"inforex"#44: bazar saatinin kafgiri

61
5 punkt qabağa düşmək üçün `Qrafikləri kardioqram zənn edirdim` Düzgün irməyi öyrənin! Banklar harada alıb-sar? 15 10/44/ OKTYABR 2013 “Trading Central”dan analiz s.39 Elliot Dalğaların analizi s.56 Kompleks texanaliz s.51 İşimoku əsasında analiz s.45 INFOREX Bazar saanın kəfgiri 30 37 20 16

Upload: inforex

Post on 28-Mar-2016

226 views

Category:

Documents


1 download

DESCRIPTION

"InForex": treyderler ucun pulsuz online jurnal

TRANSCRIPT

Page 1: "InForex"#44: bazar saatinin kafgiri

5 punkt qabağa düşmək üçün

`Qrafikləri kardioqram zənn edirdim`

Düzgün itirməyi öyrənin!

Banklar harada alıb-satır?

15

10/44/ OKTYABR 2013

“Trading Central”dan analiz s.39Elliot Dalğaların analizi s.56Kompleks texanaliz s.51İşimoku əsasında analiz s.45INFOREX

Bazar saatının kəfgiri

30

37

20

16

Page 2: "InForex"#44: bazar saatinin kafgiri

OXUYACAQSINIZ

0507081112

Xəbərlər

ABŞ böhran qarşısında

Qeyri-müəyyən payız

Qorxulu müsabiqələr

Qısa trendləri tutan sistem

24 “Bazarların Quruluşu”

323537

Forex-ə gəlmiş kazino metodu

«Profit Trend» strategiyası

`Qrafikləri kardioqram zənn edirdim`

34 Sakitləşin....

Bazar saatının kəfgiri

15

22 “Sehirli Parabolik”

19 Strategiyamızı necə test edək?

Page 3: "InForex"#44: bazar saatinin kafgiri

56ELLİOT DALĞALARIN ANALİZİ

Vüsal Məmmədovuntəqdimatında

45 51İŞİMOKU QRAFİK SİSTEMİ ƏSASINDA TƏHLİL

KOMPLEKSTEXANALİZ

Fərid Hüseynov təqdim edir

20Düzgün itirməyi öyrənin!

305 punkt qabağa düşmək üçün

16

Banklar harada alıb-satır?

Page 4: "InForex"#44: bazar saatinin kafgiri

Qazanmağa başlayan adamın tarixçəsiReal maşın sürməklə “Playstation”da maşın sürməyin arasında nə fərq var?

Əslində müasir kompüter oyunları son dərəcə realistikdir, gerçək həyatı getdikcə daha çox və dəqiq əks etdirirlər.

Bəzi oyunlara – məsələn, futbol kimi,- qıraqdan baxsan, bunun oyun, yoxsa canlı televziya yayımı olduğunu anlaya bilməzsən. Eləcə də, ralli oyunları hərəkətin fizikasından tutmuş, maşının təkərlərinin vəziyyətinə qədər hər şeyi dəqiq əks etdirir. Bəzən real maşından da yaxşı!

Amma hər halda, realla virtualın arasında bir ciddi fərq var. Oyunda sən həmişə yenidən başlaya bilərsən. Ağlagəlməz risklərə gedə, istədiyini edə bilərsən. Həmişə ya ehtiyatda əlavə “can”ın var , ya da ən pis halda,

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədov VüsalMəmmədqızı Səbinəİmanverdiyev QafarBagiyev MavletHüseynov Fərid

Layihənin rəhbəri Vəliyev İlqar

DizaynerMoos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal

Maşını divara çırpdın – təzədən başla. Özünü güllənin qabağına verdin – təzədən başla.

Gerçək həyatda isə belə deyil. Sənin ancaq 1 şansın var. Səhv etdinsə, mütləq nəsə ağır itki verəcəksən. Bəzən isə çox ağır!!! Və yenidən başlamaq şansın da olmayacaq! Çünki ancaq bir canın var.

Demo-hesabda ticarət də belədir. Sən həmişə yenidən başlaya bilərsən. Lap 100.000 dollar itirsən də. Həmişə əlavə şansın var. İtirdin - canın sağ olsun. Bu, bir oyundur. Yenidən başla! “Playstation” kimi. Amma real hesab – real həyatdır.

Siz “Playstation”da oynamaqla real maşın sürməyi öyrənə bilərsinizmi? Bəlkə də nəzəri cəhətdən müm-kündür, amma mən real həyatda belə şey görməmişəm ki, kimsə maşın sürməyi kompüter oyunundan öyrənsin.

Yaxşı, bəs real ticarəti niyə oyundan öyrənmək istəyirsiniz?

Bu dediyim forex müsabiqələrinin ziyanlı tərəflərindən ancaq biridir. Qalanlarını isə bu sayımızdakı “Ziyanlı müsabiqələr” yazısından oxuya bilərsiniz.

Zövqlü və faydalı mütaliələr!!!

Page 5: "InForex"#44: bazar saatinin kafgiri

05Nələr Olur

Qızıl bahalaşır

ABŞ-da yaşanan büdcə gərginliyinin fonunda qızıl bahalaşmaqdadır. Sarı metalın bir unsiyasının qiyməti 1300 dolların üzərində qərarlaşıb. Bu ilin əvvəlindən qızıl 21 faiz düşmüşdü. Buna səbəb Federal Ehtiyatlar Sisteminin bondların alışı proqramını ixrisar edəcəyinə olan gözləntilər idi.

Hazırda bu proqrama aylıq $85 milyard xərclənir. Amma artıq qızıl yüksəliş dinamikası nümayiş etdirməyə başlayıb. Əgər 1300 dolların üzərində qalarsa, artımin davam edəcəyi proqnozlaşdırılır. Yox, bundan aşağı enərsə, ekspertlərə görə, qızıl $1200-ə qədər düşə bilər.

* * * * *ABŞ ən böyük neft ölkəsinə çevrilir

Amerika Birləşmiş Ştatları bu il dünyanın ən böyük neft və qaz istehsalçısı ola bilər. Belə ki, ABŞ-ın son illərdə kəşf etdiyi qaz yataqları və istifadə etdiyi yeni texnologiyalar enerji istehsalının artmasını təmin edib. “Wall Street Journal”ın xəbərinə görə, Rusiyanın iyul ayındakı gündəlik enerji istehsalının 21,8 milyon barel neftə bərabər olduğu təxmin edilər.

Amerika Birləşmiş Ştatlarının eyni dövrdəki istehsalı isə 22 milyon bareli aşıb. Dünyanın ən böyük enerji istehlakçılarından biri olan Amerikadakı bu istehsal artımı dünya enerji bazarını da təsir edib.

Amerikanın təbii qaz və neft ixracatı son beş il ərzində müvafiq olaraq 32% və 15% azalıb.

“Ərəb baharı”nın qiyməti

Britaniyanın HSBC bankı Yaxın Şərq və ərəb ölkələrində baş verən iğtişaşların nə qədər ziyan vurduğunu hesablayıb. Bankın dəyərləndirməsinə görə, 2011-ci ildən bu yana Tunis, Liviya, Misir, Yəmən, Bəhreyn, İordaniya və Suriyada yaşananlar həmin ölkələrə təxminən 800 milyard dollar ziyan vurub.

Dolayı itkiləri də (yatırımların azalması və s.) bura əlavə edəndə isə “ərəb baharı” haradasa 1 trilyon dollara başa gəlib.

* * * * *

Dolların taleyi qadına tapşırılır

İlk dəfə olaraq ABŞ-nin Federal Ehtiyatlar Sisteminə (FES) qadın rəhbərlik edəcək. Belə ki, prezident Barak Obama bu vəzifəni Cenet Yellenə tapşırmaq niyyətini açıqlayıb. FES-in hazırkı rəhbəri Ben Ber-nankenin səlahiyyətləri 2014-cü ilin yanvarında bitəcək. Qeyd edək ki, Yellen yəhudi əsillidir. Əvvəllər Federal Ehtiyatlar Sisteminin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. Bu ilin sentyabrında eks maliyyə naziri Lourens Sammers bu vəzifə üçün seçkilərdən imtina etmişdi. Yellen 1990-cı ildən 3 il ərzində FES-in idarə heyətinin üzvü

olub, daha sonra Klinton administrasiyasında iqtisadi məsələlər üzrə şuranın rəhbəri vəzifəsinə keçib. Obama onu 2010-cu ildə FES-in Vaşinqton bölməsinə təyin edənədək 6 il ərzində FES-in San-Fransisko bölməsinin rəhbəri olub. FES-ə gəlməmişdən əvvəl o, kolleclərdə tədrislə məşğul olub. İqtisadiyyat üzrə professordur.

Page 7: "InForex"#44: bazar saatinin kafgiri

07Geri sayım

ABŞ böhran qarşısında İflasa sayılı günlər qalıb

Birləşmiş Ştatlar dövlət borc limitini qaldırmasa, oktyabrın 17-də müflis olacaq. Bu barədə ölkənin Maliyyə Na-ziri Ceykob Lyu xəbərdarlıq edib.

Ceykob deyib: `Əgər hökümət öz xərclərin ödəyə bilməsə, bu, faciə deməkdir`. Onun sözlərinə görə bu axrıncı dəfə baş vermiş 2001-ci il hadisələrindən də ağır nəticələr verə bilər. Üç həftə sonra Dövlət xəzinəsində 30 mil-yard dollar pul qalacaq. Lakin həmin ərəfə dövlətin maliyyə öhdəlikləri 2 dəfə çox ola bilər.

Xatırladaq ki, keçən ilin may ayında ölkənin borc limiti 16,7 trilyon dollar müəyyənləşmişdi. Barak Obama yeni maliyyə böhranının qaçılmaz olduğunu bildirib: ̀ Əyər konqress dövlət borcunun limitin qaldırmasa, olkədə yeni maliyyə böhranı olacaq` deyə Obama bildirib.

O, deyib ki, əgər parlament 2014-cü maliyyə ili üçün oktyabrın 1-dən başlayan yeni büdcəni qəbul etməsə, hökümətin fəaliyyəti dayandırılacaq.

Bu arada ölkənin ayrı-ayrı şəhərləri artıq iflas etməyə başlayıb. 19 iyul tarixində Detroyt məhkəməyə şəhəri iflas etməsinin rəsmiləşdirilməsi xahişilə müraciət edib. Belə ki, şəhər 18,5 milyard dollarlıq borcun ödəyə bilmir. Şəhər rəhbərliyi borcların hissə-sissə ödənməsi razılığına gələ bilmədiyindən, hazırda şəhər vətəndaşlarının üçdə bir hissəsi müflislikdən, beşdə bir hissəsi isə işsizlikdən əziyyət çəkir.

Detroytun ardınca Kaliforniya və Silikon vadisinin qeyri-rəsmi paytaxtı olan San-Xose iflas təhlükəsi altındadır. Büdcə kəsirinin azaldılması üzrə hökümətin anti-böhran planı isə nəticəsizdir və xəzinəyə pul gətirmir. Bundan əlavə, həmkarlar ittifaqı da bu plana qarşıdır.

Page 8: "InForex"#44: bazar saatinin kafgiri

Hazırda bazarda maraqlı mənzərə var. Əsas cütlüklərdə artım trendi müşahidə olunsa da, bəziləri artıq onun ya sona çatdığını, ya da çatmaq üzrə oduğunu düşünürlər. Bəs bu fikirlərin hansı daha əsaslıdır? “İn Forex”in ənənəvi ekspertləri yenə də 2 suala cavab verirlər:

1) Oktyabr ayında eur/usd cütlüyündən nə gözləyirsiniz?2) Başqa hansı cütlüyə diqqət yetirməyi məsələhət görərdiniz?

TƏHLİL VƏ PROQNOZLARBÜROSU...

"IN FOREX"-IN

Qafar İmanverdiyevekspert

OKTYABR AYI ÜÇÜN EKSPERT RƏYLƏRI

QEYRI-MÜƏYYƏN PAYIZ

08 Ekspert rəyi

1) Həfəlik qrafikə baxanda aydın müşahidə olunur ki, eur\usd cütlüyü yuxarı tendensiyadadır, amma H4 za-man intervalında qısamüddətli trend xəttini aşağıya doğru qırıb.

Hər 2 variantda cütlük 1.3459-dan aşağıda formalaşarsa, qiymətin qisa zaman ərzində 1.3090 və 1.2872 hədəflərini yoxlaması ilə nəticələnər.

1.3711 isə güclü müqavimət rolunu oynayir.

Səbinə Məmmədqızıekspert

1) Eur/usd həftəlik qrafikdə trend xəttini yuxarıya doğru qırıb. 1.35 fiqurundan yuxarıda qaldıqca 1.3714 səviyyəsinin yoxlanması şansı yüksəkdir.

Buradan yuxarıda möhkəmlənmə ilk olaraq 1.3885, ardınca 1.3970 ətrafına qalxışa yol açacaq.

1.35 fiqurunun aşağıya qırılması 1.3410/1.34 və 1.3254 yaxınlığına enişə gətirə bilər.

2) ABŞ-da hazırkı dövlət borcu limiti ilə bağlı müzakirələr defolt narahatlığı bazarda qeyri-müəyyənliklər yaradır.

Nəticə etibarilə cütülük bu səviyyədən yuxarıda möhkəmlənsə, qiymət yenidən yuxarıya doğru hərəkət edəcək.

