НАИЛЯ СЯМЯДОВА - manuscript · web viewa.bakıxanov öz tərcümeyi-halını tam halda...

456
NAİLƏ SƏMƏDOVA İNSAN, ZAMAN VƏ HƏYAT HƏQİQƏTİ

Upload: others

Post on 30-Dec-2019

9 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

NAİLƏ SƏMƏDOVA

İNSAN, ZAMAN VƏ HƏYATHƏQİQƏTİ

Page 2: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

BAKI – 2011

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIMƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU

NAİLƏ SƏMƏDOVA

İNSAN, ZAMAN VƏ HƏYATHƏQİQƏTİ

1

Page 3: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

BAKI – NURLAN – 2011

Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının 16 fevral 2011-ci li tarixli 2 №-li iclasının qərarı ilə nəşr edilir.

Elmi redaktoru: Əli Məmmədbağıroğlu, filologiya üzrə fəlsəfə doktoru

Rəyçi: Tərlan Quliyev, filologiya elmləri doktoru

Kompüter icraçısı: Aygün Səmədova

Nailə Səmədova. İnsan, zaman və həyat həqiqəti. Bakı: Nurlan, 2011, 262 s.

2

Page 4: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Kitabda XI yüzildən çağdaş dövrümüzə qədər yaşayıb-yarat-mış Azərbaycan şair, yazıçı, sənət adamlarının əsərlərində, gündəlik, tərcümeyi-hal və xatirələrində şəxsiyyət və mühitin əksi, həyat həqiqətinin təsviri məsələləri ətrafında fikirlər yürüdülmüş, insan, zaman və həyatın real təcəssümü olan me-muar nümunələri təhlil edilmişdir.

GİRİŞ

Tarixi inkişafın bütün mərhələlərində insanlar öz hiss və həyəcanlarını, həyata və dünyaya baxışlarını ifadə etməyə eh-tiyac duymuşlar. Bu ifadəetmə memuar mənbələrində daha ay-dın, daha əhatəli, daha dolğun əks olunur. Memuar ədəbiyyatı müəllifin keçmiş, olanlar və keçənlər, insanlar, mühit, dövr haqqında yazılı əsəridir. Memuarist öz həyatını, çevrəsində olan insanları, ona müsbət və ya mənfi münasibət bəsləyənləri, ömür yollarının çətinliklərini, uğurlarını doğru-dürüst anlat-maqla canlı insan sürətləri yaradır, həyat həqiqətini tam əks et-dirməklə müəyyən bir tarixi dövrün ab-havasını ədəbiyyata gə-tirir.

Bədii ədəbiyyata, xüsusilə ailə xronikası və tarixi belletris-tikanın müxtəlif növlərinə yaxınlaşan memuar ədəbiyyatı on-lardan həqiqətin dəqiq əks olunması ilə seçilir. Xatirələrdə keçmişin hadisə və faktları onların iştirakçısının yaddaşında fərdi, subyektiv əks olunur. Yazıya köçürmə həm hadisələrin gedişində, həm də müəyyən bir vaxt keçdikdən sonra da edilə bilər. Memuarist əsasən öz yaddaşına əsaslanır, hadisələri yad-daşında necə qalıbsa, elə də əks etdirir. O, öz qarşısına tarixi faktları tədqiq etmək məqsədini qoymur. Nadir hallarda ilk tə-əssüratların bəzisi yaddaşdan silinir, faktlar arasında məntiqi əlaqə itir. Bununla əlaqədar olaraq memuarist başqa mənbələr-dən istifadə etməli olur.

3

Page 5: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Memuar ədəbiyyatının müxtəlif formaları var. Onun daha çox yayılmış forması gündəliklərdir. Gündəlik müəllifin şəxsi həyatı haqqında qeydləridir. Memuar ədəbiyyatına aid olan tərcümeyi-hallar üçün şəxsiyyət əsas obyekt olaraq götürülür. Burada şəxsiyyətin həyatında baş vermiş mühüm olaylar, də-yişkən anlar əks olunur. Xatirələr memuar ədəbiyyatının nis-bətən mürəkkəb formasıdır. Burada müəllif daha çox sahəni əhatə etmək imkanına malik olur. Xatirələr – memuarlar ədəbiyyat tarixini bu və ya digər qiymətli seçmə sənədlərlə zənginləşdirir. Bu nümunələrdə ümumiləşdirmə, tipləşdirmə və insanın mənəvi aləminə psixoloji daxilolma mümkündür. Hər hansı bir xülyaya yabançı olan memuarlar həqiqi hadisələri yalnız dürüst və dəqiq çatdırması ilə qiymətləndirilir. Onlara uydurmaların daxil edilməsi memuar janrının əsaslarını pozur, ona aid önəmli keyfiyyətləri əsaslı şəkildə təhrif edir. Xatirə müəllifinin real həqiqətləri istiqamətləndirməsi, keçmişin mənzərəsini daha mükəmməl canlandırmaq istəyi sözügedən janrın əsas xüsusiyyətləridir. Əgər memuarlarda müəllifin şəxsiyyəti, surəti, onun xarakteri, sujetin açılması, genişləndirilməsi də diqqət mərkəzində olursa, onlara estetik məfhum kateqoriyası kimi baxılır.

Xatirələri digər sənət əsərlərindən fərqləndirən əlamətlərin ən başlıcası – şəxsi başlanğıcın bilavasitə və açıq şəkildə ifa-dəsidir. Bu ifadəetmə ilə müəllif ön plana çıxır. Nəqletmənin birinci şəxs tərəfindən aparılması əsas olsa da memuarların va-cib əlaməti deyil. Memuarlar üçüncü şəxsin dilindən müəllifin və ya digər şəxsin şifahi xatirələrinin qələmə alınması nəticə-sində də meydana gələ bilər. Həm də məsələ onda deyil ki, müəllif yalnız avtobioqrafik memuarlara məxsus xatirələri sü-jet mərkəzi yaradır. Əsası ondan ibarətdir ki, onlarda keçmiş haqqında hekayə müəllifin sinfi, siyasi, son dərəcə şəxsi məq-sədlə fərdi mənimsəməsi nöqteyi-nəzərindən qurulur. Beləlik-lə, bütün hadisələr ya onların müəllifə münasibətində, ya da müəllifin onlara münasibətində şərh edilir. Memuarlarda mü-

4

Page 6: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

əllif əsas rol oynayır və həmişə öz tərəfindən danışır. Oxucu da başqa şəkildə deyil, məhz onun vasitəsi ilə nəql olunan olaylarda iştirak edir. Onun şəxsiyyəti heç vaxt oxucudan hə-qiqəti gizlətməz, çünki müəllifin özü oxucu üçün hadisənin canlı faktorundan başqa bir şey deyildir. Müəllif şəxsiyyəti memuar janrının əsas yaradıcısı kimi, onun quruluşu nöqteyi-nəzəri kimi çıxış edir. Müəllif subyektivliyi hər hansı memua-rın ayrılmaz xüsusiyyəti ilə, ona məxsus vahid forma ilə keç-mişin mənzərəsini obyektiv surətdə anlaşılması ilə qarşıda du-rur. Ona görə də bəzən xatirə müəlliflərini subyektivlikdə gü-nahlandırmaq memuar janrı qanunlarını pozmaqdan başqa bir şey deyildir. Bu, ona süni surətdə qalibgəlmə təşəbbüsünə bə-rabərdir. Deməli, memuarlarda müəllif tərəfindən keçmişin təsvir dərəcəsi onun şəxsi görüşü ilə müəyyənləşdirilir. Müəl-lif varlığın özünün görüş dairəsində olan hissəsini əks etdirir. Lakin memuar müəllifinin gördüklərinin və eşitdiklərinin dərkedilmə dəyəri nə qədər böyük olsa da, memuar hekayələri təkcə bununla tamamlanmır. Yalnız müəllifin hadisələr haq-qında şəxsi təəssüratını çatdıran xatirələr bir o qədər çox de-yildir və bunlar əsas etibarilə memuaristikanın sadə formasına xasdır. Bununla belə, ədəbiyyatda belə bir nöqteyi-nəzər yayıl-mışdır ki, memuar dairəsi yalnız hadisələrin bilavasitə iştirak-çısının və ya şahidinin hekayələri təmsil olunmuş əsərlərdə məhdudlaşır. Memuar janrının bu subyektiv və özünəməxsus düşüncə anlayışı tarixi cəhətdən yaranan memuar abidələri ilə uzlaşmır. Memuar ədəbiyyatının klassik nümunələri kimi qə-bul edilən, real məzmunu bilavasitə müəllif tərəfindən qəbul edilmiş çərçivəyə heç də sığmayan küllü miqdarda xatirələr mövcuddur.

Keçmişi təsvir etmə xatirələrin başqa bir şəklinin əlamə-tidir. Onların yaranması dövründə müəllif xatirələr obyekti kimi zahir olunan olaylar dairəsindən və əlaqələr sistemindən kənarda olur: ya ona görə ki, o hadisələr artıq baş vermiş və bütünlüklə keçmişə aid olur, ya da müəllifin hadisələrdə işti-

5

Page 7: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

rakı bu və ya başqa səbəblərə görə mümkün olmur. Hadisənin baş verməsi ilə memuarın yaranması arasında məsafə bir neçə həftədən bütöv onilliklərə qədər ola bilər. Belə bir məsafə kə-siyi çox vaxt keçmişin əks olunmasına kəskin şəkildə təsir edir. Əgər memuar müəllifinin yaddaşına vaxtın təsirini kənara qoysaq, o zaman bu əlaqədə bunları qeyd etmək lazım gəlir. Öncə, memuarist hadisənin özünün baş verdiyi dövrdə və ya bir qədər ondan sonra ilk təəssüratı tez qələmə almadıqda on-lar nadir halda şəxsin özünə aid ola bilir. Memuarist digər şa-hidlərlə təmasda olaraq şifahi, səmərəli məlumat prosesinə da-xil olur, öz müşahidəsini bölüşdürür, onların hekayələrinə qu-laq asır, onu daha çox narahat edən məqamları müzakirə edir. Bununla da qeyri-iradi olaraq «başqasının məlumatını» təcrü-bədən keçirir.

İkincisi, memuar tərtibinə qədər bütün qalan dövr müddə-tində ictimai fikrin təsiri. Bu və ya başqa hadisə keçmişə gedir, tarixçi alimlərin ardıcıl olaraq ona həsr edilmiş təcrübi mate-rialları, olaylar haqqındakı fikirləri ilə zəngin xüsusi işləri və yeni konsepsiyalarla birgə tarixi ənənə meydana gəlir. Keçmiş haqqında xatirələr kütləvi düşüncələrdə, ictimai təfəkkürdə ya-şayır və incəsənətdə də təmsil olunur. Sonrakı tarixi inkişafda çağdaş dövr üçün aktual olan keçmişin nöqteyi-nəzərləri biri digərinin ardınca ön plana çəkilir. Onların izahları xüsusi siya-si qurum dairəsinə düşərək ayrı-ayrı dönəmlərdə gərgin xarak-ter alır və nə qədər ki, hadisənin baş verdiyi vaxtdan onun me-muarda əks olunmasına qədər çox vaxt keçərsə, memuaristin müxtəlif amillərə yəqinliyini əks təsiri bir o qədər çox olur. Bu müvəqqəti pozulma həm də xatirə müəllifinin şəxsi fikrinin kənarlaşmasının nəticəsidir. Onun həm hadisə baş verdiyi dövrdə və həm də memuarın yaranması zamanı hadisələrə mü-nasibəti həmişə uyğun gəlmir. Əgər olaylar arasındakı fasilə illərlə, onillərlə hesablanarsa, bu özünü daha aydın göstərər. Həyati təcrübə əldə etməsi, eləcə də cəmiyyətdə yaranan yeni vəziyyət xatirə müəllifini bu hadisələrə əvvəlkinə nisbətən ayrı

6

Page 8: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

üslubda yanaşmağa vadar edir. Xatirələrin əhəmiyyəti onların subyektiv qiymətləndirilməsi ilə deyil, təsvir edilən hadisələrin təcrübi tərəfinin şərhi ilə nəticələnir. Bu baxımdan xatirələrin subyektivliyi – onların öz təbiətlərinə xas xüsusiyyətləri – ümumiyyətlə hər hansı bir qiymətdən məhrumdur. Bundan əlavə, bəzən bu, məlum çatmamazlıq kimi qiymətləndirilir ki, bunları da hökmən aradan qaldırmaq lazımdır. Bu əsasda xati-rələr əlavə mənbələr səviyyəsinə enir və nəticədə zəngin infor-masiya imkanları nəzərə alınmır. Bununla belə, göstərildiyi kimi mühitin yaranma sistemində subyektivlik müəllif mövqe-yindən ayrılmazdır. Bu planda təsvir edilən hadisəyə subyektiv münasibət xatirələrin yaranmasındakı ictimai-psixoloji mühiti dərk etmək üçün birinci dərəcəli əhəmiyyət kəsb edir.

Memuarların əsas şəkli nişanəsi yaddaşdır. Bir termin kimi «memuarlar» həmin mənbələrin kateqoriyasını tam bərabər şəkildə əks etdirən və tərcüməsi «yaddaş» olan fransız sözü «memoire»dir ki, bu da sözün rusca transkripsiyasından ibarətdir. Lakin məsələ yalnız etimoloji qaydanın nəzərə alınmasında deyil. Səciyyə etibarilə memuarların bir qaynaq kimi keçmişə aid xüsusiyyəti və şəxsi yaranması özünə məxsus ilk mənbə kimi süzülür. Hələ Aristotel yaddaş və xatirə haqqında fikir yürüdərək belə hesab edirdi ki, yaddaş keçmiş təəssüratların dərk edilməsidir. Xatirə isə öz növbəsində düşüncədir, bizim nə isə hiss etməyimizin, qavramağımızın və ya öyrənməyimizin düşüncəsidir, yəni açıq-aydın axtarış və bununla əlaqədar idrak aktının şərtləşdirilmiş qərarı. Yaddaş abstrakt təfəkkürlə yalnız qismən şəkil vasitəsilə bağlıdır. Xatirə isə şəklin mühitə müəyyən dərəcədə aid edilməsinin dərk olunmasıdır [288, s.55 ].

Yaddaş ünsürü bu və ya başqa dərəcədə insan şüurunun bütün aktlarında iştirak edir. Yaddaşsız mədəniyyət yoxdur. Fəlsəfi-psixoloji baxımdan insan gözü önündə baş verən çağ-daş olayları bilavasitə özünün təəssüratında hasil edir. Yaddaş

7

Page 9: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

təəssüratda artıq olmuşların, qəbul edilmiş məlumatların, yəni keçmişin anlayışının və keçmişi toplayıb saxlanması, möh-kəmlənməsi haqqında xüsusi bacarığıdır. Keçmişə çevrilmiş və predmeti gerçəklik olan memuarlarda heç bir başqa xüsu-siyyətlər hasil edilə bilməz. Olayların baş verməsi ilə memuar-ların yaranması arasındakı müddət nə qədər çox olarsa, yad-daşın əhəmiyyəti bir o qədər artar. Hadisələrin mənbələri onla-rın müasirləri üçün üstünlük təşkil edən əksetmə forması heç də yaddaş deyil, psixologiyada qəbul olunan ad kimi, yaddaş – bilavasitə təəssüratın hasil edilməsi kimi adlandırılır. Öz təbiə-ti ilə yaddaş seçiləndir və zaman keçdikcə əsasən zəifləyir. İlk təəssüratlar daha sonrakılar tərəfindən sıxışdırılaraq aradan gö-türülür, tamamilə yaddan çıxarılır, meydana çıxan boşluqlar isə qeyri-iradi olaraq xəyali epizodlar və təfsilatlarla dolduru-lur. Yaddaş düşünmədən və şüurlu surətdə seçimi başa çatdı-rır, keçmişi dağıdaraq eyni zamanda onu canlandırır. Ona görə də keçmişi düşüncədə canlandırmaq məqsədilə təsvir edilmiş dövrü təmsil edən xatirələrdə memuaristin mətni təshih etmək, xüsusən orada şəxsi iştiraki tamamilə təbiidir. Əgər bu qay-naqların xeyli miqdarı müəllif yaddaşı prizmasından keçmişsə, necə olursa-olsun, keçmişi yaratmaqda yardımçı rol oynayır. Yaddaş insanın daxili subyektiv aləminin idarə etməsinin va-sitəsidir. Məhz bu faktor bizi əhatə edən mühitin bütünlüklə qavranılmasını müəyyən edir. Yaddaş olmuşları, olanları və olacaqları obyektivcəsinə mühakimə etməyə imkan yaradır.

Beləliklə, memuarlar digər yazılı mənbələrdən keçmiş illə-rin yaddaşda əksolunma üsulu ilə fərqlənir. Məhz yaddaşın kö-məyi ilə memuaristin gündəlik fəaliyyətinin incəliklərinin və onu əhatə edən insanların təsviri vasitəsilə önəmli tarixi faktlar əks olunur. Yaddaş insanın xarici aləmlə mürəkkəb əlaqəsinin nəticələrindən biridir. Lakin bu, olayların passiv inikası deyil-dir, əksinə, o, insanın təcrübi fəaliyyəti ilə əlaqədardır. Memu-arların əsasını hadisələrin yaddaş vasitəsilə əks olunmasının fəal xüsusiyyəti təşkil edir. Lakin bu əksolunma keçmişin ta-

8

Page 10: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

mamilə eyni olan reproduksiyası deyil, memuaristin təcrübi fəaliyyətinə yönəldilmiş məqsədidir. Keçmiş hadisələrin əksi şüurlu olaraq nəzərdə tutulmuş məramın nəticəsində meydana çıxır və o, insan təfəkkürü ilə sıx bağlı bir prosesdir.

XATİRƏ ƏDƏBİYYATININ İLKİNQAYNAQLARI

Azərbaycan ədəbiyyatı tarixində xatirələr uzun inkişaf mərhələləri keçmişdir. Orta əsr müəllifləri ayrıca xatirələr və tərcümeyi-hallar yazmasalar da, əsərlərində özlərinin və ya başqalarının, xüsusən də müasirlərinin həyat və fəaliyyətlərin-dən bəhs etmişlər. Xatirə ədəbiyyatının ilkin qaynaqlarına Nə-sirəddin Tusi, Əbül Əla Gəncəvi, Xaqani Şirvani, Nizami Gən-cəvi və digər klassiklərin əsərlərində təsadüf edilir. Qaynaqlar-da Əbül Əla Gəncəvinin Xaqani Şirvaniyə yazdığı bir şeirində Xaqani haqqında, onun təxəllüsü, şeir aləminə gəlməsi, ona münasibəti haqqında məlumat verilir.

Gözümüzə işıq, həm oğlumuzsan,Mən isə ustadın, həm də qaynatan.Şagirdim olmağa göstərdin rəğbətSənə qızım verdim, eylədim hörmət.Sənin hünərinə bel bağlamışdım,Sənin şairlikdə dilini açdım.Səni xaqana mən özüm göstərdim,Xaqani adını sənə mən verdim.

Qeyd etmək lazımdır ki, ədəbiyyatşünas Qafar Kəndli Əbül Əlanın Xaqaninin qaynatası olması fikrini elmi əsası ol-mayan bir qurama adlandırır və buna ən yaxşı, tutarlı dəlil

9

Page 11: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

kimi Xaqaninin öz kürəkəni Şəhabəddinə yazdığı məktubu göstərir. «Bu məktubda Xaqani bir kəndli qızını sevdiyindən, bu sevgi ilə bağlı olaraq başının çox ağrıdığından danışır. Vur-ğunu olduğu bu kəndli qızı ilə 25 il xoşbəxt yaşadığından, o diriykən başqası ilə evlənmədiyindən söz açır» [31, c.2, s.357]. Göründüyü kimi, şeirdəki fikirlərlə alimin gəldiyi nəticələr tam fərqlidir. Hər halda Ə.Gəncəvi şeirində öz qızını Xaqaniyə verməsini açıq-aydın yazmışdır.

Xatirə örnəkləri təzkirələrdə daha çoxdur. Burada müəllif-lər haqqında məlumatlar faktik məlumatlar əsasında yazılıb bi-oqrafik xarakterə malikdir. Təzkirələr bio-biblioqrafik qaynaq hesab edilir və təzkirəçilərin bu əsərlərdə bəzi müəlliflər haq-qında, xüsusən öz çağdaşları haqqında nisbətən geniş məlumat vermələri çox maraqlıdır. «Təzkirə» sözünün özü də ərəbcə xatırlatmaq, xatirat, tərcümeyi-hal deməkdir. Təzkirələrdə gör-kəmli şair və yazıçıların həyat və yaradıcılığı haqqında məlu-mat, əsərlərindən nümunələr verilir. Sam Mirzə, Əhdi Bağda-di, Əlişir Nəvai, Mir Möhsün Nəvvab və başqalarının təzkirə-ləri olmuşdur. Bəzi təzkirə müəllifləri öz müasirlərindən da-nışdıqda «bu həqir» deyə özünün həmin şəxslərin bir çoxu ilə görüşdüyünü qeyd edirlər. Təzkirələrdə orta əsr müəlliflərinin həyatı və yaradıcılığı haqqında məlumatlar daha önəmlidir. Azərbaycanlı təzkirəçilərdən zəmanəmizə yaxın bir dönəmdə yaşamış, böyük alim və ədib Mirzə Məhəmmədəli Tərbiyət Təbrizini (1875-1940) xüsusilə qeyd etmək olar. Onu da nəzərə çatdırmaq lazımdır ki, M.Tərbiyət müəllimlik də etmişdir. Azərbaycanın görkəmli dövlət xadimlərindən olan Zeynalabdin Qiyami «Xatirat»ında Mirzə Məhəmmədəli Tərbiyətin 1898-1903-cü illərdə göstərdiyi müəllimlik fəaliyyətindən geniş danışmışdır. Xatirələrdən məlum olur ki, Tərbiyətin bir alim kimi yetişməsində Mirzə Abdulla adlı alimin zəhməti çox olmuşdur. Onun köməyi və göstərişi ilə Tərbiyət Təbrizdə yerləşən bir sıra kitabxanalara yol tapa bilmişdir. Mirzə Abdullanın vəfatından sonra isə onun

10

Page 12: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

kitabxanası M.Tərbiyətin ixtiyarına verilmişdir [243, s.4]. Çox güman ki, bütün bunlar «Danişməndani-Azərbaycan» təzkirəsinin yaranması üçün bir zəmin olmuşdur. Müəllif təzkirədə Azərbaycanın görkəmli şəxsiyyətlərinin tərcümeyi-hal və yaradıcılığı haqqında dəyərli məlumatları nəzərə çatdırmışdır. O, Xətib Təbrizinin (1030-1109) əsərlərinin birində ana dilinin Azərbaycan dili olduğunu qeyd etdiyini göstərir. M.Tərbiyət Xətib Təbrizinin həyatı haqqında maraqlı bir hadisəni Yaqut Həməvinin «Məcməül-üdəba» («Ədiblər məcmuəsi») əsərinə əsasən vermişdir. Malik Mahmudov Xətib Təbrizinin həyat və yaradıcılığından bəhs edən monoqrafiyasında M.Tərbiyətin təzkirəsindən və digər etibarlı mənbələrdən istifadə edərək yazmışdır: «Xətib Təbrizi qazandığı biliklərlə kifayətlənmir, o, təhsilini artırmaq, filolo-giya elminin bütün sirlərinə vaqif olmaq üçün inadla çalışır. Təbrizdə alim məşhur leksikoqraf Əbu Mənsur Məhəmməd əl-Əzhərinin «Ət-Təhzib fi-l-lüğə» («Dildə düzəliş») adlı əsərini əldə edir. Əsəri diqqətlə oxuyan alim rast gəldiyi bəzi dilçilik məsələlərini aydınlaşdırmaq üçün İbn-Xəlliqanın göstərdiyinə görə Təbriz alimlərinə müraciət edir və ona o dövrün məşhur şairi və dilçisi Əbul Əla əl-Məərrinin yanına getməyi məsləhət görürlər» [147, s.24]. Xətib yoxsul olduğu üçün kitabları miniklə aparmaq imkanı olmur. Buna görə də kitabları bir kisənin içinə qoyub çiyninə atır və Təbrizdən Müərrə şəhərinə yollanır. Kitablar ağır olduğu üçün Xətib yolda tərləyir və tər kitablara keçir. O, Bağdada çatdıqda kitablarda tər ləkəsindən başqa bir şey qalmır.

Yaqut Həməvinin təzkirəsinə əsasən müəyyənləşmişdir ki, Xətib Təbrizi Əbul Əlanın «ölümündən sonra da elmi axtarış-larını dayandırmamış, təhsilini dövrünün tanınmış alimlərinin yanında davam etdirmişdir. Yaqut Əl-Həməvi bu alimlərdən ona qədər şəxsiyyətin adını çəkir» [21, s.82]. Xətib Təbrizinin «Şərh əl-Həmasə» əsərində də «onlarla şair, ədib, tənqidçi, dilçi, tarixçi və alimin adı çəkilmiş, onların

11

Page 13: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

əsərlərindən nümunələr verilmiş, onların fikir və mülahizələri, dövrün ədəbi həyatı kontekstində araşdırılmışdır... Bu dövrün ədəbiyyat məsələlərinin tədqiqi, ərəb və ümummüsəlman şairlərinin həyat və yaradıcılığı ilə yaxından tanışlıq, dövrün ədəbiyyatına XI əsr səviyyəsindən nəzər salmaq üçün bu şərh ən qiymətli ədəbiyyatşünaslıq mənbələrindən biridir» [21, s.191].

Yenidən təzkirələrə fikrimizi yönəltməklə qeyd etməliyik ki, burada müəlliflərin həyatları haqqında maraqlı hadisələr se-çilib verilməsi böyük önəm daşıyır. Bu xüsusiyyətlər Əmir Kəmaləddin Hüseyninin «Məcalisül-üşşaq» («Aşiqlər məcli-si») təzkirəsinə də şamil edilə bilər. Belə ki, burada İmadəd-din Nəsiminin həyatı və faciəli ölümü haqqında məlumat baş-qa təzkirələrə nisbətən geniş verilmişdir. Təzkirə müəllifləri-nin onlarla şəxsən yaxın və əlaqədar olan şəxsiyyətlər haqqın-da verdikləri məlumat daha dəqiq olduğu üçün həm də çox maraqla istifadə edilir. Məsələn, başqa təzkirələrdə də məlumat olmasına baxmayaraq Sam Mirzənin (1517-1567) «Töhfəyi-Sami» təzkirəsində atası Şah İsmayıl Xətainin (1486-1524) yaradıcılığı haqqında ilk məlumatı daha səhihdir. Təzkirədə Sam Mirzə atasının tərcümeyi-halından və şeirlərindən bəhs etmişdir. XV yüzilin sonu – XVI yüzilin əvvəllərində yaşamış, Azərbaycan şeiri tarixində önəmli yer tutan Həbibinin həyatı haqqında da ilk və mühüm məlumatı Sam Mirzə «Töhfəyi-Sami»də vermişdir.

Dövlətşah Səmərqəndinin «Təzkirətüş-şüəra» əsərində də elm, mədəniyyət və ədəbiyyat xadimləri haqqında maraqlı mə-lumatlar verilmışdir. Təzkirə müəllifinin XIII əsrin sonu – XIV əsrin əvvəllərində poeziyamızın inkişafında əhəmiyyətli yer tutan şairlərdən olan Əvhədi Marağalı (1274-1378), XIV yüzilin görkəmli şairi Əssar Təbrizi (1310-1390) və başqa şairlərimiz haqqında verdiyi məlumat ən səhih qaynaqlardan hesab edilməklə bərabər tərcümeyi-hal örnəklərini aşkarlamaq baxımından diqqət çəkir. Qaynaqlara əsasən Dövlətşah

12

Page 14: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Səmərqəndinin Əssar Təbrizi haqqında məlumatı, onun yüksək məhəbbəti, səmimi dostluğu tərənnüm edən «Mehr və Müştəri» poemasını yazma səbəbi şairin dili ilə belə izah edilir: «Ağır günlərimdə mənə həyan olan səmimi və sadiq dostum bir gün yanıma gəlib mənə dedi: sənin şirin sözlərin, xoş diləyin, rəvan təbin var. Şeir aləmində tanınan sənətkarsan, şairlərin dilində ustad adlanırsan. Divanında məsnəvidən başqa hər cür şeir vardır. İndi də bu sahədə özünü imtahan et ki, yaratdığın divan bu məsnəvi ilə tamam olsun. Elə bir dastan yarat ki, gələcək nəsillər səni heç vaxt unutmasın» [240, s.16]. Dostunun bu nəsihətləri şairə xoş təsir bağışlayır. Onun sözlərində rəddedilməz məntiq olduğunu görən şair etiraz etmir, «Mehr və Müştəri» əsərini qələmə alır.

«XVI əsrdə Bağdadda yaşayan Azərbaycan şairləri haqqında bir sıra əsaslı məlumata Əhdi Bağdadinin «Gülşəni-şüəra» adlı təzkirəsində rast gəlirik. Bu təzkirədə həmin şairlərin tək-tək qəzəl və beytləri saxlanılmışdır ki, həmin şeirlər... Füzulinin müasiri olan və Bağdadda yaşayan Azərbaycan şairlərinin öz ana dillərində sənətkaranə əsərlər yazıb-yaratdıqlarını aydınlaşdırmağa əsas verir» [27, s.362].

XIX əsr Azərbaycan ədəbiyyatına daxil olan təzkirə nümu-nələrinə aid S.Ə.Şirvaninin, M.M.Nəvvabın, M.Müctəhidzadə-nin təzkirələri xüsusilə qeyd olunmalıdır. 280-dən çox sənət-kar haqqında məlumat verilmiş S.Ə.Şirvani təzkirəsindən son-ra 107 şairin həyat və yaradıcılığı haqqında məlumat və əsər-lərindən nümunələri əhatə edən «Təzkireyi-Nəvvab» XIX əs-rin ən əhatəli təzkirə nümunəsi kimi qiymətləndirilə bilər. Təzkirənin ən maraqlı cəhəti odur ki, Nəvvab haqqında məlu-mat və əsərlərindən nümunələr verdiyi şairlərdən avtoqraf top-lamışdır ki, buna da Nəvvaba qədər heç bir müəllifin təzkirə-sində təsadüf olunmur. Təzkirədə Nəvvabın özü haqqında ver-diyi məlumat daha əhatəli və dolğundur. Burada müəllif tərcü-

13

Page 15: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

meyi-halının bəzi məqamlarına toxunmuş və əsərləri haqqında qısa məlumat vermişdir. Əsərlərini yazmaqda əsas məqsədi öz həmdəmlərinə və millətə səmimi xidmətdən başqa bir şey olmadığını qeyd edən Nəvvab ümid edir ki, din qardaşları onu xeyir-dua ilə yad edəcəklər. Təzkirənin məqsədi barədə Nəv-vab yazır: «Təzkirənin məqsədi zəmanə şairlərinin həyat və yaradıcılığını dövran ariflərinə çatdırmaq olduğundan mən bu məqsədə əməl etdim, aqillərə əziyyət verib, bu sətirləri yaz-dım» [191, s.238].

XX əsr Cənubi Azərbaycan alimi Əziz Dövlətabadi «Sü-xənvərani-Azərbaycan» («Azərbaycan şairləri») təzkirəsinin I cildində [292] 352, II cildində [293] 499 fars dilində yazan Azərbaycan şairləri haqqında məlumat vermişdir. Əziz Dövlətabadinin «Qafqazın farsca yazan şairləri» təzkirəsində isə «Şimali Azərbaycanın Bakı, Ordubad, Gəncə, Naxçıvan şəhərlərində, o cümlədən Ermənistan, Dağıstan, Gürcüstanda yaşayan 228-dək farsca yazan azərbaycanlı» [102, s.61] şairlər haqqında bilgilər vardır. Əsər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri olan X.Şirvani, Z.Şirvani, A.Bakıxanov, S.Ə.Şirvani, X.Natəvan, S.Nigari və başqalarının həyat və fəaliyyətləri haqqında dəyərli məlumatlar əldə etməyə imkan verir.

Azərbaycanın qədim dövrlərdən XIX əsrin əvvəllərinə qə-dər yaşayıb-yaratmış görkəmli şəxsiyyətlərinin tərcümeyi-hal-ları Çingiz Qacarın əsərində daha dolğun işıqlandırılmışdır. Təzkirə səciyyəli əsərdə ədib, alim, filosof, şair, rəssam, me-mar, musiqişünas, dövlət xadimləri, sərkərdə və digər sahələ-rin tanınmış insanlarının həyat və fəaliyyətləri konkret dəlil-lərlə əsaslandırılıb öyrənilmişdir. Müəllif qədim və orta əsr mənbələrinə, çağdaş dövrün alimlərinin əsərlərinə və digər eti-barlı mənbələrə əsaslanmaqla hər bir şəxsiyyətin tərcümeyi-halını dolğun şəkildə canlandırmağa müvəffəq olmuşdur. O, XV əsrin böyük siyasi xadimi və sərkərdəsi olmuş Uzun Hə-sən haqqında onun sarayında səfir olmuş Venesiya diplomatı

14

Page 16: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Ambrozio Kontarininin yol qeydlərindən nümunə gətirərək ya-zır: «Uzun Həsən çox yeyir, az qala fasiləsiz olaraq şərab içir və öz qonaqlarına qulluq etməyi sevir. Onun yanında həmişə rəqqasələr və müğənnilər olur. Onlar onun əmri ilə oxuyub-oy-nayırlar. Ümumiyyətlə, o, şən xasiyyətli, arıq, ucaboy, qırmızı sifət bir kişidir və üzündə tatar çizgiləri var» [131, s.188].

Yaxın Şərq, eləcə də Azərbaycan ədəbiyyatında geniş ya-yılmış lirik şeir növü olan rübailərdə şairin dünyagörüşü, onu əhatə edən mühit və insanlardan aldığı təəssüratı, arzu və is-təkləri, öz dövrünün ictimai-iqtisadi durumu ifadə olunur ki, bunları da xatirə ədəbiyyatının ilkin qaynaqları hesab etmək olar. «Rübailərdə həm məhəbbət, vüsal, hicran, həm didaktik nəsihətlər, həm zəmanədən və vəziyyətdən şikayətlər, həm fəl-səfi hikmətamiz mülahizələr, həm təbiət mənzərələri, bir sözlə şairin ümid və arzuları, hər bir ruhi təəssüratı geniş şəkildə öz əksini tapır» [208, s.4]. Ədəbiyyatşünas Məmmədağa Sultanov doğru olaraq qeyd etmişdir ki, «çox zaman rübaidən danışanda XI əsrin böyük mütərcimi, alim-şair Ömər Xəyyam yad edilir. Onun rübailəri yeganə tamamlanmış əsər kimi nümunə göstərilir. Bu, əlbəttə tarixin Xəyyam taleyinə bəxş etdiyi bir töhfədir. Halbuki, Azərbaycanda rübai bir janr kimi meydana gəldiyi zaman hələ Xəyyam anadan olmamışdı» [208, s.4]. XI əsr Azərbaycan şairi Qətran Təbrizi (1012-1088) Ömər Xəyyamdan çox-çox əvvəl məharətlə qələmə aldığı rübailər müəllifidir. Rübailərin əksəriyyəti onun qəlb istirablarını ifadə edir.

Ancaq sənin ilə qəlbim olur şad, Çünki vəslindədir bilirəm murad. Ürəyim kədərlə dolanda hərdəm, Xəyalın kədərdən eləyir azad [208, s.12].

Bəxtə bax, mənimlə düz gəlmir aləm, Hamı düşmən olmuş, yox bircə həmdəm. Mənimtək görəsən bir bədbəxt varmı,

15

Page 17: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Yardan ayrı düşüb çəksin dərdü qəm?! [208, s.13].Q.Təbrizinin bir qisim rübailərində hərəkət, dinamika nə-

zəri cəlb edir: Məni ölmüş görsən, yanımda dayan, Diqqətlə nəzər sal, həsrətimlə yan! Əyləş başım üstə ahəstə söylə: «Səni öldürməyə oldum peşiman» [208, s.16].

Məşhur rübai ustadı Ömər Xəyyam haqqında ədəbiyyatşü-nas Y.Bertelsin 21 iyun 1935-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) yazdığı eyniadlı məqaləsində şairin irsi hər-tərəfli və geniş şəkildə araşdırılmışdır. Alim Xəyyam rübailə-rini nəşr edən xarici müəlliflərin tədqiqatlarından, əsərlərinin İngiltərədə, Amerikada və digər ölkələrdə nəşr tarixindən bəhs edərək Xəyyamın mənşəyi, rübailəri haqqında mübahisəli fi-kirlərin şərhinə çalışır. Böyük şairdən bəhs olunan məqalələr-də o, Heyne, Volter, Əbül Əla Müərri, Spenser və digərləri ilə müqayisə edilir. Bertels bütün bu müqayisələrə tənqidi yanaşır və qeyd edir ki, Ömər Xəyyamı «Qərbin və Şərqin bütün bö-yük adamları ilə sevinə-sevinə müqayisə etmək xəstəliyinə çoxlarının tutulduğu bir zamanda birdən açıq ağlın birinci xə-bərdarlığı gürladı. 1897-ci ildə Peterburq Universitetinin pro-fessoru V.A.Zuqovski «Ömər Xəyyam və «gəzici» rübailər» adlı məqaləsini nəşr edir. Bu məqalədə Zuqovski birinci dəfə olaraq Xəyyam haqqında ən qədim tərcümeyi-hal məlumatını dərc edir ki, bunlar İran təzkirəçilərinin sonra yazılmış pompil- yativ əsərlərindən alınan və o zamana qədər şərqşünaslar ara-sında belə sərbəst gəzən lətifələrə ağır zərbə endirir. İkincisi, bəlkə də ən əhəmiyyətlisi olaraq Zuqovski göstərir ki, o zaman ən yaxşı nəşriyyatlardan sayılan Niqola və Uinfildin nəşriyya-tındakı rübailərdən 82-si nəinki Xəyyama isnad verilir, həm-çinin bunlara digər şairlərin, Zuqovskinin hesabı ilə 46 şairin külliyyatında təsadüf edilir ki, bu şairlərin bir hissəsi Xəyyam-dan xeyli əvvəl və digər hissəsi xeyli sonra yaşamış və yaz-mışdırlar» [41, v.6].

16

Page 18: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Bertels böyük şairin tərcümeyi-halını ətraflı şərh edir, hə-yatına aid rəvayətləri qələmə alır, Xəyyamın yaşadığı dövrdə təriqət mübarizələri haqqında məlumat verir. Ömər Xəyyamın həyatının son illəri haqqında tərcümeyi-halların heç bir bilgi vermədiyini qeyd edən məqalə müəllifi belə zənn edir ki, şair həyatının bu mərhələsini insanlardan qaçaraq və ona əziyyət verən məsələlər üzərində çox düşünərək keçirmişdir.

XI əsrin sonu – XII əsrin əvvəllərində yaşayıb-yaratmış Məhsəti Gəncəvinin rübailərini Ömər Xəyyam rübailəri ilə müqayisə edən araşdırıcılar əksər hallarda M.Gəncəviyə üstün-lük vermişlər. Onun bədiilik və sənətkarlıq baxımından nəzəri daha çox cəlb edən rübailərində dövr və zamana münasibət, fəlsəfi düşüncələr, insan və dünya haqqında fikirlər əksəriyyət təşkil edir. Bununla belə şairə dünyəvi aləmə münasibət müs-təvisində öz qəlb iztirablarını, mənəvi aləmini ifadə etməyə nail olmuşdur ki, bu da onun tərcümeyi-halının bəzi məqamla-rının aydınlaşmasına imkan vermişdir.

Məni kam almağa qoymadı zaman, Gücü çatan qədər elədi divan. Deyəsən əhd etmiş, dolandıqca hey Məni də özü ilə hərlətsin dövran [208, s.21].

Məhsəti özünün şeirə, rübaiyə bağlılığını belə ifadə etmiş-dir:

Arvadla kişini bağlayar kəbin, Bu işə yol verir şəriət, ayin. Mənimsə kəbinim bir rübaidir, Varmı bu kəbinə yol verən bir din? [208, s.25].

M.Gəncəvinin «ayrı-ayrı peşə sahiblərinə həsr olunmuş rü-bailəri tarixilik baxımından da əhəmiyyətlidir. Həmin şeirlər həm də o dövrdə Azərbaycan şəhərlərində yaşayan sənət və sə-nətkarlar haqqında məlumat verir» [220, s.61]. Onun öz iç dünyası ilə bağlı rübailəri isə daha çox diqqət çəkir. Çünki bu-rada özünün həyatını əks etdirən fikir və düşüncələr, arzu və istəklər təsvir olunmuşdur.

17

Page 19: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Cəmalına həsrət yaşamaq olmaz, Eşqinlə heç rahət yaşamaq olmaz. Sən məni anmayıb sakit yaşarsan, Sənsiz mənə, əlbət, yaşamaq olmaz [208, s.35].

Səndən ayrılmama tədbir tökdülər, Hicrində belimi iki bükdülər. Hədər olmazmı bu çalışdıqları, Sabah biz səninlə qovuşsaq əgər? [208, s.35].

«Səmimi duyğuların, canlı, real insan münasibətlərinin ifa-dəsi olan bu rübailərdə» təsvir edilən lirik qəhrəmanın keçir-diyi hisslər şairənin daxili dünyasının əksidir.

Sənə göndərdiyim məktubu, canan, Qanlı göz yaşımla yazmışam inan!

Bu qədər dərdimin hekayətini Bilmirəm, heç nə cür eyləyim bəyan [208, s.38].

Ensiklopedik biliyə malik Nəsirəddin Tusinin rübailərində müəllif «mən»i açıq-aşkar nəzərə çarpır. O, elmlər haqqında nə qədər məlumat versə də, bir çox sirləri açsa da, hələ çox mətləblərdən xəbərdar olmadığını bildirir.

Məlumat verdimsə hər bir elmdən, Bir çox sirləri açdımsa həmən Ağlımın gözüylə baxanda gördüm: Hələ çox sirləri bilməyirəm mən [208, s.106].

Alim dünyada müxtəlif cür ləzzətlərin olduğunu göstərir. Lakin onun üçün dünyanın ən böyük ləzzəti gecələr mütaliə edib gündüzlər dərs deməkdir.

Dünyada çox cürə ləzzət var, sözsüz, Onun yoxluğundan yoxdur qorxumuz. Mənimçün dünyada ləzzət odur ki, Gecələr oxuyum, dərs deyim gündüz [208, s.107].

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Nəsirəddin Tusi-nin «yaradıcılığında, dünyagörüşünün öyrənilməsində dövrün

18

Page 20: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

yaradıcı ziyalılarına yazdığı məktubların da böyük əhəmiyyəti vardır. Əsirəddin Əbhəri, Şəmsəddin Xosrovşahiyə göndərilən məktublar daha səciyyəvidir» [158, s.31].

XIV əsrin görkəmli söz ustalarından olan Hümaməddin Təbrizinin rübailərində «real insani duyğular bəzən ürfani-fəl-səfi boya almış, sənətkarın zəmanəsinə münasibətini, əhvali-ruhiyyəsini, sevinc və kədərini əks etdirmişdir» [219, s.216]. Rübailərdə Vətənə olan sevgi, məhəbbət də öz ifadəsini tap-mışdır.

Ey Təbriz, dəyməsin sənə bir ziyan, Xalqı şad yaşasın, olsun kamran. Qəlbinə, canına bəla gəlməsin, Axı sən Vətənim, qəlbim, canımsan. [208, s.118]

Gözəldir əzəldən Təbriz şəhəri,Məlumdur aləmə söz deyənləri.Naxələf adama orda yer olmaz,Yaşarmı bir yerdə div ilə pəri?! [208, s.120].

Bəzi rübailərdə müəllif həyatının müəyyən bir dövrünü la-konik şəkildə təsvir etməyə nail olur.

Qoca bir filosof etdi nəsihət:- Amandır sevgiylə bağlama ülfət.Sözünə baxmadım, hicran dağınıBaşıma endirdi sevgi, məhəbbət [208, s.133].

XIV yüzilin sonu – XV yüzilin əvvəllərində yaşayıb-ya-ratmış şair Qasım Ənvara aid bu növ rübailəri digər müəllif-lərin yaradıcılığında da görmək olar. İstedadlı şair Rəhməti Təbrizi rübailərində dövrün ictimai olaylarına olan münasibə-tini ustalıqla bildirməklə bərabər, öz hiss və düşüncələrini ifa-də etməyə müvəffəq olmuşdur.

Qəm ilə yoğrulmuş canım əzəldən,Dəli təbim olmuş qəmlə həmvətən Harada dərd olsa məni tapacaq,

19

Page 21: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Elə bil dərd üçün yaranmışam mən [208, s.169].XII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi

Əfzələddin Xaqani (1126-1199) rübailərində də tərcümeyi-hal örnəkləri üstünlük təşkil edir. Müəllif rübailərində gözələ olan sevgisindən, özünün qəlb iztirablarından, məşuqəsinin vəfasız-lığından, onun vara-dövlətə olan həvəsindən, zaman və mühit-dən, özünü əhatə edən insanlardan və digər məsələlərdən bəhs etmişdir.

Günahım olmadan üzr istədim mən, Yüz dəfə əfvimi istədim səndən. Yerinə yetirdim mən öz borcumu, Üzrümü sən qəbul etsən, etməsən [208, s.57]. Gəncliyim qüssədə, ələmdə keçdi,Günlərim bilirsən ki, qəmdə keçdi. Dostların ölümü belimi bükdü, Ömrüm mərsiyədə, matəmdə keçdi [208, s.65].

Şairin fəxriyyələrində, mədhiyyələrində, həbsiyyələrində, mərsiyələrində müəllif şəxsiyyəti ön plandadır. Bu nümunələr-də şairin həyatının önəmli məqamları, ağrılı-acılı anları, kədərli günləri və illəri nəzərə çatdırılır. Xaqaninin şeirlərində özü, ailəsi və əsil-nəsəbi haqqında araşdırıcılara dəyərli bilgilər verən məlumatlar vardır. O, fəxriyyələrinin birində özü haqqında bunları söyləyir:

Xaqaniyəm, yer üzünə yayılmışdır şöhrətim; Bu aləmdən xilas olmaq hikmətimdir, hikmətim.

Yoxumsa da var-dövlətim, demərəm ki, yoxsulam, Yoxsulluq da bir varlılıqdır, artar onla şövkətim.

Bu dünyanın murdarlığı əlindən can qurtarsam, Yusif olar suçəkənim, artar qədrim, qiymətim.

[234, s.116]Xaqani mədhiyyələrində də özü haqqında məlumat verir.

Məsələn, öz ustadı Bəhaəddin Səid ibn Əhmədi mədhində ya-20

Page 22: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

zır: Əbədiyyət aləminə yol saldığım üçün mən, Baş əymərəm fani dünya sarayına qətiyyən.

Beş hissimin pəncəsində olmuşamsa giriftar, Doqquz fələk dərgahından pay alıram qış, bahar.

Bu dünyadan bir yaxşılıq axtarmıram heç zaman, Çünki mənə qiymət qoymur arpa qədər bu cahan.

[234, s.163]

Ehtiyacım başımı da kəssə, fəğan etmərəm, Çörək üçün alçaqların qapısına getmərəm. Xəsislərin əllərində əsir olmam zər kimi, Var-dövlətdən üz döndərrəm bir vüqarlı ər kimi.

[234, s.164]X.Şirvaninin həbsxanada olduğu vaxtlarda yazdığı «Həb-

siyyə» şeirlərində həbsxana həyatının dəhşətləri böyük məha-rətlə təsvir edilmişdir. Öz ürək sözlərini açıq söyləyən şair həbsxanada keçirdiyi ağır günlərini, kədər və iztirablarını təs-vir edir:

Xaqani qürbətə basalı ayaq Olmuş tək qapılı bir evdə dustaq.

Nə evin içində rahət olur can, Nə də var bayıra çıxmağa imkan.

Üzü divaradır, sanki hörümçək, Girmiş daş altına bir qarışqatək.

Qıfıldır keşikçi ona bayırdan, Daxildə cəftədir ona pasiban [234, s.266].

«Həbsiyyə» şeirlərini zindan həyatının ölməz poetik abi-dəsi adlandıran akad. Bəkir Nəbiyev çox haqlı olaraq qeyd edir ki, «burada mətin, vüqarlı bir sənətkarın zindan əzabları,

21

Page 23: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

azadlıq yanğısı, onun böyük fiziki və mənəvi sıxıntılar içində başa vurduğu məhbus həyatının cəhənnəm zillətinə bərabər hadisələri ürəkləri yandıran qüvvətli poetik vasitələrlə əks olunmuşdur. Əsrinin ədalətsiz hökmdarlarına, rüşvətxorluğu özünə peşə etmiş saray məmurlarına, dindən gəlirini artırmaq üçün istifadə edən ikiüzlü ruhanilərə qarşı sonsuz qəzəb və nifrət Xaqani «Həbsiyyə»sinin hər bir səhifəsindən boy göstər-məkdədir» [187].

Yenicə doğulan qızının ölümünə yazdığı mərsiyədə şair öz şəxsi kədərinə ictimai rəng verir:

Yenicə doğulan qızım gördü ki, Qarşıda gözlənir min bəla, öldü.

Qeybdən gələn o töhfə duydu ki, Dərdlərə olacaq mübtəla öldü.

O kiçik gövhərim yaxşı anladı, Ki, çox pis yaranmış bu dünya öldü.

Bildi ki, ürəyim dərdə düşəcək, Üzünü tutaraq binəva, öldü.

O, böyük qızımı pərdədə görcək, Dedi: - Kifayətdir bir cəfa, - öldü [234, s.355].

Azərbaycan alimləri f.e.d.Qafar Kəndli, f.e.n. Məmmədağa Sultanov və başqaları istər Xaqaninin dövrü, mühiti, istər hə-yat və yaradıcılığı, istərsə də onun Yaxın Şərq ədəbiyyatında tutduğu mövqeyi yetərincə araşdırmışlar. Onlar Xaqaninin hə-yat və yaradıcılığını tədqiq edərkən əsasən şairin 1156-cı ildə qələmə aldığı «Töhfətül-İraqeyn» poemasına əsaslanmışlar. Bu da təsadüfü deyildir. Çünki Xaqani haqqında, onun həyatı, ailəsi, nəsli haqqında ilk məlumat Şərq ədəbiyyatı tarixində həm də ilk mənzum səyahətnamə hesab edilən «Töhfətül-İraqeyn» əsərində verilmişdir. XIX əsrin rus şərqşünası N.V.Xanıkov da «Töhfətül-İraqeyn» əsərində «Babası haqqın-da», «Atasının tərifi», «Anası haqqında», «Əmisi haqqında»,

22

Page 24: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

«Əmisi Kafiyəddin Ömər İbn-Osmanın tərifi» kimi hissələri təhlil edərək, bunların əsasında şairin həyatının ilk dövrünü təsvir edən «Tərcümeyi-hal»ı tərtib etmişdir. Bu tərcümeyi-hal Xaqaninin elmi tərcümeyi-halını yazmaq yolunda ilk addım idi [149, s.36].

«Töhfətül-İraqeyn» həm Azərbaycan, həm də rus şərqşü-nasları üçün Xaqaninin həyatını öyrənməkdə bir mənbə olmuş-dur. Çünki hər bir şairin, yazıçının həyatı, dövrü, mühiti haq-qında mülahizə yürüdərkən onun öz əsərləri qədər qiymətli qaynaq, demək olar ki, yoxdur. Bu xüsusiyyətlər də ən çox memuar nümunələrinə xasdır. Bütün bunlara əsaslanaraq X.Şirvaninin «Töhfətül-İraqeyn» əsərini xatirə nümunəsi kimi dəyərləndirmək olar. Azərbaycan ədəbiyyatı tarixində ilk məs-nəvi hesab edilən «Töhfətül-İraqeyn»də şair öz tərcümeyi-halı, uşaqlıq xatirələri, gənclik dövrünün maraqlı hadisələri, ictimai mənşəyi, hər iki İraqa (İraqi-ərəb və İraqi-əcəm) səfər etdiyi zaman gördüyü yerlər və tanış olduğu görkəmli şəxslər haq-qında məlumat vermişdir. Əgər müəllif əsərdə ayrı-ayrı sürət-lərin timsalında, hadisələrin gedişində öz həyatından cizgilər versəydi, buna avtobioqrafizm kimi qələmə vermək olardı. La-kin burada Xaqaninin həyatının yaddaqalan anları, keçirdiyi mənəvi sarsıntıları, bir sözlə müəllif «mən»i öz əksini tapmış-dır. Əsərdə həmçinin təbiət mənzərələri, gözəl Kuhistanın yed-di vilayəti, Bağdad, Şam, Mədinə şəhərləri, gördüyü xalqların ictimai vəziyyəti təsvir edilir. Əsərin əvvəlində Xaqani öz ailə-si haqqında məlumat verir. Babası haqqında:

Sənətcə toxucu olmuşdur babam Mən də yavaş-yavaş söz toxuyuram [32, s.158] –

yazaraq özünü babası ilə müqayisə edir. Atasını xatırlayaraq şair yazır:

Atam, aləm bilir, Nəccar Əlidir, Onun səxavəti elə bəllidir. O, məni böyüdüb vermişdir çörək, Mədh edəm, vəsf edəm onu mən gərək [32, s.161].

23

Page 25: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Nəccar Əli taleyin amansız gərdişi ilə üzbəüz qaldıqdan sonra Xaqani dövrünün görkəmli təbibi, riyaziyyatçısı və filo-sofu olan Kafiyəddin Ömər ibn Osmanın qəyyumluğuna keçir. Kafiyəddin Ömər «öz dövrünün ən görkəmli şəxsiyyətlərindən idi və onun bir alim kimi şöhrəti Azərbaycanın hüdudlarından çox-çox uzaqlara yayılmışdı. Kafiyəddin yüksək savad sahibi olan bir adam idi, bir neçə dil bilir, fəlsəfə, ilahiyyat, astrono-miya, riyaziyyat, təbabət, kimya və farmokologiya elmlərinə vaqif olmuşdur, mədrəsədə dərs deyirdi» [131, s.78]. Xaqani «Töhfətül-İraqeyn»də əmisinin ona hesab, hüsnxət öyrətməsi, Quranı başa çatdırması, sonra onu kitabxanaya gətirməsi, Quranın on dörd sirrini aydınlaşdırması, həm dayəsi, həm mü-əllimi, həm də böyük ustadı olması haqqında yazır. Bu kimi məlumatlar böyük şairin həyatının müəyyən dövrünü işıqlan-dırır və araşdırıcılara kifayət qədər məlumat verir.

Ömər ibn Osman sayəsində mən Yetimlik divinin qaçdım əlindən. Odur, bil, böyüyüm, yol göstərənim, Tərbiyə verənim əmimdir mənim [32, s.167].

Əmisini mənəvi atası hesab edən Xaqani Ömər ibn Osma-nın qayğı və məhəbbətini ona həsr etdiyi xüsusi bölmədə dö-nə-dönə qeyd edir, əmisinin bu dünyanı tərk etməsini ürəkağrı-sı ilə qələmə alır.

Xatirələr çox hallarda özlərində faktiki və psixoloji başlan-ğıcın uyğunluğunu əks etdirir. Şəxsiyyət və onun mənəvi dün-yası tarixi şəraitdə, zamanın və mühitin fonunda təsvir edilir. Bu xüsusiyyətlər «Töhfətül-İraqeyn»də açıq-aydın görünmək-dədir. Xüsusilə səfər xatiratında bunlar özünün bariz ifadəsini tapmışdır. Xatirə örnəklərini özündə əks etdirən beytlərə əsər-də bol-bol rast gəlmək olur. Qeyd edildiyi kimi, «Töhfətül-İraqeyn» bir poema, səyahətnamə kimi tədqiq edilmişdir. La-kin əsərdə avtobioqrafik məlumatların genişliyi, xatirə örnək-lərinin bolluğu onu memuar ədəbiyyatına yaxınlaşdırır. Diqqə-təlayiq haldır ki, poemada memuar janrına xas olan xüsusiy-

24

Page 26: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

yətlərdən ikisi: həm tərcümeyi-hal xarakteri, həm də səfər xati-rələri vardır. «Töhfətül-İraqeyn» əsərinin «əsas qəhrəmanı şai-rin özüdür. Əsərdə danışan, düşünən, sevinən, fəxr edən, kə-dərlənən, qəzəb alovları püskürən də odur. Poema bütünlükdə Şərq poeziyasında oxşarı olmayan bir əsərdir. Şair poemada özü və əsəri haqqında sərbəst söz açır. İftixarla özünü sənət aləminin günəşi sayan şairi hər şeydən çox siyasi, ədəbi düş-mənləri ağrıdır, qəzəbləndirir» [234, s.12]. Müəllif «mən»i, zaman, hadisələr zənciri memuar janrının strukturunu təşkil edir. Bütün bunlar Xaqani Şirvaninin «Töhfətül-İraqeyn» əsə-rində görünməkdədir və bu, bir daha söyləməyə əsas verir ki, «Töhfətül-İraqeyn» Azərbaycan xatirə ədəbiyyatının ilk nümu-nəsi hesab edilə bilər.

Xaqani Şirvaninin məktubları isə XII əsr Azərbaycan bədii nəsrinin dəyərli nümunələri olmaqla bərabər, əvəzsiz tarixi sə-nədlərdir. 60 məktubdan ibarət olan bu sənədlərdə Xaqanin tərcümeyi-halı, qohumları, dostluq əlaqələri, yaşadığı mühit haqqında məlumatlar verilmişdir. Əlaəddin Məhəmməd Mər-vəziyə, Şəmsəddin Beyləqaniyə, İbrahim Bakuviyə, Eynəddin Zəncaniyə, Şihabəddin Şirvaniyə, Qızıl Arslana və başqalarına yazılmış məktublar Xaqani Şirvaninin özü, dövrü və müasir-ləri haqqında zəngin bilgilər əldə etməyə imkan verir. Q.Kənd-li Xaqaninin yaradıcılıq fəaliyyətini şəxsi həyatı ilə sıx bağlı olduğunun bildirərək yazır ki, «o, özünün evlilik həyatını ge-nişliyi ilə yazıya almışdır. Bu baxımdan Yaxın Şərq və Orta Asiyada ona oxsar ikinci bir şair yoxdur. Şairin yaradıcılığını mükəmməl öyrənmək üçün onun ailə həyatı və ailəsi ilə bağlı olan yazılar dərindən öyrənilməlidir» [31, c.II, s.418]. Araşdı-rıcı özü də Xaqaninin ömür yolunu əsərlərinə istinadən hərtə-rəfli tədqiq etmişdir.

Xatirə örnəkləri Azərbaycan ədəbiyyatının görkəmli söz ustadı Nizami Gəncəvi (1141-1209) poemalarının əksəriyyə-tində mövcuddur. Qeyd edilməlidir ki, memuarlar tarixi şəx-siyyətin mənəvi keyfiyyətlərinin açılması üçün həqiqətən qiy-

25

Page 27: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

mətli mənbələrdir. Bu cəhətdən Nizami poemaları qəhrəman-larının bir çoxu tarixi həqiqətə daha yaxındır. «Sirlər xəzinə-si»ndə Bəhram şah, «Xosrov və Şirin»də Toğrul Arslan, Ata-bəy Əbu Cəfər Məhəmməd Eldəgiz, «İskəndərnamə»də Nüs-rətəddin Əbubəkr padşah ağıllı, mərhəmətli, vüqarlı, səxavətli, adil insan kimi səciyyənləndirilir. Böyük Nizami «Sirlər xəzi-nəsi» poemasında Bəhram şahın şəninə aşağıdakı misraları qə-ləmə alır:

Yetkin ağlı, kamalı tanıtdırıb dünyada, Şahların sərvəridir, əsla basılmaz yada. Verib dünya mülkünü öz xalqının əlinə, Həm Ərmənə hakimdir, həm də ki, Rum elinə. Xilafət taxtı kimi şahlıq taxtı ucaldı, Abxazda, Rum elində şanlı qələbə çaldı. Ondadır comərdliyi, səxavəti ərlərin Ondadır düşüncəsi, ədaləti ərlərin [95, s.41].

«Xosrov və Şirin» poemasında isə Toğrul Arslan haqqında yazır:

Dünya padişahı bəxtiyar xaqan Barınsın dünyada təxtü tacından. Məna aləmində təxti bəzədən, Bu həyat mülkünü bütün fəth edən, Dövlət səmasıdır, səxa dənizi, Hər bir sözündə var mərhəmət izi. Şahların şahıdır, vüqarlı, adil, Adı Toğrul şahdır, özü rəhmdil. Təxtü taca çatdı, səltənət qurdu, Arslan şah yerində təxtə oturdu [92, s.33].

Dahi Nizami demək olar ki, bütün poemalarında əsərin ya-ranma tarixini, əsəri yazmağa onu nə vadar etdiyini açıqlayır. «Yeddi gözəl»də şair bildirir ki, Süleyman şah onun yanına qasid göndərmiş və sifarişini ona yetirmişdir. Şah xahiş edir-miş ki, istədiyi mövzuda bir əsər yazsın. Elə bir əsər ki, bütün dünyaya səs salsın. Nizami Gəncəvi yazır:

26

Page 28: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Dedim ki, bir əsər yaradım gərək, İncə naxışlara kəsilsin bəzək. Dünyada nə qədər kitab var belə, Çalışıb, əlləşib gətirdim ələ. Ərəbcə, dəricə, yeri düşərkən, Buxari, Təbəri əsərlərindən Oxudum, oxudum, sonra da vardım. Hər gizli xəznədən bir dürr çıxardım [96, s.80].

«Xosrov və Şirin»in yaranma tarixi bir qədər başqadır. Bu dastan haqqında yazılı mənbələr olsa da nəzmə çəkilməmişdir. Buna görə də Nizami bu əsərin yazılmasını öz öhdəsinə götü-rür.

Məlum hekayədir «Xosrov və Şirin» Dastan yoxdur əsla bu qədər şirin. Ruhu oxşasa da bu gözəl dastan, Pərdədə qalmışdır bu gəlin çoxdan. Tanıyan yoxdur bu gözəl alması Bərdədə var idi bir əlyazması. O ölkənin qədim tarixlərindən Bu dastanı tamam öyrənmişəm mən. O yerdə yaşayan qoca adamlar, Təşviq etdi, işə mən verdim qərar. Ağıl bu dastanı bəyənsin gərək, Sözləri şirindir, məzmunu gerçək [92, s.48].

Nizami Gəncəvinin «Leyli və Məcnun» poeması tərcüme-yi-hal örnəklərinin zənginliyi ilə fərqlənir. Xüsusilə, «Kitabın yazılmasının səbəbi» bölməsində xatirə əlamətləri açıq-aydın görünməkdədir. Bölmənin əvvəlində Nizami özünün ruhi və-ziyyətini təsvir edir, keyfinin yaxşı olduğunu bildirir. Bu vaxt ona bir məktub gəlir. Bu məktub Nizamini söz dünyasının ha-kimi adlandıran Şirvanşah I Axsitandan idi.

İstərəm Məcnunun böyük eşqinə Bir söz xəzinəsi açasan yenə. Bakirə Leylitək, ey böyük ustad!

27

Page 29: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Şeirdə iki-üç bakir söz yarat [94, s.47].Məktubu oxuduqdan sonra Nizami kədərlənir, dodağı əsir,

«qan beyninə vurur». Bu vaxt şairin 14 yaşlı oğlu Məhəmməd gəlib yanında oturur, onu ruhlandırmağa çalışır:

Dedi: «Ey göylərə meydan oxuyan «Xosrov və Şirin»i yazıb yaratdın, Hər duyan könüldə bir zövq oyatdın. Leyli-Məcnundan da yarat bir əsər, Cüt olsun yazdığın qiymətli gövhər [94, s.48].

Səkkiz əsrdən artıq vaxt keçməsinə baxmayaraq, bu beyt-lər tədqiqatçıya kifayət qədər material verir. Əsərdən aydın olur ki, dörd min beytdən artıq olan bu poemanı Nizami dörd aya yazmışdır. Əgər başqa işlər olmasaydı on dörd günə də yazıla bilərdi. Nizami əsərin yazılma tarixini qeyd edir və hicri 584-cü (miladi 1088-ci) ildə yazıldığını göstərir. Bütün bunlar xatirə ədəbiyyatının ilkin qaynaqları sayıla bilər. «Axsitanın tərifi», «Şahzadənin tərifi və oğlunun ona tapşırılması», «Oğ-lum Məhəmmədə nəsihət», «Atamın xatirəsi», «Anam Rəisə-nin xatirəsi», «Dayım Xacə Ömərin xatirəsi» hissələrində də xatirə əlamətləti görünür. Bu bölmələrdən aydın olur ki, atası Yusif ibn Zəki Müəyyidin, anası Rəisənin, dayısı Xacə Ömə-rin vəfatı onu hədsiz sarsıtmışdır. Son dövrlərə qədər N.Gən-cəvinin anası Rəisənin kürd olduğunu qeyd etmişlər. «Leyli və Məcnun» poemasının tərcüməsində də bu belə göstərilmişdir. Lakin prof.Xəlil Yusifliyə görə «Nizami onun kürd olduğunu yox, igid olduğunu yazmışdır.

Gər madəre-mən Rəiseyi-qord Madər sefətane pişe-mən mord... (Mənim anam igid Rəisə Ana sifətində qarşımda öldü).

Buradakı «kord» sözü Nizami dövründə igid mənasını ve-rən «qord» sözü ilə eyni cür yazılır, «kaf» və «gaf» hərfləri bir-birindən seçilmirdi. Ancaq beytin mənası tələb edir ki, biz onu «qord» şəklində oxuyaq» [219, s.135].

28

Page 30: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Xəlil Yusifli çox haqlı olaraq qeyd edir ki, Nizami Gəncə-vinin ən dolğun və ən doğru tərcümeyi-halı öz əsərlərindədir. Belə ki, burada şairin şəxsiyyəti, zəmanəyə münasibəti, bədii yaradıcılığa baxışı, qohumları haqqında fikirlər üstünlük təşkil edir.

«Şirin»in halvasın qurtaranda mən Bir halvaçalanım getdi evimdən. «Leyli» xəzinəsinə çəkərkən hasar, Onda da bir Gövhər eylədim nisar. Bu toyu çatdırıb mən nəhayətə, Təzə bir gəlin də verdim cənnətə [93, s.447].

Şair bu misralarla demək istəyir ki, «Xosrov və Şirin» əsə-rini yazıb bitirdikdə, öz Şirinini Afaqını itirdi; «Leyli və Məcnun»u sona çatdıranda isə ikinci arvadı öldü. Beşinci və altıncı misralardan məlum olur ki, Nizami «İqbalnamə» əsərini yazıb qurtaranda üçüncü arvadı da vəfat etmişdir. Dördüncü misradakı «Gövhər» sözü araşdıcılara imkan verir ki, Nizami-nin ikinci arvadının adının Gövhər olmasını söyləsinlər. Bura-dakı «Gövhər» sözündə şair cinas yaradır, sözü iki mənada işlədir.

Nizami Gəncəvi «Leyli və Məcnun», «Yeddi gözəl» poe-malarının «Oğlum Məhəmmədə nəsihət» hissələrində oğluna müraciət edib faydalı sözlər söyləyir. Bu hissələrdə də xatirə əlamətləri nəzərə çarpır. Dahi şair «İskəndərnamə» əsərini ya-zarkən bir sıra tarixi mənbələri öyrənmiş, ərəb və fars dilində olanlarla yanaşı, yəhudi, nəsrani (xristian), pəhləvi qaynaqla-rını da araşdırmış və özünü maraqlandıran məlumatları seç-mişdir. Bu barədə o yazır:

İskəndər haqqında heç bir əsərdə Məlumat görmədim yığcam bir yerdə. Sözlərlə dolmuşdu xəzinə içi, Ancaq hər nüsxə bir dağınıq inci. Hər köhnə nüsxədən əsas alaraq, Onu öz şeirimlə bəzədim ancaq.

29

Page 31: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Ən qədim tarixi əsərlərdən mən, Yəhudi, nəsrani, pəhləvilərdən Ən incə sözləri əlimə saldım, Qabığı ataraq məğzini aldım. Müxtəlif dillərdən yığdım çox sözlər, Bunlardan düzüldü yazdığım əsər [93, s.54].

«İskəndərnamə» şairin yaşlı vaxtında qələmə alınmışdır. Bu barədə müəllif həm əsərin əvvəlində, həm də sonunda qeyd edir, səhhətindən şikayətlənərək bildirir:

Bir harın at idim bir zaman mən də, Zəhmətlə, zillətlə düşdüm kəməndə. Hər bir xəzinədə var məndən nişan, Ancaq, heyif olsun ki, deyiləm cavan!

Gənclik təzə nallı, harın, köhlən at, Qocaldın nal qızır, düşür əldən at [93, s.415].

«İskəndərnamə» poemasında böyük Nizaminin xarakteri daha aydın görünür, zəngin daxili aləmi duyulub hiss edilir:

Kimsənin dalınca demərəm yaman, Utanım üz-üzə gəldiyim zaman. Yamanlar sözünü almaram dilə, Peşiman edərəm mükafat ilə. Düşmənə kinli söz demərəm, inan, O sözlə özümə olaram düşman. Pisdən yaxşılıqla qorunmaq mümkün, Dünyada yaxşılıq hər şeyə üstün. Yaxşılığım üçün hər bir diyardan Salamdır hey gəlir namidarlardan. Yaxşılıqla atsam mən bu dəzgahı, Olaraq yaxşılar ziyarətgahı. Bir dirhəm verənə inci ataram, Dikbaşlıq edənə qürur sataram [93, s.38].

Nizami Gəncəvi «İskəndərnamə»ni yazarkən ulu Tanrıdan kömək diləyir. Arzu edir ki, əsər ən ağır dərdliyə əl tutsun, hər

30

Page 32: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

xəstə ürəyə şəfqət göstərsin, hər bağlı qapını açsın, xülasə, əsəri oxuyanlara zövq versin və şöhrət qazansın. Poemanın ya-zılma tarixinə gəldikdə isə qeyd olunmalıdır ki, bunu müəy-yənləşdirmək araşdırıcılara bir qədər çətinlik törətmişdir. Çün-ki «Xəmsə»nin əvvəlki hissələrindən fəqli olaraq «İskəndərna-mə»nin yazılma tarixini müəllif göstərməmişdir. Bu da tədqi-qatçı alimləri maneələrlə qarşılaşdırmışdır. Buna baxmayaraq, xatirə əlamətlərinə əsasən müəyyənləşdirilmişdir ki, «İskən-dərnamə» əsərinin birinci hissəsi «Şərəfnamə» 1199-cu ildə, ikinci hissəsi «İqbalnamə» 1201-ci ildə qələmə alınmışdır.

Klassik ədəbiyyatda tərcümeyi-hal örnəklərinin əksi Niza-mi poemalarında daha çox görünür. Demək olar ki, bütün poe-malarında Nizami şəxsiyyəti ön plandadır. O, hadisələrə mü-daxilə edir, öz sözünü, öz fikrini bildirir. Oxucu onu əsas qəh-rəman kimi duyur və hiss edir. Deməli, Azərbaycan memuar ədəbiyyatının kökləri daha qədimlərə gedib çıxır. Bu cəhətdən Nizami poemaları xeyli maraqlı və dəyərlidir. Onu da nəzərə çatdırmaq lazımdır ki, özbək ədəbiyyatında XV əsrin görkəmli söz ustadı Əlişir Nəvai (1441-1501) əsərlərində tərcümeyi-hal əlamətləri ayrıca araşdırılsa da, Azərbaycan klassik ədəbiyya-tında bu mövzu indiyədək tədqiqat obeyktinə cəlb olunmamış-dır.

Əlişir Nəvai ilə təxminən eyni dövrdə yaşamış, Teymurilər nəslindən olan Qazi Zəhirəddin Məhəmməd Baburun (1483-1530) xatiratı dünya ədəbiyyatının qiymətli nümunələrindən-dir. Əsər həyatı macəralarla keçən Baburun sadə, təbii, səmimi ifadə ilə yazdığı böyük bir səyahət və xatirat kitabıdır. Cığatay dilində yazılmış əsərin türkcə tərcüməsi fransız və ingilis dillə-rində olan tərcümələrdən xeyli üstündür. Əsər fars, alman və rus dillərinə də tərcümə olunmuşdur. Babur xatirələrində heç bir şeyi gizlətməmiş, heç nəyi uydurmamışdır. «Baburun xati-ratı ilə, eyni olayları yazan o dövrü yaşamış tarixçilərin yazı-ları qarşılaşdırılarsa, Baburun özünün etdiklərini yaxşı göstər-mək, bir pisliyini gizləmək və ya digərini şişirtmək üçün yazı-

31

Page 33: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

larında olayları dəyişdirmiş olduğu görünmür» [275, s.7]. O, yaşadığı illərin tarixi gerçəklərinə mümkün olduğu qədər sadiq qalmışdır. Babur dövrünün böyük şəxsiyyətlərindən biri ol-muşdur. Xatirələrdə onun hər bir xarakterik xüsusiyyəti göz önündə canlanır. Digər tərəfdən Babur dəyərli olan hər şeyi öz iti zəkası ilə qavramış və ifadə etmişdir. O, hərbi səfərlər edər-kən olduğu ölkələrin Orta Asiyanın, Əfqanıstanın, Hindista-nın coğrafiyası və iqlimini, flora və faunasını, xalqın adət və ənənələrini çox anlayışlı, açıq-aydın təsvir etmişdir. Bir sözlə, bu əsərdə Baburun olduğu ölkələrin o dövrdəki vəziyyəti hər baxımdan canlandırılmışdır. Böyük bir dövlət adamı tərəfin-dən yazılmış xatirələr dövrün insanlarının anlayış və düşüncə-lərini, müxtəlif ölkələrin sosial və siyasi durumunu öyrənmək baxımından dəyərli bir abidədir. Əsərdə «böyük hökmdarın idari, əskəri, fikri və ədəbi həyatı anlatılmış, fəqət oxucuya bir hökmdardan ziyadə səmimi bir arkadaşla qarşılaşma hissini verən, təbii və mütəvazi bir dil istifadə edilmişdir. Bu arada Babur bəzi şeirlərini və mətlələrini nə münasibətlə və hansı hadisələrlə duyub söylədiyini də xatirələrinə əlavə etmişdir» [271, s.520]. Qədim əlyazma nüsxələrində əsərin adı yazılma-dığı üçün Babura aid olmasını bildirmək məqsədilə sonralar xatirələri «Baburnamə» adlandırmışlar.

Dünya şöhrətli Azərbaycan şairi Məhəmməd Füzuli (1494-1556) əsərlərində onun təxəllüsü, yaşayıb-yaratdığı ölkə, şə-hər, təhsili, şeirə olan məhəbbəti, dövrünün ədalətsizliyi və başqa bu kimi məsələlər açıqlanır ki, bunları da xatirə ədəbiy-yatının ilkin qaynaqları hesab etmək olar. Şair farsca divanının müqəddiməsində «Füzuli» təxəllüsünü seçdiyini belə izah edir: «Necə ki, şeirə başladığım zamanlar hər gün bir təxəllüs bəyə-nir, bir müddət sonra eyni təxəllüsü işlədən bir şairə rast gəlir və aldığım təxəllüsü dəyişdirirdim. Sonra anlaşıldı ki, məndən əvvəl gələn dostlar ibarələrdən çox təxəllüsləri götürmüşlər. Düşündüm, əgər şeirdə başqaları ilə müştərək təxəllüs götürər-səm, müvəffəq olmadığım təqdirdə mənə zülm olar, müvəffəq

32

Page 34: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

olarsam ortağıma zülm etmiş olaram. Bu ləhzərliyi ortadan qaldırmaq üçün «Füzuli» təxəllüsünü aldım və ortaqlarımın mənə zülm edib, məni iztirab içində qoymaqlarından qurtar-maq üçün təxəllüsümün himayəsinə sığındım» [91, c.3, s.21].

Məhəmməd Füzuli ana dilinin türk dili olduğuna işarə edir, lirik şeirdə ən çox qəsidə növünə meyl göstərdiyini bildirir, qəzəlin isə özünəməxsus bir dili və müəyyən kəlmə aləmi ol-duğunu göstərir. Bir sözlə, lirik şeiri yüksəldərək bu janrda sözə diqqətlə yanaşdığını, mənaya xüsusi diqqət yetirdiyini ay-dınlaşdırır. Söz üzərində necə işlədiyini də farsca divanının müqəddiməsində qeyd edir. Burada deyilir: «Elə vaxtlar ol-muşdur ki, gecə səhərə qədər oyaqlıq zəhərini dadmış və bağ-rımın qanı ilə bir məzmunu tapıb yazmışam. Səhər olanda baş-qa şairlərlə uyğun gəldiyini görüb yazdığımı pozmuşam, ona sahib çıxmamışam (şeirlərim sırasına salmamışam). Elə vaxt-lar da olmuşdur ki, gündüz axşama qədər düşüncə dəryasına dalıb, söz alması ilə məna gövhərini deşmişəm. Bunu görənləri bu məzmun anlaşılmır, bu ləfz xalq arasında işlənilmir və xo-şagəlməzdir deyər-deməz, o məzmun gözümdən düşmüş, hətta onun üzünü köçürməmişəm» [91, c.3, s.20].

Şair türk dilində olan divanının giriş hissəsində qeyd et-mişdir ki, yaradıcılığa mədrəsədə oxuyarkən başlamışdır. Ərəbcə, türkcə və farsca şeir yazdığını farsca divanının mü-qəddiməsində belə izah etmişdir: «Bəzən ərəbcə şeir yazdım və ərəb fəsihlərini müxtəlif mənzumələrimlə şadlandırdım. Bu mənim üçün asan idi. Çünki mənim elmi bəhslər (fənlər, ya-xud mübahisə) dilim ərəbcə idi. Bəzən türkcə şeir meydanında at çapdım və türk zəriflərinə türkcə şeirin gözəllikləri ilə zövq verdim. Bu da məni o qədər təşvişə salmadı, çünki türkcə şeir mənim əslimin səliqəsinə uyğundur. Bəzən fars dili sapına inci düzdüm və o budaqdan könül meyvəsi dərdim» [91, c.3, s.20]. Füzuli kamal sahiblərindən təvəqqe edir ki, şeirlərinin tərki-bində və ya məzmununda xətalar görsələr onları bağışlasınlar. Fars dilində olan divanının müqəddiməsində şair bütün bu

33

Page 35: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

göstərilənlərdən əlavə həyat və yaradıcılığının mühüm cəhətlə-rini aydınlaşdırmış, gəncliyi və təhsil illərindən, Kərbəla şəhə-rinin vəziyyətindən bəhs etmişdir. Yalnız divan müqəddimə-ləri deyil, əsərləri də Füzulinin həyat və yaradıcılığının müəy-yən məqamlarına aydınlıq gətirir. Məsələn, bir qitəsində Kər-bəlanı tərifləyir, orada yaşadığını göstərərək yazır:

Ey Füzuli, məskənin çün Kərbəladır, şeirimin Hörməti hər yerdə vardır, xəlq onun müştağıdır, Nə qızıldır, nə gümüş, nə ləlü nə mirvarıdır Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır [91, c.3, s.23].Füzulinin «Şikayətnamə»sində avtobioqrafik məzmun

özəlliklə üstünlük təşkil edir. Şair Sultan Süleyman tərəfindən ona təyin edilmış təqaüdü almaq üçün ovqaf idarəsinə gedərkən burada hökm sürən ədalətsizliyi şəxsən görmüş, məmurların zülm və haqsızlıqlarının şəxsən şahidi olmuşdur. Elə ona görə də «Şikayətnamə»də yazırdı: «Salam verdim rüşvət deyildir deyü almadılar. Hökm göstərdim faidəsizdir deyü mültəfit olmadılar...» [91, c.2, s.302]. Əsərdə Füzulinin ağır maddi yaşayış şəraiti, əhvali-ruhiyyəsi, dünyagörüşü, insanlara və hadisələrə münasibəti verilməklə bərabər şairin taleyə, alın yazısına inandığı da təsvir olunur.

Görkəmli filoloq, tarixçi, publisist Məhəmməd Fuad Köp-rülüzadə «Azəri ədəbiyyatına aid tədqiqlər» əsərində Məhəm-məd Füzulinin bir sıra şeirlərində şairin həyatının müəyyən cizgilərinin müəyyənləşdirdiyini qeyd edərək yazır: «Yalnız 941-də Sultan Süleyman Qanuni Bağdadı zəbt etdiyi zaman Füzulinin Osmanlı hökmdarına «Gəldi bürci övliyaye padişa-hi-namdar», tarix məşhurini məhtəvi qəsidəsini təqdim etdiyi, gəzəlik sədr əzəm İbrahim paşaya, qazi-əsgər Qədri Əfəndiyə, nişançı Cəlalzadəyə qəsidələr verərək orduda bulunan şair Xə-yali ilə də münasibəti-dustanədə bulunduğu məlumdur. Füzuli divanında daha bunlardan başqa bir taqım Osmanlı rical və ümərasinə, məsələn, Rüstəm paşaya, Məhəmməd paşaya, Ayas paşaya təqdim edilmiş qəsidələr vardır ki, bunlar zavallı şairin

34

Page 36: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

səfəvilər dövründə olduğu kimi, osmanlılar zamanında da layiq olduğu dərəcədə təqdir və tərfiyə edilmədiyini göstəri-yor. Nişançı Məhəmməd paşaya yazdığı məşhur məktub da buna müəyyədir» [129, s.23].

Artıq XVI yüzillikdə söz aləminin tanınmış simaları tərcü-meyi-hallarına dair məlumatları əsərlərində daha əhatəli ver-məyə cəhd etmişlər. Nümunə üçün XVI – XVII əsrlər Azər-baycan ədəbiyyatı tarixində özünəməxsus yeri olan şair və ədəbiyyatşünas Sadiq bəy Sadiqi Əfşarı (1522-1609) göstər-mək olar. O, özünün «Şərhi-hal»ında və «Qanunüs-süvər» («Təsvirlər qanunu») əsərinin girişində uşaqlıq və gənclik il-lərindən, eləcə də dünyaya baxış və düşüncələrindən bəhs et-mişdir ki, bu da araşdırıcılara onun tərcümeyi-halı, dünyagö-rüşü haqqında məlumatı etibarlı mənbədən əldə etməyə imkan yaratmışdır.

XVII əsrdə yaşayıb-yaratmış şair Əlican Qövsi Təbrizi əsərlərində özü haqqında məlumat verməsə də, orta əsr təzki-rəçiləri onun XVII əsrin əvvəllərində Təbrizdə, sənətkar ailə-sində doğulduğunu qeyd etmişlər. Şair özü də «şeirlərində tez-tez Təbrizin adını çəkir, doğulduğu şəhəri gözəllikdə İsfahana qarşı qoyur, ondan üstün tutur:

Təbriz açar gönlümü Qövsi, gər açılsa, Hərçənd ki, firdovs İsfahanə yetişməz.

Cənnət kimi gözəl olan İsfahanda da şairin könlü açılmır, yalnız Təbriz onu qoynuna çəkir, cəzb edir:

Təbriz cəzbəsi yaxamı tutmuş aparır, Qovsi, əgərçi damənimi İsfahan tutur» [219, s.615].

Klassik Azərbaycan poeziyasında aşıq şeir növü vücudna-mələrdə də xatirə örnəklərinə bol-bol rast gəlmək olar. Əslində «vücudnamə» sözünün mənası şəxsiyyət, həyat, vücud haqqın-da yazı deməkdir ki, onu tərcümeyi-hal mənasında da işlətmək olar. «Vücudnamələrdə insan həyatının bütün mərhələləri, hər yaşın səciyyəvi cəhətləri təsvir olunur. Əsasən qoşma və mü-xəmməs formasında yazılan vücudnamələrdə həyat haqqında

35

Page 37: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

düşüncələr, dini görüşlər mühüm yer tutur. Aşıq Abbas Tufar-qanlı, Məlikballı Qurban və başqalarının vücudnamələri var» [33, s.538]. Vücudnamə yazan müəlliflər öz şəxsiyyətləri haq-qında müəyyən məlumat versələr də, özlərinin ana bətnində olandan etibarən «qəbr evində çəkdikləri əzab-əziyyətləri» əhatə etməklə guya həyat yollarını təsvir etmişlər. Vücudna-mələr şeirlə yazıldığından müəlliflərin geniş təsvir etmək im-kanı nəsrə nisbətən az olsa da toy məclislərində sazla ifa edi-lən vücudnamələr xatirə ədəbiyyatımızın yaranması və inkişafı tarixini öyrənmək üçün az önəm daşımır. Məlikballı Qurbanın AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan vücudnaməsini nümunə üçün göstərmək maraqlı olar.

...Bir yaşında öz anamdan şir aldım, İki yaşda əkli-şirbə yön aldım. Üç yaşda danışdım, oynadım, güldüm, Qəddü qamət dörddə eylədim izhar.

Beş yaşımda dəllək sünnəti çaldı, Oxumağa meylim altıda oldu. Yeddidə zehnimə zirəklik doldu, Səkkizdə Quranı eylədim təkrar.

Doqquz yaşda şüru etdim mənayə On yaşımda getdim elmi-Yəğmayə. On birində başım düşdü sevdayə On ikidə eşqim oldu aşikar.

On üçümdə məclislərdə oturdum, On dördümdə hər nə varsa götürdüm. On beşimdə Allaha iman gətirdim, Fərz ilə sünnəti bildim nə ki var.

On altı yaşımda oldum xirədmənd, On yeddidə bir xanə eylədim pəsənd. On səkkiz yaşımda oldum payibənd,

36

Page 38: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Zövqi-səfa ilə keçdi ruzigar.

On doqquzda qəmdən oldum azadə, İyirmidə dərkim oldu ziyadə. Otuzda bərq tək gəzdim havadə Qırx yaşımda etdim zikri-kirdgar.

Əlli yaşda yarı etdim mənzili, Altmışda seçdim xar ilən gülü, Elə ki, yetmişə yetirdim ili, Ağzımdan dişlərim töküldü pərgar [148].

Aşıq şeiri müəlliflərin həyatlarının müəyyən məqamlarını aydınlaşdırmaq baxımından diqqəti cəlb edir. XV əsrin sonları XVI əsrin əvvəllərində yaşayıb-yaratmış Aşıq Qurbaninin ömür yolunun önəmli məqamları, həyatının ağrılı-acılı günləri şeirlərində ifadə olunmuşdur.

