azƏrbaycan respublikasi kƏnd tƏsƏrrÜfati nazirliyi azƏrbaycan dÖvlƏt aqrar universiteti

20
AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI ZOOBAYTARLIQ VƏ ƏMTƏƏŞÜNASLIQ FAKÜLTƏSI YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN ADI : Giriş. Baytarlıq müalicə elminin qısa tarixi. Ümumi qeyri-spesifik profilaktika. MÜHAZIRƏÇI : Biologiya elmlər namizədi dosent Əliyev Nağı Ağamalı oğlu Gəncə-2009

Upload: dennis-wells

Post on 02-Jan-2016

64 views

Category:

Documents


1 download

DESCRIPTION

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI. ZOOBAYTARLIQ VƏ ƏMTƏƏŞÜNASLIQ FAKÜLTƏSI YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN ADI : Giriş. Baytarlıq müalicə elminin qısa tarixi. Ümumi qeyri-spesifik profilaktika. MÜHAZIRƏÇI : - PowerPoint PPT Presentation

TRANSCRIPT

Page 1: AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI  AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI ZOOBAYTARLIQ VƏ ƏMTƏƏŞÜNASLIQ FAKÜLTƏSI

YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI

MÜHAZIRƏNIN ADI: Giriş. Baytarlıq müalicə elminin qısa tarixi.

Ümumi qeyri-spesifik profilaktika.

MÜHAZIRƏÇI: Biologiya elmlər namizədi dosent Əliyev Nağı Ağamalı oğlu

Gəncə-2009

Page 2: AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI  AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

MÜHAZIRƏNIN PLANI

1. Giriş

2. Baytarlıq Müalicə elminin qısa tarixi

3. Ümumi qeyri-spesifik profilaktika

Page 3: AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI  AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

ƏDƏBIYYAT SIYAHISI

1. Mehdiyev M.Ə. -«Kənd təsərrüfatı heyvanlarının daxili xəstəlikləri».I-hissə 1961 Bakı.

2. Mehdiyev M.Ə. -«Kənd təsərrüfatı heyvanlarının daxili xəstəlikləri».II-hissə 1962 Bakı.

3. Hacıyev H.M. -«Kənd təsərrüfatı heyvanlarının yoluxmayan daxili xəstəlikləri».I-hissə Maarif-1977.

4. Hacıyev H.M. -«Kənd təsərrüfatı heyvanlarının yoluxmayan daxili xəstəlikləri».II-hissə Maarif-1978.

5. Hacıyev H.M. -«Kənd təsərrüfatı heyvanlarının yoluxmayan daxili xəstəlikləri».III-hissə Maarif-1978.

6. Шараврин И.Г. -«Внутренние незаразные болезни сельскохозяйственных животных».Колос-1976.

Page 4: AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI  AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

ÜMUMI TERAPIYANIN ƏSASLARI Ümumi terapiyanın məzmunu

Terapiyanın metodları • Ümumi terapiya-dietoterapiya, fizoterapiya, farmakoterapiyadan ibarət olan müalicə

qaydaları və metodlarını öyrədir, köməkçi, qeyri-spesifik stimuledici və nizamlayıcı təsirə malik metod və vasitələr barədə, habelə bunların göstəriş və əksgöstəriş olmaları haqqında fikir yürüdülür, müalicə vasitələrinin orqanizmə təsirini təsirini izah edir.

• Ümumi terapiya ümumibioloji elmlərin, birinci növbədə, fiziollogiyanın nailiyyətlərinə əsaslanır, klinik fənlər, yemləmə və zoogigiyena ilə sıx əlaqədardır.

• Müasir baytarlıq terapiyası tibb və baytarlıq sahəsində görkəmli alimlərin tədqiqatlarına və onların əməli fəaliyyətindəki nailiyyətlərinə əsaslanır. Bunlar orqanizmin valideyn, onun xarici mühitlə vəhdəti və nervizm prinsiplərini əsas götürürlər. Orqanizmə bu mövqedən yanaşmaq S.P.Botkin «Xəstəliyi deyil, xəstəni müalicə etmək» müddasına tam müvafiqdir. S.P.Botkin nervizm ideyasının klinikada tətbiqinin banisi olmaq etibarilə xəstəliyin patogenezində sinir-sisteminin roluna böyük əhəmiyyət vermişdir.

• Onun orqanizmi ilə xarici alimlərin təsir şərtləri barədəki fikiri I.M.Seçenovun fikiri ilə tamamilə uyğun gəlir. Təbii şəraitin dəyişməsilə əlaqədar olaraq orqanizmin reaktivliyi materialist baxış və buna əsaslanan müalicə və qaydaları I.P.Pavlov öz tədqiqatlarında inkişaf etdirmişdir.

• I.P.Pavlov öz tədqiqatları ilə insan və heyvan xəstəliklərinin profilaktika və müalicəsi üçün geniş fizioloji əsas yaratmışdır.

Page 5: AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI  AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

• Terapiyanın qaydalarından biri onun fiziolotiliyidir. Terapiyanın fizioltiliyi o deməkdir ki, orqanizm özünü müxtəlif zərərli təsirlərindən qorumaqdı və sistemlərdə pozulmuş mühazinəti bərpa etdikdə fizioloji funksiyalardan səmərəli istifadə edir.

