bextiyartuncay.files.wordpress.com  · web viewortaya çıxır. bu aktual mövzu nato təşkilatı...

65
Bəxtiyar Tuncay [email protected] Kibertəhlükəsizlik və kibermüdafiə Qloballaşma dövründə insanları ən çox narahat edən məsələlərdən biri və birincisi təhlükəsizlik və onun təminatı məsələsidir. Artıq qeyd etmək olar ki, kibertəhlükəsizlik dövlətin, cəmiyyətin bütün səviyyələrinə təsir edən strateji milli məsələyə çevrilir. Son illər informasiya-kommunikasiya texnologiyaları (İKT) elə bir sürətlə inkişaf edir ki, onun sonrakı fəsadlarının əvvəlcədən dəqiq müəyyən edilməsi çox zaman mümkün olmur və sonradan yaranan neqativ vəziyyətin aradan qaldırılmasına yetərincə vəsait, zaman və bilik sərf etmək lazım gəlir. Əsasən də, Internet qlobal şəbəkəsində tətbiq edilən yeni texnologiyalar, layihələr və müxtəlif proqramlar ilk baxışdan faydalı və zərərsiz görünsə də, təcrübə göstərir ki, bir çox hallarda onların yaratdığı problemlərin qarşısını tam almaq mümkün olmur (Əlizadə C. Ş., Əliyev B.Ə., 2018, s. 21).

Upload: others

Post on 21-Jan-2021

3 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

Bəxtiyar [email protected]

Kibertəhlükəsizlik və kibermüdafiə

Qloballaşma dövründə insanları ən çox narahat edən məsələlərdən biri və birincisi təhlükəsizlik və onun təminatı məsələsidir. Artıq qeyd etmək olar ki, kibertəhlükəsizlik dövlətin, cəmiyyətin bütün səviyyələrinə təsir edən strateji milli məsələyə çevrilir.

Son illər informasiya-kommunikasiya texnologiyaları (İKT) elə bir sürətlə inkişaf edir ki, onun sonrakı fəsadlarının əvvəlcədən dəqiq müəyyən edilməsi çox zaman mümkün olmur və sonradan yaranan neqativ vəziyyətin aradan qaldırılmasına yetərincə vəsait, zaman və bilik sərf etmək lazım gəlir. Əsasən də, Internet qlobal şəbəkəsində tətbiq edilən yeni texnologiyalar, layihələr və müxtəlif proqramlar ilk baxışdan faydalı və zərərsiz görünsə də, təcrübə göstərir ki, bir çox hallarda onların yaratdığı problemlərin qarşısını tam almaq mümkün olmur (Əlizadə C. Ş., Əliyev B.Ə., 2018, s. 21).

Müasir dövrdə dünya ölkələrinin silahlı qüvvələrinin texniki və texnoloji inkişafının əsas istiqamətlərindən biri də rəqəmsallaşma, yəni ordunun bütün səviyyələrdə və ilk növbədə də qərargahların “ağıllı cihaz və avadanlıq”larla, o cümlədən rabitə, idarə və naviqasiya avadanlıqları ilə təchiz edilməsi prosesidir. Bu, qərargahlara bir tərəfdən öz imkanlarını qat-qat genişləndirərək, qoşunlardan istifadəni maksimum dərəcədə optimallaşdırmağa imkan yaradır, o biri yandan isə silahlı qüvvələrin kiberhücumlar və rabitə sistemlərini sıradan çıxaran digər üsullar qarşısında müdafəsini zəiflədir. Rabitə, idarə və naviqasiya sistemlərinin sıradan çıxması isə ordunun əvvəlki dövrə, yəni yüksək texnologiyaların tətbiqindən əvvəlki dövrlərə nisbətən daha çətin vəziyyətlərə düşməsinə səbəb olur. Bu səbəbdən də kibertəhlükəsizlik və kibermüdafiə ən aktual məsələlərdən biri kimi

Page 2: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

ortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət daşıyır (Манойло А.В., 2020, с. 160-184). Çünki kompüter şəbəkələrinin genişlənməsi kibermünaqişələrdə şəbəkə texnologiyalarının imkanlarından daha geniş istifadə etməyə, şəbəkə istifadəçilərinin fəaliyyətlərində koordinasiyanın, əhatəliliyin və mürəkkəbliyin artmasına şərait yaradır. Bu isə kibercinayətlərin çoxalmasına, onların daha təcrübəli və müasir İKT vasitələri ilə təmin olunmuş istifadəçilər tərəfindən aparılmasına səbəb olur.

Bütün bu söylənilənləri göz önündə tutaraq deyə bilərik ki, kibertəhlükəsizliyin təmin edilməsi son dərəcə vacib məsələdir. Bu məsələ ilə bağlı milli siyasət və bu siyasət çərçivəsində hazırlanmış bir kibertəhlükəsizlik strategiyası tələb olunur. Kiber hücumların, ümumiyyətlə mala və ehtimal daxilində də olsa cana təsir edən nəticələri ola biləcək olduğundan kiber təhlükəsizliyin təmin edilməsində bu nəticələrin və bu nəticələrə gətirib çıxaran hərəkət vəüsulların cinayət olaraq təyin olunması və cəzalandırılması böyük əhəmiyyət kəsb edir.

Kibertəhlükəsizlik anlayışı və onunla bağlı anlayışlar son vaxtlar sürətlə inkişaf etmiş və inkişafı davam edir. İnformasiya və informasiya texnologiyalarındakı inkişafa paralel olaraq bu sahədəki anlayışlar da olduqca dinamik və sürətli şəkildə çoxalmaqdadır.

Kibertəhlükəsizlik ilk dəfə 1990-cı illərdə kompüter mühəndisləri tərəfindən, şəbəkəyə bağlı kompüterlərlə əlaqədar təhlükəsizlik problemlərini ifadə etmək üçün istifadə edilmiş, lakin bu təhlükəsizlik problemlərinin dağıdıcı sosial nəticələr yarada biləcəyi ortaya çıxdıqda zamanla nüfuzlu şəxslər və media tərəfindən qərb dünyasına qarşı böyük bir təhdid olaraq qiymətləndirilmiş və “elektron Kiber Pörl Harbor”lar olaraq dilə gətirilmişdir. ABŞ-da 2001-ci il 11 sentyabr tarixində baş vermiş terror aktı informasiya texnologiyalarına, kompüterlər təhlükəsizliyinə diqqət artırılmasını təmin etmiş, xüsusilə də informasiya texnologiyaları infrastrukturlarının qorunması, elektron müşahidəetmə, terrorçuların İnterneti rabitə vasitəsi olaraq istifadə etməsi məsələləri diqqət çəkmişdir (Əlizadə C. Ş., Əliyev B.Ə., 2018, s. 21-22).

Page 3: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

Mövzunu bütün incəlikləri ilə dərindən başa düşmək üçün ilk öncə qeyd etməliyik ki, kibertəhlükəsilik məsələsinə münasibətdə, şərti olaraq, biri müsbət, digəri mənfi rol oynayan iki mütəxəssis qrupu var. Bunlardan birincisi operativ əməliyyatçılardır ki, onların vəzifə və rolu telekommunikasiya sistemlərində düşmən tərəfindən təşkil edilən kiber hücum və kibertəxribat nəticəsində ortaya çıxan hər cür nasazlığı aradan qaldırmaqdan ibarətdir. İkincilər isə hakerlərdir. Onların vəzifə və rolu isə kibertəhlükəsizliyi düşmənə yönəlik kiber hücum və kiber təxribat törətmək yolu ilə təmin etməkdir. Yəni düşmən zərbə endirməmişdən öncə ona zərbə endirərək, gələcək zərbələri önləməkdir.

Bütün ölkələr kibertəhlükəsizlik və kibermüdafiə məsələlərin həllində sözügedən hər iki mütəxəssis qrupundan istifadə edir. Bu səbəbdən də NATO və Avropa Birliyinin kibertəhlükəsizlik və kibermüdafiə strategiyası əsas rəqiblərin – Çin, Rusiya, Şimali Koreya və İranın strategiyasından demək olar ki, heç nə ilə fərqlənmir və ya az şeylə fərqlənir. Əsas fərqlər sözügedən ölkələrin qanunvericilik sistemindən və bu sistemin törətdiyi maneə və məhdudiyyətlərin miqyasından ibarətdir. Diktatura rejimlərinin hakim olduğu ölkələrdə, demək olar ki, bu tip maneə və məhdudiyyətlər ya yoxdur və ya da minimumdur. Vətəndaş cəmiyyətinin və ictimai nəzarətin güclü olduğu ölkələrdə isə məsələ bir qədər fərqlidir.

NATO-ya daxil olan bütün ölkələrin müqabil sənədlərində mövzu ilə bağlı eyni anlayışlar, bənzər strateji və taktiki vəzifələr yer almaqdadır. Yəni nəzəri cəhətdə elə də böyük fərqlər gözə çarpmır. Əsas fərqlər hər bir ölkənin yerləşdiyi fərqli geosiyasi məkamdan və üzləşdiyi təhlükələrin fərqli istiqamətlərindən qaynaqlanır ki, bu da həmin ölkələri çox zaman fərqli taktikalara baş vurmağa məcbur edir. Digər fərq isə sözügedən ölkələrin fərqli maddi-texniki imkanlarından, kadr potensialı və kadrların təhsil və bilik səviyyəsindən qaynaqlanır. Yəni NATO ölkələrinin ümumi vəzifələri olduğu kimi, bir-birindən asılı olmayan fərqli fəzifələri də vardır. Məsələn, hər ikisi NATO üzvü olan Türkiyə və Yunanıstan NATO-ya yönəlik kiberhücumlardan qoruna bilmək üçün çox zaman eyni cəbhədən çıxış edirlər. Fəqət bu onların bir-birinə qarşı kiberhücumlar təşkil etməsinə qətiyyən mane olmur.

Hazırda NATO bütövlükdə və Alyansa daxil olan ölkələr ayrı-ayrılıqda kibertəhlükəsizliyin təmini istiqamətində ciddi addımlar atmaqdadırlar. Təsadüfi

Page 4: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

deyil ki, 2014-cü ildə sözügedən ölkələr kibermedafiəni kollüktiv müdafiənin ayrılmaz tərkib hissəsi kimi qəbul etmişlər. Həmin dövrdə belə bir ümumi bəyanatla çıxış etmişlər ki, kiberhücum zamanı da kollektiv müdafiə barədə əsasnamə işə düşə bilər. 2016-cı ildə eyni ölkələrin kiberməkanı müharibə sahələrindən biri kimi gözdən keçirən qərar qəbul etdikləri, eləcə də öz kibermedafiə sistemlərini möhkəmlətmək barədə öhdəlik götürdükləri də bilinməkdədir (Брент, 2019).

2018-ci ildə NATO ölkələri öz kibermedafiə və kibertəhlükəsizlik strategiyalarını əlaqələndirmək və birgə daha effektiv fəaliyyət göstərə bilmək məqsədilə Kiberəməliyyatlar Mərkəzi yaratmağa qərar verdilər (Brussels Summit.., 2018). Bu qərar əsasında yardılan yeni struktur kiberməkandakı vəziyyət barədə məlumat təminatı, kiberəməliyyat və kibermissiyaların mərkəzləşdirilmiş qaydada hazırlanması və operativ məsələlərini koordinasiyasını təşkil etmək kimi məsələlərdən məsuldur(Брент, 2019).

NATO ölkələri dövlət və hökumət başçılarının 2018-ci ildə Brüssidə keçirilən zirvə görüşündə Şimali Atlantika Blokunun təklükəsizliyinə yönəlik kibertəhlükələrin durmadan artdığını və get-gedə dağıdıcı xarakter almağa başladığını qeyd edən görüş iştirakçıları belə bir yekdil fikir ifadə etmişlər ki, bu təhlükələrin öhdəsindən uğurla gələ bilmənin tək yolu birlikdə fəaliyyət göstərməkdir. Alyans kiberməkanda mümkün qədər təsirli olmalı, bunun üçün isə birgə keçirilən kiberəməliyyatların effektivliyini maksimum dərəcədə atırmalıdır (Brussels Summit.., 2018).

NATO-nun Təklükəsizliklə bağlı Yeni Çağırışlar İdarəsinin əməkdaşı L. Brent haqlı olaraq yazır ki, Alyansın Danimarka, Estoniya, Litva, Niderland, Böyük Britaniya və ABŞ kimi ölkələri şərniyyətli kibernetik fəaliyyətdə günahkar hesab etdikləri digər ölkələri zor tətbiq etməklə pis əməllərindən əl çəkməyə məcbur etmək xəttinin tərəfdarıdırlar (Брент, 2019). Bu azmış kimi ABŞ-ın Kiberəməliyatlar Komandanlığı bəyan edir ki, rəqib nəqədər sərtdirsə, bir də ən azı o qədər sərt olmalı, “kiberxüsusitəyinatlılarının “ xidmətindən istifadə etməliyik (Brussels Summit.., 2018).

Page 5: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

Bütün bu deyilənlərə onu da əlavə edək ki, NATO paralel olaraq, kiberməkanda fəal əməliyyatların hüquqi-normativ bazasının formalaşması üzərində də ciddi şəkildə işləməkdədir. Təsadüfi deyil ki, 2018-ci ilin iyun ayında NATO üzvü olan ölkələr “Kiberməkanın əməliyyatlar sferası kimi nəzərdən keçirilməsi strategiyası” barədə sənəd qəbul qəbul etmişlər (NATO in the Cyber Age.., 2019, p. 7). 2019-cu ildə isə NATO-nun kiberəməliyyatları barədə NATO ölkələri tərəfindən təsdiq edilən birinci doktrini üzərində iş tamamlandı (Брент, 2019).

Sözügedən doktrin bir çox məsələlərlə yanaşı NATO üçün kibertəhlükəsizlik və kibermüdafiə üzrə mütəxəssislərin yetişdirilməsi və onların iştirakı ilə davamlı təlimlərin keçirilməsini və bu təlimlər zamanı bilik və alışqanlıqların artırılması da öngörməkdədir. Bu tip təlimlərə”Cyber Coalition” adı altında keçirilən təlimləri misal çəkmək olar. 2018-ci ildə həmin təlimlərə 700 nəfərdən artıq personalın qatıldığı bilinməkdədir (Cyber Coalition.., 2018). Həmin il 2015-ci ildən etibarən ənənəvi olaraq hər il keçirilən “Trident Juncture” adlı başqa bir təlimin keçirildiyi də məlumdur (Trident Juncture.., 2018). Məlumat üçün bildirək ki, “Cyber Coalition” təlimləri 2019 (NATO and partner.., 2019) və 2020-ci (Planning process of.., 2020) illərdə də keçirilmişdir.

Kibertəhlükəsizliyə istiqamətlənmiş, şəbəkələr vasitəsilə təhdid meydana gətirən və bir-birindən fərqlənən əsas kiberhücum növ və vasitələrinedən söz açan mütəxəssislər qeyd edirlər ki, dövlətlərin kibertəhlükəsizliyinə istiqamətlənmiş təhdid meydana gətirən hücumları dövlətlərin bir-birilərinə qarşı meydana gətirdiyi kibertəhdidlər və xarici aktorlar tərəfindən dövlətlərin kibertəhlükəsizliyinə istiqamətlənmiş təhdidlər olaraq 2 kateqoriyaya ayırmaq düzgün olar. Kiber qarşıdurmalar, iqtisadi casusluq və kəşfiyyat təhdidləri birinci kateqoriyaya aid edilir. Kiber şəbəkələr vasitəsilə işlənilən cinayətlər və kiberterrorçuluq isə ikinci kateqoriyaya aid təhdidlərdir (Nye Joseph Jr., 2011).

Belə hesab edilir ki, kiberməkanın kompleks və çox ölçülü mühiti kibertəhlükəsizliyi prioritet təhlükəsizlik sahələrindən biri halına gətirmişdir. Kibermühitdəki hər cür məlumatın qorunması şəklində təyin olunan kiber

Page 6: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

təhlükəsizlik, eyni zamanda məlumatın istehsalını və saxlanılmasını özündə əks etdirir (Əlizadə C. Ş., Əliyev B.Ə., 2018, s. 23).

