qaya Əliyev bir bölüyün manifesti - world public...

372
Qaya Əliyev (Yasamal taborunun II bölüyünün Qarabağ müharibəsində keçdiyi döyüş yolu haqqında sənədli oçerk) «Elm-təhsil» Bakı-2015 Bir bölüyün manifesti

Upload: others

Post on 06-Feb-2020

25 views

Category:

Documents


0 download

TRANSCRIPT

Qaya Əliyev

(Yasamal taborunun II bölüyünün Qarabağ müharibəsində keçdiyi

döyüş yolu haqqında sənədli oçerk)

«Elm-təhsil» Bakı-2015

Bir bölüyün manifesti

2

Müəllif:Qaya Əliyev

Redaktor və ön söz müəllifi:Əsədulla Qurbanov

fəlsəfə elmləri doktoru, professorRəyçilər:

Yaqub Mahmudov Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

AMEA-nın müxbir üzvü və A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor

Hikmət Babaoğlu“Yeni Azərbaycan” qəzetinin baş redaktoru,

siyasi elmlər doktoru, politoloqVüqar Əhməd

Filologiya elmləri doktoru, professor, şair-ədəbiyyatşünas

Cəbi BəhramovAMEA A.Bakıxanov adına Tarix İnstitutunun

direktor müavini, tarix üzrə fəlsəfə doktoru, professorŞəmistan Nəzirli

yazıçı-publisist, polkovnik-leytenant

Əliyev Qaya İbad oğlu. Bir bölüyün manifesti (Yasamal taborunun II Bölüyünün Qarabağ müharibəsində keçdiyi döyüş yolu haqqında sənədli oçerk). Bakı, “Elm və Təhsil” - 2015. 372 səh.

Kitab Yasamal taborunun II Bölüyünün Qarabağ müharibəsində keçdiyi şərəfli dö-yüş yolundan bəhs edir. Bölüyün tərkibində Azərbaycan Respublikasının ərazi bütöv-lüyünün müdafiəsi uğrunda rəşadətlə döyüşmüş igid oğullarımızın hər birinin keçdiyi ömür və döyüş yolu müəllif tərəfindən ayrı-ayrılıqda təhlil olunaraq, bütövlükdə bölü-yün hərbi-psixoloji panoraması yaradılmışdır.

Gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində qələmə alınmış bu kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

ISBN: 978-9952-8265-2-4

© Elm və Təhsil© Qaya Əliyev

4702000000

N098 - 2015qrifli nəşr

3

«Hər bir ölkə üçün onun ordusu çox vacib bir atributdur, çox önəmli bir rəmzdir. O cümlədən Azərbaycan üçün. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan hələ də müharibə şəraitində yaşayır, orduya diqqət daim yüksək səviyyədə ol-malıdır.»

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti,

Silahlı Qüvvələrin Ali Baş Komandanı

(27 iyun 2005, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin növbəti buraxılışına

həsr olunmuş təntənəli mərasimdə nitqindən).

4

Əsər Yasamal taborunun şəhidlərinin timsalında Azərbaycan Respublikasının dövlət müstəqilliyi

və ərazi bütövlüyünün müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinə

və onların fədakar valideynlərinə ithaf olunur.

5

Qaya Əliyev

QAN YADDAŞI(Xronika)

• Genosidlər və etnik zəmində digər kütləvi qırğın və qətllər

1905-1906-cı illər - Bakıda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Gəncədə, Tif-lisdə və digər ərazilərdə yaşayan azərbaycanlılar erməni daşnakları tərəfindən törədilmiş kütləvi qırğınlara və qətllərə məruz qalmışdır.

30 mart – 3 aprel 1918-ci il - Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı soyqırım törədilmişdir.

26 fevral 1992-ci il - Ermənistan Silahlı Qüvvələri Xocalı şəhərini işğal edərkən, etnik azər-baycanlılara qarşı genosid aktı törətmişdir.

• Yerli azərbaycanlı əhalinin Qərbi Azərbaycandan deportasiyası

- 1905-20-ci illər – I mərhələ;- 1948- 53-cü illər – II mərhələ;- 1988-92-ci illər – III mərhələ.

• Anneksiyalar

- 1918-ci il – İrəvan şəhəri- 10 avqust 1920-ci il - Naxçıvanın Şərur-Dərələyəz bölgəsi (Zəngəzur)

• 1988-1993-cü illərdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azər-baycan əraziləri:

1988-1993-cü illər - Dağlıq Qarabağ (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut)18 may 1992-ci il - Laçın rayonu2 aprel 1993-cü il - Kəlbəcər rayonu 23 iyul 1993-cü il - Ağdam rayonu 23 avqust 1993-cü il - Cəbrayıl rayonu23 avqust 1993-cü il - Füzuli rayonu31 avqust 1993-cü il - Qubadlı rayonu30 oktyabr 1993-cü il - Zəngilan rayonu

Unutmayaq, unutdurmayaq!

6

Bir bölüyün manifesti

Ülvi Məram

Zaman göstərir ki, tarixi hadisələr öz dövründə ya-zılmayanda, tez unudulur, hafizələrdən silinir. Bu

tarixi həqiqəti bildiyim üçün mən Qarabağ müharibəsinin dəhşətlərini öz gözləri ilə görən, müharibədə 4 il ağır dö-yüşlərdə iştirak edən bir keçmiş bölük komandiri kimi əs-gərlərimin şərəfli döyüş yolundan bəhs edən kitabın yazıl-masını vacib bildim. Mən bu niyyətimi fəlsəfə elmləri dok-toru, professor Əsədulla Qurbanova bildirəndə, o mənim bu təşəbbüsümü bəyəndi. Bu yolda məni daha da ruhlan-dırdı və bu məsuliyyətli işin öhdəsindən sistemli, analitik və akademik düşüncə tərzinə malik bir insanın gələ biləcə-yini bildirdi. Belə keyfiyyətlərə malik olan bir gənc hüquq-

Şair Ramaldanov, 702 saylı hərbi hissənin

keçmiş komandiri, polkovnik

Mirələkbər Ibrahimov, Yasamal taborunun keçmiş

komandiri, Azərbaycan Respublikasının

Milli Qəhrəmanı

Şəmsi Hüseynov, Yasamal taborunun

II bölüyünün sabiq komandiri

7

Qaya Əliyev

şünas kimi Qaya Əliyevin tövsiyə olunması məqsədimin həyata keçəcəyinə məndə qəti əminlik yaratdı. Beləcə mən komandiri olduğum Yasamal taborunun II bölüyünün dö-yüşçüləri barədə Qaya Əliyevi zəruri məlumatlarla təmin etdim. Qaya Əliyev də öz növbəsində, daşları cilalayıb on-lara həyat verən heykəltəraş kimi, bu informasiya xammalı əsasında belə bir sanballı tarixi oçerk ərsəyə gətirmiş oldu. İlk oxucu kimi mən hər bir fakt, hər bir hadisənin fonunda vətən uğrunda canlarından keçməyə hazır olan dəyanətli əsgərlərimin sanki, əzəmətli portretini görürdüm. Müəllifə xatirələri söyləyəndə bəzən qürur hissi keçirmişəm, bəzən də kədərlənmişəm. O, mənimlə birlikdə kövrəlib, iftixar hissi keçirib.

Əziz oxucu! Qarşındakı bu kitabı diqqətlə oxu. Ora-da Qarabağ uğrunda igidliklə vuruşan vətən oğullarını yaxından tanıyacaqsan, qəlbini narahat edən suallara ca-vab tapacaqsan. Bu kitabda 46 nəfər vətən oğlunun şərəfli həyat və döyüş yolunun vacib məqamları öz əksini tapıb. Arzu edirik ki, bütün Qarabağ igidlərinin adı tariximizin şanlı səhifələrinə hansı formada olursa-olsun, yazılsın. Fərq etməz, təki yazılsın!

Bu sonsuz inam və ümidlə:

Şəmsi Həsən oğlu Hüseynov Yasamal taborunun II bölüyünün

sabiq komandiri, leytenant

8

Bir bölüyün manifesti

n söz“Bir bölüyün manifesti” sənədli oçerki, bundan əvvəl “Elm və

Təhsil” nəşriyyatı tərəfindən işıq üzü görmüş, müstəqil Azər-baycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin mənbələrinin konseptual şəkildə, elmi-nəzəri və hüquqi, eyni zamanda fəlsəfi əsaslarla tədqiq olunduğu və bəndənizin fəlsəfi aspektləri üzrə elmi məsləhətçisi və rəyçisi olduğu “Cinayət-pro-sessual qanunvericiliyin mənbələrinin elmi nəzəri əsasları və hüquqi xarakteristikası” adlı monoqrafiyası ilə milli hüquq elmi-mizə, ələxüsus onun çox az tədqiq olunmuş cinayət prosessual hüquq sahəsinə qiymətli töhfə vermiş gənc, perspektivli mütəxəs-sis Qaya Əliyevin oxucularla növbəti görüşüdür. Əgər birinci kitab coşqun yaradıcılıq dövrü keçirən Qaya Əliyevin sırf elmi id-rakının və akademik hüquq düşüncəsinin məhsulu idisə, hal-ha-zırda dəyərli oxucularımıza təqdim olunan “Bir bölüyün mani-festi” sənədli oçerki isə, ədəbi-bədii yaradıcılıq və xüsusilə nəsr sahəsində, o cümlədən oçerk janrında qələmini sınayan müəllifin daha çox bədii təxəyyülünün, estetik şüurunun, emosional idra-kının, fəlsəfi dünyagörüşünün və bilavasitə vətəndaş mövqeyinin inikasıdır.

Kitabda çağdaş dövrümüzün tələbkar oxucularına rəşadət-li ordumuzun bir bölüyünün döyüşçülərinin timsalında doğma vətən naminə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qaraba-ğın azadlığı uğrunda mərdliklə vuruşan oğulların dolğun obraz-ları təqdim olunmuşdur.

Ö

9

Qaya Əliyev

Heç bir qiymətli əsər təsadüfən meydana gəlmir. Hər bir dəyərli kitabın öz ərsəyə gəlmə, biblioqrafik həyata vəsiqə qazan-ma tarixçəsi var. Bu baxımdan, hesab edirəm ki, sözügedən əsə-rin yaranma tarixçəsi də hörmətli oxucularımız üçün maraqlı olardı. Tarixi təcrübə onu deməyə əsas verir ki, mühüm hadisə və proseslər “isti izlərlə”, canlı şahidlərinin və iştirakçılarının hə-yatda olduğu dövrdə yazılmayanda, həm tez unudulur, hafizələr-dən silinib gedir, həm də sonrakı dövrlərdə qələmə alınsa belə, ayrı-ayrı faktlar və onlara subyektiv yanaşmalar kontekstində bitib-tükənməyən, gərgin mübahisələr predmetinə çevrilir. Qa-rabağ müharibəsinin dəhşətlərini öz gözləri ilə görmüş, 4 il ağır döyüşlərdə bilavasitə iştirak etmiş keçmiş bölük komandiri Şəmsi Hüseynov da, öz növbəsində bu qanunauyğunluğu aydın şəkildə başa düşərək, Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə rəh-bərlik etdiyi Yasamal taborunun II bölüyünün və həmin bölüyün ayrı-ayrı hərbçilərinin keçdiyi şərəfli döyüş yolu haqqında kitab yazılması, ən yeni tariximizə aid olan həmin hadisə və proseslə-rin vaxtında işıqlandırılması barədə niyyətini bəndənizə bildirdi. Şəmsi Hüseynovun təşəbbüsünü bəyənərək ona bu məsuliyyətli işin öhdəsindən layiqincə gələ biləcək, sistemli, analitik və aka-demik düşüncə tərzinə, universal biliyə və geniş dünyagörüşə, o cümlədən iti qələmə malik bir gənc hüquqşünas kimi Qaya Əli-yevi tövsiyə etdim. Təklifimə müsbət yanaşan Şəmsi Hüseynov tezliklə, komandiri olduğu bölüyün döyüşçüləri barədə zəruri məlumatlarla Qaya Əliyevi təmin etdi. Heykəltəraşın sal daşları yonaraq onlardan canlı büstlər, əzəmətli heykəllər ərsəyə gətirdi-yi kimi, Qaya Əliyev də öz növbəsində, bəndənizin ümidlərini və etimadını layiqincə doğruldaraq, Şəmsi Hüseynovun ona təqdim etdiyi bu informasiya xammalı əsasında belə bir sanballı tarixi oçerk meydana gətirmiş oldu.

10

Bir bölüyün manifesti

Kitabın məzmunu ilə yanaşı onun ad seçimi də mühüm əhə-miyyət kəsb edir. Bu baxımdan, “Bir bölüyün manifesti” əsərinin yaranma tarixçəsi ilə yanaşı onun adının genezisinə də toxun-mağı vacib hesab edirəm. Göründüyü kimi, kitabın adı görkəmli nasir, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlalın məşhur “Bir gəncin manifesti” romanını xatırladır. Bu da təsadüfi deyildir. Böyük yazıçımız tərəfindən ədəbi dövriyyəyə buraxılmış mani-fest istilahı, daha sonra görkəmli diplomatımız Hafiz Paşayevin müəllifi olduğu “Bir səfirin manifesti” əsəri ilə ədəbi məkanda öz mövqeyini daha da möhkəmləndirərək, idiomatik deyimə çevril-miş və frazeologiya kimi ədəbi dilimizə vəsiqə qazanmışdır. Müəl-lif də öz növbəsində, bu ədəbi ənənəni davam etdirərək çoxsaylı ad versiyaları arasından məhz “Bir bölüyün manifesti” adının üzərində dayanmışdır. Həm sözügedən aspektdən, həm də kitabın məzmununun lakonik şəkildə, tam, hərtərəfli və obrazlı ifadə edil-məsi baxımından müəllifin əsərə ad seçimini kifayət qədər uğurlu hesab etmək olar.

Ölkəmizin ərazisinin 20 faizinin erməni silahlı qüvvələrinin işğalı altında olmasını, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını nəzərə aldıqda, hesab edirəm ki, bu fundamental əsərin aktuallığı barədə geniş danışmağa ehti-yac yoxdur. Bu baxımdan, Ümummilli Liderimiz Heydər Əliyev cənablarının 22 sentyabr 1993-cü ildə gənclərin nümayəndələri ilə görüşdə səsləndirdiyi bu dərin məzmunlu, geniş mündərəcəli fikirlərini qeyd etmək yerinə düşərdi: “...Əsas vəzifələrdən biri də gənclərimiz arasında vətənpərvərlik hissini geniş təb-liğ etməkdir. Bu, təkcə ona görə deyil ki, biz indi müharibə aparırıq. Hər bir vətəndaş vətənpərvər olmalıdır. Əgər öz vətənini, torpağını, xalqını sevməsən, öz xalqının mənə-vi dəyərlərinə sadiq olmasan, şübhəsiz ki, dünyada başqa

11

Qaya Əliyev

şeyləri də qiymətləndirə bilməzsən. İndiki dövrümüzdə vətənpərvərlik ən aktual məsələdir.”1 Elə buna görə də, Ulu Öndərimizin hələ illər öncə qarşımıza qoyduğu vəzifənin yerinə yetirilməsinə - gənclərimiz arasında vətənpərvərlik hissinin ge-niş təbliğinə, ələxüsus gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edən, indiki dövrümüzün ən aktual məsələsi olan vətənpərvərlik mövzusunda qələmə alınmış “Bir bölüyün manifesti” əsəri son dərəcə mühüm ictimai-siyasi və didaktik əhə-miyyət kəsb edir.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu sanballı əsərin əhəmiyyətini şərtləndirən xüsusiyyətlərindən biri də onun çox-funksiyalı səciyyə daşımasıdır. Belə ki, əsər:- ən yeni tariximizin Qarabağ müharibəsi səhifələrinin, həm də milli hərb tariximizin ən yeni dövrünün öyrənilməsi istiqamətin-də müasir tarixşünaslığımız üçün mühüm bir məxəzdir.- eyni zamanda hüquq ictimaiyyəti üçün, Transmilli cinayət hüququ sahəsi üzrə bir gənc ixtisaslı mütəxəssis kimi müəllif tərə-findən XX əsrin sonlarında xalqımızın məruz qaldığı 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü kimi cinayətlərin beynəlxalq hüquqi tövsifinin verildiyi və Qarabağ konfliktinin hüquqi aspektlərinin şərh olunduğu kon-septual mənbədir. - habelə jurnalistika, politologiya və beynəlxalq münasibətlər üzrə mütəxəssislər üçün ölkənin istər daxilindəki, istərsə də xari-cindəki bir sıra ictimai, siyasi, ideoloji hadisə və proseslərin kon-fliktoloji, politoloji, sosioloji, geopolitik və s. aspektlərdən, eləcə də beynəlxalq münasibətlər nəzəriyyəsi və tarixi, xarici siyasət və 1 Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr. Birinci kitab: iyun, 1993 – may, 1994 / bur. mə-sul R. Mehdiyev. – Bakı: Azərnəşr, 1997. səh. 113

12

Bir bölüyün manifesti

milli təhlükəsizlik, diplomatiya prizmasından ətraflı, hərtərəfli, müfəssəl, analitik şərhinin verildiyi, siyasi publisistika elementlə-ri ilə zəngin yaradıcılıq məhsuludur.- həmçinin, filosoflar, kulturoloqlar, dinşünaslar, pedaqoqlar, etika və estetika sahələri üzrə mütəxəssislər üçün, qədim Roma filosofu Senekadan, böyük Şərq mütəfəkkiri Əbu Turxana, klassik alman fəlsəfəsinin nümayəndələrinə, Kant, Hegel, Fixteyə, milli fəlsəfi fikir tariximizin görkəmli nümayəndələrindən - Akademik H.Hüseynovdan, Akademik R.Mehdiyevə kimi böyük filosofların və mütəfəkkirlərin mövzu üzrə fikirlərinin, mülahizələrinin, eləcə də müqəddəs Qurani-Kərimdən ayrı-ayrı ayələrin, habelə İslam dünyasının görkəmli mütəfəkkiri və dövlət xadimi Həzrəti Əlinin kəlamlarının əks olunduğu, mənəvi borc anlayışının, fəlsəfənin həyat, ölüm, ölməzlik problemlərinin, dialektikanın kateqoriyaları və qanunları, vətənpərvərlik hisslərinin, şəhidlik məktəbinin və bu kimi digər ayrı-ayrı anlayış və məfhumların fonunda müxtəlif qəhrəmanlıq nümunələrinin fəlsəfi aksioloji, etik və estetik, sosio-loji və kulturoloji, mədəniyyətşünaslıq və pedaqoji və s. aspektlər-dən təhlil və təbliğ edildiyi, müasir vətənpərvərlik tərbiyəsi me-todikasına dair mühüm elmi mülahizələrin əks olunduğu tərbiyə-vi-didaktik əhəmiyyətli əvəzsiz fəlsəfi, ideoloji, estetik, kulturoloji vəsaitdir.- həm də filoloqlar üçün, böyük türk şairi və ədəbi tənqidçisi O.Ş.Gökyaydan, XIX əsr Fransız yazıçısı və filosofu E.Renana, Misir yazıçısı A.M.Akkaddan, Amerikalı yazıçı J.Fletçerə, Cek Londo-na, dahi şairimiz Məhəmməd Füzulidən, mühacir şairimiz Almas İldırıma, böyük alman şair-dramaturqu, mütəfəkkiri İ.V.Höteyə, XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Mir Cəlal Paşayevdən, ustad şairlə-rimiz Səməd Vurğun, Məmməd Araz, Bəxtiyar Vahabzadə və Ca-

13

Qaya Əliyev

bir Novruza, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli klassiki Hüseyn Caviddən, ölməz sənətkarımız, nakam şairimiz Mikayıl Müşfiqə, Böyük türk şairi Mithat Camal Kuntaydan, korifey dra-maturqumuz Cəfər Cabbarlıya kimi dünya və milli ədəbiyyatımı-zın onlarca digər klassikinin yaradıcılığından və ədəbi irsindən, eləcə də dünya xalqlarının mədəni irsindən – alban, yapon, türk və digər xalqların atalar sözlərindən, zərbi məsəllərindən, klassik latın deyimlərindən, milli folklorumuzun dəyərli nümunələrin-dən vətənpərvərlik mövzusu üzrə dərin məzmunlu, ibrətamiz, di-daktik xarakterli, tutarlı və yerində iqtibasların gətirildiyi dəyərli müntəxəbatdır.- hətta demək olar ki, hərbçilər, hərbi kəşfiyyat və əks-kəşfiyyat, hərbi strategiya, hərbi rabitə və s. bu qəbildən olan sahələr üzrə mütəxəssislər üçün, Yasamal taborunun II bölüyünün keçdiyi döyüş yolu təhlil olunarkən müəllif tərəfindən məşhur Prussiya generalı Helmut fon Moltkedən, hərb sənətinin dühası Napoleon Bonaparta, böyük Çin hərbi strateq Sun Tszıdan, Türk dünyasının böyük oğlu, əfsanəvi komandan M.K.Atatürkə, “Qafqaz qartalı” Şeyx Şamildən, Rusiya hərb tarixinə öz dərin izlərini qoymuş ge-neral Baryatinskiyə və general Belyayevskiyə, Alman hərb sənəti-nin görkəmli xadimləri general Falkenheymdən, marşal Liman fon Sandersə, II Dünya müharibəsində Leninqrad, Volxovsk və 2-ci Belarus cəbhəsində atıcı diviziyasının rabitə rəisi kimi faşizmə qarşı həlledici döyüşlərdə fəallığı və cəsarəti ilə seçilmiş təcrübə-li çekist D.G.Bıstrovdan, İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, cəmi 34 yaşında ikən tank qoşunları qvardiya general-mayoru olmuş Azərbaycan xalqının əfsanəvi oğlu Həzi Aslanova kimi dünya hərb tarixinə adını qızıl hərflərlə yazmış görkəmli sərkərdələrin hərbi taktika və strategiya, hərbi idarəet-mə, hərbi kadr siyasəti, hərbi rabitə, hərbi kəşfiyyat və əks-kəşfiy-

14

Bir bölüyün manifesti

yat fəaliyyəti üzrə dəyərli fikirlərinə və təcrübələrinə, hərb elminə aid bu kimi digər fundamental müddəalara və mülahizələrə, eləcə də XIX əsr Şimali Qafqaz müharibəsi, I Dünya müharibəsində məşhur Çanaqqala döyüşü, Hələbin müdafiəsi, II Dünya müha-ribəsi kimi dünya hərb tarixi üzrə mühüm nümunələrə müraciət edildiyi, eyni zamanda dünya hərb tarixinin görkəmli simaların-dan – Amerikanın istiqlaliyyət müharibəsində ingilislər tərəfin-dən yaxalanaraq edam edilmiş 21 yaşlı Amerikan kəşfiyyatçısı N.Heydən, XX əsrin əvvəllərində İtaliyan faşizminə qarşı mətanətlə döyüşmüş Liviya xalqının əfsanəvi lideri Ömər Muxtara, Kokand xanlığının özbək əsilli sərkərdəsi, bütün mənalı ömrünü Şərqi Türküstanın azadlığı uğrunda mübarizəyə həsr etmiş Yaqub bəyə kimi, Milli hərb tariximizin parlaq simalarından - general-lar Hüseyn Məmmədov, Tərlan Əliyarbəyov və Monqolustanın Xalq Qəhrəmanı Söhbət Quliyevdən, Böyük Vətən müharibəsin-də rabitə sahəsində böyük rəşadətlər göstərmiş Ələkbər Xəlilov, Məhər Süleymanov və Pirəli Pirəliyev kimi milli rabitəçi kadrla-rımıza, Azərbaycan tarixinə bütün vətən torpaqlarını ilk dəfə va-hid dövlət hüdudlarında birləşdirən hökmdar, görkəmli sərkərdə və islamın müqəddəs yerləri uğrunda şəhid olmuş döyüşçü kimi daxil olan Saci hökmdarı Yusif ibn Əbu Sac Divdaddan, doğ-ma torpaqlarımızın yadelli işğalından müdafiəsi uğrunda gedən qanlı döyüşlərdə son damla qanınadək vuruşub qəhrəmancasına həlak olmuş Gəncə xanı Cavad xana qədər xatırlandığı hərbi ta-rixi-nəzəri-konseptual materialdır.- o cümlədən, dünya xalqlarının və Azərbaycan xalqının mədə-niyyətindən, söz xəzinəsindən, kulturoloji irsindən, elmi, fəlsəfi, dini, mifoloji dünyagörüşü nümunələrindən ibarət, rəngarəng söz çələngidir.- ən əsası isə, müasir oxucularımızın mütaliəsinə təqdim olun-muş, Qarabağ müharibəsində Yasamal taborunun II bölüyünün

15

Qaya Əliyev

tərkibində vuruşmuş igid oğullarımızın keçdiyi şərəfli ömür və şanlı döyüş yolunun bədii boyalarla işıqlandırıldığı oxunaqlı bir bədii nəsr nümunəsidir.

Lakin hər şeydən əvvəl qeyd etməliyik ki, bu dəyərli əsər mənə-vi-ideoloji mahiyyəti etibarilə, Azərbaycan Respublikasının döv-lət müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizə ithaf olunmuş əbədiyyət simfoniyası, Qarabağ müharibəsində böyük şücaət və misilsiz qəhrəmanlıqlar göstərmiş Yasamal taborunun II bölüyünün igid döyüşçülərinə sözdən qoyulmuş abidədir.

Yasamal taborunun II bölüyünün keçdiyi döyüş yolu haqqında tarixi həqiqətləri əks etdirən ilk, bir qədər romantik tərzdə və bədii üslubda yazılmış bu əsərdə, bəlkə də hələ tariximizə bəlli olmayan məlumatlar, tarixi faktlar və hadisələr öz əksini tapıb. Bu əsərin ürək qanı ilə yazılmış səhifələrində 46 nəfər mərd, şücaətli, cəsur, ölümün gözünə dik baxan, vətən naminə tərəddüd etmədən sinə-sini düşmən gülləsinin qabağına verən igid oğullarımızın, I Qa-rabağ müharibəsində şərəfli döyüş yolu keçən Yasamal taborunun II bölüyünün döyüşçülərinin ürəyi çırpınır.

Kitabda bütün döyüşçülərin bir ali məram uğrunda müba-rizəsi qırmızı bir xətt kimi göz önündən keçib gedir. Vətənə son-suz məhəbbət, düşmənə qarşı barışmaz kin, nifrət hissi. Zəngin, rəngarəng boyalarla gərgin hadisələrin fonunda hər bir döyüşçü-nün xarakterik real obrazı ustalıqla əks etdirilir. Onların keçdiyi şərəfli döyüş yolu haqqında sətirləri oxuduqca sanki, tankların vahiməli nəriltisini, ağır hərbi texnikanın, artilleriyanın tükürpə-dici uğultusunu, güllə səslərini eşitmək olur. «Bir bölüyün ma-nifesti» əsərində bir məqam xüsusi ilə diqqət çəkir. Müəllif ha-disələri təsvir etməklə yanaşı, bədii-publisistlik formada hər bir döyüşçünün həyat və döyüş yolunu izləyir və bütövlükdə onla-

16

Bir bölüyün manifesti

rın mənəvi dünyasının vəhdətini yaradır. Eyni zamanda, əsərdə hər bir döyüşçünün keçdiyi ömür və döyüş yolunun timsalında bütövlükdə bölüyün hərbi-psixoloji panoraması yaradılır, bütöv-lükdə bölüyün hərbi-psixoloji panoraması fonunda isə, hər bir dö-yüşçünün psixoloji portreti canlandırılır.

Yeri gəlmişkən qeyd edək ki, əsərin hər səhifəsində müəllifin zəngin mütaliəyə, müxtəlif elmlərə, fəlsəfəyə, o cümlədən teologi-yaya dair ensiklopedik biliyə, geniş dünyagörüşə malik olması, həmçinin Ümummilli liderimiz Heydər Əliyevin, xalqımızın bö-yük oğlu Nəriman Nərimanovun, Türkiyə Respublikasının quru-cusu və əvəzsiz lideri M.K.Atatürkün, eləcə də Bosniya xalqının lideri və Bosniya-Herseqovinanın ilk prezidenti Aliya İzzətbə-yoviçin, XIX əsr Almaniyanın görkəmli diplomatı və kansleri Otto fon Bismarkın, görkəmli fransız sərkərdəsi və dövlət xadimi N.Bonapartın, Türkiyə Respublikasının 2-ci prezidenti, briqada generalı İsmət İnönünün və dünya tarixinə parlaq izlərini qoy-muş onlarca digər siyasi xadimlərin irsinə dərindən bələd olması və başqa müsbət keyfiyyətləri özünü büruzə verir. Əsərdən iq-tibas gətirdiyimiz təkcə elə bu sətirlər müəllifin Azərbaycan mə-dəniyyətinə, elminə və incəsənətinə dair nə dərəcədə zəngin və hərtərəfli biliyə malik olduğunu göstərməyə kifayət edir:

“Xızı rayonu. Cənnət Azərbaycanımızın dilbər guşə-si. Korifey dramaturqumuz Cəfər Cabbarlını, istedadlı şairimiz Mikayıl Müşfiqi, görkəmli bəstəkarımız Müs-lüm Maqomayevin «Şah İsmayıl» operasının liberetto-sunun müəllifi, şair və müəllim Mirzə Əbdülqədir Vü-saqini (M.Müşfiqin atası), müasir Azərbaycan nəsrinin və dramaturgiyasının, eləcə də kino və teatr sənətinin inkişafında böyük xidmətlər göstərmiş görkəmli nasir

17

Qaya Əliyev

və dramaturqumuz Seyfəddin Dağlını, Xalq şairimiz Cabir Novruzu, XX əsr Azərbaycan ədəbiyyatşünaslığı-nın və ədəbi tənqidinin formalaşdırılması və inkişafın-da müstəsna rol oynamış, milli ədəbiyyatşünaslığımızın klassiki, Akademik Məmməd Arif Dadaşzadəni, ilk dəfə milli folklorumuzun qədim nümunəsi olan meyxananı televiziya ekranlarına çıxaran, musiqili meyxana janrının banisi, ustad meyxanaçı Nizami Rəmzini yetirən diyar.”

Məhz, bu şəxsi intellektual imkanlarından məharətlə istifadə edən müəllif sovet tarixşünaslığından miras qalmış rəvayətçilik, primitiv salnaməçilik, arxiv materiallarının bir-birinin ardınca düzülərək təhlil edilmədən təqdim edilməsi, çoxsaylı statistika, quru sxematiklik kimi hallarla oxucunu yormadan, usandırma-dan və mövzudan bezdirmədən onun diqqətini tarixi hadisə və proseslərə cəlb edir. Məsələn, oxucu Qarabağ şəhidi M.Səmədo-vun ömür yolu barədə sətirləri mütaliə edərkən yorulmur, çünki burada o, təkcə şəhid haqqında orta statistik tərcümeyi-hal göstə-riciləri ilə yox, eyni zamanda bu kontekstdə onun üçün mühüm tapıntı olan N.Nərimanovun hələ XX əsrin əvvəllərində, Azər-baycanda sovet hakimiyyətinin yenicə qurulmağa başlandığı, dövlət səviyyəsində ateizmin geniş təbliğ olunduğu, İslam di-ninin və milli-mənəvi dəyərlərimizin təqib olunduğu bir dövrdə İmam Hüseyni tənqid edən həmkarına “Ucqarlarda inqilabımızın tarixi” əsərində verdiyi ibrətamiz cavabla, habelə onun üçün ma-raq doğuracaq elmi məsələlərlə – şəxsiyyət və onun formalaşma-sının sosial-psixoloji aspektləri, o cümlədən dahi mütəfəkkir Con Lokkun «ağ lövhə» nəzəriyyəsi ilə və digər bu kimi rəngarəng məlumatlarla tanış olur. Müəllif mövzu daxilində müqayisəli analizlər, maraqlı paralellər, müxtəlif analogiyalar və s. məntiqi

18

Bir bölüyün manifesti

idrak metodları ilə zəngin haşiyələrlə oxucunu dərindən düşün-məyə vadar edir. Məsələn:

“Çox maraqlıdır ki, doğma Azərbaycanımızla yanaşı, Mirhabil Rzayevin vaxtilə döyüşdüyü Əfqanıstanda da, Kabil şəhərinin yaxınlığında və Baqram aviabazasının 20 km cənub şərqində Qarabağ adlı bölgə mövcuddur.”

Və yaxud:

“Misir yazıçısı Abbas Mahmud Akkad yazırıdı ki, məhz, Kərbəla hadisəsindən sonra, Əməvilər xanədanlı-ğının ömrü orta statistik bir insan ömrü qədər belə davam edə bilmədi. İmam Hüseynin şəhadəti ilə bu səltənətin çöküşü arasında cəmi 60 il vaxt intervalı oldu. İnanırıq ki, İmam Hüseyn şəhidlik məktəbinin yetirmələri olan Məmmədağa kimi vətən oğullarının da qanları yerdə qalmayacaq və onların şəhadət tarixi ilə erməni işğalçı-larının Qarabağımızdakı işğal rejiminin ömrü arasındakı vaxt intervalı bundan da qısa çəkəcək.”

Həmçinin, dünya xalqlarının tarixinə, o cümlədən Azərbay-can tarixinə, eləcə də beynəlxalq münasibətlər tarixinə dərindən bələd olan müəllif ayrı-ayrı hadisə və prosesləri komporativ əsas-larla təhlil edib. Dünya xalqlarının tarixi təcrübəsinə müraciət edərək, ən yaxın keçmişimizdə baş verən hadisə və prosesləri bu spektrdə, müqayisəli analiz metodu ilə işıqlandıran müəllif uğur-lu tarixi paralellər aparıb. Məsələn, müəllifin Bosniya-Herseqo-vinanın ilk prezidenti A.İzzətbəyoviçin 1995-ci ildə Bosniyada müharibəni başa çatdıran Deyton müqaviləsi haqqında ibrətamiz düşüncələri ilə, Ümummilli Liderimiz Heydər Əliyevin 1994-cü ildə imzalanmış, Qarabağ müharibəsində cəbhə boyu atəşkəsi

19

Qaya Əliyev

nəzərdə tutan Bişkek protokolu barədə müdrik fikirləri arasında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konflikti ilə, tarixi Fransa-Almaniya, Elzas münaqişəsi arasında, qardaş Türkiyə xalqının tarixinin 1920-ci il Sevr müqaviləsindən 1923-cü il Lo-zanna sazişinə qədər olan tarixi revanş dövrü ilə, Azərbaycanın Qarabağ münaqişəsinin aktiv müharibə fazasının başa çatdığı 1994-cü ildən sonrakı revanş imkanları arasında apardığı tarixi paralellər və komporativ təhlillər xüsusi maraq doğurur.

Bir sözlə, əsər oxucunun bədii-estetik zövqü ilə yanaşı, mən-tiqi idrakına və elmi, fəlsəfi dünyagörüşünə də xitab edir.

Eyni zamanda, müəllifin özünəməxsus metodikası və spesifik yaradıcılıq texnikası da xüsusi maraq doğurur. Əsərin struktu-runa diqqətlə nəzər yetirdikdə aydın olur ki, oçerkin tərkib hissə-sini təşkil edən hər bir bölmənin sərlövhəsi həmin bölmənin həsr olunduğu qəhrəmanın ömür yolundan ana xətt kimi keçən mü-hüm nüansı ehtiva edir. Daha sonra, müəllif tərəfindən məzmun etibarilə həmin sərlövhə ilə sinxronlaşan müvafiq aforizm verilir. Məsələn, əsərin Qarabağda döyüşmüş Əfqanıstan müharibəsi ve-teranı Mirhabil Rzayevdən bəhs edən bölməsi “Əfqanıstan mü-haribəsindən Qarabağın müdafiəsinə (Beynəlmiləl missi-yadan vətən borcuna)” sərlövhəsi ilə başlayır və Ümummilli liderimiz Heydərin Əliyevin 4 noyabr 1993-cü ildə beynəlmiləlçi döyüşçülərlə çıxışından verilmiş müvafiq iqtibasla davam edir. Yaxud, əsərin ağır döyüşlərin birində yaralanmasına baxmaya-raq yenidən vətənin müdafiəsi uğrunda döyüşlərə atılan Nurbala Əliyevdən bəhs edən bölməsi qəhrəmanın döyüş yolundan qırmı-zı xətt kimi keçən bu mühüm nüansa müvafiq olaraq məşhur ata-lar sözü əsasında, “İgid odur, atdan düşə atlana” sərlövhəsi ilə təqdim olunmuşdur.

20

Bir bölüyün manifesti

Həmçinin, müəllif ayrı-ayrı hərbçilərin ömür və döyüş yolun-dan bəhs edərkən, qəhrəmanın canlı portretini yaratmaq və onun barəsində oxucuda tam, dolğun və real təsəvvür formalaşdırmaq üçün birbaşa mənbəyə - cəbhə yoldaşlarının xatirələrinə, səngər dostlarının döyüş təəssüratlarına müraciət edir. Lakin, bununla belə, müəllif bu xatirələri və təəssüratları kənardan, passiv şəkildə izləmir, yeri gələndə “müdaxilə edərək” onları şərh edir, bəzən ilk baxışda adi görünən məqamlarda belə qeyri-adi nüanslar aşkar edir və oxucunun diqqətini həmin nüanslara cəlb edir:

«...Döyüş uğurla başa çatdıqdan sonra bölük dincəlmə-li idi. Ancaq, Cəlal nədənsə narahat idi. Mənə yaxınlaşıb bildirdi ki, komandir, yaxınlıqda UAZ maşınını vurub-lar. İçərisində xeyli hərbi sursat var. Mən gedib o maşını gətirəcəyəm. Bunu deyib maşına tərəf gedir. O, maşını işə salıb, geri qayıdanda düşmən snayperi onu atəşə tutur. Cəlal ayağından və döş nahiyəsindən ölümcül yaralanır. Həmin maşında qalan 2 yaralı əsgərə son sözü bu olur ki, siz gedin, köməklə gəlin. Mən tək qala da bilərəm. Yaralı əsgərlərdən eşitdiyim bu kəlmələri, hələ də unuda bilmirəm.» (Komandirin xatirələrindən göründüyü kimi, adicə həmin UAZ markalı avtomobildəki hərbi sursatı belə Vətənin müdafiəsi üçün qənimət bilən Cəlal, bu yol-da öz şirin canını isə heçə saymışdı. – Q.Ə)

Azərbaycan poeziyasına və xalqımızın zəngin söz xəzinəsinə dərindən bələd olan müəllif bu “xəzinənin” “qiymətli daşların-dan”, “ləl və cavahiratlarından” məharətlə istifadə edərək əsərin qəhrəmanlarının ömür yolunun və döyüş salnaməsinin müxtəlif epizodlarını ayrı-ayrı böyük şairlərimizin, söz bahadırlarımızın ölməz misralarının fonunda işıqlandırır. Bəzən bu asossasiyalar

21

Qaya Əliyev

və paralellər o dərəcədə dəqiq və adekvat olur ki, bir oxucu kimi heyrətini gizlətməyə bilmirsən. Məsələn:

“...Məhz, bu nailiyyətlərə görə döyüş xidmətləri yük-sək qiymətləndirilmiş, «Azərbaycan Bayrağı» ordeninə layiq görülmüşdür. Təltif olunduğu Fəxri Fərmanlar, təşəkkürnamələr Hüseynin rəşadətli və qorxmaz bir kəş-fiyyatçı kimi döyüşlərdə göstərdiyi qəhrəmanlıqların rəs-mi sənədlərdəki inikasıdır. Xalq Şairimiz Məmməd Ara-zın bu ölməz misralarında deyildiyi kimi:

Heç bir mükafatın yetmədi mənə,Bircə “sağ olun” da bəsimdi, vətən!Bəsimdir, hər səhər təltif yerinəQapımda küləyin əsibdi, vətən!”

Bəzən isə, müəllif əsərin ayrı-ayrı qəhrəmanlarının keçdiyi ömür və döyüş yolu ilə yanaşı, həmin dövrün ictimai-siyasi pro-seslərini də ustad şairlərimizin əsərlərindən ayrı-ayrı fraqmentlə-rin işığında, müxtəlif ibrətamiz misraların fonunda təqdim edir. Məsələn:

“Böyük mütəfəkkir, istedadlı şair və görkəmli dra-maturqumuz Hüseyn Cavidin 1922-ci ildə qələmə aldığı “Peyğəmbər” tarixi dramında Baş kahin obrazının dilin-dən səsləndirilmiş bu məşhur sual, çox təəssüflər olsun ki, 90-cı illərin əvvəllərində də Respublikamızın düşdü-yü ağır ictimai-siyasi vəziyyətin fonunda və erməni təca-vüzü kontekstində öz aktuallığını qoruyub saxlayırdı:

Ah, şu müqəddəs yurdumuz Düşmanlara oyuncaqmı?”

Müəllif əsərin Qarabağ döyüşçüsü İ.Piriyevdən bəhs edən

22

Bir bölüyün manifesti

bölməsini isə, bütövlükdə görkəmli ədibimiz Mir Cəlal Paşayev tərəfindən Böyük Vətən müharibəsi dövründə (1942-ci ildə) hər-bi-vətənpərvərlik mövzusunda qələmə alınmış məşhur “Vətən yaraları” hekayəsinin akkordları üzərində kökləyib. Belə ki, əsərin həmin bölməsini Mir Cəlalın sözügedən hekayəsinin sərlövhəsi ilə adlandıran müəllif, böyük məharətlə Qarabağ döyüşlərinin ayrı-ayrı fraqmentləri ilə həmin hekayədə bədii boyalarla təsvir olunmuş müxtəlif döyüş epizodları arasında uğurlu paralel-lər aparır. Yeri gəlmişkən, müəllif böyük ustalıqla Mir Cəlalın “Vətən yaraları” hekayəsinin məntiqi sonluğunu təşkil edən məş-hur çağırışının bu günümüzlə də bədii əlaqəsini və məntiqi ra-bitəsini quraraq onun aktuallığına diqqəti cəlb edir:

“İbrahimin həmin qanlı döyüşdə başından aldığı fizi-ki yara tibbi müalicə nəticəsində sağalsa da, çox təəssüflər olsun ki, vətən torpaqlarının işğalı nəticəsində qəlbində-ki qaysaq bağlamaq bilməyən vətən yarası hələ də sağal-mayıb. Bu ürək yarasının “müalicəsi” üçün isə yalnız bir “resept” var. Bu “resept”-in məzmunu isə, eynilə böyük ədibimiz Mir Cəlal Paşayevin haqqında bəhs etdiyimiz “Vətən yaraları” hekayəsinin son sətirlərindəki kimi-dir: “Sağ olaq, torpağımıza soxulan təcavüzkarları məhv edək! Analarımız sevinsin, arxayın yaşasınlar. Ana Vətən bizdən razı qalsın.”

Müəllifin orijinal yaradıcılıq texnikasını səciyyələndirən mə-ziyyətlərdən biri də əsərin qəhrəmanlarının keçdiyi ömür və dö-yüş yolunun bilavasitə ayrı-ayrı söz ustadlarımızın dillərə əzbər olan məşhur şeirlərinin ölməz misralarındakı spesifik obrazlar, orijinal ifadələr və bədii qəliblər vasitəsilə oxucuya təqdim edil-məsidir. Məsələn, müəllif aşağıdakı sətirlərdə Qarabağ şəhidi

23

Qaya Əliyev

Cəlal Qurbanovu sanki, ölməz sənətkarımız M.Müşfiqin məşhur “Həyat sevgisi” şeirinin dillər əzbəri olan misralarının baş qəh-rəmanına çevirir.

“Bir anlıq belə tərəddüd etmədən, gözünü qırpmadan cəmi 25 yaşında, ölməz sənətkarımız Mikayıl Müşfiqin təbirincə desək, ömrünün «könlün – həyat, həyat! - deyə çırpınan» çağlarında «gündən-günə bu gözəlləşən işıqlı dünyadan» doymadan, «həyat dedikləri bu keşməkeş-dən», «qəlbində, qanında yanan atəşdən» usanmadan, «bu yerlə çarpışan, göylə əlləşən dostdan, aşinadan» ay-rılaraq, «gecədən, gündüzdən, aydan günəşdən», «bu ən-gin fəzadan» «əl çəkib» doğma torpaqlarımızın müdafiəsi uğrunda gedən qanlı döyüşlərə atılan və bu döyüşlərin birində düşmən gülləsinə qurban gedərək şəhid olan Cəlal, xalqımızın iftixar mənbəyi və qürur yeri olmaqla yanaşı, Məleykə xalanın övlad həsrəti ilə alışıb-yanan kövrək ana ürəyində illər keçməsinə baxmayaraq hələ də qaysaq bağlamamış yaradır.”

Yaxud, müəllif Qarabağ şəhidi Asəf Xalıqovun keçdiyi şanlı döyüş yolunu böyük türk şairi O.Ş.Gökyayın məşhur “Bu Vətən kimin?” şeirinin misraları fonunda elə məharətlə işıqlandırmış-dır ki, əsərin həmin bölməsini mütaliə edərkən, bir anlıq insanda elə təəssürat yaranır ki, sanki şair həmin misraları ilə elə, məhz Qarabağ şəhidi Asəf Xalıqovu tərənnüm edib:

“Ustad şair O.Ş.Gökyayın təbirincə desək, “torpağın qara bağrında sıra dağlar kimi duran”, “hüdudlarda qəza bayraqlarından alnına işıq vuran”, “ardına baxmadan yollara düşən”, “hüduddan hüduda yol bulub qoşan”, “cəbhədən cəbhəni soran” və Respublikamızın ərazi bü-

24

Bir bölüyün manifesti

tövlüyünün müdafiəsi uğrunda gedən qanlı döyüşlərdə mənfur düşmən üzərinə sellər kimi atılarkən ərcəsinə köksündən vurularaq “bir gül bağçasına girərcəsinə” qara torpağa girərək şəhidlik zirvəsinə yüksələn igid oğullarımızdan biri də Asəf Xalıqov idi.”

Müəllif, təkcə əsərin qəhrəmanlarının keçdiyi ömür yolu ilə ustad şairlərimizin və böyük sənətkarlarımızın ayrı-ayrı yara-dıcılıq nümunələrinin motivləri arasında müdhiş analogiyalar, dəqiq paralellər aparmaqla kifayətlənmir. Hətta o, bəzən sözün müsbət mənasında, bir qədər də irəli gedərək, yaradıcılıq irsinə müraciət etdiyi ayrı-ayrı ustad sənətkarlarımızın həyat yolunun qırmızı cizgiləri ilə əsərin qəhrəmanlarının ömür salnaməsinin mühüm nüansları arasında ilk baxışdan diqqəti cəlb etməyən, lakin yüksək analitik təfəkkürə və yaradıcılıq qabiliyyətinə malik müəllifin diqqətindən yayınmayan oxşar məqamlar aşkar edərək oxucuya təqdim edir:

“Şeir-sənət ocağı olan bu diyarın yetirməsi Müşfiqimiz hələ XX əsrin 30-cu illərində Sovet imperiyasının aman-sız qırmızı terror maşını qarşısında «oxu tar» deyə hayqı-raraq xalqımızın «acısı-şərbəti», «alovlu sənəti» olan tarı-mızı susmağa qoymamış və bu yolda, gənc ömrünü fəda edərək, cəmi 29 yaşında repressiya qurbanı olmuşdur. Təxminən yarım əsr sonra, XX əsrin sonlarında bu diyarın digər yetirməsi olan Namiq Əliyev isə, «Qafqazın kon-servatoriyası» və muğamın beşiyi olan Qarabağımızda tarımızın, kamanımızın susmaması üçün silaha sarılmış və bu yolda, təxminən Müşfiqlə eyni yaşda - 28 yaşında şəhid olmuşdur. Əziz oxucum, bu sətirləri diqqətlə oxu. Diqqətlə oxu ki, biz bir daha tarımızın, kamanımızın

25

Qaya Əliyev

Azərbaycanımızda, əbədi və əzəli dədə-baba torpaqları-mızda, Qarabağımızda susmaması üçün istedadlı övlad-larımızı, igid oğullarımızı qurban verməyə məcbur qal-mayaq.”

Müəllif Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri-nin əsərlərindən təkcə oçerkin qəhrəmanlarının ömür salnaməsini və döyüş yolunu işıqlandırmaq üçün bədii fon və “ədəbi xammal” kimi istifadə etməklə kifayətlənmir. O, sözügedən sənətkarlıq nümunələrinin məzmununu oçerkin ayrı-ayrı fraqmentlərində müxtəlif aspektlərdən şərh edir. Məsələn, müəllif oçerkin bir böl-məsində M.Müşfiqin “Torpaq” şeirinin misralarının məzmunu-nun elmi, fəlsəfi, dini, mifoloji, filoloji, didaktik yozumunu verir, bu ibrətamiz misraların məzmunun açılmasında müqəddəs “Qu-rani-Kərim”-in Taha və Əl-Muminun surələrinin müvafiq ayələ-rinə, eləcə də tibb elminin müddəalarına, həmçinin qədim yunan mifologiyasının Herakl və Antey personajlarına, habelə vətənpər-vərlik fəlsəfəsinə müraciət edir və həmin misraların kompleks təf-sirindən sonra oçerkin müvafiq bölməsinin qəhrəmanının həyat yoluna məharətlə keçid edir:

“Məhz elə buna görə də, şair «Gözəl torpaq, sənə çox borcluyam, çox» deyə insanın ana torpağa olan övladlıq borcunu xatırladırdı. Bu borcu bütün varlığı ilə, dərindən dərk edən, qəlbi vətən eşqi ilə döyünən Namiq doğma yurdundan uzaqlarda, yad ellərdə özünü Herakl tərəfin-dən ana torpaqla rabitəsi kəsilmiş Antey kimi hiss edirdi.”

Əsər dərin elmi, fəlsəfi, bədii, siyasi, hüquqi, tarixi, kulturo-loji, didaktik və teoloji məzmunu ilə yanaşı üslub zənginliyi və forma müxtəlifliyi ilə də seçilir. Azərbaycan dilini mükəmməl bilən, onun leksik və terminoloji imkanlarına dərindən bələd olan

26

Bir bölüyün manifesti

müəllif oçerkdə öz dəst xəttini, fərdi üslubunu yaradıb. Mahiyyət etibarilə, Azərbaycan ədəbi dilinin müxtəlif funksional üslubları-nın qovşağı olan bu üslub, bədii, publisistik, elmi, rəsmi-işgüzar və s. üslubların sintezinə əsaslanır. Belə ki, oçerkdə həm bədii təs-vir və ifadə vasitələri, frazeoloji birləşmələr və mətnaltı mənalarla zəngin, obrazlı, emosional fraqmentlərə əsaslanan bədii üsluba aid cümlələrə, həm milli elmi təfəkkürümüzün məhsulu olan, məntiqiliyə, ardıcıllığa, dəqiqliyə, konkretliyə və mürəkkəb sahəvi terminologiyaya söykənən elmi üsluba aid mətnlərə, həm də milli ictimai təfəkkürün ifadəsi olan, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş aydın, anlaşıqlı, təsirli cümlələrdən ibarət, ümumxalq danışıq dilində və yaxud “KİV dilində” qələmə alınmış publisis-tik üsluba aid hissələrə, eləcə də məişət üslubunun nümunələri olan sərbəst, sadə və yığcam dialoqlara, habelə trafaret mətnləri, mürəkkəb sintaktik konstruksiyaları və hazır qəlibləri ehtiva edən rəsmi-işgüzar üslub nümunələrinə, eyni zamanda sözügedən funksional üslubların elmi-publisistik üslub və bədii-publisistik üslub kimi altüslublarına məxsus parçalara da rast gəlmək olar. Kitabın bu spesifik üslub zənginliyi onu gündəlik həyatı və peşə fəaliyyəti ilə əlaqədar Azərbaycan dilinin müxtəlif üslublarına müraciət edən demək olar ki, bütün sənət, ixtisas və peşə sahiblə-ri, həmçinin istər orta, istər orta-ixtisas, istər ali, istər magistra-tura və doktorantura pillələri üzrə təhsilə, müxtəlif dünyagörüşə və intellektual səviyyəyə malik bütün təbəqələrdən olan oxucular üçün dil və forma baxımından əlçatan əsərə çevirir. Bütün bun-larla yanaşı, qeyd etməliyik ki, əsər dilinin maksimum mükəm-məlliyi, fikrin tam aydınlığı və elmi, fəlsəfi, məntiqi, bədii və s. cəhətlərdən əsaslılığı, sözlərin və ifadələrin birmənalılığı, dil yığ-camlığı və digər üslubi keyfiyyətlərlə yadda qalır. Eyni zamanda, Azərbaycan dilinin leksik resurslarından, sözün poetik, termino-

27

Qaya Əliyev

loji funksiyalarından və digər imkanlarından maksimum istifadə edən müəllif Yasamal taborunun II bölüyünün döyüşçüləri ilə bağlı həyat həqiqətlərini böyük uğurla sənət həqiqətinə çevirə bil-mişdir.

Müəllifin dili forma etibarilə, Azərbaycan dilinin müxtəlif funksional üslublarının sintezi səciyyəsi daşısa da, mənsub ol-duğu ədəbi janr (sənədli oçerk) etibarilə, əsərdə daha çox bədii üslub elementləri ön plana çıxır. Belə ki, Qarabağ müharibəsinin ayrı-ayrı qəhrəmanları haqqında orta statistik tərcümeyi-hal sə-ciyyəli məlumatları məharətlə işləmiş müəllif, maraqlı təşbehlər, simvollar, bənzətmələr, metaforalar, metonimiyalar və s. bədii təsvir və ifadə vasitələrindən ustalıqla istifadə edərək bu statistik məlumatlara ədəbi-bədii həyat vermişdir. Məsələn, Qarabağ mü-haribəsi iştirakçısı, peşəkar hərbçi Zəfər Kərimovun uğurlu döyüş yolundan bəhs edən bölməni “Zəfərin zəfər yolu” adlandıran müəllif maraqlı poetik kombinasiya – uğurlu alliterasiya yarat-mışdır. Və yaxud, aşağıdakı sətirlərdə müəllif tərəfindən məharət-lə istifadə edilmiş bədii təzada diqqət yetirək:

“Uşaqlıq illərinin Qarabağla bağlı həzin xatirələri, gənclik illərinin Qarabağla bağlı odlu-alovlu müharibə təəssüratları ilə əvəz olundu, Oqtay üçün. Uşaqlıq illə-rində quşların cəhcəhini, çayların şırıltısını eşitdiyi yer-lərdən, indi tankların nəriltisini, hərbi texnikanın uğul-tusunu, silah səsləri eşdirdi.”

Yaxud, çoxmənalı “yol” sözünün bu leksik xassəsindən usta-lıqla istifadə edən müəllif yazır:

“Bu gün Qurban, bir igid döyüşçü kimi Qarabağ mü-haribəsində keçdiyi şanlı döyüş yolu ilə qürur duymaqla yanaşı, eyni zamanda, bir peşəkar mühəndis və ixtisaslı

28

Bir bölüyün manifesti

mütəxəssis kimi tikintisində iştirak etdiyi, Respublika-mızın nəqliyyat infrastrukturunun əsasını təşkil edən, hər gün minlərlə insanın öz arzularına doğru tələsdiyi yollara baxıb iftixar hissi keçirir.”

Bu sətirlərdə isə müəllif ayrı-ayrı bitkilərin və çiçək növlərinin təbii xassələri ilə dövrün ictimai-siyasi proseslərinin xarakteri arasındakı müəyyən bədii bənzərlik aşkar edərək, maraqlı təşbeh yaradır:

“Təzəcə qarı əriməyə başlayan dağ yamaclarında, qa-rın altından doğma xalqının müstəqillik, suverenlik və dövlətçilik arzuları kimi yenicə baş qaldıran novruzgü-lünü qoxladı, yurd-yuvasından didərgin düşmüş, ata-ba-ba torpaqları işğal olunmuş, sərvətləri talanmış el-obası kimi boynubükük bənövşənin ətrini duydu.”

Həmçinin, müəllifin yaratdığı bədii analogiya nümunələri də təqdirəlayiqdir:

“Gəncənin sonuncu xanı Cavad xan, 1804-cü ilin yan-varın 2-dən 3-ə keçən gecə, yadellilərə qarşı qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olarkən 56 yaşında idi. Haqqında söhbət açacağımız Dilavər İbrahimov da, vətə-nin dar günündə dövlət başçısının çağırışına səs verərək Qarabağ müharibəsinə yollanarkən Cavad xanla eyni yaşda – 56 yaşında idi.”

Kitabı oxunaqlı edən cəhətlərdən biri də müəllifin ilk baxış-da adi görünən həyat hadisələrini belə qeyri-adi, orijinal formada qələmə almasıdır. Məsələn:

“Anasından ayrılıb Ana Vətəninin harayına gedirdi

29

Qaya Əliyev

Cəlal. Nə biləydi ki, bu gün sadəcə bir evin, bir ailənin oğlu kimi doğulub boya-başa çatdığı həyətlərinin qapı-sından çıxıb ilk addımını atdığı bu müqəddəs yol, bir gün onu bütövlükdə bir vətənin, bir xalqın şəhid övla-dı kimi yenə həmin qapıdan içəri keçirib, bu həyətə geri qaytaracaqdı.”

Aşağıda iqtibas gətirdiyimiz elə təkcə bu fraqment əsərin di-linin nə qədər zəngin və dolğun olduğunun, ictimai-siyasi ha-disə və proseslərin bədii təsvir və ifadə vasitələrinin imkanları ilə ədəbi-bədii aspektdən necə ustalıqla oxucuya çatdırıldığının bariz nümunəsidir:

“Bildiyimiz kimi, 1991-ci ildə ölkəmiz XX əsrdə ikin-ci dəfə dövlət müstəqilliyinə qovuşdu. Beləliklə, min-bir qurbanlar, itkilər, məhrumiyyətlər bahasına da olsa, bey-nəlxalq münasibətlər sistemində, imzalar içində xalqımı-zın da imzası qoyuldu, BMT-də dövlət bayraqları sıra-sında dövlətimizin də üçrəngli bayrağı dalğalandı, dün-yanın siyasi xəritəsində ölkəmizin qartalabənzər xəritəsi də öz əksini tapdı. Lakin, çox keçmədi ki, bu “qartal” bir tərəfdən başında (Respublikamızın paytaxtı Bakı şəhəri coğrafi xəritədə nəhəng bir qartalın başının təsvirini yara-dır) Brutların xəncərinin, qanadlarında “sapı özümüzdən olan baltaların” zərbələrinin, digər tərəfdən isə, gövdə-sində amansız ovçu (mənfur düşmən) güllələrinin açdığı yaraların sancılarını hiss etməyə başladı. Əfsuslar olsun ki, vətənə vurulmuş bu yaralara, başda bir qismi qəflət, digər qismi dəlalət, başqa bir qismi isə, xəyanət içində olan o dövrkü “idrakı sönük başçılarımız” olmaqla bir çoxları “məndən ötdü” təfəkkürü ilə etinasız yanaşdı.”

30

Bir bölüyün manifesti

Bütün bu misallar əsərin sənətkarlıq dəyərini səciyyələndirir.Əsərin bədii-tədqiqat obyekti – qəhrəmanlar, hadisələr, ümumi

cizgilər, xətlər, psixoloji portretlər və s.-dır. Müəllifin ayrı-ayrı qəhrəmanları bədii cəhətdən təqdim etməklə kifayətlənməyib on-ların necə qəhrəman kimi formalaşması sualına cavab axtarması, hər bir fərdi qəhrəmanlığın sosial-psixoloji genezisinə varması, ilk baxışda o qədər də cəlbedici görünməyən, lakin son dərəcə mühüm əhəmiyyət kəsb edən və qəhrəmanın xarakterini açan detallara oxucunun diqqətini cəlb etməsi, yeri gələndə hadisə və prosesləri müxtəlif aspektlərdən geniş, ətraflı və müfəssəl şəkildə şərh etdiyi halda, müəyyən hallarda isə, oxucunu düşündürmək üçün mətləbləri simvollar vasitəsilə ustalıqla kodlaşdırması əsə-rin orijinallığını şərtləndirən spesifik xüsusiyyətlərdəndir. Bu və ya digər faktın, hadisə və prosesin funksional obrazını təqdim edən müəllif, daha sonra onun mahiyyətinə varır, daxili drama-tizmini, ziddiyyətlərini spektrləşdirir. Əsərin ədəbi-bədii yenili-yini səciyyələndirən məziyyətlərindən biri də müəllifin ənənəvi yazı manerasının yeknəsək axarını cəsarətlə pozması, yeni bədii təsvir və ifadə vasitələrinə, kompozisiya elementlərinə yer vermə-si, hadisə və prosesləri qeyri-ənənəvi yanaşmalar, doqmatizmi və yersiz mühafizəkarlığı rədd edən analitik baxış bucağından təhlil etməsidir. Ehkamçılığı və mühafizəkarlığı rədd edən, praqmatiz-mə və qeyri-ənənəvi yanaşmalara əsaslanan bu analitik baxış bu-cağını müəllifin həyat fəlsəfəsinə, müxtəlif ontoloji və qneseoloji problemlərə dair fəlsəfi düşüncələrindən tutmuş, hərbi-vətənpər-vərlik tərbiyəsi ilə bağlı pedaqoji baxışlarına, mövzu üzrə müxtə-lif məsələlərlə bağlı aforizmik xarakter daşıyan mülahizələrindən tutmuş, tarixi hadisələrə, dünyada, regionda və ölkədə gedən ic-timai-siyasi proseslərə dair siyasi icmallarına, politoloji analizlə-

31

Qaya Əliyev

rinə qədər, əsərin hər bölməsində müşahidə etmək mümkündür. Doğrudur bu individual düşüncələrdə, icmallarda, şərhlərdə, analizlərdə, ayrı-ayrı predmet, hadisə və proseslərə baxışlarda ra-zılaşmadığımız məqamlar da var. Lakin, etiraf etməliyik ki, müəl-lif öz mövqeyini ciddi, konkret və tutarlı arqumentlərlə əsaslan-dıra bilmişdir.

Burada digər bir amili də vurğulamaq istərdik. Qarabağ uğ-runda mübarizə kədər, təəssüf, rəğbət, nikbinlik, inam. Bu cəhət-lər müəllifin mənəvi aləminin inikası kimi kitabın ruhuna hopub, onun hər şeydən öncə, insani duyğularını, humanizmini saf, bəşəri keyfiyyətlərini göstərir.

Əminliklə demək olar ki, yeni təfəkkürə ünvanlanmış və müa-sir dövrümüzə aid hadisə və proseslərə yeni tarixi yanaşma nü-munəsi olan «Bir bölüyün manifesti» əsəri Qarabağ müharibəsi-nin bədii-publisistlik salnaməsi olmaqla yanaşı, böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində böyük rol oynaya-caq. İnanırıq ki, müəllif bu mövzuda yeni-yeni maraqlı əsərləri ilə oxucuların görüşünə gələcəkdir.

Əsədulla Qurbanovfəlsəfə elmləri doktoru, professor

32

Bir bölüyün manifesti

irişAdətən, belə mövzuda qələmə alınmış əsərlər Ermənis-

tan-Azərbaycan, Dağlıq Qarabağ konflikti haqqında ümu-mi icmalla başlayır. Biz də bu ənənəyə sadiq qalaraq, ilk növbədə sözügedən konflikt haqqında söhbət açacağıq. Lakin, münaqişənin tarixi köklərinin, bu barədə tarixi fakt-ların, sənədlərin, materialların və s. son illərdə həm tarix-şünaslıq üzrə fundamental tədqiqatlarda, həm siyasi elm-lər üzrə ədəbiyyatlarda, həm də bədii-publisistik əsərlərdə kifayət qədər ətraflı, dolğun, müfəssəl və hərtərəfli şəkil-də işıqlandırıldığını nəzərə alaraq, onun tarixi genezisinin üzərində geniş dayanmağa ehtiyac duymuruq. Bu baxım-dan, biz münaqişənin tarixi aspektlərindən daha çox, əsas etibarilə, hələ kifayət qədər tədqiq olunmamış beynəlxalq hüquqi aspektləri və qismən də, müəyyən diplomatik və politoloji məqamları ehtiva edən tezislər üzərində dayana-cağıq.

Bəşər tarixinin hər mərhələsində dünyanın siyasi xə-ritəsində köklü dəyişikliklərlə müşayiət olunan dünyada və regionda baş verən mühüm hadisə və proseslərdən, kata klizmlərdən istifadə edərək, “dənizdən dənizə Böyük Ermənistan” illuziyasını mərhələ-mərhələ, addım-addım həyata keçirməyə çalışan ermənilər I və II Rusiya-İran müharibəsi nəticəsində bağlanılmış Gülüstan (1813) və Türkmənçay (1828) sazişləri, eləcə də 1828-29-cu illər Rusi-

G

33

Qaya Əliyev

ya-Osmanlı müharibəsinə xitam vermiş Ədirnə sülh müqa-viləsi nəticəsində Cənubi Qafqaza, ələxüsus Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazilərinə köçürülərək burada məskunlaşdırıldılar. Növbəti mərhələdə, Almani-yanın və İtaliyanın birləşdirilməsindən sonra “Vyana kon-serti”- Metternik-Kessleri sisteminin böhranı ilə Avropada qüvvələr balansında müşayiət olunan əsaslı dəyişikliklər nəticəsində formalaşan yeni geosiyasi mənzərədən istifadə edən ermənilər 1877-78-ci illər Rusiya-Osmanlı müharibə-sinə son qoyan San-Stefano müqaviləsinin 16-cı paraqrafın-da və daha sonra Berlin konqresində imzalanmış traktatın 61-ci maddəsində qondarma “erməni məsələsi”-nin rəsmi diplomatik dövriyyəyə çıxarılmasına nail oldular. Bu dəfə, XX əsrin əvvəllərində Rusiya imperiyasında baş verən si-yasi kataklizmlərdən istifadə edən daşnak erməni quldur-ları etnik təmizləmə siyasəti çərçivəsində Azərbaycanın müxtəlif ərazilərində yaşayan dinc sakinlərə qarşı 1905-1906-cı illərdə kütləvi qırğın və qətllər həyata keçirdilər. Rusiyada baş vermiş 1917-ci il inqilabi hadisələrdən sonra yaranmış dövlət böhranından, siyasi hakimiyyət boşluğun-dan və əlverişli siyasi şəraitdən istifadə edən erməni daş-nak qüvvələri tərəfindən 30 mart-3 aprel 1918-ci il tarixlə-rində azərbaycanlılara qarşı soyqırım həyata keçirildi. Yeri gəlmişkən qeyd edək, digər beynəlxalq cinayətlər kimi soyqırım cinayətini sanksiyalaşdıran beynəlxalq hüquq normalarının tətbiqinə də müddət şamil olunmur və bu normalar retroaktiv qüvvəyə malikdir. Bu baxımdan, er-məni daşnakları tərəfindən törədilmiş 1918-ci il mart soyqı-rımı da beynəlxalq cinayət hüquqi kontekstdə hələ də öz aktuallığını qoruyub saxlayır.

34

Bir bölüyün manifesti

Ötən müddət ərzində kifayət qədər etnik təmizləmə və süni məskunlaşma tədbirləri həyata keçirmiş erməni daş-nakları bu dəfə dünyada və regionda baş verən növbəti kəskin geosiyasi dəyişikliklərdən də istifadə edərək annek-siya siyasətinə başladılar. I Dünya müharibəsində “qalib Antantanın məğlub üzvü” olan Rusiyada baş verən növbəti siyasi hakimiyyət dəyişikliyindən və Versal-Vaşinqton sis-temi nəticəsində dünyada və Qafqaz regionunda yaranmış yeni geosiyasi mənzərədən istifadə edən erməni ideoloqları tarixi ata-baba torpaqlarımız olan İrəvan şəhərini və ətraf əraziləri ilhaq edərək tarixdə ilk dəfə erməni dövlətinin ya-ranmasına nail oldular. Yarandığı gündən etibarən bütün qonşularına qarşı ərazi iddiaları ilə çıxış edən, həm Osman-lı imperiyası, həm Gürcüstan, həm də Azərbaycan Demok-ratik Respublikası ilə müharibə şəraitində olan Ararat Res-publikası tezliklə regionda sülhə təhlükə və destabilizasiya mənbəyinə çevrildi. XX əsrin 20-ci illərində dünyada və re-gionda baş verən yeni təlatümlərdən, ələxüsus Sovetlər İtti-faqının qurulması prosesindən istifadə edən radikal ermə-ni millətçiləri bu dəfə, 1920-ci ildə tarixi torpaqlarımız olan Zəngəzur mahalının anneksiyasına və perspektivdə Dağlıq Qarabağın da ilhaqını həyata keçirmək istiqamətində mü-hüm addım kimi 1923-cü ildə DQMV-nin yaradılmasına nail oldular. Sovetlər İttifaqının tərkibinə daxil olduqdan sonra da, erməni daşnaklarının ərazi iddiaları səngimədi. II Dünya müharibəsində xaricdə yaşayan ermənilərin Er-mənistan SSR-yə köçürülməsi üçün məsələ qaldırmaq für-səti qazanan erməni diasporu ilk dəfə 1943-cü ildə Tehran konfransı zamanı buna nail oldu. Erməni diasporası SSRİ xarici işlər naziri Molotovla əlaqə yaradaraq, ermənilərin

35

Qaya Əliyev

Ermənistan SSR-yə köçürülməsi üçün Sovet rəhbərliyinin razılıq verməsini xahiş etmişdilər. Molotov İ.Stalinlə danı-şıqdan sonra onların köçürülməsinə razı olduqlarını bildir-mişdi. Məhz bu razılaşmadan sonra, köçürüləcək ermənilər üçün əlverişli şərait yaratmaq məqsədilə 1948-53-cü illərdə soydaşlarımız öz tarixi dədə-baba torpaqları olan Qərbi Azərbaycandan kütləvi şəkildə deportasiya olunmuşdur. Ermənistanın əsassız ərazi iddiaları, ələxüsus DQMV-nin Ermənistan SSR-yə ilhaqı barədə qanunsuz tələbləri sovet dövründə müntəzəm xarakter almış və zaman-zaman So-vet rəhbərliyi tərəfindən rədd edilmişdir.

1960-cı illərin sonu 70-ci illərin əvvəllərində sosialist və kapitalist ölkələri arasında münasibətlərin yaxşılaşması, NATO ilə Varşava Müqaviləsi Təşkilatı arasında hərbi-stra-teji tarazlığın yaranması beynəlxalq aləmdə “soyuq müha-ribə”dən gərginliyin zəiflədilməsinə doğru dönüş yaratmış oldu. 1975-ci il avqustun 1-də Finlandiya prezidenti Urxo Kekonnenin təşəbbüsü ilə paytaxt Helsinkidə Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət baş-çılarının müşavirəsi oldu. Onlar Avropada təhlükəsizlik və əməkdaşlıq haqqında Yekun aktını imzaladılar. Bu Yekun akta görə müşavirə iştirakçıları iki düşərgə arasındakı mü-nasibətlərdə 10 əsas prinsipi rəhbər tutmalı idilər. Pribalti-kanın SSRİ-nin tərkibinə qatılması ilə heç cür barışmayan Qərb bloku bu rəhbər müddəalardan “self-determination” (Xalqların öz müqəddəratını təyin etmə hüququ) prinsi-pinin Yekun Aktına daxil edilməsində təkid edirdi. Akta daxil edilmiş sərhədlərin toxunulmazlığı və ərazi bütöv-lüyü prinsiplərinin self-determination prinsipinin hüquqi imkanlarını onsuz da məhdudlaşdıra biləcəyinə güvənən

36

Bir bölüyün manifesti

SSRİ rəhbərliyi, nəticə etibarilə həmin prinsipin sənədə daxil edilməsinə etiraz etməkdə o qədər də qətiyyət göstər-mədi. Əsas etibarilə, SSRİ tərəfindən beynəlxalq hüquqa zidd olaraq, müstəqil dövlətçilikdən və öz müqəddəratını təyin etmə hüququndan məhrum edilmiş Pribaltika xalqla-rının perspektiv milli-azadlıq hərəkatı üçün hüquqi zəmin yaratmağa hesablanmış bu prinsipi tamamilə onun mahiy-yətinə və hüquqi məntiqə zidd olaraq şərh edən erməni millətçiləri 80-ci illərin sonlarında Azərbaycana qarşı Dağ-lıq Qarabağla bağlı əssasız ərazi iddialarını hüquqi cəhət-dən “əsaslandırmaq” məqsədilə ondan istifadə etməyə baş-ladılar.

Məsələ burasındadır ki, istər xalqların özünümüəy-yənetmə prinsipi kontekstində, istərsə də beynəlxalq hüquqda “xalq” bir qayda olaraq, etnik anlamda başa dü-şülmür. Beynəlxalq hüquqi anlayış kimi “xalq” hər hansı milli və ya etnik qrupu deyil, məhz dövlətin (və ya döv-lətçilikdən qeyri-qanuni məhrum edilmiş ərazinin) bü-tün əhalisini bildirir. Yəni “xalq” etnos kimi deyil, demos kimi başa düşülür. Yalnız xalq bütövlükdə bu hüququn daşıyıcısıdır. Xalqın bir hissəsinin, o cümlədən milli az-lıqların belə bir hüququ yoxdur. Bu beynəxalq hüquqda birmənalı olaraq qəbul edilmişdir.1 Əks təqdirdə, əgər bu prinsip erməni ideoloqlarının interpretasiya etdiyi məz-muna malik olsaydı, dünyanın siyasi xəritəsində böyük bir xaos və minlərlə dövlət meydana gəlmiş olardı.

Eyni zamanda, beynəlxalq hüququn hamılıqla tanın-mış digər bir prinsipi - “territorial integrity” (dövlətin

1 Beynəlxalq hüquq : dərslik / L. H. Hüseynov. - II nəşri. - Bakı : Hüquq ədəbiyyatı, 2002, səh. 43-44

37

Qaya Əliyev

ərazi bütövlüyü) prinsipi özündə digər bir altprinsipi – hələ XIX əsrdə Latın Amerikasında formalaşmış və 1986-cı ildə Burkina Fason/Mali işində BMT Beynəlxalq Məh-kəməsi tərəfindən ümumi beynəlxalq hüquq norması kimi xarakterizə edilmiş uti possidetis prinsipini ehtiva edir. Uti possidetis prinsipinin mahiyyəti ondan ibarət-dir ki, müstəmləkələrin və ya federasiya subyektlərinin əvvəlki sərhədləri yeni müstəqil dövlətlərin beynəlxalq sərhədləri olur və müvafiq razılıq olmadan dəyişdirilə bilməz. Azərbaycanla bağlı demək olar ki, onun SSRİ dövründə malik olduğu ərazisinin bütövlüyünə istənilən iddia və ya qəsd bu prinsipə tamamilə ziddir.1

Başqa sözlə desək, SSRİ-nin tərkibinə daxil olarkən Azər-baycan SSR-in ayrılmaz tərkib hissəsi olan Qarabağ uti possidetis prinsipinə əsasən 1991-ci ildə dövlət müstəqil-liyini bərpa etdikdən sonra da, yenidən Azərbaycan Res-publikasının tərkib hissəsi qalaraq, hər hansı bir ərazi mübahisəsinin və ya iddiasının predmeti ola bilməzdi. Məhz, elə buna görə də Azərbaycan Respublikası 1992-ci ilin martın 2-də BMT-yə mövcud sərhədlər çərçivəsində üzv olmuşdu. Daha sonra, BMT TŞ 30 aprel 1993-cü il ta-rixində Azərbaycanın Kəlbəcər rayonundan və digər işğal olunmuş ərazilərindən bütün işğalçı qüvvələrin dərhal çıxarılmasını tələb edən 822 saylı qətnamə, 29 iyul 1993-cü il tarixində Azərbaycanın Ağdam rayonu və digər iş-ğal olunmuş ərazilərindən işğalçı qüvvələrin tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 853 saylı qətnamə, 14 oktyabr 1993-cü il tarixində ATƏM-in Minsk qrupunun

1 Beynəlxalq hüquq : dərslik / L. H. Hüseynov. - II nəşri. - Bakı : Hüquq ədəbiyyatı, 2002, səh. 42-43

38

Bir bölüyün manifesti

nizama salmaya dair vaxt cədvəlinə uyğun olaraq, dərhal qarşılıqlı və zəruri addımlar atılmasını, o cümlədən ən son işğal edilmiş ərazilərdən çəkilməyi tələb edən 874 saylı qət-namə və 11 noyabr 1993-cü il tarixində Zəngilan rayonu və Horadiz qəsəbəsinin işğalını, mülki əhaliyə qarşı hücumu və Azərbaycan Respublikası ərazilərinin bombalanmasını pisləyən, Zəngilan rayonu və Horadiz qəsəbəsindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmasını və Azərbaycan Respublikasının ən son işğal olunmuş digər ərazilərindən işğalçı qüvvələrin çıxarılmasını tələb edən 884 saylı qət-namə qəbul etmişdir.

XX əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllə-rində Sovetlər İttifaqının dağılması nəticəsində yaranmış xaosdan, başı «Soyuq müharibə» erasının başa çatması ilə meydana gələn yeni, lokal «isti müharibələrə» qarışan bey-nəlxalq təşkilatların biganəliyindən və etinasızlığından, dünya ictimaiyyətinin diqqətinin yeni dünya düzəninin formalaşdırılmasına və Körfəz müharibəsi kimi məsələlərə yönəlməsindən və dövlət müstəqilliyini yenicə bərpa et-miş Azərbaycanın siyasi elitasının diletantlığı, səbatsızlığı və firqəçiliyi nəticəsində ölkədə baş alıb gedən və orduya əsaslı surətdə təsir göstərən anarxiya, iqtisadi tənəzzül və hərc-mərclik kimi neqativ təzahürlərdən sui-istifadə edən erməni neonasistləri, Azərbaycan Respublikasının ərazi-sinin 20%-ni işğal edərək, 1 milyondan artıq soydaşımızı öz doğma yurd yuvalarından didərgin salaraq qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum etdilər. Eyni zamanda, 1993-cü ildə təsis olunmuş Yuqoslaviya və 1994-cü ildə yaradılmış Ruanda ad-hoc tribunallarında müvafiq olaraq, serb hərbi caniləri və genosid aktında iştirak et-

39

Qaya Əliyev

miş Ruanda vətəndaşları törətdikləri beynəlxalq təhlükəli əməllərə görə cinayət məsuliyyətinə cəlb olunsalar da, çox təəssüflər olsun ki, erməni neonasist canilərinin qanlı əməl-ləri və ələlxüsus, Xocalıda törətdikləri soyqırım aktı, artıq 20 ildən çox müddətin keçməsinə baxmayaraq, hələ də mü-vafiq beynəlxalq instansiyalar tərəfindən adekvat hüquqi qiymətini almayıb.

1993-cü ilin payızında cəbhə bölgəsində vəziyyət getdikcə daha da gərginləşir, erməni qəsbkarları dün-yada və Cənubi Qafqaz subregionunda baş verən geo-siyasi dəyişikliklərdən, fors-major hadisələrdən, eləcə də Respublikamızda hökm sürən xaos və anarxiyadan, dövlət böhranından sui-istifadə edərək bir-birinin ar-dınca Dağlıq Qarabağ və ətraf rayonlardakı yaşayış məntəqələrimizi işğal edirdilər. Bax, belə bir vəziyyət-də Respublikanı düşdüyü ağır fəlakətdən və daxili tə-latümlərdən xilas etməyə çalışan, eyni zamanda xarici təcavüzü dayandırmağı qarşısına məqsəd qoyan ölkə başçısı, Ümummilli Liderimiz Heydər Əliyev ölkənin erməni silahlı təcavüzündən etibarlı müdafiəsi və qısa müddətdə nizami ordu quruculuğunun təşkil edilməsi istiqamətində təcili, təxirəsalınmaz tədbirlər görməyə başladı.

İlk növbədə Ermənistan silahlı qüvvələrinin Azər-baycan Respublikasının ərazisinə yeni hücumları və tə-cavüzü ilə bağlı 2 noyabr 1993-cü il tarixində milli tele-viziya və radio ilə xalqa müraciət edən Ulu Öndər bütün xalqı erməni hərbi təcavüzünün qarşısının alınması is-tiqamətində səfərbər olmağa çağırdı. Həmin dövrdə bu çağırışa səs verərək ön cəbhəyə yollanan könüllülərdən

40

Bir bölüyün manifesti

təşkil olunmuş hərbi birləşmələrdən biri də Yasamal ta-boru və onun II bölüyü idi. Bu kitabımız da Yasamal ta-borunun II Bölüyünün Qarabağ müharibəsində keçdiyi şərəfli döyüş yolundan, onun ayrı-ayrı döyüşçülərinin Respublikamızın ərazi bütövlüyünün müdafiəsi uğrun-da apardığı şərəfli mübarizədən bəhs edir.

“Bir bölüyün manifesti” sənədli oçerki hər şeydən əvvəl, aşağıdakı konseptual məqsəd və vəzifələrin ye-rinə yetirilməsinə xidmət edir:

• İlk növbədə qeyd etməliyik ki, ən yeni tariximizin Qarabağ müharibəsi səhifələrinin bədii-publisistik janrda qələmə alındığı bu əsər ilk növbədə, tarixi irsin transmissiyası, keçmiş və gələcək nəsillər ara-sında informasiya körpüsünün yaradılması, nəsil-lərarası mənəvi-ideoloji rabitənin və milli yaddaş mübadiləsinin təmin edilməsi məqsədi daşıyır. Tə-sadüfi deyildir ki, Ümummilli Liderimiz Heydər Əliyev hələ, 9 may 1996-cı ildə, Həzi Aslanov adı-na Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi-nin fəxri qonaqlar kitabına yazdığı dərin məzmun-lu, geniş mündəricəli və proqram xarakterli aşa-ğıdakı sətirlərdə Qarabağ müharibəsinə və onun iştirakçılarına dair tarixi faktların, sənədlərin və s. materialların vaxtında işıqlandırılması zərurə-tinə toxunaraq göstərmişdir: “...Ancaq Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü və bu müharibədə qəhrəmanlarımızın Vətən qarşısındakı xidmətləri, şəhid olmaları, özlərini qurban vermələ-ri barədə materialların, sənədlərin hamısı yığılmalı,

41

Qaya Əliyev

toplanmalıdır. Bütün bunlar bugünkü gənclərimiz üçün örnək olmalıdır. Gərək biz gəncləri bu yolla qəhrəmanlıq ruhunda tərbiyə edək...“1Elə buna görə də, kitabın ərsəyə gəlməsi, ilk növbədə Ulu Öndə-rimizin illər öncə vurğuladığı bu tarixi zərurətdən irəli gəlir. Məşhur latın deyimində qeyd olundu-ğu kimi, tarixi bilməmək — həmişə körpə qalmaq deməkdir.2 Başqa sözlə desək, “Bir bölüyün mani-festi” sənədli oçerki də, hər şeydən əvvəl, iqtibas gətirdiyimiz məşhur latın ibarəsinin təbirincə desək, gənc nəslin tarixi yaddaş baxımından “körpə qalma-masına”, mənəvi-ideoloji cəhətdən yetkinləşməsinə, ən yaxın tariximizə, xüsusilə onun Qarabağ mühari-bəsi səhifələrinə dərindən bələd olmasına və onlar-dan ibrətamiz tarixi dərslər çıxarmasına xidmət edir. Dahi M.K.Atatürk hələ 1931-ci ildə tarixşünaslıq və onun tədqiqat obyekti arasında qarşılıqlı münasibət-lərin dialektikasına toxunaraq deyirdi: “Tarix yaz-maq, tarix yaratmaq qədər mühümdür. Əgər yazan tarixi yaradana sadiq qalmazsa, dəyişməz həqiqət bəşəriyyəti yanıltmaqdan ibarət olar.”3 Biz də öz növbəmizdə, bu prinsipə sadiq qalaraq, əsərin bə-dii-publisistik tədqiqat obyekti olan tarixi hadisələri qələmə alarkən “dəyişməz həqiqətin bəşəriyyəti” və gələcək nəsilləri yanıltmasına yol verməməsi üçün bu şərəfli tarixi yaradanlara və onların şanlı qəhrə-

1 Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr. Altıncı kitab: mart, 1996 – iyun, 1996 / bur. məsul R. Mehdiyev. – Bakı: Azərnəşr, 1998. səh. 1402 Historiam nescire hoc est semper puerum esse 3 Qocatürk U. Atatürk. Bakı: Elm,1991. səh.154

42

Bir bölüyün manifesti

manlıq salnamələrinin ruhuna sadiq qalmışıq.• Bildiyimiz kimi, mənəvi borc sosial münasibətlərin

özünəməxsus, spesifik mexanizmidir. Etika elmi-nin müddəalarına əsasən, mənəvi borc anlayışına daxil olan öhdəlik yalnız gələcək qarşısında de-yil, həm də keçmişə aiddir. Bura vətən uğrunda canından keçənlərin ruhuna hörmət və s. aiddir.1 Bu baxımdan, “Bir bölüyün manifesti” sənədli oçerki də, öz növbəsində gələcək nəsillərlə yana-şı, keçmiş qarşısında mühüm bir mənəvi borcun yerinə yetirilməsinə – Qarabağ müharibəsində Respublikamızın ərazi bütövlüyünün və sərhəd-lərinin toxunulmazlığının müdafiəsi uğrunda ca-nından keçənlərin ruhuna hörmət və onların əziz xatirəsinin yad edilməsi, cəmiyyətimizdə “heç kim unudulmur, heç nə yaddan çıxmır” prinsipi-nin təşəkkülü və möhkəmləndirilməsi kimi ülvi məqsədlərə xidmət edir.

