azərbaycan prezidenti İlham Əliyev Əfqanıstan prezident İlham …xalqqazeti.com/pdf/27...

12
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 239 (29211) 27 oktyabr 2019-cu il, bazar Prezident İlham Əliyev Malayziyanın Baş Naziri Mahathir Bin Mohamadı qəbul edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Malayziyanın Baş Naziri Mahathir Bin Mohamadı qəbul edib. Dövlətimizin başçısı Malayziyanın Baş Nazirini qarşıladı. Azərbaycan Prezidenti və Malayziyanın Baş Naziri birgə foto çəkdirdilər. Sonra Prezi- dent İlham Əliyevin və Baş Nazir Mahathir Bin Mohamadın görüşü oldu. Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi: – Cənab Baş Nazir, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi bir daha görməyimə çox şadam. Çox minnətdaram ki, sammitdə işti- rak edirsiniz. Bu, Malayziyanın mühüm beynəlxalq tədbirə böyük əhəmiyyət verdiyini nümayiş etdirir və ölkəniz mümkün olan ən yüksək səviyyədə təmsil olunub. Dünəndən biz Qoşulmama Hərəkatına sədrliyi qəbul etmi- şik. Sammitdə çıxışım zamanı dediyim kimi, Azərbaycan ölkənin prioritetləri, siyasəti, o cümlədən xarici siyasət prioritetlərinə tam uyğun olan Bandunq prinsiplərinə sadiq olacaq. Suverenlik, ərazi bü- tövlüyü, müstəqillik, bir-birinin işlərinə qarışmamaq bizim xarici siyasət gündəliyimizin əsas xəttidir. Düşünürəm ki, bu amil sayəsində, həmçinin Azərbaycanın milli maraqlara əsaslanan müstəqil xarici siyasət yürütməsi sayəsində biz Qoşulmama Hərəkatında yekdil dəstək əldə etmi- şik. Biz yekdil qərarla sədr seçilməyimizi böyük şərəf hesab edirik. Bu, onu nümayiş etdirir ki, ölkəmizin yürütdüyü siyasət beynəlxalq ictimaiyyət üzvlərinin mütləq əksəriyyəti tərəfindən dəstəklənir. Bu, onu göstərir ki, təşkilatda olduğumuz qısa zamanda öz mövqeyimizi nümayiş etdirə bilmişik. Sədr olaraq biz bütün üzv dövlətlərin legitim hüquqlarını müdafiə edəcəyik. Biz bəzi üzv dövlətlər arasında gərginliyin azaldılmasında ölkələrə uyğun gələn şəkildə rol oynamağa çalışacağıq. Qoşulmama Hərəkatında birliyi, qarşı- lıqlı dəstəyi, siyasi dəstəyi gücləndirməyə ehtiyac var. Biz mütləq iqtisadi əməkdaşlıq məsələsi ilə məşğul olacağıq. Çünki biz bir-birimizə kömək etməliyik, ticarət mübadiləsini genişləndirməliyik, hazırda başqa yerlərdən aldığımız məhsulları üzv dövlətlərdən almalıyıq. Bildiyiniz kimi, biz Gənclər Sammiti təşəbbüsü ilə çıxış etmişik. Bir çox üzv ölkələrdə əhalinin, o cümlədən gənclərin sayı artır, onların məşğulluğu, cəmiyyətə inteqrasiyası, ənənəvi dəyərlərə sadiqliyi ən mühüm məsələlərdir. Biz Azərbaycanda gənclərimizin Vətənə sadiq, vətənpərvər olmasına, milli ruhda yetişdirilməsinə, hər cür xarici təsirdən azad olmasına və gələcək nəslin milli maraqları bizim kimi qorumasını təmin etməyə çox böyük əhəmiyyət veririk. Bizim sədr olaraq qarşıdakı üç il üçün həqiqətən də geniş gündəliyimiz var. Biz sizin şəxsi dəstəyinizə və məsləhətinizə güvənirik. Biz sizi dünya miqyasında ən görkəmli siyasətçilərdən biri kimi tanıyırıq. Sizi “Malayziya möcüzəsi”nin müəllifi kimi tanıyırıq. Mən bilirəm ki, bir çox ölkələr sizin dəyişikliklərlə bağlı təcrübənizi öyrənib və siz hər zaman ədaləti müdafiə etmisiniz. Sizin dünənki çıxışınızda yenə də mövqe var idi, baxış var idi, qlobal gündəlikdə olan mühüm məsələlərə açıq yanaşma var idi. Əlbəttə ki, biz ölkələrimiz arasındakı çox sıx dostluq əlaqələrini, siyasi əlaqələri gücləndirmək istəyirik. Bizim artıq ener- ji sektorunda çox yaxşı əməkdaşlığımız var. “Pet- ronas” şirkəti Azərbaycana sərmayə yatırır və biz əməkdaşlığı genişləndirmək, hər iki ölkədən turistlərin sayını artırmaq, daha çox mədəni tədbirlər keçirmək istəyirik. Bir sözlə, biz ölkələri yaxınlaşdırmaq üçün səy göstərmək istəyirik. Bir daha Azərbaycana xoş gəlmisiniz. Malayziyanın Baş Naziri Mahathir Bin MOHAMAD dedi: – Mənə və nümayəndə heyətimə göstərdiyiniz qonaqpərvərliyə görə təşəkkür edirəm. İlk səfərimdən sonra həmişə bir daha buraya gəlmək istəmişəm, lakin Baş Nazir olaraq vəzifəmi tərk et- dim. O vaxtdan bəri başqa ölkələrə səfərlərimi əsasən azaltdım, lakin hakimiyyətə bir daha qayıtdıqdan sonra adət etdiyimdən daha çox səfərlər etməliyəm. Qoşul- mama Hərəkatının Sammi- tinin burada baş tutacağını öyrənəndə səbirsizliklə yenidən Azərbaycana gəlməyi gözləyirdim. Əlaqələrimiz yaxşıdır. Əlbəttə ki, əlaqələrimiz çox yaxın deyil, çünki Malayziyada Azərbaycan haqqında çox şeyi bilmirik. Bakı haqqın- da bilirik, lakin Azərbaycan haqqında o qədər də məlumatlı deyilik. Düşünürəm ki, Azərbaycan haqqında tarixən maraqlı şeylər var və bu, bir çox ölkələri buraya cəlb edəcək. Xüsusilə Həcc ziyarətini etdikdə biz geri qa- yıtdıqda buraya gələ bilərik. Biz, əlbəttə ki, bütün məsələlərdə neytralıq. Hamı ilə dost olmaq istəyirik. Heç bir dövlətin daxili sistemi və ya ideologiyası bizi maraq- landırmır. Çünki Malayziya ticarət ölkəsidir. Onun inkişafı ticarətdən asılıdır və beləliklə, biz həmişə bazarlarla dost olmalıyıq. Hər ölkəni də məhsullarımız üçün bir bazar olaraq görürük. Bu gün biz demək olar ki, 190 ölkə ilə ticarət aparırıq, praktik olaraq hər bir ölkə ilə bizim biznesin aparılması ilə bağlı müəyyən münasibətlərimiz var. Hətta Azərbaycanda da qalmaq üçün bir sıra əlaqələrimiz var. Bəziləri, əlbəttə ki, neft sahəsindədir. Ümid edirik ki, Sizin rəhbərliyinizlə Qoşul- mama Hərəkatı başladığı ideologiyanı canlandıracaq. Çünki o zaman bu, böyük hərəkat idi. “Soyuq müharibə” dövründə iki rəqib arasında bir üçüncü güc olmalı idi və bu güc də əsasən İndone- ziyanın Prezidenti Sukarno tərəfindən yaradıldı. Qoşul- mama Hərəkatı BMT-dən sonra ən böyük beynəlxalq təşkilata çevrildi. Biz bu hərəkatın fəaliyyətini davam etdirməsini təmin etməliyik, çünki birlikdə biz bir çox şeyləri edə bilərik. İnanırıq ki, ticarət və kommersiya ilə biz ölkələrimizi inkişaf etdirə biləcəyik. AZƏRTAC Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Əfqanıstan İslam Respublikasının Preziden- ti Məhəmməd Əşrəf Qani ilə görüşüb. Dövlətimizin başçısı Əfqanıstan Prezidentini qarşıladı. Prezidentlər birgə foto çəkdirdilər. Sonra Prezident İlham Əliyevin və Prezident Məhəmməd Əşrəf Qaninin görüşü oldu. Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi: – Cənab Prezident, bir daha xoş gəlmisiniz. Dünən biz sammit iştirakçı- larının çox mühüm görüşünü keçirdik. Bu günlərdə bizimlə birlikdə olduğunuz üçün təşəkkür edirik. Əfqanıstanın Sammitdə mümkün olan ən yüksək səviyyədə iştirakı Sizin bu quru- ma verdiyiniz əhəmiyyəti əks etdirir və biz bunu həm də Azərbaycana münasibətdə dostluq və tərəfdaşlığın göstəricisi hesab edirik. Biz dost, qardaş ölkələrik. Biz Sizinlə dəfələrlə beynəlxalq tədbirlər zamanı Bakı- da görüşmüşük. Sonuncu dəfə bu ilin martında çox yaxşı görüşümüz oldu və sənəd imzalandı. Ölkələrimiz arasındakı əlaqələrin inkişafın- dan məmnunam. Ən mühümü isə odur ki, biz razılaşdırdığımız bütün məsələləri həyata keçirməyə çalışırıq. Düşünürəm ki, ikitərəfli əlaqələrdə, siyasi təmasların gücləndirilməsində çox böyük irəliləyişə nail olmuşuq. Azərbaycanın ölkənizdə sülhməramlı inkişafı dəstəkləmək səyləri Sizə məlumdur. Bildiyiniz kimi, biz Əfqanıstandakı hərbçilərimizin sa- yını artırmışıq. Sizin ölkənizdə təhlükəsizlik, sabitlik və tərəqqi bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki dost və qardaş olaraq biz sizin bütün islahatlarınızın, planlarınızın həyata keçirilməsini görmək istəyirik. Mən bir dəfə Sizə söyləmişdim ki, Siz bu mühüm vəzifəyə gələndən bizim əlaqələrimiz çox səmərəli tərəfdaşlığa çevrilib. Bizim mütəmadi görüşlərimiz və müzakirələrimiz, qəbul edilmiş qərarlar, bu qərarların icrası qarşılıqlı siyasi iradəni nümayiş etdirir. Əvvəlki görüşlərimizdən birində müzakirə etdiyimiz kimi, biz dəmir yollarımızı və nəqliyyat qurğularını birləşdirmək istəyirdik və bunu etdik. Biz artıq Lapis-Lazuli layihəsindən Azərbaycan vasitəsilə yükləri qəbul etmişik. Beləliklə, biz bu məsələlər üzərində işləməyə davam edəcəyik. O vaxtdan biz Mərkəzi Asiyadakı dostlarımız və qonşularımızla da çox fəal şəkildə əməkdaşlıq edirik. Belə ki, Mərkəzi Asi- yadan Azərbaycan vasitəsilə daşınan yükün həcmi artır. Hazırda Əfqanıstan, Azərbaycan və Avropa arasında fiziki bağlantı var. Hazırda bizim yeni bağ- lantımız var, düşünürəm ki, bu, tarixi nailiyyətdir. Bu gün biz qarşılıqlı maraq kəsb edən bəzi başqa məsələləri də müzakirə edəcəyik. Bir daha xoş gəlmisiniz və bizimlə birlikdə olduğu- nuz üçün təşəkkür edirik. Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf QANİ dedi: – Sizinlə görüşməkdən məmnunluq hissi keçirirəm, Sizi təbrik edirəm. Qoşulmama Hərəkatına sədrliyin Azərbaycan tərəfindən qəbul olunması hesab edirəm ki, Sizi və qardaş Azərbaycan xalqı- nı Dağlıq Qarabağ münaqişəsinin həllinə bir addım daha yaxınlaşdırır. Əfqanıstanın Azərbaycanla bağlı prinsipial mövqeyini nəzərə alaraq bizdən nəsə tələb olunarsa tərəddüd etmədən bunu bizə bildirin. Biz İnsan Hüquqları üzrə Komissiyanın tərkibinə daxilik və əlaqələndirmə ilə bağlı hər hansı bir xüsusi zərurət yaranarsa, mən bizim səfirimizə sizin səfirinizlə çox yaxından koordinasi- ya etmək tapşırığını verə bilərəm. Hesab edirəm ki, bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etmək strate- giyanızla hər gün daha çox insanları bunun faydalı olduğuna inandırırsı- nız. İkitərəfli əlaqələrimizə gəldikdə, onların səviyyəsi bizi çox sevindirir. Bu, - mən bunu həmişə deyirəm, - Sizin Çikaqodakı çıxışınızdan başla- dı. O vaxt bu, arzu idi, lakin indi bu, həyata keçirilib. Lapis-Lazuli dəhlizi bizim üçün çox böyük əhəmiyyətə malikdir. Biz Bakıdan liman kimi necə istifadə olunması məsələsini daha çox müzakirə etmək istəyirik. İslahat- ların aparılması, ya da indi etibarlı dəmir yolu dəhlizimizin olması bizim üçün çox vacib hadisədir. Eyni ilə biz dəhlizi genişləndirmək istəyirik. Biz bu dəhlizin genişləndirilməsi üçün ciddi bir proqram hazırlamışıq və Bakının bir daha mərkəzi qovşaq kimi burada bizə xidmət etməsi bizim üçün bö- yük maraq kəsb edir. Bakıda əfqan məhsullarının ilk sərgisi keçirilib və biz Ticarət Nazirliyi ilə daha yaxından əməkdaşlıq etmək istəyirik ki, bazar təhlili aparılsın və bizim komanda bazar təhlili üzərində çalışa bilsin. Bu potensial sahələrdən biri tikinti mate- riallarıdır. AZƏRTAC

Upload: others

Post on 07-Jul-2020

2 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezident İlham …xalqqazeti.com/pdf/27 oktyrabr.pdf · 2019-10-28 · TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 239 (29211) 27 oktyabr 2019-cu il, bazar

Prezident İlham Əliyev Malayziyanın Baş Naziri Mahathir Bin Mohamadı qəbul edib

� Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Malayziyanın Baş Naziri Mahathir Bin Mohamadı qəbul edib. Dövlətimizin başçısı Malayziyanın Baş Nazirini qarşıladı. Azərbaycan Prezidenti və Malayziyanın Baş Naziri birgə foto çəkdirdilər. Sonra Prezi-dent İlham Əliyevin və Baş Nazir Mahathir Bin Mohamadın görüşü oldu.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

– Cənab Baş Nazir, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi bir daha görməyimə çox şadam. Çox minnətdaram ki, sammitdə işti-rak edirsiniz. Bu, Malayziyanın mühüm beynəlxalq tədbirə böyük əhəmiyyət verdiyini nümayiş etdirir və ölkəniz mümkün olan ən yüksək səviyyədə təmsil olunub. Dünəndən biz Qoşulmama Hərəkatına sədrliyi qəbul etmi-şik. Sammitdə çıxışım zamanı dediyim kimi, Azərbaycan ölkənin prioritetləri, siyasəti, o cümlədən xarici siyasət prioritetlərinə tam uyğun olan Bandunq prinsiplərinə sadiq olacaq. Suverenlik, ərazi bü-tövlüyü, müstəqillik, bir-birinin işlərinə qarışmamaq bizim xarici siyasət gündəliyimizin əsas xəttidir. Düşünürəm ki, bu amil sayəsində, həmçinin Azərbaycanın milli maraqlara əsaslanan müstəqil xarici siyasət yürütməsi sayəsində biz Qoşulmama Hərəkatında yekdil dəstək əldə etmi-şik. Biz yekdil qərarla sədr seçilməyimizi böyük şərəf

hesab edirik. Bu, onu nümayiş etdirir ki, ölkəmizin yürütdüyü siyasət beynəlxalq ictimaiyyət üzvlərinin mütləq əksəriyyəti tərəfindən dəstəklənir. Bu, onu göstərir ki, təşkilatda olduğumuz qısa zamanda öz mövqeyimizi nümayiş etdirə bilmişik. Sədr olaraq biz bütün üzv dövlətlərin legitim hüquqlarını müdafiə edəcəyik. Biz bəzi üzv dövlətlər arasında gərginliyin azaldılmasında ölkələrə uyğun gələn şəkildə rol oynamağa çalışacağıq. Qoşulmama Hərəkatında birliyi, qarşı-lıqlı dəstəyi, siyasi dəstəyi gücləndirməyə ehtiyac var. Biz mütləq iqtisadi əməkdaşlıq məsələsi ilə məşğul olacağıq. Çünki biz bir-birimizə kömək etməliyik, ticarət mübadiləsini genişləndirməliyik, hazırda başqa yerlərdən aldığımız məhsulları üzv dövlətlərdən almalıyıq. Bildiyiniz kimi, biz Gənclər Sammiti təşəbbüsü ilə çıxış etmişik. Bir çox üzv ölkələrdə əhalinin, o cümlədən gənclərin sayı artır, onların məşğulluğu, cəmiyyətə inteqrasiyası, ənənəvi dəyərlərə sadiqliyi

ən mühüm məsələlərdir. Biz Azərbaycanda gənclərimizin Vətənə sadiq, vətənpərvər olmasına, milli ruhda yetişdirilməsinə, hər cür xarici təsirdən azad olmasına və gələcək nəslin milli maraqları bizim kimi qorumasını təmin etməyə çox böyük əhəmiyyət veririk. Bizim sədr olaraq

qarşıdakı üç il üçün həqiqətən də geniş gündəliyimiz var. Biz sizin şəxsi dəstəyinizə və məsləhətinizə güvənirik. Biz sizi dünya miqyasında ən görkəmli siyasətçilərdən biri kimi tanıyırıq. Sizi “Malayziya möcüzəsi”nin müəllifi kimi tanıyırıq. Mən bilirəm ki, bir çox ölkələr sizin dəyişikliklərlə bağlı təcrübənizi öyrənib və siz hər zaman ədaləti müdafiə etmisiniz. Sizin dünənki çıxışınızda yenə də mövqe var idi, baxış var idi, qlobal gündəlikdə olan mühüm məsələlərə açıq yanaşma var idi. Əlbəttə ki, biz ölkələrimiz arasındakı çox sıx dostluq əlaqələrini, siyasi əlaqələri gücləndirmək istəyirik. Bizim artıq ener-ji sektorunda çox yaxşı əməkdaşlığımız var. “Pet-ronas” şirkəti Azərbaycana sərmayə yatırır və biz əməkdaşlığı genişləndirmək, hər iki ölkədən turistlərin sayını artırmaq, daha çox mədəni tədbirlər keçirmək istəyirik. Bir sözlə, biz ölkələri yaxınlaşdırmaq üçün səy göstərmək istəyirik. Bir daha Azərbaycana xoş gəlmisiniz.

Malayziyanın Baş Naziri Mahathir Bin MOHAMAD dedi:

– Mənə və nümayəndə heyətimə göstərdiyiniz qonaqpərvərliyə görə təşəkkür edirəm. İlk səfərimdən sonra həmişə bir daha buraya gəlmək istəmişəm, lakin Baş Nazir olaraq vəzifəmi tərk et-dim. O vaxtdan bəri başqa ölkələrə səfərlərimi əsasən azaltdım, lakin hakimiyyətə bir daha qayıtdıqdan sonra adət etdiyimdən daha çox səfərlər etməliyəm. Qoşul-mama Hərəkatının Sammi-tinin burada baş tutacağını öyrənəndə səbirsizliklə yenidən Azərbaycana gəlməyi gözləyirdim. Əlaqələrimiz yaxşıdır. Əlbəttə ki, əlaqələrimiz çox yaxın deyil, çünki Malayziyada Azərbaycan haqqında çox şeyi bilmirik. Bakı haqqın-da bilirik, lakin Azərbaycan haqqında o qədər də məlumatlı deyilik. Düşünürəm ki, Azərbaycan haqqında tarixən maraqlı şeylər var və bu, bir çox ölkələri buraya cəlb edəcək. Xüsusilə Həcc ziyarətini etdikdə biz geri qa-yıtdıqda buraya gələ bilərik.

Biz, əlbəttə ki, bütün məsələlərdə neytralıq. Hamı ilə dost olmaq istəyirik. Heç bir dövlətin daxili sistemi və ya ideologiyası bizi maraq-landırmır. Çünki Malayziya ticarət ölkəsidir. Onun inkişafı ticarətdən asılıdır və beləliklə, biz həmişə bazarlarla dost olmalıyıq. Hər ölkəni də

məhsullarımız üçün bir bazar olaraq görürük. Bu gün biz demək olar ki, 190 ölkə ilə ticarət aparırıq, praktik olaraq hər bir ölkə ilə bizim biznesin aparılması ilə bağlı müəyyən münasibətlərimiz var. Hətta Azərbaycanda da qalmaq üçün bir sıra əlaqələrimiz var. Bəziləri, əlbəttə ki, neft sahəsindədir. Ümid edirik ki, Sizin rəhbərliyinizlə Qoşul-mama Hərəkatı başladığı ideologiyanı canlandıracaq. Çünki o zaman bu, böyük hərəkat idi. “Soyuq müharibə” dövründə iki rəqib arasında bir üçüncü güc olmalı idi və bu güc də əsasən İndone-ziyanın Prezidenti Sukarno tərəfindən yaradıldı. Qoşul-mama Hərəkatı BMT-dən sonra ən böyük beynəlxalq təşkilata çevrildi. Biz bu hərəkatın fəaliyyətini davam etdirməsini təmin etməliyik, çünki birlikdə biz bir çox şeyləri edə bilərik. İnanırıq ki, ticarət və kommersiya ilə biz ölkələrimizi inkişaf etdirə biləcəyik.

AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb

� Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Əfqanıstan İslam Respublikasının Preziden-ti Məhəmməd Əşrəf Qani ilə görüşüb. Dövlətimizin başçısı Əfqanıstan Prezidentini qarşıladı. Prezidentlər birgə foto çəkdirdilər. Sonra Prezident İlham Əliyevin və Prezident Məhəmməd Əşrəf Qaninin görüşü oldu.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

– Cənab Prezident, bir daha xoş gəlmisiniz. Dünən biz sammit iştirakçı-larının çox mühüm görüşünü keçirdik. Bu günlərdə bizimlə birlikdə olduğunuz üçün təşəkkür edirik. Əfqanıstanın Sammitdə mümkün olan ən yüksək səviyyədə iştirakı Sizin bu quru-ma verdiyiniz əhəmiyyəti əks etdirir və biz bunu həm də Azərbaycana münasibətdə dostluq və tərəfdaşlığın göstəricisi hesab edirik. Biz dost, qardaş ölkələrik. Biz Sizinlə dəfələrlə beynəlxalq tədbirlər zamanı Bakı-da görüşmüşük. Sonuncu dəfə bu ilin martında çox yaxşı görüşümüz oldu və sənəd imzalandı. Ölkələrimiz arasındakı əlaqələrin inkişafın-dan məmnunam. Ən mühümü isə odur ki, biz razılaşdırdığımız bütün məsələləri həyata keçirməyə çalışırıq. Düşünürəm ki, ikitərəfli əlaqələrdə, siyasi təmasların gücləndirilməsində çox böyük irəliləyişə nail olmuşuq. Azərbaycanın ölkənizdə sülhməramlı inkişafı dəstəkləmək səyləri Sizə məlumdur. Bildiyiniz kimi, biz Əfqanıstandakı hərbçilərimizin sa-yını artırmışıq. Sizin ölkənizdə təhlükəsizlik, sabitlik və tərəqqi bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki dost və qardaş olaraq biz sizin bütün islahatlarınızın, planlarınızın həyata keçirilməsini görmək istəyirik. Mən bir dəfə Sizə söyləmişdim ki, Siz

bu mühüm vəzifəyə gələndən bizim əlaqələrimiz çox səmərəli tərəfdaşlığa çevrilib. Bizim mütəmadi görüşlərimiz və müzakirələrimiz, qəbul edilmiş qərarlar, bu qərarların icrası qarşılıqlı siyasi iradəni nümayiş etdirir. Əvvəlki görüşlərimizdən birində müzakirə etdiyimiz kimi, biz dəmir yollarımızı və nəqliyyat qurğularını birləşdirmək istəyirdik və bunu etdik. Biz artıq Lapis-Lazuli layihəsindən Azərbaycan vasitəsilə yükləri qəbul etmişik. Beləliklə, biz bu məsələlər üzərində işləməyə davam edəcəyik. O vaxtdan biz Mərkəzi Asiyadakı dostlarımız və qonşularımızla da çox fəal şəkildə əməkdaşlıq edirik. Belə ki, Mərkəzi Asi-yadan Azərbaycan vasitəsilə daşınan yükün həcmi artır. Hazırda Əfqanıstan, Azərbaycan və Avropa arasında fiziki bağlantı var. Hazırda bizim yeni bağ-lantımız var, düşünürəm ki, bu, tarixi nailiyyətdir. Bu gün biz qarşılıqlı maraq kəsb edən bəzi başqa məsələləri də müzakirə edəcəyik. Bir daha xoş gəlmisiniz və bizimlə birlikdə olduğu-nuz üçün təşəkkür edirik.