İ. Ələkbərova P. III Dünya savaşının İnternetdə çıxa biləcəyini ehtimal edən Savyerə (Савер П., 2009, s. 29) istinadən yazır ki, ən ümumi mənada kibertəhlükəsizlik kibermühitdə təşkilat, quruluş və istifadəçilərin varlıqlarını qorumaq məqsədi ilə istifadə edilən vasitələr, təhlükəsizlik konsepsiyaları, təhsil və texnologiyanı ümumi şəkildə özündə əks etdirir (Alakbarova I.Y., 2012). Eyni məntiqdən çıxış edən və kibermühitdə bəzi təhlükəsizlik meyarlarının təmin edilməsinin vacibliyini vurğulayan P. Qorman Sin bunların gizlilik, düzgünlük, bütünlük, ardıcıllıq, etibarlılıq, davamlılıq şəklində olmasının zəruriliyini diqqətə çatdırır (Gorman Sean P., 2006).

İstənilən dövləti istənilən anda çox çətin vəziyyətlərə salmaq potensialı daşıyan kiberhücumlar nəticəsində gizli məlumatların yayılması və xaosun baş verməsi kimi halların ən bariz nümunələrindən biri 2007-ci ildə Estoniyada meydana gəlmiş və baş verən hadisə dövlətlərin kiberhücum, yəni onların infrastrukturlarına Internetdən gələn təhlükələr həmin dövlətləri bunun qarşısında nə qədər müdafiəsiz və aciz hala sala biləcəyini göstərmişdir(Ayhan Gücüyener, 2015). Deyilənlərə Avstraliyada “hirsli bir işçinin kompüter sistemlərini manipulyasiya edərək çay və parklara saldığı tullantı sular, proqramlar vasitəsilə ABŞ-da 11 adamın ölümünə gətirib çıxaran və 50 milyon adamın çarəsiz qalmasına səbəb olan elektrik kəsintisi və İran nüvə təsislərinə istiqamətli şəkildə reallaşdırılan “Stuxnet” hücumları”nı (Əlizadə C. Ş., Əliyev B.Ə., 2018, s. 23) da əlavə etmək lazımdır.

Kibertəhlükəsizliyin təbəqələrini tətbiq təhlükəsizliyi, xidmət təhlükəsizliyi və infrastruktur təhlükəsizliyi şəklində şərh edən Mustafa Unver və Cafer Canbay kibertədid və hücumların istiqamətli yoxetmə, ziyan vermə, silmə, ifşa etmə, maneə törətmə şəklində təsnifatını vermişlər (Mustafa Ünver, Cafer Canbay, 2010). Bu təsnifatdan çıxış edən C. Əlizadə və B. Əliyev haqlı olaraq yazırlar ki, təhlükəsizliyin təmin edilməsi sahəsində gerçəkləşdirilən işlər milli siyasət və bu siyasət çərçivəsində hazırlanmış bir kibertəhlükəsizlik strategiyası tələb edir. “Kiber hücumların, ümumiyyətlə mala və ehtimal daxilində də olsa cana təsir edən

Page 7: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

nəticələri ola biləcək olduğundan kibertəhlükəsizliyin təmin edilməsində bu nəticələrin və bu nəticələrə gətirib çıxaran hərəkət və üsulların cinayət olaraq təyin olunması və cəzalandırılması böyük əhəmiyyət kəsb edir.Texnologiyanın inkişafı ilə paralel olaraq kiber hücum vasitə və üsullarının dəyişdiyi nəzərə alınaraq ölkə qanunvericiliyinin nəzərdən keçirilməsi ehtiyac vardır. Nöqsanların aradan qaldırılması lazım olduğundan bu mövzuda qanuni bir çərçivənin yaradılması da vacib məsələdir. Bundan başqa proqram təminatı, aparat təminatı və iş proseslərinin keyfiyyəti artırılaraq daha etibarlı olması üçün texniki tədbirlərin inkişaf etdirilməsi ilə yanaşı, kiber təhlükəsizliyin təmin edilməsi barədə təşkilatın yaradılması, beynəlxalq iş birliyi və koordinasiyanın təmin edilməsi və inkişaf etdirilməsi, kibertəhlükəsizliyin təmin edilməsində əhəmiyyətli ünsürlər olaraq gözə dəyməkdədir.

Hazırda təhlükəsiz kiber mühit formalaşdırmaq imkanı olmayan dövlətlərdə var. Bu kimi dövlətlərə yardım göstərilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu da öz növbəsində kiberfəzada təhlükəsizliyin (kibertəhlükəsizlik) təmin edilməsi ilə bağlı strategiyaların hazırlanmasını tələb edir.

AB (Avropa Birliyi) orqanlarının kiberfəzada təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyəti üç əsas istiqamətdə cəmlənib:

- normativ-hüquqi bazanın inkişaf etdirilməsi; - institusional strukturların yaradılması; -təşkilata üzv olan ölkələrin dövlət qulluqçuları və əhalisi arasında məlumat

və təhsil kampaniyalarının həyata keçirilməsi. Hazırda AB-də kiberfəzada təhlükəsizlik məsələləri üzrə minimal zəruri

normativ-hüquqi baza yaradılmışdır. Məsələn, 2012-ci ildə Avropa Komissiyası AB üçün “Internetin təhlükəsizliyi strategiyası”nı işləyib hazırlamışdır. Layihədə əsas risklər və problemlərlə yanaşı, iqtisadi və geosiyasi imkanları aşkarlamaq, üçüncü ölkələrdə Internetin təhlükəsizliyi probleminə hazırlıq səviyyəsini müqayisə etmək, həlli tələb edilən vacib problemləri müəyyənləşdirmək, cari və planlaşdırılan tədbirləri qiymətləndirmək məqsədləri qoyulur” (Əlizadə C. Ş., Əliyev B.Ə., 2018, s. 23-25).

Page 8: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

Beynəlxalq Telekommunikasiya İttifaqının təklif etdiyi milli kibertəhlükəsizlik strategiyasının nümunəvi modelində (The ITU National Cybersecurity.., 2012) aşağıdakılar nəzərdə tutulur:

‒ Milli strategiyanın məqsədləri, miqyası və fərziyyələrinin aydın şəkildə bəyan edilməsi;

‒ Milli kibertəhlükəsizliyin strateji konteksti – kibertəhdidlər və risqlər; ‒ Aydın, qısa və əldə edilə bilən kibertəhlükəsizlik hədəfləri; ‒ Milli kibertəhlükəsizlik prioritetləri; ‒ Kibertəhlükəsizlik prioritetləri üzrə tədbirlər; ‒ Zaman bölgüsü və yerinə yetirilmə metrikaları. Bir qayda olaraq, milli kibertəhlükəsizlik strategiyalarında aşağıdakı

mövzulara toxunulur (OECD.., 2012). Təşkilati struktur. Kibertəhlükəsizlik strategiyalarında kibertəhlükəsizliyin

təmin edilməsinə yönəlmiş çevik idarəetmə modelinin qurulması nəzərdə tutulur. Ölkələrin bir çoxunda kibertəhlükəsizlik üçün məsuliyyət bir neçə orqanın və müxtəlif qurumlardan ibarət təşkilatların üzərinə düşür. Bu faktor fərqli kibertəhlükəsizlik hədəfləri və koordinasiya rolları olan yeni təşkilatlar yaratmaqla mövcud strukturların yenidən təşkil edilməsini tələb edir.

Normativ hüquqi baza. Bəzi strategiyalarda kiberfəzanın mühafizəsi üçün qanunvericilik bazasının yaradılması zəruriliyi qeyd edilir. Normativ hüquqi bazaya zəruri siyasət və tənzimləmə mexanizmlərinin planlaşdırılması və müəyyən edilməsi, maraqlı tərəflərin rol, hüquq və məsuliyyətlərinin dəqiq müəyyənləşdirilməsi, informasiya təhlükəsizliyinin təmin edilməsinin baza tədbirləri və fəaliyyət təlimatları, yeni maddi-texniki təlimat normaları və s. aid edilir.

Maraqlı tərəflərin əməkdaşlığı. Kibertəhlükəsizlik strategiyalarının reallaşdırılması üçün özəl və dövlət sektoru sıx əməkdaşlıqda işləməlidir. Əməkdaşlıq informasiya və qabaqcıl təcrübə mübadiləsi ilə, dövlət səviyyəsində təlimlər vasitəsilə həyata keçirilməlidir. Dövlət və özəl sektor kimi maraqlı tərəflərə kibertəhlükəsizlik problemləri ilə bağlı siyasətləri müzakirə və təsdiq etməyə imkan verən müvafiq mexanizmlər də müəyyən edilməlidir.

Page 9: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

Kibercinayətkarlıq. Kibercinayətkarlıqla beynəlxalq mübarizəyə qoşulmaq üçün dövlətin imkanlarının inkişafı və zəruri qanunvericilik bazasının müəyyən edilməsi nəzərdə tutulur. Bəzi strategiyalarda kibercinayətkarlığa xüsusi fikir verilir (məsələn, Hollandiya, Fransa).

Erkən xəbərdarlıq sistemi. İnsidentlərə hazırlığın yüksəldilməsi, reaksiya vaxtının azaldılması, qəzalardan sonra bərpa planının və kritik informasiya infrastrukturlarının mühafizəsi mexanizmlərinin işlənməsi (məsələn, xüsusi şəraitdə milli fəaliyyət planı, kiberfəzada davranış qaydası, situasiya barəsində məlumatlandırma) nəzərdə tutulur. Bu məsələlər Litvanın milli kibertəhlükəsizlik strategiyasında daha yaxşı əhatə olunur.

Elmi-tədqiqatlar. Həm mövcud, həm də gələcək sistem və servislərin təhlükəsizliyi və dayanıqlığı problemlərinin həllinə yönəlmiş kompleks elmi-praktiki tədqiqatların aparılması zəruridir. Bir sıra strategiyalarda kibertəhlükəsizlik üzrə elmi-tədqiqatlarda aparıcı mərkəzlərin müəyyən edilməsi və geriliyin aradan qaldırılması üçün onlara investisiyaların təmin edilməsi nəzərdə tutulur.

Kadr hazırlığı. IT mütəxəssislərinin və kibertəhlükəsizlik üzrə peşəkarların təhsilinə diqqət ayıran yeni təhsil proqramlarının zəruriliyi göstərilir. İstifadəçilərin vərdişlərini təkmilləşdirən treninqlər də zəruridir. Bəzi milli strategiyalarda kibertəhlükəsizliyin etibarlı təmin edilməsi üçün informasiya təhlükəsizliyi üzrə mütəxəssislərin təhsil proqramlarını təkmilləşdirmək məqsədi qarşıya qoyulur.

Maarifləndirmə. İstifadəçilərə yeni davranış modelləri və iş modelləri aşılamağı nəzərdə tutan maarifləndirmə proqramlarının məqsədləri müəyyən edilir.

Beynəlxalq əməkdaşlıq. Beynəlxalq əməkdaşlıq həyati əhəmiyyət daşıyır, çünki hamı bir kiberfəzadan asılıdır və bir ölkədə olan kibertəhlükəsizlik boşluqları digər ölkələrə təsir edə bilər. Lakin bu strateji sahədə xarici ölkələrlə əməkdaşlıqda iqtisadi, siyasi, və milli təhlükəsizlik risqləri də mövcuddur (Klimburg, 2012). Beynəlxalq əməkdaşlıq qanunvericilik tədbirləri, insidentlərin cavablandırılması, elmi-tədqiqatlar, aparat və proqram təminatının sertifikatlaşdırılması kimi sahələri əhatə edə bilər (Yadigar İmamverdiyev, 2013, s. 15-16).

Page 10: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

“Təqdim edilən mövzular Avropa Birliyinin kiberstrategiyasında da önəmli yer tutmaqdadır. S. Əlizadə və B. Əliyevin yazdıqlarına görə, AB-nin kibertəhlükələrlə mübarizə potensialının gücləndirilməsi 2005-ci ilin sentyabrında yaradılmış Avropa Şəbəkə və İnformasiya Təhlükəsizliyi Agentliyinə (European Network and Information Security Agency, ENISA) həvalə edilmişdir.

2013-cü ilin yanvar ayının 1-dən etibarən EuroPol-un tərkibində "Avropa kibertəhlükəsizlik Mərkəzi" fəaliyyətə başlamışdır, onun əsas məqsədi AB-ə üzv olan ölkə vətəndaşlarının artmaqda olan kibercinayətkarlıq hallarından müdafiəsini yaxşılaşdırmaqdır.

AB-ə üzv olan ölkələrin əhalisinin kiberfəzadakı təhdidlər barəsində məlumat səviyyəsini yaxşılaşdırmaq məqsədi ilə 2012-ci ilin oktyabrında ENISA tərəfindən "Avropa kibertəhlükəsizlik aylığı" pilot layihəsi həyata keçirilmişdir. Layihə televiziya və radioda, sosial şəbəkələrdə müvafiq reklam kampaniyalarının aparılmasını, bir sıra ölkələrdə konfransların və dəyirmi masaların təşkilini nəzərdə tuturdu.

Kibertəhlükəsizlik üzrə normativ-hüquqi bazanın yaradılması, institusional strukturların təsis edilməsi məsələlərində xeyli inkişafa baxmayaraq, AB-ə üzv olan ayrı-ayrı ölkələrin potensial kibertəhdidlərlə mübarizəyə hazırlığı yetərli deyil. Bu, xüsusilə, Avropa Parlamentinin 22 noyabr 2012-ci il tarixli “Kibertəhlükəsizlik və müdafiə məsələləri üzrə qətnamə”sində qeyd olunur (Stevens Tim, 2015). Sənəddə terrorçu təşkilatların virtual fəzadan istifadəsi təhlükəsinin artması xüsusilə qeyd olunur.Bildirilir ki, onların AB üçün kritik nəticələri olan kiberhücumlar təşkil etmək imkanları vardır.

Göstərilən nöqsanların aradan qaldırılması məqsədi ilə Avropa Komissiyası 07 fevral 2013-cü ildə "Avropa Birliyinin Kibertəhlükəsizlik Strategiyası: Açıq, Etibarlı və Təhlükəsiz Kiberfəza" sənədini irəli sürmüşdür. Strategiya AB-nin beynəlxalq kibertəhlükəsizlik siyasəti üçün aydın prioritetlər təqdim edir:

- Azadlıq və açıqlıq: Bu strategiya əsas AB dəyərlərinin və fundamental hüquqların kiberfəzada tətbiqində baxışları və prinsipləri müəyyən edir.

- Qanunlar, normalar və AB-nin əsas dəyərləri fiziki dünyada olduğu kimi kiberfəzada da eyni səviyyədə tətbiq edilir: Daha təhlükəsiz kiberfəza üçün cavabdehlik vətəndaşlardan dövlətlərədək qlobal informasiya cəmiyyətinin bütün iştirakçılarının üzərinə düşür.

- Kiber təhlükəsizlik potensialının qurulması: AB üçüncü ölkələrdə qlobal potensialın qurulmasını dəstəkləmək üçün beynəlxalq tərəfdaşlarla və təşkilatlarla, özəl sektorla və vətəndaş cəmiyyəti ilə birlikdə çalışacaq. Bura informasiyaya və açıq Internetə çıxışın yaxşılaşdırılması və kibertəhdidlərin qarşısının alınması daxil olacaq.

- Kibertəhlükəsizlik məsələlərində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi: Açıq, azad və təhlükəsiz kiberfəzanın saxlanması qlobal çağırışdır və bu problemi AB müvafiq beynəlxalq tərəfdaşlarla və təşkilatlarla, özəl sektorla və vətəndaş cəmiyyəti ilə birlikdə həll etməyə çalışacaq.

Strategiyanın əsas müddəaları aşağıdakılardır: - Bütün AB üzvü olan ölkələr tərəfindən milli kibertəhlükəsizlik

strategiyalarının işlənilməsi;

Page 11: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

- Kiberfəzada cinayətkarlıqla mübarizənin əsas beynəlxalq hüquqi aləti kimi "Avropa Birliyinin Kibercinayətkarlıq üzrə Konvensiyasının" siyasi təşkilatın bütün iştirakçıları tərəfindən məcburi ratifikasiyası;

- Ölkələrin kibertəhdidlərlə mübarizəyə hazırlığı üzrə vahid standartlar siyahısının tətbiq edilməsi;

- Avropa şirkətlərinin aşkarlanmış kiberinsidentlər barəsində müəyyən milli orqanı mütləq məlumatlandırması;

- Kibertəhlükəsizlik sahəsində vətəndaş və müdafiə sektorları arasında əməkdaşlığın yaxşılaşdırılması və s.” (Əlizadə C. Ş., Əliyev B.Ə., 2018, s. 25-26).

