fidan nizaməddin qızı abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdff.abdurəhmanova 200(s-ci...

152

Upload: others

Post on 24-Jan-2021

7 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır
Page 2: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır
Page 3: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Fidan Nizaməddin qızı Abdurəhmanovanm

"Müasir Azərbaycan poeziyasında psixologizm’’

mövzusunda filologiya üzrə fəlsəfə doktoru aliml ik

dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyasına

RƏY

Fidan Abdurəhmanova on ilə yaxındır ki ,

AMFA-nın Nizami adına Ədəbiyyat İnsti tutunda elmi

işçi kimi fəaliyyət göstərir. O. 2005 -ci ildən mənim

rəhbərliyim altında çox çətin bir mövzuda tədqiqat

aparır. Bu mövzu tədqiqat işi kimi dövlət planına daxil

edilmişdir. Fidan çağdaş ədəbi prosesi intensiv surətdə

izləyən filoloqdur. O, həm istedadlı yazıçı, həm də.

art ıq deyə bilərəm ki. peşəkar tənqidçidir. Bu müddət

ərzində onun 20 -dən art ıq maraqlı hekayəsi. 30-dan çox

ədəbi-tənqidi məqaləsi, "Göyərçin \ 'ə büllur" adlı

hekyələr kitabı çap olunub. Onun yazıları ədəbi

ictimaiyyətin diqqətini cəlb etdiyinə görədir ki ,

F.Abdurəhmanova 200(S -ci ildə 28 yaşında

Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub.

Yadımdadır ki. mövzu .seçimi zamanı o.

yazılması nisbətən asan mövzulardan imtina etdi və

lirik poeziyada psixologizm mövzusunu işləməyi

arzuladı. O. tələsmədi və əminliklə deyə bilərəm ki.

cavan tədqiqatçı elmimizə tarixi - nəzəri planda

yazılmış dəyərli bir əsər təqdim ertmişdir. Əsasən. XX

əsrin son çərəyinin poeziyası zəminində yazılmış bu

əsər ixtisas baxımından həm .Azərbaycan ədəbiyyatı,

həm də Ədəbiyyat nəzəriyyəsinin tələblərinə u \ ğundur.

Dissertasiyanın birinci fəslində lirik poeziyada

şair "Mən“i və poetik özünüifadə kimi tarixən

ədəbi-nəzəri fikirdə mübahisələrə səbəb olmuş çətin

problem araşdırılır . Dissertant bu problemə üç məsələ

istiqamətində nəzər salır: poeziyada (üniLimən bədii

ədəbiyyatda və sənətdə) lirizmin səciyyəsi və poetik

-estetik funksiyaları; lirikada müəllif başlanğıeı; lirik

Xarak terd ə psi X o 1 ogi zm.

Page 4: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Əsərin "Lirik qəhrəmanın psixoloji aləmi"

adlanan ikinci fəslində problem qəhrəman

konsepsiyası çevrəsində konkretləşir. Burada lirikada

möv/u. zaman və qəhrəman münasibətləri ; lirikada

xəyal \ə idrakın psixoloji vəhdəti kimi məsələlər

analitik təhlilin predmetinə çevrilir. Yeri gəldikcə

dissertant meditatis ' l irikada psixologizm kimi

mürəkkəb problemə də münasibət bildirir .

F.Abdurəhmanaovanm AAK -m həm normativ,

həm də elmi -nəzəri tələblərinə cavab verən “Müasir

Azərbaycan poeziyasında psixologizm” mövzusunda

dissertasiyası eiddi araşdırmalar, zəngin bədii və

nəzəri faktlar əsasında, analitik təhlillərlə yazılmış,

tamamlanmış tədqiqat əsəridir. Dissertasiyanı açıq

müdafiə üçün müzakirəyə hazır hesab edirəm.

Elmi rəhbər: Akademik Bakir Nahiyev

3 fevral 20I0-eu il

Page 5: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

GIRIŞ

Psixologizm ədəbiyyatın, o cümlədən bütün

sənətlərin əsasında dayanan bir keyfiyyətdir.

Ədəbiyyatı insan (yazıçı, şair) yaradır, ədəbiyyat

müxtəlif obrazlar vasitəsi ilə insana (oxucuya,

seyrçiyə) ötürülür. Bütün bunlar insan psixologiyası

sayəsində baş verir. Bu halət musiqidə və poeziyada

daha güclü şəkildə təzahür edir. Çünki «əsl şeir dil ilə

musiqi arasında xüsusi bir sənətdir. Şeir dilin musiqisi

və m usiqinin dilidir. Şeirdəki b əşəri h isslər v ə f

ikirlər b u dilin musiqisi və bu musiqinin dili ilə ifadə

olunur. Şeir dil inin musiqisi d ə o nun m üxtəlif vəzn n

övləri i lə, ahəng ölçüləri ilə büruzə verir» (31, 81).

Dillə musiqi arasında xüsusi bir sənət olan şeirin

psixologizmi ən dəqiq və dolğun əks etdirən zərif

forması lirikadır.

«Şeir haqqında yazmaq şeir yazmaqdan çətindir»

(Xətib Təbrizi). Bəlkə də ona görə ki, «Poeziya

tarixdən daha fəlsəfi və daha ciddidir» (12, 63).

Poeziya istedad və hissiyyat adamlarma aid bir sahədir.

“Çünki onlardan bəziləri cildə girmək (yəni obraza

girmək - F.A.) bəziləri isə vəcdə gəlmək qabiliyyətinə

malikdirlər» (12, 85).

Meydana gəldiyi ən qədim çağlardan Yaxın

Şərqdə, o cümlədən Azərbaycanda ədəbiyyat poeziya

ilə təmsil olunub. Xüsusilə, IX -XVI əsrlərin sufi

ədəbiyyatında poeziya Allaha qovuşmaq üçün vəcdə

gəlməyin, ekstaza çatmağın əsas vasitələrindən biri idi

(130). Aristotel yazıb: «yalnız həyəcanlanan

həyəcanlandıra, qəzəblənən qəzəbləndirə bilər» (130,

84). Beləliklə, d ə şair v əcdə gəlməsə oxucunu vəcdə

gətirə bilməz. «Poeziya həyatı , bir imkan kimi,

yaradıcı surətdə, yenidən yaratmaqdır.. . Poeziya təkcə

kitablada deyil: - O həyatın öz nəfəsindədir.. . Hansı

poeziyanın ki, kökləri müasir həyatda deyildir, hansı

poeziya ki, həyata işıq saçmır, onu izah etmir -

bekarçılıq əlamətidir» deyə poeziyanı materializm

mövqeyindən

Page 6: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

həyatla bağlayan V.Q.Belinski (21, 224) eyni zamanda

şairin şəxsiyyətini də meyara çevi rirdi: «Şairin

yaradıcılıq

fəaliyyətinin mənbəyi onun şəxsiyyətində ifadə olunan

poetik ruhundadır, buna görə də onun əsərlərinin

ruhunun və xarakterinin izahını birinci növbədə şairin

şəxsiyyətində axtarmaq lazımdır» (21, 137). Biz də bu

fikirdəyik ki, poeziyanın enerji mənbəyi şairin qəlb

aləmidir. Həyatı müşahidədən doğulan fikir şairin qəlb

aləmindən keçərkən onun psixoloji ovqatını əks etdirir.

Poeziya obyektiv aləmin subyektiv dərkinin poetik

ifadəsidir. Şairin hissləri və ehtirasları nə qədər

subyekt ivdirsə şeir o qədər güclü və orijinaldır. Bu

cəhət, yəni psixoloji şəffaflıq lirik şeir üçün xüsusilə X

arakterikdir. Lirik şeir şeirin nəğməyə ən yaxın

növüdür, sözlə oxunan mahnıdır. «Lirika lal duyğulara

söz və surət verir, onları köksün dar qəfəsindən bədii

həyatın təmiz havasına çıxarır.. . Burada predmet

öz-özlüyündə heç bir qiymətə malik deyi ldir; hər şey

subyektin ona verdiyi qiymətdən, hər şey xəyal və

duyğunun predmetə verdiyi ruh və mənadan asılıdır»

(20, 59). Lakin hər yazılan şeir lirika, hər ş air isə lirik

ola bilmir. «Lirik olmağa yalnız birinci dərəcəli

dahilərin ixtiyarı vardır, çünki yalnız nəhəng şəxsiyyət

cəmiyyətin diqqətini özünün xüsusi şəxsi və psixi

aləminə cəlb etdikdə ona fayda verə bilər» (166,324).

Bu A.S.Puşkini bir şair kimi bə yənməyən

D.N.Pisarevin mülahizələridir.

Lirikada psixologizm o zaman bədii -estetik

keyfiyyətə çevrilir ki, şairin «mən»i lirik milyonların

adından danışmaq səlahiyyəti qazanır.

Monoqrafiya ənənələri XX əsrin 60 -cı illərində

kök bağlamış müasir Azərbaycan l irikası nəzərdən

keçirilir. Biz müasir lirikanı həm ədəbi -tarixi proses

kontekstində, həm də onun haqqında ədəbi -tənqidi

fikirlərlə bağlı olaraq götürmüşük. Təbii ki, əsas

diqqət psixologizmin daha bariz nəzərə çarpdığı

fəlsəfi-intellektual və lirik -romantik poeziya

Page 7: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

təmayüllərinə yönəldilir. Əsərdə M.Müşfiq, S .Vurğun,

R.Rza yaradıcılığına ənənə mənbələri, bədii zəmin

səviyyə-

sində müraciət olunsa da, Ə.Kərim, B.Vahabzadə,

F.Qoca,

V.Səmədoğlu, F.Sadıq, Ə.Salahzadə, R.Rövşən,

Ç.Əlioğlu

və başqa şairlərin yaratdığı ən yaxşı poetik nümunələr

analitik təhlil in predmetinə çevrilir.

Monoqrafiyada elmi-nəzəri fikirdə bu vaxta

qədər

konseptual tədqiqat predmeti olmayan aşağıdakı

problemlər

nəzərdən keçirilir:

- Bədii yaradıcılığın psixologiyası və onun bədii

əsərdə

poetik təzahür imkanları, üsul və formaları.

- Poeziyada l irizmin səciyyəsi .

- Lirikada şair «mən»i və poetik özünüifadə

- Lirik «mən» və lirik qəhrəmanın psixoloji

aləmi

-Zaman və lirik qəhrəman psixoloji idrak

müstəvisində

- Lirikada intellekt və duyğunun psixoloji

vəhdəti

Bu problemlər çağdaş Azərbaycan lirikasından

seçmələr, habelə keçmiş sovet dönəminin ən yaxşı

poetik

müqayisələr əsasında nəzərdən

ilə t ipoloji nümunələ

ri

keçirilir.

Dünya poeziyasına

klassiklərimiz - Xaqani,

poetik şedevrlər bəxş etmiş

Nizami, Nəsimi, Füzuli, Vaqif

haqqında, XX əsrin M.Müşfiq, S.Vurğun, R.Rza kimi

qüdrətli nümayəndələri barəsində dəyərli tədqiqatlar

yazılıb,

onların irsi ideya -fəlsəfi baxımdan, poetika yönündə

araşdırılıb. Fəqət Azərbaycan ədəbiyyatşünaslığında

lirikada

psixologizm problemi nəinki monoqrafik füdudlarda.

heç

məqalə s əviyyəsində t ədqiqatın predmeti o İmayıb.

1970-ci

illərdə yazıçı -tənqidçi Elçin təəssüflə yazırdı;

«Azərbaycan

ədəbi tənqidinin tamamilə sərf -nəzər etdiyi mühüm

problemlərdən biri də yaradıcılığın psixologiyası

məsələsidir.

Məm nəsrimizdə, həm poeziyamızda və həm də

dramaturgiyamızda məhz yaradıcılıq psixologiyası

baxımm-

7

Page 8: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

dan dərin və məzmunlu, orij inal şərait üçün obyekt ola

biləcək son dərəcə maraqlı proseslər müşahidə

etmək

mümkündür» (36, 54). Əslində Elçin diqqəti bədii

yaradıcılığın psixologiyasına yox, ona çox yaxın,

bilavasitə onunla bağlı psixologizm probleminə

yönəldirdi . Bu istiqamətdə G.Əlibəyovanın «Bədiilik

və ədəbi proses» (39), Ə.Səfərovun «Bədii

yaradıcılığın psixologiyası» (108)

məqaləsi, M.İmanovun «Nəsrdə psixologizm» (62)

kitabı çap olundu. Ədəbiyyatda, ümumən incəsənətdə

psixologizmə maraq XX əsrin

önlərində başlandı. Psixoanaliz

nəzəriyyəsinin banisi avstriyalı həkim Ziqmund Freyd

(1856-1939) özünün «Толкованиесновидений»

(1900),

«Психопатология обыденной жизни» (1901),

«Остроумие и его отношение к бессознательному»

(1905), «Тотем и табу» (1913), «Психология масс и

анализ Я» (1921), «Я и Оно» (1923) kimi əsərlərini

çap etdirdi. Onun əsas kəşfi bundan ibarət idi: insanın

şüuraltı qatında onun özünün dərk etmədiyi çox güclü

bir qüvvə, enerji mənbəyi, arzu və ehtiras var (177,

3-36). 1909-cu i ldə Amerikaya dəvət olunan Z.Freyd

burada 6 məruzə oxudu və bununla da Amerika

ədəbiyyatını yeni bir istiqamətə - psixologizmə

yönəltdi . Rusiyada da bədii yaradıcılıqda və

ədəbiyyatda psixologizmin tədqiqinə XX əsrin

önlərində başlanılıb. Д.11.Овсянников -

Kulikovskinin «Вопросы психологии творчество»

(1902), О Qruzenberqin. «Гений и творчество»

(1924), B.S.Meylaxın «Художественное мын 1ление

Пушкина - как творческий процесс» (1969), «Талант

писателя и процессы творчество» (1969),

A.Q.Kovalyovun «Психология литературного твор -

чес'гво» (1969), A.Q.Seytlinin «Труд писателя»,

L. S.Vgotskinin «Психология искусства» (1969),

M. Arnoudovun «Психология литературного

творчество» (1974) kimi əsərləri bu sahədə

diqqətəlayiq tədqiqatdır.

8

Page 9: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Bu tədqiqatların əksəriyyəti marksist -materialist

metodologiya ilə yazılıb, onlarda bədii yaradıcılıq

materialist baxımdan araşdırılır. Lakin poetik

yaradıcılığı , sözün psixoloji qüdrətini təkcə materialist

yanaşma ilə izah etmək olmaz. Bədii yaradıcılıq, söz

sənəti haqqında ən kamil fikirlər söyləmiş dahi Füzuli

yazır: «İlahi feyzdən bir xəzinədir söz» (54, 11 -12).

Beləliklə söz və onun yaradılışmm psixoloji əsasında

Füzulinin «ilahi feyz», Freydin «təhtəlşüur aləm»

adlandırdığı ilahi bir mənbə, istedad adlanan ilahi

vergi dayanır. Sözün insan psixologiyasına təsir gücü

onu yaradanın psixoloji gücündən nəşət tapır. Füzuli

deyirdi: «Ver sözə ehya ki, tutduqda səni xabi -əcəl //

Edə hər saət səni ol uyğudan bidar söz» - sözə can ver

ki, səni əcəl yuxusu tutanda o səni ölüm yuxusundan

oyada bilsin.

Monoqrafiyanı yazmaqda əsas məqsədimi z

müasir Azərbaycan poeziyasının ən kamil poetik

nümunələri əsasında lirik poeziyada psixologizmin

bədii-fəlsəfi təcəssüm özəll iyini aşkara çıxarmaq, lirik

şeirin ilahi vergisi olduğunu sübuta yetirməkdir. Sovet

ideologiyasının sənət sahəsində üslub təzahü rü olan

sosialist realizminə qarşı belə bir həqiqəti sübut etmək

gərəkdir ki , «ilham pərisinin büllur gərdəninə istibdad

zənciri salınmaz, ipək saçlarına i stiqlal çələngləri

hörülər» (İsmayıl Hikmət). Məqsəd həmçinin lirikanın

yalnız bədii təfəkkürdən deyil, həm də şairin qəlb

aləmindən süzülüb gəldiyini, lirikada psixologizmin

ona məxsus ən başlıca keyfiyyət olduğunu

əsaslandırmaqdır.

Bu məqsədi elmi -nəzəri baxımdan reallaşdırmaq

üçün aşağıdakı elmi -tədqiqat vəzifələrini yerinə

yetirməli olmuşuq:

- Müasir Azərbaycan poeziyasının XX əsrin

əvvəlindəki poetik ənənələri psixologizmin poetik

təzahürü baxımından izlənilmişdir.

Page 10: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

- Klassik poeziyamızın müasir Azərbaycan

şeirində funksional olan bədii -fəlsəfi keyfiyyətləri

sistemləşdirilərək təhl il olunmuşdur.

- XX əsrin fəlsəfi -intelektual poeziya təmayülü

yeni, orijinal sənət hadisəsi kimi nəzərdən

keçirilmişdir.

- Yaxın Şərq və Azərbaycan şeirinin poetik

özəllikləri kontekstində poeziyada lirizmin səciyyəsi

müəyyən olunmuşdur.

- İlk dəfə psixologizm kontekstində l irik xarakter

problemi qoyulmuş, lirik xarakterin psixoloji

mənbələri araşdırılmış, mənəvi münasibətlər

kontekstində təhlil edilmişdir.

- Lirik ‘‘məm’ və özünüifadə arasındakı psixoloji

münasibətlər təhlil edilmişdir.

- Lirikada intellekt və emosiya (duyğusalhq)

arasındakı münasibətlər konkret poeziya

nümunələrinin təhlil i zəminində tədqiqata çəkilmişdir.

- Bütün dünya nəzəri -estetik fikrini məşğul edən

meditativ lirika, yaxud lirikada meditativlik

psixologizmə dayaqlanan estetik problem kimi

araşdırılmışdır.

- Əsasən musiqi termini olan meditasiyanın -

poeziyada emosional mühakimənin Şərq, klassik

Azərbaycan ənənələrinin çağdaş poeziyada inikası

aşkara çıxarılmışdır.

- Lirik xarakterin şərt iliyi, ideya -fəlsəfi, yaxud

üslub problemi olması müəyyən ed ilmişdir.

- Şair «mən» ilə lirik qəhrəman və l irik xarakter

arasındakı poetik və estetik münasibətlər

aydınlaşdırılmışdır.

Azərbaycan ədəbiyyatşünaslığında və

nəzəri-estetik fikri tarixində ilk dəfə, məhz bu

monoqrafiya lirikada psixologizm mövzusu əhatəli

hüdudlarda araşdırıl ır. İlk dəfə olaraq bu nəzəri

problem müstəqillik dövrünün azad düşüncə sferasında

yeni metodologiya i lə tədqiqata cəlb olunur, ilər bir

elmi əsərdə olduğu kimi bu monoqrafiya da elmi

yenilik heç şübhəsiz ki, qoyulan problemlərin xarakte ri

ilə bağlıdır.

10

Page 11: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Həmin problemləri aşağıdakı tərzdə sistemləşdirmək

və təsnif etmək olar:

1. Tədqiqatın başlıca obyekti və predmeti olan

Azərbaycan fəlsəfi -intelektual və lirik -romantik

poeziyası psixologizmin bədii təcəssümü baxımından

sistemləş- diri lərək təsnif olunmuş və onun klassik

poeziya ilə ənənə və varislik əlaqələri

müəyyənləşdirilmişdir.

2. Yazıçı (şair) şəxsiyyəti və yaradıcılıq prosesi

kontekstində bədii yaradıcılığın psixologiyası çox

müxtəsər şəkildə n əzərdən k eçirilmiş ə p sixologizmin

poetik ə sərə gəlməsində həmin prosesin əsas

konseptual funksiyaları göstərilmişdir.

3. Psixologizmin mənbələrini aşkarlamaq üçün

lirik poeziyada şair «mən»i və poetik özünüifadə

probemi nəzəri təhlil müstəvisinə çıxarılmış və

mümkün olan üç parametrdə tədqiq olunmuşdur: 1.

Poeziyada l irizmin səciyyəsi. 2. Ldrikada müəllif

başlanğıcı. 3. Lirik xarakterdə psixologizm.

4. Psixologizmin əsas daşıyıcısı kimi lirik

qəhrəman problemi qoyulur və bu probem üç

istiqamətdə araşdırıl ır: 1. zaman və l irik qəhrəman. 2.

lirikada intellekt və duyğunun poetik -psixoloji

vəhdəti. 3. Meditativ lirikada psixologizm.

5. Dissertasiyada ən yaxşı lirik nümunələr

əsasında ilk dəfə olaraq meditasiya problemi qoyulur,

onun psixoloji əsasları nəzərdən keçirilir.

6. Əsərdə çağdaş lirika mətnləri üzərində

semiotik- semantik incələmələr və sistemli -struktural

təhli llər aparılmışdır.

Page 12: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

I FƏSIL

LİRİKADA ŞAİR «MƏN»İ

VƏ POETİK ÖZÜNÜİFADƏ

Müasir Azərbaycan poeziyası bir mərhələ olaraq

XX əsrin 60-cı illər ədəbiyyatının dalğaları üzərində

yeni poetik məcr daxil oldu. 50 -ci illərin ortalarından

başlayaraq ədəbiyyatın bütün növ və janrlarında ideya -

estetik baxımdan yeniləşmə baş verdi. Bu, ilk növbədə

dünya tarixində, xüsusilə Azərbaycanın da daxil

olduğu ümumsovet tarixində baş verən ictimai -mənəvi

proseslərlə bağlı idi . Başlıca səbəb bundan ibarət idi

ki, sovet dövrünün yazıçıları məhz bu dövrdə

yaradıcılıq a zadlığı əldə etdilər. Nəticədə nəsrdə və

dramaturgiyada lirik- psixoloji üslub formalaşdı.

Bütövlükdə ədəbiyyat şablon, trafaret şüarçılıqdan,

sosioloji patetikadan konkret insanın daxili aləminə

yön aldı. Adi insanın, sıravi müasirlərin mənəvi aləmi,

onun daxilində baş verən psixoloji təbəddülatlar bədii

ədəbiyyatın maraq dairəsinə daxil oldu, tədqiqat

predmetinə çevrildi.

Ümumən ədəbiyyatda, xüsusilə poeziyada qəlblə

zəka arasındakı dramatik mübarizə psixologizmin

mənbəyinə, mənəvi zəmininə çevrildi. Bu zaman

poeziyada iki başlıca təmayül formalaşmışdı: 1.

Fəlsəfi-intellektual poeziya. 2. Lirik -romantik

poeziya.

Birinci təmayül daha çox qəlb şairi M.Füzulidən,

ikinci təmayül isə vşıq poeziyasından və M.P.Vaqifdən

qaynaqlanırdı . XX əsrin ortalarında fəlsəfi intellektual

poeziyada R.Rza, lirik-romantik şeirdə isə S.Vurğunun

yaradıcılığı daha prioritet xətt i təşkil edirdi. Fəlsəfi -

intellektual poeziya əsasən B.Vahabzadə, Ə.Kərim,

M.Araz, F.Qoca. V.Səmədoğlu, F.Sadıq, Ə.Salahzadə,

R.Rövşən, Ç.vAlioğlu, V.Bəhmənli , P.Qəlbimir,

R.Behrudi.

12

Page 13: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Salam, A.Həsənli .. . . lirik -romantik təmayül isə əsasən

N.Xəzri, N.Həsənzadə, Qabil . X.Rza. M.Yaqub.

C.Novruz. S.Rüstəmxanlı kimi şairlərin yaradıcılığı

sayəsində formalaşıb. Əlbəttə ki , bu şərti bölgüdür, hər

iki təmayülü təmsil edən şairlər sırasını bir qədər də

art ırmaq olar. Bu şairlər həm mənəvi al əmlərinin

inikasına həm psi.xoloji özünüifadə tərzlərinə, həm də

lirik qəhrəmanın ifadə etdiyi estetik idealın

xarakterinə görə fərqlənirlər.

Odəbi-tarixi prosesdəki poetik sanballarına görə

B.Vahabzadə, M.Araz, O.Kərim, N.Xəzri, X.Rza.

Qabil müasir şeirimizin klassikləri hesab oluna

bilərlər. Onlar müasir poeziyanın poetik -fəlsəfi

ənənələrini yaratdılar. Təəssüf ki. «müasir»

anlayışının nə tarixi, nə də estetik sərhədləri

elmi-nəzəri fikirdə dəqiq müəyyənləşməyib. Ona görə

də müasir poeziya dedikdə biz ənənələri sovet

dönəmində 1960 -80-ei illərdə formalaşmı son

onilliklərin, müstəqil lik eləcə də dövrünün poeziyasını

nəzərə tuturuq. Çünki təkcə bədii (poetik) baxımdan

yox, tarixi-ictimi baxımdan da bu yeni ədəbi epoxa -

istiqlal məfkurəsinə, azərbaycançılıq ideologiyasına

dayaqlanan elmi-nəzəri, bədii -fəlsəfi axtarışlar

dövrüdür.

Ümummilli lider H.Oliyev yeni məfkurə olaraq

azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, milli dövlət

ideologiyası kimi formalaşdırmağa nail oldu. O, yeni

minilliyi başlayan yeni əsrin əvvəlində dünya

azərbaycanlılarının birinci qurultayında bəyan eldi ki .

«hər bir insan üçün milli mənsubiyyəti onun qürur

mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr

edirəm ki. mən azərbaycanlıyam.

Müstəqil Azərbaycan dövlətinin əsas ideyası

azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz. milli

mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz

azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini,

milli-mənəvi dəyərlərini , adət -ənənələrini

yaşatmalıyıq»

Page 14: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

(56.162). Aznrbaycançıhq məfkurəsi müstəqil

Azərbaycan dövlətinin milli ideologiyası kimi müasir

tədqiqatlarda işlənilməkdə. nəzəri -tarixi baxımdan

təkmilləşdirilmək - dədi r.

«Azərbaycançılıq xalqımızın qox əzab -əziyyətlə

nail olduğu tarixi sərvətdir. O. real müstəqil iyə nail

olmaq. \ahid. bölünməz Azərbaycanı qoruyub

saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Bu gün

az.ərhayeançılıq milli həyatın, konfessiyaların

harmoniyasının çoxəsrlik ənənəsi , ölkədə yaşayan

bütün millətlərin və etnik qrupların qardaşlığı,

qarşılıqlı əlaqə və təsirinin tarixi, onların ümumi taleyi

və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə

mübarizəsinin tarixi təcrübəsidir» (79. 10).

Şübhəsiz, ki. yeni məfkurə və bu istiqamətdə

aparılan fikir axtarışları ədəbi -tarixi prosesə də təsir

etməkdə, yeni insan konsepsiyasının formalaşmasına

stimul yaratmaqdadır. Axı ədəbiyyatın, xüsusilə

zamanla ayaqlaşmağı bacaran çevik Janr kimi

poeziyanın yeniliyi yeni formalardan öncə yeni

insanla, yeni qəhrəmanla başlanır. Alman

nəzəriyyəçisi İ.Bexer yazır: «Yeni sənət heç \axt yeni

formalardan başlanmır, yeni sənət həmişə yeni insanla

birlikdə doğulur» (1.31. 95). Bu sınanı İmiş prinsip iki

minilliyin son və ilk onilliklərində də özünü doğrultdu.

Milli ədəbiyyat sosialist realizminin nəzəri

şablonlarından, sovet eəmiyyətinin təşkilati və

nəzəri-metodoloji basqılarından xilas oldu. Hələ

60-80-ei il lərdə ifasa uğramış müsbət qəhrəman (ideal

qəhrəman!) bir daha dirçələ bilmədi. Odəbi tənqid belə

qənaətdə idi ki . «60 -eı illərdə formalaşan ədəbi nəsil

5()-ci illərdə özünü «gözdən salmış» (daha çox

koniliktsizlik nəzəri \yəsi sayəsində - F.A.) müsbət

qəhrəman anlayışını art ıq qəbul etmədi. Bu dövrdən h

aşlayaraq b ir ç ox yazıçıların təsə \ vüründə ( \ ə

əsərlərində!) müsbət qəhrəman qəhrəmansızlığa bəraət

üçün \asitəyə. zəif bayağı qəhrəmanın protatipinə.

14

Page 15: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

qəhrəman yaratmaq sahəsindəki müvəffəqiyyətsizliyin

sinoniminə çevrildi . . . 60 -cı illər ərəfəsində müsbət

qəhrəmanın gözdən dıuşməsinin. novator yaradıcılıq

axtarışları üçün az qala təhlükəli bir anlayışa

çevr ilməsinin bir səbəbi onun milli zəmindən

uzaqlaşması, bütün milli incəsənətlər üçün eyni

dərəcədə məqbul hesab edilən şablon əsasında

yaradılması idi» (1 12. 44 -4.5).

Xüsusilə p oeziyada l irik q əhrəman ö z z əmanəsi

i lə daxili üzvi təmasda olmalı və məhz , öz zəmanəsinin

psixologiyasını , mənəvi intibahlarını əks etdirməlidir.

Bu da şübhəsiz ki, şairin şəxsiyyətindən asılıdır. Şairin

şəxsiyyəti zamanın tarixi -mənə \i nəbzini əks etdirən

barometridir. Bu təzələnmə deyil, fəqət hər bir döxrdə

ortaya çıxan a ktual bir məsələdir. Vaxtilə ispan r

əssamı Pablo Pikasso deyirdi; «Dünya necədirsə, bunu

hamı bilir , mən öz dünyamı çəkirəm». Hamıya məlum

olan dünyanı içindən keçirib fərqli şəkildə və məhz öz

duyğularınla təqdim etmək! ffax yaradıcılıqda

psixologizmin mənbəyi - bədii yaradıcılığın

psixologiyasında ən çətin proses məhz bundan

ibarətdir. Heç zaman köhnəlməyən «köhnə

Belinski»nin belə bir fikri var: «Şairin yaradıcıl ıq

fəaliyyətinin mənbəyi onun şəxsiyyətində ifadə olunan

poetik ruhundadır, buna görə də onun əsərlərinin

rubunun və xarakterinin izahını birinci növbədə şairin

şəxsiyyətində a xtarmaq lazımdır» ( 2 1, 137). Lirik

şeirin şairin şəxsiyyəti, dəqiq desək şairin «mən» ilə

münasibəti baxımından böyük tənqidçi üç cəhəti ön

plana çəkir: birincisi, elə şai rlər var ki. həyatlarında

baş verən hadisələr onların poeziyası ilə bağlıdır,

elələri də var ki . onların yanız mənəvi aləmləri öz

poeziyaları ilə bağlıdır; ikinci, böyük şairlər heç bir

zaman özündən heç nə uydurmur, hamıya aid olan

ümumbəşəri məsələləri canlı formaya s al ır, üçüncüsü,

«şeir d edikdə b iz poetik fikrin özünün bilavasitə ilk

formasını nəzərdə tuturuq ki. şairin

Page 16: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

istedadının həqiqiliyini və qüvvəsini. . . göstərən

yeganə əlamət də odur. .. şeir insan bədəni kimi canlı

bir varlıqdır, daxildən gələn vəhydir, qəlbin - ideyanın

təcəssümü və təzahürüdür.. .» (21, 139-148).

Əlbəttə, l irikada

psixologizm şairin şəxsiyyətindən, onun həyata

münasibətindən, canlı həyatla təmasından nəşət edən

insan (şair!) duyğularının poetik məzmununda n

ibarətdir. Bəlkə elə məhz buradan da məşhur deyim

yaranıb: «Şair həmişə özünü yazır!» Həqiqətən iki

sahədə - lirik poeziyada və musiqidə sənətkarın «mən»i

daha canlı şəkildə ortaya çıxır. Məşhur bir deyimdə

vurğulandığı kimi: lirika bəstələnməmiş musiqid ir . XX

əsrin böyük şairi S.Vurğun sovet yazıçılarının 11

qurultayında «Sovet poeziyası haqqında» məruzəsində

deyib: «O zaman ki, şair öz daxili aləmini, öz

xarakterini, öz düşüncələrini , bir növ öz qəlbini

oxucunun qarşısında açıb göstərir, o zaman ki, şai r onu

bilavasitə həyəcanlandıran şeylərdən danışır, nə ilə

yaşadığı və nə ilə nəfəs aldığından danışır - bu

lirikadır.

İnsan hisslərinin, düşüncələrinin, dərin ruhi və

mənəvi halların ifadəsi lirik poeziyamızda əsas yer

tutur.. . İdeya və emosional dolğunluq lirik poeziyanın

mahiyyətini təşkil edir. Lirik poeziyanın zənginliyi və

müxtəlilliyi şair qəlbinin çoxtərəfli və zəngin

olmasından asıbdır» (1 17, 337 -339).

Lirikada psixologizm şair «mən»inin poetik

sözdə təzahür şəklidir. İnsanın, xüsusilə güclü

müşahidə qabiliyyətinə malik şairin (bəstəkarın,

rəssamın!) mənə \i aləmi olduqca zəngindir. Həyatla

canlı təmasdan aldığı hiss və duyğular, onun

xarakterində həll olunaraq sözə çevrilir. Fəqət bu sadə

bir iş deyil , olduqca çətin və olduqca fərdi bir psixoloji

prosesdir. Artıq qeyd eldiyimiz kimi. 60 -eı illərdən

başlayaraq ədəbiyyatın bütün növ və janrlarında insan

amili ictimai borc amilini üstələyərək ön plana keçdi.

Görkəmli tənqidçi A.Hüseynov hələ 70 -ci

16

Page 17: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

illərin sonlarında cari ədəbi prosesi analit ik təhlil

edərək yazırdı: «İndi yazıçılar bu və ya digər hadisə,

problem barədə yox, ilk növbədə şəxsiyyət, insan

barədə əsərlər yazmağa çalışırlar. Belə əsərlərdə ən

gərəkli mətləblər də, zaman da, xalqın xarakteri də,

qəhrəmanın, şəxsiyyətin simasında təmərküzləşərək

təqdim edil ir» (58. 25).

İnsan bədii təhkiyənin mərkəzinə keçdiyi, bədii

tədqiqatın predmetinə çevrildiyi bütün dövrlərdə

ədəbiyyatda psixologizm qüvvətli olub. Adətən insan

tarixi keçid dövrlərində, tarixi kataklizmlər qarşısında

çaşbaş qaldıqda ədəbiyyat, poeziya onun əlindən tutub.

XX əsrin 90-cı illərində bütün dünyanı vahimədə

saxlayan, ikinci cahan savaşından qalib çıxıb dünyanı

təzədən bölüşdürmüş Sovet İmperiyası çökdükdən

sonra da vəziyyət belə idi. Sovet adamı b irdən-birə

Azərbaycan (eləcə də gürcü, latış, qazax!) adamına

çevrilə bilmirdi. Azərbaycana müharibə, erməni işğalı ,

yanvar faciəsi, Xocalı soyqnmı bəxş etmiş bu dövrdə

bizim poeziyanın qəhrəmanları gözlənilməz tarixi

(ədalətsiz!) olaylar qarşısında şok vəziyyətində

qalmışdı. Meydan hərəkatı xalqın tarixi hünərini

hərəkətə gətirdi , onda özünəinam yaratdı, milli hissi

görünməmiş bir vüsətlə gücləndirdi. Müasir

Azərbaycan poeziyası azadlıq güllərinə - şəhid

məzarlarına səpilən qərənfillərə şeir, poema həsr ed əsi

oldu. B.Vahabzadənin, M.Arazın, X.Rzanın,

Z.Yaqubun və b. müəlliflərin məlum şeirləri mill i

düşüncənin tarixi kataklizmlərə müqavimət göstərdiyi

epoxanın ədəbiyyatı idi. Şair qəlbi zamanın aynasına

çevrilib istiqlal yollarına işıq salırdı.

17

Page 18: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

1.1. Poeziyada lirizmin səciyyəsi

Lirizm təkcə lirik növə daxil olan janrlara aid

xüsusiyyət deyil. Doğrudur lirizm «lirik növ»ə aid

bütün Janrlar, məsələn, qəzəl, rübai, qəsidə, qoşma,

bayatı , təcnis, müxəmməs və s. kimi janrların başlıc a

əlamətidir. Klassik Azərbaycan, ümumən Şərq

ədəbiyyatının ən mükəmməl lirik nümunəsi qəzəl hesab

olunur. Görkəmli tədqiqatçı R.Azadə yazıb: «Klassik

poetika qanunlarına əsasən «qəzəl» məhəbbət və

gözəllik tərənnümünə həsr olunmuş, həcmcə çox da

böyük olmayan lirik şeir parçalarına verilən addır. O,

səlis , rəvan, vahid ölçüdə və vahid qafiyə prinsipi

əsasında tərtib edilməlidir. Monoril 'ma burada

vacibdir - şeirin birinci beyti həmqafıyə (a, a), sonrakı

beytlərdə birinci misra sərbəst, ikinci misra ilk bey tlə

həmqafıyə olur və bu axıra qədər gözlənilməzdir (ba,

va, qa, da). Əlbəttə, q əzəlin k lassik nümunələrində

onun məna çalarları daha zəngin və əhatəlidir. Quruluş

baxımından o yeni -yeni əlvanlıqlar kəsb etmişdir -

şeirin son beytində şairin təxəllüsü» gəlir (100, 5).

Adını çəkdiyimiz lirik janrların hər birini bu

minvalla araşdırsaq görərik ki , insan qəlbinin ən dərin

hisslərindən süzülüb gələn lirizm gözəll iyin və ülvi

sevginin təsdiq və tərənnümünə xidmət edir. . . Lirizm

ümumən ədəbiyyatda bədii -poetik bir keyfiyyətdir.

«İnsan qəlbinin mühəndisi» (M.Qorki) olan yazıçılar

bu qəlbin ən dərin qatlarına məhz lirizm vasitəsi ilə

daxil olurlar. Hələ vaxtilə Aristotel yazırdı: «zira təbii

qabiliyyət sayəsində (hər hansı ruhi hərəkəti) yalnız

özləri onu bilavasi tə yaşayan adamlar daha dürüst

çatdırırlar; həqiqətən də yalnız həyəcanlanan

həyəcanlandıra, qəzəblənən qəzəbləndirə bilər. Bu

səbəbdəndir ki, poeziya istedad və hissiyyat adamlarma

aid bir sahədir, çünki onlardan 18

Page 19: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

bəziləri cildə girmək, bəziləri isə vəcdə gəlmək

qabiliyyətinə malikdirlər» (12, 74 -85). Bu qabiliyyətə

malik olan adamlar «Peyğəmbərlərdən sonra gələn

şairlərdir» (N.Gəncəvi). İstedad Allah vergisidir,

Allah onu kimə bəxş edibsə o. xoşbəxtdir.

Lirizm ilahi v əedin p oet ik ifadəsidir.

Fikrimizcə, o həm bədii keyfiyyət, həm də üslubi

əlamətdir. Dəqiq desək, o üslubi əlaməti müəy.yən

edən poetik keyfiyyətdir. Məsələn, dahi Füzulinin

ölməz məhəbbət dastanı olan «Leyli və Məcnun»

poemasının fikri -fəlsəfi qüvvəsi və poetik qüd rəti

əsərdə verilən lirik qəzəllərlə bağlıdır. «Leyli və

Məcnun»da qəzəl təsvir olunan təsirl i hadisənin

məzmununu qüvvətləndirən lirik ricət misalındadır.

Məsələn, atası Məcnunu Kəbəyə gətirir, aşiq dua etsin,

eşq azarı - cünunluq canından çıxsın ki, Leyl inin anası

qızı ona versin. Məcnun diz çöküb əvəzinə bu qəzəli

dilə gətirir:

Ya Rəb, bəlayi -eşq ilə qıl aşina məni! Bir dəm bəlayi -eşqdən etmə cüda məni! Az eyləmə inayətini əhli -dərddən

Yəni ki, çox bəlalərə qıl mübtəla

məni!