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf QANİ dedi:

– Sizinlə görüşməkdən məmnunluq hissi keçirirəm, Sizi təbrik edirəm. Qoşulmama Hərəkatına sədrliyin Azərbaycan tərəfindən qəbul olunması hesab edirəm ki, Sizi və qardaş Azərbaycan xalqı-nı Dağlıq Qarabağ münaqişəsinin

həllinə bir addım daha yaxınlaşdırır. Əfqanıstanın Azərbaycanla bağlı prinsipial mövqeyini nəzərə alaraq bizdən nəsə tələb olunarsa tərəddüd etmədən bunu bizə bildirin. Biz İnsan Hüquqları üzrə Komissiyanın tərkibinə daxilik və əlaqələndirmə

ilə bağlı hər hansı bir xüsusi zərurət yaranarsa, mən bizim səfirimizə sizin səfirinizlə çox yaxından koordinasi-ya etmək tapşırığını verə bilərəm. Hesab edirəm ki, bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etmək strate-giyanızla hər gün daha çox insanları bunun faydalı olduğuna inandırırsı-nız. İkitərəfli əlaqələrimizə gəldikdə, onların səviyyəsi bizi çox sevindirir. Bu, - mən bunu həmişə deyirəm, - Sizin Çikaqodakı çıxışınızdan başla-dı. O vaxt bu, arzu idi, lakin indi bu, həyata keçirilib. Lapis-Lazuli dəhlizi bizim üçün çox böyük əhəmiyyətə malikdir. Biz Bakıdan liman kimi necə istifadə olunması məsələsini daha çox müzakirə etmək istəyirik. İslahat-ların aparılması, ya da indi etibarlı dəmir yolu dəhlizimizin olması bizim üçün çox vacib hadisədir. Eyni ilə biz dəhlizi genişləndirmək istəyirik. Biz bu dəhlizin genişləndirilməsi üçün ciddi bir proqram hazırlamışıq və Bakının bir daha mərkəzi qovşaq kimi burada bizə xidmət etməsi bizim üçün bö-yük maraq kəsb edir. Bakıda əfqan məhsullarının ilk sərgisi keçirilib və biz Ticarət Nazirliyi ilə daha yaxından əməkdaşlıq etmək istəyirik ki, bazar təhlili aparılsın və bizim komanda bazar təhlili üzərində çalışa bilsin. Bu potensial sahələrdən biri tikinti mate-riallarıdır.

AZƏRTAC

Page 2: Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezident İlham …xalqqazeti.com/pdf/27 oktyrabr.pdf · 2019-10-28 · TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

27 oktyabr 2019-cu il, bazar2Prezident İlham Əliyevin Əlcəzair Prezidenti

Abdelkader Bensalah ilə görüşü olub

� Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelkader Bensalah ilə görüşü olub. Dövlətimizin başçısı Əlcəzair Prezidentini qarşıladı. Prezidentlər birgə foto çəkdirdilər. Sonra Prezident İlham Əliyevin və Prezident Abdelkader Bensalahın görüşü oldu.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

– Mən çox şadam ki, ölkəniz Sammitdə mümkün ən yüksək səviyyədə təmsil olunur. Azərbaycanın Qoşul-mama Hərəkatının sədrliyinə namizədliyini dəstəklədiyinizə görə təşəkkür edirəm. Bildiyiniz kimi, biz bütün üzv dövlətlərin yekdil qərarı ilə sədr seçilmişik. Biz bunu siyasətimizə olan güclü dəstək və əməkdaşlığımızın yaxşı göstəricisi he-sab edirik. Qoşulmama Hərəkatının sədri olaraq biz ölkələr arasında həmrəyliyi gücləndirmək üçün əlimizdən gələni edəcək və lazım gələrsə, konkret problemlərin həllinə yardım üçün səy göstərəcəyik. Əlbəttə ki, bu, ikitərəfli əlaqələrimizlə bağlı məsələləri müzakirə etmək üçün yaxşı imkandır.

Sizin Azərbaycana səfəriniz tarixi əhəmiyyət kəsb edir. Çünki diploma-tik əlaqələrimiz ərzində ilk dəfədir ki, Əlcəzair Prezidenti Azərbaycana səfər edir. Sözsüz ki, bu səfər hər iki

ölkə üçün xüsusi məna kəsb edir. Biz ölkələrimiz arasında olan çox fəal siyasi dialo-qu nümayiş etdiririk. İslam Əməkdaşlıq Təşkilatında ölkəniz Ermənistanla münaqişədə bizi dəstəkləyir. Ona görə də biz BMT-də,

İslam Əməkdaşlıq Təşkilatında və əlbəttə ki, Qoşulmama Hərəkatında qarşılıqlı dəstəyi davam etdirəcəyik. Mən, həmçinin düşünürəm ki, hazırda iqtisa-di əməkdaşlıq məsələlərini, xüsusilə ticarət dövriyyəsinin artırılması yollarını müzakirə etmək üçün yaxşı vaxtdır. Bir

daha xoş gəlmisiniz.Əlcəzair Prezidenti

Abdelkader BENSALAH dedi:

– Zati-aliləri, təşəkkür edirəm. İcazə verin sammitdə iştirak etmək və onun uğuru-na töhfə vermək üçün dəvətə

görə minnətdarlığımı bildirim. Mən təşkilatımıza sədrliyiniz münasibətilə Sizi təbrik etmək istərdim. İcazənizlə bil-dirim ki, biz bu mühüm Sam-mit nəticəsində qəbul olu-nacaq qərar və tövsiyələrin mətninin tərcüməsi və dəqiqləşdirilməsi üçün Sizin qulluğunuzdayıq. Sam-mitin çox yaxşı və uğurlu təşkili münasibətilə Sizi təbrik etmək istərdim. Bizim münasibətlərə gəldikdə, mən ikitərəfli münasibətlərin inkişafına hazır olduğumu-zu ifadə etmək istəyirəm. İcazə verin bildirim ki, ölkələrimizin və xalqlarımızın istəklərinə nail olmaq üçün biz münasibətlərimizi inkişaf etdirməyə çox şadıq. İcazə verin bildirim ki, ölkənizi idarəetmə tərziniz və qəbul etdiyiniz inkişaf siyasətini qavrama üsulunuz təkcə Azərbaycanda yox, bütün in-kişaf etməkdə olan ölkələrdə qürur hissi oyadır. Nəinki təkcə Azərbaycanın aparıcı təcrübəsi ilə, eyni zaman-da, ölkənin və Azərbaycan xalqının nailiyyətləri, uğuru və inkişafını təmin etmək istiqamətində yürütdüyünüz siyasətlə tanış olmaq bizim üçün çox yaxşı imkan idi. Biz bu münasibətlərin inkişa-fından fəxarət hissi keçiririk və bu kontekstdə mən bu yaxınlarda Azərbaycana yeni

xanım səfirin təyin olunması xəbərini Sizə verməkdən şərəf hissi keçirirəm. Biz bu səfirə böyük etimad göstərəcəyik.

AZƏRTAC

Prezident İlham Əliyev Liviyanın Baş Naziri Faiz Saracı qəbul edib

� Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Liviyanın Baş Naziri Faiz Saracı qəbul edib.

Görüşdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:

– Hörmətli cənab Baş Nazir. Sizi Azərbaycanda bir daha salamlayıram.

Xoş gəlmisiniz. Sizin Qoşulma-ma Hərəkatının Zirvə Görüşündəki fəaliyyətiniz yüksək qiymətləndirilir. Təşəkkür edirəm ki, Siz bu gün

Azərbaycandasınız. Azərbaycan artıq Qoşulmama

Hərəkatında sədrliyə başlamışdır. Biz çox şadıq ki, sədr seçilməyimiz üzv ölkələrin yekdil qərarı əsasında olmuşdur. Bu, üzv dövlətlərin bizim siyasətimizə göstərdiyi böyük ina-mın, dəstəyin təzahürüdür. Qoşul-mama Hərəkatına sədrlik dövründə

Azərbaycan bu önəmli siyasi təsisatın baza prinsiplərini müdafiə edəcək. Ölkələrin müstəqilliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı Bandunq prinsiplərinin əsasını təşkil edir və bizim siyasətimizin də təməl prinsipləridir.

Əminəm ki, bu gün qəbul ediləcək Yekun Bəyannamədə bu prinsiplər öz əksini tapacaq və Azərbaycanın bu təsisatda rolu qeyd olunacaq.

Eyni zamanda, Sizin bu tədbirdə – Zirvə Görüşündə iş-tirakınız yaxşı imkan yaradır ki, ikitərəfli gündəliyi də nəzərdən keçirək və ikitərəfli əlaqələrə təkan verək. Bir daha xoş gəlmisiniz.

Liviyanın Baş Naziri Faiz SARAC dedi:

– Təşəkkür edirəm. Bu gözəl bir tədbir əsnasında Sizin də vaxtınız çox məhduddur. Hər şeydən öncə mən Sizi təbrik etmək istəyirəm. Bu gözəl təşkilatçılığa görə Sizi təbrik edirəm. Həmçinin öz təbrikimi yeniləmək istəyirəm ki, Azərbaycan Respublikası artıq Qoşulmama Hərəkatına sədrliyə başladı.

Arzu edirəm ki, sizin sədrliyiniz dövründə Azərbaycan daha da çiçəklənsin və öz rolunu oynasın. Həqiqətən mən Bakıda gördüyüm gözəlliyi çox alqışlayıram. Bakıda gördüyüm gözəlliyin, memarlığın vurğunu olmuşam.

AZƏRTAC

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Milorad Dodik ilə görüşüb

� Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Milorad Dodik ilə görüşüb. Dövlətimizin başçısı Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini qarşıladı. Prezident İlham Əliyev və Rəyasət Heyətinin Sədri Milorad Dodik birgə foto çəkdirdilər. Sonra Prezident İlham Əliyevin və Rəyasət Heyətinin Sədri Milorad Dodikin görüşü oldu.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

– Cənab Sədr, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Sammitdə iştirak etdiyiniz üçün çox şadam. Bu, həm də ikitərəfli gündəlikdə olan məsələləri müzakirə etmək üçün yaxşı imkandır. Mən çox şadam ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir. Bizim beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox fəal əməkdaşlığımız var. Beynəlxalq təşkilatlardakı qarşılıqlı dəstəyimiz çox vacibdir. İndi isə Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq, əlbəttə ki, üzv dövlətlərin qanuni maraqla-rını nəzərə alacaq. Qarşı-dakı üç il ərzində təşkilata yaxşı sədrlik etmək və üzv

ölkələr arasında həmrəyliyi gücləndirmək üçün əlimizdən gələni edəcəyik.

İkitərəfli müstəvidə bizim çox fəal əməkdaşlığımız

və bir çox yüksək səviyyəli siyasi təmaslarımız var. Mən dəfələrlə Sizin sələflərinizlə həm Bakı-da, həm də beynəlxalq tədbirlər çərçivəsində görüşmüşəm. Biz ikitərəfli əlaqələrin çərçivəsini müəyyənləşdirmişik. Söz-süz ki, Sizi Azərbaycanda qəbul etməyimə çox şadam. Əminəm ki, ölkələrimizi bir-birinə daha da ya-xınlaşdırmaq və ikitərəfli

əlaqələrimizi gücləndirmək üçün birgə səylərimizi davam etdirəcəyik. Bir daha xoş gəlmisiniz.

Bosniya və Herseqovi-nanın Rəyasət Heyətinin Sədri Milorad DODİK dedi:

– Təşəkkür edirəm, cənab Prezident. Bu, mənim ölkənizə səfər etməyim və Sizinlə söhbət apar-mağım üçün gözəl imkan-dır. Bu gözəl şəhərinizdə gördüklərimə və indiyə kimi qarşılaşdığım gözəl insanlara heyranlığımı ifadə etməliyəm. Ölkələrimiz arasındakı ikitərəfli əlaqələri yaxşılaş-dırmaq üçün göstərdiyiniz möhtəşəm səylərə görə Sizə təşəkkür edirəm. Bilirəm ki, Bosniya və Herseqovina ilə yaxşı əlaqələrin qurulması-na böyük marağınız var və Siz bu işə sadiqsiniz. Bizə əvvəllər təklif etdiyiniz yardı-ma, istər humanitar yardım, istərsə də biznes imkanına görə də Sizə təşəkkürümü bildirmək istəyirəm. Mən səmimi təşəkkürlərimi ifadə etmək və bu uğurlu əməkdaşlığımızı davam etdirmək istəyirəm. Sizin Bosniya və Herseqovina-dakı səfiriniz yaxşı fəaliyyət göstərir. O, çox sadiq və fəaldır. Bu, bizə yaxşı perspektivlər yaratmağa im-kan verir. Lakin mən bilirəm ki, onun hər bir addımının arxasında Sizin bu işə sa-diqliyiniz durur. İnanıram ki, Sizin Qoşulmama Hərəkatına sədrliyiniz münasibətlərimizi yeni müstəviyə çıxaracaq. Sammitin uğurlu təşkilinə görə Sizə təşəkkürümü bildirmək və Sizi təbrik etmək istərdim. Bu, əlbəttə ki, bizim daha ədalətli və sülh içində

olan dünyaya inamımızı artırır.

AZƏRTAC

Page 3: Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezident İlham …xalqqazeti.com/pdf/27 oktyrabr.pdf · 2019-10-28 · TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

27 oktyabr 2019-cu il, bazar 3Azərbaycan Prezidenti İlham Əliyevin

Pakistan Prezidenti Arif Alvi ilə görüşü olub

� Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 26-da Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşü olub.Prezident İlham Əliyev Prezident Arif Alvini qarşıladı. Dövlət başçıları birgə foto çəkdirdilər. Sonra Prezident İlham Əliyevin və Prezident Arif Alvinin görüşü oldu.

Prezident Arif ALVİ dedi: – Maşallah, üç il ərzində

Qoşulmama Hərəkatına sədrlik edəcəksiniz.

Prezident İlham ƏLİYEV dedi:

– Bəli, dünən Sizin dəstəyinizlə biz fəaliyyətə

başladıq. Bizim Qoşul-mama Hərəkatına sədr kimi namizədliyimizi dəstəklədiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Qarşı-dakı üç il ərzində biz üzv ölkələr arasında həmrəyliyi gücləndirmək, onlar üçün həssas olan məsələlərin həlli məqsədilə əlimizdən gələni etməyə çalışacağıq. Biz, əlbəttə ki, beynəlxalq hüquq, ədalət və Bandunq prinsiplərini dəstəkləyəcəyik. Bunlar bizim prinsiplərlə, yəni, ərazi bütövlüyü, müstəqillik, suverenlik, bir-birinin işlərinə qarışmama ilə üst-üstə düşür. Bunlar Azərbaycanın beynəlxalq arenada müdafiə etdiyi bütün əsas prinsiplərdir. Hesab edirəm ki, siyasətimizin önəmli elementlərindən biri də beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icra edilməməsi məsələsinin həllinə çalışmaq olacaq.

Prezident Arif ALVİ: Birləşmiş Millətlər Təşkilatı kimi...

Prezident İlham ƏLİYEV: Bəli, Birləşmiş Millətlər Təşkilatı kimi. Bizim timsalı-mızda söhbət erməni qoşun-larının qeyd-şərtsiz olaraq və dərhal ərazilərimizdən çıxarılmasını tələb edən dörd qətnamədən gedir. Lakin

onlar icra olunmur. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günə icra olunur.

Prezident Arif ALVİ: Qoşulmama Hərəkatı burada böyük rol oynaya bilər.

Prezident İlham ƏLİYEV: Biz əlbəttə ki, bunu edəcəyik. Biz ikili standartlara qar-şı mübarizə aparacağıq. Fürsətdən istifadə edərək, cənab Prezident, mən hökumətinizə, qardaş Pakis-tan xalqına Dağlıq Qarabağ məsələsində Azərbaycana davamlı dəstək göstərdiyinə görə minnətdarlığımı bildirmək istəyirəm. Pakistanın Azərbaycan ərazilərini işğal etdiyinə görə

Ermənistanla diplomatik münasibətlər qurmaması faktı bizim xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.

Prezident Arif ALVİ: Təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV: Bizim xalqımız bunu bilir. Xalqımız bilir ki, siz əsl qardaşlarsınız və qar-daşlığın bu misilsiz jesti tərəfimizdən həqiqətən yüksək qiymətləndirilir. Biz hazırda bir çox sahələri əhatə edən yaxın qardaşlıq münasibətlərini qurmuşuq. Mən Sizin gözəl ölkənizə bir neçə dəfə səfər etmişəm.

Prezident Arif ALVİ: Bəli.Prezident İlham ƏLİYEV:

Çox şadam ki, Siz bizə səfər

edirsiniz, lakin biz Sizin rəsmi səfərinizi gözləyəcəyik.

Prezident Arif ALVİ: Bəli, elədir. Yaxşı fürsət tapan kimi gələcəyəm. Zati-aliləri, biz ticarətin artırılmasına, bir sıra sahələrdə əməkdaşlığın inkişafına diqqət yetirməliyik. Hesab edirəm ki, biz təhsil və səhiyyə sahələrində əməkdaşlıq edə bilərik. Mən geri qayıdandan sonra Pakistanın yaxşı təhsil verən və yaxşı xəstəxana, müalicə xidmətləri təklif edən qurumla-rını Bakıda standartlara cavab verən xəstəxana və məktəblər tikmək imkanlarını nəzərdən keçirməyə ruhlandıracağam. Eyni zamanda, Azərbaycan neft sektorunda möhtəşəm,

uzunmüddətli təcrübəyə malikdir. Mən Qvadarda neft emalı müəssisəsinin yara-dılmasının mümkünlüyünü nəzərdən keçirməyi təklif etmək istərdim. Qvadar dəniz limanıdır.

Prezident İlham ƏLİYEV: Bəli, bilirəm.

Prezident Arif ALVİ: Şimal-Cənub dəhlizi faktiki olaraq Çabahardan keçir. Qvadarla da bağlantı ya-ratmaq olar ki, Azərbaycan cənubdakı okean vasitəsilə bütün təchizat məhsullarını ixrac edə bilsin. Bir çox sahələrdə əməkdaşlığı artır-maq mümkündür.

AZƏRTAC

Prezident İlham Əliyev Banqladeşin Baş Naziri xanım Şeyx Hasinanı qəbul edib

� Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Banqladeş Xalq Respublikasının Baş Naziri xanım Şeyx Hasinanı qəbul edib.

Banqladeş Xalq Respublikasının Baş Naziri xanım Şeyx Hasina Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə, həmçinin nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Prezident İlham

Əliyevə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı üzv dövlətlərin

yekdil dəstəyi ilə Azərbaycanın Qoşul-mama Hərəkatına sədr seçilməsinin ölkəmizə olan yüksək etimadın və hörmətin təzahürü olduğunu vurğuladı.

Görüşdə Qoşulmama Hərəkatının gündəliyində duran məsələlər, həmçinin kənd təsərrüfatı, humanitar, mədəniyyət və digər sahələrdə əməkdaşlıq imkanla-rına dair fikir mübadiləsi aparıldı.

Daha sonra Azərbaycan Respub-likası Hökuməti və Banqladeş Xalq Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş imzalandı.

AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Esvatininin Kralı Əlahəzrət III Msvati ilə görüşüb

� Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Esvatininin Kralı Əlahəzrət III Msvati ilə görüşüb.

Görüşdə Esvatininin Kralı Əlahəzrət III Msvati Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün yüksək səviyyədə

təşkil edildiyini vurğuladı və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirdi.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsinin əhəmiyyəti vurğulandı. Müxtəlif sahələrdə, o cümlədən turizm, energetika, elm, təhsil, humanitar və

digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

AZƏRTAC

Page 4: Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezident İlham …xalqqazeti.com/pdf/27 oktyrabr.pdf · 2019-10-28 · TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

27 oktyabr 2019-cu il, bazar4Prezident İlham Əliyev BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bandeni qəbul edib

� Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bandeni qəbul edib.

BMT Baş Assamble-yasının prezidenti Ticani Məhəmməd-Bande Qoşul-mama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görü-şünün yüksək səviyyədə təşkil olunduğunu, bu tədbirin dünyada sülhün qorunması, əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyini bildirdi. Qonaq Bakıya səfəri çərçivəsində Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda, Sumqayıt Tex-nologiyalar Parkında, “ASAN xidmət”də olduğunu, bu xidmətin fəaliyyətinin yüksək səviyyədə təşkil edildiyini vurğuladı.

Prezident İlham Əliyev Ticani Məhəmməd-Bandenin Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündəki iştirakının önəmini qeyd etdi, onun dünənki çıxışında dəyərli fikirlər səsləndirdiyini bildirdi. Dövlətimizin baş-çısı bu səfərin BMT ilə Azərbaycan arasında gələcək əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün də yaxşı imkan ya-ratdığını dedi. Prezident İlham Əliyev qonağın “ASAN xidmət”də olmasını qeyd edərək, “ASAN xidmət”in Azərbaycanın təşəbbüsü ilə yaradıldığını, onun BMT-nin mükafatına layiq görüldüyünü bildirdi. Dövlətimizin başçısı bu xidmətin təcrübəsindən ar-tıq xarici ölkələrdə də istifadə olunduğunu, Əfqanıstanda “ASAN xidmət”in fəaliyyətə

başladığını dedi, bunun-la Azərbaycanın artıq öz intellektual məhsulunu ixrac etdiyini vurğuladı. Prezident İlham Əliyev əhaliyə sosial dəstək məqsədilə “DOST” xidmətinin də yaradıldığını, yaxın gələcəkdə 30-dan çox mərkəzin açılacağını bildirdi. Ticani Məhəmməd-Bandenin

Sumqayıta səfərinə toxunan dövlətimizin başçısı Sumqa-yıt Texnologiyalar Parkında həyata keçirilən işlərdən danışdı, orada böyükhəcmli ekoloji tədbirlərin görüldüyü qeyd etdi.

Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi

istiqamətində görülən işlərdən danışdı, texnolo-giyalar sahəsinin inkişafına Azərbaycanda böyük önəm verildiyini dedi, ölkəmizdə kosmik sənayenin yaradıldı-ğını bildirdi. Dövlətimizin baş-çısı Amerikada Beynəlxalq Astronavtika Federasiyası-nın Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhərinin 2022-ci ildə keçiriləcək Beynəlxalq Astro-navtika Konqresinə ev sahib-liyi etmək hüququnu qazan-dığını qeyd etdi, bu mötəbər

beynəlxalq tədbirin bir neçə şəhər arasında məhz Bakıda keçirilməsi ilə bağlı qərarın ölkəmizin bu sahədə gördü-yü işlərə beynəlxalq aləmdə verilən qiymətin təzahürü olduğunu bildirdi.

Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişa-

fına da böyük əhəmiyyət ve-rildiyini, ölkəmizə gələn çoxlu sayda turistlərə qısa zamanda asanlıqla elektron viza almaq üçün hər cür şəraitin yaradıl-dığını qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycanda multikultura-lizmin dövlət səviyyəsində dəstəkləndiyini, ölkəmizdə müxtəlif xalqların və dinlərin birgə yaşaması üçün hər cür şəraitin yaradıldığını, beynəlxalq ictimaiyyətin ölkəmizdə bu sahədə aparılan işləri yüksək

qiymətləndirdiyini dedi, tarixi-dini abidələrin dövlət səviyyəsində qorunması istiqamətində tədbirlərin görüldüyünü bildirdi.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

AZƏRTAC

Prezident İlham Əliyev BMT Baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavinini qəbul edib

� Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da BMT Baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini xanım Rozmari DiKarlonu qəbul edib.

Xanım Rozmari DiKarlonu salamlayan Prezident İlham ƏLİYEV dedi:

– Zirvə Görüşündə iştirak etdiyinizə görə sizə təşəkkür edirəm. Çıxışınız üçün sağ olun. BMT-nin burada yüksək səviyyədə təmsil edilməsi çox vacibdir. Sədrliyi qəbul etdik və üç il ərzində Qoşulmama Hərəkatının əsas prinsiplərinə sadiq qalmaq üçün əlimizdən gələni etməyə çalışaca-ğıq. Əlbəttə, bu, bizim üçün böyük məsuliyyət, eyni zamanda, şərəfdir. Çünki biz nisbətən yeni üzv ölkəyik, yalnız 8 ildir üzv olmuşuq və hazırda bütün üzvlərin dəstəyini görürük. Bildi-yiniz kimi, sədrliyə olan namizədliyimiz yekdilliklə qəbul edilmişdi. Bu, beynəlxalq ictimaiyyətin üçdəikisinin dəstəyini nümayiş etdirməsi idi. Əlbəttə ki, bizim siyasətimiz, atdığımız ad-dımlar, beynəlxalq hüququn, ədalətin qorunmasına, aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra edilməsinə sadiq qalmaq üzrə ba-xışımız bu qərarın qəbul edilməsində mühüm rol oynadı.

Bildiyiniz kimi, bəzi üzv ölkələr arasında müəyyən problemlər var. Bəzilərinin uzun tarixçəsi var, bəzi problemlər yeni ortaya çıxıb. Lakin buna baxmayaraq, Azərbaycana göstərilən münasibət baxımından, hətta Azərbaycanla ikitərəfli əlaqələri yaxşı olmayan bəzi ölkələr belə bizi dəstəkləyir. Hesab edirəm ki, açıq,

səmimi siyasət yürütməklə, harada ki, sözlərimiz və imzalarımız üst-üstə düşür, biz belə bir yekdil dəstəyi ala bilmişik. Əlbəttə, qarşıdan gələn illərdə qlobal gündəlikdə olan məsələlərin həlli üzrə sizinlə birgə işləyəcəyik. Zirvə Görüşündə iştirak etdiyiniz üçün bir daha təşəkkür edirəm.

Xanım Rozmari DİKARLO dedi: – Çox sağ olun. Məni qəbul etdiyi-

niz üçün təşəkkür edirəm. Bizə gözəl ölkənizi ziyarət etmək imkanı yaratdığı-nız üçün Sizə minnətdaram. İyirmi doq-quz il əvvəl Azərbaycana gəlmişdim. Onu deyim ki, ölkəniz əhəmiyyətli şəkildə dəyişib. Nəinki təkcə sədrliyi qəbul etdiyinizə görə, eyni zamanda, bir çox beynəlxalq tədbirləri burada, Bakıda təşkil etdiyinizə görə də Sizə təşəkkür edirəm və Sizi təbrik edirəm. Sizin bu yaxınlarda irəli sürdüyünüz bir çox təşəbbüslərdən bizim məlumatımız var və bunlar bizim üçün çox vacibdir. Çox vacibdir, çünki siz çoxtərəfliliyin çox güclü bir tərəfdarısınız. Beynəlxalq ictimaiyyətlə, BMT ilə bu istiqamətdəki bir sıra təşəbbüslər üzərində işləyirsiniz.