• Orqanizm öz tarixi inkişafında bir sıra kəskin özünümüdafiə vasitələri qazanmışdır. Onun fəaliyyətində fizioloji proseslər müdafiə xarakteri daşıyır, onlar orqanizmi xarici amillərin mənfi təsirlərdən qoruyur və müvazinətin pozulmasına imkan vermir. Buna misal olaraq müxtəlif müdafiə reflekslərini, faqositoz prosesini, immunitetin əmələ gəlməsini, regenerativ prosesləri, zəhərlərin böyrəklər, dəri, bağırsaqlar və tənəffüs yolları vasitəsilə ifraz edilməsini, onların qanda, toxumalarda, xüsusən qaraciyərdə zərərsizləşdiril-məsini, inkapsulyasiyasını, sorulmasını, orqanizmin daxili mühitinin sinir-humoral tənzimini və s. göstərmək olar.

• Müdafiə xarakteri daşıyan funksiyaların hamısı fizioloji olub, orqanizmi patoloji proseslərdən qoruyur və onların əvvəlki vəziyyətini bərpa edir. Bu mürəkkəb sistem heyvan orqanizminin filogenezində xarici mühitin zərərli amillərinə qarşı uzun müddətli mübarizədə yaranmışdır.

• Orqanizmin uyğunlaşma və müdafiə reaksiyalarından lazımınca istifadə etməsi üçün patoloji prosesdən asılı olaraq ona müvafiq şərait yaradılmışdır.

• Fizioloji terapiya üçün vacib şərtlərdən biri də tətbiq olunan vasitənin orqanizmin müdafiə əhəmiyyətini fizioloji reaksiyalarına stimuledicitəsir göstərməlidir.

Page 6: AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI  AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

• Fizioloji terapiyanın tələblərindən biri də ondan ibarətdir ki, müalicə metodu və vasitələrindən ardıcıllıqla istifadə olunsun, dərmanların dozalarına, formalarına (halına), işlədilmə qaydalarına, müalicə müddətinə ciddi riayət edilsin. Heyvanın növü, yaşı, saxlanma şəraiti və s. nəzərə alınsın.

• Orqanizmin tənzimləşdirici fizioloji sistemlərinin bərpa tutması üçün heyvana əlverişli şərait yaratmaqla yanaşı aktiv terapiya vasitələri tətbiq edilməlidir.

• Aktiv terapiya vasitələrinin tətbiq edilməsi xəstəliyi törədən səbəbləri aradan qaldırmaqla, xəstə üçün əlverişli şərait yaradır və müalicənin səmərəsini xeyli yüksəldir. Məsələn, pnevmoniyalar və körpələrin mədə-bağırsaq xəstəlikləri zamanı, antibiotiklərin, sulfanilamid və nitrofurat preparatlarının, hemoterapiyanın tətbiq edilməsi sağalma faizini yüksəldir və müalicə müddətini xeyli qısaldır.

• Aktiv terapiya yalnız orqanizmi xarici təsirlərdən yalnız orqanizmi xarici təsirlərdən qoruyan fizioloji mexanizmləri səfərbər etmək prinsipinə əsaslandıqda səmərəli olur. Başqa sözlə desək aktiv terapiya öz mahiyyəti etibarilə fizioloji olmalıdır.

• Uzun illərin klinik təcrübəsi sübut etmişdir ki, müxtəlif patoloji proseslərə qarşı mübarizədə müalicə metodu və vasitələrindən bir neçəsinin məqsədə-uyğun sürətdə birlikdə tətbiq edilməsi daha yaxşı nəticə verir. Bu terapiyanın kompleksliyi adlanır. Xəstəliyin xüsusiyyəti, onun gedişi və proqnozu, prosesi törədən səbəbdən, xəstə heyvanın saxlandığı şəraitdən asılıdır. Ona görə də kompleks müalicənin elementlərinin, xəstəliyi əmələ gətirən səbəbləri müəyyən edib aradan qaldırmaq, xəstə orqanizm üçün müvafiq yemləmə və bəsləmə şəraiti yaratmaq və aktiv terapiya vasitələri tətbiq etmək kimi amillər təşkil etməlidir. Xarici mühitin təsir şərtləri və patoloji prosesin xarakteri müəyyən edildikdən sonra, əsas etioloji və patogenetik amillər nəzərə alınmaqla, klinik müalicə təyin edilir.

Page 7: AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI  AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

• Xəstəliyi törədən səbəb infeksiya olduqda spesifik preparatlar, kimyaterapiya, antibiotiklər təyin edilir. Xəstəliyi yabançı cisimlər törədirsə, yaxud bağırsaq tıxanması əmələ gəlirsə, onda radikal müalicə aparılır.

• Qeyd etmək lazımdır ki, əsas etioloji amillərin aradan qaldırılmasına yönəldilən müalicə və profilaktika vasitələri yalnız orqanizmin reaktivliyi yüksək olduğu şəraitdə istənilən nəticə verir. Bunun stimulyasiyası və nizamlanması üçün əsas patogenetik tətbiqi və xəstə üçün əlverişli şəraitin yaradılması lazımdır.

• Xəstə orqanizmi stimulyasiya etmək üçün proteinoterapiya, autonemote-rapiya, toxumaterapiya və farmakoterapiyadan istifadə edilir. Sinir sisteminin pozğunluqları olduqda ona novokain və spirt blokadası, qoruyucu ləngimə terapiyası və xüsusi farmakoterapiya vasitələrilə nizamlamaq mümkündür.

