Ìèðçÿ ßëÿêáÿð Ñàáèð 150 · 2016. 8. 26. · sabir fəqirdir, yetər ancaq zəkat...

384
Ìèðçÿ ßëÿêáÿð Ñàáèð-150 Biblioqrafiya Bakı-2012

Upload: others

Post on 27-Jan-2021

5 views

Category:

Documents


0 download

TRANSCRIPT

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð-150

    Biblioqrafiya

    Bakı-2012

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    2

    Tərtibçilər: Məlahət Həsənova Gülbahar Misirova İxtisas redaktoru və Kərim Tahirov, buraxılışa məsul fəlsəfə doktoru,

    Əməkdar mədəniyyət işçisi

    Redaktor: Mədinə Vəliyeva

    Mirzə Ələkbər Sabir - 150: Biblioqrafiya /tərt. ed.: M.Həsənova, G.Misirova; ixt. red. və burax. məsul K.Tahirov; red. M.Vəliyeva; M.F.Axundov ad. Azərbaycan Milli Kitabxanası. Bakı, 2012. 384 s.

    © M.F.Axundov adına Milli Kitabxana, 2012

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    3

    Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin keçirilməsi haqqında

    Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2012-ci ilin may ayında böyük Azərbaycan şairi, bədii-icti-

    mai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin (Məşədi Ələkbər Hacı Zeynalabdin oğlu Tahirzadənin) anadan olmasının 150 illiyi tamam olur.

    Mirzə Ələkbər Sabir çoxəsrlik poeziyamızın parlaq ənənə-lərini layiqincə yaşatmaqla bərabər, ədəbiyyatımızı keyfiyyətcə yeni mərhələyə yüksəldərək onu ictimai məfkurə baxımından daha da zənginləşdirən söz ustası kimi geniş şöhrət tapmışdır. “Molla Nəsrəddin” jurnalı ətrafında formalaşmış ədəbi cərəya-nın aparıcı simalarından olan mütəfəkkir şairin yüksək istedad-la yaratdığı əsərlərin başlıca mövzusunu mənəvi saflığa, mədə-ni yüksəlişə və maariflənməyə çağırış təşkil etmişdir.

    Milli mədəniyyətimizin inkişafına misilsiz töhfələr vermiş Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin təntənəli surətdə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Mirzə Ələkbər Sabirin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sə-rəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham ƏLİYEV,

    Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 1 iyun 2010-cu il

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    4

    ÒßÐÒÈÁ×ÈÄßÍ

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il 1 iyun tarixli Sərəncamı ilə Azərbaycan poeziyası-nın görkəmli nümayəndəsi Mirzə Ələkbər Sabirin anadan ol-masının 150 illiyi qeyd olunur.

    “Mirzə Ələkbər Sabir - 150” biblioqrafiyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundov adına Milli Kitabxana tərəfindən şairin yubileyi-nə töhfə olaraq hazırlanmışdır. Vəsait şairin 1903-2012-ci ilə-dək nəşr olunan əsərlərini, eyni zamanda həyat və fəaliyyəti haqqında yazılan materialları əhatə edir.

    M.F.Axundov adına Milli Kitabxana tərəfindən M.Ə.Sabir haqqında ilk göstərici 1958-ci ildə tərtib edilmişdir. Şairin yubileyi ərəfəsində hazırlanan bu elmi-köməkçi göstərici üçün materiallar yenidən işlənmiş, əlavələr edilərək daha da təkmil-ləşdirilmişdir.

    Biblioqrafiyada “M.Ə.Sabirin həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər M.Ə.Sabir haqqında”, “Əsər-ləri” və “Həyat və yaradıcılığı haqqında” bölmələri öz əksini tapmışdır. Vəsaitdə Azərbaycan və xarici dillərdə nəşr olunan materiallar xronoloji ardıcıllıqla verilmiş, daxildə isə əlifba sırası ilə qruplaşdırılmışdır.

    Şairin 80 adda imza və təxəllüsü “M.Ə.Sabirin mətbuatda istifadə etdiyi imzalar və təxəllüslər” adlı bölmədə öz əksini tapmışdır.

    Sonda, vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə, “M.Ə.Sabirin əsərlərinin əlifba göstəricisi” və “M.Ə.Sabir haq-qında yazmış müəlliflərin əlifba göstəricisi” bölmələrindən iba-rət köməkçi aparat tərtib edilmişdir.

    Nəşrlə bağlı arzu və rəylərini bildirəcək hər bir mütəxəs-sisə və oxucuya əvvəlcədən minnətdarlığımızı bildiririk.

    Ünvan: AZ-1000, Bakı şəhəri, Xaqani küçəsi 29. E-mail: [email protected]; URL: www.anl.az

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    5

    ÌÈÐÇß ßËßÊÁßÐ ÑÀÁÈÐ

    Yeni dövr dünya ədəbiyyatının şöhrətli simalarından biri olan Mirzə Ələkbər Sabir Tahirzadə Azərbaycanın böyük xalq şairi, vətənsevər mütəfəkkiri və ictimai xadimidir. O, milli ədəbiyyatın, Xaqani, Nizami, Füzuli, Vaqif, Axundov, Seyid Əzim kimi klassiklərin, çoxəsrlik Şərq poeziyasının qabaqcıl ənənələri üzərində yetişib kamala çatmışdır. Sabirin “Hophopnamə” adı ilə tanınan şeir kitabı realist ədəbiyyatın gözəl nümunəsi, milli bədii fikrin böyük abidəsi sayılır.

    Sabir türkdilli xalqlar arasında tək-tək şairə nəsib olan şan-şöhrət sahibidir. “Molla Nəsrəddin” ədəbi məktəbinin baş-çılarından biri kimi o, Azərbaycanla birlikdə Şərqin bir çox ölkələrindəki ədəbi inkişafa qüvvətli təsir göstərmiş, oriji-nallığı, böyük fikri-estetik qüvvəsi ilə seçilən poeziya məktəbi yaratmışdır.

    * * * Azərbaycan ictimai-ədəbi və mədəni fikir tarixində özgün

    yeri olub, Sabir təxəllüsü ilə tanınan Mirzə Ələkbər Sabir Tahirzadə 1862-ci il mayın 31-də Şamaxıda doğulub. Bundan 3 il əvvəl 1859-cu ildə Şamaxı dəhşətli zəlzələyə məruz qalaraq dağılmışdı. Ona görə hökumətin qərarı ilə quberniya mərkəzi Şamaxıdan Bakıya köçürülmüş, yerli əhali isə öz yurdlarında qalmışdı.

    Ələkbərin atası Zeynalabdin həyatsevər bir gənc idi. Şə-hərdə dini xurafat və təriqətçilik hökm sürsə də, sünni olduğu halda o, şiələrlə də dostluq edirdi. Zeynalabdinin həyat yoldaşı da şiə məzhəbinə məxsus qız oldu…

    Ələkbər mollaxanada vaxtından əvvəl yazı yazdığı üçün molla tərəfindən cəzalandırılmışdı. Bundan başqa dindar vali-deynləri “axirət dünyası üçün” daha çox savab qazanmaq ümid və inamı ilə Ramazan ayında övladları körpə Ələkbərə bir günlük oruc tutdurmuşdular. Həm mollanın cəzasından qəlbi

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    6

    sınan, həm də gün ərzində oruc tutmağın aclıq əziyyətinə dözməyən Ələkbər “Tutdum orucu İrəmazanda…” sözləri ilə başlayan kiçik bir şeir yazmışdı. Həmin misralar balaca Ələkbərin (gələcək şairin) ictimai-mənəvi haqsızlıqlara qarşı ilk etirazının poetik ifadəsi idi.

    Ələkbərin atası Zeynalabdin kişi dindar olsa da, onda həyat eşqi, yenilik düyğusu da güclü idi. Ona görə mollaxanada oğlunun iztirab çəkdiyini və elə bir bilik qazana bilmədiyini görüb, Ələkbəri Şamaxıda yenicə açılmış və xalq arasında az-çox rəğbətlə qarşılanan, dövrünə görə qabaqcıl bir məktəbə qoymağa qərar verdi. Həmin məktəbi məşhur şair və səriştəli, həssas bir pedaqoq olan Hacı Seyid Əzim Şirvani idarə edirdi.

    Balaca Ələkbər köçürüldüyü yeni təhsil ocağında Seyid Əzimin məktəbində qayğı və nəvazişlə əhatə olunmuşdu. Bir dəfə dərsdə İslamda təriqətin yerindən danışarkən Seyid Əzim gülə-gülə demişdi ki, Ələkbərin atası sünni, anası isə şiədir. İndi o, bilməyəcək ki, hansı yolla getsə həqqə tez çatar. Tənəffüsdə Ələkbərin bununla bağlı “Babam sünni, nənəm şiə” sözləri ilə başlanan şeir yazdığını bilən Seyid Əzim həmin şeiri oxuyub təhlil və redaktə etmişdi… Müəllimin redaktəsindən sonra şeir bu cür olmuşdu:

    Babam sünni, nənəm şiə, dürək mən, Nə farsam mən, nə hindəm mən, türək mən. Muğanda müğbeçə, məsciddə Əkbər, Təfavütü yox, həqiqətdə zirək mən.

    Bu faktlar da göstərir ki, o dövrdə Azərbaycan ictimai-mə-

    dəni fikrində və mühitində köhnəfikirlilik, mühafizəkarlıq, xurafatla yanaşı, qabaqcıl düşüncə tərzi, yenilik və tərəqqi meylləri də mövcud idi. Əslində yeniliklə köhnəlik, xurafat və mütiliklə dünyəvilik, işıqlı sabaha inam bir-biri ilə pəncə-pəncəyə gəlməyə, mübarizəyə qalxmağa başlayırdı.

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    7

    Bu əhvalatdan sonra Seyid Əzim balaca Ələkbərə daha çox diqqət yetirməyə başladı; müəllim - şagird münaşibətləri get-gedə dostluğa çevrildi.

    Ələkbərin bədahətən şeir demək qabiliyyəti və fitri isteda-dı haqda Seyid Əzim dostla\rına danışarkən həmin tanışlardan biri heybədən üç limon çıxarıb birini Ələkbərə, ikisini isə S.Əzimə verib, bu hərəkətə aid şeir istəmişdi. Ələkbər bəda-hətən:

    Xümsi şərabı Seyyidə verib saqi dedi. Sabir fəqirdir, yetər ancaq zəkat ona.

    - misralarını söyləmişdi.

    Qeyd edək ki, İslamda gəlirin molla və seyidə verilən beş-də bir və kasıblar üçün nəzərdə tutulan onda bir miqdarında nəziri, Şirvaninin seyidliyini, özününsə kasıblığını Sabir bu beytdə sənətkarlıqla ifadə etmişdi.

    Seyid Əzim özünün artıq gənc dostu və sənət həmkarı hesab etdiyi Ələkbərlə tez-tez şeirləşir yaxud Şərqin ulu söz ustadlarının, klassiklərinin əsərlərindən nümunələri seçərək tər-cümə etməsini ona tövsiyə edir, bununla şagirdinin poetik iste-dadının daha da cilalanmasının qayğısına qalırdı. Ələkbər fars klassik şairlərindən olan Sədi Şirazi yaradıcılığından seçilən bir poetik nümunəni Azərbaycan dilində belə səsləndirmişdi:

    Gördüm neçə dəstə tazə güllər, - Bağlanmış idi giyah ilən tər.

    Ələkbər Sabir sonralar da fars şairi Əbülqasım Firdovsi,

    Misir şairi Şeyx Məhəmməd Əbdo bəy və digər sənətkarların poetik irslərindən uğurlu poetik tərcümələr etmişdi. Çünki, yüksək şairlik təbi, ədəbi zövqü ilə yanaşı öz ana dilindən baş-qa ərəb və fars dillərini də mükəmməl bilir, klassikləri orijinal-dan oxuyurdu.

    Ustadla şagird arasında sənət, poetik istedad və s. haqda tez-tez olan söhbət və yarışmaların birinin nəticəsi olaraq Seyid Əzimin ona müraciətlə yazdığı

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    8

    Ey məh, bilirəm, fitneyi-dövran olacaqsan, Ey qaşi hilalım, məhi-tavan olacaqsan.

    -beyti ilə başlanan qəzəlinə Ə.Sabir belə cavab vermişdi:

    Sən piri-cahandidəsən, ey Seyyidi-Sərkar, Məndən çək əlin, eyləgilən pir ilə rəftar! Bu, artıq öz ayaqları üstə möhkəm dayanan, müstəqil yara-

    dıcılıq qüdrətinə əmin olan, sənət və yaradıcılıq üfüqlərində öz yerini, mövqeyini aydın təsəvvür etməyə başlayan bir isteda-dın, azmanın güvənc dolu hayqırtı ilə meydan sulaması idi.

    Seyid Əzimin Sabirə hörmət və məhəbbəti getdikcə artırdı. Hətta o, N.Gəncəvinin “Xəmsə”sini Sabirə hədiyyə etmişdi. Bu, ustadın öz yetirməsinə böyük etimad və inamının gös-təricisi idi.

    Zeynalabdin kişinin dükanında alış-veriş yaxşı getmirdi. O, oğlu Ələkbər Sabiri məktəbdən çıxarıb dükana – öz yanına köməkçi qoymuşdu. Sabirin isə fikri-zikri alış-verişdən çox yazı-pozuda, şeirdə idi. Oğlunun bu halından onsuz da kasıblı-ğın sıxıntısından hövsələsi daralan, səbr kasası aşıb-daşan ata heç cürə razı qala bilmirdi. Bir gün o, Sabiri dükanda yenə şeir yazarkən görüb bərk qeyzləndi və oğlunun dəftərini alıb cırdı. Sabir atası Zeynalabdinin bu hərəkətindən yaman dilxor oldu, dişlərini bir-birinə sıxdı və hirsini yenə şeirlə ifadə edib misralara tökdü. Farsca yazılan həmin şeirdə Sabirin qətiyyəti, öz şairlik qüdrətinə güvənci, poeziyaya bütün varlığı ilə bağlanması və yolundan heç vədə dönməyəcəyi fikri, həmçinin nə vaxtsa Şamaxını tərk edib səyahətə çıxmaq arzusu ifadə olunmuşdu. Bu da səbəbsiz deyildi. Sabir məktəb və sənət müəllimi Seyid Əzimin söhbətlərindən müsəlman dünyası, Orta Asiya şəhərləri haqqında çox eşitmişdi. Bundan başqa tarixən Şamaxı - Orta Asiya ticarət və mədəni əlaqələri var idi. O da fürsət düşən kimi həmin diyara gedib eşitdiklərini gözü ilə görmək istəyirdi. Atasına bildirmədən növbəti karvanın biri

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    9

    ilə səfərə çıxdı. Bundan xəbər tutan Zeynalabdin kişi gedib oğ-lunu yoldan qaytardı və söz verdi ki, yaxın vaxtlarda özü onu səyahətə yola salacaq.

    Zeynalabdin kişi vədinə əməl etdi və 23 yaşlı gənc Ələk-bər Sabirin səyahətə çıxmasına icazə verdi. Şair özünün səfərə çıxdığı vaxtı belə bir “maddeyi-tarix”lə göstərdi:

    Sabiri-şeyda ki, tərki-şəhri-Şirvan eylədi, Bülbülə bənzərdi kim meyli-gülüstan eylədi. Min üç yüz birdə, hicrətdən sonra meymun ili, Axiri-şəvvalda əzmi-Xorasan eylədi.

    Bu poetik maddiləşmə tarixi miladın təxminən 1884-cü ili-

    nin avqust ayına düşür. Beləliklə, Sabir 1884-cü ilin avqust ayının 22-də Şamaxıdan A.Səhhətin yazdığına görə “neçə vaxt Xorasan, Səbzəvar, Nişapur, Türbeyi-Heydəriyyə, Türbəti-Cami, Xoy, Səmərqənd, Buxara tərəfləri səyahət edir. Əsnayi-səyahətində dəstfüruşluqla güzəran edirmiş. Bu arada Xorasan ətrafında vəba naxoşluğu düşdüyünə görə orada dayanmayıb Şamaxıya qayıdır. Bir neçə vaxt Şamaxıda qaldıqdan sonra Kərbəla ziyarətinə azim olur. Ətabati-aliyatda bir çox növhə və dübeytlər yazmışdır…

    Kərbəladan qayıtdıqdan sonra yenə Xorasana gedir və bu dəfə Eşqabadda və Mərvdə sakin olmaq istərkən pədəri Şama-xıda vəfat edir”. Bu xəbəri eşidib Şamaxıya qayıdır, ailə təsər-rüfatını idarə etməyə başlayır və evlənir. Çoxsaylı uşaqlarından əksəriyyəti kiçik yaşlarında ölmüş, qızı Səriyyə və oğlu Məm-mədsəlim isə ata-analarının şəcərələrinin davamçısı olmuşlar. Hazırda şairin nəvə və nəticələri həyatdadırlar…

    Ölkədə maarifçilik hərəkatı getdikcə davamlı şəkil almaq-la, çeşidcə də zəngin və rəngin olurdu; milli mətbuat – “Əkinçi” qəzeti meydana çıxmış, onun ətrafına Həsən bəy Zərdabi ilə yanaşı dövrünün M.F.Axundov, N.Vəzirov, Əhsənül Qəvaid, S.Ə.Şirvani, M.Ə.Şirvani, Ə.Gorani və digər qabaqcıl görüşlü nümayəndələri cəmləşmişdilər. “Əkinçi”dən

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    10

    sonra nəşrə başlayan “Ziya (Ziyayi-Qafqaziyyə)”, “Kəşkül” qəzet və jurnalı, həmçinin rusca “Kaspi” qəzeti Səid və Cəlal Ünsizadə qardaşlarının və b.-nın vətəndaş fədakarlıqları ilə öz sələflərinin – “Əkinçi” qəzetinin yolunu davam və inkişaf etdi-rirdilər. Həmin mətbu orqanlardan başqa ədəbi və mədəni həyatda M.F.Axundov ənənələrini davam və inkişaf etdirən N.Vəzirov, H.Vəzirov, Ə.Haqverdiyev, S.S.Axundov, N.Nəri-manov, M.Şahtaxtlı, İ.S.Şahtaxtlı, Ə.Topçubaşov, S.M.Qəni-zadə, M.T.Sidqi və b. ədiblərin, maarif və mədəniyyət xadimlə-rinin aydın və məqsədyönlü fəaliyyətləri ilə getdikcə xalqın milli təəssüb hissi, milli mənlik duyğusu güclənir və o, özünün düşdüyü acınacaqlı vəziyyətə gülə bilir, həyat səviyyəsini yax-şılaşdırmaq üçün elmə, maarifə, təlim-tərbiyəyə tapınır, hətta düşdüyü faciəli güzərana ağlaya bilmək, bu faciələrin acı bəhrələrinə yanğılı göz yaşı tökmək, dönüb tarixi keçmişinə baxmaq və sosial-mədəni şüur səviyyəsinə yüksəlməyə başla-yırdı. Ədəbi-ictimai mühitdə komizm ilə didaktizm də, sar-kazm da, fəci ifadə halları da, həyatda və sənətdə yeni prinsip-lərlə fəaliyyətə ictimai publisistik ruhlu çağırışlar da güclənirdi. Səyahətdən qayıdıb ailə quran Ələkbər Sabir ailə-məişət qay-ğıları ilə yanaşı ölkənin sosial-mədəni həyatını sarmış olan mənəvi-psixoloji yeniləşmə və təmizlənmə burulğanının içində öz yaradıcılıq amalının hələ uzaqlardan parlayan üfüqlərinə doğru yön almaqda idi. O, belə bir qəti qənaətə gəlmişdi ki:

    Şeir bir gövhəri – yekdaneyi-ziqiymətdir, Salmaram vəsfi-düruğ ilə onu qiymətdən. Deyərəm həcv, sözüm doğru, kəlamım şirin, Əhli-zövqə verərəm nəşə bu xoş şərbətdən.

    Göründüyü kimi, Sabir artıq öz yaradıcılıq yolunu müəy-

    yənləşdirmişdi; o, həcv, yəni satira yazacağını, özü də bu fəa-liyyəti ilə xalqa yeni ideya-əxlaqi keyfiyyətlər aşılayacağını bəyan edirdi.

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    11

    XIX əsrin axırlarına və XX əsrin sonlarına doğru maarif-çilik hərəkatına yeni bir çalar - siyasi düşüncə də əlavə edil-məyə başladı. Buna səbəb xalqların get-gedə ayılması, milli mənlik şüurunun oyanması idi. Cünki ölkədə artıq siyasi qüv-vələr fəallaşmağa başlamışdı. Bu da sosial-mədəni və ictimai-ədəbi mühitdə yeni məzmunlu fikir və düşüncənin rəngin ifadəsinə stimul verirdi. Sabirin ayıq və həssas şair dühası bütün bu yeniliklərə fəal münasibət bəsləyirdi.

    1902-ci il yanvarın 31-də Şamaxıda növbəti dəhşətli, dağı-dıcı zəlzələ oldu. Şəhər əhalisi itkiyə və daha artıq yoxsulluğa məruz qaldı. Peterburqda çıxan “Niva” jurnalı bu haqda mate-riallar dərc etdi. Sabir “Üç yüz on doqquz idi…” sözləri ilə başlayan mənzuməsində bu dağıntı və faciəni realist poetik boyalarla ətraflı təsvir etdi.

    1903-cü ildə Tiflisdə “Şərqi-rus” qəzeti nəşrə başladı. Sabir bu qəzetin nəşrini alqışladı. “Şərqi-rus”da çap etdirdiyi şeirdə cəmiyyətin inkişafında mətbuatın əhəmiyyətinin böyük-lüyünü diqqətə çatdırdı və xalqın tərəqqisi yolunda ona uzun-müddətli, səmərəli fəaliyyət arzuladı. “Həyat”, “İrşad”, “Tazə həyat” qəzetlərinin Şamaxı üzrə xüsusi müxbiri kimi onlarda maraqlı şeir və məqalələrlə çıxış etdi, abunələrinə yardım göstərdi.

    Sabir artıq ictimai-mədəni, sosial-siyasi həyatda baş verən proseslərə fəal münasibət göstərir, onlara müdaxilə edərək fik-rini və vətəndaş mövqeyini ifadə edirdi. 1905-ci ildə çarizmin fitvası və daşnaqsütun partiyasının təşkilatçılığı ilə ermənilər illərdən bəri köçürülərək əzəli Azərbaycan torpaqlarında qon-şuluqda yaşadıqları azərbaycanlılara qarşı ərazi iddiaları ilə fitnəkarlıqlar edir, milli qırğın törədirdilər. Dövrün ayıq və qabaqcıl düşüncəli digər qələm sahibləri ilə yanaşı Sabir də hər iki xalq – həm ermənilər, həm də azərbaycanlılar üçün ancaq ziyan, dağıntı və fəlakətlərə gətirib çıxaran həmin qırğınları pisləyib, müsəlman (Azərbaycan) və erməni vətəndaşlarını fitnələrə uymayıb, bir-birlərinə bəslədikləri kin-küdurəti kənara qoyaraq əvvəlki kimi sülh və əmin-amanlıq şəraitində yaşama-

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    12

    ğa səslədi. “Müsəlman və erməni vətəndaşlarımıza” adlandır-dığı həmin şeir “Həyat” qəzetinin 1 iyun 1905-ci il tarixli nömrəsində çap edildi. Şeirdə oxuyuruq:

    Ey süxəndənan, bu günlər bir hidayət vəqtidir! Ülfətü-ünsiyyətə dair xitabət vəqtidir!

    Sabir iki xalq arasında baş verən bu fitnəkarlıqların sosial-

    siyasi köklərini, onun niyə baş verdiyini hələ tam başa düşə bilməsə də, törədilən qırğınların, bəslənən kinlərin insanlıqdan kənar olduğunu və cahillikdən, qanmazlıq və zəlalətdən mey-dana çıxdığını bildirirdi:

    Fitnələr kim, faş olur, bilməm nə halətdən törər, Bu müsibətlər bütün büğzü ədavətdən törər, Bu ədavət mütləqa hali-zəlalətdən törər; Ey süxəndanan, bu günlər bir hidayət vəqtidir! Ülfətü-ünsiyyətə dair xitabət vəqtidir!

    Ona görə də şair həmkarlarını, cəmiyyətdəki mövqe və

    nüfuz sahiblərini həqiqəti, məsələnin kökünü xalqa açıb onların aralarında əvvəllər hökm sürən dinc yanaşı yaşayışın, sülh və əmin-amanlığın bərpası üçün səylər göstərməyə çağırırdı.

    Şeirlə birlikdə redaksiyaya göndərdiyi məktubda Sabir yazırdı ki, “…təqazayi-zəmanəmizcə bərəks ittifaq düşən əra-minə və müslimin (ermənilər və müsəlmanlar – A.B.) zid-diyyətinin islahında fövqəzzikr (dərhal zikr etdiyim, qələmə aldığım – A.B.) bir neçə qitənin tənzimini ənsəb və əlzəm gördüm. Başqa dəfələr də həm əhvali-ümumə dair mətləbləri öz qabiliyyətim qədərincə nəzm etməyə müştaqəm. Və belə xidəmati-çakəranələri vətən qardaşlarımızın yolunda özümüzə vacib biliriz”.

    Göründüyü kimi, Sabir artıq Vətənin tərəqqisi və Vətən övladının səadəti, inkişafı yolunda öz qələmi, istedadı, ağlı, zəkası ilə xidmət göstərməyi özünün vətəndaşlıq borcu sayır,

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    13

    bu yolda bütün qabiliyyət və bacarığı ilə çalışacağını bəyan edirdi. O, sözünə, vədinə əməl etdi; hələ çox aktual və ağrılı məsələ kimi qarşıda duran erməni-müsəlman qırğınının dayan-dırılması üçün məqalələr də yazdı. “Vəfat xəbəri”, “İslamiy-yətin insanpərvərliyi”, “Bu gün Qafqaziya məmləkətində…”, “Avqustun 3-də Salamovların evində…” və s. məqalələrdə zahirən Şamaxıda baş verən təziyə və ictimai-mədəni hadi-sələrdən danışılır. Ancaq Sabir həmin məqalələrdə Şamaxıda müsəlmanlarla (azərbaycanlılarla) ermənilərin dinc və əmin-amanlıq şəraitində yaşadıqlarına xüsusi diqqət cəlb edir, bununla digər qəsəbə, oba və şəhərlərdə yaşayan vətəndaşlara sanki bir nümunə göstərir, onlara da qarşılıqlı sülh və dinclik şəraitində yaşamağı təlqin etməyə çalışırdı.

    Həmin məqalələrdə İslamın sülhpərvər bir din olduğunu diqqətə çatdırmaqla yanaşı şamaxılıların erməni-müsəlman qır-ğınında Qarabağda zərər çəkənlərə göstərdikləri maddi yar-dımdan söhbət açır, digər həmvətənlərini və vətəndaşları bu cür xeyriyyə işlərinə qoşulmağa çağırırdı…

    1906-cı il aprelin 7-də Tiflisdə Azərbaycanın ilk satirik mətbu orqanı – “Molla Nəsrəddin” jurnalı nəşrə başladı. Sabi-rin fikir və duyğularının mübariz ruhda formalaşmasında “Molla Nəsrəddin” jurnalı əhəmiyyətli rol oynadı. O, öz yara-dıcılıq ruhuna yaxın saydığı “Molla Nəsrəddin”in ən sevimli şairi, ən fəal iştirakçısı oldu. Sabirin “Molla Nəsrəddin”də iştiraka başlaması jurnal üçün vaxtında baş verən mühüm, sevindirici hadisə idi. C.Məmmədquluzadə çap etməyə başladı-ğı jurnalın ideya və üslubuna uyğun bir şair tapa bilmədiyindən onun ilk nömrələrindəki şeir parçalarını özü yazmalı olmuşdu. Sabirin simasında isə o, məhz axtardığı “Molla Nəsrəddin” şairini, qüdrətli qələm və məslək dostunu tapmışdı.

    Onu da xüsusi olaraq nəzərə almaq lazımdır ki, hələ “Molla Nəsrəddin” jurnalının nəşrindən xeyli qabaq “Həyat” qəzetində “Müsəlman və erməni vətəndaşlarımıza” şeirindən sonra 10 fevral 1906-cı ildə “Bir məclisdə on iki kişinin söhbəti” başlıqlı satirik şerini çap etdirən Sabir də özünə, yeni-

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    14

    yeni formalaşmağa başlayan yaradıcılıq üslubuna uyğun gələn çap orqanı, fəaliyyət meydanı axtarırdı. Şeir “Bir məclisdə on iki kişinin söhbəti” adlansa da, əslində bu satiradakı tiplər bir-birləri ilə söhbət etmirlər. Onların hər biri ayrı-ayrılıqda ictimai-milli rüsvayçılıq kürsüsünə çıxaraq özlərinin iç üzlərini, əsl simalarının elan edib hələlik səhnə arxasına çəkilirlər. Bu mənada “Bir məclisdə…” satirasını Sabirin hay-küylü, əzəmətli “poeziya teatrı”nın proloqu hesab etmək olar. Bu ictimai tiplərin hər biri öz “monoloq”unun söyləyib “səhnə arxasına” çəkilərkən “tamaşaçıya” (oxucuya) tamamilə aydın olur ki, gələcəkdə “satira teatrı”nın növbəti pərdələrində bu tiplərin təmsil etdikləri milli-ictimai zümrələr özlərinin əsl simalarını bütün genişliyi və çalarları ilə nümayiş etdirəcəklər.

    Bu satirik monoloq-təqdimatlar gözlənən “tamaşa”nın dra-matikliyindən, situasiyaların kəskinliyindən xəbər verirdi. Eyni zamanda həmin satiranın ruhu, canı, ideya-bədii xüsusiyyətləri bütövlükdə realizmin tələb və prinsiplərini də ifadə edirdi. Odur ki, “Bir məclisdə on iki kişinin söhbəti” satirası yeni realist şeirin, Sabir poeziya məktəbinin proqramı, manifesti kimi qəbul edilməlidir. Məhz yeni realist şeirin proqram və məramnaməsi kifayət qədər aydın müəyyənləşdirildiyi, onun üslub və şivəsi qəti qərarlaşdırıldığı üçündür ki, Sabir böyük bir “nərilti və gurultu ilə” (C.Məmmədquluzadə) ictimai yaradıcılıq meydanına atıldı. Bundan sonra onun “on iki kişinin məclisi”nə yığdığı ictimai zümrələrin qalın riyakarlıq pərdəsi arxasında gizlənən əsl simaları oxucu və tamaşaçıların gözləri qarşısında daha geniş və aydın boyalarla canlandırılmağa başlandı. Sabirin tiplər qalereyası genişləndikcə poetik rəsm fırçasının boyaları da yeni-yeni çalar, rəng seçimi ilə diqqəti cəlb edən mənzərələrlə zənginləşdi, kamilləşdi. “On iki kişinin məcmuəsində”ki tiplərin nümayəndələrindən biri “Molla Nəsrəddin” jurnalında

    Millət necə tarac olur, olsun nə işin var?! Düşmənlərə möhtac olur, olsun, nə işin var?! –

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    15

    -deyə danışmağa başladı. Bu satira demokratik ictimai dairə-lərin, həmçinin Sabirin yeni şeir proqramını – “Bir məc-lisdə…” satirasını öz səhifələrində dərc edən “Həyat” qəzetinin də diqqətindən yayınmadı. Qəzetin növbəti “poçt qutusu”nun birində belə bir qeyd verildi:

    “Molla Nəsrəddin”ə. Əfəndim, 28 aprel tarixli dördüncü nömrəni əvvəlki

    nömrələrdən daha ziyadə bir ləzzətlə mütalilə etdik…” Söz yox ki, bu yüksək qiymətdə “Molla Nəsrəddin”in hə-

    min nömrəsində çap olunan “Millət necə tarac olur-olsun, nə işim var?!” satirasının da xeyli payı var idi. “Molla Nəsrəddin” jurnalının ümumi ruhu, ideya istiqaməti və xalqla ünsiyyət üslubu ilə yanaşı C.Məmmədquluzadənin “Molla Nəsrəd-din”dəki şerlərinin Sabirin “Həyat”dakı şeiri ilə (“Bir məclisdə on iki kişinin söhbəti” ilə. - red.) həm ideya istiqaməti, satira hədəfi, həm də üslub və ifadə cəhətindən səsləşməsi Sabirdə başladığı işin faydalı, münasib olduğu barədə qənaəti möhkəm-ləndirmişdi, onu daha da ürəkləndirmişdi.

    Azadlıq hərəkatının təsiri ilə böyük, mənəvi təkamül ke-çirməyə başlamış, bir az əvvəl “Həyat” qəzetində “Bir məc-lisdə on iki kişinin söhbəti” adlı klassik satirasını çap etdirmiş Sabirin həssas təbiətini, həyacanlı ürəyini alovlandırmaq üçün bu qığılcımlar tamamilə kifayət oldu: çox keçmədən qığılcım böyük poetik alova çevrildi.”

    Sabirlə C.Məmmədquluzadə arasındakı ideya-məslək dost-luğu kimi, şairin adı ilə bağlı olan ədəbi məktəb – Sabir poe-ziya məktəbi də “Molla Nəsrəddin” jurnalı səhifələrində yetişib kamala çatdı və həmin ədəbi məktəbin Ə.Nəzmi, Ə.Qəmküsar, M.Möcüz, Ə.R.Şamçızadə, M.H.Zeynalov və b. nümayəndələri yetişdi. Bu satira özünün dəyişdiricilik gücü, xalqın ictimai-milli şüurunda düşdüyü mövcud acınacaqlı vəziyyətindən çıxmaq üçün silkinib ayağa qalxmaq, hərəkətə gəlmək ovqatını yaratmaqla inqilabi mahiyyət, dəyişdiricilik keyfiyyəti qazandı. Bu poeziyanın inqilabi məzmunu onun cəmiyyətdə olan bütün zümrələri öz dialoq və monoloqları ilə hərəkətə gətirib yeni-

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    16

    liyə, tərəqqi və istiqlaliyyətə, parlaq istiqbala doğru yönəldə bilməsində idi. Sabirin hər satirasında sanki yeni, özgün danı-şıq, mükalimə və mühakimə çaları var. Bu çalarlar arasındakı fərq hər satiradakı ictimai tipin, hər şeirdəki qəhrəmanın, lirik “mən”in arasındakı fərq qədərdir.

    “Molla Nəsrəddin”də iştirak etdiyi illər (1906-1911) za-manca bir o qədər böyük olmasa da, Sabirin yalnız Azərbay-canda deyil, Yaxın və Orta Qərqdə çox qüdrətli bir şair kimi tanındığı dövrdür. Jurnalın elə nömrələri var ki, orada onun iki əsəri çap olunmuşdur.

    Şair satira qəhrəmanlarının, tənqid hədəfinə çevirdiyi icti-mai tiplərin, qaraguruhun tənə və təzyiqindən qorunmaq üçün şeirlərini müxtəlif gizli imzalarla çap etdirirdi. Bu imzaların tez-tez dəyişməsi, hətta hər əsərdə ancaq bir dəfə işlənməsi həm də onların işləndiyi satiranın məzmununa və ya oradakı qəhrəmanın, satira hədəfinin xarakterinə uyğun seçilməsindən irəli gəlirdi. Həmin satirik gizli imzalara “Hophop”, “Güləyən”, “Ağlar güləyən”, “Əbünəsr Şeybani”, “Çayda çapan”, “Qabaqda gedən zəncirli”, “Məczub”, “Yetim qızcıq”, “Boynuburuq” və s. daxildir.

    Bütün təzyiq, tənə və təhqirlərə baxmayaraq, Sabir öz ictimai-milli mübarizə əzm və amalından dönmədi. Fəaliyyət və mübarizə meydanını həm forma, həm də məzmun və miqyasca genişləndirdi.

    Biz onu bir tərəfdən Şamaxıda 1906-cı il mayın 7-də açılan ilk müsəlman kitabxana-qiraətxanasının təşkilati işlərin-də yaxından iştirak etməklə yanaşı, bu mədəniyyət ocağının açılışındakı nəzmən və nəsrən çıxışına görə mükafat alan bir şair və mədəniyyət xadimi kimi görür, digər tərəfdən də 1906-cı ildə erməni müsəlman davası zamanı Qarabağ zərərdidələ-rinə kömək məqsədilə Şamaxıda keçirilən ianə yığmaq kom-paniyası və Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” əsərinin tamaşaya hazırlanmasında iştirak edən, həm də bu prosesin və tamaşanın keyfiyyətinin mətbuat səhifələ-rində ictimai məzmunlu publisistik məqalələrlə işıqlandırılması

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    17

    şəraitində görürük… “Dəbistan” (1906) və “Rəhbər” (1907) uşaq jurnallarının nəşrə başlaması, habelə Bakıda Azərbaycan müəllimlərinin birinci (1906) və ikinci (1907) quruliaylarının keçirilməsi, həmin qurultayların qəbul etdiyi mütərəqqi istiqa-mətli qərarlara uyğun olaraq həyata keçirilən bir sıra tədbirlər haqqında məqalə və satiralar qələmə alması, dərsliklər, o cümlədən “Birinci il” (1907), “Ikinci il” (1908), “Yeni məktəb” (1909) dərslikləri üçün uşaq psixologiyasına uyğun “Yaz günləri”, “Uşaq və buz”, “Cütçü” və s. klassik uşaq şeirlərini yazması, bu addımlarının ədəbi və elmi-pedaqoji ictimaiyyət tərəfindən təqdir edilməsi Sabiri milli-mədəni tərəqqi və inkişaf uğrunda mübarizəyə daha şövq və qüvvə ilə qoşulmağa sövq edirdi. Bu arada aldığı məktublarda xəbər verilirdi ki, yaxın zamanlarda Qori seminariyasının Azərbaycan şöbəsində müəllim yeri boşalacaqdır. Dostları şairə həmin yeri tutmaq üçün təşəbbüs etməyi məsləhət görür və bu işdə ona kömək edəcəklərini bildirirdilər. Sabirin sabun bişirib satdığı baqqal dükanını sataraq səylə rus dilini öyrənməyə başlaması da semi-nariya müəllimliyinə hazırlaşması ilə bağlı idi. Məktublarında o, dönə-dönə yazırdı ki, buna “vaxtı müsaidə etdikcə çalışır”. Müasirləri bu günlərdə Sabirin rus klassikləri ilə də çox maraqlandığını yazırlar.

    Həmin dövrdə Sabir “Molla Nəsrəddin” jurnalı ilə yanaşı, Bakıda nəşr olunan mətbuat orqanlarında – “Həyat”, “İrşad”, “Tazə həyat” qəzetlərində, “Dəbistan”, “Rəhbər”, “Bəhlul” jurnallarında da şeir, məqalə və felyetonlarla fəal çıxış edir. Müəyyən müddət hətta “İrşad” və “Tazə həyat” qəzetlərinin Şamaxı üzrə xüsusi müxbiri olan Sabir milli mətbuat tərəqqi və inkişafı üçün əlindən gələni edir; bir tərəfdən mətbuata (məsələn, “İrşad” qəzetinə) Şamaxıdan abunəçi toplamağa çalışır, digər tərəfdən də poetik və publisistik yazıları ilə həm-vətənlərini milli mətbuatın çoxalmasına və davamlılığına yar-dım, kömək üçün səfərbər olmağa çağırırdı. “Cavablar cavabı”, “Əlminnətü-lillah ki, “Dəbistan”da qapandı” satiraları,

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    18

    “Mətbuat”, “Ləbbeyk icabət” məqalələri və s. bu şair vətəndaş fəallığının nəticəsi kimi üzə çıxmışdı.

    O, “Ləbbeyk icabət” məqaləsində xalqı “İrşad” qəzetinə abunə olmağa çağıraraq, sözlərini aşağıdakı misralarla tamam-layırdı:

    Milliyyəti yad eyləyin, ey milləti naci! Pək təhlükəli xəstədir islam məzaci!

    Buradan görünür ki, Sabiri təkcə Azərbaycan, öz həmvə-

    tənləri deyil, bütövlükdə İslam Şərqi narahat edirdi. Çünki o, Azərbaycanın tərəqqi və inkişafını dünyadan, İslam Şərqindən təcrid olunmuş şəkildə təsəvvür etmirdi. Odur ki, “İrşad” qəzetinin 13 oktyabr 1906-cı il tarixli nömrəsində çap etdirdiyi “Qeyrət” başlıqlı məqaləsində o dövrdə İslam xalqlarının, islamiyyətin tərəqqisi problemləri ilə bağlı mətbuatda xüsusən “Bizə hansı elmlər lazımdır?” ümumi başlığı ilə gedən müba-hisə və fikir mübadilələrinə öz münasibətini bildirərək yazırdı:

    “Zənni-acizanəmə görə bunca tərqib və təhrisdən murad islamın ancaq islamiyyət ilə bərabər edəcək olduğu tərəqqisidir ki, onun sayəsində hər cəhətlə qeyrəti-islam və namusi-millət mülahizə olunsun; nəinki daireyi-islamdan xaric tərəqqidir ki, onilə nə irzi-islam mühafizə və nə qeyrəti-milliyyət mülahizə oluna bilər”.

    Sabirə görə, İslama daxil olan xalqların milli-mənəvi tərəqqisi, onların hər birinin özgün əxlaqi keyfiyyətlərlə uğur qazanması islami dünyagörüşün qorunub saxlanması və inkişaf etdirilməsi şərtləri daxilində mümkündür. Əgər biz islami əxlaq və mənəvi dəyərlərə arxa çevirsək, tərəqqi əvəzinə mənəvi-əxlaqi aşınmalara məruz qalıb öz simamızı itirərik. Bu qənaətlə də sözünə belə davam edirdi:

    “Hər halda adını tərəqqiyi-islam qoyduğumuz şey vəzife-yi-müqəddəsəni mətlub bir surətdə əncamə irişdirməkdən ötrü şüəri-islamiyyəmizin izdiyadına himmət etməliyiz, tainki ismi ilə müsəmması düz olub həqiqətdə tərəqqiyi-islam olmuş olsun və illa əks surətdə edilən tərəqqiyə islam tərəqqisi denilməkdən

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    19

    maəda, tədənni də deyil, hətta islamiyyətin və qeyrəti-islamiy-yətin nistü nabud olmağına aşkar bir səbəb olduğu həqiqətdən kənar deyil, zənn edirəm”.

    Sabir dünya xalqlarının tərəqqisi ilə ayaqlaşmağı milli özgünlüyün qorunub saxlanmasına qarşı qoymurdu. Əksinə, əsrlərdən bəri formalaşaraq stabilləşən və milli simamızın key-fiyyət göstəricisinə çevrilən mənəvi-əxlaqi dəyərlərin zamanın tələblərinə uyğun surətdə inkişaf etdirilməsi, milli və dini birliyin daha da möhkəmləndirilməsi tələbini irəli sürürdü. Bununla milli qeyrəti – simanı, eyni zamanda islami əxlaq nor-malarını itirmək və beləliklə də simasızlaşaraq parçalanıb digər dünya xalqları arasında əriyib tələf olmaq təhlükəsindən xilas olarıq. Şair firqə və təriqətlərə parçalanmanı milli mənlik şüurunun, “qeyrəti-milliyyəmizin” formalaşması yolunda ən böyük təhlükə sayırdı.

    Elə bu düşüncələrlə də “Təhəssür” adlı növbəti şeirinə belə bir epiqraf qoyur:

    İstənilir ittifaq, Göstərilir infiraq.

    Sabir milli tərəqqi və inkişafa mane olanları “Molla Nəs-

    rəddin” jurnalında, “Həyat” və “İrşad” qəzetində bir-birinin ardınca çap etdirdiyi “Ey fələk, zülmün əyandır…” sözləri ilə başlanan bəhri-təvilində, “Məsləhət”, “Əlminnətü-lillah ki, “Dəbistan”da qapandı” və digər satiralarında kəskin ifşa edirdi. Odur ki, bu dövrdən başlayaraq şairin dostları ilə yanaşı düşmənləri də çoxalırdı. Onun satira hədəfinə tuş olan “millət rəisləri” Sabiri susdurmaq üçün cürbəcür çirkin əməllərə əl atırdılar. Bütün bunlar isə vətəndaş şairi öz yolundan döndərə bilməsə də, hər addımını ölçüb-biçməyə, son dərəcə ehtiyatlı olmağa vadar edirdi. Şairin “Bəhlul” jurnalı redaktoruna 27 may 1907-ci il tarixli məktubundan o da aydın olur ki, Sabir həmin ilin (1907-ci ilin) fevral ayından bir müddət dövrün mü-hüm aktual məsələlərinə dair redaksiyalara məqalə yazmaqdan

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    20

    da əl çəkir. Bunu o, “dükan açıb kəsbkara məşğul olması” ilə əlaqələndirərək yazır: “…Üç-dörd ay olur ki, dükan açıb kəsbkara məşğul olduğumdan, idarələrə məlum olduğu kimi, əxbarnəvisliyi bilkülliyyə tərk etməyə məcburəm”.

    Doğrudan da, 1907-ci il fevralın 12-dən iyunun 15-dək mətbuatda Sabirin məqaləsi çıxmamışdır.

    1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedib Qafqaz ruhani idrəsinin verdiyi 944 nömrəli attestat ilə Ana dili və şəriət müəllimi hüququ alır. Lakin Qoridən aldığı yeni bir məktubdan sonra o, seminariyaya müəllim düzəlməkdən ümidini kəsir. Sabir dostu A.Səhhətlə birlikdə Şamaxıda dövlət hesabına məktəb açmaq istəyir, ancaq hökumət icazə vermədiyinə görə bu niyyət baş tutmur. Bir müddət Şamaxıda Əbdülxalıq əfən-dinin məktəbində köməkçi müəllim kimi dərs deyir. Sabirin öz dostu M.S.Qənizadəyə yazdığı 17 avqust 1908-ci il tarixli məktubundan da məlum olur ki, müəllim yoldaşları onun dərin bilik və pedaqoji ustalıqla verdiyi dərsi təqdir edirlər. Maraqlıdır ki, həmin günlərdə qələmə aldığı “Cümə” başlıqlı məqaləsində Sabir millətin dini və mənəvi, ruhi saflığı və kamilliyi məsələsini qoyur və bu məqsədə çatmağın başlıca yollarından birini maarif və məktəb şəbəkəsinin genişlən-dirilməsində görürdü. 1908-ci ilin yayında Sabir Şamaxıdakı karvansaraların birinin iki otağını xalçaçı dostu Hacı Ağaəlinin yaxından köməyi ilə təmir etdirib, sentyabr ayında Hacıbala Zamanov adlı bir nəfər həmyerlisi ilə bərabər “Ümmid” məktəbini açır.

    60-a qədər şagirdin oxuduğu bu məktəbdə də yeni üsulda olan başqa məktəblər kimi, şagirdlər skamyada oturur. Dərsdə əyani vasitələrdən istifadə edilir, uşaqlar ekskursiyaya çıxır, xor dərsi də keçir, eyni zamanda şəhərdə olan kütləvi bayram tədbirlərində öz çıxışları ilə iştirak edirdilər. Burada Ana dili, fars dili, hesab, coğrafiya və digər təbiət elmlərinə dair ibtidai məlumat verilir, Quran və şəriət öyrədilirdi. Dövrünün görkəm-li mətbuat və ədəbiyyat xadimlərindən olan Haşım bəy Vəzirov

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    21

    həmin günlərdə Azərbaycanın obalarını gəzərkən Şamaxıda da olmuş, bu zaman “Ümmid” məktəbinə də baş çəkmişdi. O, səfər təəssüratını qələmə alarkən “Ümmid” məktəbi haqda özünün “İttifaq” qəzetində yazırdı: “…Sabirin məktəbində uşaqlar gözəl bir tərzdə təlim tapırlar. Bu məktəbdə mübtədi elmlər keçilir, lakin əsaslı və davamlı keçilir”.

    Bütün bunlarla yanaşı, yuxarıda qeyd etdiyimiz kimi, “Ümmid” məktəbində Sabir təkcə nümunəvi təlimlə öz işini bitmiş hesab etmirdi. O, şəhərdə (Şamaxıda) keçirilən mədəni-kütləvi tədbirlərdə - məsələn, Novruz, Xüm-Qədir kimi milli və dini bayramlarda – şagirdlərinin çıxışlarını təşkil edirdi. Öz müəllimləri Sabir və Hacıbala Zamanov tərəfindən hazırlanan şagirdlər kütləvi bayram mərasimlərinin keçirildiyi yerə gəlib böyüklər qarşısında şeir söyləyir, sonra da onlara müraciətlə imkanlı şəxsləri məktəb və digər mədəni maarif ocaqlarının açılmasına təşəbbüs göstərməyə və ya onları maddi və mənəvi kömək etməyə çağırırdılar. Şagirdlərin bu tipli çıxışları tədbir iştirakçıları arasında hər halda müəyyən qədər müsbət əks-səda doğururdu.

    Lakin Sabirin getdikcə genişlənən ictimai fəaliyyətindən narazı qalanlar, bu işlərdən xoflananlar da az deyildi və onlar hər cür yeniliyin qarşısına sədd çəkmək üçün dəridən- qabıq-dan çıxırdılar. Yaranmış vəziyyətə görə cəmi bir tədris ili fəa-liyyət göstərən “Ümmid” məktəbi 1909-cu ilin yayında qapandı. İşsiz qalan Sabir özünə, xalqın gələcəyinə bəslədiyi ümid və arzularına göstərilən bu haqsız və qərəzli münasibət-dən dərin ruhi sarsıntılar keçirir. Onun sarsıntılarının miqyasını təsəvvür etmək üçün 1909-cu ilin payızında S.M.Qənizadəyə göndərdiyi məktubuna nəzər salmaq kifayətdir.

    Sabir Şamaxıdakı dözülməz vəziyyətini həmin günlərdə qələmə aldığı qəzəllərindən birində belə ifadə etmişdi:

    Viranə Şəmaxidə mənə gənc tapılmaz, Bir gənc bu viranədə birənc tapılmaz.

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    22

    Görünür, Sabirin S.M.Qənizadəyə bu müraciəti cavabsız qalmadığı üçün o, iş dalınca Bakıya yola düşdü.

    Bakıya işləmək məqsədilə etdiyi məcburi səfərini özü üçün qürbət hesab edirdi. Bununla yanaşı, Bakıda tərəqqipərvər, qayğıkeş və sabirsevərlər tərəfindən mehribanlıqla qarşılanıb qayğı ilə əhatə olunması sanki onun yaralı qəlbinə şəfaverici məlhəm qoymuşdu.

    Hələlik o, əsərlərini müvəqqəti fasilədən sonra öz nəşrini Əlabbas Müznibin “sər mühərrir”liyi ilə davam etdirən “Zənbur” jurnalında çap etdirir. Hətta jurnalın materiallarının planlaşdırılmasında, mövzuların seçilib sifariş verilməsində də yaxından iştirak edir. Bu isti münasibətdə, söz yox ki, “Zənbur”un “Molla Nəsrəddin” jurnalı ənənələrini davam etdirməsi də az rol oynamırdı.

    Bakıda qayğıkeş və diqqətcil insanlarla getdikcə möhkəm-lənən yaradıcılıq və dostluq əlaqələri ilə yanaşı, Haşım bəy Vəzirovla köhnədən tanışlığı və aralarındakı çoxdankı qarşılıqlı səmimi ünsiyyət Sabirlə “Səda” qəzeti arasında da işgüzar əlaqə yaranmasına əsas vermişdi.

    Bildiyimiş kimi, bu vaxta qədər Sabir H.Vəzirovun nəşr etdiyi “Tazə həyat” qəzetində onun Şamaxı üzrə xüsusi müxbi-ri kimi həm şeirləri və məqalələri ilə çıxış etmiş, həm də həmin qəzetin səhifələrində H.Vəzirov tərəfindən Sabirin poetik istedadını təqdir edən fikirlər öz əksini tapmış, “İttifaq” qəze-tində isə Haşım bəy şairin “Ümmid” məktəbindəki pedaqoji fəaliyyətini özünün səfər təəssüratında müsbət qiymətlən-dirmiş, onun müəllimlik qabiliyyəti və səriştəsi barədə xoş sözlər söyləmişdi. Bundan başqa, Sabirin həmyerlisi və dostları Məhəmməd Hadi ilə Əbdürrəhman Tofiq Əfəndizadə də “Səda”da işləyirdilər. M.Hadi Istanbula getməyə hazırlaşdığı üçün Sabir də onun yerində “Səda” redaksiyasında işə düzəlir. Elə bu vaxt uşaqlıq və məktəb dostu S.M.Qənizadənin vasitəçiliyi və köməyi ilə 1910-cu il fevralın lap ilk günlərində Balaxanı kəndində “Nəşri-Maarif” cəmiyyətinin nəzdində fəaliyyət göstərən camaat məktəbinə şəriət və (türk) Ana dili

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    23

    müəllimi vəzifəsinə təyin edilir. Şair 1910-cu il fevralın 7-də və 14-də “Səda” qəzetində dərc etdirdiyi şeirlərini belə imza-layır: “Balaxanı məktəbi müəllimlərindən Ə.Sabir Tahirzadə”.

    Balaxanı camaat məktəbinin vəkili Baxış Əhmədovun eyni gündə – 22 mart 1910-cu ildə “Həqiqət” və “Səda” qəzetlərin-də çap olunan “Balaxanı məktəbinə dair” adlı məqaləsində göstərilirdi ki: “Məktəbimizin şəriət müəllimi bundan əqdəm Molla Abdulla idi. Bakı qazisi Ağa Mir Məhəmməd Kərim Cəfərzadə cənablarının buyurmalarına binaən onu məktəbdən xaric edib, əvəzinə müşarileyh cənablarının (Ağa Mir Məhəm-məd Kərim Cəfərzadənin – A.B) və Bakı məkatib inspektoru Mirzə Məcid Qənizadə və Nəşri-Maarif əzayi-giramından İskəndər bəy Məlikov cənablarının təhrirən və şifahən müdirə və bilzat mənə buyurmalarına binaən Şamaxı əhli Sabir ləqəbli Məşədi Ələkbəri şəriət müəllimi qəbul etdik. Bu zatın övqati-məxsuseyi-səlatın birini dəxi ifaqə etməyən mütədəyyin bir zat olduğu qazi cənablarının şəhadəti və bizim öz məşhudatımızla sabitdir”.

    Sabir Balaxanlı məktəbində işlədiyi qısa müddət ərzində təlim-tərbiyədə nəzərə çarpacaq uğur qazandı. Şagirdlər digər fənlərlə yanaşı, şəriət və Ana dilindən də yüksək qiymət aldılar. Onun fəaliyyəti valideynlər və pedaqoji rəhbərlik tərə-findən təqdir olunmağa başladı. Lakin şair-pedaqoqun bədxah-ları burada da yatmamışdılar. Növbəti dərs ilinin başlanğıcında məktəbdə yaranan böhranlı vəziyyətdən istifadə etməyə çalışan keçmiş şəriət müəllimi Molla Abdulla və tərəfdarları məktəbin bəzi müəllimləri ilə yanaşı, Sabirin də Balaxanıdan çıxıb getməsi üçün canfəşanlıq etməyə başladılar.

    Belə ağır vəziyyətdə məktəbin rəhbərliyi və Balaxanı kənd əhlinin əksəriyyəti Sabiri və digər müəllimləri müdafiə etdilər. Bu barədə yenə Baxış Əhmədovun “Adsız məktublara cavab” adlı məqaləsində oxuyuruq:

    “… Yavrum, bilmiş ol ki, Sabir, yaxud məktəbimizdə olan sair müəllimlər bizim övladlarımızın ruhani pədərləri olduğu

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    24

    kimi, bizim həqiqi bəradərlərimizdir. Biz hər vəqt Allahın ovni ilə onların mühafizəkarlarıyız”.

    Sabir Balaxanı məktəbində işləyərkən “Səda” qəzeti redak-siyasındakı maddi böhranla əlaqədar H.Vəzirovla araları dəy-miş və oradan çıxaraq Orucovların nəşr etdirdikləri “Həqiqət” qəzetinə işə düzəlmişdi.

    Sabir “Həqiqət” qəzetində 1910-cu il iyunun 10-dan sonra işləməyə başlayır. Bu vaxt Üzeyir bəy Hacıbəyov həmin qəze-tin redaktorluğundan getmiş, onun yerinə isə “Balaxanı camaat məktəbinin müdiri Əhməd Kamal” dəvət olunmuşdu. Həmin günlərdə məktəblər yay tətilində idi. Odur ki, məktəbin direk-toru Əhməd Kamalla müəllimi Sabirin “Həqiqət”də işləməsinə heç bir maneçilik ola bilməzdi.

    “Həqiqət”in yeni rəhbərliyi qəzetin səhifələrində yeni rub-rikalar da açdı. “Həfteyi-ədəbi” və “Həfteyi-fənni” müsabi-qələri də belə yeniliklərdən idi. Sabir bu hər iki istiqamət üzrə müsabiqə komissiyasının üzvü və qəzetin əməkdaşı kimi orada verdiyi səmərəli təkliflər və dərc etdirdiyi əsərləri ilə yaxından iştirak etmişdir…

    Bakıdakı mətbuat orqanları (“Səda”, “Həqiqət”, “Günəş” və “Yeni həqiqət” qəzetləri, “Zənbur”, “Yeni Füyuzat” jurnalı) ilə sıx əməkdaşlığı Sabirlə “Molla Nəsrəddin” jurnalı ara-sındakı yaradıcılıq əməkdaşlığını müəyyən qədər zəiflədib, ona bir müddət fasilə verilməsinə səbəb olsa da, bu əlaqə tamam üzülmədi. Əksinə, yeni məzmun və keyfiyyətdə davam etməyə başladı.

    Həm məktəbdə, həm də mətbuat orqanlarında gərgin işlə-məsi və ailəsindən kənarda yaşaması Sabirin xəstələnməsinə səbəb oldu. Xəstəliyinin getdikcə şiddətlənməsi şairi 1910-cu il dekabrın lap ilk günlərində Bakıdan işdən ayrılıb Şamaxıya – öz ailəsinin yanına getməyə məcbur etdi. Lakin Sabir “Günəş” qəzeti, ümumən Bakıda çıxan mətbuat orqanları ilə əlaqəsini üzmədi. Eyni zamanda “Molla Nəsrəddin” jurnalı redaksiyası ilə əlaqəsini bərpa etdi.

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    25

    * * * Sabir Şamaxıda ikən “Molla Nəsrəddin” jurnalı ilə də əla-

    qəsini bərpa etmiş, ona çap olunmaq üçün şeirlər göndərməyə başlamışdı.

    Sabir məktubun sonunda əlavə edir ki, “Əfəndim! Yavaş-yavaş dirçəlirəm. Ümidvaram ki, çox şeir yazam!”

    C.Məmmədquluzadə isə öz növbəsində Sabirə məktub ya-zaraq onu müalicə üçün Tiflisə – “Molla Nəsrəddin” idarəsinə dəvət etdi. Özü Həmidə xanımla birlikdə Qarabağda olduğu üçün, jurnalın müvəqqəti redaktoru Məmmədəli Sidqiyə də məktub yollayıb, ona Sabirin müalicəsi ilə məşğul olmağı tapşırdı. C.Məmmədquluzadə narahatlıqla M.Sidqiyə yazırdı ki: “Sabirin əhvalından mənə hər dəfə yaz!”

    Məktubu aldıqdan sonra Sabir dostunun təkidlərinə qulaq asaraq müalicə üçün Tiflisə getdi. Sabir özü naxçıvanlı maarifpərvər dostu Qurbanəli Şərifzadəyə yazdığı 6 fevral 1911-ci il tarixli məktubunda məlumat verir.

    Məktubdan Sabirin xəstəliyi ilə yanaşı, onu müalicə edən həkimin də kimliyi məlum olur. Eyni zamanda, burada şairin can ağrılarından doğan həsrət və intizarı da duyulur. O, hələ Şamaxıda ikən qələmə alıb, Tiflisə gələn kimi “Molla Nəsrəd-din”də çap etdirdiyi “Əzrailin istefası” satirasında xəstənin dərdinə əlac etməkdənsə, üzdəniraq müalicəsi ilə onu daha da şiddətləndirib insanların vaxtından əvvəl ölümünə bais olan “həkimləri”, onların nadan və kütbeyinliklərini ifşa etmişdi.

    Sabir Tiflisdə xəstəxanada yatarkən Novruz bayramı gün-ləri ərəfəsində M.Sidqiyə təklif edir ki, “…bu gün sabah bay-ram yaxınlaşır, ömrüm də günbəgün azalır. Bu dərddən xilas olmayacağıma da əminəm. Gələsən “Molla Nəsrəddin” in bayram nömrəsini yadigarlıq üçün şeirlə çıxaraq»…

    Beləliklə, Sabir “Molla Nəsrəddin” jurnalının bayram nömrəsi üçün “Ey pulluların səfası, Novruz!”, “Bayram töhfəsi”, “Həmdülillah ki, bu gün bəxtəvər oldu başımız” şeir-lərini yazır. Görünür, xəstəliyi şiddətləndiyi üçün axırıncı şeir yarımçıq qalır. Odur ki, xəstəxanadan jurnalın idarəsinə, ora-

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    26

    dan isə martın sonlarında Tiflisdən Şamaxıya qayıdır. Bir müddət Şamaxıda, öz evində qaldıqdan sonra xəstəliyi şiddət-ləndiyi üçün 1911-ci il mayın axırlarında təkrar Tiflisə gəlir. Bu dəfə artıq C.Məmmədquluzadə ilə Həmidə xanım da Kəhrizlidən – Qarabağdan Tiflisə qayıtmışdılar. Odur ki, bö-yük şairin müalicə işləri ilə onlar şəxsən məşğul olurdular, (bu zaman “O olmasın, bu olsun” əsərinin Tiflisdə tamaşaya qoyulması ilə əlaqədar Bakının bir qrup aktyoru ilə orada olan Üzeyr Hacıbəyovla görüşür). Onların Sabirə sonsuz ehtiram, qayğı və diqqət göstərmələri haqda şair özü dostu Abbas Səh-hətə yazdığı 15 iyun 1911-ci il tarixli məktubunda məlumat verir.

    Mirzə Cəlilgil həkimləri yığaraq Sabirin müalicəsi üçün konsilium elətdirirlər. Onlar cərrahiyyə əməliyyatı aparılmasını təklif etsələr də, bunun uğurlu nəticəsinə qəti əmin olmadıq-larına görə Sabir də bu işə razılıq vermir.

    A.Səhhətə yazdığı növbəti – 27 iyun 1911-ci il tarixli məktubundan məlum olur ki, Sabiri bu dəfə Kasparyans fami-liyalı bir həkim müalicə edir. Ancaq o, C.Məmmədquluzadə ilə Həmidə xanımın hədsiz qayğıkeşliyi, bütün müalicə xərclərini öz üzərlərinə götürmələrindən bir insan kimi həya edib, xəcalət çəkir. Ona görə bir qədər tez sağalaraq dostlarını artıq xərc və əziyyətdən qurtarmaq məqsədi ilə xəlvəti olaraq Qandəmirov familyalı başqa bir həkimə müraciət edib, onun yazdığı dərmanları da qəbul edir. Bu, şairin halını daha da pisləşdirir. Sabir abrına qısılıb tutduğu işi və halının pisləşmə səbəbini Mirzə Cəlilə deyə bilmir. Bütün bunlar, habelə tezliklə ümid-sizcəsinə Şamaxıya qayıtmaq fikrində olması haqda yazır:

    “…Xəcalətimdən əhvalatı Mirzə Cəlil cənablarına deməyə utanıram… Bir qədər babət olar isəm Şamaxıya qayıdacağam”.

