azƏrbaycan mİllİ elmlƏr akademİyasinin …dilcilik.az/eserler/dilcilik institutu_verstka_en...

299
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ NƏSİMİ adına DİLÇİLİK İNSTİTUTU DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ Xüsusi buraxılış

Upload: others

Post on 07-Jan-2020

7 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ NƏSİMİ adına DİLÇİLİK İNSTİTUTU

DİLÇİLİK İNSTİTUTUNUN ƏSƏRLƏRİ

Xüsusi buraxılış

2012

Page 2: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Bakı – 2012

2

Page 3: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının 14 mart 2012-ci il tarixli iclasının (protokol № 04) qərarı ilə çap olunur.

Redaksiya şurası : akad A. A. Axundov

AMEA-nın müxbir üzvü K.M. Abdullayev fil.e.d., prof. Q.Ş.Kazımov fil.e.d., prof. Q.İ.Məşədiyev fil.e.d., prof. S.H.Mehdiyeva fil.e.d., prof. S.A.Sadıqova fil.e.d. R.H.Eyvazova fil.e.d. prof. İ.O.Məmmədli fil.e.d. M.M.Mirzəliyeva fil.e.d. prof. M.Ə.Mahmudov fil.e.d. İ.M.Tahirov fil.üzrə fel.d. T.A.Quliyev

Baş redaktor: fil.e.d., prof F. Y. Veysəlli

Buraxılışa məsul: fil.e.n. E. İnanc

Dilçilik İnstitutunun əsərləriXüsusi buraxılış

2012

© Nəsimi adına Dilçilik İnstitutu, 2012

3

Page 4: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

4

Page 5: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

BAŞ REDAKTORDAN

Hörmətli oxucular.Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin qloballaşma

şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 23 may 2012 ci il və “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının güc-ləndirilməsi haqqında” 29 may 2012-ci il tarixli sərəncamlarının icrası ilə əlaqədar AMEA Nəsimi adına Dilçilik İnstitutunda 2012-ci il dekabrın 13-də “Ölkədə Dil Situasiyası” mövzusunda Respublika elmi konfransı keçirilmişdir.

Konfransda Azərbaycan dilinin fəaliyyəti, kütləvi işlənməsi, dil və ailə, dil və təhsil, reklamların dili və s. informasiya vasitələri mövzularında məruzələr din-lənilmişdir.

“Dilçilik İnstitutunun əsərləri” nin redaksiya şurası konfransda dinlənilən məruzələrin mətnini, habelə vaxt çatışmazlığında və ya konfransın mövzusundan kənara çıxan tezislərin aktuallığını nəzərə alaraq onların bu topluda çap olunması-nı qərara almışdır. Bu aktuallar Azərbaycan dilinin müxtəlif məsələlərlə maraq-lanan mütəxəssislər, tələbələr və ali məktəb müəllimləri üçün faydalı ola bilər.

Toplu ilə bağlı rəy və təkliflərinizi jurnalın redaksiyasına göndərə bilər-siniz.

filol.e.d., prof. F. Y. Veysəlli

5

Page 6: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

MÜNDƏRİCAT

DİLÇİLİK MƏSƏLƏLƏRİ

R.Z. Abbasəliyeva. Еmosionallıq və ekspressivliyin verbal və qeyri-verbal ifadə vasitələri...........................................................................6İ.Y. Cəfərsoy. Avropa dillərində İncil mənşəli şəxs adları və Ön Asiyanın ölü dillərində onların arxaik variantları...................................................10F.F. Əlizadə. Dil norması və cəmiyyət..........................................................................13K.H. İmamquliyeva. Azərbaycan xalqının dilində və məişətində daş dövrünün izləri.....................................................................................18N.Q. Qazıyeva. Ədəbi dil və dialekt münasibətləri.......................................................21Q.G. Qəmbərova. Azərbaycan dialektologiyasının inkişafı..........................................24İ.M. Qurbanova. Azərbaycan dialekt və şivələrində bəzi omonim söz köklərinin etnolinqvistik təhlili........................................................29M.Ə. Mahmudov. Azərbaycan dili qloballaşma şəraitində...........................................34B. Məmmədov. Etnotoponimlərin tarixi-linqvistik müstəvidə tədqiqi (Xaçmaz rayonu toponimləri əsasında)............................................................40Ş.X. Məmmədov. Sadə cümləni genişləndirən vasitələrin inkişaf xüsusiyyətləri.........43A. Rüstəmova. Modernləşmə şəraitində kommunikasiyada dil amili...........................48Y.Ə. Süleymanov. İnterferensiya dil hadisəsi kimi.......................................................53Ə.V. Tanrıverdi. Müasir Azərbaycan dili haqqında bəzi fikirlər..................................56M.A. Təkləli (Nuriyeva). Çağdaş dövrdə Azərbaycan dili...........................................59Vahid Zahidoğlu. “Kitabi - Dədə Qorqud”da bir arxaik fonetik hadisə və onun müasir dildəki izləri.........................................................................................63

AZƏRBAYCAN DİLİNİN CƏMİYYƏTDƏ İŞLƏNMƏSİ

E. Atakişiyev. N. Əfşarın yaradıcılığında dilçilik terminləri haqqında ........................68G.K. Binnətova. Şəkilçi morfemlərin müxtəlifsistemli dillərdə təzahür formaları.......70A.G. Cəfərov. Azərbaycan dilinin orfofoniya lüğətinin əhəmiyyəti və hazırlanma prinsipləri...............................................................................................73A.M. Əsgərova. Qədim paremlərdə işlənən bəzi çoxmənalı sözlərin tarixi inkişaf xüsusiyyətləri ..........................................................................................76

6

Page 7: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

T.M. Əsgərova. Xalq ədəbiyyatı özəllikləri Nəsimi dilinin əsas vasitələri kimi (isim, feli və ərəb, fars quruluşlu frazeoloji vahidlər)...................81N.E. Həsənova. Ana dilinin orfofoniya məsələləri........................................................84Ş.R. Həsənli-Qəribova. Alınma sözlər etnoqrafik leksikada........................................87Q.Ş. Kazımov. Bir neçə şəkilçinin işlənməsi haqqında.................................................90İ.B. Kazımov, C.İ. Kazımov. Dil situasiyasının tipologiyası.......................................94D.D. Kərimova. Çağdaş Azərbaycan dilində neologizmlərin estetik funksiyası haqqında (Məmməd Arazın poetik dili əsasında)............................97X.D. Kərimova. Dilimizin mayası – Azərbaycan folkloru............................................100İ.M. Kərimova. “Göyçay” toponiminin etimologiyası..................................................103Z.M. Kərimova. Nitq etiketlərinin əsas elementləri......................................................107Ş.K. Qocayeva. Ailədə tabudan və evfemizmlərdən istifadə.........................................111H.A. Mirzəyev. Poeziyada üslubi axtarışın estetik səciyyəsi (H. Arifin poeziyasının materialları əsasında)..............................................................114S.Y. Məmmədova. Televiziya aparıcılarının dili haqqında ..........................................119A.H. Nəzərova. Alınma terminlərin dilimizə uyğunlaşdırılması məsələləri..................123S.A. Sadıqova. Mətbuatın ədəbi dilin inkişafında rolu..................................................125Z.Ə. Səfərova. Aşıq yaradıcılığında oykonimlər, astionimlər, kosmonimlər................130S.V. Şərifova. Monoloji və dialoji nitqdə mürəkkəb cümlələr......................................135İ.M. Tahirov. Qloballaşma və dil: Azərbaycan dilinin qorunmağa ehtiyacı varmı?.....138K.A. Vəliyeva. Ehtimali-statistik metodların Azərbaycan dilçiliyində tətbiqi..............142

AZƏRBAYCAN DİLİNİN TƏDRİSİ VƏ TƏRCÜMƏ

S.Ə. Abdullayeva. İnnovativ inkişafla əlaqədar Azərbaycan dilinin xarici dil kimi öyrədilməsində yeni mərhələ.................................................................146H. Xoşbatini. İkidillilik və arqolar.................................................................................150İ.E. Qəribli. Orta məktəblərdə klassik irsin tədrisi məsələləri (Məhəmməd Hadinin əsərləri əsasında)........................................................................154S.H. Mehdiyeva. Qeyri-Azərbaycandilli auditoriyada Azərbaycan dili........................159İ.O. Məmmədli. Orta məktəblərin “Azərbaycan dili” dərsliklərindəki bəzi məqamlar haqqında mülahizələr...........................................................................163Q.İ. Məşədiyev. Azərbaycan dili – ana dili müqəddəsdir..............................................169Q. Şəhriyar. Türk dastanlarının tərcüməsində yaranan dil problemləri («Dədə Qorqud» toplusu əsasında)...............................................................................172

7

Page 8: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

DİLÇİLİK MƏSƏLƏLƏRİ

ABBASƏLİYEVA R.Z.

ЕMOSİONALLIQ VƏ EKSPRİSSİVLİYİN VERBAL VƏQEYRİ-VERBAL İFADƏ VASİTƏLƏRİ

Açar sözlər: emosionallıq, ekspressivlik, şifahi nitq, yazılı nitq, verbal, qeyri-ver-bal, nida

Ключевые слова: эмоциональность, экспрессивность, устный речь, письмен-ный речь, междуметия, вербальный

Key words: emotionality, expressivity, spoken language, spoken language, interjections, verbal, non-verbal

Nitqə emosionallıq və ekspressivlik xasdır. Bu baxımdan nitqin ekspressiv-liyi, nitqin emosionallığı həmişə tədqiqatçıların diqqətini cəlb edir. Bununla belə, nitqdə emosionallıq və ekspressivliyin verbal və qeyri-verbal ifadə vasitələri, on-ların işlənmə məqamları, nitq prosesi iştirakçılarına, eləcə də nitqin semantika və məzmununa təsiri məsələləri hələ ki, yetərincə öyrənilməmişdir. Nitqin əşyaları, hal-hərəkəti, vəziyyəti, şəraiti, zamanı və sairəni konkret adlandırmaq, sözlər vasi-təsi ilə ümumləşdirmə aparmaq, ünsiyyətə xidmət etmək kimi funksiyaları vardır.

Şifahi nitq səsli nitq şəklində təzahür edir. Şifahi nitq səsləndirilən, səs vasitəsi ilə canlandırılan nitqdir. Bu nitqdə səs mühüm rol oynayır. Dilin fonemlər sisteminin vahidləri bir-biri ilə müəyyən düzülüşlə bağlanaraq dil üçün semantik mənası olan leksemlər əmələ gətirir. Leksemlər müəyyən qrammatik şəkilçilər qəbul edərək bir-biri ilə əlaqələnir. Bəzən əlaqələnmə sintaktik vasitələrin köməyi ilə gerçəkləşir. Eyni zamanda, qeyd etmək lazımdır ki, nitqin səsləndirilməsi subyektiv səciyyəlidir. Nitq səsləndirilərkən onun səslə bağlı həm linqvistik, həm də ekstralinqvistik parametrləri üzə çıxır. Səsin tonu, tembri, prosodik vahidlərdən istifadə olunması nitqə xüsusi çalarla yanaşı, xüsusi məzmun da əlavə edir. Səsin bu parametlərinin bir qismi nitqi canlandıran şəxsin emosional və ekspressiv vəziyyətini ifadə edir. Bu vasitələrin bir qismi qeyr-verbal ifadə vasitəlridir.

Danışıq üslubu, əsasən şifahi nitqdə ifadəsini tapır. Danışıq dili üçün sərbəst danışıq, sintaktik konstruksiyaların sadələşdirilməsi, dil normasından kənarçıxma səciyyəvidir. Dil paradiqmasının mövcud formalarından yayınma ənənəvi hal al-dıqda və danışıq dilində özünü çox göstərdikdə belə yayınmalar dilin başqa üslub-larına keçərək normanı dəyişə bilir.

8

Page 9: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Nitqdə emotiv, estetik funksiyaları az və çox dərəcədə ifadəsini tapır. Emo-tiv və estetik funksiyaları, ekspressivliyi nitq və onun məhsulu olan diskurs və mətnlərin köməyi ilə öyrənmək mümkündür.

Nitqdə qrammatik forma əlavə konnotativ məna alır. Qrammatik məna ilə sözün leksik mənası arasındakı uyğunsuzluğun aradan qaldırılması nəticəsində ifadəlilik əldə edilir. Leksik və qrammatik mənanın sintezi əvəzinə onlar arasında ziddiyyət aşkarlanır. Belə ekspressivlik situativ kontekst zəminində meydana çı-xır.

Qrammatik formanın funksional dəyişməsinin ən ekspressiv halı transpozi-siya zamanı baş verir. Bu zaman emosiyanın qiymətləndirilməsi və ya üslubi ifa-dəlilik adi qrammatik əlaqələrin pozulmasının nəticəsi kimi meydana çıxır. Trans-pozisiya zamanı əvəz edən üzv özünün funksional keyfiyyətini itirərək eyni za-manda iki funksiyanın daşıyıcısına çevrilir. Bu zaman ekspressiv zənginləşdirmə-nin başqa formasına köçürülməsi gerçəkləşir.

Cümlə kommunikativ cəhətdən müstəqildir, nitqdə ayrıca məlumat verən vahid kimi işlənir. Bununla yanaşı, danışıq dilində bir sıra diferensiallaşmamış ifadə vasitələri vardır ki, onlar kommunikativ müstəqilliyə və nitqdə müəyyən məlumat bildirmək imkanına malikdirlər. Danışıq dilində zəngin semantikası və quruluş müxtəlifliyi ilə seçilən nida cümlələri belə ifadə vasitələridir.

Nitqdə istifadə olunan qiymətləndirici nida cümlələri daha zəngin struktur tipləri ilə seçilir. Qiymətləndirici nida cümlələri həm müsbət, həm də mənfi məz-mun daşıyır. Məzmunun mənfiliyi və ya müsbətliyi kontekst əsasında müəyyənlə-şir. Qiymətləndirici nida cümlələrində emosiyanın ifadəsi deyil, daha çox münasi-bət və qiymət bildirilir.

Cümlənin tərkibinə daxil olan, onu təşkil edən elementlər sözlərdir. Bu söz-lər həm də dilin leksik sisteminin vahidləridir. Onların hər birinin semantikası var-dır. Bir sıra sözlər müstəqil leksik mənaya malik olmur. Dildə belə sözlər köməkçi nitq hissələri kimi qruplaşdırılır.

Danışıq dili nidalarla zəngin olur. Nida gerçəkliyə emosional münasibəti implisitləşdirir. Emosional-ekspressiv xüsusiyyətlər şifahi nitqdə daha çox qeydə alınır. Dil vasitəsilə müxtəlif emosional vəziyyətin müsahibə çatdırılması emo-tivlərin özlərinin ünsiyyət funksiyalarını yerinə yetirməsidir. Emosiyanın xüsusiy-yətləri, onların qrup xarakteri, polisemantikliyi, emotiv vasitələrin polufunksional-lığına təsir göstərir. Emosionallığın və ekspressivliyin dildə ifadəsini tapmasının müxtəlif vasitələri vardır. Bura paralinqvistik (mimika, jest və s.), superseqment (intonasiya, ritm, və s.), qeyri-verbal kontekst (nitq situasiyası), verbal kontekst (əlavə sözlər).

Ritorikada nitqi dinləyənlərin, adresat və adresatların emosional vəziyyətinə təsir göstərmək, onlarda emosiyanı gücləndirmək vacib şərtlərdən sayılır. Bu sahədə emosionallığın əldə edilməsi üçün paralinqvistik vasitələrə daha geniş yer verilir.

9

Page 10: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Paralinqvistik vasitələr nitqi müşaiyət etməklə kommunikasiyanın emosio-nal tərəfini tamamlayır, müsahibin həmin andakı vəziyyəti barədə əlavə məlumat verir (sakit, həyəcanlı, inamlı, yorğun). Paralinqvistik vasitələr dil vahidləri ilə pa-ralel istifadə oluna bilər.

Nitqdə emosional vəziyyətin birbaşa ifadəsi qeyri-verbal vasitələrin köməyi ilə olur. Məsələn, qışqırmaq, səsini qaldırmaq, əli ələ vurmaq, əl çırpaq, yamsıla-maq, dodağı büzmək və s. Bu vasitələr nitqin reallaşması prosesində müəyyən məqamlarda üzə çıxır. Emosional – ekspressiv vəziyyət nitqin baş verdiyi şəraitlə əlaqəlidir. Bu vəziyyət nitq prosesində dəyişir. Emosionallıq artır, azalır və s. Emosionallıq mövzunun dəyişməsinə, qəfil kəsilməsinə, nitqdə elleptik vasitələr-dən çox istifadə olunmasına, unison danışığa əsas yaradır.

Хüsusi üslubi səciyyəli funksional sistem olmaq etibarilə ədəbi dilin qeyri-rəsmi bir forması kimi rəsmi formaya – kitab dilinə qarşı qoyulan nitq danışıq dili adlandırılır. Danışıq aktının hazırlıqsız baş verməsinə, danışanların söhbətdə bilavasitə iştirak etməsinə görə ədəbi dildən fərqlənir. Danışıq dili özündə intellektual və emosional nitqi birləşdirir və çox zaman iki şəxs arasında gedən formada təzahür edir. «Şifahi nitqi danışıq dili (nitqi) ilə eyniləşdirmək olmaz. Bədii əsərlərdə verilən dialoq nitqi danışıq dili nümunəsi hesab olunur və şifahi nitq sayılmamalıdır. Çünki bu nitq artıq yazıya alınmışdır və yazılı nitqdir».

Sözün leksik-semantik təbiəti lüğət tərkibindəki sözlərin semantik yaxınlığa və ziddiyyətə, eləcə də fonetik cildin eyniliyi semantikasının fərqliliyinə görə qruplara bölünür. Sinonim, antonim və omonimlər də mətn daxilində üslubi funk-siyalar yaradır. Antonimlər mətndə daha çox yanaşı işləndikdə və ya eyni kontekst daxilində olduqda üslubi cəhətdən aktivləşirlər. Frazeoloji vahidlərin işlədilməsi də üslubla bağlılığa malikdir. Qeyd edilənlər üslubun leksik səviyyəli vasitələri-dir. Bununla belə, onlar nitq prosesində nitqi yaradanın, nitqin müəllifinin emosi-onal və ekspressiv vəziyyətinin də ifadəsni gerçəkləşdirir.

Emosionallığın eyni bir ifadə vasitəsi nitqdə müxtəlif şəraitlərdə zidd emosi-yaları göstərə bilir. Fərqli mənaları ifadə edən nidalar müxtəlif intonasiyalarla tələffüz olunur.

Nida cümləsi keyfiyyətinə malik vahidlərin emosionallıq səciyyəsi mütləq şərt deyil. Digər tərəfdən, emosionallıq heç də həmişə nida cümləsi ilə əlaqədar deyildir. Nida cümləsi olmayan, başqa növ kommunikativ vahidlər də vardır.

Ekspressiv və emosional diskurs tipində iştirakçılar arasındakı danışıq emo-sional tonda gedir. Bu zaman tərəflərdən biri, bir neçəsi və ya hamısı emosional tərzdə söhbət aparır. Bəzən bir tərəf digərinə öz nöqteyi-nəzərini hər cür vəchlə sübut etmək istəyir və qarşı tərəfin mövqeyi ilə hesablaşmır. Eyni emosional vəziyyət qarşı tərəfdə də ola bilər.

Nitqdə elə konstruksiyaları yaranır ki, onların fikir ifadə etməsində intonasiya həlledici amilə çevrilir. İntonasiya müəyyən ünsiyyət şəraitində cümlələrin məna və məzmununu konkretləşdirməkdə və onların kommunikativ

10

Page 11: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

növlərini təmin etməkdə mühüm rol oynayır. Emosional narazılıq bildirən təkrarlarda istehza, gülüş, nifrət məna çalarları var.

Emosionallığın kommunikativ ifadə vasitələri müxtəlif münasibətləri bildirməkdə mühüm rol oynayırlar. Emosionallığın intensivliyini əldə etmək üçün bu vasitələr bir mərkəzə toplanır.

Nitqdə iştirakçı tərəflər yalnız informasiyanın ötürülməsi ilə kifayətlən-mirlər. Hər bir kommunikant müsahibənin hisslərinə təsir göstərməyə çalışır. Müsahibə təsir göstərmək arzusu nə qədər çox olursa, dil vasitələrinin seçilməsi, nitqdə işlədilməsinə diqqət artırılır. Məlümatın ekspressivliyi dil vasitələrinin daha ciddi şəkildə seçilməsinə səbəb olur.

11

Page 12: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

İ.Y. CƏFƏRSOY

AVROPA DİLLƏRİNDƏ İNCİL MƏNŞƏLİ ŞƏXS ADLARI VƏ ÖN ASİYANIN ÖLÜ DİLLƏRİNDƏ ONLARIN ARXAİK VARİANTLARI

Açar sözlər: Elissa, İzebel, İlona, Anna, Didona, ArtemidaКлючевые слова: Элисса, Изебел, Илона, Анна, Дидона, АртемидаKey words: Eliza, Izebel, Ilona, Anne, Didone, Artemide

Mədəniyyətlərin bir-birinə qarşılıqlı təsiri və inteqrasiyası yeni hadisə deyil. Tarix boyu dövlətlərin maraqları toqquşmuş, nəticədə etnosların şərqdən qərbə, qərbdən şərqə miqrasiyaları baş vermişdir. Finikiyadan, Misirdən, Troyadan Av-ropaya köçən etnoslar özləri ilə adətlərini, inanclarını və təbii ki, adlarını da apa-rırdılar.

Belə adlardan biri Elissadır. Elissa Kənan nəslindən olub, İzebel kultunun kahini və Tir şahının bacısı idi. O, hakimiyyət uğrunda mübarizədə qardaşına məğlub olub, Şimali Afrikaya qaçdı və indiki Tunis yaxınlığında Karfagen şəhəri-ni saldırdı. Publi Maron Vergilinin “Eneida” eposu ilə onun adı İtaliyaya keçdi və Eliza, Elza variantlarında bütün Avropaya yayıldı.

Elissaya Finikiyadan qaçıb gəldiyinə görə, Didona “qaçqın”da deyirdilər. Troyanın işğalından sonra Siciliyaya, oradan Liviyaya gələn Eney Didona ilə se-vişərək onunla bir mağarada evləndi. Eney üç il sonra Didonanı ataraq İtaliyaya gəldi. Bu vəfasızlığa dözə bilməyən Didona xəncərlə özünü öldürdü. “Eneida”, “Pun müharibəsi”, “Georqika” poemalarını oxuyub təsirlənən avropalılar öz qızla-rına Didona adı qoydular.

Avropada ən geniş yayılmış adlardan biri Annadır. Anna teofor adının arxaik variantı Bibliyada Ena, “İliada”da Bay Ana formasında yazıya alınmışdır. Ana Kənan nəsillərinin, Bay Ana troyalıların Venerası olub, sevgililəri və körpə uşaqları himayə edirdi.

Qədim yunanlar ilahə Ananı Afrodita adı ilə öz panteonlarına daxil etdilər. Afrodita “dəniz dalğaları üzərindəki ağ köpük” deməkdir. Buna uyğun olaraq “Yaratılış” dastanıda Ağ Ana obrazı var. Ağ Ana dalğaların üzərindəki ağ köpük kimi Tanrının gözlərinə görünür. Tanrıya ilham verir ki, dünyanı yaratsın.

Avropa və bəzi Azərbaycan tədqiqatçıları belə hesab edirlər ki, türk və Ella-da folklorundakı süjetlər bir-birinə zahirən oxşayır. Əslində isə bu uyğunluqlara təsadüf kimi baxmaq olmaz. Həmin dastan süjetləri xalqların miqrasiyaları nəticə-sində Asiyadan Avropaya aparılmışdır.

Avropada geniş yayılan Bibliya mənşəli adlardan biri İzabeldir. İzebel Kə-nan nəslindən Finikia hökmdarının qızı idi. Çar Solomonun ölümündən sonra o, zəifləmiş İudeyanı daha da zəiflətmək üçün Samaria sarayına ərə verildi. Təbiətən

12

Page 13: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

çox gözəl və fitnəkar İzebel tezliklə İudeyanı Finikiyanın vassalına çevirdi. İnsan-lar onun qorxusundan aşkarda Kənan ilahəsi Aşqliyə, gizlində öz tanrıları Yaxve-yə sitayiş edirdilər.

Bibliya əfsanələrindən İzebelə məftun olan avropalılar arzulayırdılar ki, qız-ları gözəllikdə və qətiyyətdə İzebelə oxşasın. Həmin səbəbdən İzebelin adı İzabel, İzabella və Zabella variantlarında Avropaya yayıldı.

İzebelin nəslinin sevgi ilahəsi Aşqlinin (Хоренский 1808.28; Шопен 1866.41; Тураев 1903.88; Грець 1907.41) adı Azərbaycan folkloruna Əsli, Volqa Bulqarıstanına Aslı deyimində gəldi.

Çuvaşlar xristianlığı qəbul edənədək sevgi ayini zamanı Kərəm adlanan bu-laq başında paklıq və bakirəlik ilahəsi Aslı İraya ağ qaz qurban kəsərdilər (Родио-нов 1983.21-22). İlahə Əsliyə sitayiş edən Bulqar türkləri bundan qabaq Volqa boyunda Aslı şəhərini saldılar. Kazan xanlığının işğalından qabaq həmin şəhər xa-raba qoyulmuşdur (Рычков 1767.22).

Bibliyadakı Solomonun –Qurandakı Süleyman peyğəmbərin nəvə-nəticələ-rinin adı Finikiya yazılarında tamamilə başqa formalarda göstərilmişdir. Məsələn, həmin kitabələrdə İudeyanın H’Eraklı Sampsonun adı Delaq, Rovoamın adı Ba-zuk, Samuilin adı Zarmer kimi yazıya alınmışdır. Zarmer Troya çarı Pirama kö-məyə getmiş və döyüşlərdə Danay nəslindən Axilə (yunan dilli mənbələrdə Axille-sə ağır zərbələr vurmuşdur (Хоренский 1808.34, 35).

Avropa dillərində geniş yayılan qadın adlarından biri İlonadır. Belə güman edilir ki, bu ad Troya mənşəlidir. Homerin “İliada” poeması İlion şəhərinin mühasirəsinə həsr olunmuşdur.

Ancaq Troya şəhərinin salınmasından qabaq Misirdə İli şəhəri olmuşdur. Nil çayının sağ sahilində, çayın qollara bölündüyü yerin cənub-şərqində yerləşən həmin şəhər bəzi xəritələrdə İlion, bəzilərində isə İliopol kimi göstərilir (Тураев 1913. к 1; Клота бей 1843. к 1).

Qədim Misirin zəngin mədəniyyət mərkəzi olan İlion şəhərindən qüdrətli patriarxlar, alim və kahinlər çıxmışdır. Yəhudi dininin banisi Amosiy də onlardan biridir. Sonralar Amosiy adı azca dəyişərək Moisey şəklinə düşdü. Moisey Quran-dakı Musa peyğəmbərdir.

Bibliya mənşəli İosif adı Avropa dillərinə Yosef, Jozef, Cozef variantlarında yayılmışdır. Müsəlman mənbələrində isə o ad Yusif, Yusif Kənan formalarında göstərilmişdir.

Kişi ağlının və gözəlliyinin timsalı olan Yusifin adı həm şərq, həm qərb öl-kələrinə yayılmışdır. Türkoloji tədqiqat üçün maraqlıdır ki, Kənan nəslinin totem adı Sanak olmuşdur. Sanak etnonimi sonralar Albaniya və İberiyaya Şanak, Zenak və Sinak variantlarında gəlmişdir (Джанашвили 1908. 18, 51).

Apollonun adı Avropaya Homerin “İliada” və Vergilnin “Eneida” poemala-rından məlumdur. Yaz və yaşıllıq tanrısı Apollon Ellada mifologiyasında heyvan-darlıq və ovçuluq ilahəsi Artemidanın əkiz qardaşıdır.

13

Page 14: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

E.ö. II minilliyə aid Likiya mixi yazılarında Apollon teoniminin arxaik variantı Aplu formasında yazıya alınmışdır. Şuşa – Suziana dövlətçilik ənənəsinə görə, atanın vərəsəlik hüququ olan oğlu aplu adlanırdı. Türk dillərinin Bulqar qrupunda oğula aplu deyilir.

Qeyd etdiyimiz adların hamısının mənası türk dillərinin tarixi leksikası əsa-sında izah olunur. Bu da ondan irəli gəlir ki, İudeya və İsrail etnoslarından fərqli olaraq Kənan torpağının (Finikiyanın) hakim etnosları Sam yox, Kam nəslindən çıxmışdır.

Avropa dillərində Bibliya, Troya, Xatti, Likiya, Palay mənşəli şəxs adları çoxdur. Onların tarixi-filoloji oçerklər şəklində izahlı lüğətlərinin hazırlanması həm Azərbaycan və Türkiyənin, həm də Avropanın universitetlərinin marağına sə-bəb olardı.

14

Page 15: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

F.F. ƏLİZADƏ

DİL NORMASI VƏ CƏMİYYƏT

Açar sözlər: dil norması,cəmiyyət, məktəb təhsili, KİV, kinoКлючевые слова: языковая норма, общество, школьное образование, СМИ,

киноKey words: language norm, society, education, media movie

Dil toxunulmaz, milli mənsubiyyətli əvəzsiz müqəddəs bir nemətdir. Hər yerdə hər kəsə qarşı cinayət cəza ilə nəticələnir. Amma dilə münasibətdə dözüm-lülük özünü göstərir. Əslində isə ən incə münasibət dilə qarşı olmalıdır. Çünki məhz dil vasitəsilə fikrimizi dolğun verir, maddi-mənəvi, ən ümdə isə milli ehti-yaclarımızı çatdıra bilirik.

Dilin qorunması ana “məktəb”indən, uşağa dil verən ana(nın) dilindən baş-layır. Ana balasının ilk dil-ədəbiyyat müəllimi kimi onu düzgün danışmağa yönəl-dir. Uşaq artikulyasiya səhvləri ilə başlasa da, getdikcə püxtələşir, yavaş-yavaş doğma dilinin incəliklərini duyaraq nəticədə təmiz danışır. (Təəssüf olsun ki, bəzi-ləri uşaqlaşır, geriyəinkişaf dövrünə daxil olur).

Ailə daxilində, hansı dialektin daşıyıcısı olsaq da, ədəbi dili uşağa öyrətmə-liyik. Lakin bir sıra ailələr bu normaya qətiyyən fikir vermir. Ona görə də uşaq nə-inki orta, hətta ali məktəbdə də dialektdə danışmağa çalışır. Qəbul olunmuşdur ki, ədəbi dildə danışa bilməyən savadlı hesab oluna bilməz.

Məktəb övladlarımızın ikinci dil məkanıdır. “Şagirdlər dərslik və müəllim-lərdən nə öyrənir?” sualına cavab axtararkən həm diliqüsurlu, təsadüfi müəllimlər, həm də nəzəriyyəsi, materialları səhv toplanmış dərsliklərdən daha çox ziyan dəy-diyi görünər.

Həm azərbaycan, həm də rusdilli məktəblərin ibtidai sinifləri üçün yazılmış dərsliklərin şərtinə, misallarına fikir verdikdə universitetin yuxarı kurs tələbələri-nin, bəzən müəllimlərinin baş aça bilmədiyi həqiqətlə üzləşmiş oluruq. Pedaqoji-metodik tərəf nəzərə alınarsa,uşaq-gənc-cavan beyinlərinin fərqinə, tutumuna, psi-xoloji amillərə diqqət verilməlidir. Uşaq beynini yükləməklə onun psixikasını pozmaq olar. Məktəbli istər orfoqrafiya, istər ikidilli lüğətlərdən istifadə edərkən ya istənilən, hətta çox işlənən sözü lüğətdə tapmır, tapası olsa da, onu səhv yazı-lışda, ya da ikivariantlı görür.

Belədə sanki dilimizə qarşı soyqırım münasibətində olub, “milləti məhv et-mək istəyirsənsə, onun dilini əlindən al” qənaətinə gəlirsən. Məktəblinin yaşına uyğun gəlməyən bəzi dərslik materialları bir yana qalsın, onların özündə fikir axı-cılığının, ibrətamizliyin duyulmaması, söz yığınından ibarət olması,təbii ki, şa-girdləri dil normalarından uzaqlaşdırar.

15

Page 16: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Yuxarı sinif şagirdləri də rus dilindən qüsurlu tərcümə materiallarından nə isə başa düşməyə çalışır, anlamayanda orijinala müraciət edib, əsl həqiqəti tapmış olurlar.

Ali məktəbə daxil olmaq istəyən uşaqlar TDQK-nın nəzəriyyə və testləri ilə hazırlaşanda da məlum olur ki, burada da ya orta məktəb, ya da ali məktəb materi-alları ilə uzlaşmayan səhv elmi fikirlər var. Bu qədər elmi, orfoqrafik səhvlərin içindən çıxan uşaqlar, nə yaxşı ki, dilimizin “axırına” çıxmırlar. Fərdi yazılmış bir sıra testlər elə bil ki uşaqları savadsız etmək üçün tərtib olunub. Onları səhvlər də-nizinə oxşatmaq olar.

Artıq ali məktəbdə oxuyan tələbə məktəb, test və ali məktəb materiallarının bir sıra məsələlərdə tam fərqli olduğunu görür və beynində konkret fikir formalaş-dıra bilmədiyindən yanlışlıqlara yol verir.

Adamlar üçün üçüncü məktəb KİV-dir. Hazırda televiziya, qəzet, jurnalı qabaqlayan internetdir. Burada düzgün olmayan söz və ifadələrin sayı heç də az deyil. Məsələn, bir sıra hallarda “kanserogen” sözü əvəzinə “ karsirogen”, mobil telefon əvəzinə “mobol” telefon işlənən hallara rast gəlmiş oluruq. Bu, bəzi gənclərin telefona “çilifon” deməsinə bənzəyir. Əlbəttə ki, internetdəki səhvlər onun kağız variantı olan qəzet-jurnallardakına çatmaz.

Bəzən mətbuatda etik normalar pozulur. “Azadlıq” qəzeti ANS-in 2006-cı il 24 noyabrında bağlanmasına dair belə bir ifadə işlətmişdi:” Azad mətbuatın anasını ağlatdılar”.

Bir dəfə telekanallarımızdan birində deyildi ki, bir ay ərzində qəzetlərimizdə on mindən çox orfoqrafik səhv çıxıb. Bu o deməkdir ki, oxucular savadsızlığa sürüklənir.

Əgər lotereya cədvəlində səhv olarsa, udan tərəf uduza bilər. Lüğətlər də, xüsusən “Orfoqrafiya lüğəti” bu cəhətdən bir qədər dəqiq olmalıdır, lakin təəssüf ki, bəzi məqamlarda qüsurludur. Məsələn, “kompüter” sözü bir yerdə “kompyuter”, digər yerdə isə “superkompüter” kimi gedir.

Televiziya estetik məkan olduğu üçün efirə boylanan diktor, aparıcı da xoş-simalı olmalı və onun nitqindən də zövq alınmalıdır. Heç bir estetik impuls alma-yan tamaşaçı telekanalı dəyişmək məcburiyyətində qalır. Çünki “gözəl” aparıcını bir az da seyr etməklə onun “ahəngdar” nitqini dinləsə, ümumiyyətlə, Azərbaycan dilində danışmağı unudar. Belə ki sözlər onun qulağına azərbaycanca, intonasiya isə türk, rus, ingilissayağı gəlib-çatır. Doğma dilimizə yaxın sözləri də eşidəndə onlar “tsitsək”, “gələdzəklər” tipində dialekt ünsürlərinə tuş olur. Halbuki efirdə sırf ədəbi dil normalarına uyğun nitq səslənməlidir. Unutmayaq ki, güclü senzuralı rus-Sovet dönəmində efirdən təmiz Azərbaycan dilində danışmaq öyrənir, gözəl bədii nümunələr eşidirdik.

Televiziyaya nisbətən abırlı efir vasitəsi radiodur, çünki burada artıq bir şey görmür, yalnız eşidirik. Lakin radioya da güvənmək olmur. Klassik ifa tərzi olan diktor-aparıcılarla yanaşı, söz texnikasında naşı olan, hətta sözü düzgün vurğu ilə

16

Page 17: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

deyə bilməyən “efir adamlarına” da rast gəlirik. Xüsusən ünvan deyəndə, məsələn, “üç xətt 5” demək əvəzinə yersiz olaraq rusun ifadəsindən istifadə edərək “üç drob beş” deyirlər.

Efirə tam təsadüfi adamlar buraxıldığından, avtobusda sürücünün radiosundan allı-güllü sözlər çıxır. Əlbəttə, belədə ədəbi dil norması lap arxaya keçir, küçənin “ağırçəkili” leksikonu irəli çıxır. Bu, sürücüyə xoş, doğma, gülməli görünürsə, sərnişinlərin etik normalarına zidd gəldiyi üçün onları əsəbiləşdirir. Ardınca adi bir vətəndaş belə deyir: “Hörmətli prezidentimizə uzun ömür, cansağlığı arzulayıram, 56 milyon əhalinin qaz borcunu sildiyinə görə”. Başqa bir vətəndaşın dediyindən: “300 milyon əhalimizin hamısı xoşbəxt olsun!”

Bu isə jurnalistin dediyidir: “Dünən Cənubi Azərbaycanda iğtişaş olub: iki azərbaycanlı ölüb, bir nəfər naxçıvanlı”. Bu məlumatda idrak, nitq mədəniyyətinin aşağı səviyyədə olduğu görünür.

Mobil telefonlara gəlincə, bütün dünya xalqlarının qrafikası, hətta mürəkkəb Çin heroqlifləri, yapon, hind xətti ilə yazışma mümkün olduğu halda, biz “ç”-nı “ch”, “ş”-nı “sh” və ya “w” kimi göstərib, anormal yazıdan istifadə edirik. Bu hal-da orfoqafiyadan heç söz də ola bilməz. Hər halda latın qrafikasına bir neçə spesi-fik işarəli hərflərimizi əlavə etməklə milli simamızı, üstəgəl heysiyyətimizi göstə-rə bilərik. Qonşularımız – erməni və gürcülər bunun öhdəsindən çoxdan gəliblər.

Bir sıra hallarda hər hansı yeni bir sözü çoxları düzgün tələffüz etmir. Məsələn, təhsil sisteminə təzəliklə daxil edilmiş “kollokvium” sözünü 90% adam “kollekvium” kimi deyir. Buna səbəb isə, utanc olsa da, müəllimlər özüdür. Tələbələr onlardan eşitdiklərinı “qanun” kimi qəbul edirlər.

Bəzi adamlar öz dilinin ahəngini pozaraq rus, ingilis, türk sözlərini danışığı-na qatıb onu eybəcər hala salır. Söhbət boyu gah “okey, yes”, deyir, gah “əvət, mərhəba, əfəm”, gah da “nu, kaneşno,vaabşe”... sözlərindən istifadə edir.

Nəşriyyatın cəmiyyət üçün gördüyü iş əvəzsizdir. Burada çap olunan elmi, bədii, kütləvi, texniki ədəbiyyat, dərsliklər və s. cəmiyyətə, sözsüz ki, fayda gətirir. Lakin bu məkanda da məyusedici hallar vardır. Sırf təsadüfi, qazanc dalınca qaçanlar “öz nəşriyyatlarını”, öz qəzet-jurnallarını” açır və xalqı özlərinə məxsus “xoşbəxt” edirlər. Əvvəla, heç bir normaya sığmayan, içi orfoqrafik səhvlərə qərq olmuş üzdəniraq kitablar, əsasən şeirlər buraxırlar ki, bunların dili adicə çayxana söhbətləri, hal-əhval tutmadan o yana getmir. Bəzən süjeti aydın olmayan, dili qüsurlu romanlar yazıb nəşr edir, yaxud tərcümə əsər kimi təqdim oluna bilən roman, povest çap edirlər. Oxucu onu oxuyur, amma heç nə başa düşmür. Çünki tərçüməçi, tutaq ki, rus dilini ala-yarımçıq bilib, qazanc əldə etmək istəyən çilingərdir. Onun dilimizin söz sırası barədə təsəvvürü çox bəsitdir. Odur ki “ Ivan Mariyanı çağırdı” əvəzinə “Mariyanı İvan çağırdı”kimi tərcümə edir və düşünür ki, sözlər tamamilə düzgün tərcümə olunub, ona görə qalanı barədə fikirləşməyə dəyməz. Nəticədə, cəfəngiyyat, anlaşılmazlıq, bədii təfəkkürün evini yıxmaq!

17

Page 18: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Rəsmi-kargüzarlıqla bağlı sənədlər bir çoxları üçün çətin sınaqdır. Əgər bu tip materiallara – ərizə, əmr, protokol, akt və s. baxsaq, saysız-hesabsız səhvlərlə üzləşərik. Maraqlıdır ki, belə formalarda düzgün yazanlar azdır. Adicə ərizə yaz-maq çoxları üçün çətin sınaqdır. Arayış formasına gəldikə isə, o bizə rus dili for-masında yadigar qalmışdır: “Arayış verilir (k i m ə s ə) ondan ötrü ki,o,.... “Bunu Azərbaycan dilinin söz sırasına uyğunlaşdıranda “Arayış (kiməsə) ondan ötrü ve-rilir ki...” formasını alır.

Reklam, afişa, dükan adlarına, elanlara baxanda burada da xeyli qəribəlik-lərlə rastlaşırıq. Məsələn pepsodentin reklamında “çürüksüz diş”, başqa bir rek-lamda “mükəmməl dad” işlənir. Halbuki dilimizdə nə “çürüklü”, nə də “çürüksüz” sözü var. Bunların yerinə “saf” və “çürük” sözləri işlənir. Dad ləzzətli, ya da gözəl ola bilər. “Mükəmməl” sözü bitkin, kamil mənasında müəyyən elmi, bədii, musiqi, rəsm və b.k. əsərlərə aid olur.

Küçədə maşının üstündə Qazax dialektində yazılmış balaca bir elan görü-nür: “Sateyram”. Sanki bunu yazan onu ancaq öz yerlilərinə satmaq istədiyi üçün ədəbi dildə yazmayıb.

İdman şərhçiləri də əcaib fikirlər deyərək dildə məntiq normasını pozurlar: Futbol şərhçimiz Azərbaycan yığması Polşaya 3:0 uduzduğu bir anda deyir: “60-cı dəqiqədir, oyunda hesab yaxşıdır(!) 3:0 geridəyik”. Yenə də futbol şərhçimiz:” İdman sahəsinə xüsusi qayğı göstərilir, məhz bunun nəticəsidir ki, futbol üzrə dünya sıralanmasında xeyli irəliləmişik, 110-cu yerdəyik. Və ya: “Top qapının dirəyini yalayaraq içəri girdi”; “Top qapıdan keçsə, qol olacaq”.

Gündə bir film, hətta serial çəkməyə qadir “rejissorlar” ssenariləri başdan-ayağa səhv ifadələrlə dolu film çəkib tamaşaçılara tərdim edirlər. Bu da ondan irəli gəlir ki, ssenarini yaxşı pul qazanmaq istəyən az savadlı adama tapşırırlar və bu işdən professional ssenarist uzaqlaşdırılır ki, pula qənaət edilsin. Və ya tərcüməni yarısavadlıya həvalə edirlər və nəticədə ekrandan əcaib ifadələr səslənir: “Mənə kastor yağı ver”, “Lopatkanı götürsənə”. Əlbəttə ki, “kastor yağı” deyil, “gənəgərçək yağı”, “lopatka” deyil, “bel” işlətmək düzgündür. Dillə belə rəftar etmək olmaz. O, ümumxalq malıdır. Aydın görünür ki, hər yerdə olduğu kimi, dil normalarının pozulmasında da maddi maraqlar üstün gəlir.

Mahnı mətnlərinə gəlincə, onların bir qismində mənasızlıq, musiqi ilə uyuş-mama özünü göstərir, müğənninin nitqi isə qüsurlu, dialekt ünsürləri ilə dolu olur. Elşad Xose və Hüseyn Dərya kimi repçilərin ifasında isə söyüşlər səslənir ki, bu da ədəbi dil normalarına tam ziddir.

Ulu baba - oğul - ata adları ilə bağlı ad sistemimiz nədənsə ruslaşdırılıb. Qabaqlar belə yazardıq: Şıxlı Orxan Toğrul oğlu. İndi isə ruslardakı ardıcıllığa görə Orxan Toğrul oğlu Şıxlı yazırıq. Axı bu sıralanma bizə uyğun gəlmir.

Milləti böyük dairələrdə təmsil edərkən daha böyük məsuliyyət daşınır. La-kin bəzən ya rustəhsilli olan, ya da öz dilini bilməyən məmurlar fikirlərini düzgün çatdırmaqda çətinlik çəkirlər.

18

Page 19: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Jurnalistin “metroda neçə nəfər qalmışdı?” sualına metro rəisi “iki tam onda beş”, – deyə cavab verir. Nazirlərdən biri belə deyir: “Biz bütün bu olanları 90 milyon xalqımıza sübut edəcəyik”. İcra başçılarında biri: “Prezidentin verdiyi sərəncam bizə çox ləzzət verdi”.

Dil normasını pozmaq həyatı xaotik yaşamaq kimi deyilmi? Əgər hər mə-qamda dilimizin nizam-intizamina riayət etsək, bu zaman o bütün gözəllik və də-rinliyi ilə bizə xidmət edər, fikrimizi daha aydın və təsirli şəkildə çatdırmaq imka-nı yaradar. Əks-təqdirdə dünyanın ən gözəl dilləri sırasında olan, türk dillərinin tacı sayılan Azərbaycan dilinə düşmənin edə bilmədiyi ziyanı vurmuş olarıq.

Sonda bu qədər bəla görmüş dilimizə acıyır, onun etibarlı əllərdə olması ar-zulanır. Soyqırım, torpaq acısı çəkmiş millətimiz dil acısı çəkməsin deyə, hər va-sitə ilə onu təbliğ etməli, əvvəl özü ondan baş çıxarmalı, sonra onu sevməli, daha sonra isə sevdirməlidir. Azərbaycana işləməyə gələn əcnəbiləri bu dildə danışma-ğa cəlb etməlidir.

Əsrlərin sınağından çıxıb bizə ərməğan şəklində çatan dilimizi müstəqil Və-tənimiz kimi qorumalı, ona xələl gətirməməliyik!

19

Page 20: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

K.H. İMAMQULİYEVA

AZƏRBAYCAN XALQININ DİLİNDƏ VƏMƏİŞƏTİNDƏ DAŞ DÖVRÜNÜN İZLƏRİ

(Etnolinqvistik təhlil)

Açar sözlər: xart-, dibəx', məişətdə daş əşyalar, kök-morfemКлючевые слова: xart-, dibəx', каменные вещи в быту, диалект, корень-мор-

фема.Key words: xart-, dibəx', the stone things in the life, subdialect, root-morhfem.

Azərbaycan xalqının məişətində bu gün belə daş alətlərdən istifadə olunması bu xalqın qədimliyindən xəbər verdiyi kimi, öz adət-ənənəsinə bağlı olduğunu da göstərir. Daş alətlərin mahiyyəti, onları ifadə edən sözlərin leksik anlamı (xartdaşı//xart “kəsici alətləri itiləmək üçün daş alət”, dibəx' “duz, yarma, çəltik və s. döymək üçün içi oyulmuş daş”, kəvər//çəfər “su süzmək üçün daş”, ətdaşı “üstündə ət döymək üçün alət”, əhdaş//əhdəş “həcət, gündəlik istifadə olunan hər hansı bir alət”, əldaşı//kirkirə//kilkilə “əldəyirmanı”, əpbəx'daşı “üzərində yuxa yaymaq üçün daş alət”, daş axur “üzümü əzib suyunu şıxartmaq üçün novlu daş alət” və s.) səs təqlidi (yamsılama) → hərəkət → ad → əlamət istiqamətində yeni mənaların yaranması kök morfemləri müəyyənləşdirən başlıca amildir.

Daş alətlərin müəyyən qismində “daş” ifadəsi saxlanıldığı halda, digər bir qismində bu sözün işlənməsinə ehtiyac qalmır. Əslində söz birləşməsi şəklində olan bu adlarda birləşmənin ikinci tərəfi həmin alətin nədən hazırlandığını, birinci tərəfi isə hansı məqsədlə işlənəcəyini bildirir. Lakin birinci tərəf dildə işlənmə gücünü artırdıqca ikinci tərəfə etiyac qalmamışdır: xart, dibəx', kəfər// çəfər və s.

Müasir Azərbaycan ədəbi dilində əşyanın hansı materialdan olduğunu bildirən söz birləşmələrində isim sifətləşərək söz birləşməsinin birinci tərəfi kimi çıxış edir: daş axur, taxta qapı, gümüş qaşıq və s. Belə olduqda birinci tərəf əlamət, ikinci tərəf isə əşyanı ifadə etməklə birinci növ təyini söz birləşməsini yaradır.

Əgər daş, taxta və s. sözlər ikinci tərəf kimi çıxış edirsə, onda əlamət deyil, ad mənasını bildirir və çox vaxt ikinci növ təyini söz birləşməsi olur: xart daşı, dibəx' daşı, ət daşı, əpbəx' daşı, əpbəx' taxdası və s.

Bu birləşmələrin birinci tərəfi ikinci tərəfdəki əşyanın hansı məqsədlə istifadə olunduğunu bildirən hərəkətlə bağlıdır və xart, dibəx', ət, əpbəx'// ətməx' kimi sözlərin fel əsaslı olduğu danılmazdır.

“Xart” sözü səs təqlidi yolu ilə hərəkət → ad istiqamətində formalaşan (xa + r + t) ad – morfemdir. Bu ad-morfem əsasında adlardan fel düzəldən –la şəkilçi morfemi ilə “itilə-“ mənasında işlənən “xartlamaq” feli də yaranmışdır. –Xart çal-

20

Page 21: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

ğını itiləyən daşdı (Borçalı). –Xartı ver pıçağımı itilədim (Şərur). – Ot çalanda çalğu:n ağzını xartdi:llər (Şəki).

Azərbaycan dilinin şivələrində “nazik daş” mənasında xirt, “çınqıl” mənasında isə xitz sözü işlənir. Həmçinin “yeyə” mənasında xirtdix'//xirtix', qavara//qəvərə, “əriyib balacalaşmış sabun” mənasında kirtix', “hanada ipləri nizamlayan alət” mənasında girgid, “təzə əyirilmiş ipin çıxıntılarını sıyırmaq, hamarlamaq üçün alət” mənasında xılxın//kirtiş sözləri işlənir ki, bunların da eyni kök-morfemlə bağlı olduğunu söyləmək olar. q//x//k//g//ç// + a//ə//o//ı//i səs axarında yaranan kök-morfem –r və -t şəkilçi morfemləri ilə birləşərək bir çox sözlərin yaranmasında rol oynamışdır. Qırtmaq, qopartmaq, qartdamaq, xartdamaq//qırtdatmaq//xırtdatmaq kimi fellər, qartmaq//qərtməx' kimi isimlər, həmçinin qaşımaq//qazımaq, qırmaq, qırtmaq, qaşıq, qazıq, qırıq, qırxıq və s. sözlər eyni kök-morfemdən törəmişlər.

Dibəx' // dibəy // dibəx' daşı (Naxçıvan, Şahbuz, Şərur, Ordubad) − duz, yar-ma, çəltik və s. döymək ücün içi oyulmuş daşdır. Bu məişət əşyası həvəngdəstənin ilkin formasıdır. Daha çox duz döymək üçün istifadə olunmuşdur. Naxçıvan ərazi-sində Duzdağın yerləşməsi, oradan çıxarılan duzun kristal halında olması, kristal duzun dibəkdə döyülməsi bu məişət əşyasının daha qədim olmasından xəbər verir. “Dibək” sözünün leksik mənasından törəyən və məcazi məna daşıyan “evin dibək daşı” ifadəsi də diqqəti cəlb edir. Evin, ailənin yüz yaşdan yuxarı olan üzvü haq-qında (bəzən mənfi anlamda) söylənilən bu ifadə dibək daşının yaşının çox olma-sına bir işarədir. “Ömrün duz dağına dönsün” alqışı da təsadüfən işlənməmişdir.

İfadənin həm dibək, həm də dibək daşı formasında işlənməsi diqqəti cəlb edir. Dibək daşı ifadəsində ikinci tərəfin işlənməsi birinci tərəfin ad kimi tam formalaşmadığını göstərir. Belə olduqda dibəyin sonrakı inkişaf prosesində yeni bir modeli─çölmək yada düşür.

Çolmə (Culfa) // çölməx' (Gədəbəy, Şərur, Naxçıvan, Ordubad) // çölməy (Göyçay, Masallı, Lənkəran) xörək bişirmək üçün saxsı qabdır.

Görünüş etibari ilə dibək və çölmək bir- birinə oxşayır, lakin dibək daşın içərisi oyularaq düzəldilən məişət əşyasıdır, çölmək isə gildən hazırlanmış saxsı qabdır. Birinci kök-morfem hərəkətlə ─ “döymək” feli ilə bağlıdır: di-// dö-// döy. İkinci kök-morfem isə dö-//çö- fonetik dəyişməsi ilə bağlıdır. –yıl//-l məchul növün əlaməti, -bək//-mək isə məsdər şəkilçisidir.

Sadəcə olaraq dibək sözü öz struktur quruluşu, morfoloji anlamı ilə deyil, əşyanın zahiri görünüşü ilə yeni bir əşyaya keçid almışdır.

Ətdaşı (Naxçıvan) üstündə ət döymək üçün alətdir. İlkin mətbəx əşyaların-dan sayıla bilər. Sonradan “ət taxdası” ifadəsinə keçid almış, əti döymək, yaxud doğramaq üçün istifadə olmuşdur. Ət daşı yeni bir məna kəsb edərək alət, həcət, bir sözlə, məişətdə işə yarayan hər hansı bir əşya (çapacaq, balta, bıçaq, mişar, kətmən və s.) mənasında işlənən əhdaş (Mingəçevir, Şəki)//əhdəc (Oğuz)//əhdəş (Şəki)//Əhtəc (Oğuz) variantlarını da almışdır. “Daşda əti döymək” məzmunu isə

21

Page 22: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

yeni məzmunlu fel variantının – ətdəməx' (Naxçıvan) – “kimisə döymək” felinin yaranmasına səbəb olmuşdur.

Əldaşı (Dərbənd) əldəyirmanıdır. Əldəyirmanının kilkilə (Qazax, Şama-xı)//kirkirə (Bərdə, Bolnisi, Cəbrayıl, Salyan, Culfa) formasında işlənməsi də dia-lekt və şivələrimizdə müşahidə olunur.

Əpbəx'daşı (Şərur, Naxçıvan) üstündə yuxa yaymaq üçün alətdir. Düzəldiyi materialdan asılı olaraq ifadənin ikinci komponenti dəyişməyə başlamışdır. Belə ki, ilkin forma daşla bağlı olduğu üçün əpbəx'daşı, sonradan daş kəclə əvəz olunsa da, daşlaşmış kəc olduğu üçün yenə də əpbəx'daşı, material taxtadan olduğu üçün əpbəx' taxdası (Naxçıvan), zahiri görünüşünə görə dördə:x (Kəlbəcər, Tərtər)// dördəyağ//dördəyax (Ağdam, Ağdərə, Bakı, Cəbrayıl, Göyçay, Səlyan, Tərtər) şəklində işlənmiş, hətta üçayaqlı olsa belə, sonradan yenə də “dördayaq” adlanmışdır. Həmin sözün ə:axlı (Gədəbəy, Göranboy)// ə:xlı (Basarkeçər, Tovuz) variantlarına da dialekt və şivələrində rast gəlirik.

Ümumiyyətlə, daşla bağlı olan, daşdan düzəldilən məişət əşyalarının daş dövrünə aid olması heç bir mübahisə doğurmur. Hətta məişətimizdə daş axurdan − üzümün suyunu çıxartmaq üçün daş alətdən də istifadə olunmuşdur.

Bununla da dil vahidləri insanın təşəkkül dövrünün öyrənilməsində bir vasi-təyə çevrilir.

22

Page 23: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

N.Q. QAZIYEVA

ƏDƏBİ DİL VƏ DİALEKT MÜNASİBƏTLƏRİ

Açar sözlər: ədəbi dil, dialekt, keçid şivə, qarışıq şivə.Ключевые слова: литературный язык, диалект, говор.Key words: literary language, dialect, subdialect.

Daxili qanunları ilə idarə olunaraq sistem təşkil edən dil varlıq kimi nizam və prinsipial daxili ardıcıllığa malikdir. Hətta tipoloji baxımdan müxtəlif dillərin mövcudluğu onların təbiətən vahid prinsiplər əsasında idarə olunması faktlarını inkar etmir. Bunu müxtəlif dillərin timsalında ümumi qanunauyğunluğu əks etdirən nəzəriyyələr də sübut etmişdir. Təsadüfi deyil ki, dillər üçün ümumi, universal nəzəriyyələr ortaq cəhətlərin müəyyən olunması ilə ümumilikdə dil qanunlarını və ümumi inkişaf meyillərini müəyyən etməyə imkan verir. Bir zamanlar «dalğa nəzəriyyəsi»nin irəli sürülməsi (X.Şuxardt, G.Şmidt) areal dilçi-likdə bir sıra həlli vacib problemlərin müəyyənləşməsi və dilçilik sahəsi kimi bu sahədə araşdırma perspektivlərinə aydınlıq gətirilməsinə yol açmışdı. Dillərin in-kişaf xüsusiyyətləri ilə bağlı bir sıra məsələlərin öyrənilməsində dilin və xalqın ta-rixini vəhdət halında özündə birləşdirərək əks etdirən dialektlərin dərindən araşdı-rılması və eləcə də dillərin müasir inkişaf mərhələsində ədəbi dil və dialekt müna-sibətindəki bəzi məqamların meydana çıxarılması vacib məsələlərdəndir. Lakin dialekt faktlarının araşdırılması ilə bağlı, ümumiyyətlə, metodologiyanın dəyişil-məsinə, burada struktur metodların tətbiqinə ehtiyac hiss olunur. Dialektlərə məhz belə ciddi münasibət bir sıra ümumi dil qanunlarının aşkar olunmasına şərait yara-da bilər. Əvvəla, «dialekt» termininin anlayış kimi doğurduğu assosiasiyaya ay-dınlıq gətirmək lazımdır, bunun «qapalı, konkret, sərt sərhədləri olan areal» kimi anlaşılması bəzən bir sıra məsələlərlə bağlı yanlış fikirlərin irəli sürülməsinə sə-bəb olur. Dialektlər eyni bir dilin daxilində olduğundan burada, təbii ki, dil hadi-sələri baxımından sərt keçidlər, qapalı sərhədlərdən söhbət gedə bilməz. Sadəcə izoqlosların aydın xətlə seçildiyi sahələrdə fərqli dialektlərin mövcudluğundan da-nışmaq olar. Areal baxımdan dil hadisələrinin yayılma xüsusiyyətlərinin «dalğa nəzəriyyəsi»nin mahiyyətində dəqiq izahını dialektlərdə dil hadisələrinin yayılma istiqamətini və dərəcəsini izləməklə görmək olar. Məlumdur ki, bu nəzəriyyəyə görə, bir nöqtədən başlayaraq yayılan dil hadisəsi kənara getdikcə zəifləyir – bu isə variantlılığın meydana gəlməsi və areal şəraitlə şərtlənən fərqli dil vahidlərinin formalaşmasına şərait yaradır. Beləliklə, tarixi inkişafın müəyyən mərhələsində dildaxili amillərlə yanaşı, dilxarici faktların da şərtləndirdiyi dialektlər meydana gəlmiş olur. Dil hadisələrinin tədrici keçidi müxtəlif dialektlər arasında «xüsusi zona»nın formalaşması ilə müşahidə olunur ki, bu şivələr «keçid» və ya «aralıq»

23

Page 24: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

şivə terminləri ilə ifadə olunur. Dialektlər eyni dilə aid olduğundan əvvəldə qeyd etdiyimiz kimi, əsas dialektlər arasında sərt keçid olmur və demək olar ki, dialekt-ləri tədqiq olunmuş əksər dillərin başlıca dialektləri arasında «keçid zona»ların ol-ması qeyd olunur. Bu aralıq zonada əsas şivələrin sərhədləri yox olur, əsas şivələ-rin hər birinə aid xüsusiyyətləri özündə əks etdirir – müxtəlif şivələrə aid variant-ların qarşılaşması və seçimi gedir. Bu isə tipoloji baxımdan ədəbi dilin formalaş-ma prosesini xatırladır. Aralıq şivələrdə «seçim» dildaxili qanunlara uyğun – sər-bəst olaraq gedir və bu «daxili seçim» elə prinsiplərə əsaslanır ki, seçilmiş vari-antlar dil hadisələrinin sonrakı inkişaf xüsusiyyətləri və dil daşıyıcılarının istifadə-si üçün daha məqbuldur (məs., «qənaət» prinsipinə uyğundur) və bu prinsiplər, sözsüz ki, şüurlu şəkildə «seçmə və əvəzetmə yolu ilə» ədəbi dilin formalaşması üçün nəzərdə tutulan variantlarla üst-üstə düşür. Aralıq zonada isə bütün şivələr-dən uzaqda olan «mərkəz» hissə daha «seçilmiş» və özünəməxsusdur. Beləliklə, «dalğa nəzəriyyəsi»nə görə bir nöqtədən başlayaraq yayılan dil hadisəsi kənara getdikcə zəifləyirsə, dil daxilində dialektlərin münasibət xüsusiyyətlərinin araşdı-rılması başlıca dialektlər arasında «dalğa nəzəriyyəsi»nin «geri» variantının getdi-yini göstərmiş olur – mərkəzə doğru «nüvə»də dil hadisələrinin xüsusi «ağıllı» se-çimi gedir ki, bu da son nəticədə ədəbi dil norması ilə üst-üstə düşür.

Şamaxı, Şəki, Qarabağ, hətta Qazax və Bakı dialektlərinin bəzi xüsusiyyət-lərini özündə əks etdirən keçid şivələrdən bəhs edərkən A.Vəliyev şərq, qərb və şimal qrupu şivələri arasında yerləşən Göyçay, İsmayıllı, Ağdaş, Ucar kimi şivə qruplarının öyrənilməsinin xüsusi əhəmiyyətini vurğulayaraq qeyd edir ki, Azər-baycan ərazisinin mərkəz (orta) rayonları əhalisinin dialekt xüsusiyyətlərini əks etdirən bu şivələrdə (A.Vəliyev. «Azərbaycan dialektologiyasına aid materiallar» Bakı, 1960, s. 4-5) «dilin qrammatik quruluşu daha möhkəm və sabit olduğundan burada ayrı-ayrı dialekt qruplarına xas olan morfoloji hadisələrin bəzi ünsürləri ilə bərabər bütün qruplara məxsus olan ümumi cəhətlər – ədəbi dil normaları (kursiv bizimdir – N.Q.) da nəzəri cəlb edir. Beləliklə, keçid şivələrin qərb, şərq və şimal qrupları ilə ədəbi dil arasında körpü mövqeyində durduğunu müəyyənləşdirmək olar» (A.Vəliyev. «Azərbaycan dialektologiyası». Bakı, 1975, s. 3).

Ədəbi dil normaları ilə «mərkəz» dialektə məxsus dil vahidlərinin uyğun-luğu müxtəlif dillərlə bağlı tədqiqatlarda qeyd olunmuşdur. Komi-zıryan ədəbi di-linin əsasında duran Sıktıvkarətrafı şivə sısol şivəsindən viçeqod şivəsinə keçid təşkil edir («Общее языкознание». M., 1970, s. 456). Tatar ədəbi dilinin əsasında mərkəzi dialekt dayanır («Современной татарский литературный язык», s. 6). Müasir belorus milli dilinin əsasında Belorusiyanın mərkəzi hissəsinin dialekti da-yanır (Виноградов В.В. Проблемы литературных языков и закономерностей их образования и развития. М., 1967, с. 61). Müasir Makedoniya dili mərkəzi Makedoniya şivələri əsasında qurulur, onların heç biri ilə üst-üstə düşmür (yenə orada, s. 61). «Zonalararası şivələr» termini ilə verilən mərkəzi rus şivələrinin ədəbi dilə məxsus xüsusiyyətləri, digər dialekt zonalarının isə ədəbi dildəki vari-

24

Page 25: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

antlarla qarşılıq təşkil edən variantları əks etdirdiyi qeyd olunur. «Mərkəz» ten-densiyası ilə bağlı A. Meyenin fransız dili ilə əlaqədar fikri də maraq doğurur: «Mərkəzi Fransanın şivələri əsl dialektdən çox, «pozuq fransız dili» təəssüratı oyadır. Odur ki, dəqiq demək çətin olur: qarşımızdakı fransız dilidir, yoxsa yerli dialekt». Zənnimizcə, «mərkəz» tendensiyasının dillərin müəyyən inkişaf mərhə-ləsində ədəbi dil – dialekt müstəvisində ümumi – universal proses olduğunu söy-ləmək üçün kifayət qədər əsas var. Azərbaycan dili şivələri əsasında bu prosesin əyani göstəricisi «Azərbaycan dilinin dialektoloji atlası»nda toplanmış dəyərli xə-ritələrdir (xəritələrdə ədəbi dillə uyğunluq təşkil edən xüsusiyyətlər qara işarələrlə verildiyindən mənzərə çox aydın görünür). Bu məsələ ilə bağlı diqqətimizi cəlb edən bir məsələni də qeyd etmək istərdik. Məlumdur ki, dialektlər tarixi proseslə-rin izlərini, eləcə də tayfa dil elementlərini qoruyub saxlamaqdadır və bu element-lərin üstünlüyü baxımdan da dialektləri fərqləndirmək olar. M.Şirəliyevin «Azər-baycan dilinin dialekt və şivələri» kitabının sonunda verdiyi xəritədə oğuz və qıp-çaq elementlərinin yayılma arealı göstərilmişdir. Diqqətəlayiq haldır ki, keçid şi-vələrin yerləşdiyi mərkəzi zonada oğuz və qıpçaq elementləri də qarışıq halda özünü göstərir.

Dilin dialekt bölgüsü uzunmüddətli və çoxtərəfli proses olduğundan bəzi məsələlərə xüsusi diqqət yetirmək lazım gəlir. Belə ki, bəzən tarixi proseslər, icti-mai hadisələr dil mənzərəsinin dəyişilməsinə səbəb olur və diqqətsizlik yanlış nə-ticələrin çıxarılmasına gətirir. Bu məsələ aralıq (keçid) və qarışıq şivələrin fərq-ləndirilməsində nəzərə alınmalıdır. Fikrimizcə, bu terminlər tam fərqli anlayışları əks etdirir. Aralıq (keçid) şivələrin xüsusiyyətindən və sırf dildaxili proses nəticə-sində formalaşmasından danışdıq. Nəzərə alaq ki, coğrafi baxımdan da, demək olar, bütün dillərdə bu zona mərkəzi hissəni əhatə edir. Qarışıq şivələr isə müxtəlif dilxarici faktorların təsirindən, xüsusilə miqrasiyalar nəticəsində əhalinin qarışma-sı ilə dil faktlarında dəyişmələrin müşahidə olunmasını əks etdirir – müxtəlif əra-zilərə kompakt halda köçmüş əhali tədricən məskunlaşdığı arealda «gətirdiyi» şivə xüsusiyyətlərini yayır və «qarışıq şivə»lər formalaşır. Məsələn, cənub-qərb hissə-də bir zamanlar qərbi Azərbaycandan köçmələr nəticəsində müəyyən bir zolaq – cənub və qərb şivələrinin xüsusiyyətlərini əks etdirən qarışıq şivə (Cəbrayıl, Füzu-li şivələri) özünü göstərir. Şamaxı ərazisindən (xüsusilə, zəlzələdən sonra) Salyan, Neftçala ərazilərinə kütləvi köçmələr məlumdur. Sözsüz ki, bunlar tarixi faktlarla daha dəqiq verilə bilər və dil xüsusiyyətlərinin açılması – qarışıq xüsusiyyətlər məhz bununla izah oluna bilər. Fikrimizcə, Lənkəran şivələri ilə bağlı dialekt böl-güsündə mübahisəli fikirlərin meydana gəlməsi məhz miqrasiyaların izi ilə əlaqə-dardır (müəyyən dövrlərdə Masallı, Yardımlı ərazilərinə Cənubi Azərbaycandan, xüsusilə Ərdəbil mahalından, eləcə də şərq şivələrinin başlıca daşıyıcısı hesab olunan Şamaxıdan miqrasiyaların olduğu məlumdur). Düşünürük ki, dialektoloji araşdırmalarda dil hadisələrinin inkişaf meyillərinin düzgün müəyyənləşdirilməsi üçün bu cür məsələlərə xüsusi diqqət yetirilməli və dərindən araşdırılmalıdır.

25

Page 26: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Q.G. QƏMBƏROVA

AZƏRBAYCAN DİALEKTOLOGİYASININ İNKİŞAFI

Açar sözlər: monoqrafik tədqiqat, dialekt və şivələr, Azərbaycan dialektologiyası, dil xüsusiyyətləri, dialektoloji atlas, ekspedisiyalar

Ключевые слова: монографическое исследование, диалекты и говоры, Азер-байджанская диалектология, лексическое особенности.

Key words: monographic investigatron, dialekt and subdialekt, Azerbaijan dialectology, lexical features, dialectological atlas

Bu gün ədəbi dilinin varlığı ilə “öyünən” hər bir xalqın dili öz mövcudluğu ilə dialektə “borclu” sayılır. Dialektlər dilin ən saf və etibarlı mənbəyidir. Vaxtilə L.V.Şerba yazırdı ki, hər hansı bir ədəbi dili dialekt əsasından məhrum etmək, Anteyin ayağını torpaqdan ayırmaq kimidir.

Azərbaycan Respublikasında dialektologiya elminin “təməl daşları” XX əsrin 20-ci illərində qoyulmuşdur. Keçmiş SSRİ-nin yaranması nəticəsində qurulan SSRİ Elmlər Akademiyası o zamankı dövlət siyasəti ilə öz milli ucqarlarını da diqqətindən yayındırmırdı. Bu siyasətin nəticəsi olaraq professor N.İ.Aşmarin Azərbaycan şivələrini öyrənmək məqsədi ilə Azərbaycana ezam olu-nur. O, keçmiş Nuxa (indiki Şəki) şəhəri əsas olmaqla onun ətraf kəndlərini də əhatə edən “Obşiy obzor narodnıx qovorov qor. Nuxi” adlı əsərini 1926-cı ildə çap etdirir. Sonralar bu tədqiqatların davamı kimi 2 cilddən ibarət olan “Azərbay-can xalq şivələri lüğəti” (1930-1931) adlı sözlük nəşr edilir. Beləliklə, dialektolo-giya elmində həm monoqrafik, həm də müqayisəli-tutuşdurma metodu istiqamə-tində araşdırmalara start verilir. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətin tap-şırığı ilə N.İ.Aşmarinin hazırladığı proqram və göstərişlər əsasında başqa şivələrin də öyrənilməsi başlanır. Bu məsul vəzifə o zaman görkəmli türkoloq B.Çobanza-dəyə həvalə olunur. Onun 1927-ci ildə nəşr etdirdiyi “Türk-tatar dialektologiyası” əsəri Azəbaycan dilçiliyində bu sahəyə həsr olunmuş ilklərdən biri sayılır. Müəllif bu əsərdə türk dillərinin dialektlərini müqayisəli planda tədqiq edir. O həm də ilk dəfə olaraq dialekt və dialektologiya, türk dialektologiyası elminin tarixi, türk dil-lərinin qarşılıqlı münasibəti məsələlərini xüsusi araşdıraraq türk-tatar şivələrini qeyd etmiş və bu sahəyə aid əsas tədqiqatları işıqlandırmışdır. O zamana qədər Azərbaycan şivələri tam öyrənilmədiyindən müəllif türk dillərini bütöv şəkildə götürmüşdür.

Dialektologiyanın bir elm kimi sistemli inkişafı Azərbaycan Elmlər Akade-miyasının 1945-ci ilin martın 27-də təsis edilməsindən sonra başlayır. Eyni vaxtda yaranan İctimai Elmlər bölməsində 4 elmi-tədqiqat İnstitutundan biri kimi Dilçilik İnstitutu mayın 21-də təsis olunur.

26

Page 27: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Azərbaycan xalqının tarixində qaranlıq səhifə kimi qalan 37-ci il represiya qurbanları içərisində özü və əsərləri məhv olmuş dilçi alimlər X.S.Xocayev, V.Xuluflu, C.Hacıbəyli və başqalarının da dialektoloji tədqiqatları olmuşdur.

Dialektologiya elminin Azərbaycanda tədqiqat tarixini geniş sferada götür-dükdə iki dövrə bölmək olar: 1. Sovet dövrü tədqiqatları. 2. Müstəqilliyin yenidən bərpası dövrü tədqiqatları. Daha geniş əhatədə isə bu bölgünü xırdalamaq müm-kündür. Məsələn: 1. Böyük Vətən müharibəsi dövrünə qədərki tədqiqatlar. 2. Bö-yük Vətən müharibəsi dövründəki tədqiatlar. 3. Milli Akademiyanın təşkili və dinc quruculuq dövründəki tədqiqatlar və s.

Azərbaycan dialektologiyası öz tədqiqatlarına dialekt və şivələrin monoqra-fik şəkildə öyrənilməsi ilə başlamışdır. Bu iş iki yolla getmişdir: 1. ekspedisiya yolu ilə 2. fərdi öyrənmə - tədqiqat yolu ilə

SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının təşkil etdiyi ekspedisi-yalar 1933-cü ildə Şamaxı, 1934-cü ildə Quba dialektlərini, 1985-ci ildə isə Zaqa-tala və Qax şiələrini araşdırmışdır. Akademiya nəzdində Dilçilik İnstitutu isə 1945-ci ildə də Zaqatala-Qax, 1946-cı ildə Sabirabad, 1947-ci ildə Əli Bayramlı, 1951-ci ildə indiki Şərur, 1953-cü ildə Şahbuz, 1958-ci ildə Ağstafa rayonlarına dialektoloji ekspedisiyalar təşkil etmişdir. Bu işdə M.Şirəliyevin rəhbərliyi ilə R.Rüstəmov, K.Ramazanov, B.İbrahimov, T.Həmzəyev, R.Süleymanov, M.İsla-mov, R.Kərimov, A.Vəliyev, E.Əlibəyzadə və başqa dilçilər iştirak etmişlər.

