"İpəkçi" qəzeti, 14 yanvar 2010-cu il, №1-2 (2265-2266)

4
İPƏKÇİ İPƏKÇİ Heydər Əliyev: “...“İpəkçi”nin yaradıcı kollektivinə haqq-ədalət uğrunda mübarizə aparmaqda, bütün qüvvələri səfərbər etməkdə, hər bir oxucuda müstəqil Azərbaycanın sabahına inam yaratmaqda böyük uğurlar diləyirəm. AZƏRBAYCAN İPƏKÇİLƏRİNİN AÇIQ TRİBUNASI Qiyməti 20 qəpik 14 yanvar 2010-cu il № 1– 2 (2265 – 2266) Qəzet 1933-cü ildən nəşr edilir. Hörmətli oxucular. Məlumunuz olduğu kimi, “İpəkçi” qəzetinin redaktoru, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti Salis Məmmədovun ötən il yanvar ayının 29-da vəfat etməsindən sonra, qəzetimizin fəaliyyəti tam dayanmışdı və biz bu buraxılışla, düz 1 ildən sonra, “İpəkçi” qəzetinin nəşrini bərpa etmiş oluruq. Əslində, qəzetin nəşrini hələ sentyabr ayında bərpa etməyə çox yaxın idik, lakin texniki səbəblərdən o vaxt buna imkan olmadıı... “İpəkçi” qəzeti hal-hazırda özünün ən ağır dövrünü yaşamaqdadır, qəzetin nə redaksiya otağı, nə qəzet nəşrinə yetəcək maliyyə mənbəyi və nə də ki texni- ki bazası var. Artıq 1 ildir ki, biz rəsmi tədbirlərə də dəvət edilmirik... Lakin bütün bunlara baxmayaraq, biz bu fəhlə qəzetinin nəşrini davam etdirmək əzmindəyik! Biz, yenə də və daima, mərhum sabiq prezident Heydər Əliyevin dediyi kimi, haqq-ədalət uğrunda mübarizə aparacağıq, hər bir oxucuda müstəqil Azərbaycanın sabahına inam yaratmağa şalışacağıq! Biz, “İpəkçi”nin ənənələrinə sadiq qalacağıq, yenə də və daima Şəki və Azərbaycan ipəkçilərinin hüquqlarını müdafiə edəcəyik, Şəkinin və Azərbay- canın mədəni-siyasi, ictimai, iqtisadi həyatını işıqlandıracağıq və bu qəzetin uzun illər boyu qazandığı oxucu inamının itməməsinə, şöhrətinin daha da art- masına çalışacağıq. Həmçinin, arxivimizdə toplanmış materiallardan istifadə etməklə, “İpəkçi”nin nəşr olunmadığı müddət ərzində Şəkinin ictimai-siyasi, mədəni, iqtisadi həyatında baş vermiş dəyişiklikləri, “Şəki-İpək” ASC-nə aid dərc etmədiyimiz xəbərləri də, bir qədər gec də olsa, növbə ilə oxucularımızın diqqətinə çatdırmağa çalışacağıq. A. Məmmədov Redaksiyadan: “İPƏKÇİ” “İPƏKÇİ” QƏZETİNİN NƏŞRİ QƏZETİNİN NƏŞRİ DAVAM EDƏCƏKDİR! DAVAM EDƏCƏKDİR! O zaman biz Bakı Dövlət Uni- versitetində yarımgizli tələbə təş- kilatı yaradanda, xüsusilə, 20 Yan- var hadisələrindən sonra Sovet re- jiminə qarşı daha da vüsət almış milli-azadlıq hərəkatının tələbə qolunda iştirak edərkən, Salis Məmmədovun qəzeti, yazıları ilə də maraqlanırdıq. Çünki Salis Məmmədov 60-cı illərdə sovet jurnalistikasının dissidentlərindən biri olmuşdu. Tələbə vaxtı Bəx- tiyar Vahabzadənin məşhur “Gü- lüstan” poemasının əlyazmasını onun özündən alaraq indiki Şəki- də, “Nuxa fəhləsi” qəzetində nəşr etdirmişdi. Həmin qəzetin nüs- xələrini özü ilə gətirib Bakıda yaymışdı. Amma Bəxtiyar muəl- lim deyibmiş ki, daha yaymasın, çünki şairə çox ciddi təzyiqlər olub. İndiki gənclərin “Gülüstan” poemasından elə də xəbərləri yoxdur. Bu, Rusi- ya imperiyası ilə İran arasında Azərbaycanın iki yerə bölüşdürülməsinə dair imzalanmış Gülüstan müqaviləsinin adından götürülüb. Azərbaycanın böyük şairi Bəxtiyar Vahabzadə bu poemada Azərbaycanın iki yerə parçalanmasından, bunun xalqımızın milli faciəsi olmasından yazırdı. 60-cı illər Sovet İttifaqında Xruşşovun gətirdiyi “yumşalma” dövrü kimi tarixə düşsə də, rejim yenə də sərt idi. Xüsusilə də Azərbaycanda milli hisslərin və milli özünüdərkin oyanmasına qarşı çox amansız idi. Belə olmasaydı, Bəxtiyar Vahabzadə kimi elə o dövrdə də tanınmış və nüfuzlu şair öz poemasını Bakıda – respublika səviyyəli qəzetlərdən və ya ədəbi jurnallardan birində deyil, rayon qəzetində nəşr etdirməzdi. Belə olmasaydı, bu poemanın nəşrindən sonra ona qarşı təzyiqlər edilməzdi. İndi təsəvvür edin ki, res- publika rəhbərliyinin də yaxşı tanıdığı və yeri gələndə, möv- qeyi ilə hesablaşmağa məcbur olduğu bir ziyalı bu qədər təzyiqə rast gəlirdisə, görün, həmin poemanı aparıb rayon qəzetində çap etdirən qiyabiçi tələbə nələr çəkib! Biz - səksəninci illərin yeni- dənqurma dövrünün tələbə- ləri, bunu yaxşı təsəvvür edirik. Yazılarının çoxunu “M. Salis” imzası ilə dərc etdirən məşhur jurnalist 1990- cı ilin 20 Yanvar faciəsinə görə qəzetin başlığındakı “Bütün ölkələrin proletar- ları, birləşin!” şüarını redaktoru olduğu “İpəkçi” qəzetindən yığışdırmışdı. Ay- dın Məmmədov yazır ki, Salis Məmmədovun sovet illərində “İpəkçi” qəzetində qaldırdığı məsələlər İttifaq nazirliklərində müzakirələrə səbəb olurdu, hətta bə- zi hallarda qəzeti xəlvəti çap etmək lazım gəlirmiş. Müstəqillik illərində müstə- qil “Şəkinin səsi” qəzetini yaradan Salis Məmmədov, bu dövrdə də öz tənqidi jurnalistikasını davam etdirib. Onu Heydər Əliyev də, Əbülfəz Elçibəy də, Ayaz Mütəllibov da, onlardan qabaq respublikaya rəhbərlik etmiş Əbdür-rəh- man Vəzirov da, Kamran Bağırov da, İmam Mustafayev də tanıyırdı. Salis Məmmədov bütün dövrlərdə öz sözünü deyib. Bəzən biz - yeni nəslin qələm sahibləri, sovet dövründə o zamankı partiya-sovet mətbuatında çalışmış əksər həmkarlarımızın istedadını və xidmətlərini görməməzliyə vururuq. Bütün neqativləri ilə yanaşı, o dövrün mətbuatında da həqiqəti çətinliklə də olsa, de- yən insanlar vardı. Onu yaddan çıxarmamalıyıq ki, 80-ci illərin axırında Azər- baycanda alternativ, siyasi rejimdən müstəqil medianın əsasını qoymuş Nəcəf Nəcəfov da partiya-sovet mətbuatından çıxmışdı. Nəcəf Nəcəfov kimi Salis də (amma əyalət qəzetində) o sistemin mətbuatında sistemi tənqid edənlərdəndi. O, həm də sübuta yetirmişdi ki, ölkənin harasında yaşamasından asılı olmaya- raq, gerçək Azərbaycan ziyalısı, öz sözünü bütün səviyyələrdə deyə bilər və deməlidir də. Sonda qəzetimiz adından və öz adımdan Salis müəllimin ailəsinə və yaxın- larına başsağlığı verirəm. Allah rəhmət. Bəhəddin Həziyev Onu Heydər Əliyev də, Əbülfəz Elçibəy də, Ayaz Mütəllibov da, onlardan qabaq respublikaya rəhbərlik edən Əbdürrəhman Vəzirov da, Kamran Bağırov da, İmam Mustafayev də tanıyırdı. Salis Məmmədov bütün dövrlərdə öz sözünü deyib. ”. SOVET JURNALİSTİKASININ SOVET JURNALİSTİKASININ ƏYALƏT DİSSİDENTİ ƏYALƏT DİSSİDENTİ A. Məmmədov: Şahin bəy, 2009- cu il üçün istehsal və yeniliklər barədə nə deyə bilərsiniz? Ş. Əzimov: Ümumiyyətlə, 2009-cu ilin 9 ayı ərzində, Səhmdar Cəmiy- yətdə bütün istehsal sahələri üzrə 2 milyon 607 min manatlıq məhsul is- tehsal olunmuşdur. Məhsulun satış məbləği isə 1 milyon 347 min manat- dan çox olmuşdur. Müəssisədə 17 ton xam ipək, 635 ton pambıq sap, 470 min kvadratmetr ipək və pambıq parça, 18,5 min kvadratmetr güllü parça, 163 min 500 ədəd kəlağayı istehsal olun- muş, xalça sexində 89,5 kvadratmetr ipək xalça toxunmuşdur. Baramaaçan sexinin fəaliyyətini yaxşılaşdırmaq üçün, burada Çin Xalq Respublikasında istehsal olunmuş və dəyəri 493,7 min avro olan 4 ədəd ba- ramaaçan, 4 ədəd baramasarıyan, bara- ma buğa verən dəzgah, yeni vakuum aparatı və laboratoriya avadanlığı qu- raşdırılmışdır. Baramasarıyan dəzgah- ların hər birinin gündəlik istehsal gücü, sapların növündən asılı olmaqla, 40 ki- loqramdan 70 kiloqrama qədərdir. Onu da qeyd edim ki, yeni dəzgahların qu- raşdırılması nəticəsində baramaaçan istehsalatında əmək məhsuldarlığı 6-7 dəfə, istehsal isə 2,5 dəfə artmış, ener- ji daşıyıcılarına sərf olunan xərclər 3-4 dəfə azalmışdır. Həm də, əl əməyinin tətbiqi də xeyli azalmış və istehsal edilən məhsulun keyfiyyəti dünya standartları səviyyəsinə çatmışdır. Bu yaxınlarda müəssisədə yeni is- tehsal sahəsi- pambıq sap əyirmə sexi də fəaliyyətə başlamışdır. Burada Al- maniyanın “RİTER” firmasının dəz- gahları quraşdırılmışdır. Bundan əla- və, səhmdar cəmiyyətin nəzdində yeni tikiş sexi yaradılmış, burada məktəbli geyimləri və digər tikiş məmulatları- nın istehsalına başlanılmışdır. A. Məmmədov: 2009-cu ilin bəzi aylarında “Şəki-İpək” ASC-nin bir neçə istehsalatında iş dayanmışdı və işçilər öz hesablarına məzuniyyətə göndərilmişdilər. Səbəb nə idi? Ş. Əzimov: Bizim istehsal etdiyimiz məhsullar, heç də hazır məhsul deyil, ikinci bir müəssisə üçün xam maldır, məsələn, bəzi məhsullarımız saplardır, bunları da digər müəssisələr alıb işlə- dirlər, parça toxuyurlar, yaxud çorab və s. müxtəlif şeylər toxuyub satırlar. Əl- bəttə ki bu müəssisələrin bazarında, dünyadakı iqtisadi tənəzzüllə bağlı, kasadlıq əmələ gələndə, onlar istehsalı azaltmağa məcbur olurlar, istehsalın azalması isə öz növbəsində onların xam mala olan tələbatının azalmasına səbəb olur. Nəticədə, bizim müş- tərilərin sayında və ya ikinci müəssisə- lər üçün bazara çıxardığımız məhsulun həcmində də təbii ki azalma baş verir. Bu zaman isə biz də məcbur oluruq ki bəzi məhsullarımızın istehsalını azal- daq, istehsalda fəsilələr edək, işləyib anbara yığmaqdansa, əsas fikri isteh- sal etdiyimiz malların satışına yönəl- dirik, biz əvvəlcə, istehsal etdiyimiz malları satmalıyıq. Bizim istehsal etdi- yimiz hansısa mala tələbat azalanda, biz də həmin malın istehsalını azaltma- ğa, ya da dayandırmağa məcbur olu- ruq. Çalışırıq ki əvvəl anbarda olan malı sataq, yeni müştərilər tapaq və s. A. Məmmədov: Müştərilər barədə nə deyə bilərsiniz, sizin məhsullar Azərbaycanda çox satılır, ya xaricdə? Ş. Əzimov: Müştərilərimiz, Azər- baycanda da var, ölkə xaricində də. Ən çox mal göndərdiyimiz xarici ölkə isə Rusiya Federasiyasıdır. A. Məmmədov: Yeni istehsal sahə- ləri haqqında nə deyə bilərsiniz? Mə- sələn, xalçaçılıq, pambıq sexləri, bu sa- hələr özünü doğruldur, ya doğrultmur? Ş. Əzimov: Xalçaçılıq özünü doğ- ruldur, bu bizdə təzə sahədir, pambıq emalı, daha doğrusu pambıq sap ema- lı, pamdıq əyirici seximiz var, bu da özünü doğruldur, amma əsas məsələ dünyadakı iqtisadi böhrandır, əgər böhran aradan qalxarsa, həmin sahələr daha çox gəlirli sahələr ola bilər. A. Məmmədov: Bəs pamdıq sap, pambıq parça istehsalında təhlükəsiz- lik qaydalarına nə dərəcədə riayət edi- lir. Bildiyimiz kimi, bu çox təhlükəli sahədir, texnologiyaları, ipək sap, ipək parça istehsalı texnologiyalarından xeyli fərqlənir. Xatırlayıram ki, ötən əsrin 90-cı illərinin əvvəllərində, süni ipəyin qıtlığı ilə əlaqədar, bəzi dəzgah- larda, təzəcə, pambıq parça toxunma- sına başlanmışdı ki, 2 dəzgah alışıb yandı. Yəni demək istəyirəm ki, müəs- sisə bu məhsulun istehsalına tam ha- zırdımı? Ş. Əzimov: Tam hazırdır, düzdür, texnologiya fərqlidir, lakin bizim üçün, heç də o qədər çətin texnologiya hesab edilə bilməz. Bizim pambıq sap emal edən seximiz bütün standartlara cavab verir. Orada normal qaydada istehsal prosesləri gedir, bütün normativlərə uyğun olaraq, təhlükəsizlik texnikasına uyğun olaraq. Orada avtomatik nəzarət cihazları quraşdırılmışdır, hər şeyə, nəmliyə, temperatura kompüterlə nəza- rət edilən bir sistem var. A. Məmmədov: Dövlət səviyyəsin- də kömək varmı? Ş. Əzimov: Dövlətin köməyi, hamı- nın üzərində həmişə var. Dövlətin kö- məyi olmasa, heç bir sahədə iş gedə bilməz. A. Məmmədov: Məsələn, Azər- baycanda armatur istehsalına başlanı- lan kimi, xaricdən gətirilən armatur üçün gömrük haqqı artırıldı. Əgər belə etməsəydilər, yerli istehsal, indikindən xeyli ucuz qiymətə satılmalı idi və bu halda da, Azərbaycanda onun istehsalı sərfəli olmazdı! Yəni demək istəyirəm ki, xaricdən gətirilən parça, ipək sap və s.lər üçün də gömrük rüsumunun artırılmasına ehtiyac yoxdurmu? Ş. Əzimov: Bizim istehsal etdiyi- miz pambıq və ipək parçalarla eyni çe- şidlərdə xaricdən gətirilən parçalar o qədər də çox deyil. A. Məmmədov: Mümkünsə, deyə birlərsinizmi, burada nə qədər adam işləyir və maaşları da nə qədərdir, ha- mı standart maaş alırmı? Ş. Əzimov: 1000 nəfərdən çox işçi- miz var. Müəssisənin gəliri artarsa, maaşlar da artırıla bılər. 2009-cu il üçün orta əməkhaqqı 150 manat ol- muşdur. Elə sahələr var ki əməkhaqqı, görülmüş işə görə hesablanır, bəzi sahələrdə isə aylıqdır. A. Məmmədov: Əgər sirr deyilsə, deyə bilərsinizmi, 2010-cü il üçün müəssisə üçün nə kimi layihələriniz var? Ş. Əzimov: Bu il müəssisənin toxu- cu, burucu və boyaq-bəzək sexlərində də yeni dəzgah və avadanlıqların quraşdırılması nəzərdə tutulur. Mə- sələn, bizim planımız var ki, boyaq- bəzək istehsalatını daha da gücləndir- mək, işə salmaq üçün, pambıq sap bo- yama aparatları alaq, sonra, dəsmal və maxer tipli parçaların istehsalı, ondan sonra, məqsədimiz var xalça dəzgahı almaq, bilirsiz ki, bizdə toxunan xalça- lar hamısı əl ilə toxunan xalçalardır, ola bilsin ki, indi mexaniki xalça dəz- gahları alaq, yəni burada həm süni və həm də təbii liflərdən xalça toxunsun, o da böyük xərc tələb edən bir işdir, amma bunlar hamısı bizim planımızda var. A. Məmmədov: Baramanı haradan alırsınız? Ş. Əzimov: Şəkinin özündə, Azər- baycanın özündə də bunun istehsalı var, bir az, az miqdardadı, əsasən Öz- bəkistandan və İrandan alırıq hal-ha- zırda, çünki Azərbaycanda yetişdirilən barama, bizim illik tələbatımızı ödə- mir. Tut bağlarının, torpaqların kənd əhalisi arasında pay bölgüsü zamanı paylanması nəticəsində, tut bağlarının əksəriyyəti əhaliyə verildiyindən, onlar da özləri öz məqsədləri üçün istifadə etdiklərindən, bir çox yerlərdə tut bağ- ları qırılıb məhv edilmişdir. Yəni, tut ağaclarını kəsib, yerində bostan əkən var, taxıl əkən var. Hər kəsin öz sahə- sidir, özü, öz ürəyi istədiyi kimi istifa- də edir. Amma indi tut bağlarının bər- pası istiqamətində işlər görülməkdədir. A. Məmmədov: Sizin işlətdiyiniz baramanın təxminən neçə faizi yerli xammaldır? Ş. Əzimov: Çox az, cəmi, 5-10 %. A. Məmmədov: Qabaqlar Şəkidə “Şəki-1”, “Şəki-2” adlı yerli barama növləri var idi, o növlər indi dururmu? Barama toxumunu haradan alırsınız? Ş. Əzimov: Bizdə də, Şəkidə, Qren zavodda hazırlanır, amma ki Çin bara- ma növlərinin toxumudur. O əvvəlki “Şəki-1”, “Şəki-2” məhv oldu. Ümu- miyyətlə, barama növləri elə bir şeydir ki, o uzunmüddətli olmur, yəni növ dəyişilməlidir, qocalandan sonra heç nəyə yaramır. “Şəki-1”, “Şəki-2” ən az 15-20 il bundan əvvəlki növlərdi, am- ma 3-4 ildən bir nəsil yenilənməlidir, yeni növlər tapılmalıdır. Hal-hazırda bizim qren zavod o səviyyədə işləmir ki yeni növlər hazırlasın. A. Məmmədov: Müsahibəniz üçün təşəkkür edirən. Ş. Əzimov: Mən də sizə təşəkkür edirəm ki “İpəkçi” qəzetini nəşrini bərpa edirsiniz və bu istiqamətdə sizə müvəffəqiyyətlər arzulayıram. “ŞƏKİ-İPƏK” ASC “ŞƏKİ-İPƏK” ASC 2009-CU İLDƏ 2009-CU İLDƏ Müsahibimiz, müəssisənin texniki direktori Şahin Əzimovdur M. Salis (1932 -2009) Adı, atasının adı, soyadı səs d 1.Fikrət Neymət oğlu Cəfərov, 6177 2.Arzu Əhməd oğlu Abdulhəmidov, 5762 3.Gülnaz Mustafa qızı Salamova, 5599 4.Abid Mircavad oğlu Abbasov, 5230 5.Abduləli Lütvəli oğlu Axundov, 5101 6.Cavad Məmməd oğlu İsmayıllı, 4782 7.Sahib Ələkbər oğlu Əlişanbəyli, 4779 8.Nazim Tacəddin oğlu Məmmədov, 4715 9.Vüsal Natiq oğlu Xasməmmədov, 4702 10.Etibar Məsim oğlu Nuriyev, 4684 11.Rəfael Məcid oğlu Musayev, 4643 12.Aynur Namiq qızı Hüseynova, 4603 13.Elnarə Əliheydər qızı Hümmətova, 4562 14.Əbülfəz Ənvər oğlu Bağırov, 4545 15.Məmmədiyə Qənbər oğlu Əjdərov, 4492 16.Qoşqar Asim oğlu Mustafayev, 4492 17.Məhəmməd Hətəm oğlu Mustafayev, 4471 23 DEKABR 2009-CU İL 23 DEKABR 2009-CU İL SEÇKİLƏRİNDƏ SEÇİLMİŞ SEÇKİLƏRİNDƏ SEÇİLMİŞ ŞƏKİ ŞƏHƏR BƏLƏDİYYƏSİ ŞƏKİ ŞƏHƏR BƏLƏDİYYƏSİ ÜZVÜLƏRİ ÜZVÜLƏRİ Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda dekabrın 19-da başlanmış çövkən oyunu üzrə yarış dekabrın 22-də başa çatmışdır. Yarışın sonuncu günü çövkən oyununun final qarşılaşmasında Şəki və Ağdam komandaları üz-üzə gəlmişlər. Rəqiblərini 1:0 hesabı ilə məğlub edən Şəki komandası növbəti dəfə bu milli oyunun qalibi adını qazanmışdır. 3-cü yerə balakənlilərə 2:1 hesabı ilə qalib gəlmiş ağstafalılar çıxmışlar. Bir gün əvvəl yekunlaşmış sür papaq oyunu üzrə yarışda isə Oğuz koman- dası qalib adını qazanmışdır. Sonrakı yerləri Ağcabədi, Qax və Zaqatala komandaları tutmuşlar. Papaq oyunu üzrə yarışın qalibi isə Goranboy koman- dası olmuşdur. İsmayıllı komandası 2-ci, yevlaxlılar isə 3-cü yerə çıxmışlar. Final görüşündən sonra komandaların mükafatlandırılması mərasimi olmuş- dur. Yarışlarda iştirak edən 12 komandanın hər birinə Mədəniyyət və Turizm Nazirliyinin fəxri diplomu, pul mükafatı, Şəki Şəhər İcra Hakimiyyətinin qiymətli hədiyyələri verilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin məsul nümayəndəsi Cavanşır Cəfərov, şəhər İcra hakimiyyətinin başçısı Nazim İbrahimov Şəki komandasına baş mükafatı - Prezident Kubokunu təqdim etmişlər. ŞƏKİ KOMANDASI ÇÖVKƏN OYUNUNUN QALİBİDİR ŞƏKİ KOMANDASI ÇÖVKƏN OYUNUNUN QALİBİDİR Təbrik edirik! ABİD ABİD ŞƏRİFOV ŞƏRİFOV “ŞƏRƏF” “ŞƏRƏF” ORDENİ ORDENİ ALDI ALDI Azərbaycan prezidenti İlham Əliyev 2009-cu il yanvar ayının 4-də dövlət qul- luğunda uzun müddət səmərəli fəaliyyət görə Abid Qoca oğlu Şərifovu “Şərəf” ordeni ilə təltif etmişdir. A.Şərifov 1940-cı ildə Şəkidə anadan olmuşdur. O, hal-hazırda Azərbaycan Baş Nazirinin müavinidir. Qeyd: Bu foto 2007-ci ildə, Şəki şəhər 10 №-li məktəbdə keçirilmiş tədbir zamanı, mərhum S. Məmmədov tərəfin- dən çəkilmişdir. 12 anvar:qezet.qxd 14.01.2010 20:17 Page 1

