yeni başlayan treyder yuxarı-aşağı sıçrayan qiymətlərə baxır və fikirləşir,ki burada çətin nə var ki,düşərkən satış,qalxarkən satış et və sən artıq milyonçusan.Əslində bir tərəfdən belədir,amma digər tərəfdən bu qalxış-enişdən istifadə etmək göründüyü qədər asan deyil ki.Təəssüf ki,yeni başlayan treyderlər bəzi vaxtlarda bu işin məsuliyyətini anlamadan başlayırlar.Bir neçə zərərli əməliyyatdan sonra bəziləri ruhdan düşərək,forexdən uzaqlaşır,digərləri isə davam edərək nəyisə düz etmədiklərini qəbul edirlər və stabil gəlir qazanmaq üçün müxtəlif sistemləri nəzərdən keçirirlər.

Özünüzə uyğun sistemi əldə etdikdən sonra buna uyğun ticarət aparmağı və riskləri hesablamağı öyrənmək vacibdir.Treydinq zamanı orderləri bir birinin ardınca deyil ,günün ,həftənin və ayın sonunda nəzərdən keçirmək və ümumi nəticə çıxarmaq lazımdır.Sistemə əsaslanaraq bazara daxil olmağı/çıxmağı öyrəndikdən sonra trey-der artıq treyder olmağa başlayır. Yalnız bu halda kimsə “ mən treyderəm” deyə bilər. Nəzərə alın ki,yalnız 3-5 % treyder bu səviyyəyə gəlib çatır ,”mən hamıdan yaxşı bilərm” deyənlər isə uğursuzluğa məhkumdurlar.

Əgər siz yeni başlamısınızsa və hələ qarşınızda uzun bir yol görürsünüzsə,sadəcə özünüzə belə bir sual verin:

«Əgər biləsydiniz ki,təhsilinizdən sonra milyon dollarlıq maaşla işləyəcəksiniz,neçə il universitetə getməyə razı olardınız?

INFOREX WEEKLYTEXNIKI ANAlİZ3

ortamüddətli perspektivüçün proqnozlar

Morgan Stanley-dən texniki qiymətləndirmələr

ABŞ dolları: Up-trend.Yunanıstan və Çinlə bağlı narahatlıqlar azalıb,hesab edirik ki,bazar yenə də diqqətini FRS-in faiz dərəcələrini dəyişəcəyi xəbərlərinə yönəldəcək.Ellen son şərhlərində bildirdi ki,Mərkəzi Bank iqtisadi rəqəmlərdən asılıdır.Amerika rəqəmləri proqno-zlardan yüksək olarsa,USD-nin alışları arta bilər.

Avro: Down -trend.Yunanıstanla bağlı narahatlıqlar azaldığı üçün avronun satışları arta bilər.

Funt: Yan-trendi.Funt öən həftə yaxşı dinamika əks etdirdi,bu da Karninin faiz dərəcələrinin artırılma gözləmələrinin güclənməsi barədə şərhləri fonunda baş verib.İqtisadi göstəricilər güclüdür,bu da funta dəstək verməlidir.

BANKLARIN

Yeni Zellandiya: RBNZ faiz dərəcələrinin azaldımasında nə qədər irəli gedə bilər?

Yeni Zellandiya iqtisadiyyatı qarşısında duran çətinliklər güclənməyə başlayır,bu da RBNZ -ni faiz dərəcələrində müəəyyən dəyişikliklər etməyə məcbur edə bilər. West-pac hesab edir ki,Yeni Zellandiyanın Rezerv Bankı faiz dərəcələrini ilin sonunda re-kord 2% səviyyəsinə sala bilər.”Bir eniş addımı 50 b.p. ola bilər və bu sentyabrda da,bu həftə də baş verə bilər “, -Westpac bildirir.

