ağ göyərçinlər həsrəti · 2016-08-12 · ağ göyərçinlər həsrəti 5 bəlkə də mənim...

225
1 Solmaz Muxtarova A ğ göy ə rçinl ə r h ə sr ə ti -

Upload: others

Post on 25-Feb-2020

3 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

1

Solmaz Muxtarova

Ağ göyərçinlər

həsrəti

-

Page 2: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

2

Redaktor: Qəşəm İlqar,

Azərbaycan Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvü, «Qızıl qələm» mükafatı laureatı

Rəssam: Yavər Əsədov Solmaz Muxtarova. “Ağ göyərçinlər həsrəti" (hekayələr).

Bakı, «Nərgiz» nəşriyyatı, 2010, – 228 səh.

M 2010603079

742000000 © «Nərgiz», 2010

Page 3: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

3

Page 4: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

4

ÖN SÖZ YERİNDƏ

SƏSLƏ MƏNİ (mənsur şeir)

Qəm karvanına qoşulub gedirəm!.. Zavallı dünyada yıxılıb gedirəm!.. Öz-özümə sıxılıb gedirəm!.. Aпara bilmirəm yükünü, dünya! Səni atanlar-atıb, satanlar-satıb… Qalanlarsa başı bəlalı, gözü-könlü yaralı… Nəyin qalıbdır?! Zalımlar əlində… Zalımlar felində talan olmusan… Kiminə nağıllı dünya, kiminə də haram olmusan. Axarın-baxarın dəyişib… Mən sənin bu gününə ağlamaq istəyirəm… Amma ağlaya bilmirəm… Ağlasam gülərlər mənə… Mənə yazıq deyərlər… Mən ki, yazıq deyiləm… Mən səni sevənlərdən biri… Mən səni ucalardan-uca görmək istəyən… İşığına qol açıb uçmaq istəyən… Şərəfinə yetmək istəyən bir zavallınam… Sən belə deyildin… Mənim zavallı dünyam… Sənmi məni dəyişdin… Mənmi səni?.. Bilmirəm, bilmirəm…

Page 5: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

5

Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna haram qatmışam?! İtginli, çökgünlü dünyam… Özü-özündən küsgünlü dünyam! İtgin dünyasını yuxuda görənlərim, yuxularda ocağına baş çəkənlərim, bağından-baxçasından bir dəstə gül

dərənlərim heyyy!!! Ağlama, qaçqın anam, ağlama, qaçqın bacım, Sən də ağlama, şəhid anası! Ağlamayın… Sizin səsinizdən xəcalətliyəm. Sizin özünüzdən xəcalətliyəm. Mən sizə kömək edə bilmədim… Bilirəm, qaçqın anası, dərdin böyükdür. Bilirəm, oğlunun toy xonçası əlində qalıb… Itgin qızının sorağı dilində qalıb… Bəlkə, birgə ağlayaq?! Birgə ağlayaq qız-gəlinlərin o gününə… Birgə ağlayaq qız-gəlinlərin bu gününə… Dözümlü dünyam… Bu halına, bu gününə baxa bilmirəm… Hamı sevgi mahnısı oxuyur… Sevgini alıb-satanlar… Sevgini ucuz tutanlar… Yarıçılпaq qadınlar... Heyiflər sənə, dünya!

Page 6: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

6

Deyirlər səni sevgi xilas edəcək… Sevgi də başqalaşıbdır… Yazıqların sevgisi də yazıq olubdur… Ehtiyac içində sönüb gedibdir… Varlıların, пulluların sevgisi başqa bir aləm… Hamısını deyə bilmirəm… Deyə bilmirəm… Səbirli dünyam! Qəlbinə şeytan giribdir, yamanca fırladır səni… Çox şeyin əlindən gedib… Elin qırılıb elindən gedib… Bu yerişlə, bu gedişlə mənzilin bilinməz olub… Belə getmə, mənim dünyam! Bəlkə elə bilirsən səni sevənlərin sevgisi babam Koroğlunun dilində qalıb, Səni sevən baxışlar nənəm Həcərin gözündə qalıb?! Yoxsa sevən ürəklər Füzuli dünyasında Leyli-Məcnunun özündə qalıb?! Bilmirəm harda nə qalıb?! Mənimsə dünyam sığınıb sənə, Vətən… Dinim- imanım-gümanım, Vətən! Səslə məni… Çağır məni… Sənin işığına uçmaq istəyən, ardınca dünyanın sonuna getmək istəyən, Xocalını basıb bağrına, Qarabağ yolunda ölmək istəyən, səni sevənlərin var… Səslə məni… Səslə məni…

Page 7: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

7

N i şa n

Page 8: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

8

Bu gün Natəvanın nişanı idi. O, bu günü çox göz-

ləmişdi. Hərə bir tərəfə qaçır, elçiləri layiqli qarşılamaq üçün hazırlıq işləri gedirdi.

Natəvanın sevinci bambaşqa idi. Səssiz, səmirsiz. Sakit axan suya bənzəyirdi. Arada gözlərində qəribə bir işıq yanıb tez də sönürdü. Bəzən ona elə gəlirdi ki, indicə ürəyi yerindən çıxacaq. Bunu bircə özü bilirdi. Onun bu halından başqa bir kəs xəbərdar deyildi. Bir yana baxanda burada qəribə nə var idi ki? Yəqin ki, nişan günü bütün qızlar təlatüm dolu xüsusi bir gün yaşayır, zarafat deyil, doğmalarından, yaxınlarından, adət etdiyi dünyadan ayrılıb tamam başqa, yad insanların arasına düşmək. Bu, heç də asan deyil. Nə bilmək olur qabaqda kimi nə gözləyir? Natəvan özü də bilmirdi, onu sevinməyə, ya da kədərlənməyə vadar edənlərin hansı daha ağır gəlirdi.

Natəvan açıq mavi rəngdə dizdən azca aşağı ipək paltar geymişdi. Çox qəşəng görünürdü. Lap uşaqlıqdan nişan günü açıq mavi rəngdə paltar geyinməyi arzulamışdı və neçə illərdir özü parçanı alıb saxlamışdı. Bütün qızlar kimi o da bu günü çox gözləmişdi. Axır ki, vaxt çatdı. “Görünür, biz istəməklə, biz tələsməklə deyil. Hər şeyin öz vaxtı-vədəsi var... Yəqin ki, heç vaxt gec deyil. Təki gec də olsa bu gün bütün qızlara qismət olsun. Heç bir qızın arzusu gözündə qalmasın.”

Əlbəttə, Natəvan sevinirdi. Amma yaxşı bilirdi ki, bu sevinc ötən günlərin sevincinə bənzəmir. O vaxtlar yerə-göyə sığmayan, az qala onu əl-qol açıb uçmağa vadar edən, içərisindən püskürüb dünyaya xüsusi bir gözəllik gətirən hisslər... Əlçatmaz arzular... Həsrət... Göz yaşı... Sevən ürəyin

Page 9: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

9

döyüntüləri... hamısı bir-birinə qarışıb gəncliyin rahatlığını əlindən alan təlatüm dolu yaşanan anlar...

Natəvan nə vaxtsa o anları yaşamışdı. Az da olsa, yaşamışdı. Sonralar hər şey arxada qalmışdı. O, bəzən səhərə kimi taleyini ağlasa da, əlini yerdən-göydən üzsə də, ümidini tamam itirməmişdi. Xüsusilə aylı-ulduzlu gecələrdə, o mavi səmaya, çıraq kimi yanıb-sönən ulduzlara baxıb rahatlıq tapmışdı. Nə vaxtsa, “göy köynək” kişinin ona rəhm edəcəyinə inanmışdı, gözləmişdi. Nənəsi belə deyərdi: “Hər şey o göy köynək kişinin əlindədir.”

Natəvan öz xatirələrinə sığınıb ötən günləri tez-tez yadına salır və o anların atəşinə qızınırdı. Bir qədər bəxtəvər olur, buz bağlamış ürəyi isinirdi. Sonra da bu hal tez keçib gedirdi. Natəvan yenə də öz kədəri, qəmi ilə tək qalırdı və artıq o, bu təkliyə adət etmişdi. Hər dəfə qızlara toy çalınanda bir gözü gülsə də, o biri gözü ağlayırdı.

Natəvan nə qədər öz keçmişindən qaçsa da, qaçıb uzaqlaşa bilmirdi. Yaşananlar yaşanmışdı. Olanlar olmuşdu. Ötüb keçənləri silib atmaq mümkün deyildi. Onlar Natəvanın həyatının bir parçası idi. O da, bir daş kimi düşüb ürəyində qalmışdı, vaxt-bivaxt Natəvanı incidir, onu çəkib yenə həmin günlərə aparırdı.

Hər şey ilk sevgi məktubundan başlamışdı. “İlk sevgi məktubu?!” Yox, yox... Əslində hər şey bir qədər əvvəl baş verdi. Qardaşı Azərin dostunun toyunda. Səliqə-səhmanla bəzədilmiş çadırda tərpənməyə yer yox idi. Kəndin qocasından tutmuş uşağına kimi hamı toyxanada idi. Qocalar baş tərəfdə, cavanlar isə bir tərəfdən oğlanlar, o biri tərəfdən qız-gəlinlər oturub toya tamaşa edirdi. Axşamdan xeyli keçmişdi. Toyun ən qızğın vaxtı idi. Növbə ilə rəqs edən, mahnı sifariş verən...

Toybəyi əlində ağac ortalıqda fır-fıra kimi fırlanırdı. Ortalıqda ayağa dolaşan uşaqları qovmaqdan səsi tutulmuşdu.

Page 10: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

10

Nədənsə belinə qırmızı bağlamışdı. Adətən kənd toylarının ən qızğın vaxtı axşam, mal-qaranın ayağı yığışandan sonra başlardı.

Natəvan da qızların arasında idi. Hər kəs yaxını, dostu ilə rəqs sifariş edib, rəqs edirdi. Bəyin qohumları isə ortalıqdan çıxmırdı. Xüsusilə bəyin bacıları. Kənddə iki toybəyi var idi – kişilərdən İlyas, qadınlardan isə Natəvanın xalası Zümrüd xanım. Adətən kişiləri rəqsə İlyas dəvət edərdi. Kənddə qayda belə idi ki, toyda hamı bir-bir rəqsə dəvət edilməli, sayılıb-seçilməli idi. Kim ki, oynamaq istəmirdi, məcbur etməzdilər.

Zümrüd cavan qızları rəqsə dəvət edəndə Natəvan da onların arasında idi, birgə rəqs edirdilər.

Natəvan artıq qızlar bulağından su içmişdi. Uzun qara hörükləri az qala topuğuna çatırdı. Saçları şəvə kimi parıldayırdı. Bənizi solğun olsa da, zil qara gözlərindən ətrafa elə bil işıq düşürdü. Sanki bəbəklərində ocaq qalanmışdı.

Natəvan qızlarla rəqs edir və utana-utana ona tərəf uzanan əllərdəki şabaşı yığırdı. Növbəti şabaşı almaq istəyərkən ona tərəf tuşlanan qəribə bir baxışla üzləşdi. Kənd cavanlarından Vaqif idi. Onuncu sinifdə oxuyurdu. Natəvan Vaqifin baxışlarından yayınmaq istəsə də ani olaraq onların baxışı qovuşdu. Natəvan özü də bilmədi nədən qorxdu, amma əməlli-başlı qorxdu. Ona bu vaxta qədər tanış olmayan bir baxışla üzləşdi. O baxışlar bir qədər dalğın olsa da, sanki dil açıb danışırdı, Natəvana nə isə demək istəyirdi. Natəvan özünü itirdi. Qıçları dolaşa-dolaşa əlindəki pulları çalanların qabağına atıb ortalıqdan çıxdı. Bədəni az qala uçunurdu. Nə qədər özünü ələ almaq istəsə də, elə bil canına vəlvələ düşmüşdü. Ha çalı-şırdı ki, bir də Vaqifin baxışları ilə rastlaşmasın, amma istər-istəməz ona tərəf tuşlanan sözlü-söhbətli baxışlardan Natəvan qaça bilmirdi. Elə bil Vaqifin qəlbinin qapıları Natəvanın üzünə açılmışdı. Bir tərəfdən qorxu-təlaş, o biri tərəfdən xoş

Page 11: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

11

hisslər... Nələrin baş verdiyini özü də dərk etmədi. Evə gə-ləndən sonra bir neçə dəfə aynanın önündə durub diqqətlə özünə baxdı. “Artıq mən də böyük qız olmuşam!..” Natəvan o gündən rahatlığını itirdi.

Vaqifin atası yox idi, rəhmətə getmişdi. Həmişə məktəbdə səliqəli geyimi, xoş rəftarı ilə seçilirdi. Gecə-gündüz kitab əlindən düşməzdi. Söz gedirdi ki, o, qızıl medala namizəddir. Vaqif özü heç vaxt bu barədə danışmazdı, başqaları da onu tərifləyəndə xoşuna gəlməzdi.

Toydan bir neçə gün sonra müəllimlər yuxarı sinif şagirdlərini məktəbyanı sahəyə işləməyə aparmışdı. Qızlar alaq edir, ağacları sulayır, oğlanlar isə yer belləyirdi. Səs-küy baş alıb gedirdi. Coşub-daşan gənclik öz havasında idi. Cavan müəllimlər də şagirdlərə qoşulub işləyirdi. Yaşlılar isə bir qıraqda durub tamaşa edir, bəzən də şagirdlərdən kiməsə yaxınlaşıb işi başa salırdı.

– Natəvan... – bu səs elə bil çox uzaqdan gəldi. Bir qədər titrək, inamsız. Natəvan Vaqifin səsini tanıdı.

– Sənə kömək edim? – deyə Vaqif ona yaxınlaşıb astadan soruşdu. Natəvan təşvişlə Vaqifə baxdı.

– Yox, yox, lazım deyil... Natəvana elə gəldi ki, hamı onlara baxır. Vaqif də

özünü itirdi. O, Natəvana çox söz demək istəyirdi... Amma heç nə deyə bilmədi.

– Bağışla, Natəvan... – deyə dönüb getdi. Natəvan bir neçə dəqiqə özünə gələ bilmədi. O, Vaqifin

baxışlarının qabağında aciz idi. Vaqifin baxışları onu əməlli-başlı qorxudurdu. Axı, Natəvan səkkizinci sinifdə oxuyurdu. Onun başqa arzuları var idi. Oxumaq, ali təhsil almaq istəyirdi. Nə olsun ki, kənd qızlarının əksəriyyəti təhsilini yarımçıq qoyub ailə qururdular. Amma Natəvan oxumaq istəyirdi.

Page 12: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

12

Beləcə Natəvanla Vaqifin arasında dilə gəlməyən bir sevgi macərası yaşandı. Pak... Bulaq suyu kimi saf... Əlçatmaz, sözsüz-söhbətsiz. Bu hisslər necə güclü idisə, Vaqif dilinə gətirə bilmədi.

Onuncu sinfi bitirdi. Şəhərə getməmişdən qabaq Natəvana məktub yazdı. Natəvan ilk sevgi məktubunu aldı və dönə-dönə məktubu oxudu:

“Natəvan, bu məktubu yazmağa cəsarət etdiyim üçün məni bağışla. Artıq susa bilmirəm. Yəqin ki, özün də yaxşı bilirsən, hər gün səni görmək üçün arxanca gəzirəm. Bəzən istəyirəm addımlarımı yeyinlədib sənə çatam, yanaşı gedək. Amma sənə çata bilmirəm.

Səni göydə yanıb-sönən ulduzlara bənzədirəm. İş ondadır ki, sən göydə deyil, yerdəsən. Natəvan, sən mənim bəxt ulduzumsan. Ürəyimdə yanırsan. Amma nədənsə qorxuram. Ona görə qorxuram ki, sən göydəki ulduzlar kimi məndən uzaqsan. Yaxşı bilirəm ki, onlara çatmaq mümkün deyil.

Mənsə sənə çatmaq istəyirəm. Yanında olmaq istəyirəm. Sən özün də bilmədən məni xoşbəxt etmisən. Məktəbi bitirib şəhərə oxumağa getməliyəm, amma ürəyimi bu kənddə qoyub gedirəm. Bu, mənim üçün çox çətindir.

Natəvan, nə yaxşı ki, sən bu dünyada varsan...

Vaqif”

Natəvan məktubu ədəbiyyat kitabının arasında gizlətdi. Ona elə gəlirdi ki, məktubda yazılan hər bir söz başqa bir aləmdən xəbər verir və Natəvanın üzünə yeni bir dünyanın qapıları açılır. O, anlaşılmaz hisslər içərisində vurnuxurdu. Oxuduğu bədii əsərlərdəki sevgi qəhrəmanları bir-bir gözünün önündə canlanır, onların iztirabı, acı-ağrıları, nakam sevgisi indi Natəvana başqa cür təsir edirdi, çünki artıq Natəvan özü bu odun içində yanmaqda idi.

Natəvan növbəti dəfə evdə təklənib məktubu oxuyarkən böyük qardaşı Azər qəflətən otağa girdi. Natəvan özünü itirdi.

Page 13: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

13

Tələsik məktubu kitabın arasında gizlətmək istədikdə məktub yerə düşdü. Qorxudan Natəvanın gözləri böyüdü, sifəti alışıb yandı. O, təşvişlə bir qardaşına, bir də yerdəki məktuba baxdı. Azər yaxınlaşıb məktubu götürdü və oxudu. O, rəng verib, rəng aldı. Natəvan isə xəcalətindən bilmirdi nə etsin. Yer yarılsaydı yerə girərdi. Amma yer yarılmadı. Sərt bir sillə onu silkələdi.

– Bu nədir?! Məktəbə buna görə gedirsən?! Natəvan heç nə eşitmədi. Qardaşının səsi bir də

qulaqlarında cingildədi. – Namusu itə atıblar, it yeməyib! Abırsız!! Azər qəzəblə sözünü deyib, otaqdan çıxdı. Natəvan əlləri ilə üzünü tutub hönkürdü. O vaxtdan

qardaşının səsi qulaqlarında qaldı. Deyilən hər bir söz bıçaq kimi sanki Natəvanın ürəyinə sancılıb elə oradaca qaldı. Ömrünün sonuna kimi Natəvana əzab verdi. Nə qədər çalışdısa, o sözləri unuda bilmədi. O, günahı olmadığını bircə özü bilirdisə də, bu barədə demək istədiyi sözlər ürəyində qaldı. Yaxşı bilirdi ki, artıq heç kəs ona inanmayacaq. Ona olan inam vaxtsız və nahaq yerə alışıb yandı, heç külü də qalmadı. Bundan belə heç nəyi dəyişmək mümkün deyil. Bir tərəfdən də xəcalət hissi ona rahatlıq vermirdi. Niyə xəcalət çəkdiyini özü də bilmirdi. Əslində bütün qızlar bu dünyaya sevilmək üçün gəlir, sevilmək arzusu ilə yaşayır və seviləndə bəxtəvər olur. Bu, Natəvana qismət olmadı. Görünür bu dünya belədir. Hər kəs etdiyi günaha görə cəzalandırılmır, çünki kiminsə günahkar və yaxud günahsız olduğunu sübut etmək asan deyil. Hər kəs istədiyi kimi nəticə çıxarır, biri haqq, biri nahaq. Bircə insan özü bilir öz dərdini, öz günahlarını, və ya günahsız olduğunu.

Natəvanı məktəbdən çıxartdılar. Həmişə nəzarət altında olan Natəvan həyət-bacada kölgə kimi gəzib dolandı. Hətta sinif uşaqları ilə görüşmək də ona qadağan olundu.

Page 14: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

14

Natəvan sinifdə ən yaxşı şagird idi. Bir neçə dəfə sinif rəhbəri, axırda direktor özü Şafa kişinin qapısına gəldi – Natəvanı məktəbə qaytarmağa çalışdı:

– Bu uşaq heyifdir. Onu dərsdən ayırmayın. Oxusa, yaxşı gələcəyi olar.

Şafa kişi arvadı Nəcibə ilə baxışdılar. Onlar ağzını açmağa imkan tapmamışdılar ki, Azər qabağa çıxıb direktora sərt cavab verdi.

– Bizim heç kəslə ortaqlı uşağımız yoxdur! Natəvan bir də məktəbə qayıtmayacaq! Artıq söz-söhbət lazım deyil...

– Oğlum, ayıbdır... Müəllimlə kobud danışma. Kəndin ağsaqqalıdır.

– Qızımızın oxuyub-oxumamaq məsələsini biz özümüz həll edirik, başqaları yox. Bir dəfəlik bildirmək istəyirəm ki, Natəvan məktəbə qayıtmayacaq, vəssəlam! – deyib Azər dönüb getdi.

Şafa kişi üzrxahlıq etdi: – Bağışla müəllim... Cavandır... Direktor dərindən köks ötürdü. – Hə Şafa kişi, deyəsən saqqalı yaman ələ vermisən, –

deyib mənalı-mənalı Şafa kişiyə baxdı. – Vallah nə edim? Şafa kişi sözünün ardını gətirmədi. “Bacara bilmirəm...”

demək istədisə də, bu sözü deməyə ar etdi və xəcalət çəkdi. “Necə yəni bacara bilmirəm?! Kişi də yəni öz övladı ilə bacara bilməz?! Bu necə ola bilər? Deməli, olanda olur. Mən də, Nəcibə də bir abırlı adamlarıq. Bir kişinin toyuğuna “kış” deməmişik. Bu uşaq kimə oxşadı belə? Axırda əlindən bir xəta çıxmasa yaxşıdır.”

Kənddə hamı Azərin əlindən dad edirdi. Dəliqanlı, davakar, özündən razı. Kəndin ağıllı cavanları onunla mübahisə etməzdi, yan keçərdi.

Page 15: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

15

– Arvad, yaman yerdə axşamladıq.. Bu işlərin axırı necə olacaq? – axır ki, Şafa kişi dərdini dilə gətirdi.

– Əlacımız nədir? Yola verməliyik, – deyə Nəcibə yazıq-yazıq ərinə baxdı.

– Hə, nə deyirəm ki, sən haqlısan. Bacardıqca yo–la verməliyik, amma çətin olacaq, – deyib Şafa kişi ah çəkdi.

Beləcə, Natəvan birdəfəlik məktəbdən çıxarıldı. O, məktəbə gedən yollara həsrətlə baxdı. Oxumaq arzularını dəfn etməkdən başqa çarəsi qalmadı.

Vaqif şəhərdə instituta daxil oldu. Üçüncü kursda Natəvana elçi göndərdi. Elçilər qapıdan qovuldu. Natəvan hər iki-üç aydan bir Vaqifdən iki sözdən ibarət bir məktub aldı. “Natəvan, gözlə məni...” və o, yol gözlədi.

İllər, aylar ötdü. Natəvana başqa yerlərdən elçilər gəldi. Natəvanı yola gətirə bilmədilər. Daş atıb başını tutdu.

– Mən ərə getmirəm... – sakitcə deyib durdu. Axırıncı dəfə söz böyüdü. Azər yumruqlarını düyün-

ləyib Natəvana hücum etdi: – Sən özbaşına deyilsən! Sənə nə deyirlər onu da

edəcəksən!! – Mən də insanam! Öz taleyimi həll etməyə ixtiyarım

var... – Sənin dilini kəsərəm! Axırıncı dəfə sənə deyirəm!

Yığışdır özünü! Yoxsa?! Natəvan elə bil yuxudan oyandı. “Mən onunla xoşbəxt

ola bilərdim. Xoşbəxtlik mənim ovcumun içində idi. Amma saxlaya bilmədim. Bağışla məni, Vaqif, bağışla! Mən təkcə özümü yox, səni də bədbəxt etdim.”

Natəvan nifrətlə qardaşına baxdı. Uzun illərdir ona demək istədiyi sözləri artıq saxlaya bilmədi:

– Mən sənə nifrət edirəm! – Necə?!

Page 16: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

16

Azər qulaqlarına inanmadı: – Sən nə dedin?! – Dedim ki, mən sənə nifrət edirəm! – deyə Natəvan bir

də təkrar etdi və hönkürdü. Dəli bir ağlamaq Natəvanı halından çıxarmışdı. Bütün bədəni əsirdi. Natəvan itirdiyi xoşbəxtliyini ağlayırdı.

Şafa kişi Azəri bir kənara çəkdi: – Bəsdir! Sən bu qızdan nə istəyirsən? Nəcibə qızını qucaqlayıb sinəsinə sıxdı: – Qızım, sakit ol, sakit ol!.. – Ana!.. Anacan!.. Natəvan sanki imdad diləyirdi. – Bütün günahlar sizdədir! – ata-anasına deyib Azər

hirslə həyətdən çıxdı. Bu minvalla Natəvan ərə getmədi. Tək qaldı. Onu tən-

halığa gətirib çıxaran dövrün adətlərinə, haqsızlıqlarına nifrət etdi. Nifrəti gün-gündən böyüdü. Natəvan hər kəsin xoşbəxt olmaq haqqını əlindən alan haqsızlıqlarla barışa bilmədi. Düşünürdü ki, bu dünyaya gələn hər kəsin bir haqqı var. Qızların da haqqı sevilməkdir. Bütün qızlar bu dünyaya sevilmək üçün, ana olmaq üçün gəlir. Bu, onlara Tanrının verdiyi paydır. Onları bundan heç kəs məhrum edə bilməz.

Vaqif institutu bitirib kəndə qayıtdı. İki il kənddə işlədi. Bir neçə dəfə elçilər gəilb-getsə də, Azər dediyindən dönmədi. Valideynləri də onunla bacarmadı. Vaqif həmişəlik çıxıb kənddən getdi.

Bir neçə ildən sonra Novruz bayramında yenə kəndə qayıtdı və Natəvanla görüşmək istədiyini ona bildirdi. Natəvan xeyli tərəddüd etdikdən sonra Vaqiflə görüşməyi qət etdi. Artıq ilk sevgi məktubunu aldığı gündən səkkiz il keçmişdi. Natəvan özü də bilmədi anasına nə dedi, evdən necə çıxdı. Çöx həyəcanlı idi, az qalırdı ayağının altından yer qaçsın. Vaqiflə

Page 17: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

17

görüşə nə üçün getdiyini özü də bilmirdi, heç nə bilmirdi. Uzun illərdən sonra Vaqifi görmək, onunla üz-üzə durmaq, səsini eşitmək istəyirdi.

Deyilən vaxtda, deyilən yerdə onlar üz-zə gəldi. – Salam, Natəvan... – Vaqif Natəvana yaxınlaşıb əl

verdi. Natəvan da əlini Vaqifə tərəf uzatdı. – Salam. Natəvan tir-tir əsirdi. Vaqif bir qədər dəyişmişdi. Arabir

saçlarına dən düşmüşdü. Natəvanın isə bənizi daha da solmuşdu. Əvvəllər çıraq kimi yanan gözlərinə qəm çökmüşdü. Bu, Vaqifin nəzərindən qaçmadı.

– Natəvan, səni apamağa gəlmişəm, – deyə Vaqif ağır sükutu pozdu.

Natəvan təşvişlə Vaqifə baxdı: – Sən nə danışırsan? – Mən nə danışdığımı yaxşı bilirəm... Bizim xoşbəxt

olmağa haqqımız var. Şəhərdə ev də almışam. – deyib Vaqif cibindən qırmızı bir qutu çıxartdı.

– Al, bu, sənin üçündür... – Vaqif nəvazişlə əlindəki nişan üzüyünü Natəvana tərəf uzatdı. Natəvan həsrətlə üzüyə baxdı. “Mən səninlə dünyanın o başına getməyə hazıram, Vaqif.”

– Natəvan, mən səni aparmağa gəlmişəm, – deyə Vaqif bir də təkrar etdi.

Axır ki, Natəvan dilləndi: – Yox. Bu, mümkün deyil. – Natəvan, həyatda hər şey mümkündür. Bizim

xoşbəxtliyimiz öz əlimizdədir. – Bağışla məni, Vaqif. Bağışla... – deyib Natəvan uzun-

uzadı Vaqifə baxdı. Sonra geriyə döndü. Addımlarını zorla atırdı. İçərisində elə bil nə isə qırıldı.

Page 18: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

18

– Mən sənə inanırdım, Natəvan! – arxadan Vaqifin səsi eşidildi.

“Artıq hər şey bitdi...” Natəvan addımlarını yeyinlətdi. – Sən bizi məhv etdin, Natəvan!.. Vaqif bu sözləri necə yanğı ilə dilə gətirdisə, Natəvan

qeyri-ixtiyari ayaq saxladı. Dönüb heykəl təki dayanan Vaqifə bir də baxdı. Ona tərəf qaçmaq, onu bağrına basıb, bir qədər isinmək istədi. Natəvan heç vaxt Vaqifə belə yaxın olmamışdı. Amma ona tərəf gedə bilmədi, istəyini ürəyində boğdu, zorla boğdu.

– Bağışla məni, Vaqif, bağışla məni!.. Budur... Hər şey arxada qalıb. Bu gün Natəvanın

nişanıdır. Qız evinin qohum-əqrəbası yığışıb gözləyirdi. Atası Şafa kişi bir kənara çəkilib oturmuşdu. Həmişəki kimi fikirli görünürdü. Atasının tez-tez dediyi sözlər Natəvanın yadında idi. “Atalar deyib ki, qız evi ağır oturar, batman gələr. Əcəb işdir, qızı böyüt, boya-başa çatdır, sonra da kiməsə ver getsin. Özün də ağır otur, batman gəl, sözünü ud, danışma. Lazım gəlsə oğlan adamlarına baş əy. Bəlkə elə buna görə ata-babadan kişilər qız istəməyib. Qız adamı kalsaqqal edir.”

Bu illər ərzində Şafa kişi çox fikir etmişdi. Hər dəfə Natəvanın kədər dolu gözlərinə baxanda ölüb dirilirdi. “Balamın nə günahı var? Bir qız bir oğlanındır. Azərin üzü qara olsun. Saldı tərsliyinə, nə var, nə var oğlan qıza məktub yazıb...”

Anası Nəcibə isə ora-bura qaçıb qonaqları qarşılamaq üçün çatışmayan işləri səhmanlayırdı.

Axır ki, al-qırmızı bəzənmiş xonçalar göründü. Səsli-küylü oğlan adamları həyətə doldu. Natəvan bütün bunlara pəncərədən baxırdı.

– Xoşbəxt ol, Natəvan!

Page 19: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

19

Otaqdakı qız-gəlinlər onu təbrik edib, onun sevincinə qoşularaq hər kəs bir söz deyirdi. Əslində Natəvan heç nə eşitmirdi. Bu xoş günün sehrində idi. Özü də mavi rəngdə paltar geyinmişdi. Hər dəfə səmaya baxanda ona elə gəlirdi ki, bu rəng Tanrıya çox yaxındır. Çünki bu dünya elə anasının dediyi kimi “göy köynək” kişinin ovcunun içindədir.

Əsas məclis o biri otaqda idi. Ağsaqqallar ora yı-ğışmışdı. Axır ki, gözlənilən an çatdı. Oğlanın əmisi iki nəfərlə nişan üzüyünü taxmaq üçün qız-gəlinlər olan otağa keçdi.

– Xoşbəxt ol, qızım!.. Qoca üzüyü Natəvanın barmağına taxıb, onun alnından

öpdü. Həmin nişan üzüyü idi. Bir damla göz yaşı Natəvanın yanağını islatdı. – Xoşbəxt ol, Natəvan... – qız-gəlinlərin səsi bir-birinə

qarışdı. – Xoşbəxt ol, qızım! – bu, anasının səsi idi. Anası onu

bərk-bərk qucaqlayıb yanaqlarından öpdü. – Xoşbəxt ol, mənim balam, – deyə bir də təkrar etdi. Natəvan təbriklərə cavab vermək istədi. Nə qədər

etdisə, səsi çıxmadı. Sözlər boğazında qalıb onu boğdu. – Natəvan! Natəvan! Qızım... Sənə nə olub? Bu səs sanki yerin altından gəldi. Anasının səsi idi. – Natəvan! Natəvan! – deyə anası bir də onu çağırdı. Natəvan zorla gözlərini açdı və anasının təşviş dolu

baxışları ilə rastlaşdı. – Qızım, deyəsən pis yuxu görürdün?! Natəvanı qəhər boğdu…

Page 20: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

20

Page 21: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

21

BORC

Page 22: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

22

Zakir tələsik paltosunu qarderoba verib nömrə aldı.

Elə bu an dərsin başlanmasını xəbər verən zəngin səsi dəhlizə vəlvələ saldı. Tələbələr hay-harayla, bir-birini itələyə-itələyə hərəsi bir tərəfə qaçdı. Müəllimlər isə şəstlə dərs otaqlarına tərəf gedir, sanki öz vəziyyətlərindən həzz aldıqlarını hamıya bir daha nümayiş etdirirdilər.

Zakirgilin dərsi beşinci mərtəbədə, dekanatlığın yanında idi. O, Babazadənin zəhmli sifətini yadına salıb, addımlarını yeyinləşdirdi, pillələri az qala iki-iki çıxırdı. “İntizam, qayda-qanun yaxşı şeydir, amma nə edəsən ki, səhərlər saatlarla avtobus gözləyirsən. Nə qədər çalışsan da bəzən vaxtında gəlib çıxmaq olmur”.

Zakir sonuncu pillələri qalxmışdı ki, ətrafa yayılan tanış səs elə bil onu silkələdi.

Tık... tık... tık... Bu səs sanki divarlara çırpılaraq geriyə qayıdır, sonra

da Zakirin düz ürəyinə dəyirdi. O, addımlarını yavaşıtdı. Babazadənin zəhmli sifətini də yadından çıxartdı.

Tık... tık... tık... Səslər bir az da yaxından gəldi. – Salam, Tərlan! – Salam, Zakir! – deyə Tərlan gülümsədi. Alnındakı

punçur-punçur tərini sildi. Onun sinəsi qalxıb enirdi, çətinliklə nəfəs alırdı. Tık... tık... tık...

– Zakir, sən get. Mənə bənd olma. – Tərlan qırıq-qırıq dedi.

Page 23: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

23

Qrup yoldaşlarından bir neçəsi onları itələyərək ötüb keçdi. Zakirin qanı bərk qaraldı. Addımlarını bir az da yavaşıtdı.

Tələbələrin ayaq səsləri, zarafatları, dəhlizdəki hay-küy, elə bil hər şey itib getdi. Zakirin qulaqlarında bircə səs qaldı. Tık... tık... tık... Əslində Zakir birinci dəfə deyildi ki, bu səsi eşidirdi. Hər dəfə bu səs onu çox ağrıdırdı, lap çox.

– Zakir, dedim ki, sən get, – deyə Tərlan ikinci dəfə bildirdi.

– Narahat olma, bir yerdə gedərik. – deyə Zakir sakit cavab verdi.

– Bu zəmanədə deyilənə görə elm çox inkişaf edib. Hər şey mümkündür. Gərək mən də bu ağaca qaçmağı öyrədim, yoxsa... – Tərlan əl ağacına işarə etdi, ardını demədi. Sifəti tutuldu.

Zakir xoş bir söz deyib onun könlünü almaq istəsə də, deməyə söz tapmadı. Uzaqdan baxdı ki, Babazadə auditoriyanın qabağında dayanıb, qaçaraq gələn tələbələri auditoriyaya buraxır. Babazadə Zakirlə Tərlana ötəri nəzər saldı. “Bizi gözləyir. Əlbətdə gözləyir!..” Zakir ürəyində belə düşündü. Onlar dərs otağının bir neçə addımlığında idi ki, Babazadə auditoriyaya keçib qapını örtdü. Müəllimin bu hərəkəti gözlənilməz oldu. Zakirlə Tərlan dərs otağının qarşısında ayaq saxladı.

– Bəlkə dərsə girməyək? – Babazadənin xasiyyətini düşünüb Zakir təklif etdi.

Tərlan cavab vermədi, bir an susdu. Sonra nə fikir-ləşdisə, hövsələsiz qapını açmaq istədi. Bu anda əl ağacı kəndara ilişərək Tərlanın əlindən çıxdı. O, yıxılmamaq üçün qapıdan tutmaq istədikdə qapı qəflətən açılaraq divara çırpıldı. Tələbələr səsə tərəf boylandı. Babazadə isə təbini pozmadan jurnalı yoxlamağa davam etdi. Tərlan özünü itirdi:

Page 24: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

24

– Bağışlayın, – deyə mızıldandı. Rəngi pörtmüşdü. Zakir Tərlanın əl ağacını qaldırıb ona verdi. – Darıxma, olan işdir... Tərlan xəcalətindən bilmədi nə etsin. – Bağışlayın, – deyə, ikinci dəfə üzr istədi. Babazadəyə çırtma vursaydın qanı çıxardı. Jurnalı axıra

qədər yoxlayıb hazır-qaib etdikdən sonra qapının ağzında dayanan Zakirlə Tərlana tərs-tərs baxdı.

– Məndən sonra auditoriyaya girməyi qadağan etmişəm. Çıxın bayıra. Dərsə mane olmayın.

Tələbələr narahatçılıqla tərpənişsələr də, heç kəs cürət edib bir söz demədi. Əslində kim nə deyə bilərdi ki?!

Qabaqda Tərlan, arxasınca da Zakir auditoriyadan çıxdılar. Onlar dəhlizdə pəncərənin qabağında dayanıb bir xeyli çölə baxdılar. Axşamdan başlayan yağış hələ də narın-narın yağırdı. Şəhərin üzərində dövrə vuran buludlar adamı daha da darıxdırırdı. Tərlan əl ağacına söykənib uzaqlara baxırdı. Fikirli görünürdü. Arada Zakirə tərəf çevrilib dedi:

– Bilirsən Zakir, hər kəs özü öz qarşısında hesabat verməlidir. İnsanın haqlı, ya da haqsız olduğunu bircə özü bilir. Başqalarının fikri çox da əhəmiyyətli deyil.

Zakir Tərlanın niyə belə dediyini, daşın kimə atıldığını başa düşüb gülümsədi.

– Sən haqlısan, Tərlan. İnsanı özündən yaxşı heç kəs tanıya bilməz.

Zakir bir qədər susub əlavə etdi: – Gedək, bir nahar edək. Tərlan bir söz demədi. Onlar institutun yaxınlığındakı

yeməkxanaya gəldilər. Zakir növbəyə dayandı, Tərlan keçib qıraqdakı boş masanın arxasında oturdu, əl ağacını divara söykədi.

Page 25: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

25

Zakir ac deyildi. Yəqin ki, Tərlan da səhər-səhər müha-zirəni buraxıb yeməkxanada oturub yeyib-içmək fikrində deyildi. Hər şeyin öz yeri, öz məqamı var. Amma nə edəsən ki, bəzən hər şey biz istəyən kimi olmur.

Hal-hazırda Zakir azca sakitləşmək istəyirdi. Vaxtı öldürmək istəyirdi. Əslində xırda-para adamların haqsız hərəkəti ona bu qədər təsir etməzdi. Amma özünə görə ad-san qazanmış, saç-saqqal ağartmış müəllimin bu qaba hərəkəti Zakirə ağır gəldi. Özünə qalsaydı heç vecinə də almazdı. Bəs Tərlan?.. Bir də nə edəsən... Onsuz da Babazadənin adı gələndə belə tələbələrin qanı qaralırdı. Hətta kimsə özünü saxlaya bilməyib ünvanına samballı bir söz də deyirdi.

Atalar doğru deyib, həyatda kim olursan ol, birinci insan olmaq lazımdır. Nə olsun ki, Babazadə savadlıdır, adı-sanı var. Bəs tələbələrə olan rəftarı? Az qala bizləri adam yerinə qoymur. Axı, bu günün tələbələri sabahın alimləri, ya da müəllimləridir. Məgər bu sadə məsələni dərk etmək belə çətindir?

Zakir qarışıq fikirlərlə dönüb Tərlana baxdı. Tərlan dostunun baxışlarını hiss etmədi. Zakirə elə gəldi ki, Tərlanın fikri uzaqlardadır. O, məchul bir nöqtəyə baxaraq dərin fikrə getmişdi. Tərlan o gecəni tez-tez xatırlayırdı.

Baş verənlər kino lenti kimi gözünün önündən keçib Tərlanı uzaqlara aparırdı. Qarlı, şaxtalı bir qış gecəsinə.

...O, yuxuda anasını görürdü. Həyətdəki tut ağacının altında anası süfrə açmışdı. Tərlanın ən çox xoşladığı yarpaq dolması, yanında camış qatığı, göy-göyərti. Azca aralıda samovar tüstüləyirdi. Anası Tərlanın yanında oturub ona qulluq edirdi:

– Ye, oğlum... Şirin-şirin ye... Anan sənə qurban, nə yaxşı gəldin, lap darıxmışdım.

Page 26: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

26

– Darıxma, anacan, bilirsən ki, hara getsəm, yenə dönüb sənin yanına qayıdacam.

– Nə edim, özümlə bacarmıram. Ana ürəyidir. Nigaran qalıram ki, nə yedin? Günün necə keçdi?

Qarışıq səslər ananın sözünü ağzında qoydu. Səs-küy baş alıb getməkdə idi. Elə bil, kimsə Tərlanı silkələdi. Nələrin baş verdiyini dərk etmədi. Bircə onu bildi ki, yuxudan ayılmaq lazımdır. Həyəcan siqnalı verilirdi. Aləm bir-birinə dəymişdi. Hərə bir tərəfə qaçırdı. Tərlan cəld yataqdan qalxdı. Hamı bir göz qırpımında hazır vəziyyət alaraq əmri dinlədi.

– Dövlət sərhəddi pozulub! Nəyin bahasına olur-olsun sərhəddi pozanları ələ keçirtmək lazımdır.

Axtarış-kəşfiyyat dəstəsi meşəyə səpələndi. Onlar on iki nəfər idi. Dörd istiqamətdə meşəyə üz tutdular. Qar yarım metrdən hündür idi. Qarlı-şaxtalı gecənin sükutunu ayaqlarının altında xışıldayan qarın səsi pozurdu. Tərlan qabaqda gedirdi. Qarın altı daş-kəsək, çala-çuxur olduğundan onlar yıxıla-dura irəliləyirdilər. Ağappaq qarın işığı göz qamaşdırırdı. Sıx ağacların altında şölə saçırdı. Arada canavarların ətürpəşdirici səsi eşidilirdi.

Şaxta adamı kəsirdi. Tərlanın kürəyinin arasında elə bil buz parçası var idi. Üç saatdan çox idi ki, axtarışda idilər. Hələ ki, izə düşə bilməmişdilər. Yəqin ki, o biri uşaqlar da onların günündə idi. Qaçaq dəstəsi yaxalansaydı, atışma olardı, ya da həyəcan siqnalı verilərdi. Adətən qaçaq dəstəsinin bələdçisi olur. Yolu, izi yaxşı bilir, onları yaxalamaq elə də asan olmur.

– Tərlan! – arxasınca gələn Sabirin səsinə Tərlan ayaq saxladı. – Ayaqlarım donub, mən daha gedə bilmirəm...

Tərlan Sabirin üzünü görməsə də, səsindəki ağrını hiss edib geriyə döndü.

Page 27: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

27

– Dayansaq lap pis olar, Sabir, özünü ələ al. – Tərlan Sabirə yaxınlaşıb onun əllərini ovuşdurdu, kürəyinə də bir neçə yumruq vurdu. – Dözmək lazımdır, Sabir.

Tərlan özü də bir qədər qızındığından daha da ürəkləndi:

– Biz düşmənə imkan verə bilmərik ki, gəlib yurdu-muzda əl-qol açsın!

– Doğru deyirsən, Tərlan, sən haqlısan!.. Onlar yenidən yola düzəldilər. Tərlanı düşmənə olan

nifrəti, qəzəbi aparırdı. Nifrəti böyük idi, canına sığmırdı. Şaxtanı-soyuğu hiss etsə də, özündə qüvvə tapıb gedirdi. Heç ağlına da gətirmirdi ki, Tərlan düşmənin yox, bəlkə də ölümün üstünə gedir. Düşmənlə üzləşmək – ölümlə üzləşmək kimi bir iş idi.

Lap yaxınlıqda yenə canavar uladı. Sabir silahını səs gələn tərəfə çevirib çaxmağı basmaq istədikdə Tərlan cəld onun əlini saxladı:

– Nə edirsən?! Düşməni ayıq salmaq olmaz! Bir qədər gözlədilər. Sonra yenə yola düzəldilər. Hər

tərəfdən sıx ağaclarla əhatə olunmuş boş bir talaya çıxdılar. Hər tərəf ağappaq idi. Qar örtüyü adamın gözünü qamaşdırırdı. Talanın ətrafında qarla örtülmüş sıra ağaclar qar çəpərini xatırladırdı. Qəribə mənzərə idi – qar çəpəri. Təbiətin möcüzəsi... Tərlan belə bir mənzərəni birinci dəfə idi görürdü.

Artıq səhərə az qalırdı. Tərlan talanın qurtaracağında ayaq saxlayıb bir də ətrafı diqqətlə nəzərdən keçirdi. Ona elə gəldi ki, talanın aşağı tərəfində qar örtüyü pozulub. Tələsik həmin tərəfə yönəldi və gözlərinə inanmadı. İz idi. Özü də insan ayaqlarının izi... Bir neçə nəfərin olduğunu güman etmək olardı.

– Sabir, Sabir... – astadan Sabiri səslədi. Sabir qaçaraq Tərlan dayanan yerə gəldi.

Page 28: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

28

– Axır ki, tapdıq! Tapdıq! – sevincdən hər ikisinin sinəsi qalxıb endi.

– Tələsmək lazımdır! – deyə Tərlan qabağa düşüb yeni bir qüvvə ilə getdi. Sanki bir anda şaxta, soyuq, hamısı arxada qaldı. Canına xoş bir istilik yayıldı. Ayaqlarını yerə daha da inamla vurub düşmənə çatmağa tələsdi. Nəyin bahasına olur-olsun düşməni yaxalamaq lazım idi. Qəribə də olsa, belə bir anda qorxu deyilən hiss Tərlandan uzaq idi. Heç ağlına da gətirməzdi ki, düşməndən qorxmaq lazımdır. Düşmən hiyləgər, həm də düşməndir. Onu yaxalamaq heç də asan deyil. Amma bir qədər ehtiyatlı olmaq lazımdır.

Tərlan qəhrəmanlıq haqqında çox oxumuşdu. Kinolarda görmüşdü. Bəzən onlara həsəd aparmışdı. Amma heç vaxt qəhrəman olmağı ağlına belı gətirməmişdi. O, bu fikirdən uzaq idi. “Qəhrəman olmaq hər kişinin işi deyil!” Həmişə belə düşünmüşdür. Hazırda isə borcunu yerinə yetirməli idi. O, əliboş hissəyə qayıda bilməzdi.

Tərlan talanın kənarı ilə bir xeyli getdikdən sonra talanın yanındakı kol-kos topasının yanında iz itdi. Tərlan ayaq saxladı. İşarə ilə Sabirə göstəriş verdi ki, dayanıb onu gözləsin. Özü isə silahını hazır vəziyyətə gətirib kol-kos topasının arxasına keçdi. Ehtiyatla bir neçə addım atdı. Önündə qara bir kölgə göründü. Kölgə bir neçə metr uzanıb gedirdi, daldalanmaq üçün qazılmış yeraltı sığınacağa bənzəyirdi. Azca yaxınlaşmaq istədi. Qəflətən açılan atəş səsi onu silkələdi. İkinci güllə Tərlanın diz qapağından dəydi. O, özünü itirmədən mağaranın ağzından bir qədər yana atıldı və ardıcıl cavab atəşi açdı. Sabir həyəcan siqnalı verdi və sol tərəfdən atəş açmağa başladı.

Atışma səsi meşəni bürüdü, qarlı-şaxtalı qış gecəsinin sükutunu pozaraq qəribə bir səslə uğuldadı. Düşmənin kənara çıxmağa imkanı yox idi. Hər iki tərəfdən mağaranın ağzına

Page 29: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

29

tuşlanmış silahlardan açılan atəş buna imkan vermirdi. İçəridən qarışıq səslər gəlirdi. Deyəsən güllə kiməsə dəymişdi.

– Təslim olun, alçaqlar! Təslim olun! Yoxsa hamınızı it kimi qıracam! – deyə Tərlan qəzəblə qışqırırdı.

Çəkməsinin içi isti qanla dolmuşdu. Qan onu aparırdı. Bir qədər sonra kəşfiyyat dəstəsinin o biri uşaqları da köməyə gəldi. Düşmənin təslim olmaqdan başqa çarəsi qalmadı. Dörd nəfər idilər. Biri yaralanmışdı. Onları hissəyə gətirib təhvil verdilər. Tərlan isə təcili xəstəxanaya çatdırıldı. Amma həkimlər heç nə edə bilmədi. Tərlan bir qıçını dizdən aşağı itirdi.

...Zakir yeməkləri süfrəyə düzdü. Sonra da iki xırda qədəhə araq süzüb birini Tərlanın qarşısına qoydu, ikincisini əlində saxlayıb nə isə demək isədi. Bir qədər fikrə getdi. Nə desin? Tərlanı tərifləsin? Məgər Tərlanın buna ehtiyacı var? Əlbəttə yoxdur. Bəlkə Babazadənin ünvanına bir neçə yağlı söz deyib ürəyini boşaltsın? Yox, buna da vaxt sərf etməyə dəyməz. Elə yaxşısı budur ürəyindən keçənləri desin. Zakir iftixar hissilə Tərlana baxdı. Cılız, nisbətən ucaboy, rəngi solğun. Zalım oğlu elə bil yemək yemirdi. Ancaq baxışlarından od çıxırdı. Adama elə gəlirdi ki, bəbəklərindən ocaq yanır.

– Ay Zakir, nə yaman baxırsan. Elə bil məni birinci dəfə görürsən. – deyə Tərlan gülümsəyib dostuna baxdı.

Zakir dərindən köks ötürdü: – Nə bilim? Deyirəm içək borcunu verənlərin sağlığına!

Sağlıq olsun bu imtahanlardan sonra mən də gedib vətən qarşısında öz borcumu verim. Nə qədər ki, qulluq etməmişəm mənə elə gəlir ki, hamıya nə isə borcluyam. Çox narahatam.

– Narahat olma, Zakir. Sənin kimi mərd oğlanlar Vətənə borclu qalmaz, – deyib Tərlan masadan tutaraq ayağa qalxdı:

– Gəl bu sağlığı ayaq üstə içək.

Page 30: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

30

Zakir də ayağa durdu: – Haqlısan. Vətən qarşısında borcunu verənlərin

sağlığına ayaq üstə içmək lazımdır. Onlar buna layiqdir!.. Qədəhlər cingildədi. Radioda çalınan “Cəngi”nin səsi

də sanki bu sağlığa qoşularaq xoş bir avazla ətrafa yayıldı...

Page 31: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

31

YALTAQ KÖPƏK OĞLU

Page 32: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

32

Müdirə şikayət gəldi. Məlum oldu ki, işçilər ara-

sında dava-dalaş olub. İş o yerə çatıb ki, söz davası əl dava-sına keçib. Ara qarışıb, məzhəb itib. Döyən döyüb, döyülən də döyülüb.

Müdir birinci döyüləni çağırdı. Döyülən qıçını çəkə-çəkə gəlib bir qıraqda dayanıb başını aşağı saldı.

– A bala, nəyiniz ortaq düşüb bölə bilmirsiniz?.. Bir məni başa salın görüm nə məsələdir!..

– Heç, boş şeydir... – Boş yerə belə etmirlər. Sözünüz var işdən sonra

gedib qıraqda həll edin. Bura dövlət idarəsidir. Döyülən günahkarcasına susub yenə bir söz demədi. Müdir çox çək-çevir etdikdən sonra axır ki, döyülən

dodağının altında mızıldandı: – Vallah özüm də bilmirəm sizə nə deyim?! Bircə

onu deyə bilərəm ki, o, çox simasız adamdır. Başqa heç nə deyə bilmərəm.

- Axırıncı dəfə olsun! Bir də belə hərəkət eşitsəm, məndən inciməyin!.. – deyə müdir ötkəm şəkildə xəbərdarlıq etdi.

Döyülən getdi. Döyən gəldi. Müdir əyri-əyri ona baxdı. Elə əvvəldən ondan xoşu gəlmirdi.

– A bala, filənkəsi niyə vurub şilküt etmisən? Qolun qüvvətli olub, nədir?

Döyən özündən razı halda cavab verdi:

Page 33: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

33

– Qoy dilini farağat saxlasın!.. Mənim yerimdə başqa kim olsaydı belə edərdi. Hələ az döymüşəm... – deyə döyən şit-şit irişdi.

Müdir özündən çıxdı: – Bəlkə açıq deyəsən, kişi nə günahın sahibidir?

Günahı olsa da, qayda-qanun var. Özbaşnalıq deyil hər kəs bildiyini etsin! İndi de görüm kişini niyə döymüsən?

– Vallah sizə deməyə utanıram... – deyə döyən tə-rəddüd edirmiş kimi qırıq-qırıq dilləndi.

– Elə heç nədən sözümüz çəp gəldi. Doğrusu əvvəlcə baş qoşmadım. O, atamı söydü dinmədim, anamı söydü dinmədim... Amma? – döyən “amma” deyib düz müdirin gözünün içinə baxıb susdu.

– Hə? Nə amma? Müdir fikirləşdi ki, yəqin döyülən döyənin arvadını

söyüb. Sonra da özlüyündə düşündü ki, gərək söyməyəydi. Heç yaxşı iş görməyib. Ayıbdır! Kişi belə söyüş söyməz...

Döyən yenə aramla sözünə davam etdi: – Rəis, elə ki, sizi söydü özümü saxlaya bilmədim.

Ilişdirdim qulağının dibinə!... – Necə? Məni söydü?! – deyə müdir təəccüblə so-

ruşdu. Döyən daha da ürəkləndi və bir daha təkrar etdi: – Hə, rəis. Vallah yalan demirəm... Sizi söydü, mən

də özümü saxlaya bilmədim. Başqa çarəm yox idi... Müdir əvvəlcə özünü itirdi. Bilmədi nə etsin, nə

desin. Axı o da, özünə görə bir kişi idi. Müdir olanda nə olar? O, gözlənilmədən kreslodan qalxıb qəzəblə dedi:

– Ə qurumsaq! Yəni mən sənin üçün sənin atandan da artıq kişiyəm?! Bu necə ola bilər?..

Page 34: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

34

Döyən özünü itirdi. Nə isə demək istədisə də, müdir imkan vermədi. Əlini masaya çırpıb qəzəblə qışqırdı:

– Çıx otaqdan, yaltaq köpək oğlu! Bir də səni gözüm görməsin!

Page 35: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

35

BAĞIŞLA MƏNİ, BABA

Page 36: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

36

Birgə yol eylədik, sən qabaqda, mən arxanca...

Dünyaya üz tutduq. Məni sən çəkib apardın. Bəzən büdrədim, yıxıldım. Tutub əlimdən qaldırdın məni...

Birgə yol eylədik. Tez-tez ağ atın belində. Başımızın üstündə günəşli, aylı-ulduzlu bir aləm... Ürəyimin içindəsə günəşdən də parlaq öz günəşim.

Bizsə səninlə ağ at belində bəxtəvər olduq. Arzularımın, xəyallarımın işığında... Dünyaya, sevib-seçdiyim insanlara olan inamın işığında yol eylədik. Yorulmadan, qırılmadan...

Nə yaxşı ki, sən var idin. Yoluma işıq saçır, mənə qol-qanad verib, bəzən az qala Tanrının dərgahına qədər məni çəkib aparırdın.

Özüm də bilmirəm sən nə vaxtdan ömrümdə peyda olmusan. Nə vaxtdan dolub gözümə, könlümə mənə olmazın qüvvət verib, dünyanın qapısını üzümə açmısan.

Yadıma salmaq istəyirəm, amma dəqiq xatırlaya bilmirəm. Səni nə vaxt, harada tapdım?.. Xatırlamaq istəyirəm. Uşaqlıq illərim... Çox-çox uzaqlarda qalan, xatirəyə dönüb tez-tez yuxularıma gələn uşaqlıq illərim... Babamın səsi... O səs həmişə qulaqlarımdadır. Zaman ötdükcə mənə daha yaxın olur. Arxada qalan ən şirin xatirələrim, dadlı-ləzzətli günlərim.

Deyilənə görə mən kür uşaq olmuşam. Sözə qulaq asmayan... Dalaşqan... İnadkar... Hələ də kəndimizdə bir çoxları mənim uşaqlıq sərgüzəştlərimdən ləzzətlə danışıb gülür. Nə edəsən ki, insan böyüyəndə uşaqlıq illərində et-diklərinə cavab tapa bilmir. Yəqin ki, tək mən belə deyiləm.

Page 37: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

37

Atam sübh tezdən çöl işinə gedərdi. Bir də hava qaralandan xeyli sonra evə dönərdi. Çox vaxt həyətdəki daşın üstündə oturduğu yerdə yuxuya gedər... Anamın giley-güzarına qulaq asmağa halı olmazdı. Bəzən də anamın dediklərinə ilan vurmuş kimi yerindən dik atılardı. Mən də belə hallarda, əlimdən xəta çıxanda əvvəlcədən işimi möhkəm tutardım. Atam evə dönənə yaxın həyətdəki qoz ağacının başına çıxıb yerimi orada rahatlardım ki, təhlükə ötüşsün.

Belə olanda kişi lap özündən çıxardı: – Köpək oğlu! Düş aşağı! Düş aşağı deyirəm sənə...

Məni biabır etmisən! Adam arasına çıxa bilmirəm. Birinin başını yarırsan, birinin şüşələrini daşa basırsan... Başqasının toyuq-cücələrini qırırsan... Belə də uşaq olar?!