Upload: ipkci

Post on 22-Mar-2016

249 views

Category:

Documents


0 download

DESCRIPTION

Azərbaycan İpəkçilərinin Açıq Tribunası

TRANSCRIPT

Page 1: "İpəkçi" qəzeti, 14 yanvar 2010-cu il, №1-2 (2265-2266)

İPƏKÇİİPƏKÇİHeydər Əliyev: “...“İpəkçi”nin yaradıcı kollektivinə haqq-ədalət uğrunda mübarizə aparmaqda, bütün qüvvələri

səfərbər etməkdə, hər bir oxucuda müstəqil Azərbaycanın sabahına inam yaratmaqda böyük uğurlar diləyirəm.

AZƏRBAYCAN İPƏKÇİLƏRİNİN AÇIQ TRİBUNASI

Qiyməti 20 qəpik14 yanvar 2010-cu il № 1– 2 (2265 – 2266)Qəzet 1933-cü ildən nəşr edilir.

Hörmətli oxucular. Məlumunuz olduğu kimi, “İpəkçi” qəzetinin redaktoru, Azərbaycan

Respublikasının Əməkdar Jurnalisti Salis Məmmədovun ötən il yanvar ayının29-da vəfat etməsindən sonra, qəzetimizin fəaliyyəti tam dayanmışdı və biz buburaxılışla, düz 1 ildən sonra, “İpəkçi” qəzetinin nəşrini bərpa etmiş oluruq.

Əslində, qəzetin nəşrini hələ sentyabr ayında bərpa etməyə çox yaxın idik,lakin texniki səbəblərdən o vaxt buna imkan olmadıı...

“İpəkçi” qəzeti hal-hazırda özünün ən ağır dövrünü yaşamaqdadır, qəzetinnə redaksiya otağı, nə qəzet nəşrinə yetəcək maliyyə mənbəyi və nə də ki texni-ki bazası var. Artıq 1 ildir ki, biz rəsmi tədbirlərə də dəvət edilmirik... Lakinbütün bunlara baxmayaraq, biz bu fəhlə qəzetinin nəşrini davam etdirməkəzmindəyik!

Biz, yenə də və daima, mərhum sabiq prezident Heydər Əliyevin dediyikimi, haqq-ədalət uğrunda mübarizə aparacağıq, hər bir oxucuda müstəqilAzərbaycanın sabahına inam yaratmağa şalışacağıq!

Biz, “İpəkçi”nin ənənələrinə sadiq qalacağıq, yenə də və daima Şəki vəAzərbaycan ipəkçilərinin hüquqlarını müdafiə edəcəyik, Şəkinin və Azərbay-canın mədəni-siyasi, ictimai, iqtisadi həyatını işıqlandıracağıq və bu qəzetinuzun illər boyu qazandığı oxucu inamının itməməsinə, şöhrətinin daha da art-masına çalışacağıq.

Həmçinin, arxivimizdə toplanmış materiallardan istifadə etməklə,“İpəkçi”nin nəşr olunmadığı müddət ərzində Şəkinin ictimai-siyasi, mədəni,iqtisadi həyatında baş vermiş dəyişiklikləri, “Şəki-İpək” ASC-nə aid dərcetmədiyimiz xəbərləri də, bir qədər gec də olsa, növbə ilə oxucularımızındiqqətinə çatdırmağa çalışacağıq.

A. Məmmədov

Redaksiyadan:

“İPƏKÇİ” “İPƏKÇİ” QƏZETİNİN NƏŞRİQƏZETİNİN NƏŞRİ

DAVAM EDƏCƏKDİR!DAVAM EDƏCƏKDİR!

O zaman biz Bakı Dövlət Uni-versitetində yarımgizli tələbə təş-kilatı yaradanda, xüsusilə, 20 Yan-var hadisələrindən sonra Sovet re-jiminə qarşı daha da vüsət almışmilli-azadlıq hərəkatının tələbəqolunda iştirak edərkən, SalisMəmmədovun qəzeti, yazıları ilədə maraqlanırdıq. Çünki SalisMəmmədov 60-cı illərdə sovetjurnalistikasının dissidentlərindənbiri olmuşdu. Tələbə vaxtı Bəx-tiyar Vahabzadənin məşhur “Gü-lüstan” poemasının əlyazmasınıonun özündən alaraq indiki Şəki-də, “Nuxa fəhləsi” qəzetində nəşretdirmişdi. Həmin qəzetin nüs-xələrini özü ilə gətirib Bakıdayaymışdı. Amma Bəxtiyar muəl-lim deyibmiş ki, daha yaymasın,çünki şairə çox ciddi təzyiqlər olub.

İndiki gənclərin “Gülüstan” poemasından elə də xəbərləri yoxdur. Bu, Rusi-ya imperiyası ilə İran arasında Azərbaycanın iki yerə bölüşdürülməsinə dairimzalanmış Gülüstan müqaviləsinin adından götürülüb. Azərbaycanın böyükşairi Bəxtiyar Vahabzadə bu poemada Azərbaycanın iki yerə parçalanmasından,bunun xalqımızın milli faciəsi olmasından yazırdı. 60-cı illər Sovet İttifaqındaXruşşovun gətirdiyi “yumşalma” dövrü kimi tarixə düşsə də, rejim yenə də sərtidi. Xüsusilə də Azərbaycanda milli hisslərin və milli özünüdərkin oyanmasınaqarşı çox amansız idi. Belə olmasaydı, Bəxtiyar Vahabzadə kimi elə o dövrdədə tanınmış və nüfuzlu şair öz poemasını Bakıda – respublika səviyyəliqəzetlərdən və ya ədəbi jurnallardan birində deyil, rayon qəzetində nəşr

etdirməzdi. Belə olmasaydı,bu poemanın nəşrindən sonraona qarşı təzyiqlər edilməzdi.

İndi təsəvvür edin ki, res-publika rəhbərliyinin də yaxşıtanıdığı və yeri gələndə, möv-qeyi ilə hesablaşmağaməcbur olduğu bir ziyalı buqədər təzyiqə rast gəlirdisə,görün, həmin poemanı aparıbrayon qəzetində çap etdirənqiyabiçi tələbə nələr çəkib!Biz - səksəninci illərin yeni-dənqurma dövrünün tələbə-

ləri, bunu yaxşı təsəvvür edirik.Yazılarının çoxunu “M. Salis” imzası ilə dərc etdirən məşhur jurnalist 1990-

cı ilin 20 Yanvar faciəsinə görə qəzetin başlığındakı “Bütün ölkələrin proletar-ları, birləşin!” şüarını redaktoru olduğu “İpəkçi” qəzetindən yığışdırmışdı. Ay-dın Məmmədov yazır ki, Salis Məmmədovun sovet illərində “İpəkçi” qəzetindəqaldırdığı məsələlər İttifaq nazirliklərində müzakirələrə səbəb olurdu, hətta bə-zi hallarda qəzeti xəlvəti çap etmək lazım gəlirmiş. Müstəqillik illərində müstə-qil “Şəkinin səsi” qəzetini yaradan Salis Məmmədov, bu dövrdə də öz tənqidijurnalistikasını davam etdirib. Onu Heydər Əliyev də, Əbülfəz Elçibəy də,Ayaz Mütəllibov da, onlardan qabaq respublikaya rəhbərlik etmiş Əbdür-rəh-man Vəzirov da, Kamran Bağırov da, İmam Mustafayev də tanıyırdı. SalisMəmmədov bütün dövrlərdə öz sözünü deyib. Bəzən biz - yeni nəslin qələmsahibləri, sovet dövründə o zamankı partiya-sovet mətbuatında çalışmış əksərhəmkarlarımızın istedadını və xidmətlərini görməməzliyə vururuq. Bütünneqativləri ilə yanaşı, o dövrün mətbuatında da həqiqəti çətinliklə də olsa, de-yən insanlar vardı. Onu yaddan çıxarmamalıyıq ki, 80-ci illərin axırında Azər-baycanda alternativ, siyasi rejimdən müstəqil medianın əsasını qoymuş NəcəfNəcəfov da partiya-sovet mətbuatından çıxmışdı. Nəcəf Nəcəfov kimi Salis də(amma əyalət qəzetində) o sistemin mətbuatında sistemi tənqid edənlərdəndi.O, həm də sübuta yetirmişdi ki, ölkənin harasında yaşamasından asılı olmaya-raq, gerçək Azərbaycan ziyalısı, öz sözünü bütün səviyyələrdə deyə bilər vədeməlidir də.

Sonda qəzetimiz adından və öz adımdan Salis müəllimin ailəsinə və yaxın-larına başsağlığı verirəm. Allah rəhmət.