Prezident İlham ƏLİYEV dedi:– Sözləriniz üçün sağ olun. Biz

Baş katib Quterreşin multikulturalizm təşəbbüsümüzə göstərdiyi dəstəyi üçün minnətdarıq. “Bakı Prosesi” mədəniyyətlərarası dialoq məsələləri üçün bir qlobal platformaya çevrildi. Biz BMT-nin bu təşəbbüsə dəstəyini

yüksək qiymətləndiririk. Bu prosesə başlayanda onun uğurlu olacağı ilə bağlı böyük ümidlərin olmadığını xatırlayıram. Bu, 2008-ci ilin sonu-na təsadüf edirdi. Dedim ki, niyə də cəhd etməyək? Çünki Azərbaycan həm Avropa Şurasına, həm də İslam Əməkdaşlıq Təşkilatına üzv olan çox az ölkələrdən biridir. Bu imkanımız-dan niyə də istifadə etməyək? Nəzərə alsaq ki, yalnız müstəqillik illərində yox, bütün siyasi və ictimai təzahürlərin tərkibində, hətta başqa ölkələrin tərkibində olduğumuz zaman da multi-kulturalizm ruhu həmişə bizdə mövcud idi. Bakı müxtəlif dinlərin, etnik qrup-ların nümayəndələrinin sülh içində ya-şadığı şəhər, Azərbaycan isə ölkə olub və bu, işə yaradı. İndi BMT-nin güclü dəstəyini görürük. Şəffaflıqla bağlı səylərimizin yüksək qiymətləndirilməsi üçün də sizə minnətdaram. Bir neçə il əvvəl Neft Fondu adlanan suveren fondumuz BMT-dən mü-kafat aldı. Hazırda başqa ölkələrdə də fəaliyyətini genişləndirən dövlət xidmətləri sistemi olan “ASAN”ın da fəaliyyəti BMT tərəfindən xüsusi olaraq qiymətləndirilmişdir. Biz buna böyük dəyər veririk. Həyata keçirdiyimiz bütün işlər də ölkənin gücləndirilməsi, insanlar üçün daha yaxşı şəraitin ya-radılması və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə istiqamətlənib. Bun-lara nəqliyyat və energetika layihələri də daxildir. Onlar bizi birləşdirdi, ölkələr arasında qarşılıqlı bağlılıq yaratdı. Bu, gücdür, sabitlikdir.

AZƏRTAC

� Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Abdelrahman Al-Burhan ilə görüşüb.

Abdel Fattah Abdelrahman Al-Burhan Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirdi. O, Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik edəcəyinə əminliyini vurğuladı. Abdel Fattah Abdelrahman Al-Burhan

Azərbaycanın inkişafının, ölkəmizdə olan sabitliyin və əmin-amanlığın, paytaxt Ba-kının gözəlliyinin onda böyük təəssürat yaratdığını dedi.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına üzv dövlətlərlə əməkdaşlığa mühüm əhəmiyyət ver-diyini bildirdi, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini

dəstəkləməsinin vacibliyini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın Qo-şulmama Hərəkatına sədrliyi dövründə

üzv ölkələr arasında əməkdaşlığın inki-şafına və həmrəyliyin gücləndirilməsinə töhfə verəcəyini dedi.

Görüşdə Azərbaycan ilə Sudan ara-sında iqtisadi-ticari, elm-təhsil və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

AZƏRTAC

Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Abdelrahman Al-Burhan ilə görüşüb

Page 5: Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezident İlham …xalqqazeti.com/pdf/27 oktyrabr.pdf · 2019-10-28 · TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

27 oktyabr 2019-cu il, bazar 5

Azərbaycanın Xarici İşlər naziri Qoşulmama Hərəkatının XVIII Sammiti

çərçivəsində bir sıra görüşlər keçirib � Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov

Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində bir sıra görüşlər keçirib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Maldiv Respublikasının Xarici İşlər naziri Abdulla Şahid ilə görüşdə Azərbaycan və Maldiv Respublikası arasında siyasi, iqtisadi, təhsil və turizm sahələrində əməkdaşlığın inkişafı perspektivləri müzakirə olundu.

Abdulla Şahid Qoşulmama Hərəkatının Nazirlər Konfransının yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür etdi.

Elmar Məmmədyarov qarşılıq-lı səfərlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına təkan verəcəyini bildirdi.

Nazir Abdulla Şahid iki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsinin vacibliyini vurğuladı.

Nazir Elmar Məmmədyarov, öz növbəsində, turizmi təşviq etmək məqsədilə iki ölkə arasında viza rejiminin aradan qaldırılma-sı istiqamətində müvafiq işlərin görülməsini təklif etdi.

Tərəflər, həmçinin ikitərəfli

münasibətlərin möhkəmləndirilməsi və beynəlxalq arenada əməkdaşlıq məsələlərini müzakirə etdilər.

* * *Zambiyanın Xarici İşlər naziri

Cozef Malanjı ilə görüşdə iki ölkə arasında həm siyasi, həm də mədəni və humanitar sahələrdə tərəfdaşlığın artırılması üçün perspektivlərin mövcudluğu vurğulandı. Bu xü-susda, turizm və təhsil sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün ölkələr arasında müqavilə-hüquq bazasının artırılması, o cümlədən

vizasız gediş-gəliş sisteminin tətbiq edilməsinin vacibliyi qeyd olundu.

Elmar Məmmədyarov Azərbaycan ilə Zambiya arasında ikitərəfli əsaslarla yanaşı, beynəlxalq platfor-malar, bu xüsusda BMT və Qoşulma-ma Hərəkatı çərçivəsində də mövcud perspektivlərdən faydalanmağın vacibliyini vurğuladı.

Cozef Malanjı ölkələr arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı. O, Zambiya Prezidenti tərəfindən Azərbaycan Prezidentinə ünvanlanmış məktubu təqdim etdi.

* * *Efiopiya Xarici İşlər nazirinin

müavini Markos Tekle ilə görüşdə isə iki ölkə arasında əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edildi. İqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin perspektivləri qeyd olundu.

Efiopiya rəsmisi Azərbaycanı Qoşulmama Hərəkatında sədrliyə başlaması və XVIII Zirvə Görüşünün uğurlu təşkili münasibətilə təbrik etdi. O, Azərbaycanın sədrliyinin uğurlu olacağına və ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə ümidini ifadə etdi.

Nazir Elmar Məmmədyarov Qoşulmama Hərəkatı ilə G-77 arasında əlaqələndirilmiş fəaliyyətin və Cənub-Cənub əməkdaşlıq plat-forması çərçivəsində birgə səylərin əhəmiyyətinə diqqət yetirdi. Həmçinin Efiopiyaya səfərini xatırlayan Elmar

Məmmədyarov səfərin çox məhsuldar keçdiyini qeyd etdi. O, efiopiyalı həmkarını Azərbaycana səfərə dəvət etdi.

* * *Elmar Məmmədyarovun daha

bir görüşü Niger Respublikasının Xarici İşlər, Əməkdaşlıq və Afrika İnteqrasiyası naziri Kalla Ankurao ilə olub. O, Azərbaycanın Niger ilə əməkdaşlığının dərinləşdirilməsində maraqlı olduğunu dedi.

Nazir Kalla Ankurao Qoşulmama Hərəkatının Zirvə Görüşünün yüksək səviyyədə təşkil edildiyini söylədi və ölkəmizə sədrliyi dövründə uğurlar arzuladı.

Görüşdə Nigerdən olan tələbə və mütəxəssislərin Azərbaycanda təhsil almaq, habelə neft sənayesi sahəsində Azərbaycanın təcrübəsindən faydalanmaq niyyətində olduğu qeyd edildi və bu istiqamətlərdə məhsuldar əməkdaşlığın davam etdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar,

xüsusilə BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində sıx əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti qeyd edildi. Niger ilə Azərbaycan arasında BMT və İƏT çərçivəsində təşəkkül tapmış əməkdaşlığın Qoşulmama Hərəkatı çərçivəsində də müvəffəqiyyətlə inkişaf edəcəyinə dair əminlik ifadə edildi. Bu xüsusda, 2020-ci ildən Nigerin BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyünün gözəl fürsət olacağı bildirildi.

AZƏRTAC

Birinci vitse-prezident Mehriban Əliyeva İnstaqram səhifəsində Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü ilə əlaqədar paylaşım edib

� Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşü ilə bağlı paylaşım edib.

Birinci vitse-prezi-dentin paylaşımında deyilir: “Gələn üç il ərzində ölkəmiz Qo-şulmama Hərəkatına sədrlik edəcək və mən əminəm ki, bu illər ərzində öz fəaliyyətini məhz bu prinsiplər – əməkdaşlıq, tərəfdaşlıq, qarşılıqlı hörmət, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə dəstək şəklində həyata keçirəcək”.

AZƏRTAC

Qoşulmama Hərəkatının XVIII Bakı Zirvə Görüşü uğurla başa çatıb

Zirvə Görüşünün yekununda dörd sənəd qəbul edilib � Oktyabrın 26-da Qoşulmama Hərəkatına

üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü işini başa çatdırıb. Zirvə Görüşünün ikinci iş günü ümumi debatlarla davam edib.

Ümumi debatlarda Qo-şulmama Hərəkatına üzv ölkələrin yüksək vəzifəli rəsmi şəxsləri, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, xüsusi qonaqlar, diplomatlar çıxış etdilər.

Çıxış edən natiqlər dünyada baş verən böhranlardan, regio-nal münaqişələrdən və onların həlli yollarından, işğalların, yoxsulluğun, dini və irqi ayrı-seçkiliyin aradan qaldırılması üçün görülməsi zəruri olan tədbirlərdən, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin qorunmasının əhəmiyyətindən, iqlim dəyişikliklərinə qar-şı mübarizədən danışıblar. Onlar bu problemlərin həllinin tapılması üçün çoxtərəflilik prinsiplərinin bərqərar olma-sının, daha tarazlı yanaşmanın tətbiqinin vacibliyini bildiriblər. Həmçinin qeyd olunub ki, üzv dövlətlərin qarşılıqlı fəaliyyətləri nəticəsində Qo-şulmama Hərəkatı çərçivəsində bir sıra nailiyyətlər əldə edilib. Lakin təşkilatın fəaliyyətinin daha da təkmilləşdirilməsi və onun BMT-nin kağız üzərində qalan qərarlarının həyata keçirilməsinə təsir göstərmək iqtidarında olması, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi üçün hələ bir sıra işlər görülməlidir. Bildirilib ki,

Qoşulmama Hərəkatına üzv dövlətlər dayanıqlı inkişafın təmin olunması üçün göstərilən səyləri təşviq etməlidir və qarşıya çıxan çağırışlarla birgə mübarizə aparmalıdırlar.

Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə, Azərbaycan Hökumətinə və xalqına minnətdarlıqlarını bildirən natiqlər əmin olduqla-rını vurğuladılar ki, ölkəmizin Qoşulmama Hərəkatına sədrlik edəcəyi növbəti üç il ərzində təşkilat Bandunq prinsiplərinə sadiq qalaraq daha böyük uğur-lara imza atacaq.

Məhsuldar müzakirələrə görə Zirvə Görüşünün iştirak-çılarına təşəkkürünü bildirən Azərbaycanın Xarici İşlər

naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün dörd yekun sənədinin təsdiq edilərək dövlət və hökumət başçılarına təqdim olunduğunu bildirdi.

Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyini bildirən E.Məmmədyarov ölkəmizə göstərilən etimada görə üzv dövlətlərə minnətdarlığını bil-dirdi. Nazir qeyd etdi ki, qəbul edilən sənədlər üzv dövlətlərin Bandunq prinsiplərinə sadiqliklərini bir daha nümayiş etdirir.

Ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən

layihələrə toxunan nazir bildirdi ki, təşkilata sədrliyi dövründə Azərbaycan dia-loqun və əməkdaşlığın daha

da genişləndirilməsi və möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyəcək.

Sonra Bakı Yekun Sənədi, Bakı Bəyannaməsi, Fələstinə dair Bəyannamə və Azərbaycan Respublikası hökumətinə və xalqına təşəkkür və həmrəylik Sənədi qəbul olundu.

Beləliklə, 120 üzvü tam-hüquqlu olan, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı özündə birləşdirən Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü uğurla başa çatdı.

AZƏRTAC

Pakistan Prezidenti Arif Alvinin Azərbaycana səfəri başa çatıb � Pakistan

İslam Respublikasının Prezidenti Arif Alvinin Azərbaycan Respublikasına səfəri oktyabrın 26-da başa çatıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Pakistan Prezidentini Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar naziri Ramin Quluzadə, Xarici İşlər naziri-nin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola saldılar.

Liviyanın Baş Naziri Faiz Saracın Azərbaycana səfəri başa çatıb

� Liviyanın Baş Naziri Faiz Saracın Azərbaycana səfəri oktyabrın 26-da başa çatıb.

AZƏRTAC xəbər verir ki, Baş Nazir Faiz Saracı Heydər Əliyev Beynəlxalq Aeroportun-da İqtisadiyyat naziri Mikayıl Cabbarov və digər rəsmi şəxslər yola saldılar.

Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Abdelrahman Al-Burhanın

Azərbaycana səfəri başa çatıbSudan Respublikası

Suveren Keçid Şurası-nın Sədri Abdel Fattah Abdelrahman Al-Burhanın Azərbaycana səfəri oktyabrın 26-da başa çatıb.

AZƏRTAC xəbər verir ki, Sudanın Suveren Keçid Şura-sının Sədri Abdel Fattah Ab-delrahman Al-Burhanı Heydər Əliyev Beynəlxalq Aeroportun-da Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologi-yalar naziri Ramin Quluzadə, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola saldılar.

Page 6: Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezident İlham …xalqqazeti.com/pdf/27 oktyrabr.pdf · 2019-10-28 · TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

27 oktyabr 2019-cu il, bazar6Qoşulmama Hərəkatı, Azərbaycanın milli maraqları və antimilli müxalifətin bəsit təfəkkürü

Statusda deyilir: Hazırda Qoşulmama Hərəkatına üzv olan ölkələrin ərazisində dünya əhalisinin 55 faizi yaşayır. Dünyanın neft ehtiyatlarının 75, təbii qaz ehtiyatlarının isə 50 faizindən çoxu həmin ölkələrin payına düşür. Bu isə onun həm də iqtisadi əməkdaşlıq üçün ciddi perspektiv vəd edən beynəlxalq təsisat olduğunu göstərir.

Digər tərəfdən, hərəkatın növbəti Zirvə Görüşünün Azərbaycanda keçirilməsi ölkəmizin qlobal proseslərdəki rolunun və beynəlxalq nüfuzunun gündən-günə artdığını təsdiqləyir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə edilməsi bizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür”.

Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb. Bu fakt 2019-cu ilin iyul ayında Qoşulmama Hərəkatı təşkilatının Nazirlər Şurasının iclasında qəbul olunmuş yekun sənəddə də öz əksini tapıb. Nəticə etibarilə, dünyanın 120 dövləti, yəni, planetin təqribən üçdəiki hissəsi Azərbaycanın ədalətli mövqeyinə öz dəstəyini ifadə edib.

Azərbaycanın 2019-2022-ci illərdə Hərəkata sədrlik etməsi dövlətimizin qlobal proseslərdəki rolunu və nüfuzunu daha da artıracaq, beynəlxalq müstəvidə

mövqelərimizi möhkəmləndirəcək, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək, qeyri-neft sektorunun və ixrac potensialımızın yüksəlişinə geniş imkanlar açacaq. Şübhəsiz, əldə olunan bütün müsbət nəticələrin əsasında Azərbaycan Prezidentinin hələ 2011-ci ildə ölkəmizin Qoşulmama Hərəkatına üzvlüyü ilə bağlı qəbul etdiyi strateji qərar dayanır. Hansı ki, bu qərar BMT Baş Assambleyasında və digər beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ölkələrin sırasını xeyli genişləndirdi, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Bakıda keçirilən Zirvə Görüşündə yekdilliklə Azərbaycanın quruma üç il müddətinə sədr seçilməsini dəstəkləməsi də, şübhəsiz ki, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti uğuru və dünyada ona bəslənən etimadın göstəricisidir.

Prezident İlham Əliyev dünya siyasətinin və gündəminin müəyyənləşdirilməsində mühüm rol oynayan beynəlxalq platformalardan istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırır, ölkəmizin haqlı mövqeyini müdafiə edən dövlətlərin sıralarının genişlənməsinə, Azərbaycanın qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq məkanına çevrilməsinə nail olur, dövlətimizi addım-adım strateji hədəflərə yaxınlaşdırır. Amma xalqımızın milli maraqları üzərində qurulmuş bu siyasi kurs çox təəssüf ki, təkcə xaricdəki anti-Azərbaycan şəbəkənin, erməni lobbisinin və onun təsiri altında olan bəzi beynəlxalq qrupların deyil, həm də ölkə daxilində “milli demokrat” pərdəsinə bürünmüş bəzi radikal müxalif qrupların da müqaviməti ilə üzləşir. Hər dəfə ölkəmizdə keçirilən qlobal əhəmiyyətli tədbirlər ərəfəsində bu şəbəkə fəallaşır, cəmiyyətimizin sosial-siyasi nizamını

ictimai müzakirə və fikir mübadiləsi müstəvisindən etiraz aksiyaları vasitəsilə küçələrə daşımağa, qəsdən qarşıdurma yaratmağa çalışır. Bu mənzərə 2012-ci ildə “Eurovision” musiqi müsabiqəsi, 2015-ci ildə l Avropa Oyunları və digər mühüm beynəlxalq tədbirlər ərəfəsində də müşahidə olunmuşdur. Bu dəfə radikal müxalif qruplar Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünü hədəfə almış və neçə gündür ki, dövlətimizin strateji maraqlarına xidmət edən bu mühüm beynəlxalq siyasi hadisəni gözdən salmaq üçün dəridən-qabıqdan çıxırlar.

Müxalifətin apardığı kampaniyanın təhlili göstərir ki, Azərbaycan əleyhinə oxşar təbliğat yalnız Ermənistanın kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilir. Təbii ki, bu sıraya Ermənistanla və erməni diasporu ilə sıx əlaqədə olan xarici medianı də əlavə etsək, daha doğru olar. İndiki halda radikal qrupların həyata keçirdiyi insanlıqdan uzaq çirkin qarayaxma kampaniyasının tezisləri işğalçı ölkənin anti-Azərbaycan kampaniyasının ideoloji istiqamətləri ilə tam üst-üstə düşür. Sanki hər iki qütb vahid mərkəzdən idarə olunur, yaxud ortaq və razılaşdırılmış maraqlara uyğun hərəkət edir. Görünür, oktyabrın 19-da həyata keçirilən qanunsuz mitinq cəhdinin də əsas məqsədi təkcə hakimiyyəti nəyəsə məcbur etmək deyil, həm də ölkə daxilində vəziyyəti gərginləşdirərək, dövlət qurumlarını adekvat addımlar atmağa məcbur etmək və xaricdəki anti-Azərbaycan şəbəkənin hərəkətə gəlməsi üçün zəmin yaratmaqdan ibarət olub.

Düşünürəm ki, Zirvə Görüşündən öncə radikal qrupların prosesə mane olmaq üçün atdığı addımlar, törətdikləri hüquqazidd hərəkətlər barədə təkrar fikir söyləməyə ehtiyac yoxdur. Lakin görünən odur ki, radikal müxalifətin xaricdən aldığı sifariş və təlimatlara uyğun formada prosesə mane olmaq cəhdləri iflasa uğradığına və xaricdəki şəbəkənin süni şəkildə ajiotaj yaratmaq səyləri

heç bir nəticə vermədiyinə görə indi də onlar nəzarətlərində olan media və sosial şəbəkələr vasitəsilə bu mühüm siyasi tədbirə qarşı kampaniya təşkil etmək yolunu tutublar. Məqsədlərinə çatmaq üçün hətta tədbirdə iştirak edən dövlət və hökumət başçılarını məsxərəyə qoymaq kimi qeyri-etik, mənəviyyatsız addımlardan belə çəkinmirlər. Bu, radikal müxalifətin beynəlxalq hüquqdan, beynəlxalq münasibətlər sistemindən xəbərsiz, müasir siyasi düşüncədən uzaq, gerizəkalı, bəlkə də ibtidai icma təfəkkürünə malik olmasının əyani göstəricisidir. Müstəqil hüququn subyektlərini onların inkişaf səviyyələri, əraziləri, yaxud resurslarına görə məsxərəyə qoymaq məhz belə ibtidai icma təfəkkürünün nümunəsidir. Bu, ən yaxşı halda dövlətlər arasında hüquq bərabərliyinin qəbul və yaxud dərk edilməməsi, ən pis halda isə irqçi düşüncənin təzahürüdür. Radikal müxalifətin belə idbar təfəkkürünün fonunda Azərbaycan Prezidentinin nə qədər işıqlı zəkaya, milli və bəşəri dəyərlərə, humanizmə söykənən düşüncə tərzinə malik olduğu bir daha qabarıq və aydın nəzərə çarpır. Məhz bu aydın, işıqlı təfəkkür də Azərbaycanı gələcəyə, böyük qələbələrə doğru aparır.

Yenə də artıq bir neçə dəfə səsləndirdiyim fikri təkrarlamağa məcburam: biz bu bəsit və ziyanlı təfəkkürlə hərəkət edən müxalifətlə hara gedirik? Cəmiyyət daxilində səsini ucaltmağa, siyasi hakimiyyətə iddia etməyə çalışan bu antimilli qrupların özbaşınalığına nə vaxtadək dözməliyik? Artıq sağlam məntiqdən uzaq davranışlarla gündəmdə qalmağa çalışan, yeniləşə, müasirləşə bilməyən, dövlətçilik təfəkküründən və əxlaq normalarından uzaq radikal müxalif qrupların siyasi səhnədən getməsinin və konstruktiv düşüncənin önə çıxmasının zamanıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlardan müxalifət də öz payını götürməli, müasir Azərbaycana müasir azərbaycanlının gözü ilə baxmağa alışmalıdır.

“Əminik ki, Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edəcək”

Hikmət Hacıyev qeyd edib ki, Zirvə Görüşü-nün proqramına uyğun olaraq Venesuela Prezi-denti sədrliyi Azərbaycan Respublikasının Pre-zidenti İlham Əliyevə təhvil verdi. Dövlətimizin başçısı Qoşulmama Hərəkatının sədrliyi missiya-sını yerinə yetirərək Azərbaycan Respublikasının mövqeyini əks etdirən geniş və məzmunlu nitq söylədi. Prezident öz nitqində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyində prioritetləri və bu hərəkat çərçivəsində əməkdaşlıq, həmçinin ölkəmizin inkişafı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eləcə də Azərbaycan Respublikasının beynəlxalq münasibətlərdə rolundan danışdı, Bandunq Prinsiplərinin Azərbaycanın Hərəkata sədrliyinin əsas təməl prinsiplərini təşkil edəcəyini vurğuladı.

“Tarixi Bandunq Prinsiplərinin bünövrəsində dövlətlərin ərazi bütövlüyü, suverenlik, dövlətlərin və xalqların bir-biri ilə qarşılıqlı hörmət prinsipləri əsasında yaşaması, bir-birinin daxili işlərinə qarışmaması kimi meyarlar dayanır. Dövlətimizin başçısı vurğuladı ki, məhz bu prinsiplər Azərbaycan Respublikasının məramının özəyini təşkil edir və ölkəmizin xarici siyasətini əks etdirir. Azərbaycan beynəlxalq münasibətlərdə məhz bu məqsədləri, məramları təşviq edir. Ona görə də ölkəmiz quruma sədrliyi dövründə Bandunq Prinsiplərinin təşviq edilərək güclənməsinə səy göstərəcək. Azərbaycan Pre-zidenti Ermənistan-Azərbaycan Dağlıq Qara-bağ münaqişəsi ilə bağlı dövlətimizin konkret mövqeyini, Azərbaycanın uğurlu inkişaf modelini faktlar və rəqəmlərlə auditoriyanın diqqətinə çat-dırdı. Dövlətimizin başçısı öz nitqində ölkəmizin ərazi bütövlüyünün pozulması, Ermənistanın gücdən istifadə edərək ərazilərimizi işğal altında saxlaması, Xocalı soyqırımı, mülki Azərbaycan əhalisinə qarşı törədilən etnik təmizləmə və işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyəti, eləcə də beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyini dəstəkləməsi barədə faktları diqqətə çatdırdı. Prezident İlham Əliyev bir məqamı xüsusilə vurğuladı ki, beynəlxalq ictimaiyyət deyəndə bir qrup ölkə və ya dövlətdən söhbət getmir. Beynəlxalq ictimaiyyət elə Qoşulmama Hərəkatının özü deməkdir. Dünyanın 120 dövlətinin nümayəndəsi burada iştirak edir və ümumilikdə 2300-dən çox qonaq var. Bakı Zirvə Görüşündə çoxsay-lı ölkələrin dövlət başçıları və digər yüksək vəzifəli şəxslər iştirak edir və öz ölkələrinin problemlərini ortaya qoyurlar. Bütün bunlar onu göstərir ki, beynəlxalq ictimaiyyətin mövqeyinin

hərtərəfli şəkildə dinlənilməsi və Hərəkata üzv dövlətlər arasında həmrəyliyin, qarşılıqlı dəstəyin inkişaf etdirilməsinə xüsusi ehtiyac var”, – deyə Prezident Administrasiyasının şöbə müdiri bildirib.

Sammitdə Qoşulmama Hərəkatı və BMT-nin gündəliyində olan məsələlərin bir-biri ilə sinxronluq təşkil etdiyini diqqətə çatdıran Hikmət Hacıyev qeyd edib ki, Zirvə Görüşünün xarak-terik xüsusiyyətlərindən biri də Azərbaycanın uğurlu gənclər siyasətindən çıxış edərək ilk dəfə bu Hərəkat çərçivəsində Gənclər Sammitinə ev sahibliyi etməsidir. Azərbaycan təşkilata sədrliyi dövründə gənclər siyasətinə xüsusi önəm verəcək. Əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan müxtəlif beynəlxalq təşkilatların üzvüdür. Ölkəmiz üzv olduğu digər beynəlxalq və regional təşkilatların Qoşulmama Hərəkatı ilə əməkdaşlığının möhkəmləndirilməsində öz töhfəsini əsirgəməyəcək. Azərbaycan Res-publikası sivilizasiyalar və mədəniyyətlərarası dialoqda fəal iştirak edən dövlətdir. Onun sədrliyi dövründə bu məramlar da diqqətdə saxlanılacaq.