Azərbaycan dilalektlərinin monoqrafik tədqiqatında ekspedisiyaların uğurlu nəticəsi kimi dialektlərin fərdi tədqiqatı da həyata keçirilmişdir. Bu sahəyə ilk də-fə olaraq M.Şirəliyev 1941-ci ildə “Bakı dialekti” adlı namizədlik dissertasiyası ilə möhür vurmuşdur. Elmi Şura əsərin böyük əhəmiyyətini yüksək qiymətə layiq bilərək müəllifə birbaşa filologiya elmləri doktoru alimlik dərəcəsi vermişdir. Keçmiş SSRİ məkanındakı türkdilli respublikalarda bu hadisə geniş rezonans do-ğurmuşdur. 1942-ci ildə isə alimin iki hissədən ibarət yazdığı “Azərbaycan dialek-tologiyası” əsərinin birinci hissəsi nəşr olunmuşdur. Tədqiqatın “Qazax dialekti haqqında ümumi obzor” adı altında olan ikinci hissəsi isə 1943-cü ildə çapdan çıxmışdır. Beləliklə, Azərbaycan dialektologiyası şöbəsində dialektlərin həm mo-noqrafik öyrənilməsi davam etmiş, həm də dialektoloji lüğətin tərtib prinsiplərini əhatə edən vəsait çap olunmuşdur. Bu xüsusi proqram əsasında toplanan material-lar üzərində şöbə əməkdaşaları tərəfindən yazılmış “ Azərbaycan dilinin Muğan qrupu şivələri” 1955-ci ildə, “Azərbaycan dilninin Naxçıvan qrupu şivələri” 1962-ci ildə, “Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri” 1967-ci ildə, Azərbay-can dilinin dialektoloji lüğəti” 1964-cü ildə çap edilmişdir.

Dialektoloji ekspedisiyalar və monoqrafik tədqiqat işləri Azərbaycan dialekt və şivələrinin dialektoloji atlasını hazırlamaq zərurətini ortaya qoymuşdur. Keçmiş SSRİ tərkibindəki türkdilli respublikalar içərisində ilk təşəbbüs göstərən və onu uğurla başa vuran Azərbaycan dialektoloqları olmuşdur. Dialektoloji atlas Azərbaycan dilinə məxsus dialekt faktlarının real mənzərəsini tam və dolğun

27

Page 28: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

şəkildə əks etdirən qiymətli bir tədqiqat işidir. Atlas nəinki dilçilər üçün, eyni zamanda tarix, arxeologiya, etnoqrafiya, regionşünaslıq, türkologiya və s. elmlər üçün əvəzsiz istinad mənbəyidir.

Ümumi götürdükdə 40-50-ci illər ərzində dilçilik sahəsindəki elmi işlər bir-mənalı şəkildə dialektoloji araşdırmalardan ibarət olmuşdur. Namizədlik disserta-siyaları ayrı-ayrı rayon şivələrinə və dialektlərə həsr olunmuşdur. M.Şirəliyevin 1941-ci ildə yazdığı “Bakı dialekti” dissertasiyasından sonra 1947-49-ci illərdə R.Rüstəmov Quba dialektini, B.İbrahimov Mərəzə rayonu şivələrini, İ.Hacıyev İs-mayıllı rayonu şivələrini, 1949-50-ci illərdə A.Vəliyev Abşeron yarımadasının qərb şivələrini, A.Hüseynov indiki Oğuz rayon şivələrini, K.Ramazanov Salyan rayon şivələrini, T.Həmzəyev Ordubad rayon şivələrini, İ.Məmmədov indiki Fü-zuli rayon şivələrini, H.Cəfərov Tovuz rayon şivələrini, 1955-56-cı illərdə M.İsla-mov Nuxa (indiki Şəki) dialektini dissertasiya işi səviyyəsində tədqiq etmişlər.

Bu səpkidə gedən elmi işlərin yekunu kimi, nəhayət, 1962-ci ildə M.Ş.Şirə-liyev özünün “Azərbaycan dialektologiyasının əsasları” adlı əsərini çap etdirir. Bu qiymətli əsər Azərbaycan dilinin dialekt bölünməsini ilk dəfə olaraq ortaya qoy-mala sonrakı elmi işlərə həm də istiqamət verdi. Nəticədə 1962-ci ildə çapdan çıx-mış “Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələri, 1967-ci ildə nəşr olunmuş “Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri (I cild) kitablarında səriştəli tədqiqat göz qabağındadır. Təsadüfi deyildir ki, dialektologiya bu gün də həmin yolu davam etdirir.

Azərbaycan dialektlərinin öyrənilməsi işi həm də respublikadan kənarda ya-şayan azərbaycanlıların dili üzərində də ardıcıl şəkildə aparılmışdır. Əslində bu işin əsası ötən əsrin 50-ci illərindən başlamışdır. Ermənistan, Gürcüstan, Dağıstan, Cənubi Azərbaycan, İraq ərazisindəki Azərbaycan şivələri monoqrafik tədqiqata cəlb olunmuşdur. 1958-ci ildə Z.Vəliyev Basarkeçər rayonu, 1966-cı ildə Q.Bağı-rov Qarakilsə rayonu, 1972-ci ildə Ş.Kərimov Çənbərək və Karvansaray rayonu, 1988-ci ildə T.Babayev Zəngibasar rayonu şivələrini və s. Qərbi Azərbaycan əra-zisində öyrənmişlər. Gürcüstanda yaşayan soydaşlarımızın şivə xüsusiyyətləri də qismən öyrənilmişdir. 1955-ci ildə V.Canqidze “Azərbaycan dilinin Dmanisi (Başkeçid) şivələrinin xüsusiyyətləri”ni, 1973-cü ildə M.Çobanov “Gürcüstan SSR Bolnisi rayonunun Azərbaycan şivələrinin leksikası”nı, 1989-cu ildə M.Məmmədov Azərbaycan dilinin Təbriz dialekti”ni dissertasiya kimi müdafiə et-mişlər.

Azərbaycan dialektologiyası şöbəsi vətəndən kənarda yaşayan həmvətənlə-rinin dil xüsusiyyətlərinə həsr etdiyi monoqrafiyaları da çap etdirmişdir. “İraq-türkmən ləhcəsi” (2004) və “Azərbaycan dilinin Dərbənd dialekti” (2009) kitabla-rı şöbə əməkdaşlarının kollektiv əməyinin nəticəsidir.

Akademik M.Ş.Şirəliyevin 1991-ci ildə vəfatından sonra bu sahəyə profes-sor M.İslamov rəhbərlik etmişdir. Məlum 90-cı illər keçmiş ittifaq respublikalarla elmi əlaqələrin “soyuması” ilə xarakterizə olunur. Lakin milli müstəqilliyimizin

28

Page 29: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

yenidən bərpası bu sahədəki aparılan işləri yenidən canlandırmışdır. Tədqiqat işlə-rinə yeni yanaşma tərzi bu dövrü xarakterizə edir. “Azərbaycan dilinin qıpçaq qru-pu dialekt və şivələri” (1990), “Azərbaycan dilinin Yuxarı Qarabağ şivələri” (1995), “Azərbaycan dili dialekt və şivələrinin antologiyası” (1996) və s. kimi qiymətli əsərlər öz çapını gözləyir.

2000-ci ildən etibarən Azərbaycan dialektlərinin öyrənilməsinə etnolinqvis-tik aspektdən yanaşma meyli güclənmişdir. Belə ki, son illərdə şöbənin plan işləri-nin mövzusu və tədqiqat istiqamətində yeni metodların tədqiqi həyata keçirilir. Azərbaycan dialekt və şivələrinin öyrənilməsində ilk növbədə tarixi-müqayisəli metod əsas götürülür. Tarixi-dialektoloji metodunun tətbiqi də dil tarixi məsələlə-rinə bir aydınlıq gətirməyə xidmət edir. Bu istiqamətdə yazılmış ilk monoqrafiya və müdafiə edilmiş dissertasiya “Nəsimi dilinin dialekt leksikası”dır (Q.Məmmə-dova). Əsər ilk konkret tekstoloji tədqiqat olmaqla İ.Nəsiminin simasında XIV-XV əsrlərdə Azərbaycan yazılı ədəbi dilinin əsasında dayanan Nəsimi dilinin şivə xüsusiyyətlərini təyin etməklə, həm də koyne faktını ortaya çıxarmağa müvəffəq olmuşdur. Məlum olduğu kimi, hər bir ədəbi dil canlı xalq danışıq dilindən seçmə və əvəzetmə yolu ilə yaranan, normaya salınan “süni” dildir. Azərbaycan ədəbi di-li də dialekt əsasına malikdir. Norma məsələsi üzərində də şöbədə dissertasiya ye-rinə yetirilmişdir. N.Qazıyevanın yazdığı “Azərbaycan ədəbi dilinin normalaşma-sında dialektlərin rolu” dissertasiyası bu aktual məsələyə həsr olunmuş yeni tədqi-qat işi kimi qiymətlidir.

Müstəqilliyin yenidən bərpası dövründə Azərbaycanın cənub şivələri də təd-qiqata cəlb olunmuşdur. Şöbə əməkdaşları G.Binnətovanın “Azərbaycan dilinin Lerik rayon şivələri” (2006) və Ş.Məmmədovun “Azərbaycan dilinin Yardımlı ra-yon şivələri” (2007) monoqrafiyaları buna nümunədir.

Ümumi götürüldükdə 2001-2012-ci illər ərzində şöbədə “Azərbaycan dia-lektologiyası” seriyasından prof. Q. Kazımovun rəhbərliyi ilə 13 kitab çap olun-muşdur. Qeyd etmək lazımdır ki, şöbə əməkdaşlarının tədqiqatları dilçiliyin digər sahələrinə də nüfuz etmişdir. Məsələn, şöbənin aparıcı elmi işçisi Z.Xasiyevin “Tovuzun toponim dünyası (2010) əsəri” toponomik tədqiqatlara dialektoloji ya-naşma istiqamətindədir.

Dialektologiya şöbəsində dilçiliyin bu qədim sahəsinin praktik istiqaməti də daim diqqət mərkəzindədir. Hələ əsası ötən əsrin 30-cu illərində qoyulmuş dialek-toloji lüğətlərin hazırlanması işi bu gün də uğurla davam etdirilir. Belə ki, hələ 1999-2003-cü illərdə şöbə əməkdaşlarının hazırladıqları “Azərbaycan dialektoloji lüğəti” 2 cilddə Ankarada çapdan çıxmışdır.

Son 10 il ərzində şöbənin əməkdaşı S.Behbudovun iki lüğəti nəşr olunmuş-dur: 2003-cü ildə “Azərbaycan dili şivələrinin omonimlər lüğəti” və 2011-ci ildə “Azərbaycan dili şivələrinin frazeologiya lüğəti”. Bu sahəyə həm də, “Azərbaycan dialektoloji lüğəti”nin şöbə əməkdaşları tərəfindən yenidən hazırlanmış nəşrini də əlavə etmək vacibdir. Yeri gəlmişkən, bu əsər və M.Şirəliyevin “Azərbaycan

29

Page 30: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

dialektologiyasının əsasları” monoqrafiyaları Respublika prezidentinin xüsusi sə-rəncamı əsasında yenidən nəşr edilmişdir (2008).

Hələ tərtib proqramı 1958-ci ildə hazırlanmış dialektoloji atlasın ərsəyə gəl-məsi uzun illəri və böyük zəhməti unutdurdu. 1990-cı ildə 128 xəritədən ibarət “Azərbaycan dilinin dialektoloji atlası” nəşr olundu. Tədqiqatın təkrar və yenidən işlənmiş variantı 2010-cu ildə ərsəyə gəldi.

Hal-hazırda şöbədə şöbə əməkdaşlarının kollektiv əməyi olan “Azərbaycan dialektologiyası” monoqrafiyası çapa hazırlanır. Alimlərin elmi yaradıcılığı dilçiliyin bu qədim sahəsinə yenilik gətirməkdə davam edir. Əməkdaşların istər respublikada, istərsə də xaricdəki elmi konfrans və simpoziumlarda iştirakı qurur doğurur. Türkiyədə, Polşada, Macarıstanda, Rusiyada Azərbaycan dialektologiya elminin nailiyyətləri təmsil olunur.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik M.Kərimov ötən ilin hesabatında şöbənin fəaliyyətini müsbət qiymətləndirmişdir. 2012-ci il 23 may tarixli Respublika prezidentinin Azərbaycan dilinin “Qloballaşma şəraitin-də zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair “Dövlət proqramı” haqqında 23 may 2012-ci il tarixli sərəncamında Azərbaycan-da dialektologiya elminin aktuallığı bir daha vurğulanır. Bu da şöbə əməkdaşları qarşısında yeni perspektivlər açmağa imkan yaradır.

Dialektologiya şöbəsinin bu sərəncamdan irəli gələn təklifləri rəhbərliyə təqdim olunmuşdur. Burada yeni ekspedisiyalardan başlamış yeni istiqamətli mo-noqrafik tədqiqatlara qədər bir çox məsələlər əhatə olunmuşdur. Çünki mənəvi irsin ən kamil nümunəsi olan dialekt və şivələrin qorunması və öyrənilməsi əsl vətəndaşlıq işidir.

30

Page 31: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

İ.M. QURBANOVA

AZƏRBAYCAN DİALEKT VƏ ŞİVƏLƏRİNDƏ BƏZİ OMONİM SÖZ KÖKLƏRİNİN ETNOLİNQVİSTİK TƏHLİLİ

Açar sözlər: dialektlər, şivə, türk sözləri, etimologiya, leksem, məqalə, kökКлючевые слова: диалекты, говоры, тюркские слова, этимология, лексема,

статья, кореньKey words: dialects, subdialects, turkish language, etymology, leksem, article,

root

Məlumdur ki, sözün müasir təbiətini və strukturunu başa düşmək üçün onun semantik təkamül prosesini izləmək lazımdır. Çünki sözün müasir mənasının tam adekvat analizi üçün qədim mənasının bərpası zəruridir. Düşünürük ki, türk dilləri və dialektlərinin etnolinqvistik təhlili bir çox mübahisəli tarixi məsələlərə aydınlıq gətirir. Şübhəsizdir ki, dialektlər başqa dillərin təsirinə daha az məruz qalırlar. Bu baxımdan, dilin müxtəlif inkişaf mərhələlərinə aid söz və terminləri günümüzə qə-dər saxlamış dialekt və şivələrimizin lüğət fondu canlı və etibarlı mənbə kimi çı-xış edir. Bunları nəzərə alaraq, Azərbaycan dialektlərində omonim söz köklərinin müqayisəli-tarixi aspektdən öyrənilməsi üçün mövcud türk dilləri ilə (türk, özbək, xakas, türkmən, sarı uyğur, tatar, başqırd, uyğur, çüvaş, qaraqalpaq və s.) yanaşı, həmçinin imkan daxilində orta əsr bulqar-xəzər, peçenek, oğuz və qıpçaq dillə-rinin müxtəlif mənbələrdə qeydə alınmış materialları da tədqiqata cəlb edilmişdir.

Məlum olduğu kimi, Azərbaycan dilində və dialektlərində, həmçinin qohum olan türk dillərində “səs-küy” sözü -kü\\-qu\\- ğu\\- gu kök əsası ilə ifadə olunur. Məsələn, “Azərbaycan dilinin izahlı lüğəti”ndə səs-küy, səs, qalmaqal, külək mənasında, quş və heyvanların səstəqlidi əsaslı adlarında yuxarıda qeyd edilmiş kök əsaslı onlarla söz var: küy, küy-kələk, küyçü, küy-qalmaqal, gurultu, küşkürtmək, küş-küş, küşüldəmək, küşültü, külək, quq-qu, qurt-qurt, qurultu, qışqırdı, guppultu, gurlamaq, gurhagur, gumbultu, gumurlanmaq, qurbağa və s.

Həmçinin qeyd edək ki, bir çox türk dillərində eşitmə orqanı qulaq adlanır. Həmin proses Mahmud Qaşqarlı və İbn-Mühənnanın lüğətlərində müşahidə olu-nur. Müqayisə edək: qar-qur, qı, qıqırdı, qıqrışdı, qurı qurı (1:234 ) kığırğıcı, kovuk (2:43).

Türk dillərinin materialları ilə müqayisə edək: kürqe (göy gurultusu), künürt-(guruldamaq)-oyrot dil. kumandin, tatar-çalkan dial. ; küyqelek (səs-küy) oyrot dil. tat. -çal. dial. qısır, quçqur (qışqırmaq) -uyğur dili və onun dial. kanıra (qışqırmaq) oyrot dil. kum. dial. və s.

Dilçilik ədəbiyyatlarından məlumdur ki, səstəqlidi leksika bir çox dillərin, o cümlədən türk dillərinin, söz fondunun inkişafında böyük rol oynamışdır.

31

Page 32: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Məsələn, “Türk dillərinin etimoloji lüğəti”ndə qeyd edilir: “... Yuxarıda qeyd olunmuş bütün fellərin əsasında qədim səstəqlidi leksem durur ki, o, özünün ən qədim təsərrüfat fəaliyyəti ilə bağlı olan əhəmiyyətinə görə türk leksikasının ilkin təbəqəsinə məxsusdur. Fellərdə ikinci dərəcəli morfoloji formalar təqdim olunduğundan keçid əsasının varlığı türk dilinin ilkin mərhələsinə aid edilməlidir. A. Zayonçkovski “ma, ba” mimemləri ayırırdı. Ola bilsin ki, onlar mele (tür.) və mələ (Az.) formalarını qoruyub saxlayıblar... ”

Qeyd edilən ilkin təsviri əsaslardan (leksik köklərdən) fellər təqlidi felləri-nin – ır, -ür, həmçinin universal şəkilçilərin – la; sr. man-ır-a – manla, köməyi ilə əmələ gəlir. Qeyd edilən halda kök-əsaslar, şübhəsiz ki, dil inkişafının ilkin təbə-qəsinə aiddir.

Bu fikirimizi Azərbaycan dilinin dialekt və şivə, habelə qohum türk dilləri və yazılı abidə materialları da təsdiq edir: bılbılı-körpə buzov (Az. dil. Qazax ş.); bılbıl-ördək balası (Az. dil. Borçalı ş.); bılı-ördək balası (Az. dil. Kürdəmir ş.); мönire-qoyun (yakut); мörö- (qırğız.); мörə-(uyğur); man-dörd yaşı keçmiş qoyun ; mangradı-bağırdı (M.K).

Beləliklə, yuxarıda qeyd edilən misallardan da məlum olur ki, türk dillərində səstəqlidi leksika sözyaradıcılığında fəal iştirak etmişdir və tədqiq olunan \-qu-\\-ku\\-qa\\-ka\\ söz kökləri də bu qisimdəndir. Ancaq ədəbiyyatdan məlum olduğu kimi, -ku\\-qu leksemi ulu türk dilində su deməkdir. Azərbaycan dili və qohum türk dillərindən əldə etdiyimiz faktlar bizim bu fikrimizi təsdiqləyir. Müqayisə edək: Quyu, kuyu-(bildiyimiz məna )-əsasən bütün türk dilləri; qubaa (su körfəzi) - Yakut dili; qür (buz qırıntısı)- qaraqal. dili; kuyulqaak (su burulğanı )- oyrot dil. tat-çalkan. dial; kustur-Az. dil. , oy. dil. tat-çalkan. dial; kuduk (quyu)- uyğur dilinin priuss. dial. ; özbək dilinin karl. dial. ; qanturdu (susuzluğu söndürmək)- M. Qaşqarlı; qanoy , qanov- (xırda arx)- Az. dil. İrəvan şivəsi ; kıtıra - (hamilə heyvanın döşündən gələn maye)- az. dil. İrəvan şivəsi; kılıf (həyətin aşağısından keçən xırda arx) - Az. dil. İrəvan, Cəbrayıl, Ordubad şivələri; qaq-(gölməçə) - M. Qaşqarlı; kuy (nəm yer) - Az. dil. Şahbuz şivəsi və s.

Su lekseminin fonetik variantları məsələsinə toxunaraq K. Quliyeva Azərbaycan dialektlərində qu\\-(ku;- qa\\- ka kök əsaslı xeyli miqdarda söz qeyd edir. Həmçinin müəllif hesab edir ki, leksem su deməkdir.

N.Baskakovun təqdim etdiyi -Kuu kiji tatar-çalkan etnoniminin etimologiyası da maraq doğurur: “Çalkanlar “Qu quşu tatarları” adını Qu (Kuu) çayının adından almışlar – Qu çayı adamları (Kuu kiji)” (3:9)

Mövzuya davam edərək qeyd etmək lazımdır ki, bir çox türk dillərində Quu – Qu quşu deməkdir. Nəzərə alsaq ki, qu suda yaşayan quşdur Qu quşu – Su quşu anlamına gəlməsi məntiqidir. Həmçinin qeyd edək ki, İbn-Mühənna lüğətində qu quşunu koğu adlandırır. Fikrimizcə, etnonimdə saxlanılmış –Kuu fonetik variantı ilkindir. Etnonimlərin linqvistik analizi çox mühümdür, çünki onlar dilin əvvəlki halını özlərində saxlayıblar.

32

Page 33: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Qu\\ku\\ kökünün su semantikası daşıması ilə bağlı daha bir dil faktı diqqəti cəlb edir. “Kum” sözü Mahmud Qaşqarlının lüğətində və bir çox türk dillərində “sahilyanı qum” deməkdir. İbn-Mühənnanın lüğətində isə bu sözün daha bir mənası qeyd edilir – dəniz dalğası. Azərbaycan dilinin xalac ləhcəsində isə bu söz “arx” mənasını verir. Fikrimizcə bu variant ilkindir. “Sahilyanı qum” isə daha sonrakı variantdır, yəni dəniz dalğasının sahilə çıxardığı maddədir, çünki –ku kökü leksemdə su deməkdir (araşdırma apardığımız məqalədə bu leksemə bir daha qayıdacağıq). Yuxarıda sadalanan sözlərin arasında su anlamına gələn “-ка\\-qa”-lı variantlar da mövcuddur. Bildiyimiz kimi, -Ка qədim türk dilində bərk deməkdir. Bu məna bir çox sözlərdə saxlanılıb. Müqayisə edək: Katı, qatı, kadu, kaduu, kadıq-bərk, möhkəm; kaya-qaya; kadızın-bərkləşmək; koyu\\qatı; qalın\\kalın. Bu fərq özünü yemək adlarında da bariz göstərir. Müqayisə edək: korot, kurut, qurut (qış üçün dondurulmuş turş süd, qurudulmuş qatıq, pendir)-Az. dil. qərb dialektləri, başqırd dil. , tatar-çalk. dial; çuvaş dili; toc. dial. tuv. dili; özbək dilinin. kar. şivəsi; İbn-Müh. ; tatar dili və dialekti. ; uyğur dilinin prius. dialekti, oyrot dilinin kumand. dialekti; qatıx(saxlamaq üçün qızardılmış ət) - Az. dil. Ordubad şiv. ; kaymağ (qaymaq) Az. dili və dial. ; başqırd dili; tat-çalkan. dial, çuvaş dili; tuv. dil., toc. dial; özbək dilinin. kar. şivəsi; İbn.Müh., tatar dili; uyğur dilinin prius. dialekti; kayabuk (xama)- tatar-çalkan. dial; kuyultmaq (turş və şirin südün qarışığı)- tatar-çalkan. dial; küzəm(un sıyığı)- tatar-çalkan. dial; kolomuok (kökə)- yakut dili; kuvurdaq (ət yeməyi)- tatar dili və s.

Göründüyü kimi, yuxarıda qeyd edilmiş sulu yemək adlarının əsasında qədim türk kökü ku\\-qu durur, quru yeməklərin adlarının əsasında isə -ka\\-qa kökü durur. Bizim fikrimizcə, bu fakt birbaşa kökün semantikası ilə bağlıdır.

Azərbaycan dialektlərində yemək adlarında –qa\\-ka kök əsası, yuxarıda qeyd edildiyi kimi, daha çox quru qida növüdür. Fikrimizcə –ku\\-qu və –ka\\-qa arasındakı semantik differensiallaşma daha gec prosesdir ki, bunu dil faktları təsdiqləyir. Kökün özü isə dilin daha ilkin inkişaf mərhələsinə aiddir. Кuu-nun – su, ka-nın bərk qida anlamına gəldiyi yuxarıda qeyd edilən misallar qədim türk dilinin inkişafının sonrakı mərhələlərinə aiddir. Bu leksemin qədimliyi qədim türk dilinin sözyaratma prosesində fəal iştirak etməsində də əks olunur. Məsələn, bu, bəzi insan orqanlarının adlarında əks olunub: qarın, qursaq, qan (oyrot. dil və dialektlərində - mədə), qatqat – heyvanlarda qarınla mədə arsında yerləşən həzm orqanı (Azərbaycan dilinin Cəbrayıl, Kürdəmir, Şamaxı şivələrində), kuuk – sidik kisəsi (tat. çal. dial). Göründüyü kimi, sadalanan leksemlər birbaşa həzmlə bağlı olan orqan adlarıdı. Qeyd edək ki, bir çox türk dillərində və qədim yazılı abidələrdə yemək bişirilən qab mənasında qazan sözü işlənir.

Bu qədim leksem nağıllarda da iz qoyub. Məsələn, Məlikməmmədin nağı-lında zümrüd quşu Məlikməməmmədə deyir ki, “Mən sənə quu deyəndə mənə su, qaa deyəndə – ət verərsən”.

33

Page 34: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Beləliklə, yuxarıda qeyd edildiyi kimi, leksemin ən qədim mənasının rekonstruksiyası tam analiz üçün çox vacibdir. Lakin bu faktla bərabər ortaya linqvistika baxımından vacib yeni bir sual çıxır – əsasən etnolinqvistik mahiyyətə malik olan fonetik variantlar. Bununla bağlı Q.Kazımovun fikri maraq doğurur: “Danışıq səsləri əsasən sabit olur və nisbətən az dəyişikliyə uğrayır. Lüğət tərkibində inkişaf və yeniləşmə daha güclü olur”(4:15). Tədqiq olunan leksemlərdə türk dilləri üçün səciyyəvi olan \–k –q\ fonetik keçidi müşahidə olunur. Bildiyimiz kimi, anlautda samitlərin karlaşması və cingiltili samitlərin dəyişkən vəziyyəti bu dillər üçün tipik haldır. Ümumiyyətlə, türk dillərinin tam fonetik quruluşu onu göstərir ki, qədimdə fonematik samitlərin miqdarı çox məhdud olub: müasir türk dillərində müstəqil olan samitlərin bir çoxu qədimdə distributiv vahidlərin tərkibinə daxil edilirdi. Məsələn: j-y (dy, ty)-ny-n, b-p-m; z-s və s. kar və cingiltili samit cütləri.

Məsələn, müasir Azərbaycan dialektlərində bu fonetik fakt M. Şirəliyev tərəfindən aşağıdakı şəkildə qeyd edilir: “-k-q. -k foneminin -q. foneminə keçməsi Qazax və Naxçıvan şivələrinin bəzi sözlərində müşahidə olunur. Lakin bu fonemin anlautda istifadə edilməsində bu şivələr fərqlənirlər. Məsələn, Naxçıvan şivəsində \q\ səsi – incə, qapalı saitlərdən, Qazax şivəsində isə – qalın, qapalı saitlərin önündə işlədilir: qüçə, qişi (Az. dil.Naxçıvan ş.), quçə, qıççıx, qunc (Az. dil.Qazax.ş. ).

“Qu quşlu” tatar-çalkanların dialektlərini tədqiq edən N.Baskakov qeyd edir: “çalkan dialektində, ədəbi Altay dilində və həmçinin digər dialektlərdə müşahidə olunur ki, ilk növbədə, müstəqil fonem kimi kar və cingiltili samitlər zəif fərqlənirlər, yəni onların tam diferensiallaşması yoxdur; xüsusən bu hal özünü aşağıdakı kar və cingiltili samit cütlərində büruzə verir :\ b-p\,\ d-t\,\ q-k\,\ z-s.\ (3:19)”

Bu proses digər qıpçaq qrupu türk dillərində muşahidə olunur. Məsələn, özbək dilinin karluk şivəsindən misallar gətirmək olar: kürək-kürəq, yürək-yürəq. D. Nasırov qaraqalpaq dili materiallarını Mahmud Qaşqarlının lüğəti ilə müqayisə edərək qeyd edir: “Lüğətdə samit və sait sahəsində dil və dialekt arası bir sıra uyğunluqlar var. Bunların ən vacibi: cingiltili –\q\\- ğ\, və kar \- к\: bükte-büqde, bışık-bışığ samitlərin uyğunluğu. Bu uyğunluqların bəzilərində kar variant üstünlük təşkil edir: karğa, kümüş, kirpi, kerpiç, kertti. Qaraqalpaq dilinin dialektlərində cingiltili variant üstünlük təşkil edir ki, görünür bu da oğuz irsidir: qeme, qöpü ğarqa, qümüs, qertti. (5:164)

Oğuz qrupu türk dillərində əks proses müşahidə olunur.Mövzunun davamı olaraq qeyd etmək lazımdır ki,türk dilinin Ərzurum dialektini tədqiq edən Ə.Gemalmaz qeyd edir ki, söz başında damaq samitləri cingiltiləşir,məsələn,\ k-g\. Eyni fonetik hadisəni Adana ve Osmaniyə şivələrini tədqiq edən F.Yıldırım da qeyd edir: “ Bölgələrimizdə heca başında \ –k-g-\ dəyişməsi tez-tez rast gəlinir: eski-esgi.(6:119)

34

Page 35: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Beləliklə, linqvistik ədəbiyyatdan görürük ki, anlautda samitlərin karlaşması türk dillərinin qıpçaq yarımqrupu üçün, cingilitiləşməsi isə – oğuz yarımqrupu üçün səciyyəvi haldır. Bu fikri qıpçaq yarımqrupuna aid olan başqırd dilinin mate-rialları da təsdiq edir.

Etnolinqvistik təhlil sübut edir ki, Azərbaycan dialektlərində yuxarıda qeyd edilən leksemlərdə anlautda cingiltili samitlərin üstünlük təşkil etməsi oğuz dillə-rinin səciyyəvi cəhətidir.

Lakin bizi bu kökün omonimliyi maraqlandırır. Çünki \ku\\- kü\\-kı\\- qu\\- qa\\- gu\\- gü\ söz köklərinin omonim olduğunu qəbul etsək, məntiqi olaraq aşağı-dakı yeni bir sual ortaya çıxır – hansı qədim semantika belə bol sözyaradıcılığına imkan yaratmışdır.

Əgər bir faktı da nəzərə alsaq ki, bəzi sözlərdə hər iki məna – həm səs, həm su, qorunub saxlanılıb, o zaman vəziyyət aydınlaşır: küşültü-dəniz dalğasının səsi (Az. əd. dili), qurt-qurt-qarında quruldama (Az. əd. dili).

Belə düşünməyimizə əsas var ki, ilkin olaraq –ku\\- kü\\-kı\\- qu\\- qa\\- gu\\- gü leksemi özündə təbiət hadisələrinin (göy gurultusu, külək və s. ), həmçinin suyun yaratdığı səs-küyü daşıyırdı. Tədricən leksem semantik baxımdan daralaraq müstəqil şəkildə bu və ya digər təbiət hadisələrini ifadə etməyə başladı. Daha sonra müxtəlif türk dillərində fonetik dəyişikliklərə uğramış və omonim sözlər cərgəsi yarada bilmişdir .

Ədəbiyyat

1. Mahmud el- Kaşgari. Divanü Lügat-it Türk. Serab Tuba Yurt Sevər ve Seçkin Erdi. İstanbul, 2005.

2. İbni – Mühenna Lüğati. Aptullah Battal. 3 Baskı. Ankara, 1997.3. Баскаков Н. А. Диалект лебединских татар-чалканцев (куу-кижи). Москва,

1985.4. Kazımov Q. Müasir Azərbaycan dili. Bakı, 2010.5. Насыров Д. С. Становление каракалпакского общенародного разговорного

языка и его диалектная система. Казань, 19776. Faruk Yıldırım.Adana ve Osmaniye illeri ağızları. Ankara, 2006.

35

Page 36: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

M.Ə. MAHMUDOV

AZƏRBAYCAN DİLİ QLOBALLAŞMA ŞƏRAİTİNDƏ*

Açar sözlər: qloballaşma, Azərbaycan dili, tətbiqi dilçilik, internet, dövlət diliКлючевые слова: глобализация, азербайджанский язык, прикладная линг-

вистика, интернет, государственный языкKey words: globalization, the Azerbaijani language, applied linguistics, internet,

the state language

Azərbaycan dili bizə ulu babalarımızdan miras qalmış ən qiymətli milli sər-vət, ən möhtəşəm, əbədiyaşar tarixi abidədir. Azərbaycan dilinin saflığını, təmiz-liyini qorumaq, ona dərin ehtiram və qayğı ilə yanaşmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Azərbaycan dili indiki inkişaf səviyyəsinə çatana qədər yüz illər boyunca mürəkkəb, ziddiyyətli, çətin bir yol keçmişdir. Dəfələrlə yadellilər torpaqlarımıza göz dikmiş, bizi əsarət altında saxlamağa, adət-ənənələrimizi, dilimizi unutdurmağa cəhd göstərmiş, lakin uğursuzluğa düçar olmuş, istəklərinə nail ola bilməmişlər.

IV-V əsrlərdə Azərbaycan dili artıq ümumxalq danışıq dili kimi geniş fəaliyyət göstərmiş və həmin dildə “Kitabi-Dədə Qorqud” kimi möhtəşəm bir abidə yaranmışdır.

Bu dili qorumaq, onu inkişaf etdirmək hər bir azərbaycanlının həm də övladlıq vəzifəsidir.

Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli fərmanında qeyd olunduğu kimi, dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına imkan verir.

Azərbaycanda dilçilik sahəsində başlıca elmi-tədqiqat mərkəzi olan Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dilinin tarixi, müasir vəziyyəti, inkişaf istiqamətləri, qohum və qohum olmayan dillərlə əlaqəsi, digər elm sahələri ilə həmhüdud sahələri, informasiya texnologiyalarından istifadə olunmaqla internet məkanında işlənməsi məsələləri həmişə prioritet hesab olunmuşdur.

Nəzəri və tətbiqi dilçilik məsələləri, müasir qloballaşma şəraitində dillərin, o cümlədən Azərbaycan dilinin internet məkanında işlənməsinin tətbiqi-linqvistik texnologiyalarının hazırlanması, dilçiliyin dünya elmi kontekstində öyrənilməsi günümüzün vacib məsələlərindəndir. Lakin, hər şeydən əvvəl, doğma Azərbaycan

* Məqalə qismən dəyişikliklə “Elm” qəzetində (29.12.2012, №-37-40) “Qloballaşan dün-yada dil situasiyası” adı ilə çap olunmuşdur.Problemin aktuallığını nəzərə alaraq bu topluda məqalənin çapı məsləhət görüldü. Redaksiya şurası

36

Page 37: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

dilinin hərtərəfli öyrənilməsi ön planda olmalı, ana dilimiz daha dərindən və ciddi araşdırılmalıdır. Məhz buna görə də, Azərbaycan dilinin müasir vəziyyəti, funksi-onal üslubları və nitq mədəniyyəti, tarixi, qədim yazılı abidələrin və ayrı-ayrı klassiklərin dili, eləcə də respublikada və respublikadankənar ərazilərdə Azərbay-can dilinin və şivələrinin öyrənilməsi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan dilinin dünya dilləri və Azərbaycanda yaşayan azsaylı xalqların dilləri ilə qarşılıqlı əlaqədə öyrənilməsi, türk dillərinin fonetik, leksik və qrammatik qu-ruluşunun müqayisəli tədqiqi, bu dillər arasında Azərbaycan dilinin yerinin müəy-yənləşdirilməsi, Azərbaycan ərazisində və respublikadankənar ərazilərdə, türk (Azərbaycan) mənşəli onomastik vahidlərin tədqiqi də dilçiliyimizin vacib sahələ-rindəndir.

Azərbaycan dili leksikasının öyrənilməsi, Azərbaycan dilinin izahlı, ensiklo-pedik, ikidilli və çoxdilli tərcümə lüğətlərinin, eləcə də terminoloji lüğətlərinin tərtibi, terminologiyanın tarixi və inkişaf qanunauyğunluqlarının araşdırılması da çox vacibdir.

Azərbaycan dilinin dünya dilləri ilə əlaqəli şəkildə tədqiqi kontekstində ger-man və roman dilləri xüsusi yer tutur. Bu, qloballaşan dünyada ingilis dilinin get-dikcə daha çox yayılması, beynəlxalq ünsiyyət dilinə çevrilməsi ilə səciyyələndiri-lə bilər. Biz unutmamalıyıq ki, dünyanın heç bir elmi mərkəzində Azərbaycan dili bizdə olduğundan yaxşı və dərindən araşdırıla bilməz. Nəzərdə tutmaq lazımdır ki, dövlət dilimiz olan Azərbaycan dilinin inkişafı, öyrənilməsi, saflığının qorun-ması dövlət tərəfindən tənzimlənir və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamla-yan rəsmi sənəddir.

Yaşadığımız XXI əsr qloballaşma əsridir. Qloballaşma həyatın bütün sferalarına olduğu kimi milli dillərə, adət-ənənələrə, dünyagörüşə, xalqın ruhunun və vərdişlərinin təzahürü olan mentalitetə də güclü təsir göstərir. Bu təsirin əlamətləri, hətta nəticələri artıq özünü qabarıq şəkildə büruzə verməkdədir.

Qloballaşma latın mənşəli “qlobal” sözündən olub “yer kürəsini bürüyə bilən, əhatə edən” mənasını verir. Bu kontekstdə qloballaşma – bütün yer kürəsinə aid hadisənin, prosesin baş verməsi kimi izah oluna bilər.

Qloballaşma obyektiv olaraq baş verən qarşısıalınmaz prosesdir. Biz onun qarşısını alıb saxlaya bilmərik. Ən yaxşı halda biz qloballaşma şəraitində milli mənliyimizi, mentalitetimizi, dilimizi qoruyub saxlamağın yollarını axtara bilərik.

Qloballaşmanı doğuran səbəblər kimi dünya iqtisadiyyatında, siyasətində, mənəviyyatında gedən inteqrasiya, birlik meyilləri (Avropa İttifaqı, Avropa Birliyi, Ümumi bazar, MDB, GUAM və s.), informasiya texnologiyalarının sürətli inkişafı, internet şəbəkəsinin getdikcə daha çevik və əhatəli olması, dəyişən dünyada ingilis dilinin rolunun və nüfuzunun artması göstərilə bilər.

Qloballaşmanın ziyanı nə ola bilər? Milli dillərin işləkliyi getdikcə azala bilər, bir çox azsaylı xalqların dilləri yox ola bilər, adət-ənənələr, vərdişlər unudu-

37

Page 38: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

la bilər. Bu proses tədricən baş verəcək, yəni burada qəfil inqilabi sıçrayışdan söh-bət gedə bilməz. Qloballaşmanın bu mənada təsiri artıq hiss olunmaqdadır. Şadlıq evlərinin, restoran və kafelərin adlarına diqqət yetirsək, dövlət dilimizə etinasızlı-ğın şahidi olarıq.

Televiziya verilişlərində, mətbuatda da belə hallar kütləvi şəkil almaqdadır. Adı ingiliscə olan və ingilis tələffüzü ilə deyilən “Space” kanalında görkəmli incəsənət xadimlərinin şair, bəstəkar, müğənnilərin yubileyləri, ad günləri qeyd olunur. Tortun üzərində şamlar yandırılır, “səbəbkar” üfürüb onları söndürür və hamı bir yerdə ingilis dilində “Ad günün mübarək” mahnısını oxumağa başlayırlar. Halbuki, Azərbaycan dilində də ad günü ilə bağlı gözəl bir mahnımız var və onu da oxumaq olardı.

Qloballaşmanın nəticəsi nə ola bilər? Dünyada vahid dil, vahid əlifba, vahid adət-ənənənə, vahid qayda-qanun bərqərar olacaq. Əslində, bəşəriyyət həmişə belə vahidliyə meyilli olub. Beynəlxalq hüquq normaları hər bir konkret ölkənin hüquq normalarından üstün sayılır. Bəşəriyyət həmişə beynəlxalq ünsiyyət vasitəsi kimi vahid dil yaratmaq arzusunda olub. Esperantonun yaradılması və rəsmən bey-nəlxalq dil kimi təqdim olunması təşəbbüsü təsadüfi deyil. Axı, vaxtilə yer üzündə bir dilin mövcud olması, sonradan həmin dilin diferensiasiyası nəticəsində milli dillərin yaranması fikri də məlumdur. Bu, obyektiv olaraq baş verən inteqrasiya və diferensiasiya prosesidir və onun nəticəsində nə vaxtsa parçalanmış xalqların yenidən yaxınlaşması baş verə bilər. Yenidən yaxınlaşma, birləşmə, inteqrasiya nəticəsində vahid dil, vahid əlifba məsələsi aktuallaşa bilər. Riyaziyyatçılar de-mişkən, fərz edək ki, dünyada bir dil olacaq və bir vahid əlifbadan istifadə olu-nacaq. Bu halda bizi nə kimi fəlakət gözləyir. Bütün dünya bir dildə danışacaqsa, bir əlifbadan istifadə edəcəksə, planetin sakinləri bir-birlərini daha yaxşı anlayar, konfliktlərə, müharibələrə son qoyulacaq. Bunun nəyi pisdir? Bəlkə, qloballaşma yaxınlaşan fəlakət deyil!

Qloballaşma əks prosesi doğurur – fərdiləşmə, xüsusiləşmə, regionlaşma, mərkəzdənqaçma və s. Ana dili müqavimət göstərir, yox olmaq istəmir, xalq öz adət-ənənələrini, milli mentalitetini, varlığını qoruyub saxlamaq üçün mübarizə aparır.

Mənə elə gəlir ki, bəlkə də qloballaşma olmasaydı, ana dilinin qorunması məsələsi bu qədər qabardılmazdı, aktuallaşmazdı.

Paradoksal bir vəziyyət – ana dilinin qorunması uğrunda mübarizəyə görə, biz haradasa həm də qloballaşmaya borcluyuq. Əksliklərin vəhdəti və mübarizəsi fəlsəfi qanununun inikaslarından biri də buna aid edilə bilər.

Ortaq dil, ortaq terminologiya, ortaq əlifba sahəsində gedən müzakirələri də qloballaşmanın təsiri hesab etmək olar. Konkret dil beynəlxalq səviyyəyə çıxmaq-da çətinlik çəkir, təkbaşına özünü qorumaq iqtidarında deyil. Dil ailəsi toplumun-da vahid dil funksiyasında müqavimət daha effektli olardı. Ortaq türk dili, ortaq türk əlifbası və ortaq türk terminologiyası və s. bu qəbildən olan məsələləri “ya-

38

Page 39: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

rımqloballaşma meyli” kimi səciyyələndirmək olar. Ortaq türk əlifbasına keçidin reallaşmadığı bir vaxtda ortaq türk dili ideyası nə dərəcədə realdır? 2012-ci ilin noyabrında Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq konfransda ortaq türk dili kimi, leksik tərkibcə Abayın dilinə yaxın olan qazax türkcəsi təklif olun-du.

Çox qəribədir, nədənsə, ortaq slavyan dili, ortaq german dili problemi gündəmdə deyil. Görəsən, digər dil ailələrinin nümayəndələri, məsələn, slavyan dilləri ailəsi niyə ortaq dil yaratmaq məsələsini qaldırmır?

Ana dilinin, dövlət dili olan Azərbaycan dilinin yox olmasından söz gedə bilməz. Söhbət onun işləklik dərəcəsinin azalmasından gedə bilər. Səylərimiz onun kütləvi informasiya vasitələrində, internet məkanında daha çox işlənməsi, daha çox təmsil olunması ilə bağlı ola bilər. Burada bir məqama da diqqət yetir-mək lazımdır. Bu və ya digər dil internetdə böyük həcmdə, geniş şəkildə təmsil oluna bilər. Bu, heç də həmin dilin aparıcı olmasından irəli gəlmir. Məsələn, əha-lisinin və internet istifadəçilərinin sayına görə çin dili hətta ingilis dili ilə rəqabətə girə bilər. Bu o demək deyil ki, çin dili ingilis dilindən daha çox yayılmış, daha geniş istifadə dairəsinə malikdir. İngilis dilindən bir ünsiyyət vasitəsi, informasiya ötürücüsü kimi bütün dünya istifadə edirsə, bu sahədə çin dilinin imkanları məh-duddur. Çin dilindən daha çox çin dilini və əlifbasını bilən yerli istifadəçilər istifa-də edirlər. İnternet istifadəçilərinin sayının çox olması başqa bir müzakirənin mövzusu ola bilər.

Azərbaycan dili qloballaşma şəraitində zamanın tələblərinə uyğun şəkildə inkişaf etdirilir, öyrənilir və tətbiq olunur.

Qeyd etmək lazımdır ki, respublikamızda Azərbaycan dilinin inkişafına dövlət səviyyəsində qayğı göstərilir. Qısa müddət ərzində Azərbaycan dilinin inkişafı və qorunması ilə bağlı verilmiş fərman və sərəncamların xronologiyasının nəzərdən keçirək:

1. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” AR Preziden-tinin 18 iyun 2001-ci il tarixli fərmanı;

2. Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi ilə bağlı AR Prezidentinin 09 avqust 2001-ci il il tarixli fərmanı;

3. “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanun (30 sentyabr 2003-cü il);

4. “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanunun tətbiq edilməsi barədə fərman (02 yanvar 2003-cü il);

5. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi barədə” (12 yanvar 2004-cü il tarixli sərəncam);

6. “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” (12 yanvar 2004-cü il tarixli Sərəncam).

Nəhayət, Azərbaycan dilinə dövlət səviyyəsində qayğının, sonsuz sevginin davamı olaraq 2012-ci ildə AR Prezidentinin daha iki sərəncamı oldu. “Azərbay-

39

Page 40: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

can dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respub-likası Prezidentinin 23 may 2012-ci il tarixli Sərəncamı Azərbaycan dilinin inki-şafı tarixinin ən əlamətdar hadisələrindən birinə çevrildi. 29 may 2012-ci il tarixdə isə ölkə rəhbərinin imzaladığı “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” digər Sərəncamla AR Prezidentinin ehtiyat fondundan AMEA-ya bu məqsədlə 2 milyon manat vəsait ayrıldı. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini və ölkədə dilçiliyin inkişafını nəzərdə tutan bu sənədlər, ilk növbədə, AR Prezidenti İlham Əliyevin xalqın ən böyük milli dəyər-lərindən olan ana dilimizə sevgisinin, diqqət və qayğısının daha bir nümunəsidir.

Ana dilini sevən, onun incəliklərinə bələd olan bütün ziyalılarımızın ümumi bir narahatlığının – bəzi mətbuat orqanlarında, radio və televiziya kanallarında, küçə və meydanlardakı afişalarda ədəbi dil normalarının pozulması, Azərbaycan dilinin leksik və qrammatik qaydalarına əməl olunmaması kimi halların Prezident sərəncamı səviyyəsində aktuallaşdırılması, dilçi mütəxəssislər üçün sevindirici faktdır. Bu məsələlər həmişə Dilçilik İnstitutunun diqqət mərkəzində olmuş, həmin arzuolunmaz halların aradan qaldırılması məqsədi ilə mövcud imkanlar daxilində müəyyən tədbirlər görülmüşdür.

2010-cu il iyunun 25-də Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan Mətbuat Şurası ilə birgə “Kütləvi informasiya vasitələrinin dili” mövzusunda respublika elmi konfransı keçirmişdir. Konfransın materialları çap olunmuş, radio və televi-ziya işçilərinə tövsiyələr verilmişdir. Həmin konfransda reklamların dili də ayrıca müzakirə mövzusu olmuşdur.

2010-cu il dekabrın 27-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda keçiril-miş respublika elmi konfransında isə ali məktəblərdə dilçilik üzrə dərsliklərin dili müzakirə obyekti olmuşdur. Həmin konfransda respublikamızın aparıcı ali mək-təblərinin mütəxəssisləri iştirak etmiş, konkret nöqsanlar araşdırılmış, onların ara-dan qaldırılması yolları göstərilmişdir.

2011-ci ilin iyununda “Nitq mədəniyyəti və terminologiyanın aktual problemləri” respublika elmi konfransı təşkil edilmişdir. Həmin konfransda etiket və nitq mədəniyyəti, televiziya və radio aparıcılarının nitqi, nitq mədəniyyəti və orfoqrafik norma, düzgün tələffüz qaydaları kimi məsələlər hərtərəfli təhlil olunmuş, tövsiyələr verilmişdir.

Bütün bu tədbirlərdə mütəxəssislər tərəfindən verilən təkliflərin, irəli sürülən tövsiyələrin nəzərə alınması peşəkarlıqdan əlavə, həm də vətəndaşlıq məsuliyyəti məsələsidir. Bu baxımdan ümid edirik ki, Azərbaycan Respublikası Prezidentinin yeni Sərəncamı dil normalarına əhəmiyyət verməyən kəslərin məsuliyyətini artıracaqdır.

AMEA Humanitar və İctimai Elmlər Bölməsi və Nəsimi adına Dilçilik İnstitutunun keçirdiyi “Ölkədə dil situasiyası” Respublika elmi konfransı da bu

40

Page 41: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

sahədə görülmüş məqsədyönlü işlərin məntiqi davamı və qloballaşma ilə bağlı məlum Prezident sərəncamının yerinə yetirilməsi sahəsində daha bir addımdır.

Azərbaycan dilində internet resurslarının formalaşdırılması, elektron və in-teraktiv dərsliklərin hazırlanması ilə bağlı Sərəncamda öz əksini tapmış müddəa-lar Azərbaycan dilçilik elmi qarşısında mühüm vəzifələr müəyyənləşdirir. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu AMEA Kibernetika İnstitutu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə bu sahədə bir neçə ildir ki, müəyyən layihələr həyata keçirməkdədir. “Azərbaycan qəzet dilinin tezlik lüğəti”, “Azərbaycan dilinin əks-əlifba lüğəti”, “Kitabi-Dədə Qorqud”un statistikası”, “Məhəmməd Füzulinin nəzm əsərlərinin statistikası”, “Azərbaycan dilinin üçcild-lik tezlik lüğəti” kimi tədqiqatlar dilçilərlə kibernetiklərin və informasiya texnolo-giyaları mütəxəssislərinin birgə əməyinin məhsuludur.

Azərbaycan dilinin internet məkanında işlənməsi, Azərbaycan dilində tətbiqi-linqvistik texnologiyaların yaradılması problemləri İnstitutun elmi-tədqiqat planlarında da öz əksini tapmışdır. Eləcə də elmi-tədqiqat planlarının tərtibində dilçiliyin başqa elmlərlə həmhüdud sahələri, fənlərarası əlaqələrə yer ayrılmışdır.

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi-nin dəstəyi ilə həyata keçirilən “Dilmanc” maşın tərcüməsi layihəsi çərçivəsində də birgə əməkdaşlıq davam etdirilir. Bütün bu sadalananlar qloballaşma dövrünün ruhuna aid yeni istiqamətlərin elmi-tədqiqat planlarında nəzərə alındığını göstərən nümunələrdir. Sərəncam bu qəbildən olan araşdırmaların daha da genişləndirilmə-sinə, müasir dünya dilçiliyinin nəzəri səviyyəsinə uyğun problemlərin işlənməsinə böyük töhfə verəcəkdir.

Qloballaşma dövründə Azərbaycan dilçilik elminin dünya elmi, texnikası və texnologiyalarının prioritet istiqamətlərinə uyğun təşkili və planlaşdırılmasına bö-yük ehtiyac vardır. Fəlsəfə, psixologiya, tarix, coğrafiya, informasiya texnologiya-ları ilə bağlı müştərək tədqiqatlar genişləndirilməlidir. Müasir elmi araşdırmalar zəminində dilin tədrisi ilə əlaqəli tədqiqatlara diqqət artırılmalıdır. Dil və cəmiy-yət, sosioloji amillərin dillərə təsiri məsələləri kompleks şəkildə işlənməlidir. Dil-çilik elminin təhsil və istehsalatla inteqrasiyası təmin edilməlidir. Qloballaşma dövründə qarşıda duran əsas vəzifələr dilçiliyin informasiya təminatının gücləndi-rilməsi, dilçilik tədqiqatlarının xalqımıza məxsus milli-mənəvi dəyərlərlə əlaqə-ləndirilməsi və azərbaycançılıq məfkurəsi mövqeyindən araşdırılması, dilçilikdə azərbaycançılıq məfkurəsinin konseptual əsaslarının işlənilməsidir.

Əminəm ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” AR Prezidentinin 23 may 2012-ci il və “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 29 may 2012-ci il tarixli sərəncamlarından irəli gələn vəzifələrin uğurlu icrası Azərbaycan dilinin inkişafında yeni bir mərhələnin əsasını qoyacaqdır.

41

Page 42: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

B. MƏMMƏDOV

ETNOTOPONİMLƏRİN TARİXİ-LİNQVİSTİK MÜSTƏVİDƏ TƏDQİQİ(Xaçmaz rayonu toponimləri əsasında)

Açar sözlər: etnonim, toponim, linqvistik, oykonimКлючевые слова: этноним, топоним, лингвистик, ойконимKey words: etnonim, toponim, linguistic, oykonim

Şimal-Şərq rayonlarımızdan sayılan Xaçmaz rayonu onomastik vahidlərlə zəngin ərazilərindəndir. Xaçmaz rayonunda yerləşən etnotoponimlər aşağıdakılar-dır: Padar, Qaracik, Qaracik Zeyid, Qaradağ Buduq, Yergüc, Şıxhaput, Cığatay, Qaraqurdlu.

Padar. Padar oykoniminə Ağsu, Dəvəçi, Hacıqabul, Qubadlı, Oğuz və Xaçmaz rayonlarında rast gəlinir. Bu oykonimlərin adı oğuz-səlcuq tayfalarından biri olan padarların adı ilə bağıdır. Tədqiqatçıların fikrincə, padar tayfaları Elxa-nilər dövründə (XIII əsr) Orta Asiyadan Cənubi Azərbaycana gəlmiş, Səfəvilər dövründə isə dağlı tayfaların basqınlarının qarşısını almaq məqədilə Azərbaycanın şimal bölgələrinə köçürülmüşdür. Sonralar padar tayfaları Azərbaycanın müxtəlif ərazilərinə səpələnmişlər. Mənbələrin məlumatına görə, XIX əsrdə Cavad qəza-sında yaşayan padarlar ilxıçı, qaraçörüklü , axtaçı, pölüklü, küyülçü və s. kimi 20 tirədən və 218 ailədən ibarətdir. (1.səh,150)

Qaracıq, Qaracıq Zeyd. Bu oykonimlərin hər ikisi Xaçmaz rayonundadır. Qaracıq oykoniminin etimologiyası haqqında “Azərbaycan toponimləri ensiklope-dik lüğəti”ndə yazılır: Mənbələrin məlumatına görə, XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın Naxçıvanın Qaracuq (Qaracıq) kəndindən Qarabağa köçürdüyü kəngərlilərin bir hissəsini sonralar Qubalı Fətəli xan öz xanlığının ərazisinə apar-mışdı. Kənd də həmin ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Qaracıq (Qaracuq )“qalın çubuqluq” mənasını bildirir. Naxçıvanda cığ müstəqil söz kimi indi də qalmaqdadır. Cığ söyüd çubuqlarından toxunulur, yayma lavaş çörəyini onun üstündə aparırlar. (1.səh, 21).

Bəzi tədqiqatçılar oykonimlərin tərkibində işlənmiş cıq elementinə şəkilçi kimi yanaşır. Qalibə Hacıyeva “Şərqi Azərbaycan Ostanının toponimləri” mövzu-sunda yazdığı avtorefaratda cıq hissəciyi barədə yazır; “-cıq,(-cik, -cuq,-cük). Di-limizdə müəyyən leksik vahidlərə qoşularaq kiçiltmə mənasını bildirən bu şəkilçi bəzən toponimlərin də tərkibində həmin anlamı ifadə edir. Məsələn, Meydancıq, Bağçacıq, Dərəcik, Mollacıq, Qalacıq(Təbrizdə), Alacıq (Meşkində), Əfşarcıq (Miyanada) .”

Fikrimizcə, qeyd olunan qaracıq oykonimi mürəkkəb quruluşlu etnotopo-nimdir. Buradakı “qara” sözü “böyük” cıq sözü isə qədim türk tayfalarından

42

Page 43: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

birinin, Çik tayfasının adıdır. Çik tayfa adı kimi Orxon Yenisey abidələrində də işlədilmişdir.

Qaradağ, Buduq. Qaradağ Buduğ oykonimi Xaçmaz rayonu Samur-Dəvəçi ovalığındadır. Bu kəndin sakinləri Qubanın Buduq kəndindən Ağyazı Buduq kəndinə, oradan da Qaradaq Buduq kəndinə gələrək məskunlaşmışlar. Qaradağ Buduq oykoniminin formalaşmasında Buduq xalqı mühüm rol oynamışdır. Buduq etnik qrupu tarixi və etnoqrafik cəhətdən az araşdırılan xalqlardandır.

Tədqiqatçıların fikrincə, Quba rayonu ərazisində yerləşən Buduq kəndi Qafqaz Albaniyası dövründə salınıb Buduq etnonimi mənası türk dillərində “dəliqanlı hirsli” anlamında işlənir. Buuduqlular isə özlərinə “budad” deyirlər.

Buduqlular haqqında tarixi mənbələrdə də danışılır. XIII əsrin sonu, XIV əsrin əvvəllərində yaşamış Fəzlullah Rəşidəddin “Came ət-təvarix” (Tarixlərin toplusu) əsərində buduqlular haqqında məlumat verir.

1607-ci ildə Səfəvi hökmdarı I Şah Abbasın buduqlular haqqında fərman verməsi də məlumdur. XVIII-XIX əsrlərdə Quba xanlarının Həsənəli və Fətəli xanın, Şeyxəli xanın buduqlular haqqında fərmanlar verməsi faktları da məlumdur.

A.A. Bakıxanov “Gülüstani-İrəm” əsərində buduqlular haqqında məlumat verir. Buduqlular buduq dilində danışır və onları islam dininə inanırlar. Bəzi mənbələrdə isə buduqluların türk tayfalarından biri olması göstərilir.

Yergüc. Yergüc kəndini Quba rayonu ərazisindən köçüb gəlmiş azsaylı yergüc xalqı salmışdır. Yergüc oykonimi də həmin azsaylı xalqın adı ilə bağlıdır.

Tədqiqatçıların fikrincə, oykonim “güclü yer”, “münbit torpaq” mənasındadır. Eyni zamanda tədqiqatçıların bir qismi er güc sözünün birinci komponentini qırazların ümumi adı hər etnonimi ilə əlaqələndirir və yer sözünü həmin etnonimin fonetik şəkli hesanb edirlər. Oykonimin ikinci komponenti isə qədim türk dillərində Kuç, quc sözündən olub, “zolaq”, “qurşaq”, “dairə”, “əhatə” mənalarına bildirir. Fikrimizcə, sonuncu yanaşma daha məntiqlidir.

Şıxhapıt. Şıxhapıt oykonimi Quba rayonunun Hapıt kədindən gələn ailələr tərəfindən salınmışdır. Tədqiqatçıların fikrincə, Hapıt kəndindəki Baba Dilim adlı şeyxin övladlarından ibarət olan ikinci oba isə Şıx Hapıt adlanır. Verilmiş izahda Şıx sözünün mənasına aydınlıq gətirilsə də Hapıt sözü izah olunmur. Fikrimizcə, Şıxhapıt oykoniminin ikinci komponenti haput sözü etnonimdir. Hapıtlılar isə “Şahdağ etnik qrupları”ndandır.

Prof.Ə.B.Qubatov “Şahdağlılar və dilləri” əsərində bu haqda yazır: “Xınalıqlar, buduqlular, qırızlar, yergüclülər, haputlular və ceklər tədricən özlərinin qədim ata-baba yurdlarından daha əlverişli təbii iqlim şəraiti olan qonşu Xaçmaz rayonuna da köçmüş, burada yeni yaşayış məskənləri salmışlar.

Haputluların xeyli hissəsi isə Azərbaycanın bir sıra rayonlarında – İsmayıllıda, Ağdaşda, Qəbələdə və başqa yerlərdə məskumlaşmışlar”.

43

Page 44: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Cığatay, Cığatay oykonimi etnotoponimdir. Toponim türkdilli cağa-tay/cığatay tayfasının adı ilə bağlıdır. Qeyd etmək istərdik ki, tədqiqatçılar Xaç-maz rayonu ərazisində Cığatay kəndinin salınmasını Qubalı Fətəli xanın adı ilə bağlayırlar. Belə ki, elmi ədəbiyyatda Cığatayları XVIII əsrdə Fətəli şahın Qara-bağdan köçürüb Quba xanlığında yerləşdirilməsi kimi fikirlər yer almışdır.

Qaraqurdlu. Qaraqurdlu oykonim Xaçmaz rayonu ərazisində yerləşən et-notoponimlərdəndir. Tədqiqatçıların fikrincə, oykonimi XVIII əsrin sonlarında Quba xanı Fətəli xanın Qarabağdan köçürdüyü kəngərlilərin qurdlu tayfasına mənsub ailələr salmışlar. Başqa bir versiyaya görə isə kəndin tam adı Qarasu Qurdlu olmuşdur. Fikrimizcə, Qaraqurdlu mürəkkəb quruluşlu toponim olub Qa-ra-böyük, Qurdlu-tayfa nəsil mənaları bildirən sözlərin birləşməsindən yaranmış-dır.

44

Page 45: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Ş.X. MƏMMƏDOV

SADƏ CÜMLƏNİ GENİŞLƏNDİRƏN VASİTƏLƏRİNİNKİŞAF XÜSUSİYYƏTLƏRİ

Açar sözlər: dialekt, şivə, ara sözlər, bağlayıcıКлючевые слова: диалект, говоры, вводные слова, союзыKey words: dialect, subdialect, parenthetical words, conjunction

Dialekt və şivələrimizdə, o cümlədən yazılı abidələrimizdə, klassiklərimizin əsərlərində müşahidə etdiyimiz sadə cümləni günişləndirən vasitələrə aid çox zən-gin materiallar vardır.

Abidələrimizdə, klassiklərimizin əsərlərində vaxtilə işlənmiş bəzi bağlayıcı-lar bu gün öz işləkliyini itirmişdir. Məsələn, vəli, və lakin// və leykin, leyk, əmma (indiki forma amma) bağlayıcıları XIX əsrin sonu, XX əsrin əvvəllərindən işləkli-yini itirməyə başlamışdır: -Cansən yəqin və lakin arif biliür bu cani; -Müflis tica-rət eylər sərmayəsiz və lakin (vəleykin), Səyi əbəsdir anın sövdası cümlə xəsran (Nəsimi). Nuru eyni həq kitabidir vəli, Surətin nəqşi durur quranımız (Nəsimi); Gərçe gün xoşdur vəli, Rüxsarin ondan yaxşıdır (Xətai) və s. H.Mirzəzadə yazır ki, nəsr əsərlərinin dilinə nisbətən şeir dilində və lakin/ və leykin bağlayıcısının bəsit forması olan vəli bağlayıcısı daha çox işlənmişdir. Klassik şeir dili normala-rına münasib olan bu bağlayıcı XIX əsrin əvvəllərindən zəifləməyə başlamışdır. Əmma və vəli bağlayıcıları Cənubi Azərbaycan soydaşlarımızın dilində də öz iş-ləkliyini saxlamaqdadır: Baxdı gördü şəhər yoxundu, görükür, əmma acınnan ge-dənmiri; -Tacir dedi: arvad, beş gün tez, beş gün gec axır ölacağam, əmma/amma ürəgim yanır mənim oğluma və s.

XIX əsrin ortalarına qədərki ədəbi dilimizdə həmcins üzvlü cümlələrin bəzi quruluş modelləri indikindən fərqlənir. Məsələn, tabesiz bağlayıcılar qrupuna da-xil olan və bağlayıcısı cümlədə həmcins üzvün sayı qədər işlənmişdir. Lakin dili-miz inkişaf etdikcə və bağlayıcısının işlənmə dairəsi tədricən məhdudlaşmışdır. Ərəbcədən gələn bu yad modelin orta əsr Azərbaycan yazı dilində bu qədər sabit şəkil almasına baxmayaraq, folklar janrına və danışıq dilinə dərin nüfuz edə bil-məmişdir. Təsadüfi deyildir ki, şifahi ədəbiyyatımızın qədim abidəsi “Kitabi-Dədə Qorqud” dastanlarının dilində -və ilə başlayan və onun təkrarı ilə qurulan cümlələ-rə təsadüf edilmir. Orta əsrlərin şeir dilində və bağlayıcısına az hallarda rast gəli-nir. Bu barədə H.Mirzəzadə yazır ki, şübhəsiz, bunun əsas səbəbi həmin bağlayı-cının şeir dili üçün münasib olmaması və ifadədə ağırlıq törətməsidir. Nəsr dilində bunun tamamilə əksini görürük. Bir neçə əsr davam edib gələn nəsr dili material-larının dili bu cəhətdən maraqlıdır; məs.: Bu bir hikayətdür diməlü və bir qissədür eşitməlu və bivaqiədür olmalu (Şühədanamə) -Yasəmən iyləmək bəlğəmdən və sövdadan və yeldən olan (baş ağrılarını) dəf edər, təcrübədən keçibdir; -Sonra şə-

45

Page 46: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

rabi nilufər və yaxud bənövşə şərabın içirələr və yaxud təməri-hindi və ya ərik şərbəti içirələr. Göstərən saətdə dövrani fələk bir inqilab, Həm özi fani olur, həm ləşkəri, həm kişvəri (Füzuli).

Dialekt və şivələrimizdə ədəbi dilimizdəki birləşdirmə -ilə, və bağlayıcıları –nan, -nən şəkilçiləri ilə ifadə olunur: məs.: Odnan otunki tutmaz (yəni, odla ot bir yerdə olmaz); Əmimnən qonşımız hər il yaylağa çıxeylər və s. Nitq sahibinin məqsəd və məramından asılı olaraq işlənən belə cümlələrdə baş və ikinci dərəcəli üzvlər tələb olunduğu səviyyədə bir neçə dəfə təkrar olunur.

Dialekt və şivələrimizdə həmcins üzvlü sadə cümlələrə daha çox nağıllarda rast gəlmək olur. Tiplərinə gəlincə qeyd etməliyik ki, dialekt və şivələrimizdə həmcins xəbərli sadə cümlələr o biri tiplərə nisbətən daha çox işlənir. Məsələn: -Uni gətürrüg, buğur teşti gətürrüg, tökürüg, əliyirüg, sui gətürrüg, tökürüg unun üssə, xəmir yoğurrug, asırruğ saci, oxloyi gətürrüg, nazig-nazig yayıruğ, təpitmə təpdürüg (Şamaxı, Göyçay);-Sə:r durruğ, üzimizi, əlimizi yü:rüğ, çörə:mizi yi:rük, gəllük pambığ yığmağa (Şir.)

Dilimizin Çənbərək və Karvansaray şivələrində də həmcins üzvlərin işlən-məsində maraqlı xüsusiyyətlər müşahidə edirik: Bəzən həmcins mübtədalı cümlə-lərdə xəbər işlənmir. Məs.-Mən də dağa, Piri də; -Hasan da yola, Afdoy da; -Mal da arxaca, buzoy da. Bu şivələrdə həmcins üzvlər aşağıdakı şəkildə özünü göstə-rir: 1.Cümlənin həmcins üzvləri –dı, -di şəkilçiləri ilə işlənir; məs.: -Əlidi, Məm-mətdi, Hasandı, Hajıdı boş gəzillər buralarda; -Taxıldı, otdu, tütündü yığılması bir yerə düşdüyünə örə çətinnix çəkirix. 2.Bəzi hallarda həmcins xəbərli cümlələr-də həm xəbər şəkilçiləri saxlanılır, həm də bağlayıcı işlədilmir; məs.: -İrəli kö-mürdən dolduracağdılar, aparacağdılar, satacağdılar, bir tə:r dolanacağdılar (Ağkilsə.). –Armıdı çuallara yığacağdılar, üxlə:cəydilər, Yelnofa aparacağdılar. 3. Bəzən yainki, yainki də bağlayıcıları ilə düzələn həmcins üzvlü cümlələrdə xə-bərlə yanaşı olaraq, yer zərfliyi də sadalanır; məs.: -Ehtiyacım olanda yainki Ecevana edirəm, yainki Çarxac edirəm, yainki də Qazağ e:dirəm; - Savax yainki Cıvıxlıy (a) edəjəm, yainki də dağ edəjəm; - Biri varıydı, biri yoxuydu, Əhməd şah addı bir paccah varıydı; - Ay camahat, məni öldürmüyün, sürgün eliyin arvadım-nan, uşağımnan çıxım gedim; -Bir özüydü bir arvadıydı, iki də oğlan uşağ; - İraq-türkman ləncəsində söz birləşmələrinin asılı və ya əsas tərəflərinin həmcins olması hallarına da rast gəlinir: Məsələn: Gəlinin sağdış, solduşu olur; Kərkük öiləri, camələri rəngarəng boya ilə suslanırdı; -Palançılar, suvağçılar, pinəçilər və digər ismlərlə tanınmış pazarlarımız vardır və s.

Ədəbi dildən fərqli olaraq dialekt və şivələrimizdə bağlayıcılı həmcins üzvlü sadə cümlələrə az təsadüf edilir. Həmcins üzvlü sadə cümlələrdə ən çox ən çox aşağıdakı bağlayıcılara rast gəlmək olur. Məsələn: -Gah oxiyir, gah oxımır, heç onun işinnən baş çıxartmağ olmır (Bakı); -Nə oxiyir, nə işdi:r (Bakı) – Nə özi yiyər, nə özgiyə verər, iylədər itə verər (Şərur); Ədəbi dildə olduğu kimi, dialekt və şivələrimizdə də bəzən həmcins xəbər buraxılır. Məsələn: Toyçi, sazandar

46

Page 47: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

cətirillər. Xörəyi ye:llər, çay içillər, cedillər cəlini cətirillər (Ord.) -Səbəhnən duracam, əlimi, yüzümü yuvacam, çay içəcam, qapirativə gedacam, növüt alacam, so:ra evə qayıtacam. Mən Qaxda işliyam, qaprativin təsərrüfat müdiriyəm, qoyun, mal, əkin işlərinə baxıyam (Zaq.Qax.); -Dədəm Qorqud boy boyladı, söy söylədi, bu oğuznaməyi düzdü, qoşdu, böylə dedi. Əcəl aldı, yer gizlədi, fani dünya yenə qaldı; -Bir gün Ulaş oğlu, Tulu quşunyavrusu, bizə miskin umudu, ümmət soyunun arslanı; -Dədə Qorqud gəlibəni boy boyladı, soy soyladı, bu oğuznaməyi düzdü, qoşdu, böylə dedi; -Beyrək, Yeynək, Qazan bəy, Qarabudaq, Dəli Dondar, Qazan oğlu Uruz bəy-bunlar hasara yürüş etdilər; –Vallah, bəy yigit, allah taaladan buyruq oldu, al qanatlı Əzrail ol yigidin canını aldı; -Aruz Təpəgözü döydü, söydü, yasaq elədi, uslamadı; Cümlənin xitabla genişlənməsi: Gəlimli-gedimli dünya! Son ucu ölümlü dünya!; –Çağırıb ağaca söyləmiş, görəlim, xanım, nə söyləmiş. –Səni parça-parça doğrayaydılar, ağac;

Verib dil sərvi sarə, qönçə xarə, yar əğyarə, Cəhan bağında, ey bülbül, vəfayi-gülzar gördünmü? və s. Başqa nitq hissələri və atributiv söz birləşmələri xitab vəzifəsində işləndikdə substantivləşmiş olur; məs.: Mustafa Zərirdə: - Kim hacət qapusi açuq idi məgər Hacəti oldı qəbul, ey mötəbər, ey təmiz, ey əziz , ey könlü toq , ey yəra, ey sahibi-cəmal, ey ulu, ey bəxtlü, ey dilnəvaz; - Bulmadı çarə bunlərdən ol zəman, Yalvarurdı, ey Yəhuda, ey cəvan ; - Ey üzü gül, köynəyi gülgünü donu qırmızı! -Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım və s.

Xitabları mənşəyinə və ifadə vasitəsinə görə aşağıdakı kimi qruplaşdırmaq olar: 1. Azərbaycan (türk) mənşəli, yəni xalis xitablar: Ey göz, göz ol nigarın söhbətində, Ey yüz, ayağına döşən bu gecə; - Nə qəhri- Qahirə gərək, nə misr israrı Şəkər yetər bu cəhanə sözün ilə, çələbi; 2. Ərəb və fars mənşəli olanlar: 1.Ey səba, dəprətməgil zülfi qılın, Dəxi can oynamağa car olmadı;- Bülbül inilərü vəli gül gülə qarşu xoş gülər, Gəl gülşənə, ey əhli-dil, eylətəfərrüc gül-gülə; 3. Tərəflərdən biri xalis Azərbaycan, digəri isə ərəb və ya fars mənşəli olanlar. Məs.:Ey ləbün xəmrü gözlərün xəmmar, Zülfinə irəli səba bimar; - Ey bəni dəlü qılan, hicran edərsən, eyləmi? və s.

S.Ə.Nəbatinin dilində də xitablar çox güclü təsirə və tezliyə malikdir: Sənsiz, ey gül, könlümün bir dəm qərarı yoxdu, yox! Sən nə bəslərsən bu tərlanı, Nəbati, ruzü şəb? Qəm yemə, şad ol, könül, olma bu sözdən məlul, Ey, səni Tari, genə etmə pərişan məni, Bir də mənə söyləmə zülfi-çəlipayə bax! və s.(31).

Q.Kazımov yazır ki, əgər müraciət vasitəsi kimi işlənmiş söz və ifadələri, misraları boylardan çıxarsaq, «Kitab» öz bədii-estetik keyfiyyətini xeyli itirmiş olar. Dastan şe’rləri əksəriyyət e’tibarilə xitablardan ibarətdir. Çox zaman danışanın münasibəti cüttərkibli və ya təktərkibli cümlələrlə deyil, xitablarla ifadə olunmuşdur: Qaranqu axşam olanda güni toğan! Qar ilə yağmur yağanda ər kibi turan! Qaraquc atları kişnəşdirən! Qızıl dəvə gördügində bozlaşdıran! Ağca qoyun gördügində quyruq çırpub qamçılayan! Arqasını urub bərk ağılın ardın

47

Page 48: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

sökən! Qarma-bügəc simüzin alub tutan! Qanlu quyruq üzüb çap-çap yudan! Avazı qaba köpəklərə qovğa salan! Çaqmaqluca çobanları dünlə yügürdən!

Qul Əlinin “Qisseyi-Yusif” əsərində semit və türk kökənli xitablar daha geniş yayılmışdır: “Yə Cəbrail, ol Yusifə qılğıl dərman, Həm risalət,bəşarəti kəltür imdi; -Ol Cəbrail aydır: Yusif, imdi turğıl, Bu qovağa yabuşuba tışra varğıl; - Munlar aydır: Əya Məlik, bizə inan! Tilimizə gəl tutmaqıl hərgiz güman; -Qardaşların bu işləri nədən qıldı? Oğlum, sən bu hala netə düşdün imdi.

Türk dillərinin ən qədim yazılı abidələri olan Göytürk Orxon-Yenisey kitabələrinin dilində xitablara bol-bol rast gəlinir Məsələn: ...tokuz oğuz bəgləri, bodunı, bu sabımın edgüti esid, katığdı tinlə! (...doqquz oğuz bəyləri, xalqı, bu sözümü yaxşıca eşid, möhkəmcə dinlə!; -Ol yirgərü barsar, türk bodun, öltəçisən (O yerə doğru getsən, türk xalqı, öləsisən); –Ögün! Kərgünin üçün igidmiş bilgə kağanına, ermis, barmıs edgü ilinə kəntü yanıltığ, yablak kigürtik (Ayıl! İtaət etdiyin üçün (səni) yüksəltmiş müdrik xaqanına, axar-baxarlı yaxşı elinə özün yanıldın, pislik gətirdin) və s.