2) Digər cütlüklərə gələndə isə, bu ayda qızıla diqqət edin. Çünki güclü eniş müşahidə olunacaq.

Hamınıza uğurlar.

Page 9: "InForex"#44: bazar saatinin kafgiri

Qafar İmanverdiyev:

Dollar/yena maraq doğurur. Hətəlik qrafikdə “üçbucaq” aşağıya doğru qırılıb.

Fərid Hüseynov:

- Avronun bu ilin mak-simumundan yuxarı qalxmaq ehtimalı çox aşağıdır.

Vüsal Məmmədov:

- Aud/usd-nin “ikiqat təpə” formalaşdırıb, aşağıya enəcəyini düşünürəm.

İlqar Vəliyev:

- Avro/funtda həftəlik qrafikdə divergensiya yaranıb və hələ ki, özünü təsdiqləyə bilməyib.

Səbinə Məmmədqızı:

- Avropada vəziyyət - ABŞ-da hazırkı dövlət borcu limiti ilə bağlı müzakirələr defolt narahatlığı bazarda qeyri-müəyyənliklər yaradır.

BİR CÜMLƏ İLƏ

Ekspert rəyi 09

Page 10: "InForex"#44: bazar saatinin kafgiri

1) Avronun bu ilin maksimumundan yuxarı qalxmaq ehtimalı çox aşağıdır. Baxmayaraq ki, ABŞ-da büdcə problemi dərinləşməkdədir, düşünürəm ki, investorlar hazırkı vəziyyəti Avronun satışına yaxşı imkanlar kimi dəyərləndirirlər.

Bir sözlə, 1.3700 ətraflarından korreksiya edən avro il-kin olaraq 1.3400 ətraflarına qədər enə bilər.

2) Yeni illik minimum təyin edən USDCHF bu ay 0.92 ətraflarına qədər qalxa bilər. GBPJPY 155 ətraflarına qədər enə bilər. 0.9500 ətraflarında AUDUSD-ni sat-maq daha yaxşı olardı.

Fərid Hüseynovekspert

10 EKSPERT RƏYİ

İlqar Vəliyevekspert

1) Yaxın həftədə 1,37-yə qədər artım və daha sonra 1,34-ə qədər eniş mümkündür.

2) Dollar/yena maraq doğurur. Hətəlik qrafikdə “üçbu-caq” aşağıya doğru qırılıb, indi də test olunur.

Vüsal Məmmədovekspert

1) Mən 1.34-ə qədər eniş gözləyirəm. Sonrasını indidən demək çətindir.

2) Aud/usd-nin “ikiqat təpə” formalaşdırıb, aşağıya enəcəyini düşünürəm.

Page 11: "InForex"#44: bazar saatinin kafgiri

11SOS

Qorxulu müsabiqələrDemo-hesablarda keçirilən yarışlardan uzaq qaçmaq lazımdır

Forex müsabiqələri həmişə treyderlərin marağını cəlb edir. Çünki demo-hesablarda keçirilirlər. Yəni ilk baxışdan, heç nə itirmədən qazanmaq imkanı yaradırlar. Amma əslində bu, heç də belə deyil...

Müsabiqəni keçirən broker şirkətinin terminalını öz kompüterində quran hər bir kəs demo-hesablı müsabiqədə iştirak edə bilər. Bunun üçün sadəcə, qeydiyata düşmək və qələbə uğrunda mübarizə aparmaq tələb olunur. Vəssalam.

Brokerlərin buna marağının səbəbləri aydındır. Onlar insanların forexə gəlməsini, broker şirkətinin təkliflərilə tanış olmasını, beləliklə, gələcəkdə real hesab açmağa qərar verməsini istəyirlər. Və bir çox spekulyantlar da bundan istifadə etməyə çalışır, belə müsabiqələr axtarır. Bu, onlar üçün artıq həyat tərzinə çevrilir.

Müsabiqələrdə mükafat ya pul, ya da bonus şəkilndə olur. Pul, təbii ki, qalibin hesabına köçürülür. Bonus isə ona müxtəlif əlavə imkanlar və güzəştlər yaradır. Bir qayda olaraq, müsabiqədə udulmuş vəsaiti hesabdan çıxarmaq olmaz. Amma ondan istifadə edərək qazanılmış pulları götürmək olar.

İndi isə gələk işin görünməyən tərəfinə: bu müsabiqələr treyderlərin psixologiyasına necə təsir göstərir? İnsan riskə alışır, lot həcmini qaldırır, ticarət sisteminin siqnalları olmadan əməliyyat açır...

Hər şey edir ki, təki başqalarından qabağa düşsün. Yəni burada təmkinli, ölçülüb-biçilmiş ticarət aparmaq olmaz. Yoxsa ən yaxşı halda orta yerlərdən birini tutarsan. Gərək mümkün qədər böyük risklərə gedəsən. Və ən vacibi, bəxtin gətirsin.

Hətta keyfiyyətli sistemi olan treyderlər belə, bu cür müsabiqələrdə qələbə qazana bilməzlər. Çünki istənilən sistemin itkili dövrü var ki, money-management qaydalarına riayət olunmasa, treyderin hesabı üçün faciəli nəticələnə bilər.

Amma digər tərəfdən, riskləri xeyli dərəcədə qaldırmasa, treyderin həmkarlarını qabaqlamaq şansı olmayacaq. Ona görə də, bəxt amili ön plana çıxır. Bu, bəxtə-bəxt oyunudur.

Ən pisi odur ki, bu cür müsabiqələrdə iştirakdan sonra həmin prinsiplər treyderin şüurunda ilişib qalır. Və o, real hesabında iş zamanı da özündən asılı olmadan riskləri kəskin şəkildə qaldırır. Money-managementi bir kənara tullayır. Elə bilir ki, yenə də müsabiqədədir. Ciddi treydinqə köklənə bilmir.

Yəni ciddi treydinq nöqteyi-nəzərindən yanaşanda, demo-müsabiqələr treyder üçün son dərəcə ziyanlıdır. Onun psixoloji tarazlığını pozur və treydinqi lotoreya oyununa çevirir. Bu isə, olduqca pisdir. Çünki treydinq – bəxt oyunu deyil, ciddi bir işdir.

Page 12: "InForex"#44: bazar saatinin kafgiri

12 Strategiya

Qısa trendləri tutan sistem

Bazarda trendlərə az-az rast gəlinir, amma əsas ticarət məhz trendlərlə aparılmaldır. Bu strategiyada biz trendi müəyyənləşdirmək üçün iki zaman intervalından, giriş siqnalını tapmaq üçün ifrat alış/satış indikatorundan və gəliri qorumaq üçün treylinq-stopdan istifadə edəcəyik.

Bir çox texniki ticarət strategiyalarının məğzi bir amilə söykənir ki, bazar müəyyən diapazon çərçivəsində hərəkət edəcək. Bu, pis yanaşma deyil.

Zamanın 70%-i ərzində qiymət müqavimət və dəstək səviyyələri arasında hərəkət edir. Qalan vaxt bazar hərəkətləri müqavimət və dəstək səviyyələrinin kəsilməsilə müşayiət olunan trendlərlə xarakterizə olunur.

Potensial gəlir bir qayda olaraq, risk istəyir. Biz trend sərhədlərində giriş nöqtələrini müəyyənləşdirməklə və itkilərin məhdudlaşdırılması üçün risklərin idarə olunması texnikasından istifadə etməklə düzgün siqnallarda bazara girməklə trendlərdə qazanc əldə etmək ehtimalını artıra bilərik.

Biz öz strategiyamızda müxtəlif zaman intervallı (M10 və H1) iki qrafikdən və iki texniki indikatordan: 200 peri-odlu MA və 14 periodlu ləng stoxastik-dən istifadə edəcəyik.

1-ci addım

Trendi müəyyənləşdiririk. H1 və M10 qrafiklərindəki MA-ları müqayisə edirik. Əgər hər iki qrafikdə qiymət müəyyən dövr ərzində MA-dan yuxarıda/aşağıda yerləşirsə, bazarda trendin olduğunu hesab edəcəyik.

2-ci addım

Girişi müəyyənləşdiririk. Trendi müəyyənləşdirdikdən sonra M10 qrafikində eyni zamanda 2 şərti gözləmək lazımdır: 1) Qiymət MA-dan yuxarıda (alış üçün) və aşağıda (satış üçün) 20 punktdan çox olmalıdır; 2) 20 səviyyəsindən aşağıda stoxastikin cəld xətti ləng xəttini yuxarıya doğru kəsməlidir (alış üçün) və ya stoxas-tikin cəld xətti 80 səviyyəsindən yuxarıda ləng xətti aşağıya doğru kəsməlidir (satış üçün).

Bu şərtlər ona işarə edir ki: 1) Hazırda valyuta cütlüyü qısamüddətli artım və ya eniş trendindədir və 2) cütlük öz hərəkətində bir qədər fasilə edərək, geriyə çəkilib (buna stoxastikin yuxarı və aşağı diapazondakı hərəkəti və qiymətin MA-da 20 punkt aralıda olması işarə edir) və dönüşə hazırlaşır (belə ki stoxastikin cəld xətti ləng xəttini yuxarı və ya aşağıya doğru kəsib).

3-cü addım

Trendi izləyirik. Birinci girişdən sonra treylinq-stop təyin edirik. Alış zamanı M10 qrafikində 200 MA-dan 10 punkt aşağıda stop-loss yerləşdiririk. Satış zamanı stop-loss MA-dan 10 punkt yuxarıda təyin olunur. Əgər əməliyyat sizin xeyrinizə hərəkət edirsə, gəliri qorumaq üçün stopu ya yuxarı (alış əməliyyatlarında), ya da aşağı (satış əməliyyatlarında) sürüşdürürük. Sadə görünməsi üçün növbəti nümunələrimizdə 25 punktluq treylinq-stopdan istifadə edəcəyik.

Növbəti qrafiklərdə iki valyuta cütlüyündəki nümunələr strategiya ilə necə işləməyi başa düşməyə kömək ola-caq.

Əməliyyatlara nümunələr

Page 13: "InForex"#44: bazar saatinin kafgiri

13Strategiya

Şəkil 1. H1 qrafiki, artım trendi. Qiymət stabil olaraq 200 MA-dan yuxarıdadır, H1 qrafiki bazarda trendin olduğunu əks etdirir.

Page 14: "InForex"#44: bazar saatinin kafgiri

Strategiya15

FACEBOOK SƏHİFƏMİZ

Şəkil 2. M10 qrafiki. Qrafikin son 1/3 hissəsi qiymət 200 MA-dan yuxarıda, MA-dan 20 punkt aralıda olub. 20 səviyyəsindən aşağıda stoxastikin cəld xətti ləng xəttini yuxarıya doğru kəsəndə (buğa momentumunun bərpa olunması əlaməti) girşi siqnalı yaranıb.

Əvvəla cütlüyün M10 və H1 qrafiklərini müqayisə edirik. Hər iki qrafikdə qiymətin 200 MA-dan yuxarıda olduğu vaxta diqqət yetirin. H1 qrafikində (şəkil 1) qiymətin 200 MA-dan həmişə yuxarıda olması faktı stabil artım trendinə işarə edir. M10 qrafikində (şəkil 2) qiymət H1 qrafikinin 1/3-i qədər 200 MA-dan yuxarıda hərəkət edib. Növbəti addım – M10 qrafikində qiymət MA-dan 20 punkt aralıda olanda və stoxastikin xəttləri kəsişəndə giriş zonasını müəyyənləşdirməkdir.

Təxminən 0.9883 qiymətində alış əməliyyatı verilib və 0.9858-də (Hanıs ki həmin vaxt 0.9868-də yerləşən 200 MA-dan 10 punkt aşağıda idi) stop loss yerləşdirilib. Daha sonra yeni təpələr foramlaşanda biz stopu yuxarı sürüşdürürdük. Eur/usd cütlüyü 0.9992-də təpə formalaşdırdı, bundan sonra stop 0.9967-ə sürüşdürüldü və bu qiymətdə də pozisiya 84 punkt gəlirlə (840 dollar) bağlandı.

Ararşdırın və təkmilləşdirinQısamüddətli ticarət metodu foreks bazarında yaxşı işləyir, amma onu digər bazarlarda da tətbiq etmək olar. Sis-temin hər bir addımı effektiv əməliyyatlar vermək üçün potensial gəlirli zonaları müəyyənləşdirməyə kömək edir. Əgər hansısa bir məqamda kriteriyalardan biri özünü doğrultmursa, deməli əməliyyat vermək olmaz.

Bu model həmçinin müxtəlif zaman intervalları ilə sınaq azadlığı verir. Trendin ilk mərhələlərində onu tutmağa kömək edəcək bir sistem olanda digər treyderlərin də sizi necə izlədiyini də asanlıqla müşahidə edə bilərsiniz.

Page 15: "InForex"#44: bazar saatinin kafgiri

Bazar saatının kəfgiriTrendlər əslində qlobal maliyyə saatının kəfgirinin hərəkətindən başqa bir şey deyillər

“Bazarların effektivliyi” nəzəriyyəsinə görə, bütün bazar iştirakçıları öz hərəkətlərində rasionaldırlar. Və çalışırlar ki, risk həmişə gəlirliyə mütənasib olsun. Son 20 ildə bir çox peşəkar investorlar bazarların effektivliyi nəzəriyyəsinə əsaslanaraq fəaliyyət göstəriblər. Amma bu fərziyyəni ciddi tənqid edənlər də az deyil. Bu gün həmin nəzəriyyənin qüsurları həddindən artıq çox nəzərə çarpır.