İranla razılaşma əldə olundu! Bəs neftin ucuzlaşması harda qaldı!?İran neft ixracından sanksiyaların götürülməsinə nail oldu,amma neft bazarı buna gözlənildiyi kimi kəskin enişlə reaksiya vermir,bu niyə belədir? Beynəlxalq altılıqla İranın nüvə proqramı barədə danışıqları İrandan iqtisadi sanksiyaların götürülməsi ilə başa çatdı.İlkin olaraq Brent buna enişlə reaksiya vermişdi,amma sonra nisbi stabilləşmə müşahidə etdik.Bazarın bu reaksiyası necə izah oluna bilər?Bu razılaşma əldə olunduqdan sonra proqnozlar necə görünür? İlk öncə bazarda neqativ psixoloji effekt yaranmışdı-bazar gözləyirdi ki,İran öz istədiyinə nail olduqdan dərhal sonra əlavə 1 mln barrel nefti hər sutka bazara daxil edəcək,bu da disproporsiya yaradaraq təklifin kəskin artmasına səbəb olacaq.Amma sonra kespertlərin qiymətləndirməsi və İran rəhbərlərinin açıqlamalarından belə məlum oldu ki,bu həcm bazara tədricən daxil ediləcək və nəzərdə tutulan həcm yalnız 1 ildən sonra bərpa olunacaq. Bu hələl jurnaldı,film qabaqdadır! Amma bazara iri istehsalşının qayıtması hər bir hal-da qiymətə təzyiq göstərəcək,çünki rəqabət daha sərt olacaq,bu da istehsalçıları öz mövqelərini qorumaq üçün müəyyən güzəştlərə getməyə məcbur edəcək ki,bütün bu deyilənlər toplu halında qiymətdə öz neqativ əksini tapacaq.

Bu həftə - icmal

Yunanıstanla bağlı hadisələr,Kanada Bankının ,Ellenin daha döyüşkən çıxışı və RB-NZ-nin faiz dərəcələrini bu həftə azaltma ehtimalları-həftə boyu bazarın volatilliyi-ni təmin etdi.Bu həftə hansısa dəyişikliklər gözləmək olarmı? İlk öncə onu demək lazımdır ki,Yunanıstan yenə də öz qeyri-müəyyənliyi ilə müəyyən narahatlıqları saxlayacaq,iqtisadi zəiflik RBNZ-ə aqressiv siyasət aparmağa imkan verməyəcək,FRS-in faiz dərəcələrini artırmaq şansları da bazara müəyyən təsirini göstərəcək.Dolların möhkəmlənməkdə davam etməsi xammal bazarında qiymətlərə neqativ təsir edə bilər.Bu ilk növbədə vastraliya və yeni zellnadiya dollarının dinamikasına mənfi təsir edəcək. Böyük Britaniya-pərakəndə satışlar:Bu həftə rəqəmlər yaxşı olsa da,qalxış imkanları məhdud ola bilər.

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 4

Metal ötən həftəni 5-illik minimumlarda başa çatdırdı və bu həftə də eniş tendensiyasının davamını gözləmək olar.Amerika valyutasının dinamikası davamlı qalxış fazasınadaxil olub,bu qızıla bir tərəfdən təzyiq göstərəcək.Yunanıstandakı problemlərin həll yoluna daxil olması təhlükəsiz aktiv olan qızıla tələbat azaldır.Bu fonda 1139/1148 səviyyəsində Sell açmaq və gəliri 1125 səviyyəsində fiksə etmək olar.

Həftəlik texniki analiz 20 - 24 iyul XAU/USD:

Bu gün birjada uğurlu karyera qurmuş treyder barədə danışacağıq.Stiven Koen.

Stiven Nyu-Yorkda səsli-küylü böyük ailədə doğulmuşdu.O hesab edir ki,məhz bu cür ailədə doğulması onu vacib məqamda diqqətini cəmləməyi öyrədib.Stiven uşaq vaxtı məktəbdə poker oynayırdı və bu da ona riskləri hesablamağa və üzərinə götürməyi öyrənməyə kömək edib.

Qeyd etmək lazımdır ki,o həm məktəbdə,həm də pokerdə uğur qazanırdı,onun çantasında həmişə pokerdən qazandığı pul olurdu.Universitetdə təhsil illərində Stiven birja ilə maraqlanır və yavaş-yavaş orada işləməyə başlayır.

Uğurlu treyder — Stiven Koen

O illik təhsili üçün ayrılmış pulla brokerdə hesab açır və bir neçə uğurlu əməliyyatdan sonra bütün təhsilin so-nuna qədər lazım olan pul qazanır.Həmçinin o bütün xərclərini birjadan qazandığı pullarla ödəməyə başlayır.

Təhsilini başa çatdırdıqdan sonra o fond bazarında çalışan şirkətdə işə düzəlir və ilk iş günündə 8 000 dollara yaxın pul qazanır.Sonrakı vaxtlarda Stiven çalışdığı şirkət üçün 100 000 dollara qədər pul qazanır.

1992 ci ildən Stiven Koen öz heç fondunu yaradıb və indi onun kapitalı 12 milyard dollara çatır.

Stiven Koen indi də sərbəst olaraq bazarda işləməkdə davam edir və diqqətlə bazarı izləyir.Onun şöhrəti Corc Soros və Culian Robertson qədərdir.

INFOREX WEEKLY TEXNIKI ANAlİZ5

Ticarət planını necə qurmalı?

