inforex weekly#62

14
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°62 IYUN 2014 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 2 DALĞA ANALİZİ 11

Upload: inforex

Post on 10-Mar-2016

222 views

Category:

Documents


1 download

DESCRIPTION

InForex Weekly: treyderler ucun online heftelik Forex icmali

TRANSCRIPT

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°62 IYUN 2014

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 2 DALĞA

ANALİZİ11

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

INFOREX WEEKLY TEXNIKI ANAlİZ01

Eur/Usd

Fikrimcə qiymət 1.3515 səviyyəsindən yuxarıda qaldıqca qalxışa meylli ola bilər.Deyilən dəstək enişi məhdudlaşdırır.Ardında 1.3470 səviyyəsi mövcuddur,amma hıftı ərzində fundamental məlumatların azlığı güclü hərəkəti istisna edir.Diqqət mərkəzində olan müqavimətlər : 1.3670,1.3750.

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 02

Geoiyasi risklər sarı metal bazarına yenidən qayıdıb və bu fonda buğa rallisi müşahidə olunur.Həftə ərzində XAU/USD cütlüyündə buğa əhvalıın davam edəcəyini gözləmək olar, yaxın müqavimət isə 1330.90 səviyyəsindədir.

Həftəlik proqnoz 23 iyun – 27 iyun : XAU/USD

Avronun həftə ərzində gözlənilən hərəkəti

FRS planlı olaraq iqtisadiyyata əlavə olunan maaliyyə vəsaitlərini azaltmaqdadır. 2015-ci ilin ortalarında,hələ ola bilsin daha tez ABŞ-da faiz dərəcələri artırıla bilər,belə ki,məlumatlar ölkədəki vəziyyətin böhrandan əvvəlki səviyyəyə çatdığını əks etdirir.Ölkədə işsizlik səviyyəsinin azalması ,təsərrüfat xərclərinin artımı ,infliyasiyanın 2%-lik həddə yaxınlaşması müşahidə olunur.

Avrozonada isə əksinə,stimullaşdırıcı addımlara hələ indi başlanılır,MB isə əvvəlki iqtisadi templəri bərpa etmək üçün monetar siyasəti yumşaldır.İşsizlik səviyyəsinin 11.8% , infliyasiyanın isə 0.7% ətrfaında olması regionun ümumi vəziyyətini pisləşdirir. Bütün bunlar avronu təziq altında saxlaya bilər.Amma ki,avro/dollar ötən həftə texniki faktorlardan dəstək alaraq qalxışa başlayıb.Həftə ərzində qısamüddətli eniş və ardınca 1.3624; 1.3643; 1.3670; 1.3710 , 1.3740 səviyyələrinin yoxlanmasını gözləmək olar.

Korreksiya sapmasından sonra enişin yenilənməsi və 1.35 – 1.3470, 1.3450 yaxınlığına eniş mümkündür.

Funt/dollari həftə ərzində nə gözləyə bilər?

Ötən həftə cütlük çoxillik maksimumları yeniləyib və bununla da buğaların üstünlüyünü təstiq edib.Amma texniki şəklə baxsaq, aylıq indikatorların həddindən artıq alış zonasına daxil olduğunu görə bilərik,bu da qalxışı məhdudlaşdıra bilər.Eyni zamanda “MACD” dinamik indikatoru ayı divergensiyasını formalaşdırır və eniş tendeisiyasının başlaya biləcəyi barədə xəbərdarlıq edir.

