Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət İqtisad Universiteti
İxtisas : KommersiyaFakültə : KommersiyaKurs: IIQrup: Müəllim : ...Tələbə: ...Fənn: “Kommersiya Fəaliyyətinin Əsasları”
Kurs işi
Mövzu : “Kommersiya sirrinin formaları və
onların qorunması istiqamətləri”
1
Bakı - 2014
Mündəricat:
Giriş.................................................................................................................. 2
1.Kommersiya məlumatı nə vaxt kommersiya sirri hesab olunur (beynəlxalq və
yerli təcrübədə) ................................................................................................. 3
2.Kommersiya sirrinin qorunması tədbirləri..................................................... 53.Azərbaycan Respublikasında kommersiya sirrinin qorunması tədbirləri və
mövcud problemlər........................................................................................... 16Nəticə................................................................................................................ 20
İstifadə edilmiş ədəbiyyat siyahısı.................................................................... 20
Giriş
Biznes uğurlu inkişaf etdikdə və çoxlu mənfəət gətirdikdə, bəzi adamlar, o
cümlədən təşkilatın işçiləri uğuru təkrarlamaq və ondan mənfəət əldə etmək
istəyirlər.
Hər hansı kommersiya yaradıcılığında belə halların baş verməməsi üçün -
kommersiya sirri yaradılır. Kommersiya sirri sahibkara öz yerini qorumağı
və mal bazarında borcunu, iş və xidmətini, eləcə də gözlənilməz xərclərin
qarşısını almağa imkan verir.
Kommersiyanın tərkibinə istifadə olunan texologiya, məhsulun hazırlanması,
keyfiyyətə nəzarət üsulları və s. haqqında informasiya daxil olur. İndi
uğurlu informasiyaların yüksək qiymətləndirildiyi zamanda onlar oğurlana
bilər və sübut oluna bilər ki, bu ideyalar qeyri - mümkündür. Biznesi
kopiyalamaq və mənfəət əldə etmək arzusu vicdansız sahibkarların xüsusi
dedektiv və hətta rəqabət şirkətlərinin əməkdaşlarını üstələməyə cəhd
2
etməyə gətirib çıxarır. Amma informasiya sızması tək təşkilatın daxilində
deyil, bəzi təşkilatların məsələn, vergi xidməti tərəfindən də olur.
Hər bir sahibkar öz müəssisəninin gəlilərinə görə vergi ödəyir və bu
məlumat cinayətkar qurumları tərəfindən istifadə oluna bilər.
Ona görə də kommersiya sirrinin etibarlı olması təkcə biznesin uğurundan
deyil, həm də sahibkarın və ailə üzvlərinin təhlükəsizliyindən də asılıdır.
Buna görə də uğurlu biznes işçiləri öz təhlükəsizliyinə nəzarət etməli və
həm də onu təmin edən şəxsə məsuliyyətlə yanaşmalıdırlar.
1. Kommersiya məlumatı nə vaxt kommersiya sirri hesab
olunur (beynəlxalq və yerli təcrübədə)
Kommersiya məlumatı dedikdə, müxtəlif əmtəə və xidmətlər bazarında yaranmış
şərait haqqında xəbərlər başa düşülür.
Kommersiya məlumatı ticarət firmalarına öz fəaliyyətlərini təhlil etməyə,
planlaşdırmağa və onun nəticələri üzərində nəzarətin həyata keçirilməsinə imkan
verir.
Kommersiya informasiyasının mənbəyi kimi, konkret əmtəələr üzrə marketinq
tədqiqatları göstərilə bilər. Lakin tədqiqatların keçirilməsinə, məlumatların
toplanmasına və təhlilin aparılmasına pul vəsaiti qoyulmazdan əvvəl, xərclərin
və mümkün nəticələrin əhəmiyyətliliyinin müqayisəli qiymətləndirilməsini
aparmaq zəruridir. Əgər kommersiya məlumatının istifadə olunmasından gələn
mənfəət artımı onun əldə olunmasına çəkilən xərclər artımını, üstələyərsə onda
marketinq tədqiqatının aparılması məqsədəuyğun hesab olunur. Kommersiya
informasiyasının mühüm mənbəyi kimi, ticarət firmasının daxili materiallarını
3
və sənədlərini də hesab etmək olar, xüsusən də mal dövriyyəsinin həcmi, satış
xərcləri, əmtəə ehtiyatları, mənfəət, reklam xərcləri və digər məlumatları.
Kommersiya informasiyasının mənbələrərindən biri kimi, xarici statistika
məlumatlarını və kütləvi informasiya vasitələrində bazarın vəziyyəti haqqında
dərc olunan xəbərləri hesab etmək olar.
Son vaxtlarda “təmiz informasiya istehsalını və satışını” özlərinin əsas
fəaliyyət növünə çevirmiş müxtəlif firmalardan informasiya alınması çox
geniş yayılmağa başlamışdır.
Kommersiya sirri anlayışı kommersiya nöqteyi - nəzərindən bilərəkdən gizli
saxlanan iqtisadi maraqlardan və firmanın istehsal-təsərrüfat, idarəetmə, elmi-
texniki və maliyyə fəaliyyətinin müxtlif tərəfləri və sferaları haqqında
məlumatlardan ibarətdir ki, onların da qorunması rəqabət maraqları və firmanın
iqtisadi təhlükəsizliyinə qarşı mümkün təhlükələrin olması ilə əsaslandırılır.
Kommersiya sirri kommersiya üçün maraq doğurduğu andan sirr hesab olunur.