    Beləliklə, özünü bütünlüklə vətəninə, xalqına, onun abad-lığına və xoşbəxtliyinə həsr edən vətəndaş şair özünün kiməsə, ən yaxın dostlarına belə əziyyət verməsinə qıymır, razı ola bilmirdi. Odur ki, A.Səhhətə yazdığı kimi də elədi – iyunun sonu, iyulun ilk günlərində Tiflisdən Şamaxıya qayıtdı. Bir-iki

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    27

    gün sonra isə, sağalmaq üçün son cəhd olaraq, Bakıya gəlir. Şairin həmin səfəri ilə əlaqədar Mehdi bəy Hacınski “Ə.Sabir, yaxud xəstə şairimiz” başlıqlı məqaləsində belə yazır:

    “… Bir neçə vaxtdan bəri şairi-möhtərəm Ə.Sabir cənab-ları naxoşdur…

    …Möhtərəm şairimiz Şamaxıda qabil həkimlər bulamadı-ğından haləti-zəif tamam ilə bərabər dübarə Bakıya övdət et-məyi (qayıtmağı, geri dönməyi – A.B.) məsləhət gördüyü üçün şəhərimizə vaid olubdur…

    Cərrahlar məsləhət görərlər isə, şairimiz bu günlərdə (operatsiya) əməliyyate-cərrahiyyə etdirmək niyyətindədir.

    Şairimiz “İslamiyyə” mehmanxanasında 18 nömrəli mən-zildə bulunur”.

    Lakin uzun və üzücü xəstəlik Sabiri cismən çox zəif-lətdi-yi üçün həkimlər onun üzərində cərrahiyyə əməliyyatı apar-mağa ürək etmədilər. Məsləhət gördülər ki, Şamaxıya qayıdıb yaylaqda bir qədər dirçələndən sonra xəstə üzərində əməliyyat aparılsın. Bu haqda yenə “Məlumat” qəzetindəki “Xəstə şair” başlıqlı yazıda deyilir:

    “Keçənlərdə qəzetimizdə şairimiz Ə.Sabir cənablarının xəstə olduğunu və bu yaxın zamanda (operatsiya) əməliyyate-cərrahiyyə etdiyini yazıb, cəmaətin mumiəlihə müavinətdə bulunmalarını təmənna etmişdik.

    Həkimlərin tövsiyyəsi ilə şairimiz Şamaxı yaylaqlarına qayıtmağa məcbur olmuşdur. İki ay orada qalıb təqviyat tap-dıqdan sonra Bakıya gəlib operatsiya etdirəcəkdir…”

    Lakin bu xəbərin çapından iki gün sonra – 12 iyun 1911-ci ildə Mirzə Ələkbər Sabirin can çəkişmələri sona yetdi. Şairin əbədi olaraq gözlərini yumması haqda Abbas Səhhətin vurduğu “Qara xəbər” teleqramı mətbuatda dərc olundu…

    * * *

    Şairin cənazəsi Şamaxıda “Yeddi künbəz” qəbiristanlığın-da torpağa tapşırılır. Dostu və həmkarı Abbas Səhhətin təşəb-büsü ilə qəbirüstü abidəsi qoyulur. Sabirin vəfatının ildönümü-

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    28

    ləri onun xatirəsinin yadetmə mərasimləri (bu haqda dövri mətbuatda məlumatlar, xəbərlər var) ilə yad edilir, haqqında dövri mətbuatda A.Səhhət, C.Məmmədquluzadə, Ü.Hacıbəyov, H.Cavid, Ə.Haqverdiyev, F.Köçərli, H.I.Qasımov və başqa-larının məqalə və xatirələri çap edilir…

    * * *

    Mirzə Ələkbər Sabir satirik şair kimi məşhurlaşsa da, eyni zamanda klassik səviyyəli lirik qəzəllər, sənətkarlıqla yazılmış duzlu, məzəli felyetonlar, dərin məzmunlu elmi, tənqidi və publisistik məqalələr, müxbir məktubları və poetik tərcümələr müəllifidir. Bütün bu yazılar janrından və həcmindən asılı olmayaraq, böyük istedadın, qəlbi vətəndaşlıq duyğusu ilə döyünən bir qələm sahibinin əsəri kimi diqqəti cəlb edir. Çünki Sabirin təsvir etdiyi ən kiçik hadisə və detallarda belə zamanın nəbzi, insanların duyğu və düşüncələri duyulur. Əziz Mirəhmə-dovun təbirincə desək, “təsvir etdiyi hadisə və insanların xarakterindən, daha doğrusu inqilabın yüksəlib, enməsindən asılı olaraq Sabirin sözləri də müxtəlif qammalarda səslənirdi. Onun əsərlərində gah inqilabçıların qələbəsinin təsviri, sevinc, fərəh, gah təhlükə gözlənilməsi ilə əlaqədar olaraq təşviş, gah da məğlubiyyət nəticəsində əmələ gələn qüssə, qəmginlik hiss edilir”. Bir sözlə, Sabir yaradıcılığında dövrün sosial-siyası, milli-psixoloji, mənəvi-əxlaqi və ideya-estetik ritmi bütün rəngarəngliyi ilə görünür, təsvir edilir. Bu da şairin ideya baxı-mından ayıq, sənətkarlıq cəhətdən iti, bədii-estetik xüsusiy-yətlərinə görə realist təsvir ustalığından irəli gəlir. Çünki, Sabir hər şeydən əvvəl dövrünün şairi olaraq, milli təəssüb hissi ilə alışıb yanan, vətəndaşlıq duyğusu ilə yazan qələm sahibidir. XIX əsrin sonralarına doğru isə milli-ictimai düşüncədə ma-arifçilik ideologiyası ilə yanaşı, bir siyasiləşmə də özünü göstərməkdə idi. Təsadüfi deyil ki, həmin dövrdə siyasi dər-nəklər yaranır və RSDFP-nin I qurultayı (1898) keçirilir. XX əsrin ilk illərində isə bu dərnəklər siyasi partiyalara çevrilməyə başlayır. Odur ki, 1905-ci il inqilabından sonra milli-ictimai

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    29

    şüurda maarifçiliklə yanaşı, demokratikləşmə, milli-mənəvi varlığın, türklük ruhunun Avropa müasirliyi zəminində möh-kəmləndirilməsi məsələləri də ön mövqeyə keçir. “Molla Nəsrəddin”, “Həyat”, “Füyuzat”, “Bəhlul” və s. mətbuat or-qanlarının, habelə digər nəşrlərin səhifələrində həmin yeniləş-mə, siyasiləşmə, milli ictimai demokratikləşmənin mənzərəsi aydın nəzərə çarpır. Bütün bu məsələlər Sabir qələmində özü-nün real bədii əksini aydın ideya-estetik, həm də vətəndaşlıq mövqeyindən tapır.

    Sabir dövrün mühüm sosial-siyasi, milli-bəşəri hadisələ-rinə, bu proseslərin düzgün məcraya yönəldilməsinə fəal və ayıq vətəndaşlıq mövqeyindən müdaxilə etməyə çalışmışdır. Bunu onun “Mətbuat”, “Qeyrət”, “Ləbbeyk icabət”, “Zaman nə istəyir? Amma biz…”, “Cümə” və s. məqalələrində də qabarıq şəkildə görmək olur. Əgər “Mətbuat” və “Ləbbeyk icabət” məqalələrində, “Əlminnatü lillah ki, “Dəbistan” da qapandı”, “Ay can!… Ay can…” satiralarında olduğu kimi, milli mət-buatın xalqın tərəqqi və inkişafındakı rolundan danışılıb, onun davamlılığının qorunmasının vacibliyi məsələsi qoyulursa, “Qeyrət” məqaləsində dünya xalqlarının mədəni və mənəvi irsindən bəhrələnmənin yollarından, dünyaya inteqrasiya zama-nı həm də milli-bəşəri dəyərlərin dayanıqlığının diqqət mər-kəzində saxlanması və bununla da milli mənliyin itirilməsinə deyil, əksinə milli özgünlüyün və koloritin daha sistemli bir şəkildə davam etməsinə nail olunmasının taleyüklü bir problem olduğunu diqqətə çatdırırdı. “Zaman nə istəyir? Amma biz…”, “Cümə” məqalələrində cəmiyyətin normal inkişaf edib, xalqın və Vətənin parlaq istiqbala çatması və bu problemin həlli yolları araşdırılır. Sabirə görə, hər cəhətdən kamil bir cəmiy-yətə və dövlətə nail olmağın başlıca yollarından biri də gənc nəslin maarifləndirilməsi, onların əsl vətəndaş kimi yetişdiril-məsidir. Bunun üçünsə zamanla ayaqlaşa bilən məktəb və maarif ocaqlarının şəbəkəsinin mümkün qədər genişləndiril-məsini həlli vacib bir məsələ kimi irəli sürürdü.

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    30

    Bu sual və çağrışların arxasında Sabirin şair-vətəndaş ürəyinin narahatlıq dolu döyüntüləri eşidilir.

    Sabirin teatr tamaşalarına, məktəb və mədəni-maarif ocaq-larının təşkilinə, məişət hadisələrinə və s. həsr etdiyi məqa-lələrində, müxbir məktublarında da zamanın nəbzi, xalqın ürək döyüntüsü, əsəb tellərindəki gərginliyin ifadəsi duyulur. Akademik Məmməd Cəfərin yazdığı kimi: «Bu kiçik yazılar bizə Sabiri daha yaxşı başa düşmək üçün böyük köməkdir. Belə ki, bu məqalə və məktublardan biz, heç olmasa bunu öyrənə bilirik ki, Sabiri əsrin böyük sənətkarı, böyük xalq şairi səviyyəsinə çatdıran bir çox səbəblər olmuşsa, onlardan biri də onun “xurcunları çiynində qapan günclərində taxıl almağa gələn kəndlilərin” qeydinə qalması, “təbii fəlakətlərə məruz qalan Padar köçərilərinin” halına acıması, “qışın məşəqqət-lərindən xilas olduqlarına görə sevinirkən baharda da başsız sellərin qurbanı olan füqərayi-kasibənin” dərdinə qalması… Girdiman çayı üzərindən davamlı körpü salmaq arzusu ilə yaşaması və mədəniyyətə, yeniliyə güllə atanlara dərin nifrət bəsləməsi olmuşdur”.

    Sabir bu məqalələrdə xırda məişət hadisələrindən tutmuş mənəviyyat, əxlaq, maarif və iqtisadiyyat, kənd təsərrüfatı, taxıl yığımı, o cümlədən yol tikintisi, körpü salınması, Şama-xıya dəmir yolunun çəkilməsi və s. problemlər qaldı-raraq, işin səmərəliliyi üçün əsl təsərrüfatçı ayıqlığı və vətəndaş yanğısı ilə məsləhətlər verir, təkliflər irəli sürürdü. Həmin problemlər onun poeziyasında da irəli sürülüb əsaslandırılırdı.

    Sabir geniş xalq kütlələrinin zəhmətkeş insanların halına, ağır, məşəqqətli güzəranlarına, mədəni geriliklərinə milli-ictimai şüurca geri qalmalarına, ancaq öz qarınlarını, şəxsi mənafeylərini güdən “kisədustların” - mülkədar, sahibkar, ruhani, ziyalı və digər peşə sahiblərinin həris pəncələrində, dini fanatizm girdabında can çəkişməsinə dözə bilməyib, özünün vətəndaş təəssüb və yanğısından güc alan etiraz səsini ucal-dırdı. Odur ki, sosial-mənəvi bəlaların islahı üçün publisis-tikaya nisbətən şüurlara daha fəal və ideya-estetik təsir

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    31

    qüvvəsinə malik olan satirik poeziyaya üstünlük verirdi. Həmin ictimai tipləri bir məclisə toplayaraq (“Bir məclisdə on iki kişinin söhbəti” satirası) onların öz dilləri ilə özlərini xalqa təqdim etdirirdi. Bu tiplər hələlik on iki zümrənin şəxsində bir-birinin ardınca sanki rüsvayçılıq kürsüsünə çıxaraq özlərinin iç üzlərini, həyata və xalqa baxış tərzlərini, yaşayış prinsiplərini açıb göstərirlər. Satiradan, bu təqdimatdan aydın olur ki, dövrün vəkili “haqlıya haqsız deməklə, bir çox günaha batıb”, həkim ona müraciət edənlərin dərdini “təşxis etməyib”, tacir “halal ilə haramı bir-birinə qatıb”, rövzəxan “ümmətin pulun alıb”, gözlərini ağlar qoyub” (isladıb), dərviş hər yerdə ancaq yalan söz satmaqla, sofi xalqı ələ salmaq, oynatmaqla, molla isə hər gün verdiyi fitvalarla məxluqu aldatmaqla məşğuldur. Ən acınacaqlısı isə odur ki, belə bir mühitdə elm hər şeydən ümidini üzərək bu qövmü büsbütün atdığı üçündür ki, xalq cəhalət girdabında olduğunu dərk etmədən ortada kef etməklə hər bir məramə, məqsədə, arzuya çatdığını düşünürdü. Avam camaat heç nə, hətta cəhalət adlı yorğan-döşəkdə, yataqda yatdığını da başa düşmür. Belə bir şəraitdə isə “xalqın şairi” öz həmvətənlərinin ictimai dərdlərindən yazaraq onları ayıltmaq əvəzinə “bülbülə, eşqə, gülə dair yalan fırlatmaqla”, qəzetəçi, xalqın milli-ictimai şüurunun formalaşmasını düzgün yola istiqamətləndirməli zümrə, təbəqə isə yazdıqları söz yığını olsa belə ancaq öz “cəridəsini”, qəzetin sütunlarını doldurmaq barədə fikirləşir. Onun üçün də yeri düşdü-düşmədi mətləbi uzatmaqla məşğuldur.

