project&design journall no:1

15

Upload: separate-word

Post on 25-Mar-2016

216 views

Category:

Documents


1 download

DESCRIPTION

Made in Azerbaijani!

TRANSCRIPT

Page 1: Project&Design Journall No:1
Page 2: Project&Design Journall No:1

Planetar inkişaf -Black Hole

Kosmologiyada gündəlik yer alan aktual mövzulardan biri də qara dəlikdir. Bu adı Con Uiller kəşf edib (John Archibald Wheeler - amerikan fizik). Mövzu Eynşteynin ümumi nisbilik nəzəriyyəsindən götürülmüşdür.

Bu mövzuda iki böyük aparıcı alim isə S. Havkinq və R. Penrousdur. Albert Eynşteyni isə Qara dəliyinin könülsüz ixtiraçısı saymaq olar.

Eynşteynin kütlə-cazibə tənlikləri qara dəlik anlayışının əsasıdır, ancaq qəribə burasıdır ki, Eynşteyn bu tənlikləri qara dəliklərin olmaması üçün istifadə etmişdir. Hətta o, qara dəliklərin mövcudluğunu belə rədd etmiş, buna dair məqalələr dərc etmişdir (1939-cu ildə “Annals of mathematics” jurnalında Çox Sayıda Kütlədən İbarət Kürə Simmetrik Ətalət Bir Sistem Üzərinə adlı məqalə) Qaradəlik (Black Hole) - möhtəşəm bir ulduz öldükdə fəza ilə zamanın birləşdiyi ölü bir andır- burada materiya, zaman anlayışı yoxdur. Başqa cür desək, hər hansı cisim güclü sıxılarkən yaranan obyekt. Hansı ki, bu zaman cazibə sahəsi o qədər güclü olur ki, şüalanma (heç bir işıq zərrəciyi) içəri buraxılmır. Beləliklə, cisim bütün istiqamətlərdə qravitasiya radiusundan kiçik ölçüyədək sıxılır və qara dəlik yaranmış olur. Onun ətrafındakı fəzanın həndəsəsi isə qeyri-Evklid həndəsəsidir. Və ən əsası, qara dəliyə daxil olan zərrəcik və ya cismin ordan çıxmaq kimi şansı yoxdur. Qara dəliyə ancaq daxil olmaq mümkündür. Ona görə də qara dəliyə düşmüş cisimlərin aqibətini bilmək elmə nəsib olmamışdır. Bir zamanlar isə materiyanın işıq sürətilə hərəkəti nəticəsində bu nəhəng vahiməyə qalib gəlmə ehtimalının olduqların bildirmişdilər, lakin son araşdırmalardan da məlumdur ki, işıq sürətilə hərəkət edən fotonlar da bu cazibəyə üstün gələ bilmirlər. Lakin alimlər bir mövzuya da diqqət ediblər. Qara dəlik məhv etməklə yanaşı, yeni göy cisimlərinin həyat mənbəyi də ola bilir. Yarandığı zaman ondan ayrılmış enerji kənarlarda (minlərlə işıq ili uzaqlıqda) yeni göy cisimləri də yarada bilər. Beləliklə, qara dəliklər yaranan zaman güclü qamma şüaları buraxırlar. Qara dəliyin cazibəsinə qapılan cismin geri dönməsi mümkün olmayan sərhədinə horizon xətti (üfüq xətti, ingiliscə "event horizon") deyilir. Bu sərhəddən sonra qara dəliyin cazibəsinin pik həddində olduğu yer isə mərkəz hesab olunur. Mərkəz nöqtəsi artıq tamamilə "0" və fövqəl-adi yer sayılır. (ingiliscə, "singularity")

Page 3: Project&Design Journall No:1

Deyilənə görə, bizim qalaktikamızda olan (Süd yolu) Yerə ən yaxın qara dəlik isə 30 il əvvəlki nəhəng Günəş partlamasından sonra yaranıb. Adətən, belə bir fərziyyələr olur ki, nəhəng qara dəliklər adi partlamadan yaranmır. Onlar kiçik qara dəliklərin bir-birini "udması" və yaxud, birləşməsi nəticəsində yaranır. Hər şey bununla bitmir. Bir mövzu daha var - Bəyaz dəliklər (White hole). Nədir Bəyaz dəlik? Adından məlum olduğu kimi qara dəliyin əksidir. Yəni, o heç nəyi udmur, əksinə qara dəliklə udulanların bir qismini kainatın müxtəlif sahələrinə püskürür. Bu da Eynşteyn nəzəriyyələrindən qaynaqlanır. Belə ki, Eynşteynə görə təbiətdə hər şeyin simmetriyası olduğu üçün qara dəliyin də simmetriyası ağ dəlikdir. Başqa cür desək, bəyaz dəlik qara dəliyin çıxış nöqtəsi hesab oluna bilər. Bəyaz dəlik iki mövqedə ola bilər: 1. Qara dəliyin bizim qalaktikaya açılışı 2. Qara dəliyin tamamilə yad bir qalaktikaya açılışı

Bəyaz dəliklərə aid elmdə bütün hesablamalar uyğun gəlsə də bu vaxta qədər heç bir bəyaz dəlik görülməmişdir. Amma kainatın uzaq nöqtələsindən birində yerləşən Kuasar qalaktikalarının əslində bəyaz dəlik ola biləcəyi zənn edilməkdədir. Çünki dəhşətli dərəcədə enerji pükürən bu parlaq qalaktikaların mərkəzlərində bir qara dəlik yerləşir. Nə bilək, bəlkə də bəyaz dəliklər alimlərin uydurduğu bir fantaziyadır? Bəlkə simmetriya mövzusunu dəhşətsaçan qara dəliyə aid etmək olmaz? Bunu inkişaf etməkdə olan astrofizikanın gələcək müşahidələrindən bilmək olar. Əlbəttə ki, bu fərziyyədə qara və ağ dəliklərin bir-birinə bağlı olduğunu nəzərə alsaq, onlar arasında bir bağın - vasitənin olduğunu da anlamaq olar. Bəs nədir onları birləşdirən həmin bağ? Soxulcan dəliyi (Warmhole) Qara və ağ dəlikləri bir-birinə bağlayan bu tunellər - soxulcan dəliyi də Eynşteyn və onunla birgə işləyən Natan Rozenin kəşfidir, digər adı isə Eynşteyn-Rozen körpüsüdür. Əlbəttə ki, bu vaxta qədər bəyaz dəlik görməyən alimlər soxulcan dəliyini də görə bilməmişlər. Lakin bir çoxlarının fikrincə, gələcəkdə soxulcan dəliyi vasitəsilə tamam başqa aləmlərə - paralel dünyalara keçid mümkün olacaqdır. Qara dəlik Yer kürəsinə hansı zərəri vuracaq? 2012-yə aid nəzəriyyələr arasında bu mövzu da yer alıbmı?

Page 4: Project&Design Journall No:1

Əslinə qalsa, 2011 avqustun 11-də gözlənilən bir qara dəlik var idi, hansı ki bütün Günəş sistemin "udacaqdı". 2012 söhbətinə gəlincə isə, əlbəttə dünyanın dağılmasına aid onlarla səbəb sayılıb, Yer kürəsində baş verəcək adi bir neçə sunami belə hər şeyin yox olmasına səbəb ola bilər, nəinki qara dəliklə sovrulma!

Page 5: Project&Design Journall No:1

Arxitektura -Piza qülləsi

Piza qülləsi — 1360–cı ildə tikilmişdir. Piza şəhərinin zənglərdən ibarət olan bir qalasıdır və Santa Mariya Assunto kilsəsinin şəhər ansamblının əsasını təşkil edir. Qala özünə "Yıxılan qüllə" adını qazanmışdır və bütün dünyaya öz xarici görkəminə görə tanınmışdır. Çünki qüllənin xaricindən diqqət yetirdikdə onun az qala yıxılacağı görünür, lakin yerə yaxşı bərkidilmişdir. Qüllənin ən alçaq tərəfinin torpaqdan hündürlüyü 55,86 metrdir və ən yüksək tərəfi isə 56,7 metr hesablanmışdır. Divarların enliliyi 4,09 metr və yuxarıya doğru istiqaməti isə 2,48 metr olduğu qeyd edilmişdir. Onun ümumi kütləsi 14453 ton hesab olunur. Tikilinin əyilmə meyli 3,97° sayılır. Şaquli vəziyyətindən 3,9 metr uzaq bilinir. Həmçinin qüllənin 294 pilləsi vardır. Qüllənin tikilməsi üç mərhələdən ibarət olmuşdur. 9 avqust 1173–cü ildən başlayaraq iki dəfə uzun aralarla təxminən 200 il davam etmişdir. Nəticədə tikinti prosesi 1360–cı ildə başa çatdırıla bilinmişdir. Qüllə katolik kilsəsi olan Campo dei Miracolinin zəngləri kimi yaradılmışdır. Ancaq binanın memarı indiyə kimi məlum deyil. Əvvəllər bəzi mütəxəssislər düşünürdü ki, qüllənin əyilmə meyliliyi onun yaradılma üslubundan asılı olmuşdur, lakin hazırda bu fikir rədd edilmişdir. Qüllə şaquli istiqamətdə layihələndirilmişdir, lakin əyilmə tikinti prosesi gedərkən hiss edilməyə başlanılmışdır. Həm meylliliyi, həm də memarıq üslubuna görə 1173–cü ildən etibarən indiki dövrümüzə qədər qala diqqət obyektinə çevrilmişdir. Həmişə çalışılır ki, qala daha möhkəm və davamlı vəziyyətə gətirilsin. Məsələn, dağılmış sütunları dəfələrlə dəyişdirilmişdir. Hazırda daha çox yer altı işlər aparılır və tikilinin özülünün daha möhkəm olması üçün səylər göstərilir. 15 dekabr 2001–ci ildə qüllənin qapıları turistlər üçün açıq elan edildi. Aparılmış bir çox tədqiqatlar yeni əfsanələr meydana gətirir. Tədqiqatlar sübut edir ki, qüllənin yıxılmış vəziyyətdə olması və onun daha da sürətlənməsinə tikilinin çəkisi təsir göstərmir. 1564–cü ildə Piza şəhərində anadan olan böyük alim Qalileyo Qaliley öz təcrübələrinin çox hissəsini məhz bu qüllədə aparmışdır. Qalileyo Qaliley əlindəki

Page 6: Project&Design Journall No:1

müəyyən kütlələri Piza qülləsinin başından ataraq, onların düşmə qabiliyyətlərini öyrənmiş və sürətin heç də çəkidən asılı olmadığını sübut etmişdir. 30 dekabr 1986–cı ildə YUNESKO ümummilli abidələrin irs nümunəsi siyahısına həmin ansamblı yəni kafedra kilsəsi olan Piazza del Duomo, zəngləri yəni Piza qülləsi, baptist edilən yer və qəbiristanlıq salınmışdır. Ansamblın memarı XI–XIV əsrlərdə İtaliyada monumental incəsənət nümunələrinin yaradılmasına görə böyük təsir qüvvəsinə malik olmuşdur. Çikaqonun ətrafında olan Nayls şəhərində, İllinoysda, həmçinin ABŞ–da eyni ilə Piza qülləsi kimi xarici görkəmə malik olan su qülləsi tikilmişdir və təbii həcmi ½ qədər olmuşdur. Baxmayaraq ki, qüllə maili vəziyyətdə əyilib və XIV əsr nümunəsi sayılır, lakin onun başındakı zənglər düzgün qaydada dayanmışdır. Tikili özü 8 mərtəbədən ibarətdir, xarici görkəminin diametri 8, 484 metr hesablanmışdır. Lakin daxili hissəsinin diametri isə 1, 368 metrdir. Binanın bütün konstruksiyalarla birlikdə ümumi çəkisi 14700 ton bilinir. Tikili hazırlanarkən divarların ümumi qalınlığına da diqqət yetirilmişdir və 4, 05 metr olacağına qərar verilib. Həmçinin kilsə üçün nəzərdə tutulmuşdur və başında zənglər də var, məhz buna görə də asılmış zənglərin ümumi sayı 7 ədəddir. Ən böyük zəng isə L’Assunto adlanır, çəkisi 3,5 tondur və 1655–ci ildə bura yerləşdirilmişdir. Ən qədim zəngə isə Pasquarreccia adı verilmişdir. Tikilinin hazırlanması zamanı 100 il sonra onun cənuba doğru əyilməsi nəzərə çatmağa başlanmışdır. 1911–ci ildə isə artıq qüllənin durmadan əyildiyi bilinməyə başlanılır və onun baş hissəsinin hər il 1,2 millimetr aşağı doğru istiqamətləndiyi qərarı 1989–cu ildə Pavia kilsəsi dağıldıqdan sonra yıxılan qüllənin yenidən bərpasına icazə verilmişdir. Həmin qüllənin üzərində memar və mütəxəssislər çox işləyir, onun yer altından heç olmasa 20 sm ölçüsündə əyriliyini düzəltmək üçün bir sıra tədbirlər görünür. Lakin bütün bunlar bir daha təsdiq edir ki, 800 illik qüllə yıxılmış vəziyyətdə də qalacaqdır. Həmçinin binanın memarları haqqında irəli sürülən fərziyyələrə görə Bonanno Pizano və Vilhelm fon İnnsburq olmuşdur, lakin onlar da tikilinin tam hazır vəziyyətini görə bilməyiblər. Onu da qeyd edək ki, XIV əsrə qədər qüllənin zəngləri hələ bitirilməmiş vəziyyətdə qalmışdır. Tikili özünün silindr forması ilə bütün dünya ölkələrində tanınmışdır. Bina xaricdən səkkiz yaruslu görünsə də, daxildən altı mərtəbədən ibarət olduğu da irəli sürülən faktlar içərisindədir. Həmçinin qüllənin tikilişində arkalardan istifadə edilmişdir və bu bizans yaxud müsəlman memarlıq nümunələrinin incilərini özündə birləşdirdiyinin bariz əksidir. Lakin bəzi fikirlər də deyilir ki, ola bilərmi hər hansı memar müsəlman memarlıq ənənələri ilə xristian zənglərini birləşdirməyi bacarsın. Ümumilikdə isə Piza qülləsinin memarlığı italyan abidələri içərisində ilkin yer tutur və bu ansambl 1063–cü ildən hazırlanmağa başlanmışdır. Hətta Piza kilsəsində İtaliya tarixində mühüm rol oynayan bir neçə şəxsin qəbri də vardır. Bunlardan ən tanınmışı isə alman imperatoru VII Henrikdir. 1275–ci ildə memar Covanni Simonun başçılığı ilə binanın düzəldilməsinə mühüm səylər göstərilsə də mümkün olmamışdır. Zənglərin uzunluğu 48 metr hesablanırdı və onlar üçüncü mərtəbəyə qədər aşağıya doğru sallanırdı. Ümumilikdə isə tikilinin üzərində 15 komissiya işləmiş və bir sıra tədqiqatlar aparmışlar. 1935–ci ildə bənd işlərinin gücləndirilməsi üçün sementdən istifadə edilmişdir. 1992–ci ildə isə qüllənin

Page 7: Project&Design Journall No:1

başına 18 ədəddən ibarət polad dairələr qoyulmuş, xüsusi plastiklə üzəri örtülmüşdür. Pizanın şimal hissəsinə 600 ton qurğuşun tökülmüş, lakin 1993–cü ildə bünövrəyə tökülən bu qurğuşun platformaya qədər gətirilmişdir. Dairəvi formada olan qüllə daşdan və mərmərdən hazırlansa da insanların diqqətini cəlb etməyi bacarır. Buradakı mərmərlərin rəngi ağ və açıq sarıya çalır. Giriş hissəsində vəhşi heyvan şəkilləri ilə təsvir edilmiş barelyef qoyulmuşdur, yuxarı hissəsində isə Madonnanın balaca Andrey Qvardi ilə heykəli yaradılmışdır. Demək olar ki, Piza qülləsinin yıxılması meyliliyi bizim dövrümüzdə durmadan yoxlanılır.

Page 8: Project&Design Journall No:1

Problemlere Daha Yaxin -Şizofreniya

Şizofreniya, insanın düşüncə, duyğu və davranışlarında, özünün və ətrafındakılara yaşantısını əhəmiyyətli dərəcədə təsir edən bəzi dəyişikliklərə səbəb olan bir xəstəlikdir. Bu dəyişikliklər keçici ya da qalıcı ola bilər. Şizofreniya sözü nə mənaya gəlir? izofreniya (schizophrenia) söz olaraq zehin bölünməsi mənasına gəlməklə birlikdə bu, 1900-cü illərin əvvəllərində istifadə edilən köhnə bir deyimdir. Hal-hazırda şizofreniya sözü zehin bölünməsi ya da şəxsiyyət yarılması mənasında istifadə edilir. Yenə köhnə dövrlərdə şizofreniye 'erkən bunama' deyilmişsə də bu təsvirlər də bu gün tərk edilmişdir. Səbəbi nədir? Səbəbi qəti olaraq bilinməməklə birlikdə biyokimyasal, ruhi, sosial, ekoloji problemin şizofreninin ortaya çıxışında rolu olduğu məlumdur Şizofreniyanın, bioloji uyğunluğu olan bir insanda, bir xarici etmənin gərginlik oluşturan təsiriylə ortaya çıxdığı deyilməkdədir. Daha çox nə zaman ortaya çıxır? Şizofreniya 15-35 yaşları arasında ortaya çıxır. Cəmiyyətdə ortalama yüz nəfərdən birində görülür. 40 yaşından sonra isə nadirən rastlaşılır. Doğuşdanmı gəlir? Irsi ola bilərmi? Şizofreniyada qalıtımın rolu vardır. Atada ya da anada şizofreniya varsa uşaqdan olma səviyyəsi 10-12%-dir, yəni onda bir ehtimalı. Əgər uzaq qohumlarda şizofreniya varsa uşaqdan şizofreniya görülmə reytinq iyirmiyə bir ehtimala qədər düşər.

Page 9: Project&Design Journall No:1

"Şizofreniyası olan birinin uşağina da ''şübhəsiz şizofreniya olacaq" demək bu səbəbdən səhvdir. Evdə çox döyülən şizofreniya olarmı? Xeyr. Evdə pis rəftara düşməyiniz şizofreniya səbəbi sayılmamaqdadır. Şizofreniyanı necə hiss edəcəyik? Şizofreniya özünü insanın xarici görünüşündə, çıxışında, duyğularını ifadə etməsində, davranışlarında və düşüncələrini etdiyi dəyişikliklər və onların sosial yansımalarıyla müəyyən edər. Davranışlarda nə kimi dəyişikliklər olar? Yalnız yaşamağa, sosial yaşantıdan əlini ətəyinii çəkməyə doğru bir meyl ortaya çıxa biləcəyi kimi tam tərsinə yaxınlarına bağımlılıqda artma da görülə bilər. İctimai normlar çərçivəsində çöldən bir baxışda məqsədsiz və mənasız kimi görünən davranışlar ola bilər.

Page 10: Project&Design Journall No:1

Serbest Movzu -Adini Sen Qoy!

Indi Bakinin en hundur yerindeyem. Ayaqimin altinda mavi Xezer. Bir terefimde ebediyet yuxusuna getmiw insanlar, diger terefimde ise bu yuxuya namized 1 nece genc.Bir de esen kulekle usuyen men varam. Niye burdayam? Niye yuxusuzluguma mehel qoymadan bu yazini yaziram?Bilmirem! Tez-tez telefona baxiram her zeng her mesaj meni umidlendirir, heyata baglayir. Amma adlarini gorene kimi.Titrek ellerime baxiram. Dunen semimi 1 el vardi ovuclarimda indi ise adi elcek. Her halda onun daha sadiq olduguna inaniram.

Page 11: Project&Design Journall No:1

Nedir bu? Tenhaliq? -Bilmirem! Yollara baxiram senli sensiz uzanan yollara..Qelbim sizlayir.. Amma sebebini bilmirem.Yasadigima inaniram bezen amma inandigim kimi yasamiram.Cox zaman sevilmediyimi zen edirem. Yox,yox incimirem lakin istemeden incidirem. Baxiram gozlerine yalniz cilpaq heqiqeti gorurem. Deyensen buna heyat deyirler.. Belede ki,.. ne ferqi var adini sen qoy! Usuyurem,darixiram, ellerim titriyir,qeher meni bogur,gozlerim dolur,ureyim tez tez doyunur,yazacagim sozler yadimdan cixir. Desemki bu sevgidi inanmayacaqsan. Belede ki ne ferqi var ki, adini sen qoy hisslerimin... Men hisslerimi eyri-uyru heriflere yukledim! –Sen de adini qoy umudlerime son qoydugun kimi..!

Page 12: Project&Design Journall No:1
Page 13: Project&Design Journall No:1

Sevgiden 1 Parca.!

Kevinin 22 yaşı yenicə tamam olmuşdu. Özündən əmin, çox ağıllı cavan oglan idi. 10 gündən sonra Koreyadakı müharibə zonasına yollanmaq üçün İngiltərədən ayrılacaqdı, heç bir şeydən qorxmurdu, amma ölkəsindən ayrılmaq çətin gəlirdi ona. Ağır addımlarla böyük bir kitabxanın qapısından içəriyə girdi, bir kitab götürüb oturdu və səhifələməyə başladı.

Həqiqətən də çox gözəl mövzuları özündə əks etdirən bir kitab idi, amma daha da maraqlı olanı isə kitabı daha əvvəl başqasının da oxumuş olması və bəzi yerlərdə qeydlər götürmüş olması idi. Oxuyanın qeydlər gütürdüyü hissələr Kevinə maraqlı gəldi, qeydləri oxuduqca sarsılırdı. Kim ola bilərdi bu? Dərhal kitabxanaçıya yaxınlaşdı və əvvəl kitabı oxuyan adamın kim olduğunu soruşdu, «Holly adında bir qadındır» deyə cavab verdi kitabxanaçı. Qadının ünvanın kitabxanaçıdan götürdü ve evə çatar çatmaz bir məktub yazdı:

«Böyük Kitabxanada bir kitab oxudum. Əlavə etdiyiniz qeydlər qarşısında heyranlıq duyduğumu gizlədə bilmədim. 10 gün sonra Koreyaya gedirəm, sizi tanımaq və sizinlə məktublaşmaq istəyirəm. Cavabınızı səbirsizliklə gözləyirəm.» Hollidən müsbət cavab gəldi və məktublar ard-arda yazılmağa başladı. Hər yeni məktubda bir-birlərindən bir az daha təsirlənir, ürəklərini bir-birlərinə bir az daha açırdılar. 2 il bu şəkildə keçib getdi. Kevin ve Holly bir-birlərinə bəlkə minlərlə məktub yazmış, hər məktubdan da bir-birilərinə daha da möhkəm bağlanmışdılar. Kevinin ölkəsinə geri dönmə vaxtı gəlib çatdı. Son məktubunda Hollini görmək istədiyini yazdı. «Ancaq səni tanıya bilmək üçün mənə bir şəkilini göndər, xahiş edirəm» deyə əlavə etdi. Holly görüşməyi qəbul etdi, lakin şəklini göndərmədi. "Şəkilin nə əhəmiyyəti var ki? Bizi bir birimizə bağlayan ürəklərimiz deyilmi? Yaxama qırmızı bir gül taxacam" dedi. Günlər bir-birini qovdu və Kevin ölkəsinə qayıtdı. Qatardan endiyi ilk anda gözləri Hollini axtardı. Bir müddət baxdı, baxdı, sonra insanların arasında indiyə qədər gördüyü ən gözəl bir qadın gördü. Uzun boylu, çox gözəl, uzun sarı saçlı, gömgöy iri gözləri və mavi paltarıyla möhtəşəm bir qadın idi. Qadına doğru bir addım atdı, amma yaxasında heç bir şey yox idi. Qadın onun gözlərinə baxdı və «Salam dənizçi, mənimlə gəlmək istəyərsənmi?» deyə soruşdu.

Elə həmin an gözəl qadının arxasında, yaxasında qırmızı çiçək olan qadını gördü. Qısa boylu, kök, boz qısa saçlı, tozlu uzun paltosu və qalın biləkləriylə sakitcə dayanırdı. Kevin çaşmışdı, az əvvəl həyatında gördüyü ən gözəl qadından bir təklif almışdı, amma qarşısında da ürəyinə aşiq olduğu qadın dayanmışdı. Özünü yığışdırdı

Page 14: Project&Design Journall No:1

və yanından keçən dünyalar gözəli qadını vecinə almadan addımladı. Əlində Holly ilə bir-birlərini tanımalarına kömək edən kitab vardı. Əlini uzatdı, " -Salam Holly dedi.Qadın gözlərinin icində gülümsəyərək "- Bağışlayın, dedi, «Mən Holly deyiləm. Bir az bundan qabaq burdan keçən sarı saçlı mavi paltarlı qadın yaxama bu çiçəyi taxdı və bunu həyatınızın imtahanı olduğunu söylədi. Sizi stansiyanın çıxışındaki kafedə gözləyir...

Page 15: Project&Design Journall No:1

©ProjectandDesign

Web: projectandesign.tk Editor and Publisher: Project&Design

Redaktor: Project&Design

Email: [email protected]

Bu jurnalin heç bir hissəsi Project&Design razılığı olmadan istifadə edilə bilməz!

2012 All right reserved! -Bütün hüquqları qorunur!