respublikanın ümumtəderslik.edu.az/.../pdf/pdf_7_2014/yr_fizika_7_2014.pdfyenə həmin...

17

Upload: others

Post on 24-Dec-2019

8 views

Category:

Documents


0 download

TRANSCRIPT

2

Respublikanın ümumtəhsil məktəblərinin

7-ci sinifləri üçün “Fizika” dərslik komplekti

Müəlliflər: Mirzəli Murquzov

Rasim Abdurazaqov

Rövşən Əliyev

Dilbər Əliyeva

Bakı: Bakı Nəşr, 2014.

Dərslik komplekti ilə bağlı TQDK-ya daxil olmuş və açıq

müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında

hazırlanmış

YEKUN RƏY

3

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:

1. Məzmunun işlənməsi baxımından

2. Dil və yazı üslubu baxımından

3. Dizayn və bədii tərtibat baxımından

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun işlənməsi

baxımından

1. Məzmunun işlənməsi baxımından

Dərslik komplekti dərslik və müəllim üçün metodik vəsaitdən ibarətdir. Dərslik

komplektində verilmiş materiallar “Fiziki hadisələr, qanunauyğunluqlar,

qanunlar”, “Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər”, “Eksperimental

fizika və müasir həyat” məzmun xətləri üzrə 5 əsas və 15 alt standartın

reallaşdırılmasına yönəlmişdir.

Dərslik 6 fəsil üzrə (“Mexaniki hərəkət”, “Mexaniki hərəkəti doğuran

səbəb”, “Mexaniki iş və enerji”, “Təzyiq”, “Sadə mexanizmlər. Cisimlərin

tarazlığı”, “Mexaniki rəqslər və dalğalar”) 44 mövzunu əhatə etməklə, 144

səhifədən ibarətdir. Bununla yanaşı, burada mövzular üzrə “Maraqoyatma”,

“Araşdırma”, “Öyrəndiklərinizi tətbiq edin”, “Nə öyrəndiniz”,

“Öyrəndiklərinizi yoxlayın”, “İzahlar”, “Məsələ həlli”, “Layihə”, “Açar sözlər”,

“Ümumiləşdirici tapşırıqlar” kimi bölmələr verilmişdir.

Materiallar şagirdlərin dünyagörüşünün və nitq mədəniyyətinin formalaşmasını

təmin etməyə yönəlmişdir. Faktların dəqiqliyi, elmiliyi və didaktik tələblər

gözlənilmiş, fəndaxili və fənlərarası inteqrasiya nəzərə alınmışdır.

Mövzularda faktların elmiliyinə, dəqiqliyinə, etibarlılığına ciddi fikir verilmişdir.

Material seçimində didaktik tələblər gözlənilmişdir. Dərslikdəki materiallar müstəqil

təlimə əsasən imkan verir.

Qeyd etmək lazımdır ki, Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən dərslik

komplektinin qiymətləndirilməsi ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

tərəfindən hazırlanmış rəydə göstərilən irad və təkliflərin xeyli hissəsi bu nəşrdə

nəzərə alınmışdır. Lakin bəzi iradlar olduğu kimi qalıb, əlavə və dəyişikliklər zamanı

4

isə yeni səhvlərə yol verilmişdir. Bununla yanaşı, digər qüsurlar da var. Bunlar

aşağıdakılardır:

7-ci sinif üzrə standartların reallaşdırılması zamanı öyrənilən fiziki

kəmiyyətlərin bir qismi skalyar, bir qismi isə vektorial kəmiyyətlərdir. Lakin nə

dərslik komplektində, nə də riyaziyyat kursunda skalyar və vektorial kəmiyyətlər

haqqında hələlik məlumat verilmir. Şagirdlər isə tədris prosesində onlar üzərində

əməllər (toplama, çıxma) aparmaq məcburiyyətində qalır. Məsələn: səhifə 116 və

121-də bir-biri ilə bucaq əmələ gətirən vektorial kəmiyyətlərin toplanmasına, yəni,

qüvvələrin əvəzləyicisinin tapılmasına ehtiyac var. Odur ki, kəmiyyətlər

öyrənilməmişdən əvvəl ayrıca bir paraqrafda skalyar və vektorial kəmiyyətlər

haqqında qısa məlumat və vektorların toplanması-çıxılması qaydalarının verilməsi və

ya bu hissələrin dərslikdən çıxarılması tövsiyə edilir.

Səhifə 8. 3-cü abzasda “Cismin fəzada vəziyyətini təyin etmək üçün

hesablama cismi ilə bağlı koordinat sistemi və zamandan istifadə edilir”

cümləsində “zamandan istifadə edilir” ifadəsinin “zamanı ölçən cihazdan istifadə

edilir” kimi yazılması məqsədəuyğundur.

Səhifə 9. 3-cü abzasda “Trayektoriya formasına görə düzxətli və əyrixətli

olur” cümləsinin “Hərəkət trayektoriyanın formasına görə düzxətli və əyrixətli olur”

kimi yazılması tövsiyə edilir.