Bu nəzəriyyəni nə ilə əvəz etmək olar? Ən ümidverici rəqib kimi “maliyyə davranışı” konsepsiyası görünür. Bu konsepsiya ənənəvi maliyyə psixologiyası və sosialogiyası əsasında yaradılmış nəzəriyyələr qrupudur. Əvvəllər “Maliyyə davranışı” nəzəriyyəsi kölgədə qalmışdı. Buna iki səbəb var idi: birincisi, analitiklər onu həddindən artıq yayğın hesab edirdilər, ikincisi isə, başa düşülməsi çətin idi.

“Maliyyə davranışları” çox faktorları əhatə edir: ətraf aləmin mürəkkəbliyi, qavrayış, qəbul etməmək, şəxsiyyət, cəmiyyət. Əsas anlayışların bu cür qruplaşdırılması “Maliyyə davranışları”nı real dünyəvi problemlərlə bağlamağa kömək edir.

Texniki analizlə bağlı kitabların çoxu subyektivdir və heç vaxt elmi metodların köməyilə yoxlanılmayıb. Əksər modellərin test edəndə bəlli olur ki, onlar hərdənbir “işləyirlər”. Demək, texniki analiz əlavə bir ölçüyə ehtiyac duyur və ciddi statistik testdən keçməlidir ki, investisiya subyekti baxımından mükəmməlliyini sübuta yetirsin.

Bazarda nəyin baş verdiyini yaxşı başa düşməyin yolu bazar iştirakçılarının rasionallığı ilə bağlı suallardan yan keçmək və bunun yerinə onların faktik olaraq nə etdiklərinə baxmaqdır.

İnvestorları 3 tipə ayırmaq olar: trendlə gedənlər, trendin əksinə gedənlər və qeyri-müəyyən bazar iştirakçıları. Trend artan, enən və ya üfiqi ola bilər. İstənilən vaxt bazarda bu 3 tipin hər biri iştirak edir və ya bazara girmək üçün gözləmə mövqeyində dayanırlar. Hər bir bazar iştirakçısı “uzun” və ya “qısa” mövqedə ola bilər.

Hər bir an bu 3 tip treyderin arasında yerdəyişmə gedir. Məsələn, artım trendi inkişaf edəndə alış əməliyyatı açırıq. Bu vəziyyətdə “uzun” mövqenin tərəfdarı kimi çıxış edirik. Artım trendinin sona çatması ilə bağlı bəzi əlamətlər görəndə əməliyyatı bağlayır və bazarda iştirak etməyən qeyri-müəyyən investor oluruq. 3 gün sonra bizdə belə bir fikir formalaşır ki, indi də qiymət istənilən an aşağı düşə bilər. Ona görə də “qısa” əməliyyat açırıq. Bununla da antitrend mövqeyinə keçirik.

Müxtəlif saytlarda bazarda “buğa”lar və “ayı”larla bağlı analizlər dərc olunur.Bu təhlilərdən bilmək istədiklərimizin yarısını öyrənə bilərik. Nəyə görə yarısını?

Məsələn götürək “buğa” variantını. Növbəti 30 gündə bazarda “buğa” əhvalının olacağını demək nə anlama gəlir? Bazar 30 gün indiki səviyyədən yuxarıda olacaq, ya 29 gün ərzində orta səviyyədən aşağı qalaraq, qəfil sıçrayış edəcək?

Əsas odur ki, biz öz hədəfimizi bilək: 1) hansı tip investorlar indi hansı mövqedədirlər və 2) hansı tip investor-lar hansı mövqeyə keçə bilərlər.

Ona görə də, bu sualların cavabını aydınlaşdırmaq daha vacibdir: 1)Sizin fikrinizcə, trend hansı istiqamətdədir? 2) Necə hesab edirsiniz, bu trendi izləməli, yoxsa onun əksinə getməli, yoxsa kənarda qalmalıyıq? 3) Açıq əməliyyatınız varmı? 4)Əgər varsa, “uzun”, yoxsa “qısa” əməliyyatdır?

Beləliklə, hansı tip investorların harada qərar tutduğunu aydınlaşdırmaq lazımdır. Bu, bazarı daha yaxşı hiss etməyə və hansı istiqamətdə gedə biləcəyini başa düşməyə imkan yaradır.

Bazarın işi haradasa saat kəfkirinə bənzəyir: trendlər formalaşır, davam edir, dönür və əks istiqamətdə trend başlayır. Corc Soros öz kitablarında bu kəfkirin hərəkətini yaxşı izah edib.

Trend yalnız o vaxt davam edir ki, həm kənarda qalanlar, həm də trendin əksinə getmək istəyənlər fikirlərini dəyişərək, ona qoşulsunlar. Trend, ona yeni qoşulanlar olmayanda başa çatır.

Nəzəriyyə 15

Page 16: "InForex"#44: bazar saatinin kafgiri

16 Metod

Treyderlər valyuta bazarında çoxlu sayda müxtəlif strategiyaları tətbiq etsələr də, istədikləri uğura nail ola bilmirlər. Onlar başa düşmürlər ki, treydinqdə həlledici faktor bazarda lazımi zaman seçimi, bazarın dönüşlərini onlar baş verənə qədər müəyyənləşdirmək bacarığıdır. Bir də qiymətin hara getməyə hazırlaşdığını əvvəlcədən müəyyənləşdirmək qabiliyyəti.

Bazarın dönüş nöqtələrini əvvəlcədən bilmək minimum riskə, maksimum gəlirə və yüksək ehtimalla pozisiyaya girişə imkan verir. Qiymətin dönüşünə yaxın əməliyyat verəndə sizin 3 üstünlüyünüz olur:

1) Aşağı risk: Qiymətin dönüşündə və ya ona yaxın giriş o deməkdir ki, siz stop- lossunuza çox yaxın bir nöqtədə pozisiyaya girirsiniz. Bu, sizə daha az risklə yanaşı, əməliyyatı maksimum həcmdə açmağa imkan verir. Qiymətin dönüş nöqtəsindən nə qədər uzaqda bazara girirsinizsə, riski idarə etmək üçün bir o qədər həcmi azaltmalısınız.

2) Maksimum qazanc (gəlirin həcmi): Yuxarıda qeyd olunan bəndə müvafiq olaraq, bazara dönüş nöqtəsinə nə qədər yaxın girirsinizsə, gəlirin də həcmi bir o qədər böyük olur. Dönüş nöqtəsindən nə qədər aralıda bazara girirsinizsə, gəliriniz də bir o qədər az olur.

3) Böyük ehtimal: Bazarın lazımi zaman seçimi bazar və maliyyə institutlarının harada alıb və harada satmasını bilmək deməkdir. Bazarda “buy” orderlərinin yerləşdiyi yerdə almaq o deməkdir ki, siz məhz güclü “buy” orderlərin olduğu həmin yerdə satan kimdənsə alırsınız. Bu, yeni başlayan treyderlərə xas səhvdir. Siz yeni başlayanla ticarət aparanda uğur qazanmaq şansı sizin xeyrinizə dəyişir.

Yaxşı, bəs bazarın dönüş nöqtələrini əvvəlcədən necə müəyyənləşdirək?

Bunun üçün banklar və maliyyə institutları bazarda tələb və təklif arasında balansın pozulduğu məqamları müəyyən edirlər. Bu isə qiymətin döndüyü məqamlardır. Qiymət istiqamətini dəyişən kimi hara gedəcək? Mövcud alış (tələb) və satış (təklif) orderlərinə tərəf və ya onlardan əks istiqamətdə hərəkət edəcək. Bir daha siz bazarda real tələb və təklifi necə müəyyənləşdirməyi bilən zaman bazarda dönüş məqamlarını böyük ehtimalla əvvəlcədən dəqiq öyrənə biləcəksiniz. Bunu terminalda müxtəlif xüsusi indikatorların yardımı ilə etmək olar. On-lar bizə bazarda bankların və institutların tələb və təkliflərinin kəmiyyətini müəyyənləşdirməyə kömək edir. Bu isə bazarda mühüm buy və sell orderlərin harada yerləşdiyini bilməyin açarıdır.

Qiymət tələb zonasına qayıdanda almaq lazımdır. Bu əməliyyat böyük ehtimala malik idi, amma biz bunu haradan bilirik? Bir halda ki, biz əvvəlcədən həmin səviyyədə Tələbin olduğuna əminik, bu, o deməkdir ki, biz Tələbin Təklifi üstələdiyi qiymət səviyyəsində satandan alacağıq. Tələbin Təklifi üstələdiyi qiymət səviyyəsində qiymətin artıq düşməsindən sonra satmaq yeni başlayan treyderə xas əlamətdir və peşəkar treyder bundan yararlana bilər.

Banklar harada alıb-satır?Sem Seyden

Page 17: "InForex"#44: bazar saatinin kafgiri

Metod 17

Belə ki, “adi” treyderlər “bank və institutların” aldığı yerlərdə satırlar. Adi satıcılar onların əksinə gedən kampani-yada şanslarını sınayırlar, bu isə o deməkdir ki, həmin şanslar alıcıların xeyrinədir.

Şəkildə qiymət bizim əvvəlcədən müəyyənləşdirdiyimiz Tələb zonasına qayıdanda nəyin baş verdiyini görə bilərsiniz. Bu vaxt banklar və peşəkar treyderlər qiymətin ekstremal “sathasatında” (Tələb) satanlardan alırlar. Onlar qiymətin güclü enişindən sonra Tələbin Təklifi üstələdiyi qiymət səviyyələrində satırlar.

Diqqət yetirin ki, qiymət bizim tələb səviyyəmizə qədər “endi” (eniş trendi) və bu nöqtədə biz artıq alışa maraqlıyıq. Treydinqlə bağlı hər kitabda deyilir ki, belə vəziyyətlərdə alan zaman biz treydinqin ən vacib qaydalarını pozuruq. Bəs siz aşağı risklə ardıcıl əməliyyatlar verərək, treydinq hesabına illərdir dolanan neçə treyder tanıyırsınız? Əgər heç olmasa birini tanıyırsınızsa, mən çox təəccüblənərdim, ona görə də, oxuyarkən diqqətli olun. Kitab versiyasına görə ənənəvi ticarət sizə yuxarıda almağı və aşağıda satmağı məsləhət görür, ona görə də ehtiyatlı olun.

Həyatda hər yerdə olduğu kimi, nəyi necə etməyin kitab versiyası da var, real aləm də. Biz yenidən təkər icad etməyə çalışmırıq. Həyatda nə isə alıb və satmaqla necə qazanırsınızsa, bazarlarda da alış və satışla o cür qazanırsınız. Mən Çikaqo Əmtəə Birjasında keçirdiyim illərin hesabına treydinqi reallığa kökləməyi öyrənmişəm.

Qiymət bizim tələb səviyyəmizə çatdıqdan və treyderlər sonra aşağı risklə alış imkanından yararlandıqdan sonra qiymət qalxdı və gəlir hədəfinə çatdı. Bu da sizə bazarda zamanın seçimi, hərçənd hər əməliyyatın gəlirli olacağına zəmanət vermir, aşağı riskli, yüksək gəlirli və böyük uğur ehtimallı giriş təklif edir.Gəlir faizinizin nə qədər yüksək olacağı bank və maliyyə institutlarının mühüm tələb və təklif səviyyələrini müəyyən etmək bacarığınızdan asılıdır.

Bəzən treyder deyir: “Mən bazarın təpə və ya dibini tutmağa çalışmıram, sadəcə hərəkətini ortasını tutmağa səy göstərirəm”. Onlar trendi izləyirlər və düşünürlər ki, sanki belə asandır. Əgər qiymət artıq yuxarı gedirsə və siz almaq istəyirsinizsə, harada əməliyyat verəcəksiniz, stopunuz harada olacaq, gəlir/riskiniz necə olacaq? Mən deyərdim ki, hərəkətini ortasını tutmaq və aşağı riskli stabil gəlirliyə nail olmaq dönüşü düzgün seçməkdən çətindir.

Mən demirəm ki, trend vacib deyil. Mən istəyirəm ki, treyderlər trend formalaşana qədər bazarda olsunlar. Əməliyyat açmaq üçün nə qədər çox gözləyiriksə, risk bir o qədər böyük və gəlir bir o qədər az olur.

Və ya treyderlər tez-tez deyirlər: “Çox təəssüf ki, bankların harada alıb-satdıqlarını bilmədim”. Hər dəfə bunu eşidəndə deyirəm: “Əgər qiymət qrafikində nə axtardığınızı bilsəniz, onların harada alıb-satdıqlarını da görəcəksiniz”. Bütün bunlar adi, real həyatdakı alqı-satqı kimi tələb və təklifə söykənir.

Page 18: "InForex"#44: bazar saatinin kafgiri
Page 19: "InForex"#44: bazar saatinin kafgiri

TEXNIKA 21

Strategiyamızı necə test edək?Fərid Hüseynov

Treyder yeni indikator əsasında qurulan yeni strategiya tapanda nə edir? Bir neçə həftə izləməklə müəyyənləşdirmək istəyir ki, bunun köməyilə bazarda uğur qazana bilərmi?

Avtomatlaşdırılmış ticarətdə həmin yeni indikatoru və sistemi tarixi məlumatlar üzərində testdən keçirmək olar. Avtomatik ticarətdən fərqli olaraq, adi treyderlərin qarşısında daha çətin iş dayanır: onlar müşahidə aparmalı, giriş-çıxış siqnallarını müəyyənləşdirməli, sonra bütün bunları ümumiləşdirərək, nəticə çıxarmalıdırlar.