• Əsər, eyni zamanda I Qarabağ müharibəsində Ya-samal taborunun II bölüyünün tərkibində Respub-likamızın ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə şücaətlə vuruşmuş, habelə bu yolda qəhrəmancasına həlak olmuş və ya fiziki sağ-lamlığını itirmiş vətən övladlarının adlarının əbə-diləşdirilməsi və tarixin yaddaşına həkk edilməsi, eyni zamanda onların dövlət və vətən qarşısında misilsiz xidmətlərini fiksasiya etmək və kitab va-

1 Şahhüseynova S.A. Etika: İncəsənət təmayüllü ali məktəb tələbələri üçün dərslik.- Bakı: 2009, səh.39

43

Qaya Əliyev

sitəsilə “maddiləşdirmək” məqsədi daşıyır. Doğ-rudur, haqqında bəhs etdiyimiz bu fədakar vətən övladları daim qədirbilən xalqımızın rəğbətini qa-zanır və onların vətən qarşısındakı xidmətləri qüd-rətli dövlətimiz tərəfindən qiymətləndirilir, təltif edilir, mükafatlandırılır. Sevindirici haldır ki, bu gün Respublikamızın hər guşəsində küçələr, pros-pektlər, məktəblər və s. onların mübarək adlarını daşıyır, onların şərəfinə müxtəlif abidələr, heykəl-lər, büstlər ucaldılır, barelyeflər, guşələr düzəldi-lir. Lakin, tarixi təcrübə onu deməyə əsas verir ki, bu qəbildən olan maddi abidələrin heç birinin fizi-ki ömrü kitab qədər, əsər qədər uzunmüddətli ol-mur. Belə ki, bəşər tarixində qədim dünyanın yeddi möcüzəsi hesab olunan möhtəşəm abidələrdən belə yalnız biri - Misir ehramları günümüzə qədər öz fiziki mövcudluğunu qoruyub saxlaya bildiyi hal-da, bəşər sivilizasiyasının intellektual fəaliyyətinin məhsulu olan, yaşı min illərlə ölçülən bir çox qədim əlyazmalar, əsərlər və kitablar günümüzə qədər gəlib çatmışdır. Məhz elə buna görə də, Amerikalı hüquqşünas və konqresmen Rufus Choate deyirdi ki, kitab yeganə ölümsüzlükdür. Bütün bunlarla yanaşı, həmçinin qeyd etməliyik ki, kitab ən qiy-mətli hədiyyə və ən dəyərli ərməğandır. Təsadüfi deyildir ki, Allahın bəşəriyyətə etdiyi həyat, kainat, dünya nemətləri və s. kimi müxtəlif ərməğanlar ara-sında məhz özünün ən son kitabını – müqəddəs Qu-rani-Kərimi hədiyyə etdiyi etdiyi Qədr gecəsi İslam dinində əlamətdar gün və dini bayram hesab olu-

44

Bir bölüyün manifesti

nur. Elə buna görə də biz, yuxarıda qeyd olunanları və böyük şairimiz Səməd Vurğunun “ölməz könül, ölməz əsər” kəlamını rəhbər tutaraq, I Qarabağ mü-haribəsində Respublikamızın ərazi bütövlüyünün müdafiəsi uğrunda rəşadətlə döyüşmüş igid oğul-larımızın bir qisminə - Yasamal taborunun II bölü-yünün döyüşçülərinə ən etibarlı və dayanıqlı infor-masiya daşıyıcısı olan kitabdan, ən uzunmüddətli yaradıcı məhsul olan yazılı əsərdən ibarət, əsrlər boyu yaşayacaq ölümsüz intellektual abidə ucalda-raq tariximizin uzaq ünvanlarına və gələcək nəsillə-rin milli yaddaşına ərməğan etdik.

• Ulu Öndər Heydər Əliyev hərbi xidmətdən yayın-mış, fərarilik etmiş və digər hərbi cinayətlər törət-miş şəxslərin valideynləri ilə 18 oktyabr 1995-ci il tarixdə, Prezident Sarayında keçirilən görüşdəki dərin məzmunlu nitqində vətənpərvərlik təbliğatını qarşıda duran başlıca ümumi vəzifə kimi xarakte-rizə edərək demişdir: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hiss-lərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ et-məkdir”1 Bu baxımdan, oxuculara təqdim etdiyimiz “Bir bölüyün manifesti” sənədli oçerki də, bir növ, Ümummilli liderimiz tərəfindən qarşıya qoyulmuş bu ümumi vəzifənin yerinə yetirilməsi istiqamətin-də görülən işlərə, bir vətəndaş kimi öz töhfəmizi vermək məqsədilə atılmış addımdır.

1 Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr. Dördüncü kitab: iyun, 1995 – noyabr, 1995 / bur. məsul R. Mehdiyev. – Bakı: Azərnəşr, 1997. səh.185

45

Qaya Əliyev

• Cəmiyyətin obyektiv inkişaf qanunauyğunluqları-nın fəlsəfi izahını dialektikanın nüvəsini təşkil edən əksliklərin vəhdəti və mübarizəsi, eləcə də inkarı in-kar qanunu olmadan təsəvvür etmək qeyri-müm-kündür. Yeni ilə köhnənin mübarizəsi və nəsillərara-sı rəqabət problemi bütün sferalarda olduğu kimi hərbi-vətənpərvərlik təbliğatı kontekstində də öz aktuallığını qoruyub saxlayır. Belə ki, əgər idealist, xəyalpərəst və bir qədər də pessimist X nəsli Cavan-şir, Babək, Koroğlu, Qaçaq Nəbi və digər bu kimi əsrlərin arxasından boylanan əfsanəvi qəhrəmanla-rımızı, tarixi şəxsiyyətlərimizi və şanlı ulu əcdadla-rımızı öz idealına çevirmişdisə, 1980-ci illərdə do-ğulmuş və daha çox X nəslinin təlim-tərbiyəsinin təsiri altında formalaşmış optimist Y nəsli isə bir neçə əfsanəvi qəhrəmandan ibarət olan bu qısa siya-hıya II Dünya müharibəsində bəşəriyyətin faşizm bəlası üzərində qələbəsinə misilsiz töhfələr vermiş Mehdi Hüseynzadə, İsrafil Məmmədov, Həzi Asla-nov, Mirzə Cəbiyev, Ziya Bünyadov və digər Sovet İttifaqı Qəhrəmanlarını əlavə etmişdi. Lakin, 2000-ci illərin əvvəllərində doğulan, sələflərinin təlim-tər-biyəsindən daha çox müasir kommunikasiya-infor-masiya texnologiyalarının əsaslı təsiri altında böyü-yən, hələ kəkələyərək danışmağı öyrənməmiş kiçik yaşlarında yüksək texnologiyaların dilini mənim-səyən, əvvəlki nəsillərdən fərqli olaraq, qarğı at, top, kukla və s. oyun vasitələrini smartfon, tablet, komp-yuter, mobil telefon və digər texnoloji avadanlıqlar-la, “Dirədöymə”, “Çiling ağac”, “Top al qaç”, “Bə-

46

Bir bölüyün manifesti

növşə”, “5 daş”, “Qələndar, ay Qələndar”, “Əl üstə kimin əli”, “Bənövşə”, “Gözbağlıca”, “Zorxana” və s. kimi sadə və kustar xarakter daşıyan oyunları “Countr strike”, “GTA”, “Need for speed”, “Leagne of Legends”, “World of warcraft”, “Hereos of newerth”, “Call of Duty” və digər bu tipli, yüksək virtual vərdişlər, riyazi, kreativ-analitik təfəkkür, operativ qərar qəbul etmə qabiliyyəti tələb edən ki-beroyunlarla əvəz etmiş, informasiya okeanı olan internet məkanına hər gün asanlıqla və sərbəst şəkil-də çıxış əldə edərək qarşılaşdığı qeyri-məhdud, çox-şaxəli və bol informasiya resurslarının işığında hər şeyə skeptik, tənqidi və bəzən də nihilist yanaşan, realist, praqmatik və həddindən artıq tələbkar Z nəsli, idealist və xəyalpərəst X nəslindən və optimist Y nəslindən fərqli olaraq, qoca tarixin dərinliklərin-dən və uzun əsrlərin qaranlıqlarından boylanan, barəsindəki təsəvvürlər aydın, real, etibarlı, obyek-tiv, hərtərəfli, konkret və dolğun faktlardan daha çox mücərrəd və dumanlı məlumatlara, obrazlı mü-lahizələrə əsaslanan, ən yaxşı halda isə, geniş oxucu kütləsi üçün nəzərdə tutulmamış müxtəlif tarixi məxəzlərlə, hətta bir çox hallarda mötəbərliyi az olan, şübhə doğuran və ya mötəbər olmayan tarixi mənbələrlə məhdudlaşan, real, həyati qəhrəmandan daha çox bədii, əfsanəvi və ya yarıməfsanəvi obraz təəssüratı yaradan, orijinal fiziki portretləri belə gü-nümüzə qədər gəlib çatmamış, həyat və fəaliyyəti bir çox hallarda nağıl, dastan, rəvayət və ya aşıq qoş-maları kimi şifahi xalq ədəbiyyatı və folklor nü-

47

Qaya Əliyev

munələrindəki bədii təsvir və ifadə vasitələri ilə, hətta bəzən fantastik həddə çatan bədii mübaliğələr-lə abstraktlaşdırılmış tarixi şəxsiyyətlərdən daha çox, ən azından valideynlərinin, digər yaxın qohum-larının və ya gündəlik ünsiyyətdə olduğu insanların müasiri olmuş, yaxın keçmişimizdəki özünəməxsus qəhrəmanlıq izləri xalqımızın yaxın yaddaşında və canlı şahidlərin hafizəsində yaşayan, barəsindəki məlumatlar aydın, real, etibarlı, obyektiv, hərtərəfli, konkret və dolğun faktlara, döyüş yoldaşlarının hələ qələm üzü görməmiş, tarix salnaməsində hələ arxiv-ləşdirilməmiş və “toz basmamış” təzə-tər xatirələ-rinə və müasir tarixşünaslığımıza aid ən mötəbər mənbələrə əsaslanan, canlı surətlərini fotoşəkillər-də, sənədli kinematoqrafiya məhsullarında, qanlı döyüşlərdə lentə alınmış, televiziya ekranlarında və müxtəlif internet videoportallarında nümayiş etdi-rilən foto və videoçəkilişlərdən gördüyü müstəqillik dövrümüzün, ələxüsus Qarabağ müharibəsinin real və həyati qəhrəmanlarını öz şəxsi idealına çevirə bilər. Başqa sözlə desək, artıq XXI əsrdə - kosmos dövründə, yüksək informasiya və kommunikasiya texnologiyaları erasında, atom, nanotexnologiya və intellekt əsrində müasir gəncliyimizə “bir oturuma 40 qazan plov yeyən”, “7777 dəli”-dən ibarət nizami orduya malik olan, “nərəsi ilə yeri-göyü”, o cümlə-dən üç kontinentdə hökmranlıq edən Osmanlı im-periyasını silkələyən yarımtarixi, yarıməfsanəvi Ko-roğlu obrazı ilə vətən məhəbbəti duyğuları, fövqəltə-bii və mifoloji Təpəgöz obrazı ilə düşmənə nifrət

48

Bir bölüyün manifesti

hissi aşılamaq qeyri-effektiv və hətta demək olar ki, qeyri-mümkündür. Eyni zamanda, nəzərə almalıyıq ki, bəzi hallarda müasir tarixşünaslığımız tərəfindən həyat və fəaliyyətlərinə dair faktların və mülahizələ-rin, iştirakçısı olduqları hadisə və proseslərin zaman keçdikcə yenidən qiymətləndirilməsinə duyulan eh-tiyac nəticəsində, konyunkturaya uyğun olaraq də-yişən münasibətlər kontekstində bu və ya digər as-pektlərdən mübahisələndirildiyi, barələrindəki təsəvvürlərin əsaslandığı mücərrəd və dumanlı mə-lumatların, hətta bəzi hallarda bədii təxəyyülün məhsulu olan obrazlı mülahizələrin, mötəbərliyi bu və ya digər dərəcədə şübhə doğuran mənbələrin re-alist, praqmatik və həddindən artıq tələbkar yeni nəslin suallar seli qarşısında müəyyən hallarda aciz qaldığı, birmənalı olmayan yanaşmaların və diskus-siyaların, alternativ elmi-ideoloji baxışların predme-tinə çevrilən uzaq keçmişimizin tarixi, əfsanəvi və ya yarıməfsanəvi xalq qəhrəmanlarından fərqli ola-raq, barələrindəki təsəvvürlər aydın, real, etibarlı, obyektiv, hərtərəfli, konkret və dolğun faktlara əsas-lanan, hətta ən yeni tariximizdəki “isti izləri” hələ soyumamış Qarabağ müharibəsi qəhrəmanlarının heç kəsdə hər hansı bir kontekstdə şübhə və ya mü-bahisə doğurmayan nümunəvi həyat və fəaliyyətinə münasibət birmənalıdır. Məsələn, Azərbaycan şifahi xalq ədəbiyyatının ən qədim yazılı abidəsi hesab olunan “Kitabi-Dədə Qorqud” eposunda “İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy”-un süjet xət-tinə ənənəvi rakursdan yanaşdıqda, Qazan xan -

49

Qaya Əliyev

dövlətçilik maraqlarını dayısı Aruza belə güzəştə getməyən məqsədyönlü siyasi rəhbər, Dış Oğuz bəylərinin dövlət hakimiyyətinə və legitim dövlət başçısına qarşı silahlı qiyamını qətiyyətlə yatıran prinsipial dövlət başçısı və nəticə etibarilə, Aruz, Əmən, Alp Rüstəm, Dönəbilməz Tüləkvuran və di-gər qiyamçı fiqurların rəhbərlik etdiyi hərbi müxa-lifəti neytrallaşdıraraq vətəndaş müharibəsinin qar-şısını alan, ölkədə siyasi stabilliyə və Oğuz elinin həmrəyliyinə nail olan cəsarətli sərkərdə, Aruz isə, dövlət çevrilişinə cəhd edən, legitim dövlət başçısını silahlı üsyan yolu ilə devirməyə çalışan bir qiyamçı, şəxsi ambisiyalarını ölkənin milli təhlükəsizlik ma-raqlarının fövqündə görən, bu yolda Beyrək kimi dövlətçilik üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən bir hərbi xadimi hiylə və məkr yolu ilə qətlə yetirən intriqant, Oğuz elində təfriqə və təxribat ya-ratmağa çalışan, ölkəni vətəndaş qarşıdurmasına sürükləyən bir separatistdir. Alternativ prizmadan yanaşdıqda, Qazan xan əvvəlki dövlət başçısı Ba-yandur xanla yaxın qohumluq münasibətləri hesabı-na onun yeganə kişi cinsindən olan varisinə çev-rilərək dövlət başçısı postunu əldə etmiş müftəxor, vaxtını dövlət idarəçiliyindən daha çox ovçuluq, əy-yaşlıq və müxtəlif əyləncə məclislərinə həsr edən, yüngül həyat tərzi keçirən qeyri-ciddi və meşşan dövlət başçısı, dövlət əmlakını israf edən, kadr si-yasətini nepotizm prinsipləri üzərində quraraq, İç Oğuz bəylərini və digər yaxın qohumlarını rəhbər vəzifələrə çəkərək öz ətrafına toplayan korrupsio-

50

Bir bölüyün manifesti

ner, Dış Oğuz bəylərini dövlət tədbirlərindən, siyasi kuluarlardan, ölkənin ictimai-siyasi, mədəni həya-tından təcrid edən və maddi nemətlərin bölüşdürül-məsindən kənarda qoyan, hətta Aruz kimi dövlət və xalq qarşısında böyük xidmətlər göstərmiş hərbi xa-dimlərə etinasız yanaşan, onları dövlətdən küsdürən səriştəsiz rəhbər, Aruz isə, bütün mənalı ömrünü və şüurlu həyatını dövlətin ərazi bütövlüyünün müda-fiəsinə və sərhədlərinin toxunulmazlığının təmin olunmasına həsr etmiş vətənpərvər sərkərdə, öz gücü, bacarığı, zəhməti, şücaəti və digər bu kimi şəxsi keyfiyyətləri hesabına Dış Oğuzun liderinə çevrilmiş siyasi xadim, Oğuz elinə xarici hərbi mü-daxilələrin dəf edilməsi zamanı göstərdiyi şəxsi şü-caətə görə ölkənin güc strukturunda rəhbər vəzifəyə təyin edilmiş bacarıqlı dövlət xadimi, dövlət və xalq qarşısında bütün bu xidmətlərinə görə diqqət və qayğı, mükafat və digər bu kimi həvəsləndirici xü-susi münasibət görmək əvəzinə, bilavasitə dövlət başçısı tərəfindən etinasızlığa məruz qalan, ölkənin ictimai-siyasi və mədəni həyatından təcrid edilən, hətta “evin yağmalanması” kimi maddi nemətlərin bölüşdürülməsinə hesablanmış ritualdan kənarda qoyulan və belə qeyri-adekvat və diskriminativ mü-nasibətlə barışmayan və sadəcə olaraq, səriştəsiz rəhbərlik tərəfindən öz hüquqlarını hərbi vasitələrlə reabilitasiya etməyə məcbur qoyulmuş tərəfdir. Gö-ründüyü kimi, xalqımızın milli eposu olan “Kita-bı-Dədə Qorqud” dastanının müasir ədəbiyyatşü-naslığımızda gənc nəslə qəhrəmanlıq nümunəsi

51

Qaya Əliyev

kimi təqdim olunan Qazan xan obrazını müxtəlif rakurslardan, fərqli meyarlar əsasında mübahisələn-dirmək mümkündür. Lakin, məsələn, Azərbaycan tarixinin şəhid sərkərdələr fenomeninin ən yeni ta-riximizdəki bariz nümunəsi, Yasamal taborunun keçmiş komandiri, Azərbaycan Respublikasının Milli Qəhrəmanı, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən qanlı döyüşlərdə qəhrə-mancasına həlak olmuş şəhid sərkərdə Mirələkbər İbrahimovun şücaətini, 90-cı illərin əvvəllərində, Vətənin ağır günlərində hərbi xidmətə yararsız ol-ması barədə saxta sənədlər əldə edərək hərbi xid-mətdən yayınanlara tez-tez rast gəldiyimiz və fərari-lik hallarının kütləvi xarakter daşıdığı bir dövrdə, hərbi xidmətə həqiqətən də, fiziki cəhətdən yararsız olmağına və bu faktın hərbi komissarlıq tərəfindən verilmiş müvafiq hərbi biletdə rəsmi şəkildə əks olunmasına baxmayaraq, həmin faktı müvafiq hərbi komissarlıqdan gizlədərək vətənin harayına hay ve-rib, könüllü şəkildə ordu sıralarına yollanan Əsəda-ğa Zeynalovun fədakarlığını hər hansı bir rakursdan mübahisələndirmək mümkündürmü? Təbii ki, yox! Əlbəttə ki, biz xalqımızın şanlı tarix salnaməsində öz xidmətləri ilə böyük iz qoymuş qəhrəmanlarımı-zın həyat və fəaliyyətinə, eləcə də folklor nümunələ-rimizə və digər dəyərli mədəni abidələrimizə kölgə salmaq fikrində deyilik. Lakin, etiraf etməliyik ki, müasir gəncliyimiz üçün yaxın tariximizdə - Qara-bağ müharibəsində Famil Abbasovun (“Mincivanlı balta Famil”-in) doğma torpaqlarımıza, yerli sakin-

52

Bir bölüyün manifesti

lərimizin mülkiyyətinə, qız-gəlinlərimizin namusu-na, iffətinə göz dikən neçə-neçə erməni yaraqlısını əlbəyaxa döyüşlərdə zərərsizləşdirdiyi sadə, saplı, dəmir itiağızlı məişət aləti olan baltası, uzaq keçmi-şimizdə Koroğlunun ildırım parçasından hazırlan-mış Misri qılıncından daha effektiv və aktual hər-bi-vətənpərvərlik motivasiyası predmetidir. Müasir Azərbaycan gəncliyi üçün Gizir oğlu Mustafa bəyin macəralarından daha çox, Yasamal taborunun II bö-lüyünün komandiri leytenant Şəmsi Hüseynovun, həmin taborun komandir müavini leytenant Vidadi Şirəliyevin, polkovnik-leytenant İlyas Əhmədovun və onlarca digər igid oğullarımızın Qarabağ müha-ribəsində doğma torpaqlarımızın erməni hərbi təca-vüzündən müdafiəsi uğrunda gedən döyüşlərdə göstərdiyi şəxsi şücaət və böyük rəşadəti maraqlıdır. Biz, bir neçə əsrlik məhdud tarixi keçmişə və qıt mə-dəni irsə malik olan, yeni nəslə örnək göstərməyə tarixi qəhrəman defisiti yaşayan, gəncləri hər-bi-vətənpərvərlik ruhunda tərbiyə etmək üçün Rem-bo tipli özgə torpaqlarında – Vyetnam, Əfqanıstan, Myanma və s. ölkələrdə at oynadan süni, xəyali qəh-rəmanlara, bədii təxəyyülün məhsulu olan kinema-toqrafiya obrazlarına möhtac qalan xalqlardan deyi-lik. Bizim, qədim tariximiz, zəngin mədəni irsimiz və gənc nəslə örnək göstərə biləcəyimiz saysız-he-sabsız real qəhrəmanlarımız var. Bu baxımdan he-sab edirik ki, zəngin mədəni irsimizi və tarixi resurs-larımızı yeni nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işinə səfərbər etməliyik. Fikrimizcə, bu is-

53

Qaya Əliyev

tiqamətdə ən effektiv mənəvi-ideoloji resurs yaxın tariximizdəki “isti izləri” hələ “soyumamış”, Qara-bağ müharibəsində doğma torpaqlarımızın müda-fiəsi uğrunda gedən döyüşlərdə misilsiz şücaət, şəx-si igidlik və böyük fədakarlıq göstərmiş qəhrəman-larımızın keçdiyi şanlı döyüş və şərəfli ömür yolu ola bilər. Təsadüfi deyildir ki, Ümummilli liderimiz Heydər Əliyev 27 dekabr 1993-cü ildə, Azərbayca-nın Milli Qəhrəmanları və vətənimizin azadlığı uğ-runda şəhidlərin ailə üzvləri ilə görüşdəki dərin məzmunlu çıxışında bu məsələyə toxunaraq demiş-dir: “Bir daha deyirəm, mən bütün gənclərə müraciət edirəm – onlar bu gün bu salonda olan qəhrəmanlar-dan, həyatlarını Vətən yolunda qurban vermiş şə-hidlərdən nümunə götürsünlər. Bütün vətəndaşlara, valideynlərə müraciət edirəm – onlar burada çıxış edən valideynlərin və ümumiyyətlə, şəhid oğul və qızlarımızın valideynlərinin münasibətindən özləri üçün nəticə çıxarsınlar.”1

• Kitab eyni zamanda, mənəvi-ideoloji və sosial-psixo-loji məqsəd daşıyır. Belə ki, hələ 27 may 1994-cü ildə Ulu Öndər Heydər Əliyev Respublika gününə həsr olunmuş təntənəli yığıncaqdakı dərin məzmunlu və proqram xarakterli nitqində xüsusilə vurğulamış-dı: “Azərbaycan müstəqilliyini təmin etmək üçün gərək öz daxili imkanlarını möhkəmləndirsin. Gərək Azərbaycan xalqı daha da sıx birləşsin, Azərbaycan

1 Əliyev Heydər Əlirza oğlu. Müstəqilliyimiz əbədidir: Çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar. İyun, 1993 - may, 1994. K.: 1 / Buraxılışa məsul: R. Mehdiyev, H.Orucov.- B.: Azərnəşr, 1997. səh.193

54

Bir bölüyün manifesti

xalqının vətənpərvərlik hissi yüksəlsin. Vətənini müdafiə etmək, Vətən yolunda şəhid olmaq, Vətən naminə özünü fəda etmək duyğuları, hissləri indi bütün Azərbaycanda hökm sürməlidir.”1 “Bir bölü-yün manifesti” əsəri də məhz bu ideoloji mərama xidmət edir.

Görkəmli dövlət xadimi və dahi sərkərdə Napole-on Bonapart deyirdi ki, hərbə aid kitablar kitabxana-mın ən gözəl əsərləridir. Onlar yorğunluğumu aradan qaldırmağa çalışdığım vaxtlarda oxuduğum və mənə ən çox zövq verən kitablardır. Ümid edirik ki, Qarabağ müharibəsində, ölkəmizin ərazi bütövlüyünün müdafiə-si uğrunda gedən döyüşlərdə misilsiz qəhrəmanlıq, şəxsi şücaət və böyük rəşadət göstərmiş Yasamal taborunun II bölüyünün döyüşçülərinin keçdiyi şanlı döyüş yolunun və şərəfli ömür salnaməsinin işıqlandırıldığı, milli hərb tarixi mövzusunda qələmə alınmış bu kitab kitabxana-nızın ən gözəl əsərlərindən birinə, asudə vaxtlarınızda oxuyub zövq alacağınız və üzərində dərindən düşünəcə-yiniz bir kitaba çevriləcək.

1 Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr. İkinci kitab: may, 1994 – dekabr, 1994 / bur. məsul R. Mehdiyev. – Bakı: Azərnəşr, 1997. səh.16

55

Qaya Əliyev

asamal taborunun II bölüyünün hərbi-psixoloji

xarakteristikasıHər bir hərbi birləşmənin - briqadanın, batalyonun,

hərbi hissənin, taborun, bölüyün hərbi-psixoloji panora-masını, əsas etibarilə onun ayrı-ayrı hərbçilərinin döyüş yolundan qırmızı xətt kimi keçən ümumi əlamətlər və dö-yüşçülərinin ümumiləşdirilmiş hərbi-psixoloji portreti for-malaşdırır. Bu baxımdan, Yasamal taborunun II bölüyünün hərbçilərinin həyatından və döyüş yolundan ümumi xətt kimi keçən, bütövlükdə bölüyün şəxsi heyətinin psixolo-ji-mənəvi portretini formalaşdıran və bölüyü hərbi-psixo-loji cəhətdən xarakterizə edən bir sıra spesifik xüsusiyyət-ləri və mühüm nüansları diqqətinizə çatdırmaq istərdik:

1. Qarabağ müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş və ciddi hərbi uğurlara imza atmış bu bölüyün tərkibində vuruşan ayrı-ayrı döyüşçülərin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndiril-miş, onların bəziləri isə Azərbaycan Respublikası-nın müxtəlif ali mükafatları, orden və medalları ilə təltif edilmiş, müvafiq fəxri adlara layiq görülmüş-

Y

56

Bir bölüyün manifesti

lər. Onların arasında adı bölüyün keçdiyi şanlı dö-yüş yolu ilə birbaşa və dolayısı ilə, bu və ya digər dərəcədə bağlı olan hərbçilər – tərkibinə II bölüyün də daxil olduğu Yasamal taborunun şəhid koman-diri, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mirələkbər İbrahimov, komandir Şəmsi Hüseynovla birlikdə bölüyün döyüş planlarının hazırlanmasın-da və həyata keçirilməsində iştirak etmiş “Azərbay-can Bayrağı” ordeni kavaleri Hüseyn Hüseynov və digər simalar var. Bölüyün rəis və sıravi heyətinin tərkibində hələ aktiv döyüş əməliyyatlarının getdi-yi dövrdə ayrı-ayrı hərbi əməliyyatlarda göstərdiyi igidliyə və şəxsi şücaətə görə komandanlıq tərəfin-dən Fəxri Fərman və digər həvəsləndirici tədbirlər və mükafatlarla təltif olunmuş çoxsaylı hərbçilər də var.

2. Bölüyün şəxsi heyəti, əsasən Ümummilli Liderimiz Heydər Əliyevin Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücum-ları və təcavüzü ilə bağlı milli televiziya və radio ilə xalqa 2 noyabr 1993-cü il tarixli müraciətinə cavab verərək ön cəbhəyə yollanan könüllülərdən ibarət idi. Təqdirəlayiq haldır ki, doğma torpaqlarımızın düşmən işğalından azad olunması naminə Ulu Ön-dər Heydər Əliyevin məlum çağırışı ilə silaha sarı-lıb ön cəbhəyə yollanan bu döyüşçülər hal-hazırda da, onun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyev cənablarının əmri ilə yenidən silaha sarılaraq ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğ-runda döyüşə atılmağa hazırdırlar.

57

Qaya Əliyev

3. Bölüyün tərkibində əsası Mehdi Hüseynzadə, Əh-mədiyyə Cəbrayılov, Rixard Zorge, A.İbadov, P.Səlimov, H.Bağırov kimi əfsanəvi kəşfiyyatçıla-rımız tərəfindən qoyulmuş milli hərbi kəşfiyyat və əks-kəşfiyyat məktəbinin layiqli davamçıları - “Azər-baycan Bayrağı” ordeni kavaleri Hüseyn Hüseynov və Famil Abbasov kimi cəsur kəşfiyyat komandir-ləri, Salman Mustafayev, Abutalıb Abbasov, Nəsir Zeynalov kimi mahir kəşfiyyatçılar, Azər Zeynalov kimi fədakar, şəhid kəşfiyyatçı və digər peşəkar hər-bi kəşfiyyatçı və əks-kəşfiyyatçılarımız döyüşürdü.

4. Bölüyün döyüş salnaməsi Respublikamızın ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş qəh-rəmanlarla zəngindir.

5. Bölüyün heyətində Respublikamızın ərazi bütövlü-yünün müdafiəsi uğrunda gedən döyüşlərdə müxtə-lif dərəcəli xəsarət alaraq fiziki sağlamlığını itirən kifayət qədər müharibə əlili var. Lakin, bununla belə onların əksər hissəsi II Qarabağ müharibəsində doğma torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda yenidən döyüşlərə atılmağa ha-zırdırlar. Nəzərinizə çatdırmaq istərdik ki, hətta I Qarabağ müharibəsində onların arasında qanlı dö-yüşlərdə ağır xəsarət alaraq əlil olmasına baxmaya-raq, müalicə olunduqdan sonra yenidən döyüşlərə atılan, “igid odur atdan düşə atlana” deyimini öz kredosuna çevirən hərbçilər də var.

6. Bölüyün tərkibində həm uzun döyüş yolu keçmiş, kifayət qədər döyüş təcrübəsinə malik hərbçilər, həm də ilk döyüşü ilə son döyüşü arasındakı zaman

58

Bir bölüyün manifesti

intervalının məhdud olmasına və qısa döyüş yolu keçməsinə baxmayaraq, şəxsi şücaəti və qəhrəman-lığı ilə yadda qalmış döyüşçülər var idi. Eyni zaman-da, bölüyün kontingentində Qarabağ müharibəsinin ilk illərində özünümüdafiə birliklərinin tərkibində vuruşmuş və müəyyən döyüş təcrübəsi qazanmış hərbçilərə, habelə sovet ordusunda xidmət etmiş peşəkar zabitlərə, hətta Əfqanıstan müharibəsinin iştirakçısı olmuş beynəlmiləlçi döyüşçülərə də təsa-düf etmək olardı. Məhz bölüyün şəxsi heyətindəki belə təcrübəli hərbçilərlə heç bir döyüş təcrübəsi olmayan yeni çağırışçılar və könüllülər arasındakı həmrəylik və effektiv təcrübə mübadiləsi bölüyün qələbələrini təmin edən əsas faktorlardan idi.

7. Bölüyün ayrı-ayrı hərbçilərinin keçdiyi ömür və döyüş yolunu ümumiləşdirərək onların qəhrəman-lıqlarının sosial-psixoloji genezisinə diqqətlə nəzər saldıqda aydın olur ki, məhz mənsub olduqları ailələrin tərbiyəsinin və mikromühitinin onların vətənə sonsuz məhəbbət, doğma torpağa sədaqət, el-oba təəssübü, mərdlik, fədakarlıq, mübarizlik və s. bu kimi yüksək əxlaqi-mənəvi keyfiyyətlərə malik kamil bir şəxsiyyət kimi formalaşmasında mühüm rolu olmuşdur.

8. Bölüyün döyüşçülərinin əksəriyyəti vətənin müqəd-dəratını öz şəxsi taleyi, xalqının taleyini isə öz alın yazısı bilən, darda qalan vətənin harayına hay verərək öz sakit həyat yolunu bir anlığa Qarabağda barıt qoxulu döyüş yolu ilə əvəz etmiş fədakar xa-rakterli və altruist təfəkkürlü, vətənpərvər insanlar-

59

Qaya Əliyev

dan ibarət idi. Onların arasında vətənin müdafiəsi naminə yenicə qurduğu gənc ailəsindən, övladından ayrılıb döyüşə gedənlər, şəxsi arzularından imtina edib, ali təhsilini yarımçıq qoyub ön cəbhəyə yolla-nanlar, habelə vəzifə kreslosunun hərarətini, səngə-rin soyuğuna dəyişənlər və hətta ömrünün müdrik-lik çağlarında müsəlləh əsgərə çevrilənlər də var idi. Sevindirici haldır ki, onların bir qismi atəşkəs elan olunduqdan sonra, yarımçıq qoyub cəbhəyə yollan-dıqları ali təhsillərini uğurla başa vurub, gecikmiş şəxsi arzularına qovuşaraq ixtisaslı mütəxəssis oldu-lar. Respublikanın sosial-iqtisadi inkişafına peşəkar kadr kimi öz töhfələrini verdilər.

9. Bölüyün döyüşçülərinin həyat və fəaliyyətinin müharibəyəqədərki dövrünü təhlil etdikdə aydın olur ki, onların əksəriyyəti ictimai faydalı əmək və halal zəhmət yolunu seçmiş insanlardır. Şanlı əmək yolunu rəşadətli döyüş yolu ilə əvəz etmiş bu iki cəbhə qəhrəmanları, Qarabağ müharibə-sində iştirak edənə qədərki dövrdə onları tanı-yanların yaddaşında çalışqanlıq, işə məsuliyyətlə yanaşma, intizamlılıq və digər bu kimi yüksək key-fiyyətləri və nümunəvi əmək fəaliyyəti ilə əmək kol-lektivlərində fərqlənmiş, işlədikləri müəssisələrin rəhbərlikləri tərəfindən bu və ya digər mükafat və həvəsləndirici tədbirlərlə təltif edilmiş zəhmətkeş və işgüzar insanlar kimi qalmışlar. Diqqətimizi cəlb edən maraqlı bir nüans ondan ibarətdir ki, həm dö-yüş cəbhəsində, həm də əmək cəbhəsində öz sözünü demiş həmin şəxslərin bir çoxu müharibəyəqədərki

60

Bir bölüyün manifesti

dövrdə Bakı metropolitetinin əməkdaşları, digər qis-mi isə, Bakı Baş Tikinti İdarəsinin işçiləri olmuşlar.

10. Çox təəssüflər olsun ki, ölkənin ağır günlərində onun harayına hay verən igid övladlarımızla yanaşı, vətən qarşısında övladlıq borcundan - hərbi xidmət-dən yayınanlar və fərarilər də az deyildi. O dövr-də bir qədər kütləvi xarakter daşıyan belə neqativ hallara ürək ağrısı ilə toxunan Ulu Öndər Heydər Əliyev deyirdi: «Nə üçün gənclərin bir hissəsi çağı-rışdan boyun qaçırır, orduda xidmət etmək istəmir, valideynləri isə cürbəcür vasitələrlə onları hərbi xid-mətdən azad etdirirlər? Bəziləri orduda xidmət et-məli olan oğlanlarını Azərbaycandan kənara, başqa ölkələrə göndərmişlər. Bəs onda Azərbaycanı kim qoruyacaq, onun müstəqilliyini kim təmin edəcək-dir?»1 Müharibə şəraitində, Vətənin ağır günlərin-də hərbi xidmətə yararlı olduğu halda, özünü fiziki və s. cəhətdən qeyri-sağlam, hərbi xidmətə yararsız şəxs kimi qələmə verib ordudan yayınanlara, fəra-rilərə rast gəlib təəssüf hissi keçirdiyimiz bir dövr-də, Yasamal taborunun II bölüyündə isə həqiqətən də hərbi xidmətə fiziki cəhətdən yararsız olmağına və bu faktın hərbi komissarlıq tərəfindən verilmiş müvafiq hərbi biletdə rəsmi şəkildə əks olunması-na baxmayaraq, bu faktı gizlədərək özünü müvafiq qurumlara hərbi xidmətə yararlı və fiziki cəhətdən sağlam çağırışçı kimi təqdim edib, dövlət başçısının

1 Əliyev Heydər Əlirza oğlu. Müstəqilliyimiz əbədidir: Çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar. İyun, 1993 - may, 1994. K.: 1 / Buraxılışa məsul: R. Mehdiyev, H.Orucov.- B.: Azərnəşr, 1997. səh.234

61

Qaya Əliyev

1993-cü ilin noyabrın 2-də «Vətən təhlükədədir» ça-ğırışına cavab verərək ön cəbhəyə yollanan Əsədağa Zeynalov kimi şəxsi nümunələrə rast gəlmək olardı.

11. Qarabağ müharibəsində zəfər dolu döyüş yolu keç-miş Yasamal taboru və onun, haqqında bəhs etdiyi-miz II bölüyü Şükürbəyli, Kürdmahmudlu, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı və digər yaşa-yış məntəqələrinin düşməndən azad edilməsi kimi uğurlu hərbi əməliyyatlarla yadda qalmışdır. Təbii ki, bütün bu hərbi müvəffəqiyyətləri şərtləndirən başlıca amil, əvvəlki illərin diletant, kortəbii, dağı-nıq və özfəaliyyət səviyyəsində təşkil olunmuş özü-nümüdafiə batalyonlarından fərqli olaraq, Yasamal taborunun və onun II bölüyünün məhz Ulu Öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti çər-çivəsində formalaşdırılmış müfəssəl hərbi strategiya-ya, uzunmüddətli müdafiə konsepsiyasına, yüksək nizam-intizama, vahid rəhbərliyə və idarəetməyə malik nizami ordunun tərkib hissəsi olması idi. Bö-lük, həm də peşəkar komanda heyəti və mükəmməl hərbi idarəçiliyi ilə fərqlənirdi. Əvvəla, hər bir dö-yüş hərbi komandanlığın dəqiq, peşəkar və operativ əməliyyat planı ilə həyata keçirilirdi. Digər tərəfdən hərbi rəhbərlik bölüyün şəxsi heyətinin döyüş və psixoloji hazırlığına xüsusi diqqət yetirir, əsgərlərə yüksək vətənpərvərlik ruhu aşılayırdı. Bölük, eyni zamanda mənəvi-psixoloji mühiti ilə də əvvəlki il-lərin hərbi birləşmələrindən fərqlənirdi. Belə ki, bö-lükdə zabit-əsgər, komandir-şəxsi heyət münasibət-ləri nizam-intizamla komandir qayğısının çulğalaş-

62

Bir bölüyün manifesti

ması, fiziki və emosional dözümlülük ilə həssaslıq və empatiyanın vəhdəti, tələbkarlıqla yanaşı əsgərə fərdi yanaşmanın sintezi, sərt hərbi subordinasiya münasibətləri ilə səngər yoldaşlığı münasibətlərinin dəqiq sərhədlərinin müəyyən edilməsi və uyğun-laşdırılması kimi elementlərə əsaslanırdı. Napoleon Bonapartın “əsgərlərim övladlarımdır” devizini öz fəaliyyət prinsipinə çevirən II Bölüyün zabitləri şəx-si heyətə qayğıkeşlik, həssaslıq, hər bir əsgərə fər-di yanaşma kimi psixoloji elementləri ehtiva edən humanist münasibəti ilə hərbi kontingentin dərin hörmət və ehtiramını qazanmışdılar. Bölüyün za-bitlərini və komanda heyətini xarakterizə edən mə-ziyyətlərdən biri də onlar üçün həmişə vəzifənin məsuliyyət və öhdəlik elementlərinin ön planda, imtiyaz və səlahiyyət komponentlərinin isə, arxa planda dayanması idi. Bölüyün hərbi idarəetmə-sində iştirak edən Şəmsi Hüseynov, İlyas Əhmədov, Famil Abbasov, Vidadi Şirəliyev və b. kimi peşəkar zabitlər və sərkərdələr döyüş planlarını hazırlamaq, bölüyə rəhbərlik etmək, müvafiq əmrlər vermək, bir sözlə, sərkərdəlik və hərbi idarəçilik fəaliyyəti ilə kifayətlənməyərək özləri də döyüş meydanlarında göstərdikləri xüsusi qəhrəmanlıq və şəxsi şücaətləri ilə əsgərlərinə mərdlik nümunəsi idilər. Bu zabitlər əksər hallarda döyüşlərdə əsgərləri ilə çiyin-çiyinə vuruşmuşdular. Yasamal taborunun komandiri is-tedadlı sərkərdə Mirələkbər İbrahimovun və həmin taborun II bölüyünün təcrübəli komandiri Şəmsi Hüseynovun yaratdığı tandem Qarabağ müharibə-

63

Qaya Əliyev

sində doğma torpaqlarımızın düşmən işğalından müdafiəsi uğrunda gedən döyüşlərdə həm bütöv-lükdə Yasamal taborunun, həm də onun tərkib his-səsi olan II bölüyün müvəffəqiyyətini təmin edirdi. Eyni zamanda, Şair Ramaldanov-Mirələkbər İbrahi-mov-Şəmsi Hüseynov triadasının uzlaşdırılmış bir-gə ahəngdar fəaliyyəti, qarşılıqlı anlaşma və harmo-niyaya əsaslanan subordinasiya münasibətləri bü-tövlükdə 702 saylı hərbi hissənin, eləcə də onun tər-kib hissəsi olan Yasamal taborunun, həmçinin onun hərbi vahidi olan II bölüyün hərbi əməliyyatlardakı parlaq qələbələrini təmin edən əsas faktorlardan idi. Bu triadada Mirələkbər İbrahimov Yasamal taboru komandiri kimi 702 saylı hərbi hissənin komandan-lığı ilə taborun tərkibindəki bölüklərin rəhbərliyi arasındakı hərbi iyerarxiyada son dərəcə mühüm bir həlqəni təmin edirdi. Bütün bunlar Yasamal ta-borunda və onun II bölüyündə yüksək nizam-inti-zamı, döyüş tapşırıqlarının tam, vaxtında və dəqiq icrasını və ümumilikdə taborun və onun II bölüyü-nün hərbi müvəffəqiyyətlərini və parlaq qələbələrini təmin edirdi.

12. Yasamal taborunun və onun II bölüyünün uğurlu döyüş yolunda Ulu Öndər Heydər Əliyevin hələ sovetlər dönəmində Respublikaya rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi milli hərbi kadr hazırlığı siyasətinin cizgiləri aydın şəkildə müşahidə olu-nur. Məlum olduğu kimi, Sovet rəhbərliyinin hərbi kadr siyasətində azərbaycanlılara qarşı diskrimina-tiv meyllər yerli hərbi kadr potensialının formalaş-

64

Bir bölüyün manifesti

masına süni maneələr, azərbaycanlıların hərbi elita-dan təcrid edilməsi, eləcə də hərbi xidmətə çağırıl-mış azərbaycanlı gənclərin yerli hərbçilər nəslinin yetişməsinin qarşısını almaq məqsədilə xüsusi hər-bi bilik və hazırlıq tələb etməyən hissələrə, adətən, ti-kinti batalyonlarına, yeməkxana və məişət xidmət sahələrinə göndərilməsi ilə müşayiət olunurdu. Hə-min dövrdə Respublikaya rəhbərlik edən Ümum-milli Liderimiz Heydər Əliyev bu siyasətin ölkəmiz və xalqımız üçün perspektivdə hansı mənfi nəticələr doğuracağını aydın şəkildə dərk edirdi. Elə buna görə də, müdrik və uzaqgörən dövlət xadimi kimi o, bütün siyasi bilik və bacarığı, rəhbərlik və idarəçilik qabiliyyəti ilə bu siyasətə müqavimət göstərmiş və onun acı nəticələrinin aradan qaldırılması istiqamət-də bir sıra mühüm tədbirlər görmüşdü. . Bu tədbir-lərə Ulu Öndərin Respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən milli hərbi kadrlar hazırlamaq üçün hər il 800-1000 nəfər gəncin keçmiş İttifaqın müxtəlif nü-fuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi, 1971-ci ildə general Cəmşid Naxçıvanski adına hərbi liseyin açılması və digər bu kimi son dərəcə mühüm tarixi əhəmiyyətə malik, strateji addımlar daxil idi. Belə tədbirlərdən biri də SSRİ Nazirlər Sovetinin 727 saylı 29.08.1978-ci il tarixli qərarına əsasən orta təh-sil müəssisələrində ibtidai hərbi hazırlıgın inkişafı məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazir-liyinin 21.12.1979-cu il tarixli 63 saylı əmri ilə APİ-nin (indiki ADPU-nun) nəzdində İbtidai hərbi ha-zırlıq və fiziki təlim fakültəsinin yaradılması idi.

65

Qaya Əliyev

Belə bir fakültə pedaqoji universitetlərin nəzdin-də keçmiş SSRİ-nin 15 respublikası arasında Mosk-va, Leninqrad (Sankt-Peterburq) və Kiyev şəhərlə-rindən sonra dördüncü, Cənubi Qafqazda isə birin-ci hərbi ali məktəb idi.1

Çox keçmədi ki, Azərbaycan xalqı dövlət müstəqilliyini əldə etdikdən sonra üz-üzə qaldığı çətin tarixi sınaqlardan biri olan Qarabağ mühari-bəsi dövründə və milli ordu quruculuğu prosesində məhz Heydər Əliyev uzaqgörənliyinin nəticəsi olan bu strateji tədbirlərin bəhrəsini gördü. Belə ki, vaxtilə Heydər Əliyev tərəfindən keçmiş İttifaqın müxtəlif nüfuzlu ali məktəblərində təhsil almağa göndəril-miş, habelə C.Naxçıvanski adına hərbi liseyin məzu-nu olmuş, eləcə də APİ nəzdində İbtidai hərbi hazır-lıq və fiziki təlim fakültəsini bitirmiş yüksək ixtisaslı milli hərbi mütəxəssislər Qarabağ müharibəsində Respublikamızın ərazi bütövlüyünün müdafiəsi işinə və milli ordu quruculuğu prosesinə öz böyük töhfələrini verdilər. Onların arasında APİ nəzdində İbtidai hərbi hazırlıq və fiziki təlim fakültəsinin mə-zunlarından – Yasamal taborunun şəhid komandiri, Azərbaycan Respublikasının Milli Qəhrəmanı kapi-tan Mirələkbər İbrahimov və taborun II bölüyünün şücaətli döyüşçüsü Mehman Quliyev kimi, İttifaqın müxtəlif nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilmiş gənclərdən - Ryazan Ali Hərbi Məktə-bində təhsil almış Yasamal taborunun daxil olduğu

1 Mətanət ƏSGƏROVA. Vətən yolunda şəhidlik şərəfdir. Azərbaycan.- 2012.- 18 may.- S. 9.

66

Bir bölüyün manifesti

702 saylı hərbi hissənin digər taborunun komandi-ri İlyas Əhmədov və b. kimi əsərdə haqqında bəhs etdiyimiz Yasamal taborunun II bölüyünün uğur-lu döyüş yolunda birbaşa və ya dolayısı ilə, bu və ya digər dərəcədə rolu olmuş hərbçilər də var idi. Müharibə dövründə Milli Ordunun bir çox zabitləri kimi Yasamal taborunun ayrı-ayrı zabitləri də hələ sovetlər dönəmində Heydər Əliyevin təşəbbüsü ilə açılmış Bakı Ali Ümumqoşun Komandirlər məktə-bində hərbi təhsilini təkmilləşdirməyə göndərilmiş-dilər. Həmin hərbi təhsil ocağında hərbi biliklərini təkmilləşdirdikdən sonra onlar, Milli Ordunun yük-sək ixtisaslı peşəkar zabitləri kimi Respublikamızın ərazi bütövlüyünün müdafiəsi işinə və ordu quru-culuğu prosesinə öz töhfələrini vermişlər.

13. Bölüyün döyüşçülərinin həyat və fəaliyyətinin müharibəyəqədərki dövrü ilə yanaşı, müharibə-dən sonrakı dövrü də xüsusi maraq doğurur. Bil-diyimiz kimi, müharibənin sosial, iqtisadi, siyasi və s. sahələrdəki neqativ təzahürləri və yaratdı-ğı fəsadlar təkcə, o davam etdiyi mərhələni yox, həmçinin aktiv döyüş əməliyyatları başa çatdıq-dan sonrakı dövrü də ehtiva edir. Məsələyə kri-minoloji aspektdən yanaşdıqda, müharibənin məhz sülh dövründə özünü büruzə verən ciddi fəsadlarından və neqativ təzahürlərindən biri də onun cinayətkarlığın inkişafına rəvac verməsidir. Buna ən bariz misal kimi kriminologiyada “Vyet-nam”, “Əfqanlar” və “Çeçenistan” sindromu kimi fenomenləri göstərmək olar. Bu fenomen əksər hal-

67

Qaya Əliyev

larda, keçmiş döyüşçülərin ordudan tərxis olun-duqdan sonra mülki həyata adaptasiya olunmaqda çətinlik çəkmələri, əməkdən, ictimai faydalı fəaliy-yət növlərindən, eləcə də requlyar həyat tərzindən imtina edərək meşşan həyat tərzi keçirmələri, təd-ricən xarakterlərindəki vətənpərvərlik və fədakarlıq hisslərinin fərdiyyətçilik və utilitarizm düşüncələ-ri ilə əvəz olunması və s. bu kimi mənəvi-psixoloji deqradasiya əlamətləri ilə müşayiət olunur. Hətta, bir çox hallarda müharibə dövründə zirehli dö-yüş maşınlarında görünən həmin hərbçilərin bə-zilərini, sülh dövründə, mülki həyatda yalnız “vo-ronok”-larda müşahidə etmək olur. Yaxud, aktiv döyüş əməliyyatları dövründə peşəkar snayperçi kimi tanınan bir çox döyüşçü sülh dövründə artıq, peşəkar killer kimi cinayətkar aləmdə “ad çıxarır”. Məsələ burasındadır ki, müharibədə müəyyən hər-bi hazırlıq keçən, silah və hərbi sursatdan istifadə vərdişləri əldə edən ayrı-ayrı döyüşçülər müharibə başa çatdıqdan sonra həmin vərdiş və bacarıqlardan cinayətkar aləmdə, ayrı-ayrı mütəşəkkil cinayətkar dəstələrin və bandaların tərkibində istifadə etməyə başlayırlar. Başqa sözlə desək, müharibə dövründə öz hərbi bilik və bacarığını, silah və hərbi sursatdan istifadə vərdişlərini düşmənin canlı qüvvəsini məhv etmək istiqamətində tətbiq edən ayrı-ayrı döyüş-çülər, sülh dövründə mülki həyata qayıtdıqdan son-ra həmin bilik, vərdiş və bacarıqlardan üzvü olduq-ları mütəşəkkil cinayətkar dəstələrin, bandaların rəqiblərini aradan qaldırmaq və iqtisadi maraqlarını

68

Bir bölüyün manifesti

təmin etmək sahəsində istifadə edirlər. Bu fenome-nin əlamətlərinə həm Vyetnam müharibəsi iştirakçı-sı olan Amerikan hərbçilərinin, həm Əfqanıstan mü-haribəsində iştirak etmiş sovet döyüşçülərinin, eləcə də yaxın keçmişdə Çeçenistan müharibəsində dö-yüşmüş çeçen mücahidlərinin həyat yolunda kütləvi şəkildə rast gəlmək mümkündür. (Məsələn, 2005-ci ildə MTN-nin “Qara kəmər” əməliyyatı çərçivəsin-də ifşa olunmuş Hacı Məmmədovun rəhbərlik etdi-yi mütəşəkkil cinayətkar dəstənin tərkibində kifayət qədər Çeçenistan müharibəsi iştirakçısına təsadüf etmək olardı.)1 Lakin, maraqlı cəhət burasındadır ki, sözügedən fenomenə Qarabağ müharibəsində işti-rak etmiş döyüşçülərimizin, eləcə də Yasamal tabo-runun və onun II bölüyünün döyüşçülərinin həyat yolunda demək olar ki, rast gəlmək qeyri-mümkün-dür. Sevindirici haldır ki, həmin fenomenin əlamət-lərinə Qarabağ döyüşçüləri arasında hətta, vaxtilə bundan əvvəl Azərbaycandan Əfqanıstan mühari-bəsinə göndərilmiş beynəlmiləlçi döyüşçülərin hə-yat yolunda da təsadüf etmək qeyri-mümkündür (Məsələn, Yasamal taborunun II bölüyünün Əfqa-nıstanda vuruşmuş döyüşçüsü Mirhabil Rzayev). Fikrimizcə, Qarabağ müharibəsi iştirakçıları, eləcə də Yasamal taborunun və onun II bölüyünün dö-yüşçüləri arasında sözügedən fenomenin əlamətlə-rinə demək olar ki, təsadüf olunmamasının əsasın-

1 Bax. Vəkil Şükürov. “Qara kəmər” əməliyyatı: sənədli xronika: Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 90 illik yubileyinə həsr olunmuşdur. - B.: Nurlar NPM, 2009

69

Qaya Əliyev

da həmin döyüşçülərdə tutduqları yolun haqq, ədalət və müqəddəs yol olduğuna daxili əminlik, onların iştirak etdikləri müharibənin haqlı tərəfi olmalarına bütün varlıqları ilə ürəkdən inanma-ları və ərazisi işğala və hərbi təcavüzə məruz qal-mış doğma vətənin müdafiəsi zərurətini şüurlu şəkildə dərk etmələri dayanırdı. Görkəmli fransız maarifçi filosofu və mütəfəkkiri Ş.L.Monteskyö ya-zırdı ki, yalnız iki cür haqlı müharibə var: Birinci-si, hücum edən düşməni geri oturtmaq üçün, digəri isə hücuma məruz qalmış müttəfiqi xilas etmə üçün edilən müharibə. Təsadüfi deyildir ki, Ümummilli Liderimiz Heydər Əliyev hələ 21 sentyabr 1993-cü ildə AMEA-da ziyalılarla görüşdəki dərin məzmun-lu çıxışında demişdir: “Azərbaycan Respublikası, Azərbaycan xalqı qəsbkarlıq etmir, başqa respub-likanın, başqa xalqın, başqa dövlətin torpaqlarına göz dikmir, hücum etmir, yalnız müdafiə olunur.”1 Ulu Öndər analoji mövqeyi 22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdə proqram xarakterli nitqində də təkrarla-mışdır: “Biz xalqımızı, gənclərimizi ədalətsiz müha-ribəyə dəvət etmirik, başqa ölkələrin torpaqlarına göz dikmirik, Ermənistan torpaqlarından heç nə ələ keçirmək istəmirik. Ancaq eyni zamanda torpaqla-

1 Əliyev Heydər Əlirza oğlu. Müstəqilliyimiz əbədidir: Çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar. İyun, 1993 - may, 1994. K.: 1 / Buraxılışa məsul: R. Mehdiyev, H.Orucov.- B.: Azərnəşr, 1997. səh. 99

70

Bir bölüyün manifesti

rımızın zəbt olunmasına dözməməliyik.”1Məhz elə buna görə də, aktiv hərbi əməliyyatlar dövründə vətənin müdafiəsi uğrunda rəşadətlə döyüşlərə atı-lan həmin hərbçilərin bir qismi atəşkəs dövründə, ictimai fəaliyyətlə məşğul olaraq böyüməkdə olan gənc nəslin hərbi - vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində yorulmadan çalışırlar. Müharibə döv-ründə şərəfli döyüş yolu keçərək, vətənin müdafiə-sinə praktiki müstəvidə öz töhfəsini vermiş bu peşə-kar hərbçilərin bəziləri isə, vətənin müdafiəsinə öz pedaqoji və elmi-nəzəri töhfələrini verməkdədirlər. Başqa sözlə desək, onlar hal-hazırda, hərbi pedaqoji fəaliyyətlərini birinci Qarabağ müharibəsində qa-zandıqları hərbi təcrübə və bacarıqlar əsasında, növ-bəti, ikinci Qarabağ müharibəsi üçün özlərini əvəz edə biləcək komandirlər və rəhbərlik etdikləri kon-tingentin yerini tuta biləcək hərbiçilər, peşəkar hər-bi kadrlar hazırlanması işinə həsr etmişlər. Onların əksər hissəsi isə, ordudan tərxis edildikdən sonra, yenidən istehsalata, doğma kollektivlərinə qayı-daraq müharibədən əvvəlki əmək fəaliyyətlərini uğurla davam etdirirlər. Onların bir çoxunun ömür yolunun ilk mərhələsini halal zəhmət yolu, növbə-ti mərhələsini şanlı döyüş yolu, sonrakı mərhələsi-ni isə, yenə halal zəhmət yolu təşkil edib. Bu gün həmin döyüşçülər arasında müxtəlif müəssisə və qurumlarda, büdcə təşkilatlarında, dövlət apara-

1 Əliyev Heydər Əlirza oğlu. Müstəqilliyimiz əbədidir: Çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar. İyun, 1993 - may, 1994. K.: 1 / Buraxılışa məsul: R. Mehdiyev, H.Orucov.- B.: Azərnəşr, 1997. səh. 108

71

Qaya Əliyev

tında və özəl sektorda - Azərbaycan Respublikası Dövlət Neft Şirkətində mühafizəçi, «Azərsu» ASC-də çilingər, «Azəriqaz» Açıq Səhmdar Cəmiyyətin-də əməkdaş, habelə Azərbaycan Respublikası Döv-lət Bayrağı Meydanının Mühafizə Xidmətinin rəis müavini, Bakı Metropolitenində stansiya rəisi və s. müxtəlif peşə və vəzifələrdə çalışaraq Respublika-mızın sosial-iqtisadi inkişafına öz töhfələrini verən şəxslər var. Vaxtilə keçdiyi döyüş yolu ilə hərbçi yol-daşlarına örnək olan bu döyüşçülər, bu gün öz işgü-zarlığı və yüksək əmək intizamı ilə iş yoldaşlarına şəxsi nümunədir. Həmçinin, onların arasında mü-haribə başa çatdıqdan sonra ordu sıralarında hərbi xidmətini davam etdirib milli ordu quruculuğu pro-sesinə öz töhfəsini verən kifayət qədər peşəkar zabit və təcrübəli hərbçilər də var.

72

Bir bölüyün manifesti

gid komandir

Düşmən üzərinə irəli atılarkən şan-şöhrət ar xa sınca qaçmayan, taktiki baxımdan geri çəkilmək la zım olanda şan-şöhrətini itirəcəyindən qorxmayan, öl kəsinin mü da fiə sindən başqa heç bir şey düşünməyən komandir dövlət üçün əvəzsiz bir zinətdir.

Sun-Tzı, Böyük Çin strateqi və filosofu

Hər kəsin taleyi onun alın yazısıdır. Bəzən, bu naxışa görə insan illərlə yol gəlir, neçə-neçə sınaqlardan çıxır, çətinliklərlə üzləşir. Özü də bilmədən öz alın yazısını, acı-lı-şirnili tale payını yaşayır. Bəzən elə olur ki, heç ağlına gəlməyənlər belə başına gəlir. Onun ömür dəyirmanı ta-leyin verdiyi ömür payını bax beləcə, əmin-arxayın üyütməkdə davam edir. Necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Ağlına gəlməyənləri ba-şına gələn, yuxusuna belə girmədiklə-ri qarşısına çıxan, taleyin gözlənilməz sürprizləri ilə üzləşən insanlardan biri

İ

Şəmsi Həsən oğlu Hüseynov, Yasamal taborunun II

bölüyünün sabiq komandiri

73

Qaya Əliyev

də bu yazımızın qəhrəmanıdır. Qəribə, təzadlı həyatın han-sısa bir anında ömrünə əbədi naxışlanan o hadisə baş verir.

Bu yazımızın qəhrəmanı da elə bu İlahi tale payını yaşa-malı olub.

Şəmsi Həsən oğlu Hüseynov ömrünün 29 ilini doğulub boya-başa çatdığı Ağdam rayonunun Zəngişalı kəndində keçirdi. Gəncə Kənd Təsərrüfatı Texnikumunu bitirdikdən sonra kənd təsərrüfatı sahəsində əmək fəaliyyətinə başladı. Halal zəhmətə qatlaşdı. Kənddə təsərrüfat briqadiri işlədi. Qarabağda baş verən hadisələr bir vətənpərvər gənc kimi onun da qəlbində daxili bir narahatlıq, təlatüm yaratdı. Hər gün eşitdiyi acı, təəssüf dolu xəbərlər sanki onun öz həyatı-nın ağrılı yaşantılarına çevrildi.

Xəyalların, düşüncələrin, daxili təlatümlərin son qərara çevrildiyi gün isə, onun yeni bir həyatının başlanğıcı oldu. Beləliklə, Şəmsi 1992-ci ilin əvvəllərində Ağdam rayonun-da təşkil olunan 836 saylı özünümüdafiə taboruna üzv ya-zılır. Elə ilk döyüşlərdə şücaət göstərib fərqləndiyinə görə taqım komandiri təyin edilir.

Hər dəfə döyüş tapşırığını uğurla yerinə yetirib geri qa-yıdanda elə bil, o sədaqət andını içdiyi doğma vətənə etdi-yi xidmətdən ruhalanaraq daxilən yüngülləşirdi. Cəsarəti, mərdliyi, təmkinliliyi, çevikliyi ilə taqımın döyüşçülərinə şəxsi nümunə olan Şəmsinin bu iradi-mənəvi keyfiyyət-ləri bir komandir kimi şəxsi heyətin ruh yüksəkliyinə və mütəşəkkilliyinə güclü təsir göstərir, hərbi əməliyyatların uğurla başa çatmasını təmin edirdi. Məhz, taqım koman-dirinin bu fərqləndirici cəhətlərinə görə taqım taborda nü-munəviliyi ilə seçilirdi. Daha sonra, mərkəzi komandanlıq,

74

Bir bölüyün manifesti

Şəmsi Hüseynovun döyüşlərdə göstərdiyi igidliyi və əzm-karlığı, hərbi peşəkarlığı nəzərə alaraq, onu 1993-cü ilin əvvəlində Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinə göndərir. Burada hərb elminin sirlərinə, hərbi əməliyyat planlarının tərtibi bacarıqlarına yiyələndikdən sonra, Şəm-si, leytenant rütbəsi ilə Üçtəpə poliqonunda təşkil olunan Yasamal taborunun II bölüyünün komandiri təyin edilir. Qarabağ müharibəsindəki zəfər dolu döyüş yolu keçən Ya-samal taborunun formalaşmasında gənc zabit mühüm xid-mətlər göstərir.

Məşhur Prusiya generalı Helmut fon Moltke (1800-1891) deyirdi ki, müəyyən bir döyüşü döyüş əsnasında yox, məhz döyüşdən əvvəl udmaq olar. Təbii ki, gələcək döyüşlərin müvəffəqiyyətlə başa çatması hər şeydən əvvəl, taborun yüksək səviyyədə canlı qüvvə və texnika, eləcə də ərzaq təminatı, o cümlədən tibbi xidmət və s. baxımından təşki-latlanması ilə şərtlənirdi. Bu hərbi reallığı dərindən dərk edən Şəmsi Hüseynov bu istiqamətdə gərgin, məqsədyön-lü və yorulmaz fəaliyyətə başlayır. Mövcud çətinliklərin və çatışmazlıqların bir-bir aradan qalxması taborun mühüm qələbələri və hərbi nailiyyətləri ilə müşayiət olunur. Bu qələbələr və hərbi nailiyyətlər Şəmsini ruhlandırır və öz vəzifələrini daha məsuliyyətlə və inamla icra etməyə sövq edir.

1993-cü ilin sentyabr ayında Yasamal taboru Goran po-liqonunda yerləşən 865 saylı hərbi hissə ilə birləşdirilir. Bir aylıq hərbi təlimlərdən sonra tabor Füzuli rayonu ərazisin-də yerləşən 702 saylı hərbi hissənin tərkibinə verilir. Qar-şıda taboru çətin və ağır döyüşlər, qurbanlar, hərbi itkilər,

75

Qaya Əliyev

mənəvi sarsıntılar, Şəmsi Hüseynovu isə, milli ordunun gənc zabiti kimi ağır sınaqlar gözləyirdi. Təbii ki, bu ilk dö-yüşün nəticəsi onun komandirlik keyfiyyətlərinin və hərbi rəhbərlik bacarığının indikatoru olacaqdı. Elə buna görə də o, əsgərlərin şəxsi döyüş və psixoloji hazırlığına böyük diqqət yetirir, onlara yüksək vətənpərvərlik ruhu aşılayırdı. Təcrübəli komandir rəhbərlik etdiyi bölükdə elə bir mənə-vi-psixoloji mühit yaratmışdı ki, böyük şairimiz Məmməd Arazın vətən sevgisi ilə yoğrulmuş bu ölməz misraları san-ki, bütövlükdə kontingentin əhval-ruhiyyəsini, əsgərlərin hər birinin məslək və əqidəsini, həyat amalını özündə əks etdirirdi:

Vətən yaşasın, Vətən!Mən ölərəm də, qardaş!

Əsgərin əlindəki silahdan öncə qəlbindəki nifrət və kinlə düşmənə qarşı silahlanmalı olduğunu deyən bölük koman-diri bu mənəvi faktorun döyüş əməliyyatlarında müstəsna əhəmiyyətini aydın şəkildə dərk edirdi. Təsadüfi deyildir ki, müharibədə mənəvi faktorun və hərbi-psixoloji hazır-lığın əhəmiyyətinə toxunan dahi sərkərdə və görkəmli dövlət xadimi Napoleon Bonapart deyirdi ki, döyüşdə mü-vəffəqiyyət qazanmaq üçün mənəvi gücün rolu ¾ , maddi gücün rolu isə, ¼ nisbətindədir.

Məhz, belə peşəkar, həm mənəvi, həm də fiziki faktor-ları nəzərə alan yüksək hərbi hazırlıq Zobucuq meşəsin-dən başlayıb, Aşağı Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə tezliklə öz bəhrəsini verdi. Kəndin alınmasın-da bölüyün göstərdiyi rəşadət və fədakarlıq komandanlıq

76

Bir bölüyün manifesti

tərəfindən yüksək qiymətləndirildi. Şəmsi Hüseynovun peşəkarlığı və hərbi rəhbərlik keyfiyyətləri xüsusi qeyd edildi.

Onun hərbi rəhbərlik keyfiyyətləri rəhbərlik etdiyi kontingentdə nizam-intizamla komandir qayğısının çul-ğalaşması, fiziki və emosional dözümlülük ilə həssaslıq və empatiyanın vəhdəti, tələbkarlıqla yanaşı əsgərə fərdi yanaşmanın sintezi, sərt hərbi subordinasiya münasibət-ləri ilə səngər yoldaşlığı münasibətlərinin dəqiq sərhəd-lərinin müəyyən edilməsi və uyğunlaşdırılması kimi ele-mentlərə əsaslanırdı.

Sonrakı döyüşlərdə bölüyün şərəfli döyüş salnaməsinə Şükürbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı kəndlərinin düşməndən azad edilməsi kimi hərbi əməliy-yatlar yazıldı. Hər bir döyüşü dəqiq, peşəkar və operativ əməliyyat planı ilə həyata keçirən bölük komandirinin qəh-rəmanlığı dəfələrlə hərbi hissə komandanlığı tərəfindən yüksək qiymətləndirilmişdir.

Bu illərdə sanki, hissləri, ürəyi haçalanmışdı Şəmsinin. Bir tərəfdən, qələbə ilə başa çatan döyüşlərin uğuru onun qəlbinə nə qədər sevinc və fərəh bəxş edirdisə, digər tərəf-dən əsgərlərinin itkisi, şəhid olması, yaralanması onun ürə-yini bir o qədər yaralayırdı. Beləcə sevincin və kədərin əkiz qardaşa çevrildiyi iki illik şərəfli döyüş yolu atəşkəs döv-rünə qədər davam etdi.

1994-cü ilin mayından 2005-ci ilədək Şəmsi Hüseynov hərbi hissənin İdarə Heyətində xidmətini davam etdirdi. Həmin ildən Respublika Şəhid Ailələri, Qarabağ Əlilləri

77

Qaya Əliyev

və Müharibə Veteranları İctimai Birliyinin Xətai rayon təş-kilatının sədr müavini kimi fəaliyyətini davam etdirməyə başladı. Hal-hazırda ehtiyatda olan zabitdir. Aktiv hərbi əməliyyatlar dövründə vətənin müdafiəsi uğrunda rəşa-dətlə döyüşlərə atılan Şəmsi, atəşkəs dövründə, Təşkilat rəhbərlərindən biri kimi böyüməkdə olan gənc nəslin hərbi - vətənpərvərlik ruhunda tərbiyəsi üçün qollarını çırmala-dı. Müharibə dövründə şərəfli döyüş yolu keçərək, vətənin müdafiəsinə praktiki müstəvidə öz töhfəsini vermiş Şəm-si Hüseynov hal-hazırda, Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təlimatçı müəllim vəzifəsində çalışaraq vətənin müdafiəsinə öz pedaqoji və elmi-nəzəri töhfəsini vermək-dədir. O, hal-hazırda, hərbi pedaqoji fəaliyyətini birinci Qa-rabağ müharibəsində qazandığı hərbi təcrübə və bacarıqlar əsasında, növbəti, ikinci Qarabağ müharibəsi üçün özünü əvəz edə biləcək komandirlər və rəhbərlik etdiyi qəhrəman kontingentin yerini tuta biləcək hərbiçilər, peşəkar hərbi kadrlar hazırlanması işinə həsr etmişdir.

78

Bir bölüyün manifesti

nun hünər yoluVətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər

bunlar yoxdursa, o insan mənəviyyatsızdır.Heydər Əliyev

Hamı kimi onun həyatı da öz axarı ilə davam edirdi. Gündəlik məişət qayğıları, sabaha ümid-lər, bitib-tükənməyən arzular... Beləcə günlər aylara, aylar illərə calanır, ömür karvanının sar-vanı kimi gündəlik qayğılarını özünəməxsus bir ləngərlə, səbir-lə, təmkinlə alıb-aparırdı.

Ömür kitabına yazılanlar hələ ki bunlar idi: Biləsuvar rayonu-nun Bəydili kəndində doğulmuş, ordu sıralarında desantçı olaraq hərbi xidmət etmiş, ali təhsilli in-şaat mühəndisi, Bakı Baş Tikinti

İdarəsində iş icraçısı... Təqvim isə 1992-ci ilin fevral ayının 25-ini göstərirdi. Sa-

bah o müdhiş, əsrin ən böyük humanitar fəlakətlərindən, faciələrindən biri – Xocalı soyqırımı baş verəcək və onun gələcək həyatı büsbütün dəyişəcəkdi...

Vidadi Musa oğlu Şirəliyev

O

79

Qaya Əliyev

Haşiyə: XX əsrin sonlarında dünyanın geosiyasi palit-rasında baş verən kəskin dəyişikliklər irqçilik, kseno-fobiya, radikal millətçilik, faşizm və s. kimi neqativ tə-zahürlərin qlobal miqyasda və kütləvi şəkildə yenidən müşahidə olunması ilə nəticələndi. Bu neqativ təza-hürlər dünyanın müxtəlif bölgələrində silahlı təcavüz aktları, kütləvi qırğınlar, genosid aktları, müharibə cinayətləri və digər bu kimi humanitar fəlakətlərlə və beynəlxalq cinayətlərlə müşayiət olundu. Bu dövrdə dünyanın müxtəlif regionlarında bir sıra xalqlar – Ru-andada tutsilər, Srebrenitsada bosniyalılar və Xocalıda azərbaycanlılar bəşəriyyətə qarşı ən qatı cinayət hesab olunan genosid aktına məruz qaldılar. 1993-cü ildə tə-sis olunmuş Yuqoslaviya və 1994-cü ildə yaradılmış Ruanda ad-hoc tribunallarında müvafiq olaraq, serb hərbi caniləri və başda Taba rayonunun meri J.P.A-kayesu olmaqla genosid aktında iştirak etmiş Ruanda vətəndaşları törətdikləri beynəlxalq təhlükəli əməl-lərə görə cinayət məsuliyyətinə cəlb olunsalar da, çox təəssüflər olsun ki, erməni neonasist canilərinin qanlı əməlləri və ələlxüsus, Xocalıda törətdikləri soyqırım aktı, artıq 20 ildən çox müddətin keçməsinə baxma-yaraq, hələ də müvafiq beynəlxalq instansiyalar tərə-findən adekvat hüquqi qiymətini almamışdır. Əgər dünya birliyi, zamanında 1992-ci ilin fevralın 26-da Xocalı şəhərində erməni neonasistləri tərəfindən törə-dilmiş genosid aktına qətiyyətlə və operativ adekvat hüquqi və siyasi reaksiya versə idi, yəqin ki, bu mü-nasibət sonrakı dövrlərdə - Yuqoslaviya və Ruandada analoji qanlı əməlləri törədən beynəlxalq canilər üçün

80

Bir bölüyün manifesti

də çəkindirici presedent olacaqdı. Lakin, çox təəssüflər olsun ki, bu belə olmadı. Dünya birliyi və beynəlxalq təşkilatlar Xocalıda baş vermiş humanitar fəlakəti so-yuqqanlılıqla izlədi və daha sonra heç nə olmamış kimi unutdu.Elə buna görə də, keçmiş SSRİ ərazisində baş vermiş bu genosid aktı çox keçmədi ki, “Avropanın kiçik SSRİ-sində”(Yuqoslaviyada) da təkrarlandı.

Əsrlər boyu başı bəlalar çəkmiş xalqımız kimi tale-yinə soyqırım fəlakəti yazılmış Bosniya xalqının lideri, Bosniya-Herseqovinanın ilk prezidenti və mütəfəkkir dövlət xadimi Aliya İzzətbəyoviç (1925-2003) yazırdı: “Müharibədə böyük zülmə məruz qaldınız. Zalımları bağışlayıb-bağışlamamaq sizin ixtiyarınızdadır. Lakin, hər bir halda məruz qaldığınız soyqırımı unutmayın. Çünki, unudulan soyqırım təkrarlanır.”

Doğurdan da belədir. Məhz, erməni daşnaklarının 1905-1906-cı illərdə törətdiyi qırğınları, 1918-ci ildə hə-yata keçirdikləri mart soyqırımını unutmağımız, qan yaddaşımıza biganə yanaşmağımız nəticəsində tarix bizi növbəti dəfə - 1992-ci ildə erməni neonasistləri tərəfindən məruz qaldığımız Xocalı genosidi ilə cəza-landırdı. Elə buna görə də, Dünya birliyi Xocalı soyqı-rımına göz yumsa da, bu qanlı hadisələri etinasızlıqla unutsa da, biz, xalq olaraq, məruz qaldığımız bu hu-manitar fəlakəti unutmamalı və unutmağa qoymama-lıyıq. Müdrik dövlət xadimi A.İzzətbəyoviçin təbirincə desək, Xocalı genosidini unutmamalıyıq ki, xalqımıza qarşı analoji qanlı qətliamlar bir daha təkrarlanmasın!

81

Qaya Əliyev

Məhz o gün... 1992- ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni faşist caniləri tərəfindən başlanan Xocalı qətliamından sonra Vidadi, öz yerini Milli Ordu sıraların-da gördü: Tərəddüd etmədən, qətiyyətlə! Həmin ilin mart ayından Şuşa ərazi özünümüdafiə taborunun tərkibində Vidadi bir sıra döyüşlərdə fəal iştirak etdi.

Nəbilər və Daşaltı kəndləri uğrunda gedən hərbi əməliy-yatlar xüsusi əhəmiyyət kəsb edirdi. Bu kəndlərin hər-bi-strateji cəhətdən mühüm rolu düşmənləri hər vəchlə həmin yaşayış məntəqələrini ələ keçirməyə vadar edirdi. Vidadinin də daxil olduğu Şuşa taboru ermənilərin bu məkrli niyyətini başa düşərək həmin kəndlərin erməni ya-raqlılarından müdafiə olunmasında böyük rəşadət göstər-di. Amma, çox təəssüflər olsun ki, «sapı özümüzdən olan baltalar»ın laqeydliyi, məsuliyyətsizliyi, biganəliyi, tabo-run lazımi hərbi texnika və silah-sursatla təmin olunmama-sı üzündən qazanılmış mövqelər də itirildi. Bütün bunlara baxmayaraq, Şuşa fədailəri son damla qanlarınadək vuru-şaraq mənfur düşməni xeyli itkiyə məruz qoydular.

1993-cü ilin iyununda Vidadi Şirəliyev 856 saylı hərbi hissənin tərkibində döyüşürdü. Ağstafa rayonunun Ballı qaya, Köhnə qışlaq ərazisində erməni yaraqlılarına qarşı mərdliklə vuruşurdu. Həmin ilin avqust ayında isə, döyüş-lərdə xüsusi fəallığı nəzərə alınaraq, hərbi hissə komandi-rinin təqdimatı əsasında Müdafiə Nazirliyi tərəfindən ona leytenant rütbəsi verildi. Daha sonra, Vidadi tezliklə, Bölük komandirinin müavini vəzifəsinə təyin edildi. Bu vəzifə Vidadinin ruh yüksəkliyini və məsuliyyətini daha da artır-dı. Artıq o, təkcə öz həyatı üçün deyil, onlarla döyüşçünün taleyi üçün də məsuliyyət daşıyırdı. Belə ki, o şəxsi heyət-

82

Bir bölüyün manifesti

də yüksək döyüş əhval-ruhiyyəsi yaratmalı, əsgərlərin mənəvi-psixoloji hazırlığını gücləndirməli, bölükdə möh-kəm nizam-intizamı təmin etməli idi. Hərbi əməliyyatlarda müvəffəqiyyətin qeyd olunan amillərdən keçdiyini aydın şəkildə başa düşən Vidadi bütün bilik və bacarığını bu is-tiqamətə yönəltmişdi.

Həmin ilin payızında Kəlbəcər istiqamətində, Laçın ra-yonunun Pircahan, Seyidlər, Tiğik-1 və Tiğik-2 kəndlərinin düşməndən azad edilməsində bölüyün mühüm rolu məhz, Vidadi Şirəliyevin aşıladığı həmin yüksək iradi-mənəvi keyfiyyətlərin və hərbi-psixoloji hazırlığın döyüşlərdəki inikası idi.

1993-cü ilin avqust ayında hərbi hissə yerdəyişmə etdi-yindən Vidadi Şirəliyev öz hərbi xidmətini 865 saylı hərbi hissədə bölük komandirinin müavini kimi davam etdirir. Həmin ilin dekabrında onun döyüş yolunun yeni şərəfli sə-hifəsi açılır. O, Füzuli rayonunda yerləşən 702 saylı hərbi hissəyə təyin olunur. Qarabağ müharibəsinin şanlı səhifələ-ri yazılan Füzuli rayonu ərazisindəki döyüşlərdə Vidadi-nin rəhbərlik etdiyi bölük öz şücaəti, döyüş tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirməsi ilə fərqlənir. 1994-cü ilin yanvar ayında Vidadi Şirəliyevə daha məsuliyyətli bir hərbi vəzifə həvalə olunur. Belə ki, o, tabor komandirinin silah və texnika üzrə müavini vəzifəsinə təyin edilir. Tə-bii ki, keçdiyi qəhrəmanlıq dolu döyüş yolu ilə bu etimadı qazanan Vidadi, bu məsuliyyətli vəzifənin də öhdəsindən ləyaqətlə gəlir. Həmin ilin yanvarından may ayınadək Vi-dadinin döyüş salnaməsinə Kürdmahmudlu, Şükürbəyli, Əbdürrəhmanlı, Seyidəhmədli və digər kəndlər uğrunda gedən döyüşlərdəki igidlik və hünər dolu səhifələr yazılır.

83

Qaya Əliyev

1995-ci ilin iyun ayında Vidadi Şirəliyev ordu sıraların-dan tərxis olunur. Aktiv döyüş əməliyyatlarının getdiyi dövrdə silaha sarılaraq, rəşadətli döyüş yolu keçən Vidadi, dinc-atəşkəs dövründə isə, yaşadığı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində məktəblilərlə, gənclərlə sıx ünsiyyət yaradaraq gənc nəslin hərbi vətənpərvərlik ruhunda tər-biyə olunması istiqamətində yorulmadan fəaliyyət göstərir. Bu gün də o, Rayon Veteran, Əlil və Şəhid Ailələri İctimai Birliyinin fəal üzvü kimi təşkilatın tədbirlərində yaxından iştirak edir.

84

Bir bölüyün manifesti

əşadət rəmzi

Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan mü ha ribədir.

Heydər Əliyev

Məhərrəm Kərəm oğlu Əbilov 1956-cı ilin avqustun 18-də Bakı şəhərində dünyaya göz açmış-dır. 1971-ci ildə Nizami rayonu 238 saylı orta məktəbin səkkizinci sinfini bitirmişdir. Həmin il Bakı metropolitenin «Nizami», «Memar Əcəmi» stansiyalarının tikintisin-də iştirak etmişdir. 1974-1976-cı illərdə hərbi xidmət keçmişdir. Hərbi xidmətdən sonra 87 saylı Texniki-Peşə Məktəbinə daxil ol-muş, 1978-ci ildə həmin məktəbi

bitirmişdir. Daha sonra, Bakı Metropolitenində çilingər və-zifəsində əmək fəaliyyətinə başlamış, maşinist köməkçisi, daha sonra isə maşinist vəzifələrində çalışmışdır.

Məhərrəm Kərəm oğlu Əbilov

R

85

Qaya Əliyev

1988-ci ildən başlayaraq, mənfur qonşularımızın əsas-sız və absurd ərazi iddiaları, eləcə də onların törətdikləri vəhşiliklər onun qəlbində düşmənə qarşı güclü nifrət oyat-mışdı. Hər bir vətənpərvər Azərbaycan oğlu kimi o da öz yerini cəbhədə görürdü. Beləliklə, 1991-ci ilin noyabr ayın-da Milli Ordumuzun Şıxovda yaradılan ilk taborlarından birinə üzv yazılan Məhərrəm, həmin ilin dekabr ayında Kəlbəcərin, Ağdamın, İmarət-Qərvənd kəndinin müdafiəsi uğrunda gedən qanlı döyüşlərdə fəal iştirak etmişdir. 1992-ci ilin yanvarında Bakıya qayıtmış, «Azərbaycan Qarabağ» könüllü dəstəsinə qoşulmuşdur. Bu dəstənin tərkibində Şuşa şəhərinin müdafiəsi məqsədilə aparılan hərbi sursat dolu maşın karvanını mühafizə etmişdir. Həmin ilin fevral ayının 26-dan may ayının 9-na kimi Kərkicahan, Qeybalı kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərdə fəal işti-rak etmiş, Mingəçevir bölüyünün tərkibində döyüşmüşdür.

İyulun sonlarında «M-2» bölüyünün tərkibində Marqu-şavan, Buzluq, Mənəşid, Qlobus kəndləri uğrunda gedən döyüşlərdə, eləcə də Ağdərə əməliyyatında, həmçinin Ka-sapet dağının alınmasında igid əsgər kimi fərqlənmişdir. Ordudan tərxis olunduqdan sonra, doğma kollektivə qayıt-mış və peşə fəaliyyətini davam etdirməklə yanaşı Metropo-litendə «Qarabağ döyüş iştirakçıları» komitəsi yaratmış, bir çox şəhid ailələrinə yardım göstərmişdir.

1993-cü ilin noyabrın 2-də dövlət başçısı Ulu Öndər Hey-dər Əliyev cənablarının xalqa müraciətindən sonra Metro-politendə könüllü bölük yaradılmış və Məhərrəm Əbilov həmin bölüyün komandiri təyin edilmişdir.

Məhərrəm Əbilov Füzuli rayonunun Alxanlı, Qorqan, Kürdmahmudlu, Aşağı və Yuxarı Seyidəhmədli, Şükür-

86

Bir bölüyün manifesti

bəyli, Aşağı Əbdürrəhmanlı kəndlərinin azad edilməsi uğ-runda gedən döyüşlərdə fəal iştirak etmişdir. 1994-cü ilin mart ayının 5-də Qorqan, Əbdürrəhmanlı kəndləri uğrun-da gedən döyüşlərdə isə, ağır yaralanan igid döyüşçü bir müddət müalicə olunduqdan sonra ordudan tərxis edil-mişdir. Ordudan tərxis edildikdən sonra, yenidən doğma kollektivinə qayıdan Məhərrəm əmək fəaliyyəti ilə yanaşı, ictimai fəaliyyətini də davam etdirərək, Bakı Metropolite-nində «Qarabağ döyüşçüləri və əlilləri» təşkilatı yaratmış-dır. Hal-hazırda həmin təşkilatın sədridir. Həyatını hər za-man vətən uğrunda qurban verməyə hazır olan Məhərrəm Əbilov bu müqəddəs yolda fiziki sağlamlığını itirərək III qrup Qarabağ müharibəsi əlili olsa da, Ali Baş Komanda-nın əmri ilə, daima yenidən silaha sarılaraq doğma torpaq-larımızın yağı tapdağından azad edilməsi uğrunda döyüşə atılmağa hazırdır.

87

Qaya Əliyev

alq qəhrəmanı «Mincivanlı Balta Famil»

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilmə-lidir.

Heydər Əliyev

Yollar, yollar. Hər birimizin taleyindən keçib gedən, arzu-larımıza, ümidlərimizə qovuş-duran yollar. Bəzən, bu yolla-rın sonu insanı məqsədlərinə, arzularına aparıb çıxarır, bəzən də bu yolların sonu insanı tale-yin gözlənilməz hadisələri ilə üz-üzə qoyur. Nə etməli? Bu alın yazısından, İlahi hökmdən qaçmaq mümkün deyil. Hər bir halda bu yolu son addımı-na qədər irəliləyərək, şərəflə, inamla, qətiyyətlə getmək hər Famil Niftulla oğlu Abbasov

X

88

Bir bölüyün manifesti

kəsin nəsibi deyil. Bunun üçün sağlam düşüncən, ülvi ama-lın, sarsılmaz iradən olmalıdır. Qarabağ döyüşçüsü Famil Niftulla oğlu Abbasov məhz bu ali keyfiyyətlərə malik sə-daqətli vətən övladı kimi ibrətamiz həyat yolu keçib.

7 may 1958-ci il. Qarabağ müharibəsinin gələcək qəhrə-manının dünyaya göz açdığı gün. O dövrə qədər isə hələ-lik Zəngilan rayonunun Mincivan qəsəbəsində ilk izləri düşəcək, təhsil alacaq, uşaqlıq, yeniyetməlik arzularının, xəyallarının qoynunda pərvazlanacaq, həyatda öz yerini tutmağa can atacaq. Dəmir Yolu İdarəsində maşinist. Hamı onu beləcə tanıyırdı. Ailəsini, iki övladını halal zəhməti ilə dolandırır, el-obada öz hörməti ilə tanınırdı. Həyatın bax beləcə davam edən sakit axarını Qarabağ müharibəsi bir-dən-birə, tamamilə dəyişdi. Famil də, digər qeyrətli vətən oğulları kimi torpaqlarımızın mənfur erməni qəsbkarla-rından müdafiəsi uğrunda mübarizəyə qoşuldu. Onu xalq içində şücaətli vətən oğlu kimi tanıdan bir hadisəni burada xatırlatmaq yerinə düşərdi.

Çoxlarının yadındadır ki, o dövrdə erməni soyğunçuları Naxçıvandan keçib gedən qatarlara tez-tez hücum edir, yük qatarlarını talayırdılar. Hətta sərnişin qatarları da bu acgöz soyğunçuların basqınına məruz qalırdı. Belə hadisələrdən biri Astazur stansiyasında baş vermişdi. Erməni soyğunçu-ları sərnişin qatarını girov götürmüşdülər. Sərnişinləri təcili xilas etmək lazım idi. Xüsusilə uşaqların, qadınların həyatı böyük təhlükə qarşısında qalmışdı. Bu hadisədən xəbər tu-tan Famil, dərhal öz ovçu dostları ilə birlikdə ov tüfəngləri ilə silahlanaraq, həmin qatara keşik çəkən erməni yaraqlı-larını sərrast atəşlə zərərsizləşdirib, qatarı soyğunçulardan xilas etmişdi. Bu əməliyyat planı məhz, Familin təşəbbüsü

89

Qaya Əliyev

ilə, xüsusi çevikliklə və misilsiz dəqiqliklə işlənib hazırlan-mışdı. Elə buna görə də həmin əməliyyat heç bir itki veril-mədən sərnişinlərin xilas edilməsi ilə başa çatmışdı.

Sonralar Famil Zəngilan rayonunun bir neçə kəndinin ermənilərdən müdafiə olunmasında da fəal iştirak etdi. 1992-ci ilin əvvəllərində hərbi komissarlıq tərəfindən ordu sıralarına çağırılan bu cəsur vətən oğlu bir mexanik kimi iştirak etdiyi döyüşlərdə ağır sınaqlardan üzüağ çıxdı. Qu-badlı və Laçın rayonlarının mənfur düşmənlərdən müda-fiəsində igid döyüşçü kimi özünü göstərdi.

1993-cü ilin oktyabrında doğulub boya-başa çatdığı, hə-yatının ən unudulmaz anlarını yaşadığı, saysız-hesabsız şirin və kövrək xatirələrlə dolu doğma yurdu Zəngilanın erməni qəsbkarları tərəfindən işğal edilməsi Famili dərin-dən sarsıtdı. Ürəyi qisas arzusu ilə coşub-daşan bu qeyrət-li vətən övladı şərəfli döyüş yolunu Füzuli rayonundakı Yasamal taborunda bölük komandiri kimi davam etdirdi. Onun həyat tarixçəsinə neçə-neçə igidliklərlə dolu şanlı səhifələr yazıldı. Mənfur düşmənə qarşı barışmazlığı və nifrəti ilə seçilən igid döyüşçü el arasında «Mincivanlı Bal-ta Famil» ayaması ilə tanınırdı. Xalq tərəfindən bu ayama ona əlbəyaxa döyüşlərdə neçə-neçə erməni cəlladını balta ilə zərərsizləşdirməsi ilə bağlı olaraq verilmişdi.

O, 1994-cü ilin yanvar ayından may ayınadək Füzuli ra-yonunun Aşağı və Yuxarı Əbdürrəhmanlı, Seyidəhməd-li, Kürdmahmudlu, Qorqan və digər kəndlərinin erməni qəsb karlarından təmizlənməsində fəal iştirak edərək, kəş-fiyyat komandiri kimi bir sıra döyüşlərdə cəsarəti və mərd-liyi ilə əsgərlərə şəxsi nümunə oldu. Horadiz qəsəbəsinin düşməndən azad edilməsində Famil xüsusi rəşadət göstər-

90

Bir bölüyün manifesti

di. Bu döyüşlərdə o, 3 top, 1 raket qurğusu, zenit qoşqusu ələ keçirdi. Onun zəfər və hünərlə dolu şərəfli döyüş yolu 1995-ci ilədək davam etdi. Həmin ildə ordudan tərxis edilən leytenant Famil Abbasovun həyatında yeni səhifələr açıldı.

Dinc mülki həyata qədəm qoymağına baxmayaraq, icti-mai faydalı əmək fəaliyyəti ilə kifayətlənməyən Famil Ab-basov gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində yorulmadan çalışır. Onların əsl vətəndaş, mübariz gənc kimi yetişməsində səylərini əsir-gəmir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində mühafizəçi vəzifəsində çalışan Famil yüksək intizamı və işgüzarlığı ilə kollektivin və rəhbərliyin dərin ehtiram və rəğbətini qazanmışdır. Vaxtilə keçdiyi döyüş yolu ilə hərb-çi yoldaşlarına örnək olan Famil, bu gün öz işgüzarlığı və yüksək əmək intizamı ilə iş yoldaşlarına şəxsi nümunədir.

91

Qaya Əliyev

ğsu dolaylarından barıt qoxulu Qarabağ yollarına...

Əsl yüksək əxlaqlı, xeyirxah adam yalnız o adam hesab edilə bilər ki, o, özünün bütün hərəkət və davranışlarını əsl vətənpərvərliklə uyğunlaşdırsın.

M. F. Axundzadə

İlan tək qıvrılan Ağsu dolayla-rı ona sanki bitib-tükənməz bir yol kimi görünürdü. Yollar uzandıqca səbri tükənən İlyas adətən, uca bir yerdə avtomobili dayandıraraq bu-radan Ağsunun düzənliyə sığınan kəndlərini müşahidə edər və bu kəndlərin içərisində doğma kəndini gözləri ilə axtarardı. Bu kənd onun doğulub boya-başa çatdığı, uşaqlıq, yeniyetməlik illərinin şirin çağlarını yaşadığı Ağabəyli kəndi idi. Yamya-şıl düzənliklər qoynunda bir mirva-riydi bu kənd İlyas üçün. Hələ 17 yaşında olarkən bu kən-din yolları onu uşaqlıq, yeniyetməlik illərindən ayırıb, ülvi arzularının arxasınca aparmışdı. Artıq, Ağsunun dolanbac

A

İlyas Sərxan oğlu Əhmədov

92

Bir bölüyün manifesti

yollarını Qarabağ müharibəsinin barıt qoxulu yolları əvəz edəcəkdi.

1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olan İlyas Əhmədov, 1984-cü ildə könüllü olaraq ordu sıralarına qoşulur.

Hərbi xidmət dövründə yüksək intizamlı nümunəvi əsgər kimi seçilən İlyas öz şəxsi arzusu və hərbi koman-danlığın müsbət rəyi əsasında Ryazan Ali Hərbi Məktəbinə daxil olur. Gənc müdavim bu tədris ocağında hərbi bilik-lərə yiyələnmək həvəsi və təlim məşqlərdəki bacarığı ilə komandirin diqqətini çəkir. Artıq, bu perspektivli müda-vimin gələcəkdə yüksək hərbi peşəkarlığı ilə fərqlənən bir zabit olacağı heç kəsdə şübhə doğurmurdu. Amma, taleyin öz yazılmamış qanunları var. 1988-ci ildə radikal erməni millətçilərinin Dağlıq Qarabağda separatizm meylləri güc-lənəndə, İlyas müvəffəqiyyətlə davam etdirdiyi hərbi təh-silini yarımçıq qoyub, Vətənə qayıdır. Xalq şairimiz Məm-məd Arazın ölməz misralarında deyildiyi kimi:

Gücünə qəzəbini,zəhmini də qata bil,Düşmənin marığındapələng kimi yata bil.Bu dağları baba bil,Bu daşları ata bil!Qılınc qap, Vətən oğlu,Bizi Vətən çağırır!Bizi Vətən çağırır!!!

93

Qaya Əliyev

Beləcə Ana Vətənin harayına hay verib Respublikaya qayıdan İlyas iki il ərzində milli-azadlıq hərəkatında fəal iştirak edir. Haqqın, ədalətin alovlu tərəfdarı, əsl vətənpər-vər övlad kimi xalqımızın dövlət müstəqilliyi uğrunda apardığı fəal mübarizəyə qoşulur. Doğma Azərbaycanına ürəkdən bağlı olan İlyasın köksündə yalnız bir arzu, istək şəlalə tək çağlayır: O da xalqımızın azadlığı, müstəqilliyi idi. Bu çətin yolun mətin davamçılarından biri olan İlyas bu dövrlərdə, yeni yaradılmış özünümüdafiə dəstələrinin tərkibində Dağlıq Qarabağın müxtəlif kəndlərinin erməni separatçılarının qəfil və aramsız hücumlarından müdafiə-sində xüsusi fəallıq göstərir.

1991-ci ildə İlyas Əhmədov yenicə formalaşan Milli Or-dunun tərkibində hərbi xidmətə başlayır. Hərbi təhsili və döyüş bacarığı nəzərə alınaraq, o tabor komandirinin müa-vini təyin edilir. Yenicə yaranmaqda olan milli ordunun möhkəmlənməsi işinə bütün bilik və bacarığını sərf edir. Böyük Çin strateqi Sun-Tzının “əsl döyüşçü – düşmənlə üz-üzə gəlməzdən əvvəl döyüşü udmağa çalışan şəxsdir” deyi-mini öz fəaliyyətində rəhbər tutan İlyas gənclərə və hərbi səfərbərlik üzrə yeni çağırışçılara döyüş sirlərini öyrədir, təlimlər keçir, onlarda böyük ruh yüksəkliyi yaradır. Hər şeydən əvvəl, əsgərlərə mənfur düşmənə nifrət, vətənə sar-sılmaz məhəbbət hissi aşılayır. Təbii ki, bütün bunlar ta-borun hərbi əməliyyatlardakı uğurlarını şərtləndirən əsas faktorlar olur. Döyüşlərdə öz hərbi bacarığı, yüksək təş-kilatçılığı və nümunəvi xidməti ilə seçilən İlyas Əhmədov hərbi hissənin rəhbərliyinin tövsiyəsi və göndərişi əsasın-da Bakı Ali Ümumqoşun Komandirlər məktəbində hərbi təhsilini təkmilləşdirməyə göndərilir. Həmin hərbi təhsil

94

Bir bölüyün manifesti

ocağında hərbi biliklərini təkmilləşdirdikdən sonra leyte-nant rütbəsi ilə cəbhəyə qayıdan İlyas, Qarabağın müxtəlif ərazilərində erməni qəsbkarları ilə ağır döyüşlərdə iştirak edir. Artıq, Milli Ordunun yüksək ixtisaslı peşəkar zabiti kimi onu çətin sınaqlar gözləyirdi. Yapon xalqının məşhur frazasında deyildiyi kimi, məsuliyyət dağdan ağır, ölüm isə, tükdən də xəfif idi. Müharibə şəraitinin bütün çətin-liklərinə və məhrumiyyətlərinə baxmayaraq, İlyas profes-sional hərbi kadr kimi bu ağır imtahanların öhdəsindən məharətlə gəlir, ən çətin sınaqlardan belə alnıaçıq, üzüağ çıxmağı bacarır. Onun rəhbərliyi altında Füzuli rayonu əra-zisindəki 702 saylı hərbi hissənin heyəti bir sıra həlledici hərbi əməliyyatları uğurla başa vurur. Əlbəttə ki, bu nai-liyyətlərin mayasını tabor komandirinin hərbi peşəkarlığı, yüksək şəxsi iradi-mənəvi keyfiyyətləri təşkil edirdi.

1993-cü ilin avqustunda erməni qəsbkarları Füzuli rayo-nunu da işğal etdilər. Rayonun kəndlərinin işğalçılardan geri alınması uğrunda gedən döyüşlərdə onun bacarıqlı hərbi rəhbərliyi sayəsində onlarla yaşayış məntəqəsi düş-məndən təmizləndi.

Sonralar Yasamal taborunun II bölüyünün komandiri, leytenant Şəmsi Hüseynov İlyas Əhmədov haqqında deyə-cəkdi:

– İlyası mən hələ 1991-ci ildən tanıyırdım. O, cəsarətli, mə-tin, igid bir komandir idi. Mən onun dəqiqliklə hazırladığı döyüş planlarının dəfələrlə uğurla nəticələndiyinin şahidi olmuşam. O, bir komandir kimi döyüş planı hazırlamaq və onun icrası is-tiqamətində müvafiq əmrlər verməklə kifayətlənmirdi. O həm də, bu döyüş planının icra olunmasında şəxsən iştirak edir, əlində silah öz əsgərləri ilə çiyin-çiyinə döyüşürdü.

İlyas Əhmədov 1993-1994-cü illərdə 702 saylı hərbi his-sədə tabor komandiri, 2000-ci illədək isə, müxtəlif hərbi his-

95

Qaya Əliyev

sələrdə tabor komandiri, qərargah rəisi vəzifələrində çalış-mışdır. 2000-2007-ci illərdə «N» saylı hərbi hissədə xidmət etmişdir. Türkiyə Respublikasının qurucusu və ilk pre-zidenti dahi Mustafa Kamal Atatürk deyirdi ki, bir ordu-nun dəyəri onun zabit və komandanlıq heyətinin dəyəri ilə ölçülür.1 Məhz, İlyas Əhmədov kimi bacarıqlı və cəsur zabitlər atəşkəs dövründə həyata keçirilmiş hərbi islahatlar nəticəsində formalaşdırılmış Milli Ordumuzun dəyərini, döyüş hazırlığı və hərbi peşəkarlıq səviyyəsini xarakterizə etmişdir.

Ordudan ehtiyata buraxılan II qrup Qarabağ müharibəsi əlili İlyas Əhmədov 2011-ci ildə Azərbaycan Respublika-sı Dövlət Bayrağı Meydanının Mühafizə Xidmətinin rəis müavini vəzifəsinə təyin edilmişdir. Hal-hazırda bu mə-suliyyətli vəzifəni layiqincə yerinə yetirir, xalqa, vətənə sə-daqət andını nümunəvi xidməti ilə doğruldur.

Ustad şairimiz Bəxtiyar Vahabzadənin bu ibrətamiz mis-raları vətənə ləyaqətlə xidmət edən İlyasın sanki, hər gün özünə ünvanladığı hesabat xarakterli sualdır:

Sevgin gözlərində bizi böyütdü,Öyündün bizimlə, ey xalq, ey Vətən!Həmişə qəlbimdən bir sual ötdü:Sənin hörmətinə layiqəmmi mən?

Əlbəttə, keçdiyi şanlı döyüş yolu və şərəfli ömür sal-naməsi ilə qədirbilən xalqımızın qürur yerinə və qüdrət-li dövlətimizin iftixar mənbəyinə çevrilən İlyas Əhmədov kimi igid oğullarımız vətənin hörmətinə və el-obanın ehti-

1 Söylev ve Demeçleri, Atatürk Araştırma Merkezi, C.II, Ankara, 1997, s. 169

96

Bir bölüyün manifesti

ramına layiqdir. Şirvan torpağının tarixinə, Ağsunun salnaməsinə öz ad-

larını qızıl hərflərlə yazmış generallar Hüseyn Məmmədo-vun, Tərlan Əliyarbəyovun, Monqolustanın Xalq Qəhrəma-nı Söhbət Quliyevin və döyüşlərdə müxtəlif ali ordenlərə layiq görülmüş igid oğulların layiqli davamçısı olan pol-kovnik-leytenant İlyas Sərxan oğlu Əhmədovun gənc nə-sil üçün vətənə sonsuz məhəbbətin parlaq nümunəsi olan həyat və döyüş yoluna torpaqlarımızın düşməndən azad edilməsi uğrunda aparılacaq ikinci Qarabağ müharibəsin-də yeni şanlı səhifələr yazılacaq, İnşallah!

97

Qaya Əliyev

fqanıstan müharibəsindən Qarabağın müdafiəsinə... (Beynəlmiləl missiyadan Vətən borcuna)

Əgər Azərbaycanın oğulları, Azərbaycanın yetirmələri başqa bir ölkədə Sovet Ordusunun tərkibində vuruşa bilirdilərsə, qəhrəmanlıq nümunələri göstərə bilirdilərsə, deməli, onlar öz torpaqlarını daha cə-sarətlə, ürəklə qoruya bilər və torpaqlarımız uğrunda döyüşə bilərlər. Əfqanıstan müharibəsinin veteranları böyük qüvvədir. Onlar hərbi xidmətdə olmuş, müharibəni görmüş, döyüşün nə olduğunu hiss etmiş adamlardır.

Heydər Əliyev(Keçmiş beynəlmiləlçi döyüşçülərlə görüşdəki çıxışından – 4 no-

yabr 1993-cü il)1

Həyatda hər bir insanın alın yazısı onun gələcək taleyini müəyyən edir, ömür yolunu istiqamətləndirir.

Bu yolun acılı-şirinli bütün anları ona doğma olur. Çün-ki, bu yolun hər bir mərhələsi onun qismətindəki tale pa-yıdır. Mirhabil Səfa oğlu Rzayevin 52 illik həyat yolunun 2 ili odlu-alovlu Qarabağ müharibəsi illərinə təsadüf edib. Onun həyat yolunun spesifik cəhəti ondan ibarət idi ki, o, hələ sovet dövründə Əfqanıstanda hərbi xidmətdə olmuş-1 «Azərbaycan» qəzeti, 5 noyabr 1993-cü il.

Ə

98

Bir bölüyün manifesti

du. Döyüşlərdə ağır imtahanlardan keçmişdi. Döyüş bacarığı ilə yanaşı, psixoloji hazırlığı da yüksək səviyyə-də olmuşdu.

Vətəndən uzaqda, çətin relyefi, ke-çilməz dağları olan yad bir ölkədə neçə-neçə təhlükə ilə qarşılaşmış, bərkə-boşa düşmüş, dəmir iradəsi, psixoloji hazır-lığı, qətiyyəti onu qanlı döyüşlərdən alnıaçıq, üzüağ çıxarmışdı.

Müharibənin öz reallıqları var. Dö-yüşçünü ölüm-itim, xəsarət kimi təhlükələr hər an, kölgə kimi addım-addım izləyir. Beləcə, Mirhabil ağır döyüşlə-rin birində baş-beyin zədələnməsinə məruz qalır. Qəflətən yaxınlıqda partlayan mərminin zərbə dalğası bir neçə əs-gərlə yanaşı onu da kənara atır. Xoşbəxtlikdən sağ qalır. Sanki, Tanrı bu qorxmaz döyüşçünü öz vətəninin və xalqı-nın gələcək dar günləri üçün hifz edir...

Ordu sıralarından geri qayıdan Mirhabilin ömür yolu-nun yeni səhifəsi açılır. Rusiyanın Volqoqrad şəhərinə ge-dir. Burada ailəsinin maddi ehtiyaclarını ödəmək məqsə-dilə zavodların birində çilingər işləyir. Əmək fəaliyyəti ilə məşğul olmaqla yanaşı, həmvətənləri ilə sıx əlaqə saxlayır. Şəhərdə yaranan Azərbaycan cəmiyyətində fəal iştirak edir. 1989-1991-ci illərdə Mirhabilin bu şəhərdə fəaliyyəti xüsusilə diqqəti cəlb edir. Belə ki, bütün Sovet məkanını bürümüş milli-azadlıq hərəkatı dalğası Azərbaycandan da yan keçməmiş və keçmiş SSRİ məkanında yerləşən ölkələr-də yaşayan azərbaycanlılar milli-mədəni təşkilatlar yarat-mışdılar. Belə ilkin diaspor təşkilatlarından biri də Volqo-

Mirhabil Səfa oğlu Rzayev

99

Qaya Əliyev

qradda yaradılmışdı. Vəzifəsindən və cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, bütün vətənpərvər həmyerlilə-rimiz bu cəmiyyətin sıralarında birləşmişdi. Onlar xalqımı-zın zəngin tarixini, mədəniyyətini, şərəfli keçmişini təbliğ edir, müstəqillik ideyaları uğrunda gərgin, ardıcıl müba-rizə aparırdılar. Bütün bunlara baxmayaraq, əlbəttə ki, bö-yük alman şair-dramaturqu, mütəfəkkiri İohann Volfqanq Hötenin təbiri ilə desək, qürbət vətən ola bilməzdi. Yad ellərdə yaşayıb halal ruzisini qazanmaqla yanaşı, paralel olaraq doğma ölkəsinin mənafeləri naminə yorulmadan ça-lışan Mirhabilin vətən üçün döyünən ürəyi Respublikamız-da baş verən hadisələrlə əlaqədar rahatlıq tapa bilmirdi.

Tədricən bütün MDB məkanını bürüyən siyasi böhranlar və iqtisadi kataklizmlər yenicə dövlət müstəqilliyini bərpa etmiş Respublikamızdan da yan keçmir. Yeni iqtisadi müna-sibətlərə keçid, eləcə də birdən-birə bazar iqtisadiyyatının təşəkkülü, ilkin dövrlərdə cəmiyyətin müxtəlif təbəqələri arasında fərdiyyətçilik, şəxsi iqtisadi maraqlar, utilitarizm və s. meylləri gücləndirmişdi. Kimisi milli-azadlığı hər şey-dən üstün tutur, kimisi də çökməkdə olan imperiyanın yeni formatda qorunub saxlanılması tərəfdarı idi. Digər tərəfdən də, Qarabağda erməni separatçıları doğma torpaqlarımıza göz dikərək, qətllər, qarətlər və bu kimi müxtəlif cinayətlər törədir, yaşayış məntəqələrində dinc əhaliyə divan tutur-dular. Bu sarsıdıcı hadisələrdən xəbər tutan Mirhabil vətə-nin dar günlərində onun harayına çatmağa qərar verən bir neçə həmyerlimizlə birlikdə Azərbaycana qayıdır. Doğma yurdu, ata ocağı Dəvəçiyə (indiki Şabran) gəldikdən 1 ay sonra könüllü olaraq Qarabağ müharibəsinə yollanır. Bir

100

Bir bölüyün manifesti

sıra ağır döyüşlərdə iştirak edir. Digər döyüşçülərdən fərq-li olaraq, daha öncə iştirak etdiyi Əfqanıstan müharibəsin-də müharibə və aktiv döyüş əməliyyatları təcrübəsi qazan-mış Mirhabil bu hərbi təcrübədən Qarabağ müharibəsində məharətlə istifadə edərək bütün hərbi əməliyyatlarda öz cəsarəti, hünəri, qətiyyəti ilə fərqlənirdi. Döyüşlərdən əv-vəl onu çox vaxt gənc əsgərlər arasında söhbət apararkən müşahidə etmək olardı. Mirhabil belə fərdi söhbətlər va-sitəsilə onlara mətinlik, mübarizlik, qorxmazlıq aşılayırdı.

1993-cü ilin noyabrında Mirhabilin Qarabağda döyüş yolunun ikinci salnaməsi başlayır. O, Ulu Öndərimiz Heydər Əliyevin çağırışı ilə bir daha vətənin müdafiəsi uğrunda döyüşlərə atılmağı qərara alır. Tezliklə, o, Yasa-mal taborunda gənc və bacarıqlı leytenant Şəmsi Hüsey-novun komandiri olduğu II bölüyün tərkibinə daxil olur. Goran poliqonunda 2 aylıq təlim-məşqlərdən sonra bölük Füzuli rayonunda yerləşən 702 saylı hərbi hissəyə birləş-dirilir.

Dekabr ayında hərbi təlimlərdən sonra 1994-cü ilin yan-varın 5-də bölüyün ilk döyüş yolu başlayır. İlk döyüşlər-də özünü igid əsgər kimi göstərən Mirhabil hərbi koman-danlığın diqqətini cəlb edir. Bu döyüşlərdə o, təcrübəli taqım komandiri kimi öz əsgərlərinə şəxsi nümunə, hərbi kontingentə əzmkarlıq örnəyi olur. Həmin döyüşlərdə bir neçə erməni yaraqlısını məhv edən Mirhabil, sərrast atıcılıq qabiliyyəti ilə bölükdə tanınırdı. Bu cəsur döyüşçü zəruri hallarda kəşfiyyata da göndərilirdi. O, sərrast snayperçi qa-biliyyəti ilə hərbi əməliyyatlarda bir çox erməni quldurunu sıradan çıxarmışdı.

Aşağı Kürdmahmudlu, Yuxarı Seyidəhmədli kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak edən Mirhabil çox

101

Qaya Əliyev

təəssüflər olsun ki, uğurlu döyüş yolunu sonadək davam etdirə bilmədi. Belə ki, Yuxarı Seyidəhmədli kəndinin alın-ması zamanı ağır yaralanan şücaətli manqa komandiri hərbi hospitala müalicəyə göndərildikdən sonra ordudan tərxis edilir. Hal-hazırda o, II qrup Qarabağ müharibəsi əlilidir. Taleyin qismətidir ki, bu gün həm vaxtilə öz bey-nəlmiləl missiyasını yerinə yetirdiyi Əfqanıstan müharibə-sində, həm də doğma yurduna övladlıq borcunu verdiyi Qarabağın müdafiəsində yaralanmış Mirhabilin qanı doğ-ma vətəninin torpaqları ilə yanaşı, dost Əfqanıstanın da torpaqlarını bəzəməkdədir.

Əfqanıstan müharibəsindən doğma Qarabağımızın mü-dafiəsinədək uzun və zəngin döyüş yolu keçən Mirhabil Rzayev bu gün də Ali Baş Komandanın əmri ilə torpaqları-mızı erməni qəsbkarlardan azad etməyə hazırdır.

P.S. Çox maraqlıdır ki, doğma Azərbaycanımızla yanaşı, Mirhabil Rzayevin vaxtilə döyüşdüyü Əfqa-nıstanda da, Kabil şəhərinin yaxınlığında və Baqram aviabazasının 20 km cənub şərqində Qarabağ adlı bölgə mövcuddur.

P.P.S Əgər yaşasaydı, qardaşı Cəlil də bu amalda olardı. Qarabağ döyüşlərində fədakarlıqla vuruşan bu vətənpərvər gənc də şanlı döyüş yolu keçib. Ağdam ra-yonunun erməni qəsbkarlarından azad edilməsi uğrunda gedən döyüşlərdə Sumqayıt taborunun tərkibində mərd-liklə vuruşub. Amma, görünür bu da taleyin ironiyasıdır ki, müharibənin odundan, alovundan sağ-salamat çıxan cəsur döyüşçü, müharibədən bir neçə il sonra ağrılı-a-cılı o dövrlərdə mübtəla olduğu xəstəlikdən dünyasını dəyişdi, Tanrı dərgahına qovuşdu. Yeri behiştlik olsun!

102

Bir bölüyün manifesti

əsur kəşfiyyat komandiri

Kəşfiyyatçılar görünən cəbhənin görünməyən döyüşçülə-ridir və onlar ordunun görən gözləri, eşidən qulaqları, vuran əlləridir. Onlar ən cəsur və çox ağıllı insanlardır. Kəşfiyyat-çıların gətirdiyi məlumatların hesabına düşmənin bütün niy-yətlərini əvvəlcədən bilmək mümkündür. Düşmənin niyyəti-ni əvvəlcədən bilən isə, müharibədə faktiki olaraq Tanrı kimi hərəkət edir.

Sun-Tzı

O, 1963-cü ildə Füzuli rayonu-nun Qaracallı kəndində dünyaya göz açıb. Orta təhsilini başa vur-duqdan sonra ordu sıralarında xid-mət edib. Rayonda yerləşən peşə məktəbində təhsil alıb. Peşəsi üzrə əmək fəaliyyəti ilə məşğul olub. Bütün bunlar Hüseyn Yaşar oğlu Hüseynovun ömür yolu haqqında ilkin məlumatlardır.

1991-ci ildən etibarən onun gənc ömrünün təlatümlü dövrü başla-yır. Respublikamızın həyatında baş

C

Hüseyn Yaşar oğlu Hüseynov

103

Qaya Əliyev

verən təlatümlər onun şəxsi həyat yoluna da sirayət edir. Ata-baba yurdumuz olan Dağlıq Qarabağa və ətraf rayon-lara göz dikən erməni separatçıları dinc əhalinin sərvətini talayır, evləri yandırır, hətta qətllərdən belə çəkinmir-dilər. Bu azğın və qəfil hücumlar getdikcə intensiv xarak-ter alırdı.

Erməni yaraqlılarının aramsız təxribat və soyğunçu-luqlarına məruz qalan ərazilərimizdən biri də Hüseynin doğulub boya-başa çatdığı Füzuli rayonu idi. 1992-ci ildə Füzulinin Dağlıq Qarabağla həmsərhəd olan kəndlərində vəziyyət olduqca gərginləşmişdi. Erməni qəsbkarlarının bu kəndlərə aramsız basqınları, hətta dinc əhalinin həyatına qəsd etmələri vətənin digər qeyrətli oğulları kimi Hüseynin də qəlbində bədnam, nankor qonşularımıza qarşı nifrət və qisas hissini alovlanırdı. O, könüllü şəkildə Füzuli Rayon Hərbi Komissarlığına ordu sıralarında döyüşmək arzusu ilə müraciət etdi. Bundan əvvəl rayonun kəndlərinin mü-dafiəsində fəallıq göstərməsi və döyüş təcrübəsi nəzərə alı-naraq, o kəşfiyyat bölüyünə taqım komandiri təyin edildi.

Böyük Çin strateqi Sun-Tzının qeyd etdiyi kimi, kəş-fiyyat ordunun görən gözü, eşidən qulağıdır. İnformasiya təminatı, düşmənin canlı qüvvəsi və hərbi texnikasının kə-miyyət və keyfiyyət göstəriciləri barədə dolğun məluma-ta malik olmaq qələbənin başlıca determinantlarındandır. Beləliklə, bu səssiz savaşın - kəşfiyyat müstəvisində mənfur düşmənə qarşı aparılan mübarizənin qəhrəmanlarından olan Hüseynin başçılığı ilə kəşfiyyat qrupumuz düşmənin canlı qüvvəsi, döyüş texnikası, yerləşdiyi ərazi, maddi-tex-niki təminatı, həmin sahənin xüsusiyyətləri, əlaqə imkan-ları və s. barədə mühüm məlumatlar əldə edib, hərbi ko-

104

Bir bölüyün manifesti

mandanlığa bildirirdi. Mühüm və həlledici döyüş planları məhz, bu qəhrəman, qorxmaz və peşəkar kəşfiyyat qrupu-nun gətirdiyi əhəmiyyətli məlumatlara əsasən tərtib olu-nurdu. Bu mühüm məlumatlar hərbi əməliyyatlarda mini-mum itki ilə qələbəni təmin edirdi. Füzuli rayonunun digər kəndlərinin düşməndən azad edilməsi əməliyyatlarında Hüseynin bacarıqla rəhbərlik etdiyi kəşfiyyat qruplarının böyük rolu olmuşdur.

Böyük Çin strateqi Sun-Tzıdan gətirdiyimiz sitatdan gö-ründüyü kimi, kəşfiyyatçılar ordunun görən gözləri, eşidən qulaqları olmaqla yanaşı, həm də vuran əlləridir. Təbii ki, Hüseynin rəhbərlik etdiyi kəşfiyyat qrupu kəşfiyyat apar-maqla, düşmən haqqında zəruri hərbi məlumatları topla-maqla kifayətlənmirdi. Bəzən, qəfildən erməni yaraqlıları ilə üz-üzə gələn kəşfiyyatçılarımız sayıqlıqlarını itirmir, cəsarətlə onları məhv edirdilər. Kəşfiyyatçılar hər an ölüm təhlükəsi, gözlənilməz vəziyyətlər, hadisələrlə üzləşə bilər-lər. Burada peşəkarlıq və operativlik, soyuqqanlılıq, səbir, uzaqgörənlik, hadisələri düzgün analiz edib çevik qərar qəbul etmək qabiliyyəti tələb olunur. Bütün bu keyfiyyət-lərə malik olan təcrübəli kəşfiyyatçı Hüseyn Hüseynovun peşəkarlığı və bacarığı sayəsində döyüşlərin yüksək mü-vəffəqiyyətlə nəticələnmişdi. Məhz, bu nailiyyətlərə görə döyüş xidmətləri yüksək qiymətləndirilmiş, «Azərbaycan Bayrağı» ordeninə layiq görülmüşdür. Təltif olunduğu Fəxri Fərmanlar, təşəkkürnamələr Hüseynin rəşadətli və qorxmaz bir kəşfiyyatçı kimi döyüşlərdə göstərdiyi qəh-rəmanlıqların rəsmi sənədlərdəki inikasıdır. Xalq Şairimiz Məmməd Arazın bu ölməz misralarında deyildiyi kimi:

105

Qaya Əliyev

Heç bir mükafatın yetmədi mənə,Bircə “sağ olun” da bəsimdi, vətən!Bəsimdir, hər səhər təltif yerinəQapımda küləyin əsibdi, vətən!

Hüseyn Hüseynovun Füzuli uğrunda gedən hərbi əmə-liyyatlarda Yasamal taborunun II bölüyünün təcrübəli ko-mandiri, gənc leytenant Şəmsi Hüseynovla dostluğu onun döyüş yolunda yeni səhifə açır. Xalqımızın hər iki vətənpər-vər oğlunun qəlbi doğma Azərbaycanımıza ləyaqətlə xid-mət etmək, ərazilərimizi mənfur düşməndən azad etmək arzusu ilə alışıb-yanır. Onların birlikdə hazırladığı və həya-ta keçirdikləri döyüş planları əsasında bir çox azğın erməni cəlladı məhv edilmişdir.

1994-cü ilin mayında cəbhədə atəşkəs elan olunduqdan sonra, Hüseyn Hüseynov arxa cəbhədə hərbi xidmətini da-vam etdirir. 2014-cü ilə kimi taqım komandiri vəzifəsində çalışır. Bu ildən etibarən isə hərbi hissədə mülki vəzifədə öz xidmətinə davam edir.

«Vətən-anadır, biz-övladları. Anaya layiqli övlad olmaq hər bir kəsin müqəddəs borcudur» deyən və daim ürəyi vətən eşqi ilə alovlanan Hüseyn Hüseynov keçdiyi şərəfli həyat və dö-yüş yolu ilə, doğrudan da bu fikirlərin onun həyat yolunun əsas kredosu olduğunu əyani surətdə sübut etmişdir. Onun mənalı ömür yolu hər bir gəncə vətəni dərin məhəbbətlə sevməyin və onun uğrunda hər cür fədakarlığa hazır olma-ğın bariz nümunəsidir.

106

Bir bölüyün manifesti

gid odur, atdan düşə atlana...Əgər yeddi canım olsaydı onun yeddisini dəVətənə qurban verib məhəbbətimdən keçməzdim. Lakin böyük yaradan bizə bir can verib.

İlyas Əfəndiyev

Nurbala Bünyad oğlu Əliyev 1963-cü ildə Ağdam rayonu nun Əliağalı kəndində müəllim ailə-sində dünyaya göz açmışdır. 1979-cu ildə orta məktəbi bi tir miş, 1980-ci ildə isə, Elektron Hesablayıcı Maşınlar zavodunda əmək fəaliy-yətinə başlamışdır. 1981-1983-cü illərdə ordu sı ra la rında xidmət etmiş, hərbi xidmətini başa vur-duqdan sonra yenidən doğma kollektivdə fəaliyyətini davam etdirmişdir. 1991-ci ildə isə əmək fəaliyyətinə Bakı Metropolitendə

davam etmişdir. Əvvəlcə maşinist köməkçisi, sonra isə maşinist vəzifələrində çalışmışdır. 1993-cü ilin noyabrın-da dövlət başçısı, Ulu Öndər Heydər Əliyev cənablarının «Vətən təhlükədədir» çağırışı ilə xalqa müraciətindən son-ra bu çağırışa səs verən minlərlə igid oğullarımızdan biri

Nurbala Bünyad oğlu Əliyev

I.

107

Qaya Əliyev

də Nurbala Əliyev olmuşdur. Metropolitendə təşkil ol-unan könüllü bölüyün taqım komandiri kimi mərdliklə döyüşlərə atılan Nurbala Əliyev Füzuli bölgəsinin Qorqan, Şükürbəyli, Kürdmahmudlu, Aşağı və Yuxarı Seyidəhməd-li və digər kəndlərinin düşməndən azad edilməsində fəal iştirak etmişdir.

1994-cü ilin martın 4-də Füzuli rayonunun Yuxarı Seyid əhmədli kəndi uğrunda qızğın döyüşlər gedirdi. Yüksək döyüş hazırlığına və ruh yüksəkliyinə malik olan əsgərlə rimiz düşmənə sarsıdıcı zərbələr vururdular. Həmin döyüşdə Nurbala komandirdən yeni mühüm bir tapşırıq alır. Bu tapşırığın mahiyyətini sağ cinahdan düşmən mövqelərinə gizli şəkildə yaxınlaşıb, onlara sarsıdıcı zərbə endirmək kimi mühüm döyüş əməliyyatı təşkil edirdi. O, bir neçə nəfər igid döyüşçü ilə bu vəzifənin öhdəsindən gəlmək üçün səfərbər olur. Verilən tapşırıq nə qədər çətin olsa da o, mütləq yerinə yetirilməli idi. Nurbala və onun döyüş yoldaşları bu strateji əhəmiyyətli vəzifəni layiqincə yerinə yetirirlər. Düşmən göz-ləmədiyi mövqedən qəfil atəşə tutulur və xeyli canlı qüvvə və hərbi texnika itirir. Bu döyüşdə böyük rəşadət göstərən Nurbala Əliyev hərbi hissənin komandanlığı tərəfindən Fəxri Fərmanla mükafatlandırılır. Ağır döyüşlərin birində Nurbala yaralanır. Amma, buna baxmayaraq, o, yenidən döyüşlərə atılmaq arzusu ilə yaşayır. Öz döyüş yolunda «İgid odur atdan düşə atlana» deyimini rəhbər tutan Nur-bala, müalicə olunduqdan sonra yenidən bölüyə qayıdır, döyüşlərə atılır.

O, 1994-cü ilin sonlarında ordudan tərxis edilərək, doğ-ma kollektivə qayıdır. Hal-hazırda əmək fəaliyyətini da-vam etdirir.

108

Bir bölüyün manifesti

ətən yanğısıVətəndən əziz heç bir şey yoxdur.

Lukian

Abutalıb Əlzaman oğlu Ab-basov 1958-ci ildə Bakı şəhərinin Yasamal rayonunda dünyaya göz açıb. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. 1979-cu ildə mebel fabrikində əmək fəaliyyətinə başlayıb. Halal zəhməti ilə ruzisini qazanan, başı gündəlik məişət qayğılarına qarı-şan, gənclik illərinin gözəl çağla-rını yaşayan Abutalıb tale yolla-rında onu gözləyən odlu-alovlu mü haribə günlərindən xəbərsizdi.

Beləcə, günlər aylara, aylar illərə calanıb ömür qatarının sa kit cə öz axarı ilə getdiyi bir anda, gözlənilmədən Abu-talıbın hə ya tında kəskin dəyişikliklərə səbəb olan, taleyini büsbütün dəyişən hadisələr baş verdi. Qarabağ müharibəsi hər bir vətən övladı kimi onun da həyat yoluna öz möhü-rünü vurdu.

V

Abutalıb Əlzaman oğlu Abbasov

109

Qaya Əliyev

Abutalıb hər gün cəbhədən gələn xəbərləri ürək ağrısı ilə eşitdikcə bir yerdə qərar tuta bilmir, dinc şəhər həyatı onu sıxırdı. Hər gün Qarabağdan gələn şəhid cənazələri, iş-ğal xəbərləri onu rahat buraxmır, orada igid oğullarımızın mənfur düşmənlə üz-üzə ölüm-dirim savaşı apardığı bir dövrdə Respublikanın paytaxtında, mərkəzində, təhlükəsiz və dinc şəraitdə gündəlik məişət qayğıları ilə yaşamağı öz şəxsiyyətinə və qüruruna sığışdıra bilmirdi. Elə buna görə də, ürəyi sonsuz vətən məhəbbəti ilə döyünən, onun azad-lığı yolunda son damla qanadək döyüşməyə qərar verən Abutalıb bir qarlı qış günü könüllü olaraq Ağdam rayo-nuna yola düşür. Ağdamın müdafiəsində dayanan çinar oğulların cərgəsinə qoşulur. Qiyaslıdan başlanan döyüş yolunun sonuna isə, hələ neçə-neçə zəfər dolu aylar, illər qalırdı.

Abutalıbın da daxil olduğu özünümüdafiə taboru Ağ-damın bir sıra kəndlərinin erməni yaraqlılarından müda-fiəsində əsl fədakarlıq nümunəsi göstərdi. Ağdam rayo-nunun Canyataq, Gülyataq, Şıxbulaq kəndlərinin erməni barbarlarından müdafiə olunmasında Abutalıb öz cəsarəti, mərdliyi və şücaəti ilə fərqlənirdi. Komandir bu döyüşlərin birində ona mühüm əhəmiyyətli bir döyüş tapşırığı vermiş, igid döyüşçü bu tapşırığı məsuliyyətlə yerinə yetirməklə, taborun sonrakı qələbəsinin təmin olunmasında öz hərbi xidmətini ləyaqətlə yerinə yetirmişdi.

Ağdam mətanətlə döyüşür, əzmlə müdafiə olunurdu. Şəhidlər, yaralılar, itkin düşənlər...Bütün bunlara baxmaya-raq, mərd oğullarımız düşmən qarşısında əyilmir, sınmırdı. Dağ kimi, qaya kimi vüqarla düşmən hücumlarına sinə gə-rir, ona sarsıdıcı zərbələr endirirdilər. Bu qanlı döyüşlərdə

110

Bir bölüyün manifesti

Abutalıb qorxubilməz bir vətən övladı kimi hünərlə vuru-şurdu. Artıq, döyüşlərdən-döyüşlərə polad kimi bərkiyən Abutalıbın qəlbinə yalnız bir hiss hakim kəsilmişdi: Erməni qəsbkarlarına qarşı son damla qanadək döyüşərək, Vətənin bir qarış torpağını da düşmənə verməmək. Çox təəssüflər olsun ki, Abutalıbın uğrunda öz canını belə verməyə hazır olduğu Ağdam şəhəri düşmən işğalına məruz qaldı. Ağ-dam uğrunda gedən ağır döyüşdə yaralanaraq hərbi hospi-tala müalicəyə göndərilən Abutalıb, bu yaradan büdrəsə də yıxılmadı və yenidən ayağa qalxaraq qanlı döyüşlərə atıl-mağa qərar verdi. «İgid odur, atdan düşə atlana, igid odur, hər əzaba qatlana» deyib müdriklərimiz.

Bu dəfə Abutalıb 1993-cü ilin noyabrında təşkil edilən Yasamal taborunun tərkibində bacarıqlı və səriştəli bölük komandiri Şəmsi Hüseynovun rəhbərliyi altında Füzuli rayonunun bir sıra kəndlərinin düşməndən azad edilmə-si uğrunda aparılan hərbi əməliyyatlarda fəal iştirak edir. Ağdam müdafiəsində şəxsən iştirak edən Bölük komandi-ri, Abutalıbı yaxından tanıdığına, onun potensialına yaxın-dan bələd olduğuna görə ona təcrübəli bir döyüşçü kimi ən mühüm hərbi tapşırıqlar verirdi. Belə ki, kəşfiyyat məlu-matlarının toplanılması bölük komandiri tərəfindən məhz, Abutalıba həvalə edilmişdi. İgid döyüşçü Füzuli rayonu-nun Kürdmahmudlu, Şükürbəyli, Seyidəhmədli, Əbdür-rəhmanlı kəndlərinin mənfur erməni işğalçılarından azad edilməsində öz fədakarlığı ilə seçilmişdi. Bu döyüşlərdə o, neçə-neçə erməni yaraqlısını zərərsizləşdirmişdi.

1994-cü ilin may ayında cəbhə boyu elan olunmuş atəş-kəsdən sonra Abutalıb ordudan tərxis olundu. Bu gün o öz döyüş dostları ilə tez-tez görüşür, onlarla unudulmaz cəbhə

111

Qaya Əliyev

xatirələrini bölüşür. Cəbhə xatirələri çözələnir, iftixar dolu döyüş epizodları yada düşür. Vətən torpağının düşmən-dən müdafiəsi uğrunda gedən qanlı döyüşlərdə göstərdiyi rəşadət, igidlik, hünər bu gün onun təsəlli yeridir. O, inanır ki, vətənimizin düşmən tapdağından azad olunacağı gün tam təsəlli tapacaq və mənəvi rahatlığa qovuşa biləcək.

112

Bir bölüyün manifesti

arabağ nisgiliVətəndən məhrum olmaq yetimliyin başqa bir formasıdır.

Əbu Turxan

- Baba, biz Ağdama nə vaxt gedəcəyik? Sən o torpaqdan elə danışırsan ki, quş olub, ora uçmaq istəyirəm. Biz getsək, er-mənilər qorxub qaçar hə?!

Əkbər nəvəsinin təkidli sualların-dan, üzünə dikilən kiçik Əkbərin nəzərlərindən baxışlarını yayındır-mağa çalışdı, bir anlığa qəlbi qubar-landı, gözləri yaşardı. Kövrəldiyini nəvəsi görməsin deyə üzünü yana çevirdi.

Azacıq toxtayıb, nəvəsinin saç larını sığalladı, yalnız «İnşallah» deyə bildi.

Xəyallar, xatirələr qoynunda doğma yurdu Ağdama qa-yıtdı. O yerə ki, Azərbaycan mədəniyyətinə görkəmli şəxsi-yyətlər bəxş etmişdi. Musiqi xəzinəmizə əvəzolunmaz ifa-ları qızıl hərflərlə yazılan el sənətkarları, xanəndələr, yazıçı və şairlər burada doğulub, boya-başa çatmış, xalqımızın nüfuzlu ziyalıları kimi hörmət və ehtiram qazanmışdılar.

Əkbər Hidayət oğlu Qurbanov

Q

113

Qaya Əliyev

Böyük sənət məbədi olan bu qədim şəhərin müdafiəsi uğrunda gedən ağır döyüşlərdə Əkbər də könüllü olaraq iştirak etmişdi.

Yüksək intizamlı və igid əsgər kimi özünü göstərmiş-di. Ağdamın hər qarışı ona doğma idi. Ona görə də müharibənin elə ilk günlərindən Ağdam özünümüdafiə taboruna üzv yazılmışdı. İlk döyüşlərdə öz qorxmazlığı ilə komandirin diqqətini cəlb etmişdi. Novruzlu, Abdal-gülablı, Şirxəvənd, Qaralar, Mərzili, Əhmədavar... sayını daha da artıra biləcəyimiz bu yaşayış məntəqələrinin er-məni barbarlarından müdafiəsində Əkbərin xüsusi xid-mətləri olmuşdu. Taborda o igid, cəsur və qorxmaz bir əs-gər kimi tanınırdı. Bu ehtiramı isə, əlbəttə, o öz şücaəti və mərdliyi ilə qazanmışdı.

İtirilən torpaqların ağrı-acısının qəlbindəki göynərtiləri silinməmiş Əkbərin ürəyində əbədi bir həsrət yuva saldı: Ağdamın işğalından sonra doğma yurda dönmək həsrəti. O həsrət ki, onu illərlə qəlbində yaşadırdı, açılan neçə-neçə səhərinin ilk ümidi idi. Atadan oğula, oğuldan nəvəyə, nəsildən nəsilə keçən bu həsrət bitib tükənmirdi. Böyük şairimiz Səməd Vurğunun dediyi kimi:

İnsаn dеyib-gülməz vətəndən аyrı, Cаn nеcə yаşаsın bədəndən аyrı?!

Əkbər Qurbanovun həyat yolunda daha bir əsaslı dönüş 1993-cü ilin payızında baş verdi. Ulu Öndərimiz Heydər Əliyev cənablarının noyabr ayında «Vətən təhlükədədir» çağırışı ilə xalqa müraciətinə ilk səs verən qeyrətli vətən oğullarından biri də Əkbər oldu.. O, könüllü olaraq, Yasa-mal taboruna üzv yazıldı. Taborun II bölüyünün tərkibində zəngin və nümunəvi döyüş yolu keçmiş gənc leytenant

114

Bir bölüyün manifesti

Şəmsi Hüseynovun başçılığı ilə hərbi təlimlərə qatıldı. Təlimlər bu vaxta qədər müxtəlif odlu-alovlu döyüşlərdə bərkimiş cəsur vətən oğlu üçün o qədər də çətin deyildi. Hər zaman sınaqlardan alnıaçıq, üzüağ çıxmışdı. Hər bir döyüşdə özünü igid və cəsarətli əsgər kimi təsdiq edən Ək-bərin şücaəti, onun sonsuz vətən məhəbbətinə, dövlətinə, xalqına sarsılmaz sədaqətinə əsaslanırdı.

Əkbərin daxil olduğu II bölük 1994-cü ilin yanvarın 5-də Füzuli rayonunun Zobucuq meşəsində hərbi əməliyyatlara başladı. Rayonun bir sıra kəndlərinin erməni işğalçıların-dan azad edilməsində fəallığı ilə seçildi. Onun şərəfli döyüş yolu mayın 12-dək (atəşkəsə qədər) davam etdi. Bölük ko-mandiri Şəmsi Hüseynov bu fədakar əsgəri barədə bizimlə söhbətində ürəkdolusu xatirələrini danışdı:

– Əkbər bölüyümüzün qorxmaz döyüşçülərindən biri idi. Mən bütün döyüşlərdə onun igidcəsinə vuruşacağına inanırdım. Çün-ki o, bu döyüşlərə qədər bir çox hərbi əməliyyatlarda iştirak etmiş, kifayət qədər döyüş təcrübəsi toplamışdı. Bölüyümüzün qarşısına qoyulan bütün hərbi tapşırıqların tam və vaxtında yerinə yetir-ilməsində Əkbərin də öz hünər payı vardı. Elə bir döyüş olmayıb ki, qələbəmizdən sonra bu cəsur vətən oğlunun şücaətini digər əsgərlərə nümunə göstərməyim. Mən onun mərdliyi ilə həmişə fəxr etmişəm.

Bu gün qəhrəmanlıq izləri Kürdmahmudlu, Seyid-əhmədli, Şükürbəyli, Qorqan və digər kəndlərdə qalan igid əsgər Əkbər Hidayət oğlu Qurbanov, nəvəsinin «ata- baba ocağı Ağdama nə vaxt qayıdacağıq» sualına indi cavab verməkdə çətinlik çəkir. Mühacir şarimiz Almas İldırımın 1934-cü ildə qürbətdə qələmə aldığı və doğma vətəninin

115

Qaya Əliyev

ətrini duymamış övladına həsr etdiyi “Azərin duası” şeiri sanki, Əkbərin vətən həsrətinin...

Həsrət qalıb dоğma yurdun nazlı müşfiq qucağına, Gözlər yaşlı, bоyun bükük, vətənsizmi öləcəyəm?

...və doğma Ağdam haqqında təsəvvürü hələ ki, qiyabi səviyyədə - babasından eşitdiyi xatirələr qədər olan nəvəsi-nin yurd nisgilinin poetik ifadəsidir:

Dünya sеvdi, mən də sеvdim, еllər güldü, mən ağladım. Sеvdim, amma dizlərinə bir dəfə də baş qоyduğum yох. Tanrım! Mana çохmu gördün оd sоvuran tоrpağımı? Cənnət sənin, Kəbə sənin, bir məzarlıq yurdumu vеr! Cəhənnəmdən alsın buraх dünya mənim sоrağımı, Mənə yalnız bir içim su, baş qоyacaq bir az da yеr.

Amma, Əkbər inanır ki, nəvəsi böyüyəcək və bir gün mütləq o doğma diyara gedə biləcək. Yalnız bu ümid-lə təskinlik tapır ki, heç olmasa, nə vaxtsa nəvəsi onun görə bilmədiyi müqəddəs yurdunun gözəlliklərinin ətrini duyacaq...

116

Bir bölüyün manifesti

üsəlləh əsgər

Mən, ya vətənimin rifahı üçün yaşamalı, yaxud da onunla birlikdə məhv olmalıyam.

M.T.Siseron

Qarabağ savaşında zəngin döyüş təcrübəsi toplamış gənc leytenant Şəmsi Hüseynov bu gecə çox qayğılı gö-rünürdü. Bu da səbəbsiz deyildi. Axı, onun başçılıq etdiyi Yasamal taborunun II bölüyü sabah ilk döyüşünə başlaya-caqdı. Hərbi təlimlərin nəticələri döyüşün sonunda bəlli olacaqdı. Doğrudur, təlimlər zamanı o, hər bir döyüşçüyə fərdi yanaşmış, hər biri ilə ətraflı söhbət aparmış, hər bir əsgərin mənəvi-psixoloji durumunu öy rən mişdi. Hətta, şəxsi heyətin ailə-məişət problemləri ilə də maraqlanmış-dı. Komandir aydın şəkildə başa düşürdü ki, sadalanan amillər döyüşün taleyinə təsir edən mühüm, bəlkə də həl-ledici determinantlardır. Elə buna görə də, o hər bir əsgərə diqqətlə, həssaslıqla yanaşırdı. Komandir döyüşçülərin ha-zırlıq vəziyyətini yoxlayarkən əslən Cəlilabad rayonundan olan könüllü Azad Şəkərovun əsgər yoldaşları ilə söhbə-tini eşitdi. Azad deyirdi ki, insan doğma yurdu üçün, öz həyatını belə qurban verməyə hazır olmalıdır. «Vətən darda

M

117

Qaya Əliyev

olanda, onun harayına öv-ladları gəlməlidir. Sabah biz vətən torpaqlarının hər bir qarışını mənfur düşməndən azad etmək naminə cəsarət-lə və inamla döyüşə atılma-lıyıq. Kişi kimi, mərdliklə vuruşmalıyıq. Öləndə də, qoy ata-anamız, bacı-qarda-şımız, yaxınlarımız bilsin ki, mərdliklə, son damla qanı-mızadək döyüşmüşük. Qar-daşlar, möhkəm olun!

İnşallah, nankor erməni qəsbkarlarının sabah dərsini verəcəyik!»

Bayaqdan, Azadın əs-gər yoldaşları ilə söhbə-tini dinləyən Şəmsi onlara yaxınlaşdı, əlini bu vətənpərvər döyüşçünün çiyninə qoyub, iftixar hissi ilə gülümsəyərək: «Mən nəinki sənin, bütün əsgərlərimin mərdliyinə, dəyanətinə əminəm. Dediyin bu sözlər bilin ki, elə mənim də sizə deyəcəyim fi-kirlərdir. Tanrı heç vaxt haqqı nahaqqın ayağına verməz. Qələbə bi-zimlədir. Özünüzü və yoldaşlarınızı qoruyun. Allah amanında!»

Döyüşçülərdən ayrılanda komandir kövrəlmişdi. Axı, sabah bəlkə də, onun ürək-dirək verdiyi, ruhlandırdığı dö-yüşçülərdən kimlərsə yaralanacaq, şəhid olacaq, gözlərini əbədi yumacaqdı. Bəlkə də, bu gün hal-əhval tutduğu, sa-lamlaşdığı, ailə vəziyyəti ilə maraqlandığı əsgərini sabah bir daha görə bilməyəcəkdi, bəlkə də bir daha ondan hal-əhva-

Azad Şükür oğlu Şəkərov

118

Bir bölüyün manifesti

lını soruşa bilməyəcəkdi. Bu itkilərə o, hazır olmalıydı... Bu düşüncələrlə o, səhəri dirigözlü açdı. Səhər isə... Zobucuq meşəsi tankların vahiməli nəriltisinə, ağır hərbi texnikanın, artilleriyanın tükürpərdici uğultusuna büründü. Beləcə, Yasamal taborunun II bölüyü Aşağı Kürdmahmudlu kən-di uğrunda döyüşə başladı. Gənc zabit Şəmsi Hüseynov yüksək peşəkarlıqla hərbi əməliyyatı idarə edirdi. Döyüş-çülərdə ruh yüksəkliyi müşahidə olunurdu. Komandirin bir neçə gün ərzində çəkdiyi zəhmət öz bəhrəsini vermiş-di. Artıq, günortaya yaxın düşmən qüvvələri geriyə sıxış-dırıldı. Şər qarışanda isə artıq, döyüşün taleyi demək olar ki, həll olunmuşdu. Qazanılan qələbədə cəsarətlə döyüşən Azadın da payı var idi. Komandir, döyüşdə fərqlənən əs-gərlər sırasında bu cəsur döyüşçüyə də təşəkkür etdi. Bu ilk döyüş Azadın yüksək şəxsi mənəvi-psixoloji keyfiy-yətlərinin inikası oldu. Sonrakı hərbi əməliyyatlarda da, o özünü əzmkar, mətin, cəsarətli döyüşçü kimi göstərdi. Fü-zuli rayonunun kəndlərinin erməni qəsbkarlarından azad olunmasında fədakarlıqlar nümayiş etdirdi. Hər bir döyüş-də onun təcrübəsi artır və bu təcrübəni bölüyə gələn yeni döyüşçülərə həvəslə öyrədirdi. Kürdmahmudlu, Seyidəh-mədli, Şükürbəyli, Əbdürrəhmanlı və digər kəndlərin düş-məndən azad edilməsində şəxsi şücaət göstərdi. 1994-cü ilin mayında atəşkəs elan edildikdən sonra Azad Şəkərov ordudan tərxis olundu. Hal-hazırda əmək fəaliyyətini da-vam etdirir. Onu tez-tez məktəblilər və gənclər arasında görmək olar. Azad, gənclərə Qarabağ müharibəsində özü-nün və səngər yoldaşlarının keçdiyi şərəfli döyüş yolundan söhbət açır, iştirak etdiyi döyüş epizodlarından danışır. Onlara vətəni sevməyin, onu göz bəbəyi kimi qorumağın vacibliyini izah edir.

119

Qaya Əliyev

ətən fədaisiVətəndən kənarda xoşbəxtlik yoxdur, hər kəs doğma

torpaqda kök salmalıdır.İ.S.Turgenev

O, da körpəlikdən ata-ana qay-ğısına bələndi, uşaqlıq illərinin şirin çağlarını yaşadı. Orta mək-təbdə biliklərə yiyələndi. Uşaqlıq illərinin nağıllardakı xəyal dün-yasını, yeniyetməlik dövrünün şeirlərdəki romantikasını yaşadı.

Yel qanadlı illər, aylar bəs niyə belə tez ötdü? Axı, onun qəlbində hələ neçə-neçə uşaqlıq arzuları, yeniyetməlik xəyal ları qalmışdı. Hər gün doğulan, ülviləşən, insa-nın özü ilə birlikdə böyüyən arzu-lar... Məgər bu istəkləri, arzuları, duyğuları hər birimiz yaşamamışıqmı? Bəzən, bu arzula-ra çata bilməyəndə kədərlənmişik. Heç də, həmişə səadət məşhur misralarda deyildiyi kimi insanın öz əlində, işin-də, gücündə, əməlində olmur. Bəzən bizdən asılı olmayan

V

Çingiz Süleyman oğlu Əliyev

120

Bir bölüyün manifesti

obyektiv gerçəkliklər bu arzulara gedən yollara sədd çəkir, bəzən şəxsi arzularımızı özümüz, könüllü və şüurlu şəkil-də vətənimizin, xalqımızın taleyinə, ülvi amallara qurban verməli oluruq. Bu belə də olmalıdır. Vətən yoxdursa, biz də yoxuq. Vətənin taleyi bizim şəxsi arzularımızdan öndə dayanmalıdır. Barəsində söhbət açdığımız Çingiz də, öz şi-rin gənclik arzularını vətənin taleyinə qurban verməyə ha-zır olmuş oğullarımızdandır.

Belə ki, Çingiz Süleyman oğlu Əliyev Bakı şəhərində anadan olub. 138 saylı orta məktəbdə təhsil alıb. 56 saylı peşə məktəbini bitirib. Daha sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtdıqdan sonra 9 saylı Tikinti İdarə-sində əmək fəaliyyətinə başlayıb. Bütün bunlar qəhrəma-nımızın Qarabağ müharibəsində iştirakına qədər keçdiyi həyat yolunun statistikasıdır. Məgər insan həyatı təkcə sta-tistikadan, rəqəmlərdən ibarətdir? Əlbəttə ki, yox! Bu illər ərzində Çingizin ömür səhifələrinə neçə-neçə unudulmaz xatirələr, şirin anlar yazılıb.

Vətənə məhəbbət isə, onun qəlbinin ən həssas yerində qərar tutub. Canından çox sevdiyi vətəninin başının üstü-nü alan qara buludlar onu rahat buraxmır. Tərəddüd etmə-dən şəxsi arzularını, istəklərini, xəyallarını vətənin taleyinə qurban verməyə hazır olan Çingiz, 1993- cü ilin noyabrında ölkə başçısı Heydər Əliyev cənablarının «Vətən təhlükədə-dir» çağırışına səs verib, Yasamal Rayon Hərbi Komissarlı-ğına gələrək, könüllü olaraq ön cəbhəyə getmək istədiyini bildirir. Hərbi komissar mayor Əlağa Hüseynov onu din-lədikdən sonra gülümsəyərək əlini bu vətənpərvər oğulun çiyninə qoyub:

121

Qaya Əliyev

– Ümidvaram ki, xoş sorağını eşidəcəyik,- deyə uğurlu yol arzulayır.

Çingiz, sonralar hər döyüşdən əvvəl hərbi komissarın bu inamlı sözlərini yadına salır, sanki döyüş zamanı da, onun etimadını hiss edirdi. Təcrübəli bölük komandiri leytenant Şəmsi Hüseynov da, onun cəsarətinə inanırdı. Qeyd edək ki, Çingizin qardaşı Sabir hələ 1992-ci ildə onun əsgəri ol-muşdu. O, da döyüşlərdə inamla vuruşurdu. Füzuli rayo-nunun Zobucuq meşəsindən ilk addımlarını atdığı döyüş yolunda Çingizi qəlbindəki bir müqəddəs amal zəfərlərə səsləyirdi. O da vətən torpaqlarının yağı tapdağından azad edilməsi arzusu idi. Bu saf amal onu, bölük komandirinin bütün hərbi tapşırıqlarını nümunəvi surətdə yerinə yetir-məyə stimullaşdırırdı. Şükürbəyli, Kürdmahmudlu, Əb-dürrəhmanlı və s. yaşayış məntəqələri uğrunda gedən dö-yüşlərdə nümunəvi əsgər kimi tanındı. Aşağı Seyidəhmədli kəndinin erməni yaraqlılarından azad edilməsi əməliyyatı çərçivəsində Bölüyün əsgərləri komandir Şəmsi Hüsey-novun rəhbərliyi altında komandanlığın qarşıya qoyduğu hərbi-strateji əhəmiyyətli döyüş tapşırığını yerinə yetir-məkdə idi. Çox təəssüflər olsun ki, həmin döyüşdə düş-mənə qarşı cəsarətlə və mərdliklə vuruşan Çingiz baş-be-yin nahiyəsindən yaralanır və müalicə olunmaq üçün hərbi hospitala göndərilir. Müalicəsini başa vurduqdan sonra or-dudan tərxis olunur. II qrup Qarabağ əlili Çingiz Əliyevin qısa, lakin zəngin və döyüş yolu, bu gün böyüməkdə olan gənc nəslə vətənə məhəbbətin bariz nümunəsidir.

122

Bir bölüyün manifesti

irvandan Qarabağa,hünər yolu...

Namuslu insan olmaq istəyirsənsə, ömrünün mənasını vətənə xidmətdə gör.

D.İ.Fonfizin

Qarabağ müharibəsində zəngin döyüş yolu keçmiş və öz qəhrə-manlığı ilə ad-san qazanmış Şəm-səddin Yaşıl oğlu Ağayevin ömür yolunu varaqlayanda heyrətini və iftixar hissini gizlətməyə bilmir-sən. İnsan təfəkkürü və dünyagö-rüşü, həyata baxışı cəmi bir neçə il ərzində necə də çevik təkmilləşə, formalaşa və oturuşa bilərmiş. Şəmsəddinin həyat və fəaliyyətini şərti olaraq 3 mərhələyə bölmək olar: 1961-1987-ci illər; 1988-1991-ci illər və 1992-1999-cu illər dövrü.

Birinci dövrdə aid məlumatlar orta statistik tərcüme-yi-hal səciyyəlidir. Belə ki, O, 1961-ci ildə Şirvan şəhərində dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra Sa-birabad şəhərindəki peşə məktəbinə daxil olub. 1981-1983-cü illərdə hərbi xidmət keçib. 1987-ci ildə Azərbaycan Poli-

Ş

Şəmsəddin Yaşıl oğlu Ağayev

123

Qaya Əliyev

texnik İnstitutunu bitirib. Bu dövr Şəmsəddinin həyatında dünya görüşünün formalaşması, mənəvi keyfiyyətlərinin sabitləşməsi illəridir. Orta məktəb illərində arzularının ar-dınca gedib ali təhsil alması, seçdiyi peşəyə yiyələnməsi onun həyatının bu fazasının mühüm addımlarıdır.

1987-ci ildə ali təhsilini başa vurduqdan sonra o, ixtisa-sına müvafiq olaraq rayondakı zavodda metallurq vəzifə-sində əmək fəaliyyətinə başlayır. Ali məktəbdə əldə etdiyi nəzəri bilikləri istehsalatda tətbiq edir. Öz peşəsinin sirlə-rinə dərindən yiyələnib, incəliklərini mənimsəməyə, insti-tutda qazandığı nəzəri bilikləri istehsalat prosesində əldə etdiyi təcrübə və empirik biliklərlə zənginləşdirməyə can atır. Bu yolda inamı və qətiyyəti ona ən yaxın bələdçi olur. Məhz bu məqsədyönlülüyü sayəsində müəssisədə uğur qa-zanır, mükafatlara layiq görülür. Zavod rəhbərliyi tərəfin-dən dəfələrlə təşəkkürnamələr alır. Eyni zamanda, o müəs-sisədə gənclərin asudə vaxtının səmərəli təşkili və müxtəlif istiqamətli tədbirlərin keçirilməsində fəal iştirak edir.

1992-ci ildə Şəmsəddinin həyatının 3-cü mərhələsi baş-layır. Bu dövr əsas və başlıca mərhələ kimi dəyərləndirilə bilər. Məhz bu ildən etibarən ömür kitabının yeni səhifələri açılır. Həmin il Şəmsəddin Milli Ordu sıralarında hərbi xid-mətə çağırılır. Ali təhsili və səriştəsi nəzərə alınaraq Füzuli rayonunda yerləşən 702 saylı hərbi hissədə taqım koman-diri vəzifəsinə təyin edilir. Döyüşlərdə həm şəxsi şücaətinə, həm də taqıma bacarıqlı rəhbərliyinə görə sonralar bölük komandiri vəzifəsinə irəli çəkilir.

Füzuli rayonunun erməni işğalçılarından müdafiəsində igid komandirin fədakarlığı döyüşçülər üçün əsl örnəyə çevrilir. O, əsgərlərini qələbəyə ruhlandırır, onların həm

124

Bir bölüyün manifesti

döyüş, həm də mənəvi-psixoloji hazırlığının yüksək səviy-yədə olmasına diqqət yetirirdi. Hər bir əsgərə fərdi yanaşır, onların ailə qayğıları, məişət problemləri ilə də maraqlanır-dı. Hətta, mümkün qədər onlara bu məsələlərin həllində öz yaxından köməyini də əsirgəmirdi.

702 saylı hərbi hissənin Füzuli rayonunun kəndlərinin erməni qəsbkarlarından azad edilməsi əməliyyatlarında Şəmsəddinin xüsusi xidmətləri olmuşdu. Bu xidmətləri nəzərə alan komandanlıq 1994-cü ilin ortalarında onu tabor komandirinin müavini təyin edir. Bu vəzifə Şəmsəddini daha mətin, qətiyyətli və məsuliyyətli olmağa sövq edirdi. Axı, indi gələcək döyüşlərin taleyi onun hərbi bilik və ba-carığından daha çox asılı idi. Döyüş planlarının tərtibində indi daha çox dəqiqlik və operativlik tələb olunurdu. İndi daha böyük hərbi kontingentin və canlı qüvvənin taleyi onun qərarlarından asılı idi. Şəmsəddin peşəkar zabit kimi bu vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarırdı. Çünki, onun üçün həmişə vəzifənin məsuliyyət və öhdəlik elementləri ön planda, imtiyaz və səlahiyyət komponentlə-ri isə, arxa planda dayanırdı.

Elə buna görə də, Füzuli rayonunun bir sıra kəndləri-nin erməni işğalçılarından azad edilməsi üzrə döyüş əmə-liyyatları bilavasitə onun da tərtibində iştirak etdiyi döyüş planlarının mükəmməlliyi və dəqiqliyi sayəsində uğurla həyata keçirilmişdi.

1996-cı ilin əvvəllərində Şəmsəddin Ağayev yeni təyinat alır: O, 185 saylı hərbi hissənin III taborunun şəxsi heyət üzrə komandir müavini vəzifəsinə təyin olunur. 1999-cu ilədək bu vəzifədə məsuliyyətlə, vicdanla və ləyaqətlə çalı-şır. Müharibədən sonrakı dövrdə isə, bütün bilik və bacarı-

125

Qaya Əliyev

ğını ordu quruculuğu işinə həsr edir. Həmin ildə ordudan tərxis olunan fədakar zabit bir il Şirvan rayonunda texno-loq vəzifəsində çalışır. Hal-hazırda Qarabağ müharibəsi veteranıdır.

Şirvandan Qarabağa qədər uzanan və hünər dolu tale yolundan bəhs edən bir ömür kitabını beləcə, varaqlamış olduq. Bu şərəfli ömür və döyüş yolunun hələ neçə-neçə ibrətamiz səhifəsindən söz aça bilmədik. Hesab edirik ki, konspekt xarakterli bu qısa bioqrafik məlumat da, vətənpər-vər Azərbaycan övladı Şəmsəddin Ağayevin keçdiyi şərəfli ömür və döyüş yolu haqqında təsəvvür yaratmağa kifayət edər.

126

Bir bölüyün manifesti

isas qiyamətə qalmaz!Vətənə məhəbbət əxlaqi saflığı doğurur, əxlaqisaflıq isə, vətənə məhəbbəti əmələ gətirir.

Şarl Lui Monteskyö

Arzular, arzular... Ömür qata-rını lokomotiv kimi çəkib aparan arzular!

Məgər arzular deyilmi insanı yaşamaq uğrunda mübarizəyə səsləyən, qəlbindəki həyat eşqi deyilən alovu sönməyə qoyma-yan, daha da alovlandıran qüv-və? Hər bir insanın qəlbində say-sız-hesabsız arzular baş qaldırır. İllər ötdükcə onların bəziləri ötəri həvəs kimi yox olub gedir, bəzilə-ri isə doğulan gündən insanı öm-rünün sonuna qədər addım-ad-

dım, kölgə kimi izləyir. Arzular da var ki, insan ürəyində və şüurunda elə möhkəm qərar tutur ki, tədricən insanın həyat kredosuna, ali məramına, məqsədinə çevrilir və bü-tün şəxsi arzuların, istəklərin fövqündə dayana bilir.

Vəfadarın ürəyində də onun həyat amalına, yaşam prin-sipinə, kredosuna çevrilmiş bir müqəddəs arzu və ülvi

Vəfadar Ağabala oğlu Mikayılov

Q

127

Qaya Əliyev

məram var idi. Bu arzu vətənə layiqli övlad olmaq məsuliy-yəti, el-obanın qürur mənbəyinə çevrilmək istəyi və bir sözlə «vətən mənə oğul desə nə dərdim» xiffətini özündə ehtiva edən bir ülvi hissdən ibarət idi. Bu ülvi hiss onu te-zliklə başını qara buludlar almış vətən torpağına – doğma yurdumuz Qarabağa gətirib çıxaracaqdı.

Beləliklə, 90-cı illərin əvvəllərində Qarabağda erməni separatçılarının öz əsassız və absurd torpaq iddialarını si-lahlı təcavüz və terror müstəvisinə daşımaları nəticəsində yaranmış gərgin vəziyyət digər qeyrətli vətən oğulları kimi ürəyi vətən sevgisi ilə döyünən Vəfadar Mikayılovu da narahat etməyə başladı. «Çağırır Vətən, çağırır Ana» dey-ib vətənin harayına hay verən Vəfadar, tezliklə özünü ana torpağın mərd müdafiəçilərinin sırasında gördü. Beləcə, Ulu Öndərimiz Heydər Əliyev cənabları 1993-cü ilin noy-abrında xalqa müraciət edəndə o, da dövlət başçısının bu çağırışına səs verərək könüllü şəkildə cəbhəyə yollandı. Əvvəlcə, sıralarına təzəcə qatıldığı Yasamal taborunda, təcrübəli komandir Şəmsi Hüseynovun başçılıq etdiyi II bölükdə hərbi təlimlərə başladı. Təlimlər əvvəlcə ona çox çətin gəlirdi. Amma o, əzm və iradəsi ilə bütün çətinliklərə sinə gərir, vəziyyətə adaptasiya olur və döyüş təlimlərində fəal iştirak edərək, komandirin etimadını qazanırdı. Şəm-si Hüseynovun komandir kimi hərbi potensialına inandığı əsgərlərdən biri də Vəfadar idi. Goran poliqonunda təlim-lərini başa vuran tabor Füzuli rayonunda yerləşən 702 saylı hərbi hissəyə göndərildi. Burada qısa müddətli hərbi-təlim-

128

Bir bölüyün manifesti

dən sonra 1994-cü ilin yanvarın 5-də Zobucuq meşəsində bölüyün ilk döyüş yolu başlandı.

Tabor komandirinin bölüyün qarşısına qoyduğu hərbi tapşırığı döyüşçülərə ətraflı izah edən bacarıqlı komandir Şəmsi Hüseynov onların hər birinə ayrı-ayrılıqda xüsusi diqqət yetirirdi. Gözləri bu igid döyüşçünün nəzərləri ilə qarşılaşanda orada inam, mübarizlik, qisas işartıları gördü. Əslində bu təcrübəli komandir heç də öz zənnində yanıl-mamışdı. Vəfadar Mikayılov ilk döyüşdən son vuruşması-na qədər həmişə onun etimadını, inamını doğrultmuşdu. Döyüş meydanlarında cəsarətlə vuruşan Vəfadar, qorxu-bilməz bir əsgər kimi döyüşlərə atılırdı. Vətənə qəlbindəki sonsuz məhəbbətindən güc alan döyüşçünün fədakarlıqları onun səngər yoldaşlarına da sirayət edirdi. Füzuli rayo-nunun Kürdmahmudlu, Şükürbəyli, Seyidəhmədli, Əb-dürrəhmanlı və digər kəndlərinin erməni qəsbkarlarından azad edilməsi uğrunda gedən döyüşlərdə Vəfadar Mi-kayılov böyük şücaət göstərmişdi.

1994-cü ilin mayında cəbhədə atəşkəs elan olundu. Digər könüllülər kimi Vəfadar da ordudan tərxis olundu. Qan-lı-qadalı illər arxada qalsa da, o dövrün döyüş xatirələri, yaşantıları onun yaddaşında unudulmaz izlər buraxdı. Həmişə o qanlı-qadalı illəri xatırlayanda ürəyi təskinlik tapır ki, o, doğma torpaq uğrunda mərdliklə döyüşüb. Ləyaqətli övlad kimi vətən yolunda öz namus borcunu yerinə yetirmək üçün əlindən gələni əsirgəməyib. Elə buna görə də, alnıaçıq, üzüağdır. Bu gün də Vəfadarın, ürəyi mənfur düşməndən qisas almaq arzusu ilə alışıb yanır. Qi-sas qiyamətə qalmaz! İnşallah...

129

Qaya Əliyev

mək hünərindən döyüş rəşadətinə...

Valideynlərimiz, övladlarımız, qohumlarımız bizə əzizdir; lakin məhəbbət haqqında bütün təsəvvürlərimiz bir sözdə – «Vətən» sözündə birləşmişdir.

M.T.Siseron

Nazim Həsən oğlu Həsənov 1963-cü ilin yanvar ayının 27-də Qubadlı rayonunun Əfəndilər kəndində dün-yaya göz açıb. Orta təhsilini həmin kənddə başa vurub. 1981-ci ildə Bakı şəhər 10 saylı texniki-peşə məktəbin-də dülgər peşəsinə yiyələnib. Daha sonra hərbi xidmətə yollanan Nazim, 1982-ci ildə ordu sıralarından tərxis olunaraq, Bakı Baş Tikinti idarəsində peşəsi üzrə əmək fəaliyyətinə başla-yıb. 10 illik halal zəhmətlə yoğrulmuş əmək fəaliyyəti ona maddi qazanc və əmək haqqı ilə ya-naşı, kollektivin böyük hörmət və ehtiramını da qazandı-rıb. Çalışqanlığı, işə məsuliyyətlə yanaşması, intizamlılığı,

Ə

Nazim Həsən oğlu Həsənov

130

Bir bölüyün manifesti

bir sözlə, nümunəvi əmək fəaliyyəti onu daim kollektivdə fərqləndirib. Məhz, bütün bunlara görə müəssisə rəhbərli-yi Nazimin nümunəvi əməyini layiqincə qiymətləndirərək, onu dəfələrlə təşəkkürnamələr, pul mükafatları və s. həvəs-ləndirmə tədbirlərinə layiq görüb. Şəkli müəssisənin şərəf lövhəsini bəzəyib.

Bu yüksək mənəvi keyfiyyətlər, hər şeydən əvvəl onun doğulub böyüyüb, boya-başa çatdığı, tərbiyə aldığı ailə mühiti ilə bağlı idi. Məhz bu tərbiyə və mühit onu tapşırı-lan hər bir işi vicdanla yerinə yetirməyə, işə məsuliyyətlə yanaşmağa, daim vicdan və ləyaqət hissinə söykənməyə sövq edirdi.

Atası Həsən kişi də uzun illər çalışdığı kollektivdə işgü-zar və məsuliyyətli bir insan kimi tanınıb. Bu müsbət key-fiyyətlər digər övladlar kimi, Nazimə də sirayət edib.

İllər ötür, Qarabağ hadisələri digər vətən övladları kimi Nazimin də həyatında dönüş nöqtəsi yaradır.

Bu yolda əyilənə:“Ölüm haqdı”, - deyirik.Əbədi məzarımızbu torpaqdı, deyirik.Vətən göyü dəyişməzGöy bayraqdı, deyirik.Qılınc qap, Vətən oğlu,Bizi Vətən çağırır!

Tezliklə o, Xalq şarimiz Məmməd Arazın bu ölməz mis-ralarında səsləndirildiyi kimi “Bizi vətən çağırır!” – deyib silaha sarılır və darda qalan Ana Vətənin müdafiəsinə qo-şulur. Şanlı əmək yolunu, rəşadətli döyüş yolu ilə əvəz

131

Qaya Əliyev

edən Nazim 1993-cü ilin sentyabrında cəbhə bölgəsinə yol-lanır. Bir-birinin ardınca gələn şəhid cənazələri, bir-birini əvəz edən silsilə məğlubiyyətlər, doğma torpaqlarımızın düşmən tərəfindən kənd-kənd, rayon-rayon işğal edilməsi ürəyi vətən üçün döyünən, vətənin müqəddəratını öz şəxsi taleyi bilən Nazimi bu addımı atmağa vadar etmişdi. Elə bu düşüncələrin təsiri ilə Azərbaycan Respublikasının əra-zi bütövlüyü və doğma torpaqlarımızın düşməndən müda-fiəsi uğrunda döyüşlərə atılmağa qərar verən vətən oğlu, tutduğu yolun haqq, ədalət və müqəddəs yol olduğuna bütün varlığı ilə ürəkdən inanır və bu inam onu döyüşdən döyüşə aparırdı.

Onun iştirak etdiyi ilk və son döyüş arasında mahiyyət etibarilə, yalnız bir fərq var idi. O da bu döyüşlər arasındakı qısa zaman intervalı idi. Lakin, buna baxmayaraq, Nazim, ilk döyüşdən son döyüşədək, qısa zaman kəsiyində özünü cəsur və rəşadətli bir döyüşçü kimi göstərə bilmişdi. Belə ki, hələ Füzuli rayonunun düşməndən müdafiəsi uğrunda gedən döyüşlərdə Nazimin bir döyüşçü kimi yüksək mənə-vi-psixoloji keyfiyyətləri üzə çıxmışdı. Tərkibində Nazimin də vuruşduğu Yasamal taborunun II bölüyü təcrübəli ko-mandir Şəmsi Hüseynovun rəhbərliyi ilə düşmənə sarsıdıcı zərbələr endirirdi. Bütün hərbi əməliyyatlarda olduğu kimi bu döyüşlərdə qazanılan uğurlarda da şücaətli döyüşçü-nün öz payı var idi. Bölük komandiri Şəmsi Hüseynov, ən ağır döyüşlərdə Nazimə bölüyün qələbəsinin təmin olun-masına istiqamətlənmiş mühüm döyüş tapşırıqları verir, xüsusi əhəmiyyətli vəzifələr tapşırırdı. Nazim də, öz növ-bəsində ağır döyüşlərdə sınanmış və bərkimiş bir döyüşçü kimi komandirin etimadını və inamını doğruldurdu.

132

Bir bölüyün manifesti

1994-cü ilin mart ayında Füzuli rayonunun Aşağı Seyi-dəhmədli kəndi uğrunda qızğın döyüşlər gedirdi. Tabor komandiri bölüyə mühüm tapşırıq vermişdi. Bu tapşırığın uğurla yerinə yetirilməsi döyüşün taleyini həll edəcəkdi. Bölük komandiri Şəmsi, Nazimin də daxil olduğu qrupa xüsusi tapşırıq verir.

Nazim bütün bacarıq və qabiliyyətini, döyüş təcrübəsini bu mühüm tapşırığın dəqiqliklə və vaxtında yerinə yetiril-məsinə sərf edir. Bu döyüşdə qarşıya qoyulan vəzifə mü-vəffəqiyyətlə yerinə yetirilsə də, çox təəssüflər olsun ki, bu müvəffəqiyyət Nazimin yaralanması bahasına başa gəlir. Baş beyin zədəsi almağına baxmayaraq, bu mühüm döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirən Nazimin fəda-karlığı və igidliyi hərbi komandanlıq tərəfindən yüksək qiymətləndirilir. Fədakar və cəsur döyüşçü təşəkkürnamə ilə təltif edilir. Bundan sonra, yenə də inamla və cəsarət-lə döyüş yolunu davam etdirən Nazim, digər döyüşlərdə də fəal iştirak edir. 1994-cü ilin iyununda ordudan tərxis edilən cəsur döyüşçü rəşadətli döyüş yoluna üç nöqtə qoyaraq, yenidən şanlı əmək yoluna, istehsalata qayıdır. Hal-hazırda «Azərsu» ASC-də çilingər vəzifəsində çalışır. Bu gün Nazim Həsənovun, bütövlükdə onun həm şanlı əmək yolunu, həm də rəşadətli döyüş yolunu ehtiva edən ömür yolu ilə öyünməyə haqqı var. Məhz, belə şərəfli hə-yat yolu keçən vətən övladları bu gün gənc nəsil üçün canlı örnəkdir.

133

Qaya Əliyev

na Vətən çağırır...

Özünü vətəndaş zənn edən bir kəs.Vətənin dərdinə yad qala bilməz!

N.A. Nekrasov

Yasamal taborunun II bölüyünün sabiq komandiri Şəmsi Hüseynov-la əsgərləri barəsində söhbətimizdə o, Seymur Barat oğlu Məmmədovun adını iftixar hissi ilə çəkdi. Koman-dirin öz keçmiş əsgərinə bu inamlı münasibətindən hiss olunurdu ki, bu xoş sözlər əbəs yerə deyilmir. Bu söz-lərin arxasında vətənini canından çox sevən bir əsgərin şərəfli və rəşadətli döyüş yolu dayanır.

...Seymurun ömür kitabının ilk sə-hifələrini vərəqləsək görərik ki, hamı kimi o da bitib tükənmək bilməyən arzularla, ümidlərlə, xəyallarla yaşayaraq, hər bir gənc kimi həyatda öz yerini tutmağa can atsa da, onun xarakterində onu digər cəmiy-yət üzvlərindən fərqləndirən, bir şəxsiyyət kimi xarakterizə edən müəyyən fərdi xüsusiyyətlər formalaşıb.

Seymur Barat oğlu Məmmədov

A

134

Bir bölüyün manifesti

Bu xüsusiyyətlərə, ilk növbədə onun vətənpərvərliyi, ha-disələrə analitik təfəkkürlə, insanlara ədalətlə yanaşması, heç vaxt haqqın nahaq tərəfindən əzilməsinə yol verməmə-si, möhkəm əqidəsi və digər bu kimi mənəvi keyfiyyətləri aid idi. Gənclik illərində onun bu xarakterik xüsusiyyətlə-ri özünü daha qabarıq surətdə büruzə verirdi. Sanki, atası Barat kişinin daxili aləmini xarakterizə edən bütün müsbət cəhətlər irsi olaraq ona ötürülmüşdü.

Elə məhz, bu yüksək mənəvi keyfiyyətlər Seymuru Qa-rabağ hadisələrinə biganə qalmağa qoymadı. O, hadisələ-rin gedişini izləyərkən prosesləri təhlil edir, baş verənlə-ri götür-qoy edir və aydın şəkildə dərk edirdi ki, mənfur qonşularımız bu münaqişənin haqsız, ədalətsiz və qəsbkar tərəfidir. Erməni qəsbkarlarının vandalizm, qətllər, soy-ğunlar, terror, işğal və s. cinayətlərlə müşayiət olunan əsas-sız torpaq iddiaları Seymuru vətəni Azərbaycanın haqq işi uğrunda silaha sarılmağa, onu ən ağır beynəlxalq cinayət olan silahlı təcavüz aktından müdafiə etməyə sövq edirdi. O, tezliklə ön cəbhəyə getmək, ana torpağın mənfur düş-məndən müdafiəsi uğrunda gedən döyüşlərə atılmaq barə-də düşünürdü. Tarixin elə bir anı yetişdi ki, Seymura bu ülvi arzusunu həyata keçirmək üçün münbit şərait yaran-dı. Belə ki, 1993-cü ildə, noyabr ayının 2-də Ulu Öndərimiz Heydər Əliyev cənabları «Vətən təhlükədədir» çağırışı ilə xalqa müraciət etdi. Dövlət başçısının səsinə səs verən Sey-mur, Yasamal rayon hərbi komissarlığına müraciət edərək, vətənin müdafiəsi uğrunda döyüşən oğullarımızın sırasın-da olmaq istədiyini bildirdi. Komissarlığa gələrkən burada tək olmadığını, onun kimi digər çoxsaylı qeyrətli vətən öv-ladlarının da dövlət başçısının bu çağırışına səs verdiyini

135

Qaya Əliyev

görüb qürrələndi, iftixar hissi ilə həmin gənclərlə - öz ça-ğırış yoldaşları ilə tanış oldu. Tale elə gətirdi ki, Yasamal taboru formalaşanda, məhz həmin gənclərin bir neçəsi ilə birlikdə taborun II bölüyünün tərkibinə daxil oldu. Başqa sözlə desək, dünənin çağırış yoldaşları bu gün səngər yol-daşlarına çevrildi.

Seymurun hələ hərbi təlimlərdə özünü bacarıqlı əsgər kimi göstərməsi komandir Şəmsi Hüseynovun diqqətindən yayınmırdı. Təcrübəli komandir bu əsgərin hərbi perspek-tivinə inanırdı. Onun vətənpərvərliyi, mərdliyi, igidliyi, cəsarəti elə bölüyün ilk döyüşündə üzə çıxdı. Seymurun 1994-cü ilin yanvarın 5-də Füzuli rayonundan, Zobucuq meşəsindən başlanan şərəfli döyüş salnaməsinə yalnız və yalnız qorxmazlıq, şücaət, hünər dolu səhifələr yazıldı. Bü-tün döyüşlərdə Seymur, bölüyə verilən hərbi tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsində nümunəvi bir əsgər kimi öz töhfəsini vermişdi Aşağı Seyidəhmədli, Aşağı Kürd-mahmudlu, Şükürbəyli və digər kəndlərin erməni işğalçıla-rından azad edilməsi uğrunda gedən döyüşlərdə mərdliklə vuruşmuşdu. 1994-cü ilin mayınadək davam edən sonrakı döyüşlərdə də o, üzünü igid əsgər kimi göstərmişdi

Bu gün həmin qanlı-qadalı döyüşləri xatırlayanda o, if-tixar hissi keçirir. Axı, o, bu döyüşlərdə ön cərgədə ol muş, mənfur düşmənə qarşı cəsarətlə, hünərlə və inamla vuruş-muşdu. Ana vətən uğrunda canından belə keçməyə tərəd-düd etməmişdi. Elə buna görə də qədirbilən insanların də-rin ehtiramını qazanmışdır. Bu qazanc isə heç bir sərvətlə müqayisə edilə bilməz...

136

Bir bölüyün manifesti

ətən naminə...

Dünya tarixində ən böyük hünər və qəhrəmanlıqlar vətən naminə edilib.