Olduqea mən götürmə bəladən

iradəyim Mən istərəm bəlanı çü

istər bəla məni!

Bu poetik ənənə sonrakı dövrlərdə, xüsusilə XX

əsrin poeziyasında da davam etdirildi. Xüsusilə, epik

poemalarda lirizmi qüvvətləndirmək üçün lirik

şeirlərdən şairlərimiz uğurla istifadə etdilər. Məsələn,

S.Vurğunun «Muğan» poemasındakı «Ceyran» şeiri,

«Komsomol» poemasındakı «Dünya» şeiri buna

nümunə ola bilər. «Muğan» poemasının misra ləngəri

belədir. 19

Page 20: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Car çəkir çarxların çaxnaşıq

səsi Car çəkir qışqırır nəhəng

matorlar Qızır balta ların polad

pəncəsi İldırım - ildırım vurur

Boz dağı 0 daşlı, qumsallı , gill i

torpağı Udur lay-lay udur

ekskovatorlar Hay salır qışqırı r

nəhəng motorlar İnsanlar

qaynaşır, meydan darısqal.

Birdən-birə vəznin ölçüsü - 11-lik saxlanıl ır .

Lakin bədii keyfiyyə t (bu sadəcə məzmun deyil - F.A.)

dəyişir və lirizm qüvvətlənir.

Yerdən ayağını quş kimi üzüb

Yay kimi dartılıb, ox kimi

süzüb Yenə öz sürünü nizamla

düzüb Baş alıb kedirsən, hayana

ceyran?!

Nə gözəl yaraşır muğana ceyran!

Digər bir misal: R. Rzanın «Lenin» poemasında

şair Leninin dünyaya gəlməsindən bir rəhbər kimi

yüksəlməsinə qədərki əhvalatları təsvir etdikdən sonra

birdən birə poemanın pafosunu, bunun sayəsində isə

patetik vüsəti qüvvətləndirən bədii suallara - poetik

ricətə keçir:

Mən hansı bir insana

Bənzədim ki, Lenini?

Həm xalqın xidmətçisi.

Həm xalqa rəhbər olsun! Mən hansı qəhrəmana

Bənzədim ki, Lenini?

Tarixlərə komandan

Günlərə əsgər osun!

20

Page 21: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Belə poemalara adətən, epik -lirik poema deyilir .

Təsvir-epizmlə, tərənnüm-lirika biri digərini

əvəzləyir.

Lirizm həm də nəsrə və dramaturgiyaya aid bədii -

üslubi keyfiyyətdir. Artıq qeyd etdiyimiz kimi XX

əsrin 60-cı illər nəsrində bu əlamət qüvvətli bir şəkildə

ön plana keçdi. Bu zaman nəsrdə poeziyaya məxsus iki

başlıca keyfiyyət - lirizm və psixologizm həyatı inikas

vasitələrinə çevirərək formalaşdı. Əslində 60 -70-c

illərin ədəbi tənqidi nəsrin yeniliyini məhz, bu

əlamətlə təyin etdi. 60 -cı illər nəsri lirik psixoloji

(üslublu!) nəsr kimi müəyyən olundu. 1976 -cı ildə

keçirilən «Müasirlik problemi və nəsrin axtarışları»

adlı böyük müşavirədə, xüsusilə də A.Hüseynovun

«Zamanın və nəsrin hərəkəti» adlı məruzəsində 60 -cı

illər nəsrinin təxminən 20 illik (1956 - 1976)

axtarışlarına sanball ı yekun vuruldu. Bu nəsr lirik -

psixo loji üslublu mənəvi -əxlaqi axtarışlar nəsri kimi

ədəbi-tarixi prosesdə yer aldı . Dövrün böyük tənqidçisi

akademik M.Arif bu nəslin ən gənc nümayəndəsi

Elçinin yaradıcılığına həsr etdiyi məqalədə bu nəsrə

xas poetik xüsusiyyətləri ümumiləşdirib yazırdı:

«Hazırla keçmişi , ayıqlıqla yuxululuğu, həqiqətlə

xəyalı , real hadisələrlə nağılı, əfsanəni y anaşı təsvir

etmək, daxili dialoqlardan, özü -özü ilə söhbətdən,

dramaturji səhnələrdən, mozaik parçalardan, mübaliğə,

şişirtmə üsulundan istifadə etmək onun t əsdiql ərinin

emosional q uvvəsini a rtırır . Fikrimizi də bir qədər

hərəkətə gətirir.. . Nüfuzedici bir nəzərlə uzaqlara və

dərinliklərə dalmaq, gözə görünən və ya görünməyən

ara pərdələri qaldırıb əsl mahiyyətə, nüvəyə çatmaq

meyli bu yazıçıya xas olan bir keyfiyyətdir» (83).

Əslində, bu keyfiyyətlər 60 -cı i llər nəsrinin digər

nümayəndələrinin, məsələn, Anarın yaradıcılığı üçün

də səciyyəvidir. Yaxud «qeyri -sabit, qeyri-yekrəng,

dinamik bir obraz kimi» (Y.Qarayev) «Qatar» həm

Elçinin, həm də Ə.Əylislinin yaradıcıl ığında var. Bu

qatar həyatda

21

Page 22: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

psixoloji yekrəngliyi pozan, mənəvi mühiti saflaşdıran

obrazdır. Xatırlayaq ki, bu nəslin böyük nümayəndəsi

türk yazıçısı Ç.Aytmatovun «Əsrdən uzun gün»

romanında təkcə coğrafi məsafənin yox, insanlar

arasındakı mənəvi yaxınlığın ölçü vahidi məhz

«Qatar»dır. Yaşar Qarayev yazır ki , “Elçin rəmzdən,

bədii-fəlsəfi şərtilikdən, kəskin məcazdan cəsarətlə

istifadə edir, psixoloji əhvali - ruhiyyəni detalda

əyaniləşdirən mizanlar və cizgilər axtarır, onları

görümlü, duyumlu, baxımlı obrazlara çevirən epitetlər

tapır. Məhz bu epitetlərin təşkil etdiyi bir mozaikada

nağıl və hekayə, əfsanə və həqiqət bir -biri ilə barışa və

qaynayıb qarışa bilir» (70, 185). Bu fikri bütün 60 -cı

illərin qüvvətli nasirləri haqqında səsləndirmək

mümkündür.

Təkcə 60-cı ilərin nəsri deyil, dramaturgiyası da

belə qənaətə gəlməyə imkan verir ki ədəbiyyatda

lirizmi yaradan, lirizmə ehtiyac doğuran məhz

psixologizmdir. Dramaturq psixoloji dərinliyə endikcə

onun üslubu da cilalanır, incələşir, bununla bərabər

daha əhatəli inikas miqyasları əldə edir. Məsələn,

yarım əsrə yaxın milli teatrımızı öz çiyinləri üzərində

aparmış İ.Əfəndiyevin dramaturgiyası bu baxımdan

diqqətəlayiq ədəbi hadisədir. İ.Əfəndiyev həm nəsrdə

(məsələn, «Söyüdlü arx», «Sarıköynəklə Valehin

nağılı» və s., həm də dramaturgiyada (məsələn,

«Unuda bilmirəm», «Sən həmişə mənimləsən», «Məhv

olmuş gündəliklər», «Sevgililərin cəhənnəmdə

vüsalı», «Büllur sarayda») mənəvi -əxlaqi axtarışlar

təmayülünün,lirik-psixolo

j i

üslubun banisi və klassikidir.

Məhz bu dövrdə bədii ədəbiyyatın hər üç növünə

daxil olan janrlarda bədii detal bədii həqiqətin

simvoluna çevrildi, üslubda konkretlik yaratmaq

vasitəsi kimi nüfuz qazandı. Təhkiyədə epik təsvirləri

detalda əyaniləşən bədii konkretlik əvəz etdi,

' fəhminənin paltarının altından

9?

Page 23: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

görünən gecə köynəyinin mavi rəngi (Anar. «Ağ

liman»). Sadığın bibisinin ərinin qara toyuq kimi yeri

eşən qəzəbli çəkmələri (Ə.Əylisli. «Mənim

nəğməkar bibim»),

Məsməxanımın ürəyini üzə çıxaran göy gözləri (Fdçin.

«Gümüşü furqon») kolxoz sədrinin arvadının xəyanət

rəmzi olan xınalı saçları (İ.Məlikzadə. «Quyu»),

Baladadaşm aerodrom kepkası (Elçin. «Baladadaşın ilk

məhəbbəti») - bu nəsrin psixoloji sükunətə rəxnə salan

detalları idi.. .

Poeziyada l irizmin funksiyaları daha fəal və daha

çoxcəhətlidir. Nəsrdən birbaşa poeziyaya keçməmək

üçün nəsrlə poeziyanın izdivacından doğulub nəsrlə

poeziya arasında nəfəs alan mənsur şeirdə lirizm və

psixologizm məsələsinə toxunmaq istərdik. Lakin öncə

bir müşahidəmizi q eyd edək, bu gün təkcə A zərbaycan

poeziyasında deyil , türk və rus dillərində əldə olan

materiallara əsasən deyə bilərik ki , müasir dövrdə

nəsrdə bir şeirləşmə, şeirdə isə nəsrləşmə gedir. Nəsr

öz şirinliyini (üslubda lirizmi) doğurmağa, şeir isə

daha fəlsəfi görünməyə çalışır. Bu yaxşıdır, yoxsa pis?

Əlbəttə, birbaşa və birmənalı cavab vermək çətindir.

Hər halda janrlararası münasibətlərdə

qaynayıb-qarışma, yenidən differensiallaşma çağdaş

dünya ədəbi -tarixi prosesinin səciyyəvi xüsusiyyəti

hesab oluna bilər.

Psixologizm sovet ədəbiyyatının ilk

onilliklərində, demək olar ki , 50 -ci illərin sonlarına

qədər ədəbiyyat üçün əhəmiyyətsiz nəsnə sayılıb.

Əvvəla ona görə ki, fərdin öz subyektiv duyğularını ön

plana çıxarması kütlə üçün, kütlə psixologiyasın a

hesablanmış cəmiyyət üçün yolverilməz idi. İkincisi,

insanın ruhi aləmini şişirtmək materializmə qarşı

idealizmi şişirtmək və ən azı, b urjua nəzəriyyəsi,

antimarksist nəzəriyyə olan freydizmə, berqsonçuluğa

yuvarlanmaq demək idi. Nəhayət, psixologizmə m eyl

20-30-cu illərdə i ntuitivizm təzahürü 23

Page 24: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

kimi pislənil irdi. Lakin bu o demək deyildi ki, 20 -50-ci

illərdə ədəbiyyatda, xüsusilə, poeziyada l irizmin əsası

olan psixologizm tamamilə yox idi. Dövrim

C.Cabbarlı , M.Müşfiq, H.Cavid, S.Vurğun kimi böyük

sənətkarları ədəbiyyatda, bədii əsərdə psixologizmi

yüksək qiymətləndirirdilər. Məsələn, «Dönüş»

.əsərində artıq C.Cabbarlı kütlə psixologiyasına

ironiya ilə yanaşırdı. O, hələ «Harıma eavab» (1925)

adlı məqaləsində, onun tərcüməsini (V .Şckspirin

«Hamlet» faciəsini - F.A.) tənqid edən Harıma cavab

olaraq yazırdı: «Kələk, ölüm ya olum» monoloquna.

Burası doğrudan da «Hamlet» üçün ən canalıcı bir

nöqtədir. Çünki, bütün əsərin psixoloji və fəlsəfi

məhvəridir» (25, 227). Beləliklə, C.Cabbarl ı

psixologizmin bədii əsərin mahiyyəti və bütün poetik

sistemi idarə edən fəlsəfi əsası olması fikrini qəbul

edirdi . Bununla bərabər o, dövrünün «tələbi» ilə,

məsələn «Türk Bədaye teatrı yeni yol ilə» (1930), «Bu

il dönüş ili olacaq» (1931) kimi məqalələri ndə

dərinləşmiş psixologizmə qarşı çıxırdı; «Teatr

naturalizmi, dərinləşmiş psixologizm qalıqlarını

tamamilə aradan qaldırmağı və dinamik materializmin

möhkəm qanunlarına əsaslanan sağlam proletar

realizminə keçməyi qərara almışdır» (25, 249). Etiraf

etməliyik ki , nə vulqar sosiologizmin tüğyan etdiyi ,

ədəbiyyatın simasını müəyyənləşdirən başlıca meyar

olduğu 20-30-cu illərdə, təbii ki, nə İkinci Cahan

savaşı dövründə, nə də bədnam «konfiiktsizlik»

nəzəriyyəsinin baş alıb getdiyi , xüsusilə dramaturgiya

və teatrı simasızlaşdırdığı 50 -ci il lərdə bədii

axtarışların psixologizmə (və təbii ki, lirikaya!)

yönəldilməsi mümkün olmamışdır. 50 -ci illərdə şairə

Olqa Berqqoltsın «O lirike» adlı məqaləsi çap olundu.

Bu məqalə ətrafında ciddi mübahisələr başlandı və bir

neçə il davam edən mübahisələr təriqi ilə 50 -dən art ıq

məqalə çap olundu. Bu mübahisələr əslində öz

şəxsiyyətini, müəllif «mən»ini ön

24

Page 25: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

plana çəkən, psixologizmə dayaqlanan lirizmi

poeziyanın cövhəri hesab edən özünüifadəyə güc verən

sənətkarlara qarşı çevrilmişdi. Bu mübahisələr

üzərində təfsilatı ilə dayanmırıq. Şairə O.Berqqolts

«Protiv likvidaüii liriki» adlı məqalə ilə

opponentlərinə cavab verərək mübahisələrə yekun

vurdu. Bu dövrdə həmin mübahisələrə ən tutarlı

qiyməti sovet yazıçılarının II qurultayına əlavə

məruzəsində böyük şair S.Vurğun verdi. Və bu qiymət

əslində 50-ci illərdə şairin özünüifadəsinə, lirik

«mən»ə, lirikada psixologizmə münasibətin

xarakteri -ni əks etdirir; «Şairin özünü ifadə etməsi»

problemi ətrafında son zamanlar mətbuatımızda böyük

mübahisələr başlanmışdır. Mən şəxsən belə düşünürəm

ki, bu mübahisələr məsələnin əsl mahiyyətindən çox

terminlər üzərində gedir. Lakin demək lazımdır ki,

məsələn, «özünü ifadə» nəzəriyyəsi , mümkündür ki,

subyektiv idealizm fəlsəfəsi ilə bağlansın, bu halda

mən həmin nəzəriyyənin əleyhinəyəm. Marksist -

leninçi idrak nəzəriyyəsi təsdiq edir ki, insan şüurunun

bütün formaları, o cümlədən bədii forması da obyektiv

varlığı əks etdirir . Qorxuram ki, «özünü ifadə»

nəzəriyyəsinin bəzi tərə fdarları poeziyada obyektiv

varlığın böyük aləmini şairin öz aləmi ilə əvəz etməyə

gəlib çıxarlar. Halbuki məlumdur ki , şairin öz aləmi

böyük və mürəkkəb obyektiv aləmin yalnız bir

hissəsidir. Biz onun tərəfdarıyıq ki , şair obyektiv

həyatın hadisələrini, obraz və xarakterlərini öz şair

mənliyinin süzgəcindən keçirsin. Bunsuz heç bir

poeziya, heç bir incəsənət ola bilməzdi. Lakin bu o

demək deyildi ki, şairin şəxsiyyəti , onun xarakteri,

qəlbi, onun tərcümeyi -halı, hətta bunlar şairdə ən

zəngin olduğu təqdirdə, milyonlarla adamların, ən dahi

şairlərin iradəsindən asılı olmayaraq yaşayan və tarixi

yaradanların xarakterini, obrazını, qəlbini və

tərcümeyi- halını bütünlüklə əvəz edə bilər» (117,

347). XX əsrin 50- ci illərində şair «mən»inin

poeziyadakı roluna münasibət

25

Page 26: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

belə idi. İstər -istəməz düşünürsən, «Məndə sığar iki

cahan mən bu cahana sığmazam!» - deyən İ.Nəsimini

«böyük və mürəkkəb obyektiv aləmin bir hissəsi» necə

hesab etmək olar? S.Vurğun özü demişkən, «Hələlik bir

yanda qalsın bu sual». . .

1970-ci ildə Leninqradda «Sovet ədəbiyyatında

psixologizm məsələləri» adlı bir kitab nəşr olundu və

dərhal ədəbi-nəzəri fikrin diqqətini cəlb etdi. Təbii ki ,

kitab nəzəri arsenalla bərabər, həm də 60 -cı illər

ədəbiyyatının azı on illik yaradıcı lıq təcrübələri

əsasında yazılmışdı. Kitabın redaktorları V.Kovalyov

və A.Pavlovski bu məcmuənin məqsədlərinə belə bir

şərh vermişdilər ki, m əcmuədə «ədəbi -bədii

vasitələrin və psixoloji təhlil üsullarının öyrənilməsi

və təqdimatına geniş diqqət yetirilir . Onların bəzilərini

qeyd edək: personajın hiss və düşüncələrinin axarı,

fasiləsizliyi və mütəhərrikliyinin açıqlanması; bədii

subyekt və obrazların birləşmə və qovuşma formaları, o

cümlədən təhkiyədə müəllif nitqinin priyomları;

müasir insanın peşəkarlıq psixologiyasının

açıqlanması; təhtəlşüur proseslərin insanın idrak və

hərəkətləri ilə əlaqəsi; hərəkətlərin və ümumiyyətlə

əməli fəaliyyətin insanın qəlbində baş verən keyfiyyət

dəyişikliklərinə təsiri, qəhrəmanın mənəvi təkamülü,

daxili ziddiyyətlərin onun inkişafındakı rolu, ədəbi

qəhrəmanın mənəvi yüksəlişinin sosial mühitlə

əlaqələndirilməsi və şərtləndirilməsi; qəhrəmanların

fəlsəfi duyum və düşüncələri - detalların seçilməsi və

onlardan istifadə etmə, insanların həyəcan və

ideologiyasının «molekulyar» təhlili» (142, 5).

Beləliklə, psixologizm yaratmağın və onu təcəssüm

etdirməyin əsas vasitələrini (problemlərini!) ayıra

bilərik; 1) Təhkiyydə müəllif nitqi («mən»i,

başlanğıcı, özünüifadəsi - F.A.); 2) yazıçı

şəxsiyyətinin obrazla (şairin lirik qəhrəmanl a - F.A.)

əlaqə formaları; 3) mühit, şəxsiyyət və obrazın bədii - 26

Page 27: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

fəlsəfi təkamülü; 4) l irik qəhrəmanın mənəvi aləminin

bədii detalda ifadəsi (rəmzləşdirilməsü). Bütün bunlar

Azərbaycan poeziyasında 60 -70-ci i llər dövrü

şairlərinin lirikasında psixologizmin poetik təzahür

formaları (və üsulları!) kimi əyaniləşdi.

Görkəmli nəzəriyyəçi Y.Qarayev Azərbaycan

yazıçılarının VI qurultayındakı (1976) məruzəsində

dövrün seçilən şairlərini dilə gətirərək poetik

axtarışların meyl və məzmununu belə ümumiləşdirirdi:

«Şeirimizin əhvali - ruhiyyəsi daha mürəkkəb olmağa

başlayır, onda daxili psixologizm və dramatizm artır .. .

poeziyanın nəsil dəyişimi» «gur şeirdən sakit şeirə»

sxemi ilə ifadə oluna bilmir.

Əql və emosionallıq, l irika və intellektuall ıq

arasında süni təzadı şeirimiz artıq dəf edir.

Ritorik qəhrəman və süni epizm şeirimizin inkar

etdiyi , təmizləməyə çalışdığı ünsürlərdən biri kimi

özünü göstərir. . . li rika bədii inkişafın üslub və janr

tendensiyalarını daha ardıeıl şəkildə izləməyə bizə

imkan verir.

Nəinki bilavasitə lirikada, hətta epik formanın

bədii strukturunda da lirik «mən»in mövqeyinin və

estetik fəallığının qüvvətlənməsinin şahidi oluruq»

(70, 49-50). Beləliklə, lirizm daxili dramatizmin

doğurduğu psixologizmin ifadəsi olaraq 60 -70-ei illər

poeziyasında ön plana keçir. Lirik «mən»in mövqeyi

genişlənir, onun poeziya prosesindəki estetik fəallığı

art ır , əxlaqi cavabdehlik böyüyür. Fikrimizcə, məhz bu

zaman poeziyaya ağılla yüklənmiş sözün sərt

həqiqətləri , adi fakt və detalın təbii - bədii emosiyası

daxil olur. İlk dəfə 60 -cı il lərin yeni poeziyasının

simalarından olan, «şeirimizdə «fərdi intellektual

üslub» (Yaşar Qarayev) deyilən bir istiqamətin

nümayəndəsi» Əli Kərimin poeziyasında detallılıq və

bitməzlik daxili özünüifadənin poetik -psixoloji

obrazına 27

Page 28: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

çevrilir . 60-cı illər lirikasının uvertürası olan « İki

sevgi» bunun əyani faktıdır: «Saf su», iki qəlb arzusu

olan gözəl qızı iki aşiq sevir; biri onu iynənin ucu

boyda işığa həsrət qalan göz işıq sevən kimi, i kincisi,

işıqlardan yaranmış yaraşıq sevən kimi, biri vətəni

dolaşıb gələn vətən ətirli səs kimi, üçüncüsü isə bir

otaq küncündəki qəmli sükunət kimi. Və bu qədər

emosional detalda poetikləşən iki sevgi haqqında l irik

dastanı müəllif «mən»i bədii sualla bi tirir:

Bu mən, bu 0, bu da sən De görək nə

deyirsən!

Amma yaxşı fikir ver bu iki

məhəbbətə Daha heç nə demirəm.

Nöqtə, nöqtə və nöqtə (66, 157 -158).

Üç nöqtə riyaziyyatda da, ədəbiyyatda -

üslubiyyatda da bitməzlik, qeyri -müəyyənlik ə

lamətidir. Ə.Kərim onu poetik fiqura çevirir. Bu sual

təkcə bir gözələ, iki sevginin ünvanı olan məşuqəyə

deyil, atom kimi, neytron və proton kimi parçalanaraq

milyonlarla sevgiliyə ünvanlanır. Və əslində,

həqiqətən şeir bitmir, milyonların qəlbində davam

edir, hərə bu iki məhəbbətə öz münasibətini bildirir.

Bu isə şeirdəki bədii detallar vasitəsi ilə mümkün olur.

Şeirdəki poetik detallar əsasında oxucu emosional

mühakimə qurur və meditativ lirika yaradır.

Əli Kərimin poetik tapıntı ları sırasından

psixologizm yavrusu olan bir neçə detala diqqət

yetirək;

Sevgisi də soyuq idi - təzə əkini ilər

bəladan hifz eyləyən qalın qar kimi

(«Atamın xatirəsi»)

Bu yerlər qəlbinə tanışdır, tanış. Öz həyəti kimi, bağçası kimi. ..

28

Page 29: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Bəlkə hər qapını min dəfə açmış

Mahud pencəyinin yaxası kimi

(«Poçtalyon»)

Şair var ki , ölümünü,

Başlamamış bitirir.

. . .Amma şair də var ki.

Zamanın doğma oğlu;

İdrakın zirvəsindən

Hissin yanğınlarından Keçir şeirinin yolu

(«Şair»)

Xeyr, termometrim - bu

qələmimdir, Yandırsın qoy onu

hisslərin odu. Şairi yaşadır hər

şeydən əvvəl Məna zənginliyi , söz

kislorodu. («Söz haqqında»)

Sinəm sızıldayır masadan ötrü

Könlüm - neçə sözün qəbristanlığı

Qayıt, yerinə qoy Ayı, Günəşi, - Yenə olduğu tək görüm həyatı Qayıt, gözüm nuru, könlüm atəşi. Qayıt, sahmana sal bu kainatı!

(«Qayıt»)

Kədərimi qoymuşam ayağımın

altına Qalmışam boylana -boylavna

və s.

29

Page 30: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Beləliklə də, «adilik» həyat həqiqətinin

poeziyasına çevrilir , çünki «qafiyə təşkil etməyən

sözlər şeirin ümumi ahənginə müvəffəqiyyətlə tab

edildiyindən əsil qafiyə kimi səslənir» (1, 172).

Zahirən bir-birinə uyuşmayan sözlər a rasındakı

doğmalığı, semantik harmoniyanı duya bilməsi

sayəsində XX əsrin 60 -cı illərində Əli Kərimin lirikası

«dövrün silsilə bədii tapıntıları kim i meydana çıxır»

(42). Təkcə Ə. Kərimin yox, B. Vahabzadənin,

F.Qocanın, M.Arazın, C.Novruzun, H.Arifin,

N.Xəzrinin, M. Yaqubun şeirləri elə bir dövrün

məhsulu idi ki, «əsrimizdə elmi -fəlsəfi idrakla bədii

idrakın, bədii düşüncənin əlaqələri daha da

güclənmişdir. . . .şeir ideologiyasında qədimdən qalma

«ilhama gəlmək», «vəcdə gəlmək» anlayışları . . . indi

«mən düşünürəm», «fikir edirəm», «mən həqiqəti dərk

edirəm» anlayışları əvəz edir və etməlidir.

Şeir pərisinin şairlərin qarşısında qoyduğu

vəzifələr daha çətin, daha mürəkkəb olmuşdur» (32,

138). Bu fikirlər 1971 -ci ildə Azərbaycan yazıçılarının

qurultayında məruzədə söylənilmişdi. Böyük tənqidçi

M.Cəfərov 60 -cı illərin s on 5 ili haqqında b u m

əruzəsini «lirikada gözəl əxlaqi ideyaların təbliğinə

səy artmışdır» sözləri ilə başlayır və bunu «yeni bir

keyfiyyət» kimi təqdim edirdi (32, 126).

Beləliklə, nəticə çıxara bilərik ki , 60 -70-ci illərin

poeziyası intellekt və əxlaqa daha çox güvənir, lirik

şeirin bədii -fəlsəfi əsasında ə nənələri Xaqani, Nizami,

Nəsimi, Füzuli və başqa klassiklərdən gələn

keyfiyyətlər dayanırdı.

«İntellektlə həyat birləşəndə, daha doğrusu,

intellektin həyati əsası olanda əsil şeir yarana bilər»

(65). Belə şeirlərdən biri məhz Ə.Kərimin

«Günəbaxan» şeiridir. Lirik qəhrəman qolunu

günəbaxanın boynuna salır, əlini «çopur üzünə sürtür»

və assosiasiyalar başlanır; 30

Page 31: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Elə bil aran yayı rəngində

qızıl bir yuxudan

oyandım Duydum ki,

axır barmaqlarımın

arasından Günəşin istisi

işığı, - aşağı.. .

Duydum ki,

qalxır yerin

ətri,

soyuğu,

buxarı ,

yuxarı .

Göy boyda oldu

günəbaxanın

başı Yer boyda ayağı...

qaldım arada

Ağır yüklü

bir pəhləvan

sayağı Barmağımdan göy

axdı Yer qalxır.. .

Ürəyimdə

dərinliklə

yüksəkliyin bir-birinə təkanı.

Bir az əvvəl

qələm tutan əlimdə -

kainatın sükanı (65,

169-170).

Əlində kainatın sükanını tutmuş şair «mən »i,

özünüifadənin «cahana sığmayan» «Ərş ilə tərş

kafı-nun // Məndə bulundu cümlə -qun» deyən Nəsimi

variantı və əlbəttə, barmaqlarının arasından «günəş

axan», öz bədəni i lə (əlində tutduğu günəbaxana güvənib - b’.A.) yerlə göyü birləşdirən lirik qəhrəman.

Page 32: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

ifadələrə fikir verək: Günəşin istisi, işığı, aşağı,

yerin ətri, soyuğu, buxarı , yuxarı! Aşağı ilə yuxarı

arasında - ərş (göy) ilə fərş (yer) arasında dayanan lirik

qəhrəmanın psixoloji çəkisi nə qədərdir, İlahi! Və daha

bir qeyri-adi poetik deyimin psixoloji yükünü də

qaldırmağa çalışaq:

Elə bil aran yayı

rəngində qızıl bir

yuxudan oyandım.

Gəl indii təyin elə görüm hansı rəngdi bu aran

yayının rəngi?! Bunu bir Ə.Kərim bilirdi , bir də bəlkə

S.Bəhlulzadə! Heç biri yoxdu dünyada. Ona görə də,

«aran yayı rəngində qızıl bir yuxudan oyanmış»

adamın, lirik qəhrəmanın psixoloji durumunu ölçmək

üçün bədii-fəlsəfi meyar yoxdur. ..

Lirik qəhrəman problemi həmişə poeziya ilə bağlı

mübahisələrin əsasını təşkil etmişdir. Artıq qeyd

etdiyimiz kimi, onu ədəbiyyatda idealizm əlaməti

hesab edənlər, hətta onu qəbul etməyənlər də var idi

(59). Lakin zaman göstərdi ki , lirik qəhrəman lirik

poeziyanın bel sütunu, lirikanın cövhəri olan şair

«mən»inin, lirik «mən»in daşıyıcısı, estetik idealın

psixoloji ifadəçisidir. Tədqiqatçı S.Quliyeva ona

maraqlı bir nəzəri təyinat verir: «lirik qəhrəman şairin

yaradıcılıq zamanı öz mənəvi aləmini qeyri -ixtiyari

idealının süzgəcindən keçirərək ifadə etdiyi sintetik

obrazdır.

Lirik qəhrəman poeziyanın səciyyəvi

əlamətlərindən biri olub, bütün dövrlərdə və

yaradıcılıq metodlarında mövcud olmuşdur. Sənətkar

idealının ümumiyyətlə, müsbət qəhrəmanlarda

təcəssüm əlamətinə əsasən, poeziyada lirik «mən»lə

ifadə olunan obrazın «lirik qəhrəman» termini ilə

adlanması daha əlverişli və məqsədəuyğundur. 32

Page 33: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Şair lirik şeirlərində özünü estetik idealının

süzgəcindən keçirərək təcəssüm edir.. . Ldrik qəhrəman

iki böyük üzvi tərkibdən ibarətdir: biri şairin özü,

digəri isə onun, eləcə də yaşadığı cəmiyyətin

mütərəqqi idealı» (76, 102 -103). Bu baxımdan (və bu

əsas baxış bucağıdır - F.A.) yanaşdıqda 60-70-ci illər

poeziyasında şair «mən»i və onun estetik idealının -

lirik qəhrəmanın təcəssümündə, daha doğrusu onun

bədii kimliyində iki qabarıq cəhət diqqəti cəlb edir: 1)

fəlsəfi intellektual qəhrəman; 2) lirik - romantik

qəhrəman. Onlar həm də, artıq qeyd etdiyimiz kimi

poeziyamızda ənənələri XX əsrin 90 -cı il lərinə qədər

davam etmiş iki təmayülü müəyyən edirlər.

Tədqiqatçıların qeyd etdikləri kimi, bu obrazlı

təfəkkür tərzinə keçid mərhələsi idi , «ri torik, zahiri

pafosun daxili poetik əlamətləri, konkret ifadə üsulu

ilə, sözçülüyün, təsvirçiliyin məna dəyərləri ilə əvəz

edilməsi» (9, 8) baş verirdi. Bu baxımdan, yeni o brazlı

təfəkkür tərzinə keçid mərhələsinin əsasını qoymuş

R.Rzanın «Mən torpağam», «İnsan şəkli», «Soruş», B.

Vahabzadənin «Rəqəmlər», «Mənim yolum», «Şeir və

mən», «Qara saçlar, a ğ saçlar», F.Qocanın «Qaragül

dərili quzu», «Risk», M.Arazın «Məndən ötdü,

qardaşıma dəydi», «Azərbaycan. dünyam mənim»,

«İnsan qayalar»,

F.Sadiqin «Qızıl lalələr». «Gül ləçəkləri» silsiləsi bu

dövrün psixologizmlə yüklənmiş maraqlı poetik

nümunələridir. 60 -cı il lərdə assosiativ bədii

təfəkkürün sistemli 1 irik p sixoloji n ümunə lərini --

«Rənglər» şeirlər silsiləsini R.Rza yaratdı. Bu ənənəni,

daha doğrusu poeziyada fəlsəfi -intellektual təmayülü

Ə.Kərim, B.Vahabzadə, M.Araz, F.Qoca, F.Sadıqla

bərabər sonralar V.Səmədoğlu, Ə.Salahzadə,

1.İsmayılzadə. R.Rövşən və V.Cəbrailzadə yeni bir

vüsətlə davam etdirdilər.

Page 34: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Emosional mühakimə bu poeziyanın lirik

qəhrəmanını psixoloji cəhətdən fərqləndirən başlıca

əlamətlərdən idi . B.Vahabzadənin «Ömür» şeirində

lirik qəhrəmanın psixoloji özünüifadəsi belədir;

Yaşamaq - yanmaqdır. Yanasan gərək,

Həyatın mənası yalnız ondadır.

Şam əgər yanmırsa, yaşamır, demək

Onun da həyatı yanmağındadır.

Ömrü az olsa da qartal enmədi.

Dedi, səmalarda öz oylağım var.

Ömrün azlığından gileylənmədi

Ömrü insan kimi başa vuranlar (114, 18).

Bu elə bir dövr idi ki, poeziyada fikirlə hissin,

intelektlə duyğunun poetik vəhdəti uğrunda mübarizə

gedirdi. Elə b u misraların müəllifi poeziya m

übahisələri ilə bağlı yazırdı ki, «Əsas bəlanı vəzn

məhdudluğunda deyil , fikir məhdudluğunda və xüsusən

şeirimizdə fikrin poetik ifadəsinin, obrazlı təfəkkürün,

bədii ümumiləşdirmələrin zəifliyində axtarmaq

lazımdır» (116). Poeziyanın fikri dolğunluğu bu zaman

onu şüarçılıqdan xilas edən başlıca imkan kimi irəli

sürülürdü. Lakin burada başlıca bir cəhət də önəml i idi:

eyni zamanda şeirin poetik hüsnünü yaratmaq, onun

emosional təsir gücünü art ırmaq.

Dünya ETİ-nin nailiyyətlərindən fəxrlə

danışdığı, SSRİ-də təbiət üzərində qələbəsinin

tərifləndiyi bir dövrdə - 1968-ci ildə şair B.Vahabzadə

«Baş» şeirini yazdı. Şei r ədəbi-ictimai mühitdə

sensasiya doğurdu. O, insanın bədən üzvlərinin,

xüsusən də başın transplantasiyası əleyhinə yazılmışdı:

34

Page 35: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Böyrəyi, ürəyi dəyişmək asan Bəs başı?

Bu yerdə bir qədər dayan!

İnsanın adına, şərəf -şanına Deyirəm,

gəlməzmi bundan bir ləkə?

[^ir nadan güvənib öz imkanına Dahinin

başına göz dikdi bəlkə?

Ey həkim gücünə inansan da sən

Bu yükü boynuna heç götürmə, gəl

Ayırıb insanı öz aləmindən

Ana təbiətlə bəhsə girmə gəl! (115, 177 -178)

Şair həkimi təbiətin ahəngini pozmamağa çağırır,

dahini yaşatmaq üçün cahilin başının onun bədəninə

köçürülməsini xoşbəxtlik yox, amansız bir faciə hesab

edir. Deməli baş dəyişilirsə fikir də dəyişilir. Əgər

ölən başda dahinin fikri , əqidəsi, məsləki də ölübsə,

onda nadan başı ilə yaşayan adama necə dahi demək

olar?! «Yaşamaq xətrinə fikri dəyişmək // Məsləki

dəyişmək yaşamaqmıdır?» Şair şeirini cavabı özündə

olan belə bir fəlsəfi sualla tamamlayır.

Ümumən, B.Vahabzadənin poeziyası, xüsusilə də

lirikası ZAMAN -la barışmaz dialoqa girən filosof

İNSAN- ın bəşəriyyətin taleyi üçün narahatlıq

duyğularından yaranır. Bu lirikanın mərkəzində, onun

cövhərində şair «mən»ini hər şeydən uca tutan bir

ürək, qəlb dayanır və oxucu ilə səmimi olmağa çalışır.

Şeirdə fəlsəfi fikrin daşıyıcısı olan poetik forma

gözəlliyi əsas şərtlərdəndir. Bu fikir təzə deyil,

poetikada həmişə müasir olmuşdur. Hələ böyük

dramaturq və mütəfəkkir M.F.Axundov yazırdı: «Şeir

gərək laməhalə ziyadə ləzzətə və hüsndə və fərəhdə

ziyadə təsirə bais olsa, əgər olmasa, sadə nəzmdir» (8,

14). Nəhayət deyə bilərik ki , fəlsəfi - intellektual şeirin

lirik qəhrəmanı da 35

Page 36: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

fəlsəfi düşünən, öz intellektual psixoloji aləminə

güvənən, zəmanəsinin, yaşadığı həyatın problemlərini

qəlbindən daha ziyadə zehnindən keçirib dərk edən

insandır.

Lirik-romantik poeziyada - M.Müşfiqin,

S.Vurğunun, N.Xəzrinin, H.Arifin, M.Yaqubun,

N.Həsənzadənin, C.Novruzun, Ə.Kürçaylının,

S.Rüstəmxanlının, Qabilin və b. şeirlərində lirik

qəhrəmanın psixoloji aləmi daha çox qəlbin iztirabları

şəklində ortaya çıxır. Lirik qəhrəmanın psixoloji

özünüifadəsi həm kövrək sevgi, həm də gözəl təbiət

fakturasına dayaqlanır:

Mən idim, sən idin bir də, bir də ki. Sular kənarında salxım söyüdlər Bu N.Xəzrinin qəlbinin səsidir. H.Arif isə qəhərlə

deyir: Haranı bəyənib seçəsi olsam.

Oraya, ey sənəm sən mənimlə

get.

Bir gün bu dünyadan köçəsi

olsam

Tək onda demərəm sən mənimlə

get.

Mülahizələri konkret problemlər üzrə davam

etdirmək üçün öncə belə nəticəyə gələk ki, poeziyada

lirizm onu ədəbi növ olaraq səciyyələn dirən əsas poetik

keyfiyyətdir. Müasir Azərbaycan poeziyası ənənələrini

XX əsrin iki başlıca təmayülündən -

fəlsəfi-intellektual və lirik -romantik təmayüllərindən

qəbul edir.

1.2. Lirikada müəllif başlanğıcı

Bütün bədii janrlar kimi lirik növün ən zərif ən

füsunkar, ən yığcam janrı olan lirika da hər şeydən

öncə yazıçı müşahidəsindən doğulur. Ş airin mənəvi

aləmi, müəllif başlanğıcı lirik şeirin həm psixoloji

təməlini , həm 36

Page 37: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

də bədii formasını müəyyən edir. 60 -cı illər

lirikasından bəhs edərkən qeyd etdik ki , həmin dövrdə

hər şeydən öneə lirikada fərdi emosiyaların yeni

qaydada təşəkkülü baş verir və bu özünəməxsus üslub

tələb edirdi. Çünki lirikada müəllif başlanğıcı ilk

növbədə lirik təhkiyə, müəllifin emosional

mühakiməsinin bədii təzahürü ilə bağlıdır. «Bədii mətn

- əsər müəyyən bir sistem, müxtəlif poetika

kateqoriyalarının ierarxik əlaqəsindən ibarət bütöv bir

strukturdur. Bu sistemi, strukturu əhatə edən ən mühüm

kateqoriyalardan biri isə məhz təhkiyədir. Təhkiyə

kiminsə, nə haqdasa danışması, söyləməsidir. Deməli ,

təhkiyədə - bədii əsərdə söyləyənin varlığı əsas

məsələdir. Çünki bunsuz təhkiyəni təsəvvürə gətirmək

qeyri mümkündür» (86, 10). «Çexovun poetikası»

(1971) monoqrafiyasında A.P.Çudakov belə qərara

gəlir ki, «Mətnin təsvi rçiyə» - təhkiyəçiyə və

hekayəçiyə görə təsviri məhz təhkiyədir» (86, 5).

