ØßÐÃqapısı - lib.ndu.edu.az

4
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevi qəbul edib. Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları, Daxili İşlər nazirlikləri arasında uğurla inkişaf etdiyi bildirilib, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi qeyd olunub. Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsev ölkələrimizin daxili işlər orqanları arasında əməkdaşlığa göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə min- nətdarlığını ifadə edib. Azərbaycan-Rusiya-İran prezidentlərinin birinci Bakı Sammitinə toxunan Vladimir Kolokoltsev Sammitdə dövlət başçıları tərəfindən imzalanan Bəyannamənin qarşılıqlı faydalı əməkdaşlıq və birgə fəaliyyətlə bağlı məsələlərin müzakirəsi zamanı əlaqələrin inkişafı üçün əlavə stimul yaratdığını deyib. Azərbaycan-Rusiya-İran prezidentlərinin birinci Bakı Sammitinin əhəmiyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev bu formatın artıq formalaşdığını və bunun həmçinin regionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi işinə istiqamətləndiyini deyib. Rəsmi xronika Ø ß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti Gündəlik ictimai-siyasi qəzet qapısı Qəzet 1921-ci ildən çıxır Sayı: 233 (21.643) 7 dekabr 2016-cı il, çərşənbə www.serqqapisi.az Qiyməti 20 qəpik Son illər muxtar respublikada hər bir sahədə olduğu kimi, dövlət orqanları tərə- findən vətəndaşlara yerlərdə hüquqi xid- mətlərin göstərilməsi istiqamətində də xeyli işlər görülüb. 2015-ci ildə Naxçıvan Muxtar Respub- likası Daxili İşlər Nazirliyində yeni yaradılan səyyari xidmət insanlara daha bir qayğının ifadəsidir. Səyyari xidmət üçün nazirliyə “Hyundai” markalı avtomobil alınıb. Av- tomobil xidmət sahələrinə uyğun olaraq, səyyari xidmətin göstərilməsi üçün kom- püter, POS-terminal, fotoaparat, elektron məsafəölçən və digər avadanlıqlarla təchiz edilib. Səyyari xidmət avtomobili vasitəsilə yerlərdə vətəndaşlara ümumvətəndaş pas- portlarının və şəxsiyyət vəsiqələrinin ve- rilməsi və dəyişdirilməsi, sürücülük vəsi- qələrinin dəyişdirilməsi, məhkumluq haq- qında və arxiv arayışlarının verilməsi, ov silahlarının qeydiyyata alınması üzrə hüquqi xidmətlər göstərilir. Avtomobildə quraşdı- rılan müasir avadanlıqlar ümumvətəndaş pasportlarının, şəxsiyyət və sürücülük və- siqələrinin yerlər də vətəndaşlara təqdim olunmasına imkan verib. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən aldığımız məlumata görə, 2015-ci il ərzində səyyari xidmətə 6320 mü- raciət olub. Onlardan 5123-ü şəxsiyyət vəsi- qəsi, 1155-i sürücülük vəsiqəsi, 29-u ümum- vətəndaş pasportu, 2-si ov silahlarının qeydə alınması, 11-i məhkumluq arayışı almaq üçün müraciətlərdir. Cari ildə də səyyari xidmət fəaliyyətini davam etdirir. Noyabr ayında Şərur rayonunun Xanlıqlar, Tumaslı, Yengicə, Püsyan, Ço- maxtur, Qorçulu, Ordubad rayonunun Yuxarı Əndəmic, Düylün, Vənənd, Baş Dizə, Aza, Culfa rayonunun Yaycı, Əbrəqunus, Kırna, Milax, Göydərə, Babək rayonunun Nehrəm, Qahab, Sirab, Kültəpə, Yarımca kəndlərində və Sədərək rayonunun Heydərabad qəsəbə- sində xidmət tərəfindən 420 şəxsiyyət vəsiqəsi, 118 sürücülük vəsiqəsi, 1 məhkumluq haq- qında arayış verilib. Bu gün Babək rayonunun Məzrə kəndində əhaliyə səyyari xidmət göstərilir. - Muxtar MƏMMƏDOV Səyyari xidmət fəaliyyətini genişləndirir Dekabrın 6-da AMEA Naxçı- van Bölməsində Naxçıvan Mux- tar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq nəfis tərtibatla çap olunmuş “Əlincəqala” şeir, poema, pyes kitabının və “Əlincəqala” Ta- rix-Mədəniyyət Muzeyinin in- ternet saytının (elinceqala.nax- civan.az) təqdimatı olmuşdur. Tədbiri giriş sözü ilə açan Nax- çıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fon- dunun Himayəçilik Şurasının üzvü, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd etmişdir ki, muxtar respublika əra- zisində yerləşən tarix və mədəniyyət abidələri bu gün tariximizin daş yaddaşı kimi qorunur, onların bər- pası diqqət mərkəzində saxlanılır. Son 20 ildə muxtar respublikada 70-ə yaxın tarix və mədəniyyət abi- dəsi əsaslı təmir və bərpa edilmiş, 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydə alı- naraq pasportlaşdırılmışdır. Həmin abidələrdən Azərbaycan xalqının əyilməzlik simvolu olan Əlincə qa- lasının bərpa edilməsi və yenidən ölkəmizə qazandırılması çox mühüm tarixi hadisədir. Bu gün təqdimatına toplaşdığımız “Əlincəqala” şeir, poema, pyes kitabı və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin in- ternet saytı bərpa edilən tarixi abidə haqqında əsərlərin, məlumatların daha geniş kütləyə çatdırılmasına xidmət edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təş- kilatlarla iş şöbəsinin müdiri Rəh- man Məmmədov bildirmişdir ki, son vaxtlar muxtar respublikamızda tarixi abidələr dövlət qayğısı ilə əhatə olunmuş, onların pasportlaş- dırılması, bərpası, tədqiqi və təbliği sahəsində ardıcıl tədbirlər görülür. Belə abidələrdən biri də Əlincə- qaladır. Naxçıvan Muxtar Respub- likası Ali Məclisi Sədrinin “Nax- çıvan Muxtar Respublikası ərazi- sindəki tarix və mədəniyyət abi- dələrinin qorunması və pasport- laşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərən- camına əsasən, muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələri qeydə alınıb pasportlaş- dırılarkən Əlincəqala haqqında da məlumatlar toplanmış və bu abidə 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil edil- mişdir. Naxçıvan Muxtar Respub- likası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqın- da” 11 fevral 2014-cü il tarixli Sə- rəncamına əsasən isə Əlincəqalada bərpa işləri aparılaraq möhtəşəmliyi özünə qaytarılmış, burada “Əlin- cəqala” Tarix-Mədəniyyət Muzeyi yaradılmışdır. “Yazılı mənbələrdə ilk dəfə “Ki- tabi-Dədə Qorqud” dastanında xa- tırlanan Əlincəqala Azərbaycan xalqının əyilməzlik və mübarizlik rəmzi kimi böyük şöhrət qazan- mışdır”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri diqqətə çatdırmışdır ki, Əlincəqalanın iki min ildən artıq tarixi vardır. Qala I-VI əsrlərdə yerli hökmdarların əsas iqamət- gahlarından biri olmuş, qala-şəhər kimi formalaşmışdır. 14 il Əmir Teymurun qoşunlarına müqavimət göstərən qala şair və yazıçıların ilham qaynağı olmuş, qalanın möh- təşəmliyi, qəhrəmanlığı, tarixiliyi haqqında müxtəlif əsərlər yazıl- mışdır. Bu gün təqdimatına top- laşdığımız “Əlincəqala” şeir, poe- ma, pyes kitabı da yazıçıların Əlin- cəqalaya həsr etdikləri əsərlərin toplusundan ibarətdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Hi- mayəçilik Şurasının Tədbirlər Pla- nına əsasən, nəfis tərtibatda hazır- lanan kitabda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncamı və “Əlincə- qala” Tarix-Mədəniyyət Muzeyinin açılışı zamanı etdiyi dərin məz- munlu çıxışı, tədbirdən çəkilmiş fotoşəkillər, Əlincəqalaya həsr olun- muş 31 şeir, 4 poema və 1 pyes, eləcə də Əlincəqala ilə bağlı 31 fotoşəkil və 11 rəsm əsərinin fotosu verilmişdir. Qeyd olunmuşdur ki, kitabla ya- naşı, təqdimatına toplaşdığımız “Əlincəqala” Tarix-Mədəniyyət Mu- zeyinin internet saytı da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında hazır- lanmışdır. Xüsusi tərtibatla hazır- lanan saytda Əlincəqalanın tarixi, Əlincəqala haqqında yazılan mə- qalələr, bədii ədəbiyyat nümunələri, qalada bərpa proseslərini və bər- padan sonrakı görüntüləri əks et- dirən şəkillər və videomateriallar yerləşdirilmişdir. Bununla yanaşı, saytda “Virtual səyahət” vasitəsilə istifadəçilər muzey də daxil ol- maqla, bütövlükdə, qala-abidəyə virtual səyahət edə biləcəklər. İn- ternet saytının istifadəyə verilməsi Əlincəqalanın təbliğində mühüm rol oynayacaqdır. Naxçıvan Muxtar Respublikası- nın tarix-mədəniyyət abidələrinin özlərinin ikinci həyatını yaşadığını vurğulayan Rəhman Məmmədov bildirmişdir ki, həmin abidələr heç vaxt indiki qədər diqqət və qayğı ilə əhatə olunmamış, xalqımıza ta- nıdılmamış, təbliğ edilməmişdir. Bütün bunlar Naxçıvan Muxtar Res- publikası Ali Məclisi Sədrinin tari- xi-mədəni irsimizə göstərdiyi diqqət və qayğının ən yüksək ifadəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşki- latlarla iş şöbəsinin müdiri “Əlin- cəqala” şeir, poema, pyes kitabının nəşri və “Əlincəqala” Tarix-Mə- dəniyyət Muzeyinin internet say- tının istifadəyə verilməsi münasi- bətilə tədbir iştirakçılarını təbrik etmiş, yaradıcı ziyalılara uğurlar arzulamışdır. Sonra Naxçıvan Muxtar Res- publikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Hi- mayəçilik Şurasının üzvü, şair Asim Yadigar, AMEA Naxçıvan Bölmə- sinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbə- sinin müdiri, şair Elxan Məmmədov çıxış etmişlər. Çıxışlarda bildirilmişdir ki, qa- laları, tarixi abidələri bərpa etmək keçmişi qorumaq, vətənpərvərlik əzmini yaşatmaq və zəngin mədə- niyyətimizi, qəhrəmanlıqla dolu tariximizi təbliğ etmək, dünyada tanıtmaq, ən əsası isə gələcək nə- sillərə miras qoymaq deməkdir. Bu mənada, “Əlincəqala” şeir, poe- ma, pyes kitabının çap edilməsi və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin internet saytının yara- dılması böyük əhəmiyyət kəsb et- məklə yanaşı, həm də Naxçıvan mədəniyyəti üçün əlamətdar bir hadisədir. Çıxış edənlər Naxçıvanın mədəniyyət tarixinə verilən bu də- yərli töhfələrə və ümumilikdə, ta- riximizə, mədəniyyətimizə göstər- diyi diqqət və qayğıya görə muxtar respublikanın elm və mədəniyyət ictimaiyyəti adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlıqlarını bildirmişlər. Sonda topluda əsərləri yer alan müəlliflərə “Əlincəqala” şeir, poema, pyes kitabı təqdim edilmişdir. - Rauf ƏLİYEV “Əlincəqala” şeir, poema, pyes kitabının və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin internet saytının təqdimatı olmuşdur

Upload: others

Post on 30-Jun-2022

2 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: ØßÐÃqapısı - lib.ndu.edu.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyasınındaxili işlər naziri Vladimir Kolokoltsevi qəbul edib.

Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə,o cümlədən hüquq-mühafizə orqanları, Daxili İşlər nazirlikləri arasında uğurla inkişafetdiyi bildirilib, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi qeydolunub.

Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsev ölkələrimizin daxiliişlər orqanları arasında əməkdaşlığa göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə min-nətdarlığını ifadə edib. Azərbaycan-Rusiya-İran prezidentlərinin birinci Bakı Sammitinətoxunan Vladimir Kolokoltsev Sammitdə dövlət başçıları tərəfindən imzalanan Bəyannaməninqarşılıqlı faydalı əməkdaşlıq və birgə fəaliyyətlə bağlı məsələlərin müzakirəsi zamanıəlaqələrin inkişafı üçün əlavə stimul yaratdığını deyib.

Azərbaycan-Rusiya-İran prezidentlərinin birinci Bakı Sammitinin əhəmiyyətini yüksəkqiymətləndirən Prezident İlham Əliyev bu formatın artıq formalaşdığını və bunun həmçininregionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi işinə istiqamətləndiyini deyib.

Rəsmi xronika

Øß ÃÐDoğma, canım-varlığım qədərsevdiyim Azərbaycanımmənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Gündəlik ictimai-siyasi qəzet

qapısıQəzet 1921-ci

ildən çıxır Sayı: 233 (21.643)

7 dekabr 2016-cı il, çərşənbə

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Son illər muxtar respublikada hər birsahədə olduğu kimi, dövlət orqanları tərə-findən vətəndaşlara yerlərdə hüquqi xid-mətlərin göstərilməsi istiqamətində də xeyliişlər görülüb. 2015-ci ildə Naxçıvan Muxtar Respub-likası Daxili İşlər Nazirliyində yeni yaradılansəyyari xidmət insanlara daha bir qayğınınifadəsidir. Səyyari xidmət üçün nazirliyə“Hyundai” markalı avtomobil alınıb. Av-tomobil xidmət sahələrinə uyğun olaraq,səyyari xidmətin göstərilməsi üçün kom-

püter, POS-terminal, fotoaparat, elektronməsafəölçən və digər avadanlıqlarla təchizedilib. Səyyari xidmət avtomobili vasitəsiləyerlərdə vətəndaşlara ümumvətəndaş pas-portlarının və şəxsiyyət vəsiqələrinin ve-rilməsi və dəyişdirilməsi, sürücülük vəsi-qələrinin dəyişdirilməsi, məhkumluq haq-qında və arxiv arayışlarının verilməsi, ovsilahlarının qeydiyyata alınması üzrə hüquqixidmətlər göstərilir. Avtomobildə quraşdı-rılan müasir avadanlıqlar ümumvətəndaş

pasportlarının, şəxsiyyət və sürücülük və-siqələrinin yerlər də vətəndaşlara təqdimolunmasına imkan verib. Naxçıvan Muxtar Respublikası Daxiliİşlər Nazirliyindən aldığımız məlumata görə,2015-ci il ərzində səyyari xidmətə 6320 mü-raciət olub. Onlardan 5123-ü şəxsiyyət vəsi-qəsi, 1155-i sürücülük vəsiqəsi, 29-u ümum-vətəndaş pasportu, 2-si ov silahlarının qeydəalınması, 11-i məhkumluq arayışı almaqüçün müraciətlərdir. Cari ildə də səyyari xidmət fəaliyyətini

davam etdirir. Noyabr ayında Şərur rayonununXanlıqlar, Tumaslı, Yengicə, Püsyan, Ço-maxtur, Qorçulu, Ordubad rayonunun YuxarıƏndəmic, Düylün, Vənənd, Baş Dizə, Aza,Culfa rayonunun Yaycı, Əbrəqunus, Kırna,Milax, Göydərə, Babək rayonunun Nehrəm,Qahab, Sirab, Kültəpə, Yarımca kəndlərindəvə Sədərək rayonunun Heydərabad qəsəbə-sində xidmət tərəfindən 420 şəxsiyyət vəsiqəsi,118 sürücülük vəsiqəsi, 1 məhkumluq haq-qında arayış verilib. Bu gün Babək rayonunun Məzrə kəndindəəhaliyə səyyari xidmət göstərilir.

- Muxtar MƏMMƏDOV

Səyyari xidmət fəaliyyətini genişləndirir

Dekabrın 6-da AMEA Naxçı-van Bölməsində Naxçıvan Mux-tar Respublikası Ali MəclisininSədri yanında Bilik FondununTədbirlər Planına uyğun olaraqnəfis tərtibatla çap olunmuş“Əlincəqala” şeir, poema, pyeskitabının və “Əlincəqala” Ta-rix-Mədəniyyət Muzeyinin in-ternet saytının (elinceqala.nax-civan.az) təqdimatı olmuşdur.

Tədbiri giriş sözü ilə açan Nax-çıvan Muxtar Respublikası AliMəclisinin Sədri yanında Bilik Fon-dunun Himayəçilik Şurasının üzvü,AMEA Naxçıvan Bölməsinin sədri,akademik İsmayıl Hacıyev qeydetmişdir ki, muxtar respublika əra-zisində yerləşən tarix və mədəniyyətabidələri bu gün tariximizin daşyaddaşı kimi qorunur, onların bər-pası diqqət mərkəzində saxlanılır.Son 20 ildə muxtar respublikada70-ə yaxın tarix və mədəniyyət abi-dəsi əsaslı təmir və bərpa edilmiş,1200-dən çox dünya, ölkə və yerliəhəmiyyətli tarixi abidə qeydə alı-naraq pasportlaşdırılmışdır. Həminabidələrdən Azərbaycan xalqınınəyilməzlik simvolu olan Əlincə qa-lasının bərpa edilməsi və yenidənölkəmizə qazandırılması çox mühümtarixi hadisədir. Bu gün təqdimatınatoplaşdığımız “Əlincəqala” şeir,poema, pyes kitabı və “Əlincəqala”Tarix-Mədəniyyət Muzeyinin in-ternet saytı bərpa edilən tarixi abidəhaqqında əsərlərin, məlumatlarındaha geniş kütləyə çatdırılmasınaxidmət edir.

Naxçıvan Muxtar RespublikasıAli Məclisi Aparatının Humanitarsiyasət məsələləri və ictimai təş-kilatlarla iş şöbəsinin müdiri Rəh-man Məmmədov bildirmişdir ki,son vaxtlar muxtar respublikamızdatarixi abidələr dövlət qayğısı iləəhatə olunmuş, onların pasportlaş-dırılması, bərpası, tədqiqi və təbliğisahəsində ardıcıl tədbirlər görülür.Belə abidələrdən biri də Əlincə-qaladır. Naxçıvan Muxtar Respub-likası Ali Məclisi Sədrinin “Nax-çıvan Muxtar Respublikası ərazi-sindəki tarix və mədəniyyət abi-dələrinin qorunması və pasport-laşdırılması işinin təşkili haqqında”2005-ci il 6 dekabr tarixli Sərən-camına əsasən, muxtar respublikaərazisindəki tarix və mədəniyyətabidələri qeydə alınıb pasportlaş-dırılarkən Əlincəqala haqqında daməlumatlar toplanmış və bu abidə2007-ci ildə dünya əhəmiyyətliabidələrin siyahısına daxil edil-mişdir. Naxçıvan Muxtar Respub-likası Ali Məclisi Sədrinin “Culfarayonundakı “Əlincəqala” tarixi

abidəsinin bərpa edilməsi haqqın-da” 11 fevral 2014-cü il tarixli Sə-rəncamına əsasən isə Əlincəqaladabərpa işləri aparılaraq möhtəşəmliyiözünə qaytarılmış, burada “Əlin-cəqala” Tarix-Mədəniyyət Muzeyiyaradılmışdır. “Yazılı mənbələrdə ilk dəfə “Ki-tabi-Dədə Qorqud” dastanında xa-tırlanan Əlincəqala Azərbaycanxalqının əyilməzlik və mübarizlikrəmzi kimi böyük şöhrət qazan-

mışdır”, – deyən Naxçıvan MuxtarRespublikası Ali Məclisi AparatınınHumanitar siyasət məsələləri vəictimai təşkilatlarla iş şöbəsininmüdiri diqqətə çatdırmışdır ki,Əlincəqalanın iki min ildən artıqtarixi vardır. Qala I-VI əsrlərdəyerli hökmdarların əsas iqamət-gahlarından biri olmuş, qala-şəhərkimi formalaşmışdır. 14 il ƏmirTeymurun qoşunlarına müqavimətgöstərən qala şair və yazıçılarınilham qaynağı olmuş, qalanın möh-təşəmliyi, qəhrəmanlığı, tarixiliyihaqqında müxtəlif əsərlər yazıl-mışdır. Bu gün təqdimatına top-laşdığımız “Əlincəqala” şeir, poe-ma, pyes kitabı da yazıçıların Əlin-cəqalaya həsr etdikləri əsərlərintoplusundan ibarətdir. NaxçıvanMuxtar Respublikası Ali MəclisininSədri yanında Bilik Fondunun Hi-mayəçilik Şurasının Tədbirlər Pla-nına əsasən, nəfis tərtibatda hazır-lanan kitabda Naxçıvan MuxtarRespublikası Ali Məclisi Sədrinin“Culfa rayonundakı “Əlincəqala”tarixi abidəsinin bərpa edilməsi

