az baycan respublikas n l b q bulu üzr t komissiyas 8-ci...
TRANSCRIPT
Ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və
digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi
Azərbaycan Respublikasının
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif
“Ədəbiyyat” dərslik komplektində verilmiş materiallara
dair
İLKİN RƏY
Respublikanın ümumtəhsil məktəblərinin
8-ci sinifləri üçün “Ədəbiyyat” dərslik
komplekti
Müəlliflər:
Bilal Həsənli
Soltan Hüseynoğlu
Sədaqət Məmmədova
Aynur Mustafayeva
Nuriyyə Verdiyeva
Bakı: Bakı Nəşr - 2015.
Məzmun xətləri:
1. Ədəbiyyat və həyat həqiqətləri
2. Şifahi nitq
3. Yazılı nitq
4. Dil qaydaları
məzmun xətləri üzrə 5 əsas və 15 alt standartın
reallaşdırılmasına yönəlmişdir.
Məzmun xətləri üzrə əsas və alt standartlar
1. Ədəbiyyat və həyat həqiqətləri
1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan,
hekayə, novella, dram poema) tanış olmayan sözlərin mənasını lüğətlərdən,
sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.2. Müxtəlif vəznli (heca, əruz) şeirləri, süjetli bədii nümunələri (dastan,
hekayə, novella, dram, poema) ideya-məzmununa uyğun ifadəli oxuyur.
1.1.3. Süjetli bədii nümunələri (dastan, hekayə, novella, dram, poema)
hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir.
1.1.4. Bədii nümunələrin (dastan, hekayə, novella, dram poema) janr
xüsusiyyətlərini müəyyənləşdirir.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii
təsvir və ifadə vasitələrini (metafora, bədii təzad, kinayə) müəyyənləşdirir.
Məzmun xətləri üzrə əsas və alt standartlar
1. Ədəbiyyat və həyat həqiqətləri
1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş
etdirir.1.2.1. Bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) növ
və janr baxımından müqayisə edir.
1.2.2. Obrazları nitqinə, bağlı olduqları məişət təsvirlərinə
əsaslanmaqla səciyyələndirir.
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafora, bədii
təzad, kinayə) rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya
xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.
Məzmun xətləri üzrə əsas və alt
standartlar2. Şifahi nitq
2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir
və ifadə vasitələrindən istifadə edir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.
2.2. Bədii nümunələrin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş
etdirir.2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.
3. Yazılı nitq
3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir.3.1.1. Ədəbi nümunələrlə bağlı fikirlərini müxtəlif üslublarda yazır.
3.1.2. Əlavə məlumatlara və təəssüratlarına əsaslanmaqla mövzuya və problemə
münasibət bildirir.
3.1.3. 2-2,5 səhifə həcmində mühakimə, təsvir, informasiya xarakterli mətnlər
(inşa, esse, məruzə) yazır.
Ümumi təhsili həyata keçirən bütün təhsil
müəssisələrində istifadədə olan dərslik, dərs vəsaiti
və digər tədris vasitələrinin elmi-metodiki
monitorinqi 5 parametr üzrə həyata keçirilir:
1. Məzmunun işlənməsi baxımından
2. Dil və yazı üslubu baxımından
3. Dizayn və bədii tərtibat baxımından
4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından
5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun
işlənməsi baxımından
Parametrlər üzrə monitorinq meyarları
1. Məzmunun işlənməsi baxımından
1.1. Təhsil proqramı (kurikulum) standartlarına uyğunluğu
1.2. Materialların elmiliyi və müasir elmi baxışlara
uyğunluğu
1.3. Materialların elmi-metodiki baxımdan mübahisə
doğurmaması
1.4. Mövzular üzrə məqsədlərin dəqiqliyi, hər alt standartın
reallaşdıracağı bacarığın məqsədə çevrilməsinin
mümkünlüyü
1.5. Materialların verilişində sadədən mürəkkəbə prinsipinin
gözlənilməsi
Parametrlər üzrə monitorinq meyarları
1. Məzmunun işlənməsi baxımından
1.6. 45 dəqiqə vaxt baxımından mövzunun dərsin məqsədinə
nail olmağa imkan verməsi
1.7. Materialların şagirdin müstəqil təliminə imkan verməsi
1.8. Verilən nəzəri materiallarla müstəqil təlimi inkişaf