Burada məşhur

nəzəriyyəçi B.M.Baxtinin «Nitq zonaları»

konsepsiyası yada düşür. Məsələn, böyük türk y azıçısı

Ç.Aytmatovun «Əlvida, Gülsarı» povestində üç nitq

zonası var: müəllifin nitqi , Gülsarının - atın nitqi və

qoca Tanabayın nitqi . Bu üç nitq sahibinin söylədikləri

psixoloji vəhdətdə çulğaşaraq mətni - əsəri əmələ

gətirir. Bizim fikrimizcə, nəsrdə təhkiyəni «görünən

təhkiyə» adlandırmaq olar. Süjetli lirikada, məsələn

Ə.Cəmilin şeirlərində də təhkiyəni görmək, necə

deyərlər, tutmaq mümkündür. Amma lirik poeziyada -

lirikada «gizli təhkiyə» əsas üslubi əlamətdir. Bu

təhkiyəni emosional mühakimə adlandırmaq olar.

Emosional mühakimə meditativ şeirin - şeirdə

mcditasiyanın əsasını təşkil edir.

Lirikada sözün həcmi az. fikrin üfüqləri genişdir.

«Lirika öz nəğməsini oxuduqdan sonra o saat uçub

gedən gəldi -gedər quşlara bənzəməməlidir. İdrik şeir,

mahnı insanın qəlbini dilə gətirməli , onun qəlbində

yuva salmalı

37

Page 38: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

və zümrüd quşu kimi onu isindirməli, zəhmətdə,

mübarizədə, kədərli və nəşəli dəqiqələrdə insana

yoldaş olmalı, onda nəcib hisslər oyatmalı və beləliklə

də insanı yüksəltməli, o nu daha güclü, daha ağıll ı və

mənəvi cəhətdən zəngin etməlidir» (117, 345).

XX əsrin ən böyük lirik şairinin l irika haqqında

qənaətləri belədir. Bu sətirlərdə S.Vurğunun təkcə

elmi qənaətləri yox, həm də lirik şeirə qanad vermiş

duyğuları danışır.

Məhz öz yaradıeı şəxsiyyətinə güvəndiyi üçün

M.Arazın poeziyasında müəllif başlanğıcı h əm şeirin

predmeti, həm də onun poetik fərdiyyəti kimi çıxış

edir:

Azərbaycan - qayalarda

bitən bir çiçək,

Azərbaycan - çiçəklərin içində qaya

Mənim könlüm bu torpağı vəsf

eləyərək Azərbaycan dünyasından

baxar

dünyaya Azərbaycan -

mayası nur, qayəsi nur

ki.

Hər daşından alov dilli ox ola bilər

«Azərbaycan!» - deyiləndə ayağa dur ki.

Füzulinin ürəyinə toxuna bilər (82, 61).

(«Azərbaycan - dünyam mənim»)

Şəninə minlərlə şeir yazılmış, mahnı bəstələnmiş

vətən-Azərbaycan haqqında bu şeirin məzmunu da

təzədi, poetik forması da. Burada şair «mən»i, onun

ifadəsi olan müəllif başlanğıcı əsas lirik obraz kimi ön

plandadır. Başqa bir şeirə nəzər salaq:

38

Page 39: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Vətən mənə oğul desə nə dərdim.

Mamır olub qayasında bitərdim.

Bu torpaqsız harda, nə vaxt, nə dərdim

Xəzanımdır, xəzanımdır, xəzanım (82,

185).

(«Vətən mənə oğul desə»)

Nəhayət, eyni ampulada lirik qəhrəmanın

səciyyəsini tamamlayan «İnsan qayalar» şeiri:

Bir qayaya söykənmişəm,

deyirəm kaş:

Bax beləcə daşa dönəm

yavaş-yavaş

Taleyimi qayala rın taleyinə

bağlayam mən

Bircə insan düşüncəmi saxlayam mən

. . .Onda Vətən sanar məni

Bir balaca Vətən daşı

Vətən daşı olmayandan

Olmaz ölkə vətəndaşı.. . (82, 91)

Deməli məlum olur ki, onun lirik qəhrəmanının

adı vətəndaşdır. Şübhəsiz ki, - bu hər şeydən əvvəl

şairin öz adında əbədiləşən estetik idealıdır.

İ.V.Hötenin «Mənim obrazlarım məni yaradır»

deyimini qəbul etsək deməliyik ki , M.Arazda lirik

poeziyanı yaradan, lirik həyəcanı əmələ gətirən

Vətəndir. «Məlumdur ki, poeziya lirik həyəcanın

yalnız son dərəcə həqiqiliyi v ə səmimiliyi ilə yarana

bilir . Belə t əsəvvür etmək olar ki , zahirən sənətin

bütün tələblərinə eavab verən hər hansı bir şeirin

həqiqi poeziya nümunəsi olduğunu müəyyənləşdirmək

üçün ahəng məhək daşı xidmətindədir. Sənətkarın canlı

fikri, duyğusu və hissindən doğmuş lirik həyəcanın

səsi , nidası konkret yaradıcılıq prosesindəki

əhvali-ruhiyyənin əks sədası kimi 39

Page 40: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

şeirin bütün ifadə komponentləri vasitəsi ilə yaşayır,

həmişə aydın e şidilir» (76, 148). Yenə də b urada

şairin şəxsiyyəti, müşahidə və şair qəlbinin həyat

faktına reaksiyası məsələsi ortaya çıxır.

Poeziyada müəllif başlanğıcına şairin öz

münasibətini ifadə baxımından fəlsəfi -intellektual

şeirin nümayəndəsi F.Qocanın maraqlı bir mülahizəsi

var. «Ömürdən anlar» kitabına müxtəsər müəllif

sözündə şair belə yazır: «Mən dərdimi danışmağı

xoşlamıram. Yerli - yersiz dərdini danışan adamları da

xoşlamıram. Amma düşdüyüm vəziyyətləri , keçirdiyim

hissləri yarızarafat - yarıgerçək şeirlərə döndərirəm.

Onların bir qismi bu kitabda toplanır. Bu kitabda

ömrümün çox illərindən, bütün fəsillərindən anlar var.

Siz də bu hisslərin bəzisindən keçmişiniz, bəzisini də

indi keçirsiniz, bəzi şeirlərdəki duyğular hələ irəlidə

sizi gözləyir» (50, 3). Beləliklə, şair öz poeziyasını

ömrünün pillələrinə bənzədir, bir növ «şair həmişə

özünü yazır» deyimini təsdiqləyir.

Axşam bütün yollar

bizim evə sarı

gedir səhər bizim

idarəyə.

Düşmüşəm belə bir dairəyə

yaşayıram.

Ömrümü maşınlara yükləyib

səhər idarəyə

axşam evə

daşıyıram

Bir gün gələr

göz yumub torpağa, yollara,

insana burularam yana

Sinəmin üstündə bir topa çiçək.

yuxarıda mavi səma, arxamda

yetim qalan xatirələr

Xatırlayarlar, deyərlər... (50. 15) 40

Page 41: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

F.Qocanın əksər şeirləri ömrün mahiyyətini əks

etdirən anların poet ik ifadəsidir. Mahnıya çevrilmiş

«Gecə yaman uzundur» şeiri iztirabın şirinliyi

haqqında kövrək bir nəğmədir. Ümumiyyətlə, onun şair

şəxsiyyətini təmənnasız bir məhəbbətlə ön plana çəkən

lirikası sözə ehtiramın bariz ifadəsidir.

Cəmi dörd yarımçıq misradan ibarət «Qorxmuram

və qorxuram» şeiri buna misal ola bilər:

Qorxmuram

ölməkdən

Qorxuram ki mən.

Ölmək lazım

gəlsə Ölə

bilməyəm.

Bu şeir 1963-cü i ldə yazılıb və bizim poeziya bu

bədii konkretl iyə 2003 -cü ildə - düz 40 ildən sonra

gəlib çıxdı.

Poeziyada öz şair mənini hərraca qoymayan,

özünün və sözünün qədrini bilən, bədii konkretliyi

maksimum həddə çatdıran, sözü əzizləyə -əzizləyə

sıxıb suyunu çıxardan şairlərdən biri Fikrət Sadiqdir.

F.Sadiqin poeziyası yerlə göy arasında poetik ümid

körpüsüdür. «Yerdən göyə ümüd» şerində o hər kəsə

bənzəməyən tərzdə deyir;

Var, hardasa var!

Bu boyda ulduz

məzarlığında Tapılmazını

bir diri?

Mən onu axtarıram O da

axtarır Yeri. «Yerdən göyə ümid» kitabına «Bir qərinənin

poeziyası» adlı ön sözdə M.Araz yazır: «Fikrət Sadıq

böyük poeziya salonumla öz kürsüsü olan, öz

oxucularına əsl sənət örnəkləri oxuyan, əvəzində

xalqın minnətdarlıq

Page 42: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

alqışını qazanan bir şairdir. Əsl xoşbəxt şair çox yazan,

çox çap olunan deyil, çox oxunan sənətkardır. Sənətdə

mütləq meyar budur: çoxun az təsirindən, əlbəttə azın

çox təsiri gərəklidir. Burada söz cilası , söz zərgərliyi

vərdişinə yiyələnmək bacarığı həqiqi istedada

qismətdir.

Fikrət Sadıq ədəbiyyata sakit , hay-haraysız,

özünü təqdimatsız gəlib; aramla yazıb, çox oxunub,

çox düşündürüb. .. .O, dəni işıqda yuyulmuş söz olan

bir poeziya düzənində «mübtədadan xəbərə», «isimdən

felə» qədər yol gedir. Dilin ətrini, d adını, d uzunu

varağa köçürür, i nsana ən həssas keşikçi olan söz

sənətinə yiyələnir» (53, 5 -6). Fikrət Sadığın aforizm

timsallı, lakonik 1 irik m iniatürlərini oxuyur v ə

düşünürsən; nədir bu poeziyanın hikməti? Niyə

F.Sadığın şeirləri çox oxunur və y addaşlara y ol tapır?

Bu suallara belə cavab verməli olursan; 1) F.Sadıq çox

səmimi şairdir; 2) F.Sadıq sözün qədrini bilən, az sözlə

çox məna ifadə etməyi bacaran sənətkar şairdir; 3)

F.Sadıq tizfəhm şairdir; 4) F.Sadıq sözə hakimdir, o

sözdən istədiyi fiquru, poetik ifadəni ala bilir və s.

Bütün bunlar onun qısa, sadə və aydın lirikasını insana

doğmalaşdırır, adama elə gəlir ki, o sözü axtarmır, söz

ona doğru gedir.

F.Sadıq nəinki şeirin özünü yaradır, h ətta onun

poetikasını şeirin dil i ilə açır. Məsələn, «Söz hörgüsü»

silsiləsindən «Mübaliğə» bəndi:

Şeirin damı Buluda

çatanı da olur,

ulduza çatanı da

Şeiri gərək

Mübaliğə tanıya

Söz evini bacası da

mübaliğədir 42

Page 43: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Tüstüsündən bilinir

ocağında yanan nədir:

çır-çırpıdır, yoxsa

vələs.

Ürəkdir, yoxsa həvəs?

F.Sadıq öz varlığını səmimiyyətlə poeziyaya

təslim etmiş bir şairdir. Onun ən yaxşı şeirləri t 'əlsəfi

dərinliyin və poetik sadəliyin nümunəsinə misal ola

bilər.

Azərbaycan poeziyasında əsərlərinin məna yükü,

poetic siqləti ilə diqqəti cəlb edən şair Ələkbər

Salahzadədir.

Təbiət (dünya!) ilə özündə daxili böyüklük, fikir

və arzu prosesini təcəssüm etdirən insan arasındakı

bütövlüyün vəhdətini ifadə etmək bu poeziyanın

predmetini şərtləndirir. Z əhmət belə bütövlüyü təmin

edən, əlaqə yaradan vasitə kimi poetikləşir. Bu

vəhdətin daxilindəki ziddiyyət (diclektrik nisbilik!)

isə arzu olunanı dərk etməyə yönəlmiş təfəkkür

prosesinin mahiyyəti kimi meydana çıxır:

Ot çalınır,

otçalanlar bir orkestr;

bir havanı tutub gedir.

Yüz çiçəyin harayını

bir vıyıl tı udub gedir («Otçalanlar»)

(101)

Bu poeziyaya fikrin assosiativ gedişini təmin

edən detallardan birisi kimi belə zəhməti icra edən Əl

həmin zəhməti törədən ehtirası ifadə edir. Dünyaya

qovuşmaq arzusu bu ehtirasın əsas məzmununu təşkil

edir.

Şairə görə əllər təbiətin icra etdiyi dünya + insan

hesablamasında bərabərlik işarəsidir. Bu bərabərlik

işarəsindən sonra isə zəhmət gəlir. Deməli bu

toplamanın cəmi zəhmətdən ibarətdir: 43

Page 44: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Əllərimiz, qollanmız - Dağlar,

düzlər arasında Bərabərlik

işarəsi.

Qollarımız

Köksümüzdən fışqırdıqca bu qol

şəlaləsi («Monoloq»)

Müxtəlif tərcümeyi ballı müstəqil obrazların və

hələ obrazlaşmamış predmet və detalların ayrı -ayrı

yollarla can atdıqları eyni bir məzmunun ifadəsi olan

obrazı-fikrin assossiyasını, ekspressiv uçuşunu təmin

edən həmin və obrazların icra etdikləri poetik

əməliyyatların ictimai dəyərinə görə tarazlaşdığı

mərkəzi tapmaq yolu ilə əlaqələri düyünləmək və

harmoniya yaratmaq Ə.Salahzadə təxəyyülünün

tükənməz imkanlarından biri kimi diqqəti cəlb edir.

Çünki bu obraz- mərkəz insandır!

İnsan vətənin və dövrün emblemi, simvolu kimi

poetikləşi r. Bu belə bir əlaqədən meydana çıxır:

dünyanın genişlik və möhtəşəmliyində vətən dərinlik

ölçüsünə çevrilir. Dünyanın mahiyyəti (və ona

münasibət) bu dərinlikdə daha bütöv, əzəmətli və

doğma görünə bilir:

Mən də

bu kürənin bir zərrəsiyəm!

Bu kürə yurdların beşik yeridi .

Avropası Avropam,

Asiyası Asiyam,

Azərbaycan ürəyimlə bitişik yeridi!. . Göründüyü kimi, bu dərinliyin də obyekti və

ünvanı məhz insan, daha doğrusu onun ürəyidir. Elə bu

mənada da insan ü.Salahzadənin şeirlərində həm də

müasirliyin bütün köklü problemlərinin təcəssüm

tapdığı obyekt kimi təhlil olunur. Şair insanın

böyüklüyünü təcəssüm etdirən 44

Page 45: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

ən kiçik detalların əlaqələrindən doğan assosiativ

imkanlardan istifadə etməyə çalışır. Bunun üçün o,

əvvəlcə insanı konkretləşdirir . Öz tərcümeyi -halı ilə

fəlsəfi mübahisə onun bir sıra şeirlərinin təvəllüd

tapdığı yeri , psixoloji ünvanını müəyyənləşdirir:

Harda i tsəm,

harda qalsam, harda

itirsəm özümü -

yar bağrımı, çap bağrımı

tap!

Lirik qəhrəman öz daxilindəki dünyaya qovuşmaq

prosesini özünə qovuşmaq kimi konkretləşdirir.

Dünyanı əvvəlcə öz mahiyyətində gör. Əvvəlcə öz

içindəki kökünü tap və bu kökü azadlıq ehtirası ilə sula

ki, kökün özünə, deməli, özün də dünyaya möhkəm kök

ata biləsən:

Gur ol , gur ol, Cidarını qır at, qır - ol!

Sxematizmə və doqmatizmə qarşı barışmazlıq,

insanın fikri sərbəstliyinin qorunması bu poeziyanın

kredosunu təşkil edir. Məhz belə bir səviyyədən

yanaşdığı üçündür ki, insan əsrin ictimai

anatomiyasının milyon dəfələrlə «kiçildilmiş» və bu

«kiçiklikdə» öz i lkin siqlətini həmişə aşkara çıxara

bilən predmet kimi Ə.Salahzadənin poetik düşüncəsini

özünə cəlb edə bilir. İnsan (obraz - mərkəz!) daxili

güclülüyə inamın canlı poetik sənədi, əsrin

həyəcanlarının ifadəsi olan obyekt kimi poetik diqqətə

layiq olur. Ə.Salahzadəni həmişə mətləq insan ölümü

ilə bağlı əlaqələr zənciri, ömürdə maddiləşən zamanın

mahiyyəti, real dəyəri düşündürür.

45

Page 46: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Vaxt yeyib döymüş Sonra da

uyumuş daşlar Əlindən

sürüşər.

Əlindən düşər.

Bağlan bir-birindən qoparır.

Sıraya düzüb aparır («Təsbeh»)

Şair bu qənaətdədir ki, «bu gün» insan üçün

zamanın ən r eal dəyəridir. Çünki onun məzmun və m

ahiyyətində sabahın ətir və rahiyyəsi var. Əgər mən

bunu duyuramsa, mənim üçün ömrün ən eanlı parçası,

«kəsiyi» olan «bu gün» mövcuddur. Əgər belə

məzmunda «bu gün»üm yoxdursa mənim üçün sabah da

yoxdur. Əgər sabahım yoxdursa «bu gün»ün (öz qidası ,

paltarı, hava və suyu, insanları olsa da!) və deməli mən

özüm də yoxam. Şairin poetik düşüncəsində «mövcud

olmanın» sirrinə doğru gedən yolda reallaşdığı ilk

mənzil «hərəkət»dir.

Öz oxuna söykənib dolandı yenə

kürə yerində sayanların gözünə

girə-girə («Kürə»)

Bu mənzilin belə bir ziddiyyətli qanunu

var: Kökdü kürə

bəlkə kimsə öz kökündən qopa bilmir?

öz kökündən qopanlar da əli gö ydə.

Gəzir, gəzir, öz kökünü tapa bilmir.

Paradokslar, ziddiyyətlərin

harmoniyası

Ə.Salahzadənin şeirlərinin poetik ritminin real məzmununu təşkil edir.

46

Page 47: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Rişə-rişə

kökü torpağa gedirdi

düyün-düyün

yerdən gəlirdi

gövdəsi yaşıl -yaşıl

budağı göydən enirdi .. .

(«Yol üstdə bir palıd»)

«Köksümüzdə yatıb çıxan günəş», «Vaxt

gözləyən kürə», «Suyu lilli çaylarda yuyunmaq istəyən

dəniz», «Lay- lay sükutu ilə əriyən dəniz», «bir -birini

çiçək sanıb, gül yerinə bir -birinə qonan kəpənəklər»,

«Torpağın yarğan-yarğan yarasını kökləri ilə sarıyan

eldar şamı», «Çıraqları yanan görüb gözü kəlləsinə

çıxan axşam», «gecənin kəhərindən aşıb dağın döşünə

düşən səhər», «öz köksünü yarıb çıxan od», «ordu -ordu

a dam y ığan neft», «canı torpaq olan qan» və s. kimi

psixoloji obraz detallarda, obraz -proseslərdə konkret

varlığı , real həyatı özünün dərk etdiyi mürəkkəbliklə

eyni səviyyədə oxucunun hiss və düşüncələrinə

yönəldə bilmək Ə.Salahzadə şeirinin əsas assosiativ

xüsusiyyətini təşkil edir. Epoxanın tarixi xarakt eri ilə

şərtlənən fəlsəfılik bu psixoloji assosiasiyaların

genişlik estetik ölçüsünü müəyyənləşdirir .

Ə.Salahzadə şeirindəki assosiativlik birinci növbədə

bizim şeirin poetik tərənnüm mədəniyyətinin

genişliyinə dəlalət edir. Bu assosiasiyanın mənbəyində

hər şeydən əvvəl mürəkkəbliyin harmoniyasını

hərtərəfli vermək cəhdi görünməkdədir. Bu assosasiya

müasirimizə həyati - ictimai proseslər arasında ən

uğurlu və mümkün əlaqələri vaxtında tapmaqda

köməklik göstərir. Ən mürəkkəb əlaqələrin dərkini

oxucunun intuisiyasına, intellektual qabiliyyətinə

etibar və həvalə etmək yolu ilə şeirin fikir yükünün

ağırlığını onunla bölüşmək Ə.Salahzadə poeziyasının

fərdi üslubi cəhətlərindən birini təşkil edir. 47

Page 48: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

«Haray» və «Sükut» kimi («Fərhadın Qobustan

fəryadı», «Sükutdan səslər», «Od heykəl» kitabından)

bir sıra dünyəvi predmetlər, hadisələr,

tərcümeyi-halları , dünya ş öhrətli şəxsiyyətlər, kosmik

detallarda Ə.Salah - zadə p oeziyasında a ssosiativ f

ikrin ötürücüləri k imi f əal rol oynayırlar. Bu

baxımdan, «yol» və «od» obrazları psixoloji tutumu ilə

fərqlənir. «Yol» Ə.Salahzadənin lirik qəhrəmanını

səs-küylü planetimizin taleyi haqqında bir şey

öyrənmək üçün «sükut»un d ərinliyinə a paran p oetik

vasitə kimi maraqlandırır. Onun şeirlərində bu «yol»

ən uzaq mənzilləri -insanın özündən-özünə qədər olan

məsafəni birləşdirir. İnsan bir vaxt başa düşür ki .

Bu yandan da bu kürədə

Kirədəyik, kirədə.

Ömrümüzü borcluyuq Elə

buna görə də («Kürə»)

Məhz bundan sonra həmin «yol» insan üçün

keçəcəyi sonuncu ümid yoluna çevrilir , həmin yolun

mənzil başına çatmasını istəmirsən. Lakin məlum olur

ki.

Gözlərin toranında

Yol da ələ gəlmirdi

Ömrün son tufanında

Yol da yola gəlmirdi («Nağıl»)

Beləliklə də «yol» hərəkətin, insanın varlığının

əlaməti olan ömür (gecə -gündüz) prosesinin icra

olunduğu psixoloji məkan kimi şairi düşündürür.

hardan gəlir, hara gedir,

bizi hardan gətirib hara

götürüb gedir? Bizi hara gətirib hardan götürüb gedir?! («Yol»)

48

Page 49: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Bəs bu hərəkətin güc aldığı mənbə, başlanğıc

(«yol»un başlanğıcı!) nədir?! Bu sual assosiativ fikrin

istiqamətini «od» obrazına yönəldir.

Ümumiyyətlə, onun l irik qəhrəmanının dünya i lə

əlaqəsini həyati nikbinlikdən doğan böyüklük

ehtirasının odu, alovu, şimşəyi təmin edir («Xınalıqda

od yeri», «Məşəl », «İlxı» və s. şeirləri).

İnsan dünyagörüşünün insan əməlində öz

ifadəsini tapa bilməmiş gizli qatlarına diqqət

Ə.Salahzadənin poetik axtarışlarının istiqamətini

təşkil edir. İnsanın insanlarla əlaqəsi və bu əlaqə

məqamı şairi insanı əzəmətin tükənməz mənbələrindən

birisi, insanla dünya arasındakı əlaqənin ən mühüm

məqamı kimi düşündürür.

Körpü salın körpü olun

Səsdən-səsə, haydan -haya.

Körpü salın

hayınızla bir haraya («Körpü»)

Ə.Salahzadənin lirik qəhrəmanı özünün dünya ilə

əlaqəsini axtaran və bu əlaqənin əhəmiyyətli, gərəkli,

düzgün olub-olmadığını hələ də ayırd edə bilməyən,

lakin bunun üçün əzab və inadla düşünən insandır;

düşüncəsinin qəlbinə ən yaxşı açar olduğunu başa

düşmüş, amma üzünə açılan bu aləmdəki arzuların

xaotik sistemsizliyindən baş açmaqda çətinlik çəkən

insan! Bu insanın maraqlı cəhəti ondan ibarətdir ki , o,

hay-küylü XX əsri i lə birlikdə bu əsrdə məhz onun -

insanın öz əli ilə yaratdıqları onu heyrətləndirə bilmir,

əksinə məhz elektronika və kosmosun, ümumiyyətlə

ETİ nail iyyətlərini onu dünya ilə olan əlaqələrin daha

mürəkkəbliyinə və incəliyinə apardığını dərk edir.

Belə bir cəhət də diqqətəlayiqdir ki, o,

Ə.Salahzadə qadına məhəbbəti (qəribədir ki, bu

mövzuya o çox az

49

Page 50: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

müraciət edir!) insan həyatının kami lliyini təmin edə

bilən əbədi mənbələrdən biri kimi poeziyaya gətirir.

Şair xoşbəxtliyin ən tükənməz ləzzətini xoşbəxt

olmaq hüququnun təmin olunması uğrunda

mübarizənin çətinliyinin mahiyyəti kimi düşünür. Bu

mübarizənin ən ağır və amansız «döyüşləri» ins anın

özü ilə özü arasında gedir. Çünki bu «döyüşlərdə»

verdiyi qurban da, çaldığı qələbədən əldə etdikləri də

yalnız onun özünə məxsusdur. Məsələ burasındadır ki,

Ə.Salahzadə məhz belə mübarizədən çıxmış insanı

əsrin sosial -tarixi konfliktləri qarşısına gə tirir. Şairi

düşündürən başlıca məsələ - müasirinin məhz bu

məqamda ən zəruri cəhəti, insan böyüklüyünün,

sadəlik, təbiilik və əzəmətinin təcəssümü olan

insanlığı qoruyub saxlaya bilməsi problemidir.

Lakin təəssüflər olsun ki, Ə.Salahzadənin

«Traktorçu Qaraş», «Rəngin zəngi», «Külək yallı il»,

«Yazqabağı», «Baldırqan etüdləri», «Umudun

oğlanları», «Gümüşlü», «İşıq çoxdu burada»,

«Dünyanın yarısı», «İşıqlı şəhərdə duman» və s. kimi

şeirləri onun yaradıcılığının müəyyənləşdirdiyi belə

təhli lin təzyiqinə davam gətirə biləcək səviyyədə

deyildir. Bu şeirlərdə fikri əlaqələr yarımçıq, predmetə

poetik münasibət bəsit və cansızdır.

Heç bir s əbəbo İmadığı h alda n ədənsə b u ş air

b izi böyük problem və qayğıların poetikləşdiyi gözəl

və möhtəşəm səltənətə rahat magi stral yolla deyil,

«fikir cəngəlliklərini» xırda, keçilməz cığırları ilə,

formal düşüncənin sıldırımlı aşırımları i lə aparmağa

cəhd göstərir. Bu yolun kəsə olması şairi ehtirasla

özünə cəlb edir.

Ə.Salahzadə bəzən sözü amansızcasına yükləyir.

L.N.Tolstoyun gündəliyindən Ə.Salahzadənin

yaradıcılığını xarakterizə edən bir fikri misal çəkməyi

lazım bilirik:

«Poeziya insan qəlbində alışan alovdur. Bu alov 50

Page 51: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

yandırır, isidir və işıqlandırır. Elə adamlar var ki,

yanğını hiss edir, başqaları ist ini, üçüncülər yalnız

işığı görür, dördüncüsü isə heç işığı da görmür.

Bunlar əsasən kütlə, şairlərin mühakiməçiləridir;

onlar nə yanğını, nə istini hiss edir, yalnız işığı

görürlər. Onlara elə gəlir ki, poeziyanın vəzifəsi yalnız

işıq saçmaqdan ibarətdir.

. . .Lakin həqiqi şair özündən asılı olmayaraq ürək

ağrısı ilə yanır və başqalarını da yandırır. Elə məsələ

də bundan ibarətdir».

XX əsr fəlsəfi-intellektual poeziyanın ağırlığını

öz çiyinlərində çəkən V.Səmədoğlu «Mən burdayam,

İlahi. ..» kitabında (1996) Allahla daha səmimi olmağa

çalışır.

Allaha inanan gecəmdir

yenə Şeir oxuyuram dua

yerinə.

Kitaba «Allahla söhbət» adlı məzmunlu ön söz

yazmış xalq yazıçısı Anarın hər bir cümləsini o kitabı

təqdim edən ən yaxşı fikir kimi misal gətirmək olar.

Amma hələlik biz bir fikri misal verməklə

kifayətlənəcəyik. Anar yazır; «Vaqif Səmədoğlu

poeziyası Allahla söhbətdir. Nədən yazır yazsın şair

Allahla danışır: Ömür barədə, ölüm barədə, amansız

dövran barədə, əbədi tənhalıq barədə, bu tənhalıqdan

qurtulmaq aldan ışı - qadın sevgisi və bu sevginin

mümkünsüzlüyü barədə. Bütün bu söhbətlərin ana

motivi birdir-şairin ən etibarlı istinadgahı, dayağı,

sevgisi Şeirdir, poeziyanın özüdür. Şeir Vaqif

dünyasında Allahdan sonra ən yüksək məlumdur» (109,

14). Amma Anar müəllimin sonrakı fikirləri , məsələn,

«Şeirləri də onunla birgə «yaşa dolub qocalır» fikri ilə

razılaşmaq olmur. Biz bu fikirdəyik ki , şair qocalır,

şeir qocalmır. Çünki zamanın, tarixin şair qəlbinə gücü

çatmır.

51

Page 52: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Axı şeir ilahidən gəlir. O hansı qəlbdə yuva salırsa, o

qəlb Haqqın özü kimi əbədidir. V.Səmədoğlu hələ

1964-cü ildə yazmışdı:

Cənnət görmək istəyəndə,

Yumuram gözlərimi.

Cəhənnəm görmək istəyəndə.

Açıram gözlərimi.

Bu şairin özünüifadəsi, poeziyaya da müəllif

başlanğıcının ən sərt və cəsarətl i təzahürü - zəmanəsinə

münasibəti idi.

Əyil, görən yoxdur, utanma.

Öp otları , öp yaşıl, göy rəngi.

Sonra dodaqlarını Gün işığına

daya Vidalaş

Ayrılıqlardan ən pisi - Özünlə

ayrılıq başlanır indi. ..

. . .Qucağına al uşaqlığını.

Beş-on dəfə öp üzündən, gözündən

Sonra get

Dönüb baxma geri,

Baxma arxanda qalıb, ağlaya -ağlaya

«məni də apar!»

Bağıran uşaqlığına.. . (109, 374)

V.Səmədoğlu öz şəxsi -mənəvi dünyasını

poeziyasında qabarıq surətdə təqdim edir. Ustad

tənqidçi Ş.Salmanov onun poetik dünyası nı təhlil

edərək y azırdı: «Biz bu dünyadan danışarkən ona

həssaslıqla və diqqətlə yanaşmalıyıq. Daha doğrusu,

həmən dünyanı onun həyəcanlarından çıxış edərək

qiymətləndirməliyik. Doğrudur, bu dünyada V.Səmədoğlunun qəhrəmanı tək

52

Page 53: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

görünə bilər. Ancaq bu ilk baxışda belə görünür.

Əslində o bu dünyada tamam tək - tənha deyildir, şam

ağacının kölgəsi alt ında nə vaxtsa oturmuş müdrik,

nurlu atanın obrazı , qəlbin kövrək yaddaşı, səhər

quşları, köhnə məktublar, uşaq gülüşü, yağışdan

sonrakı park, gecə coşmuş dəniz və s. bu qəhrəmanın

dünyasında qərar tutubdur» (104, 90). Şübhəsiz ki,

söhbət V.Səmədoğlunun poetik dünyasından gedir və

Şamil müəllimin qeyd etdiyi obrazlar bizim müəllif

başlanğıcı adlandırdığımız bu dünyanın psixoloji

durumunu əks etdirir. Tədqiqatçısı İ.Musayeva

V.Səmədoğlunun poeziyasında başlıca bədii - fəlsəfi

əlamət kimi assosiativliyi ön plana çəkir. Bunu hətta

«assosiativ təfəkkür» adlandırır (87), aşağıdakı şeiri

misal verir:

İndi ən qara fikirlərim bağırsa

telefon səsiylə ,

qaldırmayacağam, son günümün

dəstəyini Nə işdə,

nə evdə tapa biləcək çarəsizlik

məni

Sevincdə gizlənmişəm indi (110, 31)

Əlbəttə, burada söhbət, İ .Musayevanın dediyi

kimi, assosiativ təfəkkürdən gedə bilməz, bəlkə daha

çox bədii təfəkkürün assosiativ təmayülündən gedə

bilər. Burası doğrudur ki, «telefon səsiylə bağıran qara

fikirlər» assosiativ -psixoloji ovqat təlqin edən poetik

obrazdır. Dərhal adamın gözü qarşısına qara rəngli

telefon aparatının ürək bulandıran «Filankəs oğlu»

deyən cod və gur səsi gəl ir və onda qaçıb gizlətməyə bir

sevinc aləmi axtarırsan... Mərhum şair və şeir

nəzəriyyəçisi A.Abdullazadə yazıb: «Əslində

assosiativ təfəkkür obrazlı təfəkkürün bir növ davamı

sayıla bilər. Assosiativ təfəkkür 53

Page 54: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

daha incə və zahirən daha mürəkkəb ümumiləşdirmələr

vasitəsi ilə meydana çıxır. Burada bənzəyənlə

bənzədilən arasındakı «məsafə» daha uzun olur, məna

dərinliyi daha lakonik ifadə tərzinə əsaslanır, ümumi

məzmun, konkret hiss və fikir çox zaman yada salmaq

və düşündürmək yolu ilə yaranır. Assosiativ təfəkkür

obrazlı təfəkkürün ən yüksək formasıdır. Assosiativ

şeir öz oxucusundan yüksək səviyyə, xüsusi intuisiya

və müəyyən istedad tələb edir» (2, 127). Həm öz

yaradıcılıq təcrübəsinə, həm də nəzəri fikrə əsaslanan

A.Abdullazadənin qənaətinə dərin hörmətlə bərabər

bildirmək istəyirik ki, assosiativ təfəkkür fəlsəfi

təfəkkürün söz variasiyaları əsasında təzahürü, poetik

uzaqlıqlar arasında məna oxşarlıqlarının tapılmasıdır.

Bütövlükdə semiotika elmi, xüsusilə onun tərkib

bissəsi olan semantika məhz belə uzaqlıqların bədii

harmoniyasına əsaslanır. Əslində Ə.Kərimin,

V.Səmədoğlunun, Ə.Salahzadənin, R.Rövşənin

poeziyası ənənəvi ədəbi -nəzəri təhlillə açılmır,

semantik-struktur təhlil , ümumiyyətlə desək

linqvo-poetik təhlil tələb edir. Tədqiqatçı İ .Musayeva

V .Səmədoğlu ş eiri ü çün səciyyəvi olan bu cəhəti duya

bilmişdir. Onun «Avtoreferat»ında oxuyuruq: «Vaqif

poeziyasının dil materialı sırf milli - spesifik səciyyə

daşıyır. Müəllif hiss və fikirlərini dəqiq, canlı ,

emosional və təsirli ifadə etmək üçün şeirini

ölçülüb-biçilmiş, daha uyğun, tutarlı, yerinə düşən,

rəngi, avazı ilə bir-birini tamamlayan həmahəng,

həmrəng sözlərdən qurub yaradır» (87, 23).

V.Səmədoğlunun lirikasında müəllif başlanğıcı

bədii özünüifadənin əsasında dayanır. Bu rada lirik

qəhrəmanla şairin şəxsiyyəti arasında heç bir «şərt»

yoxdur, münasibətlər kəpənək güldən -gülə qonduğu

kimi, ehmalca sözdən -sözə qonur. Onun müxtəlif

şeirlərindən V.Səmədoğlunun müəllif obrazını , iç

dünyasının bədii surətini əks etdirən misra və beytlərə

nəzər salaq: 54

Page 55: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Tənhalıq şairin iş

yeridir Şair öz iş yerini

sevməlidir.

Bu beyt klassik ənənənin yeni nəfəsdə

dirilməsidir. M.Füzuli yazırdı:

Kimsə yanmaz halıma atəşi -dildən

özgə Kimsə açmaz qapımı

badi-səbadan qeyri.

Digər bir misal;

Anam məni çağa ikən Kəfənə

bələyibmiş .. .İllər tozuna bataram

burda ortaq yer tuturam eşiyə qoyun

məni Ölsəm, dostlar tabuta yox,

Beşiyə qoyun məni.

Bizcə «Yuxuya getmiş lay- lay», «Çiçək açan

yuxu» V.Səmədoğlunun iç dünyasının psixoloji

ovqatını əks etdirən ən dolğun obrazdır. Müasir dövrün

şairə nə verdiyini V.Səmədoğlu uzun -uzadı, süjetli

lirika ilə ifadə etmir. Onun i çində m üasir d ünyanın,

müvəqqəti d ə o İsa məğlub olmuş Azərbaycanın obrazı

psixoloji cəhətdən olduqca doğru tapılıb.

Çoxaldıqca yollarda

Əlil, şikəst izləri

Cırıldayır içimdə

Ümid protezləri (33, 23).

55

Page 56: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

«ümid» və «protez» sözlərini «diri» və «ölü» kimi

yana-yana işlətməklə şair özünün, zəmanəsinin

adamının diri ölü - canlı meyit olduğunu deməklə

amansız bir psixoloji assosiasiya yaradır. «Vaqif

Səmədoğlu qəribə insan olduğu qədər də qəribə şairdir.

Hərdən mənə elə gəlir ki, Vaqif bəy üçün dünyada ən

ağır şey şeir yazmaqdır. Şeir yazmaq ölümü

yaşamaqdır. Yasaqları keçməkdir. Zamansızlığa

sığmaqdır. Şeir yazmaq əzabdır. Xilas əzabı. Özünü

hissə-hissə, qəlpə-qəlpə, əza-əza öldürüb ətrafdakıları

yaşatmaq əzabı» (33, 13). Professor Kamil Vəli

Nərimanoğlunun bu mülahizələri V.Səmədoğlunun

yaradıeılıq psixologiyasını, onun şəxsiyyətinin müəllif

kimi lirik qəhrəmanlarda poetik təzahürünü dəqiq əks

etdirir.

Bu kontekstdə fi losofları, şairləri, «Allahı tora

salmaq istəyən uğursuz balıqçılar» adlandıran

R.Rövşənin yaradıcıl ığını da nəzərdən keçirmək olar.

Ramiz Rövşən XX əsrin poetik nəfəsini hələ XVI

əsrdən dahi Füzulidən alıb XXI əsrə, III minilliyə

çatdıran və bu nəfəslə də çağdaş poeziyanın poetik

kanonlarını vurub dağıdan, yeni bədii -poetik normalar

yaradan novator şairidir. Onun ən yaxşı şeirləri şair

şəxsiyyətinin razılaşmadığı z amanla, bəyənmədiyi d

ünya ilə fəlsəfi dialoqundan doğulur. R.Rövşən şairliyi

iş, əməl, vəzifə yox, tale kimi yaşayan, ilahi vergisi

olan istedadının qədrini bilən, hər yetən sözə təslim

etməyən, şəxsiyyəti sənətini tamamlayan şairdir:

Mənim bu dünyayla bir alverim var;

aldığım,verdiyim nəfəsdi,

nəfəs Daha özgə bazar açan deyiləm

ölüncə bu alver mənə

bəsdi,bəs Aldım nəfəsimi quş dimdiyindən. Ocaq tüstüsündən,

56

Page 57: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

çiçək iyindən

Üzümə çırpılan yağışa -qara

küləklərə verdim öz nəfəsimi

Nəfəsim toxundu gül dodaqlara,

aldı neçə-neçə qız nəfəsimi

İlahi, dil verdin, söz verdin mənə Sözlər

nəfəsimi dərdi, apardı Sevinci apardı,

dərdi apardı (99, 68).