– Oğlum, sakit ol!.. Heç özündən çıxma. Uşağın da özünə oxşayıb. Uşaqlığın yadından çıxıb, nədir?

Babam atamı sakitləşdirib bir kənara çəkərdi. Sonra da ağacın altında oturub gözləyərdi ki, atam yatsın, ara sakitləşsin.

Bütün bunlar mənim vecimə də olmazdı. Yaxşı bilirdim ki, mənim arxamca atam ağaca çıxmayacaq. Əvvəllər bir dəfə çıxmışdı. Mən də əlinə keçməmək üçün ağacdan yerə tullanmışdım və sağ qıçımı sındırmışdım. Bu da kişiyə yaxşıca dərs oldu. Az qala üç ay həkimlərə ayaq döydük.

– Sən bir işə bax... Bir uşağın əlində qalmışıq məəttəl! – Atam tez-tez belə deyərdi.

Anam isə hey deyinərdi: – Baxıram başqalarının uşağına, yanıb tökülürəm.

Hamısı adam balası kimi dil bilir. Mənimkini Allah mənə bəla verib. Bilmirəm başıma haranın daşını töküm?..

Babam isə təmkinli olardı, xətrimə dəyməzdi. Arada dodaqaltı qımışardı. Nə üçün qımışdığını bilməzdim. Sonra da məni dizinin dibində oturdub mənə nəyisə başa salmaq istərdi. Lap böyüklərlə danışdığı kimi mənimlə söhbət edərdi.

Page 38: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

38

Doğrudur, mən ona qulaq asardım. Çünki babamı çox istəyirdim. Amma nə dediklərinin fərqinə varmazdım. Bir qulağımdan alıb, o biri qulağımdan buraxardım.

Demək olar ki, uşaqlığım babamla keçib. Babamla tez-tez mal otarmağa bir gedərdik. Bahar-yay aylarında çöldə-meşədə hər günorta ocaq qalardıq. Qapqara hisbasmış qəfədanda çay qaynadıb baba-bala süfrə açardıq. Nədənsə o çölün, o çayın ləzzətini heç unuda bilmirəm. Babam mənə tez-tez yelləncək asardı, hey yellənərdim... Qış aylarında isə qar yağanda babamın mənim üçün düzəltdiyi kirşədə səhərdən axşama kimi sürüşərdim. Babam da baxıb ləzzət alardı.

Mən tez-tez babama deyərdim: – Baba, mən böyüyəndə sənin kimi olmaq istəyirəm.

Sən yaxşı babasan. – Yaxşı baba olmaq üçün yaxşı uşaq olmaq gərəkdir!.. –

Babam mənə belə cavab verərdi. Mən tutulardım. – Baba, mən pis uşağam? O, məni nəvazişlə bağrına basardı: – Əbləttə yox... Sən mənim ağıllı balamsan. İnanıram

ki, sən də böyüyüb yaxşı baba olacaqsan. Babamın bu cavabından yerə-göyə sığmazdım. Əslində

yaxşı bilirdim ki, mən heç də yaxşı uşaq deyiləm. Amma babamın gözündə yaxşı olmaq istəyirdim.

Bir gün səhər-səhər anam məni başdan-ayağa təzə geydirib bəzədi. Sonra da əlimə çanta verib yola saldı. Babam əlimdən tutub məni məktəbə apardı. Birinci dəfə idi ki, mən bütün kənd uşaqlarını bir yerdə görürdüm. Səliqə ilə geyinmiş uşaqlar cərgə-cərgə düzülmüşdü. Hər cərgənin qabağında bir müəllim dayanmışdı. Mənə qəribə gələn o oldu ki, kənd uşaqları hər gün gördüyüm üstü-başı tozlu-torpaqlı, dəcəl uşaqlara oxşamırdı. Müəllimlərdən bir neçəsi isə gül ilə bəzə-dilmiş uzunsov masanın arxasında oturmuşdu. Valideynlər də

Page 39: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

39

bir tərəfdə toplaşıb məhəbbətlə bu aləmi seyr edirdi. Hamı bəxtəvər görünürdü.

Çoxlu danışanlar oldu. Hətta babam da danışdı. Nə dedilər, nə danışdılar çoxsunu başa düşmədim. Əslində fikrim başqa yerdə idi, çöldə-meşədə... Sevimli oyunlarımın yanında...

Sonra hərə bir tərəfə dağıldı. Sənubər müəllimə də məni bir dəstə uşaqla qabağına salıb sinif otağına gətirdi. Uçaqları iki-iki oturtdu. Boyum balaca olduğu üçün məni qabaq partada oturtdu, əbləttə, mən bunu sonralar başa düşdüm.

Müəllimə uşaqları oturdub səhmana salandan sonra daha ciddi görkəm aldı. Diqqətlə hər birimizi bir də nəzərdən keçirdi. Mənə elə gəldi ki, mənə daha çox zənd etdi. Sonra bildirdi ki, dərs vaxtı icazəsiz danışmaq olmaz, sinifdə gəzmək olmaz, dərsə gecikmək olmaz, müəllimdən söz soruşmaq üçün hər kəs əlini qaldırıb əvvəlcə icazə istəməlidir. Daha nələr, nələr...

Sən bir işə bax... Bütün bunlar kimin ağlına gələrdi?! Nədənsə qanım bərk qaraldı. Axı, mən bu vaxta qədər azad olmuşdum. İstədiyim oyunları oynamış, istədiyim vaxt istədiyim yerə getmişdim. Ürəyim istədiyi kimi hər kəsə də demək istədiklərimi deyə bilmişdim – qadağasız, filansız. Elə bil bir anın içində hər şey dəyişdi. Sanki azadlığım əlimdən alındı. Mənsə azadlığımı itirmək istəmirdim – həmişəki kimi azad olmaq istəyirdim.

Odur ki, tənəffüs olan kimi məktəbdən qaçdım. Babam əlimdən tutub məni məktəbə qaytardı. Dönə-dönə tapşırdı ki, dərsdən qaçmaq olmaz. Amma mən yenə qaçdım. Bu hal çox uzandı. Babam əziyyət çəkdi. Elə mən də əziyyət çəkdim... İş onda idi ki, babamın əziyyəti hədər olmadı. Axır ki, o, məni inandıra bildi.

İnandım ki, oxumaq lazımdır. İnandım ki, artıq uşaqlığım arxada qalıb. Çox şeylər arxada qalıb. Bəlkə də

Page 40: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

40

babama olan sevgidən dəyişdim. İçimdə bir inam kök saldı. Babamdan mənə yadigar...

Beləcə mən uşaqlıq illərimlə vidalaşdım. “Əlvida azad, qayğısız uşaqlıq illəri... Əlvida!”

Babamın dediyi kimi, özümə, balaca dostlarıma, bu gözəl dünyaya, gözə görünən və gözə görünməyən çox şeylərə inana-inana boya-başa çatdım... Böyüdüm... Dəyişdim... Mənimlə birgə inamım da böyüdü. Sən demə inam özü də bir işıq imiş, parlaq bir işıq... İş onda idi ki, bu işıq insanın içində yanıb şölə saçır, canına can verirdi.

Sonralar kimdənsə eşitdim ki, inamsız insan qanadsız quşa bənzəyir. Bu fikir yaman ağlıma batdı.

Evimiz çay qırağında idi. Araz çayından azca aralıda balaca bir kənddə yaşayırdıq. Babam tez-tez çayın sahilində oturub saatlarla lal-dinməz Arazın bulanıq sularına baxardı. Həmişə məni öz yanında gəzdirən babam nədənsə Arazın sahilinə tək gedərdi. Orada təklənərdi. Belə olanda sifətindəki qırışlar daha da çoxalardı – heç nə başa düşməzdim. Onun fikirləri mənə qaranlıq qalardı.

İllər ötdü. Hər ötən il mənə nəyisə verdi, nəyisə aldı. Bir də başa düşdüm ki, mən nəyisə itirirəm, elə babamı

itirdiyim kimi... Axı, mən babama söz vermişdim. Söz vermişdim ki, onun mənə verdiklərini ömrümün sonuna kimi qoruyub saxlayım.

“Bağışla baba, bağışla məni... Özüm də bilmədim harada nəyi itirdim, amma itirdim.”

İndi bu böyüklükdə dünyada özümə yer tapa bilmirəm. Vaxtı öldürmək üçün gah televizorun qabağında oturub bir xəbər gözləyirəm, gah da qəzetlərin səhifəsində nəyisə axtarıram, bəlkə tapdım. Bu bəlkələr də məni lap karıxdırıb... “Bəlkə elə...” “Bəlkə belə...” Lap başımı itirmişəm.

Page 41: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

41

Vaxtsa məndən üzüqara elə bil lal olub, hey susur. Tilsimə düşüb, nədir? Heç nə başa düşə bilmirəm. Bircə onu bilirəm ki, gözlədiyim bu “nəyisə”, bu “xəbər” mənim üçün çox vacibdir, lap hava-su kimi... Bəlkə daha çox...

Nə qədər eyni sözləri eşitmək olar? Bir il deyil, beş il deyil, on il deyil. “Danışıqlar səmərəli keçdi...” Hansı “səmərədən” söhbət gedir? Baş aça bilmirəm. Daha səbrim qalmayıb. Vaxtın ətəyindən tutub hey gözləyirəm. Vaxtı öldürmək istəyirəm.

Sonra da başa düşürəm ki, mən bu “üzüqara vaxtı” öldürə bilmirəm. Buna mənim gücüm çatmır. Amma yaxşı bilirəm ki, elə bu “üzüqara vaxt” nə vaxtsa məni öldürüb axırıma çıxacaq. Amma mən belə ölmək istəmirəm.

İçim yaman boşalıb. Elə bilirəm ayağımın altı da boşdur. Hara addım atsam boşluq məni udacaq. İnsan necə aciz olarmış.

“Bağışla məni, baba, bağışla... Mənə verdiklərini qoruyub saxlaya bilmirəm. Nə qədər çalışıramsa, saxlaya bilmirəm... Günah məndə deyil. Sən necə demişdinsə, mən də eləcə inandım. İnsanlara, deyilən sözlərə, dosta-tanışa... Çox şeylərə inandım... Elə bu dünyanın özünə inandım. Amma nə edim ki, əlim boşa çıxdı. Artıq bu dünya sən görən dünya deyil. İndi başa düşürəm ki, sən Arazla nə danışırdın. Mən uzun illərdir, Arazın sahilindəki alçaq evimizdə yaşamasam da, Ara-zın bulanıq sularını, Arazın Araz boyda dərdini, sənin Araz sahilindəki təkləndiyin ağrılı günləri özümlə daşıyıram. Hələ bu bir yana qalsın, Qarabağ, Ağdam, Xocalı, Laçın, 20 Yanvar... Saymaqla qurtarmır...”

Yadımdadır, bir gün sən əlimdən tutub məni qonşu kəndə gedən yola apardın. Qıraqdan baxanda mən elə bilirdim ki, o yol yoxuşun başında qurtarır. Sən demə belə deyilmiş... Yoxuşun başına çatanda gözümün önündə ucu-bucağı

Page 42: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

42

görünməyən, meyvə bağları ilə uzanıb gedən, sonra da haradasa gözdən itən gülşad bir yol göründü. Sən göz dolusu bir yola, bir də mənə baxıb mənalı-mənalı dedin:

– Bu yolu yaxşı yadında saxla... Dünyanın özü də, dünyada baş verənlər də elə bu yola bənzəyir. Bəzən elə bilirik ki, hər şey qurtardı, bitdi. Bir qədər vaxt ötür. Sonra aydın olur ki, belə deyil.

O vaxt mən başa düşmədim ki, sən özünlə o dünyaya Arazın Araz boyda dərdini aparmaq istəmirsən. Amma apardın...

“Bağışla baba... Mən sənə oxşamaq istəmirəm... Sənin kimi olmaq istəmirəm... Bağışla məni...”

Page 43: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

43

QARTOPU OYUNU

Page 44: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

44

Yay fəslində göyün üzü azca tutulanda dörd yaşlı

oğlum məndən qar istəyirdi. Bəzən də novruzgülü açanda, ya da qızılı payızın dumanlı-çiskinli günləri qapının ağzını kəsəndə hey atlıb-düşür, məndən qar istəyir.

– Oğlum, qarın öz fəsli var, –deyirdim. Fəslin nə olduğu başa düşmür, gözlərini döyüb azca

fikrə gedirdi. Sonra yenə dediyini deyib dururdu: – Mən qar istəyirəm! Onu inandıra bilmirdim. İnanmırdı ki, illər fəsillərə bö-

lünüb: yağmurlu-yağmursuz, qarlı-şaxtalı, güllü-çiçəkli. İnan-mırdı. Çünki hələ uşaq idi. Onun öz uşaq dünyası, qəlbində min bir rəngə çalan öz sehirli uşaq aləmi var idi. Təəccüblü deyil ki, bu dünyada hər kəsin öz sevimli oyunu olur. İstər böyüklərin, istərsə də uşaqların. Oğlumun da ən çox sevdiyi oyun qartopu oyunu idi. Odur ki, oturub-durub məndən bütün fəsillərdə qar istəyirdi. İstəyirdi ki, bol-bol qar yağsın. O da doyunca qartopu oyununu oynasın. Ta əldən düşənə kimi.

Nə edəsən ki, çox vaxt qış da ötüb-keçir, qar isə yağ-mırdı ki, yağmırdı. Uşağın da qartopu oynamaq arzusu gö-zündə qalırdı. Belə olanda özüm də söz tapıb deyə bilmirdim. Nəhayət qış fəsli idi. Qışın yarıdan çoxu keçmişdisə də hələ qar yağmamışdı. Rəşad hər gecə qarlı-şaxtalı günləri görmək arzusu ilə yuxuya gedirdi. Səhər yuxudan ayılan kimi isə qaçıb pəncərədən bayıra baxırdı, qar gözləyirdi.

Axır ki, səhərdən başlayan qar parça-parça yağmaqda idi. Hər yer ağappaq idi. Külək olmadığından ağacların başı da qar örtüyünə bürünmüşdü. Mən pəncərədən bayıra baxıb uşaq kimi sevinirdim. Səbirsizliklə işin qurtarmasını gözləyirdim ki,

Page 45: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

45

oğlum Rəşadla çoxdandır həsrətində olduğumuz qartopu oyununun sevincini yaşayım. Bir də mənə elə gəlirdi ki, hər tərəfdən qar örtüyünə bürünmüş bəyaz dünya körpə uşaqlara bənzəyir. Tər-təmiz, ləkəsiz, günahsız, məsum... Dünyada bundan yaxşı nə ola bilərdi? Bütün xoşa gəlməyən nələr varsa, hamısı qarın altında qalmışdı.

Zəngin səsi məni fikrimdən ayırdı. Tələsik iş masasını səliqəyə salıb, otaqdan çıxdım. Azca şaxta olduğundan qar adamın ayağının altında xışıldayırdı. Uşaqlar, cavan oğlan-qızlar yollara axışmışdı. Qartopu oynayan... Qar adamı düzəldən... Sürüşən... Sən demə təkcə Rəşad yox, çoxları bu günün həsrətində imiş. Hamı çöllərə axışıb qar sevincini yaşayırdı.

Məhəllədə Rəşadı uşaqların arasında görməyib tə-əccübləndim. “Bəlkə başqa uçaqlarla oynayır?” Qapını anam açdı. Üstümün qarını çırpa-çırpa soruşdum:

– Rəşad həyətdədir? – Yox, – deyə anam könülsüz cavab verdi. Qəribə idi, Rəşad evdə olanda sevinclə məni qarşılardı.

Narahatçılıqla mətbəxə, qonaq otağına baxdım. Yox idi... O, yataq otağında pəncərənin qabağında durub bayıra baxırdı. Mənim ayaq səslərimə də məhəl qoymadı. Arxadan ona yaxınlaşıb nəvazişlə boynunu qucaqladım.

– Salam, oğlum. – Salam. Səsi də sönük idi. “Bəlkə xəstələnib?” Əlimi alnına

qoydum, istiliyi yox idi. – Oğlum, dostların hamısı həyətdə oynayır. Gör sənin

üçün nə qədər qar yağıb. Sən isə evdə oturmusan. Rəşad dinmədi. – Gedək bayıra, uşaqlar səni gözləyir. Ötəri mənə baxdı. Gözlərində heç vaxt görmədiyim

kədər var idi. – Oğlum, sənə nə olub? Niyə kefin yoxdur?

Page 46: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

46

Handan-hana başını qaldırıb mənə baxdı. – Ana, biz çox kasıbıq? Uşağın qəribə sualından özümü itirdim. Bilmədim ki,

nə cavab verim. O isə, düz gözlərimə baxıb məndən cavab gözləyirdi. “Əlbəttə, Rəşadın bu qəribə sorğusu heç də boşuna deyil. Yəqin ki, soruşmaqda bir məqsədi var. Mən nə bilim ki, onun ürəyindən nə keçir?..”

– Oğlum, biz heç də kasıb deyilik. Uşaq başını aşağı saldı. Elə bil cavabımdan daha da

kədərləndi. – Axı sənə nə lazımdır? Ürəyin nə istəyir, De, sənin

üçün alım. Onun xoşladığı bütün oyuncaqları sadaladımsa da,

ondan cavab gəlmədi. İnadla susdu. Onu dilə tutmağa çalışdım. – Rəşad, axı sən yaxşı bilirsən ki, qar tez əriyib qur-

taracaq. Sənsə qartopu oynamağı çox sevirsən. Gedək oy-namağa.

Qarın əriyəcəyini eşidəndə sanki yuxudan oyandı. Biz həyətə düşdük. Uşaqlar qar adamı düzəldirdi.

Soruşdum ki, bəlkə ora gedək. İstəmədi. Ötüşüb bir qədər aralıdakı sıx ağacların altına gəldik. Bura bir qədər çökək ol-duğundan qar daha qalın idi. Səs-küydən qulaq batırdı. Cavan oğlanlar, qızlar, uşaqlar... Hamı bir-birinə qatışmışdı. Rəşad isə sakitcə arxamca gəlirdi. Mən bir qədər aralıda yerimi rahatladım. Həvəslə bir xeyli qar topu hazırlayıb yığdım və qəflətən hücuma keçdim.

– Al, gəldi!.. Bir-birnin ardınca qar topları Rəşada atırdım. O, cavab

qar topunu atmağa cəhd etmədi, yalnız əllərini qaldırıb özünü müdafiə etdi. Mənim qar toplarım qurtardı və doğrudan da qanım bərk qaraldı.

– Yox, mən belə oynamaq istəmirəm, – deyə incikliyimi bildirdim. Üst-başımı çırpıb bir kənara çəkildim. Handan-hana

Page 47: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

47

Rəşad gəlib yanımda dayandı. Yenə də sual dolu gözlərini mənə dikdi.

– Ana, bəs sən özün demişdin ki, biz kasıbıq. Nə üçün bu sözü dediyimi yadıma salmaq istəsəm də,

yadıma düşmədi. Düşündüm ki, uçaq deyirsə, demək nə vaxtsa mən bu sözü demişəm. Bəs nəyə görə belə demişəm? İndi hardan bilim ki, mən niyə belə demişəm...

– Oğlum, bəlkə də demişəm. – Hə, sən dedin ki, biz kasıbıq. Pulumuz yoxdur ki,

uşaq alaq. – deyib Rəşad yazıq-yazıq mənə baxdı. Özümü itirdim. Mənə elə gəldi ki, ayağımın altında yer

silkələndi. “Mənim balam, mən başqa nə deyə bilərdim? Uşaqlara bundan başqa nə demək olar? Yəqin ki, hamı belə deyir.”

– Deyirdin ki, Ramizgil bizdən də kasıbdır. Amma Ramizin anası bu gün ona yenə təzə bacı aldı.

Rəşadın nə demək istədiyini mən indi başa düşdüm. Onu qucaqlayıb sinəmə sıxdım. Gözlərim doldu. İstəmədim uşaq bu halımı görsün.

– Mənim balam, bağışla məni. Mən də sənə bacı ala-ram... Sənin xətrinə mütləq alaram...

O, şübhə ilə mənə baxdı. – Sən hər dəfə belə deyirsən... Rəşadın gözlərində sevinc parladı: – Ana, doğru deyirsən? Məni aldatmırsan? – Əlbəttə doğru deyirəm, mənim balam. Arxayın ol. – Ana, mən də bacı istəyirəm. – Fikir etmə, sənin də bacın olar. Tək qalmazsan. – Ana, anacan!.. – Rəşadın gözləri sevinclə alışıb yandı.

Həmişə olduğu kimi. Mənsə qəhərimi udmağa çalışırdım. Elə bilirdim, üstümə qar əvəzinə parça-parça köz tökülüb üz-gözümü yandırırdı.

Page 48: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

48

Qəflətən sifətimə dəyən zərbədən səksəndim. Rəşad idi. Həmişəki şən, bəxtəvər Rəşad. Bir-birinin ardınca sifətimə çırpılan qar topları. Oğlumun qulaq batıran səsi. Mən ona cavab topu atmalıydım. Çünki əsl qartopu oyunu indi başlayırdı...

Page 49: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

49

MİRZƏNİN KƏLƏYİ

Page 50: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

50

Çoxdandır görmədiyim uzaq bir qohumuma rast

gəldim. Sən bir işə bax ki, kişi məni özü dindirməsəydi, tanımayıb ötüb keçəcəkdim. Bir ətə-qana dolmuşdu ki, gözlərimə inanmadım. Doğru deyiblər ki, insanın yaraşığı ətdir. Onun əvvəlki hoqqarı çıxmış, meyitə oxşar solğun sifəti gəlib durdu gözlərimin qabağında. Təəccübümü gizlədə bilmədim.

– Ay Mirzə, nə var, nə yox? Maşallah səni tanımaq olmur. Niyə belə şişmisən?

– Sirdir, ay Zeynal. Allah bu güzəranı əlimdən almasın. – deyə o köks ötürdü və sözünə davam etdi. – Sən demə bu dünyada insanınkı dinclikdir. Qulağın ki, dinc oldu, qalan hər şey keçib gedər.

– Ə, cüvəllağı, nə baş-ayaq vurursan? Yoxsa arvadla pozuluşmusan?

Mən bu sözü boş yerə demədim. Qohum-əqrəba, hamı Mirzənin dərdindən hali idi. Kişinin avadı yaman deyingən idi. Çənəsi bir dəqiqə bekar qalmazdı. Yazıq Mirzə həmişə deyirdi ki, zalım qızının bircə çarəsi ona qalıb ki, papağını götürüb düşəsən yolun qarasına. Ayağın hara, başın da ora. Biz də hər dəfə Mirzəyə ürək-dirək verib sakitləşdirirdik.

– Döz bala, arada uşaqların var. Sənə el gülər. Belə olanda, Mirzə tamam haldan çıxıb əsim-əsim

əsirdi. – Mənə gülərlər? Axı mən köpək oğlunun nə günahı

var? Mənim yerimdə dağ olsaydı çoxdan ərimişdi. Elə qabağımı uşaqlar kəsir, yoxsa...

Belə söhbətlər aramızda çox olmuşdu. Mirzə mənim fikrə getdiyimi görüb bic-bic irişdi. Hövsələm lap daraldı:

Page 51: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

51

– Ay Mirzə, yekə kişisən, açıq de görüm nə hoqqa çıxarmısan?

Mirzə yenə güldü və əlini cibinə salıb bir ovuc saqqız çıxartdı.

– Görürsən? Allah bunları çıxardanın atasına rəhmət eləsin.

Yenə də heç nə başa düşmədim. Axı saqqızın mətləbə nə dəxli var? Mirzə tələsmədən sözünə davam etdi:

– Ay, Zeynal, hər gün işdən qayıdanda alıram saqqızı, tökürəm arvad-uşağın qabağına. Hərəsinin ağzında bir çeynəm, səhərdən axşama kimi çeynə ki, çeynəyəsən. Mən də divanda uzanıb dincəlirəm özümçün, görmədiyim günləri görürəm. İndi başa düşdün iş nə yerdədir?

– Vallah Mirzə, məni yaman sevindirdin. Sağ ol səni. Əməlli-başlı işin çəmini tapmısan.

Mirzə əlini əlinə vurub güldü. – İndi iş o yerə gəlib çatıb ki, heç vacib sözü deməyə də

arvadın imkanı olmur. Necədir sənin üçün? Pis fikirləşməmişəm ki?

– Əla! Elə doğrudan da əla idi...

Page 52: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

52

FIRILDAQ

Sizdən nə gizlədim. Öz aramızdır, mənim başıma

gələn bu qəribə əhvalatı elə siz də bilsəniz yaxşı olar. Bir dəfə xalamgilə gəzməyə getmişdim. İkimiz

mətbəxdə oturub söhbət edirdik ki, kişisi də gəlib çıxdı. Xalam mənimlə söhbətini yarımçıq qoyub ona dedi:

– Ay kişi, sən allah fırıldağı düzəlt. Bu söz mənə çox qəribə gəldi. Düşündüm ki, fırıldaq nə

olan şeydir? Fırıldaq fırıldaqdırsa, onu necə düzəltmək olar? Tənbəllik etməyib soruşdum.

Kişi arvada qoşuldu, arvad kişiyə, o ki, var güldülər. Ürəklərini boşaldandan sonra xalam dedi ki, fırıldaq deyilən söz sayğac məsələsidir, işıq məsələsidir, nə bilim nə məsələsidir. Yenə başa düşmədiyimi görüb məni çəkdilər düz sayğacın qabağına:

– Ağəz, sən özgə deyilsən ki, bir bura bax – deyib sayğacı mənə göstərdilər.

Gözlərimə inanmadım. – Hə, bax bizim fırıldağımız budur. Öz aramızda adını

belə qoymuşuq ki, eşidən-bilən baş açmasın. Hələ də gözlərim tərsinə işləyən sayğacda idi.

Doğrusuna qalanda bu vaxta qədər sayğacın tərsinə işlədiyini nəinki görməmişdim, heç eşitməmişdim də. Xalamsa həvəslə məni başa salırdı:

– İstəyəndə saxlayırıq, istəyəndə işlədirik. Elə ki, gördük çox yazıb, ipini burub yönünü döndəririk bu yana. Yavaş-yavaş yazdıqlarını pozur.

“Yazılanı pozmaq! Bu ki, lap ağdır...” Bunu üzlərinə deməyə üzüm gəlmədi. Necə özümü itirmişdimsə, key-key

Page 53: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

53

durub gah sayğaca, gah da onlara baxırdım. Xalamsa mənə dedi ki, mən də evdə öz sayğacıma bir əl gəzdirim. Yoxsa işıq pulunu yığıb-yığışdırmaq olmur.

– Yox, bu, mən bacaran iş deyil. O, əl çəkmədi. İki zolaq lent tapıb gətirdi. Birini şırp

taxdı sayğaca. Sayğac nıx dayandı. – Hə, görürsən? – deyib o biri lenti mənə verdi. – Al,

sən də bir prob elə. Yenə etiraz etdim. Əl çəkmədi ki, çəkmədi. Hələ üstəlik

mənə dedi ki, mən evyıxan arvadam. Səriştəm yoxdur. Əlacsızdıqdan lenti alıb sayğca taxdım. Sayğac dayandı. Sonra da lenti ehtiyatla dartıb çıxartdım. Sayğac işə düşdü.

– Gördün? Burada çətin bir iş yoxdur, – deyib xalam lentləri mənə bağışladı. Sonra da əlavə etdi:

– Qızım, bizi qınama. Bunları keyf köklüyündən et-mirik, əlacımız yoxdur.

Mən bir söz demədim. Evə gəldim. Sən demə şeytan adamı yoldan edərmiş. Allah şeytana lənət eləsin. Yaman girdi beynimə. Elə ki, sayğaca lenti saldım, keçdim ki, işimi-gücümü görüm, olmadı. Canıma elə bil qor töküldü. Bir hənirti eşdiən kimi məni soyuq tər basırdı. Qorxudan rəngim ağappaq ağarırdı. Hər dəfə mənə elə gəlirdi ki, qapını kimsə döyür.

Bir də qulaq verdim ki, doğrudan da qapı bərk-bərk döyülür. Dəli kimi özümü atdım sayğacın yanına. Lenti necə çıxartdığımı, harda gizlətdiyimi özüm də bilmədim. Gələn qonşum idi.

– Ay Zərifə, rəngin niyə qaçıb? Olmaya xəstələnmisən? – Hə, canına sağlıq, yaman başım ağrıyır. Deyəsən

soyuqlamışam. – İstəyirsən ovuşdurum, bankalayım? – Yox, zəhmət çəkmə, keçib gedər.

Page 54: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

54

O, diləyini alıb getdi. Məsləhət gördü ki, zoğallı çay içib özümü yaxşı-yaxşı tərlədim. Arxasınca qapını bağlayıb rahat nəfəs aldım və ədəb-ərkanla lenti yenidən sayğaca taxıb sayğacı saxladım.

Hə, sən demə həngamə hələ bundan sonraymış. Hər qapının zəngi vurulanda: “İşıq yoxlayandır...” deyə düşünüb dəli kimi qaçırdım sayğacın üstünə.

Nə başınızı ağrıdım. İki gün elə bildim uzanıb iki il oldu. Başa düşdüm ki, bu, mən girən kol deyil. Bir az da belə keçsə, havalanaram.

Xalamın qarasına deyinə-deyinə, gəldim ki, lenti sayğacdan çıxarım canım olsun rahat. Necə dartdımsa lent qırıldı. Çoxu sayğacda qaldı, azı əlimdə. Sayğac da işləmir. Üstümə elə bil qaynar su tökdülər. Nə qədər əlləşdimsə, lenti çıxara bilmədim. Əlimdən nə gələrdi ki? Qət etdim ki, qoy elə belə qalsın. Nə olar, olar.

Atalar elə doğru deyib, oğurluq itə yaraşır. Bir də bu deyib-danışmalı söz deyil ki, kiməsə deyib kömək istəyəsən. Axır ki, on beş gündən sonra işıqçı gəldi. Bir parça akt yazıb məni yaxşıca cərimə etdi, pulunu əvvəlcədən hazırlayıb qoymuşdum. Çarəm nə idi? Allah şeytana lənət eləsin. Elə şeytan ki, şeytan. Amma doğrusuna qalanda şeytanın adı çıxıb. Fırıldaq adamlar şeytandan da betərdir.

Page 55: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

55

DÜNYA FIRLANIR

Page 56: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

56

Qapıda yaşı ötmüş bir qadın dayanmışdı. Hiss olunurdu ki, o sıxılır.

– Salam, – deyib, onun üzünə qapı açan Sayada tərəddüdlə baxdı və tez də baxışlarını endirdi. Sayadın təəccübdən gözləri alacalandı. Amma qonağı tanıdığını bildirmək istəmədi.

– Salam. Bir anlıq hər ikisi susdu. Sükutu Sayad pozdu: – Sizə nə lazımdır? Qadın bir qədər tutuldu: – Sizinlə danışmaq istəyirəm. – Mənimlə? Mənimlə sizin nə söhbətiniz ola bilər? Qadın bir an susduqdan sonra dedi: – Məni sizin yanınıza Ələmdar göndərib. Bu ad Sayadı düz ürəyindən vurdu. Özü də yaman

vurdu. Ona elə gəldi ki, hər tərəfi alov bürüdü. Göz bə-bəklərindən qopan qığılcımlar yanıb-söndü. O, həyəcanını boğub qadını otağa dəvət etdi, oturmağa yer göstərdi. Özü vanna otağına keçib, üz-gözünə su atdı. Sifəti alışıb yanırdı. Yanğı içərisindən gəlirdi. Çətinliklə özünü ələ alıb, otağa keçdi. Qadınla üz-üzə oturdu.

– Buyurun, sizə qulaq asıram. Qadın gözlərini məchul bir nöqtəyə dikib fikrə get-

mişdi. Görünür söhbəti nədən başlayacağına çətinlik çəkirdi. Sayad isə başqa halda idi. Ömrü boyu ona əzab verən, onun unutmaq istədiyi, görünür axıra qədər unuda bilmədiyi acı,

Page 57: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

57

lap zəhərdən də acı xatirələri yerbəyerdən təzələnib kino lenti kimi gözünün önündən keçirdi. Nə fikirləşdisə qadınla söhbət etməyin lüzumsuz olduğunu düşünüb dedi:

– Bağışlayın, əgər Ələmdarın mənə bir sözü varsa, qoy özü gəlib sözünü desin.

Sayadın səsi nə qədər qətiyyətli idisə, bir o qədər də soyuq idi. Əlacsız qalan qadın ayağa qalxıb qapıya tərəf getdi. Sayad onun arxasınca qapını örtüb divanda oturdu.

Sayad elə bilirdi ki, o, keçmişini çoxdan unudub. Əslində onun heç keçmişi olmayıb. Yaxşı heç nəyi olmayıb. Azca olanlar da yaddaşından pozulub gedib.

Sən demə belə deyilmiş. Olub-keçənləri tamam unutmaq heç də asan deyil. Atalar doğru deyib, qatıq dağılar, yeri qalar. Həyatda heç bir hadisə elə-belə keçib getmir. Bu gün isə Sayadın ağlına gəlmədiyi bir zamanda keçmişi onun qapısını döydü: “Görəsən o qadın niyə gəlmişdi? Ələmdara nə lazımdır?”

Sayad nə qədər çalışdısa bu barədə fikirləşməsin, bacarmadı. Keçmişin acı xatirələri canına sovuşdu. Ürəyində həmişəlik dəfn etdiyi atası Ələmdar yenidən peyda oldu. Sanki Ələmdar o dünyadan qayıtdı. “Yaxşı bilirəm ki, sən məni çoxdan dəfn etmisən. Buna sənin haqqın var. Amma həyat qəribədir. Mən ölməmişəm, mən sağam. Qəribə də olsa mən sənin atanam.” Atasının səsi Sayadın qulaqlarında bir neçə dəfə cingildəyib ürəyinin içinə axdı. “Əfsuslar olsun ki, artıq mən də mən deyiləm. Sənin tanıdığın, atıb getdiyin zavallı uşaq deyiləm daha.” Başını qatmaq üçün qalxıb mətbəxə keçdi...

Sayadın yaşı əllini keçmişdi. Artıq saçlarına dən düşmüşdü. O, ucaboy, qarabuğdayı, özünəməxsus yaraşıqlı və sakit təbiətli bir qadın idi. Kənardan baxana elə gəlirdi ki,

Page 58: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

58

qapqara kədər dolu gözlərinə sürmə çəkilib. Əslində sürməsi-filanı yox idi. Zövqlə geyimi, səliqəli saç düzümü, xüsusilə qadınlara məxsus bədən quruluşu istər-istəməz hər kəsin diqqətini çəkirdi. Xüsusilə də qadınlar ona həsəd aparırdı. Nə edəsən ki, bu dünyada hər kəsin payına düşən öz qisməti var. Gözəl – çirkin, ağıllı – axmaq, iradəli – iradəsiz və sair. Ən başlıcası isə, xoşbəxt olanlar. Ya da xoşbəxtliyə kənardan baxanlar. Hamıya hər şey qismət olmur. Görünür böyük Tanrı özü belə məsləhət bilib. Hər halda bu, bizlik deyil. Sayad həmişə belə düşünürdü ki, hər kəs öz dünyasına sığınıb bacardığı kimi yaşayır. Sayad isə öz həyatını uşaqlıqdan elmə bağlamışdı. Bəlkə də taleyi belə gətirmişdi. İşi-peşəsi kitablar, jurnallar idi. Birini qoyub, o birisini götürürdü. Daim nə isə axtarırdı. Nəyisə tapır, nəyisə tapmırdı. Yeni qəzet, jurnallar iş masasının üzərində çin-çin yığılıb qalardı. Çox vaxt işdə fasilə etməyə də macal tapmazdı. Eləcə də evdə. Gecədən xeyli keçənə qədər mütaliə edərdi.

Sayadı tanıyanları hər şeydən çox təəccübləndirən onun kişilərə olan buz kimi soyuq münasibəti idi. Buna görə kimlərsə onu məzəmmət edir, “Zalım qızının ürəyi elə bil daşdandır. Belə də qadın olar?” kimlərsə narahat olurdu. “Kim bilir, bəlkə də bir dərdi var? Bu dünyada səbəbsiz heç nə yoxdur.”

O, mətbəxdə nə isə etmək istəsə də, səbri çatmadı. Qonaq otağına qayıtdı. Bu gün Ələmdarla bağlı xatirələr onun təkcə qapısını açıb evinə deyil, lap ürəyinin içərisinə girdi. Qaysaq bağlamış yarasını qopartdı. İstirahət günü olduğundan bütün planları pozuldu. Görəsi işləri, gedəsi yeri... Başqa nə varsa hamısı beynində bir-birinə qarışdı. O, telefonu da çıxardıb divana uzandı, gözlərini yumdu. Bir

Page 59: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

59

damla göz yaşı bəbəklərində donub qaldı. Sayad ağlaya bil-mədi. O, uşaqlıq illərində çox ağlamışdı. Tez-tez bir kənara çəkilib xəlvət ağlamışdı. Çoxlu dərdlərini göz yaşları ilə yuyub təmizləməyə çalışmışdı. Amma nahaq. Ağlamaqla insan azca yüngülləşir. Dərd isə elə olduğu kimi qalırdı, vaxt-bivaxt özünü göstərirdi.

Sayad sonralar ağlamadı. Çünki ağlaya bilmədi. Ona elə gəldi ki, göz yaşları həmişəlik qurudu. Əslində ürəyi sındı. Necə sındısa, bir daha düzəlmədi. Odur ki, Sayad elmə üz tutdu. Başqa şeylər onu demək olar ki, maraqandırmadı. İllər isə yaz seli kimi ötüb keçdi. İndi Sayad çox şeylərə nail olmuşdu. Elmi adı, vəzifəsi, azdan-çoxdan şöhrəti. Sən demə bu bəs deyilmiş. Cavanlığında ona elə gəlirdi ki, bu dünya onun düşündüyü kimidir. Və onun qurub yaşadığı həyat həmişə onun ürəyincə olacaq. Hardan biləydi ki, bu dünyanın özü kimi onun insanları da açılmamış bir sirdir. Sən demə insanın yaşı dəyişdikcə, istəkləri də dəyişir. Çox şeylər dəyişir. Haradan biləydi ki, həyat belə ola bilər? Son zamanlar tənhalıq onu sıxırdı. Bəzən özünə yer tapa bilmirdi. Düşünürdü ki, heç olmasa anasının sağlığında onun üzünə qapı açan, işdən yorğun qayıdanda qarşısına bir stəkan isti çay qoyub qayğısına qalan vardı. Uzaq yola çıxanda arxasınca su atıb, ona xeyir-dua verən vardı... Sayad evdə olmayanda evinin işığını yandıran və başlıcası isə həmişə onun yolunu gözləyən bir istəklisi var idi... Artıq çoxdandır onun yolunu heç kəs gözləmirdi. Elə anası da ondan nigaran getdi. “Ay qızım, elmin öz yeri, ailənin öz yeri var...” Anası oturub-durub belə deyirdi, onu başa salmağa çalışırdı. Bəs nə üçün Sayad anasının dediklərini vaxtında dərk etmədi? Nə üçün? Məgər Sayad xoşbəxt olmaq istəmirdi? İstəmirdi ki,

Page 60: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

60

başqaları kimi onun da ailəsi olsun? Bəs onu saxlayan nə oldu? Bu sualın cavabını bircə Sayad özü bilirdi.

Bəzən o, özünü kövrək bir ağaca bənzədirdi. Necə ki, ağacı kökündən çıxarıb atarsan, o, həmişəlik məhv olar. Görünür Sayad da belə oldu. Qırıldı, sındı... Bəxtəvər dünyanın qapıları onun üzünə bağlandı. Onun çox-çox sevdiyi, inandığı, güvəndiyi atası onları atıb gedəndən sonra Sayad nə qədər çalışdısa, baş verənlərlə razılaşa bilmədi. Anasının özgə qapılarında ağır taleyi, atası ilə anasının xoşbəxtliyinin puç olması onu sarsıtdı. Və həmişə bu suala cavab axtardı. Niyə belə oldu?

Bütün olub-keçənlərə baxmayaraq o, atasının yolunu gözlədi. Qəribə də olsa, atasına olan sevgisi hər gün bir qarış böyüyüb Sayadın ürəyinə sığmadı. Nə qədər çalışdısa da, onu qırıb ata bilmirdi.

Sayad anası Məsumə ilə dağlı məhləsində «Olimp» mağazasından azca aşağıda, məhəllədə yaxşı tanınan Əşrəf kişinin həyətində kirayə qalırdı. Həyət böyük, kirayənişinlər isə çox idi. Hələ də Sayadın hafizəsində Əşrəf kişinin geniş və işıqlı həyəti yaxşı qalmışdı. Həyətin yuxarı başında Əşrəf kişinin öz mənzili, ikinci mərtəbədə həyət boyu uzanan işıqlı aynabənd və ora qapısı açılan bir neçə otaq. Əslində düzünü heç kəs bilmirdi ki, aynabəndə neçə otağın qapısı açılırdı. Çünki kişinin kirayənişinlərlə gediş-gəlişi yox idi. Əşrəf kişinin mənzilinin birinci mərtəbəsi həyətdən daş hasarla hörülüb ayrılmışdı və dəmir qapı qoyularaq qapıya qıfıl vurulmuşdu. Bu dəmir qapı gündə iki dəfə açılıb-bağlanırdı. Səhərlər və axşamlar. Xüsusi adamlar hər səhər ora girib, bir də axşam çıxardı. Bütün gün onların nə etdiklərini heç kəs bilmirdi. Heç kəs deyəndə, söhbət həyətdə yaşayan kirayənişinlərdən gedirdi. Bir yana baxanda da onların nə

Page 61: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

61

borcuna qalıb ki, “xozeyin”in şəxsi mülkündə bağlı qapı arxasında kimlər nə edir. Amma iş onda idi ki, arada bir söz gəzirdi. Deyirdilər guya kişi, sex saxlayır. Bəlkə böyüklər bu sözün mənasını bilirdi. Ona görə də çox astadan deyilən bu sözdə deyəsən nə isə xoşa gəlməyən, qorxulu bir şey var idi. “Gizli sex!” Qəribə də olsa, uşaqların öz uçaq dünyası var. Onlar bu söhbətlərə məhəl qoymazdı. Bu “gizli sex” deyilən sözdə şübhəli, qorxulu nəyinsə olduğunu dərk etməzdilər. Çünki onların dünyasında bol-bol işıq var idi. Hələ ora qara ləkə düşməmişdi.

Geniş, uzunsov həyətin üst tərəfində Əşrəf kişinin aynabəndinə söykənib həyət boyu uzanan ikimərtəbəli evlər düzülmüşdü. İkinci mərtəbədə yaşayanlar elə-belə adamlar deyildi. Yuxarı başda birinci evin ikinci mərtəbəsində prokuror Həşim kişi ailəsi ilə, sonra isə hansısa zavodun direktoru, müəllim ailəsi... Sayadgilin mənzilinin üstündə, ikinci mərtəbədə uzunsov eyvanın bir başında tar çalan Qasım kişi, o biri başında isə Nikolay öz ailəsi ilə yaşayırdı. Birinci mərtəbədə olan mənzillər isə demək olar ki, zirzəmi və ya yarımzirzəmi idi. İşıqsız, havasız, rütubət qoxulu. Sayadgilin yaşadığı yarımzirzəmi küçə qapısının yanında həyətdən üç pilləkən aşağı pəncərəsiz bir otaq idi. Qapısı həyətə açılırdı. Gecə-gündüz zülmət qaranlıq, rütubət qoxulu bu otaqda ana-bala baş-başa verib dolanırdılar. Ən başlıcası o idi ki, başlarının üstündə tavan var idi. Nə olsun ki, zirzəmi idi? Nə olsun ki, otağa işıq düşmürdü? Bəzən Sayada elə gəlirdi ki, o, ömrünün sonuna kimi bu rütubət qoxusundan və zülmət qaranlıqdan xilas ola bilməyəcək.

Qış aylarında daha ağır, dözülməz olurdu. Bütün qış uzunu həyətə açılan taxta qapı bərk-bərk bağlanırdı. Evə düşən azca işığın yolu kəsilirdi. Belə olanda Sayad dərslərini

Page 62: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

62

hazırlamağa çətinlik çəkirdi. Gündüzlər işıq yandıranda Əşrəf kişinin arvadı Səkinə əsib-coşur, göz verib, işıq vermirdi. Söz-söhbət olmasın deyə anası neft lampası almışdı. Sayad çox vaxt dərslərini lampa işığında hazırlayırdı.

Yay fəslində isə Sayadın üzünə işıqlı bir dünyanın qapıları açılırdı. O, başqa bir həyat yaşayırdı. Əşrəf kişinin həyətində gecə-gündüz su kranının yanından asılmış rezin su şlanqı ilə səhər-axşam həyət yuyulub-süpürülürdü. Axşamlar isə hər kəs stulunu qoyub, mənzilinin qarşısında oturardı. İkinci mərtəbədəkilər də həyətə düşüb, onlara qoşulardı. Bir yerdə çay içib, söhbət edərdilər. Arada qonşular həyətdəki köhnə taxta masanın başına toplaşıb birgə çay süfrəsi açar, hər kəs olanından gətirib süfrəyə qoyar, şirin-şirin söhbət edib dincələrdilər. Sonra da kimsə xahiş edərdi ki, Qasım kişi tar çalsın. O da etiraz etməzdi.

Qasım kişi tarı sinəsinə sıxıb, gözlərini yumar, bir xeyli tarını kökləyib çalmağa başlardı. Sinəsi qalxıb-enərdi. Həmişə deyib-gülən, zarafatından qalmayan Qasım kişi tarını sinəsinə sıxanda sifətinə kölgə düşərdi. Adama elə gəlirdi ki, onun ürəyindəkilər təkcə tarın həzin səsində deyil, onun solğun üzünün hər bir cizgisindən ətrafa boylanırdı. Bəzən o, ahəstə səslə tarın səsinə səs verib zümzümə də edərdi:

Əzizinəm, gül əllər, Ağ biləklər, gül əllər. Dəryaca ağlın olsa, Kasıb olsan gülərlər.

Page 63: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

63

Nədənsə Qasım kişi bu bayatını tez-tez oxuyardı, sonra da araya sükut çökərdi. Bir an hər kəs öz dünyasına qapılar, ürəyindəki acı-ağrılarını yaşayardı. Qonşuların belə məclisləri Sayadın könlünü açar, ona zirzəminin qaranlığını, rütubət qoxusunu azca da olsa unutdurardı.

Yay fəslində Sayadı az qala xoşbəxt edən başqa bir şey də vardı. Zirzəminin həyətə açılan qapısı. Bu qapı bütün günü açıq qalar, evə bol-bol işıq seli axardı. Sayad da zirzəminin taxta döşəməsini dəmir şotka ilə o ki var sürtüb, sapsarı olana kimi yuyub-təmizlərdi. Bəzən ona elə gəlirdi ki, taxta döşəmənin sarı rəngi ilə zirzəminin işığı azca da olsa çoxalır.

– Ay qızım, nə düşmüsən bu döşəmənin canına? – Anacan, qoy təmiz olsun, – deyə Sayad öz işindən

zövq alardı. Anası Məsumə yeməkxanada qabyuyan işləyirdi.

Sayad dəfələrlə anasına bu işdən çıxmağı, ya da işini də-yişməyi təkid etsə də, anası razı olmamışdı:

– Qızım, işin pisi, yaxşısı yoxdur. Dolanışıq üçün çətinliyə dözmək lazımdır. Əsas odur ki, pis yol tutmayasan.

– Axı sənə çox çətindir. Bütün gün əllərin soyuq sudadır.

– Səni oxutmaq üçün əlimdən gələni etməliyəm, qızım. Sən oxumalısan. Yaxşı oxumalısan. Mən də işlə-məliyəm. Hər kəsin öz işi var.

Sayadı hər zaman narahat edən bir məsələnin üstü bağlı qalardı. Nə Sayad anasından soruşmağa cürət edər, nə də Məsumə qızına bu barədə nə isə açıb deyərdi. Bu “nə isə” heç vaxt Sayadı rahat buarxmazdı ki, buraxmazdı. “Atam bizi nə üçün atıb gedib?” Bu sual həmişə onun beynində

Page 64: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

64

dolanardı. Arada nənəsi pay-para ilə kənddən gəlib onlara baş çəkərdi. Bir neçə gün şəhərdə qalardı.

– Ay qızım, bəlkə yığışıb gələsən evinə? Kənddə evimiz, şəraitimiz...

Məsumə kədərlə qayınanasına baxardı: – Yox. Belə yaxşıdır. Həm də mənim o kənddə evim

yoxdur. Mən artıq ora qayıtmaram. Nənə dərindən köks ötürüb susardı. Sonra öz-özü ilə

danışırmış kimi astadan deyərdi: – Pis övladın üzü qara olsun. Söhbət beləcə bitərdi. Sonra da bir gün nənəsi yığışıb

kəndə qayıdardı. O, hər dəfə ayrılanda gah Məsuməni, gah da Sayadı bağrına basıb doyunca öpərdi.

– Sizdən çox nigaranam. – Qapıdan çıxanda axırıncı sözü bu olardı. Məsumə qayınanasına ürək-dirək verərdi:

– Nigaran qalma. Biz də pis-yaxşı dolanarıq. Sonra da adəti üzrə Sayad anası ilə onu aparıb kənd

avtobusuna oturdub yola salardılar. Bir gün kənddən qonşuları Qərib kişi gəldi. Məktub

gətirmişdi. Anası məktubu oxuyub qanı bərk qaraldı. Bir neçə dəfə hövsələsiz nəyisə götürdü, nəyisə qoydu.

– Qızım, arvadın gözünü yolda qoyma. Nə olub, olub. Qocanın nə günahı? Qızı da götür, qayınanana baş çək, qoy dünyadan rahat getsin.

– Haqlısan, Qərib dayı. Gedərik, mütləq gedərik. Ertəsi gün ana-bala kəndə yola düşdülər. Avtobusa

minib hər kəs yerini rahatladı. Sayad pəncərəyə söykənib kitab oxumağa başladı. Məsumə isə gözlərini yumdu. Bu avtobus, bu yollar onu keçmişinə aparırdı. Keçmişin ağlı-qaralı günləri gözlərinin içində bərq vurdu.

Page 65: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

65

Novruz bayramının son çərşənbəsi idi. Artıq hava qaralmışdı. Məhəllələrdə qalanan tonqalların alovu ətrafa şölə saçırdı. Cavanların səsi baş alıb-gedirdi. Böyüklər də kənarda qalmayıb, tonqalın başına toplaşıb öz cavanlığını yada saılırdı. Məsumə də beş yaşlı qızı Sayadla tonqalın ətrafında sağa-sola qaçıb bayram sevincini yaşayırdı.

Qayınanası Sayad arvadın dəmlədiyi plovun ətri adamı uzaqdan məst edirdi. Sanki bu gün bütün insanların dərdlərinin unudulan günü idi. Varlıların da, kasıbların da açıq süfrəsi, ocağının qazanı, hər tərəfdən ətrafa yayılan xoş musiqi səsləri bayram əhval-ruhiyəsini daha da yüksəldirdi. Azca sonra isə səslər nisbətən səngiyəcək. Hər kəs öz yaxınına, qonşusuna pay verib, pay alacaqdı. Sonra da hamı bayram süfrəsinin başına toplaşıb, bu əziz günü qeyd edəcək. Uşaqlar “papaqatdı” oyunlarına başlayacaqdı.

Ələmdar işdən bir az gec gəldi. Kefi kök idi. Hamı süfrə başına toplaşanda Ələmdar bildirdi ki, onu şəhərə işləməyə göndərirlər. Bu xəbər Sayad arvadı açmadı.

– Ay oğlum, kənddə evin, rahatlığın... Şəhərdə gedib kimin qapısına sığınacaqsan? Uşaqlar necə olacaq? Başa düşə bilmirəm ki, bu cavanlar niyə şəhərə qaçır.

Ələmdar anasını sakitləşdirmək istədi: – Ana, hər şey yaxşı olacaq. Nigaran olma. Şəhər –

şəhərdir... Məsumə qayınanasının kefinin pozulduğunu görüb

bir söz demədi. Əslində özü də bilmədi nə desin. Sevinsin, yoxsa...

Bayramdan bir neçə gün sonra Ələmdar yığışıb şəhərə getdi. Bir neçə aydan sonra ev kirayə tutub Məsumə ilə uşağı da şəhərə apardı.

Page 66: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

66

– Qızım, ər harda – arvad da orda. Get. Məndən nigaran qalma. – deyib qayınanası onları yola saldı.

Məsumə pisinə-yaxşısına bələd olduğu tanış evləri, məhəllələri, eləcə də tanış kənd camaatını kənddə qoyub şəhərə gəldi. Böyük şəhər, tanımadığı, əvvəli-axırı bi-linməyən küçələr, harasa tələsən çoxlu insanlar ilk baxışda ona qəribə göründü. Hətta bir qədər onu qorxutdu. Ələmdar da bütün günü işdə – səhər tezdən çıxıb, bir də axşamdan xeyli keçmiş qayıdırdı. Ancaq istirahət günləri vaxt eləyib Məsumə ilə Sayadı yanına alıb onları şəhərlə tanış edir. Görməli, gəzməli yerlərə aparır. Sonra da bir yerdə bazarlıq edib, evə dönürdülər.

Bir müddət belə oldu. Arada Ələmdar yarı zarafat, yarı ciddi Məsuməni məzəmmət etdi:

– Adam da bu qədər avam olar? Özün çıx gəz, evə lazım olanları al. Mən iş adamıyam. Mənə ümid olma. Boş-bekar oturmusan evdə.

Ələmdarın sözü Məsumənin xətrinə dəysə də, üzə vurmadı, özünü günahlandırdı. “Ələmdar doğru deyir. Mən oturub gözləməliyəm Ələmdar nə vaxt işdən qayıdacaq, nə vaxt onun istirahət günü olacaq ki, gedib evə lazım olanları alıb gətirsin, mən də xörək bişirim. Ya da başqa işləri yola verim. Yox, belə olmaz. Allah göz verib, ağıl verib. Yavaş-yavaş öyrənərəm.”

Məsumə Sayadı da yanına alıb, əvvəlcə bir tin, sonra iki tin... Bu minvalla şəhərə çıxdı. Birinci günlər mə-həllədəki dükanlardan uzağa getməyə ürək etməzdi, qor-xardı. Pal-paltar almaq lazım gələndə qonşu qızı da özü ilə aparardı.

Page 67: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

67

– Bura şəhərdir. Geyiminə fikir ver. Alış-veriş edəndə ayıq ol, səni aldatmasınlar. Burada hər cür adam var, kəndə xəyalın getməsin.

Məsumə Ələmdarın dediklərindən nəyisə başa düşdü, nəyisə yox. Geyimə qalanda düşündü ki, şəhərdəki qadınların qəribə geyimi, bir də sifətlərinin eybəcər bəzək-düzəyi çox vaxt onu əsəbiləşdirirdi. “İnsan da özünü bu hala salar?!”

Beləcə Məsumə bu qəribə, gözü öyrənmədiyi aləmə maraqla baxıb keçirdi. Çalışırdı ki, öz işi ilə məşğul olsun. Olandan-olmazdan alıb gətirsin. Həvəslə xörək bişirib axşam süfrəsini hazırlasın. Sonra da gözləsin ki, Ələmdar işdən qayıtsın birlikdə nahar etsinlər.

Ələmdarın evə gəlişi ilə evin abu-havası da dəyişirdi. – Atam gəldi! Atam gəldi! – deyə Sayad hay-harayla

atasının qarşısına qaçıb onun qıçlarına sarmaşardı. Ələmdar da adəti üzrə qızını qucağına alıb başının üstündə bir neçı dəfə atıb-tutardı. Sonra da sinəsinə sıxıb “Anam mənim!” deyə üz-gözündən öpərdi.

Sayada elə gəlirdi ki, atası evə tək gəlmir. Özü ilə bahəm bol-bol sevinc, çoxlu işıq gətirib otağın sükutunu alt-üst edir.

Yay fəsli gələndə Ələmdar məzuniyyət götürər, onlar kəndə gedib Sayad arvadın başına yığışardı. Ələmdar anasının həyət-bacasına əl gəzdirər, səliqə-səhman yaradar, qış üçün odun tədarükü edərdi. Məsumə də ev işləri ilə, biş-düşlə məşğul olardı. Sayad arvad isə bütün vaxtını nəvəsi ilə keçirərdi.

İki il belə keçdi. Üçüncü il isə Ələmdar bildirdi ki, ona işdən sanatoriyaya göndəriş (putyovka) verilib, o kəndə

Page 68: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

68

gedə bilməyəcək. Məsumə ilə Sayadı kəndə yola salıb, özü sanatoriyaya getdi.

Avqust ayının sonunda ailə yenidən bir yerə toplandı. Artıq Sayad birinci sinfə gedirdi. Məsumə Sayadı səhər-səhər dərsə aparır, dərsdən götürür, dərslərinə nəzarət edir və ev işləri ilə məşğul olurdu. Demək olar ki, boş vaxtı qalmırdı. Ələmdar da həmişəki kimi, səhər gedib, axşam gəlirdi. Sanatoriyadan qayıtdıqdan bir ay sonra Ələmdar ezamiyyətə gedəcəyini bildirdi. Məsumə səliqə ilə onun əl çantasını hazırladı. Dəyişik alt paltarı, dəsmal, başqa hər nə lazımdısa yığdı, arxasınca su atdı.