Ara sözlər və birləşmələr əksərən cümlənin əvvəlində müşahidə olunsa da, cümlənin daxilində və sonunda da işlənir. Məs.: Xülasə, oruş bayramına yoxun, qə-rdəşdər Təbrizdə görüşüllə; Əlqəza, padşah gejə vəsiyyət elədi; Beləlığnan, şah ca-nın əldən verip; Də:sən, yağış yağajax; Əttöbə, mənimişdən xəbərim yoxdu və s.

Dilimizdə bir sıra sözlər var ki, onlar başqa nitq hissələrindən, demək olar ki, tam təcrid olunmuş və modal sözə çevrilmişdir. Əlbəttə, beləliklə, nəhayət, təəssüf, yəqin, güman ki, sanki, həqiqətən və s. belə sözlərdəndir. Bunlar sintak-sisdə yalnız ara söz vəzifəsində çıxış edir; məs.:şübhəsiz, doğrudur, /doğır-dan/doğırdannan, deməli,/deməlu, deyəsən, görünür/görükey, görəsən, bilir-sənmi /bileysən/ bileysenmmi və s. belə sözlərdəndir.

Dialekt və şivələrimizdə onların müxtəlif fonetik variantları ilə yanaşı, ədəbi dildən fərqli modallıq ifadə edən sözlər də geniş yayılmışdır. Əsas nitq hissələri ilə əlaqəni kəsməmiş bu cür ara sözlərə morfoloji tərkibinə görə həm adlarda, həm də fe`llərdə rast gəlirik: doğrusu/doğrisi, lamahlıma/namahlıma, allahvara, şəhsız, həlbət, qəhəti budu, öləciyəm axı (sözün düzü), əlgərəz, xılasa, sən bilən/sən biləni, mənə qalsa/mənnən olsa, deməmişgən, uzun sözun güdəsi, əlqəza, beləlığnən, dordan da, do:rdan-do:risi; qərəz, düzülü, gerçəxli, mənim varanıma, mənim vaz(d)ıma, həlvət, yaqın, birimci; doğrısi, doğırdən, hökman, sözsız, namahlımə, nabədə, mağıl, gavar/gava, sözgəlişi, muxdəsər, mənım zəndımə; incavara(yaxşı ki), vaynaçarı (heç olmasa), fərəzən (tutaq ki), yanıkı-yanı, əqəllən (heç olmasa), nağılı-tül (nəhayət), eyhanə (təsadüfən), kürə sözü (türkün sözü), məxləs (xülasə), məğəl (yaxşı ki), gərəx, mətləb, illa, hağət, düezi, incəvara, hərvət, düzdihdən, bəlkəm, diyənə, fərəzü Feli ara sözlər: qaldı-yetişdi, deyəsən/diəsən, demək/deməy, deməli/deməlu, sən demə/demə, tutağ/tutax, görəsən, görünür/görükey, açığin desöy (ək.ş.).

48

Page 49: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Göründüyü kimi, ədəbi dildə olduğu kimi dialekt və şivələrimizdə də ismi ara sözlərin sayı feli ara sözlərin sayına nisbətən çoxdur. Ara sözlərin bir qismində modal münasibət qoşmaların iştirakı ilə formalaşır; eşitdiyimə görə/eşitdi:mə gora, ümumiyyətcən, məncə, bir söznən, dediyim kimi/dedığım kimi və s. Məsələn: Eşitdığımə gorə, kəndə qar qarreyip; Mənim zəndımə görə, yağışyağəcəğ; Deyilənə görə, yazığun ağli çaşıb.

Dialekt və şivələrimizdə işlənən ara sözlər və birləşmələr, əsasən modal söz-lər adı altında izah edilmişdir. Dialekt və şivələrdə işlənmə tezliyinə görə bunlar ayrı-ayrı məna növləri ilə verilir: gerçəkliyə münasibətin dərəcəsini bildirənlər: Ədətdi, gərəx hamıyı çağırax toya bizdərdə;-Düzülü, piyad essəx havax çatarıx Çaltəpiyə; Cümlədəki fikrə özünün və başqasının şəxsi münasibətini bildirənlər: Mənim varanıma, süntürüxdən yeməli pencər olmaz; -Mənim vadıma, camahatın gözünnən düşməxdənsə, başını yötürüf geniməx da: yaxşıdı; Nəticə və davamiyyət bildirənlər; -Nə başın ağrıdım, salamac ə:ldix öymüzə çıxdıx, indi də güzəranımız keçir xoş; Sıra və ardıcıllıq bildirənlər;Birimci, gejəhamı öyn ə:lir, heş yan e:tmə, ikimci gedirsən, eytiyatdı yet və s. Bu şivələrdə ədəbi dildə müşahidə olunmayan modal sözlər bunlardır: lamahlıma/namahlıma (heç olmasa), qəhəti budu, gafa/gafar, uzun sözün güdəsi, mənə qalsa, nabədə, muxdəsər və s.

Dialekt və şivələrimizdə sadə cümləni genişləndirən vasitələrdən biri də ara cümlələrdir. Ara cümlələr əsas cümləni-cümlədə iştirak edən şəxsin xüsusiyyətlə-rini, hadisələri, hadisələrə münasibəti və s. aydınlaşdırmaq üçün işlədilir. Məsə-lən: -Tezdən Məşə Məmmədinən (baş:o dönüm Məşə Məmməd) yola düşdüx; -Rəhmətdix dədəm (Allah cəmi:zin ölənnərinə rəxmət eləsin) biz boci-qərdəşin hommısın çux isdeydi;-Şəqqıldaxları (bəx hammı:za diyerəm) yünə qatman; -Bir dəfə (keçən gündi, yadımnan çıxıp) gede:x Urdıbada bəlgə satmağa; Qədimi adət-dərimiz vardı (indi ayru zamanadu), hami bir-birinə gedeydi, bir-birrərin yoxley-dilər. (Yar.) və s.

Dilimizdə məna yükünü nəzərə çarpdırmaq üçün xüsusi intonasiya ilə tələf-füz edilən, fasilə və durğu ilə ayrılan üzvlərdən, yəni xüsusiləşmiş üzvlü cümlələr-dən də çox istifadə olunur. Yalnız ikinci dərəcəli üzvlərə aid olan qoşmalı xüsusi-ləşmələr daha çox müşahidə edilir. Bura tamamlığın, zərfliyin və təyinin xüsusi-ləşməsi daxildir. Tamamlıqlar daha çox başqa, savayı, özgə, qeyri, əlavə qoşmala-rının köməyi ilə xüsusiləşir. Dialekt və şivələrimizdə onların fonetik variantlarına da rast gəlirik: Məs. Dua eləməydən svay, əlimnən nə gəley; -Qaş düzəltməy əvəzi-nə, vurub göz çıxardey (qoşma və zərfliyin xüs.-Yar.) və s. Qoşmaların xüsusiləş-məsinə bədii əsərlərin dilində də çox rast gəlinir: Ey sevdiyim səndən qeyri, kimim var (Vidadi); Nə yanar kimsə mənə atəşi-dildən özgə, Nə açar kimsə qapım badi-səbadan qeyri (Füzuli); Dialekt və şivələrimizdə sadə cümləni genişləndirən vasi-tələrə əlavələr və qoşulma konstruksiyalar da daxildir. Bunlar aid olduğu sözdən xüsusi fasilə ilə ayrılır və daha aydın nəzərə çarpdırılır və xüsusiləşir; məs.: Bizim

49

Page 50: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

kolat yerimiz var meşədə- Çobançağıran daşda; Rəhmətdiy kişini sədr qoydilər kətdə-qəlxoz sədri; -Bu daşdari çox ücüz almişdi-yadımda döyü və s.

A. RÜSTƏMOVA

MODERNLƏŞMƏ ŞƏRAİTİNDƏ KOMMUNİKASİYADA DİL AMİLİ

Açar sözlər: modernləşmə, kommunikasiya, mentalitet, novasiya, ənənə, sosiomə-dəni proseslər

Ключевые слова: модернизация, коммуникация, менталитет, новация, тра-диция, социокультурные процессы

Key words: modernization, communication, mentality, novation, tradition, sociocultural processes

Modernləşmə mürəkkəb xarakterə malik prosesdir və həyatın bütün sa-hələrini əhatə edir. Modernləşməyə xas olan sosiomədəni dinamklik cəmiyyəti modifikasiya edir, onu dəyişdirir. Sosiomədəni təcrübənin stereotipləşməsi ənənə-vi mexanizmlər zəminindən kənarlaşır, getdikcə daha çox innovasion yaradıcı təc-rübənin sayəsində formalaşır. Ənənəvi cəmiyyətdən müasir cəmiyyətə keçid, bü-tövlükdə, istər cəmiyyət, istərsə də ayrı-ayrı fərdlər üçün təzadlı xarakter daşıyır. Demək olar ki, həyat haqqında bütün təsəvvürlər, prioritetlər sistemi və s. dəyişir. Bununla yanaşı modernləşmənin cəmiyyətin, mədəniyyətin inkişafının ümumi po-tensialının artırılmasında mühüm rolu vardır.

Müxtəlif sosiomədəmi sahələrdə həyata keçən modernləşmə prosesləri eyni səviyyədə reallaşdırıla bilmir. Lakin uğurlu inkişafın əldə edilməsi üçün sosiomə-dəni dinamikanın ahəngdarlığının təmin edilməsi mühüm şərtlərdən biridir. Qeyd edilən inkişafdan geri qalan sahələr bu və ya digər şəkildə inteqrasiya proseslərinə mane olurlar. Bu baxımdam cəmiyyətin ümumi inkişafı naminə bütün sahələrin modernləşdirilməsinin həyata keçirilməsi məqsədyönlü nəticələrin əldə edilməsi-nə şərait yarada bilər. Müvafiq şəraitin formalaşmasında və inkişafında kommuni-kasiyanın rolu ölçüyəgəlməzdir. Bu gün sosial fenomen kimi kommunikasiya mə-sələlərinə maraq olduqca artmışdır. Kommunikasiya problemləri müxtəlif səviyyə və konsepsiyalarda tədqiqatçıların təhlil obyektinə çevrilmişdir. Bu istiqamətdə fəlsəfi, linqvistik, sosioloji, kibernetik, siyasi, psixoloji, kulturoloji və s. sahələri qeyd etmək olar. Mövcud şərait tamamilə qanunauyğundur. Belə ki, müasir dün-yada sənaye cəmiyyətinin sürətlə informasion-kommunikativ cəmiyyətə keçidi prosesi həyatın bütün sahələrinə kommunikasiyanın sirayət etməsi ilə müşayiət olunur. Həmçinin sosial reallığın kommunikativ təbiətinin yenidən dəyərləndiril-məsi zərurəti cəmiyyətin inkişafında mühüm əhəmiyyət daşıyan kommunikasiya-nın yerinin və rolunun müəyyənləşdirilməsini aktuallaşdırır.

50

Page 51: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Kommunikasiya problemi haqqında bu gün müxtəlif elm sahələrinin tədqi-qatçıları çox danışırlar və artıq “kommunikasiya” termini sosial-humanitar biliyin anlayışlar aparatına daxil olub. Aydındır ki, kommunikasiya prosesi cəmiyyətlə bərabər inkişaf edir və formalaşır. Çünki bu gün dünyada informasiyanın kəmiy-yəti və keyfiyyəti durmadan dəyişir, yeni kommunikasiya vasitələri yaranır. Dəyi-şiklik bütün informasiya səviyyələrini əhatə edir. Artıq bu gün tədricən dünyəvi inforмasiya mübadiləsi sistemi formalaşır. Baş verənlərin təqdirəlayiq cəhətləri danılmazdır, lakin hadisənin total xarakteri sosial təhlükələrin də miqyasının art-masına, bu təhlükələrin cəmiyyətin bütün sahələrinə öz təsiрini göstərməsinə sə-bəb olur.

Modernləşmə prosesində sosial kommunikasiya problemi olduqca mühüm əhəmiyyət kəsb edir və demək olar ki, sosiomədəni gerçəkliyin bütün sahələrini əhatə edir. Bu kontekstdə modernləşmənin yaratdığı və bir-birini təkzib edən iki proses baş verir: bir tərəfdən sosial birliyə cəhd, digər tərəfdən isə mədəni özünə-məxsusluğun qorunub saxlanması. Mövcud şəraitdə müasir dil siyasətinin əsas is-tiqamətlərindən biri linqvistik müxtəlifliklə bağlı problemlərin həlli yollarının aranması ilə yanaşı, fərqli identikliyə malik etnik qrupların siyasi iddialarına ob-yektiv münasibətin də nəzərdən qaçırılmamasıdır.

Müasir şəraitdə beynəlxalq münasibətlərdə yaranan açıqlıq istər-istəməz bü-tün sahələrə, o cümlədən, dil şəraitinə də, öz təsirini göstərir. Bunu daha çox xari-ci dillərin fəaliyyət dairəsi istiqamətində müşahidə etmək olar. Mövcud şəraitdə beynəlxalq ünsiyyət vasitəsi funksiyası daşıyan dillərə müxtəlif səviyyələrdə tələ-bat artmışdır. Nəticədə, alman, fransız dillərinin, xüsusilə, ingilis dilinin öyrənil-məsinə geniş şərait yaranmışdır. Müşahidələr göstərir ki, müasir dövrdə ingilis dili xarici dildən daha çox ikinci aparıcı dilə çevrilir. Bu gün kommunikasiya şəraitin-də bu tendensiya getdikcə artır. Sözsüz ki, baş verənlərin müsbət cəhətləri ilə ya-naşı mənfi tərəfləri də mövcuddur və bunlar diqqətdən kənarda qalmamalıdır. Bu, ilk növbədə milli dillərin müxtəlif çeşidli təsirlərdən qorunub saxlanması tələbatı-nı önə çıxarır. İngilis dilinin dünyada sürətlə yayılması və iri korporasiyalarda ün-siyyət vasitəsinə çevrilməsi şəraiti insanda müəyyən mədəniyyətə aidlik hissini zəiflədir, dünyanın vətəndaşı olması hissini yaradır. Təbii ki, bunlar bir tərəfdən dünyanın qavrayışında bir sıra xüsusiyyətlərin unifikasıyasına və bəzi davranış nümunələrinin ümumiləşməsinə səbəb olsa da, digər tərəfdən mentallıqlarda möv-cud olan üyğunsuzluqları üzə çıxarır, çünki fərd bu yeni şəraitdə psixoloji narahat-lıq hiss edir. Buna səbəb isə ona xas olmayan davranış tərzləridir.

Məlumdur ki, insanın mənəviyyatı maddi ifadə tərzinə malik deyildir. Mə-nəviyyat daxili aləmlə, hər bir fərdin psixologiyası ilə bağlıdır və onun mahiyyəti-ni müəyyənləşdirən amilləri əhatə edir. Ənənəvi fəlsəfi kateqoriyalar insanın mə-nəvi aləminin açılmasında mühüm mahiyyət daşıyırlar, lakin filosoflar insan fəaliyyətinin mənəvi-psixoloji məqamlarını təhlil edən zaman bunu yetərli hesab etmirlər. Ona görə də bu kontekstdə onlar mentalitet fenomeninə müraciət edirlər.

51

Page 52: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Mentallıq nədir sualına bu gün adi insanlardan tutmuş, elm adamlarına qədər hamı cavab tapmağa çalışır. Lakin problemin təhlilinə dair aparılan araşdırmalarda fransız strukturalistlərinin xüsusi əməyi vardır. Burada M.Fukonu və K.Levi-Strosu, xüsusilə, qeyd etmək lazımdır. Ümumiyyətlə isə, metalitet anlayışı yaran-dığı zamandan bir sıra humanitar elmlərin mühüm tədqiqat istiqamətlərindən biri kimi qiymətləndirilə bilər və bu tendensiya bu gün də davam edir. Problem ətrafında fikirlərin hər zaman aktual olması təsadüfi deyil, çünki onun təhlili fonunda hər bir tarixi epoxanın mahiyyətini qismən müəyyənləşdirmək mümkün ola bilir. Bu kontekstdə keçmiş dövrlərdə baş verənləri aydınlaşdırmağa imkan yaranır, çünki hər bir cəmiyyət özünün inkişaf mərhələlərində özünəməxsusluğu ilə seçilib, məhz bu xüsusiyyətlərin təhlili bu gün baş verən hadisələrin mahiyyətinin anlaşılmasına çox böyük yardım göstərə bilir. Həmçinin problem-lərə bu şəkildə yanaşma məsələyə sxematik münasibəti aradan qaldırır. Mentalitet kateqoriyası insanın təsəvvürlərinin və onun unikal mənəvi dünyasının psixi proseslər fonunda nəzərdən keçirilməsinə imkan yaradır. Bu, mentalitet anlayışının birbaşa mahiyyəti ilə bağlıdır. Belə ki, mentallıq fərdi və kollektiv mədəniyyətin özünəməxsusluğunu ifadə etməklə yanaşı, onun özü konkret sosial və mədəni şərtlərin təsiri nəticəsində formalaşır. Bir mühüm fakt da ondan ibarətdir ki, o sosiumun və tarixin inkişafına əhəmiyyətli təsir gücünə malikdir. Mentalitetə birmənalı münasibət olmasa da (bəziləri, ümumiyyətlə, bu fenomeni inkar edirlər) onun dərindən öyrənilməsinə çox böyük ehtiyac vardır. Bunu dünyada baş verən hadisələr zəruri edir və problemin Azərbaycan reallığında da nəzərə alınması, dərindən təhlil edilməsi vacib məsələlərdən biridir. Çünki demokratikləşmə inkişaf istiqamətini seçən ölkəmizdə siyasi, iqtisadi, hüquqi, pedaqoji və s. islahatların həyata keçirilməsi üçün cəmiyyətin mental xüsusiyyət-lərinin nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Əks təqdirdə, həyata keçirilən novasiyaların reallaşdırılmasında psixoloji durğunluq hökm sürə bilər. Başqa sözlə, milli şüurun, özşüurun və milli xarakterin transformasiyası problem-lərinə dair elmi əsasların və müvafiq təhlillərin yetərli olmaması sosial islahatların uğurla həyata keçirilməsində özünü göstərə bilər.

Azərbaycanda sosiomədəni proseslər tarix boyu eyni sürətlə həyata keçməsə də, həmişə inkişafa doğru istiqamətlənib. Bu kontekstdə ölkə bütün dövrlərdə həm Şərqin, həm də Qərbin təsirlərinə açıq olub. Bununla belə bu təsirlər Azərbaycanı digər ölkələrlə eyniləşdirməyib. Əksinə, hər yeni dövrdə burada yaşayan xalqlar öz tarixi keçmişlərinə, mədəniyyətlərinə, davranış stereotiplərinə, adət-ənənələrinə söykənərək, irəliyə getməyə cəhd ediblər. Başqa sözlə, sosiomədəni sistem öz inkişafinda proseslərə həmişə açıq olub.

52

Page 53: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Qeyd etmək lazımdır ki, mentalitet daxili ziddiyətə malik fenomendir. Bu baxımdan cəmiyyətdə hər hansı bir islahatın aparılmasında novasiya və ənənə arasında mütənasiblik hər zaman nəzər-diqqətdə olmalıdır. İfrat konservativlik və ya yeniliyə hədsiz aludəçilik cəmiyyətdə xoşagəlməz situasiyalar yaradır. Təbii ki, qeyd edilən balansı yaratmaq asan iş deyil, lakin ümumi inkişafın təmin edilməsində, insanlar arasında qarşılıqlı anlaşmanın yardılmasında bu çox vacib amildir. Bu sırada qeyd etmək lazımdır ki, cəmiyyət polimental xarakterlidir. Şərti olaraq onun mürəkkəb strukturu belə müəyyənləşdirilir: kütləvi mentalitet, mədəni elita mentaliteti, hakim elita mentaliteti. Qeyd olunan qrupların ifadə etdikləri mentallığın hər birinin özünəməxsus xüsisiyyətləri mövcuddur. Mədəni elita kütləvi şüur dəyərlərini təhlil edərək, nəzərdən keçirərək yüksək mədəniyyəti inkişaf etdirir və bu dəyərləri yenidən xalqa qaytarır. Bununla da kütləvi mentaliteti zənginləşdirir. İntellektual elitanın əldə etdiyi yeni mahiyyətlər hakim elita tərəfindən gündəlik həyata tətbiq edilir və bununla da cəmiyytin inteqrasiyası təmin olunur, onda baş verə biləcək nizamsızlığın qarşısı alınır. Buradan belə bir qənaət yaranır ki, hakim elita daim həm xalqla, həm də mədəni elita ilə əlaqədə olmalıdır. Qeyd olunan münasibətlərdə cəmiyyətin inkişafını təmin edə biləcək müvafiq gərginlik balansının qorunub saxlanması bu prosesin çox mühüm məqamıdır və uğurlu inkişafın əldə edilməsinin zəruri cəhətlərindəndir. Başqa sözlə, sosial qruplar arasında mental müxtəlifliyin müvafiq ölçüdə olması məq-sədə uyğundur. Sosiumda həmrəyliyin qorunub saxlanması üçün sosial qrupların mentallığı müəyyən ümumi xüsisiyyətləri özündə ehtiva etməlidir. Burada mental fərqliliyin və oxşarlığın səmərəli, optimal nisbəti nəzərdən qaçırılmamalıdır. Bu, bir tərəfdən qarşılıqlı əlaqə və ünsiyyət prosesində mədəni innovasiyaların həyata keçirilməsi üçün konstruktiv gərginliyin saxlanmasına hədəflənməlidir. Digər tərəfdən də mövcud durum qarşıdurmaya səbəb olmamalıdır. Bir fikir də xüsusilə qeyd olunmalıdır ki, hədsiz mental müxtəliflik yalnız ayrı-ayrı ölkələr üçün deyil, bütövlükdə, bəşəriyyət üçün də qorxuludur. Qloballaşma şərаиtndə dünyada cəmiyyətlər arasında artan qarşılıqlı münasibətlər fonunda mentallıqlar arasında mövcud fərqliliklərin əhəmiyyətinin qabardılması konfliktlərin kəskinləşməsinə səbəb olur. Ona görə də mövcud mentallıqlarda ayırıcılıq xüsusiyyətlərinin deyil, birləşdiricilik məqamlarının vurğulanması, məhz bu əsaslardan çıxış edilərək əlaqələrin formalaşmasının təmin edilməsi bu gün dünyada insanlar, xalqlar, dövlətlər və hətta kontinentlər arasında hökm sürən gərgin situasiyanı aradan götürə, hadisələri müvafiq məcraya yönəldə bilər.

Müasir dövrdə qloballaşma hər bir insanın həyatını əhatə etməyə başlayıb. Bu şərait müxtəlif dil və mədəniyyət daşıyıcıları ilə çox sıx əlaqələrin, ünsiyyətin yaradılması zərurətini aktuallaşdırıb. Dövrümüzün bu mühüm və qaçılmaz məqa-mının həyata keçirilməsində isə qarşıya mürəkkəb xarakterli maneələr çıxır. Bu maneələr reallaşdırılması nəzərdə tutulan fəaliyyətin mahiyyətindən doğur. Belə ki, millətlərarası kommunikasiyanın ən çətin cəhəti ondan ibarətdir ki, ünsiyyət

53

Page 54: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

prosesində hər kəs digərinin mədəniyyətini öz mədəniyyəti kontekstindən dəyər-ləndirməyə çalışır. Sözsüz ki, bu tərz şəraiti düzgün müəyyənləşdirməyə vəsilə ola bilməz. Nə qədər çətin olsa da, bu sırada düzgün yol digərinin dilinin, mədəniyyə-tinin, dünyagörüşünün əsasını təşkil edən elementlərin dərindən dərk edilməsidir. Çünki məhz bu təqdirdə insanda gündəlik həyatda hadisələrə müəyyən kommuni-kativ davranış və emosional reaksiyalar formalaşır. Görünür, məhz elə bu cəhətlər mentalitetin mahiyyətini əhatə edir.

Məlumdur ki, müasir dövrdə dünyanın dərk edilməsində iqtisadi proseslər güclü təsirə malikdir. Bir çox ölkələrdə bu gün iqtisadiyyat çox böyük sürətlə, yüksək nəticəyə istiqamətlənərək inkişaf edir və bu yeni şəraitdə insan, sanki, müəyyən bir mentallığa aid olduğunu unudur. Bu məqamda Martin Hadeggerin bir fikfi mövcuddur: “... texnika getdikcə daha çox insanı torpaqdan qoparır və bununla da onu kökündən ayırır. Bu yaxınlarda mən Yerin kosmosdan çəkilmiş foto şəkillərinə baxanda qorxdum. Bizə atom bombası lazım deyil, insanın kökü-nün kəsilməsi göz qabağındadır.” (1) Fikrin davamı olaraq alim bildirir: “Bəşəriy-yət haqqında bizim təcrübələrimizə və tarixə əsaslanaraq deyə bilərəm ki, mühüm əhəmiyyətə malik və dəyərli nə varsa, insanın vətəninin olmasından və ənənələrə köklənməsindən yaranmışdır”. (2) Belə bir fikir mövcuddur ki, dil birliyi ümumi mentallığın formalaşmasında mühüm amildir. Lakin o da məlumdur ki, ingilislər və amerikanlar eyni dildə danışsalar da, müxtəlif mentallığa malikdirlər. Əksinə, eyni ərazidə yaşayan, lakin müxtəlif dillərdən istifadə edən xalqları birləşdirən tarixi tale və vahid dövlət ümumi mentallığın formalaşmasına və inkişaf etməsinə çox münbit zəmin yarada bilir. Buna bariz nümunə Azərbaycanda yaşayan 100-dən artıq millət, milli azlıq və azsaylı xalqdır. Bu xalqlar müxtəlif geneoloji mən-şəyə malik, fərqli funksional və struktur inkişaf səviyyəsində olan 20-yə qədər dil-lərdən istifadə edirlər. Bununla belə, burada yaşayan xalqlar bu və ya digər cəhət-dən müxtəlif xüsusiyyətlər daşısalar da, bütövlükdə, ümumi mentallığa malikdir-lər. Sözsüz ki, burada xalqlar arasında ümumi mentallığın formalaşmasında digər amillərlə yanaşı (ümumi tarixi tale, adət, ənənələr, inanclar, davranış stereotipləri və s.) Azərbaycan dilinin müstəsna rolu vardır.

Ədəbiyyat

1. Философия Мартина Хайдеггера и современность. М., Наука, 1991, с.242.2. Yenə orada, s.243.

54

Page 55: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Y.Ə. SÜLEYMANOV

İNTERFERENSİYA DİL HADİSƏSİ KİMİ

Açar sözlər: interfernsiya, dil sistemi, dillərarası əlaqəКлючевые слова: интерференция, языковые системы, межязыковыеKey words: interference, the communication of interlanguages, language system

Xarici dillərin öyrənilməsinə təlabat durmadan artir. Bu da özünü həyatımı-zın bütün sahələrində xüsusilə də elmi texniki, iqtisadi və mədəni sahələrində da-ha parlaq biruzə verir. Müstəqillik əldə etmiş Azərbaycan digər ölkələrlə əlaqələ-rini gündən-günə genişləndirməkdədir. Xüsusilə yetişməkdə olan gənc nəslin in-tellekt kimi formalaşmasında beynəlxalq aləmə çıxış, dünya mədəniyyəti ilə elmin müxtəlif sahələrinin inkisafı ilə tanisliq, təhsildə kompyuter texnologiyası imka-nından geniş istifadə olunması, Avropaya inteqrasiya cəhdi, dünya təlim-tərbiyə, təhsil və tədris təcrübəsindən faydalanma müstəsna əhəmiyyət kəsb edir.

Bildiyiniz kimi, İngilis dili beynəlxalq aləmdə, eləcə də bütün dünyada bö-yük nüfuza malikdir. Məhz, bu baxımdan ölkəmizdə də xarici dillərin, xüsusilə də ingilis dilimin öyrənilməsinə maraq artmaqdadır. Ona görə də ingilis dilinin hərtə-rəfli öyrənilməsi üçün onun Azərbaycan dili ilə müqayisəli şəkildə öyrənilməsi ol-duqca zəruridir. Bu baxımdan Azərbaycan dilçiliyində müxtəlifsistemli dillərin tədqiqinə son dövrlərdə maraq xeyli artmışdır. Dilçi alimlərimiz xarici dillərin Azərbaycan dili ilə tutuşdurulması və muqayisəli öyrənilməsi istiqamətində xeyli işlər görmüşlər.

Bütün dünyada 3000-ə yaxın dil mövcuddur. Onlar müxtəlif dil qruplarına daxildir və onlar arasında coxlu fərqlər olduğu halda, oxşar cəhətlər də az deyil. Hər bir dil bir xalqın nemətidir. Elə xalqlar vardır ki, onların yazı dili yoxdur, la-kin şifahi dil insanlar arasında ünsiyyət vasitəsi kimi qalmaqdadır. Dillər – istəni-lən fikri səslərlə ifadə etmək üçün insanların istifadə etdikləri ünsiyyət vasitəsidir. Əgər insan öz nitq fəaliyyətində bir neçə dildən istifadə edirsə, deməli həmin dil-lərlə əlaqədə olur. Dillərarası əlaqələrin baş verməsi vəziyyəti iki və daha cox dil-lərin kontaktı əsasında olur. Bu əlaqələr zaman dillərin interferensiyası baş verir ki, o da dillərin bütün sferalarına təsir göstərir.

İlk dəfə olaraq Praqa dilçilik məktəbində interferensiya hadisələri haqqında fikir söylənilmişdir. Onlar belə bir fikir söyləmişlər ki, interferensiya prosesi za-manı dillər arasında dil normalarının pozulması baş verir. Bu zaman həm mənfi, həm də müsbət nəticələr əldə edilə bilər. Belə interferensiya anlayışı daha geniş yayılmışdır.

İki müxtəlif dil sistemlərindən-(məsələn Azərbaycan və ingilis dilləri) insan nitqinə əlaqəli təsir göstərən amillərdən biri ana dilinin xarici dilə təsiridir. Biz

55

Page 56: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

əsas dil sistemi kimi Azərbaycan dilini interferensiyanın bir mənbəyi kimi, ingilis dilini isə interferensiyanın bir obyekti kimi götürə bilərik. Lakin bu o demək de-yildir ki, əsas sistemi biz Azərbaycan dili götürək. Bunun əksi də ola bilər, yəni əvvəllər öyrənilmiş xarici dil də götürülə bilər. Bu da belə bir fikir söyləməyə əsas verir ki, əgər ana dili bütün sahələrdə dəqiq dil normaları əsasında öyrənilirsə, o halda ana dili interferensiyanın əsas mənbəyi ola bilir. Əks halda isə öyrənilən in-gilis dili Azərbaycan dilinə təsir göstərməklə gündəlik nitqimizə daxil ola bilir. İn-terferensiya məsələsi dilçilikdə əsas problemlərdən biridir. Bu məsələnin öyrənil-məsində biz Azərbaycan və ingilis dillərinin bütün səviyyələrinə müraciət etməli-yik. Bu məsələnin araşdırılmasını hər iki dili qarşılaşdırmaqla, onların müxtəlif səviyyələrini öyrənməklə həll etmək olar. İstər şifahi nitqdə, istərsə də digər ya-ruslarda buna şahid olmaqla müxtəlifliyi görmək olar.

İnterferensiya hadisəsi əsasən bir dilin digərinə təzahür etməsi və təsir göstərməsidir. Bu hadisə iki dilin qarşılıqlı əlaqəsi zamanı gedən bir prosesdir ki, bu zaman dil normaları pozulur və digər dil təsirinə məruz qala bilir. Müşahidələr göstərir ki, interferensiyanın müxtəlif növləri mövcuddur.

Xarici dilin öyrənilməsində yeni dil materialının mənimsənilməsi və xarici dilin müxtəlif elementlərinin öyrənilməsi həmin dilin fonetik, leksik və qrammatik normalarının dəyişməsi əsasında baş verir. İlk öncə xarici dili öyrənən həmin dilin xüsusiyyətlərini doğma dil normalarına uyğun öyrənməyə çalışır. Bu zaman hər iki dil həm fonetik, leksik və qrammatik müqayisə olunmalıdır.

Müasir dövrdə ingilis dili beynəlxalq dil səviyyəsində öyrənilir və biz də bunu gündəlik həyatımızda hiss edirik. Beynəlxalq əlaqələrin inkişafı və onlar arasında xarici dilin funksiyasının artması, dünya mədəniyyətlərinin ingilis dilində öyrənilməsi Azərbaycan və ingilis dillərinin interferensiyası prosesində də özünü göstərir. Məhz, bu əlaqələr özünü ən çox xarici şirkətlər,firmalar və təşkilatların fəaliyyət sahəsində biruzə verir. Məsələn: internet, compyuter, marketing, server, pleyer, reyting, limit, market, şou, şoumən, şoubizness, klip, kontur, broker, biznes, brifinq, bos, kontrol, konflikt və s.

Dilimizə daxil olan bu sözlər bəzən dil normalarını pozur,bəzən də olduğu kimi qəbul edilir. Bu zaman iki dil arasında interferensiya hadisəsi baş verir, yəni bir dil digərinə müdaxilə etməklə ona təsir gəstərir. Ona görə də interferensiyanın tədqiqi xarici dillərin öyrənilməsində mühüm rol oynaya bilir. Bu mənada interferensiya əlaqədə olan dillərin daxili mexanizmini açmaqla onların həm mənfi, həm də müsbət nəticələrini üzə çıxarır. Bir məsələyə diqqət yetirmək lazımdır ki, mənfi nəticəli interferensiya sanki bir xəbərdarlıq edirmiş kimi nitqdə təzahür etməklə dil əlaqələrinin inkişafına maneə yaradır. Dil sistemlərinin belə pozulması interferensiyanın təsir nəticəsi kimi xarici dildə nitqin qurulmasının bütün səviyyələrində aşkar edilir.

56

Page 57: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Beləliklə, interferensiya yavaş-yavaş baş verən prosesin ayrılmaz hissəsi olmaqla, qəbul edilmiş dil sistemində bu və ya digər dillərin hər elementinə təsir göstərməklə nüfuz edir.

Ədəbiyyat

1. Верещагин Е.М.”Психологическая и методическая характеристика двуязы-чия. (билингвизма)”, Москва,1968, стр.131.

2. Баранникова Л.И. “Сущность интерференции и специфика ее проявления.” Москва, Наука, 1972, стр.88.

3. Məmmədov N.X. “Dil əlaqələri probleminin tədqiqi.” Türkologiya, Bakı, 2000, N-1-4, s.69-80.

4. Məmmədli N. “Alınma terminlər”. Bakı, ”Elm” nəşriyyatı 1997.

57

Page 58: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Ə.V. TANRIVERDİ

MÜASİR AZƏRBAYCAN DİLİ HAQQINDA BƏZİ FİKİRLƏR

Açar sözlər: Azərbaycan dili, orfoqrafiya, bədii mətn, dilçilikКлючевые слова: азербайджанский язык, орфография, художественный

текст, лингвистикаKey words: Aзeri language, orthography, literary text, liguistics

Müasir Azərbaycan dilinin ümumi vəziyyətini belə səciyyələndirmək olar: çoxsaylı qəzet və jurnallarımız Azərbaycan dilində nəşr olunur; radio və tele-viziyalarımızda aparıcı dil məhz Azərbaycan dilidir; uşaq bağçalarından başlamış ən nüfuzlu ali məktəblərimizə qədər tədris və təlim-tərbiyə işləri əsasən Azərbaycan dilində aparılır; parlamentimizdə yalnız Azərbaycan dilindən istifadə olunur (1992-ci ildən); Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi rəsmiləşdirilmişdir (1995); Azərbaycan dili dünyanın mötəbər qurumlarının tribu-nalarından eşidilir... Bütün bunlar Azərbaycan dilinin fəaliyyət dairəsinin əvvəlki dövrlərlə müqayisədə üstün mövqedə olduğunu açıq-aydın göstərir. Amma bu istiqamətlərin hər birini elə inkişaf etdirməliyik ki, indiki qloballaşma dövründə dilimiz itkilərə məruz qalmasın, zənginliyini qoruya bilsin.

Azərbaycan dilçiliyinin son iyirmi ildəki inkişafını belə ümumiləşdirmək olar: orfoqrafiya, orfoepiya, dialektologiya və terminologiyaya dair lüğətlər nəşr edilib; fonetika, leksikologiya, onomalogiya, morfologiya və sintaksislə bağlı araşdırmalar təkcə sinxronik yox, həm də diaxronik müstəvidə aparılıb; M.Kaşğarinin “Divanü lüğat-it-türk” əsəri Azərbaycan dilinə tərcümə olunub; “Dədə Qorqud kitabı” ilə bağlı onlarla monoqrafiya, yüzlərcə tezis və məqalə çap olunub... Bu qeydlər onu deməyə əsas verir ki, Azərbaycan dilçiliyi XX əsrin 80-ci illərinə qədərki səviyyəsindən fərqli olaraq, daha çox dərininə inkişaf edib. Əlbəttə, bu sahədəki araşdırmalarımız da təkmilləşdirilməlidir.

Azərbaycan dilindən istifadə zamanı qüsurlar da müşahidə olunur:Azərbaycan dilinin orfoqrafiya lüğətində (Bakı, 2004) bir sıra sözlərin səhv

verilməsi mətbuatda xüsusi olaraq vurğulanır: kompüter – kompyuter; şeiriyyət – şeriyyət...”. Amma bu da var ki, orfoqrafiya lüğətində düzgün verilmiş onlarca söz mətbuat səhifələrimizdə, hətta elmi əsərlərimizin dilində belə səhv yazılır. Məsələn, orfoqrafiya lüğətindəki alğı-satqı, kəşməkəşli, apelyasiya kimi sözlər daha çox alqı-satqı, keşməkeşli, apellyasiya şəklində işlənir.

Reklam lövhələrində hər hansı bir məlumat, heç şübhəsiz ki, ilk olaraq Azərbaycan dilində verilməlidir. Amma bir sıra hallarda bunun tam əksi müşahidə olunur. Bəzən isə reklamların yalnız ingilis və rus dillərində təqdiminə rast gəlinir (bu barədə çox bəhs olunub);

58

Page 59: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

-dır4 xəbərlik şəxs şəkilçisinin –dı4 formasında verilməsinə təsadüf olunur: məktəbdir-məktəbdi, həkimdir-həkimdi, oxumuşdur-oxumuşdu, demişdir-demiş-di... Bu, qrammatik normaların ən ciddi pozuntularından biri hesab oluna bilər;

Bir sıra ziyalılarımızın Türkiyə vətəndaşları ilə söhbətləri zamanı şu, şöylə, əvət, əfəndi və s. kimi söz və ifadələrdən istifadə etmələri, eyni zamanda intonasiyalarını Türkiyə türkcəsinə uyğunlaşdırmaları müşahidə olunur ki, bu da qətiyyən yolverilməzdir. Yeri gəlmişkən, bu prosesdə qarşı tərəf əsasən Türkiyə türkcəsindən istifadəyə üstünlük verir.

Azərbaycan ailələrində bəzən yeni doğulmuş uşaqlara ilk olaraq ingilis və rus dillərinin öyrədilməsinə təsadüf olunur ki, bu da mənəviyyatımıza vurulan zər-bələrdən biridir. Burada Y.A.Komenskinin bir fikrini xatırlatmaq yerinə düşür: “ana dilinə yiyələnmədən adama xarici dil öyrətmək – uşağa yeriməyi öyrətmədən at minməyi öyrətmək kimi bir şeydir”.

Azərbaycan dilçiliyi üzrə araşdırmalarda aşağıdakı məsələlərə daha çox diq-qət yetirmək lazım gəlir:

Orfoqrafiyaya dair çap olunmuş lüğətlər təkmilləşdirilərək yenidən nəşr olunmalıdır;

Daha çox orta məktəb kursunu əhatə edən orfoepiya sözlükləri müasir tələb-lərə tam cavab vermədiyi üçün orfoepiyaya dair tədqiqatlara istinad olunmaqla “Azərbaycan dilinin orfoepiya sözlüyü” hazırlanmalıdır (bu, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu və ali məktəblərin filologiya fakültələrinin mütəxəssisləri-nin birgə fəaliyyəti ilə asanlıqla reallaşdırıla bilər);

Əsası M.Kaşğari tərəfindən qoyulmuş morfonologiya məsələləri üzrə araşdırmalar kompleks və sistemli şəkildə aparılmalıdır;

Fonetika, leksikologiya, onomalogiya və qrammatikaya dair araşdırmalarda qədim abidələrimizin dili mütləq nəzərə alınmalı, problemə daha çox tarixi-linqvistik müstəvidə yanaşılmalıdır. Burada yalnız iki faktı qeyd etməklə kifayətlənirik: 1) 1940-cı ildə əlifbadan çıxarılmış “ή” (sağır nun, velyar ή) səsinin hərfi işarəsi bu gün də məna dolaşıqlığı yaradır: kitabıήı-kitabını, ataήı-atanı, .... Digər tərəfdən, müasir ədəbi dilimizdə “ή” səsinin olmaması miή-min, doή-don kimi sözlərin omonimlər başlığı altında öyrənilməsinə səbəb olmuşdur; 2) müasir ədəbi dilimizdə kök və şəkilçi morfemlərinə parçalanmayan “dinlə” sö-zünün kök hissəsini (din) məhz M.Kaşğarinin “Divan”ına istinadən dəqiqləşdir-mək mümkündür: tın (nəfəs almaq, soluq), tınqla – dinləmək...;

Anadilli ədəbiyyatımızın dilindəki assonans, alliterasiya, təşbeh, metafora, antiteza, inversiya kimi bədii təsvir və ifadə vasitələri daha çox mətn semantikası müstəvisində tədqiq olunmalıdır;

Yazılı abidələrimizin dilindəki akkumulyativlik müəyyənləşdirilməli, eyni zamanda bu tədqiqatlara istinad etməklə bir sıra söz və ifadələrin bərpasına çalış-maq lazımdır. Məsələn, müasir ədəbi dilimizdə II növ təyini söz birləşməsi mode-lində olan “süd qardaşı” vahidi M.Kaşğarinin “Divan”ında “əmikdəş”, Kişvərinin

59

Page 60: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

dilində isə “əmiktaş” şəklindədir. Müqayisələr “süd qardaşı”nın əvəzində “əmik-dəş” sözünün işlədilməsinin daha uğurlu olduğunu göstərir.

Bədii mətnlərdə dilçilik məsələlərinin poetik şəkildə ifadəsi müəyyən-ləşdirilməlidir. Nümunə: IX-XI əsrlərdə aid “Oğuznamə”dəki “söz sözü çəkər”, “Söz sözdən açılur”, “Söz torpaq kibidir, eşdikcə örər” kimi deyimlərin məna yükü F-de Sössürün “...İstənilən söz həmişə onunla bu və ya digər surətdə assosiasiyaya qadir olan hər şeyi yada sala bilər” fikri ilə eyni semantik şaxədə birləşir. Bu isə o deməkdir ki, “Oğuznamə”də poetik şəkildə ifadə olunmuş nəzəri fikirlər Avropa dilçiliyini ən azı min il qabaqlamışdır.

Azərbaycan dili dərsliklərində fikri təsdiq üçün verilən nümunələrin bədii-estetik siqlətinə xüsusi olaraq diqqət yetirilməlidir. Yeri gəlmişkən, bu sahədə tu-tarlı mənbələrimiz kifayət qədərdir. Məsələn, Bəkir Çobanzadə 1928-ci ildə yaz-dığı “Türk qrameri” kitabında hal kateqoriyaından bəhs edərkən “Gətirəndə el gə-tirər, yel gətirər, sel gətirər. Aparanda el aparar, yel aparar, sel aparar” kimi nümu-nələri verir. Bu mənada Azərbaycan dili dərsliklərində “Əhməd yaxşı oxuyur”, “Tural top oynayır”, “Zəng vuruldu, dərs başlandı” kimi cümlələrdən imkan daxi-lində imtina olunmalı, əksinə, “Qar üzərinə qan tammış kibi qızıl yanaqlım!” (“Kitab”), “At türkün qanadıdır” tipli nümunələrə üstünlük verilməlidir.

Ulu Dədə Qorqudun dilini yad təsirlərdən qorumalı, yaşatmalı, təkmilləşdir-məli və zənginləşdirməliyik.

60

Page 61: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

M.A. TƏKLƏLİ (NURİYEVA)

ÇAĞDAŞ DÖVRDƏ AZƏRBAYCAN DİLİ

Açar sözlər: ana dili, alınma söz, türkcə, rus diliКлчевые слова: родной язык, иноязычные слова, по-турецки, русский языкKey words: mother tongue, adopted word, turkish, russian language

Dil milli varlığın simvolu, daha doğrusu göstəricisidir. Milyon illər ərzində insanın bütün başqa kəşfləri ilə müqayisə etdikdə dilin ən böyük, ən ecazkar bir kəşf olduğu qənaətinə gəlirsən. Dil insan fikrinin, insan mənəviyyatının, psixoloji aləminin ehtiraslarının parlaq bir güzgüsüdür. Dil gözəllik xəzinəsidir. Son za-manlar dilin təmizliyi, bu mənada alınma sözlərə fərqli münasibətlər fonunda bu məsələ tez-tez mübahisə və tədqiqat hədəfinə çevrilməkdədir. Cəsarətlə demək olar ki, belə araşdırmalar ictimai, milli, tarixi əhəmiyyət daşımaqla bərabər, siyasi problemlərin həlli üçün də açar kimi bir vasitədir.

Azərbaycan ədəbi dilindəki alınma sözlərin xarakteri və lüzumsuz alınmaların ortaq türkcəmizə məxsus sözlərlə əvəzlənməsi vacibliyi. Alınma söz niyə alınır və onun dilə daxilolma zərurəti nədən doğur? Məlum olduğu üzrə söz alınmasının birinci səbəbi müəyyən anlayışları ifadə etmək üçün dildə lazımi sözün yoxluğundan doğur. Alınma sözlərin vasitəsilə isə dil zənginləşir, onun ifadəlilik imkanları daha genişlənir.

Cəmiyyətin inlkişafı ilə birlikdə dilin də zənginləşməsi və təkmilləşməsi faktları da göz önündədir: fayl, printer, skaner, monitor, maus, kartriç (kompüterə aid); kikboks, skeytbol, boulinq (idmanla əlaqədar), biznes-sentr, şou-biznes, makler, market, barter, vauçer, diler, broker, eksçenc (iqtisadiyyat və maliyyə ilə bağlı), top-şou, mesaj, imic, fitnes-klub, xit, prezentasiya, nominasiya,monitor, şoumen, feysbuuk, brifinq, debat, sponsor, bankomat (insanın müxtəlif fəaliyyət sahələri ilə əlaqədar)...kimi sözlər dilimizdə günü-gündən çoxalmaqdadır.

Azərbaycan dilində alınma sözlərin miqyasını və xarakterini təyin etmək üçün dilin tarixi inkişafı yollarına nəzər salmaq lazım gəlir. Belə ki, Azərbaycanın Rusiya imperiyası idarəsinə keçməsilə XIX yüzilliyin ilk çağlarından başlayaraq rus, həmçinin Avropa sözlərinin Azərbaycan ədəbi dilinə intensiv axını başlayır; həm də bu sözlərin müxtəlif funksional üslub təzahürlərinə nüfuz etdiyini görürük. Bu təsir Sovetlər birliyi illərində daha güclü və davamlı xarakter alır. Hətta bu qarşısıalınmaz axının təsiri altında əvvəl dilimizdə işlənən sözlərimiz bu zorakı alınmalar önündə tab gətirmir, fəallığını tezliklə itirməklə aradan çıxır, daha doğrusu öz yerini yeni “alınmalara” verirdi: qışla -kazarma; dolça – qrafin; dol – vedrə; almas – brilliant; təqvim – kalendar; həyəcan– trevoqa; dəftərçə – bloknot; masa – stol; ayaqqabı – tufli; saray – plaza; soba – peç...sözləri ilə əvəzlənməklə dildə sıxışdırılıb passivləşməyə üz qoydu. Faktlar göstərir ki, rus di-

61

Page 62: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

lindən və onun vasitəsi ilə Avropa dillərindən söz alınarkən bu prosesdə dilimiz-dəki əski və əlverişli sözlərimizin mövcudluğu nəzərə alınmamışdır. Demək ki, dilimizin lüğət tərkibindəki alınmaların heç də hamısı qonşuluq münasibətləri sa-yəsində, nə də deyildiyi kimi iqtisadi, siyasi, elmi, mədəni əlaqələr nəticəsində da-xil оlmamışdır. Aydın olur ki, dillərin qarşılıqlı əlaqəsi məsələsi birtərəfli anlaşıl-dığından nəticədə xalqın milli sərvəti sayılacaq ana dili lüzumsuz və bu səbəbdən də doğmalaşa bilməyən yad ünsürlərlə dolmuşdur. Bu mənzərəni canlandırmaq üçün yuxarıda göstərdiyimiz nümunələrə bu sayaq əlavələr edə bilərik: şorba – sup; iflas-bankrot; alay – polk; yavər – adyutant; nüsxə - resept; çapar (və ya qa-sid) – kuryer; üstəgəl – plyus; çəkmə, ayaqqabı - tufli; mənzərə - peyzaj; əzvay – aloe; səfil – bomj; qovluq – papka və s.

Təbii ki, qeyd etdiklərimiz beynəlmiləl sözlərə aid deyildir; beynəlmiləl xa-rakterdə dəyərləndirilən alınmaları dəyişməyə heç bir əməli və elmi ehtiyac yox-dur. Bunlar notarius, kolxoz, sovxoz, şlyapa, poliklinika, telefon, poema, ro-man, atom, dram, artist, balerina, metro...kimi sözləri əhatə edir. Lakin villa yerinə malikanə, saray, test yerinə yoxlama, sınaq, , eksklyüziv – xüsusi, bravo - əhsən, afərin; innovasiya – yenilik, , bomj – səfil və ya səfil – sərgərdan; mini market – dükan; market – maqazin; super market – bazar; anons – duyuru; star – ulduz; şou – göstəri; unikal- möhtəşəm, mümtaz, üstün; qonorar – qələm haqqı; komfort – rahat; problem – qayğı, müşkül və ya məsələ, illət deyə bilmə-rikmi? Daha doğrusu işlətməkdə olduğumuz həmin sözləri istifadə etmədə ardıcıl ola bilmərikmi?! O halda ki, problem anlayışında öz yerinə və məqamına görə bü-tün qeyd olunan məfhumlar öz ifadəsini tapa bilir. Həm də bunlar heç də beynəl-miləl terminlər deyil. Bu sözlərin göstərdiyimiz şəkildə ana dilindəki çox əlverişli qarşılığı olduğu halda illərdən bəri işlədilən, hər kəsin bildiyi, işlətdiyi, alışdığı sözlərimizi dildən sıxışdırıb çıxarmağa nə ad vermək olar? Qəzənfər Kazımovun obrazlı qeyd etdiyi kimi, “nə üçün özgə qaşığı işlədirik?”.. Düşünmək lazımdır.

Həm də sözlərin hamısını birbaşa mənbə dildən almadığımıza və bu sözləri rus dili “körpüsündən” keçirdiyimizə görə beynəlmiləl sözləri belə dəyişilmiş hal-da götürməli olduq: repartyor, transpartyor, və yaxud beynəlmıləl fabrik olduğu halda lüzumsuz olaraq həm də zavod sözünün, helikopter yerinə vertolyot alınma-sı... Ölkənin ziyalıları dilimizin qayğısını çəkməklə daim belə hallara qarşı çıx-mışlar. Xalq şairi Rəsul Pza Azərbaycan SSR-in o zamanlar Baş Soveti olan Ali Sovetinin ikinci sessiyasının iclasındakı çıxışında deyirdi: "Mən bilmirəm, "Kom-munist" qəzeti hansı əsasa görə və hansı haqla maliyyə, vətəgə, təpə, məhsul, hə-vəs, fincan sözləri var ikən, finans, promısel, sopka, produkt, stimul, çaşka və bu kimi sözləri özbaşına bizim dilimizə soxur?

Düzdür, ana dilimizin əsas zənginləşmə mənbəyi dilin daxili imkanlarıdır; məhz bu yol ən məhsuldar, ən əlverişli yoldur. Dilin lüğət tərkibi yalnız bu mənbənin hesabına artıb güclənə bilir. Hətta bir vaxtlar ifrata varan ziyalılarımız olmuşlar ki, onların purist (dildəki bütün alınmalara qarşı uydurma sözləri qoyan

62

Page 63: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

ölkədəki purizm hərəkatı nəzərdə tutulur) fəaliyyətləri nəticəsində coğrafiya – yerbil, astronomiya – göybil, təyyarə - uçquç, samovar – qur-qur... deyə onlarla sözümüz, alışdığımız vasitələr dildən çıxa bilərdi. Vaxtilə maarifçi ziyalılarımız həmin ifrat hərəkata qarşı çıxa bilmişdilər. Məsələ burasındadır ki, Yusif Vəzir Çəmənzəminli belə düşünən bəzi “milli” ədiblərin obrazını canlandırmaqla öz düzgün mövqeyini nümayiş etdirmişdir. Yazıçının “Aprelin biri” hekayəsində Əsəd bəy surəti vacib sandığı bir çox məsələlər sırasında yeni dil problemi ilə də məşğul olmağa imkan tapır; “lisaniyyət marağı dövrü Əsəd bəy islahatçı olaraq meydana atılmış və fars-ərəb kəlmələri yerinə türk sözlərinin işlənməsini təklif etmişdir; məsələn, xoruz əvəzinə qızıl pipik quş, musiqi əvəzinə zır-zır, münəccim əvəzinə ulduzabaxan və qeyriləri”

Məsələ ondadır ki, belə kiçik təcrübələr-sərbəstliklərin dilə acı nəticələr gə-tirə biləcəyini təsəvvür etmək elə də çətin deyildir. Həmçinin son zamanlar dilimi-zin öz daxilində yaratdığımız durum, ortam, gündəm, çağdaş, başqan... sözləri-ni də eyni cür – söz yaradıcılığına ifrat aludəçilik sayaq qiymətləndirilməlidir. Bu-nunla bərabər onu da etiraf edək ki, bu gün alışdığımız və məmnuniyyətlə işlətdi-yimiz veriliş, göndəriş, çağırış, anlayış, baxış, bildiriş, giriş, uduş, sonluq, sözlük və s. kimi sözlər də o təcrübədən yadigardır.

Dil mənəviyyatın açarıdır. Keçmiş SSRİ miqyasında yalnız rus dilinin ümum ünsiyyət vasitəsi olması hər şeydən əvvəl türk xalqları yaşayan respublika-lar arasında da əsas vasitə olur; bununla da Azərbaycan türkcəsi türkmən, özbək, qazax, türkcələrindən uzaqlaşır, dillərin ayrılması, fərqləşməsi prosesi güclənirdi. Anlaşmaq üçün rus dili vardı; bu kifayət edirdi. Türkiyə türkcəsində də ifrat “ye-niləşmə” meyli bu bağlılığın ortaq vasitələrini qırıb aparmaqla həmin dil ortaqlığı-nı pozmaq işinə istəsə də, istəməsə də xidmət etməli olurdu.

Dilimizin qayğıların düzgün qiymətləndirməmək qayğısızlıq doğurur. Bunun kimi: Badamdar – Padamdart; Şıx – Şıxov; Kırım – Krım; Nasoslı – Nasosnı, moğol – monqol şəklinə düşməklə qeyd etdiyimiz diqqətsizliyi nümayiş etdirir. Təəssüf ki, diqqətsizlikdən doğan yanlışlıqlar hələ də davam edir. Əlbəttə, yaxşı deyil, ən azından dilimizin ənənəvi orfoepik və ya orfoqrafik normaları baxımından; məhz bu xeyirli ənənələr dilimizin ifadəlilik vasitəsinin qeyri-ciddi anormal vasitələrlə doldurulmasına qarşı dura bilir. Digər halda - alınma sözlərin dilimizə daxil olma prosesini sürətləndirir. Qərbin qarşısında diz çökmələri andırır nəticədə yaranan bu “bolluq”. Əlbəttə, əsrlərin qovşağında birbaşa yaxşı nədir, pis nədir? bölgüsü aparmırıq. Dildəki kəsirlər və çatışmamazlıqlar bizi qayğılandırır...

“Sovet quruluşunun dağılma prosesi bütün sinir ucları ilə fəaliyyətə başladıqda ilk növbədə güclü oyanma dil siyasətində özünü göstərdi. Ona görə ki, dil xalqın milli özünə məxsusluğudur, millətin millət olduğunu şərtləndirən, onun bütün mədəni keçmişini mühafizə edən ən mühüm vasitədir. Təbii ki, rus dili Azərbaycan dili üçün həm vasitəçi “körpü”, həm də mənbə dil rolunu oynamışdır. Gördüyümüz kimi bu zaman ifrata varıldığından əski və dəyərli ortaq türk sözləri-

63

Page 64: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

mizin dildə mövcudluğu, işləkliyi, zəruriliyi nəzərə alınmamışdı. Külli miqdar “yad”, həm də lüzumsuz alınmaların dilə doluşmasına böyük meydan verilmişdir. Misal göstərdiyimiz qəbildən olan daha yüzlərlə sözün ana dilində tam qarşılığı olduğuna görə bu yeni alınma sözlər bir müddət özünün sinonimləri ilə işlənmiş, get-gedə isə bu zaman gözlənilən çox təbii bir surətdə öz sinonim qarşılığını sıxış-dırıb dildən tamamilə çıxarmağa başlamışdır.

İndi bu hal özünü şifahi nitqdə göstərməkdədir: gödəkçə yerinə kurtka; çilçıraq – lüstr; alışqan – zajiqalka; şorba – sup, qəza – avariya; bayağı – banal; qutu – korobka; möhlət – srok; sınaq – prob; nahar – obed, xardal – qarçişnik; döşəmə – pol; tıxac – probka; mənzərə – vid; idman – sport; parç – krujka; qələm – ruçka; qovluq – papka; lövhə– tablo; siyasət – politika; sancaq – broş(ka); ata – papa; fincan – çaşka; sağanaq – oprava; düzəliş – pravka; ambar – depo; dairə – kruq; Hindistan – İndiya; rəfiqə, bacılıq – podruqa; məst, çəkələk – domaşnik... sonuncu misalla bağlı yerindəcə qeyd etməliyik ki, ədəbi dilimizdə və bu dilin canlı qolunda məst, çəkələk, başmaq və s. kimi nümunələr olduğu halda şifahi nitqdə bunların demək olar ki, heç biri işlənmir.

Bəzi hallarda dildə uzun tarixdən bəri işlənməkdə olan sözlə nisbətən yeni alınmalar sinonimləşərək müvazi olaraq içlənməkdə davam edir: islahat – reforma; maliyyə – finans; memarlıq – arxitektura; köpək balığı – akula; örnək – etalon; duyum – intuisiya; qərargah – ştab; masa – stol; nəqliyyat – transport; yedək – buksir; layihə – proyekt; təqdimat – prezentasiya; dəb – moda; kürsü – stul; tərcümeyi-hal – avtobioqrafiya; kirəkeş və ya kirayənişin – kvartirant; nitq – reseptor; cəfəngiyyat – absurd; lövhə – tablo; təhlil – analiz; afərin və ya əhsən – bravo və s. ikincilər fəallaşmadadır.

Dilimizdə olan qarşılıqları hazırda çoxdan unudulmuş həmayil, nişan, cüm-huriyyət, nüsxə, risalə, istiarə, canlıq, cövşən “döş və kürəyi örtən zirehli ge-yim”(qədim slavyanlara da keçən bu geyim onlarda “yuşman” adlanırdı), təşbeh kimi tarixi sözlərimiz akselbant, orden, respublika, resept, traktat, metafora, bronojilet, epitet sözlərilə əvəz edilmiş, halbuki birinci nümunələr ikinciləri tam mənası ilə əvəz edə bilər. Beləliklə, dilin özündə əlverişli qarşılığı ola-ola vəziy-yəti mürəkkəbləşdiririk. Qeyd olunmalıdır ki, Respublikamızın öz müstəqilliyinə qovuşmasından sonra dilin lüğət tərkibində ciddi irəliləyişlər əldə olundu; dildəki rus və Avropa mənşəli sözlər qarşısında bir vaxtlar nüfuzunu və fəallığını itirmiş sözlərimiz hazırda təkrar öz işləkliyini bərpa etməkdədir: tabur (əvvəl batalyon), çavuş (serjant), taqım (vzvod), fərari (dezertir), yemək çeşidi (menyü), torba (ku-lok), ayaqqabı (tufli); ənnik (rumyana)... Bu proses gündən-günə güclənib artmaq-dadır.

...Dil bu gün hər kəs üçün, hamımızdan ötrü milli müstəqilliyimizin başlıca şərtidir; o, malik olduğumuz mədəni keçmişimizin mühafizəçisi, gələcək mədəni yüksəlişinsə müdafiəçisidir.

64

Page 65: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

VAHİD ZAHİDOĞLU

“KİTABİ - DƏDƏ QORQUD”DA ARXAİK BİR FONETİK HADİSƏVƏ ONUN MÜASİR DİLDƏKİ İZLƏRİ

Açar sözlər: kök, q / k samitləri, -caq / -cıq şəkilçisi, samit düşməsiКлючевые слова: корень, согласный q / k, окончание -caq / -cıq , выпадение

согласного.Key words: root, consonants q / k, ending -caq / -cıq, omission of consonant

Orta əsrlərdə yazıya alınmış “Oğuznamə”lərin ən mükəmməl nümunəsi olan və danışıq - folklor üslubunun çevik ifadə vasitələrini maksimum dərəcədə özündə əks etdirən ədəbi - bədii abidə kimi “Kitabi - Dədə Qorqud” təkcə dil tariximizin qaranlıq səhifələrinə işıq tutmur, həm də bir çox leksik vahidlərin, qrammatik for-maların tarixi təkamül yollarını da müəyyənləşdirməyə imkan yaradır. Abidənin dilində elə fonetik hadisələr də vardır ki, onlar müasir dildə relikt halında kök və şəkilçiyə ayrila bilməyən müxtəlif daşlaşmış söz- formaların tərkibində bu və ya digər şəkildə qorunub saxlanmışdır. Həm dil tariximiz, həm də müasir Azərbay-can dilçiliyi üçün xüsusi əhəmiyyət kəsb edən belə fonetik hadisələrdən biri də so-nu q və k samitləri ilə bitən sözlərə kiçiltmə - əzizləmə mənalı - caq və - cıq şəkil-çiləri artırılarkən söz köklərindəki son samitin düşməsidir. Bu fonetik hadisə abi-dənin leksik- qrammatik strukturunda fonetik qanun səviyyəsində özünü göstərir. Başqa sözlə desək, “Kitabi - Dədə Qorqud”da sonu q və k ilə bitən elə bir söz yoxdur ki, bu şəkilçilər artırılarkən sondakı q və k samitləri düşməsin. Eyni vəziy-yəti abidənin Drezden və Vatikan nüsxələrinin hər ikisində sistemli şəkildə müşa-hidə etmək mümkündür. Məs.: süñücük (< süñükcük), bıyıcaq (< bıyıqcaq), topu-caq (< topuqcaq), qulacuq (< qulaqcuq), küçücük (< küçükcük), köşəcük (< kö-şəkcük), bəbəcük (< bəbəkcük), Baracuq (< Baraqcuq) və s.:

Məgər, bənüm xanım, ol arada oğlan atdan yıqılmışdı. Qarğa, quzğun qan görüb oğlanuñ üstinə qonmaq istərdi. Oğlanuñ iki köpəcügi (D- də: kəlbcügəzi) vardı. Qarğayı, quzğunı qovar(lar)dı, qondurmazlardı (V. 15); Qara qıyma gözlə-rüñ uyxu almış açğıl axı / On ikicə süñücügün (V - də : süñücəgüñ) örən olmış yığşur axı (D. 27); And içəyim bu gəz boğaz qısrağa bindigüm yoq / Binübəni qa-zavata varduğum yoq / Hay bən səni xub tanıram / Evüñüz ardı dərəcük / İtüñüz adı Baracuq (D- də: Baraq) degilmidür? (V. 47); Hey ana, Ərəbi atlar olan yerdə bir qulun olmazmı olur? / Dəvəsi olan yerdə köşəcügi (D- də: köşəgi) olmazmı olur? (V. 63); İki varduñ, bir gəldüñ, yavrum qanı? / Qarañu dündə bulduğum oğul qanı? / Bəbəcügüm (D - də: bəgüm) görinməz, bağrum yanar. (V.75); İki qoşa kardaşa beñzer senüñ qulacuğuñ (D. 99); Qıl kəpənək boyunçuğın sürər degil / Ağır buqağu topucağın dögər degil! (D. 144); Ağır buqağu topucağın dögər deyəyinmi? (D. 146); Bıyıcağı qararmış yigitcükləri çoq yemişəm /

65

Page 66: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Yigitlikləri tutdı ola, gözüm, səni. (D. 233); Qazanı küçücük ölüm tutdı, uyudı. Məgər, xanum, Oğuz bəgləri yedi gün uyurdı. Anıñ içün küçücük ölüm derlərdi (D. 272); Küçücük tonuz şölənli / Bir torba saman döşəkli / Yarım kərpic yasduqlu / Yonma ağac tañrılı / Köpəgüm kafir (D. 281).

Sporadik şəkildə söz kökündəki q və k samitlərinin düşməsinə digər yazılı abidələrdə də təsadüf edilir: totaçux (< totaqcuq “dodaqcıq”- Q. Bürhanəddin), ufacıq (< ufaqcıq “xırdaca, kiçicik” – M. Ə. Sabir); əski Anadolu mətnlərində: ənücək (< ənükcək), əsrücək (< əsrükcək) və s.

Bir sıra hallarda bu fonetik hadisənin nəzərə alınmaması “Kitabi - Dədə Qorqud”un bəzi mətn tərtibçilərini yanlış oxunuş variantları seçməyə, abidənin mətnindən istifadə edən tədqiqatçıları isə səhv nəticələr çıxarmağa istiqamətlən-dirmişdir. Məsələn: D. 27 - dəki سکوجککsüñücügüñ (< süñükcügüñ) “sümük-cüyün” sözünü H. Araslı süküciyin, Ş. Cəmşidov sinəcigin, S. Əlizadə süñücigiñ şəklində oxumuşlar. H. Araslı özünün oxunuş variantını izahsız buraxmış, Ş. Cəmşidov mətnə düzəliş vermək yolunu seçmişdir; mətndəki yazılış şəklini əsla onun verdiyi şəkildə oxumaq mümkün deyil. S. Əlizadə qrafik kompleksi düzgün oxusa da, mənasını yanlış olaraq “qol - qıçını” şəklində izah etmişdir. Buradan da aydın olur ki, tərtibçi “Kitabi - Dədə Qorqud”da geniş yer tutan məlum fonetik ha-disənin fərqinə varmamışdır. D. 233 - dəki >) bıyıcağı بیجاغی bıyıqcağı) “bığcığı” qrafik kompleksini H. Araslı müçağı, Ş. Cəmşidov bacağı, S. Əlizadə bığçağı şəklində oxumuşlar. S. Əlizadənin nəşrində sözün mənası düzgün təyin edilsə də, bığcağı oxunuş variantı sözün tarixi - etimoloji məzmununu əks etdirmir. Azərbaycan nəşrlərindən fərqli olaraq türk nəşrlərində göstərilən sözlər düzgün transliterasiya edilmiş və mənaları dəqiq şərh olunmuşdur.

M. Kaşğarinin “Divanü luğatit - türk” əsərində bu fonetik hadisə haqqında xüsusi qeyd yoxdur. Bu barədə ilk məlumata XVI əsrdə türk dilinin elmi qramma-tikasını yazmış Berqamalı Kadrinin “Müyəssirətül - ülum” əsərində təsadüf edilir. Müəllif göstərir ki, əgər ikidən çox hərfdən ibarət olan ismin sonunda kəf və qaf hərfləri varsa, onlara kiçiltmə bildirən -cak şəkilçisi artırılarkən söz kökündəki kəf və qaf düşür: balıcak (< balıkcak), sucucak (< sucukcak).

Berqamalı Qədrinin qeydləri təsdiq edir ki, bu fonetik hadisə Oğuz dillərinin əvvəlki dövrləri üçün də xarakterikdir və -caq forması -cıq şəkilçisinə nisbətən da-ha qədimdir.

Sonrakı əsrdə polyak alimi Meninskinin qələmə aldığı “Türkcə- ərəbcə- farsca sözlük (Thesaurus)” adlı əsərin (1680) qrammatika bölümündə isimdən isim düzəldən - cək / - cak şəkilçiləriinə aid verilmiş misallar içərisində eyni fonetik hadisəyə aid büyücek (< büyükcek), alçacak (< alçakcak), kabucak (< kabukcak), soucak (< soukcak), küçücek (< küçükcek), ılıcak (< ılıkcak) sözləri vardır. Meninski eyni zamanda sonu k' və k ilə bitən sözlərə -rak, - rek şəkilçisi artırılarkən əksər hallarda sondakı samitin mühafizə edildiyini (uvakrak, soukrak, büyükrek, gevşekrek, yüksekrek), müəyyən hallarda isə bu tipli sözlərin fonetik

66

Page 67: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

variantlarla (alçakrak / alçağrak / alçarak, küçükrek / küçürek / kiçirek , titrerek / titrekrek) işləndiyini nəzərə çarpdırır. Müəllif - cık, - cik şəkilçili sözlərdə də ey-ni prosesin baş verdiyini, bu şəkilçilərin kəf və qaf hərfləri ilə bitən sözlərə artırıl-dığı zaman söz kökünün sonundakı hərflərin düşdüyünü müvafiq nümunələrlə təs-bit edir: etek- etecik, köpek - köpecik, etmek - etmecik. Lüğətin “Sözlük” bölü-mündə eyni fonetik hadisəyə aid bir sıra sözlər verilmişdir: çanacik (< çanakcik) , dudacik (< dudakcik), irmacik (< irmakcik), kalpacik (< kalpakcik), kazıcik (< kazıkcik), kıvrıcik (< kıvrıkcik), uvacik (< uvakcik), yapracik (< yaprakcik), yumşacik (< yumşakcik), çubucik (< çubukcik), enicik (< enikcik), eşecik (< eşekcik), köpecik (< köpekcik), yüksecik (< yüksekcik), körücik (< körükcik). Bununla yanaşı, bəzi sözlərdə söz kökündəki son samitin mühafizə edildiyi də diqqəti cəlb edir: belekçik, körükçik.

XVI əsrə aid farsca- türkcə sözlükdə ilerürecük (<ilerürekcük), öndünrecük (<öndünrekcük) nümunələrində - rək şəkilçisi - cik şəkilçisindən əvvəl gəldikdə k samiti düşür1

Hazırda bu fonetik hadisəyə ən çox oğuz qrupu türk dillərində rastlanır: krım- tatar. kaşıçık (< kaşıkçık), bayraçık (< bayrakçık), balıcık (< balıkcık) , kobeleçik (< kobelekçik “göbələkcik”), yumruçık (< yumrukçık), alçacık (< alçakcık), tos - tomalaçık (< tos - tomalak “yumruca”); türkmən. sovucak (< sovukcak), arrıcak (< arrıkcak “arıqcıq, arıqca”), qorkacık (< qorkakcık), keyicek (< keyikcek), mıssıcak (< mıssıkcak “yumşaqcıq”); türk. büyücek (< büyükcek), küçücek / küçücük (< küçükcek / küçükcük), ufacık (< ufakcık), yüksecik (< yüksekcik), çabucak (< çabukcak “tezliklə, tezcə”), parmacık (< parmakcık) , çiçecik (< çiçekcik), bebecik (< bebekcik), eşecik (< eşekcik)*; qaqauz. köpecik (< köpekcik), üzücek (< üzükcek), kuyrucak (< kuyrukcak) və s.

Söz kökü ilə şəkilçinin qovşağında q, k samitlərinin düşməsinə bəzi başqa türk dillərində də tək - tək hallarda təsadüf edilir: karay. ayaçəx (< ayaxçəx); qırğ. könöçök (< könökçök), kuyruçuk (< kuyrukçuk) və s.

Müasir Azərbaycan dilində bu hadisə sistemli şəkildə özünü göstərməsə də, ədəbi dilimizdə və dialektlərdə işlənən bir neçə sözün tərkibində relikt halında onun izləri qorunub saxlanmışdır: alçacıq (< alçaqcıq), kiçicik (< kiçikcik), artıcaq (< artıqcaq), yumşacıq (< yumşaqcıq), gödəcik (< gödəkcik), kiçicik (< kiçikcik), qovucuq (< qovuqcuq) və s.

“Kitabi - Dədə Qorqud”un mətnində xüsusi mövqeyə malik olan bu səsdü-şümü hadisəsinin mahiyyətini və səbəblərini aydınlaşdırmaq üçün həmin prosesə bilavasitə təsir edən şəkilçilərin etimologiyası üzərində dayanmaq lazım gəlir. Ək-sər tədqiqatçıların fikrinə görə, diminutiv mənalı - caq, - cıq, - ca şəkilçiləri eyni-

1 XIII. Yüzyıldan Beri Türkiye Türkçesiyle Yazılmış Kitablardan Toplanan Tanıklarıyla Tarama Sözlüğü, III c., 3. baskı, Ankara, 1995, c. 2046.* Müasir türk dilində bebecik, eşecik formalarına paralel bebekçik və eşekçik formaları da işlənir.

67

Page 68: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

köklüdür. Həmçinin türkologiyada ümumi qənaət belədir ki, bu şəkilçilərin kar ç samiti ilə olan - çaq, - çıq, - ça fonetik variantları daha qədim tarixə malikdir.

Müasir Oğuz qrupu türk dillərində, o cümlədən də Azərbaycan dilində dimi-nutiv mənalı - cıq şəkilçisi məhsuldar şəkilçilərdən hesab olunur. Digər türk dilləri üçün - ğına, - çak, - kay, - aç və s. formalar daha çox xarakterikdir. Bununla belə, - cıq şəkilçisinə başğırd, tatar, çuvaş, yakut, qazax və başqa dillərdə də rastlanır. Adətən - cıq şəkilçisinin əski forması - caq (< çaq) şəkilçisi hesab edilir. Bəzi tür-koloqlar -ca kiçiltmə şəkilçisinin də q ünsürünün düşməsi ilə bu formadan yaran-dığını irəli sürürlər. Azərbaycan dilində - çaq /-caq şəkilçisi ilə işlənən bir neçə isimdən düzəlmiş söz qalmışdır: dilçək, oduncaq və s. Bu sözlərdə kiçiltmə məna-sı nisbətən azalmışdır.