“Sammitin sonunda mühüm sənəd imza-lanıb ki, burada Bakı görüşünün nəticələri öz əksini tapıb. Bu, Zirvə Görüşünün konkret məqsədə, məramlara xidmət etməsini göstərən yekun sənəddir. Burada beynəlxalq ictimaiyyəti və Azərbaycanı narahat edən məsələlər öz əksini tapıb. Yekunda dörd sənəd qəbul olunub. Azərbaycan sədrlik funksiyasını yerinə yetirərək kompromislər əsasında konsensusun tapılma-sı, toplantıda aparılan müzakirələrin sənədlərə daşınmasına öz töhfəsini verib. İlk növbədə, söhbət Bakı Bəyannaməsindən gedir. Bu, yığcam sənəddə prioritetlər əks olunub. İkinci sənəd Bakı Zirvə toplantısının nəticələrini ehtiva edir. Fələstinlə bağlı ayrıca sənəd qəbul edilib. Təşkilatda məhz Fələstin problemi ilə bağlı xüsusi komitə fəaliyyət göstərir. Müzakirələrin yekununda daha bir sənəd imzalanıb. Belə ki, Qoşulmama Hərəkatının üzvü olan 120 dövlət, o cümlədən Sammitdə iştirak edən müşahidəçi dövlətlər, beynəlxalq təşkilatlar, xüsusi qonaq-lar tədbirin yüksək səviyyədə təşkilinə, eləcə də 2019-2022-ci illərdə təsisata sədrlik kimi məsuliyyətli funksiyanı öz üzərinə götürdüyünə görə Azərbaycan dövlətinə və xalqına təşəkkür sənədi imzalayıb. Yekunda dörd əsas sənədin qəbul olunması Azərbaycanın ev sahibliyi etdiyi Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün səmərəliliyindən xəbər verir”, – deyə Hikmət Hacıyev vurğulayıb.

O, həmçinin əlavə edib ki, sammitin başa çatması təsisata sədr kimi Azərbaycan üçün yeni və məsuliyyətli dövrün başlaması deməkdir. Çünki Qoşulmama Hərəkatına sədrlik böyük siyasi iradə, məsuliyyət, diplomatik güc və imkanlar tələb edir. 2019-2022-ci illərdə bu çərçivədə müzakirə olunan prioritet məsələlərin həlli üçün bacarıqlar ortaya qoyulacaq. Əminik ki, Azərbaycan Respublikası dövlətimizin baş-çısının rəhbərliyi ilə xüsusi diplomatik bacarıq və məharət nümayiş etdirərək bu missiyanın da öhdəsindən layiqincə gələcək və Qoşulmama Hərəkatına uğurla sədrlik edəcək.

AZƏRTAC

Sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi ölkəmiz və regionumuz

üçün olduqca mühüm əhəmiyyət kəsb edən siyasi hadisədir. Qoşulmama Hərəkatında 120 üzv dövlətlə yanaşı, həm də Birləşmiş Millətlər Təşkilatı, Afrika İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi dünyanın 10 beynəlxalq nüfuzlu təsisatının, əlavə olaraq müşahidəçi statusu ilə 17 dövlətin iştirak etməsi bu təşkilatın çox ciddi və qlobal əhəmiyyət daşıyan əməkdaşlıq platforması olduğundan xəbər verir. Üzvlərinin sayına görə Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ən böyük beynəlxalq qurumudur.

Bu fikirlər Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Facebook” sosial şəbəkəsindəki səhifəsində paylaşdığı statusda yer alıb.

Azərbaycan Respublikası Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi edir. Ölkəmiz bu quruma 2011-ci ildə üzv olmasına baxmayaraq, az müddət ərzində böyük hörmət və nüfuz qazana bilib. Məhz bu səbəbdən 2018-

ci ildə üzv dövlətlərin yekdil rəyi ilə XVIII Zirvə Görüşünün ölkəmizdə keçirilməsinə qərar verilib. Qoşulmama Hərəkatının (QH) üzv dövlətləri Azərbaycana etimad göstərərək 2019-2022-ci illərdə də təşkilata sədrliyi Azərbaycana həvalə ediblər.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Azərbaycan Qoşulmama Hərəkatına əhəmiyyətli töhfələr verir”

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Toplantısında iştirak edən Misir Ərəb Respublikasının Xarici İşlər naziri Sameh Şükri deyib.

Xarici İşlər naziri bildirib ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının fəaliyyətinə daim öz dəstəyini göstərir. Təşkilata sədrlik Azərbaycana keçib. Prezidentinizin müdrik və uğurlu rəhbərliyi ilə nəinki təşkilata daxil olan ölkələr, həmçinin onların BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Avropa İttifaqı dövlətləri ilə əməkdaşlıq əlaqələri daha da genişlənəcək.

“İnanırıq ki, Azərbaycanın təşkilata sədrliyi hərəkatın üzv dövlətləri arasında çoxtərəfli əməkdaşlığın inkişafı, eləcə də sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasının təşviqi sahəsində səylərin artırılmasına əlavə stimul verəcək”, - deyə nazir vurğulayıb.

Qoşulmama Hərəkatı çoxsaylı dünya ölkələrinin yüksək səviyyəli nümayəndələrini bir araya gətirən beynəlxalq təşkilatdır. Yarandığı

gündən Bandunq Prinsiplərinə sadiq qalan bu hərəkat dünyada sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Müxtəlif çağırışlarla qarşılaşdığımız bir dönəmdə hərəkata üzv olan bütün ölkələr bu prinsiplərə bütünlüklə əməl olunması üçün səyləri artırmalıdırlar. Azərbaycan bu təşkilatın fəal üzvü kimi onun əsas məqsədlərinə çatması işinə əhəmiyyətli töhfələr verir.

“Qoşulmama Hərəkatının on səkkizinci sammiti insanlara fayda gətirəcək”

� Qoşulmama Hərəkatı siyasi qütbləşmənin qarşısını almaq üçün mühüm təşkilatdır. Hərəkatın 18-ci sammiti dünyanın bir çox yerindən olan insanlara fayda gətirəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasın-da banqladeşli jurnalist Fərhad Fərdus səsləndirib. Qeyd edib ki, hazırkı dövrdə Qoşulmama Hərəkatı dünyada 90 faiz insanın həyatına təsir edəcək və ya fayda verəcək bir təşkilatdır.

Bakı ilə bağlı təəssüratlarını bölüşən qo-naq paytaxt sakinlərinin mehribançılığından, şəhərimizin təmizliyindən və gözəlliyindən bəhs edib.

“Azərbaycan kimi gözəl ölkədə yaşadığınız üçün çox şanslısınız”

� Mən Bakıya ilk dəfədir gəlirəm. Azərbaycan kimi gözəl ölkədə yaşadığınız üçün çox şanslısınız.

Bu barədə səfər təəssüratlarını AZƏRTAC-la bölüşən Qana televiziyasının əməkdaşı Qlades Atta Boatenq bildirib. Azərbaycan xalqının çox qonaqpərvər və mehriban olduğunu vurğulayan qanalı jurnalist ölkəmizin onun yaddaşında dərin iz qoyduğunu deyib.

Qoşulmama Hərəkatının 18-ci sammitinin önəmindən bəhs edən Qlades Atta Boatenq qeyd edib ki, Bakıda təşkil olunan beynəlxalq tədbir dünyada sülh və sabitliyin bərqərar olmasına yönəlmiş önəmli Zirvə görüşüdür.

“İnanıram ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi uğurlu olacaq”

– Mənim ölkəmlə Azərbaycan arasında münasibətlər kifayət qədər qədim tarixi köklərə malikdir və müasir mərhələdə də qarşılıqlı faydalı şəkildə inkişaf edir. Biz bundan çox məmnunuq. İki ölkə arasında həm ikitərəfli iqtisadi-ticari əməkdaşlıq, həm də qlobal təşəbbüslər çərçivəsində birgə səylər göstərilməsi milli maraqlarımıza uyğundur. Biz BMT və digər beynəlxalq təşkilatlarda qarşılıqlı şəkildə bir-birimizi dəstəkləyirik. Bu istiqamətdə səylərimizi davam etdirmək niyyətindəyik

Son illərdə Azərbaycanın bir çox

beynəlxalq tədbirlərə evsahibliyi etmək sahəsində böyük təcrübə qazandığını bilirik. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu cür tədbirlər həmişə yüksək səviyyədə təşkil olunub, istər ölkə ictimaiyyəti, istərsə də ayrı-ayrı ölkələrdən gəlmiş qonaqlar tərəfindən razılıqla qarşılanıb. Bakıda I Avropa Oyunları, “Eurovizion”, Bakı Beynəlxalq Humanitar Forumu və digər tədbirlər uğurla keçirilib. Bütün bunlar Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətinin olduğunu, müstəqillik əldə etdikdən sonra dünya səviyyəli dövlətə çevrildiyini təsdiq edir. Azərbaycan Prezidentinin tədbirdə çıxışı da ölkələrin ərazi bütövlüyünün, suverenliyinin rəsmi Bakı üçün böyük önəm daşıdığını göstərir.

İnanıram ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi də uğurlu olacaq və ölkələrimiz arasında ikitərəfli əlaqələr daha da inkişaf edəcək.

Söhbəti yazdı: Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

Dünən Azərbaycan paytaxtında Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşü öz işinə başlayıb. Görüş “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilir.

Əməkdaşımız tədbirdə iştirak edən xarici qonaqlarından bəzilərinin zirvə görüşü ilə bağlı fikirlərini öyrənib. Kubanın Xarici İşlər naziri Bruno Rodriges Parilya öz təəssüratlarını belə ifadə edib:

Page 7: Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezident İlham …xalqqazeti.com/pdf/27 oktyrabr.pdf · 2019-10-28 · TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

27 oktyabr 2019-cu il, bazar 7

Azərbaycanın son illərdə qazandığı uğurlar artıq dünyanın nüfuzlu beynəlxalq təşkilatları, o cümlədən, ayrı-ayrı aparıcı dövlətlər tərəfindən də təsdiq edilir. Xüsusən da ölkəmizin Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə verdiyi töhfələr Avropa İttifaqı rəsmiləri tərəfindən dönə-dönə dilə gətirilmişdir. Bunlar, əlbəttə, təsadüfi sayıla bilməz. İstər Avropa ölkələri ilə ayrılıqda, istərsə də Avropanın böyük beynəlxalq təşkilatları ilə əməkdaşlıq sahəsində Prezident İlham Əliyev çox uğurlara imza atmışdır.

Dövlət başçısı İlham Əliyevin siyasi fəaliyyətinin ən böyük uğurlarından biri kimi, son illərdə Azərbaycanın müstəqil xarici siyasət yürütməsini qeyd etmək olar. Bu siyasət, əlbəttə, birinci növbədə milli maraqlara, ədalətli və səmərəli əməkdaşlığa əsaslanır və bizə çoxlu dost qazandırmışdır. 2011-ci ildə 155 dövlətin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bunu təsdiq edir. Təhlükəsizlik Şurasına üzvlük müddətində Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, dünyada ədalətin təmin edilməsinə mühüm töhfələr vermiş və beynəlxalq siyasi proseslərin fəal iştirakçısına çevrilmişdir. Bu, Prezident İlham Əliyevin müstəqil və uğurlu xarici siyasətinin bəhrəsidir.

Eyni zamanda, son illərdə dövlət başçısı tərəfindən ciddi si-yasi təşəbbüslər irəli sürülmüş və nəticədə dünyada sülh və tərəqqi işinə böyük töhfələr verilmişdir. Buna misal olaraq Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə Bakıda keçirilmiş beynəlxalq tədbirləri göstərmək olar. Bunlar, təbii ki, sadəcə tədbir naminə

keçirilməyib. Dövlət başçımız bu tədbirlərin hər biri ilə dünyaya yeni sülh mesajları verib. Məsələn, 2008-ci ildə Bakıda Avropa Şu-rasına üzv ölkələrin mədəniyyət nazirlərinin görüşü keçirilib. Amma bu, sadəcə, Avropa nazirlərinin görüşü olaraq qalmayıb, tədbirə məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirləri də dəvət edilib və hər iki qitə nazirlərinin birgə toplantısı keçirilib. Təsadüfi deyildir ki, belə bir tədbir tarixdə ilk dəfə baş tutub. Tədbirin bu qədər uğurlu alınmasının əsas səbəbi isə Azərbaycanın həm Avropa Şu-rasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvü olmasıdır.

Bundan bir il sonra – 2009-cu ildə Bakıda yenə Prezident İlham Əliyevin təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısı keçirilib və bu dəfə tədbirə Avropa Şurası ölkələrinin mədəniyyət nazirləri də dəvət edilib. Bu təşəbbüsə “Bakı prosesi” adı verilib. Bu gün “Bakı prosesi” yaşayır və inkişaf edir. BMT-nin Baş katibi Antonio Quterreş “Bakı prosesi”ni 2008-ci ildən bəri mədəniyyətlər arasında dialoqun təbliğinin ön cəbhəsi kimi dəyərləndirmişdir. “Bakı prosesi”nin məntiqi da-vamı olaraq təsis edilmiş və iki ildən bir ölkəmizdə keçirilən mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumu artıq BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviq olunması üçün əsas qlobal platforma kimi tanınmışdır.

Bundan əlavə, Bakıda dəfələrlə sivilizasiyalararası dialoq forumları keçirilmişdir. Əlbəttə, Prezident İlham Əliyevin təşəbbüsü ilə. Bakıda Dünya Dini

Liderlərinin Zirvə görüşü baş tut-muşdur. Prezident İlham Əliyevin təşəbbüsü və ciddi səyləri ilə Bakı Beynəlxalq Humanitar forumları-na uğurla evsahibliyi etməkdədir. Bütün bu tədbirlər zaman-zaman dünyada böyük rezonans doğur-muş, xarici media tərəfindən geniş işıqlandırılmışdır.

Zəngin tolerantlıq və multi-kulturalizm ənənələrinə malik Azərbaycan özünün uğurlu inkişafı ilə regional əməkdaşlığa da müsbət təsir göstərir. Ölkəmiz məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə bir çox nəhəng regi-onal layihələrin, enerji, nəqliyyat layihələrinin təşəbbüskarı olmuş-dur və istər iqtisadiyyatla, istər enerji ilə, istərsə də nəqliyyatla bağlı bütün bu təşəbbüslər uğurla nəticələnmişdir. Elə bir hal olma-mışdır ki, Azərbaycanın təşəbbüsü uğursuzluqla nəticələnsin. Bu barədə Prezident İlham Əliyev demişdir: “Azərbaycan hazırda iq-

tisadi, siyasi cəhətdən müstəqil bir ölkədir, müstəqil xarici siyasəti var. Bu siyasət dünyanın əksər ölkələri tərəfindən dəstəklənir”.

Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkəmizdə növbəti böyük tədbir keçirilir. Bakı Qoşul-mama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə evsahibliyi edir. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin dəvəti ilə Bakı-ya 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, eləcə də 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar. Bu da Azərbaycanın beynəlxalq nüfuzunun günbəgün artdığını göstərir.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev də bildirmişdir ki, Azərbaycan demokratiya, insan hüquqları və azadlıqları kimi dəyərlərə sadiqdir. Bunun dərin tarixi kökləri vardır. “Biz fəxr edirik ki, bir əsr bundan əvvəl Şərqdə

müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika qurulmuş, qadınlara səsvermə hüququ verilmişdir. Bu sahədə biz hətta əksər Qərb ölkələrini də qabaqlamışıq. Demokratik inkişaf Azərbaycanın şüurlu seçimidir. Azərbaycanda bütün fundamental insan hüquq və azadlıqları, qanunun aliliyi, mətbuat azadlığı təmin olunur”.

Dövlət başçısı demişdir ki, hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərarı ölkəmizə göstərilən hörmət, inam və etimadın təzahürüdür. Dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatı Azərbaycanın siyasətinə dəstək verir. “Azərbaycan Qoşul-mama Hərəkatında sədrliyi zama-

nı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraq-ların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür. Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac du-yulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütöv-lüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir”, – deyə dövlət başçımız qeyd etmişdir.

Dövlət müstəqilliyimizin cəmi 28 yaşı olduğunu bildirən Pre-zident İlham Əliyev müstəqillik

illərində ölkəmizin ağır təcavüzə məruz qaldığını da qonaqların diqqətinə çatdıraraq demişdir ki, Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon – ərazilərimizin təxminən 20 faizi iyirmi beş ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış və nəticədə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistanın törətdiyi Xocalı soyqırımı nəticəsində 613 günah-sız insan, o cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirilmişdir. Mindən çox insan itkin düşmüşdür. Xocalı soyqırı-mı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınmışdır. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan qoşunla-rının Azərbaycanın ərazisindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, bu sənədlər hələ də kağız üzərində qalır. Bunun kimi ikili standartlar siyasətinə son qoyulmalıdır. Prezident münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütöv-lüyü çərçivəsində həllinə dəstək ifadə etdiklərinə görə Qoşulma-ma Hərəkatına üzv dövlətlərə təşəkkürünü bildirmişdir.

Prezident İlham Əliyev de-mişdir: “Azərbaycan mütəmadi olaraq BMT Təhlükəsizlik Şu-rasının mandatı əsasında təsis edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara da öz töhfəsini verir. Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi olaraq keçirilən görüşlərinə evsahibliyi edir. Dünyada 200-ə qədər ölkə vardır. Bu ölkələr arasında qeyd etdi-yim görüşlər üçün Azərbaycanın seçilməsi bizim yürütdüyümüz müstəqil xarici siyasətə olan hörmətin göstəricisidir”.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Azərbaycanın beynəlxalq nüfuzu günbəgün artır

Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizə göstərilən hörmət, inam və etimadın təzahürüdür

Bu gün Azərbaycan dünyanın ən nüfuzlu və sabit inkişaf etməkdə olan ölkələri arasında öz yerini kifayət qədər möhkəmləndirib. Bu da, təbii ki, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də son 16 ildə Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub.

Azərbaycan Prezidentinin parlaq nitqi tədbirin işgüzar ruhda keçməsinə təkan verdi

– Qeyd etmək lazımdır ki, Azərbaycan paytaxtında keçirilən bu görüş ölkəmizin müstəqilliyi tarixində ən nüfuzlu tədbirlərdən biridir. Özü-nüz təsəvvür edin. Tədbirdə 60-a yaxın ölkənin dövlət və hökumət başçıla-rı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Ümumilikdə, zirvə görüşünə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar.

Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə, BMT Baş Assam-bleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Belə bir quruma sədrliyin Azərbaycana keçməsi ilə hər birimiz son-suz qürur və fəxarət hissi duymalıyıq.

Dərin razılıq hissi ilə vurğulamaq istəyirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin XVIII Zirvə Görüşünin təntənəli açılış mərasimindəki parlaq nitqi

tədbirin işgüzar ruhda keçməsinə, burada dərin müzakirələrin aparılmasına təkan verdi. Dövlətimizin başçısı İlham Əliyev haqlı olaraq bildirdi ki, Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanmışdır.

Prezident İlham Əliyev hər dəfə belə mühüm beynəlxalq tədbirlərdə olduğu kimi, Azərbaycanın tarixi torpağı olan

Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı məsələsinə geniş yer verdi. Bildirdi ki, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi iyirmi beş ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Bu sənədlərdə Ermənistan qoşunlarının Azərbaycanın ərazisindən tam və qeyd-şərtsiz çıxa-rılması tələb olunmuşdur. Təəssüf ki, həmin qətnamələr indiyədək həyata keçirilməmişdir.

Sonda qeyd etmək istərdim ki, belə nüfuzlu tədbir ölkələrin, dövlətlərin imicinə pozitiv təsir göstərir. İnanı-ram ki, dünya birliyi xalqımızın haqlı, ədalətli mövqeyi ilə yaxından tanış olduqca, dünyanın hər yerində dostları-mızın sayı artacaq, düşmənlərimiz xar olacaqdır.

Söhbəti qələmə aldı: M.HACIXANLI, “Xalq qəzeti”

Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü dünən işə başlayıb. “Bandunq prinsiplərini rəhbər tutmaqla müasir

dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev dərin məzmunlu, parlaq nitq söyləyib. Dövlətimizin başçısının tədbirdə səsləndirdiyi dəyərli fikir və təkliflər ölkə ictimaiyyəti tərəfindən dərin maraqla qarşılanıb. Milli Məclisin deputatı Tahir Rzayev bu barədə fikirlərini oxucularımızla bölüşərkən dedi:

Dünyanın ən önəmli məsələləri beynəlxalq gündəmə gətirildi–120 dövləti birləşdirən bu ümumdünya

hərəkatına Azərbaycan 2011-ci ildə qoşulub.Qoşulmama Hərəkatında birləşən dövlətlər heç bir hərbi blokda təmsil olunmasalar da, müxtəlif yönlü, qarşılıqlı əlaqələri mövcuddur. Azərbaycan da son vaxtlar bu qurumun işində fəal iştirak edir, onun zirvə görüşlərinin sənədlərində ölkəmizin Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmasının və ərazisinin 20 faizinin işğal edilməsi faktının əksini tapmasına nail olur. Budəfəki zirvə toplantısına ev sahibliyi etməklə Azərbaycan dövləti 2019--2022-ci illərdə hərəkata sədrliyi də qəbul etdi.

Qoşulmama Hərəkatının ölkəmiz üçün önəmli cəhəti, ilk növbədə, ondan ibarətdir ki, ilk gündən bütün üzv dövlətlər ərazi bütövlüyümüzü və suverenliyimizi dəstəkləyir, Ermənistanın torpaqlarımızı işğal etdiyini vurğulayırlar. Bu qurum artıq regional deyil, dünya dövlətlərinin birləşdiyi qlobalmiqyaslı bir formatdır. Bakı zirvəsi isə nüfuzlu və səlahiyyətli qonaqların Azərbaycan həqiqətlərini öz gözləri ilə görməsi, iqtisadi, siyasi və mədəni inkişafımızı bir iştirakçı kimi yerindəcə hiss etməsi baxımından ölkəmizə nadir bir imkan qazandırdı. Bu dövlətlərin hər biri toplantıda, ən azı, nazir səviyyəsində təmsil edilirdi və Azərbaycanla bağlı qəbul edilən mühüm qərarlarda onların dəstəyi çox önəmlidir.

Arzu Nağıyev Azərbaycan rəhbərinin toplantıdakı çıxışını “Bakı zirvəsinin zirvəsi” kimi dəyərləndirdi:

– Prezident İlham Əliyev Bakıda keçirilən zirvə toplantısının bütün dünyada böyük maraqla izlənilən tribunasından iştirakçıların diqqətini Ermənistanın işğalçılıq siyasətinə yönəltdi. Azərbaycan rəhbərinin BMT-də islahatların aparılmasının vacibliyini vurğulaması da nüfuzlu auditoriyada və xarici aləmdə böyük əks-səda doğurdu. Bu çıxış Bakı görüşünün dünyada əks-sədası baxımından ən yüksək bir səviyyə müəyyən etdi. Ölkəmizin başçısı qeyd etdi ki, bəzi dövlətlərin yürütdüyü işğalçılıq siyasəti, sərhədləri zor yolu ilə dəyişmək cəhdi BMT-də ciddi islahatlar aparmağı, işğalçı dövlətlərə münasibətdə effektiv addımlar atmağı, ikili standart təzahürlərini aradan qaldırmağı zəruri edir.

Doğrudan da, son illərin siyasi gerçəkliyi göstərir ki, BMT-də islahatların aparılması olduqca vacib məsələlərdən biridir. Xatırladaq ki, bu zərurəti həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də işğalçılıq siyasəti nəticəsində ərazi bütövlüyünə qəsd edilmiş digər dövlətlərin rəhbərləri dəfələrlə gündəmə gətiriblər. Hətta son vaxtlar Türkiyə də bu yöndə bəyanatlar səsləndirib.

Son vaxtlar bu təşkilat, sadəcə, qərarlar qəbul etməklə, müəyyən tövsiyələr verməklə məşğuldur. Ortada ikili yanaşma halları da var. Elə məsələlər var ki, bir günə həll olunur. Lakin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı hərbi münaqişə illərdir ki, öz həllini tapmır. Bununla bağlı BMT-də dörd qətnamə qəbul edilsə də, nədənsə, onların icra mexanizmi yoxdur. Buna görə də Ermənistan özünü çox rahat hiss edir.

Müsahibimiz sonda dedi:– Qoşulmama Hərəkatının tribunasından

Prezident İlham Əliyevin BMT-də islahatların zəruriliyini vurğulaması çox mühüm hadisədir. Çünki Qoşulmama Hərəkatı BMT-də qəbul oluna biləcək qərarlara müəyyən qədər təsir göstərə bilər. Əgər 120 dövlətin yekdil qərarı varsa və BMT 200-dək dövlətdən 120-nin müraciətinə fikir vermirsə, deməli, təbii ki, burada islahatlara ehtiyac var. Bu baxımdan dövlətimizin başçısı çağdaş dünyanın taleyi ilə bağlı vaxtı çatmış bir məsələni cəsarətlə beynəlxalq gündəmə gətirdi.

Hazırladı: T.AYDINOĞLU,

“Xalq qəzeti”

Qoşulmama Hərəkatının “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda konfransının Bakıda keçirilməsi çağ-daş tariximizə çox önəmli beynəlxalq hadisə kimi yazıldı. Bu konfransda 60-dək dövlət və hökumət rəhbərləri, 160-dək ölkə və beynəlxalq qurumun təmsilçiləri, ümumilikdə, 800-dən artıq rəsmi nümayəndə iştirak etdi. Müsahibimiz, politoloq Arzu Nağıyev Bakı sammitinin ölkəmiz və dünya birliyi üçün önəmli məqamları barədə mülahizələrini açıqladı:

“Bakının sədrliyi ilə Qoşulmama Hərəkatı daha böyük işlər görəcək”

Bu fikirləri “Xalq qəzeti”nə açıq-lamasında Bakıda keçirilən Qoşulma-ma Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak edən Bosniya və Her-seqovina Rəyasət Heyətinin sədri Milorad Dodik bildirib.

Bosniya və Herseqovina lideri bəyan edib ki, Azərbaycan Qoşulma-ma Hərəkatının fəaliyyətinə daim öz dəstəyini göstərib. Təşkilata sədrlik indi

Azərbaycana keçib. Bu, ölkəniz üçün mühüm siyasi imicdir. Prezident İlham Əliyevin müdrik və uğurlu rəhbərliyi ilə hərəkata üzv ölkələrin beynəlxalq təşkilat və qurumlarla əməkdaşlığı daha da intensivləşəcək.