«Nəfəs» təkcə şairin bir şeirinin deyil , 60 yaşı

ərəfəsində çap olunmuş həm həcmcə, həm də

məzmunca ən möhtəşəm kitabının adıdır. O, «Nəfəs»

şeirində öz böyük sələfi İ.Nəsimi kimi şairi Allahla

eyniləşdirir:

Sən göydə, mən yerdə

düşürük heydən Sən göydə,

mən yerdə -

tək qalmışıq, tək.

Son şair boğulub

öləndə, göydən Ölü

Allah düşəcək.. .

Hətta Nizami kimi dahi belə bu cəsarəti

eləməmişdi, «Əvvəl peyğəmbərlər, sonra şairlər» -

demişdi. Allahla dialoq Azərbaycan poeziyasında

ənənələri çox böyük olan bir bədii -fəlsəfi üsuldur.

Allah böyüklüyün, əbədi gözəlliyin, sevginin, ədalətin,

haqqın ən uca meyarıdır. Sufi ədəbiyya tında Allaha

qovuşmaq insanın əbədi və əzəli arzusu kimi tərənnüm

olunur. Hürufılər «Haq -təala insan oğlu özüdür!»

deyərək Allahı insaniləşdirirdilər. R.Rövşənin şeirlərində də Allaha yaxın olmaq arzusu ifadə olunur:

57

Page 58: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Allah ağlaya b ilmir

ağlamağı

gələndə. Gülməyi

gələndə, gülə bilmir

Yaradır - öldürür bizi,

Amma özü

ölməyi gələndə ölə

bilmir, çəkir paxıllığımızı

göyün yeddi qatında

K.V.Nərimanoğlu «Göy üzü daş saxlamaz»

kitabının ön sözündə yazır: «Şeirin daxili obrazı var. O

sevir və ölümü yaşayır, o kədərlənir və sevinir. Bu

obraz şairin öz obrazıdır. Və Ramizin elə bir misrası

yoxdur ki, orada poeziya gecələməsin.

. . .Sənətkar sənətkardırsa, dünya içində dünya

yaradır və sənətkarın dünyası i lə dünyanın özü dost da

ola bilər, düşmən də» (98). Kamil Vəli Nərimanoğlu

R.Rövşənin poeziyasındakı başlıca cəhəti - şairin

özünüifadəsi problemini ön plana çəkir. Bu cəhət

R.Rövşənin bizim poeziyada poetik hadisəyə çevrilmiş

«Ay işığı», «Başı kəsik gözəl kötük», «Qədrimi

bilmədi bu adam mənim», «Göy üzü daş saxlamaz»,

«İlan balası», «Qapı», «Nə var allahdan y uxarı»,

«Daş» kimi şeirləri üçün səciyyəvidir. Məhz bu

şeirlərində o öz şəxsiyyətinə l irik qəhrəman olaraq

ümumun adından danışmaq səlahiyyəti qazandıra

bilir .. . .

Lirik-romantik poeziyada müəllif başlanğıcının

poetik ifadəsi daha çox duyğularla bağlıdır.

M.Müşfiqin, S.Vurğunun, N.Xəzrinin, H.Arifin,

M.Yaqubun,

M.İsmayılın, Z.Yaqubun və b. şairlərin lirik

şeirlərində müəllif başlanğıcı ci lvələnən duyğuların

şüasında görünür. Məsələn, M.Müşfiq in «Yenə o bağ

olaydı», S.Vurğunun «Ala gözlər», N.Xəzrinin

«Dəniz», M.Yaqubun «Öyrətmə özünə, öyrətmə məni»,

H.Arifin «Məndən təzə şeir istəyən

58

Page 59: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

gözəl» şeirləri romantik lirikanın ən yaxşı nümunələri

sayıla bilər. «Yenə o bağ olaydı» insan xəyalından

süzülüb gələn bal ət irli sətirlərdən çəkilmiş «nakam

sevgi» tablosudur. Şair öz qəlbinin döyüntülərini dəniz

dalğalarının ritminə, hərarətini qumlu sahilə,

ehtiraslarını Günəşin atəşinə çevirir:

Yenə 0 bağ olaydı, yenə o qumlu sahi l .

Sular ötəydi dil -dil

Saçın kimi qıvrılan dalğalara dalaydım

Dalıb ilham alaydım

Əndamını həvəslə qucaqlarkən dalğalar

Qəlbimdə qasırğalar

Fırtınalar coşaydı qısqanclıqlar doğaydı.

Məni hirsim boğaydı.

Cumub alaydım səni dalğaların əlindən

Yapışaydım bel indən

Xəyalımız üzəydi sevda dənizlərində

Ləpələr üzərində

İlhamımın yelkəni zərrin saçın olaydı

Sular xırçın olaydı (88, 1 99).

Şairin şəxsiyyəti ən yüksək həddə məhz romantik

poeziyada üzə çıxır. Çünki «romantizmin mənbəyi

insanın köksündə və qəlbindədir», çünki şairin estetik

idealı ən aydın, şəffaf şəkildə m əhz r omantik

poeziyada r eallaşır. «Biz dünya poeziyasında heç elə

bir müsbət qəhrəman təsəvvür edə bilmərik ki, bu və ya

digər dərəcədə həmin qəhrəmanı yaradan adamın -şairin

özünün ən yaxşı ideallarını və baxışlarını ifadə

etməsin; lakin bu xüsusiyyətlər ən çox romantik

şairlərin yaradıcılığı üçün xarakterikdir» (1 17, 356).

S.Vurğun romantikanı bədii yaradıcılığın, lirik şeirin

cövhəri kimi qiymətləndirirdi .

59

Page 60: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

XX əsr Azərbaycan poeziyasında öz şeirinin

romantik pafosu ilə iki böyük sənətkar xüsusilə

fərqlənir: M.Müşfiq və S.Vurğun! Lirik -romantik şeir

təmayülü təkcə romantik üslubla fərqlənmir,

poeziyada romantika xüsusi bir bədii -fəlsəfi

keyfiyyətdir. Əsrin 60 -80-ci il lərindən bu keyfiyyət

yeni poetik üslubun formalaşmasına gətirib çıxardı.

Buna əminlik üçün N.Xəzrinin «Dəniz, göy, məhəbbət»

şeirini oxumaq kifayətdir:

Xalq şairi N.Xəzrinin «Dəniz, göy, məhəbbət!»

şeiri romantik lirikada psixoloji ovqatın poetik

ifadəsinə nümunə ola bilər:

Dənizi hədiyyə verirəm sənə Mən

dedim, sən baxdın, sən gülümsədin

Göylərin şəfəqi düşdü üzünə Mən isə

göyləri verirəm dedin

Ayrıldıq qəribə hədiyyələrlə Göylər

eşqim qədər mənə əzizdir Ayrıldıq

dənizlə, ağ ləpələrlə Necə aparasan,

dəniz dənizdir.

Əgər götürməsən bizə dağ olar Dedim

neçə dəfə, belə dedim mən Dəniz

sahilinə qayıtmaq olar Göylərin sahili

varmı görəsən

İstəsən yuxuna gələrəm sənin

gələrəm dəniz

kimi Üzünə incilər çi lərəm

sənin

çilərəm dəniz

kimi İstəsən üzündən öpərəm

sənin

öpərəm dəniz kimi 60

Page 61: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Sevmirəm söyləsən bir axşam mənə

Susaram dəniz

kimi Susaram

dəniz kimi

Dənizlə taleyin, coşğunluqla vüsalın, uzaqlıqla

həsrətin, dənizi hədiyyə etməyin bu variantı yalnız

ömrü, sevgisi , həsrəti dəniz sahilində keçən şair belə

tərənnüm edə bilər ki, N.Xəzri bu şeirdə onun

romantik, ülvi və eyni zamanda bəşəri obrazını yaradır.

Müasir poeziyada təbiət deyəpdə iki böyük şair

yada düşür: H.Arif və M.Yaqub! Təbiəti bəşər

övladının əbədi məskəni, dünyanın modeli kimi görüb

təsvir və tərənnüm etmək baxımından Qabilin,

Q.Qasımzadənin, M.İsmayılın, H.Kürdoğlunun

maraqlı şeirləri var. Ustad tənqidçi Y.Qarayev

Q.Qasımzadənin lirikasından bəhs edərək yazırdı:

«Onun şeir mövzuları ənənəvi tənqid sxemlərinə,

trafaret k ənd və şəhər bölgüsünə sığışmır; o

bütövlükdə Azərbaycanı ovcunun içi kimi görür, onu

«bənövşə yarpağına» bənzədir və şeirlərini də ürək

qanı ilə bənövşə yarpağına yazır» (69, 195). Bu sözləri

yazarkən böyük alim Q.Qasımzadənin «Bənövşə y

arpağı» şeirini nəzərdə tutubmuş:

Azərbaycan dünya xəritəsində

Görünür bənövşə yarpağı qədər

Baxdıqca sevindim, fəxr etdim

ancaq! Böyüdü gözümdə bu kiçik

yarpaq Hər fəslin getsə də burda

söhbəti Hamı bahar bilir

Azərbaycanı Onun xoş sədası ,

onun şöhrəti Bənövşə ətritək tutub

dünyanı (73, 7).

61

Page 62: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Qabilin «Qoy danışsın təbiət» şeirində də lirik

qəhrəman - şair ürəyini həssas oxucunun zərif ayaqları

altına meşə xalısı kimi sərir;

Başımın üstündə çətirli meşə,

Yuyunmuş, daranmış ətirli meşə,

O yazda yaşıldı, payızda əlvan Bir

ağac kəhrəba, bir ağac mərcan Bir

yarpaq günəşin şöləsində zər,

Bir yarpaq buludun gözünü silər.

Dinim, ya dinməyim, dinməyim əlbət.

Qoy danışsın təbiət! (68)

Təbiət haqqında bu kamil lirik -romantik tabloda

təsvirdən çox tərənnüm var; meşə yuyunub, daranıb

ətirlənmiş gözəl bir gəlinə bənzəyir. Yaşıl , əlvan,

kəhrəba, mərcan rənglər isə onu süsləndirən

bəzəkləridir. Şair hətta onun gözlərinə günəşdən zər

vurmağı da unutmayıb. Bu rənglər eyni zamanda həmin

gəlinin- təbiətin sevgi dolu nitqidir.

H.Arifin təbiəti insaniləşdirən füsunkar, ülviyyət

dolu romantikasından bəhs edən Ş.Alışanlı yazır;

«Təbiət H.Arif poeziyasında lirik qəhrəmanın

əxlaqi-mənəvi qənaətlərindən tutmuş, şeirlərinin ən

kiçik detallarına qədər dərin kök salmışdır.

Ümumilikdə, təbiət və insan H.Arif poeziyasının əsas

problematikasıdır. Peyzaj bu poeziyada müstəqil

obraza çevrilir . Bir şey aydındır ki , şair təbiətin taleyi

naminə narahatdır və ona qarşı məhəbbət və mərhəmət

duyğuları oyatmaq üçün poeziyanın bütün bədii

imkanlarından istifadə etməyə çalışır. Onun təbiətə

münasibəti realdır və bu cəhətdən, klassik poeziyanın

daha çox realist ənənələrinə əsaslanır» (10, 210).

62

Page 63: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Təbiət vurğunu, torpaq

oğluyam İlk dəfə əlimi

ağaclar sıxıb Dağlarda

meşəyə düşən yanğının

Tüstüsü evimdə başımdan

çıxıb.

. . .Vələsə xəlvəti dəyən

baltanın Açıq yarasını

qəlbimdən soruş.

Göründüyü kimi, bu misralarda predmet real olsa

da, onun bədii ifadəsi, obrazı romantik xarakterdədir.

Təbiidir ki , ilk dəfə əlini ağaclar sıxan, dünya ilə

təması insanlardan yox, məhz ağaclardan başlanan

lirik-romantik qəhrəmanın qəlbində vələsə dəyən

baltanın yarası qala bilər. Tənqidçi R.Əliyev düz deyir

ki, «Müasir şeirdə təbiətə təkcə ülviyyət və gözəllik

mənbəyi kimi yox, həm də az qala əldən çıxmış,

itirilmiş bir «aləm» kimi baxılır. ETİ atributlarının

bilavasitə təsiri və nəticəsi kimi insan təbiətdən

uzaqlaşır, onların arasındakı ənənəvi, təmənnasız əlaqə

və bağlar zəifləyir; müasir poeziyamız artıq bütün

dünyanı narahat etməkdə olan «ekoloji» problemləri

bütün dərinliyi ilə, həm də özünəməxsus, qədirbilən

həyəcan və təlaşla dərk edir» (43, 50). Bu sətirlərin

gözəl təsiri altında bir daha M.Araza qayıdaq:

Bir səhər gördüm ki, durulub yatır,

Kəpəzin dibində burulub yatır.

Qovulan ceyran tək yorulub

yatır Daş atdım, diksinib oyandı

Göygöl.

Göygölə nə qədər şeirlər yazılıb:

M.Müşfiq

,

Ə.Cavad... və bu misralardakı həyəcan olduqca ülvi və

gözəldir. Bu daş Ə.Kərimin atdığı daşdan deyil , bu

gözəl gəlini yatağından oyatmaq üçün söylənilən «can»

sözü qədər şirin və mənalıdır.. .

Nəhayət, ömrü boyu təbiətlə qoyun -qoyuna yatıb

duran, nəfəsini də ürəyindən, ciyərindən yox, yaşıl

yarpaqdan, dağ yellərindən, dərə selərindən, günəşin

63

Page 64: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

tellərindən H.Arif demişkən, «li lparl ı bulaq»dan alan

təbiəti öz qəlbinin hərarəti ilə insaniləşdirən

M.Yaqubun bəzi misralarının ətrini duyaq:

Burda hər meşənin min bir ağaeı,

Burda hər ağacın yamyaşıl tacı.

Burda hər tac üstə sarmaşıq saçı Hər saçın

küləkdən darağı vardır.

Burda hər budağın şeyda bülbülü.

Burda hər bülbülün qönçə bir gülü.

Burda hər qönçənin yaşıl bir tülü Hər tülün

xırdaca saçağı vardır

Burda hər yamacın çiçəkdi daşı

Burda hər çiçəyin şehdir göz yaşı

Burda şeh damlası bir üzük qaşı

Hər qaşın qızılı qurşağı vardır

. . .Harda bu saydığım gözəllik olsa

Orda Azərbaycan torpağı vardır! (118,

113-114)

Bu minvalla M.Yaqubun ə ksər ş eirlərini

bənd-bənd yazıya köçürmək olar. Və onda lap aydın

görünər ki , lirik - romantik şeirimizin baş qəhrəmanı

«Pambıqdan yolkaya qar yağdırmadım // Yolkam da qar

basmış palıdlar olub» və «Bu dünyanın qara daşı

göyərməz» - deyən Musa Yaqub özüdür;

Otaqda yazmıram bu şeirimi mən

Yapışıb payızın titrək əlindən

Qızıl bədənini sıxıb köksümə

Lap belə təpədən dırnağa kimi

Payıza bürünüb yazdım şeirimi (118, 99).

Təbii ki , təbiətlə belə vəhdət ana təbiətə dərin

şair sevgisindən yarana bilər. Burada artıq müəllif

başlanğıcından, təbiət fakturasında poetik özünüifadədən danışmağa sadəcə, yer qalmır.

64

Page 65: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

1.3. Lirik xarakterdə psixologizm

Təbii ki, lirikada psixologizmin təzahürü insan

amili , insan obrazı ilə bağlıdır. Ona görə də l irik

xarakter anlayışı, onun bədii -fəlsəfi atributları

haqqında danışmaq lazım gəlir. «Lirik xarakter» və

«lirikada xarakter» anlayışlarını bir -birindən

fərqləndirən tədqiqatçılardan biri belə qənaətə gəlir ki ,

«Azərbaycan poeziyasında lirikanın inkişafı

1956-65-ci illərdə c əmiyyətdə baş v erən ictimai

dönüşlə bağlı idi . Bu zaman poeziyada lirik başlanğıc

güclənir, obrazlı konkretlik formalaşır, poetik təfəkkür

fəallaşır. Elə buna görə də lirik poeziyada xarakterin

açılması məsələsi ön plana keçir» (180, 3). Çox güman

ki, ədəbiyyatşünas belə bölgü apararkən öz işini

asanlaşdırmaq niyyəti güdmüşdür. Belə düşünmək olar

ki, lirik xarakter xar akt er ch lirizmin keyfiyyət üstünlüyünü,

lirikada xarakter isə lirikada xarakterin mühümlüyü amilini

nəzərdə tutur. Bu mənada psixologizm lirik xarakteri

səciyyələndirən, onun hədii-fəlsəfı tutumunu şərtləndirən

keyfiyyət göstəricisidir. Görkəmli şeir nəzəriyyəçisi

E.Vinokurov yazır; «Poeziya elə bir sənətdir ki , insan

ona özünəməxsus sonuncu şeyi - özünü verməli olur»

(138, 15). Beləliklə, lirik xarakter əslində poetik

(lirik!) sözə bələnmiş ömür (şair!) deməkdir. Lirik

şeirdə şair bəzən mənəvi aləminin kiçik bir cizgisi ,

sadə detalı ilə təsvir və tərənnüm olunsa da onun

xarakteri bütöv şəkildə obrazlaşır. Deməli lirik şeir

dəqiq poetik struktura malik fikir ifadə edir. Daha bir

nüfuzlu mülahizəni misal gətirək: «Biz şeir fikir

daşımalıdır deyirik. Bəli, daşımalıdır. Lakin burada

daşıyıcı analogiyası o qədər də yerinə düşmür. İnsan

damarında qanı necə gəzdirirsə şeir də fikri elə daşıyır.

Nə qədər ki , sağlamdır o nəsə daşıdığını hiss etmir.

Belə «yükü» atmaq isə ölümdür» (164, 27).

65

Page 66: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Azərbaycan poeziyasında lirik xarakterdə

psixolo-

gizm daha çox insan obrazı ilə bağlı olmuşdur. Əlbəttə,

bunun orta əsrlər poeziyasından gələn güclü

bədii-fəlsəfi

ənənələri var idi. Dahi Nizaminin kamil insan

axtarışları,

İ.Nəsiminin «Qorxdular həqq deməyə, döndülər insan

dedilər» fəlsəfəsi, M.Füzulinin insan əzəmətini əks

etdirən

«ilahi eşq» konsepsiyası , həm klassik poeziyada, həm

aşıq

şeirimizdə mərifət nəzəriyyəsi, əxlaqi təkmilləşmə və

irfançıl ıq, maarifçilərin elm -əxlaq təlimləri - bütün

bunlar

İNSAN konsepsiyasının XX əsr Azərbaycan

poeziyasına

gəlib çıxmış bədii -fəlsəfi ə nənələri idi . Bu ənənələr

XX

əsrin 60-cı i llərindən etibarən poeziyamızda

özünəməxsus

tərzdə h əll olundu. R.Rzanın «Rənglər» silsiləsi ,

«İnsan

şəkli» şeiri, Ə.Kərimin «Günəbaxan», B.Vahabzadənin

«Baş», C.Novruzun «İnsan himnləri» poeması və s. bu

istiqamətdə yazılmış şeirlərdəndir. R.Rza

yaradıcılığındakı

mövzu və qəhrəman problemindən bəhs edən

A.Abdullazadə yazır; «şairin 1 irik q əhrəmanı m

övzusun-

dan, əhatə etdiyi məsələdən, konkret məkan və

zamandan

asılı olmayaraq, hər hansı bir şeirdə və hər cür

vəziyyətdə

ümumi qayə və məqsəd, sevinc və kədərlə yaşayan,

sözün

həqiqi mənasında böyük mənəviyyatlı İNSANdır. Bu

İNSAN təkcə qoynunda doğulub böyüdüyü, kənd,

şəhər,

ölkə və qitənin, hətta səyyarələr için də kiçik bir ulduz

olan planetimizin deyil , bütün dünyanın - kainatın

yaxşı

əyaniləşdirir . Mənə bir sərgi salonu verin!

Orda bir insan şəkli asacağam -

adi bir insan

nə elə kiçik ki, məhəl qoyan

olmaya

nə elə böyük ki, baxanda

qorxasan

Orda böyük bir insan şəkli

asacam.

66

Page 67: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Görünsün dünyanın hər yerindən;

zamanın keçmişindən dövranın

indisindən əsrin gələcəyindən Bir

insan şəkli asacam; qapalı

dodaqlarında söz yanığı ətrafında

bayram təntənələri Baxışında

sınaq günləri.

Dözüm sənələri

Şəklin müəllifi - Zaman

Adı - insanlığın ömür yolu (97).

İnsana sevgi, humanizm C.Novruzun

poeziyasında da lirik xarakteri hədii -fəlsəfı cəhətdən

səciyyələndirən psixoloji xüsusiyyətdir. C.Novruzun

poeziyasının təkamül yolu İnsandan Xalqa doğru v

üsətli i nkişaf kimi q iymət - ləndirilə bilər:

Bir şüar var, o, dünyamdan asılıb

O şüardır idealım, o ancaq Hər bir

hərfi qanım ilə yazılıb

İnsanlarçın, insanlarçın yaşamaq.

C.Novruzun şeirləri insan m ənəviyyatından s

üzülüb gələn deklorativ bəyanatlar şəklində qurulur.

«Sağlığında qiymət verin insanlara», «Bir ana

qucağında bir körpə aparırdı» kimi ş eirlər bunun ən

yaxşı n ümunələri s ayıla bilər. Onun, əlbəttə, şairin

adından danışan l irik qəhrəmanı qürur və şərəflə «Mən

insanam» deyə bilir , öz xarakterini bütün psixoloji

gücü ilə zamanla üz -üzə qoya bilir . «İnsan himnləri»

poemasında oxuyuruq:

Biz insan eşqiylə coşaq qış, bahar.

Biz onu düşünək hər saat, hə gün

Ölsək də insançın ölək, insanla r. İnsanlar, yaşayaq insanlar üçün! (28)

67

Page 68: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

«insanlar üçün yaşamaq!» - güman edirik ki, şair

üçün onun estetik idealı üçün bundan gözəl, bundan

humanist və ülvi heç nə ola bilməz. Bu eyni zamanda

C.Novruzun lirik qəhrəmanının xarakter ini

səciyyələndirir.

Lirik xarakter yaratmaq baxımından istedadlı şair

Ç.Əlioğlunun poeziyası xüsusi maraq doğurur.

Tənqidçi V.Yusifli 1960 -2000-ci illər dövrünün

poeziyasına həsr etdiyi monoqrafiyasında

Ç.Əlioğlunun obraz yaratmaq üsullarından bəhs edərək

yazır: «Çingiz ən yaxşı şeirlərində OBRAZ yaratmağa

can atırdı və çox zaman buna müvəffəq olurdu. M

əsələn, «O qadın» şeirində Çingiz Əlioğlunun

DARIXAN QADIN ƏLLƏRİni təsvir edir. Çöldə,

bayırda «harın-harın yekəqarın, kefkom kişilər divar

boyu düzülüb soyuq çaxır içirlər». İçəridə isə bir qadın

darıxır, «kobud kişi əlinə həsrət çəkir əlləri .

Ümumiyyətlə, Çingiz Əlioğlunun şeirləində

vəznindən, formasından asılı olmayaraq obraz

yaratmağa, yaratdığı bu obazı müxtəlif aspektlərdən

mənalandırmağa lap əvvəldən meyl g üclü olub.

Azərbaycan ş eirində kök salmış bu ənənəni Çingiz

Əlioğlu özünəməxsus poetik tapıntılarla

zənginləşdirir» (121, 303). Ç.Əlioğlunun

poetik eksperimentləri yeni əsrdə, III minil likdə

poeziyanın taleyi üçün narahatlıqdan başlanır:

Əlvida Poeziya!. .. xudafıs daha!

Üstünə hiddətli bir qoşun gəlir

Qəzəbli qılıncı sərhəd qanmayan

Sərxoş monqol gəlir, qanlı hun gəlir (40. 14). Bu nədir? Ömrü boyu poetik eksperimentlər

aparan, poeziyanı hər zaman yeni tapıntıları ilə şok

vəziyyətində qoyan Ç.Əlioğlu poeziya ilə

vidalaşmağa, yeni eksperimentatorların hücumu

qarşısında poetik mövqe 68

Page 69: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

lərindən geri çəkilməyə hazırlaşır?! Əlbəttə, yox! Onu

poetik-modernist poeziyada eksperimentçiliyin acı

bağırsaq kimi uzanması narahat edir. Eksperiment

vaxtında öz bəhrəsini verməlidir. Verməyəndə poetik

əngələ, üzlü qonağın gülünc tələbinə çevrilir. 2003 -cü

ildə Ç.Əlioğlu yeni əsrin və t əbii ki, həm d ə ü çüncü

m inill iyin p oetik eksperimentini apardı - «üfü!»

poemasını yazdı. Poemaya şair maraqlı bir izah -

təyinat vermişdi: postmodernist paradiqma

hüdudlarında tişə - fırçayla qazılıb-yazılmış

simfopoema yaratmaq cəhdi»>(40, 88). Əsər çox böyük

simvol, rəmzi modellər və güclü sarkazmla yazılıb.

Lirik xarakter post -modernist şairdir. Onun ilkin

portreti belədir:

Ləvəngərd şaircik ləvənd madərin

dalğın düşüncəyə dalmışdır dərin

sadiq podelniki sadiq poctmadər

bütün ümidini etmişdi hədər

Simvolu - siçovul şairlərə o gedib

qoşulmuşdu fəlakətdi of (40, 89).

Ç.Əlioğlu həm maraqlı bədii təfəkkür sahibi, həm

də sözə məhəbbət və cəsarətlə yanaşan şairdir. O

sözlərlə sərbəst rəftar edir, sözün dalınca ən çətin

yolları keçir. Nəticədə assosiativ ovqat doğuran və

alletrasiyalardan ibarət şeir yaranır. Bu baxımdan onun

«Toros canavarı» şeiri maraqlıd ır:

Gözünə toz töküz. toz!

Öküz vurmuş bir vaxt

igid turkut, türk

doğardı. - indi

qoyun doğur, qoyun!

Oyundur, oyun...

Ağqoyunlu, qaraqoyunlu

69

Page 70: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Bəyaz döşlü pənbə

qoyunlu bıçaq altına

rahat kələn

müti boyunlu (40, 238).

Buna sadəcə söz oyunu kimi baxmaq olmaz.

Ç.Əlioğlu öz poetikasını və buna uyğun olaraq da öz

estetikasını yaradan şairdir. Onun belə bir şeiri var:

«Əli Kərimin xatirəsinə». Bu adı oxuyarkən Ə.Kərimin

obrazı gəlib d.urur göz önündə: istedadı Allah vergisi

olan, yeni poeziya yaradan zərif ruhlu söz ustası! Bəs

Ç.Əlioğlunun şeirinin lirik xarakteri olaraq o hansı

cizgilərə malikdir?!

Kipriklərilə asılıb

Günəşin tellərindən

yellənirdi mavilikdə

belədən-beləyə o!

Ulduzları salxım-salxım

dəstələyib əlində Səpərdi,

səpələyərdi adamların

üstünə .. .Kipriklərilə

asılmışdı Günəşin

tellərindən Qırıldı bir gün

Günəşin qızıl yelləncəyi

asılı qaldı havada onu

tutmaq üçün uzanmış

əllərimiz - Yıxılıb

qollarımız üstünə düşmədi Əli.. . (40, 194 -145).

Bu şeir 1969-cu ildə yazılıb. «Günəşin

tellərindən kiprikləri ilə asılmış şair» - bizcə bu həm

Ə.Kərimə 70

Page 71: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

yaraşan, həm də Ç.Əlioğlunun lirik qəhrəmanının

xarakterini açan poetik ifadə tərzidir.

Müasir Azərbayean poeziyasına hay-küysüz daxil

olmuş iki müxtəlif üslublu, fəqət sözü ilə fikri

bir-birini tamamlayan iki şairə müraciət edirik.

Onların poeziyasında lirik xarakter mərd döyüşçünün

qılınc və qalxanı kimi ön planda görünür. Bunlardan

biri Ələmdar Quluzadə, ikincisi isə Qardaşxan Əzizdir.

Onların hər ikisinin seçmə şeirlərində l irik xarakter

psixoloji baxımdan olduqca aydın cizgilərə malik

vətənkeş insandır. Ə.Quluzadə yazır:

Bulanmaram suyum, soyum

durusa Qorxum yoxdu sözün

məni qorusa Bir torpağıq hansı

budaq qurusa,

O budağa damarımdan qan köçür (77, 145).

Ə.Quluzadə insan taleyini, insan xarakterini

dünya, qıfıl, çəpər kimi obrazlara köçürür. Onun

«Siyasi kəfən» şeirində düşünmək üçün sərhəddən

kənarda baş axtaranların surəti yaradılır. «Ağlamaq

öyrənən millət» şeirində Ə.Quluzadə böyük sələfi

M.Ə.Sabirin ənənələr ini («Ağladıqca kişi qeyrətsiz

olar// Necə ki, ağladı İran oldu!») uğurla davam etdirir.

«Pəncər kimi biçilib, xəncər kimi göyərdim!» - deyən

lirik qəhrəman öz tarixi faciəsini belə dərk edir: «Qan

tökmədim, qana -qana usandım». Bu əslində anlamaq

dərdinin faciəsidir. Ə.Quluzadə sözün müxtəlif

assosiativ çatarlarından, təkrirlərdən bacarıqla istifadə

edir: «Bir vaxt hər şey i lə can -ciyər idim // İndi can

hayında, ciyər hayında». Nümunə gətirilən misralarda

Ə.Quluzadənin lirik qəhrəmanının hansı psixoloji

ovqatda yaşadığı aydın görünür. «Qan tökmək» əslində

antihumanist, antiinsani bir hərəkətdir. Ə.Quluzadənin

şeirini oxuyanda dərk edirsən ki, vətənin azadlığı qan

tökmədən mümkün deyil. Torpağı işğal olunmuş

millətin - «qana-qana usanan xalqın səbr kasası

dolub-daşıb».

71

Page 72: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

«Yaralı əsgər» şeirindəki misralar lirik qəhrəmanın

kövrək və qürurlu xarakterini açıqlayır:

Alın yazısıdır aparır bizi

Sazağa, tufana borana qardaş

Nəğmə gətirmişəm tənzif əvəzi

Bağlayam mən sənin yarana

qardaş Sinəmiz səngərdə

paralanmasa,

O dağlardan bizə dağ olan deyil.

Vətənin əsgəri yaralanmasa,

Vətənin yarası sağalan deyil.

Ə.Quluzadənin lirikası vətən sevgisi ilə doludur,

onun lirik qəhrəmanı bütün sinirləri vətən

torpaqlarının azadlıq təşnəsi ilə alışıb -yanan

amallarına bağlı bir vətən oğludur.

Qardaşxan Əziz «Dualar», «Qubarlar»,

«Çiçəklər» adlı bölmələr ayırdığı şeir kitabında bir

qədər sufiyanə düşünür. Ümumiyyətlə, Qardaşxanın

lirik qəhrəmanı dünyaya başqa nəzərlərlə baxır,

ucalığın sirrlərini arayır, onun xarakterində bir az

mistik yaşantı da var;

Su gəlir axdığı

yerdən İldırım

çaxdığı yerdən

Ürəyin baxdığı

yerdən Ağıl heç nə

görə bilmir (71).

Əlbəttə ki, bu şeir dünyaya sufi baxış ifadə edir,

hətta burada dünyanı bəsirət gözü i lə görən, «Əql yar

olsaydı, tərki-eşqi yar etməzmidim // İxtiyar olsaydı

rahət ixtiyar etməzmidim» deyən dahi Füzulinin

təsirini də görmək olar.

Kaş qayıdaydım

ana Məni sən

doğan ana O an

dönəydim ona

Tək o, mən qulu

anlar.

72

Page 73: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Bu bənd təkcə sözü çoxmənalı işlətmək bacarığı

ilə deyil , həm də lirik qəhrəmanın sufi düşüncə tərzi ilə

diqqəti cəlb edir. C.Ruminin, M.Füzulinin, Y.Əmrənin

qəhrəmanları kimi özünü Allahın qulu hesab edən lirik

qəhrəman yüksək psixoloji halətdə Allaha qovuşmaq

təşnəsindədir:

Bu qapısız dünyada

Pəncərədən daş gələr

Pəncərəyə hər baxan

Öz daşma tuş gələr

Dünyamızı dəyişər

pəncərədən gələn daş

göz yaşı tək yaşayan

baş daşı tək ölən daş

Bu qapısız dünyadan

Gələrik biz dünyaya

Gedərik bu dünyadan

Pəncərəsiz dünyaya.

Göründüyü kimi şair ömür yolunu qapısız

dünyadan pəncərəsiz dünyaya - ana bətnindən qəbir

evinə qədərki bir məsafə hesab edir. İnsan ömrünün

belə dərki orta əsrlər mistik poeziyamızın bədii -fəlsəfi

ənənələrindən' gəlir. Bu ənənələr zəminində

formalaşan lirik qəhrəmanın xarakt eri də bir qədər

başqadır, zəhmli, sərt və ağırdır. «Tənha gəlinə»

şeirində olduğu kimi:

Qucağın sınıq

çarpayı Necə baş

qoya bilərəm?

Qılındıq deyil aramız

Qara daş qoya

bilərəm. 73

Page 74: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Aldadıb naşı könlümü

Qalsın naşıya?

Bilmirəm Açıq qoynun

- uçuq saray.

Girib yaşaya bilmirəm.

Q.Əzizin şeirlərində «daş» obrazı qabarıq

görünür. O da böyük sələfi M.Ə.Sabirin

yaradıcılığında poetik obraza çevrilən «Daş -Yaddaş»

təsəvvüründən «daşa dönmüşlər»in - «daş qəlbli

insanlar»ın taleyindən təsirləni r.

Başıma daş düşdü

mənim Yaxşı ki, qoşa

düşmədi daş da başa

düşdü məni sən məni

başa düşmədin.

Müridin olmaq istədim

dərsimi amaq istədim

dərdinə qalmaq istədim

sevgimin yaşı düşmədi

qaçağam mən qəm

əlindən dalımca qoşun

düşəcək Mənim baş

daşım yerinə Sənin göz

yaşın düşəcək.

Bu şeir öz d axili dramatizmi ilə yadda qalır.

Lirik qəhrəman qəlblə ağıl arasındakı mübarizəni

qəlbin xeyrinə həll etmək istəyir.

Bütün bu müsbət, dəyərli poetik cəhətlərlə

bərabər çox müxtəsər tezislər şəklində çağdaş

poeziyada müşahidə etdiyimiz yaradıcılıq qüsurlarını

da xülasə edək: 74

Page 75: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

1. Poeziyada şairin l irik həyəcanları zəifdir,

şeirimizin gücü tükənib, poetik enerjisi azalıb,

şairlər öz qəlblərini milyonların adından

danışmaq vasitəsinə çevirə bilmirlər.

2. Poeziyanın, xüsusilə lirik poeziyanın ayrı -ayrı

axınları var, lakin bütöv məcrası görünmür.

3. Çağdaş poeziyada həm klassiklər, həm də

postmodernistlər ciddi eksperimentlər aparırlar.

Məsələn, Ç.Əlioğlu poetik eksperimentlərini

vaxtında yekunlaşdıra bilir . Üm 'umən, isə

eksperimentin sayı çox, sanbalı azdır.

4. Yeni bədii forma, poetik fiqur, rəmz axtarışları

diqqəti cəlb etmir, poeziya çılpaq

deklarasiyalar, ritorik pafos daha çox nəzərə

çarpır.

5. Poetik prosesdə söz israfçılığı həddindən artıq

çoxdur. Qalın -qalın nəzm kitablarının içindən

bəzən bir dənə də ori jinal şeir çıxmır

6. Poeziyanın şair qəlbinin səmimiyyətinə^ ciddi

ehtiyacı var.

75

Page 76: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

II FƏSIL

LİRİK QƏHRƏMANIN PSİXOLOJİ ALƏMİ

Ədəbi qəhrəman, lirik obraz yazıçı ilə oxucu

arasında, daha doğrusu, yazıçı qəlbi i lə oxucu qəlbi

arasında əlaqə yaradan psixoloji körpüdür. Yazıçı

həyatdan aldığı mənəvi intibaları, əsəb və sarsıntıları,

sevgi və kədəri , həzz və iztirabı obraz vasitəsi ilə

oxucuya ünvanlayır, onunla bölüşür, onu özünə

həmfikir olmağa cəlb edir. Bu yerdə ədəbiyyat

nəzəriyyəçilərinin «əks əlaqə» dedikləri bir psixoloji

proses də baş verir. Əlbəttə, heç bir yazıçı oturub

oxucunun onun əsərinə verəcəyi reaksiyanı gözləmir.

B u mənada aşağıdakı fikir həm mübahisəli , həm də

ziddiyyətlidir. «Bədii əsərin mənzili oxucu qənaətidir.

O oxucu qənaətində ömür sürür. Yazıçının həmişə

eşitmək istədiyi , ehtirasla aradığı səs - soraq məhz bu

qənaətdir. . . Kim haqlıdır; Puşkini Rusiya üçün yenidən

«kəşf etmiş» Belinski, tənqidə laqeyd Lev Tolstoy,

yoxsa özü haqqında yazılan tənqidi məqalələri

oxumaqdan imtina edən E.Heminquey? Əsl sənətkar

kimdir: «artıq adamlar»ın son taleyini həyatdan

ədəbiyyata gətirən Qonçarov, yoxsa həmin taleyi

«oblomovçuluq»a çevirərək yenidən həyata

qovuşduran və ictimai -mənəvi tarixə döndərən

Dobrolyubov?!» (17, 164). Ziddiyyəti özündə olan bu

maraqlı fikir 30 il əvvəl söylənilib. Həmin müəllif bir

neçə i l sonra belə yazıb: «oxucu təkcə hazır

ədəbiyyatın istehlakçısı yox, həm də onun

yaradıcısıdır. Oxucusunu görməyən yazıçı mənz eli

naməlum müsafirə bənzər» (113, 7).

Biz bu qənaətdəyik ki, yazıçı, şair oxucunun

istəyi ilə yazmır. O heç n əyi, hətta ədəbi tənqidin

rəyini b elə nəzərə almadan istedadına uyğun ədəbi

janrda özünü ifadə edir. 76

Page 77: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Yazıçı psixologiyası yaradıcılıq prosesində

müxtəlif formalarda təzahür edir. Ümumiyyətlə, bədii

yaradıcılığın psixologiyası daha çox sənətkarın fərdi

istedad imkanları ilə bağlıdır. Yaradıcılığının dərin

psixologizmi ilə dünyada məşhur və bu səbəbdən də yer

üzündə ən çox çap olunan və təbii 'ki , çox oxunan

yazıçı F.M.Dostoyevskinin qəhrəmanı Stavroqin deyir:

«Eşidin, mən şpionları və psixoloqları sevmirəm.

Çünki onlar mənim qəlbimə soxulurlar». Böyük yazıçı

özü isə belə bir et iraf etmişdi: «Tam realizm şəraitində

insanda insanı tapmaq... Məni psixoloq adlandırırlar:

bu doğru deyil. Mən bu sözün yüksək mənasında yalnız

realistəm, insan qəlbinin bütün dərinliklərini təsvir

edirəm» (132, 373). Deməli,

psixologizm yaradıcılığın bədii obrazın, xüsusilə lirik

qəhrəmanın elə bir aləmidir ki, realizm də, romantizm

və digər «izm»lər də ondan.güc, enerji alır. Qeyd

etməliyəm ki, burada bədii yaradıcılığa həm də

materialist münasibət, daha doğrusu XIX əsr rus

tənqidinin - Belinski, Çernışevski, Dobrolyubov,

Pisarevin sənət konsepsiyasın ın təsirləri də yox

deyildir. Məsələ burasındadır ki, ümumiyyətlə bizim

hətta bu günkü - XXI əsrin önlərindəki nəzəri -estetik

fikir də məhz belə düşünür. Xalq yazıçısı, professor

Elçinin tənqid və ədəbi proseslə bağlı son yazılarından

birində deyilir: «O «izm», o yenilik sənətin faktına

çevrilə bilir k i , formadan məzmuna yox, məzmundan

formaya k eçid olsun, yeni formanı məzmun yaratsın,

əksinə olmasın, çünki forma öz -özlüyündə bədii

təfəkkürü ifadə edə bilmir, halbuki yeni məzmun hətta

köhnə f ormada da orijinallıq, novatorluq nümunəsi

kimi özünü i fadə e dir» ( 34). B u mülahizələr 20 -30-cu

illərdə vulqar sosioloqlar və formalistlər arasındakı

mübahisələri adamın yadına salır . Alman nəzəriyyəçisi

İ.Bexer İsə vaxtilə bunun hətta düsturunu vermişdi:

«Yeni ineəsənət heç vaxt yeni folrmalardan başlanmır,

yeni incəsənət

77

Page 78: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

həmişə yeni insanla doğulur» (131, 95). Biz indiki

halda məsələyə yalnız bu aspektdən yanaşa bilmərik.

