web viewnə sən, nə mən! biz ər oğlu ərləriz, gücdə, saldırışda həp bərabəriz....

101
SƏYAVUŞ Faciə - 5 pərdə Yazılmışdır: 1932 İlk nəşri: 1934 İlk səhnə quruluşu: 1934 Şərqin böyük dahilərindən Firdovsinin min illiyinə ithaf ƏŞXAS Keykavus — Kəyan tacdarı, bir qədər ixtiyar. Südabə — Suriya kralının qızı, Keykavus hərəmi. Rübabə — Südabənin süd anası, ağ saçlı. Səyavuş — Keykavus oğlu, əvvəlki hərəmindən, çox gənc. Rüstəm — məşhur pəhləvan, Zal oğlu. Vəzir Münəccim Münəccimbaşı Tus Bəhram Yavərlər Əfrasiyab — Türk xaqanı, ortayaşlı. Gərşivəz — onun qardaşı. Firəngiz — Əfrasiyab qızı. Piran — Divanbəyi, ixtiyar. Tosun — Gərşivəzin yavəri. Çin elçisi, rəqqasə, Kosa lələ, pişxidmət, cariyələr, cəngavərlər, köylülər və sairə... Vali, müşavir, Altay, Yalçın, təzə gəlin... nədimələr, saray qızları, yavərlər, əsgərlər və üsyançılar... BAŞLANĞIC Zabilistanda təlim meydanı. Səhər erkən... Coşğun musiqi. Sadə qiyafəli, qumral saçlı Səyavuş bir köy dəliqanlısilə qılınc təlimi yaparaq vuruşur. Bir yanda Zal oğlu Rüstəmlə başqa cəngavərlər, bir yanda səmimi çöhrəli, ağsaçlı bir qadınla köylü qızlar da dəliqanlılara tamaşa edirlər. Səyavuş arxadaşına üstün gəlir. Ümumi alqış... Rüstəm Afərin, Səyavuş! Köylülər Yaşa, min yaşa! Səyavuş Ər gərək ər meydanında çarpışa.

Upload: vudiep

Post on 07-Feb-2018

236 views

Category:

Documents


5 download

TRANSCRIPT

Page 1: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

SƏYAVUŞ 

Faciə - 5 pərdə Yazılmışdır: 1932 İlk nəşri: 1934 İlk səhnə quruluşu: 1934 

Şərqin böyük dahilərindən Firdovsinin min illiyinə ithaf 

ƏŞXAS 

Keykavus — Kəyan tacdarı, bir qədər ixtiyar. Südabə — Suriya kralının qızı, Keykavus hərəmi. Rübabə — Südabənin süd anası, ağ saçlı. Səyavuş — Keykavus oğlu, əvvəlki hərəmindən, çox gənc. Rüstəm — məşhur pəhləvan, Zal oğlu. Vəzir Münəccim Münəccimbaşı Tus Bəhram Yavərlər Əfrasiyab — Türk xaqanı, ortayaşlı. Gərşivəz — onun qardaşı. Firəngiz — Əfrasiyab qızı. Piran — Divanbəyi, ixtiyar. Tosun — Gərşivəzin yavəri. 

Çin elçisi, rəqqasə, Kosa lələ, pişxidmət, cariyələr, cəngavərlər, köylülər və sairə... Vali, müşavir, Altay, Yalçın, təzə gəlin... nədimələr, saray qızları, yavərlər, əsgərlər və üsyançılar... 

BAŞLANĞIC 

Zabilistanda təlim meydanı. Səhər erkən... Coşğun musiqi. Sadə qiyafəli, qumral saçlı Səyavuş bir köy dəliqanlısilə qılınc təlimi yaparaq vuruşur. Bir yanda Zal oğlu Rüstəmlə başqa cəngavərlər, bir yanda səmimi çöhrəli, ağsaçlı bir qadınla köylü qızlar da dəliqanlılara tamaşa edirlər. Səyavuş arxadaşına üstün gəlir. 

Ümumi alqış... 

Rüstəm 

Afərin, Səyavuş! 

Köylülər 

Yaşa, min yaşa! 

Səyavuş 

Ər gərək ər meydanında çarpışa. 

Rüstəm 

Kim istərsə, gəlsin! 

İkinci dəliqanlı 

Mənimdir sıra. 

Səyavuş 

Page 2: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Sən də gəl, ər istər mənə saldıra. 

Qılınclar parlar, vuruşurlar. Səyavuş üstün gəlir. Alqış... 

Köylülər 

Yaşa! 

Səyavuş 

Kim gəlirsə gəlsin, çəkinməm. 

Rüstəm 

Yalnız eşdir ona Zal oğlu Rüstəm. 

Səyavuş 

Mən səndən öyrəndim qəhrəmanlığı. Yenilsəm də yoxdur peşimanlığı. 

Rüstəm 

Durmayın, çalın da gurlasın davul. 

Səyavuş 

Aydın olsun kimdir qəhrəman oğul. 

(Çarpışırlar, heç biri yenilməz.) 

Rüstəm 

Nə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. 

Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar. 

Bəhram 

Kimdir onlar? İştə önlərində Tus! 

Rüstəm 

Bəlli, göndərmişdir onu Keykavus. 

Tus bir bölük cəngavərlə gəlir, təmənna edir. 

Hamı 

Salam Zal oğluna Kəyan şahından. 

Tus 

Salam Səyavuşa!.. Al, iştə fərman! 

(Bir məktub verir). 

Bu gündən ətmalı köy mühitini, Möhtəşəm saraylar bəkləyir səni! 

Səyavuş 

(məktubu gözdən keçirir, Rüstəmə) 

Page 3: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Azadə dirliyə alışdım artıq. Ağır gəlməzmi ya mənə ayrılıq? 

Rüstəm 

Madam ki, əmr etmiş bizə şah baban, Çıxmalıyıq yola günəş doğmadan. 

Səyavuş 

(ağsaçlı, köylü qadına yaxlaşır, əlini öpür) 

Sağlıqda, ey böyük, möhtərəm ana! Sən anadan daha yaxınsan mana! 

Qadın 

(onun alnından öpərək) 

Quzum! Er-gec parlar adın cahanda, Diz çökərlər sənə qarşı hər yanda, Zalimlə məzlumu, saqın, bir tutma, Yediyin ətməyi, duzu unutma! Hər ölkəyə varsan, bizi anarsan, Nasırlı əllərə acır, yanarsan. 

(Dərindən ah çəkərək.) 

Şən saraylar məğrur etməsin səni, Düşün daim yoxsulların dərdini. Uyma evlər yıxan kinli şahlara, Acı köküsləri yaxan ahlara! (səsini yüksəldərək) Biz səni bəslədik, çalış, adil ol! Haydı, yavrum, şanlı yol, uğurlu yol! 

Coşğun musiqi... Uzaqlaşırlar. 

Rüstəm 

Şanlı yol, uğurlu yol! 

Köylülər 

Şanlı yol, uğurlu yol! 

(Deyə onların izilə gedərlər.) 

PƏRDƏ 

BİRİNCİ PƏRDƏ 

I SƏHNƏ 

Keykavus sarayında son dərəcə parlaq bir salon... Bağçaya baxan əlvan camlı, ipək pərdəli böyük pəncərələr... Coşğun musiqi ətrafı çınladır. Gənc, əsmər, cazibəli, möhtəris baxışlı Südabə kölələr omuzuna yüklənmiş taxt-rəvan üzərində iki cariyə ilə bərabər gəlir. Açıq pəncərədən dışarıdakı ziyafəti seyr edər. Palabıyıq bir pişxidmət qapı önündə ayaqda durub baxır. 

Birinci cariyə 

Page 4: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

(gənc... bağçanı göstərir) 

Nə parlaq ziyafət, nə şanlı bayram! Keykavus sarayı rəqs edir tamam. İkinci cariyə 

(daha gənc) 

Nazlı məlikəmiz Südabə, əfsus, Hər sevincə qarşı kədərli, məyus. 

Südabə 

Page 5: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Nəşədən bayılsa bütün kainat, Sevda buludları gülərmi? Heyhat! 

Birinci cariyə 

İştə, qədəhlər doldu. 

İkinci cariyə 

Yenə meylər sonuldu. 

Musiqi. 

Südabə 

Səyavuşun sağlığına içdilər. O həm gənc və gözəl, həm də cəngavər. 

Birinci cariyə 

Əvət, çeviklikdə bənzər qaplana. 

İkinci cariyə 

Qəhrəmandır, üstün gəlir aslana. 

Südabə 

Gücsüz tanrıdansa güclü qəhrəman Səcdəyə, hörmətə layiq hər zaman. 

Birinci cariyə 

Baxsana! Səyavuş gəliyor sana. 

Südabə 

Siz çəkilin! 

(Pişxidməti göstərir). 

O da getsin bir yana. 

Hər üçü gedir. Qumral saçlı, başı açıq Səyavuş gəlir. Lirik musiqi. 

Səyavuş 

Südabə! 

Südabə 

Səyavuş! 

Səyavuş 

Şah babam məni Göndərdi ki, dəvət eyləyim səni. 

Südabə 

Söylə, maraqlımı saray həyatı? 

Səyavuş 

Page 6: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Maraqlı olsa da, köy xatıratı Könlümü daima cəzb edib durur. 

Südabə 

Səncə o yaşayış daha xoşmudur? 

Səyavuş 

Çocuqluqdan bəri alışdım köyə, Zal oğlu Rüstəmdən aldım tərbiyə. Dağlarda yaşadım, ceyran ovladım, Böylə şənliklərə mənus olmadım. 

Südabə 

(onun əllərini yaxalar) 

Könül, sən söylədikcə, Anar əski çağları. Canlandı gözlərimdə Həp Suriya dağları. 

Səyavuş 

(getmək istər) 

Babam səni bəkliyor. 

Südabə 

Bəkləsin, istəməm, dur! Orda bütün gözlər səni süzərkən, Qısqanmağa başlayıram mən həmən. Qəlbim çırpınıyor dodaqlarımda, 

Gəl, öpəyim səni... 

(Öpərək başını onun köksünə dayar). 

Məni bağışla! 

Səyavuş 

Anam ölmüşsə də, bu gün sən mənə İkinci anasan, isindim sənə. 

Südabə 

Deyil ana, sən yalnız Mənə Südabə söylə! Unutma, bir yaşdayız, Eş kimiyiz səninlə. 

(Bir daha öpmək istər). 

Səyavuş 

(geri çəkilir) 

Burax!.. 

Südabə 

Page 7: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Çəkinmə, ah, dur! 

Səyavuş 

Mən gedəyim. 

(Gedir). 

Südabə 

Nə məğrur! 

Pusquda duran pişxidmət son mənzərəni görür, çəkilir. 

Rübabə 

(gəlir, təlaş ilə) 

Nədir gözlərində coşan fırtına? 

Südabə 

Dərdim böyük, sorma, Rübabə, sorma! 

Rübabə 

Sən Suriya kralının yavrusu, Yaraşmayır bu hal sənə doğrusu. 

Südabə 

Nə söyləyim, gəlməz dilə, Məni üzən fırtınalar. Gəncliyimi gülə-gülə Xırpalayan bir kabus var. Könlümdəki atəşləri Parlatamaz sönük yanğın. Çəlik qollar istərəm ki, Məni didsin, parçalasın. 

Rübabə 

Söylə, hər nə dərdin olsa aç mənə, Süd anası deyilmiyəm mən sənə?! 

Südabə 

Qoymadı Səyavuş artıq məndə can. 

Rübabə 

Keykavus duyarsa çıldırar, inan! 

Südabə 

Əgər bütün saray yanıb tutuşsa, Vaz keçəməm onun eşqindən əsla! 

Musiqi 

Rübabə 

Page 8: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Çocuqluq yetişir, topla kəndini! 

Südabə 

Ah, bu sönük tale məhv edir məni. Könlümü zorlayır sevmədiklərim, Sevdiyimdən bilməm nələr bəklərim!? 

(Salonu tərk etmək istər). 

Keykavus 

(qarşı gələrək) 

Neçin Səyavuşu qırdın, gəlmədin? 

Südabə 

Rahatsız kimiyəm... 

Keykavus 

(onun gözlərini süzərək) 

Nə olmuş, neçin O şən yıldızları öpər buludlar? Bilirsən ki, sənsiz nəşələr susar. Nerdə rəqqasələr? Gəlsin, oynasın! Nəşə dalğaları coşub qaynasın. 

Pişxidmət digər salona işarə eylər, rəngarəng tüllərə bürünmüş rəqqasələr əllərində birər gül gəlir. Südabənin ayaqlarına ataraq oynarlar. Sonra bir qismi ona qarşı pərəstişkar bir ahəng ilə şərqi söyləyərək rəqsə davam edir. Sonra yenə sözsüz olaraq oynayır və bayğınca bir işvə ilə çəkilirlər. Bu sırada pişxidmət bir məktub gətirir, vəzirə verir. 

Keykavus Nə yazmış? Vəzir 

Türk ordusu, Keçmiş bizim hüdudu. Atılaraq iləri, Talamışlar köyləri. 

Keykavus 

(Sarsılaraq qalxıb oturur). 

İranda Rüstəm kimi Pəhləvanlar dururkən, Nə cürətdir bilməm ki, Oh, bu azğınlıq nədən!? 

Rüstəm 

Xeyr, şahim, aldırma, Yersizdir bu iztirab. Rüstəm dursun, onlara Səyavuş verər cavab. 

Tus 

Səyavuş var olsun, bəla görməsin, 

Page 9: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Sayğısız düşmənə aman verməsin. 

Birinci cəngavər 

Səyavuş bu yurdun fəxri, şanıdır. 

İkinci cəngavər 

Kəyanın sarsılmaz qəhrəmanıdır. 

Səyavuş 

Yurdumuzu çeynəyən Sayğısız hər kim olsa. İnan ki, çox sürmədən, Diz çökəcək qarşıda. Bizdə dəmir biləklər, Çəlik qollar az deyil. Saldırıcı hünərlər Mərd oğullar az deyil. 

Keykavus 

(qızğın bir tövr ilə qalxaraq) 

Yox kimsədən qorxumuz, Hazır olsun ordumuz. Həp parlasın qılınclar, Görülsün kimdə güc var. 

Münəccim 

(gəlir, sola doğru yürür, pişxidmətə) 

Gözlərin həp parıldar, Yoxsa bir xəbərmi var? 

Pişxidmət 

Var yeni bir sevişmə. 

Münəccim 

Nasıl, anlat, kim-kimə? 

Pişxidmət 

Südabəni gördüm mən Səyavuşu öpərkən. 

Keykavus 

Türk ordusu Keçmiş bizim hüdudu. Atılaraq iləri, Talamışlar köyləri. 

Münəccim 

Şahim! Burax təlaşı! Qulun — münəccimbaşı Yıldızları süzərkən 

Page 10: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Keçən gecə duydum mən, Bu səfərdə ən parlaq Zəfər bizimdir ancaq. 

Südabə 

Təkbaşına Zal oğlu Üstün gələr onlara. 

Keykavus 

Ya Səyavuş? 

Südabə 

Xeyr, o, Getməsin bu qovğaya. 

Keykavus 

Neçin? 

Südabə 

Çünki əqrəba. Dönüklük etməzmi ya? Anasıdır turanlı... 

Keykavus 

(əlini köksünə vuraraq) 

Babası da iranlı. Cahan xain çıxsa da, Çıxmaz Səyavuş əsla! 

(Sağ tərəfdən çıxır). 

Münəccim 

(pişxidmətə) 

Südabəni gördün sən Səyavuşu öpərkən? Gözdən qaçırma, diqqət! 

(Bir kisəcik para atar). 

Al iştə, sus! 

(Gedir). 

Pişxidmət 

İtaət! 

(altunları ovucunda oynadaraq, şən qəhqəhə ilə) 

Altun, altun!.. O hər dərdin dərmanı, Altun pəncəsindən qurtulan hanı? Çalış cibin dolsun, cahan sənindir, Ad şahın olsa da, fərman sənindir. 

(Kisəni öpərək.) 

Page 11: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

İştə Yəzdani-pak, iştə Əhrimən! Həp budur ağladan, budur güldürən!.. Bu göstərir divi mələkdən incə, Gündüz bunsuz olar qaranlıq gecə. 

Birinci cariyə 

(Təlaş ilə gəlir). 

Ah, fəlakət!.. 

Pişxidmət 

Nə var, nə olmuş sana? 

Birinci cariyə 

Şahın çılğınlığı varmışdır sona. Südabə getdi də, o fürsət buldu, 

Həmən bizim odamıza soxuldu. Pəncəsində qaldı kiçik cariyə, Qızcığazı sürükləyir heçliyə. 

Pişxidmət 

(alayçı gülüşlə) 

Yox, canım, şahımız öylə səfilmi? 

(qolundan tutaraq) 

Sarsaq! Bütün qızlar onun deyilmi? 

Birinci cariyə 

(geri çəkilir, kinli) 

Yerə batsın tacı, gülməsin üzü! 

(İç qapıya baxar) 

İştə o! parlayır canavar gözü, Qurtar məni, aman, gəldi... 

Pişxidmət (Yan pərdəni göstərir) Gir, saxlan! 

(Gizlənir). 

Kim vaz keçər sənin kimi maraldan? 

Keykavus 

(Sərxoş addımlarla ikinci cariyəni izləyərək gəlir). 

Getmə, dur, qaçma, gəl! 

(pişxidmətə) 

Saqın, buraxma! 

Page 12: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Pişxidmət 

(qızın önünə keçib yaxalar) 

Şaşırma! 

Keykavus 

Bax, böylə! 

İkinci cariyə 

(şaha qarşı diz çökərək) 

Qüsura baxma! Bir çocuğam, hənuz yetişmədim mən... Keykavus 

Könül həp zövq alır tazə qönçədən. Unutma ki, hər gün nazlı bir sona, Yavru bir göyərçin qismətdir mana. 

(Qolları arasına alır). 

İkinci cariyə 

(əlində çırpınır) 

İstəməm, istəməm, öldürün məni, Lakin toxunmayın! 

Keykavus 

Yaxşı, gəl, səni İncitməm, sevərək öpüb oxşaram. 

İkinci cariyə 

İstəməm... 

Keykavus 

Sözümdən çıxsan, doğraram. 

(İçəriyə doğru sürüklər) 

Pişxidmət 

(soyuq gülüşlə) 

Gözəl töhfə! Budur nəsibin ancaq! Qurtuluş yox sənə... 

Birinci cariyə 

(pərdə arxasından çıxır, Keykavusun getdiyi tərəfə) 

Şərəfsiz, alçaq! 

Pişxidmət 

Ağzını yum, bu söz çəkilməz artıq, Şaha qarşı nədir bu sayğısızlıq!? 

Page 13: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Birinci cariyə 

Yetər, o həris bir canavar kibi Hər gün parçalayıb durur bir qəlbi. Beş gün əvvəl, ah! O qanlı hökmdar Mənimlə də etdi bu dürlü rəftar. İsmətimi aldı ayaq altına, Yalvardım, çıxmadı səsim bir yana. 

Pişxidmət 

Qurtuluş yolu yox deyildir sənə. 

Birinci cariyə 

Söylə, hankı yoldur o, göstər mənə! 

Pişxidmət 

(mənasız gülüşlə) 

Şah keyfini sürdü, bu gündən sonra 

(əli köksündə) 

Onun kölgəsinə gəlmişdir sıra. 

Birinci cariyə 

Anlamadım... 

Pişxidmət 

Ondan artan yosmalar, Mənim yatağımda nəşəyə dalar. Fəqət çox sürmədən keçər fırtına, O qız varır şanlı bir komandana. 

Birinci cariyə 

(fəna halda sarsılır) 

Yetər, sus, yetər, ah, duyğusuz kölgə! Mən istəməm ləkə üstündən ləkə. 

(Getmək istər). 

Pişxidmət 

Getmə, dur! 

Birinci cariyə 

Toxunma, yetər, rəzalət! Göylərəmi uçdu haq və ədalət? 

Bu sırada Səyavuş belində qılınc, başında yarımtac olaraq onları görüncə heyrətlə dinlər. 

Pişxidmət 

Page 14: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

(qıza yaxlaşır) 

Haq və ədalətmi?!.. O bir quş olsa, Şahın sarayında yapamaz yuva. 

(alayçı qəhqəhə ilə) 

Haq və ədalət!.. Nə gülünc əfsanə! Bu lafdan xoşlanır ancaq divanə. Çocuqluq yetişir, gəl bu axşam da, Vaxtını xoş keçir mənim odamda. 

(Qızın qolundan tutaraq) 

Unutma ki, sənin kimi yüzlərcə, İsmətlər pozulur burda hər gecə. 

Birinci cariyə 

Burax, demək sən də Keykavus kibi, Heçliyəmi gömdün vicdanı, qəlbi? 

Pişxidmət 

Söylənmə, gəl bəri! 

Birinci cariyə 

(geri çəkilir) 

Yetər quduzluq. 

Pişxidmət 

(qucaqlar) 

Sən bir oyuncaqsan, mən də bir çocuq. 

Səyavuş 

(sərt və kinli) 

O bir quzu, sən bir quduz canavar. 

(Hər biri şaşqın addımlarla bir tərəfə gedir). 

Ah, nə qədər çirkin, vəhşi duyğular!.. Heç yalan deyilmiş anamın sözü, Başqa imiş sarayların iç üzü. O da bu çirkablar içində sönmüş, Gənc yaşında ömrü sərabə dönmüş. Sarmış da hər yanı bayquşlar səsi, İştə gülünc faciələr səhnəsi! 

Südabə 

(gəlir. Darğın baxışla ona yanaşır) 

Səyavuş! Səyavuş! Küskünəm sana. 

Səyavuş 

Kəyan şahı nerdə? Sözüm var ona. 

Page 15: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Südabə 

Nə söz? 

Səyavuş 

Hərbə aid.. 

Südabə 

Şaşırdınmı sən? Neçin qovğa sözü düşməz dilindən? Cəlladmısan, səndə könül yoxmudur? 

Səyavuş 

Məndəmi? 

Südabə 

Öylə ya... 

Səyavuş 

Neçin? Südabə 

(əli köksündə) 

Aman, dur! Səbr edəməm qovğa sözü gəlincə. 

Səyavuş 

Uca ruhlu ana, qəlbin nə incə! 

Südabə 

Bir yaşdayıq, insaf edib baxsana, Ana deyil, yalnız vurğunam sana. 

(birdən-birə sarılır) 

Səyavuş 

(şaşqın bir halda geri çəkilir) 

Sən xəstəsən... 

Südabə 

Söylə, təbibim hanı? 

Səyavuş 

Səndə vardır azğın bir əqrəb qanı, Ehtiras alovu yaxmasın səni. 

Südabə Söndür o atəşi, sevindir məni! Yoxsa... o atəşdə özün yanarsan, Məhv olurkən bu xoş günü anarsan. 

Səyavuş 

Page 16: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Ölümdən qorxmayır Keykavus oğlu, Xəyanət ləkəsi daha qorxulu!.. 

Südabə 

(diz çökərək) 

Bir busə ver mənə. 

Səyavuş 

(qolundan tutub qaldırır) 

Yetər bu zillət! 

Südabə 

Sənin, həp varlığım sənin... 

Səyavuş 

Rəzalət! 

Südabə 

Gözəlliyə qarşı kordur gözlərin. Bax, eyi bax!.. (sinəsini açar) 

Səyavuş 

Əvət, gözəl hər yerin, Lakin, əfsus, mənim gözümdə çirkin!.. 

Südabə 

Təhqir etsən belə buraxmam səni. 

(sarılır) 

Səyavuş 

(itələyir) 

Çəkil, ehtirasın qara yelkəni! Sən nəsən? Bir heç, bir şərəf xırsızı, Vəhşi Suriyanın uğursuz qızı! 

Pişxidmət bu lövhəni görür, çəkilir. 

Südabə 

(incə ipək köynəyini yırtıb paralar, köksü tamamilə dışarı çıxar) 

Gözəlliyə qarşı kordur gözlərin. 

(çılğınca bir ahəng ilə bağırır) 

Sən xainsən, əvət, duyğusuz xain! Ax, yetişin, məni məhv etdi xain! 

Page 17: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Keykavus 

(səsə çıxır) 

Kimdir xain? 

Südabə 

Oğlun! 

Keykavus 

Nə kirli təhqir! 

Südabə 

“Babam nerdə?”-deyə gəlib söz atdı, Mənə xəyanət əlini uzatdı. Bax, iştə köynəyim!.. 

Keykavus 

Əvət, bəllidir. 

Südabə 

Bu çirkin ləkədən xilas et məni! 

(Hönkürtü ilə ağlayaraq pərdə arxasına keçir). 

Keykavus 

(səsə gələn pişxidmətə) 

Çağır münəccimi! 

Səyavuş! Səni Yolundan sapdıran hankı duyğudur? 

Səyavuş 

Oğlun nə sapqındır, nə də suçludur. 

Keykavus 

Bir həqiqət yoxmu bu sözdə? 

Səyavuş 

Əsla! Ləkəm varsa təmizlərim qanımla. 

Münəccim 

Nə olmuş? 

Pişxidmət 

Südabə etdi iftira. 

Münəccim 

Şahim! Əmr ediniz! 

Page 18: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Keykavus Var bir macəra, Acı bir sirr!.. Onu kəşf et sən bizə! 

Münəccim 

(qafasını sallayaraq) 

Təlaş verir gözəl bir qadın sizə. 

Keykavus 

Səyavuş nasıldır, o suçsuzmu, ya? 

Münəccim 

Yox bir düşüncəsi qovğadan başqa. 

Keykavus 

Çarə bul, seçilsin doğru əyridən. 

Münəccim 

Əmr ediniz atəş yaxılsın həmən; Keçsinlər üstündən, diqqət eyləriz, Yanan suçlu olar, yanmayan təmiz. 

Keykavus 

Yanan suçlu olar, yanmayan təmiz. 

(qızğın) 

Atəş, atəş!.. Çapuq atəş yaxılsın! 

PƏRDƏ 

II SƏHNƏ 

Atəş ətrafında oxuyaraq Zərdüşt ayini icra edirlər. 

Möbidlər 

Əmr etmiş yaradan, Bir sınaqdır iştə! Günahsız bir insan Yanmaz bu atəşdə. 

Qızlar rəqs edirlər. 

Keykavus 

Nerdədir məlikə? 

Birinci cariyə 

O imdi bayğın!.. 

Keykavus 

Bayılsa ayılsın, ölsə dirilsin! 

Page 19: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Cariyə gedir. 

Münəccim 

İştə, atəş! 

Keykavus 

Burax Südabə gəlsin. 

Möbidlər 

Müqəddəs alovdan Keçənlər qurtular. Əyri yollar gedən Həp yanar, kül olar. 

Qızlar təkrar edirlər. Münəccim Səyavuşun tacını və qılıncını alır və uzun bir köynək geyindirir. Südabə saçları dağınıq, bənizi uçmuş olduğu halda cariyələri ilə gəlir. 

Keykavus 

Yaxın gəl! 

Südabə 

Əmriniz? 

Keykavus 

Girin atəşə! 

Səyavuş 

Mən hazıram. 

Südabə 

Yazıqdır Səyavuşə. 

Keykavus 

Öncə sən girərsən. 

Südabə 

Bu xoşdur mana, Könlümdə yanğın var, başda fırtına. 

(acı gülüşlə) 

Təsir edərmi heç atəş atəşə? Vuruldum yanaraq mən Səyavuşə... 

Keykavus 

(əl çalaraq) 

Cəllad!.. 

(Südabəni kinli baxışla süzərək) 

Page 20: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Nə sayğısız, nə düşgün qadın. 

(İki təbərdar ilə cəllad gəlir). 

Alın bu azğını, həmən asılsın! Hər kəs ibrət alsın cənazəsindən. 

Südabə (acı və şaqraq qəhqəhə ilə) Nə dəhşətli qərar!?. Gözəl düşünsən, Sevgisiz yaşayan canlı bir məzar! Sevərkən ölənlər daha bəxtiyar. 

(İki-üç addım uzaqlaşaraq dönər). 

Səyavuş, Səyavuş! Sənin bir busən Dəyərlidir Kəyan tacından... 

Səyavuş 

Ah, sən!.. 

Südabə 

Əlvida, əlvida... eşsiz qəhrəman! 

Gedirlər. 

Keykavus 

Oh, ipəkli ilan, sevimli qaplan! 

Səyavuş 

Lütf ediniz! 

Keykavus 

Söylə! 

Səyavuş 

Neçin asılsın? 

Keykavus 

Ya nə olsun? 

Səyavuş 

Məhbəslərə atılsın. Bəlkə Yəzdani-pak edər mərhəmət, Tutduğundan peşiman olur... 

Vəzir 

Əvət, Oğlunuz heç yanılmayır, əfəndim! Bu gözəl tədbiri mən də bəyəndim. 

Keykavus 

Xayır, bu mümkünmü? 

Page 21: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Vəzir 

Neçin olmasın? 

Keykavus 

Neçinmi? Neçinmi? İştə, o sapğın Çirkin bir ləkədir Kəyan tacına. 

Səyavuş Şaşırmış qadındır, acıyın ona! Vəzir 

Baş hərəmdir, əvət, edam etsəniz, Müztərib olacaq bundan ölkəmiz. 

Keykavus 

Get, söylə, o vəhşi dağlar pərisi, Duymamalı artıq bir insan səsi. 

Rüstəm 

Şah sağ olsun, iştə ordumuz hazır, Bütün qəhrəmanlar əmrə muntazır. 

Keykavus 

(münəccimlər çıxırlar, oğluna) 

Səyavuş! Qalmadı bir şübhəm sana, Vuruldum səndəki parlaq vicdana. Bir ləkə var bəlkə ayda, günəşdə, İncə bir iz belə yox Səyavuşdə. Əvət, südün təmiz, açıqdır alnın, Sapdıramaz səni hər oynaq qadın. Haydı, yavrum! Gözü yollarda ordun, Get, zəfər tanrısı yardımçın olsun! 

Keykavus əli ilə işarə edir, Rüstəm, Səyavuş, Tus, Bəhram və cəngavərlər gedir. 

PƏRDƏ 

İKİNCİ PƏRDƏ 

I SƏHNƏ 

Yaxında bir köy, uzaqda Bəlx qələsi görünür, səhnədə İran köylüləri daş, çamur daşıyaraq yeni qələ yapmaqla məşğuldur. İçlərində qız və qadınlar da çalışır. Ətrafda iki çadır qurulmuş. Pərdə musiqi ilə açılır. İki zəbtiyyə məmuru ağır yürüyən işçiləri qırmancla vurub, sürətli hərəkətə məcbur edir. İki bənna divar üstündə türkü söyləyərək çalışır. 

Birinci bənna 

Gəl, quzum, tez ol da gəl! Gözüm qaldı yolda, gəl! Çamur gətir, daş gətir! Durma, arxadaş, gətir! 

İkinci bənna 

Haydı, quzum, kərpic at, 

Page 22: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Kirəc gətir, az su qat! Gecikmə, gəl, durma, gəl! İşə zərbə vurma, gəl! 

Birinci məmur 

(axsayan bir qulu itələyir) 

Çapuq yürü, axsama, Çox qalmadı axşama. 

İkinci məmur (ixtiyar köylünü vurur) 

Haydı, şaşqın ixtiyar! Tənbəllərə qırmanc var. 

İxtiyar 

Vurma, sönmüş qüvvətim, Yoxdur daha taqətim. 

İkinci məmur 

Başqa laf istəməm, sus! Əmr eyləmiş Keykavus: Bu qələ hər nə olsa Bitməlidir bir aya. 

Birinci məmur 

Hər kim boyun qaçırsa, Ölümdür ən son cəza. 

İkinci məmur 

Əvət, bu möhkəm qələ Yüksələcək göylərə. 

(Uzaqdakı Bəlx qələsini göstərir). 

Bəlxə qarşı daima Olacaq hökmfərma. 

Birinci bənna 

Gəl, quzum, tez ol da gəl! Gözüm qaldı yolda, gəl! Çamur gətir, daş gətir! Durma, arxadaş, gətir! 

İkinci bənna 

Haydı, quzum, kərpic at, Kirəc gətir, az su qat! Gecikmə, gəl, durma, gəl, İşə zərbə vurma, gəl! 

Bir işçi qız 

(Əlində boş çamur tabağı, təlaş ilə gəlir). 

Gəldilər, ah, gəldilər. 

Page 23: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Birinci məmur 

Kimlər? 

İşçi qız 

Bir xeyli əsgər. 

Birinci məmur 

Bəlli, şah nəfərləri. 

İkinci məmur 

(baxır) 

Əvət, durma, gəl bəri! 

Gedirlər. Çalışan köylülər bir yerə toplanır. Altay 

Qızmış demək yenə saray qurdları, Çeynəyəcək həp keçdiyi yurdları. 

İxtiyar 

Altay, Altay, coşma, saqın, duyarlar, Üsyançı, qaçaqçı deyə qıyarlar. 

Altay 

Bütün ölkə inləyirkən aclıqdan, Bu vicdansızların qidası həp qan. 

İxtiyar 

Bitmədi də xalqı üzən qılınclar, Parlayacaq imdi oxlar, qırmanclar. 

İşçi qız 

Şah da bərabərmi? 

İxtiyar 

Kim bilir! 

İşçi qız (çocuqca bir sadəliklə) 

Baba! Şah da bizim kimi bir insanmı ya? 

İxtiyar 

Əvət, o da bir növ insan sayılır. 

Altay 

Yalnız onun iki buynuzu vardır. 

İşçi qız 

(İxtiyara) 

Page 24: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Mən heç buynuzlu şah eşitməmişdim, Bu söz doğrumu ya? 

İxtiyar 

Doğrudur, cicim! 

Birinci bənna 

Keykavusun olmasaydı buynuzu, Baş hərəm saymazdı bir uğursuzu. 

İxtiyar 

Əvət, sanmayın ki, o çox şanlıdır. 

Birinci bənna 

Qulağının dibi zəfəranlıdır. 

İşçi qız 

Bu heç olan şeymi? 

İxtiyar 

Yavrum, ən düzü, Bütün sarayların budur iç üzü. O sapqın böcəklər föhşə mənusdur. Həya, namus ancaq bizə məxsusdur. 

Birinci məmur 

(arxadaşı ilə bərabər geri dönür) 

Nə var yenə, yoxsa fürsət buldunuz? Haydı, iş başına! 

(axsağa bir qırmanc ilişdirir). 

Biçimsiz donuz! 

Birinci bənna 

Çamur gətir, daş gətir! Durma, arxadaş, gətir! 

İkinci bənna 

Haydı, babam kərpic at, Kirəc gətir, az su qat! 

Birinci məmur 

(düşünüb duran ixtiyar köylünü şiddətlə vuraraq) 

Haydı, baxıb durma, bunaq ixtiyar! 

İxtiyar 

Ah! 

Page 25: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Dəliqanlı 

(qolundan tutub qaldırır, məmura) 

Vicdansız!.. 

Birinci məmur 

(Dəliqanlıya bir sillə vurur). 

Aşma həddini, murdar! 

Dəliqanlı 

Bir də vur! 

Birinci məmur 

(Bir daha vurur). 

İştə, al! 

Dəliqanlı 

(onu yaxalar, dizi altına alaraq) Şımardın, yetər! Bax, adamı böylə rəzil edərlər. 

İkinci məmur 

(çalışan köylülərin içindən fırlayaraq) 

Burax! 

Köylülər 

(ona hücum ilə) 

Saqın, coşma! 

(Məmuru yaxalayırlar). 

Birinci məmur 

(boğuq səslə) 

Burax! 

Dəliqanlı 

(birinci məmuru ayağı ilə itələyərək) 

Sus, alçaq! Yetər, biz deyiliz sizə oyuncaq. Bu ilk ibrət olsun, unutma əsla, Azğınlara qarşı yox deyil cəza! 

Şaşqın bir sükut... Bu sırada əsgəri musiqi ortalığı çınladır. Tus ilə bərabər İran cəngavərləri ətrafı sarır. 

Bir köylü 

(təlaş ilə gəlir, çalışanlara) 

Page 26: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Zavallılar! Burda siz Qan-tərlərə batarkən, Köydəki hər qülbəniz Batmış yasa içindən. 

Tus 

Nə olmuş? 

Köylü 

Axınçılar, Həp var-yoxu aldılar. 

İşçi qız 

(Tusun əsgərlərinə) 

Yardım edin bizlərə, Ümid ancaq sizlərə! 

Tus 

Haydı, çapuq getməli, Həpsini dəf etməli! 

Əsgərlər 

Durmayın, arş iləri! Çevirəlim həp geri. 

Əsgərlərin bir qismi, məmurlar və köylülər gedər, musiqi... 

Tus 

(başqa tərəfə baxır) 

Baxın, bu yoldan keçən Adamlar hankı eldən? 

Birinci cəngavər 

Bəhey, yolçu! Getmə, dur! 

Tus 

Yabançıya bənziyor. 

Kübar qiyafətli bir çinli onlara yaxınlaşır. 

Birinci cəngavər 

Gəl bəri! 

Tus 

Siz kimsiniz? 

Elçi 

Çindən gələn elçiyiz, Gətirmişiz xaqandan Keykavusa ərmağan. 

Page 27: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Tus 

Yoldaşların nerəli? 

Elçi 

Bəlli, bizim ölkəli. 

Birinci cəngavər 

Kim bilir, bəlkə casus!? 

Tus 

Yetər, sus! 

Bir əsgər (gəlir, təmənna edir) 

Qəhrəman Tus! Çox uzaqda, yoldan bir toz yüksəldi. 

Tus 

Görünür Rüstəmlə Səyavuş gəldi. 

(İki-üç əsgərlə uzaqlaşır.) 

Birinci cəngavər (elçiyə, gəldiyi tərəfi göstərir) 

Dəmin orda incə bir qız da gördüm... Bir əsgər 

Qız demə, bir nazdır etmiş təcəssüm. 

Elçi 

Çin xaqanı onu göndərmiş şaha. 

Birinci cəngavər 

Gətir mənə! 

İkinci əsgər 

Burax, Səyavuş duysa, Nə azğınlıq!? - deyə həmən saldırar, Babamızı məzarından qaldırar. 

Birinci əsgər 

(alayçı gülüşlə) 

Gözəllərə baxmaq könül qidası, Sən heç təlaş etmə, çıxmaz qovğası. 

Bir əsgər 

(Çinli rəqqasəni gətirir. Arıq, çirkin və üzü bürüşük bir kosa da onları izlər). 

İştə, yad ellərin incə töhfəsi! 

Page 28: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Birinci cəngavər 

Bəhey! Sən nəçisən? 

Kosa 

(qızı göstərir) 

Onun kölgəsi! 

Birinci cəngavər 

(elçi ilə kosaya) 

Siz gedin, çadırda bəkləyin bir az. Haydı! 

Elçi gedir. 

Rəqqasə 

(həyəcan ilə) 

Ah! 

Kosa 

Mən, xayır. 

Birinci cəngavər 

Xayırmı... haylaz! 

(Ayağını hiddətlə yerə vurur). 

Kosa 

Nasıl ayrılayım yosma qızımdan? 

Birinci cəngavər 

Bu mümkünmü?! O bir mələk, sən şeytan! 

Kosa 

Ən parlaq gündüzlər gecədən doğar. 

Birinci cəngavər 

Sus! 

Kosa 

Lələyəm ona, əməklərim var. 

Köyə yardıma gedən məmurlar və əsgərlər əllərində piyalələr, şərab dəstiləri və talan edilmiş şeylər gəlirlər. 

Birinci cəngavər 

Nə tez? 

Page 29: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

İkinci cəngavər 

Sovuşmuşlar, yoxdu bir nəfər. 

Birinci cəngavər (dəstiləri göstərir) 

Bunlar nə? 

İkinci cəngavər 

Ən nəfis, içimli şeylər! 

(Çirtik çalar). 

Ortaq olduq köylü vətəndaşlara, Böylə gözəl şərab görmədim əsla. 

Birinci cəngavər 

Bu mümkün... 

(rəqqasəyə) 

Haydı, sən bizə şərab ver! 

Kosa 

Mən verəyim, o çox gözəl rəqs edər. 

İkinci cəngavər 

Onun sonduğu mey daha nuş olar. 

Kosa 

Siz nə dilərsiniz əlbət xoş olar. 

Qız şərab paylar, ağır ahəng ilə musiqi çalınır. Kosa dürlü hərəkətlər və hoppalıqlara oynar. Birinci cəngavər 

(ikinciyə rəqqasəni göstərir) 

İştə Çin ahusu, görmədinsə gör! Nur gələr gözünə ona baxsa kor. 

İkinci cəngavər 

(Kosanın qolundan tutub kənara fırladır). 

Qız oynasın, sən də şərab ver bizə! 

Kosa 

Yaxşı, baş üstünə, can qurban sizə. 

Musiqi dəyişir, qız rəqs edir. Kosa qoynundan kağıza bükülü bir qədər bəng çıxarır, dəstiyə tökür. Sonra piyalələri doldurur. İçərlər. Özü də dodaq altından zümzümə eylər 

Bəngi qatdım şərabə, Dəniz döndü sərabə. İçərlər, həp içərlər, Qayğıdan vaz keçərlər. 

Page 30: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Nəşələndir həyatı, Qalındır yerin qatı; Çəkər səni kamına, Ağu qatar camına. Varkən əlində fürsət, Qoyma könüldə həsrət. Ömrün hər sevincindən Bir busə al da əylən! 

Hamı 

Ömrün hər sevincindən Bir busə al da əylən! 

Növbətçi 

(ətrafa baxır, təlaş ilə) 

Bəhey, orda bir qaraltı var. 

Birinci cəngavər 

Şübhəsiz, axınçılar! 

İkinci cəngavər 

Əvət, burax gəlsinlər, Gücümüzü bilsinlər. 

Birinci cəngavər 

Haydı, saxlanalım gizli bir yerdə. 

İkinci cəngavər 

Şərablar nə olsun? 

Birinci cəngavər 

Qoy içsinlər də, Sərxoş ikən qollarını bağlarız. 

(Kosaya) 

Al bu qızı, rədd ol! Unutma yalnız, Ağzınızdan bir söz belə çıxarsa, Batacaqdır evdə ananız yasa. 

Kosa 

Xayır, xayır, bizim ağzımız bütün. 

(Rəqqasə ilə bərabər gedirlər). 

Birinci cəngavər 

(arxadaşlarına) 

Haydı, qorxunc olur hücumu türkün. 

İkinci cəngavər 

Saqın, heç şaşırma, hankı düşmana 

Page 31: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Saldırsa ordumuz, dönər dovşana. 

Birinci cəngavər 

Gurlama, düşmanı kiçik görənlər, Kiçik göstərənlər çox sürməz inlər. Dikbaşlar ansızın həp diz çökərlər, Qaliblərə qarşı boyun bükərlər. 

İkinci cəngavər 

(alayçı gülüşlə) 

Gəl, canım, görünür çocuqkən anan Yıldırmış gözünü yabançılardan. 

Çəkilirlər, musiqi... Türk pişdarlarından beş-altı nəfər gəlir. Dəstiləri yoxlar, qədəhlərdəki içkiləri içərlər. 

Birinci dəliqanlı 

Dəstilər doludur, amma kimsə yox. 

İkinci dəliqanlı 

Qorxub sovuşmuşlar. 

Üçüncü dəliqanlı 

Öyünməyin çox. 

Birinci dəliqanlı 

Az içəlim... 

İkinci dəliqanlı 

Gözəl şərab, baxsana! 

Üçüncü dəliqanlı 

Umulmaz bir nəşə verir insana. 

Təkrar doldurub içərək, coşğun bir ahənglə türkü söylərlər. 

Birinci dəliqanlı 

Qılınclar parlasın, yer-göy çınlasın. 

Hamı Çınlasın, çınlasın, ho, çınlasın, çınlasın. 

Birinci dəliqanlı 

Dost, ya düşman bizim gücü anlasın. 

Hamı 

Anlasın, anlasın, ho, anlasın, anlasın. 

Birinci dəliqanlı 

Ox atmayız qorxub qaçan dovşana. 

Page 32: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Hamı 

Dovşana, dovşana, ho, dovşana, dovşana. 

Birinci dəliqanlı 

Nerdə qəhrəmanlar? Çıxsın meydana! Meydana, meydana, ho, meydana, meydana! 

Birinci dəliqanlı (qılıncını çəkərək) 

Arş iləri, hücum, hücum! İkinci dəliqanlı 

Burax məni, sərxoş oldum. 

Birinci cəngavər 

(Arxadaşları ilə bərabər siyirməqılınc pusqudan çıxır). 

Bəhey, qoçaq, siz kimsiniz? 

Birinci dəliqanlı 

Qorxu bilməz igidləriz. 

Birinci cəngavər 

Öylə isə gəl baxalım. 

Birinci dəliqanlı 

Haydı, haydı çarpışalım. 