İsmim Qurbanidi, kəndim Diridi, Qaradağdan Qarabağa gedirəm

deyən Qurbaninin bu şeirindən Diri kəndində doğulduğu ay-dınlaşır. Onun əsli isə Qaradağ mahalından idi.

Əksər hallarda məzar daşlarındakı yazılar tədqiqatçılara dəyərli məlumatlar verir. Aşıq Valehin (1720-1822) başdaşın-dakı şeirdən əsl adı və ləqəbi müəyyənləşir:

Valeh ləqəbimdir, Səfidir adım, Allahı sevənlər, budur muradım. Qəbrim yol kənarında irzillah, Hər görən desin bir qülfulallah.

Aşıq Valeh «Hanı» rədifli cahannaməsində isə Şərqin bö-yük simaları haqqında məlumat verir:

Hafizü Nəvai, Füzuli, Cami, Şeyx Sədi, Hilali, Ürfi, Nizami. Dünya, səndə gəşt eyləyib təmami, Firdovsi tək nəzmi-dürəfşan hanı?

Şeirlərdə çox vaxt müəllif öz şəxsi keyfiyyətlərindən də bəhs edir. Buna Aşıq Ələsgərin

37

Page 39: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Yaxşı hörmətinən, təmiz adınan Mən dolandım bu Qafqazın elini, Pirə ata dedim, cavana qardaş, Ana-bacı bildim qızı, gəlini

misralarını misal göstərmək olar. «Böyük ustad XX əsrin əvvələrində dediyi bir şeirində:

Adım Ələsgərdi, mərdü mərdana, On iki şəyirdim işlər hər yana

misralarında çoxlu aşıq yetişdirdiyini iftixar hissi ilə qeyd etmişdir» [31, c.1, s.569].

Aşıq Hüseyn də (1811-1891) şeirlərində özü haqqında, mükəmməl təhsil alması, çoxlu mütaliə etməsi barədə məlu-mat vermişdir. Müxtəlif ölkələri gəzib-dolaşması onun əsərlə-rindən bəlli olur:

Şəmkirli Aşıq Hüseynəm, Mən burada yer eylədim. Urumu, Səlmas, Marağa, İsfahanı zar eylədim. Gəzdim Çeçeni, Çərkəzi, Dəmirqapı Dərbənd, Quba, Gürcüstanı var eylədim [31, c.1, s.582].

Tərcümeyi-hal örnəkləri Molla Cümənin (1854-1920) ya-radıcılığında daha çox və zəngindir. Məhz şeirlərindəki bioq-rafik məlumatlara söykənərək araşdırıcılar onun vətəni, əsli-nəsəbi haqqında fikirləri inamla söyləmişlər. Şəkinin Göynük mahalının Layisqi kəndindən, atasının Salah, anasının Reyhan olması aşıqın şeirlərindən məlum olur. Təhsili, savadı barədə bunları söyləmişdir:

Oxuram, ustaddan almışam dərsi, Oxumuşam ərəb, türkinən farsı. Fikrim seyr edər ərşinən kürsi, Dərin kitabların mənasıyam mən.

AMEA Əlyazmalar İnstitutunun xəzinəsində XIX əsrin sonları XX əsrin əvvəllərində yaşayıb-yaratmış Aşıq Talıbın

38

Page 40: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

[30] və Aşıq Hüseyn Bozalqanlının [29] tərcümeyi-hal sənəd-ləri saxlanılır. Hər iki sənəd başqası tərəfindən yazıya alınmış-dır. Tərcümeyi-haldan əlavə burada aşıqların oxuduqları nü-munələrdən seçmələr də verilmişdir. Aşıq Hüseyn Borçalıda xəstə yatarkən qəlbinin təlatümlərini qələmə aldığı gəraylıda belə bildirmişdir:

Qürbət eldə xəstə düşdüm, Halmı xəbər alan yoxtu. Qara bağrım şan-şan oluf Dərmanımı bilən yoxtu.

Qor eyləyif köhnə yaram, Sağalmağa yoxdu çaram. Vətənimnən intizaram O tərəfdən gələn yoxtu.

Söyünəm bəhrə dalmışam. Canım atəşə salmışam. Qürbət ölkədə qalmışam Dahı yada salan yoxtu [29, v.16].

Tərcümeyi-hal sənədlərində Aşıq Hüseynin Aşıq Ələsgər-lə, Aşıq Mirzə ilə, Aşıq Qədir ilə deyişmələri xeyli maraq do-ğurur.

Qeyd edildiyi kimi, gündəlik, tərcümeyi-hal və xatirələrlə yanaşı səyahətnamələr də xatirə ədəbiyyatına daxildir. Onu da bildirmək lazımdır ki, səyahətnamələr ayrıca janr kimi tədqi-qata cəlb olumuşdur. Səyahətnamələrin klassik nümunəsi XVII yüzilin görkəmli səyyahı Övliya Çələbinin (1611-1681) iri həcmli on cilddən ibarət «Səyahətnamə»sidir. N.S.Ba-narlı Ö.Çələbinin özünə əsaslanaraq səyahətə başlamasını gördüyü bir röyadan sonra gerçəkləşməsini bildirir. Çələbi bir gecə yuxuda Hz.Məhəmmədi görmüş və çox həyəcanlandığı üçün «şəfaət, ya Rəsulallah» demək əvəzinə «səyahət, ya Rə-sulallah» söyləmişdir. Fəqət, Hz.Məhəmməd onu həm şəfaətlə,

39

Page 41: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

həm də səyahətlə təbşir etmişdir. Ayrıca Sad ibn Əbi Vəqqas tərəfindən də gördüklərini yazması özünə xatırladılmışdır. Çələbi yuxusunu Qasım paşa Mövləvi Şeyxi Abdullah Dədəyə anlatmış və onun tövsiyəsi ilə əvvəlcə İstanbulda dolaşaraq bu şəhərin zəngin bir portretini canlandırmaqla səyahətnamə yazmağa başlamışdır. Daha sonra Çələbi atasından izinsiz Bursaya səyahət etmişdir. Nəhayət, atasının rizası ilə geniş bir yurd gəzintisinə çıxmışdır. Bundan sonra Çələbi müxtəlif xarici ölkələrə səyahət etmişdir. «Gördüyü yerləri və hadi-sələri diqqətlə gözdən keçirmək; yerlərin tarixini, hadisələrini anlamağa çalışmaq və bütün əldə etdiklərini mümkün olduğu qədər əlaqə və maraqoyandırıcı bir ifadə ilə anlatmaq böyük səyyahın birinci dərəcəli mövzuları arasındadır» [271, s.689].

Ədəbiyyatşünas V.M.Kocatürk Övliya Çələbinin səyahət-naməsini bütünlüklə «Osmanlı imperatorluğunun ən böyük dastanı» [273, s.481] kimi dəyərləndirir və qeyd edir ki «yazar gəzdiyi və gördüyü yerləri anlatırkən ən geniş təsvirlərlə bir-likdə maddi və mənəvi təhlillərə, o günə və keçmişə aid bilgi-lərə də yer verir» [273, s.481]. Lakin bununla belə səyahətna-mələrində «gördüyü, söylədiyi hadisələrdən bəzisi inanılma-yacaq əhvalatlardır. Əsərdə nağıllara, xalq arasında yayılan rə-vayətlərə xeyli yer ayrılmışdır» [274, s.126].

İlk dəfə müəyyən bir şəxsiyyət tərəfindən yaradılan folklor nümunələri yüzilliklər boyu yaddaş və xatirələrdə yaşamışdır. Belə nümunələrdən biri də «Koroğlu» eposudur. XVII yüzil şi-fahi xalq ədəbiyyatının ən dəyərli nümunələrindən olan «Ko-roğlu» tərcümeyi-hal örnəklərinin zənginliyi ilə seçilən tarixi-qəhrəmanlıq dastanıdır. Tərcümeyi-hal örnəkləri aşıqlar tərə-findən yaradılmış, nəsillərdən-nəsillərə keçə-keçə hər dəfə bir qədər dəyişdirilərək mükəmməlləşdirilmiş «Koroğlu» dasta-nındakı şeir nümunələrində qoşma və gəraylılarda aydın şə-kildə əks olunmuşdur. «Koroğlu» qoşmaları və gəraylıları XVII-XVIII əsrlərin əlyazmalarında tez-tez təsadüf olunur. Bu da dastandakı lirik şeirlərin çox məşhur olmasını bir daha sü-

40

Page 42: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

buta yetirir. «Koroğlu» qoşmalarında böyük bir əzəmət var. Burada bir tərəfdən özünə arxalanan, igidliyinə, məğlubedil-məzliyinə arxayın olan qəhrəmanların özləri haqqında söylə-dikləri sözlərə, ikinci tərəfdən sərkərdənin dəliləri döyüşə ça-ğıran ruhlandırıcı əmrlərinə, tapşırıqlarına rast gəlirik [28, s.43]. Hələ eposun əvvəlində Koroğlu özünü Dəli Həsənə belə təqdim edir:

Adımı soruşsan bil, Rövşən olu, Atadan, babadan cinsim Koroğlu;

Mənəm bu yerlərdə bir dəli, dolu, Gündoğandan ta günbatan mənimdi! [125, s.35].

Koroğlu onu aşıq zənn edən Hasan paşaya isə özü haq-qında bunları bildirir:

Mən anadan mərd olmuşam, O Çənlibeldən gəlmişəm, Koroğluyam, at minmişəm, Yüz min belə fellərim var [125, s.177].

Özünün avtobioqrafik cizgilərini qonaqpərvər, qeyrətli və namuslu olmasını, çətinliyə düşənə kömək əlini uzatmasını, mərdlərə arxa, dayaq olub namərdlərdən uzaq durmasını Ko-roğlu şeir nümunələrində təsvir edir. O həm də ustad aşıq ol-duğundan bu şeirləri saz havaları üstündə oxuyur. Düşmənlə üz-üzə gələndə:

Baş əymərəm xotkar yazan fərmana, Gələrsən əlimdən axır amana, Koroğluyam, nərəm çıxar asmana, Qoşun qaçar dörd bir yana, əfəndim! [125, s.313].

deyib özünü tərif edir. Koroğlunun düşmənlə qarşı-qarşıya gəldiyi çətin məqamlarda bir tərəfdən igidliyi xilas edirsə, di-gər tərəfdən dəli nərə çəkərək dediyi qoşmalar ruhlandırır. Bu qoşmalar həm onun dostlarına, həm də Qırata bir güc, qüvvət verir. Bir kəs Çənlibeldə qalıb Koroğlu ilə çiyin-çiyinə düşmə-nə qarşı vuruşmaq arzusunda olanda əgər Koroğlunun sazı, sə-

41

Page 43: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

si, sözü ona təsir etsəydi, onun mərd adam olduğu anlaşılardı. Koroğlu çatdırmaq istədiyi fikrin əsas məğzini, hər hansı bir səfərdən gələndə səfərin necə keçməsi barədə verilən sualın cavabını lirik şeirlərlə bildirir. Telli xanımı Ərzurumdan gətir-mək məsələsinə gəldikdə Koroğlu sazı sinəsinə basıb deyir:

İgid dəlilərim, xəbərdar olun, Bu gün bir tədbirə gəlmək gərəkdir. Ərzurum qızından xəbər gəlibdi, Mətləbi anlayıb bilmək gərəkdi [125, s.77].

Nigar xanımı Çənlibelə gətirdikdən sonra Koroğlu özünü daha xoşbəxt hiss edir. Nigar kimi xanımı, Çənlibel kimi oy-lağı, Qırat kimi dayağı, düşmənə aman verməyən igidləri olan Koroğlu öz iç dünyasını, daxili aləminin təlatümlərini bu mis-ralarla bildirir:

İstanbuldan buta alıb gəlmişəm, İstanbulda arzumanım qalmadı. Çənlibel oylağım, Qırat dayağım, At minməkdə arzumanım qalmadı [125, s.60].

Qeyd etmək lazımdır ki, «Koroğlunun Ərzurum səfəri» qo-lunda tərcümeyi-hal örnəkləri üstünlük təşkil edir. Bu qolda Koroğlu Cəfər paşaya olan nifrətini, Dəmirçioğlunu tutmaqla sinəsinə dağ çəkdiyini, Dəmirçioğlu da öz növbəsində ca-nından qorxmayaraq düşmənlə mərdi-mərdanə vuruşduğunu nəzm parçaları ilə bildirir. Koroğlunun özünü türk gözəli Ni-gar xanıma tanıtması, onu hara aparacağı sualına cavabı das-tanda belə göstərilir:

Alagözlü Nigar səni Mən Çənlibelə aparram. Alıb Qıratın tərkinə, Dönərəm yelə, aparram [125, s.53].

Öz yurd-yuvasına, güllü-çiçəkli oylaq olan Çənlibelə bağlı Koroğlu öz məskənini canından artıq sevir, onunla fəxr edir. Nigar xanımın Çənlibel budurmu? sualına qürurla belə cavab verir:

42

Page 44: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Çiskinli dağların başı, Nigar, Çənlibel budu, bu! İgidlər açan savaşı, Nigar, Çənlibel budu, bu!

Ucalardan uca dağı, Hərgiz gələ bilməz yağı, Koroğlutək ər oylağı Nigar, Çənlibel budu, bu! [125, s.59].

Koroğlu Qıratın dağ başında yel kimi çapmasını, bir aylıq mənzili bir gündə qət etməsini, düşməni qorxuya salmasını, dar gündə ona dayaq olmasını bir sözlə Qıratla bağlı bütün fikir və düşüncələrini şeir nümunələri ilə bildirir. Qarşı tərəfə, məsələn, Eyvaza, Nigar xanıma, Əhməd tacirbaşıya ünvanla-nan sözlərini də məhz bu üsulla nəzərə çatdırır. İgidlər dar ayaqda olanda, yəni düşmən tərəfindən tutulanda onları xilas etməyə gələn Koroğlunu məhz saz üstündə oxuduğu gəraylı və qoşmalardan tanıyır, etdiyi işarələrdən anlayırlar. Qıratın əldən getdiyi, Düratın itdiyi məqamlarda Koroğlunun kədər hissi, igidlərin hünər göstərməsi üçün etdiyi çağırış dediyi lirik şeir-lərdə öz əksini tapmışdır. Təkcə Koroğlu deyil, eposdakı surət-lərin əksəriyyəti özləri ilə əlaqədar məsələləri, hiss və həyə-canlarını qoşmalar vasitəsilə bildirirlər. Məsələn, aşıq Cünun Telli xanımın gözəlliyindən aldığı təəssüratı, Çənlibeldə qonaq olduqdan sonra özünün duyğularını, Koroğlunun xarakterik xüsusiyyətlərini, Çənlibelin necə bir məkan olduğunu bu üsul-la nəzərə çatdırır. Eləcə də Dəmirçioğlu özü ilə bağlı məlumat-ları, özünün igidliyini; Xoca Əziz Koroğlunun üç dəlisinin düşmən tərəfindən tutulması xəbərini qoşma və gəraylılarda göstərirlər. Bu xüsusiyyətlər Nigar xanıma da aiddir. O, Ko-roğluya göndərdiyi namədə özünü təqdim edir, ona olan mə-həbbətini bildirir və Koroğlunun gəlib onu aparmasını arzu-layır.

Mən xotkar qızıyam, Nigardır adım.

43

Page 45: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Şahlara, xanlara məhəl qoymadım, Bir sənsən dünyada mənim muradım, İstərəm özünə eylə yar məni! [125, s.44].

Bütün bu deyilənlər dastandakı digər surətlərə də aiddir. Ruqiyyə xanımın Koroğlunun igidlərinə, Eyvazın Ərəb Rey-hana, Aşıq Cünunun Koroğluya, Dəli Həsənin Əhməd tacirba-şıya dediklərini buna misal göstərmək olar. Dastandakı dialoq-ların da əksəriyyəti qoşmalarla verilmişdir. Məhz dialoqlar va-sitəsilə bir tərəf qarşı tərəfə olan münasibətini, çatdırmaq istə-diyi fikrin əsas məğzini, qəlbinin təlatümlərini, hiss və həyəca-nını verməyə nail olur. Əsərdəki qəhrəmanlardan hər hansı biri çətinliyə düşəndə ona köməyə gələn dostlarının hansı tədbir görəcəyini də şeir nümunələrindən anlayırlar. Dialoqlar burada da əsas istinad mənbəyi olur. Eposda Telli xanımla Dəmirçioğ-lunun, Aşıq Cünunla Eyvazın, Koroğlu ilə qəssab Alının, Bəlli Əhmədlə Məhbub xanımın, Dünya xanımla İsabalının dialoq-ları tərcümeyi-hal örnəklərinin bolluğu ilə seçilir.

XVIII əsrin görkəmli şairi Molla Pənah Vaqifin həyatı haqqında bilgilərə gəldikdə nəzərə çatdırmaq lazımdır ki, bir çox mənbələrlə yanaşı Mirzə Yusif Qarabağlının (1798-1864) «Məcmueyi-Vaqif və müasirini-digər» əsərinin müqəddimə-sində bu barədə məlumat verilmişdir. Azərbaycan xalqının adət-ənənələrini özündə əks etdirən Vaqif yaradıcılığında hə-yata nikbin baxış özünün bədii ifadəsini tapmışdır. «Həyat ha-disələrini, insanın canlı meyl və ehtiraslarını çox incəliklə mə-nalandırıb, ümumiləşdirmək cəhətdən Vaqif şeiri ilə Vidadi poeziyası arasında ruhi bir yaxınlıq vardır. Bu yaxınlıq hər iki sənətkarın bədii üsul, üslub xüsusiyyətlərində, şeirin müxtəlif formalarından istifadədə əhəmiyyətli yer tutur» [77, s.88]. M.P.Vaqifin M.V.Vidadi ilə müşairəsində hər iki şairin av-tobioqrafik cizgiləri, şəxsi keyfiyyətləri, dünyagörüşləri can-landırılmışdır. Vidadiyə görə Vaqifin cavan olduğu üçün bu dünyanın çətinliklərindən bixəbər olduğu, Vaqifə görə bu dün-yanın əzabının da toy-bayram olduğu, Vidadinin bədbin, Va-

44

Page 46: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

qifin nikbin əhvali-ruhiyyəsi poetik boyalarla təsvir edilmişdir.

Vidadi Elə ki, taxıldı burnuna çeşmək, Qocalıq əl verib, dəxi nə şişmək... Uşaqlar içinə düşər gülüşmək, Sənin də acığın tutar, ağlarsan!

Vaqif Müxəmməs deməyin seyrəklənibdir, Bayatıda zehnin zirəklənibdir, Qocalıbsan qəlbin köyrəklənibdir, İşdən-gücdən olub bekar ağlarsan! [248, s.221]

Ədəbiyyatşünas Araz Dadaşzadə M.P.Vaqif ilə M.V.Vida-dinin müşairəsinin hər iki sənətkarın yaradıcılığında diqqətəla-yiq yer tutduğunu söyləməklə yanaşı onların müəyyən məsə-lələr barədə öz nöqteyi-nəzərlərini izah etmək baxımından da dəyərli olduğunu qeyd etmişdir. Araşdırıcı çox haqlı olaraq göstərir ki, «Vaqifin nikbinliyi onun Vidadi ilə deyişməsində xüsusilə qabarıq, əyani şəkildə üzə çıxır. Vidadi şeiri kədər, küskünlük ruhu ilə yoğrulmuşdur. O, dünyanı əzab-əziyyət məskəni sanmış, əsl sakitliyin, rahatlığın axirətdə olması fik-rini yəqinləşdirmişdi. Dünyabaxışı etibarilə bir-birinə zidd mövqelərdə duran iki sənətkarın mənəvi mübahisəsi XVIII əsr lirikasının fəlsəfi problemlərinə nüfuz etməyə imkan yaradan əsas məxəzlərdən biridir» [31, c.3, s.661].

Şəxsiyyətin həyat və fəaliyyətinin öyrənilməsində məktub-laşmaların əhəmiyyəti xüsusilə vurğulanmalıdır. XVIII əsrin məşhur siyasi xadimi Nadir şah Əfşarın müxtəlif ölkələrin baş-çıları və məmurları ilə yazışmaları onun «gərgin, keşməkeşli və müvəffəqiyyətlərlə zəngin həyatında diplomatiyanın» [180, s.3] xüsusi yeri olduğunu təsdiqləməklə yanaşı, eyni zamanda məktublaşmanın neçə əsrlər bundan öncə önəmli olduğunu bir daha nəzərə çatdırır.

Nadir şahın xarici dövlətlərlə əlaqəsi Xorasan alimi Mə-

45

Page 47: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

həmməd Hüseyn Qüddusinin «Nadir şah» [144] əsərində daha əhatəli təsvir olunmuşdur. Müəllif bu böyük fatehin keçdiyi döyüş yollarını, əldə etdiyi uğurları, çətinlikdən çox asanlıqla çıxmaq bacarığını, əzəmətli şəxsiyyətini hərtərəfli işıqlandır-mışdır. Əsər əsasən tarix kitablarına, eyni zamanda Nadir şah haqqında rəvayətlərə istinadən yazılmışdır.

XVIII əsr ədəbiyyatında meydana gələn tarixi mənzumə-lərdə də dövrün tarixi olayları yazıya alınmış, dövlət adamları-nın, siyasi xadimlərin tərcümeyi-halları verilmişdir. Mənzumə-lərdə şairlər hadisələrə öz münasibətlərini bildirmiş, öz hiss və həyəcanlarını, mənəvi iztirablarını ifadə etmişlər. «Mənzumə-ləri tarixi mənbə və sənədlərlə tutuşdurduqda aralarında bir yaxınlıq, bəzi hallarda isə eynilik görünür. Burada çox zaman faktoqrafiya bədiiliyə üstün gəlir, tendensiyaçılıq özünü biruzə verir. Lakin bu da həqiqətdir ki, məhz mənzumələrdə müəllif-lər romantik-fantastik dünyadan uzaqlaşıb, konkret həyati ma-teriala müraciət etmişlər və onların bizim üçün əhəmiyyəti də əsasən elə bundadır. Həmin mənzumələrdə XVIII əsrin tarixi mənzərəsini oxumaq mümkündür. XVIII əsr şairləri öz mən-zumələrində dövrün bir sıra mühüm münaqişə və hadisələrinə, simalarına aid materialları öz bədii düşüncələrindən keçirib oxucuya çatdırmağa çalışmışlar» [31, c.3, s.474].

Beləliklə, yuxarıda söylənənləri yekunlaşdıraraq bildirmə-liyik ki, orta əsr müəllifləri xatirələr, tərcümeyi-hallar, həyat və fəaliyyətlərini əhatəli əks etdirən əsərlər yazmasalar da, on-lar haqqında müxtəlif mənbələrə, təzkirələrə istinadən, ən əsası isə müəlliflərin bilavasitə öz əsərlərinin elmi şəkildə tədqiqi nəticəsində fikir söylənilmişdir. Müəlliflərin öz əsərlərində hə-yat və fəaliyyətləri haqqında verdikləri məlumatlar xatirə ədə-biyyatının ilkin qaynaqları hesab edilə bilər. Bunlar Azərbay-can xatirə ədəbiyyatının zəngin və köklü ənənəyə malik oldu-ğunu açıq-aşkar sübuta yetirir.

46

Page 48: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

TƏRCÜMEYİ-HAL ÖRNƏKLƏRİNDƏŞƏXSİYYƏTİN İFADƏSİ

Qeyd edildiyi kimi, müəlliflərin bədii əsərlərdə özləri, dövr və müasirləri haqqında müxtəlif məlumatların verilməsinin qə-dim tarixi vardır. Orta əsr müəlliflərinin yaradıcılığında tərcü-meyi-hal örnəkləri zaman keçdikcə mükəmməlləşmiş və bir ənənə şəklini almışdır. Artıq XIX əsr müəllifləri avtobioqrafik məlumatlara diqqəti daha çox cəlb etməyə başlamışlar. Bu dövr Azərbaycan ədəbiyyatının bir çox görkəmli nümayəndə-lərinin əsərlərində avtobioqrafik məlumatlara geniş yer veril-mişdir. Realist şeirin inkişafında böyük xidmətləri olan Qasım bəy Zakirin (1784-1857) müxəmməsləri şəxsi həyatı, əhval-ru-hiyyəsi ilə əlaqədar olan lirik nümunələrdir. Akad. Feyzulla Qasımzadə çox haqlı olaraq qeyd edir ki, qocalıqdan şikayət edən müxəmməsində o, cavanlıq illərini həsrətlə xatırlayır, hə-yatının nəşə dolu səfalı gənclik illərinə qayıtmağın artıq müm-kün olmamasından mütəəssirlənir, lakin bədbinləşmir:

Zakirəm, türfə xiyaban ilə bağım vardır, Yatmağa, durmağa zəngin otağım vardır,

47

Page 49: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Nə qədər aşü plov yesə qonağım vardır, Yaxşı həvvədələrim, oğlum, uşağım vardır. Yoxdu bir özgə qəmim, fikrü xəyalım, qocalıq.Şairin «Ağarıbdır» rədifli müxəmməsində də eyni əhval-

ruhiyyəni görmək olar. Bu müxəmməsdən aydın olur ki, Zaki-rin saçları 33 yaşında ağarmağa başlamışdır. Hər iki müxəm-məs şairin həyatını öyrənmək baxımından əhəmiyyətlidir [134, s.92].

Dost və tanışlarına yazdığı mənzum məktublarında da Za-kir öz həyatına toxunmuş, çətinlik və məhrumiyyətlərindən bəhs etmişdir. «Məktublarla yaxından tanışlıq göstərir ki, şair bəzən ruhdan düşsə, ümidsizliyə qapılsa da ona üz verən çətin-lik və məhrumiyyətlərə axıradək mətanətlə sinə gərmiş, mən-fur qanun-qaydalar, özbaşınalıq və eybəcərliklər əleyhinə öz narazılığını, qəzəb və kinini məktublarda cəsarətlə əks etdir-mişdir» [134, s.194].

Nəzərə çatdırmaq lazımdır ki, M.M.Nəvvabın təzkirəsində Q.Zakir haqqında dəyərli məlumatlar vardır. Şairin xarici gör-kəmini təsvir edən Nəvvab onunla əlaqədar müşahidələrini qələmə almışdır: «...mən onu görəndə təqribən 55 yaşı var idi. 1271-ci ildə vəfat etmişdir. Xoşsifət, ağ, ucaboy, incə qamətli və göygöz bir adam idi. Həmişə mənim Qurandan dərs dedi-yim məktəbin qarşısında oturacaq yerində əyləşərdi. Hər dəfə də əlində qələm və kağız olardı və şeir yazardı. Çox vaxt incə həcvlər deyərdi, türk (Azərbaycan) və fars dillərində qəsidə, qəzəl, müxəmməs, dördlüklər yazıb hamıya verərdi» [191, s.49].

Ədəbiyyatşünas Ə.Müznib isə Q.Zakirin tərcümeyi-halını tərtib edərək onun zahiri görkəmi ilə yanaşı yaşadığı mühitin səciyyəsini vermişdir. O qeyd etmişdir ki, türk, fars və ərəb dillərini mükəmməl bilən Zakir yaraşıqlı, qüvvətli və bacarıqlı olduğundan onun Şuşadan uzaqlaşdırılıb Xındırıstan kəndində yaşaması məsləhət görülmüşdür. Çünki xanlıq idarəsini ələ al-maq istəməklə Mehdiqulu xanın başını qarışdıranlar həddən

48

Page 50: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

ziyadə idi [179]. Bununla belə, Zakir nəzərdən uzaq tutulma-mışdı və daima diqqət mərkəzində idi. Zakirin həyatının bəzi məqamlarına aydınlıq gətirən Müznib şairin bir sıra şeirlərin-dən nümunələr də vermişdir.

XIX əsr Azərbaycan ədəbiyyatının tanınmış siması, ensik-lopedik biliyə malik olan Abbasqulu ağa Bakıxanovun (1794-1847) yaradıcılığı avtobioqrafik örnəklərin zənginliyi ilə seçi-lir. Əsərlərini Azərbaycan, fars və ərəb dillərində yazan ədibin «Xəyalın uçuşu» [38, s.185] poemasını xüsusilə qeyd etmək olar. Bakıxanov burada Rusiyadan Lehistana (Polşaya) səyahət edib gəzdiyini və bir neçə ay Varşavada qaldığını qələmə al-mışdır. O, gözəl Varşavanın təsvirində aciz olduğunu və şəhəri söz ilə təsvir etməyin mümkün olmadığını bildirir, buranı əya-ni olaraq görməyi tövsiyə edir. Poema şairin həyatının müəy-yən dövrünü işıqlandırır. Əsərdə müəllifin Varşavada keçirdiyi günlər, iştirak etdiyi ziyafət məclisləri, oranın adət və ənənə-ləri təsvr olunmuşdur. Əsər vətənpərvərlik ruhunda qələmə alınmışdır. Belə ki, müəllifin nəzərində öz kəndi Əmsar böyük şəhərlərdən çox-çox üstündür və şeirin sonunda bu xüsusilə vurğulanır. Varşavada olarkən A.Bakıxanov bir çox mötəbər məclislərdə olmuş, tanınmış şəxslərlə görüşmüşdür. Bunlar arasında müəllif İvan Fyodoroviç Paskeviçin adını xüsusilə qeyd edir. Məlumdur ki, geniral-feldmarşal Paskeviç Polşada çar canişini olmuşdur. O, hər gecə təmtəraqlı məclislər təşkil edər və Bakıxanov da bir çox nüfuzlu adamlarla yanaşı bu məclislərin qonağı olardı. Şairin həyatının bu dövrü «Xəyalın uçuşu»nda öz əksini tapmışdır. Bakıxanovun «Firəng məclisi» [38, s.194], «Ərzi-əhval» [38, s.182] şeirləri də «Xəyalın uçu-şu» əsəri kimi avtobioqrafik səciyyə daşıyır.

Abbasqulu ağa Bakıxanov bir çox əsərlərinin yazılma sə-bəbini həmin əsərin özündə vermişdir. Məsələn, «Qanuni-Qudsi» əsərinin yazılma səbəbini belə izah edir: «Səyahətim zamanı müxtəlif xalqlarla görüşdüm, məlumatım artdı və fars dilinin sərf-nəhvini yazmağa özümdə istedad gördüm. İstədim

49

Page 51: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

ki, vətənə və gənclərə bir xidmət olaraq bir nüsxə tərtib edəm. Rus və ərəb sərf-nəhvlərinə uyğun olaraq fars dilinin sərf-nəhvini yazdım» [137, s.83].

Özünə tənqidi yanaşan, təvazökar bir şəxs olan Bakıxano-vun «Təhzibi-əxlaq» («Əxlaqın təmizlənməsi») əsərinin mü-qəddiməsində bu keyfiyyətləri daha aydın nəzərə çarpır. Müəl-lif yazır: «Gənclik çağlarında öz ağlıma tamamilə inanırdım, nöqsanlı olduğumu heç zaman ürəyimə gətirmirdim. Rəyimə müvafiq olmayan bir işi və ya istəyimin əksinə nəticələnən bir məsələni özgəsindən bilərək, zəmanə adamlarını təqsirləndirir-dim. Hərçənd ki, onlar da günahsız deyildilər. Lakin onların günahı mənim düşündüyüm qədər deyildi. Getdikcə təhqiqa-tım və təcrübəm artdı, öz ağlımın dərəcəsinə şübhə etməyə başladım. Dərk etmədiyim nöqsanlarım yavaş-yavaş meydana çıxdı» [38, s.23]. Müəllif etiraf edir ki, vaxtilə zehni və zəkası xudbinlliyinə qalib gəlsəydi, bu gün peşmançılığını çəkdiyi işləri etməzdi. O, təcrübəyə deyil, təsadüflərə qapıldığını, özü-nə həqiqəti deyil, xəyalı rəhbər tutduğunu, bir çox lüzumsuz şeyləri əldə edərək lazımlılarından xəbərsiz olduğunu, bununla belə, dünyanın qabaqcıl adamlarının, alimlərinin əsərlərini oxumaqla çox faydalar əldə etdiyini bildirir.

A.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif 1794-cü il iyun ayının 10-da anadan olmasını, 7 yaşında oxumağa qo-yulmasını, Qubada 10 il ərəb dili və digər fənləri öyrənməsini, general Yermolovun dəvəti ilə dövlət vəzifələrində işə təyin edilməsini, Tiflisdə rus dilini öyrənməklə müxtəlif elmlərlə tanış olmasını nəzərə çatdırmışdır. Bakıxanov yazır ki, «vəzifə işləri ilə əlaqədar olaraq və bu il dövlət böyüklərinin hüzurun-da olmaq münasibətilə Şirvan, Ermənistan, Dağıstan, Çərkə-zistan və Gürcüstan vilayətlərinin bir çox yerlərini dolandım. Anadolu və Azərbaycan şəhərlərinə də gedib böyük şəxslər və əhalinin müxtəlif təbəqələrinə mənsub adamlarla görüşdüm. İran və Rum (Osmanlı) dövlətlərilə olan müharibə və barışıq

50

Page 52: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

işlərində rus əsgərlərinin fərmanfərması (baş komandanı) bö-yük əmir Paskeviçin yaxın adamlarından biri oldum. 1248-ci (=1833) ildə səyahət qəsdi ilə səfərə çıxıb iki il Don ölkəsini, Malorossiyanı, Velikorusiyanı, Liflyandiyanı, Litvanı və Le-histanı gəzdim. Avropa ölkələrinin təcrübəli dövlət adamları, məşhur alimləri və bilici sənətkarları ilə görüşdüm. Bir çox qəribə işlər və saysız təəccüblü əsərlər gördüm. Hər bir ölkədə hər bir işdən bilik və təcrübəmi artırdım» [37, s.221]. Həyat və fəaliyyətindəki əsas məqamları göstərdikdən sonra Bakıxanov öz əsərləri haqqında qısa məlumat vermişdir. Əsərin nəticə hissəsində «Şirvan və ona qonşu olan vilayətlərdən yetişmiş şəxslərin tərcümeyi-halları haqqında» yazılar verilmişdir. Bu şəxslər arasında Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Əbül Əla Gəncəvi, Xaqani Şirvani, Fələki Şirvani, Mücirəddin Beylə-qani, İzzəddin Şirvani və başqaları vardır. Müəllif ədəbiy-yatımızın görkəmli söz ustadlarının yaradıcılığından bəhs edir, diqqəti ömür yollarının maraqlı anlarına yönəldir, onlar haq-qında qısa məlumat, əsərlərindən nümunələr verir.

«Gülüstani-İrəm»i yazarkən Bakıxanov müxtəlif mənbə-lərdən, eləcə də tarix kitablarından, təzkirələrdən, xalq arasın-da yayılmış rəvayət və əfsanələrdən istifadə etmişdir. Hadisə-lər 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan «Gülüstan müqaviləsi» ilə başa çatdırılır. Müəllifin bu dövr haqqında ver-diyi məlumat daha mükəmməl və zəngindir. Çünki Bakıxanov bu dövrdə baş verən bir çox olayların şahidi olmuşdur. Tədqi-qatçı Ə.Əhmədov Bakıxanovun dövrü, həyatı və fəaliyyətin-dən bəhs edən monoqrafiyasında [277] yazıçının «Gülüstani-İrəm» əsərindəki qısa tərcümeyi-halına əsaslanmışdır. Şair İb-rahim Göyçaylı isə A.Bakıxanov haqqında yazdığı «Ömrün payız göynəyi» adlı poemasında Bakıxanovun uşaqlıq və gənclik illərini, Qafqaz canişinliyində işə dəvət olunmasını, orada tərcüməçilik fəaliyyətini, digər elmi əsərlərlə yanaşı «Gülüstani-İrəm» tarixi traktatının yazılması dövrünü, Quba üsyanı zamanı görüşlərini, Kəbəyə ziyarətini və orada dünya-

51

Page 53: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

sını dəyişməsini ətraflı qələmə almışdır.Yazdığı əsərləri ilə Azərbaycan ədəbi və ictimai fikir tari-

xində dönüş yaratmış Mirzə Fətəli Axundovun (1812-1878) əsərləri həyat və fəaliyyətini, dövrünü işıqlandıran məlumat-larla zəngindir. Ədibin yaradıcılığını tədqiq edən araşdırıcılar əsasən onun 1874-cü ildə farsca yazdığı «Bioqrafiyayi, yəni sərgüzəşti-kolonel Mirzə Fətəli Axundzadə» adlı tərcümeyi-halından yararlanmışlar. Axundovun bir şəxsiyyət, bir insan, bir ailə başçısı, bir ədib kimi keçdiyi ömür və yaradıcılıq yo-lunu izləmək baxımından əhatəli, dolğun sənəd olan bu tərcü-meyi-halın əhəmiyyəti əvəzsizdir. Həyatının yaddaqalan anla-rına toxunan Axundov yeni əlifba haqqındakı fikirlərini şərh edir, bəzi əsərlərinin yazılma səbəbini izah edir. Müəllif dost-ları haqqında məlumat verməyi də lazım bilmişdir: «Kəmalüd-dövlə» əsəri vasitəsilə özünə coxlu dostlar və həmfikirlər tap-mışam. Onlardan biri Mirzə Yusif xandır ki, o vaxt İran döv-ləti tərəfindən Tiflisdə konsul idi. Sonra Parisdə İran dövləti-nin səlahiyyətli naziri vəzifəsinə təyin olundu. Biri də Fətəli şah Qacarın oğlu, cavan ölmüş şahzadə Cəlaləddin Mirzə idi. O, mənimlə dost olmuşdu, məktublaşardı və məni sonsuz də-rəcədə əziz tutardı… Dostlarımdan biri də təbrizli Ağa Ələk-bərdir ki, Babayev famili ilə şöhrət qazanmışdır. Oğlum Bel-çika Universitetinə getdikdən sonra daima mənimlə həmsöhbət olub, oğlumdan ayrılıq günlərində mənə təsəlli olmuşdur» [12, s.271].

Axundov dost və həmfikirlərinin şəxsi keyfiyyətlərini, gö-zəl xüsusiyyətlərini sadalayır və bu cəhətlərə malik bir çox ya-xınlarının olduğunu vurğulayır. Bütün bunlar Axundovun tər-cümeyi-halının xatirə örnəkləri ilə zəngin olduğunu təsdiq et-məklə ədibin çevrəsində olan insanları daha yaxından və ətraf-lı tanımağa imkan yaradır. M.F.Axundov məqalə və məktubla-rının əksəriyyətində həyat və yaradıcılığının ayrı-ayrı mərhə-lələrinə toxunur və ictimai-fəlsəfi fikirlərini yaşadığı ömür yo-lu ilə əsaslandırır. «Ərəbcə, farsca və türkcədən ibarət olan is-

52

Page 54: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

lam dillərinin yazısı üçün yeni əlifba» məqaləsində, Zaqafqa-ziya baş komandanlığı diplomatik dəftərxanasının müdiri Xvostova, Qafqaz canişini dəftərxanasının direktoru M.P.Şer-binə, Əsgərxan bəyə, Hüseyn Nizamüddövləyə və bir cox baş-qa şəxslərə yazdığı məktublarında bu xüsusiyyətlər açıq-aşkar görünür. Qafqaz canişini baş idarəsi rəisi A.F.Kruzen-Şternə yazdığı məlumat vərəqəsində isə Axundov maddi vəziyyətinin çətinliyini, ona çatacaq təminatın təxminən üçdə birindən məhrum olduğunu bildirərək yazır: «… Tiflisin bu bahalığında mənim boynumda 16 başdan ibarət bir ailənin yükü vardır. Xəzinədən verilən maaşdan başqa mənim heç bir gəlir mənbə-yim yoxdur. Hərçənd mənim bir evim var, lakin o da şəhərin əlverişli olmayan hissəsində yerləşdiyi üçün gəliri güc-bəla ilə ancaq onun təmir xərcini, bir də tikinti komissiyasından aldı-ğım borcun illik qismini ödəməyə çatır. Halbuki bütün Zaqaf-qaziya müsəlmanları arasında yaxşı keyfiyyətlərlə tanınıb on-ların hörmətini qazandığım üçün mən ölkənin adəti üzrə onla-rın möhtərəm adamlarını Tiflisə gələrkən duz-çörəyə qonaq et-məkdən boyun qaçıra bilmərəm» [12, s.85].

Mirzə Fətəli Axundovun Azərbaycan MEA M.Füzuli adına Əlyazmalar İnstitutunda fars [291] və rus [278] dillərində qə-ləmə alınmış tərcümeyi-halı saxlanılır. Axundov «İstanbul xa-tirələri»ndə [14] İstanbula yeni əlifba məsələsi üçün gedərkən orada dövlət adamları ilə apardığı müsahibədən bəhs edərək «Təmsilat»dan və yeni əlifbaya aid kitabçalarından kimlərə hədiyyə etdiyini göstərir. Müəllif xatirələrində İstanbula səfəri zamanı orada bir sıra dövlət adamları ilə görüşdüyünü və on-larla yeni əlifba haqqında danışarkən iştirak edənlərdən yunan-lı Aleksandr adlı bir şəxslə apardığı müsahibəni təsvir etmişdi. Axundov həmin məclisdə Aleksandrdan narazı qaldığı üçün sabahı günü bu barədə orada olan ən yaxın adamı və dostu Münif əfəndiyə yazdığı məktubunda bildirmişdi.

H.Həsənov yazır ki, görkəmli Azərbaycan maarifpərvəri Firidun bəy Köçərli M.F.Axundovun tərcümeyi-halını tərtib

53

Page 55: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

edərkən Rəşid bəylə sıx əlaqə saxlamış və onun verdiyi məlu-matların dəyərini və əhəmiyyətini qeyd etmişdi. By barədə o özünün «Azərbaycan tatarlarının ədəbiyyatı» kitabında və M.F.Axundovun 100 illik yubileyi münasibətilə 1911-ci ildə Tiflisdə Azərbaycan dilində nəşr olunan xüsusi broşurada yaz-mışdı [286, s.152].

Memuar janrına tərcümeyi-hal, gündəlik, səyahətnamələrlə yanaşı məktubları da daxil etmək olar. Belə ki, gündəlik kimi şəxsi məktublar da asanlıqla memuar hekayəsi şəklini ala bilər. Şəxsi yazışmalarda ikitərəfli əlaqələr dairəsi bu günlə əlaqə-ləndirilir. Bu, külli miqdarda maraqlarla və gündəlik həyatda çətin anlaşılan mübahisələrin reallaşması ilə zəngindir. Çünki məktub müəllifi ünvan sahibini, mövzusu hər iki yazışan üçün aktual olan çağdaş varlığın olayları ilə xəbərdar edir. M.F.Axundovun dövlət xadimlərinə, İranın maarifpərvər yazı-çılarına, din xadimlərinə yazdığı məktubları yaradıcılığının öy-rənilməsi ilə yanaşı dövrün kaloritini, ümumi mənzərəsini can-landırmaq baxımından əhəmiyyətlidir. Məktubların əsas hissə-si yeni əlifba haqqındadır. Məktublarda bəhs olunan ikinci mövzu «Kəmalüddövlə məktubları»nın nəşri və təbliği işləri-dir. Belə ki, ədib bu əsərini nəşr etdirmək üçün dünyanın müx-təlif şəhərlərində yaşayan dostlarına və tanışlarına müraciət edərək onlarla məktublaşmışdır. Məktubların bəzisi «ünvanın-dan başqa əsla məktuba oxşamır. Bu haqda müəyyən təsəvvür əldə etmək üçün yalnız bu faktı qeyd etmək kifayət edər ki, M.F.Axundovun Cəlaləddin Ruminin «Məsnəvi»si haqqında yazdığı məşhur əsəri həqiqətdə dostu Şeyxülislam Axund Mol-la Əhməd Hüseynzadəyə göndərdiyi məktubdur... Mirzə Yusif xanın «Yek kəlmə» əsəri, Mirzə Ağanın pyesləri, «Risaleyi-irad» və «Kritika» da ədibin öz qələm yoldaşlarına və müasir-lərinə yazdığı məktublardan ibarətdir» [13, s.5]. Bu məktublar M.F.Axundovun müasirlərinin tanınmasında, qələm yoldaşla-rının əsərləri haqqında məlumatın əldə edilməsində mühüm rol oynayır. Məktubların üzünü səliqə ilə köçürüb saxlayan ədib

54

Page 56: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

dostlarına da bu məktubları xüsusi bir dəftərə yazıb saxlamağı məsləhət görürdü. Ədəbiyyatşünas İslam Ağayev qeyd edir ki, M.F.Axundov publisistikasının əsas qismi məktub formasın-dadır. Onun «məktubları rəngarəng publisist ifadə vasitələri ilə zəngindir. Bu məktublarda yazıçı əsasən təşviqedici müraciət üsulundan istifadə edir. Öz ideyalarını müasirlərinə elmi və məntiqi mühakimələrlə çatdırır» [9, s.155].

M.F.Axundovun Brüsseldə təhsil alan oğlu Rəşidlə olan yazışmaları şəxsi həyatındakı bir çox məqamlara aydınlıq gəti-rir. Yazıçının Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxivin-də Rəşid bəyin atasına ünvanladığı 53 məktubu və ədibin oğ-luna 2 məktubu vardır. F.e.d. Məmməd Adilov haqlı olaraq ya-zır ki, «Rəşid bəyin epistolyar irsinin tədqiqi, bir tərəfdən, onun atası Mirzə Fətəli ilə şəxsi münasibətlərinin, ikinci tərəf-dən, ata və oğulun şəxsiyyətlərinin, nəhayət, üçüncü tərəfdən, XIX əsrin ikinci yarısında Azərbaycan ziyalılarının cərəyan edən hadisələrə münasibətinin öyrənilməsi üçün maraqlı fakt-lar verir» [207, s.32]. Ata ilə oğul arasında təxminən 5 il da-vam edən yazışmalar M.F.Axundovun müstəqil və məqsəd-yönlü tərbiyə üsulunu izləməyə imkan verir ki, bu da görkəmli yazıçının görünməyən, az məlum olan tərəfini nəzərə çatdırır. Ümumiyyətlə, «məktublardan biz Axundovun hərtərəfli inki-şaf etmiş ziyalı, yüksək zəkalı alim və mütəfəkkir, feodal qa-lıqları ilə amansız mübarizə aparan maarifçi, alovlu vətənpər-vər, gözəl və nəcib sifətlərə malik olan böyük insan, səmimi dost, qayğıkeş ata olduğunu öyrənirik» [135, s.29].

XIX yüzilliyin bir çox şairlərinin əsərlərində avtobioqrafik məzmun özünü açıq-aydın ğöstərir. Bu dövr Azərbaycan şei-rinin tanınmış nümayəndələrindən olan Mirzə İsmayıl Qasir (1805-1900) «Şərhi-hal»ında əslinə və haralı olmasına işarələr etmişdir:

Səlim oğlu İsmayılam, Dövlətxanın nəsliyəm, Mənşəyimdir Gilanzəmin, ana yurdum da Şirvan [139].Qasir müxtəlif şəxslərə yazdığı mənzum məktublarında isə

55

Page 57: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

qarşı tərəfə olan münasibətini, özünün əhvalını, arzusunu, maddi və mənəvi ehtiyaclarını bildirmişdir.

Lirik şeirin tanınmış nümayəndələrindən olan Bahar Şirva-ninin (1835-1883) «Nərgiz və Gül» məsnəvisi də avtobioqra-fik səciyyə daşıyır. Cənubi Azərbaycanın Qaradağ mahalının Əhər qəsəbəsindən olan Əndəlib Qaracadağinin «Qisseyi-Ley-li və Məcnun» poemasında isə qismən tərcümeyi-hal ünsürləri vardır. Poemada müəllifin məhəbbət macərası təsvir olunmuş-dur.

Yaradıcılığında klassik poeziya ilə şifahi xalq ədəbiyyatı vəhdət təşkil edən Seyid Əbülqasım Nəbati (1812-1873) əsər-lərində də tərcümeyi-hal əlamətləri duyulur. Onun uşaqlıq il-ləri Üştibində və Qaracadağda keçmişdir. Yeniyetmə dövründə isə atası ilə birlikdə Azərbaycanın bir çox yerlərini gəzmişdir. Məhz «şeirlərindəki bioqrafik işarələrdən bilinir ki, o, Qaraca-dağdan başqa Qarabağda Əsgəranda, Qırçında, Ağdamda, Hindarxda və Muğanda, Salyanda, Lənkəranda, habelə Təb-rizdə, Xorasanda olmuş, bu yerlərin ədəbi-mədəni həyatı ilə maraqlanmışdır» [81, s.5].

Cənubi Azərbaycan şairi Mirzə Mehdi Şükuhi Əndəlib Qa-racadaği və Əbülqasım Nəbatidən sonra xalq şeiri tərzində ya-zan ən qüdrətli şairdir. Klassik şeir ənənələrini XIX əsrdə da-vam etdirən Şükuhi yoxsul həyatını özü haqqında yazdığı bir məsnəvidə belə bildirmişdir:

Xalq içində mənim adım yox idi, Hamı görmüşdü bir zalım yox idi. …Köhnə paltar alıb satardım mən, Gecələr ac-susuz yatardım mən [119, s.33].

XIX əsr Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişa-fında müstəsna xidmətləri olan şair, xəttat, rəssam, musiqi nə-zəriyyəçisi Mir Möhsün Nəvvabın (1833-1919) müasirlərinə şeir şəklində yazdığı məktublarında tərcümeyi-hal əlamətləri sezilir. Xurşudbanu Natəvana, Mirzə Əbdül Şahinə, Kəmi-nəyə, xəstə olduqları zaman Xan Qaradağiyə, Mirzə Ələsgər

56

Page 58: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Növrəsə, «Məclisi-üns»ün iştirakçılarına, «Məclisi-fəramu-şan»ın üzvlərinə ünvanlanan şeirlər Nəvvabın «Divan»ına da-xil edilmişdir. Bunlar arasında Xan Qaradaği ilə bağlı olan şeirlər üstünlük təşkil edir. Belə ki, burada Xan Qaradaği xəstə olduğu zaman yazılmış şeirlərdən əlavə Nəvvabın ona bir neçə cavab şeiri, məktub, qəzəl, təsəlli başlıqlı, eləcə də ölümü mü-nasibətilə yazdığı əsərləri vardır. Şeirlərin birində şair Xan Qa-radağiyə nəsihət verir:

Otuz dəfə dad etmişəm sənə mən, Zahidlərə uymagilən, ağa, sən.

Gecə-gündüz bunlar ilə düşmüşəm, Görməmüşəm heç birində vəfa mən.

Xidmətində oturasan yüz illər, Görəcəksən, aya, dərdə dəva sən.

Dəva bilsə keçəl başına eylər, Cənabına bilmə zəhmət rəva sən.

Yüz il sənə vədə versə inanma, Bittəqadir, saf bilgilən hava sən.

Nəvvabdan qəbul qıl nəsihət, Ta görəsən dərdlərinə şəfa sən [190, s.65].

Azərbaycan ədəbiyyatı tarixində mühüm xidmətləri olan Seyid Əzim Şirvaninin (1835-1888) tərcümeyi-halına dair ilk mənbə yetərincə yeyil. Bu səbəbdən araşdırıcılar onun həyatını əsasən əsərlərindəki avtobioqrafik məlumatlar əsasında öyrən-mişlər. Şairin avtobioqrafik məzmunlu «Nazimin ifadəsi» şeiri bu baxımdan maraq doğurur. Əsərdə Seyid Əzimin həyatında baş vermiş bəzi olaylar əks olunmuşdur. Şair elmləri öyrənmə-yini bildirərək yazmışdır:

Oldum ol gün ki,çardəh salə,

57

Page 59: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Düşmədim fikri-dövlətü malə. Eylədim arifanə kəsbi-ülum, ...Oxudum nəhvü sərfü fiqhü üsul, Hikmətü heyət eylədim məhsul [115, s.13].

Avtobioqrafik məzmunlu «Şikayət» şeirində isə Seyid Əzim Şirvani ailə həyatını təsvir edir, ailəsinin ehtiyac içində yaşadığını göstərir, evini qəbrə bənzədir, ailəsini isə diri ikən ölü zənn edir. Ailəsinin maddi sıxıntısını şair Şamaxının varlı bəylərindən olan, mütərəqqi fikirli Həsən bəy Həbibbəyova məktub vasitəsilə bildirmiş və ondan yardım istəmişdir. Mək-tubun bir yerində Şirvani uşaqlarının vəziyyətini bu cür təsvir etmişdir:

Evimiz bir,iki,üç həftə çörəksiz qaldı, Gah bişirdik noxudu, gah yedik lobyanı, Qanını şişəyə tutdu fələk ol tifillərin, Ac qalıb, qaçdı uşaqlar dodağından qanı. Gecələr nəql dedim körpə uşaqlarım üçün, Nisyə sözdən nə yetir,çeynədilər yorğanı [115, s.19].

Araşdırıcı Sadıq Hüseynov Seyid Əzim Şirvaniyə həsr etdiyi tədqiqat əsərində [114] şairin avtobioqrafik məzmunlu şeirlərindən, eləcə də məktublarından yararlanaraq onun tərcü-meyi-halının ayrı-ayrı məqamlarına toxunmuş, həyat və yara-dıcılığını hərtərəfli işıqlandırmışdır.

S.Ə.Şirvaninin müasiri Mirzə Rəhim Fənanın (1841-1929) təşəbbüsü ilə Şuşada 1864-cü ildə «Məclisi-üns» açılmışdı. Fəna xatirələrində «Məclisi-üns»ün şöhrəti haqqında bunları yazmışdır: «Məclisi-üns»ün sədası Qafqaziyyə şəhərlərində in-tişar tapdığından, ən əvvəl şüərayi-Şirvan cənab Hacı Seyid Əzim, Bixud, Ziya, Zühuri qəzəllər yazıb «Məclisi-üns» şairlərilə cəvabi – dustanə əda etdilər. Şəkidən İsmayıl bəy Sədrəddinbəyov Kərim adına şeir yazdı, cavab aldı. Naxçıvan-dan mərhum Sidqi izharı – məhəbbət etdilər» [87]. Xurşudba-nu Natəvan (1830-1897) 1872-ci ildə bu məclisə daxil olduq-dan sonra «Məclisi-üns» daha da şöhrətlənir. Mir Həsən Ağa-

58

Page 60: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

mirovun xatirələrində bunlar daha ətraflı şərh edilir. «Məclisi-üns»ün üzvlərindən Ağahəsən Yüzbaşov, Mirzə Rəhim Mirzə-liyev, İskəndər bəy Əsəd bəy oğlu, Fatma xanım Kəminə, Novrəs, Mirzə Sadıq, Molla Vəli Xəlifə, Mirzə Əli kimi şair-lərdən bəhs edən xatirə müəllifi Xurşudbanu Natəvanın şəxsi keyfiyyətlərindən də məlumat verməyi lazım bilmişdir. «Natə-van heç kəsdən gizlənməyən bir qadın idi. O, bütün məclis-lərin xərclərinin hamısını özü verərdi» [8, s.3]. Məclis musiqi məclisi hesab olunduğundan burada Hacı Hüsü, Məşədi İsi, Məhəmməd Qaryağdı oğlu, tarzən Sadıq və digər ifaçılar işti-rak edirdi. Ədəbiyyatşünas Nəsrəddin Qarayevə görə, «Məc-lisi-üns» şairlərinin əsərlərindən belə qənaətə gəlmək olur ki, onlar Natəvanın rəsmlərinə şeirlər yazdıqları kimi aşiqanə qə-zəllərinin bir hissəsini üstüörtülü olsa da bu gözəl qadına həsr etmişlər. Natəvan müasiri olduğu Şuşa şairləri üçün bir ilham mənbəyi idi» [133, s.157].

Xurşudbanu Natəvan haqqında Tahirə Bünyadovanın xati-rələrində də maraqlı məlumatlarla qarşılaşırıq. Memuaristin anası Əzət xanım (Y.V.Çəmənzəminlinin bacısı) qızına Natə-vanın səxavətindən, kasıb, imkansız ailələrə etdiyi maddi yar-dımlardan söhbət açmışdır. Belə ailələrdə olarkən Natəvanın hiss olunmadan qoyduğu pulları ev yiyəsi onun gedişindən sonra görərdi. Əzət xanımın yaddaşında Natəvan tənhalığı se-vən, qəddi-qamətli, gözəl qadın kimi qalmışdı. O, səhər tezdən çaya enər və suyun axını ilə üzən qayıqda oturardı. Bəlkə də o, bu vaxt şeir qoşar, bəlkə də öz oğlu barədə düşünərdi [289, s.45]. Bu məqama ədəbiyyatşünas Mehdi Hüseyn də toxunaraq yazmışdı: «Dünya ədəbiyyatında övlad dərdini, oğul hicranını Natəvan qədər dərindən hiss və tərənnüm edən ikinci bir şairəyə rast gəlmək çətindir. Natəvanın şəxsi analıq duyğuları bütün analığın ağır dərdi kimi səslənir» [112, c.9, s.363].

XIX yüzillikdə Şuşada yaşayıb-yaratmış şair və yazıçıların həyat və fəaliyyəti haqqında Qarabağ ziyalılarından Mirzə Xosrov Axundovun (1889-1960) xatirələrində ətraflı məlumat

59

Page 61: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

verilmişdir. Xatirələrin əksəriyyəti Nazim Axundov və Pərviz Axundbəylinin sözlərinə görə, «müəllifin canlı müşahidələri və yaşlılardan eşitdikləri əsasında yazılmışdır. Müəllif Xurşud-banu Natəvan, Mir Möhsün Nəvvab, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov kimi ədəbiyyat və mədəniyyət tariximizin böyük nümayəndələrinin həyat və fəaliyyətindən müəyyən nöqtələrə diqqət cəlb edir. Müəllif həmin sənətkarları Qarabağ, Şuşa ictimai-mədəni mühiti ilə əlaqəli şəkildə oxucuya təqdim edir» [15, s.4].

Atası Mirzə Əli Aşiqin tövsiyəsi ilə Qarabağ tarixini öyrə-nən, bununla əlaqədar bir çox mənbələri nəzərdən keçirən Xosrov Şaiq «Qarabağ tarixinə dair» əsərində Pənah xanın nəsli və hökmranlığı haqqında, oğlu İbrahim xan Cavanşirin hakimiyyətinə və o dövrün hadisələrinə, eləcə də Qarabağ ta-rixinə və xanlıqlarına aid bilgilər verir. Müəllifin «Şuşada ya-şamış maraqlı şəxslərlə bağlı tarixi yerlər» yazısı da bir çox cəhətdən diqqət çəkir. Belə ki, burada tarixi şəxsiyyətlərlə ya-naşı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Qa-sım bəy Zakir, Xurşudbanu Natəvan, Əbdürrəhim bəy Haqver-diyev, Nəcəf bəy Vəzirov, Firidun bəy Köçərli, Süleyman Sani Axundov, Cəlil Məmmədquluzadə, Mir Möhsün Nəvvab, Üze-yir Hacıbəyov, Zülfüqar Hacıbəyov və başqalarının yaşadıqları binalar haqqında ətraflı məlumat verilir.

Xosrov Şaiqin «Xurşudbanu Natəvan haqqında müşahidə-lərim» yazısında şairənin həyat və fəaliyyəti ilə əlaqədar bir çox məqamlar nəzərə çatdırılmışdır. Lakin bu olayların bəzilə-rinin həqiqətə nə dərəcədə uyğun olması bir qədər müəmma-lıdır. Çünki azyaşlı bir uşağın bu qədər hadisələri müşahidə et-məsi mümkünsüzdür. Olsa-olsa Xosrov Şaiq bu hadisələri ya başqalarından eşitmiş və ya başqa mənbələrdən oxumuşdu. Zatən hadisələrin təsvirində də bu məqam özünü göstərir. Bu nümunələrdə Natəvanın səxavətindən, xeyirxahlığından, mərhəmətindən, cəsarətindən, mütərəqqi fəaliyyətindən ətraflı bəhs edilir.

60

Page 62: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Fikrimizi Mirzə Xosrov Axundovun əsərlərinə yönəldərək qeyd etməliyik ki, onun «Mir Möhsün Nəvvab Qarabaği haq-qında xatirələrim» əsəri də yaşlı nəsildən, eləcə də Nəvvabın oğlu Mir İbrahimdən eşitdiyi söhbətlər əsasında qələmə alın-mışdır. Lakin Natəvan haqqında yazılan xatirələrdən fərqli olaraq burada müəllifin haqqında danışdığı şəxslə görüşləri də təsvir edilmişdir. Elm və təhsilə aid şeirlər yazan Xosrov Şai-qin yaradıcılığa həvəslənməsində Mir Möhsün Nəvvabın bö-yük xidməti olmuşdu. Bu xüsusda müəllif yazır: «O, (Mir Möhsün Nəvvab - N.S.) şeirlərimi məclisdə oxuyub bəyəndi və yaradıcılığı davam etdirməyi tapşırdı. Mərhum Nəvvabın mənə bu münasibəti şeir ilə maraqlanmağıma, onun «Məclisi-fəramuşan»ında iştirak etməyimə və bu yolda ciddi çalışmağı-ma səbəb oldu» [15, s.45].

Nəvvab haqqında yazılarda eyni fikirlərin təkrarına təsadüf edilir. Yəqin ki, müəllif bunları müxtəlif vaxtlarda yazıya kö-çürmüşdür.

«Cəlil Məmmədquluzadə və Həmidə xanım barədə təəssü-ratım» xatirə qeydlərində isə müəllif bir qədər irəli gedərək iş-tirakçısı olduğu olayları qələmə almışdır. Mirzə Cəlilin uşaq-larına bir neçə il öz evlərində dərs verən Xosrov Şaiq böyük yazıçı ilə görüşlərini təfsilatı ilə təsvir etməyə çalışmışdır. «Şuşada eşitdiklərim, gördüklərim» başlığı altında toplanan qeydlər də məzmununa görə diqqət çəkir. Bunların əksəriyyə-tinin sonunda yazılma tarixi göstərilmişdir. Xatirələr müəllifin eşitdiyi, şahidi və iştirakçısı olduğu hadisələr əsasında yazıl-mışdır.

Memuar ədəbiyyatına aid olan tərcümeyi-hallar, demək olar ki, həmişə müəllifin özü tərəfindən qələmə alınır. Bununla belə, bir şəxsin başqa şəxs haqqında tərcümeyi-hal nümunələri də vardır. XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nüma-yəndəsi Həsən bəy Zərdabinin (1842-1907) Əlyazmalar İnsti-tutunda saxlanılan şəxsi arxivində belə nümunələr mühafizə olunur. Bunlar Zərdabinin həyat yoldaşı Hənifə xanımın

61

Page 63: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

(1856-1929) və jurnalist Fərhad Ağazadənin (1880-1931) onun haqqında yazdığı tərcümeyi-hallardır. Hənifə xanımın qələmə aldığı «Həsən bəy Məlik Zərdabinin tərcümeyi-halı» [281] rus dilində əlyazmasıdır. Sənədin üzərində düzəlişlər aparılmışdır və bir qədər çətin oxunur. Tərcümeyi-halda Hə-nifə xanımın Həsən bəylə bağlı xatirələri də verilmişdir. F.Ağazadənin yazdığı «Həsən bəy Məlik Zərdabinin bioqra-fiyası» [11] yaşıl cildli dəftərin bir üzünə, Azərbaycan dilində, ərəb əlifbası ilə səliqəli xətlə qələmə alınmışdır. Görünür, üzü köçürülmüş son nüsxədir. «Əkinçi» qəzetinin əlli illiyi müna-sibətilə, 1925-ci ildə yazılmış bu bioqrafiyada Hənifə xanımın xatirələrindən də istifadə edilmişdir.

1872-ci ildə «Qafqaz» qəzetində Tiflisdə Müqəddəs Nina məktəbini bitirən qızların siyahısı dərc olunmuşdu. Bunların arasında Hənifə xanım Abayevanın da adı var idi. Həsən bəy bu xanımla tanış olmaq məqsədilə Tiflisə gəlir. Həyata baxışı və dünyagörüşünə görə Hənifə xanımın ona çox yaxın olduğu-nu görüb bu ziyalı qadınla görüşür. Onlar birlikdə Bakıya gə-lib evlənirlər. Həsən bəyin qızı Qəribsoltan Məlikova atası haqqında xatirələrdə qeyd edir ki, mənim yaddaşımda vali-deynlərim arasında münasibət hörmət, bir-birinə dərin sədaqət və məhəbbət, qarşılıqlı inam kimi qalmışdır. Onlar birlikdə möhkəm ailə qurmuşlar. Həsən bəy Hənifə xanımın simasında özünün sadiq köməkçisini, həmfikirini görürdü. [285, s.56].

Həsən bəy Zərdabini kiçik bir çərçivədə işləmək təmin elə-mirdi. O istəyirdi ki, səsini bütün xalq eşitsin. Hələ tələbəlik il-lərində ana dilində qəzetin olmasını arzulayan Zərdabi qəzet nəşr etməyi qərara alır. Qəzetin çıxması üçün verilən icazə bir neçə il çəkir. Nəhayət, «Əkinçi» adlanan qəzetin birinci nöm-rəsi 1875-ci il iyul ayının 22-də nəşr olunur. Bununla da milli mətbuatın əsası qoyulur. Qəzet Rysiyanın bütün müsəlman dünyasını lərzəyə gətirdi. «Əkinçi»nin dili son dərəcə anlaşıqlı idi. Qəzetin birinci sayında Həsən bəy qanacaqlı və bilikli şəxslərdən xahiş edir ki, xalqın köhnə qaydalarla yaşamasına

62

Page 64: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

mane olub onun gələcək tərəqqisinə səy etsinlər. Zərdabi «Əkinçi»yə çox vaxt və əmək sərf etdiyini qəzetin üçüncü sa-yında qeyd etmişdir: «Bizim zəhmətimiz həddən çıxıb. Biz mətləbi özümüz yazıb ağardıb çapxanaya verməklə zəhmətdən xilas olsaydıq çox xoşbəxt olardıq. Amma iş böylə düşübdür ki, biz gərək çapxanada da işləyək. Dünyada hər qəzeti beş ya on adam inşa edir. Onu çap eləmədən hürufunu düzən, qələtlə-rini düzəldən başqa kəslər olur, amma bu işlərin hamısını gə-rək tək mən özüm görüm. Hətta bizim müsəlman şəhərində bir savadlı olan müsəlman yoxdur ki, baxıb qəzetəyə onun qələtini düzəltsin ya hürufunu düzsün. Hərgah bu zəhmətlərdən artıq zəhmət olmasaydı yenə bir tövr yola gedərdik. Amma dərd bu-dur: bizim elə zəhmətimiz vardır ki, qeyri qəzetçilərin ondan heç xəbərləri yoxdur» [11, s.24].

Hənifə xanım xatırlayır ki, Rusiyada, əsasən Bakıda qəzet işinin tədqiqi ilə əlaqədar bir fransız müxbiri Bakıya gəlir. O, yeganə türk qəzeti ilə maraqlanıb Həsən bəy Zərdabi ilə gö-rüşür. İki il ərzində qəzetin 300 abunəçisi olduğunu (o cümlə-dən, qəzeti yoxlayan idarələr də daxil olmaqla) bilən müxbir heyrətə gəlmiş, Həsən bəyə təəccüblə baxıb səmimiyyətlə öz fikrini bildirmişdir: «Siz qəhrəmansınız. Bizdə Fransada elə bir adam tapılmaz ki, belə kasıb qəzet üçün işləmək istəsin. Sizin enerjinizə təəccüb edirəm. Görünür, öz xalqınızı çox se-virsiniz» [281, s.15]. Həqiqətən də xalq üçün, millət üçün mət-buatın əhəmiyyəti əvəzsizdir. Sonralar Ömər Faiq Nemanzadə «İrşad» qəzetinin 1908-ci il, 3, 4 iyun sayında millət üçün mət-buatın əhəmiyyətini yüksək qiymətləndirərək yazmışdı: «Mil-lətlərin dərəceyi-tərəqqiləri məhz bir şeylə ölçülür ki, o da an-caq mətbuatladır. Hansı məmləkətdə çoxlu nəfli, davamlı və nüfuzlu mətbuat varsa, ən mütərəqqi və mədəni məmləkət də orasıdır. Mətbuatı olmayan millətin mövcudiyyəti istiqbalı qətiyyən yoxdur» [182, s.157].

İsmayıl bəy Qaspirinski isə «Əkinçi» qəzetinin nəşr olun-masının 30 illiyi münasibətilə yazdığı «Yaşa, Həsən bəy, ya-

63

Page 65: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

şa!» adlı məqalədə Həsən bəy Zərdabini bütün ümumrusiya müsəlmanları mətbuatının atası kimi dəyərləndirirdi.

Həsən bəy Zərdabinin şəxsi arxivində dövrün sayılıb-se-çilən nümayəndələrinin Əsgər Adıgözəlovun, Mirzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun, Həsən Əlqədarinin və baş-qalarının ona ünvanlandıqları məktubları [109] da əsasən «Əkinçi» qəzetinin nəşri və yayılması ilə bağlı təəssüratları, təbrikləri, fikir və mülahizələri ehtiva edir. Əsasən rus dilində yazılmış məktublar Moskvadan, Sankt-Peterqburqdan, Stavro-poldan, Tiflisdən, Qubadan, Şamaxıdan, Yelizavetpoldan (in-diki Gəncə) və digər bölgələrdən göndərilmişdir. Məktublar Həsən bəyin çevrəsində olan şəxslərin həyata, dünyaya, insan-lara olan baxışını aydınlaşdırmaqla yanaşı dövrün ümumi mənzərəsinin canlandırılmasında böyük önəmə malikdir.

Tarixi-ədəbi inkişafda memuar mənbələrinin yazıçının ya-radıcılq yolunun açılmasında, onun tərcümeyi-halının öyrənil-məsində əhəmiyyəti böyükdür. Sözügedən mənbələr çox vaxt digər tanınmış şəxsiyyətin həyat və fəaliyyətinin ayrı-ayrı cə-hətlərini açıqlayır, onun ömür yoluna işıq salır. XIX yüzil Azərbaycan ədəbiyyatı və maarifi tarixində görkəmli yer tutan Məhəmməd Tağı Sidqinin (1854-1903) bir müəllim kimi fəa-liyyəti, maraqlı həyat yolu haqqında yazılan xatirələrdə geniş şəhr edilmişdir. «M.T.Sidqi Azərbaycan demokratik ədəbiyya-tının zamanın hökmündən, yeni həyat şəraiti, ictimai təfəkkü-rün inkişafı və demokratik cərəyanlardan irəli gələn ədəbiy-yatın əhəmiyyət və məsələlərini anlamaqda yeni təfəkkür və anlayışa malik nümayəndələrindən biridir» [290, s.128]. Onun bədii irsi ilk dəfə olaraq nisbətən geniş şəkildə Y.Eyvazov tə-rəfindən araşdırılmışdır. Ədəbiyyatşünas Ə.Qədimovun «Mə-həmməd Tağı Sidqinin həyatı və yaradıcılığı»nı əks etdirən monoqrafiyasında [140] isə görkəmli maarifçinin ömür yolu və fəaliyyəti arxiv materialları və XIX əsrin sonu XX əsrin əvvəllərində nəşr olunan dövri mətbuatdakı nümunələr əsasın-da əhatəli və dolğun işıqlandırılmışdır. Şərqşünas alim Nəsrəd-

64

Page 66: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

din Qarayev də özünün «XIX əsr Azərbaycan ədəbi məclis-ləri» monoqrafiyasında M.T.Sidqinin pedoqoji və ədəbi fəaliy-yətindən geniş bəhs etməklə onu «bir müəllim-alim kimi Azər-baycanda pedaqogika tarixində özünəməxsus simalardan biri» [133, s.72] kimi dəyərləndirmişdir.

M.T.Sidqinin atası Kərbəlayi Səfər Ordubad bazarında pi-nəçilik edib ailəsini dolandırardı. Anası Tutu xanım İranın Qa-radağ mahalının Üştibin kəndindən olub, məşhur şair Nəba-tinin bacısı qızı idi. İlk təhsilini Ordubadda, şah Sultan Hüseyn mədrəsəsində alan Sidqi gənc yaşlarında İrana getmiş, Xora-sanda olmuş, Səbzivarda və Nişapurda yaşamışdır. İranın bir çox yerlərini səyahət edən Sidqi bu müddət ərzində fars dilinə mükəmməl yiyələnmiş, klassik İran ədəbiyyatını dərindən öy-rənmişdir. Onun Azərbaycan MEA M.Füzuli adına Əlyazma-lar İnstitutunda saxlanılan şəxsi arxiv fondundakı müxtəlif sə-nədləri, əlyazmaları, məktubları bunu bir daha təsdiqləyir. Diqqətəlayiq haldır ki, M.T.Sidqi haqqında yazılan xatirələrdə onun Ordubadda və Naxçıvanda maarifçilik fəaliyyəti daha müfəssəl və ətraflı şərh olunmuşdur. Belə ki, xatirə müəllifləri onunla yaxın münasibətdə və daima ünsiyyətdə olan insanlar idi. Buna görə də bu nümunələrdə təsvir olunanlar və nəzərə çatdırılanlar mübaliğədən uzaq və reallığa söykənən fakt və olaylardır. Bunlar arasında M.T.Sidqinin oğlu Məmmədəli Sidqinin xatirələri öz məzmun və mündəricəsi etibarilə digər-lərindən fərqlənir. Xatirələrdə M.T.Sidqinin pedoqoji və ma-arifçilik fəaliyyətindən, «Əxtər» məktəbini, «Məktəbi-tərbi-yə»ni açmasından, bununla əlaqədar qarşıya çıxan çətinliklər-dən bəhs edilir. M.Ə.Sidqi yazır ki, «o zaman atamın çayçı dü-kanı Ordubad ziyalılarının yığıncaq yeri olur. Atamın təbi ol-duğuna görə, xüsusən Şərq ədəbiyyatına yaxşı bələd olduğuna görə haman çayçı dükanında Sədi, Hafiz, Firdovsi, Nizami kimi şairlərin şeirləri oxunur və təhlil olunarmış. Eyni zaman-da atam o zaman İrandan, Rusiyadan və Türkiyədən qəzetələr də alıb oxuyarmış. Məsələn, İrandan «Nasiri», Bağçasaraydan

65

Page 67: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

İsmayıl bəy Qaspirinskinin nəşr etdiyi «Tərcüman», İstanbulda çıxan «Əxtər» qəzetələrini alırmış. Bu qəzetələr çox vaxt ata-mın həmməsləkləri arasında gizlincə oxunarmış. «Tərcüman» qəzetəsinin atama böyük təsiri olmuşdur. Çünki o zaman «Tər-cüman» qəzetəsinin müdiri Qaspirinski Rusiyada yaşayan mü-səlmanlar üçün yeni üsulla məktəblər açılması yolunda uzun müddət mübarizə aparırmış... «Tərcüman» qəzetəsinin təsiri altında atam və ona bu yolda ən birinci və yaxından kömək edən Hüseyn Sultan Kəngərlinski nəhayət Ordubadda yeni üsulla bir məktəb təşkil etmək fikrinə düşürlər» [224].

İsmayıl bəy Qaspirinskinin (1851-1914) maarifçilik fəaliy-yəti və Baxçasaray məktəbləri haqqında sonralar Nəriman Nə-rimanov Odessadan Hacı Zeynalabdin Tağıyevə məktubunda bunları yazmışdır: «Baxçasaray məktəbləri və burada olan mü-əllimlər bir qeyr aləmdir. Bu məktəblərdən Qafqazda hər şə-hərdə bir məktəb olsaydı, yəqin ki, bir az tez zamanda Qafqaz müsəlmanları dəyişərdilər. Əlbəttə, hər şəhərdə İsmayıl Qas-pirinski kimi zat olmağı lazım gəlirdi. Amma çifayidə, bu zati-möhtərəm bizim aramızda təkdir. Yalnız «Tərcüman» qəzeti ilə İsmayıl bəy Qaspirinskinin millətə olan hörmətlərini bil-mək olmaz. Gərəkdir Baxçasaraya gedib düşünəsiz ki, bu qey-rətli müsəlman kiçik və çirkin Baxçasarayda əyləşib nə işlər edir və millətə nə xidmət göstərir. Gördüyümüz qayidə və qa-nunu, məktəblərin vəsfi-halını dil ilə və qələm ilə təqrirə gətir-mək mümkün deyildir. Bakı məktəbdarlarından bir nəfəri Bax-çasaraya göndərib üsuli-cədid ilə aşina olmağı və məktəblərin proqrammasını bilməyi bu zəmanədə vacib olan işlərdən biri-dir» [105, s.116].

Hüseyn Sultan Kəngərlinski də Ordubadın maarifçilərin-dən biri sayılırdı. Buna görə də heç kəs onun fikrinə qarşı çıxa bilmirdi. Məktəb üçün lazım olan şeylər: skamya, stul və s. sifariş edilib hazırlanır. Dərs kitabları Qafqazda az olduğuna görə Sidqi İstanbuldan bir çox kitab gətirtdirir, həmçinin özü də şagirdlər üçün dərslər hazırlayır. «Əxtər» adlandırılan mək-

66

Page 68: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

təbi İbrahim xan mədrəsəsi deyilən binada məsçidin üst mərtə-bəsində yerləşdirirlər. Günün çox vaxtını məktəbdə keçirən Sidqi bir müddət uşaqlara tək özü dərs verirdi. Uşaqlar altı-yeddi ay ərzində ana dilində savadlandıqlarından camaat mək-təbə daha artıq rəğbət göstərir və məktəbə gələn uşaqların sayı artırdı. Məktəbdə təhsil alan uşaqlara başqa dərslər ilə bərabər hər gün Quran öyrədilir və onlar mədrəsə hovuzunda dəstəmaz alıb mədrəsə məsçidində namaz qılırdılar. Onu da qeyd edək ki, M.T.Sidqi Azərbaycanın məşhur şair və yazıçılarından Hü-seyn Cavidin, Məmməd Səid Ordubadinin, Əliqulu Qəmkü-sarın, Əli Səbrinin, məşhur inqilabçı İbraim Əbilovun və baş-qalarının müəllimi olmuşdur. «Əxtər» məktəbində təhsil alan M.S.Ordubadi xatirələrində yazır ki, «bu məktəbə daxil olan əvvəlcə o uşaqlar idi ki, onların ayda əlli qəpik müəllim haqqı verib dərs oxumağa iqtidarı yox idi. Zira bu məktəbdə nə mü-əllim haqqı, nə də uşaqlara təhmil olunacaq ağır məsarif yox idi» [201, s.331].

1896-ci ildə M.T.Sidqi Naxçıvana gələrək «Məktəbi-tərbi-yə» adlı yeni üsullu məktəb açır və pedaqoji fəaliyyətini da-vam etdirir. Naxçıvan camaatı məktəb üçün öz xərcinə yeni bina tikdirir. Məktəbin açılışı münasibətilə təşkil olunan cəşn məclisində söylədiyi nitqində Sidqi bu cür məktəblərin əhə-miyyətindən bəhs edərək deyir: «Qafqazda sakin olan müsəl-manlara təğazayi-əsrə görə lazımdır ki, hər şəhərdə və bəlkə hər qəryədə «Məktəbi-ədəb» namında, yəni təhsili-ədəbiyyat üçün, təlimi-qəvaid üçün müntəzəm surətdə üsuli-cədid üzrə məktəblər bina olunsun. O məktəblər türk və fars, ərəb və rus dillərinin təhsil və təliminə davam olunur. Hər yüz evin, qəryənin yenə bu cür məktəblərin təsisi lüzum görüləcəkdir» [223].

Məktəbə Sidqidən başqa üç nəfər də müəllim dəvət olunur. Burada başlıca olaraq ana dili, fars dili, hesab, coğrafiya, tarix, ərəb dilinin sərf-nəhfi və gündə bir saat rus dili öyrədilirdi. Dərslər Azərbaycan və fars dillərində keçirilirdi. Bu məktəbdə

67

Page 69: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

də yoxsul şagirdlər dərs haqqından azad idilər. Sidqi özünün «Nümuneyi-əxlaq» adlı dərsliyində məktəbin əhəmiyyətini qiymətləndirərək yazır: «Elm və ədəb bir xəzinəyə bənzər ki, onun kilidi məktəbdir. Bizləri nadanlıq zülmətindən qurtarıb nuri-mərifətə yetirən məktəbdir. Çünki insanın qədrü qiyməti elm ilə bilinir, yəni elmi və mərifəti nə dərəcədə olsa, habelə dəyəri və qiyməti o qədərdir. Bəs insanın əsl qiyməti bildiyi və öyrəndiyi şeylərdən ibarət imiş ki, o da məktəb ilə hasil olur» [225, s.16].

M.T.Sidqinin Qurbanəli Şərifova ünvanlanan məktubun-dan aydın olur ki, Hacı Zeynalabdin Tağıyev 1896-cı ildə «Məktəbi-tərbiyə»yə 1000 manat məbləğində maddi yardım etmişdir [140, s.90].

M.T.Sidqi Qafqazın qabaqcıl və gözüaçıq şəxsiyyətlərin-dən biri olmuşdur. Çar üsuli-idarəsinin nəticəsi olaraq, bütün Qafqazda, o cümlədən Ordubadda gerilik hökmfərma olan za-man İrandan, Türkiyədən, Baxçasaraydan və s. yerlərdən fars-ca, türkcə aldığı qəzet və məcmuələri diqqət ilə oxuyardı. O, Sultanməcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Əlisgəndər Cəfərov və Nəriman Nərimanovla əlaqə saxlayırdı. Qafqazın görkəmli və ziyalı adamları Məşədi Qurbanəli Şərifov, Mirzə Nəsrulla Əmirov, Baxşəli ağa Şahtaxtinski, Kərbəlayi Nəsrulla Şeyxov, Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtinski, Şahbaz ağa Kəngərlinski və başqaları Sidqinin ən yaxın dostları idi. Məhz bu dostlarla təşkil edilən məclislər-də dünyanın müxtəlif yerlərindən gələn qəzetlər oxunar, ədəbi və siyasi olaylar təhlil edilərdi.

Görkəmli maarifpərvər M.T. Sidqi «Şərqi-Rus», «Həblül-mətin» qəzetlərində məqalələrlə çıxış edirdi. Kəlküttədə çıxan «Həblülmətin» qəzeti din xadimləri arasında geniş yayılmışdı. Bu qəzetdə dərc olunan məqalələri din nümayəndələri məscid-lərdə oxuyurdular. Sidqinin «Həblülmətin»də çıxan məqalələ-rindən biri «İran vətənpərvərlərindən və İranın şahlar üsul-ida-rəsindən azad olması yolunda çalışan, İrandan sürgün edilən

68

Page 70: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

və Misirdə «Pərvəriş» adında fars dilində bir məcmuə buraxan və məcmuəsi İran hökümətinin əli ilə qapadıldıqdan sonra Fransaya gedib Parisdə vəfat edən Mirzə Əliməhəmməd xanın vəfatı münasibətilə fars dilində yazılmış məqalədir» [224]. M.T.Sidqi Misirdə Zeydan qardaşlarının nəşriyyatı olan və ərəb dilində nəşr edilən «Əlhilal» məcmuəsinə abunəçi idi. Hətta həmin məcmuənin redaksiyası Sidqiyə məktub göndərib Naxçıvandan müxbir olmağı ondan xahiş etmişdi. M.Ə.Sidqi xatiratında yazır ki, «atam Sidqi Hindistan, İran, Türkiyə, Ru-siya və qeyri yerlərdə olan tərəqqipərvər ziiyalılar ilə daim məktub ilə əlaqə saxlayıb və onlardan dəxi bir çox məktub al-mışdır. 1902-ci və ya 1903-cü ildə qış fəsli bir cümə günü atam buxarıda bir çox məktub yandırıb külünü damda qar al-tına tökdüyü mənim yaxşı yadımdadır. Mən o zaman 14-15 yaşında idim. Bu məktubları nə üçün yandırdığını başa düş-mürdüm. Sonralar mənə aydın oldu ki, atamın hər gün uzaq öl-kələrdən bir çox məktub alması yerli çar hökuməti məmurları arasında şübhəyə səbəb olub və evimiz axtarılarsa, bu məktub-lardan bir nişanə və iz qalmasın deyə onları tələf etmişdir. (Hayıf o məktublardan)» [224].

Ə.Qədimov məktub janrının əhəmiyyətini vurğulayaraq çox haqlı olaraq yazır: «Yaşadıqları ictimai mühitin ziddiyyət-ləri, hakim dairələrin özbaşınalığı, nadan, cahil və yaltaq adamların dövlət orqanlarına soxulub xalqı ağır işgəncələrə məruz qoymaları, iqtisadi güzəranın ağırlığı, elm və sənət adamlarına qədir-qiymət qoyulmaması, sənətkar taleyinin acı-nacaqlı durumu və s. bu kimi problemlər epistolyar məktub janrının vasitəsilə müxtəlif ədəbi mühitlərin ab-havasında şair-lərin mübadilə obyektinə çevrilmişdi. Ordubad ədəbi mühiti-nin Fəqir, Qüdsi, Sidqi kimi nümayəndələri öz müasirlərinə yazdıqları mənzum məktublarında şeir və sənət adamlarının acı taleyindən, iqtisadi güzəranın ağırlığından, zəmanə qəmin-dən və ictimai vətəndaşlıq kədərindən söz açırdılar» [140, s.42].

69

Page 71: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Nəzərə çatdırılmalıdır ki, M.T.Sidqinin şəxsi arxivində müxtəlif şəxslərə göndərdiyi və ona ünvanlanan məktubları görkəmli maarifçinin həyat və fəaliyyətinin müəyyən məqam-larını işıqlandırmaqla yanaşı dövrün ümumi mənzərəsini can-landırmaq baxımından dəyərli mənbələrdir. Tanınmış şəxsiy-yətlərdən H.Cavid, N.Nərimanov, S.M.Qənizadə, Q.Şərifzadə, M.T.Müctəhidzadə, Ş.Kəngərli, B.Vəzirov və digərlərindən gələn məktublar M.T.Sidqi ilə əlaqədar bir çox mətləblərin açılmasına yardım edir.

«Əncüməni-şüəra» ədəbi məclisinin fəal iştirakçılarından olan M.T.Sidqi Azərbaycan və fars dillərində yazdığı poetik əsərləri ilə məclisdə çıxış etmişdir. Sidqinin şeirə, ədəbiyyata olan məhəbbətini ən yaxın dostu Əsəd ağa Kəngərlinski xati-rələrində belə ifadə etmişdir: Sidqi «bir neçə müddət Ordubad-da, bəladi-Qafqazda və İranda qüvveyi-bazusilə, yəni fəhləlik-lə məişəti-təhsil etməkdə idi. Fəqət Allah tərəfindən əta olun-muş parlaq tapıntını nisyan torpağında dəfn etməyib gündüzlər qabardığı əlləri ilə gecələr şeirlər və qəsidələr yazmağa məşğul olardı» [123]. «Heykəli-insana bir nəzər», «Nəsihətnamə», «Tənviri-əfkar», «Hikmətli sözlər», «Nəhveyi-nəbat» kimi fəl-səfi və ictimai-siyasi əsərlərin müəllifi olan Sidqi bu əsərlə-rində maarifçilik ideyalarını davam və inkişaf etdirmişdir.

Daha öncə deyildiyi kimi, M.T.Sidqi «Əxtər» məktəbini İsmayıl bəy Qaspirinski və onun «Tərcüman» qəzetinin təsiri altında açmışdı. Qaspirinski yaradıcılığını hərtərəfli araşdıran A.Kəngərli haqlı olaraq yazır ki, «İsmayıl bəy Qaspirinskinin naşiri olduğu «Tərcüman» qəzeti, öndəri olduğu üsuli-cədid hərəkatı, geniş, çoxşaxəli maarifçilik çalışmaları digər Rusiya müsəlmanları kimi Azərbaycan türkləri ilə də sıx bağlı olmuş, onların oyanmasına, özünüdərkinə xidmət etmişdir» [122, s.49].

İsmayıl bəy Qaspirinskinin xidmətlərini Hacı Zeynalabdin Tağıyev də yüksək qiymətləndirmişdir. O, 1908-ci ildə İ.Qas-pirinskiyə ünvanladığı məktubunda qeyd etmişdir ki, «sizin

70

Page 72: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

xidmətləriniz saymaqla qurtarmaz. Sizin xidmətləriniz sayılsa, gərək Rusiya müsəlmanlarının dörddə bir əsrlik mədəniyyət tarixi yazılsın» [122, s.52]. Yəqin ki, bu sözlərin yazılmasında Nəriman Nərimanovun İsmayıl bəy Qaspirinski və Baxçasaray məktəbləri haqqında Odessadan H.Z.Tağıyevə göndərdiyi məktubunun da təsiri olmuşdur ki, bu barədə daha öncə mə-lumat verilmişdir.

Türk dünyasının görkəmli nümayəndəsi İsmayıl bəy Qas-pirinski haqqında Əhməd Ağaoğlu, Əlimərdan bəy Topçuba-şov, Firidun bəy Köçərli, Hacı İbrahim Qasımov, Haşım bəy Vəzirov, Şəfiqə xanım Əfəndizadə və digərlərinin yazdıqları nekroloqlarda bu böyük maarifpərvərlə bağlı xatirələr çözələ-nir, həyat və fəaliyyətinin önəmli məqamları canlandırılır. «Kaspi» qəzetinin 1914-cü il, 13 sentyabr, 204-cü sayında dərc etdiyi nekroloqda İ.Qaspirinskini zəngin təbii istedada malik olan, sevgi dolu həssas ürəkli bir şəxsiyyət kimi dəyər-ləndirən Əlimərdan bəy Topçubaşov yazır ki, «yarım əsr müd-dətində əlində müsəlmanları biliyə, tərəqqiyə, ictimai özünü-dərkə yol göstərən çırağı möhkəm və səbrlə saxlayan bu ada-mın adı təkcə Rusiyada deyil, xaricdə də müsəlmanlar arasında hamıdan artıq məşhur idi» [122, s.192].

Doğmuşam ben Avçıköydə, 1851-də,Məkanımdır Baxçasaray, məzarım kim bilir nerdə?-

misraları ilə Qaspirinski «mütəxəssislər arasında bu gün də mövcud olan fikir müxtəlifliyinə, tərəddüdlərə» [122, s.7] son qoyur və tərcümeyi-halına aydınlıq gətirir. Onun müxtəsər tər-cümeyi-halı isə «İqbal» qəzetinin 1914-cü il, 1 oktyabr tarixli 752-ci sayında dərc edilmişdir. Burada İ.Qaspirinskinin həyat və fəaliyyətinin önəmli məqamları, bir millətpərvər kimi gös-tərdiyi xidmətlər canlandırılmışdır.

XIX əsrdə şair və yazıçılar əsərlərində nəinki avtobioq-rafik məlumatlar verir, həmçinin özləri də tərcümeyi-hallar ya-zır, həyat və fəaliyyətlərinin əsas məqamlarını nəzərə çatdırır-lar. Belə müəlliflərdən biri də Azərbaycan dramaturgiyasının

71

Page 73: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

inkişafında xüsusi xidmətləri olan Nəcəf bəy Vəzirovdur (1854-1926). Onun tərcümeyi-halı [253] ilk dəfə 1913-cü ildə nəşr olunmuşdur. Kamran Məmmədov yazıçının yazdığı tərcü-meyi-halından yararlanaraq onun elmi tərcümeyi-halını [156] tərtib etmişdir. Araşdırıcı digər memuar mənbələrindən də M.Əliyev, M.Mərdanov, H.Sarabski, A.Şaiq və başqalarının xatirələrindən istifadə etmişdir. Feyzulla Qasımzadə N.Vəzi-rovdan bəhs edən eyniadlı tədqiqatında [136] onun həyat və fəaliyyəti haqqında məlumatı dramaturqun 1913-cü ildə nəşr olunmuş «Tərcümeyi-hal» kitabçasına əsaslanaraq vermişdir. Zaman Əsgərli də N.Vəzirovun həyatından, uşaqlıq dövründən bəhs edərkən [80] sözügedən mənbəyə əsaslanmışdır.

Tədqiqatçı Alxan Bayramoğlu elmi tərcümeyi-halı xatirə-lər və «Görkəmli adamların həyatı» seriyasından olan əsərlərlə müqayisə edərək belə qənaətə gəlir ki, «elmi tərcümeyi-hala yaradıcılıq tərcümeyi-halı da demək olar. Yaradıcılıq tərcüme-yi-halı monoqrafik xarakter daşımaqla, ənənəvi şəkildə olduğu kimi, sənətkarın həyat və yaradıcılıq yolunu ayrı-ayrılıqda öy-rənməyi qarşısına məqsəd qoymur. Bu, eyni zamanda xatirə memuar və ya «Görkəmli adamların həyatı» seriyasında oldu-ğu kimi deyil. Xatirə memuar əsas etibarilə yazıçının gün-dəlikləri və xatirələri əsasında yazılmaqla, sənətkarın həyat yolunu əks etdirir. «Görkəmli adamların həyatı» seriyasından olan tərcümeyi-halın əsasında sənədlilik və müəllif fantaziyası da aparıcı olur. Odur ki, bu cür tərcümeyi-hallar əsasən «ro-manlaşdırılmış» şəkildə üzə çıxır. Bunlardan fərqli olaraq, el-mi tərcümeyi-halın əsasını sənədlilik təşkil edir. Burada hər bir fakt və ya hadisə başqaları ilə ciddi müqayisə yolu ilə təsdiq-ləndikdə özünü doğrulda bilər... Burada bioqrafik sənəd və materiallarla səsləşən, onu tamamlayan, təsdiqləyən, hadisənin nəticəsi kimi üzə çıxan əsərlər tədqiqata cəlb edilir» [39, s.13]. Elmi tərcümeyi-halın qarşısında duran əsas məsələ sənətkar və şəxsiyyətdir. Bu baxımdan N.Vəzirovun elmi tərcümeyi-halı bioqrafik sənədlərin zənginliyi ilə diqqət çəkən, həyat həqiqə-

72

Page 74: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

tinin dolğunluğu ilə seçilən nümunələrdən sayıla bilər.Zəngin tərcümeyi-hal örnəklərinə malik orta əsrlər ədəbiy-

yatı və kamil xatirə nümunələrinin meydana gəldiyi XX yüzil ədəbiyyatının qovşağında olan XIX əsr ədəbiyyatında hər iki dövrə xas cəhətlər özünü göstərir. Məsələ burasındadır ki, XIX əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarının əsərlərində şəxsiyyət daha əhatəli ifadə olunmuş, avtobioqrafik məlumat-ların verilməsi genişlənmiş və eyni zamanda mükəmməlləş-mişdir. Artıq bu dönəmdə xatirələr yazılmasına da cəhdlər edilmişdir. Bu cəhdlərin əksəriyyəti uğurla nəticələnmişdir. Belə ki, bu dövrün xatirə nümunələri XX əsr memuar ədəbiy-yatımızın təşəkkülündə müstəsna əhəmiyyətə malik olmuşdur.

XATİRƏLƏR VƏ MÜƏLLİF ŞƏXSİYYƏTİ

Müəllif şəxsiyyəti xatirə, gündəlik və səyahətnamələrdə önəmli mövqeyə malikdir. Müəllif hadisələrə real qəhrəmanın gözü ilə deyil, bilavasitə özü baxır, müşahidə aparır, çox vaxt hadisələrin iştirakçısı olur, müəyyən məsələlərlə bağlı hiss və həyəcanlarını, fikir və düşüncələrini bildirir. Şübhəsiz, şüur qəbul olunan məlumatın hamısını işləyə bilməz. Onun bir his-səsi şüurda qalır, müəyyən vaxt keçdikdən sonra insan həmin olayları dərk edir və onları öz həqiqi halında görür. Belə ki, müasirlərin görmədikləri zaman keçdikcə açılır, əvvəlki mə-lumatların təhlili qarşılıqlı əlaqələrin assosiasiyasını yaradır.

Hər bir yazıçını, şairi bir sənətkar kimi onun əsərlərindən tanımaq olar. Lakin bir insan kimi, bir şəxsiyyət kimi haqqında yazılan xatirələrdən öyrənmək mümkündür. Bu cəhətdən xati-rələrin xüsusi önəmi vardır. Xatirələrdə uydurma olmayanda və onlarda həqiqət ifadə olunanda əvəzsiz mənbəyə çevrilir.

73

Page 75: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Eyni zamanda «sənətkarı (və ya böyük adamı) yetişdirən mad-di və mənəvi çevrə içində araşdıran, özünü və əsərlərini bir toplu nəticələrə bağlayan bioqrafiya əsərləri tarixin, ədəbiyyat tarixinin və tənqidin önəmli yardımçılarıdır. Bundan başqa görkəmli simaların həyatlarının hamı tərəfindən oxunması di-gər ibrətlərlə doludur» [272, s.528].

Artıq XX yüzilliyin əvvəllərində xatirələrə maraq artır, cə-miyyətdə, ədəbiyyatda mövqeyi olan bir çox insanlar ya öz ömür yolları və ya tanınmış, görkəmli şəxsiyyətlər haqqında xatirələr yazırlar. Bu qəbildən Mirzə Ələkbər Sabir (1868-1911) haqqında yazılan xatirələri xüsusi qeyd etmək lazımdır. Böyük şair haqqında C.Məmmədquluzadə, Ə.Nəzmi, H.Nəzər-li, S.Mümtaz, H.Məmmədquluzadə, S.Hüseyn, Ə.Müznib, S.M.Qənizadə, C.Cəbrayılbəyli, H.İ.Qasımov, A.Səhhət, Ə.Ra-zi, Q.Qantemir, Ə.Şərif, M.Ə.Sidqi, M.Mərdanov və başqaları xatirələr yazmışlar. S.Hüseynin xatirəsi onun hekayələri kimi son dərəcə maraqlıdır. Burada Sabirin babasından, atasından və özünün həyatından söhbət gedir. S.M.Qənizadənin də M.Ə.Sabir [141, s.259] haqqında, eləcə də aktyor H.Ərəblinski [141, s.253] haqqında xatirələri vardır. Bu əsərlərdə sözügedən şəxslərin xarakteri və fəaliyyətlərinin bəzi məqamları işıqlan-dırılır. Qənizadə və Sabir məktəbdə bir yerdə oxuyurdular. Sa-bir az danışardı, yoldaşlarından ayrı gəzərdi. Xırda vərəqlərdə nə isə yazar və yazdıqlarını heç kəsə göstərməzdi. Yazdıqları isə kiçik şeirlər idi.

H.Nəzərli Şamaxıda təsis edilmiş «Ümid» adlı üsuli-cədid məktəbində oxuyarkən M.Ə.Sabir ona dərs demişdi. Xatirə müəllifi bu böyük şəxsiyyətin həm zahiri görünüşünü, həm də daxili aləmini işıqlandırmağa çalışmışdır: «Sabir bir az arıq, uzunsifətli, dərin, oynaq və parlaqgözlü, ortaboylu, qaraxətli müsəlman kişisi idi. Əvvəllər ayağına topdaban başmaq, əy-ninə qara mahuddan büzməli Şirvan çuxası, altından bir az uzun ikidöşlü arxalıq geyərdi. Başına isə qışda dəridən, yayda mahuddan əmiri papaq qoyardı. O, sinfə girərkən çox qaşqa-

74

Page 76: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

baqlı görünürdü. Əvvəllər onun qaşqabağı nə mənim, nə də yoldaşlarımın xoşuna gələrdi. Biz köhnə üsul məktəbində fa-laqqa və çubuq görmüşdük. Bir qüsur etdikdə bu cəza adətlə-rini bir qanun olaraq qəbul edirdik. Sabirdə isə falaqqa və çu-buqlardan azad olduq, fəqət sevinmədik. Səbəb? Çünki Sabir bizi təsirli sözlərlə danlayırdı...O, bir şeydən mütəəssir olduq-da gözləri alov saçır və geniş alnında göy damarlar zahir olur-du» [214, s.23].

Ə.Müznib xatirələrində «Hophop» imzası ilə əlaqədar bun-ları bildirir: «Hophop» imzası məni çox maraqlandırırdı. Nə münasibətlə böylə bir imzanı qəbul etməsini bilmək istəyir-dim. Bir gün Sabir haqqında Mirzə Cəlil ilə etdiyim söhbət əs-nasında Hophopun qəribə bir imza olduğunu heyrətlə söylə-dim, Mirzə Cəlil isə:

«Hophop» imzasını Sabir özü qəbul etməmiş, o imzanı biz ona vermişik. Sabir idarəmizə gətirdiyi mənzuməyə imza qoymazdı. Birinci nəzmini gətirib verdikdə heç özünü görmə-dik, ikinci nəzmini idarəyə verib getdikdə arxasınca baxdıq, gördük çox yeyin və hoppana-hoppana gedir, o münasibətlə də biz ona «Hophop» imzasını verdik və özünü də sonralar «Molla Nəsrəddin»ə «Qızdırmalı» imzası ilə nəzmlər yazan Həbib Zeynalovun mağazasında tanıdıq» [214, s.62]. Ə.Müznib xatirələrində M.Ə.Sabirin «Təzə həyat», «Bəhlul», «Zənbur», «Həqiqət», «Səda» və s. qəzet, məcmuələrdəki fəaliyyətindən, burada nəşr etdirdiyi şeirlərdən, həmçinin «Hophopnamə»nin ilk nəşrindən söhbət açır.

Aktyor H.Abasov bir müddət Balaxanıda «Nəşri-maarif» cəmiyyətinin məktəbində M.Ə.Sabirlə birlikdə müəllimlik et-mişdir. Həyatında baş verən hadisələrin çoxu yadında qalmasa da, Sabiri, onunla birlikdə müəllimlik etdiyi günlərini, yarım əsrdən artıq vaxt keçməsinə baxmayaraq, yaxşı xatırladığını bildirir və onu cəsarətli bir şəxs kimi xarakterizə edir: «Böyük şair olan Sabir cəsarətli bir şəxs idi. O zaman kənddə Sabir haqqında ağzını büzənlər, onu sevməyənlər də var idi. Aydın-

75

Page 77: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

dır ki, onlar Sabirin satira hədəfləri olan mürtəcelər idi. Sabirin kənd camaatı arasında böyük hörməti olduğuna görə mürtə-celər zahirdə çəkinir, gizli hədə-qorxulara əl atırdılar. Belə bir əhvalat yadıma gəlir. 1910-cu il oktyabrın axırlarında mürtə-celər Sabirə imzasız bir məktub yazmışdılar. Onlar Sabiri hə-dələyirdilər ki, ayın axırına kimi öz xoşu ilə kənddən çıxıb getsin, əks təqdirdə ailəsi başsız qalacaqdır.

Düzü ki, o zaman biz müəllimlər bu məktubdan sonra təş-vişə düşdük. Sabir isə məktubu soyuqqanlılıqla qarşıladı və köhnə qayda ilə öz işlərini davam etdirdi. O zaman biz Sabirlə ikimiz bir otaqda yaşayırdıq. Ay başa çatanda bir gün axşam o mənə belə dedi:

Hacağa, ay qurtardı, ancaq həriflərdən bir xəbər çıx-madı» [214, s.130].

H.Abasov xatirələrində Sabirin bir şeiri ilə əlaqədar bun-ları bildirir: Bakı varlılarından Hacı Hacağanın bir gözünə ağ ləkə düşmüşdü. O, Bayılda yaşayan göz həkiminin yanına ge-dir. Həkim onun gözünü iki aya qədər sağaltmağı söz verir. Bunun üçün 150 manat zəhmət haqqı istəyir. Hacı bu sözü eşitdikdə hirslənib deyir:

Siz dəli olubsunuz, nədir? Bir göz üçün də 150 manat vermək olar? Mən razıyam 150 manat siz mənə verin, o biri gözümə də ağ ləkə salın.

H.Abasov bu əhvalatı Sabirə danışır. O isə gülümsəyərək deyir: Hacağa, şair evi yıxılmış özündən uydurmayıb:

Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan?Qismətim, namusum, irzim, qeyrətim, qanımmısan?Hörmətim, fəxrim, cəlalım, şövkətim, şanımmısan?Müshəfim, Məkkəm, Mədinəm, qibləm, ərkanımmısan?

76

Page 78: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan?

Ədəbiyyatşünas A.Bayramoğlu M.Ə.Sabirin elmi tərcü-meyi-halını tərtib edərkən A.Səhhət, S.M.Qənizadə, S.Hüseyn tərəfindən yazılan məqalə və xatirələrdən, şairin avtobioqrafik əsərlərindən, Qafqaz həyatına və Şamaxının ümumi vəziyyə-tinə dair mövcüd yazılardan yararlanmışdı. Bunlarla yanaşı araşdırıcı 1903-1911-ci illərdə nəşr olunan dövri mətbuatdan, A.Şaiq, C.Cəbrayılbəyli, M.Mərdanov və digər ədəbiyyat və mədəniyyət xadimlərinin xatirələrindən istifadə edərək böyük şairin həyat və yaradıcılıq yolunu elmi əsaslarla izləmişdir. M.Ə.Sabirin ömür yolunun işıqlandırılmasında avtobioqrafik səciyyəli şeirlərinin də müəyyən əhəmiyyəti olmuşdur. Sabir-şünaslığın və Səhhətşünaslığın bəzi qaranlıq və mübahisəli məsələlərini işıqlandırmaqda tədqiqatçı-ədəbiyyatşünas Sal-man Mümtazın bu şəxslər haqqında xatirələri daha çox diqqət çəkir. Sabir və Səhhətlə dostluq əlaqələrində olan Mümtaz bu şəxslər haqqında yazdığı xatirələrində Sabirin qeyri-mətbu şeirlərinin aqibəti haqqında bunları bildirir: «Tiflisdə Səhhətlə etdiyimiz söhbətlərdən biri, həm də ən ümdəsi Sabirin Səhhətə vermiş olduğu qeyri-mətbu şeirlərinin divana salınmaq məsə-ləsi idi. Sabir vəfatına bir gün qalmış Səhhətə ağzı bağlı bir paket içində bir neçə şeir verərək, lakin vəfatından yalnız on il sonra açılıb nəşr edilməsini tapşırmışdı və ona qəliz andlar verərək vəsiyyətinə əməl edəcəyinə söz almışdı. Mən nə qədər səy etdimsə Səhhət sözündən dönmədi, «bu mənim tərəfimdən Sabirə qarşı xəyanət olar» dedi. 1913-cü ildən sonra daha Səhhət ilə görüşə bilmədim. O şeirlər Səhhətdə qaldı. Səhhətin qeyri-mətbu əsərləri «Səyavuş», «Volqa səyahətnaməsi», «Əli və Aişə» romanı, «Demon» tərcüməsi və s. ibarətdir. Güman edirəm ki, bu əsərlər Səhhətin Şamaxıdakı evində və yainki Qalabazardakı qohumlarında qalmışdı. Xülasə, Səhhətin əsər-ləri harada isə Sabirin qeyri-mətbu şeiri də orada olmalıdır. Bunları axtarmaq və axtarmaq lazımdır» [173, s.441].

77

Page 79: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Araşdırıcılar M.Ə.Sabirin həyatından bəhs edərkən əsasən A.Səhhətin böyük şairə həsr etdiyi «Tərcümeyi-hal» kitabın-dan [221] yararlanmışlar. Ə.Mirəhmədovun «Sabir» monoqra-fiyası da [167] bu qəbildəndir.

Əksər hallarda tərcümeyi-hallar da xatirələr kimi sifarişlə yazılır. Məsələn, XİX əsrin sonları XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında və ictimai-siyasi fikir tarixində önəmli yer tutan Mirzə Əbdürrəhim Talıbov (1834-1911) tər-cümeyi-halını Firidun bəy Köçərlinin sifarişi ilə yazmış və «məktubunda bildirmişdir ki, Firidun bəy onun yazdığını ar-tırıb-əskiltmədən öz məcmuəsində dərc etdirsin. Firidun bəy məqaləsində Talıbovun yazdığı məktubu olduğu kimi vermiş, yalnız ədibin harada və nə vaxt anadan olduğunu, hazırda ha-rada və nə işlə məşğul olması, habelə yazdığı əsərlərin adlarını göstərmişdir» [160, s.52]. «Səda» qəzetinin redaktoru Haşım bəy Vəzirov M.Ə.Talıbov haqqında qəzetin 1911-ci il 6 mart tarixli sayında dərc etdirdiyi məqaləsində ədəbin tərcümeyi-halını şərh etmişdir. Hələ qəzetin 28 fevral 1911-ci il tarixli 48-ci sayında nəşr olunmuş məqalədə «Vəzirov ədibə yüksək qiymət vermişdir. O, Talıbov haqqında bəzi xatirələr nəql edir, iki il əvvəl onun evində gördüyü misilsiz qonaqpərvərlikdən danışır» [160, s.23].

Daha öncə qeyd etdiyimiz kimi, orta əsr müəllifləri xatirə-lər, tərcümeyi-hallar, həyat və yaradıcılıqlarını tam əks etdirən əsərlər yazmamışlar. Onların həyat və fəaliyyətləri haqqında müasirlərinin əsərlərinə, müxtəlif qaynaqlara, təzkirələrə isti-nadən, ən əsası da müəlliflərin bilavasitə öz əsərlərinin elmi şəkildə tədqiqi əsasında fikir söylənilmişdir. Bu ənənə sonralar da davam və inkişaf etdirilmişdir. Belə ki, tərcümeyi-halına dair bir sıra faktların əsərlərinə əsasən açılmasına mollanəsrəd-dinçi şair Bayraməli Abbaszadənin də (1869-1926) yaradıcılı-ğında müşahidə etmək olar. Belə ki, tədqiqatçı Asif Rüstəmli B.Abbaszadəyə həsr etdiyi monoqrafiyasında şairin ömür yo-lunu əsasən əsərlərinə istinad edərək canlandırır. A.Rüstəmli

78

Page 80: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

haqlı olaraq yazır: «Çox zaman onun düçar olduğu məhrumiy-yətlər şeir və məqalələrinin mövzusuna çevrilir, həyat həqiqət-lərini realist qələmlə təsvir edirdi. Həyatının son illərinin bir anını qələmə almış şairin güzəranını olduğu kimi təsəvvür et-mək üçün onun «Rövzə» adlı xatirəsi fikrimizcə kifayət qədər maraqlı material verir» [209, s.26]. «Hambal» imzası ilə «Molla Nəsrəddin» jurnalının 1925-ci il, 17 yanvar (№ 3) sa-yında dərc olunmuş xatirədə sovet dövründə sadə zəhmət ada-mının acınacaqlı durumu bütün çılpaqlığı ilə əks olunmuşdur. B.Abbaszadənin hazırcavab şair olması, bədahətən satirik şeir-lər deməsi, Bakının o zamanki ədəbi-ictimai həyatı ilə qayna-yıb-qarışması Süleyman Rüstəmin xatirələrinə əsasən təsdiq-lənir. Araşdırıcı bu mənbədən də istifadə etməklə şairin tərcü-meyi-halının daha dolğun təsvir olunmasına müvəffəq olmuş-dur.

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun saxlancın-da Abbas Səhhət (1874-1918) və Məhəmməd Hadi (1879-1920) haqqında xatirələr mühafizə olunur. Xatirələrin müəllifi ərəb və fars dillərini mükəmməl bilən savadlı müəllimlərdən olan Əbülqasım Əminzadədir. Əlyazması şəklində olan bu av-toqraf nüsxələr transfoneliterasiya edilib 2008-ci ildə nəşr edil-mişdir. A.Səhhət haqqında yazılan tədqiqatlarda sözügedən xatirələrdən bəhs olunmamışdır. Halbuki A.Səhhətin və onun-la yaxın münasibətdə olan müasirlərinin həyatının bəzi mə-qamlarının aydınlaşmasında bu xatirələr xeyli önəmlidir.

A.Səhhət irsinin araşdırıcıları onun gəncliyi və təhsil illəri haqqında məlumatın azlığından gileylənirlər. «A.Səhhətin gəncliyi və təhsil illəri haqda əldə olan məlumat çox az və du-manlıdır. O zamankı Şamaxı mühitində şairin mənəvi inkişafı, təhsili, ilk yaradıcılığı kimi məsələlərlə maraqlanan olmadığın-dan bunlar haqqında heç bir iz qalmamışdır. Şairin İranda ke-çirdiyi illər onun tərcümeyi-halının ən dumanlı dövrüdür. Bu haqda əldə yazılı bir mənbə olmadığı kimi xatirələr də çox az məlumat verir» [239, s.9]. Əminzadənin xatirələri Səhhətin

79

Page 81: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

İranda keçirdiyi illərə aydınlıq gətirən ən səhih qaynaq sayıla bilər. Əsərə əsasən məlum olur ki, Xorasanda mədrəsədə təhsil alan şair digər tələbələrdən öz çalışqanlığı ilə seçilirdi. Bir il-dən sonra Səhhət Xorasandan Tehrana gəlir. Burada atasının Hacı Əli adlı dostunu axtarıb tapır. Bu şəxs vaxtilə Şamaxıdan Tehrana ticarət məqsədilə gedib varlı və nüfuzlu bir şəxs kimi tanınmışdır. Səhhət onun vasitəsilə həkim Əbdülbaqi ilə tanış olur. Həkim Əbdülbaqi də onu oğlu Xəlil ilə görüşdürür. İste-dadlı bir həkim olan Xəlil «Nasiriyyə» məktəbində müəllim kimi çalışırdı. O, Səhhətə məsləhət görür ki, əvvəlcə fransız dilini öyrənsin, çünki bu dili öyrənmədən həmin məktəbdə tibb təhsili almaq mümkün deyil. Araşdırmalarda Səhhətin fransız dilini öyrənməsi onun Şamaxı realni məktəbinin direktoruna göndərdiyi ərizə əsasında təsdiqlənir [239, s.9]. Əminzadənin xatirələrində isə bu barədə daha geniş məlumatlar vardır. A.Səhhət təhsili ilə bağlı dostu Əminzadəyə bunları deyirdi: doktor Xəlil «məni aparıb firəng missionerlərinə tapşırdı. Ora-da mən 10 ay fransızca oxudum. Mən fransızcanı tələbələrin cümləsindən yaxşı bilirdim. Hətta bir gün tələbələr məndən çox sual etdilər. Cümləsinə cavab verdim... Nə isə missioner məktəbində fransızca öyrənib tibb məktəbinə daxil oldum. Bu-ranı da əla dərəcədə bitirdim» [117, s.39].

A.Səhhət doktor Xəlilin məsləhəti ilə Şirazdan gəlmiş xa-nın həkimi olur və onunla birlikdə Şiraza gedir. Orada olduğu müddətdə xeyli şöhrətlənir. Akademik K.Talıbzadə yazır ki, «Bir ilə yaxın xanın sarayında həkimlik edən Səhhət xanla onun arasında baş verən bir tibbi mübahisə nəticəsində döydürülür. Nadan və cahil xandan öz xidmətinin «mükafatını» alan, təhqir olunmuş gənc həkim artıq orada qala bilməyib, 1901-ci ildə vətəni Şamaxıya qayıtmalı olur» [239, s.11].

Ə.Əminzadənin xatirələrində məsələ tamamilə başqa şəkil-də izah edilir. Səhhət dostuna bunları söyləyir: «...bağda güllə-rə tamaşa edə-edə gəzirdim. Bir neçə qız da bir tərəfdə gəzirdi-

80

Page 82: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

lər. Bunlardan birisi əlində böyük bir gül gətirib yaxama sanc-dı və Sədinin şeirin oxudu...Xan isə nökərlərin çağırıb mənim ayaqlarımı falaqqaya saldırdı və ayaqlarıma bir neçə çubuq vurdurdu. Xanı belə görəndən sonra Şirazdan çıxıb Şamaxıya gəlməyi qət etdim» [117, s.41].

A.Səhhət özünü böyük tutub başqalarına yuxarıdan baxan-lara, əlini, ayağını öpdürən axund və şeyxlərə nifrət etsə də milləti elmə, maarifə çağıran, xalqın qeydinə qalan ağıllı, mə-lumatlı, axund və mollaları dəyərləndirirdi. O, dövlətə, sərvətə deyil, dövlətli olub pulunu elm və maarif yolunda sərf etmə-yənlərə, bütün fikri və düşüncəsini var-dövlətini artırmağa ça-lışanlara, fəqir və məzlumlara kömək etməyənlərə nifrət edir-di. Səhhət həmişə xalqının ziyalı, mədəni və varlı olmasını is-təyirdi. Dostu Sabir də millətin xoşbəxt olmasına çalışırdı. Lakin o, varlıların insafa gəlib məzlumları bir insan hesab et-məyə, varlı ilə mədəni bir cəmiyyət qurulmağına qətiyyən inanmırdı. Səhhət və Sabirin yolları bu cəhətdən bir-birindən ayrılırdı və Əminzadənin xatirələrinə əsasən, «seyrdə və yığın-cağımızda mübahisələri olardı, mübahisəsiz keçməzdi... Am-ma heç vaxt belə mübahisə könül pozğunluğuna və ziddiyyətə səbəb olmazdı» [117, s.57].

A.Səhhətlə M.Ə.Sabir səmimi dost idilər. Bir-birini çox se-vər, bir-birinin qayğısına qalardılar. Əksər hallarda onların yaradıcılığı qarşılıqlı şəkildə öyrənilmişdir. Akademik A.Zamanovun «Səhhət və Sabir» [267] məqaləsində də Səhhətin Sabirlə dostluğu, Sabir irsinin nəşri və öyrənilməsində Səhhətin mühüm xidmətləri işıqlandırılmışdır. Sabir əsərlərinin ilk naşiri və ilk tədqiqatçısı da A.Səhhət olmuşdur. Müxtəlif elmi və monoqrafik əsərlərdə Ağali bəy Nasehin, Məhəmməd Tərrəhın, ən əsası isə Sabirin Səhhətlə dostluq münasibətlərindən danışılsa da, bəzi xatirələrdən istifadə edilsə də, bunların sırasında Ə.Əminzadənin Səhhət haqqında xatirələrindən bəhs edilmir. Halbuki, A.Səhhətin şəxsi həyatının bir çox məqamlarının öyrənilməsində bu

81

Page 83: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

xatirələr önəmli qaynaqlardan sayıla bilər. Bu fikirlər Məhəmməd Hadiyə də şamil edilə bilər. Onun həyat və yaradıcılığı haqqında yazılan tədqiqat əsərlərində əsaslı şəkildə öyrənilmişdir. Bu araşdırmalarda müxtəlif xatirələrdən, eləcə də Hadinin özünün xatirələrindən istifadə edilsə də Ə.Əminzadənin Hadi haqqında yazdığı xatirələrinin adı çəkilməmişdir. İlk öncə qeyd ediməlidir ki, Hadinin tərcü-meyi-halının öyrənilməsində öz xatirələrinin, həmçinin mək-tublarının mühüm əhəmiyyəti vardır. Bu xatirələrdə o, uşaqlıq illərindən, valideyn və müəllimlərindən söhbət açır. «Tələbəlik xatiratından», «Dəftəri-həyatımdan bir vərəq yaxud xatirati-sə-bavət», «Əsri-təcəddüd və iki qüvvə» əsərləri bunlara misaldır. «Təsviri-məhəbbət yaxud vərəqi-eşqü məvəddət», «Səadəti-zailə», «Məsləkim, nədir o?» əsərlərində Hadi öz uğursuz mə-həbbətindən danışmışdır. 1908-ci ildə M.Hadi «Beşikdən mə-zara qədər bəşərin əhvalı» adlı fəlsəfi poemasını yazmışdı. «Əsərin bir çox parçaları avtobioqrafik mahiyyətdə olub, poe-ma müəllifinin uşaqlıq və gənclik illərini canlandırırdı (maddi sıxıntı içində böyümə, yardım üçün daşürəkli bir dövlətliyə müraciət, təhsilin yarımçıq qalması və h.b.). Lakin qüvvətli bədii və fəlsəfi ümumiləşdirmə yolu ilə yazılmış bu poema ya-rımçıq qalmış olsa da avtobioqrafik əsər çərçivəsindən xeyli kənara çıxmışdır» [166, s.94]. Ədəbiyyatşünas Məsud Əlioğlu çox haqlı olaraq qeyd etmişdir ki, «M.Hadinin şəxsi həyatı ilə birgə yaradıcılıq taleyi istedadı da aramsız faciələrə məruz qalmışdır. Mənəvi sıxıntı və ruhi məhrumiyyətlər, həyata atıl-dığı ilk günündən şairin şəxsiyyətini əzib incidən amillər kimi, onun şeirlərinin ruhuna, yaradıcılıq həyatının fikir-məna qay-naqlarına da, bədbinliyin ağır və boğucu havasını gətirmişdir» [77, s.155].

Diqqəti Ə.Əminzadənin M.Hadi haqqında xatirələrinə yö-nəldərək nəzərə çatdırmaq lazımdır ki, bu böyük şairdən bəhs edən araşdırmalarda A.Şaiqin, Ə.Nəzminin, C.Cəbrayılbəyli-nin xatirələri əsas götürülsə də, Əminzadənin sözügedən əsə-

82

Page 84: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

rindən istifadə edilməmişdir. Halbuki burada M.Hadinin həya-tında baş verən bir çox maraqlı olaylar təsvir edilmişdir. Xa-tirələrdə M.Hadinin uşaqlıq illəri, mühərrirlik fəaliyyəti, «Hə-yat», «Bürhani-tərəqqi» qəzetlərində mənzum və mənsur əsər-lər, məqalələrlə çıxış etməsi, Tiflisə ilk səfəri, 1903-cü ildə Kürdəmirdə məktəb açması, Kürdəmir məscidi hücrələrinin bi-rində həm yaşayıb, həm də dərs deməsi, A.Səhhət, M.Ə.Sabir, S.Ə.Şirvani ilə əlaqəsi və bir çox məsələlər öz əksini tap-mışdır. Bunlardan əlavə xatirələrdə M.Hadinin İstanbula sə-fəri, qadın azadlığı mövzusunda qəzetlərin birində çıxış etdiyi üçün Salonikiyə sürgün edilməsi, orada vəziyyətinin ağırlığı, hətta hamballıq etməsi, yunan polisinin onu türk casusu hesab edərək həbs etməsi, azad olduqdan sonra Odessadan keçərək Bakıya gəlməsi təsvir olunmuşdur. Hadinin İstanbul həyatı, tə-qib və sürgün olunması, Bakıya qayıtması haqqında A.Şaiqin, Ə.Nəzminin xatirələrində məlumat verilmişdir. Odessada ke-çirdiyi günlər isə heç bir mənbədə qeyd olunmasa da Ə.Əmin-zadənin xatirələrində hərtərəfli işıqlandırılmışdır.

Məhəmməd Hadinin həyat və yaradıcılığının tədqiqində xatirələrin əhəmiyyəti özəlliklə vurğulanmalıdır. Belə ki, araşdırıcı İslam Qəribli şairin «İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah» poemasının tədqiqinə həsr olunmuş monoqrafiyasında «XX əsrin ikinci ongünlüyünün dövri nəşrlərinə, rəsmi sənədlərinə, şairin əhatəsində olduğu adamların məktub və xatirələrinə istinad etməklə «Əlvahi-intibah»ın öyrənilməsinin səviyyəsi və dərəcəsi haqqında fikirləri ümumiləşdirir. Bütün bunlar müəllifə Hadi həyatının Birinci Dünya müharibəsi illəri ilə bağlı bir sıra qaranlıq nöqtələrini, xüsusilə poemanın ithaf olunduğu həkimin Qara bəy Qarabəylinin şəxsiyyəti ilə əlaqədar məsələni aydınlaşdırmağa imkan vermişdir» [142, s.II].

XX əsr Azərbaycan ədəbiyyatının maraqlı şəxsiyyətlərin-dən biri də Əlabbas Müznibdir (1883-1938). Onun AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan şəxsi

83

Page 85: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

fondunda müxtəlif sənədlər qəzəllər, qitələr, mənzumələr, mənzum felyetonlar, satirik şeirlər, müxtəlif şəxslərin ona yaz-dığı məktublar, tarixi materiallar və s. ilə yanaşı tərcümeyi-hal və xatirələri də saxlanılır. Ədibin memuar irsi onun uşaqlığı, ata-anası, yaradıcılığı, həyatında baş verən bəzi məqamlar haq-qında dəyərli bilgilər verir. Bu cəhətdən xatirələrin üstünlüyü və digər sənət növlərindən fərqi odur ki, burada müəllif şəx-siyyəti özünün hiss və həyəcanları, arzu və istəkləri ilə ön planda verilir.

Əlabbas Müznibin arxivində bir neçə kiçik həcmli tərcü-meyi-hal materialları vardır. Azərbaycan dilində ərəb əlifbası ilə yazılmış, avtoqraf olan bir səhifəlik tərcümeyi-halın əvvəli naqisdir. Azərbaycan dilində ərəb əlifbası ilə yazılmış digər avtoqraf tərcümeyi-hal iki vərəqdən ibarətdir. Sadə qələmlə yazılmış və üzərində təshihlər aparılmış bu nüsxənin sonunda 3.XII.30-cu il tarixi qoyulmuşdur. Bir səhifəlik başqa bir tər-cümeyi-hal rus dilindədir. Şəxsi arxiv fondunda yuxarıda gös-tərilən qısa tərcümeyi-hal sənədləri ilə bərabər nisbətən iri həcmli, səkkiz vərəqdən ibarət «Türkcə yazılan tərcümeyi-halımın müxtəsər tərcüməsi» adlı yazı da vardır. Yazının sonu naqis olsa da memuaristin həyatı və yaradıcılığı haqqında ma-raqlı məlumatlar əldə etməyə imkan yaradır. Müznib burada özünün mətbuat sahəsindəki fəaliyyətindən, bu yolda qarşısına çıxan maneələrdən, həbs edilməsindən bəhs edir. Adları çəki-lən və əlyazması halında olan bu nüsxələr «Xatirələr» kitabın-da [117] nəşr olunmuşdur.

Müznib «hələ iyirminci illərin əvvəllərində qələmə aldığı «Bakıda millət müharibəsi» və «Qarabağ xatiratı» memuarla-rını yazmaq üçün materiallar toplayır. Azərbaycan Dövlət nəş-riyyatı ilə səkkiz müəllif vərəqi həcmində olacaq «Ədəbi xati-rələr» adlı kitab yazacağı barədə müqavilə bağlayır» [9, s.414]. Yazıçının şəxsi arxivində öz həyat və fəaliyyətini, memuarla-rını yazmaq üçün tərtib etdiyi plan qeydləri [177] vardır. Altı vərəqdən ibarət olan qeydlərin birinci vərəqi yoxdur. Qeydlər

84

Page 86: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Azərbaycan dilində ərəb əlifbası ilə yazılmışdır. Üzərində dü-zəlişlər aparılmış, bəzi sözlər pozulmuşdur. Qeydlərdən aydın olur ki, memuarist əsərini iyirmi iki hissə və hər bir hissəni də bir neçə bölmədən ibarət qələmə almağı planlaşdırmışdır. Gö-rünür, Müznib memuar yazmağa ciddi yanaşmış hətta plan tər-tib etmişdir. Lakin xatirələr günümüzə tam şəkildə çatmamış-dır. Əsərin əldə olan hissəsi də öz növbəsində parçalanmış və fraqmentləri Müznibin şəxsi fondunda saxlanılır. Müəyyən sujetə malik olan xatiratın [117, s.93] birinci hissəsi «Ailəm», ikinci hissəsi «Çocuqluk və təhsilim», üçüncü hissəsi «Gənclik yaşlarım. Araba qayırarkən» adlanır. Xatirələr Azərbaycan di-lində ərəb əlifbası ilə, sadə qələmlə yazılmışdır. Əlyazmanın vərəqləri müəllifin özü tərəfindən səliqə ilə nömrələnmişdir. Xatirədə bəzi sözlər pozulmuş, üzərində bənövşəyi mürəkkəb-lə düzəlişlər edilmişdir. Xatirə üzərində aparılan bu avtoqraf düzəlişlər əsərin müəllif tərəfindən çapa təqdim etmək üçün hazırlanması ehtimalını yaradır. Ümumiyyətlə, xatirənin məz-munu onun böyük həcmli əsərin bir hissəsi olduğunu göstərir. Müznib özü etiraf etmişdi ki, onun xatirə dəftəri olmuşdur. Bu barədə o yazır: «Bilxassə böyük türk millətinin kəmali-iftixar ilə mənə həddindən pək böyük olsa da bəxş etdikləri ali bir lə-qəbindən, yəni «Müznib şairimizdir» dediklərindən dolayı daha xoşbəxt olduğuma əminəm və özümdən sonra gələn ailə əfradına birər xatirə dəftəri buraxmağı dəxi yersiz ədd etmi-rəm» [176, s.2].

Ə.Müznibin xatirələri yalnız müəllifin həyat və fəaliyyətini deyil, XX yüzilliyin əvvəllərində xalqın ağır şəraitini, bu şə-raitdə azərbaycanlıların öz təmiz və nəcib zəhmətinin bəhrəsi ilə yaşamalarını, Azərbaycan mədrəsələrində tədris üsulunu, mollaxanaların vəziyyətini, həmçinin ictimai və tarixi hadisə-lərini əks etdirir. Xatirələrlə yanaşı Müznib dövrün tanınmış şəxsiyyətləri haqqında dəyərli məqalələr yazmışdır. Haşım bəy Vəzirov, Əli bəy Hüseynzadə, Əliağa Vahid, Hüseyn Ərəb-linski, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir haqqında ya-

85

Page 87: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

zılan məqalələrdə onların həyat və fəaliyyətləri, tərcümeyi-halı haqqında dəyərli məlumatlar verilir, xatirələr qələmə alınır. Müznib M.Ə.Sabiri «Kaspi» mətbəəsi ilə necə tanış etməyi ba-rədə bunları yazır: «Bir gün «Kaspi» mətbəəsini (o vaxt Sabir bağçasının yerində idi) görməyi arzu etdi. Axşam saat səkkiz-dən sonra onu məzkur mətbəəyə apardım. Mətbəədəki tipoq-rafiya, litoqrafiya, kəsən, tikən makinaları və mətbəənin hər bir ləvazimatını ona göstərdim. Hamıdan çox «Kaspi»ni təb edən rotatsiyonu ilə litoqrafiya makinalarına heyrət etdi. Ro-tatsiyonun kağızı lenta kimi aparıb, çap eləyib, kəsib bükməsi-nə, eyni zamanda da neçə nüsxə çap elədiyini saymasına, li-toqrafiyanın isə düz daşda birinci rəngdən sonra ikinci rəngin istənilən yerə verilməsinə və rəngdən başqa yerə əsla toxun-mamasına çox təəccüb eylədi. «Dəmirin də canı olarmış», - deyə əllərini bir-birinə qovuşdurdu. Mətbəədən çıxdıq» [10, s.261].

Haşım bəy Vəzirovun erməni-azərbaycanlı iğtişaşında gös-tərdiyi xidmətləri qiymətləndirən Ə.Müznib bu xüsusda yaz-mışdı: Haşım bəy «Şuşa bələdiyyə idarəsində qlasnı olub və-təndaşlarının mənafeyini həmişə müdafiə edirdi. Müsəlman-erməni iğtişaşında göstərdiyi xidmətləri daha böyükdür. Qara-bağda vaqe olan iğtişaş əsnasında müsəlmanları daima höku-mət yanında və əfkari-ümumiyyə nəzərində müdafiə etmiş və dilsiz cahil milləti əğyarın töhmət və təcavüzündən dili və qə-ləmi ilə müdafiə və mühafizə erməkdən bir an geri durmamış-dır. O vaxtlarda Qarabağdakı müsəlman və erməni münasibə-tini islahı bir yola qoymaq üçün Qafqaz hökuməti-aliyəsi tərə-findən təyin olunan general Tağayaşvilinin hüzurunda böyük bir izdiham içərisində müsəlmanları müdafiə etmək yolunda mənidar və kəskin bir nitq söyləmiş, o nitqi sayəsində qara-bağlıların hökumət nəzərində asayiş sevici bir camaat olduq-ları bilinmişdir» [10, s.217].

Müznibin «Qarabağ səyahəti» əsəri 1920-ci ilin mayında hökumət nümayəndələri D.Bünyadzadə, H.Sultanov, Ç.İldı-

86

Page 88: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

rım ilə birlikdə Qarabağa edilən səfərin təəssüratları əsasında qələmə alınmışdır. Əsərdə əsasən Şuşa şəhərinin quruluşun-dan, əhalisindən, məhəllələrindən, su çeşmələrindən, məktəb-lərindən və s. bəhs olunur ki, bu da şəhərin XX yüzilin əvvəl-lərindəki durumunu anladır. Müəllif yazır: «Şuşada sabiq xa-nın qızı Gövhər ağa tərəfindən tikdirilmiş iki böyük came və nəhrin ətrafında mədrəsələri, kənddən, ərazidən, bağdan, zi-raətdən ibarət qayət zəngin mövqufatı vardır. Bundan əlavə, hər məhəllədə məhəllə əhli tərəfindən yapılmış «Hüseyniyyə» təsmiyyə edilən birər məscidləri mövcuddur. Fəqət bunların mövqufatı yoxdur. Məhəllə əhalisi tərəfindən idarə olunur. 71 hamamı və 8 xan karxanası vardır» [178, s.169]. Müznibin «Qaryagində» adlı yazısı da «Qarabağ səyahəti» əsəri səpki-sindədir. «Ağdamın vəchi-təsmiyəsi» və «Tərtər» yazılarında isə müəllif sözügedən ərazilərin adlarının mənalarını açıqla-mışdır.

Ə.Müznibin qardaşı, ədəbiyyatşünas Əmin Abid isə «Yol-daş yolunda» əsərində uşaqlıq xatirələrindən bəhs edir. «Unu-dulmaz günlər» adlı yazıda Abid öz yaşantılarını xatirə şəklin-də söyləyir və qardaşı Müznibin bir beytini verir [175, s.6]. Bu nümunələr Müznibin Əlyazmalar İnstitutundakı şəxsi arxivin-də saxlanılır.

XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaratmış şairlərdən biri də Mirzə Əli Möcüzdür (1873-1934). «Cənubi Azərbaycan ədəbiyyatında maarifçi-satirik şeiri XX əsrdə yeni mərhələyə qaldırmış, onun məzmununu inqilabiləşdirmiş, de-mokratikləşdirmiş, cümhuriyyət quruluşunu tam üstün tutmuş, M.Ə.Sabir satirasını yeni şəraitdə davam və inkişaf etdirmiş» [155, s.99] Möcüz 1933-cü ildə Təbrizdə olduğu zaman qısa tərcümeyi-halını yazaraq öz həyat yolunu təsvir etmişdir: «Tə-xəllüsüm Möcüz, adım Əlidir. Atam Şəbüstərin tacirlərindən imiş. Mən on altı yaşında ikən o vəfat etmişdir. Həmin ildən İstanbula getdim, orada on altı il qaldıqdan sonra qayıtdım və vətənimin ağlar halını görüb növhəxanlığa başladım. Mənim

87

Page 89: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

bu növhəxanlığım axudların xoşuna gəlmədi, mənə müharibə elan etdilər. 26 il bir-birimizlə vuruşduq. Xeyrat verdilər məni çağırmadılar, toy oldu mən iştirak etmədim. Bununla belə axıradək vuruşdum, yəni yazdım, özü də ana dilində yaz-dım. Yazılarımı saxlamamışam, yoldaşlara və dostlara vermi-şəm, onlardan bəziləri yığıb saxlayıblar. Fars dilini çox da yaxşı bilmirəm və bu dildə çox az yazmışam. Həm də mən belə mülahizə etdim ki, azərbaycanlılar fars dilindən bir o qə-dər də xoşlanmazlar. Bir də məqsədim o idi ki, kişilər və qa-dınlar oxuyub mətləbi anlasınlar. Şeirlərimin çoxu müzahi tərzdə yazılıbdır. Buna görə də sevilir, yoxsa bir o qədər də qa-bil deyildir» [169, s.6].

Memuar mənbələri şəxsi mənşəli olduğu üçün əsasən şəxsi fonlarda mühafizə edilir. Buna görə də onları üzə çıxarmaq üçün arxivlərə müraciət etmək lazımdır. AMEA M.Füzuli adı-na Əlyazmalar İnstitutunda mühafizə edilən şəxsi fondlar bu baxımdan diqqət çəkir. XIX – XX əsr Azərbaycan ədəbiyyat və mədəniyyət xadimlərinin şəxsi fondlarındakı gündəlik, tər-cümeyi-hal və xatirələr həm bu dönəmin ictimai-siyasi, tarixi durumunu canlandırmaq, həm də tanınmış şəxsiyyətlərin ömür yolunu izləmək baxımından önəmlidir. Digər tərəfdən memuar mənbələrini nəşr edərkən memuaristin şəxsi arxivini (təbii ki, əgər varsa) öyrənmək daha məqsədəuyğundur. Onun gündəlik-lərindən, qeyd dəftərçələrindən, yazışmalarından müəlliflə əla-qədar dəyərli məlumatlar əldə etmək mümkündür. Əlyazmalar İnstitutunun arxivlərində Əbdürrəhim bəy Haqverdiyevin, Zül-füqar Hacıbəyovun, Nəriman Nərimanovun, Gülsüm xanım Nərimanovanın, Azər Buzovnalının, Süleyman Sani Axundo-vun, Səməd Vurğunun, Əli Nəzminin və başqalarının tərcü-meyi-halı vardır. Sözügedən müəliflərin həyat və fəaliyyətləri-nin öyrənilməsində bu nümunələrin əhəmiyyəti danılmazdır. Belə ki, tərcümeyi-hal və xatirələri təyinetmə vəhdəti şəxsiy-yətin müasirləri və nəsil üçün tarixi varlıqda özünün iştirakını təcəssüm etdirmək, orada özünü və öz yerini dərk etməkdən

88

Page 90: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

ibarətdir. Şəxsi fondların müəlliflərin həyat və fəaliyyətlərinin öyrənilməsində əhəmiyyətini Əbdürrəhim bəy Haqverdiyevin (1870-1933) timsalında göstərmək maraqlı olardı.

1927-ci ildə Tiflisdə Ə.Haqverdiyevin ədəbi fəaliyyətinin 35 illik yubileyinə hazırlıq işləri gedirdi. Əziz Şərif də onun haqqında məqalələr yazıb «Yeni fikir» qəzetində dərc etdirirdi. Ədibin həyat yolunu düzgün işıqlandırmaq üçün redaksiya onun özündən material istəmişdi, o da öz müxtəsər tərcümeyi-halını yazıb göndərmişdi [83, s.217]. Həmin tərcümeyi-halı Əziz Şərif olduğu kimi xatirələrinə daxil etmiş və bildirmişdir ki, yazıçının həyatına aid əldə olan bütün məlumat bu sənəd əsasında yoxlanılmalı və düzəldilməlidir. Eyni zamanda onun öz tərcümeyi-halına aid yazdığı və arxivində saxlanılan o biri əlyazmaları da bu əlyazması ilə tutuşdurulmalı, dəqiqləşdiril-məli və təkmilləşdirilməlidir [83, s.220]. Məhz həmin tərcü-meyi-hal əsasında Ə.Şərif Ə.Haqverdiyevin həyat və fəaliyyə-tinin əsas məqamlarını işıqlandırmışdır, gündəliyindəki sətirlər və ədibin ona göndərdiyi məktublar bu işdə ona yardımçı ol-muşdur.

Əziz Şərifin tövsiyəsi ilə Ə.Haqverdiyevin Əlyazmalar İnstitutundakı şəxsi arxivi bir daha nəzərdən keçirildi və mü-əyyənləşdirildi ki, arxivdə yazıçının üç variantda, əlyazması şəklində tərcümeyi-halı vardır. 19 aprel 1933-cü ildə qələmə alınmış tərcümeyi-halın iki variantı dolğun və əhatəlidir. Üçüncü variant isə həcm etibarı ilə kiçikdir. İlk iki sənədin 1933-cü ildə, yəni həyatının son ilində qələmə alınmasını nə-zərə alaraq, bu tərcümeyi-halın daha geniş olması tamamilə tə-biidir.

İlk öncə qeyd edilməlidir ki, Haqverdiyevin arxivindəki tərcümeyi-halda uşaqlıq illəri haqqında məlumat daha əhatəli-dir. Ədib yazır: «...Üç yaşında ikən atamı qeyb edib yetim qal-mışam və məni əmim Əbdülkərim bəy öz təhti-tərbiyəsinə almış. Atamın vəfatından üç sənə sonra anam köhnə çinovnik Həsənəli bəy Sadıqova ərə getmiş. Bu izdivacdan əmim narazı

89

Page 91: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

olduğundan üç sənə mənim anamı evinə qəbul etməyib, mənə də onunla görüşməyi qadağan etdi. Əmimin arvadı bir yandan və qardaşı oğlu bir yandan əmimdən bixəbər mənə olmazın işkəncələr verirdilər. Əmimə şikayət etməkdən qorxurdum. Çünki şikayətdən sonra ikiqat əzaba mübtəla olacaq idim. Axır bir gün davam etməyib ayaqyalın, başıaçıq birbaş anamın ya-nına qaçdım. Anamın ikinci əri məni öz oğlu kimi qəbul edib, həqiqətdə öz oğlundan ayırmayıb, mənim tərbiyəmlə məşğul oldu və mən o kişinin tərbiyəsi sayəsində oxuyub 1890-cı sə-nədə Tiflisdə realnı məktəbi bitirib ali təhsil üçün Peterburqa getdim» [107].

Atalığını xoş xatirələrlə yada salan Ə.Haqverdiyev tər-cümeyi-halının ikinci variantında ondan daha ətraflı bəhs edir və onunla keçirdiyi günləri həyatının yaddaqalan anları kimi xatırlayır. O yazır: «Atalığım Həsənəli bəy Sadıqov birinci Ni-kolay vaxtının çinovniklərindən idi. Bu adam çox polis idarə-lərində xidmət etmiş və qədim vaxtın vəzifələrindən murov vəzifəsi daşımış, dünyagörmüş, Bakı, Gəncə, Şirvan, Şəki dai-rələrində ömür keçirmiş bir kişi idi. Çox vədə səfərə çıxar, qış zamanında isə buxarının kənarında əyləşib keçmiş günlərindən söhbət edirdi. Onun çox söhbətləri qədim zamanın məşhur qa-çaqları Qaçaq Əbdürrəhimdən, Qaçaq Aslandan, Qaraçuxu oğ-lundan və sairlərindən olardı. Bu söhbətlərə mən və onun əv-vəlinci arvadından olan iki oğlanları böyük bir maraqla qulaq asardıq. Bu hekayətlər mənim gələcək ədəbi işlərimə böyük təsir bağışladı. 1906-cı sənədə yazdığım «Ayın şahidliyi» he-kayətim Sadıqov nəql edən hekayətlərdən biri idi. Söz yox ki, sadə söylənmiş bir əhvalat ədəbi surətə salınmışdı. Onun öz oğluna isə hekayətləri əks-təsir bağışladı. Üçüncü, dördüncü sinifdə ikən başladı tüfəng, xəncər ilə oynayıb igidlik məşqinə düşməyə və bir azdan sonra məktəbi boşlayıb gedib kənddə yaşadı. Axırda həvəskar surətində qaçaqçılıq, yolkəsməkliklə məşğul oldu və bu yolda şöhrət qazandı. Belə idi ki, hər bir mühüm cinayətdə onun adı çəkilirdi və o da buna fəxr edirdi.

90

Page 92: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Bu oğlanın haqqında böyük bir hekayət yazmaq mümkündür. Ancaq əhvalatın mövzuya dəxli olmadığından buna kifayət edib ancaq bunu deməliyəm ki, oğlan ən axırda şəhərin kəna-rında seyrdə içki məclisində özünün əziz dostunu güllə ilə öl-dürüb axırda Sibirə göndərildi» [107].

Ə.Haqverdiyevin uşaqlıq illərindən nümunə gətirdiyimiz sətirlər Əziz Şərifin Ə.Haqverdiyev haqqında yazdığı xatirələ-rinə daxil etdiyi tərcümeyi-halda özünə yer almamışdır. Eyni fikirləri müəllim Yusif bəy Məlik Haqnəzərov haqqındakı mə-lumatlara da şamil etmək olar. Ə.Haqverdiyevin şəxsi arxivin-dəki tərcümeyi-halda Yusif bəydən daha ətraflı söhbət açılır. Müəllif yazır: «...Yusif bəy Məlik Haqnəzərov ilə tanış ol-mam. Şuşa şəhər məktəbinə girdikdən qabaq mən Yusif bəyin yanında bir neçə ay hazırlaşdım. Yusif bəy müəllim idi. O vaxt müəllimlər yay fəslində Şuşada teatr verirdilər. Mən birinci dəfə teatr sözünü Yusif bəyin dilindən eşitdimsə, amma istər-dim teatra gedim. Balaca olduğumdan dolayı atalığım məni buraxmayırdı. Atalığım özü də teatr nə olduğunu bilməzdi. Ancaq 1884-cü ildə birinci dəfə teatra gedib həman Yusif bəyi səhnədə görüb teatrın nə olduğunu anladım və sonra Mirzə Fə-təlinin komediyalarını alıb həvəs ilə oxumağa başladım. Hətta on altı yaşında ikən bir komediya da yazdım: «Hacı Daşdə-mir» və yazıb da aparıb Yusif bəyə verdim. Yusif bəy komedi-yanı çox diqqətlə oxuyub qırmızı karandaşla lazımi yerləri dü-zəltmişdi və sonra isə komediyanın bir şeyə yaramadığını mənə bir oylə pedaqoji dil ilə söylədi ki, mən əsla ondan inci-mədim. Bundan sonra teatr nə olduğunu və teatra dair əsərləri necə yazmaq üsulunu mükəmməl surətdə mənə göstərdi. O idi ki, həman gündən teatr yolunda işləməyi özümə bir müqəddəs məqsəd sandım» [107].

Ə.Haqverdiyevin Peterburq şəhərində olarkən teatrla bağlı fikirləri şəxsi fondda saxlanılan tərcümeyi-hal nüsxəsində daha mükəmməldir. Əsərləri haqqında məlumata gəldikdə isə qeyd olunmalıdır ki, Əziz Şərifin təqdim etdiyi nüsxədə, 1927-

91

Page 93: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

ci ildə yazıldığına görə, təbii ki, Ə.Haqverdiyevin 1927-ci ilə qədər yazdığı əsərləri özünə yer almışdır. Şəxsi arxivdəki nüs-xə 1933-cü il qələminin məhsulu olduğu üçün burada əsərləri haqqında məlumat daha genişdir. Eyni fikirləri yazıçının icti-mai və digər sahələrdə fəaliyyəti haqqında da söyləmək olar. Şəxsi arxivindəki kiçik həcmli tərcümeyi-halda isə Ə.Haqver-diyevin birinci Dövlət Duması (Dumaya Gəncə quberniyası tə-rəfindən nümayəndə göndərilmişdi) dağıldıqdan sonra «Nadej-da» sığorta nəqliyyat cəmiyyətinin müfəttişi kimi Qafqaza qa-yıdıb Gəncədə yaşaması, 1908-ci ildə cəmiyyətin iflasa uğra-ması və onu Hacı Zeynalabdin gəmiçiliyinə müfəttiş vəzifəsi-nə təklif etmələri göstərilmişdir. Bu vəzifələr ona Qafqazın və İranın bir çox yerlərini səyahət edib qiymətli məlumatlar əldə etməsinə şərait yaratmışdır. Ədibin həyatının bu məqamları nə Əziz Şərifin xatirələrindəki tərcümeyi-halda, nə də Abbas Za-manovun Ə.Haqverdiyev haqqında məqaləsində [106] veril-mişdir. Bütün bunlar bir daha sübut edir ki, tanınmış şəxsiy-yətlərin həyat və fəaliyyətlərini öyrənərkən onların şəxsi arxiv-lərini araşdırmaq xeyli vacib və önəmlidir. Ədalət naminə de-məliyik ki, Əziz Şərifin təqdim etdiyi tərcümeyi-halda da elə məqamlar vardır ki, bunlar şəxsi arxivdəki sənədlərdə öz əksi-ni tapmamışdır.

Əlyazmalar İnstitutunda Süleyman Sani Axundovun (1875-1939) şəxsi arxiv fondunda beş variantda tərcümeyi-hal sənədləri saxlanılır. Bunlardan ikisi [279, 280] rus dilində, iki-si [17, 18] Azərbaycan dilində ərəb əlifbası ilə, biri [19] latın əlifbası ilə yazılmış avtoqraf nüsxələrdir. Tərcümeyi-hal ilk dəfə «İnqilab və mədəniyyət» məcmuəsinin 1939-cu il dördün-cü sayında dərc olunmuşdur. Yazıçı 1938-ci ildə «Uşaqlıq hə-yatından xatirələr»ini [16, s.427] qələmə almışdır. Onun uşaq-lıq illəri Ağdamın bir hissəsi olan Seyidli kəndində keçmişdir. Daima təbiətin qoynunda olardı. Təbiət vurğunu Süleyman Sani əsərlərində təbiəti məftunluqla təsvir etmişdir. Gördüyü olaylar hekayələrində öz bədii əksini tapmışdır. S.S.Axundo-

92

Page 94: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

vun tərcümeyi-hal və xatirələrinə söykənərək tədqiqatçı Nadir Vəlixanov onun elmi bioqrafiyasını [250] tərtib etmişdir. Bu-rada ədibin həyatı, mühiti, ömür yolu, şəxsiyyəti, dünyagörü-şü, müasirləri ilə əlaqələri zəngin sənədlər, faktlar, xatirələr əsasında işıqlandırılmışdır. Yazıçının həyat və yaradıcılığını tədqiq edən Məsud Əlioğlu da əsasən onun «Uşaqlıq həyatın-dan xatirələr»indən yararlanmış, Axundovun uşaqlıq dövrünü öz yazdıqları əsasında qələmə almışdır.

Hər bir yazıçının, şairin tərcümeyi-halının bəzi məqamları məktublarda da əks olunur. Nəriman Nərimanov 1925-ci ilin 28 yanvarında Moskvadan oğlu Nəcəfə yazdığı məktubda hə-yat və yaradıcılıq bioqrafiyasından bəhs etmişdir. O, yazmış-dır: «Mənim həyatım, ömrüm qayğılarla dolu olub. Qardaşı-mın və bacılarımın ailələri 20 yaşımdan mənim boynumda olub. Bu 30 ildə 11 adam böyüdüb boya-başa çatdırmışam. On-lardan 8 qız uşağını ərə vermişəm, yerdə qalan üçünü cüzi mə-vacibimlə böyütmüşəm. Bütün bu işləri sahmana salandan sonra yenidən oxumağa başladım, 30 yaşımda universitetə da-xil oldum. Universiteti qurtardıqdan sonra var qüvvəmi Salman qardaşımın balalarının tərbiyəsinə sərf etdim. Bütün bunlardan yalnız indi, qardaşımın sonuncu qızı Xanımı 1924-cü ildə ərə verəndən sonra azad olmuşam. Bu məktubu isə aradan bir il keçəndən sonra, məhz 1925-ci ildə yazıram. Bütün bunları sənə ona görə yazıram ki, məni bəşəriyyət üçün az iş görmə-yim üstündə qınamayasan. Bu mənada ümidvaram ki, sən gör-düyüm işləri davam etdirib başa çatdıracaqsan» [188, s.135].

Məktubda Nərimanov oğluna məsləhətlər verərək vəzifə-mənsəb arxasınca qaçmamağa, şəxsiyyət və idarələrdən müm-kün qədər az asılı olan peşə və ya sənət seçməyi tövsiyə edir. Özünün də tibb sahəsini seçməsini kənar şəxslərdən az asılı ol-maq və daha çox ruhi məmnunluq alması üçün etdiyini bildi-rir. Məktubda həmçinin Nərimanovun dünyaya, həyata baxışı, mühit, insanlar, hakimiyyət haqqında fikirləri öz əksini tap-mışdır.

93

Page 95: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

XX əsrin «birinci yarısında yaşayıb yaratmış mədəniyyət xadimləri arasında memuar ədəbiyyatının və xatirələrin geniş şöhrət tapması Azərbaycan mədəniyyəti tarixinin bugünkü təd-qiqatçısına qiymətli informasiya verir, bu tarixin bəzi ağ səhi-fələrinin yazılmasına köməklik göstərir. ...XIX əsrin sonların-dan əlyazma mədəniyyətinin süqutu ilə hələ nəşr işinə kifayət qədər geniş və müfəssəl faktların yol tapmaması, bir sıra mə-sələlərin dövrün inqilabi ab-havası fonunda arxa plana keçərək nəzərdən yayınması müşahidə olunurdu. Dövrün kütləvi infor-masiya vasitələrinin «hər şeyi» əhatə etməyə gücü çatmırdı və belə bir vəziyyətdə Azərbaycan mədəniyyət xadimlərinin şəxsi təşəbbüsü, xatirə yazmaq cəhdləri olduqca gərəkli idi» [7, s.21]. Belə xatirələrdən biri də Cəlil bəy Bağdadbəyova aiddir. Şuşa şəhərində dünyaya göz açan Cəlil bəy xatirələrində [36] Şuşanın məşhur və həvəskar xanəndələri, aşıqları haqqında məlumat vermiş, eləcə də Azərbaycan musiqisinin inkişafında Mir Möhsün Nəvvabın həqiqi rolunu qeyd etmişdir. Xatirələr-də Şuşanın adət-ənənələrindən (nişan, paltarbiçmə, toy), Nov-ruz bayramının keçirilməsindən, kənd toylarından, Məhərrəm ayında baş verən olaylardan, mərsiyəxanlardan, seyidlərdən söhbət açılır və bunlar haqqında müfəssəl məlumat verilir. Bağdadbəyovun xatirələri xalqımızın tarixi keçmişini, ən əsası Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın zəngin adət-ənənələrini, Azərbaycan musiqi tarixini və etnoqrafiyasını öy-rənmək baxımından əvəzsiz mənbədir. Yalnız Azərbaycanda deyil, həmçinin Orta Asiyada teatr sənətinin inkişafında böyük xidmətləri olan Cəlil bəy Bağdadbəyov və bu dövrdə səhnəyə gələn yeni aktyor nəslinin ayrı-ayrı nümayəndələrinin tərcü-meyi-hal və xatirələri Azərbaycan mədəniyyətinin inkişaf tari-xini öyrənməkdə önəmlidir. Hüseynqulu Sarabskinin (1879-1945), Əhməd Qəmərlinin (1850-1952), Mirmahmud Kazı-movskinin (1882-1940), Mirzağa Əliyevin (1883-1954), Sidqi Ruhullanın (1886-1959), Hacağa Abasovun (1888-1975), Əh-məd Anatollunun (1894-?), Səməd Mövləvinin (1900-1962)

94

Page 96: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

tərcümeyi-hal və xatirələri teatr sənətinin ümumi mənzərəsini təsəvvür etməyə imkan verir, aktyorların səhnədə atdıqları ilk addımları, qarşıya çıxan çətinlikləri aradan qaldırmaq yolun-dakı fəaliyyətlərini əks etdirirdi.

Hər bir sənətkarın həyat və yaradıcılığını öyrənməkdə, de-yildiyi kimi, tərcümeyi-halların böyük önəmi vardır, «çünki tərcümeyi-halı öyrənilməmiş bir şair və ədibin yaradıcılığını da düzgün anlamaq, təhlil etmək və qiymətləndirmək xeyli çə-tin olur» [47, s.9]. Zəngin elmi irsə malik türkoloq alim Bəkir Çobanzadə (1893-1938) «Yardımçı elmlər»ə daxil etdiyi tər-cümeyi-halların ədəbiyyat tarixçisi üçün önəmini vurğulayaraq yazmışdır: «Ədəbiyyat tarixçisinə tədqiq etdiyi müəllifin necə bir adam olduğunu bilmək də lazımdır. Müəllifin həyatını öy-rənmək sayəsində, onun mühiti və ədəbi zövq və idealı haq-qında da fikir edilmək mümkündür. Bununla bərabər... bioqra-fidən – tərcümeyi-haldan özümüzə lazım olan materialı seçib faydalanmasını bilmək də şərtdir» [60, c.3, s.247]. Alim «Xə-tainin dili və ədəbi yaradıcılığı haqqında» əsərində Xətainin tərcümeyi-halı ilə məşğul olan bəzi tarixçilərin Səfəvilər nəsli-nin yeddinci imam Musa Kazimə çatdığını göstərməklərini «Şah İsmayılın özü tərəfindən və yaxud tərəfdarları vasitəsilə tərtib edilib siyasi və dini məqsədlərlə xalq arasına yayılmış olan əfsanələrdən başqa bir şey» [60, c.1, s.263] olmadığını bildirir və «bütün tarixçilər tərəfindən Səfəvi xanədanının Ağ-qoyunlu sülaləsi ilə, xüsusən Uzun Həsən ailəsi ilə olan əla-qəsi» [60, c.1, s.264] fikrini təsdiqləyir, bu məlumatın həqiqətə daha uyğun olmasını qeyd edir.

Azərbaycan yazıçıları haqqında əhatəli ədəbi irs qoyub ge-dən ədəbiyyat tənqidçisi Firidun bəy Köçərlinin özünün həyat və fəaliyyətindən bəhs edən əsəri olmasa da yüz otuzdan artıq Azərbaycan yazıçısının ömür və yaradıcılıq yolunu əks etdirən əsəri tərcümeyi-hal materialları ilə zəngindir. F.Köçərli «hər hansı bir yazıçının tərcümeyi-halına dair məlumat toplamaq üçün ilk növbədə onun öz kitablarına, divanlarına müraciət

95

Page 97: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

edirdi. Lakin əksər hallarda o, istədiyinə nail ola bilmirdi... Odur ki, tərcümeyi-halların tərtibi üçün başqa məxəzlərə mü-raciət etmək lazım gəlir. Alim təzkirələrdə, mətbu və qeyri-mətbu elmi kitablarda, mətbuat orqanlarında klassik ədəbiyya-tın ayrı-ayrı nümayəndələri haqqında verilən bioqrafik və bib-lioqrafik məlumatlardan ilk məxəz kimi istifadə edir» [126, s.13]. Əsərdə Ə.Gəncəvi, N.Gəncəvi, X.Şirvani, M.P.Vaqif, M.V.Vidadi, A.Bakıxanov, Aşıq Pəri, Q.Zakir, X.Natəvan, F.Kəminə, H.Fəqir, M.B.Xalxali və başqaları haqqında bioqra-fik məlumatlar verilmişdir. M.F.Axundov haqqında onun özü-nün yazdığı tərcümeyi-halı, A.Bakıxanovun həyat və fəaliyyəti isə onun «Gülüstani-İrəm» əsərində verilmiş tərcümeyi-halı əsasında izah edilmişdir. Ədəbiyyat tənqidçimiz «Gülüstani-İrəm»in sonunda Bakıxanovun özü haqqında yazdığı parçanı bütövlükdə «Azərbaycan ədəbiyyatı»na daxil etmişdir.

Azərbaycan ədəbiyyatının tanınmış simalarının tərcümeyi-halını tərtib edən F.Köçərli qeyd etdiyimiz kimi öz bioqrafiya-sını qələmə almamışdır. Bu işi onun tələbəsi olmuş Fərhad Ağazadə (Şərqli) çox məharətlə yerinə yetirmişdir. Belə ki, tərcümeyi-hal elə geniş və əhatəli yazılmışdır ki, sanki Köçər-linin öz qələmindən çıxmışdır. Əsər 1930-cu ilin aprelində ya-zılmışdır. Bioqrafiyanı yazarkən F.Ağazadə ilkin «arxiv ma-teriallarından istifadə etmiş, daha zəngin epistolyar irsdən fay-dalanmışdır. Biz bu gün Firidun bəyin şəxsiyyəti və ilkin ar-xivi haqqında daha geniş təsəvvür əldə etdiyimiz üçün Fərhad Ağazadəyə minnətdar olmalıyıq. Belə ki, dövrünün tanınmış ziyalısı və alimi olan bu şəxs arxivin ilkin variantını araşdı-rarkən ağlagəlməz bir uzaqgörənlik nümayiş etdirmiş və Firi-dun bəyin bütün arxiv materiallarının siyahısını çıxarmışdır» [6, s.6].

Fərhad Ağazadə Firidun bəy Köçərlinin təhsil illərini, pe-daqoji və tərcüməçilik fəaliyyətini hərtərəfli işıqlandırmışdır. 35 il müəllimlik edən Firidun bəyin nəzərində müəllimlik ən müqəddəs bir iş idi. Öz peşəsini ürəkdən sevdiyi, həmçinin

96

Page 98: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

müəllimlərə, məktəblərə dəyər verdiyi üçün müəllimlərin və şagirdlərin də Firidun bəyə böyük hörməti var idi. Bunu daha aydın şəkildə göstərmək üşün F.Ağazadə Firidun bəyə gələn məktublardan nümunələr göstərir. Əsərdə Firidun bəyin şəxsi keyfiyyətlərindən də söhbət açılır. «Firidun bəy çoxlarının tədbirçisi, məsləhətçisi, yolgöstəricisi olduğundan, hər kəsin ürəyində bir dərdi olsaydı, qabaqca Firidun bəyə yazardı» [90, s.32]. Ona yazılmış məktublar bunu bir daha sübut edir.

Firidun bəyin ömür-gün yoldaşı Badisəba xanıma yazdığı məktublar onun mənəvi aləmini daha aydın nəzərə çatdırır. Bu məktublar onun həyat yoldaşına olan məhəbbət və diqqətini, eləcə də Badisəba xanımın ətrafında olan insanları da nəzər-diqqətində saxladığını göstərir.

F.Köçərli xalqın qayğısını çəkən bir insan olmuşdur. Bu barədə tərcümeyi-hal müəllifi yazır: «Firidun bəy camaat qay-ğısına ürəkdən yanan bir sadiq inteligent idi. Bunun bu səda-qəti yalnız şagirdlərinə deyil, hətta başqa inteligentlərə də bö-yük təsiri olmuşdu. Demək olar ki, Firidun bəyin təsiri ilə tər-biyələnmiş bir çox kimsələr ortalığa çıxdı. Bunların bəziləri hələ bizimlə bərabər yaşayırlar. Bunlardan elələri var ki, Firi-dun bəyin dəlaləti ilə mahir yazıçılar olmuş və bəziləri də onun göstərdiyi cığırı tutub, onu özlərinə məslək qərar vermiş-lər» [90, s.24]. Müəllif həmin şəxslərdən bir neçəsini nümunə də göstərir.

Fərhad Ağazadə Firidun bəyin dəyərli bir qələm sahibi ol-duğunu bildirərək yazır: «Onun qələminə yalnız türklər deyil, ruslar, gürcülər belə, böyük hörmətlər göstərirdilər, çünki rus-cada onun çox dəyərli məqalələri çap edilirdi. Odur ki, Qafqaz mühərrirləri arasında məşhur olduğu kimi, Moskva, Peterburq (indiki Leninqrad) şəhərlərində də məşhur idi» [90, s.27]. Mü-əllif Firidun bəyin nəşr olunmuş məqalələri siyahıya alınsa, həmin siyahının 15-20 səhifə yer tutacağını bildirir. Bir çox məqalələrindən nümunələr gətirən F.Ağazadə onların mahiy-yətini, məzmununu və harada nəşr olunduğunu nəzərə çatdırır.

97

Page 99: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Firidun bəy ana dilinə böyük önəm verirdi və bildirirdi ki, «bir milləti yaşadan dildir və o dili yaşatdıran şairlər, ədiblər-dir» [90, s.34]. Dostlarına yazdığı məktublarında o, ana dilinin önəmi barədə öz fikirlərini bildirirdi. Dilin zənginliyini sübut etmək üçün el ədəbiyyatı toplamağın zəruri olduğunu bilən Köçərli bu xüsusda xeyli işlər görmüş, «qalın bir kitab doldu-rası qədər yalnız el ədəbiyyatı toplamışdır» [90, s.35]. O, ma-terial toplamağa şagirdlərini də həvəsləndirirdi. Onlar da bu iş-lə həvəslə məşğul olurdular.

F.Ağazadənin sözügedən əsərində Firidun bəy Köçərlinin bu görkəmli şəxsiyyətin tərcümeyi-halı, həyatının ən önəmli məqamları təsvir olunmaqla yanaşı, dövrün, mühitin ab-hava-sı, çevrəsində olan insanların fəaliyyəti də canlandırılmışdır.

Xatirə müəllifləri təsvir olunan olayları öz mövqelərindən qiymətləndirir və bəzən də keçmişə bu günün prizmasından baxırlar. Xatirələrdə hətta adi bir hadisə belə xatırlansa fayda-lıdır. O hadisə ki, hamı görə bilərdi, lakin nəzərdən yayınıbdır. Firidun bəy Köçərli haqqında Abdulla Şaiqin, Mehdixan Vəki-lovun, Əli Səbrinin qələmə aldıqları xatirələrdə [90] də adi olaylar xatırlanır.

Məlumdur ki, gündəlik, tərcümeyi-hal və xatirələr kimi sə-yahətnamələr də müəlliflərin özləri haqqında, gördükləri, şahi-di olduqları hadisələr haqqında yazılarıdır. XX əsrin tanınmış rəssamlarından olan Əzim Əzimzadənin (1880-1943) Əlyaz-malar İnstitutundakı şəxsi arxivində mühafizə olunan «Mənim səfərim» xatirəsi də səyahətlərdən alınan təəssürat əsasında qə-ləmə alınmışdır. Əsərin əlyazmasından məlum olur ki, müəllif xatirələrini ilk öncə «Mənim həyatım» adlandırmış, sonra isə bu yazını karandaşla pozub «Mənim səfərim» etmişdir. Ə.Əzimzadənin xatirələri uşaqlıq illərinin təsviri, hələ uşaq yaşlarından rəsm çəkməyə həvəsli olduğunu bildirməklə baş-layır. Lakin bu həvəs ona çox baha başa gəlir, mollaxanadan, iş yerindən qovulur. Xatirələrin əsas məğzini isə memuaristin Kərbəla səfəri təşkil edir. 1910-cu ildə o, Kərbəla ziyarətinə

98

Page 100: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

gedən bibisinə qoşulur və səfər zamanı keçdiyi şəhərləri Rəşti, Həmədanı, Sədabadı, Kirmanşahı; Bisütun dağını, Qəsri-Şirini təsvir edir, hər bir şəhərin əhalisi, təbiəti, adət-ənənələri, tarixi abidələri haqqında məlumat verir. Ə.Əzimza-də özünü zəvvardan daha çox səyahətçi kimi hiss edir. Bunun-la əlaqədar xatirə müəllifi yazır: «Yaşayışımı zəvvarlıqdan çe-virdim səyahətçi yaşayışına. Hər gün şəhərin bir yerinə gedib səyahət edirdim. Çox vaxt bazarda və meydanda ərəblərin, mühacirlərin həyatlarını öyrənirdim» [82, s.63].

Daha öncə qeyd edildiyi kimi, memuar janrında müxtəlif sənət sahibləri öz qələmlərini sınamışlar. Bu mənada görkəmli bəstəkarımız Müslim Maqomayevin də (1885-1937) adını çək-mək yerinə düşərdi. Onun Əlyazmalar İnstitutundakı şəxsi ar-xivində gündəlik, tərcümeyi-hal və xatirələri mühafizə olunur. Gündəlik qeydlər əsasında tərtib etdiyi xatirələri [284] iki iri həcmli ümumi dəftərə rus dilində qələmə alınmış avtoqrafdır. Bəzi səhifə və cümlələrin üzərindən qırmızı karandaşla xətt çəkilmişdir. Xatirələrdə «Nərgiz» operasının yaranma və inki-şaf tarixi haqqında ətraflı məlumatlar verilmişdir. Opera yaz-maq fikrini Məmməd Səid Ordubadiyə bildirən Maqomayev ondan libretto yazmasını xahiş edir. Ordubadi bu təklifi qəbul edir və «Çobanlar» adlı libretto yazır. Süjet Maqomayevə zəif təsir bağışladığı üçün libretto üzərində işi öz öhdəsinə götürür. Əsər üzərində işləyərək operanı «Nərgiz» adlandırmaq qərarı-na gəlir. Artıq 1932-ci ilin 25 noyabrında librettonun ilk va-riantı hazır idi. Libretto ilə bağlı M.Maqomayev ilə M.S.Or-dubadi arasında yaranan soyuqluq operanın yazılmasının lən-giməsinə səbəb olmuşdur. Bir müddətdən sonra soyuqluq ara-dan götürülmüş və sonrakı işlər müştərək yerinə yetirilmişdir. Müəllif Leninqradda, Kislovodskidə olarkən opera üzərində işləməyini, əsasən iş rejimini təsvir edir. 1934-cü ilin payızın-da tamamlanmış opera uğurla dinlənilmişdir. Dövrün görkəmli adamları «Nərgiz» haqqında öz fikirlərini bildirmişlər ki, bun-lar da xatirələrdə özünə yer almışdır.

99

Page 101: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

M.Maqomayevin gündəliyi memuar nümunəsi olsa da bu-rada onun nəzəri görüşləri, opera ilə bağlı mütəxəssis rəyi öz əksini tapmışdır. Gündəliyin ikinci dəftərində müəllif «Nər-giz» operasında iştirak edən aktyorlar Aliyə Terequlova (Nərgiz), Hüseynağa Hacıbababəyov (Əlyar) və başqaları haqqında öz fikirlərini qeyd etmişdir. Dəftərdə Maqomayevin səhhəti ilə bağlı səhifələr üstünlük təşkil edir.

Tarın xüsusi tembrə malik olduğunu bildirən Maqomayev onun simfonik orkestrdə əsas yer tutduğunu və operada xalq musiqisinin gözəl nümunələrindən istifadə etdiyini nəzərə çat-dırır. «Şah İsmayıl» operasında çoxsəsli xorun olduğunu qeyd edən bəstəkar bu operada da xorun əsas yer tutduğunu bildirir. O, teatrlaşdırılmış dəbli əyalət rəqslərini operaya daxil etmiş və bu rəqslərin Azərbaycan baletində yeni dəbin yaranmasında önəmli olacağını göstərmişdir. Gündəlikdə 1932-1936-cı illə-rin ədəbi, ictimai mühiti, müəllifin çevrəsində olan insanların fəaliyyəti canlandırılmışdır. Bülbül, Şövkət Məmmədova, Ru-hulla Axundov, Əhməd Triniç və başqaları haqqında məlu-matlar verilmişdir. Əhməd Triniç haqqında M.Maqomayev bunları bildirir: Triniç Bakıya ilk dəfə 1918-ci ildə türklərin gəlişindən əvvəl gəlmişdi. O, mənşəcə albandır. Sonralar, 1920-ci ildən sonra Triniç müxtəlif idarələrdə rəhbər vəzifələrdə işləmişdir. O, ya qəzet redaktoru, ya konservatoriyanın direktoru, ya türk teatrının direktoru olmuşdur. Lakin heç bir vəzifədə bir ildən artıq qərar tutmamışdır [284, s.31].

Müslim Maqomayevin «Nərgiz» operasının yaranma və inkişaf tarixini əks etdirən gündəliyində tərcümeyi-halı haq-qında məlumat yetərincə deyil. Bəstəkarın Əlyazmalar İnstitu-tunda mühafizə olunan sənədləri arasında ayrıca tərcümeyi-halı [283] vardır. Rus dilində yazılmış tərcümeyi-hal pərakən-də haldadır. Bununla belə burada bəstəkarın həyat və fəaliyyə-tinin əsas məqamları lazımi qədər işıqlandırılmışdır.

Memuar nümunələri müxtəlif quruluşda, müxtəlif üslubda

100

Page 102: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

meydana çıxsa da, bəziləri elmi və bədii cəhətdən sənətkarlıqla yazılmasa da xatirə müəllifinin dövrünün müəyyən cəhətlərini səciyyələndirməkdə, keçmişi çağdaş oxuculara tanıtmaqda bu janrın önəmi böyükdür. Bir sıra felyetonların, yumorlu-satirik hekayələrin müəllifi olan böyük pedaqoji təcrübəyə malik dil-şünas müəllim Əlməmməd Mustafayevin xatirələri XIX əsrin sonundan XX əsrin 60-cı illərinə qədərki dövrün mədəni həya-tını, xalqımızın adət-ənənələrini, tanınmış şəxsiyyətlərin həyat və fəaliyyətlərinin bəzi məqamlarını işıqlandırmaq, eləcə də memuaristin həyatını öyrənmək baxımından maraq doğurur. Əsərdə dövrün müəllimləri, aktyorları, yazıçı və şairləri ilə əlaqədar məlumatlar, xatirələr oxucuların nəzərinə çatdırılmış-dır. Ə.Mustafayevin M.Hadi, H.Zərdabi, C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Səhhət, N.Nərimanov, A.Şaiq, S.S.Axundov, Ə.Vahid, C.Cabbarlı kimi tanınmış şair və yazıçılar, S.Ru-hulla, Z.Hacıbəyov kimi incəsənət xadimləri haqqında maraqlı xatirələri vardır. Cəfər Cabbarlı haqqında yazdıqları həm gələ-cək dramaturqun çalışqanlığını, həm də Ə.Mustafayevin bir müəllim kimi qayğıkeşliyini aydınlaşdırır. «Süleyman bəyin məktəbində mənim şagirdlərimdən birisi də Cəfər Cabbarlıdır. O, dörd il mənim təlim-tərbiyəmi götürüb birinci buraxılışda birinci yeri tutanlardan olur» [170, s.71]. Daha sonra müəllif Cəfər Cabbarlının üçüncü sinifdə oxuyarkən xəstələnməyindən yazır: «Mən hər gün onu həkimə göndərmək istəyirəm, ancaq o getmir. Burada başqa səbəb yoxdur, bu uşaq dərsdən qalmaq istəmir. Mən də ondan əl çəkə bilmirəm, çünki o mənim sin-fimdə birinci şagirddir. Bir gün dərsdən sonra Süleyman bəyə blank yazdırıram və Cəfəri qabağıma qatıb ikinci xəstəxanaya aparıram. Burada ona dərman yazırlar. Axırda Cəfər sağalır və əvvəlki şəklinə düşdükdə mən də rahat yatıram» [170, s.71].

Ə.Mustafayevin xatirələrinin Azərbaycanda məktəb və maarif işinin öyrənilməsində önəmli rolu vardır. Xatirələrdə Bakıda azərbaycanlılar üçün fəaliyyət göstərən rus-Azərbay-can məktəbləri, onların əsas baniləri olan Həsən bəy Zərdabi,

101

Page 103: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Həbib bəy Mahmudbəyov, Sultanməcid Qənizadə, təcrübəli pedaqoqlardan Bədəl bəy Bədəlbəyov, Baba bəy Səfərəlibə-yov, Əlisgəndər Cəfərov, eləcə də Mahmud bəy Mahmudbə-yovun «Əlifba», Davisin «Rus dili», Moskva müəllimləri tərə-findən yazılmış «Razvitiye reçi uçaşixsya» dərslikləri, müəl-limlər üçün fəaliyyət göstərən «Dəbistan» məcmuəsi və məc-muə qapandıqdan sonra yaranan «Məktəb» məcmuəsi haqqın-da məlumatlar verilmişdir. Xatirələrin sonunda «Müəllimlərə sözüm var», «Tələbələrə sözüm var» və «Müəllimin məsləhə-ti» hissələri məqalə səciyyəlidir. Ümumiyyətlə, iyirmi üç kiçik hissədən ibarət olan xatirələrini memuarist 1966-cı ildə ta-mamlamışdır. Xatirələrin yazılma tarixinə gəldikdə isə qeyd etmək lazımdır ki, bizcə onlar müxtəlif illərdə qələmə alınmış-dır. Bunu əsərdəki təkrar fikirlər təsdiqləyir. Xatirələrdə keç-mişdə baş verən olaylar indiki zamanda nəql olunur. Bu nəqletmə hadisə baş verən vaxt və ya gündəlik şəklində qələ-mə alınsa idi, məqsədə daha müvafiq olardı. Bir haldaki həmin vaxt deyil, illər keçdikdən sonra yazıya köçürülüb, müəllif uşaqlıq və gənclik dövründən keçmiş zamanda danışmalı idi. Bununla belə. Əlməmməd Mustafayevin xatirələri dövrün tari-xi, ictimai-siyasi və ədəbi-mədəni mühitini öyrənməkdə ma-raqlı qaynaqlardan sayıla bilər.

İnsanlar öz xatirələrini, əsasən, yaşlı vaxtlarında qələmə alırlar. Bunun da bir neçə səbəbi olur. Bəziləri öz arzusu ilə bu işə girişir, keçdiyi ömür yolunu xatırlayır, sanki bu illəri yenidən yaşayaraq xüsusi zövq alırlar. Digər qisim yazıçılar öz xatirələtini və ya başqası haqqında xatirələrini sifarişlə yazırlar. Nəhayət, bir çoxlarını xatirə yazmağa kimsə təhrik edir: bəziləri bununla asanlıqla razılaşır, bəziləri isə müəyyən müddət keçdikdən sonra yazmağı qərara alır. Qısa yaradıcılıq yolunda şeir, hekayə, məqalələrlə yanaşı ölməz dram əsərləri ilə Azərbaycan ədəbiyyatında əzəmətli mövqe tutan böyük sə-nətkar Cəfər Cabbarlı (1899-1934) iri həcmli memuar əsəri yazmamışdır. Yəqin ki, bu onun dünyasını erkən dəyişməsi ilə

102

Page 104: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

əlaqədar olmuşdur. Bununla belə, ədib bəzi çıxış və məqalələ-rində az-çox özü haqqında, gördüyü işlər haqqında məlumat vermişdir. Müəyyən əsər haqqında fikri, yaradıcılıq hesabatı onun özü tərəfindən söylənilmişdir. Yazıçı «1905-ci ildə» ta-maşası haqqında çıxışında əsəri nə məqsədlə qələmə aldığını, hansı təəssüratın onu bu işə sövq etdiyini göstərir: «1905-ci ildə» əsərini yazarkən mən öz qarşımda 1905-ci ildə Bakıda olan bütün inqilabi hadisələri əhatə etmək vəzifəsini qoymamı-şam. Bu tema öz bədii həllini gözləməkdədir. Bu məsələ ətra-fında hələ tam bir əsər yazılmamışdır. 1930-cu ildə Zaqafqazi-yanı gəzərkən aldığım təəssürat məni bu pyesi yazmağa sövq etmişdir» [43, s.290]. Beləliklə, Cəfər Cabbarlı hər iki xalqın tarixini dərindən öyrənməyə başlayır və bunları bir-biri üzəri-nə salışdıran rus çarizminin müstəmləkə siyasətini göstərən pyes üzərində işləmək qərarına gəlir. Bu milli vuruşma üçün 1905-ci ili bir fon seçərək «1905-ci ildə» əsərini yazır. Qeyd edilməlidir ki, Cəfər Cabbarlının «Mən «Almaz» ssenarisini nə üçün yazdım», «Əfqanıstan» pyesi üzərində işləyirəm», «Böyük vəzifələr uğrunda» və digər bu kimi məqalələrində müəllif «mən»i açıq-aşkar sezilir. Yazıçı «Almaz» ssenarisini tərtib etməyə onu vadar edən mülahizələri və qızların qəzalara getməmələrinin səbəblərini açıqlayır. Bəzi qızlar isə «xalq və dövlət qarşısında öz borcunu necə olursa-olsun ödəmək istəyə-rək, ata evindən qaçıb gedir və öz böyüklərini göz yaşı ilə inandırmağa müvəffəq olmadıqda qohumları ilə əlaqəni büs-bütün kəsirlər. Bütün belə halların baş verməsi ailənin xasiy-yətindən asılıdır. Bəzi qızlar rayona gəlib müəllimlik edərkən öz vəzifələrini yalnız şagirdlərin dəftərlərini düzəltməkdən ibarət bilir və heç bir ictimai iş aparmırlar...

...İstəyirik ki, qızlarımızda ictimai işə həvəs oyadaq, onla-rın mübarizə iradəsini və cürətini artıraq. Hamı Almazı sevə-cək və onunla ayaqlaşmağa çalışacaq. Almazın cəsarəti, möh-kəmliyi ağır dəqiqələrdə belə qızlar üçün təskinlik və ilham mənbəyi olacaqdır» [44, s.414].

103

Page 105: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

«Əfqanıstan» pyesi üzərində işləyirəm» məqaləsində Cəfər Cabbarlı iyirminci illərdə Azərbaycan teatrının durumundan bəhs edərək yazır: «Az tanış olan obrazlar, az tanış olan vəziy-yət işçi auditoriyası tərəfindən çətinliklə qəbul edilir və çox zaman ona çatmırdı, nəticədə teatr tamaşaçılar qarşısında mü-vəffəqiyyət qazanmırdı. Tamaşalara az adam gəlirdi. Pyesi tez repertuardan çıxarmaq və yenisi ilə əvəz etmək lazım gəlirdi. Quruluşların çoxluğu tamaşaların bədii dəyərini aşağı salır və tamaşaçı teatrdan üz döndərirdi. Bu, bir siqnal oldu. Teatr başa düşdü ki, düz-doğru yol ilə getmir və öz istiqamətini dəyişdi» [44, s.416]. Belə bir şəraitdə Cəfər Cabbarlı «Əfqanıstan» adlı yeni pyes üzərində işləyir. Dramaturqun yazdığına görə pyesin adı şərtidir və onun məqsədi Avropa imperialistlərinin Şərqdə gizli hiylələrinin üstünü açmaqdır. Cabbarlı teatr üçün ədəbi işlə yanaşı əməli fəaliyyətə də qoşulur. Çünki hər bir drama-turq rejissor olmalı və teatrın qanunlarını təcrübi öyrənməlidir. Ona görə də dramaturq teatrın əsas problemini yalnız teatrla sıx əlaqədə həll edə bilər.

Cəfər Cabbarlı 1930-cu ilin may ayında Azərbaycan Dram Teatrı heyətinin tərkibində Ümumittifaq olimpiadasında iştirak etmək üçün Leninqrada (indiki Sankt-Peterburqa) getmişdir. Bu görüşdən aldığı təəssüratı özünün «Leninqrad xatirələri»ndə qələmə almışdır. Həmin xatirələrdə yazıçı səfər zamanı gördüklərini və müşahidə etdiklərini yazıya köçürmüşdür. Azərbaycan aktyorlarının təntənə ilə qarşılanmasını müəllif belə təsvir edir: «Böyük Dövlət Dram Teatrında idik. Türk (Azərbaycan N.S.) teatrının əməkdaşları üçün yanaşı üç loja ayrılmışdı. Səhnədə oyun getdiyi yerdə birdən ... xalq aktyoru Monomaxov tamaşaçılara müraciətlə:

Yoldaşlar, bu gün Azərbaycan Türk Teatrının aktyorları bizə qonaq gəlmişlər. Türk səhnəsinə alqış! dedi.

Salondan alqış qopdu. Teatrın hər tərəfindən projektorlar oturduğumuz lojalara tərəf çevrildi. Dopdolu salon bir ağızdan

104

Page 106: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

«ura» qışqırır, türk aktyorlarını alqışlayırdılar. Bu alqış çox sürdü və sonra türk milli teatrı şərəfinə gurultulu bir nümayiş şəklini aldı...

Böyük Opera Teatrında da, Dövlət Komediya Teatrında da və başqa teatrlarda da bu mənzərə eynilə təkrar edildi. Hər yerdə oyunun ortasında aktyorlar sözlərini saxlayır və tamaşa-çılarla bir yerdə türk aktyorlarını alqışlayırdılar» [44, s.389]. «Leninqrad xatirələri» Cəfər Cabbarlının qələmə aldığı yeganə xatirədir. Onun haqqında isə kifayət qədər irili-xırdalı xatirələr yazılmışdır. Ədibin həyat yoldaşı Sona xanımın xatirələrində öz qısa ömür yolunda daima çarpışmalarda olan, bir dəqiqə də dinclik, istirahət bilməyən, öz ailəsini böyük məhəbbətlə se-vən, özünü tamamilə sənətə, yaradıcılığa həsr edən bir insan təsvir olunur. Görkəmli teatr xadimlərinin, söz, qələm sahiblə-rinin Cəfər Cabbarlı haqqında yazdıqları xatirələrdə də onunla bağlı hər gün, hər saat, hər an şirin duyğularla yad edilmişdir. Böyük dramaturqun əsərlərində qadın rollarının mahir ifaçısı Mərziyə Davudova bir aktyor kimi püxtələşməsində «Oqtay Eloğlu», «Aydın», «Sevil», «Od gəlini», «Almaz», «1905-ci ildə» və başqa əsərlərdə oynadığı rolların ona böyük təsiri ol-duğunu vurğulamışdır. «Sevil» əsərinin rol bölgüsü ilə bağlı xatirə müəllifi bunları yada salır: «Yaxşı yadımdadır. Bir dəfə Cabbarlı, Azərbaycan SSR xalq artisti Abbas Mirzə Şərifzadə və mən bir yerdə idik. C.Cabbarlı bizim üçün yeni yazmış ol-duğu «Sevil» əsərini oxuyurdu. Cəfər oxuduqca mənim qəlbim Sevil obrazını yaratmaq eşqi ilə döyünürdü.

Cəfər Cabbarlının bir adəti var idi. O, yazdığı hər yeni əsə-rini artistlər üçün oxuyar, onların fikrini öyrənər, hansı rolu hansı artist üçün yazdığını söylərdi. Bu dəfə mən Cəfərdən so-ruşdum:

Cəfər qardaş, (biz həmişə ona belə müraciət edirdik) mən hansı rolu oynayacağam?

Mən elə bilirdim ki, Cəfər Cabbarlı indi mənə deyəcəkdir: Sevili. Amma əksinə oldu. C.Cabbarlı özünəməxsus təvazö-

105

Page 107: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

karlıqla dedi: Mərziyə xanım, mən Gülüş obrazını yazarkən sizi nəzər-

də tutmuşam. Bu rolu siz yaxşı oynayarsınız.Mən inciyən kimi oldum. İndi olduğu kimi o vaxt da hər

bir artist əsərdə baş rolu oynamaq istəyirdi. Cəfər Cabbarlıya yalvarmağa başladım:

Cəfər qardaş, dedim, çox xahiş edirəm, əgər müm-künsə, icazə verin Sevili oynayım.

Cəfər gülə-gülə dedi: Yox, Mərziyə xanım, siz yaxşı bilirsiniz ki, mən rol böl-

güsündə çox qəddaram.Mən dedim ki, hazırlaşaram, heç olmazsa, bir dəfə oynaya-

ram, əgər xoşunuz gəlməzsə...Cəfər Cabbarlı ayağa qalxdı, əllərimi sıxdı: Neyləyim, mən Gülüşü də sevirəm, Sevili də, sizi də.

Qoy siz deyən olsun, Sevili oynayın. Bir neçə gündən sonra Sevilin oxunuşu, sonra rolların böl-

güsü, nəhayət ilk məşqləri başlandı. Cəfər Cabbarlı «Sevil»in oxunuşundan ta ilk tamaşasına kimi bizdən ayrılmadı. Onu da qeyd edim ki, bizim bir məşqimiz belə onsuz keçməzdi. Nəha-yət, tamaşa hazır oldu. İlk tamaşa misilsiz müvəffəqiyyət qa-zandı...

«Sevil»in birinci pərdəsindən sonrakı əhvalatı mən heç bir zaman yaddan çıxarmayacağam.

C.Cabbarlı səhnəyə çıxdı, əllərimi dönə-dönə sıxdı. Sağ ol, Mərziyə xanım, dedi, sən Sevili sevərək

yaratdın. Çox sağ ol, yaşa!» [46, s.33].Cəfər Cabbarlı dostluqda çox möhkəm, vəfalı idi. O, özün-

dən kiçik, hələ ədəbiyyatda yeni tanınmağa başlayan cavan şairlərlə dostluq edərdi. Bu da onun sadəliyindən irəli gəlirdi. Xatirə müəllifləri Cəfər Cabbarlını həm sədaqətli, vəfalı bir dost, sadə, xeyirxah bir insan, həm də böyük sənətkar kimi xa-tırlayırlar. Dramaturqun əsərlərinin tamaşalarından böyük hə-yəcanla danışan memuaristlər onların tamaşaçılara göstərdiyi

106

Page 108: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

böyük təsir qüvvəsini qeyd edirdilər. Cabbarlının əsərləri oxu-cu və tamaşaçılara yalnız «ruhi qida» verməklə deyil, eləcə də onları öyrətmək, tamamilə dəyişmək iqtidarına malik idi.

Azərbaycan opera sənətinin banisi bəstəkar Üzeyir Hacıbə-yov da (1885-1948) məqalə və məktublarında, məruzə və çı-xışlarında özü barədə, yaradıcılıq fəaliyyəti, həyatının bəzi məqamları haqqında məlumat vermişdir. O, «Azərbaycan xalq musiqisinin əsasları» əsərini yazarkən bu mövzuya dair heç bir elmi əsər olmadığı üçün yalnız öz şəxsi müşahidələrinə, apar-dığı tədqidatın nəticələrinə, Azərbaycan xalq musiqisinin bü-tün nümunə və formalarının dərin təhlilinə əsaslandığını bildir-mişdir. O, qeyd etmişdir ki, «Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək sahəsindəki işimin, bir bəstəkar olaraq mənim üçün əməli fəaliyyəti o oldu ki, mən «Koroğlu» ope-rasını yazdım» [100, s.30]. Üzeyir bəyin «Mən nə yaradıram», «Aprel mənə imkan və şərait yaratdı» və digər bu kimi məqa-lələrində müəllif şəxsiyyəti ön plandadır. Məktublarında isə böyük bəstəkarın həyatının bəzi məqamları, sevincli və kədərli günləri öz əksini tapmışdır.

Üzeyir Hacıbəyovla ünsiyyətdə olan müxtəlif sənət adam-larının bəstəkar, müğənni, rəssam, aktyor, yazıçı, musiqişü-nas, tənqidçi, teatrşünas, dirijor, həkim, əmək qəhrəmanı, filo-sof və başqalarının xatirələri çox canlı, oxunaqlı və əhatəlidir. Xatirələr səmimi, qayğıkeş, alicənab və xeyirxah insan, dahi bəstəkar, böyük alim və pedaqoq Üzeyir Hacıbəyov haqqında dolğun təsəvvür yaradır. Xatirə müəllifləri onunla eyni dövrdə yaşadıqları üçün fəxr edir, yaradıcılıq fəaliyyətlərində onun ro-lunu göstərir, onunla ünsiyyətdə olmağı sözün həqiqi mənasın-da əsl xoşbəxtlik kimi dəyərləndirirlər.

«Elə ki, ömrün qürub çağı başlayır, bir az sakitlik axtarır-san, bir az dinclik. Elə ki, yorulduğun günlərin acısını çıxmaq üçün əlini başının altında çarpazlayırsan, rahat nəfəs alırsan, yada düşür ötənlər, yada düşür itirdiyin adamlar... yaxşılı-ya-manlı günlər. Arxaya çevriləndə görürsən ki, bir az özün haq-

107

Page 109: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

qında xatirələrin var, bir az səninlə birgə işləyən yaxşı adamlar haqqında. Bir nəfər tapıb ürəyini boşaltmaq istəyirsən. Qorxur-san ki, bu xatirələri özünlə aparasan. Elə şeylər var ki, səndən başqa heç kəs bilmir. Ancaq bunu bilsələr daha xeyirdir. Bu xatirələr özgələri üçün daha gərəklidir» [247, s.74]. Xatirələrin əhəmiyyətini qeyd edən memar Qəzənfər Əlizadə böyük bəstə-kar haqqında yazdığı «Üç, dörd ilin xatirəsi»ndə maraqlı və önəmli məqamlara toxunur. Rəsul Rza xatirələrində göstərir ki, mehribanlıq, sadəlik, qayğı Üzeyir bəyin sözündə, hərəkə-tində özünəməxsus şəkildə görünür və duyulurdu. Ramazan Xəlilovun xatirələrində Səməd Vurğunla Üzeyir Hacıbəyovun dostluğu, birgə yaradıcılıq fəaliyyətləri canlandırılır. Məmməd Səid Ordubadi isə «Koroğlu» operasının yazılışı vaxtı Üzeyir Hacıbəyovla birgə işlədiyi günləri yada salaraq bəstəkarın iş prosesinin əsas xüsusiyyətlərini, yaradıcılıq mövqeyini nəzərə çatdırır. Üzeyir Hacıbəyov musiqisi və şəxsiyyəti onun haq-qında xatirə yazan bütün müəlliflər üçün çox önəmli idi.

Bəstəkarın həyat və yaradıcılığını müxtəlif aspektlərdən tədqiq edən E.Abasova «Üzeyir Hacıbəyov: həyat və yaradıcı-lıq yolu» [276] monoqrafiyasında bəstəkarın elmi tərcümeyi-halını faktik materiallar əsasında tərtib etmişdir. Əsərdə Üze-yir Hacıbəyov bəstəkar, publisist, ictimai xadim kimi əsaslı şə-kildə araşdırılmışdır. Bəstəkarın qələmə aldığı məqalələrdə, yaradıcılıq hesabatlarında, məruzələrində özü haqqında dediyi fikirlərə, arxiv sənədlərinə söykənərək onun həyat və yaradıcı-lıq yolu elmi əsaslarla izlənilmişdir.

Üzeyir Hacıbəyovun xidmətlərini XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaratmış istedadlı şair Səməd Mən-sur ilk dəfə «Tuti» məcmuəsinin 9 may 1915-ci il tarixli 20-ci sayında dərc etdirdiyi «Səhneyi-qeyrətlərinə» şeirində məha-rətlə təsvir etmişdir:

Min təşəkkür bu Üzeyrin xidmətlərinə,Xalqa göstərdiyi ol səhneyi-qeyrətlərinə.

108

Page 110: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

«Ər və arvad» ilə «Arşın mal alan» ayinədir,Ta baxa xalq görə, ondakı əxlaq nədir. ....................................................................... «Drijor» olmuş idi həmmal ilə Məşədi İbad,Muzıkantlar hamısı salmış idi dad-bidad,Qəbr evindən baxıban Fətəli də olsun şad Ki, Üzeyir etdi bizim səhnəni yeksər abad.Verdi çox yaxşı əvəz çəkdiyi zəhmətlərinə,Min təşəkkür bu Üzeyrin bizə xidmətlərinə.

Görə Zərdabi Həsən bəy Üzeyrin hünərin,Qırx sənə zəhmətinin gör,ey Nəcəf bəy səmərin.Durun alqışlayın indi bu günün bəxtəvərin,Sındırıb çün «Operetta»yla cəhalət kəmərin.Mən də təzim edirəm səhneyi-qeyrətlərinə,Min təşəkkür bu Üzeyrin bizə xidmətlərinə [162, s.37].

Daha öncə qeyd edildiyi kimi xatirələrin demək olar ki, ək-səriyyəti müəlliflərin həyatlarının son dövrlərində yazıya alı-nır. Bu cəhətdən general-leytenant Əliağa Şıxlinski (1863-1943) də istisna təşkil etmir. Rus ordusu «artilleriyasının alla-hı» sayılan Şıxlinski həqiqətən Azərbaycan xalqının fəxridir. O, 1904-1905-ci illərdə Port-Artur, 1914-cü il I Dünya müha-ribəsində, 1918-ci ildə daşnaq Ermənistana qarşı döyüşlərdə iştirak etmişdir. Onun «Xatirələrim» əsəri «Azərbaycan hərb tarixində ilk və yeganə hərbi memuardır. İnqilabdan əvvəl və inqilabdan sonrakı dövrlərlə məşğul olan hərb elminin elə bir alimi yoxdur ki, həmin kitabdan qidalanmasın, bir qiymətli mənbə kimi ondan istifadə etməsin» [193, s.159].

Akademik Heydər Hüseynov generalla söhbətlərində onu xatirələrini yazmağa sövq etmiş və həvəsləndirmişdi. Gözü nurdan düşən, qulaqları ağır eşidən yaşlı general güclü hafizəyə, yaddaşa malik idi. Məhz yaddaşına əsaslanaraq xatirələrini diqtə etmişdi. Ş.Nəzirli yazır ki, «Xatirələrim»i

109

Page 111: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

yenidən çapa hazırlayanda düzü şübhələndim: axı ola bilməz ki, bu yaşda adam bu qədər faktı yadında saxlaya, rəqəmləri, tarixi hadisələri dəqiq deyə bilsin. Ona görə də kitabda adı çəkilən adamların familiya və rütbəsini, ayrı-ayrı hadisələri bir daha hərbi ensiklopediya ilə yoxlayıb tutuşdurdum. Zərrəcə səhv tapa bilmədim» [192, s.102].

General-mayor, hərb elmləri doktoru, professor Yevgeni Barsukov 1943-cü ilin noyabrında qələmə aldığı yazısında Ə.Şıxlinski və onun «Xatirələrim» əsəri haqqında maraqlı fi-kirlər söyləmişdir. Məhz bu yazı Şıxlinskinin 1984-cü ildə nəşr olunmuş əsərində müqəddimə kimi verilmişdir. Ə.Şıx-linski ilə şəxsən tanış olan Barsukov onu «çox tələbkar və za-bitəli bir komandir olmaqla bərabər, həm də ədalətli, xeyirxah, özünə tabe olanların qeydinə qalan bir adam» [233, s.7], şəxsi həyatında isə qadınını sonsuz məhəbbətlə sevən sədaqətli bir ər, mehriban və qonaqpərvər bir insan kimi qiymətləndirmişdi.

Xatirələr tarixi şəxsiyyətin xarakteristikasını vermək, onun mənəvi aləmini aydınlaşdırmaq üçün əvəzsiz mənbədir. Belə tarixi şəxsiyyətlərdən biri də Azərbaycanda fəaliyyət göstərən Qafqaz İslam Ordusunun komandanı Nuru paşa olmuşdur. Çətin və əzablı hərbçi ömrü yaşamış Nuru paşa iyirmi doqquz yaşında general-leytenant rütbəsinə layiq görülmüşdür. 1918-ci ilin mayında elan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti-nin ərazi bütövlüyünün qorunmasında, Azərbaycan xalqının erməni-daşnaq qırğınından xilas edilməsində türk qoşunları-nın, Azərbaycanda fəaliyyət göstərən Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın böyük xidmətləri olmuşdur. Bakı qırğınlarından sonra bolşevik-daşnaq qoşunlarının sürətlə Gən-cəyə doğru irəliləməsinin qarşısını türk qoşunlarının köməyi olmadan almaq mümkün olmazdı. Daşnaqların işğalı altına dü-şən hər bir yaşayış məntəqəsində isə minlərlə günahsız insan-lar vəhşicəsinə qətlə yetirilirdi. Ona görə də Nuru paşa və onun rəhbərliyi altında olan türk qoşunları qardaş Azərbaycan xalqının köməyinə yetişdi. «Türk qoşunları Azərbaycana ilk

110

Page 112: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

dəfə iki qrup halında gəlmişdir. General Nuru paşanın təşkil etdiyi birinci qrup 1918-ci il iyunun 7-də, ikinci qrup isə bir gün sonra Qazaxa və iyunun 9-da Gəncəyə çatmışdır. Hər iki qrup üçüncü türk ordusunun beşinci Qafqaz diviziyasından se-çilmişdir» [194, s.75]. Akademik T.Köçərli «1920-ci il üçün Azərbaycan Cümhuriyyətinin ünvan təqvimi» kitabına əsasla-naraq yazır ki, «Nuru paşa dərhal Gəncədə hərcmərcliyə son qoyur, qayda-qanun yaradır və vədd edir ki, Bakı məsələsini şəhərin əzəli sahibləri olan azərbaycanlıların xeyrinə həmişəlik həll edəcəkdir» [127, s.382]. Bu belə də oldu. Nuru paşa və onun komandanlığı altında türk qoşunları Azərbaycan əsgərlə-ri ilə birlikdə sentyabrın 15-də Bakını düşmənlərdən azad etdi-lər. Nuru paşanın Azərbaycandakı fəaliyyəti kifayət qədər mənbənin olmaması səbəbindən öyrənilməmişdir. Lakin onun Azərbaycanda göstərdiyi xidmətlərlə bağlı yazdığı «Qafqaz İslam Ordusu hərəkatı» adlı xatirələri bu fəaliyyəti öyrənmək üçün ən səhih qaynaqdır. Xatirələr Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Əsgəri Tarix və Strateji Etüd başqanlığının ar-xivində saxlanılır. Həcm etibarilə bir o qədər böyük olmayan xatirələrdə Nuru paşanın Azərbaycana gəlişindən, Qafqaz İs-lam Ordusunun təşkilatlandırılmasından, bolşevik-daşnaq qo-şunlarına qarşı mübarizənin təşkilindən danışılır. Nuru paşa xatirələrində təkcə Bakıya doğru irəliləməsindən deyil, eyni zamanda Gəncə və Şəki ətrafında, eləcə də Qarabağda erməni-lərin tərksilah edilməsi haqqında da maraqlı faktları açıqlamış-dır. Nuru paşa Azərbaycanı tərk etdikdən sonra ingilislər onu tutub Batumda həbsxanaya salmışlar və edam etməyə hazırla-şırdılar. Azərbaycanlılar Nuru paşanı həbsxanadan qaçırmış və onu ölümdən xilas etmişlər. Bütün bunlar barədə də xatirələrdə məlumat verilmişdir.

Nuru paşanın Azərbaycanda fəaliyyəti haqqında Azərbay-can Demokratik Respublikasının siyasi xadimlərindən olan Nağı bəy Keykurunun (Şeyxzamanlının) (1883-1967) xatirələ-rində də ətraflı bilgilər vardır. Cümhuriyyətin təşkili ilə əlaqə-

111

Page 113: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

dar Nağı bəy İstanbulda olduğu müddət ərzində hər gün Ənvər paşa ilə görüşürdü. Məhz Şeyxzamanlının xahişi ilə Ənvər pa-şanın qardaşı Nuru paşa Qafqaz İslam Ordusunun komandiri təyin olunur. Azərbaycanın istiqlalında özünün xidmətlərini qeyd edərkən isə Nağı bəy bunları bildirir: «Mən Azərbaycan istiqlalının əvəzsiz aşiqiyəm. Məni istiqlalçı edən Nəsib bəy olmuşdur. O qüvvəni, eşqi mənə Tanrım vermişdir. Və bu sə-bəbdəndir ki, Azərbaycan istiqlal hazırlığı dövründə ən mü-hüm, ən çətin, ən şərəfli hadisələr ilə məni birlikdə yaşatmış-dır. Heç kəs inkar etməz ki, Azərbaycanın istiqlalının təməlinə bütün ömrüm boyu əmək sərf etmişəm» [230, s.126].

XX yüzil Azərbaycan memuar ədəbiyyatının formalaşdığı dönəmdir. Bu dövrdə ədəbiyyatımızın tanınmış nümayəndələri dündəlik, tərcümeyi-hal və xatirələr yazmışlar. Klassik me-muar nümunələrinin yazılması, gündəliklərin tərtibi məhz ke-çən əsrin birinci yarısına təsadüf edir. Bunlar haqqında irəlidə söhbət açılacaqdır. İlk öncə isə gündəlik və xatirələrin spesifik xüsusiyyətlərini səciyyələndirmək yerinə düşərdi. Belə ki, araşdırmalarda gündəliklər memuar ədəbiyyatının ilk forması kimi qiymətlənən vaxtda onların eyni məqsəd və vəzifə daşı-dığı irəli sürülərək, dəfələrlə gündəlik və xatirələr arasında mühüm fərqləri aradan götürməyə çalışmışlar. Həqiqətən, xati-rələr və gündəliklər şəxsi yaranma mənbəyi baxımından biri digərinə yaxındır. O halda ki, bunlar həyatdan, tanınmış insan-larla görüşlərdən, dövrün nəzərə çarpan olaylarından təəssüratı möhkəmləndirərək xatirələr üçün tədarük kimi və ya gələcək nəslə çatdırmaq məqsədi ilə yazılır, deməli, xatirələr və gündə-liklər öz aralarında nəinki mənşə, həm də funksional baxımdan əlaqədardır. Bəzi müəlliflərin avtobioqrafik yazıları qələmə al-maq və öz dövrünün tarixi üçün material kimi istifadə etmək məqsədi ilə yazılmış gündəlikləri bu səpkidə olur. Bu növ gün-dəliklərdə müəllifin öz şəxsi təcrübəsi və özünün çevrəsinin gələcək üçün dərk edilməsi, dəyəri hiss olunur. Burada müəl-lifin özünü dərk etməsinin bəzi tarixi cəhətləri təmsil olunur

112

Page 114: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

ki, bunlar da xatirələrin özünə nisbətən ölçüyəgəlməz dərəcədə az və müntəzəm dərk edilmişdir. Bu planda onlar arasında fərq (bu da prinsipial dərəcədə vacibdir) oradan nəşət edir ki, xati-rələrin tarixilik dərinliyi onların tarixə çevrilmiş keçmişlə əla-qəsində ölçüldüyü halda, gündəliyin tarixilik dairəsi müasirli-yin səviyyəsi ilə məhdudlaşır. Lakin gündəliyin sadə formasın-da belə ona tarixilik xüsusiyyəti xas deyil. Hər halda onlar müasir, keçmişin geniş aşkarlığı ilə az-çox əlaqədar olmayan adi həyatı, dərin şəxsi məqsədləri izləyə bilər. Gündəliklər ək-sər hallarda bu günün mənafeyi dairəsində öz təəssüratını və özünün əxlaqi təkmilləşdirilməsi hökmü ilə məqsədləri təmin etməklə yaranır. Predmeti müasir varlıq olan və onu şəxsi nöq-teyi-nəzərdən qiymətləndirən gündəliklərdə retrospektivlik mövqeyi yoxdur. Buna baxmayaraq, bugünki olayları əks etdi-rən gündəliklərdə «bu və ya başqa dərəcədə keçmişə çevrilmiş xatirələrin olması» fikri mübahisəlidir. Vaxt etibarı ilə hadisə-lər və gündəliyin yazılması ilə ona xronoloji yaxınlıq arasında-kı uyğunsuzluqlar tarixi mənada, bir qayda olaraq önəmli de-yil. Çünki hətta gündəlikdə yazılmış, təsbit olunmuşla bir neçə gün intervalda olanlar müəllif tərəfindən bir qayda olaraq keç-miş kimi deyil, onun gözünün önündə baş vermiş hadisə kimi qəbul edilir. Buna müvafik olaraq gündəlikdə memuarlarda ol-duğu kimi varlığın yeniləşməsinin xarakterik vasitəsi hafizə deyil, həmin dəqiqəlik, əhatə olunmuş həyatın isti-isti təəssü-ratlarıdır.

Gündəliyin önəmli struktur xüsusiyyətləri az deyil. Həya-tın anlayişlı şəkildə canlandırılmasından başqa bir şey olma-yan kompozisiya və bəzən süjet cəhətdən təşkil olunmuş mətn-də verilən xatirələrdən fərqli olaraq gündəliklər xırda, dağınıq və bərabəri olmayan nəticələrin axarı ilə, hadisələrin təbii cə-rəyanı ardınca gedir. Gündəliklərə xüsusi idraki keyfiyyətlər, varlığı əksetdirmənin xüsusi sistemi məxsusdur ki, bu da xati-rələri onlarla eyniləşdirmək imkanını kənar edir və onları müs-təqil qaynaq növü kimi ayırır. Lakin bunlar xatirə-gündəlik ya-

113

Page 115: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

zılarında bir sıra qarışıq formaların olması məsələsini qətiyyən aradan götürmür. Çünki xatirələr öz tarixi durumunda heç bir mənbə növü ilə (yalnız yenə məktublarla ola bilər) gündəlik-lərdə olduğu kimi bir-biri ilə əlaqəsi yoxdur. Bu mənbələr dai-ma «biri digərinə keçir, biri digərinin şəklini alır». Bunun ən çox yayılmış təzahürü xatirələrin tərtibində, əvvəl aparılmış gündəliyin istifadəsi və keçmiş obrazların memuaristin yadda-şında canlanmasında kömək etməsi, memuar hekayələrinə gündəlikdəki yazıların daxil edilməsidir. Bununla belə, gündə-lik üzərində sonrakı işlər həmişə memuar yaranmasına gətirib çıxarmır.

Əksər hallarda xatirələr keçmişi təsvir edən məzmununu bitirərək, bugünün hadisələrinin gözdən keçirilməsi ilə və ya gündəliyin mətnləri ilə əvəz edilərək gündəliyə çevrilir. Bu-nunla bərabər sonuncunun tərtib edilməsi prosesində gündəlik yazı tez-tez qırılır və müəllif düşüncəsində gözlənilmədən ya-ranmış və ya müasirlikdən uzaq olaylar, keçmiş həyatın insan-ları haqqında başqasından eşitdikləri ümumi şəkildə təsvir olu-nur. Gündəlikdə memuar əlamətlərinin varlığı gündəlik qeyd-lərin ardıcıllığından da asılıdır. Əgər onlar müntəzəm aparılır-sa, o vaxt sinxron mətnlər üstünlük təşkil edir və gündəlik öz janr «təmizliyini» saxlayır. Əgər gündəliklər arabir, təsadüf-dən-təsadüfə, böyük fasilələrlə aparılırsa, o zaman müəllif hər bir yeni yazıya başlayarkən yaranmış boşluğu doldurmaq üçün gündəlik qeydlərinin sonuncu günündən həyatının müəyyən dövr hadisələrinin cərəyanını gözdən keçirməklə xatirələrində onları şərh etməyə çalışır və gündəliyin xarakteri, onun tərtib-çisi il ərzində baş verənləri yekunlaşdırarkən, hər dəfə dəyişi-lir, memuar kimi səslənir. Belə mətnlər müəyyən dövr gündə-lik və memuarların ümumi çoxluğunda say etibarı ilə əhəmiy-yətsiz hissəni təşkil edir. Gündəliklərin janr sərhəddinin gurlu-ğu haqqında mülahizə onların mahiyyətcə «özü-özüylə» olma-sının dərk edilməsi ilə mütləqləşir. Retrospektiv şəkildə işlən-miş gündəlik ya davamiyyəti memuar yazıları ilə əvəz edilər-

114

Page 116: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

kən, ya ümumiyyətlə əhatəli memuar əsərində əriyərkən, ya da tarixi nəqletmənin ayrıca növünə düşərkən yaranmışdır. Belə-liklə, memuarlar əlaqəli janrlarda qarşılıqlı münasibətdə izləni-lən zaman onların yuxarıda qeyd edilmiş əlamətləri hədd qoy-maq üçün əsas meyar ola bilər. Bu əlamətlərdən hansı birinin ya şəxsi başlanğıc, ya bəzi funksional oxşarlıq əsasında süni şəkildə seçilməsi memuarların daxili təbiətini tutqunlaşdırır və onları bir-birinə yaxın növ nəqletmə mənbələrindən ayıran fər-qi aradan qaldırır.

KLASSİK MEMUARLARDA HƏYATHƏQİQƏTİNİN ƏKSİ

Ədəbiyyat tarixçisi «həqiqi həyatı ölmüş, bitmiş deyil, bəl-kə, müəyyən dövrün həqiqi həyatını o zamanın şair və sənət-karlarının necə gördüklərini, necə təsəvvür etdiklərini əvvəla göstərməyə, sonra izah etməyə çalışır» [60, c.3, s.209]. Gör-kəmli türkoloq Bəkir Çobanzadənin ədəbiyyat tarixçisi haq-qında «Türk dili və ədəbiyyatının tədris üsulu» kitabının «Ədəbiyyat bir elmmidir?» bölməsindəki bu fikirləri eynilə xatirə yazarlara da şamil etmək olar. («Bəlkə» kəlməsini çıx-maqla). Məsələ burasındadır ki, ədəbiyyat tarixçisi müəyyən dövrün həqiqi həyatını, memuarist yaşadığı dövrün həqiqi hə-yatını təsvir edir; ədəbiyyat tarixçisi o zamanın şair və sənət-karlarının necə gördüklərini göstərməyə çalışır, memuarist ün-siyyətdə olduğu şair və yazıçıların, tanınmış şəxsiyyətlərin dünyagörüşünü, həyata baxışını təsvir və təqdim edir.

Həyatı bitkin, insanları olduğu kimi təsvir edən XX yüzil

115

Page 117: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

memuar ədəbiyyatı bu baxımdan səciyyəvidir. Artıq əsrin əv-vəllərində tərcümeyi-hal və xatirələrin yeni-yeni nümunələri-nin meydana gəlməsi Azərbaycanda memuar janrının inkişafı-na və kamil memuar nümunələrinin yaranmasına şərait yarat-mışdır. Azərbaycan ədəbiyyatının görkəmli simaları olan Məmməd Səid Ordubadi, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Abdulla Şaiq, Yusif Vəzir Çəmənzə-minli yaratdıqları kamil memuar nümunələri ilə Azərbaycan xatirə ədəbiyyatını zənginləşdirmiş və əsərlərində zamanın ən vacib, ən aktual ictimai-siyasi məsələlərini ön plana çəkərək öz həyat yollarını bu hadisələr fonunda təsvir etmişlər.

XX əsr Azərbaycan memuar ədəbiyyatının kamil xatirə nümunələrindən biri Məmməd Səid Ordubadinin (1872-1950) «Həyatım və mühitim» əsəridir. Ordubadi maraqlı hekayələri, felyetonları, ədəbi-tənqidi məqalələri, şeirləri, pyesləri, publi-sistik əsərləri ilə yanaşı daha öncə roman sahəsində ustad bir sənətkar kimi məşhurdur. O, Azərbaycan ədəbiyyatı və mədə-niyyətinin inkişafında tarixi roman ustadı kimi yeni bir mərhə-lə açmış yazıçıdır. Tarixi roman sahəsində o, son dərəcə səmə-rəli fəaliyyət göstərmiş, zəngin irs qoyub getmişdir. Ümumiy-yətlə, «onun yaradıcılığı əsrinin tərcümeyi-halıdır. Əsrinin bü-tün böyük ictimai-siyasi hadisələri, xalqımızın yaşadığı tarixin ən mühüm mərhələləri Ordubadinin yaradıcılığında öz əksini tapmışdır» [267, s.284]. Ədibin «Həyatım və mühitim» me-muarı ictimai-tarixi, ədəbi-mədəni olayların qorunub gələcək nəslə ötürülməsində onun tarixi əsərlərindən heç də az önəmli deyildir. Xatirələr M.S.Ordubadinin əsərlərində əks edilmiş hadisələrin real hadisələrlə nə dərəcədə səsləşdiyini, istifadə etdiyi əsas qaynaqları, dövrünü, eləcə də ünsiyyətdə olduğu in-sanların şəxsiyyətini, sənət adamlarının yaradıcılığını öyrən-mək üçün dəyərli mənbədir. Xatirələrdə memuarist özünün ağır uşaqlıq dövründən, çətin və məhrumiyyətlə keçən gəncli-yindən, həbsxanada keçirdiyi məşəqqətli illərdən bəhs edir. «Həyatım və mühitim»də XIX yüzilin sonu XX yüzilin əv-

116

Page 118: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

vəllərində yazıçının doğulduğu Ordubad şəhərinin və yaşadığı digər şəhərlərin ictimai-siyasi və iqtisadi vəziyyəti öz əksini tapmışdır. Elə memuar ədəbiyyatı nümunələrinə xas olan ma-raqlı və dəyərli cəhət də budur ki, müəllifin həm həyat və ya-radıcılığı, həm də dövrü, yaşadığı mühit haqqında məlumat etibarlı mənbə kimi burada cəm olur. «Həyatım və mühitim» Məmməd Səidin inqilabi, ədəbi və ictimai fəaliyyətini, yaradı-cılıq xüsusiyyətlərini, əsərlərinin yaranma tarixini öyrənməkdə səhih mənbədir. Memuar müəllifin inqilabi fəaliyyətini öyrən-məklə bərabər Azərbaycanda inqilabi hərəkat tarixinin müəy-yən səhifələrini işıqlandırır. Əsərin əlyazması yeganə nüsxə-dir, avtoqrafdır. Əlyazmada onun yazıldığı tarix və məkan göstərilməmişdir. Əsərin məzmunundan məlum olur ki, ədib vaxtı ilə yazdığı xatirələrini toplayıb memuar halında tərtib etmişdir və əsəri Bakıda tamamlamışdır. Ayrı-ayrı xatiratlarına gəldikdə Ordubadi hələ həbsxanada olarkən gündəlik yazdı-ğını qeyd etmişdir. O, memuarında ayrı-ayrı xatirələrini necə, hansı şəraitdə yazdığını, qarşıya çıxan çətinlikləri qələmə al-mışdır. Xatirələrin yazılması, tərtibi ilə əlaqədar memuarist bunları bildirir:

«Mən Bakıya qədər həbsxana xatiratını yazmışdım. Bakı həbsxanasında tərtibə salmağa başladım... Mənim bu işlər ilə nə üçün maraqlandığımı soruşurdular. Mən isə bir vaxt mən bu xatirəni kitab şəklində çap etdirəcəyəm. Bunu hər kəs oxu-yub çar hökumətinin nə qədər həyasız və zalım bir hökumət olduğunu anlayacaqdır» [202, s.118].

Xatirələrə əsasən məlum olur ki, burada təsvir edilən bir çox olaylar, faktlar öz vaxtında yazıya köçürülmüşdür. Onlar yazıçının yaddaşındakı xatirələrin qələmə alınmasının nəticəsi deyildir. Ona görə də bu əsər faktik sənədlərin zənginliyi ilə daha çox diqqət çəkir. Memuarda öz vaxtında qələmə alınan müsahibələr həyat həqiqətinin tam və dolğun əks olunmasını sübuta yetirir.

Məlumdur ki, memuar janrı uzun inkişaf yolu keçmiş,

117

Page 119: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

süjet baxımından dəyişmişdir. «İlk baxışda adama elə gəlir ki, memuar-avtobioqrafik əsərlər öz janr spesifikasına görə süjet xəttinə malik ola bilməz. Həqiqətən, keçmiş real həyatın axını-nı dəyişdirmək mümkün deyil. Əgər bu axın kitabda dəyişdiri-libsə, o zaman memuar janrının hüdudlarından kənara çıxır. Əslində müəllif həyatda baş verən hər bir şeyi qələmə almır. O, faktların müəyyən anlayışına və konkret vəzifələrinə əsas-lanaraq onları sahmana salır» [282, s.12].

Nəsrlə yazılan ədəbi əsərlərdə bir süjet xətti olur və bütün hadisələr həmin xətt ətrafında cərəyan edir, əsas hadisənin, məzmunun getdikcə yüksələn istiqamətdə genişlənməsinə sə-bəb olur. Bu da əsas mövzunun, yazıçının qarşıya qoyduğu məqsəd və vəzifənin aydınlaşmasına kömək edir. Xatirələr öz süjet xətti ilə onlardan fərqlənir. Əgər memuar ədəbiyyatının bir növü olan səyahətnamələrdə müəllifin səfəri ilə bağlı xati-rələri cəmlənirsə, vücudnamələrdə insanın ana bətnində yaran-masından qəbir evinə kimi keçirdiyi halı təsvir edilir. Bu cür əsərlərin vücudnamələrin də bir süjet xətti, başlanğıcı, sonu olur. Hadisə getdikcə yüksələn xətt üzrə inkişaf edir, kulmina-siya nöqtəsinə çatır və nəhayət bitir. «Həyatım və mühitim» memuarı bunlardan tamamilə fərqlənən və orijinal süjetə malik bir əsərdir. Burada mövzular maraqlı süjet vasitəsilə oxucuya çatdırılır, hər bir olay və əhvalat öz təsirini göstərir. Əsərdə sü-jetin maraqlı və bəzən təsirli çıxmasında memuarist çətinliyə düşmür. Memuarda öz xarakterik xüsusiyyətləri, ictimai mən-şələri, habelə dünyagörüşləri ilə bir-birindən fərqlənən surətlər qalereyasına rast gəlirik. Əsas hadisələr müəllifin Ordubadi-nin ətrafında cərəyan edir. Xatirələrin, demək olar ki, hər səhi-fəsində müəllifin obrazı görünür. «Müəllifin obrazı o vaxt can-lı və dolğun çıxır ki, o böyük hadisələrlə yaşayır, zamanı dü-şündürən böyük ictimai-siyasi əxlaqi problemlərlə məşğul olur. Xalqın ən yaxşı arzu və əməllərini ifadə edir. Həyata seyrçi kimi baxmır, əksinə fəal münasibət bəsləyir. Mənfiliklə ciddi konfliktə girir... Buna görə də əsərlərin taleyi hadisələrin apa-

118

Page 120: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

rıcısı olan müəllifdən, onun obrazının xarakterindən asılıdır. Müəllifin obrazı ümumiyyətlə publisist ədəbiyyatın əsas xüsu-siyyəti sənədliliklə bağlıdır. Publisistika janrında yazılmış əsərlərdə bu obraz fəal rol oynayır. Lakin lirik oçerklərdə, elə-cə də xatirə, bədii gündəlik və səyahətnamələrdə daha çox nə-zərə çarpır. Çünki bu qisim əsərlərdə başqalarından fərqli ola-raq əsas obraz yazıçı-publisistin özüdür. O, hadisələrə real qəhrəmanın gözü ilə deyil, bilavasitə özü baxır, müşahidə apa-rır, ictimai-siyasi problemlərin konkret həllinə kömək üçün yollar axtarır, mülahizələr yürüdür, polemikaya girir, əsaslan-dırır, sübut edir. Eyni zamanda yazıçı-publisist müəyyən mə-sələlərlə əlaqədar hiss və həyəcanlarını, fikir və ehtiraslarını ifadə edir, oxucularını da həmin ictimai-siyasi məsələlər səm-tinə istiqamətləndirir, hissləri coşdurur, fəallaşdırır» [84, s.199].

Memuar nümunələri müəllifin həyatında baş verən bir çox məqamları göstərməklə yanaşı, ictimai həyatın canlı, hərtərəfli mənzərəsini verir, cəmiyyətin rolunu işıqlandırır. «Həyatım və mühitim» xatirəsində də Azərbaycanın tarixi, iqtisadi, mədəni həyatından epizodlar verilmişdir ki, bunlar da ölkəmizin keç-mişini öyrənmək üçün çox önəmlidir. Tarixi romanlarını ya-zarkən hansı real hadisələrdən istifadə etdiyini, şahidi olduğu hansı cəhətə və fakta əsaslandığını görmək üçün Ordubadinin həyat və yaradıcılığının, inqilabi fəaliyyətinin əksi olan «Hə-yatım və mühitim» memuarına müraciət etmək lazım gəlir. Belə ki, xatirələrdə təsvir olunan olaylarla romanlarında səslə-şən cəhətlərin müqayisəsi yazıçının real hadisələri bədii planda verməsi və onun bu hadisələrdən istifadə metodunun öyrənil-məsi baxımından çox önəmlidir. Rus tənqidçisi V.Q.Belinski «1847-ci ilin rus ədəbiyyatına bir nəzər» məqaləsində yazmış-dı: «Sənətin həyatla, uydurmanın həqiqətlə yaxınlaşması bizim əsrimizdə xüsusilə tarixi romanda özünü göstərmişdir. Memu-arlara düzgün qiymət vermək üçün tarixi romandan yalnız bir addım irəli getmək lazım idi; memuarlarda səciyyə və şəxslə-

119

Page 121: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

rin təsviri, oçerkləri mühüm rol oynayır. Oçerklər canlı və ma-raqlıdırsa, demək, sadəcə naturadan götürülmüş surət, sönük və heç bir şey ifadə etməyən köçürmə deyil, insan və hadisələ-rin bədii inikasıdır» [40, s.134].

M.S.Ordubadinin tarixi romanları xalqımızın tarixi keçmi-şini, düşmən qüvvələrin törətdiyi acınacaqlı vəziyyəti, qaranlıq və işıqlı səhifələri tərənnüm edən, keçmiş olaylara müasirlik ruhu verən sənət əsərləridir. Mehdi Hüseyn «Azərbaycan ro-manı haqqında» adlı geniş həcmli məqaləsində yazırdı: «Əsl sənətkar həyatı məzuniyyət vasitəsilə deyil, həmişə, bütün öm-rü boyu öyrənir, tədqiq edir, həyat haqqında mühakimələr yü-rüdür, hadisə və insanları mənalandırmaq üçün yollar axtarır, öz müşahidələrini saf-çürük edir, ümumiləşdirir, zahirən bir-birilə o qədər də əlaqəsi olmayan hadisələrin inkişafındakı qa-nunauyğunluğu və əlaqəni dərk edir, ziddiyyətlərin mahiyyətini mütəfəkkir bir yaradıcı kimi açır və işıqlandırır» [112, c.10, s.256]. M.S.Ordubadi də əsl sənətkar kimi bir çox tarixi faktları və hadisələri bədiiliklə təsvir etmişdir ki, bu da əsərlərinin maraqla qarşılanmasına, kütləviləşməsinə səbəb olmuşdur. Romanlarında əksini tapmış bir çox hadisələr öz rişəsini müəllifin «Həyatım və mühitim» xatirəsindən almışdır. Memuarist xatirələrdə yalnız ədəbiyyat təmsilçisi kimi deyil, həm də mədəniyyət xadimi, maarifpərvər və siyasi xadim kimi çıxış etmişdi. O, Azərbaycanı ictimai-siyasi yol ilə inkişaf etdirməyi lazım görürdü, xalqını onun gələcəyi uğrunda fədakarlığa, mübarizəyə çağırırdı. Ordubadi həyat həqiqətinə sadiq qalaraq qəlbinə hakim kəsilən hiss və düşüncələri, gördüklərini və müşahidə etdiklərini qələmə almağa çalışmışdır. Mövzunun sadəliyi, bitkin həyat həqiqətinin əksi, orijinallıq əsərin əsas xüsusiyyətləridir. Elə bu səbəbdən memuar əsl sənət əsəri kimi çox oxunaqlı və dəyərlidir.

Hər bir əsəri gözəlləşdirən, oxunaqlı və maraqlı edən onun dilinin sadəliyi, ifadənin bədiiliyi, müəllifin sənətkarlıq bacarı-ğıdır. Məlumdur ki, bədii ifadə vasitələrindən lirik-romantik

120

Page 122: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

məzmunlu əsərlərdə daha çox istifadə edilir. Xatirələrdə, xü-susilə XX əsrdə yaranmış nəsr əsərlərində isə təşbih, istiarə, məcaz kimi bədii təsvir vasitələri, demək olar ki, çox deyildir. «Həyatım və mühitim» memuarında isə Ordubadi əsərin dili-nə, ifadə vasitələrinə xüsusi fikir vermiş, həm oxucunu aludə edən, həm də tarix, ədəbiyyat, mədəniyyətimizi öyrənmək üçün etibarlı qaynaq rolunu oynayan əsər yaratmışdır.

Qeyd edildiyi kimi, M.S.Ordubadi tarixi romanlar ustası-dır. Romanlarında tarixi şəxsiyyətlərə rast gəlsək də, müəllif Azərbaycanın tarixi keçmişini burada olduğu kimi canlandıra bilməzdi. Bədii əsər olduğundan müəllifdən bunu tələb etmək düzgün deyildir. Memuar ədəbiyyatında isə həyat həqiqəti bü-tün dolğunluğu ilə əks olunur. «Həyatım və mühitim» memua-rında yazıçının bədii dili real hadisələrlə elə çarpazlaşmışdır ki, bu da əsərin roman qədər maraqlı çıxmasını təmin etmişdir. Əsər sadə danışıq dilində yazılmışdır. Xatiratın mürəkkəb, do-laşıq cümlələrlə deyil, məzmunun, hər bir ifadənin belə oxucu-ya asanlıqla çatdıra bilən sadə cümlələrlə verilməsi əsərə ma-rağı xeyli artırır.

1920-ci ilin may ayında Ordubadi Bakıya gəlir. «Həyatım və mühitim» memuarı da Məmməd Səidin Bakıya gəlməsi ilə sona çatır. Bundan sonrakı xatirələrini yazıçı «Bakıda ikinci kərə» adlı əsərində qələmə almışdır. Sözügedən əsəri «Həya-tım və mühitim» memuarının bir növ davamı kimi qiymətlən-dirmək olar. Hələ Ordubadda olarkən Məmməd Səidi Bakıya dəvət etsələr də o, qoçulardan çəkindiyi üçün bu şəhərə gəl-mirdi. Bu barədə Üzeyir Hacıbəyovun ona ünvanladığı məktu-bunda qeydlər də vardır. Ordubadi Üzeyir Hacıbəyov haqqın-da yazdığı «Böyük sənətkar barəsindəki xatiratım»a bu mək-tubu daxil etmişdir. Məktubda Üzeyir bəy yazırdı: «Səid! Tə-əccüb edirəm ki, nə üçün Ordubadda qapanıb qalmısan. Sən yığışıb Bakıya gəlsən, öz yazılarına çox geniş səhifələr tapa bilərsən, səninlə yaxından tanış olarıq, sənin irəli getməyin üçün imkan yaradarıq. Əzimzadənin dediyinə görə qoçulardan

121

Page 123: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

qorxduğun üçün Bakıya gəlmək istəmirsən. Bu barədə heç də qorxmağa dəyməz. Mənə inan, qoçuların özü də satiranı gülə-gülə oxuyurlar» [247, s.154].

1914-cü ilin yanvar ayında Saritsin şəhərinə sürgün edilər-kən Məmməd Səid Bayıl həbsxanasında bir ay yarım qalmışdı. Yazıçı ilk dəfə olaraq Bakını o vaxt ötəri görmüşdü. Bakıya ikinci dəfə isə 1920-ci ilin may ayının ikisində gəlmişdi ki, bu haqda Ordubadi özünün «Bakıda ikinci kərə» xatirəsində mə-lumat vermişdir. Xatirələr ağ, saya vərəqlərin bir üzündə ərəb əlifbası ilə, bəzi yerlərində düzəlişlər edilməsinə baxmayaraq, səliqəli xətlə qələmə alınmışdır. Yazılışından belə məlum olur ki, «Bakıda ikinci kərə» müharibədən sonrakı dövrün məhsu-ludur. Əsər yeddi kiçik hissədən ibarətdir: «Bakıda ikinci kə-rə», «Bakı ziyalıları», «Əxbar» qəzeti idarəsində», «Hacı İbra-him Qasımov», «Səməd Mənsur», «Kommunist» və «Əxbar» qəzetləri», «Cəfər Cabbarlı». Bu hissələrdə memuarist özü ba-rədə məlumat verməklə yanaşı dostları, tanışları dövrün gör-kəmli adamları haqqında xatirələrini yazıya köçürmüşdür. Nə-zərə çatdırmaq lazımdır ki, ədəbiyyatşünas Nazif Ələkbərli Sə-məd Mənsurun həyat və yaradıcılıq yollarından bəhs edən ki-tabında M.S.Ordubadinin «Bakıda ikinci kərə» xatirəsindən la-zımi qədər yararlanmış və haqlı olaraq M.S.Ordubadidən baş-qa Səməd Mənsur haqqında dəyərli, emosional və təfsilatlı xa-tirə yazan olmadığını bildirmişdir. [75, s.73].

Səməd Mənsurun tərcümeyi-halına gəldikdə isə qeyd olun-malıdır ki, o özü «Övladıma vəsiyyətlərim»də ömür yolunun bəzi məqamlarına toxunaraq bunları yazmışdır: «Çox cavan ikən, on beş-on altı yaşlarımdan kəndi zəhmətlərim sayəsində yaşamağa başladım. Savadsız, məlumatsız meydana atıldım. Təbii zəkavətə malik olduğumdan hər şeyi tədqiq etmək, hər şeyi anlamaq təbii xasiyyətim oldu. Hər bir məsələdə istər o məsələ məaşi bir məsələ olsun, istər zaye nəqid, yaxud adi ti-carət məsələsi olsun, bir dəfə də olsa, əhəmiyyətsiz buraxmaz-dım. Daima yazılar ilə, kitablar ilə uğraşardım. Bir məsələ ba-

122

Page 124: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

rəsində bu mütəfəkkirin fikri və nəzəriyyəsini digər bir mütə-fəkkirin fikri və nəzəriyyəsi ilə müqayisə etmək vasitəsilə get-gedə özüm də bir müəyyən fikir və nəzəriyyə sahibi oldum» [163, s.220]. Xoşbəxt ailə həyatının hər şeydən üstün olduğu-nu söyləyən Səməd Mənsur həyat yoldaşını çox sevdiyini, öv-ladları qədər sevdiyini bildirərək yazır: «Əminəm ki, o da mə-ni sevir. Zira o, mənim xatirimi heç bir şey ilə mükəddər et-məz. Nə arzu etsəm əmələ gətirər, məni möhtərəm saxlar. Si-zin də mənə hörmətiniz varsa, onun tərbiyəsidir. Bu gün südə-mər uşaq mənim evdə böyük olduğumu dərk edər. Bunlar ha-mısı onun sayəsində olmuşdur» [163, s.222]. «Övladıma və-siyyətlərim»də Səməd Mənsurun həyata baxışları, dünyagörü-şü, ailə, qadın haqqında fikir və mülahizələri əks olunmuşdur. Bütün bunlar onun ömür yolunun müəyyən səhifələrini işıq-landırmaqda xeyli önəmlidir.

Yenidən «Bakıda ikinci kərə» xatirələrinə qayıdaraq qeyd edək ki, əsərin başlanğıcında Məmməd Səid vətəni Ordubada getmək arzusunda olduğunu bildirərək yazır: «Doğrudan da mən elə bilirdim ki, Ordubada yetişən kimi qiymətli olan gənclik günlərimi görəcək və onu ziyarət edəcəyəm. Bunun üçün də bir çox qocalara köhnəpərəst və keçmişi sevən fanatik adını verənlərlə razılaşa bilmirəm. İnsan öz gəncliyini keçmiş-də buraxdığı üçün onun gözü daima keçmişi axtarmalıdır» [117, s.9].

Məmməd Səid Ordubadda yazıçılıq etməklə bərabər gənc-liyində işlədiyi ipək fabrikinə qayıtmaq fikrində idi. O, həm də gənclik yoldaşlarını görmək istəyirdi. Lakin milli çarpışmala-rın davamı, yolların erməni iğtişaşçılarının əlində olması Məmməd Səidin Ordubada getməsinə mane olur. Ədibin «Qanlı illər» [203] əsərində erməni-müsəlman qırğını bütün təfsilatı ilə təsvir edilmişdir. Müəllifin əsəri yazmaqda məq-sədi 1905-1906-cı illərdə baş verən erməni-müsəlman davası-nın tarixini vermək idi. «Qanlı illər» müxbirlər vasitəsilə Or-dubadiyə çatdırılmış 245 məktubun saf-çürük edilib yazıçının

123

Page 125: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

üslubuna müvafiq bir dilə çevrilməsi nəticəsində meydana gəl-mişdir. Bir növ memuar xarakteri daşıyan bu əsərində də Məmməd Səid yalnız faktlara müraciət edir. Əgər «Həyatım və mühitim» memuarında Ordubadi iştirakçısı olduğu hadisə-ləri təsvir edirsə, «Qanlı illər»də müşahidə etdiyi olayları qə-ləmə almışdır. Müəllif olayları təsvir edərkən onlara öz müna-sibətini də bildirmişdir.

Mir Möhsün Nəvvab da «1905-1906-ci illərdə erməni-mü-səlman davası» əsərini əsasən tarixi faktlara və şahidlərin söh-bətinə əsaslanaraq qələmə almışdır. Lakin hadisələrin bütün təfərrüatı və dəqiqliyi ilə təsviri onu deməyə əsas verir ki, mü-əllif bir çox olayların şahidi olmuşdur. Digər tərəfdən əksər məqamlarda Nəvvabın da hadisələrin iştirakçısı olduğu aydın olur. «Erməni xəlifəsinin bütün keşişləri ilə barış üçün məsçi-də gəlməsi bölməsində» bu məqam özünü açıq-aşkar göstərir. Çox maraqlıdır ki, müəllif özünün iştirakını göstərəndə mötə-rizədə adını da qeyd etməyi vacib sayır. Əsərdə Əhməd bəyin qızı Həmidə xanımın ermənilərin mühasirəsində olan kəndləri-mizə göstərdiyi maddi və mənəvi yardımdan bəhs edilir. Onun Ağdam camaatı qarşısında çıxışı çoxlarını təsirləndirərək köv-rəldir. Həmidə xanım deyir: «Mən Qalada bizim qan qardaşla-rımızın çox zəhmət və əziyyət çəkdiklərini eşitdim. Mənə mə-lum oldu ki, kəndlərdə yaşayan ermənilər yolları kəsərək ca-maatın Qalaya ərzaq və mal gətirməsinə, eləcə də dəyirmana getmələrinə mane olurlar. Buna görə də mən bütün sursatları ilə birlikdə iki yüz atlı toplayaraq onların köməyinə gəlmişəm. Mən bir övrət olsam da, müsəlman qardaşlarımızın belə əziy-yət çəkməsi gecə-gündüz mənə əziyyət verərək rahat burax-mırdı. Qardaşlarımız Şuşada belə əziyyətlərə məruz qaldıqları halda biz burada rahat yeyib-içib, yata bilmərik. Mənə yaraş-maz ki, siz olan yerdə mən xalqımızın bu əziyyətdən qurtarıl-ması üçün mübarizə aparam. Ona görə cənablarınızdan xahiş edirəm ki, siz də qüvvələr toplayıb mənim gətirdiyim atlılarla birlikdə zir-zibili müsəlman qardaşlarımızın yolundan təmizlə-

124

Page 126: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

yəsiniz ki, onlar rahat yaşaya bilsinlər» [189, s.82].Həmidə xanımın Ağdam camaatı qarşısında çıxışını, ca-

maatın bu çıxışdan təsirləndiyini çox dolğun təsvir edən Nəvvab özünün orada iştirakını birbaşa bildirməsə də olayları təfərrüatı ilə nəzərə çatdırdığından buna şübhə etməyə heç bir əsas qalmır.

Erməni-Azərbaycan münasibətlərini araşdıran alimlər tari-xə müraciət etdikdə əsasən M.S.Ordubadinin «Qanlı illər» və M.M.Nəvvabın «1905-1906-ci illərdə erməni-müsəlman dava-sı» əsərlərinə istinad etmişlər. Çünki bu əsərlər tarixi fakt və sənədlər əsasında yazıya alınmışdır. Bu baxımdan akademik Tofiq Köçərlinin «Yaddan çıxmaz Qarabağ. Nəqşi-cahan Naxçıvan» kitabına daxil etdiyi məqalələri nümunə göstərə bilərik. Ötən əsrin 80-90-cı illərinin olaylarını əks etdirən məqalələrə gəldikdə, alim qeyd edir ki, «kitaba daxil edilmiş məqalələr bioqrafiyamın səhifələridir. Onların bəzilərində iştirakçısı olduğum dramatizmlə dolu siyasi proseslərin, hadisələrin mikroanalizi var» [127, s.15].

Erməni-azərbaycanlı münaqişəsi Mirzə Rəhim Fənanın «1905-ci il hadisəsi» əsərində də əks olunmuşdur. Əsərdə er-məni millətçilərinin törətdikləri ağlagəlməz vəhşiliklər, qırğın-lar təsvir olunmuşdur. Şahidi olduğu əhvalatlara və tarixi fakt-lara əsaslanan müəllif hadisələrin başlandığı və davam etdiyi ayın və həftənin günlərini verməyi də lazım bilmişdir. Qanlı faciələrin törədildiyi məkan və bölgələr dəqiqliklə göstərilmiş-dir. Şuşa, Bakı, Naxçıvan, Zəngəzur, Cəbrayıl və digər yerlər-də olan qırğınları Fəna hərtərəfli və əhatəli təsvir etmiş, həyat həqiqətini bütün aydınlığı ilə qələmə almışdır. «Qanlı-qadalı illərdəki müsibətlərin yaddaşlardan silinməsindən ehtiyatlana-raq gələcək nəsillərin ibrətamiz nəticələr çıxaracağını təmənna etdiyi hadisələri qələmə alan müəllif erməni vəhşiliyinin tüğ-yan etmə səbəbləri, bunun arxasında kimlərin dayanması, iki xalqın qanlı qovğaya girişməsində hansı qüvvələrin maraqlı olmasına dair suallara cavab axtarır» [88, s.5].

125

Page 127: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Daşnak hökumətinin və erməni quldur dəstələrinin Qara-bağ, Cavanşir və Cəbrayıl qəzalarında 1918-1920-ci illərdə tö-rətdiyi cinayətlər isə professor Teymur Əhmədovun «Erməni xəyanəti» kitabında [70] arxiv sənədləri və mətbuat materialları əsasında göstərilmişdir.

Tanınmış şəxsiyyətlərin həyat və fəaliyyətlərinin öyrənil-məsində məktubların əhəmiyyəti haqqında daha öncə məlumat verilmişdir. Bu sıraya Məmməd Səid Ordubadinin məktubları-nı da aid etmək olar. Yazıçının həyatının, ədəbi və ictimai fəa-liyyətinin öyrənilməsində xatirələri əsas qaynaq olsa da, elə məqamlar vardır ki, bu nümunələrdə onlara toxunulmamışdır. Bu baxımdan Ordubadinin epistolyar irsi xeyli maraq doğurur. Ədibin şəxsi fondunda saxlanılan, məzmun və formasına, ya-zılış tərzi və səviyyəsinə görə müxtəlif olan məktublar 2002-ci ildə nəşr edilmişdir [159]. Ordubadinin həyatını, ictimai fəa-liyyətini, əsərlərinin kütləviliyini, yaradıcılığının bəzi cəhətlə-rini aydınlaşdırmaqla yanaşı bu məktublar XX yüzil Azərbay-can ədəbiyyatının öyrənilməsində də əhəmiyyət kəsb edir.

XX əsrin klassik memuarları sırasında Cəlil Məmmədqulu-zadənin (1869-1932) «Xatiratım» əsəri xüsusilə diqqət şəkir. Azərbaycan memuar ədəbiyyatının maraqlı nümunələrindən olan xatiratın əlyazması [151] ədibin Əlyazmalar İnstitutun-dakı şəxsi arxiv fondunda saxlanılır. Nəstəliq xətti ilə yazılmış əlyazmasında bəzi sözlər, cümlələr, bəzən də tam bir abzas ix-tisar edilmişdir. Əsər bənövşəyi mürəkkəblə ağ, qızılı kontor dəftərinə ərəb əlifbası ilə Azərbaycan dilində yazılmışdır. Dəf-tər cildsizdir. Birinci səhifədə Mirzə Cəlilin öz xətti və imzası ilə rus dilində «Moi vospominaniya s detstva do jurnala «Mol-la Nasreddin» sözləri qeyd edilmişdir. Ədibin şəxsi fondunda «Tərcümeyi-hal» [152] başlığı ilə mühafizə olunan xatirələri «Xatiratım» memuarının davamıdır. Bu nüsxənin sərlövhəsi «Tərcümeyi-hal» sonradan göy karandaşla yazılıb birinci his-sədən «Xatiratım»dan ayrılmışdır. Xatirələr iki hissədən ibarətdir: birinci hissədə yazıçının uşaqlıq illəri, ikinci hissədə

126

Page 128: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

gənclik dövrü təsvir olunur. Birinci hissə özü «Qaranlıq», «Namaz», «Meyit büsatı», «Şadlıq namazı», «Gecə namazla-rı», «Sövm-orucluq» adlı bölmələrdən təşkil olunmuşdur. Xa-tirə müəllifi namazların adlarını, onların neçə yerə bölünməsi-ni, hansı namazı əvvəl, hansını sonra qılmaq lazım olduğunu çox yaxşı bilirdi. Hələ Molla Bağırın məktəbində oxuyarkən balaca Cəlil müəllimin sevimli şagirdlərindən idi. Əsərdə Mir-zə Cəlil Hacı dayısının surətini yaratmaqla böyük ümumiləş-dirmə aparmış, dövrün dindarlarının mollaların, ruhanilərin səciyyəvi xüsusiyyətlərini bu tipdə cəmləşdirmişdir.

Xatiratın ikinci hissəsində Cəlil Məmmədquluzadə gənclik illərinə aydınlıq gətirir. 1903-cü ilin dekabr ayında Tiflisə gə-lən Mirzə Cəlil bu şəhərin sakini olur. Artıq heç bir qüvvə onu bu mühitdən ayıra bilmir. Yazarın Tiflisdə qalmasının başlıca səbəbi bəlkə də «Poçt qutusu» hekayəsi ilə bağlıdır. Çünki Novruzəlinin gülməli və kədərli həyatı «Şərqi-Rus» qəzetinin redaktoru Məhəmməd ağa Şahtaxtinskinin çox xoşuna gəlir. Nəzərə çatdırmaq lazımdır ki, «şərqşünas alim, ictimai xadim və pedaqoq kimi dövründə məşhur olan Şahtaxtinski həm də görkəmli jurnalist idi. Jurnalistik fəaliyyətə 1870-ci ildən baş-layan M.Şahtaxtinski Peterburq və Moskva qəzetlərində mün-təzəm əməkdaşlıq etməklə yanaşı, İstanbulda nəşr olunan türk, fars, fransız qəzetlərində də məqalələr çap etdirirdi» [72, s.187]. Məhz onun təklifi ilə Cəlil Məmmədquluzadə Tiflisdə qalır və «Şərqi-Rus» qəzetində fəaliyyətə başlayır. O, qəzetdən həvəslə, onun naşiri Məhəmməd ağadan böyük minnətdarlıq hissi ilə danışır. Belə ki, məhz bu qəzet onu mühərrirlik alə-minə aparır. Məhz bu qəzetin sayəsində Mirzə Cəlil nəşriyyat işinin texnikasını öyrənir, böyük təcrübə əldə edir ki, bu da gələcəkdə ona gərək olur. Ədib xatirələrində mühərrirlik fəa-liyyətinə başlaması ilə yanaşı «Molla Nəsrəddin» məcmuəsi-nin yaranma tarixindən, bu yolda meydana çıxan çətinliklər-dən bəhs edir. Məcmuənin birinci sayı onun gələcək iş proqra-mını təşkil edirdi. Mirzə Cəlil bu nömrəyə böyük önəm verdi-

127

Page 129: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

yindən onun materiallarını xatirələrdə müfəssəl şərh etmişdir. Burada qaldırılan məsələlər məcmuənin sonrakı tarixi boyu dövrün tələbinə uyğun şəkildə davam və inkişaf etdirilmişdir. Təsadüfi deyil ki, ziyalılar məcmuəyə, xüsusilə onun birinci sayına böyük əhəmiyyət verirdilər. Görkəmli uşaq yazıçısı Ab-dulla Şaiq xatirələrində yazırdı: «Molla Nəsrəddin» məcmuə-sinin çox ardıcıl ədəbi, ictimai-siyasi istiqaməti var idi. Mət-buatımız tarixində çox mühüm yer tutan, ictimai-siyasi həya-tımızın, ədəbiyyatımızın inkişafında böyük əhəmiyyəti olan bu məcmuənin ilk nömrəsindən aldığım təsiri heç bir qəzet və jur-naldan almamışam...

Bazar günü idi. Şəhər bağçasında oturub yoldaşlarımla da-nışırdım. Birdən-birə satıcı uşaqların hərəsinin əlində bir neçə məcmuə «Molla Nəsrəddin», «Molla Nəsrəddin» deyə çığır-dıqlarını eşitdim. Məcmuənin ilk səhifələrində əsrlərdən bəri şirin lətifələri ilə xalq içərisində məşhur olan Molla Nəsrəddi-nin mahir bir rəssam fırçasından çıxmış şəkli verilmişdi. Məc-muəni alıcılar bir-birinin əlindən qapırdılar. Mən də aldım. Orijinal karikaturaları, məzhəkəli və mənalı tənqidləri məndə başqa hal və sevinc oyatdı. Məcmuənin ictimai və siyasi əhə-miyyətini anlayan gənclər o gün çox nəşəli və şən görünürdü-lər» [229, s.203].

Cəlil Məmmədquluzadənin həyati müşahidələri ilə yaradı-cılıq fəaliyyəti arasında qırılmaz əlaqəyə dair misallar göstərən ədəbiyyatşünas Əziz Mirəhmədov çox haqlı olaraq qeyd edir ki, «Danabaş kəndinin əhvalatlarına ilk dəfə, qorxa-qorxa da olsa, uşaqlıqda gülməyə başlayan Cəlil sonralar, böyüyüb Molla əmi olduğu zaman artıq onları gördükcə qəhqəhə çə-kirdi» [165, s.10].

Deyilənlər yekunlaşdırılaraq bir daha vurğulanmalıdır ki, Cəlil Məmmədquluzadənin «Xatiratım» əsəri Azərbaycan me-muar ədəbiyyatının klassik nümunəsidir. Xatirələrdə bir tərəf-dən ədibin uşaqlıq və gənclik illəri, digər tərəfdən «Molla Nəs-rəddin» məcmuəsinin meydana gəlməsi tarixi məharətlə təsvir

128

Page 130: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

olunmuşdur. XX yüzil Azərbaycan ədəbiyyatı, mətbuatı və ic-timai fikir tarixinin inkişafını öyrənməkdə bu memuarın önəmi böyükdür. «Xatiratım» ondan sonra yazılan bütün xatirələrə yolgöstərici və örnək olmuşdur.

İnsanın kamilliyini və xoşbəxtliyini sədaqətli həmkarının olması ilə səciyyələndirən Ağababa Rzayev çox haqlı olaraq yazır: «İnsan öz təbiəti etibarilə ictimai olduğundan onun tam xoşbəxtliyi sədaqətli adamlarının, dostlarının xoşbəxtliyi, əmək həmkarlarının səadəti ilə bir yerdə olur. Kimin ki, tamlığı baş-qalarının kamilliyi ilə əlaqədardır, o heç vaxt təklikdə kamala çata bilməz. Deməli, kamil və xoşbəxt o adam olar ki, özünə çoxlu sədaqətli həmkar tapmış olsun; özünə xeyirli şeylərə on-ları da şərik etsin, tək bacara bilmədiyi xoşbəxtliyi onların kö-məkliyi ilə ələ gətirsin» [213, s.202].

Məsələyə bu yöndən yanaşdıqda XX yüzil Azərbaycan ic-timai-siyasi fikrinin inkişafında mühüm xidmətləri olan Ömər Faiq Nemanzadə (1872-1941) Cəlil Məmmədquluzadənin sə-daqətli həmkarı kimi dəyərləndirilməlidir. Ömər Faiq Neman-zadə şair, publisist, naşir, pedaqoq, yazıçı idi. İlk təhsilini doğ-ma kəndindəki mollaxanada almışdır. Molla məktəbini bitir-dikdən sonra Ömər Faiq təhsilini davam etdirmək üçün iki yol arasında qalır: təhsilini rusca davam etdirmək üçün Qoriyəmi və ya türk dilində savadlanmaq üçün İstanbulamı getsin? Ana-sının dəstəyi ilə ona İstanbula getmək səadəti nəsib olur. Da-yısı Osman əfəndi ilə İstanbula gələn 10 yaşlı Öməri bu şə-hərin gözəlliyi məftun edir. Dörd – beş gündən sonra anasına məktub yazır: «Anacan! Azqurdan çıxan axşamı Xaşura yetiş-dik. O axşam da dəmiryol qatarına minib sabahnan Batuma çatdıq. Batumda gəmiyə minib üçüncü günü İstanbula vardıq. Anacan! İstanbul çox böyük və gözəl şəhərdir. Hələ ulu came-ləri görsən, nə qədər xoş və nə qədər bəzəkli. Cameyə namaz qılmağa gedəndə hər vaxt sən yadıma gəlirsən» [181, s.19]. Bu sətirləri yazan müəllif anasının ən ümdə arzusunu oğlunun İstanbulda təhsil almasını həyata keçirdiyini bir daha vurğula-

129

Page 131: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

mağa çalışmışdır. Bir ilə yaxın Fateh mədrəsəsində oxuduqdan sonra Darüşşəfəq məktəbinə daxil olur. 1883-cü ildən 1891-ci ilə qədər tam səkkiz il Sultan Səlim camesinin qonşuluğun-da «Altunbuynuz» deyilən Xəlic körfəzinə hakim bir nöqtədə geniş bir bağçanın ortasında dördqat bir yapı Darüşşəfəq məktəbində təhsil alır. Bu məktəb müstəqil idarəsindən, daxili intizamından, dərs proqramından başqa zahiri gözəllik və gör-kəmi ilə də başqa məktəblərdən seçilirdi. «Məktəb pansion he-sab olunduğundan müdavimləri ancaq həftədə bir dəfə şəhərə buraxırdılar. Həftədə bir dəfə gördükləri canlı həyat isə onlar üçün yeni məktəb idi» [145, s.178]. İstanbulda təhsil aldığı illərdə, artıq yuxarı siniflərdə Ömər Faiq digər tələbələr kimi türk ədəbiyyatını izləyir və oxuyurdu. Tələbələr məşhur türk şairi Namiq Kamalın nəşr olunmamış əsərlərini, xüsusilə sulta-na qarşı yazdığı həcvlərini tapıb məktəbə gətirir və əzbərləyir-dilər. Eyni zamanda Tənzimat dövrü ədəbiyyatının banilərin-dən olan ədəbiyyatşünas, şair və dramaturq Mahmud Əkrəm Ricaizadə, dahi türk şairi və dramaturqu Əbdülhaq Hamid, XIX əsrin sonu XX əsrin əvvəllərində demokratik türk şeiri-nin ən görkəmli yaradıcılarından olan Tofiq Fikrət və digərləri maraqla oxunurdu.

Darüşşəfəq məktəbini bitirdikdən sonra Ö.F.Nemanzadə Avropa ilə doğrudan-doğruya əlaqədə olan Qalata post və teleqrafxanasının Morid şöbəsinə təyin edilir. Burada işlərkən o, istibdada qarşı mübarizə aparan inqilabçı türk gənclərinə qoşulur və bir müddət onlarla əməkdaşlıq edir. Onlar öz arala-rında gizli bir təşkilat yaradıb Avropada yaşayan demokratik ruhlu türk mühacirləri ilə əlaqəyə girməyə, onlara yardım et-məyə qərar verirlər. Bu məqsədlə yığıncaqlar keçirir, söhbət və müzakirələr edirlər. Lakin çox keçmir ki, bu yığıncaqlar sultan xəfiyyələri tərəfindən duyulur və təşkilat üzvləri qaçıb qurtulmağa müvəffəq olurlar. Professor Əziz Mirəhmədov çox doğru olaraq göstərmişdir ki, «Azərbaycanın qabaqcıl yazıçı və ictimai xadimləri, o cümlədən Ömər Faiq İran və Türkiyə

130

Page 132: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

inqilablarının hazırlanmasında fəal iştirak etmişdir» [165, s.205].

Ömər Faiq Nemanzadənin İstanbulda yaşadığı on bir il onun həyatının yaddaqalan dövrü olur və bu dövr onun sonrakı fəaliyyətinə böyük təsir göstərir. Müəllimlik etdiyi illərdə İs-tanbuldan özü ilə gətirdiyi fəlsəfəyə, tarixə aid kitablardan, xü-susən Flammarion, Kant, Spenser, Darvin və başqalarının əsərlərindən yararlanırdı. Bu kitablardan gizli şəkildə başqa müəllimlər də istifadə edirdilər. O, İstanbulla bağlı düşüncələ-rini həyatının son illərində yazdığı xatirələrində qələmə almış-dır. Həmçinin «İqbal» qəzetinin 1912-ci il iyun-avqust ayların-da dərc olunmuş «Həmiyyətli bir cavan» adlı hekayəsində «hadisələrin baş verdiyi zamanın dəqiqliyi və yerin konkretliyi (İstanbul, Qafqaz və s.) də təsadüfi deyildir. Bu, məhz Ömər Faiqin ilk fəaliyyəti illərinə təsadüf edir, onun özünü düşündü-rən məsələlərlə səsləşirdi» [145, s.178].

Yazarın həyat və fəaliyyəti xatirələrində daha əhatəli təsvir edilmişdir. 25 hissədən ibarət xatirələr 1936-cı ilin 25 mayına qədərki dövrü əhatə edir. Ömrünün son illərində xatirələr üzə-rində işləyən Ömər Faiqə otuzuncu illərin məlum hadisələri onu başa çatdırmağa «imkan verməmiş və o, ancaq XIX əsrin səksəninci illərindən başlayaraq 1906-cı ilə qədər olan dövrü əhatə edə bilmişdi. Buna baxmayaraq son dərəcə etibarlı və mötəbər bir mənbə olan bu «Xatirələr» iki əsrin (XIX-XX) qovuşuğunda baş vermiş bir sıra mühüm hadisələrin salnaməsi kimi oxuculara qiymətli məlumat verir, bəzi naməlum məsələ-lərin açılmasına kömək edir» [182, s.18].

Ömər Faiq Nemanzadə öz fəaliyyətinin bəzi məqamlarına yazdığı məqalələrində də toxunmuşdur. Bu məqalələrdə yazı-çının dünyagörüşü, həyata və insanlara baxışı öz əksini tap-mışdır. «Molla Nəsrəddin» bağlandı», «Ətiqə», «Eşq və mə-həbbət» kimi məqalələri bu qəbildəndir. «Azərbaycan» qəzeti-nin 1919-cu il 21, 24 noyabr sayında dərc etdirdiyi «Milliləş-mək» məqaləsində isə Ömər Faiq milli dil və ədəbiyyat haq-

131

Page 133: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

qında dəyərli fikirlər irəli sürür: «Canlı işlər, tarixi dəyişiklik-lər bizə göstərir ki, hər cəmiyyət, hər fərd hər dürlü ənənəsin-dən, müqəddəsatından, imkan və etiqadından az-çox əl çəkdiyi halda milli dilindən əsla və əsla vaz keçməmişdir. Və heç vaxt da keçəməz. Çünki hər millətin ədəbiyyata malik dili o mil-lətin ruhu, nişaneyi-mövcudatıdır. Ondan məhrum olduğu gün mərhum olmuş, ondan uzaqlaşdığı gün qəbrinə yaxlaşmış de-məkdir.

Tarix bizə göstərir ki, bir millətin cahangirliyi, hökuməti, hətta yeri-yurdu da əlindən alınsın, madam ki, milli ədəbiyyatı var, o millət məhv edilməz, ədəbiyyatı yaşayan millət heç vaxt ölməz» [182, s.246].

Zəngin ənənəyə malik Azərbaycan memuar ədəbiyyatı XX yüzilin birinci yarısında özünün təşəkkül mərhələsinə çatmaq-la milli memuaristikanın inkişafını surətləndirmişdir. Bu dö-nəmdə fəal mollanəsrəddinçi şair Əli Nəzminin (1878-1946) qələmə aldığı «Keçmiş günlər» xatirəsi Azərbaycan memuar ədəbiyyatı tarixində özünəməxsusluğu ilə fərqlənir. Əsər mü-əllifin özündən əvvəl yaranan xatirələrin labüd davamı olsa da onun nəzmlə yazılması Azərbaycan memuaristikası tarixində bir yenilik kimi dəyərləndirilməlidir. Xatiratın əlyazma nüs-xəsi Əli Nəzminin avtoqrafıdır və iki ümumi dəftərə bənövşəyi mürəkkəblə, müasir nəstəliq xətti ilə yazılmışdır. Əlyazma üzərində çoxlu düzəlişlər aparılmış, ixtisar və əlavələr edilmiş-dir. Bəzən tam bir səhifə əlavə olunmuşdur. Dəftərlərin boz cildi üzərində rus dilində «Dnevnik» yazılmışdır. Əsərin üzü köçürülmüş, səliqəli və tam nüsxəsi isə Nizami adına Ədəbiy-yat İnstitutunun elmi arxivində saxlanılır. Məhz bu nüsxə əsa-sında f.e.n. Elmira Qasımova əsəri nəşr etdirmişdir [198].

XX əsrin birinci yarısının ictimai-siyasi, iqtisadi durumu, ədəbi mühiti, «Şərqi-Rus», «Molla Nəsrəddin», «İşıq», «Zən-bur», «Məzəli» və digər məcmuələr haqqında məlumat, tanın-mış mühərrirlərin, şair və yazıçıların fəaliyyəti, xüsusən C.Məmmədquluzadə, M.Ə.Sabir, Ö.F.Nemanzadə, Ə.Hüseyn-

132

Page 134: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

zadə, S.Mümtaz, Ə.Qəmküsar, M.Hadi kimi ədəbiyyat xadim-lərinin şəxsi keyfiyyətləri «Keçmiş günlər» xatirəsində özünün real təcəssümünü tapmışdır. Ən əsası bütün bunlar yüksək şei-riyyətlə, bədii boyalarla əks olunmuşdur. «Keçmiş günlər» əsərində hadisələrin təsviri tarixi-xronoloji bir ardıcıllıqla da-vam etdirilir. Şairin özünün şəxsi həyatı, yaradıcılığı oxucuya dövrün, mühitin, ictimai-siyasi, ədəbi hadisələrin inkişafı axa-rında təqdim edilir və dilinin sadəliyi və axıcılığı əsəri oxu-naqlı edir» [199, s.22]. Əsər müəllifin doğulduğu Sərab kəndi-nin təbiətinin təsviri, təsərrüfatı, coğrafiyası haqqında, Kəpəz, Mirab dağları haqqında məlumatla başlanır. Şeirin imkanları nəsrə nisbətən geniş olmasa da, Əli Nəzmi kiçik bir hissədə müəyyən hadisə haqqında dolğun təsəvvür yaratmağa müvəf-fəq ola bilmişdir. Xatirələrdə ayrı-ayrı başlıqlar altında hissə-lər verilmişdir. Bu başlıqların əksəriyyəti həmin hissənin məz-munu haqqında tam təsəvvür yaradır. Xatirələrin birinci dəftəri təxminən qırxa yaxın, ikincisi isə otuzdan artıq kiçik hissələri əhatə edir. Əli Nəzminin özünə aid hissələrdə «Atamın vəfatı», «Ev işim», «Necə oldu Buxaraya getdim», «Kitab məşğuliyyəti», «Birinci dəfə şeir yazmağım», «Məni evləndirdilər» və digər hissələrdə şairin acınacaqlı həyatı, ticarətlə məşğul olması, rus məktəbinə getməsi təsvir edilmişdir. Özü ilə bir çox olaylar yeri gəlmişkən müxtəlif hissələrdə qələmə alınmışdır. Əli Nəzminin müxtəlif nəşriyyatlardakı fəaliyyəti Azərbaycanda mətbuat tarixini öyrənmək üçün zəngin material əldə etməyə imkan yaradır.

Əli Nəzmi xatirələrdə «Şərqi-Rus», «Molla Nəsrəddin»də-ki fəaliyyətindən, orada iştirak edən müəlliflərdən, özünün ilk səyahətlərindən, Buxara, Səmərqənd şəhərlərində ticarətlə məşğul olmasından, Mirzə Ələkbər Sabirin, Abdulla Tofiqin «Molla Nəsrəddin» məcmuəsinə cəlb olunmalarından, vaxtsız vəfat edən Abdulla Tofiqin ölümünə mərsiyə yazmasından, Hatif təxəllüslü Mirzə Məhəmməd Axundzadədən bəhs edir. Qeyd etmək lazımdır ki, mollanəsrəddinçı şair, görkəmli ma-

133

Page 135: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

arifçi, pedaqoq, publisist, dramaturq Mirzə Məhəmməd Axundzadə Əli Nəzminin yaxın dostu, etibarlı sirdaşı idi. O, «Türk Ədəmi-Mərkəziyyət-Musavat» partiyasının liderlərin-dən və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının fəal iştirakçılarından biri olmuşdu. «Bir yandan ağır məişət problemlərindən min bir əziyyət çəkən, ehtiyac əlindən hətta kiçik bir dükan açıb alış-veriş etməklə ailəni dolandırmağa məcbur olan Ə.Nəzmi, digər tərəfdən «Molla Nəsrəddin»dəki yazılarına görə cahil və nadan mollaların, onların fitnə-fəsadına uyan avam camaatın da təqib, rişxənd və həqarətinə də dözmək məcburiyyətində qalardı. Belə vaxtlarda onun yeganə təsəlli yeri, məhz, M.M.Axundzadə olardı» [120, s.52]. Mirzə Məhəmməd Axundzadənin məsləhətilə Əli Nəzmi «Molla Nəsrəddin» məcmuəsi ilə əməkdaşlığa cəlb olundu və maraqlı yazıları ilə oxucuların rəğbətini qazandı.

«Keçmiş günlər» xatiratının ikinci dəftərində əlavələr, təs-hihlər daha çoxdur. Burada 1907-ci ildə «Molla Nəsrəddin» məcmuəsinin həbsi, Mirzə Cəlili öldürmək qəsdi, M.Ə.Sabirin, A.Səhhətin vəfatı, Ə.Qəmküsarın 1919-cu ildə Tiflisdə qətli, M.Hadinin itkin düşməsi, Ə.Hüseynzadə, S.Mümtaz, M.Hadi ilə ilk görüşü haqqında dəyərli məlumatlar verilir. Bir sözlə, XX əsrdə Azərbaycanın mətbuat tarixini, ictimai-siyasi vəziy-yətini, bu dövrdə yazıb-yaradan müəlliflərin, şəxsən Əli Nəz-minin həyat və fəaliyyətini öyrənmək baxımından «Keçmiş günlər»in əhəmiyyəti danılmazdır.

Əli Nəzminin bir yaradıcı insan kimi xarakterinin açılma-sında ona ünvanlanan məktublar da xeyli önəmlidir. Məsələn, «Dirilik» və «Babayi-əmir» məcmuələri idarəsi 1910-cu il fevral ayının 21-də belə bir məktub göndərmişdi: «Hörmətli Əli Nəzmi əfəndimiz! Salam sonrasında yaz fəslində «Məzəli» məcmuəsində dərc olunmaq üçün neçə şeir göndərmişdiniz. Mərhum Haşım bəy məzkur şeirləri Müznib əfəndi üçün oxu-muşdu. Məəttəəssüf, «Məzəli» məcmuəsi artıq qapandığından şeirləriniz dəxi dərc etməli olmadı. Ona bena həmin şeirləri bi-

134

Page 136: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

zim üçün irsal buyursanız birər-birər məcmuəmizdə dərc edə-rik. Və məzkur məcmuəyə parə ilə yazdığınız məlumumuzdur. Lakin idarəmiz maddi cəhətdən zəif olduğuna görə parə ver-mək nemətindən məhrumuz. Ümidvarıq ki, zati-aliləriniz kibi ərbabi-ürfanın mənəvi yardımları sayəsində idarəmizin halını hər cəhətdən təmin edib gələcəkdə o nemətə də müvəffəq ola-rıq. Baqi ərzi-ehtiram «Dirilik» - «Babayi-əmir» idarəsi» [197].

A.Jurbenkodan 29 oktyabr 1933-cü ildə göndərilmiş, rus dilində yazılmış başqa bir məktubda müəllif biblioqrafik mə-lumat kitabının tərtibi ilə əlaqədar Əli Nəzmidən müvafiq sxem üzrə özü haqqında avtobioqrafik və biblioqrafik məlumat yazıb göndərməsini xahiş edir.

Məktublar Əli Nəzminin tərcümə sahəsində göstərdiyi sə-mərəli fəaliyyətindən də xəbər verir. O, Nizami əsərlərindən, Firdovsi «Şahnamə»sindən, Krılovdan tərcümələr etmişdir ki, bunlar da avtoqraf halında şairin şəxsi fondunda saxlanılır. «Yeni nəsil» redaksiyasının 1940-cı ildə Ə.Nəzmiyə göndərdi-yi məktubda yazılmışdır: «Hörmətli yoldaş! Sizin redaksiya-mıza göndərdiyiniz Nizami haqqındakı materiallarınızı aldıq. Bu günlərdə Nizamiyə həsr olunmuş nömrələrimizdə buraxıla-caq» [200].

Bu məktub Əli Nəzminin Nizami Gəncəvi əsərlərinin tərcüməsi ilə ciddi məşğul olduğunu sübuta yetirən sənəddir.

Nəzərə çatdırılmalıdır ki, xatirələr əksər hallarda sifarişlə yazılır. Əli Nəzmi xatirələrini prof. Mir Cəlal Paşayevin tövsi-yəsi ilə qələmə almışdır. Professor Əziz Mirəhmədovun xahişilə Balaqardaş Mürşüdov adlı bir şəxs Məhəmməd Hadi haqqında xatirələr yazmış və həmin yazının əlyazması AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun xəzinəsində mühafizə olunur [174]. Görkəmli yazıçı və müəllim Abdulla Şaiqin (1881-1959) xatirələri də bu qisim əsərlərə aiddir. Ruhulla Axundov haqqında 1956-cı ildə yazdığı xatirələrində Şaiq bu barədə məlumat vermişdir: «1935-ci ildə Ruhulla Axundovun

135

Page 137: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

təşəbbüsü ilə iki ciddi iş başladım. Bunlardan biri geniş tərcümeyi-halımın və xatirələrimin yazılması idi. Həmin xatirələri 1935-ci ildə yazıb əlyazmaları arxivinə verdim. O zaman Ruhulla Axundovun tapşırığı ilə mədəniyyət xadimlərimizə yazdırılmış belə xatirələr indi xalqımızın yaxın tarixini öyrənmək üçün qiymətli mənbələrdəndir» [228, s.333].

Abdulla Şaiq 1953-1954-cü illərdə yazdığı xatirələrində XX əsrin əvvəllərində ədəbiyyatda hökm sürən cərəyanlardan, bu cərəyanlara münasibətindən söhbət açır, şair və yazıçı dost-ları haqqında öz mülahizələrini bildirir. O, memuarında M.Ə.Sabir, A.Səhhət, N.Nərimanov, S.S.Axundov, Ə.Haqver-diyev, C.Cabbarlı, H.Cavidlə bağlı xatirələrini qələmə almış-dır. «Xatirələrim» son dərəcə maraqlı və canlı bir dillə yazıl-mışdır. Xatirələrin əksəriyyətində hadisələr daha çox memua-ristin özü ilə bağlı olur. Abdulla Şaiqin əsərində isə özünün xatirələrindən əlavə uşaqlıq illərində gördüyü və eşitdiyi əhva-latlar da nəzərə çatdırılmışdır. Zalxanın faciəsi, Gülbala ilə Gülsümün həyatı, Əkbər əminin faciəsi, Xanımağanın faciəsi memuarın bir roman qədər maraqlı çıxmasını təmin etmişdir. Bu hissələr Şaiqin dövrünü, yaşadığı mühiti öyrənmək üçün də oxucuya dəqiq məlumat verir. Şaiqin xatirələri «Keşməkeşli həyat yollarını, görkəmli elm, maarif, ədəbiyyat və sənət xa-dimlərinin fəaliyyətini, münasibətlərini, yaradıcılıq əlaqələrini, dövrün ziddiyyətlərini əks etdirən gözəl sənət əsəri» [154, s.117] kimi dəyərləndirilməlidir. Xatirələrdə «ədəbi-bədii və tarixi hadisələr ədibin həyatı, yaradıcılıq yolu ilə bərabər izlə-nilir, enişli-yoxuşlu yollar mahir sənətkar qələmi ilə işıqlandı-rılırdı. Real həyat hadisələri, tarixi hadisələr, şəxsiyyətlər haq-qında qiymətli məlumatlar burada canlı şəkildə öz əksini ta-pırdı. Tarixi hadisələrə müasir baxış, obyektiv və subyektiv münasibətlər, dialoqlar, elmi-kütləvi və bədii təsvir üsulları, lirik ricətlər «Xatirələr»in ən yaxşı məziyyətlərindəndi» [154, s.117].

Bütün söylənilənlərdən belə bir nəticə hasil olur ki, məktub

136

Page 138: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

və gündəliklərdən tərcümeyi-hal və memuarlara, memuarlar-dan roman və povestlərə qədər estetik struktur artır. Romanist və memuarist müxtəlif məqamlardan başlayırlar, hadisə və fi-kirlərin birliyində birləşirlər. Memuar əsərlərinin müəllifi hə-mişə müsbət qəhrəmandır. Çünki bütün təsvir olunanlar onun nöqteyi-nəzərindən qiymətləndirilir. Ona görə ki, onun qiy-mətləndirməyə hüququ vardır. Memuar əsərlərində xarakter romanda olduğu kimi bədii əhəmiyyət daşıya bilər, çünki o, öz mahiyyəti etibarilə yaradıcılıq məhsuludur. Abdulla Şaiqin xa-tirələri də öz bədiiliyi ilə seçilən kamil memuar nümunəsidir.

Tanınmış uşaq yazıçısı, tənqidçi və tərcüməçi Mikayıl Rzaquluzadə memuar janrı haqqında fikirlərini açıqlayaraq bunları nəzərə çatdırır: «Xatirələr janrı ədəbiyyatın elə maraqlı bir növüdür ki, nə dərin elmi tədqiqlərdə, nə geniş əhatəli ro-manlarda, nə təsirli lirik şeirlərdə, nə qol-qanadlı poemalarda ifadə edilə bilməyən duyğular, düşüncələr, həqiqi həyat hadi-sələri burada öz canlı ifadəsini tapır. Bu janr həm tarixi sənəd kimi, həm də əhatə etdiyi dövr və mühiti, tarixi simaları və ümumiyyətlə həyat səhnələrini olduğu kimi əks etdirən bir janr olmaq etibarilə böyük məna və əhəmiyyətə malikdir. Lakin nə-zərdə tutmaq lazımdır ki, zaman və mühit haqqındakı elmi əsərlərdə ciddi obyektivlik, hadisələrin müəyyən dərəcədə mü-cərrədləşməsi, nəticələrin elmi ümumiləşdirilməsi, bədii əsər-lərdə isə bunların az-çox sərbəst surətdə şərhi, bədii uydurma surət və situasiyaların, cürbəcür dialoq, təsvir və sairənin artı-rılması şərt olduğu kimi, xatirələrdə də hadisələrə, ayrı-ayrı şəxslərə münasibətdə subyektivlik, xatirələr sahibinin şəxsi duyğu və düşüncələrinin təzahürü tamamilə təbiidir. Elmi əsərlərdə dəqiqlik sənədlərə istinad edilərsə, bədii əsərlərdə yaradıcılıq qüdrətinin inandırıclıq təsiri əsasdırsa, xatirələrdə müəllifin şəxsiyyətinin nüfuz və etibarı bunların hər ikisini əvəz edir» [212, s.357].

Müəllif yuxarıda söylənilən fikirlərlə memuar janrının əsas xüsusiyyətini çox doğru əks etdirmişdir. Lakin burada bir cə-

137

Page 139: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

hətə fikir vermək, xatirə ilə tərcümeyi-hal arasında oxşarlığı fərqləndirmək gərəkdir. Məqalə müəllifi yazır: «Xatirəni bir janr olaraq tərcümeyi-haldan ayırmaq çətindir. Çünki müəllifin tərcümeyi-halını onun ailə həyatından, dost və yaxın olduğu şəxsiyyətlərdən, dünyagörüşündən, müşahidə etdiyi, gördüyü, eşitdiyi hadisələrdən ayrı təsəvvür etmək mümkün deyil. Bu mənada A.Şaiqin xatirələri tərcümeyi-hal materialı ilə zəngin-dir və bu əsərin məzmunca hərtərəfliliyinə müsbət təsir göstə-rir» [212, s.358].

Əslində xatirəni bir janr kimi tərcümeyi-haldan ayırmağa ehtiyac yoxdur. Çünki tərcümeyi-halın özü də memuar janrına aiddir. Xatirələrin tərcümeyi-hal materialı ilə zənginliyinə gəl-dikdə isə bildirilməlidir ki, bütün xatirələrdə tərcümeyi-hal xü-susiyyətləri olur. Ömər Faiq Nemanzadənin xatirələrindən bəhs edən ədəbiyyatşünas alim Şamil Qurbanov da əsərin tər-cümeyi-hal səpkisində yazıldığını qeyd edir və bunu belə əsas-landırır ki, «bütün başqa əhvalatlar Ömər Faiqin özü ilə bila-vasitə bağlı şəkildə şərh olunur» [181, s.5]. Müəllif həmçinin Ömər Faiqin xatirələrinin ideya-siyasi əhəmiyyətini göstərir və bunları XX yüzillikdə Azərbaycanın ictimai və ədəbi həyatının müəyyən cəhətlərini canlandıran bir mənbə kimi təqdim edir.

XX əsr Azərbaycan ədəbiyyatında dəyərli xatirələr müəlli-findən biri də Yusif Vəzir Çəmənzəminlidir (1887-1943). Çə-mənzəminli zəngin bədii yaradıcılığa, ədəbiyyat tarixinə, folk-lora dair dərin tədqiqlərə, elmi-nəzəri fikir və mülahizələrə malik bir şəxsiyyət olmuşdur. O, folkloru yüksək qiymətlən-dirmiş, bu mövzuda dəyərli elmi əsərlər yazmış və bütün yara-dıcılığı boyu ondan ustad sənətkar kimi qidalanmışdır. Yazıçı folklor haqqında ilk elmi-nəzəri mülahizələrini Türkiyədə sə-firliyi dövründə yazdığı «Azərbaycan ədəbiyyatına bir nəzər» kitabında irəli sürmüş və sonrakı illərdə araşdırmalarını daha da genişləndirmişdir. Çəmənzəminli Azərbaycan şifahi xalq ədəbiyyatını toplamaqla yanaşı türk xalq ədəbiyyatı ilə də ma-raqlanmış, türk atalar sözlərini toplamışdır. Onun Azərbaycan

138

Page 140: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

MEA M.Füzuli adına Əlyazmalar İnstitutundakı şəxsi arxivin-də topladığı türk atalar sözləri əlyazması halında saxlanılır [59]. Azərbaycan və Türkiyə arasında əlaqələrin möhkəmlən-məsi ədibi daima düşündürürdü. Bu məqsədlə 1919-cu ilin iyun ayında o, İstanbula gəlir. Çəmənzəminlinin İstanbula gəl-məyi haqqında Türkiyənin bəzi siyasi, diplomatik və ədəbi dairələrinə xəbərdarlıq edilmişdi. Yusif Vəzir onların bəziləri ilə, eləcə də Əhməd Fərid bəylə görüşərək mövcud durum ba-rədə fikir mübadiləsi edirlər. Vətənə döndükdən sonra Azər-baycan Demokratik Cümhuriyyətinin Nazirlər şurasının sədri Nəsib bəy Usubbəyovun qəbulunda olur və ona İstanbulda Azərbaycan səfirliyinin açılmasının vacib olmasını bildirir. Bu məsələ ilə bağlı o, «Azərbaycan» qəzetində «Xarici siyasəti-miz» və «Milli mədəni işlərimiz» başlığı ilə dərc olunan silsilə məqalələrinin birində çıxış etmişdi.

Yeri gəlmişkən qeyd edilməlidir ki, Azərbaycan Cümhu-riyyəti hökumətinin ilk sədri olmuş Fətəli xan Xoyskinin (1875-1920) həyat və fəaliyyətini əks etdirən sənədləri bu dövrü hərtərəfli işıqlandırmaq baxımından diqqət çəkir. İlk də-fə 1998-ci ildə nəşr olunmuş «Fətəli xan haqqında ilk sənəd nəşri olan bu topluya onun ictimai-siyasi fəaliyyətini, xüsusilə ADR-in yaranmasındakı rolunu əks etdirən sənədlər, habelə Rusiyanın II Dövlət Dumasında, Zaqafqaziya seyminin və Azərbaycan Parlamentinin iclaslarındakı çox məzmunlu çıxış-ları daxil edilmişdir» [89, s.13]. Bu sənədlər Azərbaycanın dövlət arxivlərində, dövri mətbuat səhifələrində qorunaraq günümüzə qədər gəlib çatmışdır. Böyük əksəriyyəti ilk dəfə nəşr olunan sənəd və materiallarda Azərbaycan Xalq Cümhu-riyyətinin (1918-1920) müxtəlif sahələrdə gördüyü işlər öz əksini tapmışdır.

Məhz Y.V.Çəmənzəminli cənab Nəsib bəy Usubbəyovun təklifi ilə 1919-cu ilin payızında Azərbaycan Demokratik Cümhuriyyətinin Türkiyədə fövqəladə və səlahiyyətli səfiri təyin edilir. 32 yaşlı səfir gəmi ilə Trabzona, oradan da İs-

139

Page 141: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

tanbula gedir. Bir neçə gündən sonra İstanbulda Türkiyənin o zamankı xarici işlər naziri ilə görüşüb özünü ona təqdim edir. Türkiyə qəzetləri bu görüş haqqında məlumat verdikdən sonra Yusif Vəzir öz diplomatik vəzifəsini yerinə yetirməyə başla-yır. Sonralar o, «Musavatçıya cavab» məqaləsində Türkiyədə səfir olarkən qarşılaşdığı bəzi mətləblərə aydınlıq gətirməyə çalışmışdır. O, türkləri diplomatik və siyasətin incəliklərinə qədər vaqif olan bir xalq kimi dəyərləndirərək, onların səfir haqqında dediklərini yazıya almışdır: «Səfir hökuməti təmsil edir. Əgər səfir siyasətində sərbəstlik göstərirsə, haman geri çağırılır. Halbuki Vəzirov Musavat hökuməti mövqeyini tərk etdikdən sonra belə səkkiz ay səfirlikdə davam etdi» [53, c.3, s.187].

Yusif Vəzir İstanbulda olarkən siyasi fəaliyyətlə yanaşı elmi yaradıcılıqla da məşğul olmuşdur. İstanbulun Bəyazid və Nuri-Osmaniyyə kitabxanalarında saxlanılan qədim kitablar-dan, Övliya Çələbinin «Səyahətnamə»sindən, o cümlədən «Cahannüma», «Came-ün nəzair», «Qamüs-ül əlam» və digər mənbələrdən səmərəli istifadə etmişdir. Bunu yazıçının arxi-vində olan qeydlər bir daha təsdiqləyir. Əli Seydinin «Dövləti-Osmaniyyə tarixi», Nəsib Asimin «Türk tarixi», yenə də hə-min müəlliflə Məhəmməd Arifin «Osmanlı tarixi» və «Cahan-nüma»dan bəzi türk xanlarının tarixinə aid 1920-ci ildə İstan-bulda edilən bu qeydlər [56] Çəmənzəminlinin yalnız Azər-baycan ədəbiyyatı və tarixi ilə deyil, eyni zamanda türk ədə-biyyatı və tarixi ilə də ciddi məşğul olduğunu bir daha təsdiq-ləyir.

İstanbul mühiti Yusif Vəzir Çəmənzəminlinin həyatında önəmli yer tutduğu kimi bədii yaradıcılığına da ciddi təsir et-miş, əsərlərində Türkiyənin ədəbi, siyasi mənzərəsi canlandı-rılmışdır. Ədibin «Halicdən gələn qız» əsəri Türkiyədə «İstan-bullu qız» adı ilə çap olunmuşdur. Belə bir əsəri yalnız İstan-bulu yaxşı tanıyan yazar qələmə ala bilərdi. Azərbaycan De-mokratik Cümhuriyyətinin Türkiyədə ilk səfiri olan Yusif Və-

140

Page 142: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

zir oraları çox gözəl tanıyırdı. Müəllifin «Zeybək qızı» heka-yəsində də İstanbulun hər bir küçəsi, körpüsü, meydanı, abidə-ləri əzəmətli Dolmabağça sarayı, möhtəşəm Süleymaniyyə camesi bütün incəlikləri ilə təsvir olunmuşdur. Əsərin süjet xəttini isə Türkiyənin yadelli işğalçılara qarşı apardığı milli-azadlıq mübarizəsi təşkil edir. Bu hekayədə Midhət əfəndinin və Zeybək qızının simasında türk xalqının qəhrəmanlıq və şü-caəti öz əksini tapmışdır [53, c.1, s.284].

Yusif Vəzir Çəmənzəminlinin memuar irsi yaradıcılığında önəmli yer tutur. O, bu janrın bütün növlərində qələmini sına-mış, xatirələrini, tərcümeyi-halını yazmış, gündəlik tərtib et-mişdir. Sözügedən nümunələr ədibin ictimai, ədəbi və publi-sistik fəaliyyətini öyrənməklə yanaşı tarixi mənbə kimi çox dəyərlidir. Xatirələrdən məlum olur ki, Çəmənzəminlinin atası Mirbaba bəy fars və türk dillərini mükəmməl bilirdi. Ədəbiy-yatla məşğul olar, xüsusən Ə.Firdovsi və M.Füzulini çox se-vərdi. Ədəbiyyatdan başqa musiqiyə böyük həvəsi olan Mir-baba bəy xanəndələrə muğamat öyrədərdi. Məşhur xanəndə Hacı Hüsü onun şagirdi olmuşdu. Y.V.Çəmənzəminlinin anası Seyid Əziz Seyid Hüseyn qızı Mirbaba bəyin üçüncü arvadı idi. Gənc yaşlarında yaşlı adama ərə verildiyindən aralarında bir soyuqluq var idi. Çəmənzəminli xatirələrində anası haqqın-da yazır: «Anam olduqca gözəl, rəhmdil, dindar və ədalətli bir qadın idi...Çox cəsur idi. Atam şəhərdə olmayanda oğurluq, ya qız götürüb qaçmaq məqsədi ilə evimizə təcavüz etmək istə-yən oğru və sərsəriləri dəfələrlə tapança ilə qaçırmışdı. Hər gecə yatmazdan əvvəl bir əlində lampa, o birində tapança hə-yəti yoxlar, sonra qapıları bərkidib yatardı. Qışın uzun gecələ-rini anamızın ətrafına toplanaraq, dadlı nağıllarını, hekayələri-ni dinlərdik. Xanların zülmü adamları quşlara yedirmə, şişə çəkib ocaq üstə qoyma; kişilərin qadınlara qarşı zorbalıqları, qız çocuqlarının ərlərindən qaçıb buxarılarda, dəyirmanlarda gizlənmələri həyatın bütün şiddətləri canlı obrazlar ilə göz-lərimizin önündən keçir, körpə ürəyimizi yaxırdı. Zülmə qarşı

141

Page 143: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

bəslədiyim düşmənçiliyi şübhəsiz ki, anamdan öyrəndim» [57, s.3].

Yusif Vəzirin xatirələrində uşaqlıq və ilk gənclik illəri haqqında geniş məlumat, onu əhatə edən mühitlə bağlı dəyərli faktlar vardır. Xatirələrə əsasən məlum olur ki, onun uşaqlıq və ilk gənclik illəri çox ağır şəraitdə keçmişdir. 1906-ci il fev-ral ayının 20-də Mirbaba bəy vəfat edir. Bundan sonra ailənin vəziyyəti çətinləşir. Çəmənzəminli xatirələrində bu barədə ya-zır: «Atam altı abbası nəqdi puldan başqa dolu bir ev və nüs-xəbənd dükanı tərk etmiş, anamı, kiçik bacımı və qardaşımı da öhdəmə buraxmışdı. Vəziyyətim olduqca ağır idi: orta məktə-bin bitməsinə hələ 3 il vardı, ailəni təmin etmək lazım idi. İlk əvvəl Ağdamdakı dükanın şeylərini satmalı idim. Bu niyyətlə altı şahı verib araba ilə Ağdama getdim. Lakin bir neçə gündən sonra yatalağa tutulub ağır böhranlar keçirdikdən sonra məni Şuşaya gətirdilər. Xəstəlikdən zəif düşdüm, 3 ay yatalaqdan qalxa bilmədim. Anam evin şeylərini satıb mənə xərc etməyə başladı. Bütün zəngin qohumlarımız bizdən üz döndərmişdi. Bizə kimsə kömək etmirdi» [57, s.9]. Belə çətin günlərdə ailə-yə aclıq illərində İrandan, Çəmənzəminli kəndindən Şuşaya gəlmiş üç qardaş kömək edir. Mirbaba bəy vaxtilə onlara bir otaq verib himayəsinə almışdı. Yusif Vəzir də qardaşların kən-dinin adını onlara minnətdarlıq əlaməti olaraq özünə təxəllüs seçir.

Ədibin «Bir cavanın dəftəri» əsəri haqqında müxtəlif fikir-lər söylənilmişdir. Bəzi araşdırıcılar bu əsəri roman, bəziləri xatirə adlandırmışlar. Əslində «Bir cavanın dəftəri» avtobioq-rafik povestdir. Gündəlik şəklində yazılmış bu əsərdə hadisələ-rin sujet və məzmunundan müəllifin həyatına bənzədiyi mə-lum olur. Bütün avtobioqrafik əsərlərdə olduğu kimi burada da surətlərin adları dəyişdirilmişdir. Əsərdə Muradla Asiyanın sə-mimi sevgisi tərənnüm olunmuşdur. Hadisələr Bakıda və Aş-qabadda cərəyan edir. Çəmənzəminli özü söyləmişdi ki, «yal-nız bildiyim və məni həyəcana gətirən hadisələri qələmə al-

142

Page 144: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

mışam. Kiyev Universitetinin hüquq fakültəsində oxuyarkən yazdığım «Studentlər» romanı və başqa əsərlərim şahidi oldu-ğum əhvalatlar və başıma gələn hadisələrlə bağlıdır» [255, s.274].

Yusif Vəzir Çəmənzəminlinin şəxsi arxiv fondunda altı variantda tərcümeyi-hal [58] nümunəsi saxlanılır. Rus dilində yazılmış tərcümeyi-halların nə vaxt və harada yazıldığı qeyd edilməmişdir. Bununla belə məzmunlarından hali olduqda bunların müxtəlif vaxtlarda qələmə alındığı məlum olur. Hər biri iki, üç vərəqdən ibarət olan sənədlərdə Yusif Vəzir həyat və fəaliyyətinin önəmli məqamları haqqında məlumat verir. Sənədlərin avtoqraf olması onların dəyərini bir daha artırır.

Daha öncə qeyd edilmişdir ki, memuar nümunələrində əsas yeri yaddaş tutur. Əgər hər hansı danışıq həmin dəqiqə kağıza köçürülmürsə, illər keçdikcə onun hərfi konkretliyi tam dəqiq-liyi ilə yadda qala bilməz. Xarici aləmin heç bir hadisəsi me-muaristə bütün dəqiqliyi ilə məlum ola bilməz, o, həmin hadi-sələri yalnız duya bilər. Bu baxımdan gündəliklərin əhəmiyyə-ti əvəzsizdir. Yusif Vəzir Çəmənzəminlinin də memuar yaradı-cılığında diqqəti daha çox gündəliklər cəlb edir. Yazıçının şəx-si arxivində Azərbaycan və rus dillərində yazdığı iki dəftərdən ibarət gündəliyi [54, 55] mühafizə olunur. Gündəliklərin birin-cisi 1907-ci ilin Bakı, Şuşa, Aşqabad, ikincisi isə 1908-1909-cu illərin Bakı, Aşqabad, Peterburq şəhərlərindəki hadisələri əhatə edir. Gündəlikdə Çəmənzəminlinin qadın, tərbiyə, əxlaq, gözəllik, təhsil haqqında maraqlı fikirləri qeyd edilmişdir. O, yazır: «Dünyada bədgümanlıqdan pis şey yoxdur. Bu xüsusiy-yət insanı iztirabla sıx bağlı olan qeyri-normal vəziyyətə salır. Bədgümanlıq çox vaxt dəhşətli pessimizmə gətirib çıxarır: in-sana elə gəlir ki, onun ümidləri məhv olub, xoşbəxtliyi itirilib və onu heç bir şey xilas etməyəcək» [54, s.48]. Və ya sərvət haqqında bunları bildirir: «Var-dövlət insanı korlayır: mənəvi dünyasını puç edir, lakin ona böyük həyata geniş yol açır» [54, s.111]. 1917-ci ildə Kiyevdə olarkən gündəlik şəklində qələmə

143

Page 145: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

aldığı «Minuta dlya sebya» adlı qeyd dəftərində Yusif Vəzir yazır: «Hədsiz xiffətlənirəm, ələlxüsus təklikdən. Özüm üçün bir dəqiqə belə vaxt ayıra bilmirəm. Vaxtımın hamısı başqaları üçün, cəmiyyət üçün sərf olunur. Hərdən özüm-özümlə qalıb vaxtımı özüm üçün də sərf etmək istəyirəm» [255, s.83].

Y.V.Çəmənzəminli gündəliklərinə müxtəlif şəxslərə gön-dərdiyi məktubların surətlərini də köçürmüşdür. Burada Hü-seyn Mirzəcamalova, Cahangirə, Mirhəsən Vəzirova ünvanla-nan məktublar üstünlük təşkil edir. Çəmənzəminli arxiv topla-mağı yazıçı mədəniyyətinin meyarı kimi dəyərləndirirdi. Onun səliqəsi haqqında Mir Mehdi Seyidzadə bunları söyləmişdir: «Biz (M.Seyidzadə, Mir Cəlal, Y.V.Çəmənzəminli və Azər-nəşrin direktoru Əsəd Axundov N.S.) Yusif Vəzirin «Kras-naya» küçəsində olan evinə gəldik. Çəmənzəminlinin iş ota-ğında yan-yana qoyulmuş dolablarda dünya yazıçılarının cild-ləri düzülmüşdü. Dolabların birində isə Çəmənzəminlinin əl-yazmaları qovluqlar içərisində yan-yana düzülmüşdü. Yusif Vəzir əlyazmalarını necə saxlaması haqqında bizə izahat verdi, biz onun səliqəsinə heyran olduq» [217, s.20].

Ədəbiyyatşünas Kamran Məmmədov «Yusif Vəzir Çə-mənzəminli»[157] monoqrafiyasında ədibin ömür yolunu xati-rələrinə, gündəliklərinə istinadən araşdırmışdır. Çəmənzəmin-linin memuar irsi onun dünyagörüşünü, həyata və insanlara ba-xışını, dost və qohumları haqqında düşüncələrini, onlara mü-nasibətini bildirmək baxımından əhəmiyyətlidir. Yazıçının oğ-lu Orxan Vəzirov isə atası haqqında yazdığı xatirələrdə həm hələ dünyaya gəlmədiyi vaxtların bəzi maraqlı əhvalat və mə-qamlarını müəyyən mənbələrdə olan sənədlərdən istifadə et-məklə qələmə almış, həm də uşaqlıq dövründə atası ilə bağlı xatirələrini canlandırmışdır. Xatirələrdə Yusif Vəzir bir şəx-siyyət, bir yazıçı, qayğıkeş ailə başçısı kimi xarakterizə olunur. Müəllifin «Atam Yusif Vəzir Çəmənzəminli haqqında» [254] və «Azərbaycan Respublikasının Ukraynada və Türkiyədə ilk səfiri» [255] adlandırdığı xatirə kitablarında görkəmli yazıçı-

144

Page 146: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

nın həyat və yaradıcılığından, şərəfli ömür yolundan bəhs edi-lir. Orxan Vəzirov atası haqqında bildiklərini, yadında qalan-ları, atasından sonra keçdikləri acınacaqlı, çətinliklərlə dolu günləri məharətlə qələmə almağa nail olmuşdur.

Nəzərə çatdırılmalıdır ki, Mirzə Fətəli Axundov və Yusif Vəzir Çəmənzəminli mükəmməl arxiv yaratmışlar. Ədəbiyyat-şünas-alim Əziz Şərif də bu siyahıya daxil edilə bilər. Onun zəngin və səliqəli arxivi vardır. Alimin dəyərli xatirələri məhz şəxsi arxivində saxlanılan məktublar və yeniyetməlik dövrün-dən ömrünün sonuna kimi müntəzəm tərtib etdiyi gündəlikləri əsasında araya-ərsəyə gəlmişdir. M.Ə.Sabir, H.Cavid, Ə.Haq-verdiyev, H.Ərəblinski, T.Ş.Simurğ, S.Vurğun haqqında xati-rələr faktik sənədlər əsasında yazıldığından son dərəcə dəyərli və əhəmiyyətlidir. Memuarist özünün Ə.Haqverdiyev ilə, C.Məmmədquluzadə ilə aralarında olan qarşılıqlı münasibəti belə şərh edir: «Məni «qardaş» adlandıran və mənimlə öz ya-xın, özünə bərabər yoldaşı və dostu kimi rəftar edən Əbdürrə-him bəy Haqverdiyevdən fərqli olaraq, hələ 1905-ci, sonradan da 1910-1911-ci illərdə mənim müəllimim və mürəbbim olan Mirzə çoxdan bəri aramızda olan pərdəni götürməyərək, hə-mişə özünün böyük, mənim kiçik olduğumu mənə hiss etdirər, mənimlə çox ciddi davranar və hər dəfə atama bəslədiyi son-suz hörmət və məhəbbətini mənə xatırladardı. Mən də uşaqlı-ğımda olduğu kimi Mirzədən çəkinər və onun yanında itaətkar tələbə kimi özümü ədəb və təmkinlə aparmağa çalışardım. Əb-dürrəhim bəy mənimlə nə qədər sadə və mehriban idisə, Mirzə də bir o qədər vüqarlı və rəsmi idi, mənimlə atamdan söhbət etməyi sevərdi» [83, s.252].

Əziz Şərif xatirələrinə gündəlik qeydlərindən səhifələri, əhəmiyyətli məktubları daxil etmişdir. Bütün bunlar əsərin oxu-naqlığını artırmış, həyat həqiqətinin canlandırılmasında nəzərə çarpacaq önəm daşımışdır. Memuarist dövri mətbuatda dərc edilmiş bəzi məqalələrini xatirələrinə əlavə etməklə haqqında danışdığı şəxsin yaradıcılığını daha əhatəli işıqlandırmağa nail

145

Page 147: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

olmuşdur. Xatirələrdə həmçinin «yaxın keçmişin mühüm mə-dəni-ədəbi hadisələri, teatr mədəniyyətimizin inkişaf yolları, onun çətinlikləri və nailiyyətləri, səhnə sənətinin unudulmaz fədailəri haqqında da dəyərli məlumat vardır» [47, s.8].

Qeyd etmək lazımdır ki, Əziz Şərifin 1910-cu ildən 1987-ci ilə qədər tərtib etdiyi 45 cildlik gündəliyi S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivində qorunur. Arxivdə saxlanılan şəxsi fondlardan ən böyüyü Əziz Şərifə məxsusdur. Belə ki, yeddi elmi siyahıda cəmləşdirilmiş sənədlərin çəkisi bir ton 556 kiloqramdır.

Ümumiyyətlə, memuarların əksəriyyəti ona görə dolğun, bitkin və mükəmməl olur ki, müəllifləri bu nümunələri artıq püxtələşdiyi bir dövrdə qələmə alırlar. Bu səbəbdən klassik xa-tirələr öz dolğun mündəricələri etibarı ilə Azərbaycan memuar ədəbiyyatını zəngınləşdirmək baxımından milli ədəbiyyat və mədəniyyətimizdə xüsusi əhəmiyyətə malikdir. XX əsr Azər-baycan ədəbiyyatının görkəmli nümayəndələrinin Məmməd Səid Ordubadinin, Cəlil Məmmədquluzadənin, Əli Nəzminin, Abdulla Şaiqin, Ömər Faiq Nemanzadənin, Yusif Vəzir Çə-mənzəminlinin, Əziz Şərifin xatirələrində dövrün ictimai-siya-si, iqtisadi durumu real boyalarla əks olunmuşdur. Xatirə mü-əlliflərinin həyat və fəaliyyətləri isə bu hadisələrlə əlaqədar təsvir olunmuşdur. Bu nümunələrdə memuaristlərin ideya-si-yasi mövqeyi ilə yanaşı olayları qiymətləndirmək bacarığı, dünyagörüşü, həyata və insanlara münasibəti haqqında lazımi qədər təsəvvür yaradılmışdır. Sözügedən xatirələr bədii cəhət-dən mükəmməl nümunələr olmaqla həyat həqiqətini doğru-dü-rüst canlandırmaq baxımından dəyərli və önəmlidir.

146

Page 148: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

ÇAĞDAŞ XATİRƏLƏR: İNSAN VƏ ZAMAN

Gündəlik, tərcümeyi-hal, xatirələr və səyahətnamələr real hadisə və insanlar haqqında məlumat verməklə yanaşı, özləri-nin ideya məzmunu müəllif və onun qəhrəmanlarının vicdan və mənəviyyata, mənəvi sərvətə, ictimai və estetik ideala mü-nasibətdə müəyyənləşir. Bunun üçün təkcə faktları tapıb təsvir etmək, keçmişin real görüntülərini əks etdirmək kifayət deyil, həmçinin geniş dünyagörüşə malik olmaq, həyatı dərindən başa düşmək lazımdır. Sənədli əsərlər bədii əsərlərdən bu məqsədyönlüyü, real həyati faktları dövrün tələbləri ilə uzlaş-dırmağı öyrənir ki, bu da onun ədəbiyyatda mövqeyini möh-kəmlədir. «Həyatı düzgün əks etdirmək üçün onu dərindən öy-rənmək, daha doğrusu, həyat hadisələrinin mahiyyətindən düz-gün baş çıxarmaq lazımdır. Hər bir əsərin qiyməti həyat hadi-sələrinin, ictimai varlığın ayrı-ayrı faktlarının bədii idrakı də-rəcəsindən asılıdır. Yazıçı öz əsəri üçün material olaraq seçdi-yi həyat faktlarının əsas mahiyyətini düzgün qavrayıbsa və

147

Page 149: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

onu real, yüksək sənətkarlıqla əks etdirə bilibsə, onun yaradı-cılıq məhsulu da dəyərli, əhəmiyyətli olacaqdır» [118, s.52].

Hər bir bədii yaradıcılığın əsasını həyat həqiqəti təşkil edir. Həyat həqiqəti yazıçı təxəyyülü ilə sintezdə maraqlı sənət nü-munələrinin yaranmasına zəmin yaradır. Memuar nümunələ-rində isə həyat həqiqəti uydurmasız, bəzəksiz əks olunur. La-kin burada da memuaristin dünyagörüşü, hadisələrə münasibə-ti əsasdır. Xatirə müəllifi olanları, keçənləri bədiiliklə təsvir edərsə, hadisələrə obyektiv münasibət bildirərsə, əsər daha maraqla oxunar, oxucu yazıçı səmimiyyətinə, olayların həqiqi-liyinə şübhə etməz. Bütün bu deyilənləri memuar janrına daxil olan səyahətnamələrə, yol qeydlərinə də aid etmək olar.

Hələ XVIII əsrin sonları XIX əsrin birinci yarısında ya-şamış böyük Azərbaycan səyyahı və alimi Hacı Zeynalabdin Şirvani Azərbaycan, İran, Hindistan, Ərəbistan, Türkiyə və bir çox ölkələri səyahət etmiş və əsərlərində gəzdiyi ölkələrdə ya-şayan xalqların tarixi, mədəniyyəti, adət-ənənələri haqqında ətraflı məlumat vermişdir. 1780-ci ildə Azərbaycanın Şamaxı şəhərində doğulan, «Təmkin» təxəllüsü ilə şeirlər yazan səy-yah 1838-ci ildə vəfat etmiş, Səudiyyə Ərəbistanının Ciddə şə-hərində dəfn edilmişdir. Şirvani o vaxt Türkiyənin mərkəzi olan İstanbul şəhərində xeyli yaşamış, bir çox dövlət xadim-lərinin məclisində olmuşdur. Bir müddət İstanbulda qaldıqdan sonra Bursa, Konya, Diyarbəkir və digər şəhərlərə getmişdir. Şirvani Konyada olarkən XVIII əsrin məşhur şairi Cəlaləddin Ruminin məqbərəsini ziyarət etmişdir. Səyyah bu şəhərdə Rəhmətəli təxəllüsü ilə məşhur olan istedadlı şair ilə görüş-müşdür. Həmin şair Bəhaəddin Vələdin yazdığı «Məqalat» əsərini Hacı Zeynalabdin Şirvaniyə verərək ondan xahiş etmiş-dir ki, Cəlaləddin Rumi haqqında xalqa geniş məlumat versin. «Səyyahın öz yazdığına görə «Məqalat»da Ruminin 8 böyük müridinin tərcümeyi-halı verilmişdir» [35, s.62]. Şirvani dos-tunun xahişini yerinə yetirərək Cəlaləddin Ruminin həyatı haqqında təxminən bir çap vərəqi həcmində əsər yazmışdı. Bu

148

Page 150: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

əsər səyyah dünyasını dəyişdikdən xeyli sonra 1895-ci ildə, Cəlaləddin Ruminin Bombeydə «Nasiri» mətbəəsində dərc olunmuş «Məsnəvi» kitabında müqəddimə kimi verilmişdir.

Bir məqamı nəzərə çatdırmaq lazımdır ki, Azərbaycan şair və yazıçılarının Türkiyəyə səfərləri ilə bağlı xatirələri özəlliklə üstünlük təşkil edir. Azərbaycan ədəbiyyatının tanınmış nüma-yəndələrindən olan Mehdi Hüseynin (1909-1965) yol qeydləri bu baxımdan xüsusilə dəyərləndirilməlidir. Qeydlər gündəlik şəklindədir. Yazıçı hər bir hadisə, görüşdüyü insanlar, gördüyü yerlər haqqında fikirlərini hər gün qələmə almışdır. Çünki belə olduqda məlumatlar dəqiqliyi ilə verilir, faktlar yaddaşdan si-linmir.

1963-cü ilin aprel və may aylarında baş tutan səfərin təəs-süratları Azərbaycan oxucusunun Türkiyə haqqında ilk və geniş tanışlığı idi. Müəllif Türkiyədə şahidi olduğu hər bir olaya, tanımağa və anlamağa çalışdığı hər bir insana xeyirxahlıqla yanaşmışdır. Səfər prosesində türk gəncliyinin elmə və təhsilə böyük həvəsi, ziyalılar içərisində fədakar insanlar, ən əsası türk xalqı Mehdi Hüseyndə məhəbbət hissini artırmışdır. Onun bu ölkəyə səfəri Türkiyə kəndi və kəndlisi haqqında təsəvvürlərin aydınlaşmasına müəyyən dərəcədə kömək oldu. Kəndlər, qəsəbələr, şəhərlər elə təsvir edilmişdir ki, oxucu sanki bu yerləri özü gəzir, səyahətçinin görüşdüyü insanlarla özü görüşür. Səfərin ilk günü Mustafa Kamal Atatürkün mavzoleyinin ziyarəti ilə başlayır. Müəllif buranı böyük hörmət və məhəbbət hissi ilə qələmə alır, bu görkəmli tarixi şəxsiyyətin aşiyanını təfərrüatı ilə yazıya köçürür. Ankaranın mərkəzində, hərbi libasda, ayaq üstündə durmuş Atatürkün tunc heykəli ona ən çox döyüşçü və mübariz bir insanı tanıtdığı kimi, mavzoley də əsgər kimi sərt bir şəraitdə çalışmış dövlət adamının surətini canlandırır. Səyahətçi məqbərəyə tamaşa etməyə gələnlərin də simasının sərt və kədərli olduğunu müşahidə edir. O, Ankaranı gəzəndə, şə-hərdəki abidələri görəndə xalqın onu necə dərin məhəbbətlə

149

Page 151: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

sevdiyini anlayır. Hər bir idarədə, məktəbdə, muzeydə, mağa-zada Atatürkün ya büstü, ya da portretini görən Mehdi Hüseyn bildirir ki, «ona bəslənən xalq məhəbbətini görmək üçün təkcə mavzoleyə yox, prezident binasına və Atatürkün yaşadığı evə dəstə-dəstə gələnləri görmək də kifayətdir» [111, s.11]. Öz xalqının müqəddəs bir bütünə çevrilmiş Mustafa Kamal Ata-türk haqqında əsl faktlarla bərabər xalq tərəfindən uydurulmuş qəribə hekayələr də danışılır. Artıq həqiqətlə əfsanəni bir-bi-rindən ayırmaq çətindir. Türk Dil Qurumunun 1963-cü ildə nəşr etdiyi bir kitabçada bu hekayələrdən bir neçəsi toplanmış-dır. Müəllif bu hekayələrdən birini («Ayişə arvad») oxucuların nəzərinə çatdırır.

Mehdi Hüseynin Ankara Universitetinin rektoru Suat Ka-mal Yetgin ilə görüşü xırda müşahidələrini belə yadda saxla-yıb qeydə almaq həvəsini artırmışdır. Onun Türkiyənin elm və sənət adamları ilə görüşlərində türk ədəbiyyatının, teatrının, musiqisinin dünəni və bu günü, qarşılıqlı ədəbi əlaqələr müza-kirə obyekti olur. Müəllif səfərdə olduğu müddətdə dövri mət-buatı da mütəmadi olaraq izləyir və o dönəmin iqtisadi, ədəbi durumu haqqında oxucunu məlumatlandırır. Ankara milli ki-tabxanası, 1927-ci ildə bilavasitə Atatürkün təşəbbüsü ilə açıl-mış Müəllimlər İnstitutu, Ankara konservatoriyası, Atatürkün yaratdığı Türk Tarix Qurumu Mehdi Hüseyndə xoş hisslər oyadır. Bir yaradıcı insan kimi Tofiq Fikrət yaradıcılığından bəhs edən müəllifin fikrincə, türk xalqı öz milli azadlığını xa-rici istilaçılardan qorumaqda Atatürk kimi siyasi bir xadimə necə borcludursa, yeni türk ədəbiyyatı əsl proqressiv və de-mokratik ideallarla zənginləşməsində Tofiq Fikrət kimi şairə və mütəfəkkirə elə borcludur. Təsadüfi deyil ki, Mustafa Ka-mal Atatürk türk ədəbiyyatının istedadlı simalarından olan To-fiq Fikrəti «bütün həyatı boyu öz vicdanının sözünə baxan bir şair» adlandırmışdır. Yazıçı Elçin öz səfər xatirələrində bu xa-siyyətnamənin bir çox türk yazıçı və şairlərini səciyyələndirdi-yini göstərmişdir.

150

Page 152: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Türkiyəyə növbəti belə səfər Azərbaycan şairi Qasım Qa-sımzadənin (1923-1993) bir qrup Azərbaycan və gürcü yazarları ilə birlikdə 1968-ci ilin aprel-may aylarında olmuşdu. Türkiyənin İstanbul, Bursa, İzmir, Ankara şəhərlərinə səfərin təəssüratı nəticəsində qələmə alınmış yol qeydləri ötən əsrin 60-cı illərinin mənzərəsini canlandırır. Müəllif İstanbulun möhtəşəm sənət və memarlıq abidələri Kəbədən sonra müsəlmanların ikinci ziyarətgahı hesab edilən Əyyub camesi (1458), vaxtilə Şərq mədəniyyəti mərkəzlərindən biri kimi, universitet kimi dəyərləndirilən Süleymaniyyə (1557), Mavi came adlandırılan Sultan Əhməd (1616) məscidləri, III və IV əsrlərdə Bizans mədəniyyəti və tarixinin müəyyən özəlliklərini bu günə qədər yaşadıb saxlayan əzəmətli Aya Sofiya məbədi, XV əsrdə Sultan Əhməd tərəfindən əsası qoyulan, sonralar Sultan Süleyman və Məhəmməd Saninin genişləndirdiyi, XIX əsrin ortalarınadək 25 sultanın iqamətgahı olmuş Topqapı sarayı haqqında müfəssəl məlumat verir, İstiqlal caddəsini, Qapalı Çarşı bazarını, Dolmabağça sarayını təsvir edir; Türkiyə Respublikasının ilk prezidenti Mustafa Kamal Atatürkün 1938-ci ildə Dolmabağça sarayında vəfat etdiyini bildirir.

İstanbulda olarkən Tofiq Fikrətin aşiyanına daxil olan za-man Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin Süleyman Rüstəm, Rəsul Rza, Nigar Rəfibəyli və başqalarının bu böyük sənətkarın şeirlərini əzbərdən demələri, onun xatirə-sini yad etmələri insanda xoş və səmimi duyğular oyadır. Xa-tirə müəllifinin İstanbul haqqında fikirləri belədir: İstanbulu bir dəfə görən heç vaxt unutmaz. Daha öncə xatirələrindən bəhs etdiyimiz Mehdi Hüseyn isə İstanbul haqqında bunları söyləmişdir: İstanbul Türkiyənin həm çarpan ürəyi, həm də düşünən beynidir.

Coğrafi quruluşuna və uzaqdan görünüşünə görə Bursanı Azərbaycanın Şəki şəhərinə bənzədən Qasım Qasımzadə bura-da da ipəkçiliyin geniş yayıldığını və XV-XVI əsrlərdə Türki-

151

Page 153: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

yənin ilk paytaxtı olan bu şəhərin «Osmanlı cənnəti» kimi məşhur olduğunu bildirir, Yaşıl came (1419) haqqında məlu-mat verir, əvvəllər saray olmuş bu imarətin mərkəzində Ulu-dağdan gətirilmiş bulaq suyundan fəvvarə olduğunu nəzərə çatdırır. Səyahətçi dəniz sahilində yerləşən böyük liman şəhəri olan İzmirin isə təbii görünüşü cəhətdən Bakını yada salmasını bildirir.

Səyahət xatirələrində Ankara şəhəri daha müfəssəl şərh olunur. Əsası eradan əvvəl qoyulan Ankara 1923-cü ildən eti-barən Türkiyə Respublikasının paytaxtıdır. Mustafa Kamal Atatürkün təşəbbüsü ilə paytaxt İstanbuldan buraya köçürül-müşdür. Türkiyə Respublikasının ilk prezidenti olmuş Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edən müəllif buranı belə təsvir edir: «Rassattəpəsində yerləşən bu tikinti geniş sahəni əhatə edir. Üz-üzə dayanıb ağlayan üç qadın və üç kişi heykəl-ləri... Sonra daş döşəməli və şir abidələri düzülmüş çiçəkli uzun meydan gəlir. Mərmər pilləkənlərlə mavzoleyə qalxırıq. Bu uca dördkünc bina sütunlar üzərində dayanmışdır. İçərisi iyirmidən artıq yerli mərmər növü ilə və milli naxışlarla bə-zənmişdir... Atatürkün ölkənin bütün şəhərlərində qoyulmuş at üstündəki əzəmətli heykəlləri, büstləri, hər yerdə satılan şəkil-ləri, kitabları ona ümumxalq məhəbbətinin ifadəsidir» [138, s.68]. «Atatürk Türkiyəni necə görmək istəyirdi» sualının ca-vabını müəllif mavzoleyin girəcəyində mərmər divarlara həkk olunan, onun vaxtilə dediyi sözlərdə aydın ifadə edildiyini bildirir: «Milli mənliyini bilməyən millətlər başqa millətlərin şikarıdır»; «Milli hüdudlarımız daxilində hürr və müstəqil ya-şamaq istəyirik».

Qasım Qasımzadə ölkənin ictimai-siyasi və iqtisadi duru-munu, mədəni həyatını daha dəqiq canlandırmaq məqsədilə dövri mətbuata da müraciət edir və onların bəzilərindən nümu-nələr gətirir. Çünki bütün qəzetlər Türkiyənin daxili və xarici siyasətinə, yeri düşdükcə münasibətini bildirir, mədəni həyatı-nı işıqlandırır.

152

Page 154: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Türkiyənin keçən əsrin 70-ci illərinin sonlarındakı durumu yazıçı Elçinin səfər xatirələrində öz əksini tapmışdır. Müəllif öz təəssüratlarını yaddaşın köməkliyi ilə, yəni səfərdən geri dönəndən sonra qələmə alsa da, bunların əsasını onun səfər prosesində tərtib etdiyi qeyd dəftərçəsi təşkil edir. Türkiyə Ya-zarlar Sindikatının dəvəti ilə bu ölkəyə olan səfərin məqsədi yazıçılar arasında qarşılıqlı əlaqəni daha da möhkəmləndir-mək, qarşılıqlı surətdə iş təcrübəsi ilə tanışlıq, çağdaş türk ya-zarları, mədəniyyət xadimləri ilə ədəbi, siyasi, ictimai prob-lemlər ətrafında fikir mübadiləsi, görüşlər və yazıçıların bir-bi-rinə bir yazıçı kimi fərdi marağı idi. Elçin səfər xatirələrində yazıçı Orxan Kamal, məşhur memar, şair və sənətşünas Çingiz Bekdaş, istedadlı nasir Bəkir Yıldız, əsası M.K.Atatürk tərə-findən qoyulmuş nüfuzlu Türk Dil Qurumunun ən yaxşı roman mükafatını almış Dəmirdaş Ceyhun Adanalı («Yağış istisi» ro-manının müəllifi) və digərləri haqqında, eləcə də onların yara-dıcılığı, dünyagörüşü, ədəbi zövqləri prosesini bütün incəlik-ləri ilə təhlil edir, yeri gəldikdə bəzi əsərlərin qısa məzmununu nəzərə çatdırır. O, Nazim Hikmət poeziyasını, şəxsiyyətini bö-yük məhəbbət hissi ilə təsvir edir, onu gördüyünü, şəxsən özü-nə suallar verdiyini, şəxsən özündən cavablar aldığını böyük qürur hissi ilə bildirir. Azərbaycan Nazim Hikmət üçün ikinci vətən idi. Onun «Günəşi içənlərin türküsü» adlı ilk kitabı 1928-ci ildə Bakıda nəşr olunmuşdur. Şairin «Azərbaycanla və azərbaycanlılarla bağlı şeirləri onun böyük yaradıcılığının ən gözəl səhifələrindəndir» [64, s.269].

Elçin özündən əvvəl yazıya alınan səyahətnamələrdən bir qədər irəli gedərək Türkiyə tarixi haqqında məlumat verir: 1923-cü il oktyabr ayının 29-da Türkiyə respublika elan olun-du, 1924-cü il martın 3-də Atatürkün təklifi ilə məclis xəlifatı ləğv etdi və elə həmin ilin aprel ayının 20-də gənc respublika-nın konstitusiyası qəbul olundu. Bundan sonra «dini cəhaləti, savadsızlığı, qadın hüquqsuzluğunu aradan qaldırmaq məqsə-dilə bir-birinin ardınca proqressiv mahiyyətli reformalar dövrü

153

Page 155: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

başladı» [64, s.283], ərəb əlifbası latın əlifbası ilə əvəz edildi. «Mütərəqqi türk ədəbiyyatı bu reformaların qızğın müdafiəçisi kimi çıxış etdi, çünki əslində Atatürk reformaları Tənzimatdan sonrakı dövr türk ədəbiyyatının irəli sürdüyü ideyaların həyata keçirilməsi demək idi» [64, s.265].

Xatirələrdə ilk milli filmin (xronikanın) 1914-cü ildə, ilk bədii filmin (komediyanın) 1917-ci ildə çəkildiyi haqqında, məşhur türk aktyorları, rejissorları, müğənniləri haqqında, bir sıra qəzet və məcmuələrin ideya və məqsədi haqqında, eləcə də Türkiyə-Azərbaycan ədəbi, mədəni əlaqələri haqqında ət-raflı məlumatlar vardır. Elçin Aya Sofiya muzeyini gəzərək diqqətə çatdırır ki, M.K.Atatürk 1935-ci il dekreti ilə dünya memarlığının, sənətinin şah abidələrindən olan Aya Sofiya məscidini muzeyə çevirmişdir. Atatürkdən böyük məhəbbətlə danışan müəllif gənc Türkiyə Respublikasında Sovet İttifaqı-nın səfiri olmuş S.İ.Aralovun «Sovet diplomatının xatirələri» adlı maraqlı kitabında Atatürkün həyatı ilə əlaqədar verilmiş hadisəni də xatirələrinə daxil etmişdir. Nəzərə çatdırmaq la-zımdır ki, Mehdi Hüseyn də öz səyahət xatirələrində Aralovun xatirələr kitabını yada salır və bildirir ki, müəllif kitabının de-mək olar ki, hər səhifəsində Atatürkdən böyük rəğbət hissi ilə bəhs edir.

Elçinin «Dunayda «Amur» üzürdü», «Qabrova görüşləri», Macarıstan silsiləsindən «Dyula Çak ilə söhbət», Tunis səfə-rindən «Palma ülfəti», Qana səfərindən «Yanan ağacın şəfəq-ləri» adlı yazıları səyahət notları silsiləsində toplanmışdır. Sö-zügedən yazılarda hər bir xalqın adət-ənənələri ilə yanaşı səya-hətçinin Elçinin dünyagörüşü, fikir və mülahizələri canlan-dırılır, gördüyü olaylara, ünsiyyətdə olduğu insanlara münasi-bəti əks olunur. Elçin xalqın keçmişi ilə gələcəyi arasında dia-lektik bağlılığın olduğunu bildirərək yazır: «Keçmişini dərk et-məyən, sevməyən, özünü tanımayan xalqın gələcəyi də sual işarəsi altında olacaqdır. Əlbəttə, söhbət arabadan, yaxud öküzdən getmir, söhbət milli-mənəvi keyfiyyətlərdən, əsrlərin

154

Page 156: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

süzgəcindən keçib gəlmiş milli-mənəvi sərvətdən gedir, dildən və mütərəqqi adət-ənənələrdən gedir, söhbət xalqın dühasın-dan gedir» [62, s.131]. Keçmişin təsviri, adət-ənənələrin təb-liği, şəxsiyyətlərin ifadəsi əsasən xatirələrdə canlandırılır.

Fikrimizi bir daha Azərbaycan şair və yazıçılarının səyahət xatirələrinə yönəldərək qeyd etməliyik ki, şair-folklorçu Məm-məd Aslan da Türkiyənin qərbindən şərqinədək olan səfərdən aldığı təəssüratlarını özünün yol qeydlərində qələmə almışdır. Həmin səyahət bir çox şəhərlər və kəndlər, qədim tarixi abidə-lər, məşhur mədəniyyət və ədəbiyyat xadimləri haqqında mə-lumatlarla, həvəslə toplanmış ibrətamiz folklor nümunələri ilə zəngindir. Səyahətçinin yazdıqları istər təmasda olduğu möv-zular baxımından, istərsə də dil cəhətdən bir folklorçu şairin gündəliyidir. Bu gündəlik qeydlərini o, gündüzlər minik maşı-nında dizinin üstündə, axşamlar isə gecələdiyi yerdə qələmə almışdır. Sonralar da bu qeydlərə heç nə əlavə etməmişdir. Çünki «zaman axarında doğmuş təmiz düşüncələri üzüsulu saxlamaq üçün gərək ona toxunmayasan» [150, s.7]. 1983-cü ilin 19 avqust – 30 sentyabrında baş tutan səfərində müəllif folklorçu olduğu üçün əsasən xalq ədəbiyyatı ilə maraqlanmış, dost ölkənin qonağı olduğu hər bir evində folklor və ədəbiy-yatdan söhbət açmışdır. Təkrarsız maddi-mədəniyyət abidələri, türk sənətkarları, ayrı-ayrı insanlar bu səyahət çizgilərinin dol-ğunlaşmasına yardımçı olmuşdur.

Səyahətçi İstanbulu təsvir edərkən Atatürkün «İstanbul ta-riximizin və mədəniyyətimizin xülasəsidir» fikrini əsas götür-müşdür. Müəllif qeyd edir ki, «türklərin İstanbuldakından baş-qa heç bir memarlıq abidəsi olmasaydı belə, yenə bu, onun memarlığının bütün dünya şöhrəti kimi əvəzsiz qisməti idi» [150, s.115]. O, İstanbulun tarixindən, memarlıq abidələrindən Sultan Əhməd camesi («Yerində donmuş gözəl» adlandırır), Topqapı sarayı, eləcə də Gülxanə parkından böyük məhəbbət hissi ilə söhbət açır. Səyahət xatirələrində Ərzurum Atatürk Universiteti haqqında da sətirlər özünə yer almışdır. Müəllif

155

Page 157: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

bu universitetdən xüsusi şövqlə yazır. Çünki burada Azərbay-can ədəbiyyatı və dili ilə bağlı dərslərə xüsusi əhəmiyyət ve-rilir. Universitet kitabxanası nəzdində ayrıca bir otaq var ki, qapısına «Abbas Zamanovun bağış kitabları» yazılmışdır. Bu-rada Azərbaycan ədəbiyyatı ilə bağlı, Azərbaycanda nəşr olun-muş müxtəlif məzmunlu kitablar saxlanılır.

Məmməd Aslan Ankarada olarkən bütün səyahətçilər kimi ilk əvvəl Mustafa Kamal Atatürkün qəbrini ziyarət edir. O, mavzoleyi şairanə təsvir edərək burada yerləşən muzeylər haq-qında məlumat verir: «Ankaranın ən görkəmli yeri millətin atası sayılan Atatürkün qəbridir Anıtqəbridir. Rassattəpə (Mintəpələr) elə bil təbii təpəlik deyil. Milləti çiynində qaldı-ran bir atanın xatirinə millət sonradan bu düzən torpağı dartıb göyə doğru qaldırıb... Atatürk bu təpəni çox sevərmiş. Sevdiyi təpəyə də gömülüb. Anıtqəbir deyilən Atatürkün bu son mən-zili Anıttəpənin üstündə bir əbədiyyət heykəlidir. Təpənin ətə-yində bir-birinə sıx yerləşən fəxri qaravul məntəqələri düzü-lüb. Atatürkün mavzoleyi ölkənin az qala hər rayonundan gəti-rilən mərmər və digər tikinti materialları hesabına yaradılıb. Bunu bilərəkdən belə ediblər. Hər el kiçik bir daşı ilə, ağacı ilə ona minnətdarlıq hissini bildirmək istəyib. Atatürkün yaxın si-lahdaşları da Anıttəpədə torpağa tapşırılıb. Buradakı iki muzey Atatürk yadigarlarını mühafizə etməkdədir. «Atatürk muze-yi»ndə türkün atasının əsas əşyaları, «İnqilab muzeyi»ndə onun kitabları, həyatına dair müxtəlif fotolar nümayiş etdirilir. Türklər buraya hər dəfə böyük şükranla gəlirlər. Ölkəni 16 iş-ğalçı ölkənin cəngindən qurtaran tədbirli bir Ataya bu böyük minnətdarlıq zəhmətinin halal haqqı kimi layiqdir» [150, s.18].

Məmməd Aslanın xatirələri bir növ tədqiqat əsərini xatırla-dır. O, ayrı-ayrı şəxsiyyətlərdən danışarkən onların həyat və yaradıcılığı haqqında da fikirlər söyləyir. Konyada olarkən Mövlana muzeyini ziyarət edən müəllif Mövlananın həyatın-dan bir çox məqamları bütün incəliklərinə qədər təsvir edir və onun «Məsnəvi»sindən ibrətamiz ifadələri oxucuların nəzərinə

156

Page 158: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

çatdırır: «Sözü, özü doğru, təmiz insanların torpağına, daşına qul olmaq yalançı, riyakar adamlarla dostluq etməkdən daha şərəflidir. Könlü aydın bir uluya qul olmaq sultanların başına tac olmaqdan çox-çox üstündür».

Müəllif türklərin 700 ildən artıq bir zaman ərzində sevə-sevə və bol-bol işlətdikləri «əfəndi» kəlməsindən söhbət açmış və onun yaranma tarixi haqqında oxucunu məlumatlandırmış-dır. «Hörmət, əzizlənmək ifadə edən bu sözü ilk dəfə Mövla-nanın sevimli qızı Məlikə xatun üçün işlədiblər. Sonra sultan-lara, dövlət adamlarına, daha sonra qadın olsun, kişi olsun, hörmət sahiblərinə belə müraciət ediblər. Əfəndi kəlməsi İs-tanbul ağzında zaman-zaman bir az daha zərifləşmiş, gözəlləş-miş, «canım əfəndim», «gözüm əfəndim» şəklinə kimi uzun bir yol keçmişdir» [150, s.39].

Məmməd Aslan xatirələrində Türkiyə tarixindəki bəzi olayları diqqətə çatdırır. Məsələn, əfələr haqqında məlumat ve-rərək bildirir ki, əfələr 1840-1880-ci illərdə dövlətə asi olan qaçaq dəstələri idi. Bütün qaçaqlar kimi əfələr də dövlət tərə-findən təqib olunurdu. Buna baxmayaraq Türkiyədə istiqlal hərbi başlayanda əfələr dövlətin çağırışını, rəsmi dairələrin işarəsini gözləmədən əlverişli dağ keçidlərində düşmənlərin yolunu kəsdi. Onların istiqlal savaşındakı şücaəti bu gün də dillər əzbəridir. M.K.Atatürk əfələrin tarixi xidmətlərini layi-qincə qiymətləndirmişdir.

Beləliklə, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndə-ləri Mehdi Hüseyn və Qasım Qasımzadənin səyahət xatirələri keçən əsrin 60-cı illərində, Elçinin və Məmməd Aslanın xati-rələri 70 və 80-ci illərində Türkiyənin ədəbi, mədəni, elmi və siyasi durumunu canlandıraraq oxucunu bu ölkə haqqında mə-lumatlarla bilgiləndirmişdir. Türkiyəni, onun maddi və mənəvi sərvətlərini təsvir edən səyahətçilər bunları öz dünyagörüşləri, həyata baxışları ilə əlaqədar təsvir etmişlər. Hansı yöndən olursa-olsun, bu təsvirlərin hamısında Türkiyəyə, onun insan-larına, bu ölkə ilə bağlı hər bir şeyə böyük sevgi və ehtiram

157

Page 159: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

hissləri çox-çoxdur. Nəzərə çatdırılmalıdır ki, XX yüzilliyin ortalarında türk

ədəbiyyatında maraqlı xatirə nümunələri meydana gəlmişdir. Türkiyənin böyük ustad şairi Yəhya Kamal Bayatlı (1884-1958) «Çocuqluğum, gəncliyim, siyasi və ədəbi xatirələrim» memuarı zəngin mündəricəsi ilə seçilən nümunələrdəndir. Əsərin adından da göründüyü kimi müəllif burada həyatının bütün mərhələlərindən uşaqlığından, gəncliyindən, siyasi və ədəbi fəaliyyətindən bəhs etmişdir. Xatirələrdə müəllif şəxsiy-yəti, çevrəsindəki insanlar, zamanın mühüm olayları və bunla-ra baxış tərzi haqqında geniş bilgilər verilmişdir. «Xatirə ədə-biyyatında laübalilikdən xoşlanmayan Y.Kamal xatirə yazarı-nın oxucuya sayqı göstərməsini, bu sayqını da hər şeyi doğru yazmaq, ədəbli yazmaq surətiylə ortaya qoymaq istəyir» [271, s.1198]. Əsərdə Yəhya Kamalın vətən sevgisi, ölkəni fəlakət-lərə sürükləyən yanlış hərəkətlərin şairin ruhunda yaratdığı fır-tınalar maraqlı bir xatirə üslubu ilə canlandırılmışdır.

Yenidən səyahət xatirələrinə qayıdaraq bir daha qeyd et-məliyik ki, səyahətnamələr, əsasən, gündəliklər əsasında yazı-lır. Şərqşünas-alim, şair Şahin Fazilin İrana etdiyi səfərləri za-manı yazdığı doqquz səfərnaməsinin də əksəriyyəti gündəlik-lər əsasında qələmə alınmışdır. Beşinci səfərinin qeydləri itdi-yindən müəllif bunu yaddaşın köməkliyi ilə yazıya almışdır. Səfərnamələrdə İrana, onun xalqına, mədəniyyətinə məhəbbət və sevgi hissləri əks olunmuşdur. Bu hissləri müəllif səfərna-mələrə daxil etdiyi qəzəl və qitələrində də qələmə almışdır.

Yenə tale məni göndərdi murad bağçasına, Baxıram vəcdə gəlib mən yenə bağbanə sarı.

Astara torpağına Astaradan gəldim mən, Tutmuşam üz təzədən Qəzvinə, Tehranə sarı.

Ulu Tanrı, qoca Məşhəddə gözüm qalmışdır, Baxıram şövq ilə Urmiyyəyə, Zəncanə sarı.

158

Page 160: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

«Nə səbəb var ki, Xorasanə məni qoymurlar» - Dedi Xaqani tutub üz neçə xaqana sarı.

Eləmişdi Xorasan elləri cəlb şairimi, Mümkün olsa gedərəm mən də Xorasana sarı.

Yerləri, göyləri ey xəlq eləyən Allahım, Məni, rica edirəm, qov neçə imkanə sarı.

Mənlə İran arasında yaranıbdır ülfət, Ülfətin səmtini sövq eyləmə hicranə sarı.

İstəsə kimsə ayırsın bizi, İran boyda Bir yumaq ip götürüb sən məni İranə sarı [86, s.29].

Şahin Fazil səfər xatirələrində gəzdiyi şəhərlərin tarixi haqqında da ara-sıra məlumat vermişdir. «Gilan. Qədim məm-ləkətin qədim bir vilayəti. İki yüz ildən artıq bir müddətdə (XV-XVI əsrlərdə) müstəqil dövlət olmuş dağlar və meşələr diyarı. Gilan vaxtilə iki hissədən ibarət idi: Biyəpəs və Biyə-piş. Birində ishaqilər (yaxud ishaqvəndlər), digərində isə kiya-lar sülaləsi hakimiyyətdə olmuşlar. Yadıma Biyapiş Gilanının məşhur hökmdarı Xan Əhməd xan Gilani düşdü. O, Biyəpişi uzun müddət idarə etmiş, nəhayət, I Şah Təhmasib tərəfindən həbs olunub, əvvəlcə Qəhqəhə, sonra isə Estəxr qalasına salın-mış, 1578-ci ildə II Şah İsmayıl tərəfindən yenidən Gilan haki-miyyətinə qaytarılmış, ömrünün son illərində isə I Şah Abba-sın təqibindən qaçıb Türkiyədə vəfat etmişdir» [86, s.48].

Səfərnamələrdə Şahin Fazil yeri gəldikcə öz tərcümeyi-ha-lına da toxunmuşdur. Beləliklə, gündəlik, tərcümeyi-hal və xa-tirələrlə yanaşı səyahətnamələrdə də müəllif obrazı önəmli mövqeyə malikdir.

Daha öncə qeyd edilmişdir ki, görkəmli şəxsiyyətlərin hə-yat və fəaliyyətlərinin öyrənilməsində şəxsi fondların mühüm

159

Page 161: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

əhəmiyyəti vardır. Bu mənada akademik Əbdülkərim Əlizadə özəlliklə qeyd olunmalıdır. Onun şəxsi fondunda [66] tədqiqat əsərləri, kitabxanası və müxtəlif sənədlərlə yanaşı tərcümeyi-halı, xatirələri, məktubları da saxlanılır. Alimin həyat və fəa-liyyətinin öyrənilməsində bu materialların önəmi əvəzsizdir. Üç səhifəlik tərcümeyi-haldan bəlli olur ki, hələ 1926-cı ildə fəhlə fakültəsini bitirən alim Leninqrada ezamiyyətə göndəril-miş, orada tibb institutunda altı ay oxuyandan sonra Leninqrad Şərqşünaslıq İnstitutuna keçirilmişdir. Əbdülkərim Əlizadənin İraq, İran, Türkiyə səfərlərindən aldığı təəssüratlar maraqlı xa-tirələr toplusunun yaranmasına əsas olmuşdur. İraq xatirələrin-də müəllif ölkənin tarixi mövqeyindən, əhalinin geyimindən, ictimai mənşəyindən danışır, Mədain xərabələrini, Füzulinin qəbrini ziyarət etməsindən söhbət aşır. 1966-cı ildə iranşünas-ların ümumdünya konqresində iştirak etmək üçün Tehrana olan səfər İran xatirələrini meydana gətirmişdir. Alim konqres-də «Səlcuqların İranda hakimiyyəti tarixinin ictimai-iqtisadi əsaslar üzrə dövrləşdirilməsi» mövzusunda fars dilində məruzə etmişdir.

Əbdülkərim Əlizadənin 1970-ci ildə Ankara şəhərində Türk Tarixi Qurumunun VII konqresində iştirak etməsi «Fay-dalı səfər» xatirələrinin yazılmasına səbəb olmuşdur. O, xatirələrində 1265-1290-cı illərdə tikilmiş Aslan xan məscidinə, Əhməd paşa məscidinə, Ankaranın etnoqrafiya muzeyinə, Boğazköy adlanan yerə getdiklərindən bəhs edir. İstanbuldakı Topqapı sarayı və Aya Sofiya məscidi alimdə xoş təəssürat yaratmışdır. Ə.Əlizadə konqresdə iqtisadi məsələlərdə Nizamülmülk, Rəşidəddin və Məhəmməd Naxçıvaninin fikirləri arasındakı oxşar cəhətlərdən məruzə etmişdir. Alimin arxivindəki məktublar onun bir sıra ölkələrlə geniş əlaqəsindən soraq verir. 1939-cu ildə Nizami Gəncəvinin 800 illiyi ilə əlaqədar yubiley komissiyası təşkil olunmuşdu. Komissiyanın sədr müavini Rəsul Rza və SSRİ EA Azərbaycan filialı Rəyasət Heyətinin sədr müavini Əhəd

160

Page 162: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Yaqubov Ermitajın direktoruna göndərdikləri 29 avqust tarixli məktibda xahiş edirlər ki, Ə.Əlizadənin başçılığı ilə Nizami əsərlərinin elmi-tənqidi mətnini hazırlayan briqada Moskva və Leninqradın kitabxanalarındakı əlyazmalardan istifadə etsin. Bu məqsədlə Ə.Əlizadəyə qiymətli əlyazmaların fotosurətini hazırlamaq tapşırılmışdı. 29 aprel 1969-cu il tarixli məktubdan isə aydın olur ki, akademik Ə.Əlizadə «Azərbaycan Türk Teatrosunun müxtəsər tarixçəsi» kitabını Nizami adına Azərbaycan ədəbiyyatı muzeyinə bağışlamışdır. Bununla əla-qədar muzeyin direktoru Abbas Zamanov və elmi fondlar şö-bəsinin müdiri Həmid Məmmədzadə akademikə dərin təşək-kürlərini bildirir və dəyərli hədiyyənin 6532 inventar nömrəsi ilə muzeyin fonduna verildiyini göstərirlər. Gələn məktubların bir çoxu İngiltərədəndir. Məsələn, Mançester Universiteti iran-şünaslıq şöbəsindən B.Q.Martin Nizami Gəncəvinin «Sirlər xəzinəsi» poemasını göndərdiyi üçün ona öz təşəkkürünü bil-dirir. Başqa bir məktub Londondan yazılmışdır. Məktub müəl-lifi V.Minorski dostundan çoxdan xəbər olmamasından şika-yətlənir, sonra isə qeyd edir ki, «yəqin «Dəstur əl-katib» sizin vaxtınızı çox alır». Bütün bu sənədlər alimin həyatını, özəllik-lə yaradıcılığını öyrənmək baxımından çox dəyərli və önəmli-dir.

Alimlərin şəxsi arxivlərində qorunub saxlanılan bir çox sə-nədlər son illər üzə çıxarılaraq nəşr edilməkdədir. Görkəmli alim Məmməd Cəfər Cəfərovun uşaqlıq və gənclik illərindən başlayaraq keçən yüzilliyin 50-ci illərinə qədərki olayları əks etdirən «Xatirələr»i şəxsi arxivindən əldə edilərək akademik İsa Həbibbəyli tərəfindən çapa hazırlanmaqdadır. Elmiliklə bədiiliyin vəhdətindən yoğrulmuş «Xatirələr»i Azərbaycan memuar ədəbiyyatı tarixində yeni əlavə kimi dəyərləndirən tərtibçi qeyd edir ki, «tərcümeyi-hal faktları və ictimai proseslər əsasında yazılmış «Xatirələr»dəki bədiilik amili bir çox məqamlarda bu əsər haqqında epik janrda qələmə alınmış povest, yaxud roman səviyyəsi təəssüratı yaradır. «Xatirələr»

161

Page 163: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

akademik Məmməd Cəfər Cəfərovun tərcümeyi-hal görüntüləri, ömür-gün notları olmaqdan qat-qat çox tale romanıdır. Bu dəyərli memuar bir şəxsin həyat hekayəsinin fonunda bir əsrin keşməkeşli mahiyyətini açan, həyatın dibindən XX əsrin böyük bir dövrünün ədəbi-ictimai mühitə qədərki dolaylarını təmsil edən insanlarının talelərinin əsəridir. Bu, mütəfəkkir alim Məmməd Cəfər Cəfərovun yaşadığı epoxa haqqında müşahidələri, təəssüratları və düşüncələrinin romanıdır» [108]. «Ədəbiyyat qəzeti»nin səhifələrində dərc edilmiş «Qəzet də bir məktəbdir» [48] adlanan parçada memuaristin «Ədəbiyyat qəzeti»ndəki fəaliyyəti əks olunursa, «Səməd Vurğun haqqında məqalə və məruzə» [49] adlanan parça daha çox məqalə səciyyəlidir. Bu baxımdan akademik İsa Həbibbəyli çox haqlı olaraq yazır ki, «daha çox həyati müşahidələrin hekayətindən yoğrulan yazıçı xatirələrindən fərqli olaraq, Məmməd Cəfər Cəfərovun xatirələrində elmdən gələn təhlil, dəyərləndirmə, müqayisə, şərh, münasibət kimi amillərin də özünəməxsus yeri və rolu müşahidə olunur. Bu, akademik Məmməd Cəfər Cəfərovun yüksək alimlik qədər də mükəmməl yazıçılıq qabiliyyətinə malik olduğunu bəyan edən nümunədir... Ədəbiyyatşünaslıq sahəsində elmi məktəb yaratmış Məmməd Cəfər Cəfərov «Xatirələr» əsəri ilə bənzərsiz, fərqli və çox səviyyəli yaradıcı şəxsiyyət olduğunu da nümayiş etdirmişdir. Bu, milli memuar ədəbiyyatı tarixində Azərbaycan ədəbiyyatını alim xatirələri ilə zənginləşdirən əsər kimi də mühüm əhəmiyyətə malikdir» [108].

Memuarlar özlərinin yaranma prosesinə və məzmununa görə mürəkkəb mənbələrdir. Onların yaranma prosesinin əsa-sında memuaristin tarixi hadisələri yaddaşında həkk olunması, onları necə görüb (və ya görmək istəməsi) dayanır. Yaddaşın zəifliyi əksər hallarda həqiqətin təsvirində təhrifə gətirib çıxa-rır. Subyektiv faktor tarixi mənbələrin təkcə memuaristin yad-daşında qaldığı kimi təsvirində deyil, həmçinin keçmiş hadi-sələrin dərk olunmasında da özünü daha çox göstərir [287,

162

Page 164: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

s.9]. Xatirə müəlliflərinin bəziləri faktların dəqiqliyini qeyd edərkən xatırladıqlarını bildirir, bəziləri isə yaddan çıxardıqla-rını etiraf edirlər. Hadisələrin baş verməsi ilə qələmə alındığı vaxt nə qədər az olsa, memuarist onu daha yaxşı xatırlayır. Bə-zən hadisələr memuaristin yaddaşından silinir və ya yaddaşın-da zəif formada qalır. Bəzi müəlliflər isə faktın dəqiq olub-ol-mamasının fərqinə varmadan öz fikirlərini qeyd edirlər. Məsə-lən, Əli Səbri xatirələrində [218] Naxçıvan ədəbi mühitindən danışarkən 1905-ci il inqilabının təsiri ilə yaranan bir klubun fəaliyyətini yada salır. Bu klub Naxçıvanda «Ərbab Məhəm-məd» adı ilə tanınan bir dükanda yerləşirdi. Burada qəzetlər oxunur, məqalələr təhlil edilir, fikir mübadiləsi edilirdi. Əli Səbri klubun əsas iştirakçıları sırasında Baxşəli ağa Şahtaxtlı, Nəsrulla Şeyxov, Qurbanəli Şərifov, Əsəd ağa Kəngərli ilə bərabər Məhəmməd Tağı Sidqinin də adını çəkir. Halbuki M.T.Sidqi bu dövrdə artıq dünyasını dəyişmişdi.

Elmi işdə memuarlardan istifadə etməyin öz xüsusiyyətləri var. Hər şeydən əvvəl onu nəzərdə tutmaq lazımdır ki, bu, sub-yektiv mənbədir. Yaddaş bəzən memuaristi yanıldır, o ya hadi-sələri qarışdırır, ya bir neçə epizodu birində birləşdirir, ya da epizodu yaddan çıxarır. Buna görə də tədqiq edilən hər bir me-muar mənbəyinin dəqiqliyi ciddi şəkildə yoxlanılmalıdır. Yəni yazıçının həyat və yaradıcılığı haqqında olan faktlarla birlikdə «əfsanələr» qəbul edilməməlidir.

Daha öncə qeyd edildiyi kimi bəzi müəlliflər öz tərcümeyi-hal və xatirələrini, bəziləri başqaları haqqında xatirələrini yazı-ya köçürürlər. Bir çoxları isə ayrı-ayrı tanınmış insanlar haq-qında kitab yazarkən başqalarının həmin şəxsiyyət haqqında xatirələrinə əsaslanırlar ki, bu da həmin əsərin daha dolğun alınmasına gətirib çıxarır. Azərbaycanda roman janrının yaran-masında və formalaşmasında özəl xidmətləri olan Manaf Sü-leymanovun (1912-2001) Hacı Zeynalabdin Tağıyev haqqında yazdıqları bu qəbildəndir. Tağıyevin həyatını, cəmiyyətdə tut-duğu mövqeyi, xeyriyyəçilik fəaliyyətini, o dövrün siyasi mən-

163

Page 165: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

zərəsini, ictimai durumunu işıqlandırmaqla yanaşı müəllif bir çox xatirələrdən Hacının qızı Sara xanımın, qız nəvələrindən birinin söhbətlərindən, kürəkəni Zeynal bəy Səlimxanovun, müəllim və yazıçı Sultanməcid Qənizadənin, aktyor Sidqi Ruhullanın, rəssam Əmir Hacıyevin, müəllim Əlməmməd Mustafayevin, «Cəmiyyəti-xeyriyyə»nin işçisi olmuş Məmmədrza Müslimzadənin, müəllim Ağaməmməd Səlimxanovun, Əlabbas Müznibin, əməkdar müəllim Mirzə Məmməd Zeynallının nəql etdikləri xatirələrdən, həmçinin Həmid Sultanovun 1924-cü ildə rus dilində çap etdirdiyi «İz proşloqo» kitabından yararlanmışdır.

Müəllif Hacı Zeynalabdin Tağıyevin «Həblül-mətin» qəze-tinin nəşrinə kömək göstərməsi barədə bunları bildirir: «...inqi-labdan əvvəlki mətbuata nəzər saldıqda Tağıyevin nə qədər xeyirxah işlərin səbəbkarı olduğu hamıya məlum olur. Təkcə Rusiya şəhərlərinə yox, İran, Hindistan, Misir, Türkiyə və di-gər ölkələrə də yardım əlini uzadırdı. Hindistanda çıxan «Həb-lül-mətin» qəzetini maddi vəsait olmadığına görə nəşr edə bil-mirdilər. Hacı vəsait göndərir, qəzet fəaliyyətə başlayır» [227, s.91]. Mir Seyfəddin Seyidov H.Z.Tağıyevin Qafqazda məşhur olmasını ona göndərdiyi qəsideyi-mədhiyyəsində bu misralarla bildirmişdir:

Dərgəhində nə qədər xəlq çatır ehsanə, Nemətin qismət olub hər tərəfə, hər yanə. Baisi-tərbiyəsi olduğunun sanımı var, Qeyri dövlətlilərin sən kimi ehsanımı var? Ya ki, qız məktəbini rişteyi-təhrirə çəkim, Nə qədər sərf eləyibsə gör ona ta zərü sim. Müxtəsər yoxdu bu Qafqazda himmət sənə fərd, Bəlkə az tapılar ruyi-cəhanda belə mərd [105, s.93].

Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik fəaliyyəti, mək-təblər açması, şollar suyu çəkdirməsi, fabrik və binalar tikdir-məsi və başqa gördüyü işlər Manaf Süleymanovun digər sə-nədli romanında «Neft milyonçusu» əsərində təsvir olun-

164

Page 166: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

muşdur. Müəllif bu əsərində də bir çox xatirələrə əsaslanmış və onlardan istifadə etmişdir. Öz quruluş və xüsusiyyətinə görə əvvəlkilərə bənzəyən «Eşitdiklərim, oxuduqlarım, gör-düklərim» əsərində müəllif təsvir olunan olayların iştirakçısı olmasa da müşahidə etdiklərini, oxuduqlarını və eşitdiklərini qələmə almışdır. Manaf Süleymanov öz həyatını isə «Son ba-hara çatdıq» əsərində qələmə almışdır. Xatirələrdə təsvir olu-nan hadisələr 1926-cı ildən bizim günlərədək olan dövrü əhatə edir. Digər memuar tipli əsərlərində olduğu kimi müəllif bu əsərinə də başqalarının xatirələrini daxil etmişdir. Bu xatirələr çox maraqla oxunur və dövrün tanınmış insanları haqqında məlumatları daha da zənginləşdirir.

Memuaristin öz xüsusi xatirələrinə başqa şəxslər tərəfin-dən yazılmış müasirlərinin hekayələri daxil olduqda məlum məlumatlar bir daha dolğun olur və əvvəl söylənilmiş fikirlər sonrakının sözləri ilə öz xüsusiyyətini itirir. Lakin onunla razı-laşmaq çətindir ki, nəql edənin xatirələri bizə yalnız başqası-nın, o hekayəni qələmə alanın xatirələri vasitəsi ilə gəlib çat-mışdır. Müstəqil əsər kimi formalaşan memuarlardan tamamilə fərqli bir çox şifahi xatirələrin yazıya alınması məlumdur. Ya-zını yaradanın rolu yalnız hekayəçinin danışdıqlarını dəqiqliyi ilə verilməsindən və onu ədəbi şəklə salmasından ibarətdir. Bu mənada Manaf Süleymanovun ömür dastanını onun danışdıq-ları əsasında qələmə alan professor Nizami Cəfərov etiraf edir ki, «mən bu kitabın müəllifindən çox tərtibçisiyəm, sözün müstəqim mənasında əlinə qələm götürüb yazanıyam hadisələrə, faktlara müdaxilələrim ancaq ən zəruri hallardadır...» [50, s.4]. O, yazıçının əsərlərini təhlil edir və o zamankı tənqidin gəldiyi nəticələri açıqlayır. Kitabda yazılanların çox hissəsi Manaf Süleymanovun özünün yazdığı xatirələrin bir növ təkrarı olsa da, yazıçının ömür yoluna nəzər salmağa bir daha imkan verir.

Yazıçı Çingiz Həsənoğlu qeyd edir ki, «ədəbiyyatımızda memuar janrına aid əsərlər az deyil, amma çox da demək ol-

165

Page 167: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

maz, çünki (misal üçün, rus ədəbiyyatı ilə müqayisədə) ədəbi prosesdə xatirələr axın şəklini almamışdır. Bəlkə də yanılıram, amma bizdə gündəlik formasında yazılar, məncə, yox dərəcə-sindədir» [110, s.125]. Yazıçının «Azərbaycan» jurnalında dərc etdirdiyi gündəliyindən səhifələr 1964-cü ili əhatə edir. Gündəlik bir qədər ağır oxunsa da o illərin iqtisadi, siyasi ab-havasını, yazıçı və şairlərin həyatında baş vermiş maraqlı olay-ları əks etdirmək baxımından diqqət çəkir. Yazıçı Moskvada yaşadığı üçün təbii ki, gündəliyini də orada tərtib etmişdir və onu bu işə Əziz Şərif həvəsləndirmişdir. O, Çingiz Hüseynova dönə-dönə deyərdi: «Gündəlik yazmaq, aldığın məktubları, hətta dəvətnamələri belə qoruyub saxlamaq, yazı-pozuda səli-qəli olmaq ... bütün bunlar mədəniyyət əlamətidir» [110, s.125].

Xarici mühitin insan həyatında həlledici təsiri olsa da hər bir insan öz mənəvi dünyasını əsasən özü yaradır. İnsanın da-xili aləminin yaradıcı qüvvələrindən biri onun düşüncəsidir. Düşüncə insanın mahiyyətinə daxildir. «İnsanın həyat haqqın-da düşüncəsinin həqiqiliyi və ya yanlışlığı onun taleyi üzərin-də dərin və silinməz iz buraxır. Çünki düşüncə, fikir ən qüdrət-li, ən ecazkar, yenilməz və qarşısıalınmaz qüvvədir. Bu qüv-vətli və ecazkar qüvvəni haraya yönəltməyimizdən, necə tətbiq etməyimizdən və bundan necə istifadə erməyimizdən asılı ola-raq qüvvətli və ya aciz oluruq, sakit və ya narahat həyat keçi-ririk, uğura və ya uğursuzluğa düçar oluruq» [98, s.3]. Bütün bu xüsusiyyətlər xatirə yazarların yaradıcılığında əks olunmuş-dur. Yəni hər bir memuarist ömür yolunun keşməkeşlərindən, dolanbaclarından söhbət açarkən düşünür, ötənləri, keçənləri yada salır. Yadasalma prosesi də yaddaş əsasında hasilə gəlir. Belə ki, hər düşüncənin məğzini yaddaş təşkil edir.

Əsrimizin ilk illərində meydana gələn xatirələrin əksəriy-yəti ötən əsrin ikinci yarısının əsas olaylarını əks etdirir. Qa-carlar sülaləsindən olan Murad Tağının xatirələrində isə XX yüzilin əvvəllərindən başlayaraq son illərinə qədərki dövrün

166

Page 168: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

əsas məqamları canlandırılır. Xatirələrdə hətta müəllifin hələ həyatda olmadığı bir dönəm, XIX əsrin olayları təsvir edilir. Memuarist nəsli-kökü haqqında qısa xülasə verməklə Qacarlar sülaləsinin şəcərəsini anladır, anasının babası Bəhmən Mirzə Qacar, dayıları Abbas Mirzə və Əhməd Mirzə, ata-anası, nəs-lin tanınmış ziyalıları haqqında məlumat verir. Qacar xanədanı yıxılıb yerinə Pəhləvilər gələndə Murad Tağının ailəsi İranla əlaqələrini kəsərək türk vətəndaşlığına keçir. Ailə 1929-cu ildə Berlinə köçür. Anası Mehparə xanım Berlindəki bütün rəsmi dəvətlərdə iştirak edir və diplomatik bülletendə adı «Qacar xanədanının Almaniyada yaşayan yeganə şahzadəsi» şəklində qeyd olunurdu. O, Bəhmən Mirzə Qacarın nəvəsi, Heydərqulu Mirzə Qacarın qızı, Abbas Mirzə Qacarın bacısıdır. Avropada və Almaniyada 60 il yaşayan Mehparə xanım Qacar xanəda-nının Almaniyada yaşayan yeganə üzvü olmuşdur.

Murad Tağı 23 yanvar 1912-ci ildə Tiflisdə dünyaya gəl-mişdir. 1936-cı ildə Berlin Universitetini bitirərək ali dərəcəli elektrik mühəndisi ixtisasına yiyələnmişdir. 1950-ci ilin avqust ayında Türkiyədə öz şirkətini Murad Tağı Sənaye və Ticarət firmasını qurur və əsasən Almaniya, İtaliya və Belçikadakı müxtəlif firmaların nümayəndəlikləri ilə işə başlayır. Qurduğu şirkət sayəsində böyük səs salan bu iş adamının 1977-ci ildə vergi rekordçusu olması xəbəri «Hürriyyət» qəzetində dərc olunmuşdur. O, qısa müddətdə böyük şöhrət qazanmışdır. Anasının sevgisi, atasının ona olan sonsuz inamı və universi-tetdə oxuduğu zaman verdiyi öyüdlər sayəsində Murad Tağı iş həyatında uğur qazanmışdır. O, xatirələrində yazır ki, «zəngin atamın və İran şahlıq ailəsinə mənsub olan anamın mənə aşı-ladıqları özünə inam sayəsində ömrümdə heç kimin önündə əyilməmiş, istər təhsildə, istərsə də iş həyatımda heysiyyat sa-hibi və çalışqan olmağa diqqət etmişəm» [236, s.7].

1998-ci ildə Murad Tağı ilə İstanbulda görüşən Çingiz Qacar ilk tanışlığını belə səciyyələndirir: «Ağlıma belə gəl-məzdi ki, İstanbulun düz mərkəzində mənə nəinki qan qohu-

167

Page 169: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

mu, həm də mənəvi qohum olan, türk və alman, həm də Azər-baycan və rus dillərində təmiz danışan, 20-ci illərin əvvəllərin-də xalqımızın yüksək mədəni səviyyəsini, o dövrün zadəgan danışığını qoruyub saxlayan bir insanla tanış olacağam. Ağlı-ma gəlməzdi ki, İstanbulun orta göbəyində bolluca şəkilli, o dövrün ab-havası, qəlbi və ruhu duyulan bir mənzil mövcud-dur» [236, s.3].

Murad Tağı xatirələrində ilk evliliyindən, bu nikahdan olan oğlu Mətənin həyatından, qardaşları Maqsud və Mənsur-dan, onların ailələrindən, həyatının qadını Lidiyadan, iş həya-tından, dostlarından, hətta sərvətlərindən də bəhs edir. İş həya-tı boyu həyat yoldaşı Lidiyanın böyük dəstəyi və yaratmış ol-duğu sakit mühit, atasının beş barmaq qanunu sayəsində ömür yolunda çox uğurlara nail olmuşdur. Xatirələrdə Mustafa Ka-mal Atatürklə bağlı sətirlər diqqət çəkir. Murad Tağı Ankarada yaşadığı dövrdə dostu Orxan Conkərin atası millət vəkili Nuri Conkərin evində Atatürkü görmək şərəfinə nail olur. O, Ata-türk dövrünü belə səciyyələndirir: «Atatürk dövrü küll halında iqtisadi, sosial və mədəni inkişafın təməlidir. Xüsusilə geri qalmış ölkələrə iqtisadi inkişaf yolunu göstərməkdə model və nümunə olmuşdur» [236, s.60].

Ailəsinin kökü Polşa aristokratlarından Qruşetskilərə gedib çıxan Lidiyanın Atatürklə bağlı gözəl bir xatirəsini Murad Tağı öz əsərinə daxil etmişdir: «Lidiya İstanbulda bir rus res-toranında dostları ilə birlikdə rus musiqisi dinlədiyi saman rus səfirliyindən viza ala bilmədiyi üçün uzun müddətdir ölkəsin-dən və ailəsindən uzaq olmağın verdiyi həsrətlə gözlərindən yaş gəlir və ağlayır. Onun göz yaşları həmin restoranda olan Atatürkün diqqətini cəlb edir və: «Mənim ölkəmdə heç kimin ağlamasını istəmirəm» deyərək ağlamağının səbəbini öyrən-mək üçün öz yavərini göndərir. Lidiya yavərə «Uzun müddət-dir ata-anamı görməmişəm, rus səfirliyi mənə bu imkanı ver-mir» deyə ağlamağının səbəbini bildirir. İki gün sonra Lidiya-nın evinə bir zabit gələrək Rusiya səfirliyinə xitabən yazılmış

168

Page 170: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

bir zərf verir. Lidiya konsulluğa gedəndə səfirin «Nə zaman yola düşmək istəyirsiniz» sualına «Dərhal» deyə cavab verir. Səfir «Sabah gəmi var, gedərsənmi» sualına «Bəli» deyib ertə-si gün gəmi ilə ölkəsinə yola düşür» [236, s.69].

Murad Tağı Lidiyaya bəslədiyi duyğularını məşhur «Sa-manyolu» mahnısının ən gözəl şəkildə əks etdirdiyini bildirir:

Bir şərqisən sən ömür boyu sürəcək, Dodaqlarımdan illərcə düşməyəcək. Sən ruhumun vaz keçilməz eşisən, Sən qəlbimin biricik günəşisən.

Memuarist xatirələrində qeyd edir ki, sərvətinin yarısında Lidiyanın böyük haqqı vardır. Buna görə də onun qohumlarına güzəranına kömək üçün müəyyən miqdarda pul göndərir və bu ənənəni davam etdirməyi o öz varislərindən də tələb edir.

Xatirələr Murad Tağının nəvəsi Mehparənin övladlarına vəsiyyəti kimi səslənir və hər dəfə onlara «Sevimli balalarım» deyə xitab edərək fikirlərini çatdırır. O, atasının məsləhətlə-rini övladlarına ötürür. «Atamın beş barmaq qanunu» adlandır-dığı bu məsləhətlər bunlardan ibarətdir: 1) əsla siyasətə atılma, 2) həyat yoldaşını diqqətlə seç, 3) heç kimdən sənə zamin ol-masını istəmə, özün də heç kimə zamin olma, borc vermə, 4) işinə heç kimi ortaq etmə, 5) həyatda həmişə təvazökar ol və təkəbbürdən uzaq dur [236, s.90].

Murad Tağı sevimli balalarına yalnız öz rəngli keçmişini anlatmaqla kifayətlənmir. Eyni zamanda ata-babalarından bəhs edərək onların keçmişindən qüvvə almalarını istəyir. O əmin-dir ki, bu qüvvə onlara gələcəyi yaratmaqda işıq tutacaq və hər bir çətinliyin öhdəsindən gəlməyə yardımçı olacaqdır. Memua-rist öz ömür yolunu təsvir etdikdən sonra ümid edir ki, onların ataları da bu ənənəni davam etdirəcək, öz həyat hekayələrini onlara danışacaqdır. Bu arzu böyük bir insanın gələcək haq-qında düşüncələrində yer almışdır.

«Hisslər heç zaman bir-birindən təcrid olmuş halda yaran-mırlar. Onlar həmişə bir-biri ilə çulğalaşmış halda olurlar... İn-

169

Page 171: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

sanın bütün ömrü bu hisslərin müxtəlif şəkildə təzahürlərin-dən, bunların bir-birini əvəz etmələrindən, dəyişmələrindən və müxtəlif mütənasiblikdə bir-biri ilə çarpazlaşmalarından iba-rətdir» [97, s.11]. Memuar əsərlərinin özəlliyi ondan ibarətdir ki, insan hissləri bütün çalarları ilə incələnir və yazar ömür yollarını qələmə alarkən, xoş xatirələrini yada salarkən, sanki o illəri yenidən yaşayır və bu hisslər onun həyata məhəbbətini daha da artırır. Azərbaycan sovetləşəndən sonra xaricə köçmüş soydaşlarımız öz uşaqlıq və gənclik illəri, ata-babaları haqqın-da xatirələr yazmaqla keçdikləri ömür yollarına bir daha nəzər salmışlar. Bu baxımdan mühacirət ədəbiyyatının tanınmış nü-mayəndəsi Ümmülbanu Mirzə qızı Baninin xatirələri xüsusilə vurğulanmalıdır. Şair, ədəbiyyatşünas, f.e.n. Gülxani Pənah yazır ki, «yüz minlərlə azərbaycanlının milli-azadlıq duyğula-rını məhv etmək üçün ölkəsindən qovulması, mühacirlik həya-tı yaşaması tarixin səhifələrindəndir... Harda yaşamasından asılı olmayaraq qəlbi Vətən eşqilə döyünən, taleyinə yurddan ayrı, qərib ömür yaşamaq düşən, alın yazısının, tale yazısının yazdığını yaşayan Almas İldırım, Hüseyn Cavid, böyük çirkin siyasətin qurbanı Mikayıl Müşfiq, Əhməd Cavad Azərbaycan xalqına, torpağına, dövlətinə bağlı vətənpərvər qələm sahibləri kimi ömürlük yaddaşlara çöküb» [22, s.112]. Ümmülbanu Mirzə qızı Banin, Ceyhun Hacıbəyli, Əli bəy Hüseynzadə, Əh-məd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Almas İldırım mühacirət ədəbiyyatının görkəmli nümayəndələridir. Türk ədəbi tənqidində adı Namiq Kamal, Tofiq Fikrət kimi böyük sənətkarlarla bir sırada çəkilən şair Almas İldırım (1907-1952) 45 illik ömrünün 20 ilini vətənindən uzaqlarda yaşamağa məh-kum olunmuşdur. Şeirlərində uşaqlığı, keşməkeşli ömür yolu, sürgün və təqiblərdə keçən həyatı əks olunmuşdur. Şair qayğı-keş uşaqlıq illərini belə təsvir etmişdir:

O zamanlar çocuq idim, təbiətin qoynunda Tam asudə yaşar idim, tanımazdım istibdad. Fırlanardım daim könlüm sıxılmayan yerlərdə,

170

Page 172: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Adım Almas, qorxu bilməz, sücaətli bir övlad.

Xoş sözlərlə atam, anam evdə mənə hər zaman Həpsindən çox nənəm, babam nəsihətlər edərdi Damdabaca bir div imiş səkkizbaşlı, qocaman, Hər bir kəs ki,dindar olmaz, onu yeyər-deyərdi.

[23, s.24] Əsərlərində Vətən sevgisi, Vətən həsrəti əsas leytmotiv

olan şair 1927-ci ildə yazdığı «Neçin» şeirində həyatının ağrı-lı-acılı səhifələrini canlandırmışdır.

Mən artıq nə yazım yurduma dair, Düşmən zəhər saçır, dostlar gizlənir. Bilməm öz yurdunu sevən bir şair Neçin də bir cani kimi izlənir?

Gizli yol kəsmədim, qaçaq olmadım, Sakit bir həyatı pozmadım mən ki, Heç kimə qanlı bir biçaq olmadım, Heç bir qətlə fərman yazmadım mən ki...

Bəs neçin qəribəm bu doğma eldə, Məhbəsmi dörd yanım, mən ki, boğuldum... Məlun bir zamanda, məhkum bir eldə Allahım, mən neçin şair doğuldum?.. [23, s.1]

Azərbaycan Respublikası Dövlət arxivinin direktoru, f.e.n. Maarif Teymur çox haqlı olaraq qeyd edir ki, «artıq XXI yüzillikdə Azərbaycançılıq, Turançılıq yeni formada, dünyəvi qloballaşma fonunda unudulmuş sənətkarların, repressiya qur-banlarının, mühacir həyat keçirənlərimizin bədii yaradıcılıqla-rını gündəmə gətirir, onların şəxsiyyətləri arxiv sənədləri va-sitəsi ilə dərindən öyrənilir, bugünkü və gələcək nəsillərə oldu-ğu kimi çatdırılır» [22, s.127]. Bu baxımdan akademik Bəkir Nəbiyevin Azərbaycan mühacirət ədəbiyyatının ən görkəmli nümayəndəsi olan Almas İldırımın həyat və yaradıcılığından bəhs edən «Didərgin şair» [184] monoqrafiyası çox əhəmiy-

171

Page 173: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

yətlidir. Şairin elmi tərcümeyi-halını tərtib edən və bu yöndə mənbələri araşdıran alim bir çox gizli məqamlara aydınlıq gə-tirən faktlar üzə çıxarmağa müvəffəq olmuş, Almas İldırımın müasirlərinin, ona yaxın adamların xatirə və məlumatlarına is-tinad etmişdir. «Şairin müasiri və məslək dostlarından «Nafi» təxəllüsü ilə şeirlər yazan Abbasqulu Abdullayevin xatirə dəf-təri, Proletar Yazıçıları Cəmiyyətinə qəbul edilən ilk şair qız, respublikanın əməkdar müəllimi Humay Həsənzadənin 1988-ci ildə «Ədəbiyyat və incəsənət» qəzetində çap etdirdiyi məqa-lə-xatirəsi, Süleyman Rüstəmin etiraf xarakterli xatirə və çıxışları, şairin qardaşı oğlu Hacıağa Almaszadənin şəxsi təəssüratları, proletar tənqidçilərinin (əks mövqedən yazılmış olsa belə) məqalələrindəki bioqrafik məlumatlar şairin tərcümeyi-halının elmi mənzərəsini mümkün qədər dəqiqliklə yazmağa yardımçı olmuşdur» [22, s.189]. Tərcümeyi-halda şairin uşaqlıq və ilk gənclik illəri, təhsil və sürgün illəri, Türkiyədəki həyatı, ailəsi və uşaqları haqqında müfəssəl məlumat verilmişdir.

Almas İldırım haqqında yazılan elmi və publisistik məqa-lələrdə müxtəlif növ xatirə nümunələrindən istifadə edilmişdir. Şair Abbas Abdulla yazısında Süleyman Rüstəmin ona danış-dığı şifahi xatirəsinə istinad edirsə, f.e.n. Maarif Teymur mə-qaləsinə arxiv sənədlərinə əsasən şairin özü haqqında söylə-diklərini, həmçinin Aşqabadda çıxan «Zəhmət» qəzetinin 10 avqust 1932-ci il sayından A.İldırım haqqında yazılan fikirləri daxil etmişdir. Telman Oruc isə mərhum şairin doğmaları ilə tez-tez görüşdüyünü qeyd edir, dostu H.Almaszadə ilə Mərdə-kanda vaxtaşırı həmsöhbət olduğunu bildirir. Almas İldırımın qardaşı oğlu olan H.Almaszadə babası Əbdülməmmədin, nə-nəsi Nisə xanımın ömür boyu övladlarının nisgilini qəlblərində gəzdirmələrini, iztirab çəkmələrini və qovuşa bilməmələrini söyləyərək deyir: «İndi bu yurdda Almaszadələr nəslinin çıra-ğını yandırmaq mənə nəsib olub. Bu küçə də əmimin adını da-şıyır. Səhər-axşam bu küçədən keçərkən mənə elə gəlir ki,

172

Page 174: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

əmim mənimlə yanaşı addımlayır. Sanki ayaq səslərini eşidir, ilıq nəfəsini duyuram» [22, s.182].

Doktor Ənvər Aras da Almas İldırım haqqında yazdığı kitabda [270] şairin qardaşı oğlu Hacıağa Almaszadənin, həyat yoldaşı Zivər xanımın, Süleyman Rüstəmin və digərlərinin xa-tirələrindən yararlanaraq maraqlı mülahizələr irəli sürmüş, Al-mas İldırımın həyat və fəaliyyətini hərtərəfli və əhatəli şəkildə tədqiq etmişdir.

Daha öncə Almas İldırımın əsərlərində bioqrafik əlamətlər haqqında məlumat verilmişdi. Mühacirət ədəbiyyatının gör-kəmli nümayəndəsi, Böyük Britaniyanın Edinburq Universite-tinin professoru, Dünya Azərbaycanlıları Konqresinin fəxri sədri, şair-ədəbiyyatşünas Qulamrza Səbri Təbrizinin şeirlərin-də də bu xüsusiyyət avtobioqrafik məzmun vardır. «Əbədi sual», «Düşkünlük», «Bir tanışım vardı», «Ayrılıqlar», «Anla-şılmaz qadağa», «Ucuz təbliğat», «Fikirləşirəm», «Silinməz xatirələr», «Atam», «Qayıtmaz günlər», «Məktəbdən dönən günlərim», «Sinif yoldaşıma», «Heç unutmuram» və digər bu kimi şeirləri tərcümeyi-hal səciyyəlidir. Müəllif şəxsiyyəti ön planda olan bu nümunələrdə Vətən həsrəti, Vətənə məhəbbət daha qabarıq verilmişdir.

Bu gün bir tanış sordu məndən:-Təbrizə gedirsən, getmirsən, Necə yaşayırsan Təbrizsiz? Cavabım bu oldu: - Təbriz yaşayır içimdə, ruhumda, Yuxularımda. «Mən Təbrizdən çıxdım, Amma Təbriz məndən çıxmadı» -

dedim [241, s.81].«Yaralı sorğu» adlı bu şeirdəki nisgil, həsrət digər şeir nü-

munələrində də açıq-aydın görünür. Bu da çox vaxt uşaqlıq xatirələrinin çözələnməsinə gətirib çıxarır. «Həsrət» şeirində olduğu kimi:

173

Page 175: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Təbrizdə axır çərşənbə görməlidi, Küçəni, bazarı bürüyür Uşaqların sevincləri. Bazarlar çilçıraqla bəzənir, Çərşənbə yemişləri teştlərdə qalanır. Kişmişi, cevizi, fındığı Yan-yana qoyurlar paxlavayla, halvayla. Xatırlaram təzə başmaq geyməyimi, Bir kasıb uşağın həsrətlə Mənə baxmağını Yadımdadı, utandım özümdən, Bu uşağın həsrətlə mənə baxmağına [241, s.66].

Uşaqlıq xatirələri «Təbrizdəki günlərim», «Sevirəm uşaq-ları», «Xatırlayıram» və s. şeirlərdə də yada düşür. Övladları-na, həyat yoldaşına, valideynlərinə, yaxın qohumlarına, dost və tanışlarına həsr etdiyi şeirlərində Qulamrza Təbrizinin hə-yatının ən önəmli, yaddaqalan, unudulmaz məqamları canlan-dırılır ki, bu da onun ata, ailə başçısı, övlad, dost və şəxsiyyət kimi xarakterizə olunmasında əhəmiyyət kəsb edir. Məhz bu xüsusiyyətlərə görə prof. Kamil Vəli Nərimanoğlu Qulamrza bəyi «şeiri gündəlik kimi yazan şair» adlandırır. «O, gördüklə-rini, duyduqlarını misra-misra şeirə çevirir, onun hər şeiri ömür tarixindən bir səhifədir» [242, s.144]. Şeirlərinin mövzu-sunu həyat hadisələri təşkil edən Q.Səbrinin on il ərzində yaz-dığı «İran: bir çocuğun hekayəsi, bir kişinin təcrübəsi» əsəri də avtobioqrafik səpkidə qələmə alınmışdır. Müsahibələrinin bi-rində müəllif qeyd etmişdi ki, «əsərdə folklorla bioqrafiyam, Azərbaycan həyatı ilə xatirələrim qaynayıb-qarışıb. İngilis mətbuatı yazmışdı ki, mən tarixin əlindən tutub küçələri gəzdi-rirəm» [242, s.77]. Onun haqqında ilk sistemli tədqiqat əsərin-də [161] həyatı, mühiti, fəaliyyəti əsasən «Mənim iki dünyam» və «Baxışlar, düşüncələr, arzular» adlı xatirələrinə istinad edil-mişdir. Mühacirət ədəbiyyatının digər nümayəndələrinin xati-

174

Page 176: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

rələrində olduğu kimi, Q.S.Təbrizinin xatirələrində də çətin və məhrumiyyətlə dolu mühacir həyatı təsvir olunmuşdur. Şair Balaş Azəroğlunun ona ünvanladığı açıq məktubunun təsirilə Qulamrza bəy Vətəndən uzaqda yaşamağın acısını belə bildir-mişdir: «Mən kiçik yaşlarımda eşidəndə ki, filan yazarı, yaxud siyasi xadimi filan şəhərə sürgün ediblər, ya vətənindən dişarı-ya salıblar, bu hadisənin əsl mənasını anlamırdım. Elə bilirdim ki, insan haraya sürgün olunsa, özünü birtəhər dolandıracaq və burada faciəvi bir şey yoxdur. Ancaq elə ki, qürbətin zəhərli şərbətini içdim, onda məsələnin mahiyyəti bütün çilpaqlığı ilə mənə aydın oldu... Nə yazıqlar ki, Vətəndə, anamın-atamın, dostlarımın, qohum-əqrəbamın, millətimin əhatəsində yaşa-maq mənə nəsib olmadı. Bir ömür qürbətin ağrıları içərisində qovruldum və indi də bu əzabın içərisindəyəm» [241, s.8].

Qulamrza Səbri Təbrizinin məqalə, müsahibə və çıxışların-da müəllif şəxsiyyəti ön plandadır. Bu nümunələrdə də alimin həyat və fəaliyyəti demək olar ki, hərtərəfli təsvir edilir. Onun professor Vaqif Sultanlı ilə, professor Nizami Cəfərovla və jurnalistlərlə müsahibələri mənalı ömrün, yaşanan dövrün, əhatəsində olan mühitin tərcümeyi-halıdır. Müsahibələrdə bu böyük şəxsiyyətin dünyagörüşü, həyata və insanlara baxışı, arzu və istəkləri haqqında bilgilər almaq mümkündür. O, özünün həyat yolu haqqında bunları söyləyir: «Təzadlı həyat yaşamışam. Bir tərəfdən dövlətli bir kişinin övladı olmuşam, digər tərəfdən anamın südü olmadığından məni kasıb bir ailəyə veriblər. Mənə süd verən Humay ananı çox sevmişəm. Böyüdükcə millətimə qarşı haqsızlıqlar məndə bir etiraz yaratdı. Təbriz Universitetini bitirdikdən sonra qərara gəldim ki, İrandan çıxım. Atamın məsləhəti ilə İngiltərəyə 2-3 ay müddətinə getsəm də, başa düşdüm ki, təhsilimi davam etdirmək üçün burda qalmalıyam. Doktorluq işini müdafiə edəndən sonra universitetdə dərs deməyə başladım» [242, s.155].

Göründüyü kimi, Qulamrza Səbri Təbrizinin özü haqqında

175

Page 177: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

söylədiyi fikirlər məqalə şəklində yazılmış xatirələrdə əks olunmuşdur. Onun məqalələri öz mündəricəsi etibarilə xatirə mahiyyətlidir. «Böyük uşaq» yazısı isə yazıçı Əziz Nesin haq-qında yazılmış dəyərli və səmimi xatirələrdir. Əziz Nesinlə 1970-ci illərdən dostluq münasibətlərində olan xatirə müəllifi bu böyük şəxsiyyətin həyata baxışını, insanlara münasibətini incələməyə nail olmuşdur.

Qulamrza Səbri Təbrizi 22 fevral 2000-ci ildə «Respubli-ka» qəzetinə müsahibəsində mühacir həyatının çətinliklərini anladaraq bildirmişdir ki, «mühacirət sözünün məna yükü çox ağırdır. Bu həyatı yaşamayanlar onu çətin anlar. Mühacir ol-maq həyata ikinci dəfə doğulmaqdır. Necə ki, insan məhbəsdə olanda onun psixologiyası, beyni, şüuru daha da itiləşir, hər çətinliyə, əzaba, iztiraba hazır olur. Eləcə də mühacir hər cür məşəqqət üçün özünü mübariz ruhda kökləyir. O zaman vətən, xalq, millət anlamları insan üçün daha böyük mənalar daşıyır. Mühacirət təkcə vətəndən xaricdə yaşamaqla bitmir. Mühacir gərək vətəninin maraqlarını, dərdini-sərini, acısını, şirinini ya-şadığı ölkəyə çatdırmağı bacarsın» [242, s.163].

Nəzərə çatdırılmalıdır ki, son illərdə sənədli əsərlərə maraq xeyli artmışdır. Yazıçı-publisist Şəmistan Nəzirlinin bu sahə-dəki fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Onun «Qoridən gələn qatar» [195] sənədli povesti arxiv materialları, Qori seminari-yasını bitirən ziyalıların xatirələri əsasında qələmə alınmışdır. Əsərdə M.F.Axundov, S.S.Axundov, R.Əfəndizadə, A.O.Çer-nyayevski, M.H.Qayıbzadə, F.Köçərli və digərlərinin həyat və fəaliyyətlərindəki önəmli faktlar bədii dillə təsvir olunmuşdur. Yazıçının tarixi sənədlər, xatirələr, məktublar əsasında yazıl-mış «Azərbaycan generalları» [192] əsərində general Naxçı-vanskilər, general Bakıxanovlar, general Talışxanovlar və bir çox Azərbaycan generallarının ömür və qəhrəmanlıq yolu yük-sək bədiiliklə əks olunmuşdur. Müəllif generalların ilk gənclik illərini əsasən yazıçı təxəyyülü ilə qələmə alırsa, döyüş fəaliy-yətlərini tarixi fakt və sənədlər əsasında canlandırır. «Xalqımı-

176

Page 178: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

zın yetirdiyi elə şəxsiyyətlər var ki, onların adına ancaq müx-təlif mənbələrdə, arxiv sənədlərində rast gəlmək olar. Yaşadığı dövrdə illərlə bunların fəaliyyəti geniş işıqlandırılıbsa da, za-man keçdikcə onlar məlum səbəbdən unudulub. Xalqımız üçün gördükləri əvəzsiz işlər ört-basdır edilib. Totalitar reji-min «musavat generalı» damğası vurduğu onlarca belə qeyrətli sərkərdəmiz yaddaşlardan qeyb olub. Böyüməkdə olan gənc nəslin demək olar ki, bu ara-sıra adı çəkilən şəxsiyyətlərdən xəbəri yoxdur. Halbuki onların keçirdiyi mübariz həyat yolu bu gün bizim üçün böyük məktəbdir» [193, s.79]. Şəmistan Nəzirlinin 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbay-can Demokratik Respublikasının sərkərdələri haqqında yazdığı hər bir sənədli hekayə və oçerkin arxasına bir görkəmli şəxsiy-yətin ömür yolu söykənir. Müəllifin əsas istinad mənbəyi əsa-sən arxiv sənədləri, qohumların, yaxın adamların xatirələri, məktublar olmuşdur. Maraqlı burasıdır ki, əsərdə generalların taleyi ilə yanaşı müəllif şəxsiyyəti də ön plandadır. Yəni müəl-lif hər bir oçerk üzərində necə işlədiyini, hansı mənbələri araş-dırdığını nəzərə çatdırmağı lazım bilmişdir. Sənədliliklə bə-diiliyin sintez təşkil etdiyi «Cümhuriyyət generalları» əsərində general Daniyal bəy İlisulunun, admiral İbrahim bəy Aslanbə-yovun, general-mayor Süleyman bəy Əfəndiyevin, general Ca-vad bəy Şıxlinskinin, general Səməd bəy Mehmandarovun, general Əliağa Şıxlinskinin və digərlərinin ömür yolları faktiki sənədlər əsasında canlandırılmışdır. Müəllif hər bir məlumatın həqiqiliyini təsdiq etmək üçün təkcə bir mənbəyə deyil, müx-təlif mənbələrə əsaslanır, onları qarşılıqlı surətdə əlaqələndirir. Məsələn, İbrahim ağa Vəkilov haqqında yazıda müxtəlif eti-barlı sənədlərlə yanaşı Həmidə xanımın «Mirzə Cəlil haqqında xatirələrim» əsərinə, Səməd bəy Mehmandarov haqqında yazı-da Əliağa Şıxlinskinin «Xatirələrim» memuarına istinad edil-mişdir. «Çox təəssüf ki, Səməd bəy Mehmandarov Əliağa Şıx-linski kimi hərbi memuar yazmayıb. Buna otuzuncu illərin sərt ab-havası səbəb olub. Onda Heydər Hüseynov kimi məşhur,

177

Page 179: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

xeyirxah alim ədəbi ictimaiyyətə təzə gəlmişdi. Bizə əziz mi-ras kimi qalan «Xatirələrim»in bəxti onda kəsdi ki, müharibə başlananda milli Azərbaycan diviziyasının yaradılması ilə bağlı məsləhətə gələn Heydər Hüseynov generalın xatirələri-nin dəyərini qiymətləndirərək onu qələmə aldı. Ömrünün son günlərini yaşayan Şıxlinski də qürbətdə, səngərlərdə, palçıq və qanqarışıq cəbhə meydanlarında Səməd bəy Mehmandarovla keçirdiyi günlərini unutmayıb ona diktə etdi» [193, s.118].

Əliağa Şıxlinski ilə Səməd bəy Mehmandarovun ömür yolları «Cümhuriyyət generalları» kitabında paralel izlənilir, hər iki sərkərdənin taleləri Üzeyir Hacıbəyov və Müslim Ma-qomayev kimi məşhur musiqi xadimləri ilə müqayisə edilir.

Şəmistan Nəzirlinin arxiv materiallarına istinadən yazdığı «Qarxunlu Əşrəf bəy» sənədli povestində isə 1918-1920-ci il-lərdə Azərbaycan Xalq Cümhuriyyətinin Parlament üzvü, Ərəş mahalının bəylərbəyi Əşrəf bəy Həsən bəy oğlu Tağıyevin (1867-1930) taleyindən söhbət açılır. Müəllif digər əsərlərində olduğu kimi, bu əsərində də «hər məsələni, mübahisəni yalnız tarixi faktlarla əsaslandırmağa, təkzibedilmız dəlillərlə sübuta yetirməyə çalışır» [194, s.173].

Xatirələri bədii ədəbiyyatdan ayıran sərhəd getgikcə incəlir və onları öyrənmək bir çox cəhətdən çətinləşir, eyni zamanda onları həyati vacib edir. Memuar yaradıcılığı öz varlığı etibari-lə mənəvi fəaliyyətin spesifik nümunəsi kimi, mənəvi mədə-niyyətin nisbətən yayılmış hadisəsi kimi onu müstəqil janr və yaxud mənbə şəklində formalaşdıran renessans dövrünün törə-məsidir. Bununla belə XX yüzillik gündəlik, tərcümeyi-hal və xatirələrin ədəbiyyatımızda daha geniş vüsət aldığı bir dönəm-dir. XX əsrin 30-cu illərində Azərbaycan ədəbiyyatının seçilən nümayəndələrindən olan Abdulla Faruqun (1907-1943) «Gün-dəliklər»i [85] bu baxımdan diqqət çəkir. Burada müəllif özü-nün həyatı, yaradıcılığı, ədəbi mühiti haqqında məlumatlar ve-rir. Əlyazması S.Mümtaz adına Ədəbiyyat və İncəsənət arxi-vində saxlanılan gündəliklər 1936-cı ilin yanvarından 1942-ci

178

Page 180: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

ilin aprelinə qədər fasilələrlə davam edir. Abdulla Faruqun tər-cümeyi-halının, xatirat dəftərinin avtoqrafları isə Nizami Gən-cəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin nadir əlyazma-ları fondunda mühafizə olunur. Xatirat dəftərində gündəlik məsələlər, M.P.Vaqifin mürəbbelərini oxuyarkən rübai tərzin-də şeir yazması, Y.V.Çəmənzəminli və Ə.Vahid ilə Şamaxıya getmələri haqqında məlumatlar vardır [128, s.30]. Fondda həmçinin Faruqun atasına məktubları və müxtəlif şəxslərdən S.Rəhmandan, H.Əlizadədən, S.Rüstəmdən, R.Rzadan və di-gərlərindən ünvanlanan məktublar da mühafizə olunur ki, bun-lar da A.Faruqun həyat və yaradıcılığının bəzi məqamlarının aydınlaşmasında müəyyən əhəmiyyətə malikdir.

Qeyd edək ki, xalq şairi Mirvarid Dilbazinin xatirələrini əsərinə daxil edən yazıçı Anar latın əlifbasının kirillə əvəz edilməsi ilə bağlı Abdulla Faruq haqqında bunları bildirir. La-tın əlifbasının kiril əlifbası ilə əvəz edilməsi haqqında «səs Ba-kıya çatanda Stalin adını eşidib qorxuya düşənlər bu əlifbanı tərifləməyə söz tapdılar, əleyhinə olanlar isə öz cəzalarına çat-dılar. Bu etirazın ilk qurbanı çox istedadlı gənc şair Abdulla Faruq oldu. Onu Yazıçılar İttifaqından xaric etdilər, heç yerdə iş vermədilər, müharibə başlananda ön sıraya döyüşə göndər-dilər, orada məhv oldu. Abdulla Faruq Rəsul Rzanın qohumu olduğu üçün dərhal Rəsul Rzanı da Yazıçılar İttifaqının sədrli-yindən çıxartdılar. Abdulla Faruqun bu faciəsi çoxlarına görk oldu» [24, s.266].

İyirmi bir yaşında cəbhəyə getmiş yazıçı-döyüşçü Məm-məd Aranlı da (1920-1950) öz gündəliyində Böyük Vətən mü-haribəsində keçdiyi həyat yolunu təsvir etmişdir. O, «doğma yurdundan ayrılıb çöllərə, meşələrə düşən anaların, körpə uşaqların, qocaların çəkdiyi əzabı, faşist cəlladlarının etdiyi vəhşilikləri öz gözü ilə görmüş və dəftərçələrinə köçürmüşdür. «Cəbhə gündəliyi» hərbi təlimlərdə, səngərlərdə, qazmalarda, ön xəttə sursat aparan maşınlarda, arabalarda, qarda, şaxtada yaranmış, qələbə günlərində tamamlanmışdır» [238, s.8]. Gün-

179

Page 181: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

dəlikdə müəllifin özü, cəbhə və qələm dostları haqqında ma-raqlı məlumatlar verilmişdir. Yazıçı Əli Vəliyevin isə cəbhədə yazdığı gündəliyi üç ümumi dəftər həcmində idi. Gündəlikdə təsvir olunan olaylar onun «Yarım il Krım cəbhəsində» adlı xatirələrində əks olunmuşdur. Müharibədən sonra bu mövzuda daha çox xatirələr yazılmışdır. «Lakin o illərin özündə baş vermiş hadisələrlə müvazi yazılan, bir sıra hallarda cəbhənin bağrından doğub meydana çıxan gündəliklər, xatirələr, yol qeydləri və oçerklər orada hər gün, hər saat özünü göstərmiş yenilməz xalq ruhunu gələcək nəsillərə çatdırmaq üçün qiymətli sənədlər kimi öz əhəmiyyətini saxlayacaqdır» [183, s.98].

Qeyd edildiyi kimi, Böyük Vətən müharibəsi səngərlərində əsgərlərlə yanaşı yazıçı və jurnalistlərimiz də qələbə uğrunda vuruşmuşlar. Onlar ağır döyüşlərdə bir əlində silah, bir əlində qələm tutmuşlar. Müharibənin od-alovu içərisində neçə-neçə sənət əsəri yaranmışdı. Böyük Vətən müharibəsinin «ilk mər-hələsində çap edilən nəsr əsərlərində janrın şəkli tələblərinə o qədər də riayət olunmurdu. Məsələn, gündəliklər bəzən bir neçə müstəqil xırda hekayə təsiri bağışlayır, xatirələrdə oçerk-çilik, yol qeydlərində xatirə ünsürləri müşahidə edilir, bunların hamısında isə publisistik ricətə güclü meyl hiss olunurdu. La-kin bu əsərləri birləşdirən əsas cəhət onlarda yazıçı müşahidə-sinin nəticəsi olan həyat materialının zənginliyidir» [183, s.94]. Yazıçı və jurnalistlər əsərlərində döyüşçülərimizi ruh-landırmış, faşizmə kəskin nifrət oyatmışlar. Müharibədə bila-vasitə iştirak edən Ə.Ələkbərzadə, İ.Şıxlı, S.Qədirzadə, H.Ab-baszadə, Z.Cabbarzadə, M.Mürsəlov və başqalarının xatirələ-rində [45] mübarizə və qələbə ruhu öz əksini tapmış, həyat həqiqəti bütün dolğunluğu ilə təsvir olunmuşdur. A.Zamano-vun cəbhə oçerkləri «döyüşləri kənardan görən, yalnız eşitdik-ləri əsasında yazan bir nabələdin yox, cəbhənin sınaqlarını, səngər həyatının üzüntülərini, hücum döyüşünün oyatdığı yük-sək əhval-ruhiyyəni, güllə yarasının ağrısını, dost itkisinin acı-

180

Page 182: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

sını şəxsən yaşamış bir zabitin, siyasi işçinin canlı şəhadətidir» [186, s.7].

Xatirələr həyatın ətraflı düşünülərək canlandırılması, gün-dəlik isə həyatın bilavasitə qalığıdır. Gündəliklərdə xırda məi-şət gerçəkliklərindən tutmuş dövrün aktual məsələlərinə qədər qeydlər öz əksini tapır. Gündəlik tərtib edən hər bir şəxs bunu hər şeydən əvvəl özü üçün edir və burada hiss və düşüncələrini daha açıq ifadə edir. Gündəlikdə insan fəaliyyətinin tarixi də-qiqələri əks olunur. Böyük Vətən müharibəsində həlak olmuş şair və yazıçılardan H.Natiq, M.Əlizadə, S.Nazim və başqala-rının, faşizmə qarşı vuruşub müharibədən sonra da yaradıcı-lıqla məşğul olmuş Ə.Abasov, B.Qasımzadə, Ə.Əlibəyli, M.Aranlı, Z.Cabbarzadə, İ.Səfərli və başqalarının həm mühari-bədə göstərdikləri xidmətlər, həm də həyat və fəaliyyətləri ədəbiyyatşünas Rasim Tağıyevin «Xatirələrdə yaşayanlar» [237] kitabında işıqlandırılmışdır. Burada həmçinin tanınmış qələm əhlinin S.Vəliyev, Q.İlkin, İ.Şıxlı, H.Abbaszadə, B.Bayramov, İ.Tretyakov, S.Qədirzadə, H.Arif, C.Bərgüşad və başqalarının yaradıcılıq yolundan bəhs edilmişdir. Şair və ya-zıçıların öz xatirələri də P.Tağıyevin istinad yeri olmuşdur.

Alman faşistləri qonşu ölkələrdə İranda fitnə-fəsad ya-ratmasınlar deyə 1941-ci ildə sovet hərbi qüvvələri İran ərazi-sinə daxil olmuşdu. Azərbaycandan Təbrizə gedən nümayəndə heyətinin tərkibində bir şox şair və yazıçılarla yanaşı Süley-man Rüstəm də vardı. O, Cənubi Azərbaycandan qayıtdıqdan bir müddət sonra gəzdiyi yerlər, ünsiyyətdə olduğu insanlar haqqında öz xatirələrini yazmış və bu xatirələri şəxsən professor Teymur Əhmədova təqdim etmişdir. Teymur Əhmədov həmin xatirələrin bir neçəsini «Azərbaycan» jurnalında [210, s.164] dərc etdirmişdir. Xatirələrdə Təbrizin gözəlliyi, əhalinin məşğuliyyəti, yoxsulluğu, çəkdiyi əzab və müsibətlər, xatirə müəllifinin digər yoldaşlarla birgə fəaliyyəti, bəzi hallarda imkan daxilində xalqın zəif təbəqəsinə etdikləri kömək və digər məsələlər öz əksini tapmışdır.

181

Page 183: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Cənub xatirələri Əli Tudə yaradıcılığında da özünə iz sal-mışdır. Bu xatirələrdən danışmazdan öncə Əli Tudənin zahiri və daxili aləminin bəzi xarakterik xüsusiyyətlərini əks etdirən yazılara müraciət edək. Çağdaş poeziyamızın ən ünlü təmsil-çisi Zəlimxan Yaqub xatirələrində Əli Tudə haqqında yazmış-dı: «Tədbirlərdə, ədəbi-bədii gecələrdə az-az görünər, belə yerlərə seyrək gələrdi. Ancaq bizim hər görüşümüz bir aləm olardı. O, Bakının bağlarını, xiyabanlarını çox sevər, ... Bakı-nın Təbrizi xatırladan, ona bənzəyən yerlərində tez-tez görü-nər, söhbətləşər, dərdləşərdik. Təbriz ləhcəsi onsuz da şirindi, ancaq Əli müəllimin şirin, isti, yanğılı danışığı bu ləhcəni bir az da şirinləşdirər, gözəlləşdirərdi. Hərdənbir Bakı küləyi öz işini görüb, onun dümağ, qar kimi yumşaq saçlarını dağıdanda əllərini başına çəkib saçına daraq edərdi. Yumşaq və həlim, sərt və ötkəm danışığı, göyçək, nurani çöhrəsi, abırlı və həyalı təbiəti vardı» [262, s.173]. İndi isə Əli Tudənin özünün xa-tirələrindən bəhs edək. Məlumdur ki, 1946-cı ilin baharında Azərbaycan milli hökuməti İran tarixində ilk dəfə Təbrizdə Dövlət filarmoniyası açmışdı. İyirmi iki yaşlı Əli Tudə filar-moniyaya müdir təyin edilmişdi. Sonralar bu sənət ocağının qısa ömründən kimə söhbət açırdısa, onu bu barədə yazmağa sövq edirdilər. Yaddaşının möhkəm olmağı Əli Tudəni bu işə daha da ruhlandırırdı. Bu haqda müəllif yazır: «Az adam tapı-lar ki, ana təbiət ona xüsusi bir məziyyət bəxş etməsin. Mənə isə möhkəm yaddaş vermişdir. Beş yaşımdan bəri istər həya-tımda, istərsə də ətrafımda cərəyan etmiş mühüm hadisələrin, demək olar ki, əksəriyyəti yadımdadır. Sanki bu hadisələr dü-nən deyil, bu gün baş vermişdir. Bu hadisələrin, əhvalatların, xatirələrin uzun illərdən bəri zehnimdə iz salmış əlvan naxış-ları pozulmamışdır. Bu naxışlar sakit otaqda yalnız qalanda, tək-tənha uzaq yol gedəndə, ömür haqqında düşünəndə dil açıb mənimlə danışmağa başlayır...» [245, s.152]. 1983-cü ildə qə-ləmə alınmış bu xatirələrdə memuarist o dövrün bir sıra mü-hüm ictimai-siyasi, ədəbi hadisələrindən, özünün ömrü ta-

182

Page 184: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

leyi, eləcə də milli hökumətin mübarizələrlə dolu bir illik hə-yatından bəhs etmişdir. Xalq möhtəşəm bir sənət sarayı olan filarmoniyanın geniş səhnəsində özünün yaratmış olduğu qə-dim və zəngin mədəniyyət nümunələrinə dönə-dönə baxırdı. Lakin şah sərbazları sarayı uçurub dağıtdılar. Sarayı ucaldan-ların bəziləri zindana salındılar, bəziləri sürgün edildilər, bəzi-ləri də vətəndən didərgin düşdülər. Dörd ay yaşayan Təbriz fi-larmoniyasının ömrü bələkdə boğulmuş və bu sənət ocağının alovunun bugünkü nəslə çatması, gələcək nəsillərə yadigar qalması üçün Əli Tudə «Bələkdə boğulmuş səadət» adlı xatirə-lərini qələmə almışdır. Bu xatirələr daha geniş şəkildə kitab halında dərc olunmuşdur. Kitabda Cənubi Azərbaycanda məş-hur inqilabçı, ictimai dövlət xadimi Seyid Cəfər Pişəvərinin (1892-1947) başçılığı ilə 1946-cı ildə Azərbaycan milli höku-mətinin yaradılmasından, xalqın böyük ruh yüksəkliyi ilə yeni həyata qədəm qoymasından, mədəniyyət ocaqlarının açılma-sından və onların geniş fəaliyyətindən bəhs edilir. Qeyd olun-malıdır ki, Seyid Cəfər Pişəvərinin özünün xatirələrində Azər-baycanda başlanan azadlıq mübarizəsinin geniş vüsət almasın-dan və bu mübarizəyə qarşı çıxan dövlət məmurlarının törət-dikləri cinayətlərdən ətraflı bəhs edilmişdir. Azərbaycanda baş verən milli-azadlıq hərəkatı, xalqın bu hərəkatı müdafiə etməsi və bu yolda çoxlu qurbanlar verməsi xatirələrin əsas məğzini təşkil edir. Azərbaycan xalqının azadlıq mübarizəsinin əksi olan bu əsər tarixi baxımdan çox əhəmiyyətlidir. Lakin bir mə-qamı qeyd etmək lazımdır ki, memuar nümunələrinə xas olan cəhətlər burada açıq-aydın nəzərə çarpmır. Müəllifin hiss və düşüncələrinə, şəxsi həyatına, ömür yoluna bu əsərdə az yer verilmişdir. Yalnız həyatının 1941-1945-ci illəri əhatə edən dövrü tarixi, siyasi hadisələr fonunda təsvir edilmiş, memua-ristin müxtəlif təşkilatlara münasibəti, ən əsası ictimai-siyasi fəaliyyəti işıqlandırılmışdır. Seyid Cəfər Pişəvərinin bir şəx-siyyət, bir inqilabçı kimi xarakterik xüsusiyyətlərini şair Haşım Tərlan «21 Azər – Pişəvəri» poemasında məharətlə

183

Page 185: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

canlandırmışdır. Sən anadan olan gündən, İnqilabçı yarandın sən. Üsyan etdin qaranlığa, Düşmən oldun fironluğa. Hər tərəfdə sitəm gördün, Zülm əlindən matəm gördün. Getdin xalqın köməyinə, Çarə etdin diləyinə. Qələm çaldın sola-sağa, Şahlar düşdü əl-ayağa. Süngü oldun dar gözlərə Salam dedin gündüzlərə. Ellər gəldi sorağına Göz dikdilər bayrağına [204, s.378].

Yalnız Azərbaycanın və İranın deyil, Şərqin böyük şairi olan Məhəmmədhüseyn Şəhriyar isə memuar yazmasa da «Heydərbabaya salam» və «Gecənin əfsanəsi» poemalarını uşaqlıq və gənclik xatirələrinin təsiri ilə qələmə almışdır. «Şəhriyarın həyatının, gənclik illərinin necə keçdiyini dərin-dən öyrənməkdə bu iki əsərin xüsusi əhəmiyyəti vardır. O, bu poemalarda uşaqlıq, gənclik dövründə görüb duyduğu təbii mənzərələr və lövhələrdən söz açır, uşaqlıq xatirələrini açıq və dolayısı ilə əks etdirir. Hər iki poemada şairin təsvir etdiyi kənd həyatı, adət və ənənələr, deyimlər, təbiət mənzərələri, toy-düyün, bayram mərasimləri, hamısı şairin uşaqlıq dövrün-dən zehnində qalmış, onun yenidən canlandırdığı lövhələr və mənzərələrdir» [42, s.20].

Heydərbaba, qarlı dağlar aşanda Gecə karvan yolun azıb, çaşanda, Mən hardasam, Tehranda, ya Kaşanda, Uzaqlardan gözüm seçər onları Xəyal gəlib, aşıb keçər onları [231, s.18].

184

Page 186: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Bu məktəbdə şeirin şəhdin dadmışam, Axundun ağzından qapıb udmuşam, Gahdan da bir axundu allatmışam,-Başım ağrır, - deyib, qaçıb getmişəm, Baxçalarda gedib gözdən itmişəm [231, s.23].

Şəhriyarın qələmə aldığı digər şeirlərdə də həyatının müx-təlif anları əks olunmuş, duyğu və düşüncələri təsvir edilmiş-dir. Şairin yaradıcılığını tədqiq edən Hökumə Bülluri onun hər bir şeirinin özünün tərcümeyi-halı ilə bağlı bir həyat hadisəsi kimi dəyərləndirir. Maddi cəhətdən sıxıntı çəkdiyini əks etdirən «Yata bilməyirəm» şeiri, «insan həyatının, bir şair öm-rünün real tablosunu» canlandıran «Ömrün bölünməsi» şeiri bu baxımdan əhəmiyyətlidir. Şəhriyarın şəxsi keyfiyyətlərini qızı Şəhrizad xatirələrində işıqlandırmışdır. O yazır ki, «Şəh-riyar övladlarını çox sevər, əzizlər, onlarla məşğul olmaqdan və yaşlarına uyğun söhbətləşmələrdən böyük zövq alardı. Həssas və mehriban, səxavətli, dərdəqalan bir insan olan atam kiçik bacım Məryəmə «Heydərbaba» vəznində bir şeir qoş-muşdu» [235, s.36].

Əsrimizdə meydana gələn xatirələr keçən yüzilliyin olayla-rını, tanınmış şəxsiyyətlərin həyat və fəaliyyətlərini əks etdir-mək baxımından səciyyəvidir. Belə ki, II Dünya müharibəsi cəbhələrində odlu-alovlu yol keçmiş Sovet İttifaqı qəhrəmanı, millət vəkili, Azərbaycan MEA-nın vitse-prezidenti, akademik Ziya Musa oğlu Bünyadovun (1923-1997) ömür və yaradıcılıq yolu həyat yoldaşı Tahirə Bünyadovanın xatirələrində öz real təcəssümünü tapmışdır. Müəllif əsərdə ən əvvəl özünün uşaq-lıq və gənclik dövründən bəhs edir, II Dünya müharibəsinin ağır günlərində çətin tələbəlik həyatından söhbət açır. Oxucu Tahirə xanımın simasında müharibə dövrü gəncliyinin xarak-terik xüsusiyyətlərini dərindən öyrənir. Əsərdə bu dövrün və müharibədən sonrakı illərin ab-havası real boyalarla əks olun-muşdur. Kitaba Ziya Bünyadovun uşaqlıq və gənclik, mühari-bədə keçirdiyi ağır, dəhşətli günlərin və illərin, çətin döyüş

185

Page 187: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

yollarının xatirələri daxil edilmişdir. O xatirələr ki, müəllif bunları ilk dəfə Ziya Bünyadovla birgə keçirdiyi tələbəlik illə-rində onun öz dilindən eşitmişdir. Tahirə xanım bu xatirələrin həqiqiliyini təsdiq etmək üçün o dövrün mətbuatından da nü-munələr gətirir. «Bu əsərin hər sətrindən xalqı üçün çırpınan, həm elm cəbhəsinin, həm müharibə cəbhəsinin fədakarı olan ulu şəxsiyyətin nakam ruhu boylanır. Böyük bir dövrün salna-məsi olan bu əsərdə hər şey olduğu kimi, realistcəsinə veril-mişdir. Əsərdə Azərbaycan xalqının taleyi, elmimizin yüksə-lişi əks olunmuşdur. Nəhayət, bu əsərdə həyat yoldaşı ilə bir-likdə bütün çətinliklərə sinə gərən sədaqətli, vəfalı xanımın kövrək qəlbinin çırpıntıları duyulmaqdadır» [289, s.5].

Xatirələrdə Tahirə xanımın anası Vəzirova Əzət Mirbaba qızının, onun valideynləri, bacı və qardaşları haqqında dəyərli məlumatlar verilmişdir. Dayısı Yusif Vəzir Çəmənzəminlinin yaradıcılıq yolundan qısa da olsa bəhs edən müəllif bəzən tarixləri qarışdırır. Belə ki, Çəmənzəminlinin xalq düşməni kimi həbs edilərək sürgün edilməsi tarixi 1937-ci il göstərilir. Əslində «1940-cı il yanvar ayının 25-də Yusif Vəzirin həbs edilməsi barədə Azərbaycan Daxili İşlər Komissarlığının döv-lət təhlükəsizliyi idarəsinin ikinci şöbə rəisi kapitan Qriqorya-nın razılığı ilə qərar çıxarılır» [255, s.166]. O, həmin ilin yan-var ayının 27-də Özbəkistanın Urgənc şəhərində həbs edilib Bakıya gətirilir, iyul ayının 3-də isə Keşlə həbs düşərgəsindən Qorki vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşər-gəsinə göndərilir. Tahirə xanımın xatirələrində repressiyanın törətdiyi acı nəticələr, sərt rejim, ötən əsrin 40-cı və 50-ci illərinin olayları əks olunmuşdur.

Ziya Bünyadovun xatirələrə daxil edilmiş məqalələri, mək-tubları bu böyük şəxsiyyətin yenilməz, bütövsözlü, cəsur, tü-kənməz erudisiyaya malik olduğunu göstərməklə yanaşı Azər-baycanın XX yüzilliyin 80-ci və 90-cı illərindəki siyasi duru-munu daha aydın, daha qabarıq canlandırır. Ümumiyyətlə, xa-tirələrdə bu illərin qızğın hadisələri və Ziya Bünyadovun bu

186

Page 188: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

dövrdəki fəaliyyəti ətraflı şərh edilmişdir.Azərbaycanda və onun hüdudlarından kənarda yaşayan ta-

nınmış elm, ədəbiyyat, sənət adamlarının, siyasi xadimlərin müharibə və elm qəhrəmanı Ziya Bünyadov haqqında yazdıq-ları xatirələrdə bu böyük şəxsiyyət mərd, cəsarətli, həmişə təz-yiqlərə məruz qalsa da öz əqidəsindən dönməyən, vətənpərvər, ədalətsizliyə meydan oxuyan, eyni zamanda həssas, diqqətli, alicənab və xeyirxah insan kimi xarakterizə olunur. Dostluğu, həqiqəti hər şeydən üstün tutan bu şəxsiyyət kimsə dar ayaqda olsa, ona həmişə kömək etməyə hazır idi. Tələbə yoldaşı Yu-lian Semyonov ilə əlaqədar hadisələr bunu bir daha təsdiqləyir. Xatirələrə Ziya Bünyadovun cəbhə yoldaşlarının, müəllimləri-nin, müxtəlif ixtisaslı alimlərin məktubları da daxil edilmişdir ki, bunlar da bu böyük şəxsiyyətin mənəvi dünyasının daha əhatəli təsvirinə yardım edir.

Bəzən müəllif bir şəxs haqqında yazdığı xatirədə həmin şəxs haqqında başqa bir müəllifin xatirəsindən istifadə edərək fikirlərini daha dolğun çatdırmağa nail olur. Hikmət Ziya Sabit Rəhman haqqında yazısında İlyaz Əfəndiyevin xatirəsindən nümunələr gətirmişdir. Bəzən isə memuarist haqqında xatirə yazdığı müəllifin öz əsərlərindən nümunələr gətirir. Xalq ya-zıçısı Əli Vəliyev Mehdi Hüseyn haqqındakı yazısında sözü-gedən müəllifin «Bir ay və bir gün» xatirəsindən, tənqidi mə-qalələrindən sitatlar gətirir, əlli il qabaq nəşr olunmuş kitabça-sına yazdığı müqəddiməni müəyyən ixtisarla verir. Əli Vəli-yev unudulmaz şəxsiyyət olan Mehdi Hüseyni «bütün varlığı ilə ədəbiyyata bağlı olan həqiqi istedadların fəal müdafiəçisi, ədəbiyyata təsadüflər nəticəsində gələn, bacarıqsız, istedadsız, yaltaqların isə amansız qənimi» [251, s.128] kimi qiymətləndi-rir. Əli Vəliyev özü haqqında xatirələr yazmasa da «Zəngəzur qartalları»nı tərcümeyi-hallar, xatirələr, şəxsi söhbətlər əsasında qələmə almışdır. «Ötən günlər» və «Budağın xatirələri» isə bioqrafik planda yazılmışdır. Əli Vəliyev özü etiraf edirdi ki, yazanda heç nə uydurmur, başına gələnləri

187

Page 189: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

kağıza köçürür. Belə ki, onun bir çox əsərlərinin mövzusunu özünün xatirələri təşkil edir. «Budağın xatirələri», «Qohumlar» və bir çox əsərlərində müəllif tərcümeyi-hal səciyyəli nümunələrə bədii forma vermişdir və bunları avtobioqrafik əsərlər kimi dəyərləndirmək olar.

Əli Vəliyevdən fərqli olaraq tənqidçi-ədəbiyyatşünas, yazı-çı Qulu Xəlilov (1930-1995) gündəlik tərtib edirdi. Bu gündə-liklər əsasında o «Yaşamaq istəyirəm» əsərini yazmışdı. Müəl-lif etiraf edir ki, bu əsər «ilk növbədə Ə.Vəliyevin xeyir-duası ilə işıq üzünə çıxıb oxucular arasında yayılmışdır» [259, s.109]. Qulu Xəlilovun «Atam və mən», «Yaşamaq istəyirəm» əsərləri yazıçının həyat yolunun müxtəsər tarixçəsidir. Sözüge-dən əsərlər avtobioqrafik povestlərdir. Müəllif özü ilə əlaqədar olayları Azər surətində vermişdir. «Atam və mən» yaddaş əsa-sında, «Yaşamaq istəyirəm» yazıçının qeydləri, xatirələri əsa-sında qələmə alınmışdır. İkinci əsərdə bəzi hissələr məktub şəklində verilmişdir. Yeddi dəfə cərrahiyyə əməliyyatı keçir-miş müəllifin bu avtobioqrafik əsərlərində həyat həqiqəti ilə bədii həqiqət üzvi şəkildə birləşərək dəyərli sənət nümunəsi alınmışdır. Qulu Xəlilov haqqında yazılan xatirələrdə [244] onun zahiri sərtliyi ilə nəcib, kövrək qəlbi göz önündə canla-nır. Bu tənqidçi alim, məhsuldar yazıçı, əvəzolunmaz müəllim haqqında onun dostları, tələbələri, ailə üzvləri və qohumları, tanınmış elm və sənət adamları öz ürək sözlərini yazmışlar. Xatirələrdə Qulu Xəlilov dönməz, əyilməz, tələbkar, eyni za-manda mehriban, qayğıkeş, təvazökar, xeyirxah, mərd, qorx-maz, dəyanətli, cəsur bir insan kimi səciyyələndirilir.

Səyavuş Sərxanlı çox haqlı olaraq yazır ki, «xatirə kül altında qalan qordur. Onu tapan, üzə çıxaran gərəkdir. Hər adam xatirəyə çevrilə bilmir və hər adam da xatirəni dərk edib yaşada bilmir. Bu mənada həmişə xatirəyə çevrilən ömür, xa-tirəni yaşada bilən adam, üstəgəl qələm sahibinin zəhməti bə-rabər olur oxucunun xalis mənəvi qazancına» [196, s.5]. Bu baxımdan yazıçı-publisist Şəmistan Nəzirlinin xalq şairi Sə-

188

Page 190: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

məd Vurğun (1906-1956) haqqında yazdığı sənədli povesti oxucunu mənəvi cəhətdən qidalandıran, onu böyük bir şəxsiy-yətin ömür yolunu izləməyə imkan verən maraqlı sənət nümu-nəsidir. Əsər şairin müasirlərinin şifahi və yazılı xatirələri, eşitdikləri, şahidi olduqları əhvalatlar əsasında qələmə alınmış-dır. Əsəri həyat həqiqətlərinə əsaslanan bədii əsər kimi dəyər-ləndirsək heç də yanılmarıq.

Azərbaycan ədəbiyyatında Səməd Vurğun haqqında xatirə-lər daha çoxdur. Kələntər Kələntərlinin «Mənim Səməd Vur-ğunum» kitabı Azərbaycanda xalq şairi fəxri adına layiq görü-lən birinci şair olan Səməd Vurğun haqqında xatirələrdir. Mü-əllif yazır: «Allahıma hər gün dua edirəm ki, mənə güclü yad-daş verib. Qırx il, əlli il bundan qabaq olmuş hadisələri, eşit-diyim söhbətləri olduğu kimi xatırlaya bilirəm» [121, s.134].

Cavid Məmmədbəyovun tərtib etdiyi kitabda [132] Səməd Vurğunun qırxdan artıq müasirinin: şair və yazıçıların, mədə-niyyət xadimlərinin, əmək adamlarının xatirələri toplanmışdır. Digər bir topluda [65] Səməd Vurğunun şair və yazıçı dostlarının, qızı Aybəniz Vəkilovanın, qardaşı Mehdixan Vəkilovun və başqalarının onun haqqında xatirələri vardır. Bu xatirələrdə Səməd Vurğun həm böyük şəxsiyyət, böyük dövlət xadimi, həm də gözəl şair, gözəl ailə başçısı kimi göz önündə canlanır. Xatirələrdə bu ellər şairinin daxili aləmi, dostluqda möhkəmliyi, hazırcavablığı, sadəliyi, xeyirxahlığı, həssaslığı, qonaqpərvərliyi, xalqın ona olan məhəbbəti və bir çox məsələlər təsvir olunmuşdur. Mehdixan Vəkilov xatirələrində Səməd Vurğunun uşaqlıq və gənclik illərindən, xasiyyət və vərdişlərindən danışmaqla yanaşı, həm də böyük şairin yetişdiyi ədəbi mühiti, onun zəngin yaradıcılığının çoxlarına naməlum qalan, yalnız ən yaxın adamlarına bəlli cəhətlərini bir tədqiqatçı-ədəbiyyatşünas səriştəsilə açıb göstərə bilmişdir. Bu səbəbdən də xatirələrdə Səməd Vurğun yaradıcılığının bir sıra sənətkarlıq sirlərinin öyrənilməsinə, bizə az bəlli olan məqamların üzə çıxarılmasına, konkret əsərlərin yaranma və

189

Page 191: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

nəşr tarixini dürüstləşdirməyə kömək edən elmi məlumatlara, şairin ədəbi-estetik görüşlərinə, yaşayıb-yaratdığı mühitə, müasirlərinə münasibətinə dair inandırıcı faktlara, maraqlı mülahizələrə bol-bol rast gəlirik [249, s.15].

Süleyman Rəhimov Səməd Vurğun haqqında deyərdi: «Sə-məd Allah vergisiydi. Onu heç kəslə müqayisə etmək olmaz. Allah ona elə nüfuz vermişdi ki, ən qəddar düşmən, bədxah niyyətli bir adam onun qaynar baxışlarına tuş gəlsəydi, silahı əlindən yerə düşərdi. Onun varlığı başdan-başa səmimiyyət-dən, səxavətdən, ilhamdan yoğrulmuşdu!» [262, s.118]. Bu sə-tirlər Zəlimxan Yaqubun Süleyman Rəhimov haqqında xatirə-lərindən alınmışdır. Onu da qeyd edək ki, Səməd Vurğunun oğlu Vaqif Səmədoğlu hal-hazırda xatirələr yazmaqla məşğul-dur. Televiziya verilişlərinin birində dediyi kimi, indi o, bütün fikrini bu işə sərf edir. Həyatdan möhlət istəyir ki, xatirələri bitirsin. Əsərdə heç kəsə məlum olmayan, heç yerdə yazılma-yan olaylardan bəhs ediləcək. Bunlar ən əsası atası, anası, ya-xınları haqqında xatirələrdir.

Diqqətəlayiq haldır ki, professor Teymur Əhmədov Səməd Vurğunun çıxış və məqalələrindən özü haqqında dediyi sözləri seçib tərcümeyi-hal [73] tərtib etmişdir. O, Səməd Vurğunun üslubuna toxunmamış, onun sözlərini olduğu kimi ardıcıllıqla vermişdir. Tərcümeyi-halda şairin həyat və yaradıcılığının əsas məqamları nəzərə çatdırılmışdır.

Səməd Vurğunun «Mən necə yazıram», «Mənim «Vaqif» dramım haqqında», «Fərhad və Şirin» barədə», «Kamal və sə-nət», «Taqanroq qəhrəmanlarına eşq olsun», «Gələcək kitab-lar» və digər məqalə, məruzə, çıxış və oçerklərində müəllif şəxsiyyəti ön plandadır. Bu nümunələrdə əsasən ədəbiyyat, musiqi, sənət, sənətkar, dövrün aktual problemləri və digər məsələlərdən danışılmış, müəllif onlara öz münasibətini bildir-miş və onun həyata, dünyaya baxışı canlandırılmışdır. Şair 1937-ci ildə yazdığı «Azərbaycan» epopeyası» kiçik həcmli yazısında özünün tərcümeyi-halının bəzi anlarından bəhs edir.

190

Page 192: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Səməd Vurğun yazır: «Mən Azərbaycan düzlərində dünyaya gəldim. Mənim atam və anam yoxsul kəndli idilər. Mənim otuz bir yaşım var. İnqilab məni savadlı etmiş və məndə təhsil almağa coşqun bir həvəs oyatmışdı. Mən məktəbi bitirib peda-qoji fəaliyyətlə məşğul olmuşam. 1926-cı ildən yazmağa baş-lamışam. Şeir mənim idealımdır. Poeziya mənim ikinci həya-tım oldu. Mənim birinci şeirlər kitabım «Şairin andı» Bakıda 1930-cu ildə nəşr olunmuşdur... Son zamanlar mən «Azərbaycan» adlı böyük bir epopeya yazmışam... Bu epopeya bir-biri ilə bağlı olan otuz poemadan ibarətdir...» [258, c.5, s.20].

Səməd Vurğun 1942-ci ildə qələmə aldığı «Bir səhər» oçerkində isə Moskvada olarkən Qərb cəbhəsindən gəlmiş dö-yüşçü İdris Vəliyevlə görüşündən bəhs etməklə canlı insan ob-razı yaratmışdır. Görkəmli yazıçı və tənqidçi Elçin müharibə dövründə yazılan oçerklərin bədii cəhətdən zəif olduğunu bil-dirərək qeyd edirdi: «Müharibə dövründə ön və arxa cəbhədə döyüşən, çalışan sovet adamlarının şücaətindən çox yazılırdı, bu yazılarda əsas məqsəd həmin adamları xalqa tanıtmaq, xal-qı ruhlandırmaq, hamını səfərbərliyə almaq idi. Bu zaman çox vaxt bədiilik unudulur, doldurulan planın faizi, öldürülən fa-şistlərin, məhv edilən tankların, təyyarələrin sayı üstünlük təş-kil edirdi və bu quru faktlar son dərəcə gərginləşmiş əsəblərin nəticəsində öz işini görürdü; bu faktların emosiyası bir növ bədiiliyi əvəz edirdi» [63, s.203].

Səməd Vurğunun oçerki isə müharibə dövründə yaranan bir çox nümunələrdən fərqli olaraq həm faktiki, həm də bə-diilik baxımından seçilirdi. Əsərdə şairin gənclik, qəhrəmanlıq haqqında dəyərli fikirləri öz əksini tapmışdır. Nəzərə çatdırıl-malıdır ki, sənədin ərəb əlifbası ilə yazılmış avtoqraf nüsxəsi M.Ə.Sidqinin şəxsi arxivində saxlanılır [256]. Əlyazma ilə nəşr variantının müqayisəsi nəticəsində aydınlaşdırıldı ki, oçerk nəşr edilərkən bəzi sözlər dəyişdirilmiş, bəzi cümlələr ixtisar edilmişdir. Bütün bunlarla yanaşı sənəd Səməd Vur-

191

Page 193: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

ğunun avtoqrafı olmaq baxımından da dəyərlidir.Məqalə, məruzə, çıxış və oçerklərindən savayı Səməd Vur-

ğun şeirlərində də həyat yollarından bəhs etmişdir. O, uşaqlı-ğının ağır maddi şəraitdə keçməsini, uşaq vaxtı gördüyü haq-sızlıqları aşağıdakı misralarda canlandırmışdır:

Çatandan bəridir on beş yaşıma Çox bəlalar gəlib qanlı başıma, Baltalar vurulub ömür daşıma, Bu eşqin yolunda yaman olmuşam [257, s.1].

Şair özünün ağrılı-acılı uşaqlıq illərini 1935-ci ildə yazdığı «Acı xatirələr» poemasında daha ətraflı qələmə almışdır. Uşaqlığın qayğısız günləri ilə yanaşı ehtiyac, maddi sıxıntı içində yaşamaq xatirələrin əsas məğzini təşkil edir. Bir dəstə uşaqla Kürün sahilində balıq tutmaqları, Novruz bayramında qapılara papaq atıb yığdıqları yer-yemişi sevinə-sevinə evə aparmaqları təsəlli olan yaşananlardır. Lakin bəzən quşlara hə-səd aparıb evdən baş götürüb qaçmaq istədiyi anlar da olurdu. Qurban bayramında qonşu bir xınalı erkək kəssə də o, evlərin-də sadəcə isti bir ocaq görmək istərdi. Lakin gördüyü anasının göz yaşları, atasının miskin baxışları olmuşdu. Həmin gün qü-ruru uşaq yaşına sığmayan qonşu oğlu başına buxara papaq qoymuşdu. Əynindəki yamaqlı köynəyə baxıb dünyanın və-fası budurmu? deyə düşünən balaca Səməd bəlkə də bu sualı özünə sonralar da verəcəkdi. Oğlunu belə görməyə ana ürəyi dözməmişdi.

«Uşaq əziz gündə sınmasın» - deyə Anam cehizliyi yorğan üzündən Mənə üst köynəyi tikdi hədiyyə. Mən də iki dəfə öpdüm üzündən. Ah, mehriban ana! Ah, əziz ana! O gündən bəridir həsrətəm sana!.. [258, c.3, s.102].

Xatirələrdə bir uşaq qəlbinin təlatümləri, on üç yaşlı Sə-mədin körpə quşcuğaza meyl salması, çörəyi ovaraq onu yem-ləməsi və günlərin birində quşun yoxa çıxması təsvir olunmuş-

192

Page 194: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

dur. Şair yazır: Üç gecə yatmadım, üç gün ağladım, Gəzib dəymədiyim qapı qalmadı. Dolaşdım bir kəndi mən addım-addım; Neyləyim? Mən deyən yenə olmadı [258, c.3, s.103].

Günlərin bir günü quş tapılır. Lakin uşaq qəlbinin sevinci uzun sürmür. Qonşu Niyaz yanında üç nökərlə gələrək dolaşa-nı almaq istəyir.

Qızışdı, get-gedə qarışdı ara. Artıq itirmişdi döyən döyəni, Burnumun üstündən aldığım yara Çul kimi torpağa sərmişdi məni.

Birdən bir vığıltı eşitdim, ah, mən, Gördüm çapalayır yazıq quşcuğaz... Ara qarışanda yönəlib birdən Quşcuğun başını qoparmış Niyaz [258, c.3, s.104].

Bu olaylardan uşaq xəyalı dumanlanır, həyəcandan gözləri qaralır. Həftələr, aylar keçsə də qəlbinin kini sönmür. Günün birində o «lovğa düşmən»dən hayıfını çıxır:

Belinə, başına çaldım çomaqla, Dedim: qüdrətimi yadında saxla! [258, c.3, s.105]

O vaxtdan illər keçir, əsərin qəhrəmanı ölkələr dolanır, şə-hərlər görür, ağlı-qaralı dövranlar sürür, artıq onun maraq dai-rəsi bambaşqadır.

Vuruldum o gün ki, şeirə, sənətə, Unutdum sevdiyim əyləncələri. Aşiqəm insana və təbiətə Əlim qələm tutub yazandan bəri [258, c.3, s.105].

Lakin keçmiş unudulmur. Şair həyatının ən əziz günlərində belə uşaqlıq dövrünün acılı-şirinli anlarının yada düşdüyünü xatırlayır:

Ömrümün bu əziz günlərində mən Düz otuz yaşıma girirəm bu yaz...

193

Page 195: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Fəqət xəyalımın önünə bəzən Gəlir yazıq anam, bir də quşcuğaz [258, c.3, s.106].

Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Süleyman Rüstəmin də müasiri Səməd Vurğun kimi geniş memuarları yoxdur. Bununla belə onun görkəmli ədəbiyyat və mədəniyyət xadimləri S.S.Axundov, C.Məmmədquluzadə, Ə.Əzimzadə, R.Əfəndiyev, S.Hüseyn, C.Cabbarlı, M.Müşfiq, H.Sarabski, N.Hikmət, İ.Hidayətzadə, M.Əliyev və başqaları haqqında xa-tirələri vardır. Memuaristin C.Məmmədquluzadə, S.Hüseyn, M.Rəfili, M.Əliyev, V.Mayakovski haqqında xatirələri məz-munu və əhatəliyi baxımından fərqlənir. Digər xatirələrin əksəriyyəti məqalə səciyyəlidir. İ.Hidayətzadə haqqında xati-rələrdə İ.Hidayətzadənin xatırə müəllifinə ünvanlanan məktub-larından da istifadə edilmişdir.

Süleyman Rüstəmin «Yaxşı yoldaş» necə yazıldı» və «Qə-ribə də olsa» yazıları onun memuar qeydləridir. 1966-cı ilin 15 dekabrında qələmə alınmış birinci yazıda göstərilir ki, 1933-cü ilin yayında bir qrup alim Leninqraddan gəlmiş akademik Meşşaninov, alimlərdən Poxomov, Əzizbəyov, Vəli Xuluflu və başqaları Mil düzündəki qədim «Örən qala» şəhərinin qa-lıqlarını axtarmaq üçün ora gedirlər. S.Rüstəm və R.Rza da bu dəstəyə qoşulur. Bu səfər S.Rüstəmə «Yaxşı yoldaş» poeması-nı yazmaq üçün material verir. Müəllif yazır: «Mil düzündən Bakıya alimlər öz saxsı qablarıyla, pas atmış pullarıyla, mən isə bir əsərin mövzusu ilə qayıtdım. Fikrimdə dolaşan hadisə-lər, sətirlər məni yazı masamın arxasına səslədi. «Yaxşı yol-daş» poemasını on günün müddətində demək olar ki, bir otu-ruma yazdım» [211, s.320].

Memuar janrı ilə maraqlanan, xatirələri diqqətlə oxuyan Süleyman Rüstəm həyat gerçəkliklərinə söykənən əsər yazmaq fikrində idi. Yazıçı Hüseyn Abbaszadənin sözlərinə görə «xa-tirələri üzərində müntəzəm işləyirdi. Xeyli yazmışdı. Hələ bir xeyli də yazacaqdı. Fikri vardı iyun-iyul, avqust aylarında kö-çüb otursun Şüvəlandakı bağında, əldən-ayaqdan uzaq bir yer-

194

Page 196: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

də, fasiləsiz, rahatca işləsin. Bundan ötrü qabaqcadan əməllicə hazırlıq görmüşdü. Xatirələrdəki günləri, ayları, illəri dəqiq yazmaq üçün lazım olan materialları, rəsmi sənədləri, əlyaz-malarını, fotoşəkilləri, dostlarının məktublarını, özünün, özgə-sinin çoxdan çap olunmuş bəzi məqalələrini axtarıb tapmış, neçə qutuya yığmışdı. Zarafarla deyirdi: «Qutu-qutu, daşdan keçən materialım var. Bir çoxlarının yalan-palanlarını alt-üst eləyəcəyəm» [2, s.356]. Heyf ki, ölüm onun bu işlərini yarıda qoydu və Süleyman Rüstəm xatirələr yazmaq arzusunu həyata keçirə bilmədi. Xatirələrə böyük önəm verən şair bir çoxları-nın yalanlarını alt-üst etmək deyəndə həyat gerçəkliklərini təh-rif edərək xatirələr yazan bəzi müəllifləri nəzərdə tuturdu.

Sənətkarın şəxsiyyətinin öyrənilməsində müasirlərinin xa-tirələri dəyərli mənbə kimi qiymətləndirilə bilər. Tanınmış şəxslər haqqında xatirələrin tərtibində həmin şəxsin həyat və fəaliyyətini tam və hərtərəfli əks etdirmək üçün onunla müx-təlif vaxtlarda görüşmüş memuaristlərin xatirələri əsas götü-rülür. Bəzi hallarda hər hansı faktı dəqiqləşdirmək üçün hadi-sələri kənardan müşahidə edən şəxslərin də xatirələrindən də istifadə etmək faydalıdır. Gələcək xatirə müəllifinin şəxsiyyə-tindən, dünyagörüşündən, ədəbi imkanlarından, təsvir edilən hadisələrdə rolundan asılı olaraq tərtibçi onunla işbirliyinin hansı formada olmasını təyin edir. Müəllif ya xatirənin mətnini təqdim edə bilər, ya da onu şifahi şəkildə söyləyər. Şifahi xati-rələr stenoqrafiya, maqnitofon və ədəbi qeydlər yolu ilə həyata keçirilir. Əgər memuaristə xatirələrin yazılması sifariş edilirsə, həmin halda onun qarşısına əsas hadisə və faktları işıqlandır-maq məsələsini qoymaq daha məqsədəuyğundur. Ən əsası odur ki, hadisələr memuaristin yaddaşında necə qalıbsa, o cür də əks etdirsin. Məsələyə digər tərəfdən yanaşdıqda qeyd olun-malıdır ki, görkəmli şəxslər haqqında yalnız tanınmış insanla-rın deyil, onunla ünsiyyətdə olan və ya onu müşahidə edən sa-də adamların da xatirələri dəyərlidir. Lakin hər bir xatirənin nəşrində orada verilən məlumatın həqiqiliyini yoxlamaq la-

195

Page 197: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

zımdır. Hadisələrin təhrifi yaddaşın yayındığı, qarışdırıldığı halda, bəzən də bilərəkdən baş verən hadisələrdə öz rolunu ar-tırmaq və ya üstüörtülü şəkildə göstərmək məqsədilə ola bilər.

Memuarların həqiqiliyinin yoxlanılması memuaristin şəx-siyyətinin öyrənilməsi ilə başlayır. Təsvir olunan hadisələrə qədər onun həyat yolu ilə tanışlıq, hadisələrdə onun mövqeyi və digər məsələlər bura daxildir. Mənbənin həqiqiliyinin yox-lanılması digər mənbələrin öyrənilməsi əsasında, hadisələrin digər iştirakçılarının xatirələrinin müqayisəsi əsasında da baş tutur. Memuaristin digər sənədli mənbələrə müraciət etməsi mənbənin dəqiqliyini artırır, müəllifin yaddaşının fəallığını tə-min edir.