Bəhəddin Həziyev

Onu Heydər Əl iyev də,Əbülfəz Elçibəy də, AyazMütəl l ibov da, onlardanqabaq respubl ikaya rəhbərl ikedən Əbdürrəhman Vəzirovda, Kamran Bağırov da, İmamMustafayev də tanıyırdı . Sal isMəmmədov bütün dövrlərdəöz sözünü deyib. ” .

SOVET JURNALİSTİKASININSOVET JURNALİSTİKASININƏYALƏT DİSSİDENTİƏYALƏT DİSSİDENTİ

A. Məmmədov: Şahin bəy, 2009-cu il üçün istehsal və yeniliklər barədənə deyə bilərsiniz?

Ş. Əzimov: Ümumiyyətlə, 2009-cuilin 9 ayı ərzində, Səhmdar Cəmiy-yətdə bütün istehsal sahələri üzrə 2milyon 607 min manatlıq məhsul is-tehsal olunmuşdur. Məhsulun satışməbləği isə 1 milyon 347 min manat-dan çox olmuşdur. Müəssisədə 17 tonxam ipək, 635 ton pambıq sap, 470min kvadratmetr ipək və pambıq parça,18,5 min kvadratmetr güllü parça, 163min 500 ədəd kəlağayı istehsal olun-muş, xalça sexində 89,5 kvadratmetripək xalça toxunmuşdur.

Baramaaçan sexinin fəaliyyətiniyaxşılaşdırmaq üçün, burada Çin XalqRespublikasında istehsal olunmuş vədəyəri 493,7 min avro olan 4 ədəd ba-ramaaçan, 4 ədəd baramasarıyan, bara-ma buğa verən dəzgah, yeni vakuumaparatı və laboratoriya avadanlığı qu-raşdırılmışdır. Baramasarıyan dəzgah-ların hər birinin gündəlik istehsal gücü,sapların növündən asılı olmaqla, 40 ki-loqramdan 70 kiloqrama qədərdir. Onuda qeyd edim ki, yeni dəzgahların qu-raşdırılması nəticəsində baramaaçanistehsalatında əmək məhsuldarlığı 6-7dəfə, istehsal isə 2,5 dəfə artmış, ener-ji daşıyıcılarına sərf olunan xərclər 3-4dəfə azalmışdır. Həm də, əl əməyinintətbiqi də xeyli azalmış və istehsaledilən məhsulun keyfiyyəti dünyastandartları səviyyəsinə çatmışdır.

Bu yaxınlarda müəssisədə yeni is-tehsal sahəsi- pambıq sap əyirmə sexidə fəaliyyətə başlamışdır. Burada Al-maniyanın “RİTER” firmasının dəz-gahları quraşdırılmışdır. Bundan əla-və, səhmdar cəmiyyətin nəzdində yenitikiş sexi yaradılmış, burada məktəbligeyimləri və digər tikiş məmulatları-nın istehsalına başlanılmışdır.

A. Məmmədov: 2009-cu ilin bəziaylarında “Şəki-İpək” ASC-nin birneçə istehsalatında iş dayanmışdı vəişçilər öz hesablarına məzuniyyətəgöndərilmişdilər. Səbəb nə idi?

Ş. Əzimov: Bizim istehsal etdiyimizməhsullar, heç də hazır məhsul deyil,ikinci bir müəssisə üçün xam maldır,məsələn, bəzi məhsullarımız saplardır,bunları da digər müəssisələr alıb işlə-dirlər, parça toxuyurlar, yaxud çorab vəs. müxtəlif şeylər toxuyub satırlar. Əl-bəttə ki bu müəssisələrin bazarında,dünyadakı iqtisadi tənəzzüllə bağlı,kasadlıq əmələ gələndə, onlar istehsalıazaltmağa məcbur olurlar, istehsalınazalması isə öz növbəsində onlarınxam mala olan tələbatının azalmasınasəbəb olur. Nəticədə, bizim müş-tərilərin sayında və ya ikinci müəssisə-lər üçün bazara çıxardığımız məhsulun

həcmində də təbii ki azalma baş verir.Bu zaman isə biz də məcbur oluruq kibəzi məhsullarımızın istehsalını azal-daq, istehsalda fəsilələr edək, işləyibanbara yığmaqdansa, əsas fikri isteh-sal etdiyimiz malların satışına yönəl-dirik, biz əvvəlcə, istehsal etdiyimizmalları satmalıyıq. Bizim istehsal etdi-yimiz hansısa mala tələbat azalanda,biz də həmin malın istehsalını azaltma-ğa, ya da dayandırmağa məcbur olu-ruq. Çalışırıq ki əvvəl anbarda olanmalı sataq, yeni müştərilər tapaq və s.

A. Məmmədov: Müştərilər barədənə deyə bilərsiniz, sizin məhsullarAzərbaycanda çox satılır, ya xaricdə?

Ş. Əzimov: Müştərilərimiz, Azər-baycanda da var, ölkə xaricində də. Ənçox mal göndərdiyimiz xarici ölkə isəRusiya Federasiyasıdır.

A. Məmmədov: Yeni istehsal sahə-ləri haqqında nə deyə bilərsiniz? Mə-sələn, xalçaçılıq, pambıq sexləri, bu sa-hələr özünü doğruldur, ya doğrultmur?

Ş. Əzimov: Xalçaçılıq özünü doğ-ruldur, bu bizdə təzə sahədir, pambıqemalı, daha doğrusu pambıq sap ema-lı, pamdıq əyirici seximiz var, bu daözünü doğruldur, amma əsas məsələdünyadakı iqtisadi böhrandır, əgərböhran aradan qalxarsa, həmin sahələrdaha çox gəlirli sahələr ola bilər.

A. Məmmədov: Bəs pamdıq sap,pambıq parça istehsalında təhlükəsiz-lik qaydalarına nə dərəcədə riayət edi-lir. Bildiyimiz kimi, bu çox təhlükəlisahədir, texnologiyaları, ipək sap, ipəkparça istehsalı texnologiyalarındanxeyli fərqlənir. Xatırlayıram ki, ötənəsrin 90-cı illərinin əvvəllərində, süniipəyin qıtlığı ilə əlaqədar, bəzi dəzgah-larda, təzəcə, pambıq parça toxunma-sına başlanmışdı ki, 2 dəzgah alışıbyandı. Yəni demək istəyirəm ki, müəs-sisə bu məhsulun istehsalına tam ha-zırdımı?

Ş. Əzimov: Tam hazırdır, düzdür,texnologiya fərqlidir, lakin bizim üçün,heç də o qədər çətin texnologiya hesabedilə bilməz. Bizim pambıq sap emaledən seximiz bütün standartlara cavabverir. Orada normal qaydada istehsalprosesləri gedir, bütün normativlərəuyğun olaraq, təhlükəsizlik texnikasınauyğun olaraq. Orada avtomatik nəzarətcihazları quraşdırılmışdır, hər şeyə,nəmliyə, temperatura kompüterlə nəza-rət edilən bir sistem var.

A. Məmmədov: Dövlət səviyyəsin-də kömək varmı?

Ş. Əzimov: Dövlətin köməyi, hamı-nın üzərində həmişə var. Dövlətin kö-məyi olmasa, heç bir sahədə iş gedəbilməz.

A. Məmmədov: Məsələn, Azər-baycanda armatur istehsalına başlanı-

lan kimi, xaricdən gətirilən armaturüçün gömrük haqqı artırıldı. Əgər beləetməsəydilər, yerli istehsal, indikindənxeyli ucuz qiymətə satılmalı idi və buhalda da, Azərbaycanda onun istehsalısərfəli olmazdı! Yəni demək istəyirəmki, xaricdən gətirilən parça, ipək sap vəs.lər üçün də gömrük rüsumununartırılmasına ehtiyac yoxdurmu?

Ş. Əzimov: Bizim istehsal etdiyi-miz pambıq və ipək parçalarla eyni çe-şidlərdə xaricdən gətirilən parçalar oqədər də çox deyil.

A. Məmmədov: Mümkünsə, deyəbirlərsinizmi, burada nə qədər adamişləyir və maaşları da nə qədərdir, ha-mı standart maaş alırmı?

Ş. Əzimov: 1000 nəfərdən çox işçi-miz var. Müəssisənin gəliri artarsa,maaşlar da artırıla bılər. 2009-cu ilüçün orta əməkhaqqı 150 manat ol-muşdur. Elə sahələr var ki əməkhaqqı,görülmüş işə görə hesablanır, bəzisahələrdə isə aylıqdır.

A. Məmmədov: Əgər sirr deyilsə,deyə bilərsinizmi, 2010-cü il üçünmüəssisə üçün nə kimi layihələrinizvar?

Ş. Əzimov: Bu il müəssisənin toxu-cu, burucu və boyaq-bəzək sexlərindədə yeni dəzgah və avadanlıqlarınquraşdırılması nəzərdə tutulur. Mə-sələn, bizim planımız var ki, boyaq-bəzək istehsalatını daha da gücləndir-mək, işə salmaq üçün, pambıq sap bo-yama aparatları alaq, sonra, dəsmal vəmaxer tipli parçaların istehsalı, ondansonra, məqsədimiz var xalça dəzgahıalmaq, bilirsiz ki, bizdə toxunan xalça-lar hamısı əl ilə toxunan xalçalardır,ola bilsin ki, indi mexaniki xalça dəz-gahları alaq, yəni burada həm süni vəhəm də təbii liflərdən xalça toxunsun,o da böyük xərc tələb edən bir işdir,amma bunlar hamısı bizim planımızdavar.

A. Məmmədov: Baramanı haradan

alırsınız?Ş. Əzimov: Şəkinin özündə, Azər-

baycanın özündə də bunun istehsalıvar, bir az, az miqdardadı, əsasən Öz-bəkistandan və İrandan alırıq hal-ha-zırda, çünki Azərbaycanda yetişdirilənbarama, bizim illik tələbatımızı ödə-mir. Tut bağlarının, torpaqların kəndəhalisi arasında pay bölgüsü zamanıpaylanması nəticəsində, tut bağlarınınəksəriyyəti əhaliyə verildiyindən, onlarda özləri öz məqsədləri üçün istifadəetdiklərindən, bir çox yerlərdə tut bağ-ları qırılıb məhv edilmişdir. Yəni, tutağaclarını kəsib, yerində bostan əkənvar, taxıl əkən var. Hər kəsin öz sahə-sidir, özü, öz ürəyi istədiyi kimi istifa-də edir. Amma indi tut bağlarının bər-pası istiqamətində işlər görülməkdədir.

A. Məmmədov: Sizin işlətdiyinizbaramanın təxminən neçə faizi yerlixammaldır?

Ş. Əzimov: Çox az, cəmi, 5-10 %.A. Məmmədov: Qabaqlar Şəkidə

“Şəki-1”, “Şəki-2” adlı yerli baramanövləri var idi, o növlər indi dururmu?Barama toxumunu haradan alırsınız?

Ş. Əzimov: Bizdə də, Şəkidə, Qrenzavodda hazırlanır, amma ki Çin bara-ma növlərinin toxumudur. O əvvəlki“Şəki-1”, “Şəki-2” məhv oldu. Ümu-miyyətlə, barama növləri elə bir şeydirki, o uzunmüddətli olmur, yəni növdəyişilməlidir, qocalandan sonra heçnəyə yaramır. “Şəki-1”, “Şəki-2” ən az15-20 il bundan əvvəlki növlərdi, am-ma 3-4 ildən bir nəsil yenilənməlidir,yeni növlər tapılmalıdır. Hal-hazırdabizim qren zavod o səviyyədə işləmirki yeni növlər hazırlasın.

A. Məmmədov: Müsahibəniz üçüntəşəkkür edirən.

Ş. Əzimov: Mən də sizə təşəkküredirəm ki “İpəkçi” qəzetini nəşrinibərpa edirsiniz və bu istiqamətdə sizəmüvəffəqiyyətlər arzulayıram.

“ Ş Ə K İ - İ P Ə K ” A S C“ Ş Ə K İ - İ P Ə K ” A S C2 0 0 9 - C U İ L D Ə2 0 0 9 - C U İ L D Ə

M ü s a h i b i m i z , m ü ə s s i s ə n i n t e x n i k i d i r e k t o r i Ş a h i n Ə z i m o v d u r

M. Salis (1932 -2009)

Adı, atasının adı, soyadı səs

d

1.Fikrət Neymət oğlu Cəfərov, 61772.Arzu Əhməd oğlu Abdulhəmidov, 57623.Gülnaz Mustafa qızı Salamova, 55994.Abid Mircavad oğlu Abbasov, 52305.Abduləli Lütvəli oğlu Axundov, 51016.Cavad Məmməd oğlu İsmayıllı, 47827.Sahib Ələkbər oğlu Əlişanbəyli, 47798.Nazim Tacəddin oğlu Məmmədov, 47159.Vüsal Natiq oğlu Xasməmmədov, 470210.Etibar Məsim oğlu Nuriyev, 468411.Rəfael Məcid oğlu Musayev, 464312.Aynur Namiq qızı Hüseynova, 460313.Elnarə Əliheydər qızı Hümmətova, 456214.Əbülfəz Ənvər oğlu Bağırov, 454515.Məmmədiyə Qənbər oğlu Əjdərov, 449216.Qoşqar Asim oğlu Mustafayev, 449217.Məhəmməd Hətəm oğlu Mustafayev, 4471

23 DEKABR 2009-CU İL23 DEKABR 2009-CU İLSEÇKİLƏRİNDƏ SEÇİLMİŞSEÇKİLƏRİNDƏ SEÇİLMİŞ

ŞƏKİ ŞƏHƏR BƏLƏDİYYƏSİŞƏKİ ŞƏHƏR BƏLƏDİYYƏSİÜZVÜLƏRİ ÜZVÜLƏRİ

Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq TurizmMərkəzində Prezident Kuboku uğrunda dekabrın 19-da başlanmış çövkənoyunu üzrə yarış dekabrın 22-də başa çatmışdır.

Yarışın sonuncu günü çövkən oyununun final qarşılaşmasında Şəki vəAğdam komandaları üz-üzə gəlmişlər. Rəqiblərini 1:0 hesabı ilə məğlub edənŞəki komandası növbəti dəfə bu milli oyunun qalibi adını qazanmışdır. 3-cüyerə balakənlilərə 2:1 hesabı ilə qalib gəlmiş ağstafalılar çıxmışlar.

Bir gün əvvəl yekunlaşmış sür papaq oyunu üzrə yarışda isə Oğuz koman-dası qalib adını qazanmışdır. Sonrakı yerləri Ağcabədi, Qax və Zaqatalakomandaları tutmuşlar. Papaq oyunu üzrə yarışın qalibi isə Goranboy koman-dası olmuşdur. İsmayıllı komandası 2-ci, yevlaxlılar isə 3-cü yerə çıxmışlar.

Final görüşündən sonra komandaların mükafatlandırılması mərasimi olmuş-dur. Yarışlarda iştirak edən 12 komandanın hər birinə Mədəniyyət və TurizmNazirliyinin fəxri diplomu, pul mükafatı, Şəki Şəhər İcra Hakimiyyətininqiymətli hədiyyələri verilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin məsulnümayəndəsi Cavanşır Cəfərov, şəhər İcra hakimiyyətinin başçısı Nazimİbrahimov Şəki komandasına baş mükafatı - Prezident Kubokunu təqdimetmişlər.

ŞƏKİ KOMANDASI ÇÖVKƏN OYUNUNUN QALİBİDİRŞƏKİ KOMANDASI ÇÖVKƏN OYUNUNUN QALİBİDİR

Təbrik edirik!

ABİDABİDŞƏRİFOVŞƏRİFOV“ŞƏRƏF”“ŞƏRƏF”ORDENİORDENİ

ALDIALDIAzərbaycan prezidenti İlham Əliyev

2009-cu il yanvar ayının 4-də dövlət qul-luğunda uzun müddət səmərəli fəaliyyətgörə Abid Qoca oğlu Şərifovu “Şərəf”ordeni ilə təltif etmişdir.

A.Şərifov 1940-cı ildə Şəkidə anadanolmuşdur. O, hal-hazırda AzərbaycanBaş Nazirinin müavinidir.

Qeyd: Bu foto 2007-ci ildə, Şəki şəhər10 №-li məktəbdə keçirilmiş tədbirzamanı, mərhum S. Məmmədov tərəfin-dən çəkilmişdir.