• Mürəkkəb stimulyasiya və nizamlayıcı təsirə malik olan metodlardan biri də dieto və fizioterapiyadır. Avestominozlar mineral maddələrin çatışmamazlığı, qan itirmələr zamanı vitaminlər və minerallar təyin edilir, habelə qanköçürmə kimi köməkçi terapiya vasitələrindən də istifadə olunur.

• Kollektiv təsərrüfat sistemi fizioloji, aktiv və kompleks terapiya qayda-larını asan həyata keçirmək üçün əlverişli şərait yaradır. Bu təsərrüfatlarda müntəzəm aparılan dispanserizasiya kimi kompleks müalicə və profilaktika tədbirləri sistemi çox mühüm rol oynayır. Bu tədbirlərin nəticəsində heyvanlar sağlam, xəstə və klinik sağlam heyvanlara isə profilaktik müalicə təyin edilir.

• Profilaktik müalicə prosesi, xəstəlik prosesini funksional diaqnostika yolu ilə öyrənmək sayəsində meydana gəlmişdir. Məlumdur ki, orqanizmdə əmələ gəlmiş struktura pozğunluqları birdən-birə deyil, müəyyən müddət davam edən funksional pozğunluqlar sayəsində baş verir. Funksional pozğunluqlar zamanı orqanizmində mövcud olan dəyişiklikləri adi klinik müşahidələr yolu ilə təyin etmək mümkün olmur. Belə incə dəyişikliklər getdikcə dərinləşib yeni keyfiyyət kəsb edir, yəni xəstəlik özünü kliniki olaraq göstərməyə başlayır.

Page 8: AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI  AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

• Infeksion xəstəliklərdə ğədricən inkişaf edən bu dövrü inkubasiya (gizli) dövrü adlandırırlar.

• Bu dövrdə aparılan tədbirlər xəstəliyin asanlıqla qarşısını almağa imkan verir və həm də ucuz başa gəlir.

• Profilaktik terapiya aparılacaq müalicənin səmərəsini yüksəltməklə yanaşı dietoterapiya, ultrabənövşəyi şüalarla edilən müalicə və s. heyvanlarda qrup halında aparılan digər müalicələr üçün imkan yaradır.

• Baytarlıqda aparılan müalicə tədbirlərinin bir fərqi də ondan ibarətdir ki, burada iqtisadi göstərici birinci planda durur. Xəstə heyvanı müalicəyə başlamazdan əvvəl baytar həkimi tətbiq edəcəyik. Müalicənin nə dərəcədə əlverişli olub iqtisadi mənfəət verəcəyini nəzərdən keçirməlidir. Buna görə də heyvanların qruplar halında müalicə və profilaktikası böyük əhəmiyyətə malikdir.

• Bunu eyni yaş qruppa malik olan eyni şəraitdə saxlanan heyvanlarda maddələr mübadiləsi pozğunluqları olduqda, yaxud eyni səbəbdən (vitamin və minerallar azlığı, aktiv hərəkətlərin və günəş şüasının)məhdudluğu nəticəsində) əmələ gələn pozğunluqlar zamanı tətbiq etmək lazımdır. Beləliklə, vaxtında aparılan baytarlıq profilaktik müalicə tədbirləri böyük iqtisadi əhəmiyyətə malikdir. Buna görə də xəstəliklərə qarşı mübarizəyə profilaktika tədbirlərlə yanaşı, vaxtında və düzgün aparılan müalicə öz əhəmiyyətini yüksəldir və yaxşı nəticə verir.

• Müalicə işində müxtəlif dərman maddələri, müalicə vasitələri və müayinələrdən istifadə olunur.

• Dərmanlar. Xüsusi hazırlanmış bitki, heyvan, mikrob mənşəli maddələr və kimyəvi preparatlardır.

Page 9: AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI  AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

• Müalicə vasitələri. Başlıca olaraq təbiət qüvvələrindən ibarət olan mexa-niki, fiziki, kimyəvi amillərdən (masajlar, kompreslər, fototerapiya, elektrote-rapiya və s.) ibarətdir.

• Dərman maddələri və müalicə vasitələrinin elmi əsaslarla tətbiq edilməsi müalicə metodları və ya terapiya metodları adlanır.

• Terapiyanın metodları dərman maddələri və müalicə vasitələrinin xassələrindən asılı olaraq onların xəstəliyin törədicisinə, patogenetik mexanizmlərə və simptomlarına təsirinə görə müəyyən edilmişdir. Terapiyanın əsas metodlarına etiotrop və patogenetik terapiya aiddir.

• Etiotrop terapiya. Müalicənin bu metodundan ilk məqsəd xəstəlik törədicisinə təsir etməkdir. Ona görə də xəstəliyin törədicisi orqanizmdə öz patogen təsirini gös-tərməkdə davam etdiyi müddətdə etiotrop terapiya üsulundan istifadə edilir. Bu zaman əvvəlcə spesifik müalicə vasitələri (antibiotiklər, hiperimmun serumlar, kimyəvi preparatlar) tətbiq olunur, bunlar xəstəlik törədicisinin həyat fəaliyyətini pozur, onu məhv edir və orqanizmin spesifik müdafiə mexanizmlərini səfərbərliyə alır.