Çağdaş ədəbiyyatımızda tanınmış şəxsiyyətlər haqqında dəyərli xatirələr yazılmışdır. Rəsul Rza, Mir Cəlal Paşayev, Qabil, Yusif Səmədoğlu, Abbas Zamanov haqqında yazılan xatirələr bu qəbildəndir. Xalq şairi Rəsul Rza (1910-1981) haqqında xatirələrdə böyük şairin şəxsi keyfiyyətləri, sözü bü-töv olan, düşündüyünü açıq deyən bir insan olması, ensiklope-diya yaratmaq sahəsində gördüyü gərgin işlər, dövlət xadimi, ictimai xadim kimi fəaliyyəti təsvir olunmuşdur. Xatirə müəl-liflərinin hər biri onun xarakterinin müxtəlif cəhətlərindən bəhs etmişlər. Xatirələr müxtəlif formada qələmə alınmışdır. Vaqif İbrahim xatirələrində («Rəsul Rza və Əli Kərim doğma-lığı») gündəlik qeydlərindən istifadə etmişdir. Hamlet Qoca xatirələrini «Rəsul Rzaya məktublar» şəklində vermişdir. Məmməd Əlilinin xatirələrini yazıya Rafael Hüseynov almış-dır. («Mən Rəsula ömrüm boyu borcluyam»). R.Hüseynov «Qızılgüllü, yasəmənli, nərgizli nəğmələr» yazısında isə Ana-rın, bəstəkar Ədilə Hüseynzadənin, Tofiq Quliyevin, Şövkət Ələkbərovanın xatirələrindən yararlanmışdır. Müəllif yaşlı in-sanların gözəl yaddaşa malik olduğunu bildirərək qeyd edir ki, «ədəbiyyat-söz araşdırıcıları Əbülqasım Hüseynzadəylə, Ək-rəm Cəfərlə, Cəfər Rəmziylə, teatr tariximizin bilicisi Qulam Məmmədliylə, elə Məmməd Əliliylə yaşı səksəni ötmüş bu

196

Page 198: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

adamlarla söhbət eləyəndə, onların xatirələrinə qulaq asanda hər dəfə heyrətlənməyə bilmirəm. Əsrin başlanğıcındakı hadi-sələrdən, adamlardan elə dəqiq təəssüratlarla, elə xırda cizgi-lərlə danışırlar ki, sanki bütün bunlar 60, 65, 70 il bundan irə-linin yox, lap yaxın günlərin hadisəsiymiş. Yaddaşları etibarlı-dır buna sözüm yox. Ancaq bu dəqiqliyin məncə ayrı bir sə-bəbi də var. İllər boyu bu hadisələri o qədər danışıblar ki, ha-fizələrində hər söhbət üçün müəyyən bir süjet xətti, konkret bir deyim şəkli yaranıb» [206, s.329].

Rəsul Rza haqqında maraqlı xatirələrin müəlliflərindən biri də görkəmli ədəbiyyatşünas Abbas Zamanovdur. Alimin söz-lərinə görə, xatirələrin yazılmasında «adda-budda yazılmış xa-tirə dəftəri, o zamankı mətbuat» [266, s.6] onun dadına çatmış-dır. Əsərdə əsasən cəbhə xatirələri üstünlük təşkil edir. Abbas Zamanov Rəsul Rzanın həyatı, şəxsiyyəti haqqındakı təsəvvür-ləri genişləndirən bir çox mətləbləri işıqlandırmışdır. Xatirə-lərdə memuaristin də həyat və fəaliyyətinə aydınlıq gətirən məqamlar vardır. Bunlar əsasən müharibə dövründə Kerçdə baş verən olay və əhvalatlardır.

Yazıçı Nahid Hacızadənin Rəsul Rza haqqında yazdığı xa-tirələrdə [104] bir maraqlı məqamı nəzərə çatdırmaq lazımdır. Belə ki, xatirələrin sonunda müəllif şair dostu Oqtay Rza ilə görüşünü təsvir edir. Oqtay Rza bildirir ki, onun da Rəsul Rza haqqında xatirələri vardır və onların bir neçəsini Nahid Hacı-zadəyə danışır. Bu danışılan xatirələr Nahid Hacızadə tərəfin-dən öz xatirələri fonunda verilir. Beləliklə, Oqtay Rzanın di-lindən çıxan xatirələr artıq şəxsən özünün olmur və artıq Nahid Hacızadə tərəfindən qələmə alınır. Yəni ilk dəfə olaraq onu oxuculara Nahid Hacızadə çatdırır. Memuar ədəbiyyatı ta-rixində belə hallara tez-tez təsadüf olunur.

«Xatirələr yolu ilə ötən günlərə, illərə qayıtmaq, olmuşları bir daha yaşamaq qəlb incidir. Hadisələr, mənzərələr, sözlər, baxışlar, gülüşlər yenidən canlanıb insanı heç bir qüvvə, heç bir möcüzə ilə geri dönməyəcək aləmə aparır. Xatirələr yolu-

197

Page 199: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

nun sevincli anları keçib-getdiyi, geri dönməz olduğu üçün tə-əssüf doğurur, acılı-ağrılı olanları bir daha qəlbimizi göynədir. Xatirələrimiz həmişə bizdən gənc olur. Onlar keçmiş günlər-dən dinlədiyimiz tanış səslərdir» [24, s.8]. Bu sətirlərin müəl-lifi Rəsul Rzadır və bunlar Anarın xatirələrindən götürülmüş-dür. Məhz Rəsul Rza haqqında xatirələrin ən dəyərlisi oğlu Anar tərəfindən qələmə alınmışdır. Müəllif Rəsul Rza ilə əla-qədar xatirələri faktlara, sənədlərə, olanlara, mətnlərə əsasla-naraq yazmışdır. Rəsul Rza yaradıcılığına və şəxsiyyətinə ve-rilən qiyməti isə «müasirlərinin, onu bir insan kimi yaxından tanıyan, yaxud yaradıcılığını dərindən bilən, duyan adamların fikirləri vasitəsiylə» [25, s.8] etmişdir. Əsərdə Rəsul Rzanın avtobioqrafiyasından, Cəfər Cabbarlıya həsr olunmuş xatirələ-rindən, şair haqqında Tofiq Quliyevin, İsa İsmayılzadənin, Ənvər Məmmədxanlının, Abbas Zamanovun, Niyazinin, Ya-qub Mahmudovun və başqalarının xatirələrindən, Rəsul Rza-nın müxtəlif şəxslərə göndərdiyi məktublardan, tanınmış şəxs-lərin ona ünvanlanan məktublarından, eləcə də müsahibələr-dən, məqalələrdən, arxiv sənədlərindən istifadə edilmişdir. Anar bir çox olaylardan bəhs edərkən atasının, anasının, yaxın qohumlarının söhbətlərinə istinad edərək onların danışıqlarını xatirələrinə daxil etmişdir. 30-cu illərin hadisələri, repressiya qurbanları haqqında söhbətlər müəllifin eşitdikləri əsasında yazıya alınmışdır. Anar yazır: «...yeddi-səkkiz yaşlarımdan evimizdə 37-ci il faciəsi haqqında qısılmış səslərlə edilən söh-bətləri dinləmişdim və heç vaxt eşitməmişdim ki, gedənlər doğrudan da düşmən olublar. Əksinə, Cavidin, Cavadın, Seyid Hüseynin, Yusif Vəzir Çəmənzəminlinin, Qafur əfəndi Qantə-mirin, Salman Mümtazın, Bəkir Çobanzadənin, məsul işçilər-dən S.M.Əfəndiyevin, Ruhulla Axundovun, Həbib Cəbiyevin, Mustafa Quliyevin, Hüseyn Rəhmanovun adları həmişə hör-mətlə və talelərinə təəssüf hissiylə çəkilərdi. Hələ Mikayıl Müşfiqi demirəm, onun haqqında evimizin ən yaxın adamı, ai-ləmizin üzvü kimi danışılardı. Müşfiqin adı çəkiləndə kiçik bi-

198

Page 200: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

bilərimin gözləri yaşardığı da yadımdadir» [25, s.65].Bütün yazılarında olduğu kimi Anar bu əsərində də olay-

lara, Rəsul Rza ilə qələm əhli arasındakı qarşılıqlı münasibət-lərə obyektiv yanaşır, bir çox qaranlıq mətləbləri işıqlandırır. Əsərdə Rəsul Rzanın Nazim Hikmətlə şəxsi dostluq əlaqələri, yaradıcılıq yaxınlığı öz əksini tapmış, eləcə də Rəsul Rza ilə yaxın münasibətdə olan digər insanların, onun dostlarının ömür yollarının önəmli, yaddaqalan, sevincli və kədərli anları yazıya alınmışdır. Onu da qeyd etmək lazımdır ki, çox maraqla oxunan əsərdə bir qədər pərakəndəlik hiss olunur. Bu fikri özü də etiraf edən müəllif bunu belə əsaslandırır: «Üzərində dura-cağım mətləbləri, məqamları müəyyən məntiqi ya xronoloji ar-dıcıllıqla, Rəsul Rza ömrünün və yaradıcılığının dövrləri, mövzuları əsasında düzərək sistemləşdirməyə çalışsam da, ya-zım müəyyən qədər pərakəndəlik, dağınıqlıq, mozaika təsiri bağışlaya bilər. Amma yazının müəyyən sərt qəliblərə tabe ol-mamasını həm də onun janrıyla düşüncə - esse janrıyla bağ-lıdır: bu ədəbi tür çox vaxt yalnız anımların – assosiasiyaların ardıcıllığına əsaslanaraq sərbəst şəkildə mətləbdən mətləbə, mövzudan mövzuya, dövrdən dövrə keçməyə imkan yaradır» [25, s.8].

Əsərin janrının bir növ «Gecə düşüncələri»nin davamı ol-duğunu bildirən Fikrət Qoca qeyd edir ki, «burada düşüncələr faktlar ətrafındadır. Bu faktları bir-birinə bağlayan gərgin kon-flikt Rəsul Rza ömrüdür» [25, s.526]. Bu ömür dövrün olayları ilə əlaqədar canlandırılmışdır. Əsərdə Rəsul Rzanın ailəsi, ya-şadığı mühit, qarşısına çıxan çətinliklər və onları necə dəf et-məsi haqqında aydın təsəvvür almaqla yanaşı müxtəlif möv-zularda yazdığı əsərlərinin yaranma tarixi, müxtəlif dillərə edi-lən tərcümələri, dilin saflığı və yad təsirlərdən qorunması, 1945-1946-cı illərdə «Azərbaycan» jurnalının baş redaktoru kimi fəaliyyəti, kinomatoqrafiya sahəsində, Azərbaycan ensik-lopediyasında gördüyü işlər, ona həsr olunmuş kitablar haq-qında dəyərli məlumatlar almaq mümkündür. Rəsul Rzaya

199

Page 201: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

həsr olunmuş yazıların böyük bir hissəsi onun vəfatından son-ra qələmə alınmış xatirələrdir. Məhz bu xatirələri əsərinə daxil etməklə Anar bu böyük şəxsiyyətin dünyagörüşü, xasiyyəti, çevrəsində olan insanlara münasibəti haqqında bilgilər vermiş-dir.

Cəfər Cabbarlı haqqında yazılan xatirələrdə onun heç bir tənqidə cavab vermədiyi, cavabı yalnız qüvvətli əsərlər yaz-maqdan ibarət olduğu qeyd edilirdi. Rəsul Rza da ötən əsrin 40-cı, 50-ci illərində şifahi və yazılı hücumlara məruz qal-mışdı. O, vaxtilə yaxın münasibətdə olmuş böyük dramaturq kimi «bu sayaq yazılara ciddi reaksiya vermirdi, çünki nə sə-bəbə və kimlər tərəfindən fitvalandığını bilirdi. Amma ara-sıra polemik şeirlər və ayrı-ayrı misralarla onların bəzilərini cavab-sız da qoymurdu» [25, s.212]. Anar Rəsul Rzaya qarşı olan qə-rəzli yazılardan ətraflı bəhs edir, yazı müəlliflərinin imzasını göstərməsə də, onlar haqqında aydın təsəvvür yaradır. Müəllif yazır: «Rəsul Rza sağlığında ömür boyu «ədəbi mığmığalar» adlandırdığı nadan, cahil, paxıl və kinli adamcıqların hücum-larına məruz qalıb. Bu «ədəbi mığmığalar» şairin ölümündən sonra da onu sancmaqdan həzz alırlar. Yazıçılıq iddiasına düş-müş, amma bununçün nə istedadı, nə ağlı çatmayan bir qra-foman da uğursusluğunun səbəbini öz iqtidarsızlığında deyil gah Yazıçılar Birliyində, gah da onun rəhbərliyində axtarır» [25, s.511].

Anar ədəbi mühiti ictimai-siyasi hadisələr kontekstində təhlil edir, öz fikir və mülahizələrini bildirir. Əsərdə mühit, şair və insan obrazı uğurla canlandırılmış, həyat həqiqəti əha-təli və dolğun şəkildə əks olunmuşdur. Müəllif hələ 1981-1983-cü illərdə qələmə aldığı «Sizsiz» xatirə-romanında ata-anasının xəstəliyi, vəfatı ilə bağlı keçirdiyi mənəvi sarsıntıları, daxili dünyasının hiss və həyəcanlarını, iç dünyasının hər guşəsini, hər bucağını bütün incəlikləri ilə təsvir etmişdir.

Müasirləri haqqında yazılan xatirələr sırasında yazıçı, ədə-biyyatşünas-alim və pedaqoq Mir Cəlal Paşayevə (1908-1978)

200

Page 202: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

həsr olunmuş yazılar bu görkəmli şəxsiyyətin tanınmasında əhəmiyyətlidir. Ailə üzvlərinin, dostlarının, tələbələrinin xati-rələrində onun şəxsi keyfiyyətləri xoş rəftarı, səmimiliyi, sa-dəliyi, təvazökarlığı, nəcibliyi, qayğıkeşliyi, həssaslığı, təm-kinliyi, eyni zamanda işdə tələbkar və qanunpərəst olması, dərs demək manerası öz əksini tapmışdır. Qeyd edilməlidir ki, yazıçının əsərlərinin özü həyatdan alınmışdır. Professor Qara Namazov çox haqlı olaraq yazır ki, «o, mövzunu yaşadığı mü-hitin özündən, gündəlik təmasda olduğu insanlardan, onların həyat və məişətindən almış, onların özlərinə məxsus sadə və aydın bir dildə yazmışdır» [264, s.44].

Mir Cəlal haqqında yazılan məqalələrdə də ara-sıra onunla bağlı xatirələrə toxunulur, o, bir şəxsiyyət, bir insan, bir müəl-lim kimi səciyyələndirilir. Akademik Ağamusa Axundovun «Zamanın fövqündə» [264, s.241], akademik Fuad Qasımza-dənin «Mir Cəlal Paşayev şərqdə ədəbiyyat və fəlsəfənin, bədii təfəkkürlə fəlsəfi təfəkkürün vəhdəti haqqında» [264, s.299] məqalələri bu baxımdan daha çox diqqət çəkir.

Mir Cəlal Paşayev haqqında xatirələrdə memuar janrının və bu janra aid olan gündəliklərin əhəmiyyəti xüsusilə vurğu-lanır. Professor Teymur Əhmədov diqqəti bu cəhətə yönəldərək bildirir: «Ömürdən illər keçib. İndi təəssüflənirəm ki, gündəlik yazmamışam. Gündəlik ömrün salnaməsidir. Keçmişi xatırlayanda gündəlik insanın karına gəlir. Onun köməyi ilə hər şeyi yerli-yataqlı yada salırsan. Gündəlik xatirə yazan üçün əvəzsiz mənbədir» [164, s.55].

Görkəmli ədəbiyyatşünas, mətnşünas alim, tənqidçi, əmək-dar elm xadimi, professor Abbas Zamanov (1911-1993) haq-qında da yazılan xatirələrdə onun portret cizgiləri əks olun-muşdur. O, çox cəsarətli, mərd, sözünü açıq deyən bir insan, həqiqətsevən vətənpərvər idi. Bir şəxsiyyət kimi prinsipial, mübariz, humanist, həmçinin həssas, qayğıkeş, özünə qarşı həddən artıq tələbkar, dostluqda möhkəm, etibarlı və sədaqətli, qətiyyətli, əsl ziyalı, vətəndaş alim Abbas Zamanov tələbələrin

201

Page 203: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

yanında gənc müəllimləri ucalda bilirdi, onlara arxa-dayaq olurdu. Tələbələrinə isə sadəlik, əsl insanlıq dərsi keçirdi. «Tə-mizlik, düzlük, həqiqəti müdafiə etmək, haqqın tərəfini saxla-maq, ağır gündə dosta dayaq olmaq! Abbas müəllimin bu key-fiyyətləri ona bir insan kimi böyük nüfuz qazandırmışdı» [172, s.90].

Azərbaycan ziyalılarının ən gözəl keyfiyyətlərini özündə təcəssüm etdirən Abbas Zamanov dünyanın müxtəlif ölkələ-rində yaşayan soydaşlarımızla əlaqə saxlayıb İran, İraq, Tür-kiyə və başqa ölkələrin kitabxanalarını klassik və çağdaş ya-zarlarımızın əsərləri ilə, ədəbi jurnal və qəzetlərlə zənginləşdi-rirdi. O, məktublaşma işinə çox ciddi önəm verirdi. Ona gələn məktubları səliqə ilə yığır, ayrı-ayrı adamlara göndərdiyi mək-tubların da üzünü köçürüb saxlayırdı. 23 aprel 1958-ci ildə yazdığı bir məktubunun surətini Respublika Əlyazmaları fon-duna (indiki Əlyazmalar İnstitutuna) göndərmişdi. Məktub Mehdi Hüseynə ünvanlanmışdı. Məktub bu sətirlərlə başlayır: «Hörmətli H.Mehdi! Səninlə son dəfə görüşərkən Azərbaycan Sovet Yazıçıları İttifaqı İdarə Heyətinin martın 4 və 5-də keçi-rilən plenumunda etdiyin məruzənin bəzi yerlərilə razılaşma-dığımı və bu barədə mətbuatda yazacağımı demişdim. Bu mümkün olmadı. Görünür, heç kəs səninlə baş-başa vermək is-təmir. Buna görə şəxsi məktubla cavab verməkdən başqa yo-lum qalmadı. Mən sənə nə şəkildə olursa-olsun cavab verməli idim. Bu cavabı vermədən sakitləşə bilməzdim, çünki mən qa-pazlandıqca başımı aşağı əyib, növbəti qapazı soyuqqanlıqla gözləyənlərdən deyiləm» [268].

Məktubda Abbas Zamanovun şəxsi keyfiyyətləri mərd-liyi, bir şəxsiyyət və bir tənqidçı kimi daxili mədəniyyəti, heç nədən çəkinmədən həqiqəti deməsi açıq-aydın görünür. Öz ya-zılarında və mühazırələrində Mehdi Hüseyn haqqında nəsrimi-zin görkəmli nümayəndələrindən biri kimi, əməksevən, öz ya-radıcılığına tələbkar yanaşan bir yazıçı kimi danışan məktub müəllifi onu xırda hisslərdən əl çəkməyə çağırır.

202

Page 204: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Abbas Zamanov haqqında xatirələr kitabına «Abbas Zama-nov və müasirləri» adlı müqəddimə yazan akademik İsa Həbibbəyli müasirlərinin konkret bir sənətkar barəsində məqalələr və xatirələrin toplanıb nəşr olunmamasından gileylənir. Həqiqətən, Azərbaycan ədəbiyyatında bu mövzuda əsərlər rus və Avropa ədəbiyyatı ilə müqayisədə yetərincə deyil. Lakin son illər bu sahədə xeyli işlər görülmüşdür. Çox maraqlıdır ki, bədii-publisistik üslubda yazılan nümunələrdə də xatirələr əsas istinad mənbəyi olur. Bu mənada XX yüzil Azərbaycan mətbuatı və ictimai fikir tarixində görkəmli yer tutan, milli jurnalistikamızı idarəetmə və yaradıcılıq istiqamətlərində zənginləşdirən Nəsir İmanquliyevin həyatın-dan, yaradıcı fəaliyyətindən bəhs edən kitab özəlliklə dəyər-ləndirilməlidir. Kitabın müəllifi «Nəsir müəllimin həyatının və əməllərinin əbədiyyətə qovuşan silinməz izlərini meydana qo-ya» [99, s.43] bilən ömür tarixçəsindən başlıca məqamları se-çıb yazının üslubuna uyğun tərzdə təqdim etməyə müvəffəq olmuşdur. Peşəkar redaktoru yaxından tanıyan, onunla çalışan insanların elm və mədəniyyət xadimlərinin, ictimaiyyət nü-mayəndələrinin xatirələri onu həm şəxsiyyət, insanlara qayğı və məhəbbətlə yanaşan sadə, təvazökar, səmimi insan, həm də ləyaqətli ziyalı, ictimai xadim, gözəl tərcüməçi, böyük alim kimi səciyyələndirir. Eldar İskəndərzadənin, Rəşad Məcidin xatirələri öz səmimiliyi ilə diqqət şəkir. Bu xatirələrdə Nəsir İmanquliyevin şəxsi keyfiyyətləri daha aydın canlandırılmış-dır. Belə ki, xatirə müəllifləri onunla sıx təmasda olan insanlar olmuşdular. Xatirələrdə həmçinin Nəsir İmanquliyevin həyat və fəaliyyəti haqqında özünün söylədikləri də yer almışdır. Onun keçdiyi mənalı və şərəfli ömür yolu yeni nəsil jurnalist-lər üçün əsl məktəbdir. «Nəsir İmanquliyevin davranışları, yüksək ziyalı və pedaqoq mədəniyyəti böyük təsir gücünə ma-lik idi və yeni nəslin ləyaqətli inkişafı üçün sözlə ifadəsi çətin olan imkanlar açırdı» [99, s.133].

Nəsir İmanquliyevin 30 il ərzində rəhbərlik etdiyi «Bakı»

203

Page 205: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

və «Baku» axşam qəzetlərinin səhifələrində müxtəlif üslublu yazılarla yanaşı xatirələr də dərc edilirdi. İsmayıl Şıxlının, Mi-kayıl Abdullayevin Üzeyir Hacıbəyova həsr etdikləri «Dahi-yanə sadəlik», «Musiqidən başlanan tanışlıq» xatirələri bu qə-bildəndir. Müəllif bu xatirələri kitaba daxil etməklə sözügedən nümunələrin tarixin və şəxsiyyətlərin öyrənilməsində önəmini bir daha nəzərə çatdırmağa nail olmuşdur.

Xatirələr əksər hallarda şeirlə ifadə edilir. Sona Xəyalın xalq şairi Qabilin (1926-2007) ölümündən təsirlənərək qələmə aldığı şeirlərində şairin şəxsi keyfiyyətləri, əsərlərindəki ibrə-tamiz fikirlərin əsas məğzi, eyni zamanda müəllifin şairə olan səmimi münasibəti incələnir. Bu şeirlər bir növ nekroloq sə-ciyyəlidir. Qabil yaradıcılığı onun mənəvi dünyası ilə sıx bağ-lıdır. Onun saflığı, sadəliyi bütün yaradıcılığına hopmuşdur. «Qabil sənəti öz mövzüsunu həqiqətən canlı həyatdan, müşa-hidələrdən, konkret hadisələrdən alan poeziyadır. Xalqın tari-xinə, bugününə yaxından bələdlik, sadə adamlarla asanlıqla qaynayıb-qarışmaq istedadı onun şeirinin səmimiyyət qaynağı-dır» [130, s.19]. Ömrünün son illərində yazdığı şeirlərinin ək-sər hissəsi vəsiyyət idi. «Oğlum Mahirlə otuz ildən sonra söh-bət», «Çadırlara alışmayın», «Cümə axşamı», «İnanmaq az-dır» və digər bu kimi şeirlərində onun həyat, ölüm haqqında fi-kir və mülahizələri cəmlənmişdir.

Qabil haqqında yazılan xatirələrin əksəriyyəti məqalə şək-lindədir. Müəlliflər onunla birgə keçirdikləri günləri, saatları xatırlamaqla yanaşı yaradıcılığına toxunur, əsərlərindən bəhs edir, bir şair kimi ədəbiyyatımızda tutduğu mövqeyi səciyyə-ləndirirlər. Xalq şairi B.Azəroğlunun, f.e.n. M.Sadıqovanın ya-zıları bu qəbildəndir. Qabilin lirik əsərlərində real həyatın ini-kasının əsas yer tutmasını bildirən Balaş Azəroğlu yazır: «Şairin həyatda gördüklərini, müşahidə etdiklərini bədii əsər səviyyəsinə qaldırmaq hünəri onun 1946-cı ildə yazdığı «Qara tütün ləkəsi» adlı, bədii cəhətdən çox yetkin və təsirli şeirin-dən başlayıb sonralar yazdığı şeirlərində, xüsusilə «Səhv dü-

204

Page 206: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

şəndə yerimiz» kimi çox qiymətli və dillərə düşmüş əsərində özünü göstərməkdədir» [130, s.36]. Şairin «Mərsiyə»si isə 1990-cı ilin 20 yanvarında Sovet Ordusunun Bakıda törətdiyi qırğınlarda şəhid olan oğul və qızlarımıza həsr olunmuşdur.

Tutulub vahimədən nitq bu gün, dil bu səhər, Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər, Bakı fəryad eyləyir, gözdən axır sel bu səhər, Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər. Gecəni atəş ilə qırmızı qan eylədilər, Xalqımı-millətimi gülləbaran eylədilər [130, s.126].

Yalnız «Mərsiyə» deyil, digər əsərləri də şairin həyat həqi-qətinə sadiqliyini əyani surətdə sübuta yetirir.

Qabil haqqında yazılan xatirələr sırasında şair İsa İsmayıl-zadənin 1996-cı ildə qələmə aldığı təəssüratları əhatəliyi, ge-nişliyi, dolğunluğu ilə diqqət çəkir. Xatirə müəllifi şairin həm zahiri portretini, həm də daxili aləmini, mənəvi keyfiyyətlərini hərtərəfli işıqlandırmağa nail olmuşdur. Müəllif eyni zamanda Qabil yaradıcılığının incə məqamlarına toxunur, bir sıra şeirlə-rini incələyir. İsa İsmayılzadə 35 il ərzində tanıdığı, sevdiyi bir insanı öz xatirələri ilə oxuculara tanıtmağa çalışır və buna mü-vəffəq olur. Professor Tofiq Hacıyev Qabilin xislətindəki nəsimiçiliyi nəzərə çatdıraraq fikrini belə izah edir: «Qabilin mənliyini, vətəndaşlıq xislətini özlüyümdə təhlil edərkən həmişə düşünmüşəm ki, onun məhz Nəsimi haqqında poema yazması təsadüfi deyil. Əgər yaradıcılığına bələdliyə qalsa, hələ poemanı yazmamışkən yəqin ki, Qabil Füzulini daha yaxşı bilərdi. Hesab edirəm ki, Qabili cəlb edən Nəsiminin tarixi iradəsi, məslək döyüşçüsü olması olub. Ölümlə üz-üzə durarkən də Nəsimi qayəsini dəyişmədi, Əli Kərim demişkən, qaşlarını bir vergül qədər çatmadı. Bu xasiyyət Qabilin yaradıcılıq tərcümeyi-halına doğmadır... Qabil deməli olduğu sözü heç vaxt saxlamayıb» [130, s.172]. Xasiyyətindəki düzlük, sözü açıq deməsi, mərdi-mərdanəliyi, əliaçıqlığı, ürəyiyumşaqlığı şair Qabili bir insan kimi səciyyələndirən

205

Page 207: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

cəhətlərdir. Xatirə müəllifləri onu dostsevən, qədirbilən, qayğıkeş, həssas, səmimi, sadə bir insan kimi yada salırlar. Ürəyi mərhəmətdən yoğrulmuş bu insan Fikrət Sadıqın sözləri ilə desək, «qılıqlı, mehriban, zarafatcıl, həyat aşiqi idi» [130, s.55]. Qabilin xasiyyətinin heç kəsə bəlli olmayan xüsusiyyətləri Azər Abdullanın, əsl insan, əsl dost, əsl şair, həm də səxavət əhli olması Balasadıqın xatirələrində can-landırılır. Tələbə yoldaşı M.Qocayev Qabillə birgə oxuduğu institut illərinə qiyabi ekskurs edir, tələbəlik illərinin şirin xa-tirələrini yada salır, onun hələ o dövrdə bilikli, bacarıqlı, iste-dadlı olduğunu vurğulayır. Oğlu Mahirin xatirələrində şairin yubileyləri ilə bağlı təəssüratları, ölüm və həyat haqqında dü-şüncələri öz əksini tapmışdır. Xatirələrdə Qabil ata, şəxsiyyət, şair, vətəndaş kimi xarakterizə olunur, həyatının Heydər Əli-yevlə bağlı xoş xatirələri işıqlandırılır. Qabil özü xatirələri çox gözəl dəyərləndirirdi.

Xatirələr ömrə bəzək, İnci-inci, çiçək-çiçək. Yellər əsər, can üşüyər, Xatirəsiz qalsa ürək [130, s.146].

Xalq yazıçısı Yusif Səmədoğlu (1935-1998) xatirələr yaz-masa da gündəlik qeydlərini edirdi. Onun haqqında tanınmış ədəbiyyat və incəsənət xadimlərinin xatirələri, məqalələri, nekroloqları bu böyük insanın bir şəxsiyyət, bir yazıçı kimi xa-rakterizə olunmasında müstəsna əhəmiyyətə malikdir. Anar, Vaqif Səmədoğlu, Nəriman Həsənzadə, Tofiq Abdin, Afaq Məsud, Azər Abdulla yazıçı haqqında yazdıqları nekroloqlarda xatirələr yada düşür, aristokrat və ziyalı, büllur kimi pak, qəlbi hər cür həsəddən, kin-küdurətdən xali olan, mərhəmətli, xeyir-xah, eyni zamanda cəsarətli, qorxmaz, mehriban, gülərüz, hə-yatsevər insan göz önündə canlanır. O, öz alicənab təbiətinə, mənəvi zənginliyinə görə digərlərindən fərqlənirdi. Dosta çox etibarlı idi. Gözütoxluq, əsilzadəlik onun xarakterinin əsas cəhətləri idi. Yusif Səmədoğlu «ədəbiyyatda bir şeyi dəqiqləş-

206

Page 208: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

dirdi: cild-cild yazı yazıb yazıçı olmaq olmaz. Bu dünyada bir Yazıçı, bir Sənətkar kimi qalmaq üçün çox yazmaq şərt deyil, gözəl yazmaq şərtdir» [265, s.22]. Bu sətirlər Tofiq Abdinin Yusif Səmədoğlu haqqında nekroloqundan götürülmüşdür. Kamil Vəliyev isə «Qətl günü» romanının məziyyətlərindən bəhs edərək yazır: «Həyatın və insanın bədii idrakı baxımın-dan «Qətl günü» romanının ədəbiyyatımızda hadisə olması 60-cı illər nəsrinin yüksəlişini əks etdirən yeni bədii nailiyyət kimi oxucuları ürəkdən sevindirdi... Mifik zamanla, hardasa konkret və hardasa mücərrəd qədim zaman, yaxın tarixi keç-mişlə müasir həyat üzvi şəkildə bağlanmışdır. Ayrı-ayrı za-manların dəyişməyən həqiqətlərini üzə çıxaran yazıçı insanın mənəvi dəyər meyarını: xeyir və şəri, işıq və zülməti, cəsarət və qorxaqlığı, ədalət və istismarı, gözəllik və eybəcərliyi, hə-yat və ölümü... canlı lövhələri unudulmaz insan xarakterləri ilə qarşı-qarşıya qoymuşdur. İşığın, xeyrin, cəsarətin tərəfində da-yanan yazıçı idealı həyatın gözəlliyini, ölümsüzlüyünü təsdiq edir. Bu təsdiq böyük etiraf və sənətkarın bədii obrazlarla təs-diq etdiyi fəlsəfi düşüncələrinin yekunu kimi ibrətamizdir» [265, s.106].

Yusif Səmədoğluna həsr olunmuş bəzi xatirələrdə əsərləri haqqında mülahizələrə, bəzi məqalələrdə isə yazıçı ilə bağlı xatirələrə toxunulur. Anarın məqalələri xatirə örnəklərinin zənginliyi ilə diqqət çəkir. Xatirələrin əksəriyyətində insan, həyat, ölüm haqqında fikirlər əks olunmuşdur. Yusif Səməd-oğlunu klassik ziyalı tipinin mükəmməl, nümunəvi təcəssümü kimi qiymətləndirən Arif Əmrahoğlu XX əsr Azərbaycan nəs-rinin parlaq nümunələrindən olan «Qətl günü» romanını yazı-çının əbədiliyi adlandırır. Çingiz Abdullayev onu xalqını və torpağını sevən prinsipial şəxsiyyət kimi dəyərləndirir. Yaqut Dilbazinin yaddaşında Yusif Səmədoğlu gözəl görkəmli, zövq-lə geyinən, nurani sifətli, yaşamaq-yaratmaq eşqi ilə yaşayan bir insan kimi qalmışdır. Xəlil Rza Ulutürkün tərtib etdiyi gün-dəlik qeydlərində Yusif Səmədoğlu, «Qətl günü» romanı, ro-

207

Page 209: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

manın müzakirəsi ilə bağlı sətirlər, həmçinin memuaristin özü-nün yazıçıya, əsərlərinə münasibəti haqqında fikirlər vardır ki, bunlar da xatirələrdə canlandırılmışdır. Son dərəcə yüksək zi-yalı mədəniyyətinə və böyük vətənpərvərlik duyğusuna malik, gözəl, nəcib, xeyirxah və səmimi bir insan olması Yusif Sə-mədoğlunu çoxlarının sevimlisinə çevirən xüsusiyyətlər ol-muşdur.

Yazıçı bədii əsər yazarkən «ədəbiyyatın qanunlarına riayət etməli, faktları, hadisələri bədii təxəyyülün süzgəcindən keçir-məli, obrazın daxili aləminə sirayət etməli, canlı xarakterlər yaratmalıdır» [67, s.108]. Xatirə müəllifindən isə bunlar heç də tələb olunmur. O, yaşadığı həyatı olduğu kimi, gördüyü kimi, bəzən də arzuladığı kimi təsvir edir. Bədii əsərlərdə hə-yat həqiqətinin əks olunmasına böyük önəm verən yazıçı Meh-di Hüseyn İsmayıl Şıxlının (1919-1995) ilk əsərlərini oxuduq-dan sonra demişdi ki, özünü çətinliyə salma, cəbhə yoldaşla-rını yadına sal, necə vuruşduğunu xatırla, təmtəraq axtarma-dan, gərgin süjet xətti qurmaq üçün süni yollar seçmədən yaz-mağa çalış. Belə etsən, yazdığın hekayələr xoşa gələcək. Əgər belə etməsən, bilmədiyin həyatdan yazsan, heç nəyə müvəffəq olmayacaqsan.

Bu sözlər bütün yaradıcılığı boyu İsmayıl Şıxlının devizi olmuşdur. Onun «müharibə mövzusunda yazdığı əsərlərində güclü bir avtobioqrafizm vardır. Bunların hamısında yazıçının özü bu və ya digər dərəcədə bir obraz kimi iştirak edir. «Cəbhə yolları» povestinin süjetində isə müəllifin bioqrafiyası əsas yer tutur» [113]. Yazıçı özü «Cəbhə yolları» əsərində nəzərə çat-dırmışdı ki, mən hər gün gördüyüm və başıma gələn işləri dəf-tərimə qeyd edirdim və çalışırdım ki, heç nəyi artırıb əskiltmə-yim. Xatirələrində də gündəlik tərtib etdiyini qeyd edən müəl-lif müharibədən sonrakı dövrün ab-havasını təsvir edərək ya-zır: «O illərdə yazmağa mövzu çox idi. Amma yazmaq çətin idi. Mənim cəbhədə gördüklərimi qələmə alsan qurtaran deyil-di. Davaya gedəndən qayıdana qədər odun-alovun, palçığın-hi-

208

Page 210: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

sin içində gündəliklər yazmışdım. Onun hər səhifəsindən, hər epizodundan bir əsər yazmaq olardı» [232, s.89].

İsmayıl Şıxlının tərcümeyi-halı Nahid Hacızadənin onun haqqında yazdığı xatirələrdə [103] özünə yer almışdır. Müəllif əsərinə İsmayıl Şıxlının özünün Səməd Vurğun, Mehdi Hü-seyn, Böyükağa Qasımzadə haqqında yazdığı xatirələri də da-xil etmişdir. Bunlardan bəziləri Nahid Hacızadənin özünün oxuduğu, bəziləri isə yazıçının ona şifahi danışdığı xatirələr-dir. Xatirələrin əksəriyyəti müəllifin şahidi və iştirakçısı oldu-ğu hadisələr əsasında qələmə alınmışdır. İsmayıl Şıxlı haqqın-da söylənənləri daha əhatəli, daha dolğun təqdim etmək üçün Nahid Hacızadə yazıçı Afaq Məsudun İsmayıl Şıxlı haqqında mətbuatda dərc olunan xatirələrindən, Mehdi Hüseynin «Azər-baycan» jurnalında nəşr olunan açıq məktubundan da yararlan-mışdır. İsmayıl Şıxlının dünyagörüşü, şəxsi keyfiyyətləri, tanı-dığı, ünsiyyətdə olduğu insanlar haqqında fikir və düşüncələri xatirələrin əsas məğzini təşkil edir. Yazıçının bir sənətkar kimi, bir şəxsiyyət kimi təkrarsız olması, yaradıcılığı ilə şəx-siyyətinin bir-birini tamamlaması onu tanıyanların yaddaşında həmişəlik həkk olunmuşdu. Qeyd olunmalıdır ki, yazıçılar, sə-nət adamları haqqında belə xatirələr tanınmış insanların görün-məyən tərəflərini, xarakterini, mənəvi keyfiyyətlərini aydınlaş-dırmaqda faydalı və önəmlidir.

Ədəbiyyatşünas Məsud Əlioğlu insan, mühit və həyat ha-disələrini şərh edərək çox haqlı olaraq belə nəticəyə gəlir ki, «ictimai həyatın keşməkeşləri və dövranın təzadlı halları aqil və arif insanın nəzərində bir ibrət səhnəsidir. Həyat hadisələ-rinə fəal müdaxilə etdikcə, insan məhkumluğun, çarəsizliyin və məhdudiyyətin doğurduğu əzablardan qurtuluş yolu tapır. Acizlik və miskinlik kimi ötəri-zəif hallar insan təbiətini tərk edir. Ağılla qəlbin vəhdətindən doğan hərarət naqis əməlləri, riyakar məqsədləri və murdar ehtirasları əridib yoxa çıxaracaq-dır. Yaxşılıq, doğruluq və ədalət kimi ülvi keyfiyyətlər bu dün-yaya insanla birlikdə, insan əməlində və insan arzularında gəl-

209

Page 211: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

mişdir. İnsan yaxşılıq sözündə daha qüvvətlidir. İnsan gözəllik sözündə daha cazibəlidir. İnsan məhəbbət sözündə daha məna-lıdır. Yaxşılığı bacarmaq istəyi dünyanı çirkinlikdən xilas edə-cəkdir» [77, s.53].

İnsan yaşa dolduqca bir tərəfdən xatirələr ona daha əziz və şirin görünür, digər tərəfdən sevə-sevə oxunan əsərlərin müəl-liflərinin həyatı, xasiyyəti, arzuları ilə tanışlıq ədəbiyyat və mədəniyyətimizin tarixi ilə məşğul olan araşdırıcılar üçün dəyərli qaynaqdır. Xatirələrin əhəmiyyətini nəzərə çatdıran Mir Mehdi Seyidzadə qeyd edir ki, «son illər təbii bir hiss məni narahat edirdi. Bu hiss şahidi olduğum ədəbi hadisələr, müşahidə etdiyim görkəmli şəxsiyyətlərin həyatı haqqında xatirələrimi qələmə almağa məni həvəsləndirdi» [217, s.20]. Bu həvəs Hüseyn Cavid, Abdulla Şaiq, Yusif Vəzir Çəmənzə-minli, Seyid Hüseyn, Nazim Hikmət, Səməd Vurğun, Mikayıl Müşfiq, Yusif Məmmədəliyev, Mehdi Hüseyn və başqaları haqqında xatirələrin yazılmasına şərait yaratmışdır.

Xatirələr nəinki ənənəvi memuar hekayələrində, eləcə də son dərəcə müxtəlif digər uyğun yazılarda, həmçinin müəyyən dövr xatirələrinin real çoxluğunda mövcuddur. Elə insanlar arasında ikitərəfli əlaqələri həyata keçirən şəxsi yazışmalarda bunlar çox vaxt məktub müəllifinin müasir dövrdə marağa sə-bəb ola bilən məlum keçmiş hadisələr haqqında hekayəsinə çevrilir. Memuar mətnlərini xidməti təyinatlı rəsmi sənədlərdə, nekroloqlarda, tənqidi məqalələrdə, oçerklərdə, müsahibələrdə asanlıqla tapmaq olar. Jurnalist Tofiq Abdinin tanınmış sənət-karlar: Hökumə Qurbanova, Ələddin Abbasov, Azərbaycanda ilk caz ifaçılarından olan Pərviz Rüstəmbəyov, qırx beş il xor-da oxuyan müğənni Leyla Hüseynova, Azərbaycanda ilk or-qançalan qadın Zəhra Cəfərova və xarici sənətkarlar haqqında yazdığı oçerklərinin bir çoxunun əsasını müxtəlif xatirə nü-munələri təşkil edir. Məsələn, P.Rüstəmbəyov haqqında yazıda [3, s.37] («Hər şey yaxşı olacaq») müəllif onun yaxınlarının anası Münəvvər xalanın, bacısı Fəridə xanımın, vaxtilə onunla

210

Page 212: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

əməkdaşlıq etmiş bəstəkarların, ifaçıların Tofiq Quliyevin, İsmayıl Kələntərovun xatirələrindən istifadə etmişdir. «Cahan-dar ağa və Ələddin Abbasov» oçerkində [3, s.21] isə müəllifin aktyorla müsahibəsi verilir. Bu müsahibə əsnasında xatirələr çözələnir, aktyor Cahandar ağa roluna, eləcə də müxtəlif film-lərdə necə çəkilməyindən, sənət dostları haqqında xatirələrin-dən bəhs edir. Nəzərə çatdırmaq lazımdır ki, aktyorlar, teatr xadimləri haqqında yazılan əsərlərdə xatirələrə geniş yer verilir. Bu da sənədli nəsrin mütəxəssislər, eləcə də geniş oxucu kütləsi tərə-findən maraqla qarşılanması ilə əlaqədardır. Görkəmli teatr və kino xadimi, xalq artisti Rafiq Əzimova həsr olunmuş kitab [205] belə nümunələrdəndir. Aktyorun keçdiyi sənət yolunu izləyən müəllif kitabda xatirələrə geniş yer ayırmışdır. Tanın-mış mədəniyyət və incəsənət xadimlərinin Mərahim Fərzəli-bəyov, Ağakişi Kazımov, Kamal Xudaverdiyev, Yaşar Nuri, Aqşin Babayev və başqalarının xatirələrində Rafiq Əzimov sə-mimi, qayğıkeş və təmkinli insan, gözəl ailə başçısı, öz işinə ciddi və dəqiq yanaşan aktyor kimi səciyyələndirilir. Mətbuat səhifələrində dərc olunan nümunələr, müsahibələr aktyorun həyatına və səhnə fəaliyyətinə ayrıca rəng əlavə edir. Rafiq Əzimovun «Yeddi oğul istərəm» filmi ilə bağlı xatirələri isə bu filmin ekran taleyi ilə əlaqədar bir çox maraqlı və yaddaqalan anları canlandırır. Elə yaradıcı insanlar var ki, onların ömür yolu qısa olmuş və bu səbəbdən xatirələr yazmağa macal tapmamışlar. Lakin onların yaradıcılığına nəzər yetirdikdə memuar əlamətlərini sezmək olar. Şair Əli Kərim (1931-1969) məhz bu sıradandır. Onun şeirlərində tərcümeyi-hal örnəkləri üstünlük təşkil edir. Şairin «Fraqmentlər», «Atamın xatirəsi», «Qış günündə», «Vəsiyyət» və s. əsərləri bu qəbildəndir. Atasının xatirəsinə həsr etdiyi şeirdə avtobioqrafizm özünü daha qabarıq biruzə verir.

O, sərt idi. Səhər dərsə tələsəndə mən

211

Page 213: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Bildirməzdi yolda durub boylandığını. Bircə dəfə söz açmazdı qəlbindəkindən, Söyləməzdi övlad üçün çox yandığını.

Gizli-gizli məni süzüb gülərdi bəzən, Durub-durub güc gələrdi əyri qəlyana. Övladına bircə dəfə «can» söyləməkdən Övlad üçün can verməyi asandı ona.

Moskvada oxuyurdum, Tərk etdi məni. Gələn zaman bir əbədi ayrılıq dəmi Gah istəyib məni görə. Gah deyib ki, mən Qoy bilməyim. O utanıb öz ölümündən. Ah, o niyə belə etdi, bu nə qubardı? Nə zamansa bu nişanda bir atam vardı [76, s.29].

Tərcümeyi-hal örnəkləri ilə yanaşı Əli Kərimin demək olar ki, bütün əsərlərində müəllif şəxsiyyəti ön plandadır. Əsərlə-rində hiss və həyəcanları, həyata və insanlara baxışı, dünyagö-rüşü, bir sözlə mənəvi dünyası əks olunmuşdur. Yaradıcı in-sanlar ölmürlər, onlar yalnız dünyasını dəyişir. Çünki onların yaratdığı xalqa qalır. Xalq varsa, yaşayırsa, yaradıcı insanlar da yaşayır. Onlar haqqında yazılan xatirələrdə daxili dünyaları bütün incəlikləri ilə açıqlanır, oxuculara məlum olmayan şəxsi keyfiyyətləri bütün çalarları ilə təsvir olunur. Bu baxımdan publisist Feyzi Mustafayevin Əli Kərim haqqında xatirələri xeyli maraq doğurur. Məzmun və formasına görə diqqət çəkən xatirələr müxtəlif illərdə qələmə alınmışdır. Müəllifin fikrincə, hər şeyi öyrənib bitirdikdən sonra əsəri yazmaq süniliyə gəti-rib çıxarardı. Xatirələrdə Əli Kərimin mənəvi keyfiyyətləri bü-tün çalarları ilə öz əksini tapmışdır. O, təvazökar, daxilən qü-rurlu, sadə, sakit təbiətli, saf bir insan idi. Sevdiyi şairlərin gö-

212

Page 214: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

zəl misralarını yadda saxlamağa çalışardı, hamının bu misrala-rı eşitməsini istərdi. Xatirələrdə memuaristin lirik düşüncələri, şairin yaradıcılığı haqqında fikirləri, uzun illər keçdikdən son-ra duyduqları və hiss etdikləri özünə yer almışdır. O, Əli Kə-rim şeirlərini təhlil edir, onlara bu günün nöqteyi-nəzəri ilə baxır, şairin əsərlərində həyat həqiqətinin əks olunduğunu vur-ğulayır.

Xatirə yazanın əsəblərinin möhkəm olmasını qeyd edən Feyzi Mustafayev haqlı olaraq bildirir ki, «adam çox yerdə qə-ləmi yerə qoyub kədərə təslim olur. Adam çox yerdə öz-özünə deyir: «Yox, bacarmıram, danışa bilmirəm. Yaza bilmirəm» [171, s.11]. Bu, həqiqətən də belədir. Xatirə yazarların əksə-riyyəti, xüsusilə haqqında danışılan şəxslə yaxın münasibətdə olanlar bu hissləri keçirirlər. Əli Kərim haqqında yazmağa mü-əllifə haqq verən, özünün qeyd etdiyi kimi, onunla yaxından tanışlığı yox, ona olan məhəbbətidir. Xatirələrin hər sətrində Əli Kərim şəxsiyyətinə, Əli Kərim poeziyasına məhəbbət du-yulur. Xatirələr əvvəldən sona qədər səmimiyyətdən yoğrul-muşdur. Bu səmimiyyət, bu məhəbbət oxucunun da qəlbinə hakim kəsilir. Çox maraqlıdır ki, Feyzi Mustafayev Əli Kərim-lə tanış olduğu üç ildə həyatına aid hər bir məsələni bildiyini zənn edirdi. Lakin Əli Kərimin ömür-gün yoldaşı ilə etdiyi söhbətlər zənnində yanıldığını göstərir. Bununla belə, müəlli-fin söylədikləri Əli Kərimi müxtəlif yönlərdən tanımaqda çox dəyərli məlumatlar verir. Şairlə bağlı günlərinə, görüşlərinə görə həyatını qiymətli hesab edən müəllif onun danışıqlarını, sözlərini olduğu kimi xatirələrinə daxil etmişdir. Bu söhbətlər həm memuaristin özünün eşitdiyi, həm də Əli Kərimlə ünsiy-yətdə olan, onu müşahidə edən insanların dilindən alınmışdır. Onunla bağlı əhvalatlardan birini nəzərə çatdırmaq maraqlı olardı: «Bir dəfə Yazıçılar İttifaqının katiblərindən biri Əli Kə-rimi yanına çağırıb deyir:

Əli, bala, sənə Montin qəsəbəsində ev vermək istəyirik. Oraya avtobus da işləyir, tramvay da, trolleybus da. Səninçün

213

Page 215: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

yaxşı olar, razısanmı? Əli Kərim deyir: Ona qalsa, Moskvaya da təyyarə işləyir. Yaxşı, get, başa düşdüm» [171, s.46].Müxtəlif illərdə qələmə alınmasının nəticəsi olaraq xatirə-

lərdə bir qədər pərakəndəlik hiss olunsa da əsərin məziyyətlə-rinə xələl gətirməmişdir.Müəllif vaxtilə Əli Kərimdən ayrılan kimi onunla görüşü barədə qeydlər aparırdı. Məhz bu qeydlər sonrakı illərdə xatirələrin yazılmasında əsas istinad mənbəyi olmuşdur. Bununla belə, memuarist əsəri yazarkən əsasən yad-daşına güvənmişdir. O çalışmışdır ki, Əli Kərimin söhbətlə-rini, hərəkətlərini dəqiqliklə versin. Bu söhbətlər memuaristin həm şahidi olduqlarından, həm də Əli Kərimin yaxınlarından eşitdiklərindən qaynaqlanmışdı. Xatirə müəllifi əsərə şairin ya-xın qohumları, dostları ilə müsahibələrini daxil etmişdir ki, bunlar da Əli Kərim həyatının yaddaqalan, önəmli, sevincli-kədərli məqamlarını işıqlandırmaqda önəmli mənbələrdir. Mü-sahibələr Əli Kərimi bir şəxsiyyət, bir insan, bir ata, bir həyat yoldaşı, bir qardaş kimi tanıtdırır. Şairin bacısına, həyat yolda-şına yazdığı məktublar da bu cəhətdən diqqət çəkir. Yaxın dostu Altay Məmmədovun Rəsul Rzaya ünvanladığı məktub isə əvvəldən sona qədər Əli Kərim haqqındadır. Məktubda müəllifin Əli Kərimi xalqının oğlu kimi sevməsi və onun bir dost kimi qayğısına qalması göstərilmişdir.

Feyzi Mustafayev xatirələri yazarkən Əli Kərimin Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət arxivindəki şəxsi fond sənədlərindən də yararlanmışdır. O, sənədlərin əksəriyyəti haqqında məlumat vermiş, məktublardan, yarımçıq qalmış əsərlərindən nümunələr gətirmiş, şairə verilən hədiyyə-kitab-lardakı avtoqrafları nəzərə çatdırmış, tanınmış insanların onun yaradıcılığı haqqında qiymətli fikirləri yazıya almışdır. Əli Kərimin əlyazmaları arasında nəşr olunmamış avtobioqrafik səciyyəli əsərləri vardır. Feyzi Mustafayev yazır: «O, «Xatirə-lər» adlı əsərini «Həyat səhifəsi» adlandırıb. Yazı doğrudan da

214

Page 216: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

həyat səhifəsidir. Bilmirəm o bilərəkdən hər şeyi açıq yazıb, yaxud fikirləşib ki, adları dəyişməklə yazıya sünilik gətirər. Burada Əli vaxtilə sevdiyi qızla yol getməyin sevincini, bu işdə dostlarının ona necə kömək göstərmələrini təsvir edir. Hər şeyi necə olubsa, elə də yazıb. Başqaları üçün bu hekayədir, amma Əlini tanıyanlar üçün isə onun özünün məhəbbət tərcü-meyi-halı» [171, s.117].

Diqqətəlayiq haldır ki, Əli Kərim görkəmli adamların gün-dəliklərini, onların həyatına aid kitabları daha çox oxuyardı. Görünür, şair həyat həqiqətini doğru-dürüst əks etdirən bu kimi əsərlərin önəmini dəyərləndirirdi. Əli Kərim haqqında yazılan xatirələr də bu baxımdan çox qiymətlidir. Xatirələr həm Əli Kərimin mənəvi dünyasını, həm də yaradıcılığının ayrı-ayrı məqamlarını öyrənməkdə əvəzsiz mənbədir.

Yazıçı Hüseyn Abbaszadənin Azərbaycan ədəbiyyatının və mədəniyyətinin görkəmli nümayəndələri Səməd Vurğun, Rə-sul Rza, Məmməd Arif, Mikayıl Rəfili, Cəfər Cəfərov, Üzeyir Hacıbəyov, Qara Qarayev, Mehdi Məmmədov, Adil İsgəndə-rov, Səttar Bəhlulzadə və başqaları haqqında yazdığı xatirələr kitabı ilə bağlı akademik Bəkir Nəbiyev sözügedən insanların dövrünü və mühitini, ictimai fəaliyyətini və yaradıcılığını, xarakterini öyrənməkdə xatirələrin əvəzsiz vasitə olduğunu göstərərək yazır: «... həcmindən asılı olmayaraq, hər bir xatirə görkəmli simaların həyat yoluna, maraq dairəsinə, psixolo-giyasına, obrazlar aləminə məhz xatirə müəllifi tərəfindən açılan kiçik bir pəncərədir. Bütün bu deyilənlər müəllifin həmin pəncərədən baxdığı bucaq altında görünür. Bəlkə də elə buna görə hər bir xatirə yazandan sənəd-sübut tələb etməyə oxucunun mənəvi haqqı yoxdur. Lakin səmimi, bədii yazılmış ən yaxşı bir xatirə müəyyən məqamda həm də mətbuatda dərc olunmuş məktublaşmalarda öz əksini tapmış, yaxud rəsmi sənədlərdə təsbit olunmuş konkret faktlara da əsaslanırsa, bu həmin xatirənin məna və əhəmiyyətini, ilk növbədə mötəbərlik dərəcəsini, şübhəsiz ki, xeyli artırır» [185].

215

Page 217: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Qeyd edildiyi kimi, xatirələrdə əsas yeri yaddaş tutur. Əgər hər hansı bir danışıq həmin dəqiqə kağıza köçürülmürsə, illər keçdikcə onun hərfi konkretliyi tam dəqiqliyi ilə yadda qala bilməz. Xarici aləmin heç bir hadisəsi memuaristə bütün də-qiqliyi ilə məlum ola bilməz. O, həmin hadisələri yalnız duya bilər. Buna görə də bəzi müəlliflər özlərinin avtobioqrafik və memuar əsərlərində bu təsir altına düşürlər. «Tarix kimi xatirə də həqiqətin işığıdır, buna görə xatirə müəllifi hadisələri müm-kün qədər dəqiqliyi və təfərrüatı ilə bərpa etməlidir» [101]. Bu mənada gündəliklərin əhəmiyyəti əvəzsizdir.

XX yüzil Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Xəlil Rza Ulutürk (1932-1994) 1962-ci ildən ömrünün sonuna-dək gündəlik tərtib etmişdir. O, bu işin əhəmiyyətini vurğula-yaraq yazırdı ki, «gündəlik ürəyimin tərcümeyi-halıdır. Bu-na görə də hər kəsin, xüsusilə də, işi-peşəsi xalqın taleyi ilə bağlı olan adamların gündəlik yazması, zənnimcə, bir işdir. Amma düz yazasan. Düz də yazmaq həmişə olmur. Hər halda buna mümkün qədər səy etmək lazımdır» [79]. Xəlil Rza 300 cilddən artıq gündəliyin müəllifidir. Bunlar onun elmi-tarixi memuarları kimi dəyərləndirilir. «Elmi-tarixi memuar janrı XX əsr Azərbaycan ədəbi-ictimai fikrində Xəlil Rza Ulutürkün adı ilə bağlıdır. Onun memuarlarında XX əsrin 60-90-cı illər ədəbi prosesi, mübahisələr, müzakirələr və problemləri icti-mai-siyasi şəraitlə birlikdə yaşamaqdadır» [79].

Sənət adamları öz gündəlik, tərcümeyi-hal və xatirələrini çox zaman özünəməxsus şəkildə ifadə edirlər. Rəssam Səttar Bəhlulzadənin (1909-1974) gündəlik qeydləri buna misal ola bilər. İlk öncə qeyd edək ki, gündəliyində özünün və başqaları haqqında xatirələri vardır. Burada sənət və sənətkar haqqında maraqlı mülahizələr yürüdülür. Gündəlik rəngli qələmlərlə ya-zılmışdır. Səhifə qara qələmlə yazılmışdırsa, deməli rəssamın qanı qaradır. Qırmızı qələmlə yazılmışdırsa, deməli sənətkar yeni əsərlər meydana gətirmək əzmindədir. Yaşıl qələmlə ya-zılmışsa, demək o, təbiət təsvirləri yaratmaq eşqilə yaşayır.

216

Page 218: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Gündəliyin əksər səhifəsində rənglər harmonik şəkildə qarşıla-şır. Burada Səttar Bəhlulzadə gələcəkdə yaradacağı rəsmlərin eskizini də çəkmişdir.

Mədəniyyətimizin daha bir görkəmli nümayəndəsi, tarzən, əməkdar müəllim, əməkdar incəsənət xadimi Əhməd Bakıxa-nov haqqında tanınmış ədəbiyyat və incəsənət xadimlərindən Mirzə İbrahimov, Əkrəm Cəfər, Arif Məlikov, İlyas Tapdıq, Əfrasiyab Bədəlbəyli, Süleyman Ələsgərov, Zeynəb Xanlaro-va və digərlərinin yazdıqları xatirələrdə bu görkəmli sənətka-rın xeyirxahlığı, ürəkaçıqlığı kimi şəxsi keyfiyyətləri ilə yanaşı Azərbaycan musiqi sənətinin inkişafında, muğamların, xalq havalarının təbliğ olunmasında, musiqi kadrlarının yetişdiril-məsində göstərdiyi müstəsna xidmətləri işıqlandırılmışdır. «Nadir istedada, gözəl yaddaşa, virtuoz ifaçılıq məharətinə malik olan Əhməd Bakıxanov Azərbaycan klassik musiqisinin çoxəsrli irsinə əsl yaradıcı münasibət bəsləmiş, ömrünün 60 ilindən çoxunu xalq sənətimizin şifahi ənənələrini yaşatmağa və öyrənilməsinə həsr etmişdir» [222, s.11]. Bütün bu cəhətlər haqqında yazılan xatirələrdə əhatəli şəkildə əks olunmuşdur.

Başqaları haqqında yazılan xatirələr silsiləsində görkəmli füzulişünas-alim, qəzəlxan-şair Hacı Mail haqqında [5] qələmə alınan ürək sözləri də öz səmimiliyinə, məzmun və dəyərinə görə diqqət çəkən nümunələrdən sayıla bilər. Azərbaycanın görkəmli ziyalılarının, şairlərinin, sənətçilərinin, din xadimlə-rinin, dostlarının, qohumlarının, tələbələrinin, iş yoldaşlarının xatirələrində bu gözəl insanın alimliyindən, şairliyindən, saflı-ğından, nəcibliyindən, dostluğundan, xeyirxahlığından ürəkdo-lusu söhbət açılır. Kitabın tərtibçisinin hal-hazırda həyatda ol-mayan, lakin vaxtı ilə ayrı-ayrılıqda görüşdüyü tanınmış insan-larla Hacı Mail haqqında etdiyi söhbətlər xoş və təkrarsız xa-tirələrin yaranmasına gətirib çıxarmışdır. Kitabın bir özəlliyi də ondan ibarətdir ki, müəllif Hacı Mailin dilindən çıxan kə-lamları və zarafatları, «Divan»ından bəzi nümunələri, söylədi-yi rəvayət və hekayətləri, dostlarına etdiyi ithafları əsərə daxil

217

Page 219: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

etmişdir. Xatirələrdə Hacı Mail bir şəxsiyyət kimi hərtərəfli canlandırılmışdır.

Görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətlərinin öyrənil-məsində müsahibələrin mühüm əhəmiyyətə malik olduğu daha öncə söylənilmişdir. Görkəmli ədəbiyyatşünas-alim Abbas Za-manovun müsahibəsində [266] onun ağrılı-acılı uşaqlıq illəri, Böyük Vətən müharibəsi cəbhələrində keçirdiyi illər, mühari-bədən sonra təhsili və yaradıcılıq fəaliyyəti, həyatının ən çətin dövrləri qələmə alınmışdır. Müsahibədə həmçinin bu böyük şəxsiyyətin bir insan, bir alim kimi dünyagörüşü, arzu və istək-ləri öz əksini tapmışdır. «Xalq qəzeti»nin müxbiri Əlipənah Bayramovun bu müsahibəsi qəzetin 1992-ci il 6 noyabr sayın-da dərc edilmişdir. Müsahibəni Abbas Zamanovun ömür yolu-nun yığcam xatirəsi adlandırsaq bəlkə də yanılmarıq.

Çox vaxt müsahibələrdə xatirələr yada düşür, görkəmli si-maların həyat və fəaliyyətlərindəki maraqlı faktlar xatırlanır. Belə müsahibələrdən biri də Azər Turanın 2004-cü il yanvar ayının 9-da Turan Cavidlə apardığı söhbətdir. Bu «Son müsa-hibə»də [226, s.114] Hüseyn Cavid, Müşkinaz xanım, Ərtoğ-rul haqqında maraqlı məlumatlar verilir, dəyərli fikirlər söylə-nilir. Görkəmli müğənnilər haqqında bədii-publisistik yazıların müəllifi yazıçı Mustafa Çəmənlinin isə musiqişünas Vəli Məmmədovla apardığı müsahibəsində [51, s.88] ustad xanən-də Xan Şuşinski yada düşür. Nəzərə çatdırmaq lazımdır ki, Mustafa Çəmənli «Nəğməli xatirələr» [52] kitabında xanəndə Əbülfət Əliyevin sənət və ömür yolundan bəhs edərkən də mü-sahibələrdən yararlanmışdır. Əbülfət Əliyev Şuşa torpağında dünyaya göz açmışdır. Şuşanı daha dolğun təsvir etmək məq-sədilə yazıçı bu diyarın layiqli yetirməsi Yusif Vəzir Çəmən-zəminlinin xatirələrindən nümunələr gətirmişdir. Əsərdə Qara-bağın toy adətlərindən, Əbülfət Əliyevin on altı yaşından baş-layaraq Qarabağın toylarında çalıb-oxumasından, ölkədə və xaricdə verdiyi uğurlu konsertlərdən, bu səfərlərlə əlaqədar xa-tirələrindən, həmçinin dövrün gözəl ifaçılarından, böyük şəx-

218

Page 220: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

siyyətlərindən Xan Şuşinski, Bülbül, Seyid Şuşinski və baş-qalarından söhbət açılır. Müəllif əsərdə Əbülfət Əliyevin bacı-sı Məhbubə xanımın, bəstəkar Süleyman Ələsgərovun dediklə-rindən, dostların, tanışların, tanınmış musiqiçilərin, sənət dost-larının söhbətlərindən, xanəndənin arxivindəki sənədlərdən, dövri mətbuatda dərc etdirdiyi məqalələrindən, lent yazısına yazılmış, muğamatla, xanəndəlik sənətilə bağlı fikirlərindən, ömrünün müxtəlif çağlarının qəzetlərdə əks olunan fraqment-lərindən istifadə etmişdir. Qəzet səhifələrində, həmçinin bu muğam ustası haqqında xatirələr, onun ifaçılıq sənəti haqqında gözəl fikirlər özünə yer almışdır. Qarabağ musiqi məktəbinin yetirməsi olan Əbülfət Əliyevin şəxsi həyatı ilə bağlı sətirlər onun həyatının hamıya məlum olmayan tərəflərini aydınlaşdı-rır, eyni zamanda naməlum olduğuna görə də maraq doğurur. Ömrünün son günlərində xanəndə ilə kitabın müəllifinin müsa-hibəsi onun sənətə baxışını, sənətkara münasibətini, muğam haqqında fikirlərini işıqlandırmaqda yardımçı olmuşdur.

Məhz müsahibələrinin birində xalq yazıçısı İlyas Əfəndi-yev (1914-1996) xatirə yazmağın faydası barədə bunları söylə-mişdir: «... hər bir sənətkarın xatirələri bir tərəfdən yaradıcılıq laboratoriyasına nüfuz etmək üçün tədqiqatçılar və sıravi oxu-culardan ötrü çox mühüm mənbədir. Digər tərəfdən də qələm sahibinin tərcümeyi-halının, konkret bir dövrün ədəbi-mədəni həyatının və mühitin naməhrəm diqqətindən kənarda qalan tə-rəflərinin bərpası və öyrənilməsi baxımından əvəzsiz sənəd-dir» [78, s.66].

İlyas Əfəndiyevin özünün iri həcmli memuar əsəri olmasa da ayrı-ayrı şəxsiyyətlər haqqında xatirələri vardır. Bu xatirə-lərdə müəllifin haqqında danışdığı şəxslə şəxsi münasibətlərin-dən savayı həmin insanın ədəbiyyata, elmə, incəsənətə olan münasibəti incə çalarlarla vurğulanır, onun sənət aləmində mövqeyi, maraqlı fikirləri açıqlanır. Yazıçı Elçin yazır: «İlyas Əfəndiyev 80-ci illərin sonlarından etibarən mənim xahişimlə bir sıra xatirələr yazdı və elə bilirəm ki, o xatirə-esselərin onun

219

Page 221: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

yaradıcılığında xüsusi yeri var. Ona görə «mənim xahişimlə» deyirəm ki, İlyas Əfəndiyev ömrünün sonuncu günlərinə qədər daima yeni mövzular üzərində işləyirdi və onun xatirələr yaz-mağa, sadəcə olaraq, vaxtı yox idi. Bir də ki. xatirələr yazma-ğa o, bir az «yaradıcılıq sonu» kimi baxırdı və onun daim işlə-yən bədii təfəkkürü, bədii fantaziyalar aləmi belə bir «yaradı-cılıq sonu»nu heç vəcdlə yaxına buraxmırdı» [61, s.12].

Elçinin memuar janrında yazdığı əsərlərinə gəldikdə isə qeyd olunmalıdır ki, onun esseləri [62] xatirə örnəkləri ilə zən-gindir. Bunlar həm dünyasını dəyişmiş insanlar Cəlil bəy Bağdadbəyov, Abbas Zamanov, Aydın Məmmədov, Araz Da-daşzadə, həm də həyatda olanlar Anar, Əkrəm Əylisli, Polad Bülbüloğlu haqqında dost sözləridir. Memuarist Aydın Məmmədov haqqında yazılarına başqalarının xatirələrini də daxil etmişdir. Anarın 60 illik yubileyi ilə əlaqədar təbriklər müəllifin özünün də gözləmədiyi halda və özünün sözlərinə görə xatirəvari olur. Lakin bütün bunlara rəğmən yazını qeyd-şərtsiz memuar janrına aid etmək olar. Elçinin ədəbiyyatla bağlı bir çox yazıları, eləcə də gündəlik tipli ədəbi qeydləri isə özünün «Ədəbi düşüncələr»ində toplanmışdır. Fikir və mülahizələrdə bəzən yazıçının özünə qarşı tənqidi münasibətini görmək olur. («Ordubadi kimdir?»). Qeydlərin əksəriyyətində xatirələr çözələnir, dövrün tanınmış şəxsiyyətləri ilə görüşlər yada düşür. («Təəssüf»). «Mərdlik (Cəfər Cəfərovla son görüş)» adlandırdığı yazı isə görkəmli teatr tənqidçisi haqqında ağrılı-acılı xatirələrdir. Bütün hallarda qeydlərdə müəllif şəxsiyyəti ön plandadır, çünki bu qeydlər Elçinin özünün və çevrəsində olan insanların yaşantılarıdır. Qeydlər müəllifin həyata, dünyaya baxışını, geniş dünyagörüşünü, maraq dairəsini öyrənmək baxımından önəmlidir. «Ədəbi düşüncələr»ində Elçin yazır: «İnsan yaşlaşdıqca (hər halda, şəkk-şübhə yoxdur ki, məndə elə belə-dir) illər onu elə bil ki, qatara mindirib bədii ədəbiyyatdan sə-nədli ədəbiyyata doğru aparır» [62, s.527]. Elə «Ədəbi düşün-

220

Page 222: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

cələr» də bu ab-havanın təsiri ilə meydana gəlmişdir. Əsərdə yazıçının düşüncələri, rastlaşdığı olaylar, ona təsir edən epi-zodlar, oxuduğu kitablar haqqında təəssüratlar öz əksini tap-mışdır.

Eyni fikirləri yazıçı Anarın «Gecə düşüncələri» haqqında da demək olar. Əsərdən bir-iki nümunə gətirməklə bunu əyani şəkildə aydınlaşdıra bilərik. Anar yazır: «Özümü ona görə güclü hiss edirəm ki, başımın üstündə iki böyük qüdrət var: Allah və Vaxt. Daha doğrusu, tək bir varlıq: Allah, çünki Vaxt da elə Allahın səbridir. Allah: Tələsik nəticələr çıxar-mayın, darıxmayın, səbriniz olsun, deyir. Zaman hər şeyi yerbəyer edəcək. Hər şey vaxtında həqiqi və ədalətli qiymətini alacaq. Vaxt səbr deməkdir. Səbr vaxtın ölçüsüdür. Tarix də Allahın səbridir» [24, s.579]. Digər bir fikir: «Qocalıqla gəncliyin bir təfavütü də ondadır ki, gənclikdə dost qazanırsan, qocalıqda itirirsən. Bəzi dostlarımızı əlimizdən ölüm alır, bəzi-lərini həyat» [24, s.655]. Ölümün ayırdığı insanlardan biri də yazıçı Ənvər Məmmədxanlı olmuşdur. Anarın «Həyatım ağrı-yır» povest-xatirəsi bu gözəl insana həsr olunmuşdur. «Həya-tım ağrıyır» Ənvər Məmmədxanlının ifadəsidir. Anar yazıçı-nın əsərləri ilə həyat yolunu müqayisəli şəkildə təhlil edir. Ən-vər Məmmədxanlı ilk gənclik illərindən ömrünün sonuna qə-dər mütəmadi olaraq gündəliklər aparırdı. «Qəlpələr» adlanan bu gündəliklər onun daxili aləminin, daxili həyatının mütaliə-sindən, müşahidələrindən, fikirlərindən doğan dəruni, gizlin ömrünün aynası idi» [24, s.302]. Yazıçının yaradıcılığında av-tobioqrafik ünsürlər əksəriyyət təşkil edir.

Anarın «Anılar, ağrılar, ağılar» silsiləsində cəmləşdirdiyi, dostları, qohumları, sənət yoldaşları, yaxınları haqqında xatirə-lərində müxtəlif dönəmlərin siyasi mənzərəsi, tanınmış insan-ların həyat yolu, ən əsası bu böyük yazıçının Anarın insan-lara, həyata baxışı, ömür yolunun ayrı-ayrı məqamları göz önündə canlanır. Sözügedən xatirələr Qara Qarayev, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Araz Dadaşzadə, dostlar, tanışlar

221

Page 223: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

haqqında nekroloqlar, 20 yanvar şəhidlərinin, Tofiq İsmayılo-vun, Vəli Məmmədovun və başqalarının xatirəsinə həsr olun-muş yazılardır. Bu yazılar arasında ümummilli lider Heydər Əliyev haqqında xatirələr öz mündəricəsi, səmimiyyəti etibarı ilə daha çox diqqət çəkir. Anar yazır: «Saysız-hesabsız toplan-tılarda, yubileylərdə onu dinləmişəm, yazıçılarla, sənət adam-larıyla görüşlərində iştirak etmişəm, iki-üç dəfə isə təkbətək çox ətraflı, mərhəm söhbətlərimiz olub. 1997-ci ilin payızında İtaliyadan qayıdarkən təyyarədə ta Romadan Bakıyacan üç saatdan artıq ikilikdə danışmışıq. Bu söhbətləri gündəliyimdə bütün ayrıntılarıyla və tam dəqiqliklə isti-isti qeyd etmişəm» [24, s.417].

Müəllif Heydər Əliyev fenomeni haqqında düşüncələrini, uzun illər müşahidə etdiklərini, hafizəsində və gündəliyində olan xatirələri mütləq geniş şəkildə yazıya almaq fikrindədir. Qələmə almaq istədiklərini bu böyük insanın xatirəsi qarşısın-da borc olduğunu bildirən Anar «Qalib gəldi, qalib getdi» ad-landırdığı xatirələrini isə Heydər Əliyev itkisinin təsiri altında yazmışdı. «Həyata qalib kimi gəlmişdi. Xalqı ölümüylə sarsı-dan, sarsıdaraq birləşdirən, kədərləndirərək bütövləşdirən Hey-dər Əliyev ölümüylə də zəfər çaldı. Kim nə deyir desin, nə ya-zır yazsın, qalib gəldi, qalib getdi» [24, s.422].

Qeyd edildiyi kimi, müəlliflər xatirələrini yazarkən özləri-nin gündəlik qeydlərindən, yazışmalardan istifadə edir, köhnə qəzet kəsiklərinə, elmi ədəbiyyata, hətta bəzi hallarda müxtəlif müəssisələrin arxivlərinə müraciət edirlər. Lakin onların verdi-yi məlumatın əsas və başlıca mənbəyi yaddaşdır. Memuar mənbələri yaddaş əsasında, xatirələr əsasında meydana gələn örnəklərdir. Bunlara təkcə oçerk, məqalə, qeydlər şəklində olan xatirələr deyil, öz xüsusiyyətinə görə memuar olmayan mənbələrin mətnində olan xatirələr və hətta müəlliflərin şəx-sən tanıdıqları ədəbi simalar haqqında yazdıqları tarixi-ədəbi tədqiqlər də daxildir ki, bunlara aid bəzi nümunələr nəzərə çat-dırıldı.

222

Page 224: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

İndi xatirələr daha çox nəşr olunur. Çünki insanlar öz keç-mişini sevir və onu müxtəlif vasitələrlə bəzəyirlər. İnsanın ya-şantılarını, düşündüklərini, duyduqlarını oxuculara doğru-dü-rüst nəql etmək isə vacib və faydalıdır. Bu baxımdan başqaları haqqında yazılan xatirələr sırasında yazıçı Hüseyn Abbaszadə-nin xatirələrini özəlliklə nəzərə çatdırmaq lazımdır. Onun gör-kəmli ədəbiyyat və incəsənət xadimləri Sidqi Ruhulla, Sə-məd Vurğun, Abdulla Şaiq, Əliağa Vahid, Bülbül, Mikayıl Rə-fili, Mehdi Hüseyn, Məmməd Səid Ordubadi, Əli Vəliyev, İl-yas Əfəndiyev, Səttar Bəhlulzadə, Süleyman Rüstəm, Rəşid Behbudov, Məsud Əlioğlu, Qasım Qasımzadə və digərləri haqqında xatirələri həmin şəxslərə böyük sevgi və ehtiramla qələmə alınmışdır. Memuaristin Sabit Rəhmana həsr olunmuş xatirələrindən məlum olur ki, Əzim Əzimzadə haqqında xati-rələrini qələmə alan Sabit Rəhman bu işə böyük önəm verirdi. O, «indiyə kimi yazdıqlarını və gələcəkdə yazacağı xatirələri bir kitab halında çap etdirmək fikrindədir. Hafizəsində yazıl-malı çox ibrətamiz və maraqlı hadisələr vardır. Vaxtı olduqca onları kağıza köçürəcəkdir» [2, s.88]. Əfsus ki, qəfil ölüm ona bu nəcib və xeyirxah işi görməyə imkan vermədi.

Hüseyn Abbaszadənin Nəsən bəy Zərdabi haqqında yaz-dıqları qızı Qəribsoltan xanımdan və əmisi nəvəsi Həmidulla kişidən eşitdikləri əsasında qələmə alınmışdır. Hüseyn Abbas-zadə onu da nəzərə çatdırır ki, Qəribsoltan xanımdan eşitdiklə-rinin heç birisini «Elm» nəşriyyatının 1985-ci ildə rus dilində çap etdirdiyi «Müasirləri Zərdabi haqqında» kitabında görmə-mişdi. Salam Qədirzadə haqqında isə Hüseyn Abbaszadə bildi-rir ki, «o, şahidi və bilavasitə iştirakçısı olduğu hadisələrdən yazmağı üstün tuturdu. Və yazıçı kimi bir çox uğurları da bun-dan doğurdu» [2, s.527].

Hüseyn Abbaszadənin xatirələri bədiiliklə yoğrulmuş hə-yat gerçəkliklərinin əksidir. Xatirələrdə tanınmış şair, nasir, bəstəkar, müğənni, ədəbiyyatşünas, rəssam, rejissor, aktyor, dramaturq və digər sənət adamlarının portret çizgiləri əks

223

Page 225: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

olunmuşdur. Müəllif hər bir şəxsiyyət haqqında söhbət açar-kən mühitin həmin şəxsiyyətə münasibətini, onun tutduğu yeri aydınlaşdırmağa çalışmışdır. Haqqında danışdığı şəxsiyyətlə yaradıcılıq və şəxsi münasibətlərindən savayı Hüseyn Abbas-zadə həmin şəxsin sənətindən asılı olaraq elmi, ədəbi fəaliyyə-tindən də bəhs edir və yaradıcılığına öz münasibətini bildirir. Bu da xatirələrin dəyərini bir daha artırır və memuaristin həya-ta, insanlara, dünyaya baxışını öyrənməyə imkan yaradır. Me-muarist haqqında danışdığı şəxsin həyat və fəaliyyətinin önəmli məqamlarını işıqlandırır və oxucu hər bir şəxs haqqın-da əhatəli və dolğun bilgilər əldə etməyə nail olur. Xatirələrin əksəriyyəti hekayə təsiri bağışlayır. Ənvər Məmmədxanlı, Mehdi Seyidzadə, Süleyman Rüstəm, Süleyman Ələsgərov haqqında yazılan xatirələr bu qəbildəndir. Ənvər Məmməd-xanlıya həsr olunmuş xatirələrə memuarist qaynanası Tutu xa-nımdan Ənvər Məmmədxanlının atası, Musavat hökuməti döv-ründə Göyçayda pristav olmuş Qaffar kişi (Tutu xanımın doğ-ma əmisi idi) haqqında söylədiklərini daxil etmişdir.

S.Aranlı çox haqlı olaraq qeyd edir ki, illərin yel kimi ça-paraq keçməsi ötəri xatirələri sozaldıb söndürdüyü kimi, içdən gələn xatirələri daha da közərdir [26]. Bu mənada H.Abbasza-dənin xatirələri içdən gəldiyindən olduqca səmimi və dəyərli-dir.

Bir şəxsin başqası haqqında yazdığı xatirələrdə müəllif çox zaman istər-istəməz özü haqqında da danışır, özünün xasiyyə-tinin, fəaliyyətinin önəmli cəhətlərini diqqətə çatdırır. Hüseyn Abbaszadənin xatirələrində isə bu belə deyil. Nəriman Qa-sımoğlu bu faktı belə səciyyələndirir: «Portretlərini yaratdığı böyük sənət xadimləri haqqında xatirələrində H.Abbaszadə özünü, kino dili ilə desək, əsasən epizodik rollarda nəzərə çarpdırır. Memuar janrında yazılan bəzi əsərlərdən fərqli ola-raq bu xatirə qeydlərində özünüreklamdan əsər-əlamət belə yoxdur. Azərbaycan mədəniyyətinin uğurlarına aid faktları bə-zən xronoloji təfərrüatlarına qədər yada salan və bu üzdən mə-

224

Page 226: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

dəniyyət maarifçisi kimi də uğurla çıxış edən müəllif özünə vaxtilə ədəbi şöhrət gətirmiş mühüm faktların üstündən xasiy-yətinə xas bir təvazökarlıqla keçir. Görünür, bu keyfiyyətlərinə görə də Tanrı ona sağlığında uğurlu ədəbi tale bəxş eləmişdi» [2, s.7].

Bəllidir ki, Azərbaycan ədəbiyyatında məktub janrının for-malaşması və inkişafı Mirzə Fətəli Axundovun adı ilə bağlıdır. Onun epistolyar irsinin həyat və fəaliyyətinin öyrənilməsində əhəmiyyəti haqqında artıq danışılmışdır. Mirzə Fətəli Axun-dovdan sonra «məktub ədəbi həyata daha geniş daxil olur, vətənin və xalqın taleyi üçün ürəkdən yanan sənətkarlarımızın arzularının tərcümanına çevrilir» [153, s.71]. Epistolyar irsin əhəmiyyətindən bəhs edən Hüseyn Abbaszadə çox haqlı olaraq bildirir ki, «peşəsindən asılı olmayaraq, görkəmli şəxslər dün-yalarını dəyişəndən sonra onların epistolyar irsinə müxtəlif illərdə doğmalarına, dostlarına, həmkarlarına yazdıqları mək-tublara maraq artır. Bu məktubların ya hamısı, ya da xüsusi əhəmiyyət kəsb edənlərinin müəyyən bir qismini seçib çap elə-yirlər. Məktubların qiyməti bundadır ki, onlarda həmin şəxsin həyatının hamıya məlum olmayan cəhətləri xarakteri, sevgi-si, yaxınları, dostları ilə rəftarı, ətrafında baş verən hadisələrə münasibəti, maraq dairəsi və s. aydın olur. Və bu məktublar sahiblərinin bioqrafiyasını dərindən öyrənməyə kömək edir» [2, s.182]. Bu baxımdan xalq yazıçısı Mirzə İbrahimovun (1911-1993) şəxsi arxivində saxlanılan məktublar onu bir şəx-siyyət, məhsuldar alim, gözəl yazıçı, qayğıkeş ailə başçısı kimi tanınmasında önəmlidir. Bu məktubları ilk dəfə toplu halında professor Teymur Əhmədov nəşr etdirmişdir. Məktublar əsasən ədəbiyyatşünas-alim Əziz Şərif və Cənubi Azərbaycan ədibləri ilə yazışmalardan ibarətdir. Məktublarda bu gün də aktual olan bir sıra vacib məqamlara toxunulmuşdur. Burada ədəbiyyatla, elmlə, incəsənətlə bağlı məsələlər üstünlük təşkil edir. Əziz Şərifin məktubları digər şəxslərə göndərdiyi məktublar kimi maraqlı və dəyərlidir. Qarşı tərəfə məsləhət

225

Page 227: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

verərkən atasının ona ünvanladığı məktublardan da misal gətirir. Qurbanəli Şərifov 8 sentyabr 1910-cu il tarixli məktubunda Naxçıvandan Tiflisdə olan oğluna yazmışdı: «Zəhərli ilanın təravətinə, xoş xətti-xalına, gözəlliyinə aludə olma. Axırda peşiman olarsan və peşimançılıq sənə heç bir fayda verməz. Sənin məşuqən elmdir, sənin məhbubən ədəbdir, sənin dostun qələmdir, sənin rəfiqin kamaldır, sənin müsahibin kitabdır. Qələmi əlindən qoyma, gözünü kitabdan götürmə, qəlbinin ayinəsini ləkkədar etmə, vicdanını saf saxla, insafını gözlə, adil ol, sadiq ol, mərd ol!» [116, s.55].

Atasının məktubları, nəsihətləri ilə tərbiyə olunmuş Əziz Şərif 27 yanvar 1974-cü ildə Mirzə İbrahimova yazdığı məktu-bunda öz şəxsi keyfiyyətlərini də açıqlayır: «Mən ... insanları ədəb, namus, vəfa, həya, saflıq, sadəlik, doğruçuluq, sədaqət, qeyrət, mərdlik kimi sifətlərə görə qiymətləndirməyə adət et-mişəm. Bu sifətlərdən məhrum olanlarla dostluq etməmişəm, bu sifətlərə düşmən olanlara isə düşmən olmuşam. Yaşadığım 79 ildə mən peşiman olmamışam. Allah atama rəhmət eləsin, mənə düz yol göstərmişdir» [116, s.56].

Əziz Şəriflə Mirzə İbrahimovun yazışmaları iki dostun, iki ədəbiyyat fədaisinin, iki müdrik, iki səmimi, iki alicənab insa-nın yazışmalarıdır. Məktubları oxuduqca onların ömür və ya-radıcılıq yolunun bəzi məqamları göz önündə canlanır. Bu məktublar əsl dostluğun, insanpərvərliyin, səmimiliyin bariz nümunəsidir.

«Atam və mən» adlı xatirələr kitabının dəyərini Mirzə İb-rahimov əsərin müəllifi Əziz Şərifə yazdığı məktubunda belə bildirir: «Sənin kimi dünyagörmüş Azərbaycan ədəbiyyatının şərəfi, şöhrəti olan böyük yazıçılarla dostluq etmiş, onların ətirli gülüstanında ərsəyə çatmış, mürəkkəb, şərəfli yol keçmiş bir əməkdar, müdrik, ədəbiyyat, elm, mədəniyyət xadiminin xatirələri həm ədəbiyyatımızın tarixini yazanlar üçün çox fay-dalı bir mənbədir, həm də gənclik üçün, xüsusən ədəbi gənclik üçün xalqa, böyük ədəbiyyata namuslu, sədaqətli, təmənnasız

226

Page 228: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

xidmət nümunəsidir» [116, s.101].Məktubların onları yazanların şəxsi keyfiyyətlərinin açıl-

masında müstəsna əhəmiyyəti vardır. Bu cəhətdən məktublar gündəliklərə daha yaxındır. Çünki burada uzaq keçmişin olay-ları deyil, çağdaş zamanın, bu günün hadisələri izlənilir.

Mirzə İbrahimovun İranda yaşayan dost və tanışları Ca-vad Heyət, Rəhim Dəqiq, H.M.Sədiq və digərləri ilə yazışma-ları Cənubi Azərbaycan ədəbiyyatını inkişaf etdirmək yolun-dakı səylər, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dilinin inkişaf yollarını öyrənmək və gələcək nəsillərə ötürməkdə zi-yalı vətənpərvər şəxslərin təşəbbüsləri və gördükləri işlər, ki-tab mübadilələri baxımından dəyərlidir. Məktublarında Mirzə İbrahimov həmçinin bəzi əsərlərinin yazılma səbəblərini, əsəri yazmağa onu nə vadar etdiyini də açıqlayır. O, Rəhim Dəqiqə 30 sentyabr 1981-ci ildə ünvanladığı məktubunda yazır: «Mən bu romanı («Gələcək gün» romanı nəzərdə tutulur – N.S.) üç-dörd il beynimdə, ürəyimdə qaynatmış, 1947-ci ildə, yəni 34 il bundan əvvəl yazıb çap etdirmişəm. Onu meydana gətirən sə-bəblər çox böyük və müqəddəsdir. 1945-ci ildə Pişəvərinin rəhbərliyi ilə başlanmış və qələbə çalmış demokrat hərəkat xalqın ürəyində necə şirin ümidlər oyatmışdı! Hamı arzu edir-di və inanırdı ki, Pəhləvi istibdadı zəifləyəcək, aradan çıxacaq, Azərbaycanda və bütün İranda əbədi olaraq azadlıq günəşi parlayacaq, işıqlı, xoşbəxt həyat bərqərar olacaqdır. Təəssüf ki, belə olmadı. Qara, soyğunçu imperialist qüvvələr və yerli irtica şahlığı, onun zülmünü daha da şiddətləndirdi. Lakin onu ölümdən qurtara bilmədi. Mən «Gələcək gün»də demək istə-mişəm ki, dünyada heç bir qüvvə zülmü, ədalətsizliyi əbədi yaşada bilməz. Bir də çalışmışam ki, xalqın Rza şah istibda-dından çəkdiyi əzabları, azadlıq arzularını və Rza şahın bəd-nam oğlu Məhəmməd Rzaya olan nifrətimi əks edim» [116, s.119].