Kommersiya məxfilikləri – kommersiya sirrinin bir formasıdır. Firmanın
kommersiya sirrinə aid olan sənədlər, sxem, məlumatlardan ibarət olub, oğurluq,
mənimsəmə, informasiyanın sızması və digər təhlükələrdən təhlükəsizlik xidməti
tərəfindən müdafiə olunmalıdır. Onlar aşağıdakı əlamətlərə görə fərqlənirlər;
- kommersiya sirrinin təbiətinə görə;
- mülkiyyət mənsubiyyətinə görə;
- təyinatına görə;
Kommersiya məxfiliyi daşıyan sənədlər xüsusi qriflə - “konfidensial”, “keskin
konfidensial, yalnız ünvan üzrə” və s. Işarə oluna bilər.
Kommersiya məxfiliyinin daşıyıcısı - müəssisənin və ya firmanın kommersiya
məxfilikləri haqda məlumatı olan şəxsdir.
Kommersiya məxfililərinin daşıyıcılarını qapalı kommersiya məlumatı
mənbələrindən fərləndirmək lazımdır. (nau-xau, sxemlər, sənədlər, texnologiyalar,
məmulatlar, nümunalər)
Bazar təsərrüfatçılığı şəraitində məxfilik istehsalçısını haqsız rəqabətdən
qoruyur. Haqsız rəqabətə ticarət markasından gizli istifadə olunması, rəqibin
4
məhsulunun saxtalaşdırılması, aldadıcı reklam, satınalma, şantaj və s. bu kimi
qanuna zid hərəkətlər aid edilir.
Sənaye cəsusluğu – bura kommersiya sirri təşkil edən məlumatların qeyri
qanuni toplanması, məxfi informasiyanın hər hansı şəxs və müəssisə, onun
sahibi tərəfindən səlahiyyət verilmədi halda, qeyri qanuni istifadə olunması və
s. aidir. Sənaye cəsusluğunun obyekti müəssisənin kommersiya sirrini daşıyan
her hansı maddi və qeyri maddi obyektlər ola bilər: sənədlər, sxemlər, məhsul
nümunələri, qeydiyyata alınmamış patentlər, texniki layihələr, qiymətlər,
kontraklar, malgöndərənlər, marketinq tədqiqatları haqda informasiya və
sahibkarlıq marağı doğuran digər məlumatlar ola bilər.
2.Kommersiya sirrinin qorunması tədbirləri
Kommersiya sirlərinin qorunması mexanizmilərinin yaradılmasında xarici və
yerli təcrübəni təhlil edərək, onun ibarət olduğu aşağıdaki əsas blokları
ayırmaq olar:
- Onun sahiblərinin maraqlarının qorunmasına yönəldilmiş hüquq
normaları;
- Müəssisənin, firmanın rəhbərliyinin təyin etdiyi normalar ( əmrlər,
sərəncamlar, təlimatlar );
- Bu normalara riayət olunmaını təmin edən xüsusi struktur bölmələri
( rejim, təhlükəsizlik xidməti bölmələri və s. ).
Yuxarıda sadaladıqlarımız bir-biri ilə qarşılıqlı əlaqələndirilməlidir. Belə ki,
firma məxfi materiallarla işləmək üçün daxili qayda qanuna aid olan ən
təkmil qaydalara və təlimatlara malik ola bilər, lakin dövlət-hüquq
tənzimlənməsinin olmadığı halda öz sirlərini müdafiə etməyə də bilər.
Eyni zamanda, hüquqi tənzimləmənin mövcud olduğu, lakin bu hüquq
normaları və təlimatları təcrübədə həyata keçirə biləcək peşəkarların olamdığı
5
da sirləri qorumaq böyük çətinliklərlə üzləşəcək. Sirlərin və məxfiliklərin
qorunmasın ısas istiqamətlərini bilmədən, hətta dövlət dəstəyinin və ştat
siyahısında xüsusi struktur bölməsinin mövcud olduğu halda belə öz məxfi
məlumatlarını qorumaq mümkün olmayacaq.
Bu gün yeni təsərrüfat formalarının və münasibətlərinin yaranmasının tam
sürətlə gettdiyi bir vaxtda, müəssisələrdə öz məxfi informasiyalarının
qorunması ilə bağlı problemlər yaranır. Dövlət sirlərinin qorunması ilə
yaranmış sistemin avtomatik olaraq kommersiya sirləri sahəsinə də sirayət
olunması cəhdləri demeək olar ki, qeri-mümkündür.
İstehsal sirlərinin qorunması üzrə dünya təcrübəsi göstərir ki, xalis inzibati
tədbirlər də nəticəyə zəmanət vermir. Buna görə də sahibkarlar bu
tədbirlərdən imtina etməyəcək, inzibati tədbirlərlə yanaşı, məxfi
informasiyanın müdafiəsi prosesinə firmanın bütün əməkdaşlarının aktiv cəlb
olunmasını da həyata keçirirlər.
Məxfi informasiyanın etibarlı müdafiəsində əsas yer kadrlarla işə ayrılmalıdır.
Mütəxəsislər hesab edirlər ki, sirlərin qorunması 80 % kadrların düzgün
seçilməsi, yerləşdirilməsi və tərbiyə olunmasından asılıdır. Və bu işə, əməkdaş
işə qəbul olunduğu gündən başlamaq lazımdır.