etdirən fəaliyyət xətləri arasında mütənasibliyin
gözlənilməsi
1.9. Fəndaxili və fənlərarası inteqrasiya
1.10. Materialların seçilməsində didaktik tələblərin (tətbiq-
yönümlük, nəticəyönümlük, tərbiyəvilik) nəzərə
alınması
Parametrlər üzrə monitorinq meyarları
1. Məzmunun işlənməsi baxımından
1.11. Dərsliyin strukturu ilə məzmun standartları arasındakı
uyğunluq
1.12. Pedaqoji və metodiki baxımdan mövzuların xronoloji
və metodiki baxımdan vaxtında verilməsi
1.13. Yeni termin və sözlərin göstəricisinin təmin olunması
1.14. Materiallarda milli ənənələrə, gender, irq, etnik və
sosial inklüziya, tolerantlıq prinsiplərinin təmin
olunması
1.15. Digər xalqların adət-ənənələrinə, mədəniyyətinə və
tarixinə hörmətin gözlənilməsi
1.16. Ətraf mühiti qorumağın və təbii sərvətlərdən səmərəli
istifadənin təbliğ olunması
Parametrlər üzrə monitorinq meyarları
2. Dil və yazı üslubu baxımından
2.1. Materialların dilinin və üslubunun, mətnlərdəki
fikirlərin, onların ifadə tərzinin şagirdlərin yaş
səviyyəsinə uyğunluğu
2.2. Yeni termin və sözlərin onların izahı ilə verilməsi. Bir
dərs üçün nəzərdə tutulmuş materialda yeni termin və
sözlərin sayının həddindən artıq olmaması
2.3. Qrammatik və orfoqrafik qaydalara əməl olunması
2.4. Materialların şagirdlərin dünyagörüşünün formalaşdı-
rılmasına, söz ehtiyatının və nitq mədəniyyətinin
inkişafına təsir səviyyəsi
Parametrlər üzrə monitorinq meyarları
3. Dizayn və bədii tərtibat baxımından
3.1. Üz qabığının tərtibatı, orada verilmiş illüstrasiyaların
dərsliyin məzmununa uyğunluğu
3.2. Səhifələrin tərtibatının məzmunun asanlıqla mənimsənil-
məsinə köməkliyi
3.3. İstifadə edilən şriftlərin müvafiq yaş qrupuna uyğunluğu
3.4. İllüstrasiyalarla mətnin həcm nisbətinin məqsədəuyğun-
luğu
Parametrlər üzrə monitorinq meyarları
3. Dizayn və bədii tərtibat baxımından
3.5. İllüstrasiyaların orjinallığı, rəngarəngliyi və onların
reallığı əks etdirməsi
3.6. İllüstrasiyaların ifadəli və dəqiq olması
3.7. Yeni anlayışların izahında illüstrasiyalardan istifadə
olunması
3.8. Vahid dizaynın qorunması
Parametrlər üzrə monitorinq meyarları
4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından
4.1. Tapşırıqların mövzularla uyğunluğu
4.2. Biliklərin tətbiqini tələb edən idraki bacarıqların
formalaşdırılmasına yönəlmiş tapşırıqlara üstünlük verilməsi
4.3. Şagirdin özünü müstəqil qiymətləndirə bilməsi üçün
tapşırıqların verilməsi
4.4. Qapalı, açıq və yarımaçıq tapşırıqların sayının
mütənasibliyi
4.5. Tapşırıqlardakı nümunələrin reallığı əks etdirməsi, elmiliyi,
gündəlik həyatdan götürülməsi
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
1. Giriş
1.1. Dərslik və MMV-dən istifadə qaydaları, məzmun xəritəsi,
tədris vahidləri, bölmələr üzrə struktur, standartların şərhi,
tövsiyə olunan iş planı
1.2. Təlim texnologiyaları haqqında məlumat
1.3. Mövzular üzrə alt standartların xəritəsi
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
2. Planlaşdırma
2.1. Hər bir dərsin təlim məqsədlərinin müəyyən olunması
2.2. Hər bir dərsdə yeni materiala keçərkən əvvəl öyrənilmiş
materiallarla əlaqənin təmin olunması
2.3. İstifadə olunan təlim texnologiyasının idrak taksonomiyası-
nın mərhələləri ilə əlaqələndirilməsi
2.4. Hər bir mövzu üzrə istifadə olunan fəaliyyət növlərinin
koqnitiv, psixomotor və sosial vərdişlərin inkişafına
yönəlməsi
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
2. Planlaşdırma
2.5. Dərs zamanı əlavə vəsaitlərdən ( elektron resurslar,
xəritələr, sxemlər, atlaslar və s.) istifadənin nəzərdə tutulması
2.6. İllik və gündəlik planlaşdırma nümunəsi
2.7. Məzmun standartlarının reallaşdırılması cədvəli
2.8. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
3. Mövzuların tədrisi texnologiyası
4. Qiymətləndirmə
5. Əlavə materialların verilməsi
6. İstifadə olunan mənbələr
Dərsliyin strukturu
Dərslik komplekti dərslik və müəllim üçün metodik vəsaitdən ibarətdir.
