bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

41

Upload: thsilmuesavirliyi

Post on 25-Dec-2015

226 views

Category:

Documents


4 download

TRANSCRIPT

Page 1: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf
Page 2: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

Xocalı şəhidlərinin xatirəsinə həsr olunub

Page 3: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM ASSOSIASIYASI

BİR FACİƏ HAQQINDAİKİ FOTO - SÖHBƏT

BAKI 2010

Page 4: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

Layihənin müəllifi və rəhbəri

Elxan Süleymanov,

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti

Redaktor

Fuad Babayev

Yazar

Gündüz Nəsibov

Foto

Mirnaib Həsənoğlu

İlqar Cəfərov

Tərcümə

Qılıncxan Bayramov

Dizayn və səhifələmə

Cavanşir Əzizov

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının nəşr etdirdiyi «Bir faciə haqqında iki foto-söhbət» foto-kitabı 1992-ci il fevral ayının 26-da ermənilər tərəfindən Xocalıda törədilmiş faciəyə həsr olunmuşdur.

Kitaba tanınmış azərbaycanlı fotoqraflar – İlqar Cəfərov və Mirnaib Həsənoğlunun Xocalı hadisələri ilə bağlı foto-şəkilləri və həmin gün haqqında təəssüratları daxil edilmişdir.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (www.avciya.az) əsas məqsədi onun üzvü olan qeyri-hökumət təşkilatlarının və üçüncü sektorun digər nümayəndələrinin fəaliyyətinin əlaqələndirilməsi vasitəsi ilə ölkədə vətəndaş cəmiyyətinin yaradılması prosesinə yardım göstərməkdir.

Assosiasiya onun üzvü olan QHT-lərin qüvvəsi hesabına müxtəlif sahələrdə mövcud problemlərin üzə çıxarılması, cəmiyyətə çatdırılması və həlli üzrə kompleks tədbirlər həyata keçirməkdir.

Assosiasiya vətəndaş cəmiyyətinin bütün iştirakçıları (hökumət, cəmiyyət, üçüncü sektor və s.) arasında dialoqun yaradılmasına kömək etməyi nəzərdə tutur.

Assosiasiyanın fəaliyyətinin prioritet istiqamətləri sırasına vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi; korrupsiya halları ilə mübarizə üçün sosial əməkdaşlığın yaradılması; regionların və yerli idarəçiliyin sosial-ictimai inkişafına dəstək; islah əmək müəssisələri sisteminin təkmilləşdirilməsi; miqrant, qaçqın, məcburi köçkünlərin problemlərinin həllinə yardım; ekoloji təhsilin artırılması daxil edilə bilər.

© AVCİYA 2010

Page 5: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

5

Bir Faciə haqqında iki foto söhbət

Ön söz

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının nəşr etdirdiyi «Bir faciə haqqında iki foto-söhbət» kitabı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dramatik hadisəsinə həsr olunmuşdur.

1992-ci il fevral ayının 26-da Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoalayının bilavasitə iştirakı ilə Azərbaycan xalqına qarşı misli görünməmiş Xocalı soyqırımını törətmişlər. Ermənilər Xocalı şəhərinin əhalisinə divan tutmuş, həmin hadisə zamanı yüzlərlə insan, o cümlədən qocalar, qadınlar və uşaqlar xüsusi amansızlıqla qətlə yetirilmiş, əsir və girov götürülmüş, şəhər yerlə-yeksan edilmişdir. Xocalı işğal olunarkən dinc əhaliyə şəhərdən çıxmaq üçün dəhliz qoymayan cinayətkarlar heç kimə aman verməmişdir. 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir.

Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.

Bu dəhşətli rəqəmlərin arxasında insan ağrıları və əzabları, şikəst edilmiş insan həyatları və psixi travmalar dayanır.

Page 6: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

6

AVCIYA | www.avciya.az

Hadisədən bir neçə gün sonra fotoqraf və telereportyorlar tərəfi ndən lentə alınan dəhşətli kadrlar bütün dünyanı sarsıtdı. Əsas etibarilə qocalar, qadınlar və uşaqlardan ibarət olan onlarla meyidin alın dərisi soyulmuş, sifətləri güllələrlə və avtomat qundaqları ilə dağıdılmışdı. İnsanlığa utanc gətirəcək bu hadisə ermənilərin «öz müqəddəratını təyin etmə hüququnun» əsil mahiyyətini göstərir.

Bu kütləvi və amansız qırğın aktı erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü irticaçı siyasətinin yeni bir mərhələsi olmaqla, ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində misilsiz vəhşilik və qara ləkə kimi qalacaqdır.

