qƏrbİ kaspİ - wcu.edu.azwcu.edu.az/upload/image/library/siyasi dərgidir.pdfavropaya...

85
QƏRBİ KASPİ UNİVERSİTETİ TƏTBİQİ POLİTOLOGİYA MƏRKƏZİ QƏRBİ KASPİ Siyasi dərgi

Upload: others

Post on 25-May-2020

7 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

QƏRBİ KASPİ UNİVERSİTETİ

TƏTBİQİ POLİTOLOGİYA MƏRKƏZİ

QƏRBİ KASPİ Siyasi dərgi

Page 2: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

BAKI

Fevral, 2018

Redaktor: Elxan Şahinoğlu - Tətbiqi Politologiya Mərkəzinin rəhbəri

Korrektor: Afət Quliyeva - “Atlas” Araşdırmalar Mərkəzinin analitik bülleteninin

redaktoru

Redaksiya

heyəti:

Turan Rzayev - bakalavr, Tətbiqi Politologiya Mərkəzinin eksperti

Yadigar Nağıyev - bakalavr, Tətbiqi Politologiya Mərkəzinin eksperti

Ağa Zeynalov - bakalavr, Tətbiqi Politologiya Mərkəzinin eksperti

Sevda Məmmədova - bakalavr, Tətbiqi Politologiya Mərkəzinin

eksperti

Qadir Kazımov - bakalavr, Tətbiqi Politologiya Mərkəzinin eksperti

İlqar Vəlizadə - politoloq, “Cənubi Qafqaz” politoloqlar klubunun

rəhbəri

Elnur Eltürk - politoloq, AMEA Mərkəzi Elmi Kitabxanasında

Sərbəst İnformasiya Resurslar şöbəsinin və “Vikipediya-

Azərbaycan”ın rəhbəri

©Qərbi Kaspi Universiteti, 2018

Page 3: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

XƏZƏRİN STATUSU 2018-Cİ İLDƏ MÜƏYYƏNLƏŞƏCƏKMİ?

Ramiyyə MƏMMƏDOVA,

Qərbi Kaspi Universitetinin Siyasi və İctimai Elmlər fakültəsinin

dekan müavini

SSRİ 1991-ci ildə dağıldıqdan sonra ən problemli məsələlərdən biri də Xəzərin

statusuyla bağlı idi. Əvvəllər Xəzərin statusu iki sahilyanı dövlət – SSRİ və İran

arasında müəyyənləşmişdi. Ancaq SSRİ-nin dağılmasıyla Xəzəryani dövlətlərin sayı 5-

ə çatdı: Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran. Ona görə də Xəzərin

statusu mövzusu yenidən aktuallaşdı və danışıqlar məhz bu ölkələr arasında aparılmağa

başladı.

Xəzərin statusuyla bağlı 1990-cı illərin əvvəllərində aparılan danışıqlar çox ağır

gedirdi. İran SSRİ ilə imzaladığı müqavilələrdən fərqli olaraq, Xəzərdə daha böyük

paya iddiasını irəli sürdü. Türkmənistan da Azərbaycanın hələ SSRİ illərində kəşf etdiyi

neft yataqlarının mübahisəli ərazilərə düşdüyünü iddia edirdi. Söhbət Azərbaycan

neftçilərinin kəşf etdiyi “Kəpəz” yatağından gedir, Türkmənistan isə həmin yatağı

“Sərdar” adlandırır. Azərbaycan sonrakı illərdə bu mübahisəyə son qoymaq üçün

“Kəpəz” yatağını Türkmənistanla birgə işlətməyi təklif etdi.

Azərbaycanın mərhum prezidenti Heydər Əliyev 1994-cü ildə Qərbin böyük neft

şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzalamağa müvəffəq oldu. Bu, Azərbaycanın

böyük uğuru idi. Çünki Xəzərin statusuyla bağlı Rusiyanın Azərbaycana iradları

olmasa da, Moskvadakı siyasi mərkəzlər Bakının Qərbin iri neft şirkətləri ilə imzaladığı

sazişdən narahat idilər. Ancaq ulu öndərin müdrik siyasəti nəticəsində saziş imzalandı

və həmin sazişdə hətta Rusiyanın neft şirkətinin də payı oldu. Bu pay Moskvanın

etirazlarını azaltmağa imkan verdi. Sazişdə İran şirkətinin də iştirakı təmin edilmişdi

ki, eyni zamanda bu, Tehranın da “neft müqaviləsinə” qarşı müqavimətini zəiflətməli

idi.

Page 4: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

“Neft müqavilələri” əsasında çalışmalar başladı, Azərbaycanın gəlirləri artdı.

Buna rəğmən, Xəzərin statusu müəyyənləşmədi. Danışıqlar bugünə qədər uzanıb.

Nəhayət, ötən ilin dekabr ayında elan olundu ki, sahilyanı ölkələr danışıqların finişinə

yaxınlaşıblar. Sahilyanı ölkələrin xarici işlər nazirləri 2017-ci ilin dekabrında

Moskvada Xəzərin statusuyla bağlı müzakirələri davam etdirdilər. Müzakirələrin

nəticəsi olaraq Rusiyanın xarici işlər naziri Sergey Lavrov dedi ki, 20 illlik çalışmalar

yekunlaşmaq üzrədir və Xəzərin Konvensiyasının il ərzində imzalanması perspektivi

yüksəkdir. Sənəd Xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci Sammitində

Qazaxıstanda imzalanacaq. Dəqiq tarix hələ müəyyənləşməyib.

Nazirlərin razılaşdırdıqları Konvensiyanın mətni dövlət başçılarına təqdim

ediləcək. Böyük ehtimalla sahil ölkələrinin prezidentləri sənədi dəstəkləyəcəklər.

Bundan sonra Konvensiyanın təsdiqi ilə bağlı prezidentlərin Qazaxıstanda yekun

sammiti keçiriləcək. Moskvadakı müzakirələrin yekunu olaraq Xəzərdə insidentlərin

araşdırılmasına dair razılaşma da əldə olundu.

Moskvadakı qərarlardan biri də gələn il Xəzər dənizində Xəzəryanı ölkələrin birgə

təlimlərinin keçirilməsinin planlaşdırılmasıdır. Sergey Lavrovun da sözlərinə görə,

Xəzər boyunca müdafiə sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Rusiyanın xarici

Page 5: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

işlər naziri buna misal olaraq, 2017-ci ildə Xəzəryanı ölkələrin silahlı qüvvələri

gəmilərinin bir-birinə dostyana səfərlərini göstərib.

Bu sualın aktuallığı artıb: Həqiqətən, 20 illik danışıqların nəticəsi olaraq Xəzərin

statusu 2018-ci ildə müəyyənləşəcəkmi?

Sahilyanı ölkələr keçmiş illərdə də Xəzərin statusuyla bağlı saziş imzalamağa

yaxın olublar. Ancaq hər dəfə “kiçik detallar” statusun müəyyənləşməsinə imkan

verməyib. İran Xəzərin 5 bərabər hissəyə bölünməsini istəyir. Bu, beynəlxalq dəniz

hüququna uyğun deyil. Dəniz sərhədləri orta nöqtədən hesablanır. Buna baxmayaraq,

əgər SSRİ-nin vaxtında İran Xəzər dənizində cəmi 14 faiz paya malik idisə, SSRİ

dağılandan sonra 20 faiz paya iddia etdi. Heç bir Xəzəryanı ölkə İranın bu mövqeyini

qəbul edə bilməzdi. Ona görə də bir başqa aktual sual budur: “İran iddiasından geri

çəkilibmi?” Çünki İran əvvəlkitək Xəzərin bərabər hissələrə bölünməsini tələb edərsə,

statusu müəyyənləşdirəcək Konvensiyanı imzalamaq mümkün olmayacaq. Yox, əgər

İran iddiasından geri çəkilibsə, onda Tehran bunun qarşılığında hansısa tələbinin yerinə

yetirilməsinə çalışıb.

Bu hansı tələb ola bilər?

İran Xəzərə sahili olmayan ölkələrin Xəzər dənizində varlığının əleyhinə çıxır.

Görünür, Tehran Azərbaycan və Qazaxıstanın Qərb ölkələri ilə əməkdaşlığından

ehtiyat edir. ABŞ Azərbaycana bir neçə hərbi kater verib. Ancaq ABŞ Xəzərdə aktiv

hərbi varlığa maraq göstərmir. Ona görə də əslində Tehranın narahatlığı üçün əsas

yoxdur. Bundan başqa, Azərbaycan və Qazaxıstan da ABŞ-ın Xəzərdə xüsusi fəallığına

şərait yaratmazlar. Bu, Astana və Bakıya ona görə lazım deyil ki, İran və Rusiya ilə

münasibətlərdə yersiz problem yaşamasınlar.

Rusiyanın da Xəzərin statusunu müəyyənləşdirəcək Konvensiya ilə bağlı öz

maraqları var. Rusiya da İran kimi üçüncü ölkələrin Xəzərdə hərbi varlığının

əleyhinədir. Bundan başqa, Rusiya Xəzərin dibi ilə boru xəttinin çəkilməsini istəmir.

Rusiya Türkmənistan qazının Xəzər dənizinin dibi ilə Azərbaycan və buradan da

Avropaya daşınmasına imkan vermək istəmir. Konvensiyada bu layihəyə mane olacaq

Page 6: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

hər hansı maddənin varlığı istisna deyil. Türkmənistan qazının Azərbaycan üzərindən

Avropaya daşınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ

Azərbaycan üçün aktual deyil. Əlbəttə, Azərbaycan Türkmənistan qazının öz

ərazisindən Türkiyəyə, oradan da Avropaya daşınmasında maraqlı olardı. Bu həm

Azərbaycanın gəlirlərini, həm də bölgədəki rolunu artırardı. Ancaq Azərbaycan üçün

hazırda ən vacib məqam öz qazını Türkiyəyə və Avropaya daşımaqdır.

Rusiyanın Azərbaycan və Qazaxıstanla müqaviləsi var. Bu müqaviləyə görə, 3

dövlət arasında Xəzərdə sərhədlər müəyyənləşdirilib. Rusiya Xəzərdə Azərbaycan və

Qazaxıstana aid heç bir neft və qaz yatağına iddia etmir. Rusiyadan fərqli olaraq, qeyd

etdiyimiz kimi, Azərbaycanın Türkmənistan və İranla yataq problemi var.

Türkmənistan Xəzərdə Azərbaycana aid “Kəpəz” yatağına iddia etdiyi kimi, İran da

Azərbaycana aid “İnam” yatağında çalışmalara başlamağa imkan vermir. Konvensiya

bu məsələyə də aydınlıq gətirməlidir. Mümkündür ki, mübahisəli yataqların birgə

işlənməsiylə bağlı razılaşma əldə olunsun.

Xəzərin statusuyla bağlı Azərbaycanı təmsil edən xarici işlər nazirinin müavini

Xələf Xələfovun sözlərindən belə anlaşıldı ki, Konvensiyanın təsdiqi Azərbaycanın

Xəzərdə Türkmənistanla və İranla sərhəd mübahisələrinə son qoymur. Xələf Xələfovun

“İran və Türkmənistanla razılaşma əldə etmək üçün danışıqlara davam edəcəyik və öz

sazişlərimizi hazırlayacağıq” sözləri də bundan xəbər verir. Azərbaycan Xəzərdə

Rusiya və Qazaxıstanla sərhədini müəyyənləşdirib və ikili müqavilələr mövcuddur.

Əgər Konvensiya sahil ölkələrinin tamamı arasında sərhədi müəyyənləşdirmirsə,

“Xəzərin statusu müəyyənləşdi” fikrini səsləndirmək hələ çox tezdir.

Ən başlıcası, bu Konvensiya Azərbaycanın və İranla dəniz sərhədinin

müəyyənləşməsinə şərait yaratmır. Bu o deməkdir ki, Bakı və Tehran Konvensiyanı

imzaladıqdan sonra öz aralarında da sərhədi müəyyənləşdirən ikitərəfli saziş

imzalamalıdırlar. Necə ki, eyni saziş Azərbaycanla Rusiya və Qazaxıstan arasında var.

Ancaq Bakı ilə Tehran arasında yaxın müddətdə dənizdə sərhəd sazişinin imzalanacağı

Page 7: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

problematikdir. Sadəcə, Azərbaycanla İran arasında artan iqtisadi əməkdaşlıq, birgə

regional layihələr Xəzərin statusuyla bağlı iki dövlət arasındakı danışıqlarda gərginliyi

azaltmalıdır.

ATƏT-İN YENİ SƏDRİ OLAN İTALİYADAN DAĞLIQ QARABAĞ

MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ GÖZLƏNTİLƏRİMİZ...

Turan RZAYEV,

Qərbi Kaspi Universitetinin Siyasi və İctimai Elmlər fakültəsinin 4-cü kurs

tələbəsi

Azərbaycan – İtaliya əlaqələri olduqca sağlam təməllərə dayanır. Bakıdan 55

kilometr məsafədə yerləşən Qobustan ərazisindəki qayalar üzərindəki qədim latın

yazıları Roma imperiyası legionlarının hələ uzaq keçmişdə Azərbaycan ərazisində

olduqlarını sübut edir.

Orta əsrlərdə İtaliyadan Azərbaycana çoxlu sayda səyyahlar gəlmişlər. Onların

arasında Marko Polonu xüsusilə qeyd etmək olar. XVI-XVIII əsrlərdə Səfəvilər dövləti

ilə Venesiya Respublikası arasında intensiv diplomatik və iqtisadi əlaqələr mövcud

olub. 1549-cu ildə Romada Nəsrəddin Tusinin "Təhriri-öqlidis" ("Evklid Başlanğıcının

təfsiri")" əsərinin latın dilində tərcüməsi çap edilib.

1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikası ilə İtaliya arasında

diplomatik münasibətlər mövcud olub və İtaliya Bakıda konsulluğunu açıb.

Siyasi əlaqələr: 1 yanvar 1992-ci il tarixdə İtaliya Azərbaycanın müstəqilliyini

tanıyıb. İki dövlət arasında diplomatik münasibətlər 8 may 1992-ci ildə yaradılıb.

İtaliya Cənubi Qafqaz respublikalarındakı ilk səfirliyini 1997-ci ildə Azərbaycanda

açıb. Azərbaycanın İtaliyadakı səfirliyi isə 2003-cü ildən fəaliyyət göstərir.

Page 8: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün

1992-ci ilin martında yaradılmış ATƏT-in Minsk qrupunun ilk sədri italyan olub.

25-28 sentyabr 1997-ci il tarixdə Prezident Heydər Əliyevin İtaliyaya ilk rəsmi

səfəri dövlətlər arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün

əhəmiyyətli addım olub. Həmin səfər zamanı Heydər Əliyev İtaliyanın prezidenti, baş

naziri və digər hakimiyyət nümayəndələri ilə görüşüb. Onlar Azərbaycan Prezidenti ilə

söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə və

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə tərəfdar olduqlarını bildiriblər.

1998-2003-cü illərdə İtaliyanın müxtəlif dövlət orqanlarının təmsilçiləri

Azərbaycana səfər ediblər. Tərəflər arasında aparılan danışıqlar və müzakirələr

nəticəsində bir çox sahələrdə tərəfdaşlıq məqsədilə müqavilələr bağlanıb.

24-26 fevral 2005-ci il tarixdə İtaliyanın prezidenti Adzelyo Çampinin dəvəti ilə

Prezident İlham Əliyev İtaliyada rəsmi səfərdə olub. Adzelyo Çampi İlham Əliyevlə

görüşündə Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, vaxtilə İtaliyanın da belə

problemlə qarşılaşdığını və bu təcrübədən istifadə edərək, Azərbaycana kömək

göstərməyə hazır olduqlarını bildirib. ATƏT-in Minsk qrupunun vasitəçilik səylərinin

hələ bir nəticə vermədiyini xatırladan Prezident Adzelyo Çampi bildirib ki, İtaliya

Minsk qrupunun fəaliyyətinin gücləndirilməsi üçün köməyini əsirgəməyəcəkdir.

Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ağır

nəticələrindən, münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə aradan

qaldırılması sahəsində aparılan danışıqlardan bəhs edib, problemin beynəlxalq hüquq

normaları əsasında həll edilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev daha sonra 25-26 noyabr 2008-ci il tarixdə

İtaliyanın Baş naziri Silvio Berluskoninin dəvəti ilə İtaliyada növbəti rəsmi səfərdə

olub. Səfər çərçivəsində Prezident Silvio Berluskoni və digər dövlət rəsmiləri ilə

görüşüb. Görüşlərdə İtaliya – Azərbaycan əməkdaşlığının perspektivləri müzakirə

edilib. İlham Əliyev İtaliyanın "Rai international" telekanalına müsahibə verib, Dağlıq

Page 9: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

Qarabağ münaqişəsindən və Azərbaycanın Avropanın enerji təhlükəsizliyi siyasətində

rolundan danışıb.

İqtisadi münasibətlər: Azərbaycandan xam neft və neft məhsullarının ixracının

istiqamətləndiyi əsas ölkə kimi İtaliya ölkəmizin ən iri ticarət partnyoruna çevrilib. İki

ölkə arasında ticarət dövriyyəsinin əsasını Azərbaycanın ixracatı təşkil edir. Statistik

məlumatlara əsasən, 2003-cü ildən bəri Azərbaycan ixracatının 51,9%-i İtaliyaya

istiqamətlənib. İtaliyadan Azərbaycana isə daha çox neft sektoru üçün borular, tütün,

dəri məmulatlar, mebel ixrac edilir.

İtaliyanın işgüzar dairələri Azərbaycanda böyük məbləğdə sərmayələr qoyur,

həyata keçirilən bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə iştirak edirlər.

Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri iqtisadi münasibətlərin inkişafında

xüsusi rol oynayıb. Bu səfər nəticəsində bağlanan "İqtisadi əməkdaşlıq haqqında Birgə

Bəyanat", "İnvestisiyaların qorunması və həvəsləndirilməsi haqqında müqavilə" iki

ölkə arasında iqtisadi münasibətlərin inkişafında xüsusi rol oynayıb. Səfər zamanı bu

Page 10: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

sazişlərdən başqa, Azərbaycan Dövlət Neft Şirkəti və İtaliyanın "Eni-Acip" şirkəti

arasında "Kürdaşı" blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında"

sazişin əsas kommersiya prinsipləri və müddəaları barədə sənəd imzalanıb.

24-25 noyabr 2004-cü il tarixdə İtaliya xarici işlər nazirinin müavini M.Boniver

Azərbaycanda səfərdə olub. 25 noyabr 2004-cü il tarixdə "Azərbaycan Respublikası və

İtaliya Respublikası arasında iqtisadi münasibətlər üzrə Məşvərət Forumu haqqında

birgə Bəyannamə" imzalanıb.

8 fevral 2007-ci il tarixdə İtaliyanın Avropa siyasəti və beynəlxalq ticarət üzrə

nazirinin müavini Milos Budin Bakıda səfərdə olub. Səfər zamanı Xarici İşlər və

İqtisadi İnkişaf nazirliklərində, Milli Bank, eləcə də kommersiya banklarında iki ölkə

arasında iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi üçün bir sıra məsələlərə dair

müzakirələr keçirilib. İlham Əliyev Milos Budinlə görüşündə bildirib ki, Azərbaycan

iqtisadiyyatı dünyada ən yüksək sürətlə inkişaf edir və burada böyük investisiyalar tələb

edən layihələr həyata keçirilir. Miloş Budin isə öz növbəsində Azərbaycanın regionda

və beynəlxalq siyasətdə gündən günə artan rolunun İtaliya şirkətlərinin Azərbaycana

olan marağını artırdığını bildirib.

11-22 dekabr 2007-ci il tarixdə İtaliyanın iqtisadi inkisaf naziri Pierluici Bersani

Azərbaycanda səfərdə olub. Səfər zamanı Pierluici Bersani Azərbaycan

Respublikasının Prezidenti İlham Əliyev, energetika və sənaye naziri və iqtisadi inkisaf

naziri ilə görüşüb. Səfər nəticəsində iqtisadi inkişaf nazirləri "Azərbaycan və İtaliya

arasında təbii qaz sektorunda əməkdaşlığa dair" saziş imzalayıblar.

Mədəni əlaqələr: Azərbaycan və İtaliya arasında mədəni əlaqələrin böyük tarixi

var. XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakıda italyan arxitektorları tərəfindən

müxtəlif binalar tikilib. Dante və Petrarkinin əsərləri Azərbaycan dilinə tərcümə

edilərək kütləvi sayda nəşr olunub. Məşhur azərbaycanlı müğənnilər – Şövkət

Məmmədova, Bülbül, Müslüm Maqomayev, Azər Zeynalov opera ifaçılığı sənətinin

əsaslarına İtaliyada yiyələniblər.

Page 11: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

Heydər Əliyevin ilk rəsmi səfəri zamanı – 25 sentyabr 1997-ci ildə Romada

Azərbaycan Respublikası və İtaliya Respublikası hökumətləri arasında mədəniyyət,

elm və texnologiya sahəsində Birgə Bəyannamə, 1 iyun 2002-ci il tarixində isə Bakıda

Azərbaycan Respublikası və İtaliya Respublikası hökumətləri arasında "Mədəniyyət,

elm və texnologiya sahəsində əməkdaşlıq haqqında" saziş imzalanıb.

