Çoxhüceyrəlilər

11
BIOLOGIYA Çoxhüceyrəlilər yarımaləmi

Upload: miryusif-naxcivani

Post on 27-Jul-2015

178 views

Category:

Art & Photos


3 download

TRANSCRIPT

BIOLOGIYAÇoxhüceyrəlilər yarımaləmi

27.Bağırsaqboşluqlar tipi

Bağırsaqboşluqlular ibtidai çoxhüceyrəli heyvanlardır. Bədən iki qatdan ıbarətdır, ən sadə halda bir tərəfi açıq kısəyə bənzəyir. Kısənin boşluğunda qidanın həzmi gedir. Həzm olunmamış qidanın qalıqları bədəndən ağız dəlıyı vasıtəsilə kənar edilir. Bu heyvanların səciyyəvi xüsusıyyəti onlarda dalayıcı hüceyrələrin olmasıdır. Bagırsaqboşluqluların hamısı su heyvanı olub, əksərıyyəti dənizlərdə yayılmışdır

Hidrozoalar sinfi Nümayəndəsi şirin su hidrasıdır.Hidra oturaq

həyat tərzi keçirir. Bədəninin aşağı hissəsində olan döşənək vasitəsilə suyun dibinə və ya sualtı əşyalara yapışır. Bədən daxilində bağırsaq boşluğu yerləşir. Bu boşluq 5-12 ədəd qolcuqlarla əhatələnmiş ağız dəliyi vasitəsilə xarici mühitlə əlaqələnir. Bədəni xarici – ektoderma və daxili – entoderma qatlarından ibarətdir.

HidrozoalarEktoderma qatı

(xarici qat)Entoderma qatı

(xarici qat)

Ektoderma qatı (xarici qat) bir neçə növ hüceyrələrdən ibarətdir: dəriəzələ hüceyrələri, dalayıcı hüceyrələr (b), sinir hüceyrələri, aralıq hüceyrələr və cinsiyyət hüceyrələri.Entoderma qatı (daxili qat) həzm prosesində iştirak edən qamçılı həzm və vəzili hüceyrələrdən təşkil olunmuşdur.

Sifoid meduzaları sinfi

Sifoid meduzalarının bədəni çətirə və ya zəngə oxşayır.Çətirin alt hissəsində ağız yerləşir.Bədənin kənarlarına doğru gedən radial kanallar mədədən başlanğıc götürür.Sadə halda onlar cəmi dörd ədəd olur, bəzi növlərdə səkkİzdir.Çətirin kənarı ilə sinir halqası

boyunca 8 ədəd sinir düyünü yerləşir.Sifoid meduzalarının əksəriyyəti dənizlərin su qatlarında, bəzi növləri isə suyun

dibində yaşayır.Suyun dibində yaşayan meduzalara stavromeduzanı misal gətirmək olar.Sifoid meduzaları çətirin

yığılıb-açılması sayəsində üzür.Sianea meduzasının diametri 2 m, qollarının uzunluğu 10 m-ə çatır.Tropik sularda onları gəmidən

aydın görmək olur.Hər iki növ yıptıcıdır, qidasını suda yaşayan onurğasız heyvanlar və körpə balıqlar təşkil edir.Sifoid

meduzalarının bəzi növlərini (qulaqlı meduza, ropilema) insanlar ovlayır və yeyir.

Sifoid meduzaları sinfi

Təbiətdə mərcanların yumşaq, buynuzlu, tikanlı və başqa növləri var. Mərcanlar ya tək, ya da koloniyalarla yaşayırlar. 6000-ə qədər növü məlumdur. Görünüşdə bu kolniyalar gözəl gül baxçasını xatırladır.

Mərcanlar heyvan kimi kəşf olunmamışdan əvvəl məhz suda yaşayan güllər sayılırdılar.Ağac kimi qol ataraq artan mərcanların yalnız üst qatı

yaşayır, alt qatı isə ölür. Beləcə şişərək böyüyən mərcanlar dayaz yerlərdə qayalıqlara və adalara çevrilirlər. Bu prosesə aylar, illər yox, min

illər lazım gəlir.Hazırda onların əksəriyyəti tropik dənizlərdə yaşayır. Hidroidlərdən fərqli olaraq mərcan poliplərinin bədən quruluşu xeyli mürəkkəbləşmişdir. Onların əksəriyyəti koloniya, bəzi növləri isə tək

halda yaşayır.Qidasını (xərçənglər, molyuskalar və b.) qolları vasitəsilə ovlayır. Aktiniyada qidanın həzmi hidralarda olduğu kimidir. Aktiniyalar

döşənək vasitəsilə substratın üzərində yavaş-yavaş hərəkət edir. Onlar bəzən molyuskaların çanağı və xərçənglərin zirehi üzərində yaşayıb

həmin heyvanlar ilə simbiotik həyat keçirir.Mərcan rifləri qədim geoloji dövrlərdən başlayaraq mövcud olmuşdur, lakin rif əmələ gətirən

heyvanların növ tərkibi dəyişmişdir.

Mərcan polipləri sinfi

28.Bağırsaqboşluqların həyat fəaliyyəti

Çoxalma. Əlverişli şəraitdə qeyri-cinsi, əlverişsiz şəraitdə isə cinsi yolla çoxalır. Qeyri-cinsi çoxalma tumurcuqlanma yolu ilə, cinsi çoxalma cinsiyyət hüceyrələrinin (qametlərin) iştirakı ilə baş verir. Bağırsaqboşluqluların bəzilərində cinsi çoxalma zamanı eyni bir orqanizmdə həm dişi, həm də erkək cinsiyyət hüceyrələri yaranır. Belə orqanizmlər (məsələn, şirin su hidrası) hermafroditadlanır. Digərlərində isə erkək və dişi cinsi hüceyrələr ayrı- ayrı fərdlərdə yaranır. Belə orqanizmlər ayrıcinsli adlanır.

Qidalanma. Bağırsaqboşluqlular yırtıcıdır. Tutulan qida ağız dəliyindən bağırsaq

boşluğuna ötürülür və daxili qatın hüceyrələri tərəfindən həzm olunaraq

bədənə sorulur. Həzm olunmayan qalıqlar yenidən bağırsaq boşluğuna düşür, sonra

isə ağız vasitəsilə xaricə atılır.

SON