Qarşınızdakı bu kitab sözün əsil mənasında bəşər tarixinə qara ləkə kimi düşən bu hadisə barəsində siyasətdən uzaq iki nəfərin foto-söhbətidir. Həmin fotoqrafl ar fotoların lentə alındığı gün haqqında və həmin hadisələr barəsində öz təəssüratlarını söyləyirlər. Və onlar hadisələrə heç bir qiymət vermədən mühakimə yürütmək hüququnu oxucunun öhdəsinə buraxırlar.

Fotoları kitabda yer alan İlqar Cəfərov dövlət informasiya agentliyi - AzərTAc-ın foto-müxbiridir. Mirnaib Həsənoğlu isə müstəqil fotojurnalistdir. 1990-cı ildən fotoları mətbuatda çap olunur. Hər iki fotoqrafın dəfələrlə Azərbaycanda və xarici ölkələrdə fərdi sərgiləri nümayiş olunmuşdur.

Ağdamda və Bakıda - hospitalda 1992-ci il fevral ayının sonları və martın əvvəllərində çəkilən foto-şəkillərin yerləşdirilmə ardıcıllığı da maraqlıdır. Əgər birinci fotoqraf hadisədən dərhal sonra baş verənləri çəkib və bu barədə danışırsa, digər fotoqraf sanki zərərçəkənlərin sonrakı həyatını lentə alıb və bu haqda söhbət edir.

Kitaba həmçinin, fotoqrafl arın söhbətlərində adı çəkilən və oxucu üçün naməlum ola biləcək Azərbaycan yer adları və anlayışlar haqqında kiçik arayışlar verilir.

Page 7: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

7

Bir Faciə haqqında iki foto söhbət

Foto-şəkillərin hamısı ağ-qara rəngdədir. Çünki müharibənin rəngidir ağ-qara. Xeyirlə şərin, sülhlə müharibənin mübarizəsidir ağ-qara.

Bu foto-kitab dünəni öyrənmək, gələcək faciələrə yol verməmək haqqındadır. Biz bu foto-şəkillərlə oxucuların əsəblərini sınağa çəkmək yox, nə qədər acı və qəddar olsa da, həqiqətin bir hissəsini oxuculara çatdırmaq istəyirik. Ona görə bir hissəsini ki, bizə, bu faciənin bütün dəhşətlərini öz üzərində hiss etməyənlərə onu tam mənası ilə qavramaq mümkün deyil.

Faciə haqqında yeganə həqiqət – sənədlərdir. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bu məqsədlə 2006-cı ildə Xocalı faciəsi şahidlərinin ifadələrini, faktları, hadisənin dünya mətbuatındakı əks-sədası ilə bağlı materialları toplayaraq, «Xocalı soyqırımı (sənədlər, faktlarda və xarici mətbuatda)» adlı kitabda çap etdirmişdir.

2007-ci ildə isə AVCİYA «Xocalı soyqırımı: milyon imza, bir tələb» şüarı altında miqyaslı aksiya keçirmişdir. Aksiya nəticəsində Xocalı faciəsinin soyqırımı kimi tanınmasını tələb edən 1 milyon Azərbaycan vətəndaşının imzası toplanmışdır. İmzalar kitab halında çap etdirilərək, bir çox dünya ölkələrinin parlamentlərinə və nüfuzlu kitabxanalara təqdim olunmuşdur.

Hesab edirəm ki, «Bir faciə haqqında iki foto-söhbət», «Xocalı soyqırımı (sənədlər, faktlarda və xarici mətbuatda)» və «Xocalı soyqırımı: milyon imza, bir tələb» kitablarının bir növ davamıdır.

Xocalı faciəsini fotolarda əks etdirən digər fotoqrafl ar da var. AVCİYA növbəti illərdə həmin fotoqrafl arın xatirələrini də oxuculara çatdırmaq niyyətindədir.

Son dərəcə lakonik bir dillə oxucuya çatdırmaq istədiyimiz bu kitab ümidvarıq ki, Xocalı hadisələri haqqında həqiqətlərin çatdırılmasında yardımçı olacaqdır.

Elxan Süleymanov

AVCİYA-nın Prezidenti

Page 8: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

8

AVCIYA | www.avciya.az

İlqar Cəfərovun söhbəti:

Mən AzərTAc-da işləyirəm. İlk ezamiyyətlərimdən biri, 1992-ci il fevral ayının 24-də Füzuli, Laçın, Şuşa rayonlarına olub. O vaxt həmin rayonlar atəş altında idi, döyüşlər gedirdi. Bir gün Füzulidə olduqdan sonra, getdim Şuşaya. Mən Qarabağ bölgəsində olmamışdım və birinci dəfə idi ki, bu bölgəyə gedirdim.

Hələ Şuşada olarkən əsgərlərdən eşitdim ki, Xocalı uğrunda döyüşlər gedir və vəziyyət ağırdır. Elə Şuşanın özü də atəş altında idi. Mən 25 fevralda oraya getmişdim. Şuşada vəziyyət gərgin idi. Mərmilər şəhərdə böyük dağıntılar törətmişdi. Həmin dağıntıları lentə aldım. Səhərisi gün yenə dağıntıların şəklini çəkdim.

Sonra 2-3 gün atəş kəsildi. O vaxt İrandan nümayəndə heyəti gəlmişdi. Ancaq atəş kəsilməklə yanaşı, Xocalıda dəhşətli hadisələr baş verirdi. Hiss olunurdu ki, ermənilər atəşkəsə daha məkrli bir planın hazırlanması üçün razılıq vermişdilər. Həmin vaxt xarici agentliklər də orada çəkiliş aparırdılar. Fevralın 26-da qayıtdım Laçına, gecə bir az çəkiliş etdim və fevralın 27-də Bakıya yola düşdüm.

Xocalı faciəsi haqqında həqiqəti əks etdirən məlumat yalnız 2-3 gün sonra, fevralın 27-si axşam televiziya ilə bildirildi. Televiziya ilə axşam “Günün xəbərləri” verilişindən öyrəndim ki, Xocalıda belə bir dəhşətli qırğın törədilib, insanlar həlak olub. Və mən özüm qərara gəldim ki, Ağdama yollanıb, çəkilişlər aparım. Anlayırdım ki, baş verənlərin qarşılığında mənim çəkiliş aparmağımın elə bir mənası yoxdur, amma bununla belə, tarix üçün bunu etməyə borclu idim.

Page 9: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

9

Bir Faciə haqqında iki foto söhbət

Ertəsi gün idarəmizə gəldim, həmin gün səhv eləmirəmsə, bazar günü idi. İdarədə bildirdim ki, axşam Ağdama gedəcəyəm. Əsas məqsədim baş verənləri lentə almaq idi. Fevralın 28-də gecə Ağdam qatarına minib yola düşdüm. Ertəsi gün martın 1-də Ağdama gəldim.

Səhər tezdən Ağdam rayon İcra Hakimiyyətinə gəldim. Burada bir polislə söhbət elədim və o, danışdı ki, bir gün əvvəl Çingiz Mustafayev gəlmişdi, hadisələrin baş verdiyi sahədə çəkiliş apardı. Düşündüm ki, vaxtı itirirəm, 9-un yarısıdır. Ona görə də qərara gəldim ki, çıxım bir özüm baxım, görüm nə var, nə yox. Çıxdım səhərə, bir istiqamətə getdim. Yolda gördüm ki, Ağdamdakı univermağın bir hissəsi gecə atılan mərmidən dağılıb.

Page 10: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

10

AVCIYA | www.avciya.az

İlqar Cəfərovun söhbəti:

Bir az sonra dedilər ki, burada bir evə də mərmi düşüb. Səhər-səhər olmuşdu bu hadisə, elə birinci şəkildə də məhz bu ev əks olunub. Oradakı insanlardan biri dedi ki, musiqi müəllimidir və mərmi gəlib onun evinə düşüb. O, evin dağıntılarını və mərmini mənə göstərdi.

Sonra məscidin yanına gəldim. Burada insanlar gözləyir, ağı deyirdilər, öz qohumlarından xəbərsiz və qəzəbli idilər. Səhv eləmirəmsə, bu insanlardan biri Ağdam məscidinin axundu idi.

Məscidin qabağında güllə yarası alan və həlak olmuş insanlar vardı. Qohum-qardaşları gəlirdilər, kömək edirdilər.

Page 11: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

11

Bir Faciə haqqında iki foto söhbət

Page 12: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

12

AVCIYA | www.avciya.az

İlqar Cəfərovun söhbəti:

Sonra məscidin yanına gəldim. Burada insanlar gözləyir, ağı deyirdilər, öz qohumlarından xəbərsiz və qəzəbli idilər. Səhv eləmirəmsə, bu insanlardan biri Ağdam məscidinin axundu idi. Məscidin qabağında güllə yarası alan və həlak olmuş insanlar vardı. Qohum-qardaşları gəlirdilər, kömək edirdilər.