19 dekabr 2006-cı il tarixində Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi

Roma şəhər meriyasının patronajlığı, İtaliya Respublikası Xarici İşlər Nazirliyi və

"Associazione II Tempietto" təşkilatının əməkdaşlığı ilə Romanın məşhur "Sala

Umberto" teatrında Azərbaycan incəsənət ustalarının konsertini təşkil edib.

11 dekabr 2006-cı il tarixində İtaliyanın Peruca şəhərindəki Əcnəbilər

Universitetində Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi və İtaliya –

Azərbaycan Dostluq Assosiasiyası tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik

Gününə həsr edilmiş "Azərbaycan – İpək Yolu üzərində Qədim Torpaq" adlı tədbir

keçirilib.

İtaliya Azərbaycana ən çox humanitar yardım göstərən dövlətlər sırasındadır.

Azərbaycanla İtaliya arasında 1 iyun 2005-ci il tarixində imzalanmış “Humanitar

yardım göstərilməsinə dair” saziş Azərbaycanda məskunlaşmış qaçqın və məcburi

köçkünlərin çətin vəziyyətinin yüngülləşdirilməsinə yönəldilib. Bundan əlavə, İtaliya

hökuməti Azərbaycanda fəaliyyət göstərən bir sıra tibbi-sosial yönümlü müəssisələrə

yardım göstərib.

ATƏT-in sədrliyi artıq İtaliyaya keçib. Təbii olaraq Azərbaycan ictimaiyyətində

belə bir sual yaranıb: İtaliyadan nəsə gözləmək olarmı? İtaliyanın sədrliyi müddətində

bizi nə gözləyir? Bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri olacaqmı?

Hələ 2017-ci ildə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İtaliyaya

səfəri zamanı ATƏT-də dövr başçısı olacaq İtaliyanın Dağlıq Qarabağ probleminin

həlli üçün mümkün olanı edəcəyinə inancını dilə gətirmişdi. Bir necə gün öncə isə

İtaliya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü

münasibətilə bu ölkəyə rəsmi səfərdə olan Məmmədyarov İtaliyadakı həmkarı ilə

Page 12: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

görüşdü. İki nazirin görüşündə siyasət, iqtisadiyyat, elm, mədəniyyət və texnologiya

sahələrində əlaqələr, “Trans-Adriatik” (TAP) təbii qaz boru kəməri layihəsi, beynəlxalq

məsələlər və Azərbaycan – AB əlaqələri müzakirə edildi. Görüşdən sonra açıqlama

verən ev sahibi nazir Ancelino Alfano Azərbaycanla İtaliyanın ikitərəfli əlaqələrinin

son dərəcə yaxşı olduğunu ifadə edərək, "İtaliya təbii qaz və neft kimi xam maddələrdə

Bakının ənənəvi müştərisi mövqeyindədir" cümləsini işlətdi və Türkiyə – Yunanıstan

sərhədindən İtaliyaya çatacaq TAP-ın əhəmiyyətindən danışdı.

Azərbaycanın xarici işlər naziri Məmmədyarov Dağlıq Qarabağ məsələsinin həlli

mövzusuna toxunaraq, “İtaliya 2018-ci ildə ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ

probleminin həlli üçün mümkün olan nə isə onu edəcək” ifadəsini dilə gətirdi.

Rəsmilərin görüşü zamanı tərəflərin bir-birinə isti münasibətlərindən görünür ki, rəsmi

Bakının İtaliyanın ATƏT-ə sədrliyindən gözləntiləri var.

Buna baxmayaraq, İtaliyanın Dağlıq Qarabağ münaqişəsinin həllində önəmli

addımlar atacağına ehtiyatla yanaşıram. İlk öncə, İtaliyanın xarici siyasətdəki nüfuzuna

baxsaq görərik ki, bu ölkə nə Avropa İttifaqında, nə də dünya siyasətində önəmli söz

sahibidir. İstər birinci, istərsə də ikinci dünya muharibələrindən sonra İtaliya dünya

siyasətində önəmli heç nə ilə yadda qalmayıb. Ehtimal ki, Dağlıq Qarabağ

münaqişəsinin həllində də İtaliya önəmli addımlarla yadda qalmayacaq. Bu gün

İtaliyada erməni lobbisi Fransadakı qədər güclü olmasa da önəmli rola malikdir. Son

illərdə erməni lobbisinin artan fəaliyyəti nəticəsində Avropa İttifaqında 40-dan çox

şəhər və vilayət bu günə qədər sözdə soyqırımı tanıyıb. Digər ölkələrdə də erməni

lobbisinin uğurları var. Bu ölkələr Fransa, İtaliya, İngiltərə, Yunanıstan, Belçika,

Hollandiya, İsveç, Livan, Rusiya, Kipr, Kanada və Argentinadır.

İtaliyanın “erməni soyqırımını” tanıması onun ATƏT-də fəaliyyəti dövründə

münaqisənin həllində Azərbaycanın xeyrinə heç də səsləndirdikləri kimi ciddi bir

addım atacağına dəlalət etmir. Ancaq bu o demək deyil ki, İtaliya tərəfsizliyini pozacaq

və Azərbaycanın maraqlarını nəzərə almayacaq. İtaliya ATƏT sədri kimi bütün

tərəflərdən eyni məsafədə dayanacaq. Əslində İtaliyanın özü separatizmin əleyhinə

Page 13: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

olmalıdır. Çünki bu ölkənin özü də eyni problemdən əziyyət çəkir. İtaliyanın

Lombardiya və Venetsiya vilayətlərində muxtariyyət istəkləri illərdir səsləndirilir.

Bundan başqa, İtaliyanın şimalı da əlavə səlahiyyətlər istəyir və kasıb cənubu

dolandırmaq istəmir. Bu baxımdan məntiqlə İtaliya separatizmlə mübarizə aparan

Azərbaycanı daha yaxşı anlamalıdır. Ancaq Romanın Dağlıq Qarabağdakı erməni

separatizmini ortadan qaldıracağını gözləmək əbəsdir. Ortada Rusiya var. Bu ölkə

işğalçı Ermənistanı himayə edir. Kreml başqa bir dövlətin Dağlıq Qarabağ

münaqişəsiylə məşğul olmasını istəmir. İtaliya Dağlıq Qarabağ münaqişəsində

mümkün fəallığa görə Rusiya ilə üz-üzə gəlmək istəmir. Digər tərəfdən, Avropa

dövlətləri içərisində Rusiyaya yaxın olanı da elə İtaliyadır. Məhz bu ölkə Krımın

işğalına görə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ortadan qaldırılmasını istəyir.

TÜRKİYƏ BÖLGƏNİN ƏSAS AKTORUNA ÇEVRİLİB

Yadigar NAĞIYEV,

Qərbi Kaspi Universitetinin Siyasi və İctimai Elmlər fakültəsinin

3-cü kurs tələbəsi

Son dövrlərdə dünyada yaranan problemlərin, amerikalı alim Samuel

Hantinqtonun “Sivilizasiyaların Toqquşması” əsərində qeyd etdiyi kimi, dinlərarası və

etniklərarası münaqişə olduğunu az-çox görürük. Bəs bu halın açıq-aydın göründüyü

halda niyə İslam dünyası bu qədər passivdir, hadisələrə ciddi reaksiya verə bilmir?

Bir qədər tarixə nəzərə yetirməyə ehtiyac var. Hər birimiz Səlahəttin Əyyubini və

onun səlibçilərlə uzun müddətli mübarizəsini, bu yürüşlərin nə üçün və nə səbəbə

olduğunuda bilirik. Rəsmi olaraq Qüds şəhərinin xristianlar üçün xüsusi məkan olduğu

vurğulansa da səlibçilərin fərqli məqsədləri olub:

- Ərazilərin müdafiəsini zəiflətmək;

- Gələcəkdə liman şəhərlər vasitəsi ilə ticarət karvanlarını öz əllərinə

keçirmək.

Page 14: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

Bunu həyata keçirmək üçün sadəcə onlara teologiya lazım idi. Ancaq hər qarətçi

yürüşlərdə məğlub olur və hər səfərdə hücumları daha da gücləndirirdilər. Əslində bu

fikir də səhvdir. Səlibçilər əslində heç də məğlub olmurdu, çünki hər hücumlarında

onlar yeni-yeni müdafiə məlumatları əldə edir və əraziyə sivil formada öz agentlərini

salırdılar. Məhz bunlar gələcəkdə bu ərazinin zəifləməsinə və yeni dinlərarası

konfliktlərin yaranmasına səbəb olacaqdı.

Daha sonralar bu ərazilərin idarəçiliyi Osmanlı imperiyasının əlinə keçdi. Osmanlı

işğal etdiyi ərazilərdə həqiqətən də güclü multikultural siyasət aparırdı. İstər xristianlar,

istərsə də yəhudilər Osmanlı sultanlarına sadiqlik göstərirdilər. Çünki sultanlar onların

iqtisadiyyat işlərini və həyat səviyyələrini müdafiə edib, dəstəkləyirdi. Xüsusilə II

Əbdülhəmid dövrü öz rəngarəngliyi ilə seçilirdi.

Ancaq bu, hər bəlanın bitdiyi demək deyldi. Britaniya krallığı öz müstəmləkəçilik

siyasətini davam etdirir, xristian və yəhudi icmalarını pulla ələ alırdı. Krallıq

Osmanlının İraq, Suriya və Misirdə neft quyularını istismar etməsini əngəlləmək

istəyirdi. Əgər bu hal əngəllənməmiş olsaydı, o zaman Osmanlı imperiyası maliyyə

böhranından çıxar və inflyasiya səviyyəsini bərpa edərdi. Bu isə heç bir Avropa

dövlətinin marağında deyldi. Hətta yəhudilərin fikir lideri Theodor Herzl II

Əbdülhəmidə Osmanlı imperiyasının bütün borclarını bağlayacağı təqdirdə, Fələstin

torpaqlarının yəhudilərə verilməsini təklif etmişdi. Ancaq Osmanlı sultanı bu təklifi

rədd etmişdi.

II Əbdülhəmid devrildikdən sonra zəifləyən sistem və başlayan I Dünya

müharibəsi Osmanlı imperiyasını param-parça etdi. Parçalanan torpaqlarda isə yeni və

zəif dövlətlər yarandı. 1919-1922-ci illərdə Türkiyədə Qurtuluş müharibəsi bitdikdən

sonra Mustafa Kamal tərəfindən 1923-cü ildə Türkiyə Cümhuriyyəti elan edildi.

Türkiyə ilə yanaşı, digər yeni yaranan dövlətlərdən bəziləri azadlıq əldə etsə də,

əksəriyyəti müstəmləkəçilik siyasətinin təsirində idi.

II Dünya müharibəsinin baş verməsi ilə I Dünya müharibəsində yeni yaranan

dövlətlər ya gücləndi, ya da parçalanaraq bir neçə dövlətin yaranmasına səbəb oldu.

Page 15: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

1945-ci ildə BMT-nin yaranması ilə dövlətlər arasında əlaqələr qurularaq müharibə

riski sıfıra endirilməli idi. Bu dövrdən etibarən yaranan ikiqütblü sistem dünya

dövlətlərini iki yerə ayırdı, regionda qarşıdurmalar daha da şiddətləndi. Bu

qarşıdurmalar daha çox dini və ya etnik zəmində baş verirdi ki, bu prosesə dövlətlər

qoşula bilmirdi. Ən çox problem özünü müsəlman dövlətlərində göstərirdi. Bundan da

bəzi xristian dövlətləri öz məqsədləri üçün istifadə edirdilər.

1990-cı illərin əvvəllərində SSRİ süqut etdi. Bu illərdə Türkiyədə də hökumət

böhranı yaşanırdı. Türkiyə bu böhrandan hakimiyyət dəyişikliyi ilə çıxa bildi. Ədalət

və İnkişaf Partiyası digər partiyalardan çox fərqlənirdi. İslam dininin güclənməsi və

müsəlman ölkələrinin sıx inteqrasiyasını qarşılarına məqsəd qoymuşdular. Siyasi

yasağı olan Rəcəb Tayyip Ərdoğan partiyasının başında olsa da, Konstitusiya

qaydalarına əsasən prezident seçilə bilməzdi və buna görə də uzun illər baş nazir kimi

fəaliyyət göstərdi. Nəhayət, 2014-cü ildə Türkiyə Respublikasının prezidenti seçildi.

Yenidənqurmalarla iqtisadiyyatını gücləndirən və öz istehsalı olan silahlarla hərbi

müdafiəsini formalaşdıran Türkiyə regionda hərbi cəhətdən güclü aktor olmağa başladı.

Dini fərqliliyi, qarşısına qoyduğu İslam dövlətlərinin birliyi və İslam dövlətlərinə

dəstək məqsədi həqiqətən də Türkiyəni dini cəhətdən ön plana çıxardı. Türkiyə həm

dövlətin daxilindəki terror birləşmələri ilə mübarizə aparır, həm də bölgədəki mövcud

terror birləşmələrinə ağır zərbələr endirir.

Page 16: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

Türkiyə Suriyadakı münaqişəyə ilk əvvəl neytral yanaşırdı. Sonralar sərhədyanı

bölgələrdə təhlükənin artdığını görərək, koalisiya qüvvələri ilə birgə DAEŞ əleyhinə

əməliyyatlara başladı. Beləliklə, Türkiyə Suriya məsələsində aktiv aktora çevrildi.

Ankara Şimali İraqda kürdlərin referendum qərarını da neytrallaşdırmağa müvəffəq

oldu. Əks halda, bu referendum bölgədə dağıdıcı xüsusiyyətə malik olacaqdı.

Ankaranın Qüdslə bağlı fəallığı da zərurətdən irəli gəlirdi. 5 dekabr 2017-ci il

tarixində ABŞ prezidenti Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıması

və Amerika səfirliyinin buraya köçürülməsi müsəlman dövlətləri üçün xaosdan başqa

heç nə deyldi. Ancaq bütün bunlar bir günün içində alınan qərarlar və çıxışlar deyildi.

Hiss olunurdu ki, Vaşinqton öncə bəzi ərəb dövlətləri ilə məsləhətləşmələr aparıb.

Məsələn, Qüdsün İsrailin paytaxtı elan olunmasına Misir, Səudiyyə Ərəbistanı və

Birləşmiş Ərəb Əmirliklərindən kəskin reaksiyalar eşidilmədi. Bu dövlətlərin liderləri

İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən zirvə toplantısına da qatılmadılar.

Türkiyə ənənəvi olaraq İslam dünyasını birləşdirmək və həmrəylik yaratmaq üçün

fəaliyyətini genişləndirdi, dövlətləri bir araya toplayıb Fələstinə həmrəylik nümayiş

etdirdi. Buna baxmayaraq, İslam aləmində həmrəyliyə nail olmağa hələ çox var.

Page 17: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

Həmrəylik nümunəsini Türkiyə göstərir və buna görə də Türkiyə hazırda İslam

aləminin əsas həmrəylik qalasına çevrilib.

Bu arada, Ankara Avropa istiqamətində də fəallaşıb. Buna misal olaraq, Türkiyə

prezidentinin bu il yanvarın 5-də Fransaya rəsmi səfərini göstərə bilərik. Prezidentlər

Parisdə ikitərəfli münasibətləri müzakirə etdilər. Görüşdə müzakirə olunan mövzular

içərisində Türkiyənin Avropa Birliyinə üzvlüyünə əngəllər və regiondakı terrora qarşı

birgə mübarizə də var idi.

Görüşdə Rəcəb Tayyip Ərdoğana ünvanlanan suallar sərtliyi ilə seçilirdi. Fransa

prezidenti Emmanuel Makron mətbuat konfransında bunları dedi: “Dialoqumuz davam

edir. Türkiyə ilə terrorla mübarizədə nümunə ola biləcək əməkdaşlığımız var.

Terrorizmlə birlikdə mübarizə aparmağa davam edəcəyik. Bunu güclü dairələr

çərçivəsində edəcəyik. Raketdən müdafiə razılaşması imzaladıq. İmzaladığımız təyyarə

satışı ilə bağlı razılaşma da əhəmiyyətlidir. Sinop nüvə stansiyasından, Yaxın Şərqdən

danışdıq. Fələstin məsələsində mövqelərimiz oxşardır. Qüds hər iki dövlətin paytaxtı

olmalıdır. Biz PKK-ya qarşı mübarizə aparırıq, PKK terror təşkilatıdır. Biz DAEŞ və

digər təşkilatlarla mübarizə aparmağa davam edəcəyik. DAEŞ-dən sonra Suriyada sülh

və sabitlik təmin edilməlidir. Suriya yol xəritəsində birlikdə çalışmaq istəyirik”.

Fikrimcə, bu çıxışı ilə Makron ilk olaraq, Ərdoğanın gözündə güvənilə biləcək

prezident imici yaratmaq istəyirdi. Makron açıq şəkildə PKK-nı terror təşkilatı

adlandıraraq ona qarşı Türkiyəylə birgə mübarizə aparmaq istədiyini qeyd etdi.

Bununla yanaşı, Fransanın Türkiyə kimi Suriyadakı problemlərin həllində maraqlı

olduğunu gördük.

Fransa hazırda Türkiyənin Avropa Birliyinə üzvlüyünə real baxmır. Bunu

Makronun suallara cavabından da aydınlaşdırmaq olardı. Buna baxmayaraq, Paris

Türkiyənin Avropa Birliyi ilə sıx dialoqunun davamında maraqlıdır. Digər tərəfdən,

Makron Fransa – Türkiyə iqtisadi əlaqələrinin inkişafında maraqlıdır. İki dövlət

arasındakı əlaqələrin tarixi 500 ildir və bu əlaqələri qorumaq lazımdır. Türkiyənin özü

Page 18: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

də Fransa ilə əlaqələrdə problem yaşamaq istəmir. Çünki Türkiyə ilə AB ölkələri

arasında əlaqələr çox yaxşı deyl. Türkiyə prezidenti iki ölkə arasındakı ticarət

mübadiləsinin həcmini 20 milyard avroya çatdırmağı hədəf qoyub. Bu baxımdan “Türk

Hava Yolları” ilə “Airbus” arasındakı razılaşma çox əhəmiyyətlidir.

Rəcəb Tayyip Ərdoğanın Avropa Birliyi ilə yanaşması qətidir: “Təəssüf ki, 54

ildir bizi qapıda gözlətdirirlər. Fransa AB-nin əhəmiyyətli nümayəndəsidir. Türkiyə

kimi başqa bir ölkə AB içində yoxdur. Avropa Birliyinin Türkiyəyə qarşı tələbləri daim

artır. Bu, ədalətli yanaşma deyil”.

Fikrimcə, Ərdoğan Avropa Birliyi ilə Türkiyə arasında qırılma nöqtəsini iqtisadi

müqavilələrlə stabilləşdirmək istəyir. Fransa isə, sadəcə, bu oyunun ilk oyunçusudur.

Paris də siyasətdə fərqli baxışları arxa plana alaraq, Türkiyə ilə iqtisadi münasibətləri

inkişaf etdirməkdə maraqlıdır.

Page 19: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

AZƏRBAYCANIN İŞĞAL ALTINDAKI TORPAQLARI

İSTƏNİLƏN YOLLA GERİ QAYTARMAQ HÜQUQU VAR

Sevda MƏMMƏDOVA,

Qərbi Kaspi Universitetinin Siyasi və İctimai Elmlər fakültəsinin

3-cü kurs tələbəsi

Azərbaycanın 20 faiz ərazisi – Dağlıq Qarabağ və ona bitişik 7 rayon 25 ildən

artıqdır Ermənistanın işğal altındadır. İşğal nəticəsində 1 milyondan çox qaçqınımız

var. Aydındır ki, Azərbaycan hakimiyyəti və cəmiyyəti bu vəziyyətlə heç bir zaman

razılaşmayacaq və vəziyyəti köklü surətdə dəyişmək üçün bütün alətlərdən istifadə edib

və edəcək. Beynəlxalq hüquq normalarına əsasən, Azərbaycan nəinki özünü müdafiə

etmək, eyni zamanda işğal edilmiş ərazilərini azad etmək hüququna sahibdir.

Əslində işğal altında olan əraziləri Ermənistan kimi zəif bir dövlətdən geri

qaytarmaq Azərbaycan kimi inkişaf etməkdə olan dövlət üçün heç də çətin məsələ

deyildir ki, aprel döyüşləri bunun bariz nümunəsidir. Ancaq nəzərə almaq lazımdır ki,

Ermənistan aysberqin sadəcə görünən hissəsidir və nə qədər rəsmi qəbul edilməmiş olsa

da, onun arxasında SSRİ kimi bir imperiyanın varisi olan Rusiya dayanır. Və hələ 1991-

1993- cü illərdə bu münaqişə başlayan zaman Ermənistan Rusiya ordusunun yardımı

ilə bu əraziləri ələ keçirib. Rusiya Ermənistan vasitəsilə və Dağlıq Qarabağ separatçıları

üzərindən bir növ Azərbaycana təsir etmək imkanı qazanır ki, bu səbəbdən də

Ermənistanı “agent” dövlət adlandırmaq mümkündür.

Geniş çərçivədə nəzər saldıqda görə bilərik ki, istər Rusiya, istərsə də digər

hegemonluğa namizəd dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir

marağı yoxdur. Münaqişənin həll olunmaması Rusiyanın bölgədə təsir gücünün

zəifləməsi deməkdir. Bu da Kremlin maraqlarına cavab vermir. Rusiyadakı müəyyən

mərkəzlər imperiya düşüncəsindən qurtulmayıblar. Buna görə də həmin mərkəzlər

Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsində maraqlı deyil.

