"inforex"#46: dahiler itkilere qarsi

50
14 INFOREX DAHİLƏR İTKİLƏRƏ QARŞI 12/46/ DEKABR 2013 “TRADING CENTRAL”dan analiz .38 ELLIOT DALĞALARIN analizi .33 KOMPLEKS texanaliz .46 IŞİMOKU sasında analiz .41 e Şamlar “işləyirmi?” Bazarda heç kimə inanma! 15 punktluq skalpinq 28 25 23 “Evsiz və hesabsız qaldım” 16 Ən güclü trendlər hansı cütlükdədir? 20

Upload: inforex

Post on 28-Mar-2016

226 views

Category:

Documents


1 download

DESCRIPTION

InForex- treyderler ucun ayliq online pulsuz jurnal

TRANSCRIPT

Page 1: "InForex"#46: Dahiler itkilere qarsi

14

INFOREX

DAHİLƏR İTKİLƏRƏ QARŞI

12/46/ DEKABR 2013

“TRADING CENTRAL”dan analiz .38ELLIOT DALĞALARIN analizi .33KOMPLEKS texanaliz .46IŞİMOKU sasında analiz .41e

Şamlar “işləyirmi?”

Bazarda heç kimə inanma!

15 punktluq skalpinq

28

25

23

“Evsiz və hesabsız qaldım” 16

Ən güclü trendlər hansı cütlükdədir? 20

Page 2: "InForex"#46: Dahiler itkilere qarsi

OXUYACAQSINIZ

1623

2632

“Evsiz və hesabsız qaldım”

15 punktluq skalpinq

“Stop”lar haqqında 10 mübahisəli fikir

Treyder hər axşam bunları etməlidir

Dahilər itkilərə qarşı

14

Page 3: "InForex"#46: Dahiler itkilere qarsi

33ELLİOT DALĞALARIN ANALİZİ

Vüsal Məmmədovuntəqdimatında

41 46İŞİMOKU QRAFİK SİSTEMİ ƏSASINDA TƏHLİL

KOMPLEKSTEXANALİZ

Fərid Hüseynov təqdim edir

28Şamlar “işləyirmi?”

20Ən güclü trendlər hansı cütlükdədir?

25

Bazarda heç kimə inanma!

Page 4: "InForex"#46: Dahiler itkilere qarsi

Cücələri saymaq vaxtıDəyərli dostlar. Beləcə, daha bir il –sizin üçün treyderin ili başa çatır. Adətən, belə vaxtlarda yaşanan ilə qiymət verirlər: nə oldu, nə olmadı, nə qazandıq, nə itirdik...

Və məhz indi başa düşürsən ki, bəzi işlərdə və addımlarda necə də nahaqdan tələsmisən... Dünyanın hər yerində peşəkar treyderlər öz fəliyyətlərini illik qiymətləndirirlər. Sistemlərin gəlirliyi illik hesablanır. Yalnız ilin sonunda hər şey aydın olur. Treydinqdə cücəni payızda yox, qışda sayırlar.

Amma bizim treyderlərin çoxu bunu bacarmır. Onlar aylıq da deyil, hətta günlük də deyil, az qala saatlıq qiymət verirlər öz fəaliyyətlərinə. Hər itkiyə görə narahat olur-lar, hər qazanca görə eyforiyaya düşürlər. Məncə, bunun axırı yoxdur.

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədov VüsalMəmmədqızı Səbinəİmanverdiyev QafarBagiyev MavletHüseynov Fərid

Layihənin rəhbəri Vəliyev İlqar

DizaynerMoos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal

Sizə məsləhətim: yeni başlayacaq ilin əvvəlindən işinizi elə tutun ki, ilin sonunda öz fəaliyyətinizə qiymət verə biləsiniz. Bir il sonraya baxın. Yaxına baxmayın! Treyder perspektivi görə bilməlidir.

Bu il buraxdığınız səhvləri diqqətlə analiz edin. Nəticələr çıxarın. Yazın. Sonra yazdığınızı azı 100 dəfə oxuyun ki, gələn il bir də həmin səhvə yol verməyəsiniz. Səhvlərini öznüzlə birlikdə Yeni İlə aparmayın!

Ola bilər ki, bu bir ildə kimlərsə məyus olub, arzuladığını görə bilməyib, xəyalları daşa dəyib. Bunların heç biri dayanmaq üçün səbəb ola bilməz. Heç kim uğura doğru düz və rahat yolla gedə bilməyib.

Bu sayımızda “treyder əhvalatları” rubrikasında indi çox peşəkar və zəngin olan bir amerikalı treyderin əhvalatını dərc etmişik. Ümid edirəm ki, onu oxumaq sizin üçün Yeni İlin yeni ümidlərlə başlamasına səbəb olacaq. Amma təkcə ümidlə iş getməz, bu, çox azdır.

Yeni İldə yeni ümidlərlə, planlarla və hədəflərlə görüşərik.

Zövqlü və faydalı mütaliələr!

Page 6: "InForex"#46: Dahiler itkilere qarsi

XƏBƏRLƏR6 46 / dekabr / 2013

“Goldman Sachs”dan 2014 tövsiyələri

“Goldman Sachs” öz müştərilərinə gələn il üçün 6 ticarət tövsiyəsi göndərib. Bank bu tövsiyələrini gələn il gözlənilən makroiqtisadi hadisələrlə əsaslandırır.

2014-cü ildə FES-in Kəmiyyət zəiflətməsi siyasətini yumşaldacağını deyən bankın ekspertləri buna əsaslanaraq bazarın strateji hərəkət istiqamətlərini müəyyənləşdirməyə çalışıblar. Həmin istiqamətlər bunlardır:

1) Avstraliya dollarını alın2) Avrozonanın 5 illik obliqasiyalarını alın3) usd/cad fyüçerslərini alın4) Çin aksiyalarını alın5) Mis fyüçerslərini satın

Gələn il qızıl qalxacaq

“TD Securities”-in analitiki Bart Melekin fikrincə, FES faiz dərəcələrini dəyişməz saxlamaqla qızılın qalxmasına dəstək verəcək.

Yaxın 3 ay ərzində qızılın hər unsiyasının qiymətinin 1195 dollar ətrafında olacağı gözlənilir. 2014-cü ilin ortalarına doğru qızıl ucuzlaşacaq, sonra isə aşağı faiz dərəcələrinin fonunda artmağa başlayacaq. Melek düşünür ki, bu vəziyyət 2016-cı ilə qədər davam edə bilər.

Hazırkı çox aşağı faiz dərəcələri stimulyasiya proqramı davam etdiyi müddət ərzində qızılın qiymətlərinə təsir göstərən əsas amil olaraq qalacaq.

«$» işarəsi necə yaranıb?

Ən güclü versiyaya görə, «$» işarəsi İspan dilindən götürülüb. 18-ci əsrdə Britaniyanın koloniyalarında ticarət əsasən funt və ispan pesosu ilə gedirdi. 1785-ci ildə ABŞ öz valyutasını qəbul edəndə ispan pulundan şablon kimi faydalandı.

Alimlər düşünür ki, «$» peSo sözündən gəlir. Bu sözü qısa yazmaq üçün əvvəlcə PS ediblər, sonra isə “P” da iki çöpünü saxlayaraq, ixtisara düşüb.

Qalan valyutaların işarələri isə o qədər də sual doğurmur. Məsələn, Funtun işarəsi - «£» - latın dilindəki «libra» sözündəndir, tərəzi mənasını verir. Çünki əvvəllər 1 funt dəyərinə görə gümüşün bir funtuna (ölçü vahidi) bərabər idi.

Page 7: "InForex"#46: Dahiler itkilere qarsi

ABŞ-ın beş nəzarət orqanı ölkə banklarını məyus edərək, “Volker qaydaları”nın (Volcker rule) tətbiqinə başlayıblar. Bu qaydalar banklara icazə verilən ticarət əməliyyatlarının sayını məhdudlaşdırır.

Yeni qaydaların tətbiqində məqsəd ölkənin maliyyə sistemini və əmanətçiləri, ümumilikdə qlobal iqtisadiyyatı sığortalamaqdır. Amma banklar qəti şəkildə bu qaydaların əleyhinə çıxırlar və hətta məhkəməyə üz tutmaq ni-yyətindədirlər.

Yeni qaydalar banklara riskləri hedcləmək üçün öz vəsaitləri hesabına ticarət əməliyyatlarına qoşulmağı da (pro-prietary trading) qadağan edir. Hedc-fondlar və birbaşa investisiya fondlarına malik olmaq da yasaqlanır.

Müəyyən emitentin qiymətli kağızlarını alıb-satmaq və belə əməliyyatları təşviq etmək də həmçinin məhdud-laşdırılacaq.

Yeni qaydalar FES-in keçmiş rəhbər Pol Volkerin adını daşıyırlar. Məhz onun fikrincə, 2008-ci ilin maliyyə böhranının əsas səbəbi maliyyə şirkətlərinin ifrat ticarət aktivliyi olub. Buna görə də, böhranın təkrarlanmaması üçün dövlət ticarət əməliyyatlarının həcmini məhdudlaşdırmalıdır.

Volker qaydaları bankların onlar üçün ən gəlirli olan sahədəki – valyuta ticarətindəki fəaliyyətini azaldacaq. “World Street Journal”ın dəyərləndirməsinə görə, Amerikanın 8 ən böyük kredit təşkilatı ümumilikdə $10 mi-lyard gəlirdən məhrum olacaqlar. Buna görə də şirkətlər ona qarşıdırlar və əks addımlar atmağa hazırlaşırlar. O cümlədən də məhkəmə çəkişmələrinə.

Yeni qaydalar gəlin ilin yayından qüvvəyə minəcək. 2015-ci ilin 21 iyulundan başlayaraq isə banklar Volker qayda-larına tam şəkildə əməl etməyə borcludurlar.

Amerika bankları 10 milyard itirəcək

46 / dekabr / 2013 PUL DÜNYASI 7

Page 8: "InForex"#46: Dahiler itkilere qarsi

İlin sonuna çatırıq... Bəs bazarın əsas cütlükləri ilin son və yeni başlayacaq 2014-ün ilk günlərini necə başa vu-racaqlar? Qəfil hərəkətlər, dönüşlər gözlənilirmi? Bu suallara “İn Forex”in həmişəki ekspertləri aydınlıq gətirirlər. Biz onlara yenə də iki ənənəvi sualla müraciət etmişik:1) İlin qalan günləri ərzində avro/dollardan nə gözləyirsiniz?2) Başqa hansı cütlüklərə diqqət yetirməyi məsləhət görərdiniz?

TƏHLİL VƏ PROQNOZLARBÜROSU...

"IN FOREX"-IN

Qafar İmanverdiyevekspert

İLIN SON GÜNLƏRI ÜÇÜN EKSPERT PROQNOZLARI

“BUĞA”LARIN SƏRT QIŞI

1) Dekabr ayının ortalarından ilin axır gününün strategiyası işə düşəcək.Bu ay güclü hərəkət olmasa da, eur/usd cütlüyünü eniş diapazonunda görəcəyik. Cütlüyün bu gedişilə ayın axırına kimi görə biləcəyi səviyyələr: 1.3690 - 1.3614 - 1.3554 və 1.3442.

2) Digər cütlüklərə gəlincə, qızıl və usd/chf-ə diqqət edin.