S. Əlizadə və B. Əliyev daha sonra qeyd edirlər ki, Avropa Birliyinin kibertəhlükəsizlik strategiyası 2013-cü ilin iyun ayının 19-da qüvvəyə minmişdir və bu sənədə əsasən, ENISA-nın səlahiyyətləri növbəti yeddi ilə qədər uzadılıb.AB ölkələrinin hökumətlərinə kibertəhlükəsizliyə cavabdeh orqanların yaradılması, maliyyə, nəqliyyat və enerji şirkətlərinə – kibertəhdidlərə qarşı tədbirlər işləyib hazırlamaq tapşırılıb.ABŞ strategiyasında olduğu kimi, AB proqramının yaradıcıları da özəl və dövlət sektorları arasında əməkdaşlığa arxalanırlar (Əlizadə C. Ş., Əliyev B.Ə., 2018, s. 27).

Bütün bu deyilənlələ yanaşı onu da qeyd etməliyik ki, bütün birgə təhlükəsizlik və müdafiə tədbirlərinə rəğmən, istər NATO, istərsə də AB-ə daxil olan ayrı-ayrı ölkələrin milli strategiyalarında “kibertəhlükəsizlik” məsələlərinə yanaşmalda müəyyən fərqlər gözə dəyir (Luiijf H., Besseling K., Spoelstra M., de Graaf P., 2011). Bununla belə, dünya ölkələri arasında ən azı vahid anlayışlar sistemindən istifadə etmək və bir-birinin təcrübəsini öyrənmək istiqamətində addımlar atılmaqda olduğunu görməmək də olmur. Məsələn, Rusiya Federasiyası milli informasiya sistemlərinin mühafizəsi haqqında BMT Konvensiyasınn layihəsini hazırlamışdır. Layihədə dünya infromasiya fəzasının normal və stabil inkişafına əsas təhdidlər sadalanır. Layihə müəlliflərinə görə, bu təhdidlər informasiya müharibəsinin elementləri hesab oluna bilər və beynəlxalq sülh və təhlükəsizliyə qarşı cinayət kimi tanınmalıdır.

Konvensiya layihəsində kibertəhdidlərlə beynəlxalq səviyyədə mübarizə aparmağa imkan verən normalar sadalanır. Vurğulanır ki, dövlətlər təhlükəsizliyin bölünməzliyi prinsipinə əməl edəcəklər və öz təhlükəsizliklərini digər dövlətlərin təhlükəsizliyinin ziyanına gücləndirməyəcəklər.

Konvensiyaya görə dövlətlər “informasiya fəzasında təhdidlərin artmasına səbəb ola bilən planların işlənməsi və qəbulundan çəkinməli, digər dövlətin daxili səlahiyyətlərinə qarışmaq üçün İKT-dən istifadə etməməli, digər dövlətlərin daxili işlərinə qarışmaq və müdaxiləni həyata keçirmək üçün böhtanlardan, təhqiredici və ya düşmən təbliğatdan çəkinməlidir” (Yadigar İmamverdiyev, 2013, s. 17).

Məlumat üçün bildirək ki, qlobal kibertəhlükəsizlik mədəniyyətinin yaradılması üçün elementlər Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Məclisinin 20 dekabr 2002-ci il tarixli 57/239 saylı qətnaməsi ilə təsdiq edilmişdir.

NATO 2007-ci ildə Estoniyanın şəbəkə sisteminə edilən kütləvi kiberhücumlardan sonra - 2008-ci ildə Buxarest zirvə toplantısında kibertəhdidlərə qarşı tədbir görülməsi və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq üçün təhlükəsizlik mərkəzləri qurulmasını qərara almışdı.Bu görüşdə belə fikir ifadə

Page 12: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

edilmişdi ki, kibertəhlükəsizliyin təmin edilməsi, hər şeydən əvvəl, dövlətlərin vəzifəsidir. Lakin NATO-nun 2010-cu ildə Lissabonda keçirilən zirvə toplantısında kiberfəzadan gələn təhlükələr kütləvi qırğın silahlarının yayılması və terrorçuluqdan sonra NATO ölkələrini hədəfə alan təhdidlər sırasına daxil edildi. Artıq NATO “Kiber Müdafiə Siyasəti” və “Kiber Müdafiə Konsepsiyası” kimi sənədləri işləyib hazırlamışdır.Lakin bu sənədlər məxfidir, alyansın rəsmi veb-saytında onlar haqqında yalnız icmal məlumatları tapmaq olar. Kibermüdafiə prinsiplərinin müəyyən edilməsində alyans üzvləri müttəfiq həmrəyliyi və milli suverenliyin tanınması prinsiplərindən çıxış etmişlər. Başqa sözlə, ümumi məqsəd ondan ibarətdir ki, bütün NATO müttəfiqləri kiberhücumlara hazır olmalı və belə hücumlar zamanı bir-birini dəstəkləmək potensialına malik olmalıdırlar.Bu məqsədə çatmaq üçün müttəfiqlər öz ölkələri daxilində kibermüdafiə potensialını inkişaf etdirməlidirlər. Bu kontekstdə NATO çətiri altında tərəfdaş ölkələr arasında ikitərəfli və çoxtərəfli sıx əməkdaşlıq şəbəkələri qurulur (Əlizadə C. Ş., Əliyev B.Ə., 2018, s. 27).

Kibertəhlükəsizlik və kibermüdafiə tədbirləri istiqamətində Azərbaycanda da müəyyən işlər görülməkdədir və artıq qeyd etdiyimiz kimi, Azərbaycan 2012-ci ilin sentyabr ayında "İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında" prezident fərmanı imzalanmış. Bu fərman əsasında ölkəmizdə informasiya təhlükəsizliyi ilə bağlı iki dövlət strukturu yaradılmışdır. Bunlar Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin bazasında yaradılan Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzidir.

Azərbaycanda kibertəhlükəsizliyin təmini mövzusunda bəzi tədbirlərin keçirildiyi də bilinməkdədir. Bu sırada 30 may 2013-cü ildə "Azərbaycanda kibertəhlükəsizlik'' mövzüsunda keçirilmiş dəyirmi masa, NATO Azərbaycan Beynəlxalq Məktəbinin təqdimatında "Kibertəhlükəszilik: mövcüd vəziyyət və mühafizə vasitələri'', "İnformasiya təhlükəsiziliyi'', "Fərdi məlumatların mühafizəsi'' mövzularında keçirilmiş seminarlar, 2013-cü ildə Bakıda keçirilmiş Təhlükəsizlik Şurasının "Qərarların qəbulunda və siyasətin həyata keçirilməsində gənclərin iştirakı'' konfransı, hər il keçirilən və Xəzər regionunun aparıcı İKT formuna çevrilmiş "Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları'' (Bakutel) sərgi və konfranslarını göstərmək olar (Zərifə Əliyeva, 2019).

Deyilənlərə 11-15 mart 2019-cu il tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi”ni də əlavə etmək olar. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Xidmətinin ərəfədə yaydığı 04 mart 2019-cu il tarixli məlumatda belə deyilməkdə idi:

“Kibertəhlükəsizlik sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin və maarifləndirmə səviyyəsinin artırılması, habelə ümummilli hazırlığın yüksəldilməsi üçün Azərbaycanda ilk dəfə olaraq 11-15 mart 2019-cu il

Page 13: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində aidiyyəti qurumlarla birgə “Regional İnternet İdarəçilik Forumu”, “Hackathon” müsabiqəsi, “Kibertəhlükəsizlik Həlləri üzrə Seminar”, “Dayanıqlı və Təhlükəsiz Bulud Mühiti”, “ISO 27001” üzrə Sertifikatlaşdırma”, “Azərbaycan Respublikasında CERT xidmətləri: Kibertəhlükələr və onlardan mühafizə üsulları” respublika elmi-praktiki seminarı” və s. bu kimi mövzularda tədbirlər təşkil ediləcək.

Məlumat üçün bildiririk ki, “Kibertəhlükəsizlik həftəsi” Azərbaycan Respublikası Prezidentinin müvafiq  Sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” və “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”, eləcə də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda kibertəhlükəsizlik sahəsində qarşıya qoyulmuş vəzifələrdən irəli gələn məsələlərin həlli üzrə reallaşdırılır.

Sözügedən sənədlərdə özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, informasiya proseslərinin mühafizəsi, kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində müvafiq texniki və metodiki vasitələrin yaradılması, informasiya resurslarının və sistemlərinin mümkün təhdidlərdən qorunması, kibertəhlükəsizlik sahəsində ümummilli hazırlığın qaldırılması və s. bu kimi əsas məqsədlər qarşıya qoyulub.

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramı ilə birgə “Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz” mövzusunda VI Regional İnternet İdarəçilik Forumu (RİİF) keçiriləcək.

Forumun keçirilməsində əsas məqsəd daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yollarını nümayiş etdirməkdir.  Forum yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlıq qurması, bu sahədə mövcud vəziyyətin, qarşıya qoyulmuş vəzifələrin, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin birgə müzakirəsi və maraqlı innovativ layihələrin nümayişi üçün platformadır. Foruma təkcə ölkəmizin deyil, eyni zamanda, region ölkələri və nüfuzlu beynəlxalq təşkilatların da nümayəndələri cəlb olunacaqlar.

Tədbirdə “Regionun Kibertəhlükəsizlik Məsələləri”, “Kibertəhlükəsizlik və Beynəlxalq Hüquq”, “Kibertəhlükəsizliyin İnnovativ Həlləri”, “Uşaqlar üçün Təhlükəsiz İnternet” kimi mövzularda sessiyalar təşkil olunacaq.

Müzakirələrdə hökumət, biznes, diplomatik korpusların səlahiyyətli nümayəndələri, elm və vətəndaş cəmiyyətinin, internet ictimaiyyətinin mütəxəssisləri iştirak edəcəklər.

Qeyd edək ki, ölkəmiz İnternet İdarəçilik Forumunun aktiv iştirakçısı və təşkilatçısıdır. 2012-ci ildə Bakıda VII İnternet İdarəçilik Forumunun təşkil edilməsi ilə yanaşı, ölkəmizdə hər il Regional İnternet İdarəçilik Forumu keçirilməkdədir.

Page 14: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçiriləcək “Cyber Village” infosessiyasında uşaqlar üçün təhlükəsiz internet mövzusunda  “Azercell Telekom” MMC –nin “Təhlükəsiz internet və rəqəmsal vətəndaşlıq” təlimlərinə dair təqdimatı keçiriləcək.  Qeyd edək ki, “Azercell”in təşəbbüsü və təşkilatçılığı ilə məktəblilər, valideynlər və müəllimlər üçün keçirilən bu təlimlər 2 həftə ərzində Azərbaycan Müəllim İnkişafı Mərkəzi tərəfindən Şəmkir (4-7 mart) və Gəncə (11-15 mart) şəhərlərində baş tutacaq.

"Kibertəhlükəsizlik həftəsi” çərçivəsində nazirliyin Elektron Təhlükəsizlik Xidməti, Məlumat Hesablama Mərkəzi, “Azərpoçt” MMC və Yüksək Texnologiyalar Parkı tərəfindən “Hackathon” müsabiqəsi təşkil olunacaq.  

Məqsəd informasiya sistemlərinə edilən müdaxilələri aşkar edən unikal monitorinq sisteminə dair həllərin təqdim edilməsidir. Yarışlarda iştirak etmək üçün martın 9-nə qədər qeydiyyatdan keçmək zəruridir.  Yarışa komanda və ya fərdi şəkildə qoşulmaq mümkündür.

İştirakçılar kibertəhlükəsizlik sahəsində baza biliklərinə, ən azı bir proqramlaşdırma dilində  (Python, C#, Java və ya Bash Scripting və s.) eləcə də, Server Əməliyyat sistemləri (Windows Server Ailəsi və Linux Serverlər) üzrə kafi bilik və təcrübəyə, komandada işləmək və təqdimat bacarığına malik olmalıdır.

Qeyd edək ki, bütün maraqlı şəxslər (proqramçılar, sistem və ya şəbəkə inzibatçıları və s.) yarışda iştirak edə bilər.

I yer üzrə 4000 AZN, II yer üzrə 2000 AZN, III yer üzrə isə 1000 AZN məbləğində pul mükafatı təqdim ediləcək.

Məlumat üçün bildirək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən mütəmadi olaraq təşkil olunan “Hackathon” yarışlarının məqsədi potensiallı gənclərin bir mühitdə toplanması, informasiya texnologiyaları üzrə bilik və bacarıqların inkişaf etdirilməsi, müvafiq tapşırıqların komanda şəklində həyata keçirilməsi, maraqlı və innovativ layihələrin meydana gəlməsinə şərait yaratmaqdır.

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçiriləcək “Kibertəhlükəsizlik həlləri üzrə seminar”da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə “Microsoft” korporasiyasının kibertəhlükəsizlik haqqında analitik hesabatı təqdim olunacaq. Tədbirdə dünyada və Azərbaycanda olan müasir kibertəhlükələr haqqında statistika və analizlər barədə ətraflı məlumat veriləcək. Eyni zamanda, Əməliyyat Sistemlərinin (Windows/Linux), şəbəkə qurğularının (Router, Switch, Wi-Fi və s.) və tətbiqi proqramların loqolarının mərkəzləşdirilmiş intellektual təhlili və monitorinqi, inzibatçılar və kibertəhlükəsizlik mütəxəssisləri üçün nəzərdə tutulmuş alətləri nümayiş etdiriləcək.

Seminarda korporativ mühitdə istifadə edilən qurğuların kibertəhlükələrdən mühafizəsi, inventarlaşdırılması, yenilənməsi, onlara proqramların quraşdırılması, loqin və parolların kibermüdafiəsi, məlumatı avtomatik təsnifləmək, şifrləmək, təhlükəsiz paylaşma üsulları öyrədiləcək.

Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində 12-16 mart tarixlərində Azərbaycan Standartlaşdırma İnstitutunun və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin birgə təşkilatçılığı ilə “ISO/IEC 27001: 2013 İnformasiya Təhlükəsizliyi. Təhlükəsizlik

Page 15: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. Tələblər” standartı əsasında təlim təşkil ediləcək.

Təlimin məqsədi “ISO/IEC 27001 – İnformation Security Management Systems” – informasiya təhlükəsizliyinin idarəetmə sistemləri üzrə qəbul edilmiş beynəlxalq standartın tələblərini və tətbiq üsullarını yerli mütəxəssislərə öyrətməkdir.

Təlimdə beynəlxalq standartın bütün tələblərini öyrətmək ilə yanaşı, təşkilatlarda bu standartı tətbiq etmək üçün vacib olan rəsmi auditor statusunun alınması üçün beynəlxalq imtahan keçiriləcək.

Təlim çərçivəsində yerli mütəxəssislərin adıçəkilən beynəlxalq standartın tətbiqi və auditi üzrə IRCA (International Register of Certificated Auditors) təşkilatı tərəfindən qeydiyyata alınmış Azərbaycan Standartlaşdırma İnstitutunun Təlim-Tədris Mərkəzi və İdarəetmə Sistemlərinin və Personalın Sertifikatlaşdırma Orqanının direktoru Saday Əliyev və Türkiyə Respublikasının “Esenek” Eğitim Mərkəzinin rəhbəri Halil Çelik tərəfindən beynəlxalq imtahan keçiriləcək. Bu imtahanı uğurla keçən yerli mütəxəssislərə “ISO 27001” standartının tətbiqi üzrə baş auditor sertifikatı təqdim ediləcək.

Təlimdə qeyd edilən sahə üzrə sertifikatlaşmadan keçmək istəyən bütün təşkilatların nümayəndələri iştirak edə bilər. İştirakçılar sırasında əsasən iri İKT şirkətləri, telekommunikasiya operatorları və dövlət qurumlarının mütəxəssisləri yer alacaq.

Təlim türk dilində keçiriləcək.12 mart tarixində təşkil olunacaq “Dayanıqlı və Təhlükəsiz Bulud Mühiti”

adlı tədbirdə rəqəmsallaşma dövründə kibertəhlükəsizliyin qorunub saxlanılması üzrə biznes fəaliyyəti və  həlləri barədə məlumat veriləcək.