Lirik qəhrəmanın psixoloji aləmi olduqca

mürəkkəbdir. O, şairin olduqca fərdi şəkildə

özünüifadə tərzidir. «Dostoyevski poetikasının

problemləri» əsərində böyük nəzəriyyəçi M.Baxtin

yazır: «O insanı sonuncu qərarı qəbul etmə anında,

qəlbinin tənəzzülünün qeyri -müəyyən dönüş

məqamında təsvir edir» (127, 71). Öz taleyi i lə bağlı

qərar qəbul etdiyi məqamda insan psixologiyası

büllürlaşır. Onun gücü və gücsüzlüyü, qətiyyət

imkanları aşkara çıxır. Bu isə lirik qəhrəmanın

xarakterini səciyyələndirən başlıca şərtdir. Lirik

qəhrəmanın psixoloji gücü onu yaradan şairlə eyni

səviyyədə dura bilməsindədir. Dahi M.Füzuli lirik

qəhrəmanını özündən güclü yaradır və sonra sanki ona

qısqanaraq belə yazırdı:

Məndə Məcnundan füzun aşiqlik istedadı var,

Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.

Qəzəllərinin birində şair deyir ki, gözümün yaşı

ilə dünya lövhəsindən Məcnun adını yudum.

Lövhi aləmdən yudum əşk ilə Məcnun

adını Ey Füzuli mən dəxi aləmdə bir ad

eylərəm.

Söz Füzulidən düşmüşkən d ahi ş air haqqında

ciddi monoqrafiyaların birindən mətləbimizə aydınlıq

gətirə biləcək bir fikri də misal çəkək. «Şeir dünyanın

ahəngdarlıq modelidir və ya dünyanı belə model

əsasında dərketmə vasitəsidir. Ahəng olmasa heç şeir

də lazım deyildir. Şeir ənə vvəl nizamlanmış f ormadır

və əslində onun məzmunu da elə bu formadan başqa bir

şey deyildir. Şeirdə forma özü məzmundur» (5). Bu son

tezislər olduqca maraqlıdır: 1) şeirin məzmunu

formadan başqa bir şey deyil; 2) şeirdə forma özü

məzmundur! Ümumiyyətlə şeirin, xüsusən də lirik

şeirin forması nədir? Bunu mahnı 78

Page 79: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

ilə şeirin vəhdətində açmaq olar. Lirik şeirin sözləri

olmasa mahnı görünməz. Lirik şeir şairin qəlbindəki

mahnının sözlə ifadəsidir. Lirikada sözlər şairin

qəlbindəki psixoloji təbəddülatları aşkara çıxarır.

Lirikada sözün məzmunu da, forması da məhz bundan

ibarətdir. Söz formadır, ruh isə məzmun. Şair ruhun

modeli - qlafıdır. Şair kimin və nəyin barəsində isə

danışmır. O həmişə özü haqqında danışır, özünü SÖZ -ə

çevirir. Lirik qəhrəmanın psixoloji aləmi şairin

psixoloji aləmi deməkdir. «Ən yaxşı Şekspir -

Hamletdir» - deyirdi Yaşar Qarayev. Şairin özünə

bənzəməyən lirik qəhrəman baş tutmamış obrazdır. Bir

g ün O.Balzakm xidmətçisi qaçaqaça gəlib deyir: -

Balzak öldü. Yaxınlaşıb görürlər ki, həqiqətən d ə

Balzak s tuldan yıxılıb ölü v əziyyətindədir. Sonra yazı

masasına baxıb görürlər ki, Balzak Qorio atanın ölüm

səhnəsini təsvir edirmiş. Beləliklə də yazıçı nə qədər

obraz yaradırsa o qədər də yazıçı və şairdir. Körpə ana

bətnindən necə gəlirsə obraz da şairin qəlb aləmindən

onun psixoloji sancıları ilə doğulur. Lirik q əhrəmanın

psixoloji aləmi şairin psixoloji aləminin konkret

obrazda proyeksiyasıdır.

Böyük tənqidçi V.Q.Belinski yazıb: «Ədəbiyyat

incəsənətin ən yüksək növüdür» (20, 14). Beləliklə,

ədəbiyyat həm musiqidən, həm heykəltəraşlıqdan, həm

kinodan, həm teatrdan, həm də rəssamlıqdan...

yüksəkdir. Biz bunu ilk növbədə lirikaya aid etmək

istəyirik. Çünki Şərqdə (və Azərbaycanda!) ədəbiyyat

təqribən 1000 ildən artıq əsasən poeziya ilə təmsil

olunub. Elə həmin Belinski şairin subyektiv

şəxsiyyətinin ən qabarıq göründüyü ədəbiyyatı rübabı

ədəbiyyat adlandırıb: «rübabi şeir . . . surət və lövhələri

surət və şəkli olmayan insan təbiətinin daxili

mahiyyətini təşkil edən duyğuları ifadə üçün işlədilir.

. . .Rübabilik hər cür ədəbiyyatın ruhu və canıdır» (20,

18-19). Lirizm insan duyğularının haləsində olan 79

Page 80: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

fikrin sözlə ifadə tərzidir. Bu mənada lirik qəhrəmanın

daxili aləmi şairin şəxsiyyəti ilə üst -üstə düşən, mərbut

olan bədii obrazdır. Belinskinin təbiri ilə desək, lirik

şeirdə predmet öz -özlüyündə heç bir şey kəsb etmədiyi

kimi başqa insan da yalnız şairin ona münasibətini

ifadə edir, onun duyğularını canlandırmaq üçün

obrazlaşır. Yazıçı həyatda olan, gördüyü surətləri , şair

isə öz surətini yaradır. Lirik qəhrəman şairin ikinci

şəxs kimi yarandığı öz surətidir.

2.1. Lirik poeziyada mövzu və qəhrəman

Lirikanın zaman tutumu əsasən şairin

dünyagörüşündən asılıdır. Şair öz zəmanəsinin hansı

səviyyəsindən keçmişə və gələcəyə boylana bilirsə

onun yaratdığı şeirin zaman tutumu da bir o qədərdir.

Şairin psixoloji durumu doğulduğu təbiətdən, yaşadığı

cəmiyyətdən və mövcud olduğu zamandan asıl ıdır. Bu

üç amil lirik qəhrəmanın mənəvi aləmini də

formalaşdırır . Xalq yazıçısı Elçin yazır: «Sənət və 0

cümlədən də ədəbiyyat (poeziya) seçmənin

özünüifadəsidir, bədii təfəkkür yalnız seçmənin

qismətinə düşmüş vergidir və həmin vergi kütlənin

özünüifadəsinə çevrilirsə bu zaman sənətin kütləvi

patologiyası y aranır, sənət xəstələnir və

devalvasiyaya uğrayır. Kütlə psixologiyası həyatda nə

qədər qorxulu və hara aparıb çıxaracağı məlum

olmayan bir qüvvədirsə, kütlənin bədii patologiyası da

sənətdə o dərəcədə dağıdıcı qüvvəyə malikdir» (34).

Bizcə bu fikir çağdaş ədəbi proses, xüsusilə

poeziyamızın qarşısında duran əsas təhlükəni, onu

içəridən didib -dağıdan psixoloji iflici tamamilə dürüst

əks etdirir . Bu gün poeziyada «seçmənin özünüifadəsi»

deyil, məhz poeziya azarına mübtə la olmuş «kütlə

patologiyası» meydan sulayır. Ona görə də bu gün

Azərbaycanda saysız -hesabsız şeir kitabları var, fəqət 80

Page 81: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

həqiqi POEZİYA yoxdur. Lirika 60 -cı illərdən sonra öz

mövqelərini xeyli zəiflədib. Çağdaş ədəbi prosesdə

şairlik iddiaçıları şairlərdən çoxdur. Bu yerdə tənqidin

poeziyaya münasibətdə l iberal mövqeyi də xeyli

dərəcədə günahkardır.

Mətləbi konkret müstəvidə aydınlaşdırmaq üçün

lirikanın zaman və qəhrəman münasibətləri baxımından

psixoloji həssaslıq göstərdiyi MÜHARİBƏ mövzusu

ilə bağlı axtarışlara müxtəsər bir nəzər salmağı

məqsədəuyğun hesab edirik.

Xalqların tarixi taleyində ağır sınaq olan

müharibə ona böyük mənəvi y aralar, ölkəmizə ciddi

iqtisadi zərər vursa da ədəbiyyat və incəsənətə həmin

xalqı daha da dərindən tanımaq və bəşəriyyətə tanıtmaq

üçün misilsiz mövzu, tükənməz axtarış perspektivi

verdi. Demək olar ki, müharibənin ilk günlərindən

ədəbiyyatımız müharibə haqqında y azır və təxminən

elə o dövrdən də tənqid və ədəbiyyatşünaslıq

ədəbiyyatda müharibə mövzusunu tədqiq edir.

Ədəbiyyatda və fıloloji fikirdə müharibə mövzusu

ədəbi prosesin müharibədən sonrakı inkişafında

getdikcə miqyasını genişləndirən güclü bir təmayüldür.

Ədəbiyyatda müharibə mövzusunu tədqiq edən əksər

əsərlər müxtəlif üslublarda belə bir həqiqəti təsdiq

etməkdədirlər ki, ədəbiyyatda «Şəxsiyyət problemi ola

bilsin ki. heç vaxt cəmiyyətin taleyi üçün insanın

məsuliyyətinin və hər bir fərdin taleyi üçün cəmiyyətin

cavabdehliyinin görünməmiş dərəcədə artdığı

müharibədən sonrakı dövrdə olduğu qədər kəskin

qoyulmamışdır» (A.Boçarov). Bu da təbiidir. Çünki

hərbi texnikanın hansı imkanlarından istifadə

edilirsə-edilsin müharibənin taleyini həmişə insan

qüvvəsi həll edir. Filosofun obrazlı ifadəsi ilə desək

«Ən böyük qələbələrin taleyi döyüş meydanla rından

əvvəl ürəklərdə həll olunur». Bu baxımdan müharibə m

övzusunun özü kimi, müharibə və 81

Page 82: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

şəxsiyyət problemi də çox geniş səciyyəyə malikdir.

Y.Qarayev doğru d eyirdi ki , «Azadlıq v ə

mübarizə üçün yalnız yaşamaq yox, həm də ölmək

ehtiyacı mövcuddur. Bəzən qələbə üçün insanın

«ölməyi çatışmır». Bəs qələbə üçün «ölənlər»

kimlərdir və onların taleyi necə olur. «İnsan xasiyyəti»

kitabındakı bir şerində şair F.Qoca bunu gözəl

mənalandırır.

Kişilər həmişə olub, olacaq.

Oğlum, bir vaxt kişi deyərlər sənə.

Ölən kişiləri qoyuruq ancaq.

Gələcək günlərin bünövrəsinə.

Adamlar cəbhəyə özünün və mənsub olduğu

cəmiyyətin yaşamaq hüququnu təsdiq etmək üçün

gedirdi. Buna görə isə, ilk növbədə vətəni qorumaq

lazım gəlir. Bu qanuni hüquqlar ona başqa bir hüquq -

vətəni qəsb edəni öldürmək hüququ verirdi . Bütün

bunlar təbiətən humanist olan insanları yeni, vərdiş

etmədiyi psixoloji təbəddüatlar üzərinə yönəltməlidir.

Çünki şəxsiyyətin xarakterini açan əsas konflikt məhz

buradan humanist hüquqla bu hüququ təsdiq edən

vətəndaşlıq vəzifəsi arasındakı görünməz təzaddan

törəyir. İnsan ölmək üçün öldürməyin zəruriliyindən

yaranan psixoloji maneəni necə dəf edir?! - bizcə

məsələnin məğzi bundadır. Lakin poeziyamız bu cəhətə

kifayət qədər diqqət yetirməmişdir.

Müasir poeziya üzərində aparıjan müşahidələr

göstərir ki, doğrudan da, «Şeirimizin əhvali -ruhiyyəsi

daha da mürəkkəb olmağa başlayır, onda daxili

psixologizm və dramatizm artır» (Y.Qarayev). Bizcə,

şeirimizdə daxili psixologizmin və dramatizmin

artmas ında müharibə mövzusu əsas rol oynayır.

Poeziyanın müharibəyə və insan taleyi probleminə

marağı son onill iklərdə intensiv olmuşdur. Həm epik

formalarda - 82

Page 83: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

poema janrı miqyasında, həm də lirik -fəlsəfi

şeirimizdə müharibə və şəxsiyyət haqqında ətraflı

söhbət getmişdir. Bu baxımdan S.Rüstəmin

«Dönə-dönə xatırlayın», R.Rzanın «Bir min dörd yüz

on səkkiz», N.Xəzrinin «Şəhidlər və şahidlər»,

B.Azəroğlunun «Əsrimizin həqiqəti», C.Novruzun

«Qərbi Berlin», Ə.Kürçaylının «Ana» poemaları epik

genişliyi , fəlsəfi tutumu ilə maraq doğurmuşdur.

Mərhum Ə.Kürçaylı mövzuya yeni bir rakursdan

yanaşırdı:

Müharibə!

İzahlı lüğətlərə baxıram.

Ona verilən məna

Məncə, yanlışdır tamam.

Bəs görəsən müharibə poeziyanın «lüğətində»

necə mənalandırılır , onun dahu hansı naməlum

cəhətləri açılır?! Şair yaddaşı onu belə izah edir.

Qəfil solan gözəllik.

Qara saça düşən dən.

Bir parça qara kağız

ərsiz mən,

atasız

sən...

Poeziyamızda şəhidlərlə şahidlərin müharibə ilə

bağlı həsb-halında da mənəvi dəyanət, əqidəyə inamın

basılmaz - lığı təsdiq olunur. Şairlərimiz müharibə ilə

bağlı sənədlərin, hadisələrin arasından h ər şeydən

əvvəl insan axtarır. Şeirimiz müharibəni keçmişdə baş

vermiş tarixi proses kimi deyil , acı təcrübəsi bu gün də

canlı olan əxlaqi yaddaş kimi qələmə a lır.

Poeziyamızın müharibə mövzusu ilə müasir dövrün

adamlarının mənəvi safl ığını və vətəndaşlıq dəyanətini

sınaqdan keçirir. Bu cəhət «yüyrüyünü bombalar

yırğalayan», müharibənin ağrısını «ana bətnində

duyan»ların (V.Nəsib), «oyuncaqlarını müharibə

gülləsi yerə salan» (D.Nəsib) nəsillərin, müharibə

dövrü

83

Page 84: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

şairlərinin poeziyasında daha güclüdür. Onlar

müharibə haqqında həqiqəti deməyə çalışır, gələbəyə

gedən yollarda atalarının ayaq izlərini arayırlar.

Müasir poeziyamızın elə maraqlı nümunələri var ki,

onların lirik qəhrəmanı aradan 60 il keçməsinə

baxmayaraq bu gün də mənəvi dözümün dramatizmi ilə

yaşayır. Reyxstaqda, qələbəyə gedən yollarda

özlərindən iyirmi yaş, bəlkə daha kiçik atalarını

axtarırlar. Bu mənada, istedadlı şair M.İsm ayılın

yaradıcılığı xüsusi bir sahədir. «Ağacdələn, döy

qapımı», «Göz yaşı qülləsi», «Buhenvald» kimi uğurlu

şeirləri onu müharibə və şəxsiyyət taleyi haqqında öz

sözü olan şair kimi tanıdıb. Bu şeirlərdə «dünyaya ata,

ana borcu» kimi gələn şairin lirik “m ən’h müharibəni

təkcə bir nəslin adından yox, həm də gələcək adından

intiham edir. Atasının cəbhə -cəbhə, səngər-səngər

keçdiyi yollarla Reyxstaqa gəlib çıxan lirik qəhrəman

deyir:

Dost-düşmənin mənim kimi gələ

yasına Bax, beləcə mənzilinə çata

istəyi - Nə faydası ha döşəyin

qabırğasına lla Reyzstaqdan ata

umum, ata istəyim.

Qalxan ahlar ünvanını səhv eləmədi.

O illəri bar vermədi əkinlər, ana

Reyxstaqı tək ordular məhv eləmədi

Məhv elədi o nifrətlər, o kinlər,

Ana!

Hələ də «ər» kəlməsi yada düşəndə Qərbə

boylanan qadınların (M.İsmayıl), cəbhəyə gedən

oğulların heç olmazsa ayaq izlərini göyərtmək üçün

yollara su səpən anaların, təkcə öz ömrünü yox həm də

cavan ata ömrünün davamım yaşayan oğulların taleyi

müasir poeziyamızda şəxsiyyətin bu gün də davam və

inkişaf edən mənəvi dəyanəti haqqında sərt və real

təsəvvür yaradır. «Dünyanın qalın bir kitab kimi

oxuyub örtdüyü» (Ə.Salahzadə) müharibəni poeziya

nəsildən-nəsilə ötürür,

84

Page 85: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

onun sətirlərini yaddaşların təzə -təzə səhifələrinə

köçürür. İ. İsmayılzadənin poeziyasında qardaş

əvəzinə, oğul əvəzinə heykəl qayıdanlardan söhbət

açılır , burada da «qəhrəman» sözü adına «boyuna

biçilmiş paltar kimi» yaraşanlardan daha çox, qranit

heykəl önündə sükut heykəlinə dönən qardaşın»,

«kədər heykəlinə dönən ananın» obrazlı diqqəti cəlb

edir.

Müharibəni görməmiş gənc nəslin müharibə

mövzusuna müraciətinin öz xüsusi mənası var. Bu

nəslin poetik yolu qardaş qəbristanından, naməlum

əsgərin məzarı önündən, döyüş lövhələri sərgiləyən

muzeylərindən keçir və onun ən cavan nümayəndələri

yaxşı başa düşürlər ki, «ana vətənə atılan güllə» məhz

«əskər sırasından keçə bilməyib». Ona görə də bu

poeziyada müharibə faciəsini yaddaşa köçürən ən

tragik poetik detal əsgər ürəyindən «arzu əvəzinə

çıxarılan güllə» olur. A.Cəmil bu fikirləri ifadə etdiyi

«Şöhrət muzeyi» şeirini belə tamamlayır:

Baxıram qaynayır döyüşçü

gözü Öləndən sonra da onlar

sağ imiş.

Bir addım qabağa atılmaq özü

Vətəni bir addım artırmaq

imiş!..

Müasir poeziyanın müharibə mövzusuna

müraciətində poetik navatorluq istedadlı şair Ramiz

Rövşənə məxsusdur. «Azərbaycan» jurnalı özünün

1978-ci ildəki 9- cu nömrəsində onun «Qapı» adlı

silsilə şeirlərini dərc etdi. Bu ş eirlərin dastan

poetikası i lə b ağlıl ığmı ə dəbi tənqid qeyd edib. Lakin

R. Rövşənin müharibə şeirlərinin orij inallığı təkcə

xalqa bağlılığının formasında deyildi. Şair bəlkə də ilk

dəfə fikri söz və ritm qəlblərinə sığmayan silsilə

obrazlar yaratmışdı. Burada assossiativ çoxmənalılıq,

sətraltı həcm obrazda aydın bir şəkildə meydana

çıxırdı . Müharibədən sonrakı dövrdə müharibə

haqqında

85

Page 86: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

heç kim bu qədər dəqiq danışmamışdı. R.Rövşən

şəxsiyyətin və xalqın tragizmini maksimum həddə

çatdırmaq üçün əksikləri zaman obrazında üz -üzə

gətirir, burada artıq ənənəvi «boy itimi» yox... «boy

artımı tragik detala çevrilir» (Y.Qarayev). Adamların

qıçları, qolları, arzuları biçilir, lakin:

O ilin otları uzun Dörd i l idi

biçən yoxdu Uzanmışdı

boyları O ilin qızları uzun,

Dörd il idi çalınmırdı toyları

Uzanmışdı, uzanmışdı

boyları O dörd ili yollara

boylanmaqdan Qoca-qoca

qarılar da Bəlkə boy

atmışdılar.

Beləliklə də boy artımının pyedstalı üzərində

həsrət heykəli ucalır. Ən çox ucalan Sona idi. Fdə bil

müharibə Şaxanım nənənin oğlunun qıçlarını kəsib

sevgilisi Sonanın boyuna calamışdı ki , Azə rbaycan

qızlarının dözüm abidəsi bir az da uca görünsün. Şair

oğul boyunu tapmayıb bir ucu ana çiynində sınan, bir

ucu oğul alnına isti göz yaşı aparan, heç birinə gərək

olmayan yetim ana qollarının canlı obrazını yaradır:

Şaxanım nənənin qolları uçdu. Uçub getdi qolları. Oğlunun başı

üstündən Gözünün

yaşı qstündən Keçib

getdi qolları .. .

Döz bu dərdə - Dözənəcən,

Bu dərd səni üzənəcən Oğul

gəlib dizinəcən İlanı dizdən aşağısı?!

86

Page 87: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Əlbəttə b u s uala c avab vermək ç ətindir və b u

sual hələ çox-çox nəsilləri düşündürəcək, çoxları bu

sualı doğuran tarixi həqiqət qarşısında mənəvi ibrət

dərsi keçməli olacaq.

R.Rövşən və ümumən ən yeni poeziyanın başqa

istedadlı nümayəndələri müharibəyə xalqın adından

deklorativ itthamlar verməkdən imtina edir, onun

haqqında öz qənaətlərini ifadə edirlər.

İstedadlı şair V.Cəbrayılzadənin faşizmə qarşı

müharibədə həlak olmuş şairlərin dilindən dediyi şeiri

onun özünə və müasirlərinə aid etmək olar:

Ölsək ayaq üstə basdırın bizi.

Bu yurdun dərdləri ağlana

bilməz, dünyanın kədəri

qurtarmaymca şair gözləri də

bağlana bilməz Qərib şairlərin

qərib sözləri Günlərin bir günü

daşlana bilər.

Öləndə səngərdə basdırın bizi

Atla,

Avtomatla,

Süngüylə yan -yana basdırın bizi,

Döyüşlər təzədən başlana bilər.

Göründüyü kimi, bu mənalı sətirlərdə dözümünü

yalnız torpağa tapşıran lirik qəhrəmanın gələcək

qarşısında mənəvi cavabdehliyi ideyası təcəssüm

tapmışdır. Poeziyamız kimi milli ədəbiyyatımızın

başqa janrları da şəxsiyyətin mənəvi dəyanətini

keçmişin acı dərsləri, sınağın ağırlığı ilə ölçərək

gələcək üçün cacabdehliyi müasirimizin əxlaq kredosu

kimi mənalandırır. Yaddaşın laylarını açıb oxu \an

təxəyyülün yolu azad səmaya, nurlu sabaha doğru

yönəlir.. .

Bir daha əvvəlki fikrimizə qavıdırıq; lirik

poeziyada mövzu müəyyən müstə \ i rolunu o ynasa d a.

sırf lirikada 87

Page 88: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

mövzu həyatın şairin qəlb aləmindəki psixoloji

ovqatdan başqa bir şey deyil.

Lirikada zaman yaşanılmış ömrün mənəvi əxlaqi

və psixoloji nəticələri kimi təzahür edir. Hətta demək

olar ki, şairin subyektiv duyğuları üzərində zamanın

möhürünü vurmaq onun sərbəstliyini əlindən almaq

deməkdir. Xəyalın nə zamanı, nə məkanı, nə də məsafə

ölçüsü yoxdur. Bu

səciyyəvidir

:

baxımdan M.Müşfiqin «Küləklər» şeiri

1 lər səhər, hər axşam, hər axşam, hər

səhər

Çox zaman sərsəri küləklər bixəbər

Bir yaxın dost kimi qapımı döyərlər

Küləklər, küləklər, bəstəkar küləklər

Dünyanı dolaşan bəxtiyar küləklər.

Küləklər, küləklər, ay sərin

küləklər Sizdə var qoxusu hər

yerin küləklər.

Zamanı tutub saxlamaq, sözün qüdrəti ilə

əbədiləşdirmək, xüsusilə 60 -80-ci illər poeziyasının

bədii- fəlsəfi qayələrindən biri idi. Lirika zaman və

insan arasındakı dialoqda insanı güclü, qalib

çıxarmağa çalışır. Hələ 60 -cı illər ərəfəsində 1957 -ci

ildə gənc şair B.Vahabzadə ağ saçların ı vaxt üzərində

qalibiyyət kimi mənalandırır:

Ölüm belə qəm deyil bu həyatı

duyana Mən bu ağ saçlarımla

öyünürəm, ay ana!

Qara, şəvə saçları təbiət vermiş mənə.

Mən güvənə bilmərəm onun bu töhfəsinə

Zəhməti həyatımın ilk bəzəyi sanmışam

Ağ saçları həyatda mən özüm qazanmışam (115,

155).

«Bəlkə ayrılmışam özüm -özümdən?» «Dünyamı

dəyişdi, mənmi dəyişdim?» (Dünyamı, mənmi?) kimi

zamana ünvanlanmış poetik -fəlsəfi suallar 88

Page 89: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

B.Vahabzadənin «Ömrün payızı», «Barmaqlar»,

«Sürət», «Nekroloq», «Antena», «Dayan insan!»,

«Eksponat adam», «Qocalar», «Vaxt» və s. kimi «İnsan

və zaman» silsiləsinə daxil olan şeirləri üçün

səciyyəvidir.

İl ləri dən kimi zaman üyütdü.

Ocaq heydən düşüb, köz qaralıbdır.

Ömrün yayı keçdi, baharı ötdü.

Ömrün iztirablı qışı qalıbdır.

Onu da bilmirəm qalıb, qalmayıb?

Bəlkə köçəcəyəm qışa

çatmamış Amma həyat eşqi

heç azalmayıb Köçmək

istəmirəm qışı dadmamış

(115, 201).

«İlləri dən kimi üyüdən zaman»ın əməllərinin bir

zaman qara şəvə saçların ağarmasında görən şair

«mən»i bu ünsiyyətdən çəkinmir. R.Rzanın «üzü

küləyə» qarşı gedən qəhrəmanı kimi, zamanı yarıb

keçir. Zaman saçın rəngini dəyişə bilər, məsləki dəyişə

bilməz! - B.Vahabzadənin lirik qəhrəmanının qayəsi

belədir:

Vaxtın dəyirmanında daş əridi, qum oldu. Tarixə atdığımız qayıtdı lüzum oldu. Dünənin həqiqəti bu gün tərs yozum oldu

Niyə də yozulmasın, axı dünya fırlanır.

Min-min illər bu dünya beləcə fırlansa da Bir

yuvanın bülbülü min budağa qonsa da Aylar, il lər,

fəsillər bir-birini dansa da Dəyişməzdir əqidəm,

çox da dünya fırlanır (1 15, 219).

Şairin rus dilində çap olunmuş «Bir yolçusuyuq»

(1983) kitabı haqqında məqaləsində böyük türk yazıçısı

Ç.Aytmatov belə yazır: «Bu yaxınlarda

89

Page 90: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Bəxtiyar Vahabzadənin yeni şeirlər kitabını oxudum.

Şeirlər ruscada böyük heyranlıqla oxunur. Həmin

şeirlərdə zaman yaşayır - bizim qayğı «yükümüzə» tab

gətirən, dərd-sərimizə şərik olan, qoynunda

yaşadığımız zaman! Şeirlərin qüdrəti də məhz

bundadır» (13. 4). Bizim içində yaşadığımız zamanı

yaşadan poeziya - Azərbaycan fəlsəfi intellektual

şeirinin əsas xüsusiyyəti , poetik və estetik dəyəri məhz

bundadır.

Poeziyasının assosiati \liyi ilə heç kəsə

bənzəməyən filosof şair O.Salahzadənin lirik

qəhrəmanının zamanla ünsiyyəti tamamilə orijinal

poetik biçimdədir:

Adamlar ələnib qalıb aylarımdan,

illərimdən.

Adlar düşüb yaddaşımdan əllər qopub

əllərimdən ağrısına gərək dözüm,

tablayım Hesablayın məni hesablayın

Hesablas ın məni hesablayın

bir iş nəyəm, '

götürün

uzun-uzun yollarla saplayın hey,

saplayın. dünən-sabah arası

hesablayın məni, hesablayın (102.

34-35).

«Qırxımın içindəyəm ıl Qorxumun içindəyəm»,

yaxud «Vaxt bitirir , yetirir // vaxt özü də yetişir / / Hər

şey öz vədəsində// öz vaxtında yetişir» deyən

Ə.Salahzadə üçün vaxt anlayışı ən populyar obrazıdır.

Onun lirik qəhrəmanı VAX'f -la fikir dart ışmasına,

psixoloji cəngi- cidala çıxır.

V.SəmədoğİLi vaxtı poetik obrazın rəngi

olmaqdan çıxarıb hətta rəqəmlər şəklində

çılpaqlaşdırır: 00

Page 91: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Doğuldum I939 -da 1 937-də

tutuldum 48-də nənom öldü

Ömrümdo ilk dəfə Ölüyə ağladım

Balıqlar saxladım Akvariumda

Açıq qaldı pəncərəm bir qış

gecəsi dondu balıqlar indi 65 -in

yanvar gecəsidir

deyəsən yaşamaq istəyirəm (109, 47).

Burada zaman və qəhrəman münasibətləri daha

çox assosiasiyalar və rəqəm mistifikasiyası əsasında

açılır . Donmuş balıqların taleyində lirik qəhrəmanın

yaşamaq istəyi paralelləşir. Yeri gəlmişkən, zaman və

qəhrəman münasibətləri, ümumən lirik qəhrəmanın

psixoloji aləmi psixoloji parallelizm vasitəsi ilə açılır.

«Hərəkətin və insan həyəcanlarının zahirən bənzər

təbiət hadisələri i lə müqayisəsi psixoloji paraleliz .min

əsasını təşkil edir» (162, 129). Bu cəhət l irik -romantik

poeziya üçün daha xarakterikdir. Lirik qəhrəman

psixoloji ovqatı ilk baxışda sanki ona dəxli olmayan

təbiət təsviri ilə müəyyən olunur. Biz belə təsviri

sadəcə peyzaj yox. peyzaj-proses adlandırırıq. Bu

halda t əbiət fakturasımn, detalın t əsviri canlandırı lır ,

insanın iliyinə işləyir.

Hələ də ədəbi -nəzəri fikirdə öz layiqli dəyərini almamış O.Kürçaylı çox sakit bir ovqatla yazıb:

Sən mənə ömrüm boyu Bir

bulanıq kür suyu Bir söyüd

yarpağı ver

Page 92: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Canından əziz olan

Üstündə çiçək solan

Şor Muğan torpağı

ver

Mən onda hara düşsəm

Hansı diyara düşsəm

Deyərəm vətəndəyəm

(67.

,6) .

Bu lirik miniatür 1958-ci ildə yazıl ıb. Hamının

SSRİ- ni vəsf etdiyi dövrdə lirik qəhrəman gənc şair

«mən»inin obrazı öz vətən anlayışını belə bir psixoloji

paralelizmlə ifadə edirdi .

Ondan dörd i l əvvəl daha coşğun şair «mən»i -

Ə.Kərimin lirik qəhrəmanı özünü belə təqdim edirdi:

Görsən tufansızam, görsən rahatam.

Qoyma xumarlanıb evdə də yatam.

Ey Bakı küləyi səhərə kimi

Sındır pəncərəmi, döy pəncərəmi!.. (66, 32)

Daha bir şairə müraciətlə pisixoloji paralelizmin

poetik obrazyaratma imkanlarını əyaniləşdirmək

istərdik. Əslində H. Arifin, M. Yaqubun, N.Xəzrinin.

Il .KürdoğİLinun əksər lirik şeirləri burada misal

gətirilə bilər. Azərbaycan poeziyasında dahi

Nizaminin «Bərdə nə gözəldir, necə qəşəngdir / / Yazı

da. qışı da güldür - çiçəkdir» şeirindən başlamış,

müasir təbiət poeziyasının canlı klassiki M.Yaquba

qədər minlərlə şeir bu mövzunun canlı əyanilik tim salı

ola bilər.

Otaqda yazmıram bu şeirimi mən.

Yapışıb payızın titrək əlindən

Qızıl bədənini sıxıb köksümə

Lap belə təpədən dırnağa kimi

Payıza bürünüb yazdım şeirimi (118. 99).

92

Page 93: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

M.Yaqub təbiəti qəlbindən keçirən, bütün

varlığını

təbiətə köçürən, xarakteri təbiət qoynunda formalaşan

istedadlı şairdir. Onun üçün təbiətdə şair qəlbinin

tərcümanı ola bilməyən predmet yoxdur. Görün şair

qara

daşı necə cana gətirir:

Leyləklərin çöp yuvası boş qalıb,

Bahar gedib, payız gəlib, qış qalıb.

Göy çəməndə ocaq yanıb, daş qalıb.

Bu dünyanın qara daşı göyərməz.

Ot göyərdib o cığırım, o izim,

Tufanlanıb çalxalanmaz dənizim.

Daha məndən sevgi umma, əzizim

Bu dünyanın qara daşı göyərməz (i

8, 176-177).

M. Yaqubun «Bir g ünah sənindi, bir g ünah m

ənim» şeiri bu baxımdan simfoniya kimi səslənir.

Çağdaş lirik - romantik 1 irikamızda təbiət i nsan kimi

canlı v ə q üdrətli obraz səviyyəsində təcəssüm olunur.

Şair sanki öz ürəyindən təbiətə ruh və can verir. Bir

daha Musa Yaquba qayıdaq:

İlanı bu meşənin yaşıl qatları .

Dəmir ağacları, şah palıdları Sapı özümüzdən

olan baltalar.

Yaman kəsdi bizi , doğradı bizi.

Alıb özümiüzdən oğradı

bizi . . .Palıdı, çinarı siftə

doğradı Bizi kötüyümüz

üstə doğradı Sapı

özümüzdən olan baltalar

(118, 294).

M.Yaqubun lirik poeziyasında təbiətin ətri var.

Mən ona bal ətri deyərdim. Çünki arı lar təbiətin min

çiçəyindən toplayır balı. Ona görə də bal həm şipşirin,

həm də ətirli olur. Onun lirik qəhrəmanı təbiət

gözəlliklərindən doymayan bal arısına bənzəyir. Bu

lirik qəhrəmanın 9.3

Page 94: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

psixoloji aləmi də, bal arısının şanı kimi təbiət

gözəlliklərdən, çiçəklərin ətrindən, sübh şehinin -

jalənin əlvan rənglərindən hörülüb.

Taleyin qisməti rast saldı

bizi Yolumuz hardasa

qırılacaqsa İtirəcəyiksə

bir-birimizi.

Xatirəm yadında qalmayacaqsa.

Bu əllər mənimki olmayacaqsa.

Bu tellər mənimki olmayacaqsa

Sən allah özünə öyrətmə məni

Hicran qorxLisuyla göynətmə məni (118, 8).

Şairin ürəyi hicran qorxusu ilə göynəməsə, alışıb

yanmasa heç vaxt bu dünyanın qara daşı göyərməz.

Lirik poeziya üçün mövzu həlledici deyi l, şairin

özünüifadəsi üçün bir bəhanədir. Əgər söz olmasaydı

deyərdik ki, lirika da mahnı kimi predmetsizdir.

Lirikanın predmeti söz, mahnının predmeti ahəngdir:

biri gözlə görünür, ikincisi qulaqla eşidilir . Fə qət

lirika həm gözlə, həm də qulaqla oxunur. Lirik şeirin

bütün sənət növlərindən üstünlüyü də məhz bundadır.. .

2.2, Lirikada xəyal və idrakın psixoloji vəhdəti

XX əsr Azərbaycan lirikasında fərdi -psixoloji

üslubun parlaq nümayəndəsi Ə.Kərimin «Nida» adlı

miniatür bir şeiri var. Orada deyilir:

Mən elə surətin təşnəsiyəm ki.

Çatsın xəyalımın üfüqlərinə

Bir göz qırpımında yetirsin

məni Həm ən yüksəkliyə,

həm ən dərinə. Mənim istədiyim o sürət olsa,

94

Page 95: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Xəyalla idrakı bir yerə qatar

Sürünməz yorğunluq bürkülərində

Bürokrat təyyarə,

bürokrat qatar.

çatar mənzil inə bir an içində

Könlün hər arzusu

sözü,

əməli

Bir göz qırpımında birləşər

yəqin Əvvəlin axırı,

Sonun əvvəli! (66, 42)

Ə.Kərim özü bu şeiri «monoloq» adlandırıb.

Həqiqətən də, bu şeir ədəbiyyata silsilə fəlsəfi poetik

tapıntılarla daxil olmuş şairin qəlbinin ritmini əks

etdirir. O, arzuladığı bu sürətlə «əvvəlin axırını, sonun

əvvəlini» axtarır. Burada da bizim poeziyanın böyük

bədii-fəlsəfi ənənələri - sufilər və hürufılər yada düşür.

Orta əsrlər poeziyasında sufilərin qəbul etmədiyi,

inanmadığı ağıla hürufılər yiyə durdu. «Sufilər b elə

hesab edirlər ki , əql insanın istəyinin və idrakının

məhsuludur. İnsan idrakı isə yaradılmış bir şey

olduğuna görə məhdud və naqisdir. Buna görə də

sonsuz və hüdudsuz olan həqiqəti dərk etməkdə acizdir.

Məcnun ona görə eşqi tərk edə bilmir ki, 0 artıq mənəvi

inkişafın daha yüksək mərhələsinə qədəm qoymuş,

əqlin hökmündən qurtulmuşdur. Əql t əsəvvüf

ədəbiyyatında aşiqi yarı -yolda qoyub qaçan yoldaş

rəmzində də verilir» (85, 12 -13). Bəlli olduğu üzrə

hürufılər kamil insan və cahil insan dilemmasını həll

edərkən ağıla, idraka üstünlük verirdilər. Mötəbər

ədəbiyyat tarixlərimizdən birində oxuyuru q:

«Sufizmdə məhəbbətə, hürufizmdə ağıla üstünlük

verilirdi. Hürufılərə görə ağıl ilə kainatı, təbiəti və

insanı dərk etmək mümkündür. Ağılın əsasında da səs,

söz və hərflər durur. 95

Page 96: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Nəsimidə hərflər və rəqəmlərin bu mənada öz aləmi

vardır. İnsan öz idrakı ilə «mən haqqam» məqamına

yüksələ bilər» (107. 332). XX əsrin şairləri R.Rza,

Ə.Kərim, B.Vahabzadə, F.Qoca, M.Araz, Ə.Salahzadə.

F.Sadıq, R .Vövşən, V .Cəbrayılzadə və başqaları yeni

dövrün şeirinin, .xüsusən lirikanın yaranması üçü n

xəyalla idrakın vəhdətini önəmli sayırdılar. O ki qaldı

«əvvəlin axırı, sonun əvvəli»ni tapmaq məsələsi hələ

hürufılərdən əvvəl də bizim poeziyanı düşündürürdü.