Səbinə Məmmədqızıekspert

1) Dekabr ayının ilik 2 həftəsində volatilliyin elə də yüksək olmadığını müşahidə etdik. Buna görə də, son 2 həftədə bazarda fundamental faktorların təsirinin yüksək olacağını gözləmək olar.

Texniki səviyyə kimi 1.3640-60 ətrafını götürmək olar. 1.3520-50 səviyyəsi aşağıya qırılarsa, eniş gözləyə bilərik.

Müqavimət 1.3760-1.3820, 1.3880-1.3920 yaxınlığındadır.

2) Gbp/usd cütlüyü 1.6200 dəstəyinə yaxınlaşdı. Buradan 1.6730 müqavimətinə istiqamətlənmiş hərəkət gözləmək olar. Aralıq müqavimət 1.6520-60 səviyyəsindədir. 1.6200 dəstəyinin aşağıya doğru qırılması 1.6135 və 1.5920 ətraflarına yol açacaq.

EKSPERT RƏYİ8 46 / dekabr / 2013

Page 9: "InForex"#46: Dahiler itkilere qarsi

Qafar İmanverdiyev:

- Bu ay güclü hərəkət olmasa da, eur/usd cütlüyünü eniş diapazo-nunda görəcəyik.

Fərid Hüseynov:

- EURJPY və GBPJPY valyutaları həddindən artıq alınıb və bir çox ossillyatorlarda artıq divergensiya yaradıb.

Mavlet Bagiyev:

- Avro/dollar trendinin yuxarı sərhədinə çatıb və hazırda konsolidasiya gözləmək olar.

İlqar Vəliyev:

- Qızıl özünün ortamüddətli mini-mumunu tapmış kimi görünür.

Səbinə Məmmədqızı:

- Gbp/usd 1.6730 müqavimətinə istiqamətlənəcək

BİR CÜMLƏ İLƏ

46 / dekabr / 2013 EKSPERT RƏYİ 9

Page 10: "InForex"#46: Dahiler itkilere qarsi

10 46 / dekabr / 2013

1) Avronun hazırkı artım tempi onun 1.3900 ətraflarına qədər artacağını güman etməyə əsas verir. Belə ki, eniş üçün əsas olan hazırkı ortamüddətli dəstək 1.3600-dan aşağıda yaranacaq.

2) EURJPY və GBPJPY valyutalarının həddindən artıq alındığı və bir çox ossillyatorlarda divergensiya yaratdığı məlumdur. Amma satmaq üçün yaxşı olardı ki, müvafiq olaraq cütlüklər 141-dən və 167-dən aşağı düşsünlər. Hazırkı vəziyyət müvafiq olaraq EURJPY üçün 141-143, GBPJPY üçün 167.50-170 aralığında diapazon hərəkəti olaraq qalır.

AUDUSD 0.90-0.91 ətraflarına qədər qalxa bilər. 1.6250-dən aşağıda GBPUSD-ni satmaq olar.

Fərid Hüseynovekspert

EKSPERT RƏYİ

İlqar Vəliyevekspert

1) Avro hələ də 1,39 və daha sonra 1,41 səviyyələrinə hücuma keçməyə hazır görünür.

2) Qızıla diqqəti yönəldərdim. O, özünün ortamüddətli minimumunu tapmış kimi bir təsir bağışlayır.

Mavlet Bagiyevekspert

1) Avro/dollar cütlüyünün dinamikasına baxarkən görürük ki,cütlük həftəlik qrafikdə qalxış trendinin yuxarı sərhədinə - 1.3810 nöqtəsinə çatıb və hazırda bu ətrafda konsolidasiya gözləmək olar.

1.3810-30 müqavimət zonasının yuxarıya qırmağa nail olmasa, qiymət 1.3770-50 , 1.3690 və 1.3570 səviyyələrinə yönəlmiş eniş göstərə bilər.

1.3810-30 müqavimətinin yuxarıya qırılacağı halda qalxşın davam edəcəyini və 1.3920-1.40 səviyyəsinin yoxlanacağını gözləmək olar.

Page 11: "InForex"#46: Dahiler itkilere qarsi

1146 / dekabr / 2013 PERSONA

Erkən illər

Daha çox Ed Seykota kimi tanınan Edvard Seykota 1946-cı ilin 7 avqustunda Niderlandda anadan olub. Həyatının ilk illərini Vurburqda yaşayıb və Haaqadakı orta məktəbdə oxuyub. Tezliklə Seykotanın ailəsi ABŞ-a köçür. Fond bazarında Edin ilk müəllimi onun atası olub. O, qiymət “düzbucaqlını” yuxarı kəsəndə Edə almağı və aşağı kəsəndə satmağı öyrədirdi. 1969-cu ildə Ed Seykota mühəndis diplomuna yiyələndi. Təhsili zamanı fond bazarındakı təcrübəsini təkmilləşdirməkdə davam edirdi. 1960-cı cı illərin sonunda Xəzinədarlıq Departamenti gümüşün satışını dayandırdı. Seykota hiss etdi ki, gümüşün qiyməti qalxacaq. Amma qiymət düşdü və onun pozisiyası “stop”la bağlandı. Bu ilk itki gənc treyderi məyus etdi və bu məyusluq onun bütün həyatına sirayət etdi. MA-lara əsaslanan ticarət sistemləri barədə Riçard Donçianın məqalələrini araşdırmaqla Ed Seykota başa düşdü ki, Uoll Strit – onun arzusudur.

Treyderin karyerasına aparan yol

Ed Seykota maliyyə sferasında 1970-ci illərin əvvəlləri broker firmalarının birində analitik kimi faəliyyətə başladı. O zamanlar hələ personal kompüterlər yox idi, amma Seykotanın böyük AVM-lərdə məlumatların işlənib hazırlanmasında müəyyən təcrübəsi var idi. Onun işi kompyuterlər vasitəsilə maliyyə məlumatlarının işlənib hazırlanması və müştərilərə satışından ibarət idi. Amma bunun yerinə broylerlər bazarının monitorinqini aparmalı oldu. Broylerlər – 2,5 kq-a qədər olan toyuqlardır. Bazar durğunluq dövrünü yaşayırdı və Ed Seykota müştərilərinə xəbər məktubu yazaraq onlara gözləmə mövqeyinə keçməyi məsləhət gördü. Bununla əlaqədar o işdən qovulub başqa işə keçməli oldu.

Özün özünə müdirsən

Mişel Markusla bir neçə illik partnyorluqdan sonra Ed Seykota öz ticarət şirkətini yaratdı. Öz şəxsi hesabında ticarət aparmaqla yanaşı müştərilərin də hesablarını idarə edirdi. O, Nevada ştatında İnklayn Villicdəki evindən ticarət aparırdı. Mexaniki sistemlər 1980-cı illərin böhranına uğurla tab gətirdi, xüsusən də 1987-ci il 19 oktyabr “Qara bazar ertəsini” cüzi itki ilə başa vurdu. Seykotanın balansı həmin il “qara gündə idi”.

Ed Seykotanın ticarət strategiyası

Müsahibələrindən birində treydinqdə uğurunun sirri barədə sualları cavablandırarkən Ed Seykota bunları dey-ib: “Uğurun ən böyük sirri heç bir sirrin olmamağıdır”. Amma yenə də gəlin S&P 500 indeksi üçün ilk ticarət sistemlərinin sirrini açaq.

Uoll Strit əfsanələri: Ed Seykota

Dünya üzrə ən məşhur treyderlərdən biri, sözsüz ki, Ed Seykotadır. 1972-1988-ci illərdə o, öz müştərilərinin kapitallarını 250.000 % artırmışdı. Seykota ilk avtomatik ticarət sistemləri hazırlayıb – o zaman onlar kağız lentdən istifadəyə əsaslanırdı. O, həyatını fond bazarına həsr edib.

Page 12: "InForex"#46: Dahiler itkilere qarsi

12 PERSONA 46 / dekabr / 2013

Giriş və çıxışlar

Sistemin əsası çox sadədir – EMA-ların kəsişməsi. Bir çox sistem yaradıcıları bazara girişin əhəmiyyətini həddindən çox şişirdirlər. Əslində siz əgər digər komponentləri düzgün əlavə etsəniz , təsadüfi ticarət siqnallarına əsaslanaraq gəlirli ticarət sistemi yarada bilərsiniz. Ticarət karyerasının əvvəlində Ed Seykota iki kəsişən MA üçün müxtəlif ayarları analiz edirdi. O, belə bir nəticəyə gəldi ki, çox xırda periodlardan istifadə etmək olmaz, çünki belə olan halda əməliyyatın dəyəri yüksəlir və sistemin effektivliyi pisləşir. Qısa EMA üçün o, 11 periodundan, uzun EMA üçün 56 periodundan istifadə edirdi.

Əgər cəld EMA ləng EMA-nı aşağıdan yuxarı kəsirsə, növbəti günün açılışından alırıq. Əgər cəld EMA ləng EMA-nı yuxarıdan aşağıya doğru kəsirsə, əməliyyatı bağlayırıq və eyni zamanda satış veririk. Uzun illər uğurlu ticarətində Ed Seykota bu giriş siqnalından istifadə edirdi. Amma sistemin bəzi ayarları modifikasiya olundu.

Filtr

Əməliyyat açmaq üçün vacib filtr bazarda trendin olmasıdır. Trendi müəyyənləşdirən ilk analitik Carlz Dou ona belə tərif verib: bir-birindən daha yüksək maksimum və minimumlar yaradan qiymət hərəkəti artım trendini, daha aşağı maksimum və minimumlar yaradan qiymət hərəkəti isə eniş trendini əmələ gətirir. Seykota bu tərifi kompyuter vasitəsilə daha da genişləndirdi.

Qeyd etmək lazımdır ki, trendi bu cür müəyyənləşdirmək keçmişə xasdır. İndiki və gələcək trendin təsviri yalnız imkanlar proyeksiyasıdır. Seykota aksiya qiymətlərinin dəyişmə əmsalından istifadə edirdi. Məsələn, bugünki bağlanış 20$ səviyyəsində oldu. Bu aksiyanın EMA-sı 5 gün əvvəl 10$-da idi. Gündəlik dəyişiklik günlərin sayına bölünən hər iki qiymət arasındakı fərqlərə əsasən hesablanır. Nəticə: günə 2 dollar və ya 20%. Ehtimal var ki, aksi-ya növbəti 5 günə 20% artacaq. Əgər bu ehtimal reallaşsa, onda trendin özünü doğrultduğunu hesab edə bilərik.

Stoplar

Bu sistemin stopları yoxdur. Cek Şvaqer ilə müsahibələrindən birində Seykota təhlükəsizlik stopu barədə deyib ki, hər pozisiya üçün ticarət hesabının 5%-dən çoxunu risk etmir.

Mahnı

Seykota yeni başlayan treyderlərə öz veb-saytı vasitəsilə kömək edir. Həmin saytla da hobbisini – musiqisini təbliğat edir. O, şerlərində ən vacib ticarət qaydalarını yazaraq Whipsaw Country Song mahnısını da bəstələyib:

1. Gəlirli pozisiyaları qoruyub saxla!2. İtkiləri bağla!3. Riskləri idarə et!4. Stoplardan istifadə et!5. Qaydalara riayət et!6. Xəbərləri unutma!

Ed Seykota həmişə sistemin qaydalarına riayət edir, hətta əgər o, müəyyən vaxtlarda itki verirsə belə. Son illər kapitalın idarə olunması və portfelin diversifikasiyası sistemlərinin hazırlanmasına diqqətini yönəldib.