Dərslikdə verilmiş materiallar “Ədəbiyyat və həyat həqiqətləri”, “Şifahi nitq”,
“Yazılı nitq” məzmun xətləri üzrə 5 əsas və 15 alt standartın reallaşdırılmasına
yönəlmişdir.
Dərslik “Qədim dövr Azərbaycan ədəbiyyatı”, “Orta dövr
Azərbaycan ədəbiyyatı”, “Yeni dövr Azərbaycan ədəbiyyatı – I mərhələ”,
“Yeni dövr Azərbaycan ədəbiyyatı – II mərhələ”, “Yeni dövr Azərbaycan
ədəbiyyatı – III mərhələ” adlı 5 bölmədən, 208 səhifədən ibarətdir. Burada
həmçinin “Dərsliklə necə işləməli?”, “Qədim və zəngin ədəbiyyatımız”,
“İnformasiya xarakterli mətni - məruzəni necə yazmalı?”, “Layihələr üzrə
iş”, “Sinifdənxaric oxu materialları”, “İfadəli oxuda istifadə edilən şərti
işarələr”, “Lüğət”, “Qısa ədəbiyyatşünaslıq terminləri lüğəti”, “Oxumağı
məsləhət görürük”, “Başlıqlar”, “Mövzular üzrə internet mənbələri” hissələri,
“Yada salın”, “Düşünün”, “Oxuda aydınlaşdırın”, “Məzmun üzrə iş”, “Təhlil
üzrə iş”, “Evdə iş”, “Araşdırın, fikirləşin, cavab verin”, “Unutmayın”,
“Tətbiq, müzakirə, yaradıcı iş”, “Müstəqil iş üçün” rubrikaları verilmişdir.
Dərslik komplektində fənn kurikulumunun məzmun
standartlarının reallaşdırılması səviyyəsi qənaətbəxşdir. Faktların,
təlim materiallarının elmiliyi, dəqiqliyi və etibarlılığı prinsipi
gözlənilmişdir. Mövzularda didaktik, tərbiyəvi tələblər gözlənilmiş,
tələbyönlük və nəticəyönlük prinsiplərinə əməl edilmişdir. Tədris
vahidlərinin, o cümlədən materialların sadədən mürəkkəbə doğru
ardıcıllığına əməl olunmuş, fəndaxili və fənlərarası inteqrasiya üçün
materiallar verilmişdir. Tapşırıq və çalışmalarda yaradıcılıq,
rəngarənglik və yaş səviyyəsinə uyğunluq gözlənilmiş, müstəqil və
interaktiv təlimə zəmin yaradılmışdır. Çalışma və tapşırıqların
formalaşdırılması zamanı qapalı, açıq və yarımaçıq tipli tapşırıqların
sayındakı mütənasibliyə, eləcə də nəzəri məlumatlarla praktik
tapşırıqlar arasındakı vəhdətə əməl edilmişdir. Komplektdə
özünüqiymətləndirmə materiallarına da yer verilmişdir.