12 anvar:qezet.qxd 14.01.2010 20:17 Page 1

Page 2: "İpəkçi" qəzeti, 14 yanvar 2010-cu il, №1-2 (2265-2266)

2 İPƏKÇİİPƏKÇİ14 yanvar 2010-cu il

Böyük insanlar əzəmətli dağlara bənzəyir.Bu dağlardan məsafəcə aralandıqca onlarınböyüklüyü, əzəməti daha aydın görünür. Özxalqının taleyində, dövlətçiliyinin inkişafın-da misilsiz xidmətlər göstərmiş, bu müqəd-dəs yolda ömrünü-gününü şam kimi əritmişinsanlar da belədir.

İllər ötdükcə, zaman keçdikcə onların bö-yüklüyü, xalq və məmləkət yolunda etdik-ləri fədakarlıqlar özlərindən sonra da əslörnək olur. Ümummilli lider Heydər Əliyevdə möhtəşəm bir ömür yaşamışdır. Azər-baycanımızı çətinliklərin məngənəsindənqoparıb ayağa qaldırmış, dirçəltmişdir. Özmüdrikliyi sayəsində böyük uğurlara qovuş-durmuşdur. Azərbaycanımız məhz HeydərƏliyev siyasi kursu ilə bu gün də bir dövlətolaraq qüdrətini və nüfuzunu artırmaqdadır.

Taleyimə minnətdaram ki, bu gün vaxtiləo böyük insanın - ulu öndər Heydər Əliyevindiqqət və qayğı göstərdiyi müəssisələrdənbirində çalışıram. Bəli, "Şəki-İpək" ASC-ninfəaliyyətinin ən çətin dövrlərində Şəki ipə-yinin şöhrətinin qaytarılması, kombinatı-mızın normal iş ahənginin təmin olunmasıüçün ulu öndər Heydər Əliyev mənəvi qay-ğısını əsirgəmədi, tövsiyələrini verdi.Maddi-texniki bazanın möhkəmləndi-rilməsi, işin səmərəliliyinin artırılması məq-sədilə müəssisəmizə maddi yardım göstə-rilməsi barədə 2001-ci ildə sərəncam imzal-adı.

Həmin vaxtdan ümummilli lider HeydərƏliyevin xeyir-duası ilə "Şəki-İpək" ASCfəaliyyətini genişləndirmiş, müəyyənuğurlara nail olmuşdur.

Şəkinin ən iri istehsal müəssisəsi olan"Şəki-İpək" ASC-də yeni istehsal sahəsi,pambıq sapəyirmə sexi quraşdırılmışdır.

İllik istehsal gücü 1700 ton pambıq sap olanbu sexdə 120 nəfər daimi işlə təmin olun-muşdur. Ötən ilin sonlarında müəssisədəyeni, daha məhsuldar xam ipək istehsal edənbaramaaçan dəzgahlar quraşdırılaraq isti-fadəyə verilmişdir. Çin Xalq Respub-likasından gətirilən bu avadanlıq məhsulunkeyfiyyətini yüksəltməklə yanaşı, buradaçalışan insanların əməyinin yüngülləş-dirilməsinə imkan yaratmışdır.

Bir faktı qətiyyətlə demək olar ki, Şəkiipəyi, o cümlədən burada istehsal olunanxalçalar, kəlağayılar, şərflər, xammal məmu-latları yenə keyfiyyəti, rahatlığı, insana fay-dalılığı ilə seçilir.

2006-cı ildə bölgəyə səfəri çərçivəsindərayonumuzda olarkən möhtərəm Prezidentİlham Əliyev demişdir: "Bu gün ölkəmizHeydər Əliyev yolu ilə uğurla inkişaf edir. Ocümlədən Şəki şəhərinin inkişafındanailiyyətlər vardır".

Həmin ili ona görə xatırladım ki, möh-tərəm Prezident İlham Əliyev və xanımıMehriban Əliyeva ilə müəssisəmizin kollek-tivinin görüşü indiyə qədər də hər kəsin qəl-bində şirin bir xatirəyə dönmüşdür. Həmingörüş bizi daha əzmlə çalışmağa, dahaböyük uğurlara ruhlandırmışdır.

Bu gün "Şəki-İpək" ASC göstəriləndövlət qayğısının müqabilində daha əzmləçalışır ki, Şəki ipəyinin şöhrəti yaşasın vəistehsal etdiyimiz məhsul istehlakçıünvanını tapmaqda çətinlik çəkməsin.

Sevil İSMAYILOVA, "Şəki-İpək" ASC-nin həmkarlar

təşkilatının sədri

“Azərbaycan” qəzeti, 18 iyul, 2009-cu il

ŞƏKİ İPƏYİNİN ŞÖHRƏTİ YENİDƏNŞƏKİ İPƏYİNİN ŞÖHRƏTİ YENİDƏNQAYIDIRQAYIDIR

A. Məmmədov: Bəhram müəl-lim, siz daha əvvəl Şəki ŞahmatMəktəbinn direktoru idiniz. Müm-kunsə, bu barədə danışın; necə olduki ora məhz sizi müdir təyin etdilər?

B. Çələbi: Bu sualın çox maraqlıcavabı olacaq. Deməli belə, ŞəkidəŞahmat Məktəbi açılmalı idi. Bumünasibətlə Azər-bay-can Şahmat Federasi-yasının sədri ÇapaySultanov və beynəl-xalq hakim FaiqHəsənov Şəkiyəgəldilər.

F. Həsənov 30 nəfəryerli həvəskar şah-matçı ilə seans keçirdi.Cəmi 2-3 həvəskaronunla heç-heçə oyna-dı, yerdə qalanlar isəuduzdular. Heç-heçəoynayan adamlardn biri də mənidim və bizi 1-ci katib NurəddinMustafyevin yanına dəvət etdilər.

Orada, Nurəd-din müəllim bizə sualverdi ki, "ki-min şahmatnəzəriyyəsindən başı çıxır?" . Mən

tərəddüd etmədəndedim: "mə-nim, çünki,institutda oxuyarkən,şahmat dərnəyinə get-mişdim. Onda, Nurəd-din müəllim soruşdu ki,"şahmat nəzəriyyəsinədair neçə kitabım var?".Dedim, "azı 20-25ədəd". İnanmadı, gü-lümsəyüb xahiş etdi ki,mümkünsə, həmin ki-tabları gətirim onunotağına. Məni öz xid-

məti maşını ilə göndərdi evə.Təxminən, 1 saatdan sonra mən bü-tün şahmat kitablarnı götürüb onun

yanına qayitdım. Orada saydılar ki30-dan çoxdur. Nurəddin müəllimməndən soruşdu ki, "partiyaçısan".Dedim "xeyr, heç komsomolçu daolmamışam!" Soruşdu: "niyə?".Cavab verdim ki, "mənim ata-ba-bam bəy-xan nəslindən olub,əmilərimdən 3-nü güllələyibrər".Heç nə demədi...

Sonradan bildim ki, Nurəddinmüəllim Şahmat məktəbi üçün mü-dir axtarırmış. Heç ağlıma da gəl-mirdi ki ora məni müdir qoyacaqdır.Camaat arasında söz-söhbət gəzirdiki Teymur Xəlilovun qardaşı Faiqmüəllmi Şahmat məktəbinə müdirqoyacaqlar. Amma məni təyin etdi-lər.

A. Məmmədov

BƏHRAM ÇƏLƏBİNİN NÖVBƏTİ -BƏHRAM ÇƏLƏBİNİN NÖVBƏTİ -”TT NƏRİMAN“ ADLI KİTABI NƏŞR”TT NƏRİMAN“ ADLI KİTABI NƏŞR

OLUNMUŞDUR!OLUNMUŞDUR!

Bəhram Çələbi

Bu günlərdə Bəhram Çələ-binin növbəti - "TT Nəriman"adlı, kitabı nəşr olunub. Buonun Azərbaycan "vor zakon”-ları haqqında sayca 8-ci kita-bıdır. Məlumat üçün qeyd edəkki, B. Çələbi ötən əsrin 90-cı il-lərinin əvvəllərinə qədər ŞəkiŞahmat Məktəbinin direktoruolmuşdu və sonralar peşəsinidəyişib kriminal aləm haqındakitablar yazmağa başladı. Onunkitabları daha çox Rusiyada ya-yılmaqda və oxunmaqdadır.Təkcə 2007-ci ildə B. Çələbinin"Sabirabadlı Hikmət" adlı kitabıMoskvada 20 min nüxsədə sa-tılmışdır.

Yeni kitabın təqdimat məra-simində, B. Çələbidən kiçik birmüsahibə götürdük:

Bir birindən fərqli təyyarələr Bakı səmasında yarışdı.Azərbaycanda ilk dəfə olaraq, radio ilə idarə edilən təy-yarələrin yarışı baş tutdu!Yerdə kiçik görünsə də, səma-da gerkəklərindən fərqlənməyən müxtılif tipli mobiltəyyarələr, yarışı izləyənləri xeyli həyacanlandırdı. 20-dək təyyarə və vertalyotun səmaya qaldığı yarışınməqsədi, gənclərin asudə vaxtlarını səmərəli və mənalıtəşkil etmək, habelə bu idman növünə marağı oyat-maqdır.

Elçin Abbasov (təşkilatçı): Modelizmin inkişafındabizim əsas məqsədimiz, gənclərdə asudə vaxtın təşkilivə gənclərin texnikaya olan maraqlarının artırmaqdır.

Bakı Şəhər Texniki Yaradıcılıq Mərkəzinin təşkiletdiyi dərnəyə qatılanların təşkil etdiyi yarışa raket mo-delləri də qatılıb.

İştirakçı (uşaq): Mən bu təyyarələrdən sürməkistəyirəm və böyüyəndə təyyarə sürücüsü olmaq istə-yirəm.

Yarışa qatılan hər bir cihazın, səmada 15 əməliyyatıicra etməsi lazım idi. 3 hakım, hər əməliyyatı maksi-mum 10 balla dəyərləndirərək, qalibi elan etdi.

Novbəti yarış oktyabr ayında keçiriləcək. Asudə vax-tını maraqlı keçirmək istəyənlər, texniki yaradıcılıqmərkəzində olan dərnəklərə müraciət edə bilərlər.

Xəzər TV

B ə d b ə x t h a d i s ə

Gəncədəki İpəkçilik İnstitutunun direktoru inti-har etmişdir

Ganca.az saytında, Təhminə Tağızadə tərəfindən təq-dim edilən xəbərə əsasən, dekabrın 12-də, axşam saatla-rında, Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun72 yaşlı direktoru İnayət Qarayev yaşadığı mənzildəözünü iplə asaraq intihar etmişdir.

Bildirilir ki, son aylar onun səhhəti qeyri-kafi idi. Beləki, İnayət Qarayev bir neçə ay öncə, ikinci dəfə ürəkinfarktı keçirmişdir və həmin səbəbdən səhhətində ciddiproblemlər yaranmışdı.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda CinayətMəcəlləsinin 125-ci, yəni özünü öldürmə həddinə çatdır-ma maddəsi ilə cinayət işi açılıb. Prokurorluqdan verilənməlumata görə, intiharın səbəbi hələlik məlum deyil.

Sovet dövründə Azərbaycanda ipəkçiliyin inkişafındaGəncə şəhərində təşkil olunmuş Azərbaycan İpəkçilikElmi-tədqiqat İnstitutu alimlərinin də böyük rolu olmuş-dur. Bu institutda xeyli yeni tut ipəkqurdu cinsləri, hib-ridləri, eləcə də çəkil tut ağacı sortları yetişdirilmişdir.Hibridlərin istehsalata tətbiqinin bir nəticəsi kimi, 1991-ciildə Azərbaycan SSR-də rekord miqdarda 6 min ton bara-ma istehsal olunmuşdu.

Qeyd: Qəzetimiz çapa hazırlanarkən, yanvarın 6-da,Gəncədən daha bir anoloji xəbər aldıq, Gəncə RegionalElmi Mərkəzin şöbə müdiri olmuş, 70 yaşlı ArzumanBədəlov da eyni üsulla intihar etmişdir. O isə psixi xəstə-likdən əziyyət çəkirmiş.

HƏMYERLİMİZ ELÇİN ABBASOV BAKIDA RADİOHƏMYERLİMİZ ELÇİN ABBASOV BAKIDA RADİOİLƏ İDARƏ OLUNAN TƏYYARƏLƏRİN YARIŞINIİLƏ İDARƏ OLUNAN TƏYYARƏLƏRİN YARIŞINI

TƏŞKİL ETDİ!TƏŞKİL ETDİ!

29.03.2008-ci il tarixli “Şəkinin səsi” və“İpəkçi” qəzetlərində, “Üzbəüz” rublikasıaltında Milli Məclisin Sosial-Siyasət DaimiKomissiyasının sədri, Millət vəkiliHadi Rəcəbli ilə müsahibəmiz dərc olunmuş-du; burada biz Azərbaycan televiziyalarınınvəziyyətı ilə bağlı olaraq göstərdik ki,

“Hadi müəllim, inanırsınız ki, ziyalılar Azər-baycan radio-televiziyalarından üz döndərüb"Azadlıq", "BBC" radiosuna qulaq asırlar. Mənşəxsən, yalnız xəbər buraxılışlarına baxıram,sonra televizoru söndürürəm. Belə ki, bizim ra-dio-televiziyadakı verılışlər, daha çox mətbəxqadınlarını, yetkinlik yaşına çatmamış uşaqlarıqane edə bilər. O gün baxıram, bir aparıcı, düziki saat, yolda adamları tutub soruşur ki "Siztelevizoru yandlrlb baxırsınız?". Bu verilişə zi-yalılar heç baxarlarmı? O bir saatlıq efir mə-nim ixtiyarımda olsa idi, mən nələr edərdim,xalqım üçün, bunlar isə mənasız hərəkətlərləcamaatın vaxtını alırlar. Əvəzində isə xarici ra-diostansiyalar öz aiditoriyalarını genişləndirir-lər. Onlar öz ölkələrini tənqid də edirlər. Mə-sələn, "BBC" Böyük Britaniyanın baş nazirinitənqid edir, amma unutmaq olmaz ki bu radio-nun azərbaycanda 10 minlərlə ziyalıdan ibarətaiditoriyası var, Böyük Britaniyaya lazım ol-

duqda, bu aiditoriyadan, öz mənafeyinə uyğunistifadə edə bilər. Bu bir "silah"dır. Əli Həsənovisə iqtidari belə bir "silah"dan məhrum edir. Biril əvvəl, Almanıyda "Jahrbuch Aser-baidschan-forschung" ("Azərbaycan tədqiqatları") adlı,Azərbaycana aid elmi məqalələr məcmuəsi nəş-rə başlamışdı, birinci buraxılışın Dillər Uni-versitetinin kitabxanasında təqdimat mərasımioldu. Mən istədim ki bu barədə televiziyalaraməlumat verim, xəbər verilişlərində oxusunlar,İctimai Televiziyadan qeyri, heç birinin qa-pısından içəri keçə bilmədim, İT-da mənə qulaqassalar da, son nəhayətdə, yenə də efirə heç nəvermədilər. Amma cəmi bir dəfə "Azadlıq" radi-osuna zəng etdim, o dəqiqə ofislərinə dəvət et-dilər və mənə efir vaxtı ayırdılar.

Bir də görürsən, televiziyada Ermənilərinqələbələri tərənnüm edilir. Məsələn, bir filmvar, adını bilmirəm, məzmunu qısaca belədir kiAzərbaycanlı əsgər əsir düşür, ermənilər onusaxlayıb, dəyişirlər. O filmdə ermənilərin qələ-bələri tərənnüm edilir. Xocalı alındı, Laçınalındı deyə, ermənilər çalıb-oynayırlar, bizəacıq verırlır, emosiyalarımızla oynayırlar, bizədağ çəkirlər, özü də öz aktyorlarımızın timsalın-da, öz televiziyamızda .”.

Bu müsahibədən sonra, xarici radioların FN

tezliyində yayımı dayandırıldı. Ötən ilin axırla-rında isə Azərbaycan Prezidentinin Administra-siyasının rəhbəri, akademik Ramiz Mehdiyevmətbuatda "Azərbaycanın efir məkanı: prob-lemlər və vəzifələr" başlıqlı məqalə ilə çıxışedərək, Azərbaycan telekanallarını kəskin tən-qid etdi və bizim fikrimizi dəstəkləmiş oldu.Həmin məqalənin tənqidi hissəsini olduğu kimidiqqətinizə çatdırırıq:

Bununla yanaşı, etiraf etməliyik ki, KİVazadlığı fikir plüralizminin inkişafında, şəffaf-lığın təmin olunmasında mühüm şərt olsa da,onları müəyyən neqativ halların təsirindən sı-ğortalaya bilmir. Məhz bu səbəbdən istər inki-şaf etmiş Qərb ölkələrində, istərsə də Azər-bay-canda mətbuatın özünütənzimləmə me-xaniz-minin formalaşması, elektron KİV sahəsindədövlətin tənzimləyici funksiyasının həyata keçi-rilməsi zərurətə çevrilmişdir.