Strategiyaların adi yolla, necə deyərlər, “əl ilə” sınaqdan keçirilməsi son dərəcə üzücü və vaxt aparan iş ola bilər. Bu, xüsusilə də yeni başlayan treyderləri darıxdırır. Çünki kifayət qədər çox indikator və strategiya var, onların hansının gəlir vermə potensialına malik olub-olmadığını müəyyən etmək üçün həddindən artıq böyük vaxt tələb olunardı. Təkcə bu fikir treyderi daha qısa yol axtarmağa sövq etmək üçün kifayətdir.

Sistemi yoxlamağın yollarıdan biri də demo-hesablarda ticarətdir. Hər hansı bir strategiya ilə bir neçə həftə işləməklə, həftəyə 20-30 əməliyyat açmaqla onun nə qədər gəlir və itki verdiyini bilmək mümkündür. Əgər nəticə qənaətbəxş olsa, real ticarətə başlamaq olar. Yeganə problem ondan ibarətdir ki, bazarda şərait dəyişsə, strategiyanın nəticəviliyi də dəyişəcək.

Məsələn, əgər bazar artım trendindən konsolidasiyaya daxil olsa, dünən gəlirli işləyən sistem bu gün sizi böyük itkilərlə üzləşdirə bilər.

Ticarət strategiyasının demo-hesabda yoxlanılması kifayət etməyə də bilər. Həmçinin əldə edilən statistik nəticələr də ticarət sisteminin gəlirliyinə əmin olmaq üçün çox azdır.

Tarixi məlumatlar üzərində test tez başa gəlsə də, o da real hesabda müsbət nəticələrə zəmanət vermir. Real ticarət rejimində indikatorlar daim hərəkətdə olurlar, “bəktest” zamanı isə onlar “ölü”dürlər. Bu, ciddi fərqdir. Ona görə də, əgər real ticarəti okeanda balıq ovuna bənzətsək, “bəktest” prosesi akvariumda balıq tutmağa oxşayacaq.

Hamı bilir ki, indikatorlar gecikirlər. Ona görə də, qrafikin “tarixi” hissəsində bir cür görünən indikator real hərəkət zamanı tamamilə fərqli fərqli görünə bilər. Məhz buna görə “bəktest” ilə real ticarətin nəticələri bir-birindən fərqlənirlər. Strategiyanın yaxşı işlədiyinə əmin olmaq üçün o, həm tarixi məlumatlar üzərində, həm də demo-hesabda sınaqdan keçirilməlidir. Sonra bu iki testin nəticələri diqqətlə müqayisə olunub tutuşdurulmalıdırlar.

Əgər ciddi fərqlər nəzərə çarparsa, sistemin bazara giriş və çıxış siqnalları yenidən köklənməlidir.

...Bəli, bu dünyada hamı qısa yol axtarışındadır. Çox vaxt o, doğrudan da həm də ən yaxşı yol olur. Amma treydinqdə yox. Treydinqdə qısa yol çox baha başa gələ bilər.

Praktika 19

Page 20: "InForex"#44: bazar saatinin kafgiri

Düzgün itirməyi öyrənin!Treyder, əməliyyatların 60%-i səhv çıxanda belə, yenə də qazanmalıdır!

Treydinqdə bilməli olduğunuz ən çətin və ən vacib dərs – necə düzgün itirməkdir. Treyderlərin çoxu bəzi an-larda qaçılmaz şəkildə ard-arda itki ilə üzləşir. Ona görə də, gələcəkdə oyundan kənar qalmamaq üçün uduzmağı bacarmayanlar bazarda sağ qala bilməyəcəklər. Etibar etdikləri ticarət sistemi və real gəlir/itki nisbətinə malik treyderlər sərt bazar ortamında sağ qalmaq üçün daha şanslıdırlar. Bu məqalədə biz treyderin hansı itkilərlə qarşılaşa biləcəyini və bu itkilərlə işləyən strategiyanı necə hazırlayacağından söhbət açacağıq.

Hər bir treyder bilir ki, trendə əks ticarət heç də yaxşı ideya deyil. Ona görə də, məntiqi baxımdan trendi izləyən strategiyalar işləkdir: trend artanda yalnız alış əməliyyatları veririk, enəndə də satış. Onda belə düşünmək olar ki, trendi izləyən sistemlərdə gəlir/itki nisbəti daha yaxşıdır, elə deyilmi? Perri Kaufman “Texniki Ticarət üzrə qısa kurs” adlı yeni kitabında bu sualla bağlı bir neçə statistika verir. Bu qocaman treyderə görə, Siz trend üzrə verilən 10 əməliyyatdan 6 və ya 7-in itkili olacağını gözləyə bilərsiniz, bəziləri balaca olacaq, bəzilər bir qədər böyük. Buna baxmayaraq, Kaufman deyir ki, trendi izləyən sistemlər ən yaxşı sistemlər içərisindədir. Başqa sözlə, trendi izləyən sistemlər böyük gəlir verməyəcəklər, amma digərləri ilə müqayisədə daha çox uğur gətirəcəklər.

Bu, yəqin saatlarla uğurlu ticarət sistemi axtarışında olanlar üçün şok olacaq, amma Kaufman kitabında tam dəqiq göstərir ki, real gəlir/itki nisbətinə malik olmaq böyük əksəriyyətlə itki gözləmək anlamına gəlir. O bildirir ki, “Bir trend treyderi kimi siz əsasən xırda itkili əməliyyatlar, bir neçə xırda gəlirli əməliyyat və yalnız bir neçə iri gəlirli əməliyyat gözləməlisiniz”.

Yalnız buna görə “Qısa Kurs” sizin treydinq kitabxananıza əlavə oluna bilər. Kaufman treyderin gəlir götürmək üçün nəyi öyrənməli olduğunu göstərir: “Normal bölgü zamanı qəpiyi 1000 dəfə havaya atan zaman gerb tərəfinə düşür. Yarısının yarısında, 25% halda iki ardıcıl gerb və ya iki ardıcıl bayraq olacaq. 12.5% halda 3 dəfə ardıcıl ola-raq bir tərəfi üstə düşür və s. Beləliklə, qəpiyi 1000 dəfə havaya atan zaman siz yalnız bir dəfə ardıcıl olaraq 10 dəfə qəpiyin eyni tərəfi üstə düşməsinin şahidi ola bilərsiniz”. Başqa sözlə desək, əgər treydinq püşk atmaq kimi təsadüfi olsa idi (normal bölgü), onda 1000 ticarət gününə və ya təxminən 4 ilə treyder yalnız bir dəfə ard-arda 10 qələbə (və ya itki) gözəyə bilər. Amma treydinq təsadüfi deyil.

Beləliklə, trendi izləyən sistemlərdən istifadə zamanı uğur əldə etmək şansı ixtiyari püşkatma vaxtı əldə olu-nan qələbə şansından yaxşıdır, amma xeyli sayda uğurlu əməliyyatlara nail olmaq üçün başqa maneələr də var. Baxmayaraq ki, bazarlar təsadüfi deyil, trend zamanı qısamüddətli təsadüfi hərəkətlərin, hər trendin sonunda dönüşlərin və bazara giriş/çıxış zamanı bir çox trendi izləyən sistemlərdəki kimi gecikmələrin şahidi ola bilərsiniz.Nəticədə gecikmələrin və gözlənilməz qısamüddətli təsadüfi hərəkətlərin sayəsində siz hələ də xaotikliyin təsiri altındasınız. Əgər kifayət qədər böyük dövrü götürsək, təcrübəli treyder 10 və ya daha çox ard-arda itkiyə məruz qala bilər.

Ticarətin real gözləntilərindən söhbət açsaq, onda “İşləyən ticarət sistemləri” və “Ticarət sistemləri və Kapitalın idarə olunması” kitablarının müəllifi Tomas Stridsman belə demişdi:

Risk-menecment20

Page 21: "InForex"#44: bazar saatinin kafgiri

- Uğurlu əməliyyatlarınızın sayından daha vacibi sizin udmağınız və ya nə qədər ard-arda gəlir və itkiyə malik ola bilməyinizdir. Bu, sizin strategiyanızın riyazi gözləntisidir. Yəni gəlirli və itkili əməliyyatlarla birgə bütün əməliyyatlarda orta hesabla nə qədər qazanmağı planlaşdırırsınız və əməliyyatların sayını azaldan zaman bu kəmiyyət nə qədər dəyişə bilər. Gəlirli əməliyyatların yerinə həftələr və ya aylar kimi gəlirli periodları diqqətlə nəzərdən keçirmək daha faydalıdır. Sadə gəlir/itki nisbəti şübhəsiz, kifayət etmir.

Əgər siz düşünürsünüzsə ki, əməliyyatların sayını artırmaq strategiyanı daha gəlirli edəcək, bir daha fikirləşin. Kaufman göstərdi ki, treyder nə qədər çox əməliyyat verirsə, uzunmüddətli planda onun gəliri bir o qədər azdır. Orta hesabla uzunmüddətli əməliyyatlar daha çox potensial gəlirə malikdir. Amma əgər siz uzunmüddətli treydersinizsə, daha çox itki əldə etmək riskiniz yüksəkdir. Çünki siz bazarda daha çox olursunuz və daha uzunmüddətli periodda risk edirsiniz.

Demək olar ki, ticarət stilinizdən və ya əməliyyatı açıq saxlamağa tərcih etdiyiniz perioddan asılı olmayaraq, əməliyyatların sayını artıranda bir dəfə itirə biləcəyinizdən daha çox və daha tez-tez itirəcəksiniz.

Kaufman dediklərini nümunələrlə sübuta yetirir. O, müxtəlif sistemlərin minlərlə testini aparıb. Nümunələrinin birində o, 1999-cu ilin dekabrından 2001-in yanvarına qədər dövrü əhatə edən 1.04 $ - 60 $ - a qədər artan Microsoft aksiyasını test edib. Alış və satış siqnallarını müəyyənləşdirmək üçün 80 SMA-dan istifadə etməklə həm alış, həm də satış pozisiyaları ilə ticarət aparmaqla, o, ümumilikdə 88 əməliyyat yerinə yetirib. Onlardan cəmi 36-sı və ya 41%-i gəlirli olub. Kaufman bildirir ki, “əslində 35 % gəlirli əməliyyat verən trend sistemi yaxşıdır”.

Belə bir aşağı salınmış statistika Con Merfinin “Maliyyə Bazarlarının Texniki Analizi” kitabında da əks olunub. Merfi deyir ki, peşəkar treyderlər orta hesabla 60% halda itki əldə edirlər. Başqa sözlə desək, onlar təxminən əməliyyatların 40%-ni udurlar. Bu faktları nəzərə alsaq, yeni başlayan treyderlərlə belə bir sual yarana bilər: Bazarlarda ümumiyyətlə, necə qazanmaq olar? Bu, bizi mübahisə predmetinə qaytarır: gəlir verməkdən çox, itki verən sistem necə gəlirli ola bilər?.. Stridsman ticarət sistemini “al və saxla” strategiyası ilə necə müqayisə etməyə aydınlıq gətirir:

- Hiylə ondan ibarətdir ki, sistemi onun effektiv işlədiyi periodda analiz etmək lazımdır. Məsələn, sistem bazarda yalnız həmin periodun 50%-i qədər olursa, siz “al və saxla” strategiyasında aça biləcəyiniz pozisiyalarla müqayisədə sistem hər dəfə əməliyyat verəndə kontraktın sayını iki dəfə artırmağı yoxlaya bilərsiniz. Kapitalın lazımi idarə olunması da sizə kontraktların sayını artırmağa imkan verir, beləki “al və saxla” strategiyası həmin çevikliyi sizə təqdim etmir.

Siz treydinqə uğurlu əməliyyatlardan çox itkilərin olacağı fikri ilə yanaşsanız, sizin prioritetlər xeyli qarışacaq. Əvvəlcədən sizin qeyri-real 70-80 % gəlir əldə etmək gözləntilərinizi doğrulda bilməyəcək sistemlərin təkmilləşdirilib test olunmasına ağlasığmaz vaxt sərf etmək əvəzinə səylərinizi yeni başlayanlar üçün daha vacib, daha cəlbedici sahəyə - kapitalın idarə olunmasına yönəldəcəksiniz.

Orta hesabla treyder əməliyyatın necə idarə olunmasını öyrənmək əvəzinə möcüzəvi treydinq formulunun axtarışına azı 10 dəfə çox vaxt sərf edirlər. Əgər treyder birliklərindəki siqnal verən ticarət sistemlərinin sayını kapitalın idarə edilməsi sistemlərinin sayı ilə müqayisə etsəniz, bunu açıq aşkar görə bilərsiniz. Eyni fikir daha çox oxunan treydinq üzrə kitablara da aiddir. Axırıncı dəfə money-managmentə həsr edilmiş bestseller harada görmüsünüz? Bu, niyə belə az sayda treyderin öz peşəsində uğur əldə edə bilməməsini izah edir.

NəticəBir halda ki, peşəkar treyderlərin çoxu uğurlu əməliyyatlardan çox itki əldə edir, treyder olmaq üçün uduzmağı öyrənmək həyati dərəcədə vacibdir. Bundan əlavə, treyderin sağ qalması və uzunmüddətli gəlir əldə etmək üçün effektiv kapitalın idarə olunması proqramı lazımdır. İstənilən kapitalın idarə olunması proqramının əsas hissəsi effektiv ticarət planı olması və ona riayət olunmasıdır.