Həftə ərzində funtun dinamikası dəyişilə bilər.Həftəlik təqvimdə İngiltərə Bankının infliyasiya hesabatı planlaşdırılıb.Əgər hesabatda infliyasiyanın aşağı düşməsi vurğulıanarsa,funt/dollar aşağı istiqamətdə dönüş formalaşdıra bilər.Bundan başqa M.Karninin də çıxışı gözlənilir ,əgər Karni çometar siyasətin sərtləşdiriləcəyindən danışarsa,cütlüyün qalxışını gözləmk lazımdır. Bütün bu deyilənləri nəzərə alaraq belə bir nəticəyə gələrik:Cütlük ilkin olaraq - 1.7063 maksimumunu yoxlaya bilər.Ardınca bu səviyyə yaxınlığında dönüş və : 1.6974; 1.6944; 1.6920; 1.69; 1.6888; 1.6842 , 1.68 ətrafına eniş gözləmək məntiqlidir

INFOREX WEEKLY TEXNIKI ANAlİZ03

BVF AMB-nin gördüyü tədbirlərin vəziyyətə nəzarət etmək üçün kifayət qədər effektli hesab etmir AMB-nin aşağı səviyyəli infliyasiya ilə apardığı mübarizəni qənaətbəxş hesab etmir.BVF son hesabatında Avropa monetar hakimiyyətini FRS təcrübəsindən yararlanmağa ,avrobondların kütləvi alışına başlamağa çağırır.BVF-in narahatlığı başa düşüləndir:M.Draqinin gördüyü tədbirlərə baxmayaraq onların effektivliyi hələ ki,görünmür . Adı çəkilən kütləvi zəiflədilmə tədbirləri iri requlyatoprların fəaliyyətində müşahidə olunsa da,mənfi faiz dərəcələrinin tətbiqi ilə ucuz kreditlərin eni anda tətbiqi təcrübəsi hələ ki,bank tarixində mövcüd deyil. AMB-də isə hesab edir ki,infliyasiyanın stabilləşdirilməsi üçün görülən tədbirlər vəziyyətə nəzarəti ələ almaq üçün kifayət edəcək.AMB idarəedici şurasının üzvü B.Kerre bildirir ki,hazırki şəraitdə qiymətli kağızların kütləvi alışına ehtiyac yoxdur.O dəqiqləşdirib ki,bu addım əvvəlki kimi AMB palitrasında mövcuddur,amma ondan istifadə infliyasiyanın aşağı səviyyədə uzun müddət qalacağı halda istifadə oluna bilər. Amma bunu da nəzərə alaq ki,son makroiqtisadi statistika zəifləməkdədir.BU halda beə bir sual yaranır:Hazırki vəziyyəti qalxış kimi qiymətləndirmək olar,ya iqtisadsiyyat növbəti böhran dalğası ərəfəsində nəfəsini dərir? BVF-ni də məhz bu risk narahat edir. BU dəfə də böhran başlayarsa,uzunmüddətli deflyasiya yarada bilər .Yaponiya təcrübəsi göstərir ki,deflyasiya spiralından çıxmaq üçün likvidliyin kütləvi artırılmasına başlanmalıdır.Və AMB nə qədər ki,mürəkkəb qəralar verməyi uzadırsa ola biləcək çətinliklərdən qurtulmaq da o qədər çətin olacaq.Depozit faiz dərəcələri ilə bağlı qərar isə vaxtında verilmiş qərar kimi adlandırıla bilməz.

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 04

BofAML ekspertləri Avro/dollar və qızılı satmağı tövsiyyə edirlər Bankda hesab edirlər ki,yaxın vaxtda dollar əsas valyutalar və qızıl ilə gümüş qarşısında bahalaşacaq. Avro/dollar: Son həftələrdə cütlük kifayət qədər aqressiv və xaotik ticarət aparıb və ortamüddətli periodda eniş tendensiyası bərpa oluna bilər. Biz cütlüyü $1.3676/1.3735 ərazisində, hədəf $1.3104 olmaqla satmağı tövsiyyə edirik;Qızıl: Fikrimizcə qiymətli metalın məzənnəsi $1334/1374 ətrafına çata bilər,ardınca isə eniş tendensiyası bərpa oluna bilər . Qızıl simmetrik konsolidasiya üçbucağı daxilində ticarət aparmaqdadır. Hesab edirik ki, məzənnə $1180 yaxınlığına düşə bilər.