Sədr qeyd edib ki, bu gün dünyanı düşündürən problemlər çox olur: Terro-rizm, iqlim dəyişikliyi, nüvə silahlarının artması, müharibələr, münaqişələr... Belə vacib, taleyüklü problemlərin həlli üçün mühüm çağırışlar, birgə fəaliyyət lazımdır. Hesab edirəm ki, hərəkatın əsas prinsiplərindən biri də birgə fəaliyyət, əməkdaşlığın formatlarını yaratmaqdır. Ona görə də Qoşulmama Hərəkatının Bakı Zirvə görüşü təkcə siyasi cəhətdən deyil, həm də mədəni yaxınlaşma baxımından böyük əhəmiyyət daşıyır.

Hazırladı: Anar TURAN, “Xalq qəzeti”

“Azərbaycan beynəlxalq çağırışların mərkəzidir”

� Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi Azərbaycanın nəinki region üçün, həm də dünya üçün əhəmiyyətli ölkə olduğunu bir daha nümayiş etdirdi. Bu fikirləri Milli Məclisin deputatı Adil Əliyev bildirib.

Deputat deyib ki, XVI-II Zirvə görüşü 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələrinin qatılması tədbirin son dərəcə əhəmiyyətli olduğunu ortaya qoyur. Çox ciddi çağırışlar, kəskin iradlar, ittihamlar, təkliflər zirvə görüşünün əsasını təşkil etdi. Bu qədər ölkə liderini və nümayəndəsini bir araya gətirmək və belə mühüm siyasi hərəkata bundan sonra sədrlik etmək Azərbaycanın diplomatik uğurudur.

A.Əliyev bildirib ki, dövlət başçısı İlham Əliyev zirvə görüşündəki çıxı-şında hərəkatın siyasi əhəmiyyətinə toxunaraq önəmli fikirlər səsləndirdi. Cənab Prezident qeyd etdi ki, Qo-şulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT

Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən bö-yük siyasi təsisatdır. Azərbaycan Qo-şulmama Hərəkatında sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün lazımi səylər göstərəcəkdir.

Hazırladı: Anar TURAN, “Xalq qəzeti”

Bakıda keçirilən zirvə görüşü çoxsaylı dünya ölkələrinin yüksək səviyyəli nümayəndələrini bir araya gətirdi. Bu hərəkat dünyada sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. İnanıram ki, növbəti illərdə Bakının sədrliyi ilə aparılan hərəkat dünyaya ədalətli çağırışlar edəcək.

Page 8: Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezident İlham …xalqqazeti.com/pdf/27 oktyrabr.pdf · 2019-10-28 · TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

Xalqa, dövlətə və liderə sədaqət nümunəsiAkademik Ramiz Mehdiyevin “Heydər Əliyev” ordeninə layiq görülməsi ölkəmizin inkişafına önəmli töhfələr vermiş insanlarla bağlı böyük qədirbilənlik nümunəsidir

� Ötən əsrin ən görkəmli siyasətçilərindən olan Uilyam Çörçillin dövlət idarəetməsi, lider məharəti və siyasətçi keyfiyyətləri barədə dediyi fikirlər indi də politoloq və ekspertlərin, xüsusən, mətbuat təmsilçilərinin tez-tez yada saldığı aforizmlərə çevrilib. Məsələn, o demişdir ki, insanın ən mükəmməl keyfiyyəti məsuliyyətli olmasıdırsa, siyasətçinin də ən ali keyfiyyəti sədaqətliliyidir. Göründüyü kimi, böyük siyasətçi bu ifadəsində öz həmkarlarının kimə sədaqət nümayiş etdirməli olduğunu demir. Amma o deməsə də, ekspertlər yaxşı bilirlər ki, söhbət xalqa, dövlətə, dövlətçiliyə, təmsil olunduğun siyasi istiqamətə, həmin istiqamətin liderinə və ən başlıcası, insanlığa olan sədaqətdən gedir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 23-də akademik Ramiz Mehdiyevi qəbul edərək ona “Heydər Əliyev” or-denini təqdim edilməsi mərasimində dediyi fikirlər sübut etdi ki, müasir Azərbaycanda məhz U.Çörçillin görmək istədiyi keyfiyyətləri özündə yaşadan siyasətçilər vardır. Prezi-dent həm sovet dönəmində, həm də müstəqillik illərində ölkəmizin inkişafına böyük töhfələr vermis Ramiz Mehdiyevin keçdiyi həyat yolunu xarakterizə edərkən akademi-

kin ictimai-siyasi fəaliyyət tarixçəsini elə dolğun şəkildə yada saldı ki, qeyd edilən məqamlar istər-istəməz bir məktəb təəssüratı yaratdı. Bu da təsadüfi deyildi. Çünki Ramiz Mehdiyev hələ gənc yaşlarından məhz Heydər Əliyev siyasətinin icraçılarından olmuş, onun idarəetmə təcrübəsini ən incə detallarına qədər mənimsəmişdir.

Prezident xatırlatdı ki, Heydər Əliyevin gənc Ramiz Mehdiyevi önə çəkməsi, onu paytaxtın əsas rayonlarından birinin rəhbəri təyin

etməsi, sonra Mərkəzi Komitəyə dəvət edərək təşkilat şöbəsinin rəhbəri vəzifəsinə qoyması, ulu öndərin Moskvada işlədiyi dövrdə məhz onun tövsiyəsi ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi

Komitəsinin ideologiya üzrə kati-bi vəzifəsinə təyin olunması heç də təsadüfi deyildi. Çünki Heydər Əliyev hansı kadrın hansı vəzifəni icra edə biləcəyini çox yaxşı müəyyən edirdi.

Prezident xatırlatdı : “Heydər Əliyev əsassız olaraq bütün vəzifələrdən çıxarılandan sonra sizi də vəzifədən azad etmişdilər və yalnız Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra o, yenə də sizi dəvət etdi. Bu, böyük bir inamın təzahürü idi. Çünki siz də yaxşı bilirsiniz, mən də yaxşı bilirəm ki, o vaxt Heydər Əliyevin yetişdir-diyi, böyük vəzifələr verdiyi bir çox kadrlar ona sadiq çıxmadılar və o, 1993-cü ildə hakimiyyətə qayıdan-dan sonra həmin kadrlara etibar etmədi. Bir halda ki, sizi dərhal vəzifəyə təyin edib, onu göstərir ki, o, həm sizə inanırdı, eyni zamanda, xalqımız üçün həmin ağır illərdə siz ulu öndərə öz sədaqətinizi saxla-mısınız və onun rəhbərliyi altında işlədiyiniz dövr ərzində bunu sübut etmisiniz.”

Doğrudan da, Ramiz Mehdi-yevin Heydər Əliyev tərəfindən Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunması onun çox önəmli və məsul işdə böyük nailiyyətlər əldə etməsi ilə nəticələndi. 2003-cü ilin payızından etibarən Ramiz Mehdiyevlə birlikdə işlədiyini xatırladan Prezident bildirdi ki, ölkəmizin uğurlu, hərtərəfli inki-şafında onun çox böyük və danıl-maz rolu var: “Mənim sizə böyük hörmətim var. Siz həmişə dövlətçiliyi hər şeydən üstün tutmusunuz və bu gün Azərbaycan dövləti inkişaf edir, qarşıda duran bütün vəzifələr icra olunur. Bu vəzifələrin icrasında sizin böyük rolunuz vardır”.

Eyni zamanda, Prezident akademikin bir ifadəsini yada saldı: “ Siz də həmişə deyirdiniz ki, biz gərək gəncləri irəli çəkək, gənclərə

yol verək, onlar da yetişsinlər ki, bizim inkişafımız uzunmüddətli olsun. Gənclər elə yetişməlidir ki, gələcəkdə onlar ölkəmizi layiqincə idarə edə bilsinlər... Mən bilirəm ki, siz elmi işlərlə də fəal məşğulsunuz, bir çox böyük elmi əsərlərin müəllifisiniz. Bilirəm, sizin də istəyiniz ondan ibarətdir ki, bundan sonra elmi işlərlə məşğul olasınız. Sizin çox böyük potensialınız var və müəllifi olduğunuz kitablar çox böyük diqqətə və qiymətə layiqdir”.

Dövlətimizin ən yüksək müka-fatı olan “Heydər Əliyev” ordeni ilə təltif edildiyinə görə Prezidentə təşəkkür edən akademik əlavə etdi ki, ulu öndərin adına təsis olunmuş bu ali ordenlə təltif olunmaq hər bir dövlət qulluqçusunun, hər bir ictimai və siyasi xadimin arzu etdiyi ali mükafatdır: “Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu olmuş, xalqımızın qəlbində əbədi məskən salmış ulu öndərin xatirəsi saydı-ğım bu ali mükafat mənim həyatda nail olduğum və qazandığım ən böyük mükafatdır. Buna görə Sizə, cənab Prezident, bir daha öz dərin təşəkkürümü bildirirəm”.

Ramiz Mehdiyev son günlər ölkənin ictimai-siyasi həyatında baş verən prosesləri qiymətləndirərkən qeyd etdi ki, Prezident İlham Əliyev

müstəqil Azərbaycanın dövlət qulluğu sisteminin yeni bir sivil ənənəsini yaratdı: “Bu gün bütün Azərbaycan cəmiyyəti uzun müddət Azərbaycan dövlətçiliyinə xidmət göstərmiş, dövlət qulluğu sistemində məsuliyyətlə və sədaqətlə çalışmış yüksək vəzifəli şəxslərin ölkə Pre-zidenti tərəfindən hansı hörmət və izzətlə yola salınması prosedurun-dan danışır. İnanıram ki, bu ənənə gələcəkdə də dövlət-cəmiyyət münasibətlərində öz xoş izlərini buraxacaq. Bu ənənə vəzifəyə təyin olunan insanlar üçün hansı xoş əhval-ruhiyyəni bəxş edirsə, vəzifəsini başa vurub təqaüdə gedən insanlar üçün də eyni xoş ovqatı aşılayacaqdır. Bu ənənəni yaratdığınız üçün, cənab Prezident, Siz böyük şəxsiyyət kimi bir daha ucaldınız”.

Bəli, bu gün ölkəmizin ictimai-si-yasi həyatındakı islahatlar, yeniliklər və xüsusən, uzun illər xidməti olmuş insanların böyük qədirbilənlik, hörmət-izzətlə yola salınması ənnənəsi həmin adamları da xalqın gözündə ucaltdı, bu möhtəşəm ənənənin müəllifi olan dövlət başçı-mızı da.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

... O vaxt Heydər Əliyevin yetişdirdiyi, böyük vəzifələr verdiyi bir çox kadrlar ona sadiq çıxmadılar və o, 1993-cü ildə hakimiyyətə qayıdandan sonra həmin kadrlara etibar etmədi. Bir halda ki, sizi dərhal vəzifəyə təyin edib, onu göstərir ki, o, həm sizə inanırdı, eyni zamanda, xalqımız üçün həmin ağır illərdə siz ulu öndərə öz sədaqətinizi saxlamısınız və onun rəhbərliyi altında işlədiyiniz dövr ərzində bunu sübut etmisiniz.

Prezident İlham Əliyevin Ramiz Mehdiyevə “Heydər Əliyev” ordenini təqdim

edərkən söylədiyi fikirlərdən

Heydər Əliyev Azərbaycan tarixində yaşayıb-ya-ratmış görkəmli ictimai və siyasi xadimlər sırasın-da ümummilli lider səviyyəsinə yüksəlmiş yeganə şəxsiyyətdir.

Ramiz MEHDİYEV, AMEA-nın prezidenti

Prezident İlham Əliyev: Biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik

Bu, bir həqiqətdir ki, dövlət idarəçiliyi sistemində həyata keçirilən istənilən isla-hatlar mövcud reallıqlarla uzlaşmalıdır. Bu baxımdan Azərbaycanın getdikcə artan iq-tisadi potensialı cəmiyyət həyatında müasir və çevik dövlət idarəçiliyinin reallaşdırıl-masını tələb edir. Cəmiyyətdə müşahidə olunan dərin sosial-iqtisadi dəyişikliklər adekvat idarəetmə prinsiplərinin tətbiq olunması ilə yanaşı, ciddi struktur isla-hatlarının həyata keçirilməsini də aktual-laşdırır. Bu il yanvarın 11-də keçirilmiş Nazirlər Kabinetinin iclasında dövlət idarəetməsində struktur islahatlarının əhəmiyyətindən danışan Prezident İlham Əliyevin sonradan müvafiq fərman imzalaması bir daha təsdiqlədi ki, ölkədə dövlət idarəçiliyində günün tələblərinə uyğun olaraq, vacib islahatların aparılma-sı və davamlı olması dövlət siyasətinin mərkəzi istiqamətini təşkil edir.

Heç kimə sirr deyil ki, "İnsan kapita-lı" prinsipinin bütün dünyada geniş tətbiq olunduğu bir dövrdə bütün sahələrdə, xüsusilə də dövlət idarəçiliyində güc-lü milli kadr ehtiyatlarının olmasının zəruriliyi və bu sahədə peşəkar insan ehtiyatının hər bir ölkənin sərvəti hesab edilməsi faktdır. Bu baxımdan düzgün apa-rılan kadr siyasəti həm də bir növ ölkənin strateji ehtiyatlarının idarə edilməsi deməkdir. Uğurlu kadr siyasəti, həmçinin kadrların seçilməsinin effektiv və şəffaf mexanizmlərinin inkişafı böyük əhəmiyyət kəsb edir. Azərbaycanda ictimai həyatın bütün sahələrində olduğu kimi, dövlət idarəçiliyində də ədalətli və aşkarlıqla həyata keçirilən kadr siyasəti cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Təcrübəli mütəxəssislərin bilik və təcrübəsindən nəinki dövlətin inzibati idarəetmə aparatı, o cümlədən cəmiyyət bəhrələnir, bu, həmçinin ölkənin inkişafı üçün yaradılmış dövlət qurumlarının qarşısında qoyulmuş vəzifələrə uğurla nail olunmasında açar rolunu oynayır. Belə ki bu, istər qərarların qəbulu, istərsə də icra prosesində fəaliyyətin keyfiyyətini müəyyən edən amildir. Prezident İlham Əliyevin həyata keçirdiyi kadr siyasəti bütövlükdə ictimai həyatın şəffaflaşdırılmasında da böyük rol oynayır. Bu siyasət ümumilikdə dövlət idarəçiliyi sisteminin funksionallığını da artırır.

Bu gün Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi formalaşdırılmış-dır. Təbii ki, Azərbaycanda demokratik hüquqi dövlət quruculuğu prosesləri sürətləndikcə, dövlət müstəqilliyimiz möhkəmləndikcə, iqtisadiyyatımızın inkişaf sürəti artdıqca ölkədə idarəetmə sisteminin daha da təkmilləşdirilməsi, onun səmərəliliyin artırılması məsələləri ön plana çıxır. Dövlət idarəçiliyinin səmərəliliyi isə ixtisaslı kadrların hazırlanması və qulluğa cəlb olunması

ilə təmin edilir. Ümumiyyətlə, dövlət orqanlarının keyfiyyətli və səmərəli fəaliyyəti dövlət qulluqçularının ba-carığından və ixtisas səviyyəsindən asılıdır. Bu kadrların peşəkarlığının, səriştəliliyinin yüksək olmasından ölkənin nəinki bugünü, həmçinin gələcəyi də çox asılıdır. Mütəxəssislərin yekdil fikrinə görə, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən kadr siyasəti dövlətçiliyimizin bütün sahələrində yeni düşüncəli, savadlı, işgüzar, bacarıqlı, yüksək təşkilatçılıq qabiliyyətinə malik kadrların hazırlanmasına, onların seçilib irəli çəkilməsinə böyük zəmin yaradır. Atılan son addımların iqtisadiyyatın şaxələnməsinə, bütün sahələrdə inkişa-fın təmin edilməsinə və xalqın maddi durumunun yaxşılaşdırılmasına xidmət edəcəyi gözlənilir.

Xatırladaq ki, Azərbaycanda dövlət idarəetmə orqanlarında ciddi struktur isla-hatlarının baş verəcəyini Prezident İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda adı çəkilən iclasında bildirmişdi. Ölkə başçısı hazırkı, idarəetmə strukturunun köhnəldiyini və yenilənməyə ehtiyac olduğunu nəzərə çatdırmışdı: “İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır – daha çevik, daha yığcam, daha məqsədyönlü”.

Dövlət başçısı hazırda dünyada əks prosesin getdiyini bildirərək, əlavə etmişdi ki, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün idarəetmə daha yığcam, çevik olmalı, hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər. Qeyd etmək yerinə düşər ki, struktur islahatla-rında məqsəd dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət orqanlarının və

qurumlarının fəaliyyətini optimallaşdırmaq və dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etməkdir. Bu islahatlar daim aparılmışdır və bu gün də aparılır. Ancaq hazırda struktur islahatları daha kompleks halda həyata keçirilir.

Mütəxəssislər bildirirlər ki, struktur islahatlarının aparılması bütün inkişaf et-miş ölkələrdə olduğu kimi, Azərbaycanda da dövlət idarəetməsi sistemində inzibati islahatların mühüm istiqamətlərindən birini təşkil edir. Biri-birinin fəaliyyətini təkrarlayan və ümumiyyətlə, fəaliyyətini Azərbaycanın müasir inkişaf dialektikası ilə uzlaşdıra bilməyən dövlət orqanlarının ləğv edilməsi idarəetmənin optimallaş-dırılması istiqamətində olduqca mühüm addımdır. Bir sıra dövlət orqanlarında aparılan islahatlar, bir neçə dövlət qurumu-nun ləğv olunub, yenidən təşkil edilməsi dövlət xərclərinin səmərəli xərclənməsi, idarəetmənin optimallaşdırılması, çevik strukturun qurulması baxımından böyük əhəmiyyət daşıyır.

Mütəxəssislər əmin olduqları-nı bildirirlər ki, aparılan islahatlar, şəffaflaşma, vergi ödənişində yüksək eti-mad mühitinin yaradılması istiqamətində görülən işlər, sosial sahədə aparılan islahatlar ölkədə sürətli inkişaf üçün yeni imkanlar açır. Şübhəsiz, Prezident İlham Əliyevin son kadr təyinatları, onlara verilən tapşırıqlar yaxın gələcəkdə iqtisa-diyyatda daha geniş artımı təmin edəcək. Məlumdur ki, iqtisadi artım ölkə başçısını razı salmır. Oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə – İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edərkən bildirmişdi ki, indiki iqtisadi artım templəri onu qane etmir. Bunun obyektiv səbəbləri olduğunu vurğulayan dövlət başçısı əlavə etmişdi ki, inkişafın

dayanıqlı olması üçün bundan sonra da çox ciddi islahatlar aparılmalıdır.

Aydındır ki, struktur islahatlarının gətirəcəyi faydalardan biri də ölkədə biz-nes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsindən ibarətdir. Çünki yığcam və məqsədyönlü dövlət apa-ratı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır. Beləliklə, dövlət və bazar tənzimlənməsinin optimal

nisbəti müəyyənləşir ki, bu da özəl sektorun lokomotiv olduğu iqtisadi inkişafı təmin edir. “İslahatlara alternativ yoxdur”, – deyən Prezident İlham Əliyev xüsusilə vurğulamışdır ki, kadr islahatları labüddür və bu, qaçılmazdır: “Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olma-lıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər”.

Mütəxəssislərin sözlərinə görə, biznes mühitinin təkmilləşdirilməsi, davamlı iqtisadi inkişafın təmin olunma-sı, infrastrukturun və insan kapitalının inkişaf etdirilməsi, Azərbaycanın dünya iqtisadiyyatında mövqelərinin daha da gücləndirilməsi baxımından struktur və kadr islahatları ölkənin gələcək inkişafı nöqteyi-nəzərindən strateji əhəmiyyət kəsb edir. Sözsüz, Azərbaycan dinamik və hərtərəfli şəkildə, uğurla inkişaf edən bir ölkədir və onun inkişafı daha çevik struktura malik idarəetmə tələb edir. Qazanılan uğurların davamlılığını təmin etmək üçün səmərəliliyi aşağı olan struktur vahidlərinin ləğv edilməsi, birləşdirilməsi və ya daha çevik mexanizmlərlə əvəzlənməsi, doğrudan da, bir zərurətə çevrilmişdi. Daha çevik və səmərəli idarəçilik formasına keçməyin zamanı çatmışdır.

Bir sözlə, sosial-iqtisadi, maliyyə, vergi və digər istiqamətlərdə dövlət tərəfindən davamlı olaraq aparılan isla-hatların Azərbaycanda iqtisadi aktivliyin daha da artmasına və əhalinin yaşayış standartlarının davamlı olaraq yaxşılaşma-sına gətirib çıxaracağı şübhə doğurmur. Mütəxəssislərin sözlərinə görə, struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır, idarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur. Buna görə də, struktur və kadr islahatlarının gətirəcəyi faydaların Azərbaycanda biznes mühitinin daha da təkmilləşdirilməsinə və rəqabətin gücləndirilməsinə xidmət edəcəyi gözlənilir.

Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”

“Kadrlar bütün məsələləri həll edirlər”. Bu fikrin ilk dəfə kim tərəfindən səsləndirildiyini dəqiq deyə bilmərəm, amma indiyə qədər öz aktuallığını saxlayır. Doğrudan da, kadrlardan çox şey asılıdır. Xüsusilə də sürətlə dəyişən XXI əsrdə cəmiyyətin və milli iqtisadiyyatın hazırlıqlı kadrlara böyük ehtiyac yaranır. Bu baxımdan genişmiqyaslı islahatların aparıldığı Azərbaycana da günün tələblərinə cavab verən yüksək ixtisaslı və kompetentli kadrlar lazımdır. Son günlər Prezident İlham Əliyevin həyata keçirdiyi kadr islahatları da məhz bu amilə söykənir.

Yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Uğurlu kadrlar irəli çəkilir Şübhəsiz ki, Azərbaycanda kadr islahat-

ları da xeyli vaxtdan bəri davam etməkdədir. Cari ilin oktyabr ayından isə dövlət başçısı-nın bu istiqamətdə addımları intensivləşib. Görünən budur ki, Prezident İlham Əliyev xalq qarşısında verdiyi sözlərin heç birini boşa buraxmır və bütün vədlərinə əməl edir. Ölkədə xalq-iqtidar birliyini şərtləndirən də, zənnimcə, məhz Prezidentin bu sözübütöv-lüyüdür.

Biz son vaxtlar aparılan kadr islahatlarının cəmiyyət tərəfindən razılıqla qarşılandığının şahidiyik. Eyni zamanda, Prezidentin bütün addımları ölkənin inkişafına xidmət edir. Bu günlərdə iqtisadiyyat naziri Şahin Mustafa-yevin Baş Nazirin müavini təyin olunması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi zamanı da gördük ki, məqsəd ölkənin sosial-iqtisadi inkişafı, dayanıq-lı iqtisadi inkişafın qeyri-neft sektorunun hesabına təmin edilməsi, biznes mühitinin yaxşılaşdırılması, qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi, kölgə iqtisadiyya-tına qarşı mütəşəkkil mübarizə aparılması, inhisarçılığın qarşısının alınması kimi mühüm hədəflərdir.

Şahin Mustafayevin işindən razı olduğu-nu, son 15 ildə Azərbaycan iqtisadiyyatının üç dəfədən çox artdığını bildirən dövlət başçısı əlavə edib: “Biz əldə edilmiş uğur-larla kifayətlənməməliyik. İqtisadi sahədə hələ də bir çox problemlər mövcuddur, o cümlədən biznes mühitinin yaxşılaşdırılma-sı istiqamətində əlavə addımlar atılmalıdır. Xüsusilə, ölkə iqtisadiyyatının qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi sahəsində hələ ki, bir çox işlər görülməlidir”.

Biz, iqtisadçılar Prezidentin bu kadr isla-hatlarını, bacarıqlı və işgüzar kadrların müva-fiq yüksək vəzifələrə irəli çəkilməsini qəlbən dəstəkləyirik. Prezident İlham Əliyevin Mi-kayıl Cabbarovu vergilər naziri vəzifəsindən azad edərək, iqtisadiyyat naziri təyin etməsi də bunu təsdiq edir. Onun rəhbərliyi altında Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi birləşdirilib. Heç bir şübhəmiz yoxdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə, onun arzuladığı kimi, ölkəmizdə iqtisadi artım demoqrafik artımı üstələyəcək.

Rafael ALLAHVERDİYEV, iqtisad elmləri üzrə fəlsəfə doktoru

Prezident İlham Əliyev ölkədə ciddi sosial-iqtisadi və kadr islahatları aparılmasının anonsunu qabaqcadan vermişdi. Əhalinin

güzəranının daha da yaxşılaşdırılmasını nəzərdə tutan sosial paketlər ictimaiyyətə bu ilin əvvəllərində təqdim olunmağa başladı və ardıcıl davam etdirildi. Prezidentin bu təşəbbüsləri, təbii olaraq, ölkədə çox böyük rezonans doğurdu, hətta inqilabi addımlar kimi qiymətləndirildi.

SESSUMA MİNATA SAMATE: Azərbaycanın ictimai xidmətlər sektorunda təcrübəsini öyrənməkdə maraqlıyıq

� Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə görüşü çərçivəsində Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı Sessuma Minata Samate də iştirak edir.

O, mətbuata açıqlamasında bildirib ki, Azərbaycan Afrika İttifaqı ilə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsində maraqlıdır.Azərbaycanda olmasından məmnunluğunu bildirən S.M.Samate ölkəmizdə iqtisadi sahədə yüksək inkişafı müşahidə etdiyini

diqqətə çatdırıb. Eyni zamanda, o, Afrika İttifaqının bir sıra sahələrdə, ələlxüsus ictimai xidmətlər sektorunda ölkəmizin təcrübəsinin öyrənilməsində maraqlı olduğunu vurğulayıb.

Qonaq Bakı haqqında da xoş sözlər deyib:

-- Paytaxtınız həqiqətən gözəldir. Bakıya səfər edənlər bu şəhər haqqında həmişə xoş sözlər deyirlər. Vaxt tapıb şəhərinizlə daha yaxından tanış olacağam. Eşitdiyimə görə, Bakıda qədim tarixi abidələr, muzeylər, park-lar var. Burada mütəmadi olaraq beynəlxalq tədbirlər keçirilir.

