baycan respublikas n t q elmi-metodiki monitorinqi riyaziyyat-8...

58
Ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Ümumtəhsil məktəblərində istifadədə olan “Riyaziyyat-8dərslik komplektində verilmiş materiallara dair İlkin rəy

Upload: others

Post on 15-Feb-2020

2 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və

digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi

Azərbaycan Respublikasının

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

Ümumtəhsil məktəblərində istifadədə olan “Riyaziyyat-8”

dərslik komplektində verilmiş materiallara dair

İlkin rəy

Page 2: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Ümumi təhsili həyata keçirən bütün təhsil müəssisələrində istifadədə olan dərslik, dərs

vəsaiti və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi meyarları

1) Məzmunun işlənməsi

2) Dil və yazı üslubu

3) Dizayn və bədii tərtibat

4) Tapşırıqların elmi-metodiki uyğunluğu

5) MMV-nin məzmununun işlənməsi

Page 3: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

RESPUBLİKANIN ÜMUMTƏHSİL

MƏKTƏBLƏRİNİN 8-Cİ SİNİFLƏRİ

ÜÇÜN “RİYAZİYYAT” DƏRSLİYİ

Müəlliflər: Nayma QəhrəmanovaMəhəmməd Kərimov

İlham Hüseynov

Bakı, “Radius”-2015

Page 4: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Məzmunun işlənməsi baxımından

Dərslik komplekti yeni təhsil proqramı (kurikulum) əsasında

yazılmışdır. Dərslik 5 bölmə üzrə 11 tədris vahidinə ayrılaraq 88

mövzunu əhatə etməklə 224 səhifədən ibarətdir. Bölmələr üzrə

tədris vahidləri:

3.1. Kvadrat tənliklər. 3.2. Fiqurların sahəsi.

1.1. Rasional ifadələr. 1.2. Dördbucaqlılar.

2.1. İrrasional ədədlər. 2.2. Pifaqor teoremi.

4.1. Rasional tənliklər. 4.2. Fiqurların oxşarlığı.

5.1. Bərabərsizliklər. 5.2. Triqonometrik nisbətlər.

5.3. Məlumatın toplanması və təqdimatı.

Page 5: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Dərslik komplektindəki materiallar yeni təhsil proqramına

əsasən (kurikulum) 5 məzmun xətti üzrə 12 standarta aid 34

alt standartın reallaşdırılmasını nəzərdə tutmuşdur.

Məzmun xətləri

1. Ədədlər və əməllər

2. Cəbr və funksiyalar

3. Ölçmə

5. Statistika və ehtimal

4. Həndəsə

Page 6: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Dərslikdə hər bölmənin əvvəlində “Siz bu fəsildə

öyrənəcəksiniz”, “Bu maraqlıdır”, bölmələrin sonunda

“Ümumiləşdirici tapşırıqlar”, sonda isə bəzi tapşırıqların cavabları

verilmişdir.

Dərslik komplektində alt standartların tələblərinə uyğun təlim

nəticələri əsasən reallaşdırılmışdır. Təlim materiallarının və

faktlarının elmiliyi, dəqiqliyi, mövzulardakı didaktik tələblər və

fəsillərin sadədən mürəkkəbə doğru ardıcıllığı əsasən gözlənilmişdir.

Qeyd etmək lazımdır ki, Təhsil Nazirliyinin rəsmi müraciətinə

əsasən dərslik komplektinin qiymətləndirilməsi ilə bağlı Tələbə

Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış rəydə

göstərilən irad və təkliflərin xeyli hissəsi bu nəşrdə nəzərə

alınmışdır. Lakin bəzi iradlar olduğu kimi qalıb, əlavə və dəyişikliklər

zamanı isə yeni səhvlərə yol verilmişdir.

Page 7: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

I BÖLMƏ

1.1. Rasional ifadələr

1.2. Dördbucaqlılar

Cəmi: 35 saat (Həndəsə-14 saat)

Page 8: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Səhifə 8

Rasional ifadə üçün verilmiş tərif qüsurludur. Verilmiş izahat və tərifə

əsasən belə səhv fikir çıxır ki, kimi ifadə “Rasional

ifadə” deyil. Bu tip tapşırıqlar 24 və 25-ci səhifələrdə verilmişdir.

x z

y t

z t

Page 9: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Səhifə 24

Page 10: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Səhifə 25

Page 11: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Səhifə 8

Sonuncu sətirdə ifadə edilmiş fikir ziddiyyətlidir. Çünki rasional

ifadədə dəyişən olmaya bilər. Ona görə “Kəsr rasional ifadə”

anlayışı verilməli idi.

Page 12: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Səhifə 11

“Rasional ifadələrin sadələşdirilməsi” mövzusunda ilk iki sətirdə verilən fikir

anlaşılmazdır. Çünki burada qeyd edilənlərə görə düşünmək olar ki, istənilən rasional

ifadəni sadələşdirmək üçün onun surət və məxrəcini vuruqlara ayırmaq, ortaq vuruğu

mötərizə xaricinə çıxarmaq və s. lazımdır. Lakin hər bir rasional ifadədə kəsr olmur, olsa da

surət və məxrəcdə ortaq vuruq olmur. Həmçinin rasional ifadələrin sadələşdirilməsi yalnız

kəsr rasional ifadələrin ixtisarından ibarət deyil. Ona görə də yarımbaşlıq “Rasional

kəsrlərin ixtisarı” kimi verilməlidir.

Page 13: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

“Rasional ifadələrin vurulması, bölünməsi və qüvvətə

yüksəldilməsi” mövzusunda “qüvvətə yüksəldilməsi” əvəzinə

“natural üstlü qüvvətə yüksəldilməsi” yazılmalıdır.