Səhifə 11. “Düzxətli bərabərsürətli hərəkət” mövzusunda verilmiş motivasiya

düzgün deyil. Çünki yerindən hərəkətə başlayan idmançının ilk andakı sürəti ilə bir

qədər qaçdıqdan sonrakı sürəti eyni olmur. Belə ki, mövzu düzxətli bərabərsürətli

hərəkətə aid olduğuna baxmayaraq, hərəkət bərabərsürətli hərəkət deyil. Odur ki,

motivasiyada hərəkət edən eskalatorun üzərində dayanmış sərnişinin kənardakı

müşahidəçiyə nəzərən hərəkətinin misal göstərilməsi tövsiyə edilir.

Yenə həmin səhifədə sonuncu abzasda düzxətli bərabərsürətli hərəkətin tərifinin

“Cisim istənilən bərabər zaman fasilələrində bərabər yerdəyişmələr edərsə, belə

hərəkətə düzxətli bərabərsürətli hərəkət deyilir” kimi verilməsi məqsədəuyğundur.

Daha sonra isə sürətin tərifini vermək və sürətin bu hərəkəti xarakterizə edən

kəmiyyət olduğunu göstərmək tövsiyə edilir.

Səhifə 17. “Düzxətli dəyişənsürətli hərəkət” mövzusunda təcilin düsturundan

əvvəl düzxətli bərabərdəyişən hərəkət haqqında məlumat verilməsi tövsiyə edilir,

çünki bu düstur məhz həmin hərəkət üçün doğrudur.

5

Səhifə 19. “Hərəkətin qrafik təsviri” mövzu başlığının “Düzxətli

bərabərsürətli hərəkətin qrafik təsviri” kimi yazılması məqsədəuyğundur. Bu

düzəlişin “Mündəricat”da (səh. 5) və fəslin əvvəlində də (səh. 7) edilməsi

məqsədəuyğundur.

Səhifə 23. Mətnin 3-cü abzasında “Periodik hərəkət düzxətli hərəkətdən

fərqli iki fiziki kəmiyyətlə xarakterizə olunur” cümləsinin “Periodik hərəkət iki

fiziki kəmiyyətlə xarakterizə olunur” kimi yazılması məqsədəuyğundur. Çünki

düzxətli periodik hərəkət də mövcud ola bilər.

Yenə həmin səhifədə sondan 2-ci abzasda dövretmə tezliyinin BS-də vahidinin

“1 san-1

” şəklində yazılması məqsədəuyğun deyil. Çünki 7-ci sinif riyaziyyat

kursunda mənfi üstlü ifadələr tədris olunmur.

Səhifə 25. 2-ci abzasda “Çevrə üzrə bərabərsürətli hərəkətdə xətti sürətin

ədədi qiyməti sabit qalır, lakin istiqaməti fasiləsiz dəyişir” cümləsinin “Çevrə üzrə

bərabərsürətli hərəkətdə xətti sürətin ədədi qiyməti sabit qalsa da, istiqaməti fasiləsiz

dəyişir” kimi yazılması məqsədəuyğundur.

Yenə həmin səhifədə növbəti “Xətti sürətin istiqamətinin dəyişmə yeyinliyi

mərkəzqaçma təcili ilə xarakterizə olunur” cümləsinin isə “Ona görə də çevrə üzrə

bərabərsürətli hərəkət təcilli hərəkətdir” kimi yazılması məqsədəuyğundur.

Səhifə 33. 2-ci abzasda “Cismə qüvvə təsir etmədikdə onun öz sükunət

halını və ya sürətinin qiymət və istiqamətini saxlaması ətalətlilikdir” cümləsinin

“Cismə qüvvə təsir etmədikdə onun öz sükunət halını və ya sürətinin qiymət və

istiqamətini saxlaması hadisəsinə ətalət deyilir” kimi yazılması tövsiyə edilir. Çünki

ətalət-hadisə, ətalətlilik-xassədir.

Səhifə 40. “Ümumdünya cazibə qanunu” mövzusunda 6-cı abzasda

qravitasiya sahəsinin qüvvə xarakteristikasına verilmiş izahatda intensivliyin – vahid

kütləyə təsir edən qüvvə kimi göstərilməsi məqsədəuyğundur.

Səhifə 41 və 44. “Öyrəndiklərinizi yoxlayın”da 4-cü bənddə (səh. 41)

“Düşən cisim Yerə doğru hərəkət etdiyi halda, Yer nə üçün ona doğru hərəkət

etmir?” və 1-ci bənddə (səh. 44) “Nə üçün cisim Yerə doğru hərəkət edir, lakin

Yer cismə doğru hərəkət etmir?” cümlələri məna etibarı ilə eynidir. Bunların

birinin başqa bir sualla əvəz edilməsi tövsiyə edilir.

Səhifə 46. 1-ci abzasda “Deformasiyanın gərilmə (uzanma), sıxılma, əyilmə,

burulma və sürüşmə kimi növləri vardır” cümləsinin “Deformasiyanın uzanma

6

(sıxılma), əyilmə, burulma və sürüşmə kimi formaları vardır” kimi yazılması

məqsədəuyğundur.

Səhifə 56. 4-cü abzasda “Qüvvə o zaman mexaniki iş görür ki, cisim bu

qüvvənin təsiri altında müəyyən yol getsin” cümləsinin “Qüvvə o zaman mexaniki

iş görür ki, cisim bu qüvvənin təsiri ilə öz yerini dəyişsin” kimi yazılması

məqsədəuyğundur.