Həmçinin, tədbirdə “AZCLOUD” bulud provayderinin təqdim etdiyi məlumatların rezervlənməsi xidməti, təhlükəsiz bulud xidmətləri, saxlanılan məlumatların itkisinin qarşısının alınması kimi məsələlər barədə təqdimatlar nümayiş olunacaq.

Bundan başqa,  “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində 14 mart 2019-cu il tarixində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycan Respublikasında CERT xidmətləri:  kibertəhlükələr və onlardan mühafizə üsulları” respublika elmi-praktiki seminarı keçiriləcək. Seminarda ölkədə fəaliyyət göstərən “CERT” xidmətlərinin nailiyyətləri, gələcək vəzifələri, insidentlərlə bağlı aidiyyəti qurumlar arasında informasiya mübadiləsi, beynəlxalq əməkdaşlıq perspektivləri, müvafiq xarici strukturlara inteqrasiya məsələləri ilə bağlı müzakirələr aparılacaq” (Azərbaycanda ilk dəfə olaraq.., 2019).

Sözügedən tədbir ölkə mətbuatında gündəm yaratmışdı. Məsələn, bu barədə “İslamazəri” saytının 12 mart 2019-cu il tarixində dərc etdiryi ““Kibertəhlükəsizlik həftəsi” – Bakıda beynəlxalq tədbir keçirilir” başlıqlı yazıda belə deyilirdi:

““Microsoft” şirkətinin dəstəyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bu gün Bakıda Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” öz işinə başlayıb.

“Microsoft”-dan İslamazeri.com-a verilən məlumata görə, kibertəhlükəsizlik sahəsində səmərəliliyinin və maarifləndirmə səviyyəsinin artırılması, texniki

Page 16: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

hazırlığın yüksəldilməsi məqsədi ilə keçirilən həftə 11-15 mart 2019-cu il tarixlərinə planlaşdırılıb.

Kibertəhlükəsizlik həftəsinin ilk tədbiri “Microsoft” şirkətinin sahənin mütəxəssisləri və istehlakçıları üçün keçirdiyi seminarla başladı. Seminarın açılışında iştirakçıları salamlayan “Microsoft Azerbaijan” şirkətinin rəhbəri Sərxan Həşimov qeyd etdi ki, artıq Azərbaycana kiber hücumların sayı artıb və ölkə inkişaf etdikcə xakerlərin marağı da artır.

 “Ümid edirəm ki, bunu nəzərə alaraq, dövlət və özəl sektorların əməkdaşlığı nəticəsində kiber hücumlardan qorunmaq üçün birgə fəaliyyət, o cümlədən daha mükəmməl qanunvericilik bazası hazırlamaq mümkün olacaq”, - Sərxan Həşimov dedi.

“Microsoft” şirkətinin təşkil etdiyi seminarın gündəliyi və mahiyyəti barədə danışan Microsoft Azerbaijan şirkətinin Strateji texnologiyalar üzrə baş Mütəxəssis Qaçay Mirzəyev qeyd edib ki, kibertəhlükəsizlik çox geniş mövzudur və buna görə də seminar əsasən analitik təhlillərdən və müxtəlif həllərin nümayişindən ibarətdir.

“Microsoft şirkəti gündə bir neçə dəfə kibertəhlükəsizlik analitik hesabatı hazırlayır. Bu hesabatda gündəmdə olan kibertəhlükələrdən məlumatlar, eyni zamanda sırf Azərbaycanla bağlı çox vacib, infeksiya xəritəsi nümayiş olunur. Təəsüflər olsun ki, ölkəmizdə kibertəhlükələr və infeksiyalar artmaqda davam edir və bunun müxtəlif səbəbləri var. Kibertəhlükəsizliyi ənənəvi qaydada artıq idarə etmək mümkün deyil, “Microsoft” seminar çərçivəsində hazırladığı daha müasir və mərkəzləşdirilmiş kibertəhlükəsizlik həllərini nəzəri qaydada iştirakçılara təqdim edəcək. Seminar boyunca həmçinin monitorinq məsələləsinə toxunulacaq, ən zəif yer olan - login və parolların mühafizəsindən danışılacaq, mobil telefonların korporativ mühitdə düzgün istifadəsi sahəsində ən yaxşı təcrübələr nümayiş olunacaq, xakerlər tərəfindən müəssisədən məlumatların oğurlanmasının qarşısını almaq üçün hazırlanmış həllər nümayiş olunacaq”, - deyə Qacay Mirzəyev bildirib.

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “Kibertəhlükəsizlik həlləri üzrə Seminar”, “Regional İnternet İdarəçilik Forumu”, “Uşaqların İnternetdə Təhlükəsizliyi”, “Hackaton” müsabiqəsi, “Dayanıqlı və Təhlükəsiz Bulud Mühiti”, “İSO 27001” üzrə “Sertifikatlaşdırma”, “Azərbaycan Respublikasında CERT xidməti” respublika elmi-praktiki seminar və bu kimi mövzularda tədbirlər təşkil ediləcək.

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramı ilə birgə “Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz” mövzusunda VI Regional İnternet İdarəçilik Forumu (RİİF) keçiriləcək. Microsoft şirkətini

Forumda Mərkəzi və Şərgi Avropa ölkələrinin Proqram Aktivlərinin İdarəetməsi və Uyğunluq üzrə Regional Direktor Laurent Signoret təmsil edəcək.

Forum yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlıq qurması, bu sahədə mövcud vəziyyətin, qarşıya qoyulmuş vəzifələrin, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin birgə müzakirəsi və maraqlı innovativ layihələr nümayiş edilib. Foruma təkcə ölkəmizin deyil, eyni zamanda, region ölkələri və nüfuzlu beynəlxalq təşkilatların da nümayəndələri də iştirak edib.

Page 17: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

14 mart tarixində “Microsoft Azərbaycan”, “Təhsil Nazirliyi” və “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” tərəfindən “Uşaqların İnternetdə Təhlükəsizliyi” seminarı keçiriləcək.

Məktəblilər, valideynlər və müəllimlərə uşaqların internetdə təhlükəsizliyini təmin etmə üsulları və vasitələri barədə məlumat veriləcək.

Sonuncu və önəmli tədbir “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi”, “Dövlət Təhlükəsizlik Xidməti” və “Elmlər Akademiyası” tərəfindən AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycan Respublikasında CERT xidmətləri: kibertəhlükələr və onlardan mühafizə üsulları” respublika elmi-praktiki seminarı keçiriləcək. Microsoft şirkətini Seminarda Azərbaycan üzrə Baş Direktor Sərxan Həşimov təmsil edəcək. Seminarda ölkədə fəaliyyət göstərən “CERT” xidmətlərinin nailiyyətləri, gələcək vəzifələri, insidentlərlə bağlı aidiyyəti qurumlar arasında informasiya mübadiləsi, beynəlxalq əməkdaşlıq perspektivləri, müvafiq xarici strukturlara inteqrasiya məsələləri ilə bağlı müzakirələr aparılacaq” (“Kibertəhlükəsizlik həftəsi”.., 2019).

Zərifə Əliyevanın “NewTimes” saytının 10 aprel 2019-cu il tarixində dərc etdirdiyi “Azərbaycanda kibertəhlükəsizlik” adlı məqalədə də eyni mövzuya toxunulmuşdur:

“Müasir dövrdə informasiya kommunikasiya texnologiyalarının inkişafı kibercinayətkarlığın meydana gəlməsinə və gündən günə artmasına gətirib çıxarmışdır. Birləşmiş Millətlər Təşkilatının hesabatında  hər il 1.5 milyondan çox insanın internet vasitəsilə edilən cinayətlərin qurbanı olduğu və kibercinayət xarakterli fəaliyyət nəticəsində dəymiş ümumi ziyanın 1 milyard ABŞ dolları təşkil etdiyi bildirilir.

Kibercinayətkarlığın artması bütün dünyada dövlət idarəçiliyi, bank, nəqliyyat, milli təhlükəszilik və digər sistemlərin təkmilləşdirilməsini, kibermüdafiə tədbirlərinin genişləndirilməsini aktual edir. 2012-ci ildə NATO-nun Çikaqoda keçirilən sammitində qəbul olunmuş yekun bəyənnamədə də kiberhücumların kəmiyyət və keyfiyyətinin artması faktları bir daha qeyd olunmuş və Alyansa üzv dövlətlərinin ayrı-ayrılıqda, həmçinin beynəlxalq təşkilatlarla (BMT, Avropa İttifaqı, Avropa Şurası və digərləri) birlikdə vahid kibermüdafiənin təşkilinin vacibliyi vurğulanmışdır. Artıq ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa, Almaniya və bir sıra başqa inkişaf etmiş dövlətlər öz xüsusi kiber qoşunlarını yaradıblar. Bu dövlətlər əsas məqsədlərinin öz şəbəkələrini müdafiə etmək olduğu bildirsələr də, burada hücum əməliyyatlarının aparılması da nəzərdə tutulur.

Dünyanın sürətlə inkişaf edən ölkələrindən biri kimi Azərbaycanda da müasir informasiya kommunikasiyası texnologiyalarının (İKT) geniş tətbiqi bu sahədə davamlı kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsini gündəmə gətirmişdir. Hələ 2011-ci ildə Rusiyanın Yekaterinburq şəhərində təhlükəsizlik məsələlərinə həsr olunmuş beynəlxalq tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təhlükəszilik Şurasının katibi, akademik Ramiz Mehdiyev kibertəhlükəsizlik məsələlərinə toxunaraq demişdir ki, "Hər bir müasir dövlət kimi Azərbaycan da İKT-nin inkişafına diqqət yetirir, bu sahə ölkənin sosial iqtisadi inkişafının prioritet istiqaməti elan

Page 18: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

edilmişdir və biz informasiya təhlükəsizliyi məsələlərində Avropa Şurası, Avropa İttifaqı, NATO, Beynəlxalq Elektrik Rabitəsi İttifaqı və digər beynəlxalq təşkilatlarla fəal qarşılıqlı əlaqələr saxlayırıq''.

Bu sahədə hüquqi bazanın formalaşdırılması istiqamətində Azərbaycan beynəlxalq konvensiya və proqramlara qoşulmuş, daxili qanunvericilik bazasını daha da təkmilləşdirmişdir. Belə ki, Azərbaycan 2008-ci ildə Avropa Şurasının "Kibercinayətkarlıq haqqında'' Konvensiyasını imzalamışdır (2010-cu ildə ratifikasiya etmişdir). Ölkəmiz həmçinin "Şərq tərəfdaşlığı – Avropa Şurası mexanizmi'' proqramı çərçivəsində həyata keçirilən kibercinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq layihəsində də iştirak edir.

Respublikada informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə təhdidlərin qarşısının alınması, təhlili və qabaqlanması üçün dövlət və qeyri-dövlət informasiya infrastrukturu subyektlərinin, onların istifadəçilərinin fəaliyyətinin əlaqələndirilməsi, kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi və idarə olunması, ümummilli hazırlığın və maarifləndirmənin təmin edilməsi məqsədilə 26 sentyabr 2012-ci il tarixində "İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında'' Azərbaycan Respublikası Prezidenti tərəfindən Fərman imzalanmışdır. Fərmana əsasən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi və Azərbaycan Respubliaksı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında əlaqələndirici qurum olan Elektron Təhlükəsizlik Mərkəzi yaradılmışdır.

10 fevral 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikasında dövlət sirrinin mühafizəsi sisteminin inkişafına dair 2014-2018-ci illər üçün Dövlət Proqramı'' təsdiq edİlmiş və bu proqramda nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə həvalə edilmişdir.

Bu gun kibertəhlükəsizlik, onlayn təhlükəsizlik, şəbəkələrin etibarlılığı üçün həlledici təminat məsələləri ən mühüm prioritet istiqamətlərdən biri kimi dəyərləndirilir. Bu sahədə effektiv beynəlxalq əməkdaşlıq, çoxtərəfli dialoqun nailiyyəti, uğurlu qərarların qəbulu və bu qərarların həyata keçirilməsi məqsədilə hər il regional və qlobal səviyyədə dövlət, qeyri-dövlət və beynəlxalq qurumlar tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.

Kibertəhlükəsizlik tədbirləri sırasında İKT istifadəçilərinin maarifləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, 30 may 2013-cü ildə "Azərbaycanda kibertəhlükəsizlik'' mövzüsunda keçirilmiş dəyirmi masa, NATO Azərbaycan Beynəlxalq Məktəbinin təqdimatında "kibertəhlükəszilik: mövcüd vəziyyət və mühafizə vasitələri'', "İnformasiya təhlükəsiziliyi'', "Fərdi məlumatların mühafizəsi'' mövzularında keçirilmiş seminarlar, 2013-cü ildə Bakıda keçirilmiş Təhlükəsizlik Şurasının "Qərarların qəbulunda və siyasətin həyata keçirilməsində gənclərin iştirakı'' konfransı, hər il keçirilən və Xəzər regionunun aparıcı İKT formuna çevrilmiş "Azərbaycan

Page 19: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları'' (Bakutel) sərgi və konfranslarını göstərmək olar.

Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, bir neçə gün bundan əvvəl Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) yanında Elektron Təhlükəsizlik Mərkəzi kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən "First'' beynəlxalq təşkilatına tamhüquqlu üzv seçilib. Bu da öz növbəsində ölkədə bu  sahədə dövlət tərəfindən aparılan siyasətin beynəlxalq arenada da davam etdirilməsinə imkan yaratmaqla yanaşı, ən son yeniliklər, insidentlər, təhlükələrdən mühafizə yolları və əlaqəli məsələlərlə bağlı ideyaları, təcrübələri öyrənmək və paylaşmaq üçün zəmin təşkil edəcəkdir.

Göründüyü kimi, kibertəhlükəsizlik çox geniş, aktual problemdir və Azərbaycan dövləti bu sahədə mövcud olan boşluqları və təhlükələri vaxtında dəyərləndirərək müvafiq addımlar atıb və bu sahədə fəaliyyətini bundan sonra da böyük əzmlə davam etdirəcəkdir (Zərifə Əliyeva, 2019).

Deyilənlərə əlavə olaraq, 21 may 2019-cu il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı”nı misal çəkmək olar. Həmin tədbir barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin 22 May 2019-cu il tarixində yaydığı məlumatında belə deyilməkdədir:

“Gənclərin və gələcək nəsillərin qlobal şəbəkədəki mövcud və potensial təhdidlərlə bağlı məlumatlandırılması məqsədilə 21 may 2019-cu il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı” keçirilib.

Məqsəd kibertəhlükəsizlik sahəsində maarifləndirmə səviyyəsinin artırılması və ümummilli hazırlığın yüksəldilməsi, kiberfəzada Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin edilməsində gənclərin daha da fəal iştirakının stimullaşdırılmasıdır. Tədbir iki sessiyadan ibarət idi.

Seminarın birinci sessiyasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin mütəxəssisi Sevinc Heydərli “Kibermühitdə təhdidlər, hücumlar və onlardan müdafiə yolları” mövzusunda və “Azercell Telecom”-un aparıcı mütəxəssisi Aqil Əliyev “Fraud” ilə bağlı məlumatlılıq” mövzusunda təqdimatlarla gəncləri məlumatlandırmışlar.

Seminarın ikinci sessiyasında “Microsoft Azərbaycan” şirkətinin strateji həllər üzrə eksperti Qaçay Mirzəyev tərəfindən “Müasir kibertəhlükəsizlik” mövzusunda,  “Penteston” şirkətinin həmtəsisçisi Rəşad Əliyev tərəfindən isə “Serverdə təhlükəsizlik/Serversiz dünya” mövzusunda məruzələr təqdim olunub.

Tədbirdə gənclər  gündəlik istifadə etdikləri qurğuların kibertəhlükələrdən mühafizəsi, onlara proqramların quraşdırılması, loqin və parolların kibermüdafiəsi, məlumatı avtomatik təsnifləmək, şifrləmək, təhlükəsiz paylaşma üsulları haqqında məlumatlandırılıb. Onlar informasiya sistemlərinə edilən müdaxilələrin qarşısının alınması ilə bağlı maarifləndirilib və  kiberhücumların nəticələri, təhlükəsizlik tədbirləri haqqında danışılıb. Bildirilib ki, ziyanverici proqramlar hədəf qurğularda

Page 20: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

məlumatları oğurlamaq, silmək, sistemi sıradan çıxarmaq, işi ləngitmək xüsusiyyətinə malikdir.