• Patogenetik terapiya. Bu metodun tətbiqindən əsas məqsəd, orqan və toxumalarda mövcud olan funksional pozğunluğu bərpa etmək və orqanizmin daxili mühitinin nizama salmaq, xəstənin tez sağalmasını təmin etməkdir. Ona görə də patogenetik terapiya etiotrop terapiya ilə birlikdə, habelə xəstəlik törədən səbəbin təsiri dayandırıldıqdan təyin edilir (mexaniki zədələr, soyuqlama, yemləmələrdən olan pozğunluqlar və s.). Hər bir etiotrop terapiya vasitəsi eyni zamanda patogenezə təsir göstərir.

Page 10: AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI  AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

• Patogenetik müalicə vasitəsi isə müəyyən dərəcədə xəstəlik amilinə məhvedici təsir edir. Beləliklə, terapiyanın bu iki mühit metodu həmişə biri-digərini tamamlayır. Müasir biologiya elminin, habelə əczaçılıq kimyasının nailiyyətləri müalicə elmi xəzinəsini çoxlu yeni preparatlar, vasitələr və metodlarla zənginləşdirilmişdir. Müalicə işində çoxdan istifadə edilən müxtəlif preparatlarla yanaşı, baytarlıq təcrübəsində antibiotiklər, sulfanilamid preparatları, nitrofuran birləşmələri və epitron və patogenetik təsirə malik digər preparatlardan geniş istifadə olunur. Bioloji preparatlar, vitaminlər, hormonlar, qan və toxuma terapiyası, fizioterapiya vasitələri xəstəlik prosesinin gedişinə aktiv təsir etmək üçün həkimin imkanlarını xeyli genişləndirilmiş, xəstənin sağlamlığının tezliklə bərpa olunmasına əlverişli şərait yarıtmışdır.

• Aktiv terapiya vasitələrinin getdikcə daha da çoxalması kompleks müalicə üçün imkanlar açır. Aktiv kompleks müalicə heyvanın növ və fizioloji xüsusiy-yətlərinə əsaslandıqda, habelə xəstəliyin inkişaf mexanizmi nəzərə alındıqda daha yaxşı nəticə verir.

• Terapiya metodlarının qarşılıqlı əlaqəsini və bunların mühiyyətini yaxşı öyrənmək və heyvanların müalicəsində onları düzgün seçmək məqsədilə terapiya metodlarının təsnifatı təklif edilmişdir.

Page 11: AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI  AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

Distoterapiya • Müalicə yemlənməsi (dietoterapiya) patoloji proseslərin xüsusiyyətlərin-dən asılı olaraq xəstə

heyvana müalicə məqsədilə müəyyən qaydada yemin seçilib verilməsidir. • Baytarlıqda dietoterapiya nisbətən yeni elm sahələrindən olduğu üçün o hələ bütün heyvan

növləri üçün tam işlənib hazırlanmışdır. • Yaxşı yemə və düzgün yemləməyə orqanizm həmişə ehtiyacı vardır. Bu ehtiyac xəstəlik zamanı

daha da kəskinləşir. • Patoloji proseslər zamanı orqanizmin zülallara, yağlara, karbohidratlara, vitaminlərə, mineral

maddələrə ehtiyacı daha da yüksək olduğu üçün adi yemləmə bu ehtiyacı ödəyə bilmir. Buna görə də xəstəliyin xarakterindən asılı olaraq maddələr mübadiləsindəki pozğunluqların xüsusiyyəti müəyyənləşdiril-məmiş və buna müvafiq olaraq yem və yemləmə qaydası təyin edilməlidir. Bu cür yem heyvanın məhsuldarlığının və iş qabiliyyətinin bərpa olunmasına kömək edir.

• Müalicə yemlənməsi təyin edilərkən yemlərin asan mənimsənilməsi və xoş dada malik olması, mədə-bağırsaq sisteminin, qaraciyərin və endokrin vəzilərin funksiyası, xəstəliyin xarakteri, xəstənin vəziyyəti və s. nəzərə alınmalı, yemləmə qaydalarına riayət olunmalıdır.

• Müalicənin yemləməsinin xəstəliyin səbəbəini aradan qaldırmağa yönəldilən vasitələr və digər müalicə metodları ilə (farmakoterapiya və s.) əlaqələndirmək lazımdır.

• Dieta qaydaları müxtəlifdir. Bunlar tam aclıq, yarımaclıq və xüsusi rejim dietasından ibarətdir. • Tam aclıq dietası. Sədə-bağırsaq sistemini boşaltmaq, böyrəklərin işini yüngülləşdirmək və

orqanları bir qədər rahatlıq vermək məqsədi ilə xəstəni 1-2 sutka ac saxlayırlar. Tam aclıq dietası atlarda mədənin kəskin genişlənməsi, koprostozlar, bağırsaq damarlarının tromboemboliyası, bağırsaqların tutulması, mədə-bağırsaq sisteminin kəskin iltihabı, nefrit, peritonit, mioqlobinuriya, udlağın yem borusunun, mədənin və bağırsaqların yaralanması, işgənbənin timpaniyası, mədə önlüklərinin atoniyası və kəskin retikulopertonit kimi xəstəliklər zamanı təyin olunur.

Page 12: AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI  AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

• Bu müddətdə heyvana parentrol və rektal yolla qida maddələri verilir, su içmək isə məhdud edilmir. Əgər heyvan su içməkdə çətinlik çəkirsə, ona zondla və ya rektal yolla ilıq su vermək lazımdır. Körpələrə aclıq dietası təyin etmək məs-ləhət görülmür. Kəskin mədə-bağırsaq xəstəlikləri olduqda yalnız bir neçə saat kör-pə heyvanın yemlənməsini keçirmək və süd əvəzinə fizioloji məhlul vermək olar.