Qoşulmama hərəkatına sədrliyin Azərbaycana keçməsi də ölkənizə göstərilən yüksək etimadın nəticəsidir.

Hazırladı: M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

27 oktyabr 2019-cu il, bazar8

Page 9: Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezident İlham …xalqqazeti.com/pdf/27 oktyrabr.pdf · 2019-10-28 · TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

27 oktyabr 2019-cu il, bazar 9Əfqanıstan Prezidenti Məhəmməd

Əşrəf Qaninin Azərbaycana səfəri başa çatıbƏfqanıstan İslam

Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycan Respublikası-na səfəri oktyabrın 26-da başa çatıb.

Prezident Məhəmməd Əşrəf Qanini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola saldılar.

AZƏRTAC

Rumıniyanın qabaqcıl KİV-ləri Qoşulmama

Hərəkatı barədə məlumatlar yayıb

Tədbirin mahiyyəti, məqsədi, tarixi, eləcə də iştirak edən nümayəndə heyətləri barədə geniş yazılar verilib. XVIII Zirvə Görüşünün beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində

mühüm rol oynadığı vurğulanıb. Qoşulma-ma Hərəkatının bö-yük beynəlxalq siyasi təşkilat olaraq, çoxtərəfli əməkdaşlığın əsas hərəkətverici qüvvələrindən biri olduğu bildirilib.

Əlcəzair Prezidenti Abdelkader Bensalahın Azərbaycana səfəri başa çatıb

Əlcəzair Xalq Demok-ratik Respublikasının Prezidenti Abdelkader Bensalahın Azərbaycan Respublikasına səfəri okt-yabrın 26-da başa çatıb.

Prezident Abdelkader Bensalahı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola saldılar.

AZƏRTAC

Ömər Qellehin Azərbaycana səfəri başa çatıbCibuti Respublikasının

Prezidenti İsmail Ömər Qel-lehin Azərbaycan Respub-likasına səfəri oktyabrın 26-da başa çatıb.

Prezident İsmail Ömər Qellehi Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola saldılar.

AZƏRTAC

Ekvatorial Qvineyanın Prezidenti Obiang Nguema Mbasogonun Azərbaycana səfəri başa çatıb

Oktyabrın 26-da Ekvato-rial Qvineyanın Prezidenti Obiang Nguema Mbasogo-nun Azərbaycan Respubli-kasına səfəri başa çatıb.

Heydər Əliyev Beynəlxalq Aeroportun-da Ekvatorial Qvineyanın Prezidentini Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və digər rəsmi şəxslər yola saldılar.

AZƏRTAC

Qana Prezidenti Nana Akufo-Addonun Azərbaycana səfəri başa çatıb

� Oktyabrın 26-da Qana Respublikasının Prezidenti Nana Akufo-Addonun Azərbaycan Respublikasına səfəri başa çatıb.

Prezident Nana Aku-fo-Addonu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Təhsil naziri Ceyhun Bayramov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola saldılar.

AZƏRTAC

Namibiya Prezidenti Haqe Qotfrid Qeynqobun Azərbaycana səfəri başa çatıb

Namibiya Respublikası-nın Prezidenti Haqe Qotfrid Qeynqobun Azərbaycan Respublikasına səfəri okt-yabrın 26-da başa çatıb.

Prezident Haqe Qotfrid Qeynqobu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Xarici İşlər nazirinin müavinləri Ramiz Həsənov, Nadir Hüseynov və digər rəsmi şəxslər yola saldılar.

AZƏRTAC

� Rumıniyanın “Amosnews” xəbər agentliyi, “Ultima ora” (“Son saat”) qəzeti, “News24hours” xəbər portalı AZƏRTAC-a istinadən Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü barədə məlumatlar yayıb, videolar paylaşıb.

Qoşulmama Hərəkatının Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının xanımları Milli Xalça Muzeyi ilə tanış olublar

� Qoşulmama Hərəkatının XVIII Bakı Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının xanımları oktyabrın 26-da Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olublar.

Qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən Muzeyin kolleksiya-sı nadir gözəlliyin, istifadə olunan

materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nüma-yiş etdirir.

Diqqətə çatdırılıb ki, “qızıl fondu”nu xovlu xalçalar təşkil edən Muzeyin kolleksiyasında xovsuz xal-

çaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalça-çılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, hey-van, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.

Qeyd edilib ki, Azərbaycanın birin-ci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük

zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünü-şü, qeyri-adi ekspozisiya zallarının quruluşu qonaqlarda xoş təəssürat yaradıb.

AZƏRTAC

Azərbaycan ilə Tanzaniya arasında əlaqələrin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb

� Oktyabrın 26-da Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov Tanzaniyanın Baş Naziri Kassim Majaliva ilə görüşüb.

Görüşdə Əli Əhmədov Baş Nazir Kassim Majalivanın Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündə iştirakının önəmini qeyd edib. Baş Nazirin müa-vini əminliyini bildirib ki, Qoşulmama Hərəkatının Azərbaycanın sədrliyi ilə bundan sonrakı fəaliyyəti üzv ölkələr arasında əməkdaşlığın inkişafına mühüm təsir göstərəcək.

Tanzaniyanın Baş Naziri Kas-sim Majaliva Azərbaycanı Qoşul-mama Hərəkatına sədrlik etməsi münasibətilə təbrik edib. Zirvə

Görüşünün yüksək səviyyədə təşkil edildiyini deyən Baş Nazir göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Baş Nazir deyib ki, Azərbaycanın bu cür mötəbər tədbirə ev sahibliyi etməsi təqdirəlayiqdir. O, Qoşulmama Hərəkatına üzv ölkələr arasında əməkdaşlığın daha da genişlənəcəyinə inandığını söyləyib.

Görüşdə Azərbaycan ilə Tan-zaniya arasında əlaqələrin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.

AZƏRTAC

Azərbaycanda bütün azadlıqlar təmin edilib

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva

bu fikirləri Prezident İlham Əliyevin oktyabrın 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və

hökumət başçılarının XVIII Zirvə görüşündəki çıxışına münasibət bildirərkən dedi.

Deputat qeyd etdi ki, dövlətimizin başçısı əhatəli çıxışında ölkəmizin inkişafından danışdı və demokratik prinsiplərin inkişafına böyük önəm verildiyini diqqətə çatdırdı. Tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, Azərbaycanda bütün azadlıqlar təmin olunub və bu proses bun-dan sonra da davam etdiriləcək. Azərbaycan azad, demokratik dövlətdir. Qeyd edildi ki, ölkəmizdə sərbəst toplaşma azadlığı da təmin edilir və istənilən siyasi qüvvə bu imkanlardan istifadə edə bilər.

Dövlətimizin başçısı vurğula-yıb ki, Azərbaycan demokratiya,

insan hüquqları və azadlıqları kimi dəyərlərə sadiqdir. Bunun dərin tarixi kökləri vardır: “Biz fəxr edirik ki, bir əsr bundan əvvəl Şərqdə müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respub-lika qurulmuş, qadınlara səsvermə hüququ verilmişdir. Bu sahədə biz hətta əksər Qərb ölkələrini də qabaqlamışıq. Demokratik inkişaf Azərbaycanın şüurlu seçimidir. Azərbaycanda bütün fundamental insan hüquq və azadlıqları, qanu-nun aliliyi, mətbuat azadlığı təmin olunur”.

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

“Azərbaycanda bütün demokratik təsisatlar mövcuddur, bütün azadlıqlar, o cümlədən söz və mətbuat azadlığı təmin edilib. Əhali internetdən, sosial şəbəkədən sərbəst istifadə edir. Ölkəmizdə yüzlərlə mətbu orqan fəaliyyət göstərir. Onların arasında müxalifət mətbuatı da kifayət qədər çoxdur. Müstəqil mətbuatın sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ildə bir neçə dəfə maliyyə yardımı göstərilməsi ölkəmizdə söz azadlığına verilən dəyərin göstəricisidir. Heç bir media nümayəndəsi tənqidə, fərqli baxışa görə təqib olunmur və cəzalandırılmır”.

Page 10: Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezident İlham …xalqqazeti.com/pdf/27 oktyrabr.pdf · 2019-10-28 · TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

27 oktyabr 2019-cu il, bazar10AZƏRTAC və Kubanın Prensa Latina agentliyi

əməkdaşlıq memorandumu imzalayıb � Oktyabrın 26-

da Bakıda Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Kubanın Prensa Latina agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Sənədi AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov və Prensa Latina xəbər agent-liyinin baş redaktoru Orlando Oramos Leon imzalayıblar. Memorandum iki agentlik ara-sında informasiya və təcrübə mübadiləsini nəzərdə tutur. Agentliklər gündəlik olaraq Azərbaycan və Kubadan xəbərlərin ingilis və ispan dillərində qarşılıqlı yayılmasını həyata keçirəcəklər.

AZƏRTAC-da keçirilən görüş zamanı İdarə Heyətinin sədri Aslan Aslanov bildirib ki, bu sənəd dost ölkələr olan Azərbaycan və Kuba haq-qında obyektiv məlumatların çatdırılmasına, xalqlarımızın bir-birinə daha da yaxınlaşma-sına xidmət edəcək.

Prensa Latina xəbər agentliyi 1959-cu ildə ya-

radılıb. Ölkənin aparıcı informasiya təchizatçısı olan agentlik beş dildə - ispan, ingilis, rus, italyan və portu-qal dillərində xəbərlər yayır. Agentliyin 30 ölkədə müxbir məntəqəsi fəaliyyət göstərir. Bu baxımdan AZƏRTAC-ın Prensa Latina ilə əməkdaşlığı Azərbaycan haqqında xəbərlərin Latın Amerikasının ispandilli ölkələrində geniş yayılmasına təkan verəcək.

Orlando Oramos Leon qeyd edib ki, Prensa Latina 100 illik tarixə malik olan AZƏRTAC ilə sıx əməkdaşlıq etməkdə maraqlıdır və onlar bu memorandumun imzalan-

masını çoxdan gözləyirdilər. Baş redaktor bu gün əsası qoyulan əməkdaşlığın hər iki ölkə barədə etibarlı xəbər mübadiləsinə yol açacağını söyləyib.

Görüşdə AZƏRTAC-ın Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına sədrlik təcrübəsindən, medianın qarşılaşdığı çağırışlardan, Qo-şulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü-nün əhəmiyyətindən danışılıb.

Sonda Orlando Oramos Leon görüş iştirakçılarının suallarını cavablandırıb.

Azərbaycanın Gənclər və İdman naziri Avropa Olimpiya Komitələrinin 48-ci Baş Assambleyasında çıxış edib

� Varşavada səfərdə olan Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov Avropa Olimpiya Komitələrinin (AOK) 48-ci Baş Assambleyasında çıxış edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti To-mas Bax, AOK-un prezidenti Yanes Kosyançiçin də qatıldıqları tədbirdə A.Rəhimov çıxışında bir neçə mühüm məsələyə toxunub.

Bu ilin iyulunda Bakıda keçiril-miş XV Avropa Gənclər Yay Olim-

piya Festivalı haqqında danışan nazir ölkəmizin bu yarışa hazırlığı, görülmüş işlər, təşkilati məsələlər və ümumilikdə bir sıra istiqamətlər haqqında məlumat verib. A.Rəhimov vurğulayıb ki, Avropanın 48 ölkəsindən 2613 ən güclü idmançı-nın qatıldığı yarış 26 ölkədən 346 jurnalist tərəfindən işıqlandırılıb. Yerli və beynəlxalq texniki heyətlərin 763

üzvü Oyunların təşkilinə cəlb olunub. On iki arena yarışların keçirilməsi üçün bütün standartlara cavab verib. Beş yüz azərbaycanlı peşəkar Oyun-ların ərsəyə gəlməsində müstəsna rol oynayıb.

Sonra ölkəmizin idman siyasətindən, bu istiqamətdə atı-lan addımlardan söz açan nazir Azərbaycanda ötən illər ərzində uğurla həyata keçirilmiş idman yarış-ları, bu turnirlərə tamaşaçı marağı, arenaların fəaliyyəti, idman siyasəti və digər mühüm məsələlərdən

danışıb. Könüllük hərəkatının da Azərbaycanda geniş vüsət aldığını diqqətə çatdıran A.Rəhimov hazırda təkcə idman yarışlarında deyil, digər tədbirlərdə də könüllülərin aparıcı qüvvə olduğunu söyləyib. Bildirib ki, Avropa Gənclər Yay Olimpiya Festivalında 2500 könüllünün iştirakı nəzərdə tutulsa da, bu rəqəm artaraq 3500 olub.

Səfəri çərçivəsində A.Rəhimov BOK, AOK və digər mötəbər qurum-ların rəhbər şəxsləri ilə də görüşlər keçirib.

Balakəndə III Xurma festivalı

Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı və Mədəniyyət nazirliklərinin, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin, Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının, “Balxurma” MMC-nin dəstəyi ilə reallaşan festivalda ölkəmizdə fəaliyyət göstərən bir sıra xarici ölkə səfirliklərinin təmsilçiləri, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, qonşu rayonlar-dan gəlmiş qonaqlar, xurma istehsalçıları və ixracatçıları, həmçinin rayon sakinləri iştirak ediblər.

Festival iştirakçıları və qonaqlar əvvəlcə ümummil-li lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, dahi rəhbərin mədəniyyət və istirahət parkında, dağüstü yüksəklikdə ucaldılan abidəsi önünə gül dəstələri düzüblər.

Sonra Gərəkli kəndinin ərazisində yerləşən xurma bağı-na ekskursiya keçirilib, xurma ağacları əkilib.

Balakən şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən festivalın rəsmi açılış mərasiminin əvvəlində qonaqlar şərbət, çörək və meyvələrdən hazırlanmış xonça ilə qarşılanıblar.

Mərasimdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, festival iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik edib. Bildirilib ki, xurma fes-tivalının keçirilməsi Balakən rayonu üçün xüsusi önəm daşıyan layihədir. Festival Balakəndə kənd təsərrüfatının, o cümlədən meyvəçiliyin inkişafını stimullaşdırır. Festival yerli məhsulların xarici bazarlarda satışının təşviqi baxı-mından da böyük əhəmiyyət daşıyır. Xurma festivalının keçirilməsi, eyni zamanda, rayonun milli adət-ənənələrinin, qonaqpərvərliyinin, turizm imkanlarının tanıdılmasında, xur-manın və ondan hazırlanan məhsulların təbliğində önəmli rol oynayır.

Diqqətə çatdırılıb ki, Azərbaycanda ildə 180 min tondan çox xurma istehsal olunur. Balakən rayonu xurma istehsa-lına görə respublikada öncül yerlərdən birini tutur. Hazırda rayonda 812 hektar xurma bağı var və 2018-ci ildə bağlar-dan 15 min ton məhsul yığılıb. İstehsal olunan xurmanın 80 faizi xaricə ixrac olunub.

Bildirilib ki, son illər rayonda özəl sərmayələr hesabına meyvələrin, o cümlədən xurmanın qurudulmuş formada istehsalı ilə məşğul olan “Balxurma” və “Balacans” kon-serv zavodlarının nəzdində “Balakan Foods” müəssisələri yaradılıb. İllik istehsal gücü 2 min ton olan “Balxurma” müəssisəsində istehsal üçün meyvələr rayon sakinlərinin şəxsi xurma sahələrindən yığılır. Tam gigiyenik və ekoloji cəhətdən təmiz xurma məhsulları daxili və xarici bazarlara ixrac edilir.

Sonra festival iştirakçıları bayramsayağı bəzədilmiş parkda xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara, kənd təsərrüfatı məhsullarının sərgilərinə baxıblar. Xurma, alma, armud, qoz, fındıq və digər meyvələr, arıçılıq, ət, süd, tərəvəz məhsulları, “Azəryem Sənaye” MMC-nin, konserv zavodunun istehsal etdiyi müxtəlif çeşiddə məhsullar festival iştirakçılarının böyük marağına səbəb olub.

“Xalq qəzeti”

Tərəvəzi, xurması, alma-armudu, qoz-fındığı ilə məşhur olan, zəhmətsevər insanların əməyi ilə gündən-günə gözəlləşən, inkişaf

edən Azərbaycanın şimal-qərb qapısı Balakən rayonu növbəti festivala uğurla ev sahibliyi edib. Balakən rayonunun kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan xurmaçılığın daha geniş təbliğ edilməsi məqsədilə oktyabrın 26-da rayonda III Xurma festivalı keçirilib.

� Multikulturalizmin əsasını tolerantlıq, milli birliklərin adət-ənənlərinə və mədəniyyətlərinə, azadlıqlarına hörmət təşkil edir. Multikulturalizm anlayışı ilk dəfə Kanada tərəfindən təklif olunub və bu ifadə siyasi leksikona 1970-ci ildə Avstraliyada immiqrasiya naziri vəzifəsində çalışmış Al Kresbi tərəfindən elmi dövriyyəyə daxil edilmişdir.

Multikulturalizm elmi dövriyyəyə kifayət qədər yeni daxil olan ter-min olmağına baxmayaraq müxtəlif tədqiqatçılar və məktəblər bu anlayışın mahiyyətini fərqli izah edirlər. Alman filosofu Y.Habermasa multikulturalizmin əsas prinsipini “mədəni həyatın müxtəlif formalarının bərabər hüquqlarla yanaşı mövcud olmasında”, yəni azlıqla çoxlu-ğun bərabər hüquqlara malik olmasında görür, ingilis və bir sıra Qərb alimlərinin fikrincə isə multikulturalizm özündə han-sısa ölkədə və ya bütün dünyada mədəni müxtəlifliyin qorunub saxlanmasını ehtiva edir.

“The Harper Colins” sosiologiya lüğətində (1991) multikulturalizmin belə bir tərifi verilir: “Multikulturalizm bir çox cəmiyyətlərin xüsusiyyəti kimi plüraliz-min mövcudluğunun etiraf olunması və inkişafı deməkdir”.

Azərbaycanlı alimlər – akademik Kamal Abdullayev və professor Etibar Nəcəfov qeyd edirlər ki, multikulturalizm sosial ədalət, imkanların bərabərliyi, demokratiya kimi anlayışların müzakirə olunan terminləri sırasına daxildir. Sosial hadisə kimi formalaşan multikulturalizm digər sosial hadisələrə (siyasət, iqtisa-diyyat, mədəniyyət və.s.) təsir göstərir, onlarla qarşılıqlı münasibətdə olur.

Multikulturalizm sahəsində beynəlxalq təcrübəyə nəzər yetirsək görərik ki, Rusiyada 1987-ci ildə Multikulturalizm Problemləri Komitəsi yaradılmışdır. İsveçin multikultural siyasətinin əsas istiqamətləri dil və təhsil strategiyalarıdır. 1997-ci ildə qəbul olunmuş “İmmiqrasiya haqqında” Qanun İsveçi multikultural cəmiyyət kimi təqdim edir. Avstraliyada multikultural cəmiyyətin yaranması və formalaşması uzun müddət dövlət tərəfindən təqib edilən izolyasio-nizm siyasəti ilə müşayiət olunmuşdur. 1901-ci ildə Avstraliyada qəbul olunmuş “ İmmiqrasiya haqqında” qanun izolyasio-nizm siyasətinin idarə olunmasında hakim elita üçün inzibati əsas rolunu oynamışdır.

İzolyasionizm kanadalıların ən mü-hüm milli xüsusiyyətlərindəndir. İsraildə 81 dildə danışan və 120 dövlətdən gəlmiş insanlar yaşayırlar. Qazaxıstanda istər milli, istərsə də beynəlxalq sahədə mədəniyyətlərin və sivilizasiyaların yaxınlaşması sahəsindəki fəaliyyət təqdirəlayiqdir. Ukraynada 2001-ci ilin siyahıyasalınmasına görə, əhalinin 78 faizini etnik ukraynalılar təşkil edir. Multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun yüksək inkişaf mərhələsinin ən yüksək pilləsidir. Bu pillə vətəndaş cəmiyyəti multikulturaliz-min cəmiyyətdə yayılmasında olduqca fəal rol oynayır. Multikulturalizm ideya-ları ictimai şüurda möhkəmlənir.

Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, “multikultu-ralizm” termini cəmiyyətin müxtəlif sahələrini əhatə edən bir anlayışdır. Mul-tikulturalizm bir-birini tamamlayan və zənginləşdirən mədəniyyət və etnosların paralel varlığı və inkişafı, cəmiyyətdə mövcud olan fərqli norma və davranış qaydalarının alınması, qəbul edilməsi və tolerant münasibət göstərilməsidir. Mul-tikulturalizm ayrıseçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir, mədəni

müxtəlifliyi qəbul edir və onun inkişafına şərait yaradır. Multikultural cəmiyyətdə sağlamlıqları ilə bağlı sosium həyatında bilavasitə fəal iştirak edə bilməyən insan-ların hüquq və maraqlarının qorunması üçün şərait yaradılmalıdır. Məsələn, anadangəlmə kar, kor və ya Daun sind-

romunu daşıyan insanlar cəmiyyətdə baş verən proseslərdən kənarda qalmamalıdır. Bir sözlə, bu faktorlar multikulturalizmin izahında mütləq nəzərə alınmalıdır.

Azərbaycanda demokratik proseslər çərçivəsində keçirilən tədbirlər multikul-tural təhlükəsizliyin mövcudluğunu sübut edir. 25-27 aprel 2016-cı il tarixində Bakı şəhərində keçirilən BMT-nin Sivilizasi-yalar Alyansının 7-ci Qlobal Forumu bir daha dünya ölkələrinin Azərbaycanda hökm sürən multikulturalizm siyasətinə və mövcud mühitə münasibətlərinin bariz nümunəsidir.

Elə bu məntiqdə zəmanəmizin dühası Heydər Əliyev Azərbaycanın çoxmillətli dövlət olaraq milli siyasətinin əsas məzmununu belə müəyyən etmişdir: “Respublikamızın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağla-yan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirirsə, bir o qədər zəngin olar”. Bu bir həqiqətdir ki, azərbaycançılıq ideologiyası bir tərəfdən Azərbaycan türklərinin ölkədəki digər et-nik qruplara tolerant münasibətinin, sülh içində yaşamaq istəyinin bariz göstəricisi oldusa, digər tərəfdən Azərbaycanın türk dünyasının ayrılmaz parçası olduğunu təsdiqlədi. Azərbaycançılıq məfkurəsini müasir Azərbaycanın ideoloji təliminə çevirən ulu öndərin 2001-ci il avqus-tun 13-də milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı verdiyi bəyanatda səslənən fikirlər kifayət qədər aktual və ibrətamizdir: “Hər bir xalqın öz adət-ənənəsi, milli-mənəvi və dini dəyərləri vardır. Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Əgər insan mənsub olduğu millətin milli-mənəvi dəyərlərini anlaya bilmirsə, onları qəsdən təhrif edirsə , bu hal bizi narahat etməlidir”.

“Heydər Əliyev azərbaycançılıq ideyasına tamamilə yeni məzmun verərək, onu Azərbaycanın milli-et-nik xüsusiyyətlərinə, müasir döv-rün tələblərinə və dünyanın müasir şəraitinə uyğunlaşdırdı... Heydər Əliyev azərbaycançılığı bütöv bir xalqın – bütün dünyada yaşayan azərbaycanlıların, Azərbaycanla bağlılığı olan soydaşlarımı-zın və həmvətənlərimizin söykəndiyi mil-li birlik platformasına çevirdi”,– deyən, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov ulu öndərin bütün sahələrdə olduğu kimi, milli məfkurə sfe-rasında da misilsiz xidmətlər göstərdiyini vurğulamışdır.

Akademik Ramiz Mehdiyevin “Azərbaycançılıq-milli ideologiyanın kamil nümunəsi” adlı məqaləsində qeyd olunduğu kimi, “azərbaycançılıq” anlayışı milli siyasi diskursda nisbətən yaxın vaxtlarda işlədilir. O, ölkədə ya-şayan bütün etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri əsasında real surətdə birləşdirmək ideyasının verballaşdırılması kimi, 1992-1993-cü illərdə xüsusilə ge-niş yayılan şovinizm və separatçılıq əhval-ruhiyyəsinə qarşı mübarizə kimi meydana gəlmişdir. Yeni anlayış ictimaiyyət tərəfindən kifayət qədər

tez dəstəklənmiş, yeni məzmunlu elementlərlə dolğunlaşmışdır. Düşünü-rük ki, indi “azərbaycançılıq” artıq milli ideologiyanın ilk nümunəsi hesab edilə bilər.

Multikulturalizmin inkişafın-da Heydər Əliyev Fondunun böyük xidmətləri danılmazdır. Fondun rəhbəri, Azərbaycan Respublikasının Birin-

ci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Mədəniyyətlərarası dialoqda qadınla-rın rolunun genişləndirilməsi”, “Qlo-ballaşma şəraitində mədəniyyətlərin rolu”, “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgəyaşama”, “Azərbaycan-tolerantlıq məkanı” layihələrini xüsusi qeyd etmək lazımdır.

Sivilizasiyalararası dialoq prosesinə töhfə vermək məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə Bakıda Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısı keçirildi. Həmin tədbirə İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirləri də dəvət olundular. Tarixdə ilk dəfə iki mühüm beynəlxalq təşkilatın nümayəndələri Bakıya top-laşmışdı. 2009-cu ildə Bakıda növbəti analoji tədbir keçirildi. Bu dəfə Avropa Şurasının mədəniyyət nazirləri İslam Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən tədbirinə dəvət edildilər. Bununla da Azərbaycan dünyada süni şəkildə eroziyaya uğradılmaqda olan multikut-lural dəyərlərə sadiq qaldığını bir daha hər iki sivilizasiyanın yüksək səviyyəli təmsilçilərinə nümayiş etdirdi.

Prezident İlham Əliyev sadala-nan reallıqlar kontekstində bu gün mədəniyyətlərarası dialoqa heç zaman olmadığı qədər ehtiyac olduğunu vurğu-layaraq bildirmişdir ki, dövlətimiz nəinki məscidlərin, həmçinin sinaqoqların, provaslav və katolik kilsələrinin yenidən qurulmasına və inşasına sərmayə yatırır.