Sonra keçdim, arxada otaq var idi. Ağdam məscidinin arxası idi, uşaq meyitlərini stolun üstünə qoymuşdular. İnanın, mən o vaxtadək meyit görməmişdim və təsəvvür edin, uşaq meyitləri gözümün qabağında durmuşdu, əlim qalxmırdı şəkil çəkəm. Birdən-birə öz-özümə dedim ki, çəkməliyəm, bu hadisələri yaymaq lazımdır, çünki belə bir vəhşilik törədilib. Bu məscidin arxa hissəsi idi və meyitləri gətirib otağa düzürdülər. Girdim və bunları çəkdim. Həmin anda bu insanı da gördüm, amma bilmirdim bu uşaqların qohumudur, kəndçisidir, ya nəyidir, yəni sifətindən hiss olunurdu ki xəcalət çəkir. Bəlkə də, o, özünü günahlandırırdı ki, uşaqların bu hala düşməsində onun da günahı var. Bax, bu həmin fraqmentdir.

Page 13: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

13

Bir Faciə haqqında iki foto söhbət

Page 14: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

14

AVCIYA | www.avciya.az

İlqar Cəfərovun söhbəti:

Çox dəhşətli bir konveyerə bənzəyirdi bu proses. Ölüləri yuyurdular, tabuta qoyub basdırırdılar, qohum-qardaşları ağlaşır, onları son mənzilə yola salırdılar.

Bura yenə Ağdam məscidinin ətrafıdır, Xocalıdan olan insanlar gözləyir, ağlaşırlar. Həmin günü belə hadisələrlə rastlaşırdım.

Page 15: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

15

Bir Faciə haqqında iki foto söhbət

Page 16: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

16

AVCIYA | www.avciya.az

İlqar Cəfərovun söhbəti:

Məscidin yaxınlığında hamısı öldürülmüş bir ailəni də gördüm. Ailə başçısını ağzından güllə ilə vurmuşdular, qadının üzündə cırmaq izləri vardı, yəqin ki, müqavimət göstərdiklərindən, uşağı da, özlərini də öldürmüşdülər. Bu şəkli mən çəkəndə, kişinin qohumu girdi içəri, qadının qardaşı idi. Dedi ki, yeznəsi o qədər güclü insan idi ki, yalın əllə onun üstünə gedə bilməzdilər.

Sonra Ağdam rayon İcra Hakimiyyətinin yaxınlığında başqa operatorları, həm xaricdən olanları, həm də bizim yerli operatorları gördüm. Hamısı tələb edirdilər ki, onları hadisə olan yerə aparsınlar. Hökumət adamları ilə danışıqlar gedirdi, amma konkret bir şey yox idi. Çünki həmin yerə getmək təhlükəli idi. Ona görə də mən bu işləri imkanım daxilində etdim.

Page 17: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

17

Bir Faciə haqqında iki foto söhbət

Page 18: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

18

AVCIYA | www.avciya.az

İlqar Cəfərovun söhbəti:

Mən oradan çıxdım, getdim dəmiryol vağzalına. Burada bir vaqon ayırmışdılar, orada yaralılar, müayinə və əməliyyat olunurdu. Bura səyyar hospitalı xatırladırdı. Yaralanmış, şaxta vurmuş, döyülmüş insanları maşın-maşın oraya gətirirdilər. Həmin adamların mütləq əksəriyyəti özü yeriyə bilmirdi.

Sonra çox ağır bir vəziyyətdə olan hərbçini gördüm, şiddətli ağrılardan inildəyirdi. Yanındakılar da eyni vəziyyətdə idi. Hamısının üzündə ağrıların yaratdığı bir iztirab var idi. Əməliyyat üçün öz növbələrini gözləyirdilər. Onları xərəklə gətirir, vağzalla üzbəüz bir binanın döşəməsinə qoyurdular. Qohumları çox üzgün idi.

Page 19: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

19

Bir Faciə haqqında iki foto söhbət

Page 20: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

20

AVCIYA | www.avciya.az

İlqar Cəfərovun söhbəti:

Bir nəfərin vəziyyəti isə məni daha da ağrıtdı. Ermənilərin əlindən ayaqyalın qaçanda ayağını don vurmuşdu. Ayağının əti şişmiş, qabıqları soyulmuşdu. Çox acınacaqlı vəziyyətdə idi.