Hər iki tərəf sərxoşca hərəkətlərlə çarpışırlar. Bir qismi yaralanıb, digər qismi səndələr. Bu sırada bir yandan Gərşivəz, bir yandan Bəhram və Tus kəndi əsgərləri ilə onlara qarışır, qovğa daha qızışır. Ən sonra Rüstəmlə Səyavuş gələr. 

Rüstəm 

(məğrur və amiranə bir səslə bağırır) 

Bəhey! Durun, sayğısızlıq yetər! 

Səyavuş 

Axan qanlar artıq yetər. İkinci cəngavər 

Mən ayıldım, şərab verin! 

Birinci dəliqanlı 

Yay gətirin, ox gətirin! 

(Əlindəki yaya ox qoyur). 

Səyavuş 

(düşən yaralıları göstərər) 

Bunca xalqı əzib bitirmək neçin? 

Page 33: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Hər tərəfdən çəlik qollar seçilsin. Çarpışsın igitlər həp birər-birər, Kim üstün gəlirsə, ondadır hünər. 

Rüstəm 

Əfrasiyab hanı? Çıxsın meydana! Büksün qollarımı, ər deyim ona. 

Gərşivəz 

O yoxsa da, qarşındadır Gərşivəz. 

Rüstəm 

Rüstəm hər qəhrəman ilə döyüşməz. 

Gərşivəz 

Öyünmə çox, ağlar öncə gülənlər. 

Səyavuş 

(Bəhrama) 

Umulmaz bir təhqir, bunu kim dinlər!? 

Rüstəm 

Unutma ki, o, yılmaz bir qəhrəman! 

Səyavuş 

Ər deyilim ona verirsəm aman. 

Gərşivəz 

(alayçı gülüşlə) 

Çocuqlarmı çıxmaq istər qarşıma?! 

Səyavuş 

Nə cürət!.. Çocuqmu söylədin mana? Ucuz oturmaz bu gülünc söz sana. 

Gərşivəz 

Bir düşün ananı, yazıq deyilmi? 

Səyavuş Boş öyünməkdənsə vuruşmaq eyi. Qılınclar parlar, bir qədər vuruşurlar. 

Rüstəm 

İran güvəndikcə böylə aslana, Gülünc olmaz heç bir dosta, düşmana. 

Gərşivəz 

(qalxar, yenə hücuma başlar) 

Böylə boş yaralar vız gəlir bizə. 

Page 34: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Səyavuş 

Mən hazıram. 

Piran 

(xızlı addımlarla gəlir, hayqırır) 

Durun! Nə olmuş sizə? 

Rüstəm 

(Tusa, xüsusi) 

Kimdir bu ixtiyar, hansı qəhrəman? 

Tus 

İştə Əfrasiyab vəziri Piran! Piran 

Bu dəhşətlər neçin, bu qan neçindir? 

Rüstəm 

Onu sərdarınız Gərşivəz bilir. 

Gərşivəz 

Mənsiz alovlanmış bu kinli qovğa. 

Rüstəm 

(türk əsgərlərini göstərir) 

Bunları coşduran hankı qasırğa? 

Gərşivəz 

Mən göndərdim doğru xəbər bilsinlər, Gərginlik sirrini duyub gəlsinlər, Sonra baxdım ki, parlayır qılınclar. 

Piran 

Fəqət neçin? Bəlli ki, bir səbəb var. 

Rüstəm 

(cibindən çıxardığı kağızı ona uzadır) 

İştə məktub, oxu! 

Piran 

(oxuyur) 

Bu bir fitnədir. 

Rüstəm 

Ya o talanlar, o basqınlar nədir? 

Page 35: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Piran 

Basqınmı?! Hər zaman bildiyin oyun... Sizinkilər çalar qaramal, qoyun, Bizimkilər ərzaq üçün saldırır. Məsulmu ya buna hökumət?.. Xayır! 

Coşğun musiqi... Bu sırada yarımçılpaq və yaralı bir yığın erkək köylü gəlir. Köylülər əllərindəki dəyənək, yaba, oraq və baltaları sallayaraq üsyançı bir ahəng ilə. 

İxtiyar 

İştə onlar, iştə onlar! Tüğyan edən bu azğınlar! Həp əzildik, həp soyulduq, Xain əllərdə məhv olduq. 

Rüstəm 

Göstər, hanı o xainlər? Cəza görsün birər-birər. 

Altay 

(Həyəcan içində həm uzaqları, həm də İran əsgərlərini göstərir). 

Bir yandan Turanın qaçaq elləri. Bir yandan İranın azğın əsgəri. Qanımızı içib-içib doydular, Qız-gəlini soyub çılpaq qoydular. 

İxtiyar 

Üzlər soluq, gözlərdə fər qalmamış, Çökmüş köküslərdə ciyər qalmamış. 

Rüstəm 

(ətrafındakılara) 

Ar olsun sizlərə, ar olsun, əvət! Əsla ummadığım alçaq xəyanət. Sizdən uğurludur taun, qasırğa, Xayır, yol verilməz bu azğınlığa. 

Piran 

İştə, ən silinməz qara bir ləkə, Heç də yaraşmayır bu əsgərliyə. 

Altay 

Lənət bu varlığa, yetər, usandıq, Kəndi yaxdığımız atəşdə yandıq. 

İxtiyar (köylüləri göstərir) 

Baxın bunlara, bir baxın bunlara! Nifrət sizə, sizdəki qanunlara! 

Altay 

Page 36: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Taun da, vəba da uğurlu sizdən, Ölüm belə qaçar işgəncənizdən. 

Səyavuş 

(sarsılır, qızğın və coşğun) 

Ötər keçdiyiniz yerdə bayquşlar, Qəhrəman cildinə girən sərxoşlar! Məzlumlara qarşı duyğusuz qalan Bir insandan daha şərəfli qaplan!.. Bir gəldik ki, çeynənməsin yurdumuz, Məgərsə çeynəyən kəndi ordumuz. Qıtlıq, aclıq, tufan, ölüm, fırtına... Cümləsi bir yana, sizlər bir yana. 

Altay 

And olsun vicdana, bu gündən sonra, Hər kim yan baxarsa bu yoxsullara, Yıldırımlar patlayacaq başında, Adı yazılacaq məzar daşında. 

PƏRDƏ 

II SƏHNƏ 

Keykavus sarayında başqa bir salon... Südabə taxt üzərində yaslanmış, cariyələr ətrafını sarmış. Rəqqasə - çinli qız incə və lirik musiqi ilə həmahəng olaraq şərqi söyləyib oynar. 

Rəqqasə 

Qayğısız baharın ilıq busəsi Tellərimə qondu zülmət uçarkən. Sərxoş bülbüllərin o bayğın səsi Oxşadı ruhumu güllər açarkən. Yasəmən, nilufər, sünbül, bənəfşə Mey sondular mana almas jalədən. Günəş üryan vücudumu əmdikcə, Bir tülə büründüm sanki lalədən. 

(Salonu tərk edər). 

Südabə 

(qalxıb oturur, coşğun baxışlar və şən qəhqəhələrlə) 

Pək tühaf! Səyavuş öylə sandı ki, Zindan olur məzarım. Zülmətləri yaran böcəklər kimi Sönmək için parlarım. 

Birinci cariyə 

Halbuki bir quldur sana Keykavus. 

Südabə 

Çox da məni öymə, sus! 

İkinci cariyə 

Sənsiz bütün cahan məhbəsdir ona. 

Page 37: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Südabə 

Xayr, inanmam buna. 

İkinci cariyə 

İnan, səhər yıldızına and olsun! 

Birinci cariyə 

Suriyənin şən qızına and olsun! 

Südabə 

(həzin bir ah ilə) 

Qarşımda diz çöksə bütün yer üzü, Yenə Səyavuşda könlümün gözü. Məhbəsdə inlərkən düşündüm onu, Eşqimin həp odur əvvəli, sonu. 

Rübabə 

(gəlir, son cümlələri dinlər) 

Yazıq!.. Bunca zəif bilməzdim səni, Öpsün zəfər dalğaları çöhrəni. 

Südabə 

Xayır!.. bu gün mənim halım başqadır. Könlümdəki çarpıntılar pək ağır. Bir diləyim varsa, onun visalı, Gözlərimdə yalnız onun xəyalı. Səyavuşun o dik, o məğrur başı Əyilməz olursa sevgimə qarşı; Onu al qanlarda görmək istərim, Saçlarından çələng örmək istərim. 

Musiqi. 

Keykavus 

(gəlir, Südabəni məhzun görüncə) 

Neçin dalmış yenə bahar günəşi? 

Rübabə 

Anarkən sıxıldı mənhus keçmişi. 

Keykavus 

Keçmişdən nə çıxar, yarın xoş olsun. 

Rübabə 

Lütfünüzə qarşı Südabə məmnun. 

Pişxidmət 

(gəlir, əyilir) 

Page 38: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Çin elçisi! 

Keykavus 

Gəlsin! (Südabəyə) 

Səninlə sonra!.. 

(Onlar çıxır, elçi gəlir. Ona yanında yer göstərir). 

Buyur! 

Elçi 

(oturur) 

Son görüşçün gəldim hüzura. 

Keykavus 

Əfrasiyab haqqında fikriniz nə? 

Elçi 

O bir təhlükəbir İrana, Çinə, Gündən-günə aşıb durur həddini, Həm sizə, həm bizə qarşı var kini. 

Keykavus 

Qorxutamaz bizi öylə fırtına, 

Məndən səlam edin Çin xaqanına! Dostluğumuz sağlam, təməlli olsa, Altay üfüqləri batar həp yasa. 

Elçi 

Əlbir olsaq, əvət, onlar tez susar. 

Südabə 

(Rəqqasə və kosa ilə bərabər gəlir. Keykavusa) 

Rəqqasənin sizə bir ricası var. 

Keykavus 

Nədir? 

Südabə 

Diyor: lələm Çinə getməsin, Çocuqluqdan bəri alışmış ona, Ayrılıq yük olur incə ruhuna. 

Keykavus 

Qalsın. 

Kosa 

(əyilərək) 

Page 39: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Təşəkkürlər!.. 

Keykavus 

(elçiyə) 

Həp gətirdiyin Töhfələr bir yana, bu qız bir yana. 

Südabə 

O çox sevimli bir munisdir mana, Parlaq bir incidir, misli yox onun. 

Keykavus 

Çox gözəl, adı qoy Dürdanə olsun. 

Südabə 

Qurnaz ixtiyar da zərif bir insan! 

(Digər salona keçərlər). 

Keykavus 

Pək tühafdır, əvət. 

Pişxidmət 

(gəlir, təmənna edər) 

Rüstəm pəhləvan! 

Keykavus 

Çağır gəlsin. 

Elçi 

Mən gedəyim. 

(Təmənna edib çıxar). 

Keykavus 

İzzətlə!... 

(ətrafa) 

Nə tez? Neçin geri dönsün o böylə?! 

Rüstəm 

(Bəhramla girər, əsgərcə təmənna edərək) 

Salam!.. 

Keykavus 

Nə yapdınız? Nə oldu qovğa? 

Rüstəm 

Page 40: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Ordular vuruşdu qarşı-qarşıya. 

Keykavus 

Sonra? 

Rüstəm 

Birər-birər başlandı döyüş, Gərşivəzə üstün gəldi Səyavuş. 

Keykavus 

(məğrur və məmnun) 

Halal olsun ona qəhrəman adı. 

Rüstəm 

Dostlar deyil, duşman da alqışladı. 

Keykavus 

Sonra? 

Rüstəm 

Piran gəldi, xəbər verdi ki, Onlarda olmamış qovğa istəyi. 

Keykavus 

(sinirli) 

Ya kimlərdir basqın yapan alçaqlar? 

Rüstəm 

Bir yığın ac, başıpozuq qaçaqlar. 

Keykavus 

Sonra? 

Rüstəm 

Haqsız qanlar axmasın deyə, Səyavuşla Piran gəldi bir rəyə. 

Keykavus 

Nasıl? 

Rüstəm 

Barışdılar. 

Keykavus 

(qızğın) 

Barışdılarmı?! 

Page 41: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Rüstəm 

Yersiz vuruşmanın mənası varmı? 

Keykavus 

Xəyanət! Xəyanət!.. Alçaq xəyanət! Əfrasiyabdandır bu hiylə əlbət. 

Rüstəm 

Heç də öylə deyil, basqın yapanlar; Həpsi yol vuranlar, yoldan sapanlar. Yalnız onlarmı ya, bizimkilər də Dirlik qoymadılar qonşu köylərdə. 

Keykavus 

Köylər dağılsa da ağrıtmaz məni, Ancaq Əfrasiyab bilsin həddini. 

Rüstəm 

Bir səbəb yox ikən, məncə bu qovğa. Ağır bir zərbədir qəhrəmanlığa. 

Keykavus 

(acı və alayçı qəhqəhə ilə) 

İştə, hər ikiniz qorxaq və miskin! Səyavuş da xain, Rüstəm də xain!.. 

Rüstəm 

(sərt və kinli) 

Qorxaqmı, xainmi?! Çirkin iftira! Dayanmaz insan bu təhqirə əsla! 

Keykavus 

(bağırır) 

Rüstəm! 

Rüstəm 

(eyni ahənglə) 

Həddini bil, nə sandın məni? 

Keykavus 

Sus! Şöhrətin məğrur etməsin səni. 

Rüstəm 

Saqın, güvənmə çox təxtü tacına! 

Keykavus 

(sinirli addımlarla gəzinərək) 

Page 42: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Səyavuş da söz yox, uymuşdur sana. Hər ikiniz asi! Azğın bir asi! Layiq sizə ancaq ölüm cəzasi!.. 

(Salonu tərk edər.) 

Rüstəm 

(sarsılır, Bəhrama) 

Eşitdinmi böhtanları? Eşitdinmi həzyanları?! İştə quduz bir canavar, Başda ölüm xülyası var. 

Bəhram 

Çıldırsa da fərqi yoxdur, Sənin gücün daha çoxdur. 

Rüstəm 

Artıq mənə oldu əyan Cənnət imiş Zabilistan. Dönməliyəm əski yurda, Namus, şərəf həpsi orda!.. 

(Südabə pərdə arxasında görünür və geri çəkilir). 

Bəhram 

Ya Səyavuş! 

Rüstəm 

Heçdir sonu, Çapuq, yoldan çevir onu! Gördüyünü söylə, həmən Uzaqlaşsın bu ölkədən. Gedərsiniz sən də, o da Əfrasiyab hüzuruna. Dayısıdır, heç olmazsa Orda qıyan olmaz ona. 

(sinirli və qızğın) 

Burax, burda Südabənin Zövci dalsın da işrətə. Ədalət və qanun desin Hər zülmə, hər cinayətə. Gəl gedəlim, nifrət olsun Bu yaldızlı vəhşətlərə! Artıq yetər, lənət olsun Ölüm qoxan şəhvətlərə!.. 

Gedərlər. 

Südabə 

(pərdə arxasından çıxar, acı qəhqəhə ilə) 

Get, Südabə çox inlətdi Sənin kimi arslanları. 