• Yarıaclıq dietası. Heyvanı aclıq dietasından adi dietik yemləməyə keçirərkən 2-3 gün heyvan yarıac saxlanır.

• Yarıaclıq dietası həm də, mədə-bağırsaqların kəskin xəstəliklərində, qara-ciyərin, böyrəklərin, ürək-damar sisteminin xəstəliklərində və s. təyin edilir.

• Qoruyucu yemləmə rejimi. Bu xüsusi yemləmə qaydasından ibarətdir. Bu zaman orqanizmdə mövcud olan funksional pozğunluğa süvafiq yem seçilir. Belə yemləmə xəstə orqanın fəaliyyətinin nizamlanmasına kömək edir.

• Pəhriz yemləri seçərkən bu yemlərin həzmə və maddələr mübadiləsinə təsirinin fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır. Məsələn, şirəli yemlər bağır-saqda həzm proseslərini yaxşılaşdırır, kökümeyvəlilər işkənbədə mikrofloranın yaxşı inkişaf etməsinə və ximusda zülali maddələrin çoxalmasına şərait yaradır.

• Gövşəyən heyvanlar üçün qaba yemlər enerji mənbəyi olmaqla yanaşı mədə-bağırsaq sisteminin motor fəaliyyətinin stimulyasiya edir.

• Xəstə heyvanlar üçün pəhriz yemləri seçərkən heyvanın növü və xəstəliklərin xüsusiyyəti nəzərə alınmalıdır.

• Ürək-damar xəstəlikləri. Oksidləşdirici proseslərin zəifləməsi, qan dövranının sürətinin aşağı düşməsi və qanın miqdarca çoxalması ilə müşayət olunduqda dietik yemlər az həcmli, yaxşı həzməgedən vitaminlərlə xüsusən A, B, C vitaminləri ilə zəngin olmalıdır.

• Bu məqsədlə ot yeyənlərə yaşıl yemlər, buğda yarması, şəkər çuğunduru, yerkökü, atlara əlavə olaraq vələmir və ya arpa qaramala yaxşı keyfiyyətli silos vermək məsləhət görülür. Donuzları-ot unu, buğda yarması, doğranmış kökümeyvəlilər, itlərə süd, ət suyu, şor verilir.

Page 13: AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI  AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

• Bu yemlər az miqdarda tez-tez az miqdarda verilməklə, suyun miqdarı məhdudlaşdırılır, duz norması 2-3 dəfə azaldılır. Tez qıcqıran az qidalı qaba və sıyıq yemlər verilmir.

• Ağ ciyər xəstəliklərində yem payı vitaminlərlə (A, B, C) zəngin, yaxşı həzməgedən, keyfiyyətli doğranmış yemlərdən təşkil edilməlidir. Bu məqsədlə ot yeyənlərə-çəmənotu, çuğundur, yerkökü, buğda yarması, atlara bundan əlavə vələmir yarması, arpa və ya vələmir göyü, arpa yarması tez-tez az miqdarda verilir. Heyvana verilən suyun temperaturu 15-18-dən aşağı olmamalıdır. Turş, tez qıcqıran, irihəcmli və az qidalı yemlər təyin etmək olmaz.

• Həzm sistemin xəstəlikləri. Heyvana verilən yemlər yumşaq sellülozası az, tez həzməgedən, vitaminlərlə (xüsusən B qrupu vitaminləri) xloridlərlə və proteinlə zəngin olmalıdır. Heyvanda çeynəmə və udqunma aktı çətinləşdikdə ot yeyəndə buğda unu xəşili, duzlanmış yarma, un, yumşaq çəmən otu və s. təyin edilir. Udqunma çox çətinləşdikdə yemlər ancaq sıyıq halda verilir. Mədənin sekretor fəaliyyətinin pozulması xarakterindən asılı olaraq təyin edilən yemlərin xüsusiyyəti nəzərə alınmalıdır.

• Mədənin sektesiyası yüksəldikdə ot yeyənlərə yumşaq ot, ot unu, jmıx, kartof, atları əlavə olaraq, qarğıdalı yarması, arpa və ya qovrulmuş vələmir verilməlidir.

• Donuzlara südlü yemlər təyin olunmalıdır. • Mədənin sekresiyası aşağı düşmüş xəstəliklərdə otyeyənlərə keyfiyyətli silos, kökümeyvəlilər,

yonca otu, göy ot, buğda yarması, atları həm də arpa və ya vələmir yarması, vələmir göyü və unu, döyülmüş jmıx, ot unu təyin edilir. Ot və dənin yemlərə bir az düzlü su səpmək məsləhətdir.

• Heyvanların otlaqda atarılması mədə sekresiyasının nizamlanmasına daha yaxşı təsir göstərir.• Otyeyən heyvanlarda bağırsaq zamanı qıcqırma prosesləri üstünlük gös-tərdikdə yem payına

keyfiyyətli yonca otu əlavə etmək çox yaxşı nəticə verir. • Belə heyvanların yem payından kökümeyvəli və dənli yemlərin müvəqqəti olaraq çıxarmaq

lazımdır. • Heyvanın bağırsaqlarında çürümə prosesi getdikcə otlara çəmən otu, göy ot, kökümeyvəlilər,

xüsusən yerkökü verilir. Atlara həmçinin, arpa və ya vələmir yarması, qaramala keyfiyyətli silos təyin edilir. Belə hallarda heyvani zülallarla zəngin olan yemlər (jmıx, qarışıq yem və s.) vermək məsləhət görülmür.