Page 20: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

Bir müddət öncə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin geri çağırıldı

və onun yerinə Georgi Zuyev adında diplomat təyin olunmalı idi. Moskvanın müxtəlif

ölkələrdə separatizmi dəstəkləyən Zuyevi Bakıya səfir təyin etməkdə məqsədi

Azərbaycanda daha sərt siyasət yürütmək istəyi ilə bağlı idi. Rəsmi Bakı obyektiv

səbəblərdən bu təyinata etiraz etdi. Rusiyanın təzyiq imkanları nə qədər geniş olsa da,

rəsmi Bakının mövqeyini nəzərə almaq məcburiyyətində qaldı. Geri çağırılan səfir

Vladimir Doroxinin yaydığı müraciətdə belə bir abzas diqqəti çəkirdi: “Rusiya və

Azərbaycan miqyas, mentalitet və mədəniyyət baxımından müxtəlif ölkələrdir. Bir sıra

məsələlərdə biz fərqli siyasi maraqlara malikik”.

Burada səfir bir növ sətiraltı geri çağırılmanın səbəbini izah etmiş və güclü təsir

yarada biləcək səfirin göndərilməsi fikrinin mövcudluğunu bildirmişdir. Ancaq səfir

təyinatı qərarını Moskva versə də, kimlik məsələsində Bakının təsdiqi lazımdır.

Digər həmsədr ölkə – Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez Fransanın

ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olduğunu xatırladıb: "Fransa digər həmsədr

ölkələrlə birlikdə münaqişənin danışıqlar yolu ilə həlli və davamlı sülhün əldə olunması

istiqamətində bundan sonra da işləyəcək". ATƏT-də həmsədrlik institutu 1998-ci ildə

Page 21: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

yaradılıb və ABŞ, Fransa, Rusiya həmsədr ölkələr kimi çıxış etməsinə baxmayaq,

münaqişənin həllində heç bir ciddi addım atılmayıb. Bundan əlavə, Fransa “erməni

soyqırımını” tanıyan dövlətdir. Belə olduğu halda nə Rusiyanın, nə də Fransanın Dağlıq

Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunmasına tərəfdar olduğunu görə

bilərik. ABŞ isə hər zamankı kimi dünya üzərində hegemonluq istəyini əldən

verməyərək bu məsələni də nəzarətində saxlayır.

Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həllində daha çox Türkiyə

maraqlıdır. Əslində burada Rusiya ilə Türkiyənin maraqları toqquşmaqdadır. Bölgənin

enerji resursları və boru xətləri Türkiyəyə uzanır. Demək, Ankaranın fəallığı tək elə bu

səbəbdən başa düşüləndir. Ancaq Ərdoğan da münaqişənin həllində Rusiyanın geniş

imkanlarını bu sözlərlə etiraf edir: “Dağlıq Qarabağ münaqişəsinin həlli Putindən

asılıdır”.

Bəli, münaqişənin həlli Rusiyadan çox asılıdır. Ancaq Rusiya hərəkət

etməyəcəksə, bu o demək deyil ki, Azərbaycan hərəkətsiz qalmalıdır. Azərbaycan öz

hərbi gücünü gün-gündən artırmaqdadır və bu amil Ermənistana təzyiqin artırılmasını

şərtləndirir. Ermənistan silahlı qüvvələrinin keçirdiyi təlimlər isə demək olar ki,

müdafiə xarakteri daşımaqdadır. Məqsəd mövcud status-kvonu qorumaqdır.

Ermənistan hər hansı hərəkətə kecmək üçün özbaşına qərar verə bilməyəcək, asılı

olduğu Rusiyanın əmrləri ilə hərəkət edəcək. Ancaq Azərbaycan heç kimdən əmr

almadan da hərəkət edə bilər.

Page 22: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

UKRAYNA SƏFİRİ: “DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ HƏLL

OLUNMALIDIR”

2017-ci il noyabrın 24-də Qərbi Kaspi Universitetində Ukraynanın

Azərbaycandakı səfiri Aleksandr Mişşenko ilə görüş keçirildi.

Universitetin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Mərkəzdə

tələbələrin iştirakı ilə aparılan ənənəvi tədqiqatlarda bu həftə Ukrayna – Azərbaycan

münasibətlərinin nəzərdən keçirildiyini diqqətə çatdırdı və Ukrayna səfiri ilə görüşün

politologiya ixtisası üzrə təhsil alan tələbələr üçün əhəmiyyətini qeyd etdi.

Page 23: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

Səfir Aleksandr Mişşenko iki ölkə arasında əlaqələrin tarixi barədə danışdı,

Ukrayna-Azərbaycan münasibətlərinin bugünkü vəziyyətini şərh etdi. Bildirildi ki, bu

gün bu əlaqələr sürətlə inkişaf edir və regional miqyasda olduqca mühüm, strateji

əhəmiyyət kəsb edir. Bir gün öncə iki ölkənin dövlət başçılarının görüşünü xatırladan

səfir Mişşenko qeyd etdi ki, siyasi məsələlərdə bir-birinə daim dəstək verən Azərbaycan

və Ukrayna həm də iqtisadi tərəfdaşdır: "Azərbaycanın Ukraynaya ixracatı artırması

iqtisadi əməkdaşlığın daha bir yaxşı göstəricisidir” – deyə səfir bildirdi.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ukraynanın Azərbaycanın ərazi bütövlüyünü

dəstəklədiyini xatırladan qonaq vurğuladı ki, bu cür konfliktlər beynəlxalq hüquq

normaları əsasında – dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.

Daha sonra səfir tələbələri maraqlandıran sualları cavablandırdı, onlarla fikir

mübadiləsi apardı.

Page 24: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

SEPARATÇILIĞA KƏNAR DƏSTƏK OLMAZSA, MÜNAQİŞƏLƏR

TEZ HƏLL OLUNAR

Ukrayna ordusunun yaranmasının 26 illiyi ilə bağlı dekabrın 6-da Bakıda “Hyatt

Recency” otelində tədbir təşkil olundu. Tədbirə müxtəlif ölkələrin səfirləri, diplomatlar,

hərbi attaşelər və siyasi ekspertlər dəvətli idi. Tədbirdə Qərb Kaspi Universitetinin

politologiya müəllimi, universitetin nəzdində fəaliyyət göstərən Tətbiqi Politologiya

Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu və universitetin fəal tələbələri də

iştirak etdilər.

Page 25: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

Tədbirdə ilk çıxış edən Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko

ölkəsinin bu illərdə üzləşdiyi çətinliklərdən danışdı. Ukrayna torpaqlarının bir

hissəsinin işğal olunduğunu vurğulayan səfir ölkəsinin ordu quruculuğuna böyük

maliyyə ayırmaq məcburiyyətində qaldığını söylədi.

Aleksandr Mişşenko Ukrayna ilə Azərbaycan arasındakı müttəfiqlik

münasibətlərinin inkişaf etdiyini bu sözlərlə anlatdı: “Azərbaycan torpaqları işğal

edildikdə Kiyev Azərbaycan torpaqlarının bütövlüyünə dəstk verdi, ancaq biz özümüz

eyni bəla ilə üzləşməyənədək faciənin miqyasını anlamırdıq”.

Tədbirdə çıxış edən Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin

rəhbəri Elxan Şahinoğlu separatçılığın təbiətcə oxşar olduğunu bildirdi: “Separatçılığa

kənar dəstək olmasa, münaqişələri qısa müddətdə həll etmək olar. Azərbaycan və

Ukrayna torpaqlarının işğalı ilə bağlı oxşarlıqlar çoxdur. Sizdə də, bizdə də separatçılıq

kənardan qidalanır”.

Elxan Şahinoğlu onu da xatırlatdı ki, dünyada separatçıların keçirdikləri

“müstəqillik referendumları” beynəlxalq aləmdə dəstək qazanmır və buna misal olaraq

Şimali İraq və Kataloniyada keçirilən referendumları göstərdi: “Nə Şimali İraq, nə də

Kataloniyanın separatçı rəhbərləri keçirdikləri referendumlara hüquqi don geyindirə

bilmədilər, heç bir dövlət onları tanımadı, əksinə, İspaniya ilə İraqın ərazi bütövlüyü

dəstəkləndi. İspaniyanın və İraqın ərazi bütövlüyünü dəstəkləyən böyük dövlətlər

Azərbaycanın da ərazi bütövlüyünü sözdə və əməldə dəstəkləməli, separatizmi

pisləməlidirlər. Biz beynəlxalq aləmdən separatizmə eyni münasibət bəsləməsini

gözləyirik”.

Tədbirin ikinci hissəsində Qərb Kaspi Universitetinin tələbələri müzakirələrdə

aktiv iştirak etdilər, beynəlxalq mövzularda fikirlərini bildirdilər.

Page 26: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ İSLAM AMİLİ

Elxan ŞAHİNOĞLU,

Siyasi analitik, Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin

rəhbəri

Azərbaycan coğrafi mövqeyinə görə Qərblə Şərq arasında körpü rolunu oynayır.

Azərbaycan Qərbin siyasi, iqtisadi və hərbi təşkilatları ilə sıx əməkdaşlıq etdiyi kimi

İslam aləmini əhatə edən qurumlarda da fəallığını azaltmır. Azərbaycanın İslam

aləminin fəal üzvü olduğunu 2017-ci ildəki iki təşəbbüsü də sübut edir. 2017-ci il

Azərbaycanda “İslam Həmrəyliyi ili” idi. Eyni zamanda, 2017-ci ildə Azərbaycanda IV

İslam Həmrəyliyi oyunları keçirildi.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvüdür və bu təşkilat işğal

altındakı torpaqların qeyd-şərtsiz azad olunması məsələsində hər zaman Azərbaycana

dəstək verir. 2017-ci il sentyabrın 10-da Astanada İslam Əməkdaşlıq Təşkilatının elm

və texnologiya üzrə birinci sammiti keçirildi. Azərbaycan prezidenti İlham Əliyev

sammit çərçivəsində “XXI əsrdə elmin cəmiyyətə artan təsiri” mövzusundakı çıxışında

belə bir cümlə işlətdi: “Azərbaycanda məscidlərimizi dağıdan Ermənistan müsəlman

ölkələrinin dostu ola bilməz”. İlham Əliyev bu cümləsiylə bütün müsəlman ölkələrin

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyini

dəstəkləməsini istədiyinə eyham vurdu. Ancaq reallıq bir qədər fərqlidir.

Page 27: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

Əlbəttə, İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantılarında Dağlıq Qarabağ

münaqişəsiylə bağlı qətnamələr qəbul edilir. Bundan başqa, ötən il İslam Əməkdaşlıq

Təşkilatının Türkiyədə keçirilmiş zirvə görüşündə Ermənistanın Azərbaycana qarsı

təcavüzü ilə əlaqədar Təmas qrupu yaradıldı.

Təəssüf ki, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri BMT qətnamələri kimi

kağız üzərində qalıb. Ayrıca, təşkilat çərçivəsində təsis edilən təmas qrupunun

fəaliyyəti haqqında da konkret fikir söyləmək çətindir. Bu da ondan irəli gəlir ki,

təşkilat Azərbaycanın haqlı mövqeyi dəstəkləsə də, quruma ayrı-ayrı üzv dövlətlərin

Cənubi Qafqazdakı proseslərə fərqli baxışları var və bu baxışlar heç də hər zaman

Ermənistanın işğalçı siyasətinin pislənməsi anlamına gəlmir.

Onu da nəzərə almaq lazımdır ki, İslam aləmi özü də yekcins deyil, müxtəlif

ölkələr arasında müxtəlif ixtilaflar var və bu ixtilaflar yaxşı halda maraq mübarizəsinə,

pis halda isə müharibələrə gətirib çıxarır. Həmrəyliyin zəifliyi ilə bağlı son nümunəyə

də müraciət edə bilərik. Myanmarda ordu və polis terrorçularla mübarizə adı altında

yerli müsəlman əhalisinə divan tutur. Kəndlər yandırılır, günahsız insanlar qətlə

yetirilir, yüzminlərlə müsəlman Banqladeşə qaçır. Bu qətliam İslam aləminin müzakirə

mövzusuna çevrildimi? Təəssüf ki, yox. Türkiyə, İran, Azərbaycan və bir neçə dövlət

bu məsələyə diqqət yetirdi, Banqladeşdəki qaçqınlara humanitar yardım göndərdilər.

Vəssəlam. Ona görə də Azərbaycanla İslam dünyası arasındakı münasibətlər mövzusu

haqqında fikir yürüdərkən, müsəlman aləminə aid ölkələrin və bu ətrafdakı siyasi

blokların ayrı-ayrılıqda Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışlarını analiz

etməyə ehtiyac var.

Suriya münaqişəsinin həlliylə bağlı Türkiyə – Rusiya – İran formatı uğurlu alındı.

2017-ci ilin dekabr ayında Türkiyə – Rusiya – İran formatı Moskvada ilk toplantısını

keçirdi. Bu, Suriya böhranı başlayandan bu yana Türkiyə, Rusiya və İran xarici işlər və

müdafiə nazirlərinin ilk birgə görüşü idi. Rusiya və Türkiyə, o cümlədən İran Suriyada

münaqişənin həlli məqsədilə əsas tərəfdaşlara çevriliblər və ortada praktik müsbət

nəticələr var.

Page 28: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

Gələcəkdə bu üçlü formatın Dağlıq Qarabağ münaqişəsinin həllində də

fəallaşmasını gözləmək olarmı?

Türkiyəli rəsmilər rusiyalı həmkarları ilə görüşlərində Qarabağ münaqişəsinin

həlli vacibliyindən də danışırlar. Ancaq hələ ki, konkret nəticə yoxdur. Yeni formatın

Dağlıq Qarabağ münaqişəsinin həllində ən böyük uğuru “mərhələli həll” planını

Ermənistan hakimiyyətinə qəbul etdirməsi ola bilər. Bunun qarşılığında isə Azərbaycan

və Türkiyə Ermənistanla münasibətləri normallaşdıracaqlarını, regional layihələrdə

Ermənistanın iştirakına şərait yaradacaqlarını vəd edə bilərlər. Görünür, atılacaq

addımlar Rusiya və İranın da regional maraqlarına cavab verməlidir ki, həm Moskva,

həm də Tehran Ermənistan hakimiyyətini “mərhələli həll” planına məcbur etsinlər.

2017-ci ilin əvvəlində Pakistan mətbuatında Azərbaycanın İslam Hərbi Alyansına

daxil olmaq barədə qərar qəbul etdiyinə dair xəbər yayıldı. Xəbərdə deyilirdi ki,

bununla yeni alyansa üzv olan dövlətlərin sayı 42-yə çatıb. Ancaq Azərbaycan rəsmiləri

bu xəbərləri təkzib etdilər. Buna baxmayaraq, 2017-ci il ərzində koalisiya haqqında

xəbərlər səngimədi. Koalisiyanın hərbi qərargahının Səudiyyə Ərəbistanının Ər-Riyad

şəhərində yerləşdirilməsinin nəzərdə tutulduğu və bu qərargahın terrora qarşı birgə

mübarizəni koordinasiya edəcəyinin planlaşdırıldığı bildirilirdi.

Azərbaycanın İslam Hərbi Alyansına üzvlüyünə 3 amil mane olur.

Page 29: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

Birinci amil Rusiyanın reaksiyasıdır. Rusiya NATO-nun Şərqə doğru

genişlənməsinin əleyhinə olduğu kimi, cənub cinahında da yeni hərbi koalisiyanın

formalaşmasında maraqlı deyil. Digər tərəfdən, yeni koalisiyada Rusiyanın müsəlman

aləmindəki iki əsas tərəfdaşı – İran və Suriya yer almayıb. Tam əksinə, yeni

koalisiyanın əsas rəqibləri məhz bu iki ölkə sayıla bilər.

İkinci amil İrandır. Tehran da ilk gündən İslam Hərbi Alyansına üzvlük təklifini

rədd edib. Səudiyyə Ərəbistanı İranın regional rəqibidir və ona görə də Tehran

qərargahı Ər-Riyadda yerləşəcək hərbi alyansa üzvlüyü heç bir halda qəbul etməyəcək.

Üçüncü amil isə rəsmi Bakının həyata keçirdiyi balanslaşdırılmış xarici

siyasətdir. Azərbaycan nə Rusiyanın lider olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi

Təşkilatının üzvüdür, nə də ona rəbiq olan NATO-ya üzvlüyə çan atır.

Hadisələrin sonrakı inkişafı İslam Hərbi Alyansını ümumiyyətlə gündəlikdən

çıxartdı. 2017-ci il ərzində Səudiyyə Ərəbistanı ilə Qətər arasında yaranan ixtilaf bu iki

ölkənin bir-birlərini terrorçulara dəstək verməkdə ittiham etməsi və diplomatik

münasibətləri kəsməsi yaxın perspektivdə İslam Hərbi Alyansının reallaşmasının

mümkün olmayacağını göstərdi. Bu durum Azərbaycanı quruma üzv olub-olmamaq

kimi çətin dilemmadan xilas etdi.

2017-ci il fevralın 1-də İranın müdafiə naziri Hüseyn Dehqanın dəvəti ilə

Ermənistanın müdafiə naziri Viqen Sərkisyan İrana rəsmi səfər etdi. Görüşdə müdafiə

nazirləri iki ölkə arasındakı hərbi əməkdaşlıqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin

həlli yollarını da müzakirə etdilər.

İranla Ermənistan arasında hərbi əməkdaşlığın hansı zərurətdən yarandığını

söyləmək çətindir.

Birincisi, Ermənistanın kifayət qədər maliyyəsi yoxdur ki, İrandan silah ala bilsin.

Bütün lazımi silahları Ermənistana Rusiya pulsuz verir.

Page 30: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

İkincisi, İran Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi ölkələrdən biri deyil

ki, Tehranla münaqişənin həlli barədə geniş fikir mübadiləsinə ehtiyac olsun.

Açıq demək lazımdır ki, İranla Ermənistan arasındakı əlaqələr Azərbaycanda haqlı

olaraq narahatlıqla qarşılanır. Doğrudur, Azərbaycan heç bir dövlətin daxili işlərinə

qarışmır, ancaq məsələn, iranlı rəsmilərə və din xadimlərinə gəldikdə onlar

Azərbaycanın İsraillə münasibətlərinə yenidən baxmasını istəyirlər, hətta deyirlər ki,

Azərbaycan heç bir halda İsraildə səfirlik açmamalıdır. Halbuki, Azərbaycan İsraildən

aldığı müasir silahlar hesabına işğalçıya ağır zərbələr endirir. Ancaq Azərbaycan eyni

həssaslığı Tehranın göstərməsini istəyəndə iranlı rəsmilər və din xadiləri deyirlər ki,

Ermənistan İrana qonşudur və bu dövlətlə münasibətləri olmalıdır.

Azərbaycan İranın Ermənistanla təmaslarına o halda normal yanaşardı ki, İran

rəsmiləri Dağlıq Qarabağda girov saxlanılan iki azərbaycanlının geri qaytarılması

vacibliyini Ermənistan rəsmilərinin diqqətinə çatdırar və ya onlara deyərdilər ki, Dağlıq

Qarabağ ətrafındakı rayonların boşaldılması sülhə aparan yoldur.

İranın Ermənistanla sıx təmaslarına baxmayaraq, Bakı Tehranla əməkdaşlığını

azaltmayacaq. Ermənistan hakimiyyəti çox istəyir ki, İranla Azərbaycan arasında

gərginlik olsun. Ona görə də rəsmi Bakı İrəvanın bu tələsinə düşməməlidir.

Azərbaycanla İran arasında konkret iqtisadi layihələr var. Azərbaycan uzun illərdən

sonra Təbrizdə konsulluğun açılmasına nail oldu, iki dövləti birləşdirən dəmiryolu

xəttinin istifadəyə verilməsinə az qalıb, İran Bakı ətrafında bir neçə zavod tikəcək. Bu

səbəblərdən Azərbaycan İranla əməkdaşlığı azaltmamalıdır.

Bu il Türkiyə ilə Azərbaycan arasında da xeyli birgə hərbi təlimlər keçirildi.

Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Son illər bu müttəfiqlik daha da artıb və iki

ölkə arasındakı münasibətlər tarixinin qızıl dövrünü yaşayır. Siyasi təmaslar yüksək

səviyyədədir, Türkiyənin Azərbaycana, Azərbaycanın isə Türkiyəyə on milyardlarla

dollar yatırımları var. Bakı – Tiflis – Ceyhan və Bakı – Tiflis – Ərzurum boru xətləri

layihələrinə bu il biri də əlavə olunacaq: Bakı – Tiflis – Qars dəmiryolu. Növbədə isə

TAP və TANAP qaz boru xətlərinin tikintisidir. Türkiyə Azərbaycanla hərbi

Page 31: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

əməkdaşlığın miqyasını da genişləndirir. İl ərzində iki ölkə arasında 3-4 birgə hərbi

təlimlər keçirilir.

Azərbaycanla Ermənistan arasında gərginliyin artması, cəbhə bölgəsindəki

mövcud vəziyyət Ankaranı da narahat edir. Ankara həmişə olduğu kimi Ermənistandan

Azərbaycanın işğal altındakı torpaqlarını boşaltmasını tələb edir.

Türkiyə Ermənistanın cəbhə bölgəsindəki təxribatlarına seyrçi qalmır, Ankaradan

ard-arda açıqlamalar səslənir. Cəbhə bölgəsində vəziyyət gərginləşən kimi

Azərbaycanın siyasi dairələrində ənənəvi suala gündəmə gəlir: Azərbaycanla Türkiyə

arasında mövcud hərbi əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmağa ehtiyac varmı?