Yenə həmin səhifədə sonuncu abzasda “Mexaniki iş - əvəzləyici qüvvənin

modulunun həmin qüvvə istiqamətində gedilən yola hasilinə bərabər olan fiziki

kəmiyyətdir” cümləsinin “Mexaniki iş - qüvvənin modulunun həmin qüvvə

istiqamətində baş verən yerdəyişmənin modulu hasilinə bərabər olan fiziki

kəmiyyətdir” kimi yazılması tövsiyə edilir.

Səhifə 57. 1-ci abzasda 1-ci cümlədə “s-yoldur” ifadəsinin “s-yerdəyişmənin

moduludur” kimi yazılması məqsədəuyğundur.

Yenə həmin səhifədə 3-cü abzasın bütün cümlələrində “yol” sözünün

“yerdəyişmə” ilə əvəz edilməsi məqsədəuyğundur.

Yenə həmin səhifədə 3-cü abzasda “-əvəzləyici qüvvə gedilən yol

istiqamətindədirsə, mexaniki iş müsbətdir” cümləsinin “-qüvvə yerdəyişmə

istiqamətindədirsə, mexaniki iş müsbətdir” kimi yazılması məqsədəuyğundur. Çünki

gedilən yolun istiqaməti olmur.

Səhifə 62. 3-cü abzasda “Cismin işgörmə qabiliyyəti enerji adlanır”

cümləsinin “Cismin işgörmə qabiliyyəti ilə xarakterizə olunan fiziki kəmiyyət

enerjidir” kimi yazılması məqsədəuyğundur.

Yenə həmin səhifədə 5-ci abzasın 2-ci cümləsində “kürəcik iş görür” ifadəsi

“elastiki qüvvə iş görür” ilə əvəz edilməlidir.

Səhifə 65. 1-ci abzasda “A = Fa ∙ h = mgh” düsturu “A = Fa ∙ h= -mgh” kimi

yazılmalıdır. Çünki cismi Yer səthindən ixtiyari h hündürlüyünə qaldırdıqda ağırlıq

qüvvəsinin gördüyü iş mənfi olmalıdır.

Səhifə 67. “Kinetik enerji nədən asılıdır?” mövzusu üçün verilmiş

motivasiyanı dəyişmək tövsiyə edilir. Çünki tormoz yolu kütlədən asılı deyil. Yəni

kütləsi eyni, müxtəlif sürətli cisimlərin hərəkəti göstərilsə, motivasiya daha uğurlu

olar.

Səhifə 68. Mətnin 2-ci və 4-cü abzasında kinetik enerjinin sürətdən və kütlədən

asılılığını tormoz yolu ilə izah etmək doğru deyil. Burada 2-ci abzasda “1. Eyni

kütləli iki avtomobildən sürəti böyük olanın tormoz yolu (s1) da böyük olur”

7

cümləsinin “1. Eyni kütləli iki avtomobildən sürəti böyük olanı saxlamaq sürəti kiçik

olandan daha çətin olur. Çünki eyni kütləli iki avtomobildən sürəti böyük olan sürəti

kiçik olandan daha çox enerjiyə malikdir” kimi yazılması məqsədəuyğundur. 4-cü

abzasda isə “2. Eyni sürətlə hərəkət edən böyük kütləli (yüklü) avtomobilin

tormoz yolu kiçik kütləli (yüksüz) avtomobilin tormoz yolundan böyük olur”

cümləsinin “2. Eyni sürətlə hərəkət edən böyük kütləli (yüklü) avtomobili saxlamaq

kiçik kütləli (yüksüz) avtomobili saxlamaqdan daha çətin olur. Çünki eyni sürətlə

hərəkət edən böyük kütləli (yüklü) avtomobil kiçik kütləli (yüksüz) avtomobildən daha

çox enerjiyə malikdir” kimi yazılması məqsədəuyğundur.

Səhifə 102. “Ümumiləşdirici tapşırıqlar”da 5-ci tapşırıqda

(“ρd=7800 kq/m3”)-ın verilməsinə ehtiyac yoxdur.

Səhifə 109. “Çalışma-12”də 2-ci tapşırıqda “Düzgün çəkilən qüvvə qolu hansı

rəqəmlə işarə edilmişdir?” cümləsinin “F qüvvəsinin qolu hansı rəqəmlə işarə

edilmişdir?” kimi yazılması məqsədəuyğundur.

2. Dil və yazı üslubu baxımından

Dərslikdə verilmiş təlim materialları dil və yazı üslubu baxımından şagirdlərin

yaş səviyyəsinə uyğundur və sadə şəkildədir. Yeni termin və sözlər izahı ilə

verilmişdir.

Bununla yanaşı dərslikdə müəyyən qüsurlara da rast gəlinir. Bunlar

aşağıdakılardır:

Səhifə 9. 3-cü abzasda 2-ci cümlədə “qələmin hərəkəti” ifadəsi “qələmin

ucunun hərəkəti” kimi yazılmalıdır. Çünki alınan iz qələmin deyil, onun ucunun,

yaxud diyircəyinin trayektoriyasıdır.

Səhifə 29. 2-ci tədris vahidinin adının “Mexaniki hərəkəti doğuran səbəb”

deyil, “Mexaniki hərəkəti dəyişən səbəb” kimi verilməsi məqsədəuyğundur. Bunu

mündəricatda da nəzərə almaq lazımdır.