Yaralı və xəstələr bir-bir vaqona verilir, burada onları müayinə edirdilər. Bəzilərini elə oradaca əməliyyat edirdilər, vəziyyəti ağır olanları isə başqa vaqonla Bakıya yola salırdılar.

Page 21: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

21

Bir Faciə haqqında iki foto söhbət

Page 22: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

22

AVCIYA | www.avciya.az

İlqar Cəfərovun söhbəti:

Həmin vaqonda bir ailə də gördüm. Az müddət içərisində ikinci dəfə qaçqınlıq həyatı yaşayırdılar. Birinci dəfə Ermənistandan, ikinci dəfə isə Xocalıdan qaçmağa məcbur olublar. Elə ailə başçısını da ermənilər Xocalıda öldürmüşdülər. Qadın üç uşağı ilə yalqız qalmışdı.

Həmin gün Ağdam məscidində baş verənlər doğrudan da dəhşətli idi.

Mən həmin gün gecə qatarı ilə Bakıya qayıdası oldum. Bakı qatarına ağır yaralılarla dolu iki vaqon da qoşmuşdular. Paytaxt vağzalında yaralıları onlarla təcili tibbi yardım maşını qarşılayırdı.

Mənim çəkdiklərim Xocalı faciəsi zamanı həlak olanların və yaralananların cüzi bir hissəsidir. Çünki faciə zamanı yüzlərlə insan həlak olub, yaralanıb və əsir düşüb. Aralarında uşaqlar, qadınlar və qocalar da olan bu insanların yeganə suçu azərbaycanlı olmaları idi.

Page 23: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

23

Bir Faciə haqqında iki foto söhbət

Page 24: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

24

AVCIYA | www.avciya.az

Mirnaib Həsənoğlunun söhbəti: Mən Xocalı faciəsi haqqında eşidəndə, həmin hadisədən artıq bir gün keçmişdi. O vaxt mən Goranboy rayonunda idim. Döyüş bölgəsi olan bu rayonda işıq olmadığından radio və televiziya ilə bu barədə xəbər tuta bilməmişdim. Ona görə də faciə qurbanlarının gətirildiyi Ağdam rayonuna mən gələndə artıq həmin hadisədən iki gün keçmişdi. Ağdama gəldiyim avtobusun sərnişinlərinin əksəriyyəti Gəncənin Texnologiya İnstitutunun tələbələri idi. Onlar Ağdamda Uzundərə adlanan bir yerdə ruslardan qalma silahların boşaldılması işinə yardım etmək üçün gəlirdilər. Uzundərəni keçəndə dedilər ki, Ağdam şəhərinin girişində xocalıları dəfn edirlər. Ona görə də mən həmin yerə getdim.

Ağdamın girişində mozaika pannosu var. Həmin yerin yaxınlığında Xocalı şəhidləri üçün qəbiristanlıq salırdılar. Mən gələndə artıq onlarla yeni qəbir qazılmışdı. Çoxunun üstü artıq torpaqlansa da, açıq qəbirlər də var idi. Bilinirdi ki, yenə də ölənləri gətirəcəklər. Danışırdılar ki, əsgərlər çöllərdə qalmış ölüləri yığıb gətirir, burada isə dəfn edirdilər. Mən oraya gələndə yeni gətirilən ölüləri basdırırdılar. Bir nəfər Quran oxuyurdu, ölənləri ardıcıllıqla dəfn edirdilər. Bir çoxlarının adı da məlum deyildi. Adları məlum olanların qəbirlərinin üstünə taxta sancılır, adi karandaşla adları yazılırdı. Bəzi qəbirlərin üzərinə çiçək qoyulmuşdu, digərininsə üzərinə sadəcə olaraq tumurcuqlamış ağac budağı sancılmışdı.

Page 25: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

25

Bir Faciə haqqında iki foto söhbət

Page 26: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

26

AVCIYA | www.avciya.az

Mirnaib Həsənoğlunun söhbəti:

Dəfn edənlərin üzlərində həm yorğunluq, həm ümidsizlik var idi. Dərdli idilər. Başlarını aşağı salıb, işlərini görürdülər. Heç mənə də fi kir vermirdilər. Konveyer kimi, ölüləri məzara qoyur, üstünü torpaqlayır, sonra başqa qəbirə keçirdilər.

Ölülərin qəbiristanlığa gətirildiyi tabutları müxtəlif taxtalardan düzəltmişdilər. Hiss olunurdu ki, ölən o qədər çoxdur ki, heç bunun fərqinə də varmamışdılar. Əl altında nə varsa, ancaq ondan istifadə etmişdilər. Tabutların bəziləri böyük, bəziləri isə kiçik idi. Bunların uşaq tabutları olduğu aydın idi.