Bununla yanaşı, müəyyən qüsurlara da rast gəlinir. Bunlar
aşağıdakılardır:
Məzmunun işlənməsi baxımından
Məzmunun işlənməsi baxımından
Dərslik komplektində 1.1.1. (Müxtəlif vəznli (heca, əruz)
şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram,
poema) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu
kitablarından istifadə etməklə aydınlaşdırır), 1.2.3. (Bədii
nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii təzad,
kinayə) rolunu aydınlaşdırır) alt standartları natamam şəkildə
reallaşdırılır. Belə ki, 1.1.1. alt standartı ilə bağlı MMV-də
dərsə verilən tələb, təlim nəticəsi, demək olar ki, həmişə eyni
olur: “Əsərdə (dastanda, hekayədə, şeirdə və s.) tanış
olmadığı sözlərin mənasını lüğətlərdən, sorğu
kitablarından istifadə etməklə aydınlaşdırır” (MMV,
səh.78, 84 və s.).
Məzmunun işlənməsi baxımından
Bununla bağlı dərslikdə verilən tapşırıqlar da (əsasən, əsərin
oxusu zamanı bu tələb qoyulur), demək olar ki, eyni cür ifadə
olunur: “Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərdən,
sorğu kitablarından aydınlaşdırın”. Müvafiq alt standart həm
təlim nəticəsi kimi, həm də tapşırıq olaraq təkrarlanır. Əvvəla,
müvafiq alt standartın təlim nəticəsi kimi təkrarlanması
məqsədəuyğun deyil. Bu zaman alt standartdan hansı təlim
nəticələri çıxa biləcəyi təxmini olaraq müəyyənləşdirilməli, sonra
isə onların icrası reallaşdırılmalı idi. Şagirdlərin leksik bazasını
zənginləşdirmək üçün sonrakı mərhələdə bu sözlərin müxtəlif
formada istifadəsini təmin edən çalışma və tapşırıqlara yer verilmir,
nəticədə problemə sistemli və ardıcıl yanaşma özünü göstərmir.
Məzmunun işlənməsi baxımından
Mövzu boyu alt standartlara verilən müvafiq təlim nəticələrinin
MMV-nin girişində – alt standartların verildiyi hissədə
ümumiləşdirilmiş şəkildə təqdim edilməsi yaxşı olar.
Dərsliyin “Ən qədim zamanlardan XIII əsrə qədər” olan
hissəsində (səh.11) VII əsrə qədərki ədəbi dövr barədə məlumat
“Azərbaycanda ən qədim zamanlarda yaranan ədəbiyyat və
mədəniyyət nümunələri sonrakı dövrlərə gəlib çatmamışdır”
cümləsi ilə yekunlaşır. Əslində isə, o dövrlərin ədəbi mənzərəsi
ümumtürk ədəbiyyatı kontekstində bir neçə cümlə ilə təsvir edilə bilər.
Bu zaman “Kitabi-Dədə Qorqud” eposunun da təsadüfi bir abidə
olmaması şagirdlərə aydın olar.
Ə.Xaqani və N.Gəncəvi əsərlərini farsca yazıb, onların əsərlərindən
verilən nümunələrin sonunda tərcüməçilərin adlarını göstərmək daha
yaxşı olar. Səhifə 27-də Xaqani Şirvaninin “Gənclərə nəsihət”
əsərinin, səhifə 32-də Nizami Gəncəvinin “Sultan Səncər və qarı”
mənzum hekayəsinin tərcüməçisi göstərilməyib.
Məzmunun işlənməsi baxımından
M.F.Axundzadənin yaradıcılığı ilə bağlı hər hansı bir nümunənin
dərslikdə öz əksini tapmaması təəssüf doğurur.
S.Ə.Nəbati (XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının nümayəndəsi
kimi) yaradıcılığından hansısa ədəbi nümunənin də dərsliyə daxil edilməsi
məqsədəuyğun olardı. Belə ki, XVIII – XX əsr Azərbaycan ədəbiyyatı
dedikdə nədənsə yalnız Şimali Azərbaycanda yaranan ədəbi nümunələr
nəzərdə tutulur ki, bu da yanlış bir tendensiyadır. Əslində, M.F.Axundzadə
və S.Ə.Nəbati yaradıcılığının dərslikdə təmsil olunmasını heç bir mövzunu
dərslikdən çıxarmadan, sadəcə bəzi mövzuların saatını azaltmaqla da
nizamlamaq olar.