Bir çox treyderlər ticarət planı ilə ticarət strategiyasını qarışdırırlar

Treyder üçün vacib olan 4 sənəd

Hər treyderin düşünülmüş və hər zaman gözü qarşısında olan 4 sənədi olmalıdır:Ticarət strategiyasının qaydalarıOrder açmaq üçün riayət olunmalı qaydalarMoney Management qaydalarıTicarət planı

Treyderin ticarət planı nələrdən ibarət olmalıdır?

1) Fors major hadisələrdən sığorta

Sizdə fors-major ( işıq sönməsi,internetin qırılması ....) hallarında nə edəcəyiniz barədə aydın başa düşülən plan olmalıdır.Smartfon,Wifi zonası və s.

2) Gəlir və itkilərin məhdudlaşdırılması

Siz yüksək gəlir və itki halında nə edəcəyinizi əvvəldən bilməlisiniz.Burada hər şey individualdır və nümunə kimi belə göstərmək olar.

«20 punkt gəlirdən sonra bu gün işləməyəcəyəm.Nəzərə alın,burada 20 punkt məhdudiyyətdir,hədəf deyil».«5 itkili order varsa bir həftə istirahət edəcəyəm»« 20% itki ilə üzləşmişəmsə,ayın sonuna qədər ticarətdən uzaqlaşıram»« 10% gəlir əldə etdimsə— bu həftə ticarət aparmıram» Və s.

3) Emosional vəziyyət— nə vaxt ticarət aparmaq olmaz

«Əgər özümü pis hiss edirəmsə,həmin gün komp arxasına oturmayacağam.»«Əgər depressiyadayamsa,nəyəsə əsəbiyəmsə,həmin gün ticarət aparmayacağam .»

4) Mürəkkəb ticarət taktikaları

Əgər siz bir neçə ticarət taktikası istifadə edirsinizsə,onda hansından nə zaman istifadə edəcəyinizi bilməlisiniz.

«Əgər bazar trenddədirsə, X, fletdədirsə, Y strategiyasını istifadə edirəm» Və s.

Mütləq özünüz üçün ticarət planı qurmağa və onu gözünüz önünə qoymağa çalışın,əlbəttə ki,bu plana riayət etmək şərtilə.

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 6

Trendin inkişaf potensialını təyin edək: Neft, Qızıl

Neftlə bağlı ortamüddətli gözləmələr sabitdir -42.64 səviyyəsinin yoxlanma potensialı güclüdür.İran neftinin bazara daxil olması bazara öz təsirini göstərəcək.Bollincerin orta xətti- 54.05 ayıları hələ ki,saxlayır,ona görə də iki trayektoriya üzrə hərəkət gözləmək olar-ya dəstəyin qırılması ,ya da 62.17 orta xəttə qayıdış.daha lokallaşmış müqavimət 60.48 səviyyəsindədir.

Qızılda Bollincerin aşağı xəttinə təzyiq güclənir (1119.03).Onun qırılması halında qızıl psixoloji 1000 səviyyəsindən aşağı düşə bilər. Orta xəttə qalxışda (1187.40) satışları genişləndirmək olar.

Bəzən gəlir əldə etmək üçün 1 xəttə baxmaq kifayətdir

INFOREX WEEKLY TEXNIKI ANAlİZ7

Gəlir əldə etmək üçün treyderlər çoxsaylı strategiyalar,qaydalar,qanunauyğunluqlar düşünür,onların bazarda necə işləməsini izləyirlər.Amma elə də olur ki,bazarda istiqaməti sadəcə bir xətt müəyyən edir-dəstək və ya müqavimət xətti.Bu zaman vəziyyət çox sadədir-qiymət dəstəyə və ya müqavimətə bir neçə dəfə yaxınlaşır,amma bu səviyyədən yenə də geri qayıdır.Bizə isə sadəcə bunu izləyib ,qırılma və ya dönüşdən vaxtında istifadə etmək qalır.Qrafiklərə nəzər saldıqda görünür ki, nəticə gözlənildiyi kimidir.

EURUSD

Qiymət [iii] of 1 of (C) dalğası daxilində hərəkəti inkişaf etdirir.Enişin davamı gözlənilir.

Dalğa analizi EUR/USD, GBP/USD

INFOREX WEEKLYDALGA ANAlİZI 8

GBP/USD

İkiqat ziqzaq forması alan [ii] of 1 of (3) korreksiya dalğası inkişaf edir.Yaxın vaxtda korreksiyanın başa çatması və eniş hərəkətinin başlanmasını gözləmək olar.

INFOREX WEEKLYDALĞA ANAlİZİ

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal