inforex weekly#165

8
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + INFOREX PROQNOZ 1 N°165 IYUN 2016 TEXNİKİ ANALİZ 4 DALGA ANALİZİ 6

Upload: inforex

Post on 02-Aug-2016

216 views

Category:

Documents


1 download

DESCRIPTION

Inforex Weekly#165: treyderler ucun heftelik online Forex icmali

TRANSCRIPT

Page 1: Inforex Weekly#165

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

INFOREX PROQNOZ1

N°165 IYUN 2016

TEXNİKİ ANALİZ4 DALGA

ANALİZİ6

Page 2: Inforex Weekly#165

01

EUR/USD Daily qrafikində trend boyu hərəkət edir. Bu həftə olduqca vacib həftədir və FRS iclası investorlar tərəfindən diqqətlə izlənəcək. Dəstək kimi 1.1209, müqavimət kimi 1.14 səviyyəsi müşahidə olunur.

Ekspertlər nə düşünür:

SƏBİNƏ MƏMMƏDQIZI

INFOREX WEEKLYTEXNIKI ANALİZ

Page 3: Inforex Weekly#165

02

MAVLET BAGIYEV

Xoş gördük ..

EUR/USD :

Göstərdiyimiz kimi, 1.1150 səviyyəsi nəzərə alınmalıdır.Bu qiymətdən uzaqlaşma müşahidə etdik ..Texniki hədəf 1.1003İndi 1.1100-1.1140 səviyyəsi nəzərə alınmalıdır.

INFOREX WEEKLY TEXNIKI ANALİZ

Ekspertlər nə düşünür:

Page 4: Inforex Weekly#165

03 INFOREX WEEKLYTEXNIKI ANALİZ

GBP/USD . Əsas səviyyələr Müqavimət 1.4320 .14390Dəstək 1.4040 Texniki hədəf 1.3780

Uğurlu ticarətlər .. Riskləri nəzərə almağı unutmayın ..

Foreksdə hansı proqnozlar daha effektivdir? Foreksdə proqnozlaşdırmanı piramida şəklində təsəvvür etmək olar, onun əsasında uuznmüddətli proqnoz dayanır, bu qlobal trendi müəyyən etmək üçündür. Piramidanın mərkəzində həftəlik ortamüddətli proqnoz dayanır. Yuxarı hissədə isə qısamüddətli analiz durur. Uzunmüddətli trendi müəyyən etmək üçün fundamental analiz aparılır, o makroiqtisadi göstəricilərə əsaslanır, qısamüddətli analiz kiçik periodda texniki analiz metodu əsasında -Elliot dalğaları, patternlər, Fibonaççi səviyyələri ,Vilyams indikatorları və s-həyata keçirilir. Ona görə də hansı proqnozun daha effektiv olduğunu demək çətindir.Əgər siz investorsunuzsa, fundamental analizə əsaslanmalısınız, günlük ticarət edirsinizsə, köməkçiləriniz texniki analizdir, amma bazarın ümumi görünüşünə də fikir verməlisiniz.

Page 5: Inforex Weekly#165

04INFOREX WEEKLY TEXNIKI ANALİZ

BANKLARIN üçün proqnozlarortamüddətli perspektiv

Crеdit Agricole: Ellen, Kuroda və Karni Brekzit və kütləvi panika əleyhinə

Bu həftə 4 mərkəzi bankın iclası keçiriləcək, onlardan ən əsası isə FRS iclasının faiz dərəcələri barədə qərarının açıqlanacağı iclas olacaq. İnvestorlar əsasən iyun və iyulda faiz dərəcələrinin qaldırılacağını gözləmirlər. Eyni za-manda Crеdit Agricole iqtisadçıları hesab edirlər ki, requlyator iyulda faiz dərəcələrini qaldıra bilər. Böyük Britaniyadakı referendumun nəticələrindən asılı olaraq FRS -in sərtləşmənin başlanacağı barədə işarələr verərsə, dolların qalxış üçün impuls alacağını gözləmək olar. FRS iclasından başqa investorlar bu həftə Yaponiya Bankının qərarını da izləyəcəklər. Nəhayət, bizi bu həftə İngiltərə Bankının iclası da gözləyir, bu iclası yəqin ki, ölkədə keçiriləcək referendum kölgədə qoyacaq. Monetar siyasət komissiyası Brekzit halına hazır olduğunu vurğulayacaq. İngiltərə bankının şərhləri funtun dinamikasına elə də güclü təsir etməyəcək.

Kemeron Brexit -i ölkə iqtisadiyyatı üçün «bomba» adlandırır

Böyük Britaniya baş naziri D. Kemeron ölkəsinin AB tərkibindən çıxmasını kəskin tənqid edib. «Böyük Britaniyanın AB-dən çıxması iqtisadiyyata bomba qoyacaq», - o bildirib. Onun bu fikrinə leyborist Harriet Harman da qoşulub. ICM Research sosial xidmətinin onlayn sorğusunun nəticələrinə görə,AB tərkibindən çıxmaq istəyənlər 48% -dir. Referendum iyunun 23-də keçiriləcək və sual bu olacaq: «Birləşmiş Krallıq Avropa Birliyinin tərkibində qalmalıdırmı?»

Bankların və brokerlərin ümumiləşmiş proqnozu-ötən həftənin nəticələri

– EUR/USD barədə ekspertlərin 80%-i 1.1100 səviyyəsinə eniş gözləyirdi. Nəticədə M.Draqinin çıxışından sonra cənuba istiqamətlənmiş hərəkət başladı və 1.1283 -1.1200 səviyyələrinə eniş baş verdi.

– Brekzit ərəfəsində GBP/USD -də volatillik gündən-günə güclənir. Ötən həftə analitiklərin fikriləri yarı bölünmüşdü – 45% qalxış, 45% –eniş, 10% –yan trendi gözləyirdi. Nəticədə 1.4500 səviyyəsinin yoxlanmasını gördük, 1.4660 səviyyəsinə qalxış baş verdi. Amma dəstəkləri qıraraq 500 unkt aşağı düşdü;

– USD/JPY barədə proqnozu həyata keçmiş hesab etmək olar.

USD/JPY ilə işləyiriksə nələri bilməliyik?

Forex-də həyata keçirlən orderlərin həcminə görə ikinci yeri tutur. Çoxları onu ən hiyləgər və növbəti addımının olacağı bilinməyən valyuta adlandırır. Dollar/iena hər an dönərək tamamilə başqa yönə istiqamətlənə bilər ki, bu da həm güclü qazanc, həm də itki gətirə bilər. Amma bu xüsusiyyətinə bax-mayaraq, onu ram etməyi bacaran adam dollar/iena hesabına qazancını birə beş artıra bilər. Qeyd etmək lazımdır ki, USD/JPY dünyada və Yaponiyanın özündə baş verən siyasi hadisələrə qarşı olduqca həssasdır. Bu xüsusiyyətinə görə onu dünya iqtisadi və siyasi həyatının lakmus kağızı adlandırırlar. Yeni başlayanlar üçün dollar/ienada işləmək çətindir, amma qazanmaq üçün im-kan həmişə var. USD/JPY barədə deyilən proqnozlar nadir hallarda özünü doğruldur.

Page 6: Inforex Weekly#165

05 INFOREX WEEKLYTEXNIKI ANALİZ

1. Trendə görə açdığınız orderiniz varsa, amma dönüş modeli yaranıbsa, məntiqlə orderi artıq bağlamağınız lazım idi, amma iz elə eyni həcmdə ikinci order açırsınız, amma trendin əksinə. İndi qiymət hara gedir getsin, gəliriniz dəyişməz olaraq qalacaq. Korreksiya başa çatdıqdan son-ra əks orderi bağlayıb əvvəlki orderi açıq saxlamaq olar. Beləliklə iki orderdə müsbət nəticəli orderiniz olacaq.

2. Buna korreksiya kimi yox trendin dəyişməsi kimi baxar-saq, birinci orderi bağlamalı , ikincini açıq qoymalı olacaqdıq. Diqqət edin ki, hecləmə sisteminin köməyi ilə biz orderlərin birini bağlamaqla həmişə bazarda olacağıq. Hecləmə foreksdə fasilə götürərək vəziyyəti bir daha qiymətləndirmə rolunu oynayır.

3. Müsbət hecləmə - psixoloji faktordur. Gəliri hecləyərək bazara yenidən baxa, yeni qərar verə bilərsiniz. Bu meto-dun yeganə çatışmayan cəhəti spredin ikiqat artmasıdır. Başqa bütün tərəflərdən bu metod faydalı və lazımlıdır.

Müsbət hecləməni hansı hallarda istifadə etmək olar?

Ümumiləşmiş foreks proqnoz-13-17 iyun

– EUR/USD barədə ortamüddətli proqnoz əvvəlkidir-ay ərzində 1.1000 səviyyəsinə eniş. Bu fikirlə ekspertlərin 70%-i razıdır. Yaxın həftələrdə ayı əhvalının üstünlüyü və 1.1210 səviyyəsinə eniş gözləmək olar.

– GBP/USD barədə qrafik analizə görə proqnoz vermək çətindir. İndikatorlar 100% aşağı, ekspertlərin 90%-i 1.4500 səviyyəsinə enişdən danışır. Müqavimətin 1.4400 səviyyəsində olduğu deyilir;

– USD/JPY barədə qrafik analiz indikatorların göstıriciləri ilə üst-üstə düşür. İlkin dəstək 106.50, – 105.50, müqavimətlər 107.50, 107.90, 108.70 səviyyəsindədir;

734 punktluq eyforiya 260 punktluq ziyana səbəb oldu azar heç kimin ad-sanına baxmır. Onun üçün fərqi yoxdur, bazardakı adi treyderdir, ya Londondan və ya Nyu-Yorkdan olan iri bank. Son 2 həftə Deutsche Bank, Morgan Stanley, Credit Suisse kimi iri bankların ticarət statistikası göstərdi ki, iri həcmli itkilər baş verib.Əslində burada təəccüblü bir şey yoxdur, banklar trendlərdə qazancı artıra bilirlər.Amma diapazon ticarəti banklara ziyandan başqa bir şey gətirmir, bu spekulyantlar üçün əlverişlidir, onlar da trenddə adətən itirirlər. Deutsche Bank strateqləri 3 mayda dollar/ienanın satışından 734 punkt gəlir əldə etdilər, eyni zamanda avro/ienanın alışını açdıqlarını bildirdilər. (Alış 122.60 ,TP 128.00,SL 120.00). Cümə günü bu order 260 punkt zi-yanla bağlandı.

Page 7: Inforex Weekly#165

06INFOREX WEEKLY

Dalğa analizi EUR/USD, GBP/USD

Avro/dollarda (i) eniş impulsu formalaşmaqdadır. Göründüyü kimi [ii] ziqzaqı başa çatıb. Qısamüddətli planda enişin davamını gözləmək olar.

Funt (iii) uzanmasını formalaşdırmağa davam edir, üçüncü dalğa formalaşmaqdadır. Qısamüddətli planda korreksiya ola bilər, amma o başa çatdıqdan sonra yeni v of (iii) minimumlarının yaranacağı gözlənilir.

DALGA ANALİZI

Page 8: Inforex Weekly#165

INFOREX WEEKLY07

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal