prezident İlham Əliyev ramiz mehdiyevi qəbul edib və ona mikayıl …xalqqazeti.com/pdf/xalq 24...

8
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 236 (29208) 24 oktyabr 2019-cu il, cümə axşamı R.Ə.Mehdiyevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə Ramiz Ənvər oğlu Mehdiyev “Heydər Əliyev” ordeni ilə təltif edilsin. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 23 oktyabr 2019-cu il Prezident İlham Əliyev Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə – İqtisadiy- yat naziri təyin olunması ilə əlaqədar qəbul edib. Prezident İlham Əliyev dedi: – Mən qərara gəldim ki, sizi İqti- sadiyyat naziri vəzifəsinə təyin edim. Siz müxtəlif vəzifələrdə, o cümlədən İqtisadiyyat Nazirliyində nazir müa- vini vəzifəsində çalışmısınız, Təhsil naziri, Vergilər naziri kimi fəaliyyət göstərmisiniz. Xüsusilə, sizin Vergilər naziri kimi fəaliyyətinizi qeyd etməliyəm. Aparılan islahatlar nəticəsində vergilər sistemində şəffaflıq təmin edilir, biznes dairələri üçün vahid qaydalar tətbiq olunur. Azərbaycanda sahibkarlığın inkişafı üçün vergilər stimulverici rol oynayır və nəticələr də göz qabağındadır. Bu il Vergilər Nazirliyi plandan əlavə təqribən 350 milyon manatdan çox vəsait toplayıb və əlbəttə ki, bu, şəffaflığın təzahürüdür. Təbii ki, bu vəsait bizə bu il çox geniş və ciddi sosial paket icra etmək imkanı verdi. Deyə bilərəm ki, bu sosial təşəbbüsün analoqu bu günə qədər olmamışdır. Dörd milyon iki yüz min insan bu sosial təşəbbüsdən fay- dalanıb, minimum əməkhaqqı təxminən iki dəfə, minimum pensiya 70 faizdən çox artırılıb. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə biz MDB məkanında birinci yerdəyik, amma orta pensiya- nın səviyyəsinə görə üçüncü yerdəyik. Yəni, bu, doğrudan da çox böyük sosial təşəbbüsdür. Əlbəttə, əgər bizim maliyyə imkanlarımız olmasaydı, biz bunu edə bilməzdik. Bütün bunları nəzərə alaraq, mən sizi İqtisadiyyat naziri vəzifəsinə təyin edirəm. Bu, çox məsuliyyətli vəzifədir. Əlbəttə, Azərbaycan iqtisadiyyatının bundan sonra qeyri-neft sektoru hesabı- na inkişafı bizim əsas prioritetimizdir. Hələ ulu öndər Heydər Əliyev vaxtilə demişdir ki, iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir. Bu, tam həqiqətdir və bu gün bizim siyasi müstəqilliyimizin təməlində iqtisadi müstəqillik dayanır. Mən bunu öz çıxışlarımda dəfələrlə demişəm. Əgər bizim iqtisadiyyatımız kənar dairələrdən asılı olsaydı, biz uğurlu siyasi kurs icra edə bilməzdik. Bizim siyasi müstəqilliyimizin, o cümlədən xarici siyasətdə apardığımız prinsipial mövqeyin əsas baza prinsipi iqtisadi müstəqilliyimizdir. Mən Prezident kimi ilk illərdən iqtisadi müstəqilliyə nail olmaq üçün çalışmışam, müvafiq göstərişlər vermişəm. Bu gün Azərbaycan iqtisadi baxımdan, o cümlədən siyasi baxımdan heç kimdən, heç bir ölkədən asılı deyil, prinsipial müstəqil siyasət aparır, o siyasət ki, Azərbaycan xalqının maraqlarını təmin edir. Azərbaycan xalqının maraqlarını, dövlət maraqlarını bütün beynəlxalq tribu- nalardan müdafiə etmək üçün əlbəttə ki, bizim iqtisadi imkanımız olmalıdır. Biz indi dünyada gedən proseslərə diqqətlə baxırıq və görürük ki, han- sı ölkələr iqtisadi cəhətdən başqa ölkələrdən, yaxud da beynəlxalq maliyyə qurumlarından asılıdırsa, o ölkələr müstəqil siyasət apara bilməz, o ölkələr bir növ böyük ölkələrin gi- rovuna, alətinə çevrilir. O ölkələrin hökumətlərini bəzi hallarda öz xalqına, öz milli maraqlarına görə istifadə etmək üçün onlara təzyiq edilir və onlar bu təzyiqə davam gətirə bilmir. Bizə də təzyiq göstərilir və mənim Prezident kimi fəaliyyətimin bütün dövrlərində göstərilən təzyiqlə üzləşmişik. Ancaq buna davam gətirə bilmişik, müqavimət göstərmişik, öz sözümüzü demişik və heç bir təzyiq, heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə təsir edə bilməz. Nə üçün? İlk növbədə, biz xalqın dəstəyinə arxalanırıq. Son müddət ərzində keçirilən rəy sorğuları göstərir ki, bizim hökumətimizə ictimai dəstək nə qədər yüksəkdir. O cümlədən Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında, – mən bunu səsləndirdim, – hakimiyyətə olan inam baxımından biz dünya miqyasında ön sıralardayıq. Ona görə iqtisadi müstəqillik bizim üçün əsas vəzifə olaraq qalır. Buna nail ol- maq üçün biz gələcək illərdə çox böyük səylər göstərməliyik. Bizim iqtisadiyyatımızın əsas hissəsini neft-qaz sektoru təşkil edir. Bu, təbiidir. Bu, demək olar ki, neft-qazla zəngin olan bütün ölkələrdə müşahidə edilən mənzərədir və bu, faktdır. Bəzi hallarda bunu mənfi amil kimi yozurlar. Mən bunu mənfi amil kimi qəbul edə bilmərəm, çünki məhz neft-qaz sektoru- nun inkişafı hesabına biz böyük infras- truktur layihələri icra etmişik, neft-qaz sektorunun gəlirləri hesabına biz 300 mindən çox köçkünü yerləşdirmişik, biz ordumuzu gücləndirmişik, biz böyük sosial layihələri icra etmişik. Əgər bizdə neft-qaz sektoru olmasaydı, yaxud da ki, bu sektoru inkişaf etdirməsəydik, biz nəyin hesabına inkişaf edəcəkdik? Guya kimsə bizə gəlib arxamı duracaqdı? Hansısa ölkə, yaxud da ki, beynəlxalq maliyyə qurumu bizə köməkmi göstərəcəkdi? Biz o illəri yaxşı xatırlayırıq, mən yaxşı xatırlayıram. 1990-cı illərdə bizim pulumuz yox idi və biz beynəlxalq maliyyə qurumlarından, böyük dövlətlərdən bir növ asılı idik. Onlar da bəzi hallarda bizə diktə etməyə çalı- şırdılar. Ona görə iqtisadi müstəqillik mənim siyasətimin ana xəttini təşkil edir. Bu, bizə güc verir, inam verir, xalqımız təhlükəsizlik şəraitində yaşayır və biz ölkə üçün vacib olan bütün layihələri icra edirik. İndiki dövrü mən şərti olaraq post- neft dövrü adlandırardım. Ona görə yox ki, bizim neftimiz tükənir, əksinə, bizim ehtiyatlarımız kifayət qədər yüksəkdir, o cümlədən qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrə bərabərdir. Yeni kontraktlar imzalanıb, kəşfiyyat işləri aparılır və neft-qaz sektorumuz bundan sonra da ölkəmizin həyatında önəmli rol oy- nayacaq. Ona görə mən indiki dövrü postneft-qaz dövrü adlandırıram ki, bizim siyasətimizdə bu sahə kənara qoyulmalıdır. Bu sahədə nə lazım idisə gördük, həm Bakı–Tbilisi–Ceyhan neft, həm Bakı–Tbilisi–Ərzurum qaz kəmərləri, Cənub Qaz Dəhlizi tarixi layihələrdir. Bunları biz görmüşük. İndi bu layihələrin faydasını biz və gələcək nəsillər görəcəklər. Ancaq biz iqtisadi inkişafımızı qeyri-neft sektoru üzərində qurmalıyıq və burada əlbəttə ki, aparıcı rol İqtisadiyyat Nazirliyinin üzərinə dü- şür. Əminəm ki, İqtisadiyyat naziri kimi siz bu tapşırıqları yerinə yetirəcəksiniz. Bizim iqtisadiyyatımız dayanıqlı olmalıdır. İndiki iqtisadi artım templəri məni qane etmir. Düzdür, bunun obyek- tiv səbəbləri var. Hazırda neftin hasilatı- nın bir qədər aşağı düşməsi nəticəsində ümumi daxili məhsulda müəyyən dərəcədə yavaşıma var. Ancaq doqquz ayda ümumi daxili məhsul 2,5 faiz artıb, amma qeyri-neft sektorunda 3,5 faiz. Hesab edirəm ki, bu, pis göstərici deyil. Ancaq bizi qane etmir. Düzdür, kənd təsərrüfatı 7 faizdən çox, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Bu, çox müsbət hallardır. Ancaq biz elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün bundan sonra da çox ciddi islahatlar aparılmalıdır. İslahatlara alternativ yoxdur. Mən yeni iqtisadi model haqqında öz andiçmə mərasimimdə fikirlərimi ifadə etmişəm. Əsas konturlar o vaxt müəyyən olunub. Ondan sonra aparılan islahatlar, o cümlədən kadr islahatla- rı bu məqsədi güdür. Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olma- lıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər. Əsas vəzifələr bundan ibarətdir. Deyə bilərəm ki, islahatlar yaxşı nəticələr verir. Bu ilin doqquz ayında 100 mindən çox əmək müqaviləsi qey- diyyata alındı. Yəni, bu, nə deməkdir? Yəni, bu yüz min insan kölgə iqtisa- diyyatında fəaliyyət göstərirdi. Onlar zərflərdə maaş alırdılar. Bəzi hallarda onlara yazılan aşağı maaş reallığı əks etdirmirdi. Bu, bizim iqtisadiyyatımızı təhlükə altına qoyur. Bir də ki, bu insan- lar gələcəkdə pensiyaya çıxacaqlar. Bəs onların pensiya haqqı nəyin hesabı- na hesablanacaq? Ona görə mən, o cümlədən muzdla işləyən vətəndaşlara da üz tutub deyirəm: bu işlərə baş qoş- mayın. Əgər hansısa sahibkar sizə tutaq ki, 500 manat maaş verirsə və onun 250 manatını rəsmi qaydada verirsə, siz buna razı olmayın. Çünki sabah pensiya almayacaqsınız. Sosial sığorta problemi olacaq. Biz indi icbari tibbi sığortaya keçirik. Orada da problem yaranacaq. Əlbəttə ki, burada nəzarət daha güclü olmalıdır. Hesab edirəm ki, 100 mindən çox iş yerinin rəsmiləşdirilməsi ilə bu iş yerlərini, o cümlədən o sahibkarların fəaliyyətini biz kölgədən çıxarırıq. Bu iş yerlərinin 80 faizi qeyri-neft sektorunda qeydiyyata alınıb. Hələ ki, ən azı on minlərlə insan indi demək olar ki, bir növ kölgə iqtisadiyyatında fəaliyyət göstərir. (ardı 2-ci səhifədə) Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul edib və ona “Heydər Əliyev” ordenini təqdim edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edib və ona “Heydər Əliyev” ordenini təqdim edib. Prezident İlham Əliyev dedi: – Hörmətli Ramiz müəllim, siz uzun illərdir ki, müxtəlif məsul vəzifələrdə işləyirsiniz. Həm sovet dönəmində, həm müstəqillik dövründə ölkəmizin inkişafı- na böyük töhfələr vermisiniz. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev sizi hələ gənc yaşlarınızda önəmli vəzifələrə təyin etmişdir. Siz yaxşı bilirsiniz ki, Heydər Əliyev kadrların seçilməsində çox tələbkar idi və onun bir sıra çox ciddi meyarları vardı. Sizi gənc yaşla- rında önəmli vəzifələrə təyin etmək onu göstərirdi ki, siz buna layiq idiniz. Siz gənc, istedadlı kadr kimi ulu öndərin rəhbərliyi ilə həm sovet dönəmində, həm də müstəqillik dövründə işləmisiniz. Xatırlayıram ki, sovet dövründə, 1970-ci illərdə siz Bakımızın əsas rayonu olan, o vaxt 26 Bakı Komissarı adlandırılan, indiki Səbail rayonunun birinci katibi təyin olunmusunuz və bu vəzifədə böyük uğurlar əldə etmisiniz. Ondan sonra ulu öndər sizi Mərkəzi Komitəyə dəvət etmişdir və siz təşkilat şöbəsinin rəhbəri idiniz. Bu, Mərkəzi Komitənin bəlkə də ən aparıcı şöbəsi idi. Çünki bu şöbədə kadr hazırlığı məsələləri diqqət mərkəzində idi. Heydər Əliyev Moskvada, Siyasi Büroda işə başla- yanda bilirsiniz ki, onun tövsiyəsi ilə siz Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideologiya üzrə katibi vəzifəsinə təyin olunmusunuz. Bu da çox önəmli vəzifə idi, yəni, ideoloji işlərə rəhbərlik edirdiniz. Təbii ki, ulu öndər Heydər Əliyev əsassız olaraq bütün vəzifələrdən çıxarılandan sonra sizi də vəzifədən azad etmişdilər və yalnız Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra o, yenə də sizi dəvət etdi. Bu, böyük bir inamın təzahürü idi. Çünki siz də yaxşı bilirsiniz, mən də yaxşı bilirəm ki, o vaxt Heydər Əliyevin yetişdirdiyi, böyük vəzifələr verdiyi bir çox kadrlar ona sadiq çıx- madılar və o, 1993-cü ildə hakimiyyətə qayıdandan sonra həmin kadrlara etibar etmədi. Bir halda ki, sizi dərhal vəzifəyə təyin edib, onu göstərir ki, o, həm sizə inanırdı, eyni zamanda, xalqımız üçün həmin ağır illərdə siz ulu öndərə öz sədaqətinizi saxlamısınız və onun rəhbərliyi altında işlədiyiniz dövr ərzində bunu sübut etmisiniz. Heydər Əliyev tərəfindən Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunmusunuz və bu çox önəmli və məsul işdə böyük nailiyyətlər əldə etmisiniz. Son 16 il ərzində isə biz birlikdə işləyirik. Demək olar ki, hər gün əlaqədəyik, gündə bir neçə dəfə təmasdayıq. Ölkəmizin uğur- lu, hərtərəfli inkişafında sizin çox böyük və danılmaz rolunuz var. Mənim sizə bö- yük hörmətim var. Siz həmişə dövlətçiliyi hər şeydən üstün tutmusunuz və bu gün Azərbaycan dövləti inkişaf edir, qarşıda duran bütün vəzifələr icra olunur. Bu vəzifələrin icrasında sizin böyük rolunuz vardır. Ancaq həyat yerində durmur, artıq yaşınız səksəni keçib və siz də həmişə deyirdiniz ki, biz gərək gəncləri irəli çəkək, gənclərə yol verək, on- lar da yetişsinlər ki, bizim inkişafımız uzunmüddətli olsun. Gənclər elə yetişməlidir ki, gələcəkdə onlar ölkəmizi layiqincə idarə edə bilsinlər. Gənclər mil- li ruhda tərbiyə olunmalıdır. İndi siz də yaxşı bilirsiniz, bu qloballaşma adı altın- da demək olar ki, bəzi ölkələrin, xalqla- rın milli mənliyi elə bil, silinmək təhlükəsi ilə üzləşib. Qloballaşma adı altında eyniləşmə gedir, bəzi xalqlara yad olan dəyərlər aşılanır və biz buna müqavimət göstəririk. Biz elə gənclər yetişdirməliyik ki, onlar Vətənə, xalqa bağlı olsunlar, müstəqilliyi hər şeydən üstün tutsunlar. Ona görə də gənc kadrların qabağa çəkilməsi onlara imkan verir ki, həm təcrübə toplasınlar, həm də artıq yaşlı kadrlar öz məsləhətlərini verməklə onla- rı düzgün yola istiqamətləndirirlər. Mən bilirəm ki, siz elmi işlərlə də fəal məşğulsunuz, bir çox böyük elmi əsərlərin müəllifisiniz. Bilirəm, sizin də istəyiniz ondan ibarətdir ki, bundan sonra elmi işlərlə məşğul olasınız. Sizin çox böyük potensialınız var və müəllifi olduğunuz kitablar çox böyük diqqətə və qiymətə layiqdir. Xalq, dövlət qarşısında göstərdiyiniz xidmətlərə görə mən sizi bu gün dövlətimizin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edirəm. Siz bilirsiniz ki, bu orden bir çox hallarda xarici dövlət və hökumət başçılarına verilir, hər kəsə yox. Bu orden doğrudan da xalqımızın, dövlətimizin dostlarına, ikitərəfli əlaqələrin inkişafında xüsusi rol oynamış dövlət və hökumət başçılarına, ziyalılara, incəsənət xadimlərinə verilir. Ona görə bu ordenin sizə verilməsi əlbəttə ki, xüsusi məna daşıyır, siz buna layiqsiniz. İlk növbədə, ona görə ki, uzun illər ərzində ulu öndər Heydər Əliyevə və dövlətə sədaqətlə xidmət etmisiniz. Ulu öndərin adını daşıyan bu orden sizə bütün əsaslar olmaq şərtilə verilir. Əminəm ki, siz gələcək fəaliyyətinizdə də ümumi işimizə dəyərli töhfələr verəcəksiniz. İndi isə icazə verin, bu ordeni sizə təqdim edim. Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Ramiz Mehdiyevə təqdim etdi. (ardı 2-ci səhifədə)

Upload: others

Post on 17-Oct-2020

2 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul edib və ona Mikayıl …xalqqazeti.com/pdf/xalq 24 okt OPT.pdf · 2019. 10. 23. · Azərbaycanda sahibkarlığın inkişafı

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 236 (29208) 24 oktyabr 2019-cu il, cümə axşamı

R.Ə.Mehdiyevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyasının 109-cu

maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:Azərbaycan Respublikasında dövlət idarəçiliyi və

elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə Ramiz Ənvər oğlu Mehdiyev

“Heydər Əliyev” ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2019-cu il

Prezident İlham Əliyev Mikayıl Cabbarovu yeni vəzifəyə

təyin olunması ilə əlaqədar qəbul edib

� Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə – İqtisadiy-yat naziri təyin olunması ilə əlaqədar qəbul edib.

Prezident İlham Əliyev dedi: – Mən qərara gəldim ki, sizi İqti-

sadiyyat naziri vəzifəsinə təyin edim. Siz müxtəlif vəzifələrdə, o cümlədən İqtisadiyyat Nazirliyində nazir müa-vini vəzifəsində çalışmısınız, Təhsil naziri, Vergilər naziri kimi fəaliyyət göstərmisiniz. Xüsusilə, sizin Vergilər naziri kimi fəaliyyətinizi qeyd etməliyəm. Aparılan islahatlar nəticəsində vergilər sistemində şəffaflıq təmin edilir, biznes dairələri üçün vahid qaydalar tətbiq olunur.

Azərbaycanda sahibkarlığın inkişafı üçün vergilər stimulverici rol oynayır və nəticələr də göz qabağındadır. Bu il Vergilər Nazirliyi plandan əlavə təqribən 350 milyon manatdan çox vəsait toplayıb və əlbəttə ki, bu, şəffaflığın təzahürüdür. Təbii ki, bu vəsait bizə bu il çox geniş və ciddi sosial paket icra etmək imkanı verdi. Deyə bilərəm ki, bu sosial təşəbbüsün analoqu bu günə qədər olmamışdır. Dörd milyon iki yüz min insan bu sosial təşəbbüsdən fay-dalanıb, minimum əməkhaqqı təxminən iki dəfə, minimum pensiya 70 faizdən çox artırılıb. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə biz MDB məkanında birinci yerdəyik, amma orta pensiya-nın səviyyəsinə görə üçüncü yerdəyik. Yəni, bu, doğrudan da çox böyük sosial təşəbbüsdür. Əlbəttə, əgər bizim maliyyə imkanlarımız olmasaydı, biz bunu edə bilməzdik.

Bütün bunları nəzərə alaraq, mən sizi İqtisadiyyat naziri vəzifəsinə təyin edirəm. Bu, çox məsuliyyətli vəzifədir. Əlbəttə, Azərbaycan iqtisadiyyatının bundan sonra qeyri-neft sektoru hesabı-na inkişafı bizim əsas prioritetimizdir.

Hələ ulu öndər Heydər Əliyev vaxtilə demişdir ki, iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir. Bu, tam həqiqətdir və bu gün bizim siyasi müstəqilliyimizin təməlində iqtisadi müstəqillik dayanır. Mən bunu öz çıxışlarımda dəfələrlə demişəm. Əgər bizim iqtisadiyyatımız kənar dairələrdən asılı olsaydı, biz uğurlu siyasi kurs icra edə bilməzdik. Bizim siyasi müstəqilliyimizin, o cümlədən xarici siyasətdə apardığımız prinsipial mövqeyin əsas baza prinsipi iqtisadi müstəqilliyimizdir. Mən Prezident kimi ilk illərdən iqtisadi müstəqilliyə nail olmaq üçün çalışmışam, müvafiq göstərişlər vermişəm. Bu gün Azərbaycan iqtisadi baxımdan, o cümlədən siyasi baxımdan heç kimdən, heç bir ölkədən asılı deyil, prinsipial müstəqil siyasət aparır, o siyasət ki, Azərbaycan xalqının maraqlarını təmin edir. Azərbaycan xalqının maraqlarını, dövlət maraqlarını bütün beynəlxalq tribu-nalardan müdafiə etmək üçün əlbəttə ki, bizim iqtisadi imkanımız olmalıdır.

Biz indi dünyada gedən proseslərə diqqətlə baxırıq və görürük ki, han-sı ölkələr iqtisadi cəhətdən başqa ölkələrdən, yaxud da beynəlxalq maliyyə qurumlarından asılıdırsa, o ölkələr müstəqil siyasət apara bilməz, o ölkələr bir növ böyük ölkələrin gi-

rovuna, alətinə çevrilir. O ölkələrin hökumətlərini bəzi hallarda öz xalqına, öz milli maraqlarına görə istifadə etmək üçün onlara təzyiq edilir və onlar bu təzyiqə davam gətirə bilmir. Bizə də təzyiq göstərilir və mənim Prezident kimi fəaliyyətimin bütün dövrlərində göstərilən təzyiqlə üzləşmişik. Ancaq buna davam gətirə bilmişik, müqavimət göstərmişik, öz sözümüzü demişik və heç bir təzyiq, heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə təsir edə bilməz. Nə üçün? İlk növbədə, biz xalqın dəstəyinə arxalanırıq. Son müddət ərzində keçirilən rəy sorğuları göstərir ki, bizim hökumətimizə ictimai dəstək nə qədər yüksəkdir. O cümlədən Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında, – mən bunu səsləndirdim, – hakimiyyətə olan inam baxımından biz dünya miqyasında ön sıralardayıq. Ona görə iqtisadi müstəqillik bizim üçün əsas vəzifə olaraq qalır. Buna nail ol-maq üçün biz gələcək illərdə çox böyük səylər göstərməliyik.

Bizim iqtisadiyyatımızın əsas hissəsini neft-qaz sektoru təşkil edir. Bu, təbiidir. Bu, demək olar ki, neft-qazla zəngin olan bütün ölkələrdə müşahidə edilən mənzərədir və bu, faktdır. Bəzi hallarda bunu mənfi amil kimi yozurlar. Mən bunu mənfi amil kimi qəbul edə bilmərəm, çünki məhz neft-qaz sektoru-nun inkişafı hesabına biz böyük infras-truktur layihələri icra etmişik, neft-qaz sektorunun gəlirləri hesabına biz 300 mindən çox köçkünü yerləşdirmişik, biz ordumuzu gücləndirmişik, biz böyük sosial layihələri icra etmişik. Əgər bizdə neft-qaz sektoru olmasaydı, yaxud da ki, bu sektoru inkişaf etdirməsəydik, biz nəyin hesabına inkişaf edəcəkdik? Guya kimsə bizə gəlib arxamı duracaqdı? Hansısa ölkə, yaxud da ki, beynəlxalq maliyyə qurumu bizə köməkmi göstərəcəkdi?

Biz o illəri yaxşı xatırlayırıq, mən yaxşı xatırlayıram. 1990-cı illərdə bizim pulumuz yox idi və biz beynəlxalq maliyyə qurumlarından, böyük dövlətlərdən bir növ asılı idik. Onlar da bəzi hallarda bizə diktə etməyə çalı-şırdılar. Ona görə iqtisadi müstəqillik mənim siyasətimin ana xəttini təşkil edir. Bu, bizə güc verir, inam verir, xalqımız təhlükəsizlik şəraitində yaşayır və biz ölkə üçün vacib olan bütün layihələri icra edirik.

İndiki dövrü mən şərti olaraq post-neft dövrü adlandırardım. Ona görə yox ki, bizim neftimiz tükənir, əksinə, bizim ehtiyatlarımız kifayət qədər yüksəkdir, o cümlədən qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrə bərabərdir. Yeni kontraktlar imzalanıb, kəşfiyyat işləri aparılır və neft-qaz sektorumuz bundan sonra da ölkəmizin həyatında önəmli rol oy-nayacaq. Ona görə mən indiki dövrü postneft-qaz dövrü adlandırıram ki, bizim siyasətimizdə bu sahə kənara qoyulmalıdır. Bu sahədə nə lazım idisə gördük, həm Bakı–Tbilisi–Ceyhan

neft, həm Bakı–Tbilisi–Ərzurum qaz kəmərləri, Cənub Qaz Dəhlizi tarixi layihələrdir. Bunları biz görmüşük. İndi bu layihələrin faydasını biz və gələcək nəsillər görəcəklər. Ancaq biz iqtisadi inkişafımızı qeyri-neft sektoru üzərində qurmalıyıq və burada əlbəttə ki, aparıcı rol İqtisadiyyat Nazirliyinin üzərinə dü-şür. Əminəm ki, İqtisadiyyat naziri kimi siz bu tapşırıqları yerinə yetirəcəksiniz.

Bizim iqtisadiyyatımız dayanıqlı olmalıdır. İndiki iqtisadi artım templəri məni qane etmir. Düzdür, bunun obyek-tiv səbəbləri var. Hazırda neftin hasilatı-nın bir qədər aşağı düşməsi nəticəsində ümumi daxili məhsulda müəyyən dərəcədə yavaşıma var. Ancaq doqquz ayda ümumi daxili məhsul 2,5 faiz artıb, amma qeyri-neft sektorunda 3,5 faiz. Hesab edirəm ki, bu, pis göstərici deyil. Ancaq bizi qane etmir. Düzdür, kənd təsərrüfatı 7 faizdən çox, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Bu, çox müsbət hallardır. Ancaq biz elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün bundan sonra da çox ciddi islahatlar aparılmalıdır.

İslahatlara alternativ yoxdur. Mən yeni iqtisadi model haqqında öz andiçmə mərasimimdə fikirlərimi ifadə etmişəm. Əsas konturlar o vaxt müəyyən olunub. Ondan sonra aparılan islahatlar, o cümlədən kadr islahatla-rı bu məqsədi güdür. Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olma-lıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər.

Əsas vəzifələr bundan ibarətdir. Deyə bilərəm ki, islahatlar yaxşı nəticələr verir. Bu ilin doqquz ayında 100 mindən çox əmək müqaviləsi qey-diyyata alındı. Yəni, bu, nə deməkdir? Yəni, bu yüz min insan kölgə iqtisa-diyyatında fəaliyyət göstərirdi. Onlar zərflərdə maaş alırdılar. Bəzi hallarda onlara yazılan aşağı maaş reallığı əks etdirmirdi. Bu, bizim iqtisadiyyatımızı təhlükə altına qoyur. Bir də ki, bu insan-lar gələcəkdə pensiyaya çıxacaqlar. Bəs onların pensiya haqqı nəyin hesabı-na hesablanacaq? Ona görə mən, o cümlədən muzdla işləyən vətəndaşlara da üz tutub deyirəm: bu işlərə baş qoş-mayın. Əgər hansısa sahibkar sizə tutaq ki, 500 manat maaş verirsə və onun 250 manatını rəsmi qaydada verirsə, siz buna razı olmayın. Çünki sabah pensiya almayacaqsınız. Sosial sığorta problemi olacaq. Biz indi icbari tibbi sığortaya keçirik. Orada da problem yaranacaq. Əlbəttə ki, burada nəzarət daha güclü olmalıdır. Hesab edirəm ki, 100 mindən çox iş yerinin rəsmiləşdirilməsi ilə bu iş yerlərini, o cümlədən o sahibkarların fəaliyyətini biz kölgədən çıxarırıq. Bu iş yerlərinin 80 faizi qeyri-neft sektorunda qeydiyyata alınıb. Hələ ki, ən azı on minlərlə insan indi demək olar ki, bir növ kölgə iqtisadiyyatında fəaliyyət göstərir.

(ardı 2-ci səhifədə)

Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul edib və ona

“Heydər Əliyev” ordenini təqdim edib

� Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edib və ona “Heydər Əliyev” ordenini təqdim edib.

Prezident İlham Əliyev dedi:– Hörmətli Ramiz müəllim, siz uzun

illərdir ki, müxtəlif məsul vəzifələrdə işləyirsiniz. Həm sovet dönəmində, həm müstəqillik dövründə ölkəmizin inkişafı-na böyük töhfələr vermisiniz. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev sizi hələ gənc yaşlarınızda önəmli vəzifələrə təyin etmişdir. Siz yaxşı bilirsiniz ki, Heydər Əliyev kadrların seçilməsində çox tələbkar idi və onun bir sıra çox ciddi meyarları vardı. Sizi gənc yaşla-rında önəmli vəzifələrə təyin etmək onu göstərirdi ki, siz buna layiq idiniz. Siz gənc, istedadlı kadr kimi ulu öndərin rəhbərliyi ilə həm sovet dönəmində, həm də müstəqillik dövründə işləmisiniz. Xatırlayıram ki, sovet dövründə, 1970-ci illərdə siz Bakımızın əsas rayonu olan, o vaxt 26 Bakı Komissarı adlandırılan, indiki Səbail rayonunun birinci katibi təyin olunmusunuz və bu vəzifədə böyük uğurlar əldə etmisiniz. Ondan sonra ulu öndər sizi Mərkəzi Komitəyə dəvət etmişdir və siz təşkilat şöbəsinin rəhbəri idiniz. Bu, Mərkəzi Komitənin bəlkə də ən aparıcı şöbəsi idi. Çünki bu şöbədə kadr hazırlığı məsələləri diqqət mərkəzində idi. Heydər Əliyev Moskvada, Siyasi Büroda işə başla-yanda bilirsiniz ki, onun tövsiyəsi ilə siz Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideologiya üzrə katibi vəzifəsinə təyin olunmusunuz. Bu da çox önəmli vəzifə idi, yəni, ideoloji işlərə rəhbərlik edirdiniz. Təbii ki, ulu öndər Heydər Əliyev əsassız olaraq bütün vəzifələrdən çıxarılandan sonra sizi də vəzifədən azad etmişdilər və yalnız Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra o, yenə

də sizi dəvət etdi. Bu, böyük bir inamın təzahürü idi. Çünki siz də yaxşı bilirsiniz, mən də yaxşı bilirəm ki, o vaxt Heydər Əliyevin yetişdirdiyi, böyük vəzifələr verdiyi bir çox kadrlar ona sadiq çıx-madılar və o, 1993-cü ildə hakimiyyətə qayıdandan sonra həmin kadrlara etibar etmədi. Bir halda ki, sizi dərhal vəzifəyə təyin edib, onu göstərir ki, o, həm sizə inanırdı, eyni zamanda, xalqımız üçün həmin ağır illərdə siz ulu öndərə öz sədaqətinizi saxlamısınız və onun rəhbərliyi altında işlədiyiniz dövr ərzində bunu sübut etmisiniz. Heydər Əliyev tərəfindən Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunmusunuz və bu çox önəmli və məsul işdə böyük nailiyyətlər əldə etmisiniz. Son 16 il ərzində isə biz birlikdə işləyirik. Demək olar ki, hər gün əlaqədəyik, gündə bir neçə dəfə təmasdayıq. Ölkəmizin uğur-lu, hərtərəfli inkişafında sizin çox böyük və danılmaz rolunuz var. Mənim sizə bö-yük hörmətim var. Siz həmişə dövlətçiliyi hər şeydən üstün tutmusunuz və bu gün Azərbaycan dövləti inkişaf edir, qarşıda duran bütün vəzifələr icra olunur. Bu vəzifələrin icrasında sizin böyük rolunuz vardır.

Ancaq həyat yerində durmur, artıq yaşınız səksəni keçib və siz də həmişə deyirdiniz ki, biz gərək gəncləri irəli çəkək, gənclərə yol verək, on-lar da yetişsinlər ki, bizim inkişafımız uzunmüddətli olsun. Gənclər elə yetişməlidir ki, gələcəkdə onlar ölkəmizi layiqincə idarə edə bilsinlər. Gənclər mil-li ruhda tərbiyə olunmalıdır. İndi siz də yaxşı bilirsiniz, bu qloballaşma adı altın-da demək olar ki, bəzi ölkələrin, xalqla-rın milli mənliyi elə bil, silinmək təhlükəsi

ilə üzləşib. Qloballaşma adı altında eyniləşmə gedir, bəzi xalqlara yad olan dəyərlər aşılanır və biz buna müqavimət göstəririk. Biz elə gənclər yetişdirməliyik ki, onlar Vətənə, xalqa bağlı olsunlar, müstəqilliyi hər şeydən üstün tutsunlar. Ona görə də gənc kadrların qabağa çəkilməsi onlara imkan verir ki, həm təcrübə toplasınlar, həm də artıq yaşlı kadrlar öz məsləhətlərini verməklə onla-rı düzgün yola istiqamətləndirirlər.

Mən bilirəm ki, siz elmi işlərlə də fəal məşğulsunuz, bir çox böyük elmi əsərlərin müəllifisiniz. Bilirəm, sizin də istəyiniz ondan ibarətdir ki, bundan sonra elmi işlərlə məşğul olasınız. Sizin çox böyük potensialınız var və müəllifi olduğunuz kitablar çox böyük diqqətə və qiymətə layiqdir.

Xalq, dövlət qarşısında göstərdiyiniz xidmətlərə görə mən sizi bu gün dövlətimizin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edirəm. Siz bilirsiniz ki, bu orden bir çox hallarda xarici dövlət və hökumət başçılarına verilir, hər kəsə yox. Bu orden doğrudan da xalqımızın, dövlətimizin dostlarına, ikitərəfli əlaqələrin inkişafında xüsusi rol oynamış dövlət və hökumət başçılarına, ziyalılara, incəsənət xadimlərinə verilir. Ona görə bu ordenin sizə verilməsi əlbəttə ki, xüsusi məna daşıyır, siz buna layiqsiniz. İlk növbədə, ona görə ki, uzun illər ərzində ulu öndər Heydər Əliyevə və dövlətə sədaqətlə xidmət etmisiniz. Ulu öndərin adını daşıyan bu orden sizə bütün əsaslar olmaq şərtilə verilir. Əminəm ki, siz gələcək fəaliyyətinizdə də ümumi işimizə dəyərli töhfələr verəcəksiniz. İndi isə icazə verin, bu ordeni sizə təqdim edim.

Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Ramiz Mehdiyevə təqdim etdi.

(ardı 2-ci səhifədə)

Page 2: Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul edib və ona Mikayıl …xalqqazeti.com/pdf/xalq 24 okt OPT.pdf · 2019. 10. 23. · Azərbaycanda sahibkarlığın inkişafı

24 oktyabr 2019-cu il, cümə axşamı2Prezident İlham Əliyev

Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib

(əvvəli 1-ci səhifədə)Ona görə bu sahə çox ciddi diqqət

tələb edir, çox ciddi addımlar atılma-lıdır. Əminəm ki, İqtisadiyyat Nazirliyi bu məsələnin öhdəsindən gələcək. Ümumiyyətlə, bizim iqtisadi inkişafımız bundan sonra da qeyri-neft sektoru hesabına davam etdirilməlidir. Buna nail olmaq üçün son illər böyük işlər görülüb, sənaye zonaları yaradılıb, orada xüsusi vergi rejimi tətbiq olunur. Aqroparklar yaradılıb və orada da məhsuldarlıq daha yüksəkdir. An-caq bütün bu işləri biz, ilk növbədə, biznesin inkişafı prizmasından həll etməliyik. Biz çox yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxi-li məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki, belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyili, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanları-nın rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurur-sa, gəlib zəli kimi onun bədənindən ya-pışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar və siz nazir kimi çalışmalısınız ki, belə hallara yol verilməsin, əgər yol verilərsə,

dərhal məni məlumatlandırın. Belə ya-ramaz məmurlara qarşı ən ciddi sank-siyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən baş-qa heç bir ödəniş ola bilməz.

Eyni zamanda, haqsız rəqabət, bu da bizim üçün böyük yaradır. Buna təkan verən dövlət məmurlarıdır, hansıların ki, biznes maraqları var. Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hal-larda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz, heç kimdən çəkinmədən. Mən bilirəm, sizə nazir kimi, xüsusilə Vergilər naziri kimi, bəziləri təzyiqlər göstərməyə çalışırdı-lar ki, bizim biznesimizə dəymə. Mən bilirəm ki, siz onların qarşısında çox mətanətlə çıxış etmisiniz. Mən bunu həmişə dəstəkləmişəm və sizə həmişə dəstək olmuşam. Demişəm ki, heç kimə baxmadan bütün işlər ən yüksək səviyyədə görülməlidir. Heç kim heç bir imtiyaza sahib ola bilməz. Bir imtiyaz var: vergini vermək, Vətənə ləyaqətlə xidmət etmək və pozuntulara yol verməmək.

Ona görə sizin qarşınızda çox bö-yük vəzifələr dayanır. Ölkə iqtisadiyya-tının dayanıqlı inkişafı bizim üçün ha-zırda əsas prioritet məsələdir. Dediyim kimi, bu, imkan verəcək ki, biz sosial sahəyə daha böyük vəsait ayıraq.

Nazir Mikayıl Cabbarov: Möhtərəm cənab Prezident, Sizə dərin

təşəkkürümü bildirirəm. İlk növbədə, göstərdiyiniz etimada görə təşəkkür edirəm. Məsuliyyətimi tam şəkildə dərk edirəm. Sizin rəhbərliyinizlə indiyə qədər gördüyümüz işlərdə əldə etdiyimiz nailiyyətlər Sizin dəstəyinizin, həmkarlarımın gərgin işinin nəticəsidir. Olan çatışmazlıqlar isə mənim üzərimə düşən məsuliyyətdir.

Fəaliyyətimizə verdiyiniz qiymət mənim üçün ən böyük şərəfdir. Si-zin rəhbərliyinizlə, həmkar nazirlik və dövlət təsisatlarımızla birlikdə biz ölkəmizin dayanıqlı və davamlı inkişa-fının, iqtisadi inkişafının təmin edilməsi üçün Sizin tapşırdığınız prinsiplər əsas götürülməklə fəaliyyət göstərəcəyik. Söz verirəm ki, bu məqsədlər üçün səylərimi əsirgəməyəcəyəm.

İqtisadiyyatımızın rəqabətliliyini daim artırmağı, iqtisadi müstəqilliyimizi daim möhkəmləndirməyi, iqtisadiy-yatı inkişaf etdirməyi əsas vəzifəm kimi qəbul edirəm. İnanıram ki, iqti-sadiyyatı inkişaf etdirmək dövlət və vətəndaşların gəlirlərinin və imkanları-nın artırılmasının yeganə yoludur. Sizin kimi siyasi liderin, möhtərəm cənab Prezident, hökumətində yer tutmaq mənim üçün ən böyük şərəfdir. Bir daha yüksək etimadınıza görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm.

Prezident İlham Əliyev: Sağ olun. Sizə uğurlar arzulayıram. Əminəm ki, nəticələr yaxşı olacaq.

AZƏRTAC

Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul edib və ona

“Heydər Əliyev” ordenini təqdim edib

(əvvəli 1-ci səhifədə)Ramiz Mehdiyev dedi:– Hörmətli cənab Prezident.Sizə xüsusi təşəkkür edirəm ki, məni

dövlətimizin ən yüksək mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif etdiniz. Heydər Əliyev Azərbaycan tarixində yaşayıb-yaratmış görkəmli ictimai və siyasi xadimlər sırasında ümummilli lider səviyyəsinə yüksəlmiş yeganə şəxsiyyətdir. Onun adına təsis olunmuş bu ali ordenlə təltif olunmaq hər bir dövlət qulluqçusunun, hər bir ictimai və siyasi xadimin arzu etdiyi ali mükafatdır. Bu tarixi məqamı mənə yaşatdığınıza görə bir daha Sizə minnətdarlığımı bildirir, Azərbaycanın inkişafında bundan sonra da yeni nailiyyətlər və uğurlar arzulayıram. Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu olmuş, xalqımızın qəlbində əbədi məskən salmış ulu öndərin xatirəsi saydığım bu ali mükafat mənim həyatda nail olduğum və qazandığım ən böyük mükafatdır. Buna görə Sizə, cənab Prezident, bir daha öz dərin təşəkkürümü bildirirəm.

Sizə məlum olduğu kimi, cənab Prezident, həyatımın əlli dörd ilini dövlət qulluğunda keçirmişəm. Onun 29 ilini ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında yaşamışam. Son 16 ildə isə bilavasitə Sizin rəhbərliyiniz altında çalışmışam. Həyata keçirdiyiniz siyasi-iqtisadi, sosial-mədəni kursun bö-yük uğurlu nəticələr verdiyinin bilavasitə şahidi olmuşam. Sizin silahdaşınız olaraq çalışmışam ki, tapşırıqlarınızı vaxt itirmədən icra edim. Deyə bilərəm ki, Sizin, cənab Prezident, nadir siyasi şəxsiyyət və görkəmli dövlət rəhbəri kimi fəaliyyətinizi və qiymətinizi gördüyünüz işlər müəyyən edir. Mərd və genişürəkli xalqımız buna böyük qiymət verir.

Son 16 il ərzində Azərbaycan Sizin

rəhbərliyinizlə modernləşərək yeni bir keyfiyyət mərhələsinə qədəm qoydu. Ölkənin siyasi, iqtisadi, mədəni həyatı yeniləşərək kökündən dəyişdi. Bu da Azərbaycan xalqının həyat səviyyəsini yüksəltdi, onun problemlərinin böyük qismini həll etdi və dövlətlə xalqı vahid bir platformada birləşdirdi.

Sizin nümayiş etdirdiyiniz praqma-tizm, çevik və ağıllı dövlət siyasəti, sis-temli və ardıcıl yanaşma ölkəmizin milli maraqlarının təmin olunmasında önəmli rol oynamış və onun müasir inkişafını təmin etmişdir.

Dövlətin idarə olunmasında, milli maraqların qorunmasında nümayiş etdirdiyiniz uzaqgörənlik, prinsipiallıq, daxili siyasətdə təlqin etdiyiniz yüksək idarəçilik, ciddi və humanist yanaşma bir siyasətçi olaraq Sizin həm siyasətinizi, həm də şəxsiyyətinizi xarakterizə edən ali keyfiyyətlərdir. Biz dünya tarixində öz dəstxəti ilə dərin iz buraxmış məşhur dövlət başçılarının simasında müşahidə etdiyimiz bütün əsas və ən yüksək keyfiyyətləri bu 16 il müddətində, möhtərəm cənab Prezident, Sizdə müşahidə etmişik. Tarix elə gətirdi ki, üçüncü minilliyin başlanğıcında Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövlətini idarə etmək və gələcəyə apar-maq Sizə nəsib oldu.

Azərbaycanı modernləşdirmək, XXI əsrin çağırışlarının tələblərini nəzərə alaraq, xalqımızı öz ətrafınızda birləşdirmək, dövlətimizi yeni inkişaf mərhələsinə qovuşdurmaq missiyası məhz Sizə nəsib oldu. Bu gün heç kim inkar edə bilməz ki, cənab Prezident, Siz bu ali və tarixi missiyanın öhdəsindən layiqincə gəldiniz. Əgər ümummilli lider müstəqil Azərbaycan dövlətinin banisi kimi öz adını tarixə yazdırdısa, Siz müasir və inkişaf etmiş Azərbaycan dövlətinin qurucusu olaraq

tarixə düşdünüz.Böyük dövlət təşkilatçısı olaraq, Siz

xalqımızın daxili enerjisini ölkəmizin qarşısında duran vəzifələrin həlli üçün bacarıqla səfərbər edirsiniz. Bu gün Azərbaycan Sizin səylərinizlə inkişaf etmiş ölkələrin siyahısına daxil olubdur.

Çoxşaxəli və uğurlu siyasi fəaliyyətinizin nəticəsi olaraq, Sizin beynəlxalq sahədə çox böyük nüfuzu-nuz var. Bunu böyük dövlət başçıları qeyd edir, xarici mətbuat və nüfuz-lu beynəlxalq qurumların rəhbərləri bildirirlər, Sizi islahatçı Prezident adlan-dırırlar.

Son 100 ildə ulu öndər Heydər Əliyevlə birlikdə Siz Azərbaycan tarixinə düşmüş ən görkəmli siyasi lider sayılır-sınız. Azərbaycan vətəndaşları böyük qürur hissi keçirirlər ki, xalqımızın belə siyasi rəhbəri ilə bir dövrdə yaşayırlar.

Siz müstəqil Azərbaycanın dövlət qulluğu sisteminin yeni bir sivil ənənəsini yaratdınız. Bu gün bütün Azərbaycan cəmiyyəti uzun müddət Azərbaycan dövlətçiliyinə xidmət göstərmiş, dövlət qulluğu sistemində məsuliyyətlə və sədaqətlə çalışmış yüksək vəzifəli şəxslərin ölkə Prezidenti tərəfindən hansı hörmət və izzətlə yola salınması prosedurundan danışır. İnanıram ki, bu ənənə gələcəkdə də dövlət–cəmiyyət münasibətlərində öz xoş izlərini bura-xacaq. Bu ənənə vəzifəyə təyin olunan insanlar üçün hansı xoş əhval-ruhiyyəni bəxş edirsə, vəzifəsini başa vurub təqaüdə gedən insanlar üçün də eyni xoş ovqatı aşılayacaqdır. Bu ənənəni yaratdığınız üçün, cənab Prezident, Siz böyük şəxsiyyət kimi bir daha ucaldınız.

Fürsətdən istifadə edib mənim ünva-nıma səsləndirdiyiniz bütün xoş sözlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizi əmin etməyi özümə borc bilirəm ki, mən Heydər Əliyevlə və onun davamçı-sı kimi şəxsən Sizinlə birlikdə çalışmağı həmişə özümə şərəf saymışam. Bu xidmətin məsuliyyətini həmişə dərindən dərk etmişəm. Çalışmışam ki, mənim rəhbərlik etdiyim sahələrdə bütün işlər yürüdülən siyasətə uyğun olsun. Mənim fəaliyyətimdə dövlətçilik prinsipi bütün dövrlərdə ümdə olub. Hesab edirəm ki, harada işləməyimdən asılı olmayaraq, hər an məsuliyyət hissini gözləmişəm, ciddi, tələbkar və təvazökar olmağa çalışmışam. Əlbəttə, hər bir digər məmur kimi, mənim də görə biləcəyim işlərin həddi var və indiyə qədər nəyə nail ola bilmişəmsə, o haqda Siz artıq öz fikirlərinizi bildirdiniz.

Sizi əmin etmək istəyirəm ki, möhtərəm cənab Prezident, bundan sonrakı həyatımda və fəaliyyətimdə də mən həmişə ümummilli liderin siyasətini, Sizin həyata keçirdiyiniz siya-si kursu rəhbər tutaraq əlimdən gələni əsirgəməyəcəyəm. Sizin həyata keçirdi-yiniz siyasət Azərbaycan dövlətinin inki-şafına və xalqımızın firavan, təhlükəsiz həyatının qurulmasına xidmət göstərir. Ona görə də düşünürəm ki, hansı mövqedə fəaliyyət göstərməsindən asılı olmayaraq Vətənini sevən hər bir azərbaycanlı bu kursu dəstəkləməlidir, Sizin ətrafınızda olmalıdır və dövlətçiliyə xidmət göstərməlidir. Siz Azərbaycan xalqının, dövlətinin şərəfli Prezidentisi-niz. Öz dövlətimizə bütün səylərimizlə xidmət etməliyik və onu qorumalıyıq.

Təşəkkür edirəm. Prezident İlham Əliyev: Sağ olun

Ramiz müəllim. Mən də xoş sözlərə görə təşəkkür edirəm. Bir daha mükafat münasibətilə sizi təbrik edirəm.

Ramiz Mehdiyev: Çox sağ olun, cənab Prezident.

AZƏRTAC

R.Ə.Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin 9.2-ci bəndinə uyğun olaraq qərara alıram:

Azərbaycan Milli Elmlər Akademiyasının ümumi

yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq edilsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2019-cu il

A.A.Əli Zadənin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyasının 109-cu

maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında elmin inkişafı sahəsində

uzunmüddətli səmərəli fəaliyyətinə görə Akif Ağa Mehdi

oğlu Əli Zadə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.İlham ƏLİYEV

Azərbaycan Respublikasının PrezidentiBakı şəhəri, 23 oktyabr 2019-cu il

L.S.Duxovnayanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə Lyudmila Semyonovna Duxovnaya

“Şöhrət” ordeni ilə təltif edilsin.İlham ƏLİYEV

Azərbaycan Respublikasının PrezidentiBakı şəhəri, 23 oktyabr 2019-cu il

M.Ç.Cabbarovun Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyasının

109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan

Respublikasının İqtisadiyyat naziri təyin edilsin.İlham ƏLİYEV

Azərbaycan Respublikasının PrezidentiBakı şəhəri, 23 oktyabr 2019-cu il

R.Ə.Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyasının 109-cu

maddəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alıram:Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan

Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

vəzifəsindən azad edilsin.İlham ƏLİYEV

Azərbaycan Respublikasının PrezidentiBakı şəhəri, 23 oktyabr 2019-cu il

M.Ç.Cabbarovun Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının

Vergilər naziri vəzifəsindən azad edilsin.İlham ƏLİYEV

Azərbaycan Respublikasının PrezidentiBakı şəhəri, 23 oktyabr 2019-cu il

Page 3: Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul edib və ona Mikayıl …xalqqazeti.com/pdf/xalq 24 okt OPT.pdf · 2019. 10. 23. · Azərbaycanda sahibkarlığın inkişafı

24 oktyabr 2019-cu il, cümə axşamı 3Prezident İlham Əliyev

İranın Xarici İşlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

� Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də İran İslam Respublikasının Xarici İşlər naziri Cavad Zərifin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə İran arasında dostluq və mehriban qonşuluq münasibətlərinin olduğunu qeyd edərək, əməkdaşlığımızın mövcud səviyyəsinin məmnunluq doğurduğunu vurğuladı.

Prezident İlham Əliyev ölkələrimiz arasında Şimal–Cənub, Cənub–Qərb nəqliyyat dəhlizləri çərçivəsində əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirdi. Dövlətimizin baş-çısı Azərbaycan ilə İran arasında iqtisadi-ticari əlaqələrin inkişafında Hökumətlərarası birgə Komissiyanın

rolunu qeyd etdi və komissiyanın eyni tərkibdə bundan sonra da fəaliyyətini davam etdirəcəyini vurğuladı.

İran İslam Respublikasının Xari-ci İşlər naziri Cavad Zərif Prezident Həsən Ruhaninin səmimi salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, Prezident Həsən Ruhaninin Qoşulmama Hərəkatının ölkəmizdə keçiriləcək XVIII Zirvə görüşündə iştirak etmək üçün yaxın günlərdə Azərbaycana səfər edəcəyini bildirərək səfər çərçivəsində dövlətimizin başçısı ilə görüşünün əlaqələrimizin daha da

inkişafına töhfə verəcəyini dedi. Cavad Zərif Qoşulmama Hərəkatının

Bakı Zirvə görüşünün Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olu-nacağına əminliyini ifadə etdi və 2019-2022-ci illərdə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi uğurla aparacağını dedi.

Prezident İlham Əliyev İran İslam Respublikası Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarının İran Prezidentinə çatdı-rılmasını xahiş etdi və Qoşulmama Hərəkatının Bakıda keçiriləcək Zirvə görüşü çərçivəsində Prezident Həsən Ruhani ilə görüşünü məmnuniyyətlə gözlədiyini bildirdi.

AZƏRTAC

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər üzrə Dövlət nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

� Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər üzrə Dövlət naziri Ənvər Qarqaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaq Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın Prezident İlham Əliyevə dərin hörmət və ehtiram bəslədiyini qeyd etdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişaf yolu ilə getdiyini deyən qonaq bütün bun-

lara dövlətimizin başçısının yüksək idarəçilik qabiliyyəti və yorulmaz fəaliyyəti nəticəsində nail olunduğunu diqqətə çatdırdı. O, 120 min nəfər BƏƏ vətəndaşının ölkəmizə turizm məqsədilə səfər etdiyini vurğulayaraq, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları üçün mühüm turizm məkanlarından birinə çevrildiyini bildirdi.

Dövlətimizin başçısı Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin dost və tərəfdaş dövlətlər olduğunu qeyd etdi.

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri rəhbərliyinin ölkənin inkişafı istiqamətində böyük baxışa malik oldu-ğunu, şəhər quruculuğu, infrastruktur və digər meyarlar baxımından BƏƏ-nin nümunəvi inkişafa nail olduğunu dedi.

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə çatdırmağı xahiş etdi.

AZƏRTAC

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin FərmanıÖlkənin davamlı inkişafının təmin

edilməsi məqsədi ilə aparılan sosial-iqtisa-di islahatların dərinləşdirilməsi, iqtisadiyya-tın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması və ixrac potensialının artırılması vəzifələri müvafiq sahələrdə struktur dəyişikliklərinin sürətləndirilməsini və dövlət idarəetmə strukturunun təkmilləşdirilməsini zəruri edir.

İqtisadi artım üçün əlverişli şəraitin yaradılmasına cavabdeh olan dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublika-sının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agent-liyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilsin.

2. Azərbaycan Respublikasının İqti-sadiyyat Nazirliyinin yeni strukturu təsdiq

edilsin (əlavə olunur).3. Müəyyən olunsun ki, Azərbaycan

Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının və onların tabeliyində olan qurumların strukturu, işçilərinin say həddi, hüqu-qi vəziyyəti, vəzifə maaşları, əməyin ödənilməsi sistemi və xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri ilkin mərhələdə dəyişməz olaraq qalır.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası İqtisa-diyyat Nazirliyinin Əsasnaməsinin yeni layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. barələrində nizamnamə kapitalın-dakı dövlət payının idarə edilməsi funk-siyaları həyata keçiriləcək kommersiya təşkilatlarının siyahısını iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.3. Azərbaycan Respublikası Preziden-tinin aktlarının bu Fərmana uyğunlaşdırıl-ması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının

Prezidentinə təqdim etsin;4.4. Azərbaycan Respublikası Nazirlər

Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Res-publikasının Prezidentinə məlumat versin;

4.5. mərkəzi icra hakimiyyəti orqanları-nın normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının İqtisa-diyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının yeni əsasnamələri təsdiq edilənədək onlar öz fəaliyyətlərini mövcud əsasnamələri əsasında davam etdirsinlər.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

PrezidentiBakı şəhəri, 23 oktyabr 2019-cu il

Hikmət HACIYEV: Avropa İttifaqının tələsik bəyanatı həqiqəti əks etdirmir

� Bakının mərkəzində icazəsiz mitinq keçirmək cəhdi bəzi qruplar tərəfindən birtərəfli və təhrif olunmuş şəkildə təqdim edilib. Avropa İttifaqının bununla bağlı verdiyi tələsik bəyanat da həqiqəti əks etdirmir. Həddən artıq güc tətbiqi və onlarla insanın saxlanılması barədə bəyanatlar həqiqətə uyğun deyil.

Bu barədə Azərbaycan Respublikası Prezidenti Admi-nistrasiyasının Xarici siyasət

məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Avropa İttifaqı məsələlərini işıqlandıran

nüfuzlu “EurActiv” portalında dərc olunmuş məqaləsində bildirilir.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanda sərbəst toplaşma azadlığı tam şəkildə təmin olunub. Bakı Şəhər İcra Hakimiyyəti müxalif qrupun mitinq keçirmək müraciətinə cavab olaraq şəhərin Lök-batan ərazisini təklif etmişdi. Lakin sözügedən qrup bundan imtina etdi. Onlar Bakı met-rosunun “28 May” stansiyası ərazisində razılaşdırılmamış mitinq keçirməyə cəhd etdilər. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna əsasən metro stansiyaları ərazilərində kütləvi mitinqlər və nümayişlər keçirmək təhlükəsizlik məsələləri ilə əlaqədar qadağandır. Həmin qrupun oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket keçirmək müraciəti də təmin olunmuşdu. Lakin onlar bunu hərəkətin sıx olduğu vaxtda mərkəzi küçədə mitinqə çevirməyə çalışdılar.

Oktyabrın 19-da keçirilən mitinqdə Azərbaycan polisinin peşəkar davrandığını qeyd edən Prezident Administra-siyasının rəsmisi saxlanılan şəxslərə xəbərdarlıq ediləndən sonra azad olunduqlarını bildi-rib. Heç kim xəsarət almayıb. Bəzi şəxslərin, o cümlədən

Azərbaycan Xalq Cəbhəsi Par-tiyasının rəhbəri Əli Kərimlinin polis tərəfindən xəsarət almaları barədə bəyanatları yalandan başqa bir şey deyil.

Hikmət Hacıyev məqalədə Avropa ölkələrinin paytaxtla-rında dinc nümayişlər zamanı rezin güllələrdən və itlərdən istifadə edilməklə həddən artıq güc tətbiq olunduğunu xatırla-dıb. O vurğulayıb ki, Bakıdakı aksiyanın əsl hədəfi həddən artıq dramatikləşdirilmiş teatr səhnəsi nümayiş etdirmək idi. Bu etirazın əsas məqsədi vəziyyəti dramatikləşdirmək və qurban obrazı yaratmaq idi. Onlar daxili və xarici ictimai dəstək əldə etmək istəyirdilər. Onların 90-cı illərin əvvəlində həyata keçirdikləri siyasət Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə və müvəffəqiyyətsizliklə üz-üzə qoymuşdu. Anarxiya, küçə etirazları, populizm və dema-qogiya onların istifadə etdikləri vasitələrdir.

Sonda Prezident Ad-ministrasiyasının rəsmisi vurğulayıb ki, Azərbaycan xalqı hakimiyyətin mənbəyidir və seçkilərdə iştirak edir. Demokratik və sabit inkişaf Azərbaycanın şüurlu seçimidir.

AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının

Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan Respublikası Konstitusiyasının 109-cu

maddəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alıram:Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul

tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə “Azərbaycan Respublikasının Daxili İşlər naziri;” sözlərindən

sonra “Ramiz Ənvər oğlu Mehdiyev;” sözləri əlavə edilsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2019-cu il

Mərkəzi Seçki Komissiyası sədrinin yeni müavini seçilib � Məzahir Pənahovun sədrliyi ilə oktyabrın

23-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Mərkəzi Seçki Komissi-yası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə MSK sədri Məzahir Pənahov Rövzət Afət oğlu Qasımovun MSK üzvü təyin olunması ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 22 oktyabr tarixli

Qərarını komissiya üzvlərinin diqqətinə çatdırıb.

Sonra sədr Məzahir Pənahov Rövzət Qasımo-vun MSK sədrinin müavini vəzifəsinə seçilməsini təklif edib. Bildirib ki, R.Qasımov 22 ildir MSK-da işləyir, bu müddət ərzində Beynəlxalq əlaqələr şöbəsinin müdiri, sonradan

Katibliyin müdiri vəzifəsinədək yüksəlib. Fəaliyyəti boyunca aidiyyəti dövlət qurumları, yerli və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri ilə sıx qarşılıqlı faydalı münasibətlər formalaşdıraraq daim peşəkarlıq nümayiş etdi-rib. Komissiyanın beynəlxalq əlaqələrinin qurulmasında və inkişaf etdirilməsində böyük rolu olub. Xarici ölkələrə səfərlərdə və qatıldığı bütün beynəlxalq tədbirlərdə ölkəmizi

layiqincə təmsil edib.Komissiya üzvləri

R.Qasımovun sədr müavi-ni vəzifəsinə seçilməsinə yekdilliklə səs verib və qərar qəbul edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunub və cari məsələlərə baxılıb.

Bakı Şəhər Baş Polis İdarəsində ilin doqquz ayında ictimai

təhlükəsizliyin təmini sahəsində görülən işlər müzakirə edilib

� Oktyabrın 23-də Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) cari ilin doqquz ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidməti fəaliyyətin digər sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsi keçirilib.

BŞBPİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirəni açan Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov Azərbaycan Res-publikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatların müvafiq dövlət qurumla-rının və hüquq-mühafizə orqanlarının birgə səmərəli fəaliyyətin təkmilləşməsinə hərtərəfli şərait yaratdığını, yeni mərhələdə islahatların dərinləşdirilməsinin müasir ça-ğırışlara uyğun olaraq paytaxt polisinin də maddi-texniki ba-zasının möhkəmləndirilməsinə müsbət təsirini göstərdiyini qeyd edib.

Sonra Bakı Şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat

işləri üzrə müavini, polis pol-kovniki Teymur Hacıyev cari ilin doqquz ayında paytaxtın polis orqan və hissələri tərəfindən həyata keçirilən tədbirlərin nəticələri və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.

Qeyd olunub ki, cari ilin doqquz ayında paytaxtda Daxili İşlər Nazirliyi və Proku-rorluq üzrə 8023 cinayət qeydə alınıb. Onların 87,7 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 12,3 faizi isə ağır və xüsusilə ağır növlər olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlər 3,2 faiz, az ağır cinayətlər 1,5 faiz, böyük ictimai təhlükə törətməyən cinayətlər 9,5 faiz, adam öldürməyə cəhdlər 13,6 faiz, ehtiyatsızlıq-

dan adamöldürmə 20 faiz, mülkiyyət əleyhinə cinayətlər 12 faiz azalıb. İstintaqı ta-mamlanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 93,9 faizi ödətdirilib.

Məruzəçi bildirib ki, qarşı-mızda duran mühüm vəzifələr sırasında vətəndaşların ərizə və şikayətlərinə baxılması, on-ların qəbulu işi ciddi nəzarətdə saxlanılıb. Baş Polis İdarəsinə daxil olan müraciətlər üzrə 1390 vətəndaş qəbul edilib.

Hesabat məruzəsi ətrafında çıxışlarda BŞBPİ-nin və rayon polis idarələrinin rəisləri he-sabat dövründə əldə olunmuş müsbət nəticələri, yol verilmiş nöqsan və çatışmazlıqları qeyd edərək, onların aradan qaldı-rılması üçün həyata keçiriləcək tədbirləri diqqətə çatdırıblar.

Baş İdarə rəisi pay-taxtın polis orqanlarının cinayətkarlıqla mübarizə

və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, Daxili İşlər na-ziri, general-polkovnik Vilayət Eyvazovun konkret tapşırıq və tövsiyələrini çatdırıb, nöqsanla-rın aradan qaldırılması yollarını göstərib. O, müşavirə iştirakçı-larının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəldib.

Müşavirəyə yekun vuran polis general-mayoru Mirqafar Seyidov əminliklə bildirib ki, paytaxt polisi şəhər ərazisində cinayətkarlıqla qətiyyətli mübarizəni bundan sonra da əzmlə davam etdirəcək, sabit-liyin, əmin-amanlığın, ictimai asayişin nümunəvi təmini istiqamətində qarşıya qoyulan bütün tapşırıq və vəzifələri yüksək məsuliyyətlə və peşəkarlıqla yerinə yetirəcək.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturu1. Azərbaycan Respublikası İqtisa-

diyyat Nazirliyinin aparatı (şöbələr və sektorlar).

2. Azərbaycan Respublikasının İqti-sadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti.

3. Azərbaycan Respublikasının İqtisa-diyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti.

4. Azərbaycan Respublikasının İqti-sadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti.

5. Azərbaycan Respublikası İqtisadiy-yat Nazirliyinin regional bölmələri.

6. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları.

Page 4: Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul edib və ona Mikayıl …xalqqazeti.com/pdf/xalq 24 okt OPT.pdf · 2019. 10. 23. · Azərbaycanda sahibkarlığın inkişafı

24 oktyabr 2019-cu il, cümə axşamı4Akademik Ramiz Mehdiyev Azərbaycan

Milli Elmlər Akademiyasının prezidenti seçilib

� Oktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında AMEA-nın prezidenti vəzifəsinə seçki keçirilib.

Səsvermədə AMEA-nın 55 həqiqi üzvü iştirak edib. Ümumi yığıncaq-da hesablayıcı komissiya yaradılıb, komissiyanın sədri akademik Urxan

Ələkbərov təyin olunub.Gizli səsvermə yolu ilə keçirilən

seçkidə akademik Ramiz Mehdiyev yekdilliklə AMEA-nın prezidenti seçilib.

AMEA-nın yeni prezidenti aka-demik Ramiz Mehdiyev çıxış edərək “Heydər Əliyev” ordeni ilə təltif olun-duğuna görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Akademiyanın son illər mühüm nəticələr əldə etdiyini vurğulayan akademik AMEA alimlərini öz fəaliyyətlərində daha işgüzar və

məsuliyyətlə çalışmağa, öhdələrinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çağırıb.

Akademik Ramiz Mehdiyev seçkidə iştirak edən AMEA-nın həqiqi üzvlərinə minnətdarlıq edib.

AZƏRTAC

Ankarada “Azərbaycan müstəqilliyə gedən yolda” mövzusunda konfrans keçirilib

� Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Ankara şəhərində yerləşən Qazi Universitetində konfrans keçirilib.

Azərbaycanın Ankaradakı səfirliyi, Türkiyə Elmlər Akademiyası və Qazi Universiteti tərəfindən təşkil olunan mərasimdə rəsmi şəxslər, səfirlər, deputatlar, görkəmli alimlər, həmçinin Qazi Universitetinin professor, müəllim və tələbə heyəti iştirak edib.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunandan son-ra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından bu tərəfə olan dövlətçilik tariximiz barədə ümumi məlumat verilib.

Konfransda Azərbaycan Respubli-kası Prezidenti Katibliyinin rəisi–Prezi-dentin köməkçisi, tarix elmləri dok-toru, professor Dilarə Seyidzadənin “Azərbaycan müstəqilliyə gedən yolda” mövzusunda məruzəsi dinlənilib.

Ümummilli liderimizin xilaskar-lıq missiyasından, zəngin mənalı ömür yolundan, yüksək insani keyfiyyətlərindən, böyük dövlətçilik təcrübəsindən, ulu öndərlə bağ-lı xatirələrindən, həmçinin dövlət müstəqilliyimizin qorunması və inkişaf strategiyasının müəyyən olunması istiqamətində tarixi fəaliyyətindən danışan professor Dilarə Seyidzadə

“Yurdda sülh, cahanda sülh uğrunda” kitabından bəhs edərək bildirib ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin bu nəşrdə yer alan nitqlərinin əksəriyyəti Türkiyəyə həsr olunub. Ulu öndər Heydər Əliyev “Yurdda sülh, cahanda sülh” ifadəsini tez-tez səsləndirməklə Türkiyə dövlətinin banisi böyük Mustafa Kamal Atatürkə tükənməz sayğısını ifadə edib.

Elmi fəaliyyətində görkəmli insan-ları araşdırdığını diqqətə çatdıran Dilarə Seyidzadə deyib ki, Heydər Əliyevin zəngin mənalı həyatına ba-xanda həmişə fəaliyyətləri haqqında tədqiqat apardığı dahi şəxsiyyətlər yadına düşüb. Əminliklə bildirib ki, ulu öndər Heydər Əliyevlə bağlı ən xırda məqamların belə qələmə alınması gələcəkdə ümummilli liderimizin irsini araşdıracaq tarixçilərin işinə böyük töhfə verəcək.

Azərbaycanın çar Rusiya-sının tərkibinə qatılması, Xalq Cümhuriyyətimizin qurulma-sı və süqutu prosesləri barədə müfəssəl məlumat verən məruzəçi cümhuriyyətimizin qəbul etdiyi demokratik qərarlar, o cümlədən qadınlara səsvermə hüququnun verilməsi məsələlərinə toxunub. Bil-

dirib ki, ötən əsrin axırlarında dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizin qarşılaşdığı çətinliklər, anarxiya və xaos ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində aradan qalxıb, müstəqilliyimiz qoru-nub və hazırda dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişafdadır.

Məruzəçi vurğulayıb ki, ümum-milli liderimiz doğma Vətənini böyük məhəbbətlə sevdiyi üçün “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” ifadəsini söyləyəndə kövrək hisslər keçirib.

Professor Dilarə Seyidzadə diqqətə çatdırıb ki, müstəqilliyə apa-ran yol çox çətin olub. Bütün bunla-ra baxmayaraq, ulu öndər Heydər Əliyev xalqın iradəsinə söykənərək müstəqilliyimizin qorunmasını təmin edib. Azərbaycan tarixin heç bir dövründə indiki qədər müstəqil və güclü olmayıb.

Məruzəçidən əvvəl Türkiyə Elmlər Akademiyasının rəhbəri Müzəffər Şəkər, Qazi Universitetinin rektoru İbrahim Uslan, Türkiyə Ali Təhsil Şurasının sədr müavini Mehmet Şişman, Türkiyə–Azərbaycan parlamentlərarası dostluq qrupu-nun rəhbəri Şamil Ayrım, bu qrupun keçmiş rəhbəri Necdət Ünüvar, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, Azərbaycanın Ankaradakı səfirliyinin təhsil üzrə mü-

şaviri Nəcibə Nəsibova və başqaları çıxış ediblər.

Çıxışlarda ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, dövlət müstəqilliyimizin qorunmasın-dakı xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə apa-rılan sosial-iqtisadi inkişafdan, Prezi-dent Rəcəb Tayyib Ərdoğanın uğurlu siyasətindən, Azərbaycan–Türkiyə qardaşlıq münasibətlərindən danışı-lıb. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqq işinin müdafiəsi ilə bağlı çağı-rışlar edilib, həmçinin Türkiyəyə qarşı irəli sürülən saxta “erməni soyqırımı” iddiasına qarşı mübarizədə hamı, xüsusilə də, tələbə gənclər və alimlər daha fəal olmağa səsləniblər.

Çıxışlarda ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası əsasında həyata vəsiqə qazanan Bakı–Tbilisi–Cey-han neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərləri, Bakı–Tbilisi–Qars dəmir yolu, TANAP xəttinin tarixi əhəmiyyət daşıyan təsir güclərindən danışılıb, perspektivdə olan layihələrdən söz açılıb. Əminliklə qeyd olunub ki, Azərbaycan və Türkiyənin birgə inki-şafı dövlətlərimizin təhlükəsizliyinin qarantıdır.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin və Türkiyə Res-publikasının banisi Mustafa Kamal Atatürkün müdrik vəsiyyətləri hər bir azərbaycansevər və türkiyəsevər üçün örnəkdir.

Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç çıxışından sonra “Qarabağ Azərbaycandır!” şüarı həkk olunan portreti səhnədə nümayiş etdirib. Səfirin Azərbaycana həmrəylik olaraq söylədiyi “Qarabağ Türkiyədir!” ifadəsi hərarətli alqışlarla qarşılanıb.

Salonda Azərbaycan–Türkiyə qar-daşlığına, Vətənimizin bölünməzliyinə, Qarabağa dair şüarlar səsləndirilib.

Professor Dilarə Seyidzadə ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” elmi əsərini iştirakçılara hədiyyə edib.

Sonda iştirakçılar universitetdə Xocalı soyqırımını əks etdirən rəsm sərgisi ilə tanış olublar.

Sabir ŞAHTAXTI, AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

AZƏRTAC və Bernama xəbər agentlikləri arasında əməkdaşlıq

məsələləri müzakirə olunub � AZƏRTAC və Malayziyanın Bernama milli informasiya

agentliyi arasında əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə olunub.

Bakıda səfərdə olan Bernama agentliyinin beynəlxalq informasiya departamentinin redaktoru Racmina-kan Raviçandran AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşüb.

Danışıqlar ikitərəfli əməkdaşlıq, beynəlxalq informasiya təşkilatlarında qarşılıqlı əlaqə, müasir mediadakı trendlərin agentliklərin fəaliyyətinə təsirləri kimi mövzuları əhatə edib. İki agentlik əməkdaşlıq haqqında sazişi 2014-cü ildə Bakı Beynəlxalq Huma-nitar Forumu çərçivəsində imzalayıb-lar. Bernama AZƏRTAC-ın hazırda sədri olduğu Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri

Təşkilatının (OANA) İcraiyyə Komitəsinin üzvüdür. Bu agentliklərin OANA çərçivəsində əməkdaşlıq əlaqələri 2004-cü ildən başlayır.

Görüşdə, həmçinin multimedia məhsulları və xəbər istehsalı, sosial şəbəkələrin agentliklərin fəaliyyətinə təsiri məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, videoxəbər müasir dövrdə önəmli informasiya növü olmaqla sosial şəbəkələr vasitəsilə sürətlə yayılaraq böyük auditoriya toplayır. AZƏRTAC da bu sahəyə böyük diqqət ayırır. Multimedia məhsullarının istehsalına 2011-ci ildə başlayan agentlik hazırda öz veb-resursları və sosial şəbəkələr

vasitəsilə 5 dildə videoxəbər yayır. Bernama agentliyi videoxəbər isteh-salı və satışı hesabına yeni müştərilər cəlb etmək niyyətindədir. Racmina-kan Raviçandran AZƏRTAC-ın bu sahədəki təcrübəsi ilə maraqlanıb.

Danışıqlar zamanı oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşul-mama Hərəkatının Zirvə görüşünün

işıqlandırılması məsələləri də diqqət mərkəzində olub. Qeyd edilib ki, AZƏRTAC və Bernama bu önəmli tədbirdən xəbərlərin hazırlanması və yayılmasına ciddi hazırlaşıb.

Görüşdə Azərbaycanın Malayzi-yadakı səfirliyinin birinci katibi Rafiq Rüstəmov iştirak edib.

Bu il vergi orqanlarının xətti ilə icmal büdcəyə 7 milyard 683,1 milyon

manat vəsait daxil olub � 2019-cu ilin yanvar-sentyabr aylarında vergi orqanlarının xətti ilə

icmal büdcəyə 7 milyard 683,1 milyon manat vəsait daxil olub ki, bunun da 5 milyard 608,7 milyon manatı dövlət büdcəsinə ödənilmiş vergilər, 2 milyard 74,4 milyon manatı isə Dövlət Sosial Müdafiə Fonduna ödənilmiş sosial və işsizlikdən sığorta haqlarıdır.

Vergilər Nazirliyindən daxil olan məlumata görə, vergi daxilolmaları üzrə proqnoza 106,4 faiz əməl olunub, proqnoza nisbətən 337,5 milyon manat, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz və ya 302,8 milyon manat məbləğində artıq vəsait daxil olub. Vergi daxilol-malarının 70 faizi qeyri-neft-qaz sektorunun, 30 faizi neft-qaz sektorunun payına düşüb. Cari ilin 9 ayında 2019-cu il üzrə illik vergi proqnozunun 76,7 faizi, o cümlədən qeyri-neft-qaz sektoru üzrə illik proqnozun 78,9 faizi icra olunub.

Hasilatın Pay Bölgüsü sazişləri üzrə neft hasilatının aşağı düşməsi şəraitində neft-qaz sektoru üzrə vergi daxilolmalarında azalma müşahidə edilir. 2019-cu ilin 9 ayında neft-qaz sektorundan daxilolmalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz azalsa da, bu azalma

qeyri-neft-qaz sektorundan daxilolmaların artımı hesabına artıqlaması ilə kompensasiya olunub.

Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolma-ları ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz və ya 439 milyon manat artaraq 3 milyard 928,8 milyon manat təşkil edib. Qeyri-neft-qaz sektoru üzrə proqnoz 110,1 faiz icra olunub, proqnoz-dan əlavə 361,1 milyon manat vergi toplanıb.

Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə daxilolmalar 14,1 faiz artıb və sektorda ÜDM-nin nominal artım tempini üstələyib. Özəl bölmənin qeyri-neft vergi daxilolmalarında xü-susi çəkisi isə 77,3 faizə qalxıb. Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları üzrə könüllü ödənişlərin xüsusi çəkisi 92 faizə çatıb.

Qeyri-neft-qaz sektorundan vergi daxilol-malarında yüksək artım templəri, əsasən, ƏDV, aksiz, mənfəət, əmlak və torpaq vergisi üzrə qeydə alınıb. Torpaq vergisi üzrə daxilolmalarda artım 51,7 faiz, əmlak vergisi üzrə 41,9 faiz, mənfəət vergisi üzrə 24,5 faiz, ƏDV üzrə 20,2 faiz, aksizlər üzrə isə 4,8 dəfə təşkil edib. Vergi daxilolmalarının strukturunda ƏDV, aksiz, əmlak və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur. Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının strukturunda ƏDV-nin xüsusi çəkisi 34,4 faizə, mənfəət vergisi üzrə 26,1 faizə qalxıb.

Bu tədiyyələrdə yüksək artım dinamika-sı dövriyyələrin şəffaflaşdırılması şəraitində müşahidə olunmaqdadır. Cari ilin 9 ayında qeyri-neft-qaz sektorunun bütün fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib. Daxilolmalarda ən yüksək artım templəri rabitə sahəsində (34,5 faiz), bank və sığorta sektorunda (30,6 faiz), pərakəndə ticarət sektorunda (21,8 faiz), xidmət sekto-runda (17,6 faiz), nəqliyyatda (14,2 faiz), digər fəaliyyət sahələrində (21,8 faiz) qeydə alınıb.

Vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsallaşdırılması sahəsində görülən işlər nəticəsində iqtisadi fəaliyyət sahələrində real vergi potensialının aşkarlanması və bu əsasda

büdcəyə vergi daxilolmalarının artırılması təmin olunmaqdadır. Bu, özünü xüsusilə ƏDV üzrə daxilolmaların dinamikasında göstərir.

Cari ilin 9 ayında ƏDV üzrə daxilolmanın artım tempi 20 faizdən çox olub. Bir sıra fəaliyyət sahələrində, o cümlədən ticarət, nəqliyyat, kənd təsərrüfatında və digər sahələrdə bu artım 30 faizdən yuxarıdır.

2019-cu ilin yanvar-sentyabr aylarında regionlardan vergi daxilolmaları 12,2 faiz artıb, regionların ümumi vergi daxilolmalarında xüsusi çəkisi 10,2 faizə yüksəlib.

İqtisadiyyatda leqallaşma prosesləri özünü aktiv vergi ödəyicilərinin, o cümlədən ƏDV ödəyicilərinin və aktiv obyektlərin sayında da büruzə verir. Cari ilin oktyabr ayının 1-nə ötən ilin müvafiq dövrü ilə müqayisədə aktiv

vergi ödəyicilərinin sayı 13,0 faiz, aktiv ƏDV ödəyicilərinin sayı 38,5 faiz, aktiv obyektlərin sayı isə 12,6 faiz artıb.

“Kölgə iqtisadiyyatı”nın miqyasının azaldıl-masına yönəlmiş vergi islahatları çərçivəsində əmək münasibətlərinin şəffaflaşdırılması xüsusi yer tutur. 2019-cu ildə qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əməkhaqlarının 8 min manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsi bu sahədə iş yerlərinin və əmək gəlirlərinin şəffaflaşmasına şərait yaradıb. Cari ilin 9 ayı ərzində qeyri-dövlət bölməsində 90 minə yaxın yeni əmək müqaviləsi qeydə alınıb ki, bu da həmin dövr ərzində artmış əmək müqavilələri sayının 71,4 faizini təşkil edir.

Bu şəraitdə sosial sığorta haqları üzrə daxilolmalar 20,6 faiz artıb, proqnoz 107,2 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 21,9 faiz artıb, proqnoz 108,7 faiz icra edilib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 40,3 faiz artıb, proqnoz 107,3 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə həmin daxilolmalar 44,8 faiz artıb, proqnoz isə 110,4 faiz icra edilib.

“Xalq qəzeti”

Energetika Nazirliyində Banqladeşin Energetika və Mineral Ehtiyatlar üzrə

dövlət naziri ilə görüş olub

� Energetika naziri Pərviz Şahbazov ilə Beynəlxalq Enerji Xartiyası Forumu çərçivəsində Bakıda səfərdə olan Banqladeşin Energetika və Mineral Ehtiyatlar üzrə dövlət naziri Nasrul Hamid arasında görüş keçirilib.

Nazirlikdən aldığımız məlumatda bildirilir ki, görüşdə ikitərəfli əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri, xüsusilə də enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Enerji Xartiyası çərçivəsində əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafı üçün imkanlar yaratdı-ğını qeyd edən nazir gələn il Beynəlxalq Enerji Xartiyası Konfransına Azərbaycanın sədrlik edəcəyini bildirib. Görüşdə enerji sahəsində əməkdaşlıqda SOCAR-ın mühüm rol oynadığı qeyd edilib. Banqladeşin neft-qaz yataqları-nın işlənməsində SOCAR-ın təcrübəsindən istifadənin, həmçinin “SOCAR Trading S.A.” tərəfindən Banqladeş istiqamətində neft məhsullarının təchizatının davam etdirilməsinin əhəmiyyətindən bəhs edilib.

Energetika naziri Pərviz Şahbazov Azərbaycanın neft-qaz layihələri, elektrik enerjisi sektorunda inkişaf göstəriciləri ilə bağlı məlumatları, bərpa olunan enerji sahəsində potensial və hədəfləri diqqətə çatdırıb.

Banqladeşli nazir də öz növbəsində, ölkəsinin energetika sektorunda baş verən sürətli inkişaf prosesindən, qaz yataqlarının işlənilməsi, generasiya gücünün xüsusilə bərpa olunan enerji hesabına artırılması hədəflərindən danışıb. Azərbaycanın bərpa olunan enerji üzrə əməkdaşlıq etdiyi Səudiyyə Ərəbistanının “ACWA power” şirkəti ilə Banqladeşin də hazırda LNG infrastrukturunun yaradılması və günəş enerjisi layihələri üzrə əməkdaşlıq etdiyi bildirilib.

Samirə ƏLİYEVA, “Xalq qəzeti”

Page 5: Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul edib və ona Mikayıl …xalqqazeti.com/pdf/xalq 24 okt OPT.pdf · 2019. 10. 23. · Azərbaycanda sahibkarlığın inkişafı

Bu il oktyabrın 25–26-da ölkəmiz daha bir möhtəşəm beynəlxalq tədbirə evsahibliyi edəcək. Bakıda Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşü keçiriləcək. İnanırıq ki, bu tədbir də əvvəllər Azərbaycanda baş tutmuş digər qlobal əhəmiyyətli forumlar kimi çoxsaylı qonaqlarda ölkəmiz haq-qında xoş təəssürat yaradacaq və Azərbaycanın beynəlxalq nüfuzu-nu daha da artıracaq.

Xatırladaq ki, oktyabrın 25-də öz işinə başlayacaq tədbirə lazımınca hazırlıq işləri görülüb. Bununla bağlı dünən keçirilmiş Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII Zirvə toplantısı çərçivəsində nazirlərin hazırlıq görüşündə

Azərbaycanın Xarici İşlər nazi-ri Elmar Məmmədyarov ətraflı məlumat verib. Nazir qeyd edib ki, QH Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük siyasi təşkilatdır və bütün tarixi boyu beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsində əsas rol oynayır.

Onu da qeyd etmək yerinə düşər ki, Qoşulmama Hərəkatı ilkin olaraq 1956-cı ildə təşkilat kimi yaranıb və bir müddət sonra hərəkata çevrilib. “Qoşulma-ma” ifadəsi ilk dəfə 1953-cü ildə BMT-də səslənib. Hərəkatın rəsmi şəkildə 1961-ci ildə, “so-yuq müharibə” dövründə hərbi ittifaqlara qoşulmayan dövlətlər tərəfindən dünyadakı gərginliyi

azaltmaq məqsədilə yaradıldığı bildirilir.Təsis yığıncağı həmin ildə Belqradda keçirilib. Qoşulmama Hərəkatına üzv olan ölkələr hərbi bloklara qoşulmur. 2012-ci ildə təşkilata üzv olan dövlətlərin sayı 120-yə çatıb, müşahidəçi ölkələrin sayı isə 17 olub.

Blokun əsas prinsipləri dövlətlərin ərazi bütövlüyü, su-verenliyi və siyasi müstəqilliyinə hörmət, daxili işlərinə qarış-mamaqdır. Doğrudur, təşkilat “soyuq müharibə” və bloklararası qarşıdurmanın kifayət qədər gərgin olduğu bir dövrdə mey-dana çıxıb, bununla belə, qısa müddət ərzində beynəlxalq sülh, təhlükəsizlik və inkişafa dair məsələlərin müzakirə edildiyi əhəmiyyətli beynəlxalq foruma çevrilib. Son illərdə BMT-də

islahatlar aparılmasının zəruriliyi barədə çox danışılsa da, əslində, bu istiqamətdə real addımların atılmaması istər-istəməz alterna-tiv format təsiri bağışlayan Qoşul-mama Hərəkatının beynəlxalq nüfuzunu daha da artırıb. Son-rakı dövrdə “soyuq müharibə” təhlükəsi aradan qalxmış olsa da, Qoşulmama Hərəkatı öz aktuallı-ğını itirməyib və əksinə, sıralarını daha da genişləndirib.

Özünün beynəlxalq təhlükəsizliyini möhkəm-ləndirməyə çalışan Azərbaycan Respublikası bu hərəkata 2011-ci ildə qoşulub. 2019-cu ildə isə ölkəmiz artıq hərəkatın XVIII Zirvə toplantısına evsahibliyi edir. Ölkəmiz, eyni zamanda, 2019–2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürür.

Hərəkatın yaradılmasın-da böyük xidmətləri olan tarixi şəxsiyyətlərdən yuqoslaviyalı sosialist İosif Broz Tito, Hindistan-dan Cəvahirləl Nehru, İndonezi-yadan Sukarno, Misirdən Camal Əbdül Nasir və Qanadan Kvame Nkrumahın adlarını çəkmək olar.

Qoşulmama Hərəkatı yarandı-ğı gündən bəri beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynayıb. Mövcud olduğu 50 ilə yaxın müddət ərzində hərəkata üzv dövlətlər ortaq prin-sip və dəyərləri qoruyub saxlayıb və qarşılıqlı əməkdaşlığa gətirib çıxaran fəaliyyət üçün ortaq zəmin yaratmaq bacarığı nümayiş etdirib.

Qoşulmama Hərəkatının bundan əvvəlki – XVII Zirvə toplantısı Venesuelada keçi-rilib və tədbirdə ölkəmizi XİN

başçısı Elmar Məmmədyarov təmsil edib. Tədbirdə çıxış edən Elmar Məmmədyarov bildirib ki, Azərbaycan müstəqillik illərində Ermənistanın təcavüzü ilə üzləşib, ərazilərimizin 20 faizi işğal edilib, tarixi torpaqlarımızın işğalçı qüvvələr tərəfindən qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş dörd qətnamə bu günədək kağız üzərində qalır. Nəticədə dövlət və hökumət baş-çıları sammitin yekun sənədində Ermənistan–Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycan Respublika-sının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanın-mış sərhədləri əsasında həlli ilə bağlı çağırış ediblər. Münaqişənin həllinə ümumi baxışı əks etdirən bu mövqe Azərbaycanın Qoşul-mama Hərəkatına üzv olmasın-dan sonra, demək olar ki, bütün zirvə toplantıları və xarici işlər nazirləri səviyyəsində qəbul olunmuş sənədlərdə davamlı şəkildə təsbitini tapıb və bu gün də tapmaqdadır. Bu, hərəkatda təmsil olunan bütün dövlətlərin qəti mövqeyidir.

XVII Zirvə toplantısının mühüm nəticələrindən biri də bu olub ki, üzv dövlətlərin təmsilçiləri 2019–2022-ci illərdə

sədrliyin Azərbaycana verilməsi və 2019-cu ildə XVIII Zirvə toplantısının Bakıda keçirilməsi ilə bağlı qərarı yekdilliklə qəbul ediblər. Bu, əlbəttə ki, son illərdə, xüsusən Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 16 il ərzində ölkəmizə qarşı etima-dın və dövlətimizin artan nüfu-zunun göstəricisidir. Hərəkata üzv olduğumuz qısa müddətdə sədrliyimizin dəstəklənməsi də bunu təsdiq edir.

Bundan başqa, ötən dəfə zirvə toplantısının yekun bəyanatında bildirilib ki, xalqların öz müqəddəratını təyinetmə prin-sipi süni şəkildə dövlətlərin ərazi bütövlüyünün pozulması üçün alət ola bilməz. Üzv dövlətlər, eyni zamanda, dövlətlərin ərazi bütöv-lüyü və milli birliyinin pozulması cəhdlərinə qarşı kəskin etirazla-rını, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarış-mamaq prinsiplərinə sadiqliklərini ifadə ediblər.

İnanırıq ki, Qoşulmama Hərəkatının Bakıda keçiriləcək növbəti zirvə görüşündə də ölkələrin, o cümlədən, Azərbaycanın ərazi bütövlüyünə bir daha dəstək veriləcək.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçir

Hərəkata Azərbaycanın sədrliyi ölkəmizə neytral mövqeli və sülhməramlı dövlət kimi söz demək imkanı qazandırır

Azərbaycanın beynəlxalq nüfuzunun artma-sı, istər ölkə ictimaiyyəti, istərsə də xarici dövlətlərin siyasi analitikləri tərəfindən

birmənalı şəkildə qəbul edilən həqiqətdir. Son illərdə Azərbaycanın bir çox beynəlxalq tədbirlərə evsahibliyi etməsi, dünya ölkələri liderlərinin, nüfuzlu siyasət, iqtisadiyyat, elm-sənət və mədəniyyət adamlarının bu tədbirlərdə iştirakı fik-rimizi bir daha təsdiq edir. Bu beynəlxalq nüfuzu ölkəmizə qazandıran, dünyanın siyasi xəritəsində Azərbaycanın mövqelərinin möhkəmlənməsini təmin edən, təbii ki, xalqımızın ümummilli lide-ri Heydər Əliyevin formalaşdırdığı və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müstəqil siyasi xətdir.

Yarım əsrdən çoxdur ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliği ilə məşğuldur. Dünyanın ən böyük təşkilatlarından olan Qoşulmama Hərəkatı dünyada sabitlik, sülh və təhlükəsizliyin bərqərar olmasında vacib rol oyna-yır. Qoşulmama Hərəkatı beynəlxalq hüququn normalarına, ərazi bütövlüyü prinsiplərinə, bütün üzvlərin suverenliyinə və müstəqilliyinə sadiqdir.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakıda Qoşulmama Hərəkatının Nazirlər görüşü keçirilib

� Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Toplantısı çərçivəsində oktyabrın 23-də Bakıda nazirlərin hazırlıq görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov XVIII Bakı Sammitinin Qoşulmama Hərəkatının daha bir uğur hekayəsi olacağına inam yarat-dığını bildirib.

Nazir qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq siyasi təşkilat olaraq Qo-şulmama Hərəkatı siyasi məsləhətləşmələr və prak-tik əməkdaşlıq üçün geniş və əhatəli bir platformanı təmin edir. Tarixboyu Qoşul-mama Hərəkatı beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsində əsas rol oynayıb. “Soyuq müharibə”nin sonu hərəkatımızın beynəlxalq münasibətlər sistemindəki ro-lunu azaltmayıb, əksinə, artan çağırışlar fonunda əhəmiyyətini artırıb. Bu gün qarşımızda duran əsas vəzifə yarandığı dövrdə olduğu kimi hələ də aktuallığını saxlayan hərəkatın təməl prinsiplərini təbliğ etmək və dəstəkləməklə mövcud geosiyasi mənzərədəki yeni reallıqlara adekvat olması məqsədilə hərəkatın rolunu aktivləşdirməkdən ibarət olmalıdır.

Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatının sonuncu iştirakçısıdır, çünki o, 2011-ci ilin may ayında hərəkatın tamhüquqlu üzvü oldu. Cəmi 8 ildə Qoşulmama Hərəkatının tam etimadını qazanaraq ona sədrlik etmək imkanını əldə etdik. Azərbaycan müstəqil xarici siyasət yürüdür və heç bir hərbi ittifaqın üzvü deyil. Eyni zamanda, biz sürətlə inkişaf edən ölkəyik, davamlı inkişafa, demokratikləşməyə, insan hüquqları-na və sosial ədalətə hörməti artırma-ğa xüsusi əhəmiyyət veririk.

“Sədrliyimiz dövründə ən çox diqqət edəcəyimiz prioritet sahələrdən biri də gənclərin səlahiyyətlərinin artırılmasıdır. Uğurlu gənclər siyasəti

cəmiyyətin davamlı inkişafının təmin olunmasında mühüm rol oynayır. Qo-şulmama Hərəkatının Zirvə toplantısı və Nazirlər görüşü nəticəsində qəbul olunacaq sənədlər gənclərin dövlət idarəçiliyində iştirakının artırılması, onların sosial, təhsil və məşğulluq problemlərinin həlli, habelə Davam-lı İnkişaf üzrə 2030 Gündəliyinin hədəflərinə çatmaqda gənclərin daha fəal iştirakı kimi gənclər siyasətinin müxtəlif aspektlərini əhatə edəcək. Bu sənədlərdə qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün əməli tədbir olaraq Azərbaycan ilk dəfə Qoşulmama Hərəkatının Gənclər Sammitinin Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış edib. Gənclər Zirvəsi Qoşulmama Hərəkatına üzv dövlətlərdən 40 görkəmli gənci bir araya gətirəcək. İki gün davam edəcək müzakirələrin nəticəsi olaraq, onlar Qoşulmama Hərəkatının Dövlət

və Hökumət başçılarının XVIII Zirvə görüşünə tövsiyələr verəcəklər. Əminik ki, Zirvə görüşü nəticəsində qurulacaq, qeyri-hökumət təşəbbüsü olan Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi hərəkatın bütün fəaliyyətinə gənclərin dəyərli dəstəyini verəcək”, – deyə E.Məmmədyarov qeyd edib.

Nazir bildirib ki, Qoşulmama

Hərəkatına üzv ölkələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələr oldu-ğundan hərəkat daxilində iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi son dərəcə vacibdir. Bundan əlavə, enerji təhlükəsizliyi, ətraf mühit, səhiyyə, əmək kimi sahələrdə əməkdaşlığın təşviqi və bu məqsədlə Qoşulmama Hərəkatına üzv dövlətlərin maraqla-rının BMT çərçivəsində təşviqi böyük əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, Azərbaycan Şərq–Qərb, Şimal–Cənub nəqliyyat dəhlizləri kimi regional iqtisadi layihələrdə və təşəbbüslərdə fəal iştirak edir və hazırda Cənub–Qərb nəqliyyat dəhlizi layihəsi üzərində işləyir. Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun bu üç dəhliz boyunca coğrafi yerləşməsi hərəkat üzvləri arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafına kömək edə bilər.

Vurğulanıb ki, Azərbaycan dünya mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunur. Bu sahədə zəngin və ən yaxşı təcrübəsi ilə Azərbaycan Hərəkatımızın priori-tet istiqamətlərindən olan mədəni müxtəlifliyin qorunması və təşviqi istiqamətində səylərini davam

etdirməkdə qərarlıdır.Çıxışında nazir

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O deyib: “Təəssüf ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən da-vam edən işğalı regional və beynəlxalq təhlükəsizliyə ciddi hədə olmaqda davam edir və ölkəmizin davamlı inkişaf üçün bütün potensialından istifadə səylərini sarsıdır. Ermənistanla münaqişə Azərbaycan ərazisinin beşdəbirinin işğalı ilə nəticələndi və bir milyondan çox insan məcburi köçkün və qaçqına çevrildi. Münaqişənin ilk günündən bəri döyüş əməliyyatları mülki əhaliyə və

infrastruktura təsir göstərməklə yalnız Azərbaycan ərazisi daxilində aparılıb. Qoşulmama Hərəkatının bütün üzv dövlətlərinə Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində ərazi bütövlüyünə davamlı dəstəyinə görə ən dərin təşəkkürümü bildirmək istəyirəm”.

Elmar Məmmədyarov de-yib ki, Azərbaycanın Qoşulma-ma Hərəkatına sədrliyi Bandunq Prinsiplərinin 65 illiyi (2020) və Qo-şulmama Hərəkatının yaradılmasının 60 illiyi (2021) ilə üst-üstə düşəcək. Hər iki ildönümü Qoşulmama Hərəkatına üzv dövlətlərin bu günə qədər əldə edilən uğurları nəzərdən keçirmələrinə yaxşı təkan verəcək. Öz növbəmizdə biz hərəkatın təməl prinsiplərinin inkişafına töhfə vermək üçün əlimizdən gələni əsirgəməməyi öhdəmizə götürürük.

Bakıda Qoşulmama Hərəkatının Fələstin üzrə Nazirlər Komitəsinin iclası keçirilib

� AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Xarici İşlər naziri Elmar Məmmədyarov Fələstin Dövlətinə artan beynəlxalq dəstəyin məmnunluq doğurduğunu bildirərək deyib: “Fələstin xalqına sülh, sabitlik və dayanıqlı inkişaf uğrunda apardığı mübarizədə Azərbaycanın hərtərəfli dəstəyini bir daha bildirmək istərdim.

Azərbaycan ardıcıl qaydada İsrail-Fələstin münaqişəsinin Fələstin Dövlətinin paytaxtı Şərqi Qüdsdə olmaqla, iki dövlət modelinə əsasən həllinin tərəfdarıdır. Bir neçə il əvvəl Azərbaycanda Fələstin Dövlətinə kömək məqsədilə İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına dəstək üzrə donor konfransı keçirildi. 2017-ci ilin iyul ayında Azərbaycanda Qüds məsələsinə dair BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsi üzrə Komitəsi, BMT-nin Humanitar məsələlər üzrə Əlaqələndirmə Ofisi, İƏT və müxtəlif digər hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə beynəlxalq konf-rans təşkil olundu. Konfrans Şərqi Qüd-sün işğalı və Əl-Əqsa məscidində ibadət edən möminlərə qoyulan məhdudiyyətləri pisləyən bir bəyanat qəbul etdi. Bu gün də, həmişə olduğu kimi, Fələstin xalqının yanındayıq.

2018-ci ilin noyabr ayında Fələstin rəhbərliyinin xahişi ilə Azərbaycan Fələstin Dövlətinin Asiyadakı səfirlərinin konfransına

evsahibliyi etdi”.2018-ci ilin aprelində Qoşulmama

Hərəkatı (QH) Troykası qaydasında Azərbaycanda “Davamlı inkişaf üçün beynəlxalq sülh və təhlükəsizliyin təşviqi” adlı 18-ci Aralıq Nazirlər Toplantısı keçiril-diyini xatırladan nazir bildirib ki, bu tədbir çərçivəsində QH Nazirlər Komitəsinin Fələstin üzrə iclası təşkil edildi. Yekun Bakı Bəyannaməsində pozuntulara tam son qo-yulması üçün ciddi, kollektiv səy göstərməyə çağırışlar təkrarlandı.

“Azərbaycan Respublikası həmişə çətin günlərdə Fələstin xalqını dəstəkləyir və İslam həmrəyliyinə sadiqdir. Bu dəstəyin bariz nümunəsi kimi, 2018-ci ilin oktyabr ayında BMT-nin Yaxın Şərqdəki Fələstin qaçqınları üçün yardım və iş Agentliyinə (UNRWA) 200 000 ABŞ dolları ayırmasıdır.

Biz, Azərbaycanda Fələstin xalqının əziyyətlərini yaxşı başa düşürük, çünki Azərbaycan xalqı da qonşu Ermənistan tərəfindən torpaqlarımızın işğalından əziyyət çəkir. Buna görə Fələstin xalqına dəstəyimiz qəlbdən gəlir”, – deyə nazir vurğulayıb.

Ermənistan ordusu atəşkəs rejimini 22 dəfə pozub � Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif

istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan, Vos-kevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki

adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Gö-yarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goran-boy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

24 oktyabr 2019-cu il, cümə axşamı 5

Page 6: Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul edib və ona Mikayıl …xalqqazeti.com/pdf/xalq 24 okt OPT.pdf · 2019. 10. 23. · Azərbaycanda sahibkarlığın inkişafı

� 24 oktyabr 2011-ci il Azərbaycanın müstəqillik tarixində beynəlxalq diplomatik uğurlar sırasına daxil olan növbəti əlamətdar hadisə kimi yadda qalıb. Həmin gün BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, respublikamız 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Təhlükəsizlik Şurasında təmsil edəcək yeni qeyri-daimi üzv seçildi. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi respublikamızın beynəlxalq müstəvidə qazandığı son dərəcə böyük siyasi və diplomatik qələbə idi. Bu uğur, həm də Azərbaycanın öz milli maraqlarının beynəlxalq səviyyədə müdafiəsi baxımından daha geniş imkanlar yaradırdı.

Göründüyü kimi, müstəqilliyinin 20-ci ilini yaşa-yan Azərbaycanın beynəlxalq miqyasda, dünyanın ən aparı-cı beynəlxalq təşkilatında 155 ölkənin etimadını qazanması ölkəmizə olan inam və etibarın bariz nümunəsi idi. Bu, həm də Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsi idi...

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıya qoyulan əsas vəzifələrdən biri beynəlxalq aləmə inteqrasiya olunmaq, inkişaf etmiş dövlətlərlə əməkdaşlığı genişləndirmək və demokratik prinsiplərə önəm vermək olmuşdur. Xalqımızın haqq səsinin dünyaya çatdırılması və obyektiv ictimai rəyin formalaşdı-rılması, eləcə də dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi baxımından beynəlxalq təşkilatların üzvü olmaq böyük önəm daşıyırdı. 1991-ci il oktyab-rın 29-da müstəqil Azərbaycan BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət edərək, BMT-yə üzv qəbul olunmasını xahiş etmişdir. Beləliklə, BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycan Respulikasının BMT-nin üzvlüyünə qəbul olunması barədə qətnamə qəbul edildi. 1992-ci il martın 6-da Nyu-Yorkda Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi fəaliyyətə başla-mış, həmin ilin noyabr ayında isə BMT-nin Azərbaycanda Daimi Nümayəndəliyi açılmışdır.

Həmin dövrdə ölkəyə rəhbərlik

edənlərin dövlət idarəçiliyindəki naşılığı nəticəsində yenicə müstəqilliyini bərpa etmiş Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin davam etdirilməsinə nail ola bilmədi. Xalqın təkidi ilə ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayı-dışından sonra Azərbaycanın nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən BMT ilə əlaqələrinin möhkəmləndirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Prezident Heydər Əliyev 1994-cü ilin sent-yabrında BMT Baş Assambleya-

sının 49-cu sessiyasında iştirak edərək, bu nüfuzlu beynəlxalq təşkilatın tribunasından ölkəmiz ilə bağlı, xüsusilə, Ermənistanın Azərbaycana təcavüzü və Dağ-lıq Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. 1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən BMT Baş Məclisinin xüsusi təntənəli iclasında iştirak edən Heydər Əliyev bu qurumun yüksək kürsüsündən dünya dövlətlərinə

müraciət edərək, mövcud qlobal problemlərə dair Azərbaycan Res-publikasının prinsipial mövqeyini açıqlamış, xüsusilə, Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırıl-masına çağırmışdır. Bundan sonra ölkəmizin bu qurumla əlaqələrinin möhkəmləndirilməsi istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

2000-ci ilin sentyabr ayında BMT-də Minilliyin sammitində çıxış edən Prezident Heydər Əliyev Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin

aradan qaldırılmasına dair Azərbaycanın mövqeyini bir daha bəyan etmişdir. Əməkdaşlığın getdikcə möhkəmləndirilməsi istiqamətində atılan addımlar Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin həm BMT, həm də onun ixtisaslaşdırılmış qurumları ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıqda özü-nü büruzə verdi. Siyasi sahədə əməkdaşlığın əsas məqsədi Ermənistanın Azərbaycana qarşı

təcavüzünün genişləndiyi bir vaxt-da beynəlxalq birliyin diqqətini münaqişə bölgəsində baş verən hadisələrə cəlb etmək və dünya ictimaiyyətində obyektiv rəy for-malaşdırmaq idi.

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezi-dent İlham Əliyev beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da möhkəmləndirməyi, nüfuzlu qurumlara üzv olmağı və həmin qurumların tədbirlərində fəal iştirak etməyi dövlət siyasətinin prioritetinə çevirdi.

Dövlətimizin başçısının düşü-

nülmüş siyasi kursu nəticəsində Azərbaycanın BMT üzvlüyünə daxil olması ilə yaranan qarşılıqlı əlaqələr daha da genişlənərək, çoxşaxəli əməkdaşlığa çev-rildi. Bu da respublikamızın müstəqil dövlət kimi inkişafında, beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsində mü-hüm rol oynadı. Eyni zaman-da, Azərbaycan da bu nüfuzlu beynəlxalq təşkilatın daha səmərəli fəaliyyət göstərməsinə, beynəlxalq təhlükəsizliyin və

sülhün qorunmasına öz töhfəsini verdi.

Azərbaycan BMT-nin isla-hatlar nəticəsində yaradılmış İnsan Hüquqları Şurasına seçilən ilk 47 ölkədən biri olmuş və 2006–2009-cu illəri əhatə edən üzvlük müddətində öz səmərəli fəaliyyəti ilə bu qurumun işinə layiqli töhfəsini vermişdir. Şu-rada göstərdiyi fəallığın nəticəsi olaraq, ölkəmiz BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nimayəndəsi 2008–2009-cu illər üzrə İnsan Hüquqları Şurasının vitse-sədri məruzəçisi seçilmişdir.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-dai-mi üzvü seçilməsi respublikamızın beynəlxalq müstəvidə reytinqinin yüksəlməsinin təsdiqi idi. Ölkəmiz iki il müddətində iki dəfə növbə ilə – 2012-ci ilin may və 2013-cü ilin sentyabr aylarında 1 ay müddətinə Təhlükəsizlik Şurasının sədri funksiyalarını yerinə yetirdi. Təhlükəsizlik Şurasına sədrliyi

dövründə bu qurumun fəaliyyət gündəliyini müəyyən etməklə, dünyadakı hadisələrlə bağlı qərar qəbuletmə prosesinin fəal iştirak-çısına çevrildi. Azərbaycan Yaxın Şərq, Afrika və Balkan regionla-rında cərəyan edən proseslər, o cümlədən dünya ictimaiyyətinin diqqət mərkəzində olan sülh və beynəlxalq təhlükəsizlik, terrorizmə qarşı mübarizə və münaqişələrin həll edilməsi kimi digər qlobal əhəmiyyətli məsələləri Təhlükəsizlik Şurasının gündəliyi çərçivəsində müzakirəyə çıxardı. Ən vacibi isə Azərbaycan Dağlıq Qarabağ münaqişəsini prioritet məsələ kimi diqqət mərkəzində saxladı.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmiz üçün böyük uğur olmuşdur. Azərbaycanın bu uğurunun əhəmiyyətini qiymətləndirmək üçün təkcə onu vurğulamaq kifayətdir ki, SSRİ-nin süqutundan sonra TŞ-də SSRİ-nin varisi qismində daimi üzv olan Rusiya istisna olmaqla, müstəqillik qazanmış 15 keçmiş sovet respublikasından yalnız Ukrayna 2000-ci ildə BMT TŞ-yə üzv ola bilmişdi.

Prezident İlham Əliyev səsvermənin nəticəsindən dərhal sonra xalqı təbrik et-miş və ölkəmizin həyatında çox əlamətdar və tarixi hadisə baş verdiyini bildirmişdir. BMT Təhlükəsizlik Şurasının dünyanın ən mötəbər qurumu olduğunu bildirən dövlətimizin başçısı Azərbaycanın müstəqil dövlət kimi artıq bu qurumun üzvü olmasını çox böyük qələbə adlandırmışdır. Ölkə başçısı bəyan etmişdi ki, 155

ölkənin Azərbaycanı dəstəkləməsi ölkəmizə inamın, etimadın göstəricisidir: “Müstəqilliyimiz dövründə – 20 il ərzində belə böyük uğurun əldə edilməsi, doğrudan da, tarixi nailiyyətdir. Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu, Azərbaycan xalqının və dövlətinin qələbəsidir”.

Prezidentin təbrikində qeyd edilirdi ki, Azərbaycan bu təşkilatda sadiq olduğu ideallara, sülhə, təhlükəsizliyə, demokratiya-ya, ədalətə xidmət edəcək.

Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilən ilk ölkədir. Bu tarixi hadisə respublikamı-zın dünya miqyasında artan siyasi nüfuzunun göstəricisi kimi qiymətləndirilməlidir. Bununla ya-naşı, Azərbaycan dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr quraraq bunu dövlətlərarası sivil münasibətlər müstəvisində daim inkişaf etdirir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu xarici siyasət kursu nəticəsində Azərbaycan hazırda sürətlə inkişaf edən, davamlı icti-mai-siyasi sabitliyə malik, yüksək iqtisadi göstəricilərə nail olan və dünya ictimaiyyətinin rəğbətini qazanan dövlətlərdəndir.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

� Xalqımızın müdrik lideri Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda geniş struktur islahatlarına start verilib. Məqsəd iqtisadi idarəetmə mexanizmini təkmilləşdirmək, ölkəmizin hərtərəfli inkişaf və tərəqqisini sürətləndirməkdir.

Dünya təcrübəsi göstərir ki, uğurlu islahatlar dövlət və hökumət başçılarının buna siyasi iradə nüma-yiş etdirdiyi ölkələrdə mümkündür. Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, ölkəmizdə sosial-iqtisadi islahatların qarşısını heç bir qüvvə ala bilməz. İslahatlar bundan sonra da qətiyyətlə davam etdiriləcək.

Azərbaycan dövlətinin siyasətinin mərkəzində Azərbaycan

vətəndaşlarının maraqları dayanır. Azərbaycan xalqı bunu görür və yüksək qiymətləndirir. Xalqımız öz sevimli lideri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahat-ları birmənalı olaraq dəstəkləyir.

Azərbaycanda ötənilki prezident seçkilərindən sonra bütün əsas istiqamətlər üzrə mühüm hədəflər müəyyən edilib. Bu hədəflər ölkə iqtisadiyyatını şaxələndirmək, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək, son nəticədə xalqımızın maddi rifahını daha da yaxşılaşdırmaq və sairdir. Bu hədəflərə çatmaq üçün cid-di struktur və kadr islahatları aparılır.

Görünən budur ki, son vaxtlar Azərbaycan iqtisadiyyatının əksər sahələrində, xüsusilə, vergi və göm-rük istiqamətlərində aparılan isla-

hatlar, şəffaflıqla bağlı addımlar öz səmərəsini verməkdədir. Təkcə belə bir faktı qeyd etmək yetər ki, göm-rük və vergi orqanları doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər. Bu, olduqca böyük göstəricidir.

Hər bir islahatın uğuru, ilk növbədə, kadrların düzgün seçilməsi və yerləşdirilməsi sayəsində mümkün ola bilər. Azərbaycanda

bu istiqamətdə artıq ciddi uğurlu dəyişikliklər baş verir. Ölkəmizdə yüksək savada, biliyə sahib olan, istedadlı, kreativ gənc kadrlar yüksək vəzifələrə irəli çəkilir.

Bəzi şəxslərin yanlış təsəvvürünə görə, elə sahələr var ki, orada islahat-lar aparıla bilməz. Hesab olunurdu ki, vergi sistemində islahat aparmaq çox çətindir, hətta mümkünsüzdür. Lakin Vergilər naziri (artıq İqtisadiyyat naziri – müəllif) Mikayıl Cabbarov qısa vaxt ərzində bu sahədə ciddi islahatlar apardı və nəzərəçarpan uğurlar qa-zana bildi. Büdcəyə 100 milyonlarla manat əlavə vəsait daxil oldu.

Sirr deyil ki, sosial müdafiə sahəsində pozuntular çox olub. Yeni nazir Sahil Babayev bunları üzə çıxardı və hazırda bu istiqamətdə çox

ciddi islahatlar aparılır. Təəssüf ki, bu gün hətta iqtidarda olanlardan bəziləri də islahatlara qarşı çıxırlar.

Bu barədə danışarkən Prezident

İlham Əliyev deyib: “Əgər kimsə he-sab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma, kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”.

Kənd Təsərrüfatı Nazirliyi strateji əhəmiyyət daşıyan bir qurumdur. Uzun illər bu sahəyə böyük investi-siyalar qoyulub, lakin aqrar sahədə artım 2-3 faizdən yuxarı qalxmırdı. Bir müddət əvvəl bu nazirliyə İnam Kərimov rəhbər təyin olunub. Yeni nazirin rəhbərliyi ilə burada yaradılan işgüzar ab-hava nəticəsiz qalmadı. Qısa müddət ərzində bu sahədə də ciddi irəliləyiş müşahidə olunmağa başlandı. Nəticə göz qabağında-dır: Kənd təsərrüfatı məhsullarının istehsalı doqquz ayda 7 faizdən çox artmışdır.

Ölkəmizdə struktur islahatları geniş miqyas alıb. Dünən Prezident İlham Əliyev “Azərbaycan Respub-likasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Fərman imzalayıb. Fərmanda deyilir ki, ölkənin davamlı inkişafının təmin edilməsi məqsədilə aparılan sosial-

iqtisadi islahatların dərinləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması və ixrac potensialının artırılması vəzifələri müvafiq sahələrdə struktur dəyişikliklərinin sürətləndirilməsini və dövlət idarəetmə strukturunun təkmilləşdirilməsini zəruri edir.

Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Anti-inhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

İnanırıq ki, bu sahədə başlanan struktur dəyişiklikləri burada maksi-mum şəffaflığın, dürüstlüyün olması-na şərait yaradacaq, rüşvətxorluğa, korrupsiyaya son qoyulmasına kömək edəcək.

Azərbaycanda struktur islahatları, yeni kadrların irəli çəkilməsi şəffaf şəraitdə baş verir. Bu il oktyabrın 22-də Prezident İlham Əliyev Şahin Mus-tafayevi yeni vəzifəyə – Baş Nazirin müavini vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edib. Dövlətimizin başçısı İqtisadiyyat nazirinin fəaliyyətini yüksək qiymətləndirərək dedi ki, onun işindən razıdır. Ona görə qərara gəlib ki, Ş.Mustafayevi Baş Nazirin müavini vəzifəsinə təyin etsin.

Baş Nazirin yeni müavininin qarşısında mühüm vəzifələr durur. Prezident vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı son 15 il ərzində üç dəfədən çox artıb. Ancaq biz onu da bilməliyik ki, bu artım daha çox neftin hasilatının artırılması hesabına mümkün olubdur. İndi bütün diqqət ölkə iqtisadiyyatının digər sahələrinin, xüsusilə, qeyri-neft sektorunun sürətli inkişafını təmin etməyə yönəlməlidir.

Məlumdur ki, ölkəmizin idarəetmə sistemində həyata keçirilən struktur islahatlarının aparılmasında məqsəd Azərbaycanın dayanıqlı iqtisadi və sosial inkişafını təmin etməkdir. Hər kəsə bəllidir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Azərbaycan xalqı bunu görür və yüksək qiymətləndirir.

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

2011-ci ildə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. 155 ölkə Azərbaycana səs verdi. Üzv dövlətlərin tam əksəriyyəti Azərbaycana və onun siyasətinə öz dəstəyini nümayiş etdirdi. Həmin vaxt cəmi 20 yaşı olan ölkə üçün bu, böyük nailiyyət oldu.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik?

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Böyük siyasi və diplomatik qələbə

Səkkiz il əvvəl oktyabrın 24-də Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

Azərbaycanda uğurlu struktur islahatları aparılır Gənc, təşəbbüskar, kreativ kadrların irəli çəkilməsi məmnunluq doğurur

ADA Universitetində Lütfi Zadənin elmi irsinə həsr

edilən konfrans keçirilir � Oktyabrın 23-də ADA Universitetində

“İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi (AICT 2019)” mövzusunda 13-cü beynəlxalq konfrans öz işinə başlayıb.

Tədbirdə çıxış edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev görkəmli alim Lütfi Zadənin elmi irsinə həsr olunan konfransın informasiya – kommunikasi-ya texnologiyalarının (İKT) beynəlxalq tətbiqi sahəsinə töhfə verəcəyini bildirib.

ADA-da fəaliyyət göstərən İnformasiya tex-nologiyaları və mühəndislik fakültəsi barədə məlumat verən rektor qeyd edib ki, universitetdə Lütfi Zadənin irsinə həsr olunan təqaüd proqramı təsis edilib. Bu təqaüd ADA Universitetində təhsil aldıqları müddət ərzində fakültənin aka-demik göstəricilərini yüksək saxlamağı bacaran tələbələrinə verilir. Diqqətə çatdırılıb ki, dünyanın 20-dən çox ölkəsinin alim və mütəxəssisləri konfransda bir araya gələrək İKT-nin elm, təhsil, biznes, sənaye, idarəetmə, tibb, sosial və humanitar sahələrdə tətbiqi

ilə bağlı ən son yenilikləri bölüşəcək, müzakirə və təbliğ edəcəklər.

Daha sonra AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiya-ları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev qeyd edib ki, builki AICT konfransının Azərbaycanda anadan olan, inanılmaz nailiyyətləri ilə bütün dünya ictimaiyyətinə xidmət edən və nəhayət, öz istəyinə görə Vətəni Azərbaycanda dəfn olunan professor Lütfi Zadənin xatirəsi və elmi irsinə həsr olunması böyük şərəfdir. Qeyri-səlis texnolo-giyaların vətəni kimi tanınan Azərbaycanın gələcəkdə 4-cü sənaye inqilabı dövründə bütün “ağıllı” qur-ğular, intellektual kiber-fiziki sistemlər, Big Data analiti-kası və digər süni intellektə əsaslanan varlıqlar üçün lokomotiv olacağı danılmaz-dır. Akademik deyib: “Süni intellekt, Soft Computing

və digər qeyri-səlis “ağıl-lı” texnologiyaların nəzəri əsaslarının inkişaf etdirilməsi və insan fəaliyyətinin müxtəlif sahələrində tətbiq edilməsi Azərbaycan elminin prioritet istiqamətlərindən biridir”.

O, Prezident İlham Əliyev tərəfindən potensia-lın artırılması, postsənaye cəmiyyətinin müxtəlif sahələrində yüksək tex-nologiyaların tətbiqi və məlumatlandırma prosesinin sürətləndirilməsi üçün bir çox strateji layihələr, dövlət proqramları və konsepsiya-lar qəbul edildiyini diqqətə çatdırıb.

ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Araz Yusubov XXI əsrin informasiya – kom-munikasiya texnologiyaları əsri olduğunu vurğulayıb, qloballaşma dövründə İKT-nin böyük əhəmiyyətindən söz açıb. Araz Yusubov rəhbərlik etdiyi fakültədə bu sahədə ixtisaslaşmış kadrla-rın hazırlandığını, beynəlxalq tədbirlərin təşkil olunduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, tədbir “Paşa Bank”ın baş sponsor-luğu və Konvensiya Bürosu-nun dəstəyi ilə keçirilir.

“AICT 2019” konfransı-na ADA Universiteti, AMEA İnformasiya Texnologiya-ları İnstitutu, Malayziya Sabah Universiteti, IEEE Azərbaycan şöbəsi və Elektrotexnika və Elektronika Mühəndislər İnstitutu texniki dəstək verir.

Təqdim olunan məruzələr İKT-nin tətbiqi ilə bağlı elmi-nəzəri yenilikləri, ən son texnologiyaları, standartları, məhsulları və layihələri əhatə edir.

Oktyabrın 24-dək da-vam edən “AICT 2019” konfransı çərçivəsində elmi məruzələrlə yanaşı, ustad dərsləri və nümayəndə heyətləri arasında işgüzar görüşlər təşkil olunacaq.

AZƏRTAC

24 oktyabr 2019-cu il, cümə axşamı6

Page 7: Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul edib və ona Mikayıl …xalqqazeti.com/pdf/xalq 24 okt OPT.pdf · 2019. 10. 23. · Azərbaycanda sahibkarlığın inkişafı

Beynəlxalq təşkilatlar siyasi riyakarlıqdan hələ də əl çəkmirlər

Oktyabrın 19-da “Milli Şura” tərəfindən təşkil olun-muş qeyri-qanuni aksiya ölkəmizə qarşı qərəzli olan beynəlxalq təşkilatlar və ermənipərəst dairələr üçün sanki göydəndüşmə oldu. Əslində, sifarişçi də elə onların özləri idi. Çünki aksiya başlanmazdan xeyli əvvəl öz adamlarını, “re-portyorlarını”, “müxbirlərini”, “televiziyalarını” qeyri-qanuni aksiya keçirilən ərazilərdə yerləşdirmişdilər. Bakıda yaşayanların əksəriyyəti bu aksiyanın harada və saat neçədə keçiriləcəyindən xəbərsiz olduqları halda, xarici kütləvi informasiya vasitələri artıq bir saat qabaqdan həmin ərazilərdə idilər. Görünür, burada hansı “mənzərə”nin yaranacağını, daha dəqiq desək, yaradacaq-larını qabaqcadan planlaşdırıb-larmış.

Ancaq bu dəfə də arzu-larına çata bilmədilər. Polisin səbrli və təmkinli davranışı, qanunun tələbləri çərçivəsində hərəkəti anti-Azərbaycan qüvvələrin gözlədikləri qantökülmə səhnələrinin qar-şısını aldı. Bəli, həqiqətən də, Azərbaycan polisi Avropanın asayiş keşikçilərinə qeyri-qanu-ni aksiyalar zamanı insanlarla necə rəftar etməkdə nüminə göstərdilər. Bizim polislər müstəqilliyimizin bərpasından bu günə qədər belə aksiyalar zamanı nə xüsusi öyrədilmiş itlərdən, nə atlardan, nə rezin güllələrdən, nə gözyaşardıcı qazlardan, nə bibər qazından,

nə də çirkli su şırnaqlarından istifadə edib. Bütün bunlar Avropa ölkələrində keçirilən aksiyaların dağıdılması üçün istifadə edilən vasitələrdir.

Avropanın mərkəzi he-sab edilən Fransada “sarı jiletli”lərlə polisin qarşıdur-masının, ticarət obyektlərinin dağıdılmasının, maşınların yan-dırılmasının, demək olar ki, hər gün şahidi oluruq. Polisin ak-siya iştirakçılarına qarşı rəftarı hansı insan hüquq və azadlıqları prinsiplərinə, hansı qanunlara sığır? Nümayişçilərə qarşı tətbiq olunan polis qəddarlığı bütün insani davranış normala-rını aşıb. Yayılan məlumatlarda bildirilir ki, həmin aksiyalar-da artıq 11 nəfər öldürülüb, minlərlə insan xəsarət alıb. Bu qarşıdurmalarda ömürlük şikəst olmuş insanlar da var. İspani-yanın Kataloniya bölgəsində polislə etirazçılar arasında baş verən toqquşmalarda 52 nəfər xəsarət alıb.

Yaxşı olardı ki, başqa-larına “demokratiya dərsi” keçmək iddiasında olan bu dövlətlər əvvəlcə öz daxili siyasətlərində demokratik hüquq və prinsiplərə qanun çərçivəsində əməl etsinlər, sonra digər dövlətlərə yol göstərsinlər. Axı, həmin ölkələrdə baş verənlərin heç biri ilə Azərbaycanda keçirilən aksiyalarda qarşılaşmamışıq. Avropa Konvensiyasında təsbit olunmuş fundamental siyasi azadlıqların təminatına da ciddi problemlər yaradan elə

Qərb və özlərini Avropada “demokratiyanın beşiyi” hesab edən dövlətlərdir. Təəssüf ki, nə Avropa İttifaqı, nə Avro-pa Şurası, nə də Azərbaycan barəsində qərəzli bəyanatlar yayan digər qurumlar bütün bu qanun pozuntuları barədə hələ də səslərini çıxarmırlar . Çünki siyasi riyakarlıqları buna imkan vermir.

Mən ABŞ-ın ölkəmizdəki səfirliyinin, Avropa İttifaqı Xa-rici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Federika Mogerininin mətbuat katibi Maya Kosyançiçin, Avropa Şurası İnsan Haqları Komissa-rının bəyanatı ilə tanış olan-dan sonra onlara sual vermək istəyirəm: Niyə bir milyondan artıq azərbaycanlının doğma ata-baba yurdlarından didərgin salınmasına, məcburi köçkün halına düşməsinə bir dəfə də olsun etiraz etmədiniz? Niyə Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxındır ki, işğal altında saxlanılmasına etirazınızı bildirmirsiniz? Niyə qeyri-qanuni aksiyaya “de-mokratiya donu” geyindirmək istəyirsiniz? Bu suallara cavab verə bilməyəcəksiniz. Çün-ki ikili standartlar və siyasi riyakarlıq mərəzindən xilas ola bilmirsiniz.

Çingiz QƏNİZADƏ, Milli Məclisin deputatı,

Demokratiya və İnsan Hüquqları

Komitəsinin sədri

Yeni Azərbaycan Partiyasının nizamnaməsinin “Partiyanın məqsəd və vəzifələri” adlı II bölməsinin birinci maddəsində yazılıb: “Yeni Azərbaycan Partiyasının ali məqsədi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, sabit və sosial yönümlü iqtisadiyyatın yaradılması, irqindən, milliyyətindən, sosial mənşəyindən, dilindən və dinindən asılı olmayaraq şəxsiyyətin hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, qanunçuluq, möhkəm əmin-amanlıq, ictimai həmrəylik və firavan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılması və in-sanların müstəqil dövlətçilik ətrafında birləşdirilməsindən ibarətdir”.

Yəni o zamankı müxalifət ölkəni mövcud iqtidarın yaratdığı problemlər bataqlığından çıxartmaq, vətəndaş müharibəsinin qarşısını almaq, xaos və anarxiyaya son qoymaq, düşmən dövlətin hərbi müdaxilələrinə cavab vermək, ölkə vətəndaşının həyat səviyyəsinin yaxşılaşdırılmasına nail olmaq üçün siyasi mübarizəyə qatılırdı.

Bəs indiki müxalifət hansı məram və məqsədlərə xidmət edir? Çox təəssüf ki, indiki müxalifətin əsas məqsədi ölkədə xaos və anarxiya yaratmaq, vətəndaş qarşıdurma-sına çalışmaq, xalqın və dövlətin maraqlarını xaricdəki “boss”larının verdiyi “qrant”lara satmaq, hətta, ərazilərimizin 20 faizini işğal etmiş düşmənin nümayəndələri ilə “ba-zarlığa getmək” kimi yolverilməz istəklərdən ibarətdir. Bu gün Azərbaycanın radikal müxalifəti, sözün həqiqi mənasında, xalqın və dövlətin maraqlarını satmaqla məşğuldur. Həmin düşərgənin ölkədə “beşinci kolon” funksiyasını yerinə yetirməsi dəfələrlə sübut edilib. Ancaq xalqın iradəsi və dövlətin qətiyyəti nəticəsində, onlar heç zaman istədiklərinə nail ola bilməyiblər.

Ölkədəki daxili siyasət barədə

danışan dövlət başçımız qeyd edir ki, Azərbaycanda bundan sonra da sabitlik təmin ediləcəkdir. Heç bir ölkə sabitlik olmadan inkişaf edə bilməz. Bu gün biz görürük ki, dünyanın müxtəlif yerlərində sabitlik pozulanda nə investisiyalar gəlir, nə sosial rifah artır. Çünki Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Məhz xalq-iqtidar birliyi bu sabitliyi şərtləndirir. Dövlət başçımız deyir: “Bu vəhdət imkan verir ki, biz uzunmüddətli inkişaf strategiyamı-zı planlaşdıraq. Bu, imkan verir ki, bu gün Azərbaycana milyardlarla dollar xarici sərmayə qoyulur və Azərbaycan xalqı rahat, əmin-amanlıq, təhlükəsizlik şəraitində ya-şayır. Ona görə bundan sonra da biz elə işləməliyik ki, Azərbaycan daim inkişaf etsin. Mən şübhə etmirəm ki, Azərbaycanda bundan sonra da icti-mai-siyasi sabitlik təmin olunacaqdır”.

Xaricdəki anti-Azərbaycan qüvvələrin əlində alətə çevrilmiş yerli müxalifətin qaldırdığı böh-tan xarakterli uydurmaların əksinə olaraq, ölkəmizdə bütün azadlıqlar yüksək səviyyədə təmin edilir: “Biz demokratik cəmiyyət qururuq. Yeni

Azərbaycan Partiyasının yaradılması demokratiyanın təzahürü idi. Buna baxmayaraq, o vaxt hakimiyyəti dövlət çevrilişi nəticəsində zəbt etmiş AXC --Müsavat cütlüyü ən antide-mokratik addımlar atmağa hazır idi ki, bu partiyaya əngəllər törətsin. Ancaq Yeni Azərbaycan Partiyası o vaxt ölkədə siyasi sistemin yaradılması-na da çox böyük töhfə vermişdir. Bu gün biz demokratiya yolu ilə gedirik. Azərbaycanda bütün azadlıqlar -- söz

azadlığı, mətbuat azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir. Lakin sərbəst toplaşma azadlığından sui-istifadə etməyə çalışan, özünü müxalifət adlandıran bir dəstə hesab edir ki, onlara qarşı hansısa süni əngəllər törədilir. Halbuki bu, qətiyyən belə de-yil, o uğursuz mitinqlərin səbəblərini onlar özlərində axtarmalıdırlar. Xalq o ünsürlərə çoxdan “yox” deyib. Onlar üçün Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Ona görə yox ki, biz onlara maneçilik törədirik. Ona görə ki, onların, necə deyərlər, kitabı çoxdan bağlanıb. Qeyri-konstruktiv hərəkətləri, aqressiv davranışları on-lara xalqın nifrətini birə-on artırır”.

Ekspertlər yazırlar ki, indiki şəraitdə, internet dövründə nəyisə gizlətmək mümkün deyil. Azərbaycan xalqı çox yaxşı bilir ki, bu gün özünü müxalifət adlandıran bir dəstə xaricdən idarə olunur. Onla-ra xaricdən komandalar verilir. O komandalar nəticəsində müəyyən dövrdə hərəkətə keçirlər, fəallaşırlar. Sonra da görəndə ki, mitinqlərinə az adam gəlir, necə deyərlər, suyu süzülə-süzülə yenə kənara

çəkilirlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı xaricdən idarə olunan ünsürlərin – “beşinci kolon”un ölkəmizdə hansısa mövqeyə sahib ol-masına heç vaxt imkan verməyəcək.

Əli Kərimlinin və onun nəzarətində olan “Milli Şura”nın mübarizə meto-dologiyası da çox bəsitdir. Xaricdə bir yalan uydurulur, bir şər-böhtan kampaniyasına rəvac verilir. On-dan sonra bu yalan, böhtan xarici mətbuatda dərc edilir. Daha sonra bu-

nun əsasında da müəyyən tərpənmə müşahidə olunur. Bu tərpənmə bir-iki mitinqdə özünü göstərir. Həmişə olduğu kimi, axırıncı mitinq onun təşkilatçıları üçün məyusedici olur, bununla da məsələ bitir.

Yenə də yazının əvvəlinə qa-yıdaraq yada salmaq istərdim ki, 1991-ci ildə Sovet İttifaqının da-ğılması nəticəsində digər müttəfiq respublikalarla birlikdə Azərbaycan da müstəqilliyə qovuşdu və əlbəttə ki, bizim üçün XX əsrdə ikinci şans yaran-dı. Ancaq ölkədə gedən xoşagəlməz proseslər imkan vermirdi ki, gənc müstəqil Azərbaycan möhkəm dayana bilsin, öz müstəqil siyasətini apara bilsin və xalqın maraqlarını doğrulda bilsin. Çox ağır, faciəvi illər idi. 1992-ci ildə AXC–Müsavat rejimi hakimiyyəti qanunsuz zəbt etdikdən sonra vəziyyət daha da ağırlaşdı, pisləşdi. Ölkəmizdə xaos, total böhran hökm sürürdü, iqtisadiyyat iflic vəziyyətdə idi. Əlbəttə ki, Azərbaycan xalqı çıxış yolu axtarırdı. Onu da əlavə edim ki, AXC –Müsavat rejimi ölkədə vətəndaş müharibəsini başlamışdı. Xalqımız nicat yolunu Heydər Əliyevdə gördü, onu hakimiyyətə dəvət etdi və bir daha öz müdrikliyini təsdiqlədi.

Bəs həmin iqtidarın indi müxalifətdə olan təmsilçiləri nə istəyirlər? Əlbəttə, ölkədəki ictimai-siyasi sabitliyi pozmaq. Cəmiyyətə 1992-ci il ab-havasını yenidən qaytarmaq, Azərbaycana Suriyanın, Liviyanın taleyini yaşatmaq və başqa alçaldıcı addımlar atmaq. Ancaq ya-nılırlar. Çünki bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır, da-vam etdirilir, zənginləşdirilir.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Daxili və xarici bədnam qüvvələr, həmçinin artıq dərindən anlayır-lar ki, bu cür pozuculuq səyləri heç bir nəticə verməyəcək. Çün-ki Azərbaycan daha ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərindəki ölkə deyil. Bugün-kü Azərbaycan qüdrətli, iqtisadi cəhətdən güclü dövlətdir. Bu isə, şübhəsiz ki, respublikada dərin kök salan sabitliklə şərtlənib.

Bəli, sabitlik, əmin-amanlıq dövlət başçısının müdrik siyasəti nəticəsində bərqərar olub. Cənab İlham Əliyev də çıxışlarında dəfələrlə bildirib ki, sabitlik olmadan heç bir dövlət inkişaf edə bilməz. Bu, aksio-madır. Bunu yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf da zəifləyir, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, investisiya qoyulu-şu demək olar ki, dayanır. Bir sözlə, sabitlik hər bir ölkənin, eləcə də Azərbaycanın inkişafı, tərəqqisi üçün başlıca şərtdir.

Respublikamızda isə sabitliyin mənbəyi xalqdır, onun iradəsidir və eyni zamanda, yuxarıda vurğuladı-ğım kimi, gerçəkləşdirilən uzaqgörən siyasətdir. Həm də elə bir siyasətdir

ki, milli maraqlara söykənib, xalqın mənafeyinə, müdafiəsinə hesablanıb. Bu barədə Prezident İlham Əliyev çıxışlarında dönə-dönə diqqətə çatdırıb: “Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir və xalq-iqtidar birliyi bu gün də göz qaba-ğındadır. Bizim uğurlu siyasətimizin təməlində xalq tərəfindən göstərilən dəstək dayanır. Bu müsbət meyillərin gücləndirilməsi, əlbəttə ki, ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcəkdir”.

Bəli, belə olan təqdirdə “Milli Şura” və AXCP ölkədə xaos yarada, ictimai-siyasi vəziyyəti gərginləşdirə bilməzlər. Əli Kərimli və digər anti-milli ünsürlərin qanunsuz aksiyadan yararlanmaqla, anti-Azərbaycan təbliğatından istifadə etməklə dövləti hədəf götürərək qara piar kampa-niyası aparmaları isə onlara ancaq xalqın nifrətini qazandırır. Yuxarıda qeyd etdiyim kimi, belə cəhdlər iflasa məhkumdur.

Hazırda radikal müxalifətin qeyri-qanuni aksiyasının qarşısının alınma-sı zamanı polisin qanuni tələblərinə əməl etməyən, təxribatçı fəaliyyətlə məşğul olan, Konstitusiyaya zidd

şüarlar səsləndirərək ictimai asayişi pozan şəxslərə, eləcə də aksiyanın təşkilatçılarına, habelə fəallarına qarşı məcburetmə tədbirlərinin tətbiqi ətrafında mənbəyi bəlli olmayan sosial şəbəkələrdə hay-küy, ajiotaj yaradılır, Azərbaycana qarşı əsassız, ədalətsiz bəyanatların verilməsinə cəhdlər göstərilir. Əlbəttə, bura-da da məqsəd necə olursa-olsun, ictimai rəyi çaşdırmaq, islahatlara və ölkəmizin strateji hədəflərinə qarşı dayanan qüvvələrin Azərbaycana qarşı təxribat və təzyiq kampaniyala-rını körükləməkdir.

Xalqımız yaxşı bilir ki, AXCP-nin sədri Əli Kərimli və onun cinayətkar dəstəsinin təxribat-çağrışları bundan sonra da heç bir nəticə verməyəcək. Çünki Azərbaycan vətəndaşları destruktiv qrupa çevrilən, hüquq müstəvisindən kənara çıxan və anti-Azərbaycan dairələrin əlində alət olan dağıdıcıların əsl niyyətlərini, məqsədlərini yaxşı anlayırlar.

Arzuman MURADLI, YAP Səbail rayon təşkilatının

sədr müavini, politoloq

Müxalifətin bugünkü ərz-halı, çarəsizliyi, daha doğrusu, ətrafına kimlərisə toplamaq üçün əlacı xaricdə axtarması barədə qeydlərimizi cənab Prezidentin bu cümlələrindəki

“dərs” ifadəsi ilə başlamaq istədik. Belə ki, dərs alınmalı, öyrənilməli, nümunə götürülməli məqamlar kifayət qədər olsa da, Əli Kərimli və onun ətrafındakılar heç nədən dərs almaq istəmirlər. Məhz elə ona görə də, istənilən addımda uduzur, bütün cəhdlərində məğlub olurlar.

Bəs onların nümunə götürməli olduqları faktlar nədən ibarətdir? Xatırladaq ki, Yeni Azərbaycan Partiyası yaradılanda və ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə, müxalif partiya olaraq, siya-si mübarizəyə qatılanda ortaya qoyulan məqsəd və məramlara baxsaydılar, bilərdilər ki, müxalifliyin əsasını nələr təşkil edir.

Ölkəmizin sürətli inkişafını və davamlı ictimai- siyasi sabitliyini gözü götürməyən anti-Azərbaycan qüvvələr müxtəlif vasitələrlə

respublikamız haqqında mənfi rəy yaratmaq üçün minbir oyundan çıxır, qara piar kampaniyası aparır və siyasi riyakarlıqlarını ört- basdır edə bilmirlər. Ölkəmizə qarşı daim qərəzli olan bəzi siyasi qurum-lar sanki pusquda dayanıbmış kimi, hər hansı bir hadisə baş verdikdə “milçəkdən fil düzəldərək” ağıla gəlməyən böhtan və iftiralarla dolu hesabatlar hazır-layır, Azərbaycanda “insan hüquq və azadlıqlarının pozulması” barədə az qala dünyaya car çəkirlər.

Qısa müstəqillik tarixi ərzində bütün sahələr üzrə sürətli inkişaf yoluna qədəm qoyan bir ölkəyə – Azərbaycana qarşı belə qısqanclıq, paxıllıq və gözügötürməzlik hiddət doğurur.

24 oktyabr 2019-cu il, cümə axşamı 7Bu gün siyasi mübarizəni bu formada aparmaq

istəyən dəstəyə, – bunlara heç qüvvə də demək olmaz, – heç nə dərs olmur. Vaxt dəyişir, insanlar dəyişir, Azərbaycan dəyişir, siyasi mübarizə metodları dəyişir, onlar isə hələ də köhnə təfəkkürlə yaşamaq istəyirlər və öz mənasız həyatlarını bu işlərə sərf edirlər.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

“Milli Şura” adı altında xarici dairələrin çaldıqları havaya oynayan şər qüvvələrin ölkəmizdə sabitliyi poz-mağa cəhd göstərmələrindən, başqa sözlə, “Sərbəst top-laşmaq azadlığı haqqında” Qanunun tələblərinə məhəl qoymayaraq, keçirmək istədikləri aksiyadan məqsəd tam aydındır: Azərbaycan Prezidenti cənab İlham Əliyevin respublikada reallaşdırılan islahatları, necə deyərlər, sabotaj edənlərə son iqtisadi müşavirədə xəbərdarlığı, “bəlkə də qaytardılar” ümidi ilə yaşayan şəxslərə pro-sesin qarşısıalınmaz olduğunu xatırlatması onların ümidlərini alt-üst edib.

Antimilli qüvvələrin qanunsuz aksiyadan yararlanmaq cəhdləri iflasa məhkumdur

Pambıq qəbulu məntəqələrinə bu günədək 230 min tonadək məhsul təhvil verilib

� Oktyabrın 23-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 229 min 595 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,2 faiz çoxdur. Keçən il oktyabrın 23-dək 158 min 83 ton pambıq tədarük olunmuşdu.

Qeyd edək ki, Azərbaycanda pambıq-çılığın yeni inkişaf dövrü bu istiqamətdə əsaslı tədbirlərin görüldüyü, bu sahənin inkişafını nəzərdə tutan Dövlət Proqramı-nın qəbul olunduğu 2016-cı ildən başlayıb.

2015-ci ildə pambıq əkini sahələri 18,7 min hektar, məhsul istehsalı 35,2 min ton təşkil edib. Həmin illə müqayisədə 2016-cı ildə əkin sahələri 2,7 dəfə artırılaraq 51,4 min hektara, pambıq istehsalı isə 2,5 dəfə artaraq 89,4 min tona çatdırılıb.

Azərbaycanın müstəqillik dövründə ən çox pambıq istehsalı 2018-ci ildə qeydə alınıb. Ötən il ölkə üzrə sahələrdən 230,4 min ton xam pambıq yığılıb. Bu, 2015-ci

ilin göstəricisindən 6,54 dəfə çoxdur. 2018-ci ildə Azərbaycanda 132,5 min

hektar sahədə pambıq əkilib, 2019-cu ildə pambıq əkini sahələrinin həcmi məhsuldarlığı az olan torpaqların əkin dövriyyəsindən çıxarılması hesabına 100,1 min hektaradək azaldılıb. Bu addım pambıqçılıqda orta məhsuldarlığı artırmağa, pambıq əkini dövriyyəsindən çıxarılmış torpaqları daha səmərəli istifadə etməyə imkan verəcək.

AZƏRTAC respublikada pambıq tədarükünə dair oktyabrın 23-nə olan ope-rativ məlumatı təqdim edir.

Dağıdıcı və xəyanətkar müxalifət anti–Azərbaycan qüvvələrin əlində alətə çevrilib

23.10.2019-cu il tarixə pambıq tədarükünə dair operativ məlumat

Page 8: Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul edib və ona Mikayıl …xalqqazeti.com/pdf/xalq 24 okt OPT.pdf · 2019. 10. 23. · Azərbaycanda sahibkarlığın inkişafı

24 oktyabr 2019-cu il, cümə axşamı8

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected], [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: “Xalq qəzeti”nin kompyuter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 00:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

0282

7722

3545

40 qəpik

Rusiya

20 milyard borc silinibRusiya Prezidenti

Vladimir Putin Afrika ölkələrinin 20 milyard dollardan çox borcu-nun silindiyini bildirib. Prezident, həmçinin bir sıra Afrika ölkələri ilə birgə borc vəsaitərinin milli layihələrin maliyyələşdirilməsi üçün

istifadə edilməsi istiqamətində işlədiklərini vurğulayıb.Xəbəri RİA “Novosti” yayıb.

Böyük Britaniya

Yeni qanun layihəsi qəbul edilibBöyük Britaniya

deputatları “Brexit” haqqında yeni qanun layihəsini ikinci oxu-nuşda qəbul ediblər. Bildirilir ki, icmalar palatasının 329 üzvü qanunun lehinə səs verib. Palatanın 229 üzvü qanun layihəsinə qarşı çıxıb.

Qeyd edək ki, bu, Böyük Britaniyanın Baş naziri Boris Conson hökumətinin hakimiyyətə gəlişi anından qələbə qazandığı birinci iclas olub.

Xəbəri TASS yayıb.

BƏƏ

İlk süni intellekt universitetiBirləşmiş Ərəb

Əmirliklərində tələbələrə “Süni intellekt” ixtisası üzrə təhsil almağa imkan verəcək dünyanın ilk uni-versiteti təsis edilib. Ölkə paytaxtı Əbu-Dabidə yara-

dılan ali təhsil müəssisəsinin açılışı 2020-ci ilin avqustuna planlaşdırılır.

“Mohamed bin Zayed University of Artificial Intelligen-ce” (MBZUAI) adlandırılacaq universitetə süni intellekt texnologiyaları sahəsində işlərlə məşğul olan tələbələr, biznes və dövlət şirkətlərinin nümayəndələri qəbul ediləcək. Ali təhsil ocağı tələbələr üçün sahə üzrə ən qa-baqcıl biliklərə yiyələnməyə imkan yaradacaq.

İnformasiyanı “Anadolu” agentliyi yayıb.

Dünyanın ən qədim mirvarisiBirləşmiş Ərəb

Əmirliklərinin paytaxtı Əbu-Dabi yaxınlığındakı adada dünyanın ən qədim təbii mirvarisi aşkarlanıb.

Məlumata görə, yaşı 8 min il müəyyən edilən mirvari Marava adasında qazıntılar zamanı aşkar edilib. Orada, həmçinin Neolit dövrünün tikililərinin qalıqları da tapılıb. Qədim tikililərin qalıqlarında aparılan qazıntı işləri zamanı kera-mika parçaları, balıqqulağılardan və daşlardan muncuqlar, həmçinin oxların silisiumlu ucluqları aşkarlanıb.

Xəbəri CNN yayıb.

Fransa

Kilian Mbappe rekordu yeniləyibÇempionlar Liqası-

nın qrup mərhələsinin 3-cü turunda “Brügge”ni böyük hesabla məğlub edən Fransa təmsilçisi PSJ-nin futbolçusu Kilian Mbappe yeni uğura imza atıb. Belə ki, 5:0 hesabıyla bitən qarşılaşmada het-trik edən 20 yaşlı hücum-

çu, Çempionlar Liqasında vurduğu qollarının sayını 16-ya çatdırıb.

Mbappe Çempionlar Liqası tarixində 15 qol səddinə çatan ən gənc futbolçu ünvanını qazanıb. Fransız oyun-çu bu uğura 20 yaşında çatıb. Bundan əvvəlki rekord “Barselona”lı Lionel Messiyə aid idi. Argentinalı oyunçu bu turnirdə 15 qol səddinə 21 yaşında çatmışdı.

Xəbəri “goal.com” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 Oktyabrın 24-də  Bakıda və Abşeron yarımadasında

dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal küləyi əsəcək. Gecə 12-16, gündüz 19-22, Bakıda gecə 13-15, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80 , gündüz 55-65 faiz olacaq.

 Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 4-9, gündüz 16-21 dərəcə isti olacaq.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 4x-7, gündüz 10-15 dərəcə isti olacaq.

 Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.

 Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək

çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 5-10, gündüz 17-22 , dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq.

 Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 9-14, gündüz 20-25 dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Günün ikinci yarısında tədricən kəsiləcək.Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 11-14, gündüz 19-24, dağlarda gecə 6-11, gündüz 12-16 dərəcə isti olacaq.

“Xalq qəzeti”nin kollektivi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Aqil Dadaşova bacısı

AFİQƏ XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Suraxanı rayonundan İlqar Abbasov Azərbaycan

Respublikası Nazirlər Kabineti Aparatının əməkdaşı

AYAZ YUSİFOVUN

vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Göygöl rayonundan Arif Seyidov Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazova bacısı

ÇİÇƏK XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun kollektivi iş yoldaşları Ələsbəy Əhmədova atası

SƏYYAF ƏHMƏDOVUN

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Cəlilabad Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi Eldar Hacıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Aqil Dadaşova əzizi

AFİQƏ XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

9 “EVENT” MMC-yə məxsus 1401766701 nömrəli VÖEN-in şəhadətnaməsi və nizamnaməsi itdiyi üçün etibarsız sayılır.

ALLAH RƏHMƏT ELƏSİN

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası

221200-cü xərc maddəsi üzrə işlərin görülməsi məqsədilə təkliflər sorğusu elan edir

Maraqlanan təşkilatlar +994(12) 563-62-38 nömrəli telefonla əlaqə saxlaya bilərlər.

Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 28 oktyabr 2019-cu il saat 11.00-dək qəbul olunur.

Ünvan- Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi 7.

Tender komissiyası

Nazir qeyd edib ki, Türkiyə “Sülh çeşməsi” əməliyyatı zonasında yerləşən bütün yaraqlıları zərərsizləşdirməyə hazırdır. O deyib ki, bu əməliyyat Su-riyanın gələcəyi üçün dönüş nöqtəsi olacaq. Terrorçular Türkiyə sərhədindən 30 kilo-metr geri çəkilməyə məcbur ediləcəklər.

M.Çavuşoğlu bu il oktyabrın 22-də Soçi

şəhərində Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında keçirilən görüşün nəticələrini şərh edərkən rəsmi Ankaranın Rusiyanın mövqeyinə xüsusi önəm ver-diyini bildirib. O deyib: “Mosk-va artıq Suriya üzrə vədlərinə əməl etməyə başlayıb. Bu, dövlətlərarası münasibətlərdə etimadın möhkəmləndirilməsi üçün çox vacib amildir.

Soçidəki danışıqlarda Rusiya Prezidenti Vladimir Putin dedi ki, Rusiya tərəfi YPG/PYD-yə ultimatum verəcək. Əgər yaraqlılar regionu tərk etməsələr, o zaman Türkiyə müvafiq addımlar atacaq”.

Nazir vurğulayıb ki, “Sülh çeşməsi” əməliyyatı Fərat çayının şərqindəki ərazilərdə güclər balansını dəyişib. Türkiyə PKK terrorçuları-nın Suriyanın şimalında

dövlət qurmaq planlarını alt-üst edib. Hazırda bü-tün tərəflər Türkiyənin milli təhlükəsizliyinə yönələn təhdidlərlə bağlı narahatlığı-na həssas yanaşırlar.

M.Çavuşoğlu hesab edir ki, Suriya üzrə Konstitusiya Komissiyasının işi davam etdirilməlidir. Belə ki, yeni

Konstitusiya ölkənin gələcəyi üçün böyük əhəmiyyət kəsb edəcək.

Türkiyə xarici siyasət idarəsinin rəhbəri sonda qeyd edib ki, Ankara Bəşər Əsəd rejimi ilə birbaşa danışıqlar aparmır.

M.HACIXANLI, “Xalq qəzeti”

ABŞ Pxenyanı danışıqlara çağırıb

ABŞ rəsmisi KXDR-in danışıqlar prosesinə qoşu-lacağı təqdirdə məsələnin

müsbət tərəflərini dilə gətirib: “Prezident Donald Tramp əgər nüvəsizləşmə haqqında

strateji qərarı qəbul etsə, Ko-reya Xalq Demokratik Res-publikası üçün işıqlı gələcək perspektivini göstərər. Ona görə biz Koreya Xalq Demok-ratik Respublikasını danı-şıqlar masasına qayıtmağa çağırırıq”, - deyə Robert Vud bildirib.

Xatırladaq ki, bir müddət öncə Stokholmda Kim Myon

Qilin başçılıq etdiyi Koreya Xalq Demokratik Respubli-kası üzrə xüsusi nümayəndə heyəti fevralda Hanoyda ke-çirilmiş konfransdan sonra ilk dəfə ABŞ-ın Stiven Biqanın başçılıq etdiyi nümayəndə heyəti rəsmi danışıqlar keçirib.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

Mövlud Çavuşoğlu: Moskva və Vaşinqton “Sülh çeşməsi” əməliyyatının legitimliyini qəbul edirlər

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Anadolu” agentliyində keçirilən “dəyirmi masa”da bildirib ki, Suriyanın şimal-şərqi üzrə ABŞ və Rusiya ilə əldə olunan razılaşmalar Ankaranın mühüm diplomatik qələbəsidir. Onun sözlərinə görə, Moskva və Vaşinqton “Sülh çeşməsi” əməliyyatının legitimliyini qəbul edirlər.

Ekstradisiya haqqında qanun layihəsi geri qaytarılıb

Qeyd edək ki, Honkonq icra hakimiyyətinin rəhbəri Kerri Lam qanun layihəsini oktyabrın 16-da parlamentin işi bərpa olunduqdan sonra geri götürəcəyini vəd etmişdi. Lakin müxalifətin bais olduğu xaos səbəbindən iclas təxirə salın-mışdı. Etirazçılar, həmçinin aksiyalar zamanı həbs olunan bütün iştirakçıların azad edilməsi və Honkonqun seçki siste-minin demokratikləşməsi də daxil olmaqla daha dörd tələb irəli sürüblər.

Xatırladaq ki, iyun ayında cinayətkarların Çinin materik hissəsinə ekstradisiya olunması barədə qanun layihəsinin qəbuluna göstərilən cəhdlərdən sonra Honkonqda kütləvi etiraz aksiyaları başlayıb. Bir çox hallarda iğtişaşa çevrilən nümayişlər küçələrin bağlanması, yanğın törədilməsi halları və metro stansiyalarında vandalizm aktları ilə müşayiət olunub.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

TASS-ın yaydığı xəbərə görə, Honkonqda keçirilən etiraz aksiyalarının iştirakçılarının beş əsas tələbindən biri yerinə yetirilib. Bildirilir ki, Hon-konqun təhlükəsizlik məsələləri üzrə katibi Con Li qanunverici məclisin keçirdiyi iclasda ekstradisiya barədə qanun layihəsinin Qanunverici orqandan geri qaytarılması üzrə rəsmi prosedurun həyata keçirildiyini bildirib.

� Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşündən sonra Rusiya hərbi polisləri Suriya–Türkiyə sərhədində yerləşiblər.Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ru-

siya hərbçiləri iki ölkə arasındakı sərhəddə əhalinin təhlükəsizliyini qoruyacaq, PKK yaraqlılarını Türkiyə–Suriya sərhədindən 30 kilometr aralaşdıracaq, asayişi tam bərpa edəcək.

Bu barədə Rusiya ilə Türkiyə arasında memorandum imzalanıb.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Kiyevdə güclü partlayışUkraynanın paytaxtı

Kiyevin mərkəzində, Puşkin küçəsində güclü partlayış olub. Partlayış nəticəsində iki nəfər həlak olub, bir nəfər xəsarət alıb.

“TSN” portalının məlumatına görə, partlayış

yerli vaxtla gecə saat 23:00-da olub.Hadisə yerində polislər, xilasedicilər və həkimlər işləyirlər.

Hadisənin səbəbləri araşdırılır.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

� ABŞ-ın tərk-silah üzrə daimi nümayəndəsi Robert Vud BMT Təhlükəsizlik Şurasındakı çıxışı zamanı Koreya Xalq Demokratik Respublikasını (KXDR) danışıqlar masasına qayıtmağa çağırıb. Bu barəd RİA “Novosti” məlumat yayıb.

Dövlət başçısı yazıb: “Göründüyü kimi, Türkiyə, Suriya və Yaxın Şərq üzrə yaxşı xəbərlər gəlir. Gələcəkdə yeni xəbərlər olacaq”. Lakin Prezident məhz hansı hadisələri nəzərdə tutdu-ğunu açıqlamayıb.

Bu arada ABŞ-ın 39-cu Prezidenti Cimmi Karterin çanaq sümüyünün sınığı ilə xəstəxanaya yerləşdirildiyi barədə xəbərlər yayılıb. 95 yaşlı C.Karter Corciya ştatındakı evində yıxılıb. Onun nümayəndəsi sınığın ölçüsünün kiçik olduğunu bildirib. Qeyd olunur ki, C.Karterin əhval-ruhiyyəsi yaxşıdır və tezliklə evinə qayıdacaq.

ABŞ KİV-i sabiq Prezidentin son aylarda üçüncü dəfə yıxıldı-ğını vurğulayıb.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

Donald Tramp: Türkiyə, Suriya və Yaxın Şərq barədə yaxşı xəbərlər gəlir

ABŞ Prezidenti Donald Tramp Suriya və Türkiyə ilə bağlı vəziyyətin inkişafını yaxşı xəbər adlandırıb. Ağ evin rəhbəri bununla bağlı fikirlərini özünün “Twitter” səhifəsində yazıb. Məlumatı “Associated Press” agentliyi yayıb.

Cari ildə 1874 uşağa reabilitasiya xidmətləri göstərilib

� Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulan reabilitasiya müəssisələrində cari ilin 9 ayı ərzində bu kateqoriyadan olan 1874 uşağa reabilitasiya xidmətləri göstərilib. Belə ki, həmin dövr ərzində nazirliyin Uşaq Bərpa

Mərkəzində 1543 uşaq stasionar və ambulator şəraitdə bərpa müalicəsi prosedurlarına cəlb olunub. Müəssisədə sağlamlıq imkanları məhdud uşaqlar tədris metodikaları əsasında tədris-peşə yönümlü, sosial yanaşma əsaslı reabi-litasiya tədbirləri ilə də əhatə ediliblər. Xüsusi Qayğıya Ehti-yacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində isə 331 sağlamlıq imkanları məhdud uşaq ambulator şəraitdə reabilitasiya kursları keçiblər.

Hər iki müəssisədə uşaqlara müxtəlif fizioterapevtik pro-sedurlarla yanaşı, peşəkar psixoloq, loqoped, art-terapevt və s. xidmətləri də göstərilib.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Rusiya hərbi polisləri Suriya–Türkiyə sərhədində