Seykota hesab edir ki, treyderlərin istifadə etdiklərinə uyğun strategiya hazırlamaq çox vacibdir. Bu maraq belə bir devizlə həyata bağlayır: “Hər kəs nə istəyirsə, onu da alır”.

Page 14: "InForex"#46: Dahiler itkilere qarsi

MASTER KLASS 46 / dekabr / 2013

Dahilər itkilərə qarşıBöyük treyderlər itkilərin səbəblərini və onları necə aradan qaldırmağın yollarını göstərirlər

Spekulyativ ticarət yaranan gündən bəri meydana çıxan müxtəlif indikatorları, qrafik modelləri və digər ticarət vasitələrini saymaqla bitməz. Bu, nə ilə əlaqədardır? Yəqin ki, hələ də ideal indikatorun və ya metodun yaradıl-maması ilə. Əvvəlcə ticarət uğurla gedir, amma vaxt gəlir və mənfəət get-gedə azalır. Ayrı cür də olur: treyder uğur qazanır, amma bazarı ideal proqnozlaşdırmağa və ondan maksimum gəlir əldə etməyə imkan verən meto-dun axtarışı hələ də davam edir. İnkişafa meyllik və yeni-yeni yüksəkliklərin fəthi insan təbiətinə xas əlamətdir.

Gəlin, kitabları birja dərsliklərinə çevrilən məşhur treyderlərin uğur və uğursuzluqlar barədə fikirlərini ümumiləşdirməyə çalışaq. Ayrı-ayır metod və alətlərdən istifadə etmələrinə baxmayaraq, onların yanaşmalarında bir sıra ümumi anlar, biliklər var ki, bizə peşəkarlığa çatmaqda kömək ola bilərlər. Hər şeydən əvvəl, müəlliflərin fikirləri belə bir nöqtədə cəmləşir: “Heç nəyi proqnozlaşdırmaq lazım deyil. Bazarla yaşayın, onunla birgə nəfəs alın və sadə olun”. Şəxsi təcrübəmdən deyim ki, bu ideya ticarəti çox rahatlaşdırır. Bizə qalır sadəcə variantları hesablamaq və “torları yerəşdirmək”.

Bazarı izləmək ideyası təkrarlanan qiymət hərəkətini əvvəlcədən proqnozlaşdıran yox, bazarın əhvalının dərin-liklərinə nəzər salan indikatorların meydana gəlməsinə səbəb oldu. Açılış, bağlanış qiymətləri və ya ekstremum-lara müxtəlif ölçülər verəndən, birja kütləsinin əhvalının müəyyənləşdirəndən sonra treyderlər qrafikləri də yeni metodlarla araşdırmağa başladılar.

İkinci ümumi məqam: treyderin uğursuzluğunun kökü onun özündə, psixologiyasındadır. İndi demək olar ki, bütün kitablarda birja ticarətinin psixoloji aspektlərindən bəhs edən bölmə var. Bu da tamamilə məntiqlidir, axı maliyyə bazarları elə bir yerdir ki, burada hər kəs özü qərar verir. Bazar heç kimi heç nəyə məcbur etmir. Bundan əlavə, uğursuz treyderi “pis bazar” haqqında söhbətlərindən də tanımaq olar. Halbuki, biz bazarın heç vecinə də deyilik. Müəlliflərin gətirdikləri analogiyalar bir çox hallarda son dərəcə spesifik olur. Məsələn, Aleksandr Elder hesab edir ki, birja ticarəti bir çox treyderlərə və o cümlədən də, onun özünə sanki alkoqolikə spirtli içki lazım olan kimi lazımdır. Məhz bunu anlamaq onun gözünü açıb. Hər bir normal insan çox içdiyini başa düşən kimi özünü saxlayır, əyyaş isə yenə də içmək istəyəcək.

14

Page 15: "InForex"#46: Dahiler itkilere qarsi

46 / dekabr / 2013

Ticarətdə də belədir. Hətta gün uğursuz olsa belə, yeni başlayan treyder yenə əməliyyat açıb daha çox qazanmaq istəyəcək, halbuki, bazar bunun üçün üçün siqnal verməyib. Bir qayda olaraq, bu, sonda daha ağır itkilərə və treyderlərin sayının bir nəfər azalmasına gətirib çıxarır. Ona görə də, emosiyalarınızı cilovlamağın vasitələrindən biri – sərt ticarət qaydaları fikirləşmək və hər şeyə rəğmən, onlara riayət etməkdir.

Belə bir nümunə ilə rastlaşmışam: təsəvvür edin ki, siz Kazinoda kart paylayan işləyirsiz və sizin oyunu saxlmaq üçün sərt qaydalarınız var. Amma birinci dövrədən sonra əminsizniz ki, indicə qazanmış oyunçu növbəti raundda uduzacaq və ona görə də, qaydanı pozub, yenidən oyuna davam edirsiniz. Hətta sizin fikriniz baş tutsa belə, Kaz-inonun sahibi sizi işdən qovacaq. Belə ki, Siz Kazinonun gəlirini təhlükə altına salmışdınız. Kazinoların ətrafındakı misilsiz otellər ondan xəbər verir ki, sərt qaydalara riayət edilməsi yaxşı gəlir yaradır. Larri Vilyamsa görə, “qayda-lar bizi özümüzdən qoruyur” və bununla bütün müəlliflər razıdır.

Bill Vilyams itkiyə aparan psixoloji problemə başqa cür baxıb. Onun fikrincə, treyderlər tez-tez bazarın əsaslandırıl-mamış qiymətləndirmələrində səhvlər edirlər. Əsaslandırılmamış qiymətləndirmələr bunlardır: “bazar pik nöqtəyə çatıb”, “bazar ifrat alınıb və ya satılıb”, “biz üçüncü dalğadayıq”, “bu artım qısa pozisiyaların bağlanması ilə əlaqəlidir”, “heç vaxt ziyan XX dollardan çox olmamalıdır”, “heç vaxt kapitalınızın 2%-dən çoxu ilə risk etmə-yin” və s. Bu yanaşmalar bazarda baş verənləri anlamağa kömək etmir. Əsaslandırılmış qiymətləndirmələr isə birmənalı, dəqiq, yoxlanıla bilən olur və bazarın özündən bəhrələnir.

Bazar “ifrat alınan” və ya “ifrat satılan” ola bilməz, çünki o, o harada lazımdırsa, oradadır. Alıcı və satıcılar həmin qiymətlə alqı-satqı aparırlarsa, deməli, həmin qiymət onları qane edir. Sabah qiymət nisbəti dəyişəcək və qiymət başqa olacaq. Analitiklərin fikri ilk növbədə bazar iştirakçılarının əhvalını hiss etmək üçün lazım olmalıdır. Amma qərar vermək üçün əsas deyil. Bill Vilyams hesab edir ki, Bazarda istənilən yeni bir hadisəyə hazır olmaq lazımdır. Elder və digərləri də bununla razıdırlar. Yaxşı treyder yeni informasiyanı keçmişdə öyrəndiyi vəziyyət çərçivəsində yox, hazırda baş verənlərin fonunda təhlil etməlidir.

Bir çox müəlliflərin fikir verdiyi növbəti məqam ticarət prosesinin özünə onun nəticələrindən daha çox marağın göstərilməsidir. Siz özününzə nə qədər qazanmalı olduğunuzu deyəndə obyektivliyinizi itirməyə başlayırsınız. Bundan sonra bazarda sizə lazım olanı görməyə başlayırsınız, əslində baş verənləri yox. Əslində isə bu gün qazan-maq imkanı olmaya da bilər. Yaxşı treyderin məqsədi pul yox, ağıllı ticarətdir. Bir çox müəlliflər gəlirli hərəkətdən maksimum xeyir götürməyə daha çox diqqət ayırırlar. Bazar saat mexanizmi deyil. Treyder heç vaxt bilmirlər ki, bayram nə vaxt olacaq və bazar çoxlu hədiyyə gətirəcəkmi? Ona görə də, tapdığımızdan maksimum gəlir götürmək lazımdır. Burdan belə nəticəyə gəlmək olar ki, Take-Profitin qədəri barədə məsləhət yoxdur, “Stop-Loss” barədə şərtlər var.

Elder belə bir yolla özünüzü yoxlamağı təklif edir: Qrafikə baxırıq, onu analiz edirik və kimlərin – “ayı”ların, yoxsa “buğa”ların güclü olduğunu müəyyən edirik, sonra isə qrafiki tərsinə çeviririk. Əgər sizin bazarı qiymətləndirməniz dəyişməsə, əməliyyat açmağa əsas var. Əksər müəlliflər həmçinin, Bazarda qazanmağın asan olduğunu düşünürlər. Treyderə uğur qazanmağa sadəcə, psixologiya imkan vermir. Onu dəyişmək daha çətindir.

Daha bir fikir də ondan ibarətdir ki, ziyan –normal haldır. Uğurlu adam itkisiz ötüşmür. O, itkini qəbul edir, nəzərə alır və “stop-loss” qoyur. Həmişə udmağa can atmaq – uğursuzların yoludur. Necə deyərlər, xoşbəxtlik pulda dey-il, onun sayındadır. Əgər bu məsəli itkilərlə uyğunlaşdırsaq, “bədbəxtlik itkilərdə deyil, onların miqdarındadır”.

Ticarətdə emosiyaları idarə etmək vacibdir. Bu məqsədlə birja gündəliyi tutmaq, bazara nəyə görə daxil old-uğunuzu və növbəti qərarınıza nəyin təsir etdiyini yazmaq lazımdır. Bil Vilyams bu məqsədlə işə başlamazdan əvvəl 3 səhifəlik yazı yazmağı məsləhət görür. Nədən olacağı vacib deyil. Ağlınıza gələni yazmaq lazımdır. Əgər ağlınıza heç nə gəlmirsə, elə “ağlıma heç nə gəlmir” yazmaq lazımdır. Bu yolla beynimizi rahatlayırıq və bazarda real vəziyyəti müəyyən etmək qabiliyyətinə malik oluruq.

MASTER KLASS 15

Page 16: "InForex"#46: Dahiler itkilere qarsi

46 / dekabr / 2013

Biz adətən “treyder əhvalatları” rubrikasında yerli treyderlərin başına gələnləri oxucularımızla paylaşırdıq. Amma bu dəfə ənənəni dəyimək qərarına gəldik. Amerikanın peşəkar treyderlərindən biri gəncliyində başına gələnləri sizinlə bölüşəcək.

Ed Stüart

Mən bu yazıda bazarda fəaliyyətə başlayarkən qarşılaşdığı çətinliklər barədə danışacağam. İnsanlar hesab edir ki, gündəlikləri yalnız yeniyetmə qızlar tutur, amma əslində ticarət gündəliyi tutmaq treyderlərin öz hərəkətlərini və qərarlarını analiz etməsi üçün çox vacibdir. Bu, fərdi treyderlər üçün xüsusilə önəmlidir.

Fond menecerlərindən fərqli olaraq, fərdi treyderlər öz hərəkətlərində və qərarlarında tamamilə azaddırlar və istədiklərini edə bilərlər. Əfsuslar olsun ki, tam azadlıq və nəzarətsizlik onlarda pis vərdişlərin əmələ gəlməsinə gətirib çıxarır. Əlbəttə ki, treyderlərin çoxu pul qazanmaq üçün əməliyyat açır. Amma nəticədə uduzurlar. Əgər pul qazanmaq üçün ticarət prinsipi bizim üçün işləmirsə, onda bu işdə hansı perspektiv ola bilər? Hansı psixoloji amillər çatışmır?