Səhifə 44. “Nəticəni müzakirə edin” bölməsində “Trayektoriyanı iş vərəqinə

çəkin və bu istiqamətləri qrafik təsvir edin” cümləsinin “Trayektoriyanı iş

vərəqinə çəkin və bu istiqamətləri göstərin” kimi yazılması məqsədəuyğundur.

8

Səhifə 64. “Maraqoyatma”da “Şəkildə iki elastik yay təsvir olunur”

cümləsinin “Şəkildə iki eyni elastik yay təsvir olunur” kimi yazılması

məqsədəuyğundur.

Səhifə 91. 2-ci abzasda “Beləliklə, 1 mm civə sütununun təzyiqi

təxminən 130 Pa-a bərabərdir” cümləsinin “Hesablamaq olar ki, 1 mm civə

sütununun təzyiqi təxminən 130 Pa-a bərabərdir” kimi yazılması məqsədəuyğundur.

Səhifə 94. 2-ci abzasda Arximed qanununun “Mayeyə (və ya qaza) batırılan

cismə onun həcmi qədər sıxışdırıb çıxardığı mayenin (və ya qazın) çəkisinə

bərabər itələyici qüvvə təsir edir” deyil, “Mayeyə (və ya qaza) batırılan cismə onun

sıxışdırıb çıxardığı mayenin (və ya qazın) çəkisinə bərabər itələyici qüvvə təsir edir”

kimi yazılması məqsədəuyğundur. Çünki cismin həcminin bir hissəsi də mayeyə bata

bilər.

Səhifə 97. Mövzunun adının “Cisimlərin üzmə şərtləri: Gəmilərin üzməsi,

havada uçma” deyil, “Cisimlərin üzmə şərti: Gəmilərin üzməsi, havada uçma” kimi

verilməsi məqsədəuyğundur.

Səhifə 104. Mövzunun maraqoyatma hissəsində sonuncu cümlədə “yüzlərcə”

sözünün “dəfələrlə” ilə əvəz edilməsi məqsədəuyğundur.

Səhifə 105. Bu səhifədə və dərslikdə olan digər mövzularda “qüvvə qolu”

ifadələrinin “qüvvənin qolu” ilə əvəz edilməsi tövsiyə edilir.

Səhifə 140. 3-cü abzasda “əks-səda lokasiyasında” ifadəsinin “səs

lokasiyasında” kimi yazılması məqsədəuyğundur.

Dərsliyin rus dilində olan variantında da müəyyən qüsurlar var. Bunlar

aşağıdakılardır:

Səhifə 8. Sonuncu abzasın 1-ci cümləsində “При изучении движении тела”

ifadəsinin “При изучении движения тела” kimi yazılması məqsədəuyğundur.

Səhifə 9. 2-ci abzasda trayektoriyanın tərifində “Траектория - это линия, по

которой движется материальная точка” cümləsinin “Траектория - это линия,

которая материальная точка описывает при своем движении” kimi yazılması

tövsiyə edilir.

Yenə həmin səhifədə 8-ci abzasda “Вектор скорости направлен вдоль его

перемещения” deyil, “Вектор скорости направлен вдоль перемещения тела”

kimi yazılması tövsiyə edilir.

Səhifə 12. 1-ci abzasda 2-ci cümlədə “тела за равные” ifadəsinin “тело за

любые равные” kimi yazılması məqsədəuyğundur.

9

Yenə həmin səhifədə “Что вы узнали” bölməsində “Açar sözlər”də

“Равномерное” və “Прямолинейное” sözləri bir yerdə (“Равномерное

прямолинейное”) yazılmalıdır.

Səhifə 13. 2-ci abzasın 2-ci cümləsində “Обычно, говоря о движении тела”

ifadəsinin “Обычно, говоря о скорости движения тела” kimi yazılması və bunun

“Что вы узнали” bölməsində (səh. 15) 2-ci cümlədə də nəzərə alınması

məqsədəuyğundur.

Səhifə 17. 4-cü abzasda “Ускорение – векторная величина с единицей

измерения в системе СИ 12

м

с” cümləsinin “Ускорение - векторная величина и

еѐ единица в СИ 2

м” kimi yazılması tövsiyə edilir.

Səhifə 22. Mövzunun adında və bütün mətn boyu verilmiş “обращения” sözü

“вращения” ilə əvəz edilməlidir.

Yenə həmin səhifədə “Maraqoyatma” hissəsində 1-ci sualın “Какая

траектория является самым простым криволинейным движением?” deyil,

“Какую траекторию имеет самое простое криволинейное движение?” kimi,

2-ci sualın isə “По какой траектории совершают движения точки на

вращающемся колесе?” deyil, “По какой траектории совершают движение

точки на вращающемся колесе?” kimi yazılması məqsədəuyğundur.

Səhifə 25. “Обсудите результат” hissəsində 2-ci sualda “относительна”

sözü “относительно” kimi yazılmalıdır.

Yenə həmin səhifədə 2-ci abzasda 2-ci cümlədə “числовое” sözü “численное”

sözü ilə əvəz edilməlidir. 3-cü cümlədə isə “частота” əvəzinə “быстрота”

yazılması məqsədəuyğundur.