Çünki Ermənistan Rusiyanın hərbi dəstəyinə arxayındırsa, Azərbaycanın Türkiyənin

hərbi dəstəyinə ehtiyacı yarana bilər. Bu mənada mümkün variantlardan biri Türkiyənin

Naxçıvanda hərbi bazasını rəsmiləşdirməsidir. Əgər Türkiyə keçmiş SSRİ ilə 1921-ci

ildə imzaladığı Qars müqaviləsinə görə Naxçıvanın təhlükəsizliyinə cavabdehdirsə,

bunun real olaraq həyata keçirilməsi də mümkündür.

Azərbaycan müstəqil dövlətdir və Bakı Ankara ilə hərbi baza məsələsində

razılaşsa, heç bir dövlət bu prosesə mane ola bilməz. Ermənistanın və onun tərəfdaşı

Rusiyanın etirazları məntiqsiz olacaq. Bakının həm Moskvaya, həm də İrəvana

ünvanlayacağı məntiqi sual belə olacaq: Rusiya Ermənistanda hərbi bazalarını

yerləşdirə bilirsə və bu dövlətin təhlükəsizliyini təminatı altına alırsa, niyə Türkiyə ilə

Azərbaycan eyni işi görə bilməzlər?

Bu suala nə Kremlin, nə də İrəvanın məntiqi cavabı ola bilər. Ona görə Türkiyənin

Azərbaycan ərazisində hərbi baza yaratması ideyası aktuallaşa bilər. Məsələ

burasındadır ki, Azərbaycan ordusu Dağlıq Qarabağ istiqamətində uğur qazanarsa,

Ermənistan hakimiyyəti Naxçıvan istiqamətində hərbi əməliyyatlar həyata keçirə bilər.

Türkiyə – Azərbaycan hərbi birliyinin rəsmiləşdirilməsi Ermənistan ətrafındakı

halqanın daralmasına səbəb olacaq. Azərbaycan ordusu Ermənistan ərazisinə hücum

etmir, özünə aid Dağlıq Qarabağı və ətraf rayonları işğalçılardan azad etmək istəyir.

Buna heç Rusiya da qarışa bilmir. Çünki Rusiya Ermənistanın təhlükəsizliyinin

Page 32: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

təminatçısıdır, Dağlıq Qarabağın yox. Eyni saziş Azərbaycanla Türkiyə arasında

imzalanarsa, bu, Türkiyənin Dağlıq Qarabağ üzərindəki təhlükəsizliyinə də təminatçı

anlamına gələcək. Bundan sonra Ankaranın hansı addımlar atacağı indidən bəlli olmasa

da, aydındır ki, Ermənistan qarşısında Azərbaycan – Türkiyə hərbi ittifaqını görəcək.

İslam aləmində Qarabağ məsələsinə Türkiyədən fərqli münasibət göstərən

dövlətlər də var. Pakistanın paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının

(ECO) 13-cü sammitində maraqlı hadisə baş verdi. Gözlənilmədiyi halda Qırğızıstan

qəbul edilmiş bəyanatın siyasi müddəalarına qoşulmadı. Bu, rəsmi Bakı üçün sürpriz

qərar oldu. Çünki bəyanatda ECO məkanında münaqişələrin mövcudluğu iqtisadi

inkişafı və əməkdaşlığı əngəllədiyi yazılırdı. Bundan əlavə, bəyanatda inkişaf, sülh və

təhlükəsizliyin regionda davamlı çiçəklənmə və sabitliklə birbaşa bağlı olduğu qeyd

olunurdu.

Bu ifadələrdə yeni heç nə yoxdur. Bəyanatda qeyd edilən ifadələr iqtisadi inkişaf

və regional əməkdaşlığın sülh və təhlükəsizliklə üzvü bağlılığı bütün beynəlxalq

ictimaiyyət tərəfindən qəbul edilən prinsipdir və bu, BMT-nin Davamlı İnkişaf

Konsepsiyasının təməlini təşkil edir. Digər tərəfdən, ECO ölkələri bəyanatdakı bu

ifadələrlə Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə edirdilər. Ona görə də

Qırğızıstanın mövqeyi qətiyyən başadüşülən deyildi. Axı bu səsverməyə qədər Bişkək

də hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib.

Qırğızıstanın bu mövqeyi Ermənistanda yüksək qiymətləndirildi. Təsadüfi deyil

ki, ECO sammitindən sonra Ermənistanın baş naziri Karen Karapetyan Bişkəkə səfər

etdi. Qırğızıstanın Ermənistanla elə bir iqtisadi əlaqələri və ya ortaq layihələri də

yoxdur. Əksinə, Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələrin və ortaq layihələrin

reallaşmasına ümid edirdi. Ancaq son hadisədən sonra rəsmi Bakının Qırğızıstanla

iqtisadi əlaqələrə maraq göstərəcəyini söyləmək problematikdir. Təsadüfi deyil ki,

Azərbaycan XİN və prezidentin xarici siyasət məsələləri üzrə müşaviri Qırğızıstanın

mövqeyini tənqid edən açıqlamalar səsləndirdilər.

Niyə Qırğızıstan Azərbaycanın xeyrinə səs vermədi?

Page 33: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

Görünür, Qırğızıstan Rusiya və Ermənistanla birgə Avrasiya İqtisadi Birliyində, o

cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yer aldığı üçün İrəvana

dəstək verir. Qazaxıstan və Belarus da eyni qurumların üzvüdür. Ancaq hər ikisi

Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistanın siyasətindən narazıdır.

Bişkəkin İrəvana dəstəyi onu Bakıdan uzaqlaşdırır. Ümid edək ki, Qırğızıstanın yeni

prezidenti Azərbaycanın ərazi bütövlüyü mövzusuna daha həssas yanaşacaq.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev 2017-ci il aprelin 2-3-də

Azərbaycanda rəsmi səfərdə oldu. Səfər çərçivəsində iki ölkə arasında müxtəlif

əməkdaşlıq sazişləri imzalandı. Nursultan Nazarbayev Bakıda veridiyi açıqlamalarda

Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğuladı. Qazaxıstan

prezidenti münaqişənin həllində BMT qətnamələrinin əsas götürülməsi vacibliyini

bildirdi. Bu mənada Bakı ilə Astananın mövqeləri üst-üstə düşür. Azərbaycan da illərdir

Qarabağ münaqişəsinin həllində BMT-nin 1990-cı illərin əvvəllərində qəbul edilən 4

qətnamənin yerinə yetirilməsinin əsas götürülməsini tələb edir. Qazaxıstan hazırda

BMT-nin qeyri-daimi üzvüdür. Doğrudur, Qazaxıstanın Dağlıq Qarabağ münaqişəsinin

həllindəki imkanları geniş deyil. Qazaxıstan ATƏT sədri olduğu dövrdə də

münaqişənin həllini sürətləndirə bilmədi. Ancaq rəsmi Bakı üçün başqa amil vacibdir.

Qazaxıstan və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, o cümlədən

Avrasiya İqtisadi Birliyinin üzvüdür və hər iki təşkilatda Astana Azərbaycanın ərazi

bütövlüyünü əsas götürərək, İrəvanın Azərbaycan əleyhinə fəaliyyətinə imkan vermir.

Bu, rəsmi Bakı üçün çox dəyərlidir.

Azərbaycana dəstək verən ölkələr arasında Pakistanın və Səudiyyə Ərəbistanının

da adını çəkmək lazımdır. Hər ikisi ərazi bütövlüyü məsələsində Azərbaycana

birmənalı dəstək verir və işğal faktına görə Ermənistanla diplomatik münasibətlər

qurmayıblar. Hətta rəsmi İrəvan müxtəlif dövlətlərin vasitəçililyi ilə bir neçə dəfə Ər-

Riyadla əlaqə qurmaq istəsə də hər dəfə rədd cavabı alıb. Təsadüfi deyil ki, Səudiyyə

Ərəbistanı Qətərlə diplomatik münasibətlərə son verdikdən bir neçə gün sonra

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Doxaya səfər etdi və bununla

Page 34: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

İrəvanın kimin tərəfində olduğunu göstərdi. Doğrusu, Qətər hakimiyyətinin mövcud

gərgin vəziyyətdə Ermənistanın xarici işlər nazirini Doxaya dəvət etməsinin səbəbi

aydın olmadı. Qətərin Cənubi Qafqaz bölgəsində əsas iqtisadi tərəfdaşı Azərbaycandır.

Bunu nəzərə alaraq Qətər Qırğızıstanın səhvini təkrarlamamalıdır.

Azərbaycan prezidenti İlham Əliyev 2017-ci ildə Səudiyyə Ərəbistanı ilə yanaşı

Pakistanda da oldu. Pakistan Azərbaycana hər cür hərbi dəstək verməyə hazırdır.

Pakistan ən müasir silahlarını, hərbi təyyarələrini Azərbaycana satacaq. Eyni zamanda

Azərbaycan da Pakistanın problemlərinə diqqətlə yanaşır. Heydər Əliyev Fondunun

xətti ilə Pakistanda zəlzələdən zərər çəkən insanlara humanitar yardımların

çatdırılmasını və bu ölkədə inşa etdiyi məktəbləri xatırlatmaq kifayətdir.

Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü

çərçivəsində həllində dəstək verən əsas ölkələr İslam ölkələridir. Ancaq münaqişənin

həllində vasitəçi ölkələr arasında İslam ölkəsi yoxdur. Digər tərəfdən, İslam aləmində

həmrəylik də yoxdur. Bu mənada Qarabağ məsələsində İslam aləminin tamamının

fəallaşacağını söyləmək mümkün deyil.

PETR VAQNER: “ÇEXLƏRİN AZƏRBAYCANA GƏLMƏLƏRİNİN

MARAQLI TARİXÇƏSİ VAR”

Page 35: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

Petr Vaqneri təxminən 3 ildir tanıyıram, Çexiyanın Azərbaycandakı səfirinin

müşaviridir. Bu 3 ildə demək olar ki, ən azı ayda bir dəfə görüşür və müxtəlif

mövzularda fikir mübadiləsi aparırıq. İxtisasca tarixçidir, Çexiyada siyasi mövzuları

əhatə edən dərginin baş redaktoru olub, Rusiya və Ukraynada çalışıb və ətraf bölgə

haqqında kifayət qədər bilgilidir. Ona görə söhbətimiz hər dəfə alınır, üstəgəl, bir neçə

il əvvəl mənə söylədi ki, Çexiya – Azərbaycan münasibətlərinin tarixi köklərini

araşdırmaq istəyir. Petr bu araşdırmalarda çox irəli getdi və müxtəlif ölkələrin

arxivlərindən o qədər sənəd əldə etdi ki, sonda bu haqda kitab yazmaq qərarına gəldi.

Elə universitetimizin tələbələriylə birgə Petri səfirlikdə ziyarət edərkən söhbətimizə bu

mövzudan – kitabdan başladıq:

- Petr, necə oldu ki, kitab yazmaq qərarına gəldiniz?

- Adətən, harasa işləməyə getməzdən öncə ölkələrimiz arasındakı tarixi əlaqələri,

həmin ərazilərdə çexlərin yaşayıb-yaşamadığını araşdırmağa başlayıram. Bu ənənəni

Azərbaycana ilk gəldiyim gündən də pozmadım.

Page 36: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

- Azərbaycandakı araşdırmalarınız zamanı nələr əldə etdiniz?

- Mənə maraqlı idi ki, Çexiyadan bu qədər uzaqda olan Azərbaycanda çexlər

yaşayıbmı? Çünki bilirdim ki, çexlər Gürcüstanda, Rusiyada, Ukraynada yaşayıblar.

Araşdırmalara başladıqda öncə heç nə əldə edə bilmədim. Sizin tarixçilərdən soruşanda

deyirdilər ki, burada almanlar, estonlar yaşayıb, ancaq çexlər olmayıb. Buna

baxmayaraq, çox araşdırdım və ilk izləri aşkarladım. İlk öncə Çexiya Xarici İşlər

Nazirliyinin arxivindən Çexiyadakı cəmiyyətin ötən əsrin əvvəllərində Bakıya

göndərdiyi məktubu üzə çıxartdım. Ötən əsrin əvvəllərində Bakıda Çexiyanın Qırmızı

Xaç Komitəsinin nümayəndələri fəaliyyət göstəriblər. Sonrakı fakt da maraqlı idi.

Birinci Dünya müharibəsində çar Rusiyasının əsir götürdükləri hərbçilərin bir qismi

Nargin adasında saxlanılırdı. Əsirlər içərisində çexlər də olub və Çexiya Qırmızı Xaç

Komitəsinin nümayəndələri onlara yardım etməyə çalışıblar. Bolşeviklər Azərbaycanı

işğal etdikdən sonra Bakıda yaşayan bir qrup çex evlərinə dönmək istəyib. Halbuki,

Cümhuriyyət dövründə çexlərin Bakıda heç bir problemi olmayıb, rahat yaşayıblar.

Ancaq bolşeviklərin işğalından sonra onların həyatı faciəvi olub, bəziləri geri qayıda

bilməyib, intihar edənlər də olub. Mən Çexiyaya gedib çıxan azərbaycanlılar barədə də

maraqlanmışam. Ötən əsrin əvvəllərində Bakı – Tiflis dəmiryolu olmadığı üçün

Azərbaycandan Çexiyaya getmək imkanları məhdud idi. Maraqlıdır ki, dəmiryolu

tikiləndən sonra Azərbaycandan Çexiyaya 3 günə gedib çatmaq olurdu. Hazırda

Praqadan Bakıya gəlmək üçün cəmi 10-12 saat lazımdır. Təyyarələr vasitəsilə isə

zaman daha da qısalıb. Praqa ötən əsrin əvvəllərində Rusiyadan qaçan mühacirləri daha

çox qəbul edirdi. Araşdırmalar zamanı onların arasında azərbaycanlıların olmadığı

qənaətinə gəldim.

- Sizcə, bu nədən irəli gəlirdi?

- Görünür, azərbaycanlılar Praqanı o qədər dost mühiti olan məkan kimi qəbul

etmirdilər. Azərbaycanlılar bolşevik işğalından sonra daha çox Fransaya və

Almaniyaya köçürdülər.

Page 37: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

- Eşitdiyimə görə, Cümhuriyyətimizin qurucularından olan Məmməd Əmin

Rəsulzadə ilə bağlı maraqlı fakta rast gəlmisiniz...

- Bəli, araşdırmalar zamanı Məmməd Əmin Rəsulzadə ilə bağlı maraqlı fakta rast

gəldim. Rəsulzadənin “Panturanizm” əsərini oxuduqda onun 19-cu əsrdə Çexiyada

yaşamış iki mütəfəkkirdən gətirdiyi sitatlara rastladım. Bunlardan biri Qavrilçik idi.

Məsələ burasındadır ki, Qavrilçik çex dilindən başqa heç bir dildə əsər yazmayıb,

əsərləri başqa dilə də tərcümə olmayıb. Belə çıxırdı ki, Rəsulzadə Qavrilçikin əsərini

orijinaldan oxuyub? Ancaq bunun üçün Rəsulzadə çex dilini bilməli idi. Digər tərəfdən,

Məmməd Əmin Rəsulzadə Avropanın bir çox ölkəsində olsa da, Praqada heç zaman

olmayıb. Mən bunu dəqiq bilirəm. Görünür, Rəsulzadə Qavrilçikin əsərləri barədə

hansısa başqa mənbədən məlumat əldə edib. Ancaq onun hansı mənbə olduğu mənə

məlum deyil.

- Bəs ilk azərbaycanlılar Çexiyaya necə gedib çıxıb?

- İkinci Dünya müharibəsi zamanı Çexiya ərazisindəki partizan dəstələri

sıralarında təxminən 20 nəfər azərbaycanlı da olub. Onlar əsirlikdən qaçaraq

Çexiyadakı partizanlara qoşulublar. Həmin azərbaycanlılardan göstərdikləri

qəhrəmanlıqlara görə medal və müxtəlif mükafatlar alanlar, döyüşlərdə

qəhrəmancasına həlak olanlar da var.

- Müharibədən sonra Çexiyada qalan azərbaycanlı olubmu?

- Bildiyimizə görə, hamısı geri qayıdıb. Hətta məndə 60-cı illərdə çəkilmiş

fotoşəkil var. Bizim hərbi attaşemiz Moskvadan Bakıya gəlib, həmin azərbaycanlılarla

görüşərək onlara partizan bayrağını təqdim edib. SSRİ dövründə də Çexiya ilə

Azərbaycan arasında əlaqələr olub. O zamanlar Çexoslovakiya maşınqayırma sənayesi

ilə məşhur idi. Həmin sənayenin istehsal etdiyi dəzgahlar Azərbaycan SSRİ-yə də

gətirilirdi. Çexiyadan Azərbaycana ilk rəsmi səfər 1956-cı ildə baş tutub. Bu, o zamankı

Page 38: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

parlament nümayəndələrimizin səfəri olub. Bundan sonra müxtəlif səviyyəli səfərlər

olub. Ancaq çox maraqlıdır ki, Azərbaycan SSRİ-dən Çexiyaya cavab səfərləri

olmayıb. Görünür, Moskva buna imkan verməyib.

- Ola bilsin, o zamanlar SSRİ respublikaları arasında bölgü olub.

Xatirimdədir ki, Azərbaycandan Bolqarıstana və Polşaya gedirdilər. Bəlkə

Çexiyaya da başqa respublikalardan gedənlər olub...

- Ola bilər. Ancaq diplomatiyada belə bir qayda var – cavab səfəri. Məsələn, əgər

Praqadan nümayəndələr burada 5 dəfə olubsa, Bakıdan bir dəfə də Çexiyaya səfər təşkil

olunmayıb. Bu, yaxşı hal deyildi.

- Moskva imkan verməyib...

- Şübhəsiz.

- Yadımdadır ki, çex pivə istehsalçısının Bakıdakı sərgüzəştləri barədə mənə

danışmışdınız...

- Bu çox maraqlı hadisədir. Həmin şəxs Azərbaycana 19-cu əsrin əvvəllərində, çar

Rusiyası dövründə gəlib. Bakıda pivə istehsalının əsasını qoyub. Çex pivəsi dünyada

məşhurdur. Demək, həmin çex Bakıda Cümhuriyyət dövründə də fəaliyyət göstərib.

Bolşeviklər Bakını işğal etdikdən sonra onun fabrikini əlindən alıblar. Çarəsiz qalaraq

vətəninə geri dönmək istəyir, ancaq bolşeviklər onu bir müddət bu imkandan məhrum

ediblər. Buradakı arxivlərin birində həmin çexin belə bir məktubuna rast gəldim. O,

Azərbaycandakı bolşeviklərin rəhbərliyinə məktubunda yazırdı: “Azərbaycanda pivə

istehsalı qadağan olunduğuna görə, Bakıda qalmağı məqsədəuyğun hesab etmirəm.

Xahiş edirəm, məni evə buraxın”. Ancaq 6 aydan sonra ona geri qayıtmağa icazə

veriblər...

Misal üçün, neft sahəsində işləyən çex mühəndisi bolşeviklərin işğalından sonra

iki il də Bakıda işləməyə məcbur etdilər, çünki başqa mütəxəssisləri yox idi. Sonda

Page 39: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

çexlərə evlərinə dönməyə icazə verirdilər, ancaq Bakıda qazandıqları bütün əmlak və

qazancları əllərindən alınırdı. Bakıdakı çexlərdən yalnız biri – Vatsek bolşeviklərlə

əməkdaşlıq edib, hətta Azərbaycanda yüksək vəzifə tutub. Səbəbi o idi ki, Vatsek

Stalinin Bakıdakı quldur dəstəsinin üzvü olub, birlikdə bankları yarıblar və Stalin

bolşeviklərin lideri olduqdan sonra çex dostunu unutmayıb, onu müxtəlif vəzifələrə

irəli sürüb. Məsələn, arxivdən Vatsekin adına belə bir sənəd tapdım: “Yoldaş Stalin

dalımca gəldi və dedi ki, ona 600 rubl lazımdır. O illərdə bu, böyük pul idi. Mən dedim

ki, 10 dəqiqə gözləsin və ona 800 publ gətirdim”.

Stalin belə bir şəxsi unudardımı? Vatsek memuarlarında yazırdı ki, yoldaş Stalini

növbəti sürgünə yollayanda görüb ki, onun paltosu çox pisdir, qaçıb ona kürk

alıb.Vatsek tək-tük şəxslərdən idi ki, sonrakı illərdə də Stalinə “Sən” deyə müraciət

edirdi. 1930-cu illərdə Vatsek Tiflisə köçür və dəmiryolu prokuroru vəzifəsinə təyin

olunur. O həm də üç çağırış SSRİ-nin deputatı olub.

Page 40: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

Maraqlısı budur ki, keçmiş Çexoslovakiyada Kommunist Partiyasının hakimiyyəti

dövründə Vatsek haqqında heç kim heç nə bilməyib. Məsələn, SSRİ illərində

Azərbaycan tarixçilərindən biri Praqaya gələrək “məşhur çex kommunisti” haqqında

kitab yazmaq istədiyini deyib. Praqada kiminlə görüşübsə, ona eyni sualı verib: “Vatsek

kimdir?” Azərbaycanlı tarixçi hər dəfə bu sualı təəccüblə qarşılayıb. Məsələ

burasındadır ki, Vatsek SSRİ kommunistləri arasında tanınan şəxs idi, ancaq vətənində

onu kimsə tanımırdı. Çünki Vatsek çex olsa da, 19-cu əsrin sonlarında Vyanada anadan

olub və gənclik yaşlarında atası ilə birgə Bakıya gəlib.