J.J.Russo

Məhəmmədiyyə Məhəmmədvəli oğlu Vəliyev 1965-ci il fevralın 27-də Ağdam rayonunun Ləki qəsəbəsində dünyaya göz açıb. 1980-ci ildə orta məktəbin 8-ci sinfini bitirib. Təhsi-lini Bakı Dəmir Yolu Texnikumun-da davam etdirib. 1980-ci ildə həmin texnikumu bitirib. 1987-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra Bakı Metropolitenində yol ustası vəzifə-sində əmək fəaliyyətinə başlayıb. Qa-rabağ hadisələri digər qeyrətli vətən

oğulları kimi onun həyatının da sakit axarını dəyişib. Belə ki, 1993-cü ilin noyabrında Ulu Öndər Heydər Əliyev cə-nablarının xalqa müraciətinə cavab olaraq, Metropolitendə təşkil edilən könüllü bölüyə üzv yazılıb. Dövlət başçısının çağırışı ilə, vətən naminə, gözünü qırpmadan, tərəddüd

V

Məhəmmədiyyə Məhəmmədvəli oğlu

Vəliyev

137

Qaya Əliyev

etmədən dinc həyatını odlu-alovlu səngər həyatı ilə əvəz edən, əmək fəaliyyətinə xitam verib döyüş yolunu seçən Məhəmmədiyyə tezliklə ön cəbhəyə gedərək, Füzuli bölgə-sində döyüşlərdə fəal iştirak edir.

Məhəmmədiyyənin cəsarəti, mərdliyi, igidliyi elə ilk dö-yüşlərdə özünü büruzə verdi.

1994-cü ilin yanvarın 13-də Yuxarı Seyidəhmədli kəndi ətrafında ağır döyüşlər gedirdi. Erməni yaraqlıları hər vəch-lə öz mövqelərini qoruyub saxlamağa, işğal etdikləri kəndi tərk etməməyə çalışırdılar. Buna baxmayaraq, rəşadətli dö-yüşçülərimiz qətiyyətlə və inamla düşməni mövqelərindən sıxışdırıb geriyə oturtmaqda idilər. Həmin hərbi əməliy-yatda dönməzliyi, igidliyi və rəşadəti ilə fərqlənən əsgər-lərdən biri də Məhəmmədiyyə Vəliyev idi. O, qorxmadan, cəsarətlə, şahin kimi irəli, düşmən üzərinə şığıyırdı. Qanlı döyüşlərdə onu yalnız və yalnız ön mövqelərdə görmək olardı. Bu döyüşdə o, xüsusi çevikliklə düşmənin bir zirehli tankını sıradan çıxarmış, bu igidliyinə görə komandanlığın təşəkkürünə layiq görülmüşdü.

Bu cəsur döyüşçü barəsində cəbhə dostlarının xatirələri-ni və təəssüratlarını dinlədikcə insanı qürur və iftixar hissi bürüyür.

Məhərrəm Əbilov (bölük komandiri):

«Məhəmmədiyyə bölüyümüzün ən fəal və mübariz döyüşçülə-rindən biri olub. Bütün hərbi əməliyyatlarında hünərlə vuruşub.»

138

Bir bölüyün manifesti

Nurbala Əliyev (Səngər yoldaşı):

«Mən qətiyyətlə deyə bilərəm ki, Məhəmmədiyyənin fədakar-lıqları ən yüksək təltiflərə layiq olub. Biz hamımız onunla fəxr etmişik.»

Məhəmmədiyyə Vəliyev 1995-ci ilin sentyabrın 19-da müəyyən edilmiş yaş həddi əsasında Müdafiə Nazirliyinin əmri ilə ordudan tərxis edilib. Hal-hazırda Bakı Metropoli-tenində əmək fəaliyyətini davam etdirir.

139

Qaya Əliyev

atirələrdə yaşayanQarabağ

Əgər vətən təhlükədədirsə, hər şey Vətənə məxsus olmalıdır.

J.J.Danton

Oqtay Camal oğlu Xəlilov 1959-cu ildə Bakının Binəqədi kəndində dün-yaya göz açsa da, tale elə gətirib ki, onun uşaqlıq illəri Qarabağda, Ağca-bədidə keçib. Oqtayın Qarabağa olan sonsuz məhəbbəti və vurğunluğu elə bu illərdən başlayıb. Bu yerlərin ecaz-kar təbiəti, durna gözlü bulaqları, sıx meşələri, könlünü oxşayıb, dünyanı fəth edən muğamları, xalq mahnıla-rı, söz xəzinələri qəlbində min bir şi-rin, xoş duyğular oyadıb. Beləcə, yel qanadlı illər keçir, şirin arzular və sonsuz xəyallarla dolu uşaqlıq xatirələrini gənclik dövrünün intəhasız romantika-sı əvəz edirdi. Yenicə atıldığı müstəqil həyatın çətinlikləri onu qorxutmur, mətin iradəsi və qətiyyəti onu arzularına doğru aparırdı.

Oqtay Camal oğlu Xəlilov

X

140

Bir bölüyün manifesti

1979-cu ildə ordu sıralarından tərxis edildikdən sonra Bakı şəhərində 8 saylı Tikinti İdarəsində fəhlə kimi əmək fəaliyyətinə başlayan Oqtay, tədricən, illər ötdükcə öz sənətində püxtələşdi, usta oldu. Onun zəhmətkeş, baca-rıqlı əlləri neçə-neçə evə, mənzilə gur işıq bəxş edib. Oq-tayın bir usta kimi ən böyük qazancı aldığı əmək haqqı ilə yanaşı, insanların dilindən eşitdiyi «işıqlığa çıxasan, usta» alqışı olub. Beləcə insanların məişət rahatlığı, komfortu və firavanlığına həsr edilmiş halal zəhmətlə yoğurulan gənc-lik illəri sakitcə, öz axarı ilə gedirdi. Ancaq, həyat heç də həmişə sakitcə, öz axarı ilə və gözlənilən istiqamətdə davam etmir. Dəniz kimidir bir az... Bəzən sakitcə dalğa-lanır, bəzən isə, gözlənilmədən tufan, qasırğa, köpüklü dalğalar...

Beləcə, 90-cı illərin əvvəllərində Respublikamızda baş verən hadisələr, ölkəmizin erməni təcavüzünə məruz qal-ması, Qarabağ hadisələri Oqtayın həyatından da yan keç-mədi. Uşaqlıq illərinin Qarabağla bağlı həzin xatirələri, gənclik illərinin Qarabağla bağlı odlu-alovlu müharibə təəssüratları ilə əvəz olundu, Oqtay üçün. Uşaqlıq illə-rində quşların cəhcəhini, çayların şırıltısını eşitdiyi yer-lərdən, indi tankların nəriltisini, hərbi texnikanın uğul-tusunu, silah səsləri eşdirdi.

1993-cü il...Oqtayın həyatının dönüş ili...Bu dövrdə ar-tıq, Oqtayın uşaqlıq xatirələrində yaşayan Qarabağ ermə-ni separatçıları tərəfindən işğal olunmuş, orada yaşayan azərbaycanlılar zorla öz doğma torpaqlarından didərgin salınmış, kəndlərimiz, şəhərlərimiz vəhşicəsinə talanmışdı. Demək olar ki, ölkədəki vəziyyət Azərbaycan ədəbiyyatı-nın görkəmli xadimi Cəfər Cabbarlının 1918-ci ilin martın-

141

Qaya Əliyev

da erməni daşnaklarının törətdiyi soyqırımla əlaqədar ürək ağrısı ilə qələmə aldığı məşhur mərsiyənin bu kədərli mis-ralarında təsvir olunduğu kimi idi:

Gülzari-vətən sоldu, Millət xari-zar оldu, Hamı payimal оldu, Dur, ey xar оlan millət.

Bax, belə bir vəziyyətdə Respublikanı düşdüyü ağır fə-lakətdən və daxili təlatümlərdən xilas etməyə çalışan, eyni zamanda xarici təcavüzü dayandırmağı qarşısına məqsəd qoyan ölkə başçısı, Ümummilli Liderimiz Heydər Əliyev vətənin mərd oğullarını ölkənin ərazi bütövlüyün bərpası naminə səfərbər olmağa səslədi. Bu çağırışa səs verən vətən övladlarından biri də Oqtay oldu. O, elə həmin günün səhə-ri Yasamal rayon hərbi komissarlığına gəlib, könüllü şəkil-də ön cəbhəyə göndərilməsi üçün müraciət etdi. Onun bu vətənpərvərliyi hərbi komissarlıq tərəfindən yüksək qiy-mətləndirildi. Beləliklə, Oqtay Xəlilov, Şəmsi Hüseynovun rəhbərliyi altında Yasamal taborunun II bölüyündə, əvvəl-cə Üçtəpə poliqonunda, daha sonra isə, Goranda 865 saylı hərbi hissənin tərkibində hərbi təlimlərə başladı.

Təlimlər zamanı onun silah və sursatdan bacarıqla isti-fadə etməsi, habelə möhkəm iradəsi, ruh yüksəkliyi, döyüş həvəsi komandirin diqqətindən yayınmadı. Qısa müddət-də, Oqtay, komandirdə bacarıqlı və cəsur döyüşçü kimi inam yaratdı.

1994-cü ilin yanvarın 5-də bölük Zobucuq meşəsindən düşmən üzərinə hücuma başladı. Bu ilk hərbi əməliyyatda Oqtay öz operativliyi və hünəri ilə seçilirdi. Yüksək mənə-

142

Bir bölüyün manifesti

vi-insani keyfiyyətləri və döyüş bacarığı ilə cəbhə yoldaşla-rı arasında böyük ehtiram qazanan Oqtay, bir sıra kəndlə-rin işğalçılardan geri alınması uğrunda gedən döyüşlərdə böyük rəşadət göstərmişdi. Bu fədakarlıqlarına görə ona komandanlıq tərəfindən qısa müddətli məzuniyyət də ve-rilmişdi.

Aşağı Seyidəhmədli, Şükürbəyli, Qoqan və digər kənd-lərin erməni işğalçılarından azad edilməsində Oqtayın xidmətləri danılmazdır. 1994- cü ildə cəbhədə atəşkəs elan edildikdən sonra digər könüllülər kimi Oqtay Xəlilov da ordudan tərxis olundu. Oqtay Xəlilovun şərəfli döyüş yo-lunun hər bir epizodu onun vətənpərvərliyinin, vətənə, xalqa, doğma torpağa sonsuz məhəbbətinin, intəhasız sev-gisinin bariz nümunəsidir. Bu gün də Qarabağda şirin xa-tirələrlə dolu uşaqlıq illərinin xiffətini çəkən Oqtayı doğma torpaqların nisgili, həsrəti rahat buraxmır. Bu xiffət onun mənfur düşmənə qarşı sonsuz nifrətini və intiqam hissini səngiməyə qoymur. Doğma torpaqlarımızın düşmən iş-ğalından azad olunması naminə 1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyevin çağırışı ilə silaha sarılıb ön cəbhəyə yollanan Oqtay, hal-hazırda da, onun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyev cənablarının əmri ilə yenidən silaha sarılıb ölkəmizin ərazi bütövlüyü-nün bərpa olunması uğrunda döyüşə atılmağa hazırdır.

143

Qaya Əliyev

ətən mənə oğul desə...Fərdi mahiyyət ailə məhəbbətində, ictimai mahiyyət vətən sevgisində üzə çıxır.

Əbu Turxan

Yasamal taborunun II bölüyünün keçdiyi döyüş yolu haqqında mate-rialları nəzərdən keçirərkən bölüyün komandiri Şəmsi Hüseynovun bir əsgər haqqında ürəkdolusu danışma-sı diqqətimizi cəlb etdi. Komandirin qəhrəmanımız Elşad Hacı oğlu Salma-novun keçdiyi şanlı döyüş yolu barə-də verdiyi məlumatlar bizdə xoş təəs-sürat yaratdı. Beləcə, biz də Elşadın ömür səhifələrini vərəqləməyə başla-dıq. İsmayıllı rayonunun Həbləsiyab kəndində dünyaya göz açan Elşadın uşaqlıq və yeniyetmə-lik illəri öz yaşıdlarından o qədər də fərqlənməyib. O, da şirin arzularla yaşayıb, doğma yurduna layiqli övlad olma-ğı, cəmiyyətdə öz layiqli yerini tutmağı qarşısına məqsəd qoyub. Ailə başçısı olmağa hazırlaşan hər bir gənc kimi o da sənətə yiyələnib. Ordu sıralarında hərbi xidmətini başa

Elşad Hacı oğlu Salmanov

V

144

Bir bölüyün manifesti

vurduqdan sonra Elşad tikintidə işləyib. Halal zəhmətlə yaşayıb. Təlatümlü Qarabağ hadisələri onun da taleyindən yan keçməyib. Hər gün gələn işğal, talan, qətliam xəbərləri vətənin taleyinə biganə qalmayan hər bir vətən oğlu kimi onu da dərindən sarsıdır. Tale elə gətirir ki, qulaqları ilə eşitdiyi erməni vəhşiliklərini gözləri ilə görməli olur.

Vətənin belə ağır günündə Ulu Öndərimiz Heydər Əli-yev 1993-cü ilin noyabrında xalqa müraciət edərək qeyrətli vətən oğullarını doğma torpaqlarımızın erməni qəsbkarla-rından müdafiəsi uğrunda səfərbər olmağa çağırır. Digər vətənpərvər igid oğullarımız kimi Elşad da ölkə başçısının bu çağırışına səs verir və ertəsi gün könüllü olaraq Yasa-mal Rayon Hərbi Komissarlığına gəlib, yeni təşkil olunan taborun tərkibinə daxil olur. Artıq, Elşad üçün canından çox sevdiyi vətəninə xidmət etmək, ona övladlıq borcunu vermək üçün real imkanlar yaranmışdı. Doğma torpaqla-rın düşmən tapdağından azad edilməsi arzusu ilə alışıb-ya-nan Elşad tezliklə, Yasamal taborunda II bölüyün təcrübəli komandiri, gənc leytenant Şəmsi Hüseynovun rəhbərliyi altında Üçtəpə poliqonunda hərbi təlimlərə qatıldı. Daha sonra, həmin tabor Goranda yerləşən 865 saylı hərbi-hissə ilə birləşdi. İlin sonunda tabor Füzuli rayonunda yerləşən 702 saylı hərbi hissənin tərkibinə verildi. Burada növbəti döyüş hazırlığı başlandı.

Fikrimizcə, Elşadın bir igid əsgər kimi oxucuda canlı portretini yaratmaq üçün ən yaxşı boya cəbhə yoldaşları-nın onun haqqındakı təəssüratları olardı.

145

Qaya Əliyev

Bölük komandiri Şəmsi Hüseynov:– Mən Elşad Salmanova döyüşlərdə bir neçə dəfə mühüm

tapşırıqlar vermişəm. Həmişə də bu tapşırıqları layiqincə yerinə yetirib. Bölüyümüzün cəsur döyüşçülərindən biri olub. Həmişə onunla fəxr etmişəm.

Bölüyün döyüşçüsü Salman Mustafayev:

– Elşadla birlikdə bir çox döyüşlərdə iştirak etmişəm. Elşad, Kürdmahmudlu, Aşağı Seyidəhmədli, Əbdürrəhmanlı kəndləri-nin erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüş-lərdə igidliklə vuruşub.

Bölüyün döyüşçüsü Əkbər Qurbanov:

– Elşad bölüyümüzün cəsur döyüşçülərindən olub. Fədakarlı-ğı və cəsarəti ilə həmişə fərqlənib Qanlı döyüşlərdə dəfələrlə ölüm-lə üz-üzə gəlsə də, qorxmayıb, cəsarətlə döyüşü davam etdirib.

Biz, səngər yoldaşlarının Elşad haqqında təəssüratları-nın və xatirələrinin yalnız kiçik bir qismini nümunə kimi təqdim etdik. Hesab edirik ki, bu təəssüratlar da Elşadın keçdiyi şanlı döyüş yolu barədə dolğun təsəvvür yaratma-ğa imkan verir. Təbii ki, onun şanlı döyüş yolunun əsas leyt motivini vətənə sonsuz məhəbbət, doğma yurda bağ-lılıq kimi ülvi hisslər təşkil edirdi. Məhz, vətən məhəbbəti, ana torpağa olan sonsuz sevgi onu döyüşdən döyüşə apa-rırdı. Xalq şarimiz Məmməd Arazın bu məşhur misraları, sanki Elşadın həyat devizi idi:

Vətən mənə oğul desə nə dərdim,Mamır olub qayasında bitərdim.

146

Bir bölüyün manifesti

Bu torpaqsız harda, nə vaxt, nə dərdim -- Xəzanımdır, xəzanımdır, xəzanım.

Beləcə, halal zəhmətlə yoğurulan əmək yolundan, hünər-lə dolu döyüş yoluna atılan Elşad, 1995-ci ilin ortalarında ordudan tərxis olunduqdan sonra, yenidən istehsalata qa-yıdır və «Azəriqaz» Açıq Səhmdar Cəmiyyətində bu gün də əmək fəaliyyətini davam etdirir.

Həmişə olduğu kimi, bu gün də ürəyi doğma vətəni ilə döyünür. Vətənin azadlığı və ərazi bütövlüyünün təmin olunması uğrunda hər an silaha sarılmağa hazır olan El-şad, səbirsizliklə Ali Baş Komandanın döyüş əmrini, qisas gününü gözləyir.

147

Qaya Əliyev

aralı qartalVətənini qartalın öz yuvasını qoruduğu kimi qoru!

Alban atalar sözü

Ustad şairimiz Abbas Səh hətin hikmətlə dolu «Və-təni sevməyən insan olmaz, Olsa, da ol şəxsdə vicdan ol-maz» misraları vətən daşı ol-mağı bacaran hər bir qeyrəti ölkə vətəndaşının əqidəsini, dünyagörüşünü, kredosunu dəqiqliklə əks etdirən dərin ictimai, əxlaqi, didaktik məzmuna malik kəlamdır.

Doğrudan da, qəlbində vətən mə həb bəti, yurd sevgisi olmayan şəxsi əsl və təndaş, yaşadığı cəmiyyət üçün faydalı bir insan hesab etmək olarmı? İnsanın dəyəri onun həyat kredosu, məramı və məqsədi ilə ölçülür. Dünyada vətənə məhəbbətdən, ana torpağa sədaqətdən böyük məram və məqsəd ola bilməz. Elə buna görə də, ən dəyərli insanlar məhz, vətən məhəbbəti, ana yurd təəssübü kimi ülvi mə-ramla, ali məqsədlə yaşayan insanlardır. Ən böyük ürək vətənə məhəbbətlə döyünən, yurd eşqi ilə yanan ürəkdir. Belə böyük ürək sahibi olan oğullarımızdan biri də Qara-

Y

Fəxrəddin Ağakişi oğlu Əmirov

148

Bir bölüyün manifesti

bağ döyüşlərindəki rəşadəti ilə ad-san qazanan Fəxrəddin Ağakişi oğlu Əmirovdur. Ötən əsrin 80-ci illərinin sonla-rında baş verən hadisələr 29 il Bakı şəhərində gündəlik məişət qayğıları, cari problemlər və gənclik arzuları ilə ömür sürən Fəxrəddinin həyatının sakit axarını dəyişir. Qəlbi Respublikamızın paytaxtı, ölkəmizin döyünən ürəyi olan Bakı şəhəri ilə bir çırpınan Fəxrəddinin gözünün qar-şısında baş verən hadisələr ona vətənin taleyinə biganə qal-mağa imkan vermir.

1980-ci illərin sonlarında keçmiş SSRİ ərazisində başla-yan və Respublikamızdan da yan keçməyən milli-azadlıq hərəkatı dövlət müstəqilliyimizin bərpasını arzu edən hər bir vətən övladı kimi Fəxrəddini də öz ağuşuna aldı.

1989-cu ilin soyuq dekabr ayının 5-də Bakının Azad-lıq Meydanında gecə sovet ordusunun amansız rəftarına məruz qalanlardan biri də qəlbi vətənin azadlığı üçün dö-yünən Fəxrəddin idi. O, vətənsevərliyi ilə onu yaxından ta-nıyanların, işlədiyi kollektivin böyük ehtiramını və dərin rəğbətini qazanmışdı.

1991-ci ilin əvvəllərində Qarabağda erməni quldurla-rı dinc əhaliyə divan tutur, kəndlərə hücum edir, dövlətə və vətəndaşlara məxsus əmlakı talayır, qətllər törədirdilər. Məhdud sayda ov tüfəngləri ilə erməni yaraqlılarının hü-cumlarından müdafiə olunmağa çalışan yerli sakinlə-rin vəziyyəti xeyli çətinləşmişdi. Hətta, yerli əhali özünü və əmlakını erməni quldurlarından müdafiə etmək üçün müxtəlif vokal simulyativ özünümüdafiə metodlarından, eləcə də aşağıdakı mexanizmli kustar üsulla hazırlanmış qurğulardan istifadə etməyə məcbur qalmışdı: adi trak-tor və ya avtomobil mühərrikini söküb silindrinin ön və

149

Qaya Əliyev

çarxqolu-sürgüqolu mexanizmini çıxarır, silindrə barıt və kükürd doldurub porşeni öz yerinə salaraq gözləyirmişlər. Erməni yaraqlılarının hücumu zamanı bunlar bir-bir yan-dırıldıqca porşenin sürətlə silindrdən çıxıb havaya uçması, əcaib səs yaradırmış ki, bu da erməni quldurlarında yerli əhalinin ağır artilleriyaya malik olması təsəvvürü oyadıb, onların azğınlığının qarşısını az da olsa ala bilirmiş.1

Həmin dövrdə digər bölgələrdən dinc əhalinin köməyinə gələn igid oğullarımızdan biri də Fəxrəddin idi. Onu bu tor-paqlara çəkib gətirən el-oba təəssübü, vətən qeyrəti idi.

1992-ci ildə isə, Fəxrəddin Ağdərəyə yollanır. Burada ge-dən şiddətli döyüşlərdə fəal iştirak edərək bir neçə erməni yaraqlısını zərərsizləşdirir. Həmin döyüşlərdə düşmənin zirehli texnikasının sıradan çıxarılmasında Fəxrəddinin müstəsna rolu olur. 1992-ci ilin avqust ayında Ağdərənin işğalı ilə özünümüdafiə taborunun dağılması nəticəsində Fəxrəddin Bakı şəhərinə qayıdır.

1993-cü ilin noyabrında dövlət başçısı, Ümummilli Li-derimiz Heydər Əliyev cənablarının «Vətən təhlükədədir» çağırışı ilə xalqa müraciətindən sonra bu çağırışa səs verən Fəxrəddin Yasamal Rayon Hərbi Komissarlığına gəlib, ye-nidən könüllü şəkildə Qarabağ döyüşlərinə atılmaq arzu-sunda olduğunu bildirir. Üçtəpə poliqonunda qaldıqdan sonra, Goranda yerləşən 865 saylı hərbi hissəyə birləşdi-rilən Yasamal taboru həmin ilin dekabrında Füzuli rayo-nundakı 702 saylı hərbi hissənin tərkibinə verilir. 1 Cabbar Məmmədov: Diplomatik psixologiya (Siyasi, ideoloji və psix-oloji diversiya və anti-diversiyaların metodları). Bakı, “Sabah” nəşri-yyatı, 2001. səh.173

150

Bir bölüyün manifesti

Bölük komandiri, gənc leytenant Şəmsi Hüseynovun cə-sarətinə və zəngin döyüş təcrübəsinə arxalandığı igid əs-gərlərdən biri də Fəxrəddin Əmirov idi.

1994-cü ilin yanvarın 5-də Füzuli rayonunun Zobucuq meşəsindən başlanan hücumlarda özünü bir daha cəsur əsgər kimi göstərən Fəxrəddin sonrakı döyüşlərdə də ruh yüksəkliyi və rəşadəti ilə fərqlənirdi. Qəhrəman əsgərin fədakarlıqları və igidlikləri hərbi komandanlığın diqqətin-dən kənarda qalmır və Fəxrəddin dəfələrlə bölük komandi-ri tərəfindən təşəkkürnamələrlə həvəsləndirilir.

Öz şərəfli döyüş salnaməsinə hər bir döyüşdə mərdlik, cəsarət və hünərlə dolu yeni qızıl səhifələr yazan Fəxrəd-dinin şanlı döyüş yolunun qarşısını 1994-cü ilin yanvarın 19-da Yuxarı Seyidəhmədli kəndi uğrunda gedən qanlı dö-yüşlərdə qəfildən aldığı ağır yara kəsir.

Xoşbəxtlikdən təcili şəkildə hospitala çatdırılan yara-lı qartalı həkimlər ölümün pəncəsindən xilas edə bilirlər. Hospitalda müalicəsini bitirən Fəxrəddin səhhəti ilə əlaqə-dar ordudan tərxis olunur. Hal-hazırda II qrup Qarabağ müharibəsi əlilidir, eyni zamanda Azərbaycan Respublika-sı Prezidentinin təqaüdçüsüdür.

Fəxrəddin Əmirov kimi ömrünün ən dinamik və mənalı çağlarını – gənclik illərini, Allahın insana verdiyi ən bö-yük neməti – can sağlığını gözünü qırpmadan, sevə-sevə, tərəddüd etmədən vətən uğrunda qurban verməyə hazır, fə-dakar oğulları olan bir xalq, gec-tez öz doğma torpaqları-na, ata-baba yurduna, cənnət Qarabağına geri qayıdacaq. O gün uzaqda deyil.

151

Qaya Əliyev

ətən sipəri oğulVətən hər bir adam üçünı onıın evidir,kəndidir, torpağıdır, ölkəsidir.

Heydər Əliyev

Haradan başlanır vətən? Dünya-ya yeni göz açmış körpənin vətəni onun beşiyidir. Onun üçün vətənin sərhədləri dünyanın ağrı-acılarından xəbərsiz mışıl-mışıl yatdığı beşiyinin kənarlarıdır. Büdrəyə-büdrəyə, imək-ləyə-iməkləyə yenicə yeriməyə başla-yanda o körpənin vətəninin sər hədləri də bir qədər genişlənir. Artıq, yaşadığı evin həndəvəridir vətənin sərhədləri. Körpə böyüyür, eşikdə həmyaşıdları ilə oynamağa başlayır. Artıq, onun üçün vətənin sərhədləri həyatın qayğılarından, qəmindən-kədərindən, dünyanın yalanından, şərindən bixəbər gülüb-oynadığı evin həyəti-nin həndəvəridir. Beləcə, yaş ötdükcə, illər bir-birini əvəz etdikcə vətən anlayışının sərhədləri də genişlənir, «doğma məhəllə» anlayışını «doğma kənd», «doğma kənd» məfhu-munu «doğma rayon», «doğma rayon» qavramını «doğma ölkə» istilahı əvəz edir. Bax, haqqında danışacağımız vətən oğlu Salman üçün də, uğrunda gözünü qırpmadan qanlı

Salman Nəriman oğlu Mustafayev

V

152

Bir bölüyün manifesti

döyüşlərə atıldığı Füzuli rayonu həm ata yurdu idi, həm doğma kəndinin yerləşdiyi rayon idi, həm də doğma vətə-ninin, doğma Azərbaycanının ayrılmaz tərkib hissəsi idi.

Fialetofka kəndində dünyaya göz açan, burada uşaq-lıq və yeniyetməlik illərini yaşayan Salman Nəriman oğlu Mustafayev ordu sıralarında hərbi xidmətini başa vurduq-dan sonra Sumqayıt Politexnik Texnikumunda təhsil alır. Mülki tikinti fakültəsində təhsilini uğurla başa vuran gənc məzun təyinatla doğma rayonuna işləməyə göndərilir. Elə ilk günlərdən vəzifəsinə məsuliyyətlə və vicdanla yanaşma-sı idarə rəhbərliyinin diqqətini cəlb edir. Həmişə öz işində nümunəvi olmağı qarşısına məqsəd qoyan Salman, günbə-gün gənc mütəxəssis kimi kollektivin hörmət və ehtiramını qazanır. Rayonda gənclərə həsr olunan bütün tədbirlərdə Salmanın adı qabaqcıllar sırasında çəkilir. Əməksevərliyi, zəhmətkeşliyi, məsuliyyətliliyi və s. bu kimi mənəvi key-fiyyətləri onu el-obada da sevdirir.

Qarabağda erməni qəsbkarlarının Azərbaycana qarşı qətllər, qarətlər, talanlar və s. cinayətlərlə müşayiət olunan əsassız torpaq iddialarına biganə qala bilməyən Salman, tezliklə Füzuli rayonunun düşməndən müdafiəsi məqsə-dilə təşkil olunan özünümüdafiə, taborunun fəal döyüş-çülərindən birinə çevrilir. Demək olar ki, hər gün erməni quldurları rayon kəndlərini müxtəlif silahlardan atəşə tu-tur, qəfil basqınlar edir, mülki əhalini qətlə yetirir, dinc sakinlərin mülkiyyətinə və dövlət əmlakına böyük ziyan vururdular. Bütün bu vəhşiliklər gənc Salmanı da hiddət-ləndirir, onun qəlbində intiqam hissini coşdurdu.

153

Qaya Əliyev

Rayonun bir sıra kəndlərinin mənfur erməni quldur-larından müdafiəsi uğrunda gedən döyüşlərdə Salman dəfələrlə öz şücaəti ilə fərqlənmişdi.

1993-cü ilin əvvəllərində cəbhədəki gərginlik getdikcə daha da artırdı. Digər tərəfdən də, ölkədə hökm sürən hərc-mərclik, qeyri-stabil ictimai-siyasi vəziyyət, siyasi ehtirasların dövlət maraqlarından daha qabarıq şəkildə ön plana çıxması və s. bu kimi neqativ faktorlar orduya mənfi təsir göstərir, şəxsi heyəti ruhdan salırdı. Bütün bunların nəticəsində Kəlbəcər işğal olundu. 1993-cü ilin iyun-avqust aylarında döyüşlər daha da intensiv xarakter aldı. Çox təəssüflər olsun ki, digər doğma torpaqlarımız kimi Füzuli rayonu da, işğalçı Ermənistan ordusu tərəfin-dən silahlı təcavüzə məruz qaldı. Əlbəttə ki, bu işğal düş-mənə heç də asan başa gəlməmişdi. Qanlı döyüşlər zamanı Füzulinin igid oğulları yüzlərlə erməni yaraqlılarını məhv etmiş, düşmənin onlarla hərbi texnikasını sıradan çıxar-mışdılar. Bu işğallar düşmənə ağır itkilər hesabına başa gəlmişdi. Amma, çox təəssüf ki, bütün bu qəhrəmanlıqlar müqabilində Füzulini sonadək qorumaq mümkün olmadı.

İşğaldan sonra, digər həmvətənlərimiz kimi Bakı şəhə-rinə pənah gətirən Salman, məcburi köçkün həyatı ilə barış-mayaraq, 1993-cü ilin noyabrında ölkə başçısı, Ümummilli Liderimiz Heydər Əliyev cənablarının «Vətən təhlükədə-dir» çağırışını vətən harayı kimi qəbul edərək, tezliklə bu çağırışa səs verir və Yasamal taborunun tərkibində döyüş-lərə atılır.

Taborun II bölüyünün komandiri Şəmsi Hüseynov, Sal-manın əvvəlki döyüş təcrübəsini nəzərə alaraq onun hərbi

154

Bir bölüyün manifesti

bilik və bacarıqlarından hərbi kəşfiyyat sahəsində istifadə edir. Böyük Çin strateqi Sun-Tzı yazırdı ki, kəşfiyyatçı-ların gətirdiyi məlumatların hesabına düşmənin bütün niyyətlərini əvvəlcədən bilmək mümkündür. Düşmənin niyyətini əvvəlcədən bilən isə, müharibədə faktiki ola-raq, Tanrı kimi hərəkət edə bilər.

Məhz, Salmanın kəşfiyyatçı həmkarları ilə birlikdə gə-tirdiyi zəruri məlumatlar nəticəsində düşmənin niyyəti, strateji planları, dislokasiyası, hərbi-texniki imkanları və təminatı kimi mühüm məlumatlar müəyyən edilir, bu məlumatlar əsasında hərbi əməliyyat planları tərtib olu-nur, atəş koordinatları müəyyən edilirdi. Füzulinin Şü-kürbəyli, Aşağı və Yuxarı Seyidəhmədli, Kürdmahmudlu, Əbdürrəhmanlı kəndlərinin erməni işğalçılarından azad edilməsində cəsur kəşfiyyatçı Salman Mustafayevin də öz rolu olmuşdu. Salmanın bu şücaəti hərbi komandan-lıq tərəfindən yüksək qiymətləndirilmiş, igid əsgər Fəxri Fərmanla təltif edilməklə yanaşı, iki günlük məzuniyyətlə həvəsləndirilmişdi. Salman, iştirak etdiyi digər döyüşlərdə də, cəsarəti, mərdliyi, fədakarlığı ilə fərqlənmişdi.

1995-ci ildə ordudan tərxis edildikdən sonra Salman Mustafayev yenidən əmək fəaliyyətini davam etdirir. Bu qeyrətli vətən oğlunun keçdiyi şərəfli döyüş yolu gənc nəs-lə canlı nümunədir.

155

Qaya Əliyev

andan öncə Vətəndir!Müzakirə predmeti vətənin taleyidirsə, yerdə qalan hər şey təfərrüatdır.

Mustafa Kamal Atatürk

Enişli-yoxuşlu həyat yolunda o kəslər qarşısına qoyduğu məqsədə çata bilir ki, qayəsi aydın, addımla-rı mətin olur. Təbii ki, hansı sürət-lə irəliləməsindən asılı olmayaraq, əsən küləklərin istiqamətinə görə yolunu müəyyən edən gəmi limana çata bilməz. Yalnız və yalnız kapita-nının əlindəki kompasın göstərdiyi istiqamət üzrə hərəkət edən gəmi arzuladığı limana yan ala bilər. Tə-sadüfi deyildir ki, Qədim Roma fi-losofu Seneka yazırdı ki, əgər gəmi hansı sahilə yan alacağını bilmirsə, onda küləyin hansı istiqamətdən əsməsinin onun üçün heç bir faydası olmur. Bu analogiyadakı dəniz-həyat, gəmi-insan ömrü, küləklər- ötəri hisslər və xırda həvəslər, kompas isə, ülvi hisslər və ali məqsədlərdir. Ötəri hisslər, xırda həvəslər, balaca istəklər, cırtdan ehtiraslar insanı həyatda naməlum, arzuolunmaz və xoşagəlməz istiqamətlərə, vətənə məhəbbət, el-oba təəs-sübü, yurd sevgisi və bu qəbildən olan digər ülvi hisslər

C

Əsədağa Baba oğluZeynalov

156

Bir bölüyün manifesti

və ali məqsədlər isə, insanı şəhidlik və ya qazilik zirvəsinə aparır.

Qarşısına vətənə layiqli övlad, el-oba təəssübü çəkən vətəndaş zirvəsinə qalxmaq məqsədi qoyan insan da, əsən küləklərin istiqamətinə məhəl qoymadan limana doğru irə-liləyən gəmi kimi, gündəlik məişət qayğılarına, şəxsi arzu-lara, ötəri hisslərə əhəmiyyət vermədən bu məqsədə doğru irəliləməlidir.

Haqqında söhbət açacağımız Qarabağ döyüşçüsü Əsə-dağa Baba oğlu Zeynalovun keçdiyi ibrətamiz həyat yolu bu məqsədyönlülüyün və inamın bariz nümunəsidir.

Çox təəssüflər olsun ki, vətənin bu ağır günlərində onun harayına hay verən igid övladlarımızla yanaşı, doğma tor-paq qarşısında övladlıq borcundan, hərbi xidmətdən yayı-nanlar və fərarilər də az deyildi.

O dövrdə kütləvi xarakter daşıyan belə neqativ halla-ra ürək ağrısı ilə toxunan Ümummilli Liderimiz Heydər Əliyev deyirdi: «Nə üçün gənclərin bir hissəsi çağırışdan boyun qaçırır, orduda xidmət etmək istəmir, valideynləri isə cürbəcür vasitələrlə onları hərbi xidmətdən azad etdi-rirlər? Bəziləri orduda xidmət etməli olan oğlanlarını Azər-baycandan kənara, başqa ölkələrə göndərmişlər. Bəs onda Azərbaycanı kim qoruyacaq, onun müstəqilliyini kim tə-min edəcəkdir?»1

Müharibə şəraitində, Vətənin ağır günlərində hərbi xidmətə yararlı olduğu halda, özünü fiziki və s. cəhətdən qeyri-sağlam, hərbi xidmətə yararsız şəxs kimi qələmə verib Vətənə namus borcunu ödəməkdən yayınanlara, 1 Əliyev Heydər Əlirza oğlu. Müstəqilliyimiz əbədidir: Çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar. İyun, 1993 - may, 1994. K.: 1 / Bu-raxılışa məsul: R. Mehdiyev, H.Orucov.- B.: Azərnəşr, 1997. səh.234

157

Qaya Əliyev

fərarilərə rast gəlib təəssüf hissi keçirdiyimiz bir dövr-də, hərbi xidmətə həqiqətən də, fiziki cəhətdən yararsız olmağına və bu faktın hərbi komissarlıq tərəfindən veril-miş müvafiq hərbi biletdə rəsmi şəkildə əks olunmasına baxmayaraq, vətənin harayına hay verib dövlət başçısı-nın 1993-cü ilin noyabrın 2-də «Vətən təhlükədədir» çağı-rışına cavab olaraq, könüllü şəkildə ordu sıralarına yolla-nan Əsədağa kimi oğullarımızı görüb fəxr etmişik. Hərbi xidmətə fiziki cəhətdən yararsız olması faktını gizlədərək vətənin müdafiəsinə yollanan Əsədağa, Üçtəpə poliqonun-da təşkil olunan Yasamal taborunun II bölüyünə qoşulur və təcrübəli komandir Şəmsi Hüseynovun əsgəri olur.

Sonralar, o unudulmaz günləri iftixar hissi ilə xatırla-yan Əsədağa Zeynalov deyəcəkdi:

«1993-cü ilin sentyabrında taboru Goran poliqonunda yer-ləşən 865 saylı hərbi-hissənin tərkibinə verdilər. Burada bir müd-dət təlim keçdikdən sonra Füzuli rayonu ərazisində yerləşən 702 saylı hərbi hissəyə göndərildik. Bölük komandirimiz leytenant Şəmsi Hüseynov, artıq iki ilə yaxın idi ki, cəbhədə böyük döyüş təcrübəsi toplamışdı. Bir neçə yaşayış məntəqələri məhz onun bacarıqlı rəhbərliyi sayəsində erməni yaraqlılarından müvəffəqiy-yətlə müdafiə olunmuşdu. Mən bu təcrübəli komandirin başçılığı ilə döyüşməyi özümə fəxr bilirdim. Şəmsi, bizə döyüş sirlərini öy-rədirdi. Həmişə də deyirdi ki, özünü qorumağı bacarmayan əsgər Vətəni də qoruya bilməz. Biz 1994-cü ilin yanvarın 5-də Füzuli-nin Zobucuq deyilən ərazisindən döyüşlərə başladıq.»

Bəli, Zobucuqdan başlanan şərəfli döyüş yolu Əsəda-ğanın taleyində silinməz izlər buraxıb. Şükürbəyli, Aşağı Seyidəhmədli kəndləri uğrunda gedən döyüşlərdə ağır sınaqlarla üz-üzə qalan Əsədağanın yüksək iradi-mənəvi

158

Bir bölüyün manifesti

keyfiyyətləri özünü burada da büruzə verir. Komandirin tapşırıqlarını vaxtında, dəqiqliklə və məsuliyyətlə yerinə yetirən igid döyüşçünün bu hünəri komandanlıq tərəfindən diqqətdən kənarda qalmır. Tezliklə, o, hərbi komandanlıq tərəfindən təşəkkürnaməyə layiq görülür. Bu döyüşlərdə Əsədağanın göstərdiyi cəsarət və şəxsi şücaət digər əsgər yoldaşlarına da canlı nümunə olur.

Cəsur əsgəri Əsədağa Zeynalovu qürur hissi ilə xatırla-yan təcrübəli komandir Şəmsi Hüseynov, sonralar onun haqqında deyəcəkdi:

«Əsədağa bölüyə gələndə onun hərbi xidmətə yararsız olduğu-nu öyrəndim. Ondan, fiziki sağlamlığındakı bu ciddi problemlərə baxmayaraq, yenə də döyüşmək istəməyinin səbəbini soruşdum. O isə, cavabında: Sən necə, mən də elə, – dedi. Doğrusu, onun bu cavabı məni çox qürurlandırdı. Öz-özlüyümdə düşündüm ki, belə fədakar oğulları olan vətən basılmaz, belə düşüncədə əsgərləri olan ordu yenilməz. Əsədağa, elə ilk döyüşlərdə özünü cəsur və igid bir döyüşçü kimi tanıtdı. Verdiyim bütün tapşırıqları opera-tiv surətdə yerinə yetirirdi.»

Kürdmahmudlu kəndinin düşmən işğalından müdafiəsi uğrunda qızğın döyüşlər gedirdi. Bölük komandiri Şəmsi Hüseynov şəxsi heyət qarşısında olduqca məsuliyyətli hər-bi tapşırığın qoyulduğunu əsgərlərə bildirərək, bu döyüşün xüsusilə mühüm hərbi-strateji əhəmiyyət daşıdığını izah etdi. Döyüşün çətin və ağır olacağı hər bir əsgərə aydın idi. Bu yaşayış məntəqəsi nəyin bahasına olursa-olsun düşmən işğalından azad olunmalıydı. İgid əsgər Əsədağa Zeynalov bu döyüşdə şəxsi şücaəti və fədakarlığı ilə seçildi. O, döyüş əsnasında bir neçə erməni yaraqlısını məhv etmişdi. Özü isə, şiddətli döyüş zamanı ağır yaralandı. Hərbi hospita-

159

Qaya Əliyev

la göndərilən mətin döyüşçü müalicə olunsa da, bu dəfə hərbi xidmətə yararsız diaqnozu ilə ordudan tərxis edildi. II qrup Qarabağ əlili Əsədağa Zeynalov hazırda Yasamal Rayon Əlillər Cəmiyyətinin fəal üzvlərindəndir. Prezident təqaüdçüsüdür.

Əsədağa Zeynalovun 1962-ci ilin payızında Bakı şəhə-rində dünyaya göz açmasından başlayıb Qarabağ döyüşlə-rindən keçən şərəfli ömür yolu, gənc nəslin hərbi vətənpər-vərlik ruhunda tərbiyəsi istiqamətində canlı nümunədir.

160

Bir bölüyün manifesti

ətən eşqiVətənə olan borcunu ödəmədən ölən şəxs bədbəxtdir.

Con Fletçer

Əvvəlki söhbətlərimizdə «Haradan başlayır Vətən» sualına cavab tapma-ğa çalışmışdıq. İndi isə, «Haradan başlayır Vətən məhəbbəti» sualına ca-vab axtaracağıq.

Vətənə məhəbbət, yurd sevgisi haradan başlayır? Bu suala ilk öncə, «doğulduğun, tərbiyə aldığın mühit-dən, ailə dən» cavabını verəcəksiniz. Haqlısınız. Doğrudan da, əgər ailədə övladlara vətənə məhəbbət, el-obaya sədaqət, doğma torpağa sonsuz sevgi

hissləri, vətən borcu-namus borcu, el-oba təəssübü, doğ-ma torpağı göz bəbəyi kimi qorumaq, onun uğrunda hər cür fədakarlığa hazır olmaq dü şüncələri aşılanarsa, belə vətənpərvərlik ruhunda tərbiyə alan övlad gələcəkdə vətən daşına, əsl ölkə vətəndaşına çevriləcək.

Ömür kitabını vərəqləyəcəyimiz Bahəddin Vəkulla oğlu Əliyevin də qəlbindəki vətənə sonsuz məhəbbət, doğma

Bahəddin Vəkulla oğlu Əliyev

V

161

Qaya Əliyev

tor pağa sədaqət, el-oba təəssübü kimi ülvi hisslər məhz, dünyaya göz açdığı ailədə yaranmağa başlayıb. İllər ötdük-cə bu ülvi hisslər onun ürəyinə hakim kəsilib. Həm orta məktəbdə təhsil aldığı illərdə, həm də 8 saylı peşə mək-təbində sənətin sirlərinə yiyələndiyi dövrdə mütaliəyə də vaxt ayırıb. Vətənpərvərlik mövzusunda çəkilən filmlərə xüsusi maraq göstərib.

1941-45-ci illərdə bəşəriyyətin faşizm bəlasından xilas edilməsi uğrunda gedən mübarizədə öz qəhrəmanlıqları və keçdiyi şərəfli döyüş yolu ilə dünya xalqlarının imzaları arasında Azərbaycan xalqının da imzasını qoymuş Böyük Vətən müharibəsi iştirakçılarının şərəfli döyüş yolunun xatirələrini həvəslə dinləyib. Təbii ki, ailə tərbiyəsi ilə ya-naşı, veteranlarımızın müharibə təəssüratlarının da qəhrə-manımızın daxili aləminin formalaşmasında müstəsna rolu olub.

Əlbəttə ki, belə bir mühitdə tərbiyə alıb formalaşmış bir vətən övladı ölkədə baş verən hadisələrə biganə qala bilməzdi. Keçmiş sovet məkanını bürümüş və Azərbayca-nımızdan da yan keçməyən milli-azadlıq hərəkatı vətənin azadlığını və suverenliyini ən böyük şəxsi arzusuna çevir-miş Bahəddini də öz ağuşuna aldı.

1989-cu ildə ordu sıralarına çağırılan Bahəddin vətən-dən uzaqda hərbi xidmət keçdiyi 2 illik dövrdə də, daim öz doğma yurdunun taleyi barədə düşünür, 20 yanvar faciə-si, Qarabağda baş verən hadisələr, erməni vəhşilikləri kimi xəbərlər onun vətən eşqi ilə döyünən ürəyini dərindən sar-sıdırdı. Belə acı və sarsıdıcı xəbərləri eşitdikcə, səbirsizliklə hərbi xidmət müddətinin başa çatması anını gözləyir, tez-liklə vətənə qayıdıb onun harayına yetişmək barədə düşü-nürdü.

162

Bir bölüyün manifesti

Beləliklə, hərbi xidmətini başa vurub Respublikamıza qayıdan Bahəddin planlaşdırdığı kimi, tezliklə, könüllü şə-kildə Qarabağa yollanaraq ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərə atıldı.

1993-cü ilin noyabrında Ulu Öndərimiz Heydər Əliyev «Vətən təhlükədədir!» çağırışı ilə xalqa müraciət etmişdi. Bu o dövr idi ki, nəinki Dağlıq Qarabağ ərazisi, həmçinin ona bitişik olan 7 rayonumuz da erməni işğalçıları tərə-findən zəbt olunmuşdu. Dinc sakinlər öz doğma yurd yu-valarından didərgin salınmış, xeyli sayda mülki şəxs qət-lə yetirilmiş, yaralanmış, əsir düşmüş, dövlətə və əhaliyə külli miqdarda maddi ziyan vurulmuş, minlərlə müxtəlif təyinatlı obyekt dağıdılmışdı. Mənfur düşmən tərəfindən yandırılan kəndlərdə evlərdən dil-dil qalxan alovlar sanki, o evlərin hayı, harayı, fəryadı idi. Bu haqsızlıqlara, görün-məmiş vəhşiliklərə dözmək mümkün idimi? Elə buna görə də, Bahəddin dövlət başçısının bu çağırışına ilkin olaraq səs verən igid oğulların cərgəsində oldu. Tezliklə, Yasamal Ra-yon Hərbi Komissarlığına müraciət edərək könüllü şəkildə Qarabağ döyüşlərində iştirak etmək istədiyini bildirdi. Bir neçə gündən sonra təşkil olunan Yasamal taborunun tər-kibinə daxil oldu. Taborun II bölüyünün komandiri artıq Qarabağ döyüşlərində şəxsi şücaəti ilə tanınmış gənc ley-tenant Şəmsi Hüseynov Bahəddinlə fərdi söhbətdən sonra ona hərbi təlimlərdə iştirak etməyə icazə verdi. Bahəddin hərbi təlimlərin bütün çətinliklərinə mətanətlə dözür, fəal-lığı ilə seçilirdi.

1994-cü ilin yanvarın 5-də bölüyün Füzuli rayonunun Zobucuq meşəsindən başlayan uğurlu döyüş yolu Şükür-bəyli, Aşağı Kürdmahmudlu, Aşağı Seyidəhmədli, Aşağı

163

Qaya Əliyev

Əbdürrəhmanlı kəndləri uğrunda gedən hərbi əməliyyat-larda uğurla davam etdi. Bu döyüşlərdə Bahəddin dəfələr-lə hərbi komandanlıq tərəfindən təşəkkürnamələrlə təltif edildi. Döyüşdən-döyüşə polad kimi bərkiyən, iştirak etdi-yi bütün hərbi əməliyyatlarda öz fədakarlığı ilə cəbhə yol-daşlarına örnək olan bu cəsur vətən oğlu atəşkəs dövrünə qədər bölüyün bütün döyüşlərində öz cəsarəti və hünəri ilə vətənə sonsuz məhəbbətini nümayiş etdirdi.

Cəbhə boyu atəşkəs elan edildikdən sonra ordu sırala-rından tərxis olunan cəsur döyüşçü mülki həyata qayıtdıq-dan sonra yenidən əmək fəaliyyətini davam etdirir. Bu gün o, çalışdığı «Azəriqaz» ASC-də həm yüksək əxlaqi-mənəvi keyfiyyətlərə malik bir insan kimi, həm də məsuliyyətli və intizamlı əməkdaş kimi, həmçinin şərəfli döyüş yolu keç-miş Qarabağ döyüşçüsü kimi kollektivin dərin hörmət və ehtiramını qazanıb. «Əgər bu gün döyüş əmri verilsə, mən dərhal cəbhəyə getməyə hazıram» deyən mətin Qarabağ döyüşçüsü Bahəddin Əliyevin bu əqidəsinin kökündə ailə-sindən aldığı və ömür boyu qanının hər damlasında daşı-dığı vətənə sədaqət tərbiyəsi dayanır.

164

Bir bölüyün manifesti

ətən taleyi – ömür yoluÖvlad gərək vətənə,Vətəndir yol, deyirlər...Ona qurban gedənə Əsl oğul deyirlər...

Cabir Novruz

Yollar çoxdur dünyada. Daşlı-kəsək-li, enişli-yoxuşlu ömür yolu, barıt qoxulu, odlu-alovlu döyüş yolu, hər gün gedib-gəldiyimiz, arzularımıza, istəklərimizə doğru tələsdiyimiz şose yolları... Bu yollar heç də həmişə ha-mar olmur.

Ömür kitabını vərəqləyəcəyimiz qəh rəmanımız Qurban Hüseyn oğlu Hü seynovun da tarixçəsi bu yollarla sıx bağlıdır.

Qurban Hüseynov 1963-cü ildə qədim Oğuz yurdu Ulu Borçalı ma-

halının Faxralı kəndində dünyaya göz açıb. Orta məktəb illərində ilkin zəruri biliklərə yiyələnib. Cəmiyyətə faydalı insan, xalqına, el-obasına gərəkli övlad, vətəninə və dövlə-tinə layiqli vətəndaş olmaq arzusu ilə yaşayan Qurban, bu

V

Qurban Hüseyn oğlu Hüseynov

165

Qaya Əliyev

ülvi məramının arxasınca gedərək, orta məktəbi bitirdik-dən sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olur. Mühəndis kimi fəaliyyətə başlayıb cəmiyyətdə öz yerini tutmaq, peşəkar mühəndis kimi istehsalatda ça-lışıb cəmiyyətin inkişafına öz töhfəsini vermək arzusunun reallaşmasından Qurbanı qısa müddət ayırırdı. Ali təhsi-lini başa vuracağı ilə az qalmışdı. Lakin, Qarabağda baş verən hadisələr, ana yurdun müqəddəratı, vətənin taleyi indi onu öz şəxsi arzularından daha çox düşündürürdü. Vətən sevgisini hər şeydən uca tutan, Vətənin müqəddə-ratını öz şəxsi taleyi bilən, öz şəxsi istəklərini və arzularını vətən naminə qurban verməyə hazır olan Qurban, 1993-cü ilin noyabr ayında Ulu Öndər Heydər Əliyev cənablarının «Vətən təhlükədədir» çağırışına səs verərək uşaqlıq arzusu olan ali təhsilini yarımçıq qoyub, təhsil aldığı ali məktəbin rəhbərliyinə ərizə ilə müraciət edərək könüllü şəkildə ön cəbhəyə yollandı.

İlk öncə o, Yasamal taborunun təcrübəli zabit Şəmsi Hü-seynovun rəhbərlik etdiyi II bölüyünün tərkibində hərbi təlimlərə başladı. Bölük komandiri elə ilk günlərdən onun təlimlərdə xüsusi fəallığını müşahidə etdi.

1993-cü ilin sonlarında Yasamal taboru Goran poliqonu-na göndərildi. Burada bir aylıq təlimlərdən sonra, tabor Fü-zuli rayonunda yerləşən 702 saylı hərbi hissənin tərkibinə daxil oldu.

1994-cü ilin yanvar ayının 5-də taborun, o cümlədən bu bölüyün şərəfli döyüş salnaməsinin ilk səhifələri yazıldı. Zobucuq meşəsindən başlanan döyüş yolunda komandirin hərbi perspektivinə böyük ümidlər bəslədiyi döyüşçülər-

166

Bir bölüyün manifesti

dən biri də Qurban idi. Bu etimadın arxasında onun igid əs-gər kimi hələ hərbi təlimlər zamanı nümayiş etdirdiyi şəxsi keyfiyyətlər dayanırdı.

Şükürbəyli və Aşağı Seyidəhmədli kəndlərinin düş-mən işğalından azad edilməsi istiqamətində aparılan hər-bi əməliyyatlarda Qurbanın rəşadəti komandirin ona olan etimadını bir daha doğrultmuş oldu. Qurban, iştirak etdiyi döyüşlərin hər birində öz fədakarlığı və döyüş rəşadəti ilə cəbhə yoldaşlarına nümunə olub. Onun şanlı döyüş yolu-nun bəzi epizodlarını xatırlatmaq yerinə düşərdi.

Tabor növbəti döyüşlərə hazırlaşırdı. Tabor rəhbərliyi tərəfindən hər bir bölüyə mühüm döyüş tapşırıqları veril-mişdi. Belə mühüm hərbi-strateji əhəmiyyət daşıyan döyüş tapşırıqlarından biri də II bölüyün qarşısına qoyulmuşdu. Bölük Aşağı Seyidəhmədli kəndini erməni yaraqlılarından azad etməliydi. Bölük komandiri, bacarıqlı leytenant Şəmsi Hüseynov döyüşçüləri sıraya düzüb, komandanlığın əmri-ni onlara izah etdi. Bütün ağır döyüşlərdə olduğu kimi, Ko-mandir bu döyüşdə də Qurbanın cəsarətinə bütün varlığı ilə inanırdı. Bütün hərbi bilik və bacarığı, şəxsi keyfiyyətləri ilə komandirin yüksək etimadını doğrultmağa çalışan Qur-ban, bu qanlı döyüşlərdə öz hünər və rəşadəti ilə neçə-neçə döyüşçünü arxasınca aparır, cəbhə yoldaşlarına qələbəyə inam və ruh yüksəkliyi aşılayırdı. Bu döyüşdə düşmənə ağır və həlledici zərbə vuraraq, qarşısında qoyulmuş dö-yüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirən bölük, tezlik-lə Seyidəhmədli kəndini düşmən işğalından azad edir. Bu qələbədə müstəsna rolu olan Qurban hərbi komandanlıq tərəfindən Fəxri Fərmanla təltif edildi.

167

Qaya Əliyev

1994-cü ilin mayınadək bölüyün digər həlledici döyüş-lərində də fəal iştirak edən Qurban, ordudan tərxis edil-dikdən sonra yarımçıq qalmış təhsilini davam etdirir. Ali məktəbi uğurla başa vurub, gecikmiş şəxsi arzularına qo-vuşaraq ixtisaslı mühəndis olur. II qrup Qarabağ müha-ribəsi əlili Qurban Hüseynov bu gün yol inşaat mühən-disi kimi ölkəmizdə gedən tikinti-quruculuq, abadlıq işlərində fəal iştirak edir, nəqliyyat infrastrukturunun təkmilləşməsində öz bilik və bacarığını əsirgəmir. Belə-cə, doğma torpaqlarımızın düşmən işğalından müdafiəsi uğrunda fəal döyüş əməliyyatlarının getdiyi zamanda, bir igid döyüşçü kimi canını, qanını əsirgəməyən Qur-ban, ordu sıralarından qayıtdıqdan sonra, mülki həyat-da, bir ixtisaslı mütəxəssis və peşəkar mühəndis kimi, öz bilik və bacarığını da doğma vətənin çiçəklənməsinə və iqtisadi inkişafına sərf edir. Vaxtilə vətənin mənfur düşmən təcavüzündən müdafiəsi yolunda «o mehriban, o əziz tələbəlik illəri»ndən imtina edib müsəlləh əsgərə çevrilən qəhrəmanımız, ordu sıralarından tərxis edildik-dən sonra, yenidən tələbəlik həyatına qayıdaraq ali təh-silini davam etdirir, peşəkar mühəndis olur və ixtisaslı mütəxəssis kimi, Respublikamızın düşmənin göz dağına çevrilən coşqun iqtisadi inkişafı istiqamətində qollarını çırmalayaraq ölkənin nəqliyyat infrastrukturunun for-malaşdırılması prosesində fəal iştirak edir.

Böyük şairimiz Səməd Vurğunun bu ibrətamiz misrala-rı, sanki Qurbanın həyat kredosudur:

168

Bir bölüyün manifesti

Öz hаlını düşünmə tеz, xаlqın üçün külüng vur,Qеyrətsiz xudpəsəndi tаrix hаqlı unudur…

Yollar hər birimizin taleyində öz izini qoyur. Bu gün Qurban, bir igid döyüşçü kimi Qarabağ müharibəsində keçdiyi şanlı döyüş yolu ilə qürur duymaqla yanaşı, eyni zamanda, bir peşəkar mühəndis və ixtisaslı mütəxəssis kimi tikintisində iştirak etdiyi, Respublikamızın nəqliy-yat infrastrukturunun əsasını təşkil edən, hər gün min-lərlə insanın öz arzularına doğru tələsdiyi yollara baxıb iftixar hissi keçirir. İnanır ki, həm tikintisində iştirak etdiyi yollar, həm də öz tale yolu bir gün onu yenidən ata-baba torpaqlarımıza, Qarabağa aparacaq.

169

Qaya Əliyev

ətən fədaisi, Haqq aşiqiVətən sevgisi fərdi sevgidən ilahi sevgiyə yüksəliş yolunda bir məqam kimi ortaya çıxır.

Əbu Turxan

Hər bir insanın həyatda mövqeyini, cəmiyyətdə yerini üç amil formalaş-dırır: saf düşüncə, gözəl əxlaq, doğru əməl. Bu üç cəhətin sintezi nəticəsində şəxsiyyət bütövlüyü, insan həyatının harmoniyası yaranır. Belə bir ömrü yaşamaq isə hər kəsə nəsib olmur. O insanlar xoşbəxtdirlər ki, taleyinə ulu Tanrı tərəfindən məhz belə uğurlu alın yazısı yazılıb. Böyükağa İsrafil oğlu İsrafilov da məhz belə dəyərli və mənalı ömür yaşayıb.

Orta məktəbi başa vurduqdan son-ra Böyükağa sənətə yiyələnməyə üstünlük verir. Elə buna görə də həmyaşıdlarının bir çoxunun işlədiyi «Ozon» za-vodunda yonucu şagirdi kimi əmək fəaliyyətinə başlayır.

İstehsalatda nümunəvi olmağa çalışır, tədricən peşə ba-carıqlarını artırır. Zavod gəncləri arasında peşəsinə bağlılı-

Böyükağa İsrafil oğlu İsrafilov

V

170

Bir bölüyün manifesti

ğı və işinə vicdanlı yanaşması ilə seçilən Böyükağa kollek-tivlə rəftarında da səmimiyyəti, xoş ülfəti ilə özünə qarşı dərin rəğbət hissi oyatmışdı. Beləcə, halal zəhmətə könül verən Böyükağanın gözləri ilk maaşını alanda yaşarmışdı. Elə o an dərk etmişdi ki, həyatın mənası doğru yolda ol-maqda, halal ruzi ilə yaşamaqda, əxlaqi saflıqda, mənəvi təmizlikdə, xeyirxah əməllərdədir. Zavodda işlədiyi illər ərzin də onun ata-anadan, ağsaqqallardan, təcrübəli işçilər-dən öyrəndiyi, həyat amalına çevirdiyi bu ali mənəvi key-fiyyətlər sonralar da Böyükağanın ömür yolunda məhək daşına dönüb.

Ordu sıralarında hərbi xidmətini başa vurduqdan sonra yenidən qaynar əmək fəaliyyətinə başlayan, qəlbi min-min arzularla dolu bu gəncin həyatının 1993-cü ilin noyabrın-da yeni səhifəsi açılır. Artıq, bir neçə ildir ki, davam edən Qarabağ müharibəsində Dağlıq Qarabağ Vilayəti ilə yana-şı, ona bitişik 7 rayonumuz da Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Özgə torpaqlarının işğalından şirniklənib daha da quduzlaşan erməni yaraqlıları cəbhə boyu hücumları davam etdirirdilər. Belə bir mürəkkəb və ziddiyyətli şəraitdə dövlət başçısı Heydər Əliyev respubli-kamızın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi naminə xalqa müraciət etdi. Müdrik dövlət başçısının və el ağsaqqalının bu həyəcanlı çağırışına səs verən Böyükağa ertəsi gün Yasamal Rayon Hərbi Komissarlığına gəlib, kö-nüllü şəkildə ön cəbhəyə yollanmaq arzusunda olduğunu bildirdi. O, yenicə formalaşmaqda olan Yasamal taborunun sıralarına qəbul edildi. Taborun II bölüyünün təcrübəli ko-mandiri Şəmsi Hüseynov digər könüllülər kimi onunla da

171

Qaya Əliyev

fərdi söhbət apardıqdan sonra, hərbi təlimlərdə iştirak et-məsinə razılıq verdi.

Təlimlərdə Böyükağa öz bacarığı və məsuliyyəti ilə ko-mandirin diqqətini çəkdi. Gələcək döyüşlərdə onun igid-liklə döyüşəcəyinə əmin olan komandir, öz zənnində ya-nılmamışdı. Belə ki, Böyükağa, ağır döyüşlərdə ən çətin imtahanlardan üzüağ çıxaraq, şəxsi şücaəti və rəşadəti ilə səngər yoldaşlarına nümunə olmuşdu.

Yasamal taboru 1993-cü ilin dekabr ayının 23-də Füzuli rayonunda yerləşən 702 saylı hərbi hissə ilə birləşdirildi. İki həftəlik hərbi hazırlıqdan sonra 1994-cü ilin yanvar ayının 5-də Zobucuq meşəsindən hərbi əməliyyatlara başladı. Bö-lüyün qarşısında qoyulan ilk döyüş tapşırığı Aşağı Kürd-mahmudlu kəndinin düşmən işğalından azad edilməsi əməliyyatı idi. Bölük komandiri Şəmsi Hüseynov bu mü-hüm vəzifəni şəxsi heyətə izah etdikdən sonra hər bir əsgə-rin fərdi döyüş hazırlığına diqqət yetirir, onların hər biri-nin geyimindən tutmuş mənəvi-psixoloji durumuna qədər ətraflı şəkildə, dərindən maraqlanırdı. Təcrübəli leytenant çox yaxşı başa düşürdü ki, hər bir döyüşçüyə fərdi şəkildə, diqqətlə yanaşılması hərbi əməliyyatın uğurla nəticələnmə-sinə əhəmiyyətli təsir göstərir. Əsgərə fərdi yanaşma hərb elminə çoxdan məlum olan, dəfələrlə sınaqdan çıxmış üsullardan biridir. Hərb tarixindən məlumdur ki, Fran-sa imperatoru, görkəmli sərkərdə Napoleon Bonapart hər bir həlledici döyüşdən əvvəl şəxsi heyətə baxış keçirir, mümkün qədər hər bir əsgərin döyüş hazırlığı ilə fərdi şəkildə maraqlanmağa çalışırdı. Və yaxud, böyük Fateh Makedoniyalı İsgəndər demək olar ki, ordusunda olan

172

Bir bölüyün manifesti

hər bir döyüşçünü adbaad tanıyırdı. Hətta, o döyüşlərin birindən sonra, onunla adaş olan və özünü doğrultmayan əsgərə yaxınlaşaraq «Ya adını dəyiş, ya da mənim kimi ol» demişdi.

Elə ilk döyüşdə Şəmsi Hüseynovun müraciət etdiyi şəxsi heyətə fərdi yanaşma metodu öz bəhrəsini verdi. Bölüyün qələbəsi əsgərləri sonrakı döyüşlərə daha da ruhlandırdı. Bu uğurlu əməliyyatlarda Böyükağa da öz cəsarəti, fəda-karlığı ilə seçildi. Komandirin ona olan inamını və etimadı-nı doğrultdu. Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Şükürbəyli və s. kəndlərin erməni işğalçılardan azad edil-məsində mətin və qorxmaz bir döyüşçü kimi Böyükağanın da öz payı vardı.

1994-cü ilin sonunda Böyükağa ordu sıralarından tərxis edildi. Yenidən əmək fəaliyyətinə qayıdaraq halal zəhmətə bağlandı. Ana torpaq qarşısında öz övladlıq borcunu dərk edərək doğma yurdun çətin anlarında ona dayaq olan, el-oba harayına hay verərək ön cəbhəyə yollanan vətən fədaisi, ordu sıralarından qayıtdıqdan sonra, Ulu yaradan qarşısında öz bəndəlik borcunu hiss edən bir Haqq aşiqi kimi Müqəddəs Məşhəd və Həcc ziyarətlərinə yollandı. Hədis-şərifdə buyurulduğu kimi «Vətəni sevmək iman-dandır» kəlamını həyat kredosuna çevirən Böyükağanın qəlbi daim vətənə sonsuz məhəbbət və İlahi eşq ilə dö-yünür. Böyük Şərq mütəfəkkiri Əbu Turxanın təbirincə desək, Böyükağa üçün vətən sevgisi fərdi sevgidən ilahi məhəbbətə yüksəliş yolunda bir ali məqam idi. O, bu gün

173

Qaya Əliyev

fədakar vətən fədaisi kimi iftixar hissi ilə daşıdığı Qara-bağ qazisi adı ilə yanaşı, qəlbi ilahi məhəbbətlə dolu bir Haqq aşiqi kimi adının qarşısına əlavə olunan «Məşədi» və «Hacı» dini titulu ilə də qürur duyur. Qoy ulu Tanrı imanımızı kamil, ixlasımızı daimi, təqvamızı sabit etsin, Hacı Böyükağa. Amin!

174

Bir bölüyün manifesti

ətən harayıVətən hissi izahedilməzdir, biz onu analıq hissinə bağlayırıq.

M.M.Prişvin

Ana vətən... Ana da müqəddəsdir, vətən də. Ana yolunda, vətən yolunda övladların mübarizəsi, fədakarlıqları Tanrı tərəfindən həmişə haqq, ədalət naminə mübarizə kimi qiymətləndi-rilmişdir. Bu yolda bütün çətinlik-lərə, məhrumiyyətlərə mərdliklə sinə gərən igid oğulların həyatı şərəfli və ibrətamiz bir salnamədir.

Xalqımızın hərb tarixində öz yeri olan Qarabağ müharibəsində mə-tanətlə döyüşən igid oğullarımızdan biri olan İbrahimxəlil Məmmədmusa

oğlu Əzimzadənin keçdiyi ömür yolu da məhz belə şanlı salnamələrdən biridir. Şirin arzular və kövrək xatirələrlə dolu qayğısız uşaqlıq illərini sevgilər şəhəri, doğma Bakıda keçirən İbrahimxəlil orta məktəbi bitirdikdən sonra ordu sıralarında xidmətə yollanır. Doğma Vətəndən xeyli uzaq-da, qürbət ellərdə hərbi xidmət keçən İbrahimxəlilin köv-

İbrahimxəlil Məmmədmusa oğlu

Əzimzadə

V

175

Qaya Əliyev

rək qəlbi daim doğma Bakı üçün, ana yurdu Azərbaycan üçün döyünür.

Evdən göndərilən bağlamalarda, məktublarda vətənin, doğma yurdun ətrini duyur. Müdriklərimizin buyurdu-ğu kimi vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır. Beləcə, yad ellərdə günlər ayları, qışlar baharları qovduq-ca, İbrahimxəlilin hərbi xidmət müddəti başa çatır. Ordu sıralarından tərxis olunduqdan sonra halal zəhmət yolunu seçir, İbrahimxəlil.

1980-ci illərin sonunda keçmiş SSRİ ərazisini bürüyən və doğma Azərbaycanımızdan da yan keçməyən milli-azad-lıq hərəkatı dalğası, daim vətənin azadlığı, suverenliyi və müstəqilliyi məramı ilə yaşayan, bir gün dünya xalqlarının imzaları içində xalqımızın da öz imzasının olacağına bü-tün varlığı ilə inanan vətən övladı kimi İbrahimxəlili də öz ağuşuna alır. 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Azərbaycan xalqına qarşı törətdiyi, beynəlxalq hüquqa zidd olan, BMT Baş Assambleyasının 1974-cü il tarixli «Təcavüzün tərifi haqqında» Qətnaməsinin 3-cü və 7-ci maddəsi kontekstində beynəlxalq cinayət hüququnda ən ağır cinayət hesab olunan silahlı təcavüz aktı hər bir vətəndaş kimi İbrahimxəlili də dərindən sarsıdır. Dövlət müstəqilliyini yenicə bərpa edən Azərbaycan Respublikası bir tərəfdən xaricdən qonşu Ermənistan Respublikasının silahlı təcavüzü, digər tərəfdən ölkə daxilində siyasi haki-miyyət uğrunda gedən mübarizə, xalqın və vətənin taleyini «əllərdə oyuncağa» çevirən «idrakı sönük başçıların qəflə-ti» nəticəsində ağır vəziyyətdə düşmüşdü. Ölkə daxilində iqtisadi böhran, siyasi deqradasiya və s. fəsadlarla müşa-yiət olunan və silahlı qüvvələrimizə də sirayət edən özba-

176

Bir bölüyün manifesti

şınalıq, başıpozuqluluq və hərc-mərclik kimi neqativ hallar erməni təcavüzü üçün münbit zəmin yaradır, yaranmış əl-verişli şəraitdən istifadə edən qəsbkarlar bir-birinin ardın-ca Dağlıq Qarabağı və ona bitişik 7 rayonumuzu da işğal edərək, burada qətliamlar, talanlar, qatı cinayətlər törədir-dilər.

Siyasi hakimiyyətə qayıtdıqdan sonra, bütün bilik və ba-carığını, dövlətçilik təcrübəsini, var qüvvəsini Respublikaya yeni nəfəs vermək, onu düşdüyü bu ağır vəziyyətdən xilas etməyə sərf edən Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin noyabrında «Vətən təhlükədədir» çağırışı ilə xalqa müraciətindən sonra, bu çağırışa ilk səs verən igid oğullarımızdan biri də İbrahimxəlil idi. El ağsaqqalının, dövlət başçısının bu çağırışını vətən harayı kimi qəbul edən İbrahimxəlil, tezliklə könüllü şəkildə Yasamal Rayon Hərbi Komissarlığına gələrək, ön cəbhəyə getmək arzusunda ol-duğunu bildirdi. O, əvvəllər Yasamal taborunda, təcrübəli zabit Şəmsi Hüseynovun rəhbərlik etdiyi II bölüyün tərki-bində Goran poliqonunda hərbi təlimlərə başladı. Təlim-lər zamanı İbrahimxəlilin xüsusi bacarıq və qabiliyyəti ko-mandirin diqqətindən yayınmadı. Daha sonra tabor Füzuli rayonunda yerləşən 702 saylı hərbi hissə ilə birləşdiyindən İbrahimxəlil də döyüş yolunu burada davam etdirdi.

1994-cü ilin yanvarın 5-də Zobucuq meşəsindən döyüş-lərə başlayan bölüyün bütün hərbi əməliyyatlarında İbra-himxəlil özünü igid və cəsur döyüşçü kimi tanıtdı. Döyüş yoldaşları onu həmişə ön cərgədə hünərlə döyüşən əsgər kimi xatırlayırlar. O, Füzuli rayonunun Aşağı Kürdmah-mudlu, Aşağı Əbdürrəhmanlı, Aşağı və Yuxarı Seyidəh-mədli Şükürbəyli və digər kəndlərinin erməni qəsbkarla-

177

Qaya Əliyev

rından azad olunmasında əsl şücaət nümunəsi göstərmişdi. Komandir Şəmsi Hüseynov onu digər döyüşçülərə layiqli əsgər kimi nümunə göstərirdi.

1994-cü ilin mayında cəbhə boyu atəşkəs elan olunduq-dan sonra İbrahimxəlil Əzimzadə ordudan tərxis olundu. Yenidən mülki həyata qayıtdı. İllər keçsə də, yaş ötsə də, onun ürəyindəki vətən məhəbbəti, yurd nisgili səngimədi, daha da alovlandı. O, bu gün də Silahlı Qüvvələrimizin Ali Baş Komandanının əmri ilə silaha sarılaraq işğal altında olan torpaqlarımızın azadlığı uğrunda döyüşlərə atılmağa hazırdır.

178

Bir bölüyün manifesti

əsur kəşfiyyatçı Kəşfiyyat, döyüş planının əvəzolunmaz hissəsidir.

V.H.Qribbon, məşhur ingilis hərbi kəşfiyyatçısı

Bölük komandiri Şəmsi Hüseynov çox narahat görünürdü. Otaqda var-gəl edir, arabir pəncərədən bayıra baxıb, gözləri məchulluğa dikilirdi. Görəsən, müharibənin od-alovların-dan keçmiş bu cəsur zabiti düşün-dürən nə idi? Çox keçmədən:

– Yoldaş komandir, əmrinizlə gəlmişik, – deyə otağa daxil olub, kandarda da-yanan əsgərlərin səsi onu xəyallardan ayırdı. İndi hər şey aydınlaşacaqdı. Hazırlanan hərbi əməliyyatın taleyi-nin həll edilməsində mühüm mərhələ başlanacaqdı.

Döyüşçü Nəsir Zeynalovla birlikdə komandirin yanına gələn əsgərlərdən biri onun həmyerlisi, digəri Ağdam ra-yonundan idi. Bölük komandiri onları sabahkı döyüş tap-şırığı ilə tanış etdi. Bölüyün görən gözü, eşidən qulaqları olan bu cəsur, çevik və igid döyüşçüləri kəşfiyyata gön-

C

Nəsir Elyas oğluZeynalov

179

Qaya Əliyev

dərən komandir, onlara düşmənin hərbi texnikası, canlı qüvvəsi, dislokasiyası və s. kimi növbəti döyüş planının hazırlanması üçün zəruri olan mühüm məlumatları topla-mağı tapşırdı. Eyni zamanda, ehtiyatlı olmağı tövsiyə etdi. Gecənin qatı qaranlığında bu üç qorxmaz döyüşçü erməni yaraqlılarının mövqelərinə yaxınlaşaraq, düşmənin yerləş-diyi ərazini ətraflı müşahidə etdi və mühüm hərbi-strateji əhəmiyyət daşıyan məlumatlarla geri döndülər. Böyük Çin strateqi Sun-Tzının qeyd etdiyi kimi, kəşfiyyatçıların gətir-diyi məlumatlar əsasında düşmənin bütün niyyətlərini əv-vəlcədən bilmək mümkündür. Düşmənin niyyətini əvvəlcə-dən bilən isə, müharibədə faktiki olaraq Allah kimi hərəkət edir. Məhz, cəsur kəşfiyyatçıların gətirdiyi mühüm məlu-matların sabahkı döyüşün müvəffəqiyyətlə başa çatmasın-da böyük rolu oldu. Bölük komandiri tərəfindən bu dəqiq və hərtərəfli kəşfiyyat məlumatları əsasında, məharətlə hazırlanmış döyüş planının icrası nəticəsində minimal itki ilə Aşağı Əbdürrəhmanlı kəndi erməni işğalçı ordusundan təmizləndi. Çox təəssüflər olsun ki, bu qələbə həm də, igid döyüşçü Nəsir Zeynalovun mərmi qəlpələrindən baş-beyin zədəsi alması bahasına başa gəldi. Bir tərəfdən qazanılma-sında böyük fədakarlıq göstərdiyi qələbəyə sevinən Nəsir, digər tərəfdən isə, yaralanaraq təcili şəkildə hərbi hospitala aparıldıqdan sonra səhhəti ilə əlaqədar ordudan tərxis olu-nub, daha səngər yoldaşları ilə birlikdə çiyin-çiyinə vətənin müdafiəsində iştirak edə bilməyəcəyinə görə məyus oldu. Aldığı yara nəticəsində şərəfli döyüş yoluna nöqtə qoymalı olan Nəsir, ordudan tərxis olunduqdan sonra, halal zəhmət yolunu seçərək, peşə məktəbində yiyələndiyi dülgər sənəti üzrə fəaliyyətə başladı.

180

Bir bölüyün manifesti

Bəs hansı ömür yolu Nəsiri gətirib Qarabağ döyüşlərinə çıxarmışdı? O şərəfli döyüş yoluna kimi hansı ömür yolu keçmişdi?

Füzuli rayonunun Qərvənd kəndində 1967-ci ildə dün-yaya göz açan Nəsirin uşaqlıq illəri də elə bu kənddə keçib. Orta təhsilini başa vurduqdan sonra Bakı şəhərindəki peşə məktəblərinin birində təhsil alıb. Dülgər sənətinin sirlərinə yiyələnib. 1985-ci ildə ordu sıralarına çağırılıb. Hərbi xid-məti başa vurduqdan sonra yenidən öz peşəsinə qayıdıb.

1993-cü ilin noyabrın 2-də Ümummilli liderimiz Hey-dər Əliyevin «Vətən təhlükədədir» çağırışı ilə xalqa müra-ciətindən sonra, bu çağırışa ilk səs verənlərdən biri də Nə-sir olub. Dövlət başçısının bu çağırışını vətən harayı kimi qəbul edən Nəsir, Yasamal Rayon Hərbi Komissarlığına gələrək, könüllü şəkildə ön cəbhəyə göndərilməsini xahiş edib. Nəsirə, seçdiyi bu vətənpərvərlik və igidlik yolunda uğurlar diləyən hərbi komissar Əlağa Hüseynov onun bu istəyini məmnuniyyətlə yerinə yetirir.

Nəsirin daxil olduğu bölüyün formalaşma prosesi öz axarı ilə gedirdi. Bölük komandiri əsgərlərinin sırasına yeni qatılan bütün könüllüləri sınaqdan keçirir, onları tə-limlərdə diqqətlə müşahidə edərək onların ayrı-ayrılıqda hər birinin döyüş bacarığını və hərbi potensialını fərdi şə-kildə müəyyən etməyə çalışırdı. Beləcə, bölüyə yeni qatılan könüllü kimi Nəsirin də şəxsi keyfiyyətlərinə və hərbi po-tensialına yaxından bələd olan komandir, ona inamla yana-şır, bu inamla da Nəsir Zeynalova mühüm hərbi tapşırıqlar verir, onu döyüşün ən qaynar nöqtələrinə göndərirdi.

Nəsir Zeynalovun iştirak etdiyi bütün döyüşlərdə nü-mayiş etdirdiyi mənəvi-psixoloji hazırlıq, yüksək döyüş

181

Qaya Əliyev

qabiliyyəti bir daha, ona etimad edən təcrübəli komandir Şəmsi Hüseynovun öz zənnində yanılmadığını göstərdi. Döyüşlərdən-döyüşlərə bərkiyən igid vətən oğlunun hər bir hərbi əməliyyatda özünü nümunəvi əsgər kimi tanıtma-sı hərbi komandanlığın diqqətindən yayınmadı. Tezliklə, bölük komandiri tərəfindən ona təşəkkür elan edildi.

Bu gün cəsur əsgərini dərin hörmətlə xatırlayan koman-dir onun haqqında iftixar hissi ilə danışdı:

– Mən bölüyümüzün bütün əsgərləri barəsində xoş sözlər deyə bilərəm. Onları biri-birindən kəskin şəkildə fərqləndirmək ədalət-sizlik olardı. Canlarını belə vətən yolunda qurban verməyə hə-mişə hazır olan belə cəsarəti və hünərvər döyüşçülərdən biri də Nəsir Zeynalov idi. Bölüyün bütün uğurlu döyüş əməliyyatla-rında fəal iştirak etmişdi. Dəfələrlə komandanlıq tərəfindən təşək-kürnamələrlə təltif edilmişdi. Mən belə cəsur döyüşçülərlə həmişə fəxr etmişəm.

İnanırıq ki, vətəni göz bəbəyi kimi qoruyan, onun uğrun-da canını belə qurban verməyə hazır olan, keçdiyi şərəfli döyüş yolu ilə bugünkü gənc nəslə örnək olan Nəsir Elyas oğlu Zeynalov qədirbilən xalqımız və qüdrətli dövlətimiz tərəfindən öz layiqli qiymətini alacaq.

182

Bir bölüyün manifesti

əfərin zəfər yoluƏgər adam öz evini, öz ocağını, öz torpağını, yaşayış yerini qorumursa, onun əvəzinə kim gəlib qoruyacaqdır?

Heydər Əliyev(Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının əra-

zisinə yeni hücumları və təcavüzü ilə bağlı milli televiziya və radio ilə xalqa 2 noyabr 1993-cü il tarixli müraciətindən1)

Vətən sevgisi ailədən başlayır. Ailəsini sevməyən, onun təəssübünü, öz ana-bacısının qeyrətini çəkməyən insan, doğma kəndinin, doğma ray-onunun da təəssübünü çəkə bilməz, doğma kəndinin, doğma rayonunun, el-obasının qız-gəlinlərinin də qey-rətini çəkə bilməz. Doğma kəndi-nin, doğma rayonunun təəssübünü çəkə bilməyən insan, öz ölkəsinin təəssübünü, öz xalqının qeyrətini də çəkə bilməz və öz xalqının qız-gəlin-lərinin iffətini də düşməndən qoruya

bilməz. Öz doğma ölkəsini doğma kəndi kimi qoruyan, öz doğma kəndinin təəssübünü isə, öz doğma ölkəsinin

1 «Azərbaycan» qəzeti, 3 noyabr 1993-cü il.

Zəfər Lətif oğlu Kərimov

Z

183

Qaya Əliyev

təəssübü kimi çəkən qəhrəman oğullarımızdan biri də Zəfər Lətif oğlu Kərimovdur. Füzuli rayonunun Aşağı Rəfədinli kəndində dünyaya göz açan Zəfər, ömrünün 18 ilini burada keçirib. İki il yad ellərdə hərbi xidmət keçib. Harada olmasından, harada yaşamasından asılı olmayaraq qəlbi hər zaman doğma vətəninin, doğma yurdunun, el-obasının eşqi ilə döyünüb. Doğma yurd təəssübü, el-oba məhəbbəti, vətən sevgisi onun həyat yolunun sönməz ma-yakı olub.

80-ci illərin sonu və 90-cı illərin əvvəllərində ölkədə baş verən proseslər Zəfərin doğulub boya-başa çatdığı doğ-ma Füzuli rayonundan da yan keçmir. Bütövlükdə, Res-publikamızda müşahidə olunan ictimai-siyasi böhran, hərc-mərclik, iqtisadi tə nəzzül və xaos, Dağlıq Qarabağ və ətraf rayonlarımızda, o cümlədən Füzulidə bir qədər spesi-fik xarakter almışdı. Belə ki, burada ictimai-siyasi vəziyyə-ti xarakterizə edən, sadalanan neqativ təzahürlərə erməni təcavüzü də əlavə olunmuşdu. Erməni separatçılarının törətdiyi təxribatlar getdikcə güclənirdi. Vəhşi erməni yaraqlıları kəndlərə basqın edir, dinc sakinlərə divan tu-tur, qanlı qətliamlar törədir, külli miqdarda əmlaka ziyan vurur, talanlar, soyğunlar törədirdilər.

Böyük mütəfəkkir, istedadlı şair və görkəmli dra-maturqumuz Hüseyn Cavidin 1922-ci ildə qələmə al-dığı “Peyğəmbər” tarixi dramında Baş kahin obrazının dilindən səsləndirilmiş bu məşhur sual, çox təəssüflər olsun ki, 90-cı illərin əvvəllərində də Respublikamızın düşdüyü ağır ictimai-siyasi vəziyyətin fonunda və erməni təcavüzü kontekstində öz aktuallığını qoruyub saxlayırdı:

184

Bir bölüyün manifesti

Ah, şu müqəddəs yurdumuz Düşmanlara oyuncaqmı?

Təbii ki, qeyrətli vətən oğlu Zəfər Kərimov da, bütövlük-də ölkədə, o cümlədən doğma Füzuli rayonunda baş verən bu qanlı hadisələrə biganə qala bilməzdi. Tezliklə o, yeni yaradılmış könüllü özünümüdafiə taborunun tərkibinə daxil olur.

Tale Zəfəri elə bir sınağa çəkmişdi ki, indi o eyni za-manda, həm doğma kəndinin yerləşdiyi Füzulini, həm doğma rayonu olan Füzulini, həm də doğma vətəninin, doğma öl kəsinin torpaqlarının bir parçası olan Füzulini mənfur düşməndən qorumalı olacaqdı. El-oba təəssübünü çəkməyi özünə mənəvi borc, doğma torpağı göz bəbəyi kimi qorumağı özünə vətəndaşlıq vəzifəsi, ata yurdunu düşməndən müdafiə etməyi özünə övladlıq missiyası bilən Zəfər, bu yolda hər bir çətinliyə, hər bir məhrumiyyətə hazır idi. Elə buna görə də Füzulinin erməni yaraqlıların-dan müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşdu. Dəfələrlə ölümlə üz-üzə gəlsə də, onun qarşısın-dan qaçmadı, əyilmədi, sınmadı, onun gözünə dik baxdı. Elə bu igidliyinə, cəsurluğuna görə də taborda qorxmaz döyüşçü kimi tanındı. Çox təəssüflər olsun ki, 1993-cü ilin yayında ağır döyüşlərin birində Zəfər, qəfildən mərmi qəlpələrindən ağır yaralandı. Səngər yoldaşları dərhal onu döyüş meydanından çıxartdılar. Çoxlu qan itirmişdi, Zəfər. Həkimlərin səyi və donor döyüşçülərin fədakarcasına ver-dikləri qan sayəsində o, həyata qayıtdı.

«İgid odur atdan düşər atlana» deyib atalarımız. Zəfər də, büdrəsə də, yıxılmayan, atdan düşüb yenidən atlanıb öz şanlı döyüş yoluna davam edən bir igid oğul kimi

185

Qaya Əliyev

müalicə olunduqdan sonra yenidən döyüş meydanlarına atıldı. Xalq şairimiz Məmməd Arazın bu ölməz misraları sanki, Zəfər kimi igid oğullarımızın dilindən yazılmışdı:

İndi bizim ölümlə,Çarpışan çağımızdı.Ölümün boğazından,Yapışan çağımızdı.Ölümlə tərcümansızDanışan çağımızdı.Qılınc qap, Vətən oğlu,Bizi Vətən çağırır!

Böyük şairimizin təbirincə desək, Vətən yolunda gözü-

nü qırpmadan ölümlə çarpışan, ölümlə tərcümansız danı-şan, mərmi qəlpələrindən ağır yaralanmasına baxmayaraq, ölümün boğazından yapışaraq onun kürəyini yerə vurub yenidən ayağa qalxan və mənfur düşmən üzərinə atılan Zəfər 1993-cü ilin payızında rayon ərazisində yerləşən 702 saylı hərbi-hissənin tərkibində təcrübəli komandir Şəm-si Hüseynovun rəhbərlik etdiyi II bölükdə öz şərəfli dö-yüş yolunu davam etdirdi. O, 1994-cü ilin yanvarından atəşkəs dövrünə qədər rayonun bir neçə kəndinin erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə hünərlə, igidliklə və cəsarətlə vuruşdu. Bu döyüşlərdə fərqləndiyinə görə dəfələrlə komandanlıq tərəfindən təşək-kürnamələrə, Fəxri Fərmanlara layiq görüldü. Hər dəfə döyüşlərə cəsarətlə atılan və adı kimi Zəfərlə qayıdan bu qəhrəman vətən oğlu çox təəssüflər olsun ki, 1996-cı ildə aldığı qəlpə yaralarından əziyyət çəkdiyinə görə ordu

186

Bir bölüyün manifesti

sıralarından tərxis olunmaq məcburiyyətində qalır. Öz sağlamlığını vətənin müdafiəsi uğrunda qurban vermiş II qrup Qarabağ əlili Zəfər Kərimov öz şərəfli həyat və döyüş yolu ilə fəxr etməyə haqlıdır. Zəfər Kərimovun zəfər dolu döyüş yolu, başqa sözlə desək, Zəfərin zəfər yolu, bu gün yetişməkdə olan gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması üçün canlı nümunədir.

187

Qaya Əliyev

şdə halal zəhmətilə, döyüşlərdə mətanətilə ucalan oğul

Vətəniniz üçün qan, dostlarınız üçün göz yaşı, ailəniz üçün tər tökün.

F.Kristian

Kəmaləddin Nəcməddin oğlu Hü-seynov 1964-cü ilin martın 5-də Bakı şəhərinin Yasamal rayonunda dünya-ya göz açıb. 1978-ci ildə 21 saylı orta məktəbi bitirib. 1982-1984-cü illərdə ordu sıralarında həqiqi hərbi xidmət keçib. 1987-ci ildən 1993-cü ilədək «Ozon» zavodunda sürücü işləyib.

Əziz oxucu, bu faktlar və rəqəmlər sənə ilk baxışdan bir insanın keçdiyi ömür yolunun sadə statistikası kimi görünə bilər. Əslində isə, bu statis-tika, bu rəqəmlər, bu faktlar halal zəhmətlə yoğurulmuş bir ömür yolunun fiksasiyasıdır. O ömür yolu ki, onun ilk mərhələsini halal zəhmət yolu, növ-bəti mərhələsini şanlı döyüş yolu, sonrakı mərhələsini isə, yenə halal zəhmət yolu təşkil edib.

I

Kəmaləddin Nəcməddin oğlu Hüseynov

.

188

Bir bölüyün manifesti

Qeyd etdiyimiz kimi, Kəmaləddinin halal zəhmətlə yo-ğurulan ömür yolu «Ozon» zavodundan başlayır. Sevdiyi sürücülük peşəsi burada onun işə qəbul edilməsini asan-laşdırır. Peşəkar sürücü kimi əmək fəaliyyətinə başlayan bu zəhmətkeş gənc tezliklə, işə məsuliyyətlə yanaşması, yüksək intizamı və peşəkarlığı ilə rəhbərliyin, yüksək insa-ni keyfiyyətləri, mərdliyi, dürüstlüyü ilə bütün kollektivin dərin hörmət və ehtiramını qazanır.

Elə buna görə də zavod rəhbərliyi Kəmaləddin haqqın-da yalnız və yalnız dərin hörmət və ehtiram hissi ilə danışıb həmişə. Bəlkə də, halal zəhmətlə yoğurulmuş bu aylar gün-ləri, illər ayları beləcə sakit, səssiz-səmirsiz əvəz edəcək, ömür qatarı aramla öz yoluna davam edəcəkdi. Bəlkə də o, müəssisənin ən qabaqcıl işçilərindən birinə çevriləcək, öz əmək profili üzrə ad-san qazanacaqdı. Böyük Britaniyanın məşhur incəsənət xadimi Con Lennonun dediyi kimi, həyat – sənin başqa planlar qurduğun vaxt ərzində, başına gələn hadisələrdir. Qarabağda mənfur erməni yaraqlılarının silahlarından açılan atəş səsləri hər bir el-oba təəssübü, vətən qeyrəti çəkən oğul kimi İbrahimxəlilin də öz axarı ilə davam edən sakit həyatındakı bu sükutu pozdu.

XX əsrin əvvəllərində Rusiya imperiyasının tə nəz zü-lündən siyasi fürsət kimi istifadə edib Azərbaycan xalqı-na qarşı genosid, talanlar, qırğınlar və digər bu kimi qatı cinayətlər törətmiş qaniçən erməni daşnakları, XX əsrin sonlarında da SSRİ-nin tənəzzülü nəticəsində yaranmış ic-timai-siyasi vəziyyətdən sui-istifadə edərək Dağlıq Qara-bağda və ətraf rayonlarda yerli dinc sakinlərə divan tutur, qətliamlar törədir, dövlətə və mülki əhaliyə məxsus olan külli miqdarda əmlakı talayırdılar. Erməni barbarlarının

189

Qaya Əliyev

Dağlıq Qarabağda törətdikləri misli görünməmiş vəhşilik-lər və qatı cinayətlər Respublikamızın hər yerində olduğu kimi, İbrahimxəlilin yaşadığı və fəaliyyət göstərdiyi Bakı şəhərində də ciddi rezonans doğurmuşdu

Belə ki, Dağlıq Qarabağda baş verən qanlı hadisələrə və erməni separatizminə etiraz etmək məqsədilə meydanlara axışan xalq, 1988-ci ilin noyabr-dekabr günlərində aşağıda-kı haqlı tələblərlə çıxış edirdi:

«Azərbaycan partiya və dövlət orqanlarına tabe olmayan DQMV-nin partiya və sovet rəhbərliyi işdən azad edilsin!», «DQMV-də Azərbaycan hakimiyyəti bərpa olunsun!», «Er-mənistanın Azərbaycanın daxili işlərinə müdaxiləsinə son qoyulsun!», «Topxana meşəsinə təcavüz dayandırılsın!», «Ermənistanda yaşayan azərbaycanlıların təhlükəsizliyi təmin edilsin!», »Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan DQMV-də azərbaycanlılara qarşı törədilən cinayətlərin iştirakçıları mühakimə edilsin!», «Sumqayıt nəticədir, səbəb araşdırılsın və mühakimə edilsin!», «Er-mənistanda yaşayan azərbaycanlılara muxtariyyət hüququ verilsin!»1

Yeri gəlmişkən, təəssüf hissi ilə qeyd olunmalıdır ki, hələ ötən əsrin 80-ci illərinin sonunda səsləndirilmiş, Beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və nor-malarına, eləcə də o dövrdə mövcud olan daxili qanun-vericiliyə əsaslanan bu haqlı tələblər dünya birliyinin biganəliyi və bir sıra beynəlxalq təşkilatların etinasızlığı nəticəsində səsləndirildiyi dövrdən 30 ilə yaxın müddə-tin ötməsinə baxmayaraq hələ də öz aktuallığını qoruyub saxlamaqdadır. 1 M.Əlizadə. Hardan gəldik, hara gedirik...: Xatirə, müsahibə və müxtə-lif sənədlər – B.: Bakı Dövlət Universitetinin Nəşriyyatı, 1993. səh.42-43

190

Bir bölüyün manifesti

Bir tərəfdən Sovetlər İttifaqının deqradasiyası nəticə-sində yaranan dövlət hakimiyyəti boşluğu, digər tərəfdən yenicə dövlət müstəqilliyini bərpa etmiş və bu istiqamət-də ilkin kövrək addımlarını atmağa başlayan Azərbayca-nımıza rəhbərlik edən «idrakı sönük başçıların qəfləti» nəticəsində yaranmış və öz növbəsində orduya da sirayət edən xaos, iqtisadi tənəzzül və hərc-mərclik, eyni zaman-da, yuxarıda qeyd etdiyimiz kimi dünya birliyinin eti-nasızlığı və bir sıra beynəlxalq təşkilatların biganəliyi nəticəsində erməni qəsbkarları ata-baba yurdumuz olan Dağlıq Qarabağı və ətraf rayonlarımızı işğal etmişdilər. Requlyar vəziyyətdə bircə kəndimizi belə işğal etməyə, adi şəraitdə bircə açıq döyüşdə belə igid oğullarımıza qa-lib gəlmək iqtidarında olmayan qorxaq və nankor qonşu-larımız, yuxarıda təsvir etdiyimiz əlverişli beynəlxalq və siyasi situasiyadan sui-istifadə edərək bir-birinin ardınca kəndlərimizi. rayonlarımızı, şəhərlərimizi işğal etməkdə idilər. Xalqın təkidli tələbi ilə, siyasi hakimiyyətə qayı-dıb can verməkdə olan Azərbaycanımıza süni nəfəs verən Ümummilli liderimiz Heydər Əliyev işğal təhlükəsi al-tında olan rayonlarımızın müdafiəsi və qəsb olunmuş ərazilərimizin geri qaytarılması üçün 1993- cü ilin noyab-rın 2-də «Vətən təhlükədədir» çağırışı ilə xalqa müraciət etdi. El ağsaqqalının, müdrik dövlət başçısının bu çağırışını vətən harayı kimi qəbul edən Kəmaləddin tezliklə, bu ha-raya hay verərək ön cəbhəyə yollandı. Yasamal rayonun-da təşkil olunan tabora üzv yazılan vətən oğlu II bölüyün təcrübəli komandiri Şəmsi Hüseynovun rəhbərliyi altında hərbi təlimlərə başladı. Elə ilk günlərdən onun yüksək hər-

191

Qaya Əliyev

bi hazırlığı və döyüş bacarıqları üzə çıxdı. Silah və sursat-dan məharətlə istifadə etməsi, hərbi təlimlərdə çevikliyi və igidliyi ilə seçilməsi təcrübəli komandir Şəmsi Hüseynovu Kəmaləddinin hərbi perspektivinə inamla yanaşmağa sövq edirdi. Elə buna görə də, komandirin inandığı və xüsusi etimad göstərdiyi qorxmaz döyüşçülərdən biri də, məhz Kəmaləddin idi. Kəmaləddin də, öz növbəsində onu və ta-boru gözləyən qanlı döyüşlərdə bu etimadı layiqincə doğ-ruldacaqdı.

1994-cü ilin yanvarın 5-də Füzuli rayonunun Zobucuq meşəsindən başlanan ilk döyüş təcrübəsi onun gələcək qəh-rəmanlıqlarının başlanğıcı oldu. Komandirin şəxsi heyətin qarşısında qoyduğu bütün hərbi tapşırıqların tam, uğurla və vaxtında yerinə yetirilməsində Kəmaləddin fəal iştirak etmişdi.

Eyni zamanda, Şükürbəyli, Aşağı Seyidəhmədli, Əbdür-rəhmanlı və s. kəndlərin erməni yaraqlılarından geri alın-masında Kəmaləddin böyük rəşadət göstərmişdi. Xüsusilə, Aşağı Kürdmahmudlu kəndinin erməni işğalçılarından təmizlənməsində göstərdiyi fəallığa görə komandir Şəmsi Hüseynov tərəfindən ona bölük qarşısında təşəkkür elan edilmişdi.

Aşağı Əbduürrəhmanlı və Seyidəhmədli kəndləri uğ-runda gedən gərgin döyüşlərdə qazanılan parlaq qələbədə Kəmaləddinin də öz payı var idi. Bu qələbə Kəmaləddinin şanlı döyüş salnaməsinin qızıl hərflərlə yazılmış səhifələ-rindən biri idi.

1995-ci ildə ordu sıralarından tərxis edilən Kəmaləddin Hüseynov, şanlı döyüş yolundan yenidən halal zəhmət yoluna qayıtdı. Əmək fəaliyyətini davam etdirərək könül

192

Bir bölüyün manifesti

verdiyi sürücülük peşəsində çalışdı. Bu gün də o, keçdiyi mənalı, ibrətamiz həyat və döyüş yolu ilə fəxr edir. Kə-maləddinin şərti olaraq «halal zəhmət yolu» və «şanlı dö-yüş yolu» fəsillərindən ibarət olan şərəfli ömür salnaməsi bu gün yetişməkdə olan gənc-nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ilə yanaşı, halal zəhməti ilə cəmiyyətə faydalı fərd kimi formalaşması istiqamətində də canlı ör-nəkdir.

193

Qaya Əliyev

ətən üçün yaşamaq...Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən.– Həyatın məqsədi məhz bundan ibarətdir.

Cəlil Məmmədquluzadə

Məşhur ingilis dramaturqu Uil-yam Şekspirin «olum ya ölüm» di-lemması yəqin ki, hamıya tanışdır. Mənə elə gəlir ki, insan üçün bun-dan daha vacib bir dilemma var hə-yatda. Mövcud olmaq ya yaşamaq... İlk baxışdan sinonim kimi səslənən bu anlayışlar həyat fəlsəfəsi aspek-tindən tamamilə fərqli məzmun kəsb edir. Yaşamaq-yanmaqdır, öz ömrünü vətənin müdafiəsi, xalqın rifahı və cəmiyyətin inkişafı uğrun-da şam kimi əritməkdir. Mövcud ol-maq isə, sadəcə olaraq, vətən və xalq yolunda şam kimi əriyən fədakar ömürlərin işığından və hərarətindən fay-dalanmaqla kifayətlənməkdir. Mövcud olanları yalnız və yalnız öz şəxsi rifahı və təhlükəsizliyi düşündürə bilər. Əsl insan kimi yaşamaq isə, özünün və ailəsinin rifahı və təhlükəsizliyi ilə yanaşı, həm də vətəninin təhlükə-

İsrafil Muxtar oğlu Ələkbərov

V

194

Bir bölüyün manifesti

sizliyini və xalqın rifahını düşünmək, bu yolda çalışmaq və yeri gələndə, öz şəxsi arzularını vətən və xalq yolun-da qurban verməyi bacarmaqdır. Təsadüfi deyildir ki, görkəmli Amerikan yazıçısı Cek London xüsusilə vur-ğulayırdı: “İnsanın gerçək təyinatı ömür sürmək deyil, yaşamaqdır”. Təbii ki, «yaşamaq yoxsa, sadəcə mövcud olmaq» dilemması qarşısında qalan hər bir insanın seçi-minə onun ailə tərbiyəsi, təhsili, yaşadığı mühit və digər bu kimi faktorların onun xarakterinə aşıladığı xüsusiy-yətlər əsaslı şəkildə təsir göstərir.

Bax, beləcə əsl insan ömrü yaşamış vətən övladlarından biri də, İsrafil Muxtar oğlu Ələkbərovdur. «Yaşamaq və ya sadəcə mövcud olmaq» dilemması qarşısında tərəddüd et-mədən, əsl insan kimi yaşamaq yolunu seçən İsrafilin bu seçimi onun bir azdan haqqında danışacağımız yüksək ailə tərbiyəsinin, təhsilinin, yaşadığı mənəvi cəhətdən sağ-lam ətraf mühitin, birlikdə çiyin-çiyinə çalışdığı kollekti-vin onun xarakterinə aşıladığı iradi-mənəvi keyfiyyətlərin məhsulu idi.

Belə ki, İsrafil Muxtar oğlu Ələkbərov 1971-ci ildə Bakı şəhərində dünyaya göz açıb. 1988-ci ildə orta məktəbi bi-tirib. 1989-1991-ci illərdə həqiqi hərbi xidmət keçib. Ordu sıralarından qayıtdıqdan sonra əmək fəaliyyətinə başlayan İsrafilin adı tezliklə, kollektivdə əmək qabaqcılları cərgə-sində çəkilr. Onun qabaqcıl əməyi müəssisə rəhbərliyi tərə-findən yüksək qiymətləndirilir, təşəkkürnamələrlə təltif edilir.

Seçdiyi peşəyə bağlılığı və işə vicdanla yanaşması, onu sənətin sirlərinə dərindən yiyələnməyə, verilən istehsalat tapşırıqlarını vaxtında və layiqincə yerinə yetirməyə sövq edir. Ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəl-lərində ölkəmizdə baş verən hadisələr, bayaq qeyd etdi-

195

Qaya Əliyev

yimiz kimi, «sadəcə mövcud olmaq yoxsa, əsl insan kimi yaşamaq» dilemması qarşısında əsl insan kimi yaşamaq se-çimini etmiş hər bir vətən övladı kimi İsrafilin də həyatında dönüş nöqtəsi oldu.

Dünya tarixində elə xalqlar var ki, onlar öz dövlət müstəqilliklərini metropoliyanın rəhmi, imperiyanın mərhəməti, bu müstəqilliyi onlara bağışlaması və ya əta etməsi nəticəsində əldə ediblər. Lakin, Azərbaycan xalqı elə xalqların sırasındadır ki, o xalqlar öz suverenlikləri-ni, istiqlaliyyətlərini və dövlətçiliyini canı-qanı bahası-na mübarizə apararaq əldə ediblər. Elə 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində də, Azərbaycan xalqı Sovet imperiyası adlanan «xalqlar həbsxanası»ndan «əfv» və ya «amnistiya» əsasında yox, məhz sistemli, ardıcıl, prinsipi-al şəkildə mübarizə apararaq, bu yolda şəhidlər və qazilər verərək, bu həbsxananın divarlarını dağıdaraq çıxmışdır. Qəhrəmanımız İsrafil Ələkbərov da, bu dövrdə dövlətçilik, suverenlik və istiqlaliyyət uğrunda mübarizə aparan oğul-larımızın sırasında olmuşdur. O, 1990-cı il Qanlı 20 yanvar hadisələri zamanı, sovet qoşunlarının silahlı təcavüzü nə-ticəsində qanına qəltan edilən neçə-neçə yaralının küçələr-dən xəstəxanalara çatdırılmasında əsl vətəndaş kimi fəallıq göstərmişdir.

Dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbayca-nımızın üzərini tezliklə qara buludlar almışdı. Türkiyə Respublikasının qurucusu və ilk prezidenti dahi Mustafa Kamal Atatürk deyirdi: «Əsrlərdən bəri Türkiyəni idarə edənlər çox şeylər düşünmüşlər, fəqət yalnız bir şeyi düşün-məmişlər: Türkiyəni. Bu düşüncəsizlik üzündən türk vətə-ninin, türk millətinin çəkdiyi zərərlər böyükdür.»1 Dahi

1 Qocatürk U. Atatürk. Bakı: Elm,1991. səh. 74

196

Bir bölüyün manifesti

Atatürkün Türkiyə Respublikasının XX əsrin əvvəllərin-dəki durumunu ehtiva edən bu kəlamı, eyni zamanda, XX əsrin sonlarında Azərbaycan Respublikasının düş-düyü ağır durumun da dəqiq siyasi diaqnozu idi. Belə ki, məhz Böyük Cavidin qeyd etdiyi kimi «idrakı sönük başçıların qəfləti» nəticəsində ölkəni xaos, anarxiya, ba-şıpozuqluq, iqtisadi tənəzzül və s. neqativ təzahürlər bürümüşdü. Böyük Atatürkün təbirincə desək, o dövrdə Azərbaycanı idarə edənlər çox şeylər barədə düşünmüş-lər; vəzifə hərisliyi, siyasi ehtiraslar, firqə maraqları və s. Lakin bir şeyi düşünməmişlər: Azərbaycanı. Bu düşün-cəsizlik üzündən Azərbaycan Respublikası, Azərbaycan xalqı böyük zərər çəkmişdir. Təbii ki, xalqımızın çəkdiyi ən böyük zərər yaranmış əlverişli şəraitdən sui-istifadə edən erməni yaraqlıları tərəfindən Dağlıq Qarabağımız-la yanaşı, ona bitişik olan, yeddi rayonumuzun da işğal edilməsi olmuşdur.

Yeri gəlmişkən qeyd edək ki, Böyük Atatürkün XX əs-rin əvvəllərində qardaş Türkiyənin yaşadığı və həmin əsrin sonlarında Azərbaycanımızın qarşılaşdığı ağır və-ziyyətin dəqiq inikası və korrekt siyasi diaqnozu olan bu kəlamında, həmçinin təsvir olunmuş situasiyadan çox sadə və ibrətamiz çıxış yolu – adekavat «resept» də göstə-rilir. Belə ki, M.K.Atatürk davam edir: «Bunları aradan qaldırmaq üçün yalnız bir şey lazımdır: o da realist ol-maq, Türkiyədən başqa bir şey düşünməmək.»1

Bax belə bir şəraitdə müdrik Azərbaycan xalqı, Böyük Atatürkün təbirincə desək, realist davranaraq, doğma Azərbaycandan başqa bir şey düşünməyən oğlunu – el

1 Qocatürk U. Atatürk. Bakı: Elm,1991. səh. 74

197

Qaya Əliyev

ağsaqqalı, dünya şöhrətli siyasətçi, Ümummilli liderimiz Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etdi. Ölkənin bütün taleyüklü məsələlərinin həllində olduğu kimi, er-məni təcavüzünün qarşısının alınması işində də yalnız öz xalqına arxalanan Ümummilli liderimiz Heydər Əliyev, 1993-cü ilin noyabrında 2-də «Vətən təhlükədədir» çağı-rışı ilə xalqa müraciət etdi. Yeri gəlmişkən qeyd edək ki, Mustafa Kamal Atatürk kimi, Ulu Öndər Heydər Əliyev də bu müraciətində yaranmış vəziyyətdən eyni çıxış yo-lunu göstərərək deyirdi: «...Ancaq bu o demək deyildir ki, biz çıxılmaz vəziyyətdəyik. Xeyr. Bu vəziyyətdən çıxmaq üçün Azərbaycan xalqının qüdrəti və imkanları var. Lakin bundan ötrü gərək xalq bir məqsədə xidmət etsin. Torpağımızı, Azərbaycanın ərazi bütövlüyünü qo-rumaq, onun suverenliyini, müstəqilliyini qorumaq hər bir vətəndaş üçün, hər bir azərbaycanlı üçün ən ümdə, ən ülvi, ən başlıca vəzifə olmalıdır. Qalan hisslər, duyğular, qalan cəhdlər hamısı bir kənara qoyulmalıdır.»1

El ağsaqqalının bu çağırışını vətən harayı kimi qəbul edib ona ilk səs verənlərdən biri də İsrafil idi. Tezliklə o, Yasamal taboruna üzv yazıldı. Taborun II bölüyünün tər-kibində gənc leytenant Şəmsi Hüseynovun rəhbərliyi al-tında Goran poliqonunda hərbi təlimlərə başladı. Bölük, ilin sonunda Füzuli rayonundakı 702 saylı hərbi hissə ilə birləşdi. Qısamüddətli hazırlıqdan sonra bölük Zobucuq meşəsindən döyüşlərə başladı. Bölüyün ilk döyüşü Kürd-mahmudlu kəndi uğrunda oldu. Bu döyüş planının ha-1 Əliyev Heydər Əlirza oğlu. Müstəqilliyimiz əbədidir: Çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar. İyun, 1993 - may, 1994. K.: 1 / Bu-raxılışa məsul: R. Mehdiyev, H.Orucov.- B.: Azərnəşr, 1997. səh.233

198

Bir bölüyün manifesti

zırlanmasında bölük komandiri Şəmsi Hüseynov şəxsən özü iştirak etmişdi və təcrübəli zabit bu hərbi əməliyyatın uğurla nəticələnəciyinə əmin idi. Komandir öz zənnində yanılmamışdı. Bu həlledici döyüş qələbə ilə başa çatdı. Döyüş zamanı komandir fərqlənən əsgərlərin adlarını sa-dalayanda İsrafilin rəşadətini xüsusilə qeyd etdi. Bu cəsur döyüşçü Füzuli rayonunun daha bir neçə kəndinin erməni qəsbkarlarından azad edilməsində fəal iştirak etdi, hünərlə vuruşdu. Elə buna görə də, dəfələrlə hərbi komandanlığın təşəkkürnamələrinə layiq görüldü.

1994-cü ildə İsrafil, cəbhə boyu atəşkəs elan olunduqdan sonra ordudan tərxis edildi. I Qarabağ müharibəsində şanlı döyüş yolu keçmiş İsrafil, öz övladlarını da hərbi-vətənpər-vərlik ruhunda tərbiyə edir və inanır ki, onlar atalarının keçdiyi bu şanlı döyüş yolunu II Qarabağ müharibəsində davam etdirəcək, atadan oğula, sələfdən xələfə miras qal-mış bu missiyanı uğurla başa vuraraq, bu yolun sonunda qollarını açıb onları gözləyən doğma torpaqlarımıza, cən-nət Qarabağımıza qovuşacaqlar

199

Qaya Əliyev

ətənə bağlı ömürVətənpərvərlik təkcə vətəni sevmək deyil. Bu, daha dərin bir hadisədir...Bu, özünün vətəndən ayrılmaz olduğunu dərk etmək və xoşbəxt və bədbəxt günlərini onunla birgə yaşamaqdır.

L.N.Tolstoy

Timsah nə qədər güclü olsa da, lakin sürünəndir və ömür boyu sü-rünərək yaşamağa məhkumdur. Sər-çə isə, nə qədər zəif və gücsüz olsa da, timsah kimi sürünərək yaşamır, əksinə mavi səmalarda qıy vurub süzür. Amma, onların hər ikisindən fərqli olaraq, qartal timsah qədər güclü olsa da, onun kimi sürünərək yaşamır, sərçə kimi azad şəkildə ən-gin səmalarda süzə bilsə də zəif və gücsüz deyil.

İnsanlar da belədir. Kimisi güclü lakin, sürünən timsah, kimisi azad lakin, zəif sərçə, kimi-si də vüqarlı qartal ömrü yaşayır.

Bax, beləcə məğrur qartal ömrü yaşamış insanlardan biri də alovlu vətənpərvər, cəsur döyüşçü Ceyhun İmamver-di oğlu Mirzəyevdir. Doğulub boya-başa çatdığı ailə mü-

V

Ceyhun Imamverdi oğluMirzəyev

200

Bir bölüyün manifesti

hitində məğrur və vüqarlı qartal ömrü yaşamağı öyrənən Ceyhun, vətənə məhəbbət, el-obaya sədaqət, xalqa sevgi, saf əxlaq, mərdlik, fədakarlıq, səmimiyyət, xeyirxahlıq və bu kimi yüksək insani dəyərlərin işığında tərbiyə alıb. Bö-yüyüb boya-başa çatdıqca nəcib əməlləri və yüksək mənə-vi-əxlaqi keyfiyyətləri ilə el-obada hörmət qazanıb. Tezlik-lə, ordu sıralarına yollanan Ceyhun, hərbi xidmətini başa vurub Vətənə qayıtdıqdan sonra halal zəhmət yolunu seçir. Ceyhunun halal zəhmətlə yoğrulmuş bu mənalı ömrü öz sakit axarı ilə davam edən zaman, qəfildən ölkəmizin ba-şının üstünü alan qara buludlar onun ömür yolundan da yan keçmir.

Müdriklərdən birinin qeyd etdiyi kimi, dənizin tə-bii vəziyyətində balıqlar qarışqalarla qidalandığı halda, quraqlıq şəraitində, suların quruduğu vəziyyətdə isə, qarışqalar yaranmış fürsətdən istifadə edərək balıqları yeməyə başlayır. Belə ki, Sovetlər İttifaqının dağılması nəticəsində yaranmış xaosdan, başı «Soyuq müharibə» erasının başa çatması ilə meydana gələn yeni, lokal «isti müharibələrə» qarışan beynəlxalq təşkilatların biganəli-yindən və etinasızlığından, dünya ictimaiyyətinin diqqə-tinin yeni dünya düzəninin formalaşdırılmasına və Körfəz müharibəsi kimi məsələlərə yönəlməsindən və dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın siyasi elitasının diletantlığı, səbatsızlığı və firqəçiliyi nəticə-sində ölkədə baş alıb gedən və orduya əsaslı surətdə təsir göstərən anarxiya, iqtisadi tənəzzül və hərc-mərclik kimi neqativ təzahürlərdən sui-istifadə edən mənfur qonşula-rımız, adi şəraitdə adını belə tutmağa cəsarət edə bilmə-dikləri kəndlərimizin, rayonlarımızın ərazisini bir-biri-nin ardınca tutmağa başladılar. Bax, belə bir şəraitdə xalqın

201

Qaya Əliyev

təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan dünya şöhrətli siyasətçi, Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ilin noyabrında «Vətən təhlükədədir» çağırışı ilə xalqa müraciət etdi. Müdrik dövlət başçısının, el ağsaqqalının bu çağırışını darda qalan vətənin harayı kimi qəbul edən Ceyhun, bu ha-raya hay verərək, ertəsi gün Yasamal Rayon Hərbi Komis-sarlığına gəlib, könüllü olaraq cəbhəyə göndərilməsi barədə ərizə yazdı. Tezliklə o, hərbi komissarlıq tərəfindən yenicə formalaşmaqda olan Yasamal taborunun II bölüyünə yazıl-dı. Bölüyə hələ 90-cı illərin əvvəllərində Ağdamda ermə-ni yaraqlılarına qarşı mərdliklə döyüşmüş gənc leytenant Şəmsi Hüseynov rəhbərlik edirdi. Tabor komandanlığı tərə-findən onun zəngin döyüş təcrübəsi nəzərə alınaraq II bölü-yə komandir təyin olunmuşdu. Çox keçmədən tabor Goran poliqonuna göndərildi və 865 saylı hərbi hissənin tərkibinə verildi. Burada təlim-məşq toplanışında Ceyhun Mirzəyev özünü mətin və bacarıqlı əsgər kimi göstərdi. Hərbi təlimlər zamanı komandirin rəğbətini qazandı. Həmin ilin sonun-da tabor Füzuli rayonunda yerləşən 702 saylı hərbi hissə ilə birləşdirildi. Bölük, 1994-cü ilin noyabrın 5-də. Zobucuq meşəsindən döyüş yoluna başladı. Kürdmahmudlu kəndi-nin erməni yaraqlılarından azad edilməsi uğrunda gedən hərbi əməliyyatlarda Ceyhun cəsarətlə və igidliklə döyüş-dü. Sonrakı döyüşlərdə də öz fədakarlığı ilə komandanlı-ğın diqqətini cəlb etdi. Füzuli rayonunun bir neçə kəndi-nin erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə bu vətən fədaisinin şücaətini döyüş dostları bu gün də iftixarla xatırlayırlar. Ceyhun, bu gün də I Qarabağ müharibəsində keçdiyi şanlı döyüş yolunu hər an, Ali Baş Komandanın əmri ilə başlanacaq II Qarabağ müharibəsində də şərəflə davam etdirməyə hazırdır.

202

Bir bölüyün manifesti

ətən, sənə canım vəda!Vətən gözdür, biz kirpik, Gözümüzün keşiyini çəkirik...

Məmməd Aslan

İnsan biososial varlıqdır. Onun, həm bioloji, həm də, sosial tərəfi var. Bioloji varlıq kimi o təbiətin, sosial varlıq kimi isə, cəmiyyətin bir parça-sıdır. Elə insanlar var ki, onların həyat və fəaliyyət istiqamətlərinin müəy-yənləşməsində bioloji instinktlər əsas rola malikdir. Belə insanların həyatda əsas məqsədi yalnız qidalanmaq, nəsil artırmaq və s. bu kimi bioloji tələbat-ların ödənilməsindən ibarətdir. Lakin, elə insanlar da var ki, onların həyat amalını insanın sosial aspekti müəy-

yənləşdirir. Belə insanlar üçün həyatın mənası yaşadığı cəmiyyət, dünyaya göz açdığı vətən torpağı, mənsub ol-duğu xalqın yolunda ömrünü şam kimi əritməkdən, həyat və sağlamlığını və canını belə bu yolda tərəddüd etmədən qurban verməyə hazır olmaqdan ibarətdir. Belə insanlar, kamil insanlardır.

Zakir Sərxan oğlu Əbilov

V

203

Qaya Əliyev

«Vətən eşqi məktəbində can verməyi öyrənmiş», vətən-siz canı heç bilən belə fədakar oğullarımızdan biri də Zakir Əbilovdur. Zakir Sərxan oğlu Əbilov Molla Vəlili kəndində dünyaya göz açıb. Orta təhsilini Beyləqan rayonunun Şərq qəsəbəsində alıb. 1972-ci ildə Azərbaycan Politexnik İnsti-tutunun avtomobil nəqliyyatı fakültəsini bitirib. 1972-1974-cü illərdə ordu sıralarında xidmət edib.

Ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərin əvvələrində Respublikamızda baş verən hadisələr Zakirin də həyatın-da dönüş nöqtəsi olub. 1992-ci il fevral ayının 26-da erməni hərbi caniləri tərəfindən törədilmiş XX əsrin ən böyük hu-manitar faciəsi olan Xocalı soyqırımı ürəyi vətənin nəbzi ilə döyünən hər bir vətəndaş kimi Zakiri də dərindən sarsıdır.Haşiyə. Yeri gəlmişkən qeyd edək ki, bəşər tarixində müxtəlif vaxtlarda törədilmiş bu kimi genosid aktları Nürnberq, Tokio, Yuqoslaviya, Ruanda və s. beynəlxalq tribunallarda öz adekvat hüquqi qiymətini alsa da, etnik mənsubiyyətinə görə Xocalıda yaşayan dinc sakinləri küt-ləvi şəkildə qətlə yetirmiş erməni hərbi caniləri hələ də cəzasız qalmaqdadır. İnanırıq ki, bir gün haqq-ədalət öz yerini tapacaq və həmin canilər, yaradılacaq Xocalı Tri-bunalında, törətdikləri müharibə cinayətlərinə, sülh və bəşəriyyət əleyhinə cinayətlərə, eləcə də genosid və silah-lı təcavüz kimi bədnam əməllərə görə cavab verəcəklər.

Qəlbi qisas hissi ilə alovlanan Zakir, tezliklə 1992-ci ilin martın 16-da könüllü olaraq Milli Ordumuzun sıralarına yazıldı. O, 702 saylı hərbi hissənin tərkibində Füzuli rayo-nunun erməni yaraqlılarından müdafiə olunmasında fəal iştirak etdi. Düşmənə sonsuz kin, vətənə coşqun məhəbbət onu döyüşdən döyüşə aparırdı.

204

Bir bölüyün manifesti

Füzuli rayonunun kəndləri uğrunda gedən şiddətli dö-yüşlərdə böyük qəhrəmanlıq göstərən Zakir, Peykəndax kəndinin müdafiəsində şücaətlə döyüşdü. Hərbi psixo-logiya elmindən məlumdur ki, hərbi əməliyyatlarda, qız-ğın atışmalar zamanı cəmisi bir nəfərin özünü irəli atması, hamıya necə sürətlə sirayət edir, hamının özünü tərəddüd etmədən, qeyri-iradi vəziyyətdə onun arxasınca irəli atma-sına, əksinə, kiminsə səngərdən çıxıb qaçması başqalarının da inamını zəiflədib geri çəkilməsinə güclü təsir göstərə bi-lir.1 Bu baxımdan, Zakirin qorxu bilmədən düşmən üzərinə irəli atılması, onun bu şücaəti səngər yoldaşlarına ruh ve-rirdi. Çox təəssüflər olsun ki, Zakirin şərəfli döyüş yolunun qarşısını həmin döyüşdə aldığı yara kəsir. “İgid odur atdan düşə atlana” deyib, atalarımız. Bu yaradan büdrəyən Za-kir yıxılmır. Hərbi hospitalda müalicə olunduqdan sonra o, yenidən ayağa qalxaraq döyüşlərə atılmağa qərar verir. Rayonun mənfur erməni yaraqlılarından müdafiəsində fəal iştirak edir.

1993-cü ildə Lalədağ ərazisində gərgin döyüşlər gedir-di. Erməni silahlı qüvvələri bu strateji məntəqəni hər vəch-lə ələ keçirməyə çalışdırdılar. Düşmən, bu əraziyə kifayət qədər canlı qüvvə və zirehli texnika cəlb etmişdi. Təbii ki, bütün bunlar sinəsini vətənə sipər etmiş igid oğullarımızın mətanəti qarşısında aciz idi. Tezliklə, düşmən, Zakirin və onun qəhrəman səngər yoldaşlarının cəsarəti və fədakar-lığı sayəsində geri oturduldu. Təəssüf ki, bu döyüşdə əsl vətənpərvərlik, mətinlik, rəşadət nümunəsi göstərən Zakir 1 Cabbar Məmmədov: Diplomatik psixologiya (Siyasi, ideoloji və psix-oloji diversiya və anti-diversiyaların metodları). Bakı, “Sabah” nəşriy-yatı, 2001. səh.150

205

Qaya Əliyev

yenidən yaralanır. «Əgər min canım olsa hər biri vətənə fəda olsun» deyən Zakir yenidən ön cəbhədə döyüşmək arzu-sunda olsa da, səhhəti buna yol vermir. Fiziki sağlamlığını vətən uğrunda qurban vermiş II qrup Qarabağ müharibəsi əlili Zakir Əbilov bu gün o qanlı-qadalı illəri xatırlayanda keçdiyi şərəfli döyüş yolu ilə haqlı olaraq fəxr edir.

Amerikanın istiqlaliyyət müharibəsində (1775-1783) ingilislər tərəfindən yaxalanan 21 yaşlı Amerikan kəşfiy-yatçısı Nasan Hey edam olunarkən demişdi: «Vətənimə qurban verməyə birdən çox canımın olmadığına görə təəs-süflənirəm.»1 İftixar hissi ilə qeyd etməliyik ki, əgər ABŞ tarixində Hasan Hey kimi vətəni yolunda öz canını fəda et-məklə kifayətlənməyərək, qurban verməyə birdən çox can arzulayan vətənpərvər insanlara təsadüf ediriksə, müasir Azərbaycan tarixində də Zakir Əbilov kimi növbəti dəfə yaralanmasına və sağlamlığını tamamilə itirməsinə baxma-yaraq, «əgər min canım olsa hər biri vətənə fəda olsun» deyərək yenidən qanlı döyüşlərə atılmaq istəyi ilə yaşayan qəhrə-manlara rast gəlirik. Fikrimizcə, hər bir xalqın tarixi əslin-də qalsa, onun belə fədakar, igid və qəhrəman övladlarının şanlı ömür salnamələrinin məcmusudur.

1 M. William Phelps, Nathan Hale, The Life and Death of America’s First Spy (New York: Thomas Dunne Books, St. Martin’s Press, 2008),pg.192. as found in the Essex Journal, February 2, 1777, published in Newbury-port, Massachusetts.

206

Bir bölüyün manifesti

ər şey Vətən üçün!Gərək nəbzin, Vətənin nəbzi ilə vursun.

Heydər Əliyev

1945-ci il... Almaniyanın Nürn-berq şəhəri... Burada dünya birliyi tərəfindən yaradılmış Beynəlxalq Hərbi Tribunalda faşist caniləri tö-rət dikləri qanlı əməllərə, sülh və bəşəriyyət əleyhinə cinayətlərə, eləcə də müharibə cinayətlərinə görə məh-kum olunmaqdadır. Onların ittiham olunduğu insanlıq əleyhinə cinayət-lərdən biri də, Nürnberq Tribunalı-nın Nizamnaməsinin 6-cı maddəsin-də təsbit olunmuş «istənilən mülki əhaliyə qarşı müharibədən əvvəl və

ya müharibə dövründə törədilən deportasiya»dır.1 Nürnberq və Tokio, Xabarovsk və Moskva proseslə-

rindən sonra, bütün sivil dünya düşünürdü ki, faşizm və 1 The Charter and Judgment of the Nürnberg Tribunal // The web site of United Nations, Office of Legal Affairs // http://legal.un.org/ola/

Şaiq Şahin oğlu Heydərov

H

207

Qaya Əliyev

onun məhsulu olan belə qatı cinayətlər tarixin arxivində qalacaq və bir daha, bəşəriyyət belə vəhşiliklərlə qarşı-laşmayacaq, belə cinayətləri yalnız tarixi janrda çəkilmiş filmlərdə, kinematoqrafiya məhsullarında müşahidə et-mək mümkün olacaq. Çox təəssüflər olsun ki, bütün bu hadisələrin üstündən heç yarım əsrlik müddət keçmədən faşizm kabusu, erməni militarizmi və onun cinayətkar əməlləri formasında yenidən xortlamış oldu. Ötən əsrin 80-ci illərində bütün dünyanın gözü qarşısında Qərbi Azərbaycanda yaşayan həmyerlilərimiz etnik təmizləmə siyasəti aparan erməni faşistləri tərəfindən öz tarixi də-də-baba torpaqlarından deportasiya olundular. Çox təəs-süflər olsun ki, dünya birliyi və beynəlxalq təşkilatlar, o cümlədən SSRİ rəhbərliyi İnsanlıq əleyhinə törədilmiş bu beynəlxalq cinayəti, Qərbi Azərbaycanda baş verən qanlı hadisələri tarixi janrda çəkilmiş filmə baxmaqda olan tamaşaçı soyuqqanlılığı ilə izlədilər. Həmin dövrdə, ata-baba yurdlarından məcburi şəkildə köçürülənlərdən biri də, Şaiq Heydərov və onun ailəsi idi.

Şaiq Şahin oğlu Heydərov 1970-ci ilin dekabr ayının 20-də Qərbi Azərbaycanın Zəngibasar rayonunun Kalinin qəsəbəsində doğulmuşdur. Orta təhsilini həmin kənddə almışdır. 1988-ci ildə valideynləri məcburi şəkildə öz doğ-ma yurdunu, ev-eşiyini tərk edib Bakıya köçdükdən son-ra, Şaiq həmin ilin dekabrında ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmış, 1990- cı ildə hərbi xidmətini başa vurub vətənə qayıtmışdır. Hərbi xidmətini başa vurduqdan son-ra, əmək fəaliyyətinə başlayan Şaiq, 1991-ci ilin yanvarında

208

Bir bölüyün manifesti

Bakı Metropoliteninin hərəkət xidmətində işə qəbul edil-miş, əvvəlcə stansiya növbətçisi, daha sonra post növbətçisi vəzifələrində çalışmışdır. 1993-cü ilin iyulunda Bakı Metro-politeninin «Nərimanov» stansiyasının rəis müavini təyin edilmişdir.

Həm, dədə-baba yurdunu tərk etməyə məcbur edilmiş, erməni vəhşiliyini bilavasitə öz üzərində hiss etmiş bir ailənin üzvü kimi, həm işğala məruz qalmış, əraziləri qəsb olunmuş bir vətənin qeyrətli övladı kimi, həm də soyqırı-ma, talanlara, hər cür ağlasığmaz, qeyri-insani rəftara və vəhşiliklərə məruz qalmış bir xalqın el-oba təəssübü çəkən fədakar oğlu kimi mənfur düşmənə nifrət və qisas hissi ilə alışıb yanan Şaiq, 1993-cü ilin noyabrında Bakı Metropo-litenində təşkil olunan könüllü bölüyün tərkibində Vətə-nin müdafiəsinə yollanmışdır. Vətənin müdafiəsi naminə, tərəddüd etmədən, könüllü şəkildə vəzifə kreslosunun hərarətini, səngərin soyuğuna dəyişən fədakar vətən oğlu, Füzuli rayonunun bir neçə kəndinin işğaldan azad olunmasında iştirak etmişdir.

1994-cü ilin yanvarın 13-də Füzuli rayonunun Yuxarı Se-yidəhmədli kəndi uğrunda gedən döyüşlər səngimirdi. Er-məni yaraqlıları işğal etdikləri kəndi əldən vermək istəmir, ciddi müqavimət göstərirdilər. Bölük komandiri Məhərrəm Əbilovun şəxsi heyət qarşısında qoyduğu əsas vəzifə isə, hər kəsə aydın idi: kənd mütləq düşməndən azad edilməli-dir. Bu qanlı döyüşdə Şaiq Heydərov rəşadətlə vuruşurdu. Hər zaman döyüşdə ön cərgədə olan Şaiqi, bu döyüşdə də eyni mövqedə müşahidə etmək olardı. Qəlbində düşmənə

209

Qaya Əliyev

kin və nifrət hissi ilə silahlanan, ürəyində vətənə sonsuz məhəbbət hissindən güc alan Şaiq, qətiyyətlə və inamla dö-yüşürdü. Bu döyüşdə Şaiqin yalnız bir amalı var idi: kən-din düşməndən azad edilməsi uğrunda aparılan bu hərbi əməliyyatda var qüvvəsini, bütün bilik və bacarığını sərf etmək və bir qarış vətən torpağının yağı düşməndən təmiz-lənməsinə nail olmaq. Bu həlledici döyüşdə bölük, mənfur düşmənə qalib gəldi və Şaiq istəyinə nail oldu. Müəyyən itkilərimiz olsa da, tökülən qanlar hədər getməmişdi. Ana torpağın bir parçası düşmən tapdağından azad edilmişdi. Çox təəssüflər olsun ki, bu döyüş qəfildən yaralanaraq hos-pitala göndərilən Şaiqin son vuruşması oldu. Müalicəsini başa vurduqdan sonra, ordudan tərxis edildi.

O qanlı-qadalı, barıt qoxulu günlərdən xeyli müddət keçsə də Metropoliten bölüyünün sabiq komandiri Məhər-rəm Əbilov, həmişə igid döyüşçüsü Şaiq Heydərov haqqın-da ürəkdolusu danışır. Komandir danışdıqca insanın göz-ləri qarşısında vətəni intəhasız məhəbbətlə sevən, onun hər qarışı uğrunda canından belə keçməyə hazır olan vətən övladının surə ti canlanır. öndə qəddar düşmən, başının üstündə onu izləyən ölüm kabusu. Arxada isə...müqəddəs vətən torpağı. Həyat nə qədər şirin olsa da, bu duyğu Şa-iqin qəlbində vətən məhəbbətindən və yurd sevgisindən uca deyildi. Elə buna görə də əlində avtomatı, qəlbində düşmənə qarşı sonsuz kin və nifrəti ilə silahlanaraq aslan kimi irəli atılırdı.

Qəhrəman vətən oğlu bu gün də şərəfli döyüş yolunun ilk ünvanında-Bakı Metropolitenində əmək fəaliyyətini da-

210

Bir bölüyün manifesti

vam etdirir. Hal-hazırda Bakı Metropoliteninin «Ulduz» stansiyasının rəisidir. Şaiqin keçdiyi ömür və döyüş yolu, vətəni hər şeydən – o cümlədən, canından, həyat və sağ-lamlığından, vəzifə və kürsüdən üstün tutan «vətən da-şı»nın, əsl ölkə vətəndaşın ömür salnaməsidir.

Ustad şairimiz Bəxtiyar Vahabzadənin bu ibrətamiz mis-ralarında deyildiyi kimi:

Harda bir ev uçubdursa,Biz o evəDirək olaq, Daş olaq.Adicə bir insan deyil,Bu Vətənə,Əsl vətəndaş olaq!

211

Qaya Əliyev

orpağa düşdüm, bu gənc yaşımda...Azad bir quşdum,Yuvamdan uçdum;Bir bağa düşdüm, -Bu gənc yaşımda.

* * *Bir ovçu gördü,Köksümdən vurdu, -Torpağa düşdümBu gənc yaşımda.

Müasir Azərbaycan ədəbiyyatının korifeyi, görkəmli dramaturqumuz Cəfər Cabbarlının pyeslərindən birinə yazdığı mahnıdakı bu sadə sətirlər sanki, gənc yaşında azad bir quş kimi yuvasından uçub – yenicə qurduğu ailə-sindən ayrılıb, «Qara» «Bağa»*1 düşən, qəddar bir ovçu * Qarabağ toponiminin etimologiyası ilə bağlı AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun təklif etdiyi versiyaya əsasən, Qarabağın adı Azərbaycan dilindəki «qara» və «bağ» sözlərindən əmələ gəlmişdir. Bu versiyaya görə, Azərbaycan dilində (həmçinin başqa türk dillərində) «qara»nın rəngdən başqa «sıx», «qalın», «böyük», «tünd» və başqa mənaları da vardır. Bu baxımdan, «Qarabağ» termini «qara bağ», yəni «böyük bağ», «sıx bağ», «qalın bağ», «sə-falı bağ» və s. mənası kəsb edir. Bax. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası, Dağlıq Qarabağ Münaqişəsi, Bakı-2005, səh.7

T

212

Bir bölüyün manifesti

tərəfindən köksündən vurulub tor-pağa düşən – mənfur düşmən güllə-sinə tuş gələrək gözlərini işıqlı dün-yaya əbədi yuman neçə-neçə gəncin nakam taleyinin bədii ifadəsidir. Başqa sözlə desək, bu sadə, lakin dərin məzmun yükünə malik, ecaz-kar misralarda təsvir olunmuş, yuva-sından uçaraq bir bağa düşən, ovçu tərəfindən köksündən vurularaq tor-pağa düşən azad quş, doğma vətənin başını qara buludlar alan zaman ye-nicə qurduğu ailəsindən, hərarətinə

təzəcə isinməyə başladığı isti ocağından ayrılaraq ön cə-bhəyə-Qarabağa yola düşən və qanlı döyüşlərin birində namərd gülləsinə tuş gələrək gənc yaşında şəhidlik zirvə-sinə yüksələn oğullarımızın prototipidir.

Haqqında danışacağımız Yavər Ələşrəf oğlu Ələsgərov da həmin nakam taleli gənclərimizdən biri idi. Vətən sevgi-sini ailə və övlad məhəbbətindən üstün tutan Yavər, doğma yurdun düşməndən müdafiəsi naminə ailəsindən və övla-dından ayrılıb ön cəbhəyə yollanmışdı.

...Bu qış çox soyuq keçirdi. Şaxta qılınc kimi kəsirdi. La-kin, havanın əlverişsiz fiziki şəraitinə baxmayaraq, şəxsi heyətin döyüş əhval-ruhiyyəsi yüksək səviyyədə idi. Bö-lük növbəti hərbi əməliyyata hazırlaşırdı. Vətən torpağının daha bir qarışı igid oğullarımız tərəfindən düşmən tapda-ğından azad ediləcəkdi. Bu döyüş kiminin ömür salnamə-sinin son səhifəsi, kimininsə döyüş yolunun növbəti mər-hələsi olacaqdı.

Yavər Ələşrəf oğlu Ələsgərov

213

Qaya Əliyev

İgid döyüşçü Yavər Ələsgərov hələ bu döyüşə qədər iş-tirak etdiyi bir neçə hərbi əməliyyatda da cəsarəti və mərd-liyi ilə seçilmişdi.

Yavər Ələsgərov Füzuli rayonunun Şükürbəyli, Kürd-mahmudlu, Seyidəhmədli kəndləri uğrunda gedən döyüş-lərdə özünü şücaətli əsgər kimi tanıtmışdı. Onun 1993-cü ilin yanvarın 5-də başlayan döyüş yolunun ilk sınağı Füzu-li rayonunun Aşağı Kürdmahmudlu kəndi uğrunda gedən hərbi əməliyyatlar oldu. II bölüyün komandiri təcrübəli zabit Şəmsi Hüseynovun igidliyinə və cəsurluğuna inandı-ğı döyüşçülərdən biri də Yavər idi. Hələ Goranda yerləşən 865 saylı hərbi hissənin tərkibində Yasamal taborunun hər-bi-təlimləri zamanı Yavər komandirin diqqətini yüksək hərbi hazırlığa və döyüş bacarıqlarına malik bir əsgər kimi cəlb etmişdi. Bu şəxsi keyfiyyətləri və döyüş qabiliyyəti onun hərbi perspektivinə inam yaradırdı. Bütün döyüşlər-də o, komandirinin etimadını ləyaqətlə doğrultmuşdu. Hər bir əsgərinin potensialına fərdi şəkildə bələd olan təcrübəli leytenant Şəmsi Hüseynov sabahkı döyüşdə də, bu cəsur əsgərin mətanətlə vuruşacağına əmin idi.

...Səhərə yaxın, dan yeri sökülərkən Yuxarı Seyidəhməd-li kəndi uğrunda döyüş başladı. Artilleriya atəşlərindən sonra bölüyə hücum əmri verildi. Əsgərlərimiz şahin kimi düşmən üzərinə şığıdılar. Onların hər birinin bir amalı, bir məqsədi var idi: vətən torpağının bir parçasını mənfur düş-mən tapdağından azad etmək! Onların sırasında Yavər öz mərdliyi, qorxubilməzliyi ilə fərqlənirdi. Dönmədən irəliyə doğru can atırdı. Onun bu şücaəti əsgər yoldaşlarında da böyük ruh yüksəkliyi yaradırdı. Döyüşün qızğın vaxtında

214

Bir bölüyün manifesti

Yavər, düşmən gülləsinə tuş gəldi. Ağır yaralanan igid dö-yüşçünü hərbi əməliyyat meydanından çıxartdılar. Onun son sözləri ürəkləri parçalasa da, səngər yoldaşlarının daha da mərdliklə vuruşmasına rəvac verdi: «Mən ölürəm, kəndi azad etməsəniz, ruhum əbədi narahat qalacaq». Bu qanlı döyüşdə əsgərlərimiz Yuxarı Seyidəhmədli kəndini erməni işğalçılarından azad etdilər. Yavərlə yanaşı, digər şəhidləri-mizin də qanı yerdə qalmadı.

İstərdik ki, şəhidlik zirvəsinə ucalan Yavərin bu zirvəyə yüksələnə qədər keçdiyi ömür yoluna bir qədər işıq salaq.

...1959-cu ildə Bakı şəhərində sadə bir azərbaycanlı ailə-sində dünyaya göz açmışdı, Yavər. Gəlişi ilə valideynlərini, doğmalarını sevindirmişdi. Bütün uşaqlar kimi şirin arzu-larla yaşadı, yeniyetməlik çağlarının kövrək xatirələri ilə böyüdü. Gənc yaşlarında ailə qurdu, övlad böyütdü. Öm-rünün 34-cü payızında vətən eşqi onu Qarabağın harayına çatdırdı. 1993-cü ilin noyabrında Yasamal taboruna üzv ya-zıldı. Qarabağ müharibəsində şanlı döyüş salnaməsini öz qanı ilə yazan Yavər kimi igid oğullarımız daim qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq. Bu gün Yavər Ələş-rəf oğlu Ələsgərovun adı taborun qəhrəman döyüşçüləri cərgəsində iftixarla çəkilir. O, həmişə ehtiramla yad edilir, xatırlanır. Ruhu şad olsun!

215

Qaya Əliyev

ətən sevgisi yaşa baxmırVətənpərvər adam ömrünün hər yaşında dəliqanlıdır.

Aleksandr Popİngilis şairi

«Canavarın nə yaşlısı, nə cavanı» deyib müdriklərimiz. Canavar hər yaşda canavardır və istənilən yaşda öz yuvasını düşmənlərindən qoru-mağa hazırdır.

XX əsrin əvvəllərində İtaliyan faşizminə qarşı Liviyada aparılan milli-azadlıq mübarizəsinin əfsanə-vi lideri Ömər Muxtar Sənusilər hərəkatına rəhbərliyi öz üzərinə gö-türərkən 62 yaşında idi.

1859-cu ildə Qafqaz qartalı Şeyx Şamil, Qunipdə General Baryatins-kiyə təslim olarkən 62 yaşında idi.

Kokand xanlığının özbək əsilli sərkərdəsi, bütün şüurlu ömrünü Şərqi Türküstanın azadlığı uğrunda mü-barizəyə həsr etmiş Yaqub bəy bu yolda son nəfəsini verərkən 57 yaşında idi.

Dilavər Rəfi oğlu İbrahimov

V

216

Bir bölüyün manifesti

Gəncənin sonuncu xanı Cavad xan, 1804-cü ilin yanva-rın 2-dən 3-nə keçən gecə, yadellilərə qarşı qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olarkən 56 yaşında idi.

Haqqında söhbət açacağımız Dilavər İbrahimov da, vətənin dar günündə dövlət başçısının çağırışına səs verərək Qarabağ müharibəsinə yollanarkən Cavad xanla eyni yaşda – 56 yaşında idi.

56 yaş...Məhz, Cavad xanın şəhidlik zirvəsinə yüksəl-diyi bu yaşda, Tanrı Dilavərə qazilik məqamını bəxş et-mişdi.

Görkəmli fransız yazıçı-dramaturqu Onore de Balzak deyirdi ki, ahıl yaşda eşq eybə çevrilir. Kontekstdən aydın olur ki, Balzakın bu kəlamındakı eşq ifadəsi emosional ke-çid mərhələsində insanların bir-birinə isinişməsi formasın-da təzahür edən məlum psixoloji hadisəni ehtiva edir. La-kin, elə eşq, elə sevgi, elə məhəbbət var ki, o heç bir yaşda eybə çevrilmir, əksinə yaş ötdükcə insana başucalığı gətirir. İlahi eşq, ana məhəbbəti və vətən sevgisi yaş tanımayan, hər bir yaşda insanı ucaldan belə ülvi hisslərdəndir.

Vətən sevgisi – illər, qərinələr tanımayan, ömrün istə-nilən anında hər bir vətənpərvər insanın qəlbinə hakim kəsilən, onu vətəni üçün yaşamağa, yaratmağa və yeri gələndə, tərəddüd etmədən canını belə verməyə sövq edən, köksündə daim məşəl kimi alovlanan ülvi hisslərdir. Di-lavər kişi də belə ülvi hisslərin, ali idealların daşıyıcı olan kamil insanlardan biri idi. Əziz oxucum, yəqin ki, əvvəl-ki cümləmizin şühudi keçmiş zamanda başa çatmasından hiss etdin ki, Dilavər kişi hazırda haqq dünyasındadır. Acı təəssüf hissi ilə qeyd etməliyik ki, ömrünün müdriklik çağlarına doğru ilk addımlarını atmağa başladığı bir za-

217

Qaya Əliyev

manda, könüllü olaraq əlinə silah alıb vətənin müdafiəsi uğrunda gedən qanlı döyüşlərə atılan bu qeyrətli vətən oğlu ilə görüşmək bizə nəsib olmadı.

Dilavər kişinin, onu ömrünün 56 ilini halal zəhmətlə qa-zanılmış ruzi ilə dolandırmağa həsr etdiyi doğma ailəsin-dən ayrılıb, vətənin bu ağır günlərində ön cəbhəyə yollan-mağa, övladı yaşında gənclərimizin sıralarına qoşularaq, onlarla bir səngərdə çiyin-çiyinə döyüşməyə vadar edən ülvi hiss – intəhasız vətən sevgisi idi.

Başqaları kimi o da gündəlik məişət problemlərinə və ailə qayğılarına həsr olunmuş adi, sakit, təhlükəsiz və dinc həyat tərzi keçirə bilərdi. Müdriklik çağlarına qədəm qoy-mağa başlayan Dilavər kişi, şirin-şəkər nəvələrinin gülüş-ləri ilə ömrünə ömür qatardı. Övladlarının gələcək taleyi üçün narahat ata qəlbi onların yolunda yenə çıraq kimi ya-nardı.

Vətəni qarşısında övladlıq borcunu, övladları qarşısın-dakı atalıq vəzifəsindən üstün tutan, vətən sevgisini öv-lad məhəbbətinin fövqündə görən, onun dərdini öz şəxsi ailə-məişət qayğılarından daha vacib bilən Dilavər kişi, vətənin dar günündə bütün mənalı ömrünü və şüurlu hə-yatını həsr etdiyi ailəsindən, övladlarından ayrılaraq ön cəbhəyə yollandı.

Beləliklə, Vətənin başının üstünü qara buludlar alan za-man, Ulu Öndərimiz, el ağsaqqalı, dövlət başçısı Heydər Əliyevin 1993- cü ilin noyabr ayında «Vətən təhlükədədir» çağırışı ilə xalqa müraciətinə cavab olaraq 56 yaşlı Dilavər kişi tərəddüd etmədən ön cəbhəyə yollandı. 15 il ərzində əmək fəaliyyəti ilə məşğul olduğu «Ozon» zavodunda gün-dəlik istifadə etdiyi xarrat alətlərini səngərdə odlu silahla

218

Bir bölüyün manifesti

əvəz etdi. Doğma vətəni qarşısında övladlıq borcunu lə-yaqətlə yerinə yetirərək dar günündə onun harayına hay verdiyinə görə bir qədər mənəvi rahatlıq tapmışdı, Dilavər kişi. Bütün varlığı ilə inandığı Ulu Tanrı bu yaşında ürəyi vətən eşqi ilə alışıb yanan Dilavər kişiyə qazilik məqamı və doğma vətəni qarşısında övladlıq borcunu yerinə yetirmək üçün fürsət bəxş etmişdi.

Dilavər kişi bu müqəddəs yolda onu hansı çətinliklərin, hansı məhrumiyyətlərin, hansı müşküllərin gözlədiyini çox yaxşı başa düşürdü. Şir ürəkli, nər biləkli, fil qüvvətli gənc-lərlə birlikdə bir sırada addımlamaq, onlarla ayaqlaşmaq, hərbi təlimlərin çətinliklərinə dözmək heç də asan məsələ deyildi. Bunun üçün böyük inam, sarsılmaz əqidə, dəmir iradə, yüksək qətiyyət və möhkəm əzm tələb olunurdu. Di-lavər kişi, bütün bu yüksək iradi-mənəvi keyfiyyətləri öz xarakterində cəmləşdirmişdi.

Sonralar həmin günləri xatırlayan Yasamal taborunun II bölüyünün komandiri leytenant Şəmsi Hüseynov Dilavər kişi haqqında deyəcəkdi:

– Siz bir neçə il öncə bölüyümüzün keçdiyi döyüş yolun-dan yazsaydınız Dilavər kişi ilə sağlığında görüşüb onun necə vətənpərvər bir insan olduğunun özünüz canlı şahidi olardınız. Amma, çox təəssüflər olsun ki, o, artıq, həyatda yoxdur. Mən onun bölüyümüzə gəldiyi ilk günü çox yaxşı xatırlayıram. O za-man gənclərimizi bölüyə qəbul edir, onlarla fərdi söhbətlər apa-rırdım. Dilavər kişini gənclər arasında görəndə elə zənn etdim ki, kiminsə atasıdır, oğlunu gətirib. Buna görə də ona elə də diqqət yetirmədim. Amma, sənədlərə baxanda onun da Yasamal Rayon Hərbi Komissarlığından göndərildiyini müəyyən etdim. Doğru-su, əvvəlcə çox təəccübləndim. Axı, bu yaşda onu nə vadar etmiş-

219

Qaya Əliyev

di ki, könüllü şəkildə ön cəbhəyə yollansın? Onunla söhbətimiz zamanı hər şey mənə bəlli oldu. Onu yaşının bu çağında odlu-alov lu müharibəyə çəkib gətirən vətəninə olan sonsuz məhəbbət hissi idi. Vətən qeyrəti idi. Açığını deyim ki, Dilavər kişinin bu vətənsevərliyi gənclərimizə də öz təsirini göstərdi. Onun bu addı-mı bölüyün əsgərləri üçün əsl vətənpərvərlik məktəbi oldu. Onun hər addımı vətənə məhəbbət dərsinə döndü.

Füzuli rayonunun erməni işğalçılarından azad edilməsi uğrunda Yasamal taborunun apardığı hərbi əməliyyatlarda Dilavər İbrahimov mərdliklə döyüşdü. Təcrübəli koman-dir Şəmsi Hüseynovun rəhbərlik etdiyi II bölüyün 1994- cü ilin yanvar ayından may ayınadək keçdiyi zəfər dolu dö-yüş yolunda Dilavər İbrahimovun da öz payı var idi. O, bu döyüşlərin hər birində gənclərlə çiyin-çiyinə, qorxu bil-mədən, əzmlə vuruşmuşdu. Əlindəki odlu silahla yanaşı mənfur düşmənə qarşı qəlbindəki sonsuz kin və qəzəblə si-lahlanan Dilavər kişi, qəddar erməni quldurlarından neçə-neçə şəhid övladlarımızın qisasını aldı. Azad etdikləri hər kəndin bir ovuc torpağını öpdü. Təzəcə qarı əriməyə baş-layan dağ yamaclarında, qarın altından doğma xalqının müstəqillik, suverenlik və dövlətçilik arzuları kimi yeni-cə baş qaldıran novruzgülünü qoxladı, yurd-yuvasından didərgin düşmüş, ata-baba torpaqları işğal olunmuş, sər-vətləri talanmış el-obası kimi boynubükük bənövşənin ətrini duydu. Göz yaşlarını heç kəs görməsin deyə üzü-nü yana çevirir, toxtayana qədər sükutla baş-başa qalırdı. Azad etdikləri kəndləri gördükcə ürəyi dağa dönür, vətənə övladlıq borcuna sədaqəti ilə təskinlik və mənəvi rahatlıq

220

Bir bölüyün manifesti

tapırdı.1994-cü ilin mayında cəbhə boyu atəşkəs elan edildikdən

sonra, Dilavər İbrahimov da digər könüllülər kimi ordu sı-ralarından tərxis olunur.

Cəbhədə atəşkəs elan olunsa da, qanlı döyüşlər dayan-sa da, Dilavər kişinin qəlbindəki vətənə intəhasız sevginin odu-alovu səngiməmişdi. Lakin, amansız qəfil ölüm onun vətən eşqi ilə döyünən ürəyinin gur çırpıntılarına son qoy-du. Böyük şairimiz Səməd Vurğun demişkən:

Bir qocaman qartalın qanadları dayandı, O, bir daha qıy vurub dağlardan keçməyəcək Dünya öz yerindədir yenə səhər oyandı,O, vətən dağlarının suyundan içməyəcək.

Elə son nəfəsini verib ruhu Ulu Tanrının rəhmət dərga-hına qovuşan günə qədər də bu məhəbbətə sadiq qaldı. Məhz bu intəhasız məhəbbətin məhsulu olan şanlı döyüş yolu, eləcə də yüksək əxlaqi-mənəvi keyfiyyətlərinin təza-hürü olan nəcib, xeyirxah əməlləri onu bu gün də ürəklər-də yaşadır. İndi onun perik ruhu düşmən tapdağı altında olan Qarabağımızın səmalarında dolaşır...

221

Qaya Əliyev

əhrəmanlar yetişdirən QƏHRƏMAN

Burada təhsilə başlayan gənclərimizə, bütün Azər-baycan gənclərinə üzümü tutub deyirəm ki, cəmiyyət-də hər bir peşə lazımlıdır, hörmətlidir, cəmiyyət üçün faydalıdır. Ancaq vətəni qorumaq peşəsi bu peşələrin hamısından yüksəkdir. Özünü bu peşəyə həsr edən hər bir Azərbaycan gənci bütün gənclərdən yüksəkdə durur, bütün gənclərdən qiymətlidir.

Heydər Əliyev

(Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialının açılı-şında nitqi - 13 oktyabr 1999-cu il)1

Rusiyada Şərqşünaslıq elminin patriarxlarından he-sab olunan Mirzə Kazım bəy, şüurlu ömrünün 25 ili-ni vətəninin azadlığı uğrunda mübarizəyə həsr etmiş Qafqaz qartalı Şeyx Şamil haqqında deyirdi: «Şamilin adında tarixlik və vətənpərvərlik siqlətli fikirlər gizlənir. 1 Əliyev Heydər Əlirza oğlu. Müstəqilliyimiz əbədidir: Çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərman-lar. Sentyabr, 1999 - noyabr, 1999. K.: 22 / Buraxılışa məsul: Ramiz Me-hdiyev.- B.: Azərnəşr. 2007. səh.257

Q

222

Bir bölüyün manifesti

O qəhrəmandır – qəhrəmanlar yetiş-dirən bir qəhrəman!»1 Mirzə Kazım bəyin təbirincə desək, bəşər tarixin-də elə qəhrəmanlar mövcud olub ki, onlar, sadəcə qəhrəman olmaqla ki-fayətlənməyiblər, həm də özləri kimi qəhrəmanlar yetişdiriblər. Xalqımızın Qarabağ müharibəsində keçdiyi dö-yüş salnaməsinə də diqqətlə nəzər saldıqda elə qəhrəmanlara rast gələ bilərik ki, onlar vətən qarşısında tək-cə öz vətəndaşlıq borclarını yerinə yetirməklə kifayətlənməmiş, həm də

başqalarının bu ümdə borcu və müqəddəs vəzifəni dərk et-məsi, hərbi-vətənpərvərlik, el-oba təəssübü, vətən qeyrəti kimi yüksək mənəvi-əxlaqi keyfiyyətlərə və doğma torpağı düşməndən müdafiə etmək üçün zəruri hərbi biliklərə ma-lik şəxsiyyət kimi formalaşması istiqamətində yorulmadan çalışmışlar.

Vətən qarşısında öz övladlıq borcunu yerinə yetirməklə kifayətlənməyib, başqalarının vətəndaşlıq vəzifəsi barədə də məsuliyyət hiss edən belə şanlı oğullarımızdan biri də Mehman Bürhanəddin oğlu Quliyev idi.

Hələ uşaqlıq illərindən hərbçi olmaq arzusu ilə yaşayan, orta məktəbdə oxuduğu illərdə həvəslə hərbi mövzuda kitablar oxuyan, tarixi kinofilmlərə baxan, ayrı-ayrı qəh-rəmanların və sərkərdələrin keçdiyi həyat yolundan ibrət alaraq onları öz dünyagörüşündə ideallaşdıran Mehman, 1 Гейдар Гусейнов. Из истории общественной и философской мысли в Азербайджане ХIХ века. Б., 1949, стр.230

Mehman Bürhanəddinoğlu Quliyev

223

Qaya Əliyev

Fransanın dahi sərkərdəsi Napoleon Bonapartın «hərbçi olmaq, sonra hərbçi olmaq, yenə də hərbçi olmaq» devizini özünün həyat kredosuna çevirmişdi.

Xüsusən, İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, cəmi 34 yaşında ikən tank qoşunları qvardiya general-mayoru olmuş Azərbaycan xalqının əfsanəvi oğlu Həzi Aslanovun şücaəti, qəhrəmanlığı onu özünə daha çox cəlb etmişdi. Hələ uşaqlıq illərindən öz mütaliə rasionunu fabulasını hərbi-vətənpərvərlik mövzusu təşkil edən əsər-lərdən formalaşdıran Mehman, Xalq yazıçısı Hüseyn Ab-baszadənin «General» romanını dəfələrlə oxumuş, general Həzi Aslanovun keçdiyi ömür yolunu öz həyat idealına çevirmişdi. Digər tərəfdən, Cəbrayıl rayonunun İsaqlı kən-dində dünyaya göz açan Mehmanın hərbi-vətənpərvərlik ruhunda yetişməsində böyüyüb, boya-başa çatdığı bu yur-dun min bir gözəlliklərinin, əsrarəngiz təbiətinin, həmçinin ailədə ata-ana öyüd-nəsihətlərinin və tərbiyə aldığı mühi-tin də böyük rolu olmuşdu. Beləcə, hələ uşaqlıq illərindən vətən sevgisi Mehmanın kövrək ürəyinə hakim kəsilmişdi. Bu dərin hiss onu bütün mənalı ömrünü və şüurlu həya-tını ana kimi sevdiyi vətənə təmənnasız xidmətə bağla-mağa vadar etmişdi. Elə buna görə də, orta təhsilini başa vurduqdan sonra, Mehman peşə seçimində də tərəddüd etməmişdi. Beləliklə, o, Azərbaycana xidmət etmək, gənc nəslin vətənə layiqli övlad kimi yetişməsində öz töhfəsini vermək arzusu ilə 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai hərbi hazırlıq fakültəsinə daxil oldu. Bu elə bir dövr idi ki, SSRİ rəhbərliyinin həyata keçirdiyi hərbi kadr siyasətində azərbaycanlılara qarşı diskrimina-tiv meyllər açıq-aşkar hiss olunurdu. Sovet rəhbərliyinin

224

Bir bölüyün manifesti

yerli hərbi kadr potensialının formalaşmasında maraqlı olmaması, hər vəchlə buna maneçilik törətməsi, eləcə də azərbaycanlıların hərbi elitadan təcrid edilməsi və s. kimi neqativ hallara toxunan Ümummilli Liderimiz Heydər Əli-yev həmin dövrü xatırlayaraq deyirdi: «Sizə məlumdur ki, mən hələ 1969-cu ilin sonunda və 1970-ci ilin əvvəllərində Azərbaycanda peşəkar zabit kadrları hazırlanması işi ilə ciddi məşğul olurdum. О vaxt müharibə yox idi. О vaxt heç güman etmək də mümkün deyildi ki, Ermənistan Azərbay-cana təcavüz edəcək, Azərbaycan müharibəyə qoşulacaq-dır. Sual oluna bilər, onda nə üçün mən о vaxt başqa işlərlə bərabər, yaxud ondan da çox, sovet ordusunda azərbaycan-lılardan ibarət zabit kadrlarının hazırlanması üçün çalı-şırdım? Amma bu da asan deyildi. Çünki sovet ordusunun komandan, zabit heyəti həmişə ruslardan və ümumiyyətlə, slavyanlardan ibarət olubdur. Başqa millətlərdən, xüsusən müsəlman millətlərindən orduya çağırılanlar ancaq əsgər olublar. Adətən, bu əsgərlərin də bir qismini inşaat batal-yonlarına göndərirdilər. Bunun səbəbi, bir tərəfdən ondan ibarət idi ki, о vaxt Sovetlər İttifaqı öz ordusunun özü üçün ən etibarlı komandan heyətinin əlində olmasını istəyirdi. Məhz ona görə də Böyük Vətən müharibəsi zamanı, müha-ribənin ağır dövründə yaradılmış milli diviziyalar, о cüm-lədən Azərbaycan Milli Diviziyası müharibə qurtarandan sonra buraxıldı, dağıdıldı. Bu, о vaxtkı sovet imperiyası-nın siyasəti idi. Mən bu siyasəti görürdüm, başa düşürdüm. İstəyirdim ki, bütün vasitələrdən istifadə edib Azərbaycan gənclərini orduda peşəkar zabit sənətini mənimsəməyə cəlb edim. Bu, bir də ona görə çətin idi ki, Azərbaycanın özün-də – həm keçmiş zamanlardan, həm də sovet hakimiyyə-

225

Qaya Əliyev

ti qurulan dövrdən - gənclər arasında, ümumiyyətlə, xalq arasında hərbçi peşəkar zabit olmaq arzusu, istəyi az ol-muşdur. Ona görə də mən işi iki istiqamətdə aparırdım: bi-rincisi, azərbaycanlıların о vaxt Sovet İttifaqında mövcud olan ali hərbi məktəblərdə təhsil almasına imkanlar yara-dılmasını təmin etmək, ikincisi də, bunu həyata keçirmək üçün bir hazırlıq dövrü yaratmaqdan ibarət idi.»(Azərbay-can Respublikasının Prezidenti Heydər Əliyevin Cəmşid Naxçı-vanski adına hərbi liseyin Naxçıvan filialının açılışında nitqi - 13 oktyabr 1999-cu il)1

İllər sonra Ümummilli Liderimiz Heydər Əliyevin iqti-bas gətirdiyimiz bu dərin məzmunlu çıxışının leytmotivini təşkil edəcək həmin hadisələrin - sovet rəhbərliyinin hərbi kadr siyasətində azərbaycanlılara qarşı inamsızlıq, rəhbər-liyin yerli hərbi kadrların formalaşdırılması işində maraqlı olmaması, hərbi sahədə azərbaycanlılara qarşı nihilist mü-nasibət və s. diskriminativ hallar, eləcə də sovet dövrünün bu kimi digər acı reallıqları bir vətənpərvər gənc pedaqo-ji kadr kimi Mehmanı da dərindən düşündür və narahat edirdi.

Məhz elə buna görə də, Ali təhsilini uğurla başa vuran Mehman, gənc pedaqoji kadr kimi bütün fəaliyyətini orta məktəbdə şagirdlərin zəruri hərbi biliklərə yiyələnməsi, hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, onlarda silah və hərbi sursatdan istifadə vərdişlərinin və bacarıqlarının for-malaşdırılması işinə sərf etməyə başladı. O, yaxşı başa dü-

1 Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanat-lar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar. İyirmi ikinci kitab: Sentyabr, 1999 - noyabr, 1999 / bur. məsul R. Mehdiyev.- Bakı: Azərnəşr, 2007.səh.113

226

Bir bölüyün manifesti

şürdü ki, bu gün ilkin, zəruri hərbi biliklərə yiyələnmiş orta məktəb şagirdi, sabah parta arxasından birbaşa ordu sırala-rına yollanan zaman hərbi təlimlərdə çətinlik çəkməyəcək. Təsadüfi deyildi ki, ordu sıralarında hərbi xidmətini başa vurub qayıdan keçmiş şagirdlərinin hər biri orta məktəb illərində öz müəllimlərindən öyrəndikləri hərbi biliklərin onlara hərbi xidmət zamanı istər hərbi təlimlərdə, istərsə də orduya adaptasiya olunmaqda böyük kömək olduğunu bildirirdilər.

Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində Respublikamızda baş verən hadisələr, bütün rayonlarımı-za, o cümlədən Mehmanın yaşadığı doğma Cəbrayıla da sirayət etmişdi. Bir tərəfdən dövlət müstəqilliyimizin və suverenliyimizin bərpası uğrunda gedən milli-azadlıq mü-barizəsinin Qanlı 20 Yanvar hadisələri zamanı sovet ordusu tərəfindən silahlı təcavüz yolu ilə yatırılması, digər tərəf-dən, paralel olaraq, mərkəzi hakimiyyətin zəifləməsindən, ümumittifaq miqyasında baş verən dövlət böhranından sui-istifadə edən bədnam qonşularımızın əsassız və absurd ərazi iddialarının kütləvi qətllər, talanlar, soyğunlar və s. cinayətkar əməllərlə müşayiət olunan işğalçılıq siyasəti təcili olaraq Azərbaycanın müdafiə qabiliyyətinin təşkil olunmasını, milli ordunun formalaşdırılmasını, yerli peşə-kar kadrların bu işə cəlb edilməsini labüd edirdi.

Nizami ordunun təşkili və təchizatı mürəkkəb bir pro-ses idi. Bunun üçün peşəkar hərbi kadrlarla yanaşı, vaxt və gərgin əmək tələb olunurdu. Qəlbi vətən eşqi ilə döyünən hər bir ixtisaslı hərbi mütəxəssis kimi Mehman da, bu pro-seslərə biganə yanaşmır, hadisələrin gedişini diqqətlə izlə-yir və müstəqil milli ordumuzun yaradılması, bu mümkün

227

Qaya Əliyev

olmadıqda isə, hazırkı mərhələdə ən azından, ilkin müda-fiənin təşkil olunması məqsədilə özünümüdafiə xarakter-li hərbi birləşmələrin formalaşdırılması zərurətini aydın dərk edirdi. Bu dövrdə erməni işğalçılarının hücumlarının qarşısını almaq üçün yaradılmış könüllü özünümüdafiə ta-borları doğma torpaqlarımızın müdafiəsi vəzifəsini öz üzə-rinə götürmüşdü. Mehman da tərəddüd etmədən 1992-ci ildə Cəbrayılda yaranan belə taborlardan birinə daxil oldu. İndi, bir ixtisaslı hərbi mütəxəssis kimi onun üçün, ali mək-təbdə əldə etdiyi, orta məktəbdə isə, şagirdlərinə tədris et-diyi hərbi bilik və bacarıqları doğma vətəninin müdafiəsi istiqamətində tətbiq etmək, topladığı və öyrətdiyi nəzəri bilikləri empirik biliklərlə və döyüş təcrübəsi ilə zənginləş-dirmək üçün geniş imkanlar açılmışdı. Bu, eyni zamanda qəlbi vətən eşqi ilə döyünən bir alovlu vətənpərvərə doğ-ma yurdu qarşısında övladlıq borcunu yerinə yetirmək üçün əlverişli fürsət idi.

Gənc zabit, taqım komandiri kimi hərbi təlimlərdə dö-yüşçülərin zəruri hərbi bilik və bacarıqlara yiyələnməsi işində böyük təşkilatçılıq fəaliyyəti göstərdi. Eyni zaman-da, komandirin özü də döyüş meydanlarında göstərdiyi xüsusi qəhrəmanlıq və şəxsi şücaətlə əsgərlərə mərdlik nü-munəsi oldu.

Təbii ki, bütün bu xüsusi qəhrəmanlıqlara, şəxsi şücaət və fədakarlıqlara baxmayaraq, vahid nizami ordu, müfəs-səl hərbi strategiya və uzunmüddətli müdafiə konsepsiyası olmadan, ayrı-ayrı dəstələr, qruplar, batalyonlar və s. bu kimi özfəaliyyət hərbi birləşmələri formasında Azərbayca-nın ərazi bütövlüyünün düşmən təcavüzündən etibarlı mü-dafiəsini təmin etmək qeyri-mümkün idi.

228

Bir bölüyün manifesti

Bütün bunların məntiqi nəticəsi olaraq, digər rayonları-mız kimi Cəbrayıl rayonu da 1993- cü ilin avqustunda er-məni işğalçı qüvvələri tərəfindən zəbt edildi və Mehmanın tərkibində döyüşdüyü özünümüdafiə taboru ləğv edildi. Mehman da, öz yurd-yuvasından, ata-baba torpağından didərgin salınmış digər həmvətənlərimiz kimi Bakı şəhə-rində məcburi köçkün qismində məskunlaşmalı oldu. Məc-buri köçkünlük həyatı ilə heç cür barışa bilməyən Mehman, cəmi 2 aydan sonra yenidən ön cəbhəyə yollandı.

Belə ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Res-publikasının ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin milli televiziya və radio ilə xalqa 2 noyabr 1993-cü il tarix-li müraciətinə cavab verən vətənpərvər gənclərdən biri də Mehman idi. Həmin müraciətdə Ulu Öndərimizin ürək ağ-rısı ilə səsləndirdiyi bu ritorik sual, ərazisi işğal olunmuş rayonların vətən, ata ocağı, doğma torpaq təəssübü çəkən hər bir qeyrətli sakini kimi Mehmanı da ciddi düşündürür-dü: «Əgər adam öz evini, öz ocağını, öz torpağını, yaşayış yerini qorumursa, onun əvəzinə kim gəlib qoruyacaqdır?»1

Əlbəttə, el ağsaqqalı, müdrik dövlət başçısı tamamilə haqlı idi. Çünki, əgər ərazisi işğal olunmuş bu rayonlar və kəndlər Respublikamızın digər vətəndaşları üçün doğma vətənin bir parçası, ana yurd məzmununa malik idisə, Ulu Öndərimizin qeyd etdiyi kimi, həmin ərazilər yerli sakinlər üçün həm də, ev, ocaq, yaşayış yeri mahiy-yəti daşıyırdı. 1 Bax. Əliyev Heydər Əlirza oğlu. Müstəqilliyimiz əbədidir: Çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar. İyun, 1993 - may, 1994. K.: 1 / Buraxılışa məsul: R. Mehdiyev, H.Orucov.- B.: Azərnəşr, 1997. səh.151

229

Qaya Əliyev

Beləliklə doğma vətəninin bir parçasını, ana yurdunu, ata ocağını mənfur düşməndən müdafiə etmək üçün ye-nidən ön cəbhəyə yollanan Mehman, Yasamal taborunun II bölüyünün tərkibinə daxil oldu. Bölük komandiri Şəmsi Hüseynov fərdi söhbət zamanı onun yüksək iradi-mənəvi keyfiyyətləri ilə tanış oldu. Təcrübəli komandir bu cəsur, təcrübəli və qorxubilməz döyüşçüyə bütün varlığı ilə ina-nırdı. Tabor Goranda yerləşən 865 saylı hərbi hissənin tər-kibində 2 aylıq hərbi təlimlərdən sonra Füzuli rayonunda mövqe tutan 702 saylı hərbi hissə ilə birləşdi.

Taborun döyüş yolu 1994-cü ilin yanvarın 5-də Zobu-cuq meşəsindən başladı. Digər bölüklər kimi II bölük də təcrübəli komandir Şəmsi Hüseynovun rəhbərliyi altında uğurlu döyüş əməliyyatları aparırdı. Bu hərbi əməliyyat-larda fəal iştirak edən, igidliklə və cəsarətlə döyüşən Meh-man, komandirin yüksək etimadını doğrultmaqda idi. Nü-munəvi döyüşçü kimi onun adı bütün bölüyə yayılmışdı. O, Füzuli rayonunun bir neçə kəndlərinin erməni işğalçı-larından azad edilməsində böyük fəallıq göstərmişdi. Hə-min ilin mayında cəbhə boyu atəşkəs elan edildikdən sonra Mehman Quliyev ordudan tərxis edildi. Lakin müharibə illərində aldığı yaralar, keçirdiyi sarsıntılar, əsəb sistemi-nin pozulması və s. bu kimi fəsadlar onu rahat buraxmır və səhhətinə ağır təsir edirdi. Bütün bunların nəticəsində o dünyasını dəyişdi. Vətənin qəhrəmanlar yetişdirmiş qəh-rəman oğlu bu gün də ehtiramla xatırlanır və yad edilir. Allah rəhmət eləsin!

P.S. Məlumat üçün qeyd edək ki, Mehmanın uşaq-lıq illərində öz həyat idealına çevirdiyi Azərbaycan xalqının əfsanəvi oğlu Həzi Aslanov 1944-cü ildə Be-

230

Bir bölüyün manifesti

larusiya cəbhəsində şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi elitasında təmsil olu-nan erməni marşalı İ.Baqramyan buna maneçilik törət-mişdir.*1Haqq nazilər, üzülməz, deyib müdriklərimiz. Erməni məkrinin qurbanı olmuş igid sərkərdənin ölü-mündən 47 il sonra, 1991-ci ildə, nəhayət, haqq-ədalət öz yerini tapmış, Həzi Aslanova ikinci dəfə Sovet İtti-faqı Qəhrəmanı adı verilmişdir. Inanırıq ki, vaxt gələ-cək, zaman yetişəcək, yenə də haqq-ədalət öz yerini ta-pacaq və gec-tez Azərbaycan xalqı erməni təcavüzünün qurbanı olmuş öz doğma torpaqlarına, tarixi ata-baba yurduna və Azərbaycan Respublikasının ayrılmaz, tər-kib hissəsi olan Qarabağımıza qovuşacaq.

* Həzi Aslanovun ölümünün erməni marşalı İ.Baqramyan tərəfindən təşkil edilməsi, generalın almanlardan qənimət götürülmüş minaatan vasitəsilə qətlə yetirilməsi və s. məsələlərlə bağlı, bax ətraflı. Musa Bağırov. Sərkərdənin taleyi / red. T.Aydınoğlu.- B.: Hərbi, 1999.

231

Qaya Əliyev

ətənə hədiyyəVətən uğrunda ölmək şərəfdir.

F. K. Horatsi

Türkiyə Respublikasının qurucu-su və ilk prezidenti, Türk Qurtuluş Savaşının öndəri, görkəmli dövlət xadimi, marşal Mustafa Kamal Ata-türk ömrünün son illərindəki çıxış-larından birində (konkret olaraq, 11 iyun 1937-ci ildə) demişdir ki, mən lazım gəldikdə ən böyük hədiy-yə kimi Türk millətinə öz canımı verəcəyəm.1 Doğrudan da, bu illərdə Türk xalqının böyük oğlu, səhhətində yaranmış ciddi problemlərə və kəs-kin ağrılara məhəl qoymadan, uzun sürən ağır xəstəliyinə baxmayaraq, müalicəsini bir kənara qoyub bütün var gücünü Misaqi-milli sərhədlərinin ayrılmaz tərkib his-səsi olan Xatay Respublikasının ana vətənə birləşdirilmə-si uğrunda mübarizəyə həsr etmiş və məhz bu qətiyyətli

1 Cemal Kutay, Atatürk’ün Son Günleri. İstanbul. İklim yayıncılık. 2006 s. 245

Zamir Xandadaş oğlu Şahverdiyev

V

232

Bir bölüyün manifesti

mübarizənin nəticəsində, ölümündən sonra həmin ərazi Türkiyə Respublikasının sərhədlərinə daxil edilmişdir. Elə buna görə də, Türkiyə tarixşünaslığında, bəzi ədəbiyyat-larda, hətta ağır xəstəliyinə baxmayaraq, öz səhhəti, fiziki sağlamlığı və müalicəsi haqqında yox, məhz vətən torpaq-larının bir parçası olan Xatayın taleyi barədə düşünən və bu yolda millətinə ən böyük hədiyyə kimi öz canını verən M.K.Atatürk «Xatay şəhidi» adlandırılır.

Bu dünyada Tanrının insana bəxş etdiyi ən böyük sər-vət onun canıdır, sağlamlığıdır, həyatıdır. Dünyanın ən səxavətli insanı o kəsdir ki, Tanrının ona bəxş etdiyi bu ən böyük sərvəti tərəddüd etmədən, comərdcəsinə, öz vətəninə, öz xalqına, Böyük Atatürkün təbirincə desək, hədiyyə edir.

Haqqında danışacağımız belə fədakar insanlardan biri də, tarixin Azərbaycan xalqını sınağa çəkdiyi I Qarabağ müharibəsində gözünü qırpmadan öz canını doğma el-oba sına, ana vətəninə hədiyyə edərək şəhidlik zirvəsinə yüksəlmiş Zamir Xandadaş oğlu Şahverdiyevdir.

Hələ yeniyetməlik illərində xalq qəhrəmanlarımız, vətən müharibəsində ad-san qazanmış igid oğullarımız barədə kitablar oxumaqdan, hərbi-vətənpərvərlik və tarixi mövzu-larda çəkilmiş filmlərə baxmaqdan doymayan, bu kitabla-rın və filmlərin qəhrəmanlarını öz həyat idealına çevirən və onlara qibtə edən Zamir, nə biləydi ki, bir gün onun özü də, hərbi-vətənpərvərlik mövzusunda yazılmış bir əsərin qəh-rəmanına çevriləcək və keçdiyi şərəfli ömür yolu və şanlı döyüş salnaməsi ilə oxucuları heyran qoyacaq.

İstər ailə mühitinin, istərsə də şəxsi mütaliə rasionunun Zamirdə formalaşdırdığı, vətənpərvərlik, el-oba təəssübü,

233

Qaya Əliyev

vətən qeyrəti, mərdlik, fədakarlıq və s. bu kimi yüksək əxlaqi-mənəvi keyfiyyətlər onu günbəgün, aybaay, ilbəil böyüdükcə, boya-başa çatdıqca, yaşa dolduqca, vətəni və xalqı yolunda mübarizə meydanına aparacaq, buradan isə, ən ali və əlçatmaz məqam olan şəhidlik zirvəsinə yüksəl-dəcəkdi.

Hələlik isə, Zamir ömrün şirin gənclik çağlarının xoş an-larını yaşayır, qəlbi sonsuz arzularla aşıb-daşırdı. İntəhasız arzular, bitib-tükənməyən xəyallar... Onların bir-çoxu əl-çatmaz olsa da, şirin idi. İllər ötüb keçdikcə gənclik arzuları da zamanın xəlbirində ələnir.

Onların arasından yalnız ən aliləri, ən müqəddəsləri öm-rün sonrakı mərhələlərində ülvi duyğu kimi ürəkdə yaşa-mağa vəsiqə qazana bilir. Zamirin də, illər keçdikcə qəlbinə ülvi duyğu kimi hakim kəsilən belə ali və müqəddəs gənc-lik arzuları var idi. Bu arzuların içində vətənə layiqli övlad olmaq məqsədi, əsl vətəndaş olmaq məramı bütün digər arzularından, istəklərindən, bir sözlə, hər şeydən öndə gə-lirdi, Zamir üçün. Beləcə, vaxt gəldi, zaman yetişdi. Zamir bütün mənalı ömrü və şüurlu həyatı boyu qəlbində gəzdir-diyi bu ülvi arzusunun ardınca getdi, ona qovuşdu. Tanrı ona bu arzunun vüsalını dadmağı qismət etdi.

90-cı illərin əvvəllərində dövlət müstəqilliyini yenicə bərpa edən Azərbaycan bir tərəfdən xaricdən Ermənistanın silahlı təcavüzü, digər tərəfdən ölkə daxilində siyasi haki-miyyət uğrunda gedən mübarizə, xalqın və vətənin taleyini «əllərdə oyuncağa» çevirən «idrakı sönük başçıların qəfləti» nəticəsində ağır vəziyyətdə düşmüşdü. Ölkə daxilində iq-tisadi tənəzzül, siyasi böhran və s. fəsadlarla müşayiət olu-nan və silahlı qüvvələrimizə də sirayət edən özbaşınalıq,

234

Bir bölüyün manifesti

başıpozuqluluq və hərc-mərclik kimi neqativ hallar erməni təcavüzü üçün münbit zəmin yaradır, yaranmış vəziyyət-dən istifadə edən qəsbkarlar bir-birinin ardınca Dağlıq Qa-rabağı və ona bitişik 7 rayonumuzu da işğal edərək, burada qətliamlar, soyğunlar, talanlar, qatı cinayətlər törədirdilər.

Bax, belə bir şəraitdə, xalqın təkidli tələbi nəticəsində si-yasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev, yaran-mış mürəkkəb vəziyyəti düzgün qiymətləndirərək noyabr ayının 2-də «Vətən təhlükədədir!» çağırışı ilə dövlət televi-ziya və radiosu vasitəsilə xalqa müraciət etdi. El ağsaqqalı-nın, müdrik dövlət başçısının bu çağırışını darda qalan Ana Vətənin harayı kimi qəbul edən Zamir digər vətənpərvər oğullarımız kimi, tərəddüd etmədən bu haraya hay verdi. Bu çağırış Zamir üçün, illərlə qəlbində gəzdirdiyi ülvi arzu-sunu – vətənə layiqli övlad olmaq məramını reallaşdırmaq yolunda əsl fürsət idi. İndi ona uşaqlıq illərində barəsində kitablardan oxuduğu, tarixi filmlərdə qibtə ilə baxdığı və həyat idealına çevirdiyi xalq qəhrəmanlarının getdiyi şanlı yolda addımlamaq üçün geniş üfüqlər açılmışdı.

Tezliklə O, Yasamal taborunun II bölüyünə yazıldı. Bö-lük, gənc leytenant Şəmsi Hüseynovun rəhbərliyi altında Goran poliqonunda təlim- məşqlərə başladı. İlk günlər hər-bi təlimlər çox çətin olsa da, Zamir bütün bu çətinliklərə və məhrumiyyətlərə mətanətlə dözdü. Getdikcə o, zəruri hərbi biliklərə, döyüş bacarığı və vərdişlərinə yiyələndi. Verilən tapşırıqları vaxtında, dəqiqliklə və düzgün yerinə yetirirdi. Təcrübəli komandir Şəmsi Hüseynovun ağır dö-yüşlərdə ən çox güvəndiyi əsgərlərdən biri də Zamir idi.

1993-cü ilin sonlarında Yasamal taboru Füzuli rayo-nunda yerləşən 702 saylı hərbi hissə ilə birləşdirildi. Artıq,

235

Qaya Əliyev

1994-cü ilin yanvarın 5-də bölük, Zobucuq meşəsindən gər-gin döyüşlərə başladı. İlk döyüş Kürdmahmudlu kəndi-nin erməni işğalçılarından azad edilməsi əməliyyatı oldu. Səhər saatlarında başlayan vuruşmada Zamir özünü mərd, qorxubilməz, hünərli bir döyüşçü kimi göstərdi. Vuruşma-nın sonunda, bu hərbi əməliyyatın uğurla başa çatmasında fərqlənən döyüşçülər sırasında komandir onun adını xüsu-silə qeyd etdi. Döyüşdən-döyüşə bərkiyən, ən çətin sınaq-lardan alnıaçıq, üzüağ çıxan igid döyüşçü çox təəssüf ki, müharibənin amansız reallığı ilə qarşılaşmalı oldu...

Aşağı Seyidəhmədli kəndi uğrunda gedən qanlı-qadalı döyüş digər hərbi əməliyyatlardan seçilirdi. Çünki, bu kən-din yerləşdiyi ərazi son dərəcə mühüm hərbi-strateji əhə-miyyətə malik idi. Elə buna görə də, bu istiqamətdə döyüş-lər xeyli gərgin keçirdi. Bu vuruşmada da Zamir öz igidliyi və qəhrəmanlığı ilə diqqəti cəlb edirdi. Döyüşün qızğın vaxtında namərd düşmən gülləsi qəlbində həyat eşqi, vətən məhəbbəti bulaq kimi çağlayan gənc Zamirin həyatına son qoydu. Onu döyüş meydanından çıxaran əsgər yoldaşları-na son sözü belə oldu: «Vətənimə canım qurbandır!»

Ölümün gözünə dik baxan, doğma torpaq uğrunda tərəddüd etmədən özünü fəda edən, hər bir insan üçün dünyada ən qiymətli sərvət olan canını sevə-sevə vətənə qurban verən, son anında, son nəfəsində belə «vətən» kəl-məsi dilindən düşməyən Zamirin adı I Qarabağ müharibə-sində mərdliklə döyüşərək həlak olmuş igid oğullarımızla yanaşı çəkilir. Onun əziz xatirəsi daim hörmətlə yad edilir və ehtiramla anılır.

236

Bir bölüyün manifesti

onunu düşünən qəhrəman olmaz!

Vətən yolunda ölməklə xeyir gətirəcəyini bilən hər hansı vicdanlı insan onun yolunda ölməyə tərəddüd edərmi?

M.T.Siseron

Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq muzeyində 3 mürid nişanı saxlanılır ki, onların üzərində Şeyx Şamilin bu müdrik kəlamı yazıl-mışdır: «Sonunu düşünən qəhrəman olmaz!»1

Tarixin sınaqlarından o xalqlar al-nıaçıq və üzüağ çıxa bilir ki, onların tarix salnaməsi, sülh dövründə, xalqı-nın sonunu-gələcəyini düşünə bilən müdrik rəhbərlərinin, uzaqgörən dövlət başçılarının mürəkkəbi ilə, mü-

haribə dövründə isə, şəhidlərinin – öz sonunu düşünməyən qəhrəmanlarının qanı ilə yazılır.

Fikrimizcə, hər bir xalqın ən böyük sərvəti onun gələcək taleyini düşünə bilən, uzaqgörən dövlət xadimləri və onun müqəddəratı naminə hətta öz gələcək taleyini belə düşün-

1 Mustafayev İ., Murtuzayev S., İmam Şamil, Bakı; Vətən, 1993. səh.185

Cəlal Bilal oğlu Qurbanov

S

237

Qaya Əliyev

məyən, bu yolda həyatını belə qurban verməyə hazır olan fədakar, qəhrəman övladlarıdır.

Ana yurdun başının üstünü qara buludlar alan zaman onun harayına hay verən, sonunu düşünmədən Haqq yo-luna-xalq yoluna, vətən yoluna çıxan və gənc yaşlarında ikən bu şanlı yolda şərəfli ölümü ilə Vətənin ömrünə ömür qatan igid oğullarımızdan biri də Cəlal Qurbanov idi.

Bir anlıq belə tərəddüd etmədən, gözünü qırpmadan cəmi 25 yaşında, ölməz sənətkarımız Mikayıl Müşfiqin təbirincə desək, ömrünün «könlün – həyat, həyat!-deyə çırpınan» çağlarında «gündən-günə bu gözəlləşən işıqlı dünyadan» doymadan, «həyat dedikləri bu keşməkeş-dən», «qəlbində, qanında yanan atəşdən» usanmadan, «bu yerlə çarpışan, göylə əlləşən dostdan, aşinadan» ay-rılaraq, «gecədən, gündüzdən, aydan günəşdən», «bu ən-gin fəzadan» «əl çəkib» doğma torpaqlarımızın müdafiəsi uğrunda gedən qanlı döyüşlərə atılan və bu döyüşlərin birində düşmən gülləsinə qurban gedərək şəhid olan Cəlal, xalqımızın iftixar mənbəyi və qürur yeri olmaqla yanaşı, Məleykə xalanın övlad həsrəti ilə alışıb-yanan kövrək ana ürəyində illər keçməsinə baxmayaraq hələ də qaysaq bağlamamış yaradır.

Təsadüfi deyildir ki, Ümummilli Liderimiz Heydər Əli-yev belə igid övladlar yetişdirmiş qəhrəman valideynlər haqqında demişdi: «Həm şəhid olanlar, həm də onların valideynləri nə qədər pak, nə qədər vicdanlı insanlardır!» (Azərbaycanın Milli Qəhrəmanları və Vətənimizin azadlığı uğrunda həlak olmuş şəhidlərin ailə üzvləri ilə görüşdəki

238

Bir bölüyün manifesti

çıxışından – 27 dekabr 1993-cü il)1 Doğurdan da, yalnız Cəlal kimi igid oğulları dünyaya

gətirən Məleykə xanım kimi qəhrəman analar gözlərindəki bu ağır qəm yükünü həsrət, intizar dolu baxışlarında, bu qəmi, qüssəni, kədəri, möhnəti öz kövrək ürəyində beləcə səbirlə daşıya, gənclik arzuları nakam qalan 25 yaşlı övladı-nın xatirəsi ilə ovuna bilər.

Cəbhə bölgəsində vəziyyət getdikcə daha da gərginləşir, erməni qəsbkarları dünyada və Cənubi Qafqaz subregio-nunda baş verən geosiyasi dəyişikliklərdən, fors-major ha-disələrdən, eləcə də Respublikamızda hökm sürən xaos və anarxiyadan, dövlət böhranından sui-istifadə edərək bir-bi-rinin ardınca Dağlıq Qarabağ və ətraf rayonlardakı yaşayış məntəqələrimizi işğal edirdilər.

Bax, belə bir şəraitdə, vətənimizin başının üstünü qara buludlar alan zaman el-oba təəssübü, vətən qeyrəti çəkən digər igid oğullarımız kimi Cəlal da, tərəddüd etmədən, könüllü şəkildə ön cəbhəyə yollanmaq qərarına gəldi.

Axı o, Xocalı soyqırımına, Şuşa, Laçın faciəsinə necə dözə bilərdi? Viran qalmış yurd-yuvalarımızın harayına biganə qala bilərdimi? Vətənin hər yerindən qeyrətli oğul-larımızın cərgələnib, başının üstünü təhlükə almış Vətəni xilas etməyə yollandığı bir zamanda, Cəlal dayanardımı? Yox, əsla yox!

O təlatümlü günlərin birində evə qayğılı və fikirli vəziy-yətdə daxil olan Cəlal, qaradinməz, qaşqabaqlı idi. Onun əhvalındakı bu dəyişikliyi hamıdan tez sezən anası Məley-1 Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr. Birinci kitab: iyun, 1993 – may, 1994 / bur. mə-sul R. Mehdiyev. – Bakı: Azərnəşr, 1997. səh.193

239

Qaya Əliyev

kə xala nigarançılıqla oğlundan onu bu qədər narahat edən nəyin baş verdiyini soruşmaq istəmişdi.

Anasının sual dolu qayğılı baxışlarını qabaqlayan Cəlal birbaşa mətləbə keçərək demişdi:

- Cəbhəyə gedirəm, könüllü...Ailə təəccüb içində idi. Sükut çökmüşdü. Onu inadın-

dan döndərmək mümkün deyildi. «Pir mənimdir, kəramə-tinə bələdəm» deyimində olduğu kimi, illərlə böyüdüb boya-başa çatdırdıqları övladlarının əxlaqına, xarakterinə, vətən, qeyrət, mənəvi borc kimi məsələlərdə xüsusi qətiy-yətinə bələd olan ailəsi, müqavimət göstərməyin əbəs ol-duğunu başa düşüb, tezliklə onun bu qərarı ilə barışdı.

Ertəsi gün oğlunu cəbhəyə yolan salan Bilal kişi, əlini onun çiyninə qoyub: »Bir halda ki, gedirsən, qayıdanda qəh-rəman kimi qayıt»- dedi. Cəlal, böyüyüb boya-başa çatdı-ğı həyətdən çıxanda bir anlıq ayaq saxladı, geri boylandı. Baxışlarıyla, onu min bir əzab-əziyyətlə böyütmüş mehri-ban anası ilə, hər zaman öz üzərində qayğısını hiss etdiyi atası ilə və şirin uşaqlıq xatirələri ilə dolu həyətləri ilə vi-dalaşdı. Çətinliklə də olsa, anasının göz yaşlarına bələnmiş baxışlarını gözlərindən yayındıraraq yolda düşdü. Ana-sından ayrılıb Ana Vətəninin harayına gedirdi Cəlal. Nə biləydi ki, bu gün sadəcə bir evin, bir ailənin oğlu kimi doğulub boya-başa çatdığı həyətlərinin qapısından çıxıb ilk addımını atdığı bu müqəddəs yol, bir gün onu bütöv-lükdə bir vətənin, bir xalqın şəhid övladı kimi yenə hə-min qapıdan içəri keçirib, bu həyətə geri qaytaracaqdı.

Bu gündən, bu andan etibarən onun yeni həyatı, yeni yolu, yeni ünvanı başlayırdı. Bu müqəddəs yolda o, çətin sınaqlardan, ağır imtahanlardan keçdi. Döyüş təcrübəsi ilə

240

Bir bölüyün manifesti

yanaşı etibarlı, sadiq dostlar qazandı. Məqsədləri, amalları, məramları bir olan, ölümün gözünə dik baxaraq çiyin-çi-yinə verib qorxu bilmədən qanlı döyüşlərə atılan, bir qab-dan yemək yeyən, su içən bu səngər dostları o çətin - barıt qoxulu, odlu-alovlu müharibə günlərinin sınaqlarından birlikdə, ləyaqətlə çıxdılar.

Əziz oxucum! Hesab edirəm ki, bu məqamda cəbhə dostlarının dilindən Cəlalın mərd, cəsur, qorxmaz bir əsgər kimi keçdiyi şərəfli döyüş yolu haqqında xatirələri eşitmək sənə maraqlı olardı.

Bölük komandiri Məhərrəm Əbilov:

«Martın 2-də və 4-də gedən qanlı döyüşlərdə Cəlal öz igidli-yi ilə fərqlənirdi. Bunu nəzərə alıb, tabor komandanlığına onun mart ayının 8-də evə buraxılması üçün təqdimat yazdım. Cəlal bu günü məhz özü seçmişdi. Anasını, bacısını qadınlar bayramı münasibəti ilə təbrik etmək istəyirdi. O, bu günü necə də səbir-sizliklə gözləyirdi?! Lakin, martın 7-də vəziyyət kəskin dəyişdi. Axşamçağı düşmən qəfildən mövqelərimizə hücuma keçdi. Biz bir anda ayağa qalxıb, irəliyə atıldıq. Cəlal öz «PK» pulemyotu ilə yenə ön cərgədə idi. Döyüş uğurla başa çatdıqdan sonra bölük dincəlməli idi. Ancaq, Cəlal nədənsə narahat idi. Mənə yaxınlaşıb bildirdi ki, komandir, yaxınlıqda UAZ maşınını vurublar. İçə-risində xeyli hərbi sursat var. Mən gedib o maşını gətirəcəyəm. Bunu deyib maşına tərəf gedir. O, maşını işə salıb, geri qayıdanda düşmən snayperi onu atəşə tutur. Cəlal ayağından və döş nahiyə-sindən ölümcül yaralanır. Həmin maşında qalan 2 yaralı əsgərə son sözü bu olur ki, siz gedin, köməklə gəlin. Mən tək qala da bilərəm. Yaralı əsgərlərdən eşitdiyim bu kəlmələri, hələ də unu-

241

Qaya Əliyev

da bilmirəm.» (Komandirin xatirələrindən göründüyü kimi, adicə həmin UAZ markalı avtomobildəki hərbi sursatı belə Vətənin müdafiəsi üçün qənimət bilən Cəlal, bu yolda öz şirin canını isə heçə saymışdı. – Q.Ə)

Cəbhə yoldaşı, III qrup Qarabağ müharibəsi əlili Şaiq Heydərov:

«Mən Cəlalla bir taqımda olmuşam. Həmin döyüşlərdə Cəlalı mən qorxmaz, cəsarətli bir döyüşçü kimi tanımışam. O, bir-neçə dəfə taboru çətin vəziyyətdən xilas etmişdi.»

III qrup Qarabağ əlili Nurbala Əliyev:«Cəlal həmişə döyüşdə öndə getməyə can atırdı. Heç bir zaman

tərəddüdün, qorxunun nə olduğunu bilməzdi. Onun itkisi bizim hamımıza ağır təsir etmişdi. Cəlal bütün taborun fəxri idi.»

Bu gün Qaraçuxur qəsəbəsindəki küçələrin biri Cəlalın adını daşıyır. Həmin küçənin başlanğıcında onun barelyefi vurulmuşdur. Əlbəttə ki, Suraxanı rayon İcra hakimiyyə-tinin bu nəcib addımı təqdirəlayiqdir. Qeyd etməliyik ki, hörmətli Tağı Əhmədov xeyirxah təşəbbüs göstərərək inzi-bati binanın önündə öz şəxsi vəsaiti hesabına Cəlalın büs-tünü ucaltmışdır.

Tərəddüd etmədən öz taleyini vətənin müqəddəratına qurban verən, sonunu düşünmədən ana torpağın müdafiə-si uğrunda gedən mübarizədə qəhrəmanlıq yolunu seçən, bu qanlı-qadalı yolda ölümün gözünə dik baxan Cəlal kimi igid oğullarımız qədirbilən xalqımız və qüdrətli dövlətimiz tərəfindən heç vaxt unudulmayacaq və xatirəsi daim yad-daşlarda yaşayacaqdır.

242

Bir bölüyün manifesti

əhidlik məktəbi

Allah yolunda öldürülənlərə (şəhid olanlara)«ölü» deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.

Qurani-Kərim, Əl-Bəqərə surəsi, 154-cü ayə1

İllər, qərinələr, əsrlər ötməsinə bax-ma yaraq, şəhidlik zirvəsindən danı-şarkən ilk növbədə, öz imanı, məslə-yi, əqidəsi, inandığı ideallar uğrunda misli görünməmiş şücaətlə döyüşərək, qəhrəmancasına həlak olmuş Həzrəti İmam Hüseyn yada düşür. Təsadüfi deyildir ki, şəhidlik məqamı anlayışı məhz, İmam Hüseyn adı ilə asossasi-ya olunur. Elə buna görə də dinindən, etiqadından, əqidəsindən, klerikal ba-xışlarından, dünyagörüşündən, milli və kultural mənsubiyyətindən asılı

olmayaraq, bədii ədəbiyyatdan fəlsəfəyə, siyasi sferadan incəsənətə qədər bir çox sahələrdə dünya tarixinə adını qı-1 Qurani-Kərim /tərc.Z.Bünyadov, V.M.Məmmədəliyev; məsl.-red. Ş.H.A.Paşazadə.- B.: Azərnəşr, 1992, səh.22

Ş

Məmmədağa Cəbrayıl oğlu Səmədov

243

Qaya Əliyev

zıl hərflərlə yazmış böyük şəxsiyyətlər, görkəmli ədiblər, dünya şöhrətli dövlət və siyasi xadimlər, nəhəng alimlər və b. İmam Hüseynin qoyub getdiyi şəhidlik məktəbindən qibtə və böyük rəğbət hissi ilə bəhs etmişlər. Hindistanın görkəmli siyasi xadimi və ruhani lideri M.Qandidən, bö-yük ingilis yazıçısı Çarlz Dikenzə qədər bir çox görkəmli şəxsiyyətlər İmam Hüseynin bu tarixi rəşadətini və misilsiz qəhrəmanlığını yüksək qiymətləndirmişlər.

Hələ, XX əsrin 20-ci illərində, Azərbaycanda sovet döv-lət quruculuğunun həyata keçirilməyə başlandığı, ateizm təbliğatının geniş vüsət aldığı, milli-mənəvi dəyərlərimi-zin və onların daşıyıcılarının dövlət səviyyəsində təqib olunduğu bir dövrdə xalqımızın böyük oğlu, görkəm-li ictimai-siyasi və dövlət xadimi Nəriman Nərimanov, Moskvaya xoş gəlmək üçün milli-mənəvi dəyərlərimizə hörmətsizlik edən, yerli adət-ənənələrə məhəl qoymayan, hətta kütləvi çıxışlarında İmam Hüseyn haqqında nalayiq və təhqiramiz ifadələr işlətməkdən çəkinməyən, Azərbay-can SSR MİK sədri Səməd ağa Ağamalıoğlunun və onun kimi Kremlin manqurtlaşmış buyruq qullarının cavabını verərək demişdi: «Yeri gəlmişkən, burada qeyd etmək la-zımdır ki, fars fəhlələrinin iclaslarının birində Azərbaycan Respublikasının başçısı Ağamalıoğlu Hüseyni qorxaq kimi xarakterizə etmişdi ki, buna görə fəhlələr onu məzəmmət etmişdilər. Qorxaq o deyil ki, yetmiş nəfər pis silahlanmış adamla on dəfə artıq qüvvətli olan düşmənlə döyüşür, odur ki, sol qrupdan qorxub işin əsl mahiyyətini bildirmir və bununla da partiya üzvlərini aldadır, onları fəhlə-kəndli

244

Bir bölüyün manifesti

respublikasında qırmızı əsgər güllələrindən qanı tökülən fəhlələrə qarşı silahlandırır. Qorxaq odur ki, vəzifəsindən ötrü alçaqcasına yalan danışır, lakin imam Hüseyn tabe olsun və öz vicdanını qızıla satsın deyə, Yezid bütöv bir vilayəti idarə etməyi ona təklif edirdi. O bunu etmədi: həlak oldu.»1

N.Nərimanovla yanaşı, Azərbaycan xalqının digər bö-yük oğlu bütün fəaliyyəti boyu milli və mənəvi dəyərləri-mizin keşiyində dayanmış, İslam dininə və onun ehkam-larına yaxından bələd olan görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi, Ümummilli Liderimiz Heydər Əliyev də, 20 iyun 1994-cü ildə, Təzəpir məscidində, Aşura günü mərasimindəki dərin məzmunlu və didaktik mahiyyətli nitqində şəhidlik zirvəsinə uzanan iki yol – İmam Hüsey-nin şərəfli ömür yolu ilə, Respublikamızın ərazi bütövlü-yünün müdafiəsi uğrunda canlarını qurban vermiş igid oğullarımızın keçdiyi şanlı döyüş yolu arasında məharət-lə, olduqca dəqiq və düzgün analogiya apararaq demişdir: «Biz bundan sonra da Quranı-Şərifin, Həzrəti Məhəmməd peyğəmbərin qoyduğu yol ilə gedəcək və haqq-ədalət, tor-paq, Vətən yolunda şəhid olmuş Həzrəti imam Hüseynin və onun bütün silahdaşlarının qəhrəmanlığını, şəhidliyini heç vaxt unutmayacağıq. İndi Vətənimiz faciəli bir dövr keçi-rir. Yağı düşmən torpaqlarımıza hücum edir. Azərbaycanın cəsarətli oğulları Vətənimizi müdafiə edir və bu yolda Həz-rəti İmam Hüseyn kimi şəhid olurlar. Biz Vətən, torpaq, din yolunda canından keçmiş bütün şəhidlərin şücaəti qarşı-sında Kərbəla müsibətilə əlaqədar keçirilən bu mərasimdə 1 Nərimanov N. Ucqarlarda inqilabımızın tarixinə dair (İ.V.Stalinə məktub). Bakı: Azərnəşr, 1992. səh.33

245

Qaya Əliyev

bir daha baş əyir, onların xatirəsini qəlbimizdə daim ya-şatmağa söz veririk».1

Ulu Öndər Heydər Əliyevin təbirincə desək, vətənimizi müdafiə edən, bu yolda Həzrəti İmam Hüseyn kimi şəhid olan cəsarətli oğullarımızdan biri də Məmmədağa Cəbrayıl oğlu Səmədov idi.

Hər bir fərdin şəxsiyyət kimi formalaşmasında onun do-ğulub boya-başa çatdığı mühit son dərəcə mühüm əhəmiy-yət kəsb edir. Şəxsiyyət məhz cəmiyyətin, sosial mühitin təsiri altında formalaşır.2 Təsadüfi deyildir ki, hələ XVII əsr Avropa ictimai-siyasi fikrinin ən görkəmli nümayən-dələrindən biri hesab olunan, Britaniyalı pedaqoq və filo-sof, maarifçilik dövrünün dahi mütəfəkkiri Con Lokk «ağ lövhə» nəzəriyyəsini irəli sürmüşdür. Onun fikrincə uşaq doğularkən onun beyni ağ lövhə kimi təmiz olur. Sonra ət-raf aləm tədricən ona təsir edir və xarakteri formalaşır.3 Elə buna görə də, biz ilk növbədə, Məmmədağanın doğulub boya-başa çatdığı mühitə nəzər salacağıq.

Belə ki, Məmmədağa Azərbaycanımızın cənub bölgəsi-nin dilbər guşəsi olan Masallı rayonunda dünyaya göz aç-mışdır. Əhalisinin milli və mənəvi dəyərlərə, islam dininə və onun ehkamlarına xüsusi bağlılığı ilə seçilən bu rayonun spesifik xüsusiyyəti ondan ibarətdir ki, burada yerli əhali əsrlər boyu İmam Hüseynə və onun qoyub getdiyi şəhidlik 1 Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr. İkinci kitab: may, 1994 – dekabr, 1994 / bur. məsul R. Mehdiyev. – Bakı: Azərnəşr, 1997. səh.272 Sosiologiya (Dərslik). Bakı: «İqtisad Universiteti» nəşriyyatı, 2006. səh.753 Pedaqoji fikir tarixində tərbiyə və təhsil (dərs vəsaiti). / M. H. Ağayev; el. red. R. L. Hüseynzadə; Bakı : « ADPU «, 2011. səh.144

246

Bir bölüyün manifesti

məktəbinə dərin rəğbət və sonsuz məhəbbət bəsləmiş, hər il mütəmadi olaraq, bu tarixi şəxsiyyətin və onun silahdaş-larının xatirəsini kütləvi şəkildə, elliklə, müxtəlif ayinlər və rituallar vasitəsilə yad etmişdir. Hələ, Sovet imperiyasının qılıncının nəinki dalının və qabağının, hətta dəstəyinin də kəsərli olduğu illərdə belə, hər il Hicri-Qəməri təqvi-mi ilə Məhərrəm ayında elliklə Aşura mərasimlərini təşkil edən Masallı rayonunun yerli sakinləri milli folklorumu-zun dəyərli nümunələrindən hesab olunan xalq tamaşala-rı-şəbihlər vasitəsilə İmam Hüseyn və onun silahdaşlarının əziz xatirəsini yad etmiş, onların şəhidlik məktəbindən bəhs edən mərsiyələr, ağılar dinləyib əzadarlıq etmiş və eh-sanlar vermişlər. Eyni zamanda, şəhidlərin ruhuna hörmət əlaməti olaraq, bu müqəddəs ayda toy, nişan, el-şənlikləri və s. bu kimi mərasimlər təxirə salınmışdır.

İmam Hüseynin misli görünməmiş tarixi qəhramanlığı-nın və şəhadət yolunun kütləvi şəkildə təbliğ edildiyi bu mərasimlərin gənc nəslə fədakarlıq, vətənpərvərlik, əqi-dəyə sadiqlik, igidlik, doğma torpağa bağlılıq, sarsılmazlıq, mərdlik, mübarizlik və digər bu kimi ali dəyərlərin aşılan-masında, eləcə də onların yüksək mənəvi-əxlaqi keyfiyyət-lərə malik kamil şəxsiyyət kimi formalaşmasında böyük rolu olmuşdur. Təsadüfi deyildir ki, Aşura mərasimlərinin cəmiyyətin hərbi-vətənpərvərlik ruhunda səfərbər olun-ması istiqamətindəki əhəmiyyətini yüksək qiymətləndirən Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası, 30 oktyabr 2013-cü il tarixli fətvasında buyurmuşdur: «...Müsəlman ümmətinin tarixinə kədərli, lakin, eyni zamanda, insanlara qeyrət, qürur bəxş edən bir hadisə kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn

247

Qaya Əliyev

əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduq-ca böyük əhəmiyyət kəsb edir. Belə ki, İmam Hüseyn əley-hissəlamın əzadarlığında Vətən sevgisi, əqidəyə sadiqlik uğrunda səfərbər olma hikməti vardır. İmam Hüseyn əley-hissəlamın dinin saflığı uğrunda mübarizəsinin yad edil-məsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür.»1

Bax, belə bir mühitdə böyüyüb boya-baş çatan, tərbiyə alan Məmmədağa da, hələ uşaqlıq illərindən öz həmyaşıd-ları kimi «Aşura» mərasimlərində İmam Hüseynin keçdiyi qəhrəmanlıq və şücaət dolu şanlı mübarizə yolu barədə di-ni-əxlaqi söhbətlər, hekayələr, mərsiyələr dinləmiş, xalq ta-maşalarına-şəbihlərə baxmışdır. Bütün bunlar onun təxəy-yülündə, yaddaşında, dünyagörüşündə dərin iz buraxmış, İmam Hüseyn və onun silahdaşlarının qoyub getdiyi şəhid-lik məktəbinə dərin rəğbət hissi formalaşdırmışdır. Beləlik-lə, hələ uşaqlıq illərindən İmam Hüseyni bir tarixi şəxsiy-yət kimi öz idealına, onun keçdiyi şərəfli ömür yolunu və qoyub getdiyi şəhidlik məktəbini əqidəyə, həyat kredosuna və məsləyə çevirən Məmmədağa, fədakarlıq, vətənpərvər-lik, əqidəyə sadiqlik, igidlik, sarsılmazlıq, doğma torpa-ğa bağlılıq, mərdlik, mübarizlik və digər bu kimi yüksək mənəvi-əxlaqi keyfiyyətləri və dəyərləri öz xarakterində cəmləşdirən ahəngdar şəxsiyyət kimi formalaşmışdır.

Tale elə gətirdi ki, Ulu Tanrı ona da hələ uşaqlıq illərin-dən qibtə etdiyi İmam Hüseyn şəhidlik məktəbinin yetir-1 Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytı // http:// www.qafqazislam.com/az/xeber.php?id=103

248

Bir bölüyün manifesti

məsi olmağı, əlçatmaz zirvə kimi baxdığı şəhidlik mərtəbə-sinə yüksəlməyi qismət etdi.

Bəs necə oldu ki, Məmmədağa ömrünün sonrakı mər-hələsində, bir vaxtlar uşaq ikən əlçatmaz zirvə kimi baxdığı şəhidlik mərtəbəsinə yüksələ bildi? Gəlin, onu bu zirvəyə aparan enişli-yoxuşlu, daşlı-kəsəkli, keşməkeşli ömür yolu-na qısa ekskursiya edək.

Qeyd etdiyimiz kimi, Azərbaycanımızın dilbər guşə-si Masallı rayonunda dünyaya göz açan Məmmədağa, bu cənnət diyarda böyüyüb boya-başa çatır. Vaxt gəlir, zaman yetişir, o da digər həmyaşıdları kimi ordu sıralarına hərbi xidmətə yollanır. 1982-ci ildə hərbi xidmətini başa vuran Məmmədağa, ordu sıralarından tərxis edildikdən sonra öz həyatını qurmaq, halal ruzisini qazanmaq, ailəsinə məişət problemlərinin həllində maddi yardım göstərmək məqsə-dilə Respublikamızın paytaxtı və ən böyük sənaye şəhəri olan Bakıya işləməyə gəlir. Bakı Baş Tikinti İdarəsində əmək fəaliyyətinə başlayır. Çox keçmədən, müəssisədə bacarıqlı işçi kimi tanınır. İstehsalatla yanaşı, ictimai fəaliyyətlə də məşğul olan Məmmədağa gənclərin təşkil etdiyi müxtəlif tədbirlərin fəal iştirakçısı olur. Bu illərdə onun kollektivdə qazandığı hörmət, eyni zamanda, işinə vicdanlı münasibəti rəhbərliyin diqqətindən kənarda qalmır. Təşəkkürnamələr, Fəxri Fərmanlarla təltif edilir. Müəssisə rəhbərliyinin bu diqqəti onu istehsalatda yeni uğurlara və nailiyyətlərə ruh-landırır. Həyat bax beləcə, öz sakit axarı ilə davam etsəydi, yəqin ki, Məmmədağa tutduğu bu halal zəhmət yolunda əmək qabaqcılı, əmək qəhrəmanı kimi ad-san qazanacaq-dı. Lakin, Tanrı onun taleyinə şanlı döyüş yolunda şəhidlik zirvəsinə yüksəlmək, müharibə qəhrəmanı kimi ad-san qa-zanmaq qismətini yazmışdı.

249

Qaya Əliyev

90-cı illərin əvvəllərində dövlət müstəqilliyini yenicə bər-pa edən Azərbaycanımızın müəyyən daxili və xarici faktor-lar, obyektiv və subyektiv səbəblər üzündən düşdüyü ağır vəziyyət qonşu Ermənistan üçün öz əsassız və absurd ərazi iddialarını silahlı təcavüzü yolu ilə reallaşdırmaq istiqamə-tində münbit zəmin yaradır, yaranmış vəziyyətdən istifadə edən qəsbkarlar bir-birinin ardınca Dağlıq Qarabağı və ona bitişik 7 rayonumuzu da işğal edərək, burada qətliamlar, soyğunlar, talanlar və digər bu kimi qatı cinayətlər törədir-dilər.

Bax, belə bir şəraitdə xalqın təkidli tələbi ilə siyasi ha-kimiyyətə qayıdan dünya şöhrətli siyasətçi, görkəmli döv-lət xadimi Ulu Öndər Heydər Əliyev, yaranmış mürəkkəb vəziyyəti düzgün qiymətləndirərək 1993-cü ilin noyabr ayının 2-də «Vətən təhlükədədir!» çağırışı ilə dövlət televi-ziya və radiosu vasitəsilə xalqa müraciət etdi. El ağsaqqa-lının, müdrik dövlət başçısının bu çağırışını darda qalan Ana Vətənin harayı kimi qəbul edən Məmmədağa digər vətənpərvər oğullarımız kimi, tərəddüd etmədən bu hara-ya hay verdi. Hər bir qeyrətli vətən oğlu kimi o da aydın şəkildə başa düşürdü ki, indiki mərhələdə nəyin bahası-na olursa olsun, mənfur düşməni geri oturtmaq, onun di-gər ərazilərimizi də işğal etməsinin qarşısını almaq, daha sonrakı mərhələdə isə, işğal olunmuş torpaqlarımızı azad etmək lazımdır. Bu çağırış Məmmədağaya hələ uşaqlıq il-lərindən öz idealına çevirdiyi İmam Hüseyn və onun silah-daşlarının getdiyi şərəfli mübarizə yolunda addımlamaq üçün əsl fürsət idi. Məhz bu ali məramla o, yenicə formala-şan Yasamal taboruna yazıldı. II bölüyün təcrübəli koman-diri Şəmsi Hüseynov onunla fərdi söhbət apardıqdan sonra

250

Bir bölüyün manifesti

bir daha əmin oldu ki, qarşısındakı gəncə ağır döyüşlərdə həqiqətən də etibar etmək olar. Bütün döyüşlərdə Məmmə-dağa komandirin ona bəslədiyi böyük etimadı və dərin ina-mı ləyaqətlə doğrultdu.

Sonralar Məmmədağanın birlikdə çiyin-çiyinə vuruşdu-ğu səngər yoldaşları onun keçdiyi şərəfli döyüş yolunu də-rin hörmət və ehtiramla xatırlayaraq deyəcəkdilər:

Nəsir Zeynalov (döyüş yoldaşı):- Mənə Məmmədağa haqqında danışmaq çox çətindir. Axı,

mən çiyin-çiyinə erməni işğalçılarına qarşı mərdliklə vuruşan bir fədakar döyüş dostumu itirmişəm. Onu yoxluğu bu gün də qəl-bimi göynədir.

Qurban Hüseynov (döyüş yoldaşı):- Qarabağ döyüşlərində bölüyümüzün qorxmaz əsgərlərindən

biri də Məmmədağa idi. Bütün vuruşmalarda biz həmişə onu öndə cəsarətlə döyüşən görərdik. Həmişə də şücaətlə vuruşardı.

Məmmədağanın İmam Hüseynin şəhidlik məktəbinə uzanan hünər və qəhrəmanlıq dolu döyüş yolunun ilk sə-hifələri 1994-cü ilin yanvarın 5-də Füzuli rayonunun Zobu-cuq meşəsi istiqamətində gedən hərbi əməliyyatlarda yazıl-dı. Bölüyün rəşadətli döyüşçüsü, sonralar Kürdmahmudlu, Şükürbəyli, Əbdürrəhmanlı və digər kəndlərimizin erməni qəsbkarlarından geri alınmasında da fəallıq göstərdi. Bölük komandiri Şəmsi Hüseynov şəxsi heyətlə döyüşqabağı pro-filaktik söhbətlər apararkən Məmmədağanın rəşadətini və igidliyini əsgərlərə nümunə kimi göstərirdi.

Aşağı Seyidəhmədli kəndi uğrunda gedən döyüşlər Məmmədağanı şəhidlik zirvəsinə və İmam Hüseynin şə-

251

Qaya Əliyev

hadət məktəbinə aparan yolun sonuncu dayanacağı oldu. Bu kənd uğrunda gedən şiddətli döyüşdə ağır yaralana-raq kəskin qanaxmadan həlak olan vətən övladı şəhidlik mərtəbəsinə yüksəldi. Döyüş yoldaşları Məmmədağanın uğrunda şəhid olduğu bu kəndi düşmən tapdağından xilas etməklə onun son arzusunu yerinə yetirdilər.

Bu gün həyatda olmasa da, Məmmədağa bir şəhid kimi Haqq dərgahında ən yüksək mərtəbədə, el-oba təəssübü çəkən qeyrətli vətən oğlu kimi qədirbilən xalqımızın qəl-bində və Respublikamızın ərazi bütövlüyünün müdafiəsi uğrunda canından keçmiş bir layiqli vətəndaş kimi qüdrət-li dövlətimizin yaddaşında yaşayır.

P.S. Misir yazıçısı Abbas Mahmud Akkad yazırdı ki, məhz, Kərbəla hadisəsindən sonra, Əməvilər xanə-danlığının ömrü orta statistik bir insan ömrü qədər belə davam edə bilmədi. İmam Hüseynin şəhadəti ilə bu səltənətin çöküşü arasında cəmi 60 il vaxt intervalı oldu. İnanırıq ki, İmam Hüseyn şəhidlik məktəbinin yetirmələri olan Məmmədağa kimi vətən oğullarının da qanları yerdə qalmayacaq və onların şəhadəti tarixi ilə erməni işğalçılarının Qarabağımızdakı işğal reji-minin ömrü arasındakı vaxt intervalı bundan da qısa çəkəcək.

252

Bir bölüyün manifesti

na torpağın müştağı oğul...Vətənçin yaşayan, vətənçin ölən Səmimi bir insan nə bəхtiyardır!

Mikayıl Müşfiq

Xızı rayonu. Cənnət Azərbaycanı-mızın dilbər guşəsi. Korifey drama-turqumuz Cəfər Cabbarlını, istedadlı şairimiz Mikayıl Müşfiqi, görkəmli bəstəkarımız Müslüm Maqomayevin «Şah İsmayıl» operasının liberettosu-nun müəllifi, şair və müəllim Mirzə Əbdülqədir Vüsaqini (M.Müşfiqin atası), müasir Azərbaycan nəsrinin və dramaturgiyasının, eləcə də kino və teatr sənətinin inkişafında böyük xidmətlər göstərmiş görkəmli nasir və dramaturqumuz Seyfəddin Dağlını,

Xalq şairimiz Cabir Novruzu, XX əsr Azərbaycan ədəbiy-yatşünaslığının və ədəbi tənqidinin formalaşdırılması və inkişafında müstəsna rol oynamış, milli ədəbiyyatşünas-lığımızın klassiki, Akademik Məmməd Arif Dadaşzadəni, ilk dəfə milli folklorumuzun qədim nümunəsi olan meyxa-

Namiq Rövşən oğlu Əliyev

A

253

Qaya Əliyev

nanı televiziya ekranlarına çıxaran, musiqili meyxana janrı-nın banisi, ustad meyxanaçı Nizami Rəmzini yetirən diyar.

Şeir-sənət ocağı olan bu diyarın yetirməsi Müşfiqimiz hələ XX əsrin 30-cu illərində Sovet imperiyasının amansız qırmızı terror maşını qarşısında «oxu tar» deyə hayqıraraq xalqımızın «acısı-şərbəti», «alovlu sənəti» olan tarımızı sus-mağa qoymamış və bu yolda, gənc ömrünü fəda edərək, cəmi 29 yaşında repressiya qurbanı olmuşdur. Təxminən yarım əsr sonra, XX əsrin sonlarında bu diyarın digər yetir-məsi olan Namiq Əliyev isə, «Qafqazın konservatoriyası» və muğamın beşiyi olan Qarabağımızda tarımızın, kama-nımızın susmaması üçün silaha sarılmış və bu yolda, təx-minən Müşfiqlə eyni yaşda - 28 yaşında şəhid olmuşdur.

Əziz oxucum, bu sətirləri diqqətlə oxu. Diqqətlə oxu ki, biz bir daha tarımızın, kamanımızın Azərbaycanımız-da, əbədi və əzəli dədə-baba torpaqlarımızda, Qarabağı-mızda susmaması üçün istedadlı övladlarımızı, igid oğul-larımızı qurban verməyə məcbur qalmayaq.

Namiq Rövşən oğlu Əliyev Xızı rayonunun Yarımca kəndində anadan olub. Hələ uşaqlıq illərində bu iki saflıq, ülvilik, hikmət çeşməsinə - nakam şairimiz Mikayıl Müş-fiqin ölməz poeziyasına və korifey dramaturqumuz Cəfər Cabbarlının dramlarına bağlanmış, bu çeşmələrin nurun-dan ürəyinə damla-damla süzülmüşdü. Xızının gözəllik-lərinə, yamyaşıl dağlarına, dumanlı zirvələrinə valeh olan Namiq, bu gözəl diyarın mehriban insanlarını da sevmişdi. Yüksək tərbiyəsi, mədəniyyəti, mərifəti, nümunəvi əxlaqı və davranışı ilə ailəsinin izzət və şərəfini el-oba içində ucal-dırdı. Ailəsinin, qohum-əqrəbasının fəxri idi Namiq. Onu tanıyan hər kəs əmin idi ki, vaxt gələcək o, təkcə ailəsinin, qohum-əqrəbasının, el-obasının yox, bütövlükdə Azər-

254

Bir bölüyün manifesti

baycanımızın iftixar mənbəyinə çevriləcək. Sanki, Mikayıl Müşfiqin bu ölməz misraları Namiqin dilindən deyilib:

Əvət, qəribədir хislətim mənim; Dinlə, uzunsa da söhbətim mənim. Mən çıхdım ziyalı bir ailədən, Хəyalımda millət, Ruhumda vətən...

Beləcə, günlər ayları, ayları illəri əvəz edirdi. Orta təhsi-lini başa vurduqdan sonra ordu sıralarında hərbi xidmətə yollanan Namiq qürbətdə, uzaq diyarlarda olsa da, ürəyi daim vətən eşqi ilə döyünürdü. Ona göndərilən bağlamalar içərisində kitablar əskik olmurdu.

Nədənsə Müşfiqin şeirlərini daha çox oxuyurdu. Nakam şairimizin bu əsrarəngiz misraları ona vətən torpaqlarının qoxusunu xatırladırdı:

Hər şеyin anası, qaynağı sənsən! Sənin varlığına ölüm-itim yoх. Sən bütün-bütünə ruhsan, bədənsən, Gözəl torpaq, sənə çoх borcluyam, çoх!

Namiq bu misralar üzərində çox düşünmüşdü. Torpağa təsadüfi olaraq «hər şeyin anası, qaynağı sənsən» deyə mü-raciət etməmişdi böyük şairimiz. Belə ki, Müqəddəs Qura-ni-Kərimin Taha surəsinin 55-ci ayəsində buyurulur: «Sizi (ulu babanız Adəmi) də ondan (o torpaqdan) yaratdıq. Sizi (öləndən sonra) ora qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağıq.»1 Daha sonra, Müqəddəs 1 Qurani-Kərim /tərc.Z.Bünyadov, V.M.Məmmədəliyev; məsl.-red. Ş.H.A.Paşazadə.- B.: Azərnəşr, 1992, səh. 290

255

Qaya Əliyev

kitabımızın Əl-Muminun (Möminlər) surəsinin 12-ci ayə-sində bir daha qeyd olunur: «Biz, həqiqətən insanı tərtə-miz (süzülmüş) palçıqdan yaratdıq.»1 Təsadüfi deyildir ki, tibb elminə əsasən, torpaqda mövcud olan 107 kimyəvi elementdən 67-si insan orqanizmində bu və ya digər bir-ləşmələr şəklində aşkar olunub. İnsanın torpaqla üzvi bağ-lılığı din və elm ilə yanaşı, bəşəriyyətin ilkin, infantil dün-yagörüş forması olan mifologiyada da öz əksini tapıb. Belə ki, hələ qədim yunan mifologiyasında Torpaq ananın oğlu Heranın, Antey ilə Heraklın döyüşü təsvir olunurdu. Əf-sanəyə görə Herakl hər dəfə Anteyi yıxanda o, torpaqdan – anasından güc alıb yenidən ayağa qalxır. Elə buna görə də, Herakl Anteyin anası torpaq ilə rabitəsini kəsərək, onu havada saxlayaraq öldürür. Bütün bunlar insanın torpaqla necə sıx bağlı olduğunu bir daha təsdiq edir.

Məhz, elə buna görə də, şair «Gözəl torpaq, sənə çox borcluyam, çox» deyə insanın ana torpağa olan övladlıq borcunu xatırladırdı. Bu borcu bütün varlığı ilə, dərindən dərk edən, qəlbi vətən eşqi ilə döyünən Namiq doğma yur-dundan uzaqlarda, yad ellərdə özünü Herakl tərəfindən ana torpaqla rabitəsi kəsilmiş Antey kimi hiss edirdi.

Hərbi xidmətini başa vurub tezliklə vətənə qayıdan Na-miq peşə təhsilinə yiyələnməyə başlayır. Daha sonra bir neçə il istehsalatda çalışır. Halal zəhmətilə ruzisini qazanır. Həmişə valideynlərinə, ailəsinə, qohum-əqrəbasına başu-calığı gətirən xoş soraqları gəlir, Namiqin. Əmək fəaliyyə-tində onun qazancı təkcə halal məvacibi olmur, o, həm də kollektivdə hörmət, təmiz ad qazanır.1 Qurani-Kərim /tərc.Z.Bünyadov, V.M.Məmmədəliyev; məsl.-red. Ş.H.A.Paşazadə.- B.: Azərnəşr, 1992, səh.321

256

Bir bölüyün manifesti

1980-ci illərin sonlarında keçmiş SSRİ məkanında başla-yan və Respublikamızdan da yan keçməyən milli-azadlıq hərəkatı, bu dövrdə Bakı şəhərində yaşayan Namiqi də öz ağuşuna alır. Təbii ki, vətənin müqəddəratını öz şəxsi ta-leyi bilən Namiq bu proseslərdən kənarda qala bilməzdi. Milli-azadlıq hərəkətı aparan bir xalqı Beynəlxalq hüquqa zidd və qanunsuz olaraq suverenlik hüququndan məh-rum etmək məqsədilə sovet qoşunlarının 1990-cı ilin qanlı 20 Yanvarında, Bakıda törətdiyi silahlı təcavüz aktı hər bir vətənpərvər gənc kimi onu da dərindən sarsıtmışdı.

Xalqımız şəhidlər, qurbanlar, itkilər, min bir məhrumiy-yətlər hesabına dövlət müstəqiliyini bərpa etsə də, daxili və xarici düşmənlərimiz bizə bu istiqlaliyyətin, azadlığın şərbətini dadmağa imkan vermədi. Tezliklə, gənc müstəqil Respublikamızın başının üstünü qara buludlar aldı.

Ölməz sənətkarımız Mikayıl Müşfiqin bu misraları san-ki, Respublikamızın həmin dövrdə düşdüyü ağır ictimai-si-yasi durumun bədi-estetik diaqnozu idi:

Gözəl Vətən, söylə mana, Söylə mana, yana-yana Gеtdin кimin badına sən?

Dahi şairimizin təbirincə desək, gözəl vətənimiz ölkənin taleyini şəxsi ambisiyalara, cılız firqə maraqlarına, siyasi ehtiraslara qurban verən «idrakı sönük başçıların» artıq, dəlalət fazasından xəyanət mərhələsinə keçməkdə olan qəflətinin badına getməkdə idi. Respublikamızda yaranmış dövlət böhranından, xaos və anarxiyadan, iqtisadi tənəz-züldən və siyasi başıpozuqluqdan məqsədyönlü şəkildə istifadə edən mənfur qonşularımız yaranmış fürsəti fövtə

257

Qaya Əliyev

verməmiş, öz əssasız, absurd ərazi iddialarını silahlı təca-vüz yolu ilə reallaşdıraraq, tarixi torpaqlarımız olan Dağ-lıq Qarabağımızı və ona bitişik olan 7 rayonumuzu işğal etmişdilər. Özgə torpaqlarının işğalından şirniklənib daha da quduzlaşan erməni silahlı qüvvələri cəbhə boyu hücum-ları davam etdirir, digər ərazilərimizi də qəsb etməyə can atırdılar. Bax, belə bir şəraitdə xalqın təkidli tələbi ilə siya-si hakimiyyətə qayıdan dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyev respublikamızın müstəqilli-yinin və ərazi bütövlüyünün müdafiəsi naminə 2 noyabr 1993-cü ildə «Vətən təhlükədədir» çağırışı ilə xalqa müra-ciət etdi. Bu çağırışa səs verən igid oğullarımızdan biri də Namiq idi. Tezliklə vətən oğlu Yasamal Rayon Hərbi Ko-missarlığına gələrək, döyüş bölgəsinə getmək arzusunda olduğunu bildirdi. O, yenicə formalaşan Yasamal taboru-nun tərkibinə daxil oldu. Taborun II bölüyünün təcrübəli komandiri Şəmsi Hüseynovun rəhbərliyi altında hərbi tə-limlərə qatıldı. Bölük Goranda yerləşən 865 saylı hərbi his-sənin tərkibində döyüş təlimlərini uğurla davam etdirdi. Bu təlimlərdə Namiq özünü bacarıqlı əsgər kimi göstərdi. O, yüksək mənəvi-əxlaqi keyfiyyətləri, möhkəm xarakteri ilə komandirin inamını qazanmışdı.

1993-cü ilin dekabrında tabor Füzuli rayonunda yer-ləşən 702 saylı hərbi hissə ilə birləşdi. Bir neçə gündən son-ra, 1994-cü ilin yanvarın 5-də bölük öz şanlı döyüş yoluna başladı. Zobucuq meşəsindən uzanan yollar buradan keçib gedən yüzlərlə döyüşçünün taleyində öz unudulmaz izlə-rini qoydu. Bu yollar kimini şəhidlik zirvəsinə, kimini qazi-lik mərtəbəsinə apardı...

258

Bir bölüyün manifesti

Barıt qoxulu bu yolların şəhidlik zirvəsinə apardığı yol-çularından biri də Namiq idi. İştirak etdiyi hərbi əməliyyat-larda mərdliklə, rəşadətlə döyüşən vətən oğlunun şanlı dö-yüş yolunun son dayanacağı Seyidəhmədli kəndi oldu. Bu yaşayış məntəqəsi hərbi-strateji baxımdan son dərəcə mü-hüm əhəmiyyət daşıyırdı. Elə buna görə də, bu kənd uğ-runda amansız, qanlı döyüşlər gedirdi. Həmin döyüşlərdə Namiq özünü qorxubilməz, cəsur bir əsgər kimi göstərdi. Lakin, çox təəssüflər olsun ki, qəfildən açılan namərd düş-mən gülləsi onun şanlı döyüş və cəmi 28 illik bir müddəti ehtiva edən ömür salnaməsinin son nöqtəsi oldu.

Namiq Rövşən oğlu Əliyev 28 yaşında vətənimizin ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə qəh-rəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəldi. Bu gün onun keçdiyi şərəfli həyat və döyüş yolu gənclərimiz üçün əsl vətənpərvərlik məktəbidir. Allah rəhmət eləsin!

259

Qaya Əliyev

ətən borcuHər kəsin aşkarda and içmədən də üzərinəgötürdüyü andlar var, Vətən borcu və insanlıq borcu var.

Əbu Turxan

Mənəvi borc anlayışı əsrlər boyu bəşəriyyəti dərindən düşündürmüş-dür. Bu barədə şairlər, yazıçılar, alim-lər, mütəfəkkirlər, filosoflar və b. müxtəlif mülahizələr və fikirlər irəli sürmüşlər. Məsələn, görkəmli alman filosofu, neo klassik alman fəlsəfəsinin banisi, İ.Kantın yaradıcılığında borc anlayışı mərkəzi yerlərdən birini tut-muşdur. Məhz, İ. Kant borc anlayışını elmi-nəzəri müstəviyə daşımış, onu normativ səviyyəyə qaldırmış və in-san əxlaqının spesifikası ilə əlaqələn-dirmişdir. 1

İnsan “Mən”-ini yeganə reallıq, hər şeyə qadir yarıdıcı qüvvə səviyyəsinə qaldıran Alman filosofu Yohann Qotlib Fixte isə, “Mən”-in fəaliyyəti dedikdə, ilk növbədə, subyek-1 Этика: учеб. для студ. филос. фак. высш.учеб.заведений / Под ред. А.А.Гусейнова, Е.Л.Дубко. – М.:Гардарики,1999,с.63

V

Mirislam Mirməmməd oğlu Hüseynov

260

Bir bölüyün manifesti

tin əxlaqi davranışını başa düşürdü. O, qeyd edirdi ki, in-san fəaliyyətinin məqsədi əxlaq qanunlarının icra edilməsi, borcun yerinə yetirilməsidir.1

Beləliklə, mütəmadi olaraq, həm dini, həm elmi, həm də fəlsəfi müstəvidə diskussiyalar predmeti olan mənəvi borc anlayışı Fəlsəfənin Aksiologiya təliminin (Dəyərlər haqqın-da təlim) əsas anlayışlarından biri olmaqla yanaşı, eyni za-manda, əxlaq haqqında elmin – Etikanın mühüm kateqo-riyası, o cümlədən incəsənətin, habelə bədii ədəbiyyatın aprior mövzularındandır.

Fikrimizcə, mənəvi borc anlayışının müxtəlif aspektlər-dən tədqiq edildiyi elmlərin müddəalarını nəzərə alaraq, bu anlayışa şərti olaraq belə bir sintetik definisiya vermək mümkündür: Mənəvi borc birgəyaşayış prosesində yara-nan, ailə, cəmiyyət, xalq, vətən və s. qarşısındakı əxlaqi öh-dəliklərin məcmusudur.

Etika elminin müddəalarına əsasən, borcun müxtəlif formaları mövcuddur ki, bu da ictimai şəraitdən, həyati si-tuasiyalardan, öhdəlikdən asılıdır, məsələn, vətənlə bağlı «vətənpərvərlik borcu», dövlətlə bağlı «vətəndaşlıq bor-cu», bundan başqa, «beynəlmiləlçilik borcu», «hərbi borc», «peşə borcu» və s.2

Təbii ki, bu kontekstdə bizi mənəvi borcun yuxarı-da sadalanan formaları arasında daha çox, vətənlə bağlı «vətənpərvərlik borcu» düşündürür.

1 R.Ə.Mehdiyev. Fəlsəfə. Dərs vəsaiti. Bakı, “Şərq-Qərb”, 2010, Rusca ikinci nəşrindən tərcümə. səh.1552 Şahhüseynova S. A. Etika: İncəsənət təmayüllü ali məktəb tələbələri üçün dərslik.- Bakı: 2009, səh. 39

261

Qaya Əliyev

Vətən borcu...Bu anlayış görkəmli alimlər, filosoflar, kul-turoloqlarla yanaşı, böyük şairlərin, yazıçıların və ədiblərin də əsas diqqət mərkəzində olmuşdur.

Amerikalı yazıçı Jozef Fletçer vətənə borcunu ödəmədən ölən insanı bədbəxt adlandırırdı.

Bədii yaradıcılığının əsas leytmotivi yurd sevgisi üzərin-də köklənən Xalq Şairimiz Bəxtiyar Vahabzadə vətən borcu haqqında deyirdi:

Vətən borclu deyildir, biz borcluyuq Vətənə!

Vətən borcunu bütün varlığı ilə dərk edən, Ana torpağa sədaqəti müqəddəs and bilən, xalqının müqəddəratını öz şəxsi taleyi kimi yaşayan igid oğullarımızdan biri də Mir-islam Hüseynov idi.

Yasamal taborunun II bölüyünün komandiri Şəm-si Hüseynovla növbəti söhbətimizdə onun ”Təəssüf ki, sizi Mirislam Hüseynovla görüşdürə bilməyəcəyəm, artıq dünyasını dəyişib” deyərək, kövrəlməsi ümidlərimi puça çıxartdı. Əvvəlcə, Mirislamın keçdiyi ömür yolunu xatır-lamaq, onun cəbhə xatirələrini dinləmək istəyimin beləcə nəticəsiz qalacağını sandım. Amma, xoşbəxtlikdən dü-şündüyüm kimi olmadı. Sən demə, bu nakam taleli gən-cin yaşadığı şərəfli ömür yolu sanki, kino lenti kimi bölük komandirinin gözləri önündən keçib-gedib. Mirislamı hələ yeniyetməlik illərindən tanıyan Şəmsi Hüseynov bizə bu barədə ətraflı məlumat verdi.

Hələ uşaqlıq illərindən dünyaya göz açdığı ailəsinin, böyüklərinin insanlara yaxşılıq etmək, xeyirxah olmaq, halal zəhmətlə yaşamaq öyüdlərini həyat kredosu hesab

262

Bir bölüyün manifesti

edən Mirislam, bu ali insani keyfiyyətləri bütün ömrü boyu unutmamış, son nəfəsinədək bu dəyərlərə sadiq qalmış-dır. Elə buna görə də doğmaları, yaxınları, dostları, cəbhə yoldaşları onu səmimi, mehriban, təvazökar bir insan kimi xatırlayır, haqqında ürəkdolusu xoş sözlər deyirlər. İndi Mirislamı xatırlayanlar onun yüksək mənəvi-əxlaqi key-fiyyətlərini yada salmaqla yanaşı, taleyin ona qarşı aman-sızlığından təəssüflənir, acılı-şirinli xatirələrini bölüşürlər. Amma, nə etmək olar? Həyatda hər bir kəsin öz tale naxışı, alın yazısı var. Bu yazıya pozu yoxdur.

Mirislam Mirməmməd oğlu Hüseynov 1964-cü ildə Bakı şəhərində anadan olub. 7 saylı orta məktəbdə təhsil alıb. Orta təhsili başa vurduqdan sonra ordu sıralarına həqiqi hərbi xidmətə yollanıb. 1984-cü ildə hərbi xidmətini başa vuraraq ordu sıralarından tərxis olunduqdan sonra, elə həmin ildən əmək fəaliyyətinə başlayıb. Bakı Baş Tikinti İdarəsində qaynaqçı peşəsində çalışıb. Tapşırılan hər bir işə məsuliyyətlə yanaşan, onu layiqincə yerinə yetirən Mir islamın adı dəfələrlə əmək qabaqcılları sırasında çə-kilib. Nümunəvi əməyinə görə idarə rəhbərliyi tərəfindən mükafatlandırılıb. Əmək fəaliyyəti ilə yanaşı, ictimai işlər-də də fəallıq göstərib. İdarədə təşkil olunan bütün tədbir-lərdə yaxından iştirak edib. İnsanları sevmək, xeyirxahlıq, saf əqidə! Bu üç anlayış Mirislamın bütün xarakterini ehti-va edirdi. Bu yüksək insani keyfiyyətlər onun hər addımın-da – davranışında, insanlara münasibətində, fəaliyyətində özünü aydın şəkildə büruzə verirdi. Lakin, Mirislamın şəx-siyyətini xarakterizə edən ən böyük mənəvi-əxlaqi keyfiy-yət vətənə sonsuz məhəbbəti idi. Vətən borcu – bütün şüur-lu həyatı və mənalı ömrü boyu onun qəlbinə hakim kəsilən

263

Qaya Əliyev

müqəddəs hiss idi. Elə buna görə də XX əsrin 90-cı illərində Respublikamızda baş verən hadisələr xalqının müqəddəra-tını öz taleyi bilən, vətən borcunu aydın şəkildə dərk edən hər bir igid oğul kimi Mirislamın da ömür yolundan yan keçmədi.

Belə ki, xalqımız 1991-ci ildə şəhidlər, qurbanlar, itkilər, min-bir məhrumiyyətlər hesabına aparılan uzunmüddət-li, ağır, gərgin və məşəqqətli mübarizədən sonra dövlət müstəqilliyini bərpa etsə də, istiqlaliyyətin şərbətini yeni-cə dadmağa başlayar-başlamaz ölkəmizin başının üstünü qara buludlar aldı. O ağrılı-acılı illəri poetik dillə qələmə alan ustad şairimiz Bəxtiyar Vahabzadə “Gülüstan” poe-masının ikinci hissəsi kimi qələmə aldığı “İstiqlal” poema-sında yazırdı:

İstiqlal qazandıq, kim “oxay” dedi? Təzə bəlalara biz sinə gərdik. İstiqlal milləti sevindirmədi İstiqlal qazanıb, torpaq itirdik.

* * *Çəkdi bu milləti hərə bir yerə Məqsəd - kürsü eşqi, amal - mənfəət. O qədər çəkişdik, həm firqələrə Həm də bölgələrə bölündü millət.

* * *Umdu, nəsə umdu Vətəndən hamı Amma unuduldu məmləkət dərdi. Kürsüyə çatmaqçün biri Ağdamı Biri də Şuşanı güdaza verdi.

264

Bir bölüyün manifesti

Bax beləcə, ustad şairimizin təbirincə desək, bu millə-ti kürsü eşqi və mənfəət amalı ilə hərənin bir yerə çəkib firqələrə böldüyü, hər kəsin vətəndən nəsə umub məmləkət dərdini unutduğu bir şəraitdə istiqlal qazansaq da, ata-ba-ba yurdumuz olan Dağlıq Qarabağımızı və ona bitişik olan yeddi rayonumuzu itirdik.

Yaranmış əlverişli şəraitdən istifadə edərək tarixi tor-paqlarımızı bir-birinin ardınca işğal edən erməni yaraq-lıları daha da şirniklənərək digər rayonlarımızı da işğal etmək, hətta Kür çayına çatmaq barədə planlar cızırdılar. Cəbhə boyu hücumlar davam edirdi. Bax, belə bir şəraitdə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, Ümummilli li-derimiz Heydər Əliyev tezliklə Respublikanı düşdüyü bu ağır vəziyyətdən və daxili təlatümlərdən xilas etmək, eləcə də mənfur qonşularımızın silahlı təcavüzünü dayandırmaq istiqamətində təcili təxirəsalınmaz tədbirlər gördü və qə-tiyyətli addımlar atdı.

1993-cü ilin noyabrın 2-də Dövlət televiziya və radiosu vasitəsilə xalqa müraciət edən Ulu Öndər vətən borcunu dərk edən, el-oba təəssübü çəkən mərd oğullarımızı Res-publikamızın ərazi bütövlüyünün müdafiəsi və bərpası uğrunda mübarizəyə səslədi. El ağsaqqalının bu çağırışını darda qalan vətənin harayı kimi qəbul edən Mirislam bu haraya hay verməyi özünə vətəndaşlıq borcu bildi.

Xalq şairimiz Bəxtiyar Vahabzadənin ölməz misraların-da deyildiyi kimi:

265

Qaya Əliyev

Səs verdi vətənin çağrış səsinə Getdi od içinə. Getdi, Gəlmədi. Gənc ömrü yarımçıq bitdi, gəlmədi.

Tezliklə o, könüllü şəkildə Yasamal Rayon Hərbi Komis-sarlığına gələrək, yenicə yaranan taborda xidmət etmək istəyini bildirdi. Taborun II bölüyünün təcrübəli komandiri Şəmsi Hüseynovun rəhbərliyi altında döyüş təlimlərində iştirak etdi. Hərbi hazırlıq zamanı nümunəviliyi ilə seçildi.

1994-cü ilin yanvarın 5-də bölük Füzuli rayonunun Zo-bucuq meşəsindən hərbi əməliyyatlara başladı. Bir-birinin ardınca bir neçə kəndin və yaşayış məntəqəsinin erməni işğalçılarından azad edilməsi ilə nəticələnən döyüşlərdə Mirislam da qəhrəmancasına vuruşdu. Bölük komandiri-nin bütün tapşırıqlarını operativ surətdə yerinə yetirdi. Şü-kürbəyli, Seyidəhmədli, Kürdmahmudlu, Əbdürrəhmanlı kəndləri uğrunda gedən döyüşlərdə cəsur əsgəri yalnız ön cərgədə, şücaətlə vuruşarkən görmək olardı.

1994-cü ilin mayın əvvəlində cəbhə boyu atəşkəs elan edildikdən sonra, Mirislam ordudan tərxis edildi. Lakin, çox təəssüflər olsun ki, müharibənin ağrı-acıları, qanlı dö-yüşlərin sarsıntıları onun vətən eşqi ilə döyünən saf ürəyin-də şəlalə kimi çağlayan neçə-neçə şirin arzulara son qoydu.

Bu gün Mirislam aramızda olmasa da, qədirbilən xalqı-mızın, döyüş dostlarının, onu tanıyanların qəlbində yaşa-yır, əziz xatirəsi ehtiramla yad edilir.

266

Bir bölüyün manifesti

u vətən kimindir?

İlk dəfə “Kitabi Dədə Qorqud” dastanının boylarını sadələşdirərək müasir Anadolu türkcəsinə uyğunlaş-dırmış dilçi mütəxəssis, böyük türk şairi və ədəbi tənqidçisi, görkəmli pedaqoq Orxan Şaiq Gökyayın (1902-1994) əsrlər boyu üç qitədə hökmran-lıq etmiş Osmanlı dövlətinin əsasının qoyulduğu qocaman Bursa şəhərin-də müəllimlik fəaliyyəti ilə məşğul olarkən qələmə aldığı, bu gün də dil-lər əzbəri olan “Bu vətən kimin” şeiri-nin əsrarəngiz misraları necə də ibrə-tamizdir:

Bu vətən torpağın qara bağrında Sıra dağlar kimi duranlarındır.Bir tarix boyunca onun uğrunda Özünü tarixə verənlərindir.

Asəf Abusəttar oğlu Xalıqov

B

267

Qaya Əliyev

* * *Tutuşub kül olan ocaqlarından, Şahlanıb köpürən irmaqlarından. Hüdudlarda qəza bayraqlarından Alnına işıqlar vuranlarındır.

* * *Ardına baxmadan yollara düşən. Şimşək kimi çaxan, sel kimi coşan, Hüduddan hüduda yol bulub qoşan Cəbhədən cəbhəni soranlarındır.

* * *İrəli atılıb sellərcəsinə Köksündən vurulub tam ərcəsinə, Bir gül bağçasına girərcəsinə,Bu qara torpağa girənlərindir.

XIX əsr Fransız yazıçısı və filosofu Ernest Renan deyir-di ki, vətəni vətən edən onun uğrunda ölənlərin külləridir. Doğurdan da, vətən torpaqları öz qızıl qanı ilə onu suva-ran, onun uğrunda canından keçən, bu yolda şəhidlik zir-vəsinə ucalaraq cismi ana torpağa, ruhu Tanrıya qovuşan igidlərindir. Vətənin əsl sahibləri ona canı və qanı ilə sahib çıxanlardır.

Ustad şair O.Ş.Gökyayın təbirincə desək, “torpağın qara bağrında sıra dağlar kimi duran”, “hüdudlarda qəza bay-raqlarından alnına işıq vuran”, “ardına baxmadan yollara düşən”, “hüduddan hüduda yol bulub qoşan”, “cəbhə-

268

Bir bölüyün manifesti

dən cəbhəni soran” və Respublikamızın ərazi bütövlüyü-nün müdafiəsi uğrunda gedən qanlı döyüşlərdə mənfur düşmən üzərinə sellər kimi atılarkən ərcəsinə köksündən vurularaq “bir gül bağçasına girərcəsinə” qara torpağa girərək şəhidlik zirvəsinə yüksələn igid oğullarımızdan biri də Asəf Xalıqov idi.

Asəf Abusəttar oğlu Xalıqov 1959- cu ildə Bakı şəhərində dünyaya göz açmışdı. 21 saylı orta məktəbi bitirdikdən son-ra ordu sıralarına hərbi xidmətə yollanmışdı. 1979-cu ildə hərbi xidmətini başa vurduqdan sonra əmək fəaliyyətinə başlayan Asəf 1993-cü ilədək müxtəlif sahələrdə çalışmışdı.

1993-cü ilin payızın əvvəlləri idi. Asəf Yasamal gölünün sahilinə həmişəkindən daha tez gəlmişdi. O, asudə vaxtla-rında burada oturur, suları seyr edir, ruhu aramlıq tapırdı. Son zamanlar o, gölün sahilinə tez-tez gəlməyə başlamış-dı. Asəfin əhval-ruhiyyəsində ciddi dəyişiklik hiss olunur-du. Daxili təlatümlər, beynini didib parçalayan fikirlər, cavabsız suallar onu rahat buraxmırdı: “Axı niyə min-bir məhrumiyyətlər hesabına, çətinliklə istiqlaliyyətimizi qazandıq-dan sonra, belə asanlıqla bir-birinin ardınca şəhərlərimizi, ra-yonlarımızı, qəsəbə və kəndlərimizi itiririk?”, “Şuşa, Kəlbəcər, Laçın...itirə-itirə gəlirik, bundan sonra daha hara qədər itirəcə-yik?”, “Niyə vətənin bu ağır günlərində hərə öz yaxasını çəkib bir kənara?” Əsrarəngiz sükut içində Günəşin al şəfəqləri altında titrəyib bərq vuran gölün sularına baxan Asəf dü-şünürdü ki, bu gölü əmələ gətirən damlalardırsa, başının üstünü qara buludlar alan ölkəmiz də, düşdüyü bu ağır və-ziyyətdən onun hər bir vətəndaşının ən azından bu gölün damlası qədər vətənpərvərliyi, fədakarlığı və məqsədyön-lü fəaliyyəti nəticəsində çıxa bilər.

269

Qaya Əliyev

Artıq, axşam düşür, şər qarışırdı. Asəf yol boyu bu dü-şüncələrlə evə qayıtdı. İçəri keçib ailə üzvləri ilə hal-əhval tutdu. Qonşu otaqda televizordan eşidilən gur səs onun diqqətini cəlb etdi:

“... Son vaxtlar erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücumları və təcavüzü nə-ticəsində respublikada yaranmış vəziyyətlə əlaqədar mən bu gün televiziya studiyasına gəlib, bəzi fikirlərim və mü-lahizələrim haqqında sizinlə söhbət aparmaq, öz rəyimi bildirmək istəyirəm. Bu müddətdə erməni silahlı qüvvələ-rinin Azərbaycana qarşı təcavüzü mütəmadi olaraq davam edib, respublikamızın ərazi bütövlüyü aybaay, ilbəil pozu-laraq, onun torpaqları təcavüzkar tərəfindən işğal olunub-dur, indi isə böyük bir qismi işğal altındadır.”

Bəli! Özüdür ki, var! Vətən yanğısı ilə, ürək ağrısı ilə çıxış edən natiq Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi, el ağsaqqalı Heydər Əliyev idi. 1993-cü ilin noyabrın 2-də Ermənistan silahlı qüvvələrinin Azərbay-can Respublikasının ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı milli televiziya və radio vasitəsilə xalqa müraciət edən Ulu Öndər “Vətən təhlükədədir” çağırışı ilə vətənin mərd oğullarını ölkənin ərazi bütövlüyünün müdafiəsi və bərpası naminə səfərbər olmağa çağırırdı:

“...İndi Azərbaycan üçün bir amal, bir məqsəd var: Azər-baycanı bu ağır vəziyyətdən xilas etmək, onun ərazi bütöv-lüyünü, müdafiəsini təmin etmək. Kimin əlindən nə gəlirsə, bu amal, bu məqsəd naminə etməlidir... Hamımız üçün bir böyük məfhum var: Azərbaycan Respublikası, Azərbaycan xalqı. Bu məfhumun ətrafında hamı sıx birləşməlidir... Sizə bu fikirlərimlə, bu arzularımla müraciət edərək, hamımızı

270

Bir bölüyün manifesti

bu yolda fədakar mübarizəyə, Azərbaycanın müdafiəsinə qalxmağa dəvət edirəm və hamınızdan təşəbbüs, əməli fəa-liyyət gözləyirəm. “1

Bir anlıq Asəfə elə gəldi ki, sanki bayaq Yasamal gölü-nün ətrafında dərin düşüncələrə dalarkən götür-qoy etdi-yi fikirləri onun ürəyindən oxumuşdu natiq. Bəli, vətənin bu ağır günündə, onu düşdüyü bu vəziyyətdən xilas et-mək, onun ərazi bütövlüyünü və müdafiəsini təmin etmək naminə kimin əlindən nə gəlirsə etməlidir. “Dama dama göl olar” – deyib müdriklərimiz. Beləliklə, el ağsaqqalı-nın onun ürəyindən xəbər verən bu çağırışını darda qalan vətənin harayı kimi qəbul edən Asəf tezliklə, bu haraya hay verərək həmin çağırışa ilk qoşulanlardan oldu. Yasa-mal Rayon Hərbi komissarlığına ərizə ilə müraciət edərək, könüllü şəkildə döyüş bölgəsinə göndərilməsi arzusunda olduğunu bildirdi.

Vətən Asəf üçün ana kimi müqəddəs idi. Vətən sevgi-si, el-oba qeyrəti, doğma torpağa olan intəhasız məhəbbə-ti onun yurd eşqi ilə döyünən ürəyində bütün duyğuların fövqündə dayanırdı. Məhz, bu ali hisslər onu tərəddüd et-mədən belə fədakar addımı atmağa vadar etmişdi.

Beləliklə, ön cəbhəyə yola düşən Asəf Yasamal taboru-nun II bölüyünün təcrübəli komandiri Şəmsi Hüseynovun rəhbərliyi altında təlimlərdə fəal iştirak etdi.

Yasamal taborunun şəxsi heyəti əvvəlcə Goranda yer-ləşən 865 saylı hərbi hissənin tərkibində hərbi təlimlər keç-di. Bu təlimlər zamanı əsgərlərin xarakteri və şəxsi keyfiy-1 Əliyev Heydər Əlirza oğlu. Müstəqilliyimiz əbədidir: Çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar. İyun, 1993 - may, 1994. K.: 1 / Bu-raxılışa məsul: R. Mehdiyev, H.Orucov.- B.: Azərnəşr, 1997. səh.233

271

Qaya Əliyev

yətləri sınağa çəkildi. Onların hər birinin döyüş bacarığı və hərbi potensialı fərdi şəkildə yoxlanıldı. Hərbi təlimlər zamanı komandirin diqqətini cəlb edən əsgərlərdən biri də Asəf Xalıqov idi. Bu bacarıqlı əsgər yüksək mənəvi keyfiy-yətləri, möhkəm xarakteri və hərbi biliklərə çevik yiyələn-məsi ilə fərqlənirdi.

1993-cü ilin sonunda Yasamal taboru Füzuli rayonu əra-zisində yerləşən 702 saylı hərbi hissə ilə birləşdi. 1994-cü ilin yanvarın 5-də bölük, Zobucuq meşəsindən hərbi əmə-liyyatlara başladı. Döyüşə girməzdən əvvəl təcrübəli ko-mandir Şəmsi Hüseynov verilən döyüş tapşırığının mahiy-yəti və əhəmiyyəti barədə şəxsi heyəti məlumatlandırdı, qarşıda duran vəzifəni aydın şəkildə, təfərrüatı ilə əsgər-lərə izah etdi. Bölüyün hər bir əsgəri kimi Asəf də bu döyü-şün əhəmiyyətini dərindən başa düşürdü. Bu döyüş onun üçün sınaq meydanı olacaqdı.

Bölüyün bu ilk döyüşündə Asəf öz hünəri və cəsarəti ilə fərqləndi. Elə buna görə də, komandanlıq tərəfindən qısa müddətli məzuniyyətlə həvəsləndirildi. Lakin, çox təəssüf-lər olsun ki, Seyidəhmədli kəndi uğrunda gedən döyüşlər onun şərəfli ömür yolunun son səhifəsi oldu. Böyük hər-bi-strateji əhəmiyyətə malik olan bu kənd uğrunda gedən gərgin döyüş zamanı sel kimi irəli atılan vətən oğlu namərd düşmən gülləsinə tuş gələrək qəhrəmancasına həlak oldu. Qızıl qanı ilə canından çox sevdiyi ana torpağı suvaran Asəf, gənc yaşında şəhidlik zirvəsinə ucaldı.

Döyüş yoldaşları, iştirak etdiyi hər bir hərbi əməliyyatda olduğu kimi bu vuruşmada da mərdliyi, qorxubilməzliyi

272

Bir bölüyün manifesti

və rəşadəti ilə seçilən Asəfin itkisini acı təəssüflə qarşıladı-lar. Həmişə ön cərgədə olan Asəf əbədi olaraq onların sıra-sını tərk etdi.

Kimindir Vətən? Vətən onun uğrunda gözünü qırpma-dan, tərəddüd etmədən qanlı döyüşlərə atılan, bu yolda ölümün gözünə dik baxan, vətən torpaqlarını qızıl qanı ilə suvaran, ölümü ilə onu yaşadan Asəf Xalıqov kimi oğulla-rındır. Vətən öz əsl sahiblərini heç vaxt unutmur! Elə buna görə də onlar daim qədirbilən xalqımızın və qüdrətli döv-lətimizin yaddaşında əbədi olaraq yaşayır.

273

Qaya Əliyev

gid ölər, adı qalarÖlüm sevinməsin qoy! Ömrünü vermir bada El qədrini canından daha əziz bilənlər Şirin bir xatirətək qalacaqdır dünyada Sevərək yaşayanlar, sevilərək ölənlər...

Səməd Vurğun

...Hamı susmuşdu. Kiminin kədər-dən gözləri dolmuş, kiminin qəzəbdən yumruqları düyünlənmişdi, kimisinin isə gözləri nifrətdən alışıb-yanırdı.

Son döyüşdə qəhrəmancasına ölü-mü ilə ölümə qalib gəlmiş igid əsgər Azər Zeynalovla vida mərasimi idi. Bölük komandiri, təcrübəli zabit Şəm-si Hüseynovun qətiyyətlə, inamla de-diyi bu sözlər bir daha, şəxsi heyətə vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə öz canını fəda edənlərin xalq, vətən, dövlət qarşısında öz vətəndaşlıq, övladlıq bor-cuna sədaqətli olanların ən yüksək ehtiram mərtəbəsində olduğunu xatırlatdı:

Azər Ağaxəlil oğlu Zeynalov

I.

274

Bir bölüyün manifesti

– Bizim hər birimiz döyüşə girəndə bir məqsədimiz olur. O da qarşıya qoyulan döyüş tapşırığını son damla qanımız bahasına belə olsa yerinə yetirməkdir. Bu hər bir əsgərin xidməti borcu-dur. Bu borcu öz canı, qanı bahasına yerinə yetirənlər həmişə, hər zaman bizim qəlbimizdədir. Onların doğma vətənimizin ərazi bütövlüyü uğrunda fədakarlıqları həm dövlətimiz, həm də xalqı-mız tərəfindən layiqincə qiymətini alır. Ən başlıcası odur ki, Azər Zeynalov kimi şəhidlərimiz hər birimiz üçün vətənə əsl məhəbbət, anda sədaqət, əsgəri borcuna yüksək məsuliyyətlə yanaşma nü-munəsidir.

Komandir qəhərlənsə də, özünü toxtaq tutdu. Onun baxışları döyüşçülərin nəzərlərini gəzdi. Bu gözlərdən kin və qəzəblə yanaşı, bir daxili inam və qətiyyət oxunurdu...

Fikrimizcə, insan ömrünü şərti olaraq bir neçə fazaya bölmək olar. Birinci faza insanın ana bətnində yaşadığı ömürdür. Bu fazanı şərti olaraq insanın bioloji həyatı ad-landırmaq olar. Bu mərhələdə təbiət insana öz ömrünün növbəti fazasına hazırlaşmaq üçün cəmi 9 aylıq müd-dət verir. İnsanın doğulması və dünyaya göz açması ilə, onun ömrünün bioloji fazası yekunlaşır və şərti olaraq sosial faza adlandırdığımız yeni mərhələsi başlayır. Bu mərhələdə isə, təbiət insana öz ömrünün bundan sonrakı, növbəti fazasına hazırlaşmaq üçün orta hesabla təxminən 60-70 illik bir müddəti ehtiva edən möhlət verir. İnsanın fiziki ölümü ilə onun ömrünün sosial fazası başa çatır və yeni mərhələsi başlayır. Bu mərhələni isə şərti olaraq, insan həyatının ruhi ömür fazası adlandırmaq olar. Elə insanlar var ki, təbiət onlara 80-100 illik bir möhlət ver-sə də, onlar ruhi ömür fazasına kifayət qədər hazırlaşa bilmirlər. Lakin, elə insanlar da var ki, cəmi 20-30 illik

275

Qaya Əliyev

fiziki ömür sürmələrinə baxmayaraq, onlar ruhi ömür mərhələsində ən ali mərtəbə olan şəhidlik zirvəsini fəth edə bilirlər. Təsadüfi deyildir ki, Müasir Azərbaycan ədə-biyyatının bənzərsiz söz ustadı, dahi filosof şair və dra-maturqumuz Hüseyn Cavid deyirdi:

Ölüm var ki, həyat qədər dəyərli, Həyat var ki, ölümdən də zəhərli... Yaşamaq da xoşdur, ölmək də xoşdur, Qayəsiz həyatda ölüm də boşdur.