Səhifə 26. 3-cü abzasda “При движении по окружности данного радиуса,

линейная скорость прямо пропорциональна периоду обращения”

cümləsinin “При движении по окружности данного радиуса, линейная скорость

пропорциональна частоте вращении” kimi yazılması tövsiyə edilir.

Səhifə 27. “Что вы узнали” bölməsində 3-cü cümlənin “Быстрота

изменения направления линейной скорости характеризуется _______, которое

направлено к центру окружности” kimi yazılması məqsədəuyğundur.

Səhifə 30. Sonuncu cümlədə “Единица измерения силы” ifadəsinin

“Единица силы” kimi yazılması məqsədəuyğundur.

10

Səhifə 31. Yuxarıdan 2-ci abzasın sonuncu cümləsində “использовать

правило замены” ifadəsinin “заменить” ilə əvəz edilməsi məqsədəuyğundur.

Səhifə 32. “Обсудите результаты” hissəsində 2-ci cümlənin “Что

произошло при медленном движении листа?” kimi yazılması məqsədəuyğundur.

Səhifə 33. Mətnin 1-ci abzasında 2-ci və 4-cü cümlələrdə “старается”

sözünün “стремится” ilə əvəz edilməsi məqsədəuyğundur.

Yenə həmin səhifədə “Что является мерой инертности?” yarımbaşlığında

1-ci cümlədən “шариков ручек” ifadəsinin çıxarılması məqsədəuyğundur.

Səhifə 37. “Maraqoyatma” hissəsində 2-ci şəklin altında verilmiş 1-ci sualın

“Возникает ли в момент удара по мячу изменение скорости движения

ноги?” əvəzinə “Изменяется ли скорость движения ноги при ударе по мячу?”

yazılması tövsiyə edilir.

Səhifə 41. “Что вы узнали” bölməsində sonuncu cümlədə

“пропорционально” sözü “пропорциональна” kimi yazılmalıdır.

Səhifə 46. 1-ci abzasda “Существуют следующие формы деформации:

растяжение, сжатие, изгиб, кручение и сдвиг” cümləsində “формы” sözünün

“виды” ilə əvəz edilməsi tövsiyə edilir.

Yenə həmin səhifədə “Что вы узнали” bölməsində 1-ci cümlədə

“пытающаяся” sözünü “стремящаяся” ilə əvəz edilməsi məqsədəuyğundur.

Səhifə 47. “Практическая работа” bölməsində 6-cı bənddə “вес” sözü

“веса” ilə əvəz edilməlidir.

Səhifə 49. 1-ci abzasdakı 2-ci cümlə dərsliyin Azərbaycan dilində olan

variantından fərqli verilmişdir. Belə ki, Azərbaycan dilində olan variantda “İkincisi,

ağırlıq qüvvəsi Yerin verilən nöqtəsində həmişə Fağ=mg olduğu halda, çəki bu

ifadədən böyük və ya kiçik ola bilər” qeyd olunub, ancaq dərsliyin rus dilində olan

variantında “Yerin” ifadəsi öz əksini tapmamışdır.

Yenə həmin səhifədə “Что вы узнали” bölməsində 3-cü cümlənin “___

или___точка приложения веса” deyil, “Точка приложения веса находится на

___ или ___” kimi verilməsi məqsədəuyğundur.

Səhifə 51. 1-ci abzasda “Тело движется с увеличением скорости”

cümləsinin “Скорость тело увеличивается” kimi yazılması məqsədəuyğundur.

Səhifə 52. 1-ci abzasda “Некоторые коэффициенты трения скольжения

соприкасающихся тел даны в специальной таблице” cümləsinin

11

“Коэффициенты трения некоторых соприкасающихся веществ даны в

специальной таблице” kimi yazılması məqsədəuyğundur.

Səhifə 53. “Проверьте свои знания” bölməsində 1-ci sualda “В результате

взаимодействия каких сил происходит торможение автомобиля?”

cümləsində “сил” sözünün “тел” ilə əvəz edilməsi məqsədəuyğundur.

Səhifə 54. “Обобщающие задания” bölməsində 2-ci tapşırıqda “С какой

осью совпадает направление вектора равнодействующей силы,

действующей на шарик?” cümləsinin “С каким вектором совпадает вектор

равнодействующей силы, действующей на шарик?” kimi yazılması tövsiyə edilir.

Yenə həmin səhifədə “Обобщающие задания” bölməsində 4-cü tapşırıqda

“С каким вектором совпадает действие силы тяжести на тело М?”

cümləsinin “С каким вектором совпадает сила тяжести действующая на тело

М?” kimi yazılması məqsədəuyğundur.

Yenə həmin səhifədə “Обобщающие задания” bölməsində 5-ci tapşırıqda 2-

ci cümlənin 1-ci sözü “Насколько” deyil, “На сколько” kimi yazılmalıdır.

Səhifə 60. “Проверьте свои знания” bölməsində 2-ci sualda və

“Упражнение-8” bölməsində isə 5-ci sualda verilmiş “данное” sözünün

çıxarılması tövsiyə edilir.

Səhifə 61. “Иcследование-1” bölməsində 2-ci bənddə “Обсудите с

друзьями, какую сила и тело совершили работу в наблюдаемом явлении”

cümləsi “Обсудите с друзьями, какая сила совершила работу в наблюдаемом

явлении” kimi yazılmalıdır.