Page 14: AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI  AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

• Donuzların bağırsaqlarında şiddətli qıcqırma, yaxud çürümə getdikcə onlara ayran, asidofilli qatıq verilir.

• Cavan heyvanlarda ishalla davam edən mədə-bağırsaq pozğunluqları olduqda içirilən südün yarısını qaynanmış su ilə əvəz etmək lazımdır.

• Maddələr mübadiləsi pozğunluqları zamanı dietik yemin seçilməsi prosesi xarakterinə əsaslanmalıdır. Zülal azlığından əmələ gələn xəstəliklərdə heyvana yonca otu, buğda yarması, balıq unu, ə tunu, süd və s. təyin edilir. Bunların tərkibindəki zülallar əvəzolunmaz aminli turşularla təmin edir.

• Avitaminozlar və hipovitaminozlar zamanı prosesin xarakterindən asılı olaraq dietik yemləmə bu və ya digər vitaminlə olan ehtiyacın ödənilməsinə yönəldil-məlidir.

• Orqanizmi A vitamini ilə təmin etmək məqsədilə heyvanı eələm, yerkökü, göy ot, keyfiyyətli ot, silos, arpa, vələmir otu (yaşıl kütlə), süd; D vitamini ilə təmin olunma lazım gəldikdə süd məhsulları, yumurta sarısı, qaraciyər, balıq yağı, ot, silos; E vitamininə (tokoferol) ehtiyac olduqda isə bir çox heyvan və bitki məhsulları qaraciyər.ö buğda, qarğıdalı, bitki yağları; K vitamini lazım olduqda yonca otu, yerkökü balıq unu qaraciyər verilməlidir.

• B qrup vitaminləri çatışmadıqda yaşıl yemlər, C vitamini çatışmadıqda isə ot, silos, kələm, soğan, kartof, şam ağacı yarpaqları verilməlidir.

• Mineral maddələr çatışmadıqda əmələ gələn pozğunluqlar zamanı heyva-na xörək duzu,sümük unu,təbaşir, kobalt, dəmir, miss preparatları və s. verilir.

• Qaraciyər və böyrək xəstəliklərində tez həzmə gedən şəkər və nişasta, vitaminlərlə zəngin olan yemlər-silos ot, kökümeyvəlilər və buğda yarması verilməlidir. Sulu və turş yemlər yem payından çıxarılmalıdır.

• Qan törədici sistemin xəstəliklərində heyvana yonca otu, jmıx, mineral mad-dələr (xörək duzu, sümük unu, təbaşir, dəmir, miss, kobalt) kompleksi verilmişdir.

Page 15: AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI  AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

Köməkçi terapiya • Müalicənin bu növü- orqanizmdə itirilmiş olduğu və ya müxtəlif səbəblərdən azlıq

edən maddələri əvəz etmək üsullarından ibarətdir. • Qan köçürmə. Köçürülmüş qan orqanizmin itirmiş olduğu Qanı əvəz etməklə yanaşı,

özünün stimuledici təsiri ilə qanın laxtalanmış qabiliyyətini artırır, toksiki maddələrin zərərsizləşdirilməsi işinə kömək edir, dalaq, qaraciyər və digər depolarda dayanmış ehtiyat Qanı səfərbərliyə alır, habelə oksigen çatışmamazlığını aradan qaldırır. Köçürülən qan yad zülal almaq etibarilə orqanizmdə mürəkkəb bioloji dəyişikliklər yaradır; köçürülmüş qanın kolloidləri resipentin qan kolloidləri ilə rastlaşdıqda davamsız misellər həll olmayan hala keçir.

• Bu yolla orqanizmin köhnəlmiş kolloidlərin azad olması və bunların sürətlə yuyulması hüceyrələrdə fermentativ fəaliyyəti gücləndirir, maddələr mübadiləsini yaxşılaşdırır, bərpaolunma proseslərini qüvvətləndirir. Bu yolla ayrılmış zülal miselləri fermentlərin təsiri nəticəsində parçalanır və əmələ gələn məhsullar, orqanizmə qeyri-spesifik stimulyator kimi təsir etməyə başlayır.

• Qanköçürmənin orqanizmdə verdiyi reaksiya yalnız köçürülən qanın miqda-rından asılı deyil, bu eyni zamanda donor və resipientin zülallarının biokimyəvi xüsusiyyətləri ilə də əlaqədardır.

• Lakin qanköçürmə zamanı orqanizmdə gedən mürəkkəb bioloji proses yalnız bununla bitişir. Köçürülən qan saysız-hesabsız entroreseptorları və birinci növbədə damarlardakı reseptor reseptor aparatı qıcıqlandıraraq, orqanizmində reflektor yolla dəyişikliklər əmələ gətirir ki, bunların mühümlərindən biri də yuxarıda izah edilən kolloidlərin dəyişilməsi prosesidir.

Page 16: AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI  AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

• Köçürülmüş qan qaraciyərin, dalağın, sümük iliyinin və digər toxumaların funksiyasını gücləndirir, sinir-refleks mexanizmi və qıcıqla cavab olaraq protrom-binin kalsium duzlarının, tromboginozanın Qana daha sürətlə axınına səbəb olur.

• Köçürülmüş qan, orqanizmdə qanın laxtalanma sürətini artırdığı üçün böyük kliniki əhəmiyyət malikdir.