Səhifə 15

Page 14: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

“Rasional ifadələrin toplanması və çıxılması” mövzusunda

“Məxrəcləri müxtəlif olan kəsrlər üçün ən sadə ortaq məxrəc

taparkən əvvəlcə hər bir kəsrin məxrəcini vuruqlara ayırmaq

lazımdır” təklifinin hökm şəklində verilməsi elmi baxımdan düzgün

hesab edilmir.

Səhifə 20

Page 15: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

II BÖLMƏ

2.1. İrrasional ifadələr

2.2. Pifaqor teoremi

Cəmi: 25 saat (Həndəsə-9 saat)

Page 16: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

“Qüvvətin kvadrat kökü” mövzusunun izahında verilmiş “a˂0

olduqda isə ” ifadəsində “a˂0” əvəzinə “a≤0” yazılmalıdır.aa

2

Səhifə 65

Səhifə 66

“Kvadrat kök daxil olan ifadələrin çevrilməsi” mövzusunun

izahında “Nümunə 3”-də verilmiş “a˃0” və “a˂0” yazılışları uyğun

olaraq “a≥0” və “a≤0” kimi yazılmalıdır.

Page 17: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Səhifə 69

“Məxrəcin irrasionallıqdan azad edilməsi” yarımbaşlığında

verilmiş izahat tam deyil. Burada “İrrasional ədədin qoşması” anlayışı

verilməmişdir. Kəsrin məxrəcinin irrasionallıqdan azad edilməsi qaydası

qüsurludur.

Page 18: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

III BÖLMƏ

3.1. Kvadrat tənliklər

3.2. Fiqurların sahəsi

Cəmi: 29 saat (Həndəsə-12 saat)

Page 19: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Səhifə 83

“a≠0” şərti əvvəlcədən qeyd edilməlidir.

“Nümunə 1”-də “x=0” əvəzinə “x1=x2=0” yazılmalıdır.

Page 20: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

“ax2+bx+c=0 tənliklərinin vuruqlara ayırma üsulu ilə həlli”

mövzusunda birinci abzasda verilmiş ifadə “elə iki m və n ədədləri

tapmaq lazımdır ki, mn=ac, m+n=b olsun. Bu halda verilmiş tənliyi

şəklində yazaraq həll etmək olar ” kimi

yazılmalıdır.

0

a

nxmax

Səhifə 87

Page 21: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Səhifə 94

Səhifə 100

2-ci bənddə verilənlər elmi baxımdan düzgün deyil. Çünki kvadrat tənliyin heç

vaxt bir kökü ola bilməz. 11-ci tapşırığın şərti 2-ci bəndlə ziddiyət təşkil edir.

Page 22: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Viyet teoreminin isbatının sonunda “ ” ifadəsi

“ ” kimi yazılmalıdır.

Səhifə 98

4

22qpp

2 2 4

4

p p q

Page 23: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Səhifə 104

“Kvadrat tənliklər” bölməsinə aid verilmiş bu tapşırıq elmi

cəhətdən səhvdir.

Page 24: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

I V BÖLMƏ

4.1. Rasional tənliklər

4.2. Fiqurların oxşarlığı

Cəmi: 29 saat (Həndəsə-18 saat)

Page 25: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Səhifə 118

“Siz bu fəsildə öyrənəcəksiniz” rubrikasında “rasional tənliklər

qurmaqla müxtəlif məsələləri həll etməyi” ifadəsi “rasional tənlikləri

və rasional tənliklər qurmaqla müxtəlif məsələləri həll etməyi” kimi

yazılmalıdır.

Page 26: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Səhifə 130

“Nisbət, tənasüb” mövzusu

6-cı sinifdə tədris edildiyindən,

burada təkrar verilməsi məqsə-

dəuyğun deyil. Bu irad Səhifə

132-də verilmiş “Miqyas”

mövzusuna da aiddir.

Səhifə 132

Page 27: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Səhifə 135

İzahda verilmiş “Uyğun bucaqları konqruyent, uyğun tərəfləri

mütənasib olan üçbucaqlara oxşar üçbucaqlar deyilir” tərifi “Uyğun

tərəfləri mütənasib olan üçbucaqlara oxşar üçbucaqlar deyilir” kimi

yazılmalıdır. Bunu nəzərə alaraq mövzunun izahının elmi-metodiki

baxımdan qüsurlu olması qənaətinə gəlinir. Ona görə də bu mövzunun

yenidən işlənməsi tövsiyə olunur.

Page 28: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Səhifə 135

Bu izaha əsasən ABC və MNK üçbucaqlarının oxşarlığının isbatının

tərəflərin nisbətinə görə və ya bucaqların bərabər olmasına görə, yoxsa

hər iki əlamətə görə verilməsi aydın deyil.

Page 29: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Burada verilmiş nisbətlər “ “

kimi verilməlidir.

Səhifə 136

kGEDA

HGCD

FHBC

EFAB

GEHGFHEF

DACDBCAB

Page 30: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

V BÖLMƏ

5.1. Bərabərsizliklər

5.2. Triqonometrik nisbətlər

5.3. Məlumatların toplanması və təqdimi

Cəmi: 46 saat (Həndəsə-11 saat)

Page 31: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Səhifə 157

“Bərabərsizliklər” mövzusunun izahında “Koordinat düz xətti üzərində böyük

ədəd sağda yerləşən nöqtə ilə, kiçik ədəd isə solda yerləşən nöqtə ilə təsvir olunur”

şəklində verilmiş ifadəyə əsasən nöqtələrin nəyin sağında və ya nəyin solunda

yerləşməsi müəyyən deyil. Ona görə də belə ifadənin verilməsinə ehtiyac yoxdur. Çünki

bundan sonrakı sətirdən başlayaraq verilmiş ifadədə nəzərdə tutulan fikir qeyd

edilmişdir.