Mənim ən pis əməliyyatım

Bu əməliyyat az qala məni dəliyə çevirmiş və ticarət olan baxışımı tamamilə dəyişməyə vadar etmişdi. Məhz bu əməliyyat mənim dünyagörüşümü elə dəyişdirdi ki, nəticədə uğur əldə edə bildim.

1990-cı illərin əvvəllərində mənim ailəm Texasın Ostin şəhərindən Kaliforniyaya köçdü. Biz açıq dayanacağı olan ev kirayə götürdük. Fevralda çöldə güclü şaxta olanda maşını işə salmaq üçün yarım saatdan çox vaxt lazım idi. Heç də həmişə işə sala bilmirdik. Elə bu məqamda evin kirayə müddəti bitdi və biz hərəkətə keçdik. Elə bir qarajı olan ev lazım idi ki, qızdırıcısı olsun. Bundan əlavə, belə bir ev bizə təcili lazım idi. Biz elanla tez bir zamanda belə bir ev tapdıq və bütün məbləği ödəməyə razılaşdıq.

Aydınlanma?

O ana qədər mən artıq bir neçə ildir ki, ticarət aparırdım. Opsionlarla ticarət aparmaq üçün mənim 150 000$ həcmində hesabım var idi. Mənim planım hesabdan 30 000$ çıxarıb, ev üçün ödəmək idi. Ödəniş vaxtı yaxınlaşan zaman ağlıma dahiyanə bir fikir gəldi.

“Evsiz və hesabsız qaldım”Treyder əhvalatları

TREYDER ƏHVALATI16

Page 17: "InForex"#46: Dahiler itkilere qarsi

46 / dekabr / 2013

zaman ağlıma dahiyanə bir fikir gəldi. Niyə də bir neçə əməliyyat verib, ödəniş üçün lazım olan 30 000$-ı qazan-mayım? Belə olan halda mənim 150 000$-lıq hesabım toxunulmamış qalar. O dövrdə mən kofeinə dadanmışdım və axşamlar qrafikləri analiz edirdim. Onlara ən müxtəlif zaman intervallarında baxırdım və saysız-hesabsız in-dikatorların köməyilə analiz edirdim. Nə qədər çox analiz aparırdımsa, bir o qədər əsas fond indekslərinin güclü müqavimətə yaxınlaşdığını düşünürdüm. Nəhayət, belə bir nəticəyə gəldim ki, növbəti səhər aqressiv şəkildə OEX putlarını almağa başlamalıyam.

Səhər əməliyyatımı açıb, işə getdim. Periodik olaraq bazardakı vəziyyəti və əməliyyatımı yoxlayırdım. Nahara yaxın bazar müqavimət səviyyəsinə tərəf hərəkətə keçdi və mənim orderimdə 8$-dan 100 OEX putu var idi. Yəni söhbət 80 000$-dan gedirdi. Bazar bir müddət konsolidasiyada idi, daha sonra yuxarı qalxmaqla putun qiymətini 7$-a saldı. Tamahıma güc gələ bilmədiyimdən, daha 100 opsion put aldım və beləliklə, bütün pulumu bazara yatırdım. Mən belə hesablamışdım ki, opsionun qiyməti cəmi 2 punkt hərəkət etsə, evin pulu çıxacaq. Əlbəttə ki, Enşteyn mənim dahiliyimə qibtə edərdi!

Növbəti gün bazarlarda qəribə bir hal baş verdi. Onlar artımla açıldılar. Sonra hadisələr daha da müəmmalı cərəyan etdi. Bazarlar səhər də, naharda və şamda da yuxarı hərəkət etdilər və günlük maksimumlar ətrafında bağlandılar. Mən bir qədər çaşmışdım, amma eyni zamanda da əmin idim ki, əməliyyatım işləyəcək. Cəmi 30 000$ qazanmalı idim və əmin idim ki, buna nail olacağam. Əgər bazar mənim əksimə getdisə, bu, o deməkdir ki, planımın həyata keçməsi üçün əlavə olaraq bir neçə gün gözləməli olacağam.

Məğlubiyyətin acısı

Yəqin ki, bu əhvalatın nikbin sonluğunun olmadığını başa düşdünüz. Ona görə də, dərhal epiloqa keçim. Bazarlar 4 gün ardıcıl yuxarı getdi. Buna dözə bilmədiyim üçün brokerə zəng vurub ondan pozisiyanı bağlamağı xahiş etdim. Nəticədə mənim hesabımda 15 000$ pul qaldı. Cəmi 4 günə 135 000$-ı havaya sovurdum! Hesabımı tamamilə boşaltdım. Bundan savayı, mənim indi ev almaq üçün də pulum yox idi. Özümü “Mənim 22 yaşım var və bu, hələ həyatımın başlanğıcıdır” kimi fikirlərlə sakitləşdirməyə çalışmırdım. Rasional insana xas tərzdə hərəkət etdim. Bankdan kredit götürüb, evin pulunu ödədim və baş verənlər barədə arvadıma heç nə demədim. Bundan sonra 6 ay ticarət aparmadım.

Depozitimizi qoruyaq

Əgər biz pul qazanmaq üçün ticarət aparmırıqsa, onda nə üçün aparırıq? 15 il əvvəlki iflasımdan sonra mən vax-tımı treydinqlə bağlı ədəbiyyatları öyrənməyə sərf etdim. Maykl Duqlasın “Nizam-intizamlı treyder” əsəri kimi kitablar oxuyur və uğursuzluğumun səbəblərini araşdırırdım.

Bilirdim ki, bazarda pul qazana bilərəm, amma onları qoruyub saxlamaq sən demə, daha böyük problem imiş.

Nəticədə ticarət prosesimə olan yanaşmamı yenidən gözdən keçirmək qərarına gəldim. Bazarda ilk eksperimen-tim məhz bununla bitdi. Həttə əgər mənim OEX put-opsionları ilə bağlı əhvalatım mənim üçün yaxşı sona çatsa idi də, gec-tez uduzacaqdım. Diqqətimi pul qazanmaqdan çox, setaplara yönəldəndə mənim üçün qazanmaq daha da asan oldu.

Artıq mən ilk növbədə ticarət vərdişlərimi təkmilləşdirməkdən ötrü ticarət aparırdım. Nəticədə vərdişlərim dəy-işdi. Mən gəlirin artmağına imkan yaratmağı öyrəndim.

Ticarətə vahid bir əməliyyat gözü ilə yox, “bir neçə əməliyyat” kontekstindən baxmağa alışdım.

“Stop”lardan istifadə etməklə itkilərimi azaltmağı öyrəndim. Biz hamımız bu qaydaları əvvəllər də eşitmişik. Amma əgər bizim ticarət yanaşmamız düzgün deyilsə, biz onlardan düzgün istifadə edə bilməyəcəyik.

TREYDER ƏHVALATI 17

Page 18: "InForex"#46: Dahiler itkilere qarsi

46 / dekabr / 2013

“Elderin şüası” strategiyası trend zamanı yaranan korreksiyaları tutmağa və trend istiqamətində bazara girməyə yardım edir. Strategiya treyderin çox az vaxtını alır: bazara bir dəqiqə baxmaq kifayətdir ki, qərar verəsən.

Müxtəlif qrafiklərdə işləmək üçün nəzərdə tutulan strategiya günlük zaman miqyasında tətbiq olunur. Strategi-yada Bulls (13), Bears (13) və EMA (21) indikatorlarından istifadə edilir.

“Elderin şüası”

1) Qiymət ЕМА (21)-dən yuxarıdadır2) Bulls (13) indikatoru artım göstərir (sıfır xəttindən yuxarıdadır)3) Bears (13) indikatoru sıfır xəttindən aşağı enib, amma artım göstərir4) Bears indikatorunda yeni bar əvvəlkindən yuxarıda bağlananda alış əməliyyatı açırıq5) Stop-loss əvvəlki minimumun altında qoyulur (100 punktdan az olmamaq şərtilə)6) Teyk-profit 300- 400 punkt arasında seçilir7) Ağ şamların kölgələri əsasında treylinq aparmaq məsləhətdir8) Bulls (13) indikatoru mənfi zonaya keçsə, əməliyyat bağlanmalıdır.

1) Qiymət ЕМА (21)-dən aşağıda olmalıdır2) Bears (13) indikatoru eniş göstərir (sıfır xəttindən aşağıdadır)3) Bulls (13) indikatoru sıfır xəttindən yuxarı qalxıb, amma enişə meyillənib4) Bulls indikatorunda yeni bar əvvəlkindən aşağıda bağlananda satış əməliyyatı açırıq5) Stop-loss əvvəlki maksimumun üstündə qoyulur (100 punktdan az olmamaq şərtilə)6) Teyk-profit 300- 400 punkt arasında seçilir7) Qara şamların kölgələri əsasında treylinq aparmaq məsləhətdir8) Bears (13) indikatpru mənfi zonaya keçsə, əməliyyat bağlanmalıdır

Bütün şərtlər ödənəndə biz dərhal əməliyyat açmırıq. Daily intervaldan H1 miqyasına düşürük. Həmin gün ərz-ində eyni şərtlər H1 miqyasında da təkrarlansa (amma EMA (13) periodu ilə), onda əməliyyat açırıq. Bu zaman H1 qrafikində stop-lossu EMA(13)-ün altında qoymaq olar.

Almaq üçün setap:

Satmaq üçün setap:

Setap ödəniləndən sonra

Bütün şərtlər ödənəndə biz dərhal əməliyyat açmırıq. Daily intervaldan H1 miqyasına düşürük. Həmin gün ərz-ində eyni şərtlər H1 miqyasında da təkrarlansa (amma EMA (13) periodu ilə), onda əməliyyat açırıq. Bu zaman H1 qrafikində stop-lossu EMA(13)-ün altında qoymaq olar.

Bundan sonra əməliyyatın izlənməsi Daily qrafikdəki şərtlərə uyğun aparılır.

Alış əməliyyatına misal:

Daiy:

STRATEGİYA18

Page 19: "InForex"#46: Dahiler itkilere qarsi

46 / dekabr / 2013

H1

STRATEGİYA 19

Page 20: "InForex"#46: Dahiler itkilere qarsi

46 / dekabr / 2013

“Trend sənin dostundur” məsəlini eşitməyən treyder yoxdur. “Trend” anlayışı texniki analizin əsas dayaqlarından biridir. Adətən əksər sistemlər məhz trendləri tutmağa çalışırlar.

Amma məsəlin davamı da var: “Trend sizin dostunuzdur, ta ki dönənə qədər”. Axı trendlərin tez-tez dönmək kimi pis bir xüsusiyyəti də var. Ona görə də, əsas məsələ yaxşı, sabit və dayanıqlı trendlərin olduğu bazarları (qrafikləri) tapmaqdır.

Müxtəlif zaman diapazonlarnda müxtəlif trendlər mövcud olur. Ən yaxşı vəziyyət odur ki, həm uzunmüddətli, həm də qısamüddətli diapazonlarda eyni vaxtda trend olsun.

Artım trendindən söhbət gedirsə, yaxşı olar ki, qiymət təzə maksimumun, ortamüddətli maksimumun və uzun-müddətli maksimumun üzərində bağlansın.

Eniş trendindən söhbət gedirsə, yaxşı olar ki, qiymət təzə minimumun, ortamüddətli minimumun və uzunmüd-dətli minimumun altında bağlansın.