Bura qəbiristanlıq deyildi, Ağdamın girişi idi. O vaxt bura məhz Xocalı qəbiristanlığı adlandırıldı. Burada dəfn olunanlar Xocalının işğalı zamanı ermənilərdən qaçarkən öldürülmüşdü. Məzarlıqları isə Ağdamın işğalından sonra yenidən erməni tapdağı altında qaldı.

Qəbiristanlıqdan çıxdıqdan sonra rayon mərkəzinə getdim. Amma doğrusu, faciə qurbanlarının gətirildiyi məscidə gedə bilmədim.

Page 27: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

27

Bir Faciə haqqında iki foto söhbət

Page 28: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

28

AVCIYA | www.avciya.az

Mirnaib Həsənoğlunun söhbəti:

Bakıya gəldikdən sonra ilk olaraq hospitalda yatan bir xocalının şəklini çəkdim. Bu oğlan hərbçi deyildi. Sadəcə olaraq Xocalını müdafi ə edən könüllülərdən idi. Ombasından və ayağından güllə yarası almışdı. Meşədə qalmış, sonra mühasirədən çıxmışdılar. Ayağı qanqrena olduğundan, amputasiya etmişdilər. Yanındakı anası və həyat yoldaşıdır. Sonradan eşitdim ki, o biri ayağını da amputasiya ediblər.

Təcili Yardım Xəstəxanasında balaca bir oğlanın şəklini çəkdim. Xocalı ermənilər tərəfi ndən alındıqdan sonra bir neçə gün əsirlikdə qalmışdı. Və sanki əsirlikdə olduğu bu bir neçə gün ərzində qocalmışdı. 6-7 yaşlı uşaq kimi yox, 40 yaşlı dünyagörmüş kişi kimi danışırdı. Uzun müddət Xocalıda mühasirə şəraitində yaşadığından, bütün silahların adını bilir, səsindən onları bir-birindən ayırırdı. Danışırdı ki, əsirlikdə olarkən, onları bir dama doldurublar. İki gün sonra bir neçə əsirlə birlikdə qaçmağa müvəffəq olublar. Əsirlər ermənilərə və sovet əsgərlərinə görünməmək üçün gecənin qaranlığında, yolun kənarı ilə, onu səmt kimi tutaraq gediblər. Yolda maşın və ya adam səsi eşidəndə gizləniblər, nəhayət Ağdama gəlib çıxıblar. Oğlanın qolunda və bədənində güllə yarası var idi.

Page 29: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

29

Bir Faciə haqqında iki foto söhbət

Page 30: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

30

AVCIYA | www.avciya.az

Mirnaib Həsənoğlunun söhbəti:

Bir qızın ayaq barmaqları qap-qara qaralmışdı. Vəziyyəti çox pis idi.

Xəstəxanada bir ana da öz körpəsi ilə yatırdı. Uşaq qolundan yaralanmışdı, anasının ayağını isə şaxta vurmuşdu. Bunlar da meşə ilə qaçıb gələnlər idi. Qadın danışırdı ki, meşədən keçəndə ermənilər onları səsləyir, deyirdilər ki, bura gəlin. Meşədən çıxıb, onlara yaxınlaşanları güllələyirdilər.

Başqa bir qızın da ayaqlarını şaxta vurmuşdu, qollarında yara vardı. Çox gözəl siması var idi. Ailə üzvlərinin hamısını itirmişdi. Sonradan öyrəndim ki, övladlığa götürülüb.

Page 31: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

31

Bir Faciə haqqında iki foto söhbət

Page 32: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

32

AVCIYA | www.avciya.az

Mirnaib Həsənoğlunun söhbəti:

Bir qadının bütün bədəninə isə ermənilər siqaret basaraq yandırmışdılar. Vintaçanla bədənini deşik-deşik etmişdilər.

Nəhayət, bir fotonu isə 1997-ci ildə, qaçqınların məskunlaşdıqları yataqxanada çəkmişəm. Kişi Xocalıdan idi. Qonşuları danışırdı ki, Xocalı faciəsi zamanı bütün ailəsini itirib. Özü də əsirlikdə olmuşdu. Dinib-danışmırdı. Tərki-dünya kimi yaşayırdı.

...Hospitalda çəkdiyim fotoşəkillərin bir neçəsində uşaqların üzünə baxın. Böyük adamı dəhşətə gətirən şeylər uşaqlarda yalnız maraq oyadır. Lakin bu uşaqların üzlərinə müharibə kölgə salıb. Vaxtından əvvəl böyümüş, uşaqlara aid olmayan problemlərlə üzləşmiş bu uşaqların gözləri kədər və qüssə ilə doludur. Axı onlar həm də öz uşaq həyatlarını yaşamayıblar.

Page 33: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

33

Bir Faciə haqqında iki foto söhbət

Page 34: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

34

AVCIYA | www.avciya.az

Azərbaycan Respublikasında inzibati rayon. Ərazisi - 1150 km2-dir. Əhalisi 167,3 min nəfərdir. Ağdamda dəzgah avadanlıqları, aеrokosmik və rabitə cihazları, mеtiz-furnitur, traktor və avtomobil təmiri, konsеrv, tikinti matеrialları zavodu, ət kombinatları, iki dəmir yolu vağzalı və aеroport, kənd təsərrüfatının mеxanikləşdirilməsi və еlеktrikləşdirilməsi zavodu, unikal çörək muzeyi, Ü.Hacıbəyov adına musiqi tеxnikumu və Ə.Haqvеrdiyеv adına Ağdam Dövlət Dram Tеatrı fəaliyyət göstərirdi.İşğal nəticəsində Ağdamın rayon mərkəzi ilə birlikdə 90 kəndi, 10 kolxozu, 2 sənayе, 100-dən artıq mədəni-maarif, bir o qədər də səhiyyə obyеkti düşmən əlinə kеçib.Rayon 1993-cü ilin iyul ayının 23-də ermənilər tərəfi ndən işğal olunub. 6 min nəfər rayon sakini şəhid olub.

Azərbaycan Respublikasında inzibati rayon. Ərazisi – 29 kvadrat kilometrdir. Əhalisi 26,7 min nəfərdir. Mərkəzi Şuşa şəhəridir. Şuşa şəhəri XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfi ndən tikilib və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı, xanın şərəfi nə Pənahabad adlandırırdılar. Şuşa Azərbaycanın bir çox görkəmli mədəniyyət xadimlərinin vətənidir.8 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfi ndən işğal edilib.Şuşanın işğalı zamanı 200 nəfər şəhid olub, 150 nəfər əlil olub. 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev-muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat və s. dağıdılıb.

Ağdam

Şuşa

Page 35: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

35

Bir Faciə haqqında iki foto söhbət

Azərbaycan Respublikasında inzibati rayon. Ərazisi – 1835 kvadrat kilometrdir. Əhalisi – 68,5 min nəfərdir. Laçın rayonunda işğaldan öncə 1 ədəd avtovağzal, 125 kənd və qəsəbə, 149 məktəb, 2 məktəbəqədər və 5 məktəbdənkənar tərbiyə müəssisəsi, 1 texniki peşə məktəbi, 85 klub, 119 kitabxana, 5 musiqi məktəbi, 142 səhiyyə müəssisəsi, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olmuşdur.Laçın rayonu 18 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfi ndən işğal olmuşdur.Laçının işğalı zamanı 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur.

Azərbaycan Respublikasında inzibati rayon. Ərazisi – 1390 kvadrat kilometrdir. Əhalisi – 147,1 min nəfərdir.İşğala qədər rayonda 80 məktəb, 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri və zöhrəvi xəstəlikləri dispan-seri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və s. obyektləri var idi.Dünyanın ən qədim yaşayış məskənlərindən biri – Azıx mağarası Füzuli rayonu ərazisindədir.Avqustun 23-ü 1993-cü ildə Füzuli rayonu Ermənistan or-dusu tərəfi ndən işğal olunmuşdur. Füzuli sakinlərinin 1100 nəfərdən çoxu şəhid olmuş və itkin düşmüş, 113 nəfər girov götürülmüş, 1450 nəfər yaralanmışdır.

Laçın

Füzuli

Page 36: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

36

AVCIYA | www.avciya.az

1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib.1991-ci ildən Azərbaycan Dövlət televiziyasında reportyor kimi çalışıb. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb. Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsil salnaməsini yaradıb. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi fi lmlə tanıyıb. Çingiz Mustafayev məhz bu fi lmi ilə Xocalıda baş verənlərin mahiyyətini dünyaya çatdırıb. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olub. 1993-cü ildə Çingiz Mustafayevə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Çingiz Fuad oğlu Mustafayev