Page 32: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Dərslikdə verilmiş mövzuların izahı, tapşırıqların məzmunu dil və üslub cəhətdən qüsurlu

olmaqla, şagirdin yaş səviyyəsinə uyğunluğu tam şəkildə gözlənilməmiş, dil qaydalarına qismən

əməl edilmişdir.

Bununla yanaşı, digər qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır:

Dərsliyin tərtibatı qənaətbəxş deyil. Belə ki, bütün mövzularda fikirlərin bir-birindən

fərqləndirilməsi üçün abzaslardan istifadə edilməmişdir.

Səhifə 28. “Ədədin standart şəkli” mövzusunda “yerin həcmi” ifadəsi “Yerin həcmi” kimi

yazılmalıdır.

Səhifə 43. 2-ci tapşırıqda “Venn diaqramı” əvəzinə “Eyler-Venn

diaqramı” yazılmalıdır.

Səhifə 60. 6-cı tapşırığın “Aralarında aşağıdakı ədəd yerləşən iki ardıcıl tam ədədi tapın”

şərtinin “Ədədlərin hansı iki ardıcıl tam ədəd arasında yerləşdiyini müəyyən edin” kimi verilməsi

məqsədəuyğundur.

Səhifə 84. 8-ci tapşırıqda “kvatratı” sözü “kvadratı” kimi yazılmalıdır.

Səhifə 94. “Kvadrat tənliyin kökləri düsturu” mövzusunda sonuncu abzasda “x2+px+q=0

tənliyində a=1 b=p c=q olduğundan çevrilmiş tənliyin diskriminantı D=p2–4q düsturu ilə

hesablanır” cümləsi “x2+px+q=0 tənliyində a=1, b=p, c=q olduğundan, çevrilmiş kvadrat tənliyin

diskriminantı D=p2–4q düsturu ilə hesablanır” kimi yazılmalıdır.

Səhifə 100. 16-cı tapşırıqda “Diskriminantı hesablamaqla tənliklərin həqiqi kökü olub-

olmadığını müəyyən edin. Tənliyin həqiqi kökü varsa, onların işarələrini müəyyən edin”

cümləsinin “Diskriminantı hesablamaqla tənliklərin həqiqi köklərinin olub-olmadığını müəyyən edin

və həqiqi kökləri varsa, onların işarələrini müəyyən edin” kimi yazılması tövsiyə edilir.

Page 33: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Səhifə 105. 18-ci tapşırığın a) bəndinin “2x2+bx–10=0 tənliyinin 5-ə bərabər kökü olarsa,

b-ni tapın və tənliyi həll edin” şərtinin

“2x2+bx–10=0 tənliyinin köklərindən biri 5 olarsa, digər kökü və b əmsalını tapın” kimi verilməsi

məqsədəuyğundur. Bu irad b) bəndinə də aiddir.

Səhifə 122. “İş məsələləri” yarımbaşlığının sonunda “Cavab” hissəsində verilmiş “2-ci fəhlə

işi 20 günə, 1-ci fəhlə x+10=20+10=30 günə yerinə yetirər” ifadəsi “2-ci fəhlə işi 20 günə, 1-ci

fəhlə 30 günə yerinə yetirər” kimi verilməlidir.

Səhifə 125. 10-cu tapşırığın şərtinin “Kvadrat üçhədlini vuruqlara ayırma üsulundan istifadə

edərək tənlikləri həll edin” kimi verilməsi tövsiyə edilir.

Yenə həmin səhifədə 11-ci tapşırıqda “çəni neçə saata doldurarlar?” əvəzinə, “çən neçə

saata dolar?” yazılmalıdır.

Səhifə 130. “Nisbət. Tənasüb” mövzusunda tənasübün xassələrində verilmiş “olar” sözü

artıqdır, ya da qalan üç münasibətin hər birinin sonunda “olar” sözünü yazmaq lazımdır.

Səhifə 140. 14-cü tapşırığın şərtində “düzbucaqlıların uzun tərəfinin qısa tərəfinə olan

nisbəti” ifadəsi “düzbucaqlıların uzunluğunun eninə nisbəti” kimi yazılmalıdır.

Səhifə 141. “Araşdırma” bölməsinin 2-ci bəndində “düzbucaq”

ifadəsi, “düz bucaq” kimi, “Nəticə 2”-də verilmiş “hipetonuz” sözüisə “hipotenuz” kimi

yazılmalıdır.

Səhifə 144-147. Mövzunun adı “Üçbucaqların oxşarlıqlarının tətbiqi” əvəzinə,

“Üçbucaqların oxşarlığının tətbiqi” yazılsa daha məqsədəuyğun olar.

Page 34: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Səhifə 147. 17-ci tapşırığın mətnində “Şəkil 2” ifadəsi “Şəkil 1” kimi yazılmalıdır.

Səhifə 151. “Oxşarlıq çevrilməsi” mövzusunun adı “Oxşarlıq çevirməsi” kimi verilməlidir.

Səhifə 154. 2-ci tapşırığın b) bəndində “düzbucaq” ifadəsi “düz bucaq” kimi yazılmalıdır.

Səhifə 158. 4-cü tapşırığın “Dəyişənləri sol tərəfdə olmaqla bərabərsizliyi yenidən yazın” şərti

“Dəyişəni sol tərəfdə olmaqla bərabərsizlikləri yenidən yazın” kimi yazılmalıdır.