– Yaxşı yol, Ələmdar. Özündən muğayat ol, – deyə Məsumə məhəbbətlə Ələmdarın arxasınca baxdı.

– Məndən nigaran qalmayın... – deyib Ələmadar qapıdan çıxmazdan əvvəl adəti üzrə Sayadı başının üstə qaldırıb bir neçə dəfə atıb-tutdu. Sonra da bağrına basıb:

– Mənim anam! – deyə üzündən öpüb getdi. Atasına mehrini salan uşaq atası olmayanda şıltaqlıq

edib, atası üçün çox darıxırdı. İş belə gətirdi ki, Ələmdar ayda bir dəfə ezamiyyətə

getməli oldu. Sayad da axşamlar çöl qapısında dayanıb atasını gözlədi.

– Mən atamı istəyirəm... Məsumə barmağı ilə günləri sayıb atasının nə vaxt

qayıdacağını uşağa nə qədər başa salmağa çalışırdısa da, Sayad dediyini deyib dururdu:

– Mən atamı istəyirəm! – Şirin balam, atan da səni çox istəyir. – Yalan deyirsən! O, məni istəsə qoyub getməz! O,

məni istəmir... – deyib Sayad acı-acı ağlayırdı.

Page 69: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

69

– Qızım, atan səni çox istəyir. O gedib ki, pul qa-zansın, sonra da sənə qəşəng paltar alaq.

– Mən paltar istəmirəm! Mən atamı istəyirəm... Məsumə heç cür uşağın könlünü ala bilmirdi. Çox

vaxt axşam yeməyini də yemədən Sayad ağlayıb-ağlayıb yuxuya gedərdi. Bəzən gecələr yuxudan hövlənək ayılıb acı-acı ağlayardı:

– Mən atamı istəyirəm... Artlq hava qaralmaq üzrə idi. Yenə də Sayad çöl

qapısında durub atasının yolunu gözləyirdi. Azca aralıda həyət uşaqları top-top oynayırdı. Səs-küydən qulaq batırdı. Məsumə bir neçə dəfə Sayadı evə çağırdısa da, o qulaq asmadı. Divara söykənib gözünü yola dikmişdi. O, elə bilirdi ki, bir neçə gündür evdə olmayan atası elə indilərdə evə qayıdacaq.

Məsumə aram tutmayıb yenə çöl qapısına çıxdı. Sayad qapıda yox idi. Uşaqların arasında da onu görmədi. Məsumə ətrafa, güman gələn yerlərə qaçaraq baxdı. Uşaqlardan soruşdu. Sayadı gördüm deyən olmadı. Məsumə elə ev paltarında qaçaraq yola çıxdı. Dəli kimi sağa-sola qaçıb, hər qabağına çıxandan soruşa-soruşa məhəllədən uzaqlaşdı.

Sayad qapıda dayanmaqdan yoruldu, özü də bilmədən yavaş-yavaş həmişə anası ilə getdiyi geniş yola tərəf getdi. Bu yolda adam çox idi. Hərə bir tərəfə gedirdi. Uşaq atasını tapmaq ümidi ilə hər ötüb-keçənə baxdı, arada kimisə atasına oxşatdı. Qaçaraq həmin adama yaxınlaşıb baxdı, baxdı... Atası olmadığını görüb qəhərləndi.

Hava artıq qaralmışdı. Qoca bir qadın divara sıxılıb tək dayanan Sayada yaxınlaşdı:

– Qızım, sən burada niyə dayanmısan?

Page 70: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

70

Sayad ağladı: – Atamı gözləyirəm... – Atan haradadır? – Bilmirəm... – Bəs anan haradadır? – Anam evdədir. – Eviniz haradadır? – Bilmirəm... Qoca Sayadın əlindən tutdu. – Ağlama, – deyə Sayadın üz-gözünü sildi. “Yəqin

indi uşağı axtarırlar. Yaxşısı budur burada dayanıb gözlə-yim.” Qoca bu fikirlərlə Sayadın əlindən tutub bilmədi hansı tərəfə baxsın. Onlar dörd yol ayırıcında idi. Bilmək olmurdu uşaq hansı tərəfdən gəlib. Bir xeyli gözlədi. “Uşağın yiyəsi tapılmasa mən nə edərəm? Necə olsa, uşağı atıb gedə bilmərəm. Gözləyim görüm axırı nə olar.”

Axır ki, yuxarı yoldan səs-küy qopdu. Qaça-qaça bir qadın dəli kimi qışqırırdı.

– Sayad! Mənim balam, Sayad! Hardasan?! Qızım, Sayad...

– Ana! Anacan... Mən burdayam... – deyə Sayad qocanın əlindən dartınıb çıxmaq istədi.

– Sayad, mənim balam... – Məsumə qızını sinəsinə sıxıb hönkür-hönkür ağladı. Handan-hana minnətdarlıqla qocaya baxdı. Onun üz-gözündən, əllərindən öpdü.

– Sağ ol, xalacan... Çox sağ ol. – dönə-dönə təkrar etdi və uşağın əlindən tutub geriyə döndü.

Bir gün Məsumə ərklə Ələmdara dedi: – Ay Ələmdar, axır vaxtlar səni evdə tapmaq olmur.

Sən olmayanda uşaq fikir eləyir. Bəlkə işini dəyişəsən, ya da başqa bir iş tapasan?

Page 71: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

71

– Boş-boş danışma! Sən də uşaq ağlındasan. Uşaqdır, ağlayıb-ağlayıb sakitləşər. Heç nə olmaz!

Ələmdarın sərt cavabından Məsumə pərt oldu. Yenə də özünü günahlandırdı. “Yazıq Ələmdar, özbaşına deyil ki, işi belədir. O da bizim üçün əlləşir.”

Yenə bir neçə gün idi ki, Ələmdar getmişdi. Məsumə qapı qonşusu Zərifə ilə uşaqları məktəbdən götürüb evə qayıdırdı. Söhbət arası Zərifə dedi ki, o, dünən Ələmdarı şəhərdə görüb. Məsumə bu sözə əhəmiyyət vermədi:

– Yox, ola bilməz. Yəqin kiməsə oxşatmısan. – Ay Məsumə, mən uşaq deyiləm ki... Məgər Ələm-

darı tanımıram?! – Axı o, şəhərdə yoxdur... Məsumənin özünü itirdiyini görən Zərifə tez sözünü

dəyişdi: – Doğru deyirsən, yəqin kiməsə oxşatmışam... “Başqasının dərdi sənə nə qalıb? Görmüsən – gör-

məmiş olasan!” Məsumənin əməlli-başlı qanı qaraldı. “Bəlkə Zərifə

doğru deyir?” O, ha çalışdı ki bu barədə fikriləşməsin, ol-madı. Şübhələr onu yeyib tökdü. Bir tərəfdən də sanki Məsumə yatmışdı, yuxudan ayıldı. Axır zamanlar Ələmdarın qəribə rəftarı, soyuq münasibəti, bütün bunları Məsumə dolanışığın çətinliyi ilə əlaqələndirirdi. “Gözünü açıb-yumursan kirayə pulunun vaxtı çatır, yazıq Ələmdar nə etsin?”

Məsumənin fikirləri dolaşdı. Neçə aydır Ələmdar təkcə Məsumədən deyil, hətta uşaqdan da bir qədər so-yumuşdu. Nə olsun ki, Məsumə abrına sığınıb susurdu. Onun aləmində bu, deyiləsi söz deyildi. Amma yenə də olsun Ələmdar onun uşağının atası idi. Məsumə sanki indi

Page 72: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

72

baş verənləri dərk etdi və səbirsizliklə Ələmdarın yolunu gözlədi.

Axşamdan xeyli keçmişdi. Məsumə Sayadı təzəcə yatızdırmışdı ki, qapı döyüldü. Ələmdarın üzünə qapı açan Məsumə bir xeyli ondan gözünü çəkə bilmədi. “Heç yoldan gələnə oxşamır. Üstü-başı tər-təmiz. Özü də əməlli-başlı yaxşılaşıb...”

– Nə olub? Nə baxırsan? Deyəsən məni birinci də-fədir görürsən.

– Bəlkə də, – deyib Məsumə mənalı-mənalı Ələmdarı süzdü.

– Boş-boş danışma! Yoldan gəlmişəm, çay ver. Məsumənin fikri tamam başqa yerdə idi. Sanki

Ələmdarın dediklərini eşitmədi. – Ələmdar, sən hardan gəlirsən? Ələmdar tərs-tərs Məsuməyə baxdı. – Deyəsən ağlını itirmisən. Bilmirsən hardan gəli-

rəm? – Bilsəydim soruşmazdım... – Dedim ki, çay ver! Yorulmuşam! – deyə Ələmdar

hirslə onun sözünü kəsdi. – Səni şəhərdə görən olub. Məsumə sakitcə deyərək düz Ələmdarın gözünün

içinə baxdı. Ələmdar bir qədər özünü itirdi. Bu, Məsumənin nəzərindən qaçmadı.

– Evdə bekar oturmusan – başın xarab olub! Sənin yerin elə kənddir!

– Məni şəhərə sən gətirmisən. – Səhv etmişəm. Xoşuna gəlmir yol açıqdır, gedə

bilrəsən!

Page 73: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

73

Məsumə qulaqlaına inanmadı. Ona elə gəldi ki, ayaqlarının altında yer titrədi. Kəsərli bir söz demək istədisə də, bacarmadı. Səsə yuxudan ayılan Sayad atasının üstünə qaçdı. Uşağın gülüş səsləri Məsumənin qəhərini boğa bilmədi. Məsumə elə bildi ki, bu kiçik mənzildə Ələmdar onun dünyasına Məsumənin özü ilə birlikdə od vurdu. Niyə görə? Məsumənin günahı nə idi? Bu haqda çox düşündü. Doğrudur onların arasında böyük məhəbbət olmasa da, Ələmdar Məsuməni özü seçmişdi. Bir gün onun yoluna çıxıb demişdi ki, Məsumə, bizimkilər sizə gələcək. Nə deyirsən? Məsumə də qıp-qırmızı qızarmışdı və gülümsəyərək ötüb keçmişdi. Sonra da ailə qurmuşdular və xoşbəxt yaşamışdılar. İndi baş verənlər Məsuməyə qəribə gəlirdi. Artıq onun tanıdığı Ələmdar yox idi. Onun əvəzinə evə-eşiyə sığmayan başqa bir Ələmdar görürdü. Axı nə olub? Bəlkə şəhər qadınları onu yoldan çıxarıb? Yox! Əsl kişini qadın yoldan çıxara bilməz. Bu, mümkün deyil. Əksinə, kişilər qadınları yoldan çıxarır. Nə qədər pis qadın olsa da, qadın elə qadındır. Hər bir qadının az-çox həyası-abırı var. Bəs nə məsələdir? Ələmdara nə olub?

Məsumə özünə zor eləyib süfrəyə çay gətirdi. Atası ilə oynayan Sayadı qırağa çəkməyə çalışdı.

– Sabah dərsə gedirsən, yatmaq vaxtıdır. Səhərlər dura bilmirsən, mənim balam... – qırıq-qırıq deyə bildi.

Uşaq şıltaqlıq etsə də, Məsumə onu yatağa saldı. Özü də yanında uzanıb onun ilıq nəfəsi ilə özünü sakitləşdirməyə çalışdı. “Görünür, bu vaxta qədər mən kor olmuşam.”

Onların həyatında hər şey dəyişdi. Məsuməyə çətin də olsa, baş verənləri açıb-ağartmadı. Başını aşağı salıb həmişə olduğu kimi öz işləri ilə məşğul oldu. Amma fikri üstündə deyildi. O, yaxşı bilirdi ki, uzun müddət belə

Page 74: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

74

yaşamaq olmaz. O, nə isə etməlidir. Əsl həqiqəti öyrən-məlidir. Amma necə? Bu, heç də asan deyildi. Məsumə yaxşı bilirdi ki, qadın öz ailəsi uğrunda vuruşmağı bacarmalıdır və vuruşmalıdır. Amma necə? Olmayan bir şeyin uğrunda necə vuruşmaq olar? Hal-hazırda onun ailəsi yox idi. Bir də ona elə gəlirdi ki, qadın ləyaqəti sevgidən də üstündür. Ləyaqətsiz insanların sevgisi də bir oyundur.

Beləcə getdikcə ağırlaşan günlər ötüb keçməkdə idi. Məsumə arada kiminləsə dərdləşib ürəyini boşaltmaq istəsə də, fikrindən daşınırdı. “Nə mənası? Özümü dilə-dişə salmaqdan başqa bir xeyri olmaz. Başqası mənim dərdimə qalası deyil. Hər kəs öz dərdinə özü əlac etməlidir.”

Aylar ötüb keçirdi. Ələmdar da hər ay “ezamiyyətə” gedirdi. Məsumə də həmişə olduğu kimi, onun yol çantasını yığıb hazırlayırdı. Amma daha “Yaxşı yol” – deyib ar-xasınca su atıb, onu yola salmırdı.

Çoxdandır Məsumə Ələmdarı güdməyi qərara alsa da, bu addımı ata bilmirdi. Özünə sığışdırmırdı. Həm də nədənsə qorxurdu. Arabir Ələmdarın ona dediyi sözlər qulaqlarında səslənirdi. “Adam bu qədər avam olmaz!”

Axır ki, səbri tükəndi. “Bəsdir! Belə yaşamaq olmaz. Mən də insanam.”

Növbəti dəfə Ələmdar ezamiyyət adı ilə evdən çı-xandan azca sonra Məsumə də evdən çıxdı. Qarabaqara onun arxasınca getdi. Ələmdar Sovet küçəsinə düşüb, 11 nömrəli tramvaya mindi. Nə edəcəyini bilməyən Məsumə çaşıb qaldı. “Bəlkə taksiyə oturum?! Taksiyə oturub sürücüyə nə deyim? Deyim ərimi güdürəm? Heç ayıb deyil? Adama nə deyərlər? Amma başqa əlacım yoxdur, gec-tez bunu etməliyəm.” Məsumə taksi saxlayıb mindi. Sürücü yaşlı kişi idi.

Page 75: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

75

– Əmi, azca əvvəl 11 nömrəli tramvay getdi. Onun arxasınca sürün, zəhmət olmasa...

Sürücü dönüb mənalı-mənalı Məsuməyə baxdı. Bir söz deməyib maşını işə saldı. Bir xeyli getdilər. Vaxt Mə-suməyə çox üzücü görünürdü, sıxırdı onu. “Bəlkə düz elə-mirəm? Yox, daha səbrim qalmayıb, yorulmuşam. Ələmdar xəstə düşsəydi ömrümün sonuna kimi ona qulluq edərdim, yorulmazdım. Amma bu hala daha dözə bilmirəm.”

Əzizbəyov xəstəxanasından sonrakı dayanacaqda Ələmdar tramvaydan düşdü. Tələsmədən sağa dönüb gözdən itdi.

– Saxlayın... – Məsumənin səsi titrədi. Taksinin pulunu verib, tələsik Ələmdar gedən yola tərəf döndü. Ələmdar tinin başına çatana kimi gözlədi. Tinin başında Ələmdar sağ tərəfə döndü. Məsumə həmin tini az qala qaça-qaça getdi. Ələmdarı itirməkdən qorxurdu. Axır ki, Ələmdar ayaq saxladı və tələsmədən bir qapını açıb həyətə girdi. Məsumə pis halda idi. Bir an divara söykənib nəfəsini dərdi. Ürəyi az qala yerindən çıxırdı. “İndi mən nə edim? Bu da həqiqət... Sən demə həqiqət necə də acı olarmış...”

O, özündə qüvvət tapıb həmin qapıya yaxınlaşdı. 1 May küçəsi. Evin nömrəsi. Hamısı ürəyində həkk olundu. O, zorla qapını aralayıb həyətə baxdı və qəhərini udub geriyə döndü. Artıq o, heç yerə tələsmirdi. Hara getdiyini özü də bilmirdi. Binalar elə bil üstünə gəlirdi. O, key kimi küçələri fırlanırdı. “Ələmdar, sən məni yarı yolda qoydun... Öz uşağını kimlərə qurban verdin? Səni başqasının qapısına aparan nə oldu? Nə? Bütün bunları mən Sayada necə başa salacam? Axı, Sayad səni çox istəyir...”

Page 76: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

76

Məsumə iki saatdan çox küçələri dolaşdı. Haradasa vurulan saat zənginin səsi Məsuməni bir qədər ayıltdı. Yadına düşdü ki, Sayadı məktəbdən götürmək lazımdır.

Məsumə elə bildi ki, təkcə Ələmdar yox, dünyada yaxşı hər nə varsa, hamısı ondan üz döndərib. O, öz körpəsi ilə bu yad şəhərdə tək qalıb. “Sənin yerin elə kənddir!” Ələmdarın soyuq səsi yenidən qulaqlarında səsləndi. Deməli Ələmdar bu sözü boş yerə deməmişdi. “Yox, mən kəndə qayıtmaram! Bir təhər dolanaram, nə çox mənim kimiləri. Dünyanın işinə bax. Dərdini kimə deyəsən? Deyəsən ki, ərin başqası ilə oturub-durur. Onun başına ip salıb zorla geri qaytarası deyiləm ki... Bircə qalır gözləmək. Bəlkə ağlı gəldi başına... Bəlkə qayıtdı öz ailəsinə...”

Məsumə haradan biləydi ki, Ələmdar sanatoriyada tanış oduğu dul qadınla görmədiyi günləri görür. Var-dövlət, yaxşı güzəran, iki mərtəbəli ev, telefon... Yoxsa hər ayın başı kirayə vermək, qəpiyi qəpiyə calamaq. O günlərə qayıtmaq Ələmdarın ağlına da gəlmirdi. Bu xoş güzəran elə bil onun üçün göydən düşmüşdü. İnsafən qadın da əl-əl üstə Ələmdarın qulluğunda idi. Yazıq Məsumədə nə günah? Həyalı, abırlı qadın ləyaqətini gözləyən Məsumə hardan biləydi ki, kişilərə bel bağlamaq olmaz. Çalış getməsin. Getdi – qurtardı. Çətin bir də qayıda... Çətin... Dünyası dağılmış Məsumə bu dünyadan xəbərsiz idi. Sirri, sözü ürəyində susurdu. Hələ də taleyindən nə isə gözləyirdi. Ürəyinə daş bağlayıb Ələmdarla bir damın altında yaşayırdı.

Aylarsa ötüb keçirdi. Sən saydığını say, gör fələk nə sayır. Növbəti dəfə “ezamiyyət” adı ilə evdən çıxan Ələmdar məktub yazıb qoydu. Arasında da əlli manat pul. Və getdi...

Məktubda Məsuməyə kəndə getməyi məsləhət bil-mişdi. Elə birinci gündən Məsuməni qorxudan bu böyük

Page 77: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

77

şəhər Məsuməni yaman yerdə vurdu. Doğrudan da bu şəhər qorxulu imiş. İndi hara getsin? Dərdini kimə desin? Bəlkə doğrudan da yığışıb kəndə qayıtsın?

Suallara cavab tapa bilmirdi. Düşdüyü vəziyyətdən çıxmağa yol axtarırdı. Ancaq onu yəqin etmişdi ki, o sın-mamalıdır. Özündə qüvvə tapıb yaşamalı və uşağını bir yana çıxarmalıdır. Indi əsas məsələ bu idi.

İş axtarmağa başladı. Qapı-qapı gəzdi. Bir çox qapı arxasında dayanıb, içəri keçməyə ürək etməyən Məsuməni nəhayət yaşlı bir qadın içəri dəvət etdi. Sıxıla-sıxıla kəndarda duran Məsumə ilə yeməkxananın sahibi Hacı kişinin söhbəti qısa oldu. Hacı kişi onu qabyuyan götürdü.

Sonra da Məsumə ucuz kirayə mənzil axtardı. Əşrəf kişinin həyətindəki zirzəmidə qalmağa razı oldu. Məsumə yavaş-yavaş bu zalım dünya ilə vuruşmaq üçün özündə qüvvə tapır, onu qorxudan dünyanın bir o qədər də qorxulu olmadığına inanmaq istəyirdi.

Məsumə xatirələrdən ayılıb tanış yollara tərəf boy-landı. O, lap uşaqlıqdan payız fəslini çox xoşlayırdı. Bəzən saatlarla tamaşa edər, hər yarpaqdan, hər rəngdən həzz alardı. Öz-özlyünə düşünərdi ki, görəsən dünyada neçə sayda yaşıl, ya da sarı rəng var? Hamısı da bir-birindən gözəl, bir-birindən fərqli... Baxdıqca göz oxşayır. Yol boyu baş-başa verən ağaclarda qızılı payız yarpaqları, həm də yaşılın müxtəlif rəngləri təbiətə xüsusi bəzək verərək sanki təbiətin nağıl tablosunu yaratmışdı. Bu, təbiətin əsl möcüzəsi idi.

Amma Məsumə bu gün payız dünyasına tamaşa edəsi halda deyildi. Nə vaxtsa qonşu kənddən gəlin gəldiyi bu yollar indi onu sıxırdı. “Vağzalı səsi” qulaqlarında idi.

Page 78: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

78

Həmişə bu musiqidən qəhərlənən Məsumə indi lap kövrəldi. Qınayan olmasaydı, əməlli-başlı ağlayıb ürəyini boşaldardı.

Tanış evlərə yaxınlaşdıqca bədəni ağırlaşırdı. Ürəyini xoşagəlməyən bir hiss sıxırdı. “Bu, mənim borcumdur, – gedib arvadı başa çıxmalıyam! O, mənə qayınana yox, analıq edib. Görəsən yanında kim olacaq? Yəqin ki, həmişə gördüyüm qohum-qonşu. Bəs o?”

Bu sual onu qorxutdu. Narahatçılıqla yerində qur-calandı. “Onunla üz-üzə gəlmək istəmirəm. İlahi, mənə kömək et!..” Bir neçə dəfə ürəyində bu sözləri təkrar etdi.

Kəndə az qalırdı. Sayad kitabı bağlayıb yola boy-landı. Tanış yollar, tanış ağaclar... Heç nə dəyişməmişdi. Dəyişən təkcə Sayadın ürəyi idi. Bu yerlərdə əvvəllər onu sevindirən hər şey indi onu sıxırdı. Anasının dediyinə görə onun beş yaşı olanda şəhərə köçmüşdülər. Sonra da iki il yay fəslində atası-anası ilə birlikdə kənddə nənəsinin yanında istirahət etmişdi. Uşaqlıq illərinin sevgi dolu günlərini keçirmişdi. Bəxtəvər olmuşdu. Böyük bir sevginin dadını-ləzzətini yaşamışdı. Sonra nələr baş verdi Sayad bilmədi. Bircə onu bildi ki, onun həyatında yaxşı hər nə var idisə, hamısı dağıldı. Kim dağıtdı? Niyə dağıtdı? Bütün bunlar ona qaranlıq qaldı. Bircə onu bildi ki, atası evdən getdi və bir də qayıtmadı.

Avtobus kənddən bir xeyli aralı keçirdi. Onlar avto-busdan düşüb yol maşınına mindilər və kəndə tərəf yö-nəldilər. Artıq hava qaralmışdı. Payızın soyuq havası adamı üşüdürdü. Uzaqdan artıq evlər görünürdü. Kəndin üzərinə zərif duman çökmüşdü. Məhəllələrdən qıvrıla-qıvrıla qalxan tüstü axını dumana qatışaraq itib gedirdi. Sanki kəndin üzərinə çökmüş bu niskilli-dumanlı təbiət də Sayadın ürəyindən xəbərdar idi.

Page 79: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

79

– Ana... – Can ana. – Çatdıq! Məsumə Sayadın səsindən diksindi. Baxdı ki, həmin

qapıdır. Bir vaxtlar gəlin gəldiyi... Elə bu qapının kən-darındaca ayağının altında qoç kəsildiyi, sonra da bəxtəvər günlər yaşadığı bu balaca birmərtəbəli ev... Həyətdəki nar ağacları... Çəpər boyu qızılgül kolları... Heç nə dəyiş-məmişdi. Məsumə əl çantasını döşəməyə qoyub çöl qapı-sının qabağında dayandı. Niyə dayandığını özü də başa düşmədi. Amma bircə onu bildi ki, qapını açıb içəri keçmək asan deyil.

– Ana, atam da olacaq? – Bilmirəm, – deyə Məsumə acıqla cavab verdi. Səsi

titrədi. Sayad başa düşdü ki, səhv etdi. Günahkarcasına

anasına baxdı: – Bağışla... Məsumə cavab vermədi. “Axı, uşağın nə günahı?!” – Qızım, biz nənəni görməyə gəlmşik. Nənən xəs-

tədir. – deyib hirslə çöl qapısını açdı. Evə tərəf bir neçə addım getmişdilər ki, Gövhər arvadla üzbəüz çıxdılar. Gövhər qayınanasının böyük bacısı idi. Qoca əvvəlcə gözlərinə inanmadı.

– Məsumə, qızım, sənsən? – Hə, Gövhər xala, mənəm... Gövhər arvad gah Məsuməni, gah da Sayadı bağrına

basıb üz-gözündən öpdü. – Nə yaxşı gəldininz! Nə yaxşı gəldininz! Arvad iki

gündür can üstündədir. Hey sizi istəyir. Sizdən nigarandır.

Page 80: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

80

Məsumə özünə söz vermişdi ki, o, Ələmdarın gözü-nün qabağında ağlayıb, ahu-zar etməyəcəkdir.

– Yazıq arvad... – deyə Məsumə astadan dilləndi. “Görəsən yanında kim var?!”

Məsumənin ürəyindəkiləri hiss edirmiş kimi Gövhər arvad dilləndi:

– Ələmdar iki gündür gəlib. Azca əvvəl Sahibgilə getdi.

Sahib Ələmdarın uşaqlıq dostu idi. Məsumə bir qədər yüngülləşdi. Qabaqda Gövhər arvad, arxasınca Məsumə Sayadla otağa keçdilər. Xəstənin yanında bir neçə qadın var idi. Baldızı Lumu onları görüb acı-acı ağladı və onlara tərəf gəldi.

– Qurban olum sənə, Məsumə, qurban olum... Nə yaxşı gəldin! Sayad, bibin sənə qurban...

Onlar görüşdükdən sonra xəstənin çarpayısına yaxınlaşdılar. Sayad arvadın donuq gözləri naməlum bir nöqtəyə dikilmişdi.

– İki gündür adam tanımır. – Gövhər arvad sükutu pozdu.

Məsumə əyilib qayınanasının üzündən öpdü. Hərə-kətsiz əllərini əllərinə alıb ehmalca sığalladı.

– Sayad, nənəni öp. Sayad əyilib nənəsinin üzündən öpdü. – Nənə... – deyə onu çağırdı. – Sayad xala, mənəm – Məsumə. Məsumə başqa heç nə deyə bilmədi. – Neçə gündür gözü yoldadır... Elə hey sizi çağırır...

Canını tapşıra bilmir. – Səsinizi çıxarın, o, sizi eşidir. – deyə qocalardan

kimsə məsləhət bildi.

Page 81: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

81

– Anacan, anacan, istəkli qonaqların gəlib. Məsumə, Sayad yanındadır. Eşidirsən? Onlar sənin yanındadır..

Lumu bu sözləri deyə-deyə göz yaşları içində ana-sının üzündən öpüb, saçlarını tumarladı.

– Sayad xala, mənəm – Məsumədir. Biz burdayıq, sənin yanındayıq... Nəvən Sayad da burdadır.

Qoca baxışlarını ağır-ağır səs gələn tərəfə çevirməyə çalışdı. Onun ifadəsiz gözləri elə bil bir qədər böyüdü. Gözlərində azca işıq şölələndi. Sonra yenə yavaş-yavaş gözlərini yumdu.

Məsumə bir neçə dəfə onun yanında olduğunu təkrar etdi. Handan-hana qoca yenidən gözlərini açdı.

– Mə...sumə... Qı...zım... Sa...yad... Mənim... bala-larım...

Qoca bu sözləri bir neçə dəfə təkrar etdi. Sonra onun sifətinə ilıq bir ifadə çökdü. Bəbəklərində bir damla göz yaşı parıldadı. Sinəsi qalxıb-endi. Dərindən uzun-uzadı bir ah çəkdi. Açıq qalmış gözləri dondu. Bir an sükut çökdü.

– Canını tapşırdı... – deyə Gövhər arvad sükutu pozdu.

Ara qarışdı. Elə bu anda kişilər gəldi. Ələmdar otağa birinci girdi. Məsumə qızının əlindən tutub arxaya çəkildi. Gövhər arvad bacısının gözlərini bağladı, ayaqlarını düzəldib, üzünə örtük çəkdi. Qadınlar mafənin başına toplaşıb onu ağlamağa başladı. Lumu “Ana... Ana...” deyib anasının çağırırdı. Adama elə gəlirdi ki, onlar illər ayrısıdır. O biri otaqlarda hərə bir tərəfə qaçırdı. Kimsə otaqları döşəyir, qab-qacaq səsləri bir-birinə qarışmışdı. Sanki hər kəs əvvəlcədən öz işini bilirdi.

Məsumə Lumunun yanında durub səssiz ağlayırdı. Sayad isə anasına sıxılmışdı.

Page 82: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

82

Kişilər isə həyətdə idi. Cavanlar kişi məclisi üçün mağar qururdu. Həyətin o başında heyvan kəsilirdi. Qəssabın ətrafında bir neçə nəfər cəmdəyi doğrayıb seçmələyirdi. Ələmdar arada fırlanıb hərəyə bir göstəriş verirdi.

Ertəsi gün Sayad arvad torpağa tapşırıldı. Heç elə bil o, bu dünyda olmamışdı.

Xörək bişirən, xörək paylayan, süfrənin başında oturub şirin-şirin ehsan yeyən, hər kəs öz işində idi.

Sayad elə bilirdi ki, atası vaxt edib onunla görüşəcək, bağrına basıb üzündən öpəcək, halını soruşacaq. Amma istəyi ürəyində qaldı. Sayadın aləmində belə olmamalı idi. Onun aləmində hər şey başqa cür idi. O, nə qədər cəhd etsə də, təkcə anası ilə xoşbəxt ola bilmirdi. Hər an atasının yeri görünürdü. Sayad istəyirdi ki, atası onu arayıb-axtarsın. Onu sevsin. Buna Sayadın ehtiyacı vardı, özündən asılı deyildi. Nə olsun ki, bir yerdə yaşamırdılar. Artıq bu halla az da olsa, o barışmışdı. Sayad yaxşı bilirdi ki, bir neçə saatdan sonra onlar bu kənddən həmişəlik çıxıb gedəcəklər. Bununla da hər şey qurtaracaq. Onlar bu yerlərə bir daha qa-yıtmayacaqlar.

Beş il idi ki, atası onları atıb getmişdi. Beş il idi ki, Sayad atasının səsini eşitmirdi. Atası “Anam”, – deyə onu bağrına basıb, üz-gözündən öpüb əzizləmirdi.

Bu illər boyu hər dəfə axşam yatağa girəndə eyni suallar onun başının üstündə fırlanıb Sayadın yuxusunu ərşə çəkirdi. Bəzən Sayada elə gəlirdi ki, bu ağrıları çəkib aparmağa qüvvəsi çatmır. Beş ildən sonra atası ilə olan bu görüş onu yandırdı. Uzun illərdir ürəyində əzizləyib sax-ladığı məhəbbəti, sevgisi, xəyallarında düzüb-qoşduğu xoş arzuları... Hamısı alışıb yandı. Sanki onun içərisində ocaq qalanmışdı. Bütün olanı-olmazı çırthaçırtla yanırdı. “Deməli,

Page 83: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

83

mən ona lazım deyiləm... Yox, mən elə belə dönüb gedə bilmərəm!”

Nə etmək istədiyini özü də bilmədən həyətə düşdü. Bir qıraqda durub gözlədi. “Hə, odur, gəlir. Ürəkli ol, çıx qabağına! Göstər ki, sən varsan!”

Sayad qətiyyətlə atasının yoluna çıxdı. Onlar təkbətək üzləşdilər. Ələmdar özünü itirdi. Ayaq saxlayıb gü-lümsəməyə çalışdı. Qırıq-qırıq dedi:

– Sa-yad... Sayad düz atasının gözlərinin içinə baxdı. Onun

baxışlarındakı qəzəb, nifrət, giley... Hamısı bir-birinə qa-rışdı. Həyəcandan az qala boğulurdu.

– Maşallah, böyük qız olmusan... Sayad elə bil donub qalmışdı. Sonuncu dəfə atasını nə

vaxt gördüyünü xatırlamaq istəsə də, yadına sala bilmədi. – Mənimlə danışmaq istəmirsən? Sayad sanki ayıldı. O başa düşdü ki, onunla üzbəüz

dayanan onun xatirələrindəki atası Ələmdar deyil. Həsrətlə uzun illər yolunu gözlədiyi Ələmdar deyil. Başqa bir insandır. Sayadın tanımadığı özgə bir adamdır. “Doğmalar belə görüşmür. Doğmalar başqa cür görüşür. Mən yanılmışam... Mən səhv etmişəm...”

Sayad təəssüflə baxışlarını endirdi. Əvvəlcədən düzüb qoşduğu, atasına demək istədiyi sözlər donub Sayadın baxışlarında qaldı. Heç nə deyə bilmədi, dönüb getdi. Əslində onu çoxdan itirmişdi. Amma bu vaxta qədər nədənsə inanmaq istəmirdi. Axır ki, bu həqiqəti dərk etdi. Xəyalında düzüb-qoşduğu atası ilə bağlı şirin arzularını kənddə, elə həmin kiçik həyətdə, atası ilə üz-üzə dayandığı yerdə qoyub getdi, özü ilə apara bilmədi. Bir daha başa düşdü ki, ümidləri, arzuları onu aldatmışdı. Nə etsin ki, bu vaxta qədər

Page 84: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

84

o da, başqa uşaqlar kimi hər səhər atasının əlindən tutub məktəbə getmək, onunla birlikdə şəhərin küçələrini gəzmək, bəxtəvər olmaq istəmişdi. Söz düşəndə “Mənim atam” deyib onunla öyünmək, fəxr etmək istəmişdi. Axı, burada qəribə nə var idi ki? Onun atası ölməmişdi ki, ondan əlini birdəfəlik üzsün. Onun atası sağ-salamat idi, özü də elə bu şəhərdə yaşayırdı. Sayad bəzən özünü inandırmağa çalışırdı ki, atası da onun üçün darıxır, onu görmək istəyir. “Anam mənim...” Bu səs onun qulaqlarından çəkilib getmirdi. Sayad itkin düşmüş atalı günlərini bəzən yuxularında tapırdı. Atası onu başının üstünə qaldırıb, atıb-tutur, sonra da “Anam mənim” deyə bağrına basırdı. Sayad atasının qüvvətli qolları arasında yuxudan ayılıb, baş verənlərin yuxu olduğunu biləndə acı-acı ağlayırdı.

– Mən atamı istəyirəm... Mən atamı istəyirəm... Məsumə onu sakitləşdirə bilmirdi. Axşam düşəndə

Sayad çöl qapısında durub yol gözləyirdi. O, bu dünyada ona qaranlıq olan hadisələrdən baş aça bilmirdi. Öz sevgisinə inanırdı. Yetim qalmaq istəmirdi. Yetimlik dünyasını yaşamaq istəmirdi. Bu dünya onu sıxırdı. Zaman ötdükcə o, daha dərindən başa düşürdü ki, yetimlik dünyasını yaşamaq çox çətindir. Yetimlərin başının üstündə həmişə qara bir kölgə dolanır. Bu qara kölgə qapqara dünyası ilə yetimləri həyatın ən şirin naz-nemətlərindən məhrum edir. Onların üzünə bir çox qapıları bağlayıb onları qapı arxasında qoyur.

Məsumənin arada Sayada acığı tuturdu: – Qızım, sənə nə olub? Heç üzün gülmür. Bəsdir! Bu

qədər fikir etmək olmaz... – Anacan, dərslərim çoxdur, yoruluram. – deyə Sayad

anasını fikrindən yayındırmaq istəyirdi.

Page 85: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

85

– Yalan deyirsən. Mən uşaq deyiləm, hər şeyi yaxşı görürəm.

– Sən narahat olma, ana... – Nə çox sənin kimi atasız uşaqlar. Yaxşı ata olsaydı,

yanında olardı. Onun fikrini etməyə dəyməz! Necə oldusa, Məsumə özü də bilmədən bu sözləri

dedi. Sonra da səhv etdiyini anlayıb qızını qucaqladı. Onun könlünü almağa çalışdı. Amma nahaq, artıq deyilən deyilmişdi. Anasının sözləri Sayadı yaman tutdu. “Uşaqlar üçün ata-ananın pisi də hamıdan yaxşıdır.” Sayad ürəyində anasına belə cavab verdi.

Sayad bu ağrılarla günləri, ayları yola sala-sala, güman edirdi ki, günlərin bir günü atası onların qapısını açıb, Sayadı çağıracaq. Onu görmək istədiyini deyəcək və heç nə olmayıbmış kimi onlar görüşəcəklər. Belə olanda Sayad da hər şeyi unudub, yetimliyin daşını atacaq. Atalı ikən atasız olmaqdan birdəfəlik canı qurtaracaq. O, hər istəyəndə atası ilə görüşüb bəxtəvər olacaq. Bakının küçələrini birlikdə gəzib bütün dünyaya sübut edəcək ki, o yetim deyil.

Sayad artıq doqquzuncu sinifdə oxuyurdu. Son vaxtlar anası tez-tez ağrınırdı. Arada ağrıları kəskinləşirdisə də, Məsumə birtəhər dözürdü, Sayada bildirmək istəmirdi. Bəzən ağrılardan qıvrılıb-açılan anasının vəziyyəti Sayadı yaman qorxudurdu.

Bir gün işdə Məsumənin vəziyyəti ağırlaşdı. Onu xəstəxanaya apardılar. Yeməkxananın müdiri Hacı kişi, aşpaz Səlimə arvadı da yanına alıb xəstə ilə birgə xəstə-xanaya getdi. Həkimlər xəstəni müayinə edib, bildirdilər ki, kor bağırsağı partlayıb. Zəhərlənmə gedir, təcili cərrahiyə əməliyyatı aparılmalıdır. Hacı kişi özünü itirdi. Belə bir

Page 86: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

86

məsuliyyəti öz üzərinə götürməyə qorxdu. “Birdən olmadı elə, oldu belə! Sonra onun qohumlarının qabağında nə cavab verərlər. Deməzlər ki, balam sən kimsən özbaşına belə iş tutmusan? Yox, yaxınlarına demək lazımdır.”

Əməliyyatın başlanmasına çox az vaxt qalmışdı. O, tələsik xəstəxanadan çıxdı. Bir qədər getmişdi ki, elə bil yuxudan ayıldı. O, hara gedir? Kimin yanına gedir? Saç-saqqal ağartmış bu kişi gedib on beş yaşında bir uşağa nə deyəcək? Çıxılmaz vəziyyətdə qaldığını düşünüb ayaq saxladı. “İndi adam axtarmağın vaxtı deyil. Xəstənin halına qalmaq lazımdır...”

Hacı kişi geri döndü. “Hər şey yaxşı olar... Hər şey yaxşı olar...” deyə özünü sakitləşdirmək istəsə də, yaman narahat idi.

– Ay Hacı qardaş, səndə ürək var! Belə ağır işin altına girirsən. Heç qorxmursan?

Hacı kişi özündən çıxdı: – Ay Səlimə, sən də ağzını xeyirliyə aç! Allah kərim-

dir! Indi adam axtarmaq vaxtı deyil... Bir də yazığın bu şəhərdə kimi var ki, axtaraq da?

– Hə, doğru deyirsən. Mən bilən onların şəhərdə yaxın bir kəsi yoxdur.

Hacı kişi əslində Səliməni eşitmirdi. “Allaha pənah! Allah bizi üzüqara qoymaz!”

Hacı kişinin hövsələsi daraldı. Pəncərəyə yaxınlaşıb fikrini dağıtmaq istədi. Həyətdə hərə bir tərəfə qaçırdı.

“Bu nə işdir başıma gəldi?!” O, pis fikirləri başından qovmağa çalışsa da, olmurdu. “Həkim söz verib ki, hər şey yaxşı olacaq. Amma nə bilmək olur? Həkim Allah deyil ki, o da, insandır.”

Page 87: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

87

Məsuməni araba ilə cərrahiyə otağına aparanda Hacının halı xarab oldu. Cibində gəzdirdiyi ürək dərma-nından birini atıb divara söykəndi. “Mən nə iş tutdum?!”

Cərrahiyə otağının qapıları bağlandı. Səlimə arvad hardansa tapıb su gətirdi.

– İç, Hacı qardaş. Sakitləş. Hər şey yaxşı olar... Hacı suyu içdi. “Başqa çarəm yox idi. Nə edə bi-

lərdim?” O, gözlərini cərrahiyə otağının qapılarına dikib durdu. Sanki vaxt da ötüb keçmək bilmirdi. Elə bil zamanın ətəyindən daş asılmışdı. Əməliyyat iki saat yarım çəkdi.

– Yaxşı ki, xəstəni vaxtında çatdırmısınız. – deyə əməliyyatdan çıxan həkim Hacı kişiyə bildirdi.

– Oğlum, indi onun vəziyyəti necədir? Arxayın ola bilərik?

– Hər şey yaxşıdır. Xəstə üç saatdan sonra ayılacaq. Narahat olmayın.

Hacı rahat nəfəs aldı. – Şükür! Min şükür! – bu sözləri bir neçə dəfə təkrar

etdi. Azca rahatlanıb Səliməyə dedi: – Ay Səlimə, sən evə get. Xəstəyə nə lazımdırsa,

gətir. Çatışmayanı dükandan al, bu da pul. Səlimə arvad pulu götürmək istəmədisə də, Hacı

kişinin sərt baxışlarından çəkindi. Pulu alıb tələsik getdi. Hacı kişi bir neçə dəfə qapını aralayıb, hərəkətsiz

uzanmış Məsuməyə baxdısa da, bir şey anlamadı. Başının üstündə şəfqət bacısı oturub nəzərlərini xəstəyə dikmişdi. Arada reanimasiyadan çıxan şəfqət bacısını görən Hacı kişi tələsik ona yan aldı.

– Qızım, xəstə necədir? Qocanın təşviş dolu baxışları şəfqət bacısının gözün-

dən qaçmadı:

Page 88: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

88

– Əmi, narahat olma, xəstə yaxşıdır. Hacı kişi girəvə edib şəfqət bacısının cibinə pul

qoymaq istədi. Amma cavan qız mehribançılıqla qocanın əlini kənar etdi.

– Əmi, heç nə lazım deyil. Biz öz borcumuzu yerinə yetiririk.

– Sağ ol, qızım. Allah sizi heç vaxt darda qoymasın. Çox sağ ol.

Səlimə də qayıdıb gəldi. Lazım olanları alıb gətir-mişdi. Amma Məsumə hələ də ayılmamışdı. Hacı kişiyə çırtma vursaydın qanı çıxardı. O, özünə yer tapa bilmir, hövsələsiz dəhlizdə var-gəl edirdi. “Həkim deyəndən gərək çoxdan ayılaydı.”

Artıq xəstəxanada gediş-gəliş nisbətən səngimişdi. Səlimə Hacı kişiyə yaxınlaşdı:

– Hələ ayılmayıb?.. Hacı kişinin acıqlı baxışından arvadın sözü ağzında

qaldı. Hacı tarama çəkilmiş əsəblərini cilovlaya bilmirdi. Axır ki, reanimasiyanın qapısı açıldı. Şəfqət bacısı xəstənin ayıldığını xəbər verdi. Hacı kişinin sanki çiyinlərindən dağ götürüldü. Bir qədər rahat nəfəs aldı və xəstə ilə görüşməyə icazə alaraq Məsumənin yanına girdi.

Artıq saat doqquzu keçmişdi. Məsumənin işdən evə dönən vaxtı idi. Hacı kişi bir neçə dəqiqə Məsumə ilə görüşüb, arxayın olduqdan sonra xəstəxanadan çıxdı. Taksiyə oturub ünvanı deyərək gözlərini yumdu. Qapını astaca döydü. Sayad Hacı kişini görüb özünü itirdi.

– Qızım, narahat olma. Bu məhəllədə işim vardı, dedim qoy sizə də baş çəkim.

Sayaddan cavab gözləmədən qoca ərklə soruşdu: – Qızım, çayın olmaz?

Page 89: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

89

– Hacı dayı, bu dəqiqə... – deyə Sayad əl-ayaq etdi. Hacı kişi qapının ağzındakı köhnə masanın arxasında

oturub rahatlandı. Ikinci stəkan çayı içdikdən sonra astadan dedi:

– Qızım Sayad, bu gün anan işdən gec gələcək... Sayad təşvişlə qocaya baxdı. – Narahat olma, bu gün qonaqlarımız çox oldu. Anan

istəmədi tək qalasan. İndi hazırlaş mənimlə gedək. Qapıda taksi gözləyirdi. Onlar maşına oturdular. Ha-

va qaranlıq olduğundan, həm də birinci dəfə taksiyə mindiyindən Sayad maşının hara getdiyini başa düşmədi. Əslində ağlına başqa fikir də gəlmədi. Taksi tanış olmayan böyük binanın qabağında dayandı. Onlar taksidən düşüb binaya tərəf yönəldilər. Sayad həyətdə sağa-sola gedən ağ xalatlı insanları görüb özünü itirdi. “Anam xəstədir. Anama nə isə olub...” Bu fikir boğazına tıxanıb onu boğdu.

– Hacı əmi... – Sayadın səsi Hacı kişini üşütdü. O, qızın əlindən tutub onu sakitləşdirməyə çalışdı:

– Qızım, dedim ki, hər şey yaxşıdır, qorxma... Hacı kişi daha nə dedi, nə demədi, heç özü də bil-

mədi. Heç Sayad da qocanın dediklərini eşitmədi. O, söz eşidəsi halda deyildi. Axır ki, qabaqda Hacı kişi, arxasınca Sayad bir qapını açıb palataya keçdilər. Bu, reanimasiya idi. Şəfqət bacısı onların çiyninə ağ xalat saldı, Hacı kişiyə nə isə dedi. Sayadın baxışları anası yatan çarpayıda idi. Məsumə hərəkətsiz uzanmışdı, dodaqları göyərmişdi. Bənizi çox solğun görünürdü. O, ayaq səslərinə gözlərini azca açdı və qızı Sayadı görüb zorla dedi:

– Mənim balam... – Ana, anacan...

Page 90: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

90

– Qorxma qızım, artıq mən yaxşıyam, – deyib Mə-sumə minnətdarlıqla Hacı kişiyə baxdı, – sağ olsun Hacı da-yı. O, məni əzrailin əlindən alıb sənə verdi... Sağ olsun...

Hacı kişi söhbətə qarışdı: – Hə qızım, anan dörd-beş gündən sonra evə qayı-

dacaq. Nə qədər ki, anan xəstəxanadadır, sən də Səlimə arvadın yanında qalacaqsan.

Hacı kişinin əvvəldən düzüb-qoşduğu fikrə etiraz edən olmadı. Onlar həkimlə danışıb arxayın evə döndü.

Artıq saat on ikini keçmişdi. Şəhər şirin yuxuda idi. Səlimə arvadın mənzili Dağlı məhəlləsində, ikinci Xrebto-vıda idi. Sayadın oxuduğu məktəbdən bir tin yuxarıda, ikinci mərtəbədə, işıqlı, səliqəli, xallı-xalçalı.

Sayad bu yad mənzildə, rahat çarpayıda bütün gecəni yata bilmədi. Əvvəlcə yorğanı başına çəkib doyunca ağlayıb ürəyini boşaltdı. Daha sonra isə qarışıq fikirlərin içərisində səhərə qədər vurnuxdu. Bu böyüklükdə dünyada o, xəstə anası ilə tək qalmışdı. Özgələr ümidində, yadlar qapısında... O, indi kimə pənah aparsın? Kimdən kömək istəsin? Belə ağır gündə kimin qapısını döysün? “Atam?! Bu şəhərdə mənim ondan başqa heç kəsim yoxdur. Yox! Mən özümə söz vermişəm, onun qapısına getmərəm!” Əvvəlcə belə düşündü. Sonra da özlüyündə qət etdi ki, əgər atası onları bu yad şəhərə gətirməsəydi, sonra da onları atıb getməsəydi, bütün bunlar baş verməzdi. Bu boyda dərdlə Sayad tək qalmazdı. Kənddə nə çox qohum-əqrəba, tanış... “Bütün günahlar ondadır! Qoy indi zəhmət çəkib bizə kömək etsin. Bu, onun borcudur!”

Sayad təxmini də olsa atasının ünvanını bilirdi. Sə-hərisi günü dərsdən sonra birinci anasının yanına getdi. Bir xeyli onun yanında otursa da, fikri başqa yerdə idi.

Page 91: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

91

Xəstəxanadan çıxıb həmin ünvana yollandı. Özündə qüvvə toplayıb, bir ayaq irəli, bir ayaq geri, pillələri qalxıb, mənzilə yaxınlaşdı. Bir neçə dəfə zəngi basmaq istədisə də, zəngi çala bilmədi. O, həyəcandan titrəyirdi. Blokda kimsə pilləkənləri qalxırdı. Yaşlı bir qadın idi. Sayada elə gəldi ki, qadın maraqla onu süzdü. Sayad yad qadının baxışları altında zəngi basmağa məcbur oldu. Evdən uşaq səsləri eşidildi, sonra qapı açıldı. Onlar atası ilə üzbəüz dayandılar.

İki oğlan uşağı atasının paltarından tutub dartışdırırdı. Atası onu görüb özünü itirdi. Içəridən bər-bəzəkli dolğun bir qadın onlara yaxınlaşdı. Atasının qabağına keçib mənalı-mənalı Sayada baxdı:

– Kimi istəyirsən? Sayad özündən asılı olmadan baxışlarını atasına tərəf

çevirdi. – Hə, deyəsən sənin qonağın gəlib... – qadın deyərək

uşaqların əlindən tutub içəri keçdi. Atası qapını örtüb bloka çıxdı.

– Sayad, xeyir ola? – Anam xəstələnib... – Sayad zorla bu sözləri dedi və

özünü saxlaya bilməyib ağladı. – Qapıda ağlama, ayıbdır. Qıraqdan baxan nə deyər?.. Sayad göz yaşlarını silib özünü ələ almağa çalışdı. – Anana nə olub ki? Sayad olub-keçənləri qısaca atasına danışdı. Ələmdar

əhvalını pozmadan quru səslə dedi: – Burada nə var ki? Adam xəstələnər də... Sən artıq

böyük qızsan. “Nahaq gəldim!..” deyə Sayad düşündü. – Bir dəqiqə məni gözlə, – deyib atası evə keçdi.

Page 92: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

92

“Yəqin paltarını dəyişib mənimlə gedəcək...” Sayad ümidlə bağlı qapıya baxıb gözlədi. “Yəqin anam da sevinər! Şəhərdə başqa kimimiz var ki?!”

Qapı açıldı. Sayad atasını ev paltarında görüb, özünü itirdi.

– Al, lazım olar. – atası ovcundakı pulu ona uzatdı.

Gözlənilməz hərəkətdən Sayadı elə bil ildırım vurdu.

– Mən pul üçün gəlməmişəm! – Dikbaşlıq etmə, götür! O, nifrətlə atasına baxdı. – Mən dilənçi deyiləm! – deyib geri döndü. Qaçaraq pillələri düşüb, oradan uzaqlaşdı. Bir

xeyli şəhərin küçələrini boş-bekara fırlandı. “Bu, mənim axırıncı səhvim oldu. Ən böyük səhvim! Sən demə, bütün olub-keçənlər yuxu imiş, hamısı yalan imiş! Mənim Ələmdar adlı atam heç vaxt olmayıb...”

Sayad qövr etdi. Bütün baş verənlərlə barışa bil-mədi. Atasının hərəkətləri onun bütün rahatlığını əlin-dən aldı. “Yox! Sən bizi həyatından elə-belə silib ata bilməzsən! Bu, mümkün deyil. Nə vaxtsa, sənə bunu sübut edərəm. Yadına salaram ki, biz varıq! Sənin bu dünyada Sayad adında qızın var. Öz ananın adını qoy-duğun, nə vaxtlarsa sevib əzizlədiyin... Bunları yadına salmaq üçün əlimdən gələni edərəm. Ömrümün axırına kimi vuruşaram! Lazım gəlsə, özüm-özümlə də vuruşaram.” Sayad bu fikirlərin boş bir cəfəngiyyat

Page 93: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

93

olduğunu dərk etsə də, nifrəti, qəzəbi ona güc gəlirdi. Fikirləşəndə ki, o, atasına heç nə edə bilməz, daha da əsəbiləşirdi. “Axı mən ona nə edə bilərəm? Yetim bir uşağın əlindən nə gələr ki?” Amma geri çəkilmək istəmirdi.

“Bu dünyada ancaq elmlə silahlananlar müba-rizədə qalib olar!” Bu sözləri tez-tez fizika müəllimi Mahmud şagirdlərə deyərdi. “Oxuyun, uşaqlar, vaxtı-nızı boş yerə itirməyin. Sonra gec olar.” Sayad Mahmud müəllimin dediklərində bir həqiqət görmüşdü. “Elm özü də silahdır, mübarizəyə gedən yoldur. Mən də bu yolda bacardığımı, həm də bacarmadıqlarımı etməliyəm. Bu, mənim yolumdur. Çox heyif, mənim mübarizə hədəfim sən oldun – doğma atam. Amma bu hədəfi mən özüm seçmədim... Mənim taleyim seçdi. Sən seçdin. Sənin etdiyin haqsızlıqlar məni buna vadar etdi.”

Səlimə arvad gündüzlər xəstəxanada Məsumə-nin yanında, axşamlar isə evdə Sayadın qayğısına qal-dı. Əlindən gələni etdi. “Uşağın qəlbi sınıqdır.” Bu fikir Səlimə arvada rahatlıq vermirdi.

Qonşular da Məsuməyə baş çəkdi. Sayadın qay-ğısına qaldı. Hər kəs əlindən gələni etdi. Məsumə sa-ğalıb xəstəxanadan çıxdı. Anasının evə qayıtması ilə Sayadın üzünə sanki yeni bir dünyanın qapıları açıldı. Onun bu vaxta qədər tanımadığı, bilmədiyi, heç ağlına belə gətirmədiyi başqa dünyanın işıqları gözlərində bərq vurdu. İllərdən bəri ürəyində buz bağlamış niskili

Page 94: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

94

yavaş-yavaş əridi. Hətta ona elə gəldi ki, zirzəminin qaranlığı da itib getdi.

O, anasını bərk-bərk qucaqlayıb, başını onun si-nəsinə qoydu, bir xeyli onu buraxmadı. “Ana, anacan... Mən xoşbəxtəm... Mən necə də xoşbəxtəm... Sən demə xoşbəxtlik lap yaxında imiş, mənsə bunu görməmişəm...” deyə ürəyində bu sözləri dönə-dönə təkrar etdi.

Məsumənin xəstəliyindən xəbər tutan yaxınları, Sayadın dayısı, xalaları, bibisi Lumu da şəhərə gəlib onların başına yığışdı. Qaranlıq, rütubət qoxulu zirzə-minin sükutu pozuldu. Səs səsə qarışdı. Xoş bir abu-hava yaşandı. Bir neçə gün istəklilərinin qayğılarından Sayada elə gəldi ki, keçmişi uzaqlarda qaldı. Lap uşaqlıqda olduğu kimi gözü-könlü açıldı.

Hacı kişi də onları nəzərindən qoymadı. Bir neçə dəfə bazarlıq edib göndərdi. Arada özü də gəlib onlara baş çəkdi. Məsumə xəcalətindən bilmədi nə etsin.

– Qızım, darıxma, iş qaçmır, yola veririk. – deyə Hacı kişi ona ürək-dirək verməyə çalışdı.

– Axı? – İnşallah sağalıb əvəzini çıxarsan. – Sizdən çox xəcalətliyəm... Siz mənə atalıq

etdiniz. Özüm də bilmirəm borcunuzdan necə çıxa-ram...

– Ana, qoy sənin əvəzinə dərsdən sonra mən iş-ləyim.

Page 95: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

95

Hacı kişi əyri-əyri Sayada baxdı. – Sənin hələ işləyən vaxtın deyil. Yaxşısı budur

dərslərinlə məşğul ol! ...İllər ötüb keçdi. Sayad orta məktəbi bitirirdi.

O, sonuncu imtahandan da “əla” qiymət aldı. İmtahan qurtardıqdan sonra dərs hissə müdiri Qədir müəllim Sayadı kabinetinə çağırıb mehribanlıqla dedi:

– Qızım, Sayad, səni təbrik edirəm. Sən qızıl medala namizəd oldun.

Sayad özünü itirdi. Nə edəcəyini bilmədən çaş-qınlıqla Qədir müəllimə baxdı. Sayadın duruxduğunu görən Qədir müəllim qalxıb ona yanaşdı, əlini Sayadın çiyninə qoydu:

– Sayad, sən buna layiqsən. Bu, sənin öz halal zəhmətindir.

Sayad medal almaq həvəsində deyildi. Onun üçün ən başlıcası instituta daxil olmaq, sonra da yaxşı bir ixtisasa yiyələnməklə anasının zəhmətini yüngülləşdirmək, ona kömək etmək idi. Bir tərəfdən də söz gedirdi ki, medal elə-belə verilmir. Bunun üçün valideyn “nə isə” etməli idi. Sayadın anasının da “nə isə” etməyə imkanı yox idi. O, fəhlə idi. Əslində imkanları olsaydı da, o, belə bir yol seçməzdi. Odur ki, bu xəbər Sayadı çaşdırdı.