Təqdimatla çıxış edən mütəxəssislər ilə gənclər arasında eyni zamanda praktik məsələlərə əsaslanan kibertəhlükəsizlik həlləri üzrə interaktiv sual-cavab sessiyası təşkil olunub. Müzakirələrdə ictimai fəal gənclər və gənclər təşkilatlarının məsul nümayəndələri iştirak ediblər.

Məlumat üçün bildirək ki, “Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” və “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”, eləcə də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda kibertəhlükəsizlik, habelə gənclərin maarifləndirmə səviyyəsinin artırılması sahəsində qarşıya qoyulmuş vəzifələrdən irəli gələn məsələlərin həlli üzrə reallaşdırılır” (Kibertəhlükəsizlik üzrə Gənclər.., 2019).

Deyilənlərə əlavə olaraq onu da qeyd etmək lazımdır ki, 2020-ci ilin 2-6 mart tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil olunan II Beynəlxalq "Kibertəhlükəsizlik həftəsi"nin ilk tədbiri – "Kibertəhlükəsizlik konfransı" keçirilib. “Tədbir kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı üzrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən əlaqəli fəaliyyətin davamı olaraq, dövlət-özəl əməkdaşlığı çərçivəsində sahə üzrə ümumilikdə 30-dan çox qurum, müəssisə və təşkilatın tərəfdaşlığı ilə baş tutub.

Konfransda çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da  kibertəhlükəsizliyin təmin olunmasına dövlət səviyyəsində xüsusi diqqət ayrılır. "Bu gün ölkəmizdə rəqəmli transformasiya sürətlə gedir. Bu sahə ölkə başçısının diqqət mərkəzindədir. Qəbul olunmuş Milli strategiya, Strateji yol xəritəsi, müvafiq fərman və sərəncamların icrası bu istiqamətdə əhəmiyyətli

Page 21: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

nəticələr əldə olunmasını təmin edir. Fiber-optik, LTE şəbəkəsi genişlənir. "5G"-yə keçid üzrə hazırlıq işləri aparılır, sınaq keçirilir. Ölkədə bir çox kritik informasiya infrastrukturları fəaliyyət göstərir. Dövlət idarəetməsi, təhsil, səhiyyə, enerji, təhlükəsizlik, müdafiə, ədliyyə, kənd təsərrüfatı, bank-maliyyə və başqa sahələrdə ölkə əhəmiyyətli informasiya sistemləri istifadə olunur. Data mərkəzlər fəaliyyət göstərir, "Hökumət Buludu"  yaradılır", – deyə nazir müavini qeyd edib. 

O vurğulayıb ki, ölkə əhalisinin 80 faizi internet istifadəçisidir. Bütün bunlar ölkəmizin kiberməkanının təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını şərtləndirir. Bu istiqamətdə müvafiq addımlar atılır.

Nazir müavini Azərbaycanın 2008-ci ildə Avropa Şurasının "Kibercinayətkarlıq haqqında" Konvensiyasını imzaladığını diqqətə çatdırıb. "Kibertəhlükəsizliyə cavabdeh qurumlar, o cümlədən nazirliyin yanında Elektron Təhlükəsizlik Xidməti fəaliyyət göstərir. Beynəlxalq standartlar əsasında İnformasiya təhlükəsizliyi üzrə 18 milli standart hazırlanıb və qeydiyyata alınıb. Dövlət qurumlarında istifadə olunan proqram təminatlarının lisenziyalaşdırılması həyata keçirilir. Kibertəhlükəsizliklə bağlı müxtəlif konfranslar, seminarlar, təlimlər keçirilir. "Kibertəhlükəsizlik həftəsi" bunun bariz nümunəsidir".

Elmir Vəlizadə kiberhücumların əsas hədəflərindən birinin də fərdi və digər konfidensial məlumatlar olduğunu vurğulayıb.  "Son illərdə Avropa Birliyində, inkişaf etmiş digər ölkələrdə bu sahədə  qanunvericilik bazasının inkişaf etdirilməsi istiqamətində ciddi addımlar atılıb. Ölkəmizdə də bu işlərə başlanılıb. Nazirlik, aidiyyəti qurumlarla birlikdə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində iş aparır. Fərdi məlumatların işlənməsi və mühafizəsi fəaliyyətinin sertifikatlaşdırılması, qanunun tələblərinin pozulduğu hallarda müvafiq qurumların və fərdi məlumat subyektlərinin məlumatlandırılması nəzərdə tutulur. Hesab edirik ki, bu addımlar ümumilikdə kibertəhlükəsizliyin təmin olunmasına öz töhfəsini verəcək".

Nazir müavini bildirib ki, bu məsələlər aidiyyəti qurumlarla birlikdə hazırlanan "Azərbaycan Respublikasının 2020-2025-ci illər üçün informasiya

Page 22: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə Milli Strategiyası"nın layihəsində öz əksini tapıb.

Daha sonra Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) MDB üzrə regional direktoru Nataliya Moçu tədbir iştirakçılarını salamlayaraq  kibertəhlükəsizliyin təmin olunmasının BTİ-nin fəaliyyətində əsas istiqamətlərdən olduğunu bildirib. Ölkəmizin BTİ Şurasının üzvü olduğunu vurğulayan qurum rəsmisi deyib ki, Azərbaycan təşkilatın fəal tərəfdaşlarındandır.

N.Moçu BTİ-yə üzv-ölkələr arasında bu sahədə əməkdaşlığın vacibliyini qeyd edərək, birgə qüvvələrin səfərbər edilməsinin əhəmiyyətini önə çəkib. O, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Kibertəhlükəsizlik həftəsi"nin  bu sahədə aparılacaq ekspert bilikləri və təcrübə mübadiləsinin dəyərli töhfələr verəcəyinə əminliyini ifadə edib.   

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti müasir dövrdə dünyada internetin getdikcə daha çox fəaliyyət sahələrinə nüfuz etdiyini söyləyib. O, bu gün rəqəmsal iqtisadiyyat, onlayn təhsil, virtual ünsiyyət kimi geniş imkanların yaratdığı üstünlüklərin əhəmiyyətini önə çəkib. BMT-nin rəsmisi informasiya-kommunikasiya texnologiyalarının həyat səviyyəsinin yaxşılaşmasında, xüsusən də davamlı inkişafın təmin olunmasında mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, müasir İKT tətbiqlərinin sayəsində kiberhücum təhlükələrinin də vüsət alması qaçınılmazdır. O, hökumət rəhbərlərinin və müvafiq sahə üzrə fəaliyyət göstərən şirkətlərin kiberhücumların aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edən yüksəkixtisaslı kadr hazırlığı məsələlərinə ciddi önəm verdiklərini bildirib. A.Frakassetti inklüziv təhsilin yaratdığı imkanlara da toxunaraq, əlillərin, qadınların İKT sahəsində fəal iştirakının təmin edilməsindən, işsizlik kimi problemlərin həllində İKT-nin yaratdığı imkanlardan söz açıb. O, həmçinin təşkilat tərəfindən keçirilən tədbirlərdən danışarkən "İ2B – İdeyadan Biznesə" layihəsinin əhəmiyyətini də vurğulayıb. Çıxışının sonunda Alessandro Frakassetti bir həftə ərzində keçiriləcək silsilə tədbirlərdə rəqəmsal uçurumun aradan qaldırılması,

Page 23: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

kiberhücumlardan müdafiə və s. sahələrdə həyata keçirilən işlərlə bağlı dəyərli məlumatların əldə ediləcəyinə, yerli və beynəlxalq mütəxəssislər arasında bilik və təcrübə mübadiləsinin səmərəli fayda verəcəyinə əminliyini bildirib.     

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev çıxışında ölkəmizdə bu kimi tədbirlərin həyata keçirilməsinin olduqca vacib əhəmiyyət kəsb etdiyini deyib: "Bu gün maliyyə sektorunun qarşısında duran məsələ təkcə yüksək texnologiyaların tətbiqi deyil. Azərbaycanda fəaliyyət göstərən bankların 27-si internet bankinq tətbiqlərini, 23 bank mobil texnologiyalar tətbiq etməklə müştərilərinə mobil bank internet xidmətlərini təqdim edir. Hazırda qarşımızda duran mürəkkəb məsələlərdən biri tətbiq etdiyimiz yeni texnologiyaların maya dəyərinin, göstərilən xidmətlərin qiymətinin aşağı salınması və iqtisadi subyektlərə tətbiq olunmasıdır".

"Cyber Security Group" şirkətinin həmtəsisçisi Doron Tamir "Milli kibertəhlükəsizlik ekosistemi: çağırışlar və imkanlar" mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, kibertəhlükəsizlik məsələləri iqtisadi artım qüvvəsi kimi nəzərdən keçirilməlidir. İsrail təcrübəsindən söz açan Doron Tamir ölkəsinin kibertəhlükəsizlik məsələləri ilə 2011-ci ildən məşğul olmağa başladığını və Kibertəhlükəsizlik üzrə Milli Büro yaratdıqlarını diqqətə çatdırıb. Kibertəhlükəsizliklə bağlı 2 milyon dollar dəyərində məhsul ixrac etdiklərini deyən D.Tamir insan kapitalının mühüm amillərdən olduğunu deyib: "İsraildə bu sahədə 7 akademik və tədqiqat mərkəzi fəaliyyət göstərir. Kibertəhlükəsizlik sahəsində zəruri biliklərə orta məktəblərdən başlamaq lazımdır. Peşəkar biliklərin aşılanması yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm göstəricidir".

"Trend Micro" şirkətinin MDB, Gürcüstan və Monqolustan üzrə regional direktoru German Pozankov "Ağıllı şəhərlərin kibertəhlükəsizliyi" mövzusunda məruzəni təqdim edib. G.Pozankov 2050-ci ildə artıq əhalinin təqribən 70%-nin "ağıllı" şəhərlərdə yaşayacağına dair proqnozları nəzərə çatdırıb: "Ağıllı şəhərlərin ağıllı nəqliyyat, ağıllı fabriklər, ağıllı hökumət kimi altsistemləri kibercinayətkarlar tərəfindən, onların hədəf və məqsədlərindən asılı olaraq, müxtəlif hücumlara məruz qala bilər".

Page 24: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

Tədbirdə, həmçinin "MARŞ" şirkətinin vitse-prezidenti Ayan Mehdiyeva kibersığorta, "Microsoft Azərbaycan" şirkətinin Baş meneceri Qaçay Mirzəyev "Müasir iş yerlərinin kibertəhlükəsizliyi", "Sabra Capital" bankının idarəedici tərəfdaşı, "Keepgo" beynəlxalq telekommunikasiya şirkətinin təsisçisi Qay Zbarski "Kiberstartaplara investisiya qoyuluşu",  "WISH" şirkətinin kibertəhlükəsizlik departamentinin rəhbəri Rauf Quliyev "Elektron ticarətdə kibertəhlükəsizlik", "Əməliyyat texnologiyaları və informasiya təhlükəsizliyi laboratoriyası" MMC-nin İdarə Heyətinin üzvü Andrey Bobrenko kritik infrastrukturun kibertəhlükəsizliyi, "Information Security Solutions" Azərbaycan / "Gleg" Rusiya şirkətinin aparıcı eksperti Yuri Qurkin "Sənaye və bank sistemlərinin pentesti" mövzusunda təqdimatlarla çıxış ediblər. 

Qeyd edək ki, kibertəhlükəsizlik sahəsində yerli və beynəlxalq ekspertlər ilə təcrübə mübadiləsinin aparılması, müvafiq sahədə siyasəti müəyyən edən qurumlar və fəaliyyət göstərən şirkətlər arasında əməkdaşlığın gücləndirilməsi, kibertəhlükəsizlik sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması "Kibertəhlükəsizlik konfransı"nın əsas məqsədidir.

"Kibertəhlükəsizlik konfransı" sual-cavab sessiyaları, ikitərəfli və çoxtərəfli görüşlər və  müzakirələr, özəl-dövlət, dövlət-dövlət, özəl-özəl və s. üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün əvəzolunmaz platforma rolunda çıxış edib.

Tədbirdə dövlət qurumlarının, özəl təşkilatların, akademik və ali təhsil müəssisələrinin, beynəlxalq təşkilatların, mobil operatorların, bankların, İKT şirkətlərinin, internet xidmət provayderlərinin və operatorlarının, diplomatik korpusların, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti və internet ictimaiyyətinin, ABŞ, Macarıstan, İsrail, Belarus, Rusiya, Hindistan və s. ölkələrin nümayəndələrindən ibarət ümumilikdə 250-dən çox səlahiyyətli şəxs və sahə üzrə mütəxəssis iştirak edib.

Konfransla paralel olaraq 15 yerli və beynəlxalq şirkətin kibertəhlükəsizlik üzrə həllərinin nümayiş etdirildiyi "Cyber Village" sərgisi keçirilib” (II Beynəlxalq.., 2020).

Page 25: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

Deyilənlərə onu da əlavə edək ki, Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) yaydığı məlumata görə, .Azərbaycanda dövlət qurumlarının informasiya ehtiyatlarının, o cümlədən informasiya təhlükəsizliyi insidentlərinin operativ idarə edilməsi məqsədi ilə tərəfimizdən yaradılan Resurs İdarəetmə Sisteminə dövlət qurumlarının kibertəhlükəsizlik və insidentlərə reaksiya indeksi hesablayan yeni alqoritm inteqrasiya edilib.

Kibertəhlükəsizlik üzrə indeksi hesablayan alqoritm, dövlət qurumunda baş verən yoluxma, kənar müdaxilə, İP-lərin botnetə qoşulması, audit və boşluqların analizi nəticələrini ümumiləşdirərək qiymətləndirir və əldə etdiyi dəyəri həmin dövlət qurumunun informasiya resurslarının həcminə mütənasib olaraq indeksə çevirir. Dövlət qurumlarının reaksiya (ayıqlıq) indeksində isə qurumlar üzrə cavabdeh şəxslərin insidentlərə hansı müddətdə cavab verməsi hesablanaraq, həmin şəxslərin fəaliyyətinin effektivliyi qiymətləndirilir. Qurumların indekslər üzrə qiymətləri rüblük və ya illik əsasda toplanaraq dövlət qurumlarının həm reaksiya, həm də kibertəhlükəsizlik səviyyəsi üzrə müqayisəli reytinqi İnformasiya Təhlükəsizliyi jurnalında çap ediləcək.

Mərkəzdən bildirildiyinə görə, sistemə inteqrasiya edilən yeni alqoritm eyni zamanda öz əməkdaşlarımızın da reaksiya indeksini ölçür. Bu isə bizə əməkdaşlarımızın qurumlardan gələn sorğulara operativ rekasiyasını ölçməyə, operativliyin, eləcə də iş keyfiyyətinin yüksəldilməsi üçün meyar kimi istifadə olunmasına imkan verəcək.

Sistemin tez-tez verilən suallar qismi ilə inteqrasiya olunan İnformasiya Təhlükəsizliyi üzrə Elektron Kitabxananın da interfeysi yenilənib və istifadə üçün sadələşdirilib (Azərbaycanda dövlət qurumlarının.., 2020).

Kiber təhlükəsizliyin təminini yeni texnologiyaların tətbiqi olmadan təsəvvür etmək belə çətindir. Texnologiyalar, təşkilatları və fərdi istifadəçiləri özlərini kiber hücumlardan qorumaq üçün lazım olan vasitələrlə təmin edən mühüm elementdir. Mühafizə edilməli olan əsas komponentlərə kompüter və smart cihazlar, routerlər və modemlər, şəbəkə və bulud mühiti aiddir. Sadalanan komponentləri qorumaq üçün istifadə olunan ən yaygın texnologiyalar arasında yeni nəsil şəbəkəarası routerlərin tətbiqini, DNS filtirdən keçirilməni, zərərli proqram təminatından mühafizəni, anti-virus proqramının yüklənməsini və e-poçt qorunmasını qeyd etmək olar.