Səhifə 159. 10-cu tapşırığın “a>b olduğu məlumdursa, a–b fərqi: –4,3; 0; 5,2 ədədləri ilə ifadə

edilə bilərmi?” şərti “a>b olduğu məlumdursa, a–b fərqi:–4,3; 0; 5,2 ədədlərindən hansı ilə ifadə

edilə bilər?” kimi verilməlidir.

Qeyd: Tapşırıqların şərtinin eyni tərkibli tapşırıqlar üçün bəzən cəm, bəzən də tək halda verilməsi

düzgün deyil. Məsələn, səhifə 158-də verilmiş 5, 6, 7-ci tapşırıqlarda olan bir neçə bənd üçün göstəriş

cəm şəklində, səhifə 159-da verilmiş 14, 15, 18-ci tapşırıqların şərtində isə göstəriş tək halda

yazılmışdır. Yazılışların eyniləşdirilməsi təklif edilir.

Səhifə 160. “Bərabərsizliklərin xassələri” yarımbaşlığı “Bərabərsizliklərin xassəsi” kimi

verilməlidir. Çünki burada yalnız bir xassə verilmişdir.

Yenə həmin səhifədə 3-cü tapşırığın “a>b olduğuna görə müqayisə edin” şərti, “a>b olarsa,

ifadələri müqayisə edin” kimi yazılmalıdır.

Səhifə 161. “Nümunə” bölməsində verilmiş “yazın” və “çıxın” ifadələri uyğun olaraq “yazaq”

və “çıxaq” kimi olmalıdır.

Yenə həmin səhifədə 6-cı tapşırığın şərtindəki “Eminin məqsədinə çatmaq üçün” ifadəsinin

“Eminin məqsədinə çatması üçün” kimi yazılması tövsiyə edilir.

Page 35: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Səhifə 170. 4-cü tapşırığın a) bəndinin “x-in hansı qiymətində 2x–7 ifadəsi müsbət qiymətlər

alar?” şərtində “x-in hansı qiymətində” ifadəsi “x-in hansı qiymətlərində” yazılmalıdır.

Səhifə 178. 3-cü tapşırığın a) bəndindəki “Femur sümüyünün uzunluğu 30,25 olan qadının

boyu hansı intervalda ola bilər” şərti “Femur sümüyünün uzunluğu f=30,25 sm olan qadının boyu

hansı intervalda ola bilər” kimi verilməlidir.

Səhifə 179. 7-ci tapşırığın “ bərabərsizliyini doğru edən ən böyük tam ədədlə, ən kiçik

tam ədədin hasilini tapın” şərtinin

“ bərabərsizliyinin ən böyük və ən kiçik tam həllərinin hasilini tapın” kimi yazılması

məqsədəuyğundur.

Səhifə 182. 11-ci tapşırığın şərtində “üçbucağın verilməyən tərəfini və bucağını” ifadəsi

“üçbucağın naməlum (məlum olmayan, bilinməyən) tərəflərini və bucağını” kimi yazılmalıdır.

Səhifə 183. 3-cü tapşırığın şərtində “x və y tərəflərinin” ifadəsi əvəzinə “x və y məsafələrinin”

yazılmalıdır.

Yenə həmin səhifədə 5-ci tapşırığın şərtində “birbaşa məsafə” ifadəsinin “məsafə” kimi

yazılması məqsədəuyğundur.

Səhifə 186. 17-ci tapşırığın 2-ci bəndində “elə dəyişdirin ki” ifadəsi əvəzinə “elə dəyişin ki”

yazılması məqsədəuyğundur.

Yenə həmin səhifədə 19-cu tapşırığın şərtində verilmiş “Hazır qutuların ölçüsü” ifadəsi “Hazır

qutuların ölçüləri” kimi yazılması məqsədəuyğundur. Ümumiyyətlə, məsələnin şərtinin “Əhməd

uzunluğu 24 sm olan taxta çubuğu ölçüləri 12sm 20sm 24sm olan qutuya yerləşdirmək istəyir. Bu

mümkündürmü?” kimi verilməsi tövsiyə edilir.

3 2 5x

3 2 5x

Page 36: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Dərsliyin maketi dizayn və bədii tərtibat baxımından qənaətbəxşdir. Burada vahid dizayn üslubu,

mətnə görə şəkillərin uyğun yerləşdirilməsi və həcm nisbəti əsasən gözlənilmişdir. Bununla yanaşı,

müəyyən qüsurlar da var. Bunlar aşağıdakılardır:

Səhifə 42. “Rombun xassələri” yarımbaşlığında tərifdən sonrakı iki cümlənin qara şriftlə verilməsi

dizayn baxımından məqsədəuyğun deyil.

Səhifə 77. 14-cü tapşırığa uyğun verilmiş şəkildə iki təpənin “E” hərfi ilə işarə edilməsi düzgün

deyil.

Səhifə 128. “Araşdırın, dəftərinizə çəkin” başlığında verilmiş 2-ci və 3-cü şəkillərdə O nöqtəsini

1-ci şəkildəki kimi yazmaq, yəni onları bir az sola sürüşdürmək lazımdır. Bu irad 6-cı və 7-ci

tapşırıqlara da aiddir.

Səhifə 130. 3-cü tapşırığın 1-4-cü bəndlərində sürüşmə var. Məsələn,

yazılış kimi yazılmalıdır. Bu irad 4 və 5-ci tapşırıqlara da aiddir.

Səhifə 132. 1-ci tapşırıqda “mənzilin planı”nda yazılmış “mm”-ləri 1 probel sağa sürüşdürmək

lazımdır.

Səhifə 139. 5-ci tapşırığın 1-ci bəndi üçün verilmiş şəkil qüsurludur. Belə ki, şəkil elə çəkilməlidir

ki, “ ” olsun. 2-ci bənddə isə “x” ST parçasının üzərində yazılmalıdır.