Son dövrlər Azərbaycanın televiziya və radiokanallarının fəaliyyətində nöqsan və çatışmaz-lıqların artması bu məsələnin ictimai müzaki-rəyə çıxarılmasına, vəziyyətdən çıxış yollarınınaxtarılmasına, problemlərin aradan qaldırıl-ması üçün əməli tədbirlərin həyata keçirilməsi-nə zəmin yaratmışdır.

Məlum olduğu kimi, hal-hazırda dünyanın

aparıcı televiziya və radio kanalları müasirdövrün tələblərini nəzərə alaraq, fəaliyyətlərin-də ciddi dəyişikliklər edir, daim yeniləşir, audi-toriyasını, ictimai rəyə təsir imkanlarını geniş-ləndirirlər. Balanslaşdırılmış proqram siyasəti,yüksək efir mədəniyyəti, ictimai maraqlara xid-mət, maarifləndirmə, operativ, obyektiv, hərtə-rəfli məlumatlandırma teleradio yayımı həyatakeçirən qurumun müvəffəqiyyətinin əsas şərtlə-ridir. Azərbaycan televiziya və radio kanalları-nın monitorinqi göstərir ki, maarifləndirici, mə-lumatlandırıcı və əyləncə funksiyaları arasındaciddi disbalans yaranmış, peşəkarlıq, yara-dı-cılıq, yeniliklərin tətbiqi, milli-mənəvi dəyərlə-rin qorunması kimi məsələlər teleradio rəhbər-lərini o qədər də maraqlandırmır.

"Televiziya və radio yayımı haqqında"Azərbaycan Respublikasının Qanununun 3-cümaddəsində teleradio yayımının əsas prinsip-ləri sırasında digər vacib məsələlərlə yanaşı,milli-mənəvi dəyərlərin qorunması, peşə etika-sına və əxlaq normalarına riayət edilməsi, pro-qramların keyfiyyətliliyi prinsipləri öz əksinitapmışdır. Qanunun 5-ci fəsli (Teleradio yayı-mının təşkili) ölkə ərazisində teleradio yayı-mının həyata keçirilməsi şərtlərini, proqramaverilən tələbləri, uşaqların və yetkinlik yaşına

çatmayanların qorunması, reklam və digərməsələləri tənzimləyir. 32-ci maddədə proqramüçün qoyulmuş tələblər sırasında maarifçilik vəmədəniyyət məsələlərinə üstünlük verilməsi,proqramların tarazlaşdırılması yolu ilə efirinkommersiya, informasiya, yaxud digər eynitipliverilişlərlə yüklənməsinin qarşısının alınması,habelə milli-mənəvi dəyərlərin qorunması,sosial yayımların təşkil edilməsi vacib şərtlərkimi göstərilmişdir.

Şəki, 1990-cı ilin 20 yanvar axşamı, artıq neçənci gün idiki Xalq Cəbhəsi faktiki olaraq şəhərdə hər şeyə nəzarət edir-di, Cəbhənin göstərişi ilə ermənilərdən gözlənilən təxribatınqarşısının alınması üçün gecələr bütün məhəllələrdə növ-bətçilər dururdu. Onlar gecənin soyuğundan qorunmaq üçüntonqallar qalayıb ətrafında oturur, Cəbhənin tapşırığınauyğun olaraq, hər hansı qaraltıya reaksiya göstərir, yoldankeçən tanımadıqları şəxsləri saxlayıb sənəd tələb edirdilər,yalnız sənədlərinə baxdıqdan, yaxud da onları danışdırıb er-məni olmadıqlarına əmin olduqdan sonra buraxırdılar. Şə-hərdə silahlı adamlar, nümayişkaranə surətdə və heç nədənçəkinmədən gəzişirdilər. Cəbhənin qərargahında daima qələ-bəlik hökm sürürdü, “Azadlıq” radiosuna qulaq asan kim, si-lah təmizləyən kim, bomba düzəltməkdən danışan kim. Ax-şam saat 18 radələrində qəfildən Bakı televiziyasının trans-lyasiyası və Bakı ilə telefon əlaqəsi kəsildi. Az-çox dünya-görüşü olanlar başa düşdülər ki bu gün Bakıda qırğın olacaq!Belə ki artıq neçənci gün idi ki Bakı Sovet qoşunları tərə-

findən mühasirə olunur, Xalq cəbhəsi isə şəhərin giriş-çıxış-larında barrikadalar və canlı sipərlər quraraq, sovet ordu-sunu şəhərə buraxmırdı.

Həmin gün çox adam yatmadı. Gecə, hansı yollasa Bakı-dan xəbər gəldi ki, artıq qırğın başlayıb...

Səhər saat 5-də isə Azadlıq radiosunda, Mirzə XəzərBakıdan Bəxtiyar Vəhabzədənin telefon danışığını efirə ver-məklə Bakıda dəhşətli bir qırğının baş verdiyi bütün dün-yaya bəyan etdi. Növbəti verilişlərdə Azərbaycan redak-siyasının keçmiş diktoru, əslən, Zaqataladan olan MuradŞəkili də Mirzə Xəzərə kömək etməyə başladı,

Azərbaycan radiosu isə öz vaxtında, səhər saat 6-da efirəbaşladı, fikir verdim ki diktor, Sov.İKP (Sovet İttifaqıKommunist Partiyası) sözünü “sovikape” əvəzinə. Səhvən,“sikp” kimi tələffüz edir. Sonralar məlumum oldu ki azər-baycanlı diktorlar mətni oxumağa etiraz etdiklərinə görə, ozaman onu qırğız millətindən olan hansısa bir şəxsə oxudub-muşlar!

Səhər açılan kimi, camaat indiki Azadlıq meydanına top-laşdı, hamı ağlayırdı, hər yanda qara bayraq əvəzi, qara kə-lağayılar asıldı.

Axşam Moskvanın rəsmi “Время” xəbərlər proqramı,bəlkə də öz tarixində ilk dəfə olaraq verilişinin bir hissəsiniazərbaycanca səsləndirdi, Xalq Cəbhəsinin lideri kimitəqdim edilən, şair Xəlil Rza Ulutürk deyirdi: “Düşmən bizəaş ilə, biz düşmənə daş ilə”, düzü heç kim bunun mənasınıanlamadı, bəlkə də demək istəyibmiş, yaxud deyib, “düşmənbizə daş ilə, biz düşmənə baş ilə”, yaxud əksinə...

“Azadlıq” radiosu isə həmin dəqiqələrdə, Bakıda ölən-lərin sayının 50 mindən çox olmasını deyirdi...

Yanvarın 21-də, mitinq zamanı keçmiş məktəb yoldaş-larımla - Rafiq Saatov və Şahin Bilalovla rastlaşdım, necəoldusa, qərara aldıq ki şəhidlərin dəfnində iştirak etməküçün mütləq Bakıya getməliyik. Amma necə? Hansı sürücürisk edib bizi Bakıya aparardı? “Xalturşik”lər bizi yalnız

Yevlağa apara biləcəklərini bildirdilər, razılaşdıq və Yevlağagetdik. Burada da Bakıya getmək istəyən yox idi, amma,necə oldusa, Bakıya qayıtmalı olan qara bir Qaz-24 peydaoldu və onunla Bakıya yola düşdük.

Radioda azərbaycanca və türk dilində Ali Sovetin sədriElmira Qaffarovanın bəyanatı səslənirdi, fikir verdim ki,bəyanatın türk variantında, azərbaycan variantında olmayan“təcavüz” sözü işlədilir.

Yol boş idi, hər hansı istiqamətdə hərəkət yox idi, ammaBakıya çataçatda yük maşınlarında rus ailələrinin evaku-asiya edildiyini gördük. “Şıxov” deyilən yerə çatanda bizisaxladılar. Nə edək? Bizim Bakı qeydiyyatımız yoxdur axı?Əsgərlərə dedik ki, guya, “biz Sumqayıta gedirik, Bakıyayox” və sola döndük. Sürücü Bakının yollarına yaxşı bələdidi, dedi, narahat olmayın mən sizi “pereval”la Bakıyaaparacağam. Amma “perevalda” da postlar var idi və bizisaxladılar, sənədlərimizi və maşının yük yerini yoxladılar,mən Şəkidən çıxanda bir az qoyun əti götürmüşdüm, onugörən kimi... Sən demə bunlar Bakı Dənizçilik Məktəbininrus matrosları imiş, dedilər ki 3 gündür onları bura atıblar,ac-susuzdular, mümkünsə, onlara bir az ət verək. Zarafatladedim ki, “axı ruslar qoyun əti xoşlamır?”, cavab verdilər ki,niyə xoşlamır lap yaxşı xoşlayır. Onlara bir az ət verib Bakı-ya daxil olduq və Metronun Elmlər Akademiyası stansiyasıyanında sürücünün haqqını verib, maşından düşdük. Axşamsaat 9-a az qalırdı, 21 00-da komendant saatı başlayacaqdı,mütləq harasa getmək lazım idi. Birdən yadımıza düşdü kiheç kimdə xırda pul yoxdu, amma heç xırda pula ehtiyac daolmadı, belə ki metro “pulsuz” fəaliyyət göstərməyə baş-lamışdı.

Gecə ara-sıra atəş səsləri eşidilirdi. Səhər açılan kimi şə-hərə çıxdıq, metronun 11-ci Qizıl Ordu (indiki 20 yanvar)stansiyası yaxınlığındayıq, hər yan qandır, şəhidlərin qanlarıtapdalanmasın deyə, qanlı yerlərin kənarına xırda daşlar vəqərənfillər düzülmüşdür. Qərənfil o vaxtlar çox bahalı bir

şey idi, 1 ədədi 3-4, 7 manata idi. Təsəvvür edin ki yerə qızılsəpələnmişdi. Biri danışdı ki, ordu şəhərə girəndə, o trolley-busda (elektrik şəbəkəsinə qoşulmuş avtobus) gedirmiş, tankarxadan trolleybusu itələməyə başlayır, trolleybus qapılarınıaçır, hamı düşür, bu zaman o, əvvəlcədən ona verilmiş vəiçində, guya, yandırıcı maddə olan butulkanı tanka atır, vəRespublika xəstəxanasına doğru qaçmağa başlayır, bir azəvvəl trolleybusu tərk edənlər də eyni istiqamətdə onundalınca qaçırlar, amma nə butulka yanır, nə də tanka bir şeyolur, əvəzində tank tərəfdən atəş açılır. Butulka atan, xəstə-xananın hasarını aşanda, dönüb geri baxır, görür ki onundalınca qaçanlardan bir kimsə sağ qalmayıb!

Budur, Daxili İşlər Nazirliyinin qarşısındayıq, böyük birizdiham Hökumət Evi istiqamətində hərəkət edir, izdihamınlap başında isə Bəxtiyar Vahabzadə və Allahşükür Paşazadəgedir.

Hökumət Evinə yaxınlaşırıq, müxtəlif istiqamətlərdən şə-hidlərin cənazələri meydana gətirilir, Rafiq də bir cənazəninaltına girib qabağa keçdi və həmin an, bu foto şəkildəəbədiləşdi.

Rafiq sonralar, könüllü olaraq, Qarabağ döyüşlərində,Şuşanın müdafiəsində iştirak etdi, yaralandı və əlil oldu.Hal-hazırda, Sabit Rəhman prospektində mağazası var vəkommersiya fəaliyyəti ilə məşğuldur.

20 yanvar bizim milli faciəmizdir, aldanmış, yaxudtəsadüfi adamlar qurban getdi. Təşkilatçılardan isə heçbirinin burnu belə qanamadı. 22 yanvar isə milli qeyrətgünümüzdür, məhz, bu gün 1 milyondan çox adam, qızlar,gəlinlər, qocalar, uşaqlar küçələrə çıxdı, təpədən dırnağaqədər silahlanmış Sovet ordusundan qorxmadan, çəkin-məsən, Sovet tanklarının qabağından keçdülər, azərbaycanxalğının heç nədən qorxmadığını, həmişə Vətən uğrundaölməyə hazır olduğunu nümayiş etdirdilər. Yaxşı olar ki 22yanvar, “Milli Qeyrət” günü kimi qeyd edilsin!

Aydın

“ŞƏKİNİN SƏSİ” VƏ “İPƏKÇİ” QƏZETLƏRİNİN AZƏRBAYCAN TELEVİZİYALARI BARƏDƏ“ŞƏKİNİN SƏSİ” VƏ “İPƏKÇİ” QƏZETLƏRİNİN AZƏRBAYCAN TELEVİZİYALARI BARƏDƏFİKRİ PREZİDENT ADMİNİSTRASİYASININ RƏHBƏRİ AKADEMİK R. MEHDİYEVFİKRİ PREZİDENT ADMİNİSTRASİYASININ RƏHBƏRİ AKADEMİK R. MEHDİYEV

TƏRƏFİNDƏN DƏSTƏKLƏNMİŞ OLDUTƏRƏFİNDƏN DƏSTƏKLƏNMİŞ OLDU

Şəkildə: Akademik Ramiz Mehdiyev

BİR FOTOŞƏKLİN TARİXÇƏSİ, YAXUD, 20 İL ƏVVƏL, 22-YANVAR 1990-CI İL TARİXDƏ, ŞƏHİDLƏRİN DƏFN MƏRASİMİNDƏ, ÇİYNİNDƏ CƏNAZƏ APARAN ŞƏKİLİ BALASI

12 anvar:qezet.qxd 14.01.2010 20:17 Page 2

Page 3: "İpəkçi" qəzeti, 14 yanvar 2010-cu il, №1-2 (2265-2266)

3İPƏKÇİİPƏKÇİ 14 yanvar 2010-cu il

Sentyabrın 19-da Şəki şəhərindəAzərbaycan Respublikası ƏdliyyəNazirliyi Şəki regional şöbəsi üçüninşa edilmiş yeni inzibati binanınaçılış mərasimi keçirilmişdir. Mə-rasimdə ədliyyə naziri Fikrət Məm-mədov, şəhər rəhbərliyi, habeləbölgə rayonlarının ədliyyə orqanla-rının rəhbərləri və əməkdaşları işti-rak etmişlər.

Mərasim iştirakçıları əvvəlcəümummilli liderimiz Heydər Əli-yevin şəhər icra hakimiyyətinin bi-nası qarşısındakı meydanda ucal-dılmış abidəsi önünə gül-çiçək düz-müş, xatirəsini ehtiramla yad et-mişlər.

Sonra tədbir iştirakçıları regionalədliyyə şöbəsinin inzibati binasıilə, burada əməkdaşlar üçün yara-dılan şəraitlə yaxından tanış olmuş-lar. Məlumat verilmişdir ki, müasirstandartlara uyğun yüksək zövqləinşa olunan inzibati binanın tikin-

tisinə 2008-ci ilin sentyabrındabaşlanılmışdır. Dördmərtəbəli bi-nanın ümumi sahəsi 1005 kvadrat-metrdir. Binada 27 otaq, o cümlə-dən müşavirə və akt zalları, kitabx-ana yerləşir. Binanın birinci mərtə-bəsində ümummilli liderimizHeydər Əliyevin büstü qoyulmuş-dur. Binanın həyətində 100 kub-metr tutumu olan su hovuzu vardır.Binada müasir istilik sistemi quraş-dırılmışdır. Smeta dəyəri 1 mil-yon 250 min manat olan inzibati bi-nanın tikintisini “Əfqan” MəhdudMəsuliyyətli Cəmiyyətin inşa-atçıları həyata keçirmişlər.

Mərasimdə çıxış edən ədliyyənaziri Fikrət Məmmədov bildir-mişdir ki, Azərbaycan Prezidenti-nin 2009-cu il 6 fevral tarixliSərəncamı ilə təsdiq edilmiş “Azər-baycan Ədliyyəsinin inkişafına dair2009-2013-cü illər üçün DövlətProqramı”na uyğun olaraq, ədliyyə

sisteminin infrastrukturununyeniləşdirilməsi, maddi-tex-niki bazasının möhkəmlən-dirilməsi, ədliyyə sistemin-də müasir tələblərə cavabverən yeni iş prosesinin təş-kil edilməsi məqsədi iləre-spublikanın 10 bölgəsindəregional şöbələr üçün hərcür şəraiti olan yeni inzibatibinalar inşa edilir. Şəki re-gional ədliyyə şöbəsinin bi-nası regionlarda istifadəyəverilən ilk inzibati binadır.Gəncə və Şirvan regionalşöbələrinin binaları da tez-liklə istifadəyə veriləcəkdir.Nazir F. Məmmədov vurğu-lamışdır ki, şübhəsiz ki,yüksək iş şəraitinə malikolan bu regional şöbələr yer-lərdə ədliyyə orqanlarınınfəaliyyətinin əlaqələndiril-məsi və onlara nəzarətingücləndirilməsi, əhalinin

ədliyyə orqanlarına müraciət etməkimkanlarının asanlaşdırılması, ha-belə bələdiyyələrin fəaliyyətinə

inzibati nəzarətin səmərəsinin artı-rılması işinə öz töhfəsini verəcək-dir.