    Göründüyü kimi, Sabirin “bir məclisə yığdığı bu on iki kişinin”, zümrənin sözlərindən aydın olur ki, onların hər biri üzdə özlərini guya, xalqa, vətənə xidmətə həsr edən bir vətən-daş kimi gözə soxmağa çalışsa da, əslində sən demə əsl məq-sədləri bu pərdə arxasında öz güzaranlarını, yaşayışlarını təmin etməkdir. Xalqın, millətin güzəranı, əqli, fiziki və mənəvi sağlamlığı, iqtisadi, sosial-siyasi vəziyyətinin yaxşılaşdırılaraq qüdrətli, düşmənə bac verməyib, möhtac, əsir olmayan bir hala gətirilməsi məsələləri isə onların heç veclərinə belə deyil. Odur

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    32

    ki, şair növbəti satirasında bu tüfeyli zümrələrin xorunu qələmə alıb yenicə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalında çap olunmaq üçün Tiflisə göndərdi. Bu dəfə həmin tüfeyli tiplər hamısı bir ağızdan

    Millət necə tarac olur-olsun, nə işim var?! Düşmənlərə möhtac olur-olsun, nə işim var?!

    deyə xor oxumağa başladılar. Hər hansı ülvi, müqəddəs bir amaldan məhrum olanların bu ürəkdağlayıcı, üfunət qoxulu xoru qulaqbatırıcı bir səda ilə elan edirdi ki, onlar həmvətənlə-rinin daim qəflət yuxusunda yatmalarını arzulayıb, əgər “tək-tək ayılan varsa”, Allahdan özlərinə kömək diləyirlər ki, belə-lərini, tək-tək ayılanları tezliklə yox etsin. Belələri öz sa-lamatlılıqları naminə “cümlə cahanın” bat-masına da razıdırlar.

    Sabir poeziyası öz qarşısına məhz xalqın, həmvə-tənlərinin həyatlarının mövcud acınacaqlı vəziyyətini köklü surətdə dəyişdirib, onları tamamilə təzə-tər, saf və sağlam bir vücudla işıqlı, parlaq istiqbala aparıb çıxartmaq missiyası ilə yenilməz əzm və qətiyyətlə mübarizə meydanına atıldı. O, xalqın və vətənin xoş gələcəyini təmin etmək üçün birinci növbədə bugünkü övladların layiqli vətəndaş kimi yetişdirilməsinin, gələcək həyat və mübarizə yoluna millətin əqli, zehni və düşüncə, dünyagörüşcə hazırlanmasının vacibliyi məsələsini irəli sürdü. Bunun üçün uşaqların mövcud tərbiyə və həyata hazırlanma üsulunun eybəcərliklərini satira oxuna hədəf etdi. “Ol gün ki, sənə xalıq edər lütf bir övlad, Olsun ürəyin şad” misraları ilə başlanan həmin satirada zərərli vərdiş, düşüncə və üsullara əsaslanan, nəticə etibarı ilə uşağın və ailənin fəlakətinə səbəb olan tərbiyə metodları satirik bir dillə sadalanır. Nəzərə çatdırılır ki, bu qədər dırnaqarası cah-cəlala, əslində fəlakətə oxuyub öyrənməklə, dünyəvi təlim-tərbiyə almaqla çatmaq mümkün deyil:

    …Olmaz oxumaqdan Tapmaq bu cəlali!…

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    33

    Yəni milləti bu cür bəla və fəlakətlərdən ancaq gənc nəsli dünyəvi ruhda təlim-tərbiyə edib, elm öyrətməklə xilas etmək olar. Növbəti satiralarda Sabir həyata bu cür baxışın, öz ideal və arzularının həyatda yavaş-yavaş ayaq tutmasının və buradan meydana çıxan ictimai ovqatın ayrı-ayrı səhifə və əlamətlərini satirik bir dillə göz önündə canlandırmağa başladı. Övladının elmə, təhsilə, oxuyub öyrənməyə qızğın həvəsindən darılan cahil ata “Bilməm nə görübdür bizim oğlan oxumaqdan”, - deyə gileylənməyə başladı.

    Lakin az sonra yenə geri dönüb “Təhsili-elm”, “Ata nəsi-həti”, “Tərpənmə, amandır, bala, qəflətdən ayılma!” və s. Sati-ralarda təsvir edildiyi kimi, oğluna zamanın tələbinə uyğun tərəqqidən, elm öyrənməkdən həzər etməyi təlqinə çalışır. Oğlunu inandırmağa çalışır ki:

    Təhsili-ülum etmə ki, elm afəti-candır, Həm əqlə ziyandır;

    Bütün bunların əvəzində ata öz oğluna məsləhət görür ki,

    (“Ata nəsihəti”) elm yolunda malını, canını, irzü namusunu tələf etməkdən, sonra da divan-dərə, şah və vəzir üzünə ağ olub onlara qanun öyrətməkdənsə

    ... Bundan sonra qıl tövbə dəxi, məktəbə getmə, Bircə usan, oğlum!

    Ancaq atanın öyüd-nəsihətləri səmərəsiz qalır. Getdikcə

    cəmiyyətdə zamanla ayaqlaşmağa çalışan yeni ruhlu, müasir düşüncəli gənc nəslin çəkisi artmağa, hətta qız məktəbləri belə açılmağa başlayır. Öz məkanlarının, fəaliyyət meydanlarının daraldığını, güclərinin zəiflədiyini, mövqe və hökmlərini itir-diklərini görən qaraguruh təşviş və həyacanla səs-səsə verirlər. Onlar cəmiyyətdə, əxlaq və mənəviyyatda, şüurlarda baş verən hər cür mütərəqqi addımın qarşısını almaq üçün bir-birilərini səfərbər almağa, əlbir fəaliyyətə çağırırlar:

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    34

    Səs ucalaşdı, qoymayın! Millət oyaşdı, qoymayın! Rişteyi-dərsə, məktəbə… Cümlə dolaşdı, qoymayın! İş yavalaşdı, qoymadın!

    Bu çağrışdakı təşviş və həyacan satirik tipin özünü real,

    qarşısıalınmaz fəlakət qarşısında görən adamın fəryad və ah-naləsi, məhv olmaqdan xilasolma cəhdləridir. Sabir yeniliyə, tərəqqiyə düşmən qüvvələrin etiraz və fəryadlarının tək bir təzahürünü deyil, üzə çıxan hər hansı dalğa, ritm və qammasını qələmə almaqla mövcud vəziyyət və mənzərə haqda dolğun təsəvvür yaratmağa çalışır. Odur ki, növbəti satirasında əli hər şeydən üzüldüyü üçün gücü ancaq oturub iki əlli öz başına döyməklə ah-vaya çatan tiplərin bədii portretini göz önündə canlandırır:

    Odur ki, satirik monoloqların hər biri özünün fərdi çalarları ilə bir-birindən fərqlənir. Bir sözlə, Sabir satiraların-dakı “danışıqların heç biri digərinə bənzəmir. Onlar ifşa hədəfi olan tiplərin özləri qədər rəngarəng, özləri qədər xarakterikdir”. Eynilə məktəb və maarif, tərəqqi və yeniliyə qarşı mürtəce qüvvələrin müqavimətlərinin ifşasına həsr edilmiş bu satiralar-dan başqa “Ey fələk, zülmün əyandır…”, “Arzu”, “Vah!… bu imiş dərsi-üsuli-cədid?!”, “Vermirəm a!…” və s. satiralardakı tiplərin monoloqları, müraciət tərzləri və ya ifşa hədəfinin təq-dimi formaları bir-birinə zahirən bənzəsə də, fərdi çalarlarına, obrazın xarakterinə görə seçilirlər. Bütün bunlar da Sabir poeziyasının obrazlar qalereyası ilə ifşa üsulu və ifadə tərzinin eyni dərəcədə zəngin olmasını təmin edir. Şairin ifşa üsulları, onların çeşidləri satiralarının, hətta satirik qəhrəmanlarının sayı qədərdir. Ancaq buraya təsvir və təhkiyə tərzini də əlavə etsək, bütövlükdə Sabir poeziyasının üslub, ifadə, deyim tərzi baxımından daha böyük və çoxçalarlılığını görmək çətin deyil.

    * * *

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    35

    Arxiv və dövrün mətbuat materiallarından, müasirlərinin xatirələrindən Sabirə, onun vətəndaşlıq fəaliyyətinə qarşı qara-guruhçuların təzyiqlərini, şairin həyatının ağırlığını aydın görmək olur. Məsələn 1907 və 1908-ci illərdə Şamaxıda olub oradakı mənəvi-psixoloji iqlim və Sabirin vəziyyəti barədə şəhadət verən “Tazə həyat” qəzetinin müxbiri Mahmud Nədim Qaragözovun və şairin həmyerlisi, dövrünün tanınmış maarif xadimi Əbdürrəhman Tofiq Əfəndizadənin “Tazə həyat” və “İrşad” qəzetində ayrı-ayrılıqda çap etdirdikləri məqalələrdən aydın olur ki, Şamaxıda Sabirin getdikcə artan nüfuzuna və genişlənən fəaliyyət dairəsinə son dərəcə qısqanclıqla yanaşa-raq, onun nüfuzunu və gördüyü mütərəqqi ruhlu işləri canfə-şanlıqla gözdən salmağa çalışan qüvvələrin sayı artmaqdadır. Özü də bu qüvvələrin cəmiyyətdəki mövqeləri və gücləri kifayət qədərdir

    Bununla belə o, ictimai fəaliyyət meydanında geri çəkil-məyib, kəskin ruhlu satiralar, yüksək ideya-estetik mahiyyətli növhələr, publisistik kəsərə malik felyeton və məqalələr vasi-təsi ilə dövrün hadisələrinə özünün fəal vətəndaşlıq mövqeyini bildirirdi.

    Sabirin bu dövr yaradıcılığında duma seçkiləri, demokratik azadlılıq uğrunda gedən ağır mübarizə prosesləri, fəhlə və kəndli hərəkatı, sosial-siyasi oyanışdan narahat olan qüvvələri təşviş və vahimə dolu şikayətləri, gənc nəslin tərbiyəsi prob-lemləri, milli mətbuatın taleyi, təriqətçiliyin ləğvi və milli bir-liyin yaradılması, türk xalqlarının tarixi taleyi və onların birlik və həmrəyliklərinin zəruriliyi və s. məsələlər bədi əksini tapmışdır.

    Bütün bunları biz şairin “Bilməm nə görübdür bizim oğlan oxumaqdan?!”, “Tərpənmə, amandır, bala, qəflətdən ayılma!”, “Uşaqlar”, “Bakı fələlərinə”, “Etdi bu fələk hər kəsə bir tövr yamanlıq”, “Küpəgirən qarının qızlara nəsihəti”, “Əlaman sərkəş olub…”, “Ey fələk, zülmün əyandır…”, “Eylə bilirdim ki, dəxi sübh olub”, “Nolur şirinməzaq etsə məni həlvayi-hürriyyət”, “Nəfsin qərəzi, əqlin mərəzi”, “Xəsisin heyfi,

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    36

    varisin kefi” və s. satiralarda rəngarəng bədii boyalarla, özü də qabarıq şəkildə görürükSabir özünün satira güzgüsündə qabarıq bədii boyalarla əks etdirdiyi sosial-mənəvi eybəcərliklərin islahını xalqın geniş kütlələrinin maariflənməsində, onların əqli, siyasi və milli-mənəvi şüurunun inkişafında, cəmiyyətin saflaşdırılmasında görürdü. Odur ki, övladını məktəblərdə “Oxudmuram, əl çəkin!” deyən valideyinləri, “Vah!.. Bu imiş dərsi-üsuli-cədid?!” – deyə yeni tipli məktəblərin yaranmasın-dan darılıb “Səs ucalaşdı, qoymayın! Millət oyaşdı, qoyma-yın!” harayı ilə özü kimi köhnəfikirliləri imdada çağıran icti-mai tipləri tənqid və ifşa edir, gənc nəsli isə “Mənim bağım-baharım, fikri ziyalı oğlum, Məktəb zamanı gəldi, Dur, ey vəfalı oğlum!” – deyə elm, təhsil öyrənməyə səsləyirdi, Sabir ziyalı, alim şəxsiyyətləri, vətən və millət yolunda təqdirə layiq xidmətlər göstərən ictimai xadimləri vəsf edir, onların əməl-lərinin yaşadılıb, inkişaf etdirilməsini, xatirələrinin daim əziz tutulmasını, bir tərbiyə örnəyi kimi, vacib sayırdı. Məsələn, o, məşhur Şamaxı qazisi Hacı Məcid əfəndinin vəfatı münasibəti ilə yazdığı növhələrin birində onun alimliyinə işarə ilə alimi tanrının xalqa bəxş etdiyi bir nemət kimi qiymətləndirirdi:

    Çünki vücudi-alim bir neməti-xudadır, Nemət ki getdi əldən qan ağlamaq rəvadır!