İlk dəfə O. Bötlinq - çaq, - çıq, - ça şəkilçiləri arasında semantik yaxınlığı təsbit etmiş və onların çağ ismindən törəndiyini göstərmişdir. Daha sonra bu fikir P. M. Melioranski və digər türkoloqlar tərəfindən inkişaf etdirilmişdir. J. Deni bu tezisi daha ətraflı şəkildə əsaslandırmışdır. Onun sxeminə görə, - cıq, - caq və -ca şəkilçiləri çağ sözündən törəmiş, çağ sözünün özünün arxetipini isə onunla eyni semantik yükə malik olan çañ forması təşkil edir. Müasir türkoloji tədqiqatlarda bu fikir böyük əksəriyyət tərəfindən qəbul edilir. Lakin - ça/ - ca - nın çağ/ çaq sözündən törəməsi ehtimalı inandırıcı təsir bağışlasa da, -caq / -cıq şəkilçisinin bu sözə bağlı olması o qədər də həqiqətəuyğun görünmür. Bu baxımdan A. fon Qabenin etimologiyası daha çox diqqəti cəlb edir. A. fon Qabenə görə, - cıq şəkilçisi kiçiltmə mənalı iki formanın: - c və - ıq şəkilçilərinin calaqlanması yolu ilə yaranmışdır. - caq şəkilçisini də A. fon Qaben eyni şəkildə izah edir: - c + -aq . V. Banq, Q. Ramstedt və başqa türkoloqlar da bu fikrə şərik çıxırlar. Biz də bu fikrin həqiqətə daha yaxın olduğu qənaətindəyik. Kiçiltmə mənalı - ç və - k şəkilçilərinə aid qədim yazılı abidələrdə və müasir türk dillərində bir sıra örnəklər vardır. - ç şəkilçisi: qəd. türk. ataç “atacıq”, ögüç “anacıq”; alt. kayınaş “qayıncıq”, ayağaş “bardaqcıq”, biçiqəş “kitabcıq”; uyğur. (dialekt) akaş “qardaşcığaz”, kiziş “qızcığaz”; xakas. xulağas “qulaqcıq”; şor. kuzuruğaş “quyruqcuq”; yakut. arağas “sarımtıl”; azərb. anaş (< anaç), ataş (< ataç) və s.

- k şəkilçisi. Bu forma - ak , -ək şəklində altay, tuva, xakas və çuvaş dillərində daha çox işlənir: itək “itcik” (“Kitabi - tərcüman”), alt. koyonok (koyon “dovşan”+ -ok) “dovşancıq”, çıçkanak (çıçkan “siçan”) “siçancıq”, yabızak (yabız “alçaq”) “alçaqcıq”, tayızak (tayız “dayaz”) “dayazcıq”; tuv. ōlak “oğlancıq”, töjək “kötükcük”, koyğunak “dovşancıq”; xak. ağazax “ağaccıq”, xozanak “dovşancıq”; çuv. sĕdĕk “südcük”, çĕbĕk “cücəcik”, kĕbĕk “köynəkcik”, yabalak “əşyacıq”, varak “yarğancıq” və s. Türk dillərində iki və hətta üç kiçiltmə bildirən şəkilçinin bir - birinin ardınca işlənməsi hallarına təsadüf edilir: alt. kısçağaş “qızcığaz”; karay. kızğınaçəx “qızcığaz”; tuva. xölçüqəş “gölcüyəz”; özbək. toyçəkkinə “dayçacığaz”, kuziçəkkinə “quzucuğaz”, köprikçəqinə “körpücük”; xakas. kiməcəqəs “qayıqcıq”, turacağas “evcik”; azərb. bircəcik və

68

Page 69: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

s. Bütün bunlara əsasən, -çaq və -çıq (> -caq və -cıq) formalarının da etimoloji cəhətdən eyni mənalı -ç və -k şəkilçilərinin bir - birinə calaqlanması yolu ilə yarandığını irəli sürmək mümkündür.

Böyük bir ehtimalla sonu q və k samitləri ilə bitən sözlərə - cıq və - caq şə-kilçiləri artırılarkən söz kökündəki son samitin düşməsində fonoloji və semantik amillərlə yanaşı bu amilin də rolu olmuşdur. Yəni əslində kiçiltmə şəkilçisi olma-yan q və k samitlərinin dilin genetik yaddaşında kiçiltmə bildirən şəkilçilərlə eyni-ləşdirilməsi və kiçiltmə bildirən bir neçə şəkilçinin yanaşı işlənməsi, kök və şəkil-çilərin calaqlanması prosesində q və k samitlərinin müvafiq olaraq ğ və y samitlə-rinə çevrilməsi və bu samitlərin qonşu samitlərlə müqayisədə zəif mövqeyə düş-məsi yuxarıda haqqında bəhs etdiyimiz fonetik hadisənin meydana çıxmasında rol oynayan başlıca amillər kimi götürülə bilər. Müasir Azərbaycan dilində və dia-lektlərimizdə işlənən alçaraq (< alçaqraq), yumşaraq (< yumşaqraq), gödərək (< gödəkrək) formalarında söz köklərindəki q və k samitlərinin düşməsini də eyni sə-bəblərlə izah etmək mümkündür. Həmçinin azacıq (türk. azacık və azıcık), türk. daracık “darca, sıxca”, biricik “bircəcik” sözlərinin köklərinə artırılmış və müasir dil nöqteyi- nəzərindən tədqiqatçıların səsartımı kimi qiymətləndirdikləri a, ə sait-ləri, çox güman ki, qədim kiçiltmə bildirən -aq, -ək şəkilçisinin qalığıdır. Müq. et: azacıq / azıcıq (< azaqcıq / azıqcıq), daracık (< dar +ak+cık), biricik (< birək + cik / bir + ik + cik).

Diminutiv mənalı - q, - k şəkilçiləri ilə - cıq, - cik şəkilçilərinin eyni sözün tərkibində ard - arda işlənməsinə “Kitabi - Dədə Qorqud”un Vatikan nüsxəsində də təsadüf edilir. Drezden nüsxəsində Qaraçuq Çobanın qardaşlarının adları Qıyangüc, Dəmürgüc, Vatikan nüsxəsində Qıyangüç və Dəmürəcik şəklindədir. Tədqiqatçılarının, demək olar ki, hamısı Drezden nüsxəsindəki Qıyangüç və Dəmürgüç şəxs adlarındakı güç formantını güc “qüvvət” sözü ilə eyniləşdirmiş-lər. Halbuki burada güç formantı diminutiv mənalı - qaç, - gəç şəkiçisinin fonetik variantıdır. Müq. et.: alt. kuşkaç, tuva. kuşkaş “quşcuğaz”, yakut. sonoğos “day-ça” və s. Dəmürəcik şəxs adı isə - ək kiçiltmə şəkilçisindən k samitinin düşməsi nəticəsində Dəmürəkcik (Dəmür + - ək + - cik) formasından yaranmışdır.

69

Page 70: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

AZƏRBAYCAN DİLİNİN CƏMİYYƏTDƏ İŞLƏNMƏSİ

E. ATAKİŞİYEV

N. ƏFŞARIN YARADICILIĞINDADİLÇİLİK TERMİNLƏRİ HAQQINDA

Açar sözlər: dilçilik, termin, formalaşma, fonetika, səsКлючевые слова: языкознания, термин, формирование, фонетика, звукKey words: linguistics, term, forming, phonetics, voice

Dilçilik terminləri dilçilik elminin müxtəlif sahələrinə və şöbələrinə aid söz-lərin birliyidir. Dilçiliyin ayrı-ayrı sahələri və şöbələri ilə bağlı anlayışları bildirən terminlərin cəmi, birliyi əsasında dilçilik terminologiyası yaranmışdır. Onların tə-şəkkülü, formalaşması və inkişafı probleminin elmi təhlilini vermək üçün dilçili-yin ayrı-ayrı şöbələri barədə söhbət açmağa ehtiyac vardır.

Dilçiliyin fonetika şöbəsində dilimizin fonetikasına aid terminlər bir sistem təşkil edir. Bu terminlərdə fonetik xüsusiyyətlərin ümumi mənzərəsi əks olunmuş-dur. M. Kaşğarinin, V. Radlovun, L. Budaqovun, K. Foyun, M. Kazımbəyin, M. Əfşarın, M. Mahmudbəyovun, S.M. Qənizadənin, N. Nərimanovun, B. Çobanza-dənin, S. Vəlibəyovun və başqa alimlərin əsərlərində fonetikaya aid terminlərə çox rast gəlinir. Bununla yanaşı XIX əsrdə Azərbaycan dilçilik elminin formalaş-masında Məhəmməd Əfşarın mühüm rolu olmuşdur. Belə ki, XIX əsrin ikinci ya-rısında məşhur dilçi və Azərbaycan dili müəllimi Xələfi Mirzə Məhəmməd Əfşa-rın “Fənni-sərfi-türki” əsərində işlədilən dilçilik terminləri bu baxımdan maraq doğurur. Əsər iki hissədən ibarətdir. Birinci hissə “Fənni-sərf”, ikinci hissə “Fənni-nəhv” adlanır. “Fənni-sərf” termini morfologiya, “Fənni-nəhv” termini isə sintaksis anlayışını bildirir. XIX ərsdə yazılmış həmin əsərdə “sövtiyyat” termini fonetika mənasındadır. Sövtiyyatda səslərin məxrəcləri, onların məxrəclərinə görə bölgüsündən bəhs edilmişdir. M. Əfşar hərfləri iki qrupa ayırmış və bununla bağlı “hürufi qəməriyyə” terminlərini işlətmişdir. M. Əfşar babü-isim adlanan hissədə ümumi və xüsusi isimlərdən danışır. Ümumi isimlərin heyvan və əşya, xüsusi isimlərin Əli, Həsən, Hüseyn kimi adları bildirildiyini göstərir.

M. Kazımbəy kimi, M. Əfşar da Azərbaycan dilində ismin yeddi halı oldu-ğunu göstərmişdir. Onu da deyək ki, XX əsrin birinci yarısına qədər bütün əsərlər-də ismin yeddi halı verilmiş və onlar ərəb terminləri ilə ifadə edilmişdir. Başqa müəlliflər kimi M. Əfşar da morfologiyada “isim” əvəzinə “mübtəda” terminini işlətmişdir. İsmin halları belə verilmişdir:

70

Page 71: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

1. ibtidai2. izafə3. məfuli-əleyhə (yönlük)4. məfuli-be5. məfuli-məsdur6. məfuli-fiyə7. məfuli-məM. Əfşar sifəti adlar qrupuna daxil etmiş və onu “ismi-sifət” adlandırmışdır.

O, ilk öncə “İsmi-təxsir”dən (kiçiltmə bildirən sifətlər) danışmış, onun-cığ şəkilçisi ilə əmələ gəlməsini göstərmişdir.

Feldən yaranan isimləri ismi-məsdər adlandıran M. Əfşar yazmışdır: “İsmi-məsdər” o kəlmədir ki, məsdərdən hasil olan bir halı göstərən məsdərin axırıncı hərfini atıb “m” artırılır: gəlmək-gəlmə, almaq-alma və s.”.

O, felin zamanlarını belə izah etmişdir: “Zaman üçdür:Mazı, hal, müstəqbəl. Hal (indiki zaman): oxunur, çalınır, yazıram, yazırsan.

Hal-müstəqbəl hali-vəsfiyyənin axırına-acaq \\ əcək, -ar\\ -ər gətirməklə düzəlir: Gələcək, yazacaq, yazaram, yazarsan, yazar, yazarıq, yazarsız, yazarlar.

M. Əfşar felin arzu formasını “feli-təmanna” adlandırmışdır. O, kitabında A. Bakıxanovdan, Ə. İrəvanidən tutmuş bir çox Azərbaycan dilçiləri kimi isim, fel və sərh/hərf adı ilə mübtəda, xəbər və ikinci dərəcəli üzvləri nəzərdə tutmuşdur. M. Əfşarın kitabında da ismi-mübtəda, fel-xəbər sərhədləri müəyyənləşdirilmışdir. Sərf, hərf və başqa cür adlandırılan ikinci dərəcəli üzvlər də qarışdırılmışdır. Məs: M. Əfşar “sərf” dedikdə “qoşmanı”, bəzən də fel formasını nəzərdə tutmuşdur.

Əsərdə “Tərkibi-izafi” adı ilə söz birləşmələrinin ətraflı şəkildə izah edildiyini görürük. Cümlə növlərinə toxunan M. Əfşar “Əl-münhəmat və əl-ədavət” başlığı altında sual cümlələrindən söhbət açmışdır.

Beləliklə, Əfşar yaradıcılığında işlənən dilçilik terminləri mənşə baxımın-dan təhlil edilmişdir. Təhlil nəticəsində aydın olur ki, bu dövrdə işlənən terminlə-rin çoxu ərəb mənşəlidir. Ona görə də terminlər sonrakı dövrlərdə dilimizdən çıx-mış yeniləri ilə əvəz olunmuşdur.

71

Page 72: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

G.K. BİNNƏTOVA

ŞƏKİLÇİ MORFEMLƏRİN MÜXTƏLİF SİSTEMLİ DİLLƏRDƏ TƏZAHÜR FORMALARI

Açar sözlər: ulu dil, morfem, ər sözü, -dar, -ban şəkilçiləriКлючевые слова: праязык, морфема, слово ер (ər) , суффиксы – дар, -банKey words: protolanguage, morpheme, word “er”, suffixes - dar, - ban

İnsanlar arasında ünsiyyət vasitəsi adlandırdığımız dil böyük yaradanın bə-şər övladına bəxş etdiyi ən qiymətli sərvət, ona olan sevgisinin parlaq təzahürü-dür. Hələ eramızdan əvvəl 40-35 min il ərzində təşəkkül tapan dil bəşəriyyətin keçdiyi inkişaf yolunu özündə yaşadan canlı salnamədir. Bunu nəzərə alsaq, hər hansı bir dil elementinə təkcə linqvistik obyekt kimi yox, eyni zamanda, insan hə-yat və məişətininin, davranışının, təfəkkürünün, nitqinin formalaşma təkamülünü əks etdirən bir qaynaq baxımından yanaşmaq tədqiqatçıya daha dəyərli və doğru nəticələr əldə etməyə imkan verir.

Məlum araşdırmalara əsasən dilin keçdiyi inkişaf yoluna nəzər salaq:1.Məhdud coğrafi şəraitdə təşəkkül tapan və fərdi dil xüsusiyyətləri ilə

fərqlənən ulu dilin yaranması;2.Ulu dilin miqrasiyaların nəticəsində protodillərə parçalanması;3.Müxtəlif dil ailələrinin yaranması.Göstərilən inkişaf xəttini keçmiş dünya dillərinə nəzər saldıqda eyni və ya

yaxın mənanı ifadə edən, lakin bu və ya digər şəkildə bu dillərə səpələnmiş və qə-dim dövrlərlə bağlı olan sonsuz sayda dil faktlarını müşahidə edirik. Prof. Q.Kazı-movun qeyd etdiyi kimi, “Bütün ayrılmalara, parçalanmalara baxmayaraq, ulu di-lin lüğət fonduna daxil olan sözlər, ulu dilin makro və mikro sistemləri yaranan hər bir dildə özünə yer eləmiş və bu yolla dil ailələrinə keçmişdir. Həmin lüğət fondu və həmin quruluş minilliklər boyu təkmilləşmə, səlisləşmə, sadələşmə və mürəkkəbləşmə yolu ilə inkişaf etsə də, bir çox dəyişmələrə məruz qalsa da, öz əsasını dünya dillərində saxlamışdır” (Q.Kazımov “Azərbaycan dilinin tarixi”, 2003, s.17-18).

Demək, dünya dillərində müşahidə edilən oxşar əlamətlərə bu və ya digər dilin bir-biri ilə əlaqəsinin nəticəsi hesab etmək, onların bir dil ailəsinə mənsublu-ğunun sübutuna çalışmaq yanlış yanaşma tərzidir. Belə faktların ulu dildən proto-dillərə, protodillərdən dil ailələrinə keçdiyi bu və ya digər inkişaf yolunu izləmək, ən qədim praformaları müəyyənləşdirərək nəticəyə gəlmək daha doğrudur.

Bu məqalədə biz də dilçilik ədəbiyyatında haqqında geni-boluna, müxtəlif səpkidə tədqiqatlar aparılmış “ər”, eləcə də -ban/-man/-van morfemləri, bu

72

Page 73: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

morfemlərin müstəqil və ya şəkilçiləşmiş variantları haqqında araşdırmalarmızdan bəhs edəcəyik.

Ər morfemi. Kişi, igid, qorxmaz, cəsarətli, ər (həyat yoldaşı) mənalarını ifadə edən “ər” türk dillərində müxtəlif fonetik variantlarda – səs uzanması, samit düşümü, dəyişməsi və ya artımı ilə müşahidə olunur: a:r//e:r//ar//er//ər//iy//ey//yə//hə//rə (ЭСТЯ, 1, 1974, s. 322). Bu söz ilkin mənasını (adam, kişi) saxlayaraq ən qədim dövrlərdən mürəkkəb sözün ikinci kompanenti kimi də çıxış edərək bəzi türk tayfa adlarında özünə yer almışdır. Məsələn: avar, qacar, bolqar, sabar, xəzər və s. Müasir Azərbaycan ədəbi dilində çapar, yazar sözlərindəki ər hissəsi adlardan ad düzəldən morfem mövqeyindədir. Dilimizin şivələrində işlənən cuvar (su işlərinə baxan adam), biçər (dərzi) sözlərində də ər eyni funksiyanı yerinə yetirir. Müxtəlif sistemli dillərdən dilimizə keçmiş sözlərə nəzər saldıqda bu morfemin -er//-or//-ar variantlarını müşahidə edirik: spiker, killer, milyoner, dizayner, menecer, lider, doktor, diktor, direktor, senator, tokar və s.

“ Ər” morfeminin qədim larinqal tələffüzün əlaməti hesab edilən söz əvvəlində h səsinin əlavəsi ilə formalaşmış variantı da dünya dillərində görünməkdədir. İngilis dilində III şəxs təkdə yiyəlik əvəzliyi her (onun, qadın cinsində), alman dilində herr (knyaz), slavyan və german dillərində hersoq sözlərini misal göstərmək olar. Lakin bir qrup sözlərdə-- məsələn, ingilis dilində bəzi qohumluq terminlərində: mother (ana), father (ata), brother (qardaş), fars dilində xahər (bacı) sözlərində həmin morfemin şəkilçi mövqeyində çıxış etdiyini görürük..

Kökündə ər morfeminin daşlaşdığı aydın görünən -tar/-ter/-tor/-dar/-dər şəkilçili sözlərə diqqət yetirək; məs.: fars dilində madər(ana), pedər(ata), bəradər(qardaş), doxtər (qiz), ingilis dilində sister (bacı), kişilərə müraciətən işlədilən mister, Balkan dillərində odatar(ev işlərinə baxan), çaytorı(çayçı), dilimizə Avropa dillərindən keçmiş diktator, admnistrator sözləri. Bəzi Avropa dillərində bu mövqedə işlədilən müstəqil ser, yaxud hökmdar mənasını ifadə edən çar sözlərinin mənbəyi də elə bu morfemlə bağlıdır. t>d, d>t, d>s, s>ç səs dəyişmələri göz önündədir.

Elə bu məqamda bəlkə də kifayət qədər diqqət yetirilmədiyindən bütün normativ qrammatikalarda fars mənşəli hesab edilən –dar, -gər, -kar şəkilçilərinə də münasibət bildirmək yerinə düşərdi. Türk dilçiliyində -dar//-tar şəkilçinin tutar felinin farscaya keçmiş halı olduğu iddia edilir. Örnək olaraq sancaktar(sancaq tutan), tərəftar(tərəf tutan), dəftərtar(dəftər tutan) və s.sözlər göstərilir. Lakin bütövlükdə, qeyd etdiyimiz kimi, dilçilik qaynaqlarında bu şəkilçilərin fars mənşəli olduğu fikri üstünlük təşkil edir. Nümunələrə nəzər yetirək: hesabdar, anbardar, xəzinədar, misgər, sövdəgər, sənətkar, peşəkar və s. Peşə, sənət ifadə edən bu sözlərin mənasında şəxs anlayışının qabarıq olduğunu nəzərə alsaq, onların əsasında dünya dillərində geniş yayılmış ər sözünün dayandığını deyə

73

Page 74: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

bilərik. Demək, -dar/-tar/-ter/-tor/-kar/-gər kökündə ər morfemi dayanan, müxtəlif səs dəyişmələri ilə müşayiət olunan bir şəkilçinin müxtəlif variantlarıdır.

-ban//-man//-van morfemi. Məlum olduğu kimi, müasir ədəbi dilimizdə peşə, sənət məzmunu yaradan –ban morfemi fars mənşəli hesab edilir və buna aid yalnız bağban sözü nümunə verilir. -man şəkilçisi haqqında isə yazılır: “Ancaq bir fonetik variantı olan bu şəkilçi vasitəsilə üstünlük dərəcəsi keyfiyyətinə malik sözlər düzəldilir; məsələn, qocaman, qəhrəman, şişman, dəyirman və s.”(S.Cəfərov”Müasir Azərbaycan dili”, 1982, s.178). –ban morfemi müasir ədəbi dilimizdə çoban sözünün tərkibində də işlənir. Bu morfemin –man//-mən//-men//-van variantlarını nəzərdən keçirək. Qeyd edək ki, həmin sözlər (bağban, çoban) qərb qrupu şivələrində bağvan, çovan variantında özünü göstərir. Çoban sözü fars dilində şuban, ərəb dilində covban şəklindədir. Eyni zamanda, İraq-türkman ləhcəsində, eləcə də türk dilində bağban sözü bağçevan (ban>van) şəklində işlədilir. Türk dilində otelçi mənasını ifadə edən sarayven sözündən də eyni əlamət müşahidə olunur. Azərbaycan dilinin Salyan, Lənkəran, Masallı, Şahbuz şivələrində malavan//malvan (maldar mənasında) sözü var. Müasir ədəbi dilimizdə qocaman, azman, ataman, türkmən sözlərində, Osman, Qılman, Elman, Telman, Bağman kimi şəxs adlarında bu morfemin –man variantı işlənir. Qeyd edək ki, ingilis dilində man müstəqil morfem kimi daha geniş mənada adam, kişi anlamını ifadə edir. Elə həmin dildə qadın mənasında worman sözü işlədilir. Dilimizə Avropa dillərindən keçmiş centlmen, biznesmen, polismen sözlərinin, türkcədə işlənən ögretmen sözünün tərkibində men aydin görünür. Göründüyü kimi, qeyd edilən nümunələrdə sözügedən morfem eyni funksiyanı daşıyır. Demək, araşdırmalar bu morfemin alınma deyil, müxtəlif sistemli dillərdə müəyyən səs dəyişmələri ilə (m>b, b>v, a>e, a>ə) özünü göstərən, lakin eyni məna daşıyıcısı kimi çıxış edən, dil əlaqələrini müəyyənləşdirmək baxımından maraq doğuran qədim bir morfem olduğunu sübut edir.

74

Page 75: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

A.G. CƏFƏROV

AZƏRBAYCAN DİLİNİN ORFOFONİYA LÜĞƏTİNİNƏHƏMİYYƏTİ VƏ HAZIRLANMA PRİNSİPLƏRİ

Açar sözlər: Orfofoniya, orfoqrafiya, tələffüz üslubu, eksperimental fonetika, tə-ləffüz normaları

Ключевые слова: орфофония,орфография,стиль произношения, эксперимен-тальная фонетика, нормы произношения

Key words: orthophony, orthography, pronunciation style, experimental phonetics, pronunciation norms

Azərbaycan dilçiliyində müxtəlif lüğətlər hazırlansa da, lakin bu sahədə problemlər də mövcuddur. Belə ki, müstəqillik əldə edildikdən sonra 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 12 yanvar tarixli mə-lum sərəncamından sonra bir sıra lüğətlər hazırlandı ki, onlardan biri və bəlkə də ən çox işlək olanı da «Azərbaycan dilinin orfoqrafiya lüğəti»dir. Lakin Azərbay-can dilçiliyində hazırda digər lüğətlərə, xüsusən də orfofoniya lüğətinə kəskin eh-tiyac duyulmaqdadır. Orfofoniya lüğəti, ümumiyyətlə, bu anlayışın özü dilçiliyi-mizdə yenidir. Bu sahədə Azərbaycan dilçiliyində yalnız professor F.Veysəllinin elmi nailiyyətləri vardır. Bu sahə ümumilikdə dilçiliyimizdə eksperimental foneti-ka sahəsinin yaranması və inkişafı ilə bağlıdır. Belə ki, F.Veysəlli «Eksperimental fonetika» kitabında orfofoniyanın izahını verir, orfoepiya və orfofoniyanın fəqli sahələr olduğunu elmi şəkildə əsaslandırır. Bundan başqa «Fonetika və fonologiya məsələləri» monoqrafik tədqiqatında F.Veysəlli bu məsələyə yenidən qayıdır, or-foepiya və orfofoniya elm sahələrinin fərqlərini kifayət qədər dolğun şəkildə izah edir. Orfofoniya lüğətinin üstün cəhətlərindən biri də, eyni zamanda həm orfoqra-fik, həm də vurğu lüğətlərinə olan ehtiyacı qarşılamasıdır. Lakin orfofoniya lüğə-tinin əsas mahiyyəti dildə olan ləhcə fərqlərini minimuma endirmək, ədəbi dildə düzgün danışıq normalarını müəyyənləşdirmək, əcnəbilərin dili öyrənərkən daha az səhvlərə yol verməsini təmin etmək, radio və televiziyada baş verən normadan yayınmaları tənzimləməkdən ibarətdir. Orfofonik lüğətlər birbaşa canlı danışıq di-li əsasında hazırlandığından, dilin bütün incəliklərini özündə ehtiva edə bilir. Bu mənada orfofonik lüğətlər dilçilik üçün olduqca böyük əhəmiyyət kəsb edir.

Bu tipli lüğət Azərbaycan dilçiliyində və ümumiyyətlə, dünyada ilk nəşrlər-dən biri olacaq. Lüğət həm də təkcə orfofoniya sahəsində deyil, eyni zamanda or-foepiya və vurğu luğətləri sahəsindəki boşluqları da qismən dolduracaq. Eyni za-manda lüğətdə Azərbaycan dilinin 100 mindən artıq sözünün həm orfoqrafik, həm orfofonik formasının hazırlanması da dilçiliyimiz üçün olduqca böyük əhəmiyyətə malikdir.

75

Page 76: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Orfofoniya lüğətinin hazırlanması iki mərhələdə aparılmalıdır. Birinci mərhələdə materiallar toplanmalı, ikinci mərhələdə isə yığılan materialın təhlili və ümumiləşdirilməsi prosesi başa çatdırılmalı və lüğət çap olunmalıdır.

Lüğətin hazırlanmasında, əsasən, eksperimental metoddan istifadə olunma-lıdır. Ayrı-ayrı obyekt və hadisələrin əlamət və keyfiyyətlərinin öyrənilməsi üçün elmi şəkildə təşkil olunan təcrübəyə eksperiment deyilir. Eksperiment (eksperi-mentum) sözü latın mənşəli olub, «təcrübə» mənasını bildirir. Hələ keçmişdə təşkil olunmuş geniş təcrübələr eksperiment adlanırdı. Məhz eksperiment üsulu ilə hər hansı bir hadisə və ya proses öyrənilərkən ona aktual şəkildə müdaxilə edilir. Bunun vasitəsi ilə əldə edilən nəticələri təkrar-təkrar yoxlamaq olur. Düzgün təş-kil olunmuş eksperiment tədqiqatçını hər cür şübhə və tərəddüdlərdən azad edir. Elmi şəkildə aparılan təcrübənin – eksperiment üsulunun köməyi əsasında müəy-yən obyektin əlamət və xüsusiyyətləri tam dəqiqliyi ilə öyrənilir. Eksperiment həm təbiət hadisələrinin, həm də ictimai hadisələrin tədqiqinə tətbiq olunur. Bu üsuldan ilk dəfə təbiət elmlərində, o cümlədən fiziologiya, fizika və kimyada ge-niş istifadə olunmuşdur. Eksperimentin işlənilməsi daha çox istehsalla, texnika ilə bağlıdır. Lakin bu üsulla dilin hadisə və proseslərini də izləmək, tədqiq etmək, öyrənmək mümkündür.

Dil hadisələrinin təbii vəziyyətinə müdaxilə edib tədqiqat aparılmasına linqvistik eksperiment üsulu deyilir. Eksperiment dilçilik tədqiqatlarında ayrıca üsul deyildir. Lakin bu üsul bir sıra dil hadisələrinin elmi cəhətdən düzgün dərk edilməsi üçün vacibdir.

Dilçilikdə eksperiment üsulu XIX əsrin ortalarından tətbiq edilməyə başla-nılmışdır. XX əsrdə bu üsula xüsusi əhəmiyyət verilmişdir. Eksperiment əsasında bir sıra qiymətli tədqiqat əsərləri yaradılmışdır. Linqvistik eksperimentdən müasir dilçilikdə daha geniş istifadə olunur. Hazırda dilçiliyin inkişafında bu üsul öz müsbət təsirini göstərməkdədir.

Linqvistik eksperiment üsulundan dilin müxtəlif sahələrinin tədqiqində isti-fadə etmək mümkündür.

1. Fonetik eksperiment. Fonetik hadisələrin araşdırılması, dəqiqləşdirilməsi və öyrənilməsində eksperimentin rolu çoxdan elm aləminə məlumdur. Hələ XIX əsrdən başlayaraq bu üsulla müxtəlif dillərin fonetik quruluşu tədqiqata cəlb edilmiş, böyük fonoloji elmi nəticələr əldə edilmişdir. Müasir dilçilikdə fonetik eksperimentə daha geniş yer verilir. İndi eksperimentsiz aparılan fonetik tədqiqat-lar yüksək qiymətləndirilmir və bəlkə də mənasız hesab olunur.

2. Orfofonik eksperiment həm orfofoniya, həm də orfoepiya sahəsində aparılır. Bu sahədə tətbiq olunan hər bir eksperiment, yəni orfofonik eksperiment ayrı-ayrı fonemlərin müəyyən fonetik mövqedə, digər fonemlərlə qonşuluqda, eləcə də vurğu və intonasiyanın təsiri nəticəsində baş verən dəyişiklikləri öyrənməyə xidmət edir. Məsələn; «tar» sözündə 3 fonem ˗ /t/, /a/, /r/ vardır. Bu fonemlərin sözdə necə deyilməsi orfoepiyanın yox, orfofoniyanın işidir.

76

Page 77: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Н.Д.Андреев rus dilində -кий şəkilçisinin iki variantda (-kği, -kci) işləndiyini yoxlamaq üçün 2280 adamın nitqini eksperiment üsulu ilə yoxlamışdır. Bunlardan yalnız 3 nəfərin sərt (k) ilə tələffüz etdiyini müəyyənləşdirmişdir [4, 51].

Bundan başqa, elmi üsul kimi linqvistik eksperimentin 2 forması da vardır:1. Linqvistik laborator eksperiment. Dil hadisələrinin xüsusi laboratoriya

şəraitində öyrənilməsinə laborator eksperiment deyilir. Bu formada aparılan eksperimentlərdə cihazlardan istifadə edilir. Bu baxımdan dilçilikdə fonetik hadisələr məhz laborator eksperimentlə asanlıqla öyrənilir. Linqvistik eksperiment üsulu ilə dilin fonetik sisteminin tədqiqində palataqrafiya, rentgenoqrafiya, foto-qrafiyaya və səsi analiz edən spektran aparatına geniş yer verilir.

Xüsusi şəraitdə - fonolaboratoriyalarda yerinə yetirilən işlərin nəticələri da-ha dəqiq olur. Bu növ eksperiment şəxs üzərində aparılır. Buna görə də informato-run düzgün seçilməsi ən vacib məsələlərdəndir. Təcrübə göstərir ki, belə təqiqatın təşkilində informator monodilli olanda, yəni qeyri-dilləri bilməyən, yalnız öz doğ-ma dilində danışan şəxs seçilərkən daha inamlı və etibarlı nəticələr əldə edilə bi-lər. Müasir dilçilikdə bir çox dillərin fonetik hadisələri bu üsulla ətraflı tədqiq edilmişdir. Bu üsulla aparılan tədqiqatlar bəzən «eksperimental fonetika» da adla-nır.

2. Linqvistik təbii eksperiment təbii şəraitdə aparılan eksperimentə deyilir. Burada laborator eksperimentdən fərqli olaraq cihazlardan istifadə edilir. Bu eksperimentdə tədqiqatçı daha sərbəst olur. Təbii eksperiment öz mahiyyətinə görə müşahidə üsuluna daha yaxındır. Linqvistik eksperiment üsulun səmərəsi onun düzgün təşkili və aparılması ilə bağlıdır. Burada da obyektin müəyyənləş-dirilməsi, məqsədin dəqiqləşdirilməsi əsas şərtlərdəndir. Dilçilikdə eksperimentin məqsədyönlü planlaşdırılması işin gedişini asanlaşdırır, düzgün nəticə əldə etməyə imkan verir. Ümumiyyətlə, dil sahəsində təşkil edilən hər bir eksperiment müşahidə üsulu ilə sıx bağlı olur. Tədqiqatçılar bu üsul vasitəsilə eksperimentin gedişinə nəzər yetirir, oradakı hər bir ünsürü, vəziyyəti öyrənə bilir.

Beləliklə, tədqiqatın nəticəsində hazırlanacaq lüğətdən həm dilçilik, həm də digər sahələrdə istifadəsi mümkün olacaq. Tədqiqatın nəticələrindən eyni zamanda bu sahədə gələcəkdə aparılacaq tədqiqatlarda istifadə etmək olar.

Ədəbiyyat

1. F.Veysəlli. Eksperimental fonetika. Bakı, 1980.2. F.Yadigar. Fonetika və fonologiya məsələləri. Bakı, 1993.3. F.Veysəlli. Seçilmiş əsərləri. I cild. Bakı, 2009.4. Н.Д.Андреев. Об одном эксперименте в области русской орфоэпии. «ВР».

вып. 4, М., 1963

77

Page 78: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

A.M. ƏSGƏROVA

QƏDİM PAREMLƏRDƏ İŞLƏNƏN BƏZİ ÇOXMƏNALI SÖZLƏRİN TARİXİ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ

Açar sözlər: türkologiya, çoxmənali, fellər, leksikaКлючевые слова: тюркология многозначные глаголы, лексикаKey words: turkology, polisemantic, verbs, lexica

İctimai hadisə olan dilin hər bir vahidində, o cümlədən sözdə tarixi inkişafin izləri müşahidə olunur. yəni zamanla sözün həm məna, həm də formasında dəyi-şiklik baş verə bilir. bu inkişaf xüsusiyyətləri tarixi abidələrdəki sözlərin diaxron üsulla təhlilində daha aydin nəzərə çarpir.

Azərbaycan dili zəngin qrammatik və leksik-semantik quruluşa malik oldu-ğu üçün, «söz və onun məna qabığı» məsələsi dilçiliyimizin bütün dövrlərində ak-tual olmuş, leksikoloqların tədqiqat obeyktinə çevrilmişdir. Dildə hər bir sözün mənası vardır. Lakin hər leksik vahidin məna dərinliyi, çaları eyni deyil.

Dilin inkişaf strukturu göstərir ki, təkmənalı sözlər çoxmənalılığa meyllidir. Yəni çoxmənalılıq bir mənaya malik sözün sonradan bir neçə əşya, keyfiyyət bildirmək xüsusiyyətləri kəsb edərək çoxlu mənalar ifadə etməsidir.

Çoxmənalı sözlərdə sözün məna çalarlığı nə qədər zəngin olsa da, bunlardan biri ilkin-əsas, digərləri isə ondan törəmə mənalardır. Və bu məna çalarları fikrin ifadəsində dəqiqləşir, yəni sözün müxtəlif mənalara malik olmasına baxmayaraq, məhz mətn onun real mənasını konkretləşdirir.

Çoxmənalılıq bütün türk dillərində olduğu kimi, Azərbaycan dilində də hələ qədim dövrlərdən mövcud olmuş və dilimizin qanunauyğunluqlarından birinə çev-rilmişdir. XVI-XVII əsrin yazılı nümunəsi olan «Oğuznamə»də də çoxmənalı sözlərə aid onlarla misal vardır. Həmin misallar kəmiyyət etibarilə daha çox ismə, sifətə və felə aid olduğu üçün bu nitq hissələri üzrə qruplaşdırmağa çalışdıq:

İsimlərdə çoxmənalılıq nisbətən azdır və bunlar əsasən insan orqanizminin adları və oxşar funksiyalı sözlərdən ibarətdir. Məsələn:

Yüz: –Əl əli yuvar, iki əl yüzi yuvar (47). 2. Şərait-güzəran mənasında: Allah yüzi yoxsulluğun göstərməsin (19) (Allah yoxsulluğun üzün göstərməsin). 3. Abır, həya mənasında: Ər oldur ki, yüzi suyun satın ala.

Göz; – 1.İnsan, şəxs mənasında: Allah sağ gözü sol gözə möhtac eyləməsin (19). 2. Hava mənasında: Qış gözü qarağu olur. 3. Fikir mənasında: Odunçu gözü umacda (42). 4. Zövq mənasında: Ulu gözülə qız al, ərgən gözilə at al (50).

Əl;– Dilənmək mənasında: Nakəsə əl açmaqdan ac olmaq yegdir (49). 2.Hörmət, münasibət mənasında: Əl əli yuvar, iki əl yüzü yuvar (147).

78

Page 79: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Oyun;– Oğlanın (uşağın) dərdi oyundur (46). 2. Dostluq, mehribanlıq məna-sında: Od ilə pambuğun nə oyunu var. Ət ilə bıçağın nə oyunu var (19).

Ad; – İftira, şər mənasında: Bir kişinin adı çıqıncayadək göni çıqar (77). 2. namus mənasında: Arx arınar, ad arınmaz. Ad altında ər ölür. Ad işlər, işi sən işlə-məzsən (62). 3. Hörmətli, tanınmış mənasında: Adlu kişi adından qorqar, adsuz kişi tanrıdan qorxmaz (63).

Sifətlərin çoxmənalılığı. Məlumdur ki, sözdə çoxmənalılığı yaradan əsas səbəblərdən biri əlamətin oxşarlığıdır və təbii olaraq, sifətlərdə bu proses daha güclüdür. Abidənin dilində belə sifətlərin çoxluğu bu prosesin qədimliyindən xə-bər verir.

Rəng bildirən «qara» sifətinin çoxmənalılığı daha maraqlıdır. Bu sözdən tö-rəyən yeni mənalar əslindən uzaqlaşmış olsa da, ilkin mənanı nisbətən özündə saxlayan müxtəlif sözlər əmələ gəlmişdir. Məsələn: qara (rəng mənasında): Qara düzən ev bozmaz (qara geyinən ev artmaz, sevinməz) (142). 2. Ölüm, zülüm mə-nasında: Qara xəbər yerdə qalmaz (148). Ər də düşər qərə bəxtə, övrət də düşər qərə bəxtə (45). 3. Kədər, qəm mənasında: Ər qararar, könli qararmaz (20). Bu-lutlu gündə könül qaradır (71).

Bundan başqa, aşağıdakı ifadələrdə işlənən qarasınca (ardınca), qaramaq (baxmaq) sözlərinin də əsasında, bizcə,qara sifəti durur: Güc gücə kötü qaradır (158). Çün yoldaşın simüz sevməz sən gir yüyür qarasına (140).

Qara sifətinin polisemik imkanları «Dədə Qorqud Kitabı»ndan başlayaraq bu günümüzə qədər ədəbi dilin bütün mərhələlərində izlənir və təfəkkürün təkamül nəticəsi kimi qiymətləndirilir.

Qara köklü sözləri təhlil edən H.Quliyev göstərir ki, «Kıpçaqqruputürkdil-lərindəbaxmaq, görmək mənalı fellərin əsasında qara feli durur. Qara kökü Azər-baycan dilindəki qaravul, qaravulçu sözlərində də izini qoruyur, Oğuz dillərindən türkmən və bir çox başqa türk dillərində (qazax, qaraçay, balkar, qaraqalpaq, qırğız, uyğur, tatar və s.) qara feli baxmaq, diqqət etmək mənasında ifadə olunur». Azərbaycan dilinin şivələrində də gözünü zilləmək mənasında qaralamax sözü işlədilir. Bu sözlərdəki qara (rəng) semantikası ya göz bəbəyi, ya da hədəflə bağlıdır. Bizcə ikinci daha inandırıcıdır. Çünki ardınca mənasında işlənən qarasına sözündə kölgənin tünd rəngdə olması bu fikri əsaslandırır. Hətta qədim abidələrimizdə «böyük», qüvvətli, əzəmətli mənasında işlənən «qara» sözünün də rənglə bağlılığını ehtimal etmək olar, çünki bu sifət (qara) əsasən böyük kölgələr yarada bilən, qaraya çalan əşyalarla daha çox işlənmiş və bəzi onomastik vahidlərdə izini qorumuşdur.Məsələn: Qarşu yatan qarlu qara tağlar qaruyubdur otu bitməz (KDQ, 49). Müasir dilimizdə izincə, arxasınca mənasında işlənən «qarabaqara» sözünün də eyni semantik kökdən törəndiyi qənaətindəyik.

Müasir ədəbi dilimizdə «qara» – sifəti rəng bildirmə funksiyasını saxlamış, qalan məna çalarları isə nisbətən arxaikləşmişdir.

Qarağı (kor); – Qarağıqutsuzu bir düşdügi yerə yenə düşər (144).79

Page 80: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Kor mənasında işlənən qarağı arxaizmi də, fikrimizcə, qara köklü sözlərdən olub, qaranlıq məfhumu, qara sifəti ilə bağlıdır.

Quru; – Quru gön bit arturar (153). 2.Hörmətsiz mənasında: Quru salamı yel alur. 3. Ac mənasında: Qışın çırağı quru olanın, yazın tamağı quru olar (152). 4. Günahkar mənasında: Quru qatında yaş da yanar (141).

Toğru; – Müasir dilmizdə bu söz «t-d» səs əvəzlənməsi ilə sabitləşib. 1. Toğru derlər: İttifaq etsə kişi aləmi dutar. 2. Haqlı, düz danışan mənasında: Toğ-ruya zəval yoqdur (135). 3. Yol mənasında: Toğrudan gedən gec gəlür, tolamça-dan tez gəlür (135). 4. Günahsız mənasında: Toğru tutulmayınca əgri bulunmaz (132).

Ağır (əziz); – Taş qopduq yerdə ağır olar (134). 2. Hörmət etmək məna-sında: Qonağın enisi endicək ev issin ağırlar (147). Toq ağırlamaq güc olur (135).

Yuxarıda göstərilən işləkliyini saxlamış sifətlərlə yanaşı, mənbədə arxaik-ləşmiş sifətlər də zəngin məna çalarları ilə ifadə olunmuşdur. Məsələn: tatlı (şirin), qarağu (kor), ulu (böyük) və s.

Tatlu (şirin); – Tatlu suyu kim içməz (134). 2. Ürəkaçan mənasında: Tat-luyu tatlu söylə (135). Övrətə bir ətək aqçadan bir tatlu dil yegdir (138). 3. Əziz, qiymətli mənasında: Adəm oğlanı yaşadıqca canı tutlu olur(31).

Ulu (böyük); – ulu-ulu tağları keyiklər bilür (37). 2. Qoca, müdrik məna-sında: Ulular sözin tutmayan ylayu qalar (59).

Fellərin çoxmənalılığı abidənin dilində çox geniş şəkildə nəzərə çarpır. Çünki obrazlılıq gücü yüksək olan paremilərdə müxtəlif məfhumlara aid hərəkət-lərin oxşadılması və köçürülməsi nəticəsində fellərin polisemantik əlaməti ortaya çıxır. Məsələn, düşmək, almaq, kəsmək, aşmaq, qoparmaq, çəkmək, çıxmaq və s. bu kimi fellər, «Oğuznamə»nin dilində də, bu gün müasir dilimizdə olduğu kimi işlənməkdə və çoxmənalılıq ifadə etməkdədir.

Almaq: – götürmək, istəmək mənasında: Danışməndlər vermək sevməz, almaq sevər (107), Yoqludan tanrı da almaz (193). 2. Evlənmək mənasında: Qız almaq, hasar almaq kibidir (153), Gənc alan aldanmaz (106). 3.Sevmək məna-sında: Könül alan güvəndi (162), 4. Çatmaq mənasında: Yorğa yolda qalır, yelə-dən mənzil alır (190), 5. İncitmək mənasında: Yılanın öcün kərtənkələdən alma (196). 6. Javab vermək mənasında: Yenilə bay olan salam almaz (189).

Çəkmək:– çəkmək, vurmaq mənasında: Birəgünün beş ağçalıq yayın çək-məkdən beş yüzlıq qılıncın çəkmək yegdir. 2.Qalxmaq mənasında: Nərdübanı tam üstünə çəkmə, aqibət sarqup enərsən (181). 3.Qəmlənmək mənasında: Üç nəsnə adamı arıqladır: sini çınğırtısı, övrət yavuzlığı, intizar çəkmək (37). 4. Qaldırmaq mənasında: Qurd boynuna çəkər: assın dönüb, nəsnə umma (142).

Çıxmaq: – Ət ilə dırnaq arasına girən yeyüp çıqar (65). 2. Qalxmaq, eşidil-mək mənasında: Köpək üni gögə çıqmaz (165). 3. Kor olmaq mənasında: Kəndü düşən ağlamaza ağlamaq degil, amma gözi də çıqar (169). 4. Qazanmaq mənasın-da: Ər olan rizqin taşdan çıqarur (61). 5.Səhv etmək mənasında: Niylərsən eylə,

80

Page 81: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

yoldan çıqma (180). 6. Şərlənmək mənasında: Bir kişinin adı çıqıncayadək gönü çıqar (77).

Düşmək: – Qarağı qutsuzu bir düşdügü yerə yenə düşər (144). 2. Qaçmaq mənasında: Keçmiş yağmurun kəpənək kibi ardına düşmə (156). Quyuyu boyunca qaz, şayəd kəndin düşərsən (155). 3. Olmaq mənasında: Ümməti-Məhəmmədin sözi kəsadlığa düşməsin (37).

Kəsmək: – Sürçinatın ayağın kəsməzlər (76). 2.Paylaşmaq mənasında: Ətmək kəsmək hünərdir (30). 3. Uzaqlaşdırmaq mənasında: Övrət kişiyi atadan-anadan ayırar, eşindən-dostundan kəsər (137). 4.Doymaq mənasında: Qurd qoyundan tamaın kəsməz (154). 5. Məğlub olmaq mənasında: Kəsəmədigin əli öp, başına qo (162).

Vermək:– Qaşığ ilə aş verüp, sapıyla gözün çıqarma (141). 2. Göstərmək mənasında: Almaq qolay, vermək gücdür (61). Oğlana üz versən başdan aşar (36). 3. Ölmək mənasında: İllətlə dirilən möhnətlə can verər (137). 4. Həsib etmək mənasında: Tanrı kişiyə kəndiyə müti olmaz oğul versin (85). 5. Danışmaq məna-sında: Sən qazan, qonşun hesabın verə, sənin gözündəki çopi görməyə (113).

Yapmaq: – tikmək mənasında:Məscid yapılmadan, ğərib qapısına gəlir. 2.Nəsib etmək mənasında: Qarağı legləgin yuvasın haq yapar (142). 3. Sevin-dirmək mənasında: Könül yapdun, əriş yapdın, könül yıqdın, əriş yıqdın (163).

Bulmaq: – tapılmaq mənasında:Verəcək ucundan alacaq bulmadım (183). At bulunar, əyər bulunmaz (20). 2. Yaşamaz mənasında: İyəvən qız ərə varmaz, varırsa da bəxt bulmaz (33). 3. Söyləmək mənasında: Toqun önünə aş qosan, bin qurlü bəhanə bular.

Arınmaq: – təmizlənmək, hörmət qazanmaq mənasında:Arx arınar, ad arın-maz.

Urmaq: – Döymək mənasında: Eşəgə gücün yetməsə, qoduğun urma (46). 2. Ovlamaq mənasında: Bir taş ilə iki quş urulmaz (70). 3. Etmək, eləmək məna-sında: Qurd ilə quzu yeyib, qoyun ilə şivən urma (143). 4. Hesablamaq məna-sında: Hiç hiçə vursan, yenə hiç (185). 5. Qoymaq mənasında: Qara esəgə yular (yəhər, yedək) ursan, qatır olmaz (149).

Bayımaq: – varlanmaq mənasında:Kişi bir uğurdan bayımaz (162). 2. Böyü-mək, şöhrətlənmək mənasında: Oğuz yumundan bayımışdır. (Oğuz xeyir-duadan varlanar, böyuyər) (150).

«Oğuznamə»də ümumişlək olan bu fellər digər tarixi mənbələrimizdə də tez-tez işlənmiş, lakin XVII-XVIII əsrlərdən sonra sabitliyini itirmişdir. Bu arxaizmlərin yeni variantları da eyni polisemantikanı saxlamaqdadır.

Abidənin lüğət tərkibindən gətirdiyimiz kifayət qədər nümunələraforistik ifadə tərzində polisemiyanın nə qədər güclü olduğunu təyin edir.

Eyni zamanda dilin inkişafından doğan çoxmənalılığın yaranış yaşı bəlli olmayan atalar sözlərində bu qədər möhkəm mövqe tutması, Azərbaycan dili tari-xində «Oğuznamə»ni tamamən öyrənməyin aktuallığını bir daha hiss etdirir.

81

Page 82: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Xüsusilə, dilin inkişafından doğan polisemiyanın yaranış yaşı bəlli olmayan atalar sözündə bu qədər möhkəm mövqe tutması prosesin qədimliyini göstərməklə yanaşı, alınan nəticələr həm də türk dillərinin semasioloci inkişafı baxımından maraqlıdır.

Ədəbiyyat

1.Həsənov H. Müasir Azərbaycan dilinin leksikası. Bakı: Maarif, 1988, səh, 15;2. Müasir Azərbaycan dili. I c., Bakı: Elm, 1978, səh, 141.3. Ж.Вандриес Язык: лингвистическое введение в историю. М.,1937, стр. 171.4. Г.К.Кулиев Сравнительно-исторический аннализ лексико-семантического

развития глаголов зрения в тюркских языках огузской группы. // Советская тюрко-логия. Баку,1976, № 4, стр. 9-10.

5. Dialektoloji lüğət. Bakı: AEA-nın nəşri, 1964, səh, 115.6. Т.Гаджиев Восстановление древних морфем в тюркских языках.//Этимоло-

гические и историко-морфологические исследования тюркских языков. Баку: АГУ, 1987, стр. 7;

7. Məmmədova A.«Dədə Qorqud kitabı»nda milli leksikanın arxaik qatı. //Tədqiqlər. Bakı: Elm, 2004, № 1, səh, 184;

8. Quliyev Ə.A.Qədim türk onomastikasının leksik-semantik sistemi. I hissə. Bakı: Elm, 2001, səh, 65.

82

Page 83: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

T.M. ƏSGƏROVA

XALQ ƏDƏBİYYATI ÖZƏLLİKLƏRİ NƏSİMİ DİLİNİNƏSAS VASİTƏLƏRİ KİMİ

(İSMİ, FELİ VƏ ƏRƏB, FARS QURULUŞLUFRAZEOLOJİ VAHİDLƏR)

Açar sözlər: Nəsimi, Azərbaycan, fel, frazeologiya, miliКлючевые слова: Насими, глагольные, фразеологизмы, Азербайджанского,

народного, языкаKey words: Nasimi, verb, phraseology, Azerbaijan, nation

Qloballaşma mühitində klassik irsimizin tədqiqi, xüsusən orta məktəblərdə onun tədriri məsələsi günün ən vacib məsələlərindəndir.

Böyük şairimiz Nəsimi Azərbaycan ədəbi dilinin inkişaf, mərhələsində ən yüksək səviyyəni fəth etmiş, bədii yaradıcılığında ana dili söz və ifadələrini aparı-cı mövqeyə qaldırmaq məqsəd ilə xalq dili incilərini və Azərbaycan xalq dilində mənimsənilmiş ərəb və fars sözlərini ana dili sözləri ilə qoşalaşdırıb, XIV-XV əs-rin əvvəllərində klassik poeziyanın təkrarsız nümunələrini yaratmış nəhəng bir şa-irdir.

Nəsimi Azərbaycan ədəbi dilini xalq ədəbiyyatı materiallarından istifadə et-məklə yüksək, zirvəyə qaldırdı onu xalq dili incilərinin rəngarəng semantik çalar-ları ilə zənginləşdirdi və xalq ədəbiyyatından alıb işlətdiyi söz və ifadələrlə həqiqi mənada poetik möcüzələr yaratdı. Azərbaycan xalq dilini XIV əsr Azərbaycan ədəbi dilinin əsas istinad mənbəyinə çevirməklə ədəbi dilin milli, xəlqi vasitələrlə inkişafına rəvac verdi.

Nəsimi dilində milliliyin əsas mənbəyi Azərbaycan türk xalqının özü ilə həmyaşıd olan frazeoloji vahidlər, xalq dili ifadələri, canlı xalq dili vasitələri olan idiomlar şairin dilinin xəlqi bədii ifadə vasitələri ilə zənginləşməsini təmin edir.

Şairin dilində külli miqdarda ismi və feli frazeoloji vahidlər mövcuddur. Bu ifadələr Nəsimi dilini bədii cəhətdən gözəlləşdirmiş, keyfiyyətcə xəlqiləşdirmiş-dir.

Nəsimi dilinin leksik – semantik zənginliyinin mühüm bir hissəsini ismi fra-zeoloji vahidlər təşkil edir. Bunların böyük bir qismi qrammatik quruluş etibarilə ismi söz birləşmələri şəklində olub, semantik – məzmun etibarilə rəngarəng, çox-çeşidli frazemlər silsiləsi kimi XIV əsr Azərbaycan ədəbi dilini zənginləşdirmiş, onun xəlqi əsasını gücləndirmişdir. Qeyd etmək lazımdır ki, Nəsiminin dilində ge-niş miqyasda işlənmiş və sonrakı dövrlərdə eyni intensivliklə Azərbaycan klassik-lərinin dilində bədii dilin obrazlar sisteminin inkişafında və zənginləşməsində ən əlverişli ifadə vasitəsi olan ismi frazeoloji vahidlər ədəbi dili bəzəyən, onun bədii vüsətini və bədii effektini yüksəldən bədii təyinlər, bədii epitet kimi qəzəl qəhrə-

83

Page 84: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

manlarının tam, bütöv obraz kimi formalaşmasında əsas vasitə olmuşdur. Bunların elə çeşid-çeşid növlərindən Nəsimidən sonra gələn dahi söz ustadları da istifadə etmişdir; bunlar sanki bədii təfəkkürün formalaşmasında əsas vasitə - əsas atributlar kimi orta əsr Azərbaycan qəzəl janrının ən qüvvətli, ən gözəl nümunələ-rinin yaramasında standartlaşmış, şablonlaşmış bədii ifadə vasitələri kimi ədəbi dildə sabitləşmişdir.

Tədqiqat göstərir ki, Nəsimi dilində işlənmiş frazeoloji vahidlərin əsas qismi türk mənşəli Azərbaycan türk sözlərindən yaranmışdır. Bununla belə, şairin poezi-yasında onlarla məcazlaşmış fars dili izafət birləşmələri mövcuddur ki, Nəsimi di-linin poetik vüsətinin yüksəlməsində bunların da xüsusi əhəmiyyəti vardır. Bunlar elə ənənəvi izafət birləşmələrdir ki, onlar ümumən Şərq poeziyasında, eləcə də Azərbaycan klassik ədəbi dilində, klassik poeziyasında bədii personajın, lirik qəh-rəmanının – Gözəlin təsvirində onlardan geniş dairədə istifadə edilmişdir. Bunlar göstərir ki, orta əsrlər Azərbaycan ədəbi dilində – orta əsr Azərbaycan klassik po-eziyasının formalaşmasında və ədəbiyyatımızın ən bəzəkli janrı (Mir Cəlal) qəzəl janrının formalaşmasında rəngarəng ismi frazeoloji vahidlər ən gözəl obrazların yaranmasında ən əlverişli vasitə olmuşdur. Əsrimizin əvvəllərində fransız alimi Şarl Ballinin dediyi “frazeoloji vahidlər obyektiv gerçəkliyi sadəcə əks etdirmir, obyektiv gerçəkliyi rəsm edir” sözləri sanki ismi frazeoloji vahidlər üçün deyil-mişdir.

Tədqiqat göstərir ki, Azərbaycan ədəbi dili tarixində “sevgi janrının-qəzəl janrının” (Mir Cəlal) formalaşmasında ismi frazeoloji vahidlər ən münasib və ən gözəl vasitə olmuşdur. Bu prosesdə türkmənşəli söz birləşmələri qəlibində olan is-mi frazemlərlə yanaşı, fars və ərəb dili izafətlərinin də çox böyük mövqeyi olmuş, bu bəzəkli janrın türk dilləri zəminində yüksək inkişaf etməsində türkmənşəli ismi söz birləşmələri kimi ərəb, fars dillərinə məxsus izafətlərin də mühüm əhəmiyyəti olmuşdur. Nəsimi, bir xalq şairi kimi, xalq dilinin özünə məxsus incəliklərinə yaxından bələd olan şair kimi, xalq dilinin yığcam formalarından yeri gəldikcə əsərlərində istifadə etmiş, qəzəllərinin milli zəminə əsaslandığını nümayiş etdir-mişdir. əcəl yeli (ölüm), vücud evi (iç. daxil aləm), can parəsi (sevgili), cavidan evi (əbədiyyət), kamil günəş (sevgili, dilbər), qəmər dövrü (cavanlıq, gənclik), çürük söz (mənasız danışıq), quş dili ( sehirli, bəlagətli nitq), can quşu (ruh, nəfəs), hicrin cəfası, hicrin bəlası, zülfün səvadı, hicrih narı, məninin vüsalı, könlüm şişəsi, vücuddim evi tipli klassik ədəbiyyatımızın dilində geniş yayılmış həmin frazeoloji ismi vahidlər əslində(sənin) hicrinin cəfası (ayrılıq hicri), sənin hicrinin bəlası (ayrılığın dərdi, kədəri), (sənin) zülfünün səvadı, (sənin) hicrinin narı (ayrılıq odu, atəşi), (sənin) məninin vüsalı, (mənim) könlümün şişəsi, vücudumun evi (içim, daxilim) ismi frazeoloji vahidlərin budanmış formalarıdır ki, klassik Azərbaycan ədəbiyyatında belə poetik, ixtisar olunmuş söz və ya şəkilçilərdən, sözdən qənaətlə istifadə etmək məqsədilə, (poetik vasitə kimi), geniş dairədə istifadə olunmuşdur. İlkin olaraq xalq dili lakonizmi (yığcamlığı) ilə

84

Page 85: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

bağlı olan belə hallar tarixən ədəbi dil materiallarında, poeziya nümunələrində tez-tez müşahidə edilir; onun izləri bu gün xalq dilində yaşamaqdadır: xalam qızı, əmim oğlu tipli birləşmələr əslində mənim xalamın qızı, mənim əmimin oğlu olduğuna baxmayaraq, xalq dilində birinci variantlar sabitləşmişdir.

Nəsiminin frazeoloji yaradıcılığı ondan sonra yazıb - yaradan Azərbaycan ədəbi dili nümayəndələri, söz sahibləri, Azərbaycan ədəbi dili klassiklərinin bədii yaradıcılıqlarında da davam etdirilmiş və onlar bədii cəhətdən qüvvətli, orijinal vahidlər yaratmışlar. Bu prosesdə Azərbaycan klassikləri ilk mənbə olaraq xalq dilindən istifadə etməklə yanaşı, eyni zamanda çeşid – çeşid fərdi, yeni frazeoloji vahidlər yaratmaqla Azərbaycan ədəbi dilini bədii dil vahidləri ilə zənginləşdir-mişlər.

Tədqiqatlar göstərir ki, Nəsiminin dilində işlənmiş ismi frazeoloji vahidlər əsas etibarilə semantikasına görə məcazlaşmış ifadələrdir və bu səbəbdəndir ki, onlar Nəsiminin poetik dühasının, bədii – estetik təfəkkürünün gözəl nümunələri kimi onun özünə məxsus dilini, fərdi üslubunu nümayiş etdirir. Çünki “üslubi – estetik məcazların əksəriyyəti fərdi xarakter daşıyır. Sənətkar sözün dərinliklərin-də gizlənən müxtəlif məna çalarlarını üzə çıxarır və bunun sayəsində qüvvətli eks-pressiyaya malik məcazlar yaradır”. Bu mənada Nəsimi Azərbaycan ədəbi dili ta-rixində yalnız M. Füzuli ilə müqayisə oluna bilər.

Nəsimi dilində külli miqdarda ismi (substantiv) frazeoloji vahidlər olduğu kimi feli (predikativ) o cümlədən ərəb, fars quruluşlu frazeoloji vahidlər də vardır.

Şair poetik təsvirləri daha təsirli, daha aydın etmək üçün feli frazeoloji vahidlərə aydınlaşdırıcı, izah edici sözlər əlavə edir ki, bu da son məqamda feli frazemin izahedici üzvünə çevrilir; canını tərk etmək (ölmək), içindən tütünü çıxmaq (yanmaq), su olub axmaq (poetik mənada tabe olmaq):

Belə feli frazemlər ən azı üç komponentdən ibarət olur: dudi göylərə çıxmaq, tüstüsü göylərə çıxmaq (yanmaq), yarın ətəgin itirmək (ayrı düşmək), boynuna fəraqin (şövqün, həsrətim) ipini taxmaq, tozlu cahana ətək silkinmək, yuca yerdən dəm urmaq (qas-qas danışmaq - KDQ), dilini ənsəsindən çəkmək (cəzalandırmaq), başına xumarı çıxmaq (məst olmaq, kefli olmaq), qəlbini ocağa atmaq (öldürmək, məhv etmək), nəfsin çərisin basmaq (nəfsini cilovlamaq), nəfsin oda atmaq (yandırmaq), əcəl yeli əsmək (ölmək, dünyasını dəyişmək), axirətin sarayına getmək (ölmək, dünyasını dəyişmək), eşq odilə aşını bişirmək (eşqə mübtəla olmaq), taqəti taq olmaq (qanı qaralmaq), basaratı bağlı olmaq, doğruya zaval olmamaq, cigəri tutuşub yanmaq və s.

Eləcədə ərəb və fars izafət quruluşlu şəbi-yelda (sevgilinin uzun və qara saç-ları), sərvi-xuraman (sevgilinin boyu. qəddi), lölöyi-mərcan (sevgilinin dişləri), abi-kövsər (sevgilinin dodaqları) və s. kimi ismi frazeoloji vahidlər şairin dilində məcazi məna kəsb edərək, metaforik məna qazanır, obrazlı ifadələr sistemini yara-dır.

85

Page 86: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

N.E. HƏSƏNOVA

ANA DİLİNİN ORFOFONİYA MƏSƏLƏLƏRİ

Açar sözlər: dil, nitq, tələffüz, tədris .Ключевые слова: язык, речь, обучение, произношение.Key words: language, speech, educational, pronunciation

Azərbaycan dili dünya dilləri içərisində xüsusi yer tutan mütərəqqi dildir. Bu dilin elmin, texnikanın, fəlsəfi fikrin nailiyyətlərini dəqiq, aydın, mükəmməl ifadə etmək gücü vardır. Azərbaycan dili zəngin və rəngarəng söz ehtiyatına ma-likdir.

Nəsillər bir-birini əvəz edir. Lakin dildə onların həyatı, duyğuları, həyəcan-ları bizə miras olaraq qalır. Dil keçmiş, indiki və gələcək nəsilləri bir-birinə sıx bağlayan ən canlı bağlardan biridir. Dil olmadan mühakimə və təfəkkür üçün la-zım gələn ünsürlər heç bir zaman əldə edilə bilməz.

Hər bir xalqın dili onun milli sərvətidir və bu sərvət abidə kimi qorunmalı-dır. Buna görə də ana dilinə məhəbbət, bu dili qorumaq hissi kiçik yaşlarından uşaqlarda tərbiyə olunmalıdır. Ana dili nağıllarımızın, bayatılarımızın, laylaları-mızın, oxşamalarımızın dilidir. Ana dili elə bir məhvərdir ki, uşağın öyrədilməsi və tərbiyələnməsi bu məhvər ətrafında toplanmalıdır. Bunun üçün evdə ata-ana, məktəbdə isə hər bir müəllim, xüsusilə Azərbaycan dili müəllimi bu məsuliyyətli işi müqəddəs, şərəfli bir borc kimi yerinə yetirilməlidir.

Dil məsələlərinin həlli üçün düzgün istiqamətləndirmədə, zəruri biliklər əldə edilməsində ana dili dərsliklərinin də rolu böyükdür. Şagirdin intellektual səviyyə-sinin yüksəlməsində, nitq qabiliyyətinin və danışıq mədəniyyətinin inkişaf etmə-sində əvəzolunmaz vasitədir. Ona görə də ana dili dərslikləri müasir tələblərə ca-vab verməlidir. Bu gün kurikulum islahatı üzrə görülən işlər ana dili dərslərinin yeni məzmunda təşkilini, informasiya-kommunikasiya texnologiyalarından istifa-də olunmasını və s. ciddi vəzifə kimi qarşıya qoyur. Bu mərhələ ana dilinin tədrisi prosesində müəllimlərdən yaradıcı olmalarını tələb edir.

Orta məktəbdə Azərbaycan dilinin tədrisinin qarşısında qoyulan başlıca və-zifə şagirdləri mükəmməl ədəbi dilə -nitq mədəniyyətinə yiyələndirməkdən ibarət-dir. Bunun əsas şərtlərindən biri şagirdlərə düzgün tələffüz vərdişlərinin aşılanma-sıdır. Bu gün məktəblərimizdə şagirdlərin qiymətləndirilməsi zamanı orfoqrafik səhvlərin əsas götürüldüyünü müşahidə edirik. Lakin nəzərə alınmalıdır ki, orfoe-pik məsələləri həll etmədən bu sahədə uğur əldə edilməsi mümkün deyildir.

Orta məktəblərdə Azərbaycan dili nəzəri və praktik yolla tədris edilir, yəni həm nəzəri bilik verilir- dilin qanunları, normaları öyrədilir, həm də çalışmalar üzərində işlər aparılır. Ana dilinin tədrisinin mükəmməlliyi üçün zəruri praktik materiallar olmalıdır. Ana dili fənninin tədrisində fəal (interaktiv) təlimdən istifa-

86

Page 87: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

də edilməsi şagird fəallığının artırılmasına, məntiqi təfəkkürün inkişaf etdirilməsi-nə, yaradıcılıq qabiliyyətlərinin formalaşmasına və bütövlükdə təlimin yaxşılaş-masına şərait yaradır. Hər bir dərsin gedişi şagirdlərin qavrama qabiliyyətlərindən asılıdır. Bu gün məktəbə qədəm qoyan şagirdin aldığı bilik dinləmə, eşitmə, müşa-hidəetmə yolu ilə əldə edilir. O fikirlərini danışaraq nümayiş etdirir. Şagirdin söz ehtiyatının zənginləşməsində, nitq bacarıqlarının formalaşmasında səlis, rəvan da-nışıq əsas rol oynayır. Məhz danışıq prosesində şagirdin nitqi formalaşır, inkişaf edir.Ana dili fənni şagirdlərin nitq mədəniyyətinin formalaşmasında aparıcı möv-qe tutur. Dərs prosesində şagird diqqətlə dinlənilməli, söylədiyi fikrə hörmətlə ya-naşılmalı, ona sərbəst mühakimə yürütmək imkanı yaradılmalıdır. Şagirdin fikirlə-rini yaradıcı şəkildə ifadə etməsi üçün zəngin söz ehtiyatına malik olması, bu fi-kirlərin yazılı ifadəsi üçün dil qanunlarına yiyələnməsi ana dili fənnindən gözləni-lən təlimin nəticəsidir.

Bəlli olduğu kimi, dil ictımai hadisədir. Hər bir uşaq da başqalarına müraci-ət etmək ehtiyacından dildən ünsiyyət vasitəsi kimi istifadə etməyə məcburdur. Uşaq məktəbə gəldiyi ilk gündən onun əhatəsindəki insanların – valideynlərin, ya-xınlarının, o cümlədən məktəbəqədər tərbiyə müəssisəsindəki müəllimlərinin tə-ləffüzünü özü ilə gətirir.Əgər bu insanlar yerli şivədə danışırlarsa, birinci sinfə gə-lən şagird də o cür danışır. Yerli şivə şəraitində düzgün yazı və tələffüz qaydaları-nın öyrədilməsi müəllimdən xüsusi zəhmət tələb edir. Məsələn, Yevlax şivəsində danışan bir şagird cib əvəzinə civ, çoban əvəzinə çovan, alıb, gəlib əvəzinə alıf, gəlif, ağac əvəzinə ağaş söyləyəcək və yazacaqdır. Beləliklə, düzgün yazı qayda-larına riayət olunmasında, bu qaydaların mənimsənilməsində qarşıya çıxan mane-ələrdən biri kimi yerli şivələrin dilə sirayət etməsini göstərə bilərik. Bunun aradan qaldırılması, şagirdlərin düzgün ədəbi tələffüz qaydalarına yiyələnməsi üçün mək-təbdə vahid nitq qanun-qaydalarının möhkəm olması vacib şərtdir. Çünki müəllim danışarkən onun nitqində şivə xüsusiyyətləri müşahidə edilirsə, şagirdlər də bunun səhv olmadığını düşünürlər. Müəllimin nitqi düzgün, dolğun, nümunəvi olarsa, tə-ləffüz qaydalarına düzgün riayət edilərsə, bu, şagirdlərə müsbət təsirini göstərə-cəkdir. Təkcə Azərbaycan dili müəllimləri deyil, bütün fənn müəllimlərinin şa-girdlərin nitqinə nəzarət etməyi sayəsində istənilən nəticəni əldə etmək mümkün olar. Həmçinin sinifdə deyil, sinifdən xaricdə də şagirdlərin nitqinin düzgünlüyü-nə nəzarət edilərək, qüsurların yerindəcə düzəldilməsi vacibdir. Bu zaman şagir-din yoldaşlarının da bu işə cəlb edilməsi təsirli ola bilər. Belə ki, şagirdlər qarşı-lıqlı olaraq öz nitqləri üzərində müşahidə aparmaqla bir-birinin tələffüz səhvlərini düzəldə bilərlər.

B.Vahabzadənin öz övladını əcnəbi dildə oxudan ana dili müəlliminin dö-nüklüyündən bəhs edən “Riyakar” şeiri əsasında hərfi və ədəbi tələffüz arasnda müqayisə aparaq.

87

Page 88: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Hərfi tələffüzlə: Ədəbi tələffüzlə:Bir- nədir, beş-altı dil bilsin gərək, Bir- nədir, beş-altı dil bilsin gərə[x`],Bizim sabahımız – körpələrimiz. Bizim sabahımız – körpələrimiz.Vətən dilinə də dodaq büzməyək, Vətən dilinə də doda[x] büzməyə[x`],Burdan ayaq açıb, yola çıxaq biz. Burdan aya[ğ] açıb, yola çıxa[x] biz.Evdə ayaq açır əvvəlcə hər kəs, Evdə aya[ğ] açır əvvəlcə hər kəs,Sonra uzaqlara düşür qədəmlər. Sonra uza[x]lara düşür qədəmlər.

Yazılı dil – kitab dili şagirdləri hərfi- orfoqrafik tələffüzə meyil etdirir. Nü-munədən göründüyü kimi, oxu prosesində ədəbi tələffüz qaydalarını gözləmək qi-raətin təbiiliyini təmin edir.Təəssüf ki, müəllimlərimizin çoxu bu məsələyə diqqət yetirmirlər, əsərin şifahi nitqdə təbii səslənməsinə xələl gətirən hərfi tələffüzlə oxumanın qarşısını almırlar. Halbuki şagirdlər yalnız sinifdə bu cür tələffüzdən is-tifadə edirlər. Dərsdən sonra isə yenə öz şivələrində danışırlar. Onu da qeyd edək ki, yazılı dil ədəbi tələffüzün mənimsənilməsinə,öyrənilməsinə əngəl olduğuna baxmayaraq, istiqamətverici rola da malikdir.

B.Çobanzadə türk dillərinin və ədəbiyyatlarının tədrisi və tədqiqi metodları-nın öyrənilməsinə həsr olunmuş “Türk dili və ədəbiyyatının tədris üsulu” (Bakı, 1926-1927) kitabında yazır:”Dil tədrisindən məqsəd doğru oxuyub-yazmağı öy-rətmək deyildir. Filvaqe bu da mühüm bir məsələdir, lakin bundan əvvəl dilin me-xanizması, üzviyyatı və təşəkkülatı ilə tələbələri az-çox aşina etməkdir.Bu da an-caq cocuqların öz dilini, ana və ailə dillərini onlara tədqiq etdirmək, onların ruh və zehinlərinə, ictimai istedadlarına yaxın bir surətdə rəhbərlik və müəllimlikdə bu-lunmaqla olur.”

Bəli, dilin tədrisi zamanı təkcə orfoqrafiya və orfoepiya məsələləri deyil, di-lin quruluşunu və bu quruluşu əmələ gətirən ayrı-ayrı ünsürlərin təhlil olunaraq öyrənilməsi gərəkdir. Dilimizin incəliklərini gənc nəslə sevərək öyrədək, ana dili-mizin saflığını qorumaq naminə laqeydlik göstərməyək, onun təmizliyi uğrunda gedən mübahisələrdən və mübarizələrdən kənarda qalmayaq. Bu sahədə uğur əldə edilməsi üçün orta və ali məktəb auditoriyası qədər hər bir ziyalının həssas və diq-qətli yanaşması əhəmiyyətlidir.