İşğalçı Ermənistan dövləti üçün isə terrorçuluq və etnik təmizləmə siyasəti xarakterikdir və Azərbaycanın mədəni ir-sinin məhv etməyi əlahiddə olaraq hədəf seçmişdir. “Mən müsəlman ölkəsini, erməni terrorizmindən, işğalından, tarixi abidələrinin məhv edilməsindən əziyyət çəkən ölkəni təmsil edirəm”, – deyən Pre-zident İlham Əliyev 2015-ci il noyabrın 17-də Parisdə UNESCO Baş Konfransı-nın 38-ci sessiyasının Liderlər Forumu-nun tribunasından Ermənistanın mədəni irsə qarşı vandalizm siyasətini ifşa edərək, işğalçı dövlətə sərt xəbərdarlığnı çatdırdı: “İşğal nəticəsində ölkəmizin 600-dən çox tarixi və memarlıq abidəsi, 40 min eksponatı olan 22 muzey, 10 məscid məhv edilmişdir. Buna baxma-yaraq, siz bu gün Bakının mərkəzində Azərbaycan hökuməti tərəfindən bərpa edilmiş erməni kilsəsini görə bilərsiniz”.

“Multikulturalizm bizim adət-ənənəmizdir. Multikulturalizm dövlət siyasəti və ictimai sifarişdir. Multi-kulturalizm bizim həyat tərzimizdir”, – deyən Prezident İlham Əliyev

Qafqazda ən qədim kilsələrdən birinin Azərbaycanda, qədim Şəki şəhərinin yaxınlığında yerləşməsindən, o cümlədən, 743-cü ildə tikilmiş ən qədim məscidlərdən birinin Azərbaycanda, qədim Şamaxı şəhərində olmasından xalqımızın qürur və fərəh hissi keçirdiyini bildirmişdir.

Prezident İlham Əliyev qeyd olunan tarixi reallıqlar kontekstində 28 fevral 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavir-liyi Xidmətini yaratmışdır. Bu gün bu xidmət ölkənin ideoloji həyatının önəmli istiqamətlərini əlaqəli şəkildə öyrənən, obyektiv səbəbdən özünü göstərən müəyyən boşluqların doldurul-masını təmin edən vacib bir orqan kimi fəaliyyətini qurmaqdadır.

Multikulturalizm sahəsində atılan növbəti uğurlu addım Prezident İlham Əliyev tərəfindən Bakı Beynəlxalq Mul-tikulturalizm Mərkəzinin yaradılmasına dair 15 may 2014-cü il tarixində imza-ladığı fərman olmuşdur. Bu mərkəzin yaradılmasının əsas məqsədi ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlığın, etnik-mədəni, dini müxtəlifliyin qorun-masını və çiçəklənməsini təmin etmək, habelə Azərbaycanı dünyada multi-kulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modellərini tədqiq və təşviq etməkdir. Dünyada multikultu-ralizm sahəsində aparıcı mütəxəssislərin, görkəmli ictimai və siyasi xadimlərin Bakıda beynəlxalq səviyyədə belə bir mərkəzin açılmasını son dərəcə təbii və işgüzar şəkildə qəbul etmələri məhz Azərbaycanın bu gün dünya multikultura-lizminin mərkəzinə çevrilməsi reallığını aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyev 2015-ci il noyabr ayının 17-də Parisdə UNESCO-nun forumun-da xüsusi olaraq vurğulamışdır ki, cari ildə Avropa Oyunlarına ev sahibliyi etməyimiz də multikulturalizmin bir nümunəsidir. Müsəlman ölkəsində ilk Avropa Oyunlarının keçirilməsi multi-kulturalizm və tolerantlıq ideyalarının təntənəsidir. 2017-ci ildə keçirilən İslam Oyunları da məhz bu aspektdən yanaşdıq-da tolerantlığın bir nümunəsidir.

Görülən işlərin davamı kimi Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması və daha da inkişaf etdirilməsi məqsədilə 2016-cı il yanvar ayının 11-də “Mul-tikulturalizm ili”nin elan edilməsi məqsədilə sərəncam imzalanmış və daha sonra “Multikulturalizm ili” çərçivəsində Tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planına əsasən, əlaqələndirici orqan kimi millətlərarası, konfessiyalararası və mədəniyyətlərarası münasibətlər sahəsində ölkəmizin təcrübəsinin öyrənilməsi və təbliği üzrə müxtəlif layihələr həyata keçirən Bakı Beynəlaxq Multikulturalizm Mərkəzi müəyyən edilmişdir. Azərbaycanda “Multikulturalizm ili” elan olunması və bu çərçivədə həyata keçirilən tədbirlər dünyaya bir mesaj, Azərbaycanın bu regionda rolunu müəyyən edən bir faktordur. Yəni, biz bir körpü kimi həm Şərqi, həm Qərbi özümüzdə birləşdirmək iqtidarındayıq. Sonda demək olar ki, multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir, çünki bu, anlaşılmaz-lığa, fobiyaya, qarşıdurmaya aparan yoldur. Müasir multimədəni cəmiyyətlə düşünülmüş multikulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bu-nun əsas örnəklərindən biri Azərbaycan Respublikasının tərəqqisidir ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olunan müxtəlif xalqların nümayəndələri harmo-nik inkişaf edirlər.

Azərbaycanın multikultural ənənələrinin dövlət tərəfindən qorunması işinin əhəmiyyətini hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Konstitusiyasında əks olunmasındadıdr. Belə ki, multikultu-ralizm siyasətinin əsasını təşkil edən tole-rantlıq (dözümlülük) prinsipi Azərbaycan Respublikasının Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit olunmuşdur. “Bərabərlik hüququ” (maddə 25, bənd 3), Milli mənsubiyyət hüququ (maddə 44, bəndlər 1,2), “Ana dilindən istifadə hüququ” (maddə 45, bəndlər 1,2) və başqa maddələri misal göstərmək mümkündür.

Azərbaycan Respublikasında müxtəlif etnosların nümayəndələri kompakt şəkildə yaşayır və onların hər biri öz maddi və mənəvi mədəniyyətini, dilini, tarixi yaddaşını, mentalitetini, etnik özünüdərketmə və etnopsixo-logiyanın qoruyub saxlayan unikal xüsusiyyətlərinin daşıyıcısıdır.

Beləliklə, multikulturalizm bizim ölkədə Azərbaycan dövlətinin sabit və da-vamlı siyasi kursudur. Azərbaycan dövləti əsrlər boyu bu ərazidə yaşayan xalqların milli-mənəvi dəyərlərinə, eyni zaman-da humanist, ümumbəşəri dəyərlərə əsaslanaraq bu siyasəti gələcəkdə də davam etdirəcək.

Adilə FƏRƏCOVA, Bakı Şəhəri üzrə Təhsil

İdarəsinin aparıcı məsləhətçisi

Azərbaycanda multikulturalizmin inkişaf tarixi və beynəlxalq təcrübə

Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir.

Heydər ƏLİYEV Ümummilli lider

Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrıseçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Page 11: Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezident İlham …xalqqazeti.com/pdf/27 oktyrabr.pdf · 2019-10-28 · TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

1127 oktyabr 2019-cu il, bazar

Babalarımız Sumqayıtı Xəzərin sahilindəki boz çöllüyə ürəklərində gətiriblər. Ev-ev, küçə-küçə qurub-yara-dıblar. Atalarımız onu böyüdüb, iqtisadi

gücünü artırıb, zəruri şəhər atributları ilə zənginləşdiriblər. Bizim nəsil isə bu dogma ünvanı müasirləşdirib, dünyaya tanıdıb. Bu gün Sumqayıt “göylərə mey-dan oxuyan, ayağı torpaqda möhkəm dayanan” bir şəhərdir.

Ulu öndər Azərbaycana rəhbərlik etdiyi dövrlərdə 16 dəfə, Prezident İlham Əliyev 23 dəfə Sumqayıtda olub, şəhərin hərtərəfli inkişafı planlarını ardıcıl həyata keçiriblər. Dövlətimizin başçısı bu il fevral ayının 14-də Sumqayıtın 70 illik yubileyinin qeyd edilməsi haqqında xüsusi sərəncam imzalayıb. Davamlı surətdə yeniləşən şəhərin hazırkı sosial-iqtisadi mənzərəsi və elmi-mədəni həyatı Azərbaycanın müasir nailiyyətlərini özündə dolğun təcəssüm etdirir.

Son dörd ildə Sumqayıtda bəlkə də 40 illik işlər görülüb. Küçələrin, hətta məhəlləiçi yolların asfaltı təzələnib. Çoxmərtəbəli evlərin liftləri dəyişdirilib. 900-dən artıq binaya yeni dam örtüyü vurulub. Yeri gəlmişkən, artıq Sumqa-yıtın quruculuq işləri paytaxt Bakıya da nümunə göstərilir. Ötən ay Nəsimi rayo-nunda yeni parkın açılış mərasimində Prezident İlham Əliyev son illərdə Sumqayıt şəhərində çoxmənzilli yaşayış binalarında dam örtüklərinin vurulduğu-nu qeyd edib və paytaxtdakı binaların da dam örtüklərinin təmirinin zəruriliyini vurğulayıb.

Noyabrda gənclik şəhərinin rəsmi yubiley tədbiri keçiriləcək. Artıq neçə aydır ki, burada əsl bayram ovqatı hökm sürür. Abadlıq-quruculuq işləri daha da genişlənib, hər tərəf gül-çiçəyə qərq olub. Küçələr, meydanlar bəzədilir. Hər tərəfdə “1949–2019. Sumqayıt–70” lövhələri göz oxşayır, reklam video-çarx-

ları yubilyar şəhərin uğur yoluna işıq tutur. Sumqayıtın gecələri də gündüzləri kimi nurlu, parlaq və cazibədardır. Elə gün olur ki, bir neçə mədəni-kütləvi tədbir üst-üstə düşür. Hara baxsan, təmtəraq, qələbəlik, şənlik, şadyanalıq hiss edirsən.

Elə bu yaxınlarda şəhərdə 1-ci Mədəniyyət Festivalı keçirildi. Festi-vala Sumqayıt Regional Mədəniyyət İdarəsinin tərkibində fəaliyyət göstərən Abşeron, Xızı, Şuşa, Zəngilan, Qubadlı

rayonları ilə yanaşı, Şamaxı, İsma-yıllı, Quba və Kürdəmir rayonlarının mədəniyyət kollektivləri də qatılmışdı.

Festival iştirakçıları “Kimyaçı” Mədəniyyət Sarayının önündəki mey-danda çox maraqlı çıxışlar etdilər. Əlvan rəqslər, tamaşalardan parçalar, şeirlər, milli musiqi alətlərində ifalar bir-birini əvəz elədi. Əl işlərinin, rəsmlərin, tətbiqi sənət nümunələrinin, ölkəmizin ayrı-ayrı bölgələrinin folklor və mətbəxinin təqdimatı unudulmaz təsir bağışladı. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri də əsl bayram ab-havasında keçən festivalı çoxsaylı şəhər sakinləri ilə bərabər izlədilər. Sonra festival mədəniyyət sarayının tamaşa zalında böyük bayram konserti ilə da-vam etdi. Sonda şəhərin 70 illik yubileyi ilə bağlı keçirilən müsabiqənin “Ən yaxşı şeir” və “Ən yaxşı mahnı” nominasiyaları üzrə qalibləri mükafatlandırıldı.

“Ən yaxşı şeir” müsabiqəsinin qalibi, gənc şair Elvin Əlizadə:

– Fəxr edirəm ki, bu şəhərdə doğul-muş, burada ilk addımlarımı atmışam. Sumqayıta həsr etdiyim şeirin məhz 70 illiyə həsr olunan müsabiqədə 1-ci yerə layiq görülməsi həyatımın ən böyük uğu-rudur. Xoşbəxtəm ki, bu, mənim yubileyə töhfəm oldu.

“Ən yaxşı mahnı” müsabiqəsinin qalibi, Əməkdar müəllim Firəngiz Xəlilova:

– Ötən ilin əvvəllərində Sumqa-yıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə yeni yaradılan iki kol-lektivin təqdimatı keçirilib. Biri musiqi məktəblərinin müəllimlərindən ibarət xalq çalğı alətləri orkestri, digəri isə mənim dirijoru olduğum xor kollektividir. Qısa müddət ərzində müəyyən uğurlar qazanmışıq. Bu müsabiqədə mən özü-mü mahnı yaradıcılığında da sınadım və qalib gəldim. Mədəniyyətə qayğının

yüksək səviyyədə olması məni qəlbən sevindirir.

Festivala qədər Sumqayıtda düzənlənən yaddaqalan tədbirlər sırasın-da “Nəsimi ili” ilə əlaqədar mütəfəkkir şa-irin 650 illiyinə həsr olunmuş möhtəşəm yubiley konserti, böyük kitab yarmarkası, müxtəlif idman yarışları da keçirilib, ayrı-ayrı sahələrə aid kitablar nəşr edilib.

Hazırda icra olunan yubileyqa-bağı layihələrdən “Nizami” kinote-atrının yenidən qurulması və Mu-

ğam Mərkəzinin inşası xüsusi qeyd edilməlidir. “Nizami” kinoteatrı tezliklə ən müasir kino texnologiyası ilə təchiz edilərək kinosevərlərin ixtiyarına veriləcək. Dənizkənarı bulvar ərazisində tikilən Muğam Mərkəzində isə işlər artıq yekunlaşmaq üzrədir. Şəhər rəhbərliyi digər mühüm obyektlər kimi, buraya da tez-tez baş çəkir, işlərin gedişi ilə maraqlanır. Yeni mərkəz klassik me-marlıq üslubu ilə seçilir. Burada müxtəlif

mədəni tədbirlər, o cümlədən muğam gecələri keçirmək üçün hər cür şərait yaradılır. Gənclərin muğamın sirlərinə yiyələnmələri üçün 14 sinif otağı fəaliyyət göstərəcək. Park-bulvar komp-leksinin daha 1 kilometr uzadılması da yubiley ərəfəsində sakinlər üçün hazırla-nan layiqli töhfələrdəndir.

Sumqayıt müasir şəhər atributları ilə də zəngindir. Hərəkətli reklam lövhələri, müasir avtobus nəqliyyatı xidməti, küçə və meydanlarda plastik su qabları üçün butulka şəkilli tullantı səbətlərinin qoyulması, bəzi yerlərdə açıq “wi-fi” zonalarının yaradılması bu qəbildəndir. Operativ, sürətli və komfortlu, başlıca-sı isə ucuz sərnişindaşımanı həyata keçirən, elektron köməkçi sistemləri olan taksi xidmətlərindən də sakinlər gen-bol istifadə edirlər. Hələlik, tam təsdiq olunmasa da, gələcək planlar-dan biri Bakı və Sumqayıt arasında metrobus xəttinin açılmasıdır. Bildiyimiz kimi, metrobus xətti elə bir xətdir ki, bura başqa nəqliyyat vasitəsi daxil ola bilmir, sürətinə isə söz ola bilməz. Yaxın gələcəkdə sumqayıtlılar üçün dənizdə kater gəzintisi də reallaşacaq.

...Yubilyar şəhərdə bir axşam gəzintisi bizdə elə xoş ovqat yaratdı ki, nur çeşməli əlvan mənzərələrin fotoşəkillərini çəkməkdən özümüzü saxlaya bilmədik. Bərli-bəzəkli dövlət rəmzləri, işıqları sayrışan fontanlı fəvvarələrə, bərq vuran simvol-abidələrə, küçə və prospektlərin elektrik dirəklərini birləşdirən “alışdım-yandım” boyunbağ-larına könlümüzcə zövq ala-ala tamaşa elədik. Şəhərdə qaranlıq dalanlardan, vahimə yaradan tin-bucaqdan əsər-əlamət qalmayıb.

Nəhayət, tükənməz qürur hissi ilə

onu da xatırladaq ki, bu yaxınlarda Sumqayıta gəlmiş 4-cü “LiFFt” Avrasi-ya Ədəbi Festivallar Festivalının işti-rakçıları olan dünya şöhrətli yazıçılar gənclik şəhəri ilə bağlı təəssüratlarını Prezident İlham Əliyevə ünvanladıqları məktubda ifadə ediblər: “ Biz oktyabrın 2-də “Salam, Azərbaycan!” müsabiqəsi çərçivəsində Sumqayıt şəhərində olduq. Şəhərin gözəlliyi və sumqayıtlıların qonaqpərvərliyi bizi valeh etdi. Bizi şəhər icra hakimiyyətinin başçısı qarşıladı və müşayiət etdi. Möhtəşəm Heydər Əliyev Mərkəzində, Poeziya Evində və əsl möcüzə kimi təsir bağışlayan bulvarda olduq. Öyrəndik ki, bütün bu gözəllik Sizin sayənizdə yaradılıb. Şəhər gülüs-tana bənzəyir. Sizin şəxsinizdə Sum-qayıta və bütün Azərbaycana səmimi təşəkkürümüzü bildirmək istəyirik. Düşünürük ki, bu şəhərdən aldığımız təəssürat heç vaxt unudulmayacaq və biz bunu gələcək əsərlərimizdə əks etdirəcəyik”. Məktubu imzalayanlar ara-sında Qazaxıstanın Əmək Qəhrəmanı, Beynəlxalq “Türk dünyasına töhfəyə görə” mükafatı laureatı Oljas Süleyme-nov, Serbiya Yazıçılar İttifaqının sədri Radomir Andriç, UNESKO-nun Ame-rika Birləşmiş Ştatlarından olan fəxri mədəniyyət səfiri Aleksandr Selimoviç və neçə-neçə digər ünlü söz adamı var.

Bəli, şanlı yubileyinə hazırlaşan Sumqayıt bu gün, bax beləcə, dünyaya səs salmaqda, Azərbaycanın şöhrətini daha da artırmaqdadır. İnanırıq ki, bu şəhərin yubiley təntənələri layiqincə keçiriləcək və tarixi anları ilə yadda qalacaqdır.

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”nin bölgə müxbiri

Gənclik şəhəri yubiley ərəfəsində

Şairi bizdən altı əsrlik bir zaman məsafəsi ayırır. Lakin bu böyük sənətkar yalnız cismən bizim aramız-da yoxdur. Başqa bütün mənalarda isə o, bizimlədir. Nəsimi sözü, şeiri, düşüncələri, Tanrıya və insana münasibəti, bəşər övladına verdiyi dəyəri ilə bizim müasirimizdir. Bəşər tarixində heç bir filosof, sənətkar insana Nəsimi qədər yüksək dəyər verməyib və insanın şərafətinə oxucu-nu Nəsimi qədər inandıra bilməyib.

Nəsimini anlamaq o qədər də asan deyil. Çünki şairin poeziyası, fikir və ideyalar aləmi, təbliğ və təlqin etmək istədiyi mətləblər bir sıra dini, fəlsəfi baxışlarla ciddi şəkildə bağlıdır. Bununla yanaşı, onun poeziyası həm ümumən sufizmdə, həm də hürufilikdə işlədilən simvolik anlayışları, rəmzi-metaforik ifadə və ibarələri, daha doğrusu, hürufilərin “quş dili”ni, həmçinin bəzi dünyəvi elmlərlə (məsələn, nücum, məntiq, musiqi, əxlaq və s.) bağlılığı da vurğulamalıyıq. Deməli, şairi az-çox dərk etməkdən ötrü oxucudan ciddi hazırlıq və bilik tələb olunur.

Sənətkarın pünhan, mübhəm, “əsrarlı” (sirli) dili və deyim tərzi onun poeziyasında müxtəlif məna qat-larının yaranmasına səbəb olmuşdur. Bir çox şeirlərin, beytlərin, misraların üst qatında, görünən tərəfində ilk ba-xışda bir məna duyulursa, alt qatında (və ya qatlarında) tamamilə başqa məna gizlənir. Bəzən bu mənalar bir-birindən tamamilə fərqli anlamlar kəsb edir.

Nəsimi filosof şairdir. Əslində, onun poeziyası həyat və onun hikmətləri, varlıq və onun sirləri, in-san, cəmiyyət və onlara aid məsələlər barədə fəlsəfi düşüncələrin bədii ifadəsidir. Sənətkar insanı, həyatı və varlığı dərk etmək, onlara aid qaranlıq, mübhəm, əsrarlı həqiqətləri anlamaqdan başlamaq istəyir. Filosof şairin poeziyası özünün hikmət başlanğıcını buradan götürüb sonra daha dərin qatlara doğru baş alıb gedir. Qəribə, düşündürücü, suallar meydana çıxır və sənətkar insanı, insanlığı narahat edən, düşündürən həmin suallara cavab axtarır.

Dahi şairi düşündürən suallar bütün zamanlar üçün, o cümlədən günümüzdən ötrü də aktualdır. Söz ustadının bəşər övladına bu cür isti, səmimi münasibətinin səbəbi nədir və haradan qaynaqlanır? Təbii ki, bu münasibət hürufiliyin ideoloji, dini-fəlsəfi baxışlarından qida alır. Burada sufi təriqətinin tanınmış ideoloqları-nın, öncüllərinin baxışları da mühüm təsir faktoru kimi nəzərə alınmalıdır. Belə ki, monoteist dinlərdə, bir qayda olaraq, tövhid ideoloqları varlığın nədən yaradılması problemindən danışarkan məsələyə belə şərh verirlər ki, Xaliq xilqəti yoxdan var etdi, heç nədən yaratdı. İslam təfsirçiləri bu zaman “Quran”ın o ayələrinə istinad

edirlər ki, həmin ayələrdə deyilir: Al-lah-taala varlığı yaratmaq istəyərkən sadəcə olaraq “ol” dedi və varlıq da “oldu”.

Təsəvvüf ideoloqları, o cümlədən Nəsimi bir tövhid əhli kimi varlığın Allah tərəfindən yaradıldığını mütləq mənada qəbul etsələr də, onun yoxdan

yaradılması fikrini qəbul etmirlər, Bildirirlər ki, varlıq yoxdan yarana bilməz. Varlıq yalnız var olan bir şeydən (həqiqətdən) yarana bilərdi. Bəs bu şey, bu həqiqət nə idi? Allah-taalanın öz zatı, Tanrı substansiyası, Tanrı cövhəri. Onlar deyir və israr edirdilər ki, Allah varlıqda, maddi və qeybi aləmdəki bütün varlıqları, cisimləri, o cümlədən insanı öz zatın-dan, özünün Tanrı substansiyasından xəlq etmişdir. Həm də varlıqdakı hər şey insana xatir yaradılmışdır. Belə ki, Allah tək, əzəli və əbədi bir varlıq ikən özünü anlayacaq zəkalara, sevəcək könüllərə ehtiyac hiss etdi. Ona görə də insanı yaratmaq qərarına gəldi. İnsana xatir və insanın istifadəsi üçün də başqa məxluqları, başqa aləmləri xəlq etdi. Beləliklə, təsəvvüf ideoloqları, həmçinin Fəzlullah Nəimi inanır və təbliğ edirdilər ki, bir ilahi aləm – vəhdət aləmi, bir də Onun öz zatından yaratdığı cisimlər, hadisələr aləmi -- kəsrət (çoxluq) aləmi vardır. Kəsrət aləmində olan hər şey Haqqın zərrələridir. İnsan da Haqqın zərrəsidir. Lakin yuxarıda

göstərdiyimiz səbəbə, yəni varlı-ğın yaradılış səbəbi olduğuna görə başqa məxluqlardan daha üstün, daha şərəflidir. Allah insana başqa varlıq-lardan daha üstün olan keyfiyyətlər də ehsan etmişdir. Məsələn, nitq, ağıl, şüur vermiş, onu ən gözəl biçimdə xəlq etmiş, özünün camal və cəlal

gözəlliyindən pay vermişdir, yəni in-sanı özünəbənzər yaratmışdır. Nəsimi inanırdı ki, insan Haqqın zərrəsidir, zərrədə təcəllisidir, başqa sözlə, Haq-qın təcəlli nurudur.

Biz bu gün multkulturalizmdən, dinlər, mədəniyyətlərarası dialoqdan, müxtəlif dinlərə, mədəniyyətlərə hörmətdən, cəmiyyətdəki ictimai bərabərlikdən, insan hüquqların-dan tez-tez danışırıq. İndi bu mis-siya əslində bütün tərəqqipərvər bəşəriyyətin probleminə çevrilmişdir. Halbuki, İmadəddin Nəsimi hələ altı əsr bundan əvvəl həmin ide-yaları daha coşqun, daha inamlı, daha sübutlu və daha təsirli şəkildə təbliğ edirdi. Cəmiyyətdəki hər cür dini, irqi, sinfi, milli, cinsi, maddi və mülki bərabərsizliyin əleyhinə çıxırdı. Bədii-fəlsəfi şəkildə bəyan edirdi ki, bütün insanlar eyni Günəşin zərrələri timsalındadır. Bütün insanlar Tanrının zərrələrdə təcəllisidir. Ona görə də onların biri digərindən üstün ola bilməz. Dinindən, irqindən, milliyyətindən, cinsindən, sinfi mənsubiyyətindən, maddi imkanından

asılı olmayaraq özünü və Haqqı dərk edən, kamil düşüncəyə, pak əxlaqa malik, nəfsini öldürməyi bacaran, Haqqı və Haqqın yaratdıqlarını sevə bilən insanın mərtəbəsi uca, əks keyfiyyətlərə malik olanınkı isə alçaqdır. Nadanın, cahilin həyat tərzi isə, kimliyindən asılı olmayaraq, hey-vanınkına bənzəyir, rəzalət və səfsətə içərisindədir.

İnsanı Tanrı zatının, İlahi varlığın zərrədə təcəllisi kimi dəyərləndirən hürufilər “nüsxeyi-kəbir” (“böyük nüsxə”) və “nüsxeyi-səğir” (“kiçik nüsxə”) məntiqindən çıxış edirdilər.

Onların inancına görə, İlahi var-lıq vəhdət aləmindən ibarət olub “nüsxeyi-kəbir”dir. Haqqın zərrədə təcəllisi olan insan isə onun kiçik nüsxəsidir (“nüsxeyi-səğir”dir). Allah insanı özünəbənzər yarat-mış, ona özünün cəlal və camal gözəlliyindən pay vermişdir. İnsan-da haqqa məxsus əlamətlər vardır. Allah özünü həm də söz-kəlam şəklində təzahür etdirmişdir ki, bu da “Quran”dan ibarətdir. Deməli, insan və “Quran” eyni həqiqətin müxtəlif şəkildə təzahürləridir. Nəsiminin insanla “Quran” arasında bənzərlik görməsinin, şeirlərində tez-tez onları eyniləşdirməsinin və ya bənzətmələr aparmasının, bənzərliklər görməsinin səbəbi də budur.