Yenə həmin səhifədə “Обсудите результаты” bölməsində 3-cü sualın “Для

какого тела (или тел) существует способность совершения работы при

движении шарика вместе с пружинами вправо-влево?” deyil, “Какое тело

или тела способны совершить работу при движении шарика вместе с

пружинами вправо-влево?” kimi, 4-cü sualın isə “Совершена ли работа при

сжатии при помощи нити?” deyil, “Совершает ли работу сжатая пружина,

закрепленная нитью?” kimi verilməsi tövsiyə edilir.

Səhifə 63. “Что вы узнали” bölməsində “Энергия, которой обладает тело

во время движения, называется _” cümləsinin “Энергия, которой обладает

тело вследствие своего движения, называется_” kimi yazılması

məqsədəuyğundur.

12

Səhifə 66. “Проверьте свои знания” bölməsində 2-ci sualda “источнике

или дельте” ifadəsinin əvəzinə “истоке или устье” kimi yazılması

məqsədəuyğundur.

Səhifə 67. “Maraqoyatma” hissəsində şəkildən yuxarıda verilmiş cümlədə “без

груза”, şəklə verilmiş sualda isə “незагруженный” sözlərinin “порожний” ilə

əvəz edilməsi məqsədəuyğundur.

Səhifə 70. “Упражнение - 9” bölməsində 3-cü tapşırığın şərtində

“Определите у тела” ifadəsinin “Какова масса тела” ilə əvəz edilməsi

məqsədəuyğundur.

Səhifə 71. “Обсудите результаты” bölməsində 1-ci sualda “Запас какой

энергии был сообщен при удерживании поднятого вверх диска?” əvəzinə

“Какой энергией обладает диск на наибольшей высоте?” verilməsi tövsiyə edilir.

Səhifə 76. “Обсудите результаты” bölməsində 2-ci sualın “Изменяется ли

в обоих случаях сила действия, оказываемая кирпичом на губку?” deyil,

“Изменяется ли в обоих случаях сила действующая, на губку со стороны

кирпича?” kimi verilməsi məqsədəuyğundur.

Səhifə 77. “Что вы узнали” bölməsində 1-ci cümlədə “действующой” sözü

“действующeй”sözü kimi yazılmalıdır.

Səhifə 82. Mətndə sonuncu cümlədə “в замкнутом сосуде” ifadəsinin “в

закрытом сосуде” ilə əvəz edilməsi məqsədəuyğundur.

Səhifə 85. “Что вы узнали” bölməsində 1-ci cümlədə “открытие” sözü

“открытые”sözü kimi yazılmalıdır.

Səhifə 97. Mövzunun adında “Условия” sözünün “Условие” ilə əvəz edilməsi

məqsədəuyğundur.

Səhifə 98. Mətndə 1 və 2-ci bəndlərdə “общая плотность” ifadəsinin

“средняя плотность” ilə əvəz edilməsi məqsədəuyğundur.

3. Dizayn və bədii tərtibat baxımından

Dərsliyin tərtibatı, burada verilmiş illüstrasiyalar və sxemlər dərsliyin

məzmununa uyğundur. İstifadə edilən şriftlərin müvafiq yaş qrupuna uyğun olması

təqdirəlayiqdir. Bununla yanaşı, müəyyən qüsurlara da rast gəlinir. Bunlar

aşağıdakılardır:

13

Səhifə 8. “Araşdırma” bölməsində yalnız əyrixətli hərəkətlər təsvir edilmişdir.

Lakin burada həm əyrixətli və həm də düzxətli hərəkətlərin şəkilləri verilməlidir.

“Nəticəni müzakirə edin” hissəsində isə şəkillərə müvafiq suallar verilməlidir.

Səhifə 10. Spidometrin şəklində “kmh” əvəzinə “km/saat” yazılmalıdır.

Səhifə 14. “b” şəklinə aid müəyyən suallar yazılması tövsiyə edilir.

Səhifə 28. “Ümumiləşdirici tapşırıqlar” bölməsində 4-cü tapşırığın şərtində

avtobusların nömrələri verilsə də, şəkildə nömrələr göstərilməmişdir.

Səhifə 31. “d” şəklində dinamometrin üzərindəki bölgülər düzgün

göstərilməmişdir. Bölgülər “0, 4, 8, 10, 12” deyil, “0, 4, 8, 12, 16” kimi qeyd

edilməlidir.

Yenə həmin səhifədə 1-ci qaydaya aid məsələdə təsvir edilmiş şəkildə

əvəzləyici qüvvənin qiymət və istiqamətinin müəyyən edilməsi üçün tələb olunan

qüvvələr şəkildə bir nöqtəyə tətbiq olunmalıdır.

Səhifə 34. “Öyrəndiklərinizi yoxlayın” bölməsində şəkillərdən tormoz yolu

ifadəsi çıxarılmalıdır. Çünki avtomobilin tormoz yolu kütlədən (ətalətlikdən) asılı

deyil

gSt

2

2

0 .

Səhifə 87. “Çalışma -10”da 5-ci tapşırıqda verilmiş şəkildə mayelərin səviyyəsi

eyni olmalıdır.

Səhifə 96. “Çalışma-11”də 3-cü tapşırıqda verilmiş şəkillərdə tərəzilərin

göstəricilərinin aydın göstərilməsi məqsədəuyğundur. Çünki məsələnin həlli

tərəzilərin göstəricilərindən asılıdır.