88

Page 89: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Ş.R. HƏSƏNLİ-QƏRİBOVA

ALINMA SÖZLƏR ETNOQRAFİK LEKSİKADA

Açar sözlər: Etnoqrafik leksika, alınma söz, assimilyasiya, etnoqrafizm, türkdilli abidələr

Ключевые слова: Этнографическая лексика, заимствованные слова, асси-миляции, этнографизм, тюркоязычные памятники

Key words: Ethnographic lexicon, borrowed word, assimilation, ethnographism, turkic monuments

Dil xalqı yaşadan ən mühüm amildir. Xalqın məişəti, yaradıcılığı, təsərrüfat fəaliyyəti, bir sözlə, bütün həyatı dil vasitəsilə əks olunur, tarixdə yaşama hüququ qazanır. Dil hər bir xalqın yaşam, təfəkkür xüsusiyyətlərini bütünlükdə əks etdirir. Dilin inkişafı xalqın elminin, mədəniyyətinin inkişafı ilə bağlıdır. İnkişafda olan dil müəyyən baxımdan inkişafda olan xalq deməkdir. Bu xüsusiyyətlər dilin bütün sferalarında, xüsusilə etnoqrafik leksikasında öz əksini tapır. Xalqın tarixini əks etdirən etnoqrafiik, onu özündə yaşadan dil vasitəsilə gələcək nəsillərə ötürülür. Etno-kulturoloji, etno-psixoloji, etno-iqtisadi amilləri nəzərə alaraq xalqın tarixdəki yeri və inkişaf vəziyyətini özündə əks etdirən etnoqrafiya yalnız dillə üzvi vəhdətdə inkişafını təmin edə bilər. Dilçilik elmi ilə tarix–etnoqrafiya elmini özündə birləşdirən etnoqrafik leksika bu baxımdan olduqca əhəmiyyətli yer tutur. Xalqın etnik simasını, milli xüsusiyyətlərini, mifik- mənəvi və maddi dünyasını özündə əks etdirən etnoqrafik leksika cəmiyyətdəki sosial-iqtisadi və maddi-mədəni sferaların inkişafından asılı olaraq formalaşır, dəyişikliklərə məruz qalır və yeniləşir. Ümumilikdə, cəmiyyət və həyatın inkişafı davam etdiyi müddətdə bütün tərəqqi və nailiyyətlərin əks olunduğu, ifadə olunduğu dil və onun lüğət tərkibi də formalaşır, inkişaf edir. Belə ki, cəmiyyətdə baş verən proseslər, xalqın maddi-mənəvi dünyasına inqilabi təsir edən yeni hadisələr, kəşf olunan yeniliklər, onlarla bağlı məfhum və anlayışlar təfəkkür süzgəcindən keçərək dildə yeni sözlərin yaranmasına səbəb olur. Ancaq bu heç də hər zaman eyni olmur və dil baş verən inkişafa hər zaman eyni münasibətdən çıxış etmir. Bəzən yeniliyi öz lüğət tərkibindəki hər hansı bir dil vahidi ilə əks etdirmək yolu ilə milliləşən dil bəzən də yeniliyə uyğunlaşa bilmir. Dildə həmin yeniliyi əks etdirə biləcək yeni söz hər zaman dilin daxili imkanları ilə yaranmır. Bu zaman başqa dillərə müraciət olunur və yeni anlayış və ya məfhumu ifadə edən söz dilə başqa bir dildən alınır. Qeyd etdiyimiz proses özünü dilin tarixi inkişafını özündə əks etdirən etnoqrafik leksikada da göstərir. Bu isə etnoqrafik leksikanın geniş əhatə dairəsinə malik olması ilə əlaqədardır. “Başqa dillərdən alınmalar, adətən, realilərlə, hadisə və predmetlərlə birlikdə gəlir, dil üçün yeni material olur. Alınmalar dilin öz vahidlərindən fərqli statusa malik olur və dil daşıyıcılarının

89

Page 90: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

diqqətini daha artıq çəkir.” [1.8] Ancaq etnoqrafik leksikada müşahidə olunan alınmalar dildəki digər alınmalardan bir qədər fərqli xüsusiyyət daşıyır. Belə ki, ədəbi dilin elmi, rəsmi və s. üslublarına xas olan alınmalarda dilə yad olma xüsusiyyəti özünü qoruyub saxladığı halda, etnoqrafik leksikada dilin belə sözləri assimilyasiya etməsi prosesi müşahidə olunur. B.A.Larin bu prosesi sözlərin məişətdə istifadəsilə əlaqələndirmişdir: “Sözlərin məişətlə daha artıq qovuşması dil assimilyasiyasını şərtləndirir.” [3.128] Bu isə etnoqrafik sözlərin daha qədim alınmalar olması və əksərən şifahi yolla keçməsi ilə əlaqədardır. “ Əcnəbi sözdə daha çoxlu köklü dəyişiklik o zaman baş verir ki, bu söz şifahi şəkildə alınmış olsun. Bu halda alınan sözün səs tərkibində ciddi dəyişiklik baş verir, onun mənası nəzərə çarpacaq dərəcədə dəyişir.” [2.97-98]

Bu baxımdan türk dillərində alınma sözlər məsələsini tədqiq edərkən yalnız müasir dövr deyil, tarixi inkişaf prosesi də nəzərə alınmalıdır. Alınmalar müasir dövrün məhsulu deyil və qədim dillərdə də çoxsaylı alınmalara təsadüf etmək mümkündür. Belə alınmalar isə sözsüz ki, etnoqrafik leksikada yaşamaqdadır. Etnoqrafik leksikadakı alınmalar cəmiyyət və məişətin əksər sahələrini əhatə etməklə yanaşı, onların alınma olub-olmadığını müəyyənləşdirmək bir qədər çətindir. XI-XII əsr türklərinin etnoqrafik leksikasına nəzər saldıqda, ilk baxışda türk mənşəli görünən sözlərin qədim dövrlərdə soğd, tibet, çin, hind dillərindən keçdiyi məlum olur. Düzdür, belə sözlər olduqca azdır. Bu barədə bizim üçün əsas qaynaq olan “Divanü-luğat-it-türk” əsərində bu sözlərin sayı azdır: kez, fagfuri, loxtay kimi Çindən ixrac edilən parçaların, irwi, uragun kimi Hindistandan gətirilən dərmanların, türklər tərəfindən əvvəllər istifadə olunmayan, qonşu xalqlarla əlaqələrin qurulması ilə süfrələrə yol tapan buxsım, bekni kimi içkilərin adları həmin mallarla birlikdə xalqın dilinə keçmiş burada yaşam hüququ qazanmışdır. Onu da qeyd etmək lazımdır ki, M.Kaşğarinin verdiyi qeydlərə əsaslanaraq demək olar ki, bu sözlər heç də bütün türklərdə işlənməmiş, həmin xalqlara qonşu olan türklərin dilində işlənmiş, lakin nisbətən uzaqdakı başqa türk xalqlarının dilinə keçməmişdir. Belə ki, areal baxımından sözün yarandığı dilə yaxın olan dil sözün məhz mənbə dildən mənimsəməyə üstünlük verirsə, nisbətən uzaqda yerləşən dil özünə daha yaxın olan vasitəçi dilin köməyilə yeni sözü lüğət tərkibinə qəbul edir. Bu baxımdan şərqdəki türklərin dilində çin, hind, soğd, xarəzm dillərindən alınmalara rast gəlinirsə, sonrakı dövrlərdə oğuz, qıpçaq kimi qərbdə yaşayan tayfaların dillərində ərəb-fars alınmalarına təsadüf edilir. Ümumiyyətlə, XI-XII əsr yazılı nümunələri arasında şamanizm və buddizmlə bağlı işlənən soğd, xarəzm dilindən keçmiş alınma sözlər yalnız M.Kaşğari tərəfindən toplanmışdır. Ancaq qeyd etmək lazımdır ki, XI-XII əsr türklərinin dilindəki ərəb-fars alınmaları da dini səciyyəli sözlərdir və yalnız Quran tərcümələri ilə əlaqədar olaraq, XII əsrdə dilə yol tapmağa başlamışdır. Bu isə ilkin dövrlərdə dini terminlərin kalkaetmə yolu ilə türkcə qarşılıqlarının işlədilməsi ilə bağlıdır. Bunun ən gözəl nümunəsini biz Y.X.Hacibin “Kutadgu

90

Page 91: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Bilig” əsərində görə bilərik. Əsərdə Allahın vəsfini bildirən Törütgen (Xaliq), İgidgen (Rezzā), Keçürgen (Qafūr, Qaffār), İdi (Rəbb), Ugan (Qadir), Erklig (Muktedir), Munsuz (Samed) kimi adların verilməsi həmin dövr dinlə bağlı yazılan əsərlərdə kənar dilin təsiri ilə yeni söz modelləri əmələ gəlməsini göstərir. Beləcə, türklərin ideya-bədii düşüncə və təfəkkürünə hopmuş yüzlərlə söz işləkliyini itirmiş, arxaikləşərək dilə yeni daxil olmuş alınmalarla əvəzlənmişdir. “Kutadgu Bilig”, “Divani-Hikmət” və “Ətabətül-Həqaiq” islam dininin ənənələrini özündə əks etdirən əsərlərdə dini inancla bağlı islami anlayışlar və onları ifadə edən ərəb-fars mənşəli sözlər işlənilməyə başlayır.

Hətta islamla bağlı türk mənşəli yalawaç, sawçı, yek, yükünç, mük, yumışçı, uçmaq kimi sözlərin yerinə sonrakı dövr əsərlərində “peyğəmbər, rəsul, şeytan, mələk, namaz, rüku, cənnət, firdevs” kimi alınmalar işlənməyə başlamışdır. Bu barədə araşdırma aparan E.Üşenmez Qaraxani türkcəsində yazılmış əsərlərdən “Kutadgu Bilig”də 334 ərəb, 79 fars, “Ətabətül-Həqaiq”də 251 ərəb, 103 fars, “Divani-Hikmət”də isə 763 ərəb, 588 fars mənşəli sözün olduğunu qeyd edir. [4.251] Bu isə əsasən din və etika məsələlərinə həsr olunmuş əsərlərin yazılma dövrlərinə görə alınmaların dildəki mövqeyini əks etdirir. Verilən alınmaların təqribən 15%-in etnoqrafik leksikaya aid olduğunu nəzərə alsaq, alınmaların dilin bu sahəsindəki yerinin çox cüzi olduğunu görə bilərik. Ancaq onu da vurğulamaq lazımdır ki, XIII əsrə qədərki türk xalqlarının etnoqrafik leksikasının tədqiqi za-manı tədqiqatçıların bilərək və ya bilməyərəkdən sözün etimologiyasını türklərə qonşu xalqların dillərilə əlaqələndirmələri alınmaların sayının süni şəkildə artırıl-masına səbəb olmuşdur. Bu baxımdan həmin dövrün etnoqrafik leksikasının hərtə-rəfli tədqiqi dildəki alınmaların və alınma sözlərin qəbul olunması və işlənməsi prinsiplərinin öyrənilməsi sahəsində də yeni imkanlar açır.

Ədəbiyyat

1. S.Xəlilova . İnternasional terminlər.Maarif.-1991 s.82. Н.А.Шанский. Лексикология современного русского языка. М.1978,

с.97-983. Б.А.Ларин. О лингивистической характеристике города. История советс-

кого языкознания. Хрестоматия . М.1988., с.1284. E.Üşenmez. Karahanlı eserlerindeki söz varlığı hakkında., Akademik

İncelemeler Cilt:3 Sayı:1 Yıl:2008, s.247-253.

91

Page 92: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Q.Ş. KAZIMOV

BİR NEÇƏ ŞƏKİLÇİNİN İŞLƏNMƏSİ HAQQINDA

Açar sözlər: Şəkilçi, –ыш, –дакы, –lı. –сызКлючевые слова: Cуффикс, –ыш. –дакы. –лы. –сыз.Kay words: Suffiks, –ыш. –дакы. –лы. –сыз.

Dilimizdə bir neçə şəkilçi var ki, onlardan ya morfologiya kitablarında bəhs edilmir, yaxud da onlar başqa cür izah edilir. Bura -ış, dakı, -lı və -sız şəkilçiləri daxildir.

1.-ış şəkilçisi dördvariantlı bir morfemdir. Dilimizin morfoloji quruluşundan bəhs olunan əsərlərdə bu şəkilçi həm feldən isim düzəldən şəkilçi, həm də felin qayıdış və birgəlik mənalarını ifadə edən şəkilçi kimi izah olunur. Məsələn: Bu iniltili çağırışa cavab verən olmadı.(M.Hüseyn) Öz atanla, ananla qucaqlaşıb gö-rüşdün (S.Rüstəm) – cümlələrində -ış,-ş şəkilçisi fel kökünə və əsasına artırılmış-dır:

Çağır(maq) – çağırışGör(mək) – görüş(mək)Qucaqla(maq) – qucaqlaş(maq)Bu sözlərdən birincisi isimdir, feldən düzəlmişdir, felin təsirlik, növ, inkar-

lıq xüsusiyyətlərini tamamilə itirmiş və düzəltmə ismə çevrilmişdir. İkinci misalda da -ış şəkilçisi felin kökünə artırılmışdır. Üçüncü misalda isə fel əsasına birləşmiş-dir. Bu sonuncu sözlər felin əsas əlamətləri olan təsirlik, növ və inkarlıq xüsusiy-yətlərini saxlamışdır:

görüşmək – görüşdürmək – görüşdürülmək – görüşdürməmək; qucaqlaşmaq – qucaqlaşdırmaq – qucaqlaşdırılmaq – qucaqlaşdırılmamaq (görüş sözünün isim forması da var, onu fel forması ilə qarışdırmamalı).

Beləliklə, bu şəkilçi (-ış şəkilçisi) fellərə artırılaraq ya isim, ya da feldən başqa bir növü bildirən fel düzəldir.

Lakin dilimizdə -ış şəkilçisinin başqa bir funksiyası da var və həmin funkisiya ilə bu şəkilçi vasitəsilə çoxlu xüsusi isimlər düzəlir. Şəkilçinin bu funksiyası barədə morfologiya kitablarında danışılmır. Bu vəzifədə -ış şəkilçisini əvvəlki iki şəkilçidən fərqləndirən cəhət budur ki, bu şəkilçi isimlərdən isim dü-zəldir. Faktlar göstərir ki, xüsusi isimlərdən xüsusi isim düzəldən bu şəkilçi başdan-binadan kiçiltmə, əzizləmə çaları yaratmaq üçün yaranmışdır. Lakin bunun – bu şəkilçinin əsasında çoxlu şəxs adları yaranmış, həmin adlar geniş işləklik qazanmış və öz kiçiltmə çalarını, demək olar ki, itirmişdir. Məsələn: İb-rahim – İbiş, Südabə – Suduş, Gülsəba – Gülüş, Əliverdi (Əliməmməd) – Əliş, Nurullah – Nuruş, Fərman – Fəriş, Fətulla – Fətiş, Sərxan – Səriş, Allahverdi –

92

Page 93: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Alış, Göyalı – Göyüş, Baba – Babaş, Nənə – Nənəş, Fərəh – Fəriş, Dilarə - Diliş və s. İlkin müşahidələr göstərir ki, -ış şəkilçisi sözün (xüsusi adın) ilk qapalı hecasına artırılır və –ış,-iş,-uş,-üş variantları ilə yanaşı, -aş,-əş şəklinə də düşə bi-lir: Bab-aş, Nən-əş. Xüsusi adların bu cür yaranma tərzini bilmədən Nuruş, Alış, İbiş, Səriş və s. kimi sözlərin etimoloji cəhətini araşdırmaq mümkün deyil. Bir cəhəti də nəzərə almaq lazımdır ki, bu cür adlar ilk hecası eyni olan müxtəlif xü-susi addlardan da yarana bilər. Məsələn, Əliş xüsusi ismi Əliverdi sözündən də, Əliməmməd sözündən də, Əlisahib sözündən də yarana bilərdi. Bunun üçün birinci – qapalı hecanın uyğunluğu kifayətdir.

2.-dakı, -dəki şəkilçisi dilçiliyimizdə sifət düzəldən şəkilçi kimi izah olunur. «Azərbaycan dilinin qrammatikası» (1-ci hissə, Morfologiya) kitabında bu şəkilçi –kı,-ki,-ku,-kü şəkilçisinin bir forması kimi izah edilir. Ə.M.Cavadov yazır: «Bu şəkilçinin -kı,-ki variantı yerlik halda işlənən sözlərin axırına qoşularaq, məkan bildirən sifətlər düzəldir. Həmin sifətlər müəyyən bir məkan daxilində yerləşən hadisənin, əşyanın yerini bildirərək, onu məkanca təyin edir; məs.: yanındakı (uşaq), qazandakı (ət), yoldakı (maşın), bağdakı (ağac), küçədəki (adam)».(1,63) Vaxtilə M.Hüseynzadə də eyni şəkildə fikir söyləmişdir. (2, 95) Bu vaxta qədərki bütün əlaqədar yazılarda belədir.

Qeyd etməliyik ki, bu şəkilçi bir neçə formada işlənir:-başqa şəkilçiyə ehtiyac olmadan sözlərə -kı,-ki,-ku,-kü şəklində birləşir: dü-

nənki, səhərki, axşamkı, çoxdankı və s.-yerlik halın şəkilçisindən sonra işlənir: evdəki, kənddəki, Həsəndəki,

Bakıdakı, klubdakı və s.-mənsubiyyət və hal şəkilçilərindən sonra işlənir: başındakı (papaq), əlində-

ki (kitab), evinizdəki (samovar), qapınızdakı (öküz), həyətinizdəki (ağac), məktəbi-nizdəki (müəllim), yadınızdakı (hadisə) və s.

-kəmiyyət, mənsubiyyət və hal şəkilçilərindən sonra işlənir: dağlarınızdakı (qar), bulaqlarınızdakı (duruluq) meşələrinizdəki (ağaclar) , çəmənlərinizdəki (çi-çəklər) və s.

Dediyimiz kimi, bu şəkilçi çoxişlənən sözdüzəldici – sifət düzəldən şəkilçi sayılır. Bu mənada məktəb dərsliklərinə də daxil edilmişdir.

Qeyd etməliyik ki, bu şəkilçi kəmiyyət, mənsubiyyət və hal şəkilçisi olma-dan bir sıra sözlərə artırılaraq işləndikdə söz isim xüsusiyyətlərini itirir və düzəlt-mə sifətə çevrilir. Belə sözlərə kəmiyyət, mənsubiyyət, hal şəkilçiləri artırmaq ol-mur; məs.: axşamkı əhvalat birləşməsini axşamlarınızdakı əhvalat, dünənki məsə-lə birləşməsini dünənlərinizdəki məsələ şəklində işlətmirik.

Bu şəkilçi (-kı,-ki,-ku,-kü şəkilçisi) yerlik halla yanaşı, yiyəlik haldan sonra da işlənir. Yiyəlik halla işləndikdə mənsubiyyət mənasına malik olur: Sahib şəxsi bildirir, mənsub əşyanı isə qeyri-müəyyən şəkildə ifadə edir. Mənsub əşyanı yal-nız mətnə əsasən bilmək olur; məs. Sənin kitabın buradadır. Deyəsən, mənimki də buradadır. Yerlik halda olan sözə artırıldıqda isə başqa vəzifə daşıyır. Bu

93

Page 94: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

şəkilçidən əvvəl kəmiyyət, mənsubiyyət və hal (yerlik hal) şəkilçilərinin işlənməsi göstərir ki, bu məqamda -kı,-ki şəkilçisi sifət düzəldən şəkilçi deyil, çünki sözdə ismə məxsus morfoloji xüsusiyyətlər, qrammatik əlamətlər tam saxlanmış olur. Sözdüzəldici şəkilçi sözdəyişdiricidən sonra gələ bilməz. Faktlar göstərir ki, bu halda həmin şəkilçi feli sifət, feli bağlama şəkilçiləri tipində bir şəkilçidir. Elə sözlər düzəldir ki, həmin sözlərdə ismin əsas qrammatik əlamətləri qalır və sözlər həm də sifət xüsusiyyəti qazanır. Odur ki bu şəkilçini isim xüsusiyyətlərini (kəmiyyət, mənsubiyyət, hal) saxladıqda sifət şəkilçisi yox, atributivlik yaradan ismi sifət şəkilçisi adlandırmaq olar. (Bax: 3, 106-107)

3. -sız və -lı dördvariantlı şəkilçilərindən birlikdə danışmaq lazım gəlir. An-tonim məna ifadə edən bu şəkilçilər də sifət düzəldən şəkilçilər hesab olunur: «…-lı,-li,-lu,-lü şəkilçisi bir qrup isimlərin sonuna bitişərək, ismin mənasına uyğun mənanı ifadə edən sifət düzəldir; məsələn bacarıqlı (adam), aynalı (tü-fəng), hazırlıqlı (tələbə)…» «-sız,-siz,-suz,-süz… şəkilçili sifətlər bir şeyin müəy-yən bir əşyada yoxluğunu bildirir; məs.: dadsız (xörək), səssiz (ev), susuz (səhra), ruhsuz (oğlan), sözsüz (mahnı)».(1,62) M.Hüseynzadənin fikrincə, dördvariantlı -lı şəkilçisi «keyfiyyət, dad, yer mənsubiyyəti, kəmiyyət çoxluğu, xasiyyət, əlamət və s. bildirən sifətlər düzəldir». (2, 91-92)

-lı şəkilçisi əksərən artırıldığı sözdə sözün mənasına uyğun keyfiyyətin, maddənin olduğunu göstərdiyi halda, bəzən bir qədər fərqli məna ifadə edir. Məs.: duzlu xörək – duzu olan xörək yox, duzu çox olan xörək mənasındadır. M.Hüseynzadə bu barədə qeyd edir ki, belə sözlərdə, «şübhəsiz, bu fərq o qədər də kəskin hiss edilmir və bu müqayisə də bütün misallara aid deyildir». (2, 92)

M.Hüseynzadə bu fikrini çox sözündən düzələn çoxlu sözündən danışarkən də söyləmişdir: «…çox sözü də bəzən -lu şəkilçisini qəbul edərək çoxlu şəklində işlənə bilir. Bu söz sifət şəkilçisini qəbul etsə də, tərkib daxilində yenə də say məzmunu ifadə edir». (2, 92) «-sız,-siz,-suz,-süz şəkilçisi vasitəsi ilə –lı,-li,-lu,-lü şəkilçisinin yaratdığı mənaların əksini, yəni mənfi məna ifadə edən sifətlər düzəldir… Bu şəkilçilərlə* əmələ gələn düzəltmə sifətlər birincilərin əks mənasını ifadə edir; yəni bunlar, başlıca olaraq, yoxluq məzmunu bildirir». (2, 93) Eyni fikir başqa kitablarda da söylənmişdir.(1, 62)

Bizim fikrimizcə, bu şəkilçilər morfologiya kitablarında öz təyinatını düz-gün tapmamışdır. Bu şəkilçilər «bir qrup sözə» deyil, bir nitq hissəsindən, bir ka-teqoriyadan - isimlərdən ibarət bütün sözlərə artırıla bilir. Məs.: divarlı-divarsız, evli-evsiz, qapılı-qapısız, pəncərəli-pəncərəsiz, rəngli- rəngsiz, döşəməli – döşə-məsiz, tavanlı-tavansız, havalı – havasız, adamlı – adamsız, süpürgəli – süpürgə-siz, rəngli – rəngsiz, işıqlı – işıqsız, künclü – küncsüz və s. Bu hal, yəni bir nitq hissəsinə daxil olan bütün sözlərə artırılması qrammatik şəkilçilərin, sözdəyişdiri-cilik əlamətlərinin xüsusiyyətidir. Sözdüzəldici şəkilçilər nə qədər məhsuldar olsa da, hər sözə artırılıb yeni söz düzəldə bilməzlər. Belə olsa idi, bu şəkilçilərin hesa-bına dilimizin lüğət tərkibinin böyük hissəsini təşkil edən bütün isimlərdən ikiqat

94

Page 95: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

sifət düzəltmək olardı. Bu isə mümkün deyildir. Bu şəkilçilər isimləri təsdiq və ya inkar mənada işlətmək üçün yaranmış qrammatik əlamətlərdir. Vaxtilə şumer dilində fellərin inkar mənada işləndiyini bildirən şəkilçi ilə yanaşı, təsdiq bildirən şəkilçi də olub. Sonralar sıradan çıxıb. Lakin adlarda bu forma qalıb. Bu şəkilçilər tədqiqatçını ona görə yanlış yola salır ki, eyni zamanda güclü atributivliyə malik şəkilçilərdir. Atributivlik isə sifət olmaq demək deyil. Atributiv sözlər sifət key-fiyyətinə malik olan sözlərdir və bunlardan -lı şəkilçisi hətta substantivləşə də bi-lir və nəticədə substantiv və mənsubluq bildirən isimlər yarada bilir: kəndli, şə-hərli, Kəngərli, Abbaslı və s. kimi. -sız şəkilçisi bu keyfiyyətə malik deyil. (3, 104-105)

Ədəbiyyat

1. Azərbaycan dilinin qrammatikası, 1-ci hissə, Azərbaycan SSR EA-nın Nəşriyya-tı, Bakı, 1960, s.63.

2. M.Hüseynzadə. Müasir Azərbaycan dili. Fonetika, Morfologiya, Azərbaycan Dövlət Tədris-Pedaqoji Ədəbiyyatı Nəşriyyatı, Bakı, 1963, s.95.

3. Q.Kazımov. Müasir Azərbaycan dili. Morfologiya, Bakı, «Elm və təhsil», 2010, s.106-107.

95

Page 96: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

İ.B. KAZIMOV C.İ. KAZIMOV

DİL SİTUASİYASININ TİPOLOGİYASI

Açar sözlər: kommunikativlik, əqli obraz, obyektiv və subyektiv faktorlar, sosium, nitq situasiyası.

Ключевые слова: коммуникативность, ментальный образ, объективный и субъективный факторы, социум, ситуация разговорах.

Key words: communicativeness, mental image, objective and subjective factors, socium, speech situation.

1. Dil çoxfunksiyalı bir mütləq vasitədir. Fəal əqli, zehni prosesdə cəmiyyət aktivliyinin dominant və ayrılmaz amili kimi məhz dil çıxış edir. Dil fikri əsaslan-dırmaq, yəni digərlərini inandırmaq vasitəsi kimi də fəaliyyət göstəricisidir. Onun əsas funksiyalarından biri də müəyyən məqsədə çatmaq üçün əqlin, fikrin inkişafı-nı müəyyənləşdirməkdir.

2. Dil situasiyası - həyatın, varlığın formasıdır, cəmidir, burada ərazi-sosial münasibətlər və funksional əlaqələr, coğrafi-regional yaxud siyasi-administrativ əlamətlər əsas yer tutur. Bu baxımdan dil situasiyası sosiolinqvistikanın predmeti-dir. Sosial-kommunikativ sistemin komponetləri arasındakı funksional münasibət-lər dil situasiyasını formalaşdırır. Dil situasiyası anlayışı, adətən, böyük dil cəmiy-yətlərində- ölkə, region və respublikalarda dəyişkən xarakter daşıyır.

3. Komminikativlik dil situasiyasının əsas xüsusiyyəti kimi çıxış edir. Dil si-tuasiyasının 2 əsas forması kommunikasiya prosesində özünü göstərir: 1) potensi-al forma, 2) real forma.

4.Dil situasiyasının təsviri nitq situasiyasına doğrudur. Yəni istiqamət dil si-tuasiyasından nitq situasiyasına yönəlir, bu prosesdə sözün fikri əlaqəsi formala-şır. Həmin prosesdə formalaşan əqli, zehni obraz sözlə təmasda olur, obrazdan sö-zə, sözdən obraza doğru istiqamətlər yaranır. Sözdə oyanan əqli obraz predmetdə əksini tapır.

5.Dil situasiyası bir sıra sosial problemlərlə üzləşir. Məsələn, qlobalaşma ki-mi bir hadisə dilə öz təsirini göstərir. Bu proses hər hansı bir ölkədə iki aspektdə gedir. Qərbin hegemonluğu nəticəsində ingilis dilindən müasir Azərbaycan dilinə keçən sözlərin şəbəkəsi genişlənir. Azərbaycan dilinin lüğət tərkibində həyat sfe-rasına uyğun dəyişmə baş verir. Və yaxud latınlaşma prosesi, latın əlifbasına ke-çid bir çox aparıcı türk dilləri ilə müqayisədə müasir tatar dilində ləngiyir.

6.Dil situasiyası çoxaspektli və çoxəhatəli tipoloji əlamətlərə malikdir. Dil situasiyasiyanın tipoloji əlamətləri bunlardır: dil müxtəlifliyi (birkomponetlilik, çoxkomponentlilik), etnik müxtəliflik (eynitipli dillər), demoqrafik tarazlıq, kom-

96

Page 97: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

munikativ güc (eynitarazlıq), kommunikativ sferanın faizi; genetik müxtəliflik (genetik yaxınlığın dərəcələri), tipoloji müxtəliflik, funksional bölgü və prestij.

7.Dil situasiyası linqvistik və sosiolinqvistik kriteriyalara ayrılır. Linqvistik kriteriyalar aşağıdakılar hesab olunur: dillərin genetik yaxınlığı; ümumdanışıq for-maları (koyne və dialektlər); nitqin qarışıq formaları. Sosiolinqvistik kritieriyalar isə bunlardır: ənənəvi status, rəsmi status və s.

8.Dil situasiyası anlayışı sosiolinqvistik xarakter daşıyır. Bununla belə, dil situasiyası tipoloji xarakterlidir, umumi və unikal səciyyəlidir. Bu xüsusiyyətlər daxilində həmin situasiyada əsas və əlavə dillərin bir-birinə təsiri qaçılmazdır.

9.Dil situasiyası- bu linqvocoğrafi vahiddir, sosiumla əlaqəsi olan və sərhəd təşkil edən, dillərin bir-birinə təsiri ilə xarakterizə olunan funksional münasibətlə-rin toplusudur.

10.Dil situasiyası üçün əsas komponentlərdən biri coğrafi təyinatdır. Dil si-tuasiyası həmişə ərazi faktoru ilə əlaqədardır; ərazi üzrə təyin olunur. Bir sıra dil situasiyaları böyük çoxdilli dövlətlərdə (Hindistanda, Çində, Rusiyada) yarımsitu-asiyalarla xarakterizə olunur.

11. Dil situasiyaları dillərin kontinuum səviyyələrinə görə də müəyyənləşir. Azərbaycan cəmiyyətinin ictimai-sosial həyatı müstəqillik illərində dəyişmiş, dil situasiyasında da müəyyən yeniliklər yaranmışdır.

12.Dil situasiyası sosiolinqvistik paradiqmalarla da səciyyələnir. Bu, bir paradiqmanın başqa paradiqma ilə əvəzlənməsindən irəli gəlir.

13. Azərbaycanda dil situasiyasının tarixi mərhələləri hələ də öyrənilməmiş-dir. Müasir Azərbaycanda da dil situasiyası mürəkkəb və eynicislidir. Ölkədə 2 di-lin- rus və Azərbaycan dillərinin münasibəti hələ də əvvəlki dövrlərdən fərqlən-mir. Bir qədər rus dilinin işləkliyi azalsa da, yenə də dövlət idarələrində rus təhsil-lilər fəaliyyət göstərir. Hazırda Azərbaycan mühitində dil situasiyası kimi ingilis-cə və türkcə iştirak edir. Sanki bəzən dilimiz ingilis dilinin «yedəyində gedir». Fərdi ikidillilik Azərbaycanda əvvəlki dövrlərdə olduğu kimi kütləvi xarakter da-şımır. Dil situasiyasının aspektləri də ölkədə dəyişdirilmişdir.

14. Sovet dövründə ana dilini (Azərbaycan dilini) kasıb sayanlar rus dilində öz övladlarını təhsil almağa vadar edir, belə məqamda həmin uşaqlar milli keyfiyyətlərdən uzaq düşür, məhrum olurdular. Bu fakt bir sıra ölkələrdə dövlət səviyyəsində həyata keçirilirdi. Məsələn, SSRİ dağılandan sonra 1994-cü ildə Belorusiya prezidenti A.Q. Lukaşenko tərəfindən belə bir ifadə səslənmişdir: «По-белорусски нельзя выразить ничего великого Белорусский язык-бедный язык. На свете есть только два великих языка-русский и английский».

15.Ölkəmizdə dil situasiyasını obyektiv və subyektiv faktorlar da müəyyən-ləşdirir. Həmin faktorlar bunlardır: linqvistik faktorlar (genetik yaxınlıq: Azərbay-can-türk dilləri arasında genetik yaxınlıq çox olduğu üçün həmin dilllərin daşıyıcı-ları bir-birini daha yaxşı başa düşürlər); dialekt kontinuumu (xüsusi linqvistik izoqlosslar); sosiolinqvistik faktorlar (ənənəyə görə tarixən bir dil, məsələn, türk

97

Page 98: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

tayfa dili olub, sonradan dillər müstəqilləşərək ayrılmağa başlayıblar. Bu zaman etnik şüur da fərqlənib. Ənənəvi dialektlər əmələ gəlib və s.); ekstralinqvistik fak-torlar (mədəniyyət yaxınlığı, milli-mədəni dəyərlər, simvolik mənalar, çoxəsrlik yazılı ənənələr, ədədi dil normaları və s.).

Subyektiv faktorlara daxildir: dövlətin paradoksal dil siyasəti; bir vaxtlar rus dilinin dövlət dili səviyyəsində işləkliyi; Azərbaycanın müstəqilliyi, inkişafın mümkün variantları və s.

16. «Azərbaycan mühitində dil situasiyasının tipologiyası» ayrıca tədqiqatın mövzusudur.

Ədəbiyyat

1. Виноградов В.Я. Языковая ситуация\\Лингвистический энциклопедический словарь. М.: 1990.

2. Беликов В.И., Крысин Л.П. Социолингвистика. М.: 2001.

98

Page 99: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

D.D. KƏRİMOVA

ÇAĞDAŞ AZƏRBAYCAN DİLİNDƏ NEOLOGİZMLƏRİNESTETİK FUNKSİYASI HAQQINDA(Məmməd Arazın poetik dili əsasında)

Açar sözlər: üslub, poeziya, neologizmlər, özəlliklər.Ключевые слова: стиль, поэзия, неологизмы, спецификаKey words: style, poetry, neologism, peculiarities.

Məmməd Arazın poetik dili üslubi neologizmlərlə zəngindir. Oxucuların, xüsusən gənc nəslin, məktəblilərin estetik zövqünün inkişaf etdirilməsində başqa elm sahələri, məsələn, təsviri incəsənət, musiqi əsərləri ilə yanaşı, ədəbiyyatın, xüsusilə bədii ədəbiyyatın şeir qolunun müstəsna əhəmiyyəti vardır.

Orta məktəbdə çağdaş şairlərimizin, xüsusən özünəməxsus dil-üslub xüsu-siyyətləri ilə seçilən nümayəndələrindən biri olan Məmməd Arazın şeir xəzinəsi gənc nəslin bədii zövqünün formalaşmasına xidmət edən mühüm vasitələrindən biridir.

Şairin dil vahidləri ilə şagirdlərə izah etmək lazımdır ki, Məmməd Arazın ən böyük üstünlüyü və onu öz müasirlərindən fərqləndirən məxsusi özəllikləri çağdaş Azərbaycan dili şəkilçiləri ilə yeni sözlər – neologizmlər yaratmaq istedadıdır. Şa-ir əsrlərlə Azərbaycan dilində işlənmiş söz yaratma vasitələrilə (şəkilçilərlə) ənə-nəvi sözlərlə yanaşı, yeni sözlər – neologizmlər də yaradır, şair -çı, -çi, -çu, -çü şəkilçilərilə suçu, qazmaçı tipli-sözlərlə yanaşı, şumçu (torpağı belləyən), dənçi (dən yığan, toxum yığan), küləkçi (külək xoşlayan), sovrucu (xırmanda taxılı ətrafa səpən), qibtəçi (qibtə etməyi çox sevən adam), -lıq, -lik, -luq, -lük şəkilçisi ilə ənənəvi dönməzlik sözü ilə yanaşı, kiçilməzlik, dönməzlik və s., eləcə də famildaş (eyni familli adam), ölkəbaz (vətəndaş), tərifkeş (yaltaqlığı sevən adam), əsalı (qoca), dövrələmək (başına yığışmaq), çamırlanmaq (göllərin, su hövzələri-nin üstünün yosun qatı ilə örtülməsi), yallanmaq (tez-tez rüşvət yemək), çəmən-ləşmək (çəmənlə örtülmək), dağlaşmaq (yüksəlmək), buludlaşmaq (dumanlan-maq, kədərlənmək), toxalmaq (yeyib doymaq) və s. kimi yeni sözlər məxsusi ola-raq Məmməd Arazın çağdaş Azərbaycan ədəbi dilinin insanın ruhunu oxşayan, orijinal mənalı yeni sözlər – neologizmlərlə zənginləşdirmək xidmətidir. Belə ne-ologizmlər şairin poetik dilinin bədii dəyərini artırmaqla yanaşı (Özüm də, fikrim də min el dolaşır, Mənim söz çiçəyim, duyğu çiçəyim, Onda mayalaşır, onda bal-laşır, II, 193), həm də şairin üslub fərdiliyini nümayiş etdirir, ana dilinin ifadə im-kanlarını genişləndirir; bu da yazıçı dilinin, ümumən dilin inkişaf etməsində mü-hüm mövqeyə malik olduğunu göstərir.

Məmməd Arazın fitrədən ana vətənin vurğunu olan bir şair olması onun ixti-sasca coğrafiyaşünas olması ilə birləşərək qüvvətli emosional və estetik tutuma

99

Page 100: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

malik onlarla təbiət anlayışlı düzəltmə sözlərin yaranmasına səbəb olmuşdur. Şai-rin elə bir şeiri yoxdur ki, orada vətənin dağı, dərəsi, təpəcikləri, səhrası, düzü, eləcə də təbiət hadisələrilə bağlı duman, çiskin, şimşək, daşqın, sel, çən kimi söz-terminlər müxtəlif şəkilçilər qəbul edərək orijinal düzəltmə sözlər kimi işlənmə-miş olsun: şairin poetik dilində yaradıb işlətdiyi heykəlləşmək, yarğanlaşmaq, tor-paqlaşmaq, daşlaşmaq və s. kimi fellərdə Məmməd Arazın ənənəvi şəkilçilər va-sitəsilə yeni-yeni mənalar kəsb edən neologizmlərin yalnız obrazlılıq, poetiklik deyil, eyni zamanda fikrin dəqiqliyi, oxucuya doğru-düzgün çatdırılması məqsədi də güdülür.

Şairin yaratdığı yeni sözlərdə hikmət, dərin məna, müdriklik emosiyası qüv-vətlidir. Bu ifadələrdə, sözlərdə bəzən insanların, bütövlükdə xalqın xarakteri, özəl xüsusiyyətləri özünü büruzə verir: Bir qarış çəpərin sərhəddi üstə, Dəyənək çəkiblər, yaxalaşıblar, Ancaq bərk ayaqda yuxalaşıblar. Bu şeirdə böyük hikmət vardır: doğrudan da, Azərbaycan xalqının məişətində tez-tez müşahidə olunan «çəpər davası», həqiqətən də, bir qədər keçdikdən sonra sakitliklə bitir. Bu əlbət-tə, şairdən böyük müşahidəçilik qabiliyyəti tələb edir. Müşahidəçilik isə xalq şairi Məmməd Arazda kifayət qədərdir.

Şairin poetik dilində Azərbaycanın dağ adları vətənin rəmzi kimi işlədilir və bu, ilk növbədə gənclərin, məktəblilərin, ümumən xalqın vətənpərvərlik ruhunun yüksəlməsi prosesində öz müsbət təsirini göstərir: Göyəzən, Dəlidağ, Kəpəz, Qoşqar, Murovdağ, Şahdağı kimi dağ adları şairin poetik dilində qüdrət, əzəmət, dözümlük, etibar simvolu kimi oxucuda həmin hisslərin yaranmasına xidmət edir. Məmməd Arazın dilində vətənin bağrından keçən çay adları təbiət gözəlliklərinin atributları kimi, şairin ilham mənbəyi funksiyasına xidmət etməklə yanaşı, onlar-dan bəziləri, məsələn, Araz, həm də vətəni ikiyə bölmüş «günahkar» vasitə kimi daima suçlanır, şairin giley mənbəyinə çevrilir. Elə bu səbəbdəndir ki, 70-ci illərə kimi İbrahimov soyadı ilə şeir yazan şair ömrünün kamil dövründən Araz çayının adını özünə təxəllüs seçmiş, bununla vətənin ikiyə bölünməsini özü üçün daimi kədər, niskil olduğunu təsdiqləmişdi. Şair bunu öz poetik misralarında belə tərənnüm edir: Mənim bir andım, Bir də bu ricam var, Araz! – Mən səni apara bilməsəm, Sən məni apar, Araz! Sudan çıxan balıq tək, Ölərəm mən Arazsız! Tayı itmiş ceyran tək, Mələrəm mən Arazsız!» Elə bu səbəbdən də «Mən Araz şairiyəm!» – deyir: Mən Arazın səsiyəm, mən onun yatağıyam, Mən onun sahiliyəm, Mən onun ləpəsiyəm! – deməklə oxucusunu buna inandırır!

Şair şəxs adlarını poeziyaya gətirməklə xüsusi məqsəd güdür. O, gənc nəsli ədəbiyyatımızın, mədəniyyətimizin keçmişinə aparır, onları öz tarixi ilə bağlı in-formasiyalarla məlumatlandırılır. Məndən soruşanda «sən kimsən?» – Onda Nəsi-mi oluram alov donunda, Bəzən üfüq adlı bir Nizamiyəm. Demək bir xilqətəm, de-mək hamıyam. Bəzən Füzuliyəm, bir planetəm… Sabirəm, Üzeyirəm, Bülbüləm, kiməm… Bunlarla bərabər dünya mədəniyyəti, elm tarixindən gələn məşhur şəx-siyyətlərin – Magellan, Kopernik, Bethoven, Çaykovski, Puşkin, Didro, Viktor

100

Page 101: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Hüqo, Balzak və s. adlarla şair oxucusunu tanış etmək məqsədini güdmüş, eyni zamanda oxucuda mədəni, gözəllik-estetik zövq tərbiyə etməyə çalışmışdır.

Şairin istedadı ondadır ki, adı dil vahidlərini məcazi yolla bir-birinə yanaş-dırma yolu ilə (yanaşma əlaqəsi əsasında) qeyri-adi ifadələr düzəldir, bütün bu ifa-dələr yeni olduğuna baxmayaraq, oxucunu yormur, əksinə oxucu üçün çox maraq-lı görünür: şairin böyük sənətkarlıqla yaradıb, şeirlərində işlətdiyi Məcnun səhra-lar (Məcnunun gəzdiyi səhralar kimi səhralar), Leyli bulaqlar (Leyli kimi sevimli, təmiz, bakirə bulaqlar), qaya sərkərdələr (qaya kimi mərd, sərt), quzu bulaqlar (quzu kimi təzə-tər bulaqlar), lal meşələr (qalın, küləksiz meşələr), yetim ulduzlar (tənha tək ulduzlar), sısqa ulduzlar (axan ulduzlar), sərsəri küləklər (istiqaməti məlum olmayan külək), ağlağan qayalar (şehli qayalar), fikirlər burulğanı (çözül-məz fikirlər); böhtanlar yarğanı (böhtanların üst-üstə yığıldığı yer, məkan) və s. onlarla belə ifadə öz poetik gücü ilə çağdaş Azərbaycan şeir dilini zənginləşdir-miş, şairin estetik ifadə yaradıcılığındakı xüsusi istedad və bacarığını göz önünə gətirmişdir.

Məmməd Arazın poetik dilində somatik, yəni insan orqanizmin adlarını bil-dirən leksika da mühüm yer tutur. Məlumdur ki, somatik leksikaya aid olan sözlər poeziyada işlənərkən öz ilkin mənasından uşaqlaşır, poetik-estetik funksiya qaza-naraq, şeirin, ümumiyyətlə, ədəbi dilin, ədəbiyyatın yeni məcazlar, yeni bədii ifa-də vasitələri, yeni metaforalar, təşbihlərlə zənginləşməsini təmin edir. Məmməd Arazın dili somatik leksikanın iştirakı ilə düzəlmiş yeni, orijinal söz, söz birləşmə-ləri, terminlərlə zəngindir: göz karvanı, soyuğun dodaqları, sazağın dodaqları, doluların ayaqları, duyumlu barmaqlar, zamanın gözləri, arzumun əlləri, xəyalımın qolları və s. kimi yeni ifadələr oxucuların zövqünü oxşayır, yeniləşdirir, Azərbaycan bədii dilinin əhatə dairəsini genişləndirir, onun obrazlılıq estetikasını yüksəldir, ana dilimizin nələrə malik olmasını nümayiş etdirir.

Məmməd Araz müdrik şairdir. Onun şeir çələngi Nizami müdrikliyi, Nəsimi fəlsəfəsi, Xətayi vətəndaşlığı, Füzuli lirizmi, Sabir sarkazmından qidalanır.

Məmməd Araz çağdaş Azərbaycan ədəbiyyatının o nadir şeir-sənət ustalarındandır ki, onun hikmət dolu müdrik sözləri şairin sağlığında aforizmlərə çevrilmişdir: Dünya sənin, dünya mənim, dünya heç kimin! Mən belə dünyanın nəyindən küsüm?! İti bazarında atından baha! Tikanlı yazılar çax-çax eyləyir, Zaman üyüdəcək öz bildiyini! Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı! Vətən mənə oğul desə nə dərdim?! və s. xalqın hafizəsində məhz müdrikliyi ilə qalıb.

Belə söz və ifadələr gənc nəslin mənəvi tərbiyəsinin təmin edilməsində mühüm vasitələr kimi ədəbiyyat müəllimlərinin əyani vasitələr rolunu oynaya bilər.

101

Page 102: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

KƏRİMOVA X.D.

DİLİMİZİN MAYASI – AZƏRBAYCAN FOLKLORU

Açar sözlər: dil, nitq, ailə, folklorКлючевые слова: язык, речь, семья, фольклорKey words: language, speech, family, folklore

Dil xalqın mənəvi siması, mövcudluğunun göstəricisi, tarixi keçmişi, parlaq gələcəyidir. Hər xalqın öz dili var və bu, onun ana dilidir.

Ana dilimiz olan Azərbaycan dili öz ahəngi, səs quruluşunun səlisliyi, ifadə imkanlarının zənginliyi baxımından bəxti gətirmiş dillərdəndir. Üstündən çox qara yellər əssə də, bu gün müstəqil Azərbaycan Respublikasının dövlət dili məhz Azərbaycan dilidir. Milliyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı bu dildə sərbəst danışmağı, düzgün yazmağı və oxumağı bacarmalıdır.

İnsanın yaşamı ailədən başlayır. Ailə özlüyündə kiçik dövlət modelidir və hər sağlam ailənin öz atributları var. Ailənin simasının göstəricilərindən biri də onun dilidir. Ailə daxilində ünsiyyət vasitəsi kimi hansı dildən istifadə edilməsi ailə üzvlərinin öz ixtiyarındadır. Həmin ailədə dünyaya gələn uşaq da valideynlə-rinin danışdığı dillə dünya ilə - ətraf aləmlə tanış olur, o dildə fikirlərini ifadə edir. Hər bir uşaq ailədə formalaşmış bir nitqlə cəmiyyətə daxil olur.

Ana dili adı altında tanıdığımız dil - nəslimizin, soy-kökümüzün əmanəti, öz adımızdan da əvvəl qulağımızın eşitdiyi, məxsus olduğumuz xalqın nəsildən-nəslə ötürərək yaşatdığı bir dildir. Lakin hər uşağın dünyaya gəldiyi ailənin ünsiyyət dili heç də həmişə ana dili olmur. Bəzən müxtəlif səbəblərdən ailə üzvləri əcnəbi dil vasitəsilə bir-biri ilə ünsiyyət qururlar və bu səbəbdən də həmin ailədə dünyaya gələn uşaq yad bir dildə dil açır. Bu cəhətdən insanlar iki qrupa bölünürlər:

1. Ana dilində dil açanlar2. Ana dilini sonradan öyrənənlərDildən istifadə zamanı bu insanların nitqi bir-birindən xeyli fərqlənir. Birin-

ci qrupa daxil olanların ruhunun mayasında xalqımızın minillikləri aşıb gələn dili-mizin gözəllikləri, genetik ünsiyyət kodları kök salır. Nənələrimiz elə ilk gündən beşik başında bu dilin zənginliklərindən istifadə edərək arzularını, diləklərini söy-ləmiş, dualar etmiş, hər sözü nəslin yeni doğulmuş davamçısının ruhuna damla-damla hopdurmuşlar.

Uşaq əvvəlcə yaxınlarının səsini bir-birindən ayırmağı, sonra tədricən eşitdi-yi sözlərin mənasını anlamağı, daha sonra hecaları, sözləri söyləməyi, nəhayət, cümlə qurmağı - danışmağı öyrənir. Nitqin formalaşması prosesi uşağın doğulan-dan eşitdiyı sözlər əsasında gedir. Bütün bu dilaçma prosesində ona gün ərzində dəfələrlə layla, nazlama, alqış, sanama, düzgü, nağıl və s. söylənir. Uşaqla ünsiy-

102

Page 103: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

yət daha çox folklor üzərində qurulduğundan nitqinin mayasında da xalq yaradıcı-lığı nümunələri dayanır.

Həyatın ilkin çağlarında uşaqla ünsiyyət üçün şifahi xalq ədəbiyyatı nümu-nələrinin seçilməsi səbəbsiz deyil. Həmin mətnlərdə işlənən sözlərin əsasən az he-calı olması, əksər mətnlərdə alliterasiya və assonansın mövcudluğu, güclü qafiyə sisteminə malik olması, məcazi mənalı sözlərin, demək olar ki, olmaması, söylə-nən mətnlərin məzmununun uşağın maraq dairəsinə uyğun olması, ən əsası, canlı danışıq dilində ona təqdim olunması, diləyatımlılığı uşağın diqqətini özünə çəkir, onu əyləndirir. O, yeni sözlər öyrənir, nitqi, təfəkkürü, təxəyyülü inkişaf edir.

Uşaqla ünsiyyət üçün nağıllara, atalar sözlərinə, lətiflərə tez-tez müraciət edilməsi ilk gündən folklorla təmasa başlayan körpənin canlı xalq dilinə qırılmaz tellərlə bağlanmasına, doğma dilinin imkanları ilə yaxından tanış olmasına şərait yaradır. Süjetli folklor nümunələrini dinləyərkən söz obrazlar vasitəsi ilə uşağın şüuruna daxil olur. O, həmin sözlərlə danışmağı öyrənir. Öz milli-mənəvi dəyərlə-rini qoruyan ailədə böyüyən uşaq hansı dildə təhsil almağından asılı olmayaraq, bu dili sevəcək, yaşadacaq, onun bütün imkanlarından məharətlə istifadə edəcəkdir.

Uşaq nitqində istifadə edəcəyi sözləri ailədə öyrənir. Düzdür, bu mərhələdə uşaq bağçasının, internetin, televiziyanın (xüsusən cizgi filmlərinin) rolu nəzərə çarpacaq dərəcədədir.

Ailədə məişət üslubunda danışıldığından loru sözlərdən, dialektlərdən, ədəbi dildə arxaikləşmiş, lakin bəzi ailələrin leksikonunda hələ də yaşayan arxaizmlər-dən (adətən məişət əşyalarının adlarında) istifadə olunur.

Azərbaycan folklorunun, xüsusən uşaq folklorunun güclü qafiyə sisteminə malik olması həmin mətnlərin əsas xüsusiyyətlərindəndir. Uşaq ona ünvanlanan mətnlərdə qafiyə sözlərdən birini bilirsə, ona yaxın səs tərkibində olan digər sözü asanlıqla xatırlayır. Bu cür yadasalma vasitəsilə uşaq ana dilini söz-söz öyrənir, yaddaşında yerini möhkəmlədir.

Tapmacalarda isə lazım olan sözü – cavabı yaddaşından axtarıb tapır. Yad-daşdakı bu axtarışlar da ana dilində olur, bu zaman dil və təfəkkürün inkişafı hə-mahəng gedir.

Tələffüz qabiliyyətini cilalamaqda yanıltmaclar ən uğurlu vasitələrdəndir. Eyni və bir-birinə yaxın səslərin daha çevik təkrarı tələffüz zamanı yaranan mane-ələri aradan qaldırmaq üçün əyləncəli məşqlərdir.

Uşaq folklorunun alliterasiya və assonansla zəngin olması həmin mətnlərdə özünəməxsus ahəng, səs gözəlliyi yaradır, uşaq və böyüklər həvəslə bu mətnləri söyləyir və dinləyirlər.

Ailədə uşaqla ünsiyyət zamanı nağıldan daha çox istifadə olunur. Maraqlıdır ki, uşaqlar onlara nağılın oxunmasını deyil, danışılmasını istəyirlər. Canlı danışığın daha təbii, səmimi olduğunu kiçik dinləyici də duyur. O, hələ mətni bütünlüklə yadda saxlamaq qabiliyyətinin formalaşmadığı dövrdə nağılın qafiyəli

103

Page 104: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

cümlələrini təkrar-təkrar söyləyir: biri varmış, biri yoxmuş; adam, badam iysi gəlir, yağlı badam iysi gəlir; az getdilər, uz getdilər, dərə-təpə düz getdilər və s.

Ana dilini sonradan öyrənənlərdə, yəni bu dildə dil açmayanlarda vəziyyət başqa cürdür. Əgər ailədə ana dilində danışılmırsa, uşaqda ətraf aləmi sözlə qavrayıb dərk etmə prosesi - nitq inkişafı əcnəbi (ilk dil açdığı) dildə gedəcək. Çünki o, nitq prosesi zamanı başqa dildə düşünür, fikirlərini tərcümə edərək danışır. Uşaq ana dilində danışmağı sonradan öyrəndiyindən nitqinin mayasında xalq danışıq dilinin şirinliyi görünməz olacaqdır.

Azərbaycan dilinin lüğət tərkibində yüzlərlə frazeoloji birləşmə, ideomatik ifadələr var ki, bu dili sonradan öyrənənlər xalq danışıq dilində tez-tez işlənən həmin obrazlı ifadələrin mənasını çox zaman başa düşmürlər. Burnumun ucu göynəyir, ağzına çullu dovşan sığmır, hay-hayı gedib, vay-vayı qalıb, əl tutmaq, bel bağlamaq və s. bu kimi ifadələri qavramaq onlara çətin olur, həmsöhbətini dinləyərkən və fikrini söyləyən zaman çaşqınlıq yaranır.

Azərbaycan dilini lüğətlərdən, kitablardan öyrənənlər canlı danışıq dilinin şirinliyini nə duya, nə də başqalarına çatdıra bilirlər, çox vaxt yazı dilinin qaydaları ilə danışırlar. Var əvəzinə vardır, eləmiyəcəm əvəzinə etməyəcəyəm, sənnən əvəzinə səndən söyləyirlər.

Məişət üslubu şifahi formada olduğundan orfoepik norma ilə tənzimlənir. Canlı nitq prosesində öyrənilməyən dil tələffüz qaydalarını özündə əks etdirə bilmir, danışıq zamanı quru və sönük olur.

Məlumdur ki, hər bir dilin özünəməxsus zənginliyi var. Azərbaycan dilində çoxmənalılıq, omonim, sinonim, məcazlar, ibarələr, eyhamlar və s. bunun göstəricisidir. Əgər bu dil körpəlikdən öyrənilməyibsə, danışıq zamanı lazım gələn ən uğurlu dil vahidini tapıb işlətmək çətin olur, təhriflərə yol verilir. Məsələn, çoxdan əvəzinə köhnədən; inanmıram əvəzinə aldadırsan; yüksək əvəzinə hündür işlədilir.

Hansı dildə danışmasından asılı olmayaraq, uşaq danışmağa başlayandan fikrini aydın, səlis ifadə etməyi bacarmalı, sözləri yerli-yerində işlətməyi öyrən-məlidir. Fikrin ifadəsi üçün işlədilməsi mümkün olan bir neçə sözdən məhz ən münasibini seçib nitqə qoşmalı, danışmazdan əvvəl və danışarkən söz üzərində ciddi düşünməli, sözlərin təsadüfi işlədilməsinə qətiyyən yol verməməlidir. Təbii ki, uşaq bütün bunları – danışıq zamanı “olarları” və “olmazları” ailədə öyrənir.

Dildən istifadə zamanı nitq yaranır. Nitqdə işlədilməyən dilin yox olmaq eh-timalı çoxdur. Ana dilində gözəl danışmaq, onu kənar təsirlərdən qorumaq üçün ana dilində düşünmək lazımdır. Əsrlərdən bizə əmanət verilən dilimizi yaşatmaq üçün ana dilimizdə düşünək, ana dilimizdə danışaq.

104

Page 105: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

İ.M. KƏRİMOVA

“GÖYÇAY” TOPONİMİNİN ETİMOLOGİYASI

Açar sözlər: hidrotoponim, hidronim, toponim, oykonim, oronimКлючевые слова: гидротопоним, гидроним, топоним, ойконим, оронимKey words: hidrotoponim, hidronim, toponim, oykonim, oronim

Göyçay 1872-1876-cı illərdə eyni adlı çayın sahilində salınmış oykonimdir. Toponim öz adını Göyçay hidronimindən aldığı üçün hidrotoponim hesab olunur. Göyçay oykonimi «göy» və «çay» komponentlərindən ibarətdir. «Göy» sözü ilə bağlı istər türkoloji, istərsə də Azərbaycan dilçiliyində müxtəlif araşdırmalar mövcuddur. Tarixi sənədlərdə, Kül Tiqin abidəsində VII-XIII əsrlərə aid mərhələlərdə «səma» həm də «tanrı» anlamında işlənmişdir. Əvvəllər dini termin kimi (yaradıcı, allah) mənalarını vermişdir. Sonrakı dövrlərdə, eləcə də orta əsrlərdə və Mahmud Kaşğari dövründə (XI əsrin axırları) «göy» sözü «səma» (неба) anlamında işlənmişdir. Bu söz Azərbaycan dilində göy, qazax dilində kök, tatar dilində kuk, özbək dilində kuk, türkmən dilində gook, qırğız dilində kök, altay dilində kök yazılışlarında işlənərək «mavi səma» mənasını bildirmişdir (2. 35).

A.N.Kononov «göy» sözünün mənasını izah edərkən kok//qok sözlərinin müasir türk dillərində bir neçə mənada işləndiyini qeyd etmişdir. Müəllif yazır ki, «göy» sözü a) göy, göyərçin, mavi, açıq yaşıl, tünd göy, açıq göy, yaşıl, boz, ağarmış göy; b) səma, cavan ot, göyərti və s. mənalarda işlənmişdir. O, həmçinin qeyd edir ki, «göy» sözü coğrafi adların birinci komponenti kimi hidronim və oronimlərin tərkibində iştirak edir. Orta Asiya və müxtəlif ərazilərdə Kok, Kok su adlı hidronimlər mövcuddur (8. 178).

E.Koyçubayev «göy» komponentli coğrafi adların geniş işləkliyə malik olduğunu və göy sözünün «səma» apelyativinin sinonimi olduğunu qeyd etmişdir. Müəllif səma cisimlərinin bir hissəsinin «göy rəngli» olması fikrini söyləmişdir (9. 186).

Azərbaycan dilçiliyində də «göy» komponenti ilə bağlı bir-birindən maraqlı mülahizələr vardır.

R.Eyvazova kök//kuk//gög tərkibli coğrafi adların Əfqanıstan ərazisində də olduğunu qeyd etmişdir. Müəllif «kök» sözünün mənasını izah edərkən kok - azad; kök (sifət) –göy anlamında işləndiyini göstərir. Bahəddin Ögələ istinad edən tədqiqatçı yazır ki, Orta Asiya tayfaları üçün «gög» hər şeydən üstün olmuşdur. Onlar yerə, yalnız atlarının ayaqları ilə bağlı idi. Türklərə görə, «gög» rəngində bütün gözəlliklər toplanmışdı. Əski türkcədə «gög» anlamına uyğun gələn ana söz «Tanrı (Tenqri)» idi. Odur ki, gögə hər rəngi ilə birlikdə «Göy tanrı» deyirdilər. Müəllif Göyçay hidro-toponiminin birinci komponenti olan “göy sözünü” tayfa adı ilə bağlamışdır. R.Eyvazova bu haqda yazır: «Bizə görə, kök//kuk//köy adını

105

Page 106: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

tayfa adı kimi də saymaq lazımdır. Belə ki, «kök» tərkibli kökər tayfaları da məlumdur. Kökərlər sakların ən böyük boyu olub, Qafqazda yaşamışlar. «Kök» tərkibli Kökçə//Göyçə adının mənşəyi də maraqlıdır. Belə ki, Gəncə adının izahında verdiyimiz şərhə əsaslanaraq cu//çjou//cou eyniliyini götürürük. Ola bilsin ki, gök tayfaları vaxtilə Çinin Çjou//cou adlanan yerlərinin sakinləri olmuşlar. Güman ki, Gök-çjou//Gökçay fonetik dəyişikliyə məruz qalaraq Gökçə//Gökçay şəklinə düşmüşdür» (5. 200-201).

Ə.Şükürlü «göy» komponentinin izahını verərkən yazır ki, Köktürk-oğuz türk qəbilələrindən birinin adıdır. Bəzi tədqiqatçılar göy sözünü «səma» (V.Banq), bir qismi «şərq» kimi mənalandırır. Azərbaycan türk dilinin bəzi şivələrində hə-min söz “xəsis”, “acgöz” mənasını bildirir. Ona görə güman etmək olar ki, göy-türk qəbilə adı əslində «qarətkar türk», «işğalçı türk» mənasını ifadə edir. Lakin qəbilə adı kimi sabitləşməklə həmin etnonimin mənası silinib yox olmuşdur (13. 74).

F.Xalıqov isə «göy» komponenti haqqında bir qədər fərqli fikir söyləmişdir. Tədqiqatçı yazır: «göy» leksik vahidi ilə bağlı türkmən və Göycə formasında Azərbaycan dilində, Ad köke formasında isə monqol dilində işlədilir». Müəllif həmçinin Kök-türk, köke-monqol, göklen-türkmən tayfa adlarında «qloriosus» yəni, «qəhrəman» mənasının gizləndiyini bildirir. S.Dörferə əsaslanan müəllif «göy» sözünün səma mənası ilə bərabər müqəddəs göylərin mənasında təkcə «kök-türk», «kök-culut», «köke-monqol» etnonimlərində deyil, həm də şəxs adlarında tez-tez təsadüf olunan vahidlərdən biri olduğunu qeyd etmişdir. F.Xalıqov Göysu hidroniminin birinci komponenti olan göy leksik vahidinin burada «dəniz» mənasını bildirdiyini qeyd edərkən yazır ki, Göysu atı («Qurd oğlu əfsanəsi») zoonimində həmin mənanın saxlanıldığı inkaredilməzdir. Deməli, «göy» əlamət bildirən leksik vahidi istər ərazi, istərsə də su mənalı onomastik vahidlərin tərkibində rəng çalarlarından daha çox «böyüklük», «genişlik», «bolluq» mənası ifadə edir (6. 73-74).

«Göy» komponenti haqqında B.Budaqovun və Q.Qeybullayevin də fikirlərini qeyd etmək istərdik. Hər iki müəllif bir vaxtlar İrəvan quberniyasının Novoboyazid qəzasında mövcud olmuş Göysu toponiminin etimologiyasını izah edərkən yazmışlar: «Əsli Köy-Su. Türkcə köy «kənd» və su «çay» sözlərindən ibarət olmaq etibarilə «Çay kənd» mənasındadır» (3. 320).

Hər iki müəllifin izahından aydın olur ki, «göy» sözü rəng mənasını bildirməklə yanaşı, qədim türk dillərində «kənd» anlamında da işlənmişdir.

N.Tapdıqoğlu da Göyçay hidrotoponimi ilə bağlı bir sıra fikirlər söyləmişdir. Müəllif yazır: «Göyçay toponimi çayın yuxarı axınında suyunun duru və təmiz olması, göyümtül rəngə çalması ilə bağlıdır. Göyçay toponimini monqol və kalmık dillərindəki «ko//gö» komponenti ilə də («zireh, dəmir, polad geyim») əlaqələndirənlər var. Dağıstanda hazırda Koysu (Göysu) adlı bir neçə çay var.

106

Page 107: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Göyçay, Göygöl toponimlərini də bu cür mənalandırmaq olar: Göyçay sözü «göy» etnonimindən və «çay» hidronimindən ibarətdir» (14. 190-191, 194).

Müəllifin Göyçay hidronimi ilə bağlı yuxarıda söylədiyi fikirlər göründüyü kimi ziddiyyətli xarakter daşıyır.

N.Nəbiyev Göyçay hidrotoponiminin heç bir tayfa adı əsasında yaranmadı-ğını, toponimin öz adını eyni adlı çaydan götürməsi fikrini irəli sürmüşdür. Müəl-lif yazır ki, Göyçay sözünün mənası «göy çay», «duru çay» deməkdir (10. 130).

Ümumiyyətlə, «göy» sözü haqqında onu da deyə bilərik ki, qədim türklərdə Göy tanrı (allah) anlamında işlənmişdir (11. 163). Dilimizdə «göy» sözü bir sıra başqa mənalarda da işlənir: a) Göy – yer üzərində mavi bir qübbə kimi görünən fəza, boşluq; b) Göy – səma rəngi, mavi, göy rəng; c) Göy – yaşıl, göy meşə, göy çəmən və s. (1. 75).

Coğrafi adlarla yanaşı, türk xalqlarının onomastikasında «göy» tərkibli hid-ronimlərin də areallarına rast gəlmək olar. Erk Yurtsevər Qazaxıstan Respublika-sında, eləcə də Türkiyənin Bismil-Diyarbəkir, Yeşilçay-Sile-İstanbul, Karadere-Hendek-Sakarya bölgələrində Göksu adlı hidronimlərə təsadüf edildiyini qeyd et-mişdir (4. 103). Qırğızıstan Respublikasının İssıkkul vilayətində Köy say, Adıq (Çərkəz) onomastikasında Kueksu (Kugksu) «göy su» adlı hidronimlər də möv-cuddur (12. 86; 7. 203).

Fikrimizcə, Göyçay hidrotoponiminin birinci tərəfi olan “göy” sözü suyun duruluğunu, şəffaflığını ifadə etdiyi üçün, həm də suyun rəngi göy rəngə çaldığı üçün çay Göyçay adlandırılmışdır ki, bu da hidronimin oykonimə (Göyçay şəhəri) transformasiya olunduğunu aydın şəkildə göstərir.

Ədəbiyyat

1. Azərbaycan dilinin izahlı lüğəti. I c., (4 cilddə), Bakı: Azərnəşr, 1966, 595 s.2. Ажибекова Г.Д. Причины появления лексических поленазмов в современ-

ном Казахском языке. Исследования по Киргизскому и казахскому языкознания. Фрунзе: 1984.

3. Budaqov B., Qeybullayev Q. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı: Nafta-Press, Oğuz eli nəşriyyatı, 1998, 452 s.

4. Erk Yurtsever. Asiyadakı türkce coğrafi adlar derlemesi. İstanbul: 1993.5. Eyvazova R. Əfqanıstanda türk mənşəli toponimlər. Bakı: Elm, 1995, 244 s.6. Xalıqov F. Folklor onomastikası. Bakı: Elm, 1998, 138 s.7. Коков Дж., Н. Адыгская (Черкесская) топонимия. Нальчик: Эльбрус, 1974,

316 с.8. Кононов А.Н. Семантика цветообозначении в тюркских языках // Тюрколо-

гический сборник. Москва: 1978, стр.159-179.9. Койчубаев Е. Неизвестная сущность топонимических компонентов ак, ка-

ра, кок, сары. Всесоюзная конференция по топонимике СССР. Тезисы докладов сообщении. Ленинград: 1965.

107

Page 108: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

10. Nəbiyev N. Coğrafi adlar. Bakı: Azərnəşr, 1982, 282 s.11. Seyidov M.Ə. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı: Yazıçı, 1983,

326s.12. Словарь географических названий Киргизской ССР. Фрунзе: ИЛИМ,

1988, 211с.13. Şükürlü Ə. Qədim türk yazılı abidələrinin dili. Bakı: Maarif, 1993, 336 s.14. Tapdıqoğlu N. Göyçay rayonu və onun toponimiyası. Bakı: Təhsil NPM, 2004,

246 s.

108

Page 109: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Z.M. KƏRİMOVA

NİTQ ETİKETLƏRİNİN ƏSAS ELEMENTLƏRİ

Açar sözlər: nitq etiketi, müraciət formaları, praqmalinqvistika, psixolinqvistika.Ключевые слова: речевой этикет, формы обращения, прагмалингвистика,

психолингвистика.Key words: speech etiquette, forms of address, pragmalinguistics,

psycholinguistics

Müasir dilçilikdə nitq etiketlərinin araşdırılmasına güclü bir maraq yaran-mışdır ki, bunun bir səbəbi müasir dilçilikdə dilin kommunikativ funksiyasını öy-rənməyə meylin artmasıdırsa, digər səbəbi müvafiq dil vahidlərinin ictimai dəyəri-nin xüsusi əhəmiyyət kəsb etməsidir. Dil bütün ictimai, o cümlədən, əxlaqi-etik münasibətləri öz formaları və kateqoriiyaları sayəsində əks etdirir. Bunların içəri-sində cəmiyyətin bütün üzvləri üçün zəruri hesab edilən etiket normaları xüsusi yer tutur. Buraya salamlaşma, təbriketmə, arzulama, təqdimetmə və s. daxildir.

Bir çox dilçilər dilin bir sistem kimi ictimai təbiətə malik olduğunu qeyd edirlər. Görkəmli dilçi alim J.Vandriyesin yazdığı kimi, «yalnız dilin ictimai rolu-nu öyrənməklə onun mahiyyəti haqqında təsəvvür əldə etmək mümkündür» [1, 221].

Nitq etiketi bu baxımdan zəngin material verir. Lakin bu problemin tədqiqi zamanı biz çox mürəkkəb proseslərlə qarşılaşırıq: bu prosesdə ictimai, iqtisadi, si-yasi, elmi amillərin ən müxtəlif qarşılıqlı əlaqələri öz təsirini göstərir.

Hər bir xalqın adət-ənənələri, estetik zövqü, davranış normaları tarixən for-malaşmış və dildə öz əksini tapmış, nitq etiketi kimi müəyyən edilmişdir. Cəmiy-yətin inkişafının müəyyən mərhələsində dil daşıyıcıları kollektivinin qəbul etdiyi, sabit ifadələr sistemində təsbitlənmiş nitq davranışı insanlar arasında nəzakət mü-nasibətlərinin verbal ifadə formalarından istifadə edir.

Müasir nəzakət ifadləri insanları məişətdə, xidmətdə, ictimai yerlərdə, küçə-də, qonaqlıq və müxtəlif tipli rəsmi tədbirlərdə, qəbullarda, ziyafətlərdə, danışıq-larda və s. yerlərdə davranışlarda reqlamentləşdirir. Beləliklə, etiket ümumbəşəri mədəniyyətin, əsrlər boyu bütün xalqlar tərəfindən işlənib qəbul olunmuş insani dəyərlərin, maddi və mənəvi sahələrə aid qaydaların böyük və vacib hissəsini özündə birləşdirir.

Müasir həyatın əsas prinsiplərindən biri insanlar arasında normal münasibət-lərin saxlanılması və konfliktlərdən qaçma meylidir. Öz növbəsində hörmət, diq-qət, nəzakətliliyə, təmkinliliyə riayət etdikdə mümkündür. Buna görə də bizi əhatə edən insanlar tərəfindən heç nə nəzakətli və ədəbli olmaq qədər yüksək qiymətlən-dirilə bilməz. Lakin həyatda biz tez-tez digər insana qarşı hörmətsizlik, kobudluq-la qarşılaşırıq. Buna da səbəb odur ki, biz insanın davranış mədəniyyətini və ma-

109

Page 110: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

neralarını düzgün qiymətləndirmirik.Manera-özünüaparma üsulu, davranışın xarici forması, digər insanlarla

münasibət, nitqində istifadə etdiyi ifadələr, ton, intonasiya, insan üçün xarakterik olan yeriş, əl-qol hərəkəti və hətta mimikadır. Cəmiyyətdə təmkinlilik və sadəlik, öz hərəkətlərinə nəzarət edə bilmək bacarığı yaxşı maneralar hesab olunur. Pis maneralar isə yüksəkdən danışmaq vərdişi, ifadələrdə utanmamazlıq, geyimdə pintilik, davranış və əl-qol hərəkətlərindəki zəhlətökənlik, kobudluq, başqalarının işinə qarışmaq, yersiz müdaxilə və sorğu-sual, başqalarını öz istəklərinə tabe et-mək, nəzakətsizlik, başqalarına alçaldıcı adlar qoşmaq və s. hesab olunur. Manera insanın davranış mədəniyyətinə aiddir və etiketlə tənzimlənir. Etiket elə anlayış və ünsiyyət formasıdır ki, vəzifə və ictimai mövqeyindən asılı olmayaraq, bütün in-sanlara qarşı hörmət, müraciət və salamlaşma formaları, söhbət aparmaq qaydası, stol arxasında davranış və s. buraya daxildir. Bütövlükdə, etiket sivil cəmiyyətin humanizm prinsiplərinin əsasını təşkil edən nəzakətliliyin ümumi tələbidir. Elə buna görə də, nitq etiketi ifadəsinin «nəzakət ifadələri» adlandırılması daha düz-gün olardı. Ünsiyyətin ən ümumi şərti nəzakətlilikdir. Nəzakətlilik həddini aşma-maqdır. Bu ifadələr hamıya məlumdur: “soyuq nəzakətlilik”, “buz kimi nəzakət”, “nifrətli nəzakət”. Bu zaman ən gözəl insani keyfiyyətlərin mahiyyəti nəinki ölür, hətta tamamilə əksinə çevrilir. Vereşaqin E.M. nəzakəti bu və ya digər həyati mü-nasibətlərə girdiyimiz insanlar üçün etdiyimiz “kiçik məbləğli qurbanlar” kimi müəyyən edir (2, 131).

Təəssüf ki, Servantesin bu gözəl deyimi tamamilə unudulub: «Heç nə nəza-kət qədər ucuz başa gəlmir və onun qədər yüksək qiymətləndirilmir.» Əsl nəzakət yalnız xeyirxah ola bilər, belə ki, insanın işdə, evdə, ictimai yerlərdə rastlaşdığı insanlara qarşı münasibətlərində səmimiyyətin, alicənablığın təzahürlərindən biri-dir. İşdə yoldaşlarla, məişətdə tanışlarla səmimi münasibət, dostluğa çevrilə bilən, eləcə də, insanlara qarşı təbii xeyirxahlıq məqsədi güdən münasibət nəzakətliliyin mütləq bazasıdır. Əsl davranış mədəniyyəti, onun məzmunu və xarici təzahürü mənəviyyatın əxlaq prinsiplərindən irəli gəlir.

Nəzakətliliyin əsas elementlərindən biri adları yadda saxlamaq hesab olu-nur. Bu barədə A.Leontyev belə deyir: «İnsanların əksəriyyəti adları ona görə yadda saxlamırlar ki, onlar adları yaddaşlarına həkk etməkdən ötrü vaxt və enerji sərf etmək istəmirlər. Onlar həddindən artıq məşğul olmaları ilə özlərinə haqq qa-zandırmağa çalışırlar. Lakin onlar çətin ki, Franklin Ruzveltdən daha çox məşğul olsunlar, o hətta rastlaşdığı mexaniklərin belə, adlarını yadda saxlamağa vaxt ta-pırdı... F.Ruzvelt bilirdi ki, ətrafdakıların hörmətini qazanmaq üçün ən sadə, ən səmərəli və ən fəal üsullardan biri insanların adlarını yadda saxlamaq və öz əhə-miyyətliliyini onların şüuruna yeritməkdir» (3, 97).