Bu istiqamətdə əhəmiyyətinə görə görülən ikinci tədbir məxfi informasiyanın
əldə edilməsinə məddudiyyətin qoyulmasıdır. İş elə təşkil olunmalıdır ki, hər
bir əməkdaş, yalnız birbaşa xidməti vəzifəsinin yerinə yetirilməsi prosesində
ona lazım olan informasiyaya malik ola bilsin. Bu tədbir özü özlüyündə
informasiya sızmasını tam qoruya bilməz, lakin mümkün ziyanı minumuma
ensirə bilər.
Kadrlarla iş üzrə üçüncü istiqaməti tərbiyə işlərinin aparılması təşkil edir.
Sənaye cəsusluğuna qarşı tədbirlər sahəsində çalışan mütəxəsislər bu
tövsiyyələri verirlər:
- Məxfilik rejiminin təmin oluması proqramının təbliğatı üçün bütün
imkanlardan istifadə etmək;
6
- Məxfilik rejiminin yerinə yetirilməsində əməkdaşların marağının hər cür
stimullaşdırılması;
- Məxfi informasiyanın qorunmasındakı müvəffəqiyyaətlərinə görə
əməkdaşları vaxtaşırı mükafatlandırmaq;
Nəzərə almaq lazımdır ki, “boş” şağırışlar müsbət nəticələr vermir, buna
görə də tərbiyə işində maarifləndirməyə əhəmiyyətli yer vermək lazımdır
ki, onun da məqsədi bunlardır:
- əməkdaşın təhlükəsizliyinə görə şəxsi məsuliyyət daşıdığı, qorunan
informasiyanın həcmi barədə tam bilgiyə malik olması;
- məxfi işləri icra edən əməkdaşın bu məlumatların xarakterini və
dəyərliliyinin başa düşməsi;
- məxfi məlumatların saxlanılması və qorunmsı qaydalarının öyrenilməsi.
Bu zaman heç bir qayda və prosedur onun mahiyyəti, lazımlılığı və
zəruriliyi izah edilmədən tətqiq edilməməlidir. Hər bir rəhbər bu qaydaları öz
tabeliyində olan əməkdaşlara çatdırarkən, bu qaydaların onların işinin
ayrılmaz hissısi olduğunu qeyd etməyə borludur.
Bununla yanaşı, yalnız tərbiyyə işləri və maarifləndirməklə kifayətlənmək
olmaz. Məxfi informasiya ilə iş qaydalarını pozan əməkdaş bilməlidir ki,
onu ciddi xoşagəlməz şeylər gözləyir və o, rəhbərlik tərəfindən ciddi
cəzalandırılacaq.
Kadrlarla işə bu cür yanaşma metodları pis nəticələr vermir və müxtəlif
fəaliyyət profili müıssisələrdə tətbiq oluna bilər.
Beləliklə, öz firmaında təhlükəsizlik sistemi yaratmağa başlayan milli
rəhbərlərimizə nələri tövsiyə edərdik? İlk növbədə, onu bilmək lazımdır ki,
bu ucuz başa gəlmir. Təhlekəsizlik sistemini yaratmağı peşəkarlara, yalnız
onlara həvalə etməli və başqa heç kimə həvalə etmək olmaz. İlk növbədə,
itirilməsindən dəyən ziyan onun müdafiəsinə çəkilən xərcləri üstələyən ən
mühüm sirlərin təhlükəsizliyi barədə düşünmək lazımdır:
- hansı informasiyanın qorunmasına ehtiyac duyulur;
7
- bu informasiya kimi maraqlandıra bilər;
- bu sirlərin “həyat müddəti” nə qədərdir;
Sonra kommersiya sirrinin qorunması üzrə plan hazırlamaq lazımdır. Xarici
təcrübə göstərir ki, o iki bölmədən ibarət olmalıdır:
- məxfi informasiyanın oğurlanmasının qarşısının alınması;
- məxfi informasiyanın sızmasının qarşısının alınması;
Bunun üçün isə tələb olunur:
- hansı kommersiya məlumatının firma üçün məxfi hesab olunduğunu
müəyyənləşdirmək;
- onun toplanması məkanını təyin etmək;
- informasiya sızmasının potensial kanallarını müəyyənləşdirmək;
- bu kanalların bağlanması üsulları barədə mütəxəsislərdən məsləhətlər
almaq;
- informasiyanın məxfiliyinin qorunmasını təmin edən müxtəlif
sistemlərin istifadəsinə çəkiləcək xərclərin nisbətlərini təhlil etmək və
daha məqsədəuyğununu və məqbulunu seçmək;
- bu sistemin hər sahəsinə görə cavabdeh şəxsləri təyin etmək;
- sahələrdə işin yoxlanılması cədvəlini tərtib etmək.
Firmanın təhlekəsizliyinin təmin olunması sisteminə aşağıdakı təşkilati
tədbirlər aiddir:
- otaqlara, sahələrə və avadanlıqlara nəzarət ( istehsal sahələrinin və
idarə otaqlarının təhlükəsizliyinin təmin olunması, foto və digər
surətçıxaran avadanlıqların qorunması, firmaya gələn kənar şəxslərə
nəzarət );
Heyətlə iş ( işə qəbul edilərkən söhbətlərin aparılması, işə yeni qəbul
olunmuşların informasiyanın qorunması qaydaları ilə təlimatlandırılması,
kommeriya sirrinin qorunmasının öyredilməsi, məxfi informasiyanın
8
mənimsənilməsində şübhəli sayılan əməkdaşlarla aparılması, işdən çıxanlarla
söhbətlər aparılması);
- konfidensial (məxfi) sənədlərdə işin təşkili, kargüzarlıq qaydalarının
təyin edilməsi, məxfi sənədlərin ötürülməsinə nəzarət, konfidensial
sənədlərdən məxfiliyin götürülməsinə və onların məhv edilməsinə
nəzarət, digər firmaların sirlərinin qorunması);
- firmanın kompüterində toplanmış konfidensial informasiya ilə işin
aparılması ( elektron informasiyanın saksiya olunmamış girişdən
qorunması sisteminin yaradılması, EHM-dan istifadəyə nəzarətin təmin
olunması );
- kontraktların bağlanması prosesində firmanın kommersiya sirlərinin
müdafiəsi ( bu zaman, bu işə münasibəti olan şəxslərin dairəsini dəqiq
müəyyənləşdirmək mühüm əhəmiyyət kəsb edir ).
Yuxarıda verilmiş plan nümunə kimi verilmişdir. Lakin kommersiya
sirrinin qorunmasının bütün hallarında sənədlərə xesusi diqqət yetirmək
vacibdir, çünki bizim ölkəmizdə kommersiya məlumatının əsas həcmi
sənədlərdə saxlanılır.
Rəhbər işgüzar kağızlarda məxfi informasiyanın fiksə olunması prosesinin
qaydaya salmalı və onların hərəkətini elə təşkil etməlidir ki, onların
oğurlanması əks tərəfdən iqtisadi tərəfdən qeyri – sərfəli olsun.
Kommersiya sirri daşıyan sənədlərlə işləyərkən müəyyən qaydalara əməl
etmək tələb olunur:
- personalın məxfi sənədlərlə işləməsinə ciddi nəzarət ( şəxsən və ya
təhlükəsizlik xidməti vasitəsilə );
- məxfi kargüzarlığa nəzarət üzrə məsul şəxslərin təyin edilməsi və
onlara müvafiq səlahiyyətlərin verilməsi;
- məxfi sənədlərlə iş üzrə təlimatların ( yaddaşların ) hazırlanması və
firmanın müvafiq əməkdaşlarının onunla tanış edilməsi;
9
- firmanın kommersiya sirlərinin qorunması barədə əməkdaşların yazılı
öhdəliklər qəbul etməsinə nəzarət;
- məxfi informasiyaya buraxılışı olan əməkdaşların maddi mənəvi
mükafatlandırılmaı sisteminin tətbiq edilməsi;
- firmanın kommersiya sirlərinin qorunması mexanizmlərinin və
texnologiyalarının gündəlik praktikaya tətbiq olunması;
- firmanın rəhbəri tərəfindən daxili təhlükəsizlik və məxfi kargüzarlıq
xidmətlərinə şəxsi nəzarət edilməsi.
Sənədlərdə əks olunan kommersiya sirlərinin açıqlanmasının qarşısını almaq
məxfi kargüzarlığının aparılmasının müxtəlif üsulları mövcuddur. Yuxarıda
qeyd olunduğu kimi, kommersiya sirri daşıyan sənədlər onlarda olan
informasiyanın məxfilik dərəcəsinə görə fərqləndirilir və müvafiq məxfilik
qrifi ilə işarələnir.
Məxfi sənədlərlə işləmək üçün xüsusi yaxşı səs izolə edən otaqlar
ayrılmalıdır. Bu otaqlara nəinki kənar şəxslər, həmçinin məxfi sənədlərə
buraxılışı olamayan firmanın əməkdaşları da buraxılmamalıdır. Belə otaqlar
əsaslə divarlara, etibarlı dam örtüyə, möhkəm qıfılı və cəftəsi olan qapılara,
qoruyucu barmaqları olan pəncərələrə malik olamlıdır ki, kənar şəxslər bura
daxil ola bilməsin. Bu cür yerlər etibarla qorunmalıdır, o cümlədən
mühafizə siqnal sistemi və kabel televiziyasının tətbiqi ilə elektron –
mexaniki vasitələrlə təmin olunmalıdır.
Məxfi sənədlərin qaralamaları nömrələnmiş vərəqləri olan dəftərlərdə
hazırlanmalıdır. Ağlama sənədlər hazır olduqdan sonra qaralamalar
səlahiyyətli əməkdaşlar tərəfindən məhv edilməlidir.
İstifadə olunmuş sürətçıxaran kağızdan və çap maşınlarının rəngləyici
lentindən məxfi informasiyanı çıxarmaq mümkün olduğu üçün onları məsul
şəxslərin nəzarəti altında məhv edirlər.
Sənədlərdən məxfi informasiyanın sızması ehtimalı onların bir yerdən başqa
yerə göndərilməsi zamanı daha böyükdür. Əgər hərbiləşdirilmiş feldyeger
10
rabitəsindən istifadə etmək imkanı yoxdursa, onda məxfi sənədlərin və
qiymətli əşyaların çatdırılmasını öz xüsusi təhlükəsizlik xidməti əməkdaşlarını
cəlb etməklə təşkil etməli və bu cür xidmətləri ödənişlə yerinə yetirən
xüsusiləşdirilmiş firmalara müraciət edilməlidir.
Məxfi sənədlərin saxlanması, istifadəsi və məhv edilməsinə cavabdeh olan
firmanın sirlərini satmaq tamahından çəkindirmək üçün ən sadə, lakin
etibarlı yolu onlara yüksək əmək haqqı verməkdir.
Məxfi sənədlərin saxlanması və göndərilməsi zamanı icazəsiz müdaxilənin
qarşısını almaq üçün müxtəlif qoruyucu və siqnal vasitələrindən istifadə
edirlər. Bura işığa həssas örtüklər, mikroelektronika və s. aiddir.
Kommersiya informasiyalarının qorunması üzrə mütəxəssislərə konfidensial
sənədlərin qorunmasının bir çox digər texnologiyalrı və sistemləri də
məlumdur.