Bu gün dünyada inkişaf etmiş kiber müdafiə proqramları hər bir istifadəçinin maraqlarını qoruyur. Fərdi səviyyədə bir kiber müdafiə hücumu şəxsi məlumatların oğurlanmasına, vəsaitlərin və ya ailə fotoşəkilləri kimi dəyərli məlumatların itkisinə, böyük miqyasda isə dövlət və hərbi sirrlərin yayılmasına qədər neqativ nəticələrə səbəb ola bilər. Bütün kritik infrastrukturların məsələn, elektrik stansiyalarının, xəstəxanaların, maliyyə xidmətləri göstərən bank sektorunun və digər qurumların qorunması cəmiyyətimizin həyat və fəaliyyətini təmin etmək üçün çox vacibdir.

Page 26: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

Hər bir şəbəkə istifadəçisi kiber təhlükə tədqiqatlarından faydalanır, məsələn 250 nəfərlik Talos qrupunun kiber mütəxəssisləri kiber hücum strategiyalarını, yeni və yaranan təhlükələri öyrənirlər. Onlar yeni zəif və həssas nöqtələri aşkar edir, ictimaiyyəti kibertəhlükəsizliyin əhəmiyyəti barədə məlumatlandırır və açıq mənbəli proqram kodları vasitəsilə sistemlərin etibarlılığını artırırlar. Bu ekspertlərin fəaliyyəti hər bir istifadəçi üçün interneti daha təhlükəsiz etməkdən ibarətdir.

İnformasiya kommunikasiya texnologiyalarının sürətli inkişafı kibercinayətkarlığın meydana gəlməsinə və gündən-günə artmasına səbəb olub. Birləşmiş Millətlər Təşkilatının hesabatında hər il 1.5 milyondan çox insanın internet vasitəsilə törədilən cinayətlərin qurbanı olduğu və kibercinayət xarakterli fəaliyyət nəticəsində dəymiş ümumi ziyanın 1 milyard ABŞ dollardan artıq təşkil etdiyi bildirilir.

Kibercinayətkarlığın artması bütün dünyada dövlət idarəçiliyi, bank, nəqliyyat, milli təhlükəszilik və digər sistemlərin təkmilləşdirilməsini, kibermüdafiə tədbirlərinin genişləndirilməsini aktual edir. 2012-ci ildə ABŞ-ın Çikaqo şəhərində keçirilən NATO sammitində qəbul olunan yekun bəyənnamədə də kiber hücumların kəmiyyət və keyfiyyətinin artması faktları bir daha qeyd olunub və Alyansa üzv dövlətlərinin ayrı-ayrılıqda, həmçinin beynəlxalq təşkilatlarla (BMT, Avropa İttifaqı, Avropa Şurası və digərləri) birlikdə vahid kibermüdafiənin təşkilinin vacibliyi vurğulanıb. Artıq ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa, Almaniya və bir sıra başqa inkişaf etmiş dövlətlər öz xüsusi kiber qoşunlarını yaradıblar. Bu dövlətlər əsas məqsədlərinin öz şəbəkələrini müdafiə etmək olduğu bildirsələr də, burada hücum əməliyyatlarının aparılması da nəzərdə tutulur. Birləşmiş Ştatlar və Rusiyanın uzun illərdir ki, seçkiqabağı kampaniyalar zamanı fəaliyyətdə olan prezidentlərə qarşı, hətta ən yaxın müttəfiqləri olsa belə, geniş miqyaslı elektron casusluq əməliyyatları həyata keçirdiyi barədə kifayət qədər geniş məlumatlar mövcuddur. ABŞ-dakı və Meksikadakı son seçkilər ümumdünya informasiya şəbəkəsi olan internetin qlobal döyüş meydanına çevirılməsinə səbəb olub. ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin məxfi sənədlərinin birində, növbəti əsas irimiqyaslı münaqişənin kiberməkanda başlayacağı barədə məlumatlar yer alır. ABŞ real olaraq kibermüharibəni başlayan yeganə dövlətdir. ABŞ-ın keçmiş prezidenti Obamanın İranın minlərlə nüvə sentrifuqalarını sıradan çıxarmaq məqsədilə kiber hücum həyata keçirilməsinə dair əmr verməsi heç kimə sirr deyil. ABŞ hakerləri kompüter virusları ilə güclü texnoloji hücum nəticəsində İrana böyük maddi zərər vuraraq nüvə proqramını iki il geriyə ata bildilər. İndi bu əməliyyat məlumatlarını, yəni "kiber qüvvələr"in əməliyyatlarını əvvəlki kimi cidd-cəhdlə kimsə gizlətməyə çalışmır. 2012-ci ildən isə Suriyada internet ABŞ tərəfindən bloklanıb. ABŞ ordusunda müstəqil qoşun növü kimi üç il əvvəl yaradılan Kiber Qüvvələrin təxminən 20 min nəfərə yaxın şəxsi heyəti olduğunu qeyd etmək yerinə düşər. Xatırladıram ki, kiber müharibənin əsas taktiki və strateji istiqamətləri ABŞ-ın Hərbi Doktrinasının tərkib hissəsidir.

Artıq dünyanın bir çox orduları kiber hücumlara qarşı praktiki döyüş təlimlərini döyüş hazırlığı proqramlarına daxil edirlər. 2008-ci ildə yaradılan NATO-nun Kiber Təhdidlərə Qarşı Mübarizə üzrə Təcrübə Mərkəzinin

Page 27: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

(CCDCOE) 2017-ci ildə təşkil etdiyi təlimlər zamanı iştirakçılar, hətta "hərəkətdə olan sürət qatarını dayandırmağa çalışırdılar". Təlim içtirakçıları olan hakerlərdən bir qrupu uğur qazandı: onlar qatarı dayandırdı, idarəetmə sistemini pozdular və mühərriki bloklaya bildilər. Bu təlimlərdə iştirak edən hakerlər yalnız dəvətnamə ilə gəlirlər. Qonaqların adı və sayı kiber manevrlərin "həssas təbiəti" səbəbindən gizli saxlanılır. Yalnız "qarşıdurma"nın ümumi məqsədi məlumdur: düşmən şəbəkəsinin xəritəsini tərtib etmək, həssas bir nöqtəni tapmaq və oradan şəbəkəyə nüfuz etməklə onun idarəetməsini ələ keçirmək. Daha öncə keçirilən buna bənzər təlimlərdən birində ABŞ və Böyük Britaniyanın hakerləri bir-birinin informasiya sisteminə "hücum" etdilər. Təlimlərə sabiq prezident Barak Obama və sabiq baş nazir Devid Kemeron tərəfindən ən yüksək səviyyədə icazə verilməsi, kiber manevrlərə nə qədər önəm verilməsinin sübutudur.

Kibertəhlükəsizlik və kibermedafiə strategiyalarından söz açarkən Çinə də toxunmadan keçmək doğru olmaz. Çünki bu ölkənin çox yaxın zamanda superdövlətə çevriləcəyini və ABŞ-ı geridə qoyacağını düşünənlər az deyil. Məsələm, “Standart Chartered”in hesabatına görə, gələcəyin ən böyük on iqtisadiyyatına sahib olacaq ölkələrin əksəriyyəti əsasən bu gün inkişaf etməkdə olan ölkələr olacaq və siyahıya Çin başçılıq edəcəkdir. ABŞ isə birinciliyini itirərək Çin və Hindistandan sonra üçüncü yerdə qərarlaşacaqdır. Onluqda sadəcə bir Avropa ölkəsi – Almaniya yer alacaq ki, o da onluğu tamamlayan ölkə olacaq.

Hesabatdan göründüyü kimi, siyahıdakı on ölkənin yeddisini inkişaf etməkdə olan ölkələrin olması proqnozlaşdırılır. Eyni zamanda, Asiya qitəsində yerləşən ölkələrin də əksəriyyət təşkil edəcəyi gözlənilir. Onların ilk sıralarda yer alaraq günümüzün ən böyük iqtisadiyyatlarına sahib ölkələrini geridə buraxacaqları təxmin edilir.

Siyahıda yer alan on ölkə sırasıyla Çin, Hindistan, ABŞ, İndoneziya, Türkiyə, Braziliya, Misir, Rusiya, Yaponiya və Almaniyadır. Bunlardan birincisinin, yəni Çinin ÜDM göstəricisinin 2030-cu ildə 64.2 trilyon ABŞ dolları həcmində olacağı söylənilir. Onu 44,31 trilyon dollarlıq göstərici ilə Hindistanın təqib edəcəyi gözlənilir.

Hesabatda ABŞ üçüncü yerin sahibi kimi qeyd edilib – 31,01 trilyon dollar.Sonrakı yerlərdə aşağıdakı dövlətlər yer alır:İndoneziya – 10,11 trilyon dollarTürkiyə - 9,11 trilyon dollarBraziliya – 8,67 trilyon dollarMisir – 8,21 trilyon dollarRusiya – 7,91 trilyon dollarYaponiya - 7,21 trilyon dollarAlmaniya – 6,91 trilyon dollarTəbii ki, bu vəziyyət ABŞ-ı qane edə bilməz və etmir. Bu səbəbdən də onun

yeni hərbi doktrinində Çin bir nömrəli təhlükə mənbəyi kimi qeyd edilib. Donald Trampın seçki kampaniyasının mövzularından birinin də Çinlə ABŞ

arasındakı ticarət əlaqələrinin ədalətsizliyi idi və Administrasiyanın bu məsələ ilə ciddi məşğul olacağı o vaxtdan məlum idi. “Beynəlxalq iqtisadi qurumlar iki ölkə arasındakı ticarət bağının zəifləməsinin və qopmasına konfliktin dünya

Page 28: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

iqtisadiyyatını yavaşladacağını və dünya ticarət böhranına səbəb olacağını bildirirdilər (Bəxtiyar Tuncay, 2020, s. 8-9).

Çinin bu iddialara cavabı isə birmənalı deyil. O həm qanunvericiliyində müəyyən dəyişiklik edərək əslində ona qarşı olan tələblərin haqlı olduğunu qəbul edir, həm də heç bir halda oğurluqla məşğul olduğunu qəbul etmir, yüksək texnologiyalar sahəsindəki inkişafını bu sahəyə etdiyi investisiyalara və insan resurslarına bağlayır. Qeyd etmək lazımdır ki, ABŞ-da təhsil alan xarici tələbələrin üçdə biri çinlidir və bəzi tələbələrin sənaye cəsusluğunda iştirak etdikləri şübhələri var. Qeyd edilən ixtilaflar öz həllini tapmadığı üçün, 2018-ci ildə münaqişə daha da kəskinləşdi. Qarşılıqlı rüsumlar tətbiq olunmağa başladı. 2018-ci ilin sonunda rüsum tətbiqinə ara verildi və müzakirələr başladı. Lazımı nəticə alınmadığı üçün ikinci dalğa rüsumlar tətbiq olundu” (ABŞ-Çin “Ticarət Müharibəsi”, 2019).

Buna baxmayaraq ABŞ-ın qəti mövqeyi problemin daha da dərinləşməsinə gətirib çıxardı. ABŞ Çin qarşısında həm iqtisadi həm də siyasi tələblər qoyur. İqtisadi cəbhədə Tramp Administrasiyası hesab edir ki, ABŞ-ın trilyon dollarlarla ölçülən ticarət kəsiri əslində onun sərvətinin xaricilərə transferidir. Xaricilər isə bu sərvətdən istifadə edərək ABŞ-ın aktivlərini əldə edirlər və belə davam edərsə ölkə tamamən xaricilərin əlinə keçəcək. Əlbəttə ki, əsas “xaricilər” Çinlilərdir. Digər bir məsələ isə Çinin əqli mülkiyyəti müxtəlif yollarla “oğurlamasıdır”. Sənaye cəsusluğu bu yollardan biridir və Huawei şirkəti, onun rəhbərləri məhz bu yolla şirkətin texnologiya bazasını möhkəmləndirməkdə günahlandırılırlar. Təsadüfi deil

Page 29: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

ki, həmin şirkətin rəhbərlərindən biri müddət əvvəl həbs olunmuşdu və şirkətin özü də bir başa sanksiyalara məruz qaldı.

Çin höküməti də əqli mülkiyyətin transferində aktiv rol oynayır və ölkəsində investisiya etmək istəyən yüksək texnologiya şirkətləri yerli şirkətlərlə birgə müəssisə yaratmağa məcbur edərək nəticədə texnologiyanı ötürməyə dolayı yolla nail olur. Siyasi cəbhədə isə ən əsas fikir ayrılığı Şimali Koreya və Tayvan barəsindədir və Çindən bu ölkələrə olan təsirini müsbət istiqamətdə istfadə etməsi tələb olunur.

Beləliklə, 2018-ci il tarixə ABŞ və Çin arasında ticarət savaşanın başlandığı il kimi düşmüşdür. Məhz həmin il ABŞ, Çindən idxal edilən 34 milyard dollar dəyərindəki 800-dən çox məhsula 25 faiz əlavə gömrük vergisini rəsmən  tətbiq etməyə başladı. Bu addımdan sonra qlobal bazarları narahat edən "ticarət müharibəsi" qarşılıqlı addımlarla şiddətlənrəkə davam edir.

ABŞ Prezidenti Donald Trampın "texnologiya oğurluğu və ədalətsiz ticarət qaydaları" səbəbləri ilə Çinin texnologiya məhsullarına tətbiq etmək qərarı verdiyi 50 milyard dollarlıq gömrük vergilərinin ilk hissəsi  2018-ci ilin iyul ayının 6-da Vaşinqton saatı ilə 00.01-də rəsmən qüvvəyə mindi.

Həmin gün dərc edilən bir xəbər mahiyyətli analitik məqalədə belə deyilməkdə idi:

Page 30: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

“Çinin müdafiə, aeronavtika və istehsal sektorlarını hədəfə alan 25%-lik əlavə gömrük vergisi, 34 milyard dollar dəyərindəki 818 məhsulu əhatə edir.

Ağ Ev, 16 milyard dollar dəyərindəki 300-ə yaxın məhsulu əhatə edən ikinci hissənin isə bu ayın üçüncü həftəsində qüvvəyə minməsinin planlaşdırıldığını açıqlayıb.

Beləliklə ABŞ, ilk dəfə Çin mallarını birbaşa hədəf seçən gömrük vergilərini tətbiq etdi…

Analitiklər bildirirlər ki, Çin ABŞ-a qarşılıq verməyə məcbur qalacaq.Rəsmi Pekinin, ABŞ-ın gömrük vergilərinə cavab tədbirlərini bu gün həyata

keçirməyə başlayacağı gözlənilir.Çinin Ticarət Nazirliyinin sözçüsü Gao Fıng, etdiyi açıqlamada, ABŞ

rəhbərliyinin 34 milyard dollar məbləğindəki Çin texnologiya məhsuluna qarşı gömrük vergisi tətbiqinə dair, "Çin heç vaxt ilk atəş açan tərəf olmayacaqdır. Ancaq Çin də öz ölkəsinin və xalqının əsas maraqlarını qorumaq üçün buna qarşılıq verməyə məcbur qalacaqdır" -ifadəsini işlədib.

ABŞ Prezidenti Tramp, Çinin tariflərinə cavab tədbirlərilə qarşılıq verməsi halında ölkəyə daha 200 milyard dollarlıq gömrük vergisi tətbiq edilməsi tapşırığını vermişdi.

Ticarət mütəxəssisləri, dünyanın ən iri iqtisadiyyatlarına malik iki ölkənin bir-birinə qarşı gömrük vergilərini "qisasa qisas" üsulu ilə artırmağa davam etməsinin pis nəticələr doğuracağına işarə edir.

Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings" dünən yaydığı hesabatda, ABŞ-ın başlatdığı ticarət müharibəsinin getdikcə böyüməsi halında qlobal ticarətə zərərinin  2 trilyon dolları çata biləcəyi barədə xəbərdarlıq edib” (ABŞ və Çin arasında ticarət müharibəsi başladı... // Marya, 2018).

İki ölkə arasında savaş, əlbəttə ki, həm də kiberməkanda gedir və bu da Çini kibertəhlükəsizlik və kibermüdafiə məsələləri barədə ciddi düşünməyə məcbur edir. İnternet şəbəkəsi genişləndikcə və daha da təkmilləşdikcə 1,3 milyard əhaliyə sahib olan bu ölkənin işi get-gedə daha da çətinləşir.