haqqında” Sərəncamı və “Əlincə-qala” Tarix-Mədəniyyət Muzeyininaçılışı zamanı etdiyi dərin məz-munlu çıxışı, tədbirdən çəkilmişfotoşəkillər, Əlincəqalaya həsr olun-muş 31 şeir, 4 poema və 1 pyes,eləcə də Əlincəqala ilə bağlı 31fotoşəkil və 11 rəsm əsərinin fotosuverilmişdir. Qeyd olunmuşdur ki, kitabla ya-naşı, təqdimatına toplaşdığımız“Əlincəqala” Tarix-Mədəniyyət Mu-

zeyinin internet saytı da NaxçıvanMuxtar Respublikası Ali MəclisiSədrinin tapşırığı əsasında hazır-lanmışdır. Xüsusi tərtibatla hazır-lanan saytda Əlincəqalanın tarixi,Əlincəqala haqqında yazılan mə-qalələr, bədii ədəbiyyat nümunələri,qalada bərpa proseslərini və bər-padan sonrakı görüntüləri əks et-dirən şəkillər və videomateriallaryerləşdirilmişdir. Bununla yanaşı,saytda “Virtual səyahət” vasitəsiləistifadəçilər muzey də daxil ol-maqla, bütövlükdə, qala-abidəyəvirtual səyahət edə biləcəklər. İn-ternet saytının istifadəyə verilməsiƏlincəqalanın təbliğində mühümrol oynayacaqdır. Naxçıvan Muxtar Respublikası-nın tarix-mədəniyyət abidələrininözlərinin ikinci həyatını yaşadığınıvurğulayan Rəhman Məmmədovbildirmişdir ki, həmin abidələr heçvaxt indiki qədər diqqət və qayğıilə əhatə olunmamış, xalqımıza ta-nıdılmamış, təbliğ edilməmişdir.Bütün bunlar Naxçıvan Muxtar Res-publikası Ali Məclisi Sədrinin tari-

xi-mədəni irsimizə göstərdiyi diqqətvə qayğının ən yüksək ifadəsidir. Naxçıvan Muxtar RespublikasıAli Məclisi Aparatının Humanitarsiyasət məsələləri və ictimai təşki-latlarla iş şöbəsinin müdiri “Əlin-cəqala” şeir, poema, pyes kitabınınnəşri və “Əlincəqala” Tarix-Mə-dəniyyət Muzeyinin internet say-tının istifadəyə verilməsi münasi-bətilə tədbir iştirakçılarını təbriketmiş, yaradıcı ziyalılara uğurlararzulamışdır. Sonra Naxçıvan Muxtar Res-publikasının mədəniyyət və turizmnaziri Natəvan Qədimova, NaxçıvanMuxtar Respublikası Ali MəclisininSədri yanında Bilik Fondunun Hi-mayəçilik Şurasının üzvü, şair AsimYadigar, AMEA Naxçıvan Bölmə-sinin İncəsənət, Dil və Ədəbiyyatİnstitutunun Folklorşünaslıq şöbə-sinin müdiri, şair Elxan Məmmədovçıxış etmişlər. Çıxışlarda bildirilmişdir ki, qa-laları, tarixi abidələri bərpa etməkkeçmişi qorumaq, vətənpərvərlikəzmini yaşatmaq və zəngin mədə-niyyətimizi, qəhrəmanlıqla dolutariximizi təbliğ etmək, dünyadatanıtmaq, ən əsası isə gələcək nə-sillərə miras qoymaq deməkdir.Bu mənada, “Əlincəqala” şeir, poe-ma, pyes kitabının çap edilməsivə “Əlincəqala” Tarix-MədəniyyətMuzeyinin internet saytının yara-dılması böyük əhəmiyyət kəsb et-məklə yanaşı, həm də Naxçıvanmədəniyyəti üçün əlamətdar birhadisədir. Çıxış edənlər Naxçıvanınmədəniyyət tarixinə verilən bu də-yərli töhfələrə və ümumilikdə, ta-riximizə, mədəniyyətimizə göstər-diyi diqqət və qayğıya görə muxtarrespublikanın elm və mədəniyyətictimaiyyəti adından NaxçıvanMuxtar Respublikası Ali MəclisininSədrinə dərin minnətdarlıqlarınıbildirmişlər. Sonda topluda əsərləri yer alanmüəlliflərə “Əlincəqala” şeir, poema,pyes kitabı təqdim edilmişdir.

- Rauf ƏLİYEV

“Əlincəqala” şeir, poema, pyes kitabının və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin internet saytının təqdimatı olmuşdur

Page 2: ØßÐÃqapısı - lib.ndu.edu.az

2

Məlum olduğu kimi, XX əsrin sonlarındaAzərbaycan Respublikası müstəqil dövlətolaraq demokratik, hüquqi dövlət quruculuğuyolunu seçdiyini bəyan etsə də, mürəkkəbictimai-siyasi vəziyyətdə müstəqilliyini itirməktəhlükəsi ilə üzləşmişdir. Görkəmli dövlətxadimi Heydər Əliyevin 1993-cü ilin 15 iyu-nunda hakimiyyətə qayıdışı ilə ölkəmiz müs-təqil dövlət kimi varlığını qoruyub saxlayabilmiş, ölkənin tarixi ənənələri ilə müasirliyinuğurlu vəhdəti əsasında demokratik dəyərlərəsöykənən yeni inkişaf strategiyasının əsasıqoyulmuşdur. Dahi rəhbərin hakimiyyətə qayıdışındansonra 1993-cü il ölkədə sabitlik və inkişafilinin başlanğıcı kimi tarixə düşməklə, hüquqiislahatların, qanunvericiliyin, iqtisadi, sosialsistemlərin sürətlə dəyişən şəraitə uyğunlaş-dırılmasına yol açmış, hüquqi dövlət və və-təndaş cəmiyyəti quruculuğu yolunda inamlıaddımlar atan Azərbaycan Respublikasındacəmiyyətin təkamül sistemini, dövlət idarəçilikmexanizmlərinin səmərəli fəaliyyətini tən-zimləyən qanunların müasirləşdirilməsi vətəkmilləşdirilməsi davamlı prosesə çevril-mişdir. Zəngin dövlətçilik təcrübəsinə malikolan böyük strateq Heydər Əliyev hüquqidövlətin Azərbaycan modelini ilk milli Kons-titusiyanın memarı olmaqla gerçəkləşdirmişdir.12 noyabr 1995-ci ildə keçirilən ümumxalqsəsverməsi yolu ilə müstəqil Azərbaycanınilk Konstitusiyası qəbul edilmişdir. “YeniKonstitusiya Azərbaycanda demokratik, hü-quqi dövlətin qurulması, vətəndaş cəmiy-yətinin yaranması üçün bütün əsaslar ya-radıbdır, bütün təminatları veribdir. Bizimborcumuz bu təminatlardan, Konstitusiyanın

bizə verdiyi qanuni əsaslardan səmərəli is-tifadə etmək və ölkəmizdə hüquqi, demo-kratik dövlət yaratmaq, vətəndaşların, in-sanların hüquqlarının qorunmasını təminetməkdən ibarətdir”, – deyən ümummillilider bununla Konstitusiyanın başlıca hədəf-lərini müəyyən etmişdir. Ümummilli liderin müəllifi olduğu yeniKonstitusiya dövlət quruculuğu sahəsindəfundamental islahatlara yol açmış, AzərbaycanRespublikasında hüquqi dövlət ideyasınınformalaşmasında mühüm təkan olmuşdur.Bu mühüm tarixi əhəmiyyətə malik sənədölkəmizdə insan və vətəndaş hüquq və azad-lıqlarına lazımi təminatlar yaratmaqla hüquqidövlət və vətəndaş cəmiyyəti quruculuğununmöhkəm təməlini yaratmışdır. Bununla da,Azərbaycan Respublikasının Konstitusiya-sında yüz illər boyu bəşəriyyətin əldə etdiyimütərəqqi dəyərlər öz əksini tapmışdır. Ulu öndərin təşəbbüsü və bilavasitə rəh-bərliyi ilə gənc, müstəqil respublikamızındövlət suverenliyinin, iqtisadi qüdrətininmöhkəmləndirilməsi, ölkədə vətəndaş cə-miyyətinin qurulması və inkişaf etdirilməsiməqsədilə geniş islahatlar həyata keçirilməyəbaşlanılmışdır. Konstitusiyamıza əsaslanaraqmükəmməl hüquq sistemi formalaşdırmaqüçün ulu öndər qabaqcıl beynəlxalq təcrübəni,ümumbəşəri demokratik prinsipləri rəhbərtutmaqla Azərbaycan xalqının dövlətçiliktarixi və ənənələri əsasında islahatlar aparmağabaşlamış və bu məqsədlə 1996-cı ildə Hüquqiİslahat Komissiyasını yaratmışdır. Qeyd olun-malıdır ki, müasir hüquqi islahatlara böyükəhəmiyyət verən ümummilli liderimiz Hüquqiİslahat Komissiyasına rəhbərliyi bilavasitəöz üzərinə götürmüş və bu mütərəqqi prosesəşəxsən nəzarət etmişdir. Təsadüfi deyil ki,qısa zamanda beynəlxalq təşkilatlar və eks-pertlər tərəfindən yüksək qiymətləndirilən,insan hüquqlarının daha etibarlı təminatınaxidmət edən, müasir tələblərə cavab verən“Məhkəmələr və hakimlər haqqında”, “Kons-titusiya Məhkəməsi haqqında”, “Prokurorluqhaqqında”, “Polis haqqında”, “Notariat haq-qında” və sair qanunlar, Mülki, Mülki pro-sessual, Cinayət, Cinayət-prosessual, Vergi,Ailə, Əmək və sair məcəllələr hazırlanaraqqəbul edilmişdir. Azərbaycan üçün demokratik, hüquqi vədünyəvi dövlət quruculuğu yolunu seçmişümummilli liderimiz ölkəmizdə müstəqilməhkəmə hakimiyyətinin formalaşmasınaxüsusi diqqət yetirirdi. Bu baxımdan uluöndər Heydər Əliyevin təşəbbüsü ilə ölkə-