• Köçürülmüş qan zərərsizləşdirici təsirə də malikdir. Onun tərkibindəki eritrositlər, fermentlər və plazma zülalları bədəndə olan toksinləri adsorbsiya edir və ya zərərsizləşdirir. Beləliklə, köçürülmüş qan bədəndən itirilmiş olduğu Qanı əvəz etdiyi üçün-köməkçi, maddələr mübadiləsi və qan törəməni gücləndirdiyi üçün –stimuləedici, laxtalanmanı yüksəltdiyi üçün hemostatik, intoksikasiyanı zəiflətdiyi üçün zərərsizləşdirici təsirə malikdir.

• Baytarlıqda qanköçürmədən kəskin qan itirmələr, şok, kalons, zəhərlənmələr, hemolitik və hipoplastik anemiyalar, yanmalar, uzun müddətli parenximatoz qan axıntıları, gec sağalanlara və xoralar, bir sıra dəri xəstəlikləri zamanı istifadə edilir.

• Laikn bəzi xəstəliklərdə (ürək-damar sisteminin, qaraciyərin, böyrəklərin funksional pozğunluqları ilə davam edən üzvi pozğunluqları) qanköçürmə əks göstərişlidir.

• Qanköçürmənin əsas şərtlərindən biri də donorun seçilməsidir. Burada heyvanın sağlamlığı və qan qrupu başlıca şərtdir. Çünki donorla resipientin qan qrupu uyğun gəlmədikdə şok gələ bilir. Buna görə də qan köçürməzdən əvvəl bioloji sınaq aparılmalıdır. Bu məqsədlə donorun qanından alıb resipientə (ata 200-300 ml, qaramala 100 ml) bir neçə dəfə (15-20 dəqiqədən bir) köçürülür və 10-20 dəqiqə ərzində müşahidə aparılır.

Page 17: AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI  AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

• Əgər bu mddət ərzində heyvanın vəziyyətində nəzərə çarpacaq bir dəyişiklik (narahatlıq, nəbzin tezləşməsi, təngnəfəslik) əmələ gəlmirsə, bioloji sınaq, mənfi hesab olunmalı və transfuziyanı davam etdirmək məqsədilə müvafiq sayılmalıdır.

• Son vaxtlar yeni qan köçürmə metodu tətbiq olunur. Bunun üçün qan stabilləşdirilir.

• Bu məqsədlə 4%-li natrium-sitrat, 8%-li məhlulundan maqnezium-sulfat, 10%-li kalsium-xlorid məhlulundan istifadə olunur. Hər 1 litr Qana bu məhlulların birindən 100 ml götürülməlidir.

• Son vaxtlar qan köçürmədə qan əvəzinə qurudulmuş qaramal serumu müvəfəqiyyətlə işlədilir. Kəskin qanaxmalarda qaramala bu serumun 8%-li məhlulundan 400-600 ml venaya yeritdikdə heyvanın ümumi vəziyyətini yaxşılaşdırır, qanın laxtalanma qabiliyyətini yüksəldir.

• Köçürüləcək qanın miqdarı (at və qaramala) qarşıya qoyulan məqsəddən asılı olaraq müxtəlifdir. Qanaxmanı dayandırmaq üçün 1 litr, stimulyasiya yaratmaq üçün orta doza 2 litr, itirilmiş Qanı əvəz etmək və intoksikasiyanın qarşısını almaq üçün 2-3 litr qədər qan köçürmək lazımdır.

• Hormonoterapiya. Əvəzedici terapiyanın bir növü olub, daxili sekresiya vəzilərinin funksional pozğunluqları ilə əlaqədar olan xəstəliklər zamanı istifadə edilir.

• Məlum olduğu kimi daxili sekresiya vəzilərinin fəaliyyəti sinir sistemi ilə sıx əlaqədardır. Hətta bu vəzilərin bəziləri (məsələn, hipofiz) sinir-sisteminin bir hissəsi hesab olub, xüsusi funksiya yerinə yetirir.

Page 18: AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI  AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

• Baytarlıq klinik təcrübəsində daxili sekresiya vəzlərinin funksional pozğunluğuna (cinsiyyət, qalxanabənzər, mədə altı vəzləri, hipofiz və s.) tez-tez təsadüf edilir, habelə bir sıra geniş yayılmış xəstəliklər (ketozlar, mədə-bağırsaq və dəri xəstəlikləri, xronik davam edən infeksion və parazitar xəstəliklər) hormonal sistemdə funksional pozğunluqlar ilə mşayət olunur.

• Baytarlıqda qalxanabənzər vəzin hormonları (tiroksin, tirozin), mədəaltı vəzin hormonu (insulin), hipofizin arxa paycığının hormonu (pitutrin) və s. işlədilir.

• Son vaxtlar hormon preparatlarından hormonların məhsuldarlığını yüksəltmək sahəsində istifadə etmək problemi geniş mövqe tutur.

• Vitaminoterpiya. Avitminozlar və hipovitaminozlar zamanı, habelə vitamin azlığına səbəb olan xəstəliklər baş verdikdə vitamin preparatlarından istifadə edilir ki, bu da vitaminoterapiya adlanır. Bu məqsədlə həm də destoterapiyadan (vitaminli yemlərlə yemlənmə) istifadə olunur.