Kommersiya sirri özündə kommersiya düşüncələri ilə qəsdən gizlədilən
iqtisadi maraqlar, müəssisə və təşkilatın istehsal, təsərrüfat, idarəetmə, elmi-
texniki, maliyyə tərəflərinin müxtəlif tərəfləri haqqında məlumatları əks
etdirir. Bu sirlərin qorunması rəqabət maraqları və onların iqtisadi
təhlükəsizliyinə qarşı mümkün təhlükələrlə şərtlənir.
Kommersiya məxfiliyinin təzahür forması müəssisənin, yaxud təşkilatın
kommersiya məxfiliyinə aid olan və təhlükəsizlik xidməti tərəfindən
oğurlanmadan, aşkar olunmadan və ya sızmadan qorunan sənədlər, sxemlər,
məlumatlardan ibarət olan kommersiya sirridir.
Kommersiya informasiyasının daşıyıcıları müəssisə və təşkilatların rəhbərləri,
habelə kommersiya sirləri ilə işə buraxılmış başqa xidmətçilərdir.
Müəssisə və ya təşkilat informasiyasını məxfiləşdirərkən təkcə öz
təhlükəsizlikləri prinsipindən yox, iqtisadi faydalılıq prinsipindən də çıxış
etməlidir. Belə ki, bazar şəraiti istehsal edilən məhsul xidmətlərin ticarət
reklamını tələb edir, onların fəaliyyətinin həddən artıq məxfiləşdirilməsi isə
mənfəətin itirilməsinə səbəb ola bilər.
11
Buna görə də, məsələn, müəssisə və təşkilatın maliyyə fəaliyyəti haqqında
məlumatlarının, işgüzar planlar və yeni məhsulların istehsal planlarının,
marketinq haqqında informasiyanın, müştəri siyahılarının, təşkilati sxemlərin,
əməkdaşlar haqqında informasiyaların və başqa işgüzar informasiyaların sızma
və oğurlanmadan qorunması tələb olunur.
Sözsüz ki, kommersiya sirrinə elmi-tədqiqat layihələrini, hər hansı məhsulun
istehsalı üzrə konstruktor, texnoloji işləmələri və onun parametrlərini, patent
üzrə ərizələri, EHM-ların proqram təminatını və başqa texniki
informasiyaları aid etmək olar.
Müəsisə bağladığı müqavilələrin qayğısına qalmalıdır və bu sənədlər
məsuliyyətli şəxsin yanında müəyyaən yerdə saxlanılmalıdır. Onları yalnız
müəssisə və ya təşkilatın rəhbərinin yazılı razılığı əsasında vermək olar,
çünki müqavilələrin birinci nüsxələrinin itməsi mübahisələrin ortaya çıxması
və onların məhkəmədə həllindən müvafiq müddəaların sübutu zamanı
əhəmiyyətli dərəcədə çətinliklərə gətirib çıxarır. Müəyyən şəraitlərdə təkcə
müqavilənin mətni deyil, müqavilə bağlanılması faktı da mühafizə
olunmalıdır.
Kommersiya sirrinə səmərələşdirici təkliflər, işlənib hazırlanma və tərtibat
mərhələsində olan ixtiralar da aiddir. Əgər ixtira üzrə onun patent
verildikdən sonra kommersiya sirrinin köməyi ilə qorunmaya ehtiyac
duymursa, səmərələşdirici təkliflər hətta rəsmiləşdirildikdən və müəllif
hüququnun verilməsindən sonra belə kommerisya sirri olaraq qala bilər,
çünki onlar özündə veilmiş müəssisə üçün mütəqqi texniki məsələləri əks
etdirir.
Kommersiya sirri sırasına “nou-hau” tipli informasiyalrı da aid etmək olar,
belə informasiyaları şəxsi heyətdən də qorumaq lazımdır ki, onlar başqa
müəssisələrə getməli olsalar, bu informasiyalrı özləri ilə götürə bilməsinlər.
Kommersiya sirrinin mühafizəsinin təmin olunması üçün aşağıdaki qaydalara
riayət etmək lazımdır:
- heyətin məxfi sənədlərlə işə buraxılması üzrə ciddi nəzarət;
12
- məxfi kargüzarlıq üzrə işə nəzarət üçün xüsusi səlahoyyətlərə həvalə
olunmuş məsul çəxslər təyin olunmalıdır;
- müəssiə və ya təşkilatın rəhbəri tərəfindən müvafiq əməkdaşlarla tanış
edilməli olan məxfi sənədlərlə iş üzrə təlimatlar təsdiq edilməlidir;
- xidmətçilər tərəfindən müəssisənin kommersiya sirrinin qorunması
haqqında yazılı öhdəliklərə riayət etməsi üzərində nəzarət lazımdır.
Məxfi informasiyaya çıxışı olan əməkdaşların maddi və mənəvi
stimullaşdırılması sisteminin tətbiqi arzuolunandır.
Müəssisənin rəhbəri daxili təhlükəsizlik xidmətləri və məxfi kargüzarlıq
üzərində şəxsi nəzarəti həyata keçirməlidir.
Müəssisə və təşkilatın kommersiya sirrini təşkil edən informasiyanın
qorunmasının çoxsaylı üsulları mövcuddur.