Qazi Bürhanəddin yazırdı:

Gələn birdi. gedən birdi, qalan bir

(iələn qalmaz, gedən gəlməz əcəb

sirr Deyirlər ki, bir əvvəl var, bir

axır Yalan sözdü, nə əvvəl var, nə

axır

Müasir Azərbaycan poeziyasında psixologizm

xəyalın hüdudsuzluğu ilə idrakın dərinliyi arasındakı

mənəvi- fəlsəf 'ı izdivacdan doğulur.

Müasir poeziyamızın poetik mükəmməlliyə doğ ru

hərəkətində qət etmiş olduğu mənzilin bünövrəsində

klassik Azərbaycan şeirinin bizə məlum uzaq və yaxın

ənənələri , habelə şərq poetik təfəkkürünün zəngin

inkişaf təcrübəsi i lə bağlı cəhətlər az və ya çox

dərəcədə görünməkdədir. Maraqlıdır ki, Azərbaycan

poeziyasının bütün əvvəlki nəsilləri bu ənənələrin

varislik

imkanlarından öz epoxalarının tələblərinə uyğun

olaraq müxtəlif məzmunda faydalanmış, yaradıcılıq

axtarışlarında mütərəqqi qərb, klassik və müasir rus

şeirlərinin poetik imkanlarından da istifadə etmişlər.

Son iki nəslin - artıq yetkin yaradıcılıq yoluna

çıxmış və yeni yazmaqda olan şairlərin ən

istedadlılarının əsərləri ilə bağlı bir qədər fərqli cəhət

müşahidə olunur. Onların yaradıcılığında bədii

düşüncənin ənənəvi ölçüləri yeni struktur əlamət ləri

kəsb etməkdədir. Məsələ burasındadır ki. bu şairlərin

bəzən heca formasında

06

Page 97: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

yazdığı şeirlərdə məhz heca şeirinə xas başlıca ənənəvi

cəhət - fikrin sakit və sürətli ahəngi görünmür. Onların əsas

nailiyyəti bədii ifadənin hecavari modelinin sərhədlərini

genişləndirmələri ilə bağlıdır. Bu da, fikrimizcə, tamamilə

təbiidir. İndi zamanın elmi-texniki inqilablar, kosmik

düşüncə və s. tələbinə müvafiq olaraq fikrin bədii hərəkəti

ekspressiv səviyyəyə çatmışdır. İkinci tərəfdən, poetik

yaradıcılıqda başqa təbii sahələri nisbətən daha fəal mövqe

tutan duyğuların ideyanın bədii formaya çevrilməsi

prosesindəki daşıyıcı funksiyası indi daha çox ekspressiv

təsir altında tənzim olunur. Heca vəzninin sakit ritmini

ekspressiv düşüncənin fikir yükü və sürətinin təzyiqi altında

deformasiyaya uğradığını sübut edən nümunələr meydana

çıxmışdır.

Müasir poeziyamızın yaradıcılıq simasını

şərtləndirən nəsillə əlaqəsini qeyd etməklə yanaşı mühüm

bir paradoksu da göstərməliyik. Nədənsə poetik inkişafın

«... xırda dövrlərinin bir-birindən fərqi bizə çox vaxt bütöv

epoxaların əhəmiyyəti və özünəməxsusluğundan daha aydın

bir şəkildə görünür» (155, 4). Əlbəttə, bu bir həqiqətdir ki,

ayrı-ayrı nəsillərdən də, müxtəlif poeziya onilliklərindən,

hətta poetik inkişafın bir ilindən də söhbət açmaq, poeziya

hərəkatında əhəmiyyətli yer tutan ayrıca bir Lislubi meyli

də tədqiq etmək olar və bu özlüyündə vacibdir. Qarşımızda

belə bir mənzərə mövcuddur: İllər və nəsillər var, lakin

poeziyada vahid epoxa və epoxanın bütöv poeziyası

görünmür. Belə bir sual düşündürür: bizim hər gün

oxuduğumuz, salonlarda alqışladığımız, çox hallarda

məqalə və resenziyalar yazıb təqdir etdiyimiz ayrı-ayrı

şairlər və şeir məcmuələrimizin əmələ gətirdiyi Azərbaycan

poeziyasından bizim ümumi narazılığımızın mənbəyi

haradadır?!

Poeziyamızla nəfəs-nəfəsə dayanmaqda əsas

məqsədimiz onun mahiyyətində reallaşan poetik

təfəkkürün, XX

97

Page 98: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

əsrin son çərəyinin adamının mənəvi təkamülündə rolunu,

bunun ictimai tərəqqi və zamanla tarixən hansı səviyyədə

şərtləndiyini aşkara çıxarmaqdan ibarətdir. Daha konkret

desək, belə bir cəhəti üzə çıxarmağa nail olmaqdır ki,

poeziyada Şəxsiyyətin və Tarixin uyğunluğu nə

dərəcədədir! Şairdə Şəxsiyyətin və həqiqi Tarixin harmonik

vəhdəti necədir?

Biz Azərbaycan şeirinin 80-90-cı illərə daxil olan

mərhələsini onun 60-70-ci illər konteksində, yaxın

ənənələri ilə müqayisədə öyrənərkən bu qənaətə gəldik ki,

bizdə yaxşı şairlər çoxdur, lakin xalqımızın mənəvi

iztirablarını, tarixi taleyinin müasir qatlarını, onun «şəxsi»

simasını öz möhtəşəm milli obraz- qəhramanmda yüksək

bədii üsulla, böyük istedadın gücü ilə ehtiva edən və onu

bütün dünyanın görə biləcəyi poeziya orbitinə qaldıran

müasir poeziyadan hələlik iftixar hissi ilə danışa bilmirik.

Belə böyük poeziyaya aparan yaradıcılıq yollarındakı

maneələri az da olsa təsəvvür etmək üçün əvvəlcə şairlərin

fərdi poetik axtarışlarının müəyyən bədii nailiyyətləri

üzərində qısaca dayanmaq zəruridir. Çünki, fərdi istedadın

belə axtarışlarından kənarda mücərrəd (yaxşı ya pis)

poeziya anlayışı mövcud deyildir. Əsas məsələ əvvəlcə

məhz belə bir cəhəti müəyyənləşdirməkdən ibarətdir ki, bu

və ya başqa şair ədəbi prosesə, poeziya gedişatının əsəs

istiqamətinə öz konkret yaradıcılığının hansı bədii uğurları

səviyyəsindən daxil olur və bu uğurlar poetik fikrin

təkamülünə əvvəllər mövcud olmayan nə artırır?!

Müasir dövrdə onlarla çoxlu şeir kitabı çap etdirmiş

yaşlı və cavan müəlliflər vardır ki, onların yazdıqları böyük

poeziya naminə nə oxucunun, nə də ədəbi tənqidin diqqətin i

C əlb e dəcək bədii i mkana m alik d eyillər. Hələ səkkiz əsr

əvvəl dahi Nizami belələrini «sözqoşan» adlandıraraq acı təəssüf hissi ilə yazırdı:

98

Page 99: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Hikmət bulağı olan söz sənətinin suyu lki“üç

çörək qulu olanların əlindən qurumuşdur Mənim

ağlımı yerindən qoparan o sözdür ki. Sözü

sözqoşanlar abırdan salırlar (92, 53-54).

Ədəbiyyat tariximizin məhz Nizami dövrü ilə tanışlıq

göstərir ki, tarix müdrik şairin acı təəssüfünə bəraət

qazandırmış və bizə Nizami dövründən yalnız bir neçə

istedadın imzasını gətirib gəlmişdir. İndi də səxavətlə çap

olunmuş çoxlu sayda qalın şeir kitablarını oxumağa məcbur

i kən, biz t arixin b u ədalətli ənənəsini t əsəlli və inam hissi

ilə xatırlamaqla kifayətlənirik.

Bütün xalqların ədəbiyyatı, o cümlədən poeziyasının

tarixində belə hallar həmişə olmuş və əgər biz bu gün də

başqa ədəbiyyatların inkişafına nəzər salsaq təxminən eyni

vəziyyəti müşahidə edərik. Bir neçə faktı xatırlayaq.

P.Vyazirski A.S.Puşkinin «Qafqaz əsiri» əsəri haqqındakı

məqaləsində yazırdı ki, «biz şairlərin adları ilə zəngin, lakin

həqiqi yaradıcılıq mənasında xeyli yoxsuluq».

Ukrayna tənqidinin Öz milli poeziyaları haqqında

qənaəti də məhz bu mənada xeyli düşündürücüdür və onlar

da vəziyyətdən çıxış yolu axtarırlar. Pavlo Movçan yazır:

«70-ci illər poeziyasının ən xarakterik cəhətini yarış ruhu

səciyyələndirir. Poeziyada bədiilik uğrunda rəqabət

nəşriyyat planlarına - kitabların həcmi və tirajların sayına

görə rəqabətlə əvəz olunmuşdur» (161, 64).

Rus poeziyasının 70-ci illərdə başa çatan axtarışlarını

təhlil edən tanınmış poeziya tənqidçisi Al.Mixaylov

bildirir: «Biz, tənqidçilər, elə oxucular da öz qəlbigeniş -

liyimiz və səxavətimizlə şairlərimizi ərköyünləşdirmişik və

onlar elə bilirlər ki, artıq uca zirvələrə yüksəliblər. Biz

hamımız POEZİYA qarşısında günahkarıq. Belə ki, biz

doğrudan da yaxşı, bəzi hallarda hətta gözəl şairləri görür, lakin bütövlükdə poeziyaya nəzər salmağa ya ehtiyat edir,

99

Page 100: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

ya da bacarmırıq» (160, 57).

Al.Mixaylov bu məqaləsində sovet poeziyasının

yaradıcı nəsillərini xatırladaraq belə bir vəziyyət təqdim

edir ki, indi poeziyada «...yadda saxlanılması belə mümkün

olmayan saysız-hesabsız adlar mövcuddur» (160, 51).

Böyük hərflərlə yazıla bilən Azərbaycan poeziyasının

ağırlığını şərəflə öz çiyinlərində daşıyanların arasında

M.Arazın fiqurası diqqəti birinci cəlb edərək

seçilməkdədir. M.Arazın şeirlərini bizim poeziya

prosesində şərtləndirən və fərqləndirən cəhət bundan

ibarətdir ki, o 60-cı illərdən bəri zamanın nəbzini

poeziyanın ritminə çevirmək üçün Azərbaycan şifahi

poeziyası və klassik şeiri, habelə xalqımızın tarixi və milli

mənəviyyatı ilə polemika aparır, təxəyyülünü mənəvi

keçmişimizin açılmamış qatlarına yönələn istiqamətdə

tənzimləyir. O, zəmanəsində gözlə gördüklərini poeziyaya

çevirmək üçün özünün, XX əsrin şairinin daxilindən

boylanaraq yaddaşı ilə xalqının tarixi keçmişini araşdırır.

Bu cəhət onun vətən şeirlərində xüsusi bir vurğu ilə səslənir

və müəllifini müasir vətəndaşlıq poeziyamızın görkəmli

simasına çevirir:

Vətən mənə oğul desə nə dərdim.

Mamır olub qayasında bitərdim.

Bu torpaqsız harda, nə vaxt, nə dərdim -

Xəzanımdır, xəzanımdır, xəzanım.

Dünənimi döşdən asan deyiləm.

Dünənimə qəbir qazan deyiləm.

Ürəyimsiz kəlmə yazan deyiləm. Nə qədər ki, öz əlimdir yazanım (80, 35).

100

Page 101: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

M.Araz həm poetik fikrin, həm də poetik deyim və

üslubun aydınlığına heyrət doğura biləcək qədər diqqətli və

qayğıkeşdir. Buna görə o, tənqidi də, oxucunu da ifadə

etdiyi həqiqətlərə asanlıqla inandıra bilir. M.Arazın

poeziyasında xəyal və idrak vahid bir kontekstdə birləşir.

Bu poeziyada söz və şeir texnikasını şərtləndirən bədii

poetik imkanlar yox, məhz həyata, bəzən hətta məlum

mövzuya 0 rijinal fərdi münasibətin məhsulu olan poetik

fikir oxucu ilə fəal əlaqə vasitəsinə çevrilir.

Şair yaddaşın qədimliyi və zənginliyi, istedadın

müasirliyi, səmimiliyi sayəsində xalqın və tarixin

vətəndaşlıq andını müasirlərinin həyati düşüncələrinə eyni

ruhi-mənəvi siqlətlə daxil edə bilir. M.Arazın poeziyası

müasirlərimizin dünya və zaman haqqında qənaətlərinin

poetik-tarixi simvolu kimi bədii hüquq qazana bilir.

M.Arazın poeziyası vətəndaşlığı şəxsiyyətin mənəvi

böyüklüyü və mövqeyi kimi qəbul və təsdiq edir. Bu isə

həmin poeziyanın müasirliyini təmin edən tükənməz

ideya-bədii imkanlardan biridir.

C.Novruzun və F.Qocanın poetik-fəlsəfi deklorasiya-

ları bədii-psixoloji t əhkiyənin s ürəkli, lakin dönüşlər v ə

fasilələrlə ayrılan, seçilən və sistemləşən gedişi prosesində

poetik fondan xaricə belə bir həqiqət aşılayır ki, lirik

obrazda idrak sözün adi mənasında, birbaşa əlaqələrlə

şərtlənən təfəkkür fəaliyyəti deyil, xüsusi emotiv-psixoloji

prosesidir. Əlbəttə, emotiv idrak prosesi və onun nəticələri

nəsr cümləsi, adi nəqli cümlə ilə də ifadə oluna bilər. Lakin

bu halda yalnız yaradıcı fərdin emotiv fəaliyyətinin

ayrı-ayrı aktlarını vermək mümkündür. Məsələn

C.Novruzun poetik obrazında faktın özü və onun təsviri

emosional mühakimələr yolu ilə eyni bir konkret ovqatın

mahiyyəti kimi təqdim olunur: Böyük bir şəhərin

küçəsində ananın qucağında öz körpəsini aparması adicə, hətta diqqəti cəlb etməyəcək bir faktdır.

101

Page 102: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Demə balaca idi, demə ki, kiçik idi,

O mənim yurdum üçün lap əsil kişi idi.

Böyük bir nəsil idi o mənim xalqım üçün.

Əsil bünövrə idi yeddi min arxam üçün,

O bir bərəkət idi süfrəmdə, ocağımda

Mənə elə gəlirdi o ana qucağında Bir

ordu aparırdı, bir ölkə aparırdı,

«Bir ana q ucağında bir k örpə aparırdı» - misraları

göstərir ki, C.Novruz şair təxəyyülünün rəngarəng

linzasından keçirdiyi bu çox adi faktda təkcə bu gününü

yox, xalqının tarixi keçmişini v ə g ələcək k ökünü g örür.

C.Novruz da, F.Qoca da xalqın tarixinin və şərəfli mənəvi

keçmişinin bünövrəsində sadəcə ayları və illəri, quru

faktları yox, bu gün üz-üzə yaşadığı, dünəninə yola saldığı

insanları görür. Bu şairlər üçün bu gün kimi dünən və sabah

da adamları ilə mövcud və realdır. F.Qoca bu dialektik

münasibətin çox dəqiq poetik ifadəsini verir:

Kişilər həmişə olub, olacaq.

Oğlum bir vaxt kişi deyərlər sənə.

Ölən kişiləri qoyuruq ancaq.

Gələcək günlərin bünövrəsinə (51, 16).

Burada «oğul», «ölən kişilər» obrazlarının «Gələcək

günlərin bünövrəsi» anlayışındakı daxili qarşılaşmasından

əmələ gələn poetik-psixoloji ovqat adi deyimdə, yaxud

nəsrdə olduğu kimi artıq baş vermiş, nəticəsi bəlli faktın

təsviri kimi meydana çıxmır. Fləmin misrada artıq vahid

obraz - proses keçmişi təmsil edən, baş vermiş faktın

emotiv - fikri qiymətlənməsi, baş verəcək, yaxud baş

verməsi labüd olan fakta (hadisəyə) keçirilməsi aktı

əsasında yaradılır. Bu cəhət bədii-estetik sirayətin gücü ilə oxucunu da aktiv şəkildə keçid aktına cəlb edir və onun

102

Page 103: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

yaradıcılıq prosesində hissi-eınosional iştirakını təmin edir.

Məhz bu tekstdən kənar yaradıcılıq prosesi sayəsində biz

keçmişi və gələcəyi İnsanların yaşaması üçün əsil

insanlardan («kişilərdən»! - bu söz poeziyamızda geniş və

çox keyfiyyətli mənada, sintetik xarakterdə işlədilir!)

hörülmüş bir binanın iki ucalan mərtəbəsi kimi təsəvvür edə

bilirik. F.Qocanın «Qoşma» adlı şeirində də poetik predmet

kimi həyatın, konkret ömrün daxili təbiətinə yeni,

özünəməxsus fərdi nüfuzun şahidi oluruq. Şair bizi

təhkiyənin «yumşaq axarına» çəkərək real, sərt həqiqətin

mənzilinə gətirib çıxarır:

Bu axşam üz-üzə oturduq yenə,

Ömrümün əvvəli, ömrümün sonu

Otursun mənimlə, dincəlsin zaman

Soyunaq bir ömrün yorğunluğunu (51 8 1 ).

Burada poetik o brazın fikri ağırlığı s ubyektin fərdi

emosional həyəcanları üzərinə düşür. Ona görə də elə ilk

baxışdan poetik obrazın subyekti qabarıq şəkildə üzə çıxır.

Poetik 0 brazın f ikri k eyfiyyətlərini m ənimsəyən s ubyekt

məhz bunun sayəsində əvvəllər özündə olmayan yeni

həyəcanlar oyatmaq və onları fəal təlqin etmək qabiliyyəti

kəsb edir. Beləliklə də, həm C.Novruzun, həm də F.Qocanın

poeziyasında tarixin zamanlar və epoxalar silsiləsi poetik

obrazın konkretliyində ehtiva olunmaq sayəsində

eyniməqamlılıq təəssüratına çevrilir və oxucunun

təsəvvürünə müasir bir anın övqatı kimi daxil olur.

Şairlərimiz XX əsrin elmi nailiyyətləri ilə köklənmiş,

zamanın harmonik ziddiyyətləri ilə gərginləşmiş əqli

təbəddülatlarla qəlbin həyəcanları, hiss və duyğuları

arasındakı konfliktlərin bədii-poetik həllinə, vəhdətinə nail olmuşlar.

103

Page 104: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Artıq xeyli vaxtdır ki, F.Sadığın və S.Rüstəmxanlının

yaradıcılığı hər şeydən əvvəl, poeziyanın zamanla, tarixlə

daxili əlaqəsinin möhkəmləndiyini ifadə edən faktlar kimi

çıxış edir. F.Sadığın orijinal və həssas dəqiqliyi,

S.Rüstəmxanlının cəsarətli və sərt publisistik müdaxiləsi

oxucunun diqqətini zamanın və tarixin qatlarına, insanlığın

yaddaşlarda əbədiləşən özülünə aparır. M.Arazın dəqiq və

həssas müşahidəsi ilə desək, «bir əli torpaqda bir əli

varaqda» yaradıcılıq yolu keçən, «dünyanın adı Vətən olan

bir parçasında öz «təsərrüfatını yaradan» F.Sadıq kövrək və

ciddi şairdir. Onun şeirləri arasından söz üstündə vicdanla

tökülmüş zəhmət və məsuliyyət tərinin ətri gəlməyən bir

nümunə belə tapmaq mümkün deyil. Ədəbi tənqidin F.Sadıq

yaradıcılığına münasibətindən danışsaq onu poeziyanın

“çox işləyib az qazanan” qara fəhləsi də adlandırmaq olar.

F.Sadığın şeirlərində bədii effekt əsasən tekstin həyati və

ideya- estetik təsəvvürlərlə ən yaxın məsafədən müqayisəsi

zamanı ortaya çıxır. Ömür sənətin əbədi təsvir və tərənnüm

predmeti olur. Lakin F.Sadıq dünyada böyük və mürəkkəb

anlam olan ömrü dünyanın ən sadə və adi predmetləri -

kibrit çöpləri ilə vasitəsiz analogiyada təqdim edir;

Bir-bir yandırılıb

öz qutusuna yığılmış

kibrit çöplərinə bənzəyir

ömürdən keçən günlər.

Bir də yanmayacaq,

ha çəkirsən çək, qarasına.

Ta əzəldən yandırma gəl.

Çöp - günlərini hədər.

Əlin bulaşacaq

bir gün qarasına (53, 147).

104

Page 105: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Bu şeirin ideya-bədii sambalı sözlərdə, misralarda

ifadə olunan məzmunda yox, daha çox, misralar və

sözlərarası poetik fonda, zamanın poetik obraz əmələ

gətirən əlaqə-keçidlərindədir. Konkret fikri ifadə edən

misralar şairin və oxucunun simasında birləşən subyektin

əks-əlaqə üçün aktiv rolunu təmin edən kontekst yaradır.

Lakin yeri gəlmişkən, belə bir faktı etiraf etməliyik ki,

Ə.Kərim, Ə.Salahzadə, F.Sadıq, F.Qoca, R.Rövşən və

Ə.Cəbrayılzadə tipli şairlərimizin poeziyasını oxucu dərhal

qəbul edə bilmir. Çünki bizim oxucular bədiiliyi və poetik

gözəlliyi daha çox şeirin bər-bəzəyinə, z ahiri effektinə

görə qiymətləndirməyə vərdiş ediblər. Bu şairlərin bizim

poeziyaya gətirdiyi əsas yenilik isə bunun əksi ilə bağlıdır.

Onların əsərləri zahiri bər-bəzəkdən, bəlağətdən, bədii

görünmək eəhdindən və həvəsindən uzaqdır. Onlar bədiiliyi

şeirin daxili strukturu, həyata ilk münasibətdən törənən

emotiv və desiqnativ qənaətlərin harmonik vəhdətində ifadə

yolu ilə əldə edirlər.

Müasir poeziyamızın diqqətəlayiq nailiyyəti olan bu

cəhəti mümkün qədər dəqiq araşdırmaq üçün əvvəlcə ədəbi

prosesin inkişafı ilə bağlı bir müşahidəmizi nəzərə

çatdırmağı vacib bilirik. Tədqiqat göstərir ki, müasir

poeziyada, əgər belə demək mümkünsə, nəsrləşmə,

nəsrimizdə isə şeir texnikasına nail olmaq cəhdi özünü

göstərir. İndi söhbət poeziyadan getdiyi üçün bu qarşılıqlı

prosesin birinci tərəfi üzərində dayanacağıq. Bu faktı

törədən səbəblər müştərək olduğundan bəzi amilləri qısaca

xatırladaq.

Kibernetik texnologiyaların bədii təxəyyülə təsiri,

yaradıcı fikrin yönünü dəqiqliyə və yığcamlığa yönəltdi.

Ümumən bədiilikdə lirik başlanğıcın güclənməsinə gətirib

çıxardı. Milli özünüifadənin konkretləşməsi və milli

müəyyənliyə ehtiyacın artması da bu prosesin məhsulu

olub, bədii yaradıcılığa nüfuz edən, sözdən istifadəni

105

Page 106: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

təkmilləşdirən əsas amillərdən idi. Artıq janrların vəziyyəti

zamanın istedad qarşısına qoyduğu «proqramla»

- bədii fikrin yığcamlığı, poetik ifadənin dəqiqliyi,

təqdimin müstəqilliyi ilə müəyyən olunurdu. Bu hal 80-ci

illərin sonlarına doğru tamamilə aydınlaşdı və bədii

yaradıcılıqda orijinallıq əlaməti kimi qiymətlənmənin

nəzəri-estetik normasına çevrildi. Bununla əlaqədar

poeziyanın adi danışıq dilini qəbul etmək cəhdi onu nəsrə

yaxınlaşdıran əsas səbəblərdən biridir. Məlumdur ki,

müasir nəsrin üslubu ənənəvi danışıq dilinə müvazi

formalaşır. Belə ki. hər bir dövrün nəsr üslubuna təsir edən

əsas amil zəmanənin canlı nitqi, təbii üslubi normalarıdır.

Əlbəttə, janrın klassik ənənələri və rəsmi informasiyalar da

bu baxımdan mühüm rol oynayır. Ümumən, müasir

ədəbiyyatda ciddi üslubi sadələşmə gedir, bər-bəzəkli

donda cilvələnən primitivlikdən xilas cəhdi və bəlağətə

qarşı daxili mübarizə aydın hiss olunur. Bizcə, bu ədəbi

fikrimizin ən böyük bədii nailiyyətlərindən hesab

edilməlidir. «Dəqiq və aydın ifadə etmək!»

- müasir nəsrin və şeirin ən yaxşı nümunələrində əks

olunan bədii axtarışları belə ümumiləşdirmək olar. Nəsrdə

Mirzə Cəlilin, poeziyada M.Füzuli, M.Ə.Sabir üslubu hər

iki növdə folklor poetikası ilə çarpazlaşır. Bu aşkar

sadələşməyə gətirib çıxarır. Onun məzmununu bədii

ləyaqətin, düşünmək mədəniyyəti ilə bərabər, ifadə və

tərənnüm imkanlarının əhəmiyyətli dərəcədə artması

əlaməti kimi qəbul etmək olar.

Ə.Kərim, Ə.Salahzadə, F.Sadıq, R.Rövşən, Salam,

T.Nurəlimovun şeirləri oxucu ilə mətindən kənar əlaqə

problemini irəli sürür. Bu, əslində xalis emosional

mühakimə üzərində qurulan meditativ şeirin poetik

imkanlarından biridir. Bizdə təkcə Ə.Salahzadənin

yaradıcılığını meditativ şeirin tələbləri baxımından nəzərdən keçirmək olar. Bu çox ağır diqqət və sözdən ifrat

106

Page 107: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

yığcamlıq tələb edən yaradıcılıq yoludur, Ə.Salahzadə

mürəkkəb fikri zənginliyə və təxəyyül imkanlarına

malikdir. Aydın məsələdir ki, tekstdən kənar əlaqə

məsələsinin tədqiqi ilk növbədə, tekstin bədii

mükəmməliyinə, sözün ifadə imkanlarına istinad etməyi

nəzərdə tutur. Yəni belə əlaqənin miqyası, poetik f onun

sərhədləri məhz tekstdə ifadə olunan fikrin təlqin və

sürəklilik gücü ilə bağlıdır. Tekstdən kənar əlaqə birbaşa

poeziyanın mürəkkəb bitməzlik və tükənməzlik probleminə

daxil olur. Göstərilən şairlərin yaradıcılığı artıq sübut

etmişdir ki, şeiri təkcə gözlə yox, həm də qulaqla, səs

ahəngini duymaqla oxumaq lazımdır. Bu mənada, həmin

poeziyanın yazılışına görə deyil, səsləş- məsinə görə təhlil

və tədqiq etmək doğru və səmərəlidir. Əks halda

həmin poeziyanı başa düşmək və

qiymətləndirmək qeyri-mümkündür. R.Rza və

B.Vahabzadənin yaradıcılığında bəzi nümunələrə rast

gəlməklə, bizdə belə poeziyaya yolu Ə.Kərim açmışdır.

Onun bir sənətkar kimi təkrarsızlığını da məhz burada

arayıb, tədqiq etmək doğrudur. Ə.Kərim, zamanın tələb

etdiyi kimi poeziya, şeir üçün bitməzliyi təkcə zəruri hesab

etməklə kifayətlənmir, həm də onun mövcudluğunu

şeirlərində poetik obraz kimi nəqş edir, əyani şəkildə

göstərirdi.

R.Rövşən və V.Cəbrayılzadənin şeirlərində sözün

mövcud, ənənəvi məzmunu başqa mənanı ifadə etmək üçün

işlədilir. Onların əsərlərində predmetin bizə məlum

mahiyyətinə istinadən, məhz həmin münasibətlə naməlum

predmetlərə və onların yeni məzmununa daxil ola bilirik.

«Düşünmək», «Göz» və «dolmaq» sözlərinin həm ayrılıqda,

həm də söz birləşməsinin tərkibində ifadə etdiyi məzmun

hamıya aydındır. Bu da məlumdur ki, «gözün dolması» insanın psixoloji halının - həm kədər, həm də

107

Page 108: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

sevinc aktında hər iki məzmunun ekstaz vəziyyətini ifadə

edir. V.Cəbrayılzadənin-

Düşünürəm, öz

dalımca gözüm dolur

(30, 61).

- misrasının poetik g ücü isə ondadır ki, şair adətən b ir

adamın başqası ilə bağlı, yaxud kənar hadisənin təsiri ilə

əlaqədar ekstaz halını fikri ifadə edən subyektin ovqatının

maksimum səviyyəsinə əlavə edir. Beləliklə də, məlum

məzmun, bizə məlum olmayan halın maksimum gərginliyini

elə şiddətləndirir ki, bu halda subyektin keçici cəhət kimi

təqdim olunan kədəri oxucu mənəviyyatının kövrək

nöqtələri ilə fəal reaksiyaya girərək milli-mənəvi taleyin

faciəsinə çevrilir. Kəskin psixoloji gərginlik fonunda

çırpınan ovqat yaratmaq və şəxsiyyətin vətəndaş sanbalını

bu anın mahiyyətində vermək yolu ilə bədii uğur qazanmaq

V.Cəbrayılzadənin poeziyasını fərqləndirən

xüsusiyyətlərdəndir.

Çayın bir yerində oyulu daşlar - Rüzgarm

oyunu, suların işi. Ömrün bir yerindən doyulmaq daşlar (29, 62).

«Rüzgarm oyunu, suların işi» kimi proses -

bənzətmələrlə metaforik vəziyyətə çatdırılan «oyulu

daşlar» ifadəsi ömrün doyulmasına analogiya olaraq

tapılmış, bayatılarımızda olduğu kimi zahirən ömrə heç bir

dəxli olmayan ilk iki misra sən demə əslində ömrün

doyulması ilə bağlı psixoloji ağırlığı ifadə etmək üçün

lazım imiş. Belə şeirləri oxuyarkən, bu tipli poetik obrazları

dərk etmə prosesində oxucuda daha nə kimi ümumi mənəvi

proseslər baş verir. Gürcü filosofu A.F.Beqnaşvili bu halın poetik sərvətlərinin istehlak-

108

Page 109: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

çısmda əmələ gətirdiyi psixoloji dəyişməni şərh edərək

yazır: «Poetik obrazda predmetlərin öz məlum normalarım

pozaraq təsir sahəsi yaratdığını müşahidə edən insan adi

təsəvvürlərin əhatəsindən qeyri-adi aləmə çıxarılır...

şairanə müraciət piyvə kruşkasını da müqəddəsləşdirir»

(173, 28).

Bu poeziya bizi düşünməyə məcbur edir və özü xalis

teks mənasında aradan çıxır, oxucu eyni ovqatda düşünə-

düşünə, şeiri əks təsir formasında davam etdirir. O, həqiqəti

bər-bəzəkdən qurtarır, əsl gözəlliyi öz donundan çıxararaq

təqdim edir. Burada gözəllik idealı mənəvi tükənməzlik aktı

kimi poetik düşüncənin predmetinə çevrilir.

Bütün zamanlarda olduğu kimi, XX əsrin hüdudlarını

aşdığımız günlərdə də, əhatəli dünyagörüşü, dərin

emosional və intellektual bədii zövqə malik müasir oxucu

da yalnız o bədii əsərləri özünə cəlb e də bilir k i, onlar

həyata sənətkar baxışın orijinallığından yaranmışdır.

Son vaxtlar poeziyamızın oxucuları torpağa, daşa,

dənizə və səmaya yazılan orijinal şeir silsilələri ilə tanış ola

bilmişlər. Bu sıradan kainata yazılmış şeirlər xüsusilə

fərqlənir. Fikrimizcə, bu kosmosun fəthi, kosmik

düşüncənin poetik təfəkkür və yaradıcı təxəyyüldəki rolu

ilə bağlıdır. V.Əziz artıq insanın dünya ilə yox, həm də

kosmosla, kainatla vəhdətinə yeni məna verir:

Göylər heyran oldu insan ağlına.

Günəşə uçmaqçün dünyaya gəldik,

Dözdük ulduzların uzaqlığına - Tənha qalmağına dözə bilmədik (47, 15).

Fikrimizcə, təkliyin ömür üçün faciə olduğunu, insan

əməlinin böyüklüyünü və humanizmi ifadə etmək üçün müəllif gözəl bədii analogiya tapmışdır.

109

Page 110: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Şair Abbas Abdullanın 20 müstəqil poetik miniature -

dən ibarət «Göy üzünə yazılmış şeirlər» silsiləsi orijinal

poeziya faktlarından biri kimi meydana çıxmışdır. Bu

şeirləri hər şeydən əvvəl şairin yer üstü, ana torpaq

haqqında göylərə xitabı kimi oxumaq olar. Onların

qəhrəmanı R.Rzanın «Rənglər», E.Mejelaytisin «İnsan»

silsilələrində tərənnüm olunan insan, müasirimizdir.

Maraqlıdır ki, bu lirik miniatürlərin iyirmisinin də adı

«dünya» sözünə müraciətlə yaranmışdır. Dünya onların

ikinci lirik qəhrəmanıdır. Burada İnsan Dünyanın başı üstə

dayanaraq onda yaşaya-yaşaya, gördüklərini düşünə-

düşünə göy üzünə həkk edir. Dünyanın və insanın yaxşılı -

pisli, ağlı-qaralı əməlləri göy üzünün müqəddəsliyində və

paklığında daha aydın görünür və bir-birindən seçilir. Lirik

qəhrəman göy üzünün ucalığından və ülviliyindən yer

üzünə boylanır və oxucuya insan haqq.ında həqiqətlər

söyləyir:

Göyüzü Tanrının ovcu Yerüzü insan

tapdağı.

Çətin olacaq qohum-əqrəbanın

Yerüzündə qəbrimə yer tapmağı.

Qəbrimi göyüzündə qazın,

Tanrının ovcu içində Baş daşıma

yazın:

Bu yaşıl sevdalı insan Bir vaxt arxası

üstə uzanıb Yerüzünün yamyaşıl bir

düzünə,

Gözlərilə şeir yazıb göyüzünə (4, 32).

A.Abdulla bütövlükdə «Ağlı-qaralı dünya» adlı

kitabında toplanmış seçmə şeirləri göstərir ki, şairin bu

silsiləsi milli folklor poetikası ilə müasir kosmik

düşüncənin uğurlu bədii təması kimi meydana çıxmışdır.

Burada özünə güvənən istedadın çılğın poetik hökmləri

110

Page 111: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

yox, vicdan və əzabla düşünüb-daşınan bir adamın

ölçülüb-biçilmiş həyat qənaətləri öz poetik əksini

tapmışdır.

Son vaxtlar poeziyamızda özünü göstərən ciddi və

xeyli düşündürücü qüsurlardan biri də poetik təkrardır.

Bunun müxtəlif formaları - mövzu təkrarı, poetik obraz

təkrarı, daha geniş yayılmış üslub - manera təkrarı, həyata

bədii münasibətin bəsitliyi və şablonluğu və s. əhatə edən

iki başlıca tipini ayırıb göstərmək olar. Birincilər,

sələflərini və ustad sənətkarları təkrarlayanlar, ikincilər

özünü təkrarlayanlar. Birinci cəhətlə bağlı belə bir

müşahidəmizi göstərməliyik ki, son vaxtlar «ithaf şeirləri»

adı altında külli miqdarda təkrarlar meydana çıxmışdır.

Qəribədir ki, xüsusən, gənc şairlər «ithaf»ı bir növ öz

istedadsızlıqlarına qalxan ediblər. Bu mənada iki görkəmli

şairə - R.Rzaya və M.Araza «ithaf»lar xüsusilə çoxluq təşkil

edir.

Özünütəkrarın yaradıcılıq üçün nə demək olduğu

yəqin ki, hamıya məlumdur. Əlbəttə, söhbət az istedadlı,

ortabab şairdən gedirsə, belə bir halın yaranmasını müəyyən

qədər başa düşmək olar. Belə halda özünü təkrarı gözlənilən

işin baş verməsi əlaməti kimi qiymətləndirmək olar.

İstedadsızın, yaxud ortababın sənətdə əhəmiyyətli, aparıcı

rolu o İmadığı k imi onun ö zünü təkrar etməsi də bədii

inkişaf üçün maneəyə çevrilə bilməz. Lakin necə deyərlər ,

istedadın bədii nailiyyəti kimi yaradıcılıq səhvi də böyük

olur və biz belə halı qəbul edə bilmirik. Belə ki, istedadsız

şairlərdən fikrimizi əyaniləşdirə bilən külli miqdarda

nümunələr çəkmək olar. Heç uzağa getmədən bir qədər

əvvəldə əsərlərini yüksək bədii məziyyətlərinə görə təqdir

etdiyimiz iki istedadlı müəllifin bir kitaba daxil edilmiş

şeirlərin özünü təkrara misal göstərməyi lazım bilirik.

Page 112: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

iki şeirə nəzər salaq: (48, 39-53)

Məhəbbətdən bir iz oldum;

Sevdim, Vahid Əziz oldum,

Görərsən ki, dəniz oldum -

Eşqi dönsə selə qızın.

(«Gəraylı»)

Dedim: Ulduz ol.

Ulduz oldun

Nə tez oldun,

Axıb getdin bir anda.

Mən səma olmalıydım

Sən ulduzum olanda

(«Dedim ulduz ol»)

Göründüyü kimi, şair h əm h əyata m ünasibətin tipi,

həm də bədii ifadə, üslub-manera baxımından özünü-

təkrara gəlib çıxmışdır. Nə qədər təəccüblü görünsə də

1962-ci ildə yaranmış, dillər əzbəri olan «Əlvida, dağlar»

şeirinin

Bəlkə bu yerlərə bir də gəlmədim.

Duman, salamat qal, dağ, salamat qal.

Dalınca su səpir yoxsa buludlar? - Leysan

salamat qal, yağ, salamat qal! (81, 19)

sətirlərindən sonra 1976-cı ildə yazılmış «Salamat qal» adlı

şeirinin -

Bulaq gördüm - uşaq kimi ərköyün.

Məni gəzər məndən qaçan ürkəyim.

Salamat qal bu dağlarda, ürəyim.

Salamat qal,

eyni misralarını bir kitabda oxuyaraq M.Araz kimi böyük

bir istedadın da özünü təkrar etdiyini etiraf etməli olur və

onun şeirlərinin müqayisəsində özünütəkrarın şeiri necə

zəiflətdiyinin şahidi oluruq. P oeziya elə tələbkar bir

gözəldir ki, o hisslərin yanmçıqlığmı görəndə əsl

istedaddan da üz döndərə bilir.

XX əsrin 80-ci illərində poeziyamızın axtarış ruhunu,

poetic simasını müəyyənləşdirən nümunələrdə daxili

12

Page 113: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

aləmin zənginliyi, hiss və duyğularının həssaslığına

güvənən lirik qəhrəmanlara tez-tez rast gəlirik. 80-ci illərdə

məlum oldu ki, bizim düşünən, həssas qəhrəmanların

müəllifləri ciddi bir məsələni unudublar. Axı, hisslər i nsan

x arakterinə t əkcə z əriflik, intellektual mədənilik yox, həm

də sərtlik təlqin edir.

İnsanın mübarizə meydanı ürəkdir, xarakterin zəifliyi

kimi sərtliyi də məhz burada formalaşır. İstedadlı şair Sabir

Rüstəmxanlının «Gəncə qapısı» şeirlər toplusu bizim üçün

belə bir mühüm həqiqəti sərgilədi ki, müasir oxucuya və

dövrümüzə təkcə «intellektual zəriflik» yox, həm də

poeziyanın sərt xeyirxahlığı lazımdır. Hərçənd Azərbaycan

oxucusuna poeziyanın sərt xeyirxahlığının klassik

M.Ə.Sabir nümunəsi çoxdan məlumdur. Lakin bu, estetik

qənaət müasirdir, çünki dövrün özü, böyük həyat vəzifələri

mübariz lirik qəhrəmanın surətini tələb etdi. S.Rüstəmxanlı

qəhrəmanının diqqətini xalqın mənəvi keçmişinə, tarixin

yaddaşlarda itib batmaqda olan səhifələrinə yönəldir. Şair

oxucunun taleyini bir tarixin faciə simvolu kimi

poetikləşdirdiyi Gəncə qapısının qarşısına gətirir. «Salam,

Gəncə qapısı» şeiri müasirimizin öz yaddaşı ilə dialoqu

kimi yaranır. Qədim qapı lirik qəhrəmanın - bizim

adımızdan danışan şairin daxilindəki vətəndaşlıq

duyğularını ayağa qaldırır.