BANKLARIN ortamüddətli perspektivüçün proqnozlar

Mizuho Bank-ın avro barədə şərhləri

Mizuho Bank iqtisadçısı Daysuke Karakama həftəlik hesabatda bildirir ki,avro/dolllar və avro/yena cütlükləri AMB-nin mövqeyi fonunda satış təzyiqi altında qalacaq.”AMB yəqin ki,avronu aşağı səviyyələrdə stabilləşdirmək üçün ciddi cəhdlər edəcək və bu-nun üçün bazarın pul-kredit siyasətində gözləmələrini istifadə edəcək.”-o qeyd edir.Amma Karakama xəbərdarllıq edir ki,satışların azalması səbəbindən vahid valyuta kəskin qalxa bilər.O EUR/USD cütlüyünün $1.3400-$1.3700, EUR/JPY cütlüyünün isə Y137-140 diapazonunda ticarət aparacağını gözləyir.

Mizuho Bank-ın avro barədə şərhləri

Mizuho Bank iqtisadçısı Daysuke Karakama həftəlik hesabatda bildirir ki,avro/dolllar və avro/yena cütlükləri AMB-nin mövqeyi fonunda satış təzyiqi altında qalacaq.”AMB yəqin ki,avronu aşağı səviyyələrdə stabilləşdirmək üçün ciddi cəhdlər edəcək və bu-nun üçün bazarın pul-kredit siyasətində gözləmələrini istifadə edəcək.”-o qeyd edir.Amma Karakama xəbərdarllıq edir ki,satışların azalması səbəbindən vahid valyuta kəskin qalxa bilər.O EUR/USD cütlüyünün $1.3400-$1.3700, EUR/JPY cütlüyünün isə Y137-140 diapazonunda ticarət aparacağını gözləyir.

UBS. Bəzi valyuta cütlüklərinə dair qısamüddətli period üçün texniki şərhlər

Avro/dollar Ayı trendi müşahidə olunur. Son qalxış hərəkəti əsas eniş hərəkəti daxilində korreksiya kimi qiymətləndirilə bilər. 1.3677 müqaviməti fikrimizcə toxunulmaz qalmalıdır .Enişin yenilənməsi ilk olaraq 1.3477 ,sonra isə 1.3248 dəstəklərinin yoxlanması ilə müşaiyət oluna bilər.

Dollar/yena. Neytral dinamika müşahidə olunur. Konsolidasiyanın inkişafı 103.02 müqaviməti ilə məhdudlaşa bilər. Eniş hərəkəti çərçivəsində 101.43 nöqtəsinin yoxlanması mümkündür. 100.76 səviyəsinin test edilməsi də istisna edilmir.

Funt/dollar . Buğa trendi müşahidə olunur.Trend indikatorları hələ qalxışın müəyyən vaxt da davam edə biləcəyini göstərir.Son olaraq 1.7332 səviyyəsi müqavimət, 1.6923 ətrafı dəstək ola bilər.

Aussi/dollar Vəziyyət neytraldır.Fokusda hazırda 0.9461 müqavimətidir,onun qırılması koridor ticarət diapazonunun genişlənməsinə səbəb ola bilər.İlkin dəstək 0.9322 ,sonrakı isə 0.9203 nöqtəsindədir.

INFOREX WEEKLY TEXNIKI ANAlİZ05

Commerzbank-Funt/dolları eniş gözləyir

Commerzbank analitiki K.Cons bildirir ki,hazırda bankın tərtib etdiyi dalğa sıralaması 1.6985/35 səviyyəsinə enişi nəzərdə tutur,ardınca isə 1.7040/65 müqavimətinə istiqamətlənmiş hərəkət gözlənilir.

Həftənin gözlənilən hadisələri: Çərşənbə axşamı Almaniya İfo Biznes mühiti, Çərşənbə ABŞ təkrar ÜDM qiymətləndirilməsi, Cümə axşamı 2 günlük Avropa sammiti, cümə günü Avrozona işgüzar əhval ruhiyyə indeksi diqqət mərkəzində olacaq.

FACEBOOK

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 06

EUR/USD cütlüyü təzyiq altındadır .Qiymət 1,378 müqavimətindən aşağıda qalıb və hədəflər 1,345 , 1,33 olmaqla satışlar üstün ola bilər. 1,378 səviyyəsinin yuxarı qırılması isə 1,4 və 1,4245 yaxınlığına qalxışa yol açar.