Səhifə 99. “d” şəklində gəminin vaterxətti düzgün göstərilməmişdir.

Səhifə 105. Şəkildə çəkinin tətbiq nöqtəsi düzgün göstərilməmişdir.

Səhifə 106. “Bilirsinizmi?” bölməsində linglərdə bəzi qüvvələrin istiqaməti

düzgün göstərilməmişdir.

Səhifə 109. “Çalışma-12”də 1-ci tapşırığa aid verilmiş şəkil aydın deyil. 4-cü

tapşırığa aid verilmiş şəkil düzgün deyil. Burada lingin üzərindəki bölgülərə ehtiyac

yoxdur.

Səhifə 121. “Rəqqasların ümumi xassələri” yarımbaşlığındakı (c) şəklində

nəzərə alınmalıdır ki, vektorların toplanması şagirdlərə məlum deyil.

Dərsliyin rus dilində olan variantında da müəyyən qüsurlar var. Bunlar

aşağıdakılardır:

14

Dərsliyin rus dilində olan variantındakı yazıların şrifti dərsliyin Azərbaycan

dilində olan variantındakı şriftdən kiçikdir. Dərslikdə hər yerdə “ч” ölçü vahidi

əvəzinə “час” yazılmışdır. “Исследование” və “Применение полученных

знаний” bölmələrinin, Azərbaycan dilində olan variantdakı kimi, çərçivə içərisində

verilməsi məqsədəuyğundur.

Səhifə 9. Şəkillərdə “а, б, в” bəndlərinin digər şəkillərdə olduğu kimi

rənglənmiş dairələrin içərisində verilməsi tövsiyə edilir.

Səhifə 19. Yuxarıdan sağdakı qrafikin ordinat oxu üzərində “с,м” deyil, “S,м”

yazılmalıdır.

Səhifə 26. “Применение полученных знаний” bölməsində 1-ci məsələnin

həlli üçün təklif edilmiş cədvəldə kəmiyyətin tapılması tələb olunan qrafada tezlik

“N” deyil, “n” hərfi ilə göstərilməlidir.

Səhifə 43. 1-ci şəkildəki kiçik cismin kütləsi “м” deyil, “m” kimi işarə

edilməlidir.

Səhifə 50. “Исследование-1” bölməsində 1-ci şəkildə dartı qüvvəsinin indeksi

göstərilməmişdir. 2-ci şəkildə isə dartı qüvvəsinin indeksi tam yazılmamışdır.

Səhifə 51. 1-ci abzasın sonuncu cümləsində “сила трения качения”

ifadəsinin kursivlə yazılması məqsədəuyğundur.

Səhifə 57. “Исследование-1”də dinamometrlərin göstəriciləri aydın deyil.

Araşdırmanın nəticəsi məhz dinamometrlərin göstəriciləri ilə bağlı olduğundan

verilən cədvəli doldurmaq mümkün deyil.

Səhifə 60. “Проверьте свои знания” bölməsindəki qrafikdə ordinat oxu

üzərindəki güc vahidi “kVt” deyil, “кВт” kimi yazılmalıdır.

Səhifə 74. “Обобщающие задания” bölməsində 3-cü tapşırıqda qrafikin

ordinat oxu üzərində “C” əvəzinə “Дж” yazılmalıdır.

Səhifə 105. Yuxarıda sağ tərəfdə ling şəklinin yanında verilmiş “l1- F 1- плечо

силы” və “l2 - F2 -плечо силы” ifadələrinin “l1- плечо силы F1” və “l2- плечо

силы F2” kimi yazılması məqsədəuyğundur.

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Dərslikdə tapşırıqların mövzularla uyğunluğu, elmiliyi, sadədən mürəkkəbə

prinsipi gözlənilmişdir. Mövzulara dair “Ümumiləşdirici tapşırıqlar”ın verilməsi

15

müsbət haldır. Bununla yanaşı, məsələlərin tərtibində və cavablarda müəyyən

qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır:

Səhifə 10. “Öyrəndiklərinizi tətbiq edin” bölməsində təyyarənin sürəti

“1800 km/saat” verilmişdir. Bu sürətin “800 km/saat” ilə əvəz edilməsi

məqsədəuyğundur.

Səhifə 11. “Araşdırma-1” bölməsində idmançının qaçış sürəti (υ=1,2 m/san)

çox kiçikdir. Bu sürət qaçış deyil, yeriş sürətinə uyğundur. Qaçış sürəti isə təxminən

6-10 m/san intervalında olsa daha münasib olar. Odur ki, məsafələrin “18 m” deyil,

daha böyük verilməsi məqsədəuyğundur.

Səhifə 15. “Nə öyrəndiniz” bölməsində “__onun formasının müxtəlif

cisimlərə nəzərən müxtəlif olmasıdır” cümləsinin “__onun formasının müxtəlif

hesablama sistemlərinə nəzərən müxtəlif olmasıdır” kimi yazılması

məqsədəuyğundur. 2-ci cümlə isə “Adətən, cismin hərəkəti dedikdə onun __ sürəti

nəzərdə tutulur” deyil, “Adətən, cismin hərəkət sürəti dedikdə onun __sürəti

nəzərdə tutulur” kimi yazılmalıdır.

Səhifə 18. “Nə öyrəndiniz” bölməsində “___ cismin orta hesabla vahid

zamanda getdiyi yola bərabər olan kəmiyyətdir” cümləsinin “____ gedilən

ümumi yolun bu yola getməyə sərf olunan zamana nisbətinə bərabərdir” kimi

yazılması məqsədəuyğundur.

Səhifə 20. “Öyrəndiklərinizi tətbiq edin” bölməsində cədvəldə verilmiş 3-cü

hərəkət “ Avtobusun bir dayanacaqdan digərinə hərəkəti” mətnə uyğun deyil.

Çünki avtobus dayanacaqdan υ0=12 m/san başlanğıc sürəti ilə deyil, sükunət

halından hərəkətə başlayır.

Səhifə 27. “Nə öyrəndiniz” bölməsində “Xətti sürətin istiqamətinin dəyişmə

yeyinliyi ___ ilə xarakterizə olunur və onun istiqaməti çevrənin mərkəzinə doğru

yönəlir” cümləsinin “Təcilin istiqaməti çevrənin radiusu boyunca mərkəzinə doğru

yönəldiyindən ____ adlandırılır” kimi yazılması tövsiyə edilir.

Yenə həmin səhifədə “Çalışma-3”də 5-ci tapşırığın şərtində “0,002san

1”

kəmiyyəti çox kiçik götürüldüyündən dəyişdirilməsi tövsiyə edilir.

Səhifə 28. “Ümumiləşdirici tapşırıqlar”da 3-cü sualda verilmiş şəklin aşağı

hissəsinin ölçüsü verilməmişdir. Ona görə məsələni həll etmək mümkün deyil.

Səhifə 58 və 61. Dərslikdə mexaniki işin mənfi və sıfır olan halı

araşdırılmadığından səhifə 58-də “Öyrəndiklərinizi yoxlayın” bölməsində 3-cü

16

sualın və səhifə 61-də “Çalışma – 8”də 1-ci və 3-cü çalışmaların həll edilməsi şagird

üçün çətin olduğundan, həmin halların araşdırılması tövsiyə edilir.

Səhifə 61. “Çalışma-8”də 3-cü tapşırıqda “10 m yolda qüvvənin gördüyü işi

hesablayın” cümləsinin “10 m yolda əvəzləyici qüvvənin gördüyü işi hesablayın”

kimi yazılması məqsədəuyğundur.

Səhifə 69. “Öyrəndiklərinizi yoxlayın”da “

9 m

Ek 2

” yazılışı düzgün deyil.

Çünki bərabərliyin sol tərəfinin vahidi enerji vahidi, sağ tərəfinin vahidi isə kütlə

vahidi verir. Odur ki, düstur “

2

2

m9

san

2k

m

E ” kimi yazılmalıdır.

Səhifə 73. “Enerjinin saxlanma qanunu” mövzusu üzrə çalışma

verilməmişdir.

Səhifə 95. “Öyrəndiklərinizi yoxlayın”da verilmiş test tapşırığında “b.

sıxlığından” bəndi düzgün verilməmişdir. Çünki şagirdlərə Arximed qüvvəsinin

cismin və ya mayenin sıxlığından asılılığının soruşulması aydın olmur. Bu bənddə “b.

cismin sıxlığından” yazılması məqsədəuyğundur.

Səhifə 101. Fəslin sonunda “Ümumiləşdirici tapşırıqlar” bölməsindən əvvəl

çalışmaların verilməsi məqsədəuyğundur. Çünki dərslikdə digər fəsillər üzrə müvafiq

çalışmalar verilmişdir.

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

Müəllim üçün metodiki vəsait 144 səhifədən ibarətdir. Burada “Kitabın

içindəkilər”, “Dərslik komplekti haqqında”, “Dərslik komplektinin strukturu”,

“VII sinif fizika fənn kurikulumu haqqında”, “Fənn üzrə məzmun

standartlarının reallaşma cədvəli və illik planlaşdırma nümunəsi”, “Fənlərarası

inteqrasiya”, “Fənlərarası inteqrasiya cədvəli”, “Fizika dərslərində müasir təlim

texnologiyaları”, “Gündəlik planlaşdırmaya aid nümunələr”, “Mənbələr”, hər

tədris vahidi üzrə kiçik summativ qiymətləndirmə verilmişdir.

Bununla yanaşı, müəyyən qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır:

Səhifə 29. “D” bölməsində 2-ci məsələnin həllində avtomobilin ümumi yolu

17

300 km verilib. Onu yarı bölüb, yenidən toplayıb ümumi yolu tapmağa ehtiyac

yoxdur. Ona görə cədvəlin belə verilməsi məqsədəuyğundur:

Verilir Məsələnin həlli Məsələnin hesablanması

1

2

300

3

2

s km

t saat

t saat

bütün yola sərf olunan

zaman: 21 ttt

avtomobilin orta

sürəti

t

sor

Səhifə 101. 9-cu tapşırıqda doğru cavab “ 321 FFF ” deyil, “ 321 FFF ” kimi

verilməlidir. Bu tapşırığa aid olan şəkildə 1 kürəciyinin tamamilə maye səthindən

yuxarıda qalması mümkün deyil. 1 kürəciyinin bir hissəsi mayeyə batmalıdır.