Səhifə 140. 11-ci tapşırıq üçün verilmiş şəkil elə çəkilməlidir ki, üçbucaqların uyğun iki tərəfi

qarşılıqlı bucaq əmələ gətirsin.

Yenə həmin səhifədə 13-cü tapşırıq üçün verilmiş ABCD trapesiyasının şəkli tam deyil.

Səhifə 148. “Qurma 1”-də 4-cü şəkildə verilmiş D hərfinin ölçüsü digər hərflərin ölçüsü ilə eyni

olmalıdır.

362

1892 )1

x

xx

PLMJLK

Page 37: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Səhifə 150. “Nümunə 2”-də verilmiş şəkildə dizayn baxımından düzəliş edilməlidir. L1-in indeksi

qırıq xəttin üzərindədir, onu bir az kənara sürüşdürmək lazımdır. Bu irad M1 nöqtəsinə də aiddir. Bu

düzəlişlər MMV-də səhifə 150-də verilmiş uyğun şəkil üçün də aparılmalıdır.

Yenə həmin səhifədə 2-ci tapşırıq üçün verilmiş birinci şəkildə J-nin yerinə S, S1-in yerinə S1, M1-

in yerinə M1, K1-in yerinə K1 yazmaq, y-i də bir az sola sürüşdürmək lazımdır. Eyni qayda ilə ikinci

şəkildə də A1-in yerinə A1, B1-in yerinə B1, D1-in yerinə D1, E1-in yerinə E1 yazılması tövsiyə edilir.

Səhifə 151. 6-cı tapşırıqda verilənlərlə şəkil arasında uyğunsuzluq var. C(3;1) və A1(6;2) (Burada

“A1” əvəzinə “C1” olmalıdır) nöqtələri şəkildə başqa koordinatlarla verilmişdir. Bundan başqa

düzbucaqlı koordinat sistemində x və y qeyd olunmalı və axırıncı sütun 2 dəfə böyüdülməlidir.

Səhifə 173. “İkiqat bərabərsizliklərin həlli” mövzusunda qrafik təsvirlərinin hər birində oxun

ucunda x yazılmalıdır.

Səhifə 188. “İki nöqtədən keçən düz xəttin tənliyi” mövzusunun araşdırma bölməsində yazılmış

“(4; 5)” ifadəsi əvəzinə “B(4; 5)” yazılmalıdır.

Page 38: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Tapşırıq və çalışmalarda yaradıcılıq, rəngarənglik və yaş səviyyəsinə uyğunluq əsasən

gözlənilmişdir. Burada istifadə olunan materiallar müstəqil, interaktiv təlimə əsasən şərait və imkan

yaradır. Qapalı, açıq və yarımaçıq tipli tapşırıqların sayının mütənasibliyi qismən qorunmuş, nəzəri

məlumatlarla praktik tapşırıqlar arasında vəhdət və mütənasiblik əsasən gözlənilmişdir. Bununla

yanaşı, müəyyən qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır:

Səhifə 17. 16-cı tapşırıqda “Nümunə”nin sonunda verilmiş “x≠±3, x≠4, x≠1”, ifadələri tapşırığın

ikinci tələbinə uyğun deyil. Belə ki, tapşırıqda dəyişənin ifadəni mənasız edən qiymətlərinin qeyd

edilməsi tələb olunur, cavabda isə bunun əksi verilmişdir.

Yenə həmin səhifədə 18-ci tapşırıq şagirdlərin yaş səviyyəsinə uyğun deyil, çünki çoxüzlünün

daxilinə çəkilmiş silindr anlayışının tədrisi yuxarı siniflərdə nəzərdə tutulmuşdur.

Səhifə 23. 29-cu tapşırığın b) bəndinin dərsliyin sonunda verilmiş cavabı “6” deyil, “5”

yazılmalıdır.

Yenə həmin səhifədə 33-cü tapşırığın1-ci və 2-ci cümləsində verilən məlumatların (“Yeni

tikiləcək bina üçün inşaat sahəsindəki tullantılar təmizlənməli və sahə təməl qoyulması üçün

hazırlanmalıdır. Tullantılar şəkildə göstərildiyi kimi yük maşını ilə daşınmalıdır”) məsələnin

mahiyyətinə heç bir aidiyyatı yoxdur. Ona görə də bu məlumatların çıxarılması tövsiyə edilir.

Page 39: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Səhifə 34. 20-ci tapşırığın həm mətni böyükdür, həm də mətndə fizika fənnindən şagirdlərə məlum

olmayan anlayışlar verilmişdir. Bu anlayışlar daha yuxarı siniflərdə tədris ediləcəkdir. Ona görə də

tapşırığın dəyişdirilməsi məqsədəuyğundur.

Səhifə 37. 8-ci tapşırığın mətninin “İsbat edin ki, qabarıq dördbucaqlıda iki qonşu bucağın

tənbölənlərinin əmələ gətirdiyi bucaqlardan birinin ölçüsü digər iki daxili bucağın ölçüləri cəminin

yarısına bərabərdir” şəkildə verilməsi elmi baxımdan daha doğrudur. Həm bu, həm də 10-cu

məsələdə dördbucaqlının qonşu bucaqları səhvən “qonşu təpə bucaqları” kimi adlandırılmışdır.

Səhifə 65. 5-ci və 6-cı tapşırıqlar sadədən mürəkkəbə prinsipinə əsasən 3-cü tapşırıqdan əvvəl

verilməlidir.

Səhifə 66. 5-ci və 6-cı tapşırıqlar sadədən mürəkkəbə prinsipinə əsasən 3-cü tapşırıqdan sonra

verilməlidir.