Mərasimdə Şəki ApelyasiyaMəhkəməsinin sədri Ramazan Bur-cayev və regional ədliyyə şöbəsininrəisi Rəhman Məmmədov çıxışedərək, ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləş-dirilməsi, ədliyyə sisteminin inki-şafı və beynəlxalq standartlara uy-ğun qurulması istiqamətində dövlətbaşçısı tərəfindən həyata keçiriləntədbirləri yüksək qiymətləndirmiş-lər.

Şəki Şəhər İcra Hakimiyyətininbaşçısı Nazim İbrahimov yeni bi-nanın istifadəyə verilməsi münasi-bətilə şöbənin kollektivini təbriketmiş, onlara gələcək fəaliyyət-lə-rində uğurlar arzulamışdır.

Sonra inzibati binanın akt zalın-da ədliyyə naziri Fikrət Məmmə-dov və regionun ədliyyə orqanlarırəhbərlərinin iştirakı ilə geniş mü-şavirə keçirilmişdir.

www.justice.gov.az

ŞƏKİ ŞƏHƏRİNDƏ ƏDLİYYƏ NAZİRLİYİNİN REGİONALŞƏKİ ŞƏHƏRİNDƏ ƏDLİYYƏ NAZİRLİYİNİN REGİONALŞÖBƏSİ ÜÇÜN YENİ İNZİBATİ BİNA TİKİLMİŞDİR ŞÖBƏSİ ÜÇÜN YENİ İNZİBATİ BİNA TİKİLMİŞDİR

Ş ə k i s e n t y a b r a y ı n d a

Yeni dərs ilinin ilk günü Şəkinintəhsil həyatı üçün olduqca əlamət-dar və yaddaqalan olmuşdur.

Sentyabrın 15-də rayonun KiçikDəhnə, Dərəcənnət və Baş Göynükkəndlərində dövlət vəsaiti hesabınainşa edilmiş yeni məktəb binalarımüəllim və şagirdlərin istifadəsinəverilmişdir.

Kiçik Dəhnə kəndində 2 nömrəliorta məktəb üçün inşa edilmiş 640şagird yerlik yeni məktəb binasınıntikintisinə 2008-ci ilin mayındabaşlanılmışdır. Bu təhsil ocağı indi-yədək keçən əsrin 30-cu illərindəinşa olunan uyğunlaşdırılmış bina-da fəaliyyət göstərmişdir. Müasirstandartlara uyğun tikilmiş üçmər-təbəli yeni məktəb binasında 32sinif otağı, fənn kabinetləri, labora-toriya, kompyuter otağı, 100 nəfər-

lik akt zalı, idman zalı və xidmətiotaqlar yerləşir. Məktəbin kitabx-anasında 8 min nüsxədən artıq ki-tab vardır. 75 pedaqoji işçinin ça-lışdığı bu təhsil ocağında 600 nəfə-rə yaxın şagird təhsil alır. Bu il ilkdəfə birinci sinfə qədəm qoyan şa-girdlərin sayı isə 60 nəfərdir.

Yeni istifadəyə verilən digər təh-sil ocağının - 220 şagird yerlik Də-rəcənnətli kənd orta məktəbi üçünbinanın tikintisinə də 2008-ci ilinmayında başlanılmışdır. İkimər-təbəli binada 28 otaq, o cümlədən11 sinif otağı, fənn kabinetləri, 2laboratoriya, 2 emalatxana, kom-pyuter otağı, idman və akt zalları,kitabxana, bufet yerləşir. 158 şa-girdin təhsil aldığı bu məktəbdə 28müəllim çalışır.

Baş Göynük kəndində dövlət və-

saiti hesabına inşa edilmiş üçmər-təbəli yeni məktəb binası isə 624yerlikdir. Məktəbin əvvəlki binası1929-cu ildə tikilmişdir. Uzun illəristismarda olduğundan son vaxtlarhəmin bina tam qəza vəziyyətinədüşmüşdü. Yeni məktəb binasında40 sinif otağı, fənn kabinetləri, lab-oratoriyalar, idman və akt zalları,kitabxana, bufet və digər otaqlaryerləşir. Kompyuter otağında 20dəst kompyuter quraşdırılmışdır.Məktəbdə 450 nəfər şagird təhsilalır. Onların təlim-tərbiyəsi ilə 75nəfər müəllim məşğul olur.

Hər 3 məktəb binasında müasiristilik sistemi quraşdırılmış, təhsilocaqları yeni inventar və avadan-lıqla təchiz olunmuşdur.

Yeni məktəb binalarının açılışmərasimlərində çıxış edən Şəki Şə-

hər İcra Hakimiyyətinin başçısıNazim İbrahimov, şəhər təhsil şö-bəsinin müdiri Firədun İbrahimovvə başqaları məktəblərin şagird vəmüəllim kollektivlərini yeni dərsilinin başlanması münasibətilətəbrik etmiş, onlara təhsildə və pe-daqoji fəaliyyətlərində uğurlar ar-zulamışlar.

Çıxış edən kənd ağsaqqalları,ziyalılar ölkəmizdə təhsilin inki-şafına göstərilən yüksək dövlətqayğısına, habelə “Bilik günü”ndəgerçəkləşdirilən belə dəyərli hə-diyyələrə görə şəkililər adındanPrezident İlham Əliyevə minnət-darlıqlarını bildirmişlər.

www.sheki-ih.gov.az16.09.2009

“ B İ L İ K G Ü N Ü ” N D Ə“ B İ L İ K G Ü N Ü ” N D ƏŞ Ə K İ D Ə 3 Y E N İ M Ə K T Ə B B İ N A S I Ş Ə K İ D Ə 3 Y E N İ M Ə K T Ə B B İ N A S I

İ S T İ F A D Ə Y Ə V E R İ L M İ Ş D İ R İ S T İ F A D Ə Y Ə V E R İ L M İ Ş D İ R

Şəki şəhərindəkiHeydər Əliyev mu-zeyində builki qəbulimtahanlarında 600baldan yuxarı nəticəgöstərərək respub-likanın nüfuzlu ali məktəblərinə daxil olmuştələbələr və onların valideynləri ilə şəhər rəh-bərliyinin görüşü olmuşdur.

Tədbir iştirakçıları əvvəlcə muzeyin ekspo-zisiyası ilə yaxından tanış olmuş, ulu öndərinhəyat və fəaliyyətini əks etdirən fotoşəkillərəbaxmışlar.

Tədbiri giriş sözü ilə açan şəhər təhsil şöbə-sinin müdiri F.İbrahimov yüksək bal toplamışməzunlarla görüşün Heydər Əliyev muzeyindəkeçirilməsinin heç də təsadüfi olmadığını bil-dirmiş, ümummilli liderimizin gənc nəslintəlim-tərbiyəsi işinə daim xüsusi diqqət vəqayğı göstərdiyini, onun Azərbaycan təhsilinininkişafına böyük töhfələr verdiyini xüsusi

vurğulamışdır. Bildirmişdir ki, ötən illərdəolduğu kimi, builki qəbul imtahanları da Şəkiməzunları üçün olduqca uğurlu keçmişdir.

Cari ildə rayonun ümumtəhsil məktəblərinibitirmiş 1686 nəfər məzundan 1160 nəfəri aliməktəblərə daxil olmaq üçün sənəd vermiş,onlardan 366 nəfəri tələbə adını qazanmışdır.Bundan əlavə, əvvəlki illərdə orta məktəbi bi-tirmiş 142 məzun da ali məktəblərə daxil ol-muşdur. Qəbul imtahanlarında məzunlardan 77nəfəri 500-dən, 22 nəfər isə 600 baldan yuxarınəticə göstərmişdir.

Valideyn Miroğlan Rəhimov, 624 bal topla-yaraq Azərbaycan Respublikasının Prezidentiyanında Dövlət İdarəçilikAkademiyasının hü-

quqşünaslıq fakül-təsinə daxil olanTural Mustafayevçıxış edərək, Azər-baycan təhsilinininkişafına göstər-

diyi yüksək diqqət və qayğıya görə Prezidentİlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Şəhər icra hakimiyyətinin başçısı Nazim İb-rahimov yüksək bal toplayaraq respublikamızınnüfuzlu ali məktəblərinə daxil olmuş tələbələribu şərəfli ada layiq görülmələri münasibətilətəbrik etmiş, onlara təhsildə uğurlar arzu-lamışdır.

Tədbirin sonunda qəbul imtahanlarında 600baldan yuxarı nəticə göstərmiş tələbələrəqiymətli hədiyyələr təqdim edilmişdir.

www.sheki-ih.gov.az11.09.2009

MƏZUNLARIMIZIN QƏBUL İMTAHANMƏZUNLARIMIZIN QƏBUL İMTAHAN--LARINDA GÖSTƏRDİKLƏRİ NƏTİCƏLƏRLARINDA GÖSTƏRDİKLƏRİ NƏTİCƏLƏR

ÜRƏKAÇANDIRÜRƏKAÇANDIR

“Müşfiq” Əlil Uşaqlara Yardım İctimaiBirliyi və “Müstəqil Həyat” İnkişaf və DəstəkMərkəzinin birgə təşkilatçılığı ilə sentyabrın3-də Şəki şəhərindəki sənətkarlar evində əliluşaqların hüquqları ilə bağlı “dəyirmi masa”keçirilmişdir.

Tədbirdə şəhər icra hakimiyyətinin, təhsil,səhiyyə və mədəniyyət şöbələrinin məsulişçiləri, polis şöbəsinin uşaqlarla iş bölməsininəməkdaşları, habelə əhalinin sosial müdafiəsimərkəzinin, əlillərin hüquqlarının müdafiəsi iləməşğul olan dövlət və qeyri-dövlət qurumları-nın nümayəndələri iştirak etmişlər.

“Dəyirmi masa”da “Müşfiq” Əlil UşaqlaraYardım İctimai Birliyinin sədri Validə Abba-sova, “Müstəqil Həyat” İnkişaf və Dəstək Mər-kəzinin rəhbəri Aydın Xəlilov çıxış edərək bil-

dirmişlər ki, Uşaq Hüquqları üzrə AzərbaycanQHT Alyansı qeyri-hökumət təşkilatları,YUNİCEF və BMT-nin İnsan Hüquqları üzrəAli Komissarlığının dəstəyi ilə BMT-nin UşaqHüquqları Komitəsinə “Azərbaycanda uşaq-ların vəziyyəti və Uşaq Hüquqları Kon-ven-siyasının icrası” ilə bağlı alternativ QHT hesa-batı hazırlayır.

Əlilliyi olan uşaqların vəziyyətinə xüsusidiqqəti cəlb etmək üçün indiki hesabatda bu sa-hədə görülən işlər ayrıca öz əksini tapacaqdır.Bu məqsəd ilə QHT Alyansına daxil olan müx-təlif qeyri-hökumət təşkilatları, o cümlədən

“Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyivə “Müstəqil Həyat” İnkişaf və Dəstək Mər-kəzinin nümayəndələri regionlarda həmin sahə-yə cavabdeh şəxslərlə görüşür, görülən işlərləmaraqlanır, müzakirələr aparır, irəli sürüləntəklifləri qeydə alırlar.

Tədbirdə şəhər icra hakimiyyətinin, əlaqədardövlət qurumlarının nümayəndələri çıxış edə-rək əlil uşaqlarla bağlı görülən işlər barədə da-nışmış, təkliflərini vermişlər.

www.sheki-ih.gov.az9.09.2009

ŞƏKİDƏ ƏLİL UŞAQLARIN HÜQUQLARI İLƏŞƏKİDƏ ƏLİL UŞAQLARIN HÜQUQLARI İLƏBAĞLI “DƏYİRMİ MASA” KEÇİRİLMİŞDİR BAĞLI “DƏYİRMİ MASA” KEÇİRİLMİŞDİR

Mədəniyyət və turizm nazirliyinintəşəbbüsü ilə təşkil edilən tədbirdəməqsəd Atçılıq mərkəzində təlim keçən

atların yoxlanılması olub. 2 il müddətinəöyrədilən atların sürət hərəkəti 50 kmdağlıq ərazidə sınanılıb.Yarışda yerlicinslərlə yanaşı ərəb, rus və Avropaatlarından da istifadə olunub. Azərbaycanatları Şəkinin Daşüz dağlarında dənizsəviyyəsindən 600-800 metr yüksəklikdəçətin keçidləri asanlqla aşaraq finiş xət-tinə çatıblar. Qeyd edək ki, bu atlar dağlıqərazilərdə turistlərin gəzintisi üçün nə-zərdə tutulub.

www.itv.az28.09.2009

ŞƏKİDƏ AT YARIŞLARI KEÇİRİLİBŞƏKİDƏ AT YARIŞLARI KEÇİRİLİB

A r x i v

ALİ MƏKTƏBLƏRƏ QƏBUL İMTAHANLARI ÜZRƏALİ MƏKTƏBLƏRƏ QƏBUL İMTAHANLARI ÜZRƏ(2009-CU İL) ŞƏKİ ORTA MƏKTƏBLƏRİNİN (2009-CU İL) ŞƏKİ ORTA MƏKTƏBLƏRİNİN

R E Y T İ N Q C Ə D V Ə L İR E Y T İ N Q C Ə D V Ə L İ

1.

2.3.4.5.6.7.8.9.

10.11.12.13.14.15.16.17.18.19.20.21.22.23.24.25.26.27.28.29.30.31.32.33.34.35.36.37.38.39.40.41.42.43.44.45.46.47.48.49.50.51.52.53.54.55.56.57.58.59.60.61.62.63.64.65.66.67.68.69.70.71.72.73.74.75.76.

Məktəbin adı, №-si

İmta

han

da

işti

-ra

ket

miş

məz

un

-la

rın

say

ı

Cəm

i

Öd

əişs

iz

Öd

əniş

li

Özə

l

Yer

Dövlət

Qəbul olunmuş məzunlar

2009-cu ildə ali məktəblərin qəbu imtahanlarında iştirak edən Şəki orta məktəbməzunlarının sayı 2008-ci ilə nisbətən 91 nəfər azalsa da, qəbul olunanların sayıcəmi 8 nəfər az olmuşdur. 2009-cu ildə Şəki məktəblərinin 1198 (2008-ci ildə 1289)məzunu ali məktəblərin qəbul imtahanlarında iştirak etmiş və onlardan 390 (2008-ci ildə 398)-ı ali məktəblərə qəbul olunmuşdur. 2009-cu ildə ali məktəblərə qəbulolunanlardan 376 (2008-ci ildə 353)-sı dövlət, 28-i (2008-ci ildə 45) özəl ali mək-təblərinin tələbələri oldular. Ali məktəblərinə qəbul olunanlardan 192-si (2008-ciildə 208) ödənişsiz, 198-i (2008-ci ildə 190) isə ödənişli əsaslarlatəhsil alacaqdır.