- Petr, başqa hansı maraqlı tapıntılarınız var?

- Ötən əsrin əvvəllərində Rusiyaya musiqi turnesinə gələn çexlərin bir qismi

Bakıda da konsert verirmişlər. Hələ 1900-cü ildə, çar dövründə dünyaca məşhur çex

kvarteti Bakıda olub. Dəmiryolunun olmadığı həmin dövrdə onların buraya necə

gəlməsi maraq doğurur. Bu məsələni çox araşdırdım və məlum oldu ki, məşhur rus

müğənnisi Fyodor Şalyapin Peterburqda konsert verərkən bir konsertdən 2000 rubl əldə

edirmiş. Tiflisdən Bakıya gələn orta səviyyəli müğənni isə həmin dövrdə Bakıda hər

konsertində 16 min rubl alırmış. Fərqi gördünüzmü? Demək, Bakı musiqiçilər üçün

gəlirli şəhər sayılırdı. Çexiyadan Bakıya çox sayda jurnalist, turist də gəlib. 19-cu əsrin

sonu – 20-ci illərin əvvəlində çex müəlliflərin Bakıda baş verənlər haqda yazılmış 3

romanı, 1 hekayəsi var. Həmin əsərlərdə Bakı küçələri dəqiqliklə təsvir olunub. Məşhur

şair Mirzə Şəfi Vazehin əsərlərinin bir qismi 1876-cı ildə çex dilinə tərcümə edilib.

Başqa bir maraqlı fakt haqqında danışmaq istəyirəm. Deməli, Çexiyada Ledniça adlı

məşhur qəsr var. 19-cu əsrin ikinci yarısında qəsrdə yenidənqurma işləri aparılanda bu

qəsrin sahibi orada minarə tikməyə icazə verib. Bağçada gözəl minarə tikilib. Ora

gələnlərə divarlardakı yazılar göstərilərək izah edilib ki, baxın, bu, məşhur ərəb

yazılarıdır, Qurandan hissələrdir. Bir müddət sonra həmin qəsrə təsadüfən azərbaycanlı

şərqşünas gəlib. O həmin yazılara baxaraq deyib ki, bu ərəb dilində deyil, Azərbaycan

dilindədir, yazılar isə Qurandan ayələr deyil, sadəcə, Azərbaycan atalar sözləridir

(gülür).

Page 41: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

- Kitabı nə zaman bitirmək fikrindəsiniz?

- Bu il Azərbaycan Demokratik Respublikasının, eləcə də Çexiya Respublikasının

100 illik yubileylərini qeyd edəcəyik. Buna görə də iyun ayında kitabın təqdimatını

keçirməyi planlaşdırıram. Kitab üç dildə – Azərbaycan, çex və ingilis dillərində olacaq.

Bu kitabda Nizami Gəncəvi haqqında da yazmışam. Dahi Nizami Azərbaycan – Çexiya

əlaqələrində böyük yer tutur. Çünki Nizami Gəncəvinin yaradıcılığının bir hissəsi ilk

dəfə çex alimləri tərəfindən alman dilinə tərcümə edilib. Bizdə Nizami Gəncəvinin

əlyazmaları var. Bu, hələ müharibəyə qədərki dövrdə olub. Hətta 2-ci Dünya

müharibəsi dövründə bizim ən yaxşı şairlərimiz “Yeddi gözəl”i çex dilinə tərcümə

ediblər. Onlardan biri hətta Nobel mükafatı laureatı olub. “Əli və Nino” əsəri

Azərbycanca dərc edilməmişdən qabaq çex dilində 1938-ci ildə nəşr edilib.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Çexiyada olan əsərlərin

kataloqu yaradılır. Keçən il Azərbaycan şərqşünaslarından ibarət qrup Praqanın Milli

Kitabxanasında olub. Onlar orada olan bütün əlyazmaları görüb, müəllifləri

dəqiqləşdiriblər. Kitabda 1991-ci ildən sonrakı dövrdə müstəqil Azərbaycanla Çexiya

arasındakı diplomatik əlaqələr də yer alacaq. Bu ölkələr bir-birini tanısa da

təmaslarımız 2000-ci illərdən sonra intensivləşib.

- Petr, Siz tarixçi olmaqla yanaşı, həm də peşəkar diplomatsınız. Ona görə də

bu sualım ikitərəfli əlaqələrə aiddir. Azərbaycanın Avropa İttifaqının 9 dövləti ilə,

o cümlədən Çexiya ilə strateji sazişi var. İki ölkə arasındakı siyasi və iqtisadi

münasibətlərin hazırki səviyyəsini necə qiymətləndirirsiniz?

- Çexiya Azərbaycanla diplomatik əlaqələri bərpa edəndə burada Qarabağ

uğrunda müharibə gedirdi. Yəni əlaqələr hələ inkişaf etməmişdi, baş qarışıq idi.

Sonralar biz Azərbaycandan neft almağa başlayanda əlaqələrdə sürətli inkişaf dövrünə

qədəm qoyduq. İstifadə etdiyimiz neftin üçdə bir hissəsi Azərbaycan neftidir. Biz bilirik

Page 42: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

ki, Azərbaycan etibarlı tərəfdaşdır. Bizim əlaqələrimizdə heç vaxt anlaşılmazlıqlar

olmayıb. İndi TAP-ın tikintisinin bitməsini, Azərbaycan qazının Avropaya gəlməsini

gözləyirik. Onun bir hissəsi bizə çata bilər. Bu, bizim üçün çox mühümdür. Enerji

təhlükəsizliyini təmin etmək bizə çox vacibdir. Azərbaycan şirkətləri bizə çox kömək

edir. Bu əməkdaşlıq həm də parlamentlər səviyyəsində inkişaf edir. Deputatlarımız

arasında gözəl dostluq əlaqələri var. Çexiyaya gələn azərbaycanlı turistlərin sayı hər il

artır. Çexiyada xeyli azərbaycanlı tələbə də təhsil alır. Çexiyada tələbələr üçün müxtəlif

proqramlar var. Əgər xarici tələbə universitetə qəbul imtahanını çex dilində verməyə

qadirdirsə, onu universitetə qəbul edirlər və o bizim tələbələr kimi pulsuz təhsil alır.

Amma bunun üçün çex dilini yüksək səviyyədə bilmək lazımdır. Daxili İşlər

Nazirliyinin statistikasına görə, Çexiyada hazırda 900 azərbaycanlı yaşayır. Beləliklə,

əlaqələrin inkişaf dövrünü yaşadığını məmnuniyyətlə vurğulamalıyam.

- Petr, müsahibəyə və Qərbi Kaspi Universitetinin bir qrup tələbəsini qəbul

edib onlara yazdığınız kitab və ikitərəfli əlaqələr haqqında dəyərli məlumatlar

verdiyinizə görə Sizə təşəkkür edirəm.

Elxan ŞAHİNOĞLU

Page 43: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

HƏRBİ BAXIMDAN AZƏRBAYCANLA ERMƏNİSTAN

ARASINDAKI ÖNƏMLİ FƏRQLƏR...

Qadir KAZIMOV,

Qərbi Kaspi Universitetinin Siyasi və İctimai Elmlər fakültəsinin

2-ci kurs tələbəsi

Dağlıq Qarabağ ətrafındakı danışıqlar prosesi 26 ildən artıq müddətdə heç bir

nəticə vermir. Ona görə də problemin güc yolu ilə həlli məsələsi yenidən aktuallaşır.

Bu amili Azərbaycanla Ermənistanın müdafiə xərclərini artırması dinamikası da

göstərir.

Page 44: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

2016-cı ilin “aprel döyüşləri” Ermənistan cəmiyyətini yuxudan ayıltdı.

Azərbaycan ordusunun qısa zaman ərzində Ermənistan ordusunun keçilməz

adlandırdığı “Ohanyan xətti”ni (Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın

cəbhənin ön və arxa xəttində qurduğu müdafiə və istehkam sistemlərinə verilmiş ad)

yarıb keçməsi Ermənistan hakimiyyəti üçün hərtərəfli dərs oldu. Təsadüfi deyl ki,

Ermənistan hakimiyyəti artıq ölkə büdcəsinin 20 faizindən bir qədər çox hissəsini hərbi

sahəyə ayırır. Ermənistanın maliyyə naziri Vardan Aramyanın təqdim etdiyi 2018-ci il

üçün dövlət büdcəsi layihəsində Ermənistan ordusuna ayrılacaq vəsaitin artırılmasıda

qarşı tərəfin bu sahədə mövqeyini əks etdirir. İqtisadi problemlərinə baxmayaraq, 2016-

cı ilin ikinci yarısında Ermənistanın Rusiyadan aldığı 200 milyonluq kreditin də hərbi

sektora ayrılması bu fikrin təsdiqidir. Ermənistan müqavilə çərçivəsində Rusiyadan

“Smerç” reaktiv yaylım atəşi sistemləri və onun sursatlarını, “Igla-S” zenit-raket

sistemləri, “Avtobaza-M” yerüstü radiotexniki kəşfiyyat kompleksi, “TOS-1A” ağır

odatanları,“9M113M” idarəolunan raketləri, “RPG-26”qumbaraatanları, Draqunov

Page 45: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

snayper tüfəngi, “Tiqr”zirehli avtomobilləri, mühəndis və rabitə vasitələri alacağını

bəyan etmişdir.

Məlumat üçün bildirək ki, “Smerç” sistemi dördoxlu MAZ-543M (kütləsi 43,7

ton, maksimal sürəti 69 km/saat) yük avtomobilinin üzərində yerləşdirilmiş 300 mm

çaplı 12 boru paketindən ibarətdir. Bu sistem bütün raketləri 38 saniyəyə ata bilir.

Tərkibində dörd "Smerç" sistemi olan batereya 48 ədəd raketlə 90 km məsafədəki

təxminən sahəsi 800x800 m olan ərazini məhv edə bilir və istifadə edildiyi halda Gəncə

kimi şəhərdə belə böyük dağıntılara səbəb ola bilər . Habelə 2016-cı il sentyabrın 21-

də müstəqilliyin 25 illiyi münasibətilə İrəvanda keçirilən hərbi paradda sadalanan

silahlarla birlikdə atış məsafəsi 280-300 km olan "İsgəndər-E" raket kompleksinin

nümayiş etdirilməsi Azərbaycanda adekvat addımlar atmağa məcbur etdi. Qarşı tərəfdə

"İsgəndər-E" kimi taktiki-ballistik raket sisteminin olması Azərbaycan üçün təhdid

sayılır.

Azərbaycan buna cavab olaraq İsraildən son dövrlərin ən güclü hava hücumundan

müdafiə sistemlərindən olan “İron Dome” sisteminin alınacağını bildirdi. Bundan

başqa, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 2017-ci ilin

oktyabr ayında Belarusa səfəri zamanı 200 km mənzilə sahib “Polonez” reaktiv-yaylım

atəşi sistemlərinin alınacağı ilə bağlı gələn xəbərlər və nazirin şəxsən həmin sistemlərlə

maraqlanması erməni mediasında böyük narahatlıqla qarşılandı. Bu, Azərbaycanın

Rusiyaya verdiyi kiçik mesaj kimi də başa düşülə bilər. Rusiyanın Ermənistana silah

peşkəş etməsi bölgədə qüvvələr nisbətini dəyişmək iqtidarında deyil. Azərbaycan bir

çox ölkədən, o cümlədən Rusiyadan müasir silah və hərbi texnika alır və alacaq. Buna

baxmayaraq, Rusiya hərbi balansın Azərbaycanın lehinə dəyişməsindən narahatdır.

Rusiya Dağlıq Qarabağ problemini inhisarda saxlamağa çalışır. Digər tərəfdən, Rusiya

Ermənistan üzərində nəzarətini də azaltmır. Ermənistanın Avropa İttifaqı ilə imzaladığı

saziş də Rusiyanın icazəsi ilə baş tutub. Ancaq bölgədə müharibənin baş verməsi

halında nə Rusiya, nə də Avropa Ermənistanı tam qoruya bilər.

Page 46: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

Azərbaycan rəsmilərinin dəfələrlə hərbi gücdən istifadəyə dair verdiyi bəyanatlar

da bu fikri təsdiq edir . Bu baxımdan Azərbaycanın silahlı qüvvələrinin separatçılara

qarşı hər hansı müdaxiləsinin nə ilə nəticələnəcəyi ətrafında da müzakirələr səngimir.

Aprel döyüşlərindən sonra bəzi erməni rəsmiləri müsahibələrində Azərbaycanın hərbi

üstünlüyünü qəbul etsələr də, ehtimal edilən müharibənin guya Azərbaycana baha başa

gələcəyini vurğulayırlar . Bəs erməniləri bu qədər iddialı danışmağa nə vadar edir?

Onlar nəyə güvənirlər?

Söhbət vurulacaq zərbədən gedirsə, artıq burda tank, zirehli maşınlar kimi amilləri

arxa plana salmaq, diqqəti ballistik raketlərə, reaktiv yaylım atəş sistemlərinə

yönəltmək lazımdır . Məhz erməni hakimiyyəti də bu fikrin təsdiqi kimi Azərbaycanı

arsenallarında olan ballistik raketlər və reaktiv yaylım atəş sistemləri ilə hədələməyə

çalışır. Ermənistan tərəfi aprel döyüşlərindən əvvəl hər nə qədər bu sistemlərə ciddi

önəm verməsə də, coğrafi üstünlüklərinə və tank qoşunlarına arxalansa da, döyüşlər

zamanı Azərbaycanın İsraildən aldığı “Spike” sistemi ilə erməni tanklarını yerlə bir

etməsindən və müdafiə xəttini yarmasından sonra orduda dəyişiklik etmək

məcburiyyəti haqqında düşünür. Fikrimin təsdiqi kimi deyə bilərəm ki , döyüşlər

zamanı Azərbaycanın əlində olan və nəinki qondarma dövlətin, hətta Ermənistanın

istənilən nöqtəsini yerlə bir edəcək silahlar Azərbaycan silahlı qüvvələrinin arsenalında

var idisə, erməni tərəfində belə sistemlər mövcud deyildi . Erməni tərəfi o ərəfədə təkcə

XX əsrin 60-cı illərinə aid olan “Scud-B” ballistik raketinə sahib idi və maye yanacaqla

işləyən bu raketlərin havaya qalxması belə sual altında idi . Havaya qalxsa belə

asanlıqla Azərbaycan sistemləri tərəfindən vurulacağı şübhə doğurmurdu. Bundan

əlavə, düşmən tərəfin arsenalında olan “OTR-21 Tochka” sistemi də o qədər effektiv

deyildi. Döyüşlərdən sonrakı dövrə nəzər salsaq görərik ki , Ermənistanın Rusiyadan

200 milyonluq kredit çərçivəsində aldığı və hərbi paradda nümayiş etdirdiyi “Smerç”

reaktiv yaylım atəşi sistemləri , “TOS-1A” ağır odatanları və "İsgəndər-E" taktiki-

ballistik raketləri məhz bu geriliyin aradan qaldırılmasına yönəlmiş addım kimi qeyd

edilə bilər. Ermənistanın adıçəkilən sistemlərə sahib olduğunu nəzərə alsaq, bu

Page 47: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

təhdidlərə ciddi yanaşmaq məcburiyyətindəyik. Azərbaycan Hava Hücumundan

Müdafiə qoşunları hər nə qədər güclü olsa da, sözügedən yüksək dəqiqliyə və böyük

dağıdıcı gücə malik raketlərin neytrallaşdırılması istiqamətində çalışmalarını davam

etdirir. Buna misal olaraq Azərbaycanla İsrail arasında aparılan danışıqları göstərmək

olar. Azərbaycanın İsraildən aldığı və ya ala biləcəyi “İron Dome” sistemi Ermənistanın

hücum imkanlarını məhdudlaşdıracaq.

Belə olan halda Ermənistan təxribata əl ataraq Azərbaycanı yenə hədələyə

bilərmi? Ermənistanın Azərbaycanla müharibə aparmaq üçün resursları kifayət

edəcəkmi? Təbii ki, yox . Hadisələri düzgün analiz etsək, erməni rəsmilərinin

müsahibələrinə diqqətlə baxsaq görərik ki, Ermənistan silahlı qüvvələrinin keçirdiyi

təlimlərin böyük əksəriyyəti sırf “Azərbaycan silahlı qüvvələrinin hücumundan

müdafiə olunmaq” mövzusundadır. Məqsəd mövcud status-kvonu qorumaqdır.

Ermənistan cəbhədə təxribat törətmək və ya lokal toqquşmlara başlamaq üçün

təkbaşına qərar verməyəcək, asılı olduğu Rusiyanın əmri ilə hərəkət edəcək.

VASİTƏÇİLƏRƏ İNAM AZDIR

Page 48: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzi 2017-ci ilin dekabr

ayında Dağlıq Qarabağ mövzusunda 500 respondent arasında sorğu keçirib. Sorğuda

iştirak edənlərin təxminən üçdəbir hissəsini Qərbi Kaspi Universitetinin tələbələri təşkil

edib.

Sorğunun ilk “2018-ci ildə sülh danışıqlarından irəliləyiş gözləyirsinizmi”

sualına respondentlərin 94 faizi “xeyr”, 6 faizi “bəli” cavabı verib.

Bu nəticə vətəndaşların sülh danışıqlarına inamının ilbəil azaldığını göstərir.

2017-ci ildə bütün səviyyəli danışıqların nəticəsiz qalması da bunun əyani sübutudur.

“2018-ci ildə müharibə başlaya bilərmi” sualına respondentlərin 80%-i

“müharibə mümkündür”, 15%-i “müharibə ehtimalı azdır” cavabını verib. Cəmi 5%

suala cavab verməkdə çətinlik çəkib.

“Həmsədrlərin 2017-ci ildəki fəaliyyətini necə qiymətləndirirsiniz” sualına

respondentlərin cavabları belə olub: “Pis” – 57 %, “Çox pis” – 38%” və “Normal” –

5%.

Page 49: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

Bu suala verilən cavab göstərir ki, Azərbaycan vətəndaşlarının həmsədrlərin

fəaliyyətinə inamı qalmayıb. Bu da səbəbsiz deyil. Həmsədrlər münaqişənin həlli, o

cümlədən Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması üçün səy göstərmir,

işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoyurlar.

“Münaqişənin ədalətli həllini hansı amil sürətləndirəcək” sualına verilən

cavablar bunlardır: “Azərbaycan güc tətbiq edəcəyi halda” (65%), “Ermənistan

“mərhələli həll” planını qəbul edəcəyi halda” (13%)“ və “Rusiya Ermənistana təzyiq

edəcəyi halda” (22%).

Bu cavablardan gəlinən qənaət isə odur ki, vətəndaşların az hissəsi kənar təzyiq

olmadan Ermənistanın “mərhələli həll” planını qəbul edəcəyini düşünür. Böyük

əksəriyyət bunun üçün Ermənistan hakimiyyətinə təzyiqin artırılması qənaətindədir.

Page 50: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

TƏTBİQİ POLİTOLOGİYA MƏRKƏZİNDƏ ƏNƏNƏVİ DƏYİRMİ

MASADA QARABAĞ MÜZAKİRƏ OLUNDU

Qərbi Kaspi Universitetində 8 dekabr 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə

bağlı dəyirmi masa keçirildi. Universitetin Tətbiqi Politologiya Mərkəzinin

təşkilatçılığı ilə “Dağlıq Qarabağ: münaqişənin həlli yolları və mövcud reallıq”

mövzusunda keçirilən dəyirmi masada universitetin müəllimi, politoloq Elxan

Şahinoğlunun və beynəlxalq münasibətlər fakültəsində təhsil təhsil alan tələbələr

iştirak etdilər.

Müzakirədə “Hazırkı şərtlər daxilində münaqişənin sülh yolu ilə həlli realdırmı?”,

“Həmsədr dövlətlər – Rusiya, ABŞ və Fransa münaqişənin həllini sürətləndirmək üçün

nə etməlidirlər?”, “Rusiya niyə münaqişənin həllində maraqlı deyil?”, “Türkiyənin

Page 51: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

münaqişənin həllindəki fəallığını necə qiymətləndirmək olar?”, “İşğalçı dövlətə qarşı

hansı siyasət aparılmalıdır?” sualları ətrafında fikir mübadiləsi aparılıb.

Elxan Şahinoğlu ATƏT-in Nazirlər Şurasının və xarici işlər nazirlərinin dünən

keçirilən toplantısına toxunaraq bildirdi ki, bu toplantıda həmsədr ölkələrin nazirləri

ortaq bəyanatla çıxış etdilər. “Həmişəki kimi onlar üç maddəni sadaladılar: güc tətbiq

etməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququ. Məhz

burada 2-ci və 3-cü maddə münaqişənin həllinə imkan vermir. Biz 2-ci maddəni əsas

götürürük, qarşı tərəf isə 3-cü maddəni. Dövlət başçısı İlham Əliyevin də bir fikri var

ki, ermənilər artıq bir dəfə öz müqəddəratlarını təyin ediblər və Ermənistan adında

dövlət yaradıblar, ikinci erməni dövlətinin Azərbaycan torpaqlarında yaradılmasına

imkan verməyəcəyik. Şimali İraq və İspaniyada da baş verənlərə nəzər salaq. Əgər

müqəddəratını təyin etmək hüququ varsa, nə üçün beynəlxalq aləm kürdlərin və

katalonların “müstəqilliyi”ni tanımadı. Deməli, öz müqəddəratını təyin etmək hüququ

da əslində tanınmır. Biz də tələb edirik ki, İraqın, İspaniyanın ərazi bütövlüyünü

dəstəklədikləri kimi Azərbaycana da eyni münasibət göstərilsin. Ancaq görürük ki,

məsələ uzanır”,- deyə politoloq bildirdi.

Müzakirələrdə münaqişənin həlli variantları, perspektivləri nəzərdən keçirilib,

tələbələr öz fikir və mülahizələrini bölüşüblər.

Murad MƏMMƏDLİ,

“Ekspress” qəzeti

Page 52: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

QƏRBİ KASPİ UNİVERSİTETİNDƏ DAĞLIQ QARABAĞ

MÜNAQİŞƏSİ İLƏ BAĞLI İLİN YEKUNLARI MÜZAKİRƏ OLUNUB

Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin "Dağlıq Qarabağ

münaqişəsi: ilin yekunları" mövzusunda hesabatının təqdimatı və mətbuat konfransı

keçirilib.

Modern.az xəbər verir ki, mərkəzin rəhbəri, politoloq Elxan Şahinoğlu Tətbiqi

Politologiya Mərkəzinin 3 aylıq fəaliyyəti barədə məlumat verib, tələbələrin artıq siyasi

təhlilçi kimi analitik materiallar hazırladığını, mətbuatda ekspert qismində çıxış etdiyini

diqqətə çatdırıb.

Page 53: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 2017-ci ildə aparılan danışıqları şərh

edən E.Şahinoğlu bildirib ki, 2017-ci il cəbhədə və danışıqlar masasında dinamik il

kimi xarakterizə oluna bilər: “Baxmayaraq ki, danışıqlar nəticəsiz qalıb və yorucu

müharibə vəziyyəti davam edir. Ermənistan bu müharibədən daha tez yorulmalıdır,

çünki dövlət getdikcə zəifləyir, xalq dözülməz halda yaşayır. Ermənistan gənci

başqasına aid olan torpaq uğrunda ölmək istəmir. Ancaq Ermənistan hakimiyyəti hər

vəchlə danışıqları uzatmağa çalışır”.

Politoloq bildirib ki, 2018-ci ildə Rusiya, Azərbaycan və Ermənistanda seçki ili

olsa da, münaqişənin qısa zamanda həllində daha çox maraqlı olan tərəf kimi rəsmi

Bakının danışıqların aktiv şəkildə davam etdirilməsinə səy göstərəcəyini

proqnozlaşdırmaq olar.

Daha sonra tələbə-ekspertlər münaqişə və onun ətrafında aparılan danışıqlardakı

son vəziyyət, münaqişənin həlli perspektivləri ilə bağlı fikirlərini bildiriblər.

Mərkəzin ekspertləri jurnalistlərin suallarını cavablandırıb, mövzu ətrafında fikir

mübadiləsi aparılıb.

Tədbirdə Tətbiqi Politologiya Mərkəzinin “Qarabağ: 2016/2017” adlı analitik

nəşri də təqdim olunub.

Page 54: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

KİBERTƏHLÜKƏSİZLİK VƏ AZƏRBAYCAN

Əsmər ALLAHVERDİYEVA,

Siyasi və İctimai Elmlər fakültəsinin beynəlxalq münasibətlər və diplomatiya

üzrə magistri

İdarəetmədə informasiya kommunikasiya texnologiyalarının geniş tətbiqi müasir

dünyada effektiv və sürətli idarəetmənin yeganə yolu kimi qəbul edilir. Planetimizdə

bütün qabaqcıl infrastruktur və istehsal-xidmət sahələri informasiya texnologiyaları

vasitəsilə idarə olunur və bu tendensiya daha da artır. Hətta artıq müasir döyüş

texnologiyalarını belə, İKT-siz təsəvvür etmək döyüşdə uduzmağa bərabər ölçülür.

Müasir dövrdə informasiya kommunikasiya texnologiyalarının inkişafı

kibercinayətkarlığın meydana gəlməsinə və gündən günə artmasına gətirib

çıxarmışdır. Birləşmiş Millətlər Təşkilatının hesabatında hər il 1,5 milyondan çox

insanın internet vasitəsilə edilən cinayətlərin qurbanı olduğu və kibercinayət

xarakterli fəaliyyət nəticəsində dəymiş ümumi ziyanın 1 milyard ABŞ dolları təşkil

etdiyi bildirilir.

Kibercinayətkarların əsas hədəfi energetika sahəsi, enerji infrastrukturu olur ki, bu

da narahatlıq doğurur, çünki Azərbaycan adıçəkilən sahədə iri layihələr reallaşdıran

ölkələrdən biridir. Davamlı və innovativ iqtisadiyyatın qurulması kursunu götürmüş

Azərbaycan, şübhəsiz ki, cinayətkarların hədəfinə çevriləcək. Buna görə də bütün

Page 55: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

əhəmiyyətli sahələrdə kibertəhlükəsizliyi təmin etmək lazımdır, bu məqsədlə

kibercasusluğun qarşısını almaq üçün xüsusi addımlar atılmalıdır. Bu istiqamətdə az iş

görülməyib, lakin Azərbaycanın təmsil olunduğu layihələrin strateji əhəmiyyətini

nəzərə alsaq, kibertəhlükəsizlik tədbirləri qaçılmaz olacaq və onlar ən yüksək

səviyyədə reallaşdırılmalıdır.

Dayanıqlı və innovativ iqtisadiyyat qurmağı hədəfləyən respublikamız təbii olaraq

kiberorduların hücumlarının hədəfi olacaqdır. Bu baxımdan Azərbaycanda bütün

mühüm sahələrdə kibertəhlükəsizliyin təmin edilməsi, elektron kəşfiyyatın, elektron

əks-kəşfiyyatın, kiberhücumların dəf edilməsi yönündə xüsusi tədbirlərin görülməsinə

böyük ehtiyac yaranmaqdadır. Bu istiqamətdə bir çox addımlar atılmışdır. Bununla

belə, ölkənin sürətlə ən yeni layihələrə daxil olması və bu layihələrin strateji əhəmiyyət

kəsb etməsi paralel olaraq kibertəhlükəsizliyin də təmin edilməsini “A” səviyyəsinə

qaldırmağı qaçılmaz edəcək.

Beynəlxalq Telekommunikasiya Şurası (ITU) 2017-ci il üzrə Qlobal

kibertəhlükəsizlik indeksini açıqlayıb.

Page 56: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

İndeks ITU-nun üzvü olan ölkələrin kibertəhlükəsizliyə məruz qalma səviyyəsini

özündə əks etdirir. 193 ölkəni özündə birləşdirən indeks qanunvericilik bazasını,

texniki məlumatlar, təşkilati məsələlər, kooperasiya kimi məsələləri əhatə edir.

Azərbaycan indeksdə 48-ci yeri (0.559 bal) tutub. Qonşularımıza gəlincə, Gürcüstan 8-

ci, Rusiya 10-cu, Türkiyə 43-cü yeri tutub. Ermənistan isə siyahının autsayderlərindədir

– 111-ci yer.

İnformasiya ehtiyatlarının qorunması, kibertəhdidlərin qarşısının alınması və dəf

edilməsi üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron

Təhlükəsizlik Mərkəzinin, həmçinin Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi

Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin fəaliyyəti böyük əhəmiyyətə

malikdir.

Ölkəmizdə getdikcə artmaqda olan internet istifadəçilərinin sayının hazırda 80

faizə çatdığı, milli internet resurslarının, Azərbaycandilli kontentin inkişaf etdirilməsi

üzrə işlərin aparıldığı indiki məqamda məlumatların təhlükəsizliyinin təmin edilməsi,

kənardan daxil olan kibertəhdidlərin qarşısının alınması, məlumatlar bazasının

müdafiəsinin ən yüksək səviyyədə təşkili məsələləri böyük DATA mərkəzlərinə

ehtiyacı ortaya çıxarır. Bu baxımdan beynəlxalq təcrübə əsasında ölkəmizdə ən müasir

DATA mərkəzlərinin qurulması istiqamətində intensiv əlaqələr yaradılmışdır.

Azərbaycanda strateji əhəmiyyətli layihələrin reallaşdırılması ilə birlikdə

kibertəhlükəsizlik tədbirlərini də gücləndirmək lazımdır. Bu zaman təbii olaraq

informasiya-kommunikasiya texnologiyalarının tətbiqi zonalarının və şəbəkəsinin

təhlükəsizliyi ön plana çıxır, çünki bu halda rəqibin İKT sisteminə daxil olmaq artıq

onun tam iflic olmasına qədər gətirib çıxara bilir: "Bu məqsədlə artıq bir çox dövlətlər

digər ölkələrin gizli məlumatlarını əldə etmək üçün geniş kiberhücumlar təşkil edir və

həmin ölkələrdə kiberhücumlar vasitəsilə xaosların yaranması ehtimallarını öyrənirlər.

Və təbii olaraq özünümüdafiə tədbirləri də görürlər. Məsələn, artıq Çində 50000

insandan ibarət kiberordu formalaşdırılıb. Rusiyada 12000 nəfərdən ibarət xüsusi

ixtisaslaşdırılmış mərkəz fəaliyyət göstərir. Avropa ölkələrində də xüsusi ordu hissələri

Page 57: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

və mərkəzlər mövcuddur. Kiber hücumlar vasitəsilə mühüm dövlət təsisatlarının

(nəqliyyat, avia, pilotsuz uçan aparatlar, sərhəd-buraxılış, viza və s.) fəaliyyətini iflic

etmək və ya digər istiqamətə yönəltmək, bank sistemini iflic etmək mümkündür".

Kibercinayətkarlığın artması bütün dünyada dövlət idarəçiliyi, bank, nəqliyyat,

milli təhlükəsizik və digər sistemlərin təkmilləşdirilməsini, kibermüdafiə

tədbirlərinin genişləndirilməsini aktual edir. 2012-ci ildə NATO-nun Çikaqoda

keçirilən sammitində qəbul olunmuş yekun bəyannamədə də kiberhücumların

kəmiyyət və keyfiyyətinin artması faktları bir daha qeyd olunmuş və Alyansa üzv

dövlətlərinin ayrı-ayrılıqda, həmçinin beynəlxalq təşkilatlarla (BMT, Avropa

İttifaqı, Avropa Şurası və digərləri) birlikdə vahid kibermüdafiənin təşkilinin

vacibliyi vurğulanmışdır. Artıq ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa, Almaniya və

bir sıra başqa inkişaf etmiş dövlətlər öz xüsusi kiberqoşunlarını yaradıblar. Bu

dövlətlər əsas məqsədlərinin öz şəbəkələrini müdafiə etmək olduğunu bildirsələr də,

burada hücum əməliyyatlarının aparılması da nəzərdə tutulur.

Ölkəmizdə informasiya kommunikasiyası texnologiyalarının (İKT) geniş

tətbiqi bu sahədə davamlı kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsini

gündəmə gətirmişdir. Xüsusən Dağlıq Qarabağ probleminin mövcudluğu bizi bu

məsələ ətrafında daha ciddi tədbirlər görməyə sövq edir. İstənilən situasiyanın,

xüsusilə də hərbi münaqişə vəziyyətinin qalibi statusuna yüksəlmək üçün

informasiya məkanında son dərəcə tədbirli, çevik, ağıllı, məsuliyyətli və peşəkar

olmaq lazımdır.

Müasir dövrdə medianın ən mühüm funksiyalarından biri də milli maraqları hər

şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir.

Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-

lərin fəaliyyətinin başlıca prinsiplərini təşkil etməlidir. KİV-lər cəmiyyətdə, xüsusilə

gənc nəsil arasında Vətənə sevgi hissləri, insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl

vətəndaşlıq mövqeyinin formalaşmasına dəyərli töhfəsini verməlidir. Biz ərazi

münaqişəsini yaşayan bir dövlət olaraq bunun nə dərəcədə əhəmiyyət kəsb etdiyini dərk

Page 58: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

etməliyik. Və bütün bunlar kibertəhlükəsizlik məsələlərinə ciddi önəm verilməsini

xüsusi faktor kimi önə çıxarılmasını bir daha göstərir.

Bu sahədə hüquqi bazanın formalaşdırılması istiqamətində Azərbaycan

beynəlxalq konvensiya və proqramlara qoşulmuş, daxili qanunvericilik bazasını

daha da təkmilləşdirmişdir. Belə ki, Azərbaycan 2008-ci ildə Avropa Şurasının

"Kibercinayətkarlıq haqqında'' Konvensiyasını imzalamışdır (2010-cu ildə

ratifikasiya etmişdir). ATƏT çərçivəsində Azərbaycan ATƏT Daimi Şurasının 1039

saylı, "İnformasiya və kommunikasiya texnologiyalarından istifadə ilə bağlı münaqişə

risklərinin azaldılması sahəsində etimad quruculuğu tədbirlərinin hazırlanması" adlı

qərarı əsasında təsis edilmiş işçi qrupun işində fəal iştirak edir. İşci qrup tərəfindən

hazırlanan və ATƏT-in Nazirlər Şurasının 2013-cü ildə Kiyevdə qəbul etdiyi 1106 saylı

qərarın mətninin hazırlanmasında Azərbaycan nümayəndə heyəti fəal iştirak etmişdir.

Avropa Şurası çərçivəsində kibercinayətkarlığa qarşı mübarizə daha çox

Azərbaycanın aidiyyatı dövlət qurumlarının kibercinayətkarlığa qarşı mübarizə

sahəsində imkanlarının təkmilləşdirilməsi ilə əlaqədar layihələrin həyata keçirilməsi ilə

bağlı olmuşdur. Avropa İttifaqının maliyyə dəstəyi və Avropa Şurasının icraçılığı ilə

hazırda 2 əsas layihə həyata keçirilir: "Cybercrime@EAPII" və

"Cybercrime@EAPIII". Qeyd olunan layihələr Şərq Tərəfdaşlığı regionuna daxil olan

dövlətlər üçün həyata keçirilir.

BMT çərçivəsində kibercinayətkarlığa qarşı mübarizədə Azərbaycan BMT Baş

Assambleyası tərəfindən qəbul edilən bütün qətnamələrə həmmüəllif qismində

qoşulmuşdur. Respublikada informasiya proseslərinin mühafizəsi, sabitliyi və

fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə

təhdidlərin qarşısının alınması, təhlili və qabaqlanması üçün dövlət və qeyri-dövlət

informasiya infrastrukturu subyektlərinin, onların istifadəçilərinin fəaliyyətinin

əlaqələndirilməsi, kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi və idarə

olunması, ümummilli hazırlığın və maarifləndirmənin təmin edilməsi məqsədilə 26

sentyabr 2012-ci il tarixində "İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin

təkmilləşdirilməsi tədbirləri haqqında'' Azərbaycan Respublikası Prezidenti

Page 59: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

tərəfindən Fərman imzalanmışdır. Fərmana əsasən, Azərbaycan Respublikası Xüsusi

Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət

Agentliyi və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

yanında əlaqələndirici qurum olan Elektron Təhlükəsizlik Mərkəzi yaradılmışdır.

Bu gün kibertəhlükəsizlik, onlayn təhlükəsizlik, şəbəkələrin etibarlılığı üçün

həlledici təminat məsələləri ən mühüm prioritet istiqamətlərdən biri kimi

dəyərləndirilir. Bu sahədə effektiv beynəlxalq əməkdaşlıq, çoxtərəfli dialoqun

nailiyyəti, uğurlu qərarların qəbulu və bu qərarların həyata keçirilməsi məqsədilə

hər il regional və qlobal səviyyədə dövlət, qeyri-dövlət və beynəlxalq qurumlar

tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.

Kibertəhlükəsizlik tədbirləri sırasında İKT istifadəçilərinin maarifləndirilməsi

də mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, 30 may 2013-cü ildə "Azərbaycanda

kibertəhlükəsizlik'' mövzusunda keçirilmiş dəyirmi masa, NATO Azərbaycan

Beynəlxalq Məktəbinin təqdimatında "Kibertəhlükəsizlik: mövcüd vəziyyət və

mühafizə vasitələri'', "İnformasiya təhlükəsiziliyi'', "Fərdi məlumatların

mühafizəsi'' mövzularında keçirilmiş seminarlar, 2013-cü ildə Bakıda keçirilmiş

Təhlükəsizlik Şurasının "Qərarların qəbulunda və siyasətin həyata keçirilməsində

gənclərin iştirakı'' konfransı, hər il keçirilən və Xəzər regionunun aparıcı İKT

forumuna çevrilmiş "Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya

Texnologiyaları'' (Bakutel) sərgi və konfranslarını göstərmək olar.

Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, yaxın dövr ərzində Azərbaycan

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) yanında Elektron Təhlükəsizlik

Mərkəzi kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən "First'' beynəlxalq

təşkilatına tamhüquqlu üzv seçilib. Bu da öz növbəsində ölkədə bu sahədə dövlət

tərəfindən aparılan siyasətin beynəlxalq arenada da davam etdirilməsinə imkan

yaratmaqla yanaşı, ən son yeniliklər, insidentlər, təhlükələrdən mühafizə yolları və

əlaqəli məsələlərlə bağlı ideyaları, təcrübələri öyrənmək və paylaşmaq üçün zəmin

təşkil edəcəkdir.

Page 60: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

Son illərdə təkcə Azərbaycanda deyil, bütün dünyada kibercinayətkarlıqla

mübarizə ən aktual məsələlərdən biridir. İldən-ilə internet istifadəçilərinin sayı artır və

bununla bağlı kibertəhdidlərin də miqyası artır. Son məlumatlara görə, dünyada il

ərzində 500 milyondan çox adam bu cür təhdidlərin qurbanına çevrilir. Azərbaycan bu

sahədə Avropa Konvensiyasına qoşulandan sonra həm qanunvericiliyimiz, həm də real

təcrübə demək olar ki, beynəlxalq standartlara uyğunlaşdırılır. Eyni zamanda,

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da ölkəmizdə

kibertəhlükəsizlik sahəsində ciddi tədbirlərin görülməsi, bu sahədə maarifləndirmə

işinin aparılması qarşıda duran mühüm vəzifələr kimi müəyyən edilmişdir.

ЦЕНТРАЛЬНАЯ АЗИЯ КОНСОЛИДИРУЕТСЯ И ИЩЕТ

НОВУЮ ПОВЕСТКУ ВЗАИМОДЕЙСТВИЯ

Ильгар ВЕЛИЗАДЕ,

Политолог, руководитель Клуба политологов «Южный Кавказ»

В последнее время внимание все большего числа наблюдателей

приковывается к региону Центральной Азии. При этом чаще замечаешь, что

Page 61: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

политические события, протекающие в обширном регионе — от Каспия на западе

до Алтайских гор на востоке и от Урала на севере до Гиндукуша на юге — так

или иначе завязаны на Узбекистане.

Конференция "Центральная Азия: одно прошлое и общее будущее,

сотрудничество ради устойчивого развития и взаимного процветания",

состоявшаяся в прошлом году в Самарканде, является ярким тому

подтверждением.

Впервые в мероприятии приняли участие министры иностранных дел семи

стран Центральной Азии и Среднего Востока, заявив о желании сотрудничать во

имя определенных целей: достижения безопасности путем тесного

взаимодействия этих государств, опираясь прежде всего на собственную

ресурсную базу.

Было также достигнуто понимание в вопросах согласования и сопряжения

целей устойчивого развития всех стран, учитывая особенности каждой,

обозначено стремление решать все вопросы, в том числе вопрос водопользования

на основе интересов каждого участника, но с учетом общих долгосрочных целей.

Ко всему прочему, решено превратить регион в транспортный хаб,

аккумулирующий новые технологии и инвестиции; и наконец, создать

консультативный орган, состоящий из глав государств, который бы нивелировал

неизбежные противоречия и определял текущие приоритеты.

В зале форума не нашлось ни одного человека, который представил бы иное

видение перспектив взаимодействия. Наиболее примечательным и центральным

событием форума стало выступление президента Узбекистана Шовката

Мирзиеева, определившего шесть приоритетных задач, стоящих перед регионом,

что одновременно можно рассматривать в качестве "дорожной карты" для

узбекской внешней политики на обозримую перспективу.

По словам узбекского президента, реализации вышеназванных задач могла

бы способствовать организация регулярных консультативных встреч глав

Page 62: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

государств Центральной Азии. Примечательно, что на инициативу президента

Узбекистана провести встречу президентов пяти государств региона первым

откликнулся министр иностранных дел Казахстана Абдрахманов, который

передал встречное предложение казахстанского лидера провести встречу в

Астане накануне Новруза в 2018 году.

В целом надо отметить, что конференция, оказалась и на редкость

откровенной площадкой, где очень разные участники делились своим видением

развития региона на ближайшую перспективу с учетом тех реалий и трендов,

которые формировались в его пределах в последние десятилетия.

Общий вывод, который напрашивается сам собой, заключается в том, что

конкурентная борьба за усиление своего влияния в регионе, ведущаяся на

протяжении двух последних десятилетий, продолжится и в будущем между

Китаем, ЕС, Россией, США и менее крупными региональными силами —

Турцией, Ираном, Кореей, Пакистаном, Индией.

Но эта конкуренция может послужить во благо, а не во вред, если страны-

участницы смогут направить ее в созидательное русло, выработать общие

подходы, которые позволят внешним игрокам реализовывать комплексный

подход и отходить от практики селективных действий, приводящих в конечном

итоге к сталкиванию интересов стран Центральной Азии друг с другом.