Page 43: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Önümdə çox sönüb getdi Dəhşət, zəfər vulkanları. 

(vurğun baxışla, uzaqlara) 

Ya Səyavuş!? Həp könüldə Çınlar durur onun səsi. 

(son dərəcə kinli) 

Məndən qaçsa belə, əldə Gəlməlidir cənazəsi!.. 

PƏRDƏ 

ÜÇÜNCÜ PƏRDƏ 

I SƏHNƏ 

Ətrafda yalçın qayalar və yaşıl ovalar... Uzaqda çoban düdüyü çalınır. 

Səyavuş 

(Bəhramla bərabər gəlir. Başında tunc dəbilqə var). 

İştə ana yurdu, Turan ovası! Yalçın qayalarda qartal yuvası! 

Bəhram 

Böylə mənzərələr İranda azmı? Daha üstün desəm, doğru olmazmı? 

Səyavuş 

Lakin Südabənin vəhşi ədası, Kinli bir babanın ölüm cəzası, Qaçaq kimi etdi bizi dərbədər. 

Bəhram 

Unut, nə olmuşsa, həp keçər, gedər. 

(cibindən bir kağız çıxarır). 

Heç aldırma, Əfrasiyab var olsun, Məktubunu oxu, nasıl da məmnun! O da saray, bu da!.. Nə fərqi varmış, Gözlər səni burda həp sevgi, alqış. 

Səyavuş 

Saray aləminə məndə yox həvəs, Həpsi qanlı məhbəs, parlaq bir qəfəs. Dayım gömdürsə də bizi altuna, Qoltuğa sığınmaq ağırdır mana. 

Bu sırada kənardan qızların türküsü eşidilir. 

Qızlar 

Bəyaz, pənbə, nazlı bir quş 

Page 44: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Yalçın qayalıqda durmuş, Boynunu, bax nasıl burmuş?! Kimi gözlər göyərçinim? Mənim dilbər göyərçinim! 

Bəhram 

(heyrətlə göstərir) 

İştə, gözəl, yosma qızlar! Yayları var, oxları var. 

Səyavuş 

Həpsi ava çıxmış bəlli, Bir az yoldan çəkilməli... 

Bəhram 

Nə gözəldir qadın səsi, Könül açar şən nəğməsi! 

Səyavuş 

(mənalı ahəng ilə) 

Əvət, qadın incə xilqət, Alçalırsa, heçdir fəqət. 

Əfrasiyabın qızı Firəngiz və nədimələr türkü söyləyərək gəlirlər. 

Qızlar 

Göyərçinim qanad açar, Yüksək bulutlara uçar. Rəqs edərək uçar, uçar, Qayğı bilməz göyərçinim, Enib gəlməz göyərçinim. 

Zaman olur atar məni, Bir gülüşə satar məni, Birdən gözü tutar məni, Həmən qoşar göyərçinim, Ruhu oxşar göyərçinim. 

Birinci nədimə 

Firəngiz! Diyorlar Səyavuş gəlir. 

İkinci nədimə 

Mən də eşitmişəm, fəqət kim bilir? 

Firəngiz 

Diyorlar yenilməz qəhrəman imiş, Adı-sanı dillərdə dastan imiş. 

Birinci nədimə 

Diyorlar Südabə vurulmuş ona. 

Firəngiz 

Page 45: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Demək, ana aşiq olmuş oğluna. 

Birinci nədimə 

(ətrafa baxır) 

Dur, o nə? Baxsana, maral yavrusu! 

İkinci nədimə 

(nişan alır) 

Ürkütmüşdür onu ölüm qorxusu. 

Firəngiz 

(yayına ox qoyaraq) 

Durun, diri tutmalıyam mən onu. 

(Gedər). 

Şaşırdı, bax, dəyişdirdi yolunu. 

Xızlı addımlarla gedərlər. 

Səyavuş 

(Bəhramla çıxaraq) 

Həpsi bir-birindən sevimli dilbər!.. 

Bəhram 

Şübhə yox, saraya məxsus pərilər... 

Səyavuş 

O incə səslərin dalğalı şeri Xatırlatdı mana anam Xubçöhri. Burda rast gəlib də ovçular ona, Ərməğan götürmüş İran şahına. 

Tosun 

(Yaylı, oxlu bir dəliqanlı, əlində dovşan ölüsü gəlir). 

Gün aydın! 

Səyavuş 

Xoş gördük, sənin adın nə? 

Tosun 

Tosun... 

Səyavuş 

Əfrasiyab payi-təxtinə Yol çox uzaqmıdır? 

Tosun 

Page 46: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Xayır, pək yaxın. 

(yana baxaraq, maraqla) 

O nə? Çevrəsini sarmışlar ovun... 

(İrəlilər). 

Səyavuş 

Dur, baxayım, gülərmi tale mana? 

(Yayına ox qoyaraq qaya dibinə çəkilir, görünməz olur). 

Tosun 

(Bəhrama bağırır) 

Afərin, afərin! 

Bəhram 

Nə var? 

Tosun 

Baxsana! Yoldaşın devirdi ovu bir oxla. 

Bəhram 

(İrəlilər). 

O bir məharətmi? 

Tosun 

Deyilmi? 

Bəhram 

Əsla! 

Səyavuş 

Ah!.. 

(Səsi eşidilir). 

Bəhram 

(qoşar) 

O kimdir? 

Tosun 

Arxadaşın vuruldu. 

Bəhram 

(gəlməkdə olan Səyavuşun qoluna baxaraq) 

Page 47: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Yaranmı var? Ver baxayım, nə oldu? 

Səyavuş 

Oxla vurdu ovçu qızlardan biri. 

Bəhram 

Hankı? 

Səyavuş 

(nədimələr ilə gələn Firəngizi göstərir) 

Öndə gələn bu oynaq pəri! 

Firəngiz 

(yaxlaşır, əlindəki vurulmuş maralı Səyavuşa uzadır) 

Al, bu sənin!.. Mən ki, qıymazdım ona. 

Səyavuş 

İştə, əl verir bu mükafat mana. 

Firəngiz 

(təlaş ilə nədimələrə) 

Sarğı verin, çapuq! 

Səyavuş 

Bir şey deyildir. 

Tosun 

(verir) 

Al! 

Firəngiz 

Gətir sarıyım... 

Səyavuş 

İstəməz. 

Firəngiz 

Gətir! 

(Dərman qoyub yaranı sarar). 

Tosun 

(yardım edər, mənalı ahəng ilə) 

Həm yaralar bizim qızlar, həm sarar. 

Page 48: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Səyavuş 

Onda cürət də var, mərhəmət də var. 

Firəngiz 

(süzgün baxışla) 

Ovcugazı diri tutmaq istərkən Buraxmadın... 

Səyavuş 

Suçum çoxdur gücümdən. 

Bəhram 

(bir az sərt, Firəngizə) 

Qarşılıq görərdin qız olmasaydın. 

Səyavuş 

Bəhram! Zəifliyin sözündən aydın. 

Firəngiz (gülümsər) 

Zəiflər daima gücdən bəhs edər. 

Səyavuş 

(Bəhrama) 

Bu ən kəskin cavab! Düşünsən, yetər. 

Tosun 

İştə, Əfrasiyab da çıxmış ova, Kimsə qalmamışdır bu gün sarayda. 

Firəngiz 

Ov üçün yararmı öylə dəbdəbə? Qarşı çıxmış onlar həp Səyavuşə. 

Birinci nədimə 

Əvət, doğru... 

İkinci nədimə 

İştə, gəldi Piran da. 

Firəngiz 

Haydı, seyr edəlim biz də bir yanda. 

(Çəkilmək istərlər). 

Piran 

Page 49: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

(Gəlir). 

Səyavuş? Sənmisən? Xoş gəldin, oğlum! 

(Qucaqlar öpər, Bəhrama əl verər). 

Firəngiz 

(heyrətlə) 

Səyavuşmu?! 

Piran 

(sarğıya baxar) 

O nə? 

Səyavuş 

Cızılmış qolum. 

Tosun 

Həm yaralar bizim qızlar, həm sarar. 

Bəhram 

Öylə bir şey deyil, keçər... 

Piran 

(gələnləri Səyavuşa göstərir) 

Baxsana! İştə, bütün saray çıxmış qarşına. 

Səyavuş 

Təşəkkür!.. Az deyil lütfünüz mana, Bilməm ki, layiqmi Səyavuş buna? 

Piran 

Hər könüldə sənə hörmət bəslənir, Adın Altay dağlarında səslənir. 

(Əfrasiyab hökumət ərkanı ilə gəlir). 

Piran 

(Səyavuşa) 

Dayın Əfrasiyab, o şanlı xaqan! 

(Əfrasiyaba) 

Oğlumuz Səyavuş, adlı qəhrəman! 

Əfrasiyab 

(Səyavuşu qucaqlar, öpər). 

Xoş gəldin, bu yurda gətirdin səfa, 

Page 50: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Qəhrəman Səyavuş! 

Hamı 

Var ol, min yaşa! 

Əfrasiyab 

(ətrafındakılara) 

İştə, həmşirəmin şahin yavrusu! Parlar gözlərində zəfər duyğusu. 

Səyavuş 

Çocuq babasından qaçarsa, bəlli Ana qucağında bulur təsəlli. 

Əfrasiyab 

Əvət, İran sənə baba ocağı, Bu yurdda bulursan ana qucağı. Şübhəsiz, xor baxsa baba oğluna, Ana köksü daim açıqdır ona. 

Gərşivəz 

Bu ölkənin qorxu bilməz elləri, Kişnəyən atları, coşğun selləri, Qartal yavruları səni gözləyir, Həp səninçin şanlı günlər özləyir. 

PƏRDƏ 

II SƏHNƏ 

Əfrasiyab sarayında türk zövqünə uyğun bir salon. 

Əfrasiyab 

Afərin Səyavuşa, dün vuruldum mən ona, Vaqif imiş gerçəkdən bütün hərb üsuluna. 

Piran 

Bəsləmiş qucağında onu sənin həmşirən, Sonra almış tərbiyə Rüstəm kimi igiddən. 

Əfrasiyab 

Çalış, mümkün olduqca, al da onun könlünü, Unutsun keçənləri, xoş keçirsin beş günü. 

Piran 

Məncə Səyavuş qızın Firəngizlə birləşsə, Birləşir iki ölkə... 

Gərşivəz 

(son sözləri dinlər, alayçı tərz ilə) 

Əvət, gözəl vəsvəsə!.. 

Page 51: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Əfrasiyab 

Firəngizlə Səyavuş görüşdülərmi? 

Piran 

(əli ilə rədd edər) 

Əsla! 

Əfrasiyab 

O halda sən onların fikrini sor da, anla! 

Gərşivəz 

(acı və alayçı gülümsəyişlə) 

Tezdir daha, bəkləyin, çocuq sanmayın onu, Bir siyasət olmasa, atmaz baba yurdunu. 

Əfrasiyab 

Yersiz şübhə!.. Bu səndə ikinci bir təbiət... 

Piran 

Səyavuşdan uzaqdır, hər hiylə, hər siyasət. 

Əfrasiyabla Piran çıxar. 

Gərşivəz 

Gör məndən daha əvvəl kimlər vəliəhd olur? Xayır, yaşatmam onu, umulmaz cəza bulur. 

(Çıxır). 

Firəngiz nədimələrlə girir. 

Birinci nədimə 

Firəngiz, Firəngiz! Nə olmuş sana? Söylə, səni üzən hankı fırtına? 

İkinci nədimə 

Bayğın gözlərində acı bir hal var, Səyavuşdanmıdır bu iztirablar? 

Firəngiz 

O bir yıldız kimi axdı könlümə, Atəşli bir çiçək taxdı könlümə. Əlimdən aldı səbrimi, uyqumu, Alov dalğaları sardı ruhumu. Çırpınan qəlbimə yardım eyləyin! Dərdimi siz açın, ona söyləyin!.. İstəməm, istəməm, açmayın, xayır, Bəlkə onun könlü başqasındadır?! 

Birinci nədimə 

Page 52: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Xayır, sənsən onun dilək pərisi. 

İkinci nədimə 

(qapıya baxar, arxadaşına) 

Biz gedəlim, gəldi iştə kəndisi! 

Birinci nədimə 

(Firəngizə) 

Əmin ol ki, ələ düşməz bu fürsət. 

Firəngiz 

Bilməm nə söyləyim? 

İkinci nədimə 

Haydı, cəsarət!.. 

(Pərdə arxasına çəkilirlər.) 

Firəngiz 

(əli alnında, şaşqın) 

Uf, yadımdan çıxdı bütün sözlərim. 

Səyavuş 

(gəlir, vurğun bir ahəng ilə) 

Sənmisən?.. Nəhayət, güldü gözlərim. 

Firəngiz 

Yaran nə haldadır? 

Səyavuş 

Həp sağalmamış. 

Firəngiz 

(qoluna baxır, şübhəli gülümsəyişlə) 

Hanı? Ondan bir iz belə qalmamış... 

Səyavuş 

Qəlbimdədir izi, görünməz gözə, Sızlar, durur, gəlincə biz üz-üzə. Bir kərrəcik səni ovlaqda gördüm, Sonra gözlərimdən iraqda gördüm. Bütün qızlar mənə yaxın olduqca, Sən ürküb qaçırsan, səbəbsizmi ya? 

Firəngiz (süzgün baxışla) 

Qaçmaq da yaxlaşmaq üçün bir yoldur. 

Page 53: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Səyavuş 

Səyavuş o halda bəxtiyar olur. 

Firəngiz 

Bəxtiyarmı!? 

Səyavuş 

Əvət, bir anlat mana, Sənin də nisbətin varmı xaqana? 

Firəngiz 

Mən bir müsafirim bu aşiyanda, Köçmək üzrəyim ən yaxın zamanda. 

Səyavuş 

Hankı bir diyara? 

Firəngiz 

Kəndim də bilməm! 

Səyavuş 

Tühaf bilməcədir! Almaz düşüncəm. Hankı səyahətə çıxsa bir durna, Bir göyərçin uçub qaçsa hər yana, Yenə axşam üstü bulur bir yuva... 

Firəngiz (gülümsər, mənalı bir tövr ilə) 

Şübhəlidir mənim için o məva. 

Səyavuş 

Sözlərin başqadır, gözlərin başqa... 

(Əllərini yaxalamaq istər.) 

Firəngiz (pərdə arxasına keçər) Dur, gələn var, görüş qalsın sonraya. 

Səyavuş 

(gözləri ilə onu izlər, həyəcan içində) 

Mən uymadım hər dilbərin kamına, Uğradım çoxunun intiqamına. Bilmədim ki, bir gün bənd olur könül O şahin gözlərin ehtişamına. Yürürkən sanki naz edər göylərə, Səcdə etməyimmi xoş xuramına? 

Əfrasiyab, Piran, Gərşivəz və Tosun girir. Bir göyərçin əsir etdi qartalı Gözəllik namına, sevgi namına. 

Page 54: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Əfrasiyab 

Nədir bu dalğınlıq, nə olmuş, oğlum? 

Səyavuş 

Saray həyatından artıq yoruldum. 

Piran 

Dayın həp şən görmək istəyir səni, Burdan evləndirmək istəyir səni. 

