xƏstƏlİyİn yayilma areali

25

Upload: prescott-pollard

Post on 02-Jan-2016

53 views

Category:

Documents


1 download

DESCRIPTION

XƏSTƏLİYİN YAYILMA AREALI. Kələmin kilası – Plasmodiophora brassicae Woronin. Təsnifatda yeri : Protozoa aləmi , Plasmodiophoramycota şöbəsi , Plasmodiophoramycetes sinfi , Plasmodiophorales sırası , Plasmodiophoraceae fəsiləsi , Plasmodiophora cinsi Bioloji qrupu : Biotrof. - PowerPoint PPT Presentation

TRANSCRIPT

Page 1: XƏSTƏLİYİN YAYILMA  AREALI
Page 2: XƏSTƏLİYİN YAYILMA  AREALI
Page 3: XƏSTƏLİYİN YAYILMA  AREALI

AZƏRBAYCAN

AVROPA

AVSTRALİYA

AMERİKA

ŞİMALİ QAFQAZ

KRASNODAR

XƏSTƏLİYİN YAYILMA AREALI

Page 4: XƏSTƏLİYİN YAYILMA  AREALI

• Havanın temperaturu 20-24ºC• Xəstəliyin inkubasiya müddəti 5-8 gün• Vegetasiya dövrü 5-8 generasiya verir

EKOLOGİYASI

• Bitkilərin yoluxması 100%-ə çatır• Toxum məhsulu 72% azalır

TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ

• Növbəli əkin• Optimal səpin• Gübrələrin verilməsi• Sağlam toxum materialı• Ridomil qold MS – 2 kq/ha• 1%-li bordo məhlulu

MÜBARİZƏ TƏDBİRLƏRİ

Page 5: XƏSTƏLİYİN YAYILMA  AREALI

Təsnifatda yeri:

Protozoa aləmi, Plasmodiophoramycota

şöbəsi, Plasmodiophoramycetes sinfi,

Plasmodiophorales sırası,

Plasmodiophoraceae fəsiləsi,

Plasmodiophora cinsi

Bioloji qrupu:

Biotrof

Kələmin kilası –Plasmodiophora brassicae Woronin

Page 6: XƏSTƏLİYİN YAYILMA  AREALI

Patogenin morfologiya və biologiyası. Xəstəlik köklərdə milşə-killi, şarşəkilli və ya düzgün olmayan şişlər və ya hallar əmələ gətirməklə xarakterizə olunur. Kələm şitillərinin kökləri kila ilə yoluxan zaman bitkinin xarici görkəmi adətən dəyişmir. Yalnız çox erkən və güclü yoluxmada yarpaqların saralması və böyümənin ləngiməsi müşahidə edilir. Yaşlı bitkilərin kökləri yoluxan zaman güclü sıxıntı qeydə alınır: yarpaqlar düşür, (xüsusilə gündüz çox isti və quru havada), baş hissə pis inkişaf edir və ya tamamilə əmələ gəlmir. Kələm şitillərinin sistem yoluxması da təsvir edilmişdir. Bu halda bitki xlorotikləşir, böyümədən qalır, yarpaq qoltuğundakı yatmış tumurcuqlarda hipertrafiya qeyd olunur, təpə meristemləri proliferasiya uğrayır, yarpaq və gövdələrdə hallar əmələ gəlir. Belə bitkilərin köklərində hallar hər zaman baş vermir, həmin yaşlı sistem yoluxmayanlara nisbətən onlar əhəmiyyətli dərəcədə kiçikdirlər. Bitkilərin vegetasiyanın sonuna yaxın, habelə yazda torpaq mikroorqanizmlərinin təsiri altında şişlər, fırlar dağılır və torpağa çoxlu miqdarda istirahət sporları (sista) kütləsi tökülür.