Bilmirəm nə vaxt

açdım səni,

kimin üzünə?

Fəlakətin üzünə,

dərdin, qəmin üzünə...

Bağlamaq çətin oldu

Sonra açıq yolları.

Nələr getdi, nə zaman

Hansı darvazalardan Vətən boyda bazardan?

Page 114: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Tarixini unudan, onun ayaq altına sərib rütbəsini bir

çin artıran «alimciyəz tarixbazları, öz kökündən çoxdan

qopub, kökdən yazan oyunbazları» görəndə şair dözə

bilmir. Onun sözü qəzəbdən don geyir:

Uluların bu qalanı

ucaltmışdı elin üçün,

yurdun üçün, sənin üçün.

Sənsə yıxıb daşıyırsan

toyuğunun hini üçün!..

Qədim bir yurd uçuğundan

daş aparmaq - qənimətin...

İndimizə yük olduğun bəs deyilmiş.

Kökünə də od vurursan bu millətin!

Şair üçün ən böyük məziyyət xalqın sakit səsi olmağı

bacarmaqdır. Lakin S.Rüstəmxanlı görür ki, bizdə zamanın

poeziya dili ilə söylənilən müdrik pıçıltılarına qulaq

tıxayanlar, «...əl vura-vura yatanlarımız hələ də vardır».

Məhz buna görə də öz ənənəvi məzmunu ilə sülh, xoşbəxt

həyat vəd edən «barışmaq» sözü S.Rüstmxanlının şeirlərinə

xalqın tarixi taleyindən narahatlığın bədii simvolu kimi

daxil olur. Onun yaşıdı olan cənublu şairin dilindən dediyi

«barışıq» sözü tarixin ədalətsiz hökmünə müasirlərimizin

haqlı ittihamı kimi səslənir:

Barışıqlar kitabını açıb

baxın varaq-varaq,

Qol qoymuşam

barmağımı öz qanıma batıraraq!..

Barışmışıq -

bir millətin əlifbası iki olub!

Mənzil mənim, yol da mənim,

Çəkdiyimsə özgələrin yükü olub

14

Page 115: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Həyatda ən mühüm olanı, mahiyyətində spesifik fikir

gizlənəni ustalıqla seçmək, onun poetik tutum imkanlarını

dəqiqləşdirmək yolu ilə şeirin «maddi özülünü»

müəyyənləşdirmək S.Rüstəmxanlının fərdi yaradıeılıq

xüsusiyyətləridir. Heç kəs fikir verməyib ki, niyə övladın

adını əbədiləşdirmək üçün anaya abidə qoyuruq. Bizcə bu,

xalqın öz kökünə, doğma torpağına məhəbbətini ana

obrazının ülviliyində tapmağın simvoludur. Ana heykəlləri

övladı torpağa bağlayan qırılmaz köklərdir. Bu mənada

şairin narahatlığı tragik mahiyyət kəsb edir:

Təkcə analar ağlamasın,

Analar ağlayanda dözə bilmirəm.

Sahilsiz ümmandır ana kədəri,

Onu sona kimi üzə bilmirəm.

Əlbəttə, ana solsa, xalqı öz kökünə bağlayan kök

quruyar. S. Rüstəmxanlı bütün anaları, ana Vətəni, ana

təbiəti, ana torpağı, ana dilini - xalqın kökünü qorumağa

çağırır.

S.Rüstəmxanlının poetik təxəyyülü özümüz və

zəmanəmiz haqqında həqiqəti axtarmaq üçün təkcə tarixin

və yaddaşın laylarını qaldırmaqla kifayətlənmir, eyni

zamanda müasirlərimizin əməllərini sınaqdan keçirir.

Oxucunu «gələcəyin tarixini necə yaradırıq?!» sualı ilə

düşündürür. Beləliklə də «Səttar Bəhlulzadə küçəsi

haqqında şəhər sovetinə açıq məktub» şeirini oxuyur və

gələcək qarşısındakı məsuliyyətimiz barəsində fikirləşməli

oluruq.

S.Rüstəmxanlının şeirlərinin təqdirəlayiq

keyfiyyətlərindən biri həyatda müşahidə etdiyi təzadların

harmoniyasını tapmaq və onu metaforik səviyyədə

oxucunun mühakiməsinə yönəltmək cəhdidir. Nə qədər adi görünsə də ümumən orijinal olan

115

Page 116: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

«Məktəb zəngi» şeirindəki «Demirəm bir həftə, bir saat, bir

dəm» misrasının S.Vurğunun məşhur «Mən tələsmirəm»

şeirinin misralarını xatırlatmasını istəməzdik. Ana torpağa,

doğma kəndə, kökə, keçmişə və tarixə bağlılığı

S.Rüstəmxanlı yaradıcılığının ona əhəmiyyətli bədii uğur

qazandıran əlaməti kimi təqdir edirik. Lakin geniş miqyasda

düşünən, bütün insanların taleyi üçün narahatlıq keçirən bir

şairin -

Üç addım yer ayır kənd qəbristanlığı

Günlərin birində qayıdacağam -

deməsinə (bu hiss nə qədər doğma və kövrək olsa da)

bəraət qazandıra bilmirik. Çünki onun «Kənd yolu», «Bu

qış da dağlara gələ bilmədim» kimi şeirlərində də əsas yer

tutan bu əhval-ruhiyyə ilə demək olar ki, bütün müasir

poeziyamız az qala «şivən qoparır». Belə yazmaq artıq

şablona çevrildiyi üçün öz bədii dəyərini və təsirini

itirmişdir.

Lirikada xəyal və idrakın psixoloji vəhdəti həm

fəlsəfi intellektual üslub, həm lirik - romantik üslub, həm də

XXI əsrin önlərində post modernist yöndə axtarışlar aparan

şairlərin yaradıcılığı üçün xarakterikdir.

Azərbaycan ədəbiyyatı XXI əsrə müxtəlif

mərhələlərdən keçərək daxıl olmuşdur. Bu mərhələləri

yaxınlaşdıran və fərqləndirən cəhətlər vardır. Bizcə bütün

ədəbi dövrlərdə olduğu kimi III minilliyin ilk illərində də

ədəbi prosesi səciyyələndirən əsas əlamət II minilliyi

tamamlamış əsrin bədii axtarışlarının inertiv olaraq davam

etməsidir. Ən azı ona görə ki, XX əsrə yeni ədəbi mərhələ

kimi daxil olmuş 60-cılar nəsli XXI əsrdə ömürlərinin və

yaradıcılıqlarının kamillik dövrünü yaşamaqda və

yaratmaqdadır.

116

Page 117: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Ədəbi-tarixi prosesin təcrübəsi göstərdi ki, sovet

rejiminin çökməsi və milli istiqlal epoxasmın təşəkkülü

60-cı illər ədəbiyyatına qarşı durmadı, əksinə onun sovet

dövründə mətnaltı mənalarla, rəmzlər və eyhamlarla ifadə

etdiyi estetik idealları təsdiqlədi, daha vüsətli yaradıcılıq

axtarışlarına tarixi şərait yaratdı. Bununla bərabər,

ədəbiyyat bəzi mövzulara və estetik məramlara da yeni

meyarlarla baxmaq zərurəti qarşısında qaldı. Məsələn, 70

illik sovet rejimi dövründə cənub həsrətini tragik ideal kimi

tərənnüm edən poeziya sərhədlər açıldıqdan sonra bir qədər

çaşqın vəziyyətdə qaldı. Bununla belə bu gün də poeziyanın

cənub ağrıları hələ sağalmayıb, həm Cənubi Azərbaycan

şairlərinin, həm də Şimalda yaşayanların bədii inikas hədəfi

olaraq qalmaqdadır.

Nəsr və dramaturgiya əvvəlki əzmi ilə lirik-psixoloji

usIubda öz ləngərli axtarışlarını davam etdirməkdədir.

Hərçənd ki, nəsrin bir zaman azadlıq həsrəti ilə daxili

aləmlərinin gücünə güvənərək mübarizə aparan adi

adamlardan ibarət qəhrəmanları indi bir o qədər də

cazibədar görünmür. 60-cı illərin 80-90 cı illərdə

meydanlara axışıb milli liderə çevirilmiş qəhrəmanları

azadlığa düşdükdən sonra vərdiş etmədikləri bu mühitdə

sanki təngiməkdədir. Onların zərif daxili aləmlərinə azadlıq

havası qəfildən daxil oldu. Onlar indi bu havada necə

yaşamaq haqqında düşünməkdədirlər, bizcə hələ öz

yerlərini tapmaqda çətinlik çəkirlər.

Bunu ədəbi prosesdə 60-cılarla yeni, məhz milli

istiqlal dövrünün yetirməsi olan postmodernistlər

arasındakı konfliktdən də görmək olar. Əslində, nəsillərin

qarşılıqlı ittihamı çağdaş ədəbi prosesin əsas enerji

mənbələrindən biri, onu hərəkətə gətirən başlıca

mexanizmdir.

Elə ilk beş ildən ədəbiyyatda - istər nəsr, istər

dramaturgiya, istərsə də poeziyada mövzu, üslub, janr və

117

Page 118: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

başqa ədəbi cərəyanlarda istiqamətlər öz müasirliyi,

yeniliyi və müxtəlifliyi ilə seçilir.

Son illərin poeziyasına nəzər yetirərkən, ümumi

qənaət belədir ki, çağdaş poetik fikir özünün mükəmməl

nümunələri ilə bərabər, həm də yorucu, usandırıcı və mövzu

eyniyyəti ilə də l'unksionallığım davam etdirməkdədir.

Süni üslubi bəzək poeziyada özünü doğrulda bilməz.

Çünki poeziya ədəbiyyatın təəssüratdan alınmış dəqiq və

konkret inikasıdır. Plexanov yazmışdır: «Çoxlu elə əsər var

ki, onlar bədii cəhətdən böyük dəyərə malik deyillər, lakin,

incəsənət tarixi üçün material olmaq etibarilə çox

əhəmiyyətlidirlər». Düşünürük ki, bu gün poeziyanın

inkişaf dairəsini daraldan, zəiflədən başlıca iki amildir: 1.

əsassız tərif; 2. avtoritetlərə pərəstiş.

Poeziya istiqlal epoxasının insanların qarşısına

çıxardığı problemləri, işğal olunmuş vətənin dərdi ilə

yaşayan, məcburi qaçqın və köçkün həyatı keçirən, qəfil

kapitalizmin özü ilə gətirdiyi sosial-iqtisadi çətinliklər

burulğanında çabalayan əhalinin mənəvi iztirablarını

kifayət qədər təcəssüm etdirə bilmir. Az qala üzündən gülüş

qeybə çəkilmiş hüznlü xalqın tarixi-taleyinə biganədir.

Ötən əsrdəki kimi poeziyanı illərə, nəsillərə

bölgüsünün təsnifatından deyil, şairlərin - avanqard,

simvolist, modernist, rasionalist, postmodernist və başqa

meyl etdikləri istiqamətlərdən yeri gəldikcə söz açacağıq.

XXI əsrə poeziya müxtəlif axınlar, meyllərlə daxil

olmuşdur. Keçən əsrin son onilliyində ciddi nəzərə çarpan

bu istiqamətlər bu gün də davam etməkdədir.

Lakin d iqqətimizdən yayınmayan b ir xüsusiyyət də

poeziyada uzun-uzadı gedən bəzi eksperimentlərin

nəticəsiz qalmasıdır. Belə ki, on illərlə gedən

eksperimentlərin bəzi şerlər kimi üç nöqtələrlə bitməsi

18

Page 119: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

absurddur. Bəlkə də qərb düşüncələrindən başlayan meyllər

Şərqdə formalaşıb, bitginləşə bilmir. Böyük rus tənqidçisi

V.Belinski yazırdı: «Hər hansı bir xalqın ədəbiyyatının

mənbəyi xarici bir təsir, yaxud kənardan edilən bir təkandan

deyil, yalnız həmin xalqın öz dünya görüşündə ola bilər...»

(21) Ümumiyyətlə dünyagörüşü ədəbiyyatın mənbəyi və

əsasıdır.

Son dövrün ən yaxşı poeziya nümunələrini mövzu və

üslub baxımından bir neçə istiqamətə ayırmaq olar:

1. Vətən həsrəti, Qarabağ müharibəsinə həsr olunan

(ənənəvi milli realist) şerlər, poemalar;

2. Lirik-fəlsəfi şerlər, yaxud Allaha yaxınlıq, filosof

(fəlsəfi təmayül) ədası ilə mühakimələr;

3. Postmodernist, polifonik, yaxud qərb meyllərinin və ya tərcümənin təsiri ilə yazılan şeirlər.

Azərbaycan jurnalının «İncilər» bölməsində Molla

Pənah Vaqifin qoşmalarına, Məhsəti Gəncəvinin

rübailərinə. Molla Vəli Vidadinin, Abbas Səhhətin, Rəsul

Rzanın şeirlərinə. Şah İsmayıl Xətainin, Həbibinin.

İmadəddin Nəsiminin qəzəllərinə yer verilməsi,

klassiklərimizin əsərlərini bir daha xatırlamağımız çox

əhəmiyyətlidir. İndi isə sanlı klassiklərin ötən ilin

poeziyasına bəxş etdiyi yeniliklərə nəzər salaq:

Təbii ki, ənənələrə sadiq qalaraq, poeziyada,

ümümiyyətlə ədəbiyyatda kifayət qədər öz sözünü demiş

şairlərimizin şerləri - Fikrət Sadiqin öz ənənəvi üslubunda

yazdığı şeirləri. Fikrət Qocanın «Azadlıq şərqisi» poeması.

Nəriman Həsənzadənin «Poylu - beşiyim mənim», İbrahim

Göyçaylınm «Mənim nağıl ruhum», «Çalış özün ol»,

«Gələn günlərim»; Qabilin «Səksən». «Nə yazım ki, kim

inanar ki», «Deyil», «Kamilin qaboyu», «Bilə-bilə»,

Bəxtiyar Vahabzadənin «Təəssüf!»

119

Page 120: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

şein: Günlər keçir, aylar keçir ömürdən,

Ömür keçir, nə sən sənsən, nə mən mən.

Hər günümüz bir addımdır ölümə.

Bu gerçəkdən içim sığmır çölümə.

oxucular tərəfindən həmişəki kimi maraqla qarşılandı.

Adil Cəmilin «Görə-görə», «Çökürkən yaşamaq»,

«Bu yol», «Gedirəm işıq gələnə», «Sonuclama»; Musa

Ələkbərlinin «Bu Vətən bədbəxtdi», «Tanrıya xitab»;

Rizvan Nəsiboğlunun «Məni», «Bu şəhər ölüb deyəsən»,

«Tək çinar», «Gözləyir», «Səbirsiz adam»; Zirəddin

Qafarlının «Küsmüşəm», «Gedir», «Deyən olmadı»,

«imkan verin xeyirxahlığa»; Rəfail Tağızadənin «Payız

tablosu»; inqilab Isaqın «Bəlkə dünya tanıya», «Quşcuğaz»,

Natiq Qubadoğlunun «Yoxdu», «Ömürdən ölümə k imi»,

«Həsrət yağışı» şeirlərində həm mövzu, usIub, obraz, həm

də şairlərin həyata yanaşma, müdaxilə üsulları çox yaxındır.

Adlarını sadaladığımız şairlər - insan və zaman

münasibətlərindən, bütövlükdə zamanın insan qarşısında

qoyduğu ən amansız taleyüklü məsələlərindən,

sosial-iqtisadi problemlərdən, əgər belə demək mümkünsə

orta səviyyədə bəhs etmişlər.

Ənənəvilik, istər fəlsəfi görünmək ədası, istərsə də

poetik forma baxımından klassiklərdən yaradıcı bəhrələnmə

bu növ poeziya üçün səciyyəvidir. Hər halda adlan çəkilən

şairlər ədəbi prosesdə qabarıq görünməyə çalışan,

modernist poeziyada öz milli xarekteri ilə fərqlənməyə nail

olmuşlar. Fəqət bu fərq müstəqil poeziya təmayülü kimi nə

estetik, nə də poetik baxımdan hələlik formalaşa

bilməmişdir.

Xanım şairləri arasında F.Məmmədli öz poetik

fikrinin sanballı, həyata fəal müdaxiləsi, həyat

həqiqətlərinə orijinal yanaşma tərzi və onu əks etdirmək

120

Page 121: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

imkanları ilə fərqlənməkdədir. Xəyal və idrak onun

poeziyasının əsasında dayanır.

Həqiqi şair xalqa və millətə məxsus ən gözəl, mənəvi

psixoloji keyfiyyətləri məhz öz fərdi, subyektiv

«mən»indən keçirərək lirik duyğular formasında poeziyaya

gətirir. «Şairin yaradıcılıq fəaliyyətinin mənbəyi, onun

şəxsiyyətində ifadə olunan poetik ruhundadır, buna görə də

onun əsərlərinin, r uhunun və xarakterinin izahım birinci

növbədə onun şəxsiyyətində axtarmaq lazımdır» (Belinski).

Firuzə Məmmədli həm poeziyası, həmçinin

şəxsiyyəti ilə oxucunun qəlbinə nüfuz edən istedadlı

şairlərimizdəndir. Poeziyada onun özünəməxsus üslubu,

şeirə yanaşma tərzi və sözə ehtiramı var. Akademik V.

Vinoqradovun yazdığı kimi - «Fərdi üslub, insanın rəngidir.

Öz üslubu olmayan adamlar gecə qaranlığında görünməyən

pişik kimi nəzərə çarpmırlar».

Firuzə xanımın Qarabağ mövzusunda yazdığı son

şeirlərdən birinə diqqət yetirək:

A yurdum, a yuvam, haqqım Qarabağ,

A köçkün, didərgin, qaçqın Qarabağ.

Bəxtimdə dərd adlı daşqın Qarabağ,

Bitsin əsir ömrü sürməyin daha.

Firuzə Məmmədli şeirlərində yalnız ənənəvi

mövzuları deyil, həmçinin dünyanın 'problemlərindən də

söhbət açır. Məsələn, o «Quş qripi» şerində xəstəliyin

özündən deyil, məhz bizim adət-ənənəmizə vurduğu

zərərdən bəhs edir:

Toyuqların

bətnində Öldü

Novruz bayramının al-əlvan rəngləri.

121

Page 122: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

«Klassik irs, mənəvi gözəlliyə və əxlaqi kamilliyə

vurğunluğu yalnız bizim yox, bütün dövrlərin və nəsillərin

ehtirası kimi ifadə etməkdə bizə kömək göstərir». Ustad

tənqidçi Yaşar Qarayevin məqaləsindən gətirdiyimiz bu

misal Mahcamalın poetik aləminə daxil olmağa açar verir.

Onun şerlərinin emosionallığının, estetik təsirinin mənbəyi

tarixi zəminə bağlılığındadır. Mahcamalın məhz klassik şer

şəkilində yazdığı - qəzəllər, mürəbbe, təxmis və bir də

İmadəddin Nəsimiyə yazdığı «Nəzirə» çox uğurlu

alınmışdır. İstər qəzəl, mürəbbe, təxmisdə, istərsə də başqa

şeir şəkillərində ilahi sevgi və Vətənə məhəbbət tərənnüm

olunur:

Anan Vətən tənha canım Üzən olub.

Sinəsinə dağ dağların düzən olub.

Qəm ümmanı tanıyanı üzən olub.

Batar bir gün, deməz bir gün gəl imdada.

Bağışlamaz, bağışlansa. Vətən yada.

Xalqımızın milli sərvəti - muğamı haqqında yazdığı

qəzəldə deyilir; Ol muğam sirli məqam, dürlü kəlam xanəsidir. Xoş avaz ilə müdam xanədə zil, bəm yaradır.

Qeyd etdiyimiz kimi, postmodernist, modernist,

yaxud qərb cərəyanlarının və ya tərcümənin təsiri ilə

yazılan şeirlər də az deyil. Bu gün müasir ədəbi prosesdə

ənənəvi, realist ü slubla yanaşı, avanqard, «modern» şeir

formaları geniş istifadə olunmaqdadır. Belə ki son illər,

müasir dövrün şairləri fikri sadə dillə deyil, dolayısı yolla,

həmçinin çaşdırıcı üsullarla oxucuya çatdırır. Əvvəllər

poeziya ən qlabal məsələləri - bəşəriyyət, kainat,

müharibələr və s. kimi məsələlərin həllinə çalışırdısa, indi

müasir insanın kiçik bir hissini götür-qoy edir. «Cəmiyyət

daxili və gizli həyatıyla uyuyur: röyasını şair görür və

122

Page 123: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

sayıqlamalarını şair eşidir» (Nəcib Fazil Qısakürək).

Fərdi poetik üslub ümumi üslubi meylin daxilində

formalaşır, onu tərkibcə zənginləşdirir. Lap əvvəldən,

yaradıcılığının ilk mərhələsində şairin fərdi üslubunun necə

formalaşacağını onun ilk şeirlərindən meyl etdiyi üslubi

tendensiyanın ümumi xarakterinə, estetik prinsiplərinə görə

təyin etmək olar. Təsadüfi deyil ki, hər bir gənc şairdə

əvvəlcə müəyyən üslubi meylin, yaxud müəyyən bir

görkəmli müəllifin təsiri olduğu müşahidə edilir. Bu

mərhələdə şairin fərdi üslubunu dəqiq ayırmaq mümkün

olmur. Bəzi şairlər isə bütün yaradıcılıqları boyu meyl

etdikləri üslub istiqamətindən ayrıla bilmir.

Şairin istedadlılığının bir sənətkar kimi

formalaşmasının ilkin əlaməti mənsub olduğu üslubi meylin

«ənənəvi» tələbini qıra bilməsi, cazibəsini dəf edə

bilməsindən ibarətdir. Fikrimizcə, çağdaş poeziyada

ənənəni qəbul edib, onun zəminində yetişərək, ənənə

buxovunu vaxtında qıran və poeziyada yeni poetik

konstruksiyalar quran şair Çingiz Əlioğlu olmuşdur.

O, Avropa poetik modellərini istedad və uğurla

Azərbaycan şer mədəniyyətinin arsenalına gətirdi.

Azərbaycan poeziyasında ilk və ən mükəmməl -

postmodernist «şer qəlibi» məhz, Çingiz Əlioğlunun

qələminin məhsuludur. Onun «Qum saatı - İlbiz və ilan»,

«Şəhid», «Qohum», «Cəbhəyanı bölgə həyatı»,

«Aynabənd» və s. maraqlı adsız şerləri diqqəti cəlb

etməkdədir. Bu yerdə Fikrət Sadiqin estetik-fəlsəfi fikri

cərəyanları kontekstində yazılmış bəzi şerlərini də qeyd

etmək vacibdir: - «Qum saatı». «Olmaz», «Pərakəndə və

bütöv», yaxud da Qəşəm Nəcəfzadənin «Qul saatları»,

«Ölçü» şeirləri. Belə qənaətə gəlmək olar ki. son dövrlər

şairləri dünyanın zaman bölgüsü, yaxud da zamansızlıq

daha çox düşündürmüşdür. Məsələn, hər üç şairin «Qum

saatı» və ya «Qul saatı» adlı şeiri bunu deməyə əsas verir.

123

Page 124: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Bu sıraya bənzərsiz poeziyası hələ açılmamış sirr

olaraq qalan Ələkbər Salahzadənin özündə millilik və

bəşəriliyi vəhdətdə uğurla əks etdirən şerlərini də əlavə

etmək olar.

Müasir postmodernist cərəyan «uğurlu - və ya

uğursuz» davam etməkdədir. Və bu təmayülü davam etdirən

Salam, Qulu Ağsəs, Mahir Mehdi, Səlim Babullaoğlu, Sabir

Sarvan, Murad Köhnəqala, Xanəmir, Nuridə Atəşi,

Rəsmiyyə Sabir və Səhər kimi şairlərimizdir. Bu təmayülün

uğurlu yolçularından olan Səhərin bir neçə misrasına diqqət

yetirək;

Yolboyu,

Bayram libaslı ağaclar

Günəşsə getməyə

tələsir.

Hər şeyi yarımçıq qoyub.

Yaxud

Yorğun bazar günü

Sabah nazlı-nazlı

oyanar.

Mətbəxtdə payız qoxusu

Səhər yeməyinə yağış

var.

Postmodernizm təmayülünün əlamətlərinin ehtiva

olunduğu poeziya nümunələri sırasında Adil Mirseyidin

şeirləri özəlliyi ilə seçilir. Fikrə orijinal baxışı və müəllif

lokonikliyi oxucunu şeirin aurasında saxlaya bilməsi,

həmçinin mövzu müxtəlifliyi - onun şerlərinin uğuru sayıla

bilər. «Gecikmiş məhəbbət», «Röyalarımın şəhəri», «Bir

yay gecəsinin şeri», «Tənhalıq prinsi», «Xatirə» və s. Adil

Mirseyidin dünyagörüşünün və poetik təfəkkürünün

müəyyənləşməsində qərb ölkələrinin təcrübəsi hiss olunur.

Onun bəzi şerlərində sistemsizlik, yaxud da fikirlər

arasında qınqlığın müşahidə olunması bu təsirdən hasilə

gəlib. 124

Page 125: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Akademik B əkir Nəbiyev yazır: «Əsil poeziya o nu

oxuyanın, eşidənin daxili mənəvi dünyasını təlatümə

gətirir, adamlarda nəcib fikirlər, incə duyğular oyadır,

estetik zövqü tərbiyə edir».

Müasir şeirin uğurlu poeziya faktı kimi orijinal fərdi

üsluba malik olan şair Ramiz Rövşənin «Nəfəs» kitabını

qeyd etmək lazımdır. «Nəfəs» R.Rövşənin bütün

yaradıcılığını əks etdirən, silsilə poetik kəşflərlə zəngin

möhtəşəm poeziya abidəsidir.

Həm Çingiz Əlioğlunun, həm də Ramiz Rövşənin

hələlik son kitabları müasir Azərbaycan poeziyasının

ümumbəşəri səviyyəsini əks etdirən, tənqidin və tədqiqatın

xüsusi diqqətini gözləyən əzəmətli poetik toplulardır.

Poeziyamızın müxtəlif inkişaf mərhələləri üzərində

aprardığımız m üqayisəli m üşahidələr z amanı d iqqətimizi

cəlb edən bir məqam da təkrarçılıqdır. Yaxud da bir

tədqiqatçı kimi məni narahat edən poetik eyniyyətdir.

Poeziyamızın ciddi qüsurlarından biri çağdaş

şairlərimizin dilə münasibətində yol verdikləri

məsuliyyətsizlik, sözü amansızcasına yükləməkdir. Qərbdə

yaranmış estetik-fəlsəfi fikir cərəyanlarının təsiri ilə milli

poeziyada şeir nümunələri yaratmaq cəhdi şeirimizin ritm,

ahəng, qafiyə sisteminə zərbə vurmaqla yanaşı, dil

qanunlarının pozulması ilə nəticələnir.

Əsrdən əsrə, minillikdən - minilliyə keçid dövrünün

müşahidələri belə qənaətə gəlməyə imkan verir ki, ədəbi

proses heç də, həmişə tarixi tərəqqinin iddialarına cavab

vermir. Tarix inkişaf etdikcə, ədəbiyyat da inkişaf edir -

kimi absurd fikir hər dəfə özünü doğrultmur. İki əsrin və iki

minilliyin qovuşuq və ayrılıq məqamı təbii ki, dövlət

müstəqilliyimizin tarixi taleyində özünü doğrultdu. Fəqət

ədəbiyyat, xüsusilə də poeziya ilə bağlı belə inamlı

mülahizələr söyləmək çətindi. Hər halda, çağdaş poeziya ilə bağlı gileyi söyləməzdən əvvəl, obyektiv həqiqəti aşkara

125

Page 126: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

çıxaran tarixiliyə istinad edərək bir neçə mülahizəni

söyləməyə bilmərik.

I. Çağdaş Azərbaycan poeziyası əsrin əvvəllərində

öz klassiklərinin simasında fəlsəfi-intellektual poeziya

təmayülünü inamla davam etdirir. Biz bu mülahizəni irəli

sürərkən B. Vahabzadənin, F.Sadığın, Ç.Əlioğlunun,

Ə.Salahzadənin, R.Rövşənin, R.Behrudinin, V.B.Ödərin,

V.Səmədoğlunun, V.Bəhmənlinin və başqa şairlərin

axtarışlarını nəzərdə tuturuq.

II. Heca vəzni və xalq şeiri üslubunda yazan şairlər -

M.Yaqub, Z.Yaqub, N.Həsənzadə. F.Məmmədli və başqa

şairlər yeni minillikdə də poetik fikrin inkişafında əvvəlki

fəallıqla iştirak edirlər.

III. Posmodernist istiqamətdə yeni novator formalar

tapmağa, həyat həqiqətini yeni rakurslardan təqdim etməyə

cəhd etmiş şairlər - Ç.Əlioğlu, Q.Ağsəs, M.Mehdi, Aqşin,

S.Babullaoğlu, Ə.Əsgəroğlu, B.Sadıq, Səhər və başqaları

poeziyamıza yeni nəfəs gətirməyə çaışmışlar.

Bədii əsərin təkamül prosesi yüzilliklərdir sübut edir

ki, nəsr və dramaturgiya yox, məhz poeziya tarixi inkişafın

heç bir qanuna uyğunluqlarına tabe olmur. Bununla biz heç

də böyük Aristotelin « poeziya tarixdən daha ciddidir» kimi

məşhur tezisinə etiraz etmək fikrində deyilik. Lakin hansı

vəzndə yazılmasından asılı

olmayaraq, öz a həngində i nsan q əlbinin r itmini q oruyan

poeziya min il bundan sonra da insan qəlbinin ilahi

döyüntülərini tarixin uca zirvələrindən keçərək

əbədiyyətə aparacaqdır.

Dramaturgiyadan və nəsrdən fərqli olaraq poeziyada,

təxminən eyni imzalara rast gəlinir. Lakin bir sıra

şairlərimiz var ki, onlar son illər poeziyanın ağır çəkisini

qoruyub saxlayır, əzmlə müasirliyini və tarixiliyini illərdən

- illərə ötürürlər. «Azərbaycan» jurnalının poeziya guşəsi

Azərbaycan xalqının böyük elm xadimi, mərhum

126

Page 127: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

şairimiz Bəxtiyar Vahabzadənin şeirləri ilə başlayır:

«Gülüstan - Qarabağ», «Əl açdıq göylərə», «Bir rica»,

«Vicdan şahidliyi», «Üçüncü göz könül gözü», «Gecikmə»

və «Dünyaya gəlməmiş». Xalqının yüz illər boyu təşəkkül

tapmış milli-mənəvi dəyərlərinin qorunması, adət-

ənənələrinin yaşadılmasından, azərbaycançılıq

məfkurəsindən çox saylı əsərlər, şeirlər yazan şair, sonda

böyük müqəddəs bir yolun dar dalanında «Dünyaya

gəlməmiş» şerini təqdim edir:

Yolum dar dalana dirənib artıq.

Sağ-solum dağ-dərə, qarşım qaranlıq.

Çaşmışam, ağlım da çatmır dadıma.

Özüm hay verirəm öz fəryadıma.

Düşdüyüm dalanın yoxmudur sonu?

Dünyaya gəlməmiş hardan bileydim.

Dünyanın bu qədər puç olduğunu (15).

Bu ənənələri davam etdirən, xüsusilə vətənpərvərlik

mövzusuna müraciət edən şairlərimizdən Ələmdar

Quluzadənin, Firuzə Məmmədlinin, Zeynal Vəfanın,

Kəmalə Nəsrinin, Taleh Həmidin, Əzizə Ağahüseynqızmın,

Şövkət Həzin Horovlunun, Sultan Mərzilinin, Mahirə

Abdullanın, bir sıra şeirlərini misal gətirmək olar. Bu sırada

Ələmdar Quluzadənin poeziyası özünə diqqəti daha çox

cəlb edir. Son on beş-iyirmi ildə Azərbaycan xalqının

başına gələn bütün faciələr Ələmdar Quluzadə poeziyasında

öz əksini tapmışdır. Onun poeziyasını «Qarabağnamə»,

«Vətənnamə» də adlandırmaq olar. Müharibənin ilk

günlərindən, bu günümüzə qədər onun tükürpədici şeirləri

«Gözlə Xocalı, gözlə», mükəmməl poemaları «Qarabağ

oyunu», «Şəhid şəhər», «Alay komandiri» və sair kimi digər

şeirləri, poemaları və kitabları, oxucular tərəfindən ürək yanğısı ilə oxunmuşdur.

127

Page 128: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Ələmdar Quluzadənin poeziyasının böyüklüyü onun

milliliyində və müasirliliyindədir.

Tarixin təkrarı vecimə deyil,

Səhvlərin təkrarı üşüdür məni

Son illər şairin «Vətən eşqi», «Bir şəkillə söhbət»,

«Ehtiyac», «Keçib», «Hara tələsirik ki», «Dərzi sənə

qurban olum» şeirləri nəşr olunmuşdur. Aşağıdakı şeirdə

şair vətənə məhəbbətini sadə amma çox poetik dildə ifadə

etmişdir:

Qartal kimi millənərəm göylərə

Lələyimdə vətən eşqi görərsən.

Çəmən olub, ayağını öpərəm.

Çiçəyimdə vətən eşqi görərsən.

Tütəyimlə dağı-daşı dindirdim.

Mən yandıqca alovlanar təndirim.

Poeziyada digər m araqlı f akt, şairlərimizin, klassik

şeir janrlarına - qəzələ, qoşmaya, bayatıya olan meylidir.

Orta əsrlər Azərbaycan və yaxın Şərq ədəbiyyatının

bənzərsiz lirik janrı olan qəzələ marağın artması müasir

ədəbi prosesin diqqətəlayiq hadisəsidir. Bu hər şeydən

əvvəl, onunla bağlıdır ki, poeziyada novatorluq ənənəyə

münasibətin konkretliyindən irəli gəlir. Yeni əsrin

əvvəlindən bu günümüzə qədər bu nəcib janrda yazıb-

yaradan Mahcamalın və Sona Xəyalın qəzəlləri

diqqətəlayiqdir. Mahcamalın «Bağışlamaz», «Qaytar»,

«Gəlmir», «Bənövşə», «Çəpər keçir». Nigar Rəfıbəyliyə

yazdığı - təxmis və bir də «Olasan» qəzəli poetik siqləti ilə

seçilir.

Dəli şeytan mənə eylər belə tən, «canıva qadam»

Qəzet aç, ya da ki, jurnal, olasan sən də adam.

Gəzəsən şəstilə dünyadan alıb hər cürə kam.

128

Page 129: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Belə bir işlə bütün aləmə səyyar olasan,

Gərək ol cürət üçün şeytana həmkar olasan. Öz-özündən

də gərək çox yazasan şöhrət üçün, Alasan gündə mükafat

sözünə hörmət üçün.

Düzəsən şəklini hər yerdə nida, heyrət üçün.

Eyləyib diqqəti cəlb, çox kəsə dildar olasan.

Gərək ol cürət üçün şeytana həmkar olasan.

Ötən illərdə vətənpərvərlik mövzusunda yazdığı «Çəpər

keçir» qəzəli isə daha maraqlıdır:

Bağlarımız çəpər-çəpər, bölüm-bölüm, dilim-dilim.

Kəsik-kəsik, Vətən gəlir göz önünə, yanır dilim. Necə

söküm çəpərləri bütöv olsun Azərbaycan, Nə vaxtacan nalə çəksin, saçın yolsun Azərbaycan?

Mahcamalın

bənzəmir. Sənətə,

sibətdə şairin

poetikdir.

poeziyada mövqeyi heç kəsə

həyata, həyat həqiqətlərinə müna-

münasibəti özünəməxsus, baxışı

Yazaram, mən nə o Sabir, nə də Pünhan olaram.

Azı rişxənd hədəfi tazə qəzəlxan olaram Ölənimdən,

gedənimdən, əzəlimdən yazaram.

Qəmi eşq içrə üzəndən, xəzəlimdən yazaram.

Qəzəl fəlsəfi fikri ifadə etməyin ən gözəl, poetik şəklidir.

Qəzəl gözəlliyi vəsf edən ən mükəmməl lirik şeir formasıdır.

Lakin gözəl keyfiyyətlərlə yanaşı bu gün poeziyada tənəzzülü əks

etdirən bir neçə əlamət özünü göstərməkdədir:

1) Şeirə pafoslu adın qoyulması. Şeirə pafoslu, diqqəti

cəlb edən uzun ad qoyulur, mətni oxuyub başa çıxırsan, həmin addan şeirdə heç bir əlamət tapmırsan.

129

Page 130: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Burada sual meydana çıxır; görəsən şair nə demək istəyir? Ad?

Yoxsa poeziya?! Gəlin bəzi şeir adlarına diqqət yetirək: Mina

Rəşidin «Bəlkə çoxunun keçə bilmədiyi sədləri keçmişəm»,

«Aşkım gəlib görsəydin ölmüşəm neylərdin?», «Dəmir vaqonlar

və didərgin körpələr» əvəzinə - «keçmişəm», «neylərdin»,

«didərgin körpələr» adları daha lakonik və daha maraqlı

səslənmirmi? Yaxud Hikmət Məlikzadənin - «İblisdən dərs aldıq

adam şəklində», «Dünən səni gözlərimə mismarladım yuxu

kimi», «Gecənin ahəngini pozur enməyə tələsən təyyarələrin

uğultusu», «Göy yerdən yekəydi, yer olmayanda» və s. k imi şer

adları daha çox hekayə cümlələrinə bənzəyir. Yaxud, «Vətən

mənim yerim hanı?» deyərək vətənə yersiz suallar verənlər də

var. Güloğlan Dünya:

Yada sinə gərə -gərə

Ögeyliyi görə-görə

Parçalandıq neçə yerə

Vətən mənim yerim hanı?

2) Meyxanavari şeir. Bir zamanlar hamımız mərsiyyə və

meyxana poeziyasının yasaq olduğundan şikayətlənirdik. Allaha

çox şükür ki, nə klassik mərsiyyə ustalarının - Racinin,

Qumrunun, Dəxilin poetik irsinin öyrənilməsinə, də meyxana

sənətinin təbliğinə heç bir əngəl yoxdur. Meyxanaçılarımız sözün

həqiqi mənasında həm mətbuatda, həm də efirdə istədikləri kimi

meydan sulayırlar. Lakin bizi narahat edən özgə bir təmayüldür -

meyxanavari şeir. O şeir ki, hələ XIX əsrin əvvəllərində öz

epiqon xarakteri ilə böyük Mirzə Fətəli Axundovu narahat

etmişdi. İndi isə şairlərimizin bəzi şeirlərinə diqqət yetirək. Ətraf

Alməmməd oğlunun şerindən bir parça:

130

Page 131: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Qapım döyüldü:

- kimsən?

- sən.

- Açdım. - Kim? - Salaməleyküm.

- əleykümmə salam.

Söhbətimiz bununlada bitdi.

Vəssalam, bir yaşlı adam

Ərklə keçdi içəri.

Qamətini bir qədər əymişdi

Yaşadıqca çiyinlərinə atdığı illəri,

Həm mənə oxşayırdı.

Həm də rəhmətlik atama.

Çox şeylər düşdü yadıma

Baxdıqca bu adama.