Trendin mövcudluğunu yoxlamağın ən sadə yollarından biri bazarın bağlanış qiymətini 120, 20 və 8 şam əvvəlki bağlanış qiymətlərilə müqayisə etməkdir. Əgər bugünkü bağlanış qiyməti 120, 20 və 8 şam əvvəlki bağlanış qi-ymətlərindən yükəkdirsə, demək, artım trendi, aşağıdırsa, demək, eniş trendi var.

Əgər bugünkü bağlanış qiyməti həmin üç qiymətin birindən böyük, digərindən balacadırsa, demək, bazarda trend yoxdur. Yaxud, müxtəlif zaman diapazonlarında fərqli trendlər var. Belə halda ən böyük periodda olan trendləi seçmək lazımdır, çünki kiçik periodda olan trendlər də adətən həmin istiqamətə dönürlər. Hərçənd, heç də həmişə belə olmur.

Ən güclü trendlər hansı cütlükdədir?

ARAŞDIRMA20

Page 21: "InForex"#46: Dahiler itkilere qarsi

46 / dekabr / 2013

Artım trendi vaxtı qiymətin günün maksimumuna yaxın bağlanması trendin gücündən xəbər verir. Eniş trendi vaxtı isə əksinə, qiymətin günün minimumuna yaxın bağlanması trendin gücündən xəbər verir. Bu hal təkrarlınq-ca trend davam edəcək.

Gəlin, bu yolla 5 valyuta cütlüyünün - EUR/USD, USD/JPY, GBP/USD USD/CHF və USD/CAD-ın qrafiklərindəki trendlərin gücünü ölçməyə çalışaq. Trendin artım, yoxsa eniş olduğunu bu məqalədə deyilən yolla – 8, 20 və 120 günlük şamlarla müqayisə etməklə müəyyənləşdirəcəyik.

Əgər artım trendi varsa, şamı bu formulla 0 və 100 arasında qiymətləndirəcəyik: (100/(High-Low))*(Close-Low). Alınan nəticədən 50 çıxılır.

Əgər eniş trendi varsa, (100/(High-low))*(Close-Low) formulu tətbiq olunur, sonra 50 çıxılır və -1 – bölünür ki, işarəsi dəyişsin (nəticələri müqayisə edə bilmək üçün).

Alan rəqəm bizə göstərir ki, bağlanış qiymətləri orta səviyyədən (50) nə qədər fərqlənir.

Hesablamalar göstərib ki, ən güclü trendlər GBP/USD və EUR/USD cütlüklərində olur. Bu cütlüklər trendə daha meyillidirlər. Sonra onlardan bir az geridə qalmaqla USD/CHF gəlir. USD/CAD onlardan xeyli geri qalır. Lap axırda isə USD/JPY cütlüyüdür.

GBP/USD: 9.2888EUR/USD: 9.1126USD/CHF: 8.8831USD/CAD: 8.0647USD/JPY: 7.0524

ARAŞDIRMA 21

Page 22: "InForex"#46: Dahiler itkilere qarsi
Page 23: "InForex"#46: Dahiler itkilere qarsi

15 punktluq skalpinq

Bu taktika skalpinq metodu ilə işləyən treyderlər üçündür. Hesab olunur ki, onun köməyilə gündə ən azı 50 punkt qazanmaq mümkündür. Amma bütün skalpinq texnologiyaları kimi, bu metodla işləyərkən də gəliri vax-tında götürmək lazımdır, əks halda, bazar sizə verdiyini geri ala bilər.

Strategiyanı öz qrafikinizdə qurmaq üçün üç Dəyişən Orta Göstərici (MA) əlavə edirik.

Moving Average 1:

Period – 85Metod - Linear WeightedTətbiq – LowRəng – qırmızı

Moving Average 2:

Period – 75Metod - Linear WeightedTətbiq - LowRəng – qırmızı

Moving Average 3:

Period – 5Metod – ExponentialTətbiq – CloseRəng – göy

MACD:

Cəld EMA – 15, Ləng EMA – 26, MACD SMA – 1.

Əməliyyata giriş qaydaları:

Satış üçün: Göy MA iki qırmızı MA-nı yuxarıdan aşağıya doğru kəsəndən sonra MACD-ın 1 barı “0” səvi-yyəsindən aşağıda başlanırsa, satırıq.

Alış üçün: Sarı MA iki qırmızı MA-nı aşağıdan yuxarıya doğru kəsəndən sonra MACD-ın 1 barı “0” səviyyəsindən yuxarıda bağlanırsa, alırıq.

46 / dekabr / 2013 SİSTEM 23

Page 24: "InForex"#46: Dahiler itkilere qarsi

46 / dekabr / 2013

Stop-loss: Adətən maksimum 14 punkt məsləhət görülür. Amma bizim fikrimizcə, yaxşı olar ki, qoşa qırmızı MA-nın əks tərəfində yerləşdirilsin

Take profit: Cədvəldə göstərilənə əsasən:

Take-profit cədvəli

SİSTEM24

Page 25: "InForex"#46: Dahiler itkilere qarsi

46 / dekabr / 2013

Bazarda heç kimə inanma!Larri Konnors

muşdum. Bu, elə bir xəstəlikdir ki, ağlı başında olan normal, intellektual insan özünə inamını itirir və çox ağıllı hesab etdiyi başqa birinin fikirlərindən asılı vəziyyətə düşür. Ona elə gəlməyə başlayır ki, bütün həyatı və gələcəyi bu müdrik dahinin, böyük Quru-Mürşidin məsləhətlərindən asılı olacaq. Mənim misalımda həmin “dahi” 1984-87-ci illərin “buğa” bazarını əvvəlcədən dəqiq proqnozlaşdırmağı bacarmış məşhur bir ekspert idi. 1987-ci ilin avqustunda, Dou-Cons indeksi 2700 punkt ətrafında, yəni tarixi maksimumunda olanda həmin Mürşid öz müridlərinə buyurdu ki, yaxın vaxtlarda Dounun daha 700-800 punkt qalxacağı gözlənilir. Həmin ana qədər mən şəxsi maliyyə işlərimdə son dərəcə mühafizəkar olmuş, eyni zamanda, uğurlu fəaliyyət nəticəsində samballı vəsait toplaya bilmişdim. Mənim Mürşidim həmin bəyanatı verəndən sonra dərhal bir vərəq götürərək, özümün çox yaxında olan zənginliyimi hesablamağa başladım. 800 punktu 8 yerə böldüm və hər birində açacağım əməliyyatın həcmini müəyyənləşdirdim. Belə məlum oldu ki, mənim ölü yerdən 10 min dollar qazancım olmalıdır. Hər əməliyyatdan!

Ertəsi gün mən yaxşı mürid nə etməlidirsə, onu da etdim - aqressiv şəkildə koll-opsionları almağa başladım. Sentyabr kolları, oktyabr kolları, sabit dəyərli opsionlar – nə gəlirdisə, ağına-bozuna baxmadan, ucdantutma hamısını alırdım. Bir neçə günə kapitalımın az qala yarısını opsionlara yatırdım. Götürəcəyim gəlir məni elə coşdurmuşdu ki, gecələr gözümə yuxu da getmirdi. Həmin vaxt hamiləliyinin beşinci ayında olan həyat yoldaşımla Maui adasına ikihəftəlik istirahətə gedəsi idik. Biz səhər-səhər təyyarəyə minəndə Bazar eynilə mənim Mürşidimin dediyi kimi, 15 punkt qalxdı. Vəssalam. Daha mənim var-dövlətimin qabağını nə ala bilər-di? Altı saatlıq uçuş mənə həyatımın ən uzun səfəri kimi göründü. Yerə enməyə səbrim çatmırdı, dərhal öyrənmək istəyirdim ki, artıq neçə min dollar qazanmışam. Biz mehmanxanaya çatar-çatmaz dərhal kati-bəmə zəng vurdum ki, xoş xəbərləri ondan öyrənim. Amma məlum oldu ki, həmin gün bazar 52 punkt aşağı düşüb.

...Dərhal öz Quruma zəng vurdum. “Narahat olmayın,- böyük Ustad dedi,- Mənim proqnozlarım qüvvədə qalır və yaxın gələcəkdə özünü doğruldacaq”. Bundan sonra necə narahat ola bilərdim ki?! Ustad dedi – qur-tardı! Mən var-dövlətimin tinin dalında yolumu gözlədiyi əhvalı ilə istirahətə başladım. Şübhəm yox idi ki, Ba-zar tezliklə bütün itkiləri qaytaracaq. Səhər həyat yoldaşımla birlikdə Maui adasındakı satlıq mənzillərə nəzər salmağa başladıq. Düşünürdüm ki, mənim kimi gənc və uğurlu bir treyderin, az qala milyonçunun mütləq belə gözəl yerdə azı bir mənzili olmalıdır. Biz ev axtarışlarımızı başa vurana qədər axşam düşdü və bazar... daha 9 punkt aşağıda bağlandı! Dərhal telefonu qapadaraq, Ustadın nömrəsini yığdım. Və o, yenə də məni əmin etdi ki, “böyük supertsiklik hərəkət qüvvədə qalır, deməli, proqnoz reallaşacaq” (Deyəsən, psixiatrlar buna “tıxanma” deyirlər...)

Nə başınızı ağrıdım, bu ssenari hər gün təkrarlandı. Və mənim qayğısız istirahət günlərim əsl cəhənnəmə çevrildi. Həmin hadisələrdən sonra Dou-Cons indeksi xeyli şəkildə aşağıya yuvarlanmışdı. Ona görə də, heç vaxt hansısa “ağıllı”ların Sizi tərəddüdə salmasına imkan verməyin. Quru və ekspertlərdən asılılığa düşmə-yin. Yalnız öz fikrinizlə hərəkət etmək və öz strategiyanızla işləmək Sizə uğur qazandıra bilər.

Yəqin, Sizlərdən hər Bazarı öyrənmək və qazanmaq üçün Ustad axtarmaq fikrinə düşüb. Çox nahaq yerə! Bir şeyi dəqiq bilin: nə qədər ki, müstəqil düşünməyi və müstəqil qərarlar qəbul etməyi öyrənməmisiniz, Bazarda qazanmaq Sizə nəsib olmayacaq. Əgər hansısa əməliyyatla bağlı kiminsə fikrini öyrənməyə ehtiyac duyur-sunuzsa, həmin əməliyyatı açmamaq daha məsləhətdir!

Mən özüm üçün bu dərsi 1987-ci ildə öyrənmişəm. O zaman mən quru axtarışı - “quruizm” adlanan əqli xəstyəliyə əməlli-başlı yolux

MƏSLƏHƏT 25

Page 26: "InForex"#46: Dahiler itkilere qarsi

PRO ET CONTRA26 46 / dekabr / 2013

Devid Au

Stop orderlərin vacib olduğunu hamı deyir. Amma “stop” ovu aparan peşəkarların olması haqda fikirlər də kifayət qədərdir. Və çox vaxt “stop”lar bizi sevin-dirmir, əksinə, məyus edir. Çünki qiymət onlara tox-unan kimi geri qayıdır.

1) Uff! Qiymət mənim “stop”uma dəydi və geri qayıtdı

Çox adamın başına gəlib. Market-meykerler çox təcrübəlidirlər və “stop”ların harada sıx yerləşdiyini yaxşı bilirlər. Bunun üçün qrtafikə baxmaları bəs edir. Və onlar rahatca süni dalğalanmalar yaratmaqla “stop”ları götürməyi bacarırlar.

2) Diapazonlar – “stop”ların qatilləridir

Saxta kəsilmələrin olduğu yerlərdə limit orderləri qoymaqdan çəkinin. Ondansa, kəsilmənin təsdiqlənməsini gö-zləyin.

3) “Stop”ları aşkar səviyyələrdə qoyanda...

Yanlış işləyəcək. Çünki stop “ovçuları” həmin səviyyələri hədəfə alıblar. Ondansa əməliyyatı bəri başdan bağlayın və itkini qəbul edin. Ya da stopları aşkar səviyyələrdən uzaqda qoyun.

4) Volatil bazarda “stop”un yeri yoxdur

Bəli, düz oxudunuz. Volatil bazarda heç cür əmin olmaq mümkün deyil ki, “stop”un yeri düz seçilib.

5) Mental stoplar ancaq peşəkarlar üçündür

Mental stop odur kiI, treyder onu qoymur, ancaq yerini nəzərdə tutur ki, qiymət ora çatsa, əməliyyatı bağlayacaq. Bir neçə dəfə yanlış işə düşən “stop”dan sonra treyder qərara gəlir ki, bazarı izləyəcək və qiymət lazımi səviyyələri keçəndə əməliyyatı bağlayacaq. Amma bunun üçün dəmir əsəblər lazımdır, o da əksər treyderlərdə yoxdur. Yalnız peşəkarlar bunu bacararlar. Yeni başlayanlar isə uzaq dursalar yaxşıdır.

6) Treyderin uğuru “stop”lardan asılıdır

100% düz olmasa da, əsasən doğru fikirdir. Əgər sizin əleyhinizə trend başlayanda “stop”unuz yoxdursa, hesabını-zla vidalaşa bilərsiniz. Əgər uzun müddət ticarət aparmaq niyyətiniz varsa, hər halda, “stop”larla işləməlisiniz.

“Stop”lar haqqında 10 mübahisəli fikir

Page 27: "InForex"#46: Dahiler itkilere qarsi

PRO ET CONTRA 2646 / dekabr / 2013

7) Stop diqqəti itkilərə yönəldir

Treydinq elə biznesir ki, burada itkisiz keçinmək mümkün deyil. Siz gərək itkiləri idarə edəsiniz. Ona görə də, diqqətin onlara yönəlməsində qorxulu heç nə yoxdur.

8) Stop üçün yer diqqətlə seçilməlidir

Peşəkarlar stop-orderlər qoymaq üçün yeri müəyyən etməyə xeyli vaxt və enerji sərf edirlər. Sonra da onu daha az riskli zonalara hərəkət etdirirlər. Heç vaxt riski artırmırlar. Yeni başlayanlardan fəqli olaraq.

9) Stoplar sizə dəstəkdir

Onlar sizi emosiyaların əsarətində qalmaqdan xilas edir. “Stop”larsız ticarət kəndirin üzərində gəzməyə bənzəyir – bir müddət bəxtiniz gətirə bilər, amma bircə dəfə yıxılmaq bəsdir ki, hər şeyə son qoyulsun.

10) Stop əməliyyatı “rəsmiləşdirir”

Treyder ancaq əməliyyatdan çıxanda qazancı “rəsmiləşmiş” olur. Ona görə də əsas olan bazara girmək yox, çıx-maqdır. Stoplar bu mənada sizin əməliyyatların nəticəsini rəsmiləşdirir.

Page 28: "InForex"#46: Dahiler itkilere qarsi

TEXNİKA28 46 / dekabr / 2013

Şamlar “işləyirmi?”

Şidcoonq Canq(Müəllif Koreya banklarının çoxu üçün neyroşəbəkə əsasında işgüzar proqnozlaşdırma modeli yaradıb. Onun texniki analiz üzrə proqramları fyuçerslərlə və qiymətli kağızlarla məşğul olan Koreya şirkətlərində geniş istifadə olunur. Hazırda Futures Brain Co. üçün proqram təminatının hazırlanması ilə məşğuldur. )

Şam patternlərindən əsrlərdir ki istifadə olunur, onlar texniki analitiklər arasında kifayət qədər məşhurdur. Amma onlara hələ də birmənalı yanaşma yoxdur. Əgər bazarda “ayı” trendi olanda “Çəkic” patterni yaranıbsa, bazara girmək lazımdırmı? Əgər “buğa” trendində “Asılmış” patterni yaranıbsa, pozisiyanı dərhal bağlamaq anlamına gəlirmi? Mən 351.745 şam patternini diqqətlə analiz etmişəm. Mənim analizim onu göstərib ki, şamlara ənənəvi yanaşmaya yenidən göz gəzdirmək lazımdır.

Adətən eniş trendində yaranmış “Çəkic” trendin dönüşündən xəbər verir. Eynilə “Asılmış” da “buğa” trendinin sona yaxınlaşmasından və bazarın dönəcəyindən xəbər verir. “Ayı” hərəkətini “buğa” hərəkətinə döndərən “Çəkic”i və ya “buğa” trendini “ayı” trendinə dəyişən “Asılmış”ı görmək treyderlər üçün son dərəcə yaxşı sürprizdir. Amma bu, hələ o demək deyil ki, siz bu patternlərlə qazana biləcəksiniz. Mənim analizim göstərdi ki, bir çox “Çəkic”lər “buğa” siqnalları verirlər. Əfsuslar olsun ki, çoxu yanlış olur. Həqiqətənmi bu patternin yaranması zamanı nəsə eləmək lazımdır?

Nadir hallarda cavablandırılan digər bir vacib sual bu və ya digər patternin yaranmasından sonra gözlənilən hərəkətin nə qədər davam etməsidir. Nə zaman hərəkətə keçmək lazımdır? Adətən şam patterninin çox qısamüddətli effekt verdiyini hesab edirlər. Bu, belədirmi? Şam patternləri müzakirə olunanda trendin müəyyənləşdirilməsi birinci addımdır. Trend – patternin müəyyənləşdirdiyi yeganə element deyil. Amma ondan patternin uğurlu və ya uğursuzluğunu qiymətləndirmək üçün bazis kimi istifadə etmək olar.

Trendin müəyyənləşdirilməsi son dərəcə qəliz məsələ ola bilər. Adətən hesab edirlər ki, şam patterni qiymət hərəkətinə çox qısamüddətli təsirə malikdir, ona görə də adətən qısamüddətli trendi müəyyənləşdirmək üçün Stoxastik və ya Qüvvələr Nisbəti İndeksi (RSI) kimi in-dikatorlardan istifadə olunur. Amma patternin yaranmasından sonra daha uzunmüddətli perspektivdə hərəkətin qiymətləndirilməsi üçün MA köməyə gələ bilər. Hansı parametr daha məqsədəuyğun olar? Bu, işlədiyimiz zaman intervalından asılıdır. Məsələn, şam patterninin yaranmasından sonra 1 gündən 16 günə qədər olan dövr ərzində əldə olunan gəliri analiz etsək, onda 20 günlük MA-dan istifadə etmək olar. Trendin özünü necə göstərdiyinə baxmaq üçün əməliyyatın açılmasından sonra 1 gündən 16 günə qədər olan dövrdə əldə olunan gəliri hesabladım. Məntiq çox sadədir. “Buğa” trendində dönüş patterninin effektivliyini müəyyənləşdirmək üçün bağlanış qiyməti 20 günlük MA-dan yuxarı olanda alış əməliyyatı verirəm. Müvafiq olaraq da “ayı” trendində dönüş patterninin effektiv-liyini müəyyənləşdirmək üçün bağlanış qiyməti 20 günlük MA-dan aşağı olanda satış əməliyyatı verirəm. Test dövründə indeksin artım bazisinə korreksiya vermək üçün “buy and hold”-un orta gəlirindən artım bazisini çıxartdım.

Şəkil 1-də əməliyyat verildikdən sonra 1 gündən 16 günə qədər dövr üçün günlük orta gəliri görürük. Ümumilikdə 161.612 şam artım trendində, 182.933 şam eniş trendindədir. Bu növbəti dəfə onu göstərir ki, “trend mənim dostumdur” hər şam paternində uğuru və uğursuzluğu qiymətləndirmək üçün bazis verir. Amma əgər trendi qısamüddətli ossilyatorların köməyilə müəyyənləşdirsək, dinamika bir o qədər dəqiq olmayacaq.

Page 29: "InForex"#46: Dahiler itkilere qarsi

TEXNİKA 2946 / dekabr / 2013

Şəkil 1. Artım trendləri, eniş trendləri və şamlar. Burada biz trendi müəyyənləşdirmək nöqteyi-nəzərindən orta gəlir görürük. Diqqət yetirin ki, məlumatlarda artım bazisinə düzəliş olunub.

Çətirlər və dönüş çətirləri şam patterninin baza formasıdır. Onlar adətən əsas dönüş paternləri kimi gözdən keçirilir. Klassik Çətir bir şamdan ibarətdir. Onun uzun aşağı kölgəsi və balaca bədəni var. Kölgə bir qayda olaraq, real bədəndən minimum iki dəfə böyük olmalıdır. Bundan başqa, bu şamda yuxarı kölgə ya olmamalıdır, ya da çox xırda olmalıdır. Üstəlik, bir qayda da əlavə etdim: şamın mak-simumundan minimumuna diapazonu 10 günlük orta diapazondan çox olmalıdır.

Əgər belə bir pattern eniş trendində yaranırsa, “Çəkic” adlanır, artım trendində yaranırsa, “Asılmış”. İki və daha çox şamlardan ibarət daha mürəkkəb patternləri oxşar xüsusiyyətlərlə bir şamlı patternə kimi azaltmaq çox asandır. Çevrilmiş Çətir də bir şam xəttindən ibarət patterndir. Onun uzun yuxarı kölgəsi və balaca bədəni var, bu kölgə real bədəndən minimum iki dəfə böyük olmalıdır, aşağı kölgəsi olmamalı, ya da çox xırda olmalıdır. Burada mən həmçinin öz qaydamı da əlavə etdim ki, şamın diapazonu 10 günlük orta diapazondan yuxarı olmalıdır. Eniş trendində belə bir pattern yarandıqda “Çevrilmiş Çəkic”, artım trendində “düşən ulduz” adlanır.

“Çətir” yarananda bazar əksər halda aşağı gedir. “Asılmış” daha maraqlı nəticələr verir. Patternin yaranmasından sonra bazar korreksiya nümayiş etdirir, amma bəzən birdən yuxarı dönərək, sanki əvvəlki trendi tutmağa çalışır.

“Çevrilmiş Çəkic” və “Düşən Ulduz” patternlərinin dinamikası şəkil 4-də göstərilib. “Çevrilmiş Çətir” sadəcə, trendi müəyyənləşdirməmiş Çevrilmiş Çəkic və ya Düşən Ulduzdur. Daha yaxşı müqayisə üçün qrafikdə eniş və artım trendləri üçün gəliri göstərdim.

Mən 8.310 Çevrilmiş Çətir, 4.567 Çəkic və 3.688 Düşən Ulduz təyin etdim. Qrafikdən göründüyü kimi, Çevrilmiş çətir yarananda bazar yuxarı hərəkət etmək tendensiyasına malik olur. Ayı trendində çevrilmiş çəkic yarananda gəlir ən azı buğa trendində bazara girişdə əldə olunandan yaxşıdır.