Səhifə 82. 4-cü tapşırıqda “sahəsi 21 kvadrat vahiddir” ifadəsi “sahəsi 21 sahə vahididir” və ya

“sahəsi 21 sm2-dir” kimi yazılmalıdır.

Səhifə 84. 11-ci tapşırıqda “a) iki həlli olsun”, “b) bir həlli olsun”, “c) həlli olmasın” ifadələri

uyğun olaraq “a) iki müxtəlif kökü olsun”, “b) iki bərabər kökü olsun”, “c) həqiqi kökü olmasın” kimi

yazılmalıdır.

Səhifə 86. 7-ci tapşırığın şərti dəqiq deyil. Çünki 28 m2=2800 dm2 = =280000 sm 2 və s.

olduğundan, axtarılan tam ədədlərin ölçü vahidi verilməlidir.

Yenə həmin səhifədə 9-cu tapşırığın 1-ci bəndi aydın deyil. Çünki şəkildə verilmiş sarı hissənin

sahəsini göstərən ifadə ab olur ki, bunu da vuruqlara ayırmaq olmur.

Səhifə 93. 6-cı tapşırıq korrekt deyil. Burada şəkillə mətn uyğun deyil, şaquli yuxarı atılmış cisim

irəli getmir, atıldığı yerə düşür və s. Həmçinin bu tip məsələlərdə “–4,9t2” əvəzinə “–5t2” yazılması

daha məqsədəuyğundur.

Page 40: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Yenə həmin səhifədə 25-ci tapşırığın dərsliyin sonunda verilmiş cavabına “a=10, b=30,

” halı da əlavə edilməlidir.

Səhifə 100. 10-cu tapşırığın şərti korrekt deyil. Çünki bir kökə görə nə kvadrat tənliyi, nə də

onun digər kökünü bərpa etmək mümkündür.

Səhifə 103. 9-cu tapşırıqda “yan üzlərinin sahəsindən” ifadəsi “yan səthindən” kimi

yazılmalıdır.

Səhifə 123. 4-cü tapşırığın dərsliyin sonunda verilmiş “15 km/saat, 20 km/saat” cavabı “3

km/saat” kimi yazılmalıdır.

Səhifə 125. 14-cü tapşırığın dərsliyin sonunda verilmiş “1) ” cavabı

“ 1) ” kimi yazılmalıdır.

Səhifə 129. 14-cü tapşırığın 4-cü bəndində “y=x düz xəttinə nəzərən” əvəzinə, “y=–x düz

xəttinə nəzərən” yazılması daha məqsədəuyğundur.

Səhifə 132. 1-ci tapşırığın həllində verilmiş “ ” ifadəsində nisbətlərdə müxtəlif

adlı kəmiyyətlərin yazılması metodiki baxımdan düzgün deyil.

Səhifə 133. 2-ci tapşırığın 2-ci bəndinin dərsliyin sonunda verilmiş “x=3, y=1,5” cavabı “x=1,

y=1,5” kimi yazılmalıdır.

Səhifə 140. 12-ci tapşırığın dərsliyin sonunda verilmiş “45” cavabı “9 m” kimi yazılmalıdır.

35

48

xx

3

10c

)3(5

96

xx

xm

sm

m

sm 2,5

3

1

Page 41: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Səhifə 172. 23-cü tapşırığın dərsliyin sonunda verilmiş “6-dan çox olmayaraq” cavabı “10-dan

çox olmayaraq” kimi yazılmalıdır.

Səhifə 186. 22-ci tapşırığın şərti korrekt deyil. Çünki verilən şərtlərlə tapşırığı həll etmək mümkün

deyil.

Səhifə 192. 8-ci tapşırıqda I və III hallara uyğun birqiymətli həll yoxdur.

Yenə həmin səhifədə 10-cu tapşırığın birinci cümləsində yazılmış “Bütün bucaqları düz bucaq

olan paraleloqrama düzbucaqlı deyilir” tərifinə ehtiyac yoxdur. Çünki şagirdlər düzbucaqlıya

verilmiş bu tərifi səhifə 41-də “Düzbucaqlı” mövzusundan bilirlər.

Page 42: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Müəllim üçün metodik vəsait 224 səhifədən ibarətdir. Vəsaitin əvvəlində

“Mündəricat” və dərsliyin strukturu haqqında məlumat verilməklə, hər bölmə üzrə

olan mövzular, onların hansı məzmun xətlərini əhatə etməsi qeyd edilmişdir. Burada

həmçinin “Qiymətləndirmə”, “Təlim nəticələri və internet ünvanları”

göstərilmişdir. Əksər mövzulara uyğun “İşçi vərəq”, bölmələrin sonunda “Bölmə üzrə

summativ qiymətləndirmə tapşırıqları” verilmişdir.

Page 43: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

MMV-də fənn kurikulumunun reallaşma mexanizmlərinin şərhi və

əsaslandırılması, dərsliyin hazırlanması prinsiplərinin izahı qismən

verilmişdir. Təlim məqsədlərinin məzmun standartlarına uyğunluğu, tətbiq

olunan metod və üsulların məzmun standartlarının reallaşdırılmasında rolu

əsasən gözlənilmişdir. Dərs zamanı əlavə vəsaitlərə istiqamətləndirmə yerinə

yetirilmişdir. Təlim məqsədinin reallaşdırılması ilə bağlı daha çox diqqət

yetirilməli olan məsələlər əsasən qeyd edilmişdir. Qiymətləndirmənin

müxtəlif növlərinə aid vasitələr qismən verilmişdir. Mənbələrin və resursların

təqdimolunma səviyyəsi qənaətbəxşdir.

Bununla yanaşı, digər qüsurlara da rast gəlinir.