Səyavuş 

Hər nəyə əmr etsə xaqan haqlıdır, Lakin Səyavuşun qəlbinə, xayır... 

Gərşivəz 

Bəlkə İranda var başqa sevdiyi. 

Səyavuş 

Əsla!.. 

Əfrasiyab 

(Tosuna) 

Firəngizi çağırsan eyi, Uzlaşsalar, düyün başlanır yarın. 

Piran 

Firəngiz gözüdür bütün qızların. 

Səyavuş 

Kimsəyə mən könül vermədim daha, Yalnız bir ovçu qız gördüm ovlaqda, Həmən könlümü bir baxışda çaldı, Yadigarı iştə qolumda qaldı. 

Əfrasiyab 

Bütün qızlar gəlsin! 

Piran 

(işarə eylər) 

Olur, çox əla. 

Gərşivəz 

(ətrafa) 

Ah, sevdiyi birdən Firəngiz olsa!? Dəhşət daha kəskin olar şübhəsiz. 

Qızlar gəlir. 

Page 55: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Əfrasiyab 

(Səyavuşa) 

Hankısıdır? 

Səyavuş 

İştə!.. 

(Firəngizi göstərir). 

Əfrasiyab 

(məmnun) 

Qızım, Firəngiz! 

Səyavuş 

Mən müsafir sandım onu sarayda. 

Əfrasiyab 

Yanlış da bir naxış!.. 

Piran 

Əvət, öylə ya, Həyat səhnəsində həp müsafiriz. 

Əfrasiyab 

(Firəngizə) 

Sən də könlünü aç! 

Firəngiz 

Siz vəkilsiniz. 

Əfrasiyab 

Afərin, çox gözəl cavab, afərin! 

(Qolları arasına alır. Sonra vəzirə) 

Piran! Uğurludur sənin əllərin, Dəyişdir bunların bazubəndini, İcra olunsun da nişan ayini. 

Piran 

(Səyavuşun bazubəndini Firəngizin qoluna, onunkunu da Səyavuşun qoluna taxır). 

İştə, ruhlardakı duman sovuşdu, İki yıldız bir-birinə qovuşdu. 

Gərşivəz 

(Tosuna, kinli) 

Page 56: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Xayır, xayır, mümkün deyil bu əsla, Gərək dağılsın bu uğursuz yuva!.. 

Tosun 

Fikrin nədir? 

Gərşivəz 

Onu göstərir zaman. 

Piran 

İştə alqışlara layiq bir nişan! 

Əfrasiyab 

Səyavuşa tac və xələt verilsin. 

Səyavuş 

İstəməm, sadəlik xoşdur mənimçin. İranda da vardı tacım, xələtim, Həp buraxdım, həzz etmədi xislətim. 

Əfrasiyab 

Neçin buraxdın? Pək uğursuz şeymi? 

Səyavuş 

Sıxdı məni altun bir zəncir kimi. 

Əfrasiyab 

Haydı, məndən böyük bir rütbə istə! 

Səyavuş 

Gözüm yoxdur mənim heç bir rütbədə. 

Piran 

Cəngavərlik daha xoş gəlir ona. 

Əfrasiyab 

Göndərəyim səni Çin hüduduna; Böyük bir vilayət üsyan içində Həp çırpınıb durur al qan içində. 

Səyavuş 

Al qan içindəmi? Səbəbsizmi ya?! 

Əfrasiyab 

Yasamızı kimsə almayır saya. 

Səyavuş 

(məğrur) 

Page 57: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Bir ay belə sürməz o qanlı dalğa. 

Gərşivəz 

(ətrafa) 

Cənazən gömülər orda torpağa. 

Piran 

(əlini Səyavuşun umuzuna qoyaraq) 

Səyavuş söndürür onu şübhəsiz. 

Əfrasiyab 

(qızını süzərək) 

Etiraz etməzmi buna Firəngiz? 

Firəngiz 

İki könül birsə, diləklər də bir. 

Əfrasiyab 

Gedin, birlik sizə səadət verir. 

Gedirlər. 

Birinci vəzir 

Fikrin nədir? 

İkinci vəzir 

Onu göstərər zaman. 

Gərşivəz 

İştə alqışlara layiq bir nişan. Xayır, xayır, mümkün deyil bu əsla, Dağılsın gərək bu uğursuz yuva. 

PƏRDƏ 

DÖRDÜNCÜ PƏRDƏ 

I SƏHNƏ 

Çin hüdudunda türk və çin zövqü ilə süslənmiş vali qonağı... 

Vali 

(Qalın bığlarını eşir. Barmaqlarını gur saqqalı içində daldırıb düşünür. İçəri girən qurd baxışlı müşavirə) 

Nə var, nə yox? 

Müşavir 

Vali sağ olsun, bütün Ölkədə bir sevinc izi var bu gün. 

Vali 

Page 58: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Afərin, səndəki zəka bəllidir, Yoxdur sənin kimi qurnaz müşavir. 

Müşavir 

Xayır, sanma bizə uymuş cəmaət. Hər kəs Səyavuşa edər itaət. Qaçaq Altay belə fürsət bulub da Xain asilərə edər komanda. Bütün qaçaqları taxmış ardına, Atar bizim məmurları zindana. 

Vali 

Bilməm bu haqqı kim vermişdir ona? 

Müşavir 

Bəlli, arxalanmış xaqan oğluna. Onu Səyavuşmu şımartdı, yoxsa Bu cürətlə atılmazdı ortaya. 

Üsyan yatırmağa gələn bu sərsəm, Meydan oxur bizə, nədənsə bilməm! 

Vali 

Gəlsin, onu dadlı dilə basmalı, Bir səbəb bulub da həmən asmalı!.. 

Müşavir 

Xayır, asmaq doğru deyil, bir gecə Yataqda məhv etməlidir gizlicə. 

Bu sırada silahlı zəbtiyyə məmurları üstü, başı yırtıq üsyançı köylüləri gətirirlər. İçlərində iki qadın da bulunur. Yalnız önlərincə gələn və kinli baxışla bir tərəfdə duran gənc Yalçın təmiz geyinmişdir. 

Məmur 

Gəlin, haydı! 

(Yalçının yaxasından tutub çəkər). 

Sən də!.. 

Yalçın 

(qızğın) 

Burax!.. 

Zəbtiyyə məmuru 

Azğınlar! 

Üsyançılar 

Azğın biz deyilik. 

Məmur 

Page 59: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Ya kimdir? 

Üsyançılar 

(məmurları göstərir) 

Onlar! 

Vali 

(qadınlara işarətlə) 

Bunlardamı üsyançıdır? 

Yalçın 

Şübhəsiz, Taun, vəba qarşısında həp biriz. 

Vali 

Taunmu? 

Yalçın 

Siz taundan da uğursuz, Ölümdən də zalım və qorxuncsunuz. 

Vali 

Bu kim? 

Məmur 

Yalçın! Tazə gəlinin əri!.. 

Vali 

Zəncirsiz dururmu böylə sərsəri! 

Yalçın 

Deyil mana, zəncir yaraşır sana! 

Vali 

Söylətməyin, haydı, atın zindana! 

Yalçın 

Vicdansız canavar! 

Vali 

Susdurun! 

Məmur 

Sonra? 

Vali 

Page 60: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Həpsi birər-birər çəkilsin dara. 

Yalçın 

Alçaq! 

(Valiyə) 

Yarın sən də izlərsən bizi. 

Zəbtiyyə məmuru 

(qırmancla vurur) 

Haydı! 

(Onları aparır). 

Vali 

Öncə onun silinsin izi! 

(Müşavirə) 

Nə var? Gözlərinə bir qayğı doldu, Yalçının gəlini əcəb nə oldu? 

Müşavir 

(yana baxaraq) 

İştə... Baxışları olduqca kəskin! 

Vali 

(Ona yaxlaşır). 

Nədir gözlərində bu hiddət, bu kin? Düşün, təslim olmadıqca sən mana, Həsrət qalacaqdır nişanlın sana. 

Gəlin 

Mənim duvağımı sən deyil, ancaq Yalçın açmalıdır. 

Vali 

(qolundan tutar) 

Yaxın gəl! 

Gəlin 

(geri çəkilir, nifrətlə) 

Burax! 

Müşavir 

Yavrum, hər gəlin ki, yeni köçərsə, Bikri ancaq nəsib olur rəisə. Şərəfdir bu sana, düşünsən bir az, Valinin diləyi heçə sayılmaz. 

Page 61: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Vali 

Bu bir qanun! Hər kim boyun qaçırsa, Eli, əqrabası batar həp yasa. Qatlandım nazına bütün bir gecə, Qırma məni, yaman olur nəticə. 

Gəlin 

Mənim könlüm hər qülbəyə, Nəşə sərpən atəş deyil. Mənim eşqim hər kölgəyə Gülümsəyən günəş deyil. Gülünc taleyimdən mana Bu gün sönük bir ah qaldı. Qopdu zalım bir fırtına, Gənc ömrümü həsrət aldı. 

(Ağlar). 

Vali 

İstər gül, istər ağla, Mana ram olmadıqca, Qurtulamazsan, saqın! Nə sən, nə də nişanlın. 

Gəlin 

(sərt) 

Mümkün deyil bu əsla; 

Namus deyil paçavra! 

Vali 

(bağırır) 

Tərbiyəsizlik yetər! 

(Müşavirə) 

Bu pərdəni aç, göstər! Bəlkə bir az uslansın. 

Müşavir pərdəni açır. Uzaqda dəniz və yelkən gəmisi, bir tərəfdə dağlar, ən yaxında isə dar ağacında üzü arxaya ağ kömləkli bir cənazə görünür. 

Gəlin 

(onu nişanlısı zənn edərək) 

Ah, o Yalçınmı!? Yalçın! Aman, nədir bu dəhşət!? Sənsiz həyata nifrət!.. 

(Hıçqırıqlar içində bayılıb düşür). 

Məmur 

Xayır, o Yalçın deyil, 

Page 62: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Sənin nişanlın deyil. O, məhbəsdə inləyir, Heçlikləri dinləyir. 

Vali 

Zavallı!.. İştə bitdi, Bir anda söndü, getdi. 

Cənazənin üzərinə bir örtü çəkirlər. Dışarıda qorxunc və gurultulu səslər eşidilir. 

Səslər 

Hanı xırsızdar bəyi? Yetər tüğyan etdiyi. Nerdə, göstərin onu, Gəlmiş ömrünün sonu. 

Vali 

Kimdir onlar? 

Müşavir 

Səfillər! Səndən öc almaq dilər. 

Vali 

Bu azğınlıq yararmı? Yoxsa çıldırdılarmı?! 

Türk və çinli qiyafəsində bir yığın üsyançı xalq gurultu ilə içəri soxulur. Sadə geyimli Səyavuşla Bəhram da bir tərəfdə durur. Qarayağız Altay isə qabağa gəlir. 

Altay 

İştə, o xain burda! 

Üsyançılar 

O düşməndir bu yurda. 

Altay 

Həmən cəza bulmalı! 

Üsyançılar 

Bir anda məhv olmalı! 

Vali 

Azğın! Şaşırdınmı sən!? 

Müşavir 

İştə o pək sərsəri. 

Vali 

Bu sayğısızlıq nədən!? 

Page 63: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Müşavir 

O, bunların rəhbəri. 

Altay 

Artıq yetər, səbrimiz həp tükəndi. 

Üsyançılar 

Səbrimiz həp tükəndi. 

Altay 

Hüququmuz, namusumuz çeynəndi. 

Üsyançılar 

Namusumuz çeynəndi. 

Vali 

Mən ayrılmam ədalətdən, qanundan. 

Üsyançılar 

Yalan!.. Çəkilməz yalan! 

Altay (əlilə göstərir) 

İştə, ədalətin dar ağacları! Boğazlatdın acları. Quraqlıq bir yandan, sən də bir yandan, Xalqa uddurdunuz qan. Ölkə viran oldu, çıraqlar söndü, Evlər məzarə döndü. Vergi deyə hər gün bizi soydunuz, Yaman günə qoydunuz. 

Vali 

Gəlirsiz hökumət təməldən bitər. Üsyançılar 

Bitsin, yox olsun, yetər! Bir nəfər çinli Yetər, sandınız bu xalqı oyuncaq, Xalqı xırpalayır hökumət ancaq. 

Yalçın 

İştə mən!.. 

Vali 

Səni kim buraxdı? 

Yalçın 

(Üsyançıları göstərir). 

Şaşqın! 

Page 64: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Səncə əyləncəmi bu qorxmaz axın? 

Vali 

Sus, bu, hökumətə qarşı üsyandır! 

Yalçın 

Sənin azğınlığın bizə əyandır. 

Altay (önünə keçər, qızğın) 

Yetər çıldırdınız hökumət! - deyə, Evləri yıxdınız, ədalət! - deyə. Məzlumlar qanından badə sondunuz, Qarğa-quzğun kimi leşə qondunuz. Qanun deyə doğruluqdan caydınız, Xalqın namusunu heçə saydınız. Aldıqları nəfəs - zəhərli ahlar, Qidasız çocuqlar ot yeyib yaşar. Söylə, öyündüyün ədalət bumu? Hökumət dediyin rəzalət bumu? 

Vali 

Kimsə böylə təhqir etməmiş məni, Sən nəçisən, kimsən? Aşma həddini! 

Altay 

Zülmətləri yaran bir şimşəyəm mən, Doğdum məzlumların diləklərindən. 

Vali 

(qafasını sallar, acı gülüşlə) 

Bildim ki, Altaysan, bəlli şöhrətin, Şübhəsiz böyükdür, gücün, qüdrətin. 

(Camaatı göstərir). 

Əfsus, güvəndiyin bu sərsəmlərin Cümləsi üsyançı, cümləsi xain. 

Səyavuş 

Bu adlar yaraşır ancaq Valiyə. 

Vali 

Mən kimlərə üsyan etidm? 

Səyavuş 

Hər şeyə; Haqqa, ədalətə, insaniyyətə, Namusa, vicdana və heysiyyətə. 

Vali 

Demək, sən də uyub bu xırsızlara, 

Page 65: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Qıymaq istəyirsən böyük sərdara. Türk və moğol dursun, çinlilər belə Şımardı da əlbir oldu səninlə. O çinlilər ki, dün bizə əsirdi, Qarşımızda bu gün dodaq gəmirdi. 

Altay 

Həpsi məzlum, ya türk olsun, ya çinli. 

Səyavuş 

(acı gülüşlə) 

Tülkü baxışların nasıl da kinli!? 

Vali (sinirli) Qəhrəmanlıq səni məğrur etməsin, Qorxunc olar cəzan... 

Səyavuş 

Söylənmə, miskin! 

(üsyançılara) 

Bağlayın qolunu, susdurun onu! 

Üsyançılar Yalçınla arxadaşının yarıbağlı qolunun zəncirini açıb, Vali ilə Müşavirin qolunu bağlayırlar. 

Çinli 

İştə haq bağıran haqsızın sonu! 

Yalçın 

(Valiyə dar ağacını göstərir). 

Çox alçaldın, imdi sənindir sıra, Bir az yüksələrsən, çəksələr dara. 