Şəkil 4. Çevrilmiş Çətir paternlərinin dinamikası. Biz Çevrilmiş Çəkic və Düşən Ulduz üçün gündəlik gəlir görürük.“Düşən Ulduz”un analizi göstərir ki, patterndən sonra bazar korreksiyaya girir. Amma bir neçə gün sonra bazar yuxarı hərəkətə başlayır. Patternin yaranmasından 16 gün sonra gəlirlər daha yüksək olur.

Bu nəticələr göstərir ki, şam patternindən ənənəvi istifadə etdiyimiz metoda daha yaxşı nəzər salmaq olar. Ənənəvi qaydalara riayət etməklə “Çəkic”lər üçün alışlara və “asılmış”lar üçün satışlara olan təzyiqlərə diqqətimizi yönəldirik. Amma mənim analizim göstərir ki, hər iki halda (çevrilmiş çəkic və enən ulduz) alışlara təzyiqlərə fikrimizi cəmləməliyik. Çevrilmiş çəkic yarananda bazar adətən əvvəlki trendi çevirir.

Mən həmçinin ağ və qara real bədənlər, artan həcm şəraiti kimi digər parametrləri də test etdim. Baxmayaraq ki, bu parametrlər nəticələrə müəyyən təsirlər göstərib, ümumi dinamika ilə müqayisədə onlar çox cüzi idi.

Təsdiqləyici indikatorları kombinasiya edirik

İndi isə biz təsdiqləyici indikatorlarla şam patternlərinin kombinasiyasını müqayisə edəcəyik ki, belə olan halda gəlirlilik və etibarlılığın artıb-azalmadığını görə bilək. Bu, bizi bir çox alternativlərə gətirib çıxardır; bütün alternativlərin araşdırılması bizim imkanlarımız sərhəddindən kənardadır. Bu minvalla biz yalnız RSI 14-ü nəzərdən keçirəcəyik.

Page 30: "InForex"#46: Dahiler itkilere qarsi

TEXNİKA30 46 / dekabr / 2013

Təsdiqləyici indikator kimi RSI-dan istifadə etməyin bir neçə yolu var. Burada mən 50-ci səviyyədən qısamüddətli trendi müəyyənləşdirmək üçün istifadə edəcəm. Biz bu qaydalardan istifadə edəcəyik ki, şam patterni yarananda RSI 50 səviyyəsindən yuxarı, yoxsa aşağı olub. Yəni:Çəkic1: Çəkic və RSI>50Çəkic2: Çəkic və RSI<50Asılmış1: Asılmış və RSI>50Asılmış2: Asılmış və RSI<50Çevrilmiş Çətir 1: Çevrilmiş Çətir və RSI>50Çevrilmiş Çətir 2: Çevrilmiş Çətir və RSI<50Düşən Ulduz 1: Düşən Ulduz və RSI>50Düşən Ulduz 2: Düşən Ulduz və RSI<50

4.567 Çevrilmiş Çətir arasında 476 şamı Çevrilmiş Çəkic 1 və 4.081 şamı Çevrilmiş Çəkic 2 kimi təyin etmək olar. 3.688 Düşən Ulduz arasında 3.336 şamı Düşən Ulduz 1 və 353 şamı Düşən Ulduz 2 kimi müəyyənləşdirmək olar. Diqqət yetirin ki, adətən MA və RSI-ın verdiyi trend siqnalı üst-üstə düşür.

Eniş trendində “Çevrilmiş Çəkic” və RSI-da “buğa” siqnalı yarananda və siz alış verəndə gəlirlilik təxminən 10 gün ərzində artır. Artım trendində RSI-ın ayı siqnalında “Düşən Ulduz” yarananda dərhal alış pozisiyasını bağlamaq yaxşı olardı. Baxmayaraq ki, bu pattern ümumi rəqəmin 10%-i təşkil edir, o, çox güclü “ayı” siqnalı verir.

Şəkil 6. RSI və “Çevrilmiş Çətir”. Təsdiqləyici RSI-la Çevrilmiş Çəkic və Düşən Ulduz üçün gündəlik gəlirlər

Nəticə

Şam patterninin effekti daha uzunmüddətli ola bilər. Bu, o deməkdir ki, şam patternindən istifadə zamanı ehtiyatlı olmaq lazımdır. “Ayı” trendində “Çəkic” özlüyündə “buğa” dönüş patterni hesab oluna bilməz. “Asılmış” yarananda onu “ayı” patterni hesab etmək olar, amma 8-9 gün sonra bazara girişin mümkünlüyünü nəzərə almalısınız.

“Çevrilmiş Çətir” artım və eniş trendlərində güclü “buğa” paternini əks etdirir. “Çevrilmiş Çəkic” əvvəlki eniş trendini yuxarı dəyişə bilər. “Düşən Ulduz”dan sonra xırda korreksiya gözləmək lazımdır, amma uzunmüddətli perspektivdə güclü buğa siqnalı kimi özünü göstərir.

Təsdiqləyici indikatorlara şam patternlərinin kombinasiyası gəlirliliyi və etibarlığını artıra bilər. “Çevrilmiş Çəkic”i RSI-ın 50-ci səviyyəsindən yuxarı olması ilə istifadəsi gəlirliyi xeyli artırır. Bütövlükdə “Düşən Ulduz” buğa siqnalı hesab olunmalıdır, amma RSI-ın 50-dən aşağı olması ilə istifadəsi zamanı formalaşanda alış pozisiyasını dərhal bağlamaq lazımdır.

Page 32: "InForex"#46: Dahiler itkilere qarsi

TÖVSİYƏ32 46 / dekabr / 2013

Treyder hər axşam bunu etməlidir

Treyder sabah nə edəcəyini bu gün axşamdan dəqiqləşdirməlidir. Ticarət gününə əvvəlcədən hazırlaşmaq son dərəcə vacibdir. Necə gəldi, qarışıq əməliyyatlar açmaq uğursuzluğa aparan yoldur. Peşəkar treyderin əvvəl-cədən ticarət planı olmalıdır. Treyderin “ev tapşırığı” ona ticarət prosesində zehnini aydın və təmiz saxlamaqda, özünü itirməməkdə çox böyük kömək edir.

Əksər treyderlər ticarət gününə əvvəlcədən hazırlaşmayanda daha çox emosiyaların təsirinə düşür və sonra-dan özlərinə də xeyli məntiqsiz görünən əməliyyatlar açırlar. Halbuki, təcrübəli və peşəkar treyderlər bu halda ünmumiyyətlə, bazara girməməyi üstün tutur. Hər axşam yarım saat–bir saat müddətində qrafikləri nəzərdən keçirmək və orada sizə məlum olan sxemləri axtarmaq lazımdır. Bu, standart “ev tapşırığı”dır. Bu iş maraqsız və cansıxıcı görünə bilər, amma onu mütləq etmək gərəkdir.

Bütün maraqlı işlərin bu cür cansıxıcı və yeknəsəq tərəfləri var. Məsələn, idmançılara baxın. Son dərəcə maraqlı hərəkətləri göstərə bilmək üçün onların nə qədər yeknəsəq və bezdirici “ev tapşırıqları” yerinə yetirdiklərini təsəvvürə gətirə bilirsinizmi?

Yaxud bilirsinizmi, rejissor və aktyorlar son dərəcə maraqlı görünən işə nə qədər yeknəsəq və cansıxıcı şəkildə hazırlaşırlar? Aylarla sürən hazırlıq ərzində hər gün dəfələrlə “ev tapşırıqları” yerinə yetirilir. Bütün peşəkarlar bunu edirlər. Mənim tanıdığım bir peşəkar treyder işə adətən saat yarım-iki saat əvvəldən gəlir və bazar açılana qədər (o, fond bazarında işləyir) bütün qrafikləri təhlil edirdi. Trend xəttlərini çəkir, kanalları qurur, qeydlər aparır, tanıdığı modelləri axtarır, əməliyyatlarını təhlil edir, ticarət planını qururdu. Həmin insanın ticarətqabağı gördüyü stan-dart “ev tapşırığı” haqqında bütöv bir kitab yazmaq olardı! Bununla yanaşı, o, ən uğurlu və qazanclı treyder-lərdən biridir. Heç vaxt da öz ticarət üslubunu dəyişmir.

Bundan başqa, hər bir ticarət əməliyyatını dəftərdə yazmaq və sonra təhlil etmək lazımdır. Çünki siz eyni səh-vlərə ona görə təkrar-təkrar yol verirsiniz ki, həmin səhvləri təhlil etmirsiniz. Treyder öz uğursuzluğunu mümkün qədər tez unutmaq istəyir. Bu, pis fikir deyil – unudun, amma yaxşıca tanıyandan sonra!

Siz axşam qrafikləri təhlil edəndən sonra sabahkı gün üçün bir neçə (adətən 3-4) potensial ticarət imkanının üzərində dayanacaqsınız. Səhər yalnız onları izləyin. Əgər hadisələr sizin müəyyənləşdirdiyiniz şəkildə inkişaf edirsə, o halda bazara girmək olar. Bütün hallarda, səhərisi gün Bazar sizin dünən ev tapşırığını necə yerinə yetirmənizə çox obyektiv qiymətini verəcək. Dərsə hazırlıqsız gələnlər isə inciməsinlər.

Page 33: "InForex"#46: Dahiler itkilere qarsi

46 / dekabr / 2013 TƏHLİL 33

Vüsal Məmmədovun təqdimatında

“Elliot Dalğaların Analizi”

> A - <<A>> dalğası hələ davam edir

....A - “A” dalğasının başlayacağı gözlənilir

Müqavimət səviyyəsi yarılsa, qiymət yuxarıya hərəkət ədəcək

Dəstək səviyyəsi yarılsa. qiymət aşağiya hərəkət edəcək

Conformative - Bu səviyyə keçiləndə ssenari təsdiqlənəcək

Critical - Bu səviyyə kəçiləndə ssenari qüvvədən düşəcək

EUR/USD WeeklyAvro/dollar cütlüyündə İntermediate dalğa səviyyəsində yuxarıya doğru (X) dalğası inkişaf edir. Yəqin ki, ikiqat ziqzaq olacaq. Hazırda ikinci ziqzaqın Y Minor dalğasında inkişafını görürük.

Page 34: "InForex"#46: Dahiler itkilere qarsi

46 / dekabr / 2013

EUR/USD H4İkiqat ziqzaqın birinci – [a] minute dalğası yekunlaşmaq üzrədir. Aşağıya korreksiyadan sonra ikinci ziqzaqın yuxarıya doğru inkişafını gözləyirik.

EUR/USD DailyY Minor ikiqat ziqzaqının birinci ziqzaqı yekunlaşmaq üzrədir. Qısa korreksiyadan sonra artım trendinin davamını gözləyirik. Detalları aşağı zaman miqyasında izləyirik.

TƏHLİL34

Page 35: "InForex"#46: Dahiler itkilere qarsi

TƏHLİL 3546 / dekabr / 2013

GBP/USD DailyC Minor dalğasının yeni başladığını görürük. Onun ilk beşliyi – impulsu hazırdır. Yuxarıya trendin davamını gözləyirik.

GBP/USD Weeklyİrimiqyaslı (B) İntermediate korreksiya dalğası inkişaf edir. Onun üçüncü – C Minor dalğası inkişaf edir. B Minor korreksiya dalğası çox mürəkkəb üçlü üçlük formasını alıb.

Page 36: "InForex"#46: Dahiler itkilere qarsi

46 / dekabr / 2013

USD/CHF WeeklyDollar/frank mürəkkəb formalı korreksiya formalaşdırır: (W)-(X)-(Y). Hazırda əsas ssenariyə görə (X) dalğası başa çatıb. Ortamüddətli artımı gözləyirik.