MMV-də geniş şəkildə “Gündəlik planlaşdırma və dərsin icmalı”na aid

nümunələr verilməmişdir. Burada sadə tapşırıqların həllinin verilməsi

əvəzinə, bir neçə “Gündəlik planlaşdırma nümunəsi”nin verilməsi müəllimlər

üçün daha vacib və əhəmiyyətlidir. Çünki MMV dərsin təşkili, onun

strukturunun müəyyən edilməsi, mərhələləri, təlim nəticələri və

qiymətləndirmə barədə göstəriş və istiqamət verən əsas vəsaitdir.

Page 44: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

“Rasional ifadələrin vurulması, bölünməsi və qüvvətə yüksəldilməsi”ndə tövsiyələr, göstərişlər

verilmişdir. Lakin bu, tövsiyə və göstərişlər dərsin metodiki baxımdan ənənəvi dərsdən fərqli

strukturda düzgün qurulması üçün heç bir nəzəri bilik vermir. Burada əsas məqsəd aydın deyil (hansı

rasional ifadə?). MMV-də dərsin qeyd olunan tələblər səviyyəsində təşkili üçün heç bir gündəlik plan

və ya icmal nümunəsi verilməmişdir. MMV-nin müəllimlərə göstərəcəyi metodiki köməklərdən ən

vacib olanı isə budur. Burada sadə tapşırıqların həllinin verilməsi əvəzinə bir neçə «Gündəlik

planlaşdırma nümunəsi»nin verilməsi müəllimlər üçün daha vacib və əhəmiyyətlidir. Çünki MMV

dərsin təşkili, onun strukturu barədə göstəriş və istiqamət verən əsas vəsaitdir. MMV-də verilmiş

bundan sonrakı tövsiyə və göstərişlər də ümumiyyətlə, eyni bu dərsdə verilmiş tövsiyə və göstərişlərə

uyğun şəkildə verildiyi üçün belə göstərişlər kurikulum tələbləri səviyyəsində dərsin təşkili zamanı

müəllimin metodiki baxımdan tələblərinin ödənilməsini bütövlükdə təmin etmir.

Səhifə 22

Page 45: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Səhifə 25

“Öyrənmə tapşırıqları” bölməsində demək olar ki, müəllimə aid olan yararlı

tövsiyə verilməmişdir. Motivasiya qoyulmamışdır.Verilmiş tövsiyə və göstərişlər söz

yığınından ibarət olub, heç bir metodiki tövsiyə xarakteri daşımır.

Page 46: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

“ ” bərabərliyi “ ” kimi verilməlidir.

Həmçinin “Yoxlanması” hissəsi “ ” kimi

yazılmalıdır.

52

x 22

5x

415125

Səhifə 65

Page 47: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Burada verilmiş məzmun standartları və şagird

bacarıqları mövzuya uyğun deyil.

Səhifə 67

Page 48: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

bərabərliyinin doğru olması səbəbinin, isbatın “Əsası”

hissəsində “5. Kökün tərifinə görə” ifadəsinin fakt kimi verilməsi

düzgün deyil. İsbatın “Təklif” hissəsində “5.( )2=ab” və

“6. ” yazılmalıdır. “Əsası” hissəsində “ 5.( )2=a

eyniliyinə əsasən ” kimi veriilməlidir. Həmçinin burada 4-cü bənd dil və

üslub cəhətdən qüsurlu verilmişdir.

baab

ab

abaab

Səhifə 69

Page 49: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Səhifə 84. 1-ci və 2-ci tapşırıqlardakı üçlüklər “( )” deyil, “{ }”

işarəsi daxilində yazılmalıdır.

Səhifə 98. 25-ci tapşırığın izahına “a=10, b=30” halı da əlavə

edilməlidir.

Səhifə 100. “İşçi vərəq № 1”-də 1-ci tapşırıqda verilmiş “iki həqiqi

kökü olan” və “bir həqiqi kökü olan” ifadələri uyğun olaraq “iki

müxtəlif həqiqi kökü var”, “iki bərabər həqiqi kökü var” kimi

yazılması məqsədəuyğundur.

Page 50: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Səhifə 102

4-cü tapşırığın həllində 2-ci bənddə verilmiş “kvadrat tənliyin

bir kökü olması üçün onun diskriminantı sıfır olmalıdır” fikri

elmi baxımdan səhvdir. Çünki bu halda kvadrat tənliyin iki bərabər

kökü var.

Page 51: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

4-cü tapşırığın izahı üçün verilmiş şəkildə N və M nöqtələri yerində

deyil. Yenə həmin səhifədə sahə vahidinin “kvadrat vahid” kimi qeyd

edilməsi başa düşülmür. Sahə vahidləri uzunluq vahidlərinin kvadratı kimi

verilir, adətən 5 s.v., 6 s.v (sahə vahidi) kimi yazılır. Dərslikdə və MMV-də

sahə vahidlərinin bir-biri ilə ifadə olunmasına aid tapşırıqlara və izahatlara

yer verilməmişdir. Buna əsasən də 4. 1. “Ölçü vahidlərinin mənasını başa

düşür, müvafiq ölçü alətlərindən istifadə edir” əsas standartının qismən

reallaşdırıldığını demək olar.

Səhifə 107

Page 52: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

“İşçi vərəq № 1”-də 1-ci tapşırıqda paraleloqramın üzərində artıq

verilənlərin nəyə xidmət etdiyi aydın deyil. Yaxşı olardı ki, bu tapşırıqda

əlavə olaraq “Məsələdə artıq şərt varmı?” və “Bu əlavə şərtə görə hansı

kəmiyyətləri tapmaq olar” suallarını qoymaqla şagirdlərin yaradıcı

tətbiqetmələrini, ümumiləşdirmə bacarığını inkişaf etdirmək, mövzunu

daha dərindən öyrənmək məqsədinə nail olunsun. Bu irad səhifə 113-də

verilmiş “İşçi vərəq № 2”-də 2-6-cı tapşırıqlara da aiddir.