Bax beləcə, ölümü həyat qədər dəyərli olan igid oğulları-mızdan biri də Azər Zeynalov idi.

Kim idi Azər Zeynalov?Azər Ağaxəlil oğlu Zeynalov 1968-ci ildə Bakı şəhərində

dünyaya göz açmışdır. Yasamal rayon 21 saylı orta məktəb-də təhsil almış, orta təhsilini başa vurduqdan sonra ordu sı-ralarına hərbi xidmətə yollanmışdır. 1989-cu ildə hərbi xid-mətini başa vuraraq ordu sıralarından tərxis olunmuş və əmək fəaliyyətinə başlamışdır. Ömrü boyu ailəsinin, ələxü-sus atası Ağaxəlil kişinin Azərə aşıladığı yüksək insani key-fiyyətlər, ali dəyərlər onun xarakterini və dünyagörüşünü formalaşdırmışdır. Elə buna görə də bütün mənalı ömrü və şüurlu həyatı boyu o, öz fəaliyyətində və əməllərində bu ali dəyərləri rəhbər tutmuşdur. Aylar keçdikcə, illər ötdükcə, həyatın enişli-yoxuşlu yollarında, burulğanlarında möh-kəmlənən, polad kimi bərkiyən, püxtələşən Azər yetkin və kamil bir şəxsiyyətə çevrilir.

Ölkənin ictimai-siyasi həyatında baş verən hər bir mü-hüm hadisə bütün vətəndaşların gündəlik məişətinə qədər bu və ya digər şəkildə öz təsirini göstərir. Vətənin başının üstünü alan qara buludlar onun hər bir övladının ömür yo-

276

Bir bölüyün manifesti

luna kölgə salır. XX əsrin 90-cı illərinin əvvəllərində Respublikamızda

baş verən hadisələr Azərin həyat yolundan da yan keçmir. Belə ki, yenicə dövlət müstəqilliyini bərpa etmiş Azərbay-canımızda “idrakı sönük başçıların qəfləti” nəticəsində yaranmış dövlət böhranından, xaos və anarxiyadan, iq-tisadi deqradasiyadan və baş alıb gedən hərc-mərclikdən məqsədyönlü şəkildə istifadə edən mənfur qonşularımızın öz əsassız, absurd ərazi iddialarını silahlı təcavüz yolu ilə reallaşdırması, tarixi torpaqlarımız olan Dağlıq Qarabağı-mızı və ona bitişik olan 7 rayonumuzu bir-birinin ardınca işğal etməsi vətən, el-oba təəssübü çəkən hər bir vətənda-şımız kimi onu da dərindən düşündürür və narahat edirdi.

Özgə torpaqlarının işğalından şirniklənib daha da az-ğınlaşan erməni qəsbkarları cəbhə boyu hücumları davam etdirir, digər ərazilərimizi də işğal etməyə can atırdılar.

Bax, belə bir şəraitdə xalqın təkidli tələbi ilə siyasi ha-kimiyyətə qayıdan dünya şöhrətli siyasətçi, görkəmli döv-lət xadimi Heydər Əliyev yaranmış mürəkkəb vəziyyəti düzgün qiymətləndirərək 1993-cü ilin noyabr ayının 2-də “Vətən təhlükədədir!” çağırışı ilə dövlət televiziya və ra-diosu vasitəsilə xalqa müraciət etdi. Vətən oğullarını Res-publikamızın ərazi bütövlüyünün bərpası uğrunda müba-rizəyə səsləyən bu çağırışa ilk səs verənlərdən biri də Azər Zeynalov oldu.

Ertəsi gün Yasamal Rayon Hərbi Komissarlığına gələn Azər, könüllü olaraq ön cəbhəyə göndərilməsini xahiş etdi. Tezliklə o, yenicə formalaşdırılmaqda olan Yasamal taboru-

277

Qaya Əliyev

nun hərbi kontingentinə qatıldı. Əvvəlcə o, bu taborun 2-ci bölüyündə təcrübəli komandir Şəmsi Hüseynovun rəhbər-liyi altında hərbi təlimlərə başladı. Goran poliqonunda yer-ləşən 865 saylı hərbi hissənin tərkibində təlim keçən Azər çox keçmədi ki, şəxsi keyfiyyətləri və yüksək döyüş bacarı-ğı ilə komandirin diqqətini cəlb etdi. Hərbi texnikadan və müxtəlif çaplı silahlardan məharətlə istifadə etməsi koman-dirdə onun hərbi perspektivinə möhkəm inam yaratdı. Elə buna görə də, həlledici hərbi əməliyyatlar dövründə Azərə kəşfiyyatda mühüm döyüş tapşırıqları həvalə edildi. Daha sonralar isə o, şücaəti və qəhrəmanlığı ilə komandanlığın və hərbi kontingentin qürur yerinə və iftixar mənbəyinə çevriləcəkdi.

...1994-cü ilin yanvarında Aşağı Seyidəhmədli kəndi uğ-runda qızğın döyüşlər gedirdi. Bu məntəqənin strateji əhə-miyyətini hər iki döyüşən tərəf aydın şəkildə dərk edirdi. Elə buna görə də düşmən hər vəchlə müqavimət göstərir və kəndi əldən vermək istəmirdi. Buna baxmayaraq, bö-lüyün igid əsgərləri, o cümlədən Azər Zeynalov rəşadətlə və inamla döyüşərək nəyin bahasına olursa-olsun döyüş tapşırığını layiqincə yerinə yetirməyə, mühüm strateji əhə-miyyətə malik olan bu məntəqəni düşməndən geri almağa çalışırdı. Bu döyüşdə ön cərgədə vuruşan igid əsgər sər-rast atəşlə bir neçə erməni yaraqlısını məhv etmişdi. Lakin, çox təəssüflər olsun ki, qanlı döyüş əsnasında qəfil düşmən gülləsinə tuş gələn Azər vətən naminə gənc yaşında işıqlı dünyaya gözlərini əbədi yumdu. Cəmi 25 illik fiziki ömür yaşamasına baxmayaraq ruhi həyat mərhələsinin ən ali

278

Bir bölüyün manifesti

pilləsi olan şəhidlik zirvəsini fəth edən Azər həyat qədər dəyərli olan ölümü ilə əbədiyaşarlıq haqqı qazandı.

Necə də gözəl deyib ustad şairimiz Bəxtiyar Vahabzadə:

Gəlin, ölçək bilək xeyri, ziyanı, Bəzən əvəzidir on qış, bir yazın. Bizim şəhidlərin müqəddəs qanı, Bəlkə də behidir sabahımızın.

Bəli, Azər Zeynalov kimi igid oğullarımızın vətənimizin müdafiəsi, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda tökülən müqəddəs qanları bir xalq, bir ulus kimi sabahı-mızın behi, onların məzar daşları isə, qüdrətli dövlətimizin sütunlarıdır.

279

Qaya Əliyev

ətənpərvərlik mücəssəməsiİnsanın ləyaqəti onun vətənpərvərliyinin gücü ilə ölçülür.

N.Q.Çernişevski

Müqəddəs Qurani-Kərimin Əl-İsra Surəsinin 70-ci ayəsinin kontekstual təfsirindən aydın olur ki, insan yer üzünün əşrə-fi, kainatda mövcud olan bütün varlıqların ən hörmətlisidir.1

Bəs, insanı digər canlılardan fərqləndirən, onu yaradılmışla-rın ən alisi mərtəbəsinə yüksəl-dən spesifik xüsusiyyət nədir? Əlbəttə ki, ali hisslər.

Sadə (ibtidai) hisslər – bütün canlı orqanizmlərin, o cümlədən, insanların üzvi tələbatlarının tə-min olunması ilə əlaqədar olaraq baş qaldırır. Lakin, ali hisslər şəxsiyyətin formalaşması prosesində, mürəkkəb 1 Bax.Qurani-Kərim /tərc.Z.Bünyadov, V.M.Məmmədəliyev; məsl.-red. Ş.H.A.Paşazadə.- B.: Azərnəşr, 1992, səh.257

V

Kəmaləddin Hümbət oğlu Mehdiyev

280

Bir bölüyün manifesti

sosial tələbatların ödənilməsi ilə bağlı əmələ gəlir1. Başqa sözlə desək, insanı yer üzünün əşrəfi - yaradılmışların ən alisi, kainatda mövcud olan bütün canlıların ən hörmətli-si mərtəbəsinə yüksəldən ali hisslərdir. Məhz bu hisslər insanı insan edir, onu digər canlılardan fərqləndirir.

Haqqında bəhs etdiyimiz belə ali hisslərdən biri də vətənpərvərlikdir.

Vətənpərvərlik – bu möcüzəvi hiss tarix boyu bəşə-riyyəti düşündürmüşdür. Hələ, Qədim Misir sivilizasiya-sının məhsulu olan, e.ə II minilliyə aid “Misirli Sinuxet haqqında” hekayətdə Suriyaya mühacirət etmək məcbu-riyyətində qalmış Misirli bürokrat Sinuxetin uzun müd-dət burada yüksək vəzifə tutmasına və firavanlıq içində yaşamasına baxmayaraq, vətən həsrəti ilə alışıb-yanma-sından və doğma yurduna qayıtmaq üçün fürsət axtarma-sından bəhs olunur2.

Türkiyə Respublikasının 2-ci prezidenti, briqada genera-lı İsmət İnönü vətənpərvərlik hissini insan əxlaqının əsası hesab edirdi. Təsadüfi deyildir ki, istedadlı şairimiz Abbas Səhhət yazır:

Vətəni sevməyən insan olmaz, Olsa ol şəxsdə vicdan olmaz!

1 Psixologiya, Ali pedaqoji məktəblərin bakalavr pilləsi tələbələri üçün dərslik. Prof.S.İ.Seyidov və prof.M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə. Bakı-2007. səh.350-3512 Bax. Qədim dünya mədəniyyəti : dərslik / İ. H. Hüseynov, N. T. Əfəndiyeva; elmi red. A. N. Abbasbəyli; ADMİU. - Bakı : Mars-Print NPF, 2009. səh.27-28

281

Qaya Əliyev

Lakin, vətəni sevmək təkcə onun flora və faunasına, mə-dəniyyətinə, kulinariyasına və s. maddi və mənəvi resurs-larına heyran olmaqdan ibarət deyil. Yalnız sözdə, fikirdə ifadə olunan və əməli əsası olmayan vətənpərvərlik gün-düz Günəş şüaları altında yandırılan çıraq kimidir. Necə də gözəl deyib Xalq şairimiz Cabir Novruz:

Vətəni sevmək azdır, onu qoruman gərək.Vətənim demək azdır, Vətənin olmaq gərək.

Eyni qaydada, verbal patriotizmlə əsl vətənsevərliyi müqayisə edən ustad şairimiz Bəxtiyar Vahabzadə yazırdı:

Demə ki, sevirəm mən vətənimi, Çox azdır “Vətəni sevirəm” - demək. Vətənin yolunda babalar kimi, Canını, qanını verəsən gərək.

Vətəni sevməklə kifayətlənməyib onu göz bəbəyi kimi qoruyan, vətənim deməklə qane olmayıb vətənin olmağı bacaran, “Vətəni sevirəm” – söyləməklə yetinməyib ulu əcdadlarımız kimi onun yolunda qanını, canını verməyə hazır olan əsl vətənpərvər igid oğullarımızdan biri də Kə-maləddin Mehdiyevdir.

Onun vətənpərvər bir insan kimi yetişməsində, kamil bir şəxsiyyət kimi formalaşmasında böyüyüb boya-başa çat-dığı mühitin, ailə tərbiyəsinin, eləcə də uşaqlıq illərindən mütaliə rasionuna daxil etdiyi hərbi-vətənpərvərlik ruhun-da və tarixi janrda yazılmış əsərlərin son dərəcə böyük rolu olmuşdur. Məhz sadaladığımız faktorların təsiri nəticə-sində Kəmaləddin, öz xarakterində vətənə sonsuz məhəb-bət, el-obaya sədaqət, ana torpağa sonsuz sevgi, mərdlik,

282

Bir bölüyün manifesti

qorxmazlıq, igidlik, fədakarlıq və s. bu kimi mənəvi-əxlaqi keyfiyyətləri birləşdirən ahəngdar bir şəxsiyyət kimi yetiş-mişdir.

XX əsrin sonlarında minlərlə canın qurban olması, sinə-sinin hərbə meydan olması hesabına dövlət müstəqilliyini bərpa edən ölkəmizin başının üstünü tezliklə, “idrakı sö-nük başçıların” firqə maraqları, cılız vəzifə ehtirasları, bitib tükənmək bilməyən yersiz siyasi ambisiyaları nəticəsində qara buludlar aldı. Ustad şairimiz Bəxtiyar Vahabzadənin bu ibrətamiz misraları o ağrılı-acılı illərin poetik panora-ması idi:

Xərçəng - arabanı çəkir quruya,Ördək - buludlara,Kor balıq-suya...Araba tərpənmir ancaq yerindən,Sənin timsalınmış bu hal, ey Vətən!

“Su yatar, düşmən yatmaz”- deyib müdriklərimiz. Onil-liklər boyu pusquda dayanıb öz əsassız torpaq iddialarını gerçəkləşdirmək, “Böyük Ermənistan” xülyasını realizə etmək üçün tarixi fürsət gözləyən mənfur qonşularımız mövcud beynəlxalq şəraitdən və ölkəmizdə hökm sürən dövlət böhranından, xaos və anarxiyadan istifadə edərək tarixi, ata-baba torpaqlarımız olan Dağlıq Qarabağımızı və ətraf yeddi rayonumuzu bir-birinin ardınca işğal etdilər. Özgə torpaqlarının işğalından daha da şirniklənən qəsb-karlar heç bir beynəlxalq hüquq normasına, heç bir univer-sal prinsipə, heç bir beynəlxalq hüquqi akta məhəl qoymur, cəbhə boyu hücumları davam etdirirdilər. Artıq, digər əra-zilərimiz də işğal təhlükəsi ilə üz-üzə qalmışdı.

283

Qaya Əliyev

Bax, belə bir şəraitdə xalqın təkidli tələbi ilə siyasi ha-kimiyyətə qayıdan dünya şöhrətli siyasətçi, görkəmli döv-lət xadimi Ulu Öndər Heydər Əliyev, yaranmış mürəkkəb vəziyyəti düzgün qiymətləndirərək 1993-cü ilin noyabr ayının 2-də “Vətən təhlükədədir!” çağırışı ilə dövlət tele-viziya və radiosu vasitəsilə xalqa müraciət etdi. Proqram xarakterli bu müraciətində müdrik dövlət başçısı ölkədə yaranmış ictimai-siyasi vəziyyətin mürəkkəbliyini aydın şəkildə izah edir, mövcud böhrandan çıxış yollarını göstə-rir, bu yollardan ən başlıcasının yumruq kimi birləşərək vahid bir qüvvə kimi düşmənə qarşı məqsədyönlü, sistem-li və ardıcıl mübarizə aparmaq olduğunu qeyd edirdi: “...Ancaq, hər bir vətəndaş, hər bir azərbaycanlı hiss etməlidir ki, indi vətəni qorumaq üçün hərə öz payını verməlidir, hərə öz yerini tapmalıdır. İndi hər kəs müsəlləh əsgər olmalıdır. Bundan artıq vəzifə yoxdur. Bütün qalan problemlər son-ra həll ediləcəkdir. Bütün digər problemlər ikinci, üçüncü sıraya keçməlidir. Ön cərgədə birinci növbədə bu problem durmalıdır. Hamı onun ətrafında birləşməlidir...”1

Ulu Öndərin bu çağırışına ilk qoşulan vətənpərvər oğul-larımızdan biri də Kəmaləddin idi. O, tezliklə Yasamal Ra-yon Hərbi Komissarlığına gələrək ordu sıralarına yazılma-sını, ön cəbhəyə göndərilməsini xahiş etdi. Çox keçmədən, yenicə yaranmaqda olan Yasamal taboruna qəbul edildi. Bu taborun II bölüyünün tərkibində təcrübəli komandir Şəmsi Hüseynovun rəhbərliyi altında hərbi təlimlərdə işti-rak etdi. Bölük bir müddət Goran poliqonunda qaldıqdan sonra həmin ilin sonlarında Füzuli rayonunda yerləşən 702 saylı hərbi hissə ilə birləşdi.1 “Azərbaycan” qəzeti, 3 noyabr 1993-cü il

284

Bir bölüyün manifesti

1994-cü ilin yanvarın 5-də Zobucuq meşəsindən Yasamal taborunun döyüş yolu başladı. Kəmaləddin bu döyüşlərdə həmişə ön cərgələrdə olurdu. Cəsarətlə, mərdliklə vuru-şurdu. Hər bir vətənpərvər döyüşçü kimi o da qanlı vu-ruşmalarda öz gücünü vətənə tükənməz məhəbbətindən, doğma torpağa sonsuz sevgisindən, el-obaya sədaqətin-dən, qəddar və qaniçən düşmənə nifrətindən alırdı. Bütün bunlar onu qətiyyətlə və inamla döyüşməyə sövq edirdi. Doğma torpaqlarımızın bir gün mənfur düşmən tapdağın-dan azad ediləcəyinə bütün varlığı ilə inanırdı. Məhz bu inam idi onu döyüşdən-döyüşə aparan.

Kəmaləddin iştirak etdiyi bütün döyüşlərdən alnı açıq-üzüağ çıxaraq taborda igid və bacarıqlı bir əsgər kimi tanın-mışdı. Burada onun keçdiyi şərəfli döyüş yolundan bir fraq-menti oxucuların diqqətinə çatdırmağı vacib hesab edirik.

Belə ki, hərbi komandanlıq bölüyün qarşısına Aşağı Kürdmahmudlu kəndini erməni yaraqlılarından azad et-mək kimi mühüm bir döyüş tapşırığı qoymuşdu. Həmin kənd son dərəcə vacib strateji əhəmiyyətə malik olan bir ərazidə yerləşirdi. Həmin ərazinin ələ keçirilməsi sonrakı hərbi əməliyyatların taleyini müəyyən edəcəkdi. Elə buna görə də həmin kənd uğrunda gedən döyüşlər gözlənildiyi kimi gərgin, qanlı və çətin keçdi. Döyüş nə qədər çətin olsa da, digər səngər yoldaşları kimi Kəmaləddin də inamla və cəsarətlə vuruşurdu. Həmin döyüş zamanı o, böyük şücaət göstərərək iki düşmən əsgərinin əsir götürülməsində, eləcə də bütövlükdə hərbi əməliyyatın uğurla başa çatmasında böyük rol oynadı. Kəmaləddinin bu rəşadəti bölüyün hərbi rəhbərliyinin diqqətindən kənarda qalmadı. Məhz bu igid-

285

Qaya Əliyev

liyinə görə komandir Şəmsi Hüseynov ona təşəkkür elan etdi.

1994-cü ilin mayında cəbhədə atəşkəs elan edildikdən sonra digər könüllülər kimi Kəmaləddin Mehdiyev də or-dudan tərxis olunaraq mülki həyata qayıtdı. Bu gün o haqlı olaraq I Qarabağ müharibəsində keçdiyi şanlı döyüş yolu ilə fəxr edir və bu yolun hər bir epizodunu iftixar hissi ilə xatırlayır. Vətənə sonsuz məhəbbətini öz əməli fəaliyyəti ilə sübut edən, tərəddüd etmədən darda qalan elin-oba-nın harayına yetişən, vətən torpaqlarının toxunulmazlığı, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda gözünü qırpmadan qanlı döyüşlərə atılan belə igid oğullarımız əsl vətənpərvərlik mücəssəməsidir.

286

Bir bölüyün manifesti

“ ətən yaraları”Vətənə vurulan yaranı hər birimiz ürəyimizin dərinliklərində hiss edirik.

V.Hüqo

XX əsrin sonlarında Vətəni-mizə, xalqımıza vurulan ən də-rin yaralardan biri də minlərlə həmyerlimizin erməni neonasist-ləri tərəfindən aparılan etnik tə-mizləmə siyasəti çərçivəsində öz tarixi, dədə-baba torpaqlarımız olan Qərbi Azərbaycandan depor-tasiyası idi. Tarixin ironiyasına baxın ki, XIX əsrin əvvəllərində Rusiya İmperiyasının hakimiy-yətinin Cənubi Qafqazda bərqə-rar edilməsi prosesindən istifadə

edərək Qərbi Azərbaycan ərazisinə köçürülən və burada məskunlaşan ermənilər, XX əsrin sonlarında, həmin sub-regionda sözügedən imperiyanın siyasi varisi olan Sovet İttifaqının hakimiyyətinin deqradasiyası prosesindən yararlanaraq, ərazinin aborigenləri olan azərbaycanlıları

İbrahim Mahmud oğlu Piriyev

V

287

Qaya Əliyev

kütləvi şəkildə doğma yurd-yuvalarından didərgin sal-mağa başladılar. Necə deyərlər, “yersiz gəldi, yerli, qaç!”

Azərbaycan mühacirət poeziyasının görkəmli simala-rından biri, daim vətən həsrəti ilə alışıb-yanmış, qəribliyin hüznü ilə yaşamış istiqlal şairimiz Almas İldırımın 1930-cu ildə qələmə aldığı “Buludlar” şeirinin ölməz misraları san-ki, XX əsrin 80-ci illərinin sonlarında doğma yurd yerlərin-dən, ata-baba ocaqlarından didərgin salınan həmvətənlə-rimizin emosional vəziyyətinin - ərşə qalxan ah-naləsinin poetik ifadəsi idi:

Еy lacivərd göylərin əbədi yоlçuları, Mirvarid zəncir kimi üfüqlər aşarsınız. Sizdəmi mənim kimi dоğma, əziz vətəndən Qоvuldunuz, оnunçun cənuba qоşarsınız?

Kimdir qоvan sizləri, talеmi, ya qərarmı? Və ya gizli bir həsrət, açıq bir qərəzmi var? Yохsa bu gеniş göylər gəzməyə sizə darmı? Gеnəmi aхşamlarda şеytanların bəzmi var?

Yох, yох... Siz bu bəhrəsiz tarlalardan bıqdınız, Оnun üçün uzun bir yоlçuluğa çıхdınız... Yabançıdır sizlərə iztirab və еhtiras, Siz о bоşluq içində azad dоğulursunuz. Sizlər ki, mənim kimi duyamazsız kədər, yas Nə bir vətəniniz var, nə də qоvulursunuz.

Həmin dövrdə, mühacir şairimizin təbirincə desək, ”doğma, əziz vətəndən qovularaq şərqə qoşan”, ata-baba yurdlarından məcburi şəkildə köçürülən həmvətənlərimiz-dən biri də İbrahim Piriyev və onun ailəsi idi.

288

Bir bölüyün manifesti

İbrahim Mahmud oğlu Piriyev 1962-ci ildə Qədim Oğuz yurdu olan Ermənistan SSR-in Kalinin rayonunda dünyaya göz açmışdır. 1983-cü ildə orta məktəbin 8-ci sinfini, 1985-ci ildə isə, texniki peşə məktəbini bitirmişdir. Qeyd etdiyimiz kimi, 1988-ci ildə Ermənistan rəhbərliyi tərəfindən dövlət səviyyəsində aparılan etnik təmizləmə siyasəti nəticəsində ailəsi ilə birlikdə doğma yurdunu, ata ocağını tərk etməyə məcbur qalmış və Azərbaycana pənah gətirmişdir. Tezlik-lə, ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşan İbrahim 1989-cu ildən Bakı Metropolitenində çilingər peşəsində ça-lışmağa başlamışdır.

Bildiyimiz kimi, 1991-ci ildə ölkəmiz XX əsrdə ikinci dəfə dövlət müstəqilliyinə qovuşdu. Beləliklə, min-bir qurbanlar, itkilər, məhrumiyyətlər bahasına da olsa, bey-nəlxalq münasibətlər sistemində, imzalar içində xalqımı-zın da imzası qoyuldu, BMT-də dövlət bayraqları sırasın-da dövlətimizin də üçrəngli bayrağı dalğalandı, dünyanın siyasi xəritəsində ölkəmizin qartalabənzər xəritəsi də öz əksini tapdı. Lakin, çox keçmədi ki, bu “qartal” bir tərəf-dən başında (Respublikamızın paytaxtı Bakı şəhəri coğ-rafi xəritədə nəhəng bir qartalın başının təsvirini yaradır) Brutların xəncərinin, qanadlarında “sapı özümüzdən olan baltaların” zərbələrinin, digər tərəfdən isə, gövdə-sində amansız ovçu (mənfur düşmən) güllələrinin açdığı yaraların sancılarını hiss etməyə başladı. Əfsuslar olsun ki, vətənə vurulmuş bu yaralara, başda bir qismi qəflət, digər qismi dəlalət, başqa bir qismi isə, xəyanət içində olan o dövrkü “idrakı sönük başçılarımız” olmaqla bir çoxları “məndən ötdü” təfəkkürü ilə etinasız yanaşdı. Us-tad şairimiz Bəxtiyar Vahabzadənin dediyi kimi:

289

Qaya Əliyev

Ən böyük dəryanın birdir sahili,Onu hər tərəfdən döyər dalğalar.Bir böyük Vətəni, bir böyük eliTarimar eləyər “mənə nə var”lar.

Məhz, bu “mənə nə var”lar nəticəsində böyük vətəni-miz kiçildi, bol bərəkətli yurdumuz tarimar edildi, zəngin elimiz talandı. Təbii ki, yaranmış şəraitdən istifadə edən, fürsəti fövtə verməyən mənfur düşmən vətənimizə növbə-ti ağır yaralardan birini vuraraq, tarixi torpaqlarımız olan Dağlıq Qarabağımızı və ona bitişik ətraf rayonlarımızı bir-birinin ardınca işğal etdi.

İslam dünyasının böyük mütəfəkkiri, görkəmli sərkərdə və dövlət xadimi Həzrəti Əli buyururdu ki, özünüzə pislik edən düşməni bağışlayın, lakin vətəninizə və millətinizə pislik edən şəxsi əsla, əfv etməyin. Bəlkə, İbrahim də 1988-ci ildə mənfur qonşularımızın onun və ailəsinin şəxsi əmla-kını, mülkiyyətini, evini, yaşayış sahəsini qəsb etməsini əfv edə bilərdi, lakin ana vətənin bir parçası olan tarixi torpaq-larımızın işğalını əsla, düşmənə bağışlaya bilməzdi.

Necə ki, sülh və mehriban qonşuluq münasibətlərini qoruyub saxlamaq naminə kompromisə gedərək, qiymətli şəxsi əşyalarını ondan tələb edən qonşu Dunxu tayfalarının bu istəklərini səxavətlə yerinə yetirən Böyük Hun dövlə-tinin ikinci şanyüsü Mete xaqan, onların növbəti tələbini yerinə yetirməkdən - dövlət sərhədində yerləşən təsərrüfa-ta yararsız torpaq sahələrini verməkdən imtina etmiş, “bu əşyalar mənim idi, torpaq isə xalqındır” - deyib, həmin əra-

290

Bir bölüyün manifesti

zi uğrunda müharibəyə başlamışdır.1 Necə də gözəl deyib, Xalq şairimiz Cabir Novruz:

Fərqi yoxdur azca da;Ya kiçik yalı getdi,Ya bir quru ağacı,Ya bir mahalı getdi… * * *Bilir ərlər, ərənlər,Vətənə tay olmayır,Ömürdən pay verərlər,Vətəndən pay olmayır.

Beləliklə, doğma torpaqların bir qarışının belə işğalı ilə barışmayan, onun yolunda gözünü belə qırpmadan gənc ömründən pay verməyə hazır olan, vətən yaralarını öz köksündə hiss edən İbrahim Piriyev tezliklə, 1993-cü ilin noyabrında Bakı Metropolitenində yaradılan könüllü bölü-yün tərkibində ön cəbhəyə yollanır. O, Füzuli rayonunun bir neçə kəndinin erməni işğalçılarından azad edilməsində fəal iştirak edir.

İbrahimin keçdiyi şanlı döyüş yolunun ən unudulmaz və yadda qalan səhifəsi 1994-cü ilin yanvarın 23-də Yuxarı Seyidəhmədli kəndi uğrunda gedən vuruşma olur. Həmin gün bölük hərbi komandanlıq tərəfindən son dərəcə mü-hüm bir döyüş tapşırığı almışdı. Bölüyün şəxsi heyətinin qarşısına böyük strateji əhəmiyyəti olan bu kəndi düşmən-dən azad etmək vəzifəsi qoyulmuşdu. Hər iki döyüşən tərəf bu hərbi reallığı aydın şəkildə dərk edirdi ki, gələcək 1 Tariximizdə iz qoyanlar / R. Yılmaz ; tərc.: A. Mabudova, R. Səfiyev. - Bakı: Xəzər nəşriyyatı, 2008. səh.13

291

Qaya Əliyev

hərbi əməliyyatların taleyi məhz bu strateji ərazinin kimin nəzarətində olmasından asılıdır. Ona görə də kənd ətrafın-da gedən döyüşlər son dərəcə gərgin xarakter daşıyırdı. Bölüyün əsgərləri hünərlə və cəsarətlə döyüşürdülər. On-ların sırasında İbrahim də var idi. Onun şəxsi şücaəti və döyüş rəşadəti səngər yoldaşlarının, eləcə də bölük koman-diri Məhərrəm Əbilovun diqqətini cəlb etmişdi.

Məhərrəm Əbilov (Bölük komandiri):– İbrahim bölüyümüzdə həmişə öz igidliyi ilə seçilirdi. Mərd-

lik, qorxubilməzlik, möhkəm iradə onu xarakterini formalaşdıran yüksək mənəvi keyfiyyətlər idi. Döyüş meydanlarında onun xa-rakterindəki bu cəhətlərin təzahürünü aydın şəkildə müşahidə et-mək olardı.

Şaiq Heydərov (döyüş yoldaşı): – İbrahimin qanlı döyüşlərdə necə rəşadətlə vuruşmasının

canlı şahidi olmuşam. Bölüyümüzün qələbələrində onun müstəs-na xidmətləri olub.

Məhəmmədiyyə Vəliyev (döyüş yoldaşı):– İbrahim bölüyün bütün hərbi əməliyyatlarında öz şücaəti ilə

fərqlənirdi. Verilən döyüş tapşırıqlarını tam, dəqiqliklə və vaxtında yerinə yetirirdi. O, əsl vətənsevər döyüşçü idi.

Görkəmli alim, yazıçı və pedaqoq, XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xid-mətlər göstərmiş Mir Cəlal Paşayev tərəfindən Böyük Vətən müharibəsi dövründə (1942-ci ildə) hərbi-vətənpərvərlik mövzusunda qələmə alınmış və qısa müddətdə böyük rəğ-bətlə qarşılanaraq, döyüşçülərin və “oxucuların əlindən düşməyən əsər”ə çevrilmiş məşhur “Vətən yaraları” he-

292

Bir bölüyün manifesti

kayəsindəki bu sətirlər sanki, Yuxarı Seyidəhmədli kəndi uğrunda gedən qanlı döyüşlərdə igidliklə vuruşan İbrahim Piriyevin dilindən deyilmişdi:

“Səngərimdən çıxanda, üzgüçü suya atılan kimi, ön xət-tin atəşinə atılmışdım. Nə gurultu, nə alov, nə də, sanki dəhşətləri örtmək istəyən toz, duman mənə qəribə gəlirdi. Güman edirdim ki, bu atılan güllələrin biri də mənəm, gu-rultunu qopardan da mənəm, gündüzün boz və kəsif üfüqlə-rinə bir bayraq kimi açılıb-örtülən alov da mənəm. Döyüş sürəti və hərarətində özümdən xəbərsiz kimi yanırdım.”

Lakin, çox təəssüflər olsun ki, bu vuruşma İbrahimin şanlı döyüş salnaməsinin son səhifəsi olur. Belə ki, vətə-nin köksünə vurulmuş Qarabağ yarasının qisasını almaq naminə gözünü belə qırpmadan, sonsuz nifrətlə mənfur düşmən üzərinə atılan igid əsgər, qəfildən ağır baş-beyin zədəsi alaraq yaralanır. Müalicə olunduqdan sonra ordu sıralarından tərxis olunan İbrahim, doğma kollektivinə qa-yıdır və əmək fəaliyyətini davam etdirir.

İbrahimin həmin qanlı döyüşdə başından aldığı fiziki yara tibbi müalicə nəticəsində sağalsa da, çox təəssüflər olsun ki, vətən torpaqlarının işğalı nəticəsində qəlbindəki qaysaq bağlamaq bilməyən vətən yarası hələ də sağalma-yıb. Bu ürək yarasının “müalicəsi” üçün isə yalnız bir “re-sept” var. Bu “resept”-in məzmunu isə, eynilə böyük ədi-bimiz Mir Cəlal Paşayevin haqqında bəhs etdiyimiz “Vətən yaraları” hekayəsinin son sətirlərindəki kimidir:

“Sağ olaq, torpağımıza soxulan təcavüzkarları məhv edək! Analarımız sevinsin, arxayın yaşasınlar. Ana Vətən bizdən razı qalsın.”

293

Qaya Əliyev

eteran rabitəçi

Millətə xidmət etmək istəyirsənsə, əlindən gələn işlə başla.

İsmayıl bəy Qaspiralı(«Firəngistan məktubları» avtobioqrafik romanından)

Müasir dövrdə, informasiya-kommunikasiya texnologi-yaları əsrində gündəlik həyatı-mızı rabitəsiz təsəvvür etmək qeyri-mümkündür. Təsadüfi de-yildir ki, rabitənin əhəmiyyətinə toxunan Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Ra-bitə vasitəsilə biz dünyaya öz ölkəmizdə, respublikamızda olan məlumatları çatdırırıq və rabitə vasitəsilə bütün dünya ölkələrin-dən, kürreyi-ərzin hər yerindən məlumatlar alırıq. Müasir dövr-də bunsuz yaşamaq mümkün de-yildir. Ona görə də rabitə sahə-sində görülən işlər həm iqtisadi xarakter daşıyır, həm də insanların işləməsi, çalışması üçün çox böyük şərtdir, eyni zamanda ictimai-siyasi xarakter daşıyır. Biz bunlara çox

Kazbeq Abdulfetxoviç Mahmudov

V

294

Bir bölüyün manifesti

diqqət, fikir veririk.” 1 Azərbaycan rabitəsi ilk rabitəçilər olan qasidlər və ya ça-

parlar vasitəsilə informasiya mübadiləsi və məlumatların məsafədən ötürülməsi dövründən, reformist Elxani hökm-darı Qazan xanın (1295-1304) poçt rabitəsi sahəsində həya-ta keçirdiyi islahatlara, 1501-ci ildə Səfəvi xanədanlığının ilk və ən görkəmli nümayəndəsi, qüdrətli dövlət başçısı, istedadlı sərkərdə Şah İsmayıl Xətayinin ölkənin iqtisadi inkişafını və effektiv hərbi müdafiəsini təmin etmək, dip-lomatik əlaqələri gücləndirmək, həmçinin səmərəli və çe-vik idarəetmə sistemini təşkil etmək məqsədilə müntəzəm fəaliyyət göstərən poçt rabitəsi sistemi yaratmasından, XIX əsrin sonlarında Azərbaycanda neft sənayesinin coşqun inkişafı və kapitalist münasibətlərin təşəkkülü nəticəsində müasir rabitə vasitələrinin əsası hesab olunan qurğuların yaradılmasına, 1881-ci ildə ölkəmizdə ilk telefon rabitəsi-nin formalaşdırılmasına və həmin ilin dekabrın 6-da Bakı şəhərində ilk telefon xəttinin çəkilişinə qədər uzun bir ta-rixi inkişaf yolu keçmişdir.

Bildiyimiz kimi, sənaye dövrünün müharibələrini döyüş rabitə vasitələri və avadanlıqları olmadan təsəvvür etmək qeyri-mümkündür. Döyüş tapşırıqlarını yerinə yetirərkən və ya təlim keçərkən hərbi birləşmələrin operativ idarə edilməsi zəruri rabitə vasitələri və onlardan məharətlə isti-fadə edən peşəkar rabitəçi kadrlardan asılıdır. Təsadüfi de-yildir ki, İkinci Dünya müharibəsinin iştirakçısı, 30 il xüsu-si xidmət orqanlarında çalışmış təhlükəsizlik orqanlarının 1 Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr. Beşinci kitab: noyabr, 1995 – mart, 1996 / bur. məsul R. Mehdiyev. – Bakı: Azərnəşr, 1998. – səh.92

295

Qaya Əliyev

veteranı Dmitri Georgiyeviç Bıstrov müharibədə rabitənin müstəsna rolunu belə xarakterizə edirdi: “Müharibədə ra-bitəni həm də cəbhənin əsəb sistemi adlandırırdılar. Çünki döyüşün gedişatı rabitənin necə işləməsindən asılı idi.”1

Elə buna görə də, Böyük Vətən müharibəsi Azərbaycan rabitəsinin inkişaf tarixində mühüm bir mərhələni təşkil edir. Bu illər milli rabitəçi kadrlarımız üçün çətin sınaq dövrü olmuşdur. Təkcə rabitə sisteminin fəaliyyətini tən-zimləməklə kifayətlənməyən, həm də yeri gələndə əlinə silah götürüb qanlı döyüşlərə atılan, ən qızğın döyüşlər ge-dən ərazilərdə belə qorxu bilmədən, cəsarətlə, həyatını təh-lükəyə ataraq rabitə nöqtələri yaratmağa nail olan, həm ön cəbhədə, həm də arxa cəbhədə fədakar əməyi ilə fərqlənən Azərbaycan rabitəçiləri bu ağır sınaqdan üzüağ çıxmış, fa-şizm üzərində qələbədə öz misilsiz töhfələrini vermişlər.

Həmin dövrdə Leninqrad, Volxovsk və 2-ci Belarus cəb-həsində atıcı diviziyasının rabitə rəisi kimi faşizmə qarşı həlledici döyüşlərdə fəallığı və cəsarəti ilə seçilmiş təcrübə-li çekist D.G.Bıstrov o qanlı-qadalı, ağır sınaq illərini iftixar hissi ilə xatırlayaraq deyirdi: “Rabitəçilərin əsas vəzifəsi komandanlığın cəbhənin ön cərgələri ilə fasiləsiz rabitəsi-ni təşkil etmək idi. Bu da böyük məsuliyyət və cavabdeh-lik tələb edirdi. Çünki rabitəçi hücum edən hərbi hissələrlə birlikdə ön sıralarda komandirin yanında getməli, lazım olanda isə geriyə hamıdan sonra çəkilməli idi. Müharibədə rabitəçilərin rolu böyükdür. Buna görə də düşmən snayper-ləri hər vəchlə sovet ordusunun rabitəçilərini məhv etməyə çalışırdı. Onları həmişə izləyir, sovet qoşunlarının ərazi-sinə diversantlar atır, rabitə xətlərini məhv edir, mühasirə 1 Xatirə Tağıyeva. “İki cəbhənin veteranı”, Xalq qəzeti.- 2009.- 7 noya br.- S. 6.

296

Bir bölüyün manifesti

yaradaraq xətləri təmir etməyə gələn rabitəçiləri ya əsir götürür, ya da qətlə yetirirdilər. Məqsədləri mümkün qədər çox məlumat toplamaq və sovet ordusunun komandanlığı-nın ön cəbhə ilə rabitə əlaqəsini kəsmək idi.” 1

İkinci Dünya müharibəsində rabitə sahəsində böyük rə-şadətlər göstərmiş Ələkbər Xəlilov, Məhər Süleymanov və Pirəli Pirəliyev kimi milli rabitəçi kadrlarımız nəinki Azər-baycanda, həmçinin bütövlükdə keçmiş SSRİ məkanında məşhurdurlar.

Tarix Böyük Vətən müharibəsində faşizmə qarşı mü-barizədə böyük şücaət və fədakarlıq göstərmiş Azərbay-can rabitəçilərini, təxminən yarım əsr sonra, bir daha ağır sınağa çəkdi. İkinci Dünya müharibəsində faşizm üzə-rində qələbədə misilsiz töhfələr vermiş veteran rabitə-çilərimizin xələflərini isə bu dəfə, doğma torpaqlarımızın müdafiəsi uğrunda gedən Qarabağ döyüşlərində, erməni neofaşizminə qarşı mübarizədə çətin sınaqlar gözləyirdi. Respublikamızın ərazi bütövlüyünün müdafiəsi uğrun-da gedən döyüşlərdə öz vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirən milli rabitəçi kadrlarımız, təxminən yarım əsr bundan əvvəl öz beynəlmiləl missiyasını şərəflə ye-rinə yetirmiş sələflərinin yolunu inamla davam etdirdilər.

Qarabağ müharibəsində böyük şücaət göstərən, düş-mənə qarşı mətanətlə mübarizə aparan rabitəçilərimizdən söz düşmüşkən, bu yolda canını fəda etmiş, şəhid olmuş və ya itkin düşmüş rabitəçilərimizin, o cümlədən 730-cu hərbi hissənin avtomatçısı, Ağdərə uğrunda gedən döyüş-lərdə bacarıqlı rabitəçi kimi vətənə xidmət etmiş, Çaldıran 1 Xatirə Tağıyeva. “İki cəbhənin veteranı”, Xalq qəzeti.- 2009.- 7 noy-abr.- S. 6.

297

Qaya Əliyev

ətrafında gedən döyüşlər zamanı itkin düşmüş qəhrəman rabitəçi Mehdi Məhərrəmovun və qeyri-adi bacarığa malik rabitəçi operator, hərbi texnikanın zərərsizləşdiriləsi üzrə peşəkar mütəxəssis, doğma torpaqlarımızın müdafiəsi uğ-runda gedən döyüşlərdə itkin düşmüş Rəşadət Piriyevin adlarını sadalamamaq günah olardı.

I Qarabağ müharibəsində, Respublikamızın ərazi bütöv-lüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə öz vətən-daşlıq vəzifəsini və peşə borcunu ləyaqətlə yerinə yetirən milli rabitəçi kadrlarımızdan biri də haqqında söhbət aça-cağımız Kazbeq Abdulfetxoviç Mahmudov idi.

Hələ uşaqlıq illərindən texniki fənlərə xüsusi maraq göstərən Kazbeq, 1989-cu ildə Bakı şəhərindəki 126 saylı orta məktəbi bitirdikdən sonra sənət seçimində də tərəd-düd etmədi. Beləliklə o, Bakı Maşınqayırma Texnikumuna daxil oldu. Peşə təhsilini başa vurduqdan sonra, 1993-cü ildə Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırıldı. Artıq, Kazbeq üçün həm öz peşə biliklərini son dərəcə mü-hüm əhəmiyyət kəsb edən bir strateji sahədə - vətənin mü-dafiəsində tətbiq etmək, həm də doğma vətəni qarşısında öz vətəndaşlıq borcunu yerinə yetirmək baxımından əlve-rişli fürsət yaranmışdı. Əvvəlcə o, 6 ay “N” saylı hərbi his-sədə xidmət etdi. Daha sonra, 1994-cü ilin əvvəlində Füzuli rayonunda yerləşən 702 saylı hərbi hissənin Yasamal tabo-runun II bölüyünə rabitəçisi təyin edildi.

Həmin dövrdə Kazbeq, bölük komandiri Şəmsi Hü-seynovun verdiyi bütün tapşırıqları məsuliyyətlə yerinə yetirir, komandanlıq və bölüklər arasında aramsız, opera-tiv, yüksək səviyyədə və dəqiqliklə rabitə yaradırdı. Onun rabitəçi kimi fəaliyyət göstərdiyi bütün aylarda döyüşlər

298

Bir bölüyün manifesti

uğurla başa çatmış və qələbələr təmin olunmuşdur. Təbii ki, bu qələbələrdə hərbi birləşmənin “əsəb sistemi”-ni mə-harətlə tənzim edən, operativliyi, üzərinə düşən işin öhdə-sindən məsuliyyətlə gəlməsi, yüksək səviyyədə xidməti ilə hərbi rəhbərliyin dərin hörmətini qazanmış mahir rabitəçi Kazbeq Mahmudovun müstəsna rolu var idi.

Rabitəçi vəzifəsinin nə qədər məsuliyyətli və çətin ol-masını ancaq bu peşənin sahibləri dərindən dərk edə bilər. Çünki döyüşlərdən əvvəl və döyüş zamanı kommunikasi-yanın müntəzəm şəkildə təmin edilməsi hətta rabitəçinin həyatı bahasına başa gələ bilərdi. Bir yandan odlu silah-lardan açılan sərsəri güllələr, qanlı döyüşlərin odu-alovu, digər tərəfdən düşmən rabitəçilərinin təxribatları və bütün bunların fonunda parolları yadda saxlamaq, bölükdaxili və bölük ilə tabor komandanlığı arasında operativ rabitə əlaqəsini təmin etmək, hətta mümkün olduqca düşmən tərəfin danışıqlarını izləmək son dərəcə çətin və yüksək peşəkarlıq tələb edən məsuliyyətli bir işdir. Kazbeq də di-gər rabitəçilərimiz kimi ən qaynar nöqtələrdə ölümün gö-zünə dik baxaraq, qorxmadan vətən qarşısında övladlıq vəzifəsini və peşə borcunu ləyaqətlə yerinə yetirirdi. Tə-bii ki, onun peşəkarlığı və fədakarlıqları hərbi rəhbərliyin diqqətindən yayınmırdı. Elə buna görə də, Kazbeq bir neçə dəfə qısamüddətli məzuniyyətlə həvəsləndirilmiş və Fəxri Fərmanla təltif edilmişdi.

1994-cü ilin may ayında Bişkek protokoluna əsasən cəb-hə boyu atəşkəs elan olunduqdan sonra Kazbeq hərbi xid-mətini davam etdirmək üçün hərbi hissə komandanlığının təqdimatı ilə 6 aylıq gizirlik kursuna göndərildi. 2002-ci ilədək orduda hərbi xidmət edən veteran rabitəçi ordudan

299

Qaya Əliyev

tərxis olunduqdan sonra mülki həyatda da öz sevimli peşə fəaliyyətini davam etdirərək, Bakı Metropolitenində işə başladı. Hal-hazırda Kazbeq burada rabitəçi vəzifəsində əmək fəaliyyətini davam etdirir.

Bildiyimiz kimi, 1994-cü il atəşkəs sazişindən sonra Res-publikamızın qarşısında I Qarabağ müharibəsindən sonra revanş götürmək, diplomatik vasitələr tükəndiyi təqdirdə işğal altında olan doğma torpaqlarımızı hərbi yolla mən-fur düşməndən azad etmək üçün müasir tələblərə cavab verən qüdrətli ordu quruculuğunu həyata keçirmək kimi mühüm tarixi vəzifə dayanır. Bu missiyanın uğurla başa vurulması dayanıqlı, çoxşaxəli, modern infrastruktura malik güclü milli iqtisadiyyatdan keçir. Ölkənin dinamik iqtisadi inkişafını şərtləndirən başlıca amillərdən biri isə rabitə infrastrukturudur. Təsadüfi deyildir ki, Ulu Öndər Heydər Əliyev müasir dövrdə, bazar iqtisadiyyatı şəraitin-də rabitənin rolunu yüksək qiymətləndirərək demişdir: “...Çünki indiki zamanda rabitə hər bir insan üçün ən çox la-zım olan bir vasitədir. İnsanların işləməsi üçün, fəaliyyət göstərməsi üçün, dövlətin, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir.”1

Beləcə, doğma torpaqlarımızın düşmən işğalından mü-dafiəsi uğrunda fəal döyüş əməliyyatlarının getdiyi bir dövrdə, ən qaynar nöqtələrdə ölümün gözünə dik baxaraq, qorxmadan vətən qarşısında övladlıq vəzifəsini və rabitəçi kimi peşə borcunu ləyaqətlə yerinə yetirən Kazbeq Mah-1 Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr. Səkkizinci kitab: noyabr, 1996 – mart, 1997 / bur. məsul R. Mehdiyev. – Bakı: Azərnəşr, 1998. səh. 96

300

Bir bölüyün manifesti

mudov, ordu sıralarından tərxis olunduqdan sonra da, mülki həyatda, bir ixtisaslı mütəxəssis və peşəkar rabitəçi kimi, öz bilik və bacarığını doğma vətənin çiçəklənməsinə və Respublikamızın düşmənin göz dağına çevrilən coşqun iqtisadi inkişafına sərf edir.

Həm döyüş cəbhəsində, həm də əmək cəbhəsində öz sözünü demiş iki cəbhənin qəhrəmanı, veteran rabitəçi Kazbeq Mahmudov bu gün çalışdığı kollektivdə nümunəvi əmək fəaliyyəti, peşəkarlığı və şəxsi keyfiyyətləri ilə yana-şı, həm də Qarabağ müharibəsi veteranı kimi dərin hörmət qazanmışdır. İstər keçmiş döyüş yoldaşlarının, istər əmək kollektivinin ona bəslədiyi hörmət və ehtiramı, istərsə də, müəssisə rəhbərliyinin diqqət və qayğısı mahir rabitəçini dərin məhəbbətlə sevdiyi doğma vətəninə və onun rifahına xidmət etməyə daha da ruhlandırır.

Yasamal taborununŞƏHİDLƏRİ

302

Bir bölüyün manifesti

aqifin, Bülbülün yurduMən 10 yaşımda, Astara şəhər 1 saylı orta məktəbin

4-cü sinfində oxuyarkən bu şeiri qələmə alanda Qarabağ yaramız hələ təzə idi, yenicə qaysaq bağlamağa başlamış-dı. Böyük Fransız yazıçısı Viktor Hüqo deyirdi ki, vətənə vurulan yaranı hər birimiz ürəyimizin dərinliklərində hiss edirik. O zaman biz də, uşaqdan böyüyə kimi hər bi-rimiz vətənimizin ürəyinə vurulmuş Qarabağ yarasının göynərtisini qəlbimizin dərinliklərində hiss etmişdik.

Dağılıb Vaqifin, Bülbülün yurdu,Yağı tapdağıdır, yağı tapdağı.Göynəyə - göynəyə, xarı bülbülüm Nəvvabdan, Vaqifdən, Bülbüldən oxu.

* * *Vətən dağlarında o qala Şuşam, Elə bil bayraqdır qalxıbdır göyə, Nalələr sinəndən ucala, Şuşam, O bayraq başını əyibdir niyə?

Qaya Əliyev

“Astara” qəzeti, 25 Mart 1995-ci il, № 11 (5942)

V

303

Qaya Əliyev

orpağı Vətən edən oğullar(Yasamal taborunun şəhidlərinə ithaf edirəm)

“Torpaq- əgər uğrunda ölən varsa, Vətəndir!”Mithat Camal Kuntay

Əvvəlki söhbətlərimizdə biz şəhidlik anlayışı, müqəd-dəs şəhidlik zirvəsi, eləcə də onun ən bariz nümunəsi olan İmam Hüseyn şəhadət məktəbi haqqında söhbət aç-mışdıq.

Qeyd etmək yerinə düşər ki, şəhidlik məhfumu təkcə İslam dininə və sivilizasiyasına yox, həm də digər din-lərə və inanclara, bütövlükdə bəşəriyyətə xas olan uni-versal, beynəlmiləl, multikultural dəyər və anlayışdır. Məsələn, dünyada mövcud olan əksər cəmiyyətlərdə və sivilizasiyalarda olduğu kimi, xristian etiqadında da şə-hid məfhumu mövcuddur və həvarilər kimi tanınan ilk xristianların əksəriyyəti şəhid adlandırılır.1 Belə ki, Xris-tian ənənəsinə görə, həvari Yəhya istisna olmaqla On İki Həvarilərin hamısı şəhid ölümü ilə ölmüşlər. Yaqubdan başqa, digər həvarilərin ölümü haqqında ənənədən öy-rənirik.2

1 Hüseyn Tövfiqi. Böyük dinlərlə tanışlıq. – Bakı: Xəzər Universitəsi Nəşriyyatı, 2013. səh 2052 Смтр. Протоиерей Серафим (Слободской). Закон Божий. Краткие све де­ния о проповеди и о судьбе св. Апостолов

T

304

Bir bölüyün manifesti

Dahi fransız sərkərdəsi və görkəmli dövlət xadimi Napoleon Bonapart deyirdi ki, döyüşdə həlak olanları qəhrəman edən onların ölüm faktı deyil, ölümlərinin sə-bəbləridir. Təsadüfi deyildir ki, linqvistik anlamda şə-hidlik istilahı da məhz yüksək amal, məslək, əqidə yo-lunda həlak olan, canını fəda edən şəxs mənasını ehtiva edir.1

Hər dəfə Respublikamızın ərazi bütövlüyünün mü-dafiəsi və dövlət sərhədlərinin toxunulmazlığı uğrunda şəhid verəndə, “Vətən sağ olsun” deyirik. “Vətən” dediyi-miz məfhum, elə məhz, bu qəhrəman övladlardan və onları bizə bəxş etmiş fədakar valideynlərdən ibarət deyilmi? Belə qəhrəman övladlar və onların fədakar valideynləri olma-sa, vətən - vətən olmaz, mahiyyət etibarilə bir parça torpaq sahəsi olaraq qalar. Belə qəhrəman övladların varlığı torpaq parçasına, müəyyən bir inzibati ərazi vahidinə vətən ma-hiyyəti qazandırır. Belə qəhrəman övladların varlığı fiziki məfhum, mülkiyyət obyekti və ya ekoloji anlayış olan tor-paq sahəsini mənəvi məfhum olan vətənə çevirir. Onların sayı azaldıqca həmin torpaq sahəsi də öz vətən mahiyyətini getdikcə itirir və adi torpaq parçası olaraq qalır. Belə qəh-rəman övladların sayı artdıqca torpaq sahəsi “vətənləşir”. XX əsr Türkiyə ədəbiyyatının müqtədir sənətkarlarından olan Mithat Camal Kuntaydan iqtibas gətirdiyimiz məşhur misralarda deyildiyi kimi torpaq- əgər onun uğrunda ölən varsa, Vətəndir, onun yolunda ölməyə hazır olan yoxdur-sa, o sadəcə olaraq, hüquqi baxımdan mülkiyyət obyekti, dini aspektdən “dünya malı”, fəlsəfi prizmadan fiziki məf-

1 Bax. Azərbaycan dilinin izahlı lüğəti: 4 cilddə. SŞTUÜVYZ, IV cild /Red. Ə. Orucov; Tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; AMEA Nəsimi adına Dilçilik İnstitutu. - B. : Şərq-Qərb, 2006. səh.204

305

Qaya Əliyev

hum, materiya və yaxud idarəetmə nəzəriyyəsi kontekstin-də ərazi vahidi olaraq qalacaq. Bu baxımdan, hesab edirik ki, dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün, eləcə də sərhədlərimizin toxunulmazlığı uğrunda verdiyi-miz şəhidlər, qurbanlar, itirdiklərimiz, o cümlədən bütün digər məhrumiyyətlərimiz əslində bir xalq olaraq bizim qazancımızdır.

Böyük Şərq mütəfəkkiri Əbu Turxan yazırdı ki, Vətən sevgisi üçün hansı ölkədə doğulmaq yox, hansı ölkənin doğma olması əsasdır. Bu aforizmi bir qədər improvizə edərək deyək ki, Vətən sevgisi üçün hansı ölkədə doğul-maq yox, məhz hansı ölkənin uğrunda ölməyə hazır olmaq əsasdır. Bəli, Vətən sevgisinin başlıca meyarı, əsas indika-toru budur. Təsadüfi deyildir ki, adətən müharibə memo-riallarında iqtibas gətirilən məşhur latın frazasında qeyd olunurdu ki, Vətən üçün ölmək əziz və şərəflidir.1 Məhz elə buna görə də dövlət müstəqilliyimiz və Respublikamı-zın ərazi bütövlüyünün müdafiəsi uğrunda dünyada ən şirin nemət olan canlarını qurban vermiş, qəhrəmancasına ölümləri ilə vətənə olan sevgisini əyani şəkildə sübuta ye-tirmiş şəhidlərimizin keçdiyi şərəfli ömür və şanlı döyüş yolu barədə kitabımızın əlahiddə bölməsində ayrıca söhbət açmağa ehtiyac duyduq.

Beləliklə, əsərin bu bölməsində biz, Qarabağ mühari-bəsində Respublikamızın ərazi bütövlüyünün müdafiə-si uğrunda gedən qanlı döyüşlərdə gözünü qırpmadan canını vətən yolunda fəda etmiş, öz qızıl qanı ilə torpa-

1 Dulce et decorum est pro patria mori.

306

Bir bölüyün manifesti

ğa vətən mahiyyəti qazandırmış qeyrətli oğullarımızın bir qismi – Yasamal taborunun şəhidləri haqqında söh-bət açacağıq. Təəsüflər olsun ki, müəyyən obyektiv və subyektiv səbəblərdən bu adsız qəhrəmanların hər biri haqqında kifayət qədər individual məlumatlara malik olmadığımızdan sənədli oçerkin bu bölməsində biz, o şanlı oğullarımızın adlarını sadalayaraq ruhlarını şad etmək etmək və əsərimizdə əbədiləşdirməklə kifayətlən-məli olacağıq.

O oğullar ki, onlar, Vətən torpağının qara bağrında düşmən ayaqları gəzəndə, ana vətənin yaralı sinəsindən fəryad qopanda, yurd yerlərimiz qeyrətli oğullarımı-zı imdada çağıranda, tərəddüd etmədən öz həyatlarını ölüm-dirim mübarizəsinin qoynuna atdılar. Ölümün gö-zünə dik baxıb, ölümləri ilə əcələ qalib gəldilər. Vətən torpağının hər qarışını doğma sandılar, əziz bildilər. Gözlərini qırpmadan öz canlarını doğma el-obaya, ana vətənə hədiyyə edərək şəhidlik zirvəsinə yüksəldilər. Xalq şarimiz Bəxtiyar Vahabzadənin ibrətamiz misrala-rında deyildiyi kimi:

Gəldi ürəkdəki arzular dilə,Silahı məhəbbət, son sözü Vətən.Şəhidlər göstərdi ölümləriylə,Ölüm aşağıdır Vətən eşqindən.

O oğullar ki, onlar bir anlıq belə tərəddüd etmədən, gözünü qırpmadan gənc yaşlarında, ölməz sənətkarı-mız Mikayıl Müşfiqin təbirincə desək, ömrün “könlün – həyat, həyat!-deyə çırpınan” çağlarında “gündən-günə bu

307

Qaya Əliyev

gözəlləşən işıqlı dünyadan” doymadan, “həyat dedikləri bu keşməkeşdən”, “qəlbində, qanında yanan atəşdən” usanma-dan, “bu yerlə çarpışan, göylə əlləşən dostdan, aşinadan” ay-rılaraq, “gecədən, gündüzdən, aydan günəşdən”, “bu əngin fəzadan” “əl çəkib” doğma torpaqlarımızın müdafiəsi uğ-runda gedən qanlı döyüşlərə atıldılar və bu şanlı yolda şərəfli ölümləri ilə Vətənin ömrünə ömür qatdılar.

O oğullar ki, onlar analarından ayrılıb Ana Vətəninin harayına yetişdilər. Bir evin, bir ailənin əl üstündə böyü-müş övladı kimi çıxdıqları ocağa, bir gün bütövlükdə bir elin, bir vətənin, bir xalqın şəhid oğlu kimi, çiyinlər üstün-də geri qayıtdılar.

O oğullar ki, onlar Vətən sevgisini ailə və övlad məhəb-bətindən üstün tutaraq doğma yurdun düşməndən müda-fiəsi naminə, hətta yenicə qurduğu ailələrindən, hərarətinə təzəcə isinməyə başladığı isti ocaqlarından, hələ doyun-ca oxşaya bilmədiyi cənnət qoxulu körpə övladlarından ayrılaraq ön cəbhəyə yola düşdülər və qanlı döyüşlərdə namərd düşmən gülləsinə tuş gələrək qəhrəmancasına hə-lak oldular.

O oğullar ki, onlar adicə bir döyüş sursatını, hərbi tex-nikanı belə Vətənin müdafiəsi üçün qənimət bildikləri hal-da, bu yolda öz şirin canlarını isə heçə saydılar. Vətənin müqəddəratını öz şəxsi taleyi, xalqın taleyini öz alın yazısı bildilər.

O oğullar ki, onlar, Vətən eşqi ilə alışıb yanan qəlblə-rində alovlanan bir sönməz məşəlin istisinə qızındılar. O məşəlin hərarəti ilə soyuq səngərlərdə isinib vətənin keşi-yində küləkdən sayıq dayandılar. O nurun zərrələri ürək-

308

Bir bölüyün manifesti

lərinə təpər verdi, dizlərinə taqət. Onun işığında yağıların üzərinə güllə kimi atıldılar, yalnız qələbəni düşünüb onu Vətən üçün ən layiqli ərməğan sandılar. Vətənə övladlıq borclarının ən yüksək ifadəsi onların Haqq dərgahında, şəhidlik mərtəbəsində əbədi məskən salmaları oldu.

O oğullar ki, onlar Böyük Cavidimizin təbirincə desək, həyat qədər dəyərli ölümləri ilə əsrlərin və nəsillərin and yerinə və vicdan ünvanına çevrildilər.

O oğullar ki, onların vətənimizin müdafiəsi, ölkə-mizin ərazi bütövlüyünün bərpası uğrunda tökülən müqəddəs qanları bir xalq, bir ulus kimi “sabahımızın behi”, onların məzar daşları isə, qüdrətli dövlətimizin və əbədi müstəqilliyimizin sütunları oldu. Məhz onların vətən yolunda tökülən qızıl qanları ilə dünya millətləri-nin imzaları içində xalqımızın da imzası qoyuldu.

O oğullar ki, onların perik ruhları Vətən göylərində hələ də azadlıq həsrətində qalan doğma vətənimiz, yurd yerlərimiz, ata-baba ocağımız Qarabağ torpaqları üzə-rində narahat-narahat dolaşır. Bu gün məzar daşlarında, büstlərdə, barelyeflərdə, fotolarda, videomateriallarda onların yol çəkən həsrətli gözlərilə hər dəfə rastlaşanda köksümüzdə sonsuz qəzəblə yanaşı möhkəm bir inam da baş qaldırır: Ağ atlılar vətən harayına mütləq yetişəcəklər!

Bu gün həyatda olmasalar da, onlar şəhid kimi Haqq dərgahında ən yüksək mərtəbədə, el-oba təəssübü çəkən qeyrətli vətən oğulları kimi qədirbilən xalqımızın qəlbində və Respublikamızın ərazi bütövlüyünün müdafiəsi uğrun-da canından keçmiş layiqli vətəndaşlar kimi qüdrətli döv-lətimizin yaddaşında yaşayacaqlar.

Təsadüfi deyildir ki, görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyev hələ 24 avqust 1993-cü ildə Bakıda Ümum-

309

Qaya Əliyev

respublika müşavirəsindəki dərin məzmunlu, proqram xa-rakterli çıxışında demişdir: “Siz, bütün Azərbaycan əhalisi əmin ola bilər ki, biz Vətən yolunda, xalq yolunda, Azər-baycanın suverenliyi, bütövlüyü yolunda həlak olan, canı-nı qurban verən, şəhid olan adamların hər birinin şücaəti-ni, qəhrəmanlığını heç vaxt unutmayacağıq. Onlar həmişə, daim xalqın yaddaşında yaşayacaqlar.”1 Digər çıxışların-da da dəfələrlə dövlət müstəqilliyimiz və Respublikamızın ərazi bütövlüyünün müdafiəsi uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizi yad edən Ümummilli liderimiz xüsusilə vurğulamışdır: “Vətən yolunda şəhid olanlar öl-mürlər, xalqın qəlbində, ürəyində əbədi yaşayırlar... Biz on-ların qəhrəmanlığı, şəhidliyi ilə fəxr edirik. Bu, bizim mil-lətimizin iftixarıdır”.

Hesab edirik ki, söhbətimizi Ustad şairimiz Bəxtiyar Va-habzadənin “Vətən marşı”-nın bu ölməz misraları ilə ye-kunlaşdırmaq yerinə düşərdi:

Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.Sənin öz dövlətin, öz millətin, öz cəddin varVətən uğrunda ölənlər ölümündən doğular.

1 Əliyev Heydər Əlirza oğlu. Müstəqilliyimiz əbədidir: Çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar. İyun, 1993 - may, 1994. K.: 1 / Buraxılışa məsul: R. Mehdiyev, H.Orucov.- B.: Azərnəşr, 1997. səh.75

310

Bir bölüyün manifesti

Yasamal taborunun II bölüyünün şəhidləri

Vətən bizsiz də keçinər, keçinmərik biz Vətənsiz.Bu məramla boy atmışıq Çənlibellər üstündə biz.Şəhidlərin qanı ilə yoğrulubdur torpağımız,Qəlbimizdə dalğalanır öz üç rəngli bayrağımız.

Bəxtiyar Vahabzadə

1. Gözəlov Füzuli Vasif oğlu2. Abbasov Sidqi Səməndər oğlu3. Abbasov Natiq İdris oğlu4. Məmmədov Telman Ağamoğlan oğlu5. Kamilov Fuad Zakir oğlu6. Məmmədov Surxay Həsən oğlu7. Əliyev Seyfəddin Yaqub oğlu8. Qurbanov Cəlal Bilal oğlu9. Əliyev Mais İdris oğlu10. Ələsgərov Yavər Ələşrəf oğlu11. Quliyev Mehman Bürhanəddin oğlu12. Şahverdiyev Zamir Xandadaş oğlu13. Hüseynov Mirislam Mirməhəmməd oğlu14. Səmədov Məmmədağa Cəbrayıl oğlu15. Əliyev Namiq Rövşən oğlu16. Xalıqov Asəf Abusətdar oğlu17. Zeynalov Azər Ağaxəlil oğlu

311

Qaya Əliyev

18. Balacayev Rizvan Misir oğlu19. Əbdülrəhmanov Ədalət Əhməd oğlu20. Seyidov Əbdül Seyfəddin oğlu21. Reznikov Aleksandr Valeri oğlu

Allah rəhmət eləsin! Ruhları şad olsun!

Vətən sağ olsun!

312

Bir bölüyün manifesti

əhid sərkərdə

Vətən yolunda canlarını qurban vermiş,şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanlarının həyatı, onların qəhrəmanlığı bütün xalqımız üçün, o cümlədən xüsusən gənclərimiz üçün örnəkdir, dərsdir.1

Heydər Əliyev

Xalqımızın şanlı tarix salnaməsində şəhid sərkərdələr fenomeni diqqəti cəlb edir. Bu fenomenin ən bariz nü-munələri sırasında biz Azərbaycan tarixinə bütün vətən torpaqlarını ilk dəfə vahid dövlət hüdudlarında birləşdirən hökmdar, görkəmli sərkərdə və islamın müqəddəs yerləri uğrunda şəhid olmuş döyüşçü kimi daxil olan Saci hökm-darı Yusif ibn Əbu Sac Divdaddan (?-927), doğma torpaqla-rımızın yadelli işğalından müdafiəsi uğrunda gedən qanlı döyüşlərdə son damla qanınadək vuruşub qəhrəmancasına həlak olmuş Gəncə xanı Cavad xana kimi adını tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazmış bir çox şəhid sərkər-dələrimizi sadalaya bilərik. Xalqımızın tarix boyu üz-üzə

1 Əliyev Heydər Əlirza oğlu. Müdrik fikirlər. İyun 1993-1998 oktyabr; Heydər Əliyev Fondu; tərt. Regionların İnkişafı İB; Birinci kitab.-B.:Çaşıoğlu, 2008. səh. 211

Ş

313

Qaya Əliyev

qaldığı bütün çətin sınaq dövrlə-rində olduğu kimi Qarabağ mü-haribəsində də analoji fenomenin nümunələrini müşahidə etmək olar.

Beləliklə, bu oçerkimizdə biz Azərbaycan tarixinin şəhid sər-kər dələr fenomeninin ən yeni ta-riximizdəki bariz nümunəsi, Yasa-mal taborunun keçmiş komandiri, Azərbaycan Respublikasının Mil-li Qəhrəmanı, Respublikamızın ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına həlak olmuş şə-hid sərkərdə Mirələkbər İbrahimov haqqında söhbət aça-cağıq.

Mirələkbər Mirələsgər oğlu İbrahimov 30 sentyabr 1961-ci ildə qədim Oğuz yurdu olan Qərbi Azərbaycanın Vedi-basar mahalının Xalisa kəndində, ziyalı ailəsində dünyaya göz açmışdır.

Məhz böyüyüb boya-başa çatdığı bu ziyalı ailənin tər-biyəsinin və mikromühitinin Mirələkbərin vətənə son-suz məhəbbət, doğma torpağa sədaqət, el-oba təəssübü, mərdlik, fədakarlıq, mübarizlik və s. bu kimi yüksək əx-laqi-mənəvi keyfiyyətlərə malik kamil bir şəxsiyyət kimi formalaşmasında mühüm rolu olmuşdur. İlk təhsilini bu-rada alan Mirələkbər, daha sonra ailəsinin Bakı şəhərinə köçməsi ilə əlaqədar təhsilini Bakı şəhər 158 saylı orta məktəbdə davam etdirmiş və 1978-ci ildə orta təhsilini

Mirələkbər Mirələsgər oğlu İbrahimov,

Yasamal taborunu komandiri, Azərbaycan Respublikasının

Milli Qəhrəmanı

314

Bir bölüyün manifesti

başa vuraraq hərbi xidmət keçmək üçün ordu sıralarına yollanmışdır. Qeyd etdiyimiz kimi, hələ uşaqlıq illərindən ailə mühitinin Mirələkbərə aşıladığı vətənə sonsuz məhəb-bət, el-obaya sədaqət, ana torpağa intəhasız sevgi, mərdlik, qorxmazlıq, igidlik, fədakarlıq və s. bu kimi mənəvi-əxlaqi keyfiyyətlər onun peşə-ixtisas seçiminə də sirayət etmişdi. Elə buna görə də, o 1980-ci ildə hərbi xidmətini başa vur-duqdan sonra məhz Azərbaycan Dövlət Pedaqoji Universi-tetinin İdman və hərbi hazırlıq fakültəsinə daxil olmuşdur. Bu ixtisasın həmin dövrdə ölkəmiz üçün əhəmiyyətini şərt-ləndirən bir sıra spesifik xüsusiyyətləri qəlbi yurd sevgisi ilə döyünən bir vətən övladı kimi Mirələkbərin də diqqəti-ni cəlb etmişdi Belə ki:

1. Bu peşənin əsas spesifik xüsusiyyəti ondan ibarətdir ki, o iki ixtisasın – cəmiyyətin inkişafı və tərəqqisini şərtlən-dirən müqəddəs müəllimlik peşəsinin və vətənin etibarlı müdafiəsi baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edən şərəfli hərb sənətinin sintezidir. Başqa sözlə desək, bu peşə sahibi dinc dövrdə cəmiyyət üçün layiqli vətəndaşlar yetişdirən pedaqoji kadr, müharibə dövründə isə, ehtiyat-da olan zabit kimi vətənin etibarlı müdafiəsini təmin etmək üçün səfərbər olmağa hazır olan yüksək ixtisaslı peşəkar hərbçidir. Təsadüfi deyildir ki, hərbi pedaqoji kadrların, o cümlədən ehtiyatda olan zabitlərin ölkə üçün əhəmiyyətinə toxunan dahi sərkərdə, görkəmli dövlət xadimi, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk demiş-dir: “Hərbi pedaqoji kadr (o cümlədən ehtiyatda olan za-bit – Q.Ə) xalqın ziyalı, təhsilli təbəqəsinə aid olan vətən övladı deməkdir. Bu vətən övladı elm işığı ilə ölkəyə icba-ri şəkildə yerinə yetirməli olduğu xidmətlə yanaşı, həm də

315

Qaya Əliyev

yeri gələndə ordu sıralarına yollanır. Düşmənə sinə gərərək hərbi vəzifəsini də yerinə yetirir. Bunlar elm və bilik sahib-ləridirlər. Ölkə hər zaman belə kadrlara möhtacdır.” (1923, İzmit)1

2. İngilis tarixçisi Henri Tomas Bukle yazırdı ki, vətəni müdafiə etməyin ən ucuz yolu təhsildir. Gənc nəslin, ələxü-sus orta məktəb şagirdlərinin zəruri hərbi biliklərə yiyələn-məsi, onların hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, onlarda silah və hərbi sursatdan istifadə vərdişlərinin və bacarıqlarının formalaşdırılması işini məhz, hərbi pedaqo-ji kadrlarsız təsəvvür etmək qeyri-mümkündür. Bu gün ilkin, zəruri hərbi biliklərə yiyələnmiş orta məktəb şagir-di, sabah vətəni müdafiə zərurəti yarandıqda ordu sırala-rına yollanan zaman hərbi təlimlərdə çətinlik çəkməyəcək. Məhz bu ixtisas sahibləri vətən qarşısında öz vətəndaşlıq borclarını yerinə yetirməklə yanaşı, həm də başqalarının bu ümdə borcu və müqəddəs vəzifəni dərk etməsi, gənc-lərin hərbi-vətənpərvərlik, el-oba təəssübü, vətən qeyrəti kimi yüksək mənəvi-əxlaqi keyfiyyətlərə və doğma torpağı düşməndən müdafiə etmək üçün zəruri hərbi biliklərə ma-lik şəxsiyyət kimi formalaşması istiqamətində yorulmadan çalışırlar. Hərbi pedaqoji kadrlar hər an vətən qarşısında öz övladlıq borcunu yerinə yetirməyə hazır olmaqla yanaşı, həm də gənc nəslin vətəndaşlıq vəzifəsi barədə də məsu-liyyət hiss edirlər. Bu peşəyə yiyələnmək qəlbi yurd eşqi ilə döyünən Mirələkbərə doğma vətəninə xidmət etməklə yanaşı, həm də gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işinə öz töhfəsini vermək istiqamətində geniş im-kanlar yaradacaqdı. 1 Arı İNAN, Gazi Mustafa Kemal Atatürk’ün 1923 Eskişehir-İzmit Konuşmaları, Ankara, 1982, s.123

316

Bir bölüyün manifesti

3. Sovet dövrünün müəyyən arzuolunmaz reallıqları da bu ixtisasın əhəmiyyətini şərtləndirirdi. Belə ki, həmin dövrdə SSRİ rəhbərliyinin hərbi kadr siyasəti azərbaycan-lılara qarşı açıq-aşkar diskriminasiya meylləri ilə müşayiət olunurdu. Məsələn, o dövrdə Azərbaycan hər il təxminən 60 min gənci sovet ordusu sıralarına göndərirdi. Lakin, on-ların böyük əksəriyyəti inşaat batalyonlarına daxil edilirdi.

Hərbi hissələrdə azərbaycanlı zabitləri barmaqla saymaq olardı. Sovet rəhbərliyinin yerli hərbi kadr potensialının formalaşmasında maraqlı olmaması, hər vəchlə bu işə ma-neçilik törətməsi, eləcə də azərbaycanlıların hərbi elitadan təcrid edilməsi və s. kimi neqativ hallara toxunan Ümum-milli Liderimiz Heydər Əliyev həmin dövrü xatırlayaraq deyirdi: “Sizə məlumdur ki, mən hələ 1969-cu ilin sonun-da və 1970-ci ilin əvvəllərində Azərbaycanda peşəkar zabit

317

Qaya Əliyev

kadrları hazırlanması işi ilə ciddi məşğul olurdum. О vaxt müharibə yox idi. О vaxt heç güman etmək də mümkün deyildi ki, Ermənistan Azərbaycana təcavüz edəcək, Azər-baycan müharibəyə qoşulacaqdır. Sual oluna bilər, onda nə üçün mən о vaxt başqa işlərlə bərabər, yaxud ondan da çox, sovet ordusunda azərbaycanlılardan ibarət zabit kadrları-nın hazırlanması üçün çalışırdım? Amma bu da asan deyil-di. Çünki sovet ordusunun komandan, zabit heyəti həmişə ruslardan və ümumiyyətlə, slavyanlardan ibarət olubdur. Başqa millətlərdən, xüsusən müsəlman millətlərindən or-duya çağırılanlar ancaq əsgər olublar. Adətən, bu əsgərlərin də bir qismini inşaat batalyonlarına göndərirdilər. Bunun səbəbi, bir tərəfdən ondan ibarət idi ki, о vaxt Sovetlər İtti-faqı öz ordusunun özü üçün ən etibarlı komandan heyətinin əlində olmasını istəyirdi. Məhz ona görə də Böyük Vətən müharibəsi zamanı, müharibənin ağır dövründə yaradıl-mış milli diviziyalar, о cümlədən Azərbaycan Milli Divizi-yası müharibə qurtarandan sonra buraxıldı, dağıdıldı. Bu, о vaxtkı sovet imperiyasının siyasəti idi. Mən bu siyasəti görürdüm, başa düşürdüm. İstəyirdim ki, bütün vasitələr-dən istifadə edib Azərbaycan gənclərini orduda peşəkar za-bit sənətini mənimsəməyə cəlb edim. Bu, bir də ona görə çətin idi ki, Azərbaycanın özündə - həm keçmiş zamanlar-dan, həm də sovet hakimiyyəti qurulan dövrdən – gənclər arasında, ümumiyyətlə, xalq arasında hərbçi peşəkar zabit olmaq arzusu, istəyi az olmuşdur. Ona görə də mən işi iki istiqamətdə aparırdım: birincisi, azərbaycanlıların о vaxt Sovet İttifaqında mövcud olan ali hərbi məktəblərdə təhsil almasına imkanlar yaradılmasını təmin etmək, ikincisi də, bunu həyata keçirmək üçün bir hazırlıq dövrü yaratmaq-

318

Bir bölüyün manifesti

dan ibarət idi.” (Azərbaycan Respublikasının Prezidenti Hey-dər Əliyevin Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialının açılışında nitqi - 13 oktyabr 1999-cu il)1

İllər sonra Ulu Öndər Heydər Əliyev cənablarının iqti-bas gətirdiyimiz bu dərin məzmunlu, proqram xarakterli çıxışının leytmotivini təşkil edəcək həmin hadisələrin - so-vet rəhbərliyinin hərbi kadr siyasətində azərbaycanlılara qarşı inamsızlıq, rəhbərliyin yerli hərbi kadrların formalaş-dırılması işində maraqlı olmaması, hərbi sahədə azərbay-canlılara qarşı nihilist münasibət və s. diskriminativ hallar, eləcə də sovet dövrünün bu kimi digər acı reallıqları bir vətənpərvər gənc kimi Mirələkbəri də dərindən düşündü-rür və narahat edirdi. Məhz, bu ixtisas Mirələkbər üçün, SSRİ rəhbərliyinin azərbaycanlılara qarşı diskriminasiya meylləri ilə müşayiət olunan hərbi kadr siyasətinin ölkəmiz və xalqımız üçün müəyyən təhlükəli nəticələrinin aradan qaldırılması və bu sahədə süni şəkildə yaradılmış kadr ça-tışmazlığının kompensasiyası işinə bir gənc pedaqoji kadr kimi öz töhfəsini vermək baxımından geniş imkanlar yara-dacaqdı.

Elə buna görə də, Ali təhsilini uğurla başa vuran Mirələk-bər, gənc ixtisaslı hərbi-pedaqoji kadr kimi bütün fəaliyyə-tini Bakı şəhər 153 saylı orta məktəbdə şagirdlərin zəruri hərbi biliklərə yiyələnməsi, gənc nəslin hərbi-vətənpərvər-lik ruhunda tərbiyəsi, onlarda silah və hərbi sursatdan isti-

1 Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar. İyirmi ikinci kitab: Sentyabr, 1999 - noyabr, 1999 / bur. məsul R. Mehdiyev.- Bakı: Azərnəşr, 2007. səh. 113

319

Qaya Əliyev

fadə vərdişlərinin və bacarıqlarının formalaşdırılması işinə sərf etməyə başladı.

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli klassiki Hü-seyn Cavid 1912-ci ildə “İqbal” qəzetində çap olunmuş məqalələrindən birində müəllimlərə müraciət edərək de-yirdi: “...Daima çalışın, çabalayın! Millət, vətən uğrun-da canınızdan keçmək belə icab etsə saqınmanız! Əsla cəsarətsizlik göstərməyiniz...”1 Milli romantik şeirimizin və dramaturgiyamızın korifeyi Hüseyn Cavidin təbirincə desək, bir pedaqoq kimi daima gənc nəslin hərbi-vətənpər-vərlik ruhunda tərbiyəsi və zəruri hərbi biliklərə yiyələn-miş, hər an vətəni müdafiəyə hazır olan vətən övladı kimi formalaşması istiqamətində yorulmadan çalışan, çabalayan Mirələkbər millət, vətən uğrunda canından keçmək icab etdiyində – XX əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin başının üstünü qara buludlar alan zaman, vətənimizin bağ-rına Qarabağ yarası çəkilərkən əsla cəsarətsizlik göstərmə-di, doğma torpaqlarımızın mənfur düşmən işğalından mü-dafiəsi uğrunda gedən qanlı döyüşlərə atılmaqdan və bu yolda şəhid olmaqdan saqınmadı. Başqa sözlə desək, ibti-dai hərbi hazırlıq müəllimi Mirələkbər İbrahimov Qarabağ müharibəsi başlanan zaman, həm də öz əməli fəaliyyəti ilə – Respublikamızın ərazi bütövlüyünün müdafiəsi uğrun-da gedən döyüşlərdə göstərdiyi böyük fədakarlıq, misilsiz qəhrəmanlıq və şəxsi şücaəti ilə şagirdləri üçün canlı örnək və vətənpərvərlik məktəbi oldu.

O dövrdə Respublikamızda hökm sürən dövlət haki-miyyəti boşluğu, ölkədə baş alıb gedən hərc-mərclik, qey-ri-stabil ictimai-siyasi vəziyyət, siyasi ehtirasların dövlət 1 Hüseyn Cavid. Əsərləri. Beş cilddə. V cild. Bakı, “Lider nəşriyyat”, 2005. səh. 227-228

320

Bir bölüyün manifesti

maraqlarından daha qabarıq şəkildə ön plana çıxması, bir çox hallarda xalqın taleyüklü məsələlərinin fövqündə da-yanan cılız firqə maraqları və s. bu kimi neqativ hallardan sui-istifadə edən mənfur qonşularımızın bir-birinin ardınca kəndlərimizi, qəsəbələrimizi, rayonlarımızı, şəhərlərimizi işğal etməsi, Dağlıq Qarabağ və ətraf rayonlarda erməni yaraqlılarının törətdikləri ağlasığmaz vəhşiliklər xalqın müqəddəratını öz şəxsi taleyi, vətənin taleyini öz alın ya-zısı bilən hər bir vətən övladı kimi Mirələkbəri də bərk narahat edirdi. Ustad şairimiz Bəxtiyar Vahabzadənin bu ibrətamiz misraları həmin dövrdə “idrakı sönük başçıların qəfləti” nəticəsində ölkəmizin düşdüyü ağır ictimai-siyasi vəziyyətin dəqiq poetik diaqnozu idi:

Vətən getdi, şeir yazdıq:“Sən mənimsən, ana Vətən”.Vətən getdi, nitq dedikUca-uca kürsülərdən,utanıram.Vətən getdi, el talandı,Didişirik biz hələ də.Biz iqtidar uğrundakı döyüşlərdənUsanmadıq bir gilə də,utanıram.

Bax belə bir şəraitdə, darda qalan ana vətənin harayına yetişən igid oğullarımızdan biri də Mirələkbər oldu. Tez-liklə o, hərbi komissarlığa müraciət edərək könüllü olaraq cəbhəyə göndərilməsini xahiş etdi.

Həmin dövrdə qonşu Ermənistanın işğalçılıq siyasə-ti təcili olaraq Azərbaycanın müdafiə qabiliyyətinin təşkil

321

Qaya Əliyev

olunmasını, milli ordunun formalaşdırılmasını, yerli peşə-kar kadrların bu işə cəlb edilməsini labüd edirdi. Lakin, çox təəssüflər olsun ki, 1993-cü ilə qədərki ötən müddət ərzində müəyyən obyektiv və subyektiv səbəblərdən niza-mi ordu quruculuğu prosesi aparılmamış, ölkənin silahlı təcavüzdən müdafiəsi özfəaliyyət səviyyəsində, ayrı-ayrı dağınıq hərbi birləşmələr formasında təşkil olunmuşdu. Təsadüfi deyildi ki, həmin dövrdə nizami ordu quruculu-ğu zərurətinə toxunan Ulu Öndər Heydər Əliyev 22 sent-yabr 1993-cü ildə Respublika gənclərinin nümayəndələri ilə görüşdə demişdi: “Azərbaycanın müdafiə qüdrətini ya-ratmaq üçün, müstəqilliyini qorumaq üçün və respubli-kanın müharibə vəziyyətindən çıxması üçün ona nizami ordu lazımdır. Bu ordunun dəyərli, bilikli, savadlı zabit heyəti olmalıdır, hərbi mütəxəssisləri olmalıdır, hərbi tex-nikadan istifadə etməyi bacaran mütəxəssislər, əsgərlər, zabitlər olmalıdır.”1 Dövlət müstəqilliyimizin qorunması, Respublikamızın ərazi bütövlüyünün etibarlı müdafiəsi və ölkəmizin müdafiə qabiliyyətinin formalaşdırılması üçün təcili, təxirəsalınmaz tədbir kimi zəruri nizami ordu quru-culuğu prosesinin qısa müddətdə təşkil olunmasının yolla-rını göstərən Ümummilli liderimiz 20 sentyabr 1993-cü ildə Daxili İşlər Nazirliyində keçirilmiş müşavirədəki proqram xarakterli çıxışında demişdir: “Əgər biz indi Azərbaycanın qüdrətli ordusunu yaratmaq istəyiriksə, bu ordu yalnız və yalnız təcrübəli, bilikli, səriştəli, hərbi təhsilə malik olan zabitlər, hərbi qulluqçular tərəfindən yarana bilər. Hərbi işi 1 Əliyev Heydər Əlirza oğlu. Müstəqilliyimiz əbədidir: Çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar. İyun, 1993 - may, 1994. K.: 1 / Buraxılışa məsul: R. Mehdiyev, H.Orucov.- B.: Azərnəşr, 1997. səh. 115

322

Bir bölüyün manifesti

bilməyən, hərbi təhsili olmayan, hərbi qulluqda olmayan adamlar qüdrətli, layiqli ordu yarada bilməzlər.”1

Bax belə bir şərait - Respublikamızın erməni silahlı tə-cavüzündən etibarlı müdafiəsi və qısa müddətdə nizami ordu quruculuğunun təşkil edilməsinin vacibliyi Mirələk-bər İbrahimov kimi təcrübəli, bilikli, səriştəli, hərbi işi bilən, zəruri hərbi təhsilə malik olan hərbi pedaqoji kadrla-rın və ehtiyatda olan zabitlərin potensialından maksimum istifadə olunması zərurətini diktə edirdi. Elə buna görə də, Mirələkbər yenicə yaradılmış Yasamal taboruna koman-dir təyin edilmişdi. Bu təyinat bir ixtisaslı hərbi mütəxəs-sis kimi ona, ali məktəbdə əldə etdiyi, orta məktəbdə isə, şagirdlərinə tədris etdiyi hərbi bilik və bacarıqları doğma vətəninin müdafiəsi istiqamətində tətbiq etmək, topladığı və öyrətdiyi nəzəri bilikləri empirik biliklərlə və döyüş təc-rübəsi ilə zənginləşdirmək üçün geniş imkanlar açmışdı.