– Qızım, sən məktəbimizin sevilib-seçilən şagirdlərindənsən. Təkcə biliyinlə deyil, tərbiyənlə də başqalarına nümunəsən. Biz səninlə fəxr edirik. Sənin kimi uşaq tərbiyə edən valideynlər biz müəllimlərin

Page 96: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

96

dayaqlarıdır. Onların köməyi olmadan biz heç nə edə bilmərik. Çünki təkcə bilik kifayət deyil.

Axır ki, Sayad özünü toplayıb Qədir müəllimə minnətdarlıq etməyə çalışdı:

– Çox sağ olun, Qədir müəllim, çox sağ olun... Başqa heç nə deyə bilmədi – həyəcan onu boğ-

du. – Qızım, bu, bizim borcumuzdur. Biz

müəllimlər də yaxşı şagirdlərimizlə fəxr edirik. Onlar bizim zəhmətin bəhrəsidir.

Sayad Qədir müəllimə bir daha minnətdarlıq et-mək istədi, ona çox söz demək istədi. Xüsusilə, yaxşı müəllimlər haqqında. Amma sıxıldı, deyə bilmədi. Başlıcası, çoxdandır ürəyində saxladığı sözləri demək istəyirdi. “Qədir müəllim, biz şagirdlər də siz və sizin kimi müəllimlərlə fəxr edirik. Şagirdlərə kimə, nəyə görəsə qiymət yazmayan ədalətli, şərəfli, mərhəmətli müəllimlərimizlə. Biz şagirdlərin də belə müəllimlərə çox ehtiyacı var.”

Amma o, bu sözləri deyə bilmədi. Qədir müəlli-min kabinetindən çıxıb bu xəbəri anasına çatdırmağa, onu sevindirməyə tələsdi. Qanadı olsaydı uçardı. Bəlkə də bu, onun ilk qələbəsi idi. “İlk qələbəsi...” Qədir müəllimin səsi hələ də qulaqlarında idi. O xoş sözlər, təriflər.

Açıq pəncərədən ətrafa şən musiqi sədası ya-yıldı. Rübabə xanım “Qaragilə”ni oxuyurdu... O, ayaq saxlayıb qulaq asdı. Bu gün Sayad xoşbəxt idi. Onlar

Page 97: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

97

bu gün ana-bala baş-başa verib bu sevinci birgə yaşa-yacaqlar. Bu gün onların yadında həmişəlik qalacaq. Bu sevinc nəinki onların yaşadığı alçaq zirzəmiyə, Əşrəf kişinin gülşad həyətinə, heç dünyanın özünə belə sığmayacaqdı. Çünki bu, Sayadın ilk qələbəsi idi! İlk böyük sevinci idi.

Mahnı qurtardıqdan sonra Sayad yoluna davam etdi. Düşündü ki, çoxları bu xəbərə sevinəcək. Qonşu-ları, Hacı kişi, Səlimə arvad, sinif uşaqları, müəllimləri... Müəllimlərdən bir neçəsini hafizəsində sadaladı. Qədir müəllim, məktəbin direktoru Məmmədtağı, fizika müəllimi Mahmud müəllim, sinif rəhbərləri Bəyim xanım... Beləcə o, bir neçə müəllimin adını sadaladı. Hafizə müəllimənin adı gələndə qanı qaraldı. Hafizə ədəbiyyat müəlliməsi idi. Sayad nə qədər çalışırdısa, ona olan nifrətini heç vaxt gizlədə bilmirdi ki, bilmirdi. Baxışları onu ələ verirdi. Yeddinci sinifdə ev tapışırığı vermişdi. Mövzu atalara həsr olunmuşdu. Hər kəs öz atası haqqında yazmalı idi. Sayad heç nə yazmadı. Çünki yaza bilmədi. Hafizə müəllimə dəftəri acıqla masaya çırpıb dedi:

– Adını əlaçı qoymusan! Sən belə edəndə baş-qalarına nə deyim?!

Sonra da jurnala “iki” yazdı. Sayad nə qədər is-tədisə, özünü ələ ala bilmədi. Ona elə gəldi ki, Hafizə müəllimə onu qaldırıb, sonra da var gücü ilə yerə çırp-mışdı. Köz bağlamış yaraları yerbəyerdən qopmuşdu. Sayad səssiz-səmirsiz ağladı. Uşaqlar onu sakitləşdirə

Page 98: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

98

bilmədi. Təsadüfən sinfə Bəyim müəllimə gəldi. O, sinif rəhbəri idi. O, heç nə soruşmadan Sayadı öz kabinetinə aparıb mehribanlıqla dedi:

– Sayad, qızım, sakit ol. – Sonra Sayadın başını sinəsinə sıxıb saçlarını tumarladı. – Ağlamaq zəiflik əlamətidir. Çalış heç vaxt ağlama. Ağlayanda da, xəl-vət ağla, qoy sənin göz yaşlarını görən olmasın. Mən də uşaq olanda çox ağlamışam, lap çox...

Bəyim müəllimə bir an susub sözünə davam etd-i:

– Sayad, yəqin sən də bilirsən ki, mən uşaq evində böyümüşəm...

Onun sifəti tutuldu, baxışları uzaq bir nöqtəyə dikildi.

– Uşaq evi cənnət deyil. Əgər bu gün sənin öz evin, yanında doğma bir kəsin varsa, – sən xoşbəxt-sən. İş ondadır ki, biz bunu çox vaxt dərk etmirik. Bunu dərk etmək üçün uşaq evində yaşamağın nə olduğunu bilmək lazımdır... Heç olmasa, bir neçə gün orada yaşamaq lazımdır. Sonra az-çox nəyin varsa, onun qədrini yaxşı bilərsən. Doğrudur, insan həyatdan daha çox şey istəyir. Mən də uşaq evində olanda elə bilirdim ki, heç vaxt o güzərandan canım qurtarmayacaq. Heç vaxt mənim öz evim, ailəm olmayacaq. Ən böyük arzum o idi ki, balaca bir otağım olsun, öz evim olsun. Indi hər şeyim var. Döz-mək lazımdır, sən ağıllı qızsan!

Page 99: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

99

Sayad üz-gözünü silib bir qədər sakitləşdi və məhəbbətlə Bəyim müəlliməyə baxdı.

– Düşünürəm ki, sən mənim dediklərimi yadın-dan çıxarmazsan. Dediklərimi yadında saxla...

– Baş üstə, müəllimə... – Ağlamaqla heç nə əldə etmək olmur. Qızım,

nə isə əldə etmək istəyirsənsə, əziyyət çəkməlisən. Bəyim müəllimə gülümsəyərək dedi: – İndi dərsə get. – Baş üstə. – deyib Sayad getdi. Sayadın heç nə yadından çıxmadı. İstər yaxşı,

istərsə də pis. Hər kəs olduğu kimi yaddaşında idi. Amma ona dəyən zərbələrin acığını kitablardan çıxdı. Gecəsini gündüznə qatıb oxudu. Bəzən ona elə gəlirdi ki, o, kimlərəsə paxıllıq edir. Birinci olmaq. Hamıdan qabaqda olmaq üçün dəridən-qabıqdan çıxır. Əslində niyyəti başqa idi. O, özünü sübut etmək istəyirdi. Bir də sinifdə at oynadan “atalı-analı” gül balaların qabağında durmağı bacarmaq. Sevilib-seçilmək istəyirdi. Onu da yaxşı başa düşürdü ki, seçilmək üçün insanın nəyi isə olmalıdır. Yaxşı pulu, var-dövləti, vəzifəli atası, qohum-əqrəbası... Bunların da heç biri Səyadda yox idi. Bircə o qalırdı ki, dərslərində birinci olsun. O da, öz biliyi ilə seçilsin. Mahmud müəllimin dediyi kimi.

Elə belə də oldu. Ilk qələbəsi qızıl medal! Sonra da bir imtahan verib “əla” qiymətlə Tibb İnstitutunun müalicə fakültəsinə daxil oldu. Fərqlənmə ilə institutu

Page 100: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

100

bitirdi, onu institutun kafedrasında saxladılar. Bir neçə ildən sonra Sayad Səhiyyə Nazirliyində işə dəvət aldı. Müdafiə etdi. Tez-tez televizorun ekranlarında görün-dü. O, hər dəfə ekrana çıxanda ani olaraq gözlərini na-məlum bir nöqtəyə dikib baxırdı. “Bu mənəm, Sayad. Məni xatırlayırsanmı?!” Ürəyinin içini yandıran bu sözlər elə ürəyində də qalırdı.

Sayadın əli çörəyə çatanda anasını itirdi. Tək qa-ldı. İş yoldaşları, dostları nə qədər Sayada qayğı gös-tərsələr də, Sayad anasından sonra başqa bir həyat yaşadı. O, bu vaxta qədər ona tanış olmayan həyatın başqa bir üzünü gördü.

Xatirələr Sayadı bütün gecə yatmağa qoymadı. Başı bərk ağrayırdı. “Yaxşı ki, bu gün qəbul günü de-yil...” – deyə düşünüb, iş masasının arxasına keçdi. Baxılası sənədləri qarşısına qoydusa da, fikri özündə deyildi. Katibə qız çay gətirdi.

– Sayad xanım, başqa bir şey lazımdır? – Yox, lazım olsa deyərəm. Katibə çıxdı. Sayad isti-isti çaydan bir-iki

qurtum içdi. “Axı o qadın niyə gəlmişdi?” Sənədlərdən birini açdı. Sözlər bir-birinə

qarışdı. Başa düşdü ki, oxuyub rəy verəsi halda deyil. Bir an ona elə gəldi ki, vərəqin üzərindən atasının əksi ona tərəf baxır, nə isə demək istəyir.

Sayad nə qədər belə oturduğunu bilmədi. Onu fikrindən katibənin səsi ayırdı:

Page 101: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

101

– Sayad xanım, bir nəfər qəbulunuza gəlmək is-təyir.

– Bu gün qəbul günü deyil... – deyə Sayad əsəbi halda bildirdi.

– Nə qədər deyirəm, qulaq asmır. – Sabah qəbul günüdür, qoy sabah gəlsin. – Qoca kişidir, başa sala bilmirəm. Deyir ki, bu

gün mütləq sizi görməlidir. – Yaxşı-yaxşı başa sal! Hazırda Sayad kiminsə dərdinə qulaq asası hal-

da deyildi. Öz dərdi bəs edərdi. Katibə kabinetdən çıxdı.

Sayad fikrini dağıtmaq üçün masanın siyirtmə-sində saxladığı şəkilləri götürüb bir-bir baxmağa baş-ladı. Çoxu cavanlıq şəkilləri idi. İnstituta daxil olandan bir neçə gün sonra anası ilə çəkdirdiyi şəkildə nəzərlərini saxladı. Sayad başını anasının çiyninə söykəmişdi. Anası isə Sayadı qucaqlayaraq gülümsəyirdi. Bəxtəvər görünürdülər. “Anacan, heyif sən bu günləri görmədin... Sənə rahat çörək qismət olmadı.” Sayad bu sözləri anasının gözlərinə baxaraq ucadan dedi. Ona elə gəldi ki, anası onu eşidir. Bir xeyli sonra şəkilləri toplayıb yerinə qoydu. Amma özü ağlı-qaralı xatirələrin içində qaldı, oradan çıxa bilmədi.

Katibə qız bir neçə yeni sənəd gətirib Sayadın qarşısına qoydu:

– Beynəlxalq əlaqələr şöbəsindəndir.

Page 102: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

102

Sayad sənədlərə ötəri baxdı. Təcili olmadığın-dan kənara qoydu və qəhvə istədi. Düşündü ki, bəlkə başının ağrısına kömək edər, beyni azca açılar. Katibə qəhvəni qoyub çıxanda, qapıda ayaq saxlayıb sıxıla-sıxıla dedi:

– Sayad xanım, o qoca hələ də oturub gözləyir... – Nə qoca? – Qəbulunuza gələn qoca. Nə qədər deyirəm,

çıxıb getmir. Sayad əsəbi halda öz-özünə deyindi: – Bu insanlar üçün qayda-qanun yoxdur. Hər

kəs öz istədiyini etmək istəyir. Sonra nə fikirləşdisə, katibənin arxasınca dedi: – Yaxşı, qoy gəlsin görək nə istəyir. Katibə çıxdı və bu an telefon zəng çaldı. O, dəs-

təyi götürüb cavab verdi: – Bəli. – Salam. – Salam Sabiq müəllim, sizsiniz? Bəli, bəli, eşi-

dirəm. Necə? Almaniyadan qonaqlar gəlir? Görüş ola-caq? Mütləq gələrəm.

Sayad telefonla danışan zaman qapı ehtiyatla açıldı. Kimsə kabinetə daxil oldu və salam verdi. Sayad başı ilə salamı alıb qonağa oturmağa yer göstərdi. Telefonla danışıb qurtardıqdan sonra o, dəstəyi qoyub, başını qaldırmadan xarici qonaqlarla görüşlə bağlı qeydlər edib, hələ də ayaq üstə duran qocaya ikinci dəfə əyləşməyi təklif etdi:

Page 103: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

103

– Buyurun, oturun, – deyərək başını qaldırdı və donub qaldı.

Qoca baxışlarını Sayaddan yayındırıb astadan nə isə dedi. Sayad onu eşitmədi. “Odur!” Sayadın üs-tünə elə bil qaynar su tökdülər. Gözlərindən od çıxdı. Qoca oturub yazıq-yazıq ona baxırdı. Sayad özündə qüvvə tapıb dilləndi:

– Sizə nə lazımdır? Qoca qırıq-qırıq dedi: – Oğlum xəstədir. Azərbaycanda müalicəsi yox-

dur. Qoca əlləri əsə-əsə əlində saxladığı papirosu

yandırmağa icazə istədi. – Olar yandırım? – Buyurun. Qoca tələsik papirosu yandırıb bir neçə dəfə ac-

gözlüklə tüstünü canına sovurdu. Özünü itirdiyindən nə etdiyini bilməyən Sayad düyməni basıb katibəni çağırdı.

– İki stəkan çay gətir. Elə bil qoca bir qədər ürəkləndi. – Müalicəsi Almaniyadadır. Katibə iki stəkan çay gətirdi. Qoca təklif gözlə-

mədən çaydan bir qurtum içdi, elə bil ürəyi yanırdı. – Qızım, məni bağışla... “Səni bağışlayım?! Mən səni necə bağışlayım?

Axı mən təkcə səni itirmədim. Səninlə bir yerdə insanlara olan inamımı itirdim... Uşaqlığımı itirdim...

Page 104: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

104

Həyatın dadını-ləzzətini, hər şeyi itirdim... Ən başlıcası isə anamın xoşbəxt gününü görə bilmədim...”

Qəhər Sayadı boğdu. – Oğlunuzun sənədlərini hazırlayıb, katibəyə

verin, – deyib o, oturacaqdan qalxdı. – Çox sağ ol, qızım, çox sağ ol... Qoca bir neçə dəfə bu sözləri təkrar etdisə də,

Sayaddan cavab gəlmədi. Qoca qalxıb qapıya tərəf getdi. Qapıda ayaq

saxlayıb arxaya döndü, bir xeyli baxdı. Bilmək olmadı ki, bu anda qoca kimi görürdü?! Onunla üzbəüz da-yanan alim Sayad xanımı, yoxsa çox-çox uzaqlarda qalmış yetim Sayadı?!

Page 105: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

105

KİŞİLƏR

Page 106: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

106

Yağış daha da şiddətlənmişdi. Qəbr üstündən qayıdan

qohum-əqrəba, dost-tanış çadırın qarşısında sıraya düzüldü. Molla nə isə oxudu. Fatihə verildi. Mərhumun ruhuna salavat çevrildikdən sonra gülab paylandı. Sonra camaat çadıra keçdi. Hər kəs öz yaxınları ilə bir masa başında oturub yerini rahatladı və qaydası üzrə molla “Quran”dan ayələr oxumağa başladı.

Əslində mollaya qulaq asan az idi. Hər kəs baş-başa verib söhbət edirdi. Kimisi astadan, kimisi isə ucadan… Bəzilərinin isə fikri uzaqlarda idi, çünki onlara heç nə olmamışdı. Nə olmuşdu – Əzizə olmuşdu…

Süfrəyə qulluq edən cavanlar ortalıqda fırfıra kimi fırlanır, süfrəyə lazım olanları gətirib, lazım olmayanları aparırdılar. Onlar cani-dildən öz işlərini görməkdə idilər. Yəqin ki, onlar buna adət etmişdi. Kiminsə vaxtsız, ya da vaxtında bu dünyadan köçməsinin onlara heç bir dəxli yox idi.

Əzizin az qala ürəyi partlamaq istəyirdi. Yerində outra bilmirdi. Ona elə gəlirdi ki, yuxu görür… Baş verənlərə inana bilmirdi… Dünən bu vaxt sağ-salamat olan, toya getməyə hazırlaşan Sənəmin indi soyuq torpağın altında olması Əzizin ağlına batmırdı ki, batmırdı.

Yağış isə ara vermirdi… Çadırı döyəcləyən yağış səsləri onu lap hövsələdən çıxarırdı. Düşünəndə ki, bu yağış Sənəmim məzarına yağır qəhərdən boğulurdu. Ürəyi parça-parça olurdu. “Dünən bu vaxt bəxtəvər idik… Artıq hər şey bitdi…”

Molla öz işində idi. Aramla oxuyurdu. Arada ləzzətlə çaydan bir qurtum içib məclisə göz gəzdirirdi.

Page 107: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

107

– Oxunanlar Allah kəlamıdır… Qulaq asmaq savabdır, – deyə söhbət edən qonaqlara işarə ilə bildirmək istəyirdi ki, mollaya olmasa da, Allah kəlamına hörmət etsinlər. Yenə də qulaq asan asırdı, asmayanlar da öz işində idilər.

Əziz əsəblərini cilovlaya bilmirdi. Tək qalmaq istə-yirdi… Öz dərdi ilə üz-üzə, göz-gözə qalmaq istəyirdi… Bir qırağa çəkilib uşaq kimi ağlamaq istəyirdi. Dağ boyda dərdin qabağında bu təm-təraq, bu etinasız insanlar ona az qala göz dağı idi. Bir tərəfdən də özünü sakitləşdirməyə çalışırdı. “Əziz, özünü ələ al! Elin adətinə üz çevirmək olmaz.. Təkcə sənin üçün deyil ki. Hamı bu körpüdən keçir. Bu gün isə dərd sənin üçün gəlib. Bunun başqalarına dəxli yoxdur. Bu dərdi sən çəkməlisən. Bəlkə də doğru deyirlər, bu, sənin Sənəmə olan son borcundur. Sənəm?!”

Sənəm kəlməsi Əzizi içərsindən yandıra-yandıra ötüb keçdi. Dilini-dodağını da yandırdı. Gözlərindən od çıxdı.

Molla duanı oxuyub qurtardı və elan etdi ki, sabah üç verilir. Qadınlar saat on birə, kişilər isə saat beşə dəvət olunur. İmkanı olanlar buyurub gələ bilər. Sonra da işarə ilə bildirdi ki, məclisə çörək gətirilsin. Mollanın işarəsinə bənd imiş kimi cavanlar işə başladı. Süfrə səliqə-səhmanla düzülüb-qoşuldu.

– İmam ehsanıdır! Süfrəyə əl uzadın, – deyə molla məclis əhlinə bildirdi və özü çörək kəsib şirin-şirin yeməyə başladı.

“Məclis sahibi özü birinci süfrəyə əl uzatmasa, qonaqlar da süfrəyə əl uzatmaz.” Bu səs lap uzaqlardan gəldi. Babasının səsi idi. Nə vaxtsa, o, Əzizin atasına belə demişdi, bu da Əzizin yadında qalmışdı.

Əziz özünü toplayıb bir tikə çörək kəsdi. Amma tikə ağzında böyüdü. Nə qədər etdisə, boğazından keçmədi. Qalxıb məclisdən çıxdı. Bir an çadırın qabağında ayaq saxladı. Nə

Page 108: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

108

etmək istədiyini özü də bilmirdi. Kimsə ona yanaşıb nə isə dedi. Amma Əziz heç nə başa düşmədi: “İndi mən nə edim?!”

Bir kənarda dayanıb gəlib-gedəni qarşılayan Zakir Əzizə yaxınlaşdı:

– Qardaş, bir şey lazımdır? – Yox, yox… Heç nə lazım deyil, – deyə hövsələsiz

cavab verdi. Azca sonra Əziz nə fikirləşdisə, cibindən bir çin pul çıxarıb Zakirə uzatdı.

– Al, məclisi yola ver… Hər şey layiqli olsun. Başqa heç nə demədi. Zakir də heç nə soruşmadı. Əziz maşına oturub bağa tərəf üz tutdu. Yolda bir neçə

dəfə maşını saxlayıb durdu. “Artıq Sənəm yoxdur… Və bir də heç vaxt olmayacaq…”

Yol boyu bir neçə dəfə bu səs onun qulaqlarında cingildədi.

Hava sərin idi. Əziz maşını həyətə salıb, qapını arxadan bağladı. Eyvana çıxdı. Eyvanda masanın üstündəki qızıl güllər bir qədər solmuşdu. Otuz doqquz gül idi. Üç gün əvvəl Sənəmin otuz doqquz yaşı olmuşdu. Əvvəlcə restoranda, sonra isə bağda qeyd etmişdilər. Əziz həsrətlə boynu bükülmüş güllərə baxdı. Bir xeyli baxdı… Sonra keçib divanda oturdu və uşaq kimi ağladı. Əzizin bütün bədəni əsirdi. Ona elə gəlirdi ki, onun ömrü boyu tikib-qurduğu dünyası uçub-dağılırdı.

O, bir xeyli ağlayıb boşaldı. Bədəni süstləşdi. “Sə-nəm?!” Ona elə gəldi ki, Sənəm bu dünyadan tək özü getməyib. Özü ilə bahəm Əzizin keçmişini, bu gününü, sabahını… Yaxşı hər nəyi varsa – hamısını özü ilə aparıb. Bundan belə Əzizin yaşaması üçün heç nə qalmayıb. Heç nə… Bəs necə olacaq? Bu boş, mənasız dünyada Əziz təkbaşına nə edəcək? Özünə yazığı gəldi. Başını qaldırıb çölə baxdı.

Yağış hələ də narın-narın yağmaqda idi. Bu yağış Sənəmin məzarına yağırdı. Bu fikir onu üşütdü. Qalxıb bir neçə

Page 109: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

109

dəfə eyvanda hövsələsiz var-gəl etdi. Bir araq götürüb masanın arxasına keçdi.

Əziz on ildən çox idi ki, içmirdi. İçkini birdəfəlik at-mışdı. Çünki Sənəm belə istəmişdi. Demişdi ki, canına zi-yandır. Doğrudan da Əziz içəndə çox əziyyət çəkirdi. “Bağışla məni Sənəm, mən bu gün içməliyəm. Bağışla məni…” Əziz bu sözləri ucadan dedi və araqdan qədəhə doldurub başına çəkmək istədi. Amma əl saxladı. “Axı sən mənə söz vermisən, Əziz!” Əziz bu səsi açıq-aydın eşitdi. “Bağışla, dərd məni vaxtsız yıxıb…”

O, qədəhi yerə qoyub ayağa qalxdı. Eyvanın kənarına yaxınlaşıb durdu. Qonşu həyətlərdə yanan işıqların şöləsi süzülə-süzülə ətrafa yayılırdı. Məhəllə uşaqlarının səsi, musiqi səsi bu ağır sükutu yarıb keçərək Əzizin başı üzərində dolanırdı.

Əziz işıqları yandırmamışdı. Qaranlığa sığınıb sa-kitləşmək istəyirdi. Çünki heç kəsi, heç nəyi görmək istəmirdi. Artıq onun bu dünyada görmək istədiyi bir şey yox idi. Bir də fikrindən keçirtdi ki, onun işığı yuxarıdan söndürülüb, çətin ki, bir də yana.

Əziz boşluqda idi. Onu bu dünyaya bağlayan bütün tellər qırılmışdı. Dünənki bacarıqlı, dözümlü Əziz artıq yox idi. Necə ki Sənəm ona tez-tez deyərdi:

– Əziz, sən heç kəsə bənzəmirsən… Heç kəsə bənzəməyən Əziz bir göz qırpımında tarimar

oldu. Heç izi-tozu da qalmadı. – Sənəm… Özündən asılı olmadan Əziz astadan Sənəmi çağırdı.

Sanki ondan kömək istəyirdi. Amma səsinə səs verən olmadı. Handan-hana həzin bir musiqi səsi az qala Əzizi sil-

kələdi. O, bu səsdən qaça bilmədi. Əksinə bədəni uçundu. Akif İslamzadənin səsi idi… Bu səs daha çox bir qəlbin naləsinə

Page 110: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

110

bənzəyirdi. Elə bil kimsə bu mahnını məhz Əzizin bu günü üçün yazmışdı. “Bircə sən yoxsan, əzizim, bilir aləm bu gecə, Neyçün olmadın ey yar, mənə həmdəm bu gecə?…”

Bu, ən ağır zərbə oldu. Əziz özünü saxlaya bilmədi. Masanın arxasına keçib qədəhi başına çəkdi. “Bağışla məni Sənəm, bağışla…” deyə bir-birinin ardınca araqdan süzüb içdi və elə pal-paltarlı divanda uzanıb yuxuya getdi.

Səhərə yaxın oyandı. Bədəni ağırlaşmışdı. Soyuq canına yeridiyindən ürəyinin içi də əsirdi. Zorla qalxıb yataq otağına keçdi, yatağa girdi. Yarı yuxulu, yarı ayıq saat on ikiyə kimi yataqdan qalxa bilmədi. Yaxşı bilirdi ki, artıq onu heç kəs gözləmirdi. Hal-hazırda bu yataq onun xilas yeri idi. Bacarsaydı bütün qalan ömrünü bu yataqda yatıb qalardı. Bir də gözünü açıb bu fani dünyaya baxmazdı. Çünki bu dünya onu yaman vurmuşdu.

“Bu gün Sənəmin üçüdür…” Bu fikir bir an da olsun onu rahat buraxmırdı. Yaxşı başa düşürdü ki, şəhərə getməlidir, məclisdə iştirak etməlidir. Amma iş onda idi ki, bədəni ağırlaşmışdı, ayaqları sözünə baxmırdı, axır ki, zorla qalxıb üz-gözünə su vurdu.

Artıq saat on ikini keçmişdi. Maşına oturub şəhərə doğru üz tutdu. Əziz maşını çadırdan azca aralıda saxlayıb, ağır-ağır maşından düşdü.

Çadırdan qadınların ağlaşma səsi eşidilirdi. Kimsə yana-yana Sənəmi ağlayırdı. “Kimin ki, vaxtsız evi dağılıb eeey…”

Bu səs Əzizin üz-gözünə çırpıldı. Ardına qulaq asa bilmədi. Bir neçə addım geri çəkildi. Bu an həyət qapısı açıldı, Sənəmin bacısı Səmayə qapıda göründü. O, Əzizi görüb ayaq saxladı və təəccüblə Əzizə baxdı. Əziz başı ilə salam verdi. Səmayə salam almaq əvəzinə hirslə dedi:

Page 111: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

111

– Ay Əziz, camaat səni soruşur! Məclis sahibisən. Məclisi qoyub ilim-ilim itmisən, heç ayıb deyil?!

Əziz Səmayənin haqlı olduğunu dərk etsə də ona cavab vermədi. Bir də axı nə deyəydi? Onsuz da, onu heç kəs başa düşməyəcəkdi. Hər kəsin ürəyindəki ürəyindədir.

Səmayə Əzizin soyuq baxışlarından daha da əsəbiləşdi: – Ayıb olsun sənə! Adam öz ölüsünə qiymət qoyar…

Bacın ölsün Sənəm, kaş kor olaydı gözlərim! Bü günü görməyəydim!

“Sənəm” kəlməsi lap sarı simə dəydi. Əzizin rəngi pörtdü. “Mənim evim dağılıb! Mən nə hayda, bunlar nə hayda?! Nə olub, mənə olub. El qınağı, el adəti… Bunları maraqlandıran budur! Bəs mən? Məni kim başa düşəcək?”

Əziz hirslə dönüb evə qalxdı. Qadınlar mətbəxdə halva çalırdı. Əziz keçib divanda qonşu Həsən kişinin yanında oturdu.

– Oğlum, özünü ələ al, – deyə Həsən kişi ona ürək-dirək verdi.

Əziz cavab vermədi. Qadınlardan kimsə çay-halva gətirib Əzizin qarşısına

qoydu. – Çay iç, oğlum, – qonşu Həsən kişi dedi. Əziz çaydan bir qurtum alıb ayağa durdu. Vanna

otağına keçib əl-üzünə soyuq su vurdu. Otağa keçmək istədikdə Zakirlə üzləşdi. O, sürücü ilə bazardan gəlirdi. Zənbilləri mətbəxə qoyub Əzizə sarı yan aldı.

– İki yüz əlli nəfərlik xörək sifariş etmişəm. Qadın məclisi yola verildi. Kişilər üçün də süfrəyə hər nə lazımdı alınıb. Bu da siyahı. – deyib, Zakir əlindəki kağızı Əzizə uzatdı.

Əziz kağızı geri itələdi. – Ayıbdır. Siyahı lazım deyil. Nə etmisən çox sağ ol.

Page 112: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

112

Bir qədər susub, əlavə etdi: – Çalış ki, hər şey layiqli olsun. – Narahat olma, hər şey qaydasındadır. Kişilər də yavaş-yavaş yığışdı. Çadır ağzına kimi

dolmuşdu. Yaxından, uzaqdan gələnlər, Əzizin tanıdığı, tanımadığı… Saat beş tamamında hamı maşınlara oturdu. Maşın karvanı Nərimanov prospektindən Çəmbərəkənd qəbiristanlığına tərəf üz tutdu.

Qabaqda molla oturmuşdu. O, arada nə isə oxuyur və dönüb Əzizə də nə isə deyirdi. Əziz arxada oturub, başını maşının pəncərəsinə söykəyib susurdu. Baxırdı ki, bir gününün içində dünyanın üzü necə dönüb, heç tanınası halda deyil. İnsanlar da, yollar da, binalar da… Hətta şəhərin üstünə də qara bulud pərdəsi çəkilmişdi. Əzizə elə gəlirdi ki, iki gündür aramsız yağan yağış da həmişəki yağış deyildi. Tanrı onu ağlayırdı. “Ağlamalı günümdür. Ağlamalı halımdır, Sənəm… Nə yaxşı ki, sən mənim bu günümü görmədin…”

“Əziz, sən mənə bütün əzablarımı unutdura bildin. Məni bəxtəvər etdin. Mən hər bir qadının arzusunda olduğu qadın xoşbəxtliyini yaşadım. Bəzən özüm də bu xoşbəxtlikdən qorxuram. Çox vaxt elə bilirəm ki, yuxudayam, yuxu görürəm. nə vaxtsa, bu yuxudan ayıla bilərəm…”

“Sənəm, biz yarı yolda qaldıq, mənzili başa vura bilmədik…” Əziz bu sözləri bir neçə dəfə beynində dolandırdı.

Maşınlar “Qurd qapısı” tərəfindən dönərək qəbiris-tanlığa daxil oldular. Hamı maşından düşüb məzarın başına toplaşdı. Molla məzarın ayaq tərəfində durub oxuyurdu. Əziz gözlərini yaş məzara dikib durmuşdu. Düşünürdü ki, onun dünyası bu yaş torpağın altındadır. O, buna inanmaq istəməsə də, bu, belə idi.

Axır ki, kişilər məclisi də başa çatdı. Qonaqlar bir-bir Əzizə yaxınlaşıb dil-ağız etdi. Təsəlli üçün nə isə dedi. “Hər

Page 113: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

113

şeyin başı səbrdir. Dünya belə gəlib, belə də gedəcək.” Çoxları bunu bir daha Əzizə başa salmağa cəhd etdi.

Əziz də kişi kimi səbrini boğub deyilənlərə qulaq asdı və hamıya öz minnətdarlığını bildirdi. Məclisdən sonra yaxın qohum-qonşu evə qalxdı. Kişilər söhbət edir, çay içir, qadınlar isə hərə bir işlə məşğul idi. Qab-qaşıq səsləri bir-birinə qarışmışdı. Həmişəki səliqə-səhmanlı mənzilə elə bil bomba düşmüşdü. Arada Əzizə elə gəlirdi ki, Sənəm də qadınların arasındadır. O, tez-tez görünüb itirdi.

Əziz səbrini boğa bilmirdi. O qalxıb yataq otağına keçdi. Qapını arxadan bağlayıb yatağa girdi.

Yataqdan Sənəmin qoxusu gəlirdi. Zarafat deyildi, onlar iyirmi il bir yastığa baş qoymuşdu. İyirimi il idi ki, Əziz hər gecə Sənəmin ətrini duymuşdu. Onun istisinə qızınmışdı. Bu illər ərzində Əziz bəxtəvər olmuşdu. Çox bəxtəvər olmuşdu. Arada Sənəmə deyirdi:

– Sənəm, bəzən mən özüm də bu xoşbəxtlikdən qorxuram. Nədənsə yaman qorxuram.

– Əzizim, bu, bizim qismətimizdir. – Qəribədir, hər kəsin bir qisməti olur. Amma hamı

xoşbəxt ola bilmir. Bəzən mənə elə gəlir ki, xoşbəxtliyin açarı qadınların əlindədir. Onlar istəsələr, öz kişisini xoşbəxt edə bilər.

– Yox Əziz, həmişə belə olmur. O, yuxulamağa çalışırdı. Gözlərini bərk-bərk yumsa da,

baş verənlər bəbəklərinin içindən kino lenti kimi ötüb keçirdi. Əziz mağazada təzə köynəyinə boyunluq seçirdi.

Güzgünün qabağında dayanıb birisini açıb, digərini bağlayırdı. Həmişəki kimi şux görünmək istəyirdi. Axşam işçisinin toyu idi. Əl telefonunun zəngi onu fikrindən ayırdı. Bir istədi cavab verməsin. Amma telefonun aramsız zəngi buna imkan vermədi. O, həvəssiz telefonu götürüb “Alo” deyə cavab verdi. Kiminsə

Page 114: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

114

həyəcanlı səsi onun qulaqlarında cingildədi. Əziz heç nə başa düşmədi. Danışan kim idi? Nə deyirdi? Amma qarışıq səslər içində “Sənəm, Sənəm..” kəlməsi eşidilirdi. Əziz təlaşla bir də soruşdu:

– Danışan kimdir? Nə olub?.. – Sənəmi maşın vurub… Bu xəbər ildırım tək Əzizi vurdu. Özü də bilmədi

xəstəxanaya necə gəldi. Bir o yadında idi ki, xəstəxananın həyətində aləm bir-birinə dəymişdi. Polis işçiləri, qohumlar, qadınların çığırtısı, Əziz Səmayənin ət ürpəşdirən səsini lap uzaqdan eşitdi.

– Bacın ölsün, ay Sənəm!.. O, zorla adamları aralayıb irəli keçdi. Xəstəxananın

qapıları bağlı idi. İçəri heç kəsi buraxmırdılar. Dəhlizdə hərə bir tərəfə qaçırdı. Əziz bərk-bərk qapını döydü:

– Açın qapını! Handan-hana qapı açıldı. Həkimlər, tibb bacıları Əzizi

sakitləşdirməyə çalışırdı. Baş həkim bildirdi ki, xəstənin vəziyyəti ağırdır. Maşın onu vurub bir neçə metr kənara atmışdı. Əzizi saxlamaq mümkün olmadı. O, dəli kimi Sənəm yatan palataya qaçdı.

Sənəm tanınası halda deyildi. Bircə gözləri görünürdü. – Sənəm! Sənəm! – deyə Əziz qışqırdı. Deyəsən Sənəm bu səsi eşitdi və tanıdı. Gözlərini azca

açıb səs gələn tərəfə baxdı. – Əz…iz… – deyə o çağırdı. Bu, Sənəmin son sözü oldu… – Sənəm!.. Sənəm!.. – deyə Əziz nalə çəkdi. Bu səsi

Sənəm eşitmədi. Onun baxışları söndü və gözlərini Əzizdən ayırmadan can verdi.

– Sənəm! Mən sənsiz yaşaya bilmərəm. Məni tək qoyma!

Page 115: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

115

Əzizin bağırtısı xəstəxananın divarlarına, qapı-pən-cələrinə dəyib haray qopardı. Kimsə Əzizi kənara çəkdi.

– Oğlum, özünü ələ al. Özünü ələ al. – Mən də səninlə öldüm, Sənəm! Mən də səninlə

öldüm… Onu zorla çəkib palatadan çıxartdılar. Zülmət bir aləm

Əzizi ağuşuna aldı. Yataq otağının qapısı astadan döyüldü. Əziz cavab

vermədi. Qapı bir də döyüldü. – Oğlum, Əziz… Səni görmək istəyirlər. Yanına gələn

var. Bu, anasının səsi idi. – Mən heç kəsi görmək istəmirəm! – Oğlum, bəlkə?.. – ana sözünün ardını gətirə bilmədi. Əziz könülsüz yataqdan qalxıb geyindi. Onsuz da

yuxusu gəlmirdi. Anası qapının arxasında durmuşdu. – Kimdir məni görmək istəyən?.. – hövsələsiz soruşdu. – Üzüqara olmuşlar… Əziz anasının nə demək istədiyini başa düşməyib bir də

soruşdu: – Hansı üzüqara olmuşlar?.. – Sürücünün adamları gəlib. Əzizə elə bil od vurdular. Gözlərinin önündə al-əlvan

qığılcılmlar yanıb-söndü. Qonaq otağına keçib Həsən kişiyə dedi:

– Həsən əmi, mən heç kəsi görmək istəmirəm! Qovun onları getsin!..

– Oğlum, bir qəzadır olub… – Həsən əmi, dedim ki, qovun onları getsin! Mənim

onlarla danışılası sözüm yoxdur!

Page 116: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

116

– Yox. Mən bunu edə bilmərəm, sənə də məsləhət bilmirəm. Bir hadisədir olub. Qapına gəliblər. Bir qulaq as, gör nə deyirlər. Sonra özün bilərsən nə edərsən.

– Mən heç kəslə danışmaq istəmirəm. Mənə olan olub, qoy çıxıb getsinlər.

– Nə deyirəm ki, özün bilən yaxşıdır, – deyib Həsən kişi qapıdan çıxdı.

Evdən azca aralıda dayanan qara volqanın yanındakı adamlara yaxınlaşıb nə dedi, nə demədi onlar maşına oturub getdilər.

Sən demə hər kəsi öz dərdi ağladır. Əziz bu vaxta qədər bunu ağlına gətirməmişdi. Bəlkə də bu barədə fikirləşməmişdi. Nə olsun ki, o, çox məclislərə getmişdi. Çoxlarının dərdinə şərik olmuşdu. Axır zamanlar maşın qəzası baş alıb gedirdi. Bəzən bir ailənin neçə üzvü həlak olur. İndi gəl buna döz, görüm necə dözürsən.

“İnsanın üzü bərkdir. Hər şeyə dözür, çünki başqa çarəsi yoxdur.”

Azca keçmiş Həsən kişi gəldi. Əzizin yanında outrub köks ötürdü.

– Oğlum, Əziz, bu qədər özünü üzmə. Yazıqsan. Onsuz da ölənlə heç kəs ölmür.

Əziz dinmədi. Sükut xeyli uzandı. – Uşaqdan xəbər çıxmadı, – deyə anası Kövsər arvad

nigarançılığını gizlədə bilmədi. – Dekanatlığa teleqram vurmuşam. Bir neçə dəfə də

telefonla danışmışam. Deyirlər uşaqları başqa şəhərə təcrübəyə göndəriblər.

Oğlu Fərhad Moskvada təhsil alırdı. Bu, Əzizin istəyi idi. Oğlunun başqa şəhərdə təhsil alması Sənəmin ürəyindən olmasa da, Əzizin fikri ilə razılaşdı. Onlar birlikdə Moskvaya getdilər. Fərhad instituta daxil oldu. Münasib yerdə kirayə ev

Page 117: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

117

tutdular. Əziz işləri səhmanlayıb qayıtdı. Sənəm isə Fərhadla Moskvada qaldı. Bir neçə gün gəzib dolandılar. Moskvanın görməli yerlərində oldular. Sonra bir yerdə Bakıya qayıtdılar.

Artıq Fərhad üçüncü kursda oxuyurdu. Bu illər ərzində Sənəm tez-tez Moskvaya uçur, oğlu ilə bir yerdə qalıb arxayınlaşırdı. Sonra Bakıya qayıdanda yenə də özünə yer tapa bilmirdi. “Yazıq Sənəm… Elə bil ürəyinə dammışdı.”

Həsən kişi neçə gündür beynində dolandırdığı rəvayəti danışmağı lazım bildi:

– Əziz, oğlum, bir kişinin üç oğlu olur. İkisi vecsiz, aciz-avara, üçüncüsü isə çox ağıllı, fərasətli olur. İş belə gətirir ki, ağıllı oğulu vaxtsız əcəl yaxalayır. Tək qalan qardaşlar oturub-durub Allah-Təalaya asi düşür. Bu ədalətsiz hökmlə razılaşa bilmirlər ki, bilmirlər. Bir gün nurani bir kişi onlara qonaq gəlir. Bir xeyli söhbət etdikdən sonra qonaq deyir: “Oğlum, əgər filan dağdan mənə bir yaşıl budaq gətirsəniz mən sizə başa salaram ki, niyə Ulu Tanrı belə qərar verib”. Qocanın sözündən heç nə anlamayan qardaşlar bir-birilə məsləhətləşdikdən sonra böyük qardaş yola çıxır. O, gəlib həmin dağa çatır. Qəribə də olsa dağda demək olar ki, yaşıl heç nə görmür – xırda kol-kos, qurumuş ağaclar. Bomboz təpələr. O, çox gəzib dolanır, əliboş qayıtmaq istəmir. Xeyli gəzdikdən sonra təzəcə pöhrələnmiş bir topa yaşıl budaqları görüb sevinir. Yaxınlaşıb görür ki, budaqların dibindən göz yaşı kimi su sızır. Oğlan doyunca sudan içib, əl-üzünü yuyur. Bir qədər dincəldikdən sonra budaqlardan ən şuxunu kəsib yola düzəlir.

Uzaqdan oğlanı görən qoca sevincək qalxıb onu qarşılayır. Məhəbbətlə əlindəki budağa baxır. “Oğlum, sağ ol, nə qəşəng budaq seçib gətirmisən!” “Hə, əmi. İstədim sizə layiq olsun.” “Mənə layiq? Axı mən kiməm ki?! Adi bir qocayam.” “Yox, sən xeyirxah insansan. Heç tanımadığın insanların dərdinə qalıb, onlara kömək edirsən.” “Oğlum, bəlkə

Page 118: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

118

də sən haqlısan. Əslində bu dünyada hamı bir-birinə kömək etməlidir. İndi isə mənə diqqətlə qulaq asın. Sən adi bir qocaya layiq olsun deyə Boz dağdan ən yaxşı, şux budağı seçib gətirdin. Belə olanda Ulu Tanrı nə etməlidir? Yəqin ki, o da özünə layiq, ən yaxşılarını seçib aparır.” Qoca bir an susub əlavə etdi. “Odur ki, Tanrının seçiminə şəkk gətirməyin məsləhət deyil.” O, sözünü bitirib bir göz qırpımında yox oldu. Qardaşlar özlərini necə itirdisə, qocanın boş qalmış yerinə baxıb uzun müddət özlərinə gələ bilmədilər. Sonralar baş verən bu hadisənin elə Ulu Tanrı tərəfindən göndərilən bir möcüzə olduğuna inanmaqdan başqa bir əlac qalmadı.

Həsən kişi rəvayəti danışdıqdan sonra mənalı-mənalı Əzizə baxdı.

– Hə oğlum, bu rəvayətlər özü də bir həqiqətdir. Bundan belə dərd – qalanların dərdidir. Özünü ələ al, bir uşağın var, cavandır. Sən ona lazımsan.

Elə bu zaman qapı döyüldü. Fərhaddan teleqram gəldi. Məlum oldu ki, o, sabah Moskvadan qayıdır.

Əziz oğlunu qarşılamağa özü tək getdi. Bu görüş necə ağır idisə, onlar söz tapıb danışa bilmədilər.

– Oğlum! – Ata! Atacan!.. Ata-bala bir-birini bərk-bərk qucaqlayıb susdular. Belə

bir məqamda danışmaq asan deyildi. Hava limanından düz qəbrüstünə gəldilər. Fərhad belə

istədi, Əziz də etiraz etmədi. Beləcə günlər nə qədər ağır olsa da, keçib getməkdə idi.

Artıq Fərhad Moskvada təhsil almaq fikrində deyildi. Atasının yanına qayıdıb təhsilini Bakıda davam etdirmək niyətində olduğunu atasına bildirdi. Atası Fərhadın fikri ilə razılaşmalı oldu.

Page 119: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

119

Sənəmin qəfil ölümü Səmayəni ikiqat sındırdı. Bir tərəfdən bacısını itirmişdi, o biri tərəfdən də qızı Vəfanın Sənəmin evində gəlin olmaq arzusu puç ola bilərdi. Bu fikir onu bir an da rahat buraxmırdı. Ağlına min bir fikir gəlirdi. Əziz cavandır, nə bilmək olar nə olacaq. Kişilərə nə var ki?! Evinə başqa bir qadın gətirsə, hər şey əldən çıxacaq. Səmayə bir dəqiqə də olsun bu məsələni fikrindən çıxara bilmirdi. Axır ki, bir gün özünü saxlaya bilməyib bu barədə Zakirlə danışmağı qət etdi.

– Ay Zakir, sən bilən bu işlərin axırı necə olacaq? – Hansı işlərin? – Uşaqların xeyir işini deyirəm də… – Heç utanmırsan? Bacın ölən bir neçə gündür! – Bacımın ölməyini yaxşı bilirəm. Amma onu da bi-

lirəm ki, Əziz cavandır. Tək qalası deyil. – Axmaq-axmaq danışma!.. – Axmaq niyə oluram? Bacım torpağa tapşırılan gün

Əziz heç məclisdə də oturmadı, Allah bilir hara getdi! – Ay qız, Allahın olsun! Nə danışdığını özün də bil-

mirsən! Əzizin evi dağılıb, pis gündədir. Sən də ağzını qoymusan Allah yoluna…

– Mən nə dediyimi yaxşı bilirəm, Zakir. Əziz cavandır, görkəmi, işi, pulu, mülkü, hər şeyi var. Özü istəməsə də, nə çox ağıllı qadınlar – onu tezliklə tora salarlar.

– Bütün bunların bizə dəxli yoxdur. Əlbəttə, Əziz gec-tez özünə həyat qurmalıdır, onun buna haqqı var. Bu onun öz işidir.

– Bəs qızımız? Ancaq bizim qız o evdə gəlin olandan sonra Əziz özünə ailə qura bilər. Qıraqda birotaqlı ev alar gedər. Sonra necə istər elə də yaşayar. Bizə əsas bu lazımdır!

Zakir donub qaldı. Arvadına söz tapıb deyə bilmədi. Onun susduğunu görən Səmayə bir az da ürəkləndi:

Page 120: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

120

– Sən başa düş. Mən də uşaqlar üçün çalışıram. Əzizin evinə yad qadın gəlsə biz hər şeyi itirə bilərik.

Zakirin heç ağlına da gəlməzdi ki, doğma bacısını itirən Səmayə gözünün yaşı qurumamış onun var-dövlətinə sahib olmaq üçün yollar axtarsın. İndi gəl bu dünyada kiməsə inan, kiməsə bel bağla. Zakir ürək ağrısı ilə Səmayəyə baxdı.

– Sənə yazığım gəlir… Bu tamah ki, səndə var axırın pis olacaq!

– Mənə deyən lazımdır ki, ay axmaq, bütün bunları sənə danışmağın nə mənası var? Onsuz da, sənin əlindən heç bir iş gəlmir.

– Bilmirəm sən kimə oxşamısan? O cür ata-anadan, bacın Sənəm də bir mələk kimi qadın idi. Heç bu zəmanənin qadınlarına oxşamırdı.

Səmayə tamam özündən çıxdı. – Mənim ərimin də o qədər pulu, var-dövləti olsaydı,

mənim də qabağımda qulluqçu işləsəydi, mən də xanım kimi olardım. Bütün ömrü boyu bacımın əli pulla oynayıb! Hara istəyib, gedib. Nəyi istəyib, alıb. Başa düşmürsən ki, pul insanı gözəlləşdirir?!

Ay yazıq! Nə ağlın var, nə də fərasətin! Mən cəhənnəm, heç uşaqlarına da bir gün ağlaya bilmədin!.. Daha bəsdir! Ömrü boyu onun-bunun yaşayışına baxıb yanıb-tökülmüşəm. İndi mənə ağıl öyrədirsən.

Zakir ayağa qalxdı. – Ay yazıq, sən əməlli-başlı xəstəsən, – deyib otaqdan

çıxdısa da, Səmayənin sözləri onu çox ağrıtdı. “Qorxaq! Ömrünün yarısından çoxunu yaşamısan. Hələ də başa düşmürsən ki, bu dünya qorxaqlar üçün deyil. Qorxaqlar heç nəyə nail ola bilmir. Qaragün! Sən fərli ər olsaydın, mən bu günə qalmazdım!”

Page 121: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

121

Səmayənin səsini eşitməmək üçün o, addımlarını yeyinlətdi. “Başa düşə bilmirəm bu, məndən nə istəyir?! Onun gözü nə vaxt doyacaq?”

Beləcə ağrılı düşüncələrlə Zakir evdən çıxıb getdi. Bir xeyli boş-bekar gəzib-dolandı. Dənizkənarı parkda oturub bundan belə daha nələrin baş verəcəyini düşünəndə qanı daha da qaraldı. Yaxşı bilirdi ki, Səmayəni fikrindən döndərmək mümkün deyil.

Sənəmin ölümü çox şeyləri dəyişdi. Səmayə “yaxşı qohum” olduğunu sübut etmək üçün dəridən-qabıqdan çıxır, əlindən gələni edirdi. Tez-tez Əzizin xoşladığı yeməkləri bişirib onlara göndərirdi. Bəzən də süfrə açıb Əzizi Fərhadla evinə çağırırdı. Bircə Zakir bilirdi ki, bu, bir oyundur. O, məkrlə oynanan oyunun içərisində qırıla-qırıla qalsa da, dərdini bir kəsə açıb deyə bilmirdi. Çünki deyiləsi dərd deyildi. Kənardakılar bu işə qarışa bilməzdi. Hər kəs arvadı ilə özü bacarmalıdır. Əgər bacarmırsa, vay o kəsin halına. Elə Zakir kimi, ömrünün axırına kimi bu dərdi çəkməli olacaq. Nə olsun ki, qıraqdan baxana asan gəlir. Ha özünü öldür, onsuz da əlindən bir iş gələsi deyil. Belə insanlar demək olar ki, xəstə olur. Amma nə edəsən ki, arada uşaqlar var. Zakir bütün bu ağrıları içərisində daşıyırdı.

Fərhad təhsilini Bakıda almağa başladı. Anasından sonra özünə qapanan atası günü-gündən geri getdi. Işdən soyudu. Ən pisi də o idi ki, içməyə başladı. Bu vəziyyət Fərhadı qorxutdu.

Əziz bu səsli-küylü aləmin içində elə bil başını itirdi. Xatirələrə sığınıb ötən günlərin havasında özü də bilmədən yavaş-yavaş əriyib getdi. Taleyinin qara səhifələrini yaşamaqda idi. Arada nə qədər özünü qınasa da, düşdüyü vəziyyətdən çıxmağa çalışsa da, bir şey alınmırdı. Bu vaxta kimi gördükləri, yaşadıqları yalan olmuşdu. İndi hara baxırdısa, hara gedirdisə,

Page 122: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

122

hər şeyi qara rəngdə görürdü. Bircə əlacı ona qalırdı ki, hamıdan qaçıb tək-tənha yaşasın, içməklə dərdlərini unutsun.

Hər dəfə yatağa uzanıb gözlərini bərk-bərk yumsa da, yuxusu ərşə çəkilirdi. Yata bilmirdi. Xatirələr onu çəkib lap uzaqlara aparırdı. Birinci dəfə Sənəmi gördüyü yerlər. O əlçatmaz anlar… O həyət, o bağça-bağ… O sehirli aləm... Əzizin yaddaşında qalan, onu bu qara dünyasından ayırıb bir qədər təskinlik verən ömrünün bir parçası, ən işıqlı anları, ona bəxtəvərlik gətirib arzu-istəklərinə çatdıran o günlər... O günlərin səsi qulaqlarından getmək bilmirdi. “Yəqin qismətim məni çəkib bu ellərə gətirdi, Sənəm.” Sonralar Əziz Sənəmə belə deyərdi.

Nə vaxtdır əsgərlik dostu Mövlan onu evlərinə qonaq aparmaq istəyirdi. Əlbəttə, şəhərin səs-küyündən uzaqlaşıb bir qədər dincəlmək heç də pis olmazdı. Amma hər dəfə bir iş çıxır, getməyə imkan olmurdu ki, rayona gedib bir neçə gün ürəkləri istəyən kimi dincəlsinlər. Axır ki, istilər azca sovuşanda, avqust ayının axırlarında iki dost yola çıxdılar. İlin bu vaxtı rayonda meyvələrin yetişən çağı olduğundan Mövlan istəyirdi ki, qonağını ürəyincə qarşılasın.

Yol boyu gah söhbət edir, gah da nəzərlərini yol qırağındakı tez-tez dəyişən mənzərələrə baxıb susurdular. Mövlan bu yolları çox gedib-gəlmişdi. Amma Əziz üçün hər şey daha maraqlı idi. Şəhərdən uzaqlaşdıqca Əzizin üz-gözünü oxşayan təmiz havadan o, ürək dolusu canına sovurub xoşhallanırdı. Artıq neft qoxulu bozaran səhralar arxada qalmışdı. Xüsusilə Şamaxı-Muğanlı aşırımlarından başlayaraq hava anbaan dəyişirdi, durulurdu. Get-gedə insan özündə bir yüngüllük hiss edirdi. Sanki çəkisi azalırdı. Yamyaşıl meşələrin, bağların, hündür, alçaq təpələrin, düzlərin arası ilə ilan təki qıvrılıb-açılan yollar elə bil Əzizi öz aləmindən ayırıb başqa bir aləmə aparırdı. Təbiətin gözəlliklərinə baxmaqdan

Page 123: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

123

doymurdu. Xüsusilə hər tərəfdən yaşıl təpələrlə əhatə olunmuş rayon mərkəzinin qeyri-adi gözəlliyi onu heyrətləndirirdi.

– Qardaş, siz ki əsl cənnətdə yaşayırsınız. Mövlan iftixar hissi ilə köks ötürdü: – Vallah sən doğru deyirsən. Deyəsən əsl cənnət elə bu

dünyadadır. Mən üç ayda bir dəfə bu yerlərə gəlməsəm, elə bilirəm şəhərdə havam çatmır, boğuluram.

– Hə, xoşbəxt adamsan, – deyib Əziz susdu. Maşın rayon mərkəzinin yaraşıqlı küçələrindən keçib

mərkəzdən bir xeyli uzaqlaşdı. Kələ-kötür, yöndəmsiz yollardan keçib köhnə, iri taxta darvazanın qabağında dayandı. Mövlan maşından düşüb darvazanı taybatay açdı. Maşını həyətə saldı. Səsə tövlənin yanında zəncirə bağlanmış it bir neçə ağız hürdükdən sonra səsini kəsdi, deyəsən Mövlanı tanıdı.

– Salam, Alabaş. – Mövlan itin başına sığal çəkdi. İt qabaq ayaqlarını qaldırıb Mövlanın qıçlarına söykədi. Quyruğunu bulaya-bulaya Mövlana sürtündü.

Atası Səməd kişinin səsi eşidildi. O, bir ayağını çəkə-çəkə onlara tərəf gəldi.

– Ay oğul, nə vaxtdır gözümüz qalıb yolda. Axır ki, şeytanın qıçını qırdın.

– Hə kişi, doğru deyirsən. Bütün günahlar bu cavan oğlandadır. Tanış ol, mənim dostum, qardaşım Əziz!

– Oğlumun dostu da elə mənim öz balamdır. Xoş gəlib, səfa gətirib.

Onlar əl verib görüşdülər. Əzizin sıxıldığını hiss edən Səməd kişi dedi:

– Oğlum, elə bil öz evindəsən. Biz kəndçi babayıq. Cavanlar qabaqda, Səməd kişi onların arxasınca evə

tərəf yönəldilər. Həyətin baş tərəfində yaşıllıqlara bürünmüş birmərtəbəli şüşəbəndli ev göründü. Çöl darvazasından evə

Page 124: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

124

qədər xırda çay daşları ilə dar yol döşənmişdi. Evin qabağında isə bütün ev boyu daş döşəmə salınmışdı. Sağ tərəfdə su kranı, bir qədər sol tərəfdə evin qabağında uzunsov masa qoyulmuşdu. Qalan hər tərəf baş-başa verən sıx meyvə ağacları ilə əhatə olunmuşdu. Demək olar ki, səma görünmürdü. Yaşıllıqların altında uyuyan bu mənzərə Əziz üçün sanki gözlənilməz oldu. Bu vaxta qədər o, belə bir səfalı həyət görməmişdi. Arabir gedənə-gələnə it hürür, bir də toyuq-cücələrin, quşların səsi eşidilirdi. Şəhərin hisli-paslı havasından sonra əsl cənnət idi. Ən başlıcası isə, maşınların səsi eşidilmirdi.