mizdə məhkəmə quruluşunun və məhkəməicraatının mahiyyətcə yeni modelinin yara-dılması prosesinə başlanılmışdır. Dahi öndərinrəhbərliyi ilə aparılmış köklü məhkəmə-hüquq islahatları nəticəsində keçmiş sovetməhkəmə sistemi ləğv edilərək 2000-ci ildənyeni, üçpilləli müstəqil məhkəmə sistemiyaradılmışdır. 1998-ci il iyulun 14-dən fəaliyyətə başlayanKonstitusiya Məhkəməsi ölkədə Konstitusiyanəzarətini həyata keçirməklə insan hüquqvə azadlıqlarına dair Konstitusiya müddəa-larının düzgün başa düşülməsini, həmin kons-titusion normaların tətbiqinə mane olan nor-mativ-hüquqi aktların qüvvədən düşməsinivə beləliklə, insan hüquq və azadlıqlarınınrealizə edilməsi üçün şəraitin yaradılmasınıtəmin etmişdir. Həyata keçirilən məhkəmə-hüquq isla-hatlarının başlıca məqsədi Azərbaycanda qa-nunun aliliyinin təmin edilməsi, ədalət mü-hakiməsinin həyata keçirilməsi zamanı insanhüquq və azadlıqlarının müdafiəsinin yüksəksəviyyədə təşkili, cinayət və mülki mühakiməicraatı zamanı demokratik prinsiplərin qo-runması, peşəkar hakim korpusunun forma-laşdırılması, məhkəmələrin fəaliyyətində şəf-faflığın təmin edilməsi və digər məsələlərinkonseptual həlli olmuşdur. İdarəçilikdə humanizm prinsiplərini daimrəhbər tutan görkəmli dövlət xadimi HeydərƏliyev demokratik və sivil cəmiyyətin qu-rulmasının fundamental əsaslarından olanqanunun aliliyinin təmin edilməsinə dəxüsusi önəm vermiş, bu kontekstdə haki-

miyyət bölgüsünü xarakterizə edən islahat-ların həyata keçirilməsi istiqamətində konkretaddımlar atmış, verdiyi fərmanlar və imza-ladığı digər hüquqi sənədlərlə mülki cə-miyyətin formalaşmasında mühüm nailiy-yətlər əldə olunmasını təmin etmiş, ölkədəinsan hüquq və azadlıqlarının başlıca prin-siplərinin bərqərar olması üçün əsaslı zəminyaratmışdır. Ulu öndər Heydər Əliyevin1998-ci il fevral ayının 22-də imzaladığı“İnsan hüquqlarının və azadlıqlarının təminedilməsi sahəsində tədbirlər haqqında” Fər-manla insаn hüquqlаrının təminаtı istiqа-mətində həyаtа keçirilən tədbirlərin mаhiy-yəti və kоnsepsiyаsı dəqiq müəyyən edilmiş,bu sənədlə insаn hüquqlаrı məsələsi ümum-dövlət səviyyəsinə qаldırılmışdır. Bundanbaşqa, insan hüquqlarının müdafiəsi işindəulu öndərin 1998-ci il iyunun 18-də imza-ladığı Sərəncamla təsdiq edilmiş “İnsan hü-quqlarının müdafiəsinə dair Dövlət Proqramı”da mühüm rol oynamışdır. İnsan hüquq və azadlıqlarının təmin edil-məsi sahəsində atılmış mühüm addımlardanbiri də ölüm cəzasının ləğvi olmuşdur. Beləki, 1993-cü ildə ölüm cəzası üzərində mora-torium qoyulmuş, 1995-ci ildə əfvetmə ins-titutu bərpa edilməklə əfv komissiyası yara-dılmış, 10 fevral 1998-ci il tarixdə ölümcəzası tam ləğv edilmişdir. “Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək,ədalət, azadlıq, humanizm və insanpərvərlikkimi yüksək ideallara sadiq qalaraq ölkə-mizdə ölüm cəzasının ləğv edilməsi qənaətinəgəlib bu tarixi bəyanatı vermişəm”, – deyənulu öndər Azərbaycan Respublikasının hu-manist siyasət aparan bir dövlət olduğunusübut etmişdir. Qeyd etmək lazımdır ki, ümummilli liderHeydər Əliyevin rəhbərliyi ilə aparılanhüquqi islahatlar ciddi konsepsiyaya söykə-nirdi və onun əsasında inkişaf etmiş dövlət-lərin hüquqi dövlət quruculuğu təcrübəsi,ümumbəşəri demokratik prinsiplər, eyni za-manda Azərbaycan xalqının dövlətçilik tarixivə ənənələri dayanırdı. 28 dekabr 2001-ciildə “Azərbaycan Respublikasının İnsan Hü-quqları üzrə Müvəkkili (Ombudsman) haq-

qında” Konstitusiya Qanununun qəbul edil-məsi, ilk dəfə olaraq Ombudsman təsisatınınyaradılması, həmçinin “Bələdiyyələrə seçkilərhаqqındа”, “Bələdiyyələrin stаtusu hаqqındа”qаnunlаrın qəbulu və 1999-cu ilin dekаbrаyındа Аzərbаycаn Respublikаsındа ilk bə-lədiyyə seçkilərinin keçirilməsi ulu öndərinhüquqi dövlət quruculuğunun inkişafındahəyata keçirdiyi uğurlu islahatların barizgöstəricisidir. Xarici siyasət məsələlərinə xüsusi diqqətyetirən xalqımızın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlüsiyasət nəticəsində Azərbaycanın 1996-cıildən Avropa məkanına inteqrasiya prosesisürətlənmiş, nəticədə, Avropa Şurası ParlamentAssambleyasının qərarı ilə respublikamıza1996-cı il iyunun 28-dən həmin təşkilatda“xüsusi qonaq statusu” ilə təmsil olunmaqimkanı yaradılmış, 2001-ci il yanvarın 17-dəqurumun Nazirlər Komitəsinin qərarı ilədövlətimiz Avropa Şurasının tamhüquqluüzvlüyünə qəbul olunmuşdur. 2001-ci il de-kabrın 25-də Azərbaycan RespublikasınınMilli Məclisi “İnsan hüquqlarının və əsasazadlıqların müdafiəsi haqqında” AvropaKonvensiyasını ratifikasiya etmişdir. Hüquqi dövlət quruculuğunun Azərbaycanmodelini yaratmış ümummilli lider HeydərƏliyevin təməlini qoyduğu məhkəmə-hüquqislahatları bu gün də uğurla davam etdirilir.Məhkəmə-hüquq islahatlarının məntiqi davamıkimi ölkə Prezidenti cənab İlham Əliyevin“Azərbaycan Respublikasında məhkəmə sis-teminin müasirləşdirilməsi və “Azərbaycan

Respublikasının bəzi qanunvericilik aktlarınadəyişikliklər və əlavələr edilməsi haqqında”Azərbaycan Respublikasının Qanununun tət-biq edilməsi barədə” 19 yanvar 2006-cı iltarixli Fərmanı, eləcə də 6 fevral 2009-cu iltarixli “Azərbaycan ədliyyəsinin inkişafınadair 2009-2013-cü illər üçün Dövlət Pro -qramı” qəbul edilmişdir. Əsası ulu öndərHeydər Əliyev tərəfindən qoyulan və ölkəbaşçısı cənab İlham Əliyev tərəfindən ardıcılsurətdə aparılan, vətəndaşların hüquq vəazadlıqlarının ədalət mühakiməsi yolu iləqorunması prinsiplərinin inkişafına xidmətgöstərən məhkəmə-hüquq islahatları Azər-baycanın bütün regionlarını əhatə etmək-dədir. Naxçıvan Muxtar Respublikasındabütün məhkəmələrin fəaliyyətinin müasirtələblər səviyyəsində təşkil olunmasındayuxarıda qeyd edilən qanunvericilik aktlarıilə yanaşı, “Naxçıvan Muxtar Respublika-sında hüquq institutlarının inkişafı haqqında”Azərbaycan Respublikası Prezidentinin 2noyabr 2006-cı il tarixli Fərmanının müs-təsna rolu vardır. Fərmanın qəbulundansоnra ötən illər ərzində Naхçıvan MuхtarRеspublikası Ali Məclisinin Sədri cənabVasif Talıbovun rəhbərliyi altında muхtarrеspublikada hüquq institutlarının inkişafı,hüquq-mühafizə оrqanlarının və məhkə-mələrin fəaliyyətinin müasir tələblər nəzərəalınmaqla təşkil olunması, eləcə də оnlarınmaddi-tехniki bazasının daha da möhkəm-ləndirilməsi sahəsində mühüm işlər görül-müş, dövlət orqanlarının, o cümlədən məh-kəmə orqanlarının müasir texniki avadan-lıqlarla təchiz olunması, habelə onların fəa-liyyətində yeni informasiya-kommunikasiyatexnologiyalarının geniş tətbiqi istiqamətindəbir sıra zəruri addımlar atılmışdır. Ulu öndərin qurub-yaratdığı, müstəqilliyəqovuşdurduğu Azərbaycan hazırda ölkə başçısıcənab İlham Əliyevin rəhbərliyi altında sürətləinkişaf edir, qarşıya qoyduğu hədəflərə doğruinamla irəliləyir. Respublikamız ümumbəşəridəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursukeçməklə demokratikləşmə, insan hüquq vəazadlıqlarının təminatı sahəsində ciddi nai-liyyətlərə imza atır.