• Kənd təsərrüfatı heyvanlarında hipovitaminozların və avitaminozların müali-cəsində A, B, C, D, E və B qrup vitaminlərin rolu böyükdür. Bunların hər birinin yemdə azlıq etməsi nəticəsində avitaminoz və ya hipovitaminoz əmələ gəlir ki, onların müalicə və profilaktikasında vitaminlərlə zəngin yemlərdən, yaxud vitamin preparatlarından istifadə edilir.

• A vitamini heyvanlarda görmənin zəifləməsinə, tənəffüs yollarının, sidik ka-nalları və həzm üzvlərinin xronik iltihablarında, yara və xoralarında, epiteli toxu-maları yaxma inkişaf etmədikdə, yanmalar, ketozlar, doğumdan sonra inəklərdə hemoqlobinuriya, sidik və öd yollarında daşlar əmələ gəlmədə başladıqda təyin edilir.

Page 19: AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI  AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

• D vitamini raxit, ostemolyasiya, osteoporoz qanda kalsiumun azalması ilə müşayət olunan bir sıra dəri xəstəlikləri və travmatik mənşəli irinli proseslər zamanı tətbiq olunur.

• E vitaminindən əzələ distrofiyalarından, cinsiyyət üzvlərinin funksiyası zəiflədikdə, cavanlarda əzələ ağarması və cücələrdə eksudatlı diatez xəstəliyində bir müalicə vasitəsi kimi istifadə edilir.

• K vitamini heyvanı qaraciyər xəstəliklərində və protrombinin azalması ilə qanın laxtalanma qabiliyyəti aşağı düşdükdə verilir.

• B qrupu vitaminlərinin təsir dairəsi daha genişdir. B1 vitamininin sinir siste-minin pozğunluqları, ürək əzələsinin distrofiyası, mədə-bağırsaqların atoniyası, alimentar distrofiya, B1 hipo avitaminozu zamanı; B2 vitamini körpələr inkişa-fından qaldıqda, tükün tökülməsində, göz iltihablarında; PP vitamini çoşqalarda, itlərdə və quşlarda pellaqra, axiliya, qaraciyər xəstəliklərində, dermatozlarda, nevritlərdə; B12 vitamini hipoplastik anemiyalar zamanı sümük iliyinin funksiyasını stimulə etmək üçün təyin edilir.

• C vitamini sinqa, hemorroji diatezlər, infeksion xəstəliklər və intoksikasiyalar zamanı, habelə yaralar, sümüklərin qırılmasında sağalmanı tezləşdirmək məqsə-dilə, habelə ürək əzələsinin xəstəliklərinə qarşı mübarizədə yaxşı nəticə verir.

• Qeyd etmək lazımdır ki, bütün xəstəliklərdə orqanizmin vitamin məsarifi kəskin sürətdə artır. Məsələn, orqanizmin temperaturu 10S yüksəldikdə vitaminin məsarifi 2 dəfə çoxalır, qışda tövlə temperaturunun kəskin sürətdə dəyişməsi (isti-soyuq). A və C vitaminləri sərfini təqribən 75%, xarici mühitin temperaturu 350S yüksək olduqda isə 50-60% yüksəldir.

Page 20: AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI  AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

Mineral maddələrlə müalicə• Makro- və mikrelementlərin orqanizmində çatışmamazlığı, yaxud həddin-dən çox

olması nəticəsində əmələ gələn pozğunluqlar heyvanların məhsuldar-lığının aşağı salır, körpə heyvanların isə inkişafını ləngidir və hətta bir sıra xüsusi xəstəliklərə də səbəb olur. Minerallardan natrium, xlor, kalsium, fosfor, kükürd, dəmir, sink, kobalt, manqan, yod, miss, molibden və başqaları vitaminlərin, hormonların, fermentlərin aktivləşməsinə köməklik edir, zülallarla kompleks birləşmələr verərək orqanizmin fəaliyyətində yaxından iştirak edir.

• Beləliklə, orqanizmin normal həyat fəaliyyəti üçün makro- və mikroele-mentlər kompleksi müvafiq miqdarda lazımdır.

• Minerallarla müalicə aparmaq lazım gəldikdə natrium-xlorid, kalsium-karbonat, kalsium-fosfat, sümük unu, dəmir sulfat, miss-sulfat, kalsium –yodit, kobalt-xlorid, kalium-permanqanat və s. kimi düzlardan istifadə edilir. Lakin bunların tətbiqində mövcud təlimatlara riayət olunmalıdır.

• Fermentlərlə müalicə. Bunu ən çox təbii və ya süni mədə şirəsindən istifadə olunur. Süni mədə şirəsi pensilin-xlorid turşusunda məhluludur. O, belə hazırlanır: 5 ml təmiz xlorid turşusu 1 litr destillə olunmuş və ya qaynadılmış suya qarışdırıldıqdan sonra 10 q pensillin tozu əlavə edilir. Təbii mədə şirəsi sağlam heyvanın mədə şirəsidir.

• Baytarlıqda sağlam atlarda alınmış mədə şirəsindən istifadə edilir. Bu sarımtıl rəngli, zəif turş iyli mayedir. Mədə şirəsinin tərkibində pensin və 0,1% azad xlorid turşusundan başqa fermentlər, xloridlər, fosfatlar və bəzi vitaminlər də vardır.

• Mədə şirəsi dispepsiya və qastritlərin cücələrdə koksidozun müalicəsində istifadə edilir. Buzovlarda 30-50 ml, çoşqalarda 10-15 ml verilir.