Onlar masanın arxasında oturub şirin-şirin söhbət edir və samovar çayı içirdilər. Arada vaxt tapıb Səməd kişi də onlara qoşulurdu.

Həyət-bacanın sükutu pozulmuşdu. Mövlanın anası elə bil, qol-qanad açıb uçurdu. Bir tərəfdə qoyun kəsilib kabab çəkilir, digər tərəfdə samovar pıqqır-pıqqır qaynayırdı. Əziz də kənarda qalmaq istəmirdi. Onlara qoşulub nə isə etmək istəyirdi. Əslində Əziz görəsi iş yox idi. Odur ki o, dönə-dönə bağı o başa, bu başa gəzməkdən doymurdu. Hər bir ağacın altında dayanıb məhəbbətlə ağacdakı meyvələrə baxıb həzz alırdı. Arada Səməd kişi ona sarı yan alıb nə isə deyirdi:

– Hə oğlum, bu il meyvə ilidir. Üç ildən bir bol meyvə olur. Kasıb da il boyu oturub gözləyir. Başqa əlimizdən nə gəlir ki?! Əlavə qazanc yerimiz yoxdur.

Hər gün Səməd kişi sübh tezdən əlində köhnə vedrə yerə düşən meyvələri yığırdı. Sonra da bütün günü bağda fırlanır, ağaclara qulluq edirdi. Qadınlar isə həyət-bacada, mətbəxdə. Iş qurtarmaq bilmirdi. Ancaq nahar vaxtı ailə bir yerə yığışıb süfrə başında otururdu.

Avqustun ortaları olsa da, istilər səngimək bilmirdi. Axşamüstü hava sərinləşir, gecələr isə buz təki hava adamı az

Page 125: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

125

qala kəsib-tökürdü. Bu yerlərdə yayın cırcıramasında da isti yorğanla yatmaq lazım gəlirdi. Əziz əvvəlcə buna təəccüblənsə də, gecənin soyuq havası onu fikrindən daşındırdı, isti yorğanı başına çəkib ləzzətlə yatdı.

Üçüncü gün idi ki, onlar dincəlirdi. Bu vaxt ərzində rayon mərkəzinə, bir də meşəyə gəzməyə getmişdilər. Əslində Əziz bu həyətyanı bağda olmaqdan daha çox ləzzət alırdı. Onu bir qədər sıxan ev sahiblərinin hədsiz qayğısı idi.

Həmin axşam Mövlanın bibisi onları qonaq çağırmışdı. Bu yerlərdə şəhərdən gələnləri qonaq etmək adət idi. Yaxın qohumlar, dostlar növbə ilə süfrə açıb onları evlərinə dəvət edirdilər.

Qonaqları küçə qapısında bibisinin həyat yoldaşı Kərim qarşıladı. Orta yaşlı, qıvraq, zarafatçıl. Mövlan şəstlə dostunu ona təqdim etdi:

– Əziz dostum, qardaşım Əziz. Gülüşdülər... – Ağsaqqal, sən keç yuxarı başa, qonağımızı da al

yanına. – deyə Kərim yer göstərdi. Çığırtma-plovun ətri hər yana yayılmışdı. Artıq hava

qaralmaq üzrə idi. Hamı çay süfrəsinin başına toplaşıb çay içir, şirin-şirin söhbət edirdi. Elə bu an küçə qapısı açıldı. Həyətə ağ paltarlı gənc bir qız girdi. O, qonaqları görüb özünü bir az itirdi. Mövlan qalxıb ona tərəf getdi. Mehribancasına görüşdülər. Hal-əhval edib qonaqlara tərəf yönəldilər. Əzizin üzü qapıya tərəf olduğundan baş verənlər diqqətindən yayınmadı. Onlar masaya yaxınlaşdı. Qız sıxıla-sıxıla salam verdi.

– Dostum Əziz. Bu da, istəkli bibimqızı Sənəm... Tanışlıqdan sonra Sənəm dərhal keçib getdi. Məclis

gecədən xeyli keçənə kimi uzandı. Amma qız bir daha görünmədi, elə bil heç yox imiş. Əvvəlcə Əziz buna əhəmiyyət

Page 126: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

126

vermədi. Amma nədənsə bu ağpaltar qız onun gözünün önündən getmədi. Bütün gecəni bir neçə dəfə bu barədə fikirləşdi. Özü də bilmədi onun diqqətini çəkən nə oldu. Qızın uzun qara kiprikləri az qala üzünə kölgə salırdı. Deyəsən gözlərinin rəngi qəhvəyi idi. Nazik uzun qaşları, ağ bənizi... Axı, bu qızda qəribə nə var idi ki, Əzizi bu qədər narahat etdi? Əziz bu barədə çox fikirləşdi və ona elə gəldi ki, bu yad qızın gözlərinin dərinliyindən xəfif bir kədər boylanır. Qız nə qədər onu gizlətməyə çalışsa da, gözləri onu ələ verirdi. Axır ki, Əziz özünü saxlaya bilməyib şəhərə qayıdanda söhbəti dostuna açdı. Mövlan Əzizin sualından tutuldu.

– Gəl bu barədə danışmayaq... – deyə ona cavab verdi. – Bağışla. Əgər nişanlıdırsa başqa məsələ. – Yox. Nişanlı deyil. Əziz artıq heç nə soruşmadı. Söhbət beləcə bitdi. Amma

bir xeyli müddət bu fikir onun beynində dolandı. “Qəribədir. Niyə bu barədə söhbət açılanda Mövlanın qanı qaraldı? Nə məsələdir?” O, bu suala cavab tapmaq istədi.

Aradan üç ay ötdü. Əziz yenidən bu söhbəti açdı və məlum oldu ki, iki il əvəl Sənəmi qaçırıblar. Sənəm isə bununla barışmayıb, qohumun-yadın qınağına baxmayıb və qayıdıb atasının evinə.

Bu xəbər çox gözlənilməz olsa da, Əziz bu xəbərdən yüngülləşdi. Elə bildi üstündən dağ götürüldü. Başqa bir tərəfdən də özünü qınadı. “Əziz, ağlını başına yığ! Məgər dünyada qız qurtarıb?” Düşüncələri ilə üz-üzə qaldı. Hər dəfə evlənmək barəsində söz düşəndə Sənəm gözünün önünə gəldi. Özü də baş açmadı ki, bu, nə məsələdir.

Artıq Əzizin iyirmi səkkiz yaşı var idi. Azdan-çoxdan qızlarla ünsiyyətdə olmuşdu. Bəs niyə Sənəm onu belə ovsunladı? Əslində bir kəlmə də kəsməyiblər, söz-sözə gəlməyiblər. Elə uzaqdan uzağa. Əziz əvvəlcə özü üçün nəyi

Page 127: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

127

isə aydınlaşdırmağa çalışdı. Sənəmi qaçırıblar. Deməli, bu qız artıq həyatdan zərbə alıb. Kiminsə bəd əməlinə tuş gəlib. Amma o, bununla barışmayıb, bəlkə də barışa bilməyib.

Əziz özlüyündə qərar verdi və elçi göndərdi. Bir neçə dəfə gediş-gəlişdən sonra, tanışlıqdan sonra məsələ həll olundu. Ürəyi Əzizi aldatmadı. Sənəm onu xoşbəxt etdi. Bu qız hər an Əzizin gözündə böyüdü. Öz saflığı, incəliyi, başlıcası isə Əzizə olan qayğısı ilə. Əzizdən ancaq bir xahişi oldu – “Heç vaxt mənim keçmişimi dilinə gətirmə.”

Beləcə onlar bəxtəvər oldular. Kimsə buna sevindi, kimsə paxıllığını gizlədə bilmədi. “Mənim də Əziz kimi ərim olsa idi, bir gün görərdim. Sənin bəxtin gətirib, Sənəm.” Hər dəfə bacısı Səmayə belə deyərdi. Sənəm də zarafata salıb üstünü vurmazdı.

Sənəmdən sonra isə Əzizin həyatı alt-üst oldu. Özü də alt-üst olan bu dünyanın içində qərar tuta bilmədi, içməyə başladı. Hər dəfə Fərhada söz verdisə də, sözünün üstündə dura bilmədi. On gün, on beş gün ara verdikdən sonra yenə içdi. Çıxılmaz vəziyyətdə qalan Fərhad bu hal ilə barışmadı, nəyin hesabına olur-olsun atasını bu bəladan qurtarmağa çalışsa da, çətin oldu.

– Ata!.. – Hə, bilirəm, oğlum. Mən sənin başını aşağı edirəm.

Mənə görə utanırsan. Kim istər ki, sərxoş bir kişinin oğlu olsun?..

– Yox, ata. Mən sənə inanıram! Yaxşı bilirəm ki, bu çətin günlər keçib gedəcək.

– Mən də bunu ustəyirəm. Çox istəyirəm... Görünür kişiliyim çatmır. Hər dəfə səni də, özümü də aldadıram. Buna görə xəcalət çəkirəm. Oğlum olanda nə olar?! Üzünə baxmağa utanıram...

Page 128: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

128

– Yox, ata, belə danışma! Mən həmişə səninlə fəxr etmişəm!

– O günlər arxada qalıb. Artıq sənin fəxr etdiyin Əziz yoxdur. Onun əvəzində günlərini sərxoşluqla keçirən rəzil bir insan qalıb.

– Yox! Sən bu yoldan qayıdacaqsan! Mütləq qayı-dacaqsan!

– Nə edim?! Bacarmıram. Anandan sonra yaşamaq çox çətindir. Düzünə qalanda heç yaşamaq istəmirəm.

– Yox, ata! Sənin buna haqqın yoxdur! Axı mən sənin oğlunam. Yəni mənim varlığım sənin üçün heç nədir?

– Yox! Yox! Bu belə deyil! Əlbəttə, belə deyil. Məni bağışla oğlum, məni bağışla, sənə əzab verirəm.

– Ata, sən bu ətalətdən çıxmağı bacarmalısan. Biz belə yaşaya bilmərik.

Ata-oğul arasında belə söhbətlər tez-tez olsa da, Əziz əvvəlki halına qayıda bilmədi. Bu vəziyyət Fərhadın da həyatını dəyişdi. O, tələbə yoldaşları ilə qaynayıb-qarışa bilmədi. Yaşıdlarının getdiyi əyləncələrdən də, gəzintilərdən də uzaq oldu. Boş vaxtı olan kimi atasının yanına tələsdi. Moskvada oxuduğu iki il ərzində o, azdan-çoxdan mətbəx işləri ilə məşğul olmuşdu. Hətta bir neçə dəfə yarpaq və kələm dolması da bişirmişdi. Doğrudur, birinci dəfə yarpaq dolmasına düyü qatmaq yaddan çıxmışdı. Dolma bir qədər bərk çıxsa da, uşaqlar pəh-pəhlə yemişdi. Odur ki, Fərhad mətbəx işlərinə özü girişdi, arada atası da ayıq olanda ona kömək etdi. Ikisi əl-ələ verib özlərini yola verməyə çalışdılar. Bir qədər sonra Əziz yığışıb bağa getdi.

Əziz tək qalmaq, öz aləminə sığınıb yaşamaq istəyirdi. Belə olanda heç kəs onu məzəmmət etmir, içdiyinə görə onu qınamırdı. Bağlı qapı arxasında tək-tənha... Öz istədiyi kimi.

Page 129: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

129

Bir müddət belə oldu. Fərhad başa düşdü ki, atası uçuruma gedir. Nə olur-olsun, bunun qarşısını almaq lazımdır. O da, şəhərdə qərar tuta bilməyib tez-tez atasının yanına bağa getməli olurdu. Vaxt-bivaxt... Arada axşamdan xeyli keçmiş küçə qapısının döyülməsi Əzizi xeyli təəccübləndirdi. “Bu vaxt kim ola? Kimdir məni itirib-axtaran?”

Hər dəfə qapıda oğlunu görüb elə bil narahat olurdu. – Fərhad, xeyir ola? – Ata, darıxdım. İstəmədim sən də tək qalasan. Əziz oğlunun fikrini başa düşsə də, üstünü vurmazdı. – Hə, nə deyirəm ki, elə mən də darıxıram. Yaxşı edib

gəlmisən. Axırıncı dəfə Fərhad bağa axşamdan xeyli keçmiş gəldi.

O, əlindəki zənbili mətbəxə qoydu. Səmayə yarpaq dolması göndərmişdi. Bilirdi ki, Əziz xoşlayır. Fərhad xalasının göndərdiyi göyərtini, qatığı, duz-çörək, hər nə lazımdırsa, süfrəyə yığdı. Birlikdə nahar etdilər. Arada Əziz bir neçə dəfə araq şüşəsini gətirib içmək istədi. Özünü zorla saxladı: “Uşaqdan ayıbdır...”

Fərhad əl-qolunu çirmələyib süfrəni yığışdırdı. Mətbəxdə yığılıb qalan çirkli qabları yuyub-yığdı.

– Ata, sən samovar çayı xoşlayırsan, – deyib həyətə düşdü, samovara od saldı. Gecədən xeyli keçmiş ata-bala oturub çay içdilər.

Fərhad atası üçün nə isə etmək istəyirdi. – Çox sağ ol, oğlum! – deyə Əziz minnətdarlıqla oğluna

baxdı. “Mən elə bilirdim ki, sən hələ uşaqsan... Amma belə deyil, artıq sən böyük oğlan olmusan! Sənə güvənmək olar! Nə yaxşı ki, sən varsan...”

– Ata, biz əl-ələ verib yaşamalıyıq!

Page 130: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

130

Fərhadın səsində bir eyham da vardı. Əziz bilmədi ona nə cavab versin, nə desin. Yazıq-yazıq oğluna baxıb dərindən ah çəkdi.

Səmayə daxilən bir dəqiqə də olsun rahatlıq tapa bilmirdi. “Nə etsin, necə etsin ki, qızı tezliklə Əzizin mülkündə gəlin olsun?! Bu imkanı əldən vermək olmaz!” Səmayə işi elə düzüb-qoşmalıdır ki, Əziz bu məsələnin baş tutmasını özü istəsin, başa düşsün ki, bu, onlara daha çox lazımdır. Onsuz da bir qız bir oğlanındır. Bir az gec, ya da bir az tez. Qohum, ya da özgəsi. Nə fərqi var ki? Təki xeyirli olsun. Nə qədər ki, Əzizin başı araqdan ayılmayıb məsələni həll etmək lazımdır. “Bəxtəvərin ölüsü də hörmətli oldu. Əzizə baxanda adamın ürəyi sökülür. Kişi arvadını nə qədər istərmiş?! Yoxsa mənimki?.. Elə bil, ölənlərini mən öldürmüşəm! Sancmaqdan başqa əlindən heç nə gəlmir. İndi gəl beləsi ilə yaşa görüm necə yaşayırsan?!”

Zakirin etirazlarına baxmayaraq Səmayə öz işində idi. Hər dəfə bir bəhanə ilə süfrə açıb Əzizi, Fərhadı çağırır, canla-başla onlara qulluq edib, sonra da bir qazan xörək verib onları yola salırdı.

– Özgə deyilik ki?! Ağır gündə bir-birimizə həyan olmalıyıq. Bəs qohum qohuma nə gündə gərəkdir?! – deyib Səmayə şirin dilini də işə salırdı.

– Sizə çox əziyyət veririk. Gərək belə olmayaydı, – deyə Əziz də minnətdarlıq edirdi. Amma axır vaxtlar Zakirin soyuqluğu onun gözündən qaçmırdı. O, öz süfrəsinin başında özgə kimi oturub hey susurdu. “Görən nə olub? Bu Zakir əvvəlki Zakir deyil. Yəqin nə isə baş verib?”

Axır ki, bir gün Əziz Zakiri bir kənara çəkib söz açdı: – Zakir, gözümə bir təhər dəyirsən. Bəlkə nədənsə

narazısan? Bu gediş-gəliş sənə xoş deyil? Zakir elə bil yuxudan ayıldı.

Page 131: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

131

– Əziz, sən nə danışırsan? Bu fikir haradan ağlına gəldi? Mən səni həmişə özümə böyük qardaş bilmişəm, axıra kimi də belə olacaq.

– Bəs onda sənə nə olub? Zakir baxışlarını endirdi və susdu. – Bəlkə bir kömək lazımdır? – Yox, yox! Bu, başqa məsələdir. – Zakir, sən mənə etibar edə bilərsən. – Yox, Əziz! Yaxşısı budur üstünü vurma. Həyatın işini

bilmək olmaz. Bəlkə də vaxt gələr bilərsən. – Nə deyirəm?! Özün bilən məsləhətdir. Söhbət beləcə bitdi. Amma Zakir yaranan vəziyyətdən

çıxmağa yollar axtarsa da, əli boşa çıxırdı. Qınayan olmasaydı, Səmayədən ayrılıb bir dəfəlik bu bəladan canını qurtarardı.

Səmayə isə hər addımbaşı Zakiri acı dili ilə zəhər-ləməkdən elə bil həzz alırdı.

– Sən fərli kişi olsaydın, mən bu günə qalmazdım! Kişi üçün bundan ağır nə ola bilər? Səmayənin apardığı

şərəfsiz oyundan Zakir nə qədər istəsə də, özünü kənara çəkə bilmirdi. Özünü bu oyunun içində hiss edirdi. Kimə deyə bilərdi ki, arvadının öhdəsindən gələ bilmir?! Bu, kiməsə deyiləsi söz deyildi. Hər dəfə isə Səmayənin başqa üzü açılırdı. Axırıncı dəfə söhbət öz əndazasından çıxdı.

– Qoy içsin, nə qədər çox içsə, yaxşıdır. Onun sağlam olması bizə sərf eləmir, belə daha yaxşıdır.

– Sən bununla nə demək istəyirsən? – Mən nə deyə bilərəm ki? Özü bilər. Içir qoy içsin!

Içəni saxlamaq olmaz! O ki, qaldı onun aqibətinə, bunu vaxt göstərər. Hamı bilir ki, tüfeylinin axırı yoxdur. Vəssəlam! Bununla da Əzizin kitabı bağlanır, Əziz oyundan çıxır.

Page 132: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

132

Səmayə hərisliklə fikrini tamamladı. Zakirin gözləri hədəqəsindən çıxdı. Səmayəni vurmaq istəsə də, özünü saxladı, əlləri havada qaldı.

– Sən nə qədər alçaq qadınsan?! Rəngi qapqara qaraldı. “Necə olub ki, bu vaxta qədər

mən Səmayəni tanıya bilməmişəm?! Bu, necə ola bilər?” Səmayə halını pozmadı, gülə-gülə sözünə davam etdi: – Məgər bu dünyada varı-dövləti hamı şərəflə qazanır?

Ay yazıq, sən belə düşünürsən? Əlbəttə yox! Hansı yolla olur-olsun, əsas odur ki, kişi qazana bilsin.

– Mən sənin ərin olduğum üçün özümə nifrət edirəm! Nifrət!

– Bəs mən? Elə bilirsən mən səninlə bəxtəvər ol-muşam? Sən mənim həyatımın qara səhifəsisən! Bundan belə nə etmək lazım olduğunu mən özüm bilirəm! Artıq sən mənə mane ola bilməzsən! Sənsə çalış şərəfini qoruyub saxlaya biləsən! Bəlkə o dünyada lazımın oldu! Məni isə bu dünya, bir də öz balalarım narahat edir. Başqa heç nə!..

Artıq Zakirin söz deməyə qüvvəsi çatmadı. Bundan belə onların münasibəti tamam pozuldu. Heç kəs başa düşə bilımədi ki, onların arasında nələr baş verir. Necə deyərlər, qazanlar ağzıbağlı qaynadı. Zakirin ürəyində gəzdirməyə gücü çatmadığı bir daş düşüb qaldı. Səmayə isə niyyətindən geri çəkilməyi heç ağlına belə gətirmədi.

Anasının yoxluğu, atasının düşdüyü vəziyyət Fərhadı çox sıxırdı. O, bütün günü qaçhaqaçda idi. Institut, şəhər evi, bağ, bazarlıq, atasının işlətdiyi müəssisə...

– Fərhad, xalan qurban. Hər şey yoluna düşəcək, fikir etmə. Mən ölməmişəm ki! Ananı əvəz edə bilməsəm də, sənin üçün əlimdən gələni etməyə hazıram. Sən bacımın bircə nişanəsisən.

Page 133: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

133

– Xala, çox sağ ol. Onsuz da sən əziyyətimizi çox çəkirsən. Bundan artıq nə etməlisən ki?! Artıq biz çalışmalıyıq ki, hər şeyi özümüz edə bilək.

– Yox, elə demə. Bu, mənim borcumdur. Başqa cür ola bilməz. Biz can-ciyərik.

– Xala, nə yaxşı ki, sən varsan. Yoxsa... – Fərhadın gözü dolar, Səmayə mehribanlıqla gülümsərdi.

– Hə, az qala yadımdan çıxmışdı. Vəfa paltarlarınızı yuyub-ütüləyib. Gedəndə aparmaq yadından çıxmasın.

Əlbəttə, bu da bir işarə idi. Səmayə açıq deyə bilməsə də, Fərhada çatdırmaq istəyirdi ki, təkcə özü yox, qızı da onların qayğısına qalır.

Fərhad iyirimi yaşın içində idi. O, Moskvaya oxumağa getməmişdən azca əvvəl anası Vəfa barəsində Fərhadın fikrini öyrənmək istəsə də, Fərhad bir söz deməmişdi. Əslində bu söhbət onu açmamışdı. Moskvada oxuduğu müddət ərzində isə bu fikri tamam yadından çıxartmışdı. Bir tərəfdən yeni bir mühit, digər tərəfdən isə müstəqil həyat. Fərhad sanki qaynar bir qazana düşmüşdü.

İlk günlər bu şəhər Fərhadı qorxutdu. Əvvəli, sonu bilinməyən, hara baxırdın qaçhaqaç, qovhaqov... Bəlkə də yerli əhali buna adət etmişdi. Amma qıraqdan baxana bu aləm çox qəribə görünürdü. Bu insanlar hara qaçır belə? Ən qəribəsi də o idi ki, hamı bir tərəfə qaçmırdı, hərə bir tərəfə üz tutmuşdu. Fərhad sonralar buna adət etdi. Özü də bilmədən bu axına qoşuldu. Iki il necə gəldi, necə getdi bilmədi. Bir də onda ayıldı ki, Bakıdan teleqram aldı. Bu ağır xəbərlə Fərhadın nəyi vardısa, hamısı bir anda yox oldu. Fərhad bir göz qırpımında göyün yeddinci qatından özü də bilmədi yerə necə gəldi. Bircə onda ayıldı ki, artıq onun heç nəyi yox idi.

Fərhad hər tərəfdən onu çuğlayan dərdlərin içərisində bəzən nə edəcəyini özü də bilmirdi. Işıq gələsi yer

Page 134: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

134

görünmürdü. Arada dərdini götürüb harasa qaçmaq istəsə də, bu fikri özündən uzaqlaşdırmağa çalışırdı. Düşünürdü ki, hara getsə, bu dərd də onunla gedəcək. Həftədə, on gündə bir xalasıgilə gələrdi. Şəhərdə başqa gedəsi yeri yox idi. Onu xalasıgilə dartıb gətirən xalasının qayğısı idi. Xalasının göstərdiyi qayğı məlhəm kimi Fərhadın canına yayılırdı, onu xeyli ovundururdu.

Xalası qazan-qazan xörəklər bişirib onlara göndərir, vaxtlı-vaxtında paltarları yuyulur, həftədə bir dəfə onlara gəlib evi silib-təmizləyir, səliqə-səhman yaradırdı.

Fərhad növbəti dəfə xalasıgilə gəlmişdi. Divanda oturub dincəlirdi. Bir tərəfdən yorğun, digər tərəfdən də həlli müşkül olan problemlər. Fərhad istehsalı yenidən işə salmaq üçün sənədləri hazırlayırdı. Bütün günü Ədliyyə Nazirliyində olmuşdu. Təşkilatın Əsasnaməsini təsdiq etdirmək üçün haqq-nahaq deyilən iradların üzərində işləmişdi. Vergilər Nazirliyində qeydiyyata düşmək üçün lazımi sənədləri də hazırlamışdı. Artıq yaxşı bilirdi ki, oturub gözləyə bilməz, özü nə isə etməlidir. Işləri qaydasına salmaq lazım idi, başqa yol yox idi.

O, xalasının bişirdiyi küftə-bozbaşdan yeyib rahatlandı. Səmayə Vəfa ilə mətbəxdəydi. O, qonaq otağına keçdikdə Fərhadın mürgülədiyini görüb işığı söndürdü.

– Uzan, bir az gözünün acısını al. Xalasının təklifi Fərhadın lap ürəyindən oldu. Səmayə

odeyalı gətirib Fərhadın üstünü örtdü. Anası da gecələr bir neçə dəfə Fərhadın yatağının başına dolanar, üstünü örtərdi. O, uşaqlıqdan narahat yatdığından üstünü tez-tez açardı.

Fərhadı yuxu apardı. Az yatdı, çox yatdı bilmədi. Mətbəxdən gələn qatışıq səslərə ayıldı. O, yarıyuxulu, yarıayıq idi. Qonaq otağından mətbəxə açılan qapı azca aralı olduğundan mətbəxdən qonaq otağına işıq düşürdü. Fərhad bir

Page 135: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

135

istədi dursun. Amma dura bilmədi, bədəni ağırlaşmışdı. Təzədən gözlərini yumdu. Bayaqdan ara verən səslər yenə eşidildi. Xalasının səsi idi. Astadan da olsa o, hisrsli-hirsli nə isə deyirdi. Fərhad arada Əziz sözünü eşidib söhbətin onlardan getdiyini başa düşdü. Bir istədi qulaq asmasın. “Başqasının söhbətinə qulaq asmaq yaxşı deyil.” Amma hansısa bir qüvvə onu bu fikirdən daşındırdı. O qulaq verdi.

– Qızım, heç kəs mənim qədər sənin xoşbəxtliyini istəmir. Mən sənin ananam, çalışıram ki, sən xoşbəxt olasan.

– Mən bu barədə eşitmək istəmirəm! Nahaq yerə əziyyət çəkirsən. İmkan ver dərsimi oxuyum.

– Qızım, sən ağlını başına yığ. Fərhad yaxşı uşaqdır. Tək oğlandır. Əlinə-ayağına dolaşan olmayacaq. Ortada bir Əzizdir. Artıq onun da kitabı bağlanıb. Çətin ki, bundan belə o, adam ola.

– Əl çək bu bəd niyyətindən. Onsuz da sən deyənlər baş tutmayacaq. Yaxşısı budur məni rahat burax!

Fərhad keyləşdi. Xalasının dediyi sözlər sillə kimi üz-gözünə çırpıldı. “Artıq onun kitabı bağlanıb. Çətin ki, bundan belə o, adam ola!” Bu kimin ağlına gələrdi? Handan-hana özündə qüvvə tapıb qalxdı. Odeyalı səliqə ilə qatlayıb qoydu. İşığı yandırdı.

Qonaq otağında işığın yandığını görən Səmayə əlində çay otağa daxil oldu. Fərhadın getməyə hazırlaşdığını görüb təəccübləndi.

– Xalan qurban, hara tələsirsən? Çay iç, sonra gedərsən. – İşim var, getməliyəm, – o, bunları xalasının üzünə

baxmadan zorla deyə bildi. Özü də bilmədi necə sağollaşıb çıxdı. Bağa, atasının

yanına getmək fikrindən daşınıb şəhər evinə gəldi. Fərhad bütün gecəni yata bilmədi. Bir tərəfdən atasını

itirmək qorxusu, digər tərəfdən də taqətdən düşdüyünü hiss

Page 136: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

136

edirdi. Bəzən ona elə gəlirdi ki, artıq qüvvəsi tükənib. O, hər tərəfdən bağlı yollar arasında boğulurdu. Atasının dönə-dönə verdiyi sözlər elə söz olaraq qalırdı. Əziz arağın qabağında duruş gətirə bilmirdi. Araq maqnit kimi onu özünə çəkərək bu dünyadan ayırıb aparırdı.

Fərhad Moskvanın küçələrində hər addımbaşı rastlaşdığı, üfunət iyi verən sərxoş insanları tez-tez gözünün önünə gətirib az qala havalanırdı. Bir tərəfdən də bu gün xalasının dediyi sözlər. “Artıq onun kitabı bağlanıb...” – “Yox! Atamı bu bəladan xilas etmək lazımdır! Nəyin bahasına olur-olsun, mən onu xilas etməliyəm!..”

Fərhad ümidini tamam üzmək istəmirdi. Amma yaxşı bilirdi ki, artıq ümidləri puç olmaq üzrədir. Bir ildən də çox idi ki, Fərhad bu vuruş meydanında idi. O, nələr etməmişdi?! Həkimlər, psixoloqlar, lazımi müalicələr... Bəzən də özü atasının qabağında diz çöküb yalvarmışdı:

– Ata, daha bəsdir! Mən səni uşaqlıqdan tanıdığım kimi görmək istəyirəm, sənə güvənmək isytəyirəm. Yenə də səninlə fəxr etmək istəyirəm.

– Tanrının üzü qara olsun! Məni yaman yerdə vurdu! – Ata, belə getsə, bizi faciə gözləyir. Buna yol vermə!

Nə qədər ki, gec deyil qayıt bu yoldan. Ata, atacan... Sənə yalvarıram... Özünü ələ al! Bu dünyada hamının dərdi var, dərdsiz insan yoxdur. Özünə də, mənə də yazığın gəlsin...

– Mənim yazıq balam, mən sənə nə boyda dərd ol-muşam... Sən elə bilirsən bütün bunlar mənə xoşdur?.. Mən özüm özümə nifrət edirəm. Amma.. – o, sözünün ardını gətirə bilmədi. Sənəmdən sonra lap kövrək olmuşdu. Bir tərəfdən də arağın təsiri. Tez-tez xəlvətə çəkilib uşaq kimi ağlayırdı. Bəzən oğlunun qabağında da özünü saxlaya bilmirdi. Gözü dolur, əli-ayağı əsirdi.

– Ata, bu, çıxış yolu deyil.

Page 137: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

137

– Sən haqlısan, mənim balam. Mən yaxşı ata ola bilmədim.

– Hər şey öz əlindədir! Hələ ki, gec deyil... Belə söhbətlər, ya da buna bənzər söhbətlər çox olub

keçmişdi. Amma faydası olmamışdı. Bu çətin həyatın keşməkeşində Fərhad vaxtından qabaq

yaşa dolurdu, kamilləşirdi. Düşdüyü vəziyyətdən çıxmaq üçün yollar axtarırdı. Yaxşı bilirdi ki, ümidini itirmək – atasını itirmək demək idi. O, bu fikri yaxına buraxmırdı. İlahi bir qüvvəyə inanmaq istəyirdi.

“Bu da, dövrün bir bəlasıdır. İş ondadır ki, bu bəladan xilas olmağın yolunu həkimlər də tapa bilməyib. Milyonlarla insan məhv olub gedir. Onlar həyatın bütün naz-nemətini, öz yaxınlarını, həyatda nəyi varsa, hər şeyini, ən başlıcası isə öz simasını qurban verir. İnsan kimi yaşaya bilmir, öləndə də insan kimi ölmür.”

Qara fikrilər Fərhadı boğurdu. Nə qədər istəsə də onlardan xilas ola bilmirdi. Dərd üstündən dərd gəlirdi. Bu da, növbəti zərbə. Heç gözləmədiyi, ağlına belə gətirmədiyi yerdən. Elə bil dünya bu kiçik ailəyə nə qədər zalım olduğunu göstərmək istəyirdi. Onu məhv etmək üçün hər tərəfdən quduz canavar təki üstünə gəlirdi. Bu döyüşdə Fərhad tək idi.

Fərhad atasının vəziyyətini gizli saxlayırdı. Ancaq qonşu Həsən kişi, bir də Zakir məsələdən xəbərdar idi. Onlar tez-tez Əzizə baş çəkir, onunla həmsöhbət olub kömək etməyə çalışırdılar.

– Oğlum, mən səni qonşu yox, öz balam bilirəm. İstəmirəm xətrinə dəyim, amma el var, oba var. Ayıbdır. Sənə yaraşmaz...

Həsən kişi hər dəfə belə deyirdi. Sözləri elə yumşaq, elə qılıqla deyirdi ki, Əziz nəinki ondan incimir, əslində xəcalət çəkirdi.

Page 138: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

138

Zakir isə özü də bilmirdi Əzizə nə desin. Öz dərdi çox idi, ona görə də Əzizi başa düşürdü. Dərd insanı nə günə desən qoyar. “Əziz yaxşı qohumdur, həm də yaxşı insandır. Necə olur-olsun ona kömək etmək lazımdır. İndi onun ən yaralı yeri oğludur. Ancaq bu yolla ona təsir etmək mümkün ola bilər.”

– Qardaş, Fərhada yazığın gəlsin. Bir diqqətlə bax gör, oğlun nə günə qalıb.

Əziz bütün deyilənlərə qulaq asıb susurdu, bəzən də razılığını bildirib vəd verirdi.

Sənəmin vəfatından iki ay sonra dostu Mövlanı Al-maniyaya işləməyə göndərdilər. Onunla tez-tez telefonla, bir də məktubla əlaqə yaradılırdı. Əzizin şəhər evində, iş yerində olmamasından narahat olan Mövlan bir neçə dəfə Fərhaddan nə baş verdiyini öyrənmək istədisə də, Fərhad bir söz deməyib bu sualdan qaçdı. Amma Fərhadın səsindəki kədər, məktublardakı sönük sətirlər nələrinsə baş verdiyindən xəbər verirdi. Mövlan Zakirlə əlaqə saxladı. Nə danışdılarsa, o, Fərhada zəng edib bildirdi ki, tez bir zamanda imkan edib vətənə qayıdacaq.

Axırıncı zərbə lap ağır oldu. Deməli, xalası onlar üçün tələ qurubmuş. Əziz isə onun planlarına mane olurdu. Sən bir işə bax, atasının öz zəhməti ilə qazandığı, tikib-qurduğu yurd-yuvasından onu didərgin salmaq istəyi. İnsan nə qədər rəhmsiz olmalıdır ki, belə bir fikrə gəlsin!..

“Oğlum, əgər insan istəsə, özünə bir gün ağlaya bilər. Çox da olmasa, özünə görə gün-güzərana malik ola bilər. Bunun üçün ən başlıcası odur ki, insan bunu istəsin. Bir də öz halal zəhmətinə güvənsin, başqa heç nəyə. Mən şəhərə gələndə yataqxanada qalırdım. Heç kəs bilmirdi ki, mən gündüzlər oxuyuram, axşamlar isə işləyib pul toplayıram ki, təhsilimi bitirib yataqxanadan çıxanda kirayədə yaşamaq üçün imkanım olsun. Gedib bir kimsəyə əl açmayım. Yaşamaq özü

Page 139: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

139

mübarizədir! Bu mübarizəni axıra kimi aparanlar heç vaxt uduzmur, istəyinə nail olur!..”

Atası çətin həyat yaşamışdı, tez-tez oğluna bu barədə danışırdı. Deyirdi ki, zəhməti də hədər getməyib. Artıq Əziz on kişinin biri olmuşdu.

Fərhadın atasından sonra ən çox güvəndiyi, çətin məqamlarda qapısını açıb sığınmaq istədiyi, dərdlərini bölüşmək istədiyi istəkli xalası Səmayə də onun həyatından belə silindi. O, ölən kimi ölmədi, itən kimi itmədi, qara bir ləkə kimi düşüb Fərhadın yaddaşında qaldı. Hər yadına düşəndə ona əzab verdi. “Xala, sən özün də bilmədən bu oyunu uduzdun. Hər şey bitdi!”

Fərhadın düşüncələrində həyat amansız idi. Ona etibar etmək olmazdı. Istənilən vaxtda insanı vurub yıxar, varından yox edərdi. Kimləri isə qaldırardı, haqq-nahaq. Bunun fərqi yox idi. Ən başlıcası odur ki, sən hazırda kimsən, haradasan, nə edirsən? Tale sənin üzünə gülüb, ya yox? Taleyin üzünə gülübsə, sən güclüsən. Belə olanda ətrafındakılar da başına fırlanacaq. Az qala səni müqəddəs biləcəklər. Yox əgər tale səni yıxıbsa, özündən küs. Heç kəs üçün fərqi yoxdur sən nə üçün yıxılmısan. Həqiqət ondadır ki, sən aşağıdasan. Aşağıdasansa, hamı səndən yan keçəcək, halına ağız büzüb səni qınayacaqlar. Heç kəs əlindən tutub səni qaldırmaq istəməyəcək. Bəlkə də insanı həm güclü, şöhrətli-şanlı, həm də zəif, düşkün edən elə həyatın özüdür, həyatın sərt oyunlarıdır. Heç kəs bilmir ki, onu qabaqda nələr gözləyir. Fərhad tez-tez bir suala cavab axtarırdı. İnsanlara bəla gətirən bu şərablar, narkotik maddələr, çox bahalı, ya da dəyər-dəyməzinə satılan ucuz, əldəqayırma içkilər cəmiyyətə lazımdırmı?! Axı bunlarsız həyat daha gözəl olardı. Yaşamaq daha rahat olardı. Bunu dərk etmək üçün alim olmaq lazım deyil. Bəs nə məsələdir? Heç baş açmaq olmur.

Page 140: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

140

Fərhad bütün gecəni öz-özü ilə danışa-danışa səhəri açdı. Yorğun, yuxusuz, qolu-qanadı sınmış. Nə etmək istədiyini özü də bilmirdi. Boş yerə sağa-sola vurnuxurdu. Axır ki, evdə qərar tuta bilmədi, bağa yollandı. Atası hələ yatmışdı. Masanın üstündə boş araq şüşələri, quru çörək qırıntıları, çirkli qab-qacaq... “Nə qədər belə davam edəcək? Bunun bir sonu olmalıdır ya yox?!” Əsəblərini boğa bilmədi. Bir istədi dərhal dönüb şəhərə qayıtsın, nə bu səhnəni görsün, nə də sərxoş atası ilə üz-üzə gəlsin, onunla dil-dilə gəlsin. “Nə qədər boş yerə danışmaq olar?” Fərhad hiss edirdi ki, bu dərmansız dərdin altında artıq dayana bilmir. O, ürəyinin içindən əriyib gedirdi. Nə adam içinə çıxmağa üzü qalmışdı, nə də taqəti. Bəs nə etsin? Hara getsin? Birdəfəlik atasından əlini üzsünmü?

Ağlına gələn bu fikirdən onu vahimə basdı. Özündən asılı olmadan qışqırdı:

– Yox! Yox! Bu ola bilməz! Onu atmağa mənim haqqım yoxdur. O, mənim atamdır!

Səsə atası ayıldı. Divandan azca qalxıb diqqət etdi, sönük baxışları ilə Fərhadı süzdü. Nələrin baş verdiyini dərhal anlaya bilmədi. Qıraqda heykəl tək dayanan Fərhada baxdı:

– Oğlum, sənsən? Atasının bu sualı Fərhadı tamam hövsələdən çıxartdı: – Mənəm ata, mənəm. Məgər məni tanımırsan? Ata, öz

doğma oğlunu tanımırsan? Əziz cavab vermədi, yazıq-yazıq oğluna baxdı. Fərhad

içərisində tüğyan edən üsyanı boğa bilmədi. – Daha bəsdir! Səni belə görmək istəmirəm! Səni belə

görmək istəmirəm! Daha bacarmıram! O, dönüb qaçaraq həyətdən çıxdı. Fərhad elə bil

durumunu itirmişdi. Hara gedirdi? Kimdən qaçırdı? Nədən qaçırdı? Amma əməlli-başlı qaçırdı. Bir xeyli həyətdən uzaqlaşdıqdan sonra yol kənarındakı topa ağacların altında

Page 141: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

141

ayaq saxlayıb ağaca söykəndi. Sonra yavaş-yavaş yerə oturdu. O, uşaq kimi ağlamaq istəyirdi... “Fərhad, kişi ağlamaz... ” Bu səs içərisindən gəldi, lap ürəyinin dərinliyindən. Fərhad əməlli-başlı bu səsi eşitdi. Sonra da ona elə gəldi ki, yumşaq bir əl onun başına sığal çəkdi, saçlarını hamarlayıb, gözlərinə dolan yaşı sildi. “Oğlum!..” Fərhad diksindi. Ətrafa göz gəzdirdi, heç kəs yox idi. Ayırd edə bilmədi ki, bu səs haradan gəldi. Yerin altından, yoxsa başının üstündən? “Oğlum!..” Bu səs bir də təkrar eşidildi... Lap uzaqlardan gələn doğma səsdən kövrəldi. Fərhad çoxdandır bu səsi eşitmirdi. O, çoxdandır bu səsdən yetim qalmışdı. Bəs saçlarına sığal çəkən o yumşaq əllər? “İlahi, mən ki, dəli olmamışam... Bu necə ola bilər?!” Bir qədər aralıda maşınlar, piyadalar sağa-sola şütüyürdü. Həyat qaynayırdı, hər kəs bir işin ardınca gedirdi – kimisi piyada, kimisi maşınla. Fərhad isə amansız-gümansız bu ağacın altında tək-tənha oturmuşdu. Gedəsi yeri yox idi.

Fərhad əvvəllər özünü güclü hesab edirdi. Hər dəfə dostları arasında mübahisə düşəndə inamla deyirdi:

– Bu dünyada insanın bacarmadığı heç nə yoxdur. Bir ölümdən başqa. Təkcə o, bizlik deyil.

– Ay Fərhad, sən çox yuxarıdan gedirsən. Görü-nür başın daşdan-daşa dəyməyib. Yoxsa belə danış-mazsan. Elə şeylər var ki, onu nə pulla, nə ağılla, nə adamla, heç bir şeylə həll etmək olmur.

Page 142: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

142

– Hər şey mübarizə ilə əldə olunur. Kim ki, axıra qədər mübarizə apara bilir, o da həyatda udur.

Fərhada uşaqlıqdan atası belə öyrətmişdi. Atası-nın dedikləri də onun beynində həkk olmuşdu. “Bəs necə oldu, ata?.. İndi mən kiminlə mübarizə aparım? Necə mübarizə aparım?”

Fərhad yumruqları ilə ağacın gövdəsinə bir neçə zərbə endirdi, sanki bütün günahlar bu ağacda idi. Sonra qalxıb yavaş-yavaş ordan uzaqlaşdı.

Əziz dumanlı fikirlər içində idi. Baş aça bilmirdi oğlu niyə gəldi, niyə də dönüb tez getdi?! Axı o, hər dəfə gələndə atasına qulluq edirdi, onun qeydinə qalırdı. Əzizin gözünün önündə hər şey bir-birinə qarışmışdı. Hər tərəfdən üstünə qatı duman gəlirdi. O, əməlli-başlı yıxılmışdı, qalxıb dura bilmirdi. Görəsən bu vaxta kimi onun yaşadığı o gözəl dünya necə oldu? Necə oldu ki, Əziz indi durduğu bir parça yerdə çapalayır, bir tərəfə çıxa bilmir? “Bəs Fərhad?! O, niyə çıxıb getdi? Məni tək qoydu...”

Əzizin başı nə qədər dumanlı olsa da, oğlunun bu hərəkəti ona toxundu. “Məgər məni tanımırsan, ata? Öz oğlunu tanımırsan? Daha bəsdir! Səni belə görmək istəmirəm! Səni belə görmək istəmirəm!” Elə belə də dedi. Əziz sərxoş olsa da, bu acıqlı səs, bu sözlər onu kəsib-tökdü. Bundan pis nə ola bilərdi ki? Anbaan bu sözlər ona daha çox təsir etdi. Özü ilə bacara bilmədi, içmək istədi.

Page 143: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

143

Həftədə bir dəfə sürücüsü Vahid onun üçün ba-zarlıq edirdi. Bir yeşik də araq aldırardı. Əziz arağı həyətdəki balaca damda gizlədirdi. İstəmirdi Fərhad görsün. Hər istəyəndə gətirib içirdi. Bu dəfə sürücü də az qala Əzizin üstünə dil açdı:

– Əziz əmi, bəlkə arağı bir qədər azaldaq? – Sənə nə deyirlər, onu et! – deyə Əziz sərt ca-

vab verdi. Ona elə gəldi ki, hamı ona qarşı çıxıb. Əziz zorla qalxıb həyətə düşdü və dama tərəf

yönəldi. Başı fırlanır, gözünün önündə al-əlvan qığıl-cımlar yanıb-sönürdü. O, səntərləyə-səntərləyə gedib araqdan ikisini götürdü və geri döndü. Deyəsən kefi bir az duruldu. Masanın arxasına keçib şüşəni açdı. Dərhal araqdan bir neçə qədəh süzüb içdi.

O, bütün baş verənləri unutmaq istəyirdi, yadın-dan silib atmaq istəyirdi. Arağın nəşəsində uymaq, keflənmək, bu dünyanı bir anlıq da olsa, tamam yadından çıxartmaq, hətta oğlunun səsini də eşitmək istəmirdi. Artıq bu işıqlı dünyada onun payı yox idi, heç nəyi yox idi. Onu bütün əzablardan ancaq araq xilas edə bilirdi, başqa heç kəs və heç nə. Şüşənin birini içib qurtardı. Ona elə gəldi ki, araq həmişəki kimi ona təsir etmir. Hələ də Fərhadın səsi onun qulaqlarında idi. Bu səs onu özündən çıxarırdı. O, əlini masaya çırpıb qışqırdı:

– Niyə heç kəs məni başa düşmək istəmir? Niyə? Öz doğma balam da üzümə ağ oldu!..

Page 144: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

144

Qəribə də olsa, Əziz özünün günahkar olduğunu ağlına belə gətirmirdi. Dostları, yaxınları, hamı ona nəyisə başa salmaq, düşdüyü bu bəladan xilas etmək istəyirdi. “Qardaş, bunun axırı yoxdur... Ağlını başına yığ. Oğlun yazıqdır – sən ona çox əzab verirsən!..”

Əziz hər dəfə deyilənlərlə razılaşsa da, düşünür-dü ki, qıraqdan baxana hər şey asan gəlir. Hər kəsin ürəyindəki ürəyindədir. Nə olsun ki, söz verirdi. Nə qədər istəsə də, o, arağın qabağında tab gətirə bilmirdi.

O, ikinci şüşəni də açdı. Gözünün önündə hər şey boz, bulanıq bir rəng almışdı. Demək olar ki, özündə-sözündə deyildi. O, bir neçə dəfə yıxıla-dura bağda ağacların altında dolandı. Nə isə etmək istəyirdi. Sərxoş olsa da, qəribə bir hiss onu içərisindən yeyib-tökürdü, rahat ola bilmirdi. Şəhər evinə getməyi qərara aldı. Zəng edib sürücünü çağırdı. Sürücü Əzizi fikrindən daşındırmaq istədisə də, xeyri olmadı.

– Mən oğlumu görməliyəm!.. Axşamdan xeyli keçmiş sürücü Əzizi şəhər

evinə gətirdi. Qoluna girib yuxarı qaldırdı. Fərhad atasını qapıda görüb özünü itirdi. Əziz zorla ayaq üstündə dururdu. Sürücü sağollaşıb getdi. Atası səntərləyə-səntərləyə kandardan içəri keçdi. “Mən sənin öhdəndən gələ bilmədim! Heç nə edə

Page 145: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

145

bilmədim...” deyə Fərhad acı-acı düşündü, özünə yazığı gəldi.

Bu arada atası səntərləyib yıxıldı. Bir neçə dəfə qalxmaq istədisə də, qalxa bilmədi. Fərhadın ürəyində atasına olan kin-küdurət, qəzəb, hamısı bir-birinə qa-rışdı. “İndi mən nə edim?!” Əlacsız halda otağın orta-sında durub öz-özünə sual verdi. Atası əlini ona tərəf uzatdı, qalxmaq istədi:

– Oğlum? Baxışlarında həyat əlaməti olmayan atası ondan

kömək istədi və yazıq-yazıq Fərhada baxdı. – Oğlum... – deyə o, bir də Fərhadı çağırdı. Fərhad elə bil yuxudan ayıldı. “Ata!” O, da ürə-

yində atasını çağırdı, lap uşaqlıqda olduğu kimi. Uşaqlıqda o, atasını tez-tez çağırardı, ondan kömək istərdi. Atası da Fərhadın əlindən tutub hara istəsəydi ora aparardı. Bəs indi nə oldu? Necə oldu ki, Fərhad atasının ona tərəf uzanan əlindən tutub onu qaldırmaq istəmədi. Bu necə ola bilər? Fərhad özünü qınadı və atasına yaxınlaşıb onu ayağa qaldırdı. Sonra yataq otağına aparıb soyunduraraq yatağa saldı. Əziz yuxuya getdi. Fərhad qonaq otağına keçib divanda oturdu. Bütün gecəni gözünü yummadı. Özündən asılı olmadan yana-yana ağladı. Gah vaxtsız itirdiyi anasını ağladı, gah atasının bu gününə ağladı, gah da öz halına ağladı. Onun üçün bundan belə yaşamağa işıq ucu görünmürdü. Arada fikirləşirdi ki, yenə səhər açı-lacaq, hər kəs evindən çıxıb bir tərəfə üz tutacaq, bir

Page 146: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

146

işin dalınca gedəcək. Bəs Fərhad? Fərhad nə edəcək? Axı o, nə edə bilərdi? Nə olsun ki, o, əvvəllər sərxoş olub tinlərdə yatıb qalanlara kənardan baxıb keçmişdi. Onları bolluca qınamışdı, hətta onların yerinə xəcalət də çəkmişdi. “İnsan da özünü bu hala salar?” Dərddən yan keçmək başqadır, dərdi yaşamaq isə tamam başqadır. Nədənsə bu vaxta qədər Fərhad bunu başa düşməmişdi. İndi atasının taleyi arağın əlində idi, hakim – araq idi.

Bir otaqda Əziz, bir otaqda isə Fərhad. Elə bil, bu mənzildə hər şey can verirdi. İş onda idi ki, Əziz bütün bunlardan xəbərsiz idi, o, başqa bir aləmdəydi. Sanki nə yerdə idi, nə göydə. Nə bu dünyada idi, nə o biri dünyada. O, bu halı ilə Fərhadı da öz ardınca çəkib aparırdı. Fərhad dərin bir uçqunun qırağında dolanmaqdaydı. Yaxşı bilirdi ki, bu faciə heç də alın yazısı deyil. Yeri-göyü yaradan Ulu Tanrı belə bir taleyi yaza bilməz. Bu taleyi yazan elə insanın özüdür, başqa bir kəs yox. Necə ki, Əziz də özünə belə bir tale yazdı.

Səhər açılana yaxın Əziz ayıldı. Dili-dodağı qu-rumuşdu. Mətbəxə keçib iki stəkan su içdikdən sonra bir qədər özünə gəldi. Baş verənləri xatırlamağa çalış-dı. “Axı mən bağda idim. Məni bura kim gətirib?” Beynində ani olaraq elə bil, azca bir işıq yandı. Dünən bağda baş verənləri yadına saldı. Ürəyi sıxıldı. Nigarançılıq içində Fərhadın yataq otağına keçdi. Fərhad yataqda yox idi. Heç onun yatağı da

Page 147: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

147

açılmamışdı. “Fərhad harada ola bilər?” Əziz bu sualdan əməlli-başlı qorxdu və qonaq otağına keçdi. Fərhad kresloda oturmuşdu, gözləri yumulu idi. Əziz rahat nəfəs aldı, astaca ona yanaşdı. Fərhad atasının ayaq səslərini eşitdisə də, gözlərini açmadı.

– Oğlum!.. Fərhaddan səs gəlmədi. Əziz bir də onu çağırdı.

Fərhad başını qaldırıb zorla gözlərini açdı. O, atasını məzəmmətlə süzüb yenə gözlərini yumdu. Fərhadın gözləri qan çəkmişdi. Sir-sifəti şişmişdi, o, pis gündəydi. Çoxdandır Əziz oğluna belə diqqət etməmişdi.

– Oğlum, sənə nə olub?.. Fərhaddan yenə səs gəlmədi. – Fərhad, sən ağlamısan? – Əziz bu sualı verdi-

sə də, Fərhadın ağlamasına inanmadı, bəlkə də inan-maq istəmədi. Əziz həmişə oğlunun möhkəm iradəsi ilə fəxr etmişdi.

– De görüm sənə nə olub? Niyə ağlamısan? Fərhad özünü saxlaya bilməyib kreslodan dik

atıldı: – Ata, bilmək istəyirsən mənə nə olub? Mən

ölmüşəm! Özü də məni sən öldürmüsən! Sən! Əziz qulaqlarına inanmadı: – Oğlum, sən nə danışırsan?! – Sən soruşursan mənə nə olub?! Mən də həqi-

qəti sənə deyirəm! Bəli! Artıq mən ölmüşəm! Məni

Page 148: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

148

sən öldürmüsən!.. Öz doğma atam! – Fərhad qəzəblə sözünü deyib, otaqdan çıxdı.

Azca sonra qapı çırpıldı. O, çıxıb getdi. Əziz yerindəcə donub qaldı. “Mən ölmüşəm! Özü də məni sən öldürmüsən!” Bunu başqası yox, onun doğma oğlu dedi. Özü də rəhmsizcəsinə düz atasının üzünə belə bir hökm verdi. Əziz bu sözlərin necə ürəkdən gəldiyini hiss etdi. Bu sözlər onu yerbəyerdən kəsib-tökdü.

İki saata yaxın eləcə oturduğu yerdən qalxa bil-mədi. Gah öz-özü ilə, gah da oğlu Fərhadla haqq-he-sab çəkdi. Bundan belə o, necə rahat ola bilərdi? Qal-xıb hövsələsiz var-gəl etməyə başladı. Pəncərənin qar-şısında durub hey yola baxdı. Küçədə sağa-sola gedən qayğısız insanlara baxdı. Onların arasında Fərhadı ax-tardı. “Bu vəziyyətdə o, hara getdi? Cavandır... Bir-dən?” Əzizin qorxudan az qala ürəyi dayandı. Nə qədər etdisə qara fikirlər onu rahat buraxmadı ki, buraxmadı. “Oğlum, Fərhad! Indi hara gedim?! Səni harada axtarım?!”

Fərhad necə evdən çıxdığını özü də bilmədi. Nifrəti, qəzəbi, hamısı bir-birinə qarışmışdı. Artıq o, belə bir həyatı yaşamaq istəmirdi. Buna gücü çatmırdı. Çox gəzdi, dolandı, ona elə gəldi ki, hara baxırdısa, atasının baxışları ilə üzləşirdi. Hər tərəfdən Əziz yazıq-yazıq oğluna baxıb ondan kömək istəyirdi. Əlini ona tərəf uzadıb “Qaldır məni” deyə oğlunu çağırırdı.

Page 149: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

149

Artıq gecə saat ikini keçmişdi. Fərhad isə yolunu azmış səyyahlar kimi şəhərin küçələrini dolanmaqda idi. Bir neçə saat əvvəl ürəyində tüğyan edən kini-küdurəti yavaş-yavaş əriyib getməkdəydi. Əvəzində bir nigarançılıq, narahatçılıq baş qaldırdı. Handan-hana başa düşdü ki, evə qayıtmaq lazımdır. Atasını bu vəziyyətdə tək qoyduğu üçün özünü qınadı. Nə olur-olsun onun atasından üz döndərməyə haqqı yoxdur. O, bir ayaq irəli, bir ayaq geri evə gəldi.

Əziz Fərhadı elə bil birinci dəfə görürdü. – Oğlum! – Ata! – Oğlum! Əziz Fərhadı itirməkdən necə qorxmuşdusa,

uzun-uzadı oğlunu bağrına basıb buraxmadı və bir də təkrar etdi:

– Oğlum, məni axırıncı dəfə bağışla! Axırıncı dəfə sənə söz verirəm.

Az sonra evdə bir canlanma baş verdi. Sanki Əzizin beynində bir işıq yandı. Birlikdə nahar etdilər. Səhərin açılmasına xeyli qalsa da, Əziz zəng edib sü-rücünü çağırdı. Fərhad ondan heç nə soruşmadı. Onlar birgə bağa getdi.

Bağa çatan kimi Əziz sürücüyə dedi: – Vahid, get araqları gətir. Sürücü lal-dinməz yeşikdəki araqları gətirib

Əzizin qarşısına qoydu. – İndi bunların hamısını vur sındır! Məhv elə!

Page 150: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

150

– Əziz müəllim, bəlkə dükana təhvil verim get-sin?

– Dedim ki, hamısını sındır! Məhv elə! Bir də gözüm onları görməsin!

Buna bənzər hallar çox olmuşdu. Əvvəllər də ata oğluna söz vermişdi, ümid vermişdi, amma boş yerə. İnsan inamını itirəndə daha heç kim ona inanmaq istəmir, inana bilmir. Yenə də belə bir hal baş verdi. Əziz araqla bir dəfəlik qurtardığını növbəti dəfə oğluna bildirdi. Fərhadın üzüntülü, nigaran günləri, ayları daş kimi sinəsindən asılı qaldı. Hər dəqiqə, hər an qorxu içində... Çalışdı ki, bir an da atasını gözdən qoymasın.