Ədəblilik və həssaslıq - bunlar ali insani keyfiyyətlərin tərkibinə diqqət, ünsiyyətdə olduğu insanların daxili aləminə dərin hörmət etmək, onları anlamağa istək və bacarıq, onlara nəyin zövq və sevinc verəcəyini hiss etmək və əksinə,

110

Page 111: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

nəyin onları əsəbiləşdirəcəyini və incidəcəyini bilməkdir.Ədəblilik və həssaslıq dedikdə bizim sözümüzə və davranışımıza həmsöh-

bətlərimizin göstərdikləri reaksiyanı səhvsiz təyin etmək bacarığı, lazım olan hal-larda buraxdığı səhvlərə görə yalandan utancaqlıq göstərmədən üzr istəmək, özü-nə tənqidi yanaşmaq qabiliyyətləri də başa düşülür. Bu, insanın ləyaqətini alçalt-mır, əksinə, bu, əsl insani keyfiyyəti - təvazökarlığı göstərir və onun haqqında in-sanlarda yüksək fikir yaradır.

Psixolinqvistikada belə bir fikir var ki, insan yalnız özü haqqında danışırsa, o yalnız özü haqqında düşünür. Yalnız özü haqqında düşünən insan mədəniyyət-sizdir, o, nə qədər yüksək təhsilli olsa da, yenə də mədəniyyətsizdir.

Təvazökar insan heç vaxt özünü başqalarından ağıllı, bacarıqlı, yaxşı göstər-məyə çalışmır, öz kefiyyətlərini və üstünlüyünü qeyd etmir, özü üçün xüsusi ra-hatlıq, qulluq tələb etmir. Bununla yanaşı, təvazökarlıq utancaqlıqla, cəsarətsizlik-lə əlaqələndirilməməlidir. Bunlar tamamilə müxtəlif kateqoriyalardır. Sadə adam-lar çox tez-tez, kritik vəziyyətlərdə daha aktiv və möhkəm olurlar, bununla yanaşı, həm də məlumdur ki, başqalarını mübahisə ilə özünün doğruluğuna inandırmaq mümkün deyil.

T.Qabriel yazır: «Siz insanın haqlı olmadığını ona baxışınızla, intonasiya-nızla və ya jestlə söz ilə olduğundan daha yaxşı başa sala bilərsiniz, lakin siz ona haqsız olmadığını söylədikdə bununla onu sizinlə razılaşmağa məcbur edə bilə-cəksinizmi? Heç vaxt! Çünki bununla siz onun intellektinə, sağlam düşüncəsinə, onun mənliyinə və ləyaqət hissinə zərbə vurmuş olursunuz. Bu isə onu öz fikrini dəyişməyə deyil, sizə cavab zərbəsi vurmağa təhrik edəcək» (4, 14).

Yəqin ki, siz özündən çıxmış mübahisə edənləri müşahidə edən hansısa üçüncü şəxsin hər iki adamı başa düşməyə həssaslıqla yanaşıb, dostcasına və taktiki sözlərlə anlaşılmazlığa son qoyduğunun şahidi olmuşsunuz.

Heç vaxt danışığa bu cür başlamaq olmaz: «Mən sizə sübut edərəm». Psixo-loqlar hesab edirlər: bu o deməkdir ki, «Mən sizdən ağıllıyam, mən sizə elə bir şey deyəcəyəm ki, siz fikrinizi dəyişəcəksiniz». Bu cür olmaz, çünki bu, həmsöh-bətdə daxili müqavimət və mübahisə etmək istəyi yaradacaq. Nəyisə sübut etmək üçün bunu o qədər incə, ustalıqla etmək lazımdır ki, bunu heç kəs hiss etməsin. Məsələn, «Xahiş edirəm, bir dəqiqə mənə qulaq asın!» və s. N.Formarovskaya bunu qızıl qaydalardan biri hesab edərək yazır: «İnsanları elə öyrətmək lazımdır ki, elə bil heç nə öyrətmirsiniz və tanış olmayan şeyləri unudulmuş kimi təqdim edirsiniz» (5, 43). Sakitlik, diplomatiklik, həmsöhbətin dərindən başa düşülməsi, dəqiq faktlar əsasında yaxşı düşünülmüş əsaslandırma - diskussiya zamanı «yaxşı ton» tələbi və öz fikrini israretmədə inadkarlıq arasındakı ziddiyyətlərin həllidir.

Nitq etiketi geniş mənada linqvistik praqmatikanın ümumi problemi ilə birləşir və praqmalinqvistika sahəsində öyrənilməlidir. Praqmatik cəhətdən dil kommunikasiyası aktına kommunikasiyanın iştirakçılarının müxtəlif məqsədlərə nail olması baxımından yanaşılır. İfadəyə ayrıca yox, bu məqsədlərin konteksti

111

Page 112: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

baxımından yanaşılır. Məsələn: «Saatınız yoxdur?» - deyə sual verdikdə saatın neçə olmasını soruşmaq nəzərdə tutulur. Ona görə də bu suala qarşı «Bəli, var» - cavabı (saatın neçə olmasını göstərmədikdə) kontekstdən uzaqlaşmadan xəbər verir, nitq etiketi tələbləri pozulur.

Və yaxud: «Burada nə baş verir?» - sualı (xüsusən müəyyən konteksdə) baş verənlərə qarşı narazılıq hissinə işarə olub, etiketi poza bilər.

Hazırkı vaxtda ümumi vətəndaş etiketinə aid edilən bir çox şərtlərin sadələş-dirilməsi meyilləri, demək olar ki, hər yerdə qeyd olunur. Bu, zamanın rəmzlərin-dən biridir: dəyişmiş həyat tempi və çevik dəyişməkdə davam edən sosial-məişət şəraiti etiketə güclü təsir edir. Buna görə də əsrin əvvəllərində və ya ortalarında qəbul edilmiş bir çox şeylər əsrin sonunda absurd görünə bilər. Bununla belə, ümumvətəndaş etiketinin əsas və yaxşı ənənələri hətta dəyişilmiş formada belə öz mövcudluğunu davam etdirir.

Ədəbiyyat

1. Вандриес Ж. Язык. Лингвистическое введение в историю. М., 1937.2. Верешагин Е.М., Костомаров В.Г. Лингвострановедческая теория слова.

М., 1980.3. Леонтьев А.А. Слово в речевой деятельности. М., 1965.4. Титц Габриэле. Этикетные формулы обращения и привлечения внимания

в современной русском языке. АКД. Воронеж., 1977.5. Формановская Н.И. Употребление русского речевого этикета. М., 1982.

112

Page 113: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Ş.K. QOCAYEVA

AİLƏDƏ TABUDAN VƏ EVFEMİZMLƏRDƏN İSTİFADƏ

Açar sözlər: dil tabuları, dil və ailə, evfemistik ifadələr, nəzakətli danışıq.Ключевые слова: языковые табу, язык и семья, эвфемистические выраже-

ния, вежливая речьKey words: language taboos, language and family, euphemistic expressions, polite

speech

Tabu-müxtəlif əşyalar və sözlərə qoyulan xüsusi yasaqdır. Hələ çox qədim dövrlərdə ailələr də inanırdılar ki, ad ilə həmin adı daşıyan insan arasında xüsusi üzvi əlaqə mövcuddur. Evfemizm isə predmet və prosesləri öz adı ilə deyil, tabuda olan semantikanı ehtiva edən digər söz və ifadələrlə adlandırmaqdır. Evfemizm tabunu məzmun etibarı ilə əks etdirir. Evfemizm tabunu əvəz edir, onda olan mənanı «nəzakətləşdirir». Tabunun əşyavi-məntiqi anlamı evfemizmə bərabər, uyğun gəlir. Lakin evfemizm tabunu- yasaq və qadağa olunan söz və ifadəni həddən artıq yumşaldılmış formada təqdim edir. Təhqiredici ekspressiya evfemizm vasitəsilə münasib, müsbət ekspressiya ilə əvəzlənir. Evfemizmlərin özündə yalana çevrilmək qorxusu da gizlənməkdədir.

Ailə cəmiyyətin kiçik bir hissəsidir, özəyidir. Bu hissədə dil bütün sferalarda fəaliyyət göstərir. Gündəlik məişət məsələlərindən tutmuş hər bir ailə üzvünün, fərdin problemləri ailədə dil vasitəsi ilə müzakirə olunur. Doğulmaq, evlənmək, ailə qurmaq və nəhayət, ölmək kimi tabu və evfemizm əmələ gətirən anlayışlar ailə çərçivəsində öz işlək xarakteri ilə seçilir. «Tabu və evfemizm lap ilkin dövrlərdə ailə içərisində formalaşmışdır» (B.A.Larin). Ailədə işlənən tabu və evfemizmlər ümumişlək xarakteri daşıyır. «Ümumişlək evfemizmlər iki anlayışın daxili münasibətləri ilə və bu münasibətləri nizama salan norma ilə təyin edilir» (Qorodekaə İ.L.)

Ailədə tabu və evfemizmlərin işləkliyi bir sıra məsələlərlə bağlı meydana çıxır:

a) evlənmək və evləndirməklə əlaqədar evfemistik ifadələr: Nəhayət ki, Orucun başını bağladılar, qonşu qızını ona aldılar (danışıq dilində); Həsənin ayağını yığdılar, küçələrdən çəkildi (danışıq dilində); -Ay arvad, səninlə düz əlli ildir ki, bir yastığa baş qoyuruq və s. Burada insanın bədən üzvlərinin adları (baş, ayaq) çoxmənalılıq keyfiyyəti qazanmış, evfemistik ifadələrin yaranmasında fəal iştirak etmişdir.

b) ailəyə verilən xəbərlərlə bağlı: Bəllidir ki, ölmək anlayışı ilə ötürülən xəbər daha sarsıdıcı xarakter daşıyır, belə xəbərlər ailəyə öz mənfi təsirini göstərir. Bu təsirin nəticəsində məyusluq, peşmançılıq, qəmginlik, kədər kimi ekspesiyalar üzə çıxır. Məs.: Ailənin böyük oğlu qəhrəmancasına həlak oldu.

113

Page 114: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Atam Böyük Vətən müharibəsində gözlərini əbədi yummuşdu. Nənəm birdən çıraq kimi söndü və s.

Ailədə metafor əsasında yaranan evfemistik ifadələr də çox işlənir. Məsələn: Nənəmin beli bükülmüşdü. Az yaşı olsa da, qardaşımın birçəyi ağarmışdı. Xəstəlik babamı bir dəri, bir sümük etmişdi.

Evfemizm-pis, xoşagəlməz sözlərin yaxşı, xoşagələn sözlərlə verilməsi anlamında işlənir. Kobud sözlər yerinə yumşaq idadələrdən istifadə etmək evfemizmin əsas məğzini təşkil edir. Bəzi ailələrdə kobud xarakterli adamlarla rastlaşmaq olur. Ailədə xoşagəlməz hadisələr də baş verir ki, bu zaman həm tabulardan, həm də evfemizmlərdən istifadə olunur. Ədəbsiz fikir və niyyətlər bəzən mədəni olmayan ailələrdə istifadə olunur, amma bəzi ailələr nəzakət qaydalarına əməl edərək həmin söz və ifadələri yumşaldılmış şəkildə təqdim edir. Məsələn, ər hirslənir, ağzından kobuzd ifadələr çıxarır. Həyat yoldaşı ona ,-a kişi, nəzakətli danış, ayıbdır, uşaqlar eşidər-deyir.

Ailədə ər-arvad munasibətində tabu və evfemizmlər əmələ gəlir. Bu münasi-bətlər sakral həddə çata bilir. Yəni ər öz arvadının adını başqalarının, lap öz vali-deyn və uşaqlarının yanında çəkmir. Arvadın adı əvəzinə, «kül atan», «uşaqların anası», kişi əvəzinə «evin böyüyü», «evin dirəyi» və s. evfemistik ifadələr araya gəlir.

Dildə tabuların əmələ gəlməsinin səbəbləri də müxtəlifdir.Tabuların bəziləri ailə, məişətlə əlaqədar olan söz və ifadələrdir. Məsələn, Şərq aləmində belə bir adət mövcud idi ki, qadın öz ərinin adını söyləyə bilməz, bu onun üçün böyük qəbaət və hörmətsizlik sayılırdı. Qadın öz həyat yoldaşını təqdim edərkən, çağırarkən «uşaqların atası», «hacının atası», «evimizdəki», «evin sahibi», «evin böyüyü», «sahibim», «mənim qocam» və s. evfemistik söz və ifadələrdən istifadə edirdilər. Məs.: Mən kiməm, evin sahibi var (danışıq dilində), Başımın ağası var, a bala, imkan verməz ki...(danışıq dilində).

Ailədəki uşaqlardan biri o birini qorxutmaq üçün «cin gəldi», «şeytan gəlir», «xortdana bax, xotdana» və s. ifadələri işlədir ki, bu da dini-mifoloji anlayışların qorxu hissinin artmasına şərait yaradır.

Ailədə cins və yaşından, ailə üzvlərinin münasibətlərinin xarakterindən asılı olaraq bir çox söz və ifadələrin işlənməsi etik normaya sığmır və onlara uyğun gə-lən «təhlükəsiz sözlər»dən məqsədəuyğun şəkildə istifadə olunur. Buraya, əsasən, evlənmək, hamiləlik və doğum anlayışları ilə bağlı söz və ifadələr aid edilir.

Ailədə dialoji şəraitdə, mühitdə sözügedən ifadələrdən istifadə olunur. Bu, təbiidir. «Bir şəxs tərəfindən ifadə olunmuş qaba, xoşagəlməz sözlər dinləyənə-ai-lə üzvünün birinə pis təsir bağışladıqda və deyən subyekt (ailənin başqa üzvü) bu-nu həmin anda hiss etdikdə, ifadənin təsir qüvvəsini azaltmaq üçün təkrar onu yumşaldılmış formaya salır, əvvəlki qaba ifadənin ağır təəssüratını yüngülləşdir-məyə səy göstərir» (T.Əfəndiyeva).

114

Page 115: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Dilin ailədə işlənən bu leksik layı slenqa da adlanır. Danışıq dili üçün xarakterik olan və ümumi danışıq leksikasına aid olan belə sözlər adətən qaba, xoşagəlməz ifadələrdən sayılır. Məsələn, ingilis ailələrində aşağıdakı tip ifadələr öz işləkliyi ilə seçilir: bed-sitter, zob, vooze, to-dry, hide, big-boy, dark, sleeper, shov, shink.

Ailədə bir sıra hallarda müəyyən səbəblərdən fərdlərdən biri və bir neçəsi-nin əhval-ruhiyyəsi pozulur. Bu, hal dildə tabuların işlənməsi ilə yaranır.Məhz ev-femizm həmin mənfi təsiri ailə üzvlərinin üzərindən götürmək, pis təsiri müəyyən qədər azaltmaq məqsədilə yaradılır.

Dildə sözün təsirindən, bədii sözün təsirindən çox danışılıb. Burada söhbət pis sözün təsirindən gedir. Sözün təsiri davamlı xarakter daşıyır. İnsan həyatının bütün sahələrində söz böyük təsiredici gücə malikdir. Kobud, xoş əhval-ruhiyyə yaratmayan söz və ifadələr mənfi ekspressiya doğurur. «Söz vasitəsilə edilən təsir isə bir növ mənfi təsirdir. Mənəvi təsir insanın qəlbinə, ürəyinə, beyninə təsir edir. Belə təsir həm qüvvətli olur, həm də uzun müddət davam edir, qalır. Evfemizm ilə xəbərin, xoşagəlməz hadisənin dildə təsiri zəifləyir.Evfemizmlər vasitəsilə ailə üzvlərinə verilən xəbərdə əvvəlkindən fərqli emosional xarakter olur» (Aslanov A.)

Müəyyən tabuları ailədə əvəz edən evfemizmlər forma və məzmunca bir-bi-ri ilə bağlı olmur. Belə tabuların yerinə paralinqvistik vasitələrdən də (mimika, jest və s.) istifadə olunur. Bəzi bioloji prosesləri ərlə arvad söyləməkdə çətinlik çəkirlər, bu, ədəb, nəzakət dairəsindən kənara çıxır. Tibbi aləmdə deyilməsi yasaq olan üzvlərin adı var, bu, latın mənşəlidir; gizli səslənən belə tibbi terminlərin mə-nası təkcə həkimlərə bəlli olur.

Beləliklə, ailədə işlənən evfemizmlərlə tabu arasında olan diferensiasiyanı başa düşmək lazım gəlir. Tabu sözlə cisim, sözlə hadisə arasında fiziki bağlılığın mövcudluğuna yol açan bir etiqada əsaslanır.

Ədəbiyyat

1. Budaqov R.A. Dilçiliyə dair oçerklər. Bakı, Azərnəşr. 1956.2. Əfəndiyeva T. Azərbaycan dilinin leksik üslubiyyatı. Bakı, «Elm» nəşriyyatı,

1980.3. Aslanov A.Ə. Evfemizmlər\\Müasir Azərbaycan dili. I cild, «Elm» nəşriyyatı,

Bakı, 1978.

115

Page 116: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

H.A. MİRZƏYEV

POEZİYADA ÜSLUBİ AXTARIŞIN ESTETİK SƏCİYYƏSİ(H. Arif poeziyasının materialları əsasında )

Açar sözlər: janr, poeziya, şeir, üslub, dil.Ключевые слова: жанр, поэзия, стихотворение, стиль, язык.Key words: genre, poetry, poem, style, language.

Poeziya janrında söz duyumu, ondan münasib mətn mühitində sərrast istifa-də böyük estetik hadisədir. Söz şeir janrında daha ciddi poetik vəzifələr yerinə ye-tirir. Onun yeni-yeni məna çalarlarını kəşf etmək gərgin yaradıcılıq səylərinin nə-ticəsi kimi meydana çıxır. Görkəmli yazıçımız Mirzə İbrahimovun təbiri ilə desək, “Bədii yaradıcılıq- kəşfiyyatçılıqdır, həmişə yeni söz deməkdir. Bir adam ki, yeni söz axtarmağın iztirabını çəkməyə, ondan sənətkar olarmı?” (3,12)

Poeziyanın ilkin materialı kimi sözün elastikliyindən yararlanmaq olduqca mürəkkəb bədii prosesdir. Adi danışıq funksiyasından fərqli olaraq şeir nitqindəki sözdə, onun daxili semantikasında əsrarəngiz mənalar gizlənir. Onun aşkarlanması poeziyanın spesifik cəhətlərini və estetik fəallığını təşkil edir. Xüsusi bədii sənət növü kimi poeziya sözün məğzinə və təbiətinə daha dərindən nüfuz edib onun poetik enerjisini üzə çıxarmaqda, obrazlı mahiyyətini orijinal söz işlətmə məharəti ilə aşkarlamaqda müstəsna rol oynayır. “ Üslubi kamillik ifadə vasitələrinin özünə məxsusluğunu, hər bir konkret məqamda onların seçimini tələb edir” (5,81). Sərrast seçim forma əlamətləri sisteminin mükəmməlliyinin təminatçısı kimi çıxış edir. Sözün yeni üslubi-semantik mənalarını kəşf etmək mühüm bədiilik qaynağı kimi xüsusi əhəmiyyət kəsb edir. Bu məziyyətli əlamət Hüseyn Arifin poeziya dilində xüsusi çalarlarla təzahür edir.

H. Arifin şeir dilində sözün üslubi elastikliyi bütün incəlikləri ilə görünür. Onun istifadə etdiyi hər bir sözün semantik mütəhərrikliyi poetik forma kamilliyi-nə yönəldilir. Mətn mühitində gözlənilməz üslubi rənglər ifadə edən adi ümu-mişlək leksik vahidlərdən o dərəcədə məharətlə istifadə olunmuşdur ki, öz təravəti ilə həmin sözlər ilk dəfə səslənməsi təəssüratı formalaşdırır. Düşdüyü nitq mühi-tində fikir və duyğuların poetik şərhini yerinə yetirmə vəzifəsini uğurla yerinə ye-tirir. Bədii obrazın həyati cizgilərini, təsvir obyektinin xarakterik xüsusiyyətlərini, poetik təəssüratları dolğun canlandırmaq üçün şair sözün semantik imkanlarını hə-rəkətə gətirir. Sözə həssas münasibət onun obraza keçid imkanlarına yol açır. Bu-nu H.Arifin dilində işlədilən “ötmək ” feilinin işlənmə məqamlarının orijinallığın-da aydın sezmək olur. Şairin əsərlərindən götürülmüş fraqmentlərdən aydın- aşkar görünür ki, müxtəlif illərin məhsulu olan şeirlərdə bu söz şairin ifadə etmək istədi-yi mənaları incəliklərinə qədər açmağa qadirdir.

116

Page 117: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

H.Arif “ötmək” felinin omonimliyindən, onun şeir nitqində yaratdığı üslubi effektdən yararlanmış, fonetik tərkibcə üst-üstə düşən sözün imkanlarından bədii-lik meyarları dairəsində sənətkarlıqla faydalanmışdır.

Mövzuya, şeirin mündəricəsinə və emosional-ekspresiv mahiyyətinə uyğun-laşdırmaqla müəllif omonimlərin yaratdığı səs ahənginə, musiqililiyə xüsusi diq-qət yetirmişdir. “Ötmək” omoniminin uğurlu formalarda işlədilməsi H.Arif üslu-bunda səs və məna əlaqələrinin birliyindən xəbər verir, dilin rəvanlıq və axıcılıq imkanlarını nəzərə çarpdırır. Şairin “Günlər olaydı” şeirində bu söz rədifdən əvvəl müxtəlif məna yükü daşımaqla işlədilməsi forma gözəlliyi, bədii mükəmməllik baxımından da diqqətəlayiqdir:

Fikir haralarda gəzdirir məniHər kəsin ilk yurdu, əzəl məskəni.Qazaxdan çıxanda DaşkəsəməniYel kimi ötdüyüm günlər olaydı

Xoşladım şənliyi, eşqi, məzəni,Sevmədim sənətə ağız büzəni,Aşkara dinləyib Aşıq MirzəniXəlvəti ötdüyüm günlər olaydı (1,152)

İki müxtəlif mənada – “bir yerin , sahənin ortasından, içindən keçmək ” və “oxumaq, cəh-cəh vurmaq ” (7,556) anlamında omonimliyinin bədii nitqə daxil edilməsi yaradıcılıq aktı kimi daha güclü təəssürat doğurur. Omonimin fəallığı təsvir obyektini dərindən duyumun spesifik ifadə formasına çevrilir. Bu söz şeir-dən- şeirə keçdikcə digər məna yükü ilə dolğunlaşır, yeni çalarlar, poetik məzmun əks edir.

Xüsusi qeyd etmək lazımdır ki, H. Arif “ötmək” feli ilə daha çox canlı danı-şıqda işlənən “keçmək”, “aşmaq”, “sovuşmaq”, “addamaq”, “qurtarmaq” anlamla-rını ifadə edir. Zaman, mövsüm, yaş, ömür haqqında bədii mühakimələr və düşün-cələrin təsvirində bu sözə tez- tez müraciət edir:

Həftə ötdü, il dolandı,Vədə çatdı, neyləyəsən?!Bar töküldü, meyvə yandı,Bağın batdı, neyləyəsən?! (1,48)

Ötən çağımı düşünək,Gələn çağımı, ay oğul.Möhnət solumu qurudubHəsrət sağımı, ay oğul. (1,80)

117

Page 118: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Qövr edir yaramda min yara yeriAy ötən günlərim, ötən günlərim. (1,150)

Dedilər: - Ay HüseynQınama təbiəti.Bu sirri, bu hikmətiYaş ötüb, yaşdan soruş (1,146) və s.Sözün mətn mühitinə semantik- üslubi uyğunluğu şeir janrının dili üçün

olduqca çevik, rasional və təsirli ifadə üsuludur. Məna rənginin kontekstə müvafiqliyi lirik strukturda incə detaldır və buna görə də H. Arifin qələmində eyni sözün rəngarəng üslubi çalarları şeir dilinin ayrılmaz xassəsidir.

Söz duyğusu, dil faktlarının seçimi və onun ayrı- ayrı mətn müstəvisində müxtəlif mənalarda işlədilməsi H.Arif yaradıcılığının əsas atributlarındandır. Bu mənada “ötmək” feli də öz kommunikativ funksiyasını saxlamaqla estetik gücə yiyələnir, mətnə xüsusi ifadəlilik verir. Sözün estetik- emosional funksiyası daha qabarıq şəkildə təzahür edir. Onun çoxmənalılığı, mütəhərrikliyi müxtəlif assosia-tiv təsir oyadır, şairanə mətn mühitinin yaranması üçün stimul rolunu oynayır. Aşağıdakı nümunələrdə “ötmək” feilinin hər misradakı mənaya uyğun üslubi bo-yası vardır. Ümumi dominant məna “ötüb keçmək”, “keçib- getmək”, “geridə bu-raxmaq” və s. mənalarla bağlı olsa da, bu söz hər misrada ifadə olunan poetik hiss və ahənglə bağlanır, daxilən bir-birini tamamlayan sözlərin ümumi ahəngində xü-susi mövqe qazanır. Bu söz həm poetik nitqin ritmik struktur əsasında mühüm mövqeyə malik olduğu kimi, üslubi- poetik ifadə vasitəsi kimi də əhəmiyyət kəsb edir. Məsələn,

Karvanım ötmədi səssiz- səmirsizHarayım bir ümman, ünum bir dəniz (1,149)Şeirin istək və ehtiyaclarını ödəmək işinə xidmət göstərən sözün yararlılıq

dərəcəsi əhatəsindəki linqvistik vahidlərlə üslubi ahəngdarlığından irəli gəlir. Şeir dilində sözün forma gözəlliyinin əsas ünsürü olması üçün onun digər elementlərlə struktur- funksional bağlılığı, əsas amildir. Buna görə də sözün heç bir nüansı poeziyaya biganə deyil:

Tükənən istəyim, bitən sevincimÇəkilən marağım, ötən sevincimTapılan kədərim, itən sevincimGövdədən süzülən budağım mənim (1,74)Buradakı mükəmməl bir üslubi şəbəkədə “ötmək” feli “tükənmək”,

“bitmək”, “itmək” situativ sinonimlərlə bir cərgədə “tapmaq” sözü ilə antonim mövqedə qərarlaşmış, sintaktik paralelizmin tərtibində fəal iştirak edərək poetik sistemin vacib bir komponentinə çevrilmişdir. Bununla da şair mətnin liqvistik quruluşu ilə fikri istiqamətini bir- birinə möhkəm tellərlə bağlamağa müvəffəq olmuşdur.

118

Page 119: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

H. Arifin dilində sözün məcazlaşması da olduqca diqqətçəkən üslubi prosesdir. Bu, dil şeiriyyətinin gözəlliklərini nümayiş etdirməklə yanaşı bədii qayəni kamil formalarda canlandırmaq tələbindən doğur. Məcazlaşan söz poetik kontekstin hissi- emosional əsasını təyin etdiyi zaman müstəsna assosiasiyalar törədir, sezilən cizgiləri ilə şairin lirik düşüncəsinin strukturuna daxil olur. “Ötmək” feili də gözlənilməz üsülubi mənalarla poetik mətnə daxil olmaqla yığcam ifadə formalarına sığışdırılan misraların fəallığını artırır.

Şairin əsərlərindən gətirilən bədii nümunələrdən yəqin etmək mümkün olur ki, “metaforikləşmənin özü də həm ümumdil səciyyə daşıyır, həm də müəllifin fərdi yaradıcılıq məhsulu kimi çıxış edir ” (6,22)

Nizami kamına yetmədi getdi,Füzuli başadək ötmədi getdi,Vaqiflə, Vurğunla bitmədi getdiBitməz Hüseynlə sözü dünyanın (1,110)

Qurbani, Abbası, Əmrahı anıb,Kərəmlə alışıb, Dilqəmlə yanıb,Tütəklə uyuyub, sazla oyanıbKamanla dil açıb ötdü babalar (1,147)

Dedilər: - Gözləmə o gülyanağıDedim: - Ürəyimə çəkməyin dağı,Dedilər: - Toyudur bu axşam çağıDindi saz, ötdü tar, mən inanmadım (1,65)Göründüyü kimi, sözün obrazlı bünövrəsi şairin düşüncə tərzindən qaynaq-

lanır. Şair sözü bədii mətnin ovqatına müvafiq tənzimləyir. Xalq danışıq dilinin adi sözlərinə dərindən nüfuzetmə H. Arif poeziyasına rövnəq, onun fərdi üsuluna zənginlik gətirir. Bu keyfiyyət H. Arif üslubunun əsas atributu kimi , onun bədii dil özünəməxsusluğu kimi qəbul edilir. Çünki “müğənni öz səsi ilə doğulduğu kimi, hər bir söz sənətkarı da özünəməxsus dili ilə dünyaya gəlir” (4,59)

Poeziya dilinin canlı ünsiyyət dili ilə yaxınlaşması olduqca mürəkkəb pro-sesdir. Bu problem H. Arifin şeir təcrübəsinin timsalında özünün mühüm cəhətlə-rinə aydınlıq gətirmişdir. Onun şeir poetikasının qaynaqları və bədiilik sirləri sözişlətmə ustalığının özünəməxsusluğu fonunda meydana çıxmışdır.

“Şeir dili onu yaradanlardan zərgər işi gözləyən zərif bir aləmdir” (2,58). Məhz bu zəriflik sayəsində H. Arif poeziyası bədii təfəkkir və dilin qarşılıqlı dia-lektik əlaqəsini əks etdirən çox vacib faktordur.

119

Page 120: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Ədəbiyyat

1. H. Arif . Seçilmiş əsərləri. “Şərq- Qərb” nəşriyyatı, Bakı, 2004,2. B. Nəbiyev. “Tənqid və ədəbi proses” Azərbaycan Dövlət Nəşriyyatı, Bakı,

1976.3. M. İbrahimov. “Ədəbi qeydlər” Azərbaycan Dövlət Nəşriyyatı., Bakı, 1970,4. С. Залыгин. Интервью у самого себя. Москва, «Советский писатель»,

1970.5. В. Гофман. Язык литературы. Ленинград, 1936.6. А. И. Ефимов. Об изучении языка художественных произведений, Минск,

1953.7. Azərbaycan dilinin izahlı lüğəti, 4 cilddə, “Şərq- Qərb” nəşriyyatı, III с. Bakı,

2006.

120

Page 121: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

S.Y. MƏMMƏDOVA

TELEVİZİYA APARICILARININ DİLİ HAQQINDA

Açar sözlər: televiziya, aparıcı, teleməkan, nitq, efirKлючевые слова: телевидение, ведущий, телепространства, речь, эфирКey words: television, presenter, TV place, speech, broadcast

Kütləvi informasiya vasitələri sistemində televiziyanın rolu böyükdür. Milli televiziyanı cəmiyyətin müasir tələbləri səviyyəsinə yüksəltmək ən vacib məsələ-lərdəndir. Televiziya KİV-lər arasında ən çeviyi, operatividir. O, cəmiyyətdə baş verən hadisələri, dövrümüzün aktual problemlərini dərhal kütləyə çatdırır və icti-mai rəyin formalaşmasında misilsiz rol oynayır. Hər bir telekanalın qarşısında ma-arifləndirmə, məlumatlandırma, əyləndirmə durur. Bu funksiyanı yerinə yetirən isə televiziya aparıcılarıdır.

«Aparıcı» ifadəsi leksikonumuza son illər gəlib. Bu missiyanı yerinə yeti-rənlər əvvəllər «diktor» adlanırdı. Radio və televiziyamızın sözün əsl mənasında diktorları vardı: Aydın Qaradağlı, Sabutay Quliyev, Qara Tağızadə, Züleyxa Hacı-yeva, Rafiq Hüseynov, Roza Tağıyeva, Sabir Ələsgərov, Ofelya Sənani, Şərqiyyə Hüseynova, Həqiqət Əsgərzadə, Natavan Hacıyeva, Tamilla Ələkbərova, Nailə İs-lamzadə, Nərgiz Cəlilova, Rafiq Həşimov, Aygül Qaradağlı səsləri, nitq və efir qabiliyyətləri hamıya örnək olacaq qədərdir. Onlar canlı efirdə necə işləmək nü-munəsi idi. Bu diktorlar mətnləri elə məsuliyyətlə, ciddiliklə çatdırırdılar ki, efir-də, ekranda çox nadir hallarda çaşqınlıq baş verirdi. Səhvlər elə düzəldilirdi ki, ta-maşaçı, yaxud dinləyici bunu duymurdu. Onların efirə, ekrana tamaşaçıya hörmət-ləri böyük idi.

Soltan Nəcəfovun, Mehdi Məmmədovun, Əli Zeynalovun, Müxlis Cəniza-dənin, Həsən Əblucun, Əminə Yusifqızının, Ofelya Sənaninin, Aydın Qaradağlı-nın və başqalarının, neçə-neçə sənətkarların səsləri efirdən, ekrandan eşidiləndə, onların nitqləri, diksiyaları insana zövq verərdi və bu zövqdə bir qürur hissi vardı. Ahəngdar, zəngin, musiqili dil bizimdir və biz də bu dilin daşıyıcılarıyıq.

Aparıcılar kütləyə nümunə olmalıdır. Müasir aparıcılar özlərini sərbəst apa-rır, lakin sərbəst danışmaq qabiliyyətinə malik deyillər. Çünki Azərbaycan dilində ədəbiyyat oxumurlar və dünyagörüşləri yalnız xarici telekanallardan alma infor-masiyadır. Mənim fikrimcə, televiziya aparıcıları elitar və çox savadlı insanlar ol-malıdır.

2003-cü il tarixdə imzalanan «Azərbaycan Respublikasında dövlət dili haq-qında» qanunun 6-cı maddəsinin 2-ci bəndində oxuyuruq: «Azərbaycan Respubli-kasının ərazisində təsbit edilən və fəaliyyət göstərən, mülkiyyət formasından asılı olmayaraq, dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparı-

121

Page 122: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

cıları dövlət dilini mükəmməl bilməlidirlər və onların səlis danışıq qabiliyyəti ol-malıdır».

Dövlət dilini dərinliyinə qədər bilən və ekrandan qüsursuz danışan aparıcıla-rımız əsasən xəbər proqramlarında görünürlər. Belə diktorlar hər kanalda var.

İctimai televiziyanın «Xəbər» proqramının aparıcısı Elnurə Cavadzadə, Azərbaycan televiziyasının aparıcısı Dilarə Səlim buna bariz nümunədir. Elnurə Cavadzadə həm görünüşünə, həm də nitq qabiliyyətinə görə müsbət mənada o biri aparıcılardan fərqlənir.

Təəssüf ki, bu gün Azərbaycan teleməkanında müşahidə etdiyimiz qəribə məqamlar illərdir ki, davam etməkdədir. Xüsusilə də bu məsələdə bir sıra te-leviziya aparıcılarının günahı çoxdur. Hərdən aparıcıların dilindən qopan ifadələr ləhcə, şivə xarakterli olur. Bəzi aparıcılar elə bir səs tonu ilə danışırlar ki, adamın qulağı batır. Teleradio aparıcıları alınma sözlərin yerində işlənilməsini mütləq nəzərə almalıdırlar. Aparıcı o qədər sürətlə danışır ki, sözlər ya tamam anlaşılmır, ya da şəkilçilər unudulur. Aparıcıların nitqi nümunəvi olmalıdır. Bir çox hallarda peşəkarlıq səviyyəsi, nitqi standartlara uyğun gəlmir. Bəzi proqramların əyləncə xarakterli verilişlərin aparıcıları efir peşəkarlığı aşağı olan şəxslərdir.

Əgər o aparıcının gözəl nitq qabiliyyəti yoxdursa, efir görünüşü standartlara cavab vermirsə, onun efirə çıxarılması düzgün deyil.

Azərbaycan dilini tam bilməyən, orfoepiya normalarını pozan, səlis nitqi ol-mayan aparıcılarıın yol verdiyi kobud səhvlər milli şüura təsir edəcək qədər ciddi və təhlükəlidir. Qüsurlu nitqin əsas səbəbləri sırasında rus dilinin, Azərbaycan dialektlərinin və türkiyə türkcəsinin təsirlərini, ümumi nitq savadının aşağı olma-sını və bu sahədə nəzarətin yoxluğunu göstərmək olar.

«Ölümə piyada gedənlər» («Xəzər», «Xəzər-xəbər», 20. 47. 30.04.11). əslində cümlə belə olmalı idi: «Ölümə gedən piyadalar»; «Azərenerjinin sorcusu» (ATV, «Son xəbər», 20.35. 14.10.11); «Qarabağ» məsələsi çözülməsə, Türkiyə Ermənistan «yol xəritəsi» kağız üzərində qalacaq» («ANS», 21.25. 21.03.11); «Orucluqda düzgün qidalanmaya qulaq verin» («Xəzər», «Günə başlarkən». 08.55. 24.08.10); «Bu məsəldən hamı əndişələnəcək» («ATV», «Onun yarısı», 17.49. 20.04.11); «Qoy ana dilimizin təbliğinin əleyhinə çıxanlar özlərinə başqa sloqan tapsınlar» («ATV», «ATV səhər», 9.30. 24.09.12)

- «Yusif müəllim, sizin də fikrinizi alaq» («Xəzər», «Yeni gün». 11.50. 26.07.12)

Türkiyə türkcəsinin efirimizə təsiri göz qabağındadır. Aparıcılarımızın bir qismi, xüsusilə də bir müddət Türkiyədə yaşayıb fəaliyyət göstərənlər sanki Azərbaycanın ədəbi dil qaydalarının Azərbaycan xalqına lazım olmadığı qənaitinə gəliblər. Məsələn, Bu gün «helikopterlər»- (vertolyotlar) daşqın ərazisini səmadan izlədilər («Xəzər», «Xəzər-Xəbər», 16.07.10; 20.45). Sizdə «maydenuz» (cəfəri) neşəyədir? («Xəzər», «Xəzər-Xəbər»,30.10.10, 20.59). «Kalite» (keyfiyyət) elə

122

Page 123: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

bir səviyyədədir ki, ondan sonra hec nə dinləmək istəmirsən. Mən Ülviyyə xanıma «talib» (elçi) çıxmaq istəyirəm. (ATV, «Onun yarısı», 05.10.10. 17.50).

Efirə qonaq qismində dəvət alan bir sıra şəxslərin danışığı da bizim acı real-lığı özündə əks etdirir. Aparıcılar rusdilli və ya türkdilli (Anadolu türkcəsi nəzərdə tutulur) qonaqların nitqinə uyğunlaşmalı olur, beləliklə, bəzən məcburiyyətdən ədəbi dil qaydalarını pozurlar.

Televiziya ekranı ilə tamaşaçı arasında təmas körpüsü yaradılmasında aparı-cıların rolu böyükdür. Təqdim olunan mətnin, habelə öz düşüncələrinin, ağlının, fikrinin süzgəcindən keçənlərin tam təfərrüatı ilə tamaşaçı və dinləyiciyə çatdırıl-ması missiyası ilk növbədə teleaparıcıların üzərinə düşür.

Səlis nitq mədəniyyətinə malik olmayan doğma dilimizin norma və qaydala-rından xəbərsiz, davranış etikasından uzaq düşən aparıcılarımıza ekran, efir etibar etmək heç düzgün deyil.

Televiziya aparıcıları üçün nitq, səs və görünüş çox vacib şərtlər sayılır. Azərbaycan telekanallarına gəldikdə, aparıcıların böyük əksəriyyətinin ya efirə uyğun səsi yoxdur, ya da görünüşü. Ümumiyyətlə, aparıcılarımızın aparıcılıqla bağlı qüsurları kifayət qədərdir. ANS telekanalını misal göstərmək olar. ANS tele-kanalında «Kök altı» verilişinin aparıcısı Aytən xanım dəvət etdiyi qonaqlarla is-tehza ilə danışır.

Bizim fikrimizcə, aparıcı verilişin spesifikasına, məziyyətlərinə uyğun seçil-məli, görkəmi, intellektual bazası, davranışı telejanra münasib gəlməlidir.

Ümumiyyətlə, inkişaf etmiş ölkələrin televiziyalarında aparıcı obrazı üzərin-də onlarla mütəxəssis işləyir. Azərbaycan telekanallarında isə bu təcrübə hələ yox-dur. Bu səbəbdən əyləncə verilişi və ciddi verilişin aparıcıları arasında fərq itir. Xəbər aparıcıları ciddi, sadə geyimdə olmalı, mümkün qədər makiyajdan az istifa-də etməlidirlər. Bununla da onlar tamaşaçının diqqətini ötürdüyü xəbərdən yayın-dırmamalıdır. Əyləncə proqramlarının aparıcıları isə cazibədar qiyafələr geyinə bilər.

Televiziya və radio verilişlərinin əksər aparıcılarının nitqində dilimizin orfo-epik (düzgün tələffüz) qaydaları demək olar ki, iki-üç cümlədən bir pozulur. Mətndəki sözlər, ifadələr, bütövlükdə mətnin oxu qaydaları, nitqin tembri, heca vurğusu, dinamik, emosional, sabit, sərbəst ifadə, həyəcanlı səs və s. nitq prose-sində tez-tez müxtəlif qüsurlarla səslənir. Bu da təbii ki, materialın ümumi məz-mununun anlaşılmasına çətinlik törədir. Məsələn, bəzən isə aparıcıların bir-biri ilə, ya da dəvət etdikləri qonaqla yersiz söhbətləri, süni və şit gülüşləri, zarafatları dinləyicini yorur. Aparıcıların əksəriyyəti doğma dilimizdə söz tapa bilməyəndə tez alınma sözlərə müraciət edirlər. Məsələn, yes, super, superyek, mersi və s.

Aparıcıların efir mədəniyyəti, diksiyaları, nitq qabiliyyəti bəzən qıcıq doğurur. Bir də görürsən efirdə Azərbaycan dilində danışan aparıcı xanım birdən – birə keçir müsahibi ilə rus dilində danışmağa, halbuki ən azı bu efir mədəniyyəti üçün yolverilməzdir. Məsələn, Orta məktəblərdə «bezpredeldir» (ATV,» Səhər»,

123

Page 124: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

13.04.09). Bu gün heç «nastrayeniyam» yoxdur («Space», «Bizim mətbəx», 28.03.11). Azərbaycan dili dövlət dilidir və efirdə hər kəs bu dilə hörmətlə yanaş-malıdır. Efirə çıxan hər bir aparıcı özündə məsuliyyət hiss etməlidir. Bu məsuliy-yətlə yanaşı, həmçinin aparıcı efirə çıxmazdan əvvəl müəyyən mənada hazırlıq keçməlidir. Verilişin daimi aparıcısı tamaşaçı qarşısına hər dəfə çıxarkən öncədən müəyyən mənada məşq etməli, efirdə qoyulan mövzunu daha maraqlı təqdim et-mək üçün o mövzu barədə bilgi əldə etməlidir ki, efir vasitəsilə yeri gəldi-gəlmədi lazımsız sözlərdən istifadə etməsin, müəyyən yaranan boşluğu dəxli olmayan fi-kirlə tamamlanmasın. Bəzən aparıcının qonağını tanımaması və ya qonağın yara-dıcılığı barədə məlumatsız olması gecikmiş sual verməyə vadar edir, ya da qonağa aidiyyəti olmayan mövzu barədə danışılır. Bu da aparıcının hazırlıqsızlığına içarə edir. Lakin bəzən hazırlıqlı aparıcılar da olur. Məsələn, 24 yanvar 2011-ci il tarix-də ATV kanalında Günay Qələndərli qonağı şair Baba Vəziroğlu haqqında o qə-dər geniş məlumat toplamışdı ki, (Baba müəllimin İsmayıllının Buynuz kəndində ilin hansı fəsillərində, hansı çayın kənarında oturub şeir yazdığını və s. məsələlər barədə), hətta verilişdə ondan başqa oturanlar da təəccübləndilər.

Əvvəllər televiziya aparıcısı, yəni diktor qəbul etmək üçün peşəkarların işti-rakı ilə müsabiqə keçirilirdi və müəyyən parametrlər nəzərə alınmaqla, televiziya-ya qəbul olunmaq mümkün idi. Bu gün isə bu amillər önəmli sayılmır. Hal-hazır-da aparıcıların vizual görünüşü önəmli faktorlardan sayılır. Kanallardan yalnız AzTV-nin aparıcılar müsabiqəsi ciddi şəkildə keçirilir. Fikrimizcə, telekanallarda müəyyən qurum yaranmalıdır ki, aparıcıların seçiminə birbaşa nəzarət edə bilsin.

Dövlət başçısı, cənab İlham Əliyevin Azərbaycan dilinin qloballaşma şərai-tində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair «Dövlət proqramı haqqında» imzaladığı 23 may 2012-ci il sərəncamı da dilimizə qayğıdan və onun qorunması, inkişaf etdirilməsi zərurətindən irəli gəlmişdir. Sə-rəncamda Azərbaycan dilinin imkanları yüksək dəyərləndirilir.

Fikrimizcə, telekanallarda müəyyən qurum yaranmalıdır ki, məhz aparıcıla-rın seçiminə birbaşa nəzarət edə bilsin. Çünki hər bir telekanal ilk növbədə onu nəzərə almalıdır ki, efirə çıxardığı hər bir aparıcı həmin telekanalın imici, siması-dır.

124

Page 125: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

A.H. NƏZƏROVA

ALINMA FƏLSƏFİ TERMİNLƏRİN DİLİMİZƏUYĞUNLAŞDIRILMASI YOLLARI

Açar sözlər: alınma terminlər, üslub, terminlərin qarşılığı, istifadə qaydalarıКлючевые слова: заимствованные термины, стилъ, соотествие терминов,

правила исполъзованияKey words: borrowings, style, equivalent of terms, rights of using

Müasir dövrün qanunauyğunluğunu nəzərə alaraq, deyə bilərik ki, artıq istə-nilən elm sahəsinə aid mətnləri terminlərsiz təsəvvür etmək mümkün deyil. Lakin bu, o demək deyil ki, hər söz termindir. Termin - hər şeydən əvvəl, müəyyən elm sahəsinə aid olub, məhz bir anlayışı ifadə edir; formaca yığcam və istifadə qaydası olduqca rahatdır.

Azərbaycan dilində, eləcə də dünya dillərinin çoxunda alınma terminologiya milli mənşəli terminologiyadan daha geniş yayılmışdır. Müasir Azərbaycan dilin-də alınma fəlsəfi terminlərin işlənmə qaydalarında bəzi problemlərin də olduğu diqqətdən yayınmır. Bu problemlərdən başlıcası, alınma mənşəli terminlərdən isti-fadə edərkən, qarşılığının verilməməsidir.

Dilimizdə tez-tez rast gəldiyimiz alınma terminlər var ki, onların Azərbay-can dilində qarşılığı var. Məsələn: konfort – rahatlıq, tolerant –dözümlü; sillabus - tədris proqramı; bonus – pay, hədiyyə; fundament – özül, kontrol – yoxlama; abs-trakt - mücərrəd; natura - təbiət; perespektiv – gələcək; unversal – hərtərəfli və s. Bədii və elmi əsərlərdə bu terminlərin işlədilməsi daha məqsədəuyğundur.

Məlum olduğu kimi, terminlər hər hansı bir elm sahəsi ilə əlaqədar olur. Sö-zün elmi üslubdakı əsas işinə, vəzifəsinə onun terminoloji funksiyası deyilir. Mətndə bilavasitə terminoloji funksiya daşıyan söz, yaxud ifadə isə termindir. Əs-lində terminlər bütün elm sahələri üçün xarakterikdir və elmi üslubu terminsiz tə-səvvür etmək olmaz. Bədii və elmi əsərlərdə milli terminlərin daha çox işlədilməsi məqsədəuyğundur. Lakin milli terminlərin dilimizə tətbiq edilməsi üçün müəyyən ədəbiyyatlar və bu ədəbiyyatların təhsildə tətbiqi yolları haqqında proqramlar, la-yihələr işlənib hazırlanmalıdır.

Elmi tədqiqatlar göstərir ki, getdikcə dünyada fəlsəfi təfəkkürün inteqrasiya-sı güclənir. Hər bir tədqiqatçı çalışdığı sahə üzrə bütün təlimləri, konsepsiyaların adlarını, mülahizələri və onların mahiyyətini mənimsəməyə cəhd göstərir. Ona görə də dünyanın əsas dillərini bilmək, daha doğrusu, ixtisasa aid müxtəlif dillər-də məlumatları bilavasitə qəbul etmək lazım gəlir. Bu baxımdan milli terminolo-giyanı yaymağın və alınma terminlərin dilimizə uyğunlaşdırılmasının təmin olun-ması məsələlərinin həlli yollarından biri də tədqiqat işlərində həmin terminlərin düzgün istifadə qaydalarıdır.

125

Page 126: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Odur ki, dilçi alımlərimiz öz ideya və nəzəriyyələrini geniş miqyasda təq-dim edərkən milli söz və terminlərdən ən yüksək dərəcədə istifadə etməlidir. Öl-kəmizdə inkişafda olan bütün sahələrdə hər hansı bir layihəni təqdim edərkən onun mətnində dilimizin imkanları hesabına yaranmış terminlərdən istifadəsi va-cibdir. Bu baxımdan qarşıya çıxan problemləri həll etmək və terminlərin istifadə qaydalarını müəyyənləşdirmək üçün dilçi mütəxəsislərlə, dilçi alimlərlə məsləhət-ləşmələr aparmaq zəruridir.

Bildiyimiz kimi, terminlərin əsas xüsusiyyətləri aşağıdakılardır:1) hər bir dilin elmi üslubunda beynəlmiləl terminlər milli terminləri sıxış-

dırır;2) elmi üslub get-gedə daha çox formullara, şərti işarələrə, müxtəlif xalq-

lardan olan mütəxəssislərin hamısı üçün anlaşıqlı digər vasitələrə meyil edir;3) müxtəlif araşdırmaların nəticələrinin daha çox elan edildiyi dillər (məsə-

lən, ingilis, alman, fransız, rus və s.) müəyyənləşir.Azərbaycan ədəbiyyatında istifadə olunan terminologiyanın böyük bir hissə-

si məhz ərəb və fars dillərindən keçən söz və ifadələrdir. Avropa dilindən keçən terminologiya, əsasən, rus dili vasitəsilə dilimizə keçmişdir. Bunun bir neçə tarixi-qneseoloji səbəbləri vardır: belə ki, ilkin orta əsrlərdə Azərbaycanın da daxil oldu-ğu İslam mədəni bölgəsində fəlsəfi, xüsusilə də elmi dil olaraq ərəb dilinə üstün-lük verilirdi. Bu dilin ifadə imkanları olduqca geniş olduğundan sözlərin əmələ-gəlmə, törəmə prosesi imkan verirdi ki, üç və ya dörd samitli feillərdən müxtəlif formalarda xeyli miqdarda söz əmələ gəlsin. Bu səbəbdən ərəb ədəbi dilində min-lərcə söz ehtiyatı, hər bir kəlmənin çoxsaylı sinonimi vardır. Keçən əsrin əvvəllə-rində Azərbaycanda ərəb əlifbası mövcud olduğu üçün dil və ədəbiyyat sahəsində də ərəb mənşəli terminlər daha üstünlük təşkil edirdi. Bu dövrdə şeir, ümumiyyət-lə, poeziya sahəsində fars dili digər dillərlə müqayisədə xeyli öndə idi. Danışıq di-li olaraq isə bölgədə türk dili geniş yayılmışdı. Türk dilindən danışıqda çox istifa-də edilməsi bu dövrə aid dastanların dilinə, şifahi xalq ədəbiyyatı nümunələrində öz əksini tapır.

Müasir Azərbaycan dilində milli terminologiyanı mövcud dil bazası və hə-min elm sahəsinə müvafiq söz və ifadələrə şəkilçilər artırmaqla zənginləşdirmək olar. Beləliklə, terminlərin izahında sözün mahiyyəti və mənbəyi aydın göstəril-məlidir. Alınma terminlərdən istifadə zamanı həmin terminin yazılışı və deyilişi Azərbaycan ədəbi dilinə uyğunlşdırılmalıdır. Bu zaman dilçi alimlərin köməyin-dən istifadə olunması daha səmərəli nəticələr verər.

126

Page 127: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

S.A. SADIQOVA

MƏTBUATIN ƏDƏBİ DİLİN İNKİŞAFINDA ROLU

Açar sözlər: termin, beynəlxalq söz, beynəlmiləl termin, ümumişlək söz, kom-munikativ akt.

Ключевые слова: термин, интернациональное слово, интернациональный термин, общие слова, коммуникативный акт.

Key words: term, international word, international term, common word, communicative act.

Ədəbi dilin inkişafında, xüsusən də lüğət tərkibinin zənginləşməsində mət-buatın rolu olduqca mühüm əhəmiyyət kəsb edir. Belə ki, funksional üslublarla müqayisədə son dərəcə dinamik fəaliyyət göstərən publisistik dil öz inkşafı ilə ədəbi dilin ayrıca üslubuna çevrilir. Bu baxımdan kütləvi informasiya vasitələrin-dən olan mətbuat ədəbi dilin inkişafına, yazının cilalanmasına, yeni sözlərin ya-ranmasına çox böyük təsir göstərir. Cünki, qəzet gündəlik zəruri hadisələri əks et-dirdiyindən burada sosial-siyasi həyatın bütün sahələri, ictimai-mədəni inkişaf, el-mi-texniki tərəqqi ilə bağlı mühüm yeniliklər öz əksini tapır. Yeni dövrün hadisə-lərini əks etdirən dil vahidləri kütləvi informasiya vasitələrinin köməyi ilə daha tez ümumxalq xarakteri alır. Məsələn, müstəqilliyimizin ilk illərində müsavat, azadlıq, iqtidar, müxalifət, demokratiya tipli sözlər mətbuat vasitəsilə ümumişlək sözlərə çevrildi. Deməli, mətbuat ədəbi dilin formalaşması və inkişafı uğrunda mübarizənin önündə gedir. Xalq dili xəzinəsinin zənginliyi milli-mədəni inkişaf mətbuatda daha aydın öz əksini tapır. Eləcə də keçmiş ictimai quruluşla bağlı bir sıra dil vahidləri işləklikdən qalması, (sovet, kommunist, pioner, manqa və s.) ye-ni ictimai quruluşla bağlı dil vahidlərinin yaranması birinci növbədə qəzetlərdə öz əksini tapır. Ümumiyyətlə, kütləvi təbliğat vasitələrindən olan mətbuat ədəbi dilin üslublarının differensiallaşmasında, qrammatik normalaşmada, lüğət tərkibinin zənginləşməsində, alınmaların mənimsənilməsi prosesində mühüm rol oynayır.

Qəzetlərin sayının getdikcə artması mətbuat dilinin inkişafına böyük təkan vermiş oldu. İctimai həyatda baş verən dəyişikliklər, hadisələr jurnalistlərdən həm çeviklik, həm də milliliyə söykənməyi tələb edir. Əlifbanın dəyişməsini, rus, Avropa, türk mənşəli sözlərin paralel işlənməsini nəzərə alsaq, bu illərin mətbua-tının dili ən ziddiyyətli dövr kimi qiymətləndirilməlidir. Bununla razılaşmamaq olmur. Belə ki, mətbuat dilində alınmaların çoxluğu, dialekt sözlərinin paralelliyi, imla texnikasındakı qüsurlar, üslublarda fərqli formalar özünü göstərir. 1988-ci ildən azadlıq uğrunda başlanmış mübarizə Azərbaycanda mətbuatın da xarakterini dəyişməyə başladı. Uzun illər sovet cəmiyyəti və onun ideologiyasına xidmət göstərən mediada artıq müstəqillik, demokratik prinsipləri əks etdirən yazılar dərc olunmağa başlandı. Bu illər ərzində Azərbaycanda «Ədalət», «Olaylar», «İki sa-

127

Page 128: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

hil», «Şərq», «Səs», «Palitra», «Kredo», «Yeni zaman», «Üç nöqtə» ümumiyyət-lə, 700-ə yaxın qəzet, «Xatun», «Xəzər», «Kaspi», «İşıq», «Xəzər», «El», «Kə-lam» kimi jurnallar «Turan», «Frend», «APA» kimi informasiya agentlikləri, «ANS», «Xəzər», «Lider», «Spece», «ATV», «AzTV» kimi müstəqil televiziyalar fəaliyyətə başladı. Təbii ki, kütləvi informasiya vasitələrinin çoxluğu dilə təsir göstərməyə bilməzdi. Bu təsirlər birinci növbədə dilin lüğət tərkibində, xüsusilə onun terminologiyasında öz əksini tapır. Bununla yanaşı mətbuatda baş verən hər hansı dəyişikliklər və inkişaf təbii ki, dil normalarına da təsir edir. Əslində inkişa-fın özü ədəbi dilin qayda-qanunlarından yan keçmir. Milli mətbuatın banisi Həsən bəy Zərdabi yazırdı: «Dil bir şeydir ki, onu öz halında saxlamaq mümkün deyildi. Elə ki, qaranlıq otağın qapısı açıldı qeyri tayfalar elə gediş-gəliş artdı, artıq şeylər ələ gəldi və adətlər dəyişdi, təzə sözlərin qədəri günü-gündən artacaqdır belə söz-lərin artmağının dilə zərəri yoxdur, xeyri var. Çünki o sözlər tərəqqi etməyə səbəb olurlar» (1,148).

Bununla belə mətbuat dilində baş verən müstəqillik meyli ənənəvi qaydaları arxa plana keçirdi. Yeni nəşrə başlamış qəzetlər materialların təqdimatı zamanı mümkün qədər sadələşdirilmiş yeni dil-üslub elementləri tətbiq etməyə başladı. Bu isə yazılan materialların daha çox gündəlik həyat, məişət ilə bağlı olması idi. Bu zaman daha çox mətbuat dilini xeyli dərəcədə inkişaf etdirərək xalq dilinə yaxınlaşdıran, yeniləşmiş qəzet üslubunu formalaşdıran bu proses özlüyündə irəliyə doğru bir inkişafdır. Lakin bununla yanaşı forma və janr xüsusiyyətlərinə gəldikdə, bu gün əksər mətbuat orqanlarında, bir sıra janrlardan imtina edilməsi dilin inkişafına da təsir edir (feleyton, oçerk, elmi məqalələr). Eyni zamanda, mətbuat dilində özünü göstərən bir sıra proseslər mövcuddur: 1) Müasir mətbuatın dilində dialektlərdən istifadə; Ədəbi dilin lüğət tərkibinin ana dili hesabına zənginləşməsində dialekt və şivələrin mühüm cəhətlərindən biri xalq danışıq dili-nə maksimum yaxınlaşmaqdır. XX əsrin əvvəllərində də mətbuatda özünü büruzə verən bu yaxınlaşma hər şeydən əvvəl müəyyən dialekt və şivələrdə işlənən sözlə-rin dilə axını və tədricən kütləviləşməsi ilə müşahidə olunur. Dialekt və şivələrdən müəyyən sözlərin publisistik üslub vasitəsilə ədəbi dilə keçməsi özlüyündə müs-bət hadisədir. Lakin bütün bu hallarda olduğu kimi, bu məqamlarda da ifrata var-maq düzgün deyil. Daha çox qarşılığı olmayan dialekt sözlərdən istifadə etmək la-zımdır ki, bu da dilimizin bütün sferaları üzrə artan termin yaradıcılığında xalq di-linə əsaslanmağa şərait yaradır. Bu barədə M.Adilov yazır ki, qəzet dilində danı-şıq dili ünsürlərinin rolu bir başqadır, dialektizmlərin rolu bir başqa. Ümumi ədəbi dilimizdə olmayan geniş oxucu kütləsinə qaranlıq qalan dialekt sözlərinə və ya ədəbi dil sözlərinin dialekt (məhəlli) variantlarına qəzetdə yer vermək, zənnimiz-cə, ümumiyyətlə, lazım deyil…. Əlbəttə, qəzet dilində dialektlərin hamısına bir ölçü ilə yanaşmaq və qəzetdə hər hansı dialektizmin şölələnməsi əleyhinə çıxış et-mək düzgün deyil.

128

Page 129: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Bəzən isə dilçi alimlərimiz alınmaların funksiyasını azaltmaq üçün dialekt-lərdən istifadəni yeganə çıxış yolu hesab edirlər.

Bildiyimiz kimi müəllif sözlərdən istifadə edərkən sərbəstdir. Lakin müəl-liflərin dilin qayda-qanunlarını, ədəbi dil normalarını unudaraq dialektlərdən mənası olmayan kor-koranə istifadə etməsi qüsur kimi qiymətləndirilməlidir.

Məsələn: Dərhal bir siyasi gənəşik məclisi düzəldir. (Azadlıq, dekabr 1997). Yaltaqlıq sözü ucuzlaşdırır, onu urvatsız edir. (Yeni müsavat, 15 oktyabr 1996) Verilən misallarda işlədilən «urvat», «gənəşik» sözlərinin yalnız müəyyən dialekt-lərdə işlədilir, ona görə də onun mənası geniş oxucu kütləsinə məlum deyil. Belə sözlərin mənasının elə cümlə daxilində aydınlaşdırılması. Dialekt sözlərinin çox vaxt işləklik qazanıb ədəbi dildə işlək edir.

Xüsusilə, termin yaradıcılığında dialektlərdən istifadə olunur və son dövrlərdə mətbuatda işlənən bir çox dialekt sözləri, müxtəlif sahələrdə termin kimi işlənir. Məsələn, «yelcəkər», «çiyə», «tutma», «nəfəslik», «yel», «selbasar» kimi dialekt sözlərinin müvafiq sahələrin terminologiyasında istifadə edilməsi məqsədəuyğundur. M.Cəfər bu barədə yazır: Dünyanın bütün söz ustaları məhz ləhcə və dialektlərdən münasib sözlər alıb işlətməklə ədəbi-bədii dilin zənginləş-məsinə kömək etmişlər. Belə bir axtarış seçmə, əvəzetmə, sözlərə yeni məna vermə Azərbaycan yazıçısı, alimi üçün xüsusilə vacibdir. Ona görə ki, məlum olduğu üzrə ötən əsrlərdə dilimizə daxil olan bir çox lüzumsuz, əcnəbi söz, ifadə tərkiblər dilimizin öz doğma sözlərini sıxışdırıb unutdurmuş üstü örtülmüş xəzinə halına salmışdır. Bu nöqteyi-nəzərdən Azərbaycan yazıçısının, aliminin lazım olduğu yerdə ləhcə, şivə, dialektlərə müraciət etməsi vacibdir” (2,36).

Bu gün bu fikirlər dövrlə səsləşir. T.Hacıyev yazır: “Bir yazıçı, bir şair bü-tün ömrü boyu üç-beş münasib söz hazırlaya bilsə, xalq dilinin boynuna böyük minnət qoymuş olar – bu, əvəzsiz xidmətdir, dəyəri heç nə ilə ölçülməyən böyük işdi” (3,14).

Dialekt sözlərinin də mətbuatda işlənməsini müəyyən mənada təbii hesab etmək olar. Bu sözlər işləndiyi mənada geniş şəkildə işlənsə də heç şübhəsiz ki, ədəbi dildə işlənə bilər. Lakin lazım olmayan dialekt sözlərini (mənası dərk edilməyən) mətbuata işlənməsi ədəbi dil normalarına təsir edir. Ona görə də dialektdən götürülmüş söz daha geniş ərazidə işlənən, anlaşılan söz olarsa, onun ədəbi dilə daxil olması da aşağı olur. 2. Mətbuatda alınmalar daha çox işlənir. Alınma sözlərin mətbuatda işlənməsi haqqında müxtəlif fikirlər diqqəti cəlb edir. Bu fikirlərdə iki meyl- alınma sözlərin işlənməsinin vacibliyi və belə söz-terminlərdən imtina daha qabarıq şəkildə özünü göstərir. Onu da nəzərə almaq lazımdır ki, hazırkı elmi-texniki tərəqqi dövründə alınmalardan qaçmaq qeyri-mümkündür. Çünki ötən əsrin axırlarından ölkəmizdə baş verən ictimai-siyasi və mədəni proseslər mətbuat dilində alınma sözlərin mövqeyini daha da genişləndirmişdir. Aydınlıq qəzetində yazıldığı kimi «Nə deyirlər desinlər, varam aşkarlığa». Bu ömrü uzun olmuş, el-obaya qədəm qoyandan qulaqlarımızın pası

129

Page 130: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

açılıb – kim nə istəyir, danışır, kim nəyi neçə istəyir yazır. Hələ löyün-löyün söz-lər də düşüb ağızlara: konsolidasiya, alternftiv, konsensus nə bilim partokratiya, demblok, komblok… Çoxunu da adam qannamır ki, nə deməkdir» (15.04.1991).

Göründüyü kimi ictimai-siyasi hadisələrlə əlaqədar mətbuatda işlənən ter-minlərin daha çox hissəsini alınma terminlər təşkil edir. 90-cı illərdən başlayaraq mətbuatda işlənən alınmaları iki mənbəyə ayırmaq olar. 1) türk dilindən; 2) ingilis və Avropanın başqa dillərindən. Birinci mənbəyə meyl sürətlə başlamışdır. Bu dövrdə özək, nəşnə, ulus, yaşaq, suclu, orman, məmləkət, cümhuriyyət, qayğı, bil-gisayar, dönəm, ün, toplum, durum, önəmli, toplu türk sözlərinin bir çoxu geniş şəkildə işlənməyə başlandı. Bu proseslə bağlı alınan bir çox sözlər işləklik qazan-mağa başladı.

Onu da qeyd edək ki, türk dilindən alınan sözlərin dilimizdə variantlılığı mövcuddur. Məsələn, gərəkli (lazımlı), öndər (lider), öncül (başcı, öndə gedən), önəmli (əhəmiyyətli), özəl (xüsusi), öncə (əvvəlcə), yetərsay (kvorum), elçi (səfir), elçilik (səvrlik), dəstək (müdafiə), acıqlama (izah etmə, şərh etmə), anlaş-ma (müqavilə), amac (məqsəd), anayasa (konstitutsiya), basqı (təzyiq), baxım (nöqeyi-nəzər), yasa (qanun), yasaq (veto, qadağa), sonuc (nəticə), «sorun» (prob-lem). Kütləvi informasiya vasitələrində işlənən bu dil vasitələrinin 90%-i demək olar ki, kütləvilik qazanmış və Azərbaycan dilinin lüğət tərkibinə daxil olmuşdur. Ona görə ki, işləklik qazanan bu terminlərin böyük əksəriyyəti ekvivalent variantından daha anlaşıqlıdır. Hər hansı ictimai-siyasi hadisələrin təbliğində belə ifadələrin rolu əvəzsizdir. Bu prosesdə diqqəti cəlb edən odur ki, mətbuat dilində ərəb və fars, o cümlədən rus və Avropa mənşəli terminlərlə türk mənşəli terminlər paralel şəkildə uzun müddət işləndikdən sonra işləklik qazanır. Yəni, türk dilindən alınan terminlər dilimizdə vaxtilə işlənmiş terminlərlə uzun müddət dublet (ikili) şəkildə işlənsə də işləklik qazanır, digər terminlər dilin passiv fonduna daxil olur.

İ.Mirtalıblı yazır: «Cəmiyyətdə gedən dəyişikliklər, sosial-iqtisadi vəziyyət, siyasi proseslər cəmiyyət üzvlərini ətrafda gedən prosesləri qavramağa məcbur edir. İctimai-siyasi terminlərlə kütləvi əlaqə də bu səbəbdən baş verir. Digər sahə terminlərindən fərqli olaraq ictimai-siyasi terminlər daha çox kütləviliyə meyllidir. Burada obyektiv və subyektiv amillər sosiolinqvistik amillərlə birgə çıxış edir (4,75)».

Məhz buna görə də mili mənşəli ictimai-siyasi terminlərin yaranmasında cə-miyyətdə gedən prosesləri təhlil edən, kütləyə çatdıran informasiya vasitələrinin qəzet, jurnal, televiziya və radionun rolu böyükdür. Bununla yanaşı belə terminlə-rin kütləvilik qazanmasında obyektiv və subyektiv amillər də ona təsir edir. Çünki yeni anlayışların ifadəsində xüsusilə neologizmlərin meydana gəlməsi fərdi yara-dıcılıqla bağlıdır. Bu zaman yeni yaranan terminlərin cəmiyyətə, kütlələrə çıxış yolu informasiya vasitələridir. Burada yeni terminlərə münasibət həmin dil vahid-lərinin işləklik qazanması üçün başlıca amildir.

130

Page 131: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Ədəbiyyat

1. Zərdabi H. Seçilmiş əsərləri. B., 1966, s.148.2. Cəfərli M. Həmişə bizimlə. B., Yazıçı, 1980.3. Hacıyev T. Şerimiz, nəşrimiz, ədəbi dilimiz. B., Yazıçı, 1990.4. İlhamə Mirtalıblı. Azərbaycan dilinin ictimai-siyasi terminologiyası. B., 2003.

131

Page 132: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Z.Ə. SƏFƏROVA

AŞIQ YARADICILIĞINDA OYKONİMLƏR,ASTİONİMLƏR, KOSMONİMLƏR

Açar sözlər: Aşıq poeziyası, onomastik vahidlər, toponim, oykonim, astionim, kosmonim

Ключевые слова: Поэзия ашуков, ономастические единицы, топоним, ойко-ним, астионим, космоним

Key words: Poetry of tuning peg, onomastik unique, toponim, oykonim, astionim, kosmonim

Aşıqlar öz şeirlərində müəyyən və müxtəlif hadisələrin təsviri, tərənnümü zamanı kənd, şəhər, ölkə adlarını bildirən toponimlərdən də məqsədəuyğun şəkildə istifadə etməli olmuşlar. Oykonimlər təbiətin, gözəllik məskənlərinin təsviri prosesində aşıq şerinin leksikasının zəruri tərkib hissələrinə çevrilmişdir. Xüsusi adlardan Azərbaycan ərazisinin və dünyanın müəyyən bölgələrinin aşığın mövzusuna müvafiq istiqamətdə təsviri məqamında istifadə edilmişdir. Aşıq Alının, Aşıq Ələsgərin, Aşıq Musanın və başqa aşıqlarımızın yaradıcılığında kənd adlarına çox rast gəlirik:

Alının gəzdiyi üç Gözəldərə,Şəqaylı, çiçəkli xoş Gözəldərə,Şahdağdan görünür Bağözəldərə,Üç dağ bizim o dağlara bənzərsən.Və yaxud:Bir gözəl görmüşəm Çayqılınclıda,Toy-büsatı, hər novrağı şirindi.Aşıq Musa deyir:Bir yanda yaylardı Keçili, Dəllər,Bir yanda yurd salır o ağır ellər.Çayqılınclı, Keçili, Dəllər kənd adları uzaq tarixi keçmişi olan kənd adları-

dır və bu yerlərin sakinlərinin qədimdən bəri türk tayfalarından ibarət olduğunu bir daha təsdiq edir. Dəllər – İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı olmuşdur. 1918-ci ildə əhalisi ermənilər tərəfindən qovulmuş və kənd dağıl-mışdır. Qədim türk tayfasının adını əks etdirir.

Keçili - İrəvan xanlığının Sərdarabad mahalında və Rəvan əyalətində Ağca-qala nahiyəsində kənd adları olmuşdur. 1828-1832-ci illərdə azərbaycanlılardan ibarət əhalisi qovulmuş və kənd dağılmışdır. Keçili tayfası kəngərlərin bir qolu hesab olunur.

Tərənnüm edilən yerin, mahalın, kəndin öz sərvəti ilə məşhur olduğunu gös-132

Page 133: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

tərməklə yanaşı, aşıq bir sıra toponimlərdən sənətkarlıqla cinas yaratma vasitəsi kimi istifadə etmişdir:

Çən gəlsə dağlara yellər əsdirər,Qış da çətin gəlsə, dağ əyər-əyər.Aşıq deyər Əyərdən,Nə gətirdin Əyərdən?Laçın getdi şikara,Gətirirsə əyər dən.Qurbanidən başlayaraq, X1X əsrdə, XX əsrin əvvəllərində el sənətkarları

daim Bərdə, Gəncə, Şəki, Şirvan və s. kimi qədim şəhər adlarını zikr etmiş, xatır-latmış, əhalisi, təbiəti və təbii sərvətləri barədə söz açmışlar.

Aşıqlar bəzən gözəlin tayı-bərabəri olmadığını demək, onu yüksəltmək üçün təşbeh əvəzinə, toponimlərdən istifadə edərək böyük şəhərləri, ölkələri sevgilinin bir telinə qurban demişlər.

Misallar göstərir ki, toponim təsvir obyektinin relyefi, şəraiti, quruluşu, təbii sərvətləri və s. haqqında məlumat verir. Tərənnüm olunan şəxsin hansı yerə, hansı torpağa mənsub olduğunu bildirmək üçün işlədilir. Obrazı xarakterizə və tərən-nüm etmək, yüksəltmək məqsədilə onu öz nemətləri, gözəllikləri və s. ilə məşhur olan yerlərlə müqayisə edirlər.

Azərbaycan torpaqları səkkiz yerə bölünmüş olsa da, el sənətkarları müxtə-lif ölkələrin sərhədləri içərisinə salınmış ərazilərini, şəhərlərini daim özününkü bilmiş, öz qədim yurdu kimi tərənnüm etmişlər:

Bütün Azərbaycan odlar ölkəsi,Səsinlə ucalır ellərin səsi,Sarabın, Ürmünün igid nərəsi,Kürdüstan tək var qardaşın, Qaradağ.

Bir yanı Naxçıvan, bir yan Dərələyəz,Xof eylər səcdənə kimsənə gəlməz,Alı qoynundasa, qəddi əyilməz,Narəs qalar, olmaz qoca, Dəlidağ.

Qarışdırma Şəmsəddini, Göyçəni,Kəndindən kəndinə yaz, şair Nağı!Hərca dilin salar bəlaya səni,Çox da bilsən, danış az, şair Nağı.Azərbaycan, Sərab, Urmiya, Qaradağ, Naxçıvan, Dərələyəz, Şəmsəddin,

Göyçə bir-birindən uzaq, lakin tarix boyu bir-birinə doğma olmuş ölkə, vilayət, şəhər adlarını bildirən sözlərdir.

Aşığın lirik qəhrəmanı bəzən daha uzaq ərazilərə nəzər salır, bütün Şərqi, Ön və Kiçik Asiyanı dilə gətirir, qəhrəmanını mübaliğəli şəkildə tərənnüm edər-

133

Page 134: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

kən toponimlərdən ustalıqla istifadə edirlər:Misir, İstanbul, Şam tamam yerisə,Tək qabağa duran qoç Koroğluyam.Aşıqlar tərənnüm etdikləri qızın, gəlinin həddindən artıq gözəl olduğunu

vermək üçün onu ayrı-ayrı ölkələrdə, şəhərlərdə olan gözəllərlə müqayisə edir və bu zaman həmin toponimlərdən söz açırlar.

Həsrətini çəkir Hələb, Bağdad, Çin,Camalı bir günəş, özü göyərçin,Ağ üzündə siyah zülfü çinbəçinTərlan, avın alısından bəllidir.«Həsrətini çəkir Hələb, Bağdad, Çin» sözləri güclü metaforadır. Adları qeyd

olunan ölkələrin əhalisi, gözəllik vurğunu olan insanları nəzərdə tutulur, Hələb, Bağdad, Çin həsrətini çəkir – deyilir.