Əsas dəstək/müqavimətlər:1,4245 1,4 1,378 1,3541 1,345 1,33 1,31

EURUSD

INFOREX WEEKLY TEXNIKI ANAlİZ07

GBP/USD-ortamüddətli periodda 1,665 zonası dəstəkdir.Cütlük bu səviyyədən yuxarıda ticarət apardıqca hədəflər 1,74 və 1,79 olmaqla alışa üstünlük vermək olar.

1,665 dəstəyi aşağı qırılarsa 1,645 və 1,62 ətrafına eniş mümkündür.

Əsas dəstək/müqavimətlər:1.8471,79 1,74 1,704 1.6651,645 1,62 1,587

GBPUSD

08INFOREX WEEKLYTEXNIKI ANAlİZ

USD/JPY Dönüş nöqtəsi və dəstək :100,3.Qiymət rtamüddətli periodda bu dəstəkdən yuxarıda ticarət apara-rsa hədəf nöqtələri 103,7 və 105,45 olmaqla alışlar üstün olacaq. 100,3 dəstəyinin aşağı qırılacağı halda 97,7 və 96 ətrafına eniş mümkündür.

Əsas dəstək/müqavimətlər:107,5 105,45 103,7 102,095 100,3 97,7 96

USDJPY

INFOREX WEEKLY TEXNIKI ANAlİZ09

Qızıl 1332 ətrafından aşağıda ticarət aparmaqda davam edərsə,hədəflər 1235 ,1180 olmaqla satışlar üstün olacaq.1332 səviyyəsinin yuxarı qırılması 1390 və 1434 ətrafına qalxışa yol açacaq.

Əsas dəstək/müqavimətlər:1434 1390 1332 1281,35 1235 1180 1080

QIZIL

INFOREX WEEKLY11

“Dalğa+Fibonaççi analizi”

EUR/USD

Cütlük trendn eniş sahəsini yaratmaqdadır. Qalxış dalğası daxilində qiymətin 1,3618 , 1,3689 ətrafına qalxışı mümkündür ki, bu da 23,6% ,38,2% -lik Fibo səviyyəsinə uyğun gəlir .3 və ya C eniş dalğası daxilində 1,3520 nöqtəsinin yoxlanması mümkündür,bu 38,2% -lik Fibo səviyyəsinə uyğun gəlir. Ehtimal olunan eniş strukturu mürəkkəb forma alır və uzanmış şəklə düşə bilər.Bu dalğa sıralaması 2-ci və ya B dalğasının 3 dalğalı şəkil ala biləcəyini istisna etmir,amma bu şanslın zəif olduğunu göstərir.

Eniş dalğası hədəfləri:1,3520 – 38,2% -lik fibo1,3400

Qalxış dalğası hədəfləri:1,3618 – 23,6% -lik Fibo 1,3689 – 38,2% -lik Fibo

GBP/USD

Britaniya valyutası trendin qalxış sahəsini yaradır.Qalxış dalğası daxilində cütlük 71 və 72 -ci fiqur ətrafına qalxa bilər.Eniş dalğasının yaranması 1,6935 və 1,6871 yaxınlığına enişlə inkişaf edə bilər vəbu da 11,4% , 23,6%-lik Fibo səviyyələrinə uyğundur. Eniş koridorunun yuxarı xəttinin qırılması qalxışa kömək edəcək. 5 -ci dalğa uzanan mürəkkəb forma ala bilər. MACD divergensiyası isə cütlüyün eniş dalğası yaratmağa hazırlaşdığını göstərir.

Eniş dalğasının işlənməsi üçün hədəflər:

1,6935 – 11,4% -lik Fibo1,6871 – 23,6% -lik Fibo

Qalxış dalğası hədəfi:

1,7100

DALGA ANALIZI

TREYDERLƏR ÜÇÜN FORUM

INFOREX WEEKLYDALGA ANALIZI 12

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal