1.benchmarking - wordpress.com · etdiyimiz mənasını verər. amma ya rəqiblərimiz 4 saatda...

11

Upload: others

Post on 19-Jul-2020

7 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: 1.Benchmarking - WordPress.com · etdiyimiz mənasını verər. Amma ya rəqiblərimiz 4 saatda xidmət verirsə, müştəri kimi seçər? Benchmarking iş dünyasında rəqabət
Page 2: 1.Benchmarking - WordPress.com · etdiyimiz mənasını verər. Amma ya rəqiblərimiz 4 saatda xidmət verirsə, müştəri kimi seçər? Benchmarking iş dünyasında rəqabət

1.Benchmarking anlayışı

“Benchmark” bir ölçü vahidi və “benchmarking” isə bu ölçümün

hazırlanmasıdır. Hələ dilimizdə qarşılığı tam olaraq mənimsənməmiş

olsa da, benchmarking; nümunə əldə etmə, nümunə götürmə və ən çox

da "müqayisə etmə" mənalarında izah olunur. Benchmarking, ‘bir

firmanın rəqabət gücünü yüksəltmək üçün, müvəffəqiyyətli

performansa sahib başqa firmaların, iş görmə texnikalarını araşdırması,

öz texnikaları ilə müqayisə etməsi və bu müqayisə etmədən əldə etdiyi

məlumatları öz işlətməsində tətbiqi' mənasını verir.

Page 3: 1.Benchmarking - WordPress.com · etdiyimiz mənasını verər. Amma ya rəqiblərimiz 4 saatda xidmət verirsə, müştəri kimi seçər? Benchmarking iş dünyasında rəqabət

• Benchmarking qaynaqlardan qənaət etmək üçün istifadə edilən bir vasitə deyil. • Bir dəfə tətbiq

olunub sona çatacaq bir iş deyil. • Sadə cavablar təqdim edən bir araşdırma müddəti deyil. •

Kopiyalama ya da təqlid deyil. • Sürətli və sadə bir müddət deyil. • Keçici bir həvəs deyil.

• Benchmarking davamlı bir müddətdir. • Etibarlı və qiymətli məlumatlar əldə edilə bilən bir

araşdırmadır. • Yeni fikirlər qazanmaq üçün pragmatik bir iş və öyrənmə müddətidir. • Vaxt alan,

sıx iş və intizam tələb edən bir müddətdir. • Hər cür işlətmə fəaliyyətlərini inkişaf etdirməyə

yarayacaq məlumatları təmin edən güclü və uyğun bir idarəli vasitədir.

Benchmarking tətbiqlərində müştərinin əhəmiyyətli bir rolu vardır. Çünki müştəri, malın

mövcudiyyətinin təməl səbəbidir. Müştəri təmin edildiyi nisbətdə məhsul yaşayacaq, məhsul

yaşadıqca firmanı yaşadacaq. Şübhəsiz, müştəri-firma arasında sıx qarlılıqlı təsirin yaşanması

idarəçinin tənqidə açıq olmasını tələb edəcək. Bu müddət əsnasında firma üçün çox faydalı olan

öyrənmə müddəti də başladılmış olacaq.

Page 4: 1.Benchmarking - WordPress.com · etdiyimiz mənasını verər. Amma ya rəqiblərimiz 4 saatda xidmət verirsə, müştəri kimi seçər? Benchmarking iş dünyasında rəqabət
Page 5: 1.Benchmarking - WordPress.com · etdiyimiz mənasını verər. Amma ya rəqiblərimiz 4 saatda xidmət verirsə, müştəri kimi seçər? Benchmarking iş dünyasında rəqabət

3.Benchmarkingin aparılması üçün əsas səbəblər.

Niyə müqayisə etmə? Çünki standartın nə olduğunu bilməsək, özümüz ölçə

bilmərik. Müştəri ‘Ortalama xidmət müddətiniz nə qədər?' deyə soruşduğu

zaman ‘6 saat' deyə bilərik. Amma yalnız öz zamanlamamızı bilməyimiz kafi

deyil. Bu ortalamanın bazara görə harada olduğu haqqında məlumat sahibi

olmalıyıq. Müştəri niyə bizi seçər? Rəqiblərimizdən daha üstün ya da fərqli

olduğumuz üçün,bəs yaxşı ölçə bilmədiyimiz bir şeyin üstünlüyünü ya da fərqini

necə göstərə bilərik? Sektor daxilində ortalama xidmət müddəti 5-7 saat

arasındadırsa biz ortalama müddətdə xidmət edən bir işlətmə sifətində iştirak

etdiyimiz mənasını verər. Amma ya rəqiblərimiz 4 saatda xidmət verirsə, müştəri

kimi seçər?

Benchmarking iş dünyasında rəqabət üstünlüyünü təmin edur. Benchmarking

şirkət içi fəaliyyətləri, prosesləri və ya metodları digər firmalarla müqayisə edən

davamlı bir ölçümdür.

Page 6: 1.Benchmarking - WordPress.com · etdiyimiz mənasını verər. Amma ya rəqiblərimiz 4 saatda xidmət verirsə, müştəri kimi seçər? Benchmarking iş dünyasında rəqabət

4.Benchmarkingin növləri

Benchmarking iki sinifə ayrılır:

• Rəqabətə Söykənən Müqayisə etmə

• Proses Müqayisə etmə

Rəqabətə söykənən benchmarking, rəqib bir şirkətin müqayisə edilməsi üçün edilən

ölçümdür.

Proses benchmarking isə müəyyən təcrübələrlə təsdiqlənmiş və müvəffəqiyyəti

sübut edilmiş bir əməliyyatı başqa bir təşkilata adaptasiya etməkdir.

Page 7: 1.Benchmarking - WordPress.com · etdiyimiz mənasını verər. Amma ya rəqiblərimiz 4 saatda xidmət verirsə, müştəri kimi seçər? Benchmarking iş dünyasında rəqabət

Proses Benchmarking İşlərinin Növləri Müqayisə etmə çox müxtəlif şəkillərdə edilə bilər. Təşkilatın öz içindəki vahidləri arasında müqayisə etmələr edilə biləcəyi kimi, təşkilat xaricindəki şirkətlər ilə də müqayisə etmə edilə bilər. Başlıca müqayisə etmə növləri belə yekunlaşdırıla bilər: Daxili müqayisə etmə: Bu müqayisə etmə növündə təşkilatın öz içində əməliyyatlar və müddətlər arasında müqayisə etmələr edilərək ən yaxşı tətbiqlər təsbit edilməyə çalışılır. Müqayisə etmə işlərinə yeni başlayanların çoxu işə iç müqayisə etmə üsuluyla başlırlar və digər üsullara görə daha tez nəticə əldə edirlər. Rəqabətçi müqayisə etmə: Bu üsulda rəqib şirkətlərlə müqayisə etmələr edilərək, ən yaxşı tətbiqlər təsbit edilir və təşkilata uyğunlaşdırılmağa çalışılır. Rəqabətçi müqayisə etmə, rəqib şirkətlə ediləcəyindən, bunu reallaşdırmaq güc, hətta zaman zaman qeyri-mümkün ola bilər. Rəqib şirkəti müqayisə etmə ortağı olmağa razı etmək çox çətin bir müddətdir. Bu üsul sizə, sizin və rəqibinizin mövqesini izah edir amma işlətmənin o nöqtəyə necə çatdığını izah etməz. Hər iki tərəf üçün müsbət gətirilərinin ola biləcəyinin və ən yaxşıların belə öyrənə biləcəkləri şeylər olduğunun göz ardı edilməməsi lazımdır.

Page 8: 1.Benchmarking - WordPress.com · etdiyimiz mənasını verər. Amma ya rəqiblərimiz 4 saatda xidmət verirsə, müştəri kimi seçər? Benchmarking iş dünyasında rəqabət

Funksional müqayisə etmə: Bu üsul, rəqabətçi müqayisə etmədə olduğu kimi, təşkilat xarici bir müqayisə etmə texnikasıdır. Funksional müqayisə etmədə bazarda şirkətə rəqib olmayan, bir başqa mövzuda fəaliyyət göstərən, müddətləri yaxşı təşkil edilmiş şirkətlərin əməliyyatları, funksiyaları və müddətləri analiz edilir, təsbit edilən ən yaxşı tətbiqlər təşkilata uyğunlaşdırılmağa çalışılır. Bu tip müqayisə etmə bir-birinə rəqib şirkətləri doğrudan qarşı-qarşıya gətirmə zəruriliyi daşımadığından, məlumat paylaşması və əməkdaşlıq imkanları daha genişdir. Ümumi müqayisə etmə: Bu üsulda dünya səviyyəsində müvəffəqiyyətli olmuş şirkətlərin və təşkilatların quruluş, sistem və müddətləri haqqında ümumi bir sıra məlumatlar əldə edilməyə çalışılır və bunların təşkilata uyğunlaşdırılması üçün səy göstərilir. Burada digər müqayisə etmələrdə olduğu kimi birbaşa olaraq bir müqayisə etmə söz mövzusu deyil.

Page 9: 1.Benchmarking - WordPress.com · etdiyimiz mənasını verər. Amma ya rəqiblərimiz 4 saatda xidmət verirsə, müştəri kimi seçər? Benchmarking iş dünyasında rəqabət

5.Benchmarkingin əsas göstəriciləri Müqayisə etmə, xaricə dönük bir dünyagörüşü əldə etməyi məqsəd qoyan bir müddəti ifadə edir. Bu müddətdə isə ən əhəmiyyətli fikir qaynağını müştərilər meydana gətirir. Şübhəsiz bu fikir alveri öyrənməyi təşviq edir. Müqayisə etmə idarəçisi, tənqidə açıq olmalı və özünü hər vaxt pisə hazırlamalıdır. Bu çətin bir vəziyyət, ancaq müvəffəqiyyət üçün böyük əhəmiyyət daşıyır. Qlobal nizamda müştəri məmnuniyyətinə əhəmiyyət verən şirkət; "Başqası səhv etdiyində özlərinin doğrunu etmələri lazım olduğunu" qanun olaraq əldə edən bir düşüncə quruluşuna malikdir. Bu anlayış təşkilatlarda açıqlığı, diqqətli bir şəkildə dinləməyi, müşahidə etməyi lazımlı hala gətirir və təşviq edir.

Page 10: 1.Benchmarking - WordPress.com · etdiyimiz mənasını verər. Amma ya rəqiblərimiz 4 saatda xidmət verirsə, müştəri kimi seçər? Benchmarking iş dünyasında rəqabət

Yaxşı bir müqayisə etmə çalışması quruluşunda bu göstəricilərə sahib olmalıdır; * Aktiv və davamlı dəyişmə və inkişaf mərkəzli olmalıdır, * Atılımçı və müsbət bir yanaşmayla icra edilməlidir, * Dəyişmə üçün ən etibarlı dəlildir, * Yeni fikir və görüşlərə açıqdır, * Tətbiqlərə istiqamətlidir, * Yalnız ən yaxşı tətbiqlərə dönükdür, * Başqalarından əvvəl, öz üstünlüklərini bilməyi tələb edir, * Liderlik mövqesinə fokuslanar, * Tərəflər arasında qarşılıqlı qazanca söykənir * Təməl qanunları ölçülə bilər xüsusiyyətdədir, * İlk hədəfi irəliləməkdir, qərarlı və intizamlı olmağı tələb edir, * Üst rəhbərliyin dəstəyinə söykənir

Page 11: 1.Benchmarking - WordPress.com · etdiyimiz mənasını verər. Amma ya rəqiblərimiz 4 saatda xidmət verirsə, müştəri kimi seçər? Benchmarking iş dünyasında rəqabət