Demokratik, hüquqi dövlətin banisi

Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik

tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz

xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin

yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk

etməsi ilə müasir tariximizə əbədi olaraq həkk olunmuşdur.Yusifəli QURBANOV

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi,

Naxçıvan Muxtar Respublikasının Əməkdar hüquqşünası

Azərbaycanın özü qədər əbədi

Azərbaycanın müasir tarixi uluöndər Heydər Əliyevin adı, onun

xilaskarlıq və quruculuq missiyası iləsıx bağlıdır. Ümummilli liderimiz HeydərƏliyevin fəaliyyətinin 1993-2003-cü illəriAzərbaycanı daim müstəqil, azad, de-mokratik ölkə kimi görmək istəyən dahişəxsiyyətin öz məqsədlərini uğurla həyatakeçirdiyi illərin unudulmaz səhifələridir.Azərbaycanın müstəqil bir dövlət kimimövcudluğunun təhlükə qarşısında qal-dığı bir dövrdə xilaskarlıq missiyasınıöz üzərinə götürən, yeni, demokratik vəqüdrətli Azərbaycan dövlətini yaratmaqüçün böyük quruculuq missiyasını həyatakeçirən, indiki və gələcək nəsillərə ya-digar olaraq Azərbaycanın gələcək in-kişafının strateji konsepsiyasını işləyibhazırlayan Heydər Əliyevin dühası vəsiyasi irsi dövlətimizin müstəqillik məf-kurəsinin möhkəmlənməsinə müstəsnatöhfələr vermişdir.

Ulu öndər Heydər Əlİyеv: Hər bir şəxs Konstitusiyaya və qanunlara dön-mədən əməl etməlidir, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifə-ləri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvidövlət quruculuğu prosesində yaxından iştirak etməlidir.

Page 3: ØßÐÃqapısı - lib.ndu.edu.az

3

Hər dəfə bu günü ilə yaxın

keçmişini müqayisə edəndə Sə-

dərəyin dosta sevinc, düşmənə

isə gözdağına çevrildiyinə bir

daha əmin olursan.

Sədərək tarixən bölgənin ən mü-hüm məntəqələrindən biri kimi özü-nəməxsus inzibati statuslara malikolmuşdur. Bu ərazi XIII-XIV əsr-lərdə Naxçıvan tüməninin tərkibindəidi. Qaraqoyunlu və Ağqoyunludövlətləri dönəmində isə biz Sədə-rəyin adının Çuxursəd əyalətininsəkkiz hakimliyindən biri kimi çə-kildiyini görürük. Sədərək XVI əsrmənbələrində sultanlıq kimi göstə-rilir. Fransız səyyahı J.Şarden dətəsdiqləyir ki, bu dövrdə Sədərəkayrıca bir hakimlik – sultanlıq ol-muşdur. Şarden yazır: “Çox düzənvə barlı-bəhərli bir ölkə ilə beş lyögetdik. O, dağlarla əhatə olunmuşdu.Sağdakı dağları Nuh dağı adlandı-rırlar. Biz Qaynar adlı kiçik bir şə-hərdə mənzil saldıq. Biz həminyolla gedib səkkiz lyö qət etdik.Yolun yarısında, sol tərəfdə Sədərəkadlı şəhərciyin yanından ötüb keç-dik. Mahalın sultanı da bu şəhər-cikdə yaşayır”. Qeyd edək ki, Səfəvilər dövründədaha kiçik inzibati vahidlərin ha-kimləri sultan titulunu daşıyır vəonlar yerli hakimiyyət orqanlarınımüstəqil surətdə yaradırdılar. Sul-tanlar müvafiq vilayətin qolbəyilə-rinə və bəzən birbaşa bəylərbəyisinətabe idilər. XVIII əsrin əvvəllərindədə Naxçıvan tüməni, Maku, Zaru-zəbil, Şadili, Dünbülü, Mağzaberdhakimlikləri kimi Sədərək hakimliyi

də Çuxursəd bəylərbəyliyinin ta-beliyində olmuşdur. 1728-ci ilə aid “İrəvan əyalətininicmal dəftəri”ndəki məlumatlardanaydın olur ki, bu zaman Sədərəknahiyəsinə 24 yaşayış məntəqəsidaxil idi. Nadir şah Əfşarın dövründə Sə-dərək Naxçıvan ölkəsinin 11 ma-halından biri olmuşdur. Çoxumuz üçün Sədərəyin rayonkimi tarixi 28 avqust 1990-cı ildənbaşlayır. Lakin bu yaxınlarda təd-qiqata cəlb etdiyimiz bir sənəd sübutedir ki, Sədərəyin rayon kimi tarixiXX əsrin əvvəllərinə, konkret olaraqdesək, hələ 1921-ci ilə təsadüf edir.Naxçıvan Dövlət Arxivində müha-fizə olunan və surəti AMEA Nax-çıvan Bölməsinin elmi arxivindəfond 8, siyahı 4, arxiv 5-də saxla-nılan “Naxçıvan MSSR-in inziba-ti-ərazi bölgüsünün sxemi” adlı 16mart 1921-ci il tarixli sənəddə Nax-çıvan ərazisində o zaman üçün 3qəza (Naxçıvan, Şərur və Ordubad)və 9 rayonun adı çəkilir ki, bu ra-yonlardan biri də məhz Sədərəkdir.Qeyd edək ki, sənəd Baş Ştab Aka-demiyasının dinləyicisi M.Pereşintərəfindən Azərbaycan SSR-in föv-qəladə komissarına və NaxçıvanSSR-in xalq hərbi komissarına mə-ruzə şəklində hazırlanmışdır. Sə-nəddə Naxçıvan qəzasının tərkibindəTumbul, Cəhri və Şahbuz rayonla-rının, Ordubad qəzasının tərkibindəYaycı, Əbrəqunus və Çənənəb ra-yonlarının, Şərur rayonunun tərki-bində isə Baş Noraşen (Cəlilkənd),

Şahtaxtı və Sədərək rayonlarınınolduğu göstərilir. Sənəddə verilənməlumatlardan aydın olur ki, o za-man yaradılmış Sədərək rayonu bu-günkü Sədərək rayonuna nisbətəndaha geniş əraziləri əhatə etmiş vəsonralar əsassız olaraq ErmənistanSSR-ə verilmiş bir sıra yaşayışməntəqələri də məhz bu rayonuntərkibinə daxil olmuşdur. Məruzənin“Naxçıvan SSR-in şəhər və kənd -ləri: yerləşdikləri qəza və rayonlarüzrə” adlı hissəsində ozamankı Sə-dərək rayonunun tərkibində 37 ya-şayış məntəqəsinin adı çəkilmişdirki, bu yaşayış məntəqələri aşağı-dakılardır: Sədərək, Kürkənd, Qa-raburc, Maxta, Ortulu Təzəkənd,Kərimbəyli, Quşçu-Dəmirli, Sarac-lu, Volçovarotskiy (Qurd qapısı)qəsəbəsi, Dəvə-Ölən, Cərarlı-Banut,Günnüt-Cəfərli, Kərki, Arazdəyənstansiyası, Karvansaray, Calavan,Kərxmiz, Kiqayu qışlağı, Yanığ,Qaraburun, Yuxarı Başki, AşağıBaşki, Urmiya, İsfahan, Yaycı,Gümbəz, Ovçarı (Əfşarı), Asnı, Sə-fərəli-din, Smo, Şərqi, Məngi, Sər-xan, İraq qışlağı və Düdəngə. Qeyd edək ki, bu kəndlərdənKürkənd, Qaraburc, Maxta, Kərim-bəyli, Düdəngə kəndləri bu gün Şə-rur rayonunun tərkibindədir. Ovçarı(Əfşarı), Ortulu-Təzəkənd, Araz-dəyən stansiyasının isə ErmənistanRespublikası ərazisində olduğunumüəyyənləşdirə bildik. Rayonun yaşayış məntəqələrindənbiri kimi qeyd edilmiş Günnüt-Cəfərlitoponiminin birinci hissəsi Günnüt

bu gün də rayon ərazisində qalmaq-dadır. Sədərək rayonu ərazisində bugün də yaşamaqda olan Günnüt (Kün-güt) toponimi, ehtimal ki, monqollarıntərkibində Azərbaycana gəlmiş kon-qorat tayfalarının adı ilə bağlıdır.Qeyd edək ki, bu toponimin monqolmənşəli olması fikrini A.Axundovvə A.Bağırov da təsdiqləmişlər.A.Axundov küngüt sözünü monqolvə monqolların tərkibində Azərbay-cana gələn küngüt türkdilli tayfa adıilə əlaqələndirmişdir. Sədərək rayonu ərazisində maraqdoğuran yer adlarından biri də “Kar-vansaray” yer adı olmuşdur. Araş-dırmalarımız zamanı müəyyən etdikki, bu ərazi indiki Sədərək kəndinincənubunda yerləşmişdir. Tarix üzrəfəlsəfə doktoru Elbrus İsayev İpəkYolu üzərindəki Naxçıvan karvan-saraylarından bəhs edərkən Sədərəkkəndinin cənubunda bir karvansa-rayın olduğunu və hətta bu karvan-sarayın XX əsrin əvvəllərinə qədərfəaliyyət göstərdiyini qeyd etmişdir. Bütün bunlar göstərir ki, 1990-cıilin avqustunda Şərur rayonununbir neçə kəndi hesabına yaradılmışrayonun məhz Sədərək adlandırıl-ması və ayrıca rayon kimi təşkiliheç də təsadüfi olmayıb, tarixi ənə-nələrə dayanmaqdadır. Bu tarixinmükəmməl bilicisi və Sədərəyinyenidən rayon kimi formalaşmasınınmemarı isə ulu öndər Heydər Əliyevolmuşdur. Ümummilli lider HeydərƏliyev 14 avqust 2002-ci il tarixdəSədərək rayonunun sakinləri ilə gö-rüşdəki çıxışında demişdir: “...Sə-

dərək həmişə bizim, Azərbaycanın

ən kənar yerində, sərhəddə yerlə-

şərək Azərbaycan torpaqlarını qo-

rumuş, saxlamış və mərdlik nümu-

nələri göstərmişdir. Mən indi qəsə-

bəni bu cür görəndə həddindən

artıq sevinirəm. Çünki sizin, yəqin

ki, xatirinizdədir, vaxtilə, 1977-ci

illərdə mən Azərbaycanın başçısı

olduğum zaman kənddən aralı bu

qəsəbənin salınması haqqında qərar

verdim. Nə üçün kənddən aralı?