Qeyd: Cədvəl Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi məlumatlarıəsasında A. Məmmədov tərəfindən tərtib olundu.

www.shekikataloq.googlepages.com

Şəhər fizika-riyaziyyat və humanitar təmayüllü lisey 61 16 16 03 35 10 saylı şəhər orta məktəbi 54 12 13 01 26 Şəki Azərbaycan-Türkiyə özəl lis. 36 04 16 06 26 18 saylı şəhər orta məktəbi 57 15 07 02 24 5 saylı şəhər orta məktəbi 40 13 05 02 20 8 saylı şəhər orta məktəbi 81 13 05 01 19 7 saylı şəhər orta məktəbi 44 08 09 01 18 11 saylı şəhər orta məktəbi 49 06 07 00 13 Oxud kənd orta məktəbi 41 07 06 00 13 Turan qəsəbə orta məktəbi 29 06 07 00 13 Baş Zəyzid kənd orta məktəbi 24 05 08 00 13 Kiş kənd 1 saylı orta məktəbi 31 05 04 02 11 Köndələn kənd orta məktəbi 27 07 03 00 10 19 saylı şəhər orta məktəbi 28 04 05 00 09 Baş Layısqı kənd orta məktəbi 20 03 05 00 08 Kiçik Dəhnə kənd 1 saylı orta mək. 27 00 06 01 07 12 saylı şəhər orta məktəbi 15 03 04 00 07 14 saylı şəhər orta məktəbi 14 04 02 01 07 Orta Zəyzid kənd 1 saylı orta mək. 14 03 03 01 07 17 saylı şəhər orta məktəbi 25 03 02 01 06 Çələbi xan köçkün qəsəbə orta mək. 19 00 06 00 06 Kiçik Dəhnə kənd 2 saylı orta mək. 25 02 03 00 05 9 saylı şəhər orta məktəbi 22 04 01 00 05 Oraban kənd orta məktəbi 09 03 01 01 05 Bideyiz kənd orta məktəbi 08 03 01 01 05 20 saylı şəhər orta məktəbi 16 03 01 00 04 Baş Göynük kənd 1 saylı orta mək. 15 04 00 00 04 Orta Zəyzid kənd 2 saylı orta məkt. 12 03 01 00 04 Biləcik kənd 2 saylı orta m. 10 03 01 00 04 Bolludərə kənd orta məktəbi 08 01 03 00 04 Baş Küngüt kənd orta məktəbi 13 02 01 00 03 Cunud kənd orta məktəbi 07 03 00 00 03 Vərəzət kənd orta məktəbi 21 02 00 00 02 Qayabaşı kənd orta məktəbi 16 01 01 00 02 Qoxmuq kənd orta məktəbi 15 00 01 01 02 3 saylı şəhər orta məktəbi 09 02 00 00 02 Aşağı Layısqı kənd orta məktəbi 09 01 01 00 02 4 saylı şəhər orta məktəbi 09 01 01 00 02 Sarıca kənd orta məktəbi 08 02 00 00 02 Çayqaraqoyunlu kənd orta məktəbi. 08 01 01 00 02 6 saylı şəhər orta məktəbi 08 00 02 00 02 Baltalı kənd orta məktəbi 07 00 02 00 02 Şəki kənd orta məktəbi 07 00 02 00 02 2 saylı şəhər orta məktəbi 06 02 00 00 02 Çeşməli kənd orta məktəbi 05 01 00 01 02 Böyük Dəhnə kənd 1 saylı orta mək. 05 01 00 01 02 Suçma kənd orta məktəbi 02 02 00 00 02 Aşağı Göynük kənd orta məktəbi 11 01 00 00 01 İnçə Zunud kənd orta məktəbi 11 01 00 00 01 Qumux kənd orta məktəbi 11 00 01 00 01 Cumaykənd kənd orta məktəbi 09 01 00 00 01 1 saylı şəhər orta məktəbi 09 01 00 00 01 Baş Göynük kənd 2 saylı orta mək. 09 01 00 00 01 Qozlubulaq kənd orta məktəbi 09 00 01 00 01 21 saylı şəhər orta məktəbi 08 00 01 00 01 Cəyirli kənd orta məktəbi 07 01 00 00 01 Kiş kənd 2 saylı orta məktəbi 07 00 01 00 01 Çələbi xan qəsəbə orta məktəbi 06 00 01 00 01 Daşüz kənd orta məktəbi 05 01 00 00 01 Şin kənd orta məktəbi 05 00 01 00 01 İbrahimkənd kənd orta məktəbi 04 01 00 00 01 Qaratorpaq kənd orta məktəbi 04 00 01 00 01 Oxud kənd əsas məktəbi 01 00 00 01 01 Böyük Dəhnə kənd 2 saylı orta mək. 19 00 00 00 00 Köbər Zəyzid kənd orta məktəbi 12 00 00 00 00 Cəfərabad kənd orta məktəbi 07 00 00 00 00 Aydınbulaq kənd orta məktəbi 06 00 00 00 00 Biləcik kənd 1 saylı orta məktəbi 06 00 00 00 00 Şorsu kənd orta məktəbi 04 00 00 00 00 Kiş kənd 4 saylı orta məktəbi 04 00 00 00 00 Qudula kənd orta məktəbi 02 00 00 00 00 Baş Şabalıd kənd orta məktəbi 02 00 00 00 00 Aşağı Küngüt kənd orta məktəbi 01 00 00 00 00 Dərəcənnət kənd orta məktəbi 01 00 00 00 00 İnternat orta məktəbi 01 00 00 00 00 Aşağı Daşağıl kənd əsas məktəbi 01 00 00 00 00

Cəmi: 1198 192 170 28 390

12 anvar:qezet.qxd 14.01.2010 20:17 Page 3

Page 4: "İpəkçi" qəzeti, 14 yanvar 2010-cu il, №1-2 (2265-2266)

4 İPƏKÇİİPƏKÇİ14 yanvar 2010-cu il

Www.dmoz.org veb ün-vanında yerləşən internet ka-taloq Azərbaycanda o qədərdə tanınmır. Lakin bu kata-loq yüzlərlə internet ka-taloğun, o cümlədən “Goog-le” İnternet Kataloğunun və“Google” axtarış sistemininəsas bazasıdır. Əgər “Goog-le” İK-u ən yaxşı halda aydabir dəfə yenilənirsə, DMOZİK-u hər saniyə yenilənir vəhər gün bura ictimai redak-torlar yüzlərlə yeni sayt da-xil edirlər. 24.12.1009-cu iltarixdə DMOZ İK-u4 523 956 saytdan ibarət idi.

DMOZ İK-unda Azər-baycan əsasən 3 dillə - azər-baycan, ingilis və rus dili ilətəmsil olunur. Burada igilisdilində olan saytlarımızınsayı 500-dən, Azərbaycandilində olan saytlarımızınsayı 1000-dən çoxdur, rusdilində isə cəmi 125 saytı-mız var.

Redaktorlar könüllülükprinsipi ilə işləyirlər. DMOZİK-nun redaktoru olmaqüçün sadəcə, tələb olunanərizə formasını doldurmaqvə redaktorluğa qəbul-edilibedilməyəcəyin barədə cava-bı gözləmək lazımdır. LakinDMOZ İK-nun redaktoruolmaq heç də asan məsələdeyil, başqa sözlə heç də“hər yoldan ötəni” redaktor-luğa götürmürlər. Təsadüfideyildir ki, indiyə qədər, yə-ni 8 il ərzində buradakı azər-baycanlı redaktorların sayıheç 8-ə belə çatmamışdır.

Bizim redaktorlardan ənyüksək mərtəbəyə qalxanşəxslərdən birinin şərti adı“Tabib”, digərinin isə“Namiq”-dir. Onların rus,ingilis və azərbaycan dilindəAzərbaycana aid olan bütünkateqoriyaları və hətta Azər-baycana aidiyyəti olmayanbəzi kateqoriyaları da editalredaktə etmək hüquqları varidi. Namiq daha çox irəliyəgedə bilmiş və hətta Ermə-nistana aid rus dilində olankateqoriyaları da redaktə et-mişdir. O, nəinki azərbay-can, hətta bütün rus dilindəolan kateqoriyalar üzrə re-daktor idi! Lakin hansısa sə-bəbdən, onlar 2004-cü il-dən sonra bu hüquqlarındanistifadə etmirlər. 4-cü əsasredaktorumuzun şərti adı“Editoraz”-dır. Onun Azər-baycan dilində olan bütünkateqoriyaları və Azərbay-cana aid ingilis dilində olanbəzi kateqoriyaları redaktəetmək hüququ var. 4-cüredaktorumuzun şərti adı“Salis”-dir. O, azərbaycandilində olan bütün kateqo-riyaların və ingiliscə “She-ki” kateqoriyasının redakto-ru olmaqla, həm də rusca“Азербайджан” kateqori-yası üzrə də qrinbaster kimiredaktə hüququna malikdir.

Onlardan başqa, DMOZ-da daha iki azərbaycanlıredaktor da var, “Babak” və“Sevda”. Lakin bu redaktor-lardan heç biri hələlik, özü-nü göstərə bilməyib...

“DMOZ” redaktorununfəaliyyəti ilə biz tez-tezmiqarşılaşırıq? Bəli, məsələn,Google.az saytının axtarışxanasına “Şəki ApellyasiyaMəhkəməsi” ifadəsini yazıbaxtar düyməsini tıklayaq. İlknəticə: (ad) “AzərbaycanRespublikası Şəki Apellya-siya Məhkəməsi” və (təsvir)“Məhkəmə haqqında ümumiməlumat. Qanunvericilik, ai-diyyəti olan xəbərlər.” ola-caqdır. Bu sayt adı və sayttəsviri, məhz, DMOZ redak-torunun zəhmətidir...

“DMOZ” İK-u Azər-baycana nə dərəcədə la-zımdır? Ən əvvəla, internetbələdçi kimi. Məsələn, kim-sə Azərbaycanın nazirliklə-rinə, yaxud ali təhsil müəs-sisələrinə məxsus saytlarıaxtarırsa, hansı kataloğa mü-raciət edə bilər axı? Əlbəttəki “DMOZ” İK-na! 2-cisi dəbudur ki,

“DMOZ” İK-u həm dəsiyasətdir. Məsələn, bu ka-taloqda “Dağlıq Qarabağ”kateqoriyası “Azərbaycan”kateqoriyasının tərkib hissə-sidir. Vaxtılə, redaktorlararasında mübahisələr başverirdi, bəziləri istəyirdilərki “Dağlıq Qarabağ”ı “Azər-baycan” dan çıxarsınlar,amma mümkün olmamış-dı... Son günlər isə burada ,ingiliscə ”regional/Asia/Armenia” kateqoriyasındaqeyri-qanuni olaraq, “Kara-bakh” kateqoriyası yaradıl-mış və ora ermənilərin işğal

etdikləri Kəlbəcərə dair birsayt daxil edilmişdir. Bu in-ternetdə Qarabağın Ermə-nistanın tərkib hissəsi kimitanınması deməkdir! Azər-baycan höküməti buna müt-ləq kəskin reaksiya göstər-məyə borcludur!

DMOZ İK-u həm də öl-kədə internetin inkişafınıgöstəricisidir. Məsələn, okt-yabrın 1-də DMOZ İK-dakırusdilli saytların sayı70235-olmuşdur. Rus redak-torlar son 4 gün ərzində bura235 sayt əlavə ediblər.Deməli, Rusiyada internetvə veb quruculuğu inkişaf-dadır! Lakin rusların balacaHollandiyaya çatmalarınahələ çox vaxt lazımdır. Beləki bu kataloqda holland di-lində olan saytların sayı 99533-dür!

DMOZ İK-da erməni di-lində olan saytların sayı1330, azərbaycan dilindəolan saytların sayı isə hələ-lik, cəmi 1070-dir. Bu bizimüçün heç də yaxşı göstəricihesab oluna bilməz, yəni Er-mənistanda internet Azər-baycana nisbətən, guya, da-ha çox inkişaf etmişdir?!

“DMOZ” İK-da ingilis-dilli saytlarımızın sayı qəna-ətbəxş hesab oluna bilərsə,buradakı rusdilli saytları-mızın sayı heç də hələlik,reallığı əks etdirmir. Bir çoxrəsmi saytlarımızın rusdilliversiyaları işləmir, işləyənbəzilərində isə hüquqi şəxsinadını (nazirlik, komitə) təş-

kil edən sözlərin hamısınınbirinci hərfi böyük yazılır.Əslində isə bu qayda yalnızazərbaycan dilinə aiddir,ruslar yalnız 1-ci sözün 1-cihərfini böyük yazırlar. Mə-sələn: “Министерство обо-ронной промышленно-сти”.

2009-cu ilin sonundaDMOZ redaktorları ara-sında ənənəvi müsabiqəkeçirildi, bu il yanvarın be-şındə açıqlanan nəticələrəgörə Salis “World/Azerbai-jani New Editor of the Year”mükafatını əldə etdi. Onunhəmin mükafat üzrə nami-zədliyi 3 ölkənin, İtaliyanın(1), Rusiyanın (1) və Türki-yənin (2) redaktorları tərə-findən irəli sürülmüşdür vəo, DMOZ tarixində mükafatalmış 3-cü azərbaycanlı re-daktor oldu! Əlavə olaraqqeyd edək ki, səsvermədə iş-tirak etmiş 207 nəfərdən 32-si Salisə səs vermişdir vədigər 144 nominasiya üzrəcəmi 15 halda bu qədər, ya-xud bundan çox, ən çoxu 50səs toplanılıb, səs verənlərisə müxtəlif ölkələrdə yaşa-yan, müxtəlif dillərdə danı-şan və müxtəlif məzhəblərəqulluq edən redaktorlardır.Bəli, DMOZ-da xalqlardostluğu və demokratiyamövcuddur!

Kompüter və internetbiliklərinə malik ziyalılar,tələbələr, DMOZ redak-toru olaga çalışın!

Aydın

Azərbaycan mətbuatı üçün ilk dəfəf

““DDMMOOZZ”” İİNNTTEERRNNEETT KKAATTAALLOOĞĞUU HHAAQQQQIINNDDAA

Artıq 2-ci ildir kidünyanın ən populyarinternet-axtarış sistemiolan “GOOGLE”,“İlham Əliyev” sorğu-suna cavab olaraq ilksırada, möhtərəm Pre-zidentin “Şəkinin səsi”qəzetinin veb səhifəsin-dəki bu şəklini göstərir.Şəklin arxasınca isəmərhum Salis Məmmə-dovun qələmə aldığıaşağıdakı məqalə açılır:

"Şəkinin səsi" -"İpəkçi"nin respub-likamızda, habelə bir sıra xarici ölkələrdəyaşayan daimi oxucuları arasında keçirdiyitelefon sorğusunun nəticələri təxminənbelə olmuşdur: Ulu öndər Heydər Əliyevfenomenini inkar etmək mümkün deyil.İndi həmin ada, bir ad da qoşulmuşdur. –İlham ƏLİYEV! Bu tarixi həqiqətdir.Azərbaycana, doğma xalqının dünəninə,bu gününə, sabahına sə-daqət onun qəlbində, qa-nındadır. Buna görə dəxalqımız İlham müəlli-min birinci prezidentlikdövründəki bütün fəa-liyyətini yüksək qiymət-ləndirir, ona etibar edirvə onu yenidən prezi-dent seçməyə hazırla-şır…

Bu fikirlər "Şəkinin səsi" – "İpəkçi" qə-zetlərinin ölkəmizdə və bir sıra xarici döv-lətlərdə yaşayan, işləyən, təhsil alan özü-nün 200 nəfər azərbaycanlı oxucusu ara-sında Azərbaycanda gələn ilin axırlarındakeçiriləcək Prezident seçkiləri ilə bağlı əh-val-ruhiyyəsini öyrənmək məqsədilə apar-dığı telefon sorğusundan alınmış cavab-ların leytmotivini təşkil edir.

Qəzetimizin istər ölkəmizdə, istərsə dəxarici ölkələrdə olan oxucuları yaxşı başadüşürlər ki, məhz ulu öndər Heydər Əli-yevin böyük tarixi xidmətləri sayəsində əl-də edilmiş Azərbaycanın dövlət müstəqilli-yi onun etibarlı varisi İlham Əliyev tərə-findən daha da qorunub möhkəmlənmiş,inkişaf etdirilmişdir. Heydər Əliyevinimzaladığı "Əsrin müqa-viləsi", "Bakı-Tbilisi-Ceyhan" neft, Bakı-Tbilisi-Ərzu-rum" qaz ixrac kəmərlərinin tikintiləriİlham Əliyevin Prezidentliyi dövründə ba-şa çatdırılmış, istifadəyə verilmişdir və s.

Göründüyü kimi, Heydər Əliyevin si-yasi xətti bu gün də İlham Əliyev tərəfin-dən uğurla davam etdirilir. Sözsüz ki, ölkəprezidentinin öhdəsinə çox böyük işlər dü-şür. Qəzetimizin çoxsaylı oxucuları başadüşürlər ki, o, bütün bu işlərin öhdəsindənlayiqincə gələcəkdir.