Mövzu baxımından bəlkə də maraqlı bir esse yazıla bilərdi,

amma, poeziyadan çox, meyxanaya yaxındır. Yaxud Əkbər

Qoşalının şeirinə baxaq:

Atamızdan olmuşuq

atamızdan olmuşuq.

Atamız dan olmuşuq

«axşam» ola bilmərik.

Biz söz ilə böyüdük Bir

söz ilə böyüdük,

“axşam” ola bilmərik.

3) Son illər onlarla elə şeirlər çap olunub ki, onların

müəlliflərini yalnız jurnal və qəzet toyxanalarının tamadalarına

bənzətmək olar. Çünki bu şeirlər qohum əqrəbaya, qonşuya,

dosta həsr o lunmuş tostlardan u zağa getmir. Belə şeirləri

oxuyanda Sovet dövrünün əmək qəhrəmanlarına yazılmış

nümunələr (o dövr üçün bu hardasa maraq doğururdu) yada düşür:

131

Page 132: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Dağların başında günəş doğanda

Dağların qoynunda bir qız doğuldu.

N.Xəzri «Günəşin bacısı».

Yaxud Maral dedi bir qardaşın

Sənə Tərlan,

Maral kimi boylanırsan

Cərgələrin arasından.

N.Həsənzadə.

Diqqətinizə çatdırdığım şeir parçalarındakı qəhrəman

yaşayır, poeziya isə ölüb. Bıı Azərbaycan şeirinin acı bir

təcrübəsidir. O dövr üçün belə şeirlər insanlarda əməyə, torpağa

həvəs, yaşamaq üçün müəyyən stimul verirdi. Bu gün isə belə

şeirlər yalnız məhdud dairəni (həsr olunmuş qəhrəmanın

yaxınları üçün maraqlıdır) özünə cəlb edir. N əzərinizə

çatdırdığım bu cəhət heç də həyatında hər hansı bir itkinin acısını

yaşamış, onun psixoloji sarsıntılarından doğan səmimi fikirlərə

aid deyildir. Əksinə, poeziyanın və oxucunun səmimiyyətə

həmişə ehtiyacı var. Belə şeirlərdə şair öz hissjərini oxucusu,

oxucu isə misralarla bölüşür. Adil Cəmilin torpaq, qələm və

oxucu ilə bölüşdüyü kimi:

Ağlaya bilmirəm qəbrin önündə

Göz yaşı gizlicə axır içimə Səndən

ayrı düşən ağlar günümdə Ağlaya

bilmirəm, məndən incimə.

Məni ovundurar göz yaşı çətin.

Xəyalın yolundan yığışmır ata,

O qədər böyükdür sənin həsrətin

Gözümün yaşına sığışmır ata.

«Ağlaya bilmirəm»

132

Page 133: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Yaxud, Fərqanə Mehdiyevanın:

Gəzirəm qərib-qərib Nə

ümid var, nə inam Adam

qalmır soruşam Hayana

gedib anam?

Dindirəndə can deyən

Adımı qoyub gedib.

Möcüzəyə bax Allah,

Dəli kimi sevdiyi.

Atamı qoyub gedib.

«Hayana gedib anam?»

Sona Xəyalın:

Sinəmdə qövr edən ana dağıdır, Elə

bilirəm ki, dörd yanım gedib. Ay

ellər, ömrümün xəzan çağıdır.

Bir-bir illərimi sayanım gedib.

Daha itirmişəm hesablarımı.

Gizləyə bilmirəm hesablarımı Təzə

nəşr olunan kitablarımı Öpüb göz

üstünə qoyanım gedib.

Və bir də Əjdər Olun - «anamı xatırladım»:

Qızcığazım anlamır,

anam olub mənim də,

bilmir ki, anam kimi,

dayanıbdır önümdə.

Bilmir nə gündə idim

Onun dəfn günündə

Page 134: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Anamı xatırladım... - bu kimi şeirlər təbii, səmimi hissləri

tərənnüm edir və oxucuya səbirli olmağı, hər şeyə rəğmən

həyatını davam etdirməyə, yaşamağa güc verir.

Şeirlə səmimi rəftar edən şairlərimizdən biri də Qəşəm

Nəcəfzadədir. Şeirləri ayrı- ayrı mövzularda olsa da, sanki

biri-birinin davamıdır. Onun poeziyasını ümumiləşdirib belə

adlandırmaq olar - «Həyat etüdləri». Həmişə gənc ruhlu şair hələ

d ə ya bir fənn m üəlliminə vurulur, ya da skamyada ad yazan

aşiqi xatırladır:

Sahil bağında Skamyalara yazılmış

adlar İslanmış sərçələr kimi

civildəşirlər Vaxtülə biz də sevmişik.

İndi biz bu adlara təsəlli olmayaqmı?

Lakin şairin şeirlərində yaratdığı təkrar ifadələr o qədər də

uğurlu alınmır, əksinə oxucunu yorur, şairin incə ruhlu şeirlərinə

kobud ahəng qatır:

Yaxşı ki, mən sənə zəng elədim Yaxşı

ki, sən də telefonu söndürdün Yaxşı ki,

mən də səbəbini soruşdum Yaxşı ki, sən

də məni sevmədiyini Söylədin. «Atət sayağı».

Qulu Ağsəs belə bir maraqlı fikirlə cıxış edir: «ötən ilin

poeziyasına baxanda xeyli gözəl nümunələr görürəm. Arasında

az da olsa özümü də görürəm». Şairin aşağıdakı şeir nümunəsinə diqqət edək:

134

Page 135: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Bunu ancaq sənə danışıram.

Bircə balama;

Kasıb evində bağlanmış Turşu

bankasıdır atan Ağzı hərdən açılır ~

Bayramdan-bayrama.

Sənin dünyaya gəlişin də Bayramdı

deyə.

Mövzuya müasir yanaşaraq, onu müxtəlif rakurslardan

işıqlandırıb, oxucunu yormadan, onun ruhunu incitmədən ən

çətin problemləri həyatın tempinə, axırına cilalayan şeirlərdən

danışmaq istərdim. Həmişə müasir, modern yazıları ilə Çingiz

Əlioğludan:

Həyat enerjisi hansı filizdə Gizlənib,

kim bilir...bəs neçə faiz?

Sənə bəxş olunub., .məlum deyildir.

Balayar Sadiqin adsız şeirlərindən:

İlahi bu daş kor olacaq Gözünə tökülən

sükutdan...

Yaxud

həsrətinin ad günüdür... gözlərim

kədər dolu qədəh sənin sağlığına...

Maarif Soltandan:

Deyirlər vaxt gələcək...

O vaxt nə vaxt gələcək?

Bir may səhəri günəş doğanda?

Bir qaranlıq gecəmi

Kədər məni boğanda?

Yasəmən fəslindəmi,

Ömrün sevgi çağımı? Bəlkə elə indidən qızdırim otağımı

135

Page 136: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Qoy gəlib üşüməsin,

Qoy gəlib düşünməsin.

Səyyarə Məmmədlidən:

Gəldiyi yolların sonunda

Qoyulan

Nidalı sual işarəsinə bənzəyir

Əsalı qocalar.

Kəramətin, Nisəbəyimin, Zahid Sarıtorpağm şeirlərini də

bu təmayülə aid etmək olar. Poeziya özünü bir çox istiqamətlərdə

sınamış, eksperimentlərlə çalışmış və bu eksperimentlərin bir

qismi milli poeziya örnəkləri sırasına qatılmışdır.

Gətirilən misallar XXI əsrdə poeziyamızın məhz psixoloji

özünüifadə baxımından müxtəlif çalarda olduğunu əks etdirir.

Belə hesab edirik ki, heç bir nəzəri tezislə lirikanın kəskin

psixoloji aləmini səciyyələndirmək olmaz. Lirika özü özünü

təqdim e dir və səciyyələndirir. Tədqiqatçı alim H.Qasımov doğru

olaraq yazır; “Lirik şeirin predmetinin müəyyən edilməsi lirika

nəzəriyyəsinin ən çətin problemidir... Lirikanın əsas əlaməti

hissdir. Lakin bu hiss müstəqil, subyektiv və daxilən bitkin olur.

Burada hissin açılması heç bir əlavə şərh qəbul etmir və müəyyən

fakt kimi qavranılır” (72, 12).

Xəyal və idrak, duyğu və intellekt qəlblə beyin arasındakı

əbədi konfliktdən doğulan müasir lirik poeziyanın əsas

atributlarıdır. Lirik monoloq, konflikt vəziyyəti lirikanın əsas

bədii poetik vasitələri, üslubi əlamətləri kimi özünü daha qabarıq

göstərmədədir. Lirikanın gücü buradadır ki, şair özünə kənardan

baxa bilmir, özünü lirikanın predmetinə çevirir, özü həm subyekt,

həm də obyekt olur. Ona görə də fəlsəfi özünütəhlil lirik şeirdə

aparıcı yer tutur. Orta əsrlər Azərbaycan lirikası, onun ən bitkin

janrı olan qəzəl özünütəhlil üzərində qurulmuşdur.

Page 137: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

NƏTICƏ

Müasir Azərbaycan lirikası bütövlükdə XX əsrin şeir

mədəniyyəti üzərində yüksəlir və bir mərhələ kimi bərqərar olur.

Onun əsasında ötən əsrin həm realizm, həm də romantizm

bədii-fəlsəfi cərəyanlarının poetik ənənələri dayanır. Ümumən

XIX əsrə qədər əsasən lirik növə məxsus janrlar üzrə, yəni

poeziya ilə təmsil olunmuş Azərbaycan ədəbiyyatında fəlsəfi

poeziya (Xaqani, Nizami, Nəsimi) və romantik poeziya (Füzuli)

aparıcı mövqelərdə olmuşdur. Məsələn, dahi Nizaminin «Xosrov

və Şirin» dastanı, eləcə də böyük hürufı mütəfəkkir İ.Nəsiminin

bir çox şeirləri romantik xarakterdədir. Həmin nöqteyi-nəzərdən

M.Füzuli sadəcə romantik deyil, onun romantikası ciddi fəlsəfi

əsaslara malikdir. Qeyd edək ki, ədəbiyyat kimi sinkretik bir

sənət növü ilə bağlı mütləq hüdudlara varmaq doğru deyil. Burası

da bəllidir ki, «bütün sənət növlərindən ən kamili bədii

ədəbiyyatdır» (Belinski). Bədii ədəbiyyatın poetik və fəlsəfi

sinkretizmi nəinki incəsənətin digər növlərinə təsir edib, başqa

sözlə desək, onları yaradıb, hətta özü haqqında elmi

ədəbiyyatşünaslığı da sinkretik bir elm kimi formalaşdırıb. Böyük

rus alimi D.S.Lixaçov doğru olaraq yazır: «Hər şeydən əvvəl

ədəbiyyatşünaslığın öz strukturuna nəzər yetirmək lazımdır.

Mahiyyət etibarilə ədəbiyyatşünaslıq müxtəlif elmlərdən

yaranmış buketdir. Bu bir elm deyil, vahid materialla, vahid

tədqiqat obyekti - ədəbiyyatla birləşmiş müxtəlif elmlərdir» (154,

249).

Azərbaycan ədəbiyyatını dünyanın digər

ədəbiyyatlarından fərqləndirən budur ki, bizim yazılı ədəbiyyat

min iki yüz il müddətində ( VIII əsrdən, şairə Zübeydə Xatundan

üzü bəri!) poeziya şəklində mövcud olub. Ona görə də XX əsrin

son çərəyinin, XXI əsrin ilk onilliyini noetik ənənələri olduqca

güclüdür.

137

Page 138: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

XX əsr Azərbaycan ədəbiyyatı XIX əsr rus ədəbiyyatına

uyğun gəlir (Akademik Məmməd Cəfər). XX əsr Azərbaycan

ədəbiyyatı M.Füzulidən sonra poeziyanın yenidən çiçəklənmə

dövrünü yaşadı; M.Ə.Sabir, M.Hadi, H.Cavid, M.Müşfiq,

S.Vurğun, R.Rza, B.Vahabzadə, Ə.Kərim, M.Araz.

XX əsrin 60-cı illərindən şeir iki mühüm istiqamətdə

inkişaf etdi: fəlsəfi- intellektual poeziya və lirik-romantik şeir.

Fəlsəfi-intellektual poeziya təmayülünün başında Rəsul Rza,

lirik-romantik şeir təmayülünün başında M.Müşfiq və S.Vurğun

dayanırdı. Birinci təmayül əsasən R.Rzanın «Rənglər» şeirlər

silsiləsindən, ikinci təmayül «Yenə 0 bağ olaydı» poetik

simfoniyasmdan, S.Vurğunun «Ala gözlər», «Şair, nə tez

qocaldın sən», «Ceyran», «Dünya» lirik miniatürlərindən

istiqamət (və enerji) alırdı.

«Şeir nədir?» sualına Müşfiq belə cavab verib; «Məncə

həqiqi şeir divanədir... Odur ki, onu zəncirləmək nahaqdır. Burax

onu! Burax istədiyi kəlmə qəliblərinə girsin... Sözlərim nəsihət

deyildir... Amma mən böylə duymaqdayam» (57, 85). Müşfiqin

müasiri, XX əsrin 20-ci illərində Bakıda fəaliyyət göstərmiş

məşhur ədəbiyyat tarixçisi və nəzəriyyəçisi İsmayıl Hikmət də

eyni cür düşünürdü; «İlham pərisinin büllur kərdəninə istibdad

zənciri vurulmaz, ipək saçlarma istiqlal çələngləri hörülər» (63,

10).

Azərbaycan poeziyasında lirikanın tarixi çox qədimdir.

Akademik H.Araslı belə nəticəyə gəlir ki, «XIII-XIV əsrlərdə

Azərbaycan şeirində təriqət görüşləri əsas yer tutursa da, XV

əsrdən etibarən Azərbaycan ədəbiyyatında məhəbbət lirikası

istiqamətverici rol oynayır» (11,42).

Lirizm XX əsrin 60-cı illərindən etibarən Azərbaycan

(eləcə də dünya və keçmiş sovet) poeziyasının əsas xüsusiyyəti kimi ön plana keçir. Bunu rus şairəsi Olqa

138

Page 139: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

Berqqoltsun «Lirika haqqında» məqaləsi ətrafında gedən

mübahisələr (bu mübahisələrdə 50-dən artıq məqalə yazıldı) və

S.Vurğunun Sovet Yazıçılarının ikinci qurultayına poeziya

haqqında məruzəsi (1954) yaxşı əks etdirir.

Azərbaycan poeziyasının yeni mərhələsini yaradan

Ə.Kərim, B.Vahabzadə, M.Araz, H.Arif, F.Qoca,

M. Yaqub, S.Rüstəmxanlı, Ə.Kürçaylı, Qabil, X.R.Ulutürk,

İ.İsmayılzadə, Ə.Salahzadə, V.Səmədoğlu, M.İsmayıl, R.Rövşən,

Ç.Əlioğlu kimi ünlü sənətkarlar lirikaya daha böyük önəm

verdilər. Bu hər şeydən əvvəl 60-70-ci ilbrin tarixi-ictimai təbiəti

ilə bağlı idi. Bir neçə səciyyəvi ədəbi- tarixi, mənəvi-psixoloji

səbəbləri qeyd edək:

II Cahan müharibəsindən qalib çıxmış SSRİ bütün

dünyanın imkanlarından bəhrələnərək vüsətli inkişaf çevrəsinə

däxil oldu, artıq 50-ci illərin əvvəllərində ölkədə ETİ

(Elmi-Texniki İnqilab) başlamışdı. 1953-cü il martın 5-də dəmir

rəhbər İ.V.Stalin qəflətən vəfat edəndən sonra 1956-cı ildə XX

qurultayda sakit və liberal adam olan

N. S.Xruşşov şəxsiyyətə pərəstişi tənqid etdi. SSRİ-də,

«Xuruşov mülayimləşməsi» adlanan dövr başladı, sərhədlərindən

köçəri quşlar belə keçə bilməyən polad imperiyada müəyyən söz

və fikir azadlığı, demokratik asudəçilik yarandı, elə bu zaman

dünyada ilk insan - sovet adamı kosmosa uçdu, tarixdə ilk dəfə

insan üçün yer kürəsinə kənardan (bütöv!) nəzər salmaq imkanı

yarandı, növbəti qurultayda kommunizmin tərifi verildi və bu

cəmiyyətə keçid hazırlandı. Bütün bunların sayəsində

ədəbiyyatda, xüsusilə poeziyada insan amili ictimai borc amilini

üstələdi, kommunist ideologiyasının ədəbiyyatda təzahür (və

təzyiq!) şəkli olan sosialist realizmi bədii yaradıcılıq metodu və

onun əsas ruporu olan müsbət qəhrəman deformasiyaya uğradı.

Belə bir dövrdə insanın mənəvi aləminə diqqət ümumən

ədəbiyyatda lirik-

Page 140: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

psixoloji üslubu yaratdı, bütün ədəbi növlərdə lirizm bədii-fəlsəfi

keyfiyyət, lirika isə janr olaraq ədəbiyyatda ön plana keçdi.

Lirik poeziyada şair «mən»i zamanın adından danışmağın

vasitəsinə çevrildi, şairin poetik özünüifadəsi sənətkar

müşahidəsinin arsenalı olaraq təzahür etdi. Bu halda bədii

yaradıcılığın psixologiyasında bir neçə problem həlledici idi;

poeziyada lirizm psixoloji özünütəhlil vasitəsinə çevrildi;

lirikada müəllif başlanğıcı gücləndi və lirik qəhrəmanın

təmsilçisinə çevrildi. Adətən, konkret bədii obrazsız lirik

poeziyada şairin və zamanın adından danışan lirik xarakter

deklorativ bəyanatlarla çıxış edirdi. Lirikada insan

psixologiyasının təbiət faktoruna köçürülməsi sayəsində

psixoloji parallelizm formalaşdı. Təbiətin insaniləşməsi, yaxud

insanın təbiətə köçürülməsi (M.Yaqubun, H.Arifin, Z.Yaqubun

şeirlərində!) psixologizmin təsiri ilə bağlı idi.

Lirik qəhrəmanın psixoloji aləmi insanın zaman, cahan və t

əbiətlə m ünasibətləri müstəvisində f ormalaşır. Əslində

mövzusuz olan lirikada mövzu, zaman və qəhrəman üçlüyü

psixoloj münasibətlərin aydınlaşdırılması vasitəsinə çevrilir.

140

Page 141: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

ISTIFADƏ EDILMIŞ ƏDƏBIYYAT

Azərbaycan dilində

1. Abdullazadə A. Əli Kərimin poetik üslubu // Azərbaycan

jurnalı, 1974 №7, s. 170-176

2. Abdullazadə A. Şairlər-və yollar. Bakı: Elm, 1984, 224 s.

3. Abdullayev C. Səməd Vurğunun poetikası. Bakı; Gənclik,

1976, 159 s.

4. Abbas Abdulla. Ağlı-qaralı dünya. Bakı: Gənclik, 1980, 68

s.

5. Adilov M. Məhəmməd Füzulinin üslubu və poetik dili.

Bakı: Maarif, 1996, 554 s.

6. Ağayev Ə. Azərbaycan sovet poeziyası (1920-1970-ci

illər). İnkişafın əsas meylləri // Azərbaycan jurnalı 1974

№ 1-10

7. Axundov A.A. Şeir sənəti və dil. Bakı: Yazıçı, 1980, 159 s.

8. Axundov M. Seçilmiş əsərləri: 3 cilddə, III c., Bakı;

Şərq-Qərb, 2005, 296 s.

9. Allahverdiyev V. Müasir Azərbaycan poeziyasının inkişaf

meylləri (1945-1965-ci illər). Bakı: NDA, 1999, S.34

10. Ahşanov Ş. Sözün estetik yaddaşı. Bakı: Elm, 1994, 225

11. Araslı H. Böyük Azərbaycan şairi Füzuli. Bakı:

Uşaqgəncnəşr, 1958, S.42

12. Aristotel. Poetika. Bakı: Azərnəşr, 1974, 192 s.

13. Aytmatov Ç. Yaradıbdır inam məni mən inamın

övladıyam.

14. Azərbaycan jurnalı, 1974, №1-10

15. Azərbaycan jurnalı, 2008, № 1

16. Azərbaycan gözəlləri Bakı: Azərnəşr, 1991, 642 s.

17. Babayev N. Tənqidin ədəbi prosesdə rolu // Azərbaycan

jurnalı, 1980№1

141

Page 142: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29. 30.

32.

33.

34.

35.

36.

Babullaoğlu S. İlyas Köçmənin şəkil dəftəri. Bakı:

Mütərcim, 2009, 103 s.

Bayramov Q.F. Lirik qəhrəman və zaman. Bakı; Elm,

1986, s. 140

Belinski V.Q. Seçilmiş məqalələr. Bakı: Uşaqgəncnəşr,

1948, 142 s.

Belinski V.Q. Seçilmiş məqalələri. Bakı: Gənclik, 1979,

228 s.

Bəhmənli V. Can dəftəri. Bakı: Çinar-Çap, 2008, 189 s.

Binnətova A. Demokratiya və milli müstəqillik uğrunda

mübarizənin Azərbaycan poeziyasında əksi (1985-1992-

ci illər). Bakı: NDA, 1995

Bualo N.D. Poeziya sənəti. Bakı: Azərnəşr, 1969, 184 s.

Cabbarlı C. Əsərləri: 4 cilddə, IV c., Bakı: Şərq-Qərb,

2005

Cabbarlı N. Yeni nəsil ədəbiyyatı. Bakı: Elm, 2006, 380

s.

Cabbarlı N. Yeni nəsil ədəbiyyatı-2. Bakı: Qanun, 2008,

218 s.

Cabir Novruz. İnsan himnləri. Bakı, 1978

Cəbrayılzadə V. Səssiz otaqların səssiz qapısı

Cəbrayılzadə V.Unutdular məni, unutdular // Azərbaycan

jurnalı, 1978 № 8

Cəfər Ə. Füzuli şeirinin vəzni. “Məhəmməd Füzuli” elmi

tədqiqi məqalələr. Bakı, 1958

Cəfərov M. Sənət yollarında. BakuGənclik, 1975, 368 s.

Dörd şair - qırx dua. Bakı: Atilla, 1999, 96 s.

Elçin. Azərbaycan ədəbi poeziyasında nə baş verir? Nə

etməliyik, necə etməliyik. “525-ci qəzet”, 2009, 1 avqust

Elçin. Ədəbiyyatımızın yaradıcılıq problemləri. Bakı:

Təhsil, 1999,564 s.

Elçin. Seçilmiş əsərləri: 10 cilddə, VII c., Bakı; Çinar- Çap, 2005

142

Page 143: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

37. Əbdülhəsənov T. Müasir Azərbaycan şeirində siyasi lirika.

Bakı: BDU nəşriyyatı, 1998, 144 s.

38. Əliağa Vahid. Qəzəllər. Bakı: Şərq-Qərb, 1993, 360 s.

39. Əlibəyova G. Bədiilik və ədəbi proses // Azərbaycan jurnalı,

1974, №4

40. Əlioğlu Ç. Ruhumin həndəsəsi. Bakı: Qapp Poliqraf, 2003,

384 s.

41. Əlioğlu Ç. Sevgi oyunları. Bakı: Təhsil, 2000, 244 s.

42. Əliyev R. Adiliyin böyük poeziyası. “Ədəbiyyat və

incəsənət” qəz., 1976, 28 avqust

43. Əliyev R. Poeziyanın təbiiliyi. Bakı: Yazıçı, 1982, 96 s.

44. Əmin Abid. Heca vəzninin tarixi // Maarif işçisi jurnalı,

1927, №6-7,5.43-61

45. Əsədova A. Dağ bozumtul. Bakı: Şur, 2008, 120 s.

46. Əsgəroğlu Ə. Sabahını itirməyən adamlar. Bakı: Adiloğlu,

2003, 168 s.

47. Əziz V. Ulduzlara gedən yol.

48. Əziz V. İllərin baharı. Bakı, 1980

49. Fəxri Z. Qalmaz belə, qalmaz dünya. Bakı: Adiloğlu, 2008,

496 s.

50. Fikrət Qoca Ömürdən anlar. Bakı: Gənclik, 2000, 320 s.

51. Fikrət Qoca. İnsan xasiyyəti. Bakı: Gənclik, 1980

52. Fikrət Sadıq. İşlə ev arasında. Bakı: Gənclik, 1997, 180 s.

53. Fikrət Sadıq. Yerdən göyə ümid. Bakı: Yazıçı, 1981, 231 s.

54. Füzuli M. Əsərləri: 6 cilddə, 111 c., Bakı, 1996

55. Gülxani R. Fikrət Sadığın poetikası. Bakı: Şirvannəşr, 2008,

348 s.

56. Heydər Əliyev Azərbaycançılıq məflcurəsi. Bakı:

Azərbaycan Universiteti Nəşriyyatı, 2002

57. Həsənzadə N. Tariximiz, taleyimiz. Bakı, 2002, s.85

58. Hüseynov A. Nəsr və zaman. Bakı: Yazıçı, 1980

59. Hüseynova-Quliyeva S. Lirik qəhrəman probleminə dair.

Azərb. SSR EA “Xəbərlər” 1974 № 3

143

Page 144: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

60. Hüseynoğlu T. Söz - tarixin yuvası Bakı; Azərnəşr, 2000,

165 s.

61. Xəlilov Q. Lirikamızda müasirlik //Azərbaycan jurnalı,

1961 № 12

62. İmanov M. Müasir Azərbaycan nəsrində psixologizm.

Bakı; Yazıçı, 1988

63. İsmayıl Hikmət. Əruz və heca vəznləri // Maarif və

mədəniyyət jurnalı, 1924, № 6, s. 10

64. Kəramət.Xaosun harmoniyası. Bakı; Vektor nəsrlər evi.

2007, 185 s.

65. Kərim Ə. İntellekt və poeziya. “Azərbaycan gəncləri” qəz.,

1969, 15 aprel

66. Kərim Ə. Seçilmiş əsərləri. Bakı; Lider, 2004, 336 s.

67. Kürçaylı Ə. Səfərə çıxıram. Bakı; Azərnəşr, 1965, 212 s.

68. Qabil. Seçilmiş əsərlər. Bakı; Azərnəşr, 1988, s. 113

69. Qarayev Y. Meyar şəxsiyyətdir. Bakı; Yazıçı

70. Qarayev Y. Poeziya və nəsr. Bakı; Yazıçı, 1979, 198 s.

71. Qardaşxan Əziz. Ürəyin axdığı yerdən. Bakı; Adiloğlu,

2001

72. Qasımov H. Azərbaycan şeirinin poetikası. Bakı; ADPU

nəşriyyatı, 1997, 143 s.

73. Qasımzadə. Q. Seçilmiş əsərləri. Bakı; Azərnəşr, 1988

74. Qəşəmoğlu Ə. Postmodernizm; yarımçıq dünyagörüşünün

məhsulu. “Ədəbiyyat qəzeti”, 2005, 4 mart

75. Quliyev K. Lirika müasirlik və qəhrəman. Bakı; Yazıçı,

1988, 184 s.

76. Quliyeva S. Müşfiqin sənət aləmi. Bakı; Yazıçı, 1988, 184s.

77. Quluzadə Ə. Mənə söz verin. Bakı; Ozan, 1981, s. 145

78. Quluzadə M. Füzulinin lirikası. Bakı; Azərb. SSR EA

nəşriyyatı, 1965.

79. Mehdiyev R. Heydər Əliyev və Azərbaycançılıq. “Heydər

Əliyev və Azərbaycançılıq məfkurəsi”. Bakı; Azərbaycan,

2002

144

Page 145: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

80. Məmməd Araz. Aylarım, illərim. Bakı: Yazıçı, 1979

81. Məmməd Araz. Oxucuya məktub. Bakı: Gənclik, 1978

82. Məmməd Araz. Seçilmiş əsərləri: 4 cilddə, 11 c., Bakı:

Ozan, 2003, 332 s.

83. Məmməd Arif. Gümüşü, narıncı... “Ədəbiyyat və

incəsənət” qəz., 1973, 13 oktyabr

84. Məmmədli F. Dilək yaxasına dönnəm yenidən. Bakı:

Vektor Nəşrlər evi. 2006, 256 s.

85. Məmmədli N. Füzulinin “Leyli və Məcnun” əsərində

təsəvvüf və onun bədii ifadə sistemi. Bakı: NDA, 2000

86. Məmmədov A. Nəsrin poetikası (XIX əsrin II yarısı).

Bakı: Elm, 1990

87. Musayeva İ. Vaqif Səmədoğlunun poeziyası. Bakı: NDA,

2001, 30 s.

88. Müşfiq M. Seçilmiş əsərləri: 3 cilddə, 1 c..

Avrasiya Press, 2008, 244 s.

89. Nəbiyev B. Çətin yollarda. Bakı: Elm, 2000, 780 s.

90. Nəeəfzadə Q. Qadının ölümü Bakı, 2007, 140 s.

91. Nəsibova N. Müasir Azərbaycan lirikasında

konsepsiyası. Bakı: NDA. 1995, 259 s.

92. Nizami Gəncəvi Sirlər xəzinəsi (fıloloji tərcümə). Bakı:

Elm, 1981

93. Nurəli T. Tənha payız yarpağı. Bakı: Araz, 2003, 228 s.

94. Pənahova Y. Nəriman Həsənzadənin lirikası. Bakı: Şərq

Qərb, 2001, 144 s.

95. Pənahova Y Nəriman Həsənzadənin lirikası.

NDA, 2004, 26 s.

96. Pərvanə S. Bu mənəm. Bakı: Mütərcim. 2002, 56 s.

97. Rəsul Rza. İnsan şəkli. Bakı, 1964

98. Rövşən R. Göy üzü daş saxlamaz. Bakı

99. Rövşən R. Nəfəs. Kitablar kitabı. Bakı: Qanun,

760 s.

100. Rüstəmova A. Klassik Azərbaycan poeziyasında qəzəl.

Bakı: Elm, 1990

Bakı:

insan

Bakı:

2006,

145

Page 146: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

101. Salahzadə ə. Gözlər baxır dünyaya. Bakı: Yazıçı, 1979,

135 s.

102. Salahzadə Ə. Xatirə çiçəyi. Bakı: Yazıçı, 1982, 144 s.

103. Salam. Yolu qarşıla. Bakı: Qanun, 2001, 120 s.

104. Salmanov Ş. M. Poeziya və tənqid. Bakı: Yazıçı, 1987, 208

s.

105. Sarvan S. Şir bürcü. At ili, it günü. Bakı: Mütərcim, 2006,

232 s.

106. Səfərli E. Sabir Rüstəmxanlının fərdi yaradıcılıq üslubu.

Bakı: Qanun, 2003, 208 s.

107. Səfərli Ə. Yusitli X. Azərbaycan ədəbiyyatı tarixi. Bakı:

Ozan, 2008

108. Səfərov A. Bədii yaradıcılığın psixologiyası. Azərb. SSR

EA “Xəbərləri’k 1977, № 4, s. 29-35

109. Səmədoğlu V. Mən burdayam, İlahi... Bakı: Gənclik, 1996,

440 s.

110. Səmədoğlu V. Uzaq-yaşıl ada. Bakı: Gənclik, 1999

111. Svetaeva M. Yuxusuzluq.Bakı: Qapp-Poligraf, 2000 84 s.

112. Şəmsizadə N. Müsbət qəhrəmanin ədəbi taleyi.

“Yaradıcılıq metodu məsələləri”. Bakı: Elm, 1989

113. Şəmsizadə N. Tənqidin ədəbi prosesdə rolu. Bakı: Tural

NMP, 2003, 340 s.

114. Vahabzadə B. Çinar. Bakı, 1956

115. Vahabzadə B. Seçilmiş əsərləri: 2 cilddə, 1 c., Bakı: Öndər

nəşriyyatı, 2004, 328 s.

116. Vahabzadə B. Şerimiz haqqında bəzi mülahizələr.

“Ədəbiyyat və incəsənət” qəz., 1955, 23 oktyabr

117. Vurğun S. Əsərləri: 6 cilddə, V c., Bakı: Elm, 1972, 426 s.

118. Yaqub M. Nanə yarpağı. Bakı: Sabah, 1996, 388 s.

119. Yusifli C. Sabir Rüstəmxanh: yaddaşın poetikası. Bakı:

Qanun, 2006, 72 s. 120. Yusifli C. Filoloji fantaziya. Bakı: Qanun, 2007, 224 s.

146

Page 147: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

121. Yusifli V. Poeziyanın yolları və illəri (1960-20ü0-ci illər).

Bakı: Mütərcim, 404 s.

122. Yusifov X. Nizaminin lirikası. Bakı, 1968

123. Zaurlu V.Poeziyanın inkişaf yolları. BaknOzan, 1997,

1 1 2 s .

124. Zəka R. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1992, 404 s.

Rus dilində

125. Арноудов M. Психология литературного творчества.

M.: Протресс, 1970, 654 с.

126. Ахмедова А. Лирика Мирварид Дилбази. Ваку: АКД.

1984,30 с.

127. Бахтин М. Проблемы поэтики Достоевского. М.:

Советская Россия, 1979, с.71

128. Бахтин М. Эстетика словесного творчества. М., 1979,

423 с.

129. Бергголи О. Разговор о лирике «Литературная газета»,

1953, 16 апрел

130. Бертельс Е.Э. Избр.труды. Суфизм и суфийская

литература. М., 1965

131. Бехер И.Р. О литературе и искусстве. М.:

Хувожественная литература. 1981,527 с. .

132. Биография, письма и заметки из записной книжка Ф.

М. Достоевского. Спб. 1903

133. Блок А.А. О назначении поэта. М.: Сов. Россия, 1971,

157 с.

134. Бузник В.В. Лирика и время. М., - Л., 1965

135. Васадзе А.Г. Проблема художественного чувства.

Тбилиси: Меднироба. 1978, 174 с.

136. Вегпашвили А.Ф. Философия и поезия (философские

проблема поегической речи). Тбилиси: Меднироба.

1973

147

Page 148: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

137. Веселовский А.Н. Историческая поетика. М.: Высшая

школа, 1989, 404 с.

138. Винокуров Е. Поезия и мысль М.: Советская Россия, 1966.

139. Вопросы литературы ж., 1983 №4

140. Вопросы литературы ж., 1983 № 8

141. Вопросы литературы ж., 1984 № 6

142. Вопросы психологизма в советской литературы. Л.;

Наука, 1970.

143. Выготски Л.С. Психология искусства. 1969.

144. Гринберг И. Лирическаяа поезия. М., 1965

145. Грузенберг О. Гений и творчество. 1924

146. Гуковский Г. О стиле Маяковского, ж., «Звезда» 1940.

№7, с. 160-167

147. Жирмунский В. Теория стиха. Л.: Советский писатель,

1975,664 с.

148. Залесская Л. О романтическом течении в советской

литературе. М.: Наука, 1973, 271 с.

149. Исследования по теории стиха. Л.: Наука, 1978 231 с.

150. Ковалев А.Г. Психология литературного творчества.

1969

151. Кожинов В.В. Как пишут стихи. О законах

поетического творчество. М.: Просвешение, 1970, 239

с.

152. Котов М. П. Детали и образы в лирике. Саратов. 1963

153. Лилов А. Природа художественного творчества. М.,

1981, с. 479

154. Лихачев Д.С. Литература - реальность - литература. Л.:

Советский писатель, 1984, с.249

155. Лихачев Д.С. Развитие русской литературы X-XV11

веков. Эпохи и стили. Л.; Наука, 1973.

156. Лотман Ю.М. Структура художественного текста. М.;

Искусство, 1970, 384 с.

157. Мейлах Б.С. Талант писателья и процессы творчества.

1969

148

Page 149: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

158. Мейлах Б.С. Художественное мышление Пушкина -

как творческий просес. 1969

159. Михайлов А.Л. Поэт и лирический герой.

Архангельск, 1960

160. Михайлов Ал. Поезия 70-х: социальный и

нравственный аспекты. «Вопросы литературы», 1981

161. Мовчан П. Слова обогощающее. «Вопросы

литературы», 1981 №6

162. Норовчатов С. Необычное литературоведения. М.:

Молодоя гвордия, 1970

163. Овсянников - Куликовски Д.Н. Вопросы психология

творчество. 1902

164. Огнев В. Книга про стихи. М.: Советский Писатель,

1963

165. Петров С.Г. Тайны творчества. М.: Искусство, 1969,

128 с.

166. Писарев Д.Н. Избр.произведении. Л.: Художественная

литература, 1968.

167. Поспелов Б.П. Лирика: Среди литературных Россов.

М.: МГУ, 1974, М., - Л., 1962, 466 с.

168. Рашид Ад-дин Ватват Сады волшебства в тонкестях

поезии. М.: Наука, 1985, 324 с.

169. Ролан Барт. Избранные работы. Семиотика, Поэтика.

М.: Прогресс, 1989, 615 с.

170. Сквозников В.Д. Лирика. Теория литературы. М., 1964.

с. 173-237

171. Смирнов И.П. Художественный смысл и эволюция

поэтических систем. М.: Наука, 1977, 203 с.

172. Соколов А.Н.Теория стиля. М.: Искусство, 1968,222 с.

173. Филосолфия и поэзия (философские проблемы

поэтический речи), изд. «Мецрисреба», Тлилиси, 1973,

С.28

174. Фрейд 3. Психопотология обыденной жизни. 1901

175. Фрейд 3. «Я» и «Оно». 1923

149

Page 150: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

176. Фрейд 3. Психология масс и анализ. «Я». 1921

177. Фрейд 3. Психология бессознательного. М.;

Просвещение. 1990

178. Фрейд 3. Толкований сновидение. 1900

179. Фрейд 3.Остроумие и его отношение к

бессознательному. 1905

180. Халилов Т.А. Проблема характера в азербайджанской

советской лирике (1956-1965 годы). Б.: АКД, 1987, с.З

181. Эйхзнбаум Б.М. О поезии. Д.: Советский писатель.

1969,552 с.

150

Page 151: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

MUNDƏRICAT

RƏY ..............................................................................................

GİRİŞ ...........................................................................................5

I FƏSİL. LİRİKADA ŞAİR «MƏN»İ VƏ POETİK

ÖZÜNÜİFADƏ ........................................................................ 12

1.1. Poeziyada lirizmin səciyyəsi .............................................. 1 ^

1.2. Lirikada müəllif başlanğıcı ............................................... 36

1.3. Lirik xarakterdə psixologizm ............................................ 65

II FƏSİL. LİRİK QƏHRƏMANIN PSİXOLOJİ

ALƏMİ .......................................................................................76

2.1. Lirik poeziyada zaman və qəhrəman ...............................80

2.2. Lirikada xəyal və idrakın psixoloji vəhdəti ...................... 94

NƏTİCƏ ................................................................................... 137

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT .................................... 141

Page 152: Fidan Nizaməddin qızı Abdurəhmanovanmlib.bbu.edu.az/files/book/193.pdfF.Abdurəhmanova 200(S-ci ildə 28 yaúında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Yadımdadır

«NƏRGİZ» Nəşriyyat-Poliqrofiya Mərkəzi

Baş direktor: Hidayət Musabəyli

Baş redaktor: Prof. Nizaməddin Şəmsizadə

Korrektor: Yasəmən İsmayılova

Texniki redaktor: Safıırə Dadaşova

Dizayn: Ülviyyə Quliyeva

Çapçı-operator: Nail Əliyev

ərgiz NƏŞRİYYAT

POLİQROFİYA MƏRKƏZİ Çapa imzalanmışdır: 22.04.2014

Kağız formatı: 60x84 1/16

Həcmi: 9,5 çap vərəqi

Tiraj: 300 nüsxə; Sifariş: 985

Ünvan:8-ci km qəsəbəsi R.Rüsləmov küç.36

Nəşriyyatla əlaqə telefonları:

012-323-69-53

050-738-37-22

[email protected]