Mirzə İbrahimova İrandan ünvanlanan məktublarda o, Azərbaycan xalqının fəxri və iftixarı, böyük ustad, İran xalqla-

227

Page 229: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

rının dostu kimi dəyərləndirilir.Ədəbiyyatşünas Əflatun Məmmədov məktubların əhəmiy-

yətini xüsusilə vurğulayaraq yazır ki, «görkəmli adamların bü-tün məktubları öz xarakterindən asılı olmayaraq, həmişə qiy-mətini saxlayır və saxlayacaq. Çünki bunlar ədəbiyyatı, incə-sənəti, həyatı, gözəlliyi yaradan adamların arzu və fikirləridir. Bu məktubların arxasında canlı adamlar dayanır, onların ürəyi döyünür, dövrün ictimai-siyasi, ədəbi-tarixi hadisələrindən, in-sani münasibətlərdən böyük inam və arzu ilə, məhəbbət və eh-tirasla söhbət gedir. Bu mənada məktublar da bədii əsər qədər bədii təfəkkürün məhsuludur» [153, s.70].

Məktublarla yanaşı müasirlərinin xatirələri Mirzə İbrahi-movun ömür yolunu izləməkdə dəyərli mənbələrdir. Xatirələr-də o, böyük alim, görkəmli ədib, dramaturq, publisist, böyük siyasi xadim, ağıllı diplomat, mərd, müdrik, incəqəlbli insan kimi səciyyələndirilir. Nəbi Xəzrinin, Qabilin, Nazim Rizva-nın, Ağa Laçınlının, Nahid Hacızadənin xatirələri Mirzə İbra-himovun bu böyük şəxsiyyətin həyat və fəaliyyətinin önəmli məqamlarının canlandırılmasında, mənəvi keyfiyyətlərinin öyrənilməsində xeyli önəmlidir. Xatirələrə sənədli materialların daxil edilməsi onların dəyərini daha da artırmışdır: Sevda İbrahimova atasının övladlarına ünvanladığı sevgi dolu məktublarını, Nazim Rizvan Mirzə İbrahimovun görkəmli şəxsiyyətlər Üzeyir Hacıbəyov, Məmməd Səid Ordubadi və başqaları haqqında yazılı və şifahi xatirələrini, Maarif Teymur gündəliyində böyük yazıçı ilə bilavasitə əlaqədar sətirləri xatirələrinə daxil etmişlər.

Akademik Məmməd Arif 1948-ci ildə qələmə aldığı sətir-lərdə Mirzə İbrahimovun ağrılı-acılı uşaqlıq illərinə aydınlıq gətirsə də, yazı səciyyə etibarilə məqalə şəklindədir. Bəxtiyar Vahabzadənin, Qəzənfər Kazımovun yazdıqları da bu səpki-dədir. Bəxtiyar Vahabzadənin 1957-ci ildə yazdığı məqalə «Böyük dayaq» romanının təhlilinə həsr olunmuşdur. Mirzə İbrahimovun yaradıcılıqla məşğul olduğu 60 il ərzində Azər-

228

Page 230: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

baycan dilinin inkişafı, yad təsir və təzyiqlərdən xilas olması, cilalanması, saflaşması uğrunda göstərdiyi xidmətlər Qəzənfər Kazımovun xatirələrində canlandırılmışdır. XX əsr Azərbay-can ictimai fikir tarixində parlaq simalardan olan Mirzə İbrahi-mov dövrun görkəmli şəxsiyyətləri ilə şəxsi və yaradıcılıq mü-nasibətlərində olmuşdu. Onun Üzeyir Hacıbəyovla olan əlaqə-lərindən, münasibətlərindən, böyük bəstəkarın vəfatından son-ra ev muzeyinin təşkilində göstərdiyi dəstəkdən Ramazan Xə-lilovun xatirələrində söhbət açılır.

Bir şəxsin başqası haqqında yazdığı xatirələr bir də ona görə önəmlidir ki, burada xatirəni qələmə alan şəxs, yəni me-muarist istər-istəməz özü haqqında da məlumat verir. Bu da digər tanınmış şəxsin həyat və fəaliyyətini öyrənməyə imkan yaradır. Vaqif Vəliyevin, Şəmistan Nəzirlinin, Teymur Əhmə-dovun, Əminə Dilbazinin xatirələri bu qəbildəndir. Vaxtilə Şə-mistan Nəzirli Mirzə İbrahimovun uşaqlıq illərindən bəhs edən hekayə yazaraq yazıçıya göndərmiş, o da hekayəni oxuyaraq öz fikirlərini məktub vasitəsilə bildirmişdir. 12 oktyabr 1973-cü ildə yazılmış məktubda Mirzə İbrahimovun sənədli janr ba-rədə dəyərli fikirləri nəzərə çatdırılmışdır: «... hər hansı bədii əsərdə müəyyən konkret şəxsi təsvir edəndə gərək «sənədli» yaxud «dokumental» adlandırdığımız janrın qaydalarına əməl olunsun. Məsələn, şəxsin həyatına aid faktlar düz verilsin. Bu-nun üçün əsəri yazmamış gərək bir sıra şeyləri dəqiqləşdirə-sən...

Siz bunları etmədiyiniz üçün səhvlərə yol verirsiniz. Mir-zənin anasının adı Gülsüm yox, Zəhra idi, atası Mirzəni götü-rüb kənddən çıxan zaman Zəhra (sizdə Gülsüm) sağ deyildi, vəfat etmişdi. Əlbəttə, yazıçının «sənədli» əsərdə də uydurmaq ixtiyarı var. Hətta adları da dəyişə bilər. Onda gərək hekayədə-ki əsas şəxsə də başqa ad verəydiniz. Beləliklə, siz həm kon-kret bir adamı nəzərdə tutmuş olardınız, həm də tam sərbəst hərəkət edərək istədiyiniz şəkildə əsər yaza bilərsiniz, heç kəs də sizə deyə bilməz ki, filan fakt elə yox, belə olub» [168,

229

Page 231: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

s.340].Mirzə İbrahimovun ilk aspirantı olmuş Teymur Əhmədo-

vun xatirələri öz məzmun və mündəricəsi etibarilə daha artıq diqqət çəkir. Burada Mirzə İbrahimovun şəxsi xüsusiyyətləri ilə yanaşı XX əsr Azərbaycan ədəbiyyatında, elmi və ictimai aləmdə tutduğu mövqe işıqlandırılmışdır. Müəllifin özünün, Teymur Əhmədovun bu gözəl, nəcib, xeyirxah insanın mə-nəvi keyfiyyətlərinin, elmi fəaliyyətinin öyrənilməsində xatirə-lərin əhəmiyyəti xüsusilə vurğulanmalıdır.

Bir çox bədii əsərlərin əsasını real faktlar təşkil edir. Əsl sənətkarın tərcümeyi-halı, fərdi taleyi onun əsərlərindədir. Ya-zıçı Qılman İlkinin əsərləri buna əyani sübutdur. O yazır ki, «mən «Şimal küləyi»ni gözümlə gördüyüm, eşitdiyim və mü-şahidə etdiyim hadisələr və bir də tutarlı faktlar əsasında qələ-mə almışam» [143, s.189]. Professor Teymur Əhmədov 96 il ömür sürmüş Qılman İlkinə həsr olunmuş nekroloqda onun həyat və fəaliyyətindən, mənəvi keyfiyyətlərindən söhbət açır. Onun davranışı, tələbkarlığı, səmimiyyəti hamı üçün tərbiyə məktəbi idi. «O, ən nəcib insani keyfiyyətlərə malik istedadlı qələm sahibi, əqidəli redaktor və ictimai xadim kimi tanınırdı. O, öz həmkarları arasında müqəddəsliyi, təmizliyi və sadəliyi ilə seçilirdi... Qılman İlkin həmişə deyirdi ki, o, ömrü boyu bir prinsiplə işləmişdi: «Mənə olan pislikləri və başqalarına etdiyim yaxşılıqları dərhal unuduram» [74]. Məhz bu prinsip uzun ömür sürməyin sirlərini çoxlarına təlqin edə bilər.

Yenidən əvvəlki fikrimizə yazıçıların əsərləri ilə həyat və fəaliyyətləri arasında əlaqəsi məsələlərinə qayıdaq. Müsahi-bələrinin birində dünyaşöhrətli detektiv romanlar müəllifi Çin-giz Abdullayev qeyd etmişdir ki, mənim yazdıqlarımın hamı-sını ya özüm yaşamışam, ya görmüşəm, ya da hadisənin real iştirakçısı mənə danışmışdır. Digər bir müsahibəsində yazıçı bunları söyləyir: «Doxsan faiz real faktlar, olacaq hadisələri qələmə alıram. Siyasi detektivlərimin hamısını isə gerçəkliyə söykənmiş faktlar əsasında qələmə alıram. Digər əsərlərimdə

230

Page 232: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

ola bilsin ki, təxəyyülümün məhsulu daha qabarıq özünü biru-zə verir, lakin onların da əsasını real həyat, gerçək faktlar təş-kil edir» [4].

Çağdaş ədəbiyyatımızın daha bir tanınmış nümayəndəsi, poeziyamızın ən ünlü təmsilçisi Zəlimxan Yaqub «Peyğəm-bər» poemasını yazma səbəbini incələyərkən həyatının ayrı-ayrı məqamlarına nəzər salır, ömür yolunu vərəqləyir. «Pey-ğəmbər» əsərini yazmağa onu nə vadar etdiyini şair belə izah edir: «Ömrümün Borçalıda Kəpənəkçidə keçən gənclik illə-ri, məni Əli Fəhmiyə qovuşduran tələbəlik çağları, taleyimin Heydər Əliyev mərhələsi, iki dəfə Məkkəni ziyarətim, qoca Şərqin gördüyüm və sevdiyim müqəddəs ziyarətgahları, qədim şəhərləri, oxuduğum elmi-bədii tarixi kitablar silsiləsi, ucalığı-na heyran olduğum heyrət zirvələri, ömrümün 60-cı pilləsinə qədəm basmağa başlayanda öz barını-bəhrəsini verdi «Pey-ğəmbər»i dünyaya gətirdi. Yaşadığım illərin təcrübəsi mənə deyir: « Zəlimxan, elə mövzular var ki, onlara gəncliyində yox, ancaq ömrün 60-da, 70-də yaxınlaşa bilərsən». Mənim üçün «Peyğəmbər» də belə yazıldı, belə yarandı» [261, s.4].

Cəfər Cabbarlının, Üzeyir Hacıbəyovun məqalə və çıxışla-rında əks olunan yaradıcılıq hesabatlarında olduğu kimi, «Mən «Peyğəmbər»i niyə yazdım» məqaləsində müəllif tərcümeyi-halına başqa yöndən yanaşır. Tərcümeyi-halının bəzi məqam-ları, ən əsası müəllif şəxsiyyəti «Mənim şeir, sənət yolum» ad-lı şeirində açıq-aşkar sezilir:

Səsli-küylü gündüzlərdən, Sakit gecələrdən keçdi. Qələmləri mürəkkəbdən Alnımdakı tərdən keçdi, Mənim şeir, sənət yolum.

Zildən keçdi, bəmdən keçdi, Çox sevincdən, qəmdən keçdi.

231

Page 233: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Neçə cəhənnəmdən keçdi, Cənnət ruhum, cənnət yolum.

Kim yarıya, kim yarıda, Balımı tapdım arıda. Məni qoymadı yarıda, Güvəndiyim zəhmət yolum.

Anan andı, qanan qandı, Sevən sevdi, danan dandı. Borçalıdan qanadlandı Borçalıya həsrət yolum [260, s.43].

Əsərlərində xatirə örnəkləri açıq-aşkar sezilən Zəlimxan Yaqubun ulu öndər Heydər Əliyevə həsr etdiyi «Böyük ömrün dastanı» poeması özünün sözlərinə görə, «lirik-epik romantik səpkidə isti-isti, birnəfəsə yazılmış acılı-şirinli bir xatirə əsəri-dir, elegiyadır» [262, s.371].

Zəlimxan Yaqubun məqalələrində də xatirə ədəbiyyatının əlamətlərini görmək olar. Hüseyn Arifə, Xəlil Rzaya həsr olunmuş «Ustadıma məhəbbətlə», «Azadlıq aşiqi»; «İsa Hü-seynova sevgi, Muğannaya inam», «Bizim Vilayətimiz» mə-qalələri bu qəbildəndir. Bütün bunlarla yanaşı Zəlimxan Ya-qub memuar janrında da qələmini sınamışdır. Onun Osman Sarıvəlli, Süleyman Rəhimov haqqında xatirələrində sözüge-dən ustad sənətkarların gənc şairə Zəlimxan Yaquba olan münasibətindən, xeyirxahlıqlarından bəhs olunur. Tofiq Bay-ram, Camal Mustafayev, Şamil Qurbanov haqqında xatirələr, nekroloq-yazılar da öz səmimiyyəti, dəyəri ilə diqqət çəkir. Memuarist çox məharətlə Qulu Xəlilovun portret çizgilərini yaratmışdır: «Onun sərt baxışı, ləngərli yerişi, gur səsi, ağır və təmkinli addımları, aydın və səlis nitqi, ötkəm danışığı, sənət və siyasət məsələlərinə özünəməxsus ciddi və kəskin müdaxi-ləsi və münasibəti, təbiətdən, torpaqdan, xalqdan gələn, geniş mütaliə ilə daha da zənginləşən poetik və fəlsəfi təfəkkürü,

232

Page 234: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

sözün böyük mənasında, təbiətin özü qədər təbiiliyi və saflığı, kişi qətiyyəti, ciddi ədəbi mübahisələrdə qorxmazlığı, sağlam əqidəsi, böyük istedadı onu bizim gözümüzdə yeriyən torpağa, nərə çəkə-çəkə dağlardan düzlərə doğru baş alıb gedən dağ ça-yına döndərmişdi» [262, s.188].

Başqaları haqqında yazdığı xatirələrdə Zəlimxan Yaqub is-tər-istəməz özü haqqında da məlumat verir. Əhəd Hüseynova həsr etdiyi «Kövrək bir xatirə»si bu baxımdan diqqət çəkir. Müəllifin özü ilə bağlı fikir və düşüncələri «Özüm, sözüm, ta-leyim» adlı xatirə qeydlərində əks olunmuşdur. Əsərdə Zəlim-xan Yaqubun əsli-nəsli, ailəsi, doğulduğu Kəpənəkçi kəndin-də, daha sonra Bakıda keçirdiyi illər, həyat yollarının yaddaqa-lan anları yazıya alınmışdır. Müəllif etiraf edir ki, «əkdiyim ağaclara, saldığım körpülərə, çəkdiyim yollara, yetirdiyim öv-ladlara, yazdığım kitablara, yaşadığım ömrə görə cəfakeş qa-dın, bütün uğurlarımın danılmaz şəriki, əziyyətimi çəkib, zəh-mətimə qatlaşanı, ömür-gün yoldaşım, uşaqlarımın anası Sahi-bə xanıma çox borcluyam» [262, s.381]. Xatirələrdə memua-ristin həyata, dünyaya baxışları, insanlara, mühitə münasibəti öz əksini tapmışdır. Zəlimxan Yaqub yazır:

Nə alim doğuldum, nə də ki, dahi, Peşman da deyiləm gələn günümə. Əliboş aparma məni ilahi, Doğulan günümdən ölən günümə [262, s.383].

Çox vaxt müəlliflər xatirələrini olub-keçənləri etiraf etmək məqsədilə qələmə alırlar. Yazıçı Sabir Azəri də öz həyat tarix-çəsini bu məqsədlə yazıya köçürmüşdür. O, özünün bioqrafik sənədli povestinin başlanğıcında bunları yazmışdır: «Bəri baş-dan məqsədimi bildirirəm: bu povest-etiraf vasitəsilə həyatı-mın, taleyimin, ailəmizin, yaşıdlarımın və bütövlükdə müasir-lərimin rast gəldiyi, indiyəcən qaranlıq qalan, qaranlıq qaldığı-na görə də ürəyimizi daha çox sıxan sirləri hamıya açıqlamağı qərara almışam» [34, № 3, s.77]. «Heç olmasa ruhumuzun ra-hatlığı və bizdən sonra qalanların əzab çəkməmələri naminə

233

Page 235: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

ləyaqətlə yaşamalıyıq və çox günahlarımızı vaxtında etiraf et-məliyik. Etiraf həm də mərdlik və alicənablıq deməkdir» [34, № 3, s.80].

Müəllif xatirələrində olub-keçənləri necə varsa elə də qələ-mə aldığını qeyd etmişdir. Yaddaşın köməyi ilə yazıya köçü-rülmüş keçmiş günlərin olaylarını xatırladıqca müəllif bu gü-nün jurnalistikasından da söhbət açır. Xatirələrin sonunda Sa-bir Azəri 1988-ci il Meydan hadisələrindən, xalq hərəkatından, 1990-cı il olaylarından bəhs edir. Ağır ürək xəstəliyindən ya-tan müəllif xatirələrinin sonunda bildirir ki, «... indi mən ikinci ömrümü yaşayıram. Bu ömür haqqında ayrıca söhbət açaca-ğam» [34, № 4, s.46].

Çox sevindirici haldır ki, çağdaş ədəbiyyatımızda bioqrafik əsərlərə maraq xeyli artmış və onların nəşri sahəsində xeyli işlər görülmüşdür. Ötən əsrin ikinci yarısında Azərbaycanda baş verən bir sıra olaylar bu dönəmdə yaşayıb fəaliyyət göstərmiş şəxsiyyətlərin xatirələrində əks olunmuşdur ki, bu xatirələrin də əksəriyyəti əsrimizin ilk illərində qələmə alınmışdır. Keçmiş müəllim, komsomol və partiya işçisi kimi şöhrət qazanmış Sahib Sailovun xatirələri də bunlara aiddir. Müəllif yazır: «Ürəyimdə xatirələr çoxdur. Keçib gəldiyim həyatın dolaylarında, dolanbaclarında, enişlərində, yoxuşların-da elə məqamlar var ki, yadıma düşəndə gah sevinir, qanadlanıram, gah da ürəyim göynəm-göynəm göynəyir. Ney-ləyəsən, həyatdır, onun bir üzü sevincdirsə, o biri üzü kədərdir. Bəlkə də belə olmasaydı, biz həyatı bu qədər sevməzdik» [216, s.39].

Həyatının ayrı-ayrı məqamlarını dərc etdirdiyi müxtəlif ki-tablarda qələmə alan Sahib Sailov yaşadığı ömür yolundan «Yaşadığım illər, keçdiyim yollar» memuarında geniş məlu-mat vermişdir. Memuar müəllifin əsli-nəsli, özü, ailəsi haqqın-da həyat hekayəsidir. Xatirələr bədii dillə qələmə alınmış, bir bədii əsər kimi maraqla oxunur. Əsərdə böyük alim, əvəzsiz insan, akademik İ.Mustafayev, sadə, mehriban V.Axundov,

234

Page 236: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

yazıçı-dramaturq H.Seyidbəyli, maestro Niyazi, yazıçı C.Əli-bəyov, kosmonavt V.Komarov və digər görkəmli şəxsiyyətlər haqqında xatirələr vardır. Belə ki, Sahib Sailov dövlət qullu-ğunda işlərkən Azərbaycanın yüksəkvəzifəli şəxsləri ilə, gör-kəmli ziyalılarla tez-tez görüşməli olurdu. Bu görüşlərdən al-dığı təəssüratlar, həmçinin ayrı-ayrı məqamlar əsərdə öz əksini tapmışdır. Bunlardan ən yaddaqalanı Heydər Əliyevlə bağlıdır. Müəllifin ulu öndərlə ilk görüşü 1966-cı ilə təsadüf edir. Son-ralar Sahib Sailov dövlət işlərində çalışarkən vaxtaşırı Heydər Əliyevlə görüşər, onun tövsiyə və tapşırıqlarını yerinə yetirər-di.

Vətənə, torpağa bağlı bir insan olan Sahib Sailov Azərbay-canın dilbər guşələrini böyük məhəbbətlə vəsf edir, təbiəti, əhalisi, iqtisadi və siyasi durumu haqqında müfəssəl məlumat verir. Verilən məlumat elə dəqiqliklə qələmə alınmışdır ki, oxucu memuaristin səmimiliyinə şübhə etmir və keçən əsrin ikinci yarısında Azərbaycanda baş verən bir sıra olaylardan xəbərdar olur.

Sahib Sailovun xatirələri gənclik dövründən tərtib etdiyi gündəlikləri əsasında qələmə alınmışdır. O, gündəliyinə oxu-duğu kitablardan aforizmləri, qiymətli sözləri köçürmüşdür. Müəllif yazır: «Gündəlik hər şeydən əvvəl yaddaşdır. Bu işi bütün həyatım boyu daha çox Goranboy, Şamaxı rayonlarında birinci katib işlərkən, sonra isə həbsdə olduğum illərdə davam etdirmişəm. İndi həmin gündəlikləri vərəqləyərkən həyatımın ayrı-ayrı günləri göz önündə canlanır. Xəyalımdan nə qədər hadisələr axıb gedir» [216, s.101]. Bununla belə çox hadisələr yaddaşın süzgəcindən keçərək qələmə alınmışdır. Bir sözlə, xatirələrdə gündəliklər əsasında yazıya köçürülən və yaddaşda həkk olunan bir çox acılı-şirinli olaylar təsvir olunmuşdur. Ki-tabın növbəti səhifələrinin birində memuarist gündəlik qeydlə-rin əhəmiyyətini bir daha vurğulayaraq yazır: «Bütün dövrlər-də apardığım qeydlər, gündəliklər yaddaşımı təzələməkdə, keçmişləri yada salmaqda mənə çox kömək edir. Olub-keçən-

235

Page 237: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

lər hafizəmdə canlanır. Son dövrdə yazdığım bütün kitabları-mın («Saxta hökm», «Həyat davam edir», «Ömrün səhifələri», «Keçənləri xatırlayarkən», «Xatirə») əsasını təşkil edən həmin gündəliklərdəki qeydlərimdir» [216, s.182].

Yazıçı Yasif Nəzirli «Dünya» romanında Sahib Sailovun həyatının bəzi məqamlarından söhbət açmışdır. Romanın sözü-gedən şəxsin həyatının ağır illərinə həsr olunmuş, ürəkağrısı ilə qələmə alınmış fəsli xatirələrə daxil edilmişdir. Bu, me-muaristin özü haqqında yazdıqlarını təsdiq edən daha bir mö-təbər mənbədir. Sahib Sailovun xatirələri ona görə dəyərlidir ki, bir tərəfdən daima dövlət işlərində çalışan bir insanın ömür yolunu izləyirsən, digər tərəfdən ünsiyyətdə olduğu, tanıdığı görkəmli şəxsiyyətlər haqqında məlumat əldə edirsən. Xatirə-lərdə həmin şəxsiyyətlərin həm dövlət vəzifələrində necə çalış-maqları, həm də daxili aləmləri, insanlarla münasibətləri bütün aydınlığı ilə əks olunmuşdur.

Sahib Sailovun üç kitabdan ibarət olan «Muğanın övladla-rı» əsərində isə Muğanda boya-başa çatmış, özündən sonrakı nəsillərə örnək olacaq insanlardan söhbət açılır. Bir növ təzki-rə mahiyyəti daşıyan bu kitablarda həmin insanların qısa tərcü-meyi-halı verilmişdir.

Muğan torpağının yetirməsi, Neftçala rayonunun Qədim-kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmiş, dövri mətbuatda şeirləri dərc olunmuş, «Nişan üzüyü» şeirlər kitabı-nın müəllifi Əlisahib Bağırov (1933-2004) 1941-1945-ci illər-də Böyük Vətən müharibəsində alman faşistlərinə qarşı vuruş-muş Məmmədbağır Əliyevin (1923-2002) döyüş yolunu can-landıran «Yaralı xatirələr» poemasında acılı-şirinli xatirələrin yaddaşlarda həkk olunduğunu qeyd edərək yazır:

Yaxşı ki, insanın hafizəsi var! Ötənlər yaşayır xatirələrdə. Sabaha səsləyən arzular kimi, Yaşadır insanı xatirələr də.

236

Page 238: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

İstər acı olsun, istərsə şirin Ötənlər canlıdır xatirələrdə. Keçib cəbhələrdən, oddan, alovdan Yaşayır yaralı xatirələr də [263, s.56].

Daha öncə qeyd etdiyimiz kimi, orta əsrlərdə tanınmış şəx-siyyətlər görkəmli ədəbiyyat və mədəniyyət nümayəndələri haqqında bioqrafik məlumatlar təzkirələrdə verilirdi. Zaman keçdikcə bu nümunələr tərcümeyi-hal və xatirələrlə əvəz olu-nurdu, artıq memuar ədəbiyyatına aid olan əsərlər meydana gəlirdi. Bununla belə, təzkirəçilik ənənələri son dövrlərdə də davam və inkişaf etdirilir. Keçən əsrin sonlarında bu özünü daha aydın biruzə vermişdi. Sahib Sailovun «Muğanın övlad-ları» [215], Teymur Əhmədovun «Azərbaycan sovet yazıçıları» [68], Əsgər Zeynalovun «İrəvan ziyalıları» [269] əsərləri bu baxımdan diqqətəlayiqdir. Daha öncə qeyd etdiyimiz kimi, Sahib Sailovun üç kitabdan ibarət əsərində Muğanda boya-başa çatmış görkəmli elm, sənət xadimləri, rəhbər vəzifədə çalışmış, təsərrüfat fəaliyyəti ilə şöhrət qazanmış insanlar haqqında məlumat verilmişdir.

Teymur Əhmədovun müəllifi və tərtibçisi olduğu kitabda isə yazıçıların qısa tərcümeyi-halı ilə bərabər yaradıcılığının ən səciyyəvi xüsusiyyətləri, ictimai-ədəbi fəaliyyətləri haqqın-da bilgilər verilmişdir. Müəllif yazıçıların orijinal əsərlərinin və tərcümələrinin biblioqrafiyasını vermiş, hətta əlaqə nömrə-lərini də qeyd etməyi lazım bilmişdir. 300-dən artıq yazıçının həyat və yaradıcılığından bəhs edən kitab ensiklopedik səciy-yəli məlumat toplusudur. Alimin əsrimizin ilk illərində dərc olunmuş «XX əsr Azərbaycan yazıçıları» [71] adlı ensiklope-dik məlumat kitabında isə «milli-mənəvi xəzinəmizi zəngin-ləşdirən yazıçıların biblioqrafik oçerkləri verilmişdir. Sovet hakimiyyəti dövründə repressiyaya məruz qalan və mühacirət-də Türkiyə, İran, İraq, İngiltərə və digər xarici ölkələrdə ya-şayıb-yaradan soydaşlarımızın, 90-cı il yanvarın 19-dan 20-nə keçən müdhiş gecə sovet ordusunun Bakıya hücumu zamanı

237

Page 239: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

şəhid olan, həmçinin Qarabağ müharibəsi başlananda doğma yurd-yuvasından didərgin salınan qələm sahiblərinin tərcüme-yi-halı da kitaba daxil edilmişdir» [69, s.80].

«İrəvan ziyalıları» kitabı əvvəlkilərdən bir çox cəhətdən fərqlənir. İlk öncə nəzərə çatdırmaq lazımdır ki, burada XIX və XX yüzilliklərdə İrəvan torpağının yetirməsi olan ziyalıla-rın həyat və fəaliyyətlərindən, Azərbaycan elminin və mədə-niyyətinin inkişafında onların tutduğu mövqedən ətraflı söhbət açılır. Müəllif hər bir ziyalıdan bəhs edərkən onun haqqında yazılı və şifahi xatirələrə istinad etməklə yazının daha dəyərli və oxunaqlı alınmasına nail olmuşdur. Əsərin bir özəlliyi də ondan ibarətdir ki, yazıların əksəriyyətində müəllifin olaylarda iştirakı görünür. Oçerklərə xas olan müəllif şəxsiyyəti bu nü-munələrin əksəriyyətində ön planda olmasa da haqqında danı-şılan şəxsdən sonra açıq-aydın görünür. Müəllif haqqında da-nışdığı şəxsin həyat və fəaliyyətindəki önəmli məqamları da nəzərə çatdırmışdır.

Şəxsiyyətin həyat və fəaliyyətindəki başlıca məqamları nə-zərə çatdırmaqda biblioqrafik göstəricilər xeyli önəmlidir. Bu mənada tanınmış tənqidçi və ədəbiyyatşünas Bəkir Nəbiyev haqqında soraq kitabı [20] xüsusilə qeyd olunmalıdır. Lakin burada bir məqamı nəzərə çatdırmaq lazımdır ki, digər biblioq-rafik gösrəricilərdən fərqli olaraq, akademikin 75 illik yubileyi ilə əlaqədar dərc olunmuş bu kitabda görkəmli alim, şair və ədiblərin ürək sözləri toplanmışdır. Bu nümunələrdə ara-sıra xatirələr yada düşür, keçən günlər, keçən illər yad edilir. Elçi-nin, Cəmil Əlibəyovun, Yaşar Qarayevin, Ağamusa Axundo-vun qələm məhsulları bu baxımdan diqqət çəkir. Sözügedən müəlliflərin yazıları xatirə örnəklərinin zənginliyi ilə fərqlənir. Digər yazılarda da az-çox xatirə çalarları görünməkdədir. Xey-rulla Əliyevin, Mailə Muradxanlının, Əsgər Quliyevin, dün-yanın müxtəlif ölkələrində yaşayan alimlərin Cavad Heyət, Əli Yavuz Akpınar, Ləziz Qəyyumov, Şakir İbrayev və başqa-larının, keçmiş tələbələrinin Kamal Abdulla, Vəfa

238

Page 240: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Quluzadə, Nizaməddin Şəmsizadə, Arif Əmrahoğlu və digərlərinin mülahizələri xüsusilə seçilir. Bu nümunələri Azərbaycan xatirə ədəbiyyatına daxil etsək, heç də yanılmarıq.

Xatirələr müasirlərimizin doğum günündə, yubileylərində onun yaxınları, onu tanıyanlar tərəfindən də söylənilir. Deyi-lənlər kitab halında nəşr olunur və geniş oxucu kütləsi belə bir görkəmli ziyalının onun müasiri olduğu ilə fəxr edir. Professor Teymur Əhmədovun 70 illik yubileyinə həsr olunmuş kitabda [124] bu gözəl insan, tanınmış alim haqqında ziyalı həm-karlarının, onu tanıyanların ürək sözləri, xatirələri toplanmış-dır. Ədəbiyyatşünas, şair-publisist, f.e.d. İsmayıl Ömər oğlu Vəliyev haqqında kitab da [246] bu qəbildəndir. Onu da qeyd etmək lazımdır ki, İsmayıl Vəliyev 1988-ci ildən başlayaraq gündəlik tərtib etmişdir. Gündəliyin 1990-cı il yanvar ha-disələri ilə bağlı hissələri nəşr edilmişdir [252]. Burada xalqı-mızın başına gətirilən faciələr əks olunmuşdur.

Nəzərə çatdırılmalıdır ki, XX yüzilliyin sonları və əsrimi-zin əvvəllərində tarixi hadisələri işıqlandıran və avtobioqrafik səciyyəli əsərlər daha çox meydana gəlmişdir. Müəlliflər bu növ əsərlərini yazıçı təxəyyülünün məhsulu olduğunu bildirsə-lər də, bunları oxuyarkən cərəyan edən hadisələrin gerçək olaylara söykəndiyi açıq-aşkar bəlli olur. Deyilənlərə Aqil Ab-basın «Dolu» və Gülşən Lətifxanın «Azər və Aida adası» əsər-lərini nümunə gətirmək olar. «Dolu» əsərinin başlanğıcında müəllifin «xahiş edirəm, bu əsərdə kim isə nə isə axtarmasın, bu, yazıçı təxəyyülündən başqa bir şey deyil» [1, s.56] sözləri verilsə də, roman həyat materialları ilə zəngindir. 1992-ci və 1993-cü illəri əhatə edən əsərdə könüllü batalyonların cəbhə xəttində göstərdikləri qəhrəmanlıqlar, Şuşa uğrunda gedən vu-ruşlarda mərdliklə həlak olmaları öz əksini tapmışdır. Hadi-sələr Dünyanın Ən Varlı Şəhərində cərəyan edir. İştirakçıların adları da şərtidir. Drakon, Pələng, At Belində olan adam, Ko-mandir və s. «Dolu» düşmən tərəfdən yağan güllələr, qumba-ralardır. Əsərin sonu nikbin əhval-ruhiyyəlidir. Bu dəfə göy

239

Page 241: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

üzündən yağan Dolu camaatın sevincinə səbəb olur. Müəllif həyati faktları bədii təfəkkürünün süzgəcindən keçirərək də-yərli sənət nümunəsi yaratmağa nail olmuşdur.

Eyni fikirləri Gülşən Lətifxanın «Azər və Aida adası» [146] əsərinə də şamil etmək olar. Romanda Qarabağ mühari-bəsi ərəfəsi və müharibə başlanandan sonra baş verən hadisə-lər qələmə alınmışdır. Əsər roman adlandırılsa da bir xatirə-memuar təsiri bağışlayır. Ən əvvəl hadisələr birinci şəxsin Aidanın dilindən nəql edilir. Digər tərəfdən əsərdəki olaylar gerçək hadisələrə söykənir: keçən yüzilliyin 80-90-cı illərində Bakıda cərəyan edən ictimai-siyasi durumu əks etdirir. Bu icti-mai-siyasi hadisələr fonunda Azər və Aidanın saf və ülvi mə-həbbəti tərənnüm edilir. Əsərdə hər bir epizod, surətlərin danı-şığı, hərəkəti, eləcə də Azərbaycan xalqının qədim adət-ənənə-ləri ustalıqla, doğru-dürüst təsvir olunmuşdur.

Gündəliklərin, xatirələrin və digər sənədli əsərlərin əhə-miyyəti onların təkcə real hadisələr və insanlar haqqında məlu-matın olması ilə deyil, eləcə də ideya məzmunu: müəllifin və onun qəhrəmanlarının mənəvi zənginliyə, ictimai və estetik ideallara münasibəti ilə təyin olunur. Bunun üçün yalnız fakt-ları tapmaq və təsvir etmək, keçmişin gerçək olaylarını yarat-maq bacarığına malik olmaq azdır, həmçinin keçmişin real səhnələrini təkrar yaratmaq, geniş dünyagörüşünə malik ol-maq, ideya məqsədinə doğru yönəldilmə, həyatı dərindən başa düşmək lazımdır.

Çağdaş ədəbiyyatımızda memuar əsərləri kəmiyyətcə art-maqla yanaşı keyfiyyətcə də yeniləşmişdir. Kamil xatirə nü-munələrinin yaranması ilə səciyyələnən XX yüzil eyni zaman-da klassik ənənələrin davam və inkişafı baxımından da dəyər-ləndirilməlidir. Keçən yüzilliyin ikinci yarısı və əsrimizin ilk illərində meydana gələn xatirələr Azərbaycan memuar ədə-biyyatını yeni nümunələrlə zənginləşdirmişdir. Bu dönəm mü-hitin yetirməsi olan şəxsiyyətin mənəvi özəlliklərini bütün ça-larları ilə gələcək nəslə ötürülməsində xüsusilə önəmlidir.

240

Page 242: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

SON SÖZ

Müxtəlif dönəmlərdə insanlar öz iç dünyalarını, arzu və is-təklərini, həyata və zamana baxışlarını, ömür yollarını müx-təlif üsullarla ifadə etməyə çalışmışlar. Orta əsr müəlliflərində bu ifadəetmə onların bədii və tarixi əsərlərində öz təcəssümü-nü tapmışdır. Onlar həyat və yaradıcılıqlarına aid önəmli fakt-ları, dövr və mühitə olan münasibətlərini öz əsərlərində əks et-dirmişlər. Klassiklərin əsərlərində olan tərcümeyi-hal əlamət-ləri araşdırıcılara onların həyat və fəaliyyətlərinə dair bilgiləri etibarlı qaynaqlardan əldə etməyə imkan vermişdir.

Müəllifin həyat tərzini, duyğularını, tərcümeyi-halındakı bir çox məqamları aydınlaşdırmaq baxımından kiçik həcmli rübailər xeyli önəmlidir və bu nümunələr tərcümeyi-hal örnək-lərinin zənginliyi ilə diqqət çəkir. Yazılı ədəbiyyatda ilk nü-

241

Page 243: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

munələri IX-X əsrlərə aid olan rübailərin ən mahir yaradıcıları Ömər Xəyyam və Məhsəti Gəncəvinin əsərlərində tərcümeyi-hal örnəkləri üstünlük təşkil edir. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və başqaları rübailər yazmış, öz arzu və istəklərini, təbiət və cəmiyyətdən aldıqları təəssüratı ifadə etmişlər. Sonrakı əsrlərdə də ədəbiyyatın bu və ya digər sahələrində uğurlar qazanmış şairlər qələmlərini rübai janrında sınamış və öz bioqrafiyalarına aid bəzi məqamları bu-rada canlandırmışlar.

Tarixi əsərlər dövrün kaloritini canlandırmaq baxımından əhəmiyyət kəsb edir. «Koroğlu» dastanında XVI əsrin sonu XII əsrin əvvəllərində baş verən olaylar öz əksini tapmışdır. Hər hansı bir tarixi epos, o cümlədən «Koroğlu» tarixi hadisə-lərlə özünəməxsus bir şəkildə səsləşən bədii əsərdir. Lakin bu bədiiliyin özündə də avtobioqrafik çalarlar vardır və bu çalar-lar dastandakı qoşma və gəraylılarda bütün aydınlığı ilə təsvir olunmuşdur. Eposun özəlliyi ondan ibarətdir ki, qəhrəmanın xarakteri, igidliyi, mərdliyi, qarşı tərəfə olan münasibəti, çat-dırmaq istədiyi fikrin əsas məğzi, özünün əhval-ruhiyyəsi, hiss və həyəcanları şeir nümunələri ilə verilmişdir. Məzmunca müxtəlif və rəngarəng olan şeirlər qəhrəmanların daxili aləmi-nin açılmasında mühüm rol oynayır.

Zaman keçdikcə insanların, görkəmli şəxsiyyətlərin özləri və ya tanınmış şəxslər haqqında əsərlər yazması zərurəti doğ-muşdur. Bu da gündəlik, tərcümeyi-hal və xatirələrin yaranma-sına gətirib çıxarmışdır. Memuar mənbələri adlandırılan sözü-gedən nümunələr özündə insan, zaman, həyat həqiqətini ehtiva edir.

Memuar mənbələri çox önəmli, önəmli olduğu qədər də dəyərlidir. Memuarlar olayların iştirakçısının və ya şahidinin şəxsi təəssüratları əsasında tərtib edilən nümunələrdir. Hər bir memuarist təsvir etdiyi hadisədə öz mövqeyini müəyyən etmə-yə və hər bir olaya öz qiymətini verməyə çalışır. Bu da memu-

242

Page 244: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

arların digər təhrif olunmuş, yarımçıq, qeyri-dəqiq mənbələrin aydınlaşmasında dəyərini artırır. Memuarlar rəsmi sənədlər ki-fayət qədər olmadıqda əlavə və ya yeganə faktiki material xü-susiyyətinə malik olur.

Memuar mənbələrinin yaradılması mürəkkəb yaradıcılıq prosesidir və eyni zamanda uzun sürən bir prosesdir. Onların tarixinə gəldikdə qeyd etmək lazımdır ki, hadisələrin baş ver-diyi tarixlə yazıya alınma tarixi fərqli olur və müəllif əksər hallarda dünənin olaylarına bugünün nöqteyi-nəzəri ilə baxır. Memuar mənbələri geniş oxucu kütləsi arasında da yayıl-mışdır. Əslində elmi-kütləvi nəşrlərin əsas məqsədi geniş oxucu kütləsini memuar nümunələri ilə tanış etmək məqsədi daşıyır. Mütəxəssislər üçün nəzərdə tutulmuş elmi nəşrlər isə təkcə məzmun baxımından deyil, eləcə də mənbə haqqında məlumat baxımından əhəmiyyət kəsb edir. Bu məlumata mənbənin yaranma tarixi, memuaristin mənbə üzərində necə işləməsi və digər məsələlər daxildir. Elmi nəşrləri dəyərli faktiki materiala malik mənbələr və ya müəllifin tərcümeyi-halını, daxili aləmini, şəxsiyyətini əks etdirən mənbələr əhatə edir. Bununla belə, memuarların nəşri əsasən geniş oxucular üçün nəzərdə tutulur ki, bu da onların xatirələrə marağından irəli gəlir.

Memuarların nəşr forması müxtəlifdir. Böyük həcmli mən-bələr ayrıca nəşr edilir. Bura tarixi hadisələri əks etdirən xati-rələr, illər boyu müntəzəm tərtib edilmiş gündəliklər aiddir. Memuarlar məqalələr məcmuəsində, monoqrafiyaların tərki-bində də nəşr edilə bilər. Memuar əsərlərinin nəşri ətraf alə-min, xarici mühitin müşahidəsi üçün zəngin material verir.

Müəllifin şəxsiyyətindən, məqsədindən, müşahidə etmə bacarığından asılı olaraq xatirələrin qələmə alınmasında müəy-yən forma seçilir. Bədii-sənədli xatirələr, sənədli memuarlar, əsasında gündəlik qeydlər olan xatirələr, epistolyar şəkildə olan memuar mənbələri belə forma müxtəlifliyinə aiddir. Me-muar elementlərindən müxtəlif nümunələrdə istifadə edilir.

243

Page 245: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Məqalə, oçerk, yığıncaqlarda çıxışlar, nekroloqlar şəklində xa-tirələr vardır.

Azərbaycanda memuar mənbələri XX əsrin ortalarında geniş yayılmağa başlamışdı. Bununla belə, əsrin sonlarına ya-xın xatirələrin nəşri kütləvi səciyyə almışdı. Bütün bunlar me-muar mənbələrinin yeni, rəngarəng formalarının yaranmasına təkan vermişdir. Memuar əsərlərinin nəşrində «Azərbaycan» jurnalının, «Ədəbiyyat qəzeti»nin önəmli mövqeyi açıq-aydın nəzərə çarpır.

Bir məqamı qeyd etmək lazımdır ki, elmi işdə memuarlar-dan istifadə etməyin öz xüsusiyyəti vardır. Hər şeydən əvvəl nəzərə alınmalıdır ki, memuar əsərləri subyektiv mənbədir. Yaddaş bəzən memuaristi aldada bilər: o, hadisələri ya qarış-dırar, ya bir neçə epizodu birində birləşdirər, ya da onları yad-dan çıxarar. Buna görə də tədqiqata cəlb olunan hər bir me-muar əsərinin həqiqiliyinə, doğruluğuna xüsusi diqqət yetiril-məlidir, hər bir məlumat dürüst yoxlanılmalıdır. Ədəbiyyat ta-rixçisi hər bir məlumatı dəqiqləşdirməli, yazıçının həyat və ya-radıcılığı haqqında faktlarla birlikdə «əfsanələri» qəbul etmə-məlidir. Memuar əsərlərinin araşdırıcısı memuaristin hansı ideya-siyasi mövqedən çıxış etməsini, hansı ədəbi-bədii məq-səd daşımasını müəyyənləşdirməklə yanaşı onun dünyagörüşü-nü, haqqında danışdığı, qələmə aldığı olayları qiymətləndir-mək bacarığını da nəzərə almalıdır.

Deyilənlər yekunlaşdırılaraq bir daha qeyd edilməlidir ki, memuar mənbələrində insan və zaman faktoru, həyat həqiqəti əsas atributlardır. 1. Memuar mənbələrinin əsasını insan, onun dünyagörüşü, hiss və həyəcanları, fikir və düşüncələri təşkil edir. 2. Müəllif xatirələrində yaşadığı mühit, dövr və zaman haqqında bilgilər verir, eyni zamanda mühitə öz münasibətini bildirir. 3. Memuar mənbələri həyat həqiqətinin yazıya alınma-sı ilə ərsəyə gəlir. Memuarist həyatı olduğu kimi, bəzəksiz, uy-durmasız təsvir edir. Bütün bunlar memuar mənbələrini dəyər-li və gərəkli sənət nümunəsi kimi qiymətləndirməyə əsas verir.

244

Page 246: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

ƏDƏBİYYAT

Azərbaycan dilində

1. Abbas A. Dolu. Azərbaycan, 2007, №12.2. Abbaszadə H. Nurdan yoğrulmuşlar. Bakı, Avrasiya Press,

2008, 552 s.3. Abdin T. Bəlkə bir də görüşdük. Bakı, İşıq, 1984, 84 s.4. Abdullayev Ç. Yazmasam – dözmərəm. Ədəbiyyat qəzeti,

2002, 22 fevral.5. Adiloğlu Z. Sonsuz ömrə nöqtə qoyulmaz. Bakı, Nurlan,

2005, 480 s.6. Adilov M. Ön söz əvəzi. Bax: Firidun bəy Köçərlinin şəxsi

arxivi. Bakı, Nurlan, 2006, 280 s.

245

Page 247: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

7. Adilov M. Redaktordan. Bax: Cəlil bəy Bağdadbəyov. Xatirələr və etnoqrafik qeydlər. Bakı, Qapp-Poliqraf, 2002, 128 s.

8. Ağamirov Mir Həsən Mir Haşım oğlu. Natəvan haqqında xatirat. AMEA Əİ, V-200/1788, 5 v.

9. Ağayev İ. Ədəbiyyat, mətbuat və publisistika problemləri (seçilmiş məqalələr). Bakı, Elm, 2008, 504 s.

10. Ağayev İ. Ə.Müznib: Həyatı, yaradıcılığı, əsərlərindən seçmələr. Bakı, Elm, 2003, 376 s.

11. Ağazadə F. Həsən bəy Məlik Zərdabinin bioqrafiyası. AMEA Əİ, fond 3, saxlama vahidi 20, 96 v.

12. Axundov M.F. Əsərləri. 3 cilddə, III c., Bakı, Elm, 1988, 388 s.

13. Axundov M.F. Fars dilində yazılmış məktubların mətni. Tərtib edəni H.Məmmədzadə. Bakı, Azərbaycan SSR EA, 1963, 507 s.

14. Axundov M.F. İstanbul xatirələri. AMEA Əİ, f. 2, s.v. 65, 7 v.

15. Axundov M.X. Ömürdən səhifələr. Bakı, Yazıçı, 1992, 128 s.

16. Axundov S.S. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2005, 448 s.

17. Axundov S.S. Tərcümeyi-hal. AMEA Əİ, f. 10, s.v. 63, 5 v.

18. Axundov S.S. Tərcümeyi-hal. AMEA Əİ, f. 10, s.v. 65, 1 v.

19. Axundov S.S. Tərcümeyi-hal. AMEA Əİ, f. 10, s.v. 66, 1 v.

20. Akademik Bəkir Nəbiyev haqqında soraq kitabı. Bakı, Elm, 2005, 369 s.

21. Allahverdiyev Q. XI əsr Azərbaycan ədəbiyyatşünaslığı məsələləri. Bakı, Şam, 2004, 286 s.

22. Almas İldırım. Bakı, Nurlan, 2009, 292 s.23. Almas Yıldırım. Qara dastan. Şeir və poemalar. Bakı,

246

Page 248: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Azərbaycan nəşriyyatı, 1994, 144 s.24. Anar. Əsərlər. III c., Bakı, Nurlan, 2004, 689 s.25. Anar. Mübarizə bu gün də var. Bakı, Nurlan, 2002, 532 s.26. Aranlı S. Xatirə işığında. Ədəbiyyat qəzeti, 2009, 9

yanvar.27. Araslı H. Azərbaycan ədəbiyyatı: tarixi və problemləri.

Bakı, Gənclik, 1998, 732 s.28. Araslı H. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi.

Bakı, Azərbaycan Universiteti nəşriyyatı, 1956, 328 s.29. Aşıq Hüseyn Bozalqanlı. Tərcümeyi-hal. AMEA Əİ, maş.-

101/6147, 36 v.30. Aşıq Talıb. Tərcümeyi-hal. AMEA Əİ, maş.-9/6145, 9 v.31. Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə, I c., Bakı, Elm,

2004, 760 s.; II c., Bakı, Elm, 2007, 632 s.; III c., Bakı, Elm, 2009, 736 s.

32. Azərbaycan klassik ədəbiyyatı kitabxanası. 20 cilddə, II c., Bakı, Elm, 1989, 424 s.

33. Azərbaycan Sovet Ensiklopediyası. 10 cilddə, II c., Bakı, 1977, 592 s.

34. Azəri S. Mən DTK-nın təcridxanasında yatmışam. Azər-baycan, 2002, №3, 4.

35. Babaxanov R., Seyidov F. Hacı Zeynalabdin Şirvani. Bakı, Uşaqgəncnəşr, 1961, 76 s.

36. Bağdadbəyov C. Xatirələr və etnoqrafik qeydlər. Bakı, Qapp-Poliqraf, 2002, 128 s.

37. Bakıxanov A. Gülistani-İrəm. Bakı, Azərbaycan SSR EA, 1951, 252 s.

38. Bakıxanov A. Seçilmiş əsərləri. Bakı, Yazıçı, 1984, 476 s.39. Bayramoğlu A. Mirzə Ələkbər Sabir (həyatı və əsərləri).

Bakı, Qismət, 2003, 320 s.40. Belinski V.Q. Seçilmiş əsərləri. Bakı, Azərbaycan SSR

EA, 1948, 270 s.41. Bertels Y. Ömər Xəyyam. AMEA Əİ, maş. 231, 58 v.42. Bülluri H. Məhəmmədhüseyn Şəhriyar. Bakı, Elm, 1984,

247

Page 249: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

156 s.43. Cabbarlı C. Ədirnə fəthi. Bakı, Elm, 1996, 320 s.44. Cabbarlı C. Əsərləri. 3 cilddə, III c., Bakı, Azərnəşr, 1969,

456 s.45. Cəbhə yolları (Azərbaycan yazıçı və jurnalistlərinin cəbhə

xatirələri). Bakı, Gənclik, 1975, 168 s.46. Cəfər Cabbarlı haqqında xatirələr. Bakı, Uşaqgəncnəşr,

1960, 160 s.47. Cəfərov M.C. Əziz Şərif və xatirələri. Bax: Əziz Şərif.

Keçmiş günlərdən (xatirələr). Bakı, Azərnəşr, 1977, 304 s.48. Cəfərov M.C. Qəzet də bir məktəbdir. Ədəbiyyat qəzeti,

2010, 3 sentyabr.49. Cəfərov M.C. Səməd Vurğun haqqında məqalə və məruzə.

Ədəbiyyat qəzeti, 2010, 9 sentyabr.50. Cəfərov N. Dolan, kəfkirim, dolan. Bakı, Yazıçı, 1993,

176 s.51. Çəmənli M. Dəryanəfəs. Azərbaycan, 2001, №9.52. Çəmənli M. Nəğməli xatirələr. Bakı, «E.L.» Nəşriyyat və

Poliqrafiya Şirkəti MMC, 2007, 184 s.53. Çəmənzəminli Y.V. Əsərləri. 3 cilddə, I c., Bakı, Azərbay-

can SSR EA, 1966, 512 s., III c., Bakı, Elm, 1977, 328 s.54. Çəmənzəminli Y.V. Gündəlik. AMEA Əİ, f. 21, s.v. 182,

154 v.55. Çəmənzəminli Y.V. Gündəlik. AMEA Əİ, f. 21, s.v. 183,

194 v.56. Çəmənzəminli Y.V. Qeydlər. AMEA Əİ, f. 21, s.v. 190,

51 v.57. Çəmənzəminli Y.V. Tərcümeyi-hal (Həyatım). AMEA Əİ,

f. 21, s.v. 177, 25 v.58. Çəmənzəminli Y.V. Tərcümeyi-hal. AMEA Əİ, f. 21, s.v.

178, 179, 11 v.59. Çəmənzəminli Y.V. Türk atalar sözləri. AMEA Əİ, f. 21,

s.v. 408, 2 v.60. Çobanzadə B. Seçilmiş əsərləri. 5 cilddə, I c., Bakı, Şərq-

248

Page 250: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

Qərb, 2007, 336 s.; III c., Bakı, Şərq-Qərb, 2007, 344 s.61. Elçin. İ.Əfəndiyev şəxsiyyəti və sənəti haqqında bir neçə

söz. İ.Əfəndiyev. Seçilmiş əsərləri. 7 cilddə, I c., Bakı, Çi-nar-Çap, 2002, 445 s.

62. Elçin. Seçilmiş əsərləri. 10 cilddə, VI c., Bakı, Çinar-Çap, 2005, 583 s.

63. Elçin. Tənqid və nəsr. Azərbaycan bədii nəsri tənqiddə (1945-1965). Bakı, Günəş, 1999, 216 s.

64. Elçin. Yaxın, uzaq Türkiyə. Bax: Mahmud və Məryəm. Bakı, Gənclik, 1983, 360 s.

65. Ellər Vurğunu. Vurğun ömrü məktublarda. Bakı, 1996, 368 s.

66. Əbdülkərim Əlizadənin şəxsi arxivi. AMEA Rəyasət Heyətinin Azərbaycanda elmi irsin toplanması və sistem-ləşdirilməsi şöbəsi, f. 4, 991 s.v.

67. Əfəndiyev A. Müdriklik səlahiyyəti. Bakı, Gənclik, 1976, 192 s.

68. Əhmədov T. Azərbaycan sovet yazıçıları (ədəbi sorğu kitabı). Bakı, Yazıçı, 1987, 704 s.

69. Əhmədov T. Biblioqrafik məlumat toplusu. Bakı, Nurlar, 2007, 224 s.

70. Əhmədov T. Erməni xəyanəti. Bakı, Nurlar, 2008, 96 s. 71. Əhmədov T. XX əsr Azərbaycan yazıçıları. Bakı, Nurlar,

2004, 984 s.72. Əhmədov T. Nəriman Nərimanovun ictimai-siyasi və

ədəbi fəaliyyəti (1913-1916). Bax: XX əsr Azərbaycan ədəbiyyatı məsələləri. Bakı, Elm, 1979, 260 s.

73. Əhmədov T. Səməd Vurğun. Bakı, Nurlar, 2006, 56 s.74. Əhmədov T. Ülvi insan, böyük yazıçı. Ədəbiyyat qəzeti,

2009, 13 noyabr.75. Ələkbərli N. Bir ömrün rəngləri (Səməd Mənsurun həyat

və yaradıcılıq səhifələri). Bakı, Elm, 2000, 80 s.76. Əli Kərim. Qayıt. Şeirlər və poemalar. Bakı, Yazıçı, 1982,

287 s.

249

Page 251: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

77. Əlioğlu M. Darıxan adamlar. I c., Bakı, Təhsil, 2009, 784 s.

78. Əmrahoğlu A. Hər bir əsərim ömrümün bir parçasıdır. İ.Əfəndiyevlə müsahibə. Ulduz, 1990, № 9.

79. Əsgərli Ə. Xəlil Rza Ulutürkün elmi-tarixi memuarlarında millilik və xalqçılıq məsələləri. Ədəbiyyat qəzeti, 2005, 7 oktyabr.

80. Əsgərli Z. Nəcəf bəy Vəzirov. Bakı, Şuşa, 1998, 56 s.81. Əsgərli Z. Ön söz. Bax: S.Ə.Nəbati. Seçilmiş əsərləri.

Bakı, Şərq-Qərb, 2004, 216 s.82. Əzimzadə Ə. Mənim səfərim. Bax: Əzim Əzimzadənin

şəxsi arxivi (nəşrə hazırlayan M.Məmmədova). Bakı, Nurlan, 2006, 132 s.

83. Əziz Şərif. Keçmiş günlərdən (xatirələr). Bakı, 1977, 304 s.

84. Famil M. Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri. Bakı, ADU nəşriyyatı, 1973, 293 s.

85. Faruq A. Gündəliklər. Azərbaycan, 2003, № 5-10.86. Fazil Ş. İran səfərnamələri. Bakı, 2003, 184 s.87. Fəna M.R. Məclisi-üns. AMEA Əİ, f. 13, s. v. 25, 2 v.88. Fəna M.R. 1905-ci il hadisəsi (tərtib edəni A.Hacıyeva).

Bakı, Nurlan, 2009, 252 s.89. Fətəli xan Xoyski. Həyat və fəaliyyəti (sənəd və material-

lar). Bakı, Azərbaycan nəşriyyatı, 1998, 152 s.90. Firidun bəy Köçərlinin şəxsi arxivi. Tərtib edən və nəşrə

hazırlayan M.Adilov. Bakı, Nurlan, 2006, 280 s.91. Füzuli M. Əsərləri. 5 cilddə, II c., Bakı, 1958, 360 s.; III c.,

Bakı, 1958, 467 s.92. Gəncəvi N. Xosrov və Şirin. Bakı, Yazıçı, 1982, 401 s.93. Gəncəvi N. İskəndərnamə. Bakı, Yazıçı, 1982, 692 s.94. Gəncəvi N. Leyli və Məcnun. Bakı, Yazıçı, 1983, 304 s.95. Gəncəvi N. Sirlər xəzinəsi. Bakı, Yazıçı, 1981, 196 s.96. Gəncəvi N. Yeddi gözəl. Bakı, Yazıçı, 1983, 360 s.97. Göyüşov Z. Həzz və iztirab. Bakı, Azərnəşr, 1969, 372 s.

250

Page 252: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

98. Göyüşov Z. Səadət düşüncəsi. Bakı, Azərnəşr, 1983, 270 s.99. Gülgün R. Xəbərin rəngi. Milli mətbuatın Nəsir İmanquli-

yev fenomeni. Bakı, Kür-Araz nəşriyyat evi, 2009, 224 s.100. Hacıbəyov Ü. Əsərləri. 10 cilddə, II c., Bakı, Azərbaycan

SSR EA, 1965, 412 s.101. Hacıyev D. Ərtoğrul xatirələrdə yaşayır. Ədəbiyyat və in-

cəsənət, 1990, 1 iyun.102. Hacıyeva A. XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin öy-

rənilməsində təzkirələrin rolu (dərs vəsaiti). Bakı, Nurlan, 2008, 80 s.

103. Hacızadə N. İllərin xatirə işığında. Azərbaycan, 2009, № 7.

104. Hacızadə N. Yaddaşımın Rəsul Rza səhifələri. Azərbay-can, 2006, № 2.

105. Hacı Zeynalabdin Tağıyev. Bakı, Azərbaycan nəşriyyatı, 1993, 144 s.

106. Haqverdiyev Ə. Seçilmiş əsərləri. Tərtib, müqəddimə və qeydlər A. Zamanovundur. Bakı, Azərnəşr, 1956, 552 s.

107. Haqverdiyev Ə. Tərcümeyi-halım. AMEA Əİ, f. 9, s.v. 46, 6 v.

108. Həbibbəyli İ. Akademik Məmməd Cəfər Cəfərovun «Ədəbiyyat qəzeti» dünyası. Ədəbiyyat qəzeti, 2010, 9 sentyabr.

109. Həsən bəy Zərdabinin bioqrafiyası və epistolyar irsi (nəş-rə hazırlayanlar M.Məmmədova, A.Ramazanov). Bakı, Nurlan, 2006, 184 s.

110. Həsənoğlu Ç. Ötən günə gün çatmaz (gündəlikdən səhifə-lər – 1964). Azərbaycan, 2004, № 8.

111. Hüseyn M. Bir ay və bir gün. Bakı, Azərnəşr, 1964, 119 s.

112. Hüseyn M. Əsərləri. 10 cilddə, IX c., Bakı, Yazıçı, 1979, 634 s.; X c., Bakı, Yazıçı, 1979, 272 s.

113. Hüseynoğlu T. Xalq həyatının bədii salnaməsi. Ədəbiyyat qəzeti, 1999, 16 aprel.

251

Page 253: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

114. Hüseynov S. Seyid Əzim Şirvani. Bakı, Yazıçı, 1987, 124 s.

115. Hüseynov S. Seyid Əzim Şirvaninin yaradıcılıq yolu. Bakı, Elm, 1977, 218 s.

116. Xalq yazıçısı, görkəmli ictimai xadim Mirzə İbrahimov. Bakı, Nurlan, 2006, 242 s.

117. Xatirələr. Məmməd Səid Ordubadi, Əbülqasım Əminzadə, Əlabbas Müznib (nəşrə hazırlayan N.Səmədova). Bakı, Nurlan, 2008, 104 s.

118. Xəlilov Ə. Sənət və sənətkar. Bakı, Azərnəşr, 1974, 96 s. 119. Xəndan C. Uğur yolu. Bakı, Azərnəşr, 1987, 283 s.120. İsrafiloğlu N.R. Mirzə Məhəmməd Axundzadə. Bakı,

Mütərcim, 2006, 308 s.121. Kələntərli K. Yazılmamış həqiqətlər. Azərbaycan, 2005,

№ 10.122. Kəngərli A. İsmayıl bəy Qaspirinski. Bakı, Nurlan, 2004,

283 s.123. Kəngərlinski Ə. Sidqi mərhumun tərcümeyi-halı. AMEA

Əİ, f. 20, s.v. 173, 6 v.124. Kərimova H. İki əsrin salnaməçisi. Bakı, Azərbaycan

Milli Ensiklopediyası, 2001, 208 s.125. Koroğlu. Bakı, Azərbaycan SSR EA, 1956, 455 s.126. Köçərli F. Azərbaycan ədəbiyyatı. 2 cilddə, I c., Bakı,

Elm, 1978, 600 s.127. Köçərli T. Yaddan çıxmaz Qarabağ. Nəqşi-cahan Naxçı-

van. Bakı, Elm, 1998, 462 s.128. Köklər, qaynaqlar, yadigarlar. Bakı, Azərbaycan Ensiklo-

pediyası NPB, 1996, 93 s.129. Köprülüzadə M.F. Azəri ədəbiyyatına aid tədqiqlər.

Transliterasiya edəni, ön sözün və lüğətin müəllifi V.Feyzullazadə. Bakı, Sabah, 1996, 58 s.

130. Qabilli, Qabilsiz günlər. Toplayıb tərtib edən S.Xəyal. Bakı, Şirvannəşr, 2008, 192 s.

131. Qacar Ç. Qədim və orta əsrlər Azərbaycanının görkəmli

252

Page 254: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

şəxsiyyətləri. Bakı, Nicat, 1997, 304 s.132. Qalacaqdır dünyada (S.Vurğun haqqında xatirələr). Bakı,

Azərnəşr, 1973, 260 s.133. Qarayev N. XIX əsr Azərbaycan ədəbi məclisləri. Bakı,

Nurlan, 2010, 326 s.134. Qasım bəy Zakir (məqalələr məcmuəsi). Bakı, Elm, 1985,

208 s.135. Qasımzadə F. Mirzə Fətəli Axundovun həyat və yaradıcı-

lığı. Bakı, Azərbaycan Dövlət nəşriyyatı, 1962, 378 s.136. Qasımzadə F. N.B.Vəzirov. Azərnəşr, 1954, 160 s.137. Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi.

Bakı, Azərbaycan Universiteti nəşriyyatı, 1956, 556 s. 138. Qasımzadə Q. Getdim, gördüm, düşündüm. Bakı,

Gənclik, 1971, 99 s.139. Qasir M.İ. Şərhi-hal. AMEA Əİ, fr.-1266/ 8020 III dəftər,

40 s.140. Qədimov Ə. Məhəmməd Tağı Sidqinin həyatı və yara-

dıcılığı. Bakı, Çaşıoğlu, 2004, 152 s.141. Qənizadə S.M. Seçilmiş əsərləri. Bakı, Azərnəşr, 1965,

327 s.142. Qəribli İ. Məhəmməd Hadinin «İnsanların tarixi faciələri,

yaxud əlvahi-intibah» poeması. Bakı, Elm, 2001, 121 s.143. Qılman İ. Yaşamaq gözəlliyi. Azərbaycan, 2004, № 4.144. Quddusi M.H. Nadir şah. Bakı, Gənclik, 1999, 240 s.145. Qurbanov Ş. Ömər Faiq Nemanzadə. Bakı, Gənclik,

1992, 208 s.146. Lətifxan G. Azər və Aida adası. Azərbaycan, 2008,

№ 8, 9, 10.147. Mahmudov M. Xətib Təbrizinin həyat və yaradıcılığı. Ba-

kı, Elm, 1972, 207 s.148. Məlikballı Qurban. Vücudnamə. AMEA Əİ, fr.-1153/

4000, 2 v.149. Məlikova R. XIX əsr rus şərqşünaslığı və Xaqani Şirvani.

Bakı, Elm, 1978, 80 s.

253

Page 255: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

150. Məmməd A. Ərzurumun gədiyinə varanda... Bakı, İşıq, 1985, 252 s.

151. Məmmədquluzadə C. Xatiratım. AMEA Əİ, f. 6, s.v. 77, 59 v.

152. Məmmədquluzadə C. Tərcümeyi-hal. AMEA Əİ, f. 6, s.v. 75, 59 v.

153. Məmmədov Ə. A.Şaiq yaradıcılığında məktub və ədəbi faktlar. Bax: XX əsr Azərbaycan ədəbiyyatı məsələləri. Bakı, Elm, 1989, 232 s.

154. Məmmədov (Saraclı) Ə. Abdulla Şaiq. Bakı, Gənclik, 1983, 212 s.

155. Məmmədov K. Mirzə Əli Möcüz yaradıcılığında məişət satirası. Bax: XX əsr Azərbaycan ədəbiyyatı məsələləri. Bakı, Elm, 1989, 232 s.

156. Məmmədov K. Nəcəf bəy Vəzirov. Bakı, Azərnəşr, 1995, 201 s.

157. Məmmədov K. Yusif Vəzir Çəmənzəminli. Bakı, Elm, 1981, 264 s.

158. Məmmədova A. Nəsirəddin Tusinin dünyagörüşü. Bakı, Elm, 2000, 100 s.

159. Məmməd Səid Ordubadi arxivindəki məktublar (nəşrə ha-zırlayan N.Səmədova). Bakı, Nurlan, 2002, 100 s.

160. Mənafi M. Mirzə Əbdürrəhim Talıbov (həyat və yaradıcı-lığı). Bakı, Elm, 1977, 164 s.

161. Mənsimoğlu T. Qulamrza Səbri Təbrizi. Bakı, Şirvannəşr, 2002, 88 s.

162. Mənsur S. Əsərlər (nəşrə hazırlayan S.Xəyal). Bakı, Nur-lan, 2008, 144 s.

163. Mənsur S. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2006, 248 s.

164. Mir Cəlal müasirlərinin xatirələrində və yaradıcılığından örnəklər (tərtibçi f.e.d., prof. T.Əhmədov). Bakı, Azərbaycan Ensiklopediyası NPB, 1998, 225 s.

165. Mirəhmədov Ə. Azərbaycan Molla Nəsrəddini. Bakı, Ya-

254

Page 256: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

zıçı, 1980, 430 s.166. Mirəhmədov Ə. Məhəmməd Hadi. Bakı, Yazıçı, 1985,

224 s.167. Mirəhmədov Ə. Sabir. Azərbaycan SSR EA, 1958, 444 s.168. Mirzə İbrahimov müasirlərinin xatirələrində (tərtibçi

f.e.d., prof. T.Əhmədov). Bakı, Elm, 2008, 560 s.169. Möcüz M.Ə. Əsərləri. Bakı, Yazıçı, 1982, 349 s.170. Mustafayev Ə. Xatirələrim. Bakı, Yazıçı, 1985, 187 s.171. Mustafayev F. Dinmə, ey kədər. Bakı, Yazıçı, 1986,

168 s.172. Müasirləri Abbas Zamanov haqqında (tərtib edəni İ.Hə-

bibbəyli). Bakı, Çinar-Çap, 2003, 333 s.173. Mümtaz S. Azərbaycan ədəbiyyatının qaynaqları. Bakı,

Yazıçı, 1986, 445 s.174. Mürşüdov B. Hadini xatırlarkən. AMEA Əİ, fr.-

784/9937, 6 v.175. Mütəllibzadə Ə.A. Seçilmiş əsərlər (nəşrə hazırlayan və

ön sözün müəllifi S.Xəyal). Bakı, Nurlan, 262 s.176. Müznib Ə. Ana nəslim. AMEA Əİ, f. 23, s.v. 55, 7 v.177. Müznib Ə. Plan-qeydlər. AMEA Əİ, f. 23, s.v. 64, 5 v.178. Müznib Ə. Seçilmiş əsərləri (tərtib edəni İ. Ağayev).

Bakı, Şərq-Qərb, 2006, 256 s.179. Müznib Ə. Zakirin tərcümeyi-halı və şeirləri. AMEA Əİ,

f. 23, s.v. 104, 3 v.180. Nadir şah Əfşarın məktublaşması (nəşrə hazırlayan

R.Şeyxzamanlı). Bakı, Nurlan, 2007, 62 s.181. Nemanzadə Ö.F. Xatirələrim. Bakı, Gənclik, 1985, 128 s.182. Nemanzadə Ö.F. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb,

2006, 352 s.183. Nəbiyev B. Böyük Vətən müharibəsi və Azərbaycan

ədəbiyyatı. Bakı, Elm, 1977, 330 s.184. Nəbiyev B. Didərgin şair (Almas İldırımın yaradıcılıq yo-

lu). Bakı, Şərq-Qərb, 2005, 129 s.185. Nəbiyev B. Əməllər və xatirələr. Ədəbiyyat və incəsənət,

255

Page 257: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

1989, 7 aprel.186. Nəbiyev B. Ön söz. Bax: A.Zamanov. Cəbhə dəftərindən.

Bakı, Azərnəşr, 1986, 96 s.187. Nəbiyev B. Poetik istedadla həyat həqiqətinin nadir vəh-

dəti. Ədəbiyyat qəzeti, 2010, 8 yanvar.188. Nəriman Nərimanov. Tərtib edən və ön sözün müəllifi

prof. T. Əhmədov. Bakı, Nurlar, 2010, 160 s.189. Nəvvab M.M. 1905-1906-cı illərdə erməni-müsəlman da-

vası. Bakı, Azərbaycan nəşriyyatı, 1993, 128 s.190. Nəvvab M.M. Seçilmiş əsərləri. Ön sözün müəllifi

Ə.Məmmədbağıroğlu, tərtib edənlər Ə.Məmmədbağıroğ-lu, A.Ramazanov, R.Kərimov. Bakı, Şərq-Qərb, 2006, 216 s.

191. Nəvvab M.M. Təzkireyi-Nəvvab. Çapa hazırlayanı və ön sözün müəllifi Ə.Bağırov. Bakı, Azərbaycan nəşriyyatı, 1995, 560 s.

192. Nəzirli Ş. Azərbaycan generalları. Bakı, Gənclik, 1991, 208 s.

193. Nəzirli Ş. Cümhuriyyət generalları. Bakı, Hərbi nəşriyyat, 1995, 212 s.

194. Nəzirli Ş. Qarxunlu Əşrəf bəy (sənədli povest). Bakı, Elm və həyat nəşriyyatı, 1998, 180 s.

195. Nəzirli Ş. Qoridən gələn qatar. Bakı, Azərnəşr, 1993, 207 s.

196. Nəzirli Ş. Vurğun keçib bu yerlərdən. Bakı, Yazıçı, 1986, 167 s.

197. Nəzmi Ə. «Dirilik» və «Babayi-əmir» idarəsindən mək-tub. AMEA Əİ, f. 11, s.v. 70.

198. Nəzmi Ə. Keçmiş günlər (Xatirələr). Çapa hazırlayan E. Qasımova. Bakı, Adiloğlu, 2006, 176 s.

199. Nəzmi Ə. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2006, 544 s.200. Nəzmi Ə. «Yeni nəsil» redaksiyasından məktub. AMEA

Əİ, f. 11, s.v. 72.201. Ordubadi M.S. Əsərləri. 8 cilddə, VIII c., Bakı, Azərnəşr,

256

Page 258: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

1967, 404 s.202. Ordubadi M.S. Həyatım və mühitim. 1872-ci ildən 1920-

ci ilə qədər (nəşrə hazırlayan N. Səmədova). Bakı, Azər-nəşr, 1996, 150 s.

203. Ordubadi M.S. Qanlı illər (1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi). Çapa hazırlayan Ə.Bağırov. Bakı, Qafqaz nəşriyyat evi, 2007, 184 s.

204. Pişəvəri S.C. Xatirələr (1941-1945). Bakı, Azərbaycan Demokrat Firqəsinin nəşri, 2005, 394 s.

205. Rəhimli R. Səhnə səadətimdir. Bakı, «E.L.» Nəşriyyat və Poliqrafiya Şirkəti MMC, 2008, 284 s.

206. Rəsul Rza xatirələr işığında (Rəsul Rza haqqında xatirələr, məqalələr, çıxışlar). Bakı, Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı, 2001, 507 s.

207. Rəşid bəy Axundov (məktublar, sənədlər, tərcümələr, mə-qalələr). Toplayanlar, tərtib edənlər və Rəşid bəy Axun-dov haqqında tədqiqatların müəllifləri: Həsən Həsənov, Məmməd Adilov. Bakı, Nurlan, 2003, 462 s.

208. Rübailər aləmində. Tərtib, farscadan tərcümə, ön söz və şərhlərin müəllifi M.Sultanov. Bakı, Azərnəşr, 1989, 263 s.

209. Rüstəmli A. Tufanlardan keçən ömür. Bakı, Sabah nəş-riyyatı, 1995, 132 s.

210. Rüstəm S. Arazın o tayında. Azərbaycan, 2004, № 3.211. Rüstəm S. Seçilmiş əsərləri. 4 cilddə, IV c., Bakı, Azər-

nəşr, 1972, 328 s.212. Rzaquluzadə M. Canlı xatirələr. Bax: A.Şaiq.

Xatirələrim. Bakı, Gənclik, 1973, 364 s.213. Rzayev A. Nəsirəddin Tusi həyatı, elmi, dünyagörüşü.

Bakı, «İrşad» islam araşdırmaları mərkəzi, 1996, 267 s.214. Sabir xatirələrdə (toplayıb nəşrə hazırlayanı, ön söz müəl-

lifi və redaktoru A.Zamanov). Bakı, Gənclik, 1982, 161 s.

257

Page 259: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

215. Sailov S. Muğanın övladları. Bakı, Gənclik, 1995, 344 s.; II kitab, Bakı, Gənclik, 1998, 224 s.; III kitab, Bakı, Qapp-Poliqraf, 2004, 248 s.

216. Sailov S. Yaşadığım illər, keçdiyim yollar. Bakı, Araz, 252 s.

217. Seyidzadə M.M. Unudulmaz xatirələr. Bakı, Gənclik, 1975, 92 s.

218. Səbri Ə. Xatirələr, duyğular. Azərbaycan, 1982, № 11.219. Səfərli Ə., Yusifli X. Azərbaycan ədəbiyyatı tarixi (qə-

dim və orta əsrlər). Bakı, Ozan, 2008, 696 s.220. Səfərli Ə., Yusifov X. Qədim və orta əsrlər Azərbaycan

ədəbiyyatı. Bakı, Maarif, 1982, 388 s.221. Səhhət A. Tərcümeyi-hal (Sabir). Seçilmiş əsərləri. Bakı,

Azərnəşr, 1950, 398 s.222. Sənətə həsr olunmuş ömür (tərtibatçı E.Bakıxanov). Bakı,

Araz, 2003, 356 s.223. Sidqi M.Ə. Məhəmməd Tağı Sidqi. AMEA Əİ, f. 20, s.v.

179, 47 v.224. Sidqi M.Ə. Tərcümeyi-halım. AMEA Əİ, f. 20, s.v. 4,

11 v.225. Sidqi M.T. Seçilmiş pedaqoji əsərləri. Bakı, Maarif,

1967, 84 s.226. Son müsahibə. Azərbaycan, 2005, № 1.227. Süleymanov M. Azərbaycan milyonçuları: Hacı Zeyna-

labdin Tağıyev. Bakı, Gənclik, 1996, 96 s.228. Şaiq A. Əsərləri. 5 cilddə, Vc., xatirələr, məktublar, Bakı,

Yazıçı, 1978, 502 s.229. Şaiq A. Xatirələrim. Bakı, Gənclik, 1973, 364 s.230. Şeyxzamanlı N. Azərbaycan istiqlal mücadiləsi xatirələri.

Bakı, Azərbaycan, 1997, 176 s.231. Şəhriyar M. Seçilmiş əsərləri. Bakı, Elm, 2000, 492 s.232. Şıxlı İ. Ayrılan yollar və ... Azərbaycan, 1989, № 6.233. Şıxlinski Ə. Xatirələrim. Bakı, Azərnəşr, 1984, 220 s.234. Şirvani X. Seçilmiş əsərləri. Bakı, Lider, 2004, 672 s.

258

Page 260: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

235. Şükürova E. M.Şəhriyar (həyatı, mühiti, yaradıcılığı). Bakı, Maarif, 1999, 224 s.

236. Tağı M. Həyatım. Oka Ofset Azərbaycan – Türkiyə Nəş-riyyat Poliqrafiya Şirkəti, 92 s.

237. Tağıyev R. Xatirələrdə yaşayanlar. Bakı, Azərnəşr, 1985, 231 s.

238. Tağıyev R. Sətirlərdə döyünən ürək. Bax: M. Aranlı. Cəbhə gündəliyi. Bakı, Gənclik, 1975, 172 s.

239. Talıbzadə K. A.Səhhət. Bakı, Azərbaycan SSR EA , 1955, 192 s.

240. Təbrizi Ə. Mehr və Müştəri. Bakı, Yazıçı, 1988, 272 s.241. Təbrizi Q.S. Sahilsiz dəniz. Bakı, Turan evi, 2009, 224 s.242. Təbrizi Q.S. Zamanın nəbzi. Bakı, Turan evi, 2006, 336

s.243. Tərbiyət M. Danişməndani-Azərbaycan. Bakı, Azərnəşr,

1987, 464 s.244. Torpaq dərdli insan (Q.Xəlilli xatirələrdə). Bakı, Şuşa,

2000, 368 s.245. Tudə Ə. Bələkdə boğulmuş səadət. Azərbaycan, 1985,

№ 10.246. Uzaq dağların adamı. Bakı, Azərbaycan Milli Ensiklope-

diyası nəşriyyatı, 2002, 324 s.247. Üzeyir Hacıbəyov haqqında söz. Üzeyir Hacıbəyov haq-

qında seçilmiş xatirələr və məqalələr. Bakı, Elm, 1990, 292 s.

248. Vaqif M.P. Əsərləri. Bakı, Azərnəşr, 1960, 260 s.249. Vəkilov M. Ömür dedikləri bir karvan yolu (ön söz

İ.Mustafayevindir). Bakı, Yazıçı, 1986, 192 s.250. Vəlixanov N. Süleyman Sani Axundovun elmi bioqrafi-

yası. Bakı, Elm, 1996, 228 s.251. Vəliyev Ə. Ustad sənətkar. Azərbaycan, 1983, № 2.252. Vəliyev İ. Qara gündəlik. Bakı, Azərbaycan Ensiklopedi-

yası NPB, 1997, 134 s.253. Vəzirov N. Tərcümeyi-hal kitabçası. Bakı, 1913, 22 s.

259

Page 261: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

254. Vəzirov O. Atam Yusif Vəzir Çəmənzəminli haqqında. Bakı, Azərnəşr, 1997, 120 s.

255. Vəzirov O. Azərbaycan Respublikasının Ukraynada və Türkiyədə ilk səfiri. Bakı, 2007, 312 s.

256. Vurğun S. Bir səhər. AMEA Əİ, f. 20, s.v. 219, 7 v.257. Vurğun S. Əsərləri. 6 cilddə, I c., Bakı, Azərbaycan SSR

EA, 1960, 331 s.258. Vurğun S. Seçilmiş əsərləri. 5 cilddə, III c., Bakı, Şərq-

Qərb, 2005, 424 s.; V c., Bakı, Şərq-Qərq, 2005, 384 s.259. Yadda qalan xatirələr. Əli Vəliyev haqqında xatirələr.

Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 1996, 240 s.260. Yaqub Z. Mən öz dastanımı yazıb gəlmişəm. Bakı, Elm

və təhsil, 2009, 288 s.261. Yaqub Z. Mən «Peyğəmbər»i niyə yazdım. Azərbaycan,

2009, № 1.262. Yaqub Z. Millətdə, dövlətdə, sənətdə. Bakı, Nağıl evi şir-

kəti, 2009, 388 s.263. Yaralı xatirələr. Tərtibçi Ə.Məmmədbağıroğlu. Bakı, Qa-

rabağ, 2008, 152 s.264. Yazıçı və zaman. Mir Cəlalın 100 illik yubileyinə həsr

olunmuş elmi konfransın materialları. Bakı, Bakı Univer-siteti nəşriyyatı, 2008, 326 s.

265. Yusifli, Yusifsiz günlər. Tərtibçi, ön sözün müəllifi S.Xə-yal. Bakı, Nurlan, 2005, 179 s.

266. Zamanov A. Bu dünyadan Rəsul Rza gəlib keçdi. Bakı, MBM, 2008, 72 s.

267. Zamanov A. Əməl dostları. Bakı, Yazıçı, 1979, 372 s.268. Zamanov A. M.Hüseynə məktub. AMEA Əİ, maş.-166,

11 v.269. Zeynalov Ə. İrəvan ziyalıları. Bakı, Oğuz eli, 1999, 368

s.Türk dilində

270. Aras E. Hazar’dan hazar’a Elmas Yıldırım. Elağız, Ma-

260

Page 262: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

nas yayınçılık, nisan 2007, 659 s.271. Banarlı N.S. Resimli türk edebiyatı tarihi (Destanlar dev-

rindən zamanımıza kadar). İstanbul, Milli Eğitim Basımevi, 2001, 1366 s.

272. Kabaklı A. Türk edebiyatı. İstanbul, Türkiye yayınevi, c. I, 1967, 640 s.

273. Kocatürk V.M. Türk edebiyatı tarihi. Ankara, Edebiyat yayınevi, 1964, 854 s.

274. Qovşa İ.A. Türk meşhurları ansiklopedisi. İstanbul, Ye-nigün neşriyatı, 1948, 418 s.

275. Vekayi. Babur’un hatıratı. C. I, Ankara, Türk tarih kuru-mu basımevi, 1987, 128 s.

Rus dilində

276. Абасова Э. Узеир Гаджибеков. Путь жизни и творчес-тва. Баку, Элм, 1985, 200 с.

277. Ахмедов Э.М. А.К.Бакиханов: эпоха, жизнь, деятель-ность. Баку, Элм, 1989, 228 с.

278. Ахундов М. Ф. Автобиография. ИР НАНА, ф. 2, ед. хр. 63, 2 с.

279. Ахундов С.С. Автобиография. ИР НАНА, ф. 10, ед. хр. 62, 4 с.

280. Ахундов С.С. Автобиография. ИР НАНА, ф. 10, ед. хр. 63, 8 с.

281. Ганифа ханум. Биография Гасан бека Мелик Зардаби. ИР НАНА, ф. 3, ед. хр. 19, 98 с.

282. Герцен А.И. Былое и думы (вступительная статья Г.Г.Елизаветиной). М., Худож. лит., 1982, 413 с.

283. Магомаев М. Автобиография. ИР НАНА, ф. 25, ед. хр. 138, 4 с.

284. Магомаев М. История возникновения и развития опе-ры «Наргиз». ИР НАНА, ф. 25, ед. хр. 151, 114 с.

285. Меликова Г.С. Воспоминания об отце. В кн.: Сов-

261

Page 263: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

ременники о Г.Зардаби. Баку, Элм, 1985, 236 с.286. Переписка Мирзы Фатали и Рашид-бека Ахундовых.

Составители Г.А.Гасанов, Э.А.Джамильзаде. Баку, Гянджлик, 1991, 176 с.

287. Публикация мемуарных источников. Методическое пособие. Москва, 1972, 131 с.

288. Роговин М.С. Философские проблемы теории памяти. Москва, 1966.

289. Сильнее смерти (Т.Буниятова. Зия – моя судьба; Зия Буниятов в воспоминаниях современников). Баку, Элм, 2002, 584 с.

290. Эйвазов Я. Мамед Таги Сидги. Баку, Язычы, 1986, 136 с.

Fars dilində

291. سر يعنى فتحعلى گبياغرافياى، ميرزا كولونيل ذشت

. فر است آورده بقلم خودش كه ستانهنگآخوندوف مخزن خطى، نسخ انستيتوى آذربايجان، جمهورى ملّى

ثبت ٢ شماره گبر ٩، ٦٢، . ، ١۹۷٦تبريز ، ١دولت آبادى ع. سخنوران آذربيجان، جلد .292

ص ۵۸۳ . ١۹۷۸تبريز ، ۲دولت آبادى ع. سخنوران آذربيجان، جلد .293 ،

.ص ١١۹۵

MÜNDƏRİCAT

262

Page 264: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

GİRİŞ......................................................................................3

XATİRƏ ƏDƏBİYYATININ İLKİNQAYNAQLARI......................................................................9

TƏRCÜMEYİ-HAL ÖRNƏKLƏRİNDƏŞƏXSİYYƏTİN İFADƏSİ....................................................47

XATİRƏLƏR VƏ MÜƏLLİFŞƏXSİYYƏTİ........................................................................73

KLASSİK MEMUARLARDA HƏYATHƏQİQƏTİNİN ƏKSİ.........................................................115

ÇAĞDAŞ XATİRƏLƏR: İNSAN VƏ ZAMAN.................................................................................147

SON SÖZ...............................................................................241

ƏDƏBİYYAT.......................................................................245

263

Page 265: НАИЛЯ СЯМЯДОВА - Manuscript · Web viewA.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif

264