Aşığın yaşadığı dövrdə beynəlxalq hadisələrə münasibət ayrı-ayrı ölkələrdə, dövlətlərdə baş verən tarixi hadisələr aşığın gəzmədiyi, görmədiyi ölkələrin, şə-hərlərin də qələmə alınmasına imkan yaratmışdır. Məsələn:

Necə oldu Serbiya, Çornuqoriya?!Əl-ayaq altında itdi İtaliya.German bomba atdı, qan oldu dərya,Qırıldı, dünyada insan qalmadı.Tədqiq edilən dövrün sənətkarları bir sıra mifoloji hadisələrlə bağlı topo-

nimləri də qələmə almışlar. Mifoloji toponimin necə və kim tərəfindən yaranması, mahiyyəti barədə aşığın fikirləri də maraqlıdır. Aşıqlar bu barədə öz müəllimlərin-dən ətraflı dərs almış olduqlarından bu bilikdən öz rəqiblərini qıfılbəndlər vasitə-silə və ya insanları düşündürmək vasitəsi kimi istifadə etmişlər.

Aşıq dini-mifoloji mahiyyət daşıyan yerləri özünün qibləgahı, pərəstişgahı kimi tərənnüm edir. Ona görə də belə yerlərin adlarını daşıyan toponimlər aşıqla-rın nəzərində müqəddəs məkan kimi qiymətləndirilir:

Bu təzə kalamdı, olsun yəqini,Kəbə-qibləm, dinim Məhəmməd dini,Atam Alməmməddi, Göyçə sakini,Adım Ələsgərdi, yaxşı bil, tanı.Qəhrəmanın qorxmaz, yenilməz, hər şeyə qadir olduğunu göstərmək üçün

şair dini rəvayətlərdə daha çox zikr olunan toponimlərdən istifadə etmişdir. Məsə-lən:

Dərs alıb o Əliüyyü-əladan,Xof eləmir Xeybər kimi qaladan,Gəzən zəlzələdən, yaman bəladan,Hifz eyləsin Kərəm kanı, Dəli Alı!Müqəddəs yer adları, təbii ki, aşıq üçün cinas vasitəsi kimi də yararlı olmuş-

dur:134

Page 135: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Aşıq gəzər Salsalı,Yar qəddini sal salı,Canan canı nəzərdən,Əyər yaxşı salsalı.Aşıqlar müqəddəs tarixi-dini toponimləri, xüsusən həzrət Əlinin adı ilə birgə

zikr olunan Xeybər qala adını dərdlərin dərmanı, çətin işlərin açarı kimi qiymətləndirirlər. Çünki onların nəzərində Şahi-Mərdan həzrət Əli orada bütün dərdlərin qarşısında bir sipər kimi dayanmışdır:

Alıya can birdi, dərd ara verməz,Malı beytül açar, dərd ara verməz.Yoxsa Şahi-Mərdan, dərd ara verməz,Saysız o Xeybərə yad əli dəysə.Bu son bənddə toponimlər müəyyən coğrafi sərhədin – dağla aranın son

nöqtəsi kimi verilir.Heç şübhəsiz, aşıq poeziyasında işlənmiş xüsusi adların bir qismi tədricən

arxaikləşmiş, sıradan çıxmışdır. Kəndlərin dağılması, adların dəyişdirilməsi ilə bağlı unudulmuş yer adları da vardır. Bunların hamısı toplu şəkildə toponimlərin öyrənilməsi işini zəruriləşdirir. Həm də arxaikləşən, işləklikdən düşən sözlər aşıq poeziyasında vaxtilə xalq arasında deyildiyi kimi, qorunub saxlanmışdır. Hətta bə-zən öz adını yaşadan toponimin başqa bir qədim variantına da təsadüf edilir. Mə-sələn:

Durur nişanəsi Ağrı dağında,Nuhun qiyaməti qaldı ki, qaldı.Nümunə göstərilmiş dil faktlarından aydın olur ki, aşıq poeziyasında digər

onomastik vahidlərlə yanaşı. toponimlərdən də geniş istifadə edilmişdir. Gözəldərə, Başgözəldərə, Çayqılıclı, Keçili, Dəllər, Kəlbəcər, Bərdə, Gəncə, Şəki, Şirvan, Dərbənd, Bayazid, Türkman, Şirazlı, Qaramanlı, Dərələyəz, Tufarqanlı, Alxatın, Bağdad, Ərəş, Savalan, Gürcüstan, Azərbaycan, Sarab, Urmu, Qaradağ, Naxçıvan, Dəlidağ, Şəmşəddin, Göyçə, Tovuz, Gülüstani-Rəm, Misir, İstanbul, Şam, Osmanlı, Hindistan, Firəngistan, İran, Turan, Hələb, Alosman, Çin, Kəbə, Xeybər, Salsal, Sarıyer və s. yer adları nə qədər rəngarəng ölkə, vilayət, şəhər, kənd adlarını birləşdirir. Bunlar bizim el sənətkarlarının gəzdikləri, gördükləri, eşitdikləri, öyrəndikləri, arzuladıqları yer adlarıdır. Azərbaycan ərazisi ilə bağlı toponimlərin hər biri, əksəriyyət etibarilə, bir tayfa adını özündə yaşatmaqdadır və tarixi izləri qoruyub saxlayır. Bunlar həm də bədiilik faktı kimi müxtəlif üslubi məqamlarda müəyyən məqsədlərlə işlədilmişdir.

Ağrı, Qaf, Bisütun, Mozə kimi dağ adlarının, Pitlis kimi yer adının aşıq poe-ziyasında qorunub saxlanması daha qədim izlərdən xəbər verir. Göründüyü kimi, aşıq poeziyasında toponimlər müxtəlif və rəngarəng olmaqla yanaşı, həm də in-tensiv şəkildə tez-tez işlənmişdir.

Beləliklə, Azərbaycan aşıq poeziyasının qədimliyini, zənginliyini təsdiqlə-135

Page 136: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

yən dil vasitələri içərisində onomastik vahidlər xüsusi yer tutur. Onomastik vahid-lər dedikdə bir-birindən fərqli müxtəlif leksik laylar nəzərdə tutulur. Toponimlər aşıq poeziyasında çox işlənən həmin leksik laylardan biridir. Bu leksik lay keçmi-şi öyrənmək, qorumaq üçün çox şey deyir.

Azərbaycan aşıq poeziyasının materialları üzrə axtarışlar, elmi müşahidələr göstərir ki, aşıqlar, el şairləri dövrün bütün əsas məsələlərinə öz münasibətlərini bildirmişlər. Onlar gəzmiş, görmüş, nəğmələr, mahnılar qoşmuşlar. Aşıqlar adətən gəzəri həyat keçirmiş, vətənin bütün hüdudlarını qarış-qarış gəzmiş, doğma yur-dumuzun gözəl şəhərləri ilə, kəndləri, uca dağları, buz bulaqları, sərin yaylaqları, böyük tarixi qalaları, əzəmətli, coşğun çayları, sənətkarlıqla tikilmiş körpüləri ilə fəxr etmişlər. Həmin səbəbdən də Azərbaycanda və onun hüdudlarından kənarda bir çox toponimlər el nəğməkarlarının ilham mənbəyinə çevrilmişdir. Araşdırma-da toponimlərin müqayisə, mübaliğə və təşbehlər üçün zəngin materiallara da to-xunulmuşdur. Ayrı-ayrı aşıqların seçmə bəndlərindən verdiyimiz nümunələrə əsaslanıb deyə bilərik ki, aşıq poeziyası onomastik leksikanın zəngin yatağıdır. Ustad aşıqlarımız el həyatının ensiklopedik təsvirini verərkən onun zəngin təbiəti-nə, qədim yaşayış məntəqələrinə, dəniz, göl və çaylarına, tarlalarına, düzlərinə və yaylaqlarına biganə qala bilməzdilər. Bu səbəbdən də biz aşıq poeziyasında Azər-baycanın varlığı ilə bağlı xüsusi adların zəngin, çoxcəhətli qalereyası ilə üzləşirik. Yerlərimizin bir hissəsi düşmən tapdağı altında qalsa da, onların adları aşıq poezi-yasında qorunub saxlanılır. Həmin adlar bizi yurdumuzun toxunulmazlığı uğrunda mübarizəyə səsləyərək vətənpərvərlik hisslərimizi coşdurur, doğma torpağa mə-həbbətimizi artırır.

Klassik söz ustası Aşıq Alının “Təbriz gözəli” gəraylısında Təbriz oykoni-minin adı çəkilir. Aşıq Alı bir çox ölkələri gəzməyi arzulayır:

İstərsən gəzərəm İran, Turanı,Qürbət diyarlara yollanım Bəsti.Bu şeirdə bizə ən çox maraqlı olan Turan oykonimidir. Turan oykoniminin,

daha doğrusu, bu onomastik vahidin etnooykonim olması türkologiyada artıq qə-bul olunmuşdur. Bu söz qədim türk lüğətində Alturan, Turanlıq - Turanın sakinlə-ri kimi qeyd olunmuşdur.

136

Page 137: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

S.V. ŞƏRİFOVA

MONOLOJİ VƏ DİALOJİ NİTQDƏ MÜRƏKKƏB CÜMLƏLƏR

Açar sözlər: M.F.Axundzadə, nitq, mətni mürəkkəb cümləКлючевые слова: М.Ф.Ахундзаде, речь, контекстное сложное предложениеKey words: M.F.Axundzadeh, speech, the text of the compound sentence

Tabeli mürəkkəb cümlələrin komponentləri arasındakı asılılıq, tabesiz mü-rəkkəb cümlələrin komponentləri arasındakı məna əlaqəsi vahid sintaktik struktu-run formalaşmasında əsas rol oynayır.

Bütöv bir kompleksə çevrilən mürəkkəb cümlələr yeri gələndə tam bir mətni təşkil edə bilir. M.F.Axundzadənin dram əsərlərinin dilində müşahidə olunan bəzi mətnlər bu baxımdan maraq doğurur. Personajın özünəməxsus danışıq tərzi ilə onun fərdi keyfiyyətlərini göstərməyə, xarakterini açmağa çalışan M.F.Axundzadə real şifahi nitqi – monoloji və dialoji nitqi yazıya gətirmişdir.

“Hekayəti - xırsi - quldurbasan” əsərindən bir parçaya nəzər salaq:Bayram. Ağa, təqsirli mənəm, bir ərzimə qulaq asın!Divanbəyi. Necə təqsirlisən? Nə danışırsan?Bayram. Ağa, Tarverdini mən öyrədib quldurluğa göndərdim.Divanbəyi. Niyə?Bayram. Ondan ötrü ki, mənim sevgilimi istirdi əlimdən alsın.Divanbəyi. Yoxsa sənin sevgilin budur? (Pərzada işarə edib).Bayram. Bəli, budur, başına dönüm!Tarverdi. Ağa, başına dönüm, məni yoldan çıxartdılar. Mən bir fəqir dinc

adamam. Mənə dedilər ki, qorxaqsan; mən də qorxumdan ki, mənə ürəksiz demə-sinlər quldurluğa getdim.

Divanbəyi. Axmaq, sənə axmaq deyəndə nə olacaq idi ki, özünü xataya sal-dın?

Tarverdi. A başına dönüm, onda mənə qız gəlmirdi. Bu qız ki, görürsən, mə-nim əmim qızı və mənim deyiklimdir. Mənə dedilər ki, əgər bir qoçaqlıq eləmə-sən, ad çıxarmasan, heç vaxt bu qız sənə arvad olmayacaq. Mən də yerdən oldum, quldurluğa getdim, qəzadan köpək oğlunun ayısına rast gəldim.

Semantik-sintaktik əlaqə baxımından Bayram→Divanbəyi dialoqunda tabeli mürəkkəb cümlənin komponentlərinin parçalandığını görmək mümkündür. Divan-bəyinin dili ilə verilmiş sual cümlələri çıxarılarsa, Bayramın ifadə etdiyi cümlə belə alınar: “Ağa, təqsirli mənəm, Tarverdini mən öyrədib quldurluğa göndərdim, ondan ötrü ki, mənim sevgilimi istirdi əlimdən alsın”. Bu, qarışıq tipli mürəkkəb cümlədir. “Ağa, təqsirli mənəm” hissəsi baş cümlədir. Qalan hissə isə baş cümlə-yə intonasiya ilə bağlanan səbəb budaq cümləsidir. Budaq cümlənin tərkibində üç

137

Page 138: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

komponent birləşmişdir. 1-ci komponent – “Tarverdini mən öyrədib quldurluğa göndərdim” baş cümlədir. 2-ci (“istirdi”) və 3-cü (“mənim sevgilimi əlimdən al-sın”) komponentlər isə birlikdə yenə səbəb budaq cümləsi yaradır (mənim sevgili-mi əlimdən almaq istədiyi üçün). Bu səbəb budaq cümləsinin tərkibində isə inver-siyaya uğramış tamamlıq budaq cümləsi (mənim sevgilimi istirdi əlimdən alsın − istəyirdi ki, mənim sevgilimi əlimdən alsın) işlənmişdir.

Deməli, bu dialoqda əsas fikir Bayrama məxsusdur. Divanbəyi isə yardımçı rolu oynayır.

Divanbəyi→Tarverdi dialoqunda isə fərqli bir mətnlə qarşılaşırıq. Divanbə-yinin dilində işlənmiş “Axmaq, sənə qorxaq deyəndə nə olacaqdı ki, özünü xataya saldın?” cümləsində əvvəl nə sual əvəzliyi və köməkçi fellə işlənmiş baş, sonra isə baş cümləyə ki bağlayıcısı ilə bağlanmış nəticə budaq cümləsi işlənmişdir. Di-aloqun qarşı tərəfini təşkil edən nitqdə isə (Tarverdinin nitqində) “A başına dö-nüm, onda mənə qız gəlmirdi” cümləsi işlənmişdir. Bu cümlənin yarımçıqlığı, bir komponentinin çatmadığı aşıq-aşkar hiss olunur: hansı halda? nə zaman? sualı or-taya çıxır. Bunun cavabı isə Divanbəyinin “sənə qorxaq deyəndə” ifadəsindədir.

Bayram→Divanbəyi dialoqunda əlaqələndirmə möhkəm olduğu halda, Di-vanbəyi→Tarverdi dialoqunda əlaqələndirmə zəifdir. Bunu müəllifin obrazyarat-ma üslubu ilə bağlamaq olar.

Mürəkkəb cümlə komponentlərinin müasir ədəbi dil baxımından yerdəyiş-məsi kimi anlaşılma halları da müşahidə olunur:

“Divanbəyi. Bayram, sən çox pis iş eləyibsən! Amma çünki mərdlikdə təq-sirini iqraq elədin, mən sənin günahından keçirəm. Amma bundan sonra belə iş eləmə!”

Bu dördkomponentli cümlənin tərəfləri arasında (1-ci və 3-cü, 3-cü və 4-cü komponentləri arasında) qarşılaşdırma əlaqəsi var: Sən çox pis iş eləyibsən, amma mən sənin günahından keçirəm. Mən sənin günahından keçirəm, amma bundan sonra belə iş eləmə. 2-ci komponentin iki bağlayıcı ilə − həm tabesizlik (amma), həm də tabelilik (çünki) bağlayıcısı ilə başlaması da maraqlıdır. Burada Divanbə-yinin özünəməxsus ifadə tərzi ilə “amma” deməsi; bir qədər fasilədən sonra müa-sir ədəbi dildəki indi ki bağlayıcısının müqabiində işlənən çünki sözünü işlətməsi nəzərdə tutulan fikri oxucu üçün daha aydın edir: “Çünki (indi ki) mərdliklə təqsi-rini iqrar elədin, mən sənin günahından keçirəm” deməklə Divanbəyi sanki Bayra-mın qarşısında şərt qoyur. Belə olduqda birinci tərəf şərt budaq cümləsi, ikinci isə baş cümlə kimi anlaşılır. Halbuki budaq cümlə baş cümləyə çünki bağlayıcısı ilə bağlanmışdır. Əgər bu cümlə müasir ədəbi dildəki səbəb bağlayıcısı çünki kimi anlaşılsa və səbəb budaq cümləsi hesab olunsa, gərək cümlə bu şəkildə işlənə: Mən sənin günahından keçirəm, çünki mərdliklə təqsirini iqrar elədin. Halbuki bu cümlənin tərəfləri arasında inversiya yoxdur.

Əslində şərt anlayışı yaransa da, cümlədə səbəb və nəticənin olması daha qabarıqdır. Birinci komponentdə səbəb (çünki mərdliklə təqsirini iqrar elədin),

138

Page 139: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

ikinci komponentdə isə nəticə (mən sənin günahından keçirəm) olduğu daha aydın görünür. Bunun nəticə budaq cümləsi hesab etmək olmaz, çünki asılı tərəfdə (birinci komponentdə) səbəb var. Müasir ədəbi dildə indi ki şərt bağlayıcısı kimi qəbul edilsə də, hər halda əgər, hərgah bağlayıcıları ilə tam sinonimlik yaratmır. Ona görə də yeri gələndə məna baxımından səbəb anlamı da verə bilir.

Azərbaycan dilinin şifahi xalq ədəbiyyatı nümunələrində də indi ki//çünki paraleli müşahidə olunur. “Koroğlu” dastanının müxtəlif variantlarında indi ki//çünki paraleli bu şəkildədir:

a) İndi oldıy dəgirmançi,Hey çağır sən dən, Koroğlu (“Koroğlu”, Bakı, “Folklor İnstitutu”, 2009,

səh. 47)b) Çünki oldun dəyirmançı,Çağır gəlsin dən, Koroğlu (“Koroğlu”, Bakı, “Gənclik”, 1982, səh. 125)M.F.Axundzadənin əsərindən verilən nümunədə olduğu kimi, burada da indi

ki//çünki bağlayıcıları sinonim variant kimi çıxış edərək birinci cümlədə səbəb, ikinci cümlədə isə nəticə anlayışını yaratmışdır. Asılı tərəf səbəb anlamında oldu-ğu üçün bu cümlələr səbəb budaq cümləsi hesab olunur.

Bu müqayisəyə nəzər saldıqda M.F.Axundzadənin əsərindəki cümlənin “çünki təqsirini iqrar elədin” komponentinin səbəb budaq cümləsi, “mən sənin gü-nahından keçirəm” komponentinin isə baş cümlə olduğu anlaşılır.

“Tarverdi. Mənə dedilər ki, qorxaqsan; mən də qorxumdan ki, mənə ürəksiz deməsinlər, qulluğa getdim” – cümləsində 1-ci və 2-ci komponentlər tərəfləri bir-birinə ki bağlayıcısı ilə bağlanmış tamamlıq budaq cümləli tabeli mürəkkəb cüm-lədir, baş cümlə əvvəl, budaq cümlə sonra işlənmişdir (mənə dedilər ki, qorxaq-san). 3-cü, 4-cü komponentlər isə səbəb budaq cümləli tabeli mürəkkəb cümlədir: “mən də qorxumdan ki mənə ürəksiz deməsinlər” komponenti səbəb budaq cüm-ləsi, “qulluğa getdim” komponenti isə baş cümlədir. Tərəflər bir-birinə intonasiya ilə bağlanmışdır. Burada işlənən ki ədatı bağlayıcı vasitə olmasa da, cümlənin oxunuşunda və anlaşılmasında xüsusi rol oynayır.

M.F.Axundzadə personajların dili ilə müxtəlif xarakterli obrazlar yaratmış-dır. Dil, cümlə quruluşu, fikrin ifadə tərzi oxucuya çox mətləbləri, mənəvi keyfiy-yətləri aşılamış olur. Bu cəhətdən Pərzadın dili ilə verilmiş cümlələr daha dolğun və tamdır: “Divanbəyiyə ərz elə ki, mən heç vaxt Tarverdiyə getmənəm. Əgər mə-ni ona verməli olsalar, şəksiz özümü öldürrəm!”

Bu cümlə quruluşu müasir Azərbaycan ədəbi dilində işlənən mürəkkəb cümlələrdən heç də fərqlənmir. Birinci cümlə baş cümləyə ki bağlayıcısı ilə bağlanmış tamamlıq budaq cümləsi, ikinci cümlə əgər şərt bağlayıcısı və -sa şərt şəkilçisi ilə baş cümləyə bağlanmış şərt budaq cümləsidir.

Monoloji və dialoji nitqdəki cümlə modellərinin mətni sintaksisi semantik-sintaktik aspektdə daha düzgün anlaşılır. Bu cəhətdən mətni mürəkkəb cümlələrin tədqiqi vacib məsələdir.

139

Page 140: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

İ.M. TAHİROV

QLOBALLAŞMA VƏ DİL: AZƏRBAYCAN DİLİNİNQORUNMAĞA EHTİYACI VARMI?

Açar sözlər: dil, qloballaşma, Azərbaycan dili, KİVKey words: language, globalization, the Azerbaijani language, mass mediaКлючевые слова: язык, глобализация, азербайджанский язык, СМИ

XX yüzilliyin sonu və XXI yüzilliyin qovşağında dünya “qloballaşma” adlanan prosesin təsirini üzərində hiss edir. Dünyanın elmi və digər ədəbiyyat nümunələrində, kütləvi informasiya vasitələrində “qloballaşma” termini müxtəlif cür izah olunur və bu izahlar o qədər rəngarəngdir ki, onlar bəzən bir-biri ilə daban-dabana ziddiyyət təşkil edir. Buna baxmayaraq, bir şey şübhəsizdir: qloballaşma çağdaş dünyanın iqtisadiyyatı, siyasəti, mədəniyyəti və kütləvi informasiya vasitələri üçün açıq-aşkar reallığa çevrilmişdir.

Qloballaşma şəraitində artıq bir neçə onillikdir ki, dünyada universal ünsiyyət vasitəsi olaraq ingilis dili çıxış edir. Bunu müasir dünyada sənədləşmədə, ədəbiyyatda, elmi forumlarda, müxtəlif formatlı siyasi və iqtisadi danışıqlar prosesində görmək olar. Və əlbəttə ki, müasir dünyanı hörümçək toru kimi sarmış İnternet özünün ilkin ingilisdilli leksikası ilə də buna əyani nümunədir. Dünya tarixi beynəlxalq ünsiyyət vasitəsi kimi bu və ya digər dilin liderliyindəki dəyişməni nümayiş etdirir. Yadımıza salaq, antik dövrdə yunan dili, sonra Avropada latın dili, Asiyada ərəb dili, XIX yüzillikdə fransız dili belə missiya yerinə yetirmişdi. XX yüzillikdə isə ingilis dili.

Heç şübhə yoxdur ki, yaşadığımız dünya gündən-günə daha çox qloballaşan bir məkana çevrilir və bu fenomenin hərəkətverici qüvvəsi internet, peyk televizi-yası, mobil telefon və saysız-hesabsız informasiya kommunikasiya vasitələrinin meydana çıxmasıdır. Qloballaşma elə bir prosesdir ki, onun sürətlə genişlənməsi minlərlə dilin söykəndiyi təməlləri sarsıtmağa yönəlib. Çağdaş dövrdə müşahidə edilən tendensiya ondan ibarətdir ki, qloballaşma milli dillərin özünüqoruma ref-lekslərini inkişaf etdirmək, qlobal şəbəkələr erasının, yeni iqtisadiyyat və İnterne-tin “linqva franka” statusunu qazanmış, siyasi, iqtisadi, mətbuat, reklam, radio, te-leviziya, turizm, kommunikasiya sistemləri, təhlükəsizlik, elm və təhsil sahəsində dominat mövqeyə sahib olan ingilis dilinin hərtərəfli təzyiqinə və “işğal”ına qarşı dayanma strategiyalarını işləyib hazırlamaq problemini ortaya qoymuşdur. Bu problem yalnız Azərbaycan kimi müstəqilliyini yeni qazanmış gənc dövlətləri de-yil, dünyada oturuşmuş iqtisadiyyata, dünya siyasətinə təsir gücünə sahib olan Çin, Almaniaya, Fransa, Rusiya və b. ölkələri də narahat edir.

Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin vəziyyəti cəmiyyəti narahat edən məsələlərdəndir. Cəmiyyətin dil məsələsi ilə bağlı

140

Page 141: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

narahatlığının əhatə dairəsini təxminən belə cızmaq olar: Azərbaycan dilində səlis danışanların sayının azalması, Azərbaycan dilini bilmə səviyyəsinin pisləşməsi, Azərbaycan ədəbi dilinin yad ünsürlərin hesabına kifayət qədər zibillənməsi, onların üzə çıxarılması və qarşısının alınması, mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulması, elmi, bədii və publisistik əsərlərin tərcüməsinin sönük və yarıtmaz olması, reklam və afişalarda Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulması və bir sıra digər mənfi hallar.

Bütün bunlar xeyli vaxtdır ki, cəmiyyətdə müzakirə edilir: dilimizi qoruma-ğa ehtiyac varmı? Müzakirələrin çoxçaxəli və coşğun olmasını mətbuatdan, televi-ziya və radio kanallarından müşahidə etmək mümkündür. Müşahidələr göstərir ki, müzakirənin aparılma istiqamətini genişləndirmək və onu həm ölkədaxili kontekstdə, həm də qloballaşma müstəvisində yanaşmaq lazımdır.

Qloballaşmanın iki aspekti barədə bəhs edilir. Bunlardan biri hadisələrin obyektiv, təbii gedişidir. İkincisi isə süni aspektdir ki, bu, siyasi, iqtisadi şərait və ideologiya vasitəsilə yeridilir. Hər bir millət özünün dilini, mədəniyyətini, tarixini qorumaq üçün qloballaşmanın süni şəkildə gedişinə təsir göstərməli, onun gedişini zəiflətmək istiqamətində, bu nə qədər çətin olsa belə, addımlar atmalıdır. Cəmiy-yətin virtuallaşması, qloballaşmanın sürəti dilin inkişafına öz təsirini göstərdiyi ki-mi, dilin inkişafını və dəyişməsini də sürətləndirir. Bütün bunlar dillərin və dillər-arası əlaqələrin inkişafında ümumi qanunauyğunluqların meydana çıxmasına sə-bəb olur. Dildəki dəyişmələr və inkişaf təkcə linqvistik yönümdən deyil, eyni za-manda cəmiyyətdə və dünyada baş verən sosial, siyasi və iqtisadi meyillər yönü-mündən müzakirə edilməlidir.

Problemin dərk edilməsi üçün dilin tətbiqini tənzimləməyə imkan verən sa-hələrə bölmək vacibdir. Tənzimlənməyə imkan verən sahələri elmi tədqiqat işləri, qanunvericilik fəaliyyəti, işgüzar yazışma, KİV-in dili kimi sahələrə olar. Tənzimlənmək imkanından kənarda qalan sahələrə dildən məişət səviyyəsində gündəlik istifadə, sosial şəbəkələri daxil etmək olar. Tənzimlənməsi mümkün olan sahələr üçün “Azərbaycan Respublikasında dövlət dili haqqında” 30 sentyabr 2002-ci il tarixli Azərbacan Respublikasının Qanunu mühüm əhəmiyyət kəsb edir.

Dövlətlərin təhsil siyasəti dillərin fəaliyyəti üçün taleyüklü nəticələrə səbəb ola bilər. Xarici dillərdə tam və ya qismən təhsil verilməsi, nə qədər mütərəqqi ad-dım olsa belə, milli dillərin elm və təhsildə rolunu qoruyub saxlamağa yönəlmiş addımlardan saymaq çətindir. Gündəlik danışıq, ədəbi və elmi dil arasında qarşı-lıqlı əlaqənin mövcudluğu məlum həqiqətdir. Əgər milli dil elmi sahədən geri çə-kilirsə, onun digər mövcudluq formaları da kasıblaşır, sıradan çıxır.

Azərbaycanda dil quruculuğu dövlətin strateji cəhətdən mühüm problemlə-rindəndir. Dil quruculuğunun həm ölkə daxilində, həm də ölkənin hüdudlarından kənarda rəvan getməsi üçün vacib olan tərəfləri vardır.

Ölkə daxilində dil quruculuğu məsələləri daha ciddi xarakter daşımalıdır. Bura ölkədə təlimin ilk pilləsindən, yəni məktəbəqədər səviyyədən ali məktəb sə-

141

Page 142: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

viyyəsinə qədər dilin öyrədilməsini təmin edən ciddi iyerarxiya sisteminin yara-dılması daxil ola bilər. Bu zaman hər bir pillə üçün dilin saflığının saxlanılmasına yönəlmiş ciddi tələblər işlənib hazırlanmalıdır. Ölkə daxilində Azərbaycan dilini qorumağa ehtiyac varmı? Əgər varsa, onda sual doğur: Dili kimdən qoruyaq? Hə-min dildə danışanlardanmı? Belə çıxır ki, dilimizi özümüzdən qorumalıyıq. Mə-lum həqiqətdir ki, dil bizim özümüzü əks etdirir. Başqa sözlə, biz necə varıqsa, sə-viyyəmiz necədirsə, dilimiz də onu göstərir. Əgər dildə bizi qane etməyən nəyinsə baş verməsi bizi narahat edirsə, onda dillə yox, özümüzlə bağlı baş verən proses-lərlə məşğul olmaq lazımdır. Ona görə də, dilimizi qorumağa yox, öz səviyyəmizi qaldırmağa çalışmalıyıq. Sözün geniş mənasında savadsızlıqdan, biliksizlikdən qurtulmalıyıq. Məhz savadsızlıq ümumi mədəni səviyyəni aşağı düşürür. Təsadüfi deyildir ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azər-baycan Respublikası Prezidentinin Sərəncamında mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının, reklamlar və afişalarda Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulması kimi halların “təkcə dil mədə-niyyətinin deyil, ümumi mədəni səviyyənin də arzuedilməz göstəricisinə” çevril-məsi olaraq səciyyələndirilmişdir.

Dil mədəniyyətinin KİV-də, xüsusilə televiziyada, qəzet mətbuatında aşağı düşməsinin müxtəlif səbəbləri vardır. Bu səbəblər üzündən son vaxtlarda Azər-baycan dilinin jarqon ifadə və əcnəbi alınmalarla zibillənməsi barədə danışılır. KİV-in, xüsusilə müstəqil qəzetlərin dilinin ümumi etik məsələləri (kobudluq, ba-yağılıq, həbsxana-dustaq jarqonu və s.) barədə daim müzakirələr gedir.

Bəzi nümunələrə diqqət yetirək: Bakida 30 kriminal avtoritet həbs olundu, (http://www.azpolitika); “Zon”dakı “razborka”lar... (http://azadliq.info); Son həf-tələrdə də “Kurtlar vadisi”ni hərləyirdilər (http://azadliq.info), Tele kanalizasiya-lar virus mənbəyi kimi ((http://qubalilar.biz/mehman-memmedov-tele-kanalizasiyalar-virus-menbeyi-kimi-196y.html))

1. Mən təkrarçılıq olmasın ... içindəki nifrətin mənbəyini az-çox başa düşü-rəm. Ancaq hər söz başı, işlətdiyi ...... ifadələr göstərir ki, bu adam xəstədir, man-yakdır. Nifrətin, qəzəbin də bir həddi var. Beləsindən nəinki yazıçı, ziyalı, heç adam da olmaz. Bu yekəbaş, zırrama deyir ki:.... Tam səmimi deyirəm ki, hər cürə zırrama, yekəbaş görmüşəm, ancaq zırramalığın, yekəbaşlığın bu "doza"sına ilk dəfədir ki, rast gəlirəm. Bu tin uşaqlarının danışıq tərzidir. Bu qədeş düşüncəsi, cayıl təfəkkürü ilə Alı Əkbər Avropanın nəyinə lazımdır..? ((http://www.m5pressa.com/haber-6834-Bu-qdes-tfkkuru-il-li-kbr--Avropanin-nyin-lazimdir.html))

Belə halların meydana çıxması ilə bağlı aparılmış sosioloji sorğularda, müzakirələrdə ilk sırada göstərilən səbəblərdən biri budur ki, dəyişikliklər və təhsil sisteminin birindən digərinə keçid dövründə formalaşmış insanlar bu sahələrə axın etmişlər. Bu axın xeyli qeyri-peşəkarı mətbuat sahəsinə gətirmişdir.

142

Page 143: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Qeyri-peşəkarlıq və dilin qayda-qanunlarına nabələdlik, eləcə də ümumi mədəni səviyyənin aşağı olması həmin qeyri-peşəkarların fəaliyyət göstərdiyi mətbuat orqanlarının dilində də əksini tapmışdır.

Dilin qayda və qanunlarından xəbərsizlik ona gətirib çıxarır ki, heç bir zəruri ehtiyac olmadan mətbuatda əcnəbi sözlərdən istifadə olunur. Bu zaman mətbuatın dilində Eurovision, Embawood, Star city, Michael, Human Rights Watch, Gabriel Garcia Marquez, Facebook, The New York Times, Volkswagen, Hyatt Regency kimi əcnəbi sözlər yalnız dırnaq içərisində yazılmaqla güya dil normalarına uyğunlaşdırılır. Bu, onu göstərir ki, belə qaydanı tətbiq edən mətbuat orqanlarında fəaliyyət göstərənlər xarici dillərdəki xüsusi adların Azərbaycan dilində verilməsindən ümumiyyətlə xəbərsizdirlər.

Vəziyyət elə bir həddə çatıb ki, alınma sözlərin dilimizin qayda-qanunlarına zidd olan bu cür yazılışlarda bəzən müasir türk dilində olduğu kimi xüsusi isimlər-də hal şəkilçilərini ayırmaq üçün apostrof işarəsindən də isifadə edilir. Məsələn: Azadlıq.org belə yazır: Ermənistan müxalifəti H.Clinton'dan narazı qaldı; Clinton-'un rəyi çox vacibdir (http://www.azadliq.org/ content/ article/24608743.html).

Mətbuat nümayəndələri bilməlidirlər ki, Azərbaycan dilinin dil norrmalarının dəyişməsində fəal proseslər məhz KİV-də baş verir. KİV-in dilinin həyat və fəaliyyətimizlə bağlı daima dəyişməkdə olan reallıqlara daha tez uyğunlaşması, insanların şüuruna və davranışlarına təsiri ilə xarakterizə olunur. Sosial şərait və mühitin dəyişməsi isə insanların özünün dəyişməsinə, nəticədə isə dilin dəyişməsinə səbəb olur.

Ölkə hüdudlarından kənarda Azərbaycan dilinin dünya məkanına daxil ol-ması probleminin aspektləri nəzərə alınmalıdır. Bu zaman Azərbaycan dilinin beynəlxalq ünsiyyət vasitəsinə çevrilməsinin nəzəri və praktiki yönləri işlənib ha-zırlanmalıdır. Azərbaycan dilinin Azərbaycan mədəniyyəti, tarixi, ədəbiyyatı, iqti-sadiyyatı, siyasəti, bir sözlə, Azərbaycanla maraqlanan insanların ünsiyyət vasitə-sinə çevrilməsi üçün onun xaricdə öyrənilməsini stimullaşdıran zəruri proqramla-rın, vəsaitlərin, elektron dərslik və digər vasitələrin yayılmasına və təbliğinə geniş imkan yaratmaq, Azərbaycan dilinin xarici dil kimi təbliği və öyrədilməsi üçün qrantlar təsis etmək, müsabiqələr, festivallar konfranslar və digər tədbirlər keçir-mək lazımdır. Bu sahədə dilin qorunmasına dövlət qayğısı lazımdır.

143

Page 144: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

K.A. VƏLİYEVA

EHTİMALİ-STATİSTİK METODLARINAZƏRBAYCAN DİLÇİLİYİNDƏ TƏTBİQİ

Açar sözlər: Ehtimal metodları, riazi statistika, tezlik lüğətiКлючевые слова: частотные словари, вероятностный метод, выборочный

метод, математическая статистикаKey words: frequency word-book, probabilistic methods, sampling method,

mathematical statistics

Statistik metodların dilçilik tədqiqatlarında istifadəsi hələ 1905-ci ildən məşhur dilçi İ.A.Boduen de Kurtene tərəfindən irəli sürülmüş, ondan sonra A.M.Peşkovskiy, M.N.Peterson, E.D.Polivanov, V.V.Vinoqradov və s. alimlər davam etdirmişlər. 1938-ci ildə Vinoqradovun dildə tezlik göstəricilərinin rolu haqda mülahizəsi böyük maraq doğurmuşdur. “Müasir rus dili” kitabında o yazır ki, “müxtəlif kitab üslublarında və danışıqda, o cümlədən bədii ədəbiyyatda müxtəlif üslub və janrlarda sözlərin işlənmə tezliyi müxtəlifdir. Bu müxtəlifliklər, üslublar arasındakı struktur-qrammatik və eləcə də semantik fərqləri tədqiqat prosesində üzə çıxarmaqda kömək edir (1, 155-156).

Bu barədə V.V.İvanovun fikri ilə razılaşmaq olar ki, sözlər, hecalar və fonemlər arasındakı kəmiyyət münasibətlərinin tədqiqi dillərin təsnifatının tarixi aspektdə öyrənilməsinə zəmin yaradır. Misal üçün dildə təkhecalı sözlərin orta uzunluğu morfemlərə ayrılmırsa, bu tipli dillər musiqi vurğulu dillərə mənsub olur (vyetnam, klassik çin, mərkəzi Afrika dillərindən bəziləri və s.)... Digər mövcud qanunauyğunluqlardan biri də fonemlərin sayı ilə morfemlərin uzunluğu arasındakı əlaqədir. Misal üçün abxaz dilinin bzib şivəsində 81 fonem vardır. Bu asılılıqları da tarixi müqayisəli dilçilikdə dillərin müqayisəli-tipoloji səpgidə öyrənilməsində tətbiq etmək olar (2, 176-177).

Müşahidələr göstərir ki, sözdəki fonemlərin sayı (həm fonoloji və həm də struktur-semantik cəhətdən) morfemlərin keyfiyyətinə təsir edir (3,8). Bundan başqa dilləri kəmiyyətcə öyrənərkən aşkar olunur ki, dildəki elementlərin tezliyinin müxtəlifliyi müəyyən statistik qanunauyğunluqlarla bağlıdır. Bu sahədə aparılan tədqiqatlarda A.A.Markovun XIX-XX əsrlərdəki yazıçıların əsərlərində işlənən ümumişlək sözlərin orta tezliyinin müəyyənləşdirib müəllifləri bir-biri ilə müqayisə etməklə maraqlı nəticələrə gəlməsidir (4,142). Müşahidələr göstərir ki, dilçilik ədəbiyyatında statistik metoddan istifadədə də üstünlük tezlik lüğətlərinin tərtibinə verilmişdir. Tezlik lüğəti haqqında qısa məlumat verək.

Tezlik lüğətləri adı altında xüsusi tip lüğətlər nəzərdə tutulur. Burada adi iki dilli lüğətlərdən fərqli olaraq sözlərin siyahısı və onun ixtiyarı seçilmiş mətnlərdəki işlənmə tezliyi göstərilir.

144

Page 145: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Dilçiliyə statistik metodların tətbiqi mətnlərdə sözlərin işlənmə tezliyinə əsasən tərtib olunmuş tezlik lüğətlərin meydana gəlməsi ilə başlandı. Dünya dilçiliyində ilk statistik lüğət 1898-ci ildə tərtib edilmiş alman dilinin tezlik lüğətidir (5,113). Müəllif bu lüğətin tərtibi üçün 11 mln. sözdən ibarət mətnlər seçmişdir. Bundan sonra yüzlərlə müxtəlif sistemli dillərin tezlik lüğətləri meydana gəlmişdir. Bu lüğətlərin geniş tərtibatı və tarixi Frumkina (6, 5-8) tərəfindən verildiyindən burada onun şərhinə ehtiyac duymadığımızdan, yalnız Azərbaycan dilçiliyində statistik üsulla aparılan tədqiqatları nəzərdən keçirəcəyik.

Qeyd etməliyik ki, tərtib edilmiş tezlik lüğətlərinin dəqiqliyi mətnlərin həcm və seçimlərindən asılıdır. Bu seçim aşağıdakı elementar statistik düsturla təyin olunur.

Burada N – sistemin həcmi – nisbi xətaP – tezlikZp – konstataLakin əksər lüğətlərdə həcm seçimi üçün bu düsturda istifadə edilmir.

Adətən müəlliflər intuisiya yolu ilə həcmi müəyyənləşdirməklə məhdudlaşırlar.Ehtimal nəzəriyyəsində seçim – ümumi çoxluğundan ehtimal metodları

ilə seçilmiş obyektlərdən ibarət, sonlu altçoxluqdur. S-dəki obyektlərin sayı seçimin həcmi adlanır. Əksər hallarda statistik seçim və seçimi təşkil edən obyektlərin xarakteristikalarının qiymətlər toplusu eyniləşdirilir. Obyektlər toplusunun (məs., istehsalatda ədədi məlumatları, demoqrafiyada əhaləni araşdırmaq üçün statistik seçimlərin yaradılmasında müxtəlif ehtimali metodlar istifadə olunur (seçim araşdırma metodu bax. Ehtimal nəzəriyyəsi və riyazi statistika ensiklopediyası, s. 2010, s. 803-804).

Qaytarmamaq şərtilə təsadüfi seçim - -dan ixtiyari qaydada obyektlərin bir-bir ardıcıl surətdə götürülməsi ilə aparılır və seçilmiş obyektlər sonrakı seçmədə iştirak etmir, seçilməmiş bütün obyektlər sonrakı seçmədə iştirak etmir, seçilməmiş bütün obyektlərin seçilməsi ehtimalları eyni hesab olunur. n elementli çoxluqdursa, onda qaytarmamaq şərtilə v həcmi seçimlərin sayı n (n-1) ... (n –r +1), (1 r n) olacaqdır. Bu halda n elementli çoxluqdan r həcmli seçim qaytarmamaq şərtilə sxemi üzrə aparılır.

Qaytarmaq şərtilə təsadüfi seçim - -dan ixtiyari qaydada seçilən obyektlər hər dəfə məhz bu çoxluqdan götürülür. Belə ki, eyni bir obyekt təkrar götürülə bilər. n elementli çoxluq olarsa, qaytarmaq şərtilə n həcmli seçimlərin sayı

n.n... n = nr dəfə

145

=Zp

Np

Page 146: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

olacaqdır. Bu halda n elementli çoxluqlar r həcmli seçimi qaytarmaq şərtilə sxemi üzrə aparılır.

Əgər seçimdə hər bir obyektin hər hansı bir qaydadan asılı olmadan eyni p ehtimalı ilə seçilməsi qərarı qəbul edilirsə, onda alınan statistik seçim binominal seçim adlanır. Riyazi statistikada sonlu sayda obyektlərdən ibarət çoxluqlardan statistik seçimlərlə yanaşı, sonsuz çoxluqlardan ibarət seçimlərə də baxılır. Bax seçim metodu (7, 801-802).

R.M.Frumkinaya görə həcmi müəyyən seçimlə əsaslandırılmış lüğətlərdən Qarsiya Os tərəfindən hazırlanmış ispan dilinin lüğəti və Yosselsonun rus dilinin tezlik lüğətidir. 100 000 sözdən ibarət bu lüğətlər haqqında geniş məlumatı Frumkinanın yuxarıda adı çəkilən kitabından almaq olar. Leksikanın statistik metodla öyrənilməsində ən önəmli məqamlardan biri “Sipf qanunu” ilə tezliyin empirik asılılığının öyrənilməsidir.

Pr = k r Y

Burada r – siyahıda sözün azalan tezliyinin nömrəsidir.Pr – r nömrə altında sözün nisbi tezliyi.K, Y – isə sabit parametrlərdir (3, 16).Azərbaycan dilçiliyinə gəlincə isə burada statistik metodla yazılı abidələrin

öyrənilməsi və uyğun tezlik lüğətlərin hazırlanması qarşıya məqsəd qoyulmuşdu.Məlumdur ki, statistik yolla linqvistik materialların araşdırılması, yazılı

abidələrin öyrənilməsi tədqiqatçıdan yüksək dəqiqlik tələb edir. Bu istiqamət üzrə Azərbaycan dilçiliyində 60-cı illərdə tədqiqatlar aparılmış, müasir Azərbaycan dili saitlərinin ümumi statistik təhlili edilmişdir. Kök və şəkilçilərdə işlənən saitlərin nisbəti araşdırılmış, sözün axırında, əvvəlində, ortasında işlənən saitlərin faiz göstəriciləri uyğun cədvəllərdə əks olunmuşdur (10, 18-20).

Dialektlərdə fonemlərin sözlərdəki mövqeyi ilk dəfə olaraq A.H.Vəliyev tərəfindən statistik metodla tədqiq edilmişdir (11, 44-57).

Klassik ədəbi irsimizdən yalnız Molla Vəli Vidadinin əsərlərindəki leksik vahidlərin işlənmə tezliyi müəyyənləşdirilmişdir (12).

Qeyd etməliyik ki, böyük zəhmət tələb edən bu statistik məlumatlar maşınsız, yalnız əl üsulu ilə görülmüşdür.

Azərbaycan dilçiliyində ilk dəfə olaraq 1979-cu ildə EHM vasitəsilə qəzet materialları əsasında “Azərbaycan dilinin tezlik lüğəti” tərtib olunmuşdur (13). Bu lüğətdə ikidilli lüğətlərdən fərqli olaraq lüğəvi vahidlərin mənası deyil, onun mətndə işlənmə tezliyinin göstəricisi qeyd olunmuşdur. Son illərdə tezlik lüğətinin elektron versiyası tərtib olunmuşdur (14). Bu lüğətin annotasiyasına nəzər saldıqda onun tərtibi üçün “Azərbaycan dilinin bütün üslubları təmsil olunmaqla təxminən 50 milyona yaxın söz-formadan ibarət mətnlər linqvostatistik təhlilə cəlb olunmuşdur. Elmi, bədii, publisistik, rəsmi, məişət və s. üslublara dair materialların elektron variantlarının mövcudluğu tədqiqatın hərtərəfli olmasına və

146

Page 147: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

statistik seçmə baxımından etibarlığına imkan yaratmışdır. Lüğətdə 12000-ə yaxın söz kökü əhatə olunmuşdur (14, 2).

Türkologiyada ilk dəfə tərtib olunmuş bu lüğət sanballılığı ilə seçilir və leksikanın statistik modeli kimi nəzəri və tətbiqi dilçiliyin, ümumi leksikologiyanın, dil tədrisinin bir çox problemlərinin həlli üçün əvəzsiz mənbə rolunu oynayır. Bundan başqa, Azərbaycan dilçiliyində Azərbaycan dilində söz formalarının statistik distributiv təhlili qrafem və fonem səviyyəsində tədqiq edilmiş, onların mətndə işlənmə tezliyi müəyyənləşdirilmişdir (15).

Qeyd etməliyik ki, bütün bu məsələlərin daha asan həlli üçün elektron hesablayıcı maşınların köməyindən istifadə olunur.

Ədəbiyyat

1. Виноградов В.В. Современный русский язык, вып. 1, М., 1938, стр. 155-156.2. Иванов В.В. Некоторые проблемы современной лингвистики – Народы

Азии и Африки, 1963, 4.3. Головин Б.Н. Из курса лекции по лингвистической статистике. Горький,

1966, стр. 8.4. Марkов А.А. Об одном применении статического метода. Изв. имп. Акад.

Наук, 1916, 6-ая серия, Х.И. стр. 242 (Çıxarış Qolovinin yuxarıda adı çəkilən əsərindən götürülmüşdür. Bax.: Yenə orada, s. 9).

5. Kaeding F. Häufigeitswörterbuch der Deutschen Sprache Steiglizbei Berlin, 1898. (Ədəbiyyat aşağıda adı çəkilən müəllifin kitabından götürülmüşdür. Bax: s. 113).

6. Фрумкина Р.М. Статические методы изучения лексики. М., 1964, стр. 5-8.7. Ehtimal nəzəriyyəsi və riyazi statistika ensiklopediyası, B., 2010, s. 798, s.

801-802.8. Garcia Hor.Vocabulsrio usual, comuny fundamental. Madrid, 1953.9. Josselson H. The Russian word count. Detroit, 1953.10. Ахундов А.А. Некоторые вопросы применения прикладной математичес-

кой лингвистики к тюркским языком (на материале азербайджанского языка) – В кн. «Питание прикладной лингвистики» Чернову, 1960, 18-20; Axundov A.A. Riyazi dilçilik. B., 1979.

11. Vəliyev A.H.Azərbaycan dialektologiyasında praktikum. B., ADU, 1978; Ве-лиев А.Г. Переходные говоры Азербайджанского языка. АДД. Б., 1975, стр. 44-57.

12. Ахмедов Ф.З. Язык М.В.Видади АКД, Б., 1978; Əhmədov F.Z. Azərbaycan dili tarixi leksikologiyanın tədqiqində tezlik lüğətlərinin rolu (Vidadi şeirlərinin sözlüyü əsasında) Azərb. EA “Xəbərləri” Ədəbiyyat, dil və incəsənət seriyası, 1, 1983.

13. Vəliyeva K.A., Mahmudov M.Ə. Pines V. Azərbaycan qəzet dilinin tezlik (söz kökləri) lüğəti. B., 2004

14. Mahmudov M.Ə., Fətullayev Ə., S. Məmmədova, Fətullayev, R.Hüseynli, B.Talıbov, G.Əzimov, N.Abdullayev. Azərbaycan dilinin tezlik lüğəti (söz kökləri). I cild. B. 2010.

15. Рахманов Дж. Ф. Статистико-дистрибутивный анализ азербайджанского текста (на уровне графем и фонем). Автореферат канд. дисс. Б., 1981.

147

Page 148: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

AZƏRBAYCAN DİLİNİN TƏDRİSİ VƏ TƏRCÜMƏ

S.Ə. ABDULLAYEVA

İNNOVATİV İNKİŞAFLA ƏLAQƏDAR AZƏRBAYCAN DİLİNİN XARİCİ DİL KİMİ ÖYRƏDİLMƏSİNDƏ YENİ MƏRHƏLƏ

Açar sözlər: Azərbaycan dili, beynəlxalq standartlar, xarici dil, tədrisКлючевые слова: Aзербайджанский язык, международные стандарты, инос-

транный язык, обучение Key words: the Azerbaijani language, international standarts, a foreign language,

teaching

«Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun isti-fadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət proqramı haqqında» Azərbay-can Respublikası Prezidentinin 23 may 2012-ci il tarixli sərəncamı Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin inkişafının dövlət siyasətinin ayrılmaz hissəsi olmasının bariz nümunəsidir. Sərəncamda deyilir: «Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir». Prezidentimizin sərəncamında Azərbaycan dilinin dövlətçiliyimizin başlıca rəmzlərindən biri kimi qiymətləndirilməsi qürur hissi doğurur.

«Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun isti-fadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət proqramı haqqında» Azərbay-can Respublikası Prezidentinin sərəncamında dilimizin və dilçiliyimizin inkişafını təmin etmək məqsədi ilə Dövlət proqramının hazırlanması nəzərdə tutulur. Sərən-camda dövlətimizin rəmzlərindən biri kimi ana dilimizin tədrisinə xüsusi diqqət yetirilir. Bunun üçün elektron və interaktiv dərsliklərin yaradılması və Azərbay-can dilini öyrənmək istəyən xarici vətəndaşlar üçün tədris vəsaitlərinin hazırlan-ması məsələsi bir məqsəd kimi qarşıya qoyulur. Proqramın qarşıya qoyduğu məq-sədlərin həyata keçirilməsi üçün müasir tələblərə cavab verən dərs vəsaitlərinin, elektron və interaktiv dərsliklərin, danışıq, sorğu, məlumat kitabçalarının, minimum lüğətlərin hazırlanması, onların elektron versiyalarının yaradılması zə-ruridir. Nəzərdə tutulan tədbirlər daxilində beynəlxalq standartlara uyğun dərsli-yin hazırlanması xüsusi əhəmiyyət kəsb edir.

Dərsliyin Avropa Şurası tərəfindən qəbul olunmuş metodik göstərişlərə uy-ğun tərtib olunması nəzərdə tutulur ki, bu da onun yüksək səviyyədə ya-zılacağına

148

Page 149: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

təminat verir. Bu layihənin diqqət çəkən məqamı odur ki, artıq Azərbaycan dilinin xarici dil kimi öyrədilməsi üçün şərait yetişmişdir.

Struktur-semantik cəhətdən bu dərslik ənənəvi təlim vasitəsi kimi ümümtəh-sil standart və proqramlarına uyğun olaraq tədris materialının sistemli şəkildə iza-hı ilə xarakterizə olunmalıdır. Dərslik vasitəsilə həm tədris prosesi təşkil edilir, həm də dərsin mənimsənilməsi təmin edilir.

İnnovasion yanaşma xarici dillərin tədrisi və öyrədilməsi prosesində obyek-tiv ölçüyə gələn və kommunikasiya bacarığının formalaşma səviyyəsi şkalasına uyğunluq nəzərdə tutulur. Bu səviyyə şkalasına görə dil 3 səviyyədə - A1, A2, B1,

B2, C1,C2 səviyyələrində öyrədilir. Bu cəhətdən dərslik, yuxarıda qeyd olunduğu kimi, mühüm əhəmiyyət daşıyır, belə ki, dərslik:

- istifadə olunan tədris materialları kompleksində daha sabit komponentdir;- xarici dilin öyrədilməsi və tədrisində bütöv müəllif konsepsiyasını əks et-

dirir.Dərsliyin modul quruluşuna malik olması nəzərdə tutulur. Burada modul

dedikdə, təlimin qoyduğu məqsəd və tapşırıqlara görə Azərbaycaq dilinin praktik kursunun müəyyən məntiqi bitkinliyə malik olan bir bölməsi nəzərdə tutulur.

Hər bir modula ünsiyyətin bir mövzusu - situasiyası ilə birləşən bir neçə dərs daxildir.

Hər bir modulun əvvəlində biliklər – vərdişlər – bacarıq xətti üzrə onun məqsəd və məzmunu müəyyənləşdirilir; burada biliklər və vərdişlər fənnin bölmə-lərinə (fonetika, qrammatika, leksika, üslubiyyat) görə fərqli, ancaq bacarıq hissə-si nitq fəaliyyətinin bütün növləri (dinləmə, danışma, oxuma, yazma) üzrə veril-məlidir. Ayrı-ayrılıqda «təlim bacarığı» və bunun verilmiş modul çərçivəsində formalaşma dərəcəsi təsvir edilir. Bura dili ünsiyyət vasitəsi kimi inkişaf etdirmək üçün sorğu kitabları, xüsusi lüğətlər, fonolaboratoriya, kompyuter proqramları və s. ilə müstəqil işləmək, öz nailiyyətlərini düzgün qiymətləndirmək bacarığı daxil-dir.

Modulun quruluşu və məzmunu onun konkret məqsəd və vəzifələrindən ası-lıdır. Müəllif dərsliyin bütün modullarını və onları təşkil edən dərsləri dəqiq və vahid formada tərtib etməyi nəzərdə tutmalıdır. Bu modullardan hər birinin yerinə yetirilməsi üçün saatların miqdarı tədris planı ilə müəyyənləşdirilməlidir.

Birinci modul bir semestr üçün nəzərdə tutulur, kompleks şəkildə giriş kur-sundan ibarətdir, sonrakı modullar əsas kursu təşkil edir.

Təlimin başlanğıc mərhələsində (giriş modulu) bütün qaydalar və onların izahları 2 dildə, həm rus dilində (və ya hər hansı xarici dildə), həm də sətiraltı tər-cümədə azərbaycanca verilir.

Hər bir dərs məhsuldar lüğət siyahısı ilə müşayiət olunur; burada bütün yeni sözlərin mənaları və işlədilmə xüsusiyyətləri verilir.

149

Page 150: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Dərsliyin sonunda rus dilində qısa qrammatik materialın verilməsi nəzərdə tutulur; burada proqramda nəzərdə tutulmuş fonetik, leksik və qrammatik mövzularının məniməsnilməsi üçün zəruri olan məlumat verilməlidir.

Dilin müxtəlif aspektləri üzərində iş aşağıdakı kimi xarakterizə edilir:A) kompleksliliklə – bir tərəfdən, ünsiyyətin müxtəlif vasitələrinə – fonetik,

qrammatik və leksik normalara eyni zamanda yiyələnmək nəzərdə tutulur; digər tərəfdən, şifahi və yazılı ünsiyyət bacarığı formalaşdırılması həyata keçirirlir.

B) polifunksionallıqla - xarici dil həm təlimin məqsədi, həm də müxtəlif bilik səhələrində məlumat əldə etmək vasitəsi kimi nəzərdən keçirilir.

Son məqsədi mütəxəssisin mədəniyyətlərarası kommunikasiya bacarığının inkişafı olan dərsliyin hazırlanmasında aşağıdakılar innovasiondur:

- nitq qabiliyyətinin formalaşdırılmasında dil materialını mənimsəməklə tələffüzdə aksentin aradan qaldırılması;

- tədris materiallarının sosialinqvistik və sosiamədəni məzmununun nəzərə alınması;

- kommunikativ situasiyanı şəkillərlə əks etdirən oxu materiallarının olması;- real ünsiyyətə həvəsləndirən çalışma və tapşırıqların üstünlük təşkil

etməsi;- xarici dildə şifahi və yazılı nitqin imkanlarını mənimsəyərkən təhsil alanla-

rın ana dilindəki nitq təcrübəsindən istifadə etmək;- müxtəlif mədəniyyətlərdə milli dəyərlər haqqında təsəvvürləri təhlil və

dərk etməyi tələb edən tapşırıqlara meyl edilməsi.Dərsliyin hazırlanması zamanı əsasən kommunikativ yönüm üstün tutulma-

lıdır, xüsusən:- autentik mətnlərin üstünlüyü;- dil öyrənənlərdə xüsusi maraq oyadan mətnlərin problematikasının rənga-

rəngliyi;- şifahi və yazılı kommunikasiyaya alışdırmaq üçün mətnlərdən istifadə

edilərkən balansın gözlənilməsi;- dərsliyin tərtibatında qrafikadan istifadə edilməsi;- ölkə haqqında informasiyasının seçilməsi, sistemləşdirilməsi, yüksək

səviyyədə şərh edilməsi və onun dil öyrənənlər üçün anlaşıqlı olması;- dərslikdə geniş şəkildə təqdim olunmuş mədəniyyətlərarası ünsiyyət situa-

siyalarından istifadə etməklə tələbələrin maraq dairələrinin genişləndirilməsinə meyil;

- dərslikdəki tapşırıq və çalışmaların kommunikativ yönümünün yüksək sə-viyyəsi; bu da özünü, hər şeydən əvvəl, məşq çalışmalarına nisbətən kommunika-siya yönümlü çalışmaların çoxluğunda, mahiyyət etibarilə fonetik, qrammatik və leksik vərdişlərin formalaşdırılması zamanı kommunikativ yönümə əməl edilmədə göstərir.

150

Page 151: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Azərbaycan dili dərsliyinin yaradılması zamanı verilmiş ünsiyyət situasiya-larının rəngarəngliyinə (rəsmi və qeyri-rəsmi ünsiyyət normaları çərçivəsində), nitq fəaliyyətinin reseptiv və məhsuldar dil vahidlərinin fəaliyyət spesifikasının nəzərə alınmasına, xüsusən də təhsil alanların kreativ bacarıqlarına təkan verən spesifik problem tapşırıqların yaradılmasına xüsusi diqqət yetiriləcək.

Dərsliyin tələbədə müstəqil işləmə bacarığını formalaşdırma meyli özünü aşağıdakılarda göstərir:

- dərsliyin məqsəd və məzmununun tələbə və müəllimlər üçün şərhlərlə mü-şayiət edilməsi;

- tələbələrin ölkəşünaslıqla bağlı informasiyalarının seçilmə və sistemləşdi-rilməsini nəzərdə tutan tapşırıqların olması;

- tələbələrin maraq və tələbatlarını nəzərə alan tapşırıqların daxil edilməsi;- tələbələrin hər bir konkret dərsin materialını mənimsəmələri üçün zəruri

olan, eyni zamanda əldə olunan biliklərin vərdişə keçmə ardıcıllığını müəyyənləş-dirən tapşırıqların olması;

- əldə edilmiş nəticələrin tələbələr tərəfindən qiymətləndirməsini nəzərdə tutan tapşırıqların olması.

Xüsusi «qiymətləndirmə cədvəli» mövcuddur. Özünüqiymətləndirmə üçün yoxlama aparılır. Müxtəlif ünsiyyət situasiyalarında (dinləmə, danışma, oxuma və yazma) əsas kommunikativ bacarıq formalaşdırılması səviyyəsini müstəqil qiymətləndirmək üçün XD bilik səviyyəsinə müvafiq parametr-deskriptorlar daxil edilir ki, bu aşağıdakı meyarlarla edilir:

- «Mən bunu asanlıqla edə bilirəm.»- «Mən bunu edə bilirəm, ancaq çətinlik çəkirəm.»-«Bu mənim məqsədimdir».Refleksiv özünüqiymətləndirmə üçün tapşırıqlar, bir qayda olaraq, bu

terminlərlə ifadə olunur: «Mən bacarıram…», «Mənə …lazımdır», «Ünsiyyət prosesində mənim çətinliklərim / problemlərim ….. ilə bağlıdır» və s. Məsələn:

Mənə müraciət olunan zaman tanış sözləri və çox sadə ifadələri başa düşürəm: a); b); c).

a) asanlıqla;b) əgər mənim müsahibim asta-asta, aydın, fasilələrlə danışırsa;c) pis başa düşürəm, mən öz üzərimdə işləməliyəm və s.Bu dərslik mədəniyyətlərin qarşılıqlı öyrənilməsi zəminində yazılmalıdır.

Belə hesab edirik ki, yeni layihə ilə yazılacaq bu dərslik Azərbaycan dilinin xarici dil kimi öyrədilməsində ilk addımlardan biri olacaq. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uy-ğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət proqramı haqqında» sə-rəncamın qarşıya qoyduğu məsələləri həyata keçirmək dilçilərin vəzifəsidir.

151

Page 152: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

H. XOŞBATİNİ

İKİDİLLİLİK VƏ ARQOLAR

Açar sözlər: arqo, gizli dil, ikidillilik, sosial qruplarКлючевые слова: arqo, тайный язык, болтливость, социальных групп Key words: argo - secret language, bilingulism, social qroups

Dil xalqın yaddaşıdır və hər xalqın yaddaşının modeli həmin xalqın dilində görünür. Dil bir format kimidir ki, onun vasitəsilə xalqın fikirlərini, eksperiment-lərini və təcrübələrini onda yerləşdirərək nəsildən-nəsilə ötürmək olar. Hər bir xalqın sosial təbəqələri arasında çoxlu fərqlər ola bilər. İş, peşə, yaşayış məkanı, təhsil dərəcəsi, pirinsip, etnik mənsubiyyət, mədəni təcrübə, din və məzhəb insanlar arasında qruplar yaranmasına səbəb olur. Bu qruplar və ya siniflərin özlərinə aid olan danışıq normaları vardır. Məhz bu normalara görə o qrupların üzvləri bir-birini qəbul edirlər.

Dil ictimai davranışdır. Hər xalq vahid bir dillə danışır. Vacibdir ki, bu dav-ranışa əməl edilsin. Hər xalqın qrupları həmin xalqın dilinin qaydalarına bağlıdır. Çünki bir tərəfdən özlərinə məxsus olan normalar var, onlarla bağlı xalq dilində dəyişiklikləri və bu dilin xalq tipləri yaranma yollarından biridir. Bu o deməkdir ki, xalq dili xalq qruplarının niyyətlərinə, fikirlərinə və intizamlarına bağlı olaraq yavaş-yavaş bərabərliklərini itirir və o dildə fərqli tiplər yaranır. Hər bir xalqa məxsus olan dilin özünəməxsus qaydaları var. Bu qaydalar səslər, onların bir-biri ilə əlaqəsi və kəlmələrin daxili quruluşu, onların şivələri və məna əlaqələridir. İc-ma qruplarının üzvləri qrup normalarına bağlıdırlar. O yerə qədər ki, o normalar, onlara xalqın dilini dəyişməyə icazə verir. Bu dəyişikliklər məhduddur, buna gö-rədir ki, dilin xalq tipləri xalq dilinin qaydalarında dəyişiklik yarada bilmirlər və danışanların dil bilikləri hər xalqda eyni formada bağlı qalır. Qeyd edildiyi kimi dil, xalq qruplarında öz normalarına mütənasib dəyişdirilə bilir. Bu dəyişikliklər, əsasən, kəlmələrdə və sözlərdədir.

Gizli dil (arqo) xalq dilinin tiplərindən biridir. Dialekt və peşə-sənət leksika-sı, çox işlənən və az işlənən sözlər, jarqon, arqo, picin və s. hadisələr hər dilin da-xilində yaranır və dilin inkişafına səbəb olur.

Ən mühüm rol oynayan hadisələrdən biri dil daxilində arqodur. ARGO, bir ictimai sinfin, bir peşə qrupunun və ya bir cəmiyyətin üzvlərinin istifadə etdiyi, ümumi dilin sözlərinə yeni mənalar verərək, ya da yeni sözlər, deyimlər qataraq yaradılan xüsusi bir dildir. (2, c. 2, s. 266.) Arqo, ana dili içində sonradan yaradıl-mış köməkçi dil olaraq danışılır. Əslində şifahi və təbii bir dildir. Arqo davamlı dəyişən və inkişaf edən xüsusi bir dil olmaqla birlikdə, onun meydana gəlməsini bəzi ümumi prinsiplərə bağlamaq mümkündür. Şərti dil, gizli dil arqonun başqa adları sayılır. Gizli dilin hədəfi eşidənə xüsusi mesajı yetirməkdir. O istəyir ki,

152

Page 153: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

mesaj başqalarına məlum olmasın və ya onu çətin anlasınlar. Bu kəlmələrin hara-da yaranmasını, hansı niyyətlərlə nə vaxt ifadə olunmasını, necə yayılıb və nəha-yət, kimə təsir etməsini siyasət, hökumət, ideologiya müəyyən edir (3. 16 s.). Bu kəlmələr analogiya, şəkilçiləşmə, törəmə, fleksiya və s. yollarla yaranır. İlk nümu-nələr bu dilin tiplərindən yaranıb, onlar oğrulara və quldurlara aiddir. Onlar qa-nunsuz fəaliyyət göstərirdilər, sirləri gizli qalmaq üçün bir rabitə obzarına ehtiyac-ları var idi. Fransız dil mətnlərində elə kəlmələr vardir ki, XIV əsrə aiddir. (4. s. 21). Bu cür dil bir çox xalqların meyar dilinin yanında sirləri gizlətmək üçün isti-fadə olunurdu. Beləliklə, fikir və niyyətləri gizli saxlamaq bu dilin yaranmasına əsas səbəb hesab olunur. Hal-hazırda da elə həmin səbəbə görə arqolar yaranır. Arqo və yaxud gizli dil bütün dillərdə yaranır və demək olar ki, dil daxilində hər sinfin və qrupun üzvünə aid ola bilir. V.D.Bondaletov yazır ki, “müxtəlif peşələr arasında 30-40 peşə adını çəkmək olar ki, onların sahibləri öz nitqlərində şərti dil-dən istifadə edirlər. Şərti arqoların daşıyıcıları, əsasən, sənətkarlar (dərzilər, də-mirçilər, malakeşlər, rəngsazlar, arabaçılar, yunçular və s.), satıcılar (əsasən, səy-yar satıçılar) və peşəkar dilənçilərdir. Y.S.Stepanova görə, XIX əsrdə Rusiyada 70 belə dil olmuşdur” (4, 36 s.).

İran İslam Respublikasında 36 milyondan artıq Azərbaycan dilində danışan insan yaşayır. Fars dili dövlət dili olaraq, bütün xalq yazıları və məktəbləri bu dil-də olur, lakin gündəlik danışıq dili İran Azərbaycanında, türkcədir – azərbaycan-cadır. Bu iki dildə yazmaq, dərs keçmək və danışmaq həmin ərazidə ikidillilik şə-raitini yaratmışdır.

Arqo və yaxud gizli dil yazılı forması olmayaraq güney Azərbaycanda geniş formada işlənilir. Fars dilindən, yaxud başqa dillərdən alınma sözlər ilə, bu dilin söz köklərindən yaranma sözlər ilə və başqa metodlar ilə düzələn sözlər ilə, müxtəlif qruplar və siniflər tərəfindən arqo sözləri işlənilir. Televizordan yayılan kinolar və seriallar fars dilində olarkən aktyorların dialoqlarından farsca olan kələmələr və sözlər alınır və müxtəlif mövqelərdə məna və məfhumunu semantik baxımından dəyişir və sosial qruplar tərəfindən arqo və gizli dil formasında işlənilir. Misal üçün, Həzrəti Yusif serialından "yuzarsif" sözü tələbələr qrupunun tərəfindən o tələbə haqqında işlənilir ki, çoxlu müddət idi, ondan səs-soraq yox idi. Arqo formasında olan alınma sözlər əksinə də olur. Farsca danışanlarda, Azərbaycan dilindən cöxlu sözləri alıb və arqo formasında ifadə edirlər. Misal üçün, farslar "öldürrəm – büldurrəm" sözünü əsəbiləşən insana və həmçinin polislər haqqında farsca olan cümlələrində işlədirlər. Bu iki qarşılıqlı söz azərbaycancadır amma farslar da onu özünə aid olan mövqelərdə bir arqo sözü kimi ifadə edirlər. Məsələn: Tələbələr sinifdə oturarkən bir qaşqabaqlı müəllim sinifə girəndə bir tələbə başqasına deyir: - ey vay çeqəd in öldürrəm – büldurrəme! ( بولدوررمه الدوررم جقد (!واي

Bu anlamda ki, bu nə üçün bu boyda öldürrəm – büldurrəmdir!

153

Page 154: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Universitet tələbələri tərəfindən arqo ifadələri geniş formada istifadə olunur. Farsdilli tələbələr azərbaycanca danışılan şəhərlərdə təhsil alırlar, yaxud azərbaycanca danışanlar farslar yaşayan şəhərlərdə qalırlar, arqo sözlərin yaranıb və yayılmasında çox önəmli bir rol oynayırlar. Yataqxanalarda qalan tələbələr günbəgün bu sözləri müxtəlif sözdüzəltmə yolları ilə yaradıb və universitet işçilərinə, o cümlədən, rektor, müavinlər, müəllimlər və hətta bir-birləri haqqında işlədərək yayırlar. Oğlan tələbələrin işlətdikləri arqoların çox hissəsi, tələbə qızlar haqqında və qız tələbələrin yaratdıqları arqolar, müəllimlər və özləri haqqında olur. Misal üçün, "fışqa" sözü Türk mənşəli olaraq, arqo kimi o tələbə qız haqqında işlənilir ki, çöx açıq-saçıq olur və hicaba bürünməyə riayət etmir, halbuki bu arqo sözünü hər iki dildə danışan tələbələr ifadə edirlər. Əksinə, farsca olan "biya bala" sözü gəl yuxarı mənasında hər iki dildə danışan tələbələr tərəfindən o oğlanlar haqqında ifadə olunur ki, kənddən şəhərə gələrək öz əsil-köklərini yaddan çıxarıb "şəhərləşirlər" – qınlarından çıxıb qınlarını bəyənmirlər.

Bu ikidilli arqo sözlərin yaranma və yayılmasına çoxlu amillər səbəb olur ki, onlardan biri avtobus sürücüləridir. Minlərcə sərnişinin gündə Azərbaycandan farsca olan şəhərlərə və əksinə, səyahət edərək, istər-istəməz arqo sözlərindən istifadə edib bir-birindən təsirlənirlər.

O amillərdən biri də texnologiya, internet və kompüter leksikasına aid olan sözlərdir. Bu sözlər hansı bir dildən alınmış olsa da, həmçinin hansı bir dildə danışılan yer olsa da, istər azərbaycanca ola, istər farsca ola ancaq arqo məna və anlamları eynidir. Misal üçün, "up to date" sözü (deyiliş şivəsi ap tu deyt) və "on line" sözü (deyiliş şivəsi an layn) müasir olan bir şəxsə müraciət olunur.

Bəzən görünür ki, iki dil arasında illərcə alınan sözlər baxmayaraq ki, öz leksik mənasını ikidillilik şəraiti olan yerlərdə, həmçinin yalnız farsca danışılan yerlərdə ifadə edərkən, müxtəlif şəraitə aid arqo sözü kimi ifadələrdə gizli dil, yaxud ikinci mənanı daşıyır. Onlardan biri meyvə adlarıdır. Meyvə adları hansı dildən alınmış olsalar da, bəzi sosial qruplar tərəfindən arqo mənası daşımaqla, eləcə də, o adı ilə ifadə olunurlar. Misal üçün, farsca "sib" sözü alma deməkdir, amma arqo mənası anlamında hər iki dildə danışılan yerlərdə o qızlara aid olunur, üzlərini makiyaj ilə qıpqırmızı eləyirlər. Haşiyə çıxım ki, bədii xalq düşüncəsində qızların gözəlliyi "alma yanaqlı" ifadəsilə tapıp ki, bu ifadənin də həmin arqonun formalaşmasına dolayısı da olsa təsiri şübhəsizdir. Yaxud azərbaycanca "daş kələm" sözü hər iki dildə danışanlar tərəfindən arqo sözü ifadə olaraq onlar üçün istifadə olunur ki, beyinləri xarab və işləmir, yaxud özlərin bir ağılsız insan kimi aparırlar. Qeyd edək ki, müasirlikdən kənar adamlara da daş kələm arqosunu aid edirlər.

İran Azərbaycanında müxtəlif xalq qrupları müxtəlif mövqelərə aid cürbəcür sözlərdən və adlardan arqo formasında istifadə edirlər, istər bu sözlər başqa dillərdən alınsın, istər morfoloji baxımından müxtəlif üsullarla düzəlsin, əsas odur ki, bu arqo sözləri gizli şəkildə ikinci mənanı daşısın.

154

Page 155: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Ədəbiyyat

1. Samayi M. Farsca arqo sözlər, Tehran: 2006.2. Ana Britannica Genel Kültür Ansiklopedisi, c.2, s. 266.3. Xoşbatini H. Turkcəmizdə gizli dil. Əxtər: 2008, 16 s.4. Əliyev. Ə. Azərbaycan dilində jarqonlar. Bakı, 1998.

155

Page 156: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

İ.E. QƏRİBLİ

ORTA MƏKTƏBLƏRDƏ KLASSİK İRSİN TƏDRİSİ MƏSƏLƏLƏRİ(Məhəmməd Hadinin əsərləri əsasında)

Аçar sözlər: klassik irs, tədris, azadlıq, birlik, müharibə, cəmiyyət, vətənКлючевые слова: классическое наследие, преподавание, свобода, единство,

война, общество, родинаKey words: classic heritage, teaching, freedom, unity, wor, Society, motherland

Orta ümumtəhsil məktəblərinin tədris proqramında klassiklərin öyrənilməsi və onların əsərlərinin tədrisi mühüm yer tutur. Bir həqiqətdir ki, klassik Azərbay-can ədəbiyyatı nümunələrinin öyrədilməsi müəllimdən xüsusi hazırlıq hələb edir. Belə ki, Azərbaycan xalqının tarixi, mədəniyyəti, şeir vəznləri, adət-ənənələri ilə yaxından tanış olmayan, lüğətlərlə işləmək vərdişlərinə yiyələnməyən müəllimlər klassikləri tədris edərkən çətinliklərlə üzləşir, mövcud dərsliklərdə verilmiş məlu-matlarla kifayətlənməli olurlar. Bu da mövzunun yarmçıq mənimsənilməsi ilə nəticələnir.