Qocaman treydinq müəllimi Larri Vilyamsın 2004-cü ildə nə yazdığını xatırlayın: “Bir halda ki, itki bu oyunun ayrılmaz hissədir, strategiya ona olan münasibət qədər vacibdir. İstənilən peşədə yaxşı gün də olur, pis gün də. Bunu belə də qəbul edin. 100% zəmanətli əməliyyatlar olmur”.

80% və ya daha əksər hallarda qazanc gətirəcək bir sistemin axtarışı ağılsız oyundur. Yaxşıya ümid bəsləyib, lakin pisə hazır olmağı kim özünə qayda seçsə və səylərini daha vacib problemlərə yönəltsə, özünü uzunmüddətli uğura kökləmiş olur. Nəyin bahasına olursa olsun bir neçə döyüşdə qalib gəlməklə qısamüddətli uğura nail olmaq və sonda müharibədə qalib gəlmək üçün məğlubiyyətə uğranmış döyüşlərdə qüvvələri qoruyub saxlamaq arasındakı fərq elə bundan ibarətdir.

Risk-menecment 21

Page 22: "InForex"#44: bazar saatinin kafgiri

Texnika22

“Sehirli Parabolik”“Sehirli Parabolik” strategiyası 3 indikatorun əsasında qurulub: Accelerator Oscillator, Awesome Oscillator və Parabolic SAR. Onun adı isə son iki indikatorun adının birləşməsindən meydana gəlib. Bu indikatorların hər üçü MetaTrader proqramının standart dəstinə daxildirlər.

Strategiyada hər üç indikator MetaTrader proqramında olan standart parametrlərlə işlədilir.

Strategiya əsasən gün daxilində tətbiq etmək üçün nəzərdə tutulub. Bütün cütlüklərdə işlədilə bilər.

Əməliyyata giriş qaydası

Ticarət üçün setap o zaman yaranır ki, hər 3 indikator eyni şamın üzərində siqnal versinlər. Yəni satış setapı üçün həmin şamın üzərində Parabolic SAR-ın nöqtəsi formalaşmalı, Accelerator Oscillator və Awesome Oscillator hər ikisi qırmızı rəng almalıdırlar.

Alış setapı üçün əksinə, şamın altında Parabolic SAR-ın nöqtəsi yaranmalı, Accelerator Oscillator və Awesome Oscillator hər ikisi yaşıl rəngə boyanmalıdırlar.

Bu şərtlər ödənilərsə şam bağlanandan sonra əməliyyat açırıq.

Alış üçün setap:

Page 23: "InForex"#44: bazar saatinin kafgiri

Texnika 23

Satış üçün setap:

Əməliyatdan çıxmaq qaydası belədir: siqnal şamının üstündə və ya altında (vəziyyətdən asılı ola-raq) “stop” əmri yerləşdirilir. Digər metoda əsasən isə “stop” əmrini Parabolik SAR indikato-runun əks tərəfində yerləşdirmək lazımdır.

REKLAM

AzVision.az - Ölkənin və dünyanın xəbər məkanına Azərbaycanlı baxışı

* Ən son və maraqlı xəbərlər * Təhlillər * Müəllif yazıları * Fotosessiyalar * Videolar * Eksklüziv layihələr

www.azvision.az

Page 24: "InForex"#44: bazar saatinin kafgiri

“Bazarların Quruluşu” Ticarət üçün sadə və güclü nəzəriyyə

Suri Duddela

Prinsip24

İlk dəfə Bazarların Quruluşu konsepsiyası barədə doktor Rona Lokxartın kitabında oxumuşam. Bu konsepsiya ilə daha ətraflı Mişel Hardinin “Fibonaççi ilə ticarət” kitabından öyrəndim.

“Bazarların Quruluşu” Konsepsiyası

Bazarların Quruluşu Konsepsiyası sadə, amma çox güclü nəzəriyyədir. Bazarın öz strukturu var, amma treyderlər tez-tez əsas məqamlardan çoxunu nəzərdən qaçırırlar. Belə ki, onlar daim hansısa pattern, momentum, ossillya-torlar və siqnallar axtarırlar.

Bazarın Quruluşu mühüm dönüşlər zamanı müşahidə olunan qiymət hərəkətidir. Qiymət dalğa ilə başlayır (deyək ki, yuxarıya istiqamətlənmiş dalğa), daha sonra artım hərəkəti sona çatır və aşağıya istiqamətlənmiş dalğa başlayır. Ardınca bu dalğa da sona yaxınlaşır və yuxarıya hərəkət başlayır. Bu dalğa formasiyaları Bazar Quruluşları adlanır.

Bazar Quruluşunun Minimumu – Market Structure Low (MSL) və Bazar Quruluşunun Maksimumu – Market Structure High (MSH) daim hər dalğanın sonunda və əvvəlində meydana gəlir. Bazar quruluşları bütün bazar-larda, zaman intervallarında və alətlərində müşahidə olunur.

Bazar Quruluşu – bu, konseptual modeldir. Onun təsdiqi və qiymətləndirilməsi üçün müqavimət/dəstək səviyyələri, təsdiqləyici indikatorlar lazımdır.Bazar Quruluşlarına şamlar qrafikinin köməyilə aydınlıq gətirmək olar. Bazar Strukturunun Minimumunu - Market Structure Low (MSL),- 3 şamdan ibarət olan bir patern kimi təsvir etmək olar. Yeni minimum ən aşağı minimumdur və bağlanış qiymətinin ən yüksək minimumudur. Sözə fikir verin: MSL bağlanış qiymətlərinə əsaslanır, maksimum və ya minimum qiymətlərinə yox. Almaq üçün MSL patterni o vaxt işə düşür ki, qiymət ən yüksək bağlanış qiymətindən də yuxarıda bağlanır. Əməliyyatı qorumaq üçün `stop` quruluşun minimumundan aşağıda yerləşir.

Page 25: "InForex"#44: bazar saatinin kafgiri

25Prinsip

Şəkil 1. Bazar quruluşunun minimumu

Bazar Quruluşunun Maksimumu Market Structure High bazarlar mühüm təpələr formalaşdıranda meydana gəlir. Onlar mühüm müqavimət səviyyələri və MA-larla qeyd olunmuş mühüm səviyyələrdə yaranır.

MSH-dan təcrübədə istifadə etmək üçün bir neçə nəzəriyyə var. Onlardan birinə görə, kritik müqavimət səviyyəsini tapmaq və satış əməliyyatı vermək lazımdır. Digər variant keçmişdə bir neçə MSH tapmaq və müqavimət trend xətti çəkməkdir. Biz həmçinin MSH-da fraktal dalğasında istifadə edə bilərik və onlar arasındakı məsafədən istifadə edərək böyük dalğa strukturu qura bilərik.

Bazar Strukturunun Maksimumunun müəyyənləşdirilməsi

Onun formalaşması üçün yeni maksimum, daha sonra ondan da yüksək maksimum və onun ardı ilə daha aşağı maksimum. Bu patterni 3 şam fiquru formasında təsvir etmək olar. Amma bəzi hallarda şamlar daha çox ola bilər – 5 və ya 6. Amma onlar bazarda qeyri-müəyyənliyə işarə edən daxili şamlar olmalıdır.

Əməliyyat

MSH üzrə satışa siqnal qiymət 3-cü şamın minimumundan aşağıda bağlananda yaranır (əgər bizim formasiya 3 şamdan ibarətdirsə).

Stop

Stop patternin maksimumundan yuxarıda yerləşdirilir.

Hədəf

MSH modeli ilə ticarət zamanı hədəfi müəyyənləşdirməyin iki yolu var. Biz mühüm minimum ətrafında MSL modeli formalaşana qədər ticarət apara bilərik. Biz həmçinin əvvəlki barın maksimumundan istifadə etməklə treylinq stopdan da yararlana bilərik.

Şəkil 2

Bazar Strukturunun Maksimumunun köməyilə ticarətŞəkil 3-dəki nümunədə EM-in 610 tik qrafikində MSH formasiyasını görürük. 2007-ci ilin 14 martı səhər 9:35 radələrində qrafikdə Bazar Strukturunun Maksimumu formalaşdı və bununla da 780 ətrafında mühüm təpənin yaranması ilə əlaqədar siqnal verdi. Satış üçün şərait qiymət 3-cü şamın minimumundan aşağıda bağlananda yaranır.

Page 26: "InForex"#44: bazar saatinin kafgiri

Prinsip26

1) 3-cü şamın minimumundan aşağıda 778 qiymətində satış veririk.2) MSH maksimumundan 780.2-dən yuxarıda stop yerləşdiririk.3) Hədəf tez-tez dəyişir, yeni MSL formalaşana qədər pozisiyanı açıq saxlayırıq, və ya ilkin gəliri götürdükdən sonra əvvəlki barın maksimumundan yuxarıda şam bağlananda əməliyyatı bağlayırıq.

Şəkil 3

Bazar Strukturunun Minimumunun köməyi ilə ticarət

Page 27: "InForex"#44: bazar saatinin kafgiri

Prinsip 27

Şəkil 4.

Yuxarıda göstərilmiş MSL formasiyasını görürük. 10700 səviyyəsi ətrafında uzunmüddətli eniş trendindən sonra MSL formalaşıb. Qiymət 3-cü şamın maksimumundan yuxarıda bağlandıqdan sonra struktur öz təsdiqni tapıb.

1) MSL maksimumu kəsilən kimi 10850-də alış əməliyyatı veririk.2) MSL minimumundan 1 tik aşağı 10650-də stop yerləşdiririk.3) Hədəf ya dönüş MSH formasiyası, ya da qiymətin əvvəlki barın minimumundan aşağıda bağlanması olacaq.

Bazar strukturları ilə ticarət

Şəkil 5.

Şəkil 5-də həftəlik qrafik göstərilib. 2002-ci ilin aprelində ER2 560 qiymətində Maksimum Bazar Strukt-uru formalaşıb. Növbəti həftə 540-da satış əməliyyatı işə düşüb. Stop Strukturun maksimumundan yuxarıda yerləşdirilmişdi. Gəlir hədəfi ya yeni MSL, ya da əvvəlki korreksiya minimumu olmalıdır. Stop loss MSL-in mini-mumunda – 390-da yerləşdirilir.

3 barlı patternlərTexniki analizdə qrafik formasiyanın yaranması üçün bir neçə bar qrupu tələb olunur. Bəzən bir və ya bir neçə bar yaxşı patternlər nümayiş etdirə bilər, amma bir qayda olaraq, etibarlı patternin formalaşması və onun təsdiqləyici funksiyasından yararlanmaq üçün 3 bardan ibarət qrupa ehtiyac var. Bu 3 bardan ibarət qruplar “həlledici dönüş” barları adlanırlar.

3 barlı qrup 2 barlı dönüş paternindən və bu qrup daxilində 1 bardan ibarət ola bilərlər. 3 barlı qrupların çoxu fraktal formasiyaların və ya ləngimə və dönüş əlamətlərini əks etdirən trendlərdən ibarət “bazar strukturlarının” bir hissəsidir. Qiymət hərəkətlərinin zəifləməsinə işarə edən barlar, məsələn, “sıx diapazonlu barlar” (“inside bar-lar”) və ya “çıxıntılı pazlar” bəzən 3 barlı qruplara nümunə ola bilər. Mühüm dəstək və müqavimət səviyyələri və ya həlledici orta dəyişən göstəricilər (50 EMA, 200 SMA) ətrafında yaranan 3 barlı formasiyalar tez-tez çox yaxşı ticarət setapları verirlər.

3 barlı qruplar çərçivəsində bir barın açılış və bağlanış qiymətinin digər barın açılış və bağlanış qiymətinə münasibəti kimi barlar arasındakı qarşılıqlı əlaqə trendin dönüşünü və ya davam etməsini təsdiləyən siqnallar verə bilərlər. 3 barlı paternlər çərçivəsində geplər həmçinin əhəmiyyətlidir.

Page 28: "InForex"#44: bazar saatinin kafgiri

Şəkil 6

Şəkil 7

Prinsip28

3 bardan ibarət patternlər qrupu, adından görüldüyü kimi, 3 ardıcıl bardan ibarətdir. Bu patternlərə istənilən bazar alətində və istənilən zaman intervalında rast gəlmək olar. 3 bardan ibarət qrup bu barlar arasındakı açılış, bağlanış, minimum, maksimumların köməyilə müəyyənləşir. Mənim fikrimcə 3 barlı patternlər nisbətən qısamüddətli ticarət setaplarını özündə əks etdirir. Bunlarla da digər indikatorlardan istifadə etməklə çox ehti-yatla ticarət aparmaq lazımdır. Onlar daha çox uzunmüddətli trendin və ya trendin ortasında formlaşan effektiv dönüş setaplarıdır.

Bazarlar yeni maksimumlar formalaşdıranda və ləngimə və ya dönüş əlamətlərini göstərəndə trendin ortasında formalaşan patternlərdən fərqli olaraq, 3 barlı patternlər daha etibarlıdır. 3 barlı patternlərin 3-ündən 2-i uğurlu ola bilər, amma bu konsepsiya böyük bazar strukturlarına da tətbiq oluna bilər. Belə bazar strukturlarında 3 ardıcıl “korreksiya maksimumu” və ya “korreksiya minimumu” olur.