Ona görə ki, o vaxtlar ermənilər

yavaş-yavaş bu torpaqlara iddia

edir, bu bizimdir, o bizimdir deyir-

dilər. Mənim yadımdadır, burada

bir Həsənqulu bağı vardı... Guya

ki, o bağ onlarındır. Sonra mən

1990-cı ildə buraya gələndə bu mə-

sələlərlə məşğul olmuşam. O vaxt

mən bunları hiss edirdim. Ona görə

mən belə qərara gəldim ki, burada

Azərbaycana Naxçıvan tərəfdən

giriş yerində müasirtipli evlər tikək

ki, Ermənistanın ərazisindən buraya

keçənlər, – yadınızdadırsa, o vaxt

gediş-gəliş çox idi, turistlər də ge-

dib-gəlirdi, sovet vaxtı başqaları

da gedib-gəlirdi, – onlar görsünlər

ki, Azərbaycan torpağında indi ya-

şayış necədir. Ona görə mən burada

o vaxt bu qəsəbəni salmaq barədə

göstəriş verdim”.

Sədərək rayonu bu gün öz in-kişafının yeni mərhələsindədir. Sonillər rayonda aparılan quruculuqişləri bu bölgəni xeyli gözəlləşdirib.Sədərək indi öz inkişafı ilə düşmənəgözdağına çevrilib.

- Elnur KƏLBİZADƏ

Qədim Sədərək tarixdə neçə dəfə rayon statusunda olub?

Xatirimdədir, məktəbin fəaliyyətgöstərdiyi köhnə binada qış fəslindəçətinliklə, əllərimiz üşüyə-üşüyəbirtəhər dərs keçməyə çalışardıq.İndi uşaqlar fəsildən asılı olmaya-raq, hər zaman sinif otaqlarındarahat şəkildə dərslərini keçə bilirlər.Köhnə binada olan şəraitsizlikuşaqlar qədər müəllimləri də na-rahat edirdi. Yeddiillik musiqi təh-silimin 6 ilini məktəbin köhnə bi-nasında, sonuncu ilini isə bu binadaaldım. Keçmişə nəzər saldıqdansonra xəyallardan ayrılıb məktəbədoğru addımlayıram. İçəridən eşi-dilən musiqi nömrəsi məni yenəəvvəlki günlərə qaytarır. Bu, Nax-çıvan Muxtar RespublikasınınƏməkdar incəsənət xadimi YaşarXəlilovun xor üçün işlədiyi “Gülə -bətin” adlı xalq mahnısıdır. 2007-ciildən bu yana xeyli zaman keçsəbelə, hələ də bu əsər yaddaşımdadı.Oxucuların nəzərinə çatdırım ki,2007-ci ildə Ordubad Şəhər UşaqMusiqi Məktəbi uşaq musiqi vəincəsənət məktəbləri xor kollek-tivlərinin beşinci respublika mü-sabiqəsində Naxçıvan Muxtar Res-publikasını təmsil etmək hüququqazanaraq Azərbaycan RespublikasıMədəniyyət və Turizm Nazirliyininikincidərəcəli diplomu ilə təltifolunmuşdu. Həmin musiqi nömrəsiməktəbin xor kollektivinin bu gündə repertuarındadır... 1965-ci ildən Naxçıvan şəhər 1nömrəli Uşaq Musiqi Məktəbininfilialı kimi yaradılan Ordubad ŞəhərUşaq Musiqi Məktəbi bir ildən son-ra, 1966-cı ildən müstəqil məktəbkimi fəaliyyətini davam etdirir. İlkdövrlərdə məktəbdə 3 ixtisas – tar,

klarnet, fortepiano üzrə, ümumi-likdə, 60 şagirdlə 4 müəllim məşğulolub. Daha sonra burada nağara,kamança, skripka, qarmon, vokalvə digər ixtisaslar üzrə də dərslərtədris edilməyə başlanıb. Yeni tədrisilindən məktəbdə saz sinfi də fəa-liyyət göstərir. Hazırda məktəbdə 10 ixtisas üzrə318 şagirdin estetik tərbiyəsi ilə 76ixtisas müəllimi məşğul olur. Fəaliyyətə başladığı ildən bugünə qədər məktəbi 1593 məzunbitirib ki, onlardan da 256-sı busahədə təhsillərini davam etdirib,ali və orta ixtisas musiqi tədrisiocaqlarının tələbəsi adını qazanıb.Onu da qeyd edək ki, həmin mə-zunların əksəriyyəti təhsillərinibaşa vurduqdan sonra yenidən bu-raya qayıdaraq məktəbdə müəllimkimi çalışırlar. Demək olar ki, Or-dubad Şəhər Uşaq Musiqi Məktə-binin pedaqoji bazasını öz yetir-mələri təşkil edir. Məktəbin uğurları ilbəil artır,müxtəlif ixtisaslarda təhsil alan şa-girdlər keçirilən müsabiqələrdə iş-tirak edir və ilk üçlüyə düşməyənail olurlar. Məktəbin birincilikdənsəsləri gələn şagirdləri də az deyil. 2008-ci ildə bir çox birinciliklərəimza atan məktəb həmin ildəümummilli lider Heydər Əliyevin85 illik yubileyinə həsr olunmuşuşaq musiqi, bədii sənətkarlıq vəincəsənət məktəbləri şagirdlərininmuxtar respublika müsabiqəsindəyekun nəticələrə görə “İlin mək-təbi” diplomu ilə təltif olunub.Müsabiqədə məktəbin xalq çalğı

alətləri orkestri və xor kollektivibirincidərəcəli, nəfəsli alətlər or-kestri isə ikincidərəcəli diplomalayiq görülüb. Qalib olan xor kol-lektivi ikinci dəfə xor kollektivlə-rinin altıncı respublika müsabiqə-sində Naxçıvanı təmsil etmək hü-ququ qazanıb. Yaradılan şəraitin müqabilindəməktəbin uğurlarının ardı-arası kə-silmir, kollektiv bu etimadı doğ-rultmaq naminə daha səylə çalışır.Əldə edilən nailiyyətlərdə hər birşagirdin, müəllimin əməyi var. Bü-tün şagirdlər müsabiqələrdə hər

hansısa bir alətdə solo ifaçı kimiçıxış etməsə belə, düşünəndə ki,bu məktəbin 6 kollektivi – xor, xalqçalğı alətləri və estrada orkestrləri,qarmonçalanlar, skripkaçalanlar vənağaraçalanlar ansamblları var, de-məli, həmin şagirdlər hökmən bukollektivlərin birində iştirak edir.Sözsüz ki, müəllimlər həmin şa-girdlərin yetişməsində mühüm roloynayan simalardır. Məktəbinmüəlli mi, xormeyster Səbinə İbra-himova deyir: – Ümumilikdə götürəndə in-cəsənətlə məşğul olmaq asan işdeyil, xüsusilə də musiqi ilə, lakinseçdiyiniz sənətə sevgi, həvəs ol-duqdan sonra bir də baxırsan ki,bacarmaram dediyinin öhdəsindəngəlmisən, həm də ən yaxşı şəkildə.Xor kollektivinə rəhbərlik etdiyimilk zamanlarda bəzi çətinliklərləüzləşirdim. Bunlara uşaqların xorunmahiyyətini anlamamağını, səhnəhəyəcanını misal göstərə bilərəm.Zaman keçdikcə şagirdlərdən is-tədiyim nəticələri almağa başladım.Bunun öhdəsindən tək gələ bil-məzdim, çünki o qədər uşağı təkidarə etmək heç də asan iş deyil.Bu işdə həmin şagirdlərin ixtisasmüəllimləri mənə yaxından kö-məklik edirdilər. Onlar dərs saa-tından sonra şagirdlərinə əlavə vaxtayıraraq xor partiyalarını öyrədir-dilər. Bu da mənim işimi xeyliasanlaşdırırdı. Biz keçirilən mü-sabiqələrdə dəfələrlə yer tutmuşuq,paytaxt Bakıda keçirilən müsabi-qələrdə Naxçıvanı təmsil etməkhüququ qazanmışıq. Bundan sonra

da var gücümüzlə çalışacaq, bizəgöstərilən etimadı doğruldacağıq. “Qazanılan bütün uğurların açarıçalışmaqdır”. Bizimlə söhbətə bucümləylə başlayan məktəbin direk-toru Azər Məmmədov dedi: – Əlbəttə ki, insan çalışmadan,əziyyət çəkmədən heç nəyə nailola bilməz. Çəkdiyimiz zəhmətinbəhrəsini görürük. Bunun təmə-lində duran əsas amil hərtərəflidövlət qayğısıdır. Buna görə dəkollektivimiz məsuliyyətlə çalışır,bizə yaradılan şəraitin müqabilindədaha böyük uğurlara imza atmaqüçün səyini əsirgəmir. Məktəbimizkeçirilən müsabiqələrdə dəfələrləbütün rəqiblərini geridə qoyub.Bu uğurlarda qocaman müəllimKamal Qəniyevin də payı var. O,xalq çalğı alətləri orkestrinin di-rijoru kimi orkestri yüksək səviy-yədə müsabiqələrə hazırlayır.Onunla yanaşı, məktəbin 50 illiyiərəfəsinə 60 illik yubileyi təsadüfedən, əsərlərini hər il müsabiqəproqramına daxil etdiyimiz həm-yerlimiz, məktəbimizin yetirməsiolan Yaşar Xəlilov da bu işdə bö-yük fəallıq göstərir. O, müsabiqə-lərdə xor və orkestrlərdə yer alanəsərlərinin ifaçısı kimi də çıxışedir. Azər Məmmədov deyir ki, Nax-çıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 oktyabr 2016-cıildə imzaladığı “Ordubad ŞəhərUşaq Musiqi Məktəbinin 50 illikyubileyinin keçirilməsi haqqında”Sərəncam bir daha sübut edir ki,bu məktəb muxtar respublika rəh-

bərinin hərtərəfli diqqət və qayğısıəhatəsindədir. 50 illik yubileyə hazırlığımız özaxarında gedir. Proqrama Azərbay-can bəstəkarları ilə yanaşı, dünyabəstəkarlarının da əsərlərini daxiletmişik. Gələcəkdə kollektivimizindiyəcən qazandığımız uğurlarıdaha da artırmağa çalışacaq. Bu gün məktəbdə ab-hava birbaşqadır. Axı kollektiv sıradan birtədbirə, ya da müsabiqəyə yox,təhsil ocağının 50 illik yubileyinəhazırlaşır. Kollektivlə sağollaşıb, qapınıörtüb pilləkənlərə doğru addımla-yıram. Qapının arxasından melo-diya səsi gəlir. Bu, Qara Qarayevinbəstəsi olan “Böyük xilaskar”kanta tasıdır. Çoxdandır bu bəstə-karın əsərlərinə qulaq asmadığımın,onun dəst-xəttinə əməlli-başlı ya-dırğadığımın fərqinə varır və beləfürsəti əldən verə bilmirəm, buifanı dinləmədən məktəblə sağol-laşmamalıyam deyə düşünərək ifa-ya qulaq asıram. Əsər ruhumunecə oxşayırsa, nə vaxt bitdiyindənxəbərim belə olmur. “Heydər xal-qım deyəcək, xalq Heydər söylə-yəcək”. Mahnının sözlərini tək-rarlaya-təkrarlaya pilləkənləri enibməktəbin çıxışına yol alıram. İfahələ də səslənir. Düşünürəm: Buxalq xilaskarının onun üçün etdiyifədakarlığı heç vaxt unutmayacaq,Ona hər zaman böyük ehtiramgöstərəcək, mahnılar bəstələyibifa edəcək. Belə müasir məktəb-lərin yaradılması da ulu öndəri-mizin yolunun uğurla davam et-dirilməsinin nəticəsidir.