Mühüm məlumatlar olan sənədlərin hazırlanmasını ən sınanmış
əməkdaşlara tapşırmaq lazımdır. Bu zaman sənədin nüsxələrinin sayı ciddi
şəkildə məhdudlaşdırılmalıdır. Sənədlərin surətlərinin çıxarılması zamanı
suraətçıxarma texnikasının etibarlı şəkildə nəzarət altında olamasının
qayğısına qalmaq lazımdır. Məsuliyyətli şəxslərin nəzarəti altında
surətçıxarma kağızı və rəngvuran lent məhv edilməlidir. Məxfi
informasiyanın etibarlı şəkildə ötürülməsi üsulu seçilməlidir.
İnformasiyanın birbaşa oğurlanmadan və ya məhv olmadan qorunması
üçün fiziki mühafizə tədbirlərindən ( qapılarda qıfıllar, pəncərələrdə
barmaqlıqlar və s. ) istifadə etmək olar. Onlardan, bir qayda olaraq,
inzibati tədbirlərlə ( buraxılış rejimi, məxfilik rejimi, təhlükəsizlik xidməti
və s. ) birgə istifadə olunur. Bundan başqa özündə kifayət qədər mürəkkəb
elektromexaniki, radiotexniki, akustik və başqa qurğuları əks etdirən
texniki mühafizə sistemi də tətbiq olunur.
Kommersiya sirrinin qorunması ilə əlaqədar bəzi ölkələrdə alınan tədbirlər:
ABŞ, Almaniya, Çin, Yaponiya və digər ölkələrdə kommersiya sirrinin
qorunması müvafiq hüquqi bazaya söykənən sənaye məxfiliyi sistemi vasutəsilə
13
təmin olunur. Bu zaman onun qorunmasının təmin olunmasında dövlət orqanları
deyil, firmalar özləri oynayır.
İnformasiyanın qorunması sahəsində ən təkmilləşmiş qanunvericiliyə malik
olan ABŞ-da “Kommersiya sirri haqqında qanun” yalnız 1979-cu ildə qəbul
olunmuşdur, o da bütün ştatlar üzrə deyil. Bu qanuna əsasən aşağıdakı qanunlar
kommersiya sirri hesab olunur:
- hamıya məlum olmadığı və ya kommersiya məqsədlərilə ondan istifadə edə
biləcək adamlar üçün əlçatmaz olduğu müstəqil iqtisadi dəyərə malik olan
informasiya;
- müdafiə üzrə ağıllı səylərin obyektidirsə;
Əlbəttə ki, kommersiya sirri, əgər o, özündə sirr daşıyırsa, sirr adlana bilər,
lakin hüquqi baxımdan bunu sübut etmək o qədər də asan deyil. Buna görə də
qanun tövsiyyə edir.
- Informasiyanın dəyərliliyini göstərmək (informasiyanın əldə olunması üçün
hansı vəsaitlər xərclənmişdir və onun icazəsiz (sanksiya olmadan)
açıqlanması sizə neçəyə başa gələcək).
- bu məxfiliyin qorunması üçün hansı tədbirlərin görüldüyünü hesablamaq.
Almaniyada haqsız rəqabət haqqında qanun fəaliyyət göstərir ki, burda da sirrin iki
növü – istehsal və kommersiya sirrləri qeyd olunur. Bu qanuna əsasən kommersiya
və istehsal sirlərinin kənar şəxslərə ötürülməsi və ya onun mənimsənilməsi
cinayət məsuliyyətinə cəlb olunma və üç ilə qədər azadlıqdan məhrum olunma ilə
cəzalandırılır.
Almaniyada istehsal sirrinə istehsal, texnologiya, əməyin təşkili ilə bağlı olan
təşkilati və texniki xarakterli məlumatları, texniki yenilikləri, ixtiraları və ya
elmi-tədqiqat işlərinin xarakteri və məqsədi barədə olan məlumatları aid
edirlər.
İstehsal sirrindən fərqli olaraq kommersiya sirrinə firmanın ticarət
münasibətkərinə aid olan məlumatları daxil edirlər: dövriyyənin təşkili və
14
ölçüləri, satış bazarlarının vəziyyəti, malgöndərənlər və istehlakçılar barədə
malumatlar, bank əməliyyatları barədə məlumatlar və s.
Çinin Dövlət Şurası 1988-ci ildə dövlət hüquq mühafizə orqanlarının
tərkibinə daxil olmayan “ Kommersiya təhlükəsizlik xidmətləri ” haqda
əsasnamə təsdiq etmişdir. Kommersiya təhlükəsizlik xidmətləri təsərrüfat
hesablı təşkilatlar olub və dövlət orqanları, kooperativlər, şəxsi müəssisələr,
həmçinin Çin və xarici kapitalın qarışığı əsasında yaranmış müəssisələrlə
bağlanmış müqavilələrə əsasən müəyyən iş və xidmət növlərinin yerinə
yetirirlər.
Yaponiyada kommersiya sirrinin yayılması üçün məsuliyyət daşınması haqda
heç bir qanun və ya normativ akt qəbul olunmamışdır. Orada bu problem
belə həll olunur: Hər bir firmada mövcud olan kadrlar departamentinə
maxfilik rejiminə dəqiq və sözsüz riayət olunmasına nəzarət həvalə olunur,
bu isə, öz növbəsində qulluqçuların davranış kodeksinə əsaslanır. Bu kodeksdə
qadağanedici aşağıdakı bəndlər nəzərdə tutulmuşdur:
- kommersiya sirrinə malik olan məlimatları kənar şəxslərə ötürmək;
- müştərilər tərəfdən kompaniyaya olan inamın itirilməsinə səbəb ola
biləcək sazişlər bağlamamaq;
- rəhbərliyin icazəsi olmadan əvəzçiliklə başqa yerdə işə düzəlmək;
- qəsdən iqtisadi ziyan vurmaq;
- rüşvət vermək və ya almaq;
Qeyd etmək lazımdır ki, yapon biznesi informaiya sızmasından ən az ziyan
çəkir. Bu isə sözügedən ölkə üçün xas olan “ömürlük muzd” sistemi və
əmaəkdaşlarla patenalizm hissinin tərbiyə olunması ilə (kollektivdə özünü
vahid bir ailənin üzvü kimi hiss etmək) bağlıdır.