Çində İnternetin sürətli inkişafı Çin Kommunist Partiyasının 1995-1996 – cı illərdə elm, texnika və texnologiyaların inkişafı barədə qərarından sonra

Page 31: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

başlamışdır. Həmin dövrdən etibarən, yüksək texnologiyaların tətbiqi geniş miqyas almış ölkənin kompüterləşdirilməsi, İnternet şəbəkəsinin genişlənməsi inanılmaz miqyas almış, nəticədə Çin də digər ölkələr kimi gözlənilməz təhlükələr, yəni kiberhücum və kiber cəsusluq üçün açıq vəziyyətə gəlmişdir. Doğrudur, bu ölkədə bütün informasiya vasitələrinə sərt nəzarət var və bu, təhlükənin səviyyəsini önəmli ölçüdə azaldır, fəqət bütünlüklə aradan qaldıra bilmir.

1989-cu ildə Tyanmen meydanında baş verənlərdən sonra Çin hakimiyyətini yüksək texnologiyalara münasibətdə bir müddət tərəddüd içində saxlasa da, elmi-tezniki tərəqqi gec-tez öz işini görməli idi və Çin də bu prosesdən kənarda qala bilməzdi. Odur ki, uzun sürən müzakirələrdən sonra, 1996-cı ildə hakim kommunist partiyası İnternetin tətbiqinin zəruriliyini və vacibliyini nəzərə alaraq, qərarını verdi. 1999-cu ildə isə İnternetə sərt nəzarət, eləcə də milli proqramların yazılması və istehsalı barədə qərar qəbul edildi. Qərar mobil rabitənin şifrələnməsini və ixtiraların patentinin təsvirini də əhatə etməkdəydi (手机加密的方法,1999).

Hökumətin İnternetə münasibətinin formalaşması və ona nəzarət, şübhəsiz ki, ölkənin kibertəhlükəsizliyinin formalaşmasına təsir etdi. Beləcə, şifrələmə ilə əlaqəli hər şeyin tənzimlənməsi informasiya təhlükəsizliyinin təmin edilməsinin vacib bir elementinə çevrildi. Bu barədə ilk derektivlərdən biri elə həmin il, yəni 1999-cu ildə hazırlanmışdır. Həmin derektivə görə, informasiya sektorunun fəaliyyəti proqram təminatı ilə tənzimlənəcək, ticarət sektorunda şifrələmə istehsalı və satışı yalnız dövlət qurumlarının icazəsi ilə və yalnız onlar tərəfindən müəyyən edilmiş qaydalara əsasən mümkün olacaqdı. Nəticədə məhsulların heç birinin kripto müqaviməti dövlət tərəfindən təsdiqlənmiş səviyyəni keçə bilməyəcəkdi. Bundan bir müddət sonra isə hakimiyyət orqanları bu qaydaların yalnız şifrələmənin əsas funksiyası olduğu məhsullara, yəni hökumət şəbəkələri və milli təhlükəsizliklə əlaqəli məhsullara aid olduğunu açıqladı.

2000-ci ildə Ümumçin Xalq Nümayəndələri Konqresi (ÜXNK) informasiya sahəsindəki ehtimal olunan pozuntuların təsnifatını verdi və "İnternet məkanının

Page 32: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

qorunması haqqında Fərman"ı nəşr etdi. Burada pozuntuların mümkün olduğu sahələr qeyd olunurdu.

2002-ci ildə ÜXNK-in düşmənlərə qarşı mübarizə və informasiya müharibəsinə qarşı tədbirlər alınması barədə bəyanatından dərhal sonra Çinin hərbi rəhbərliyi informasiya savaşı barədə strategiyanın əsasnaməsini işləyib hazırladı. Bunun ardınca da Çin Xalq Respublikası Silahkı Qüvvələrinin İKT əsaslı müdafi siyasəti formalaşdırıldı və nəşr edildi. Sənəddə ilk dəfə silahlı qüvvələrin rəqəmsallaşmasından da söz açılmaqda idi (2002年中国的国防, 2018).

Ölkədə İnternet şəbəkəsinin inkişafı və genişlənməsi sonrakı illərdə daha da sürətlənmiş və bu da Çin Kommunist Partiyası Mərkəzi Komitəsini 2003-cü ildə "İnformasiya Təhlükəsizliyinin Gücləndirilməsi üzrə Dövlət Məlumatlandırılmış Rəhbər Qrupunun Qərarı"nı dərc etdirməyə sövq etmişdi (国家信息化领导小组关于加强信息安全保障工作的意见 , 2018). Sənəddə strateji infrastrukturun qorunmasının, kiberməkanı ehtimali təhlükələri dəf etmək məqsədi ilə daim nəzarətdə saxlamağın və yüksək ixtisaslı kadeların hazırlanmasının vacibliyi önə sürilməkdə idi.

Qeyd edilən tədbirlərdən biri 2004-cü ildə Dövlət Təhlükəsizlik Nazırliyinin “Qızıl qalxan” layihəsi oldu. Bu layihə İnternetin filterləşdirilməsini nəzərdə tutmaqda idi ki, bu, ölkənin bütün informasiya məkanının dövlət tərəfindən total nəzarətə keçməsini təmin etdi və beləcə ölkə əhalisi xarici informasiya mənbələrindən bütünlüklə təcrid edilmiş oldu.

Qeyd etmək lazımdır ki, “Qızıl qalxan” ilk növbədə İnternetin daxildə tənzimlənməsinə yönəlmiş olsa da, həm də ölkənin kibertəhlükəsizliyinin bir elementi kimi nəzərdə tutulmuşdu. Əlbəttə, Çin hakimiyyətinin kibertəhlükəsizlik anlayışı o dövrlərdə daha çox Çin əhalisini xarici informasiya qaynaqlarından məhrum etməklə məhdudlaşırdı, bununla, belə, xarici saytların, İnternet istifadəçilərinin və bloqerlərin filtirə tabe tutulması ölkəni həm də müəyyən qədər kiberhücumlardan qoruya da bilirdi.

2006-cı ilin noyabrında “2006-cı ildən 2020-ci ilədək olan dövr üçün informasiyalaşdırmanın inkişafına dair Dövlət Strategiyası” qəbul edildi

Page 33: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

(2006━2020年国家信息化发展战,略, 2018). Strategiya kiberməkanın inkişafına təsir göstərən müddəaları formalaşdırdı, kiber təhlükəsizlik, xarici İKT-lərdən, ilk növbədə Qərbdən asılılığın azaldılmasına yönəldildi.

Strategiyadan söz açan ÇKP Mərkəzi Komitəsinin Baş katibi Hu Jintao 2006-cı ildə Çinli elm adamları ilə görüşündə bildirmişdi ki, "2020-ci ilə qədər Çin yenilikçi bir dövlət halına gəlməlidir, bu, ölkəmizin yaxın 15 il üçün elmi və texnoloji inkişaf sahəsində hədəfidir" (胡锦涛在全国科学技术大会上的讲话(全文, 2018).

İlkin mərhələdə informasiya sahəsindəki bütün fəaliyyətləri tənzimləyən strukturların yaradılması planlaşdırılırdı. Məhz bu strategiyada kiber təhlükəsizlik sahəsindəki sonrakı dövlət siyasətinin əsas istiqamətləri müəyyənləşdirməli idi (Fortune Global Forum.., 2018).

Çinin kiber məkanayönəlik strategiyası, ölkə daxilində kiber təhlükəsizliyi təmin etmək üçün suveren hüququn qorunmasına əsaslanır, əsas vurğu problemin siyasi tərəfinə edilirdi. Təsadüfi deyil ki, 2013-cü ilin iyun ayında Xi Jinpinin ABŞ-a səfəri ərəfəsində Chenqdudakı Forumda çıxışı edən ÇXR Dövlət Şurasının Mətbuat Ofisinin rəhbəri Cai Minqjao, ABŞ və Qərb ölkələrini göz önündə tutaraq, müxtəlif dövlətlər tərəfindən İnternetdən istifadə fərqlərini qeyd edərək kibertəhlükəsizliyin təmin edilməsi sahəsindədə ÇXR rəhbərliyinin gördüyü təhlükəsizlik tədbirlərinə hörmət göstərilməsinin vacibliyini xüsusi olaraq dilə gətirmişdi. Bununla belə, Çin digər dövlətlərlə əmkdaşlığa açıq olduğunu dilə gətirməkdə idi (İnternational respect.., 2018).

Məsələnin bu şəkildə qoyuluşu və bu yanaşmanın bütün beynəlqalx görüş və tədbirlərdə dilə gətirilməsi həmin dövrdə Çinin artıq özünün formalaşmış kibertəhlükəsizlik strategiyasına sahib olduğundan xəbər verməkdədir. Belə düşünməyə həmin hadisədən bir il öncə Budapeştdə kibertəhlükəszlik üzrə keçirilmiş beynəlxalq konfransda Çin Xarici İşlər Nazirliyinin əməkdaşı Xuan Xuykanın söylədi sözlər də əsas verməkdədir. Həmin konfransda o bildirmişdi ki,

Page 34: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

ölkələrin suverenliyinə hörmət Çinin kiberməkandakı siyasətinin əsasını təşkil edir (Chinese government.., 2018).

2014-cü ildə Çində Təhlükəsizlik və Məlumatlandırma Qrupunun (中央网络安全和信息化领导小组成立, 2018) ilk iclası keçirildi və bu iclasda Prezident Xi Jinpingin informasiya təhlükəsizliyini Çin üçün ən prioritet vəzifəyə çevirmək barədə təlimat verdi (Panda Ankit, 2018). Çox güman ki, belə bir qərar 2013-cü ildə Çinin kiberhücumlara ən çox məruz qalan ölkələr sırasına daxil olmasından qaynaqlanmaqda idi (Sandle Paul, 2014). Səbəb nə olursa-olsun, bu xəttin 2015-ci ildə də davam etdiyini söyləyə bilərik (Segal Adam, 2015). Belə ki, həmin il ilk oxunuşda layihə kimi qəbul edilən qanunda İnternet servisdə istifadəçilərin yalnız və yalnız öz gerçək adı ilə qeydiyyatdan keçməsi, operatorların hökumət tərəfindən aparılan istintaq əməliyyatlarına cəlb edilməsi, kibertəhlükəsizlik məsələsinə böyük investisiyaların yatırılması, şəxsi məlumatların qorunması və bu məlimatların yalnız və yalnız Çində saxlanılması barədə çox sayda öhdəliklər nəzərdə tutulmuşdu. 2016-cı ildə sözügedən qanun bəzi əlavə və dəyişikliklərlə qəbul edildi və 2017-ci ildə qüvvəyə mindi (Yan Sophia, 2017).

Qanun İnternetin təkcə milli səviyyədə idarə olunmasını təmin etmir, eyni zamanda Çinin digər ölkələrlə əlaqələrinə də təsir edir, çünki o, şəbəkə operatorlarının avadanlıqlarının məcburi sertifikatlaşdırılmasını tələb etməklə yanaşı, milli təhlükəsizliklə bağlı məlumatların, eləcə də ictimai təhlükə yaradan hər hansı bir iqtisadi, texnoloji və elmi məlumatların ixracını qadağan edir. Bu hal bir çoxlarının etirazına səbəb olmuş və hələ 2016-cı ilin iyun ayında 50 ABŞ, Avropa və Yaponiya şirkəti baş nazir Li Ketsya kollektiv məktub ünvanlayaraq, yeni qanunun xarici şirkətlərin Çindəki fəaliyyətinə mənfi təsir göstərəcəyini və nəticədə əksər şirkətlərin ölkəni tərk etmək məcburiyyətində qala biləcəklərini bildirmişdilər (Wagner Jack, 2017). Məhz bu məktub qanunun tətbiqinin 2017-ci ilə qədər uzanmasına səbəb oldu, fəqət onun qarşısını ala bilmədi. Qanun qüvvəyə mindikdən sonra isə Çin rəhbərliyinə rəsmən müraciət edən ABŞ rəhbərliyi onun tam şəkildə tətbiqinin qarşısının alınmasını xahiş etdi və öz xahişinin sözügedən qanunun informasiya mübadiləsini əngəlləməsi ilə əsaslandırdı (Miles Tom, 2017). Ağ evin müraciəti cavabsız qaldı.

Kibertəhlükəsizlik qanunun qəbulundan sonra Çin özünün İKT sahəsində super dövlət olmaq hədəf və niyyətini bəyan etdi və bu niyyət XIII beşillik plana əsas müddəlardan biri kimi daxil edildi (譚瑾瑜, 2018).

Hədəfin üç mərhələdə reallaşması və birinci mərhələnin 2020-ci ildə tamamlanması nəzərdə tutlmuşdu (Китай пройдет три.., 2018). Həmin mərhələnin uğurla həyata keçdiyini tam əminliklə söyləmək olar və Çinin bu gün İTK sahəsində dünyanın əsas söz sahiblərindən birinə çevrildiyi günümüzün təkzibedilməz reallığıdır.

Qaynaqça

Türk dillərində

ABŞ-Çin “Ticarət Müharibəsi” – ANALİTİKA // finans.az, 2 iyul 2019.

Page 35: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

ABŞ kibersavaşa başladı: Rusiya düşməninə vəzifə verdi // İSLAMTimes, 06.01.2017.

ABŞ Rusiyaya qarşı kibermüharibəyə başlayıb // Sözçü.az, 26.12.2019.ABŞ və Çin arasında ticarət müharibəsi başladı - RƏSMƏN QÜVVƏYƏ

MİNDİ // Marya, 06.07.2018.Alpər Mövludoğlu. Düşmən kibertəhlükəsizlik mərkəzi yaradır - Detallar //

Ordu.az, 27.12.2017.Ayhan Gücüyener. Kritik enerji Altyapılarına Yönelik Gerçekleşmiş Siber

Saldırılara İlişkin Bir Değerlendirme. (Editör: Mesut Hakkı Caşın). Uluslararası Kritik Enerji Altyapı Güvenliği: Yeni Tehditler ve Fırsatlar. Hazar Strateji Enstitüsü. 2015, s. 18-39.

Ayşegül Karagöz.Türkiye’ye karşı Yunanistan’dan 80 ‘hacker’ alımı // Defence Türk.net, 11 аvqust 2020.

Azərbaycanda dövlət qurumlarının kibertəhlükəsizlik indeksinin hesablanması alqoritmi istifadəyə verilib // Ordu.az, 2 sentyabr 2020.

Azərbaycanlı hakerlər Ermənistanın dövlət saytlarını dağıtdı // Xeberler.az, 27.06.2018.

Azərbaycanlı hakerlər Paşinyanın saytını dağıtdılar // "Report", 14 İyul, 2020.

Azərbaycanlı hakerlər 30-dək erməni saytını dağıdıblar // "Report" 14 İyul , 2020.

Azərbaycanlı xaker daha 3 erməni saytını dağıdıb // ANS PRESS, 12 avqust 2014.

Azərbaycanlı xakerlər erməni saytını dağıtdılar // Oxu.az, 26 fevral 2014.Azərbaycanlı xakerlər Ermənistan MTN-ni çökdürdü // Xalq Cəbhəsi, 25

Avqust 2016.Azərbaycanlı xakerlər Paşinyanın saytını dağıtdılar // Banker.az, 14 iyul

2020.Bəxtiyar Tuncay. III Dünya savaşı. Yüklənib: 21 iyun 2020.Bir-birinin ardınca sirli partlayışlar: İranda nə baş verir? // Poliqon, 07.07.2020.Britaniya Rusiyaya qarşı kibersavaşa başladı // Milli.az, 06.09.2018.Bu rus şirkəti ABŞ üçün təhdiddir - Senator // Son xəbər, 06.09.2017.Doğu Akdeniz'e Türkiye damgası! Fransız gemisi arkasına bile bakmadan

kaçtı. // A Haber, 29.08.2020.Elektron Təhlükəsizlik Mərkəzi // Azərbaycan Respublikası Nəqliyyat,

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytı, 2020.Elgün Niftəli. BAEA: İranın Natanz nüvə obyektində yanğın baş verən

ərazidə nüvə materialı olmayıb // AzərTac, 03.07.2020.Ermənistan Ordusunun hərbi hissəsinin sərancamında olan silahlar –

Siyahı // Azeri Defence, 8 iyul 2020.Ermənistan və Azərbaycan saytlarına kiber hücumlar // BBC Azeri, 7 sentyabr, 2012.Ermənistan Gənclər Parlamentinin internet səhifəsi hack edildi //

Xəbərlər.az, 14.03.2009.