Rəy sorğusundan da göründüyü kimi,"Şəkinin səsi"-"İpəkçi" də təxminən 14-15aydan sonra ölkəmiz üçün mühüm əhə-miyyət kəsb edəcək - növbəti Prezidentseçkiləri ərəfəsində öz fəaliyyətini bu isti-qamətə doğru yönəltmişdir. Redaksiya-mız bu baxımdan Şəki-Balakən bölgə-sində, Bakıda, Naxçıvanda, Gəncədə,Sumqayıtda, habelə Rusiya Federa-siya-sında, Ukraynada, İranda, Türkiyədə yaşa-yan, işləyən, təhsil alan özünün 200 nəfəroxucusu arasında telefon vasitəsilə sorğukeçirmiş, onların növbəti seçkilərlə bağlıəhval-ruhiyyəsini öyrənmişdir. Məlum ol-muşdur ki, oxucularımızın 94 faizdən çoxuAzərbaycan xalqının böyük etimadını qa-zanan, bütün dünyada ən bacarıqlı birsiyasətçi kimi tanınan İlham Əliyevə

etimad göstərdiyini qeyd etmiş, onu 2-cidəfə Azərbaycan Prezidenti kürsüsündəgörmək arzusunda olduğunu bildirmişdir.

İlham Əliyevin yenidən Azərbaycanprezidenti seçilməsini bütün dünya normalqarşılayır. İran, Türkiyə, Rusiya Fede-rasiyası, Almaniya Respublikasının bugünlərdə Şəkidə qonaq olmuş səfirlərininköməyi ilə bu ölkələrdə olan oxucularımız

arasında keçirdiyimiz rəy sorğularımıza al-dığımız cavablar da bunu bir daha təsdiqedir. Ancaq bizim bəzi müxalifət qəzetləri"sayaqlayır", necə deyərlər: "düşmən də-yirmanına su tökürlər". Həmin qəzetlərin"cızma-qaralarına" isə inanan yoxdur. Am-ma bizim keçirdiyimiz rəy sorğusu başqaşeydən xəbər verir. İlham Əliyevə ilk güc-lü dəstək Beynəlxalq Seçki SistemləriFondunun açıqlamalarından və bir də ki,"Şəkinin səsi"-"İpəkçi"nin xarici döv-lətlərdə təmsilçisi olan, yaşayan azərbay-canlı oxucularından gəlmişdir.

Heydər Əliyev fenomenini inkar etməkdaha mümkün deyil. İndi həmin ada bir adqoşulmuşdur - İlham Əliyev! Bu tarixi hə-qiqətdir. Azərbaycana, doğma xalqının dü-nəninə, bu gününə, sabahına sədaqət onunqəlbində, qanındadır. Buna görə də xal-qımız onun ötən 4 illik Prezidentlik döv-rünü yüksək qiymətləndirir, İlham müəlli-mə etibar edir və onu ikinci dəfə yekdillik-lə Azərbaycan Prezidenti seçməyə hazırla-şır.

Şübhə yoxdur ki, Vətənimiz Azərbay-canı daha güclü, çiçəklənən, dünyanın əninkişaf etmiş ölkələri sırasında görməkistəyən hər bir soydaşımız, "Şəkinin səsi"– "İpəkçi"nin hər bir oxucusu gələn ilinaxırlarında keçiriləcək prezident seçki-lərində daha fəal iştirak edəcək və öz səsi-ni yenidən İlham Əliyevə verəcəkdir.

M. SALİS, "Şəkinin səsi"-"İpəkçi"nin

baş redaktoru, əməkdar jurnalist.

P.S. "Şəkinin səsi" -"İpəkçi"nin gələnilin axırlarında ölkəmizdə keçiriləcəkPrezident seçkiləri ilə bağlı özünün dünya-da olan 200 nəfər oxucusunun əhval-ruhiyyəsini öyrənmək məqsədilə keçirdiyitelefon sorğusunun nəticələri haqqındainternet səhifələrində daha ətraflı məlumatəldə etmək olar.

2007

“İlıam Əliyev” sorğusuna cavab“İlıam Əliyev” sorğusuna cavab

olaraq, dünyanın ən populyar interolaraq, dünyanın ən populyar inter--

net-axtarış sistemi olan “GOOGLE”net-axtarış sistemi olan “GOOGLE”

birinci sırada “Şəkinin səsi” qəzetininbirinci sırada “Şəkinin səsi” qəzetinin

saytından iqtibas gətirir!saytından iqtibas gətirir!

İLHAM ƏLİYEV AZƏRBAYCANIN ÜMİD ÇIRAĞIDIR.ONUN YENİDƏN PREZİDENT SEÇİLƏCƏYİNƏ HEÇ BİR

ŞÜBHƏ YOXDUR

İ n t e r n e t v ə b i z

Şəki veb sayt qurucu-luğun inkişaf səviyyəsinəgörə respublikanın digərrayonlarını bir neçə dəfəqabaqlamaqdadır. Şəkidə40-a yaxın internet saytıfəaliyyət göstərir ki, bunlar-dan da 30-dan çoxu DMOZİnternet Kataloğunda qeydəalınmışdır.

Ötən il aprelin 27-də startgötürən və Azərbaycanın ənyaxşı veb-layihələrini, infor-masiya texnologiyaları sa-həsində mütərəqqi xadimləriüzə çıxaran NETTY mü-kafatı üzrə müsabiqəyə isəŞəkinin 9 internet saytıqatılmışdı. Ymumiyyətlə,müsabiqənin ilkin mərhələ-sində 308 sayt iştirak etmişvə 236 nəfərlik böyük birictimai münsiflər heyətihəmin saytları ilkinmərhələdə qiymətləndir-mişdir.

Aprelin 29-da Şəki sayt-larından "MicroEn GroupProduction"un hazırladığı“Şəki İcra Hakimiyyəti” 14,Toğrul Qasımovun “She-ki.net”-i 13, “Şəkinin səsi“və“İpəkçi”qəzetləri nəzdin-də yaradılmış “Fətəli XanXoyski barədə veb sayt” isə15 səs toplayaraq, hər biri özkateqoriyası üzrə qrupda 4-cü yeri tutmaqla, müsa-biqənin nominantı olmağınbir addımlığına qədər irə-liləmişdilər. Onların 1 pillədə qalxıb-qalxmayacağı isəmünsiflər heyətinin hələ səsverməmiş 110 üzvünün-rəyindən sonra bilinəcəkdi.

Müsabiqənin ilkin mərhə-ləsi mayın 7-də başa çatdiq-da isə bu 3 Şəki veb saytın-dan 2-sinin finala çıxması vəredaksiya heyətlərininNETTY-2009-un mükafat-landırma mərasiminə dəvət

əldə etmələri məlum oldu;“Şəki İcraHakimiyyəti” 20səslə öz qrupunda 3-cü,“Fətəli Xan Xoyskibarədə veb sayt” isə 24 səstoplayaraq öz qrupunda 2-ciyeri tutdu. Saytı, ötən il vədaha əvvəlki illərdə bu mü-sabiqələrin bir neçə dəfənominantı olmuş ToğrulQasımovun isə bu dəfə bəxtigətirmədi, onun “Sheki.net”inin nominant olması üçüncəmi, 2 səs çatmadı və busayt 16 səslə öz qrupunda 4-cü yerdə qaldı.

Mayın 17-də Rəşid Beh-budov adına Mahnı Te-atrının zalında təntənəli şək-ildə təşkil olunmuş “NET-TY-2009”-un mükafatlan-dırma mərasimdə nominant-lara rəsmi şəkildə “Nomi-nantın sertifikatı” təqdinedildi və qaliblər mikafat-landırıldı.

2009-CU İL 2009-CU İL

ŞƏKİ VEB MƏKTƏBİNİN UĞURLARI İLƏŞƏKİ VEB MƏKTƏBİNİN UĞURLARI İLƏ

YADDA QALDIYADDA QALDI

Şəkilldə, soldan: "Fətəli xan Xoyski barədə sayt”ıneditoru Aydın Məmmədov; "MicroEnGroupProduction"un baş editoru Pərviz Məmmədov; baş pro-qramçı direktoru Məhəmməd Mustafayev; sağda: başdizayner Elnur Abdullayev.

Həmtəsisçilər: 1. “Şəki-İpək” şirkəti;

Redaktor:A. Məmmədov.

Çapa təqdim edildi:11.01.2010.

Sifariş: .Tiraj: 300.Şəhadətnamə № 177.

Ünvanımız:Az.5500. Şəki şəhəri,

Z.Bünyadov, 33.

E-mail:[email protected]

Tel.: 055 793 23 83

012 480 12 45

0177 423 15

“İpəkçi” qəzetininkompüterində yığılmış və“Azərbaycan” nəşriy-yatında ofset üsulu iləçap olunmuşdur.

“İpəki” qəzeti müstəqilKİV olaraq fəaliyyətgöstərir və bu qəzetdədərc olunmuş xəbər vəməqalələrə görə “Şəki-İpək” ASC heç biməsuliyyət daşımır!

2. M. Salis.

“Google”-axtarış sisteminin bütün dillərdəolan versiyaları “Şəki” sözü sorğusu üzrə 1-ci,ya 2-ci sırada “Şəkinin səsi” və “İpəkçi”

qəzetləri nəzdindəyaradılmış “Şəkitarixi” saytını gös-tərir. Daha sonrabu saytlardan 2şəkil təqdim edi-lir(“Google.ru” da1-cı sırada). 1-cifoto A.Məmmə-dov tərəfindən çə-kilmiş Şəki xansarayının tavanın-dakı sfenks-əcda-ha, yaxud Şəkixanlığının gerbi-

dir, bax: 2-cisi isə Şəki İH başçısı N. İbrahimov və

müavini Z. Cavadovanın fotosudur və Şəki İH-dəki tədbirdə mərhum Salis Məmmədov tərə-findən çəkilmişdir. Şəklə bax:

Fətəli xan Xoyskinin adı üçün mətn axta-rışında bizim qəzetlərin nəzdində yaradılmış"Fətəli xan Xoyski barədə sayt" 43500 nəticə

sırasında 1-ci yerdədir.Elmira Süleymanovanın adı üzrə şəkil

sorğusunda 643 şəkildən də 2-cisi, hansı ki buda mərhum S. Məmmədov tərəfindən çə-

kilmişdir. Şəklə bax: “Abıd Şərifov” şəkil sorğusuna cavab olaraq

yenə mərhum S. Məmmədovun çəkdiyi foto 1-ci yerdədir. Bu şəkli biz artıq 1-ci səhifədə yer-ləşdirdiyimizə görə 2-ci dəfə burada göstər-mirik.

Həmçinin, millət vəkili, Milli MəclisinSosial siyasət daimi komissiyasının sədri HadıRəcəblinin adı üçün üzrə mətn axtarışında24000 nəticədən 2-cisi bizim saytdandır. Şəkilsorğusunda isə 631 nəticədən 1-ci, 2-ci və 3-

c ü s üb i z i ms a y t -lardan-dır. 1-ci yer-də isəd e p u -t a t ı nmöhtə-r ə mp r e -zidenləolan buş ə k l itəqdimolunur.Bax:

Almaniya səfiri Per Kristoferin adı üzrə30300 nəticədən 1-cisi yenə bizim saytdandırvə mərhum S. Məmmədov tərəfindən çək-ilmişdir. Şəklə bax:

Ən sonda maraqlı bir təsadüfü də qeyd edim.3-il əvvəl, mərhum Ramiz Mirzəyev bizə birfotoaparat hədiyyə etdi, bundan bir il sonra ohaqq dünyasına qovuşdu, Allahın işinə bax, bugün GOOGLE-də onun adı ilə adi axtarış üzrə72 900 nəticədən və şəkil axtarışı üzrə 7130nəticədən 1-ci cisi bizim saytdandır. Şəklə bax:

Düzdür, bu şəkil onun bağışladığı fotoaparatvasitəsi ilə çəkilməyib, amma qeyd edək kimərhum, adi fotoaparatla çəkilmiş məhz,həmin şəkillərlə tanış olandan sonra qəze-timizdə dərc olunan fotoşəkillərin keyfiyyətininyaxşılaşması üçün, bizə indi də istifadə etdiy-imiz fotoaparatı bağışlamışdı. Allah ona rəhməteləsin.

“GOOGLE” AXTARIŞ SİSTEMİNDƏ BİZİM SAYTLAR DAHA HANSI SORĞUDA İRƏLİDƏDİR?

Bakıdan Əhmədov Məmmədin yazdığına görə o,ötən il vəhhabi təriqətində olan terroçunun hücümunaməruz qalıbmış. Terroçu onu öldürmək istəyibmiş, la-kın Əhmədov Məmməd ağır yaralanmasına və bütünqanını itirməsinə baxmayaraq möcüzə nəticəsində sağqalmışdır.

Buna baxmayaraq, Sabunçu Rayon Prokurorluğuterroçu - Heseynov Tural İntiqam oğlu, barədə CM-nin221.3 və 228.4 maddələri ilə, yəni xuliqanlıq (?!) mad-dələri ilə iş açmış, Sabunçu Məhkəməsi isə 10.12.2009-cu il tarixdə, hadisəni törədərkən guya “anlaqlı”olmamsına görə terrorçunu məsuliyyətdən azad eərək 1aylıq məcburi müalicəyə göndərmişdir. Halbuki, cina-yətkar nümyişkaranə surətə, cinayəti bilə-bilə etdiyinivə əməlindən də peşiman olmadığını məhkənədə dəfə-lərlə söyləyib.

Zərərçəkmiş bizə bildirir ki, qeyri-qanuni olaraq onaistintaq materialları və ittiham aktı ilə tanış olmağa im-kan verilməyibdir. 10 dekabr 2009-cu ildə oxunmuşhökmün surətini isə 1 aydan sonra (hakimin ağlınca,guya, apelyasiya şikayəti edə bilməsin deyə!) almışdır.

Zərərçəkmiş bizə bildirir ki, cəmi 3 dəfə, hər dəfə də5-10 dəqiqə davam etmiş qondarma “məhkəmə” onunheç bir vəsatətini təmin etməmişdir. Məsələn, ƏhmədovMəmməd “məhkəmə”də zərərçəkmiş kimi özünün xü-susi ittihamçı qismində məhkəmədə iştirakının təminolunması barədə vəsatət qaldırmış, lakin hakim, müttə-himin vəkili ilə məsləhətləşdikdən sonra (?!) vəsatətirədd etmişdir. O zaman zərərçəkmiş tələb etmişdir ki,vəsatətin rədd edilməsi məhkəmənin qərarında gös-tərilməlidir, hakim buna söz versə də, 1 ay sonra məh-kəmə qərarını alan Əhmədov Məmməd, qərarda obarədə heç nə tapa bilməmişdir!

Əhmədov Məmməd indi xüsusi ittiham qaydası üzrəhakim Samir Əliyevi, Vətənə xəyanətdə, terrorçularımüdafiə etməkdə, saxtakarlıqda ittiham etməklə məh-kəmə iddiası qaldıracağını bildirir. Və həmçinin, cə-miyyət üçün xüsusi təhlükəli olan və adam öldürən şəx-sə 1 aylıq məcburi müalicə cəzası kəsmiş hakım SamirƏliyevin, adam öldürən şəxsi “xuliqanlıq” maddəsi iləittiham etmiş dövlət ittihamçısı Eldar Balakişiyevin buqərarları verdikləri zaman “anlaqlı” olub-olmamasınınmüəyyənləşdirilməsi üçün məhəmə-psixiatik eksperti-zasından keçmələrini də tələb edəcək!

Qeyd: Zərərçəkmişin xahişinə görə burada onunadı şərti göstərilmişdir.

Tezliklə, bu il yanvar ayının sonunaTezliklə, bu il yanvar ayının sonunaqədər, internetdə “İpəkçi” qəzetininqədər, internetdə “İpəkçi” qəzetinin

məxsusi saytı fəaliyyətə məxsusi saytı fəaliyyətə başlayacaqdır!başlayacaqdır!

yy

Atom üzərində qutulacaq bu saytda, mün-təzəm olaraq, “Şəki-İpək” ASC-nə və Şəkininictimai-siyasi, mədəni. iqtisadi həyatına dairxəbərlər, analitik məqalələr dərc olunacaqdır.Saytda vaxtilə, “İpəkçi” qəzetinə gəlmiştəbriklər, müxtəlif KİV-də “İpəkçi” qəzetihaqqında getmiş yazılar, “İpəkçinin” bütünküçmiş redaktorları barədə informasiya vəRDF formatda qəzetin elektron versiyaları dayerləşdiriləcəkdir.

SABUNÇU RAYON MƏHKƏMƏSİNİN

HAKİMİ SAMİR ƏLİYEV BARƏDƏ XÜSUSİ

İTTİHAM QAYDASI ÜZRƏ VƏTƏNƏ

XƏYANƏT, TERRORÇULARI MÜDAFİƏ

ETMƏK VƏ SAXTAKARLIQ MADDƏLƏRİ

İLƏ İTTİHAM İRƏLİ SÜRÜLƏ BİLƏR!

12 anvar:qezet.qxd 14.01.2010 20:17 Page 4