Page 7: XƏSTƏLİYİN YAYILMA  AREALI
Page 8: XƏSTƏLİYİN YAYILMA  AREALI
Page 9: XƏSTƏLİYİN YAYILMA  AREALI
Page 10: XƏSTƏLİYİN YAYILMA  AREALI

AZƏRBAYCAN

AVROPA

CƏNUBİ VƏ ŞİMALİ AMERİKA

ŞİMALİ AFRİKA

AVSTRALİYA

YAPONİYA

MDB

STƏ

LİY

İN Y

AY

ILM

A A

RE

AL

I

Page 11: XƏSTƏLİYİN YAYILMA  AREALI

EKOLOGİYASI• Torpağın rütubəti 60-90%• Turş reaksiyalı torpaqlarda pH- 5,4-6,5• Turş torpaqlarda yoluxma üçün minimal

temperatur 10-12ºC• Maksimal 30-35ºC• Optimal 20-25ºC

TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ• Xəstəlik nəticəsində məhsul itkisi – 10-60%• Epifitotiya illərində məhsuldarlıq hər hektardan

400-500 sentner azalır

MÜBARİZƏ TƏDBİRLƏRİ • Parnik torpağı dezinfeksiya edilməli• Torpaq buxarla işlənməli• Kontakt və sistem təsirli torpaq fungisidlərindən

istifadə• Xaççiçəkli alaqlarla mübarizə• Optimal səpin müddəti

Page 12: XƏSTƏLİYİN YAYILMA  AREALI

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Anamorfic

fungi şöbəsi, Hyphomycetes sinfi,

Hyphomycetales sırası, Tuberculariacae

fəsiləsi, Fusarium cinsi

Bioloji qrupu:

Hemibiotrof

Kələmin fizariozu və ya sarılığı – Fusarium oxysporiumSchl. f. congintinans Bilai

Page 13: XƏSTƏLİYİN YAYILMA  AREALI

Patogenin morfologiya və biologiyası. Xəstəlik ən çoxu ağbaş kələmi, az hallarda yarpaq, gül, brüssel, kolrabi kələmlərini, habelə turp, turpçanı yoluxur. Şitil və yaşlı bitkilər sirayətlənirlər. Ləpələr və şitilin yarpaqları saralır, bitkilər ölüşgəyirlər. Saplaqların eninə kəsiyində şəffaf-qəhvəyi damar həlqələri görünür. Damarların kəsiyini mikroskoplaşdıran zaman nazik çoxhüceyrəli mitsel qeydə alınır. Bir çox hallarda cücərtilərin kökləri də yoluxur, nəticədə filqə yarpaqlar açılana qədər bitkilər ölür. Daha yaşlı bitkilərdə xəstəlik turqorun itməsinə səbəb olur, yarpaqlar saralır, onlar tökülür, inkişafdan qalır və kələm başları əyilirlər. Yarpaqların saplaqlarını və gövdədən kəsik etdikdə qonur həlqə damarlar görünür, az sonra onlar tündləşir, lakin damarlı bakteriozda olduğu kimi qarala bilmirlər.

Xəstəliyin törədicisi hava mitselində makro və mikrokonidilər əmələ gətirir. Mikrokonidilər silindrik, miləoxşar-oraqşəkilli, üst və alt hüceyrələri tədricən və bərabər qaydada daralır. Onlar çox vaxt üç, bəzi hallarda beş arakəsməlidir, ölçüləri 28-34 x 32-37 mkm-dir.

Page 14: XƏSTƏLİYİN YAYILMA  AREALI
Page 15: XƏSTƏLİYİN YAYILMA  AREALI
Page 16: XƏSTƏLİYİN YAYILMA  AREALI
Page 17: XƏSTƏLİYİN YAYILMA  AREALI

YAYILMASI

Rusiya Federasiyasının şimal rayonları

Qırğızıstan

Tacikistan

Ukrayna

Belorus

EKOLOGİYASI

Parnik şəraitində xəstəliyin inkişafı 12-18ºC

Güclü inkişafı 20-25ºC

Xəstəliyin inkişafı üçün minimal temperatur 16-17ºC

Maksimal inkişafı 35ºC

Page 18: XƏSTƏLİYİN YAYILMA  AREALI

Təsərrüfat əhəmiyyəti. Xəstəliyin zərəri şitillərin

məhv olması, yaşlı bitkilərin inkişafdan qalması ilə

xarakterizə olunur. Eyni zamanda saxlanma zamanı kələm

başlarının çürüməsi güclənir. Ayrı-ayrı təsərrüfatlarda

xəstəliyin təsirindən məhsul itkisi 40-50%-ə çatır.