Səhifə 110

Page 53: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

11-ci tapşırığın dördüncü şəklinə uyğun həllində səhvlər var.

Əvvəla, “d=2R=20, R=10 sm” yazılışları başlanğıcda verilməlidir.

Hesablamada isə trapesiyanın böyük oturacağının uzunluğunun

qiyməti yerinə “10” deyil, “20” yazılmalıdır. Həmçinin burada

bəndlərin nömrələnməsi düzgün verilməmişdir. “2)” və “3)”

yazılışları dərsliyə uyğun olaraq “3)” və “4)” kimi yazılmalıdır.

Səhifə 126

Page 54: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

15-ci tapşırığın həllində müəyyən səhvlər var. Belə ki, şəkildə M

və N nöqtələri qeyd edilməmişdir. Həmçinin burada verilmiş

“S∆CMN=S∆ABCD–S∆CBM–S∆DN” əvəzinə

“S∆CMN=S∆ABCD–S∆MBC–S∆NCD–S∆AMN”,

“S∆NCD = ” əvəzinə isə

“S∆NCD = ” yazılmalıdır.ba

22

1

bab

22

Səhifə 126

Page 55: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Səhifə 124. 1-ci tapşırığın izahında “Təklif” hissəsinin 5-ci sətrində

“ ” əvəzinə “ ” yazılmalıdır.

Səhifə 135. 1-ci abzasda “Dönmə bucağı və dönmə mərkəzi (bu

halda koordinat başlanğıcıdır) düzgün nəzərə alınması şagirdlərin

nəzərinə çatdırılır” cümləsi əvəzinə “Dönmə bucağı və dönmə

mərkəzinin düzgün nəzərə alınması şagirdlərin nəzərinə çatdırılır”

yazılmalıdır.

Yenə həmin səhifədə 9-cu tapşırığın həlli sona qədər verilməmişdir.

Belə ki, sonda “ ” cavabı yazılmalıdır.

Səhifə 136. 1-ci abzasda iki yerdə verilmiş “man” ifadəsi “man.” və

ya “manat” kimi yazılmalıdır.

Səhifə 137. 3-cü şəklin altındakı yazılışda bucaq işarəsi silinməlidir.

ΔABCSABDS

404080

Page 56: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Səhifə 157. “Summativ qiymətləndirmə tapşırıqları” bölməsində

4-cü tapşırıqda “saat əqrəbi istiqamətində” ifadəsi “saat əqrəbinin

hərəkəti istiqamətində” kimi yazılmalıdır.

Yenə həmin səhifədə 6-cı tapşırığın şərtində “koordinatlarının”

sözünün əvəzinə “nöqtəsinin” verilməlidir.

Səhifə 160. “Bərabərsizliklər” mövzusunda “x≤–1”, “x<–1”,

“x>2” bərabərsizliklərinin uyğun olaraq, “x≥–1”, “x>1”, “x<–2” kimi

yazılmalıdır.

Səhifə 167. 6-cı tapşırığın a) bəndində “4” ədədi əvəzinə “–4”

yazılmalıdır.

Page 57: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

“Dərs 134, 135”-də “Şagird bacarıqlarında” verilmiş “dəyişəni

modul işarəsi daxilində olan bərabərsizliyi həll etmə qaydasını

bilir” fikri 2.2.3. “Modul işarəsi daxilində dəyişəni olan və xətti

bərabərsizliyə gətirilən bərabərsizlikləri həll edir” alt standartın

məzmununun təkrarıdır. Burada qarşıya qoyulan məqsəd “Şagird

bacarıqları”nda açıqlanmamışdır. Məqsəd dəyişəni modul işarəsi

daxilində olan sadə bərabərsizliklərin xətti bərabərsizliklər şəklində

göstərməyi bacarmaq və onu həll etməkdən ibarətdir.

Səhifə 175

Page 58: baycan Respublikas n T Q elmi-metodiki monitorinqi Riyaziyyat-8 …derslik.edu.az/news/prezentasiyalar/dk_riyaziyyat_8... · 2015-12-25 · Ümumi təhsili həyata keçirən bütün

Səhifə 176. 3-cü tapşırığın “d)” bəndi dərsliyə (D. səh. 177) uyğun

olaraq “e)” hərfi ilə verilməlidir.

Səhifə 180. 15-ci tapşırıqda “tənliyin kökü yoxdur” ifadəsi

“tənliyin həqiqi kökü yoxdur” kimi yazılmalıdır.

Səhifə 182. 7-ci tapşırığın izahında yazılmış “tangensi isə 1-dən

böyük, 1-dən kiçik və 1-ə bərabər ola bilər” cümləsi “tangensi

istənilən müsbət ədədə bərabər ola bilər” kimi verilməlidir.

Yenə həmin səhifədə 9-cu tapşırığın həllində “tgβ=1,333” ifadəsi

əvəzinə “tgβ≈1,333” yazılmalıdır.

Səhifə 189. 2-ci tapşırığın 2-ci bəndində “sinA = ” deyil,

“sinA = ” kimi yazılmalıdır.

Səhifə 217. 32-ci tapşırığın həllində “ ” ifadəsi “ ”

kimi verilməlidir. Həmçinin həldə verilmiş şəkil dərsliyə

uyğunlaşdırılmalıdır.

10c

a

c

a

10a

a

c

a

82

1a 7

2

1a