Səyavuş 

Xayır, saqın! Onu asmış olsalar, Zəhərlənər leşə qonan qarğalar. Məncə layiq ona bir dəmir qəfəs, İbrət alsın, görüb keçdikcə hər kəs. 

Çinli 

Altay! Sən bu yurda yeni can verdin, Zülmün qaba heykəlini devirdin. 

Yalçın 

Alqış sənə, alqış doğduğun soya! Alqış bəslədiyin böyük duyğuya! 

Altay 

Siz çox inlədiniz zəncir altında; 

(Valiyə işarətlə) 

Page 66: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

O zövqü dadmalı bizim şaşqın da. Bu qayğısız ovalara, dağlara Xəyanət uğramaz bu gündən sonra. Susdu hər bucağa qonan bayquşlar, Bir də çeynəməz bu yurdu sərxoşlar. Zülmə qarşı dikbaş və məğrur olun! Hürriyyət uğrunda çox cəsur olun! Səadət pərisi gülməz qullara, Munis olar ancaq dəmir qollara. 

PƏRDƏ 

II SƏHNƏ 

Keçən səhnə... Axşamüstü... Qarşıdakı pərdələr qalxmış, dar ağacı üzərinə iri fanar qoyulmuş, dışarıda gözəl geyinmiş türk, moğol, çin qızları və dəliqanlıları coşğun bir sevinclə rəqs edirlər. Firəngiz nədimələri ilə bərabər iri, açıq pəncərədən onlara tamaşa eləyir. 

Səyavuş 

(Gəlir). 

Gözün aydın! 

Firəngiz 

Nə var? 

Səyavuş 

İştə əmcəniz! 

Firəngiz 

Gərşivəzmi? 

(qapıya doğru irəlilər, içəri girən Gərşivəzə) 

Xoş gəldiniz! 

Gərşivəz 

(Qucaqlayıb alnından öpər). 

Firəngiz! 

Firəngiz 

Babam neçin bizi anıb gəlmədi? 

Gərşivəz 

Bu gün bayram olduğunu bilmədi. Zərər yox, o gəlməz, siz gedərsiniz. 

(ətrafı süzər) 

Nə xoş mənzərələr, nə parlaq dəniz!? 

Səyavuş 

Dənizsiz bir ölkə çıxılmaz qəfəs, 

Page 67: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Havasız bir məhbəs, alınmaz nəfəs. 

Gərşivəz 

İştə həp erkəklər, yosma gəlinlər Daşğın sevinc ilə rəqs edib gülər. 

Səyavuş 

Əvət, şanlı bir gün, uğurlu bayram. 

Firəngiz 

Xalq üçün qurtuluş günü - bu bayram. 

Bəhram 

Bir il əvvəl üsyan qopardı burda, Səyavuş tazə ruh verdi bu yurda. 

Gərşivəz 

Duydum şöhrətini bütün ellərdə, Zəfər dastanların gəzər dillərdə. Mümkünsə, dinləmək istərdim əlan Olub keçənləri sənin ağzından. 

Səyavuş 

Mən bu yurda yeni vardığım zaman, Sarmışdı hər yeri aclıq və üsyan. Xain məmurlara cəza verildi, Qarğaşalıq bitdi, köylər dirildi. Bunu görən qonşu çinlilər belə, Yığın-yığın əlbir oldu bizimlə. 

Gərşivəz 

Eşq olsun, əzizim, böyük məharət! Var ol, min yaşa, ən gözəl siyasət! 

(əlini sıxar, şübhəli baxışla) 

Çin xalqına çox da inanmaq olmaz, Onlar siyasətdə olduqca qurnaz. 

Səyavuş 

Xayır, həpsi Çin xaqanıncan qaçan, Yoxsul əkinçilər... 

Gərşivəz 

Hiylədir, inan! 

Onlar yabançıdır bizə, unutma! Hər azğını türkə bərabər tutma! 

Səyavuş 

(sərt və kəskin) 

Mən bu düşüncəyə qarşıyam... 

Page 68: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Gərşivəz 

Saqın! Er-gec qıyar sənə o məzlum axın. 

Qızlar yemək və şərab gətirir. Bu sırada dışarıdan gurultulu səslər eşidilir. 

Yalçın 

Yetər, verilsin cəza, O vicdansız xırsıza! 

Altay 

Xain qaçsa hər yana, Qurtuluş yoxdur ona. 

Altay və Yalçın camaatla bərabər yaxaladıqları Vali və Müşaviri gətirirlər. 

Səyavuş 

Nə olmuş? 

Altay 

Bu alçaq həriflər dəmin Qaçmaq istəyirmiş... 

Yalçın 

(Valini üstdən aşağı süzərək) 

Zavallı miskin! 

Səyavuş 

Durun! 

Altay 

Bu xainlər asılsın gərək! 

Camaat 

Asılsın, asılsın! 

Altay 

(Valiyə) 

Oh, quduz köpək! 

Vali 

(Səyavuşun ayaqlarına qapanır). 

Bir il cəza kafi deyilmi? 

Səyavuş 

Əsla! 

Page 69: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Gərşivəz 

Səyavuş! Onları mənə bağışla. 

Səyavuş 

Zalim bağışlansa daha çox azar, Məzlum üçün qazar ən dərin məzar. 

Gərşivəz (Səyavuşa) 

Onun cəzasını burax bizlərə! 

Firəngiz 

Əmcəmin sözünü salmayın yerə! 

Səyavuş 

Düşün, yaralanmış kinli bir ilan Sağ qalarsa... 

Yalçın 

Xayır, buna yox imkan. 

Altay (Yalçına) 

Bağlayın qolunu bu azğınların! Gərşivəz 

Xaqan hüzuruna gedərlər yarın. Qanun qarşısında rəzil olarlar, Umulmaz, amansız cəza bularlar. 

Altay 

Xayır, inanmayın! 

Firəngiz 

(Səyavuşa) 

Susdur Altayı! 

Səyavuş 

Haydı! 

Yalçın 

Gəl, xaqan da bunların tayı. 

Altay 

Səyavuş da şah nəsli, xaqan nəsli. Onun hər kəslə var başqa bir dili. 

Gedirlər. 

Gərşivəz 

Page 70: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

(Səyavuşun əlini sıxaraq) 

Var ol, xalq içində qırmadın məni, Sağ buraxmam inan öylə xaini. 

Nədimələr qədəhləri doldurur. 

Firəngiz 

(Özü doldurduğu böyük qədəhi Gərşivəzə verir). 

Yorğunsunuz, gözəl şərabdan için! 

Səyavuş 

(nədiməyə) 

Çin elçisi nerdə, çağır da gəlsin. 

Birinci nədimə 

(qapıya doğru baxır) 

Gəldilər. 

Səyavuş 

Buyurun! 

Eyicə geyinmiş Kosa Bəhramla bərabər gəlir, otururlar. 

Firəngiz 

(Gərşivəzi Kosaya tanıdaraq) İştə əmcəmiz. 

Kosa 

(Gərşivəzə) 

Məmnun etdi bizi böylə gəlməniz. 

Səyavuş 

(qədəhi qaldırır) 

Var olsun Gərşivəz!.. 

Bəhram 

(içərək) 

Yaşa, min yaşa! 

Gərşivəz 

Çox təşəkkür!.. 

Rəqqasə girir. 

O kim? 

Page 71: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Firəngiz (gülümsəyərək) 

Canlı bir əda! Kosa 

O, Çin sarayında eşsiz bir inci, Həm oynamaqda, həm səsdə birinci! 

Gərşivəz 

(Firəngizə baxaraq) 

Nəşəmizə yeni bir nəşə qatsın. 

Firəngiz 

(rəqqasəyə) 

Şaqraq səsin duyğuları oynatsın. 

Gərşivəz bir də içər. 

Rəqqasə 

(həm şərqi söylər, həm də rəqs eylər) 

Doğurdu anam məni matəmli bir düyündə, İblis ilə tanrının öpüşdüyü bir gündə. Gözlərimdə o gündən məstanə cilvələr var, Ağlasam üzüm gülər, gülərsəm ruhum ağlar. Mən istərəm hər könül mənim eşqimlə dolsun, Kimsə mənə yar deyil, ancaq əsirim olsun. 

Rəqqasə çəkilir, Gərşivəz dərin ah çəkir. 

Səyavuş 

“Ah” neçindir? 

Gərşivəz 

Bunu o cəllada sor! 

(Əlini şiddətlə masaya vurub qalxır). 

Xayır, bu heç vicdanıma sığmıyor. 

Səyavuş 

Nə oldu? 

Gərşivəz 

Heç!.. 

Səyavuş 

Kimə qarşıdır bu kin? 

Firəngiz 

Vali içinmidir? 

Page 72: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Gərşivəz 

Sormayın! 

Səyavuş 

Neçin? Gərşivəz 

Çünki Vali onun yanında bir heç! 

Səyavuş 

O kim? Daha qorxunc insanmı? 

Gərşivəz 

Vaz keç! Alov dalğaları yaxar beynimi, Heç bir qüvvət susduramaz kinimi. 

Səyavuş 

Yorğunsunuz, bir az yatın, dincəlin. 

(Yan odaya götürür). 

Gərşivəz 

(qolunu Səyavuşun boynuna keçirir) 

Bilinmədi əfsus qiymətin sənin. 

Firəngiz (Bəhrama) 

Daim onda böylə gülünc hallar var, Bir qədəh içdimi, qiyamət qopar. 

Bəhram 

Xayır, bu coşğunluq səbəbsiz deyil. 

Həpsi çıxır. Kosa ilə rəqqasə qalır. 

Kosa 

(təlaş ilə qıza yaxlaşır) 

Tam fürsətdir! Hanı o zəhri-qatil? 

Rəqqasə 

Yolda düşürmüşəm... 

Kosa 

Yalan söyləmə! 

Rəqqasə 

(Ciblərini göstərir) 

Page 73: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Yoxdur inan! 

Kosa 

Çıxar, həzyan eyləmə! 

(Ciblərini arar və boğazını yaxalar, bu sırada Firəngiz qapı arasından görünür, dinləyir). 

Rəqqasə 

(Bükülü bir kağız çıxarır). 

Buyur! Südabənin bu hiyləsində Sən də məhv olarsan, inan ki, mən də. 

Kosa 

(kağızı açır, gülərək) 

Bu bir zəhər ki, ilk öncə güldürür, Güldürür, güldürür, sonra öldürür. Səyavuşa məxsus qədəh iştə bu! Bizdən ona dadlı, sürəkli uyğu!.. 

Rəqqasə 

(həyəcanlı) 

Həp o, həp Südabə!.. 

Kosa 

(Dalıb gedən rəqqasənin qolundan tutar, odadan çıxarmaq istər). 

Gəl, yetər sükut! 

Rəqqasə 

(zəhərli qədəhi alıb yerə çırpar) 

Parçalanmalıdır bu qanlı tabut... 

Kosa 

(kinli) 

Səyavuşa səndəmi aşiq oldun? 

Rəqqasə 

Sən nəsən? İştə bir duyğusuz odun! 

Kosa 

(Cibindən kiçik bir xəncər çıxarır). 

Bax, bu xəncər daha zəhərli, kəskin! 

Rəqqasə 

(əlindən xəncəri qaparaq) 

Page 74: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Sən canavar südüyləmi bəsləndin!? 

Kosa 

Xəncəri ver mənə!.. 

Rəqqasə 

(ətrafa) 

Zavallı şaşqın! Öylə qəhrəmana qıyılmaz, saqın! 

Kosa 

Ver deyirəm... 

(Xəncəri almaq istər.) 

Rəqqasə 

Xayır! 

(Xəncəri arxaya atır.) 

Kosa 

(qızı yaxalar, boğar) 

Ver! 

Rəqqasə 

(acı fəryad ilə) 

Burax, burax! 

Kosa 

Xəncəri ver, yoxsa... 

Firəngiz 

(Xəncəri yerdən alıb Kosanın böyrünə saplar). 

Al, iştə, alçaq! 

Kosa 

(yıxılaraq) 

Ah, mən... ölsəm belə... sizə... aman yox... 

Firəngiz 

Sus! Səyavuş 

(içəridəkilərlə bərabər gəlir) 

Nə olmuş? 

Firəngiz 

Page 75: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Bunda əsla vicdan yox. Hərif Çindən gələn elçi deyilmiş. 

Rəqqasə 

Südabə göndərmiş, səninçin gəlmiş. 

Səyavuş 

Heç şübhə yox ki, var gizli bir səbəb. 

Rəqqasə (göstərir) 

Qədəh də, xəncər də zəhərlidir həp. Firəngiz 

Pozmaq istəyirkən şən həyatını, Firəngizdən aldı mükafatını. 

Səyavuş 

(rəqqasəni süzərək) 

Bu qız da şıbhəsiz yoldaşdır ona. 

Rəqqasə 

Fəqət yoldaşlığım varmadı sona, Biz səni öldürməkçin gəlmişkən, Nədənsə həp fikrim dəyişdi birdən. 

Səyavuş 

Söylə, neçin dəyişdi? 

Rəqqasə 

Heç sormayın! Çırpınan qəlbimə yara vurmayın! Mən çocuqkən saraylara satıldım, Ruzgar kimi eldən-elə atıldım. Öc izlərkən, birdən sənə tuş oldum, 

Fəqət məzlumlara yardımçı buldum. 

(cənazəyə baxar, kinli) 

Qıymaq istəyirkən bu miskin sənə, Mane oldum iştə!.. 

Bəhram 

Afərin sənə! 

Firəngiz 

Qız məhv olmuşdu mən yetişməsəydim. 

(Rəqqasəni qucaqlar, öpər.) 

İnan, səni bütün ruhumla sevdim. 

Page 76: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

(Nədimələrə) 

Alın, rahatlansın, o çox üzüldü, Sisli taleyimiz onunla güldü. Rəqqasəni yan odaya aparırlar. 

Səyavuş 

(yanındakılara) 

Alın cənazəni!.. Qaldırırlar. Nə dəhşət!? Əgər Cahandakı bütün kinlər, fitnələr, Bütün ehtiraslar olsa həp gəbə, Bir afət doğardı, o da Südabə! 

Gərşivəz 

(dərin ah çəkir) 

Doğrusu, çox uğursuzmuş talein. Bilməm nə gündə sən cahana gəldin? Zülmətlə nur qarışdığı andamı? Xeyir ilə şər barışdığı andamı? Sanma bir Südabə azmışdır yolu, Əfrasiyab ondan daha qorxulu! 

Səyavuş 

Mən nə etdim ona? Tühaf müəmma!? 

Gərşivəz 

Deyir ki, göz tikmiş taxtü-tacıma. 

Firəngiz 

Səyavuşmu? 

Gərşivəz 

Əvət! 

Səyavuş 

Çirkin iftira! 

Gərşivəz 

Deyir: “Qarşı durur o qanunlara”! 

Səyavuş 

Hanki qanunlara? 

Gərşivəz 

Kim bilir!? 

Page 77: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Firəngiz 

Əsla!.. Sapdığımız yoxdur qanunsuz yola. 