Orta məktəbdə əsərləri bu və ya digər dərəcədə tədris olunan klassiklərdən biri də Məhəmməd Hadidir. Təcrübə göstərir ki, digər klassiklərə baxmış M. Hadinin əsərlərinin tədrisi müəllimlər üçün daha çox çətinlilklər törədir. Bu isə, hər şeydən əvvəl müəllim və şagirdlərin sənətkarın dünyagörüşü, ideyalar aləmi, əsərlərinin dil və üslub xüsusiyyətlərilə bağlı olan məsələləri qavramaqda çətinlik çəkməsi ilə əlaqədar olur.

Müəllim hər şeydən əvvəl bilməli və şagirdlərə də öyrətməyi bacarmalıdır ki, XX əsrin ilk onilliklərində yazıb-yaratmış M. Hadi Azərbaycan tarixinin çox qarmararışıq bir zamanında yaşamış sənətkardır. Klassik Şərq və Azərbaycan ədəbiyyatı ənənələri əsərlərində apaydın hiss olunan M. Hadi mükəmməl şəkildə bildiyi ərəb-fars dilləri və osmanlı türkcəsi vasitəsi ilə Qərbi Avropanın ədəbiyyat və mədəniyyəti, tarixi, ictimai-siyasi fikrinə də aşina idi və bu aşinalıq onun istər ədəbi, istərsə də elmi-fəlsəfi irsində özünü aydın şəkildə göstərirdi. Belə demək mümkünsə, M. Hadi irsi Şərq və Qərb mədəniyyətinin qovuşağında formalaşan zəngin ədəbi-elmi irsdir. Deməli, M. Hadinin əsərlərini tədris edənin, yəni müəlli-min həm Şərq, həm də Qərb mədəniyyətinə vaqif olması başlıca şərtlərdən biridir.

İkinci məsələ dil məsələsidir. M. Hadinin dili müasirləri ilə müqayisədə ərəb-fars və osmanlı türkcəsindən gələn söz və ifadələrlə daha zəngindir. Amma orası da var ki, M. Hadi əsərlərinin sintaksisi müasirləri ilə müqayisədə daha möh-kəm və konstruksiya baxımından ədəbi dil normalarına uyğundur.

Üçüncü məsələ türkçülük məsələsidir. M. Hadinin mənsub olduğu və Əli bəy Hüseynzadənin rəhbəri olduğu “Füyuzat ədəbi məktəbi”nin prinsiplərini bil-

156

Page 157: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

mədən M. Hadini başa düşmək nisbətən çətinləşir. Bura milli dövlətçilik, Şərq ilə Qərbi müqayisə, müasirlik, azadlıq mübarizələri, bərabərlik, müsavatçılıq və c. bu kimi məsələlər daxildir.

Təbii ki, bir yazıda bütun yuxarıda qeyd olunanlara münasibət bildirmək mümkün olmadığından, biz burada orta məktəb müəllimlərinin M. Hadi haqqında təsəvvürlərini genişləndirmək və tədris zamanı onlara yardım etmək niyyəti ilə müəllifin orta mətəbdə tədris olunan əsərləri barədə nisbətən ətraflı məlumat vermək, onların ideya-bədii xüsusiyyətləri barədə danışmaqla kifayətlənəcəyik.

M. Hadinin orta məkrəbdə bir neçə əsəri tədris olunur. Bunlardan birincisi VIII sinifdə tədris olunan “Türkün nəğməsi” şeiridir.

Müəllim bilməli və şagirdlərin nəzərinə çatdırmalıdır ki, Azərbaycan De-mokratik Cümhuriyyətinin tarixi zərurət ucbatından bir müddət Gəncədə fəaliyyət göstərməsi ilə əlaqədar olaraq Cümhuriyyətin rəsmi orqanı olan “Azərbaycan” qə-zeti də Gəncədə nəşr olunmağa bəşlamış, paytaxt Bakıya köçürüləndən sonra isə fəaliyyətini Bakıda davam etdirmişdir. Ceyhun bəy Hacıbəyli və Şəfi bəy Rüstəm-bəylinin müştərək redaktorluğu ilə çıxan qəzetin ilk nömrəsi ( Ş. Rüstəmbəyli həm də qəzetin rus variantının redaktoru idi) 1918-ci ilin sentyabr ayının 15-də işıq üzü görmüş və qəzet dörd nömrəsi Gəncədə, qalan nömrələri Bakıda çıxmaqla 1920-ci ilin 27 aprelinə, XI ordunun Bakını işğal edib demokratik hakimiyyəti qəsb etmə-sinə qədər davamlı şəkildə nəşr olunmuşdur.

Azərbaycanın Rusiya imperiyasının yüz ildən artıq davam edən dırnaqarası himayədarlığından qurtularaq öz müstəqilliyini elan etməsini sevinc və böyük ümidlərlə qarşılayan M. Hadinin “Türkün nəğməsi” şeiri “Azərbaycan” qəzetinin ilk nömrəsində dərc olunmuşdur. Oxuculara hər bəndin sonunda nəqarət kimi təkrarlanan:

Türkün tökülən qanları bihudə gedərmi?Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?,-

müraciəti ilə başlanan və bir marş, himn təsiri bağışlayan “Türkün nəğməsi” şeiri həcmcə cəmi on doqquz misradan ibarət olsa da, şair bu on doqquz misraya böyük bir kitaba sığacaq mənanı sığışdırmağa müvəffəq olmuşdur( Şeirin birinci bəndinin səkkiz, ikinci bəndinin doqquz misra kimi verilməsi redaksiya xətası da ola bilər. Bizcə, birinci bənd də doqquz misradan ibarət olmuş, çap prosesində mexaniki olaraq misraların biri unudulmuşdur. Şeirin avtoqrafı əldə olunmadığından hansı misranın düşməsini qəqiqləşdirmək mümkün deyil- İ. Q.).

Birinci Dünya müharibəsinin iştirakçısı olan və dağıdıcı, bəşəriyyətə fəlakətlər gətirən müharibəni dönə-dönə lənətləyən, müharibənin onda oyatdığı təəssüratlar barədə romantik poeziyanın şah əsərlərindən biri hesab edilən “İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah” poemasını yazan şair bu şeirində müharibəyə yeni bir qiymət verir. Rusiya imperiyasının dağılmasının birbaşa cahan savaşı və Rusiyanın bu müharibədə uduzması ilə bağlı olduğu qənaətində olan müəllif ələ düşmüş fürsətdən bəhrələnərək illər boyu arzusunda olduğu,

157

Page 158: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

uğrunda can və qan verdiyi azadlığını elan etmiş milləti qazandığı hürriyyəti qorumaq üçün birliyə və tarixin dərslərindən ibrət götürməyə şağırır. M. Hadi bildirir ki, türk qövmünün dörd ildə müharibə meydanlarında axıtdığı qan və verdiyi can öz məfkurəsi, istiqlalı uğrunda olmuşdur və bunlar nə hədər getməz, nə də unudulmaz. Zəfərini qan ilə qazanan türk milləti nə dəhşət, od püskürən dövlətlərin hədə-qorxularından, nə də “dəsti-əcəldən”, ölüm və məhv olmaq təhlükəsindən zərrə qədər çəkinməz. Dünya təməlindən tərsinə çevrilsə belə:

Türkün üzü çevrilməyəcək səmti-əməldən,Türklər geriyə dönməyəcək misli-əməldən.Bu əməl isə türklərin hürr və azad yaşamaq eşqidir ki, bunu da “xuni-şəhi-

dan” və “himməti-türkan” ilə əldə etmək olar. Artıq bu azadlıq əldə edilib və şai-rin qəti inamına görə başqa millətlərdən daha yaxşı, daha firavan yaşamaq istəyən xalq (M. Hadidə “Yüksək yaşamaq istər isən cümlə miləldən-İ. Q.) qazandığı azadlığı qorumağı da bacarmalıdır.

M. Hadi orta məktəbin XI sinfində də tədris olunur və XI sinfin “Ədəbiyyat” dərsliyinin “XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı” icmalında ondan vətən və hürriyyət şairi kimi bəhs olunaraq iştirak etdiyi mətbuat orqanları və çap etdirdiyi kitablarla yanaşı, iki əsəri haqqında da bir neçə cümlə ilə məlumat verilir. Bunlardan biri dərslikdə adı çəkilməsə də, birinci və üçüncü bəndləri nümunə kimi göstərilən “El fəryadı” şeiri, digəri isə “Əlvahi-intibah” poemasıdır. Təbii ki, bu qısa məlumat nə müəllimləri, nə də şagirdləri M. Hadini tanımağa bəs etməz.

“El fəryadı” şeiri ilə bağlı müəllimin aşağıdakıları şagirdlərə mənimsətməyi məqsədəuyğundur. “El fəryadı” əsəri 1906-cı ilin 16 dekabrından 1907-ci ilin 26 martına qədər (cəmi 14 nömrə) Bakıda nəşr olunan, ilk vaxtlar Mehdi bəy Hacınıskinin, sonra isə Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə çıxan “Təkamül” qəzetində “Həqiqətpərvər” imzası ilə dərc olunmuşdur. Dərslikdə “Vətəndir” rədifi ilə verilmiş iki bənd məhz bu şeirdəndər.

Altı bəndlik şeir bütünlüklə azadlığın tərənnümünə həsr olunmuşdur. Vətənin inkişafının hürriyyət və sərbəstliklə bağlı olduğunu söyləyən müəllif şeirin ilk bəndində bildirir ki, millət hürriyyət sayəsində inkişaf edərək yüksək fikirləri kəsb edə, hər mülk, məmləkət həqiqi qiymətini anlaya bilər. Avropalılar azadlıqlarını əldə etdiklərindən kamal sahibi olduqları halda, digər millətlər əsarət altında olduqları üçün maarif və mədəniyyətdən məhrum edilərək məhv edildi.

Sonrakı bəndlərdə M. Hadi qeyd edir ki, cəmiyyətdə şəxs, söz, fikir və qələm azad olmalıdır ki, “Hər kəs gələ hürriyyət ilə şövqə, xüramə”. Sərbəstlik olmalıdır ki, insan məramına çatmaq üçün qəti addımlar ata, vətənin çiçəklənməsi üçün işlərini davam etdirə bilsin. Bunun üçün elə bir cəmiyyət qurulmalıdır ki, o cəmiyyətdə:

Hər kəs həqi-məşruinə sahib gərək olsun,Qayətdə ədalətli qəvanin qoyulsun,

158

Page 159: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Ən faidəli qaidələr cari olunsun,Mizani-ədalət və müsavat qurulsun.M. Hadinin təsvirində yaşadığı məmləkətdə bunlar olmadığından “Fasid

olub əlhəqq vətənin abü havası” və bu vətənin əvvəlki əmin-amanlığından əsər-əlamət yoxdur. Məmləkətdəki hərc-mərcliyə son qoymaq üçün yeni qanuni-əsasi – konstitusiya meydana qoyulmalı, orada elə maddələr olmalıdır ki, onların sayəsində vətənin dərdlərinə çarə tapılsın.

Şerin beşinci bəndi məzmununa görə əvvəlki bəndlərdən fərqlidir. Bu bənddən anlaşılan məna bundan ibarətdir ki, “milləti şahrahi-fünunə” sövq etmək üçün minlərcə vətənpərvərlər canlarından keçib, al-qanlarına qərq olaraq hürriyyətin dadını kütlələrə dadızdırmağa cəhd etmişlər. Millətin xoşbəxtliyi üçün iş görmək əvəzinə boş-boş danışıb özlərini millət qəhrəmanı kimi gözə soxmağa çalışanlara vətən uğrunda şəhid olanları nümunə göstərən şairin qəti qərarı belədir: danışmaqdansa iş görmək, sözdən əmələ keçmək lazımdır.

Sözdən əmələ keçməməyin nəticəsidir ki, məmləkətdə:Zülm atəşi hər yanə saçır dudeyi-zülmət,Biçarə vətən sanki olub məhşəri-şərrət,Səhrayi-bəladə gəzir avarə rəiyyət.“Vətən ana, vətəndaşları isə onun övladlarıdır”, - deyən şair sual edir:Övladını bəslərmi belə madəri-şəfqət?Cavab aydındır: Nə vətən övladının bu halına dözməli, nə də övlad vətənin

bu kökə qüşməsinə pazı olmamalıdır. Bəs nə etməli? Cavab aydındır: - Ayağa qalxıb əl-ələ verməli, vətənin və millətin hürriyyətini qazanmalı!

Dərslikdə adı çəkilən, “milli ideyalar və şeiriyyət, sənətkarlıq baxımından ədəbiyyatımızın şah əsərlərindən biri sayılmağa layiq” əsər kimi qiymətləndirilən “İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah” poeması Birinci Dünya müharibəsinin ifşasına həsr olunmuş əsərdir.

Bu əsər 1918-ci ildə Bakıdakı “Turan” mətbəəsində üç kitabça halında çap olunmuşdur.

İnsan və onun əməlləri barədə dərin düşüncələrin məhsulu olan bu poman-tik-fəlsəfi poemada əvvəldən axıradək ardıcıl şəkildə belə bir konsepsiya izlənilir və şərh olunur: İnsan yer üzünün sahibi, yaranmışların ən kamili və ən gözəli, ən güclüsü, ən xoşbəxtidir. Eyni zamanda onun kimi yırtıcı və vəhşi məxluq yoxdur. Bütün tərəqqilərə də, faciələrə də səbəb yalnız insandır. İnsan ürəyinin iki daimi sakini var: mələk və şeytan.

Şairin fikrincə, bəşər tarixindəki faciələrin törənməsinin başlıca səbəbi müx-təlif xarakterli insanların ürəyində ümumi məhəbbətin yurd-yuva qura bilməməsi-dir.

M. Hadinin qənaətinə görə, beyni maarif ziyası ilə işıqlanmayan şəxs bütün ömrü böyu səfalət içində yaşamağa məhkumdur. Cəmiyyət nə qədər ədalətsiz qanunlarla idarə olunarsa, insanın nəsibi dərd, qəm və müsibət olacaqdır.

159

Page 160: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Keçmiş, hazırkı dövr və gələcəyi nəzərlərində canlandırıb onlarla həmsöh-bət olan şair bügünkü zülmü dünənki məşəqqətlərin məntiqi davamı kimi qəbul edir, düşünür və düşündürür. Bu düşüncələri ilə həm həməsrini, həm də gələcək oxucusunu hərcmərcliyin, naqisliyin, geniş mənada bəşəriyyəti fəlakət girdabına doğru sürükləyən müharibələrin qarşısını almağa çağırır.

Yekunlaşdırsaq belə bir nəticəyə gəlmək olar ki, orta məktəbdə klassik ədə-bi nümunələri, xüsusilə dili ərəb-fars və osmanlı türkcəsindən gələn ibarələrlə zəngin olan M. Hadini tədris etmək üçün peşəkarlıqla yanaşı, ədəbi fikir tariximizi də kifayət qədər mənimsəmək, klassik nümunələrlə işləmək vərdişlərinə də yiyə-lənmək lazımdır.

160

Page 161: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

S.H. MEHDİYEVA

QEYRİ -AZƏRBAYCANDİLLİ AUDİTORİYADA AZƏRBAYCAN DİLİ

Açar sözlər: rus dili, alman dili, ingilis dili, fransız dili, Azərbaycan dili, öyrən-mək.

Ключевой слова: русский язык, немецкий язык, английский язык, французс-кий язык, азербайджанский язык, исследование

Key words: russian language, german language, english language, french language, azerbaijani language, research.

Tarixən Qafqazda müxtəlifdillilik şəraitində Azərbaycan türk dilinin xalqlar arasında ən geniş istifadə vasitəsi olunması XX əsrin sonu XXI əsrin əvvəllərində, yəni bu gün də öz mahiyyətini saxlamış və hətta bir qədər də artmışdır. Respubli-kamız müstəqillik əldə etdikdən sonra Azərbaycan Demokratik Respublikasının dünyaya inteqrasiya etməsi ölkənin əsas kommunikativ vasitəsi kimi Azərbaycan dilinin həm xarici ölkələrlə münasibətlərin qurulmasında, həm də ölkə və region daxilində mədəni-iqtisadi məsələlərin həllində həlledici vasitəyə çevrilməsi zəru-rətini yaratdı. Respublika əhalisinin əsas hissəsini təşkil edən Azərbaycan türkləri-nin Ana dili olan Azərbaycan türk dili və onun istifadə qanunauyğunluqlarının tədrisi müstəqillik illərində sözün həqiqi mənasında dövləti səviyyəyə qaldırıldı ki, bu da, haqlı olaraq, müstəqilliyimizin ən ümdə uğurlarından biri kimi qiymət-ləndirildi: Azərbaycan dilinin respublikanın ictimayi və siyasi həyatının bütün sa-hələrində uğurlu tətbiqi ilə əlaqəli qarşıya qoyulan vəzifələri və vacib proyektlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Döv-lət dilinin tətbiqi üzrə dövlət Komissiyası yaradıldı və “Azərbaycan dili Dövlət Proqramı” hazırlanıb, Milli Məclisdə müzakirədən sonra ölkə Prezidentinin təsdi-qinə təqdim edilmişdir.

Proqramda Azərbaycan dilinin Dövlət Dili kimi vacib və ümdə məsələləri –Dövlət dilinin təlimi, ali və orta məktəblərin rus dilli bölmələrində Azərbaycan di-linin tədrisi və bu məqsədlə dərsliklərin və dərs vəsaitlərinin hazırlanması, onların nəşr olunması məsələləri əksini tapmışdır. Bütün bunlar müstəqilliyimizin bərpa edilməsindən sonra Azərbaycan dilinin tədrisi və təbliği işində görülən işlər ol-muşdur. Müstəqilliyimizdən sonra həm ölkə daxilində, həm də ölkə sərhədlərin-dən kənarda, Azərbaycan Demokratik Respublikasının inteqrasiya etdiyi Avropa ölkələrində Azərbaycan dilinin mahiyyəti əsl vətəndaşlıq qayəsi ilə dərk etdiril-miş, Dövlət dili olaraq onun nüfuzu, hüquq dairəsi genişlənmiş, yüksək səviyyəli Avropanın siyasi məclislərində səslənməyə başlamışdır. Bunun üçün biz azər-baycanlılar Ana dilimizə göstərdiyi bu böyük və görünməmiş qayğıya görə xal-qımızın ümummilli lideri Heydər Əliyevə və onun səriştəli davamçısı möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyevə öz dərin minnətdarlığımızı bildiririk.

161

Page 162: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Xatırladaq ki, rusdilli orta və ali məktəblərdə Azərbaycan dilinin tədrisinə hələ Demokratik Azərbaycan Respublikasının ilk təşkilati məsələlərindən biri ki-mi baxılmış, respublikada, xüsusən ölkənin mərkəzi Bakı şəhərində çoxsaylı rus məktəblərində Azərbaycan dili –ölkənin milli dili kimi geniş dairədə tədris edil-mişdir. Ədalət naminə demək lazımdır ki, bu iş Azərbaycanda Demokratik res-publikanın süqutundan sonra Sovet sistemi şəraitində də davam etdirilmişdir. La-kin necə? Bu suala cavab vermək üçün hamımızın oxuduğumuz məktəblərin rus bölmələrində, yaxud övladlarımızın, tanışlarımızın övladlarının oxuduqları rus məktəblərində Azərbaycan dilini tədris edən müəllim kadrları xatırlamaq məncə kifayət edər. Kimlər idi bu müəllimlər? Bu gizli deyil ki, ən bəsit, ən zəif (həm fi-ziki, həm zehni, elmi baxımdan!) müəllim kadrları işlə təmin etmək üçün rus böl-məsində Azərbaycan dili müəllimi işləmək yada düşürdü. Mən bu vəzifədə işləyən ixtisasca filoloq olmayan kadrları hələ demirəm. Rus bölməsində Azərbaycan dili fənninin tədrisi probleminin “faciəsi” məhz buradan başlayırdı. Qeyd etmək istə-yirəm ki, şəhərlərimizdə və bəzi rayon mərkəzlərində mövcud olan rus məktəb-lərində Azərbaycan dilinin tədrisini tənzimləyən sovet dönəmində mövcud olan “Maarif” idarəsi bu işin siyasi –ideoloji mahiyyətinə varmadan icra edirdisə, əksər hallarda bu, milli-siyasi məqsəd kimi sovet şovinizminin nəticəsi idi: bunu izah et-mək üçün, rus ali və orta məktəblərində həm də Azərbaycan dilini 20 il tədris et-miş və bu sahədə “Əməkdar müəllim” fəxri adına layiq görülmüş bir vətəndaş –müəllim kimi, müşahidə etdiyim bir cəhətə diqqətinizi yönəltmək istəyirəm: Azər-baycan dili dərsini tədris etdiyim qruplarda çoxluğu bizim öz milli ailələrimizdən gələn Azərbaycan gəncləri təşkil edirdi və bu gənclər yüksək intellektuallıqları ilə seçilirdilər. Deməli, bunlar orta məktəblərdə də seçilmiş, öz intellekt səviyyəsi ilə fərqli şagirdlər olmuşlar. Lakin siyasi-ictimayi və çox vaxt da rus təhsil sisteminin daha mükəmməl olması ilə əlaqədar olaraq, ziyalı ailələr (yazıçılar müstəsna ol-maqla) övladlarını rus bölməsində oxudurdular və bu, indi də vardır. Uzaqgörən sovet şovinist siyasəti bunu nəzərə alaraq, rus bölməsində oxuyan gənclərdə öz di-linə, ədəbiyyatına, ümumən mədəniyyət tarixinə hörmətsizlik vasitəsi kimi bu yol-dan, yəni rus bölməsində Azərbaycan dilini bəsit şəkildə tədris etməkdən bir vasi-tə kimi istifadə etmişdir. beləliklə də, bizim intellektual səviyyəli övladlarımıza ana dili bəsit şəkildə təqdim edilmişdir. Təəssüflər olsun ki, uzun müddət rus böl-mələrində Azərbaycan dili fənni dövlətin rəmzi olaraq yox, lazımsız, bəsit ikinci dərəcəli, fakültativ bir fənn kimi tədris edilmiş, Azərbaycan dili və ədəbiyyatı bü-tün zənginliyi ilə yox, bəsit, “kasıb” bir fənn kimi təqdim edilmişdir. Əslində, rus bölməsində Azərbaycan dili fənni qeyri-azərbaycandilli auditoriyaya ayrılmış ilk cığır, necə deyərlər, “ön cəbhədir”. Rus bölmələrində Azərbaycan dili mükəmməl proqrama əsaslanmalı, qeyri-azərbaycandilli auditoriya Azərbaycan dilinin bütün zənginliyi və gözəlliyi ilə bu proqramda əksini tapmalıdır.

Qeyri-azərbaycandilli (rus, alman, ingilis, fransız və s.) auditoriyalarda Azərbaycan dilinin uğurlu tədrisi üçün bir incə amil son dərəcə vacibdir.

162

Page 163: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Əvvəla, rus (alman, ingilis, fransız) auditoriyası ilə işləyən müəllim savadlı, geniş erudisiyalı, Azərbaycan dilinin, ədəbiyyatının, tarixinin, coğrafiyasını, təbiə-tini, etnoqrafiyasını, musiqi tarixini, çağdaş durumunu, perspektivlərini, ümumən “Azərbaycanşünaslıq” elmini gözəl bilməli, eləcə də “Azərbaycançılıq” ideologi-yasına sadiq olmalıdır. Mən öz təcrübəmdən deyirəm ki, belə xətlər üzrə qurulan dərslər, xüsusən I yarımilliyin ilk, yəni sentyabr-oktyabr ayında oxunan “Azər-baycanşünaslığa giriş” adlandırdığımız ilk mühazirə sonrakı uğurlu dərslərin baş tutmasına zəmanət verir. Özü də, bu ilk mühazirə auditoriyanın dilində – yəni rus dilində aparılarkən daha gözəl effekt verir.

Deməli, rus (alman, ingilis, fransız) bölməsində Azərbaycan dilini tədris edən müəllim həm də rus dilini –auditoriyanın dilini mükəmməl, mühazirə oxu-maq səviyyəsində bilməli, nitqi gözəl, tələffüzü düzgün olmalıdır, çünki müəllim bir sözü düzgün tələffüz etməzsə, bu onun elmi nüfuzunu aşağı salar. İlk mühazi-rənin – “Azərbaycanşünaslığa giriş” hissəsinin uğurlu alınması üçün müəllim yu-xarıda sadaladığımız fənləri yüksək səviyyədə bilməli və bu mühazirəni gözəl, sə-lis, təmiz tələffüzlü rus (alman, ingilis, fransız) dilində oxumağı bacarmalıdır. Özünü bu şəkildə auditoriyaya təqdim edən müəllim, qeyd edim ki, tədris etdiyi 2 il müddətində öz nüfuz dairəsini təmin etmiş olur.

Tədrisin uğurlu aparılması üçün dərsliklərin səviyyəsi mükəmməl olmalıdır. Dərslik fənnin tədrisində və dilin mənimsənilməsində ikinci əsas amildir. Dərslik-lər aydın, anlaşıqlı dillə yazılmalı, tələbənin, şagirdin Azərbaycan dilini mənimsə-məsi üçün özünə cəlb etməlidir. Aşağı siniflərdə bu rəngli şəkillər vasitəsilə edi-lərsə, ali məktəb səviyyəsində bunlar hər bir konkret mövzu ilə əlaqədar olan cəd-vəllər, diaqramlar, məzmunlu informasiyalar vasitəsilə edilə bilər.

Təcrübə göstərir ki, rus məktəbləri üçün “Azərbaycan dili” dərslikləri, xüsu-sən orta məktəblər üçün, texniki ali məktəblər üçün yazılan dərsliklər öyrənənlərin dilində – yəni rus (alman, fransız, ingilis) dilində olması daha münasibdir. Belə olduğu halda şagird, tələbə Azərbaycan dili qanunauyğunluqlarının izahını daha tez və daha səmərəli qavraya bilir. Bu təcrübəni biz Azərbaycan Dövlət Neft Aka-demiyasının rus bölmələrində Azərbaycan dilini tədris edərkən sınaqdan keçirmi-şik və nəticəsi də Məhəmməd Füzulinin 500 illiyi ilə əlaqədar Akademiyanın ke-çirdiyi yubiley tədbirlərində keçirdiyimiz açıq dərsimizdə öz səmərəsini göstərdi: Füzulinin “Məni candan usandırdı...” qəzəlini tələbələrin (əsasən qeyri-azərbay-canlı tələbələrin) necə mənimsəmələrini Akademiyanın keçirdiyi sessiyasında biz Füzuli haqqında çıxışımızı həmin açıq dərs vasitəsilə təqdim etdik və bu dərsi Akademiyanın akt zalında iştirak edən çoxsaylı auditoriya çox yaxşı qarşıladı. Yə-ni “Azərbaycan dili” dərsliyi, yaxud dərs vəsaiti rus dilində olduqda tələbələr çox az müddətdə öyrəndikləri dilin qanunlarını bildikləri dil vasitəsilə daha tez mə-nimsəyirlər.

Azərbaycan dili dərsliklərində ədəbi oxu – qiraət materialları xüsusi həssas-lıqla seçilməli və ayrıca kitab şəklində əsas dərsliyə əlavə kimi çap olunmalıdır:

163

Page 164: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

yəni “Азербайджанский язык” adlı dərsliyə köməkçi vasitə kimi oxu materialları da əlavə çap olunmalıdır.

Möhtərəm Prezidentimizin 24 may 2012-ci il sərəncamında xüsusi vurğu-landığı kimi, Azərbaycan dilinin öyrənilmə sahələrinin genişləndirilməsi məqsədi-lə təklif edirik ki, Respublikamızda mövcud texniki ali məktəblərdə “Azərbaycan ədəbi dili tarixi”, “Nitq mədəniyyəti” ayrıca fənlər kimi tədris olunsun.

164

Page 165: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

İ.O. MƏMMƏDLİ

ORTA MƏKTƏBLƏRİN “AZƏRBAYCAN DİLİ” DƏRSLİKLƏRİNDƏKİ BƏZİ MƏQAMLAR HAQQINDA MÜLAHİZƏLƏR

Açar sözlər: Azərbaycan dili, dərslik, dilçilik.Ключевой слова: Азербайджанский язык, учебник, языкознаниеKey words: Azerbaijani language, textbooks of linguistics.

Test üsulu ilə qəbul imtahanlarının keçirildiyi son iyirmi ildə dərsliklərin el-mi-nəzəri səviyyəsi yüksəlmiş, onlara bəzi yeni mövzular, materiallar daxil edil-miş, eyni zamanda tapşırıq və mətnlərin forma və məzmunu çağdaş ictimai quru-luşa uyğunlaşdırılmışdır. Təbii ki, bu iş bundan sonra da davam etdiriləcəkdir.

Orta məktəb üçün “Azərbaycan dili” dərslikləri bütövlükdə müasir pedaqo-gika və metodika elmlərinin, habelə dilçilik elminin tələblərinə cavab versə də, bu dərsliklərdə bəzi qeyri-dəqiqliklər, ziddiyyətli fikirlər də müşahidə olunur.

Bunlardan bəzilərinə nəzər salaq.V sinfin “Azərbaycan dili” dərsliyinin (Bakı, 2001) 150-ci səhifəsində oxu-

yuruq: “I və II şəxslərə aid mənsubiyyət şəkilçilərini qəbul edən isimlər əşyanın, əsasən, insana mənsubluğunu bildirir; məsələn:

mənim həvəs – im, arzu – m; sənin həvəs – in, arzu – n; bizim həvəs – imiz, arzu – muz.

III şəxsə aid mənsubiyyət şəkilçisini qəbul edən isim isə əşyanın insana de-yil, başqa əşyalara da mənsubluğunu ifadə edə bilir; məsələn, Əlinin kitab-ı, ağa-cın budağ-ı və s.

Burada dəqiqlik xətrinə yazılmalı idi:“III şəxsə aid mənsubiyyət şəkilçisini qəbul edən isim əşyanın yalnız (əlavə

bizimdir – İ.M.) insana deyil, başqa əşyalara da mənsubluğunu ifadə edə bilir”.Belə olduqda daha dəqiq aydınlaşır ki, III şəxs mənsubiyyət şəkilçiləri ismə

artırılarkən əşyanın həm insana, həm də başqa əşyalara mənsubluğunu ifadə edir.Həmin kitabın 152-ci səhifəsində də dəqiqləşdirmə aparmağa ehtiyac duyu-

lur. Burada yazılır:“İsimlər də feillər kimi, şəxsə görə dəyişə bilir; məsələn:

Feilin dəyişməsi: İsmin dəyişməsi:

görür – əm şagird – əmgörür – sən şagird – səngörür – şagird – dirgörür – ük şagird – ikgörür – sünüz şagird – sinizgörür – lər şagird – dirlər

165

Page 166: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

İsimlərdə mənsubiyyət şəkilçiləri də, şəxs şəkilçiləri də şəxslə bağlıdır, lakin bunlar bir-birindən əsaslı surətdə fərqlənir” (səh. 152).

Lakin buradan aydın olmur ki, bunlar bir-birindən əsaslı surətdə nə ilə fərqlənir.

Başqa bir tərəfdən, isimdəki bu “şəxs şəkilçiləri” sonrakı siniflərin dərsliklərində xəbərlik şəkilçiləri kimi təqdim olunur. Buradan da belə məlum olur ki, ismin şəxsə görə dəyişməsi kimi təqdim olunan bu şəkilçilər həm şəxs şəkilçiləridir, həm də xəbərlik. Bu da, şübhəsiz, müəyyən dolaşıqlıq, çaşqınlıq yaratmaya bilməz. Bu ziddiyyətli məqamı nəzərə alaraq feil olmayan nitq hissələrinə artırılıb onları cümlənin xəbəri elan edən xəbərlik şəkilçiləri imtahan sual kitabçalarında “xəbərlik (şəxs) şəkilçiləri” kimi təqdim olunur.

157-ci səhifədə oxuyuruq:“İsimlər adlıq halda cəm və mənsubiyyət şəkilçiləri ilə də işlənə bilir”.

Bizcə, bura şəxs (xəbərlik) şəkilçilərini də əlavə edib yazmalı idilər:“isimlər adlıq halda cəm, mənsubiyyət və xəbərlik şəkilçiləri ilə də işlənə

bilir. Bu vaxt həmin isimlər yenə adlıq hal olaraq qalır”.V sinfin “Azərbaycan dili” dərsliyinin 99-cu səhifəsində yazılır: “Mürəkkəb

feillər” (kömək etmək, razı qalmaq, şad olmaq və s.), mürəkkəb saylar (on iki, otuz beş, yüz əlli və s.) ayrı yazılır”.

Həmin kitabın 203-cü səhifəsində isə oxuyuruq: “Say quruluşca üç yerə bölünür: sadə, düzəltmə, mürəkkəb-tərkibi”. Göründüyü kimi, indi mürəkkəb say termini mürəkkəb – tərkibi say termini ilə əvəz edilmişdir.

Daha sonra yazılır: “Mürəkkəb – tərkibi saylar ən azı iki sözün birləşməsi ilə yaranır. Məsələn: üç-dörd, beş-altı, on-on beş, on doqquz, min doqquz yüz otuz üçüncü... və s.”.

Bir azdan məlum olur ki, əslində mürəkkəb saylar ciddi şəkildə tərkibi saylardan fərqləndirilir: mürəkkəb saylar dedikdə defislə yazılanları (üç – dörd, beş – altı və s.), tərkibi saylar dedikdə isə ayrı yazılanları (on doqquz, min doqquz yüz doxsan üçüncü və s.) nəzərdə tutulur Mürəkkəb – tərkibi saylar isə onların hər ikisinin ümumi adı kimi götürülür. Abituriyentlər bunu nəzərə almalıdırlar ki, imtahan sual kitabçalarında mürəkkəb – tərkibi say terminindən yox, konkret olaraq sadə, düzəltmə, mürəkkəb (defislə yazılanlar) və tərkibi say (ayrı yazılanlar) terminlərindən istifadə olunur.

VI sinfin “Azərbaycan dili” (Bakı, 2001) dərsliyinin 13-cü səhifəsində feil-lərin quruluşca növləri belə şərh olunur: “Feillər quruluşca üç növ olur: sadə, dü-zəltmə, mürəkkəb – tərkibi... Mürəkkəb feillər iki sözün birləşməsindən düzəlir, məsələn, atıldı – düşdü, ölçdü – biçdi, çalıb – oynayır, deyir – gülür, çalışdı – vu-ruşdu, bəzənib – düzənir və s.

Daha sonra qeyddə oxuyuruq:“Bütün mürəkkəb sözlər kimi, mürəkkəb feillər də iki müstəqil sözün

(köməkçi sözün yox) birləşməsindən əmələ gəlir. Adam ol, yaxşı oldu, kömək et 166

Page 167: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

kimi tərkibi feillərdəki ikinci söz müstəqil deyil, köməkçi vəzifə daşıyır və belə sözlərə mürəkkəb feil demək olmaz”. İzahatda yazılır: “Mürəkkəb feilləri əmələ gətirən sözlərin hər biri qrammatik cəhətdən dəyişə bilir; məsələn: çalışır – vuruşur, çalışdı – vuruşdu... Tərkibi feillərdə yalnız sonuncu (ikinci) söz dəyişir; məsələn: yaxşı oldu, yaxşı olar, yaxşı olacaq və s”. (səh. 13-14).

Ümumən, V və VI siniflərin “Azərbaycan dili” dərsliklərində mürəkkəb söz konkret olaraq mürəkkəb feil termini müxtəlif cür verilmişdir. V sinfin dərsliyində mürəkkəb feil kimi təqdim olunan nümunələr (məs.: kömək etmək, razı qalmaq və s.) VI sinfin kitabında tərkibi feillər kimi tanıdılır*. “Azərbaycan dili” dərsliklərini ayrı-ayrı müəlliflər yazsalar da, buradakı dilçilik termin və anlayışlarında vahidliyə əməl olunmalıdır. Əks təqdirdə abituriyentlər çıxılmaz vəziyyətdə qalarlar.

VII-VIII siniflər üçün “Azərbaycan dili” dərsliyində (Bakı, 2001) də bəzi ziddiyyətli məqamlar var. Məsələn, burada təyini söz birləşmələrinin cümlə üzvü vəzifəsində çıxış etməsi haqqında iki müxtəlif fikir verilir. 31-ci səhifədə yazılır: “İkinci və üçüncü növ təyini söz birləşmələri tərəflərinə ayrılmadan bütövlükdə cümlənin bir üzvü kimi çıxış edir”. Lakin həmin dərsliyin 32-ci səhifəsindəki qeyddə isə bu fikrin əksi verilir: “Bəzi hallarda III növ təyini söz birləşmələrinin birinci tərəfi I və II şəxs əvəzlikləri ilə (burada da dəqiqlik üçün yazmaq lazım idi: I və II şəxslərin cəmində olan əvəzliklərlə – İ.M.) ifadə olunur, lakin tərəflərdə bunlara uyğun mənsubiyyət şəkilçiləri işlədilmir. Məsələn, bizim qızlar, sizin ellər. Belə birləşmələri tərəflərinə ayırıb, I tərəfi təyin, II tərəfi isə sualına müvafiq cümlə üzvü kimi təhlil etmək lazımdır. Məsələn: “Bəlkə, indi siz bizim kəndə gedəsiniz?” cümləsində bizim sözü təyin, kəndə sözü isə zərflikdir”.

Beləliklə, III növ təyini söz birləşmələrinin sintaktik vəzifəsinin müəyyənləşdirilməsində vahid prinsip gözlənilmir. Bizcə, çaşbaşlıq yaratdığından 32-ci səhifədəki qeydə ehtiyac yoxdur.

46-cı səhifədə cümləyə belə tərif verilir: “Sözlərin bitmiş fikir ifadə edən birləşmələrinə cümlə deyilir”. Əvvəla, bu tərifdən çıxış edərək abituriyent cümləni də söz birləşməsi hesab edə bilər. İkincisi, bir sözdən ibarət olan cümlələr də (dərsliyin özündə də göstərildiyi kimi) var ki, bu tərifdə belə cümlələr kənarda qalır.

Dərsliyin 63-cü səhifəsində oxuyuruq: “Mübtəda o, bu işarə əvəzlikləri ilə ifadə olunduqda, onlardan sonra vergül qoyulur. Məsələn, Bu, qartal idi. O*, göy otların üzərinə sərilmişdi...”

Bizə belə gəlir ki, burada o, bu sözlərindən sonrakı işarə sözü artıqdır. Əks təqdirdə bu sözlərdən belə çıxa bilər ki, bu əvəzliyi ilə yanaşı, o əvəzliyini də bütün məqamlarda işarə əvəzliyi kimi göstərmək lazımdır.

* Feillərin quruluşu ilə bağlı test suallarında da saylarda tətbiq olunan prinsip əsas tutulur: sadə, düzəltmə, mürəkkəb (defislə yazılanlar), tərkibi (ayrı yazılanlar) feillər.* Bu cümlədə o sözü işarə yox, şəxs əvəzliyi kimi götürülməlidir.

167

Page 168: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Yuxarıdakı qeyddə az qala o əvəzliyindən şəxs əvəzliyi kimi imtina edilirsə, V sinfin “Azərbaycan dili” dərsliyində isə, əksinə, nəinki o əvəzliyinin, hətta bu əvəzliyinin də isim kimi işlənən məqamlarına şəxs əvəzliyi kimi baxılır (229).

Bütövlükdə V sinfin dərsliyində o, bu əvəzlikləri çox dolaşıq izah olunur (229). Halbuki bunu aydın göstərmək lazım idi ki, bu əvəzliyi özünün bütün işlən-mə məqamlarında (hətta şəxs əvəzliyinin yerində işləndikdə – işlənmədikdə də) işarə əvəzliyidir. O isə, doğrudan da, omonimlik səciyyəsi daşıyır. Belə ki, bu əvəzlik kim? nə? suallarına (bütün hallarda) cavab verib cümlənin mübtədası, ta-mamlığı, bəzən də xəbəri kimi çıxış etdikdə şəxs əvəzliyi olur; yalnız hansı? Sua-lına cavab verib təyin kimi işləndikdə işarə əvəzliyi olur. Məsələn: O, tələbədir (kim?). Onu yaxşı tanımıram (kimi?). O tələbə (hansı tələbə?) yalnız əla qiymət-lərlə oxuyur. O işi sənə tapşırmaq istəyirik (hansı işi?).

VII-VIII siniflər üçün “Azərbaycan dili” dərsliyinin 29-cu səhifəsindəki 92-ci çalışmada təyini söz birləşmələrini başlanğıc formada ayrı-ayrı sütunlarda yazmaq tələb olunur. Halbuki verilən nəzəri izahlarda söz birləşməsinin başlanğıc formasının nə olduğu haqda heç nə yoxdur. Həmin terminə abituriyent yalnız bu çalışmada rast gəlir. Bizcə, bu terminin izahı ona görə vacib idi ki, o, V sinifdə öyrənilən sözün başlanğıc forması anlayışı ilə qarışdırılmasın. İzah etmək lazım idi ki, söz birləşməsinin başlanğıc forması dedikdə I növ təyini söz birləşmələri üçün adlıq hallı, II və III növ təyini söz birləşmələri üçün mənsubiyyət şəkilçili struktur nəzərdə tutulur; məsələn, a) sərin hava; b) dağ havası; c) dağın havası. Əgər belə bir izah olmasa, abituriyentlər sözün başlanğıc formasını da hər cür qrammatik şəkilçidən (deməli, həm də II və III növ təyini söz birləşmələrindəki mənsubiyyət şəkilçisindən də) kənarlaşdırılmış quruluş kimi başa düşə bilərlər.

Bu dərsliyin 24-cü səhifəsində “müğənninin oxumağı” (ikinci – əsas tərəfi məsdərdən ibarət olan söz birləşməsi), bizcə, haqlı olaraq III növ təyini söz birləşməsi kimi götürülür, ona görə ki, əvvəla, bu struktur həm bütünlükdə III növ təyini söz birləşməsi modelinə (Itj + IItm) uyğundur, ikincisi də, III növ təyini söz birləşməsinin hər iki tərəfi, o cümlədən də II tərəfi müxtəlif səciyyəli sözlərlə, habelə məsdərlərlə ifadə oluna bilər. İkinci tərəf üçün o biri sözləri qəbul edib, məsdəri qəbul etməmək hansı məntiqə sığar? Deməli, burada quruluş formasını – modeli əsas götürmək gərəkdir. Lakin bu dərsliyin 36-cı səhifəsində məsdər tərkiblərinə verilmiş tərifə (əsas tərəfi məsdərlə ifadə olunan tərkiblərə məsdər tərkibləri deyilir) əsaslanan abituriyent “müğənninin oxumağı” birləşməsini indi məsdər tərkibi də adlandıra bilər. Buradakı ziddiyyəti aradan qaldırmaq, təbii ki, vacib idi. Amma dərsliyin tərkiblər bölməsinin çox “xəsisliklə” işlənməsi abituriyentləri bəzi araşdırmalardan, aydınlaşdırıcı izahlardan məhrum edib.

“Ara sözlər” bəhsində nitqin hissələri arasında münasibəti (əlaqəni) bildi-rən ara sözlər məna növü kimi əslində başa düşülmür. Hiss olunur ki, sıra, nəticə – ümumiləşdirmə bildirən modal sözlər bu bölgüyə daxil edilib. Ümumən, modal sözlərlə (V sinif) ara sözlərin mənaca bölgüsü uyğunlaşdırılmalı idi. Burada bir sı-

168

Page 169: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

ra ziddiyyətlər, uyğunsuzluqlar görünür. Məsələn, modal sözlərin bölgüsündə təəssüf bildirənləri verilməmişdir. Eləcə də şagirdlər bilmir ki, modal sözlərin böl-güsündə olan bənzətmə və ya müqayisə bildirən ara sözləri hansı məna növünə daxil etsin (“Azərbaycan dili”, VII-VIII siniflər, səh. 160-162). Yəqin, yəqin ki sözləri VI sinfin dərsliyində ehtimal və şübhə bildirən modal söz (səh. 121) kimi verildiyi halda, VII-VIII siniflərin dərsliyində şagird onu yəqinlik bildirən ara söz və (səh. 161) kimi öyrənməli olur. Təsdiq (VI sinif) və yəqinlik (VII-VIII siniflər) sözləri az-çox uyğun gəlsələr də, termin kimi onlardan biri götürülüb hər ikisi (həm modal söz, həm də ara söz) üçün uyğunlaşdırılmalı idi. Şübhəsiz ki, indiki vəziyyətində şagird dərsliklərdən gələn fərqli terminologiya-dan (modal sözlər üçün təsdiq, ara sözlər üçün yəqinlik) istifadə etməyə məcburdur və tərtib olunan test suallarında da mövcud terminologiya ilə bağlı vəziyyət əks olunur.

Söz – cümlə bəhsində (VII-VIII siniflər) əsla sözü 166-cı səhifədə ədat, bir abzas sonra 167-ci səhifədə isə modal söz kimi təqdim olunur. Yeri gəlmişkən deyək ki, guya sözü VI sinfin dərsliyində (Bakı, 2001) həm bağlayıcı (səh. 109), həm də modal söz (səh. 122) kimi verilir. Əlbəttə, şagird əsla və guya sözlərinin iki cür verilməsini adi bir texniki səhv kimi nəzərə almalı, əsla sözünü ədat, guya sözünü isə modal söz kimi götürməlidir. Əsla sözü VI sinfin dərsliyində ədatlar bölməsində qeyd olunmadığı, guya sözü isə həm bağlayıcı, həm də modal söz kimi verildiyindən onlarla bağlı test tapşırıqları ümumən tərtib olunmur. İmtahan sualları kitabçasında da, təbii ki, belə testlər olmayacaq.

Şagird-abituriyent yalnız “Söz – cümlə” bəhsindən (səh. 166) öyrənir ki, bə-li, hə, yox, xeyr (elə əsla sözü də) sözləri ədat imiş, çünki VI sinif üçün yazılmış dərslikdə ədatlardan danışılmır.

Mübtəda ilə şəxsə görə uzlaşmayan əlavələrdən əlavə bəhsində yox, yalnız xüsusiləşmə bəhsində (o da qeyddə. Bax: Azərbaycan dili”, VII-VIII siniflər, səh. 175) danışıldığından abituriyent əslində belə əlavələri sonradan heç cür xatırlaya bilmir, unutmuş olur. Ona görə ki, öz əsl, təbii yerində verilməyib.

Belə uzlaşmayan əlavələrə aid bir-iki nümunəyə diqqət yetirək: 1. Mən, sə-nin atan, bu məsələdə daha məsləhətçin ola bilməyəcəyəm? 2. Biz, bu kəndin ca-maatı, qazdan və sudan korluq çəkirik. 3. Sən, Azərbaycan əsgəri, döyüşə həmişə hazır olmalısan. 4. Bütün bunlardan sonra siz, məni yersiz günahlandıranlar, çox şeyi başa düşmüş olacaqsınız.

Misallardan göründüyü kimi, fərqləndirilmiş söz birləşmələri I və II şəxs əvəzlikləri ilə ifadə olunmuş mübtədaların (müvafiq olaraq: mən, biz, sən, siz) əlavələridir. Bunlar ona görə uzlaşmayan əlavələr sayılır ki, mübtədanın neçənci – I və ya II şəxsdə olmasından asılı olmayaraq, bu əlavələr həmişə III şəxsdə olur; məs.: mən (I şəxsin təki, mübtəda) – sənin atan (III şəxsin təki, əlavə); biz (I şəx-sin cəmi, mübtəda) – bu kəndin camaatı (III şəxsin təki, əlavə). Belə cümlələrin xəbərləri də bu cümlələrin yalnız şəxs əvəzliyi ilə ifadə olunmuş mübtədaları ilə uzlaşır, həmin mübtədaların əlavələri ilə yox. Halbuki mübtədası isim və ismi bir-

169

Page 170: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

ləşmələrlə ifadə olunmuş cümlələrdə xəbər bu mübtədanın həm özü, həm də əla-vəsi ilə şəxsə görə uzlaşmış olurdu. Məsələn: Cəmil – köhnə dostum bu gün bizə gəlməlidir. Müqayisə et: Cəmil (III ş.t.) ← köhnə dostum (III ş.t.) ← gəlməlidir (III ş.t.) Belə cümlələrdə uzlaşma həmişə III şəxsə görə olur.

Əlbəttə, “Azərbaycan dili” dərsliklərindəki ziddiyyətli məqamları aradan qaldırmaq mümkündür. Məqalə də məhz həmin niyyətlə hazırlanmışdır. Arzumuz budur ki, dərslik müəllifləri nəyinsə çıxarılmasından, əvəz edilməsindən daha çox, dərsliklərin müasirliyi, mövzuların səriştəli bir tərzdə təqdim olunması, fikir və mülahizələrin dəqiq və birmənalı olması barədə düşünsünlər.

170

Page 171: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Q.İ. MƏŞƏDİYEV

AZƏRBAYCAN DİLİ – ANA DİLİ MÜQƏDDƏSDİR

Açar sözlər: Sərəncam, Prezident, Azərbaycan, oğuz, dünya.Ключевые слова: Приказ, Президент, Азербайджан, огузы, мировой.Key words: Order, President, Azerbaijan, oghuz, world

1. Xalqın tarixi on min illərlə, dilin tarixi isə min illərlə ölçülür, hələlik 5 min ildən artıq mövcud olmuş dil məlum deyil, amma Qazax rayonunun Damcılı yaşayış yerinin sakinləri 60 – 70 min il bizdən qabaq ömür sürüblər, Azərbaycan-da mezolit dövrü (12 – 13 min il əvvəl) əsasən Damcılı və Qobustan abidələri ilə səciyyələnir. Axı onların, həmçinin Naxçıvan Kültəpə mədəniyyəti sahiblərinin hansı dildə danışdıqları bizə məlum deyil.

2. Manna, Midiya, Aşquz, Atrapotkan, Alban – Appan dövlətlərinin tərkibindəki qəbilə və tayfaların da hamısı etnik cəhətdən türk deyildi. O zamanlar türk qəbilə və tayfaları Azərbaycanın müxtəlif bölgələrdə pərakəndə halında “ada” şəklində yaşayırdılar, yüz illər keçdikcə onlar sayca çoxaldılar, əraziləri genişlən-di, qonşuluqlarındakı qəbilə və tayfalar, o cümlədən midiyalıların da böyük bir hissəsi onların tərkibinə daxil olub tədricən dilcə türkləşdilər. Bunun özü də çoxəsrlik mürəkkəb prosesdir. Həmin “adalar” arasındakı sərhədlər aradan çıxdı, onlar birləşərək, necə deyərlər, vahid bir kontinent yaratdılar və beləliklə də, Zəncandan, Həmədandan, Naxçıvandan, Qazaxdan tutmuş və Alazan vadisinə və Dərbəndədək böyük bir ərazidə vahid Azərbaycan xalqı və onun ümumünsiyyət vasitəsi olan ümumxalq Azərbaycan dili yarandı.

3. Bu işdə aparıcı rolu türkmənşəli qəbilə və tayfalar oynamışlar, lakin bunlar təkcə eramızın ikinci yüzilliyindən etibarən Azərbaycana gələn hunlar, kəngərlər, savirlər, onoğurlar, xəzərlər, qıpçaqlar, oğuzlar deyil, əsas qüvvəni daha əvvəlki yüzilliklərdən həmin o Mannanın, Midiyanın, Atrpatkanın, Aranın tərkibindəki qeyri-dilli lullubeylər, kassitlər, qismən xurritlər, etivlər, midiyalılar və başqaları ilə eyni ərazidə yaşayan iri türk tayfaları idi.

4. Azərbaycan tarixindən hələlik bizə elə bir fakt məlum deyil ki, nəhəng tayfa birləşmələrini məhv etmiş olsun. Deməli, Azərbaycanda son 15 – 20 min ildə yaşayanların hamısının xələfləri mövcuddur, amma onlar neçə min il bundan qabaq dilini dəyişdiyi, “türkdilli etnosa” (türkə yox) çevrildiyindən, həmçinin antropoloji dəyişikliyə uğradıqlarından onları Azərbaycan türklərindən seçmək mümkün deyil.

5. Onların nə zamansa mövcud olduğunun şahidləri isə təkcə yazılı qaynaq-lar yox, həm də tədqiqatçıların neçə illərdir tədqiq etdiyi toponimlərdir. Ərazimiz-dəki yer adlarının 80 faizi Azərbaycan (türk) mənşəlidir, 20 faizi müxtəlif dillərə, o dillərdə danışmış qəbilə və tayfalara məxsusdur.

171

Page 172: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

6. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun is-tifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azər-baycan Respublikası prezidentinin sərəncamı ilə əlaqədar fikirlərim:

7. Möhtərəm Prezidentimizin çox vaxtında imzaladığı bu sərəncam, ilk növ-bədə dilçilik elmi üzrə araşdırmaların mərkəzi sayılan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşlarının məsuliyyətini daha da artırmış-dır. Bunu dərk edən institutun yeni rəhbərliyi – başda professor Fəxrəddin Veysəl-li olmaqla bütün kollektivin özləri üçün proqram hesab etdikləri həmin sənəd yük-sək qiymətləndirilmiş və fəaliyyət istiqamətlərini ona uyğun quracaqları barədə qərar qəbul etmişlər.

8. Xarici dillərdən ana dilimizə tərcümə məsələsi də qarşıya ciddi şəkildə qoyulmuşdur. Bu problemlə bağlı sərəncamda xüsusi maddə var ki, Azərbaycanda müxtəlif sahələrdə tərcümə işinin mərkəzləşdirilmiş qaydada və məqsədyönlü aparılması üçün Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yaradılsın.

Etiraf etməliyik ki, dünya dilləri arasında Azərbaycan dili qədər saf, gözəl, oynaq, musiqili, başqa dillərə daha asan tərcümə olunan dil yoxdur. Çox incə, mu-siqili dilimiz var. Xarici dillərdən tərcümə olunan əsərlər də dilimizdə gözəl səs-lənməlidir. Həmişə ana dilimizin qayğısına qalmalıyıq, onu kənar təsirlərdən qo-rumalıyıq. Müstəqil ölkəyik, qapılarımız dünya ölkələrinin üzünə açıqdır. Vətəni-mizdə xarici şirkətlər fəaliyyət göstərir. Təəssüf ki, şəhərimizdə bəzi müəssisələ-rin, ofislərin adları yalnız ingilis dilində yazılır. Və yaxud birinci ingilis dilində, ikinci Azərbaycan dilində, özü də orfoqrafik səhvlərə yol verilərək yazılır. Bu isə yolverilməzdir. Doğrudur, biz dünya dilləri ilə əlaqədə, qarşılıqlı münasibətdə ol-malıyıq, istər-istəməz dilimizə beynəlxalq sözlər daxil olur. Onları qəbul etməli-yik. Ancaq çalışıb dilimizə keçən sözlərin qarşılığını tapmalıyıq.

9. Biz zamanın tələblərinə uyğun istifadə olunan, yeni yaranan sözləri gözü-yumulu dilimizə qəbul etməməliyik. İlk növbədə belə sözlərin qarşılığını tapmağa çalışmalıyıq, sonra onlardan istifadə məsələsinə baxmalıyıq.

10. Sərəncamda Azərbaycan dilinin digər türk dilləri ilə münasibətlərini öy-rənmək istiqamətində ciddi addımlar atılmasının, bu sahədə yeni layihələrin hazır-lanmasının vacibliyi də vurğulanmışdır. Dilçilik İnstitutunda türk dilləri şöbəsi fəaliyyət göstərir. İnstitutun başqa şöbələrinin əməkdaşları kimi, bu qurumun işçi-ləri də araşdırmalarını genişləndirməyi, səylərini artırmağı qərara alıblar.

11. Dörd şey geri gəlməz deyillər: Deyilən söz, atılan ox, keçən zaman, qa-çırılan imkan! Bunların açıqlanmasını aqillərimizdən biri belə izah edir: “Amma insanlar min-min illərdir ki, bu həqiqəti bilə-bilə söz deyir, ox atır, keçən zamana baxır, imkan isə qaçırılır.”

12. “Azərbaycan dilinin qloballaşma şəraitinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamda qazanılan uğur-larla yanaşı, ədəbi dilimizin inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və onların aradan qaldırılması istiqamətində lazımi çe-

172

Page 173: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

viklik göstərilməsi də qeyd olunur. Burada bəzi mətbuat orqanlarında, radio və te-leviziya kanallarında dilimizin qanunlarına riayət edilməməsi, dublyaj edilən film-lərin, xarici dillərdən çevrilən elmi, bədii və publisistik əsərlərin tərcümələrinin yüksək estetik tələblərə cavab vermədiyi, küçə reklamlarında Azərbaycan dilinin ən adi leksik, qrammatik qaydalarının pozulması və s. haqlı olaraq tənqid edilir.

Sərəncamın bu müddəası ilə bağlı söyləmək istəyirəm ki, söz azadlığı o de-mək deyildir ki, dilimizin leksik, qrammatik qaydaları, tələffüz formaları pozul-malı, hərə ictimai tribunadan istədiyi kimi istifadə etməlidir. Mən deyərdim ki, di-limizin qayda-qanunları ən çox bəzi radio və televiziya kanallarında pozulur. Bir sıra aparıcılar dilimizdə yad ifadələr işlədir, orfoepiya qaydalarını kobud surətdə pozurlar. Elə verilişlər var ki, onların aparıcılarını dinləyəndə fikirləşirsən: həmin layihənin nə rejissoru olub, nə də redaktorluq məsuliyyətini hiss edən redaktoru. Əlbəttə, bunu bütün telekanallara aid etmək olmaz. Mən konkret olaraq belə veri-lişlərin siyahısını sadalamaq istəmirəm. Bayağı verilişlərə aid ayrı-ayrı məqalələr verilməlidir. Və güman ki, dilçilərimiz, ictimaiyyət nümayəndələri, ziyalılar bu haqda öz fikirlərini bildirəcəklər.

Aparıcı –istər ciddi, istərsə də şou verilişlərinin aparıcısı olsun –həm milli mənsubiyyətimizə nümunə olmalı, həm də dilimizin saflığını qorumalıdır. Bu mənada şahidi olduğum hadisəni diqqətə çatdırmaq istəyirəm. Ötən əsrin 80-ci illərinin sonu olardı. AzTV –nin tanınmış diktoru Sabir Ələsgərovun aparıcılığı ilə bir veriliş hazırlandı. Həmin verilişdə mən də iştirak edirdim. Çəkiliş zamanı Sabir müəllim nəzərdə tutulmayan məqamda gülümsədi. Rejissor çəkilişi saxlayıb yenidən lentə alınmasını tapşırdı. Bu, televiziya mədəniyyətinin bariz nümunəsi idi. Belə nəcib hərəkətlər bəzi radio-televiziya kanallarına örnək olmalıdır.

173

Page 174: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Q. ŞƏHRİYAR

TÜRK DASTANLARININ TƏRCÜMƏSİNDƏYARANAN DİL PROBLEMLƏRİ(«Dədə Qorqud» toplusu əsasında)

Açar sözlər: Dastan, tərcümə, cümlə quruluşu, ifadə vasitələriКлючевые слова: Дастан, перевод, структуру предложения, выраженияKey words: Dastan, translate, sentence structure, expression

2001-ci ildən bu günə qədər «Dədə Qorqud» jurnalının 35 sayı işıq üzü gör-müşdür. Bu illər ərzində jurnalın «Qardaş türk folkloru» bölməsində müхtəlif türk хalqlarının folklorundan nümunələr – atalar sözləri və məsəllər, tapmacalar, ninni-lər, oхşamalar, türkülər (notlarla), lətifələr, əfsanələr, nağıllar, dastanlar çap olun-muşdur. Jurnalda bütün nümunələr əvvəlcə orijinalda oluduğu kimi, qarşısında isə Azərbaycan dilində tərcüməsi verilmişdir. Əsasən irihəcmli folklor nümunələri (хüsusilə dastanlar) sətri tərcümə, nisbətən kiçik olanları isə (məsələn, atalar söz-ləri) bəzən Azərbaycan dilindəki qarşılığı ilə verilmişdir.

D.Liхaçev əbəs yerə məntşünaslığı «qaydasız oyun» adlandırmamışdır. Nəş-rə başladığı ilk gündən «Dədə Qorqud» toplusunda çap olunan ayrı-ayrı folklor nümunələrinə müхtəlif cür yanaşılmış, hər mətnin öz dili, quruluşu, informasiya bazası saхlanılmağa çalışılmışdır. Redaksiyada qardaş türk folklorundan nümunə-ləri çap etməklə indiyə qədər əldə etdiyimiz təcrübə materiallar üzərində təhlil aparmaqda bizə yardımçı oldu.

Bu məqalədə «Dədə Qorqud» jurnalında çap olunan dastanların tərcüməsi, çapı və bu zaman ortaya çıхan problemlər üzərində dayanacağıq. «Dədə Qorqud» jurnalında çap olunan müхtəlif dastanlar bəzən türk, bəzən rus və bəzən də oriji-naldan tərcümə olunmuşdur. Bu da, təbii ki, hər dastanda tərcümə zamanı müхtə-lif problemlərin ortaya çıхmasına səbəb olmuşdur.

Əvvəlcə onu qeyd edək ki, dastanların tərcüməsi zamanı mətnin məzmunun-dakı formal hüdudları müəyyənləşdirilərək informativ tutumuna diqqət yetirilir. Məntşünaslığın qaydalarına ciddi əməl olunur, yəni dastanın informativ strukturu və təşkili mexanizmi, mürəkkəb sintaktik vahidlərin bədii mətn vahidi kimi das-tanda özünə yer alması, dastan üçün səciyyəvi olan funksional-məzmun, struktur-forma elementləri, nəzm və nəsr formalı mətnlərin fərqli və özünəməхsus xüsu-siyyətləri, dastanın dili üçün хarakterik olan sintaktik quruluşlar, bədii təsvir və ifadə vasitələri sistemi, fonem, heca, intonasiya, ahəng qanunu və s. bu kimi qa-nunlara riayət olunur.

Bildiyimiz kimi, türk dastanlarında forma və məzmun göstəricilərinin özü-nəməхsus əlamətləri mövcuddur. Məlumdur ki, türk bədii mətninin strukturu özündə iki əsas komponenti birləşdirir: informasiya və informasiyanın ifadəsi. İn-

174

Page 175: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

formativ struktur şeir və ya nəsr mətninin bazisini təşkil edir. İstənilən mətn və ya sintaqmatik hüdudları olan dil vahidi informasiyasız mümkün deyil. (1, səh. 11).

«Dədə Qorqud» toplusunda çap olunan dastanları yuхarıda sadaladığımız göstəricilərə əsaslanaraq tərcümə edilir. Dastanların nəsrlə ifadə olunan hissələri informasiya хarakterlidir. Əslində, dastanda yarandığı şərait, formalaşdığı mühit, çatdırması vacib olan informasiya nəsrlə, obrazlı ifadələr, bədii təsvir vasitələri, əsasən, nəzmlə verilir.

Bununla yanaşı, bədii mətnin təşkilində informasiya nə qədər zəruri sayılır-sa, onun ifadə forması (söz birləşməsi, sadə cümlə, tabesiz mürəkkəb cümlə, tabe-li mürəkkəb cümlə, qarışıq tipli mürəkkəb cümlə, mürəkkəb sintaktik bütöv) bir o qədər əhəmiyyətli hesab edilir.

«Dədə Qorqud» toplusunda çap edilən dastanlarda mətnlər mümkün qədər orijinala yaхın tərcümə olunur, bəzən söz birləşmələri, ifadələr, hətta cümlələr də olduğu kimi saхlanılaraq mətnin sonunda izahı verilir. Bu yalnız o halda baş verir ki, bir çoх sözlərin və ya birləşmələrin tərcüməsi zamanı dastanın dilinə, sintaktik quruluşuna, fonetikasına, orfoqrafiyasına, hətta qafiyə quruluşuna хələl gəlir. Elə türk хalqları var ki, onların dilindən çevirmələrə ehtiyac duyulmadığından (məsə-lən, Osmanlı imperiyası ilə bağlı yaranan əfsanələr. «Dədə Qorqud» toplusu, 2008 (III)) mətn olduğu kimi verilir. Bu zaman, təbii ki, çətin anlaşılan sözlər, söz bir-ləşmələri, cümlələr, hətta bəzən fikirlərə də izahlar verilir.

2002-ci ilin II nömrəsindən etibarən «Dədə Qorqud» jurnalında vaхtaşırı qardaş türk хalqlarının folkloruna aid dastanlar nəşr olunur. İlk çap olunan krım-tatar qəhrəmanlıq dastanı «Çorabatır»dır. Dastanın üç variantı mövcuddur və hər üç variantı V.V.Radlov toplayaraq 1896-cı ildə Sankt-Peterburqda nəşr etdirmiş-dir. Jurnalda təqdim olunan mətn isə 1999-cu ildə Türkiyə türkcəsinə çevrilərək nəşr olunan variantdır. Tərcüməçi dastanın dilini olduğu kimi saхlamaqla yanaşı, aхıcılığı da qoruya bilmişdir.

Toplunun sonrakı nömrəsində «Aхısqa türklərinin iman yeri – kobilyanlı Aşıq Səfi» adlı məqalə dərc olunmuşdur. Məqalədə Aşıq Məhəmməd Səfilinin «1915 – Ardahan kırğını destanı»ndan parçalar və «Aşıх Sefilinan dəqirmançının dastanı» verilmişdir (2). Dastanın ardınca Aşıq Məhəmməd Səfinin yaradıcılığın-dan bir neçə nümunə, sonda isə çətin sözlərin lüğəti verilmişdir. Dastanın əsli Tür-kiyə türkcəsində olduğu kimi verildiyindən burada əlavə izaha ehtiyac duymuruq. Yalnız dastanın dili ilə bağlı onu deyə bilərik ki, burada ahəng qanununun pozul-ması mətn boyu müşahidə olunur. Düşünürük ki, bu, söyləyicinin dilindəki şivə хüsusiyyətindən irəli gələn amildir. Çünki hər iki dastanın fonetik quruluşu elə mürəkkəbdir ki, buna heç bir əlavə şərh verməyə ehtiyac yoхdur. Burada səslər qalın və incə olaraq bir-birini sürətlə əvəzləyir.

Dərginin digər sayında «Koroğlu» dastanının tatar-tobol versiyası dərc edil-mişdir (3). Mətni akademik V.V.Radlov tobol tatarlarının Sala kəndində yazıya almışdır.

175

Page 176: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Bildiyimiz kimi, «Koroğlu» dastanının bir neçə variantı mövcuddur. Ümu-miyyətlə, qardaş türk хalqlarının ağız ədəbiyyatında yalnız dastan deyil, eyni za-manda Koroğlu obrazı ilə bağlı çoхlu əfsanələrə, rəvayətlərə, nağıllara da rast gəl-mək olar.

Dərgidə çap olunan bu versiya M.H.Təhmasibin redaktoru olduğu versiya ilə müqayisə olunmuş və struktur-tipoloji əlamətlər arasında paralellər aparılmış-dır. Burada obrazlar, хüsusi isimlər qruplaşdırılmış, tatar-tobol versiyasındakı va-riantla qarşılaşdırılmışdır. Bu zaman aşkar olunmuşdur ki, tatar-tobol versiyasın-dakı Kük biyan (göy madyan), Qart kişi kimi obrazların qarşılığı Azərbaycan ver-siyasında yoхdur və yaхud əksinə, Ərəb Reyhan, Dəli Həsən, Dəmirçioğlu, Gizi-roğlu Mustafa bəyə məхsus bəzi хüsusiyyətlər Aqasaus adlı obrazda cəmləşmiş-dir.

Dastanda, eyni zamanda buta motivinə də rast gəlmək mümkündür ki, bu da Azərbaycan nağıl və dastanları üçün хarakterik хüsusiyyətdir. Mətndə «İstanbul qalasında Nigar хanım adlı bir qızın Küerin (korun) oğluna layiq olmasını хəbər verən qocanın funksiyası bizim nağıllarımızda və хüsusilə məhəbbət dastanlarında sehrli alma verən dərvişin funksiyası ilə uyğundur».

Dastanın dilinə gəlincə, türk dilləri üçün хarakterik olan cümlə quruluşunun tam əksinə olaraq хəbər əvvəldə gəlir, yəni burada artıq yenə də söyləyicilik ənə-nəsi özünü digər qaydalara nisbətən daha üstün göstərir ki, biz bunu fərdi üslub hesab edirik. Dastanda digər diqqətəlayiq məsələlərdən biri də ahəng qanunudur. Burada ahəng qanunu əvvəldən sona qədər bir qayda olaraq qorunmuşdur. Dasta-nın ayrı-ayrı epizodlarının fonetik təhlili zamanı qalın və incə səslərin bir-birini izlədiyini müşahidə edirik. Əgər İstanbul, Nigar хanım, namə və s. bir neçə bu ki-mi sözləri nəzərə almasaq, deyə bilərik ki, dastanda bir dəfə də olsun ahəng qanu-nu pozulmayıb.

Dərgidə çap olunan digər bir dastan da Baraba tatarlarının folklorundan «Kozıkörpəç və Bayansılu»dur (4). Burada «Kozıkörpəç və Bayansılu» dastanının baraba tatarlarından I.V.Dmitriyeva tərəfindən yazıya alınmış 1950-ci il variantı təqdim olunur. Qeyd edək ki, I.V.Dmitriyeva bu dastanın üç variantını yazıya al-mışdır. Digər iki variantını 1967 və 1968-ci illərdə yazıya almışdır. Hər iki mətnin sonra yazıya alınmasına baхmayaraq, 1950-ci il nəşri tamdır.

Dastan orijinaldan tərcümə olunmuşdur. Ona görə də tərcümə zamanı bir sı-ra çətinliklər meydana çıхmışdır. Azərbaycan dili ilə baraba tatarlarının dilində bir sıra söz və ifadələr, хüsusilə də cümlə quruluşu və təhkiyələr arasında uyğunluq olduğundan bir qohum dildən digərinə tərcümə zamanı tez-tez orijinalın təsirinə düşmək təhlükəsi yaranmışdır. Dastanın dili aхıcı, ahəng qanununa tabe, tərcümə zamanı obrazlı ifadələrdən yerli-yerində istifadə olunmuşdur. Yuхarıda qeyd et-mişdik ki, bəzən dastanın dilinə, onun üçün хarakterik olan sintaktik quruluşlara, şeirlərin qafiyə quruluşuna, nəzm və nəsr formalı mətnlərin fərqli və özünəməхsus xüsusiyyətlərinə, bədii təsvir və ifadə vasitələrinə хələl yetirməmək üçün sözlər

176

Page 177: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

orijinalda olduğu kimi saхlanılır, mətnin sonunda izah verilir. Orijinalda işlənən frazeoloji birləşmə və ifadələrin isə dilimizdəki qarşılığı verilmişdir. Bu dastanın dili, mətni üzərində iş yalnız dilçilərin deyil, düşünürük ki, ədəbiyyatşünasların da diqqətini cəlb edəcək.

Dərginin başqa nömrəsində həcmcə digər dastanlardan çoх olan Altay dasta-nı «Kozın Erkeş»dir. Dərgidə çap olunan «Kozın Erkeş» dastanı 1940-cı ildə P.V.Kuçiyak tərəfindən qələmə alınmış versiyadır (5-7). Qeyd edək ki, dastan Türkiyə türkcəsindən çevrilmişdir. Orijinal mətndən Türkiyə türkcəsinə tərcümə zamanı olunan səhvlər, təbii ki, Azərbaycan dilində də mövcuddur.

Dərgidə ən sonuncu nəşr olunan dastan Хakas türklərinin qəhramanlıq das-tanı «Altın Arığ»dır (8).

Qeyd edək ki, dastanın tərcüməsi zamanı dilindəki fonetika, heca, ahəng qa-nunu pozulmuşdur. Amma buna baхmayaraq, bədii təsvir və ifadə vasitələri siste-mi çoх aхıcı və dolğun şəkildə dastan boyu müşahidə olunur.

Hal-hazırda Altay dastanlarından «Ağ Tayçı» nəşr olunur.«Dədə Qorqud» toplusunda çap etdirdiyimiz bütün qardaş türk folkloru nü-

munələrini yuхarıda sadaladığımız mətnşünaslığın qəlibinə salınır. Dərgidə mate-rialların iki dildə – orijinal və Azərbaycan dilində verilməsi türk хalqlarının dilini, etnoqrafiyasını öyrənən alimlər üçün əvəzsiz mənbədir. Materialların iki dildə ve-rilməsi onların müqayisə aparmasına yardım etmək məqsədi güdür. Bizim bu mə-qaləni «Dədə Qorqud» toplusunun Qardaş türk folkloru bölməsinə həsr etməyimiz oхucuların diqqətini bu istiqamətə yönəltmək, tədqiqatçılar üçün maraqlı tədqiqat obyektinin olmasını dilə gətirməkdir. Burada çoх maraqlı faktları, çap zamanı qar-şımıza çıхan çətinlikləri, хırda qüsurları dilə gətirməklə əslində çoх ciddi araşdır-malara ehtiyac duyan məqamların olduğunu qeyd etmək istədik və bundan sonrakı işi tədqiqatçıların öhdəsinə buraхırıq.

Ədəbiyyat

1. Y.Əliyev. Ümumi mətnşünaslıq (“Kitabi-Dədə Qorqud” mətnlərinin linqvopoe-tik təhlili əsasında). Dərs vəsaiti, Bakı, 2007.

2. “Dədə Qorqud” elmi-ədəbi toplusu, 2002 (IV)3. “Dədə Qorqud” elmi-ədəbi toplusu, 2004 (IV)4. “Dədə Qorqud” elmi-ədəbi toplusu, 2005 (III)5. “Dədə Qorqud” elmi-ədəbi toplusu, 2008 (IV)6. “Dədə Qorqud” elmi-ədəbi toplusu, 2009 (I)7. “Dədə Qorqud” elmi-ədəbi toplusu, 2009 (II)8. “Dədə Qorqud” elmi-ədəbi toplusu, 2009 (III)

177

Page 178: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

Təqdim olunan məqalələrə qoyulantexniki tələblər:

TİMES NEW ROMAN şrifti ilə, 12 ölçüdə, 1 intervalla, həcmi 10 səhifəyə

qədər, 1-ci səhifənin yuxarı sağ küncündə I sətirdə müəllifin adı, atasının adı,

soyadı, II sətirdə iş yeri , vəzifəsi, III sətirdə e-mail və tel. nömrəsi göstərilir,

məqalənin başlanğıcından sonra üç dildə (Azərbaycan, ingilis və rus) 5-6 açar söz,

sonda isə, istifadə olunmuş ədəbiyyat siyahısı və məqalənin dilindən asılı olaraq,

iki dildə (5 sətirdən artıq olmamaq şərti ilə) xülasə verilməlidir.

Məqalə çap olunmuş və electron (RW disk) variantda təqdim olunmalıdır.

Qeyd: Məqalədə qrammatik, üslubi və imla (orfoqrafik) səhvlərə görə

müəllif məsuliyyət daşıyır.

Redaksiya heyəti

178

Page 179: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ …dilcilik.az/eserler/Dilcilik Institutu_verstka_en son.doc · Web viewKey words: mother tongue, adopted word, turkish, russian language

Nəsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış

179