    Eyni ilə də Həsən bəy Zərdabinin xatirəsinə, onun xidmət-

    lərinin və xeyirli əməllərinin təbliğinə həsr etdiyi əsərlərində bu böyük millət xadiminin xatirəsi önündə özünün sonsuz ehtiramını bildirirdi

    Sabir pul kisələrini öz övladlarından belə üstün tutan dargöz, nəfsgirləri sonralar da qələmə aldığı “Pula təvəccöh” satirasında da onların öz dilləri ilə ifşa edərək yazırdı:

    Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan? Ismətim, namusum, arım, qeyrətim, qanımmısan? Hörmətim, fəxrim, cəlalım, şövkətim, şanımmısan?

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    37

    Müshəfim, Məkkəm, Mədinəm, qibləm, ərkanımmısan? Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan? Bu satirik tipin həyatda amalı pul toplamaqdır. Ancaq o,

    pulu hansısa işdən və ya probleminin həllindən ötrü toplamır. Sadəcə olaraq, pulu qatbaqat sandığa yığmaqdan, onun get-dikcə çoxalmasından şövqə gəldiyi üçün belə edir. Bununla belə bu pul hərisini ən çox narahat edən varislərinin ondan, topladığı puldan mənfəətbərdar olmağa çalışmalarıdır.

    Sabir görə, dünyəvi təhsil, üsuli-cədid təlimi milli rühün və dini heysiyyətin diqqət mərkəzində olması şərtləri daxilində qurulmalı və bu işi ancaq açıq fikirli, elmli və “islamiyyət qədri, insaniyyət rütbəsi, milliyyət şəni, maarif dərəcəsi tanıyan qeyrətməndi-vətənimiz” olan ziyalılara tapşırmaq lazımdır ki, görülən işlərin, çəkilən zəhmətlərin sayəsində “…hər cəhətlə qeyrəti- islam və namusi-millət mülahizə olunsun”.

    Sabir dərin təəssüf və kədərlə düşünürdü ki, xalqın geniş kütləsi ətalət və cəhalət məngənəsindən, xurafat torundan, tənbəllik azarından xilas olmayınca ümummilli tərəqqi və hürriyyətə çatmaq mümkün deyil. Odur ki, qələm dostu Mə-həmməd Hadinin hər hansı ötəri parıltı və ya qığılcımdan vəc-də gəlib yazdığı “Yaşamaq istər isək, haizi-şan olmalıyız” şerini təhzil edərək qələmə aldığı “Yaşamaq istər issək…” satirasında dostunun siyasi sadalövhlüyünə gülürdü:

    Yaşamaq istər isək dəhrdə əmniyyət ilə, Elmə, fənnə, üdəbayə baxalım nifrət ilə, Bizə ağalıq edən əhlə qulam olmalıyız! Yaşamaq istər isək, sırf əvam olmalıyız!

    Bu hal Sabirin şair-vətəndaş ürəyini həm də ona görə dağ-

    layırdı ki, həmin çürük fikir və xülyalarla yaşayan kütlənin mənsub olduğu xalq şöhrətli keçmişə, tarixən əldə etdiyi parlaq uğurlara malikdir. Hazırda isə həmin nəslin övladları xalqı firqələrə bölüb parçalamaqda, digər xalqlar, xüsusən xristianlar

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    38

    inkişaf etdikləri halda bunlar yenə öz ətalət və cəhalət yataq-larında “ağır yatmaqda”, üstlərində yorğan belə tərpənməmək-dədirlər.

    Bütün bu nizamsızlığın, sosial-siyasi şüurun, mənəvi-əx-laqi naqisliyinin nəticəsi idi ki, cəmiyyətdə varlı kasıbı, oxu-muş savadsızı bəyənməyib, ona həqarətlə baxırdı. “Fəhlə, özünü səndə…”, “Əkinçi”, “Dilənçi” və s. satiralarda bu acınacaqlı vəziyyətin ayrı-ayrı mənzərələri ilə tanış oluruq.

    Əlbəttə, Sabir bu sifətlərlə təqdim olunan və öz mənhus keyfiyyətləri (diş qıcadıb, quyruq bulamaq, çörək atana yal-manmaq və s.) fəxr edən qaraguruhu insanlığa ləkə, cəmiyyətə dözülməz ağrılı yara hesab edir. İslam xalqlarının, o cümlədən soydaşlarının ta qədimdən özlərinə qənim kəsilib bir-birinin qanına susamalarını “Fəxriyyə” satirasında bir daha və geniş şəkildə diqqətə çatdıraraq həmin düşüncəsizliklərin törətdiyi qanlı faciələri, nəticə olaraq bütün bunların milli və dini tənəz-zülümüzə bais olmasını tarixi ardıcıllıqla, həm də yüksək poe-tik pafos və şair-vətəndaş yanğısı ilə qələmə almışdır. Gah tə-riqətlərə, gah da tayfa və dövlətlərə bölünüb qanlı müharibələrə qoşulmağımızı nəzərə belə çatdırır:

    … Bir vəqt dəxi Qaraqoyun, Ağqoyun olduq, Azərbaycana, həm də Anadoluya dolduq, Ol qədər qırıb bir-birimizdən ki, yorulduq, Qırdıqca yorulduq və yorulduqca qırıldıq… Turanlılarız, adiyi-şüğli-sələfiz biz! Öz qövmümüzün başına əngəlkələfiz biz!

    Bununla Sabir xalqın milli-tarixi yaddaşını oyatmağa, soy-

    daşlarının tarixin dərslərindən ibrət alıb nəticə çıxart-masına çalışırdı

    Sabir dünyada, o cümlədən Avropa ölkələrində, Azərbay-canda, İranda və Türkiyədə (Osmanlıda) gedən proseslərə də ayıq siyasi və elmi bir nəzərlə baxırdı. Ona görə də onun həmin hadisə və proseslər haqqında gəldiyi nəticələr, söylədiyi qə-

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    39

    naətlər öz obyektivliyi və sərrastlığı ilə digər müasirlərindən, o cümlədən alovlu romantik şair Məhəmməd Hadindən seçilir. Əgər qeyd etdiyimiz kimi, M.Hadi çox zaman hadisə və pro-seslərin zahiri cazibəsinə aldanaraq, şövqə gəlib “İstiqbalımız parlaqdır!”, “Bariqeyi-zəfər parlayır, istiqbal bizimdir”, deyir-disə, Sabir dostunun bu sadəlövhlüyünə gülərək, onu hadisə-lərin mahiyyətinə varmağa, obyektiv nəticələr çıxarmağa çağı-rırdı. Odur ki, M.Hadinin bu mövzuda yazdığı şerlərini və məqaləsini təhzil edərək, onlara cavab şəkilində qələmə aldığı “İstiqbalımız lağlağdır”, “İstiqbal bizimdir” satiralarını çap etdirmişdir. Bu əsərlərdə Sabir, öz qələm dostundan fərqli olaraq, soydaşlarının fitri istedad və qabiliyyətinə, onların par-laq istiqbala layiq olub, bu nemətə gec-tez çatacaqlarına bütün varlığı ilə inandığını bildirirdi. Lakin o, bunun üçün qarşıda duran bir çox mühüm vəzifələrin – milli ətalət və cəhalətin maariflənmə yolu ilə aradan qaldırılmasının, milli mənlik şüurunun düzgün formalaşdırılaraq sosial-siyasi düşüncənin inkişafına, habelə beynəlxalq siyasi və diplomatik proseslərdən düzgün nəticələr çıxarıb onlara müvafiq hərəkət etmək qabiliy-yət və vərdişlərinə yiyələnmək və s. kimi işlərin həyata keçiril-məsinin vacibliyi məsələsini irəli sürürdü. Şair inanırdı ki, bü-tün bu işlər layiqincə görülərsə (və görüləcək), xalqımız özünə layiq olan istiqlalı əldə edib parlaq, işıqlı istiqbala qovuşacaq.

    Əlbəttə, soydaşlarının milli azadlıq və istiqlaliyyət uğrun-da qəhrəmancasına döyüş meydanına atılmaları Sabirin ürəyini bir vətəndaş kimi cuşə gətirirdi. O, özünün bu hədsiz sevinc hissindən doğan sonsuz hissiyatlı, cezb olunmuş vəziyyətinə baxıb onu dəli hesab edə biləcək oxucusuna müraciətlə bil-dirirdi ki, bütün bunlar Səttarxanın mərdliklə atıldığı azadlıq mübarizəsində əldə etdiyi qələbələrdən, həmin qələbələrin doğurduğu fərəh və qürur hissindən irəli gəlir. Özü də bu işdə gənc türklər də Səttarxanla həmrəy olduqlarını bildirmişdilər. Bu milli-etnik və dini həmrəylikdən doğan razılıq qələbə sevin-cinə qarışdığı üçün Sabir sözünə belə davam edirdi:

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    40

    Ta ki, millət məcməin Tehranda viran etdilər, Türklər Səttarxan ilə əhdü peyman etdilər, Zülmü istibdadə qarşı nifrət elan etdilər, Millətə, milliyyətə can nəqdi qurban etdilər, Ayeyi- “zibhi-əzim” itlaqı ol qurbanədir, Afərinim himməti-valayi-Səttarxanədir.

    Sabir sevinirdi ki, nəhayət, “həq mədədkar oldu Azərbay-

    can ətrakına” (türklərinə). Lakin bu sevinc uzun sürmədi. Tezliklə rus, ingilis, fransız və digər imperalist qüvvələr İran hökumətinə kömək edərək, burada başlayan milli azadlıq hərəkatını fitnə-fəsad burulğanında və qan dənizində boğdular. Pərdəarxası oyunları, İran şahının və yüksək rütbəli əyanlarının xalqa və vətənə zidd əməllərini, xarici imperialist qüvvələrin əlində oyuncağa çevrilib hər cür alçaqlığa getmələrini, xalqın onlara yönələn nifrət və qəzəblərini gördükcə şair “Satıram”, “Bura say!”, “Şahnamə”, “Avropada Məmdəlinin eşqbazlığı”, “Müxabirə”, “Osmanlılar, aldanmayın, Allahı sevərsiz!”, “Əhli-İranda, pah oğlan, yenə himmət görünür”, “Mürtəce xa-dimlərim, ha indi xidmət vəqtidir”, “İranlı deyir ki”, “Mürtə-celər, sevinin, kişvəri-İranə yenə”, “Şurə gəlib şad olun, iranlılar”, “Almaniya imperatoru deyir ki” və s. satiralarını qə-ləmə aldı. Bu əsərlərdə İrandakı milli azadlıq hərəkatı ətrafında həm ölkədaxili, həm də beynəlxalq aləmdə baş verən proses-lərlə yanaşı, Osmanlıda (Türkiyədə) cərəyan edən siyasi proseslərə də münasibət bildirilir, gənc türklər siyasi ayıqlığa, fitnələr burulğanında “iranlı kimi yanmamağa” çağrılırdı. O, İran şahı Məhəmmədəli Mirzənin öz taxt-tacını xilas etmək üçün gah o, gah da bu dövlətə üz tutub kömək istəməsini və bu uğursuz cəhdlərin biabırçı sonluqlarını “Mürtəcelər, sevi-nin…”, “Zilli Sultana amandır, verməyin Irana yol”, “Şurə gəlib şad olun, iranlılar!”, “Derlər İran günbəgün xar olur, əlbəttə ki!”, “Almaniya imperatoru Vilhelm deyir ki”, “Hatif-dən gələn bir nida deyir ki”, “Avropada Məmdəlinin eşqbazlığı”, “Məmmədəli deyir ki” və s. satiralarda dönə-dönə,

  • Ìèðçÿ ßëÿêáÿð Ñàáèð

    41

    həm də hər dəfə bu beynəlxalq siyasi oyunların yeni bir səhifə-sini işıqlandırıb ifşa etdiyi kimi, Osmanlı Sultanı Əbdülhəmidi, onun xalq və vətən mənafeyinə zidd hərəkətlərini yeri gəldikgə ifşa etmişdir. “Müxabirə”, “Tərcümani-Həqiqət” deyir ki” və “Əbdülhəmid deyir ki” adlı qoşalaşdırılmış taziyanələrdə Əbdülhəmidin qəddarlığı, hakimiyyəti dövründə sultana zidd hərəkətlərin