Səhifə 34. Şagirdlərin ilk dəfə rastlaşdıqları ədəbiyyatşünaslıq terminləri
– lirik-epik, epik-lirik poemalar haqqında məlumat verilir, lakin heç bir
nümunə göstərilmir. Nümunə olaraq bir neçə əsərin adı çəkilsə, şagird bu
barədə daha geniş təsəvvürə malik olar.
Səhifə 38. Klassik ədəbiyyatda “dastan” sözünün daşıdığı mənanın izah
olunması məqsədəuyğundur. (“Dastani - Əhməd Hərami”). Səhifə 200-
də “dastan” sözü yalnız folklor baxımından şərh olunub.
Dil və yazı üslubu baxımından
Dərslik komplekti dil və üslub baxımından, demək olar ki, şagirdlərin
yaş səviyyəsinə uyğundur, yeni söz və terminlərin izahının verilməsi
qənaətbəxş səviyyədədir. Dil qaydalarına, əsasən, əməl edilmişdir.
Bununla yanaşı, müəyyən qüsurlara da rast gəlinir. Bunlar
aşağıdakılardır:
Səhifə 32. “Mozaika” sözünün izahının verilməsi məqsədəuyğundur.
Səhifə 40-41. “Təhlil üzrə iş”də verilmiş “təf`ilə” sözünün
apostrofsuz “təfilə” şəklində yazılması məqsədəuyğundur.
Səhifə 52. “Mənzumə” (tarixi mənzumə) və “intibah” sözlərinin
mənası izah edilsə, yaxud lüğətdə mənası göstərilsə, informasiyanın
bütövlüyü təmin edilmiş olar.
Səhifə 200, 201, 203, 204-də ədəbiyyatşünaslıq terminlərinin izahı
zamanı (boy, beyt, ədəbi qəhrəman, ideya, qol, mətlə, təxəllüs və s.)
nümunələrdən istifadə edilməsi məqsədəuyğundur.
Dərslik komplekti dizayn və tərtibat baxımından qənaətbəxşdir.
Vahid dizayn üslubu, şəkillərin mətnlərə uyğun yerləşdirilməsi və
həcm nisbəti, əsasən, gözlənilmişdir. Rəsm və illüstrasiyalar
orijinal, ifadəli və aydın olmaqla yanaşı, məzmunun
mənimsənilməsinə səmərəli təsir göstərir. Rəsm və illüstrasiyalarda
cəlbedicilik və şagird marağının nəzərə alınması, demək olar ki,
təmin olunmuşdur. Lakin təəssüf ki, bu cür illüstrasiyalar azlıq
təşkil edir, mövzuların əksəriyyəti üçün təqdim edilmir. Yaxşı olardı
ki, irihəcmli mövzulara bir deyil, bir neçə, “Ana”, “Məktub
yetişmədi” kimi ortahəcmli mövzular üçün isə bir ədəd bu cür
maraqlı illüstrasiya əlavə edilə idi.
Dizayn və bədii tərtibat baxımından
Dərslikdəki müəlliflərin şəkilləri illüstrasiyalarla müqayisədə
solğun və keyfiyətsizdir (səh. 26, 77, 80, 92 və s.). Komplektin üz
qabığının tərtibatı onun məzmununa, əsasən, uyğundur.
Dizayn və bədii tərtibat baxımından
Dizayn və bədii tərtibat baxımından
Səhifə 6-7. Rəng və
şriftlərin seçilməsi
baxımından
uyğunsuzluq olduğu
üçün bəzi hissələr
rahat oxunmur.
Səhifə 187. İfadəli oxuda istifadə edilən şərti işarələr və ona aid cədvəl
dərslikdə 6-cı səhifədə “Dərsliklə necə işləməli” başlığı altında verilən
məlumatlar sırasında olmalıdır. İfadəli oxu ilə bağlı tapşırıqların icrası
zamanı bu cədvəldən istifadə edilməsi şagirdlərə xatırladılmalıdır.
Tapşırıqların elmi-metodiki uyğunluğu
baxımından
Tapşırıqlar, demək olar ki, mövzulara uyğun seçilmiş, biliklərin
tətbiqini tələb edən, şagirdin özünü müstəqil şəkildə qiymətləndirə
bilməsinə şərait yaradan tapşırıqlara üstünlük verilmişdir.