- Fatma BABAYEVA

Nəğməli keçən 50 il

Ordubad şəhərinin mərkəzində müasir arxitektura üslubundainşa olunmuş bir binanın qarşısında dayanıb düşüncələrə dalmışam.Daha dəqiq desəm, xəyallar məni 8-10 il əvvələ aparıb. O vaxtOrdubad Şəhər Uşaq Musiqi Məktəbi uyğunlaşdırılmış binadafəaliyyət göstərirdi. Mən də həmin məktəbdə təhsil alırdım. 2009-cuildə indi qarşısında dayandığım bina tikilərək bizim istifadəmizəverildi. Bu gün öz uğurları ilə ölkə səviyyəsində tanınan OrdubadŞəhər Uşaq Musiqi Məktəbi müasir standartlara cavab verən, hərcür şəraitlə təmin olunmuş binada öz fəaliyyətini davam etdirir. Keç-mişdəki kiçik, soyuq sinif otaqları bu gün öz yerini geniş və işıqlı,istilik sistemi ilə təmin olunmuş otaqlara, siniflərdəki köhnə alətlərisə yeni musiqi alətlərinə verib.

Page 4: ØßÐÃqapısı - lib.ndu.edu.az

4 Dekabrın 6-da Cəlil Məmməd-quluzadə adına Naxçıvan DövlətMusiqili Dram Teatrında NaxçıvanMuxtar Respublikası Mədəniyyətvə Turizm Nazirliyi, Naxçıvan Mux-tar Respublikası Dövlət Televiziyavə Radio Verilişləri Komitəsinintəşkilatçılığı ilə keçirilən “Xalqmahnı və təsniflərinin ifaçılıq mü-sabiqəsi – 2016”nın yekun mərhə-ləsi olub. Tədbirin aparıcıları bildiriblər ki,muxtar respublikamızda istedadlıyeniyetmə və gənclərin yaradıcılıqpotensialının üzə çıxarılması, inkişafetdirilməsi, onların müsabiqə vəfestivallarda fəal iştiraklarının təminedilməsi istiqamətində məqsədyönlüişlər görülür, müxtəlif layihələr hə-yata keçirilir. Müsabiqənin də əsasməqsədi xalq mahnı və təsniflərininifaçılığı üzrə istedadlı gənclərin aş-kara çıxarılması, onların yaradıcılıqpotensialının düzgün istiqamətlən-dirilməsindən ibarət idi. Tədbirdə çıxış edən NaxçıvanMuxtar Respublikasının mədəniyyətvə turizm naziri Natəvan Qədimovadeyib ki, Azərbaycan xalqının bədiiyaradıcılığının və musiqi mədəniy-yətinin zəngin bir hissəsi olan mahnıvə təsniflərimiz əsrlərdən bəri cila-lana-cilalana dövrümüzə qədər gəlibçatmış nadir sənət nümunələridir.Bu sənət inciləri xalqımızın pak,yüksək mənəviyyatını, daxili aləmini,arzularını, ümidlərini özündə əksetdirərək onun məişəti, zəngin mə-dəniyyəti ilə bağlı olub və xalqınmədəni inkişafında əvəzsiz rol oy-nayıb. Xalq mahnılarında, təsniflərdə,eləcə də muğam və aşıq yaradıcılı-ğında xalqımızın müdrikliyini, gə-ləcəyə inamını, məhəbbətini, düşüncəvə təfəkkürünü, mübarizə və döyüşruhunu görmək mümkündür. Qeyd edilib ki, 2002-ci ilin noyabrayında YUNESKO tərəfindən Azər-baycan muğamı “Bəşəriyyətin qey-ri-maddi mədəni irs reprezentativsiyahısı”na daxil edilib. Ulu öndərHeydər Əliyevin 2003-cü il 16 maytarixdə imzaladığı “Azərbaycan folk-loru nümunələrinin hüquqi qorun-ması haqqında” Azərbaycan Res-publikası Qanununa əsasən, mu-ğam-dəsgahlar, zərb muğamlar, təsnifvə rənglər də qorunan folklor nü-munələri siyahısına salınıb. Bu gün

Azərbaycanda muğam sənətinin,musiqimizin inkişafına böyük diqqətvə qayğı göstərilir. Naxçıvan Muxtar Respublika-sında da xalq musiqisinin, muğamsənətinin yaşadılması istiqamətindəardıcıl tədbirlər görülür. NaxçıvanMuxtar Respublikası Ali MəclisiSədrinin 2009-cu il 7 fevral tarixli“Naxçıvan Muxtar RespublikasındaXalq yaradıcılığı günlərinin keçi-rilməsi haqqında” Sərəncamına əsa-sən, hər il keçirilən xalq yaradıcılığıgünlərində zəngin folklor nümunələriilə yanaşı, milli musiqimiz, muğam-larımız da səslənir. 2012-ci ilin mux-tar respublikamızda “Milli dəyərlərili” elan edilməsi, həmin il keçirilən“Milli dəyərlərimiz – milli sərvəti-miz” folklor və muğam müsabiqəsiyaddaqalan tədbirlərdən biri kimiəlamətdar olub. Bildirilib ki, Naxçıvan MuxtarRespublikası Mədəniyyət və TurizmNazirliyi və Dövlət Televiziya vəRadio Verilişləri Komitəsinin təş-kilatçılığı ilə bu ilin aprel ayından“Xalq mahnı və təsniflərinin ifaçılıqmüsabiqəsi”nə start verilib. Müsabiqənin əsasnaməsinə əsa-sən, təşkilat komitəsi, seçim qrupuvə münsiflər heyətinin tərkibləri təs-diq olunub. Bundan başqa, hər birmərhələnin keçirilməsi üçün müsa-biqə iştirakçılarına müəllim və mü-şayiətçi ansambl ayrılıb. Müsabiqəseçim turu və əsas turdan ibarətolub. Seçim turu bu ilin mart ayındamədəniyyət və incəsənət xadimlə-rindən ibarət seçim qrupu tərəfindənmuxtar respublikanın bütün rayon-larında keçirilib. Diqqətə çatdırılıb ki, qısa müddətərzində müsabiqədə iştirak etməküçün muxtar respublikanın bütün

rayonlarından və Naxçıvan şəhərin-dən, ümumilikdə, 101 nəfər təşkilatkomitəsinə ərizə ilə müraciət edib.10-11 mart tarixlərində keçirilən Iseçim turunda iştirak edən 95 nə-fərdən 51 nəfəri II seçim turunda,aprel ayında keçirilən II seçim tu-runda iştirak edən 51 nəfərdən 16nəfəri əsas turda iştirak etmək hü-ququ qazanıb. Müsabiqənin gedişizamanı bir nəfər iştirakçı Bakı şə-hərində fəaliyyət göstərən Bülbüladına Orta İxtisas Musiqi Məktəbinəqəbul olunub və növbəti turlardaiştirak edə bilməyib. Müsabiqənin əsas turu 7 mərhə-lədə davam etdirilib. MərhələlərNaxçıvan şəhəri və muxtar respub-likanın rayonlarında keçirilib. Dör-düncü mərhələdən etibarən iştirak-çının çıxışına görə münsiflər heyətitərəfindən aparılmış qiymətləndir-mənin nəticəsi olaraq bir nəfər mü-sabiqədən çıxarılıb. Beləliklə, əsasturun son mərhələsində 9 nəfərinifası dinlənilib və iştirakçıların birincimərhələdən sonuncu – yeddinci mər-hələyə qədər yekun balları əsasındaqalib müəyyənləşib. Müsabiqə iştirakçılarının ifala-rının qiymətləndirilməsi münsiflərheyəti tərəfindən on ballıq sistemüzrə aparılıb, münsiflər heyətininüzvü olan müəllimlər öz tələbələrinəsəs verməyiblər. Bu gün əsas turdaiştirak etmiş ifaçıların yekun kon -ser ti olacaq və müsabiqə qaliblərimükafatlandırılacaqlar. Natəvan Qədimova çıxışının so-nunda mədəniyyət və incəsənətimizəgöstərilən qayğıya görə NaxçıvanMuxtar Respublikası Ali MəclisininSədrinə minnətdarlığını ifadə edib. Sonra Naxçıvan Muxtar Respub-likası Dövlət Televiziya və Radio