Fərhadın axırıncı dəfə tələsik çıxıb getməsi Sə-mayəni təəccübləndirmədi. “Yazıq uşaq, bir yerdə ra-hatlıq tapa bilmir. Atası onu yaman günə qoyub. Bir-dəfəlik ölüb getsəydi uşağın canı qurtarardı!” Səmayə belə düşündü. Amma bir də o vaxt ayıldı ki, Fərhad onlardan ayağını kəsib. Hətta xalasının telefon zənglərinə də soyuq cavab verir. Hər dəfə bir bəhanə ilə onlara gəlməkdən boyun qaçırırdı. Belə olanda Səmayənin ağlına min bir fikir gəlsə də, axırda yenə də bütün baş verənləri Əzizin vəziyyəti ilə əlaqələndirdi: “Yəqin başı atasına qarışıb. Yazıq uşaq... Başqa nə ola bilər ki?!” Özü onlara getməyi qət etdi. Düşbərə bükdü, bir xeyli ət qutabı bişirdi, bir neçə göyərti qutabı da etdi. Göyərti qutabından Əzizin xoşu gəlirdi. “Qoy onlar görsün ki, Səmayə onlardan

Page 151: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

151

ötrü necə can yandırır. Öz ailəsi üçün etmədiyini də onlar üçün edir.” Beləcə süfrəyə başqa nə lazımdırsa, yığdı – qatıq, sumaq, sirkə, quru nanə... Elə getməli idi ki, evdə adam olsun. Axır ki, dəstəyi Fərhad götürdü. Səmayə cavab verməyib dəstəyi qoydu və tələsik evdən çıxdı. Çörək, bir araq da alıb taksiyə öturdu.

Qapını Əziz açdı. Səmayə özünü itirdi. Təəccü-bünü gizlədə bilmədi:

– Əziz qardaş?! – Hə, Səmayə bacı. Mənəm. Əziz Səmayənin nə üçün təəccübləndiyini başa

düşüb gülümsədi və onu evə dəvət etdi. Əziz bir qədər arıqlamışdı. Özü də ayıq idi.

Ağlı da üstündə idi. Səmayənin qanı bərk qaraldı. Bunu bildirməməyə çalışdı. Yaxşı ki, bu an səsə Fərhad çıxdı. O, heç nə olmayıbmış kimi xalası ilə görüşdü. Səmayə incikliyini gizlətməyib gileyləndi:

– Ay xalan qurban, bilmirsən ki, mən sizdən ni-garanam? Nə vaxtdır gəlib-getmirsən. Bu bir yana qalsın, bir zəng də etmirsən ki, bilək nə var, nə yox.

Əziz söhbətə qarışdı: – Səmayə bacı, Fərhaddan incimə. Onun başı

mənə qarışıb, mən ona çox əziyyət verdim. – Bu, onun borcudur. Bəs övlad nə üçündür? – Mən öz günahımdan cəhənnəmi bu dünyada

gördüm. Oğlum da mənimlə birgə əzab çəkdi. Allah bu günü heç kəsə qismət etməsin!..

Page 152: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

152

Əziz əslində başqa söz demək istədi. “Allah ölən günə kimi insanın ağlını əlindən almasın!..” Nədənsə bu sözü dilinə gətirməyə utandı. Baş verənləri yadına salıb xəcalətindən pörtüb bir an susduqdan sonra dərindən köks ötürdü. Nə fikirləşdisə:

– Şükür, çox şükür... – deyə bir neçə dəfə bu sözləri təkrar etdi.

Sonra mətbəxə keçdilər. Fərhad günorta süfrəsi-ni hazırlayırdı.

– Səmayə bacı, yaxşı oldu sən də gəldin. Bir yerdə nahar edərik. Çoban bozartması bişirmişəm, – deyə Əziz təklif etdi.

Səmayənin elə bil əli-qolu qırılmışdı. “İlahi... İnsan da o dünyadan qayıdarmış...” Zorla gülümsəməyə çalışdı.

– Yox, Əziz qardaş, mən sizin üçün düşbərə, qutab gətirmişəm. Çoban bozartması qalsın sonraya.

– Nə deyirəm ki, qoy sən deyən olsun. Amma sizə çox əziyyət verdik. Çox sağ olun. Borclu borclunun sağlığın istər. Daha bəsdir.

Səmayə zənbildəkiləri bir-bir masanın üstünə yığdı. Araq şüşəsini əlinə götürdükdə əli havada qaldı. O, Fərhadın iti baxışları ilə rastlaşdı. Nə vaxtdır hər anını nigarançılıq içərisində keçirən Fərhad bir araq şüşəsinə, bir atasına, bir də Səmayəyə baxıb donub qaldı. Ona elə gəldi ki, ürəyi dayandı.

Page 153: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

153

Əziz masaya yaxınlaşıb rahatca araq şüşəsini Səmayədən aldı.

– Çox sağ ol, Səmayə bacı, çox sağ ol. Sonra o, qəribə bir tərzdə şüşəni əlində fırlada-

raq bir neçə dəfə havada oynatdı. Onun nə etmək istə-diyi məlum deyildi. Əzizin baxışlarında ani olaraq təş-viş, kədər, yalandan gülümsəmək istəyi – hamısı bir-birinə qarışdı. Fərhadın gözü atasında idi və ona elə gəlirdi ki, doğrudan da ürəyi dayanıb, nəfəs ala bilmirdi. “Xala, sənin təki düşməni heç kəsə arzulamaram! Səni lənətə gələsən!” Fərhad sarsıntı içərisində idi, sanki zaman da dayanmışdı. Taleyinin ən talesiz anı idi. Elə bil canı tarıma çəkilirdi: “Birdən atam yenə...” Bu fikirn ardını gətirə bilmədi.

Bu an nə qədər uzandı Fərhad bunu dərk etmə-di. O, zamanın dar ağacından dara çəkilirdi. Bədəninə əvvəlcə isti, sonra soyuq tər gəldi. Ağır sükutu atasının səsi pozdu:

– Səmayə bacı, artıq bununla birdəfəlik qurtar-mışam. Bu, lazım deyil. – Əziz astadan deyib araq şü-şəsini qırağa qoydu. Bu anda aramsız olaraq qapının zəngi çalıındı. Hələ də şokdan çıxmayan Fərhad qapı-ya getdi və heç nə soruşmadan qapını açdı, gözlərinə inanmadı.

– Mövlan əmi? – Oğlum, Fərhad! Mövlan Fərhadı bağrına basıb bərk-bərk sinəsi-

nə sıxdı:

Page 154: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

154

– Mənim balam! Səsə Əziz gəldi. İki dostun həyəcan dolu səsi

bir-birinə qarışdı. Mənzildəki ağır sükut sevinc dolu baxışların işığında itib getdi. Səmayə bu sevincə qoşula bilmədi.

Beləcə, Əziz dünyaya yenidən qayıtdı. Təkcə oğlu Fərhadı yox, bütün itirdiklərini də bir-bir qaytardı. Çörək sexini, işçilərini, yaxınları-uzaqları ilə münasibətini, hər şeyi qaytardı. Bircə Sənəmi qaytara bilmədi...

Page 155: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

155

AĞ GÖYƏRÇİNLƏR HƏSRƏTİ

Page 156: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

156

Artıq iş günü qurtarmışdı. Mirzə şöbədə oturub

həftəlik sənədləri gözdən keçirirdi. Daxili telefonun vaxtsız zəngi onu əməlli-başlı əsəbləşdirdi. Bütün günü zavodun səsli-küylü, qaçhaqaç, qovhaqov... İş günündən sonra o, bu sakit otaqda fikrini toplayıb işləmək istəyirdi. Sənədləri səhmana salmaq, düzəlişlər etmək... Görüləsi işlər çox idi.

Həvəssiz telefonu götürüb, “Bəli”, deyə cavab verdi. Telefonda katibənin cingiltili səsi eşidildi:

– Mirzə müəllim, saat altıda direktorun yanında müşavirədir. Xahiş edirəm gecikməyin.

– Hansı məsələ ilə bağlı yığışırıq? – Bilmirəm – deyib, katibə tələsik dəstəyi asdı. Vaxta bir neçə dəqiqə qalırdı. Mirzə bloknot, qələm

götürüb şöbədən çıxdı. “Belə təcili yığışmaq boş-boşuna deyil. Yəqin ki, vacib məsəlidir. Çünki bu günə müşavirə nəzərdə tutulmamışdı”. Mirzə bu fikirləri beynində dolandıra-dolandıra direktorun qəbul otağına daxil oldu. Katibə telefonla danışırdı.

– Mahir Axmedoviç, hamı yığışıb sizi gözləyir. Mahir Axmedoviç zavodun partiya təşkilatının katibi

idi. Özündən razı, başqalarına yuxarıdan aşağı baxan, müəmmalı baxışları ilə insanları alçaltmaqdan həzz alan... Bütün bunlar bir yana qalsın, açıq-aşkar hər kəsə bildirmək istəyirdi ki, o güclüdür. Nə vaxt kimi istəsə, “yıxa” bilər. Elə əlinə girəvə düşən kimi də dediyini edirdi. Mirzə bu insana olan pis münasibətini gizlədə bilmirdi. Əslində gizlətmək də istəmirdi. Onun adı belə gələndə bədəni qaynayırdı. Düşünürdü ki, bu zəmanədə adamı yıxmağa nə var ki?! Təki səlahiyyətin olsun, vəzifən olsun. Belə olanda kimi istəsən yıxmaq olar –

Page 157: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

157

haqq, nahaq, fərqi yoxdur. Elə yaxşısı budur başını sal aşağı, öz işinlə məşğul ol, çalış ki, yaxşı işçi olasan, belə olanda bəlkə xəta-bəladan uzaq olarsan.

Mirzə texniki-nəzarət şöbəsinin rəisi idi. Zavodda istehsal olunan bütün məhsulların keyfiyyətinə cavabdeh idi. Çox cəncəl məsələ idi. Mirzədən yuxarıdakılar onu məhşər ayağına çəkirdi, o da, özündən aşağıdakıları. Hamı ilə üz-göz olmuşdu. Nə qədər özünü oda-közə vursa da, istehsalatın öz qanunları var idi. Zay məhsuldan yaxa qurtarmaq mümkün deyildi. Nə olsun ki, bütün dünya “zaysız istehsal” uğrunda mübarizə aparır. Bu sahədə ən yaxşı nailiyyətləri yaponlar əldə etsələr də, onlar da zay məhsuldan tam xilas ola bilməyib. Amma dünyada ən aşağı göstəriciyə nail olublar. 0.5 – 1.0 faiz arasında. İstehsalatda zay məhsulun alınmasının səbəbləri çox idi. Avadanlıqların sıradan çıxması, işçi alətlərin qüsurlu olması, texnoloji proseslərin pozulması, əməliyyatı yerinə yetirən işçilərin qeyri-peşəkarlığı və yaxud səhlənkarlığı. Za-vodda qırx-əlli il istismarda olan dəzgahlar, digər avadanlıqlar demək olar ki, sıradan çıxmışdı, ömrünü başa vurmuşdu. Təzə avadanlıqların alınmasına imkan yox idi. Odur ki, bir təhər vəziyyətdən çıxmaq lazım gəlirdi. Plan da bir tərəfdən. Yuxarıdakılar isə heç nə eşitmək istəmirdi. Adam nə qədər vuruşar. Mirzə hansı sexə girirdisə, həngamə başlayırdı. Detalın ölçüsü düzgün alınmayıb, təmizlik sinfi aşağıdır, dəqiqlik təmin edilmir və sair... Nə çox səhvlər. Sadalamaqla qurtarmır.

“Kişi də belə çörək qazanar? Əcəb işdir, başqalarının da səhvi sənin adına yazılır. İndi gəl yuxarıdakıların qabağında cavab ver, görüm necə cavab verirsən?! Üzünə olmazın sözlər deyirlər. Zay məhsul isə 3.0 – 5.0 faiz arasında qalmaqda idi.” Mirzə bir neçə dəfə ərizə yazıb işdən çıxmaq, ya da başqa işə

Page 158: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

158

keçmək haqqında məsələ qaldırsa da, nəticəsi olmamışdı. Hər dəfə direktor onun gözünün qabağında ərizəsini cırıb atmışdı.

– Oğlum, get başını sal aşağı, işinlə məşğul ol, bura istehsalatdır. İş olan yerdə söz-söhbət də olar. Elə bilirsən mənim üzümə söz gəlmir? Hamını plan maraqlandırır. Başqa heç nə. Heç imkan vermirlər ki, ağzını açıb dərdini deyəsən.

Belə olanda Mirzə də ağsaqqalın sözünün qabağında söz tapıb deyə bilmirdi. Kor-peşman geri qayıdıb başını salıb işləməyə məcbur olurdu.

Mirzə direkrotun kabinetinə girib salam verdi və keçib oturdu. Kişinin qanı bərk qara idi. Hamı narahat idi. Təcili iclasın nə səbəbdən çağırılmasını heç kəs bilmirdi. Artıq hamı yığışmışdı. Direktor müavini, baş mühəndis, həmkarların sədri, satış şöbəsinin müdiri, sex rəisləri, hətta baş mühasib də burda idi. Ağır sükutu qapının səsi pozdu. Mahir Axmedoviç şəstlə kabinetə daxil oldu. Dodağının altında salam verib, həmişəki yerində oturdu. Direktor ağır-ağır başını qaldırıb işçiləri gözdən keçirdi. Hamının yığışdığına arxayın olduqdan sonra əsəbi halda qarşısındaki sənədləri işçilərə payladı:

– Alın, tanış olun və məni başa salın görüm bu, nə məsələdir!..

Direktor sənədi birinci Mirzənin qabağına qoydu. “Yenə də mən! Demək çanaq yenə də mənim başımda sınacaq.”

Mirzə tələsik sənədləri oxudu. Siyirtmələr haqqında şikayət məktubu idi. Başqırdıstanın neft emalı zavodundan yazılmışdı. Bildirilirdi ki, siyirtmələrdə kiplik təmin olunmur, sızma halları baş verir, həmçinin, əl qüvvəsi ilə siyirtmələr açılıb-bağlanmır. Bəziləri isə tamam açılmır. Qüsurların aradan qaldırılması ilə bağlı təcili tədbir görülməsi xahiş olunurdu. Eləcə də, qüsurların aradan qaldırılması ilə bağlı bütün maliyyə xərclərinin istehsalçı tərəfindən ödənilməsi qeyd edilmişdi.

Page 159: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

159

Mirzə əsəbi halda sənədləri bir də gözdən keçirib köks ötürdü.

Zavod ildə əlli mindən yuxarı siyirtmə istehsal edirdi. Təkcə respublikanın ehtiyacını deyil, bir çox müttəfiq respublikalara da planlı şəkildə məhsul göndərilirdi. Bu si-yirtmələr neft, qaz və başqa məhsulların nəqli üçün istifadə olunurdu. Şikayət məktubu isə istehsalına yeni başlanmış keçidi 100mm, işçi təzyiqi 25 atmosfer, temperaturu 450°C-yə qədər olan siyirtmələrdən idi. Birinci partiya 250 ədəd Başqırdıstana göndərilmişdi. İş onda idi ki, həmin siyirtmələrin göndərilməsindən Mirzənin xəbəri olmamışdı. Amma yaxşı bilirdi ki, indi bunun mənası yoxdur.

– Buyur, – deyə direktor nəzərlərini Mirzədə saxlayıb ondan cavab gözlədi.

Mirzə məsələni olduğu kimi danışmağı qət etdi: – Doğrudur, bu işlərə mən cavabdehəm. Amma həmin

partiyanın göndərilməsində mənim günahım yoxdur. Mən işlə bağlı başqa zavoda getmişdim, qayıdanda artıq məhsul yola salınmışdı. Mənə bildirdilər ki, yuxarıdan zəng olub, rübün sonudur, planı pozmaq olmaz.

– Günahım yoxdur deməyə nə var ki?! Necə olur ki, texniki-nəzarət şöbəsi tərəfindən tam qəbul edilməyən məhsul başqa respublikaya göndərilir, sənin də bundan xəbərin olmur?

Bu Mahir Axmedoviçin səsi idi. Mirzə də fikrini kəskin bildirdi:

– Mən özümü kənara çəkmək fikrində deyiləm. Günahım varsa, cəzasını çəkməyə hazıram.

– İstəsən də, özünü kənara çəkə bilməzsən. 250 siyirtmə az qala işçilərin yarım aylıq əmək haqqıdır. Bu ziyanı kim ödəyəcək?..

Bu anda həmkarlar ittifaqının sədri söhbətə qarışdı: – Yəqin ki, bu məsələdə hamımızın günahı var. Mən

təklif edirəm ki, təcili şikayətlə bağlı məsələ həll edilsin. Qoy

Page 160: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

160

söhbət yuxarılara çıxmasın, sonra günahın kimdə olduğu araşdırılar.

– Mənsə təklif edirəm ki, ən birinci günahkar cəza-landırılsın. Əmək kitabçasına yazılmaq şərtilə şiddətli töhmət verilsin, – deyib Mahir daha inadla fikrini bildirdi.

Direktor qalxıb ötkəm səslə söhbəti kəsdi: – Mən sizi bura mübahisə etməyə yığmamışam, – deyib

o, baş mühasibə müraciət etdi – Nə lazımdır hazırlayın. Qoy Mirzə özü ilə iki nəfər ixtisaslı işçilərdən götürüb günü sabah birinci reyslə yola düşsün. Gedib hər şeyi yerində yoluna qoysun. Sonra məsələni aydınlaşdırarıq və günahkar da cəzasını alar. Yüz dəfə sizə demişəm ki, planı yerinə yetirmək üçün işə ayın əvvəlindən başlamaq lazımdır. Ayın axırında əl-ayağa düşməyin mənası yoxdur. Nə qədər bu sözü demək olar?! Elə bil divara deyirsən!.. – Sonra o, dönüb baş mühəndisə və satış şöbəsinin rəisinə üz tutub acıqlı-acıqlı soruşdu – Sizə kim icazə verib ki, qəbul edilməyən məhsulu zavoddan kənara çıxarasınız? Özü də başqa respublikaya? Bəsdir! Bu qədər özbaşınalıq olmaz!.. Hamınız rahat kabinetlərdə oturub gözləyirsiz ki, iş günü başa çatsın... Bilmək olmur bütün günü nə ilə məşğulsunuz, iş qalır bir qıraqda!

Direktor az hallarda özündən belə çıxardı. Bu dəfə hər şey gözlənilməz oldu. O, birinci olaraq öz müavinindən soruşdu:

– Bu gün hansı sexdə olmusan? Müavin özünü necə itirdisə, ilk ağlına gələn sexi dilinə

gətirdi. Onun yalan dediyini hamı bildi, elə direktorun özü də. Amma hamı bu yalanı uddu. Sonra direktor hamını bir-bir sual-cavab etdi, doğru-yalan hərə bir söz dedi. Əslində işçilər bir-birini yaxşı tanıyırdı. Bütün günü sexlərdə ayaq döyən Mirzə yaxşı bilirdi ki, baş texnoloqdan başqa qalanların ayağı həftələrlə sexə dəymirdi, arada gözdən pərdə asmaq üçün bir-iki dəqiqə sexdə görünməklə kifayətlənirdilər.

Page 161: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

161

Növbə Mahir Axmedoviçə çatanda o, şəstlə ayağa qalxdı. Həmişəki kimi özündən razı halda irişdi:

– Mən bu gün heç bir sexdə olmamışam, vaxtım olmayıb.

Direktor daha da əsəbiləşdi. O, yaxşı bilirdi ki, Mahir aylarla sexə getmir.

– Yadınızda saxlayın ki, zavodun əsas işi sexlərdə aparılır. Siz də zəhmət çəkib işlə məşğul olun!.. İşin içində olun. Bu, bizim hər birimizin borcudur! Bura yığışmışıq ki, işləyək... Kim işləmək istəmirsə, buyurub gedə bilər. Heç kəsin qabağını kəsən yoxdur.

O, dişlərini qıcıyıb susdu, sözünün dalını gətirmədi. Mirzə iki gündən sonra zavodun ən səriştəli çilingəri və

tornaçısı ilə Başqırdıstana yollandı. Namərd insanlar ürəyindəki pis niyyətləri ilə pusquda

durub gözləyir, axtarır ki, kimi, harada, necə vursun. Və vurduğu zərbədən ləzzət alıb bir daha sübut etsin ki, o kimdir. Qoy hamı birdəfəlik onun kim olduğunu başa düşsün, qabağında əl-qol açıb artıq-əskik danışmasınlar.

Mahir özünə arxayın idi. Çünki zaman onun tərəfində idi, zaman onun arxasında durmuşdu. Nə olsun ki, çoxlarının ondan xoşu gəlmirdi. Bəziləri lap ona nifrət edirdi. Nə qədər nifrət etsələr də, ona salam verməyə, qabağında baş əyməyə məcbur olanlar da çox idi. Mahirə də elə bu lazım idi. Doğrudur, Mirzə kimilərini buna məcbur etmək olmurdu. Mahirin fikrincə belələrinin ağlı başında tam deyildi. Pisi, yaxşını seçməyi, zamanın nəbzini tutmağı bacarmırdı. Əgər insan bunu bacarmırsa, öz həyatını zəhərləyir, yaşayışını çətinləşdirir. Zamanın nəbzini tutmaq! Bu, heç də xırda məsələ deyil.

Hər dəfə Mirzənin tikanlı sözləri, kollektiv qarşısında Mahirlə kəllə-kəlləyə gəlib onu alçaltması dözülməz idi. Mahir çoxdandır belə bir məqam gözləyirdi. Zalım oğlunu harada

Page 162: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

162

itirsən, sexdə taparsan – vaxt-bivaxt. Nə olsun ki, Mirzə yaxşı işçidir? Kollektivin, rəhbərliyin də yanında hörməti var. Amma bunlar boş şeydir. Quru hörmətlə uzağa getmək olmur. İnsanın gərək səlahiyyəti olsun, hökmü olsun. Lazım gələndə istənilən adamı susdura bilsin.

Odur ki, Mahir fürsəti əldən vermədi. Şikayət mək-tubunu əlində bayraq edərək bu məsələnin rayon partiya təşkilatının bürosunda müzakirə edilməsi üçün əlindən gələni etdi. Direktor onunla razılaşmasa da, o, rayon partiya komitəsinin birinci katibinin qəbuluna düşdü. Zavodda özbaşınalığın baş alıb getdiyini, günahkar işçilərin rəhbərlik tərəfindən ört-basdır edilməsini özünəməxsus “yanğı” ilə danışıb, sonra da əlindəki şikayət məktubunu ortaya qoydu və şikayətlə bağlı baş verənləri istədiyi kimi danışdı. Belə olanda onun haqlı olduğuna şübhəsi olmayan katib bu məsələnin büroya qoyulmasına razılıq verdi. Sonra isə direktorla telefon əlaqəsi yaratdı.

– Yoldaş Əhmədov, bu nə məsələdir? Səndən şikayət gəlir. Sən rayonumuzda sayılıb-seçilən rəhbər işçilərdənsən. Zavodu qabaqcıllar sırasına sən çıxartmısan, buna baxmayaraq işdə səhlənkarlığa yol vermək olmaz.

– Yoldaş katib, bura istehsalatdır. Nə qədər çalışsaq da, çatışmazlıqdan qaça bilmirik. Bizdən asılı olmayan məsələlərlə üzləşirik. Ən pisi də odur ki, sıramızda olan əqidəsiz insanların öhdəsindən gəlmək olmur.

– Qardaş, bu, olan işdir. Amma elə insanlar da var ki, onlarla dərinə getməyin mənası yoxdur. Çalış dərinə getmə.

– Axı mərdi qova-qova namərd etmək olmaz... Vallah olmaz!..

– Sən haqlısan. Bir iş də var ki, ağıllı insanlar ona haradan zərbə vurulacağını əvvəldən görməyi bacarmalıdır. Yoxsa rahat işləmək olmaz, başın çox ağrıyar.

Page 163: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

163

İş onda idi ki, birinci katiblə direktorun arasında səmimi söhbətlər tez-tez olurdu. Direktor zavodda partiya komitəsinin katibi kimi Mahirin fəaliyyətindən razı deyildi. Bunu da açıq-aşkar dəfələrlə rayon partiya komitəsinin qarşısında bildirirdi. Amma Mahirin havadarı yuxarıdan idi. Bunu da hamı bilirdi. Mahirin yerə-göyə sığmamasının səbəbi də elə bunda idi. Bəzən utanıb-qızarmadan açıq deyirdi ki, bu dünyada adamın adamı olmasa onu qarğa-quzğun yeyər. İşçilər də yaxşı bilirdi ki, beləsinə cavab verməkdənsə susmaq daha yaxşıdır. Amma susmağın da bir ölçüsü vardı. Elə ki, səbrin kəllə-çarxa çıxdı yaddan çıxarırsan ki, kim kimin adamıdır. Sözünü deyib ürəyini boşaldırsan. Çox vaxt insan da bir sözün qurbanı olur. Odur ki, bəzən susmaq lazım gəlirdi, bacaran susurdu, bacar-mayan isə dilini farağat qoya bilməyib sözünü deyirdi.

Mirzəgilə İnstitutun yataqxanasında otaq verdilər. Qışın sərt günləri, qar, şaxta... Bu çətinliklərə baxmayaraq, onlar gündə on iki saat işlədi. Siyirtmələr bir-bir sökülüb, hissələri yoxlandı. Qüsurlar aşkar edildi. Bir sıra detalların yenisi ilə əvəz olunması müəyyən edildi. İçliklər dəyişdirildi. Hər bir siyirtmə yenidən yığıldı və Başqırdıstan Neft Emalı zavodunun təhkim olunmuş nümayəndələrinin iştirakı ilə sınaqdan keçirilib təhvil verildi, aktlaşdırıldı.

Onlar bir ay, beş gündən sonra işi bitirib Azərbaycana qayıtdılar. Zavodda birinci Mirzənin gözünə dəyən “Elanlar” lövhəsindəki töhmət oldu.

“İşdə yol verdiyi kobud səhvinə görə Mirzə Osman oğluna şiddətli töhmət elan edilsin.

Zavod Partiya Təşkilatı 15 oktyabr 1987-ci il”.

Mirzə nə qədər çalışdısa, hirsini boğa bilməyib do-dağının altında elə Mahirə layiq yaxşı bir söyüş söydü. “Məgər bu töhmət nəyisə dəyişir?!” Əlbəttə dəyişmir, boş

Page 164: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

164

qanqaraçılıqdan başqa bir şey deyil. Amma necə olsa, adamın əsəblərini qıcıqlandırır. Mahir kimilərinin meydanda at oynatması kimi haqsızlıqla barışmaq çətindir. Az qala öz-özünə nifrət edirsən.

Mirzə özünü elə apardı ki, guya heç nə olmayıb, hətta həmişəkindən fərqli olaraq Mahirlə rastlaşanda gülümsədi: “Filan-filan oğlu! Yəqin ki, sənin də axırını görmək mənə qismət olar. Bu gedişlə çox uzağa getməzsən...”

Bir neçə gün sonra direktorun yanında şikayət məktubu ilə bağlı geniş müşavirə keçirildi. Mirzə görülən işlər barəsində izahat verdi. Sonra qərara alındı ki, anbara yığılan bütün siyirtmələr təkrarən yoxlanılsın, qüsurların aradan qaldırılması üçün tədbirlər planı işlənilsin, sexlərdə nəzarət gücləndirilsin. Bu işə ümumi cavabdehlik baş mühəndislə Mirzəyə həvalə edildisə də, hər bir məsul işçiyə konkret bir sahə tapşırıldı, kimisi istehsal sahəsinə, mexaniki sexlərə, kimisi montaj sexinə, kimisə sınaq sahəsinə, kimisi də kəski alətlərinin keyfiyyətinin təmin edilməsinə. Bu, çoxlarına sərf etməsə də, zavodda yeni bir iş metodu fəaliyyətə başladı.

Bir neçə gün sonra isə zavoda Başqırdıstanın Neft Emalı zavodunun rəhbərliyi tərəfindən məktub gəldi. Mək-tubda ezamiyyətdə olan işçilərin hər birinin adı, familiyası göstərilməklə işgüzarlığı qeyd edilirdi. Həmçinin onlara təşəkkür elan edilməklə yanaşı Mirzəyə yüz manat, qalan iki nəfərin hər birinə isə yetmiş manat olmaqla mükafat da əlavə edilmişdi.

Həmişəki qaynar həyat davam etməkdə idi. Səhər səkkizdən axşam səkkizə kimi Mirzə sexlərdə ayaq döyürdü. Dəzgahların səsi, neft qoxulu ağır hava, hər addımbaşı ortaya çıxan çətinliklər, mübahisələr, bir tərəfdən də Mahirlə arasında gedən soyuq müharibə. Mirzə ağır yük altında idi. Bəzən daşımağa gücü çatmırdı. Axşamlar ayaqlarını çəkə-çəkə evə dönürdü. Danışmağa da heyi olmurdu.

Page 165: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

165

– Belə getsə, bir azdan uşaqların səni tanımayacaq! – deyə yoldaşı Yasəmən tez-tez gileylənirdi.

– Sən narahat olma, uşaqlar məni tanımaz, yenidən tanış olarıq. Deyərəm ki, salam mənim balalarım, mən sizin atanızam, gəlin tanış olaraq.

– Mirzə, mən zarafat etmirəm. İşin öz yeri var, ailənin öz yeri. Mən nə qədər istəsəm də, sənin yerini verə bilmərəm. Atanın öz yeri var. Odur ki, az da olsa uşaqlarına vaxt ayırmalısan.

– Yasəmən, sən haqlısan. Amma istehsalatda başqa cür mümkün deyil. Mən sıravi işçi deyiləm ki, iş günü başa çatan kimi papağımı başıma qoyub çıxım aradan. Bilirsən ki, mən bunu edə bilmərəm, bu mümkün deyil.

– Özün bilən məsləhətdir. Amma yadından çıxarma ki, sənin də ailən, uşaqların var.

– Əzizim, mənim uşaqlarımın sənin kimi anası var. Mən sənə inanıram və başa düşürəm ki, sənin işin heç də mənimkindən asan deyil.

Beləliklə, həyat adəti üzrə öz xoş məqamları, yaxşı-yaman güzaranı ilə ötüb gedirdi. Hər kəs bu dünyada nə isə etməyə çalışırdı. Qayğısız uşaqlığını yaşayan, təhsil alan, elmlə məşğul olan, əmək sahəsində, kolxoz tarlalarında əzmlə çalışanlar öz məqsədləri uğrunda vuruşurdu. Burda qəribə heç nə yox idi. Dünya lap qədimlərdən belə olub. Insan zəhməti, insan əqli ilə həyat gün-gündən dəyişir, hər kəs bacardığı işlə məşğul olur. Kimisi həyatda öz yerini tapır, kimisi də ömrünün axırına kimi nə isə hey axtarır.

Mirzə bu barədə tez-tez fikirləşirdi və onun fikrincə hər bir körpə bu dünyaya gələndə özü ilə bu dünyaya sonralar verə biləcəyi “nə isə” gətirir. Uşaq böyüdükcə bu “nə isə” də böyüyür. Sonra da hər kəs öz işi, öz əməli ilə bacardığını bu dünyaya verir və əvəzində də bu dünyadan da nə isə alır – az, ya da çox. Qəribə də olsa, bu da insanı çox vaxt qane etmir.

Page 166: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

166

Dünyadan daha çox gözləyir, daha çox istəyir. Əlləşir-vuruşur, yaxşı yaşamaq üçün əlindən gələni edir, amma alınmır. Çox şeylər alınmır. Kimlərsə bəxtəvər, firavan həyat sürür, kimlərsə zillət içində. Sən də günahkar axtarırsan. Günah kimdədir? Bu yaşadığın dünyada, yoxsa insanlarda? Baş açmaq olmur. Axı dünyanı da idarə edən insanlardır. Əgər dünya insanların əlindədirsə, niyə dünya bu günə qalıb? Niyə? Cavab tapa bilmirsən. Zaman elə gətirir ki, insan öz yaşadığı dünyasına sığa bilmir. O, yeni dünyanın arzusunda, yeni bir dünyanı qurmaq uğrunda mübarizəyə qalxır. Nə isə axtarır, nə isə gözləyir.

Söhbət heç də xırda məsələlərdən getmirdi. Yeni dünya qurmaq xülyası xırda məsələ deyildi. Mirzə də çoxları kimi lap uşaqlıqdan bu böyük dünyanın böyük insanlarının onlara vəd etdiyi “firavan” günün nə vaxt gəlib çıxacağını gözləyirdi. Doğrudur, arada zaman onu sınağa çəkib ümidlərinə kölgə salırdı. Amma Mirzə bu qara fikirləri özündən uzaqlaşdırmağa çalışırdı. “Axı bu necə ola bilər?! Yox, bu ola bilməz!..” Çünki onun həyatda gözlədiyi xırda-para məsələlər çox olub. Bəzisi baş tutub, bəziləri də yaddan çıxıb gedib. Çünki xırda məsələlərin dərdi də xırda olur, ağrısı da az olur, ona görə də yadda qalmır. Amma elə şeylər var ki, adamın ürəyinə düşüb həmişəlik onunla qalır, onunla birgə axşamlar yastığa baş qoyur, sabahı da onunla bir açır. Nə qədər istəsən də, bu fikirləri beynindən çıxara bilmirsən. Yeni bir dünya... Firavan həyat, xoş güzəran... Hamı kimi sən də gözləyirsən.

Bəlkə də Mirzənin atası olsaydı, o, bu qədər əzab çəkməzdi. O, yetim idi. Bu yükü çiynində daşıyırdı. Bir tə-rəfdən də ehtiyac. Çox vaxt ağrılarını biruzə vermək istəmirdi, çalışırdı şux görünsün. Çoxları kimi onun da atası müharibədən qayıtmamışdı. Eləcə itkin kağızı gəlmişdi. “Əgər həlak olsaydı, qara kağızı gələrdi. Deməli, həlak olmayıb...”

Page 167: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

167

Aradan uzun illər ötsə də ümidini üzmürdü. “Bəlkə qayıtdı...” – deyə Mirzə dünyadan bir möcüzə gözləyirdi. Televizorda deyilənlər, mətbuatda yazılanlar, uzun illərdən sonra evinə dönənlər, xüsusilə Sovet məkanında axır vaxtlar “Gözlə məni” verilişi ilə bağlı baş verən hadisələr.

Beləcə, Mirzə həsrətinə sığınıb atasının yolunu gözləyirdi. Bəzən özündən asılı olmadan nağıllar dünyasına düşür, gözünün önünə müharibədən qayıdan atası gəlirdi. O, sevincini yığıb-yığışdıra bilmirdi, yetimliyin daşını atıb bəxtəvər olurdu, qol-qanad açıb uçurdu. Hara uçduğunu özü də bilmirdi. Amma ona elə gəlirdi ki, o, Tanrının dərgahına doğru uçur. Ulduzlara yaxın, mələklərin arasında, xoşbəxt uşaqlarla bir yerdə, atalı-analı uşaqların yanında... Onun fikrincə bəxtəvər uşaqlar hardasa, yuxarıda – Tanrının yanında idi. Mirzə də onlarla birlikdə. Sonra Mirzə biqəfil yerə dəyirdi. Zərbədən ayılıb baxırdı ki, nə mavi səma, nə min bir rəngə çalan ulduzlar, nə də atası var. O, təkdir. Tək... Mirzə qəhərini udub bununla barışmalı olurdu. Onun bu acı həsrətindən xəbərsiz olan illər də ötüb gedirdi. Sanki hər ötən il ona acıq verir, dərdinin üstünə dərd gətirirdi. Mirzə nə qədər istəsə də, atalı bəxtəvər uşaqlara qoşula bilmirdi. Onlar kimi danışıb-gülə bilmirdi, onlar açan qapıları aça bilmirdi. Xoşbəxtliyə qıraqdan baxırdı. Nə olsun ki, artıq özü də ata olmuşdu? Axı onun üçün toy çalınanda atası qapıda durub qonaqları qarşılamamışdı, əl-qol açıb qonaqların qabağında oynamamışdı, onun yeri boş qalmışdı. Atasının yeri təkcə onun toyunda yox, ömrünün-gününün hər zamanında boş qalmışdı. Bu boşluq içində də Mirzə çox şeylərdən məhrum olmuşdu.

Mirzənin atası olsaydı doyunca yemək yeyərdi. Kənddə kimlərinsə həyətində təndirə çörək yapılanda o, özündən asılı olmadan həmin qapıya tərəf getməzdi... Çəpərə sıxılıb, çörək ətrini canına sovurmazdı. Aclıq... Çörək ətri... Mirzə heç vaxt o

Page 168: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

168

anları yadından çıxara bilmədi. Aradan çox illər ötdükdən sonra bir dəfə Mirzə anasına dedi:

– Anacan, mən uşaqlıqda doyunca yemək yesəydim bilirsən necə oğul olardım?!

Bu söz deyəsən anasının köz bağlamış yarasını təzələdi. Həmişə yol gözləyən gözləri doldu.

– Doğru deyirsən, oğlum. O zəmanənin uşaqları doyunca yemək yemədi. Qırılan qırıldı, qalan qaldı. Şükür ki, biz salamat çıxdıq!..

Mirzə yersiz danışdığını başa düşdü. Anasını qu-caqlayıb öpdü:

– Bağışla, ana!.. Sən çox əziyyət çəkmisən. Bağışla. Bağışla məni!..

Odur ki, vəd olunan firavan dünyanı atasız gözləmək Mirzə üçün çox çətin idi. Çox çətin... Təkcə onun yox, hamının gözlədiyi, hamının xəyallarında yaşatdığı sehirli, firavan bir dünya. Demişdilər gözlə, o da başqaları kimi gözləyirdi. Vəd olunan xoş güzaran tez-tez yuxularına gəlirdi. Yaşamağın dadını, ləzzətini duyurdu. “Sən demə cənnət elə bu dünyada imiş, bu vaxta qədər bilməmişik. Hər kəsdən bacarığına görə, hər kəsə tələbatına görə!” İnsan üçün bundan yaxşı nə ola bilər?! Bacardığın qədər işlə, istədiyin qədər al. Allah bunu düzüb-qoşanların atasına rəhmət eləsin. Kişilər nahaq yerə zəhmət çəkməyib, belə bir güzəran kimin ağlına gələrdi? Amma nədənsə bu xoş gün bir xeyli gecikirdi. Bizlər də yaman səbirsiz olmuşuq, elə bilirik ki, hər şey asan başa gəlir. Nahaq yerə belə düşünürük, səbr etmək lazımdır. Hara qaçırıq? Bir az gec, bir az tez!..

Sağ olsun yuxarıdakılar da. Bizləri intizarda qoymur. Gecə-gündüz ağız dolusu bu barədə danışıb bizləri arxayın salırlar. Biz də kafir deyilik ki, Allah bəndəsiyik – deyilənlərə

Page 169: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

169

inanırıq. Necə də inanmayasan?! Bu böyüklükdə insanlara inanmamaq olar? Əlbəttə yox.

Allah şeytana lənət eləsin. Elə şeytan ki, şeytan. Tez-tez Mirzənin ürəyinə girib hər şeyi alt-üst edirdi. Qoymurdu kişini rahat yaşasın. Mirzə də qalırdı belə, nə etsin? Eşitdiklərinə inansın, yoxsa gördüklərinə? Nə isə düz gəlmirdi. Bu şeytan da bir tərəfdən. Mirzə ağlını başına yığıb sağa-sola baxıb daha da xoflanırdı. “Şeytan olanda nə olar? Deyəsən bu məsələdə şeytan haqlıdır.” Sonra da Mirzə özünü qınayırdı. “Yox. Bu boyda zarafat olmaz. Az qala dünyanın yarısı Kommunizmdən danışır, o günü gözləyir. Bu haqda qalaq-qalaq kitablar yazılıb, institutlar açılıb, böyük şəxsiyyətlər yetişib. Ən başlıcası bütün dünyaya car çəkilib. Qəribədir, yəni bu böyüklükdə dünyanı aldatmaq olar?”

Yenə də şeytan araya girib öz sözünü deyirdi. “Burda təəccüblü heç nə yoxdur. Bu dünyada nə desən ola bilər.” Hər halda axmaq olar beş nəfər, on nəfər, lap uzağı yüz nəfər. Hamı necə, o da elə. Bu qədər millətlər ağlını itirməyib ki, boş yerə oturub gözləsin! Deməli, gözləmək lazımdır. Adam bu qədər səbrsiz olmaz.

Baş verənlər Mirzəni çaşdırıb tez-tez ayrı səmtə aparırdı. Firavan həyat, Kommunizm gerçəkliyi 80-85-ci illərə vəd olunmuşdu. Artıq həmin illər bir neçə addımlıqda idi. “Bəlkə möcüzə baş verəcək? Ola bilməz ki, dünyada özünə görə ad-san qazanmış bir nəhəng ölkənin bütün dünyaya car çəkdiyi yeni dünya boş bir əfsanə olsun, yalan olsun. Bu ola bilməz.” Mirzə inamını itirməkdən qorxurdu. Düşünürdü ki, inam hər bir kəsin bel sütunudur, insan ona söykənib yaşayır. Arada isə səbrini cilovlaya bilmirdi. “Əlləşirsən-vuruşursan, əvvəlini axırına çatdıra bilmirsən!.. Nə qədər uşağa “yoxdur” demək olar?! Uşağın nə günahı? Bütün bunların axırı nə vaxt olacaq?..”

Page 170: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

170

Yəqin ki, başqaları da Mirzənin günündə idi. Hamı ürəyində çəkirdi, hamı gözləyirdi. Heç kəs artıq danışıb başını bəlaya salmaq istəmirdi. Bir də bu boyda kişilərin qabağında kimin cürəti çatardı ki, bir söz desin. Bu, heç məsləhət də deyildi – ürəyindəki ürəyində. Atalar nahaq yerə deməyib ki, “çax-çax baş ağrıdar, dəyirman bildiyini edər”. Sən tək deyilsən ki?! Bu qədər millətlər necə, sən də elə. Sənə deyirlər gözlə, deməli gözlə! Səndən nə gedir ki?

Mirzə həmişə belə fikirləşirdi. Amma iş elə gətirdi ki, inana-inana o, inamını itirdi.

Günləri, ayları, illəri saya-saya baxdı ki, artıq vaxt çatıb. 1986-cı ildir və ortada heç nə yoxdur.

Firavan həyat arzusu elə arzu olaraq qaldı. Bir çox millətlərin, yüz milyonlardan da artıq insanların gözlədiyi xoş güzəran xülyası boşa çıxdı. Oturub fikirləşəndə az qalırsan havalanasan. Ömrün boyu səni uşaq kimi aldadıblar. Sən də yalanla saç-saqqal ağartmısan.

“Ay kişilər, siz də özünüzə görə bir kişisiniz. Dünya görmüsünüz, ömür-gün keçirmisiniz. Sizcə bu boyda yalan olar? Hələ də elə bilirəm yuxu görürəm. Baş verənlərə inanmağım gəlmir ki, gəlmir. Mən də qəribə adamam.”

Mirzə gecə-gündüz bu fikirdən yaxasını qurtara bil-mirdi. Axır ki, o, əsl həqiqəti özlüyündə dərk etdi. “Sən demə böyüklərin özü kimi yalanları da böyük olur. Sən bir işə bax, bu, kimin ağlına gələrdi?” Nədənsə, bu fikir Mirzəni qorxutdu. Özü də yaman qorxutdu. Əvvəlcə niyə qorxduğunu başa düşmədi. Qatışıq fikirlər canına sovuşub onu rahat buraxmadı. “Bəs bundan belə necə olacaq?” Bu sualın cavabını o, tez tapdı və niyə qorxduğunu başa düşdü. Yəqin ki, bundan belə başqa yalanlar deyiləcək. Daha böyük... Daha qorxulu yalanlar... Bu yazıq, biçarə insanları da, elə bu dünyanın özünü də yalanlar idarə edəcək. Doğrudanmı bundan xilas olmağın yolu yoxdur?

Page 171: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

171

Yox! Bu ola bilməz. Hər şeyin bir sonu olduğu kimi, bunun da bir sonu olmalıdır. “Yalançını axıra kimi qovarlar.” Heç bu atalar sözü də yerinə düşmür. Atalar bunu deyəndə bir məsələni yaddan çıxarıblar. Yalanı deyən kimdir? Elə əsas məsələ də budur. Yalanı kim deyir. Yuxarıdakılar deyirsə, aşağıdakılar yuxarıdakıları nəinki qova bilməz, heç onların qabağında bir söz deməyə də cürəti çatmaz. Çünki can şirin şeydir. Kimdir canından keçən?! Bir tərəfdən də bizlər böyük-kiçik yeri bilənik. Uşaqlıqdan bizə deyiblər ki, böyüklər deyənə kiçiklər qulaq asmalıdır. Düz danışır, səhv danışır – kiçiklər bunun dərininə gedə bilməz.

Odur ki, çox şeyləri udmağa məcbur oluruq və uduruq da. Boğula-boğula, içimizdən qırıla-qırıla... Amma elə bir vaxt çatır ki, doyuruq. Yalandan, böhtandan, ehtiyacdan, haqsızlıqdan, çox şeylərdən doyuruq. Bir də baxırıq – bomba kimi partladıq. Necə ki, adicə uşaq oyuncağı şara həddindən artıq hava üfürəndə partlayar, biz də eləcə partlayırıq. Hər kəs də bu dünyanın bir zərrəsidir. Bir parçasıdır. Elə ki bu kəslər doydu, partladı, dünyada bir hay-haray yaranır ki, gəl görəsən. Aləm dəyir bir-birinə. Ağız deyəni qulaq eşitmir. İnsanın nə qədər ağrı-acısı olarmış?! Uzun illər deyə bilmədiklərini, içərisində yığılıb qalanları açıb tökür ortalığa. Bütün giley-güzarlar dilə gəlir. Binəvalarda nə günah? Bu vaxta qədər çəkdiklərimiz bəs deyilmiş kimi, dərdin üstə dərd gəlir. Yanar odun üstünə neft tökəndə necə alovu ərşə qalxarsa, insanlar da belə od tutub yanır. Gün-gündən alov hər tərəfi bürüyür. Bir də baxırıq ki, aləm od içindədir. Bəd xəbərlər baş alıb gedir, ildırım sürətilə şəhərin başı üstündə qara bulud kimi dolanır. İnsanlar da çaş-baş qalıb bilmir nə etsin.

Böyük yalan – yalan olmuşdu. Hərə bir tərəfə qaçırdı, nəyin yalan, nəyin doğru olduğunu bilmək istəyirdi. Avtobuslarda, yollarda topa-topa insanlar hərə bir söz deyir,

Page 172: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

172

mübahisə qızışırdı. Nələrin baş verdiyini bilən yox idi. Yuxarıdakılarla əlbir olub bədnam qonşular növbəti dəfə nə düzüb-qoşmuşdu? Niyyətləri nə idi? İnsanlar dərdini götürüb evdən çıxmışdı. Dəstə-dəstə meydana axışırdı. “Azadlıq! Azadlıq! Topxana!” Yurd-yuvasından qovulanlar, daxildə baş verən çaxnaşmalar... Siyasət oyunları... Yaranmış vəziyyətdən məharətlə istifadə edən qatı düşmənlər... Eləcə də, millət satqınları... Hər şey nəzarətdən çıxmışdı. Bir tərəfdə “Azadlıq!” deyə yollara çıxan mərd oğul və qızlar, ziyalılar, fəhlələr, qocalar; o biri tərəfdə isə vəhşiləşmiş insanlar, şəhərdə xüsusi araqarışdıranlar... Hər şey belə başladı. Plansız, pərakəndə...

Azərbaycan tarixində ilk dəfə olaraq SSRİ rejiminə qarşı milli hərəkat başlandı. Azərbaycan xalqının səsi hər tərəfə yayıldı. Milyonlarla insan noyabr ayının on yeddisindən başlayaraq on yeddi gün fasiləsiz mitinqlərlə xalqın milli-azadlıq hərəkatı tarixini yazdı. Sovet rejiminə olan inamın puç oldduğunu bəyan etdi. Yetmiş ildir qəflət yuxusunda olan millət meydanda Azərbaycan Xalq Cəbhəsinin səsinə səs verdi. Bu səsi boğmaq istəyənlər boğa bilmədi. İnsanlar əvvəllər belə bir günü ağlına da gətirməmişdi. Bu vaxta qədər inandığı, arxalandığı köhnə dünya başqa bir dünya ilə üz-üzə durmuşdu. Təzə dünyanın qapıları taybatay açılmışdı. İnsanlar özləri də bilmədən iki dünyanın arasında toplaşırdı. Köhnə dünya ac qurd kimi dişlərini qıcayıb məqam gözləyirdi. Haqq-ədalət axtaran bu insanları udmaq üçün fürsət axtarırdı. Artıq boş vəd-lərə qulaq asan yox idi. Aşağıdakılar yuxarıdakılara inanmırdı. Köhnə dünya can üstə idi. Yeni dünyaya yol isə Meydandan keçirdi. Mirzə də çoxları kimi hər gün Meydana gedən zavod işçilərinin önündə olurdu. Bu hərəkata qoşulmaq istəyənləri saxlamaq mümkün deyildi. Fəhlələr, ziyalılar, yeni dünyanın arzusunda olanlar... Bütün bunlar kimlərəsə xoş gəlmirdi. Kimlərsə də ehtiyat edirdi, iki yol arasında durub gözləyirdi:

Page 173: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

173

“Birdən olmadı elə, oldu belə...” Mirzə isə həyatının ən xoş anlarını yaşayırdı. Daxilində bir qürur hiss edirdi. “Bəsdir kölə kimi yaşadıq!”

Adəti üzrə hər gün işçilər saat 12-də Meydana yol-lanırdı. Mirzə həmin gün sexlərdə növbətçilər təyin edib şöbəyə döndü. Bir stəkan çay içib çıxmaq istəyirdi. Artıq vaxta on dəqiqə qalmışdı. Bu dəmdə Mahir Axmedoviç zəng edib onu kabinetinə çağırdı. Mirzə bir istədi getməsin, sonra fikrindən daşındı.

Mahir masanın yuxarı başında oturub işgüzarcasına qarşısındakı sənədlərə baxırdı. O, saymazyana Mirzənin salamını alıb sənədlərə baxmağa davam etdi. Mirzə keçib oturdu və bir qədər gözlədi. Handan-hana Mahir başını qaldırıb mənalı-mənalı ona baxdı:

– Bilirsən səni niyə çağırmışam? – Yox, bilmirəm. Deyərsən bilərəm. – Özün başa düşmürsən? Sən ki, özünü ağıllı adam

hesab edirsən... – Mahir Axmedoviç, açıq deyin görüm söhbət nədən

gedir, məni niyə çağırmısınız?! Mən tələsirəm. Mahir onun hara tələsdiyini yaxşı bilsə də, özünü

bilməməzliyə qoydu. – Onsuz da sizləri başa salmaq çətindir. Amma elə

şeylər də var ki, onu başa salmaq lazım deyil. Hər kəs özü bilməlidir, nəyi etmək olar, nəyi etmək olmaz.

Mirzənin hövsələsi daraldı. Bir istədi söhbəti yarımçıq qoyub çıxsın. Amma bunu etmədi. “Tələsmək lazım deyil. Görək nə demək istəyir. Sözünün canı nədir?!”

Mahir oturacaqdan qalxıb qamətini düzəltdi. – Mirzə kişi, elə bilirsən mənim heç nədən xəbərim

yoxdur? Yığışıb ağzınıza gələni danışırsınız, millət belə gəldi, Qarabağ elə getdi. Yekə kişisən başa düşmürsən ki, siyasətlə oynamaq olmaz? Özün də cibində partiya bileti gəzdirirsən.

Page 174: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

174

– Harada yazılıb ki, insanlar bir yerə yığışıb öz problemlərindən danışa bilməz?

– Mən sənə xəbərdarlıq etmək istəyirəm. Özünə olmasa da, balalarına yazığın gəlsin. Ağlını başına yığ!

– Mənim ağlım başımdadır. Nə etdiyimi də yaxşı bilirəm. Məni qorxutmaq lazım deyil.

– Mirzə kişi, hər şey başqa cür ola bilər. Sabah bizi nələr gözləyir? Bunu heç kəs bilmir. Odur ki...

Mirzə onun sözünü ağzında qoydu. – Mən millətimin bu günü ilə fəxr edirəm. Mahir ayağa qalxıb dedi: – Muradov, mən istədim səni başa salım... Amma başa

düşmədin. – Mən qanmaz deyiləm. Bir də hər kəs öz yolunu özü

seçir. Vaxt gələr hamının iç üzü açılar, baxarıq kim kimdir. Məni isə heç bir qorxu, hədə yolumdan çıxara bilməz.

– Sənin ağzından qan iyi gəlir. Belə getsə, axırın pis olacaq, ay yazıq. Mən sənə kömək etmək istəyirdim.

– Sənin kimilər ancaq yuxarıların qabağında məharətlə oynamağı bacarır, aşağıdakılara isə cəza verməkdən həzz alır. Sən nə vaxtdan başqalarına kömək etmək niyyətinə düşmüsən? Çox qəribədir...

– Muradov, sözlərinə fikir ver, yoxsa... – Yoxsa nə edərsən? Bilirsən ki, mən səndən

qorxmuram! – deyib Mirzə kabinetdən çıxdı. Camaat zavodun həyətində toplaşıb onu gözləyirdi.

Onlar al bayraq əllərində səs-səsə verib “Oyan, Azərbaycan! Qalx, Azərbaycan!” deyə-deyə həyətdən çıxdılar. Yollar boyu zavodlardan, fabriklərdən, başqa iş yerlərindən Meydana üz tutan dəstələr bir-birinə qoşulur, şəhərin küçələri ilə möhtəşəm, insanların heç vaxt görmədiyi insan dalğası Meydana tələsirdi. Bu yol sadəcə Meydana gedən yol deyildi. Bu yol Meydandan

Page 175: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

175

keçib Azadlığa, Müstəqilliyə doğru gedən yol idi. Nəyin bahasına olur-olsun bu yolu axıra kimi getmək lazımdır. Mirzə arxaya baxanda qanı qaralırdı. 1905-ci il, 1915-18-ci illər... O vaxt baş verən hadisələr, zaman-zaman payimal olan torpaq-larımız, bütün bunlar niyə yadımızdan çıxdı? Nədən biz öz evimizə sahiblik edə bilmədik? Bu qədər bacarıqsız, səriştəsiz olduq. Ən yüksək vəzifələrdə, ən yaxşı mənzillərdə, torpağımızın ən gülşad yerlərində, süfrəmizin başında... Bu da növbəti dəfə arxadan vurulan zərbə. Həmişə olduğu kimi, düşmən göz qabağındadır, amma görmək istəmirik. Gözümüz ki kor deyil?! Niyə birdəfəlik başa düşmürük ki, düşməndən dost olmaz. Səbəbi nədir? Niyə bunu dərk edə bilmirik? Həmişə özümüz-özümüzü aldadırıq. Unuduruq ki, “böyük qardaşlarımızın” gözlərinə bizlər qara rəngdə görünürük. Insafən bizlər ki, belə qara deyilik. Aramıza şeytan girib, nədir? Ha əlləşirik, vuruşuruq xeyri yoxdur ki, yoxdur. Deyəsən rəngimiz dəyişən deyil. Yaxşısı budur ağlımızı başımıza yığaq, gec də olsa. Qalx ayağa! Səsini qaldır! Qoy dünya səni eşitsin! Qoy dünya bilsin ki, sən də varsan! Sən də sənsən, özünə görə. İmkan vermə səni bu dəfə də tapdalayıb keçsinlər! Oyan, Azərbaycan! Qalx, Azərbaycan!

Meydanda ən çox eşidilən Nemətin səsi idi. O, çox çağırışlar edirdi – xoşa gələn ya da xoşa gəlməyən. Iş onda idi ki, Meydanda hər an millətin sayı artmaqda idi. Mirzə isə düşünürdü ki, hər yeni başlanan işin yaxşı tərəfi olduğu kimi, pis tərəfi də olur. Qoy kim nə deyir desin. Tarixən bütün inqilablar, çevrilişlər belə olub. Bundan qaçmaq mümkün deyil. Amma əsas məsələ məqsəddir... Məqsəd! Sovet faşizmindən birdəfəlik qırılmaq! Əsarətdən xilas olmaq!

Mirzə Meydanla fəxr edirdi. Fərəhindən yerə-göyə sığmırdı. Millət iradəsini ortaya qoymuşdu. Sovet rejiminə olan nifrətini bəyan edirdi. Bu rejimdən xilas olmaq istəyi necə

Page 176: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

176

böyük idisə, insanlar uzun illərdir ürəklərində kök salan qorxunu, xofu tapdayıb keçmişdi. Meydan qaynayırdı. Uzaqdan, yaxından gələnlər, ziyalılar, fəhlələr... On yeddi gün gecə-gündüz Meydan hərəkatı. Sonra dağıtdılar. Yuxarıdakıların fitnəsi ilə özümüzünkülər dağıtdı. Özümüzünkilər dağıtdı – vəhşicəsinə... Vurulan vuruldu, tutulan tutuldu. Kimsə qaçıb canını qurtardı. Həmin qaranlıq gecədə çox qaranlıq hadisələr baş verdi. Düzünü bilən olmadı. Hələ də bilən yoxdur. Amma nə vaxtsa, yəqin bu düyün açılacaq. Amansızcasına millətin səsi kəsildi. Əliboş kütlə silahlılar önündə duruş tuta bilmədi. Meydan mərd oğullarımızın qanı ilə yuyuldu. Həmin gecə sovet rejiminə qarşı ucalan səslər çox uzaqlara yayıldı. Yuxarıdakıların gözləmədiyi, heç ağlına gətirmədiyi bu qara millətin azadlıq hərəkatı onları mat qoydu. Təhlükəni boğmaq üçün vaxt itirmədən planlar işləndi, hər şey düzülüb qoşuldu. Başqalarına da dərs olsun deyə qara qüvvələr işə başladı. “Bakıya qoşun yeridiləcək!”