Обращают на себя внимание подходы самих участников мероприятия к

перспективам взаимодействия в рамках Центральноазиатского региона.

Так, по мнению директора Центра Евразии имени Дину Патрисиу

Атлантического совета Джон Эдварда Хербста, в течении 25 лет обстановка в

регионе была хорошей. Это то, что никогда не комментируется. Четверть века

здесь в основном царили стабильность и мир. Это успех, который не полностью

признан. Да — была гражданская война в Таджикистане, но в 1997 году она была

довольно успешно закончена.

Page 63: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

Частично данную проблему удалось решить при помощи соседей: в этом

процессе сыграли положительную роль Россия, Узбекистан и Иран. Также правда

и то, что в регионе существовала проблема терроризма. И несмотря на

нестабильность на юге — не только в Афганистане, но и в Пакистане — здесь

есть мир и более или менее безопасно. Конечно, терроризм из Афганистана

может перекинуться в этот регион, поскольку "Талибан" становится сильнее. Как

это будет влиять на регион, пока трудно сказать.

По мнению же Верховного представителя Евросоюза по иностранным делам

и политике безопасности Федерики Могерини, для которой Самаркандская

встреча стала третьим мероприятием подобного рода, в последние годы она

имела возможность наблюдать тенденцию к интеграции в регионе.

По ее словам, это весьма позитивное явление, благодаря которому вопросы,

по природе своей не разрешимые странами в одиночку (например, управление

приграничными водными ресурсами) или более успешно решаемые на уровне

региона, чем в отдельных странах (к примеру, противодействие терроризму и

радикализации), все чаще решаются инновационными методами и совместными

усилиями. Могерини заверила, что Европейский союз готов способствовать

процессу региональной интеграции и проведению обсуждений для поиска общих

решений.

А по мнению заместителя министра иностранных дел РФ Александра

Панкина, в целях укрепления заслона распространению международного

терроризма, противодействия наркотрафику в общем регионе (а Россия — сосед

Центральной Азии) есть необходимость совершенствования существующих

механизмов обеспечения контртеррористической защищенности. В том числе (в

рамках) ОДКБ, РАТС ШОС и АТЦ СНГ.

Важно отметить, что Азербайджан неоднократно упоминался в

выступлениях участников в контексте развития связей стран региона с

Page 64: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

сопредельными государствами, а также в контексте развития системы

транзитного сообщения.

Азербайджан рассматривается в качестве важного партнера и в решении

вопросов безопасности, в частности, в рамках прикаспийского сотрудничества.

Что отрадно, если учесть, что взаимозависимость разных стран и регионов

способствует их интеграции и повышению потенциала сотрудничества для

устойчивого развития обществ, что и было конечной целью конференции в

Самарканде.

DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNƏ DAİR 2 İLLİK HESABAT

TƏQDİM OLUNDU

Qərbi Kaspi Universitetində Tətbiqi Politologiya Mərkəzi tərəfindən

hazırlanan “Dağlıq Qarabağ münaqişəsinə dair 2016-2017-ci illəri əhatə edən

hesabat” kitabçasının təqdimatı olub. Universitetdə baş tutan təqdimat tədbirində

Tətbiqi Politologiya Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu, mərkəzin

üzvü olan gənc politoloqlar və media nümayəndələri iştirak ediblər.

Page 65: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

Musavat.com xəbər verir ki, tədbir Dağlıq Qarabağ uğrunda şəhid olmuş

vətəndaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra

çıxış edən politoloq Elxan Şahinoğlu ilk olaraq yeni yaranmış Tətbiqi Politologiya

Mərkəzi haqqında məlumat verdi.

O bildirdi ki, Qərb Universitetinin nəzdində yaradılan bu mərkəz artıq 3 aya

yaxındır ki, fəaliyyət göstərir: “Mərkəzin iki laboratoriyası var. Onlardan biri

Qarabağ, digəri isə multikulturalizm laboratoriyasıdır. Qarabağ laboratoriyasının və

ümumən mərkəzin rəhbəri mənəm. Çalışmamız müxtəlif istiqamətlərdədir. Daha çox

Qarabağ münaqişəsinin həllinin monitorinqini aparıb, danışıqları izləyirik.

Tələbələrimiz də bu istiqamətdə çox fəallaşıblar və artıq mediada da yazıları dərc

olunur. İnanıram ki, bu tələbələr qarşıdakı illərdə politoloq kimi yetişəcəklər. Tədbirə

gəlincə qeyd edim ki, hər il çalışırıq ki, Qarabağla bağlı ilin yekunlarını hazırlayaq.

Artıq bu, 10 ildir ki, davam edir. Kitabçalarımızda informatik hissə ilə yanaşı, analitik

hissə də yer alır. Bu il qərara gəldik ki, ənənəvi tədbirimizi Tətbiqi Politologiya

Mərkəzimizdə keçirək. Bundan əlavə, 500 respondent arasında Qarabağla bağlı sorğu

da keçirdik ki, onun da nəticələri bu kitabçada əks olunub”.

Page 66: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

E.Şahinoğlu yada salıb ki, 2017-ci il Rusiyanın xarici işlər naziri Sergey

Lavrovun mətbuat konfransı ilə başladı: “Belə bir cümlə işlətdi ki, Qarabağ

Azərbaycanın daxili işi deyil. Mesajı belə oxumaq lazım idi ki, məsələni hərb yolu ilə

həll etmək istəyiriksə, bu qərarı biz verə bilmərik. Dərhal da Azərbaycanın xarici işlər

naziri Elmar Məmmədyarov cavab verdi ki, əslində Rusiyanın əlində böyük imkanlar

var və istəsə bu münaqişənin həllini sürətləndirə bilər. Deməli, problem istəklə bağlıdır.

Daha sonra isə Ermənistanda dırnaqarası referendum keçirildi və prezidentin

səlahiyyətləri artırıldı. Bu barədə də kitabçada geniş analiz var. Ermənistan

hakimiyyətində də müəyyən dəyişikliklər oldu. Bu da əslində 2016-cı ilin hadisələri ilə

bağlı idi. Çünki aprel döyüşləri Ermənistan ordusunda olan acınacaqlı halı ortaya

çıxardı. Əsas hadisələrdən biri də Türkiyə və Rusiya prezidentlərinin görüşü idi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirdi ki, Qarabağ məsələsi ilə

bağlı Putinlə görüşü zamanı danışırlar. Çox təəssüf ki, qarşı tərəfdən buna böyük maraq

görmədik. Ərdoğan da bildirdi ki, Putinlə bu məsələ barəsində danışdıq və o,

münaqişənin həllində ümidli olmadığını söylədi. Bu da yenə onu göstərir ki, Rusiya

münaqişənin həllində maraqlı deyil. Yekun olaraq 2017-ci ildə Qarabağ münaqişəsinin

həlli baxımından itirilmiş ildir. 2018-ci ildən də böyük gözləntilərim yoxdur”.

Daha sonra isə mərkəzin gənc politoloqları çıxış edərək, fikirlərini bildirdilər.

4-cü kurs tələbəsi Eltur Qasımov söylədi ki, əslində Dağlıq Qarabağ problemi

göründüyündən qəlizdir: “Kiçik ərazi kimi düşünülə bilər. Ancaq nəzərə alaq ki,

Azərbaycan geosiyasi sendviç kimidir. İri dövlətlərin arasında qalıb. Müharibə təkcə

cəbhədə deyil. Təhsildən başlayaraq, sosial şəbəkələrdəki davranışımıza qədər diqqətli

və hazır olmalıyıq”.

E.Şahinoğlu da E.Qasımovun fikirlərini dəstəkləyərək söylədi ki, biz hər

baxımdan düşməndən bir addım öndə durmalıyıq: “1990-cı illərdə biz informasiya

blokadasındaydıq. Azərbaycanın mövqeyi heç yerdə nəzərə alınmırdı. Ancaq bu gün

artıq informasiya blokadasını yara bilmişik və tələbələrimiz müxtəlif ölkələrdə çıxışlar

edə bilirlər. Ancaq görəcəyimiz çox iş var”.

Page 67: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

4-cü kurs tələbəsi, gənc politoloq Ağa Zeynalov da çıxış edərək bildirdi ki,

Qarabağ münaqişəsi bizim üçün günbəgün qəlizləşir: “Rusiya məsələnin həllində

istəkli deyil. Bu yaxınlarda olan danışıqlarda üç maddəlik məsələ vardı ki, orada da

maddələr bir-biri ilə ziddiyyət təşkil edirdi. Buradan da görünür ki, Rusiya münaqişənin

həllində maraqlı deyil. Prosesin Kremldən idarə olunması da danılmaz faktdır”.

Çıxış edən mərkəzin üzvü Turan Rzayev bildirdi ki, Azərbaycanın bölgədə

güc sahibi olmasından ehtiyat edirlər: “Ona görə də münaqişənin həllində maraqlı

deyillər. Bu dövlətləri inandırmalıyıq ki, Azərbaycan əksinə, onlar üçün güclü tərəfdaş

ola bilər. Bu həm iqtisadi, həm də siyasi sahədə belədir. Eyni zamanda Azərbaycan da

daha güclü müttəfiqlər axtarmalıdır. Məsələnin həllində Rusiya əsas fiqurdur və

çalışmalıyıq Rusiyanı başa salaq ki, biz onlara Ermənistandan daha faydalıyıq”.

E.Şahinoğlu da bildirib ki, Rusiyanın mövqeyi bizi narahat etsə də, onlarla

işləmək lazımdır: “Müsbət haldır ki, artıq Rusiyada Maksim Şevçenko kimi ekspertlər

bildirirlər ki, Qarabağ Azərbaycanındır. Bu fikri orada daha da gücləndirməliyik”.

Mərkəzin xanım ekspertlərindən olan Sevda Məmmədova da çıxış edərək

söylədi ki, ABŞ da münaqişənin həllinə maraq göstərmir: “İstər Barak Obama,

istərsə də Tramp münaqişəni dillərinə gətirmədilər. Hər halda böyük dövlətlərin

təzyiqləri olmasa, münaqişənin sülh yolu ilə həlli məsələsi çətin olacaq”.

Daha sonra Tətbiqi Politologiya Mərkəzinin digər üzvləri də fikirlər

söylədilər. Sonda isə tədbirdə iştirak edən jurnalistlər politoloq Elxan Şahinoğluna öz

suallarını ünvanladılar.

ERMƏNİSTANDA SEÇKİ BAZARLIĞINA START VERİLDİ

Zeynalabid ƏMRƏLİYEV,

Qərbi Kaspi Universitetinin Siyasi və İctimai Elmlər fakültəsinin

1-ci kurs tələbəsi

Page 68: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

Ermənistanda hazırda əsas sual budur: parlament respublikasının ilk prezidenti

kim olacaq?

2018-ci il Ermənistanda secki ili kimi yadda qalacaq. İsğalçı dövlətin prezidenti

Serj Sarkisyanın hakimiyyət müddəti basa çatdığı üçün ölkə özünə yeni prezident

seçməlidir. Bundan başqa, baş nazir postu uğrunda da mübarizə gedəcək. Çünki növbəti

baş nazirin statusu prezidentin statusundan yüksək olacaq. Serj Sərkisyan da ona çalışır

ki, prezident kürsüsünü öz adamına ötürüb baş nazir kreslosuna yiyələnsin.

Hakim Respublikaçılar Partiyasının prezidentliyə namizədi bu ölkənin Böyük

Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri, keçmiş baş nazir Armen Sarkisyan

olacaq. Ancaq Armen Sarkisyan bu haqda açıqlama verməkdən hələ ki, boyun qaçırır.

Aydındır ki, prezidenti bu dəfə əvvəlkindən fərqli olaraq xalq deyil, parlament seçəcək.

Sarkisyan prezident seçkilərinə ənənəvi ortağı Daşnaksütyun Partiyası ilə gedir.

Page 69: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

Buna baxmayaraq, iki partiyanın səsi Armen Sarkisyanın birinci turda qələbə

çalması üçün yetərli olmayacaq. Çünki birinci turda qalib gəlmək üçün 79 səs tələb

olunur, iki partiyanın ortaq səsi isə 65 edir. Qeyd edim ki, seçki prosesi fevralın 18-dən

martın 10-a qədər davam edə bilər. Belə olanda ehtimal ki, Armen Sarkisyan ikinci

turda seçiləcək . İkinci tur isə martın 2-də keçiriləcək.

Serj Sarkisyan məsələni birinci turda həll etmək üçün səylərini artırıb və müxalif

Tsarukyan Bloku ilə razılaşmaga çalışır. Ancaq bu blok son qərarını verməyib və

Armen Sarkisyanın özü ilə görüşmək istəyir. Bu haqda açıqlamanı blokun üzvü Nariya

Zöhrabyan “Azadlıq” radiosunun Ermənistan bürosuna müsahibəsində bildirib. Onun

ardınca daşnakların lideri Armen Rüstəmyan da son qərarlarını vermədiklərini, Armen

Sarkisyanla görüşmək istədiklərini bildirib. Sarkisyanın dəstək almaq istədiyi digər

müxalifət franksiyasi olan Yelk Bloku isə bu təklifdən imtina edərək seçkilərə öz

namizədi ilə qatılacagını bildirib. Ancaq Yelk Blokunun seçkilərə öz namizədi ilə

qatılması çətin görünür. Çünki bunun üçün ən azı 27 deputatın imzası tələb olunur. Yelk

Bloku isə parlamentdə bu qədər mandata sahib deyil. Yelk dəstək ücün Tsarukyan

Blokuna müraciət etsə də, sonuncu bundan qəti imtina edib.

Bəzi məlumatlara görə, hakim partiya müxalifətdən lazımi dəstəyi görməsə,

seçkilərə B variantı ilə gedəcək. B variantının isə seçkiyə basqa namizədlə getmək

oldugu və bu namizədin hakim partiyanın parlament franksiyasının rəhbəri Viqran

Baqdasaryan oldugu bildirilir. Hər halda, artıq seçkiyə 1 ay qalmasına baxmayaraq, nə

hakimiyyət, nə də müxalifət yekdil qərara gələ bilmir. Görünən odur ki, Ermənistanda

hələ siyasi bazarlıqlar davam edəcək.

TƏTBİQİ POLİTOLOGİYA MƏRKƏZİNİN EKSPERTLƏRİNİN

FİKİRLƏRİ DİNLƏNİLDİ

“1905.az” portalında 31 yanvar 2018-ci ildə Qərbi Kaspi Universitetinin

nəzdində fəaliyyət göstərən Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu

Page 70: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

və mərkəzin ekspertlərinin iştirakı ilə Türkiyənin Suriya ərazisində həyata keçirdiyi

“Zeytun budağı” əməliyyatını müzakirə etdik.

Elxan Şahinoğlu Tətbiqi Politologiya Mərkəzinin fəaliyyəti ilə bağlı məlumat

verdi. Bildirdi ki, mərkəzdə politologiyanın daha çox praktik tərəfi ilə məşğul olmağa

üstünlük verilib və son 2 ayda çox sayda tələbə bu prosesə qoşulub. Onlar

diskussiyalarda həvəslə iştirak edirlər və ötən dövrdə xeyli yazıları dərc olunub.

E.Şahinoğlu bildirdi ki, görüşdə iştirak edən tələbələr də mərkəzin aparıcı

ekspertləridir. Yuxarı kurs tələbələridir, elə bu gün müzakirə ediləcək mövzu ilə də

bağlı son dövrlərdə 10-dək yazıları dərc olunub.

Saytın rəhbəri Fuad Babayev qonaqları salamlayaraq “Zeytun budağı”

əməliyyatının Türkiyənin dövlət maraqlarından qaynaqlandığını qeyd etdi və

iştirakçıların bu əməliyyatla bağlı fikirləri ilə maraqlandı.

Page 71: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

Yadigar Nağıyev bildirdi ki, bu əməliyyatı Türkiyə Suriya xalqının rifahı naminə

keçirir. Vaxtilə Suriya öz ərazisində təyyarələr və ağır texnikalarla öz vətəndaşlarına

qarşı hərbi əməliyyatlar keçirirdi. Türkiyə isə Suriya ərazisindəki əməliyyatları elə bir

həssaslıqla keçirir ki, dinc insanlar arasında demək olar ki, heç bir itki yoxdur.

Qadir Kazımov qeyd etdi ki, bu əməliyyatda Türkiyənin beynəlxalq aləmdəki

imici daha önəmlidir.

Fuad Babayev vəziyyətin bu həddə gəlib çatmasının səbəbləri ilə bağlı

iştirakçıların fikirlərini soruşdu.

Tural Rzayev Türkiyədə iqtidarın son illərdə çox gücləndiyini nəzərə çatdırdı və

qeyd etdi ki, bu gün bölgədə hər mənada müstəqil siyasət yeridən bir Türkiyə var. O,

Türkiyənin öz ərazisində PKK-ya güclü zərbələr vurduqca, bu terrorçu təşkilatın

üzvlərinin Şimali İraq və Suriya ərazisində cəmləşdiyini bildirdi.

Elxan Şahinoğlu söylədi ki, iki ökə arasında münasibətlər əvvəllər normal olub:

“Vətəndaş müharibəsi, qırğınlar başlayandan sonra münasibətlər gərginləşdi. Qeyd

etmək lazımdır ki, terror Suriya ərazisinə dərhal hakim olmadı. Vətəndaş müharibəsi

başlayanda DAEŞ münbit vəziyyətdən istifadə edərək İraqdan Suriyaya keçdi”.

Türkiyənin Suriyada apardığı əməliyyatlar haqqında da danışan Elxan Şahinoğlu

bildirdi: “Türkiyədəki uğursuz hərbi çevrilişdən sonra ordunun nüfuzuna ciddi xələl

gəlmişdi. Bu əməliyyatla ordunun əvvəlki nüfuzu bərpa olundu. Lakin ciddi diplomatik

uğuru da qeyd etməyə bilmərəm. Əməliyyat başlanandan sonrakı dəqiqələrdə Moskva

və Tehranla təmaslar quruldu. Beləcə, Moskvadan Əsədə tövsiyə edildi ki, çox da ciddi

reaksiya verməsin. Heç bir ölkə PKK-ya görə Türkiyə ilə düşmən olmaq istəmir.

Əməliyyat Türkiyənin təhlükəsizliyi baxımından vacibdir, amma gələcəkdə narazı

dövlətlərin artacağı da istisna edilmir. Məncə, Türkiyə bundan özünü qorumalıdır”.

Müzakirələrdə daha sonra Türkiyə – Suriya, Türkiyə – ABŞ və digər məsələlərlə

bağlı fikir mübadiləsi aparıldı.

Page 72: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

Gündüz Nəsibov,

1905.az

20 YANVAR FACİƏDİR, YOXSA XALQIN QƏHRƏMANLIQ

SALNAMƏSİ?

Page 73: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

20 yanvar hadisələrinin üstündən 28 il keçdikdən sonra da bu sualı yenə özümə

verirəm: 20 yanvar baş verməyə bilərdimi?

Bu suala illərdir cavab axtarmağa çalışıram. Həmin günu və ona aparan yolu

saatbasaat xatırlayıram. 19 yaşım var idi. Bakı Dövlət Universitetinin tələbəsi idim.

Üstündən illər keçikdən sonra bu qənaətə gəlirəm ki, Moskva bütün hallarda bizi

cəzalandırmağı düşünürdü, düyməyə artıq basılmışdı, yanvarın 20-də olmasa da,

hansısa başqa gün sovet qoşunları Azərbaycana kütləvi surətdə daxil olmalıydı. Çünki

bundan əvvəl SSRİ-nin belə “təcrübəsi” olmuşdu.

Stalindən sonra hakimiyyətə Nikita Xruşşov gəldi və respessiya siyasətinə son

qoyuldu. Düşünülürdü ki, insanlar artıq qorxmadan rahat yaşamağa başlayacaq və

fikirlərini gizlətmədən söyləmək imkanına malik olacaqlar. Ancaq elə ilk imkanda

bunun belə olmadığı aydınlaşdı. Macarıstan 1956-cı ildə SSRİ-nin məcburi

himayəsindən azad olub öz yolu ilə getmək istədi. Stalin 3 il əvvəl ölsə də, onun siyasəti

sağ idi və SSRİ qoşunları Macarıstana daxil olaraq insanların seçiminə mane oldu, bu

ölkəni qətllər hesabına növbəti dəfə işğal etdilər. Eyni hadisə 1968-ci ildə Praqada baş

verdi. SSRİ-də elan olunan “yenidənqurma” siyasəti də heç nəyi dəyişmədi, 1986-cı

ildə Qazaxıstanda, 1989-cu ildə isə Gürcüstanda insanların üzərlərinə tanklar

göndərildi, qətllər törədildi.

O zaman səhv düşünürdük. Elə bilirdik ki, bu qədər qətliam törədən bir ölkə, bir

mərkəz – Moskva yaxşı dərs alıb, Tbilisi hadisələrinin təsiri altında humanistləşib və

bu səhvini bir daha təkrarlamaz. Ancaq Tbilisi hadisələrinin heç bir ili tamam olmadan

Bakıda qan tökdülər və Tbilisidə baş verənlərin fonunda Azərbaycandakı qətliam daha

geniş miqyas aldı. SSRİ rəhbərliyi eyni qətliamı bir az kiçik miqyasda Riqada törətdi.