3 barlı qruplarla ticarət zamanı 3-cü barın diapazonuna fikir verin. 3-cü barın diapazonu əvvəlki 2 barın diapazo-nundan böyükdürsə, nəticələrin etibarlı olması daha gözləniləndir.

İndi isə 3 barlı paternlərə bir neçə nümunə göstərək.

3 barlı qruplarla ticarətAşağıda göstərilən bütün 3 barlı patternlər özündə ticarət setaplarını əks etdirir. Bunların çoxu qısamüddətli patternlərdir. Hədəfləri onların setapına əsaslanan “korreksiya maksimumu” və ya “korreksiya minimumudur”. 3 barlı qruplarda “stop loss” adətən orderi qorumaq üçün yerləşdirilir. Vacib dəstək və ya müqavimət səviyyəsi setapa qarşı olanda patternlər uğursuz sayılırlar. Yuxarı istiqamətli 3 barlı patternlərlə ticarət zamanı stop-lossu 3 barın ən aşağı minimumundan aşağıda yerləşdiririk. Eniş 3 barlı patternilə ticarət zamanı stop-loss 3 barın ən yüksək maksimumundan yuxarıda yerləşdirilir.

Page 30: "InForex"#44: bazar saatinin kafgiri

Qiymət vacib dəstək/müqavimət səviyyələrinə yaxınlaşanda treyderlər nə edirlər? Adətən bu 3 variantdan birini seçirlər:

1) Hadisələri qabaqlayaraq, səviyyənin yarıla biləcəyi istiqamətdə əvvəlcədən bazara girirlər;2) Səviyyənin yarılmasını gözləyirlər;3) Səviyyə yarılandan sonra qiymətin geriyə korreksiyasını gözləyib, bazara girirlər.

Bəs bunlardan hansı nə zaman daha əlverişli sayıla bilər? Gəlin, aydınlaşdırmağa çalışaq.

Sadaladığımız variantların hər birinin lehinə də, əleyhinə də arqumentlər var. Bəzən üçünün birləşməsindən istifadə olunur. Məsələn, treyder açmaq istədiyi əməliyyatın həcmini üç yerə bölə və hərəsini bir metodla aça bilər. Yaxud, səviyyə yarılana qədər kiçik lotla əməliyyat açmaq, səviyyə kəsiləndən sonra əməliyyatın həcmini xeyli artırmaq, qiymət geriyə korreksiya zamanı kəsdiyi səviyyəni sınaqdan keçirib, əvvəlki istiqamətini bərpa edəndə əməliyyatın həcmini bir qədər də çoxaltmaq olar. Əgər treyder az lotla əməliyyat açırsa, onda hər şey onun risk etmək istədiyi məbləğin həcmindən və nə dərəcədə aqressiv treyder olmasından asılıdır. Ən konservativ treyderlər bu halda bazara girmək üçün qiymətin səviyyəni yarmasından sonra geriyə korreksiya etməsini gözləyəcəklər. Amma nə qədər paradoksal olsa da, bu cür gözləmə taktikası da risklidir. Belə ki, qiymət səviyyəni kəsəndən sonra geriyə korreksiya etmədən hərəkətini davam etdirə də bilər. Bu halda treyder bazara girmək üçün əla fürsəti əldən qaçırmış olacaq. Bu metod bazara çox yaxşı fürsətdə girmək və çıxmaq üçün imkan yaradır. Xüsusilə də əgər kəsilən “möhkəm”, yəni artıq bir neçə dəfə test olunmuş trend xəttidirsə. Amma bu metodla işləyərkən də bəzi məqamları nəzərə almaq lazımdır.

Əgər trend xəttlərindən dəstək/müqavimət xətti kimi istifadə edərək, əməliyyat açmaq istəyirsinizsə, belə variant da var: “buğa” trendi zamanı qiymət artan trend xəttinətoxunanda almaq olar. Bu zaman “stop” əmrini xəttin altında yerləşdirmək lazımdır. Eniş trendi zamanı isə qiymət enən trend xəttinə toxunanda satmaq mümkündür. Bu halda da “stop” əmri xəttin üstündə qoyulmalıdır. Əməliyyatın dəqiqliyini artırmaq üçün klassik osillyatorlardan birini – məsələn, “Stoxastik”in siqnalını izləmək də olar. Qrafik trend xətinə toxunanda “Stoxastik” də ifrat zonalarda dönüşə hazırlaşırsa, demək, qiymət yorulub və ilk cəhddən xətti yara bilməyəcək. Və ya, qiymət vacib zonaya yaxınlaşanda Fibonaççi səviyyələrindən istifadə etmək olar. Trend zamanı qiymət korreksiya edirsə, 38%-lik fibo-səviyyəyə çatanda trend istiqamətində bazara girmək üçün fürsət axtarmaq olar. Bu halda da “Stoxastik”in vasitəsilə əməliyyatın dəqiqliyini artıra bilərsiniz. Amma yaddan çıxarmayın ki, korreksiyanın 61,8 faizlik fibo-nisbətə qədər davam etmək potensialı da var.

5 punkt qabağa düşmək üçün…

30 Bil,et

Page 31: "InForex"#44: bazar saatinin kafgiri

Qiymət qrafikində yaranan boşluqlar (“gap”) da yaxşı müqavimət/dəstək səviyyəsi kimi çıxış edə bilirlər. Misal üçün, artım trendi zamanı yaranan “gap” qiymət geriyə korreksiya edəndə yaxşı dəstək səviyyəsi rolunu oynayır. Bu halda eniş korreksiyası gəlib “gap”ın zonasına çatanda alış əməliyyatı üçün fürsət axtarmaq məqsədəuyğundur. “Stop” əmrini “gap”ın aşağısında yerləşdirmək olar. Eniş trendi zamanı isə bütün bunları əksinə etmək lazımdır.

“5 punkt” taktikası

Bu, əslində çox sadə bir taktikadır, amma yəqin ki, indiyə qədər heç kim onun haqqında düşünməyib.

Taktika belədir: Bazara qiymətin vacib cəviyyəyə çatmasına 5 (10, 15, 20…) punkt qalmış girmək lazımdır.

Niyə?

Şəklə diqqət edin. Tutaq ki, qiymət aşağıya hərəkət edərək, vacib dəstək səviyyəsi olan $5.00 həddinə yaxınlaşır. Bu zaman satmaq üçün daha optimal səviyyə $5.05 olacaq. Çünki belə etməklə biz bütün hallarda udmuş oluruq. Əgər qiymət səviyyəni yarmadan geriyə dönərsə, onda 5 punkt az itirəcəyik. Yox, əgər qiymət səviyyəni yararaq aşağıya hərəkətini davam etdirərsə, onda çox qazanacağıq: gəlirimiz 5 punkt daha artıq olacaq. Artım hərəkəti zamanı isə eyni şeyi tərsinə etmək lazımdır.

Bil,et 31

Page 32: "InForex"#44: bazar saatinin kafgiri

Forex-ə gəlmiş kazino metodu

Bir çox treyderlər əməliyatda itirdikləri zaman bunun əvəzini çıxmaq üçün növbəti əməliyyatda lotun həcmini qaldırırlar. Bu strategiya “Martingeyl” adlanır və onun yaşı 3 əsrdən çoxdur. XVIII əsrdə məşhurlaşmış strategiyanın yaradıcısı Paul Pyer Levi adlı fransız riyaziyyatçısı hesab olunur. Bu strategiyaya görə, oyun vaxtı banka qoyulan pul hər məğlubiyyətdən sonra ikiqat artırılırdı. Nəticədə 1 qələbənin qazancı bütün uğursuzluqlar silsiləsini kompensasiya edirdi.

Bu, bəxtə-bəxt strategiyadır. Əgər kifayət qədər vəsaitiniz və yaxşı bəxtiniz varsa, bu strategiya ilə uğur qazanmaq olar. Onu əvvəllər daha çox Las-Veqas kazinolarında tətbiq edirdilər.

Strategiyanın mənfi cəhətləri az deyil. Əvvəla, dediyimiz kimi, onu tətbiq etmək üçün pulunuz çox olmalıdır. İkincisi, risk faktoru həddindən artıq yüksəkdir. Məhz bu sistemin geniş yayılması nəticəsində “ruletka” oyununda qaydalar dəyişdirilərək, “0” ilə yanaşı, “00” da tətbiq olunmağa başladı, üstəlik, oyunda iki cür pul qoymaq sistemi yaradıldı: tək/cüt, qırmızı/yaşıl. Bundan sonra martingeyli daha əvvəlki effektlə “ruletka” oyununda tətbiq etmək mümkün olmadı.

Martingeyl strategiyasının mahiyyətini başa düşmək üçün gəlin sadə bir nümunəyə baxaq. Təsəvvür edək ki, 1$-dan başlayaraq, qəpik atıb “gerb”, yoxsa “bayraq” düşəcəyindən mərcə giririk. Əgər kifayət qədər pulunuz varsa, bir istiqamətdə (tutalım, ancaq “gerb”) mərc etsəniz, qəpiyin sizə lazım olan tərəfini gözləməklə gec-tez bütün itkilərinizi qaytara bilərsiniz. Strategiya bir qaydaya əsaslanır: bütün uduzduqlarınızı qaytarmaq üçün 1 dəfə udmaq lazımdır.

Tutaq ki, 10$-nız var və 1$-dan başlayaraq ilk mərcə girirsiniz. “Gerb”-ə mərc edirsiniz və udursunuz, balans 11$ olur. Uduzana qədər hər dəfə mərcə girəndə həmin 1$-ı “Gerb” tərəfə qoyursunuz. Növbəti gedişdə uduzursunuz və pulunuz 10$-a düşür. Növbəti dəfə 2$-la yenə “Gerb” tərəfə o ümidlə mərcə girirsiniz ki, “Gerb” düşəcək və siz nəinki itirdiyinizi qaytaracaqsınız, həmçinin əlavə gəlir də əldə edəcəksiniz. Təəssüf, qəpik yenə “Bayraq” tərəfində düşür və 2$ itirməklə pulunuz 8$-a düşür. Strategiyaya uyğun olaraq, bu dəfəki gedişiniz əvvəlkinin iki qatına, yəni 4$-a bərabər olmalıdır. Xoşbəxtlikdən, siz bu dəfə udursunuz və pulunuz 12$ olur. Göründüyü kimi, sizin qalib gəlməyiniz üçün yeganə uğurlu gediş lazımdır.

Amma gəlin görək, ardıcıl olaraq uduzsanız, nə baş verəcək... Yenə də 1$-dan mərcə girməyə 10$ pulunuz var. İlk gedişdə uduzursunuz və pulunuz 9$-a azalır. Mərci ikiqat artırsınız və yenə uduzursunuz - 7$ pulunuz qalır. III gedişdə artıq 4$-dan mərcə girirsiniz, lakin yenə də uduzursunuz və balans 3$-a enir. Gedişi ikiqat artırmaq üçün pulunuz olmadığından hamısını gedişə qoyursunuz. Uduzsanız, pulunuz 0-a enəcək, udsanız belə, 10$-dan çox uzaqda olacaqsınız. Bəli, gətirməyəndə belə olur.

32 Metod

Page 33: "InForex"#44: bazar saatinin kafgiri

Siz düşünə bilərsiniz ki, yuxarıda qeyd olunan vəziyyətə nadir hallarda təsadüf edilir. Lakin Forex bazarında valyutalarla ticarət aparanda bilməsiniz ki, onlar trendə meyllidirlər, trend isə uzun müddət davam edə bilər. Və əgər hər dəfə onun əksinə oynasanız, bu, ciddi problem yarada bilər.

Martingeylin treydinqə tətbiq olunmasının xarakterik cəhəti ondan ibarətdir ki, əməliyyat ziyana gedəndə ilk lotun ikiqatı həcmiylə yenidə bazara girisiniz. Məsələn, belə bir nümunəyə baxaq: Tutaq ki, 2 lotla eur/usd-də alış əməliyyatı açmısınız və qiymətin 1.3650-dən 1.3700-ə artımını proqnozlaşdırırsınız. Lakin qiymət sizin əksinizə gedir. 1.3645-də 4 lotla yeni bir əməliyyat açırsınız. Bu dəfə isə qiymətin 1.3645-dən 1.3700-a kimi artımını proqnozlaşdırırsınız. Əgər nəzərə alsaq ki, qiymət 1.3570-ə kimi düşsə, 100 punkt itirəcəksiniz, qiymətin 1.3589-a qalxmağı lazımdır ki, balans itkisiz vəziyyət alsın.

Misal əyani şəkildə göstərir ki, bu metodun tətbiqi üçün nəyə görə böyük kapital tələb olunur. Əgər ticarət hesabınızda cəmi 5000$ pulunuz var idisə, qiymət 1.3570-ə çatmamışdan artıq iflasa uğrayardınız. Valyuta cütlüyü istiqamətini dəyişə belə, Siz bazardan çıxarılmış olacaqdınız.

Forex bazarı Martingeyllə işləməyə kifayət qədər kapitalı olan treyderlər üçün daha bir unikal üstünlüyə malikdir. Faiz dərəcələrinin fərqindən gəlir əldə etmək treyderlərə itkilərin bir hissəsini kompensasiya etmək imkan verir. Bu, o deməkdir ki, Martingeyllə işləyən fərasətli treyder bu metodla yalnız müsbət isitiqamətli svopa malik valyuta cütlüklərində ticarət aparacaq.