Həmçinin qeyd edək ki, 1993-cü ildə dünya şöhrətli si-yasətçi, görkəmli dövlət xadimi Heydər Əliyev cənabları-nın xalqın təkidli tələbi ilə dövlət hakimiyyətinə qayıtması bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də inqilabi dəyişikliklərlə müşayiət olunmuşdu. Belə ki, Respublika prezidentinin rəhbərliyi altında Silahlı Qüv-vələrdə həyata keçirilən quruculuq işləri, struktur dəyi-şiklikləri, döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hissələrin hərb elminin tələblərinə uyğun idarə edilməsi, kadrların saflaşdırılması, qoşun hissələrinin təxribatçı və siyasi ünsürlərdən təmizlənməsi Azərbaycan

1 Əliyev Heydər Əlirza oğlu. Müstəqilliyimiz əbədidir: Çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar. İyun, 1993 - may, 1994. K.: 1 / Buraxılışa məsul: R. Mehdiyev, H.Orucov.- B.: Azərnəşr, 1997. səh. 95

323

Qaya Əliyev

ordusunu keyfiyyətcə yeniləşdirdi. Bütün bunlar bir tabor komandiri kimi Mirələkbər İbrahimovu fərəhləndirir və düşmən üzərində qələbələrə daha da ruhlandırırdı. Təsa-düfi deyildi ki, cəbhədəki vəziyyətlə bağlı ondan müsahibə götürən televiziya jurnalistinin suallarını cavablandırarkən Mirələkbər fərəh hissi ilə demişdi: “Yeni yaradılmış ordu-muzda vəziyyət demək olar ki, artıq sabitləşir. Bunun da əsas səbəblərindən biri yeni hakimiyyətə gəlmiş prezidenti-miz Heydər Əliyevin böyük səyidir. İndiki ordu artıq, xalqın ordusudur və bu ordu qələbə çalmağa layiqdir. Daha, ordu ayrı-ayrı şəxslərin dəstələrindən ibarət deyil, indi ordu va-hid komandanlığın rəhbərliyi altında vuruşur.”

Mirələkbər İbrahimov həm tabor komandiri kimi, həm də ixtisaslı hərbi mütəxəssis və hərbi pedaqoji kadr kimi hərbi təlimlərdə döyüşçülərin zəruri hərbi bilik və bacarıq-lara yiyələnməsi istiqamətində böyük təşkilatçılıq fəaliyyə-ti göstərdi. Dahi sərkərdə və görkəmli dövlət xadimi Na-poleon Bonapart deyirdi ki, əmr vermək qədər asan bir iş yoxdur. Əsas məsələ verilən əmrin yerinə yetirilməsini təmin etməkdir. Hərb sənəti barədə müəyyən təsəvvürü olan hər kəsə məlumdur ki, orduda ciddi nizam-intizamın təmin edilməsi, sərt hərbi subordinasiya münasibətlərinin formalaşdırılması və verilən əmrlərin tam, dəqiq və vax-tında icrasının təmin edilməsi daha çox komandirin hərbi idarəçilik qabiliyyətindən, bilik və bacarığından və şəxsi keyfiyyətlərindən asılıdır. Belə ki:

1. Döyüş planlarını hazırlamaq, tabora rəhbərlik etmək, müvafiq əmrlər vermək, bir sözlə, sərkərdəlik və hərbi idarəçilik fəaliyyəti ilə kifayətlənməyən tabor komandi-

324

Bir bölüyün manifesti

ri Mirələkbər İbrahimovun özü də döyüş meydanlarında göstərdiyi xüsusi qəhrəmanlıq və şəxsi şücaətlə əsgərlərinə mərdlik nümunəsi idi. Mirələkbər Füzuli rayonunun Alxan-lı, Kürdmahmudlu, Aşağı Seyidəhmədli kəndləri uğrunda gedən döyüşlərdə əsgərləri ilə çiyin-çiyinə qəhrəmanca-sına vuruşmuşdu. Burada bir tarixi epizodu yada salmaq yerinə düşərdi. XIX əsrin I yarısında Qafqaz müharibəsi dövründə Gərzəl aulu ətrafında gedən qanlı döyüşlərdə ağır vəziyyətə düşən rus ordusu qarşıdakı istehkama hü-cuma keçsə də böyük tələfat verərək geri çəkilir. Döyüş-dən qaçan əsgərlərinin qarşısına kəsən general Belyayev-ski hayqıraraq onlara deyir: “Bəs, aranızda heç olmasa generalınızla birlikdə öləcək şərəfli əsgər tapılmazmı?” Sərkərdənin bu sözləri əsgərlərə böyük təsir edir, onlar yenidən geri dönərək hücuma atılır, böyük itkilər olsa da, istehkamı ələ keçirirlər.1 Gördünüyü kimi, hərbi əmə-liyyatlar zamanı hərbi rəhbərin, sərkərdənin şəxsi igidlik, cəsarət və şücaəti hərbi kontingentin döyüş əhval-ruhiyyə-sinə köklü şəkildə təsir göstərən əsas faktorlardandır. Bu baxımdan, Mirələkbər İbrahimov rəhbərlik etdiyi taborun əsgərləri üçün təkcə hərbi rəhbər yox, həm də keçdiyi qəh-rəmanlıq dolu şərəfli döyüş yolu ilə şəxsi nümunə idi.

2. Sərkərdənin şəxsi ustalığı və fərdi hərbi peşəkarlığı dö-yüş əməliyyatlarının müvəffəqiyyətini şərtləndirən başlıca faktorlardan olsa da, heç də yeganə və kifayətləndirici amil deyil. Çünki, hərb sənəti yüksək intizamı, sərt subordinasi-yanı, möhkəm iyerarxiyanı, mütəşəkkilliyi və birgə ahəng-dar fəaliyyəti sevir. Hərbi idarəetmədə skalyar zəncirin

1 Mustafayev İ., Murtuzayev S., İmam Şamil, Bakı; Vətən, 1993. səh. 136-137

325

Qaya Əliyev

düzgün təşkili, hərbi birləşmələr və onların tərkib hissə-sini təşkil edən hərbi birliklərin və kontingentlərin hərbi idarəetmə prosesinin uzlaşdırılması, effektiv koordinasi-yası və yüksək nizam-intizama əsaslanan subordinasiya, kiçik zabit heyəti ilə baş zabit heyəti, baş zabit heyəti ilə ali zabit heyəti, başqa sözlə desək, silahlı qüvvələrin hər-bi idarəçilik iyerarxiyasının pillələri arasında qarşılıqlı anlaşma və harmoniyaya əsaslanan birgə ahəngdar fəaliy-yət hərbi əməliyyatların uğurla başa çatmasını və döyüş planlarının müvəffəqiyyətlə icrasını şərtləndirən ən baş-lıca, preliminar və həlledici determinantlardır. Əks təq-dirdə, adicə hərbi hissə komandiri ilə bölük komandirinin fəaliyyətinin uzlaşmaması və qarşılıqlı anlaşılmazlığı nəin-ki bölüyün, və hərbi hissənin, hətta bütövlükdə ordunun məğlubiyyəti ilə nəticələnə bilər. Dediklərimizə bariz misal kimi, dünya hərb tarixindən I Dünya müharibəsində Os-manlı ordusunun modernizasiyası ilə məşğul olan Alman marşalı Liman fon Sanders və gənc istedadlı sərkərdə Mus-tafa Kamal paşa tandemini göstərmək olar. Belə ki, Mustafa Kamal paşa məhz, marşal Liman fon Sandersin rəhbərlik etdiyi, Gelibolu yarımadasının müdafiəsini təşkil edən V ordunun tərkibindəki üç hərbi birləşmədən birinin- ehtiyat hərbi qüvvələrin komandiri təyin olunmuşdu. Daha sonra, yaranmış ekstremal hərbi vəziyyəti nəzərə alan uzaqgörən sərkərdə marşal fon Sanders 8 avqust 1915-ci ildə gənc polkovnik Mustafa Kamal paşanın “Anafartalar qrupu ko-manlığı”na təyin edilməsi barədə əmr vermişdi. Məhz, bu əmr Çanaqqala döyüşünün taleyini həll etmiş, son dərəcə mühüm hərbi strateji əhəmiyyətə malik bu yarımadanın düşməndən müvəffəqiyyətlə müdafiəsini təmin etmişdi.

326

Bir bölüyün manifesti

(Yeri gəlmişkən, obyektiv tarixşünaslıq baxımından qeyd edək ki, türk tarixşünaslığında məşhur Çanaqqala döyüşündən bəhs olu-narkən hərb tarixində öz parlaq izini qoymuş bu döyüşdə dahi sərkərdə Mustafa Kamal paşanın müstəsna rolu və böyük şücaəti haqqında bəhs olunsa da, Gelibolu yarımadasının müdafisəində mühüm xidmətləri olan marşal Liman fon Sandersdən demək olar ki, ümumiyyətlə bəhs olunmur.) Lakin, 5 iyul 1917-ci ildə “İl-dırım” ordular qrupunun komandanlığında olan və Hələb şəhərində yaradılmış 7-ci orduya komandir təyin edilən Mustafa Kamal paşa bütün hərbi sərkərdəlik keyfiyyətlə-rinə və hərbi peşəkarlığına baxmayaraq, bu cəbhəyə ümu-mi komandanlığı həyata keçirən digər alman komandanı general Falkenheymin rəhbərliyi altında heç bir ciddi uğur qazana bilməmiş, bu iki sərkərdə arasındakı pik həddə çatan anlaşılmazlıqlar, taktiki və strateji məsələlərdə fikir ayrılıqları Hələb cəbhəsində silsilə məğlubiyyətlərlə yana-şı, 1917-ci ildə Mustafa Kamal paşanın hərbi vəzifəsindən istefası ilə müşayiət olunmuşdur. Bir müddət sonra həmin “İldırım orduları” komandanlığına general Falkenheymin yerinə marşal Liman fon Sanders gətirilmiş və 7 avqust 1918-ci ildə həmin ordunun tərkibindəki 7-ci ordunun ko-mandanı təyin olunan Mustafa Kamal paşa yenidən fon Sandersin rəhbərliyi altında, bu dəfə isə, Hələb cəbhəsində böyük hərbi uğurlar qazanmışdır. İstedadlı sərkərdə Mus-tafa Kamal paşanın I Dünya müharibəsi çərçivəsində ge-dən döyüş əməliyyatlarında bütün şəxsi keyfiyyətlərinə və hərbi dühasına baxmayaraq, alman generalı Falkenheymin komandanlığı altında heç bir ciddi uğur qazana bilmədiyi halda, digər alman sərkərdəsi marşal Liman fon Sandersin rəhbərliyi altında həm Çanaqqalada, həm də Hələb cəbhə-

327

Qaya Əliyev

sində dünya hərb tarixinə qızıl hərflərlə yazılmış hərbi nai-liyyətlər qazanması faktı bir daha, müharibədə sərkərdənin şəxsi ustalığının və fərdi hərbi peşəkarlığının döyüş əmə-liyyatlarının müvəffəqiyyətini şərtləndirən başlıca faktor-lardan olsa da, heç də yeganə və kifayətləndirici amil olma-dığını, möhkəm iyerarxiya, mütəşəkkillik, birgə ahəngdar fəaliyyət, hərbi idarəetmədə skalyar zəncirin düzgün təşki-li, hərbi birləşmələr və onların tərkib hissələrinin idarəçili-yinin uzlaşdırılması, effektiv koordinasiyası və yüksək ni-zam-intizama əsaslanan subordinasiyası, silahlı qüvvələrin hərbi idarəçilik iyerarxiyasının pillələri arasında qarşılıqlı anlaşma və harmoniyaya əsaslanan birgə ahəngdar fəaliy-yət və s. bu kimi faktorların həlledici xarakter daşıdığını bir daha təsdiq edir. Dediklərimizi həmçinin hərbi hissə, tabor və onun hərbi vahidləri olan bölüklərin hərbi idarəçiliyinin təşkili işinə də şamil etmək olar. Belə ki, marşal fon San-ders – polkovnik Mustafa Kamal paşa tandemini xatırladan Yasamal taborunun komandiri istedadlı sərkərdə Mirələk-bər İbrahimovun və həmin taborun II bölüyünün təcrübəli komandiri Şəmsi Hüseynovun yaratdığı tandem Qarabağ müharibəsində doğma torpaqlarımızın düşmən işğalından müdafiəsi uğrunda gedən döyüşlərdə həm bütövlükdə Ya-samal taborunun, həm də onun tərkib hissəsi olan II bö-lüyün müvəffəqiyyətini təmin edirdi. Eyni zamanda, Şair Ramaldanov-Mirələkbər İbrahimov-Şəmsi Hüseynov tria-dasının uzlaşdırılmış birgə ahəngdar fəaliyyəti, qarşılıqlı anlaşma və harmoniyaya əsaslanan subordinasiya müna-sibətləri bütövlükdə 702 saylı hərbi hissənin, eləcə də onun tərkib hissəsi olan Yasamal taborunun, həmçinin onun hərbi vahidi olan II bölüyün hərbi əməliyyatlardakı parlaq

328

Bir bölüyün manifesti

qələbələrini təmin edən əsas faktorlardan idi. Bu triadada Mirələkbər İbrahimov Yasamal taboru komandiri kimi 702 saylı hərbi hissənin komandanlığı ilə taborun tərkibində-ki bölüklərin rəhbərliyi arasındakı hərbi iyerarxiyada son dərəcə mühüm bir həlqəni təmin edirdi.

3. Hərbi birləşmənin qanlı döyüş əməliyyatlarında mü-vəffəqiyyət qazanması, çətin sınaqlardan üzüağ çıxması həm də zabit-əsgər, komandir-şəxsi heyət münasibətlərin-dən asılı idi. Yasamal taboruna rəhbərlik etdiyi bütün ötən müddət ərzində dahi fransız sərkərdəsi Napoleon Bonapar-tın “əsgərlərim övladlarımdır” devizini öz hərbi idarəçilik və komandirlik prinsipinə çevirən Mirələkbər İbrahimov həm də şəxsi heyətə qayğıkeşlik, həssaslıq və empatiya, hər bir əsgərə fərdi yanaşma kimi psixoloji elementləri eh-tiva edən humanist münasibəti ilə hərbi kontingentin dərin hörmət və ehtiramını qazanmışdı.

4. Hərbi xidmət institutu dövlət və xalq qarşısında vətən-daşlıq borcu və konstitusion vəzifə olmaqla yanaşı, həm də gənclərin xarakterinin formalaşmasında və onların ahəng-dar şəxsiyyət və cəmiyyətə layiqli fərd kimi yetişməsində, ən azı təhsil müəssisələri qədər müstəsna əhəmiyyəti olan bir vasitədir. Təsadüfi deyildir ki, görkəmli dövlət xadimi, dahi sərkərdə Mustafa Kamal Atatürk deyirdi ki, gerçək bi-lik vermək iqtidarında olan əsl məktəb hərbi hissələrdir.1 (1918, İstanbul) Daha sonra, XX əsr hərb sənətinin korifeyi əlavə edirdi: “Zabit təkcə, əsgərə döyüş vasitələrini öyrədən və ona müharibədəki vəzifəsini göstərən bir insan deyil. O, əsgərə mənəvi və milli hissləri də aşılamalı və lazım gəldik-də bu hissləri düşmən qarşısında silah qədər təhlükəli bir

1 M.K.Atatürk, Zabit ve kumandan ile hasbihal, Ankara,1981, s. 48

329

Qaya Əliyev

həddə çatdırmalıdır. Əsgər hərbi kazarmaya emal olunma-lı xam maddə kimi daxil olur. Kazarmadan buraya gəldiyi ilkin vəziyyətdən çox fərqli bir formada ayrılır. Yetişmiş, yüksəlmiş və qüvvətlənmiş formada evinə qayıdır. Hərbi kazarma, sadəcə olaraq bir hərbi tədris mərkəzi deyil, eyni zamanda mədəniyyət ocağı, sənət məktəbidir.”1 Ordunun və onun hərbi birləşmələrinin yüksək mənəvi-əxlaqi keyfiy-yətlərə malik şəxsiyyət, sağlam düşüncəli, hərbi-vətənpər-vərlik ruhunda tərbiyə almış gənc nəsil və cəmiyyətə layiqli vətəndaş yetişdirmək imkanlarını aydın şəkildə dərk edən Mirələkbər İbrahimov tabora hərbi rəhbərlik vəzifəsini icra etməklə kifayətlənmir, bununla yanaşı, bir gənc ixtisaslı hərbi pedaqoji kadr kimi şəxsi heyətlə tərbiyəvi iş aparır, əsgərlərlə vətənpərvərlik, el-oba təəssübü, vətənə sədaqət və s. mövzularda fərdi söhbətlər edir, bu istiqamətdə yo-rulmadan çalışırdı. M.K.Atatürkün təbirincə desək, o, əs-gərlərinə aşıladığı milli və mənəvi hissləri mənfur düşmən üçün odlu silah qədər təhlükəli həddə çatdırmışdı.

5. Orduda mütəşəkkilliyin və nizam-intizamın döyüş əməliyyatlarının taleyini həll edən əsas determinantlardan olduğunu aydın şəkildə başa düşən Mirələkbər İbrahimov rəhbərlik etdiyi Yasamal taborunda və onun bölüklərində bu faktorun yüksək səviyyədə təmin olunması işinə xüsusi fikir verirdi. Təsadüfi deyildi ki, o döyüş bölgəsində televi-ziya jurnalistinə cəbhədəki vəziyyətlə bağlı verdiyi müsa-hibədə xüsusilə vurğulamışdı: “Əsas məsələ könüllülərin nizam-intizam məsələsidir. Əgər biz ordu yaradırıqsa, bu-rada möhkəm nizam-intizam olmalıdır. Dəmir nizam-inti-zam olmasa, qələbəyə nail olmaq olmaz. Bunun üçün nəinki 2 E. Ziya KARAL, Atatürk’ten Düşünceler, Ankara, 1981, s. 112

330

Bir bölüyün manifesti

orduda, hətta arxa cəbhədə belə hər kəs bu nizam-intizamın bərqərar olmasına kömək etməlidir. Bizə bir balaca vaxt lazımdır. Mən üzümü xalqıma tutub deyirəm ki, bu mənim şəxsi fikrimdir, əgər yeddi milyonun bir milyonu da qırılsa, yenə bu torpaqlar azad edilməlidir. Əgər bu torpaqlar azad olunmasa, bizim burada gəzməyə haqqımız yoxdur.”

Bacarıqlı hərbi rəhbər və istedadlı sərkərdə kimi Mirələk-bər İbrahimovun hərbi-psixoloji portretini formalaşdıran bu cizgilər, onun şəxsi keyfiyyətlərini və peşəkarlığını xa-rakterizə edən sadaladığımız məziyyətlər komandiri oldu-ğu Yasamal taborunda yüksək nizam-intizamı, döyüş tap-şırıqlarının tam, vaxtında və dəqiq icrasını və ümumilikdə taborun hərbi müvəffəqiyyətlərini və parlaq qələbələrini təmin edirdi.

Lakin, çox təəssüflər olsun ki, Qorqan kəndi ətrafında gedən döyüşlər Mirələkbər İbrahimovun qəhrəmanlıq dolu şanlı döyüş salnaməsinin son nöqtəsi oldu.

5 mart 1994-cü il...Mənfur erməni quldurları iki kəndi-mizi işğal etmişdilər. Əks hücuma keçən cəsur komandirin taboru bu kəndləri azad etsə də, Qorqan kəndi uğrunda ge-dən döyüşdə namərd düşmən gülləsinə tuş gələn Mirələk-bər canından çox sevdiyi vətən torpaqları uğrunda qəhrə-mancasına şəhid olur və Bakı şəhərində Şəhidlər xiyaba-nında dəfn edilir. Beləliklə, Azərbaycan Respublikası Pre-zidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə kapitan İbrahimov Mirələkbər Mirələsgər oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görü-lür. Vaxtilə dərs dediyi 153 saylı orta məktəb hal-hazırda onun adını daşıyır.

331

Qaya Əliyev

Ailəli idi Mirələkbər. Bir övladı yadigar qaldı. Bu gün həyatda olmasa da, Mirələkbər bir şəhid kimi Haqq dərga-hında ən yüksək mərtəbədə, el-oba təəssübü çəkən qeyrətli vətən oğlu kimi qədirbilən xalqımızın qəlbində və Respub-likamızın ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə “Azərbayca-nın Milli Qəhrəmanı” adına layiq görülmüş bir sərkərdə kimi qüdrətli dövlətimizin yaddaşında yaşayır. Böyük şa-irimiz Səməd Vurğunun dediyi kimi:

Unutmаz tаrixin böyük günləri, Dünyаyа mərd gəlib, mərd gеdənləri.

332

Bir bölüyün manifesti

on söz əvəziƏsəri qələmə alanda, digər bölmələrlə müqayisədə daha

çox onun son söz hissəsini yazarkən çətinlik çəkdim. Çün-ki, xalqımızın və dövlətimizin Qarabağ müharibəsində hələ son sözünü demədiyi halda, bu mövzuda qələmə alınmış bir kitaba, əsərə son söz yazmaq, hətta bu mövzuda qələmə alınmış bir cümləyə belə nöqtə qoymaq müəllif kimi mə-nim üçün olduqca çətindir.

Oxuculara təqdim etdiyimiz sənədli oçerkdə haqqında bəhs olunmuş bütün bu xüsusi qəhrəmanlıqlara, şəxsi şü-caət və fədakarlıqlara baxmayaraq, çox təəssüflər olsun ki, bu və ya digər məlum obyektiv və subyektiv səbəblərdən müharibənin birinci mərhələsini uğursuzluqla başa vur-duq. Bu məğlubiyyətin səbəbləri, onu doğuran beynəlxalq şərait, geosiyasi vəziyyət, daxili ictimai-siyasi durum və s. faktorlar həm Ümummilli liderimiz Heydər Əliyevin Er-mənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı milli televi-ziya və radio ilə xalqa 2 noyabr 1993-cü il tarixli müraciətin-də geniş, ətraflı, dəqiq və müfəssəl şəkildə təhlil olunaraq, adekvat siyasi-hüquqi qiymət verilməklə işıqlandırılmış, həm də oçerkimizin ayrı-ayrı fraqmentlərində müxtəlif as-pektlərdən epizodik də olsa analiz edilmişdir. Ona görə də,

S

333

Qaya Əliyev

bu məsələlərin üzərində geniş dayanmaq fikrində deyilik. Lakin, hesab edirik ki, İslam dünyasının böyük mütəfəkki-ri, görkəmli sərkərdə və dövlət xadimi Həzrəti Əlinin bu ibrətamiz fikirlərini həmçinin Qarabağ müharibəsinin ilk mərhələsindəki acı məğlubiyyətimizin səbəblərinə də şa-mil etmək olar: «Onlar sizinlə vuruşmamışdan, siz onlarla vuruşun. Çünki and olsun Allaha, hansı qövm öz torpaq-ları daxilində hücuma məruz qalıbsa, xar və məğlub olub. Siz isə vuruşmağı bir-birinizə həvalə etdiniz və bir-birinizə kömək etməkdən əl götürdünüz, nəhayət dalbadal hücum-lara məruz qaldınız və vətənləriniz əlinizdən çıxdı.»

Bosniya xalqının lideri, Bosniya-Herseqovinanın ilk prezidenti və mütəfəkkir dövlət xadimi Aliya İzzətbəyoviç 1995-ci ildə Bosniyada müharibəni başa çatdıran Deyton müqaviləsini imzalayarkən demişdi ki, bəlkə də, bu ədalətli bir sülh müqaviləsi deyil, lakin uzun müddət davam edən bir müharibədən daha yaxşıdır. A.İzzətbəyoviçin bu praq-matik yanaşmasını 5 may 1994-cü ildə imzalanmış və Qara-bağ müharibəsində cəbhə boyu atəşkəsi nəzərdə tutan, V.Kazimirovun təbirincə desək, daha çox siyasi müraciət və ya sülhə çağırış məqsədli, hüquqi xarakter daşımayan Biş-kek protokoluna da şamil etmək olar. Təsadüfi deyildir ki, bu sazişin həmin dövrdə dövlətimiz və xalqımız üçün əhə-miyyətinə toxunan Ümummilli liderimiz Heydər Əliyev 29 yanvar 1995-ci ildə Bern şəhərində İsveçrədə yaşayan soydaşlarımızla görüşdəki dərin məzmunlu çıxışında de-mişdir: “...Amma atəşkəs rejimi Azərbaycana bir rahatlıq gətirmişdir. Yaşayış nə qədər çətin olsa da, insanlar üçün rahatlıqdır. Buna nail olmaq üçün nə qədər səy göstərdik, danışıqlar apardıq, beynəlxalq təşkilatlardan, ATƏT-dən,

334

Bir bölüyün manifesti

onun Minsk qrupundan, Rusiyanın, Amerikanın vasitəçi-liyindən istifadə etdik. Bir sözlə, bütün imkanlardan isti-fadə edərək atəşi dayandırdıq. Demək, vətəndaş müharibə-sinin qarşısını aldıq, Azərbaycanı parçalamağa qoymadıq və atəşi kəsdik ki, qüvvələrimizi toplayaq, görək müharibə edəcəyikmi, yaxud torpaqlarımızı sülh yolu ilə qaytaraca-ğıq? Əvvəllər belə imkanlar yox idi, hər gün cəbhədə atış-ma gedirdi, evlərə şəhidlər gəlirdi, fikirləşməyə də imkan yox idi.”1

Bu sazişi imzalamaqla Ermənistanın silahlı təcavüzü nə-ticəsində ərazisinin 20 faizinin işğal edilməsinə, 1 milyon-dan artıq mülki əhalisinin qaçqın və məcbur köçkün vəziy-yətinə düşməsinə, eləcə də ölkənin sosial-iqtisadi infrast-rukturuna və mədəni irsinə külli miqdarda ziyan vurulma-sına baxmayaraq, yenə də konfliktin həllində konstruktiv mövqeyi ilə seçilərək sülhpərvər dövlət imici qazanan Res-publikamız, eyni zamanda ərazi bütövlüyünün bərpası və sərhədlərinin toxunulmazlığının təmin edilməsi, həmçinin sözügedən hərbi təcavüzün digər ağır nəticələrinin aradan qaldırılması istiqamətində mühüm revanş götürmüş oldu.

Bu taym-autdan məharətlə istifadə edən müdrik və uzaqgörən dövlət başçısı Heydər Əliyev tezliklə Respub-likanın taleyüklü məsələlərinin həllində paralel yanaşma prinsipi ilə bütün sferalarda köklü islahatlara başladı. Qısa müddətdə ölkə daxilindəki destabilizasiya elementləri ara-dan qaldırıldı, ictimai-siyasi sabitlik təmin edildi, ölkənin bütün maddi-siyasi resursları və potensialı Ermənistan iş-1 Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr. Üçüncü kitab: dekabr, 1994 – iyun, 1995 / bur. məsul R. Mehdiyev. – Bakı: Azərnəşr, 1997. səh. 80

335

Qaya Əliyev

ğalçı silahlı qüvvələrinə qarşı effektiv müqavimətin təşki-linə yönəldildi.

Ölkənin iqtisadi resurslarından səmərəli istifadənin təşkili, iqtisadi sistemin bərpası, çoxukladlı mülkiyyət for-malarına əsaslanan bazar iqtisadiyyatı münasibətlərinə qəti keçid, davamlı iqtisadi islahatlar nəticəsində iqtisadi böhran və tənəzzül mərhələsi arxada qaldı. İqtisadiyyatın müxtəlif sahələrinə xarici investorlar cəlb olundu, iri neft şirkətləri ilə beynəlxalq əhəmiyyətli müqavilələr imzalan-dı. Azərbaycan Şərqlə Qərbin, Şimal və Cənubun, Avropa ilə Asiyanın kəsişdiyi həlledici nəqliyyat-kommunikasiya dəhlizlərinin keçdiyi son dərəcə mühüm geosiyasi, geost-rateji və geoiqtisadi əhəmiyyətə malik bir ölkə kimi bir sıra beynəlxalq və regional enerji, kommunikasiya, nəqliyyat və s. layihələrin təşəbbüskarı və iştirakçısı oldu. Respublikada əsaslı məhkəmə-hüquq islahatları aparıldı, ölkəmizin yeni mərhələdə sürətli sosial-iqtisadi inkişafını təmin edəcək zə-ruri qanunvericilik bazası yaradıldı.

XIX əsr Almaniyanın görkəmli dövlət xadimi, diplomatı və kansleri Otto fon Bismark deyirdi ki, hər bir xalq bilmə-lidir ki, onun sülh və təhlükəsizliyi öz qılıncına əsaslanır. Yapon xalqının məşhur deyimində qeyd olunduğu kimi, hərb etməyi bacarmayan, sülhü də bacarmaz. Məhz elə buna görə də, I Qarabağ müharibəsindən sonra tarixi re-vanş götürən Respublikamızın digər sahələrdə qazandığı nailiyyətlər hərbi sferaya da sirayət etdi. 1994-cü il mayın 12-də cəbhə boyu atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu sahəsində genişmiqyaslı islahatlara start ve-rildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması və komplektləşdirilməsi işi tam başa çat-

336

Bir bölüyün manifesti

dırıldı. Orduya çağırış, ələxüsus fərarilik halları ilə bağlı bütün mühüm problemlər öz həllini tapdı. Müasir tələb-lərə uyğun mərkəzləşdirilmiş qaydada orduya çağırış sis-temi formalaşdırıldı. Bu sahədə korrupsiya və digər bu kimi neqativ hallar aradan qaldırıldı. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçilik peşəsini şərəf bilən, mənəvi-əxlaqi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıl-dı, gənclərin hərbi vətənpərvərlik tərbiyə işi gücləndirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhə-miyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəa-liyyəti nizama salındı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, müvafiq qanunvericilik bazası yaradıldı. Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsi həm hərbi texniki təchizat, həm də bu texnikanı idarə edə biləcək peşəkar zabit korpusu hesa-bına artırıldı. Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması ordu quru-culuğunda vacib və tarixi əhəmiyyətli bir mərhələ oldu.

Eyni zamanda, müstəqil milli müdafiə sənayemiz yara-dıldı. Cənubi Qafqazda həm maddi-texniki təchizatı, həm də hərbi imkanlarına görə ən yaxşı ordu qurmuş Azərbay-can özünün güclü, yüksək texnologiyalara əsaslanan hər-bi-sənaye kompleksini formalaşdırdı. Ötən müddət ərzin-də Azərbaycan silah idxal edən ölkədən, silah ixrac edən ölkəyə çevrildi. Milli müdafiə sənayemizin istehsalı olan ayrı-ayrı silah növləri və digər hərbi məhsullar beynəlxalq sərgilərdə nümayiş olundu. Türkiyə Respublikasının qu-rucusu və ilk prezidenti M.K.Atatürk vurğulayırdı ki, bi-

337

Qaya Əliyev

zim ordumuz heç vaxt təcavüzkarlıq niyyətində olmamış, lakin daim haqsız hücuma məruz qala biləcəyini nəzərə alan bir millətin ordusu kimi, uzun bir hərbi səfərdən sonra dərhal digər bir səfərə başlayacaqmış kimi maddi və mənəvi baxımdan hazır vəziyyətdə olmalıdır.1 (1924, Ankara). Göründüyü kimi, bu gün Azərbaycan ordusu da, öz növbəsində, heç vaxt təcavüzkarlıq niyyətində olmamış, heç vaxt özgə torpaqlarına göz dikməmiş, lakin daim haq-sız hücumlara, ələxüsus tarix boyu nankor qonşularımızın davam edən, xroniki və tsiklik xarakter daşıyan hərbi tə-cavüzünə məruz qalmış bir xalqın ordusu kimi, maddi və mənəvi baxımdan hər an müharibəyə başlamağa hazır və-ziyyətdədir.

Bütün bunlarla yanaşı, müqayisə üçün qeyd edək ki, təxminən 20 illik ötən müddət ərzində Azərbaycan və Er-mənistan arasındakı qüvvələr nisbətində bütün parametr-lər üzrə əsaslı dəyişikliklər baş vermişdir. Belə ki, hal-ha-zırda bütün beynəlxalq və regional layihələrdən kənarda qalan Ermənistandan fərqli olaraq, Cənubi Qafqazda heç bir qlobal layihəni Azərbaycansız təsəvvür etmək qey-ri-mümkündür. Müstəqil və balanslaşdırılmış xarici siyasət kursu izləyən, beynəlxalq və regional proseslərdə müstəqil mövqeyi olan və bütün geosiyasi qütblər, koalisiyalar və beynəlxalq aktorlar tərəfindən bərabərhüquqlu tərəfdaş kimi hörmətlə yanaşılan Azərbaycandan fərqli olaraq, Er-mənistan bir dövlət kimi müstəqil xarici siyasət yürütmək, beynəlxalq hüququn müstəqil subyekti kimi çıxış etmək imkanlarını itirmiş və faktiki olaraq forposta çevrilmişdir. Başqa sözlə desək, əgər beynəlxalq və regional güclərlə 1 Atatürk’ün Söylev ve Demeçleri, C.I, Ankara, 1997. s. 351

338

Bir bölüyün manifesti

Azərbaycanın diplomatik münasibətləri bərabərhüquqlu qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanırsa, Er-mənistanın həmin dövlətlərlə analoji münasibətləri mahiy-yət etibarilə, daha çox senyor-vassal münasibətlərini xatır-ladır. Ötən müddət ərzində dinamik sosial-iqtisadi inkişaf yolu keçən Azərbaycandan fərqli olaraq, Ermənistan ciddi iqtisadi tənəzzül, aclıq, səfalət və sosial-demoqrafik böhran məngənəsində çırpınır. Dövlət siyasətini tolerantlıq, mul-tikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq kimi paradiqmalar üzərində quraraq beynəlxalq aləmə uğurla inteqrasiya edən və tolerantlığın yeni mütərəqqi modeli-ni yaradan müsbət reputasiyalı Azərbaycandan fərqli ola-raq, dövlət siyasəti etnik təmizləmə, dünyada “nümunə-vi” mono-etnik ölkə formalaşdırma, radikal millətçilik və s. neqativ elementlər üzərində köklənmiş Ermənistan bu gün demək olar ki, sivil dünyadan bütün parametrlər üzrə izolyasiya olunmuş vəziyyətdədir. Bu gün Azərbaycan Cə-nubi Qafqaz subregionunda sabitliyin və təhlükəsizliyin qarantı, Ermənistan isə beynəlxalq kriminogen vəziyyət üçün təhlükəli xarakter daşıyan mütəşəkkil cinayətkarlı-ğın, transmilli kriminal ünsürlərin istinadgahı və regional destabilizasiya mənbəyidir.

Lakin, bununla belə beynəlxalq hüququn hamılıqla ta-nınmış prinsip və normalarına hörmətlə yanaşan, xüsusilə münaqişənin həllində BMT Nizamnaməsinin 2-ci mad-dəsinin 3-cü bəndində, eləcə də ATƏT-in Helsinki Yekun Aktında təsbit olunmuş beynəlxalq hüququn əsas prin-siplərindən olan beynəlxalq mübahisələri və münaqişələri dinc yolla həll etmək müddəasını rəhbər tutan dövlətimiz Qarabağ probleminin də beynəlxalq hüququn hamılıqla

339

Qaya Əliyev

tanınmış prinsip və normaları çərçivəsində həlli, Azərbay-can Respublikasının ərazi bütövlüyünün və suveren döv-lət hüquqlarının bərpası istiqamətində bütün beynəlxalq mexanizmlərdən, diplomatik danışıqlar və digər dinc vasitələrdən maksimum istifadə edərək öz konstruktiv mövqeyini ardıcıl şəkildə ortaya qoymuşdur. Belə ki, bu gün Qarabağ problemi ən yüksək beynəlxalq tribunalardan səsləndirilir, diplomatik kuluarların əsas müzakirə mövzu-larından birinə çevrilib.

Hal-hazırda Qarabağ probleminin dinc, diplomatik va-sitələrlə həlli və işğal olunmuş ərazilərimizin geri qayta-rılması, ölkəmizin ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının təmin olunması dövlətimizin xarici siyasətinin prioritet istiqamətidir. Respublikamız bütün xarici siyasət resurslarını və diplomatik imkanlarını bu is-tiqamətdə səfərbər etmişdir. Münaqişənin danışıqlar yolu ilə həlli, işğal olunmuş ərazilərimizin azad edilməsi, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması, Er-mənistanın silahlı təcavüzünün digər nəticələrinin aradan qaldırılması istiqamətində bütün beynəlxalq müstəvilər-də - istər beynəlxalq təşkilatlar, istər regional qurumlar, istərsə də ikitərəfli və çoxtərəfli münasibətlər çərçivəsində kompleks diplomatik iş aparılır. Hal-hazırda münaqişənin həlli istiqamətində BMT, Avropa Şurası, ATƏT və onun Minsk qrupu, İslam Əməkdaşlıq Təşkilatı, NATO, MDB və s. kimi nüfuzlu beynəlxalq və regional təşkilatlar müstəvi-sində, həm də ayrı-ayrı böyük dövlətlərin, beynəlxalq və regional aktorların mediatorluq fəaliyyəti çərçivəsində mü-hüm diplomatik cəhdlər göstərilir. Artıq, dünya birliyi və beynəlxalq təşkilatlar aydın şəkildə başa düşür ki, Qarabağ

340

Bir bölüyün manifesti

münaqişəsi və Ermənistanın davam edən silahlı təcavüzü təkcə Cənubi Qafqaz subregionunda yox, bütövlükdə Av-ropa məkanında, Yaxın Şərqdə təhlükəsizliyə, sabitliyə və kriminogen vəziyyətə əsaslı surətdə təsir göstərir, qlobal, regional və lokal təhlükəsizlik sistemlərini təhdid edir. Təkcə onu demək kifayətdir ki, Ermənistanın işğal etdiyi ərazilərdə formalaşdırdığı nəzarətsiz zona bu gün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorla-rının əldə edilməsi, kultivasiyası, istehsalı, emalı, eləcə də beynəlxalq miqyasda qanunsuz dövriyyəsi, həmçinin si-lah qaçaqmalçılığı, insan alveri və s. transmilli cinayətlərin törədilməsi üçün əlverişli koridora, o cümlədən terrorçu qrupların hazırlandığı, transmilli mütəşəkkil cinayətkarlı-ğın geniş intişar tapdığı düşərgəyə çevrilmişdir.

Yeri gəlmişkən qeyd edək ki, əgər ilkin dövrlərdə Qa-rabağ probleminin beynəlxalq kuluarlarda, ikitərəfli və çoxtərəfli diplomatik görüşlərdə müzakirəsi zamanı Bey-nəlxalq hüququn Azərbaycanın əsaslı şəkildə və haqlı ola-raq istinad etdiyi ərazi bütövlüyü və Ermənistan tərəfinin subyektiv mülahizələrlə əsaslandırmağa çalışdığı “self-de-termination” (xalqın öz müqəddəratını təyin etmə) prin-siplərinin müəyyən mənada rəqabətini müşahidə etmək mümkün idisə, bu gün, artıq istər beynəlxalq təşkilatların, istərsə də ayrı-ayrı dövlətlərin Qarabağ konfliktinin həlli ilə bağlı rəsmi mövqelərində birmənalı şəkildə ərazi bütövlü-yü prinsipinin dominantlığını, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli formulasının mütləqliyi-ni aydın şəkildə görmək mümkündür.

Lakin, çox təəssüflər olsun ki, Azərbaycanın bütün bu sülhməramlı cəhdlərinə, konstruktiv mövqeyinə və mü-

341

Qaya Əliyev

naqişənin diplomatik vasitələrlə həlli istiqamətindəki ardı-cıl səylərinə baxmayaraq, bir tərəfdən işğalçı Ermənistanın destruktiv mövqeyi, digər tərəfdən isə müasir beynəlxalq hüququn təbiəti – daha çox dövlət suverenliyi prinsiplə-rinə və könüllü əsaslara söykənməsi, beynəlxalq hüquq prinsiplərinin və normalarının hələ ki, kifayət qədər impe-rativ və məcburi xarakter daşımaması, eləcə də beynəlxalq hüququn mənbələrinin, o cümlədən beynəlxalq təşkilatla-rın qərarlarının demək olar ki, real icra mexanizmasına ma-lik olmaması, habelə hələ ki, beynəlxalq münasibətlər siste-mində münaqişələrin effektiv diplomatik həll imkanlarının məhdudluğu və s. bu kimi obyektiv və subyektiv səbəblər üzündən Respublikamızın ərazisinin 20%-i işğal altında qalmaqda, əhalimizin 1 milyondan artıq hissəsi qaçqın və məcburi köçkün vəziyyətində yaşamaqda, Qarabağ mü-naqişəsinin aktiv fazasında dünyanın gözü qarşısında ge-nosid, silahlı təcavüz, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər bu kimi beynəlxalq cinayət xarakterli əməllər törətmiş erməni neonasist hərbi caniləri isə, sərbəst şəkildə azadlıqda gəzməkdədirlər. Lakin, qeyd etməliyik ki, problemin həlli istiqamətində dönmədən və qətiyyətli konstruktiv və sülhməramlı mövqe nümayiş etdirməsinə, bütün bu ardıcıl diplomatik səylərinə bax-mayaraq, müdrik xalqımızın səbir kasasının tutumu və qüdrətli dövlətimizin təmkin hüdudları qeyri-məhdud deyil.

Təsadüfi deyildir ki, Heydər Əliyev siyasi kursunun la-yiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti və Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev 23 iyun 2006-cı ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə-

342

Bir bölüyün manifesti

ki buraxılışda çıxışı zamanı qətiyyətlə xəbərdarlıq etmişdir: “Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi ölkənin bir nömrəli problemidir. Təəssüflər ol-sun ki, bu sahədə heç bir irəliləyiş yoxdur. Danışıqlar ge-dir, ancaq heç bir səmərə yoxdur...Azərbaycanın mövqeyi hər zaman çox konstruktiv olub. 10 ildən artıqdır ki, biz danışıqlar prosesinə sadiqik və bu, bizim konstruktivliyi-mizin daha bir sübutudur. Ancaq, təəssüflər olsun ki, Er-mənistanın qeyri-konstruktiv mövqeyi bu münaqişənin həllinə nail olmağa imkan vermir. Biz artıq beynəlxalq tənzimləmə mexanizmlərinə ümidsizliklə yanaşırıq. Biz bu vəziyyətlə barışa bilmərik. Biz torpaqlarımızın itirilməsi ilə heç zaman barışmayacaq, Dağlıq Qarabağın Azərbay-candan ayrılmasına yol verməyəcəyik və bu, danışıqların mövzusu deyil. Danışıqların mövzusu yalnız Azərbayca-nın ərazi bütövlüyünün bərpası və regionda yaşayan bü-tün xalqların təhlükəsizliyinin təmin olunması ola bilər. Bundan kənarda heç bir razılaşma mümkün deyil...Nə vax-tacan biz danışıqlarda iştirak edəcəyik? Nə vaxtacan biz gözləyəcəyik? Bizim səbrimiz tükənməz deyil...”1

Dövlət başçısı Qarabağ probleminin həlli ilə bağlı bu qətiyyətli mövqeyini digər çıxışlarında da ardıcıl olaraq, dəfələrlə təkrarlamışdır. Belə ki, 6 avqust 2014-cü ildə Ağ-dam rayonunda 632 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılışındakı dərin məzmunlu çıxışında Res-publika Prezidenti xüsusilə vurğulamışdır: “...Bu gün hərb-çilərlə müşavirə keçirildi. Müvafiq tapşırıqlar verilmişdir ki, tezliklə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin. 1 Trend İnformasiya Agentliyi // http://az.trend.az/azerbaijan/po litics/826552.html

343

Qaya Əliyev

Bizim ərazi bütövlüyümüz bərpa olunacaq...Hazırda biz sülh şəraitində yaşamırıq, atəşkəs şəraitində, ancaq müha-ribə şəraitində yaşayırıq. Bunu hamı bilməlidir. Müharibə bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Ancaq ikinci mərhələ də başlana bilər. Heç kim bunu istisna edə bilməz. Biz müharibə istəmirik, biz sülh istəyirik. Ancaq, eyni zamanda, biz torpaqlarımızı istəyirik. Ermənistan, əlbəttə ki, indiki vəziyyəti, status-kvonu saxlamaq istəyir. Vasitəçilərin də əsas istəyi və fəaliyyətinin əsas mahiyyəti ondan ibarətdir ki, müharibə başlamasın. Biz də müharibə istəmirik. Kim istəyər ki? Ancaq biz onlardan fərqli olaraq, torpağımızı istəyirik. Dədə-baba torpağımızı geri istəyirik. Biz bu istəkdə haqlıyıq. Haqq, ədalət, həm də beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Ona görə nə sülh, nə hərb vəziyyəti davam edə bilməz. Bunu hamı, Azərbaycan vətəndaşları da, düşmən də bilməlidir. Ümid edirəm, son günlər düşmənə vurulan zərbələr onlar üçün də bir siqnal olacaq ki, bu dözülməz vəziyyət davam edə bilməz.”1

Türk dünyasının böyük oğlu, dahi M.K.Atatürk deyirdi ki, hərbi hərəkat siyasi fəaliyyətin ümidsiz olduğu nöqtə-də başlayır.2 (1922, İzmir) Bu gün, M.K.Atatürkün təbirincə desək, Ermənistanın destruktiv mövqeyi və yuxarıda sada-ladığımız və Respublika Prezidentinin iqtibas gətirdiyimiz müvafiq çıxışlarında da müfəssəl şəkildə qeyd olunmuş bir sıra bu kimi digər obyektiv və subyektiv səbəblər üzündən Qarabağ münaqişəsinin həlli prosesi də dalana dirənmiş

1 Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı // http://president.az/mobile/articles/125122 Atatürk’ün Söylev ve Demeçleri, Atatürk Araştırma Merkezi, C.III, Ankara, 1997, s. 61

344

Bir bölüyün manifesti

və demək olar ki, diplomatik fəaliyyətin ümidsiz olduğu nöqtəyə gəlib çatmışdır.

Belə məqamda, istər-istəməz, mənalı ömrünü və şüurlu həyatını vətəninin azadlığı uğrunda mübarizəyə həsr etmiş Qafqaz qartalı Şeyx Şamilin sanki, Qarabağ probleminin həllində bütün dinc vasitələrin və diplomatik imkanların tükənmək həddinə gəlib çatdığı mövcud vəziyyətdən çıxış yolu kimi səslənən bu müdrik kəlamı yada düşür: “İşğal olunmuş vətən torpaqları yalvarışlarla (oxu, diplomatik danışıqlarla – Q.Ə) qaytarılmaz, döyüşlə alınar.”1

Təbii ki, bu obyektiv tarixi qanunauyğunluğu hər biri-miz aydın şəkildə dərk edirik. Lakin, beynəlxalq mühitdə və dünyada mövcud olan qüvvələr nisbətində, eləcə də dünyanın və regionun geosiyasi mənzərəsində hər an elə köklü dəyişikliklər baş verə bilər ki, biz minimal itki və maksimal nəticə ilə Qarabağ probleminin ədalətli həllinə və ölkəmizin ərazi bütövlüyünün bərpasına nail ola bilərik. Bunun üçün ilk növbədə, beynəlxalq siyasi konyunkturanı diqqətlə izləməli, dünyada baş verən hadisə və proseslər-dən Qarabağ probleminin həllində ölkəmizin haqlı mövqe-yinin möhkəmləndirilməsi istiqamətində faydalanmalı və ən nəhayət yaranacaq əlverişli beynəlxalq vəziyyətdən is-tifadə edərək işğal altında olan doğma torpaqlarımızı azad etməliyik. Bu mülahizələrimizi əsaslandırmaq üçün, dün-ya tarixindən ən bariz misal kimi Almaniya-Fransa Elzas münaqişəsini göstərmək olar. Belə ki, ərazisinin ayrıl-maz tərkib hissəsi olan Elzas və Şərqi Lotarangiya qonşu Almaniya tərəfindən 1871-ci ildə işğal edildikdən sonra, Fransa revanş götürərək bütün resurslarını, diplomatik, 1 Mustafayev İ., Murtuzayev S., İmam Şamil, Bakı; Vətən, 1993. səh. 218

345

Qaya Əliyev

iqtisadi və hərbi imkanlarını həmin ərazilərin işğaldan azad edilməsi istiqamətində səfərbər etmiş və I Dünya müharibəsinin sonunda yaranmış əlverişli beynəlxalq vəziyyətdən istifadə edərək bu məqsədinə nail olmuşdur.

Hazırkı vəziyyətdə, doğma torpaqları qəsb olunmuş bir xalq və ərazisinin 20%-dən çox hissəsi işğala məruz qalmış bir dövlət kimi qarşımızda dayanan başlıca tarixi vəzifə bü-tün imkanlarımızı səfərbər edərək, II Qarabağ müharibə-sinə hər an hazır olmaq və bunun üçün əlverişli geosiyasi məqamın və münasib beynəlxalq şəraitin yetişməsini səbir və təmkinlə gözləməkdir. Bu baxımdan, hamı bir nəfər kimi öz gündəlik həyatında və cari fəaliyyətində bu ali məqsədi rəhbər tutmalı və bu ülvi amala xidmət etməlidir. Ümum-milli Liderimiz Heydər Əliyevin dərin məzmunlu, proq-ram xarakterli çıxışlarından birində qeyd olunduğu kimi: “Hərə öz yerində, öz rayonunda, öz evində özünü müharibə vəziyyətində hiss etməlidir, müharibə şəraitində yaşamalı-dır. Hər kəs hər gün düşünməlidir ki, qələbə üçün, torpaqla-rımızın azad edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması üçün nə edir. Bu sualı hər gün özümüzə verməliyik. Əgər belə olmasa, qələbə qazana bilməyəcəyik.”1

Haşiyə. XVII əsr fransız yazıçısı Jan de Lafonten de-yirdi ki, heç bir qələbə gül-çiçəkli yollardan keçmir. Bu baxımdan düşünüb-daşınmaq üçün maraqlı bir statisti-kaya diqqətinizi cəlb etmək istərdim. Azərbaycan Res-publikası Baş Dövlət Yol Polisi İdarəsinin verdiyi rəsmi

1 Əliyev Heydər Əlirza oğlu. Müstəqilliyimiz əbədidir: Çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar. İyun, 1993 - may, 1994. K.: 1 / Buraxılışa məsul: R. Mehdiyev, H.Orucov.- B.: Azərnəşr, 1997. səh. 307

346

Bir bölüyün manifesti

məlumatına görə, təkcə, 2013-cü il ərzində respublika ərazisində 2846 Yol Nəqliyyat Hadisəsi qeydə alınmış, nəticədə 1164 nəfər həlak olmuş, 2948 nəfər yaralan-mışdır.1 Maraqlıdır, görəsən II Qarabağ müharibəsində, doğma torpaqlarımızın düşmən tapdağından azad edil-məsi uğrunda tərəddüd etmədən, qətiyyətlə, ən azından cari 2013-cü il ərzində baş vermiş avtomobil qəzaları və yol nəqliyyat hadisələri zamanı verdiyimiz itkilərin sayı qədər qurban verməyə hazırıqmı? Mənə elə gəlir ki, bu sual üzərində ətraflı düşünməyə ehtiyac var.

Hər gün, hər birimiz bir vətəndaş kimi bu ritorik sualları özümüzə ünvanlamalıyıq:

– Nə vaxta kimi ata-baba torpaqlarımız olan Qarabağı-mızı yalnız coğrafi xəritələrdə görmüş bir yeni nəslin yetiş-məsi ilə barışacağıq?

– Nə vaxta kimi, düşmən tapdağı altında olan, üzərində gəzə bilmədiyimiz, səsimiz çatmayan, ünümüz yetməyən doğma torpaqlarımıza, yurd yerlərimizə Google Earth tipli kompyuter proqramları vasitəsilə virtual səyahət etməklə ovunacağıq?

– Nə vaxta kimi işğal olunmuş vətən torpaqlarının - kəndlərimizin, rayonlarımızın, şəhərlərimizin adlarını res-toranlara, şadlıq evlərinə, ticarət, məişət-iaşə obyektlərinə verməklə təskinlik tapacağıq?

– Atadan oğula, oğuldan nəvəyə, sələfdən xələfə, nəsildən nəslə keçən bu həsrətə, bu nisgilə nə vaxt son qoyulacaq?

1 2013­cü il ərzində Respublika ərazisində baş vermiş yol­nəqliyyat hadisələrinin təhlili // Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi saytı // http://www.dyp.gov.az/?/az/content/141/

347

Qaya Əliyev

– Nə vaxta kimi bayramlarda, əlamətdar günlərdə qə-dəhlərimizi “Arzu edirəm ki, növbəti ildə belə bayramı Qa-rabağımızda keçirək” tipli şüarlarla dolu tostlara qaldıra-cağıq?

– Nə vaxta kimi Qarabağlı günlərimizi yada salıb, köks ötürüb, bayatı deyib, yurd nisgili, vətən həsrəti və nos-talgiya üzərində köklənərək düşmən tapdağı altında olan ata-baba torpaqlarımızın həsrəti ilə göz yaşı tökəcəyik?

Necə də gözəl deyib söz bahadırımız, ustad şairimiz Məmməd Araz:

Göz yaşı deyil indi.Bizə silah gərəkdir.Vətən dardadır, gülüm.Onu almaq gərəkdir.

Bu gün şəhidliyi, intiqam almağı, dünyadan kam almaq üçün “nəqdi-can” sərf еtməyi, düşmən qarşısında acizlik göstərməyib çarpışmağı insanın ləyaqəti sayan, zillət ilə yaşamağı, acizliklə düşməndən dönməyi yüngüllük hesab edən böyük şairimiz Məhəmməd Füzuli, “Hədiqətüs-süə-da” əsərindəki mübarizlik, mətinlik, igidlik kimi yüksək insani ideyaların və şəhidlik kimi ali dəyərlərin bədii ifa-dəsi olan bu qitəsi ilə sanki, əsrlərin o tayından boylana-raq hamımızı doğma torpaqlarımızın düşmən tapdağın-dan azad edilməsi uğrunda mübarizəyə, himmət göstərib mənfur düşməndən intiqam almağa və ya bu yolda şəhid olmağa səsləyir:

Zillət ilə ləzzəti оlmaz həyatın, dustlar, Nəqdi-can еyləyib dünyada kam almaq gərək.

348

Bir bölüyün manifesti

Əcz ilə dönmək ədudən səhldir, himmət tutub, Ya şəhid оlmaq gərək, ya intiqam almaq gərək.1

Ulu əcdadlarımızın, müdrik babalarımızın bu harayına hay verən şəhidlərimiz Odlar Yurdunun mübariz qeyrətli oğulları kimi vətən naminə canlarını qurban verib öz müqəd-dəs andlarına sədaqətlərini sübut etdilər. Hər bir qarış vətən torpağında onların qızıl qanları çöllərin gülünə, çiçəyinə hopdu. Döyüş meydanlarında qəhrəmancasına vuruşub öl-məzliyə qovuşdu onlar. Hələ ki, Qarabağ müharibəsində-ki son söz onların sözüdür: “Qanımızı yerdə qoymayın. Vətən torpaqlarını düşmən tapdağından azad edin!” Yağı tapdağında inləyən vətən torpaqlarında uyuyan minlərlə şəhidimizin tökülən mübarək qanlarının qisasını alanda, vətənə övladlıq vəzifəsini ləyaqətlə yerinə yetirib bu yolda şəhid olan qəhrə-man oğul və qızlarımız qarşısında intiqam borcumuzu icra edəndə, qaçqınlarımızın, məcburi köçkünlərimizin doğma yurd-yuvalarında körpə təbəssümünün sevincini bölüşən-də, üç rəngli bayrağımız vətən dağlarında o qala Şuşamızda dalğalananda, milli bayramlarımızı, əlamətdar günlərimizi elliklə Qarabağımızda qeyd edəndə, bayram tonqallarımızı Cıdır düzündə yandıranda, bir sözlə işğal altında olan yurd yerlərimizi, girovluqda olan maddi və mənəvi sərvətlərimizi, mədəniyyət abidələrimizi, tarixi irsimizi, təbii konservatori-yamızı, muğam-sənət beşiyimizi, əsrarəngiz flora və fauna-mızı azad edəndə son sözümüzü deyəcəyik. Mən də, sən də, hamımız. Bax, o zaman şəhid övladlarımızın perik ruhlarının mübarək qədəmləri azad edilmiş vətən torpaqlarına enib, cisminin qanından su içmiş bir qarışını doyunca öpəcək.1 Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. VI cild. Bakı, “Şərq-Qərb”, 2005. səh. 16-17

349

Qaya Əliyev

I Dünya müharibəsində ağır məğlubiyyətə uğrayaraq, hətta paytaxtı daxil olmaqla bütün ərazisi müttəfiqlər tərə-findən işğal olunan qardaş Türkiyə xalqı 1920-ci il Sevr müqaviləsindən sonra tarixi revanş götürərək elliklə təş-kilatlanmış, bütün resurslarını və potensialını səfərbər edərək dahi lider M.K.Atatürkün rəhbərliyi altında vətən torpaqlarının düşmən işğalından azad edilməsi uğrun-da milli mübarizəyə başlamış və nəticə etibarilə, Türkiyə Respublikasının mövcud sərhədlərini, ərazi bütövlüyünü, regiondakı statusunu, beynəlxalq hüququn müstəqil sub-yekti kimi suveren hüquqlarını və s. həlledici nəticələri özündə ehtiva edən qələbə sazişinə - 1923-cü il Lozanna müqaviləsinə nail olmuşdur. İnanırıq ki, qardaş Türkiyə xalqının bu tarixi təcrübəsi bizim üçün də presedent xarak-teri daşıyacaq. Azərbaycan xalqı da öz növbəsində Qarabağ müharibəsinin ilkin, aktiv mərhələsini başa vuran atəşkəs sazişini - 1994-cü il Bişkek protokolunu doğma torpaqları-mızın düşmən işğalından azad edilməsi, Respublikamızın ərazi bütövlüyünün bərpası, sərhədlərinin toxunulmazlığı-nın təmin olunması, 1 milyondan artıq qaçqın və məcburi köçkünlərimizin öz yurd-yuvalarına geri qaytarılması, hər-bi təcavüz nəticəsində ölkəmizin sosial-iqtisadi infrastruk-turuna və mədəni irsinə dəymiş ziyanın kompensasiyası, I Qarabağ müharibəsi dövründə genosid, müharibə ci-nayətləri, sülh və insanlıq əleyhinə cinayətlər və bu qəbil-dən olan digər beynəlxalq cinayət aktları törətmiş erməni hərbi neonasist canilərinin cinayət məsuliyyətinə cəlb edil-məsi və mühakimə olunması kimi şərtləri özündə ehtiva edən qələbə sazişinə nail olacaq.

350

Bir bölüyün manifesti

XVIII əsr fransız siyasi xadimi qraf Mirabo deyirdi ki, ədalət topaldır, yavaş-yavaş yeriyir, amma gedəcəyi yerə gec-tez çatır. İnanırıq ki, gec-tez biz də, bu gün ikili stan-dartlarla yanaşılan, bəzən isə, ümumiyyətlə mövcud stan-dartlardan kənarda qoyulan, bir çox hallarda isə bir sıra böyük dövlətlərin enerji və təhlükəsizlik maraqlarının köl-gəsində qalan Qarabağ probleminin həllində beynəlxalq hüquq normalarının və ədalətin təntənəsinə, ölkəmizin haqlı mövqeyinin bərqərar edilməsinə, Respublikamızın ərazi bütövlüyünün və dövlət sərhədlərinin toxunulmazlı-ğının bərpasına nəyin bahasına olursa olsun, tez və ya gec, dinc-diplomatik və ya hərbi yolla da olsa, mütləq nail ola-cağıq.

Qarabağ bizimdir, bizim olacaq!

Qaya Əliyev4 dekabr 2014-cü il,

Bakı şəhəri

Əlavələr

352

Bir bölüyün manifesti

Yasamal taborunun II bölüyünün kitabda haqqında

bəhs olunmuş döyüşçüləri

1. Şəmsi Həsən oğlu Hüseynov2. Vidadi Musa oğlu Şirəliyev3. Məhərrəm Kərəm oğlu Əbilov4. Famil Niftulla oğlu Abbasov5. İlyas Sərxan oğlu Əhmədov 6. Mirhabil Səfa oğlu Rzayev7. Hüseyn Yaşar oğlu Hüseynov8. Nurbala Bünyad oğlu Əliyev9. Abutalıb Əlzaman oğlu Abbasov10. Əkbər Hidayət oğlu Qurbanov11. Azad Şükür oğlu Şəkərov12. Çingiz Süleyman oğlu Əliyev13. Şəmsəddin Yaşıl oğlu Ağayev14. Vəfadar Ağabala oğlu Mikayılov15. Nazim Həsən oğlu Həsənov16. Seymur Barat oğlu Məmmədov17. Məhəmmədiyyə Məhəmmədvəli oğlu Vəliyev18. Oqtay Camal oğlu Xəlilov19. Elşad Hacı oğlu Salmanov20. Fəxrəddin Ağakişi oğlu Əmirov21. Salman Nəriman oğlu Mustafayev22. Əsədağa Baba oğlu Zeynalov

353

Qaya Əliyev

23. Bahəddin Vəkulla oğlu Əliyev24. Qurban Hüseyn oğlu Hüseynov25. Böyükağa İsrafil oğlu İsrafilov26. İbrahimxəlil Məmmədmusa oğlu Əzimzadə27. Nəsir Elyas oğlu Zeynalov28. Zəfər Lətif oğlu Kərimov29. Kəmaləddin Nəcməddin oğlu Hüseynov30. İsrafil Muxtar oğlu Ələkbərov31. Ceyhun İmamverdi oğlu Mirzəyev32. Zakir Sərxan oğlu Əbilov33. Şaiq Şahin oğlu Heydərov34. Yavər Ələşrəf oğlu Ələsgərov35. Dilavər Rəfi oğlu İbrahimov36. Mehman Bürhanəddin oğlu Quliyev37. Zamir Xandadaş oğlu Şahverdiyev38. Mirislam Mirməmməd oğlu Hüseynov39. Məmmədağa Cəbrayıl oğlu Səmədov40. Cəlal Bilal oğlu Qurbanov41. Namiq Rövşən oğlu Əliyev42. Asəf Abusəttar oğlu Xalıqov43. Azər Ağaxəlil oğlu Zeynalov44. Kəmaləddin Hümbət oğlu Mehdiyev45. İbrahim Mahmud oğlu Piriyev46. Kazbeq Abdulfetxoviç Mahmudov

354

Bir bölüyün manifesti

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

I. Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdikləri şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarının şərəflə yerinə yetirilməsində göstərdikləri misilsiz xidmətlərə görə aşağıdakı hərbi qulluqçulara “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin:1. Polkovnik-leytenant Mirzəyev Şirin Vəli oğlu (ölümündən sonra)2. Mayor İbrahimov Rasim Səxavət oğlu (ölümündən sonra)3. Kapitan Alıcanov Rafiq Cəfər oğlu (ölümündən sonra)4. Kapitan Zülfüqarov Elxan Qaçay oğlu (ölümündən sonra)5. Kapitan İbrahimov Mirələkbər Ələsgər oğlu (ölümündən sonra)6. Baş leytenant Əhədov Elşad Saday oğlu (ölümündən sonra)7. Baş leytenant Nəsrəddinov Rafiq Hüseyn oğlu (ölümündən sonra)8. Leytenant Rəhimov Koroğlu İsmayıl oğlu (ölümündən sonra)9. Sıravi Edilov Yelmar Şahmar oğlu (ölümündən sonra)10. Sıravi Əhmədov Mübariz Əlizadə oğlu (ölümündən sonra)

Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV.

Bakı şəhəri, 16 sentyabr 1994-cü il. № 203.

* Fərmanın mətnindəki kursiv müəllifə məxsusdur.

355

Qaya Əliyev

İstifadə olunmuş ədəbiyyat1. Qurani-Kərim /tərc.Z.Bünyadov, V.M.Məmmədəliyev; məsl.-

red. Ş.H.A.Paşazadə.- B.: Azərnəşr, 1992;2. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-

yanatlar, məktublar, müsahibələr. Birinci kitab: iyun, 1993 – may, 1994 / bur. məsul R. Mehdiyev. – Bakı: Azərnəşr, 1997;

3. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, məktublar, müsahibələr. İkinci kitab: may, 1994 – de-kabr, 1994 / bur. məsul R. Mehdiyev. – Bakı: Azərnəşr, 1997;

4. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, məktublar, müsahibələr. Üçüncü kitab: dekabr, 1994 – iyun, 1995 / bur. məsul R. Mehdiyev. – Bakı: Azərnəşr, 1997;

5. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, məktublar, müsahibələr. Dördüncü kitab: iyun, 1995 – noyabr, 1995 / bur. məsul R. Mehdiyev. – Bakı: Azərnəşr, 1997;

6. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, məktublar, müsahibələr. Beşinci kitab: noyabr, 1995 – mart, 1996 / bur. məsul R. Mehdiyev. – Bakı: Azərnəşr, 1998;

7. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, məktublar, müsahibələr. Altıncı kitab: mart, 1996 – iyun, 1996 / bur. məsul R. Mehdiyev. – Bakı: Azərnəşr, 1998;

8. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, məktublar, müsahibələr. Yeddinci kitab: iyun, 1996 – noyabr, 1996 / bur. məsul R. Mehdiyev. – Bakı: Azərnəşr, 1998;

9. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, məktublar, müsahibələr. Səkkizinci kitab: noyabr, 1996 – mart, 1997 / bur. məsul R. Mehdiyev. – Bakı: Azərnəşr, 1998;

356

Bir bölüyün manifesti

10. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. Doqquzuncu kitab: mart, 1997 – may, 1997 / bur. məsul R. Mehdiyev. – Bakı: Azərnəşr, 2000;

11. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. Onuncu kitab: may, 1997 – iyul, 1997 / bur. məsul R. Mehdiyev. – Bakı: Azərnəşr, 2002;

12. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. On birinci kitab: iyul, 1997 – avqust, 1997 / bur. məsul R. Mehdiyev. – Bakı: Azərnəşr, 2003;

13. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. On ikinci kitab: avqust, 1997 – oktyabr, 1997 / bur. mə-sul R. Mehdiyev. – Bakı: Azərnəşr, 2004;

14. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. On üçüncü kitab: oktyabr, 1997 – dekabr, 1997 / bur. məsul R. Mehdiyev. – Bakı: Azərnəşr, 2004;

15. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. On dördüncü kitab: dekabr 1997 – fevral 1998 / bur. məsul R. Mehdiyev. – Bakı: Azərnəşr, 2005;

16. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. On beşinci kitab: mart, 1998 – iyun, 1998 / bur. məsul R. Mehdiyev. – Bakı: Azərnəşr, 2005;

17. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. On altıncı kitab: iyun, 1998 – iyul, 1998 / bur. məsul R. Mehdiyev. – Bakı: Azərnəşr, 2005;

357

Qaya Əliyev

18. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. On yeddinci kitab: iyul, 1998 – oktyabr, 1998 / bur. mə-sul R. Mehdiyev. – Bakı: Azərnəşr, 2006;

19. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. On səkkizinci kitab: oktyabr, 1998 –dekabr, 1998 /bur. məsul R. Mehdiyev. –Bakı: Azərnəşr, 2006;

20. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. On doqquzuncu kitab: yanvar, 1999 – aprel, 1999 /bur. məsul R. Mehdiyev. –Bakı: Azərnəşr, 2006;

21. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. İyirminci kitab: aprel, 1999 – iyul, 1999 / bur. məsul R. Mehdiyev. – Bakı: Azərnəşr, 2007;

22. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. İyirmi birinci kitab: İyul, 1999 - sentyabr, 1999 / bur. məsul R. Mehdiyev.- Bakı: Azərnəşr, 2007;

23. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. İyirmi ikinci kitab: Sentyabr, 1999 - noyabr, 1999 / bur. məsul R.Mehdiyev.- Bakı: Azərnəşr, 2007;

24. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. İyirmi üçüncü kitab: noyabr, 1999 - dekabr, 1999 /bur. məsul R.Ə.Mehdiyev.- Bakı: Azərnəşr, 2008;

25. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. İyirmi dördüncü kitab: dekabr, 1999 - fevral, 2000 /bur. məsul R.Ə.Mehdiyev.- Bakı: Azərnəşr, 2008;

358

Bir bölüyün manifesti

26. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. İyirmi beşinci kitab: fevral, 2000 - mart, 2000 /bur. mə-sul R.Ə.Mehdiyev.- Bakı: Azərnəşr, 2008;

27. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. İyirmi altıncı kitab: mart, 2000 - aprel, 2000 /bur. məsul R.Ə.Mehdiyev.- Bakı: Azərnəşr, 2009;

28. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar. İyirmi yeddinci kitab: aprel, 2000 - iyun, 2000 /bur. məsul R.Ə.Mehdiyev.- Bakı: Azərnəşr, 2009;

29. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar. İyirmi səkkizinci kitab: iyun, 2000 - iyul, 2000 /bur. məsul R.Ə.Mehdiyev.- Bakı: Azərnəşr, 2009;

30. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. İyirmi doqquzuncu kitab: iyul, 2000 - sentyabr, 2000 / H. Əliyev; bur. məsul R. Ə. Mehdiyev. - Bakı: Azərnəşr, 2009;

31. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. Otuzuncu kitab: sentyabr, 2000 - noyabr, 2000 / H. Əli-yev; bur. məsul R. Ə. Mehdiyev. - Bakı: Azərnəşr, 2010;

32. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. Otuz birinci kitab: noyabr, 2000 - yanvar, 2001 / H. Əli-yev; bur. məsul R. Ə. Mehdiyev. - Bakı: Azərnəşr, 2010;

33. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. Otuz ikinci kitab: yanvar, 2001 - mart, 2001 / H. Əliyev; bur. məsul R. Ə. Mehdiyev. - Bakı: Azərnəşr, 2010;

34. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. Otuz üçüncü kitab: mart, 2001 - aprel, 2001 / H. Əliyev; bur. məsul R. Ə. Mehdiyev. - Bakı: Azərnəşr, 2011;

359

Qaya Əliyev

35. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. Otuz dördüncü kitab: may, 2001 - iyun, 2001 / H. Əli-yev; bur. məsul R. Ə. Mehdiyev. - Bakı: Azərnəşr, 2011;

36. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. Otuz beşinci kitab: iyun, 2001 - avqust, 2001 / H. Əli-yev; bur. məsul R. Ə. Mehdiyev. - Bakı: Azərnəşr, 2011;

37. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. Otuz altıncı kitab: sentyabr, 2001 - noyabr, 2001 / H. Əliyev; bur. məsul R. Ə. Mehdiyev. - Bakı: Azərnəşr, 2011;

38. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. Otuz yeddinci kitab: noyabr, 2001 - mart, 2002 / H. Əli-yev; bur. məsul R. Ə. Mehdiyev. - Bakı: Azərnəşr, 2011;

39. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. Otuz səkkizinci kitab: mart, 2002 - may, 2002 / H. Əli-yev; bur. məsul R. Ə. Mehdiyev. - Bakı: Azərnəşr, 2011;

40. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. Otuz doqquzuncu kitab: iyun, 2002 - iyul, 2002. - Bakı: Azərnəşr, 2012;

41. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. Qırxıncı kitab: iyul, 2002 - sentyabr, 2002. - Bakı : Azər-nəşr, 2012;

42. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. Qırx birinci kitab: sentyabr, 2002 - oktyabr, 2002. - Bakı: Azərnəşr, 2012;

360

Bir bölüyün manifesti

43. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. Qırx ikinci kitab: oktyabr, 2002 - noyabr, 2002. - Bakı : Azərnəşr, 2012;

44. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. Qırx üçüncü kitab: noyabr, 2002 - fevral, 2003. - Bakı : Azərnəşr, 2013;

45. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. Qırx dördüncü kitab: fevral, 2003 - may, 2003. - Bakı : Azərnəşr, 2013;

46. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bə-yanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fər-manlar. Qırx beşinci kitab: may, 2003 - oktyabr, 2003. - Bakı : Azərnəşr, 2013;

47. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: qeydlər: Qırx altıncı kitab. - Bakı : Azərnəşr, 2013;

48. Əliyev Heydər Əlirza oğlu. Müdrik fikirlər. İyun 1993-1998 ok-tyabr; Heydər Əliyev Fondu; tərt. Regionların İnkişafı İB; Bi-rinci kitab.-B.:Çaşıoğlu, 2008;

49. R.Ə.Mehdiyev. Fəlsəfə. Dərs vəsaiti. Bakı, “Şərq-Qərb”, 2010, Rusca ikinci nəşrindən tərcümə;

50. Ə.M.Həsənov. Müasir beynəlxalq münasibətlər və Azərbay-canın xarici siyasəti. Dərslik - Bakı, “Azərbaycan” nəşriyyatı, 2005;

51. Beynəlxalq hüquq : dərslik / L. H. Hüseynov. - II nəşri. - Bakı : Hüquq ədəbiyyatı, 2002;

52. Yaqub Mahmudov, Kərim Şükürov. Qarabağ: Real tarix, fakt-lar, sənədlər. Bakı, “Təhsil”, 2005;

53. Yaqub Mahmudov. Azərbaycan: qısa dövlətçilik tarixi. Bakı, “Təhsil”, 2005;

54. Azərbaycan tarixi. Yeddi cilddə. I cild (Ən qədimdən - b.e. III əsri). Bakı. “Elm”. 2007;

361

Qaya Əliyev

55. Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III-XIII əsrin I rübü). Bakı. “ Elm”. 2007;

56. Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər). Bakı. “Elm”. 2007;

57. Azərbaycan tarixi. Yeddi cilddə. IV cild (XIX əsr). Bakı. ―Elm‖. 2007;

58. Azərbaycan tarixi. Yeddi cilddə. V cild (1900-1920-ci illər). Bakı. “Elm”. 2008;

59. Azərbaycan tarixi. Yeddi cilddə. VI cild (aprel 1920 - iyun 1941). Bakı. “Elm”. 2008;

60. Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı. “Elm”. 2008;

61. Şahhüseynova S. A. Etika: İncəsənət təmayüllü ali məktəb tələ-bələri üçün dərslik.- Bakı: 2009;

62. Sosiologiya (Dərslik). Bakı: “İqtisad Universiteti” nəşriyyatı, 2006;

63. Psixologiya, Ali pedaqoji məktəblərin bakalavr pilləsi tələbələ-ri üçün dərslik. Prof.S.İ.Seyidov və prof.M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə. Bakı-2007;

64. Pedaqoji fikir tarixində tərbiyə və təhsil (dərs vəsaiti)./ M.H.A-ğayev; el.red. R.L.Hüseynzadə; Bakı : “ ADPU “, 2011;

65. Qədim dünya mədəniyyəti: dərslik / İ.H.Hüseynov, N.T.Əfən-diyeva; elmi red. A. N. Abbasbəyli; ADMİU. - Bakı: Mars-Print NPF, 2009;

66. Cabbar Məmmədov: Diplomatik psixologiya (Siyasi, ideoloji və psixoloji diversiya və anti-diversiyaların metodları). Bakı, “Sabah” nəşriyyatı, 2001;

67. Qocatürk U. Atatürk. Bakı: Elm,1991;68. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezi-

dent Kitabxanası, Dağlıq Qarabağ Münaqişəsi, Bakı-2005;69. Azərbaycanın Milli Qəhrəmanları: Biblioqrafiya/ Tərtib edəni:

H.M.Həmidova.- B., 2008;70. Musa Bağırov. Sərkərdənin taleyi / red. T.Aydınoğlu.- B.: Hər-

bi, 1999;

362

Bir bölüyün manifesti

71. Mustafayev İ., Murtuzayev S., İmam Şamil, Bakı; Vətən, 1993;72. Nərimanov N. Ucqarlarda inqilabımızın tarixinə dair (İ.V.Sta-

linə məktub). Bakı: Azərnəşr, 1992;73. Tariximizdə iz qoyanlar/ R.Yılmaz ; tərc.: A.Mabudova, R.Səfi-

yev. - Bakı : Xəzər nəşriyyatı, 2008;74. Mir Cəlal. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005;75. M.Əlizadə. Hardan gəldik, hara gedirik...: Xatirə, müsahibə və

müxtəlif sənədlər – B.: Bakı Dövlət Universitetinin Nəşriyyatı, 1993;

76. A.Tahirli. Bütün türklərin tərcümanı. Bakı, «Ozan» nəşriyyatı, 2011;

77. Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. VI cild. Bakı, “Şərq-Qərb”, 2005;

78. Cəfər Cabbarlı. Əsərləri. Dörd cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005;

79. Cəfər Cabbarlı. Əsərləri. Dörd cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2005;

80. Cəfər Cabbarlı. Əsərləri. Dörd cilddə. III cild. Bakı, “Şərq-Qərb”, 2005;

81. Cəfər Cabbarlı. Əsərləri. Dörd cilddə. IV cild. Bakı, “Şərq-Qərb”, 2005;

82. Hüsеyn Cavid. Əsərləri. Bеş cilddə. I cild. Bakı, “Lidеr nəşriy-yat”, 2005;

83. Hüsеyn Cavid. Əsərləri. Bеş cilddə. II cild. Bakı, “Lidеr nəşriy-yat”, 2005;

84. Hüsеyn Cavid. Əsərləri. Bеş cilddə. III cild. Bakı, “Lidеr nəşriy-yat”, 2005;

85. Hüsеyn Cavid. Əsərləri. Bеş cilddə. IV cild. Bakı, “Lidеr nəş-riyyat”, 2005;

86. Hüsеyn Cavid. Əsərləri. Bеş cilddə. V cild. Bakı, “Lidеr nəşriy-yat”, 2005;

87. Miкayıl Müşfiq. Sеçilmiş əsərləri. Baкı, “Şərq-Qərb”, 2004;88. Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, “Şərq-

Qərb”, 2005;

363

Qaya Əliyev

89. Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2005;

90. Səməd Vurğun. Secilmiş əsərləri. Beş cilddə. III cild. Bakı, “Şərq-Qərb”, 2005;

91. Səməd Vurğun. Secilmiş əsərləri. Beş cilddə. IV cild. Bakı, “Şərq-Qərb”, 2005;

92. Səməd Vurğun. Secilmiş əsərləri. Beş cilddə. V cild. Bakı, “Şərq-Qərb”, 2005;

93. Məmməd Araz. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, “Lider nəşriyyat”, 2004;

94. Məmməd Araz. Seçilmiş əsərləri. İki cilddə. II cild. Bakı, “Lider nəşriyyat”, 2004;

95. Almas İldırım. Sеçilmiş əsərləri. Bakı, “Öndər nəşriyyat”, 2004;96. Bəxtiyar Vahabzadə. Seçilmiş əsərləri. İki cilddə. I cild (Şeirlər).

Bakı, “Öndər nəşriyyat”, 2004;97. Bəxtiyar Vahabzadə. Seçilmiş əsərləri. İki cilddə. II cild (Poe-

malar). Bakı, “Öndər nəşriyyat” 2004;98. Cabir Novruz. Seçilmiş əsərləri. Bakı: Lider, 2004;99. Hüseyn Tövfiqi. Böyük dinlərlə tanışlıq. – Bakı: Xəzər Univer-

sitəsi Nəşriyyatı, 2013;100. Azərbaycan dilinin izahlı lüğəti: 4 cilddə. SŞTUÜVYZ, IV cild

/Red. Ə. Orucov; Tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; AMEA Nəsimi adına Dilçilik İnstitutu. - B. : Şərq-Qərb, 2006;

101. M. William Phelps, Nathan Hale, The Life and Death of Ame-rica’s First Spy (New York: Thomas Dunne Books, St. Martin’s Press, 2008), as found in the Essex Journal, February 2, 1777, published in Newburyport, Massachusetts.

102. The Charter and Judgment of the Nürnberg Tribunal // The web site of United Nations, Office of Legal Affairs // http://legal.un.org/ola/ 103. Гейдар Гусейнов. Из истории общественной и философской

мысли в Азербайджане ХIХ века. Б., 1949;

364

Bir bölüyün manifesti

104. Этика: учеб. для студ. филос. фак. высш.учеб.заведений / Под ред. А.А.Гусейнова, Е.Л.Дубко. – М.:Гардарики,1999;

105. Cemal Kutay, Atatürk’ün Son Günleri. İstanbul. İklim yayın-cılık. 2006;

106. Atatürk’ün Söylev ve Demeçleri, Atatürk Araştırma Merkezi, C.I, Ankara, 1997;

107. Atatürk’ün Söylev ve Demeçleri, Atatürk Araştırma Merkezi, C.II, Ankara, 1997;

108. Atatürk’ün Söylev ve Demeçleri, Atatürk Araştırma Merkezi, C.III, Ankara, 1997;

109. Arı İNAN, Gazi Mustafa Kemal Atatürk’ün 1923 Eskişehir-İz-mit Konuşmaları, Ankara, 1982;

110. M.K.Atatürk, Zabit ve kumandan ile hasbihal, Ankara,1981;111. E. Ziya KARAL, Atatürk’ten Düşünceler, Ankara, 1981.

Dövri mətbuat

1. “Azərbaycan” qəzeti;2. “Xalq qəzeti”;3. “Azərbaycan Ordusu” qəzeti;4. “Hərbi bilik” jurnalı;5. “Azimut” Bülleteni.

İnternet resursları

1. Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı http:// www.president.az/

2. Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytı http:// www.qafqazislam.com/

3. Azərbaycan haqqında Heydər Əliyev Fondu tərəfindən yara-dılmış informasiya portalı // http://azerbaijan.az/

365

Qaya Əliyev

4. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi saytı http://www.mfa.gov.az/

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı http://www.mod.gov.az/

6. Trend İnformasiya Agentliyi // http://www.trend.az7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Normativ

hüquqi aktların vahid internet elektron bazası // http://www.e-qanun.az8. The web site of United Nations, Office of Legal Affairs // http://legal.un.org

366

Bir bölüyün manifesti

367

Qaya Əliyev

368

Bir bölüyün manifesti

Hörmətli oxucular!

Müəllifin mövzu üzrə və ədəbi-bədii yaradıcılıq sahəsində ilk qələm təcrübəsi olan “Bir bölüyün manifesti” sənədli oçerki heç şübhəsiz ki, müəyyən qüsur və çatışmazlıqlardan da xali deyildir. Bu baxımdan, müəllif əsər barədə deyiləcək haqlı iradları məmnuniyyətlə qəbul edir və həmin oxuculara qabaqcadan öz minnətdarlığını bildirir. Eyni zamanda, hər bir oxucunun əsərlə bağlı ürək sözlərinin, irad və təkliflərinin, rəy və mülahizələrinin bizim üçün kifayət qədər mühüm əhəmiyyət və maraq kəsb etdiyini nəzərə alaraq, müəlliflə birbaşa əlaqə saxlamaq üçün aşağıdakı vasitələri təqdim edirik:

Tel / WhatsApp: (055) 385 3852

E-mail: [email protected] [email protected]

Facebook: facebook.com/gayaaliyevTwitter: twitter.com/Gaya_Aliyev

Blog: www.qaliyev.blogspot.com

369

Qaya Əliyev

Mündəricat

Ülvi məram .............................................................................................. 6Ön söz ....................................................................................................... 8Giriş ........................................................................................................... 32Yasamal taborunun II bölüyünün hərbi-psixoloji xarakteristikası .. 55İgid komandir .......................................................................................... 72Onun hünər yolu ..................................................................................... 78Rəşadət rəmzi .......................................................................................... 84Xalq qəhrəmanı “Mincivanlı Balta Famil ............................................ 87Ağsu dolaylarından barıt qoxulu Qarabağ yollarına ........................ 91Əfqanıstan müharibəsindən Qarabağın müdafiəsinə ....................... 97Cəsur kəşfiyyat komandiri..................................................................... 102İgid odur, atdan düşə atlana ................................................................. 106Vətən yanğısı ........................................................................................... 108Qarabağ nisgili ........................................................................................ 112Müsəlləh əsgər ......................................................................................... 116Vətən fədaisi ............................................................................................ 119Şirvandan Qarabağa, hünər yolu .......................................................... 122Qisas qiyamətə qalmaz!.......................................................................... 126Əmək hünərindən döyüş rəşadətinə .................................................... 129Ana vətən çağırır ..................................................................................... 133Vətən naminə ........................................................................................... 136Xatirələrdə yaşayan Qarabağ ................................................................ 139Vətən mənə oğul desə ............................................................................ 143Yaralı qartal .............................................................................................. 147Vətən sipəri oğul ..................................................................................... 151Candan öncə Vətəndir!.... ....................................................................... 155Vətən eşqi ................................................................................................. 160Vətən taleyi – ömür yolu ........................................................................ 164Vətən fədaisi, Haqq aşiqi ....................................................................... 169Vətən harayı ............................................................................................. 174Cəsur kəşfiyyatçı ..................................................................................... 178

370

Bir bölüyün manifesti

Zəfərin zəfər yolu .................................................................................... 182İşdə halal zəhmətilə, döyüşlərdə mətanətilə ucalan oğul ................. 187Vətən üçün yaşamaq ............................................................................... 193Vətənə bağlı ömür ................................................................................... 199Vətən, sənə canım fəda! .......................................................................... 202Hər şey Vətən üçün! ............................................................................... 206Torpağa düşdüm, bu gənc yaşımda.. ................................................... 211 Vətən sevgisi yaşa baxmır ...................................................................... 215Qəhrəmanlar yetişdirən qəhrəman ...................................................... 221Vətənə hədiyyə ........................................................................................ 231Sonunu düşünən qəhrəman olmaz! ..................................................... 236Şəhidlik məktəbi ...................................................................................... 242Ana torpağın müştağı oğul .................................................................... 252Vətən borcu .............................................................................................. 259Bu vətən kimindir?.................................................................................. 266İgid ölər adı, qalar ................................................................................... 273Vətənpərvərlik mücəssəməsi ................................................................ 279“Vətən yaraları”....................................................................................... 286Veteran rabitəçi ........................................................................................ 293Yasamal taborunun şəhidləri ................................................................. 301Vaqifin, Bülbülün yurdu ........................................................................ 302Torpağı vətən edən oğullar.... .............................................................. 303Yasamal taborunun II bölüyünün şəhidləri ........................................ 310Şəhid sərkərdə ......................................................................................... 312Son söz əvəzi ............................................................................................ 332Əlavələr .................................................................................................... 351 Yasamal taborunun II bölüyünün kitabda haqqında bəhs olunmuş döyüşçüləri ..................................................................... 352Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı .............................. 354İstifadə olunmuş ədəbiyyat ................................................................... 355

«Elm və təhsil» nəşriyyatının direktoru:professor Nadir Məmmədli

Dizayn: Zahid Məmmədov

Texniki redaktor: Günay Əmirova

Çapa imzalanmış 22.12.2014Şərti çap vərəqi 23.25. Sifariş № 214Kağız formatı 60x84 1/16. Tiraj 500

Kitab «Elm və təhsil» nəşriyyat-poliqrafiyamüəssisəsində çap olunmuşdur.E-mail: [email protected]

Tel: 497-16-32; 050-311-41-89Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.