Deməli, imperiya islah olunmamışdı. Yəni qan tökmək, millətlərin oyanışını boğmaq

SSRİ-nin imperiya xislətində var idi. Ona görə də sadaladıqlarımızın fonunda 20 yanvar

hadisələrinin baş verməyəcəyini ehtimal etmək çətindir. Azərbaycan xalqı oyanmışdı.

Erməni separatizmi və azərbaycanlıların Ermənistandan və Dağlıq Qarabağdan

qovulması olmasaydı, biz müstəqllik uğrunda daha fərqli mübarizə aparar, bəlkə də

Page 74: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

toqquşma ehtimalı risqini azaltmağa çalışardıq. Ancaq erməni separatizminin fəaliyyəti

bu risqi azaltmağa imkan vermədi.

20 yanvar hadisələrindən təxminən 3 il əvvəl Dağlıq Qarabağda separatizm baş

qaldırmışdı. Xankəndidə (keçmiş adı Stepanakert) mitinqlər başlamışdı. Bu, biz

azərbaycanlıların alışmadığı durum idi. Birincisi, Dağlıq Qarabağda yaşayan

ermənilərin böyük hüquqları var idi, istədikləri kimi yaşayırdılar, Ermənistana gedib

təhsil alır və müxtəlif peşələrdə çalışırdılar. Ancaq beyinlər artıq zəhərlənmişdi.

Separatizmə hazırlıq illər öncə başlamışdı, sadəcə, bizim bundan xəbərimiz yox

idi, xəbəri olanların çaldıqları həyəcan təbilinə isə diqqət yetirən az idi. Beləcə,

təxribatlar başladı, Dağlıq Qarabağda ərazilər tutulmağa başladı, azərbaycanlıları həm

Ermənistandan, həm də tədricən Dağlıq Qarabağdan sıxışdırıb çıxarmağa başladılar.

Bütün bunlar Azərbaycanın o zamankı hakimiyyətinin gözü qarşısında baş verir və heç

bir tədbir görülmürdü. Moskva da susurdu, faktiki bizim əsəblərimizlə oynayırdılar.

SSRİ-nin rəhbəri Mixail Qorbaçovun erməni müşaviri Aqanbekyan hələ o illərdə

Fransanın “Humanite” qəzetinə verdiyi müsahibədə açıq deyirdi ki, Dağlıq Qarabağ

Page 75: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

Ermənistana verilməlidir. Yəni faktiki Azərbaycana və azərbaycanlılara qarşı güclü bir

tələ qurulmuş və bizə qarşı planı hazırlayanların içərisində 4 qüvvə var idi.

Birinci qüvvə Dağlıq Qarabağdakı gizli separatçı qruplar idi, hansılar ki, sonrakı

dövrdə açıq fəaliyyətə başladılar.

İkinci qrupda Ermənistandakı müxtəlif qüvvələr yer almışdı.

Üçüncü qüvvə dünyadakı erməni lobbisi idi.

Dördüncü qüvvə isə SSRİ hakimiyyətində erməni separatizminə dəstək verənlər

idi. Onlar Qorbaçovun ətrafında yer almışdılar. 20 yanvar hadisələrini törədənlərin və

planlayanların başında məhz 4-cü qrupda yer alan şəxslər dayanırdı.

Yüzminlərlə insan “Azadlıq” meydanında Dağlıq Qarabağdakı separatizmə,

Ermənistanda və Dağlıq Qarabağda yaşayan azərbaycanlıların qətliamına etiraz edirdi.

Elə günlər oldu ki, meydanda 800 minə yaxın insan toplaşdı. Bu gedişat Moskvanı

narahat etməyə bilməzdi. Azərbaycan addım-addım müstəqilliyə doğru gedirdi.

Moskva bu prosesin qarşısını almağa artıq qərar vermişdi. Sadəcə, bəhanəyə və

təxribata ehtiyacı var idi. SSRİ-nin Təhlükəsizlik Nazirliyi olan “KGB” iş başında idi,

qoşunların Bakıya girişi üçün təxribatlar planlayır və onları reallaşdırdı.

SSRİ hakimiyyəti separatizmə başlayan, Ermənistandan və Dağlıq Qarabağda

azərbaycanlıları sıxışdıran və əlləri qana batan separatçıları neytrallaşdırmaq əvəzinə

buna etiraz edən Azərbaycan xalqını cəzalandırmağı qərara aldı və 20 yanvar baş verdi.

“Bu hadisə baş verməyə bilərdimi” sualına bir daha qayıdarkən mənim cavabım

belədir: Ola bilsin yanvarın 20-də olmayacaqdı, ancaq Moskva düyməyə basmışdı və

bizi həmin ilin bir başqa tarixində cəzalandıracaqdılar.

Bu hadisələrin üstündən 28 il keçdikdən sonra bir başqa sual da düşündürücüdür:

20 yanvar faciə idi, yoxsa qəhrəmanlıq salnaməsi? Fərqli fikirlər var. Mənim qənaətim

qətidir: 20 yanvar Azərbaycan xalqının qəhrəmanlıq salnaməsiydi.

20 yanvar imperiyanın qırılma nöqtəsinə çevrildi. Həmin gün xeyli şəhid verdik,

eyni zamanda mətinləşdik və müstəqilliyimizin alternativinin olmadığını dərk etdik.

Page 76: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

Əlbəttə, özlüyündə faciədir, yüzlərlə vətəndaşımızı itirdik. Ancaq qəhrəmanlıq

nümunəsi göstərildi və bütün dünya anladı ki, Azərbaycan və azərbaycanlılar

müstəqilliyə can atırlar və dünyanın ən qaniçən imperiyası belə bizləri saxlamaq

gücündə deyil. Elə də oldu, bir il sonra imperiya çökdü və Azərbaycan müstəqilliyinə

qovuşdu.

20 yanvar baş verəndə Azərbaycan tamamilə informasiya blokadasında idi. SSRİ

birinci və sonuncu prezidenti Mixail Qorbaçova Qərbdə, o cümlədən ABŞ-da

inanırdılar. Çox qəribə situasiya yaranmışdı. SSRİ xalqları Qorbaçova nifrət edir,

xaricdə isə ona böyük simpatiya var idi. Görünür, Qərbə Qorbaçov kimisi sərf edirdi.

Çünki Mixail Qorbaçov SSRİ-nin müxtəlif şəhərlərində törətdiyi qətliamlarla SSRİ-nin

süqutunu yaxınlaşdırırdı. Qərbə də elə bu lazım idi. Qərb 20 yanvar hadisələrinə qanı

tökən Mixail Qorbaçovun prizmasından baxır, onun saxta versiyasına inanırdı, hətta

Qərb mətbuatında SSRİ qoşunlarının Azərbaycanda İslam radikalları ilə savaşdığına

dair yalan xəbərlər yayılırdı. Halbuki, qətlə yetirilən vətəndaşlarımız arasında bütün

millətlərin nümayəndələri, o cümlədən ruslar, yəhudilər və digər millətlərin

nümayəndələri var idi və biz onlarla fəxr edirik.

Buna baxmayaraq, informasiya blokadası güclü idi, Qərb Moskvaya və erməni

lobbisinə inanırdı. Bircə Türkiyə Moskvanın saxta xəbərlərinə inanmamış, o ağır

günlərdə hələ SSRİ-nin tərkibində olan Azərbaycana və azərbaycanlılara inanmış,

İstanbul və digər şəhərlərdə 20 yanvar hadisələrinə etiraz mitinqləri düzənləmiş,

Azərbaycandakı qardaşlarını dəstəkləmişdilər.

İnformasiya blokadasının yarılmasında mərhum dövlət başçısı Heydər Əliyevin

mühüm rolu oldu. O bu hadisələrdən bir neçə il əvvəl SSRİ rəhbərliyindən

uzaqlaşdırılmışdı, Moskvadakı evində yaşayırdı. Ancaq bütün təhlükələrə baxmayaraq,

qətliamı törədən şəhərdən – Moskvadan SSRİ-ni ittiham etdi, azərbaycanlıları qətlə

yetirdiyini gur səslə dünyaya çatdırdı. O zaman Azərbaycan müstəqil deyildi,

Moskvada Azərbaycanın səfirliyi yox idi, sadəcə nümayəndəlik fəaliyyət göstərirdi.

Heydər Əliyev həmin nümayəndəliyə gələrək dünya media təmsilçiləri qarşısında çıxış

Page 77: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

etdi, onların suallarına cavab verdi və qətliamın əsl üzünü açdı. SSRİ-nin hələ qılıncının

kəsərli olduğu günlərdə ulu öndər sovet hərbi birliklərinin Azərbaycan xalqını

cəzalandırmasına etiraz etdi və bununla Kremlə meydan suladı. Həmin an ulu öndər

şəxsi təhlükəsizliyini əsla düşünmür, xalqının yanında olduğunu və onu dəstəklədiyini

nümayiş etdirirdi. Bu, informasiya blokadasının yarılmasında vacib addım idi.

İndi, hadisələrin üstündən 28 il keçdikdən sonra informasiya blokadasını yarmışıq,

dünya bizim də səsimizi eşidir, əgər əvvəllər ancaq Qərb ölkələrinin bəzi parlamentləri

saxta “erməni soyqırımını” tanıyırdılarsa, indi Xocalı soyqırımını da tanıyır və erməni

separatçılarının Xocalıda soyqırım törətdiyini etiraf edirlər.

Beləliklə, 20 yanvar SSRİ-nin dağılmasını və Azərbaycanın müstəqilliyini

sürətləndirdi. Ancaq təəssüf ki, 20 yanvar hadisələrini doğuran səbəb – erməni

separatizmi və işğalı hələ ortadan qaldırılmayıb. İnşallah, bir gün torpaqlarımızı da

tamamən azad edib “Şəhidlər Xiyabanı”nda uyuyan soydaşlarımızın ruhunu şad edərik.

Elxan Quliyev

Page 78: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

XOCALI: HEÇ KİM VƏ HEÇ NƏ UNUDULMUR!

Dərgimizin nəşr edilməsi Xocalı soyqırımının qeyd edildiyi günlərə təsadüf

etdiyindən sonuncu materialımızı məhz bu mövzuyla bitirmək qərarına gəldik. Əlbəttə,

geniş məqalə yazıb baş verənləri bir daha xatırlamaq olardı. Ancaq biz fərqli qərar

verdik, sual-cavab formasına üstünlük verdik ki, nələrin və necə baş verdiyini, hansı

reaksiyalar verildiyini heç zaman unutmayaq.

Xocalı soyqırımı nə zaman baş verib?

Page 79: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın

366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda soyqırım törədib, mülki əhalinin əksər

hissəsi vəhşicəsinə qətlə yetirilib.

Soyqırımda nə qədər azərbaycanlı qətlə yetirilib?

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla,

613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki

valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq

olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150

nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

İnsanları necə qətlə yetiriblər?

Dörd gün ərzində Xocalı istiqamətindən yaxınlıqdakı Ağdam rayonuna təxminən

200 cəsəd gətirilib. Onlarla cəsədin üzərində işgəncə əlamətləri olub. Ağdamda tibbi

qatarda işləyən həkimlər azı dörd cəsədin başının dərisinin soyulduğunu və bir cəsədin

başının kəsildiyini qeydə alıb. Ağdamda 181 meyidin (130 kişi, 51 qadın, o cümlədən

13 uşaq) məhkəmə-tibbi ekspertizası aparılıb; ekspertlərin gəldiyi nəticələrə görə, 151

nəfər güllə yarasından, 20 nəfər mərmi yaralarından, 10 nəfər isə küt alətlə yetirilən

zərbədən dünyasını dəyişib.

Xocalı soyqırımının şahidləri nə deyirdilər?

Tərəvəz mağazasında işləmiş 33 yaşlı Nigar Əzizovanın "Helsinki Watch"-a

dediklərindən:

“Mən ortada idim və irəlidə olan insanların əksəriyyəti öldürülmüşdü.

Naxçıvanikdə (Xocalı yaxınlığındakı kənd) bu insanların irəlidən öldürüldüyünü

gördük. Onlar qışqıraraq ölürdülər. Onları üzlərindən tanıyırdım. Onların üzərindən

keçdikdə üzlərini görürdüm. Uşaqlar görməsin deyə onların gözlərini bağlayırdıq”.

Sonradan əsir götürülən gənc azərbaycanlı qadının "Helsinki Watch"-a

dediklərindən:

Page 80: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

“Ora şumlanmış sahə idi. Biz oraya yaxınlaşdıq və onların atəş açmağa

başladığını gördük. Bu sahədə altmışa qədər ölmüş insan gördüm. Mənimlə birlikdə

qaçanlar yıxılaraq ölürdülər”.

Xocalı soyqırımının şahidi olmuş 50 yaşlı Baloğlan Allahyarovun dediklərindən:

“Naxçıvanikə səhər saat 8:00-da çatdıq və onlar atəş açan zaman bir sahənin

ortasında idik. Onlar yalnız bir istiqamətdən – meşədən atəş açırdılar. Sonra biz bu

sahədən həyat yoldaşımın və baldızımın öldürüldüyü dərəyə doğru qaçdıq. Onlar

təxminən iyirmi metr məsafədən öldürülmüşdü. Baldızım üç yerdən vurulmuşdu – baş,

qarın və ayaq nahiyəsindən. Həyat yoldaşıma arxadan atəş açılmışdı. Ermənilər

onların üzüklərini götürmüşdülər”.

Xocalı sakinlərinin əmlakları necə ələ keçirildi?

Qətliamdan qaçmağa müvəffəq olan Xocalı sakinləri hətta zəruri əşyalarını belə

götürə bilməmişdilər. Erməni silahlı qüvvələrinin Xocalıdan çıxardıqları sakinlərə heç

olmasa əşyalarının bir hissəsini götürməyə imkan verilmədi. Rusiyanın “Memorial”

insan haqları təşkilatının müşahidəçiləri şəhərdə azğın, heç nə ilə qarşısı alınmayan

soyğunçuluğun şahidi olmuşdular. Şəhərdə qalan əmlak Xankəndi və yaxınlıqdakı

yaşayış məntəqələrinin əhalisi tərəfindən daşınırdı. Çox evlərin darvazalarında onların

yeni sahiblərinin adları yazılmışdı. Dağlıq Qarabağ separatçılarının rəhbərlərinin

qərarına əsasən, ehtiyacı olan ermənilər Xocalıdakı evlərə köçürülür və bunun üçün

onlara nömrələr verilirdi.

Dövlət başçıları soyqırım haqqında nə deyiblər, hansı qərarlar veriblər?

1993-cü ildə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin təşəbbüsü ilə

fevralın 26-sı Xocalı soyqırımı günü kimi qəbul edildi. Heydər Əliyevin 25 fevral

1997-ci il tarixli qərarına əsasən, hər il fevral ayının 26-da saat 17.00-da Azərbaycan

Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti

olaraq, bir dəqiqəlik sükut elan olunur. Heydər Əliyev Xocalı soyqırımının onuncu

Page 81: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

ildönümü ilə əlaqədar Azərbaycan xalqına 2002-ci il 25 fevral tarixli müraciətində qeyd

edirdi:

“Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur.

Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun

ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə

insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm

şərtdir”.

Azərbaycan prezidenti İlham Əliyev 2014-cü ildə Xocalı soyqırımı haqqında

bunları qeyd edib:

“Xocalı faciəsi iki yüz ilə yaxın bir müddət ərzində erməni millətçilərinin və

onların havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı

siyasətinin davamı və qanlı səhifəsi idi”.

Xocalı soyqırımı ilə bağlı yürüş nə zaman keçirilib?

2017-ci ildə Bakının “Azadlıq” meydanından Xətai rayonunda ucaldılmış “Ana

Harayı” abidəsinə doğru hərəkətə başlayan yürüşdə 40 mindən çox insan iştirak edib.

Xocalı soyqırımını hansı dövlətlərin parlamentləri tanıyıb?

Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan

tanıyıb. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Bosniya

və Herseqovina, Çexiya, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və

Şotlandiya tanıyıb. İndiyədək ABŞ-ın 22 ştatı Xocalı qətliamını tanıyan sənəd qəbul

edib.

XOCALI SOYQIRIMININ QURBANLARI AZƏRBAYCANLILARIN

VƏ İNANIRIQ Kİ, HƏM DƏ BƏŞƏRİYYƏTİN XATİRƏSİNDƏ

YAYAŞIR VƏ DAİMA YAŞAYACAQDIR! QƏTLİAMI

Page 82: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

PLANLAŞDIRANLAR VƏ HƏYATA KEÇİRƏNLƏR İSƏ ƏDALƏT

MƏHKƏMƏSİ QARŞISINDA CAVAB VERƏCƏKLƏR!

HEÇ KİM VƏ HEÇ NƏ UNUDULMUR!

MÜNDƏRİCAT

1. Ramiyyə MƏMMƏDOVA,

Qərbi Kaspi Universitetinin Siyasi və İctimai Elmlər fakültəsinin

dekan müavini

XƏZƏRİN STATUSU 2018-Cİ İLDƏ MÜƏYYƏNLƏŞƏCƏKMİ?....

3

2. Turan RZAYEV,

Qərbi Kaspi Universitetinin Siyasi və İctimai Elmlər fakültəsinin

4-cü kurs tələbəsi

ATƏT-İN YENİ SƏDRİ OLAN İTALİYADAN DAĞLIQ

QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ

GÖZLƏNTİLƏRİMİZ.............................................................................

7

3. Yadigar NAĞIYEV,

Qərbi Kaspi Universitetinin Siyasi və İctimai Elmlər fakültəsinin

3-cü kurs tələbəsi

TÜRKİYƏ BÖLGƏNİN ƏSAS AKTORUNA ÇEVRİLİB....

13

4. Sevda MƏMMƏDOVA,

Qərbi Kaspi Universitetinin Siyasi və İctimai Elmlər fakültəsinin

3-cü kurs tələbəsi

Page 83: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

AZƏRBAYCANIN İŞĞAL ALTINDAKI TORPAQLARI

İSTƏNİLƏN YOLLA GERİ QAYTARMAQ HÜQUQU VAR............

18

5. UKRAYNA SƏFİRİ: “DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ HƏLL

OLUNMALIDIR”.........................................................................

21

6. SEPARATÇILIĞA KƏNAR DƏSTƏK OLMAZSA,

MÜNAQİŞƏLƏR TEZ HƏLL OLUNAR..............................................

23

7. Elxan ŞAHİNOĞLU,

Siyasi analitik, Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya

Mərkəzinin rəhbəri

QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ İSLAM AMİLİ............

25

8. PETR VAQNER: “ÇEXLƏRİN AZƏRBAYCANA

GƏLMƏLƏRİNİN MARAQLI TARİXÇƏSİ VAR”............................

33

9. Qadir KAZIMOV,

Qərbi Kaspi Universitetinin Siyasi və İctimai Elmlər fakültəsinin

2-ci kurs tələbəsi

HƏRBİ BAXIMDAN AZƏRBAYCANLA ERMƏNİSTAN

ARASINDAKI ÖNƏMLİ FƏRQLƏR.....................................................

41

10. VASİTƏÇİLƏRƏ İNAM AZDIR............................................................ 45

11. TƏTBİQİ POLİTOLOGİYA MƏRKƏZİNDƏ ƏNƏNƏVİ

DƏYİRMİ MASADA QARABAĞ MÜZAKİRƏ OLUNDU.................

47

12. QƏRBİ KASPİ UNİVERSİTETİNDƏ DAĞLIQ QARABAĞ

MÜNAQİŞƏSİ İLƏ BAĞLI İLİN YEKUNLARI MÜZAKİRƏ

OLUNUB....................................................................................................

49

13. Əsmər ALLAHVERDİYEVA,

Siyasi və İctimai Elmlər fakültəsinin beynəlxalq münasibətlər və

diplomatiya üzrə magistri

KİBERTƏHLÜKƏSİZLİK VƏ AZƏRBAYCAN..................................

51

14. Ильгар ВЕЛИЗАДЕ,

Политолог, руководитель Клуба политологов «Южный Кавказ»

Page 84: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

ЦЕНТРАЛЬНАЯ АЗИЯ КОНСОЛИДИРУЕТСЯ И ИЩЕТ

НОВУЮ ПОВЕСТКУ ВЗАИМОДЕЙСТВИЯ....................................

57

15. DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNƏ DAİR 2 İLLİK HESABAT

TƏQDİM OLUNDU..................................................................................

61

16. Zeynalabid ƏMRƏLİYEV,

Qərbi Kaspi Universitetinin Siyasi və İctimai Elmlər fakültəsinin

1-ci kurs tələbəsi

ERMƏNİSTANDA SEÇKİ BAZARLIĞINA START VERİLDİ.........

64

17. TƏTBİQİ POLİTOLOGİYA MƏRKƏZİNİN EKSPERTLƏRİNİN

FİKİRLƏRİ DİNLƏNİLDİ......................................................................

66

18. 20 YANVAR FACİƏDİR, YOXSA XALQIN QƏHRƏMANLIQ

SALNAMƏSİ?............................................................................................

69

19. XOCALI: HEÇ KİM VƏ HEÇ NƏ UNUDULMUR!............................. 74

Page 85: QƏRBİ KASPİ - wcu.edu.azwcu.edu.az/upload/Image/library/siyasi dərgidir.pdfAvropaya daúınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ Azərbaycan

Çapa imzalanıb: 21.02.18. Format 70х100 1/16. F.ç.v. 5. Sifariş 02

Ofset çap üsulu. Tiraj 200 nüsxə.

Qərbi Kaspi Universitetinin Poliqrafiya mərkəzi