Yəni yuxarı faiz dərəcəli valyutanı alacaq, aşağı faiz dərəcəlini isə satacaq. Yuxarı lotla bazara girəndə faizlərdən əldə edilən gəlirlər çox əhəmiyyətli ola və öz növbəsində bazara girişin ortaq qiymətinin azalmasına xidmət edə bilər.

Martingeyl strategiyası nə qədər cəlbedici görünsə də, biz bu metodla ticarət aparmaq istəyən treyderləri son dərəcə ehtiyatlı olmağa səsləyirik. Bu strategiyanın əsas problemi ondan ibarətdir ki, siz itkilərinizi kompensasiya edənə qədər bütün balansınız artıq 0-a enə bilər. Bir sözlə, bu yolla gedən treyder bir əməliyyatda hesabının böyük bir hissəsini (bəlkə də hamısını) itirməyə hazır olmalıdır. Ona görə, Martingeyl strategiyası heç də hamı üçün uyğun deyil.

Metod 33

Page 34: "InForex"#44: bazar saatinin kafgiri

Ticarət digər sənət növlərinə bənzəmir. Treyderlər adətən gərgin vəziyyətlərdə qərar verməli olurlar. Bəs stress vəziyyətində uğur qazanmaq üçün nə lazımdır? Bazar sizin əksinizə gedəndə düzgün ticarət qərarları verməyin və nizam-intizamlı olmağın ümumi prinsipləri nədir?

Bütün bu sualların çox sadə cavabı var: Sakit olmaq!

Treyderin işi cərrah və ya yanğınsöndürəninki kimi ölüm-qalım məsələsi olmasa da, xəsislik, qorxu, narahatlıq, qəzəb və digər xoşagəlməz hisslərin yaşanmasına səbəb ola bilir. Uğursuz əməliyyatda olarkən, pul uduzarkən, başqalarının pulunu itirərkən və ya şirkətdəki işinizdən məhrum olarkən (ola da bilər, hər üçündən bir az) yaranan psixoloji təzyiq sizə çox ağır gələ bilər. Pis ticarət qərarlarının çoxu da elə məhz bu zaman verilir.

Siz nə vaxtsa stressli ticarət zamanı gəliri vaxtından tez götürməklə, məcburi əməliyyat açmaqla və ya götür-qoy etmədən dərhal pozisiyaya girməklə ticarət qaydalarınızı pozmusunuzmu? Çox güman ki, bəli! Çünki milyonlarla treyder bu qaydaları dəfələrlə pozublar. İnsanın təbiətilə əlaqədar olaraq, mənfi emosiyalar bizi ticarət zamanı heç vaxt tərk edə bilməz. Lakin bir neçə şeyi aktiv şəkildə etməklə gərgin emosiyaların bizi əhatə etməsinin və həmin an şüurumuza hakim olmasının qarşısını ala bilərik.

Mütləq həmişə planınıza uyğun ticarət aparın. İlk növbədə plan tutun, onu yerinə yetirin və daim yadda saxlayın ki, sizin planınız var. Kifayət qədər sadə səslənsə də, yeni treyderlərin əksəriyyəti ticarət meydanına hazırlıqsız gəlirlər. Onların bazara nə vaxt daxil olmaq və çıxmaq barəsində planları, risk-menecment strategiyaları olmur.

Plana malik olmaq, onu yetirmək narahatçılıq və qorxuya aparan qeyri-müəyyənliyi aradan qaldırır. Eyni zaman-da, vəziyyət təhlükəli olduqda biz plana malik olduğumuzu unutmağa meyllənirik. Əgər siz öz planınıza əməl etməkdə qərarlısınızsa, nə qədər itirməyə hazır olduğunuzu və bazardan nə vaxt çıxacağınızı dəqiq bilirsinizsə, böyük ehtimalla narahatçılıq keçirməyəcəksiniz və yaxşı ticarət qərarları qəbul edəcəksiniz.

Hər dəfə psixoloji təzyiq altına düşdüyünüzü hiss etməyə başlayanda fasilə götürün. Gözlərinizi bağlayın və bir neçə dəfə dərindən nəfəs alın. Bu, sizə əqli rahatlıq gətirəcək. Dərindən nəfəs almaq bədənə daha çox oksigen verəcək və fiziki gərginliyi aradan qaldırmaqda kömək edəcək.

Açdığınız əməliyyat əksinizə getdikdə və siz qəzəb, narahatçılıq keçirdikdə yuxarıda qeyd olunlara riayət edilməsi sizə rahatlanmaqda və vəziyyəti sakit halda dəyərləndirməkdə kömək edəcək. Məhz bundan sonra siz yaxşı ticarət qərarları verə və əgər ehtiyac varsa, strategiyanıza dəyişikliklər edə bilərsiniz.

Yenidən qeyd olunmalıdır ki, biz heç vaxt bazarın yaratdığı riskləri və qeyri-müəyyənliyi qəbul edərkən gərgin hissləri kənara ata bilməyəcəyik. Lakin buna baxmayaraq, biz təcrübə, təkmilləşdirmə ilə ticarət zamanı yaranan gərginliyin öhdəsindən gələ bilərik.

Sakitləşin...Treydinq zamanı həyəcan və gərginlik 100% itki deməkdir

34 Psixologiya

Page 35: "InForex"#44: bazar saatinin kafgiri

«Profit Trend» strategiyası

Bu strategiya H1 və daha yuxarı zaman intervallarında işləmək üçün nəzərdə tutulub. Strategiyada bu indika-torlardan istifadə olunur:

1) QQE (10)2) ADX (14)3) AO4) SuperTrend5) MA Candles

Alış əməliyyatı açmaq üçün:

1) Əvvəlcə SuperTrend indikatorunun yaşıl rəngə boyanmasını gözləyirik2)Ticarətin aparıldığı zaman periodunun şamı SuperTrend indikatorundan yuxarıda olmalı və yaşıl rəngə boyanmalıdır3) AO indikatoru yaşıl rəng almalıdır.4) ADX (14) indikatorunun yaşıl xətti onun qırmızı xəttini aşağıdan yuxarıya kəsməlidir.5) QQE (10) indikatorunun punktir xətti onun qırmızı xəttinin altında olmalıdır.6) Bütün bunlar yerinə yetəndən sonra şamın bağlanmağını gözləyirik.7) Şam bağlanandan sonra bərabər həcmli 2 alış əməliyyatı açırıq. 8) Teyk-profiti Fibonaççi nisbətlərinə əsasən təyin edirik. Brinci orderin teyk-profiti ən yaxın minimumdan çəkilən 138.2 %-lik Fibonaççi nisbətində qoyulur. Qiymət həmin yerə çatanda və birinci əməliyyat bağlananda ikinci əməliyyatın stopunu itkisiz zonaya çəkirik. Stop-lossu SuperTrend indikatorunun xəttinə nəzərən də yerləşdirmək və sürüşdürmək olar. İkinci orderin take-profitini 261.8-lik fibo-nisbətin üzərində qoyuruq. Qiymət hətta ora çatmasa belə, biz heç nə itirməyəcəyik.9) Stop-loss 50%-lik Fibo-nisbətin üzərində qoyulur.

Sistem 35

Page 36: "InForex"#44: bazar saatinin kafgiri

36 Sistem

Satış üçün bütün bunlar tərsinə edilir:

1) Əvvəlcə SuperTrend indikatorunun qırmızı rəngə boyanmasını gözləyirik2)Ticarətin aparıldığı zaman periodunun şamı SuperTrend indikatorundan aşağıda olmalı və qırmızı rəngə boyanmalıdır3) AO indikatoru qırmızı rəng almalıdır.4) ADX (14) indikatorunun qırmızı xətti onun yaşıl xəttini yuxarıdan aşağıya kəsməlidir.5) QQE (10) indikatorunun punktir xətti onun yaşıl xəttinin altında olmalıdır.6) Bütün bunlar yerinə yetəndən sonra şamın bağlanmağını gözləyirik.7) Şam bağlanandan sonra bərabər həcmli 2 satış əməliyyatı açırıq. 8) Teyk-profiti Fibonaççi nisbətlərinə əsasən təyin edirik. Brinci orderin teyk-profiti ən yaxın maksimumdan çəkilən 138.2 %-lik Fibonaççi nisbətində qoyulur. Qiymət həmin yerə çatanda və birinci əməliyyat bağlananda ikinci əməliyyatın stopunu itkisiz zonaya çəkirik. Stop-lossu SuperTrend indikatorunun xəttinə nəzərən də yerləşdirmək və sürüşdürmək olar. İkinci orderin take-profitini 261.8-lik fibo-nisbətin üzərində qoyuruq. Qiymət hətta ora çatmasa belə, biz heç nə itirməyəcəyik.9) Stop-loss 50%-lik Fibo-nisbətin üzərində qoyulur.

Strategiyanın testləri onun yaxşı nəticələr göstərdiyini təsdiqləyir:

Page 37: "InForex"#44: bazar saatinin kafgiri

Müsahibə 37

Tez-tez deyirlər ki, qadınlar kişilərə nizbətən daha ağıllı, səliqəli və ehtiyatlı ticarət aparırlar. Bu, doğrudan da belədirmi? “İn Forex” ispaniyalı treyder Mariya Stivensonun müsahibəsini təqdim edir. Onun dediklərini oxuy-andan sonra özünüz qərar verə bilərsiniz.

- Sənin treyder günün necə keçir? - Hər şeyi əvvəlcədən planlaşdırıram. Sonra da gün ərzində planıma riayət edirəm.

- Niyə məhz Forex?- Məni ərim buna həvəsləndirdi. Ona qədər sadəcə, eşitmişdim. Qrafikləri görəndə isə kardioqram zənn edir-dim. Sonra ərim məni bir treyder dostu ilə tanış etdi. Bəzi şeyləri ondan soruşdum. Və başladım internetdə məlumat toplamağa.

- Bazarda sabit qazanmağın mümkün olduğuna inanırsanmı?- İnanıram. Amma `yanmamaq` üçün qarşıya real hədəflər qoymaq lazımdır.

- Ticarətdə ən çox xoşuna gələn nədir?- Müstəqillik.

- Heç cür unuda bilmədiyin uğursuz əməliyyatın olubmu?- Əlbəttə. Təzə başlamışdım... Bir əməliyyatımda dalana dirənmişdim, amma əməliyyatı bağlamaq istəmirdim. Axırda hesabımı itirdim və təzə səhifədən başladım.

- İtkilərə necə yanaşırsan?- İtki – bu biznesin bir hissəsidir. Həmişə kapitalımın ancaq bir hissəsi ilə risk edirəm.

- Üzunmüddətli, yoxsa qısamüddətli treydersən?- Qısamüddətli. Amma skalpinqlə məşğul olmuram, əsəblərim mənim üçün daha qiymətlidir. Bir gün və ya bəzi hallarda bir neçə gün əməliyyatı açıq saxlaya bilərəm.

- Əməliyyat açarkən hansı amilləri nəzərə alırsan?- Pivot, ifrat alış və satış, kanallar, fibo... Hamısını bir yerdə toplayıb, qərar verirəm.

- Hansı cütlüklərdə əməliyyat aparırsan?- Ancaq iki cütlükdə: eur/usd və gbp/usd.

- Ən yaddaqalan əməliyyatın hansıdır?- 2008-ci ildə böhran zamanı hər gün `qısa` əməliyyat açır və xoşbəxtliyimə inana bilmirdim.

- İndikator və analizlərin çoxluğundan əsəblərini necə qoruyursan?- Mənə belə bir məsələhət vermişdilər: gördüyünlə ticarət apar. Mən də elə edirəm. Ekranı indikatorlarla `zibilləmirəm`. Trend, kanal və 2-3 indikator bəs edir.

- Yeni başlayanların ən böyük səhvi, səncə, hansıdır?- Düşünürlər ki, hər şeyi bilirlər və bazarda pul `qırmağa` başlayacaqlar. Amma təcrübə topladıqca anlayırsan ki, heç nə bilmirmişsən...

- Yeni başlayanlara hansı məsləhəti verərdin?- Real ticarətə keçməzdən qabaq yaxşı-yaxşı öyrənin.

`Qrafikləri kardioqram zənn edirdim`

Page 38: "InForex"#44: bazar saatinin kafgiri

Bizim bank müflis olub. Əmanətçilərə iki variant təklif edirik: Ya heç nəyinizi dərhal götürün, ya da hər şeyinizi heç vaxt.

* * *

Bir nəfər məşhur maliyyəçiyə deyir:- Dünən sizin `Milyonu necə qazanmalı` kitabınızı almışam.- Xoşunuza gəldi?- Gəlməyinə gəldi e... Amma orada səhifələrin yarısı cırılıb axı...- Nə olsun?.. 500 min də az pul deyil!

* * *

Bir nəfər maliyyəçidən soruşur:- Kiçik biznes açmaq istəyirəm, nə edim?- Böyük biznes aç və bir az gözlə.

* * *

- Ancaq dəlilər bu qiymətə aksiya alarlar...- Sənə `al` deyən var?- Mən almsam, dəlilər gəlib alacaq axı...

* * *

- Yalnız bizim bankımız rüşvət vermək istəyənlər üçün aşağı faizlə kredit təklif edir...

* * * Maliyyəçi dostuna zəng vurur:- Salam, necəsən?- Yaxşıyam...- Oy, bağışlayın, səhv düşmüşəm...