Şəhərdən qan qoxusu gəlirdi. Mirzə özü də bilmirdi bu xəbərə inansın, inanmasın. “Axı bu, necə ola bilər? Bizlər də Ana Vətən dediyimiz bu ölkənin bir parçasıyıq. Ömrümüz boyu ona göz dikmişik, onun uğrunda vuruşmuşuq. Müharibədə yüz minlərlə qurbanlar vermişik. Ən başlıcası – Ona bel bağlamışıq. Az qala başımızın tacı bilmişik. Yaxşı nələrimiz varsa, yığıb-toplayıb mərkəzə göndərmişik, özümüzə qıymamışıq. Bakı neftinin sayəsində Böyük Vətən müharibəsində qələbə çalınıb. Anamız Vətən! Yetmiş ildir onu belə çağırmışıq. Onu çağıra-çağıra, əzizləyə-əzizləyə öz xırdaca Vətənimizi yaddan çıxarmışıq.”

Bakıdan yuxarılara qərəzli xəbərlər gedirdi. Yuxarı-lardan isə Bakıya qorxulu xəbərlər gəlirdi. Həqiqət isə pərdə arxasında idi, bilən yox idi. Bir də, əsl həqiqət yuxarıdakılara

Page 177: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

177

lazım deyildi. Onsuz da bu millətin ağı qara, doğrusu yalan, düzü əyri idi. Haqqı özgələr əlində, hərə bir tərəfə dartırdı. Zamansa öz işində.

On səkkiz yanvar. Dumanlı, çiskinli bir gün idi. On doqquz yanvara açılan qapı. O gecəsi çoxları yatağa girmədi. Kimlərsə yatağa girsə də, yuxuya gedə bilmədi. Mirzə də bütün gecəni yata bilmədi. Yorğan-döşək onu yedi. Bir neçə dəfə qalxıb otaqları gəzdi. Pəncərədən çölə baxdı. Kazarmanın həyətinə diqqət etdi. Bir şey anlamadı. Su içib sakitləşməyə çalışdı. “Bəlkə bu xəbər yalandır?! Şəhərə ordu yeridilə bilməz. Necə olsa, Sovet ölkəsi bu ləkəni özünə yaraşdırmaz. Bizlərə olmasa da, özünə hörmət qoyar.”

Səhər açılar-açılmaz o, evdən çıxdı. Elə bil can gəz-dirirdi. Şəhərin boz-bulanıq havası da adamı sıxırdı. Naxçıvan mehmanxanasının yanında xeyli adam yığılmışdı. Mirzə də onlara yanaşdı. Mehmanxana hər tərəfdən polislərlə əhatə olunmuşdu. Içəridən rus əsgərlərinin soyuq baxışları mehmanxananın ətrafında toplananlara dikilmişdi. Polislər insanları sakit olmağa çağırırdı. Haqqın yoluna çıxan bu insanlar isə öz qəzəbini, nifrətini boğa bilmirdi. Hər kəs bir söz deyirdi. Nələrin baş verə biləcəyi xofu kimləri isə qorxudur, kimləri isə ölüm, qalım mübarizəsinə çağırırdı.

Mirzə faciənin qaçılmaz olduğunu bir daha dərk etdi. Bir neçə saat şəhərin küçələrini dolandı, sanki bir çarə axtarırdı. Uzun illərdir onu narahat edən bir çox suallara hələ də cavab axtarırdı. Yetmiş ildir Kommunizm siyasəti ilə fəxr edən, dünyaya car çəkib bu siyasəti ilə öyünən, axırda da millətləri bu günə gətirib çıxardan bu ölkənin niyyəti nə idi? Bu bizlərə nə vermişdi, ala bilmirdi?

Bu fikirlərlə Mirzə Mərkəzi Komitənin qabağında təşkil olunan mitinqə gəldi. Hər tərəfdə qəzəbli səslər, çağırışlar, dar ağacı... Deyəsən bu, son hədd idi. Dünya əməlli-başlı dağılırdı.

Page 178: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

178

Dar ağacı: bu vaxta qədər Mirzə dar ağacını yalnız kinolarda görmüşdü. Doğrudan da dünya əməlli-başlı dağılırdı. Axşamdan xeyli keçmiş o, evə qayıtdı. Evləri Salyan kazarmasından, Salyut mehmanxanasından sonra, yolun o biri tərəfində, üçüncü binada, ikinci mərtəbədə idi. Qədim ikimərtəbəli evlərdən biri idi. Qonaq otağının pəncərələri düz yola baxırdı. Yataq otağı ilə mətbəx hərbi hissə ilə üzbəüz idi. Mənzillə hərbi hissə arasında sağ tərəfdən beşmərtəbəli, sol tərəfdən isə ikimərtəbəli yaşayış binası, ortada isə çox da hündür olmayan hərbi hissənin hasarı dururdu. Yataq otağından və mətbəxin qabağındakı eyvandan baxanda hərbi hissənin hə-yətində baş verənləri az da olsa görmək olurdu. Mirzənin rəngi boğulmuşdu, elə bil boyu da kiçilmişdi.

– Şəhərdə vəziyyət necədir? – deyə Yasəmən soruşdu. Mirzə Yasəmənin üzünə baxmadan öz-özü ilə danışırmış kimi dodağının altında mızıldandı:

– Hələ ki, sakitçilikdi. Mirzə artıq söz demək istəmədi, Yasəmən də so-

ruşmadı. Onsuz da hər şey Mirzənin üzündə yazılmışdı. – Bütün günü ac-susuz düşmüsən şəhərin canına. Yasəmən yemək gətirdi. Mirzə ancaq çay içdi. Bo-

ğazından yemək keçmədi. Yasəmən tələm-tələsik yığışdı. Səhərdən kartof peroşkisi bişirmişdi ki, hərbi hissənin qa-bağında yığışanlara aparsın. İki qəfədan çay da hazırlayıb çıxdı. Mirzə də onunla getdi.

Hava soyuq olsa da, cavanların əhval-ruhiyyəsi yüksək idi. Onlar deyir-gülür, zarafat edirdi. Belə cavanlara baxanda adam fəxr edir, bütün dərdlərini unudurdu. Cavanlar Yasəməni, Mirzəni sevinclə qarşıladı. Yasəmən qazanın ağzını açdı:

– Uşaqlar, yeyin. – Siz niyə bu qədər əziyyət çəkirsiniz? – deyə dəstənin

ağsaqqalı narahatçılığını bildirdi.

Page 179: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

179

– Mənim balalarım, hər kəsin bir borcu var, bu da bizim borcumuzdur. Bir göz qırpımında uşaqlar şirin-şirin isiti peroşkidən yedi, sonra da növbə ilə çay içib qızındılar. “Bu cür mərd oğullarımız var. Mən niyə belə nigaranam? Bəs silahlı hücum baş versə necə? Əliboş uşaqlar ordunun qabağında nə edə bilər?” Bu səhnə az qala Mirzənin gözünün qabağına gəldi. Qorxudan bədəni ürpəşdi.

– Uşaqlar, bəlkə dağılışıb gedəsiniz? Görünür uşaqlar Mirzə kişidən belə bir təklif gözlə-

mirdi. Cavanların təəccüb dolu baxışları ona tuşlandı. Yasəmən də dönüb mənalı-mənalı Mirzəyə baxdı. Mirzə isə içində bir ah çəkdi. Haqlı olub-olmadığını özü də bilmədi.

Elə bu anda küçədə səs-küy qopdu. “Ay camaat evdə oturmayın!.. Hamı şəhərin müdafiəsinə çıxsın! Şəhərə ordu yeridilib!.. Vətən dardadır!!!”

Bir neçə nəfər maşında ruporla xalqa müraciət edirdi. Maşın ötüb keçdi.

Vaxt insanı üzürdü. Elə bil yanvarın on doqquzu həmişə göz qırpımında keçib-gedən adi günlərdən biri deyildi. Saatın əqrəbləri sanki dayanmışdı. Dözməkdən başqa yol yox idi. Mirzə öz narahatçılığını ürəyində çəkirdi, ürəyinin yağı yavaş-yavaş əriyib getməkdə idi. Nəhayət, saatın əqrəbləri gecə saat on ikini göstərdi. Sanki bu anda göy üzü parçalandı. Səsdən binalar titrədi. Mirzə eyvana qaçdı. Hərbi hissədən binalara tərəf min bir rəngə çalan atəş seli havada bərq vuraraq yaşayış binalarının üstünə gəlirdi. Onun arxasınca eyvana çıxmaq istəyən Yasəməni, uşaqları geriyə itələyib qapını çırpsa da, Ya-səmən də, uşaqlar da bu dəhşətli mənzərəni gördü.

Yasəmən özünü itiridi. Bərk-bərk uşaqların əlindən tutub divara sıxıldı.

– Mirzə!.. – Sakit olun!.. – Mirzə bu sözləri zorla deyə bildi.

Page 180: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

180

Hər tərəfdən qopan atəş səsləri qəribə bir uğultu ilə qapıları, pəncərələri döyəcləyirdi. Bir göz qırpımında insanlar küçəyə axışdı. Hələ də nələrin baş verdiyini dərk etməyən məhəllə camaatı hərbi hissənin qapısına tərəf üz tutmuşdu. Mirzə, onun ardınca Yasəmən də evdən çıxdı. Yasəmən nə qədər etdisə, uşaqları evdə saxlaya bilmədi.

Hərbi hissənin qarşısındakı cavanlar “Azərbaycan!”, “Azadlıq!” deyə qışqırırdı. İzdiham da onlara qoşuldu. Mirzə də səsi gəldikcə “Azadlıq!” deyə cavanların səsinə səs verirdi. Qadınların, uşaqların çığırtısı bir-birinə qarışmışdı. Havadan al-əlvan atəş seli yağış kimi insanların başı üstə tökülürdü. Bu an gözlənilmədən hərbi hissənin qapıları açıldı. Əsgərlər silahlarını izdihama tərəf tuşlayaraq onları geriyə itələdi. Çaxnaşma düşdü. Cavanlar daha ucadan qışqırdı və əl-ələ tutub bir neçə cərgə ilə silahlıların qabağını kəsdi. Nə qədər müqavimət göstərsələr də çətin oldu. Cavanlar sıxışdırılıb bir qədər qapıdan uzaqlaşdırıldı. Bu anda cavanlardan bir nəfər izdihamdan aralanıb silahlıların üstünə cumdu. Yumruqlarını havada qaldırıb “Azərbaycan! Azadlıq!” deyərək dəlicəsinə bir neçə dəfə qışqırdı və var gücü ilə ona tərəf tuşlanan silahı vurub kənara itələdi. İzdiham bir-birinə dəydi. Yerbəyerdən atılan atəş səsləri cavanları daha da qəzəbləndirdi, onlar daha inadla müqavimət göstərməkdə idi.

– Mahmudu vurdular!.. – Etibarı da vurdular!... – Təcili yardım çağırın! Təcili yardım!.. – Səslər bir-

birinə qarışdı. Silahlılar quduzlaşmış canavara bənzəyirdi. Gözləri qan

tutmuşdu. Hara gəldi atırdılar. Silahlıların arasından qonşu Qara Mamedin oğlu çıxıb camaata müraciət etdi:

– Yaxşısı budur dağılışın evinizə. Vəziyyət pisdir!.. O, zabit idi. Cavanlar yenə də yumruqlarını havada

qaldırıb ”Azadlıq!”, “Müstəqillik!“ deyə qışqırırdı. Mirzə bir

Page 181: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

181

neçə nəfərlə köməkləşib yaralıları uzaqlaşdırdı. Birinin vəziyyəti ağır idi – gülllə sinə nahiyəsindən dəymişdi. Onu qan aparırdı. İkinci ayağından yara almışdı.

İstefada olan hərbçi, məhəllə ağsaqqalı Ənvər kişi əllərini havaya qaldırıb cavanaların qabağına çıxdı:

– Mənim balalarım!... Bu, yumruq davası deyil!.. Yaxşısı budur dağılışın! Bu allahsızlara etibar yoxdur. Nahaq yerə qan tökülməsinə yol verməyin!.. Vaxt gələr biz də sözümüzü deyərik! Mütləq sözümüzü deyərik!

Bu an hərbi hissədən çıxan tanklar uğultu ilə izdihamın üstünə yeridi. Hər tankın üstündə iki əlisilahlı hara gəldi atəş açırdı. Bir göz qırpımında izdiham iki yerə bölündü. Bir hissə Statistika idarəsinə tərəf, bir hissə isə Qırmızı Şərq küçəsi ilə Hərbi Şəhərciyə tərəf. Tankların, silahların qabağında insanlar pərən-pərən oldu. Hərbi hissədən uzaqlaşdırıldı. Təcili yardım yaralıları izdihamın arasından uzaqlaşdırdı.

Yasəmən elə bil, havalanmışdı. Uşaqlarının əlindən bərk-bərk tutub qaçırdı. Axır ki, onlar bloka girdi.

– Ana, bəs atam hanı? – deyə oğlu Samir Yasəmənin əlindən dartınıb çıxmaq istədi.

– Oğlum, küçəyə çıxmaq olmaz!.. İkinci mərtəbədə onlarla üzbəüz yaşayan Mustafa kişi

ilə üzləşdilər. O, Yasəmənə dedi: – Qızım, Yasəmən, evdə işıqları söndürün. Ehtiyatlı

olun... Mustafa kişi Böyük Vətən müharibəsinin iştirakçısı

olmuşdu, müharibə görmüşdü. Yəqin ki, bu sözləri elə-belə demirdi.

– Yaxşı, Mustafa dayı. – deyib Yasəmən mənzilə keçdi. Qapını arxadan bağlayıb, nəfəs aldı. Sonra işıqları söndürdü, güman etdi ki, faciə qapı arxasında qaldı.

Page 182: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

182

Tanklar, silahlılar izdihamın ikinci yarısını Statistika idarəsinin tininə qədər qovdu. Statistika idarəsinin tinində tanklar maşın yolunu bağladı və hər tərəfdən əlisilahlılar Hərbi Şəhərciyə gedən yolu mühasirəyə aldı. Şəhərcikdən qovulanlar hərə bir tərəfə üz tutdu. Bir hissəsi Sovet küçəsinə tərəf, bir dəstə isə «Naxçıvan» mehmanxanasının tinindən dönüb Tiflis prospektinə çıxaraq XI Qızıl Ordu meydanına tərəf yönəldi. Mirzə XI Qızıl Ordu meydanına tərəf gedən izdihamın qabağında gedirdi. Dəstə Salyan kazarmasının yuxarı qapısından bir qədər uzaqlaşmışdı ki, qarşı tərəfdən qışqırıq, nalə, fəryadlar, ətürpəşdirici səslər eşidildi.

– Qırdılar balalarımızı!... Güllə-baran etdilər... Ba-şımıza daş düşdü!..

– Qardaş... Ay qardaş ey!!! – deyə nalə çəkən qızı bir neçə oğlan sürüyə-sürüyə çəkib gətirirdi.

İzdihamlar üz-üzə gəldi. Qoca bir kişi XI Qızıl Ordu meydanına tərəf gedən dəstənin qabağında dayandı. Onun üstü-başı qan içində idi. Başına döyüb ağlayırdı.

- Cavanların üstünə tank sürüldü!.. Meyitlər, yaralılar ayaq altında qaldı... Əlimizdən heç nə gəlmədi... Kömək də edə bilmədik!.. İlahi! Bu nə müsibətdir?! O tərəfə getməyin, mənim balalarım! Qayıdın geri!..

Hər tərəfdən açılan atəş səsləri izdihamın başı üstə sanki ölüm rəqsi çalırdı. Qorxub qaçanlar qaçmışdı, şəhərdən uzaqlaşıb kənara çəkilmişdi. Qalanlar isə Vətənin bu ağır günündə evində otura bilməyib “Azərbaycan!”, “Azadlıq!” deyə küçələrə axışan, ölümün üstünə gedən, ölümlə əlbəyaxa olub ölüm, qalım mübarizəsinə çıxanlar idi. Keçmişindən qırılmaq istəyənlər idi...

Ovçu, ovlağın hanı? Çoban, yaylağın hanı?

Page 183: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

183

Sürünə quduz düşüb, Ötən çağların hanı?!

Bir dəstə qadın ağı deyə-deyə nalə çəkib XI Qızıl Ordu meydanından üzüaşağı gəlirdi. Mirzənin gözlərindən alov çıxdı. “Belə də kişilik olar? Evimizin içində bizi qırdılar. Dayanıb durmaq olmaz, nə isə etmək lazımdır. Heç olmazsa, yaralılara kömək etmək.” O, özündə-sözündə deyildi. Bir onu yaxşı bilirdi ki, qırğın başlayıb və bundan belə daha nələrin baş verəcəyini heç kəs bilmirdi.

– Qadınlar, qızlar, yaşlılar... Hamınız dağılışın... Gedin evinizə!.. Artıq qırğına yol verməyək... Cavanlar isə iki-bir, üç-bir olub yaralılara kömək etsin!.. Xəstəxanalarda qan verilsin. Bəlkə kiməsə kömək edə bildik. – Mirzə bir neçə dəfə izdihama müraciət etdikdən sonra hərə bir tərəfə üz tutdu.

Bayaqkı qoca hələ də səkidə, daşın üstündə oturub ağlayırdı. Mirzə ona yan alıb əlini çiyninə qoydu:

– Əmi, səbr elə. – Oğul, səbr etməkdən keçib. Kaş gözlərim kor olaydı

bu müsibəti görməyəydim... – İndi evinə getsən yaxşıdır. Qoca yazıq-yazıq Mirzəyə baxdı: – Evimə?! Evim XI Qızıl Ordu ilə üzbəüz binadadır.

Hər tərəfdən mühasirəyə alınıb. Oralar hamısı qan içindədir – meyitlər, yaralılar... Heç faşistlər də bu qələti etməmişdi! Evimizin içində qırdılar balalarımızı. Yaman günə qaldıq!..

Qoca zorla ayağa qalxdı. – Oğlum, sən məndən nigaran qalma... Bu yaxında –

Sovet küçəsində bacım yaşayır. Gedib onlarda gecələyərəm. Sonra sabah açılsın, görək başımıza nə gəlir.

Mirzə qocanı Sovet küçəsinə tərəf ötürüb geri qayıtdı. O, nə olur-olsun XI Qızıl Ordu meydanına getmək fikrində idi. Küçələrdə təcili yardım maşınları, tanklar, hərəsi bir tərəfə

Page 184: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

184

qaçan insanlar, hər tərəfdən eşidilən atəş səsləri. Mirzə uzaqdan gördü ki, Tiflis prospektindəki hərbi hissəyə giriş qapısı tanklar və silahlılarla əhatə olunub. Oradan keçib getmək mümkün deyildi.

Mirzə evdən də nigaran idi. “Yasəmən, uşaqlar... Görəsən Hərbi şəhərcikdə nələr baş verir?” Sağa dönüb ağacların arası ilə İnqilab küçəsinə çıxdı. Buradan binaların arası ilə keçib XI Qızıl Ordu meydanına çıxmaq olardı. O, belə də etdi. Bir neçə bina keçib getmişdi ki, qulağına səs gəldi. Diqqətlə qulaq asdı. Səs yenə təkrar olundu. Qaranlıq olduğundan heç nə görmək mümkün deyildi.

– Kömək edin... Kömək edin... Mirzə səs gələn tərəfə getdi. Binanın tinində qara bir

kölgə göründü. Cavan bir oğlan əlləri ilə qarın nahiyyəsindən tutub ikiqat vəziyyətdə binaya söykənib zarıyırdı. Barmaqlarının arasından qan süzülürdü.

– Oğlum, qorxma... Mirzə şərfini yaranın üstünə basıb oğlanı qucağına aldı.

Onu arxası üstə saxlamaq lazım idi ki, çox qan itirməsin. O, İnqilab küçəsi ilə Semaşko xəstəxanasına tərəf üz tutdu. Vaxtı itirmək olmazdı. Mirzənin qıçları dolaşır, yaralıya gücü çatmırdı. Arada dayanıb nəfəsini dərirdi.

– Əmi... – yaralı nə isə demək istədi, amma deyə bilmədi.

– Darıxma oğlum, hər şey yaxşı olacaq. Xəstəxanaya çatırıq, az qalıb... Sən darıxma!

Elə bil insanlar qeyb olmuşdu. Küçədə heç kəs gözə dəymirdi. Tək-tük təcili yardım və xüsusi maşınlar ötüb keçirdi. Bəlkə də qaranlıq olduğundan Mirzəni görən yox idi. İki tin getmişdi ki, yanında maşın dayandı. Orta yaşlı iki kişi maşından düşüb Mirzəyə yaxınlaşdı:

– Kişi, sən arxada otur. Xəstəni al qucağına.

Page 185: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

185

Onlar maşına oturub xəstəxanaya gəldilər. Xəstəxanaya yaxın düşmək mümkün deyildi. Iynə atsaydın yerə düşməzdi. Hərə bir tərəfə qaçırdı. Meyitləri daşıyan maşınlar, yaralılar, fəryad səsləri, yaralılara kömək edən üz-gözü qana batmış cavanlar, saçını yolan analar, qız-gəlinlər... Əsl cəhənnəm idi. O da bu cəhənnəmin içinə girdi.

Bu dəhşətli gecə Mirzənin belini qırdı. Hər şeyini əlindən aldı – keçmişini, bu gününü, sabahını. Ona heç nə qalmadı. Heç nə.

Yasəmən yataq otağı ilə qonaq otağı arasındakı keçiddə uşaqlarını yanına alıb divara sıxılmışdı. Atışma ara vermirdi. Samir bir neçə dəfə atasından xəbər tutmaq üçün evdən çıxmaq istəsə də, Yasəmən buna imkan vermədi. Oğluna nəyisə başa salmağa çalışdısa da, bacarmadı. Əslində özü heç nədən baş aça bilmirdi. Küçədə nələr baş verirdi? Niyə baş verirdi? Hərbiçilər kimi atəşə tutmuşdu? Səkkiz yaşlı qızı tez-tez soruşurdu:

– Ana, soldatlar çox atacaq? – Qızım, bir azdan atmazlar. Sən yat!.. Yasəmən birtəhər uşaqları sakitləşdirməyə çalışırdı.

Şam işığının tutqun şöləsində divarlar az qala adamın üstünə gəlirdi. Hər tərəfdən sağa-sola ötən atəş səsləri altında oturub gözləmək asan deyildi. Amma onlar gözləmək məcburiyyətində idi, başqa yol yox idi. Yasəmən məchul bir nöqtəyə gözlərini dikib susurdu. Ona elə gəlirdi ki, bu atışma çöldə deyil, onun ürəyinin içində gedirdi. Lap ürəyinin içində. İmkanı olsa idi, elə-belə oturub gözləməzdi. Axı Yasəmən nəyi gözləyirdi? Nəyi?

Vaxt isə keçib getmək bilmirdi. Yasəmənə elə gəlirdi ki, bu qaranlıq gecənin sabahı bir də açılmayacaq. Bu sonuncu gecədir. O, səbrini boğa bilmirdi. Arada qonaq otağına keçib pəncərədən küçəyə baxır, nələrin baş verdiyini bilmək istəyirdi.

Page 186: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

186

Blokun qabağında tank, küçə boyu isə əli silahlılar sağa-sola gedir, avtomatlarını havada oynadıb hara gəldi atəş açır... Sanki bundan həzz alırdılar. Yasəmən küçə işıqlarının atəşə tutulub qəsdən söndürüldüyünü görəndə bunun nə üçün edildiyini ağlına sığışdıra bilımədi. Bu sual onu qorxutdu, sakitləşməyin yeri yox idi. Baş verənlərdən əməlli-başlı qan iyi gəlirdi.

Axır ki, hava yavaş-yavaş işıqlanır, zülmət gecənin sabahı açılırdı. O, Məlahəti çətinliklə yuxuya versə də, Samir ayıq idi. Elə bil onlar artıq atəş səslərinə adət etmişdi. Hər tərəfdən uğuldayan səslər insanı daha da vahiməyə salırdı. Yasəmən qeyri-ixtiyari olaraq bərk-bərk uşaqlarının əlindən tutmuşdu. Bununla nə etmək istəyirdi özü də bilmirdi. Amma uşaqlarının əli əlində idi. Onların əlinin istisi düz onun ürəyinə axırdı – ona dözüm verirdi. O da göz qırpmadan mənzilin küncündə-bucağında bayquş kimi ulayan səslərə qulaq asmaq məcburiyyətində idi. Bu, zamanın hökmü idi. Başqa yol yox idi.

Amma birinci mərtəbədən qəflətən qopan dəhşətli partlayış səsi binanı lərzəyə gətirdi, qapılar, pəncərələr titrədi. Ardınca qatışıq səslər eşidildi. Sonra blok aramsız atəşə tutuldu. Yasəmən özündən asılı olmadan uşaqların əlini buraxıb qapıya tərəf getmək istədi.

– Ana!.. Mən qorxuram!.. – deyə Məlahət ağlayır, qorxudan tir-tir əsirdi. Yasəmən özünü itirmişdi. Nə edəcəyini bilmirdi. O, yenidən balalarının yanında oturdu. Bir əli ilə bərk-bərk oğlu Samiri, o biri əli ilə isə qızını tutmuşdu.

– Sakit olun, mənim balalarım! Sakit olun!.. – Yasəmən bu sözləri elə-belə dedi. Amma özü az qala havalanmışdı, əsəblərini cilovlaya bilmirdi. Bu işgəncələrdən birdəfəlik canını qurtarmaq daha yaxşı olardı.

Page 187: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

187

Yarım saata qədər blok atəşə tutulduqdan sonra bir qədər sakitlik yarandı. Blokda əsgərlərin ayaq səsləri, gediş-gəliş... Heç nə baş açmaq olmurdu.

Yasəməngilin mənzilinin altında birinci mərtəbədə rus ailəsi Nadya, əri Kostya və qızı Lena yaşayırdı. Yasəmən ancaq indi başa düşdü ki, axırıncı iki gündür onlar görünmür. Deməli, harasa gediblər. Bir neçə gün əvvəl arada söz gedirdi ki, Hərbi Şəhərcikdə yaşayan başqa millətlərdən olan ailələrə xəbərdarlıq edilib və onlar Şəhərcikdən çıxarılıb. Yasəmən bütün bunları şayə bilmişdi, inanmamışdı.

Nadya ilə üzbəüz mənzildə isə Valya xala yaşayırdı. O, kimsəsiz idi, yaşı yetmişi ötmüşdü. Çoxlu pişik və it saxlayırdı. Onlara lap uşaq kimi qulluq edirdi. Qıraqdan baxana elə gəlirdi ki, qocanın mənzilində ondan başqa kimsə var, o, mənzildə tək deyil. Çünki o, öz pişikləri və iti ilə əməlli-başlı söhbət edirdi. Hər gün vaxtlı-vaxtında onları havaya çıxarıb gəzdirirdi. Onun mənzilində xoşagəlməz iy olduğundan qonşulardan heç kəs onunla gediş-gəliş etməzdi. Yasəmən arada ona pay verərdi. Elə qapıdan da qayıdardı. İş onda idi iki, qocanın ayaqyolusu blokda ikinci mərtəbəyə qalxan pilləkənlərin altında idi. Yasəmən fikirləşdi ki, bəlkə də gecə qoca ayaqyoluna gedib, blokda hənirti eşidən əsgərlər isə yəqin ki, blokda ekstremist olduğunu güman edib. Ona görə də əvvəlcə bloka qumbara atıb, sonra da atəşə tutublar.

Yasəmən özlüyündə belə düşündü, amma əslində nələrin baş verdiyini bilə bilmirdi. Baş verənlər bu müdhiş gecənin qara pərdəsi arxasında baş verdi. Sanki dünyanın özü də qara pərdənin altında can verməkdə idi. Böyüklərin planına uyğun növbəti dəfə günahsız bir millətə divan tutulurdu. Bütün bir millətə qarşı tələ qurulmuşdu.

Yanvarın 19-da axşam saat 19.25 radələrində Teleradio mərkəzinin enerji bloku partladılaraq əhali ilə əlaqə kəsildi.

Page 188: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

188

Ardınca da Bakı şəhərində və onun ətrafında fövqəladə vəziyyət tətbiq edilməsi barədə əhaliyə rəsmi xəbər verilmədən gecə saat 12-dən başlayaraq səhərə kimi qanlı faciə törədildi. Daha sonra bu faciəyə don geydirmək üçün şəhər hərbi komendantı gecə saat 5.30-da radio çıxışı ilə, həmçinin, vertolyotlardan səpələnən vərəqələrlə əhaliyə fövqəladə vəziyyət elan olunması barədə məlumat çatdırıldı. Küçələrdə qanına qəltan olan, atəş altında başını itirən, öz mənzilinə belə gedə bilməyən kəslər, həmçinin, mənzilində oturanlar bundan xəbər tutmadı. Fövqəladə vəziyyət haqqında eşidib bilənlərin də əksəriyyəti haradan biləydi ki, fövqəladə vəziyyət nə olan şeydir? Belə vəziyyətdə nəyi etmək olar, nəyi etmək olmaz. Bu barədə nə orta məktəbdə, nə institutda, nə də başqa mənbələrdən insanlara məlumat verilməmişdi. Bütün bunları, fövqəladə vəziyyəti elan edənlər, bir də qismən hərbiçiıər bilərdi. Sadə xalqın bu barədə heç bir məlumatı yox idi.

Yasəmən də bütün bunlardan xəbərsiz idi. Yasəmən çox şeylərdən xəbərsiz idi – şəhərdə baş verənlərdən, Mirzədən, televiziya verilişlərinin qəflətən nə üçün dayandırılmasından. Şəhərdə qırğın törədildiyini isə heç ağlına belə gətirmirdi. Onun fikrincə bu, mümkün olan iş deyildi.

Hava işıqlanırdı. Qara, boz buludlar az qala binaların üstünə ələnmişdi. Çox az hallarda şəhər belə tutqun görünürdü. Hava dolub durmuşdu. İndi küçədə baş verənləri aydın görmək olurdu. Qaranlığın xofu az da olsa yox olmuşdu. Yasəmən tez-tez pəncərədən bayıra baxıb tankın üstündə pusquda duran, küçədə sağa-sola şütüyən silahlıların nə etmək istədiyindən baş aça bilmirdi. Gecəyə nisbətən atışma səngisə də, tamam kəsil-məmişdi. Kimin kimi atəşə tutduğu da məlum deyildi.

Yasəmən çox nigaran idi. Mənzil onu məngənə təki sıxırdı. Gecə yarısı bloku niyə partlatdılar? Valya xala? Bəlkə başına bir iş gəlib? Qıraqda başqa nələr baş verir? Mirzə? Indi o haradadır? Yasəmən bütün bunlardan nigaran idi, bir xəbər

Page 189: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

189

bilmək istəyirdi və o, özünün bu istəyində qorxulu heç nə görmürdü. Adi bir qadının evdən çıxıb harasa getməsində qəribə nə ola bilərdi? O, birinci qocadan xəbər tutmaq, sonra da şəhərə getmək niyyəti ilə qapıdan çıxdı. İki pilləkən düşmüşdü ki, elə bil aləm bir-birinə dəydi, sanki yer göyə qovuşdu. Hər tərəfdən güllələr yağış kimi yağdı. O, cəld özünü geriyə atdı və sürünə-sürünə mənzilə girib qapını bağladı.

– Ana!.. – Samir qaçaraq anasının üstünə atıldı. Ar-xasınca Məlahət göründü.

– Ana! Ana! – uşaqların səsi bir-birinə qarışdı. – Mənim balalarım... – Yasəmənə qəribə bir qüvvə

gəldi, uşaqları geriyə itələdi. – Mənim balalarım!.. – Başqa heç nə deyə bilmədi.

Samirin gözləri dəhşətdən böyümüşdü. Məlahət isə ağlayırdı. Yasəmən onları bərk-bərk qucaqlayıb divara sıxıldı. Qonaq otağı küçə tərəfdən, yataq otağı və mətbəx isə hərbi hissədən – hər yer atəş altında idi. Pəncərələrin şüşələri şaqqaşaraqla sınıb tökülürdü. Elə bil mənzildə göy guruldayıb, ildırım çaxırdı. Yasəmən ondan kömək uman balalarının qabağında aciz idi, nəinki onlara kömək edə bilmirdi, heç təsəlli üçün bir söz də tapıb deyə bilmirdi.

Atəş səslərindən az qalırdı beyni çatlasın. Yasəmənə elə gəlirdi ki, əzrail mənzilin qapısında durub. Fürsət düşən kimi o, mənzilə soxulacaq. Ölüm xofu... Ölüm iyi... “Mirzə?..” O, ərini çağırmaq istədisə də, səsi çıxmadı.

Atışma isə ara vermirdi. “Yəni bu dünyanın yiyəsi yoxdur?” Yasəmən özündə qüvvə tapıb sürünə-sürünə telefona yaxınlaşıb nömrəni yığdı.

– Alo! Oktyabr rayon milis şöbəsi sizi dinləyir. – Alo! Alo! Bizə kömək edin! Danışan Səlyan ka-

zarmasındandır... Bizə kömək edin!.. Yasəmən ünvanı dedi. – Alo?! Alo?! Alo?!

Page 190: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

190

– Atışma səslərini eşidirsiniz?! Bizi evimizin içində güllə-baran edirlər!.. Bizə kömək edin!.. Bizə kömək edin...

Xətdə qəribə qatışıq səslər eşidildi. – Alo!.. – Alo!.. Səslər bir-birinə qarışdı. Sonra dəstəyi qoydular. Yasə-

mənin qulaqlarında aramsız səslər eşidildi. Elə bununla da telefon xətti kəsildi.

İki saata qədər davam edən atəş axır ki dayandı. Bir-iki dəqiqə sonra blokda ayaq səsləri eşidildi və qapı bərk-bərk döyüldü. Samir qapıya tərəf getmək istəsə də, Yasəmən ona imkan vermədi:

– Yox! Sən dayan! Bayaqdan əsəblərini zorla cilovlayan Yasəmən qəzəblə

qapını açdı. Gözləri qan tutmuş əlisilahlılar silahlarını mənzilə tuşlayaraq içəri soxuldu. Yasəməni itələyib evə keçdilər. Mətbəxi, eyvanı, hər yeri yoxlayıb, keçiddə yorğana bürünmüş uşaqlara istehza ilə baxıb qapıya tərəf yönəldilər:

– Nikovo net... – deyə yekəpər saqqallı dodağının altında mızıldandı. Bu an Yasəmən özünü saxlaya bilmədi. Saqqallının yaxasından tutub silkələdi:

– Siz bizdən nə istəyirsiniz? Bu uşaqların nə günahı var?!

Saqqallı dartınıb Yasəmənin əlindən çıxdı. Silahını uşaqlara tərəf tuşlayıb irişdi:

– Şto? Jit nadoyelo? Yasəmən iki qolunu açaraq uşaqlarının qabağında

dayandı. Məlahət qışqırdı, Samir isə elə bil donmuşdu. – Svoloç!.. Saqqallı nə fikirləşdisə, atəş açmadı, barmağı çaxmaqda

dayandı. Qapıya tərəf yönəldi və qapı çırpıldı. Ayaq səsləri uzaqlaşdı. Yasəmən isə özündə deyildi. Hələ də qolları açılmış vəziyyətdə uşaqlarının qabağında donub qalmışdı. O, balalarına

Page 191: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

191

tuşlanan silahın vahiməsindən iflic vəziyyətində idi... Handan-hana özünə gəldi. Yerə oturub, balalarını qucaqlayıb acı-acı ağladı.

Xəstəxananın həyətində, dəhlizdə, palatalarda, hər tərəfdə adam adam üstündə idi. Həkimlər, şəfqət bacıları, şəhər sakinləri – hərə bir tərəfə qaçırdı. Həyat uğrunda mübarizə gedirdi. Mirzə də bu insanların arasında idi. Təcili yardım maşınlarında gətirilən meyitlərin, yaralıların daşınmasına, palatalara yerləşdirilməsinə kömək edirdi, üstü-başı qan içində idi. Arada ona elə gəlirdi ki, Yasəmən onu çağırır. O, bu səsi açıq-aydın eşidirdi. Dayanıb diqqətlə qulaq verirdi. Sonra sağına, soluna baxıb özünü qınayırdı. Amma çox narahat idi. Ürəyi Mirzəyə xəbər verirdi ki, nə isə baş verib.

Səhərə yaxın o, xəstəxananın həyətindən çıxıb ara yollarla Tiflis prospektinə gəldi. Hərbi şəhərciyə giriş tanklarla və əlisilahlılarla bağlanmışdı. Atışma səsləri isə eşidilməkdə idi. Mirzə dönüb evlərin arasl ilə 153 saylı məktəbə tərəf üz tutdu. Məktəbin həyətinə tərəf qalxıb yuxarı yönəldi. “Yaxşı ki, pasportum yanımdadır. Lazım olsa, göstərib keçərəm.” O, belə düşündü.

Yoxuşu bir qədər qalxmışdı ki, gözlənilmədən atəş açıldı. Mirzə yıxıldı. Yoxuş olduğundan bir neçə dəfə di-yirlənib binaya tərəf sürüşdü. Ardıcıl atılan güllələr başının üstündən ötüb keçdi. Mirzə bir xeyli hərəkətsiz qaldı. Handan-hana özündə qüvvə tapıb üzbəüz binaya tərəf süründü. Blokun qabağında daşın üstündə oturub başını əlləri arasına aldı. Indi o nə etsin, hara getsin? Yadına Yuxarı Dağlıq küçəsində yaşayan həmyerlisi Ədalət düşdü. Bəlkə onlara getsin? Bu fikir ağlına batdı.

Ədalətin pəncərəsi düz küçəyə baxırdı. Mirzə ehtiyatla şüşəni döydü. Evdən işıq gəlməsə də, dərhal Ədalətin səsi eşidildi:

– Kimdir?

Page 192: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

192

– Ədalət, oğlum, mənəm Mirzə əmidir. – Bu dəqiqə, Mirzə əmi, bu dəqiqə... Ədalət tələsik qapını açdı. Mirzənin üstü qan, toz-

torpaq içində idi. – Mirzə əmi, sən yaralısan?.. – Yox oğlum. Mən yaralı deyiləm. Bir də mən kimdən

artığam ki?! – Mirzə qəhərlə dilləndi. Ədalət kişiyə təmiz pencək, şalvar gətirdi. – Dəyiş paltarlarılnı. Çimnaz, çay hazırla. – Yox, yox... Heç nə lazım deyil. Sizi vaxtsız narahat

etdim. – Mirzə əmi, elə danışma. Yaxşı edib gəlmisən. Mən də

şəhərdən təzə qayıtmışam. Bizi pis günə qoydular. – Hə, doğru deyirsən, – deyib Mirzə köks ötürdü.

Paltarını dəyişib otağa keçdilər. Mirzənin fikri özündə deyildi. Yasəmən, uşaqlar. Məhəllədə ondan sonra daha nələr baş verdi? Xəstəxananın həyətində gördükləri, eşitdikləri... Şəhərin içində belə bir müsibət...

– Mirzə əmi, kimin ağlına gələrdi ki, dinc əhaliyə belə divan tutula bilər?

– Oğlum, görünür günah özümüzdədir. Nə arxaya baxıb nəticə çıxara bilirik, nə də sabahkı günü görə bilirik. Kor-koranə başımızı salıb gedirik. Hara gedirik? Kimin arxasınca gedirik? Özümüz də bilmirik.

Onlar bir xeyli dərdləşdilər. Mirzə iki stəkan çay içdi. Saat yeddiyə az qalırdı. Ədalət nə qədər etdisə, o, yatağa girmədi. Elə kresloda oturduğu yerdə gözlərini yumdu. Gözləyirdi ki, bir qədər vaxt keçsin. Gözlərini yumsa da, çox şeylər gözlərinin qabağında idi. “Qardaş... Qardaş...” deyib nalə çəkən qızın surəti. Yəqin ki, o səs ömrünün sonuna kimi Mirzənin qulaqlarından getməyəcək. Bu gecə baş verənlər onun sinəsinə qanla yazılıb.

Page 193: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

193

O yuxuya getdi və yuxuda gördü ki, Yasəmən uşaqlarla harasa qaçır. Mirzə onu çağırmaq istəsə də, səsi çıxmırdı. “Yasəmən... Yasəmən...”

– Mirzə əmi. Mirzə əmi... – deyə Ədalət onu ayıltmağa çalışdı. Mirzə tər içində idi. Deyəsən Mirzə əvvəlcə harada olduğunu dərk etmədi. Təəccüblə bir ətrafına, bir də Ədalətə baxdı.

– Mirzə əmi, deyəsən pis yuxu görürdün. – A bala, bundan belə yuxularımız elə belə olar... Nə qədər etdilərsə, Mirzə qalxıb sağollaşdı. Çimnazın

təmizləyib səhmana saldığı paltarlarını geyinib çıxdı. Artıq səhər saat səkkiz idi. Mirzə təkcə evindən, ailəsindən yox, dünyadan, hər şeydən nigaran idi. Bomboz küçələr, sağa-sola var-gəl edən silahlılar... İnsanlar elə bil qeyb olmuşdu. “Ölü şəhər!” Bu fikirdən əti ürpəşdi. Bu fikri özündən uzaqlaşdırmağa çalışdı. “Düşmənin qabağında sınmaq olmaz!” Sonra da düşündü ki, bunu dildə demək asandır. “Bizi atam-anam deyib güvəndiyimiz “Ana Vətən” vurub! Biz “Ana Vətən”in silahına tuş gəlmişik.”

Mirzə Sovet küçəsindən qalxıb Statistika idarəsi tərəfindən Hərbi şəhərciyə tərəf yönəldi. Tində yol bağlı idi, içəri keçmək mümkün deyildi. Nə edəcəyini bilməyib dodağının altında bir yağlı söyüş söydü. Sonra pasportunu çıxarıb havada qaldıraraq qətiyyətlə əsgərlərə tərəf getdi.

– Stoy! Strelyat budu! Mirzə dayanmadı. “Nə olur-olsun evə gedib uşaqlardan

xəbər bilmək lazımdır...” O, pasporta işarə edib bildirmək istədi ki, evinə gedir.

Əsgərlərdən biri ona yanaşıb pasportunu diqqətlə gözdən keçirdi. Sonra qıraqda var-gəl edən tosmərək hərbiçiyə yaxınlaşıb sənədi ona göstərdi və nə isə dedi.

O gecə Mirzənin qaməti əyilmişdi. Sanki on beş il qocalmışdı. Kənardan baxana elə gəlirdi ki, bu, əldən düşmüş

Page 194: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

194

ahıl bir kişidir. Doğrudan da ayaq üstə zorla dayanırdı. Axır ki, pasportunu qaytarıb evinə getməyə icazə verdilər. Hər addımbaşı pasportunu yoxlaya-yoxlaya axır ki, gəlib qapısına çatdı.

Mirzə bloka girəndə gözlərinə inanmadı. Döşəmə partladılmış, divarlarda yüzlərlə güllə yeri. Mirzə özü də bilmədi pillələri necə qalxdı. İkinci mərtəbə də əsl müharibə meydanını xatırladırdı. Divarlar deşik-deşik, döşəmə toz-torpaq, güllə qırıqları ilə örtülmüşdü. Ağlına gələn dəhşətli fikirdən gözü qaraldı. Nədənsə qorxdu. Diz qapaqları elə bil aralandı. Yıxılmamaq üçün divardan tutub, bərk-bərk qapını döydü. Bir də döydü. Bu dəfə lap bərkdən döydü. Axır ki, sükut pozuldu:

– Kimdir? Bu, Yasəmənin səsi idi. Mirzəyə elə gəldi ki, bu səs

yerin altından gəldi. – Yasəmən?! – Mirzə?.. Qapı açıldı. Yasəmən, arxasında uşaqlar. Onlar möcüzə

ilə üzləşmiş kimi bir an durub eləcə bir-birlərinə baxdılar. Handan hana Mirzə sanki yuxudan ayıldı – Yasəməni, balalarını bağrına basıb bir xeyli buraxmadı.

– Şükür!.. – Mirzə bir neçə dəfə bu sözü təkrar etdi. Yasəmən isə özünü saxlaya bilmədi, ağladı. Nədənsə mənzildə baş verənlərə Mirzə heyfslənmədi. O, qonaq otağına baxıb eləcə qapını örtdü və geri çəkildi.

– Əsas odur ki, salamatsınız. Qalan hər şey düzələr, Yasəmən.

Yasəmən dinmədi. Onlar keçib aralıqda oturdular. Sonra Yasəmən aramla bu gecə baş verənləri Mirzəyə danışdı. Doğrusuna qalanda baş verənləri elə-belə, qısaca danışa bildi.

Page 195: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

195

Amma bu gecənin ağrı-acılarını deyə bilmədi. Bu, mümkün deyildi. Sonra Yasəmən soruşdu:

– Şəhərdə nə var, nə yox? Əslində Yasəmən bu sualı elə-belə verdi. Heç onun

ağlına da gəlməzdi ki, şəhərdə nələr baş verib. Mirzə də ağızucu nə isə dedi. Nə dediyini heç özü də bilmədi. Amma şəhərdə gördükləri Mirzənin dilini-dodağını yandırdı. Bunu bircə özü bildi.

Atışma səsləri hələ də eşidilirdi. İş onda idi ki, artıq onların mənzilinə atılmırdı.

Yasəmən aralıqda elektrik qəfədanında çay hazırlayıb zorla da olsa, hərəyə bir stəkan çay içirtdi. Nə edəsən ki, insanlar heç vaxt əvvəlcədən nələrin baş verəcəyini bilmir. Heç vaxt da bilməyəcək. Bir tərəfdən də hər kəsin ürəyində çox böyük, ya da kiçik bir ümid işığı yanır və ömrünün sonuna kimi bu işıq onu tərk etmir. Doğrudur, arada insan həyatın sərt oyunlarına davam gətirə bilməyib ümidini itirir, qırılır, sınır, əli yerdən-göydən üzülür. Amma bu hal uzun çəkmir. Zamanın çiyinlərində yavaş-yavaş ötüb keçir. Bir qədər gec, bir qədər tez ümid işığı yenidən közərib yanır, ta ömrünün sonuna kimi. Sonra da insanla bir ölüb gedir. Görünür bu, Tanrının hər bir bəndəsinə verdiyi paydır. Bəs bu gecə baş verənlər nə idi? Doğrudanmı bunu da Tanrı yazıb? Bu faciədən Tanrının xəbəri var? Yox! Bu ola bilməz. Tanrının belə bir taleyi yazmağa əli gəlməz.

Mirzə qara fikirlərin içərisində qovrulurdu. Bundan belə necə olacaq? Bu millət dünyanın özündən böyük bir nifrətlə necə yaşayacaq? Necə? Hətta təcili yardım maşınları da atəşə tutulmuşdu. Uşaq, qoca, kimisi öz mənzilində gülləyə tuş gəlmişdi. Qan su yerinə axıb. Yox! Yox! Belə bir taleyi Tanrı yaza bilməzdi.

Page 196: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

196

Yavaş-yavaş qaranlıq çökürdü. Mirzə bu qara dünyanın qap-qara filkirləri ilə susurdu. O, bu vaxta qədər elə bilirdi ki, bu dünyada ancaq yaşamaq çətindir. Indi isə mənzilində oturub yavaş-yavaş içərisindən ölüb gedirdi. “Belə də kişilik olar? Uşaqların qabağında üzüqara olduq. Görünür yaşamaq nə qədər çətindisə, ölmək ondan da çətindir. Qəribə də olsa, bəzən insan bu dünyadan canını qurtarmaq istəyir. Amma ölüb qurtara bilmir. Ölüm özü də bir sirdir. Bilmək olmur əcəl kimi, harada və necə yaxalayır.”

Yasəmən uşaqları yanına alıb yorğana bürünərək gözlərini yummuşdu. Amma yatmamışdı. Daha nələrin baş verə biləcəyini düşünürdü. “Hər halda indi mən tək deyiləm, Mirzə yanımdadır.”

Ara verməyən atəş səsləri altında elə bil dünyanın axırı idi, ətrafda hər şey can verirdi. Qaranlıq çökdükcə xof, vahimə əl-qol açıb hər tərəfdən onların üstünə hücum çəkirdi.

Bu ara hərbi hissə tərəfindən eşidilən qatışıq səslər hay-harayla mənzilə doldu. Divarlara çırpılaraq uğuldadı. Əvvəlcə nə Mirzə, nə Yasəmən deyilənlərdən heç nə başa düşmədi, bir də diqqətlə qulaq verdilər. Səslər təkrar-təkrar binaların üstü ilə ötüb mənzillərə doldu. Mirzə qulaqlarına inanmadı. Ona elə gəldi beyninə qan sızdı, sifəti səyridi. Uşaqlar başa düşməsin deyə əsəbi halda ayağa qalxıb Yasəməndən nə isə istədi, Yasəmənə nə isə dedi. Yasəmən isə dəhşətdən alacalanmış gözlərini Mirzəyə zilləyib donub qalmışdı.

– Mirzə?! – Hə Yasəmən? Hər ikisinin səsi batdı. “Diqqət! Diqqət! Sizə bir saat vaxt verilir. Vətəndaşlar,

ekstremistləri təhvil verin, əks halda saat 22.00-da binalar və kilsə partladılacaq! Hərbi Komendatura.”

Page 197: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

197

Bu, şəhərciyin sakinlərinə edilən müraciət idi. Bu müraciət ruporla bir neçə dəfə təkrar edildi.

“Bunlara etibar yoxdur. Nə desən olar...” Mirzə əsəbi halda bir neçə dəfə o baş, bu başa getdi. Yasəmən hələ də donub qalmışdı. Uşaqlar da təlaş içində idi. Ölüm hökmü oxunmuşdu. “Bir saatdan sonra nələr baş verəcək?! Bir saat?! Ekstremist kimdir? Bəlkə mənəm ekstremist? Yoxsa mənim balalarımdır? Ya da əliyalın tankın üstünə atılanlar? Haqq-ədalət axtaranlar? Ölümlə əlbəyaxa olub döyüşə çıxanlar? Bəlkə bunlardır ekstremist? Axı nə vaxta kimi bu qərəzli oyunlar davam edəcək? Doğrudanmı bunun bir sonu olmayacaq?“ Bu “son” sözü Mirzəni diksindirdi. Bəlkə elə bu sondur? Bir saatdan sonra hər şey bitəcək... Saat da elə bil bu xəbərdən iflic olmuşdu, işləmirdi. Vaxt dayanmışdı. “Yox! Bu ola bilməz! Bu mümkün deyil!..” Mirzə səsi gəldikcə qışqırmaq istədi. Amma səsi çıxmadı. O boğulurdu. Dəqiqələr isə keçib getmirdi. Uşaqıların qabağında oturub gözləmək çətin idi. Axı o nəyi gözləyirdi? Yaxşı olardı ki, o, əvvəlcə evdən çı-xıb blokun qabağında dayanan silahlıların üzünə tüpürüb sö-zünü deyə bilsəydi, ürəyini boşaltsaydı, sonra isə nə olur-olsun. O, elə-belə ölmək istəmirdi. Amma Mirzə bunu edə bilmirdi. Evdə uşaqlar var idi. Başa düşürdü ki, uşaqların qabağında bunu etmək olmaz. Bir də bu, acizlik əlaməti idi. Vaxt isə amansız idi. Mirzə bir anlıq başa düşdü ki, elə-belə oturub gözləyə bilmir. Nə isə etmək lazımdır. Amma nə? Ürəyinin içindən ilıq bir hiss keçdi. “Çətini başlamaqdır. Əgər başlamışıqsa, mütləq məqsədimizə çatarıq. Artıq bizi susdurmaq olmaz.” Bu fikirdən Mirzənin gözünə elə bil işıq gəldi. Az qala bir anlıq nələrin baş verdiyini unutdu. Hələ də donub qalan Yasəmənə baxıb gülümsədi:

– Yasəmən, bəlkə çay içək? – deyib uşaqların yanında oturdu və saata baxdı. Hələ cəmisi on dəqiqə keçmişdi. Atışma

Page 198: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

198

da dayanmışdı. Ölü bir sükut ətrafda dolanmaqda idi. “Vaxtı öldürmək lazımdır!”

– Uşaqlar, gəlin şeir deyək. Kim yaxşı şeir desə, pul mükafatı alacaq...

Uşaqlar təəccüblə atasına baxdı. Onun ciddi ya da zarafat etdiyini bilmək istədilər. Yox. Ataları zarafat etmirdi. O, bir də uşaqlara müraciət etdi:

– Hə, birinci kimdən başlayaq? Mirzə ürəyinə zor etdi. “El bilir ki, sən mənimsən...”

Bu, Samirin səsi idi. Mirzə də onun səsinə səs verdi. Sonra Məlahət başladı.

“Vaxtı öldürmək lazımdır!..” – Mirzə, çay iç. – deyə Yasəmən də onlara yanaşdı.

Onun Mirzəyə tərəf uzanmış əlləri əsirdi. – Arvad, deyəsən qocalmısan?! – Mirzə zarafat –etmək

istədi. Səsi titrədi. Yasəmən heç nə demədən məlul-məlul əvvəlcə Mirzəyə, sonra isə uşaqlara baxdı. Yasəmənin baxışı Mirzəni qorxutdu.

Şam yanıb qurtarmaq üzrə idi. “Bəlkə doğrudan da?..” Mirzə bu fikrin ardını gətirə bilmədi. Onu dəli bir gülmək tutdu. Nəyə güldüyünü özü də bilmirdi, amma gülürdü. Ona təəccüblə baxan Yasəmənin, uşaqların qabağında bir xeyli güldükdən sonra süstləşdi. Gözlərindəki yaşı gizlətməyə çalışdı.

– Ata, sən onlara inanma. – Oğlum, əlbəttə mən onlara inanmıram. Onlara

inamımı çoxdan itirmişəm. Belələrinə inanmaq olmaz. Şam yanıb qurtarsa da, hələ də azca alovlanırdı və

şamın zəif şölələri divara kölgə salırdı. Yasəmən bildirdi ki, daha evdə şam qalmayıb.

Mirzə nə qədər vaxtı öldürməyə çalışsa da, vaxt öz işində idi. Çox yavaş-yavaş, tələsmədən ötüb keçirdi, az qala Mirzənin canının qəsdinə durmuşdu. O, vaxtı öldürmək

Page 199: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

199

əvəzinə vaxt onu öldürməkdə idi. Hətta arada bir istədi ki, Yasəmənlə, uşaqlarla görüşüb halallaşsın. Özü də bilmədi bu fikir onun ağlına haradan gəldi. Amma Mirzədə günah yox idi, nə desən ola bilərdi. O, gördüklərini görmüşdü, görmədikləri isə bir yana qalsın.

Artıq vaxta on dəqiqə qalırdı... On dəqiqə... Tilsimə düşmüş dəqiqələr. Şam yanıb qurtarmışdı. Qaranlıqda bir-birinə dikilən baxışların da işığı sönmüşdü. “Bəlkə möcüzə baş verdi?.. Məgər başımıza gələnlər özü möcüzə deyilmi?”

Doqquz dəqiqə... Sükut... Ayrılıq qoxusu... Ölüm qoxusu...

Sükut get-gedə dərinləşir, ağırlaşırdı. Son dəqiqələr... Son mənzil... Yox! Yox! Mirzə bu fikri yaxına buraxmaq istəmirdi. Belə bir fikir kimin ağlına gəlib?! Bu qədər qəddarlıq ola bilərmi?!

Səkkiz dəqiqə... Qapı bərk-bərk döyüldü. Bu səs sükutu yarıb keçdi,

hamı səksəkə ilə qapıya baxdı. Qapını Mirzə açdı. Bir neçə hərbçi ilə Qara Mamedin oğlu idi.

– Mirzə dayı, göstəriş var ki, Qorodokdan əhali çı-xarılsın. On dəqiqə vaxt verilir.

Yasəmən tələsik uşaqlara paltar, pasport, başqa sənədləri götürdü və onlar evdən çıxdı. Mirzə bu siyasətin arxasında nələrin durduğunu başa düşmədi. Heç istəsə də başa düşə bilməzdi. Ən başlıcası indi balalarını, ailəsini götürüb bu yerlərdən uzaq olmaq, hara gəldi baş götürüb getmək, onları bu cəhənnəm əzabından xilas etmək...

Məhəllə sakinləri küçəyə axışmışdı. İnsanlar sanki Əzrailin əlindən qaçıb, canını qurtarmağa tələsirdi. Hər kəs öz yaxın-doğması ilə bir-birinə sıxılmışdı. Kimsə məsləhət bildi ki, qabaqda yaşlılar və uşaqlar, qalanlar isə onların arxasınca getsin. İnsanları az qala tanımaq olmurdu. Hər kəsin sifətinə ölüm xofu kölgə salmışdı. Hər tərəfdən silahlılarla əhatə

Page 200: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

200

edilmiş məhəllə sakinləri sıralandı. Onlar kinolardakı əsir düşmüş insanları xatırladırdı. Sağa-sola atılan atəş altında əhali hərbçilərin nəzarəti ilə Statistika idarəsinə tərəf yönəldi. Statistika idarəsinin tinində hərbçilər dayandı, əhali isə hərə bir tərəfə səpələndi.