15
3. Azərbaycan Respublikasında kommersiya sirrinin qorunası
tədbirləri və mövcud problemlər
Azərbaycan qanunvericiliyində “kommersiya sirri” anlayışına ilk dəfə 1992-ci
ildə müəssisələr və sahibkarlıq fəaliyyəti haqqında qəbul edilmiş qanunlarda
təsadüf edilir.
Lakin bu və ya digər məlumatlar göstərilən əlamətlərə cavab versələr də,
heç də qanunla onlar xidməti və ya kommersiya sirri hesab olunmur.
Nazirlər Kabineti
“sirr olmayan” məlumatların siyahıdını təstiq etmişdir. Bura aiddir:
- təsisedici sənədlər və nizamnamə;
- sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verən hüquqi sənədlər
( qeydiyyat vəsiqəsi, lisenziyalar, patent ) ;
- müəyyən edilmiş forma üzrə maliyyə-təsərrüfat fəaliiyəti haqqında
hesbat məlumatları və dövlət büdcəsinə vergilərin və digər məcburi
ödənclərin düzgün hesablanmasını və ödənilməsini yoxlamaq üçün
lazım olan digər məlumatlar;
- vergilərin və məcburi ödənclərin ödənilməsi haqda arayışlar;
- ətraf mühitin çirklənməsi, antiinhisar qanunvericiliyin pozulması,
əməyin təhlükəsizliyi şərtlərinə riayət olunmaması, əhalinin sağlamlıöına
ziyan gəyirən məhsulların satışı, həmçinin qanunvericiliyin digər
qanunlarının pozulaması və bu zaman dəyən ziyanın həcmi barədə
məlumatlar;
- müəssisənin vəzifəli şəxslərinin kooperativlərdə, kiçik müəssisələrdə,
səhmdar və yoldaşlıq cəmiyyətlərində, birliklərdə və sahibkarlıq
fəaliyyəti ilə məşğul olan digər təşkilatlarda iştirakı barədə məlumatlar;
Bundan başqa, dövlət və bələdiyyə müəssisələrinə özəlləşmədən əvvəl və bu
proses zamanı bu məlumatları kommersiya sirrinə aid etmək qadağan
olunmuşdur: müəssisələrin əmlakı və onun pul vəsaitlərinin həcmi haqqında;
vəsaitlərin digər müəssisələrin gəliri aktivlərinə ( qiymətli kağızlara ), faizli
16
istiqraz və səhmlərə, müştərək müəssisələrin zizamnamə fondlarına
qoyulmasıı barədə; müəssisənin qanunvericilikdən və bağladığı müqavilələrdən
irəli gələn kredit, ticarət və digər qeyri dövlət müəssisələri ilə, yaradıcı və
müvəqqəti əmək kollektivləri ilə, həmçinin ayrı- ayrı vətəndaşlarla
bağladıqları müqavilələr barədə məlumatları.
Kommersiya sirrinin açıqlanması müəssisə və firmanın iqtisadi vəziyyətini
korlaya bilər. Bunun baş verməməsi üçün bu cür məlumatları qorunan
məlumatlar dərəcəsinə keçirmək lazımdır. Bu isə firmanın rəhbərinin əmri ilə
edilir və burada kommersiya sirrinə aid olan məlumatların siyahısı sadalanır.
Bu və ya digər məlumatların kommersiya sirrinə aid olub-olmaması
metodikası bizim ölkədə hələ tam işlənib-hazırlanmadığı üçün, xarici
ölkələrin təcrübəsinə istinad edərək bir sıra tövsiyələr verməklə kifayətlənək:
1. Məlumatı məxfiləşdirərkən firmanın iqtisadi marağı və təhlükəsizliyi
prinsipindən çıxış eetmək lazımdır. Hələ də bu və ya digər məlumatı
kommersiya sirri elan edərkən “qızıl ortalığı” güdmək lazımdır. Firmanın
fəaliyyətinin həddən artıq məxfiləşdirilməsi mənfəətin itirilməsi ilə nəticələnə
bilər, belə ki, bazar şərtləri istehsal olunan məhsul və xidmətlərin geniş
reklam olunmasını tələb edir. Kommersiya sirrininə barmaqarası münasibət də
həmin nəticələri verə bilər. Belə ki, bazar – həmişə rəqabət deməkdir.
Amerika sahibkarları belə hesab edirlər ki, informasiyanın 20 % -nin
itirilməsi 100 haldan 60-da firmanın bir ay müddətində iflasına fətirib çıxarır.
2. Nau-xau tipli informasiyalar, sözsüz kommersiya sirrləri dərəcəsinə aid
edilməlidir. Onu hətta öz şəxsi personalından da qorumaq lazımdır, çünki hər
an hər hansı bir əməkdaşın firmadan işdən çıxıb rəqabət aparan firmaya işə
düzəlmək təhlükəsi mövcuddur. Bu halda onun malik olduğu məlumatları
onun əlindən almaq qeyri-mümkündür.
Xarici ölkələrdə, əməkdaşla işdən çıxdıqdan sonra rəqib firmaya işə
düzəlməyi qadağan edən müqavilələr bağlamaq təcrübəsi mövcuddur.