Mübarizə tədbirləri. Növbəli əkinə əməl edilməli,

özək və digər bitki qalıqları sahədən çıxarılmaqla məhv

edilməli, toxumlar səpin qabağı dərmanlanmalı, dərin şum

aparılmalıdır.

Page 19: XƏSTƏLİYİN YAYILMA  AREALI

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Anamorfic

fungi şöbəsi, Hyphomycetes sinfi,

Hyphomycetales sırası, Dematiaceae

fəsiləsi, Alternaria cinsi

Bioloji qrupu:

Hemibiotrof

Kələmin alternariozu və ya qara ləkəliyi – Alternaria brassicae Sacc.

Page 20: XƏSTƏLİYİN YAYILMA  AREALI

Patogenin morfologiya və biologiyası. Xəstəliklə bitkinin cavan və yaşlıları, xüsusilə toxumluqlar, yetişmə və məhsul topla-nışı dövrləri yoluxurlar. Cücərtilərin ləpələrində və gövdələrində qara nekrotik zolaqlar və ləkələr meydana çıxır. Ağbaş kələmin daha yaşlı bitkilərində başın təpə yarpaqlarında 1 sm-ə qədər diametrli tünd zonal ləkələr formalaşır. Burada seyrək, oturaq örtük inkişaf edir. Toxumluqlarda xüsusilə, gövdə və qınlar yoluxurlar. Qınlarda süd və süd-mum yetişmə fazasında dənlərdə qara parıltılı ləkələr əmələ gəlir. Onlar rütubətli havada tünd məxməri örtüklə örtülür.

Xəstəlik törədicinin çoxhüceyrəli mitseli bitki toxumalarında hüceyrəaralarında yerləşir. Yoluxmuş toxumaların səthində tünd örtük əmələ gəlir. Həmin örtük göbələyin qısa qonur konididaşı-yanlarından və uzunsov əks sancaqşəkilli, zeytuni qonur konidilə-rindən ibarətdir. Konidilər eninə və uzununa ara kəsməlidir, onların ölçüləri 60-140 x 14-18 mkm-dir. Kələmin yoluxmuş qışlayan özəyində göbələk kisə mərhələsi əmələ gətirə bilir.

Page 21: XƏSTƏLİYİN YAYILMA  AREALI
Page 22: XƏSTƏLİYİN YAYILMA  AREALI
Page 23: XƏSTƏLİYİN YAYILMA  AREALI
Page 24: XƏSTƏLİYİN YAYILMA  AREALI
Page 25: XƏSTƏLİYİN YAYILMA  AREALI

Yayılması. Xəstəlik kələm becərilən ölkələrin əksəriyyətində geniş yayılmışdır, xüsusilə rütubəti çox olan rayonlarda həm birinci il, həm də ikinci il bitkilərinə zərər vurur.

Ekologiyası. Xəstəlik törədici sahib bitkinin vegetasiyası dövrü konidilərlə yayılır. 250C temperaturda xəstəliyin inkubasiya müddəti 1-2 günə bərabərdir. Sıx toxumluq əkinlərdə xəstəliyin inkişafına şiddətli yağan yağışlar stimuləedici təsir göstərir. Xəstəliyin infeksiya mənbəyi yoluxmuş toxumlar və məhsul toplanışından sonra qalan bitki qalıqlarıdır.

Təsərrüfat əhəmiyyəti. Ədəbiyyat məlumatlarına görə dünyanın əksər ölkələrində becərilən toxumluqlar üçün müyyən problemlər yaradır. Məhsuldarlıq kəskin aşağı düşür, toxumun cücərmə qabiliyyəti azalır. Xəstəliyə qarşı davamlı sortlar yox dərəcəsindədir, lakin ağbaş kələmin erkən sortları az yoluxur, çünki onlar şiddətli yağışlar başlayana qədər yetişirlər.

Mübarizə tədbirləri. Xəstəliyə qarşı yüksək aqrofon yaradılma-lıdır, daim toxumluq sahələrdə xəstə yarpaqlar dərilməli və sahədən kənarlaşdırılmalıdır.