Arayışlar

Page 37: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

37

Bir Faciə haqqında iki foto söhbət

Azərbaycanın Dağlıq Qarabağ regionuna Ermənistanın və yerli erməni separatçılarının xaricdəki erməni diasporunun köməyi ilə ərazi iddiası nəticəsində baş vermiş hərbi-siyasi konfl ikt. 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin sessiyası vilayətin statusuna baxılması haqqında Azərbaycan SSR Ali Sovetinə müraciət edib. 1989-cu il dekabrın 1-də isə Ermənistan parlamenti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında antikonstitu-sion qərar qəbul edib. Bu Ermənistan tərəfi ndən Azərbaycan SSR-in ərazi bütövlüyünə qarşı açıq hüquqi müdaxilə aktı idi. Azərbaycan Respublikası tərəfi ndən 1991-ci il noyabr ayının 26-da isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu ləğv ol-unub. 1991-ci ilin sonlarından SSRİ-nin dağılması ilə Ermənistan, faktiki olaraq, Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistanın hərbi birləşmələri Azərbaycanın sərhədlərini pozub Qarabağa daxil oldular və Dağlıq Qarabağın erməni separatçıları-terrorçuları ilə birləşərək Azərbaycan torpaqlarının işğalına başladılar. Əvvəlcə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan məskənlərinin işğalına başlandı.1992-ci il fevralın 26-na keçən gecə Azərbaycanın müasir tarixində ən faciəli hadisə baş verdi. Erməni hərbi birləşmələri Xocalıda azərbaycanlılara qarşı

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Page 38: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

38

AVCIYA | www.avciya.az

dəhşətli soyqırımı törətdi. 1992-ci ilin mayında erməni hərbi birləşmələri Şuşanı ələ keçirdilər. Bununla da ermənilər Dağlıq Qarabağın, demək olar, bütün ərazisini işğal etdilər. Növbəti addım Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın rayonunun işğalı oldu. Daha sonra, 1993-cü ilin aprelində Kəlbəcər, elə həmin ilin iyul-oktyabr aylarında Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları işğal olundu.1988-1992-ci illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Münaqişə dövründə 4852 nəfər (o cümlədən 54 uşaq, 323 qadın, 410 qoca) azərbaycanlı itkin düşmüş, onlardan 1368 nəfəri (o cümlədən 169 uşaq, 338 qadın, 286 qoca) əsirlikdən azad edilmiş, 783 nəfəri (o cümlədən 18 uşaq, 46 qadın, 69 qoca) isə bu günədək Ermənistanda əsirlikdədir. Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə 439 nəfər əsirlikdə ölmüşdür.1 milyon nəfər insan işğal nəticəsində öz yurd-yuvalarından qaçqın düşmüşdür.İlkin və tam müəyyənləşdirilməmiş məlumata görə, mənəvi-psixoloji zərbə ilə bərabər Azərbaycan iqtisadiyyatına 60 mi-lyard ABŞ dollarından çox həcmdə ziyan dəymişdir.

Arayışlar

Page 39: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

39

Bir Faciə haqqında iki foto söhbət

Xankəndi-Ağdam yolunun üzərində şəhər. Xocalı rayonu-nun inzibati mərkəzidir. 1990-cı ildə şəhər statusu verilib. 26 fevral 1992-ci ildə erməni silahlı birləşmələri tərəfi ndən MDB silahlı qüvvələrinin 366-cı motoalayının dəstəyi ilə işğal olunub. Xocalının işğal etməklə ermənilər bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırırdılarsa, digər tərəfdən ümumiyyətlə, bu şəhəri yer üzündən birdəfəlik silmək istəyirdilər. Çünki Xocalı Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirən yaşayış məskəni idi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının tex-nika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır. Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.

Xocalı

Page 40: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf

40

AVCIYA | www.avciya.az

Azərbaycan Respublikasının qərb hissəsində bölgə. Ermənistan silahlı qüvvələri tərəfi ndən işğal olunub. Dağlıq Qarabağ dedikdə daha çox Azərbaycan Respublikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi nəzərdə tutulur. Ərazisi 4,4 min kv.km

Azərbaycan Respublikasında inzibati rayon. Ərazisi – 1791 kvadrat kilometrdir. Əhalisi – 92,1 min nəfərdir. Münaqişə bölgəsi yaxınlığında yerləşən Goranboy ray-onu 1991-1994-cü illərdə döyüş əməliyyatları meydanına çevrilmişdi.

Dağlıq Qarabağ

Goranboy

1.Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” cildi. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi. Bakı – 20072.www.azerbaijan.az

Mənbə

Page 41: Bir_facie_haqqinda_iki_foto_sohbet.pdf