USD/CHF DailyBu zaman periodunda Y Minor dalğası yekunlaşmaq üzrədir. Qiymətin kanala qayıdacağını və onun daxilində Z Minor dalğası ilə artımını gözləyirik.

TƏHLİL36

Page 37: "InForex"#46: Dahiler itkilere qarsi

46 / dekabr / 2013

USD/JPY DailyBu qrafikdə yuxarı perioddakı ssenarinin detallarına baxırıq. Görürük ki, (iv) of [v] dalğası başa çatıb. Onun üçbu-caqdan çıxandan sonrakı mümkün hərəkət sxemi qrafikdə göstərilib.

USD/JPY WeeklyQrafikdə 5 dalğalı «wedge» (ilk üçbucaq) modelinin sonuncu dalğası hələ də inkişaf edir. 5-ci dalğa - [v] minute həddindən artıq uzanıb. Onun daxilindəki dördüncü dalğa (iv) of [v] üçbucaq şəklini alıb.

TƏHLİL 37

Page 38: "InForex"#46: Dahiler itkilere qarsi

EUR/USD ortamüddətli

Trading Cenral-dan bazarın təhlili

Qiymət 1.322 səviyyəsindən yuxarıda qalarsa, alışa üstünlük verilməlidir.Hədəflər 1.383, 1.397. 1.322 səviyyəsindən aşağıda möhkəmlənmə 1.299 və 1.275 ətrafına enişə gətirəcək.

Əsas səviyyələr : 1.4245***1.3970**1.3830***1.36511.3220**1.2990**1.2750***

Trend qalxışa meyllidir.

46 / dekabr / 2013TƏHLİL38

Page 39: "InForex"#46: Dahiler itkilere qarsi

Qiymət 0.954 səviyyəsindən aşağıda qalarsa satışa üstünlük vermək olar. Hədəflər: 0.8845, 0.857. 0.954 səviyyəsinin yuxarı qırılması 0.976 və 0.992 ətrafına qalxışa yol açacaq.

Əsas səviyyələr:0.9920***0.9760***0.9540**0.90530.8845***0.8570**0.8300**

AUD/USD ortamüddətliTəzyiq altındadır.

46 / dekabr / 2013 TƏHLİL 39

Page 40: "InForex"#46: Dahiler itkilere qarsi

Qızıl eniş trendinin sərhədindədir.Qiymət 1361 səviyyəsindən aşağıda qaldıqca satışa üstünlük vermək olar.Hədəflər 1180 , 1134. 1361 səviyyəsinin yuxarı qırılması 1434 və 1485 ətrafına qalxışa yol açacaq.

Əsas səviyyələr:1485143413611236118011341080

Təzyiq altındadırGOLD ortamüddətli

46 / dekabr / 2013TƏHLİL40

Page 41: "InForex"#46: Dahiler itkilere qarsi

46 / dekabr / 2013

Aya baxaraq Həyatım yüngülcə sivişib keçdiYeni İli də belə qarşılayacağam

Matsuo Base

“İşimoku” Qrafik Sistemin əsasında təhlil

EUR/USD WeeklyQiymət bütün xəttlərin üstündədir. Xəttlər isə üfiqi vəziyyət aldığından, maksimumun yarılıb-yarılmayacağı sual altındadır. Uzun əməliyyatları 1.39-a qədər saxlamaq məsləhətdir. Qısa əməliyyat açmağın mənası yoxdur. Əsas

ssenari: 1,39 yarılacaq və qiymət 1,41-ə qədər qalxacaq.

TƏHLİL 41

Page 42: "InForex"#46: Dahiler itkilere qarsi

46 / dekabr / 2013TƏHLİL42

EUR/USD DailyTenkan və Kijun xəttləri “qızıl xaç” yaradandan sonra onu reallaşdırmağa başlayıblar. Hər iki xətt yuxarıya yönəlib. Demək, “buğa”ların ambisiyaları sakitləşə bilər. Alış zamanı “stop”ları 1,3685 zonasında qoymaq lazımdır. İlkin

hədəf - 1,3550/70.

GBP/USD WeeklyŞam analizinə baxsaq, “buğa”lar 1,64-də ciddi müqavimətlə rastlaşıblar. Artım trendi hələ də aktualdır, çünki tenkan və kijun qiymətin altındadırlar, hərçənd, yana meyillənmək istəyirlər. Ən real variant qiymətin tenkan xəttinə - 1,6175/1,6200-ə qədər düşməsi, daha sonra isə 1,64-ə qədər qalxmasıdır. Elə orada da “buğa”ların ta-leyi həll olunacaq. Əgər həmin səviyyə də yarılsa, 1,65-ə qədər artım, yarılmasa 1,62-yə və daha da aşağıya eniş

gözləyirik.

Page 43: "InForex"#46: Dahiler itkilere qarsi

46 / dekabr / 2013 TƏHLİL 43

GBP/USD DailyGünlük şamlarda vəziyyət daha az optimist görünsə də, daha aydındır. Tenkan artıq yarılıb və demək olar ki, test

də olunub. Ona görə də, 1,64-də stop qoymaqla, 1,62-ni hədəf götürüb, satırıq. Tenkan xəttinin əks istiqamətdə yarılmasını dönüş kimi qəbul etmək lazımdır.

USD/CHF WeeklyBütün xəttlər aşağıya yönəlib. Satış zamanı “stop”ları 0,91-dən yuxarıda qoyuruq. Hədəf - 0,88.

Page 44: "InForex"#46: Dahiler itkilere qarsi

46 / dekabr / 2013

USD/CHF DailyEyni vəziyyətdir. Stopları 0,90-dan yuxarıda qoyuruq, hədəf - 0,8830

USD/JPY WeeklyHəftəlik şam dojini xatırladır. Əgər yaranan gep-i də bura əlavə etsək, “buğa”lar üçün çox yaxşı şam mənzərəsi

alınır. 100,50-yə qədər satışlardan çəkinmək məsləhətdir. Yəqin ki, yaxın gələcəkdə qiymət məhz ora istiqamətlənəcək.

TƏHLİL44

Page 45: "InForex"#46: Dahiler itkilere qarsi

TREYDERLƏR ÜÇÜN FORUM

USD/JPY DailyTenkan xətti test olunur. Almaq üçün yaxşı qısamüddətli imkan var.

Stop - 102,65, Take-Profit - 103,85.

46 / dekabr / 2013 TƏHLİL 45

Page 46: "InForex"#46: Dahiler itkilere qarsi

EUR/USDAvro hazırda bu ilin maksimumu ətrafında bir qədər korreksiya etməyə hazırlaşır. Düşünürəm, 1.3600-a keçən maksimumuna qədər dəstək səviyyəsini test etmək fonunda eniş nümyiş etdirə bilər. Amma trend artım olaraq qalır. Ümumiyyətlə, cütlüyün güclü enişi üçün əsas 1.3410-1.3463 ətraflarındakı dəstək baryeri qırıldıqdan sonra yaranacaq.

Fərid Hüseynov təqdim edir

“Kompleks Texanaliz”

46 / dekabr / 2013TƏHLİL46

Page 47: "InForex"#46: Dahiler itkilere qarsi

GBP/USDGbp/usd 1.6300-1.6450 aralığında çox güclü bir müqavimətlə rastlaşıb. Hazırda əvvəl 1.6100, daha sonra 1.5900-a qədər enəcəyini düşünürəm. 1.6400-dən yuxarıda cütlük öz pozisiyalarını qoruyub saxlaya bilsə, artım davam edəcək.

46 / dekabr / 2013 TƏHLİL 47

Page 48: "InForex"#46: Dahiler itkilere qarsi

USD/CHFUsd/chf cütlüyü hazırda 2012-ci il minimumu olan 0.89-la mübarizə aparır. Belə ki, əgər qiymət bu dəstəkdən yuxarıda qala bilsə, 0.90-0.91 ətraflarına qədər qalxacaq. Əgər 0.89 müqavimətə çevrilsə, onda valyuta cütlüyü ortamüddətli perspektivdə enişini davam etdirə bilər.Bu, usd/chf üçün 2011-ci il minimumlarına doğru “yaşıl işıq” anlamına gələ bilər. Ona görə də, diqqətli olmaq lazımdır.

USD/JPYUsd/jpy cütlüyü qrafikdən göründüyü kimi, ortamüddətli bir artım trendi yaradıb. Amma ilin sonu və fiksasi-ya faktorları onun korreksiyasını “tələb edir”. Ona görə də, valyuta cütlüyündə 102.50 ətraflarından satışların güclənəcəyini proqnozlaşdırmaq olar. İlk hədəf 101.75, daha sonra 100.60 dəstəkləri olacaq. Yox, əgər 102.50-dən yuxarıda pozisiyalarını qoruyub saxlaya bilsə, 104-ə qədər qalxacaq.

46 / dekabr / 2013TƏHLİL48

REKLAM

Page 49: "InForex"#46: Dahiler itkilere qarsi

46 / dekabr / 2013 49BAX, GÖR

Treyder haqqında yeni film

“Uoll-Strit canavarı” («The Wolf of Wall Street») məşhur rejissor Martin Skorsezenin (“Aviator”, “Lənətli ada”, “Xainlər”) yeni filmidir. Film bəzi ölkələrdə 2013-cü ilin son, bəzi ölkələrdə isə 2014-cü ilin ilk günlərində ekrana çıxacaq.

Filmdə baş rolu aktyor Leonardo di Kaprio oynayır. Ondan başqa, Cona Hill, Metyu Makkonahi, Jan Düjarden, Con Favro kimi tanınmış aktyorlar da filmdə rol alıblar.

Filmin əsasında nyu-yorklu keçmiş broker Cordan Belfortun xatirələri dayanır. O, 1987-ci ildə iri broker şirkətlərindən birini yaratmışdı. Amma 10 il sonra çirkli pulların yuyulması və bir sıra digər maliyyə cinayətlərinə görə həbs olunur.

Cordan Belfort alkoqol və narkotika asılılığından qurtarandan sonraiki kitab yazıb. Həmin pis vərdişləri isə Uoll-Stritdə maliyyə maxinasiyaları apararkən öyrənmişdi. İndi o, uğura necə qovuşmaq haqqında mühazirələr oxuyur.

Page 50: "InForex"#46: Dahiler itkilere qarsi

İndi sizin üçün tərəfdaşlarımızın yüksək keyfiyyətli broker xidmətlərini qiymətləndirmək daha gəlirli oldu. Çünki sərfəli ticarət şərtlərindən, orderlərin keyfiyyətli icrasından, tanınmış MetaTrader 4 terminalındakı (endir)60-dan çox ticarət alətindən savayı siz balansınıza vəsait yatırmaqla 10% bonus əldə edə bilərsiz.

Kampaniya 1 Noyabr 2013 ilə qədər davam edəcək.

+1.5%( 11.50%) Bonus bank vasitəsi ilə köçürülən yatırımlara

Bundan savayı , müştərilər əməkdaşlıq etdikləri hər il üçün əlavə 1% həcmində bonus alacaqlar.Əməkdaşlığın ilk ilində (10 il əvvəl) açılmış hesabların sahibləri üçün bu bonus 10% təşkil edəcək bu isə artıq 20% Bonus deməkdir!

İndi hesaba vəsait yatırvə 2500$ məbləğində

BONUS əldə et!