Səhifə 29. “Evdə iş” rubrikasındakı tapşırığın (“Şər və pislikdən
uzaq olmaq fikrini necə başa düşürəm?” mövzusunda esse
yazın”) mahiyyəti aydın deyil.
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
Müəllim üçün metodik vəsaitin maketi 208 səhifədən ibarətdir.
MMV-də “Fənn kurikulumu tələblərinin “Ədəbiyyat” dərslik
komplektində reallaşdırılması mexanizmlərinin şərhi”, “VIII
sinif ədəbiyyat fənn kurikulumunun xüsusiyyətləri”, “Fənn
üzrə məzmun standartlarının reallaşdırılması cədvəli”, “VIII
sinifdə ədəbiyyat dərslərinin illik planlaşdırılması nümunəsi”,
“Fəndaxili inteqrasiya”, “Fənlərarası inteqrasiya”,
“Ədəbiyyat dərslərində yeni təlim texnologiyalarından
istifadə”, “Diferensial təlim imkanları”, “Ədəbiyyat fənni üzrə
yeni məktəbdaxili qiymətləndirmə”, “Mövzular üzrə təlim
materialları ilə iş texnologiyasının şərhi”, “Kiçik summativ
qiymətləndirmə vasitələri”, “I yarımil üzrə layihələr”, “II
yarımil üzrə layihələr”, “Gündəlik planlaşdırmaya aid
nümunələr”, “Mənbələr” və “Başlıqlar” öz əksini tapmışdır.
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
MMV-də fənn kurikulumunun tələblərinin reallaşma
mexanizmlərinin şərhi və əsaslandırılması qənaətbəxşdir. Təlim
nəticələrinin alt standartlara uyğunluğu, tətbiq olunan metod və
üsulların məzmun standartlarının reallaşdırılmasındakı rolu,
əsasən, qənaətbəxşdir. Təlim nəticələri reallaşdırılan zaman
əlaqəliliyə və mərhələliyə əməl olunmuş, innovativ metodların
tətbiqində şagirdlərin yaş səviyyəsi nəzərə alınmışdır.
Materiallar hər tədris vahidi üzrə xarakterlərinə görə
qruplaşdırılmış, qiymətləndirmənin müxtəlif növlərinə aid
nümunələr verilmişdir.
Lakin müəllimə inşa, esse, məruzə mətnlərinin
qiymətləndirilməsi ilə bağlı metodik tövsiyə verilməmişdir.
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından1.1.5 (Müxtəlif vəznli (heca, əruz) şeirlərdə, süjetli ədəbi nümunələrdə
bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinayə)
müəyyənləşdirir) alt standartının reallaşmasında MMV müəllimə yetərli
şəkildə yardımçı olmur. Bu alt standart ədəbi nümunələrdə bədii təsvir və
ifadə vasitələrinin müəyyənləşdirilməsini tələb edir. Yaxşı olardı ki,
MMV bu məsələdə qismən də olsa, müəllimə yardımçı olsun. Ən azından
ədəbi nümunənin bir parçasındakı təsvir və ifadə vasitələri göstərilə
bilərdi.
1.2.3. (Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii
təzad, kinayə) rolunu aydınlaşdırır) alt standartının reallaşdırılmasında
da MMV yetərli rol oynamır. Ümumiyyətlə, bu alt standartın dərsin hansı
mərhələsində və necə həyata keçiriləcəyi barədə müəllimə metodik
tövsiyə verilmir. 2.1.1. (Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında
sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir) alt
standartının da nə cür reallaşdırılacağı bərədə MMV müəllimə metodik
tövsiyə vermir, dərsin gedişini təhlil edərkən bu barədə danışılmır.
“Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
MMV-də müəyyən orfoqrafik və üslub səhvlərinə də yol
verilmişdir:
Səhifə 29. 2-ci abzasda “Respublika” sözü böyük hərflə
yazılmalıdır.
Səhifə 94. 7-ci tapşırığın şərtinin (“Sovuşmaq” sözünün
mənası hansı variantda düzgün verilib?”) aşağıdakı redaktədə
verilməsi daha məqsədəuyğun olardı: “Sovuşdu” sözü mətndəki
yerinə görə hansı mənanı ifadə edir?”
Səhifə 178. Məhmət Akif Ərsoyun adı başlıqda “Məhmət”,
mətndə “Məhməd” kimi gedib.