Həmişəki coşub-daşan şəhər yox idi. Binaların üstündə qara bayraqlar asılmışdı. Küçələrdə isə tək-tək görünən insanlar ayaq üstündə gəzən ölüləri xatırladırdı. “Ölü Şəhər”də ölü insanlar... Küçələrdə pusquda duran silahlılar, tanklar... Hər şey başqa cür idi. Bircə iş onda idi şəhərdə atışma yox idi. Onlar taksiyə oturub şəhərdən bir qədər aralı yaşayan Yasəmənin bacısı Zərifəgilə getdilər. Qapını Zərifə açdı. O, elə bil gözlərinə inanmadı, bir an donub qaldı. Sonra sevinclə uşaqları, Yasəməni bağrına basdı və qadınlar ağladı. Yasəmən isə çox ağladı. Iki gündür boğub saxladığı qəhərini artıq saxlaya bilmədi, sanki bədəninin donu açılmışdı, bədəni əsir, dişləri bir-birinə dəyirdi. Zərifə onu qucaqlayıb sakitləşdirməyə çalışırdı.

– Qoy ağlayıb yüngülləşsin... – deyib Mirzə ona mane olmaq istəmədi.

Sonra onlar qonaq otağına keçdi. Zərifənin yoldaşı İlham çay gətirdi.

– Qardaş, sizdən çox nigaran idik. Bir neçə dəfə gəldik, amma üstümüzə silah qaldırdılar, içəri keçməyə qoymadılar. Danış görək orada nələr baş verdi.

– Nə deyim?! Baş verənləri danışmaqla qutarmaz. Düzünü özümüz də bilmirik, məhəllədə nələr baş verdi, kim öldü, kim qaldı?!

Əslində Mirzə bu barədə danışmaq istəmirdi. Danışmaq ağır idi.

Süfrəyə çay, yemək gətirildi. İki sutka güllə-baran altında qalan, mənzili alt-üst olan, sonra da dəqiqələri saya-

Page 201: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

201

saya, balaları, əri ilə oturub “son” gözləyən Yasəmənin fikri hələ də həmin dəqiqələrdə idi. O, hələ də həmin acı dəqiqələrin havasında idi. Şəhərdə baş verənlərdən də xəbəri yox idi. Hardan biləydi ki, Bakının küçələrində qan su yerinə axıb. Sabah isə şəhidlər son mənzilə yola Salınırdı. Yasəmən bütün bunları bir qədər sonra bildi.

Bakının bir-birindən qara günləri, gecələri yaşandı. Insanlar bu böyüklükdə dünyada özünə yer tapa bilmirdi. Vaxtın, zamanın hesabını itirmiş,bu qara gecələrdə çoxları yatağa girmədi, kimlərinsə yatağına laxta-laxta qan axdı, Əzraillə əlbəyaxa olub ölüm-qalım arasında çapaladı. Kimlərinsə yatağını leysan göz yaşları islatdı. Çoxları da göz qırpmadan qapıda durub yollara göz dikdi, əzizlərindən bir xəbər gözlədi, Tanrıya üz tutub imdad istədi. Kimlərinsə payına da itkinlik düşdü. Heç elə bil yox imiş kimi nə ölüsündən, nə dirisindən xəbər verən olmadı.

Yanvarın iyirimi biri gecəsinin qara sabahı açıldı. Qara bayraqları ilə, al qırmızı qərənfilləri ilə, üfüq boyu uzanıb gedən, Tanrının dərgahından qopan qapqara buludları ilə... Bu qara buludlar şəhərin üzərinə ələnmişdi. Nakam övladlarımızı son mənzilə yola salmaq üçün göylərdən yerə gəlmişdi.

Dünya həmişəki dünya deyildi. Şəhər də, insanlar da, yollar da sanki baş verənlərə dözə bilmirdi. Günəş də yox imiş kimi xəcalətindən çəkilib hardasa itmişdi. İnsanların həmişə güvəndiyi, arxalandığı Ana Vətən deyilən Vətən də sanki, yox imiş, hər şey yalan olmuşdu... Yalan...

İnsan axını yenə də “Azadlıq” meydanına üz tutmuşdu. Uzaqdan, yaxından gələnlər, ağı deyənlər, al-əlvan bəzənmiş xonçalar, oğul-qardaş səsləyən ana-bacılar... Kişilər necə ağlayarmış?! Cavanların qolları arasında ağ saçlı qadının səsi axının başı üzərində haray çəkirdi. Bu səs qılıncdan da iti idi. Insanı yerbəyerdən kəsib tökürdü:

Ovçu, oylağın hanı?

Page 202: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

202

Çoban, yaylağın hanı? Sürünə quduz dolub, Ötən çağların hanı?

– Quduzlara yem olan balalarım, vay!.. Elim-günüm, vay!..

Yerbəyerdən ananın səsinə səs verib nalə çəkən qız-gəlinlərin səsi baş alıb gedirdi.

Arxa tərəfdən qəzəb-nifrət dolu çağırışlar: – Qatillərə ölüm! Qalx, Azərbaycan! Oyan, Azər-

baycan! Başqa tərəfdənsə “İntiqam! İntiqam!” səsləri, “Qurani-

Kərim”dən ayələr oxunur, minlərlə qara bayraq altında canilərin cəzalandırılmasını tələb edən şüarlar, şəhidlərin şəklini sinəsinə sıxıb onları son mənzilə aparanlar. Zamanın üzü bərk idi, dözürdü.

Matəm mitinqi başlanır və şəhidlərin ruhu yad edilir. Sonra müxtəlif çıxışlar, respublika hökumətinin iradəsinə zidd, Bakıya ordu yeridilməsi ilə əlaqədar baş verən faciəli hadisələrdə həlak olmuş Vətən övladlarının qatillərinin cəzalandırılması tələbi. Başqa-başqa çağırışlar.

Gəmilər aramsız fit çalırdı. Bu dərdin ölçüsü-biçisi yox idi. Bu dərd bəlkə də dünyanın özündən də ağır idi. Millət bu dərdi çiynində çəkib aparmaq üçün bir yerə yığılmışdı. Belə bir gündə hamı bir yerdə idi. Nə olsun ki, kimlərsə bu sırada yox idi, qaçıb tülkü kimi gizlənmişdi... Vətənə Vətəni sevənlər lazım idi. Belə bir gündə büdrəyib yıxılmaq olmazdı. Çiyin-çiyinə verib getmək lazım idi. Bu yol müstəqilliyə, azadlığa gedən yol idi. Bu gün Sovet faşizmindən xilas olmaq üçün zəncirlərdən qırılan gün idi.

Saat on ikidə matəm alayı hərəkətə gəlir. Cənazələrin önündə ruhanilər, ictimai xadimlər, elm-mədəniyyət xadimləri və yüz minlərlə Vətən övladları... Yollar, hər tərəf başdan-başa

Page 203: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

203

al qırmızı qərənfillərlə örtülmüşdü. Sanki Bakıya qərənfil yağışı yağmışdı. Kommunist küçəsi boyunca silahlılar, damlarda yerləşən snayperlər, hər tində tanklar, BTR-lər... Bütün bunlar insanların iradəsini qıra bilmədi və onlarda ölüm xofunu yarada bilmədi. Insanlar səs-səsə verib daha qəzəblə yola çıxdı. Al-əlvan bəzənmiş mafələr, təcili yardım maşınları, qırmızı xonçalar, axın ləngər vura-vura irəliləyirdi. Bakıya qan yağışı yağmışdı, insanlar da qan ağlayırdı. Dağüstü parkda məzar qazan sadə insanlar sanki acığını torpaqdan çıxıb parkın keçmişini dağıdıb alt-üst edirdi. Onlar özləri də bilmədən qazılan şəhid məzarları ilə azadlığın bünövrəsini qoyurdular. Müqəddəs “Qurani-Kərim”i oxuyanlar, axını nizamlayanlar, girişə nəzarət edənlər, astadan-ucadan bu dərdi ağlayanlar, zamanın hökmündə zaman dara çəkilmişdi. Çox-çox uzaqlardan gələn fəlakətin qabağında zaman üzüqara qalmışdı. Zalımlar onun sinəsinə dağ çəkmişdisə də, zaman dözürdü və öz işində idi. Şəhidlər torpağa tapşırıldı və qəribə də olsa, bir qədər sonra leysan yağışlar yağdı. Tanrı da bu müsibətə dözmədi. Böyük Ana Vətənsə öz iç üzünü göstərdi, nəyə qadir olduğunu bir daha sübut etdi. Bizlərə bir də dostun, düşmənin yerini göstərdi. Görəsən bu dəfə biz hamımız bunu görə bildikmi? Axı bunu necə görməmək olar? Necə? Yasəmən o günü təkcə şəhidləri deyil, çox şeyləri Dağüstü parkda dəfn etdi. Xoş arzularını, ümidlərini, ən başlıcası isə Böyük ana Vətən deyilən Vətəni dəfn etdi. Eləcə də öz keçmişini dəfn etdi. Sanki bu hadisələr onu qəflət yuxusundan ayıltdı. İndi o, başqa bir Yasəmənlə üz-üzə qalmışdı.

İnsanlar dərdlə baş-başa qalmışdı. Dərd bir olsa da, hər kəs bu dərdi özünəməxsus çəkirdi. Hətta kimlərsə günahkarı öz aramızda axtarırdı.

Mirzə radionun qabağında oturub Bakıda törədilən cinayətlər haqqında doğru-dürüst xəbərlər eşitmək istəyirdi. Ən

Page 204: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

204

başlıcası bu xəbəri elə faciəni törədən ölkədən eşitmək istəyirdi. Lap yuxarılardan. Sən bir işə bax, Mirzə hələ də ədalətə inanmaqda idi. Mərkəzi kütləvi informasiya vasitələri – “İzvestiya”, “Pravda”, eləcə də “Zaman” xəbərlər proqramı həmişə olduğu kimi, çirkin ənənələrinə sadiq qalaraq qərəzli məlumatlar yayırdı. Yolunu azmış Azərbaycan xalqının murdar simasını, Sumqayıt hadisələrini, Yanvarın 13-15-də Bakıda törədilən vəhşilikləri bütünlüklə bu millətin adına ünvanlayırdı. Lakin bütün bunların başında duran, bunları təşkil edən və məharətlə həyata keçirən “böyük qardaşlar” kənarda qalmışdı. Onlar pərdə arxasında idi. Yəqin ki, tarix özü nə vaxtsa o pər-dənin arxasına keçib hər şeyi olduğu kimi açıb tökəcək. Elə “böyük qardaşlar”la əlbir olub öz millətinin qanına əli batmış namərdlərin də adı açılacaq. Mütləq o insanları gec-tez xalq tanıyacaq. Hazırda isə bu mümkün deyildi, ixtiyar güclülərin əlində idi. Dünya isə bizə inanmırdı, səsimizi eşitmirdi. Bu böyük dünyada biz zərrə qədər kiçik idik.

Yasəmən isə elə hey ağlayırdı. Ovuna bilmirdi. Sa-ğında, solunda hamı günahkar axtarırdı. Hərənin ağzından bir hava gəlirdi. Yasəməni ən çox ağrıdan da çoxlarının günahkarı öz aramızda axtarması idi. “Həmişə olduğu kimi, biz başqalarının günahkar olduğuna inana bilmirdik. Bütün günahları özümüzdə axtarırıq. Satqın da özümüzük, özümüzün düşməni də elə özümüzük. Bizlərdən pisi yoxdur.” Mətbuatda gedən bir çox yazılar da ziddiyyətli idi. Yasəmən isə gördüklərini ürəyinə həkk etmişdi. Bütün baş verənlər onun sinəsinə qanla yazılmışdı və yəqin ki, bu yaralardan xilas olmaq mümkün olmayacaqdı. Yaşadığı o dəqiqələr... O üzüntülər... Uşaqların sifətindəki ölüm kölgəsi... Aramsız atəş səsləri... Alt-üst olmuş mənzili... Yəqin ki, bundan belə Yasəmən bütün bunları yuxusunda yaşayacaqdı.

Page 205: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

205

Bəs niyə Xalq Cəbhəsi? Axı Xalq Cəbhəsi nə istəyirdi? Azadlıq, müstəqillik, Sovet faşizmindən xilas olmaq, bir millət kimi dünyaya çıxmaq, sözünü deməyi bacarmaq, öz dilində danışmaq – Xalq Cəbhəsi bunları istəyirdi. Bunun nəyi pis idi? Nə olsun ki, səhvlər var idi? Dünya tarixində baş verən bütün üsyanlar, inqilablar, haqq-ədalət uğrunda gedən vuruşlar, çevrilişlər, heç biri nə səhvsiz, nə də şəhidsiz ötüşməyib. Amma xırda səhvləri böyük səhvlərlə qarışdırmaq olmaz. Bəs necə oldu ki, Sumqayıt hadisələri bütün dünyaya car çəkildi? Amma bu hadisələrə başçılıq edən erməni millətindən olan Qriqoryanın adı dilə gəlmədi. Çox şeylər dilə gəlmədi, qələmə gəlmədi. Üstüörtülü qaldı. Kimlərəsə belə sərf etdi.

Bu hadisələrdən əvvəl Əsgəran rayonunda qətlə yetirilən Azərbaycanlılar, varı-yoxu əlindən alınıb yurd-yu-vasından qovulub qaçqın düşənlər... Özümüzünkülər də bu barədə susdu. Hər çey ört-basdır edildi. Amma üzdəniraq qonşularımız məharətlə yalanları, böhtanları adımıza yazıb dünyaya car çəkdi. Azərbaycan millətinin “murdar sifətini” yarada bildi. Bizlər isə həmişə olduğu kimi, heç nə edə bilmədik. Ən başlıcası öz simamızı qorumağı bacarmadıq. Axırda da bu haqsızlıqlara dözə bilməyən, etirazını bildirmək üçün yollara çıxan mərd oğul və qızlarımız əliyalın tankların üstünə getdi. “Azadlıq” deyə şəhid oldu.

Bu faciəni törədənlər həmişə haqdan, ədalətdən dəm vurub bir çox millətlərə firavan həyat vəd edənlər idi. Mirzə belə bir haqsızlığı heç vaxt ağlına gətirməmişdi. O, sanki qaynar qazan içində idi. Qəzəbi, nifrəti, yerə-göyə sığmayan üsyan səsi. O, elə bil dünyaya müharibə elan etmişdi. İş onda idi ki, bu müharibə onun ürəyində gedirdi. Ürəyində.

Yasəmən qərar tuta bilmirdi. Yanvarın iyirmi üçündə o, Mirzə ilə səhər-səhər uşaqları bacısıgildə qoyub evdən çıxdı. Şəhərdə fövqəladə vəziyyətlə bağlı komendant saatının

Page 206: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

206

qaydaları hökm sürürdü. Artıq “saqqallılar” yox idi. Onların əvəzində Orta Asiya respublikalarından gətirilən cılız əsgərlər küçələrdə var-gəl edir, hər kəs öz mövqeyində növbə çəkirdi. Rus millətindən olan əhali də sanki qeyb olmuşdu. Yollarda bir nəfər də gözə dəymirdi.

Yasəmən əvvəlcə şəhidlərin məzarını ziyarət etmək istədi. Növbəyə duran insanların əvvəli-axırı görünmürdü. Ağlayan, ürəyi xarab olan, eləcə də kədərinə sıxılıb susan... Qəzəb dolu baxışlar... Qəzəbli danışıqlar... Bu hadisələrdə elə bil Yasəmən millətini birinci dəfə gördü, daha yaxından. Hamı bir yerdə əl-ələ, çiyin-çiyinə, çətin bir yolda. Hər gün səhərdən ta axşama kimi növbədə durub şəhidləri ziyarət etməklə az da olsa ovunmaq istəyənlər.

Yasəmən də Mirzəyə söykənib zorla ayaq üstündə durmuşdu. Heç taqəti yox idi. Bu hadisələr baş verdiyi vaxt ərzində Yasəmənin sanki boğazı tutulmuşdu, yalnız çay içə bilirdi. Nə qədər ona yalvar-yaxar etsələr də, Yasəmənin cavabı qısa olurdu.

– Özümdən asılı deyil, yeyə bilmirəm. – Bacı, sən ac qalmaqla dünya düzəlməyəcək. – Zərifə

onu dilə tutmağa çalışırdı. – Bilirəm. Onsuz da bu dünya düzələn deyil. Arada növbədə qarışıqlıq düşürdü. İnsanların hövsələsi

çatmırdı, bir-birini itələyib irəli keçmək istəyirdi. Kiminsə ürəyi xarab olurdu. Kimsə nəzakətli, kimsə də özünəməxsus kobud olsa da, hamının yolu bir idi.

Səhər saat ondan növbədə dayanan Yasəmən Mirzə ilə axşam saat yeddidə şəhidlərin məzarına çata bildi. Yaş torpağın üstündə oturub ağlayanlara qoşulub o da ağladı. O ki var ağladı... Əslində Yasəmən təkcə şəhidləri ağlamadı.

Oradan Səlyan kazarmasına qayıtdılar. Blokun divar-larında salamat yer yox idi. Hər tərəf toz-torpaq içində.

Page 207: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

207

Mənzillərinin qapısı sındırıldığından çöl qapısı aralı qalmışdı. Hər ikisi heyrətdən donub qaldı. Yasəmən özünü necə itirdisə, qeyri-ixtiyari olaraq Mirzəni çağırdı:

– Mirzə?! – Yasəmən, sakit ol. Səsə Mustafa kişi çıxdı: Narahat olmayın, mənzildə heç nəyə toxunulmayıb, –

deyə Mustafa kişi əlavə olaraq bildirdi: – Camaat məhəllədən çıxarıldıqdan sonra kilsəni, bütün mənzilləri bir-bir gəzib yoxladılar. Kimin qapısı bağlı idisə, qapısı sındırıldı. Sizin mənzili mənimlə bir yerdə gəzib yoxladılar. Heç nəyə əl vurulmadı. Görünür bundan sonra binaların partladılması fikrindən əl çəkdilər. Amma bir çox mənzillər talan olub. Hərbi hissə ilə üzbəüz binada iki mənzil yanıb kül olub.

Yasəmən Mustafa kişiyə zorla qulaq asırdı. Xarabalığı xatırladan mənzilinə baxıb haldan-hala düşürdü. Hər şey boş, mənasız idi. Az qala başını qaldırıb ətrafına baxmaq istəmirdi. Kalaşnikov avtomatından 5,45 çaplı güllələr mebelin içində qab-qacağı, xalçanı, pəncərələrin şüşələrini, pərdələrini deşik-deşik etmişdi, salamat heç nə qalmamışdı. Yasəmənin ürəyi də belə güllə-baran olmuşdu. İmkanı olsaydı baş götürüb bu yerlərdən birdəfəlik gedərdi, kəndə, ata-baba yurduna. Bundan belə o köhnə daxmada yaşamaq daha rahat olardı, o yerlərdə güllə səslərini eşitməzdi. Bu mənzildə isə ömrünün sonuna ki-mi istəsə də, istəməsə də o səsləri eşitməli olacaq.

Sonra Mustafa kişi başqa xəbərlərdən də qısa danışdı. Bildirdi ki, qonşu Valya qətlə yetirilib, meyitini hara aparıblar məlum deyil. Şəhərcikdə daha üç nəfər, altmış yaşlı Zina öz mənzilində, on altı yaşlı cavan oğlan blokun qabağında şəhid olub, bir nəfər isə xüsusi maşınında vurulub, hazırda xəstəxanadadır. Eləcə də hərbi hissədə hərbi ekspertiza komisiyası fəaliyyətə başlayıb. Baş verən hadisələr araşdırılır.

Page 208: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

208

Bunun üçün bir çox ölkələrdən hərbi ekspertlər, hüquqşünaslar, müxbirlər gəlib. Hazırda təhqiqat aparılır. Vətəndaşlar, şahidlər sorğu-sual edilir. Dəqiq məlumatalar toplanır.

– Mustafa dayı, bunlar hamısı gözdən pərdə asmaq üçündür. Artıq olan-olub, keçən-keçib, – deyə Mirzə fikrini kəskin bildirdi.

– Hə, doğru deyirsən, – deyə Mustafa kişi razılaşdı. Söhbətə Yasəmən də qarışdı: – Mustafa dayı, qorxuram bu hadisələr yenə də bizə

dərs olmasın. Ağzımızı yumsunlar. – Qızım, əfsuslar olsun ki, zəiflər güclülərin qabağında

heç nə edə bilməz. Bu, siyasətin yazılmamış qanunudur. – Belə çıxır ki, böyük ölkələr kiçik ölkələrə nə vaxt nə

istəsə edə bilər! Yasəmənin səsi titrəyirdi. Ağlamaqdan qan tutmuş

gözlərindən elə bil od çıxırdı. – Yasəmən, səni tanımaq olmur. Özünü ələ al. – Mirzə, belə bir müsibətdən sonra daş da olsa, dilə

gələr, burada təəccüblü heç nə yoxdur. Məni qınama. Özümlə bacara bilmirəm.

Bir qədər sonra mənzildə xırda təmir işləri, yır-yığışa başlandı. Mustafa kişi çay dəmləyib gətirdi. Beləcə baş qarışdı. Amma hər kəs öz ürəyində sözü-söhbəti ilə baş verənlərin havasında idi.

Şəhər yavaş-yavaş əvvəlki günlərinə qayıtmağa başlayırdı. Mirzə də bir neçə gün idi ki, işə çıxırdı. Zavodun qapısında qara bayraqlar asılmışdı. Yanvarın iyirmi yeddisində isə ümumi iclasın keçirilməsi haqqında elan vurulmuşdu. Sexlərdə yavaş-yavaş dəzgahların səsi eşidilirdi. İnsanlar elə bil o dünyadan qayıtmışdı. Kimisi susur, kimisi isə əvvəlkilərdən fərqli olaraq odlu-alovlu çıxışlar edirdi. Qadınlar

Page 209: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

209

isə iki-bir, üç-bir baş-başa verib gördüklərini danışıb xısın-xısın ağlayırdı.

Soyuq idi, havadan şaxta qoxusu gəlirdi. Iş onda deyildi ki, hava soyuq idi. Əvvəllər də şaxtalı-qarlı günlər çox olmuşdu. Belə günlərdə insanlardan az qala bahar qoxusu gəlirdi. Şən, gümrah, rast gələn hər kəslə ürəklə salam verib, salam alan. İndi elə bil hamı lal olmuşdu, sifətlərinin rəngi də bomboz. Üzlərinə baxmaq olmurdu. Nə olsun ki, bizlər ölümdən qorxmadıq, əliyalın ölümün üstünə getdik, onunla əlbəyaxa olduq?! Bizim səsimiz çox uzaqlara yayıldı. Hətta böyüklər də bu səsi eşitdi, lap yaxşıca eşitdi. Kar deyildilər ki, eşitməsinlər. Bu səs onları qorxutdu, yaman qorxutdu. Yoxsa silaha əl atmazdılar. Əsas odur ki, biz tülkü kimi qaçıb gizlənmədik. Doğrudur, tülkülər də kifayət qədər oldu, hərəsi bir tərəfə qaçdı. Qaçanlar qaçdı, qalanlar isə ordunun qabağında dura bildi. Qan töküldü. Görünür bunsuz mümkün deyil. Yəqin ki, şəhidləri nahaq yerə vermədik. Bundan belə biz şəhidlərin ardınca gedib bu yolu başa vurmalıyıq. Bu bəladan həmişəlik xilas olmalıyıq. Sonra da öz əlin, öz başın, öz Vətənin. Pisi də, yaxşısı da sənin olacaq.

İclas zalı ağzına kimi dolmuşdu. Heç vaxt zala bu qədər insan toplaşmamışdı. Hətta xadimələr də iclasda idi, oturmağa boş yer olmadığından bir çox cavanlar ayaq üstündə durmuşdu. Həmişə coşub-daşan zal indi qara bayraqlar altında... İnsanlar pərən-pərən... Əli qoynunda, başı aşağı, matəm havasında.

Mirzə üçüncü sırada oturmuşdu. Qulaqlarında atışma səsləri. Cavan qızın naləsi, qadınların Tanrıya doğru uzanan əlləri, xəstəxanada gördükləri. Sonra da o müdhiş dəqiqələr. O dəqiqələr ən işgəncəli anlar idi.

Direktor bir neçə nəfərlə tribunaya qalxdıqda sükut daha da dərinləşdi. Mirzəyə elə gəldi ki, bu sükut bir haya bənddir. Hər an partlaya bilər. Sükut isə daha da ağırlaşırdı, hər

Page 210: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

210

kəsin çiynində ağır bir daş, daşın altında qalan insanlar isə həmişəkindən güclü idilər. Bu güc haradan gəlmişdi? Bilmək olmurdu. Bəlkə də bu dünyada insanlar heç vaxt özü də bilmir ki, onlar nəyə qadirdir. Onların daxilində nələr yaşanır və hansı şəraitdə nələr baş verə bilər.

– Şəhidlərimizi bir dəqiqəlik sükutla yad edək!.. – direktorun səsi titrəyirdi.

Bütün zal ayağa qalxdı. Mirzə də ayağa qalxıb gözlərini yumdu. Bir dəqiqə... Qadınlardan kimsə hıçqırdı. Sonra başqa-başqa səslər sükutun içindən qoparaq Mirzənin üz-gözünə çırpılırdı. “Oyan, Azərbaycan! Qalx, Azərbaycan! Qatillərə ölüm!”

Analar yanar ağlar, Saçların yolar ağlar. Dönüb ağ göyərçinə Yollara qonar ağlar.

Mirzə qəhərini boğdu. – Yoldaşlar, mənim balalarım, səbirli olun! Bu dəfə də

düşmən bizi arxadan vurdu. Bu da növbəti xəyanətdir. Bu ağır gündə səbirli olmağı bacarmalıyıq.

Sonra həmkarlar, sıravi işçilərin odlu-alovlu çıxışları, etiraz səsləri bir-birinə qarışdı. Axır ki, tribunada Mahir Axmedoviç göründü.

– Yoldaşlar... – deyib o, zalı nəzərdən keçirdi. Hə-mişəkindən fərqli olaraq bir qədər yumşaq səslə sözünə davam etdi. – Mən istəməzdim ki, vəziyyət daha da ağırlaşsın. Məndə məlumat var ki, işçilərimizdən bir neçə nəfər partiya biletini yandırıb. Bu, ən azından cinayətdir. İndiki vəziyyətdə belə səhvə yol vermək olmaz!

Zal lərzə gəldi, ağız deyəni qulaq eşitmədi. Sükut yerbəyerdən pozuldu.

Page 211: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

211

– Qorxaq! – Satqın! – Millət xaini! Direktor əlini qaldırıb zalı sakitləşdirməyə çalışsa da,

bu alınmadı. Mahir özünü itirmişdi, amma geri çəkilmək fikrində deyildi.

– Mən sizə başa salmaq istəyirəm ki... Onun sözü ağzında qaldı. Etiraz səslərinin uğultusunda

səsi itdi. Sonra da ağır bir əl çiynindən onu sıxdı. Mahir geriyə döndü. Bu, Mirzənin əli idi. Mirzənin gözlərindən od çıxırdı. Onu qınayan olmasaydı Mahiri götürüb tribunadan atardı. Amma başa düşdü ki, bunu etmək olmaz. Odur ki, əlindəki partiya biletini iki yerə cırıb Mahirin qabağına atdı.

– Al, saxla! Bəlkə lazımın oldu! Mən belə partiyanın üzvü olduğum üçün özümə nifrət edirəm!

Mahirin gözləri böyüdü, rəngi ağappaq ağardı. – Muradov, sən nə etdin?! – Mən nə etdiyimi yaxşı bilirəm. İndi bax gör bundan

belə sən nə edəcəksən!.. Bu anda işçilərdən bir neçə nəfər də partiya biletini

qəzəblə Mahirin qabağına atdı. Bu insanlar özündən asılı olmadan qəzəblərini yığıb-yığışdıra bilmirdi. Onlar köhnə dünyaya olan nifrəti ilə yeni bir dünyanın astanasında idi.

Yasəmən elə bil hər ötüb gedən günlə yaşadığı anlara bir az da yaxınlaşırdı. Necə olmuşdu ki, Yasəmən bütün bunlara dözə bilmişdi. İndi bu, ona mümkünsüz gəlirdi. Yenə də arabir atışma səsləri eşidilirdi. Xüsusilə axşamlar. Yasəmən çox vaxt işlərini mətbəxdə etməkdən çəkinirdi və həmişə səksəkə içində idi. Bütün bunlarla yanaşı o, nə isə etmək istəyirdi. Amma özü də bilmirdi ki, nə etmək istəyir, axı o, nə edə bilərdi? Sadəcə olaraq sakitləşə bilmirdi. Gecə-gündüz ürəyində qaynayan hisslər onu rahat buraxmırdı. Törədilən

Page 212: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

212

müsibəti elə-belə uda bilmirdi. Kiməsə sözünü demək, ürəyini boşaltmaq istəyirdi. Bu istəyinə şübhə etsə də, yenə də fikrindən əl çəkmirdi. Axır ki, özlüyündə nə etmək istədiyini qət etdi.

Yanvarın iyirmi səkkizində Mirzə işə getdi. Yasəmən isə hərbi hissədə fəaliyyət göstərən ŞİT İctimai Müstəqil Hərbi komissiyanın qəbuluna yollandı. Çox qətiyyətli idi. Neçə vaxtdır üzüldüyünə baxmayaraq ona haradansa güc gəlmişdi.

Qapıda dayanan silahlılar onu içəri buraxmadı: – Stoy! Tuda nelzya! Yasəmən əli ilə soldatı itələyib içəri keçməyə çalışdı.

Onu geri itələdilər. – Əgər vətəndaşları qəbul etmirlərsə, niyə yığılıblar

bura? Tamaşaya gəliblər? – deyə Yasəmən qəzəblə bir də içəri keçməyə cəhd etsə də, alınmadı.

– Vətəndaş, burada qayda-qanunu pozmaq olmaz! – cavan bir zabit kabinetdən çıxıb kəskin şəkildə bildirdi və sərt baxışları ilə Yasəməni süzdü. Yasəmənə elə gəldi ki, zabit düz onun atasına söydü, özü də elə söydü ki, tükü də tərpənmədi. Yasəmən özünü saxlaya bilmədi.

– Bu boyda cinayəti törətdiyiniz bəs deyil, indi də qayda-qanundan danışırsınız?! Alçaqlar! Şərəfsizlər!

Sonra da Yasəmən özü də bilmədi daha nələr dedi. Səs-küyə orta yaşlı balacaboy bir nəfər çıxdı. O, mülki geyimdə idi. Yasəməndən heç nə soruşmayıb onu kabinetə buraxdı. Kabinetdə Yasəmənin ilk gözünə dəyən yuxarı başda oturan yaşlı rus generalı oldu. Onun qabağındakı uzunsov masa arxasında hərbi ekspertlər, hüquqşünaslar, müxbirlər, Orta Asiyadan, Yaponiyadan və başqa kimlərsə, xarici vətəndaşların yanında isə tərcüməçilər oturmuşdu.

Hamının gözü Yasəmənə dikilmişdi. O, heç nəyə məhəl qoymadan yaşlı generala tərəf yönəldi. Sifəti alışıb yanırdı. Rus generalı başını qaldırıb tərs-tərs Yasəmənə baxdı. Qadının

Page 213: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

213

baxışlarındakı qəzəb, nifrət deyəsən ona qəribə göründü. O, istehza ilə gözlərini qıydı. Yasəmən bir addım da irəli gəlib düz generalla üzbə-üz dayanıb cəsarətlə onun gözünün içinə baxdı. “Alçaqlar! Mən sizdən qorxmuram! Sizin əliniz qana batıb... Sizdən qan iyi gəlir... Mən sizə nifrət edirəm! Mən sizdən qorxmuram!..”

General elə bil onun fikirlərini oxudu. Geridə qalmış ölkədə belə bir qadının varlığını o, heç ağlına da gətirməmişdi. İndi imkanı olsaydı, qulağından tutdurub onu it kimi bayıra atdırardı. Amma şahidlərin gözü qabağında bunu etmək olmazdı. Odur ki, general özünü sakit göstərməyə çalışdı:

– Vətəndaş, sizə nə lazımdır? Elə bil Yasəmənin içərisində nə isə partladı. – Mənə heç nə lazım deyil. Mən öz evimdəyəm! Bəs

sizə nə lazımdır? Bu millətdən nə istəyirsiniz? Generalın bir qədər domba gözləri elə bil yerindən

çıxdı. Dönüb mənalı-mənalı xarici ölkə nümayəndələrinə baxaraq dedi:

– Baxın görün bu millətin qadınları belədirsə, bəs kişiləri necədir?! Bunları birdəfəlik susdurmaq lazımdır!

– Bizi susdurmaq heç də asan deyil! Siz buna nail ola bilməyəcəksiniz!

General ayağa durdu. Əlini masaya çırparaq dedi: – Gəlişininizin məqsədi nədir? Nə istəyirsiniz? Sizə nə

lazımdır? General ilə Yasəmənin arasında gedən bu söhbət

tərcüməçiıər tərəfindən xarici ölkə nümayəndələrinə tərcümə edilirdi.

– Mənim mənzilim iki saat fasiləsiz atəşə tutulub! İki azyaşlı uşağımla atəş altında qalmışam. Sonra da binanı partlatmaqla bizə hədə-qorxu gəliblər. Axırda da mənzilimə soxulub ekstremist axtarıblar. Məndən, uşaqlarımdan başqa heç kəsi tapmayıblar. Ekstremistlər kimdir? Bəlkə mənəm? Yoxsa

Page 214: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

214

mənim balalarımdır ekstremist? Mən istəyirəm ki, mənim yaşadığım bina, mənzil yoxlanılsın, orada ekstremistin olub-olmaması müəyyən edilsin! Mən bunu istəyirəm!

Sonra Yasəmən ünvanı deyərək cavab gözlədi. – Vətəndaş, biz boş-boş şikayətlərə baxmırıq. Biz ancaq

rəsmi müraciətlərə baxırıq. – Rəsmi müraciət? Onu da edərəm! – deyib Yasəmən

çıxdı və azca keçməmiş o, ərizə ilə geri qayıtdı. O, ərizənin ikinci surətini özündə saxladı və həmin nüsxədə ərizənin qəbul edilməsi barədə zabitin imzası və qəbul tarixini qeyd etdirdi.

Ərizəni verdikdən sonra Yasəmən hər gün hərbi hissəyə gedib bu məsələyə baxılmasını tələb etsə də, buna nail ola bilmədi. Hiss edirdi ki, bu məsələyə baxmaq istəmirlər. Amma Yasəmən nəyin bahasına olur-olsun buna nail olmalı idi.

Bu arada Yasəmənin mənzilinə başqa bir kommisiya gəldi. Vurulan ziyanı təyin etmək üçün. Gələnlər dövlət işçiləri, həmkarların nümayəndələri və başqa kimlərsə. Onlar yazdılar-pozdular, çəkiliş apardılar, sonra uzun bir siyahı tutub imzaladılar. Bir nüsxəsini apardılar, ikinci nüsxə isə qaldı.

Məsələ dəyən ziyanda deyildi. Nə olsun ki, Yasəmən hər şeyi çətinliklə alıb yığmışdı – zərrə-zərrə, gilə-gilə. Az yemişdi, pis geymişdi, çox şeylərdən imtina etmişdi. Amma bütün baş verənlərin qabağında bunlar heç nə idi. Heç nə... Ən qəribəsi də o idi ki, həmin kommisiya elə o gedən getdi, onlardan bir də xəbər çıxmadı.

Yanvarın iyirmi doqquzunda Nadya mənzilinə qayıtdı. Yasəmən bu vaxta kimi elə güman etmişdi ki, onlar yaxşı qonşu olublar. Həmişə bir-birinin xeyrində-şərində necə lazımdır bir-birinə yarayıblar, vaxtlı-vaxtsız bir-birinin qapısını açıblar, gedib-gəliblər. Amma bu hadisələrlə bağlı Nadyanın ailəliklə xəbərsiz-ətərsiz çıxıb getməsi Yasəmənə qəribə gəldi. Başqa vaxt olsaydı Yasəmən bu barədə heç fikirləşməzdi də.

Page 215: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

215

Amma indi vaxt o vaxt deyildi. Bu vaxt özü çox şeylərin üstünü açdı. Eləcə də insanların iç üzünü açıb qoydu ortalığa. Bax, bu vaxta kimi tanıdığın insan budur! Yaxşı-yaxşı bax və yadında saxla kim kimdir! Bu vaxta qədər tanıdığın Ana Vətən də bu imiş!

Nadyanın mənzilinə bir dənə də olsun atəş açılmamışdı. Yasəmən bunu özü gördü və təəccüblənmədi. Artıq o, heç nəyə təəccüblənmirdi. Nadya da Yasəməngilə qalxdı. Baş verən hadisələrdən xəbər tutmaq istəyirdi. Nadya əvvəlcə gördüklərinə heyrət etdi, hətta gözləri doldu. Yasəməni qucaqlayıb ona ürək-dirək verməyə çalışdı. Amma Yasəmən sərtləşmişdi. Onun göz yaşları da qurumuşdu. Keçirdiyi ağrı-acıları da bir daş olub ürəyində qalmışdı və ömrünün axırına qədər o, bundan xilas ola bilməyəcəkdir. Ola bilsin ki, nə isə dəyişsin. Yasəmən belə güman edirdi. Vaxt çox şeyləri dəyişir. Bəlkə də nə isə dəyişdi, amma buna inanmaq çətin idi.

– Günah özündə oldu. Bu sözdən Yasəmən elə bil diksindi. Nadyanın nə

demək istədiyini dərhal başa düşmədi. – Hə, günah özündə oldu. Sən niyə mitinq edənlərə çay-

yemək daşıdın? Bu sənə lazım idi? Nadyanın sözləri Yasəməni silkələdi. – Sən nə demək istəyirsən? Onun buna nə dəxli var?

Bəlkə sən demək istəyirsən ki, bizim binamızda, ya da mənim mənzilimdə ekstremist olub? Sən bunu demək istəyirsən?

– Bəklə də olub. Yəqin ki, atışma boş yerə getməyib. “Alçaq! Mən səni yaxşı tanımamışam!.. Kor olmaq

bizim adımıza yazılıb.” – Nadya, get burdan! Nadya təəccüblə Yasəmənə baxdı: – Nahaq yerə məndən inciyirsən. Mən demək istəyirəm

ki...

Page 216: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

216

Yasəmən onun sözünü ağzında qoydu. – Nadya, sən özün bilərsən nə demək istəyirsən. Get

burdan! Mən heç nə eşitmək istəmirəm. Nadya dönüb getdi. “Bu boyda hadisələrin qabağında gör necə də rahat

danışır. Vicdan əzabı çəkməkdənsə, başını aşağı salıb heç olmazsa dərdimizə şərik olmaqdansa, sən bir işə bax. Şəhid olanlar, şikəst qalanlar, öldüsü-qaldısı bilinməyən, itkin hesab edilənlər... Bunlar kimlər tərəfindən yalan-doğru sayıldı. Kimlər bu siyahını düzüb-qoşdu? Yalan-doğru... Beş o tərəfə, beş bu tərəfə.”

Sən demə Yasəmənin bu vaxta qədər gördükləri, bildikləri – hamısı yalan imiş. Əsl həqiqət indi üzə çıxırdı. “Müharibədə iki düşmən tərəf üz-üzə gəlir, vuruşur. Biz isə “Anamız Vətənlə” üz-üzə gəldik. O, bizi məhv etdi.”

Yasəmənin hər an, hər dəqiqə dərdi ağırlaşırdı. Yalanlar, böhtanlar, mərkəzi mətbuatda yazılan iftiralar. Doğrudanmı dünyada haqq-ədalət heç yox imiş? Bəlkə bizim üçün yoxdur? Indi o istəyirdi baş verənlər haqqında dürüst məlumatlar yazılsın. Nə var olduğu kimi, nə az, nə çox. Yaxşı bilirdi ki, bundan belə heç nə dəyişməyəcək. Onsuz da olan olmuşdu. Amma yenə də olsun, nahaq tökülən qan, ədalət məhkəməsi, millətin şərəfi. Bütün bunlar Yasəməni xəstə etmişdi, içindəki üsyanı, etiraz səsini boğa bilmirdi.

İstirahət günü olduğundan Mirzə işə getməmişdi. Sabah-sabah qapı döyüldü. Hərbiçilər idi. Onlar şikayətlə bağlı gəldiklərini bildirib mənzilə keçdilər. Iki rütbəli zabit, üç silahlı əsgər, iki xarici müxbir, iki hüquqşünas, Yaponiya nümayəndəsi.

Qabaqda komisiya üzvləri, ardınca isə Mirzə Yasə-mənlə əvvəlcə otaqları gəzdi. Sonra çardağa qalxdılar. Çardağın ağır havası adamı boğurdu. Illərlə istifadəsiz qaldığından hər yer toz-torpaq içində idi. Lazımsız əşyalar da

Page 217: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

217

hərəsi bir tərəfdə atılıb qalmışdı. Qabaqda gedən zabit addım-addım hər tərəfi diqqətlə gözdən keçirirdi. Ayaq izləri, ya da ekstremistlərdən başqa bir əsər-əlamət axtarırdı. Çardağın düzü toz-torpaq olduğundan ayaq izləri olsaydı yeri qalardı. Zabit diqqətlə hər tərəfi bir neçə dəfə fırlandıqdan sonra ayaq saxladı. Deyəsən axtardığını tapmayıb duruxdu və bir an fikrə getdi, görünür nə edəcəyini özü də bilmirdi. Yəqin ki, zabit bura arxayın gəlmişdi. Onların fikrincə hər dəlmə-deçikdə ekstremistlər pişik kimi gizlənmişdi. Gümanı onu aldatmışdı.

– Nikakix sledov. Kimsə belə dedi. Bu səsə zabit başını qaldırdı. Yasəmən

onun qabağına keçib düz gözünün içinə baxdı. – Cəlladlar, faşistlər! Zabitin sifəti bozardı. Qəzəblə Yasəmənə baxdı. – Ey jenşina! Uspokoysya! – deyib o, çıxışa tərəf

yönəldi. Mirzə bərk-bərk Yasəmənin qolundan tutdu: – Yasəmən, özünü ələ al. Onlar bura haqq-ədalət

axtarmağa gəlməyib. Bunu birdəfəlik başa düş. – Faşistlər! Mən sizə nifrət edirəm!.. Nifrət edirəm... –

deyə Yasəmən zabitin arxasınca daha ucadan qışqırdı. Onun səsi divarlara dəyərək əks-səda verdi. Ekspertlər bu səsdən qaçırmış kimi addımlarını yeyinlətdi.

Mirzə Yasəmənlə ekspertlərin arxasınca birinci mərtəbəyə düşdü.

Nadya qapıda dayanmışdı. Yəqin ki, hərbiçilərin nə üçün gəldiyini bilmək istəyirdi. Yasəmən onu görüb daha da qəzəblə dedi:

– Biz binamızda ekstremistlərin olmadığını sizə sübut etdik! Biz bunu bacardıq!..

Yasəmən sözünü deyib ayaq saxladı, sanki qüvvəsi tükəndi və dönüb qürurla Nadyaya baxdı. Onun baxışlarında Nadyaya demək istədiyi çox şeylər vardı. Amma deməyi lazım

Page 218: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

218

bilmədi. Çünki artıq sözə ehtiyac yox idi. Əslində o, qələbə çalmışdı. Bəlkə də buna qələbə demək olmazdı. Amma Yasəmən üçün bu qələbə idi. Özü də bu qələbə təkcə bir binanın qələbəsi deyildi. Bununla Yasəmən nəyə nail olmaq istəyirdi? Heç özü də bilmirdi.

Yasəmənin çiynindən elə bil dağ götürüldü. O, bu hadisələrdən sonra birinci dəfə idi ki, özündə bir yüngüllük hiss etdi. Dərindən nəfəs aldı, ürəyi elə bil böyüdü. Mirzə isə komisiyanın ardınca küçəyə çıxdı.

– Şikayətimizə rəsmi cavab vermənizi tələb edirik. Bu, bizim haqqımızdır və qanun da bunu tələb edir.

Amma onun sözü cavabsız qaldı. Yasəmən dönə-dönə gedib cavab istədisə də hər dəfə onu bir bəhanə ilə geri qaytardılar. Axırıncı dəfə isə Yasəməni içəri buraxmadılar.

– Içəri olmaz! – Mən ərizəmin cavabını istəyirəm. – Nahaq yerə vaxtımızı alma, çıx get! Bir də gəlmə!

Başa düşürsən? Bir də buralara gəlmə! – Mən ərizəmin cavabın istəyirəm! – deyə Yasəmən

təkrar edərək zorla içəri keçmək istədi. Silahın dəstəyi ilə onu geri itələdilər. Yasəmən yıxıldı.

– Nenormalnaya! Bu, generalın səsi idi. O, qapıda durub alçaldıcı

nəzərləri ilə Yasəməni süzürdü. Yasəmən qalxıb üst-başını çırptdı.

– Mən cavab üçün gəlmişəm. – Sən xəstəsən! – deyib general geri döndü və arxasınca

qapını çırpdı. – Sizsə qatilsiniz! Əliniz qana batıb! Qatillər! – Ya-

səmən səsi gəldikcə qışqırdı və bu sözləri bir neçə dəfə təkrar etdi. Sonra geri döndü, başa düşdü ki, hər şey bitdi. Amma o, nə isə etdi. O, bunu bacardı. Düşündü ki, bir binanın şərəfini qorumaqla o, millətinin şərəfini qoruya bildi. Az da olsa, bir iş

Page 219: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

219

gördü. Heç olmasa şərəfsizlərə şərəfsiz olduqlarını deyə bildi. Qatillərə qatil olduğunu deyə bildi. O, bunu bacardı. Nə olsun ki, rəsmi cavab vermədilər. Gərək Yasəmən bunu əvvəldən biləydi. Mirzə demişkən, bu özü də siyasətin bir üzü idi. Ağız dolusu sülhdən danışanların əsl üzü elə bu idi.

Yasəmən asta addımlarla hərbi hissədən uzaqlaşdı. Evə getmək istəmirdi. Bu ağrı ilə evə getmək çətin idi. Onsuz da ev onu sıxırdı. Mənzildə hər şey ona yad görünürdü. Nə qədər çalışırdısa da, rahatlıq tapa bilmirdi ki, bilmirdi.

Fikrini bir qədər dağıtmaq üçün şəhərə tərəf yönəldi. Gəzə-gəzə gəlib Sahil bağına çıxdı. Hava tutqun idi. Sahildə çox az adam gözə dəyirdi. Yasəmən dənizə yaxın oturacaqlardan birində oturub gözünü dənizin neft qoxulu bulanıq sularına dikdi. Yüngül külək əsdiyindən xırda dalğalar sahilə çırpılırdı. Yasəmən niyə burada təkləndiyini özü də başa düşmədi. Amma tək qalmaq istəyirdi. Dünyadan çox incimişdi. Yaxşı ki, uşaqları rahatlamışdı. Mirzə isə evə çox gec gəlirdi. “İnsan nə qədər içərisində öz-özü ilə mübarizə aparar?! Bu boyda həngamədən sonra o, kimdən nə istəyirdi?” Axı Yasəmən birdəfəlik nəyisə başa düşməli idi... Mütləq başa düşməli idi... “Nə edim, özümlə bacarmıram!” – fikirləşib yazıq-yazıq dənizə baxdı.

Arxadan qarışıq səslər eşidildi. Yasəmən dönüb səs gələn tərəfə baxdı. Böyük bir dəstə gah ayaq saxlayıb nəyisə müzakirə edir, gah da asta-asta sahilin bu başına, Yasəmənə tərəf gəlirdi. Azca sonra səslər lap yaxından eşidildi.

– Bizim müstəqilliyimiz çoxlarına sərf etmir. Açıq-aşkar olmasa da, bu hərəkatı boğmaq istəyənlər çoxdur. Istər öz aramızda, istərsə də kənarda.

– Biz buna yol verməməliyik. Nəyin bahasına olur-olsun buna yol verməməliyik.

– Təkcə Bakı şəhərində yox, bütün bölgələrdə iş aparılmalıdır. Vaxtı itirmək olmaz.

Page 220: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

220

– Biz heç vaxt azadlığa bu qədər yaxın olmamışıq. “Qəribədir. Mirzə də hər dəfə belə deyir. Deyir ki, indi

azadlıq bizim ovcumuzun içindədir. Biz bunu saxlamağı bacarmalıyıq.”

Yasəmən sahilə çırpılan dalğalara baxıb gülümsədi. Üzü azca işıqlandı. “Hər şey yaxşı olar. Əlbəttə, hər şey yaxşı olar!..”

Fikri uzaqlara getdi, xeyli uzaqlara. Bəxtəvər sandığı günlərə. Yollar boyu əl-ələ, səs-səsə verən bəxtəvər dünyanın bəxtəvər insanlarının yanına. “Yazıqlar olsun bizlərə! Haradan biləydik ki, bu xoş anların arxasında nələr durur, bizləri nələr gözləyir?” Amma əslində o vaxt insanlar bəxtəvər idi, çox bəxtəvər. Lap “yuxarıdan” şəhərimizə gələn “o böyük şəxs”in gəlişini bayram etmək üçün insanlar yollara axışmışdı. Hamı sevinc içində idi. Çalınan musiqi səsləri, rəqslər, əllərdə al bayraqlar, gül dəstələri. Böyüklərin böyük şəkli. Hava limanından şəhərin mərkəzinə kimi yol boyu toplaşan bu insanlar üç-dörd saatlarla durub gözləyirdilər ki, qonaq maşında ötüb keçəndə ona əl etsinlər, onu salamlasınlar. Sonra da qonağın şərəfinə stadionda təşkil edilən möhtəşəm yığıncaq. Odlu-alovlu çıxışlar, alqış səsləri. Doğrudan da hamı bəxtəvər görünürdü. Nə olsun ki, onları işdən ayırıb gətirmişdilər. Belə bir gündə iş vacib deyildi. Vacib olan o idi ki, qonaq layiqincə qarşılansın. Qoy qonaq öz gözü ilə görsün ki, xalqımız onu necə sevir. Elə hörmətli qonağımız da sağ olsun, bizdən geri qalmırdı. O da, dönə-dönə bu millətə olan sevgisini bəyan edirdi. Insanlar isə yerə-göyə sığmırdı. Necə də sevinirdi... İş onda idi iki, o zaman insanlar sevinməyi bacarırdı və xoşbəxt olduğuna inanırdı. Sözə inanırdı. Dünyaya inanırdı. Yavaş-yavaş hər şey dəyişdi. Çox şeylər uzaqlarda qaldı. 90-cı il yanvar ayında isə ümidimiz, gümanımız sona çatdı. Son nöqtə qoyuldu.

Page 221: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

221

Yasəmən ona görə rəsmi cavab almaq istəyirdi ki, onu Nadya kimilərinə göstərə bilsin. Bu da qələbənin bir zərrəsi idi, müstəqilliyə gedən yolun bir zərrəsi idi. Yəqin ki, bu yolu başa vurmaq üçün hamı kimi o da nə isə etməli idi və etdi də. Hər tərəfdə köhnə dünya dağılır, yeni dünyanın isə təməli qoyulurdu.

Bir çox qərarlar qəbul edilirdi. Fövqəladə vəziyyətin ləğv olunması, bütün qoşun hissələrinin Bakı şəhərindən təcili çıxarılması, SSRİ xalqlarına və dünyanın bütün xalqlarına müraciət edilməsi, yeni siyasi partiyaların yaradılması. Mirzə də bu hərəkata qoşulmuşdu, demək olar ki, evdə tapılmırdı.

Qəribədir, niyə Yasəmən bu gün məhz stadionda baş verənləri yadına saldı? Niyə? Bəlkə ona görə ki, qırğını təşkil edənlər də, elə onu törədənlər də yuxarıdan gəlmişdi?! Elə həmin şəhərdən, elə həmin ünvandan.

Hamı möhtəşəm yığıncağa yığışmışdı. Yasəmən də Mirzəyə sıxılıb bu xoşbəxtlikdən ləzzət alırdı. Sevilib-seçilən müğənnilər oxudu, axırda da havaya sülh rəmzi olan ağ göyərçinlər buraxıldı. Ağ göyərçinlər izdihamın başı üzərində avazla dövrə vura-vura uçub getdi. Ağ göyərçinlər. Sonralar da Yasəmən televizor ekranlarında bir çox möhtəşəm yığıncaqlarda havaya buraxılan ağ göyərçinlərin uçuşuna baxmışdı. Hər dəfə onlara baxanda ürəyi dağa dönmüşdü.

– Yasəmən?! Yasəmən səksəkə ilə səsə tərəf çevrildi. Mirzə idi. O,

oturacağın arxasında durub təəccüblə Yasəmənə baxırdı. – Sən burda nə edirsən? Yasəmən tutuldu, nə cavab verəcəyini bilmədi. – Nə isə olub? – Yox. Heç nə olmayıb. – Yasəmənin səsi titrədi. Sonra

o, qırıq-qırıq dedi: – Mən rəsmi cavab ala bilmədim... Vermədilər...

Page 222: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

222

Mirzə əməlli-başlı əsəbləşdi. – Cəhənnəm olsun onların özü də, cavabı da! Bəsdir

özünü üzdün. Baş verənləri yadından çıxar getsin. – Bu, mümkün deyil!.. Bacarmıram!.. – Əzizim, onsuz da onlar istədiklərinə nail ola bil-

mədilər. Heç nəyə nail ola bilmədilər! Qan tökülsə də, millət qəflət yuxusundan ayıldı. Bunu başa düş. Artıq millət dünənki millət deyil! Indi hər şey öz əlimizdədir. Bizə lazım olan dünyanı da özümüz qurmalıyıq.

– Mirzə, sən haqlısan. Amma nədənsə narahatam. Qorxuram ki, yenə də nə isə baş verə bilər.

– Yasəmən, hər şey arxada qaldı. Inan mənə! Indi mən tələsirəm, yoldaşlar məni gözləyir. Iki saatdan sonra biz bölgələrə yola düşürük. – deyib Mirzə, onu gözləyən dəstəyə tərəf yönəldi.

Yasəmən də ayağa qalxdı. Mirzəyə, onu gözləyən insanlara baxıb öz-özünə dedi: “Nə yaxşı ki, siz varsınız!”

Qəribə də olsa, yenə də onun gözlərinin önündə bir vaxtlar havaya buraxılan ağ göyərçinlər göründü. Sülh rəmzi olan bu ağ göyərçinlər hara uçub getdi? Necə oldu? Yasəmən uşaq kimi kövrəldi. O, başını qaldırıb həsrətlə səmaya baxdı. Səma boz-bulanıq buludlar arxasında qalmışdı, görünmürdü. Havadan barıt qoxusu gəlirdi.

O, gah dalğaları sahilə çırpılan Xəzərə, gah boz-bulanıq buludlar arxasında qalan səmaya baxır, elə hey baxırdı... Sanki bir anda ağ göyərçinlər dəstəsi haradasa çox-çox uzaqlarda yenidən пeyda oldu. Yasəmən özü-özünə duyğulandı: «Sülh rəmzi olan göyərçinlər, millətimin başına gətirilənlərdən xəbəriniz varmı? Varsa, bəs niyə belə şad-xürrəm süzürsünüz?»

Öz səsindən özü diksinib düşüncələrdən ayıldı. Və fikirləşdi: «Yazıq göyərçinlərdə nə günah? Bütün bu bəlaları

Page 223: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

223

törədən insanlardır! Nə yaxşı ki, bu faciələrdən ağ gö-yərçinlərin xəbəri yoxdur. Yoxsa onların quş ürəkləri buna tab gətirməzdi…»

Page 224: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Solmaz Muxtarova

224

MÜNDƏRİCAT:

ÖN SÖZ YERİNDƏ SƏSLƏ MƏNI ................................................................................... 4 NİŞAN ................................................................................................ 7

BORC ............................................................................................... 21

YALTAQ KÖPƏK OĞLU ............................................................. 31

BAĞIŞLA MƏNİ, BABA .............................................................. 35

QARTOPU OYUNU ....................................................................... 43

MİRZƏNİN KƏLƏYİ ..................................................................... 49

FIRILDAQ ....................................................................................... 52

DÜNYA FIRLANIR ....................................................................... 55

KİŞİLƏR ........................................................................................ 105

AĞ GÖYƏRÇİNLƏR HƏSRƏTİ ................................................. 155

Page 225: Ağ göyərçinlər həsrəti · 2016-08-12 · Ağ göyərçinlər həsrəti 5 Bəlkə də mənim günahlarım daha çox… Sənə nə vaxtsa yalan satmışam. Nə vaxtsa suyuna

Ağ göyərçinlər həsrəti

225

«Nərgiz-R» Nəşriyyat-Пoliqrafiya firması.

Baş direktor: Hidayət Musabəyli

«Nərgiz» nəşriyyatı. Texniki redaktor: Kəmalə Məmmədova

Korrektor: Yasəmən Ismayılova Komпüter işçisi: Yeganə Imanova

Mətin yığımı: Afət Hidayətova

Mətbəə müdiri: Akif Musayev

Çaпa imzalanmışdır: 24.05.2010. Kağız formatı: 60x84 1/16.

Həcmi: 14,25 çaп vərəqi. Sayı: 300 nüsxə; Sifariş: 780

- ÍßØÐÈÉÉÀÒÛÿðýèç

Azərbaycan Resпublikası Mətbuat və Informasiya Nazirliyi tərəfindən 1998-ci ildə qeydə alınmışdır.

Şəhadətnamə № 45. Ünvan: 8-ci km qəsəbəsi R.Rüstəmov küç. 36

Əlaqə telefonları: 323-69-53; 050-738-37-22.