Gərşivəz 

Xayır, bu şübhələr sıxmasın sizi, Yoxdur Səyavuşda xəyanət izi. (Digər odaya keçir). 

Səyavuş 

Gedib görmədikcə Əfrasiyabı, Qalxmaz ortadan bu fitnə dolabı. 

Firəngiz 

Saqın, getmə, ona bir şübhə gəlsə, Yalnız sənə deyil, qıyar hər kəsə. 

Səyavuş Yox, dayanılmaz bu çirkin böhtana, Ən kiçik bir ləkə ölümdür mana. 

(sinirli və coşğun) 

Kimə inanmalı!? İştə hər diyar Mənə qarşı kin və intiqam duyar. İran xəyanət və hiylə ocağı Turan iftira və dəhşət qucağı!.. Çinə getsəm, onlar daha amansız! Saray böcəkləri yaşarmı qansız? Lənət olsun, uymam bu gündən sonra Almasla parlayan qanlı taclara! 

PƏRDƏ 

BEŞİNCİ PƏRDƏ 

Dağ ətəyində bir ova... İki-üç çadır qurulmuş, ikindi çağı, buludlu hava, ətraf qayalıqdır. Çadır önündə Vali, Müşavir və Tosun əsgəri qiyafədə olaraq qonuşurlar. Əsgərlərdən kimi növbət bəkləyir, kimi ətrafı süzərək dolaşır. 

Vali 

(Kinli addımlarla gəzinir). 

Oh, Səyavuş, Səyavuş! Bilməm nə sandın məni? Bir gün didib parçalar dəmir biləklər səni. 

Müşavir 

Gərşivəz olmasaydı, hər ikimiz bitmişdik, Gedər-gəlməz diyarə ziyarətə getmişdik. 

Vali 

İnan ki, sağ qaldıqca böylə vətən xaini, Sönməz Əfrasiyabın alov püskürən kini. 

Page 78: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Müşavir 

Deyirlər ki, qorxudan Çinə qaçmış... 

Tosun 

Həp yalan. 

Vali 

Xayır, o qorxaq deyil. 

Müşavir 

Fəqət, xain bir insan. 

Tosun 

(ətrafa) 

Bütün bu uydurmalar Gərşivəzin hiyləsi! 

(onlara) 

Xain deyil Səyavuş... 

Muşavir 

Sus bə, şeytan köləsi! 

Vali 

(ətrafdakı əsgərlərə) 

Haydı, baxın yollara, o sapqın nerdə olsa, Burdan keçər şübhəsiz, həmən alın ortaya! 

Müşavir 

Buludlara uçsa da, qurtuluş yoxdur ona. 

(Üç-dörd nəfərlə uzaqlaşır). 

Tosun 

(ətrafa) 

Maraqlıdır tülkülər saldırırsa aslana. Bu sırada göy gurlar, şimşək çaxar. 

Vali 

Kişnər də yıldırımlar, qılınc çəkər buludlar, Göylər səltənətində qovğamı, şənlikmi var!? 

Rübabə 

(Qiyafətini dəyişdirmiş olduğu halda, tacir qiyafətli pişxidmətlə gəlir. Acı fəryad ilə) 

Ah, aman! 

Tosun 

Page 79: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Dur, nə olmuş? 

Rübabə 

Dəhşət aldı cahanı. Şaşırmış bir yolçuyuq, yoxdur səfər imkanı. 

Pişxidmət 

Biz nerdəyik? Bu yollar çıxır hankı bir yana? 

Tosun 

O yol Çinə, bax bu da Əfrasiyab yurduna. Boru çalınır, Gərşivəz bir neçə cəngavərlə gəlir. 

Rübabə 

Gələn kimdir? 

Tosun 

Gərşivəz! 

(arxadaşlarına) 

Hazır olun, salam.. dur! 

(Təzim için qılınc çəkərlər) 

Pişxidmət 

(təmənna edər, Rübabəni Gərşivəzə təqdim ilə) 

Əfəndim! Qadıncığaz sizi görmək istəyir. 

Gərşivəz 

Nerdənsiniz, kimsiniz? 

Rübabə 

Keykavusdan elçiyiz, İştə məktubumuz var. 

Gərşivəz 

Öyləmi? Xoş gəldiniz. 

(Bir tərəfə çəkilib məktubu oxur.) 

“Ey könlümün sevinci, çəlik qollu Səyavuş! Tam fürsətdir, hazır ol, hər tədarük görülmüş. Sən bir yandan hücum et, Çin xaqanı bir yandan, Tus ilə Zal oğlu da qaldıracaq İrandan. Alt-üst edin Turanı, orduları əzilsin, Əfrasiyab hüzura qolları bağlı gəlsin. 

İmza: baban Keykavus”. 

(iblis qəhqəhəsilə) 

Page 80: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Bax, bunu çox bəyəndim. (Tosuna) 

İkram edin bunlara! 

Tosun 

(soyuq) 

Buyursunlar, əfəndim! 

(Hər ikisini çadıra aparır, ətrafda boru çalınır). 

Əfrasiyab 

(Piranla bərabər gəlir). 

Bu çadırlar burda neçin qurulmuş? 

Piran 

Yol çox uzaq, bəlli, əsgər yorulmuş. 

Əfrasiyab 

Saqın, fürsət bulub Səyavuş qaçar, Sonra başımıza fəlakət açar. 

Gərşivəz 

Hər tərəfdən iştə tutulmuş yolu, Yoxdur ona əsla qurtuluş yolu. 

Əfrasiyab 

Hər kim o sapqını əsir edərsə, Mükafat alacaq hər nə istərsə. 

Piran 

Səyavuşa sapqın demək doğrumu? 

(Çin yoluna baxır, heyrətlə) 

O kim, Səyavuşmu? Gerçəkdən omu? 

Əfrasiyab 

Tam özüdür, iştə! Rəzil, ədəbsiz! 

Gərşivəz 

Sağ-solunda Bəhram ilə Firəngiz! 

Əfrasiyab 

Haydı, bir az rahatlansın çadırda, Xainləri bəklər ən ağır cəza. 

Piran 

Heç bir zaman, Zaval yoxdur doğruya. 

Page 81: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Gedirlər. 

Gərşivəz 

(alayçı gülüşlə, ətrafa) Er-gec sərab olar o dadlı röya. Sevin, sevin!.. Əvət, uzaq deyildir, O başbuq olacaq, sən də baş vəzir. 

Əfrasiyab 

Məncə, suçlu deyil o şanlı əsgər. 

Gərşivəz 

Aldatmasın səni gözəl nəğmələr. Hələ dağlardakı üsyan sönməmiş, Altay da əzmindən hələ dönməmiş. Ətraf kəndlər hər gün ona qoşulur, Gün-gündən ordusu həp qüvvət bulur. Səyavuşun əli çatsa Altaya, Salar bizi daha qorxunc qovğaya. İştə Keykavusun əli var hələ, İstər Səyavuşla versin əl-ələ. 

Əfrasiyab 

Xayır, Səyavuşda heç bir hiylə yox. 

Gərşivəz (kinayəli) 

Sazın tellərində əfsanələr çox! 

Əfrasiyab 

Yetər, yetər, artıq usandıq, yetər! 

Gərşivəz 

Hər halda ot kökü üstündə bitər. 

Əfrasiyab 

İnanmam, o xain deyildir, xayır. 

Gərşivəz 

(məktubu verir) 

İştə oxu! Bu hər sirri anladır. 

Əfrasiyab 

(oxuyaraq sarsılır) 

“... Çəlik qollu Səyavuş Sən bir yandan hücum et, ... Hər tədarük görülmüş. Çin xaqanı bir yandan, Tus ilə Zal oğlu da Saldıracaq İrandan. Alt-üst edin Turanı, 

Page 82: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Orduları əzilsin. Əfrasiyab hüzura Qolları bağlı gəlsin!” Nə dəhşət?! 

Gərşivəz 

Nə cəsarət! 

Əfrasiyab 

Çəkilməz bu xəyanət! 

(Tosuna) 

Çağır gəlsin, o sapqın cavab versin. 

Tosun 

İtaət! 

(Çadıra girir). 

Əfrasiyab 

(Gərşivəzə) 

Bir az suçlu çıxdımı? Həbsə alınsın həmən, Bir bəhanə bulub da üz başını cəsəddən. 

(Məktubu əlində bürüşdürür). 

İlk görüşdə mən sənin haqq sözünə baxmadım, Səyavuşun bir casus olduğunu çaqmadım. 

Səyavuşu gətirirlər. 

Firəngiz 

Ah, sevgili babaciyim! 

Əfrasiyab 

Yaxlaşma! 

(sərt və kəskin tövr ilə ona və Səyavuşa) 

Sən də, o da düşmənsiniz tacıma. 

Firəngiz 

Bizmi!? 

Əfrasiyab 

Əvət, yapdığınız haqsızlıq, Qanunsuzluq deyildir əfvə layıq. Gəl, yaxın gəl! 

Səyavuş Əmriniz? 

Əfrasiyab 

Page 83: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

İştə məktub var sana, Baban çağırmış səni, yenə əski yurduna. 

Səyavuş 

Xayır, istəməm, xayır, İran bir cənnət olsa, O yurda sanma bir də Səyavuş ayaq basa. Hind ormanlarındakı qaplanlara qoşulsam, Himalayın başında qartallara eş olsam, Nildəki timsahların atılsam qucağına. Mümkün... Amma tutulmam hörümçəklər ağına. Südabələr bəsləyən uğursuz bir ölkənin, Uğramam hüduduna, bundan əmin ol, əmin! 

Əfrasiyab 

Öylə isə ən güclü ordu verəyim sana, Alt-üst edib İranı saldır Kəyan şahına! 

Səyavuş 

Xayır, o alçalsa da, mən alçalmaq istəməm, Axıtsa da qanımı, mən öc almaq istəməm. 

Əfrasiyab 

(istehzalı gülüşlə) 

Aranızda, şübhəsiz, qırılmayan tellər var, Bu məktubu al oxu, bax gör nələr sayıqlar!? 

(Məktubu Səyavuşa verir, Səyavuş gözdən keçirir). 

Gərşivəz (Əfrasiyaba yanaşır, kinayə ilə) 

Bizim şanlı qəhrəman siyasətdən də anlar, Həmən cavab bulur da işin içindən çıxar. 

Səyavuş (həyəcanlı) 

İştə mənim için ölüm fitvası! Südabənin yeni bir iftirası! 

Əfrasiyab 

Yazan Südabəmi? 

Səyavuş 

Xayır, Keykavus. 

Gərşivəz 

Gizli tədbirlərin heç oldu, əfsus! 

Səyavuş 

(sinirli) 

Gərşivəz! Səndəmi dil açdın mana? Səndəmi, səndəmi küsdün vicdana? 

Page 84: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Əfrasiyab 

Sus, mənim qardaşım təhqir edilməz! Gərşivəz iftira, dəsisə bilməz. 

Səyavuş 

Haqlısınız, əvət, anladım işi, Sadəlik də abdallığın bir eşi. 

(Gərşivəzə) 

Düşün, əgər xain olsaydım, əsla, Silahsız, ordusuz çıxmazdım yola. Dadlı dillərinə uyub gəldim mən, Əsirgəmə, hər nə gəlsə əlindən. 

Əfrasiyab 

Yetər, çox şımardı, həmən susdurun! Bağlayın qolunu! 

Firəngiz 

(babası önündə diz çökərək) 

Mərhəmət! 

Səyavuş 

(onu yaxalamaq istəyənlərə) 

Durun! 

Firəngiz 

Lütf edin, acıyın, o xain deyil! 

Səyavuş 

Üzülmə, yalvarma! 

Əfrasiyab (qızının qolundan tutub itələr) 

Çəkil! 

Səyavuş 

Oh, səfil! Lənət o günə ki, sığındım sana, Nifrət güvəndiyim qanlı xaqana! Mən atıb da gəldim Kəyan tacını, 

(Firəngizi göstərir) 

Şərəf bildim onun izdivacını. Düşünmədim, babam kimi sənin də, Əqrəblər yaparmış yuva beynində. Bu bir suçmu, söylə, yalnız qəhr olan Ölkələri xilas etdim aclıqdan. 

(Vali ilə Müşaviri göstərir) 

Page 85: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Haqq tanımaz zalımlardan öc aldım, Bilmədim ki, buna qızarmış dayım. Əvət, bilmədim ki, dumanlı başlar Haqqı deyil, haqsızlığı alqışlar. Səncə xoşmu xalqın acı fəryadı? 

(həyəcanla) 

Ah, babam da, sən də məzlum cəlladı!.. 

Əfrasiyab 

Dəf edin, görməsin onu gözlərim. 

Səyavuş 

Bu siz, bu mən!.. Bitdi artıq sözlərim. 

(Səyavuşu əsgərlər aparırlar). 

Firəngiz 

(babasına) 

Ah, səndə mərhəmət, vicdan yoxmudur? Səyavuş, Səyavuş!.. Aman, getmə, dur! 

Gedirlər. 

Bəhram 

İştə boynum, iştə qılınc, xaqanım! Qurtar onu, sənə halaldır qanım. 

Əfrasiyab 

Xainin cəzası ölümdür ancaq! 

Piran 

Saqın, öylə şanlı bir gəncə qıymaq Qəlbindən yaralar bütün dünyanı, Anıldıqca ağlar qoyar Turanı. 

Dəliqanlı 

(Təlaş ilə gəlir). 

Dəhşət!.. O kimsəyi saya almayır. 

Əfrasiyab 

Səyavuşmu? 

Dəliqanlı 

Əvət, təslim olmayır. 

Gərşivəz 

İştə, o dönmüş bir dəli qaplana, Saldırır da sağa-sola, hər yana. 

Page 86: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

Coşğun musiqi... Çarpışma və gurultu səsi... Səyavuş sıyırma qılınc gəlir. Önündə qaçan Valiyə, Müşavirə hücum edir, başqa cəngavərlər onun ətrafını sarar, qılınc-nizə şaqırtısı ortadığı çınladır. Bəhram da silah çəkib Səyavuşa yardım edir. 

Əfrasiyab 

Acımayın, vurun, həmən susdurun! 

Səyavuş 

Al, bu sənin! 

(Valini yaralar) 

Gərşivəz 

(ətrafdakılara) 

Hücum! 

Piran 

Ah, aman, durun! 

Gərşivəz 

Bax böylə! 

(Arxadan vurur.) 

Səyavuş 

(Yıxılır). 

Uğursuz, alçaq! 

Əfrasiyab 

Xainlərin budur cəzası ancaq! 

Gərşivəz 

Nəhayət, qırıldı zəfər şəhpəri! 

Səyavuş 

Səndən şərəflidir ov köpəkləri!.. 

Əfrasiyab 

Yazıq!.. Keykavusa etmədin imdad! 

Səyavuş 

Keykavus bir cəllad, sən də bir cəllad!.. 

(Susur, qolları yanına düşür). 

PƏRDƏ 

Page 87: Web viewNə sən, nə mən! Biz ər oğlu ərləriz, Gücdə, saldırışda həp bərabəriz. Ətrafdan əsgəri musiqi eşidilir. Rüstəm əlini alnına qoyub baxar

SON