“Sığmazam”, “Mənəm mən” və s. rədifli qəzəllər Nəsiminin və hürufiliyin ideya-fəlsəfi məramının, baxış və inanc kodeksinin müəyyən tərəflərini kifayət qədər dolğun, aydın və sərrast şəkildə ortalığa qoyur. Şair demək istəyir ki, mən (yəni insan) surətdə (formada) və mənada Haqqam (haqqın zərrədə təzahürüyəm), mən

Haqqın göstəricisiyəm (sübutuyam). Mən ruham, canam, cənnət və onun abi-kövsəriyəm, tövhidəm, hədisəm, qeybdə və gümanda nə varsa, hamısı mənəm -- deməklə Haqqın deyilən varlıqlar şəklində təzahürünə işarə edir. Yəni mahiyyətcə insan da, adı çəkilən qeybi və cismani varlıqlar da, müqəddəs sayılan həqiqətlər də eyni substansiyanın təcəllisidir, eyni mənbəyə və mənşəyə bağlıdır. Real-lıqda olanlar “nüsxeyi-kəbir”in fərqli həcm, biçim və formada təzahüründən başqa bir şey deyil. Şairin məntiqinə görə bütün xilqət Tanrının əsəri oldu-

ğuna görə “nəqşdə nəqqaşı” görmək lazımdır. Bəsirət gözü açıq olma-yanlar bunu görə bilməz, bu həqiqəti anlamazlar. Bunun üçün “həqbin göz”, ayıq idrak gərəkdir.

Qəlb dünyası, ruhi varlığı, könül aləmi eşqin nəşəsi və məstliyi ilə büsbütün dolu olan, varlığında eşqdən özgə bir şeyə yer olmayan aşiqin ruhi vəziyyəti elədir ki, xətibin xütbəsi, vaizin vəzi, zahidin zöhdü və təlqinləri onu maraqlandırmır. Onun könül dünyasında bu adamların dediyinə yer yoxdur. Çünki onların dedikləri həqiqi aşiq üçün yalandan, saxta vəddən, əfsanədən, uydur-madan başqa bir şey deyil. Həm də bütünlüklə riaya, təmənnaya (cənnətə getmək təmənnasına) söykənir.Yəni Allaha olan təmannalı sevgidən başqa bir şey deyil.

Nəsimiyə görə, Allaha ibadət iki cürdür: qorxu ilə ibadət; sevgi ilə ibadət. Bunlar bəndənin qəlbində qərarlaşan “Allah qorxusu”nun və “Allah sevgisi”nin təzahürləridir. İrfançılar, o cümlədən Nəsimi etiqad sistemindəki “Allah qorxusu” anlayı-

şını “Allah sevgisi” anlayışı ilə əvəz edirlər. Təbii ki, bu zaman yaradıcı məbud bəndəyə daha doğma, sevimli, munis və yaxın görünür. Təsəvvüf Allahla bəndə arasında vasitəçi olan ruhanini də aradan çıxarır, insanı onu xəlq edən Xaliqlə baş-başa buraxır. Elə buna görə də Nəsiminin poeziyasında Tanrı insana daha yaxın, daha lütfkar və əlçatan görünür. Batini aləmini pak etmiş, nəfsin rəzalətlərindən qurtulub qəlbini ilahi eşqlə doldurmüş insan Tanrı məqamına qədər yüksəlmiş hesab olunur.

Hürufilik təliminin banisi F.Nəimi

olsa da, bu təlimin ideya tribunu, po-eziya dili ilə əsas təbliğatçısı, yayıcısı Nəsimi olmuşdur. Bunu hürufiliyin və Nəsiminin bütün tədqiqatçıları etiraf edirlər. Hürufiliyin inanc və etiqad proqramında isə varlığın yaradılışı, kosmik düzəni dördqütblü götürülür: Allah→Söz→Kainat→İnsan. Yəni Allah-taala əzəli və əbədi bir varlıq kimi daim mövcuddur. O, xilqəti yaratmaq istəyərkən söz (“kon”-“ol”) demiş, xilqət də onun “kon” sözündən var olmuşdur. Deməli, varlıq, bütün kainat və onun reallıqları sözdən yaradılmışdır. Ona görə də xilqətin əsasında söz dayanır, söz varlığın ya-radılış vasitəsi, Xaliqdən sonra ikinci, zühur edən ilk həqiqətdir.

Nəsimi dünya və onun şərinə qar-şı etiraz şairidir. Yaşadığımız həyatla daimi müxalifətdədir. Onun qənaətinə görə:

Dünya duracaq yer deyil, ey can, səfər eylə,

Aldanma anın alinə, andan həzər eylə.

Şair dünyanı hiyləgər oyuncuya, onun həvavü həvəslərini, sərvətini, mülk və əyləncələrini murdar leşə bənzədir. Onun fikrincə, kamil insan dünyanın zahiri parıltısından, sərvət və şöhrət həvəsindən, aldadıcı zövqü-səfasından imtina edib xeyir əməllərlə məşğul olmalı, özünü və Haqqı dərk yolunu tutmalı, mənən kamilləşməlidir. Daha doğrusu, nəfsin rəzalətindən, nəfsani istəklərin əsarətindən xilas olmalıdır. Kamil in-sanın maddi dünyanın rəzalətlərindən qurtuluş yolu yalnız buna bağlıdır.

Azərbaycan mütəfəkkirinin ideyalarının və ideallarının müasirliyindən, həmişəyaşarlığından danışarkan zəruri bir məsələyə də

diqqəti cəlb etmək lazım gəlir. Bu, Nəsimidəki humanizm və insana münasibət fəlsəfəsi ilə, Avropa humanizminin və insana münasibət fəlsəfəsinin müqayisəsidir. Belə ki, XIV yüzillikdən cücərməyə başlayan Avropa intibahında Av-ropa humanistlərinin, dahilərinin, intibah ideoloqlarının kilsə və dinlə mücadiləsində tədricən insan önə, Tanrı arxa plana keçdi. Əsrlər boyunca baş verən bu ictimai-mədəni, tarixi-fəlsəfi və siyasi-hü-quqi gedişatda asta-asta Tanrının ilahi şöləsi də söndürüldü. İnsan ucaldıqca Allah kiçildi. Teosentrizm antroposentrizmlə əvəz edildi. İnsanın idealı, arzu və istəkləri, səadəti büs-bütün göydən yerə endirildi. Burada, əlbəttə, səmərəli, faydalı, mütərəqqi cəhətlər danılmazdır. Ancaq iş bura-sındadır ki, bu prosesdə insanın ilahi varlıqla olan bütün mənəvi-ruhani bağları da kəsildi. Bunun nəticəsində avropalı maddi aləmdə müəyyən qədər firavan həyat, xoş güzəran tapsa da, ilahi səltənətlə üzülən əlaqə yeni fəlakətlərə, başqalarının və başqa xalqların haqqını qəsb etmək hərisliyinə yol açdı. Bundan başqa, Allahı unudan, onunla əlaqəsi üzülən, yalnız insana -- özünə güvənən, özünə ümid edən Avropa insanının özündən başqa ümid və güvənc yeri qalmadı. Ona görə də bu ümid yoxa çıxan kimi o, ümidsizliyə, mənəvi düşkünlüyə, çarəsizliyə qapılmış oldu.

Azərbaycan şairinin fəlsəfəsində isə, insan ucaldıqca, şərəfə mindikcə Allah da daha gözəl, munis, in-sana yaxın, həm də əzəmətli və qüdrətli göründü. Bəşər övladının Tanrı ilə ruhi-mənəvi rabitəsi heç vaxt üzülmədi, əksinə daha da möhkəmləndi. Doğrudur, Nəsimidə də tənqid, ittiham, bezginlik, töhmət var. Ancaq bunların ünvanı ya-şadığımız maddi dünyaya, onun rəzalətlərinə, nəfsi istəklərinə, cəhalətinə, cahil insana doğru yönəlmişdir. Vəhdət aləmi, ilahi həqiqət həmişə mərkəzdədir, öz ali-liyini, əbədiliyini qoruyub saxlayır. O, bəşər övladının yeganə, ən inamlı ümid yeridir. Əsl səadət dünyası da mülk aləmində yox, ilahi aləmdədir. Beləliklə, Nəsimidəki kədər, bezgin-lik yalnız kəsrət aləmindəndir. İlahi varlığa, əbədi olana ümid isə daimidir. Elə buna görə də Nəsimi poeziyasının alt qatında sonsuz bir ümid, əbədi aləmin səadətinə inam, nikbinlik vardır. Əslində, onun poeziyası bütün ideyaları, idealları, məqsədi, məramı, gözəlliyə çağırışı, Haqqa inamı ilə əbədiyyətə xidmət edir.

Yaqub BABAYEV, filologiya üzrə elmlər doktoru,

professor

Əbədiyyət şairi1417-ci ildə Hələb şəhərində İslam qazilərinin fitvası,

Məmlük hökmdarı Sultan əl-Müəyyədin əmri ilə dahi Azərbaycan şairi Seyid Əli İmadəddin Nəsimi edam edildi. Əslində, həmin gün təkcə Azərbaycanın deyil, bütün İslam Şərqinin və dünyanın ən qüdrətli qələm sahiblərindən, ən etiqadlı mütəfəkkirlərindən biri qətlə yetirildi. Lakin bu edam yalnız onun cismani ölümü demək idi. Əslində isə ölüm onu daha da ucaltdı, etiqadı, əqidəsi, inamı yolunda canını qurban verən bir fədakara, ülviyyət simvoluna çevirdi, adı və əməlləri əfsanələşdi. Şeirləri əldən-ələ gəzdi, dillərdə dolaşdı, qəlbləri fəth etdi. Bir sözlə, Nəsimi ölmədi, əksinə ölümü ilə ölümə qələbə çaldı. Qəlbləri və əbədiyyəti özünə daimi məskən kimi qazana bildi...

Page 12: Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezident İlham …xalqqazeti.com/pdf/27 oktyrabr.pdf · 2019-10-28 · TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

27 oktyabr 2019-cu il, bazar12

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected], [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: “Xalq qəzeti”nin kompyuter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 00:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

0282

7722

3548

40 qəpik

Butan

“Himalay cənnəti”“Lonely Planet” por-

talının mütəxəssislərinin araşdırması nəticəsində 2020-ci ildə səyahət üçün məqsədəuyğun olan ölkələrin siyahısı açıq-lanıb. Siyahının birinci

pilləsində Butan Krallığı qərarlaşıb. Portalın araşdırmaçı-ları Krallığı “Himalay cənnəti” adlandırıblar. Siyahıda ikinci yeri Böyük Britaniya tutur. İlk üçlüyü Şimali Makedoniya tamamlayır.

Qeyd edək ki, siyahıya Aruba ada dövləti (Karib dənizinin cənubu), Esvatini Krallığı, Kosta-Rika, Niderland, Liberiya, Mərakeş və Uruqvay kimi ölkələr daxildir.

Məlumatı BBC yayıb.

Ukrayna

Yeni əsginas Ukraynada

yeni 1000 qrivnalıq əsginas dövriyyəyə buraxılıb. Bildirilir ki, əsginasın dövriyyəyə buraxılması minimum əməkhaqqının artım dinamikası ilə bağ-lıdır.Yeni əsginasın üzərində tanınmış ukraynalı alim, Ukrayna Elmlər Akademiyasının ilk rəhbəri Vladimir Vernadskinin şəkli var.

Məlumatı “News.ru” yayıb.

Yaponiya

“Mazda”dan yenilik “Mazda” şirkəti Tokioda

keçirilən avtosərgidə ilk elektromobil modelini təqdim edib. Bildirilir ki, “Mazda MX-30” elektro-mobil 35,5 kilovatt–saat həcmli batareya və “e-Skyactiv” adlı ən müasir enerji qənaəti texnolo-giyası ilə təchiz olunub.

Məlumata görə, onu digər elektromobillərdən fərqləndirən cəhət “Rolls-Royce” avtomobillərinin dizaynı ilə oxşarlıq təşkil etməsidir.

Məlumatı “Autoua.net” yayıb.

Çin

İlk beynəlxalq aviareysÇinin “ARJ21”

təyyarəsi ilk beynəlxalq reysini həyata keçirib. Bildirilir ki, yeni mülki təyyarə Tay-pin aeroportundan havaya qalxıb və Vladivostokda hava limanında uğurlu eniş edib.

Qeyd edək ki, 2016-cı ilin iyunundan kommersiya uçuşları həyata keçirən “ARJ21” təyyarəsinin kütləvi isteh-salına 2017-ci ildən başlanıb. Ölkənin yerli istehsalı olan təyyarə modifikasiyasından asılı olaraq 78-90 sərnişin daşıya bilir.

Xəbəri “Sinxua” verib.

İngiltərə

Yeni rekordİngiltərə Premyer

Liqasının onuncu turunun açılış mat-çında “Lester” klubu səfərdə “Sauthemp-ton” komandasını böyük hesabla məğlub edib - 9:0. Bu, İngiltərə çem-pionatı tarixində

səfərdə qazanılan ən böyükhesablı qələbədir. İndiyədək heç bir komanda səfərdə bu qədər qol vura bilməyib. Bu, həm də Premyer Liqanın ən böyükhesablı 2-ci nəticəsidir. Belə ki, “Mançester Yunayted” 24 il bundan əvvəl - 1995-ci ildə doğma meydanda “İpsviç”i 9:0 hesabı ilə məğlub edib.

Xəbəri “Eurosport” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 Oktyabrın 27-də  Bakıda və Abşeron yarımadasında

dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi əsəcək. Gecə 12-16, gündüz 20-23, Bakıda gecə 13-15, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz olacaq.

 Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 5-10, gündüz 19-24 dərəcə isti olacaq.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.

 Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.

 Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı

yerlərdə leysan xarakterli olacağı,yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 6-11, gündüz 16-21, dağlarda gecə 0-4, gündüz 8-13 dərəcə isti olacaq.

 Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə çiskin, dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 12-14, gündüz 19-23, dağlarda gecə 8-11, gündüz 13-15 dərəcə isti olacaq.

Aslan Aslanov, Dağbəyi İsmayılov, Elman Qədirov Bakı Dövlət Universitetinin jurnalistika nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədliyə bacısı

HƏCƏR XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

ALLAH RƏHMƏT ELƏSİN

B İ L D İ R İ ŞAzərbaycan Respublikası Qida Təhlükəsizliyi

Agentliyinin tender komissiyası bildirir ki, İKT ava-danlıqlarının satın alınması ilə bağlı 2019-cu il iyulun 18-də elan edilmiş elektron tenderin nəticələri təkliflərin ehtimal edilən qiymətdən yüksək olma-sı və təkliflərin formal tələblərə cavab verməməsi səbəblərindən “Dövlət satınalmaları haqqında” Qanunun 27.4 və 36.5.3-cü maddələrinin tələblərinə uyğun olaraq ləğv edilmişdir.

“Baş katib Kipr yunanlarının lideri Nikos Anastasiadisi və türk icmasının lideri Mustafa Akınçını problemin həlli ilə bağlı gələcək addımları müzakirə etməyə dəvət edib”, – deyə Prodromu bildirib. Onun sözlərinə görə, artıq Anastasiadis bu təklifə müsbət cavab verib.

Oktyabrın 25-də hər iki icmanın liderləri BMT Günü münasibətilə bufer zonada təşkil olunmuş qəbulda görüşərək söhbət ediblər.

Bundan əlavə, “Anadolu”nun məlumatına görə, iki gün əvvəl Brüsseldə Türkiyə və Yunanıstanın Müdafiə nazirləri Hulusi Akar və Nikolaos Panayotopu-los arasında da görüş olub. Türkiyənin Müdafiə Nazirliyindən bildirilib ki, görüşdə iki ölkə arasında müdafiə və təhlükəsizlik məsələləri ilə yanaşı, Kiprdəki vəziyyət də müzakirə olunub. Tərəflər Kipr probleminin sülh və mehriban qonşuluq münasibətləri çərçivəsində, beynəlxalq hüquq normala-

rına uyğun şəkildə həllinin vacibliyini qeyd ediblər.

Xatırladaq ki, Kipr 1974-cü ildə iki icma arasında bölünüb. Adanın 37 faizi Türkiyənin nəzarəti altına keçib. 1983-cü ildə isə burada Şimali Kipr Türk Cümhuriyyəti yaradılıb. Adanın cənubu isə yunan Kiprinin nəzarəti altında qalıb.

Artıq uzun illərdir ki, BMT-nin himayəsi ilə icmalar arasında birləşmə ilə bağlı danışıqlar aparılır. Danışıqların sonuncu

raundu 2017-ci ilin yayında İsveçrənin Kran-Montana kurortunda keçirilib və nəticəsiz başa çatıb. Ancaq bir ay əvvəl BMT Baş Assambleyasının 74-cü sessiya-sında çıxış edən Anastasiadis danışıqlara hazır olduğunu bəyan edib.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Mənbə qeyd edir ki, əl-Valid sərhəd məntəqəsindən ölkə ərazisinə daxil olan hərbi kolonu helikopterlər müşayiət edir.

İraqın Müdafiə naziri Nəcah əş-Şamari ameri-kalı həmkarı ilə görüşdən sonra Suriyadan çıxan ABŞ hərbçilərinin dörd həftə

ərzində İraq ərazisini tərk edəcəyini bildirmişdi.

Xatırladaq ki, 2014-cü ildən ABŞ-ın başçılığı ilə koalisiya qüvvələri Suriya və İraq ərazisində İŞİD qruplaşmasına qarşı hərbi əməliyyatlar keçirirlər. Türkiyə ordusu Suriya-nın şimal-şərqində hərbi

əməliyyatlara başladıqdan sonra ABŞ Silahlı Qüvvələri Hələb, Əl-Haseke və Rakka əyalətlərində yerləşən bazaların çoxunu tərk edərək hərbçilərini İraqa aparmışdı. Bununla yana-şı, ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, Ame-rika hərbçilərinin müəyyən hissəsi neft yataqlarını qorumaq üçün Suriyada qalacaq. Bir qədər sonra isə Pentaqon neftlə zəngin rayonlara əlavə qüvvələr göndərməyə hazır olduğunu təsdiqləmişdi.

Suriyanın neft hasilatının təxminən 90 faizi Fərat çayı-nın şərq sahilində cəmlənib. Bu, əvvəllər İŞİD-in əsas gəlir mənbəyi idi.

Məlumata görə, cümə axşamı Donald Tramp kürd separatçılarına Suriyada neft yataqları ilə zəngin rayonları tutmağı təklif edib və Amerika kompaniyalarından birinin neft hasilatında onlara yar-dım edə biləcəyini deyib.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

�Həftəsonu neftin qiyməti belə oldu: Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 0,29 faiz artaraq bir bareli 61,72 dollar olub.

Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlanan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 0,24 faiz arta-raq bir bareli 55,70, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 0,30 faiz artaraq bir bareli 63,30 dollar olub.

Neftin qiymətinin bahalaşması neft hasil və ixrac edən ölkələrin milli valyutalarına da müsbət təsir edib. Dollara nisbətdə onlar möhkəmləniblər.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Türkçülüyün böyük nəğməkarı Hüseyn Cavidə İstanbulda abidə qoyulub

� Yaradıcılığının mövzu və ideyaları ilə türk dünyasını sonsuz sevgi ilə tərənnüm etmiş böyük Hüseyn Cavidə türkçülüyün mərkəzi sayılan İstanbulda abidə qoyulub. Böyükşəhər Bələdiyyəsinin Nilüfər Parkında ucaldılan büstün bugünlərdə təntənəli açılışı olub.

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və İstanbul Böyükşəhər Bələdiyyəsi təmsilçilərinin, şəhərdə yaşayıb təhsil alan soydaşlarımızın və ölkəmizin dostlarının toplaşdığı mərasimdə türk dünyasının böyük nəğməkarı Hüseyn Cavidə İs-tanbulda abidə qoyulması Azərbaycan–Türkiyə dostluğu və qar-daşlığının, eləcə də ümumtürk birliyinin möhkəmləndirilməsinə layiqli töhfə kimi dəyərləndirilib.

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacı-yev büstün qoyulması təşəbbüsünü dəstəklədiyinə, şəhərin ən gür ərazilərindən birində yer ayırdığına görə Böyükşəhər Bələdiyyəsinə, bu layihəni qısa vaxtda gerçəkləşdirdiyinə görə SOCAR-Türkiyə şirkətinə və Hüseyn Cavidin monumental obra-zını yaratdığına görə azərbaycanlı rəssam-heykəltəraş Sənan Eynullayevə təşəkkürünü bildirib.

Mərasimdə böyük Hüseyn Cavidin vaxtilə uğrunda qur-ban getdiyi türk birliyi ideyasının zəmanəmizdə həqiqətə çevrilməsində ölməz şair-mütəfəkkirin irsinin bədii rolu və gücü vurğulanıb. Qeyd edilib ki, bu abidə ilə hər təmas yeni nəsillərdə türk dünyasının birlik və həmrəylik duyğularını daha da yüksəldəcək.

Xatırladaq ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü ilə bundan əvvəl şəhərdəki ”Fəriköy” məzarlığında uyuyan Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin xatirəsinə lövhə və rəssam soydaşımız İbrahim Safiyə abidə qoyulub.

R.TAHİR, “Xalq qəzeti”

� “Microsoft” kompaniyası ABŞ Müdafiə Nazirliyi tərəfindən elan edilmiş 10 milyard dollarlıq tenderin qalibi olub. “The New York Times” qəzetinin məlumatına görə, əvvəlcə tenderin favoriti “Amazon” kompaniyası sayılsa da, son anda Pentaqon qalibin “Microsoft” şirkəti olduğunu açıqlayıb.

Məlumat üçün deyək ki, bir neçə ay öncə Prezident Do-nald Tramp “Twitter” səhifəsində “Amazon” korporasiyasının rəhbəri Ceff Bezosun ünvanına tənqidlər səsləndirmişdir. ABŞ KİV-i yazır ki, bütün bunlar qalibinin “Microsoft” şirkəti olmasına təkan verib. Bundan başqa, Donald Tramp sərfəli müqavilənin “Amazon”dan başqa istənilən digər kompaniya-ya verilməsini arzuladığını söyləmişdi.

Qeyd edək ki, ABŞ-ın yeni müdafiə naziri Mark Esper tenderin şərtləri ilə yaxından tanış olmaq və əsas iştirakçıla-rın imkanlarını öyrənmək üçün bir neçə ay vaxt istəmişdi. Bir qədər öncə isə Pentaqon rəhbəri oğlunun müqaviləyə iddialı şirkətlərin birində işlədiyi üçün bu işdən imtina etmişdi.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

ABŞ hərbçiləri yenidən Suriyaya qayıdır

BMT Baş katibi Kipr icmalarını danışıqlara dəvət edib

BBC-nin yaydığı məlumata görə, ABŞ hərbçiləri İraqdan Suriyanın şimal-şərqindəki Ha-seke əyalətinə qayıtmağa başlayıblar.

“Microsoft”la 10 milyard dollarlıq müqavilə imzalayıb

Pentaqon

BMT-nin Baş katibi Antoniu Quterreş Kiprin türk və yunan icmalarının liderlərini bir aydan sonra Almaniyada keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşdə iştiraka dəvət edib. Bu barədə Kipr hökumətinin rəsmi nümayəndəsi Prodromos Prodromu bəyan edib. Məlumatı TASS verib.

Həftəsonu neftin

qiyməti

“Azerbaijan Digital HUB” proqramı “Eurasia İnnovation Day” tədbirində təqdim olunub

� Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan “AzerTelecom” şirkətinin strategiya üzrə müşaviri Azər Bayramov Bakıda Heydər Əliyev Mərkəzində “InnoWeek - İnnovasiya həftəsi” çərçivəsində keçirilmiş 2-ci “Bakı Elektron Ticarət Forumu (BEF-2019)” və “Eurasia İnnovation Day” tədbirlərində moderator və məruzəçi qismində iştirak edib.

2-ci Bakı Elektron Ticarət Forumu çərçivəsində baş tutmuş “Elektron ticarət infrastruktu-runda yeni texnoloji trendlər: perspektivlər və təhdidlər” möv-zusunda sessiya Azər Bayramo-vun moderatorluğu ilə keçirilib. Sessiyada kibertəhlükəsizlik, elektron imza, süni intellekt, robo-totexnika və blokçeyn kimi möv-zular ətrafında faydalı müzakirələr aparılıb. Həmçinin, “Eurasia

İnnovation Day” çərçivəsində “İn-novasiya və Texnologiya” panel müzakirəsində “AzerTelecom” şirkətinin nümayəndəsi “Made in Azerbaijan: innovasiyalar və texnologiyalar” mövzusunda məruzə edib.

Azər Bayramov dünyada Azərbaycanın innovativ və texnoloji mərkəz kimi tanınması istiqamətində aparılan işlərdən və “AzerTelecom” tərəfindən həyata

keçirilən “Azerbaijan Digital HUB” proqramı haqqında geniş məlumat verib. Proqram innova-siyaların, rəqəmsal xidmətlərin “Made in Azerbaijan” brendi altında qonşu regionlara ixracına, ümumilikdə isə ölkəmizin İKT sektorunun inkişafına, rəqəmsal ekosistemin formalaşmasına öz töhfəsini verəcək.

Qeyd edək ki, “AzerTelecom” Azərbaycanın, ümumilikdə isə

Cənubi Qafqaz regionunun ən iri telekommunikasiya operatorların-dan biridir və ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” 2008-ci ildə təsis edilib və telekommunikasiya sek-torunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” ha-zırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Di-gital HUB” proqramını icra edir. Proqramın reallaşması ölkənin Milli İT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisa-diyyata çevik transformasiyaya, start-apların, İT arxitektura-sının inkişafına mühüm töhfə verəcəkdir. Proqram ümumilikdə ölkənin İKT sisteminin ən qabaq-cıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaqdır.

“Xalq qəzeti”