Page 36: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

Əlizadə C. Ş., Əliyev B.Ə. Kibertəhlükəsizlik dövlət təhlükəsizliyinin tərkib hissəsi kimi // Юридические науки и образование. 2018 № 55, s. 21-29.

Haqverdiyeva Y., Nəzərov C., İranın Natanz nüvə mərkəzində hücumun dəf edilməyi üzrə təlim keçirilib // SalamNews, 13.01.2015.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi // Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin rəsmi saytı, 2020.

İran ABŞ-ın pilotsuz təyyarəsini “ələ keçirdi”, qaytarıb öz bazalarına saldı // Milli.Az, 22.02.2019.

İran-Britaniya tanker böhranında Rusiya izi… London gəminin İran sularına Rusiyanın yönəltdiyindən şübhələnir // Baki-xeber.com, 21.07.2019.

İran kibersavaşa başladı // “Bizim yol” qəzeti, 27.07.2012.Jannis Papadimitriou. Siber saldırılar Türk-Yunan ilişkilerine zarar veriyor //

Deutsche Welle Türkçe, 04.05.2018.Joe Miller. İsrail'in Demir Kubbe şirketleri Çinlilerce heklendi // BBC News

Türk, 1 Ağustos 2014.“Kibertəhlükəsizlik həftəsi” – Bakıda beynəlxalq tədbir keçirilir”,

İslamazəri, 12 mart 2019.Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı keçirilib // Nəqliyyat, Rabitə və

Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Xidməti, 22 May 2019.Könül Cəfərli. İran ABŞ-a məxsus iki ədəd “RQ-11” pilotsuz təyyarəsini ələ

keçirdiyini açıqlayıb // APA, 04.01.2013.Məhəmmədəli Qəribli. Ermənistanda 3 min koronavirus xəstəsinin adlı

siyahısı açılıb - Azərbaycana “haker ittihamı”... // Bakı Xəbər, 15 iyun 2020.MKİ rəhbəri Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi ilə bağlı

dindirilib // APA, 24 yanvar 2018-ci il.Mustafa Ünver ve Cafer Canbay. “Ulusal ve Uluslararası Boyutlarıyla

Siber Güvenlik”, Elektrik Mühendisliği Dergisi, 2010. Sayı 438. Ömer Çelakıl: İsrail'in hava savunma sistemini Türk bir bilim adamı çökertti

// Youtobe, 07.12. 2018.Poroşenko dünyanı Rusiyaya qarşı birləşməyə çağırdı // “Müsavat” qəzeti,

19.01.2017.Rusiya kiberordusunu gücləndirir – İldə 300 milyon dollar // “Azərbaycan

24” saytı, 23 fevral 2017-ci il.Rusiya NATO ilə indi də kibersavaşa hazırlaşır // Azərbaycan 24,

26.06.2016.Rusiya və ABŞ bilir ki, bu, dəhşətə səbəb olacaq - Sackov // Yenixeber.org,

10.10.2017.Rusiyada “informasiya əməliyyatları ordusu” yaradılıb // “Xalq Cəbhəsi”

qəzeti, 27 Fevral 2017.Rusiyada kiber ordu yaradıldı // “Ulduz” kibertəhlükəsizlik səhifəsi, 12. 05.

2014.Şimali Koreya və ABŞ arasında kiber savaş // Azadlıq.az 27.11.2014.Türk Hackerlar İsrail'in Demir Kubbe Savunma Sistemini Hackledi //

Milliyet, 06.08.2014.

Page 37: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

Türk hackerlar, Yunanıstan hükümetine ait internet sitelərinə saldırdı // Sputnik, 18.01.2020.

Türk hackerlardan Yunanıstana siber sadırı // Yeniçağ, 17 yanvar 2020.Türkiye Erbakan'ın anlattığı üstün teknoloji gizli silahı Doğu Akdeniz'de

kullanmaya mı başladı? // el-aziz, 29.08.2020.Ukraynaya qarşı artıq kiber savaş başlayıb // Lent.az 12.03.2014.Vaşinqton Tehrana qarşı kibermüharibə başladıb – Zərif // Axar.az

29.09.2019.Yadigar İmamverdiyev. Milli kibertəhlükəsizlik strategiyalarının analizi //

“İnformasiya təhlükəsizliyi problemləri üzrə I respublika elmi-praktiki konfransı”, 17-18 may, 2013, s. 14-17.

Yunan hackerlardan Türkiye'ye Cumhurbaşkanlığı seçimi öncesi siber savaş tehdidi // Star, 07.05.2018.

Yusif Cəfərov. İKT-nin inkişafı informasiya təhlükəsizliyini aktuallaşdırır // Ekspress, 21.05.2013.

Zərifə Əliyeva. Azərbaycanda kibertəhlükəsizlik // NewTimes, 10 aprel 2019.

II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi”nin ilk tədbiri – “Kibertəhlükəsizlik konfransı” keçirilib // İCT News, 02.03.2020.

XXI əsrin super silahının adı açıqlandı // “Müxalifət” İnformasiya Portalı, 18.06.2017.

İngilis dilində

American Forces Press Service: Lynn Explains U.S. Cybersecurity Strategy. Defense.gov. Retrieved 8 November 2011.

Alakbarova I.Y. Information war technology, publishing house "Information Technologies", Baku, 2012, 108 p.

Azərbaycanda ilk dəfə olaraq beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək // Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Xidməti, 04 mart 2019.

Brown Pamela, Sciutto Jim, Perez Evan & Acosta Jim (December 18, 2014), U.S. will respond to North Korea hack, official says, CNN. Yenilənib: 18 dekabr 2014.

Brussels Summit declaration issued by the Heads of State and Governmentparticipating in the meeting of the North Atlantic Council in Brussels /NATO. – Brussels, 11.07.2018.

Cha Ariana Eunjung and Ellen Nakashima. Google China cyberattack part of vast espionage campaign, experts say // The Washington Post, 14.01.2010.

China to make mastering cyber warfare A priority (2011)., Washington, D.C., United States, Washington, D.C.: National Public Radio. Yenilənib: 1 yanvar 2013.

China's Response to BusinessWeek // BusinessWeek, 10 April 2008. Yenilənib: 12 fevral 2013.

Page 38: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

Chinese government to strengthen international cooperation on cyber issues: official // Xinhua, English.news.cn. 04.10.2012. Yenilənib: 13.03.2018.

Chinese military unit behind “prolific and sustained hacking” // The Guardian, 19 февраля 2013.

Clarke Richard A. Cyber War // HarperCollins, 2010.Cyber Coalition helps prepare NATO for today’s threats / NATO. Brussels,

27.11.2018. Cyberwar: War in the Fifth Domain // Economist, Yule 1, 2010.David E. Sanger, David Barboza and Nicole Perlroth. Chinese Army Unit Is

Seen as Tied to Hacking Against U.S. // New York Times (18 fevral 2013). Yenilənib: 19 fevral 2013.

Defense.gov News Release: Cyber Command Achieves Full Operational Capability, 17 May, 2018.

Defensie Cyber Strategie 2018 gepubliceerd // SyberVüllig Nederland, 14 november 2018.

Der Spiegel: Germany to expand Internet surveillance // Deutsche Welle, 16.06.2013.

Etzioni Amitai. MAR: A Model for US-China Relations // The Diplomat, 20.09. 2013.

Fortune Global Forum 2013 // Fortune Live Media. Yenilənib: 13.03.2018.Gardner Josh. Inside the secretive world of Bureau 121: The North Korean

genius state-sponsored hackers believed to be behind the Sony take-down // The Daily Mail, 5 desember 2014.

Germany to invest 100 million euros on internet surveillance: report, Kazinform/Xinhua, 18.06. 2013.

Gorman Sean P. A Cyber Threat to National Security? (Edited By: Philip E. Auerswald, Lewis M. Branscomb, Todd M. La Porte, and Erwann O. Michel-Kerjan). Seeds of Disaster, Roots of Response. Cambridge: Cambridge University Press, 2006, p. 239-257.

Hackers wanted to man front line in cyber war // The Local, 24.03. 2013.İDF Record Book 2010 (неопр.) // Bamahane. 2010. 8 September.İnternational respect needed in cyber security: official // Xinhua,

English.news.cn. 08.06.2013. Yenilənib: 13.03.2018.Jason Fritz How China will use cyber warfare to leapfrog inmilitary

competitiveness // Culture Mandala. The Bulletin of the Centre for East-West Cultural and Economic Studies. 2008. Vol. 8. № 1. P. 28-80.

Kim Eun-jung S. Korean military to prepare with U.S. for cyber warfare scenarios.Yonhap News Agency. Yüklənib: 6 aprel 2013.

Klimburg (Ed.), National Cyber Security Framework Manual, NATO CCD COE Publication,Tallinn 2012, 253 p.

Lee Se Young. South Korea raises alert after hackers attack broadcasters, banks // Thomson Reuters. Yüklənib: 6 aprel 2013.

Luiijf H., Besseling K., Spoelstra M., de Graaf P., “Ten National Cyber Security Strategies: a comparison,” Proc. 6th International Conference on Critical Information Infrastructures Security (CRITIS 2011), September 2011.

Page 39: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

London banks embark on 'Waking Shark 2' cyber war games // Finekstra, 12 November 2013.

Mark Clayton. Al Qaeda rocked by apparent cyberattack. But who did it? // Christian Science Monitor, 03.04.2012.

Michael Fischer. German armed forces equipping for cyber war // Stars and Stripes/Deutsche Presse-Agentur, 22.05.2013.

Michael Joseph Gross. Silent War // Vanity Fair, July 2013.Miles Tom. U.S. asks China not to enforce cyber security law / Tom Miles //

Reuters. 26.09.2017. Nakashima Ellen. "Obama to be urged to split cyberwar command from

NSA" // The Washington Post. 13 September 2016. Yenilənib: 14 September 2016.Nye Joseph Jr. Nuclear Lessons for Cyber Security? Strategic Studies

Quarterly, Wınter-2011, p.18-38. NATO and partner nations gathered in Podgorica, Montenegro from May

20–23, 2019 for the first planning conference for Allied Command Transformation’s (ACT) exercise Cyber Coalition 24.05.2019.

NATO in the Cyber Age: Strengthening security and defence, stabilisingdetterence / NATO. Brussels, 18.04. 2019. 16 p.OECD: “Non-governmental Perspectives on a New Generation of National

Cybersecurity Strategies,” OECD Digital Economy Papers, No.212, OECD Publishing. 2012.

Panda Ankit. Xi Jinping: China Should Become a 'Cyber Power'. Xi Jinping has great ambitions for China in cyberspace. / Ankit Panda // The Diplomat 04.03.2014. Yenilənib: 13.03.2018.

Park, Pearson & Ju Min, James (5 December 2014), US, Sony cybersecurity, North Korea, Reuters. Yenilənib: 5 аprel 2015a.

Park, Ju-Min & Pearson, James (December 5, 2014), In North Korea, hackers are a handpicked, pampered elite, Reuters. Yenilənib: 18 dekabr 2014b.

Pentagon to Consider Cyberattacks Acts of War // New York Times. 31 May 2006.

Planning process of “Cyber Coalition” - NATO major cyber defense exercise for 2017 is continuing. ... Closing an internship period (22 June – 3 July 2020 ).

Raphael Satter. «US general: We hacked the enemy in Afghanistan.» // Associated Press, 24.08.2012.

“Red Hackers back” in China // Rediff.com, 2005.Sandle Paul. Cyber crime costs global economy $445 billion a year: report /

Paul Sandle // Reuters. 09.06.2014. Sciutto Jim. White House viewing Sony hack as national security threat,

CNN, WWLP 22 News (19 декабря 2014). Arxivləşdirilib: 19 dekabr 2014.Segal Adam. From Net Politics and Digital and Cyberspace Policy Program:

China’s New Cybersecurity Law / Adam Segal // Council on Foreign Relations 08.07.2015.

Stuxnet and the Future of Cyber War. Yenilənib: 1 yanvar 2013.

Page 40: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

The European Networks and Information Security Agency – ENISA July 2005.

The ITU National Cybersecurity Strategy Guide. Geneva, 2012, 122 p. Trident Juncture 18: Media resources / NATO. – Brussels, 31.10.2018. US embassy cables: China uses access to Microsoft source code to help plot

cyber warfare, US fears // The Guardian, 04.12.2010US General: Iran's Cyber War Machine “A Force To Be Reckoned With” //

Business Insider. Yenilənib: 1 yanvar 2013.Wagner Jack. China's Cybersecurity Law: What You Need to Know: The

law, which comes into effect June 1, raises data protection concerns for foreign firms. / Jack Wagner // The Diplomat. 01.06.2017.

Wall Street banks learn how to survive in staged cyber attack // Reuters, 21 октября 2013.

Washington, Beijing in Cyber-War Standoff (Feb. 12,2013)., Yahoo! News. Arxivləşdirilib: 17 fevral 2013.

Who are the cyberwar superpowers? // World Economic Forum. İstifadə tarixi: 19.03.2019.

Yan Sophia. China's new cybersecurity law takes effect today, and many are confused / Sophia Yan // CNBC. 31.05.2017.

Rus dilində

Антон Благовещенский В 2013 году России появятся свои кибервойска // Российская газета, 05.07.2013.

Брент Л. Роль НАТО в кибернетическом пространстве // Вестник НАТО. Брюссель, 12.02.2019.

В Минобороны РФ создали войска информационных операций // ИнтерФакс, 22 февраля 2017.

Израиль намерен вложить миллионы долларов в кибервойско // Securitylab.ru, 02.11.2012.

Китай пройдет три этапа на пути к кибердержаве // Russian.news.ch Синьхуа Новости. Yüklənib: 13.03.2018.

Марина Бондаренко. Сеул сообщил о наращивании «кибервойск» КНДР на фоне новых санкций США // РБК, 07.01.2015.

Мария Коломыченко. В интернет ввели кибервойска // Газета "Коммерсантъ" №2 от 10.01.2017.

Манойло А.В. Современные стратегии кибербезопасности и киберобороны НАТО // Актуальные проблемы Европы. 2020, №3, с. 160-184.

Овчинский В. С., Ларина Е. С. Кибервойны XXI века.О чём умолчал Эдвард Сноуден. М.: Книжный мир, 2014b. 352 s.

Китай впервые признал наличие хакерских подразделений в армии // Xakep, 19 марта 2015.

Овчинский В. С., Ларина Е. С. Поведенческие конфликты – оружие завтрашнего дня // Независимая газета, 18.11.2014a.

Page 41: bextiyartuncay.files.wordpress.com  · Web viewortaya çıxır. Bu aktual mövzu NATO təşkilatı və bu təşkilata daxil olan ölkələr üçün də xüsusi önəm və əhəmiyyət

Пентагон объявил о новой стратегии ведения войны в киберпростанстве // SecurityLab.ru, 24.04.2015.

Савер П (Sawyer P). Третья мировая может начаться в интернете // Computerworld Russia, Moscow, № 32, 2009.

Сергей Попсулин Британская спецслужба научилась шпионить через роутеры Cisco и пыталась взломать продукты «Касперского» // CNews, 16.01.15.

Шейн Харрис. Кибервойн@: Пятый театр военных действий = @War: The Rise of the Military-Internet Complex. М.: Альпина нон фикшн, 2016.

Çin dilində

中央网络安全和信息化领导小组成立Yenilənib: 13.03.2018.胡锦涛在全国科学技术大会上的讲话 (全文 ) // 中 国 共 产 党 新 闻

Yenilənib: 09.03.2018.国家信息化领导小组关于加强信息安全保障工作的意见 (中办发[2003]

27号) Yenilənib: 09.03.2018.手机加密的方法 发明专利说明书 // 中华人民共和国国家知识产权局

09.09.1999.譚瑾瑜 . 大陸十三五規劃趨勢與台灣因應建言 // 譚瑾瑜 Тан

Цзиньюй //財團法人.國家政策研究基金會 Yenilənib: 13.03.2018.

2002 年中国的国防 // 中 华 人 民 共 和 国 国 务 院 新 闻 办 公 室 2002. Yüklənib: 09.03.2018.

2006-2020年国家信息化发展战略 // 新华网Yenilənib: 09.03.2018.