Verilişləri Komitəsinin sədri SahilTahirli çıxış edərək bildirib ki, mü-sabiqə keçirildiyi dövrdə NaxçıvanMuxtar Respublikasının Dövlət Tele -viziya və Radiosu ilə geniş işıqlan-dırılıb. Muxtar respublikanın rayon-larında keçirilən müsabiqənin mər-hələlərindən hazırlanmış verilişlərgeniş ictimaiyyət tərəfindən maraqlaqarşılanıb. Bu verilişlər muğam sə-nətimizi, mahnı və təsniflərimizigeniş təbliğ etməklə yanaşı, iste-dadların tanıdılması baxımından daəhəmiyyətli olub. Qeyd edilib ki, aprel ayından no-yabr ayına qədər keçirilmiş və muxtarrespublikanın mədəni həyatında əla-mətdar hadisə kimi dəyərləndirilən“Xalq mahnı və təsniflərinin ifaçılıqmüsabiqəsi – 2016” muxtar respub-likada yaşayan istedadlı şəxslərinaşkar edilməsinə, onların yaradıcılıqpotensiallarının düzgün istiqamət-ləndirilməsinə, həmçinin milli mu-siqimizin təbliği və yaşadılmasınadəyərli töhfə olub. Aparıcılar bildiriblər ki, “Xalqmahnı və təsniflərinin ifaçılıq mü-sabiqəsi – 2016”nın qalibləri bir Iyer, iki II yer və iki III yer olmaqla,üç yer üzrə müəyyənləşdirilib. Qaliblər elan olunduqdan sonraNaxçıvan Muxtar Respublikasınınmədəniyyət və turizm naziri NatəvanQədimova və Naxçıvan Muxtar Res-publikası Dövlət Televiziya və RadioVerilişləri Komitəsinin sədri SahilTahirli diplom və mükafatları təqdimediblər. Birinci yerin qalibi 470 ballaYusif Hacıyev olub. Müəllimi Nax-çıvan Muxtar Respublikasının Əmək-dar artisti Zülfüqar Mahmudovdur.Müsabiqəyə Naxçıvan şəhərindənqatılan Yusif I dərəcəli diplom və

pul mükafatı ilə təltif edilib. İkinci yerin qalibi Səfər CəfərovBabək rayonunun Nehrəm kəndindənmüsabiqəyə qatılıb. O, 431 bal top-layıb. Müəllimi Naxçıvan MuxtarRespublikasının Əməkdar artisti Hü-nər Əliyevdir. İkinci yerin digər qalibi ElmarQasımov Naxçıvan şəhərindən mü-sabiqəyə qatılıb. Müəllimi Azərbay-can Respublikasının Əməkdar artistiVilayət İsmayılovdur. Üçüncü yerin qalibi isə müsabi-qənin yeganə qadın iştirakçısı ƏsmərHüseynova olub. Onun müəllimi isəAzərbaycan Respublikasının Əmək-dar artisti Qurban Qasımovdur. 429bal toplayan Əsmər müsabiqəyə Or-dubad rayonundan qatılıb. Üçüncü yerin daha bir qalibi İl-ham Məmmədov müsabiqəyə Kən-gərli rayonunun Böyükdüz kəndin-dən qatılıb. O, 427 bal toplayıb.Müəllimi Naxçıvan Muxtar Res-publikasının Əməkdar artisti HünərƏliyevdir. Qaliblərə diplom və pul mükafatıverilib. Müsabiqə müddətində ifaçılarlaməşq aparan müəllimlərin də zəhmətitəşkilatçılar tərəfindən qiymətlən-dirilib, onlar diplom və hədiyyələrəlayiq görülüblər. Qeyd edək ki, mü-sabiqənin başqa iştirakçılarına dadiplom və fəxri fərmanlar təqdimolunub. Münsiflər heyətinin üzvlərinəmüsabiqədə fəal iştiraklarına görətəşkilatçılar tərəfindən güllər təqdimedilib və ansamblın üzvləri diplom-larla təltif olunublar. Sonra müsabiqənin yekun kon-serti olub. İlk olaraq Məhərrəm Qu-liyev, Rəşad Nəcəfov, Səfər Cəfərovvə Elmar Qasımov “Mənim Azər-baycanım” mahnısını ifa ediblər. Fuad Qədimovun, Əsmər Hü-seynovanın, Yusif Hacıyevin ifa et-dikləri “Gedirəm axı”, “Ay qız”,“A Leyli” Azərbaycan xalq mah-nıları, Araz Cabbarov, Təyyar Mə-dətli və İlham Məmmədovun birgəifa etdikləri “Qarabağ şikəstəsi”,başqa mahnı və təsniflər alqışlarlaqarşılanıb. Konsert müsabiqə iştirakçılarınınifa etdikləri “Naxçıvan” mahnısı iləbaşa çatıb.

Əli RZAYEV

“Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi – 2016” başa çatıb

İdmanın inkişafı infrastrukturungeniş, çoxşaxəli olmasından asılıdır.Yəni idman obyektləri, zalları, kom-pleksləri nə qədər çox olarsa, qa-zanılan uğurların sayı da bir o qədərçox olacaq. Naxçıvan bu baxımdanölkədə ad qazanmış regiondur. Mux-tar respublikamızın, demək olar ki,hər bölgəsində tikilən, yenidən bərpaolunan idman obyektlərinin qapılarıbu gün sakinlərin üzünə açıqdır. Yeni istifadəyə verilən idmanobyektləri arasında futbol meydan-çalarını xüsusi qeyd etmək lazımdır.Bu stadionların kəndlərdə olmasıdiqqəti daha çox cəlb edir. Xüsusiləyeni tikilən stadionların müasirstandartlara cavab verməsi yeni-yetmə və gənclərin futbola marağınıbirə-beş artırır. Bəs yeni istifadəyəverilən stadionlardan gənclər necəyararlanırlar? İlk olaraq Şərur rayonunda isti-fadəyə verilən stadionlar barədə.Aralıq kəndində tikilən futbol mey-

dançasının uzunluğu 96, eni isə 51metrdir. Bu stadionun ot örtüyü xü-susi toxum vasitəsilə əmələ gətirilib.156 tamaşaçı tutumu olan stadiondapaltardəyişmə otaqları, hakim otağıidmançıların ixtiyarındadır. Hazırdabu meydançada 11, 12, 13 və 14yaşlı uşaqların məşqləri keçirilir.Eyni zamanda gənclərin də ixtiya-rında olan arenada kənd lərarasıçempionat oyunları təşkil olunur. Mahmudkənd stadionu da öz gö-rüntüsü ilə kəndə gözəllik verir.Uzunluğu 106, eni 60 metr olanstadion 104 tamaşaçı tutumuna ma-likdir və burada gənclərin məşqkeçmələri üçün hər bir şərait yara-dılıb. Təsadüfi deyil ki, bu stadionkəndlərarası çempionat oyunlarına,eyni zamanda futbol üzrə muxtarrespublika çempionatının bəzi oyun-larının keçirilməsinə ev sahibliyiedir. Şərur Rayon Gənclər və İdmanİdarəsinin rəisi Ramil Dadaşov bi-zimlə söhbətində bildirdi ki, bu sta-

dionların istifadəyə verilməsi ra-yonda futbola olan marağı xeyliartırıb, istedadlı gənclərin üzə çıx-masına imkan verib. Təsadüfi deyilki, bu stadionların tikintisindənsonra gənclər mütəmadi olaraq ra-yonun futbol komandasının heyətinəcəlb olunurlar. Şərur rayonunda istifadəyə ve-rilən stadionlardan biri də AşağıYaycı kənd stadionudur. Meydan-çanın uzunluğu 96, eni isə 52 metr-dir. 84 nəfərlik tutuma malik olanstadionun ot örtüyü də yenidən sa-lınıb. Bu stadiondan kənd camaatıilə yanaşı, qonşu kəndlərin də id-mançıları yararlanırlar. Rayonda son olaraq idmançılarınixtiyarına verilən stadion Arbatankəndindədir. Stadion 120 tamaşaçı

tutumuna malikdir. Uzunluğu 60,eni isə 40 metr olan meydançadarayon birinciliklərinin keçirilməsinəzərdə tutulub. Futbolçuların ixtiyarına verilənmeydançalardan biri də Culfa rayo-nundakı Bənəniyar kənd stadi onu -dur. Rayon Gənclər və İdman İda-rəsinin rəisi Ümüd Həsənli deyirki, stadion idmançıların ixtiyarınaverildikdən sonra Bənəniyarla yanaşı,qonşu kəndlərin futbolçuları da mey-dançadan yararlanırlar. Həmçininfutbol meydançası məktəbə yaxınolduğundan şagirdlər də buradanistifadə edirlər. Rayonun futbol ko-mandası stadion yenidən bərpa olun-duqdan sonra məşqlərini və bəzioyunlarını bu arenada keçirir. Qeyd edək ki, təbii ot örtüyünə

malik olan stadionun uzunluğu 90,eni 65 metrdir. Göründüyü kimi, idmanın inkişafı

üçün muxtar respublikada şəhər və

rayonlarla yanaşı, kəndlərdə də id-

man obyektləri yeniyetmə və gənc -

lərin ixtiyarına verilib. Bunları qo-

rumaq və idman obyektlərindən

maksimum yararlanmaq isə hamı-

mızın borcudur.

- Ceyhun MƏMMƏDOV

Bu gün Naxçıvan Muxtar Respublikasında idmanın kütləvi halalması, gənclərin bu sahəyə cəlbi və onların asudə vaxtlarının səmərəlitəşkili üçün hər bir şərait yaradılıb. Bu da qazanılan uğurların sayınıdaha da artırmağa imkan verib. Hazırda regionun şəhər və rayonlarıilə yanaşı, kəndlərində də idmanın inkişafı üçün mühüm addımlaratılır. Təbii ki, belə addımlar istedadlı gənclərin üzə çıxmasına, onlarınbu sahədə yüksək nəticələr əldə etməsinə və üçrəngli bayrağımızı bey-nəlxalq arenalarda dalğalandırmasına səbəb olur.

yeni stadionlar yeniyetmə və gənclərin futbola marağını artırıb

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmirvə onlar geri qaytarılmır

ØßÐÃqapısıÜnvan: AZ-7000,

Naxçıvan şəhəri, “Təbriz” küçəsi 1.

Telefonlar: Məsul katib: 545-62-47 Şöbələr: 545-81-44, 545-51-18

Müxbirlər: 545-75-21, Faks: 544-52-52E-mail: [email protected]

Nömrəyə məsul: Səbuhi HəsənovQəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnib və

Əcəmi NPB-də ofset üsulu ilə çap olunmuşdur.

Tiraj: 1050. Sifariş № 927Baş redaktor:

TURAl SƏFƏROv

İtmişdirNaxçıvan şəhəri, N.Naxçıvani küçəsi, ev 19-da ya-

şamış Gülməmmədov Teyyub Nəbi oğlunun adına olan1629 inventar nömrəli texniki pasport itdiyindən etibarsızsayılır.

* * *Şərifova Türkanə Əli qızının adına olan Azərbaycan

Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi itdiyindənetibarsız sayılır.

* * *Əliyeva Gözəl Gəncəli qızının adına olan JN-281A

inventar nömrəli “Torpağın mülkiyyətə verilməsinə dairşəhadətnamə” itdiyindən etibarsız sayılır.