Doğrudur, bu cür müqavilələr muzd haqqında müqavilə pozulduqdan sonra
müəyyən müddət ərzində fəaliyyət göstərir. Bundan başqa, bu müqavilənin
17
mövcud olduğu dövr ərzində firma həmin şəxsə mükafat ödəməlidir.
Azərbaycan təcrübəsində hələ ki, belə müqavilələrin olması məlim deyil.
2.İslenib – hazırlanma mərhələsində olan səmərələşdirilici təkliflər, ixtiralar və
s. məlumatlar da, sözsüz, kommersiya sirrinə aid edilir.
Səmərələşdirici təklif qeydiyyata alınıb, müəllif şəadətnaməsi verildikdən
sonra da kommersiya sirri kimi qala bilər, belə ki, firma üçün yeni olan
texniki məsələlərin həllini özündə daşıyır.
İxtira, ona patent verildikfən sonra xüsusi müdafiyə malik olur və buna görə
də kommersiya sirrinə aid etməklə qorunmağa ehtiyac duymur. Əgər ixtira
müəllifi ilə razılaşma əsasında firma döclət patent idarəsinə qeydiyyat üçün
müraciət etməmək qərarı qəbul edirsə, onda məlumatın qorunması bütövlüklə
firmanın öhdəsinə düşür.
4.Müəsssisənin bağladığı müqavilələrin qorunmaına xüsusi diqqət yetirmək
lazımdır. Onların əksər hissəsi, sözsüz, kommersiya sirrinə aiddir. Həm də
bəzi hallarda müqavilənin məzmunu deyil, hətta onun bağlanması faktı da
mühafizə olunmalıdır.
Firmanın rəhbəri müqavilələrin ilk nüsxələrinin saxlanması və onlarla
işləməyin ciddi qaydalarını təyin etməlidir. Onları müəyyən yerdə məsul
şəxsdə saxlamaq və yalnız firmanın rəhbərinin yazılı icazəsi ilə imzalı
təminatla vermək olar. Müqavilələrin saxlanması və onlarla işləmək üzrə
məsuliyyətli şəxs həm də onların itməsi və informasiyanın sızmasına görə
məsuliyyət daşıyır. Bütün bunlar ona görə zəruridir ki, kommersiya
strukturlarının fəaliyyətinin böyük əksəriyyəti müqavilələr əsasında qurulur
və danışıqlarda rəqib və ya partnyor bu sahədə informasiyaya malik olduqda
firmanın istehsal və maliyyə vəziyyəti haqqında tam təsəvvür yarada bilər.
Müqavilələrin ilk nüsxəsinin itməsi ( oğurlanması ) mübahisə yaradan zaman
və onun məhkəmədə həlli zamanı bu və ya digər müddəaların sübut
edilməsində çətinlik törədəcək və hətta sübut etməyə imkan verməyəcək.
Müqavilə imzalanarkən tövsiyyə olunur ki, tərəflərin nümayandələri təkcə
müqavilələrin sonunda imza atmaqla kifayətlənməsinlər və hər vərəqi
18
imzalasınlar, belə ki, bu vərəqlərin mətninin dəyışdirilməsi imkanlarını aradan
qaldıracaq.
Beləliklə aşagıdakılar kommersiya sirrinə aid edilir və informasiya sızmasının
və onun oğurlanmasının müdafıə olunmasını tələb edir:
İşgüzar informasiya:
- maliyyə məlumatları;
- məhsul və xidmətlərin qiyməti (dəyəri), texnologiyası barədə
məlumatlar;
- işgüzar planlar və yeni məhsulun istehsalı planları;
- müştəri və satıcıların siyahısı, müqavilələr, preferanslar və planlar;
- marketinq haqqinda informasiya;
- razılaşmalar, təkliflər, kvotalar;
- heyətin siyahısı, təşkilati sxemlər və əməkdaşlar haqqında informasiya (
onların xarakteristikası ).
Texniki informasiya:
- elmi – tədqiqa layihələri;
- hər hansı bir məhsulun istehsalı üzrə konstruktor layihələri və onun
texniki parametrləri;
- patent üçün verilmiş ərizələr;
- dizayn, istehsal metodlarının, avadanlıqların və sistemlərin səmərəliliyi
və imkanları;
- informasiya prosesi;
- EHM-in proqram təminatı.
19
Nəticə
Nəticə olaraq, müəssisə və firmanın kommersiya sirri, özündə kommersiya
düşüncələri ilə bilərəkdən gizlədilən iqtisadi maraqlar, müəssisə və təşkilatın
istehsal, təsərrüfat, idarəetmə, elmi-texniki, maliyyə tərəflərinin müxtəlif
tərəfləri haqqında məlumatları əks etdirir. Bu sirlərin qorunması rəqabət
maraqları və onların iqtisadi təhlükəsizliyinə qarşı mümkün təhlükələrlə
şərtlənir.
Kommersiya məxfiliyinin təzahür forması müəssisənin, yaxud təşkilatın
kommersiya məxfiliyinə aid olan və təhlükəsizlik xidməti tərəfindən
oğurlanmadan, aşkar olunmadan və ya sızmadan qorunan sənədlər, sxemlər,
məlumatlardan ibarət olan kommersiya sirridir.
İstifadə edilmiş ədəbiyyat siyahısı :
M. Ağamalıyev. “ Kommersiya Fəaliyyətinin Təşkili ”
K. Paşayev. “ Kommersiya Fəaliyyətinin Əsasları ”
20
21