* * *

Maliyyəçilər haqqında lətifələr

Page 39: "InForex"#44: bazar saatinin kafgiri

EUR/USD ortamüddətli

Trading Cenral-dan bazarın təhlili

Dönüş nöqtəsi: 1.31Əsas fikir: Qiymət 1.31 səviyyəsindən yuxarıda qaldıqca hədəflər 1.355 və 1.371 olmaqla ALIŞA üstünlük verilməlidir.Alternativ variant: 1.31 səviyyəsinin aşağı qırılması 1.299 və 1.275 yaxınlığına eniş mümkündür.Analiz: RSI müsbət istiqamətlidir.Əsas səviyyələr:1.3970***

1.3710***

1.3550**

1.35

1.3100**

1.2990**

1.2750**

Trend “buğa” istiqamətlidir

Analitika 39

Page 40: "InForex"#44: bazar saatinin kafgiri

Dönüş nöqtəsi: 1.56Əsas fikir: Qiymət 1.56 səviyyəsindən yuxarıda qaldıqca hədəflər 1.6175 və 1.638 olmaqla ALIŞA üstünlük verilməlidir.Alternativ variant: Dəstəyin aşağı qırılması 1.54 və 1.51 yaxınlığına enişə yol açacaq.Analiz: RSI müsbət istiqamətlidir. Əsas səviyyələr:1.6620 **1.6380 ***1.6175 ***1.60881.5600 ***1.5400 ***1.5100 ***

GBP/USD ortamüddətliTrend “buğa” istiqamətlidir

40 Analitika

Page 41: "InForex"#44: bazar saatinin kafgiri

41Analitika

Dönüş nöqtəsi: 96.65Əsas fikir: Qiymət 96.65 səviyyəsindən yuxarıda qaldıqca, hədəflər 101.5 və 103.8 olmaqla ALIŞA üstünlük verilməlidir.Alternativ variant:: 96.65 dəstəyinin aşağı qırılması 94.5 və 90.85 ətrafına enişə gətirəcək. Analiz: RSI “ayı” dinamikasını itirir.Əsas səviyyələr:106.00 **103.80 ***101.50 **98.5196.65 **94.50 ***90.85 **

USD/JPY ortamüddətli

Page 42: "InForex"#44: bazar saatinin kafgiri

42 Analitika

Dönüş nöqtəsi: 0.9125Əsas fikir: Qiymət 0.9125 səviyyəsindən yuxarıda qaldıqca hədəflər 0.951 və 0.9715 olmaqla ALIŞA üstünlük verilməlidir.Alternativ variant: 0.9125 səviyyəsinin aşağı qırılması 0.8845 və 0.858 ətrafına enişə gətirəcək. Analiz: Texniki baxımdan RSI neytral 50 zonasından yuxarıda yerləşir.Əsas səviyyələr:0.9920***0.9715***0.9510***0.93050.9125***0.8845***0.8580***

AUD/USD ortamüddətliEhtiyatlı olmaq lazımdır.

Page 43: "InForex"#44: bazar saatinin kafgiri

43Analitika

Dönüş nöqtəsi: 26Əsas fikir: Qiymət 26 səviyyəsindən aşağıda qalarsa, 20.6 və 18.2 nöqtələri hədəf olmaqla SATIŞA üstünlük verilməlidir.Alternativ variant: 26 səviyyəsinin yuxarıya qırılması 28 və 29.2 ətrafına qalxışa yol açacaq.Analiz: RSI enişin davam edəcəyini göstərir.Əsas səviyyələr:29.2282621.8120.618.214.7

Gümüş ortamüddətliEniş trendin sərhədindədir

Page 44: "InForex"#44: bazar saatinin kafgiri

44

Dönüş nöqtəsi: 1434Əsas fikir: Qiymət 1434 səviyyəsindən aşağıda qaldıqca hədəflər 1273 və 1180 olmaqla SATIŞA üstünlük verilməlidir.Alternativ variant: 1434 səviyyəsinin yuxarı qırılması ilə 1488 və 1522 yaxınlığına qlxış gözləmək olar. Analiz: RSI enişin davamına işarə edir.Əsas səviyyələr:1522148814341338127311801045

Qızıl ortamüddətliEniş riskləri var

Analitika

Page 45: "InForex"#44: bazar saatinin kafgiri

45

Bağda yarpaqlar tökülür - bu mənzərənin

əsrlərlə yaşı var!

Matsuo Base

“İşimoku” Qrafik Sistemin əsasında təhlil

EUR/USD WeeklyAvro artımına davam edir. Şamlar isə deyirlər ki, fasilə götürməyin vaxtı çatıb. 1,34-ə qədər korreksiya gözlənilir.

Analitika

Page 46: "InForex"#44: bazar saatinin kafgiri

46 Analitika

EUR/USD DailyXəttlərin ümumi “buğa” düzülüşünə baxmayaraq, qiymət Tenkan xəttini yarıb, Kijun isə üfiqi vəziyyət alıb. 1,37-1,35 diapazonunda konsolidasiya gözləyirik. Yuxarı sərhəddə satmaq, aşağıda almaq tövsiyə olunur.

GBP/USD WeeklyArtım trendi inkişafdadır, amma şam analizi göstərir ki, korreksiyanın vaxtıdır. Ən azı tenkan-senə qədər (1,5840)

eniş gözləyirik. Yalnız orada alış haqqında düşünmək olar.

Page 47: "InForex"#44: bazar saatinin kafgiri

47Analitika

GBP/USD DailyQiymət Kijun-sen xəttinin üstündə “oturub” –1,59-da kiçik ̀ stop`la almaq üçün yaxşı imkandır. Hədəf - 1,6080-dir:

oradan üfiqi Tenkan-Sen xətti keçir. Əməliyyatı ondan o tərəfə saxlamağın indiki şəraitdə mənası yoxdur.

USD/CHF WeeklyHəftəlik şamlarda “ayı” əhvalı var. Amma Tenkan-Senə qədər korreksiya da yetişib. Hədəf - 0,92.

Page 48: "InForex"#44: bazar saatinin kafgiri

48 Analitika

USD/CHF DailyGünlük şamlarda qiymət artıq Tenkan xəttini yarıb, amma hələ test etməyib. Fəqət artıq 0,92-yə hədəflənib. Əgər alsaq, stopu 0,90-dan aşağıda qoymaq lazımdır. Yaxşı olar ki, Tenkan xəttinin testini gözləyək. Bu, daha yaxşı

olardı.

USD/JPY WeeklyXəttlər qarışsalar da, “ölü xaç”, hər halda, yaranıb. Nə qədər ki, qiymət Kijun xəttindən aşağıdadır, ( 99,00) “ayı”

əhvalı və 96,00 hədəfi qüvvədə qalacaq.

Page 49: "InForex"#44: bazar saatinin kafgiri

CINEMA “FOREX” CLUB

49Analitika

USD/JPY DailyQiymət “bulud”un daxilində “kijun-sen” xəttinə dirənib. Kiçik risklə satmaq üçün yaxşı imkandır. “Stop”u 99,00

ətrafında qoymaq olar, hədəf - 98,00.

Page 51: "InForex"#44: bazar saatinin kafgiri

EUR/USDEur/usd 1.3600-1.3700 ətraflarında müqavimətə rast gəldiyindən bir qədər korreksiya edib. Ona görə də, bu korreksiyanın 1.3400-ə qədər davam edəcəyini düşünürəm. Əgər 1.3400 ətraflarında möhkəmlənə bilməsə, eniş 1.3200-1.3100 ətraflarına qədər davam edə bilər.

Fərid Hüseynov təqdim edir

“Kompleks Texanaliz”

51Analitika

Page 52: "InForex"#44: bazar saatinin kafgiri

GBP/USDGbp/usd 1.6100-1.6300 ətrafında çox güclü bir keçən ildən bəri müqavimət göstərən bir baryerə rast gəlib və xeyli korreksiya edib. Hazırda cütlüyün 1.5700-1.5800 ətraflarına qədər eniş göstərəcəyini düşünürəm. Buna həm də cütlüyün keçən ay olan kəskin artımı dəlalət edir.

52 Analitika

Page 53: "InForex"#44: bazar saatinin kafgiri

USD/CHFUsd/chf bu ay 0.9200 ətraflarına qədər qalxa bilər. Həlledici dəstək səviyyəsi 0.9077 ətraflarındadır. Belə ki, həmin səviyyəyə qədər qısamüddətli eniş etdikdən sonra qalxa bilər. Bu səviyyənin kəsilməsi keçən ayın minimu-munun yenidən test olunması anlamına gələcək.

53Analitika

Page 54: "InForex"#44: bazar saatinin kafgiri

54

USD/JPYUsd/jpy bu artım üçün kifayət qədər gücə malikdir. Amma 97.80-98.00 dəstək baryeri bu proqnozu daha da gücləndirəcək. Belə ki, əgər qiymət bu səviyyəni qıra bilməsə, 99 ətrafına qədər artım görmək olar. Əks halda 97-ə qədər enəcək.

Analitika

Page 55: "InForex"#44: bazar saatinin kafgiri

55

TREYDERLƏR ÜÇÜN FORUM

Analitika

Page 56: "InForex"#44: bazar saatinin kafgiri

56

Vüsal Məmmədovun təqdimatında

“Elliot Dalğaların Analizi”

> A - <<A>> dalğası hələ davam edir

....A - “A” dalğasının başlayacağı gözlənilir

Müqavimət səviyyəsi yarılsa, qiymət yuxarıya hərəkət ədəcək

Dəstək səviyyəsi yarılsa. qiymət aşağiya hərəkət edəcək

Conformative - Bu səviyyə keçiləndə ssenari təsdiqlənəcək

Critical - Bu səviyyə kəçiləndə ssenari qüvvədən düşəcək

EUR/USD WeeklyAvro/dollar cütlüyündə İntermediate dalğa səviyyəsində aşağıya doğru (Y) eniş dalğası inkişaf edir. Enişdə yuxarıya korreksiya müşahidə olunurdu. Artıq, ssenariyə görə, bu korreksiya başa çatıb. Ortamüddətli planda enişin da-vam edəcəyini gözləyirik.

Analitika

Page 57: "InForex"#44: bazar saatinin kafgiri

57Analitika

EUR/USD H4Yuxarıya doğru korreksiya başa çatıb. İndi aşağıya hərəkət gözləyirik. Detallar qrafikdə göstərilib.

EUR/USD DailyBu səviyyədə 2 Minor korreksiyası mürəkkəb forma aldı. Amma bizim əsas variantımızın ssenarisinə görə, kor-reksiya artıq başa çatıb. Alt səviyyədə eniş trendi başlayır. Detallar qrafikdə göstərilib.

Page 58: "InForex"#44: bazar saatinin kafgiri

58

GBP/USD Daily(2) İntermediate dalğası başa çatıb. Detallar və mümkün hərəkət sxemi qrafikdə göstərilib.

GBP/USD WeeklyBizim ssenariyə görə, (2) İntermediate dalğası başa çatıb. Qiymət kritik səviyyənin yaxınlığından dönüb. Ssenari qüvvədə qalarsa, aşağya eniş trendi gözləyirik.

Analitika

Page 59: "InForex"#44: bazar saatinin kafgiri

59

USD/CHF WeeklyDollar/frank mürəkkəb formalı korreksiya formalaşdırır: (W)-(X)-(Y). Hazırda əsas ssenariyə görə (X) dalğası başa çatmaq üzrədir. Detallara qrafikdə baxırıq.

USD/CHF DailyBu zaman periodunda X Minor dalğası yekunlaşıb, indi Y Minor inkişaf edir. Qiymətin mümkün hərəkət sxemi qrafikdə göstərilib.

Analitika

Page 60: "InForex"#44: bazar saatinin kafgiri

60

USD/JPY DailyBu qrafikdə yuxarı perioddakı ssenarinin detallarına baxırıq. Görürük ki, (iv) of [v] dalğası başa çatıb. Onun üçbucağın daxilindəki və üçbucaqdan çıxandan sonrakı mümkün hərəkət sxemi qrafikdə göstərilib.

USD/JPY WeeklyQrafikdə 5 dalğalı «wedge» (ilk üçbucaq) modelinin sonuncu dalğası hələ də inkişaf edir. 5-ci dalğa - [v] minute həddindən artıq uzanıb. Onun daxilindəki dördüncü dalğa (iv) of [v] güman ki, üçbucaq şəklini alır.

Analitika

Page 61: "InForex"#44: bazar saatinin kafgiri

İndi sizin üçün tərəfdaşlarımızın yüksək keyfiyyətli broker xidmətlərini qiymətləndirmək daha gəlirli oldu. Çünki sərfəli ticarət şərtlərindən, orderlərin keyfiyyətli icrasından, tanınmış MetaTrader 4 terminalındakı (endir)60-dan çox ticarət alətindən savayı siz balansınıza vəsait yatırmaqla 10% bonus əldə edə bilərsiz.

Kampaniya 1 Noyabr 2013 ilə qədər davam edəcək.

+1.5%( 11.50%) Bonus bank vasitəsi ilə köçürülən yatırımlara

Bundan savayı , müştərilər əməkdaşlıq etdikləri hər il üçün əlavə 1% həcmində bonus alacaqlar.Əməkdaşlığın ilk ilində (10 il əvvəl) açılmış hesabların sahibləri üçün bu bonus 10% təşkil edəcək bu isə artıq 20% Bonus deməkdir!

İndi hesaba vəsait yatırvə 2500$ məbləğində

BONUS əldə et!